Fikrin Sert Sadeliyi

Preview:

DESCRIPTION

Trade Mark Advertising Bu kitabda haqqında danışılan düşüncənin hədsiz sadəliyi bəşəriyyət tarixinin müəyyən məqamlarında dünyanı dəyişməyi bacardı və sübut etdi ki, “mümkünsüz heç nə yoxdur.” www.tma.az

Citation preview

3

5

Bu kitabda haqqında danışılan düşüncənin hədsiz sadəliyi bəşəriyyət tarixinin müəyyən məqamlarında dünyanı dəyişməyi bacardı və

sübut etdi ki, “mümkünsüz heç nə yoxdur.”

Sadəlik haqqında

Mümkünsüz nəyisə gerçəkləşdirmək istəsəniz, sizə bir şey kömək edə bilər - düşüncənin hədsiz sadəliyi.

Məqsədlərə daha asan çatmaq üçün: sözçülükdən, çeynənmiş fikirlərdən və manipulyasiyadan imtina edin.

Ələk unu qalıqdan ayıran kimi sizin ağlınız da dəyərli fikirlərinizi lazımsız düşüncələrdən ayırır. Uinston Çörçill bu cür fikirləşmə üsuluna çox inanırdı. O, Blez Paskalın məktubundan sitat gətirməyi sevirdi:

«Mənim qısa məktub yazmağa vaxtım yox idi, ona görə də ətraflı yazdım».

7

O bilirdi ki, sadəliyə çatmaq çətin məsələdir. Bu məqamda Bertran Rasselin dediyi

«əzablı mülahizələr zərurəti» məfhumundan istifadə etmək lazımdır.

Sadəlik təkcə əməl etməli olduğumuz intizam deyil, həm də sınaqdır. O, bizi dəqiq olmağa məcbur edir, əks halda məhv edir. Şansımız azdırsa, o bizi uğursuzluğa aparır, biz güclüyüksə - saflaşdırır və qüvvətləndirir.

Amerika prezidenti öz vətəndaşlarını inandırmaq istəyirdi ki, Britaniyanın ağır vəziyyətində ona kömək etsinlər. Bu məqsədlə o, “lend-liz” adlı sadə ideyadan istifadə edir:

«Deyək ki, qonşumun evi yanır, məndə isə bağı suvarmaq üçün şlanqdan başqa heç nə yoxdur. Əgər o, şlanqı götürüb öz kranına qoşsa, deməli mən ona yanğının qarşısını almaqda kömək edəcəm. Belə vəziyyətdə ona “Nəzərə al ki, bu, mənim şlanqımdır. Qiyməti də 15 dollardır. Ona görə də sən mənə borclusan” deməyəcəm. Pul nəyimə lazımdır, bircə onu istəyirəm ki, yanğın söndürüləndən sonra şlanqımı mənə geri qaytarsınlar».

Hər şey belə də oldu. Amma olanlar adi bir misaldan başladı. Yerdə qalanlar isə sadəcə tarixdir.

Seçkiqabağı ən effektiv şüarlar sadə və anlaşılandır:«Ölkənin sizə ehtiyacı var!»,

«Deputat yoxdursa, vergi də yoxdur!»,

«Bizə siz və sizin səsiniz lazımdır»

«Qardaşlıq, bərabərlik, azadlıq» cifadəsində də çətin anlaşılan heç nə yoxdur.

«Biz məşəli amerikalıların gələcək nəslinə ötürdük» ifadəsində Сon Kennedinin nəyi nəzərdə tutduğunu kiməsə izah etməyə ehtiyac da yox idi.

Eynilə Azadlıq heykəlinin üzərindəki yazı kimi:

«Sizin qəddarlığınızın təzyiqi altında qalan və ehtirasla öz azadlıqlarını arzulayan

9

dələduzları mənim öhdəliyimə buraxın».

İstənilən şəxs aşağıdakı ifadəni asanlıqla anlayar:

«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin».

Və ya Martin Lüter Kinqin dedikləri:

«Mənim arzum var».

Deyiləcək ən doğru sözlər ən düzgün ardıcıllıqda verilib. Fikrin sadəliyi həyatın bütün sahələrində qalib gəlir.

Poeziyada sadəlik. Bir dəfə Con Kits öz dostu Stivens ilə kafedə əyləşib yazı yazırdı. Bir az keçmişdi ki, o, «Gözəllik - əbədi sevincin mənbəyidir. Bu haqda nə düşünürsən?», - deyə soruşdu. Stivens susdu. Kits isə öz işi ilə məşğul olmağa davam etdi. Yarım saatdan sonra o dilləndi: «Gözəllikdə sevincin sərhəddi və sonu yoxdur!». «Bax, bu misralar səni

məşhurlaşdıracaq», - dostu ona cavab verdi. Belə də oldu.

Rəssamlıqda sadəlik. Ejen Delakrua deyirdi:

«Əgər sizin beşinci mərtəbədəki pəncərədən düşən insanı yerə çatana qədər təsvir etmək bacarığınız yoxdursa, o zaman heç vaxt əhəmiyyətli bir əsər yaratmayacaqsınız».

Nəsrdə sadəlik. «Proses» romanının əvvəlini oxuyarkən, Kafka yaradıcılığının ölməzliyinə necə təəccüblənməyəsən?! Budur :

«Görünür, kimsə onu şərləyib, çünki heç bir pis əməl törətməmiş Yozef K. həbs olundu».

