View
2
Download
0
Category
Preview:
Citation preview
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
1
VI FƏSİL
"Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalı
MÜNDƏRİCAT
➢ Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə
əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı (15 may 2018-ci il)
➢ Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə
Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (30 iyul 2019-cu il)
➢ Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsi yaradılıb
➢ Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məsələləri müzakirə
olunub
➢ “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib
➢ “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib
➢ “Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
➢ Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı olub
➢ 50 ölkə, 3600-dən çox atlet, 10 idman növü: "Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalı
gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı olacaq
➢ Avropa Gənclər Olimpiya Festivalının məşəli Azərbaycana ötürülüb
➢ İdman ölkəsi avropalı gəncləri gözləyir
➢ Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı seminar keçirilib
➢ Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
➢ Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti
seminara start verilib
➢ Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziyası
arasında saziş imzalanıb
➢ Avropa Gənclər Olimpiya Festivalına 50 gün adlı tədbir keçirildi
➢ Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb
➢ XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əlaqələndirmə Komissiyasının sonuncu
toplantısı keçirilib
➢ Bakı Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməyə hazırdır
➢ Avropa Gənclər Yay Olimpiya Festivalı gənc idmançıların yetişməsində önəmli rol oynayacaq
➢ Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının
xatirəsində xoş izlər buraxacaq
➢ Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib (20 iyul
2019-cu il)
➢ XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib:
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə
iştirak ediblər (21 iyul 2019-cu il)
➢ XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı
➢ Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
➢ XV Avropa Gənclər Yay Olimpiya Festivalında güclü idmançılar yarışırlar
➢ İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Yetirmələrimin “Bakı 2019”dakı
çıxışından razı qaldım
➢ “Bakı 2019”: Rusiya millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
2
➢ XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışları başa çatıb
➢ “Bakı 2019”: Bu gün kişi və qadın basketbolçuların yarışında finalçılar müəyyənləşəcək
➢ XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin sonuncu mətbuat
konfransı keçirilib
➢ XV Avropa Gənclər Olimpiya Festivalında 38 ölkənin idmançıları medal qazanıblar: Aktivində
23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan komanda hesabında dördüncü
yerdədir
➢ XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
3
Avropa Gənclər Olimpiya Festivalına 50 gün adlı tədbir keçirildi
Mayın 31 -də Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Avrора
Gənclər Olimpiya FestivalınınTəşkilat Komitəsinin dəstəyi ilə EYOF-a 50 gün adlı tədbir keçirilib. Tədbir
can ilin iyun ayında Bakıda təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalına dəstək məqsədi ilə həyata
keçirilən “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı təşəbbüsü çərçivəsində təşkil olunub. Tədbirdə Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev,
Gənclər və İdman nazirinin müavinləri İsmayıl İsmayılov və Fərhad Hacıyev, Təhsil nazirinin müavini
Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, adı çəkilən qurumun digər
rəsmiləri, məktəb kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir çərçivəsində İspaniya krallığını təmsil edən 20 saylı məktəb İspaniya mədəniyyəti və mətbəxi
ilə qonaqları tanış edib. Şagirdlər ölkə mədəniyyətini təmsil edən səhnəciklər və ifalar ilə çıxış edərərək,
tədbiri idmançıların nümunəvi çıxışları ilə rəngləndirdilər.
Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli
Olimpiya Komitəsinin təşkilatçılığı, Bakı- 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi,
həmçinin Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməyi ilə reallaşdırılır. Proqram çərçivəsində
Bakı şəhərindən seçilmiş 49 məktəb Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək bir Avropa
ölkəsini təmsil edir. Seçilmiş məktəblər təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanını
Azərbaycanda, Azərbaycanı isə qardaşlaşmış məktəblər və digər vasitələrlə Avropada təbliğ edirlər.
* * *
Müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyinə həsr olunan tədbir Bakı-2019
Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Təhsil
Nazirliyinin dəstəyi ilə təşkil edilib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən yarışa
“Olimpiya mədəniyyəti və təhsil” proqramının iştirakçısı olan 500 məktəbli də qatılıb. Tədbirdə gənclər və
idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil
nazirinin müavini Firudin Qurbanov, MOK-un baş katibinin müavini Azər Əliyev, Bakı-2019 Əməliyyat
Komitəsinin korporativ direktoru Elçin Səfərov, Olimpiya çempionları, idman ictimaiyyətinin
nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Gənclər və İdman naziri Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini qeyd edərək deyib:
“Bugünkü tədbirdə uşaqların iştirakı çox vacibdir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaq
və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın
idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında müasir Olimpiya
hərəkatının 125 illik yubileyinin Avropa Gənclər Olimpiya Festivalının başlamasına 50 gün qalması
münasibətilə təşkil olunan bu tədbirlər eyni günə təsadüf etməsindən məmnunluğunu bildirib: “Dostluğu,
qarşılıqlı hörməti, sülhü və mükəmməlliyi özündə ehtiva edən Olimpiya hərəkatı dərin məna və məzmuna
malikdir. Məhz bu səbəbdən Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalı ölkəmiz üçün tarixi
əhəmiyyət daşıyır”.
Təhsil nazirinin müavini Firudin Qurbanov Avropa Gənclər Olimpiya Festivalı və onun irsi
çərçivəsində həyata keçirilən “Olimpiya mədəniyyəti və təhsil” proqramının məktəblilər üçün
əhəmiyyətindən söz açıb. O, bildirib ki, belə beynəlxalq proqramlar məktəblilərin hərtərəfli inkişafında,
onların dünyagörüşünün formalaşmasında misilsiz rola malikdir.
Tədbirdə “Zirvələrə doğru” idman kampaniyasına start verilib. Kampaniya çərçivəsində 13-16 yaşlı
yeniyetmələr basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Beş həftə ərzində federasiyaların hər biri bütün iştirakçılar üçün “açıq qapı” günləri elan edəcək.
Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov ən
yaxşı nəticə göstərən uşaqların Bakı-2019-da iştirak etmək və festivalı yaxından izləmək imkanı
qazanacaqlarını bildirib. O, idmanı sevən bütün uşaqların bu turnirə dəvət olunduğunu vurğulayıb. Qeyd
edib ki, uşaqlar burada idmançılar, məşqçilərlə şəxsən tanış ola və onlardan çox vacib məsləhətlər ala
biləcəklər.
Tədbirdə atletika, basketbol, tennis, üzgüçülük və velosiped idman növləri üzrə milli federasiyalar
həmin növlər üzrə interaktiv təqdimatlar edib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
4
Sonra müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik
yubileyi münasibətilə Atletlər kəndində kütləvi qaçış yarışı təşkil edilib. Avropa Gənclər Olimpiya
Festivalının layihəsi olan “Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən və 49 təhsil
müəssisəsini təmsil edən 500 məktəbli finiş xəttinə birinci çatmaq üçün yarışıb.
Turnirin sonunda iştirakçılar və qaliblər Milli Olimpiya Komitəsinin hədiyyələri və diplomları ilə
təltif olunublar.
Tədbir çərçivəsində “Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblilərin
Atletlər kəndinə ekskursiyası təşkil edilib. Uşaqlar festival zamanı Atletlərin məskunlaşacağı, idmançıların
yaşayış, əyləncə və idman zonaları ilə yaxından tanış olublar.
Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək
üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər gimnastika, atletika,
basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini
sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Olimpiya dünyası. – 2019. – 4-10 iyun. - № 23. S. 1-2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
5
Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə
Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə
Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:
1.1. birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat;
1.2. ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat;
1.3. üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat;
1.4. komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi
məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2019-cu il.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
6
Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər
Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, Azərbaycanın idman
siyasətinin növbəti qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin idman və
bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür. Respublikamızın artan
potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin, o cümlədən bir çox idman
növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının uğurlu təşkilinin
ənənəvi hal alması Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyinə əminlik
yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2019-
cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində
keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsi sədrinin müavini
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Təşkilat Komitəsinin üzvləri
Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər
siyasəti və idman məsələləri şöbəsinin müdiri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının vergilər naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru
Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ağacan Əbiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Xəzər İsayev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azər Əliyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi
Fərid Mansurov - Olimpiya çempionu.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində
Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata
keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
7
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2018-ci il.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
8
Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsi yaradılıb
Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən sədr, sədr müavini və 26 üzvdən ibarət Təşkilat
Komitəsi Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata
keçirəcək.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov sədr müavini təyin
edilib.
Avropa Gənclər Olimpiya Festivalı gələn il iyulun 20-28-də keçiriləcək.
AZƏRTAC
2018, 15 may
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
9
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məsələləri
müzakirə olunub
İyunun 12-də Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi ilə 2019-cu il iyulun
20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işlərinin müzakirəsi
məqsədilə toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri
Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər.
Nazir Avropa Gənclər Yay Olimpiya Festivalının 1990-cı ildən keçirildiyini, ötən illər ərzində Paris,
Lissabon, Tbilisi və digər şəhərlərdə keçirildiyini, 2019-cu ildə isə paytaxt Bakının bu yarışlara ev sahibliyi
edəcəyini qeyd edib.
Toplantı zamanı bildirilib ki, altı gün davam edəcək yarışlarda iştirak etmək üçün Bakıya 50 Avropa
ölkəsindən 2000 idmançının, 1500-dən çox nümayəndə heyətinin, ümumilikdə 3500-4000 qonağın gələcəyi
gözlənilir.
İdmançılar 10 idman növündə (əsas doqquz, ev sahibi olan ölkəyə əlavə bir idman növü verilir:
atletika, basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan-
roma, sərbəst güləş), 13 proqram üzrə mübarizə aparacaqlar. Yarışın açılış mərasimi “Baku Crystal Hall”da
keçiriləcək.
Toplantıda yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər,
idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Azad Rəhimov bildirib ki, qarşıda idmançılarımızı mötəbər yarışlar gözləyir. Argentinada
keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, Minskdə keçiriləcək Avropa Oyunları və digər
mötəbər idman tədbirlərinin hər biri 2020-ci ildə Tokioda təşkil ediləcək Yay Olimpiya Oyunlarına gedən
yolda mühüm əhəmiyyət daşıyır ki, burada da mübariz və hazırlıqlı olmaq vacibdir.
AZƏRTAC
2018, 12 iyun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
10
“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib
İyulun 10-da Gənclər və İdman Nazirliyində gələn il Bakıda keçiriləcək XV Avropa Gənclər Yay
Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təşkilat komitəsinin üzvləri, eyni zamanda,
yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi
Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki,
Əlaqələndirmə Komissiyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut
Xalldorsdottir və Əlaqələndirmə Komissiyasının üzvü, Bosniya və Herseqovina Milli Olimpiya
Komitəsinin baş katibi Said Fazlaqiç iştirak ediblər.
Toplantı zamanı “Bakı-2019”a hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman
yarışlarının cədvəli, Atletlər kəndindəki vəziyyət, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması,
könüllülərin yarış proqramı və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.
Məlumat üçün bildirək ki, Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Milli
Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və bir sıra idman
qurğularında da olacaqlar.
Avropa Gənclər Yay Olimpiya Festivalı gələn il iyulun 20-28-də Bakıda keçiriləcək. Yarışın açılış
mərasimi iyulun 21-də təşkil olunacaq. Ümumilikdə 50 Avropa ölkəsindən 3 min 600-dən çox idmançı və
texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. On idman növü üzrə (bədii
gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək
yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.
Qeyd edək ki, Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya
dəyərləri və ideallarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq
tərəfindən 1990-cı ildə irəli sürülüb. Festival 14-18 yaş arasında gənc Avropa atletləri üçün yüksək
səviyyəli çox idman növlü tədbirdir. Birinci festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib.
Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı
Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya
Komitəsi adından təşkil olunur.
Xatırladaq ki, festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu
olmadan iştirak etmək hüququnu qazanır.
AZƏRTAC
2018, 10 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
11
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu təqdim olunub
İyulun 21-də gələn il Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına rəsmi
gerisayım başlayıb. Bununla əlaqədar “Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalının (AGOF)
Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi loqosu təqdim edilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Leo Burnett”
brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və
tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi
beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək,
eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini nümayiş
etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “Bax və hiss et!” şüarını nümayiş
etdirməkdir.
Bakının irs və mədəniyyətini (od və qədim Azərbaycan naxışı olan butanı), birlik və dostluq
konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda, Azərbaycan paytaxtının möhtəşəm müasir
memarlıq nümunələrini (Alov qüllələri və Heydər Əliyev Mərkəzini) təsvir edir. Parlaq rəngləri canlandıran
bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən
əhatəli çalarlar palitrasından ibarətdir.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad
Rəhimov bildirib: “Təqdim etdiyimiz bu loqo Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, Avropa
Olimpiya Hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi
bacaran idman mübarizəsini əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək
səviyyədə ev sahibliyi edən Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə
gözləyir”.
AZƏRTAC
2018, 21 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
12
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
İyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı
görülmüş işlərə nəzər salmaq və gələcək addımları müzakirə etmək məqsədilə Koordinasiya
Komissiyasının texniki görüşü keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə gənclər və
idman naziri, “Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov, Avropa Olimpiya Komitəsi
Koordinasiya Komissiyasının sədri Corce Vişaçki və digər nümayəndələr iştirak ediblər.
İki gündür Bakıda səfərdə olan qonaqlar Azərbaycan hökumətinin Avropa Gənclər Olimpiya
Festivalına hazırlıq istiqamətində gördüyü işlərin yüksək səviyyədə olduğunu bildirib, gələcək addımlarla
bağlı fikir mübadiləsi aparıblar. Bakıda olduqları müddətdə qonaqlar Azərbaycan Milli İdman Tibb və
Reabilitasiya İnstitutunda, Azərbaycan Milli Antidopinq Agentliyində və yarışların keçiriləcəyi bir sıra
idman arenalarında olublar.
