View
4
Download
0
Category
Preview:
Citation preview
Azərbaycan Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyi
Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma
və inkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi üzrə
beynəlxalq təcrübə
A R A Y I Ş
Hazırladı:
Sənaye şöbəsinin Sənaye layihələri sektorunun
baş məsləhətçisi Dilşad Şirinova
Bakı 2015
2
MÜNDƏRİCAT
1. Giriş ..................................................................................................................... 3
2. Beynəlxalq təcrübə ............................................................................................. 5
3. Azərbaycanda vəziyyət ..................................................................................... 13
3
Giriş
Hazırda ölkə iqtisadiyyatlarının məhsuldarlıq səviyyəsi və istehsal quruluşu sabit
iqtisadi inkişafı təmin etmək və rifah halını yüksəltmək baxımından böyük əhəmiyyət
kəsb edir. Məhsul və xidmət çeşidinin getdikcə artdığı bir dövrdə bazarda fərq
yaratmaq, yeni məhsullar hazırlamaq və bu rəqabətdə bir addım önə keçmək məqsədilə
şirkətlərin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə yönəlməsi tendensiyası müşahidə
olunur.
Araşdırma və inkişaf etdirmə fəaliyyəti – yeni məhsulun hazırlanması, məhsul
keyfiyyəti və ya standartının yüksəldilməsi, xərci azaldan və standartı yüksəldən
üsulların tətbiqi, yeni istehsal texnologiyalarının inkişaf etdirilməsi məqsədilə həyata
keçirilən tədqiqatlar və bu tədqiqat nəticələrinin tətbiqi ilə bağlı yeni texnikaların
yaradılması, mövcud olanların təkmilləşdirilməsi ilə bağlı çalışmalardır. Bu fəaliyyət
mövcud bir məhsulun daha səmərəli və ucuz istehsalı və ya heç istehsal olunmamış
lakin gələcəkdə istehsalı planlaşdırılan məhsulun hazırlanması məqsədini daşıyır.
Müəssisənin həyata keçirdiyi araşdırma və tədqiqat işləri onun innovasiya
fəaliyyətinin əsasını təşkil edir. Müəssisənin innovasiya fəaliyyəti məhsulların
keyfiyyətinin və texniki səviyyəsinin yüksəldilməsinə, məhsul çeşidlərinin artmasına və
yenilənməsinə şərait yaradaraq onun kommersiya nəticələrinə əhəmiyyətli dərəcədə
təsir göstərir.
Araşdırma və inkişaf etdirmə fəaliyyətləri nəticələrin istifadəsi baxımından üç
növə ayrılır: fundamental araşdırmalar, tətbiqi araşdırmalar və eksperimental inkişaf.
Fundamental araşdırmalar istifadəsi baxımından konkret məqsəd müəyyən olunmadan
yeni biliklərin əldə olunmasına yönəldilmiş təcrübi və ya nəzəri araşdırmalardır. Tətbiqi
araşdırmalar yeniliklərin hazırlanmasında praktik istifadə olunması məqsədilə yeni
biliklərin əldə edilməsinə yönəldilmiş araşdırmalardır. Eksperimental inkişaf həyata
keçirilmiş elmi araşdırmalar nəticəsində əldə edilmiş biliklərə və ya praktik təcrübəyə
əsaslanan fəaliyyətdir və yeni məhsulların, materialların, proseslərin, avadanlıqların,
xidmət və sistemlərin, metodların yaradılması və ya gələcək təkmilləşdirilməsini təmin
edir.
4
Ölkələrin araşdırma və inkişaf etdirmə xərclərinin məbləği ilə onların iqtisadi
inkişafı, rəqabətqabiliyyətlilik səviyyəsi və gəlirləri arasında böyük əlaqə vardır.