Dramaturgiyada sadəlik. Şekspir «Hamlet»in bəşəriyyət tarixdə ən məşhur faciə olacağını və hətta 400 il sonra dünyanın ayrı-ayrı yerlərində səhnələşdiriləcəyini təsəvvürünə belə gətirə bilməzdi. Bu da elə ona görə baş verdi ki, Hamlet ümumbəşəri problemi bir cümləylə izah etməyi bacarmışdı:

11

«Olum, ya ölüm — budur məsələ».

Siyasətdə sadəlik. İngiltərənin ağır günlərində Uinston Çörçillə təklif edirlər ki, faşistlərin təcavüzü olarsa, könüllü özünümüdafiə qüvvələri ölkənin məcburən sonuncu dayağı olsun. Bu fikir onun xoşuna gəlir, ancaq qüvvələrə verilən ad – «Local Defence Volunteers Force» («Könüllü Yerli Özünümüdafiə Qüvvələri») Çörçillin ürəyinə yatmır. Əvəzində isə o, başqa bir ad təklif edir:

The Home Guard(«Ev Qvardiyası»), elə bu ad da tarixə düşür.

Birinci Dünya müharibəsindən sonra Lloyd Corc «Ölkə qəhrəmanlar üçündür» şüarı altında 1918-ci il seçkilərində qalib gəlir.

İkinci Dünya müharibəsindən sonra 1945 il seçkilərində Klement Ettli Çörçillə qalib gəldikdən sonra elan edir:

«Biz müharibədə qələbə qazandıq. İndi isə sülhə nail olacağıq».

«Leyborizm işləmir» ssözləri isə 1979-cu il seçkilərində mühafizəkarların uğur qazanmasına səbəb olur.

Bəzən deyirlər ki, sadəliyə bu cür meyl etmək təhqiramizdir və primitiv düşüncəliləri daha tez üzə çıxarır. Bu, əsla belə deyil. Bu, auditoriyaya hörmət əlamətidir. Bəşəriyyətdə vaxt çatışmazlığı var, ona görə də müxtəsərlik uzun zamandır ki, nəzakətin əsas təzahür formasıdır.

Yəqin siz fikirləşirsiniz ki, bütün bunların indiki zamanla nə əlaqəsi var? Ah, axı sözlər pulları maqnit kimi çəkir.

Biznesdə sadəlik. Kor qoca hər gün parkın lap kənarında, səkinin üstündə oturardı. Onun qarşısında sədəqə yığmaq üçün şlyapa, yanında isə “Mən koram” yazılmış lövhə olurdu.

Yoldan keçənlər ona fikir vermirdilər. Günlərin birində bir reklam işçisi qocaya yaxınlaşır və lövhənin üstündəki yazını dəyişir. Bundan sonra pullar qocanın şlyapasına sel kimi axmağa başlayır. Bəs, reklamçı nə yazmışdı?

13

«Çöldə bahar fəslidir, mən isə köram» .

Uilyam Prokter ilə Ceyms Gembl “Procter and Gamble” şirkətini təsis edəndə, satışda elə də diqqətçəkməyən yalnız bir məhsul vardı – kremli sabun. Elə onda ortaqlar reklam sloqanı yaradırlar: «99,44 % təmizlik». Beləcə, bu şirkət istehlak məhsulları ilə dünya bazarını sürətlə ələ keçirməyə başlayır.

Sadəlik dünyanı idarə edir. Gəlin, Qərb sivilizasiyası üçün əhəmiyyətli 3 əfsanəvi sənədi xatırlayaq. Doğrudan da, onların sayı üçdür, amma məhz öz inqilabi mahiyyətinə görə bu sənədlər dünyanı dəyişdi. Onları yenidən oxuyun. Sənədlərin birinci sətrindən sonuncu sətrinə kimi siz sadəliyin bütün gücünü hiss edəcəksiniz. Bunun üçün xüsusi elmi dərəcəyə ehtiyac da yoxdur.

Söhbət bu sənədlərdən gedir:

İsa Məsihin Dağüstü xütbəsi;

ABŞ qurucularının Müstəqillik Bəyannaməsi;

Karl Marks və Fridrix Engelsin «Kommunist Partiyasının manifesti».

Birinci sənəd dünyanın ən böyük dinlərindən birinin əsasını qoydu.

Başlanğıc: «İsa izdihamı görəndə... bu sözlərlə onları öyrətməyə başladı...»

Son: «İsa sözünü bitirəndə, insanlar onun dərsinə heyran qaldı.»

İkinci sənədin qəbulundan sonra ABŞ dünyanın nəhəng dövlətinə çevrildi.

Başlanğıc: «Biz bəlli həqiqətə istinad edirik»

Son: «Biz bu bəyannaməni heç nəyimizi əsirgəmədən, həyatımız bahasına qorumağa və təmiz ləyaqətimizlə daim uca tutmağa and içirik».

15

İngilis filosofu İsayya Berlinin fikrincə, üçüncü sənəd böyük ictimai hərəkatın təməlini qoyub. Bəlkə də bu hərəkat xristianların bütpərəstlərə qarşı çıxmasından daha səs-küylü olub.

Başlanğıc: «İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi sinfi mübarizə tarixi olmuşdur».

Son: «Sizin bu inqilabda öz zəncirlərinizdən başqa itirəcək bir şeyiniz yoxdur. Bütün ölkələrin proletarları, birləşin!»

Belə sadəlik qarşısında səssiz qalmaq çox çətindir. Sadəlik istənilən insanın qəlbinə yol tapıb, orada məskən salır.

Məhz düşüncənin hədsiz sadəliyi dünyanı dəyişməyi bacardı.

O, sizinlədirsə, onda mümkünsüz heç nə yoxdur.

Happy-end. Bu təzahürün məzəli kənar effekti var: o, insanlara xoşbəxtlik gətirir. Onun sayəsində insan ağılı inanılmaz həddə çatır.

