View
327
Download
11
Category
Preview:
Citation preview
1
AZƏRBAYCAN DİLİ. 6-cı sinif.
Bakı: Altun Kitab, 2013.
Müəlliflər:
Rafiq İsmayılov
Dilrubə Cəfərova
Sahibə Məmmədova
TQDK-nın dərslik komplektinə dair rəyinə cavab
N Yekun rəydə verilmiş qeydlər Cavablar
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 6 bölmə
üzrə 52 mövzu və 6 ümumiləşdirici təkrar materiallarını əhatə etmiş, onun əvvəlində
mündəricat, sonunda sözlük verilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına görə, fənnin
tədrisinə həftədə 4 saat olmaqla, ümumilikdə 128 saat vaxt ayrılmışdır. Dərslikdə birinci
yarımildə 3 tədris vahidi üzrə 30 dərsin keçirilməsi planlaşdırılmışdır.
Dərslik komplektində 4 məzmun xətti üzrə əsas və alt-standartların reallaşdırılması
nəzərdə tutulmuşdur.
Mətnlərə aid tapşırıqların “Söz ehtiyatı”, “Düşün və cavab ver”, “Yazı”, “Dil qaydaları”,
“Araşdırma”, “Şifahi nitq” kimi rubrikalara bölünməsi şagird fəaliyyətinin hansı
məzmun xəttinə istiqamətləndirilməsini göstərir.
Dərslikdəki mətnlərdə dil qaydalarına aid sözlərin və tapşırıqların şərtinin rəngli,
qrammatikaya aid qaydaların ayrıca çərçivədə “Yadda saxla!” başlığı ilə verilməsi fənnin
tədrisi prosesini asanlaşdırır.
Dərslikdə şagird şəxsiyyətinin formalaşdırılması, məzmun standartlarının reallaşdırılması
üçün müxtəlif formalı tapşırıqlara üstünlük verilməsi təqdirəlayiqdir.
Bununla belə, dərslikdə müəyyən qüsurlara rast gəlinir.
Bunlar aşağıdakılardır:
1. “Fərd və cəmiyyət” adlanan
birinci bölmədə ərizə (səh. 42) və
tərcümeyi-hal (səh. 43) modelləri
verilmişdir. 3.1.4. alt-standartını
reallaşdırmaq üçün nəzərdə tutulan
ərizə və tərcümeyi-hal əməli yazı
nümunələrini öyrənmək 9-cu dərsə
aiddir.
6-cı sinif şagirdinin bu əməli
yazı nümunələri ilə ilk dəfə tanış-
lığını nəzərə alıb, həmin nümunə-
ləri eyni bir dərsdə deyil, eyni
bölmənin iki müxtəlif dərsində öy-
rətmək məqsədəuyğun hesab olunur.
“Elektron ünvanım olsaydı”
mətninin məzmunu bu əməli yazı
nümunələrinin öyrədilməsinə
zəmin yaratdığından hər iki əməli
yazı növünün bu dərsdə verilməsi
məqsəduyğun hesab edilmişdir.
Şagird mətndən çıxış edərkən hər
əməli yazı növünün işlənmə
məqamını və xüsusiyyətlərini
daha yaxşı yadda saxlayır. Hər iki
yazı növünə nümunə verildiyi
üçün tapşırığı yerinə yetirmək
şagird üçün çətinlik törətmir.
Bu dərs üçün 3 saat vaxt
ayrılmışdır: 1 saat – mətnlə iş, 1
saat – əməli yazı növlərinin (ərizə,
2
tərcümeyi-hal) mənimsədilməsi, 1
saat – dil qaydaları. Beləliklə,
əməli yazının yalnız iki növünə 1
saat ayrılır. Sonradan isə bu
standart (3.1.4.) dərsliyin digər
bölmələrində təkrar olaraq bir
neçə dəfə reallaşdırılır. 2. Səhifə 14. 14-cü tapşırıqda
soruşulan “sözün kökü və hansı
nitq hissəsindən yaranmasının
fərqli anlayış olması” haqqında dil
qaydası məzmun xəttində nəzərdə
tutulmadığından, bu tipli tapşırıq-
ların dərslikdən çıxarılması təklif
olunur.
Burada “Dil qaydaları” məzmun
xəttinə aid verilmiş tapşırıqlardan 3-
ü reallaşdırılmalı olan 4.1.2 alt-
standartına aiddir. Lakin tapşırıq 11-
də sözlərin leksik və qrammatik
mənalarını araşdırmaq tələbi qoyulsa
da, bu, 4.1.2 alt standartının
tələblərinə uyğun deyil. Çünki alt
standartda sözlərin leksik
mənalarının deyil, qrammatik
mənalarının kontekstə uyğun
izahı tələb olunur. MMV üzrə
bu alt-standarta aid verilmiş təlim
nəticəsi də (Əsas nitq hissələrinin
leksik və qrammatik mənalarını
araşdırır.) məsələni tam əhatə etmir.
Şagird V sinifdə sözün başlanğıc
forması və kök arasındakı fərq,
köklə başlanğıc formanın müxtəlif
nitq hissələrinə aid olması,
eyniköklü sözlər və sözlərin bir
neçə şəkilçi qəbul etməsi
haqqında məlumatlandırılır.
Sözün hansı nitq hissəsinə aid
olması onun qrammatik mənasıdır
və bu məna sözün leksik və
qrammatik xüsusiyyətlərinə görə
müəyyən edilir. Sözün leksik
mənasını izah etmədən qrammatik
mənanı kontekstə uyğun izah
etmək mümkün deyil. Məsələn,
şagird kontekstdə “gül” sözünün
leksik mənasını izah edə bilmirsə,
onun isim və ya fel olduğunu necə
təyin edə bilər? Eləcə də, köməkçi
nitq hissələri ilk növbədə leksik
mənası olmadığına görə müəyyən
olunur.
3 Yenə həmin səhifədəki tapşırıq
15-lə bağlı MMV-də deyilir: “15-ci
tapşırıq şagirdlərin V sinifdə əldə
etdikləri bilik və bacarıqlar
əsasında yerinə yetirilir”. Bu
tapşırıqda nənəsinə məktub yazan
Ramilin məktubda buraxdığı
orfoqrafik səhvləri düzəltmək tələb
olunur. Lakin şagirdlərə bu
məktubda müəyyən edilməli olan
düzgün yazı qaydaları hələ tam
olaraq keçilməyib və 5-ci sinifdə
MMV-də həmin tapşırıq şərh
olunarkən “Şaquli fəndaxili
inteqrasiya” sözləri yazılıb və 5-
ci, 6-cı siniflərin 4.1.4. standartına
istinad olunub (5-9-cu siniflərdə
bu standart orfoqrafik qaydaların
mənimsədilməsinə xidmət edir).
Sadəcə olaraq, bu tapşırıq
dərsliyin ilk səhifələrinə təsadüf
etdiyindən və həmin standartla
bağlı hələ heç bir nəzəri qayda
verilmədiyindən 5-ci sinif xüsusi
3
verilən biliklər bu məktubda
buraxılan səhvləri düzəltmək
bacarığı yaratmır.
vurğulanıb. Əslində 15-ci
tapşırıqda şagirdlərin bu vaxta
qədər əldə etdikləri biliklər
(məsələn –lar2 şəkilçisinin deyilişi
və yazılışı, yanaşı gələn qoşa
saitdən birinin düşməsi və s.)
nəzərdə tutulur. Bəzi qaydaların
keçilmədiyi (məs:”ilə” qoşmasının
tələffüzü ilə bağlı) söylənilə bilər.