Ölkənin araşdırma xərclərinin həcminə təsir edən edən faktorlara ölkənin inkişaf
səviyyəsi, iqtisadiyyatın və sənayenin strukturu, ölkədə olan böyük şirkətlərin sayı,
texniki personalın hazırlılıq səviyyəsi, ölkənin elm və texnoloji infrastrukturu, xarici
bazarlara çıxma imkanları, bu sahəyə olan dövlət dəstəklərinin həcmi və s. aid etmək
olar. Belə fəaliyyətlərə çəkilən xərclər ölkə iqtisadiyyatına bir sıra üstünlüklər
qazandırır:
- Rəqabət üstünlüyü;
- Xarici investisiyanın cəlb olunması;
- Məhsuldarlıq artımı;
- Texnoloji asılılığın azaldılması.
Elm və texnologiyaya verilən önəmin ölçüsünü göstərən araşdırma və inkişaf
etdirmə xərclərinə ayrılan büdcənin ÜDM-dəki payı ölkələrin əsas inkişaf
göstəricilərindən hesab olunur. İnkişaf etmiş ölkələrdə bu xərclərin ÜDM-dəki payı 2
%-dən yüksəkdir. Hazırda dünya üzrə çəkilən cəmi araşdırma xərclərinin 95%-i 20-ə
yaxın inkişaf etmiş ölkənin payına düşür. Dünya əhalisinin 70%-dən ibarət inkişaf
etməkdə olan ölkələr isə bu xərclərin cəmi 5%-ni ödəyir.
Tədqiqat və araşdırma işlərinin aparılması elmtutumlu sahələrin inkişafını
stimullaşdırır və bunun da sayəsində istehsalın enerji və resurs tutumluluğu azalır, yeni
proqressiv materiallar yaranır, ekoloji təmiz istehsala keçid təmin olunur. Bazar
iqtisadiyyatı şərtlərində elmi-texniki inkişaf təsərrüfat strategiyasının ən vacib
elementlərindən biridir. Bu elementin aşağı qiymətləndirilməsi müəssisənin bazardakı
yerinin tezliklə itirilməsi ilə nəticələnə bilər.
5
Beynəlxalq təcrübə
Beynəlxalq rəqabətin gücləndiyi hazırki dövrdə sənayenin modernləşdirilməsi
dayanıqlı iqtisadi inkişafın təmin olunmasının vacib şərtlərindən biridir. Son zamanlar
dövlətlərin sənaye, sosial və innovasiya (elmi-texniki) siyasətləri arasında sıx əlaqə
müşahidə etmək mümkündür. İnnovativ sənaye siyasəti ilə sosial siyasətinin vahid
kompleksdə aparılması iqtisadi və sosial inkişafa eyni zamanda nail olmağa imkan verir.
Beynəlxalq təcrübə göstərir ki, son zamanlar dövlətlərin innovasiya
proseslərindəki iştirakı geniş vüsət almağa başlayıb. Hazırda dünyada dörd əsas elmi-
texniki mərkəz formalaşmışdırki, bunlara ABŞ, Avropa İttifaqı, Yaponiya və Çin aiddir.
Belə ki, araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə çəkilən dünya üzrə xərclərin 36 %-i
ABŞ-ın, 25 %-i Avropa İttifaqının, 13 %-i Yaponiyanın və 11 %-i Çinin payına düşür.
Eyni zamanda, inkişaf etmiş ölkələrin tədqiqat xərclərinin ÜDM-dəki payı əhəmiyyətli
dərəcədə artmaqda davam edir. 2014-cü üçün bu göstərici ABŞ-da 2,8%, Almaniyada
2,9%, Yaponiyada 3,4%, İsraildə 4,2 % təşkil etmişdir. 2014-cü ildə ümumi araşdırma
və inkişaf etdirmə xərcləri (gross expenditures on R&D) ABŞ-da 465 mlrd.$, Çində 284
mlrd.$, Yaponiyada 165 mlrd.$, Almaniyada 92 mlrd.$ təşkil etmişdir. 2014-cü ildə
araşdırma və inkişaf etdirməyə sərf olunmuş xərclərin 47%-i kompüter-elektronika və
səhiyyə sahələrinin payına düşür.