Siz dünyanı dəyişə bilmək gücünüzə bütün səmimiyyətinizlə inana bilərsiniz. Mövcud olan adi qaydaları rədd etmək sizin haqqınızdır. Siz təkbaşına və ya nisbi təkliyinizlə ilk baxışda mümkünsüz olanı reallaşdıra bilərsiniz.

Hətta ən səbrli canlının belə çətinliklərə qalib gəlmək şansı var.

Kim buna inanmır mərhəmətə layiqdilər. Onlar həyatın kefcilləridir və inamdan məhrum olunublar .

Digərləri isə, əksinə, həyatın bir formasının digər formaları ilə dəyişdirilməsində xoşbəxtlik tapırlar. Onlar bir çox insanın dəyərlərində daimi və qəti dönüş yaratmağa qadirdilər.

Onların gücü Con Kennedinin dediyi kimi:

17

«İnsana öz ağlı ilə verilən hakimiyyətdədir».

O cümlədən, sizin ağlınızla verilən hakimiyyətdə...

Moris Saatçi sentyabr 2011-ci il

Şirkətin 40-illiy günündə Saatchihistory üçün Moris Saatçinin nitqindən

qaralama 9 oktybar 2010-cu il.

19

Final versiyası

21

23

Ölülərin səsini necə eşidə bilərik?Doğulmayanlarla

danışmaq mümkündür?

İnsanlar yazmağı bacarmasaydılar, hər nəsil sıfırdan başlamağa məcbur qalardı. Filosofların Platonu, riyaziyyatçıların Nyutonu, alimlərin Eynşteyni, aktyorların isə Şekspir kimi dahiləri olmazdı. Xələfləriniz harada dəfn olduğunuzu və hətta sizin Yer üzərində olub-olmadığınızı belə bilməzdilər. Ən əsası, siz heç vaxt bu səhifəni oxumazdınız.

25

İnəyi cibimizdə necə daşımaq olar?

Deyək ki, hər hansı bir insandan nəsə əldə etmək istəyirsiniz, ona görə də həmin insan üçün nəsə yaradırsınız. Lakin bu insanın yaratdığınıza ehtiyacı olmur. Bununla belə, digər bir insan sizin hazırladığınız hər hansı əşyaya sahib olmaq istəyir. Lakin onun bu əşyaya tələbatı olmur. Məhz belə halda pul kömək edir. Pul vasitəsilə istənilən adamla və ya əşya ilə mübadilə əməliyyatını aparmaq olar. Məsələn, bu gözəl kitabın qiyməti ABŞ-da 10.75 litr südün dəyərindədir. Pul istənilən tərəqqinin əsasıdır.

27

Üç söz fransız zadəganlığını necə məhv etdi?

Fransa inqilabı Avropanın siyasi və intellektual həyatını çalxaladı. Məhz bu üç söz inqilabın mahiyyətini ifadə edir. Bu sözlər fəhlə sinfinin təxəyyülünü fəth etdi, eləcə də Burbonlar monarxiyasının süqutuna, həmçinin XIV Lyudovikin edamına, 8 ay sonra isə «Terror Erası»nın başlanğıcına gətirib çıxardı.

29

İki təkər qadının emansipasiya rəmzinə necə çevrildi?

Baron Karl fon Drays «piyada maşını»nı icad edəndə, 1817-ci ildə ilk velosiped yaradıldı. 1880-ci illərin ortalarında isə ABŞ və Böyük Britaniyada ictimai fəal qadınlar üçün optimal nəqliyyat vasitəsi olan «təhlükəsiz velosiped» ixtira edildi. Onlar artıq nə atalarından, nə qardaşlarından, nə də ərlərindən asılı deyildilər. Velosiped «azadlıq arabası»na çevrildi.

31

Bütün məlumatları nəcə yazmalı?

Filadelfiya şəhərində Dreksel texnoloji institutunun müəllimi Cozef Vudlend Morze əlifbasından ilham alırdı. O, ilk ştrix-kodu dəniz qumunun üstündə «nöqtələr və tirelər arasından dar və geniş xətlər apararaq» çəkir. Beləcə Vudlend istənilən daşıyıcı üzərində istənilən məhsul haqqında informasiyanı unikal, universal və qənaətcil formada yazma üsulunu tapır.

33

Ölkədə işə bir saat tez başlamaq üçün nə etmək olar?

Bunun üçün müəyyən olunmuş vaxtda saatları çəkmək lazımdır. 1895-ci ildə Yeni Zelandiyalı entomoloq Corc Vernon Hadson fikirləşir ki, yayda dəyərli vaxt və təbii gün enerjisi boş yerə axıb gedir. O, ölkə ərazisində eyni vaxtda saatları bir saat qabağa çəkməyi təklif edir. Nəticədə gün «uzadılır», təbii işıqlandırma ilə daha uzun müddət işləmək mümkün olur və elektrik enerjisinə qənaət edilir.

35

Uşaq kimi necə şəkil çəkmək olar?

«Həyatım boyu uşaq kimi şəkil çəkməyi öyrənirdim». Pablo Pikasso – bəşəriyyətin ən möhtəşəm rəssamlardan biri idi. Onun yaradıcılığı bir meyar üstündə qurulmuşdu - sələflərinin ənənələrini inkar etmək. O, uşaq rəsimləri tərzində çəkməyə çalışırdı. Pikasso göstərdi ki, incəsənət yalnız xətt və formalardan ibarət olanda, primitivlik əsas tərkib hissələrinə qədər qısalır.

37

Köpək yapışqan qayışın icadına necə kömək etdi?

