29
uşaq evi məzunlarının yaşayış imkanları Ağanemət Ağayev Bakı, 13 Fevral 2009

Findings of Research

  • Upload
    crrcaz

  • View
    2.151

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

 

Citation preview

Page 1: Findings of Research

uşaq evi məzunlarının

yaşayış imkanları

Ağanemət AğayevBakı, 13 Fevral 2009

Page 2: Findings of Research

QTRM və UNİCEF

layihənin ərsəyə gəlməsi üçün göstərdikləri yardımlara görə

təşəkkür edirik

Page 3: Findings of Research

Alqoritm

Tədqiqat haqqında qısaca Hədəf qrupunun müəyyənləşdirilməsi Xarici təcrübə Mövcud qanunvericilik bazasının təhlili Mövcud institusional mexanizmin təhlili Sosioloji sorğunun nəticələri Mövcud problemlər Potensial imkanlar Uşaq evlərini tərk etmiş yeniyetmələrin sosial müdafiəsi üzrə tədbirlər planı

Page 4: Findings of Research

Tədqiqatın məqsədi

Azərbaycanda uşaq evlərinində himayə olunan uşaqların hazırki yaşayış vəziyyətinin öyrənilməsi, oranı tərk edəndən sonra yeniyetmələrin yaşayış imkanlarının qiymətləndirilməsi və bunun bazasında inkişaf proqramının hazırlanması.

Əsas hipoteza:Azərbaycanda uşaq evi məzunlarının əksər hissəsinın həyat səviyyəsi yoxsulluq həddindən aşağıdır.

Page 5: Findings of Research

Hədəf qrupunun müəyyənləşdirilməsi

Həqiqi hərbi xidmət dövrünü başa vuran, təhsil almaq iqtidarında olmayan, təminatlı iş yerinə malik olmayan oğlanlarTəhsil almaq iqtidarında olmayan, təminatlı iş yerinə malik olmayan və hələ ki ailə qurmayan qızlarTəhsil almaq iqtidarında olanlar və bunun üçün kifayət qədər maddi imkana malik olmayanlarMuzdlu əmək fəaliyyəti ilə məşğul olan, lakin yoxsulluq həddindən aşağı gəlirə malik olanlar (təminatlı iş yerinə malik olmayanlar).

Page 6: Findings of Research

Xarici təcrübə

RUSİYA

- Dövlətin bir neçə bilavasitə müdafiə sənədləri mövcuddur;

- Bu qrupun mənzil təminatı üçün real işlər görülür;-İş yeri ilə təminat üzərində konkret dövlət məzarəti mexanizmi mövcuddur;- QHT-nin aktiv və artan fəaliyyəti müşahidə olunur;-İnformasiya körpüləri mövcuddur. (Məsələn, www.neodni.ru) TÜRKİYƏ

- Dövlətin real müdafiə təqbirləri ilə yanaşı ictimai institutların aktiv fəaliyyəti mövcuddur;

- “Vakıf” institutlarının aktiv mexanizmləri işləyir.

Page 7: Findings of Research

Mövcud qanunvericilik bazasının təhlili

Azərbaycan Respublikasının Konstitusiyası;Azərbaycan Respublikasının Ailə Məcəlləsi;Azərbaycan Respublikasının Əmək Məcəlləsi;Azərbaycan Respublikasının Mülki Məcəlləsi;Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu; Uşaq hüquqları haqqında Azərbaycan Respunlikasının Qanunu;Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respunlikasının Qanunu; Digər

Page 8: Findings of Research

Mövcud qanunvericilik bazasının təhlili

Uşaq evlərində himayə müddəti başa çatmış gənclərin hüquqları sosial müdafiəsi, o cümlədən imtiyazları məsələlərini özündə ehtiva edən xüsusi qanunvericilik sənədinin mövcud olmaması; Uşaq evlərində himayə müddəti başa çatmış gənclərin gələcək yaşam imkanlarının yaxşılaşdırılması istqamətində siyasət sənədlərinin, xüsusilə də yardım və inkişaf proqramının mövcud olmaması; Mövcud qanunvericilik sənədlərində 18 yaşından yuxarı yaşlarında normal yaşam imkanları verən hüquq və yardım məsələlərinin yetərincə təsbit olunmaması.