Lakin nəzərə almaq lazımdır ki,
şagirdlər kitab oxumağa
başladıqları andan müəllimlər
onlara sözləri düzgün yazmağı və
tələffüz etməyi öyrədirlər.
Orfoqrafik normalara uyğun yazı
bacarığı yalnız dil qaydaları
əsasında deyil, həm də empirik
yolla öyrədilir.
Nəhayət, şagirdlər qaydanı
bilmədiklərinə görə tapşırıqdakı
hər hansı səhvi düzəldə bilmə-
sələr, müəllim onlara yardımçı ola
bilər. 4 Səhifə 18. Dərslikdəki nəzəri
məlumat ikinci dərsin 6, 7, 8 və 9-cu
tapşırıqlarını yerinə yetirməyə
çətinlik yaradır. Tapşırıqlarda dil
qaydasında izah edilməyən, 6-cı
sinif şagirdinin yaş və bilik
səviyyəsi baxımından çətinlik
yaradan aşağıdakı biliklərin
yoxlanması tələb olunur:
1) İsim düzəldən aşağıdakı
şəkilçilər: -ıntı4
, - ıcı4
, -iyyət, -dar, -
ın4
, -ıq4
, -acaq2
, -lı4
, -aq2
, -qı4
, -
kı4;
2) İsim düzəldən -kı4
və -qı4
şəkilçilərin fərqli tələffüz olunma
məqamları;
3) Adlardan və fellərdən isim
düzəldən şəkilçilərin
fərqləndirilməsi.
Nəzərə alsaq ki, şagirdlər
Azərbaycan dilinin daşıyıcılarıdır,
onlar üçün bu cür tapşırıqları
yerinə yetirmək üçün əlavə nəzəri
məlumat verməyə gərək yoxdur.
Bundan əlavə, məqsəd şagirdlərdə
isim düzəldən şəkilçiləri əzbər-
lətmək deyil. Burada şagirdlərdən
V sinifdə söz yaradıcılığından
əldə etdikləri biliklər sayəsində
düzəltmə isimləri müəyyənləşdir-
mək tələb edilir.
Tapşırıqlar yerinə yetirildikdən
sonra şagirdlər qrammatik bilik-
lərini sistemləşdirə bilərlər. 6-cı
və 7-ci tapşırıqların icrası heç bir
çətinlik yaratmır. 8-ci tapşırıq isə
4.1.2 standartını reallaşdırır. 9-cu
tapşırıqda (ulduz işarəsindən də
göründüyü kimi, bu, çətinlik də-
rəcəsi yüksək olan tapşırıqdır)
4
müəllim fasilitator rolunda şagir-
din diqqətini söz kökünün son
samitinə yönəltməklə problemi
həll etdirə bilər. Təcrübə göstərir
ki, praktikadan nəzəriyyəyə gəlmə
tədris prosesində çox effektli
üsuldur. 5 Səhifə 18. Tapşırıq 7-də on bir
düzəltmə ismi (döşəkçə, çəkməçi,
saflıq, igidlik, təmizlik, tikinti,
dinləyici, üzümlük, fəaliyyət,
hesabdar, bağlayıcı) aşağıdakı
qayda üzrə dəftərə köçürmək tələb
olunur:
A) İsimdən düzələn isimlər: B)
Feldən düzələn isimlər: C) Sifətdən
düzələn isimlər:
Tapşırıqdakı bəzi sözlərdə
(döşəkçə, bağlayıcı) iki leksik
şəkilçi vardır. Bu da həmin sözlərin
kökü və hansı nitq hissəsindən
yaranması məsələsini fərqləndirir.
Yuxarıda qeyd olunduğu kimi, bu
biliyin öyrədilməsi dil qaydaları
məzmun xəttində nəzərdə tutulmur.
Həmçinin, dərslikdə bu tipli
nümunələrin öyrədilməsi və təhlili
ilə bağlı məlumat verilməmişdir.
Bir daha bildiririk ki, V sinifdə
4.1.2. “Sözün səs tərkibini...,
yaranma üsullarını ....... izah edir”
alt-standartı verildiyindən bu tipli
tapşırıqların dərslikdə öz əksini
tapması normaldır. V sinifdə bu
haqda kifayət qədər məlumat
verilmişdir. Həmçinin təcrübədə
sübut edilmişdir ki, şagirdlərə
nəzəri məlumatı hazır şəkildə
təqdim etməkdənsə onların bu
qaydalara müxtəlif praktik
tapşırıqlarla gəlməsi daha yaxşı
nəticələr əldə etməyə kömək edir.
MMV-də də deyilir ki, bu
tapşırıqlar 4.1.2. və 4.1.4.
standartlarının inteqrasiyasına
xidmət edir. Belə ki şagirdlər
əvvəlcə düzəltmə isimlər
haqqında informasiya alır (4.1.2.),
sonra isə müxtəlif leksik şəkilçilər
qoşularkən sözün deyilişi və
yazılışı arasındakı fərqi (məs.:
saflıq, təmizlik və s.) izləyirlər. 6 Bu dərsdəki dil qaydalarına aid
tapşırıqlar 4.1.2. (Sözün qrammatik
mənasını kontekstə uyğun izah
edir) və 4.1.4. (Əsas nitq
hissələrinin yazılışı ilə bağlı
qaydalara əməl edir.) alt
standartlarına aid təlim nəticələrini
reallaşdırmalıdır. Yalnız 8 və 9-cu
tapşırıqlar həmin alt-standartlara aid
edilmiş təlim nəticələrinə (4.1.2.-yə:
“Kontekstə görə isim düzəldən
leksik şəkilçiləri (dayanacaq, səpin,
gəlir) qrammatik şəkilçilərdən
Nəzərə almaq lazımdır ki, hər
bir alt-standart dərs ilinin sonu
üçün əldə olunan bacarığı nəzərdə
tutur. Təlim nəticəsi isə bu
standartın reallaşmasına aparan
yolda bir addım və ya vasitədir.
Əgər standarta uyğun olaraq
düzəltmə isimlərin yazılışı və ya
kontekstə görə fərqləndirilməsi
məqsəd kimi qoyulursa, əvvəlcə
şagirdə düzəltmə ismin nə
olduğunu başa salmaq lazımdır.
Müvafiq qrammatik kateqoriyanı
5
fərqləndirir”, 4.1.4.-ə: “Düzəltmə
isimlərin yazılışı ilə bağlı qaydalara
əməl edir”.) aiddir.
dərk etmədən, terminə yiyələn-
mədən həmin kateqoriyaya aid dil
qaydaları ilə bağlı nitq bacarıq-
larına necə yiyələnmək olar?
MMV-də açıq şəkildə yazıl-
mışdır ki, 6-8-ci tapşırıqlar sözün
qrammatik mənasını müəyyən et-
məyə, 9-cu tapşırıq düzəltmə
isimlərin yazılışı ilə bağlı
qaydaları mənimsəməyə ( 4.1.4.),
10-cu tapşırıq isə kontekstə görə
düzəltmə isimləri digər nitq
hissələrindən fərqləndirməyə
(4.1.2.) xidmət edir. Bəli, 9-cu və
10-cu tapşırıqlar (rəydə, görünür,
səhvən 8-ci və 9-cu qeyd olunub)
birbaşa kurikulumdakı alt-
standartların reallaşdırılmasına
yönəlib. Lakin 6-8-ci tapşırıqlar
olmadan buna nail olmaq
mümkün deyil.