İtini gəzdirərkən mühəndis Jorj de Mestralın ağlına yapışqan qayış yaratmaq ideyası gəlir. Belə ki, çöllükdə qaçan itin tüklərinə ayıpəncəsi yapışırdı. Bitkiyə baxan Mistral ayıpəncəsində xırda qarmaqların olduğunu görür. Beləcə, “yapışqan qayış” yaranır. Bu gün ondan uşaq idman çəkmələrindən tutmuş Ay üzərinə enən kosmonavtların çəkmələrinə qədər bir çox geyimlərdə istifadə edirlər. Əhsən, ağıllı itdir!

39

Kağız sancağı ani hərəkətlə necə yarandı?

Bu sancağın saysız-hesabsız dizayn növlərı var. Amma onlar arasında ən əsası və klassik sayıla biləcək “Cem” sancağı 1900-cü ildə ilk dəfə Britaniya şirkəti “Gem manufacturing” tərəfindən kütləvi istehsal olunmağa başlandı. Bu sancaq amerikanlı Uilyam Midlbrok tərəfindən patentləşdirilmişdi. Ondan əvvəl isə amerikalı Samuel Fey patentləşdirdiyi sancaq növünü “biletlər üçün çənbər” adlandırmışdı. İndi isə bu sancağa “ilgək” deyirlər. Lakin “ilgək” sancaqdan istifadə çətin idi, çünki onun arxa tərəfi qatlanmırdı. Məhz bu qatlama sancağın klassik formasının dünyada məşhurlaşmasında həlledici rol oynadı.

41

Bir simvol və bir xətt ilə musiqini necə yaratmaq olar?

Musiqi notlarının mükəmməl yazılış sisteminin köməyi ilə biz kağız üzərində istənilən mahnı üslublarını: hip-hop, blyuz, rok, klassik musiqi və ya texnonu təsvir edə bilərik. Hisslərimizin incə çalarlarını əks etdirmək üçün bizə sadəcə eyni simvol və xətt dəsti kifayətdir.

43

Dağın arasıyla sürətli keçmək mümkündür?

İllər boyu səyahətçilər Londonda əhali sıxlığından əziyyət çəkirdilər. Britaniya paytaxtının dar küçələri ilə hərəkət etmək günü-gündən çətinləşirdi. Riyaziyyatçı Çarlz Pirson daha geniş, birtərəfli avtomobil yollarının və yeni avtobus xətlərinin inşası haqda düşünmürdü də. Günlərin birində onun ağlına belə bir fikir gəlir: insanlar yerin altı ilə hərəkət edərsə, istədikləri məkana daha tez çata bilərlər. Son illərdə London metrosu bir milyarddan artıq adam daşıyıb.

45

Zorakılıq olmadan dünyanı fəth etmək olar?

Martin Lüter Kinq irqi bərabərlik haqqında düşünürdü. O, buna nail olmaq üçün yalnız sülh yolunu təklif edirdi, çünki yalnız sülh “məqsədlərimizə çatmaqdan ötrü yeganə vasitədir”. Özündən əvvəl Mahatma Qandi kimi sülhlə silahlanmış Martin Lüter məqsədlərinə çata bildi.

47

Pişiyin gözləri tramvay xətlərini necə əvəzlədi?

Əvvəllər avtomobil sürücüləri qaranlıq yollarda tramvay xətlərindən əks olunan faraların işıqlarının köməyi ilə istiqaməti müəyyənləşdirə bilirdilər. Lakin 1930-сu illərin əvvəllərində ABŞ-da tramvayların sayı azalmağa başladı və relslər avtomobil yollarından “yoxa çıxdı”. Bir gün yol işçisi Persi Şou avtomobilin faralarının işığının pişiyin gözlərində əks olunduğunu görür və beləcə o, işıq saçan yol işarəsini icad edir.

−•− • •−•• •• −− • −•− ••− •−•• •−•• •− −• −− •− −•• •− −• −− • −•− − ••− •−−• −•−− •− −−•• •• •−•• •− −••• •• •−•• •• •−• −− •• ••−−••

49

Heç bir söz işlətmədən məktubu necə yazmalı?

XIX əsrin əvvəllərinə qədər məktubları çapar və ya göyərçin poçt vasitəsi ilə yollayırdılar. Elektrik enerji erasının başlanması ilə insanlar yüksək sürətli elektrosiqnalları göndərməyi və qəbul etməyi öyrəndilər. O vaxtki texnologiyaların inkişaf səviyyəsi həmin siqnalların çap formasında istifadəsinə imkan vermirdi. 1836-cı ildə Morze və Veyl bu problemin öhdəsindən gəlməyi bacardı. Onlar bütün işarə, rəqəm və hərfləri uzun və qısa siqnallar sisteminə çevirməklə teleqraf əlifbasını ixtira etdilər. Elektrik cərəyanının impulsları teleqraf xəttinin sonunda yerləşən elektromaqnit sahəsinə daxil oldu və beləliklə, şifahi forması olmayan dil - Morze əlifbası yaradıldı.

0

51

Heç nə əlavə etmədən 1-i 10-a necə çevirək?

Mən sizdən rəqəmlərin yazılış sistemini fikirləşməyinizi xahiş etsəm, çox güman ki, siz biri 1, ikini 2 kimi və i.a. yazacaqsınız. Bəs rəqəmin yox olma simvolundan istifadə edəcəkdinizmi? 0 rəqəminin unikallığı ondadır ki, o, boş olan kəmiyyətin yerini tutur: məsələn, 100 rəqəmi tərkibində təkliyin və onluğun olmamasından xəbər verir. Bu sistemi biz ərəblərdən mənimsəmişik və ona görə də «ərəb sistemi» adlandırırıq. Ərəblər isə bunu hindistanlılardan götürdükləri üçün ona «hind sistemi» deyirlər. Dahiyanədir!