İnnovativ şirkətlər yeni texnologiyaların tətbiqi sayəsində xərclərin ixtisarı
hesabına bazarda öz üstünlüklərini saxlaya bilirlər. Müəssisənin uğurlu araşdırma və
inkişaf etdirmə fəaliyyəti həm də yeni məhsulların yaranmasına səbəb olur ki, onların da
satışı yeni bazar yaratmaq və ya mövcud bazarda payları artırmaqla müəssisə qarşısında
geniş imkanlar açır. Müəssisənin tədqiqat fəaliyyətinin qiymətləndirilməsi üçün
Araşdırma və İnkişaf Etdirmə İntensivliyi (R&D intensity) göstəricisndən istifadə
olunur. Göstərici şirkətin tədqiqat və araşdırma xərclərinin satışlarına olan nisbəti kimi
hesablanır. “Strategy&” məsləhət xidməti 2014-cü il üzrə tədqiqat xərcləri ən yüksək
olan 20 şirkətin siyahısını (Top 20 R&D spenders) açıqlamışdır. Siyahı aşağıdakı
kimidir:
6
2014-cü il üzrə tədqiqata ən çox xərcləyən şirkətlərin reytinq siyahısı
(2014: Top 20 R&D spenders)
Reytinq Şirkət Ölkə Sahəsi
Tədqiqata
çəkilmiş xərc
(mlrd.$)
1 Volkswagen Almaniya Avtomobil 13.5
2 Samsung Cənubi
Koreya Kompüter və elektronika 13.4
3 Intel ABŞ Kompüter və elektronika 10.6
4 Microsoft ABŞ Proqram təminatı və internet 10.4
5 Roche İsveçrə Səhiyyə 10.0
6 Novartis İsveçrə Səhiyyə 9.9
7 Toyota Yaponiya Avtomobil 9.1
8 Johnson & Johnson ABŞ Səhiyyə 8.2
9 Google ABŞ Proqram təminatı və internet 8.0
10 Merck ABŞ Səhiyyə 7.5
11 GM ABŞ Avtomobil 7.2
12 Daimler Almaniya Avtomobil 7.0
13 Pfizer ABŞ Səhiyyə 6.7
14 Amazon ABŞ Proqram təminatı və internet 6.6
15 Ford ABŞ Avtomobil 6.4
16 Sanofi-Aventis Fransa Səhiyyə 6.3
17 Honda Yaponiya Avtomobil 6.3
18 IBM ABŞ Kompüter və elektronika 6.2
19 GlaxoSmithKline Birləşmiş
Krallıq Səhiyyə 6.1
20 Cisco ABŞ Kompüter və elektronika 5.9
7
“Global İnnovation 1000” nəşrinin açıqlamasına əsasən, 2005-2014-ci illər üçün
sənaye üzrə çəkilən araşdırma xərclərinin strukturu aşağıdakı kimidir:
Almaniya
Almaniya qabaqcıl elmi araşdırmaların keçirilməsində və patentlərin
hazırlanmasında öndə olan ölkələr sırasındadır. Ölkə nano, bio və yeni texnologiyalar,
eləcə də bərpa olunan enerji sahəsindəki patent fəaliyyətinə görə ABŞ və Yaponiya ilə
bərabər dünyanın ən aktiv ölkələrindən sayılır. 2014-cü ildə Almaniyanın araşdırma və
inkişaf etdirmə xərcləri 92 mlrd.$ və ya ÜDM-in 2,9 faizini təşkil etmişdirki, bu xərcin
də üçdə bir hissəsi dövlət hesabına, üçdə iki hissəsi isə özəl sektor hesabına ödənmişdir.
