26
AzRKTN-nin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutu təqdim edir

Institut haqda

Embed Size (px)

Citation preview

Page 1: Institut haqda

AzRKTN-nin Üzümçülük və Şərabçılıq Elmi-

Tədqiqatİnstitutu təqdim edir

Page 2: Institut haqda

Ümummilli liderimiz H.Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1976–cı ildə Azərbaycan ET Üzümçülük və Şərabçılıq İnstitutu yaradılmışdır.

Page 3: Institut haqda

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planının 2.2.1 bəndində nəzərdə tutulan “Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, təcrübə təsərrüfatlarının gələcək fəaliyyəti və onların sərancamında olan torpaq sahələrindən üzümçülük istiqamətində səmərəli istifadə olunması barədə” tədbirlərlə əlaqadar və Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il 374 nömrəli sərəncamına əsasən Azərbaycan ET Üzümçülük və Şərabçılıq İnstitutunda təmir-tikinti işləri başa çatdırılmış, institutun laboratoriyaları yenidən qurulmuşdur.

Page 4: Institut haqda

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binası

Page 5: Institut haqda

Keçən əsrin 80-ci illərində üzümçülük iqtisadiyyatın aparıcı sahəsi olan neft sənayesi ilə rəqabət apararaq dövlət büdcəsinin formalaşmasında mühüm yer tuturdu. Üzümçülüyün Respublika iqtisadiyyatı üçün ən böyük əhəmiyyətə malik olduğunu yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev cənabları 1970-ci ildən başlayaraq üzümçülüyün və şərabçılığın inkişafına diqqət yetirmişdir.

Üzümçülük və şərabçılıq sahəsində ardıcıl həyata keçirilən məqsədyönlü siyasi, iqtisadi və təşkilatı tədbirlər nəticəsində 1984-cü ildə Azərbaycanda üzümlüklərin ümumi sahəsi 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq 2,1 milyon ton üzüm istehsalına nail olunmuş, hektardan məhsuldarlıq 100 sentner təşkil etmişdir.

Page 6: Institut haqda

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair» qəbul etdiyi Dövlət Proqramı (2004-2008-ci illər üçün) aqrar sahənin, o cümlədən üzümçülüyün inkişafı üçün geniş perspektivlər açmışdır.

AZƏRBAYCAN RESPUBLİKASINDA ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIĞIN İNKİŞAFINA YÖNƏLMİŞ QANUN VƏ PROQRAMLAR:

Ulu öndər H.Əliyev üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün hüquqi bazanın yaradılmasını zəruri hesab edərək, 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzaladı.

Page 7: Institut haqda

TƏDQİQATIN MƏQSƏDİİnstitutda üzüm genofondunun zənginləşdirilməsi və

qorunub saxlanması, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsi, müxtəlif istiqamətlərdə istifadə ediləcək yüksək keyfiyyətli xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılması, becərmə texnologiyalarının işlənib hazırlanması, Beynəlxalq standartların tələblərinə cavab verə biləcək şərabların, şərab distilliyatlarının və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyasının tədqiq edilməsi və istehsalının təkmilləşdirilməsi istiqamətində tədqiqat işləri həyata keçirilir.

Page 8: Institut haqda

TƏDQİQATIN PRİORİTETLƏRİÜzüm genofondunun tədqiqi və zənginləşdirilməsi;Yeni təsərrüfat əhəmiyyətli, biotik və abiotik amillərə davamlı süfrə və

texniki istiqamətli üzüm sortlarının və hibrid formalarının yaradılması;Aqrokimyəvi və aqrotexniki becrəmə texnologiyalarının

təkmilləşdirilməsi və yeni differensial becərmələrin tətbiqi;Qiymətli yerli üzüm sortlarının klon seleksiyası yolu ilə yaxşılaşdırılması;Calaq komponentlərinin ilkin stratifikasiyasını istisna edən və yüksək ting

çıxımını təmin edən calaq edilmiş üzümün səmərəli becərmə texnologiyasının işlənib hazırlanması;

Xəstəlik və zərərvericilərə qarşı tətbiq edilən tədbirlər sisteminin təkmilləşdirilməsi, yeni səmərəli mübarizə üsullarının işlənib hazırlanması, müxtəlif pestisidlərin sınaqdan keçirilməsi və səmərəliliyinin müəyyənləşdirilməsi;

Ekoloji cəhətdən təmiz kişmiş və mövücün istehsal texnologiyasının təkmilləşdirilməsi;

Üzümçülük və şərabçılıq məhsullarının istehsalı üzrə yeni texnologiyaların işlənib hazırlanması və klassik texnologiyalarının təkmilləşdirilməsi.