53

Əhalisi sıx olan rayonlarda rahatlığı necə yaratmaq olar?

Əbəs yerə üçüncü minilliyi ayaqyolu və su kəmərlərinin sayəsində «təmizlik erası» adlandırmayıblar ki?! Müasir Pakistanda ən mükəmməl tualetlərdən biri qədim Mohendjo-Daroda şəhərindədir. Onlar evlərin fasadlarında qurulub, kərpicdən hörülüb, kanalizasiya sistemlərinə qoşulublar. Hətta onlarda taxta oturacaqlar da var. Məhz tualetin yaranmasından sonra müasir sivilizasiya «mədəniyyətləşməyə» başladı.

55

Comment parlez-vous aux `etrangers

Lüğətlər yaranmazdan əvvəl biz əcnəbilərin danışdıqlarını necə anlayırdıq? Lüğətlər beynəlxalq səviyyədə danışıq alətinə çevrilməzdən əvvəl insanlar arasında ünsiyyət yalnız yerli dialektlər çərçivəsində məhdudlaşırdı. Hazırda isə istənilən dilin öyrənilməsi və bütün dünya xalqlarının nümayəndələri ilə ünsiyyət yaratmaq imkanımız var. Ən qədim məşhur ikidilli lüğət Suriyada tapılıb və eramızdan əvvəl 2300-cü ilə aiddir.

57

Yarpaqsız çayı necə dəmləyək?

Kofe taciri Nyu-Yorklu Tomas Sallivan maddi vəziyyətini nisbətən yaxşılaşdırmaq üçün çay ticarəti ilə məşğul olmağa başlayır. Bahalı bərnilərdən istifadə etməmək üçün o, çay nümunələrini balaca ipək kisələrdə müştərilərə yollayır. Nəticədə alıcılar anlamırlar ki, kisələri açıb, içindəkini fincana tökmək lazımdır. Paketlərdə çay məhz belə yaranır.

59

Müştəri məhsulun hazırlanmasında necə iştirak etsin?

İstehsalçı məhsulu yaradır, istehlakçı isə onu hazır əldə edir. Hər halda, ticarətin prinsipləri 1950-ci illərin ortalarına qədər belə idi. Bir gün dizayner Qilis Lundqren avtomobilin yük hissəsinə yeni stolunu yerləşdirməyə cəhd edərkən, onun ayaqlarını açır və sonradan evdə yerinə bərkitməyə qərara verir. Bunun belə rahat olduğunu görən dizayner ideyasını onu işəgötürən şirkətlə - İKEA ilə bölüşür. 1956-cı ildən bəri İKEA şirkəti yalnız rahat qablaşdırmadan istifadə edir.

61

Görmə qabiliyyəti zəif olanlar necə görürlər?

Eynəklərin ixtirası haqqında çox əfsanələr gəzir. İmperator Neronun vaxtlarında görmə qabiliyyətini yaxşılaşdırmaq üçün bahalı daş-qaşlardan və şüşədən istifadə edirdilər. İlk eynəyin ixtiraçısı italiyalı Salvino Armatidir (təqribən 1284-cü il). 1684-cü ildə Leopoldo del Miliore Florensiya tarixində yazırdı ki, Santa-Mariya Madjore kilsəsində bir lövhə var və onun üzərindəki yazıda qeyd olunub: “Burada eynəyin ixtiraçısı Silvino Armati dəfn olunub. Tanrı onun günahlarını bağışlasın”. Maraqlıdır ki, ondan başqa heç kəs bu yazını görməyib.

63

Göydələnləri göydələn edən nə oldu?

Yalnız 1850-ci illərdə amerikalı mühəndis Elişa Otis göyə yol tapır. Həmin illərdə liftlər quruluşuna görə təhlükəsiz deyildi, bununla belə ağır avadanlıqların və işçilərin yuxarı mərtəbələrə qaldırılmasında kömək olurdu. Bunu görən Otis qərar verir ki, «təhlükəsiz qaldırıcı mexanizm» icad etsin. Onun öz layihəsində təqdim etdiyi dişli əylənc mexanizmi kanatlar kəsiləndə istiqamətverici qurğudan tutmaq imkanı verirdi. Bu mexanizmin köməyi ilə insanlar «göyə ucaldılar».

65

Vint tikinti sahəsinə necə daxil oldu?

Suqaldıran vintin icadı yunan riyaziyyatçısı Arximedə aid edilir. Həmin ideaya əsasında dəyirmi ox üzərində spiral yiv dayanır. Bu da iki detalın bir-biri ilə möhkəm birləşməsi üçün istifadə olunur. Eramızdan əvvəl I əsrdə vintlər Aralıq dənizi sahili boyu yağ və üzümün sıxılması üçün presləmə qurğularında geniş istifadə olunurdu. Ən sonda ondan bütün dünyada bərkidici kimi istifadə etməyə başladılar. Vintlərin hazırlanması elə də çətin deyil. Onlar həm də etibarlı birləşməni təmin edirlər.

67

Hansı heyvanın sidik kisəsi dünya əhalisini ayırır və birləşdirir?

Futbol - yer kürəsində ən məşhur idman növlərindən biridir. Dünyada bu oyunun 3.5 milyard azarkeşi var. Eramızdan əvvəl II əsrdə futbola bənzər oyun Çində Xani sülaləsinin hakimiyyəti dövründə geniş yayılmışdı: bunun üçün topu 9 metr hündürlükdə olan ipək parçanın üzərində kəsilmiş dəliyə atmaq lazım idi. Orta əsrlərdə İngiltərədə isə donuzun sidik kisəsinə hava vurub, iki kənddən olan oyunçular «xalq topu» oynamaq üçün qarşı-qarşıya gəlirdilər. Beləcə, müasir futbol yarandı.