Görüşdə akkreditasiya prosesi, yarış cədvəlinə uyğun olaraq idmançıların arenalara vaxtında
aparılıb-gətirilməsi, nəqliyyat, təhlükəsizlik, dopinq yoxlamaları, yarışa dair digər mühüm mövzular
müzakirə edilib.
Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi iyulun 21-də keçiriləcək. Bu günədək 49 ölkə
yarışda iştirakını təsdiqləyib. Ümumilikdə Avropanın 50 ölkəsindən 3600-dən çox idmançı və texniki
nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. On iki arenada idmanın on növü üzrə
(bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş)
keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.
AZƏRTAC
2019, 16 yanvar
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
13
Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı olub
Fevralın 21-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması
münasibətilə “Hilton” otelində Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib.
Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf
Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli
Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev,
baş katibin müavini Azər Əliyev, dövlət və hökumət rəsmiləri, həmçinin Avropa ölkələrinin
Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına, Olimpiya mədəniyyəti və təhsil
proqramına həsr olunmuş film nümayiş etdirilib.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirin Avropa Gənclərinin
Yay Olimpiya Festivalına 150 gün qalmasına həsr olunduğunu bildirib. O qeyd edib ki, Avropada yeni
layihə olan Olimpiya mədəniyyəti və təhsil proqramı Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman
nazirlikləri ilə birgə hazırlanıb. Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin böyük
əhəmiyyət kəsb etdiyini bildirən vitse-prezident artıq qitənin 25 ölkəsinin bu layihəyə qoşulduğunu qeyd
edərək deyib: “Bu qəbildən tədbirlər Olimpiya Oyunlarında, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
məktəblilərin iştirakı əvvəllər də təşkil edilib. Ancaq Avropa festivalları tarixində belə bir layihə ilk dəfə
həyata keçirilir. Bununla əlaqədar ekspert qrupu yaradılıb. Yaxşı olar ki, xarici ölkələrin diplomatik
nümayəndələri öz ölkələrində bu proqramın yayılmasına, gənclərin bu layihəyə cəlb edilməsinə dəstək
versinlər”.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın mötəbər idman tədbirlərinə, o cümlədən
birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, “Formula 1”
yarışlarına, Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyib. O əmin olduğunu
bildirib ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı da ölkəmizdə yüksək səviyyədə təşkil ediləcək. “Bu
gün önəmli bir gündür. Festivalın başlanmasına 150 gün qalır. Bu qısa müddətdə görüləcək çox iş var.
Əminik ki, bu mötəbər idman tədbiri də ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Bu gün Avropa
Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün qalması münasibətilə bu mötəbər idman
yarışının talismanları olan Cırtdan və Bəbir ictimaiyyətə təqdim edilib. Maskotlar cəmiyyətdə böyük
maraqla qarşılanıb”, – deyə nazir vurğulayıb.
Nazir əminliklə bildirib ki, talismanlar 25 illik ənənəsi olan çoxnövlü mötəbər idman yarışında –
Avropa Gənclərinin Yay Olimpiya Festivalında idmançıları qələbələrə ilhamlandıracaq, azarkeşlərə xoş
anlar bəxş edəcəklər. Azad Rəhimov xüsusi vurğulayıb ki, Avropa Olimpiya Komitəsinə üzv olan 50
ölkədən 49-u festivalda iştirakını artıq təsdiq edib.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan dövlətinin ölkəmizdə digər sahələrlə yanaşı, idmana da
yüksək diqqət və qayğı göstərdiyini qeyd edib. O, Olimpiya mədəniyyəti və təhsil proqramının
Azərbaycanda idmanın və təhsilin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir bu
proqramın əsas məqsədinin Avropa ölkələrində yeniyetmə və gənclər arasında əməkdaşlığın inkişaf
etdirilməsi, idmanın, təhsilin, mədəniyyətin, eləcə də Olimpiya hərəkatının təbliği olduğunu bildirib.
“layihə çərçivəsində seçilən 49 məktəbin hər biri Avropanın bir ölkəsinə təhkim olunub. Bakı
məktəbləri təhkim olunduqları Avropa ölkəsinin mədəniyyəti, tarixi, milli və müasir idman növlərini
öyrənəcək, həmçinin qardaşlaşmış məktəblərə Azərbaycan mədəniyyəti, incəsənəti, idmanı haqqında
məlumat vermək imkanı əldə edəcəklər”, – deyə təhsil naziri əlavə edib. Festivalda üç minə yaxın
könüllünün iştirak edəcəyini bildirən C.Bayramov bu mötəbər idman yarışının ölkəmizdə könüllülük
hərəkatının inkişafına da müsbət təsirini vurğulayıb.
Təqdimat mərasimi konsert proqramı ilə davam edib.
Olimpiya mədəniyyəti və təhsil proqramı Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya
Festivalı irsi çərçivəsində keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi
Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa
Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə
həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında
təhsili, mədəniyyəti, idmanı və Olimpiya dəyərlərini təşviq etməkdir.
Xalq qəzeti.-2019.-22 fevral.-№43.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
14
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
15
50 ölkə, 3600-dən çox atlet, 10 idman növü
"Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər
meydanı olacaq
Elçin Cəfərov
Avropanın idman paytaxtı Bakı bu il bir-birindən daha maraqlı
mötəbər idman yarışlarına evsahibliyi edəcək.
Belə ki, Azərbaycan aprelin 26-28-də "Formula-1” Azərbaycan Qran-prisinə, mayın 29-da UEFA
Avropa Liqasının final qarşılaşmasına, iyulun 20-28-də isə XV Yay Avropa Gənclər Olimpiya Festivalına
evsahibliyi etməklə tarixini daha möhtəşəm nailiyyətlərlə zənginləşdirəcək. Həmin yarışlar ərəfəsində
milyonlarla insanın qəlbi Bakıda döyünəcək. Bu mühüm hadisələr bir daha nümayiş etdirir ki, Azərbaycan
dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.
Niyə məhz Azərbaycan?
Son dörd ildə bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara evsahibliyi
etmək imkanlarını artırıb. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz
Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
İyulun 20-28-də təşkil olunacaq XV Yay Avropa Gənclər Olimpiya Festivalını Bakıda keçirmək
hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.
2018-ci il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının
2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam
imzalayıb. Təşkilat Komitəsinin ötən bir il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnəkdir.
Çünki festivala 3 aydan bir az çox vaxt qalmasına baxmayaraq, cəsarətlə deyə bilərik ki, Avropa ölkələrinin
federasiya nümayəndələri, idmançıları, şəhərimizin qonaqları burada aparılan hazırlıq işlərindən, onlar
üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman
arenalarından, xüsusən də təntənəli açılış mərasimindən heyrətə gələcəklər.
Gənc idmançıları bir araya gətirən yarış
Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını, dəyərlərini və ideallarını öyrətmək,
təbliğ etmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdü. 14-18 yaşlılar arasında gənc avropalı
idmançıları bir araya gətirən yarış ilk dəfə 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. İki ildə bir
dəfə (cüt deyil, tək illərdə) - qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq
Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər
qitələrdə keçirilən Asiya Gənclər Oyunları və ya Panama Gənclər Oyunları kimi ənənəni həmçinin
Avropada davam etdirmək imkanını yaradır.
Festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək
hüququnu qazanır.
Paytaxtımızda təşkil olunacaq və yeddi gün davam edəcək yarışın açılış mərasimi 21 iyul tarixində
olacaq. Avropa Olimpiya Komitəsinin 49 nümayəndə heyətinin rəhbəri yarışa gələcəklərinə dair təsdiq
veriblər. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa
qatılmaq üçün ölkəmizə gələcək.
12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo,
üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.
Yarışın talismanları
"Bakı-2019”un rəsmi talismanları Cırtdan və Bəbirdir. Tərcümədə "kiçicik” mənası daşıyan Cırtdan
Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına
baxmayaraq, Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi,
hazırcavablığı, mübarizliyi və digərlərinə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan Divin başını qataraq,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
16
özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola
bilər.
Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri
Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir.
Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc,
qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və
Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilmişdir.
Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də
aşağı düşmüşdür. 2014-cü ildə Azərbaycanın IDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai
Birliyi və bəbirlərin qorunması ilə məşğul olan "Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək
əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən Azərbaycanda bəbirlərin
yaşayış şəraitinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi
monitorinq proqramı tərtib edilmişdir.
"Bakı-2015”dən "Bakı-2019”adək
Ümumiyyətlə, Azərbaycan böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkili
cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir. "Bakı-2015” I Avropa Oyunları, IV İslam Həmrəyliyi
Oyunları, "Formula-1” yarış günlərində həyata keçirilən təşkilatçılıq işlərinə, möhtəşəm idman
bazalarımıza, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə
bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq
federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə
hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər. Eyniliklə bu kimi fikirlərə
Olimpiya festivalına gedən hazırlıq prosesi çərçivəsində də rast gəlmək mümkündür.
Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər
sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Dörd il
öncə paytaxtımızda təşkil edilən və Avropa Oyunlarının standartlarını müəyyənləşdirən "Bakı-2015” eyni
zamanda idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox
idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56
medal qazanaraq 2-ci yeri tutublar.
IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, hələ
uzun müddət yaddaşlardan silinməyəcək. Belə ki, atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc)
"Bakı-2017”nin ən güclüləri oldular.
10 Olimpiya festivalında iştirak, 17 qızıl medal
Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar.
Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar
əsasən cüdo və atletika idman növlərində əldə olunub. Azərbaycanın yeniyetmə idmançıları buna qədər
keçirilmiş Avropa Yeniyetmələrinin 13 Olimpiya festivalından 10-da iştirak edib və ümumilikdə 45 medal
(17 qızıl, 10 gümüş 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i
cüdoçularımızın (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-si isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.
Xatırladaq ki, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan XIII Avropa Gənclərinin
Olimpiya Festivalı atletlərimiz üçün uğurlu olmuşdu. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal
qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutublar.
2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən Yeniyetmələrin sayca 14-cü Olimpiya
Festivalında isə qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb.
Komandamız yarışın yekununda 50 ölkə arasında 33-cü yeri tutub. 41 idmançı ilə turnirə yollanan
yığmamız iki medalla kifayətlənməli olub. Cüdoçulardan 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova
festivalın gümüş medalına layiq görülüb. Adil Kərimli isə (-90 kq) bürünc medal qazanıb.
Rusiya yığması 30 qızıl, 19 gümüş və 12 bürünc medalla ümumi komanda hesabında birinci yeri
tutub. 14 qızıl, 11 gümüş, 13 bürünc medal əldə edən İtaliya millisi ikinci olub. Ev sahibləri isə festivalda
13 qızıl, 14 gümüş və 14 bürünc medala yiyələniblər.
Bu hələ son deyil. Qarşıda daha bir turnir və qazanılacaq medallar var. İnanırıq ki, XV Avropa
Gənclər Olimpiya Festivalı Azərbaycan idmançılarının doğma divarlar arasında növbəti zəfər meydanı
olacaq.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
17
Azərbaycan.-2019.-5 mart.-№52.-S.1,8.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
18
Avropa Gənclər Olimpiya Festivalının məşəli Azərbaycana ötürülüb
Aprelin 12-də İtaliyanın paytaxtı Romada, IX əsrdə dostluq və qardaşlıq simvolu olaraq İmperator
Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində bu il iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər
Olimpiya Festivalının məşəlinin yandırılması və Azərbaycana ötürülməsi, eyni zamanda, oyunların
simvolu olan kiçik “zeytun ağacı” Azərbaycana təqdim edilməsi mərasimləri keçirilib.
Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə,
gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Gənclər
Olimpiya Festivalına məsul digər rəsmilər təmsil ediblər.
Proqrama əsasən əvvəlcə nazir Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə,
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının
sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat
konfransı keçirilib. Müxtəlif media qurumlarının iştirakı ilə təşkil edilən mətbuat konfransında Bakıda
iyulda keçiriləcək 15-ci Avropa Gənclər Olimpiya Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə
tutulan planlarla bağlı suallar verilib.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan əvvəl bir sıra mötəbər tədbirlərə
ev sahibliyi edib və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirilib ki, 15-ci Avropa Gənclər
Olimpiya Festivalı iyulun 21 -də Bakıda start götürəcək və Oyunlar üçün yeni idman arenaları tikilməyəcək.
İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan əvvəl bir sıra mötəbər
tədbirlərə ev sahibliyi etmiş “Baku Crystal Hall” bu il açılış mərasiminin keçiriləcəyi məkan olacaq. Eyni
zamanda, media nümayəndələrinə Avropa Gənclər Olimpiya Festivalının loqosu, daşıdığı məna, bununla
yanaşı, maskotlar - cırtdan və Qafqaz bəbiri haqqında da məlumat verilib. Artıq könüllülərin seçiminin
yekunlaşdığı, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara
hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırılıb.
AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə
hazırlaşdığını deyib və Avropa Gənclər Olimpiya Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə
əminliyini bildirib.
Sonra tədbirin rəsmi açılış mərasiminə start verilib. Gənclər və idman naziri Azad Rəhimov çıxış
edərək məhz bu gündən etibarən yarışlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və
sülh rəmzlərini özündə əks etdirən tarixi Ara Pasis muzeyində keçirilməsinin xüsusi məna daşıdığını
diqqətə çatdırıb. Azad Rəhimov 2018-ci ilin mayında dövlətimizin başçısı İlham Əliyevin imzaladığı
Sərəncam əsasında “Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını bildirib.
Nazir deyib: “Azərbaycan bütün dünyada sönməz odu, Yanardağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi
“Odlar diyarı” adlandırmırlar. Bu gün oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman
alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir.
Bu gecə oyunların məşəli qədim Romadan, tarixi Bakıya - “Odlar diyarı”na gedəcək. Eyni zamanda, qədim
“zeytun ağacı” da Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla, Avropa Gənclər Olimpiya
Festivalının dərin köklərini nümayiş etdirir.