Sənaye sahəsində araşdırma və innovasiya fəaliyyəti Almaniya Hökumətinin
yüksək prioritet sahələrindən olduğundan ölkə ərazisində tədqiqat və araşdırma
fəaliyyətləri ilə məşğul olan çoxsaylı universitetlər, akademiyalar, federal institutlar,
sənaye tədqiqat assosiasiyaları fəaliyyət göstərir. Alman şirkətləri Avropanın ən
innovativ şirkətləri sırasındadır və burada həyata keçirilən bütün araşdırma və inkişaf
etdirmə fəaliyyətlərinin üçdə iki hissəsini sənaye subyektləri tərəfindən təşkil olunaraq
maliyyələşdirilir. Sənaye yönümlü tədqiqat xərclərinin isə 37%-i avtomobil sektoruna,
28%
22% 16%
10%
7%
7%
4% 3% 2% 1% Kompüter və elektronika - 28%
Səhiyyə - 22%
Avtomobil - 16%
Sənaye xidmətləri - 10%
Proqram təminatı və internet -
7%
Kimya və enerji - 7%
Aerokosmik və müdafiə - 4%
İstehlak məhsulları - 3%
Telekommunikasiya - 2%
digər - 1%
8
14%-i elektrik mühəndisliyi sektoruna, 14%-i kimya və əczaçılıq sektoruna, 9%-i isə
mexaniki mühəndislik sektoruna investisiya olunmuşdur.
Almaniyada sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin
dövlət dəstəklənməsi Almaniya Sənaye Tədqiqatları Assosiasiyaları Federasiyası (AIF)
tərəfindən həyata keçirilir. Federasiya ideyaları uğurlu məhsul və xidmətlərə çevirmək
məqsədilə dövlətlə sənaye və elm müəssisələrinin ittifaqını yaradır, kiçik və orta sənaye
müəssisələrinin rəqabətqabiliyyətliliyini gücləndirmək üçün həyata keçirilən federal
dövlət proqramlarını idarə edir. Hazırda AIF 100 sənaye tədqiqat assosiasiyası, 1200
tədqiqat institutu və 50000 şirkətlə əməkdaşlıq edir. Dövlət tərəfindən həyata keçirilən
dəstək layihələrinə aşağıdakılar daxildir:
- Araşdırma və İnnovasiya üzrə Birgə Təşəbbüs (Joint Initiative for Research and
Innovation): Layihə çərçivəsində ölkənin araşdırma və innovasiya potensialının
artırılmasına böyük töhfələr verən əsas dörd təşkilatın - Fraunhofer-Gesellschaft
İnstitutu, Helmholtz Assosiasiyası, Leibniz Assosiasiyası və Max-Planck-Gesellschaft
İnstitutunun və Almaniya Araşdırmalar Fondunun (DFG) fəaliyyətləri əlaqələndirilir və
yüksək subsidiyalar ayrılır. Layihənin əsas məqsədi araşdırma və tədqiqat sisteminin
inkişafı, tədqiqat və sənaye arasında dayanıqlı əməkdaşlığın yaradılmasıdır, dövlət
maliyyələşməsi illik xərclərin 5 %-i həcmindədir.
- Elm və Tədqiqatın Beynəlmiləlləşdirməsi Strategiyası (Strategy for the
Internationalisation of Science and Research): Strategiyanın əsas məqsədi dünyanın ən
yaxşı institutları, tədqiqatçıları və mütəxəssisləri ilə əməkdaşlığı genişləndirmək,
dünyanın innovasiya potensialına giriş əldə etmək və inkişaf etməkdə olan ölkələrlə
təhsil, araşdırma və inkişaf etdirmə üzrə nailiyyətlərini bölüşməkdir. Strategiya
çərçivəsində dünya üzrə beş şəhərdə (Nyu-York, Moskva, Yeni Delhi, Tokio, San-
Paulo) Araşdırma və İnnovasiyalar üzrə Alman Evləri (DWIH) yaradılmışdır.