Page 9: Findings of Research

Mövcud institusional mexanizmin təhlili

Bilavasitə dövlətin sosial institutları

(dövlət büdcəsindən maliyyələşən təşkilatlar)

NƏTİCƏ

Maliyyə vəsaitləri

Sosial qrupların problemlərinə hədəflənən qeyri-hökumət təşkilatları

Heydər Əliyev Fondu

Soaial proqramlar həyata keçirən mənfəət müəssisələri

Hökumət

Beynəlxalq institutlar

Tədqiqat və əsaslandırmalar

İnzibati məsələlər

Koordinasiya

Page 10: Findings of Research

Mövcud qanunvericilik bazasının təhlili

Hədəf qrupunun qanunvericiliklə təsbit olunmuş sosial güzəştlər sisteminin təmin olunması istiqamətində institutların mövcud olmaması; Bu istiqamətdə potensial imkanlara malik olan aidiyyətli dövlət qurumlarında qeyd olunan məsələlərlə bağlı fəaliyyətin zəif olması; Hazırda hədəf qrupu üzrə gənclərə müxtəlif istiqamətdə yardım proqramlarının maliyyələşdirilməsinə hazır olan özəl qurunların birgə fəaliyyətini koordinasiya edəcək ictimai institutların mövcud olmaması.

Page 11: Findings of Research

Sosioloji sorğunun nəticələri

Bakı şəhər 3 saylı uşaq evi və Lənkəran şəhər regional uşaq evində yaşayan uşaqlarla (potensial hədəf qrupu ilə)

Sorğu ümumilikdə 63 respondent üzrə aparılmışdır. Bunların 28-ni (44%) oğlanlar, 35-ni (56%) qızlar təşkil etmişdir. Respondentlər 15-18 yaş aralığında seçilmişdir.

Page 12: Findings of Research

Sosioloji sorğunun nəticələri

Uşaq evlərini tərk etmiş yeniyetmələrlə (hədəf qrupu ilə) Bakı və cənub regionu şəhərləri üzrə

Sorğu ümumilikdə 44 respondent üzrə aparılmışdır. Bunların 18-ni (41%) kişi, 26-sını (59%) qadınlar təşkil etmişdir. Respondentlər 18-23 yaş aralığında seçilmişdir.

Page 13: Findings of Research
Page 14: Findings of Research
Page 15: Findings of Research
Page 16: Findings of Research
Page 17: Findings of Research
Page 18: Findings of Research
Page 19: Findings of Research
Page 20: Findings of Research
Page 21: Findings of Research

Mövcud problemlər...

Uşaq evlərində onların hüquq, o cümlədən sosial güzəşt imkanları istiqamətində maarifləndirmə işinin zəif olması;Potensial hədəf qrupunun təhsil nəticələrinin nisbətən aşağı olması, o cümlədən orta məktəb qiymətlərinin (ballarının) və ali məktəblərə qəbul əmsallarının aşağı olması;Uşaq evlərində növbəti təhsil mərhələlərinə (ali məktəblərə və s.) hazırlaşmaq üçün normal (hətta nir qədər də üstün) şəraitin olmasına baxmayaraq hazırlaşanların sayının az olması;Uşaq evləri ilə əməkdaşlıq sahəsində təkcə dövlət qurumlarının, xüsusilə də aidiyyətli dövlət qurumlarının aktivlik göstərməsi ilə yanaşı ictimai institutların, xüsusilə də QHT-lərin qarşılıqlı əməkdaşlığının zəif olması;

Page 22: Findings of Research

...mövcud problemlər...

Uşaq evlərində kompüter texnologiyaları təchizatının nisbətən qənaətbəxş olduğu təqdirdə ondan istifadə səviyyəsinin aşağı olması və bunun da nəticəsində uşaqların kompüter texnologiyaları biliklərinin aşağı olması;Uşaq evlərində kompüter dəstlərinin olmasına abxmayaraq internet şəbəkələrinə qoşulmamaları, bunun da nəticəsində uşaqların internetdən istifadə üçün kənar imkanlardan istifadə məcburiyyətində qalmaları;Uşaq evlərini tərk edənlərin böyük hissəsinin (50%-ə yaxın) hazırda işsiz olması;İşləyənlərin isə 15%-ə qədərinin faktiki işlədiyi halda rəsmən işçi kimi qeydiyyatda olmaması və beləliklə də gələcək sosial müdafiə imkanlarından qismən məhrum olmaları;

Page 23: Findings of Research

...mövcud problemlər...

İşləyənlərin 70%-dən çox hissəsinin avtonom (stabil) əmək haqqısının 100 manatdan az olması və bunun da nəticəsində hətta ilkin tələbatlar sistemini təmin etmək imkanlarının aşağı olması;Ümumilikdə işləyənlərin heç birinin avtonom əmək haqqısının yemək, geyim və qısmən sığınacaqdan başqa digər tələbatlarını ödəməməsi;İşləyənlərin əldə etdikləri əmək haqlarının onların aylıq tələbatlarının yarıdan az hissəsini təşkil etməsi; İş üçün müvafiq orqanlara müraciət edildiyi hallarda əsas etibarilə qənaətbəxş əmək haqqı təkliflərinin olmaması səbəbindən işlə təmin olunma imkanlarının zəif olması;Təhsil səviyyəsinin nisbətən aşağı olması səbəbindən iş yeri tapmaq imkanlarının zəif olması;