Nazir Bakının 15-ci Avropa Gənclər Olimpiya Festivalına hazırlıqları barədə məlumat verib, bundan
əvvəlki illərdə ölkəmizdə keçirilmiş mötəbər idman tədbirləri barədə də danışıb.
Proqramın davamı olaraq, sülhün rəmzi olan “zeytun ağacı” AOK-nin rəsmiləri tərəfindən
Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Bununla yanaşı, təqdimat mərasimində yunan-Roma
güləşçisi, Olimpiya və dünya çempionu Fərid Mansurov, cüdoçu Kəramət Hüseynov və voleybolçu Raziyə
Əliyeva da iştirak ediblər.
Daha çox nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov
məşəli Yanez Koçijançiçə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.
Romaya səfəri çərçivəsində nazir Azad Rəhimov Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik
şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb. Görüş çərçivəsində Vatikan tərəfindən tezliklə
yaradılacaq İdman Assosiasiyası “Atletiko Vatican” ilə əməkdaşlığın qurulması, pontifik mədəniyyət
şurasının gənclər təşkilatı, şuranın nəzdində fəaliyyət göstərən Ərəb və İslam Sivilizasiyası Tədqiqi
İnstitutu ilə Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlığının təşkili, hər iki ölkənin gənc
arxeoloqlarının təcrübə mübadiləsi proqramlarının qurulması məsələləri müzakirə olunub.
Olimpiya dünyası. – 2019. – 16-22 aprel. - № 16. – S. 1, 3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
19
İdman ölkəsi avropalı gəncləri gözləyir
Xuraman İsmayılqızı
Standartları Bakıda yazılan Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarından sonra
ölkəmizin Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına ev sahibliyi etməsi dünya
sivilizasiyasında humanitar mərkəz, platforma kimi tanınan Azərbaycana maraqdan qaynaqlanır.
Paytaxtımızda iyulun 21-27-də keçiriləcək “Bakı-2019” yarışlarında 50 Avropa ölkəsindən 3600-
dən artıq idmançı və texniki heyət təmsil olunacaq. 12 arenada idmanın 10 növü - bədii gimnastika, atletika,
basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş üzrə keçiriləcək yarışlara əvvəlki
ənənələrə uyğun olaraq 2500-dən artıq könüllü cəlb ediləcək.
Özünəməxsus ənənələri olan Olimpiya oyunlarının mərasimləri, məşəllərin alovlandırılması
hazırlanmış proqramlar əsasında həyata keçirilir. Avropa Gənclərinin XV Yay Olimpiya Festivalının
simvolu sayılan zeytun ağacı Azərbaycana təqdim olunacaq.
İlk dəfə 1990-cı ildə, Jak Roq tərəfindən irəli sürülən, iki ildən bir (tək illərdə) qışda və yayda
keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa
Olimpiya Komitəsi tərəfindən təşkil olunur. Bununla da Asiya Gənclər Oyunları və ya Panama Gənclər
Oyunlarında sınanmış ənənələrin davam etdirilməsi imkanları yaranır.
Azərbaycanın olimpiya oyunlarında iştirakı həmişə uğurlu olmuşdur. Müstəqil ölkə kimi ilk dəfə
Atlanta yarışlarında (1996) iştirak edən Azərbaycanın qismətinə 1 gümüş medal yazıldı. Sidney (2000)
görüşü ölkəmizə 2 qızıl, 1bürünc medal qazandırdı. Afinadan (2004) Azərbaycana 5 medalla qayıdan
idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər.
Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay
Olimpiadası daha uğurlu oldu: qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc
qazanmaqla ölkəmizə 10 medalla döndülər.
Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar.
204 ölkənin iştirak etdiyi yarışlarda Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq
görüldülər. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana
56 medal qazandıran Birinci Avropa Oyunları təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli
yetişməkdədir. Avropa Oyunlarında iştirak edən idmançıların, qonaqların etiraf etdikləri kimi yarışları
reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışmaq məsuliyyəti hər xalqa nəsib olan keyfiyyət deyil.
İlk Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, 17 yaşadək futbolçular arasında Avropa
çempionatının, bədii gimnastika üzrə Dünya Kubokunun, Formula 1” kimi beynəlxalq yarışların ölkəmizdə
keçirilməsi Azərbaycanda idmanın inkişafına göstərilən diqqəti dünyaya bəyan etdi. Azərbaycana “Bakı-
2017” İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandıran amillər, bu sahədə qazanılan zəngin təcrübənin
özünü doğrultduğunu göstərdi.
1993-cü ildən etibarən Olimpiya oyunlarında, xüsusilə cüdo və atletika üzrə yarışlarda çıxış edən
idmançılarımız meydançaları çox vaxt qələbə ilə tərk edirlər. Avropa yeniyetmələrinin iştirak etdikləri 13
Olimpiya oyunlarının 10-da iştirak edən idmançılarımız Vətənimizə 17 qızıl, 10 gümüş, 18 bürünc medalla
qayıtmışlar. Tbilisidə, Macarıstanda keçirilən Yeniyetmələrin Olimpiya festivalları da Azərbaycan
idmançıları üçün uğurlu olmuşdur. Qitənin 50 ölkəsindən 3600-dən çox idmançının iştirak etdiyi yarışlarda
komandamız 33-cü yerdə qərarlaşdı.
“Bu gün mən deyəndə ki, Azərbaycan idman dövlətidir, bax, bunu bu səbəblərə görə deyirəm.
Birincisi, bizdə ən müasir idman infrastrukturu yaradılıb və bu infrastruktur imkan verir ki, biz bütün ən
yüksək səviyyəli oyunları keçirək. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bunun əyani sübutudur.
İkincisi, Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında,
Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədir. İdmanın
inkişafı və kütləviliyi ilə bağlı da çox düşünülmüş, ardıcıl siyasət aparılır və bu siyasət özünü artıq dəfələrlə
göstərmişdir. Ona görə, əminəm ki, gələcək illərdə də beynəlxalq idman qurumları Azərbaycana həmişə
böyük hörmətlə yanaşacaqlar. Biz də çalışacağıq ki, Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü
göstərsin və öz imkanlarını ortaya qoysun” sözləri ilə ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin
davamlı olacağını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi medalların sayına görə Birinci
Avropa Oyunlarında qazandığımız ikinci, İslam Həmrəyliyi Oyunlarında birinci yer idman tariximizə
qələbə salnaməsi kimi yazıldı. Dünyada qüdrətli ölkə kimi tanınan Azərbaycan idmançılarının Birinci
Avropa Oyunlarında 56, Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
20
müsəlman ölkələri sırasında birinci yeri qazanması Azərbaycan dövlətinin iqtisadi potensialının,
gənclərimizin istedad və bacarığının məntiqi nəticəsi idi.
“Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi
hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır” sözləri ilə gənclərin idmana artan marağının uğurlu
nəticələrini ölkədə yaradılan idman obyektlərinin istifadəyə verilməsi ilə səciyyələndirən cənab İlham
Əliyev bölgələrdə Olimpiya komplekslərinin sayının daha da artırılacağını bildirir. Yaradılan şəraitdən
məmnun qalan və peşəkarlıqlarını, ustalıqlarını artıran Azərbaycan idmançılarının Avropa Gənclərinin XV
Yay Olimpiya Festivalında da ölkəmizə nailiyyətlər qazandıracaqlarına əminik.
İki sahil.-2019.-18 aprel.-№69.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
21
Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı seminar keçirilib
Mayın 6-da “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsi qitə
ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar təşkil
edib.
Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf
Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini
Azər Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan
Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya
Komitəsinin baş katibi Corce Visaçki və təşkilat komitəsinin üzvləri iştirak ediblər. Seminara Avropanın
40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və
AOK-un “Bakı 2019” üçün xüsusi olaraq yaratdığı Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıblar.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Avropa ölkələrinin
nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayaraq deyib: “Avropa
Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramı olacaq. Avropa Milli
Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda görməyimə şadam. Bu gün bu
seminarda idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq
və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində
müstəsna rol oynayır. Ötən dövrdə bizim Avropa ölkələrinin Milli Olimpiya komitələri ilə sıx işbirliyimiz
olub və onlara hər bir dəstək göstərilib”.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki seminarın
Festivala hazırlıq prosesində əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirərək deyib: “Biz
Avropa Gənclərinin Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa Milli Olimpiya
komitələrinin nümayəndələri ilə birgə gözəl Bakıya bir daha gəlməyimizdən böyük məmnunluq duyuruq.
Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.
Bu tədbir Avropanı ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə
texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti
verməklə yanaşı, onların “Bakı 2019” haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq
təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda
idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm məsələlər barədə müzakirələr
aparıblar. Festivalın Əməliyyat Komitəsi seminarda Avropa ölkələrinin Milli Olimpiya komitələrinin
nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunacaq medalları da nümayiş etdirib.
Tədbir çərçivəsində Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin
rəhbərləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman
obyektlərində, eləcə də Atletlər kəndində olacaqlar.
Xatırladaq ki, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək.
Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək.
Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük,
tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-
dən çox könüllü fəaliyyət göstərəcək.
Olimpiya dünyası. - 2019.- 7-13 may. - № 19. - S. 1-2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
22
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə “iTicket” bilet satış şirkəti
arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, razılığa əsasən,
“iTicket.az” şirkəti “Bakı 2019” Avropa Gənclər XV Yay Olimpiya Festivalının rəsmi bilet satışının
təminatçısı və dəstəkçisi olub.
Gənclər və idman naziri Azad Rəhimov “iTicket.az” şirkəti ilə razılığın əldə olunmasından
məmnunluğunu bildirərək deyib: “Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri
müəyyənləşdirmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid
edirik ki, bütün bunlar yerli və xarici idman azarkeşlərində festivala daha çox maraq cəlb edəcək və bu
möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün şərait yaradacaq”.
“iTicket.az” şirkətinin baş direktoru Ziya Məmmədov saytın Bakıda keçiriləcək Avropa Gənclər XV
Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi olmasından qürur duyduğunu vurğulayıb: “Əvvəlki vaxtlarda
keçirilmiş belə beynəlxalq tədbirlərdən əldə etdiyimiz təcrübəmiz bizə “Bakı 2019”da öhdəliklərimizi
uğurla yerinə yetirəcəyimizə dair inam yaradır”.
Festivalın yarışlarına ümumilikdə 146 min bilet satışa çıxarılacaq. Biletlərin təxminən yarısı iyunun
10-dan “Bakı 2019”un rəsmi saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında
https://www.iticket.az satışda olacaq. Bundan başqa, bütün idmansevərlər biletləri “Park Bulvar”,
“Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərindəki 12 bilet satışı
məntəqəsindən əldə edə biləcəklər.
Açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manat arasında olacaq.
Hər iki mərasim “Baku Crystal Hall”da keçiriləcək.
Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat “Bakı 2019”un rəsmi səhifəsində elan
ediləcək.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən “iTicket.az” konsert, teatr, idman və əyləncəvi
təşkilatların bilet satışını onlayn və oflayn qaydada həyata keçirir. 2017-ci ildən etibarən iTicket.az IV İslam
Həmrəyliyi Oyunlarının, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin, qadın voleybolçular arasında Avropa
çempionatının (2017), UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının, BMX velosipedi üzrə
dünya çempionatının, “Jara-18” beynəlxalq musiqi festivalının, Azərbaycan Cüdo Federasiyasının və
AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün
Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü - gimnastika,
atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında
qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Yeni Azərbaycan. - 2019.- 18 may. - № 90. - S. 7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
23
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti
seminara start verilib
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq çərçivəsində Beynəlxalq Atletika
Federasiyasının, Milli Olimpiya Komitəsinin, “Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika
Federasiyasının birgə təşkilatçılığı ilə atletika hakimləri üçün 2-ci seminara start verilib.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, seminarın açılışında
federasiyanın baş katibi Məhərrəm Sultanzadə və hakimlər kollegiyasının sədri Şirin Vəliyev çıxış ediblər.
İyirimi səkkiz hakimin iştirak etdiyi seminarın sonunda iştirakçılar imtahan verəcəklər. Seminarın
lektorları baş hakim Nemət Heydərov və Kənan Məhərrəmovdur.
Qeyd edək ki, seminara mayın 23-də yekun vurulacaq.
AZƏRTAC
2019, 21 may
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
24
Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə Azərbaycan
Televiziyası arasında saziş imzalanıb
Mayın 14-də “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım və
tərəfdaşlığa dair saziş imzalanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədi AzTV
sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya
Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov imzalayıblar.
Sazişə əsasən, festivalın audio və videoçəkiliş materiallarını yayımlamaq və istifadə etmək hüququ
AzTV-yə məxsusdur. “Bakı 2019” yarışları yeddi gün ərzində AzTV-də nümayiş olunacaq. Bundan başqa,
festivalın açılış və bağlanış mərasimləri, bütün yarışların final mərhələsi və təltifetmə mərasimləri AzTV-
nin ekranlarından bilavasitə nümayiş etdiriləcək. Bundan əlavə, audio və videogörüntülər “açıq yayım”
vasitəsilə həyata keçiriləcək və beləliklə, tamaşaçılar dünyanın istənilən bölgəsində tezlikləri
tənzimləməklə festivalı izləmək imkanı əldə edə biləcəklər.
AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən Elçin Səfərov
bildirib ki, xalqımızın bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləməsi çox sevindiricidir.
Əməkdaşlıq sayəsində artıq dünyanın istənilən nöqtəsindən festivalı izləmək mümkün olacaq. Ölkəmizə
gələcək idmançıların sayı sübut edir ki, Avropa ölkələri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin
səviyyəsindən razıdır və Bakı onlar üçün əsl idman mərkəzidir.
AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov bildirib ki, Azərbaycan Televiziyası
ölkəmiz üçün XV Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mühüm tarixi hadisəni yayımlayacağı üçün
çox məmnundur. Belə mötəbər idman hadisəsinin yüksək səviyyədə yayımlanması üçün AzTV bütün
resurslarından istifadə edəcək.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək.
Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər
idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis,
voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən
çox könüllü fəaliyyət göstərəcək.
Olimpiya dünyası. - 2019.- 21-27 may. - № 21. - S. 3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
25
Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb
Bu il iyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun
10-da satışa çıxarılıb. Biletlərin satışı Festivalın Əməliyyat Komitəsi ilə “iTicket” şirkəti arasında
imzalanan razılıq müqaviləsi çərçivəsində həyata keçirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, satışa çıxarılan 146
min bilet “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının www.eyofbaku2019.com, eləcə də
www.iticket.az saytlarından əldə oluna bilər. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”,
“Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən 12 bilet
satışı məntəqəsindən də əldə edə bilərlər.
Festivalın açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manat təşkil
edəcək. Hər iki mərasim “Baku Crystal Hall”da keçiriləcək. Bütün idman yarışlarına biletlərin ödənişsiz
olmasına baxmayaraq, arenalara giriş yalnız əvvəlcədən əldə edilən biletlər vasitəsilə mümkün olacaq.
Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinin biletləri üçün
ən münasib qiymətlərin təyin edilməsi, habelə bütün idman yarışlarına biletlərin pulsuz olması yerli və
xarici azarkeşlərdə festivala daha çox maraq oyatmaq və onların bu möhtəşəm oyunları şəxsən izləmələrinə
imkan yaradacaq.
İyulun 21-27-də Bakıda keçiriləcək festivalla əlaqədar Azərbaycana 3600-dən çox idmançı və texniki
nümayəndə gələcək. Atletlər idmanın 10 növü üzrə - gimnastika, atletika, basketbol, velosiped idmanı,
həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı
12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Olimpiya dünyası. - 2019.- 11-24 iyun. - № 24. - S. 1.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
26
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əlaqələndirmə Komissiyasının
sonuncu toplantısı keçirilib
İyunun 11-də Milli Olimpiya Komitəsində (MOK) Bakıda keçiriləcək XV Avropa Gənclər Yay
Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, MOK-
un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibinin müavini Azər Əliyev, təşkilat komitəsinin üzvləri,
eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanışlıq üçün Bakıda səfərdə olan Avropa Olimpiya
Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi
Corce Visaçki və Əlaqələndirmə Komissiyasının üzvləri - İslandiya Milli Olimpiya Komitəsinin baş katibi
xanım Liney Rut Xalldorsdottir, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said
Fazlaqiç, AOK-un idman şöbəsinin rəhbəri Piter Brül və Antidopinq Komissiyasının İdarə Heyətinin üzvü
Haydar Demirel iştirak ediblər.
Tədbirdə Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq
deyib: “Düz bir il bundan əvvəl biz sizinlə 15-ci Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı ilk
müzakirələri aparırdıq. Bu gün artıq yarışların başlamasına 40 gün qalır. Əminliklə deyə bilərəm ki, ötən
müddətdə hazırlıqla bağlı çox böyük işlər görülüb. Biz oyunlara demək olar ki, tam hazırıq. Bu gün sizinlə
görülmüş işlərə bir daha nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacağıq”.
Toplantı zamanı “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat
Komitəsinin gördüyü işlər, yarışların cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları,
Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm məsələlər müzakirə edilib.
Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olan AOK Əlaqələndirmə Komissiyasının
rəhbəri Corce Visaçki deyib: “Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib əminliklə deyə
bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır. Əminik ki, idmançılar və azarkeşlər yarışın
mükəmməl təşkilindən razı qalacaqlar”.
AOK-un rəsmiləri Bakıda olduqları müddətdə festivalın açılış və bağlanış mərasimlərinin
keçiriləcəyi “Baku Crystal Hall”da son hazırlıq işləri ilə də tanış olublar.
Qeyd edək ki, bu, Əlaqələndirmə Komissiyasının sayca üçüncü toplantısıdır. Birinci toplantı ötən
ilin iyulunda, ikincisi isə bu ilin yanvarında baş tutub.
Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək.
Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər
idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis,
voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən
çox könüllü fəaliyyət göstərəcək.
Azərbaycan.-2019.-12 iyun.-№126.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
27
Bakı Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməyə hazırdır
Nəzakət Ələddinqızı
Son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin, o cümlədən, bir çox idman növləri
üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkili ənənəvi hal
alıb. Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat
Olimpiadasına, “Formula-1” yarışlarına, eləcə də, Avropa dünya çempionatlarına yüksək səviyyədə
ev sahibliyi edən Azərbaycan bu tədbirlərin, davamı olaraq, artıq 23 gündən sonra daha bir
beynəlxalq tədbirə Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu, Azərbaycanın
idman siyasətinin növbəti qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin,
idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür. 23
gündən sonra milyonlarla insanın qəlbi bir daha Bakıda döyünəcək. Beynəlxalq idman yarışlarına
ev sahibliyi edən Azərbaycan növbəti dəfə öz təcrübəsindən yararlanaraq, Avropa Gənclərinin Yay
Olimpiya Festivalını da ölkəmizdə yüksək səviyyədə təşkil edəcəkdir.
Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və
ideallarını öyrətmək məqsədi daşıyır. Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən
1990-cı ildə irəli sürülən bu ideya 14-18 yaş arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çoxşaxəli
idman növlü tədbirdir. Birinci festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. Bu tədbir iki
ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa
Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi
adından təşkil olunur. 2019-cu ildə isə paytaxt Bakının bu yarışlara ev sahibliyi etməsi həvalə olunub.
İyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün
Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər gimnastika, atletika, basketbol,
velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini
sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500- dən çox könüllü fəaliyyət göstərəcəkdir.
Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrası - “bax və hiss et!”
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu olduqca maraqlıdır. “Leo
Burnett” brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və
tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi
beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin və şəhərin qədim mədəniyyətini, tarixini əks
etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini
nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “Bax və hiss et!” şüarını nümayiş
etdirməkdir. Bakının irs və mədəniyyətini - od və Qədim Azərbaycan naxışı olan butanı, birlik və dostluq
konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda, Azərbaycan paytaxtının möhtəşəm müasir
memarlıq nümunələrini - Alov Qüllələri və Heydər Əliyev Mərkəzini də təsvir edir. Parlaq rəngləri
canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini
təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir. Bu loqo, Azərbaycan mədəniyyətinin təzahürü olmaqla
yanaşı, Avropa Olimpiya Hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir
araya gətirməyi bacaran idman mübarizəsini əks etdirir.
“Bakı-2019”un rəsmi talismanları isə Cırtdan və Bəbirdir. Maraqlı obraz olan Cırtdan öz
cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı,
mübarizliyi və digərlərinə rəğbəti ilə seçilir. Nağılların birində Cırtdan Divin başını qatır və dostlarını xilas
edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər. Qafqaz Bəbiri isə,
Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz Bəbiri Azərbaycan faunasında ən
yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Bu heyvan təbii gözəllik, güc,
qorxmazlıq və sürət rəmzidir.
Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə, Oyunların mədəniyyət
elçisi oldu. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan
növlərindən biridir. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu
bələdçilik etdi və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirdi.
Beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsini şərtləndirən amillər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
28
Belə yarışların keçirilməsi, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında
öz layiqli yerini tutub. Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın
inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab
verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu
68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi
və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif
funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan,
həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri
mövcuddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları,
məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk
idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir
tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bakı Tennis Akademiyasının ərazisində
idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal
stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik
voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək
mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm
keçirilməsinə əsas verir. Qeyd etdiyimiz festival Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı
idman Sarayı, Atletlər Kəndi və bir sıra idman qurğularında keçiriləcək.
İdmançılarımız beynəlxalq yarışlarda meydançaları qələbə ilə tərk edirlər
Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də, çox vacib amillər
sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Sidney
görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan
idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər.
Azərbaycana uğur gətirməklə, idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX
Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4
bürünc qazanmaqla, ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya
Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq
və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları, bir daha təsdiqlədi
ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Avropa Oyunlarında iştirak edən
idmançıların və qonaqların etiraf etdikləri kimi, yarışları reallığa çevirmək üçün 27 ay ərzində, yorulmadan
çalışmaq məsuliyyəti hər xalqa nəsib olan keyfiyyət deyil. İlk Avropa Oyunlarının, Dünya Şahmat
Olimpiadasının, 17 yaşadək futbolçular arasında Avropa çempionatının, bədii gimnastika üzrə Dünya
Kubokunun, “Formula-1” kimi beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın
inkişafına göstərilən diqqəti dünyaya bəyan etdi.
Paytaxtımızda təşkil edilən “Bakı-2015” ilk Avropa Oyunları bu oyunların standartlarını
müəyyənləşdirdi və idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Avropanın 50 ölkəsindən 6000-
dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc
olmaqla, 56 medal qazanaraq, 2-ci yeri tutdular. IV islam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir
möhtəşəm uğura imza atdılar ki, bu, hələ uzun müddət yaddaşlardan silinməyəcək. Belə ki, atletlərimiz 162
medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) “Bakı-2017”-nin ən güclüləri oldular. Atletlərimiz indiyədək
iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar, əsasən, cüdo və atletika
idman növlərində əldə olunub. 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan XIII Avropa
Gənclərinin Olimpiya Festivalı atletlərimiz üçün uğurlu olmuşdu. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2
bürünc medal qazanmaqla, ümumi turnir cədvəlində 22-ci yeri tutdular. 2017-ci ildə Macarıstanın Gyor
şəhərində keçirilən yeniyetmələrin sayca 14-cü Olimpiya Festivalında isə, qitənin 50 ölkəsindən 3600-ə
qədər idmançı medallar uğrunda mübarizə aparıb. Komandamız yarışın yekununda 50 ölkə arasında 33-cü
yeri tutub.
Hazırda idmançılarımız Minskdə keçirilən İkinci Avropa Oyunlarında ölkəmizi təmsil edirlər. Bu
günə qədər Azərbaycan idmançıları 1-i qızıl, 4-ü gümüş, 9-u bürünc medal olmaqla, yarışlarda uğur
qazanıblar.
Səs.-2019.-28 iyun.-№114.-S.11.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
29
Avropa Gənclər Yay Olimpiya Festivalı gənc idmançıların yetişməsində
önəmli rol oynayacaq
İyulun 21-də “Baku Crystal Hall”da XV Avropa Gənclər Yay Olimpiya Festivalının möhtəşəm
rəsmi açılış mərasimi olacaq. Beləliklə, Avropa qitəsi növbəti dəfə ölkəmizdə mötəbər idman bayramını
seyr edəcək. Yarışlarda əsasən 14-18 yaşlı gənc idmançılar mübarizə aparacaqlar. İyulun 21-27-də
keçiriləcək bu mötəbər idman turnirinə qatılmaq üçün Azərbaycana Avropanın əlli ölkəsindən 3600-dən
çox idmançı və texniki nümayəndə gələcək. Ümumilikdə Azərbaycana 4 mindən çox qonağın gəlməsi
gözlənilir. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo,
üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. İdman arenaları Festivalın
yarışlarının keçirilməsinə tam hazırdır. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü
fəaliyyət göstərəcək. Düşünürəm ki, Azərbaycan idmançıları yarışlarda kifayət qədər yüksək əzmkarlıq
göstərərək xalqımızı parlaq qələbələri ilə sevindirəcəklər.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova
AZƏRTAC-a müsahibəsində deyib.
S.Məmmədova bildirib ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mötəbər turnirdə
uğurla çıxış edən gənc atletlər gələcəkdə Avropa Oyunları, Olimpiya Oyunları kimi böyük mötəbər
yarışlara qatılırlar. Festival Azərbaycan idmançıları üçün də sınaq yarışı olacaq. Çünki bu yarışda
idmançılarımıza öz bacarıqlarını göstərmək üçün hər cür şərait yaradılacaq. Bu baxımdan festival yarışda
iştirak edən idmançılar, xüsusilə milli atletlərimizin yetişməsində əhəmiyyətli rol oynayacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, idmançıların qalacaqları
Atletlər Kəndi də atletləri qəbul etməyə tam hazırdır. Atletlər Kəndi I Avropa və IV İslam Həmrəyliyi
oyunlarına ev sahibliyi etdiyimiz dövrdə idmançıların qaldıqları və yüksək səviyyədə şəraiti olan məkandır.
İdmançıların arenalara vaxtında çatdırılması da təmin olunacaq.
Festivala hazırlıqlar barədə danışan S.Məmmədova deyib ki, Avropa Olimpiya Komitəsinin
Əməliyyat Komitəsinin üzvləri festivala hazırlıq işləri ilə bağlı Bakıda bir sıra texniki məsələlər ətrafında
fikir mübadiləsi aparıblar. Onlar festivala son hazırlıq işləri, Atletlər Kəndindəki vəziyyət, nəqliyyat,
təhlükəsizlik və digər mühüm əhəmiyyət kəsb edən məsələlərlə yaxından tanış olublar. Eyni zamanda,
yarışların keçiriləcəyi idman obyektlərinə baxış keçiriblər. Avropa Olimpiya Komitəsinin nümayəndə
heyətləri Azərbaycanın bu yarışa hazırlığını yüksək qiymətləndiriblər. Könüllülər arasında da bu yarışa
böyük maraq var. Yaxın günlərdə idmançıları, texniki nümayəndə heyəti və qonaqları ölkəmizdə qəbul
edəcəyik.
“Yarışların açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manatdır. Hər
iki mərasim “Baku Crystal Hall”da keçiriləcək. Digər idman arenalarında təşkil ediləcək yarışları isə
tamaşaçılar sərbəst şəkildə gəlib izləyə biləcəklər. Biz hamını idmançılarımıza dəstək olmağa çağırırıq. Son
illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkilinin ənənəvi hal alması və hər bir yarışın
ölkəmizin təbliğində müstəsna rol oynadığı nəzərə alınaraq Avropa Gənclər Yay Olimpiya Festivalının da
yüksək səviyyədə keçiriləcəyini əminliklə söyləyə bilərik”, - deyə S.Məmmədova vurğulayıb.