7 Səhifə 21. Mənsubiyyət şəkil-
çilərini müəyyənləşdirməyə xidmət
edən 7-ci tapşırıq dil qaydasına aid
məlumatların mənimsənilməsini ay-
dınlaşdırmaq baxımından ciddi əhə-
miyyət daşımır. Belə ki, təqdim
olunan nümunələrdə üç birləşmənin
asılı tərəfindən başqa bütün
sözlərdə yalnız üçüncü şəxsə
aid mənsubiyyət şəkilçisini müəy-
yənləşdirmək lazımdır ki, bu da
mövzunu tam əhatə etmir. Bu söz
birləşmələrinin asılı tərəflərinin
mənsubiyyətə görə dəyişməsinin
mənimsədilməsi 6-cı sinif şagirdinin
yaş və bilik səviyyəsinə uyğun deyil.
Dilimizdə I və II şəxs
mənsubiyyət şəkilçilərinin təyin
olunması elə də çətinlik törətmir,
çünki bu cür söz birləşmələrinin
birinci tərəfi, adətən, şəxs əvəzliyi
ilə ifadə olunur (bizim kəndimiz).
Məhz buna görə də tapşırıqda 1-ci
tərəfi I və II şəxs mənsubiyyət
şəkilçisi qəbul etmiş bir neçə söz
birləşməsi verilmişdir (kəndimizin
yolları və s.). Bu da olmasa,
tapşırıq çox bəsit alınardı.
Tapşırıqda təqdim olunan 9
birləşmədən üçündə mənsubiyyət
şəkilçilərini müəyyən etmək
çətinlik törədə bilər. Bu da
normaldır, hətta vacibdir, çünki
tapşırığı yerinə yetirən şagirdləri
səviyyələrinə görə fərqləndirməyə
imkan verir.
8 “Elektron ünvanım olsaydı...”
mətni ilə tədris olunan
Bir çox kitablarda, o cümlədən
TQDK-nın abituriyentlərin qəbul
6
doqquzuncu dərsdə ərizə və
tərcümeyi-hal əməli yazıları
öyrədilməlidir. Tərcümeyi-hal
qənaətbəxş hesab olunsa da, 42-ci
səhifədə “ərizə”nin təqdimi
qüsurludur. Təqdim olunmuş ərizə
formasında iki qüsur vardır: 1)
başlıq hissədə “tərəfindən” sözü
artıqdır. 2) “ərizə” sözü kiçik
hərflə yazılmalıdır. (Bax: Ş.
Balakişiyev, İ. Namazov, Əməli
yazı nümunələri, Azərbaycan
Respublikası Təhsil Problemləri
İnstitutu, Bakı-2006, Səhifə 8, 9).
imtahanına hazırlığı üçün nəzərdə
tutulmuş vəsaitdə də “ərizə” sözü
böyük hərflə yazılmışdır.
Dərslikdə isə “Ərizə” sözünün
birinci hərfi deyil, hamısı böyük
hərflə yazılmışdır. Adil Babayevin
Üslubiyyat (ali məktəblər üçün
dərslik) kitabında isə “tərəfindən”
sözü işlənmişdir.
Ümumiyyətlə, bütün bunlar hə-
min sənəd növünün formal xüsu-
siyyətləridir və onların müxtəlif
variantları ola bilər. Əsas məsələ
sənədin məzmun xüsusiyyətləri,
strukturu, məqsədi, yazılma məqa-
mıdır ki, bütün bunlar dərslikdə
təfərrüatı ilə açıqlanıb.
9 Bu dərsdə “Düzəltmə sifətlər”
başlığı altında dil qaydaları (səh.
43) verilmişdir. Məlumat MMV-də
4.1.2 alt standartına (Sözün qram-
matik mənasını kontekstə uyğun izah
edir) aid edilsə də, qaydanın
məzmununda onun əslində 4.1.3.
alt-standartına (Əsas nitq hissələrinin
yazılışı ilə bağlı qaydalara əməl edir)
aid olduğu ortaya çıxır. Dil
qaydalarına aid 8-ci tapşırıq da
4.1.3 alt-standartının reallaşdırıl-
ması üçün nəzərdə tutulub. 9-cu
tapşırıq isə standartlarda nəzərdə
tutulmayan məsələdir. Dərsdə 4.1.2.
alt-standartına aid edilmiş təlim
nəticəsinə aid (Düzəltmə sifətləri
eyni şəkilçili düzəltmə isimlərdən
fərqləndirir) tapşırıq yoxdur.
MMV-də də dərslə bağlı verilmiş
tapşırıq tövsiyə xarakterlidir.
Unutmaq olmaz ki, dərslik və
MMV tədris prosesində bir-birini
tamamlayan vahid komplektdir və
bəzi standartlar yalnız MMV-də
reallaşa bilər.
Düzəltmə sifətlərlə bağlı dərs-
likdə verilmiş tapşırıqlar bu
qrammatik kateqoriyanın şagirdlər
tərəfindən mənimsənilməsinə xid-
mət edir. 8-ci tapşırıq 4.1.4.
standartına aid olsa da, bu məq-
sədə xidmət edən yeganə tapşırıq
olduğundan təlim nəticəsi kimi
qabardılmır. MMV-də verilmiş
“Dördündən biri fərqlidir” tipli
tapşırıq isə məhz 4.1.2. alt-
standartına aid olan təlim
nəticəsini (Düzəltmə sifətləri eyni
şəkilçili düzəltmə isimlərdən
fərqləndirir) reallaşdırmaq məqsə-
dini güdür. Belə ki, şagirdlərdən
şəkilçilərin omonimliyi üzərində
iş aparmaq, eyni şəkilçili
düzəltmə isimləri və sifətləri
fərqləndirmək tələb olunur.
Bundan əlavə MMV-də sifətin
substantivləşməsi və ismin atribu-
7
tivləşməsi haqqında məlumatlar
müəllim üçün tövsiyələr də verilir
ki, bütün bunlar 4.1.2. alt-
standartına uyğun gəlir.
10 Səhifə 44. “Ümumiləşdirici
təkrar” keçilən mətn və dil
qaydalarının təkrarı, eləcə də kiçik
summativ qiymətləndirməyə hazırlıq
baxımından materialı tam əhatə
etmir. Şagird tərəfindən çətin
mənimsənilən və çətinliklə
fərqləndirilən qeyri- müəyyən
yiyəlik və qeyri-müəyyən təsirlik
hala dair tapşırıq verilməmişdir.
MMV-də təqdim olunan (səh. 47-
48) “Birinci bölmə üzrə KSQ”
nümunəsi keçilən material və ona
dair tapşırıqlar, ümumilikdə, qarşıya
qoyulan məqsəd və tələblər
müqabilində çox bəsit xarakter
daşıyır. KSQ-də 3-cü məzmun
xəttinə (Yazı) dair heç bir tapşırıq
təqdim olunmur və şagirdin yazı
vərdişlərinə yiyələnməsi səviyyəsi
müəyyənləşdirilməyərək (st. 3.1.1.;
3.1.2.; 3.1.3.; 3.1.4.),
qiymətləndirilməmiş qalır.