- Yüksək Texnologiyalar Strategiyası 2020 (High-tech Strategy 2020):
Strategiyanın əsas məqsədi Almaniyanı dünyanın və Avropanın innovasiya liderinə
çevirmək, aparıcı sənaye və ixrac ölkəsi kimi mövqeyini gücləndirməkdir. Strategiya
Almaniya Federal İqtisadiyyat və Texnologiya Nazirliyi ilə Federal Təhsil və Tədqiqat
Nazirliyi tərəfindən həyata keçirilir, büdcəsi 2012-2015-ci illər üçün 8,4 mlrd. avrodur.
9
Strategiya çərçivəsində sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə
fəaliyyətlərinin dəstləklənməsi məqsədilə bir sıra proqramlar, o cümlədən Kiçik və orta
müəssisələr üçün Mərkəzi İnnovasiya Proqramı (ZIM) və Korporativ Sənaye Tədqiqatı
Proqramı (IGF), “KMU-Innovativ”, “Autonomics for Industry 4.0” proqramları həyata
keçirilir.
Bundan əlavə, innovativ “start-up” layihələrinin dəstəklənməsi məqsədilə qabaqcıl
universitetlərlə “EXIST”, “GO-Bio”, “IKT Innovativ”, “INVEST” və “High-Tech
Gründerfonds” maliyyələşdirmə proqramları yerinə yetirilir.
Almaniya, eyni zamanda, Avropa İttifaqının araşdırma və innovasiya sahəsində
həyata keçirdiyi “Horizon 2020: Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı”,
“EUREKA” Avropa Dövlətlərarası Araşdırma Təşəbbüsü”, “COST” Elmi-texniki
tədqiqat üzrə Avropa Əməkdaşlığı” kimi layihələrdən də geniş faydalanır. “Horizon
2020” Aİ Proqramı 2014-2020-ci illəri əhatə edir və ümumi büdcəsi 80 mlrd. avrodur.
Proqramın “sənaye liderliyinin dəstəklənməsi” aləti çərçivəsində mikroelektronika,
nanotexnologiya, qabaqcıl materiallar, İKT, biotexnologiya sahəsində layihə ilə
müraciət edən kiçik və orta müəssisələrə xərcin 70 %-i həcmində ilkin mərhələdə 50
min avro, daha sonrakı mərhələlərdə 500 min - 2,5 mln. avro məbləğlərində innovasiya
qrantları ayrılır. “EUREKA” Təşəbbüs Proqramının çərçivəsində qlobal bazarda
Avropa rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə 38 üzv ölkə arasında ixtisaslı kadr
hazırlığı, sənaye müəssisələri, tədqiqat institutlarının və universitetlərin araşdırma
fəaliyyətlərinin dəstəklənməsi, əlaqələndirilməsi və mübadiləsi həyata keçirilir.
Türkiyə
Son zamanlar araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə ayırdığı diqqət
sayəsində Türkiyə müəssisələri təkcə ölkə daxili üçün deyil, həm də dünya bazarı üçün
rəqabətqabiliyyətli məhsullar istehsal etməyə başlamışdır. Türkiyənin ilbəil artan
araşdırma xərcləri artıq ÜDM-in 1%-i həcminə yaxınlaşmışdır və 2023-cü ilə qədər bu
xərclərin ÜDM-in 3%-i həcminə çatdırılması hədəflənmişdir. Türkiyənin 2013-cü il
üzrə araşdırma və inkişaf etdirmə xərcləri əvvəlki ilə nisbətən 13,4% artaraq 14,8
mlrd.TL (7,8 mlrd.$) və ya ÜDM-in 0,95%-i həcmində olmuşdur. Bu xərcin 47,5%-i
10
özəl sektor, 42,1%-i ali təhsil müəssisələri, 10,4%-i dövlət orqanları tərəfindən
ödənilmişdir.