69

Bir şeyi daha asan necə tapmaq olar?

Sizin şirkət və ya məhsulunuz ümumişlək söz kimi istifadə olunursa, onu axtarmağa ehtiyac qalmayacaq. Fotoşop - şəkillər, fotolar üzərində düzəlişlər etmək deməkdir. Kseroks - surətin çıxardılmasıdır. “Quqllamaq” isə internetdə axtarış etmək deməkdir.

71

Müştərini apara biləcəyindən daha çox məhsul almaq üçün necə yola gətirək?

1912-ci ildə baqqaliyyə dükanının sahibi fikir verir ki, alıcılar ancaq öz çantalarına sığacaq qədər məhsul alırlar. Beləcə o, kağızdan hazırlanmış və qaytanla perimetr üzrə tikilmiş ucuz alış-veriş paketlərini icad edir. Məhz Uolter Dyubnerin əli düşərli olur və «şoppinq»in tərzi dəyişir.

73

Yer kürəsində ən qüdrətli milləti necə yaratmaq olar?

Kağız üzərində yazılan yeganə bir mətn bəşəriyyət tarixində ən mühüm millətin yaradılmasında həlledici rol oynadı. 56 insan «Amerika arzusu»nun sənədli ifadəsini həyata keçirdi. Onlar bəyan etdilər ki, «həyat, azadlıq və xoşbəxtliyə cəhd» insan hüququnun ayrılmaz hissəsidir və bütün insanlar bərabər doğulurlar. Bu sözlərin qığılcımı milyonlarla insanı «Amerika arzusu»nun ardınca apardı.

75

Məhrəmi necə gizlədək?

1851-ci ildə amerikalı sahibkar Elias Hou müasir zəncirbəndə oxşayan «avtomatik paltar zəncirbəndi» ixtirasını patentləşdirdi. Lakin 1930-cu illərin əvvələrinə qədər moda sənayesi onun geniş şəkildə istifadəsindən çəkinirdi. Əvvəlcə onu uşaq paltarlarında gördülər, bağlayıcı balacalara valideyinlərin köməyi olmadan sərbəst geyinməyə kömək edirdi. 1937-ci ildə isə demək olar ki, düymədən çox, ondan istifadə edirdilər. «Esquire» jurnalının da yazdığı kimi, zəncirbəndin əsas üstünlüklərdən biri «utandıran soyunma»dan insanı azad etməsidir.

77

Gecəni gündüzə çevirmək olarmı?

Balina piyindən düzəldilmiş ilk şamlar eramızdan təqribən 200 il əvvəl Çində hazırlanıb. Onlardan yalnız işıqlandırma üçün deyil, hətta müntəzəm əriməsinə görə vaxtın müəyyənləşdirilməsində də istifadə edirdilər. Bundan başqa, şam dində və elmdə mühüm simvola çevrilir: onun tənha işığı ilahi və mənəvi məfhumları təcəssüm edir.

79

Rənglər insan davranışına necə təsir göstərir?

Bilirik ki, rənglərin psixologiyası mövcuddur. Hər hansı rəng bizdə qeyri-ixtiyari reaksiya yarada bilər. Məsələn, alimlər sübut edib ki, qırmızı rəng ürək döyüntüsünün tezliyini artırır. Bu səbəbdən də o, təhlükə siqnalı kimi istifadə olunur. İlk işıqfor 1868-ci ildə İngiltərənin Parlament binasının yanında quraşdırılıb. Onun içində rəngini dəyişən adi qırmızı və yaşıl qaz lampaları qoyulmuşdu. Bədbəxtlikdən 2 yanvar, 1869-cu ildə həmin işıqfor partlayır və onu qoruyan polis işçisi vəfat edir

81

Böyük şəhərdə kiçik nöqtəni necə tapmaq olar?

Semiotika – işarələr və mədəniyyət əlaqələri sisteminə deyilir. Bu əlaqələrin əhəmiyyəti barədə qədim yunanlar bir çox fikir söyləyiblər. Məsələn, Platon və Aristotel işarələrin qarşılıqlı əlaqəsi haqda fikir mübadiləsi aparıb. Daha gözəçarpan nişanlar hər kəs tərəfindən rahat başa düşülür.

83

Pulu olmayan insana necə etibar edək?

1887-ci ildə amerikalı yazıçı Edvard Bellami ilk dəfə utopik üslubda yazdığı «Geriyə baxış» romanında «kredit kartı» ifadəsini işlədir. Yalnız 1958-ci ildə bu kartlar iş prosesində sınaqdan keçirilir. Kredit kartın yaranmasından əvvəl şirkətlər ancaq öz müştərilərinin istifadə edə biləcəyi kartlar buraxırdılar. Hətta ayrı-ayrı şirkətlər bəzi kartlar vasitəsilə ödənişləri qəbul edirdi. Amma elektron kommersiyanın tərzini «Bank of America»nın «BankAmericard» kartı birdəfəlik dəyişdi. Plastik kartın köməyilə artıq nağd pul olmadan da bazarlıq edə bilirik.

85

İki çubuq bütün qitəni necə yedirir?

Hesab edilir ki, qida üçün çubuqların 3-4 minillik tarixi var. Qədim Asiya əhalisi ocağın üstündə bişən yeməyi çubuq və ya ağac budaqlarının köməyilə çıxardırdılar. Konfutsiçilik ideyaları sayəsində çubuqlar bütün Asiyada əsas mətbəx alətinə çevrildi. Konfutsi vegeterian idi. O deyirdi: “Sallaqxana və mətbəx düzgün və ləyaqətli insanın yeri deyil. Onun masasında isə bıçaq olmamalıdır”.