Ümumiləşdirici təkrara aid
tapşırıqları həll etmək üçün
aşağıdakı məlumatların bölmənin
müvafiq dərslərində əlavə izahına
ehtiyac yaranır:
1) -keş, -q, -ma2
, -ış4
, -kar isim
düzəldən şəkilçilər (2 və 3-cü
tapşırıqlar);
2) -keş, -ı4
, -aq2
, -kar, -qan,
-kən sifət düzəldən şəkilçilər (2
və 3-cü tapşırıqlar).
3) -ıcı4
, -ma2
, -lı4, -kar, -keş
şəkilçilərinin omonim səciyyə
daşıması.
Əvvəla, qeyri-müəyyənlik bildi-
rən yiyəlik halla bağlı MMV-də
verilmiş KSQ-də tapşırıq var.
İkincisi, müəyyənlik və qeyri-
müəyyənlik bildirən yiyəlik halı
fərqləndirmək dil daşıyıcısı olan
şagird üçün yalnız hər hansı bir
qrammatik qaydanı yerinə yetir-
məkdən başqa heç bir funksiya
daşımır. Bir qrammatik kateqoriya
kimi, bu anlayışları mənimsətmək
məqsəd deyil, hansısa nitq baca-
rıqlarına yiyələnmək üçün vasitə-
dir. Ona görə də bu tip tapşırıqlara
çox yer verilməsinə ehtiyac
yoxdur.
Yazı məzmun xəttinə dair tövsiyə
və tapşırığın verilməməsi təbiidir.
Çünki hər müəllim öz sinfinin
səviyyəsini və KSQ-yə qədər yazı
məzmun xətti üzrə reallaşdırılmış
standartları necə (hansı yolla)
yoxlayacağını özü daha yaxşı
bilir. Dərslik müəlliflərinin
məqsədi oxu və dil qaydaları
məzmun xətləri üzrə
qiymətləndirmə materialları təq-
dim etməkdir. Bu gün müəllim-
lərin qiymətləndirmə zamanı ən
çox çətinlik çəkdikləri məqamlar
məhz bunlardır. Bölmənin möv-
zusuna uyğun esse, inşa, hekayə
mövzusu müəyyən etmək
müəllimlər üçün çətinlik törətmir.
Ümumiyyətlə, KSQ və BSQ
zamanı özünüifadə bacarıqlarının
(danışma, yazı) qiymətləndiril-
məsi hələ ki mübahisə predmeti
olaraq qalır.
8
Şəkilçilərin verilməməsinin səbə-
bi haqqında izahat verilmişdir. Bir
daha qeyd edirik ki, məqsəd
şəkilçiləri əzbərlətmək deyil, 5-ci
sinifdə formalaşdırılmış söz
yaradıcılığı və nitq hissəsini
müəyyənetmə bacarığını inkişaf
etdirməkdir. 11 Səhifə 45-78. İkinci bölmə
“İxtiralar və kəşflər” adlanır.
Bölmə 6 həftə, 24 saata tədrisi
nəzərdə tutulmuş 11 dərsdən
ibarətdir. Buradakı materiallar 10
elmi-kütləvi mətnlə təqdim olunur.
Bu mətnlərdən 2-si dərslik
müəlliflərinə, 8-i isə digər şəxslərə
aiddir.
Dərslərdə “Söz ehtiyatı” ilə bağlı
tapşırıqlarda dərslər üzrə çətinliyin
paylanmasında eynilik gözlənilmə-
mişdir. 12-ci dərsdə 8, 13-cü dərsdə
5, 16-cı dərsdə 2, 17-ci dərsdə 1, 18-
ci dərsdə 4, 19-cu dərsdə 6, 20-ci
dərsdə 4 sözün mənasını araşdırmaq
tələb olunur. Həmin dərslərdə digər
tapşırıqların çəkisi təxminən eyni
olduğuna görə indiki halda “Söz
ehtiyatı” başlıqlı tapşırıqların
çətinlik səviyyəsi fərqlidir.
İstənilən dil dərsliyinin əsas
məqsədlərindən biri də şagirdlərin
söz ehtiyatının artırılmasıdır. Söz
ehtiyatı “Oxu” məzmun xəttinin
iki əsas standartından biridir.
Çünki şagirdin söz ehtiyatı nə
qədər zəngindirsə, onun intellekti
və mətni qavramaq bacarığı bir o
qədər yüksəkdir.
“Söz ehtiyatı”nda sözlərin
miqdarı mətnə görə müəyyənləşir.
Bədii mətnlə elmi-kütləvi mətndə,
klassik yazıçının əsəri ilə müasir
yazıçının əsərində şagird üçün
yeni sözlərin miqdarı eyni ola
bilməz. Əgər hər hansı mətndə
“Söz ehtiyatı” rubrikasında
verilən sözlərin miqdarı çoxdursa,
deməli, bununla bağlı müvafiq
standart və təlim nəticəsi
qabardılır və həmin standarta daha
çox vaxt ayırmaq lazım gəlir. Bu
işi asanlaşdırmaq və vaxta qənaət
etmək üçün müəlliflər dərsliyin
sonunda həmin sözlərin qısa izahlı
lüğətini də vermişlər.
12 İkinci bölmə üzrə təqdim olunmuş
mətnlərin məlumat yükü, onlarda
əks olunan tarixlər, coğrafi və şəxs
adları “dinləyib-anlama”, “danış-
ma”, “oxu” və “yazı” məzmun
xətlərinin reallaşmasına mane
olur. “Riyaziyyatçıların şahı”
mətnində 1777-ci il, Karl Fridrix
Qauss, 5050, “Rozetta daşının
Bu qeydlə bağlı bir neçə məqama
diqqət yetirmək lazım gəlir:
1. Rəyçilər dilin tədrisində
intellekti inkişaf etdirən elmi-
kütləvi mətnlərin rolunu və əhə-
miyyətini düzgün qiymətləndir-
mirlər.
Ədəbiyyat fənnindən fərqli
olaraq dil dərsliyində oxu bacarığı
9
sirri” mətnində 1799-cu il, Misir,
İsgəndəriyyə, Rəşid şəhəri,
Napoleon Bonapart, heroqlif, 114
sm, 72 sm, 27 sm, 760 kq, Rozetta
daşı, 1801-ci il, 1802-ci il,
müyəssər, 1822-ci il, Paris, papirus,
perqament, 32 yaşlı, tarixçi-
şərqşünas, linqvist, Jan Fransua
Şampolyon, 16 yaş, 19 yaş,
professor, funksiya, Misir fironu
Ptolomey, Kleopatra, misirşünaslıq,
“Əfsanəvi dəniz səyyahı” mətnində
Avropa, Genuya şəhəri, Xristofor
Kolumb, Amerika, ədviyyat,
Hindistan, 1485-ci il, 34 yaşlı, geniş
coğrafi bilik, Atlantik okeanı,
ekspedisiya, Genuya tacirləri,
Portuqaliya kralı, İspaniya kraliçası
İzabella, riskli, 1492-ci il avqust
ayının 3-də, Passat küləyi, kayut,
matroslar, üç gün, iki gün, 70 gün,
San Salvador, Quanaxani adası,
Kuba, Haiti adası, hindu,
müstəmləkə, “Manuel Vasko da
Qama” mətnində Portuqaliya,
Afrika, Hindistan, 1497-ci il,
Lissabon, ekspedisiya, 4 gəmi 170
nəfərlik heyət, 28 yaşlı, zadəgan,
dörd ay, Ümid burnu, Hind okeanı,
3 ay, 1498-ci il, mayın 20-də,
ərəb tacirləri, müsəlman tacirləri,
darçın, mixək, 1499-cu il, sentyabr,
ədviyyat, 1502-ci ildə, 20 gəmi,
Ərəbistan yarımadası, Hindistan
yarımadası, 1524-cü il, vitse-kral,
“Yusif Məmmədəliyev” mətnində
1942-ci il, dekabr ayının 31-i, 37
yaş, Yakovlev, Mikulin, Ali Baş
Komandan Stalin, SSRİ, Lenin
ordeni, 12 il sonra, 1954-cü ilin
noyabr ayının 19-da, 1957-ci il
oktyabr ayının 27-də, sovet süni
peyki, çəkisizlik şəraiti, Nobel
mükafatı, 1957-ci il dekabrın 29-da,
daha çox elmi-kütləvi mətnlər
vasitəsilə reallaşdırılır. Bu mətn-
lərdə verilmiş informasiyanı qav-
ramaq, bir neçə informasiyadan
istifadə edərək sillogizm yolu ilə
yeni informasiya yaratmaq oxu
üzrə standartları reallaşdırmaq
üçün əsas vasitələrdir. Bütün
bunları həyata keçirmək üçün isə
mətndə kifayət qədər informasiya
olmalıdır.