Page 9: Institut haqda

NAİLİYYƏTLƏRİAparılan tədqiqatlar nəticəsində 40-dan çox müxtəlif istiqamətli üzüm hibridləri yaradılmışdır. Onlardan 2-si rayonlaşdırılmış, 7-si isə rayonlaşma üçün sınağa təqdim edilmişdir. Daha 12 hibrid formasının seleksiyası və qiymətləndirilməsi başa çatdırılmış və sınağa təqdim olunmaq üçün hazırdır. İnstitutda yaradılan üzüm sortları Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV)“Ticarət Liderləri Klubu” tərəfindən 1998-ci ildə Madrid şəhərində keçirilən müsabiqədə Beynəlxalq Prizə, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutu tərəfindən “Almaz Ulduz” mükafatına layiq görülmüşdür.COST ilə birgə əməkdaşlıq nəticəsində 398 yerli ənənəvi sort səciyyəvi əlamətləri təsvir edilməklə “VİVC-Vitis International Variety Catalogue” katoloquna daxil edilmiş, 33 yabanı üzüm formasının və 46 yerli ənənəvi sortun molekulyar-genetik identifikasiyası və onlarda davamlılıq genlərinin aşkar olunması istiqamətində birgə tədqiqat işləri həyata keçirilmişdir. AMEA-nın Neft Kimya Prosesləri İnstitutu ilə birlikdə üzümün oidium xəstəliyinə qarşı mübarizədə pestisid kimi yeni “2-morfolilmetil-5-metilfenolun kompleks duzu” hazırlanaraq geniş təsərrüfat sınağı keçirilmiş və təsərrüfatlarda tətbiqi tövsiyə olunmuşdur. İnstitutda hazırlanan müxtəlif növ şərab və konyaklar Beynalxalq müsabiqə və dequstasiyalara təqdim olunaraq keyfiyyətinə görə müxtəlif mükafatlarla təltif olunublar. OIV himayəsi altında Ukraynada keçirilmiş “Yalta. Qızıl qrifon-2011” Beynəlxalq müsabiqəsində “Mədrəsə” qırmızı turş süfrə şərabı qızıl medala, “Bakı” konyakı isə “İlin ən yaxşı konyakı” adına layiq görülmüşdür. “CHISINAU WINES & SPIRITS CONTEST’ 2015” XXIV Beynəlxalaq Şərab və Spirtli İçkilər Müsabiqəsində “Mədrəsə” qırmızı süfrə şərabı yüksək qiymətləndirilmiş və yüksək bal toplamışdır.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ixtira kimi qiymətləndirilərək konyak, konyak spirti, sərab istehsalı üsulu (4 ixtira vəsiqəsi) və oidiuma qarşı yeni pestisid (1 ixtira) üzrə 5 ixtira vəsiqəsi verilmişdir.

Page 10: Institut haqda

TİNGÇİLİK FƏALİYYƏTİ Hər il institutun təcrübə təsərrüfatlarında rayonlaşdırılmış qiymətli yerli,

introduksiya olunmuş və yeni hibrid sortlarından ibarət öz kökü üstə yetişdirilən ting istehsal edilir və yeni üzümçülük təsərrüfatlarına təklif edilir.