Xatırladaq ki, bu mötəbər festivalın Bakıda layiqincə, uğurla və yüksək səviyyədə təşkilini təmin
etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli Sərəncamı ilə Təşkilat Komitəsi
yaradılıb.
Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında idmanı, həmçinin Olimpiya
hərəkatını təşviq etmək məqsədilə təşkil olunan Festivalın yarışları Bakıdakı Tofiq Bəhramov adına
Respublika Stadionu, Milli Gimnastika Arenası, Bakı İdman Sarayı, Bakı Tennis Akademiyası, Bakı Su
İdmanı Sarayı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “ABU Arena” idman kompleksi, Dərnəgül Voleybol
Mərkəzi, Avropa Azərbaycan Məktəbi, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi,
Velopark, Heydər Əliyev adına İdman Sarayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalının ideyası gənclərə Olimpiya hərəkatını
tanıtmaq, Olimpiya dəyərləri və ideallarını aşılamaq məqsədilə Avropa Olimpiya Komitəsinin (AOK) sabiq
prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Festival 14-18 yaşlı avropalı gənc atletlər üçün
yüksək səviyyəli çoxnövlü idman turniridir. Birinci festival 1991-ci ildə Belçikada keçirilib. Beynəlxalq
Olimpiya Komitəsinin himayəsi ilə AOK tərəfindən təşkil olunan festivala ev sahibliyi edən ölkə bütün
yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququ qazanır. Bu idman tədbiri iki ildən
bir qışda və yayda təşkil edilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
30
AZƏRTAC
2019, 7 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
31
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər
(21 iyul 2019-cu il)
Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı
iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı
2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç,
iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin
prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın
Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşdülər.
Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir
və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18
yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış
və yay festivalları da var.
Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən
başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları
beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün
iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün
isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa
gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin
ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır.
“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya
Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam
edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol,
velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub.
İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar.
Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə
bürüncdür.
Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük
təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo
yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6
idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər
birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda
ümumilikdə 30 oyunçu yer alıb.
Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil
olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin idmançıları
mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci
olub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti festivalda cəmi 1 gümüş medal
qazanılıb.
1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra gənc
idmançılarımız bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın
Esbyerq şəhərində keçirilmiş festivalda üç bürünc medal qazanan komandamız 2001-ci ildə İspaniyanın
Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın
Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə
Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda
ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub.
2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin
Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-
ci ildə Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən festivalda
isə 1 gümüş və 1 bürünc medal qazanılıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
32
Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər Olimpiya
Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər. Avropa Olimpiya Komitələrinin prezidenti
Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini
vurğulayaraq deyib: “Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi
üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq,
həvəs və səmimiliyi birləşdirir. İnanıram ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı böyük
müvəffəqiyyətlə keçəcək”.
“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli açılış
mərasiminin unudulmaz anlarının şahidi oldular.
Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi
başladı.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri
dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaltdılar.
Bundan sonra demək olar ki, bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin ənənəvi hissəsi olan
atletlərin paradı başladı.
İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə
daxil oldular. Digər ölkələrin komandaları onların arxasınca əlifba sırası ilə gəldilər.
İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. Üçrəngli bayrağımızı 15 yaşlı
cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar
Talıbov apardı.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və “Baku Crystal Hall”a
toplaşmış tamaşaçılar idmançılarımızı hərarətlə salamladılar.
Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirildi.
Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri
haqqında kadrlar nümayiş olundu.
Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya
Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti
Yanes Kosyançiç səhnəyə gəldilər.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli Avropa Olimpiya Komitələrinin prezidenti cənab Yanes Kosyançiç.
Hörmətli beynəlxalq və milli federasiyaların rəsmiləri.
Əziz gənc idmançılar, xanımlar və cənablar.
XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Odlar yurdu Azərbaycana gəlmiş
bütün dəyərli qonaqları səmimi qəlbdən salamlayır, zəngin mədəniyyətə və tarixə malik ölkəmizə “Xoş
gəlmisiniz!” deyirəm.
Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir. Bu nailiyyətlərin əsası isə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan
beynəlxalq Olimpiya hərəkatına qoşulmuş, ölkəmizdə Olimpiya komplekslərinin, müxtəlif idman qurğuları
və mərkəzlərinin tikintisinə start verilmişdir. Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik bir ölkəyə
çevirən Heydər Əliyevin uzaqgörən siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti və Milli
Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev əzmlə davam etdirir. Onun idmançılara göstərdiyi xüsusi
diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hazırda
Bakı şəhərində və Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət
göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat tərzi sürməsinə də
hərtərəfli şərait yaradır.
Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və
Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük
təcrübəyə malik bir ölkədir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu silsilədən Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakı
şəhərində keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyaslı idman
tədbirləri yüksək peşəkarlığı ilə bütün dünyada əks-sədaya səbəb olmuşdur. Biz əminik ki, bu gün açılışını
etdiyimiz və Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının qatıldığı XV Avropa
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
33
Gənclər Olimpiya Festivalı da ən yüksək səviyyədə keçirəcəyimiz növbəti idman tədbirlərindən biri
olacaqdır. Yarışlar Bakıda 12 möhtəşəm idman arenasında idmanın 10 növü üzrə keçiriləcəkdir.
Əziz gənc atletlər, bizim üçün çox sevindirici haldır ki, siz ilk böyük beynəlxalq uğurunuzu məhz
Azərbaycanda qazana bilərsiniz. Heç şübhəsiz deyə bilərik ki, sizlərin sırasında gələcək Olimpiya, dünya
və Avropa çempionları olacaqdır. Əminik ki, siz gənclər aparacağınız idman mübarizəsi ilə yanaşı, bir-
birinizlə yaxından tanış olacaq, özünüzə çoxlu dost və rəfiqə tapacaq, öz bacarıq, mədəniyyət və
tarixlərinizi də paylaşacaq, o cümlədən keçmiş və müasirliyin vəhdətini təşkil edən əzəmətli Bakımızın
füsunkar gözəlliyindən zövq alacaqsınız.
Ənənəvi olaraq bu festivalın işinə də könüllülər cəlb olunmuşdur. 3500 gənc könüllü festivalın təşkili
və yüksək səviyyədə keçirilməsində yaxından iştirak edəcək. Biz onların hər birinə dərin təşəkkür və
ehtiramımızı bildiririk.
Möhtərəm cənab Prezident, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsi Avropa
Olimpiya Komitələrinin qarşımıza qoyduğu bütün tələbləri yerinə yetirmişdir və Azərbaycan bu festivalın
keçirilməsinə tam hazırdır.
Fürsətdən istifadə edib bu mötəbər yarışın keçirilməsində Azərbaycana etimad göstərmiş Avropa
Olimpiya Komitələrinin rəhbərliyinə dərin minnətdarlığımızı bildirirəm.
Bütün gəncləri, bütün idman ictimaiyyətini bu bayram münasibətilə bir daha ürəkdən təbrik edir,
gənc idmançılara qələbə sevincləri və azarkeşlərin böyük marağına səbəb olacaq gərgin mübarizə nümayiş
etdirməyi arzulayıram.
Əziz gənclər, qoy, bu festival sizin üçün idman, sülh və dostluq bayramı olsun.
x x x
Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes KOSYANÇİÇ çıxış edərək dedi:
- Azərbaycan Respublikasının Prezidenti.
Zati-aliləri cənab İlham Əliyev.
Hörmətli rəsmilər.
Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri.
Avropa Milli Olimpiya Komitələrinin prezidentləri və katibləri.
Hörmətli idmançılar.
Əziz azərbaycanlı idmansevərlər.
Biz əllinci Avropa Olimpiya Komitəsinin nümayəndələri üçün Bakıya, Odlar yurdunun küləklər
şəhərinə gəlmək, elə, öz evimizə gəlmək deməkdir. Dörd il öncə biz sizin əvəzolunmaz köməyinizlə ilk
Avropa Oyunlarını təşkil etdik. Həmin Oyunlar möhtəşəm hadisə oldu və Belarusda, Minskdə ikinci
Oyunlar keçirildikdən, həmçinin Polşanın Malopolska bölgəsinin Krakov şəhərində üçüncü Oyunların
təşkil olunması haqqında qəbul edilmiş qərardan sonra fəxrlə deyə bilərik ki, biz birlikdə yeni ənənəni
başladıq. Biz yeni Avropa Olimpiya irsinin təməlini qoyduq.
Sizin təşkilatçılıq bacarığınıza və bu sahəyə bağlılığınıza bizim heç bir şübhəmiz yoxdur. Sizin
qətiyyətiniz, işinizin keyfiyyəti, könüllülərinizin mehribanlığı bizə məlumdur. Biz bilirik ki, ölkənizin ən
yaxşı sərmayəsi onun gənclərinə qoyulan sərmayədir.
Hörmətli idmançılar,
Avropa Gənclər Olimpiya Festivalı gələcək çempionlar və Olimpiya medalçıları üçün əsl sınaq
meydanıdır. Bu, sizin üçün çox az sayda istisnalarla çox idman növlü ilk Olimpiya təcrübəsidir. Bu, sizdə
idmanın inkişafında yeni səhifənin açılması deməkdir. Burada sizin bacarığınızı nümayiş etdirmək üçün
nadir şans var. Bu şans göstərir ki, siz yarışlarda qələbəyə qadirsiniz və ola bilsin ki, digər Avropa
ölkələrində sizinlə həmyaşıd olan qız və oğlanlardan daha yaxşısınız. Bu, həmçinin Avropada idmançıların
yeni nəslinin Olimpiya idealları, bütün xalqlar arasında sülh, dostluq və əməkdaşlıq amalları, bütövlük,
inklüzivlik, həmrəylik, düzgünlük və ədalətli oyun ideyaları ilə formalaşdırılmasını sübuta yetirmək
fürsətidir.
Mən, həmçinin Bakı sakinlərini və Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Bizi bir daha
qəbul etdiyinizə görə çox sağ olun!
x x x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını
açıq elan etdi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
34
x x x
Beynəlxalq Olimpiya Komitəsinin bayrağı arenaya gətirildi. Bayrağı Azərbaycanın tanınmış
idmançıları, Olimpiya çempionları Elnur Məmmədli (cüdo), Zemfira Meftaxetdinova (atıcılıq), Nazim
Hüseynov (cüdo), Namiq Abdullayev (güləş), Rəfiqə Şabanova (həndbol) və Lyudmila Şubina (həndbol)
arenaya gətirdilər.
Beynəlxalq Olimpiya Komitəsinin bayrağı bu qurumun himninin sədaları altında Azərbaycanın
bayrağı ilə yanaşı ucaldıldı.
Sonra Fəxriyə Tağızadə atletlər, Ələkbər Həsənov hakimlər və Rəşad Əbdürrəhmanov məşqçilər
adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli
hakimlik və Olimpiya hərəkatının prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib
olmasını xatırladır.
Daha sonra ən həyəcanlı an gəlib yetişdi və 2004-cü ildə Afina Olimpiadasının qalibi, yunan-Roma
güləşçisi Fərid Mansurov XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəlini “Baku Crystal Hall”un
məşəl kasasına gətirdi.
Bu zaman ekranda “Məşəlin yolu” filmi nümayiş olundu. Kadrlarda məşəlin paytaxtın bütün idman
obyektləri boyunca möhtəşəm səyahəti və statistika təqdim edildi. Festivalın məşəli açılış mərasiminin
keçirildiyi “Baku Crystal Hall”a çatana qədər Roma şəhərindən çox böyük yol qət edib.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəli alovlandırıldı. Məşəl yarışlar bitənədək
yanacaq, şəhərimizin mayakı olacaq.
Məşəlin yandırılmasından sonra “Qələbə elementləri” səhnə şousu nümayiş etdirildi. “Welcome to
Azerbaijan” (“Azərbaycana xoş gəlmisiniz!”) - Avropa Gənclər Yay Olimpiya Festivalının açılış
mərasiminin art şousunun birinci hissəsi belə adlanır. Ekranlarda Bakının fantastik mənzərəsi görünür. Bu
mənzərəni fantastik edən sadəcə onun gözəlliyi yox, həm də burada şəhərin bütün tarixi və müasir görməli
yerlərinin bir araya gəlməsidir. Bəli, bu, Bakıdır! Həm qədim, həm də çox müasir. Ənənələri qoruyan və
yeniliklərə açıq Bakı. Bu yeniliyin rəmzi fəal və həyat gücü ilə zəngin gənclərdir. Səhnədəki dinamik
kompozisiyada rəqqaslar, akrobatlar, parkur və breyk-dans ustaları öz məharətlərini göstərirlər. Bütün art
şounun quruluşunda təxminən beş yüz gənc iştirak edib. Bu günün hekayəsi zəfərə aparan yol haqqındadır.
Sonra “Külək haqqında əfsanə” süjeti təqdim olundu. Bu hekayənin baş qəhrəmanları oğlan və qızdır.
Onlar öz valideynləri ilə Bakının rəmzlərindən biri olan küləyin adı ilə şəhərin yaranmasını söyləyirlər.
Azərbaycan - Odlar Yurdudur, Bakı isə küləklər şəhəridir. O, Xəzər dənizi ilə əhatə olunan yarımadada,
hər üç tərəfdən küləyə açıq olan məkanda yerləşir. Ekranda Azərbaycanın təbiətini, onun zənginliyi və
nadirliyini görürük.
Daha sonra “Şəhərin yaranması” kompozisiyası təqdim edildi. Şəhərin ruhu oyanır. Bu şəhərdə insan
yaratmaq, sevmək və yaşamaq istəyir. Səhnədə şəhərin salınması simvolik olaraq nümayiş etdirildi.