Dərslik müəllifləri mətni
seçərkən və adaptasiya edərkən
müxtəlif fənn kurikulumları və
dərslikləri ilə tanış olur, bundan
çıxış edərək müvafiq yaş
qrupunun bilik dairəsi və
intellektual səviyyəsi haqqında
təsəvvür əldə edirlər.
2. Şagirdlərə bu cür mətnləri
oxudarkən məqsəd və metodika
düzgün müəyyənləşdirilməlidir.
Dil dərsliyində verilmiş mətnlə
tarix və ya biologiya dərsliklə-
rində verilmiş mətnlərin mənimsə-
dilməsində tamamilə fərqli ya-
naşma olmalıdır. “Azərbaycan
dili” dərsliyində mətnlər oradakı
informasiyanı əzbərləmək, yadda
saxlamaq üçün verilmir. Bu
informasiya gələcəkdə Azərbay-
can dili üzrə qiymətləndirmə
obyekti olmayacaq. Bu dərsliyin
və fənnin məqsədi mətni qavrama
texnikasını, diqqətli oxu, istiqa-
mətləndirilmiş oxu bacarıqlarını
inkişaf etdirməkdir. Digər
fənlərdə isə, əksinə, öyrənmə
obyekti mətnlərdəki informasiya-
dır. Buna nail olmaq üçün isə
şagirdlər Azərbaycan dili fənnində
əldə etdikləri bacarıqlardan
istifadə edirlər. Məhz buna görə
10
Nobel Komitəsi, Sovet Ordusunun
marşalı Baqramyan, Tank qoşunları
komandanı general Babacanyan,
ticarət naziri Mikoyan, üç yüksək
vəzifəli erməni, 1945-ci il, SSRİ
Elmlər Akademiyasının prezidenti
B.L. Komarov, 1961-ci il, 1998- ci
il, Elmlər Akademiyasının Rəyasət
Heyəti, “Qədim saatlar” mətnində
perpendikulyar, Qədim Çin,
Babilistan, Yunanıstan, 2500 il,
Budapeşt, 8 metr, dekabrın 31-də,
siferblat, saniyənin milyonda biri,
“İlk dünya səyahəti” mətnində
1519-cu il, Kolumbun coğrafi
kəşfləri, Atlantik okean, Ameriqo
Vespuççi, Hindistan, Afrika, 39 yaş,
Fernando Magellan, İspaniya kralı,
1519-cu ilin sentyabrı, 5 gəmi, 265
nəfərlik heyət, 1520-ci ilin martı,
“Santyaqo” gəmisi, oktyabrın ikinci
yarısı, iki gəmi, dörd gün, flaqman,
coğrafi boğaz, 600 km, üç ay iyirmi
gün, Sakit okean, “San Antonio”
gəmisi, Filippin adaları, iki gəmi,
1522-ci ilin sentyabrı, “Viktoriya”
gəmisi, 265 ekspedisiya üzvü, 18
nəfər, XVI əsr, “Qaliley” mətnində
Klavdi Ptolomey, Polyak alimi
Kopernik, Günəş sistemi, 70 yaş,
italyan alimi Cordano Bruno, 1600-
cü il, təlqin, teleskop, Süd Yolu,
krater, Yupiter planeti, “Ulduz
müjdəçisi” kitabı, inkvizisiya, 69
yaş, 33 il əvvəl, astronom, 9 il, 350
il, “Orxon-Yenisey abidələri” mət-
nində Avropa düzənlikləri, Sibir
çölləri, 1893-cü il, XIII əsr,
Alaəddin Cüveyni, Monqolustan,
1692-ci il, Niderland, Nikolay
Vidzen, Filip Stralenberq, İsveç
zabiti, 13 il, 1730-cu il, Orxon-
Yenisey çayları, rus türkoloq
alimləri, kitabə, kurqan, “Kültigin”,
də Azərbaycan dili metafənn
adlanır. Kurikulumun fəlsəfəsi də
ondan ibarətdir ki, əgər 1-ci
sinifdə şagirdləri hərflərlə tanış
edib oxumağı öyrədiriksə və
bunun hesabına şagirdlər digər
dərsliklərdəki mətnləri oxuyub
informasiya alırlarsa, bununla iş
bitməməlidir, ildən-ilə daha
mürəkkəb mətnlər verməklə oxu
texnikası müxtəlif üsullarla
inkişaf etdirilməlidir. İnformasiya
yükü az olan nağılvarı mətnlərlə
bunu etmək mümkün deyil.
Əgər mətndə Rozetta daşının eni,
uzunu, hündürlüyü rəqəmlərlə
verilibsə (114 sm, 72 sm, 27 sm),
bu, şagirdin həmin rəqəmləri
əzbərləməsi üçün deyil, daşın
ölçüləri haqqında aydın təsəvvür
yaratmaq üçündür. (Yeri
gəlmişkən, Rozetta daşı tarix və
dilçilik elminin inkişafında
çevriliş etmiş mühüm arxeoloji
abidələrdən biridir və şagirdin bu
abidə haqqında aydın təsəvvürü
olmalıdır.)
3. Rəyçilər şagirdlərin intellek-
tual səviyyəsini düzgün qiymət-
ləndirmirlər.
Rəydə uzunluğu ilə seçilən bu
qeyddə on mətndən yüzlərlə söz,
ifadə, rəqəm gətirilir. Məsələn,
“Riyaziyyatçıların şahı” mət-
nində: 1777-ci il, Karl Fridrix
Qauss, 5050 və ya “Qədim saat-
lar” mətnində: perpendikulyar,
Qədim Çin, Babilistan, Yuna-
nıstan, 2500 il, Budapeşt, 8 metr,
dekabrın 31-də, siferblat, sani-
yənin milyonda biri. Doğrudanmı
rəyçilər elə hesab edirlər ki, bu ad
və rəqəmlərin yer aldığı mətni 6-
11
235 santimetr, Çin heroqlifləri,
Danimarka alimi Vilhelm Tomsen,
1893-cü ilin noyabrı, Danimarka
Kral Akademiyası, 1894-cü il, rus
alimi Vasili Radlov, spesifik,
qədim Göytürk dövləti, Bilgə
xaqan, Tonyukuk, VI- VIII əsrlərdə,
731-ci il, türk törəsi, İltəris,
Kapağan, məzar poeziyası,
“İşarələrin tarixi” mətnində pauza,
xəttat, analoji yol, emosional kimi
söz və ifadələr, rəqəm və ədədlər
diqqətin yayınmasına gətirib
çıxarır, məzmun xətləri üzrə
standartların reallaşmasına ciddi
şəkildə mane olur.
cı sinif şagirdi mənimsəyə bilməz.