Page 11: Institut haqda

ÜŞETİ-nin Ampeloqrafik kolleksiya bağı (Təcrübə Təsərrüfatı)

Page 12: Institut haqda

Üzümüçülk və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında 17 ha Ampeloqrafik Kolleksiya bağı vardır.Kolleksiya bağında 320-yə qədər yerli, introduksiya olunmuş sortlar, yabanı formalar və institut əməkdaşlarının yerli şəraitə uyğun seçdiyi Amerika calaqaltıları əkilib-becərilir:Yerli sortlar: Ağ şanı, Qara şanı, Bayanşirə, Təbrizi, Mədrəsə, Xindoqnı, Ağ kişmiş, Çəhrayı kişmiş və s.İntroduksiya olunmuş: Ağadayı, İtaliya muskatı, Kaberne sovinyon, Şasla, Çəhrayı tayfı, Hamburq muskatı, Moldova və s.Yabanı formalar: ağ, qara, bənövşəyi, qırmızı giləli və erkək çiçək tipli yabanı üzümAmerika calaqaltıları: CO-4, Teleki 5 C, Kober 5 BB, Kreçunel 2, Droqaşan 37, Rixter 57

S/sHibridin, yaxud

sortun adıMənşəyi, yaxud sortun alındığı növlər Hektardan çubuq çıxımı

(50 sm uzunluqda), ədədlə

1 CO-4 Berlandiyeri x Ripariya CO-4 140-150 min

2 Teleki 5 C Berlandiyeri x Ripariya Teleki 5 C 140-160 min

3 Kober 5 BB Berlandiyeri x Ripariya Kober 5 BB 170-180 min

4 Kreçunel 2 Berlandiyeri x Ripariya Kreçunel 2 130-150 min

5 Draqoşan 37 Berlandiyeri x Ripariya Draqoşan 37 110-130 min

6 Rixter 57 Berlandiyeri x Ruperstris Rixter 57 100-110 min

Page 13: Institut haqda

Tarixi inkişaf prosesində Azərbaycan xalqının xalq

seleksiyası yolu ilə yaratdığı yerli üzüm sortları (Bayanşirə,

Xindoqnı, Mədrəsə, Həməşərə, Ağ şanı, Qara şanı, Çəhrayı

kişmiş və s.)

Page 14: Institut haqda

AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ İNSTİTUTUNUN

RAYONLAŞDIRILMIŞ ÜZÜM SORTLARI

AZƏRİ SORTU GÖY-GÖL SORTU

Page 15: Institut haqda

SELEKSİYA NALİYYƏTLƏRİNİN SINAĞI VƏ MÜHAFİZƏSİ KOMİSİYYASINA SINAQ ÜÇÜN TƏQDİM OLUNMUŞ YENİ HİBRİD ÜZÜM FORMALARI

İLHAMİ SORTU ŞAMAXI HƏDİYYƏSİ SORTU BƏHRƏLİ SORTUKƏPƏZ SORTU

ŞİRƏLİ SORTUQARABULAĞISORTU

GƏNCƏVİ SORTU

Page 16: Institut haqda

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin AzET Üzümçülük və Şərabçılıq İnstitutunda yaradılmış Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının “Ticarət Liderləri Klubu” tərəfindən 1998-ci ildə Madrid şəhərində keçirilən müsabiqədə “Keyfiyyətə görə” XXVII Beynəlxalq Prizə, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutu tərəfindən Beynəlxalq “Almaz Ulduz” mükafatına layiq görülmüş AZƏRİ üzüm sortu.

Page 17: Institut haqda

SELEKSİYA NALİYYƏTLƏRİNİN SINAĞI VƏ MÜHAFİZƏSİ KOMİSİYYASINA TƏQDİM

OLUNACAQ YENİ HİBRİD ÜZÜM SORTLARI

Ağ şanı x Qara şanıhibridi

Tavkvedi x Mədrəsə hibridi

Ağ şanı x Təbrizihibridi

Ağ şanı x Çəhrayı tayfı hibridi

Page 18: Institut haqda

S/sHıbrid formalarının adları Rayonlaşma

vəziyyətiHibrid

yaradılmışdır

İstifadəistiqamət

i

Gilələrinin rəngi

Sortun becərilməsi tövsiyə

olunan bölgələrRayonlaşdırılmış üzüm sortları

1 Azəri (Katta- kurqan x Təbrizi) 2006-cı ildə rayonlaşdırılıb Gəncə ÜŞTSSüfrə

ağ Abşeron, Gəncə-Qazax, Dağlıq Şirvan, Qarabağ-Mil

2 Göy-göl (Tavkveri x Qara lkeni) 2010-cu ildə rayonlaşdırılıb Gəncə ÜŞTS texniki

qara Abşeron, Gəncə-Qazax, Dağlıq Şirvan, Qarabağ-Mil, Quba-Xaçmaz

Seleksiya Naliyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət kommisiyasınasınaq üçün təqdim olunan sortlar