Türkiyədə sənaye müəssisələrinin araşdırma fəaliyyətinin dövlət dəstəklənməsi
2008-ci ildən qüvvəyə minən “Araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin
dəstəklənməsi haqqında Qanun”la tənzimlənir və bir sıra dövlət orqanlarının həyata
keçirdiyi proqramlar vasitəsilə həyata keçirilir. Belə proqramlar həyata keçirən dövlət
orqanlarına İqtisadiyyat Nazirliyi, Bilik, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə
Texnoloji İnkişaf Vəqfi (TTGV), Kiçik və Orta ölçülü Sənaye Araşdırma və İnkişaf
etdirmə İdarəsi (KÖSGEB), Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu
(TUBİTAK) aiddir.
Kiçik və Orta ölçülü Sənaye Araşdırma və İnkişaf etdirmə İdarəsi (KÖSGEB)
tərəfindən həyata keçirilən araşdırma dəstəklərinə aiddir:
- Araşdırma-İnkişaf, İnnovasiya və Sənaye Tətbiqi Dövlət Proqramı: Proqramın
məqsədi yeni fikir və ixtiralara sahib müəssisələrin dəstəklənməsi, araşdırma və
innovativ potensialın artırılması, araşdırma və innovativ layihə nəticələrinin
kommersiyalaşdırılması və sənayedə tətbiqi mexanizminin qurulmasıdır. Proqram
çərçivəsində layihənin mərhələlərindən asılı olaraq, 18-24 ay ərzində 30 000-150 000
lirə məbləğlərində 70-100% həcmində maliyyələşdirmə aparılır.
Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu (TUBİTAK) tərəfindən həyata
keçirilən araşdırma dəstəklərinə aiddir:
- Sənaye Araşdırma-İnkişaf Layihələrinin Dəstək Proqramı: Proqramın məqsədi sənaye
müəssisələrinin araşdırma fəaliyyətlərini təşviq etmək və türk sənayesinin araşdırm və
inkişaf etdirmə qabiliyyətini yüksəltməkdir. Proqram çərçivəsində müəssisələrin
araşdırma xərclərinin 60%-ə qədər hissəsi qrant şəklində maliyyələşir.
- Universitet-Sənaye İşbirliyi Dəstək Proqramı: Proqramın məqsədi universitetlər,
araşdırma mərkəzi və institutların əldə etdikləri innovativ nailiyyətlərin sənayeyə tətbiq
yolu ilə kommersiyalaşdırılmasına yardım etməkdir. Proqram çərçivəsində yeni
məhsulun yaradılması, mövcud məhsulun inkişaf etdirilməsi, keyfiyyətinin və ya
standartının yüksəldilməsi, xərci azaldan yeni texnikaların yaradılmasının nəzərdə tutan
11
layihələr həyata keçirilir. Həyata keçirilən layihələr 24 aya qədər müddətlə ən çoxu 1
mln. lirə məbləğində 60-75% həcmində maliyyələşir.
- Qabaqcıl Araşdırma-İnkişaf Laboratoriyaları Dəstək Proqramı: Proqramın məqsədi
türk elm adamlarının araşdırma qabiliyyətlərinin yüksəldilməsi və ölkənin elm,
texnologiya sahəsində qlobal mərkəzə çevrilməsidir. Proqram çərçivəsində ən prioritet
sahələrə maşınqayırma, avtomobil, rabitə texnologiyaları, müdafiə, kosmos, enerji, qida
və səhiyyə aiddir. Dəstək müddəti 5 ildir və xərcin ən çoxu 75%-i olmaqla bir il üçün
maks. 10 mln. lirə təşkil edir.
Türkiyə Texnoloji İnkişaf Vəqfi (TTGV) tərəfindən həyata keçirilən araşdırma
dəstəklərinə aiddir:
- Texnoloji İnkişaf Layihələri Dəstəyi: Proqram çərçivəsində sənaye müəssisələrinin və
proqram təminatı şirkətlərinin araşdırma və inkişaf etdirmə fəaliyyətləri geri qaytarılan
şərtlərlə maliyyələşdirilir. Dəstək məbləği ən çoxu 1 mln. ABŞ dolları, müddəti maks. 2
ildir.