Page 24: Findings of Research

...mövcud problemlər

Hazırda təhsil alanların təhsil aldıqları təşkilatda sosial güzəştlərə əsasən sahib olmamaları;Həm potensial, həmdə faktiki hədəf qruplarında sosial aktivliyin (sosial cəmiyyətin bir hərəkətli qüvvəsinə çevrilmək istəyinin) zəif olması;Həm potensial, həmdə faktiki hədəf qruplarında sosial-iqtisadi gözləntilərin (gələcəkdə həyat şəraiti, gələcəkdə əmək haqqı səviyyəsi və s. ilə bağlı) pessimist meyillərə köklənməsi;Bu istiqamətdə ən vacib problemlərdən biri və eyni zamanda bir çox sadalanan problemlərin səbəbi ondan ibarətdir ki, hazırda uşaq evləri 18 yaşına çatmışları (xüsusilə qızlar) onların faktiki sığınacaq yeri olmadığı üçün buraxmır. Bu isə bir tərəfdən rəhbərlik üçün hüquqi-inzibati problemlər yaradır, digər tərəfdən oradakı kontingentin sayının artması ilə burada idarəetmənin bilavasitə zəifləməsinə gətirib çıxarır.

Page 25: Findings of Research

Potensial imkanlar...

Hədəf qrupunun sosial müdafiəsi istiqamətində ilkin zəruri qanunvericilik bazası mövcuddur və bu qeyd olunan istiqamətdə tədbirlərin görülməsinə imkan verir; Ölkənin qanunvericilik orqanında (Milli Məclis) Sosial məsələlər üzrə daimi komissiya fəaliyyət göstərir, eyni zamanda bu komissiyanın iclaslarında müxtəlif istiqamətli sosial-ictimai institutların nümayəndələrinin iştirakı imkanları mövcuddur. Bu isə həmin dairədə hədəf qrupun sosial müdafiəsi məsələlərinin müzakirəsinin aktivləşdirilməsi üçün real imkan kimi qiymətləndirilə bilər; Eyni zamanda adı çəkilən komissiya çərçivəsində konkret təşəbbüslərin müzakirəsi bu istiqamətdə ictimai institutlarla digər qurumlar arasında dialoq imkanıdır;

Page 26: Findings of Research

...potensial imkanlar...

Hazırda ölkədə nüfuzlu özəl qurumlar arasında onların əsas biznes istiqamətləri ilə yanaşı, müxtəlif sosial layihələrin maliyyələşdirilməsi təşəbbüsləri müşahidə olunur. Çox təqdirəlayiqdir ki, bu cür meyillər gündən-günə güclənir. Bu qurumlara misal olaraq Azərsun Holdinq, Azercell və digərlərini misal göstərmək olar. Qeyd olunan qurunlara hədəf qrupuna yardım təkliflərini, xüsusilə də onların iş yeri ilə təmin olunması məsəslələrini təqdim etmək imkanları mövcuddur;

Hazırda ölkədə iri masştabda sosial layihələr həyata keçirən Heydər Əliyev Fondunun bilavasitə və böyük yardım proqramlarından bəhrələnmək imkanları olduqca realdır. Bu yardım institutunun digərlərindən üstünlük fərqi ondan ibarətdir ki, burada hədəf qrupunun təkcə ayrı-ayrı üzvlərini deyil, onların bir qrup olaraq daim sosial müdafiə baxımından benefisiar kimi əhatə olunması mümkündür;

Page 27: Findings of Research

...potensial imkanlar

Hazırda virtual məkanda əmək birjalarının sayı sürətlə artır. Heç şübhəsiz ki, sosial yardıma açıq olan qurumlar (müəssisələr) bu elektron portallara tez-tez müraciət edirlər. Bu baxımdan əmək bazarına çıxmış hədəf qrupu üzvlərinin bu portallarda təbliği və onların işə daha çox ehtiyacı olan kateqoriya kimi təqdim olunması onların daha tez zamanda və təminatlı işlərlə təmin olunmasına imkan verəcəkdir;

Dövlət büdcəsi və digər ictimai maliyyə resursları ildən-ilə sürətlə artır, həm də dövlətin sosial layihələrinin əhatəsi genişlənir. Bu baxımdan qeyd olunan kontekstdə hədəf qrupunun mənafeləri namünə resurs bazalarının səfərbər edilməsi imkanları daim artır.

Page 28: Findings of Research

Tədbirlər planı

İnkişaf proqramının təqdimatı...

WORD faylına keçid

Page 29: Findings of Research

Tədqiqatın yekun məhsulları

Aidiyyatlı institutlar qarşısında təqdimat

Yekun hesabatın elektron vasitələrdə yayını

İnkişaf poqramının aidiyyətli institutlara təqdim olunması

Tədqiqatla bağlı məqalənin xarici jurnallarda nəşri

Tədqiqatın nəticələrinin kitab şəklində çap olunması