87

Balaca tırtıl dünyanı necə dəyişdi?

Eramızdan əvvəl XXVII əsrdə yayılan Konfutsi mətnlərinə əsasən, insanlar baramalardan xammal-ipək hazırlayan barama qurdu yetişdirirdilər. Rəvayətə görə, ipək baraması gözəl imperatriça Si Linq Çinin fincanına düşür və açılmağa başlayır. Həmin an o anlayır ki, açılan bu sapdan möcüzəli lif üçün iplik əldə etmək olar. Bəşər tarixi boyu ipək və Böyük İpək Yolu daima tacirlərin diqqətini cəlb edib. Zərif ipək tədricən bütün dünyanı fəth edir.

89

Həcmi necə ölçmək olar?

Arximedə yerli zərgərin monarxın tacının qızıl hissələrini saxtalaşdırıb-saxtalaşdırmadığını müəyyənləşdirmək əmr edilir. Məhz vannada ona fəhm gəlir. Riyaziyyatçının cismi həcmində su vannadan daşır. O fikirləşir ki, tacın çəkisi daşan suyun həcminə bölünsə, onda sıxlığın qiymətini tapmaq mümkündür. Nəticədə Arximed zərgərin həqiqətən qızılı gümüşə dəyişdirdiyini sübut edir və fırıldaqçını aşkara çıxarır.

91

İşgəncə alətini sitayiş obyektinə çevirmək mümkündür?

Fədakarlıq - böyük qüvvədir. O, insanın başqalarının yolunda özünü qurban verməyə hazır olması ideyasına əsaslanır. Xristianlıq ideyasının bariz nümunəsi İsa Məsihdir. Onun insanlara olan sevgisi insan təbiətinə məxsus imkanları qat-qat üstələdi. Onun çarmıxa çəkildiyi taxta milyardlarla insanı birləşdirən inamın rəmzidir və xristian sevgisinin təmənnasız olduğunu bizə daima xatırladır.

93

Kiçik parça sosial statusu necə müəyyənləşdirir?

Ehtimal olunur ki, Avropada qalstuk 17 əsrdən istifadə edilir. XIII Lüdovik və kardinal Rişelye tərəfindən hərbi xidmətə çağrılmış xorvat əsgərləri boğazlarındakı qırmızı sarğı ilə Paris sakinlərinin diqqətini çəkirdilər. Təəccüblü deyil ki, o vaxtki «hərbi» nişan müasir dövrdə yüksək sosial statusu təsdiq edir. Adi əsgərlərin geyimi kobud və zövqsüz idi, zabit heyəti isə ipək qalstuklar taxırdı. Təbəqələr, ənənələr, siniflər... tezlikə qalstuk elita təbəqəsinə məxsusluğun simvoluna çevrildi.

95

Boşqabı yeməli etmək olarmı?

Dondurma üçün vaflili borucuq ilk dəfə XIX əsrdə yaranıb. Deyilənə görə, suriyalı Ernest Hamui dondurma üçün boşqabları qurtaran dondurma düzəldən qonşusuna onu vafliyə bükməyi məsləhət görür. Bəlkə də Qərbi Avropada dondurma satıcıları sadəcə boşqabları yumaqdan yorulmuşdular. Üstəlik, boşqabla müqayisədə borucuğun «iştahlı» görünüşü var.

97

Niyə təkcə quru ilə sərhədlənəsiniz ki?

Leonardo da Vinçinin erkən eskizlərindən tutmuş birinci Jak İv Kusto və Emil Galyanın ixtirası olan və onlara mənfəət gətirən akvalanqın yaranmasına qədərki dövrdə bəşəriyyət dəniz dərinliklərinin tədqiqatı üçün uzun yol keçib. Kusto daha əvvəllər naməlum və əlçatmaz olan inanılmaz sualtı dünyanı insanlar üçün kəşf edib. Sualtında nəfəs almaq imkanını dəryanın qaranlığını işıqlandıran çırağa bənzətmək olar.

99

Bir şəkil əsas küçələri necə dəyişə bilər?

Kosmonavtlar kosmosun sirrini araşdırırlar. Məhz onların sayəsində biz Aydakı insandan çox, Yerdəki insan haqda daha ətraflı öyrənmiş olduq. «Mən Yeri sərhəd şırımları olmadan gördüm», - kosmosun fatehlərindən biri yazırdı. O gündən bəri Nike, McDonald`s, Gap, Benetton, Starbucks, Saatchi, Zara, Les Mis, Sony, Apple və yüzlərlə digər transmilli ticarət nişanı dünyada yayılmağa başladı.

101

Qısa zamanda sərhədləri necə çəkək?

1867-ci ildə Ohayo ştatından olan Lüsyen Smit tikanlı məftili patentləşdirdi. Onun ixtirası torpaq sahələrində nişanın qoyulmasına çəkilən xərcləri dərhal azaltdı, eyni zamanda külli miqdarda mal-qaranın qırılmasına səbəb oldu. 1885-ci ilin sərt qış aylarında ABŞ-da heyvanların şimaldan cənuba ənənəvi köçü zamanı onların qarşısına tikanlı məftil qurğuları çıxdı, nəticədə mal-qaranın ¾ hissəsi məhv oldu. Tikanlı məftil bəşər tarixində ən ziddiyyətli ixtiralardan biridir. Konslagerin çəpərləri, Quantanamo həbsxanasının hasarları, Fələstindəki ayırıcı xətlər - bunlar hamısı çəkilən sərhədlərə nümunədir.