- Kommersiyalaşdırma Layihələri Dəstəyi: Dəstək çərçivəsində prototip hazırlanma
mərhələsini uğurla tamamlamış sənaye müəssisəsləri layihə nəticələrinin bazar
şərtlərinə uyğun şəkildə ticariləşdirilməsinə (istehsal və satışyönümlü hazırlıq) geri
qaytarılma əsasında ən çoxu 1 mln. ABŞ dolları məbləğində maks. 1 il müddətinə
maliyyələşdirilir.
- Qabaqcıl Texnologiyaları Layihələri Dəstəyi: Dəstək çərçivəsində kənd təsərrüfatı,
səhiyyə, təhsil və ətraf mühit sahəsində hazırlanmış yeni məhsul layihələrinin
araşdırma-inkişaf və ticarilədirmə xərcləri 250 min - 3 mln. ABŞ dolları məbləğində, ən
çoxu 3 il müddətinə maliyyələşdirilir.
Bilik, Sənaye və Texnologiya Nazirliyi tərəfindən həyata keçirilən araşdırma
dəstəklərinə aiddir:
- Sənaye Tezisləri Proqramı (SAN-TEZ): Proqramın əsas məqsədlərinə akademik
bilginin kommersiyalaşdırılması, sənaye yönümlü araşdırma-inkişaf personalının
sayının artırılması, yeni və yenilikçi şirkətlərin yaradılması, sənayenin rəqabət gücünün
yüksəldilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsidir. San-Tez layihələri
12
Nazirlik tərəfindən 75%, şirkət tərəfindən isə 25% həcmində 3 il müddətində
maliyyələşdirilir.
- Texnoloji İnkişaf Bölgələri: yeni və qabaqcıl texnoloji məhsul yaratmaq istəyən
sahibkarların, tədqiqatçı və alimlərin sənaye və kommersiya fəaliyyətlərini
universitetlərin yaxınlığında və onların nailiyyətlərindən yararlanaraq keçirə bilmələri
üçün universitetlərin yaxınlığında qurulmuş məhəllələrdir. Bölgələrin yaradılmasının
əsas məqsədləri məhsulda və istehsal üsullarında yeniliyin inkişafı, məhsul
keyfiyyətinin və standartının yüksəldilməsi, məhsuldarlığın artırılması, istehsal
xərclərinin aşağı salınması, elmtutumlu investisiyaların və sahibkarlığın inkişafı,
tədqiqatçı və ixtisaslı kadrlara iş imkanının yaradılması, texnologiya transferinə şərait
yaratmaqdır.
13
Azərbaycanda vəziyyət
Yerli müəssisələrin və iqtisadiyyatın rəqabətə davamlılığının artırılması məqsədi
ilə ölkəmizin istehsal və innovasiya texnologiyalarının tətbiqi sahəsində başqa aparıcı
ölkələrdən geriliyini minimuma endirmək əsas hədəflərdən biri kimi qarşıya
qoyulmuşdur. Bununla əlaqədar olaraq innovasiya fəaliyyətinin inkişafının
stimullaşdırılmasına yönəldilmiş müxtəlif tədbirlər həyata keçirilir.
Azərbaycanda sənayedə texnoloji innovasiyalara çəkilən xərclər 2014-cü il üçün
21,5 mln. manat olmuşdur ki, bunun da 13,5 mln. manatı məhsul innovasiyalarına, 8
mln. manatı isə proses innovasiyalarına ayrılmışdır. Ümumilikdə, 2013-cü ildə dövlət
büdcəsindən elmə çəkilən xərclər 117 mln. manat, tədqiqat və işləmələrə çəkilmiş
xərclər isə 125 987 manat olmuşdur.
Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye
istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək,
qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində
məşğulluğunu artırmaq məqsədi ilə olkəmizdə sənaye və yüksək texnologiyalar parkları
yaradılır.