Bəzi Azərbaycan dili müəllimləri
üçün “Yupiter planeti”, “Atlantik
okeanı”, “Hind okeanı”,
“teleskop”, “ekspedisiya” və s.
söz və ifadələr çətin görünə bilər,
çünki onlar uzun müddət yalnız
dilçilik üzrə mətnlərlə işləyiblər.
Lakin riyaziyyat, fizika, tarix və s.
fənləri keçən şagirdlər üçün bu
sözlər tamamilə aydın və anla-
şıqlıdır.
Bundan başqa, unutmaq olmaz
ki, informasiya yüklü mətnlərin
oxudulması zamanı çox zaman
mətn qruplar arasında bölüşdü-
rülür. Hər qrup öz hissəsini
oxuduqdan sonra onu digər
qruplara təqdim edir və beləliklə
nitq bacarıqlarının (oxu, danışma,
dinləmə) inteqrasiyası yaranır.
Qeydin sonunda rəyçilərin
çıxardığı nəticə isə tamamilə
absurd və məntiqsizdir.
13 Səhifə 63. Tapşırıq 12-də
“Respublika Günü” rəsmi gün
olduğu üçün ikinci sözün ilk hərfi
böyük yazılmalıdır.
İrad qəbul edilir.
14 Dərsliyin üçüncü bölməsində də
“Söz ehtiyatı” başlığı altında
verilmiş araşdırılmalı olan sözlərin
sayı dərslər üzrə fərqlənir. 22-ci
dərsdə 5, 23-də 2, 24-də 1, 26-da 2,
27-də 13, 28-də 4, 29-da 3 sözün
mənasının araşdırılması tələb olunur.
Dərs yükü baxımından 13 sözün
mənasının aydınlaşdırılması tələb
olunan 27-ci dərslə (3 saata nəzərdə
tutulub, 13 əlavə tapşırıq var), 1
sözün araşdırılması tələb olunan 25-
ci dərs (2 saata nəzərdə tutulub, 4
əlavə tapşırıq var) arasında ciddi fərq
yaranır.
Bax: 11-ci qeydə cavab.
12
2. Dil və yazı üslubu baxımından Materialların dil və üslubu, mətnlərdəki fikirlər və onların ifadə
tərzi şagirdlərin yaş səviyyəsinə əsasən, uyğundur. Lakin müəyyən
qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:
15 Səhifə 10. “Sadəcə olaraq, dərsə
gələndə o, qayğılarını qapının
ağzında qoyub sinfə daxil olur”.
Bu cümlədə “olaraq” sözü artıqdır.
Cümlənin “Sadəcə, o, dərsə gələndə
qayğılarını qapının ağzında qoyub
sinfə daxil olur” kimi verilməsi
daha düzgün olar.
Ədəbi dil norması pozulmayıb.
İrad qəbul edilmir.
16 Səhifə 10. “Oğlanlara dedi ki,
onlar bu yay ərzində əməlli-başlı
böyüyüblər” cümləsində “ərzində”
sözü artıqdır.
Ədəbi dil norması pozulmayıb.
İrad qəbul edilmir.
17 Səhifə 11. “Mənim nə çox zəif
cəhətim varmış!” ifadəsinin
“Mənim zəif cəhətim nə çoxmuş!”
kimi verilməsi daha yaxşı olar.
Ədəbi dil norması pozulmayıb.
İrad qəbul edilmir.
18 Səhifə 23. “Onun dabanı
yırtılmaq üzrədir” ifadəsinin
“Onun dabanı qopmaq üzrədir”
yazılması daha məqsədəuyğundur.
Ədəbi dil norması pozulmayıb.
İrad qəbul edilmir.
19 Səhifə 29. “Bəli, mən böyük
kişiyəm artıq” ifadəsinin “Bəli, mən
artıq böyük kişiyəm” kimi verilməsi
daha doğru olar.
Məntiqi vurğu məqsədi ilə
cümlədə söz sırası pozula bilər.
İrad qəbul edilmir.
20 Səhifə 38. “Doktor qeyri-
müəyyən tərzdə başını tərpətdi”
cümləsinin “Həkim narahat
baxışlarla başını tərpətdi” kimi
verilməsi daha doğru olar.
Təklif olunan cümlə tamam
başqa mənanı verir. İrad qəbul
edilmir
21 Səhifə 46. “Müxtəlif
hesablamaları fikrində yerinə
yetirirdi” cümləsinin “Müxtəlif
hesablamaları beynində aparırdı”
Ədəbi dil norması pozulmayıb.
İrad qəbul edilmir.
13
kimi verilməsi təklif olunur.
22 Səhifə 58. “Onlar şəhərlərin
əhalisini qırır, vəhşicəsinə çapıb
talayırdılar” cümləsindəki “çapıb-
talayırdılar” sözü defislə
yazılmalıdır.
İrad qəbul edilir.
23 Səhifə 59. “1942-ci il dekabr
ayının 31-i idi. Həmin gün hamı
37 yaşı tamam olmuş gənc alim
Yusif Məmmədəliyevi təbrik
edirdi. Təkcə doğum günü
münasibəti ilə deyil, eyni
zamanda yeni kəşfinə görə”
cümləsinin “Həmin gün hamı 37
yaşı tamam olmuş gənc alim Yusif
Məmmədəliyevi təkcə doğum günü
münasibəti ilə deyil, eyni zamanda
yeni kəşfinə görə təbrik edirdi”
kimi verilməsi daha doğru olar.
Bədii-publisistik mətnlərdə
tamamilə qəbul olunan üslubdur.
İrad qəbul edilmir.
24 Səhifə 101. “Daş mozaika
yaradılmışdı” ifadəsinin “Daş
şəbəkə yaradılmışdı” kimi verilməsi
daha düzgündür.
“Mozaika” sözü dilimizdə
işləndiyindən qüsur sayıla bilməz.
“Şəbəkə” həmin mənanı vermir.
3. Dizayn və bədii tərtibat baxımından
25 Dərsliyin cildinin tərtibatı ideya
baxımından xoşagələn olsa da, fon
üçün seçilmiş rəng və xüsusilə də,
fonun bir hissəsində verilmiş butalar,
mətnlər üçün seçilmiş şrift ölçüsü və
mətnlərin yerləşdirilmə tərzi, rəngi o
qədər də uğurlu deyil.
Subyektiv fikirdir. İrad qəbul
edilmir.
26 Nəşrin tituluna verilən tərtibat
cildinə nisbətən çox sadədir, adı
üçün seçilmiş şriftin daha uğurlu
şriftlə dəyişdirilməsi və titulun daha
baxımlı olması, nəşrin ümumi
kompozisiyasına uyğunlaşdırılması
məsləhətdir.
İrad qəbul edilmir.
14
27 Dərsliyin içərisindəki rəsmlərdə
uşaqların (səh. 26), eləcə də,
böyüklərin üz quruluşunun (səh.