103

1 piroq mindən çox insanı necə xilas etdi?

Florens Naytinqeyl tibb bacısı anlayışının təməlini qoyan insan kimi tanınır. Həmçinin o, statistik məlumatların təsviri üçün yeni yanaşma ortaya qoyub. Krım müharibəsi vaxtı, 1853-1856-cı illərdə o, hakimiyyət orqanlarına müraciət edərək bildirir ki, minlərlə əsgər ön cəbhədə yox, hospitallarda tamamilə müalicə olunan xəstəliklərdən vəfat edir. O, araşdırmalarını sektor şəklində diaqramlarla təsdiqləyir. Beləcə, Florens hospitalların yenidən təchiz edilməsi zərurətini əsaslandıra bilir. Adi gigiyena qaydalarına riayət olunma minlərlə hərbçinin həyatını xilas edir.

105

Dəvəquşunu necə sakitləşdirmək olar?

Dəvəquşu əsəbi və çılğın quşdur. Saatda 72 km qaçış sürətinə malikdir. «Küncə salınanda» isə qəzəblənir. Lakin başına corab keçirdsək, o, az və ya çox dərəcədə sakitləşir. Yəgin, dəvəquşu hesab edir ki, əgər o sizi görmürsə, onda sizdə onu görə bilmirsiniz. Lap insanlar kimi.

107

Nəhəng adamın gördüyünü bəstəboy insan necə görə bilər?

Kolizey - Qədim Romanın mühəndis və memar əqlinin görkəmli nailiyyətlərindən biridir. Orada qladiator döyüşləri, edamlar, hətta dəniz döyüşlərinin təqlidi belə keçirilirdi. Tarixçi Dion Kassiya əsasən, imperatorun tac qoyma mərasimi zamanı 9000-ə qədər vəhşi heyvan öldürülür. Roma vətəndaşları isə boylarının uzunluğu və qısalığından asılı olmayaraq, oturduqları yerdən baş verənlərə rahatlıqla tamaşa edirlər.

109

İnsanların məhsula inamını necə artırmaq olar?

1869-cu ildə «Heinz» şirkəti «Heinz-dən Sous-Qıtıqotu» məhsulunu ilk dəfə şəffaf qablaşdırmada satışa çıxarır. Beləcə, alıcılar məhsulun təzəliyini və əlavə maddələr (inqredientlər) qatılmadığını görə bilirlər. İnamın artırılması üçün sözlərə ehtiyac yoxdur, sadəcə məhsulu göstərin.

111

Bütün yollar niyə Bağdada aparır?

Heradot ( təx.e.ə 484-425-ci il) yazırdı ki, Babilistanın divarları və qalalarının inşasında asfaltdan istifadə olunub. Neft məhsulları hələ qədim zamanlardan bizə tanışdır, ancaq “qara qızıl”ın bəşəriyyət üçün bu cür əhəmiyyətli olması kimin ağlına gələ bilərdi? Dünya neft ehtiyatlarının 80%-i Yaxın Şərqdə cəmlənsə də, ilk neft quyusu 1846-cı ildə Bakı yaxınlığında, Bibiheybətdə qazılıb.

113

Pəncərələri təmir edib, insanları təhlükədən necə qorumaq olar?

Corc Kellinq insanların kriminal davranışı ilə şəhərin görüntüsü arasında əlaqənin olduğunu aşkarladı. Sınmış pəncərələrin təmirindən, fasadların qraffitidən təmizləməsindən və zibilin vaxtında yığışdırılmasından sonra oğurluq, quldurluq, eləcə də ölüm hadisələrinin sayı azaldı. 1993-cü ildə Rudolf Culiani Nyu-Yorkun meri olanda, “sınmış pəncərələr nəzəriyyəsi” ona şəhərin ümumi vəziyyətini yaxşılaşdırmaq üçün kömək oldu.

Tanrını uydurun.

115

İnsanların davranışına necə təsir etmək olar?

Bu kitab əvvəlcə Saatchi agentliyinin işçiləri üçün məlumat kitabçası idi. Kitabda qeyd olunan sadəliyin prinsipləri 40 il ərzində şirkətin yaradıcılıq kredosuna çevrildi. Onun əsasında dünyanın ən tanınmış reklam agentliklərindən birinin

korporativ mədəniyyəti, fəlsəfəsi və strukturu formalaşdırıldı

117

Kitabın hazırlanmasında əməyi keçənlərə təşəkkür edirik:

Con Kanningem, Brayoni Dellou, Saymon Dikkets, Grem Finka, Bil Gallaxer, Mark Gudvina, Monika Henri , Stefani İllingvort, Fil Cons, Reyçel Coys, Kamilla Nayt, İmocen Lendi, Terri Leppard, Çoy Lü, Piter Lü, Mori Mak-Lennan, Qari Monaqan, Conatan Maddel, Endi Enq, Ksaviera Obon, Mark Petti, Brüs Peyvell, Moris Saatçi, Lienn Silman, Rupert Saymonds-Qudinq, Ceremi Sinklera, Darius Tenq, Stiv Trayb, Saymond Uorden, Orlando Uorner, Sofiyu Uezeril, Tim Uilks, Maykl Uilton, Coka Vonga, Dena Yangera.

Əgər siz yeni kitabın tərtibatında iştirak etmək istəyirsinizsə, saytımıza baş çəkin brutalsimpicityofthought.com

Rahat olun.

Brutal Simplicity of Thought – “M&C Saatchi” şirkətinin qeydiyyatdan keçmiş əmtəə nişanı

119