İqtisadiyyatın tənzimlənməsində ən təsirli vasitələrdən biri hesab olunan
vergitutma mexanizminin hazırkı inkişaf səviyyəsi müəssisələrin innovasiya
fəaliyyətinin dəstəklənməsi üçün təsirli güzəştləri təklif etmək iqtidarındadır.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu və bu qanunun tətbiqi
barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı
ökəmizin vergi sisteminin modernləşməsi istiqamətində mühüm addımlardan olmuşdur.
Sözügedən Qanunla sənaye və texnologiyalar parkında fəaliyyət üçün əsaslı vergi
güzəştləri nəzərdə tutulmuşdur.
Belə ki, sənaye və texnologiyalar parkının infrastrukturunun, istehsal sahələrinin
yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi
məqsədilə sənaye və texnologiyalar parkının idarəedici təşkilatı (operatoru) və
14
rezidentləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında
texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilmişdir.
Həmçinin, sənaye və texnologiyalar parkının yaradılması və bu parkda fəaliyyətin
təmin edilməsi üçün tələb olunan əsas vəsaitlərin alınmasının ƏDV-dən azad edilməsi
innovativ fəaliyyətin maliyyə tutumunu azaltmaqla investisiyaların maliyyə və
inflyasiya risklərinin xeyli yumşaldılması və beləliklə sahibkarların bu istiqamətdə
motivasiyasının əhəmiyyətli dərəcədə dəstəklənməsi üçün geniş imkanlar açır.
Hazırda Azərbaycan Respublikasında elmi araşdırmalar əsasən AMEA-nın elmi-
tədqiqat müəssisələrində, nazirlik, dövlət komitələri, səhmdar cəmiyyətlər və şirkətlərin
nəzdindəki sahə elmi tədqiqat müəssisələrində və ali təhsil müəssisələrində kafedra,
laboratoriya və müxtəlif elmi tədqiqat qurumlarında aparılır.
Azərbaycan Milli Elmlər Akademiyası – 2001-ci ildən “Milli Elmlər
Akademiyası” statusu alan AMEA ölkədə elmin inkişafı, elmi-texniki potensialın
güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin
nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirir. Hazırda Akademiyanın
fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer elmləri, biologiya və tibb
elmləri, aqrar elmlər, humanitar və ictimai elmlər olaraq 6 bölməsi üzrə 37 İnstitutu
fəaliyyət göstərir. Bundan əlavə, Akademiyanın Rəyasət Heyətinin nəzdində 13 qurum
fəaliyyət göstərir ki, bunlardan biri Elmi İnnovasiyalar Mərkəzidir. Mərkəzin
fəaliyyətinin məqsədi respublikada elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin
inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyalarının toplanması və məlumat
bazasının yaradılmasıdır. Mərkəz verilənlər bazaların yaradılması, qrantların tərtibatı,
innovasiyaların səmərəliliyinin hesablanması, ənənəvi və elektron nəşrlərin
hazırlanması xarici bazalara çıxışın təmin edilməsi, zəruri xarici əlaqələrin yaradılması,
beynəlxalq sərgilərdə iştirakın təmin edilməsi kimi xidmətlər həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu – 2009-cu
ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yaradılmış, dövlət
sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi
tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin
inkişafına xidmət edən qeyri-kommersiya qurumudur. Fond il ərzində qrant
15
müsabiqələri təşkil edərək qalib layihələri maliyyə həcmi 100 000-500 000 manat olan
qrantlarla və həcmi 500 000 və daha yuxarı olan meqa qrantlarla maliyyələşdirir. Belə
ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın “Sənayenin
inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi” maddəsinə
uyğun olaraq, keçən ilin oktyabr ayında Fond tərəfindən elan edilmiş, həcmi 500 min
manat dəyərində olan “Sənaye qrantı” müsabiqəsi üzrə 38 layihə daxil olmuş, bu
layihələrdən 6 qalib layihə müəyyənləşdirilmişdir.
Recommended