150), geyiminin (səh. 10, 12), saç
düzümünün (səh. 146) onların
yaşına, təsvirlərin reallığa uyğun
olmadığı hallar vardır. Təsvirlərin
həqiqətə uyğunluğu, personajların
saç düzümü və geyimlərinin
məktəbliyə, eləcə də, obrazların
üzlərindəki ifadələrin yaşlarına
uyğun olması rəsmlərin
inandırıcılığını, şagird auditoriyası
tərəfindən asanlıqla qavranılmasını
təmin edərdi. Ümumiyyətlə,
dərslikdə hər bir element həm rəng,
həm də mahiyyət etibarilə digərini
tamamlamalı, şagirdin hər gün
ətrafında gördükləri ilə ziddiyyət
yaradıb onu çaşdırmamalıdır.
Rəsmlərdə obrazlar ümumilikdə
ifadəli, baxımlı alınsalar da, bu
kimi, düzəldilməsi mümkün olan bir
sıra çatışmazlıqlara da diqqət
edilməsi nəşrin dəyərini daha da
artırardı.
İrad qəbul edilmir.
28 Rəsmlərlə mətn eyni səhifələrdə
yerləşdirilərkən səhifələnmənin
modul sisteminə əməl olunsaydı,
səhifələrdə başlıqlar, onlara aid olan
mətndən hər dəfə müxtəlif
məsafələrdə (səh. 144, 158, 184
və s.) yerləşməz, ayrı-ayrılıqda
uğurlu sayıla biləcək illüstrasiyalar
səhifələrdə bu qədər baxımsız (səh.
144, 164 və s.) görünməzdi.
İrad anlaşılmır. “Səhifələnmənin
modul sistemi” dedikdə nə nə-
zərdə tutulur? Təhsil Nazirliyinin
dizayna qoyduğu tələblərdən
başqa, bütün məsələlərdə
sərbəstlik verilir. İllüstrasiyalar və
dizaynın estetik tərəfi təsviri
incəsənət üzrə ekspert, mətnə
uyğunluğu isə fənn ekspertləri
tərəfindən qiymətləndirilir.
29 Eyni qüsurları digər səhifələrin
tərtibatında da izləmək
mümkündür. Səhifələrdə seçim
məqsədilə istifadə edilmiş rənglərə,
şrift ölçülərinə, yığım tərzinə,
sətirlərarası məsafələrə və səhifələrin
ümumi kompozisiyasına diqqət
İrad subyektiv fikirlərdən
ibarətdir.
15
etmək lazımdır. İllüstrasiyaların tək
və cüt saylı səhifələrdə eyni
qaydada, yəni sağda yerləşdirilməsi
də, açıq kitabda ağırlıq mərkəzinin
sağa çəkilməsinə səbəb olur.
Əslində, onları həm tək, həm də cüt
saylı səhifələrdə kitabın kötüyünə
yaxın deyil, qoşa səhifələrin açılan
tərəflərinə yaxın yerləşdirmək
lazımdır ki, ağırlıq bərabər
paylansın.
30 Dərslikdə hər bölmə fərqli rəngdə
verilmiş şmustitulla başlayır. Hər
bölmənin başlanğıcında yerləş-
dirilmiş şmustitulların tərtibatı
bütövlükdə nəşrə aid olan titulun
tərtibatından daha sadə olub az
yüklənməsi ilə seçilsə, daha yaxşı
olar.
Düzgün fikir deyil. Dərsliyin
titulu rəsmi xarakter daşıyır.
Burada bədii tərtibat imkanları
məhduddur. Şmustitul isə şəkillər
vasitəsilə bölmənin məzmunu
haqqında informasiya verə bilər.
31 Titul kimi şmustitulların tərtibatı
və onlarda fon kimi istifadə olunmuş
rəng çalarları, şrift dəstləri və
literlərin ölçüsü də nə şmustitulların
təyinatlarına, nə də nəşrin ümumi
tərtibatına uyğun gəlir.
Hər bir şmustitulda istifadə olu-
nan rəng çaları həmin bölmə üçün
seçilmiş ümumi rəngə uyğundur.
Dərslikdəki mətnlərin şrifti Təh-
sil Nazirliyi tərəfindən müəyyən
edilir.
32 Ümumiyyətlə, dərslikdə ümumi
kompozisiya pozulub, cildin tərtibatı
nəşrin içinə verilmiş tərtibata uyğun
gəlmir, seçim üsulları mətnin
əhəmiyyət dərəcəsini, başlıqlar üçün
seçilmiş şrift, onların pillələrini
göstərmir. Rəssam işi qənaətbəxş
olsa da, bədii-texniki tərtibat
qənaətbəxş aparılmayıb, rənglər
bir-birinə və ümumi tərtibata
uyğun gəlmir.
Bu qeyd rəyin əvvəlində verilmiş
qeydlə ziddiyyət təşkil edir.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Dərslikdə məzmun xətlərinə dair əsas və alt standartların reallaşdırılmasını
nəzərdə tutan çoxlu sayda müxtəlif tapşırıqlar (çalışma) verilmişdir.
Tapşırıqlar əsas etibarı ilə şagirdlərin yaş xüsusiyyətlərinə uyğundur. Burada
əldə edilmiş biliklərin tətbiqinə yönəlmiş, bir qədər düşüncə və təhlil tələb
16
edən tapşırıqlara üstünlük verilməsi müsbət haldır.
Dərslikdə sual və tapşırıqların əksəriyyəti elmi-metodiki baxımdan verilən
mövzuya uyğundur. Bəzi hallarda isə qoyulan məqsədlə üst-üstə düşməyən
məqamlara da rast gəlinir. 33 MMV-nin 6-cı səhifəsində yazılır:
“...mətnlərdə dil qaydalarına
xidmət edən sözlər göy rənglə
verilir...”. Dərsliyin 10-cu
səhifəsində “Mənə dedi ki, əsl
Hollivud aktrisaları kimi
qaralmısan” cümləsi göy rənglə
verilir. Bu cümlə, ümumiyyətlə,
dərsliklərin qiymətləndirilməsi
meyarının 1.1.4 (Materiallarda milli
ənənələrə ... və s. prinsiplərinə əməl
olunması) bəndinə uyğun gəlmir.
Digər tərəfdən burada heç bir dil
qaydası yoxdur və 6-cı sinif
şagirdinə “Əsl Hollivud aktrisaları
kimi qaralmısan” şəklində müraciət
doğru deyil.
Verilmiş mətndə göy hərflərlə
verilmiş cümlə dil qaydalarına
keçid üçün nəzərdə tutulmuş
motivasiya xarakterli tapşırığın
əsas hissəsidir. Verilmiş cümlədə
bütün sözlərin leksik və
qrammatik mənası üzərində iş
aparmaq tələb edilir ki, bu da
bilavasitə dərsin mövzusu ilə
bağlıdır.
Müəllimin öz şagirdinə “Əsl
Hollivud aktrisaları kimi
qaralmısan” şəklində müraciət
etməsində heç bir qüsur yoxdur.
Ümumiyyətlə, bu cümləni qeyd
edilmiş “... dərsliklərin qiymət-
ləndirilməsi meyarının 1.1.4
(Materiallarda milli ənənələrə ...
və s. prinsiplərinə əməl olunması)
bəndinə görə qiymətləndirmək
tamamilə qərəzli xarakter daşıyır.
34 Bir sıra tapşırıqlarda standartlarda
nəzərdə tutulmayan məsələlər öz
əksini tapmışdır. Məsələn, səh. 14-
də tapşırıq 14, 15; səh. 18-də tapşırıq
7; səh. 36-da tapşırıq 8-9; səh. 43-də
9 və s.