1 Şamaxı hədiyyəsi ( Tavkveri x Mədrəsə) 2011-ci ildən sınaqdadır Şamaxı TS texniki qara

2 İlhami (Qoyungözü x Şamaxı hədiyyəsi) 2011-ci ildən sınaqdadır Şamaxı TS Süfrə qara

3 Bəhrəli (Bayanşirə x Semilyon № 6-9-17) 2012-ci ildən sınaqdadır Gəncə ÜŞTS texniki ağ

4 Kəpəz (Tavkveri x Xindoqnı - № 1-37) 2012-ci ildən sınaqdadır Gəncə ÜŞTS texniki qara

5 Gəncəvi (Ağ şanı x Bayanşirə ) 2013-cü ildən sınaqdadır Gəncə ÜŞTS universal ağ

6 Şirəli (Aliqote x Bayanşirə) 2013-cü ildən sınaqdadır Gəncə ÜŞTS texniki ağ

7 Qarabulağı (Ağ şanı x Təbrizi) 2014-cü ildən sınaqdadır AzETÜŞİ Süfrə ağ

Seleksiyası və qiymətləndirilməsi başa çatdırılmış və Seleksiya Naliyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət kommisiyasına sınaq üçün təqdim olunacaq hibrid formaları

1Ağ şanı x Çəhrayı tayfı hibridi

SNSvə MÜDK-da sınaq üçün təqdim olunmaq üçün hazırlanır AzETÜŞİ Süfrə ağ

2 Ağ şanı x Qara şanı hibridi "____________" AzETÜŞİ Süfrə qara3 Ağ şanı x Təbrizi hibridi "____________" AzETÜŞİ Süfrə ağ4 Elmin (Təbrizi x xəstəliyə davamlı sort tozu) "____________" Gəncə ÜŞTS Süfrə ağ5 Emin (Qara kişmiş x xəstəliyə davamlı sort tozu) "____________" Gəncə ÜŞTS Süfrə qara6 Hibrid № 2-3 (Tavkveri x Xindoqnı) "____________" Gəncə ÜŞTS texniki qara

7 Hibrid № 6-5-14 (Sısaq x Bayanşirə) "____________" Gəncə ÜŞTS texniki ağ

8 Nərmin (Bayanşirə x Üzümlüklərin kraliçası) "____________" Gəncə ÜŞTS texniki ağ

ÜŞETI-da yaradılmış yeni hibrid üzüm sortları haqqında məlumat

Page 19: Institut haqda

Rayon Təsərrüfat və emal müəssisəsinin adı Nəticələrin tətbiqi və tətbiq obyekti

Sanux rayonu

“Amin” fermer təsərrüfatı Gəncə ÜŞTS-da yeni yaradılmış perspektiv hibrid formaları və sortlar Azəri, Gəncəvi, Bəhrəli, Şirəli, Kəpəz, Göy-göl, Emin, Elmin, Nərmin, 2-3 №- li hibrid forması, 6-5-14 №-li hibrid forması bu təsərrüfatda əkilib-becərilir və tədqiq olunur

Qarayeri qəsəbəsinin Sarıqamış femer təsərrüfatı

Gəncə ÜŞTS-da yeni yaradılmış perspektiv hibrid formaları və sortlar Azəri, Gəncəvi, Bəhrəli, Şirəli, Kəpəz, Göy-göl, Emin, Elmin, Nərmin, 2-3 №- li hibrid forması, 6-5-14 №-li hibrid forması bu təsərrüfatda əkilib-becərilir və tədqiq olunur