Səhnədə iri butafor kərpiclər, pilləkənlər, fənərlər və evlər daşıyan rəqqaslar “Şəhərin doğulması” teatr-
rəqs tamaşasını ifa etdilər. Akrobat və rəqqaslar hərəkətli və müasir paytaxtın mənzərəsini yaratdılar. Bu
nömrədə çoxlu rekvizit və dekorasiyalardan istifadə edilib (evlərin fasadı, nəhəng kərpiclər, gül ləkləri,
ağaclar, skamyalar, fənərlər). Kompozisiyada şəhərin necə yarandığı nümayiş olundu. Beləliklə, səhnədə
rəmzi şəhərin tikintisi sona çatdı və işlərin yekunlaşmasını bayram etmək vaxtı gəldi.
Bunun ardınca “Şəhər Günü Bayramı” adlı vokal-xoreoqrafik kompozisiya təqdim olundu. Səhnədə
vokalçılar, musiqiçilər, rəqqaslar və aktyorlar çıxış etdilər. İstənilən ölkənin xalqını yaxşı tanımaq üçün
yəqin ki, onun bayramlarını necə keçirdiyinə baxmaq lazımdır. Azərbaycanın bayramlarında mədəniyyət
zənginliyi, milli kolorit və xalqın ənənəsi yaşayır. Əlbəttə ki, hər bir qonaq məşhur Azərbaycan
qonaqpərvərliyini mütləq yüksək qiymətləndirir. Paytaxt Bakının əsas gözəlliyi onun nadir memarlığından
və sakinlərindən qaynaqlanır. Paytaxtın küçələri ilə gəzişərkən qeyri-ixtiyari olaraq bu şəhərin öz ab-havası
və ruhu olduğunu düşünürsən. Burada insanlar da fərqlidir. Onlar qonaqpərvər və mehribandır, ilk
çağırışında sənə kömək etməyə hazırdırlar. Onlar ürəyiaçıq və səmimidirlər. Bakı şəhərinin əsl dəyəri də
elə bundadır.
Açılış mərasiminin daha bir maraqlı məqamı “Elementlər” adlanır. “Həyat kitabı”, “Od”,
“Xarıbülbül gülü”, “Çörək” və “Zeytun budağı” - bu rəmzlərin hər biri adət-ənənələri, nəsillərin enerjisini
və xalq mədəniyyətini özündə əks etdirir. Səhnədə artistlər qismində Azərbaycan Gimnastika
Federasiyasının idmançıları çıxış edirlər.
“Həyat kitabı” - əcdadların müdrikliyi və ruhunun gücü insana doğru yol seçməyə kömək edir. Həyat
kitabı müdriklik və bilik mənbəyidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
35
“Od” - ruha və millətin gücünə inam atəşi. O, insanları ruhlandırır. Zərdüştlərin Atəşgah məbədi
sönməyən alovu ilə əsrlər boyu bütün dünyanın zəvvarlarını cəlb edirdi: illər və əsrlər keçir, dünya dəyişir,
məbəd isə yerində qalır və iztirab çəkən insanların yollarına nur saçır. Yerdən çıxan alov idmançılarımıza
zəfərə gedən yolda hər zaman kömək edir.
“Xarıbülbül gülü” - görünməmiş gözəlliyə malik Xarıbülbül gülü yalnız Azərbaycanda bitir. Öz
görünüşünə görə xarıbülbül gülü bülbülə bənzəyir: iki ləçək onun qanadları, mərkəzdəki bir ləçək isə
dimdikli quş başına bənzəyir. Gülün adı da elə bundan əmələ gəlib: “xar” Azərbaycan dilində tərcüməsi
“tikan”, “bülbül” isə - bülbül deməkdir. Bir çox əfsanə və rəvayətlər bu valehedici və zərif gül ilə bağlıdır.
“Çörək” - ananın bişirdiyi çörək yaşam gücü verir. Nəsil, inamın gücü və Vətən sevgisi qəhrəmanı
zəfərə aparan yola gətirir. Bu an muğam səslənir. 2008-ci ildə UNESKO muğamı bəşəriyyətin şifahi və
qeyri-maddi irsinin şah əsərlərindən biri kimi elan edib.
“Zəfər” - idmançılara güc və çeviklik, enerji və dözümlülük, mübarizlik və dəqiqlik lazımdır. İndi
bütün bu keyfiyyətləri gənc azərbaycanlı idmançılar arenada nümayiş etdirirlər. Bu idmançılardan hər biri,
əlbəttə ki, zəfərin rəmzi olan zeytun budağına layiqdir.
Nəhayət, təntənəli mərasimin “Final” kompozisiyası başladı. Avropa Gənclər Yay Olimpiya
Festivalının – “Bakı 2019”un hər bir iştirakçısı indi öz arzusunu, öz yolunu xatırlayır və ümid edir ki, bu
yol onu qələbəyə aparacaq. Bütün idmançılara uğurlar, layiqli rəqiblər və qələbə əzmi arzulayırıq. Qoy,
doğma evi xatırladan çörək, arzuya aparan alov, əcdadların güc və müdrikliyini verən kitab, sülh və sevgi
rəmzi olan xarıbülbül hər zaman onlarla olsun. O zaman zəfər rəmzi olan zeytun budağının başlarının
üzərində ucaldılacaq an daha da yaxınlaşacaq.
Sonda bütün iştirakçı ölkələrin bayraqları səhnədə dalğalandı.
“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başa çatdı.
Beləliklə, Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən daha bir mərasimlə
festivalın tarixində mühüm yer tutacaq növbəti parlaq səhifə yazdı.
AZƏRTAC
2019, 21 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
36
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
(20 iyul 2019-cu il)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin
prezidenti Yanes Kosyançiçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç
Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. Yanes Kosyançiç XV Avropa Gənclər
Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm
daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu dedi.
Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu
işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay
Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd etdi və bu tədbirin
önəmini vurğuladı. Dövlətimizin başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu
bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm
beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd etdi.
Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlətimizin başçısına xatirə
hədiyyəsi təqdim etdi.
AZƏRTAC
2019, 20 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
37
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının
xatirəsində xoş izlər buraxacaq
XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletlərini Bakıda salamlamaqdan məmnunluq
duyuram. Azərbaycanın paytaxtı Bakı növbəti dəfə irimiqyaslı idman tədbirinə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, idman infrastrukturu ilə yanaşı, Atletlər kəndi də festivala tam hazırdır. Şəhərimizdə
qonaqları salamlamağı səbirsizliklə gözləyirik.
“İnanıram ki, 7 gün ərzində keçiriləcək festival atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər
buraxacaq. Biz səbirsizliklə təmiz və maraqlı qarşılaşmaların keçirilməsini gözləyirik”, - deyə A.Rəhimov
əlavə edib.
Qeyd edək ki, 12 idman qurğusunda keçiriləcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet birincilik
uğrunda mübarizə aparacaq. Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və
yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika,
basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda
qüvvələrini sınayacaqlar.
AZƏRTAC
2019, 20 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
38
XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı
İyulun 21-də Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF Bakı 2019) start götürəcək.
İyulun 27-dək davam edəcək festivalda Avropanın 48 ölkəsindən 3900-dək atlet idmanın 10 növü -
gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş
yarışlarında mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yarışlarda 122 idmançı ilə təmsil olunacaq. İdmançılarımız
atletika, güləş (hər birində 18 idmançı), cüdo (12 idmançı), üzgüçülük, velosiped idmanı (hər birində 6
idmançı), idman gimnastikası, tennis (hər birində 4 idmançı) üzrə yarışlarda medallar uğrunda mübarizə
aparacaqlar. Oğlanlardan ibarət basketbol və voleybol millilərinin hər birində 12, həndbol üzrə oğlan və
qızlardan ibarət yığma komandalarda isə 30 idmançı yer alıb.
“EYOF Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalında mübarizə aparacaq idmançıların
siyahısı:
Cüdo – 12 nəfər: İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (60 kq), Mətin
Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90 kq), Hüseyn
Məmmədov (+90 kq), Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin
Əmirli (70 kq).
Güləş – 18 nəfər:
Sərbəst güləş – 6 nəfər: Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov
(51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq).
Yunan-Roma güləşi – 6 nəfər: Fərid Sadıqlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51
kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq).
Qadın güləşi – 6 nəfər: Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53
kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq), Nigar Mirzəzadə (65 kq).
Atletika – 18 nəfər: Əli Abdiyev, Aydın Bədəlov, Aleksey Ələkbərov, Çingiz İsrafilov, Vahid
Kərimov, Məmmədağa Məmmədov, Əlhəm Nağıyev, Yusif Nəzərov, Teymur Salahzadə, Günel
Hüseynova, Ləman Hüseynova, Günel Manafova, Nika Məmmədova, Bibixanım Qəmbərova, Ayana
Seyuşeva, Fəxriyyə Tağızadə, Lamiyə Vəliyeva, Sabrina Zralova.
İdman gimnastikası – 4 nəfər: Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov, Milana
Minakovskaya.
Tennis – 4 nəfər: Tamerlan Əzizov, Kənan Qasımov, Polina Drobişeva, Alina Hüseynova.
Üzgüçülük – 6 nəfər: Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə,
Aysel Səfərova, Məryəm Şeyxəlizadəxangah.
Velosiped idmanı – 6 nəfər: Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Sitova, Məleykə İskəndərova,
Gülşən İsmayılova, Viktoriya Sidorenko.
Basketbol (oğlanlar) – 12 nəfər: Simar Bəkirov, Fikrət Ələkbərov, Ufuk Tan Ertan, Yiğit Eryörük,
Azər Əzimov, Səid İsmayılov, Ziya Berkay Kel, Shabani Mahdi, Rüstəm Mürvətov, Georgi Purtsxvanidze,
Berya Taşer, Ulaş Can Turqut.
Həndbol (oğlanlar) – 15 nəfər: Kamran Adıgözəlov, Sadiq Arixov, Röyal Əliyev, Elşən Həsənov,
Ramil Hüseynov, Yunus İsayev, Ruslan İsmayılov, Məhərrəm Məmmədli, Raul Muradov, Amit Qanqvani,
Elkin Quliyev, Rəhim Rəhimli, Malik Şəfiyev, Emil Sərxanov, Fəda Yusifov.
Həndbol (qızlar) – 15 nəfər: Günel Abdullayeva, Nigar Ağayeva, Elina Babayeva, Kamilə
Bayramova, Mehparə Əliyeva, Emiliya Eyvazova, Leyla İbrahimova, Məryəm Məmmədxanova, Mariya
Molyavskaya, Anastasiya Obuxova, Nigar Quliyeva, İnarə Rzayeva, Dinara Süleymanova, Aleksandra
Teryayeva, Leyla Yahyayeva.
Voleybol (oğlanlar) – 12 nəfər: Amirmahdi Ablou, Emil Aşumov, Ruslan Əliyev, Emin Əmirxanlı,
Roman Qurski, Uğur İbrahimov, Nazloo Farzin Cəfəri, Georgi Konstantinov, Mərdəan Məmmədova, İqor
Nikulenko, Mirəşrəf Rzazadə, Mais Verizadə.
Festivalın açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov
olacaq. O, 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının, Avropa Kubokunun qalibi, eləcə də Afrika
Kubokunun gümüş, Asiya Kubokunun bürünc mükafatçısıdır.
AZƏRTAC
2019, 20 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
39
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri
ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin prezidenti
Yanes Kosyançiç, baş katibi Raffaele Pagnozzi və Avropa Olimpiya Komitələri Əlaqələndirmə
Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, yarışların keçirildiyi idman
obyektləri və Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib. Nazir qeyd edib ki, 7 gün ərzində 48
ölkənin idmançıları mükafatlar uğrunda mübarizə aparacaqlar.
Vurğulayıb ki, bu günə kimi yarışlara 6750 bilet satılıb. Onun sözlərinə görə, bəzi yarışlar üçün
biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə
A.Rəhimov qeyd edib ki, xaricdən gələn hər bir idmançı 90 avro ödəyir. “Həmin pula gündə 3 dəfə yemək
daxildir. Nəqliyyat məsələlərini də iştirak edən ölkə özü həll edir” - deyə nazir bildirib.
Qeyd edib ki, açılış və bağlanış mərasimlərinə biletlər tam satılıb.
Onun sözlərinə görə, festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və
yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika,
basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda
qüvvələrini sınayacaqlar.
Bakıda yenidən olmasından məmnunluğunu ifadə edən Avropa Olimpiya Komitələrinin prezidenti
Yanes Kosyançiç bildirib ki, Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin
keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək
təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir.
Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki qeyd edib ki,
yüksək səviyyədə təşkil edilən festival idmançılar üçün Olimpiyaya gedən yolda böyük təkan olacaq.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
AZƏRTAC
2019, 20 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
40
XV Avropa Gənclər Yay Olimpiya Festivalında güclü idmançılar yarışırlar
Bakı, 23 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında güclü idmançılar yarışırlar.
İndiyə qədər keçirdiyim oyunlar uzun və çətin oldu. Amma qələbə qazana bildim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yay Olimpiya Festivalında yarışan israilli tennisçi Ron
Ellouck deyib.
“Olimpiada çox gözəl təşkil olunub, idmançılar üçün bütün şərait yaradılıb. Bakı Tennis
Akademiyasının açıq kortlarında yarışırıq. Oyunlararası məşqlər üçün isə akademiyanın qapalı kortlarında
imkan var. Güclü rəqiblər var. Ümid edirəm ki, ölkəmə əliboş qayıtmayacağam”, – deyə israilli tennisçi
deyib.
AZƏRTAC
2019, 20 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
41
İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Yetirmələrimin “Bakı 2019”dakı
çıxışından razı qaldım
Yetirmələrimin çıxışından razı qaldım. Bəzi məqamların üzərində çalışmalıyıq. Gimnastlarımız
finala vəsiqə qazanacaqları təqdirdə bunları nəzərə almalıyıq. Ümumilikdə gimnastlarımız çıxışlarını
uğurla başa vurdular.
Bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında çıxış edən
Azərbaycan millisinin məşqçisi Gennadi Kotelnikov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Məşqçi bildirib: “Yarışda rəqabət yüksəkdir. Çünki Avropanın güclü atletləri Bakıda bir araya
toplaşıblar. Əsas hədəfimiz finala vəsiqə qazanmaqdır. Həlledici mərhələdə hərəkətləri daha
təkmilləşdirəcəyik. Gimnastlarımızın potensialları yüksəkdir. Ağakazım Rüstəmov ilk dəfədir irimiqyaslı
yarışda iştirak edir. Lakin o, həyəcanlı olmasına baxmayaraq, çıxışını uğurla başa vurdu.
AZƏRTAC
2019, 23 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
42
“Bakı 2019”: Rusiya millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında növbəti medalçılar
müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadın gimnastların komanda yarışlarında Rusiya millisi birinci olub.
Rumıniya yığması yarışı ikinci, Böyük Britaniya isə üçüncü pillədə başa vurub.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə
aparıblar.
AZƏRTAC
2019, 24 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
43
XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışları başa çatıb
Bakı, 26 iyul, Göyçək Mahmudlu, AZƏRTAC
İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı
Sarayında keçirilən üzgüçülük yarışlarına yekun vurulub. Yarışlarının sonuncu günündə Azərbaycanın üç
atleti mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, Məryəm Şeyxəlizadəxangah 50 metr, Aysel Səfərova 800 metr məsafəyə
sərbəst, Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarında qüvvələrini
sınayıblar.
M.Şeyxəlizadəxangah təsnifat mərhələsində 26.72 saniyə nəticə göstərərək yarımfinalda mübarizə
aparmaq imkanı əldə edib. Yarımfinalda müəyyən olunmuş məsafəni 26.68 saniyəyə qət edən təmsilçimiz
həlledici mərhələyə vəsiqə qazana bilməyib.
Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışında 4 dəqiqə 55.73
saniyə nəticə göstərib. Bu nəticə təmsilçimizin finala keçməsinə kifayət etməyib.
Aysel Səfərova 800 metr məsafəyə sərbəst üzmə yarışında finişə 9 dəqiqə 49 saniyəyə çatsa da
medalçılar sırasına düşə bilməyib.
Bu yarışda Türkiyə atleti Beril Böcekler birinci, Böyük Britaniya üzgüçüsü Freya Kolbert ikinci,
Rusiya təmsilçisi Marqarita Varulnikova üçüncü yerləri tutublar.
Oğlanlar arasında 400 metr məsafəyə kompleks üzmə yarışında fərdi kateqoriyada rusiyalı İlya
Borodin qızıl, macarıstanlı Hubert Kos gümüş, çexiyalı Yakub Bursa isə bürünc medal qazanıblar.
Qızlar arasında 100 metr məsafəyə arxası üstə üzmə yarışının qalibi italiyalı Franseska Qaytani Erika
olub. Almaniyalı Lusi Mosdzien finişə ikinci çataraq gümüş medal qazanıb. İlk üçlüyü isə finalda eyni
nəticə göstərən rusiyalı Renata Qaynullina və ukraynalı Yevgeniya Jukova tamamlayıblar.
Oğlanlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında isə çempionluğu ukraynalı
Rostislav Krıjanivski bayram edib. Böyük Britaniya atleti Kameron Uilliams fəxri kürsünün ikinci
pilləsində yer alıb. Fransa üzgüçüsü Brendan Fitzpatrik isə üçüncü yeri tutub.
Qızlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında rusiyalı Yevgeniya Çikunova
birinci, fransalı Jastin Delmas ikinci, irlandiyalı Molli Mayn üçüncü olublar.
Oğlanlar arasında 200 metr məsafəyə sərbəst üzmə yarışında Edvard Mildred (Böyük Britaniya),
David Popoviçi (Rumıniya) və Bora Gülşən (Türkiyə) müvafiq olaraq qızıl, gümüş və bürünc medallara
sahib çıxıblar.
Rusiya atletləri XV Avropa Gənclər Yay Olimpiya Festivalının qızlar və oğlanlar arasında 4x100
metr məsafəyə kompleks üzmə yarışlarında çempion olublar. Hər iki yarışda gümüş medalları Böyük
Britaniya idmançıları qazanıblar. Oğlanların mübarizəsində bürünc medallara Fransa təmsilçiləri, qızların
yarışında isə İtaliya üzgüçüləri yiyələniblər.
Qızlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Rumıniya atleti Bianka Kostea finişə birinci
çataraq qızıl medal əldə edib. Serbiya üzgüçüsü Nina Stanisavleviç ikinci, Niderland təmsilçisi Milou Van
Viyk isə üçüncü pillədə qərarlaşıblar.
Zərif cinsin nümayəndələrinin 200 metr məsafəyə fərdi qaydada kompleks üzmə yarışında Böyük
Britaniya idmançısı Keyti Şanahan rəqibləri üçün əlçatmaz olub. İtaliyalı Çiara Fontana turnirin gümüş
medalını qazanıb. Yarışda ilk üçlüyü Türkiyə atleti Dəniz Ertan tamamlayıb.
Oğlanlar arasında 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında Rasmus Nikelsen (Danimarka)
çempion adına layiq görülüb. Hubert Kos (Macarıstan) yarışı ikinci pillədə başa vurub. Polşalı Pavel
Urinyuk isə bürünc medala sahib olub.
Son yarış günündə 15 ölkə təmsilçisi fəxri kürsüdə yer alıb. Rusiya ( 4 qızıl, 2 bürünc), Böyük
Britaniya ( 2 qızıl, 4 gümüş), İtaliya ( 1 qızıl, 1 gümüş, 1 bürünc), Rumıniya ( 1 qızıl, 1 gümüş), Türkiyə (
1 qızıl, 2 bürünc), Ukrayna ( 1 qızıl, 1 bürünc), Danimarka ( 1 qızıl), Macarıstan (2 gümüş), Fransa ( 1
gümüş, 2 bürünc), Almaniya, Serbiya ( hərəyə 1 gümüş), Hollandiya, İrlandiya, Çexiya, Polşa ( hərəyə 1
bürünc) atletləri medalçılar sırasına düşməyi bacarıblar.
Yarışda ilk üç yerin sahiblərinə medal və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində
medalları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Üzgüçülük
Federasiyasının vitse-prezidenti Elçin Həsənov, “EYOF Bakı 2019”un protokol meneceri Nigar Rzazadə
və başqaları təqdim ediblər.
Bununla da festivalın üzgüçülük yarışlarına yekun vurulub.
İyulun 22-dən 26-dək keçirilən üzgüçülük yarışlarında medalçıların siyahısına Rusiya başçılıq edir.
Şimal qonşularımızın aktivində 19 medal (14 qızıl, 2gümüş, 3 bürünc) var. Böyük Britaniya 18 medalla (6
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
44
qızıl, 11 gümüş, 1 bürünc) ikinci yerdə qərarlaşıb. Aktivində 10 medal (3 qızıl, 2 gümüş, 5 bürünc) olan
Türkiyə siyahıda üçüncüdür.
Beş gün davam edən yarışlarda Azərbaycan atletlərindən ən yaxşı nəticəni Ramil Vəlizadə göstərib.
O, iyulun 24-də 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında beşinci yeri tutub.
Digər təmsilçimiz, Məryəm Şeyxəlizadəxangah isə iyulun 25-də 100 metr məsafəyə batterflay üsulla
üzmə yarışında altıncı olub.
Qeyd edək ki, festivalın üzgüçülük yarışlarında Azərbaycan 6 atlet - Rəşad Alquliyev, Elyar
Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova və Məryəm Şeyxəlizadəxangah ilə
təmsil olunub.
AZƏRTAC
2019, 26 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
45
“Bakı 2019”: Bu gün kişi və qadın basketbolçuların yarışında finalçılar müəyyənləşəcək
XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın altıncı günündə kişi və qadın basketbolçular 5-8-ci yerlər
uğrunda və yarımfinalda mübarizə aparacaqlar.
İlk olaraq qadınların mübarizəsində 5-8-ci yerlər uğrunda görüşdə Belçika-Türkiyə, yarımfinal
mərhələsində isə Rusiya-Macarıstan oyunu keçirilir. Daha sonra 5-8-ci yerlər uğrunda görüşdə Polşa-
İtaliya, finala vəsiqə uğrunda qarşılaşmada isə Çexiya-Fransa görüşü təşkil olunacaq.
Kişilərin yarışında 5-8-ci yerlər uğrunda görüşdə Azərbaycan millisi Yunanıstan, Litva yığması ilə
Xorvatiya ilə qarşılaşacaq. Finala vəsiqə uğrunda isə İspaniya-Fransa və Serbiya-Türkiyə matçları
oynanılacaq.
AZƏRTAC
2019, 26 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
46
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin sonuncu mətbuat konfransı
keçirilib
İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi sonuncu mətbuat
konfransını keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Avropa
Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard və Avropa Olimpiya Komitələri Əlaqələndirmə
Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.
Azad Rəhimov bildirib ki, yarışlarda iştirak edən idmançıların və qonaqların rəylərinə əsasən festival
uğurla təşkil olunub. Artıq 135 təltifetmə mərasimindən 115-i başa çatıb. Medal sıralamasında Rusiya
komandası liderdir. Azərbaycan idmançıları da festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa
yaxındır.
“Biz festival müddətində yeniyetmə atletlərin timsalında əzmkarlığı, mübarizliyi ilə demək olar ki,
Olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu festival
onları gələcəkdə daha böyük nailiyyətlərə üçün ruhlandıracaq. İnanıram ki, bütün qonaqlar yarışlardan,
ölkəmizdən xoş təəssüratlarla ayrılırlar. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş
arzulayıram”, - deyə Azad Rəhimov bildirib.
Festivalda Azərbaycan idmançılarının qızıl medallarının sayının daha çox ola biləcəyini vurğulayan
nazir deyib ki, ümumilikdə baxdıqda atletlərimizin nəticələri yaxşıdır.
Nazir yarışlara tamaşaçıların marağının gözlənildiyindən də böyük olduğunu, həndbol, atletika,
üzgüçülük yarışlarına gündəlik sessiyalar üçün nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və
gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmaq lazım gəldiyini deyib.
Yarışların yüksək səviyyədə işıqlandırılmasında media nümayəndələrinin rolunu xüsusi vurğulayan
Gənclər və İdman naziri obyektlərdə hər gün orta hesabla 110-120 jurnalistin çalışdığını məmnunluqla
bildirib. Nazir festival çərçivəsində “Olimpiya mədəniyyəti və təhsil”, “Yeni liderlərin idman liderliyi” və
“Dopinqdən istifadəyə qarşı monitorinq” proqramlarının, eləcə də digər tədbirlərin reallaşdırılmasının
əhəmiyyətini xüsusi vurğulayıb.
Mətbuat konfransında iştirak edən Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard
çıxışında festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Bu
festivalın gənclərin karyerasında özünəməxsus yer tutacağını vurğulayan N.Nayqard yarışlar çərçivəsində
müxtəlif mədəni proqramların da yaxşı təşkil olunduğunu deyib. Qeyd edib ki, “EYOF Bakı 2019” XV
Avropa Gənclər Olimpiya Festivalı bütün Avropada gənclərin arasında yeni dostluqlara yol açdı.
Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki Azərbaycan
atletlərinin uğurlu çıxışlarında və mötəbər turnirin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O
bildirib ki, bu uğur Azərbaycan idmançılarını daha mötəbər yarışlarda qələbə qazanmağa ruhlandıracaq. O,
idmançıların və nümayəndə heyətlərinin üzvlərinin ölkəmizdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə
çatdırıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
AZƏRTAC
2019, 26 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
47
XV Avropa Gənclər Olimpiya Festivalında 38 ölkənin idmançıları medal qazanıblar
Aktivində 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan komanda hesabında dördüncü
yerdədir
Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı “EYOF Bakı 2019” XV Avropa
Gənclər Yay Olimpiya Festivalı yeddigünlük maraqlı idman mübarizəsindən sonra iyulun 27-də başa çatdı.
Atletlər Bakıdakı 12 arenada idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı,
həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə
apardılar.
AZƏRTAC xəbər verir ki, festivalda qaliblər üçün nəzərdə tutulan 300 qızıl, 300 gümüş və 330
bürünc medal 38 ölkənin idmançıları tərəfindən qazanılıb.
Bu mötəbər yarışda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda
hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8
qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə
cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar.
Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
48
Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir.
Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27
medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. İlk onluqda İtaliya (8-9-9), Ukrayna
(8-7-10), İspaniya (7-4-10), Fransa (6-8-14), Polşa (6-3-6), Belarus (6-2-6) yığmaları yer alıblar.
Medal qazanan digər ölkələr isə aşağıdakılardır: Rumıniya (4-10-5), Almaniya (4-7-15), Xorvatiya
(4-1-0), İsveç (3-1-2), Estoniya (3-0-2), Hollandiya (2-3-4), Finlandiya (2-3-1), Çexiya (2-1-3), İrlandiya
(2-0-2), Norveç (1-6-2), Gürcüstan (1-5-7), Danimarka (1-1-3), Bolqarıstan (1-1-0), Kipr (1-0-2), İsrail (1-
0-1), Kosovo (1-0-0), Avstriya (1-0-0), Macarıstan (0-9-12), Belçika (0-5-2), İsveçrə (0-2-2), Moldova (0-
1-4), Yunanıstan (0-1-3), Serbiya (0-1-3), Portuqaliya (0-1-0), Litva (0-1-0), Latviya (0-0-1), Slovakiya (0-
0-1) və Sloveniya (0-0-1).
XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində
keçiriləcək.
AZƏRTAC
2019, 27 iyul
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
49
XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib
Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha bir mötəbər
beynəlxalq idman tədbirinə - “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalına yüksək
səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Son 7 gün ərzində dünya, o cümlədən Avropanın
idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 7 gündə XV Avropa Gənclər Olimpiya Festivalına
layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi,
mədəni dəyərləri minlərlə yeniyetmə idmançının, nümayəndə heyətlərinin üzvlərinin, yarışları televiziya
ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Festivalın yarışları, sözün həqiqi
mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. Bu
mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə
arasında dördüncü oldu.