Dərsliyin məzmunu ilə bağlı
qeydlərə cavablarda bu iradın
əsassız olduğu göstərilir.
35 Tapşırıqların şagirdin məntiqi,
tənqidi və yaradıcı təfəkkürünün
formalaşması və inkişafında mühüm
rol oynamasını nəzərə alaraq,
verilmiş qaydalarla bağlı nümunələri
mətndən seçmək, sözləri cümlələrdə
işlətmək və s. yaradıcı işləri özündə
əks etdirən sual və tapşırıqlardan
geniş istifadə etmək təklif olunur.
Dərslikdə kifayət qədər araşdır-
ma aparmaq, mətn qurmaq tələb
edilən müxtəlif tipli tapşırıqlar
vardır ki, bunlar şagirdin yaradıcı
təfəkkürünün inkişafına yönəl-
mişdir. Bundan əlavə, dərslikdə
məntiqi və tənqidi təfəkkürün
inkişafına yönəlmiş tapşırıqlar da
yer almışdır.
Hər bir dərsdə dil qaydasına
keçid üçün mətnlə bağlı
17
motivasiya xarakterli tapşırıq
qoyulur. Unutmaq olmaz ki mətn
oxu, dinləmə, danışma, yazı
bacarıqlarının inkişafı üçün
verilir. Dil qaydaları üzrə
fəaliyyəti mətn üzərində qurmaq
düzgün deyil.
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından MMV-də metodik vəsaitin quruluşu, dərslik komplektinin hazırlanması
prinsipləri, məzmun standartları və təlim nəticələri, məzmun standartlarının
reallaşdırılmasına dair şərhlər, təlim texnologiyaları və təlim nəticələri arasında
əlaqə, dərslərin strukturu, qiymətləndirmə, müxtəlif yazı tipləri haqqında
məlumat verilmiş, hər mövzuya aid dərslərin planı qurulmuş, dərsin
icmalı müəllimə təqdim olunmuşdur. Verilmiş sxemlər, dərsin aparılması
barədə təklif olunan üsullar həm metodiki, həm də elmi cəhətdən yaxşı
işlənmişdir. Dərslikdə olmayan, lakin dərslikdəki materiallarla yaxından
səsləşən bir sıra yardımçı mətnlərin metodik vəsaitə daxil edilməsi
(“Axsaq küçük”, səh. 31-32; “Yaxşılıq”, səh. 38-39; “Beş manatlıq
həqiqət”, səh. 47; “Qələmin ucu ilə ulduz kəşf edən alim”, səh. 51; “Durğu
işarələri”, səh. 76; “Zarafatın sonu”, səh. 78; “Məstan”, səh. 83-84; “Əqrəb və
Tısbağa”, səh. 88; “Əjdaha Komodo”, səh. 98; “Uzunömürlülər muzeyi”, səh.
107), kiçik və böyük summativ qiymətləndirmə üçün təqdim edilən test
tapşırıqları (səh. 47-48; 78-79; 107-108), inşa yazılarına aid müxtəlif
nümunələrin, dərslərin hansı üsullarla keçirilməsinə dair tövsiyələrin verilməsi
müsbət haldır.
36 Bununla belə, MMV-də hər dərs
üçün təklif olunan üsulların heç də
hamısını 45 dəqiqə ərzində
reallaşdırmaq mümkün deyil.
Nümunə kimi 5-ci dərsdə “Son sözü
mənə saxla” və qruplarla iş (D, səh.
26; MMV, səh. 34-35), 8-ci dərsdə
konfrans (D, səh. 37, MMV, səh. 43)
və s. göstərmək olar.
MMV-nin “Giriş” hissəsində 5-ci
səhifədə qeyd edilmişdir: “MMV-
də hər bir dərsin strukturu və necə
keçirilməsi haqqında tövsiyələr
verilmişdir. ...Lakin bu o demək
deyildir ki, müəllim bütün dərsi
mütləq MMV-də verilmiş şəkildə
keçməlidir. Müəllim işinə yaradıcı
yanaşmalı, sinfin səviyyə və
tələbini nəzərə almalıdır”.
Müəllimlərə öz işlərini qurmaqda
sərbəstlik tam təmin edilmişdir.
Dərslik müəlliflərinin vəzifəsi
standartları reallaşdırmaq üçün
müəllimi kifayət qədər
materiallarla təmin etmək, ona bu
işdə üsul və texnikalar tövsiyə
18
etməkdir. Yetər ki, bütün bunlar
qüsurlu olmasın, kurikulumda
təsbit olunmuş son nəticəyə doğru
aparsın. 37 Mətn üzrə məzmun xətlərinin
paralel işlənməsində müəyyən
qüsurlar vardır.
Belə ki, bir mətn dörd
məzmun xəttinin reallaşdırılması
üçün mənbə-material olmalıdır.
MMV-nin 5-ci səhifəsindəki “Dil
qaydalarına keçid də mətndəki
müəyyən nitq situasiyası ilə
bağlıdır” qeydi uğurlu deyil. Şagird
dil qaydalarını nitq bacarığına
çevirmək üçün sistemli şəkildə
təqdim olunmuş qaydaları həm
tapşırıqlarla, həm də mətnin
daxilində verilmiş nümunələrlə
paralel işlətməlidir. Şagird
qaydaların əhəmiyyətini, işlənmə
hallarını təcrübi olaraq müşahidə
etməli, danışma, oxu və yazı
bacarıqlarını reallaşdırarkən müvafiq
dil qaydalarından səmərəli və
düzgün şəkildə istifadə etməyi
bacarmalıdır. Lakin dərsliyin
tərtibatı buna tam olaraq şərait
yaratmır. Belə ki, dil qaydaları bəzən
əlahiddə xarakter daşıyaraq, kiçik
qeydlər şəklində mətnlə
əlaqələndirilir.
Düzgün yanaşma deyil. Mətn ya
dörd nitq bacarığının inkişafı üçün
(bizim kurikulumda bu bacarıqlar
üç məzmun xəttində birləşdirilib,
yəni dinləmə və danışma bir
məzmun xəttinə aid edilib, bir çox
ölkələrdə isə hər bacarıq bir
məzmun xəttini təşkil edir, dil
qaydaları isə onların içində
“əridilir”), ya da hər hansı dil
qaydasının mənimsədilməsi üçün
verilir. Əlbəttə, elə mətn qurmaq
olar ki, orada dil qaydaları üzrə
hər hansı alt-standartı reallaş-
dırmaq üçün kifayət qədər
material olsun (dil qaydalarına aid
olan hissələrdə bəzən belə kiçik
mətnlər verilir). Lakin bu
məqsədlə yazılmış süni mətn nitq
bacarıqlarının inkişafı üçün zəmin
yaratmayacaq. Dünya təcrübəsi də
bunu sübut edir.
Müəlliflər mətndə verilmiş hər
hansı nitq materialından dil
qaydalarına keçid üçün
motivasiya məqsədi ilə istifadə
edirlər, çünki mətn üzərində
kifayət qədər işlədikdən sonra
buradakı nitq materialı şagird
üçün “doğmalaşır” və təqdim
olunan dil qaydası şagird
tərəfindən mücərrəd deyil, real
nitqlə bağlı olan bir qayda kimi
qəbul edilir.
Müəlliflər adından:
Recommended