Cəlilabad rayonu

“Uğur MMC” fermer üzümçülük təsərrüfatı

İnstitutda yeni yaradılan hibrid sortların (Ağ şanı x Çəhrayı tayfı hibridi, Ağ şanı x Təbrizi hibridi) və yaxşılaşdırılmış klon formalaından ibarət tənəklər (Əsgəri, Hüseyni, Zeynəbi, Qırmızı kişmiş, Sarıgilə, Bayanşirə, Xindoqnı, Kardinal, Üzümlüklərin kraliçası) bu təsərrüfatda əkilib-becərilir və tədqiq olunur

“Hüseyn MMC” fermer üzümçülük təsərrüfatı

Rayonun dağətəyi bölgəsində Prima və Kardinal üzüm sortları, rayonun düzənlik bölgəsində Sentenial sidliis, Sultanina və Red qlob üzüm sortlarının yetişdirilməsinə dair elmi nəticələr tətbiq olunmuş, onların formaverilmə xüsusiyyətləri (qısagözə budama və s.) müəyyən edilərək tövsiyə edilmişdir.

Privolnoye kəndi, Abasov Pərvizin fermer üzümçülük təsərrüfatı (8 ha)

Rayonun dağətəyi bölgəsində Prima və Kardinal üzüm sortları, rayonun düzənlik bölgəsində Sentenial sidliis, Sultanina və Red qlob üzüm sortlarının yetişdirilməsinə dair elmi nəticələr tətbiq olunmuş, onların formaverilmə xüsusiyyətləri (qısa gözə budama və s.) müəyyən edilərək tövsiyə edilmişdir.

Göytəpə, Bəşir Mehdiyevin fermer üzümçülük təsərrüfatı (2 ha)

Rayona introduksiya olunmuş (Alikant buşe, Prima, Kardinal, Sentenyal sidlis, Sultanı, Red qlob, Parkent və s.) və yerli texniki və süfrə istiqamətli üzüm sortlarının yerli şəraitdə becərilmə texnologiyasına dair nəticələrin tətbiqi

Sabirabad kəndi, Füzulu Hüseynovun fermer üzümçülük təsərrüfatı (6 ha)

Rayona introduksiya olunmuş və yerli texniki və süfrə istiqamətli üzüm sortlarının yerli şəraitdə becərilmə texnologiyasına dair nəticələrin tətbiqi, üzümlüklərin becərilməsi, bitki mühafizəsi sahəsində fermerlərə elmi-praktik tövsiyələrin və xidmətlərin göstərilməsi.

Cəfərxanlı kəndi, Azad Bədirovun fermer təsərrüfatı (17 ha)

Rayona introduksiya olunmuş və yerli texniki və süfrə istiqamətli üzüm sortlarının yerli şəraitdə becərilmə texnologiyasına dair nəticələrin tətbiqi, bitki mühafizəsi sahəsində fermerlərə elmi-praktik tövsiyələrin və xidmətlərin göstərilməsi.

Fermer Sabir Əliyevin üzümçülük təsərrüfatı (8 ha)

Rayona introduksiya olunmuş və yerli texniki və süfrə istiqamətli üzüm sortlarının yerli şəraitdə becərilmə texnologiyasına dair nəticələrin tətbiqi, bitki mühafizəsi sahəsində və aqrotexniki xidmət

Fermer Elsevər Əzizovun üzümçülük təsərrüfatı (4 ha)

Rayonun dağətəyi bölgəsində Prima və Kardinal üzüm sortları, rayonun düzənlik bölgəsində Sentenial sidliis, Sultanina və Red qlob üzüm sortlarının yetişdirilməsinə dair elmi nəticələr tətbiq olunmuş, onların formaverilmə xüsusiyyətləri (qısagözə budama və s.) müəyyən edilərək tövsiyə edilmişdir.

Üzümçülük və Şərabçılıq ET İnstitutunun əməkdaşlıq etdiyi və elmi-tədqiqat işlərinin nəticələrinin tətbiq olunduğu fermer təsərrüfatları və emal müəssisələri

Page 20: Institut haqda

Şabran rayonu

Rayon sakini Məmmədov Rza Nadir oğlunun fermer üzümçülük təsərrüfatı

Tədqiqatlar nəticəsində seçilmiş perspektiv sort və formalardan (Qırmızı səabi, Ağ oval kişmiş, Çəhrayı kişmiş, Novrast, Ağadayı, Hamburq muskatı, Ağ şanı, Qara şanı, Təbrizi, Çəhraylı tayfı sortlarından seçilmiş yüksəkməhsuldar klonlar və yeni hibrid formaları) ibarət yeni üzüm bağı (0,4 ha) salınmışdır.