AZƏRTAC xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində
Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının
Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils
Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko,
iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasiminin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev də olublar.
Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında
keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli
Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir.
“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya
Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900
atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo,
üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardı.
Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük
təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo
yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6
idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər
birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda
ümumilikdə 30 oyunçu yer alıb.
Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərib.
“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli bağlanış
mərasiminin unudulmaz anlarının şahidi oldular.
Bağlanış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Azərbaycan Respublikasının dövlət bayrağının, eləcə də AOK-un və BOK-un bayraqlarının
dalğalandığı arenada bayraqlar paradına start verildi. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş
ölkənin – Yunanıstanın, sonra digər ölkələrin bayraqları əlifba sırası ilə arenaya gətirildi. Bayraq paradı ev
sahibi Azərbaycanın bayrağının gətirilməsi ilə başa çatdı.
Daha sonra XV Avropa Gənclər Olimpiya Festivalının ən maraqlı anlarını əks etdirən film nümayiş
etdirildi.
Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Olimpiya Festivalının
Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və AOK-un vitse-prezidenti Nils Nayqaard səhnəyə gəldilər.
“EYOF Bakı 2019”un Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV çıxış edərək dedi:
- Hörmətli Beynəlxalq və milli federasiyaların rəsmiləri.
Əziz gənc idmançılar.
Xanımlar və cənablar.
Yeddi gün ərzində yüksək əhval-ruhiyyə, gərgin mübarizə və dostluq şəraitində keçən XV Avropa
Gənclər Olimpiya Festivalı bu gün başa çatır. Festivalın bağlanış mərasimindəki çıxışımda səmimi
hisslərimi sizinlə bölüşmək istəyirəm. Ölkəmlə, ölkəmin rəhbərliyi, insanları ilə və bu yarışlarda fəal iştirak
edən bütün gənc dostlar, sizinlə qürur duyuram. Mən qürur duyuram ki, biz bu festivalı ənənəvi olaraq
yüksək səviyyədə təşkil etməklə Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirdik. Biz
idmanı sevirik, çünki o, dünyada dostluq, sülh və sağlam həyat sürmək üçün ən təsirli və önəmli vasitədir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
50
Təşkilat Komitəsi və bütün Azərbaycan idmançıları adından festivala və ölkəmizdə idmanın
inkişafına böyük dəstək verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin
minnətdarlığımızı bildirirəm.
Əziz gənclər, siz 10 idman növü üzrə 900-dən çox medal uğrunda mübarizə aparmaqla yanaşı, ən
önəmlisi, Olimpiya hərəkatı ideyalarına sadiq qalaraq, birlik və dostluq nümayiş etdirdiniz. Ümumi
nəticədə XV Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş Rusiya komandasını, müvafiq olaraq
ikinci və üçüncü yerləri tutmuş Böyük Britaniya və Türkiyə idmançılarını ürəkdən təbrik edirəm.
Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan idmançıları Gənclərin Avropa Olimpiya festivallarında
iştirak tarixlərinin ən böyük uğurunu məhz Bakı şəhərində əldə etdilər. Onlar ümumi komanda hesabında
dördüncü yerə çıxdılar, 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla, 23 medal qazandılar. Bu nailiyyət
münasibətilə Azərbaycan xalqını, idmançılarımızı və onların məşqçilərini səmimi qəlbdən təbrik edirəm.
Təbii ki, nəticələrindən asılı olmayaraq, festivalda iştirak etmiş bütün komandaları təbrik edirəm -
bu cür yarışlarda iştirakın özü də böyük bir qələbədir.
Ümidvaram ki, əziz idmançılar, Azərbaycanda keçirdiyiniz bir həftə sizlərin həyatında unudulmaz
izlər buraxdı və bu duyğuları Azərbaycandan gedərkən özünüzlə aparacaq və Bakıda - gözəl paytaxtımızda
keçirdiyiniz günləri bütün ömrünüz boyu xoş xatirələrlə yada salacaqsınız.
Mən Avropa Gənclər Olimpiya Festivalında iştirak etmiş bütün məşqçi və hakimlərə, yardımçı heyət
nümayəndələrinə, idman arenalarına gələn azarkeşlərə də təşəkkür edirəm.
Canlı izlədiyimiz festival gənclərin böyük bir qismi üçün ilk mühüm sınaq oldu. Əminəm ki,
sıralarınızdan gələcəyin Olimpiya, dünya və Avropa çempionları yetişəcək və biz də böyük fəxrlə
xatırlayacağıq ki, bu nailiyyətlərin əsası məhz Bakı şəhərində qoyulub.
XV Avropa Gənclər Olimpiya Festivalı başa çatdı. 2021-ci ildə növbəti - XVI Festival Slovakiyanın
Banska Bistritsa şəhərində keçiriləcək. Əminik ki, bu yarışlar da yüksək səviyyədə təşkil olunacaq.
Əziz dostlar, əziz gənclər, Azərbaycanda keçiriləcək gələcək idman yarışlarında yenidən görüşmək
ümidi ilə sağollaşır və bir daha hər birinizə Bakıdakı festivalın iştirakçısı olduğunuza görə səmimi qəlbdən
“Çox sağ olun!” deyirik.
x x x
Sonra AOK-un vitse-prezidenti Nils NAYQAARD çıxış edərək dedi:
- Hörmətli Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini cənab Yaqub Eyyubov.
Əziz idmançılar.
Əziz dostlar və Avropanın Olimpiya hərəkatının qonaqları.
İcazə verin, Avropanın bütün Milli Olimpiya Komitələrinin ən səmimi salamlarını çatdırım.
Burada, Bakıda biz XV Yay Avropa Gənclər Olimpiya Festivalının maraqlı həftəsini keçirdik.
Bu, Avropa idmanının, qitəmizin ən yaxşı gənc idmançılarının əsl bayramı oldu. Burada yarışan
atletləri seyr etdikdən sonra əminliklə demək olar ki, Avropanın idman aləmində aparıcı mövqeyi yaxın
zamanlarda dəyişməz olaraq qalacaq.
Bütün idmançıları təbrik edirik. Ümidvaram ki, burada əldə etdiyiniz təcrübə sizi gələcəkdə həm
idman, həm də digər sahələrdə daha böyük zirvələri fəth etməyə ilhamlandıracaq.
Siz dostluq, kamillik və hörmət kimi Olimpiya dəyərlərini təcəssüm etdirdiniz və biz bütün həftə
izlədiyimiz çıxışlarınızdan fərəhləndik.
Azərbaycanlı dostlarımıza və təşkilatçılara minnətdarıq. Çünki onlar bir daha bütün dünyaya
nümayiş etdirdilər ki, çox idman növlü mükəmməl yarışları təşkil etməyə qadirdirlər.
Öz təbəssümü və nəzakətli davranışı ilə festivalın ərsəyə gəlməsində yardımçı olmuş üç min beş yüz
könüllüyə xüsusi minnətdarlığımızı bildiririk.
Avropa Gənclər Olimpiya Festivalı gənclərin bayramıdır və biz şadıq ki, həmin Oyunlarda bu qədər
sayda gənc iştirak etdi.
Yerli təşkilatçılar gənclərlə çox peşəkar iş apardılar, o cümlədən Bakının 49 məktəbi ilə onların
Avropadakı həmkarları arasında qardaşlaşma tellərini mümkün edən Olimpiya Mədəniyyəti və Təhsili
Proqramını həyata keçirdilər.
Tələbələr yerli mədəniyyət, tarix, incəsənət və idmanla bağlı fikirlərini bir-biri ilə bölüşdülər,
həmçinin Olimpiya dəyərləri və prinsipləri ilə tanış oldular.
Onların keçdikləri təlimlər və gördükləri işlər Atletlər kəndində Olimpiya Mədəniyyəti və İdmanı
Pavilyonunda nümayiş olundu. Gənc idmançılar, komanda üzvləri və digər qonaqlar orada bütün iştirakçı
Avropa ölkələri ilə tanış oldular və Olimpiya ruhunu duydular.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
51
Avropa gənclərini bir araya gətirən bu Oyunlardan əldə edilmiş nəticələr daim yaddaşlarda qalacaq.
İdman bir daha sübut etdi ki, o, fərqli mənşəyə, inanclara malik olan insanları dinc yarış şəraitində
birləşdirməkdə böyük gücə malikdir.
Hər zaman ən xoş xatirələrlə yada salacağımız Avropa idmanının və gənclərin unudulmaz bir
həftəsinə görə sağ ol Bakı, sağ ol Azərbaycan!
İndi isə, mən XV Avropa Gənclər Olimpiya Festivalını bağlı elan edirəm.
x x x
Daha sonra Olimpiya himninin sədaları altında AOK-un və BOK-un bayraqları endirildi. Festivalın
çempionu olan Azərbaycan idmançıları – Xasay Həsənli, Həsrət Cəfərov, Elmir Əliyev, Fərid Sadıxlı,
Qurban Qurbanov və Turan Bayramov BOK-un bayrağını təntənəli şəkildə səhnədən çıxardılar.
AOK-un bayrağı isə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubova təqdim olundu. Yaqub Eyyubov
bayrağı rəmzi olaraq bir neçə dəfə dalğalandırdıqdan sonra AOK-un vitse-prezidenti Nils Nayqaarda
təqdim etdi. AOK-un vitse-prezidenti isə bayrağı növbəti – XVI Avropa Gənclər Olimpiya Festivalına ev
sahibliyi edəcək Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan Noskoya verdi.
Slovakiyanın dövlət himninin sədaları altında bu ölkənin bayrağı arenada qaldırıldı.
Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan NOSKO mərasimdə çıxış edərək dedi:
- Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov.
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqaard.
Əziz idmançılar, əziz qonaqlar.
Yaxşı bir ideyam var. Mən sizi öz cazibəsi ilə seçilən bir məkana dəvət etmək istəyirəm.
Baxmayaraq, o, kiçik bir yerdir, lakin orada böyük potensial gizlənir. Mən sizi elə bir ölkəyə dəvət etmək
istəyirəm ki, oranın əhalisi Nyu-York şəhərinin əhalisindən azdır. Lakin həmin ölkə pop-artın banisinin,
paraşütü və ya uçan maşını ixtira edənlərin vətənidir. Peter Saqan və ya Zdeno Kara kimi idmançılar orada
dünyaya göz açıblar. Yaxşı bir ideyam var. Mən sizi öz adımdan məhəbbəti ehtiva edən ölkəyə dəvət
edirəm. Bir halda ki, məhəbbət ürəkdə doğulursa, sizi bu ölkənin qəlbinə dəvət edirəm. Bilirsiniz niyə?
Çünki şəhər Slovakiyanın tam mərkəzində yerləşir və o, hər yerə yaxındır. Çünki o, Olimpiya
çempionlarının və dünya şöhrətli idmançıların şəhəridir.
Futbolçu Marek Hamşik, biatlonist Anastasiya Kuzmina və idman yerişi ustası Matej Tot kimi idman
ulduzları Banska Bistritsa şəhərinin yetirmələridir. Sizin hamınızı, gələcək idman ulduzlarını 2021-ci ildə
Banska Bistritsaya dəvət edirəm. Əminəm ki, siz məmnun qalacaqsınız. Bizim gözəl şəhərimiz dağların
qoynunda yerləşir və bütün slovak şəhərləri ilə müqayisədə ən gözəl meydana və şəhər mərkəzinə malikdir.
2021-ci ildə Avropanın mərkəzinə gəlin. Hamımız sizi Slovakiyada, Banska Bistritsada səbirsizliklə
gözləyirik. Biz 2017-ci ildə Avropanın idman şəhəri adını fərəh hissi ilə daşıdıq və 2021-ci ildə biz Avropa
Gənclər Olimpiya Festivalının məşəlini fərəhlə daşıyacağıq. Hamınız dəvətlisiniz! Çox sağ olun.
x x x
Bağlanış mərasimində XVI festivala ev sahibliyi edəcək Slovakiya haqqında film nümayiş olundu.
Daha sonra yeddigünlük idman bayramının başa çatmasının rəmzi olaraq festivalın məşəli
gimnastların ifasında maraqlı kompozisiyanın müşayiəti ilə söndürüldü.
Məşəlin söndürülməsindən sonra bağlanış mərasimi maraqlı konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, festivalda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi
komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar.
Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda
ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal
yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.
“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında yeddigünlük idman mübarizəsinin
yekununda 38 ölkənin təmsilçiləri medal qazanıblar. Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21
bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12
gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada
qərarlaşıblar. Sonrakı yerləri müvafiq ardıcıllıqla İtaliya, Ukrayna, İspaniya, Fransa, Polşa, Belarus,
Rumıniya, Almaniya, Xorvatiya, İsveç, Estoniya, Hollandiya, Finlandiya, Çexiya, İrlandiya, Norveç,
Gürcüstan, Danimarka, Bolqarıstan, Kipr, İsrail, Kosovo, Avstriya, Macarıstan, Belçika, İsveçrə, Moldova,
Yunanıstan, Serbiya, Portuqaliya, Litva, Latviya, Slovakiya və Sloveniya idmançıları tutublar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────
52
Bununla da Azərbaycan daha bir mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi etdi. Bu mötəbər
idman turnirinin uğurlu təşkilini təmin edən mühüm amillərdən biri son illər Azərbaycanın beynəlxalq
idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. 2015-ci ildə tarixdə ilk Avropa Oyunları,
2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, son bir
neçə ildə Formula-1 Qran-Prisi, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşması kimi mötəbər
yarışlara uğurla ev sahibliyi edən Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da müvəffəqiyyətlə
təşkil etməklə bir daha dünyanın diqqət mərkəzinə çevrildi.
AZƏRTAC
2019, 27 iyul
Recommended