Ismayıllı rayonu“Monolit” fermer üzümçülük təsərrüfatı

Müxtəlif yükvermə fonunda Rkasiteli üzüm sortunun mənsuldarlığına və məhsulun keyfiyyətinə təsirinin öyrənilməsi və nəticələrin tətbiqi

Şamaxı rayonu

“Aqro MUR MMC” (fermer Əlirzayev Həsən)

Mədrəsə, Təbrizi, Sultanı, Zeynəbi, Bayanşirə, Kardinal və s. sortlarının məhsuldarlığına və məhsulun keyfiyyətinə müxtəlif gübrə normalarının təsirinin öyrənilməsi zamanı müəyyən edilən səmərəli variantın (Ffon +N90+P150 və Ffon +N90+P120) tətbiqi və müxtəlif sortlar üzərində sınağı

“Kamran” fermer üzümçülük təsərrüfatı

Seleksiya Naliyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət komissiyasına sınaq üçün təqdim olunan institutun yeni qiymətli Şamaxı hədiyyəsi və İlhami üzüm sortları əkilib-becərilir və tədqiq olunur.

Abşeron rayon

Məhəmmədi kəndi Yeni "Kollis" funqisidinin təsir effekti və səmərəliliyinin yoxlanılması.

Abşeron Şərab ATSC

Abşeron rayonunun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış texniki üzüm sortlarından Bayanşirə, Tavkveri, Mədrəsə sortlarından və göy-göl hibridindən biokimyəvi keyfiyyət göstəriciləri tənzimlənməklə hazırlanan süfrə şərablarının təkmilləşdirilmiş istehsal texnologiyasının sınağı və tətbiqi həyata keçirilmişdir. Likorların istehsal texnologiyası işlənib hazırlanmışdır. Institutda hazırlanan texnoloji təlimatlar və resepturalar əsasında yeddi adda likor (“Heyva”, “Badam”, “Moruq”, “Limon”, “Zoğal”, “Qarağat”, “Şaftalı”, “Albalı”) və qırmızı süfrə şərabları istehsal olunur

Ağstafa rayonu "Moşu ASC"Konyak və konyak spirtinin yeni işlənib-hazırlanmış texnologiya üzrə istehsalının sınağı məqsədilə “Göy-göl” konyakı, “Mədrəsə” və “Xindoqnı” şərablarının müəssəsdə sınağı və tətbiqi keçirilmişdir.

Göyçay rayonu Göyçay konyak zavodu”ATSC

Konyak spirtlərinin köhnə çəlləklərdə və iri rezervuarlarda yetişdirilməsi zaman palıd emalı məhsullarından istifadəsinə dair yeni texnologiya tətbiq olunmuş və bu texnologiyanın geniş tətbiqi tövsiyə olunmuşdur

AMEA Neft-Kimya Prosesləri İnstitutu

Neft-Kimya Prosesləri İnstitutu ilə birilikdə oidiuma qarşı “2-morfolilmetil-5-metilfenolun kompleks duzun” və mildiu və oidiuma qarşı “Poliakrilamid kükürdlə suda suspenziyası və mis kuporosunun poliakrilamidlə suda məhlulunun qarışığından” ibarət yeni funqisidlərinin təsir effekti və səmərəliliyinin yoxlanılması məqsədilə institutun Təcrübə təsərrüfatlarının üzümlüklərində tətbiq edilərək sınaqdan keçirilmiş və preparatın səmərəliliyi nəzərə alınaraq geniş tətbiqi tövsiyə olunmuşdur.

Page 21: Institut haqda

İnstitutda hazırlanan şərablar yüksək keyfiyyəti ilə fərqlənir. OIV-in himayəsi altında 25 iyul–3 avqust 2011-ci il tarixdə Ukraynanın Yalta şəhərində keçirilmiş “Yalta Qızıl qrifon-2011” Beynəlxalq müsabiqəsində institutun məhsulu olan “Mədrəsə” qırmızı süfrə şərabı qızıl medala, “Bakı” konyakı isə “İlin ən yaxşı konyakı” adına layiq görülmüşdür.

AzETÜŞİ-də hazırlanan şərablar Beynəlxalq müsabiqə və dequstasiylarda yüksək qiymətləndrilir

Mədrəsəsortu

Xindoqnısortu

Page 22: Institut haqda

ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ELMİ -TƏDQİQAT İNSTİTUTUNUN

BEYNƏLXALQ ƏLAQƏLƏRİ

Page 23: Institut haqda

Təşkilatın adı Yerləşdiyi ölkəOIV- Beynəlxalq Üzüm və Şərab Təşkilatı Fransa

FIVS- Beynəlxalq Şərab və Spirtli İçkilər Federasiyası Fransa

Bioversity İnternational İtaliya

Milan Universiteti İtaliya

Iter Vitis İtaliya

Adepta Fransa

Wines&Spirits Böyük Britaniya

Richter Fransa

Vivai Cooperativi Rauscedo İtaliya

COST- Elm və Texnika üzrə Avropa Əməkdaşlığı Luksenburq

Kuban Dövlət Aqrar Universiteti Rusiya

Dağıstan Kənd Təsərrüfatı Akademiyası Rusiya

V.Y.Tairov adına Üzümçülük və Şərabçılıq İnstitut Ukrayna

“Maqaraç” Milli Üzüm və Şərab İnstitutu Ukrayna

Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Şərabçılıq İnstitutu Gürcüstan

Üzümçülük və Şərabçılıq ET İnstitutunun elmi əməkdaşlıq etdiyi xarici təşkilatlar

Page 24: Institut haqda

ÜŞETİ Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Təşkilat (Bioversity İnternational) və Elm və Texnika üzrə Avropa Əməkdaşlığı (COST) Beynəlxalq təşkilatları ilə birgə “Şərq-qərb əməkdaşlığı çərçivəsində üzümün biomüxtəlifliyinin öyrənilməsi və becərmə üçün adaptiv xüsusiyyətlərin mobilizasiyası” tədqiqatlarının aparılmasında iştirak edir. Tədqiqatın aparılması məqsədilə Azərbaycanın müxtəlif bölgələrinə elmi ekspedisiyalar təşkil edilmiş, bir çox yerli ənənəvi sortlar və yabanı üzüm formaları aşkar olunaraq toplanmış, kolleksiyaya daxil edilmiş, ampeloqrafik xüsusiyyətləri öyrənilmş, qiymətli genotiplər müəyyən edilərək təsərrüfatlara və seleksiya işlərində istifadə üçün tövsiyə olunmuşdur. Beynəlxalq əməkdaşlıq çərçivəsində 398 yerli ənənəvi sort “Avropa üzümünün məlumat bazasına” daxil edilmiş, 33 yabanı üzüm formasının və 46 yerli ənənəvi sortun molekulyar-genetik identifikasiyası və onlarda davamlılıq genlərinin aşkar olunması istiqamətində birgə tədqiqat işləri həyata keçirilmişdir.

Page 25: Institut haqda

«2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın Tədbirlər Planında“beynəlxalq üzümçülük və şərabçılıq təşkilatları ilə əlaqələrin genişləndirilməsi” (bənd 2.2.10) nəzərdə tutulur. Odur ki, bu sahədə elmi, texniki, iqtisadi və hüquqi məsələlər üzrə informasiya mübadiləsini təmin edən yeganə dünya forumu olan OIV (Beynəlxalq Üzüm və Şərab Təşkilatı) kimi nüfuzlu qurumla elmi əməkdaşlığın daha da genişləndirilməsi məqsədəmüvafiqdir. 2013-cü il iyun ayının 11-də Azərbaycan 36-cı ümumdünya üzüm və şərab konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatinin (OİV-yə) 11-ci baş assambleyasinda bu təşkilata 45-ci üzv seçilib.

Page 26: Institut haqda

ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN

N Ə Ş R L Ə R İ