1. Komputer və Proqramlaşdırma haqqında ilkin anlayışlar

Preview:

Citation preview

Komputer

Komputer haqqında iki şey bilmək vacibdir:1) İki əsas qurğusu var:

CPU (tərcüməsi: mikroprosessor) RAM (tərcüməsi: fiziki yaddaş və ya əməli yaddaş)

2) Komputer ağıllı deyil, adi dəmir parçasıdır. Onun nəsə bir iş görməyi üçün proqram lazımdır.

CPU

CPU (və ya mikroprosessor) – proqramı icra edən qurğudur.

RAM

RAM (və ya fiziki yaddaş) – proqramın icra olunmaq üçün yükləndiyi qurğudur.

Proqram

Proqram - komputerin müəyyən bir iş görməyini təmin edən instruksiyalar toplusudur.

İnstruksiyalar ikili say sistemində olur, yəni 0 və 1 -lərdən ibarət olur.

CPU və RAM əlaqəsi

Proqram icra olunmazdan əvvəl RAM-a yüklənir. Daha sonra CPU tərəfindən icra olunur.

Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri - proqram yazmağı asanlaşdırmaq üçün yaradılmışdır. c# kodu:

maşın kodu: int x = 5 + 3; 1011001011111111110

KompilyatorKompilyator – xüsusi bir proqramdır, bir

proqramlaşdırma dilində yazılan kodu komputer başa düşən vəziyyətə (0 və 1lərdən ibarət instruksiyalar toplusuna, yəni proqrama) çevirir.

IDEIDE (tərcüməsi: proqramlaşdırma mühiti)

Proqramlaşdırma dili ilə proqram yaratmaq üçün bizə minimum 3 köməkçi proqram lazımdır:1) Mətn redaktoru – proqramlaşdırma dili ilə kod

yazmaq üçün lazım olan köməkçi proqram. Məsələn, notepad.

2) Kompilyator – yazdığımız kodu proqrama çevirmək üçün lazım olan köməkçi proqram.

3) Konsol – proqramı işə salmaq üçün lazım olan köməkçi proqram.

Minimum bu üç köməkçi proqram ilə yeni bir proqram yarada bilərik. Bunlar birlikdə proqramlaşdırma mühitini yaradır.

IDE

Məsələn, Visual Studio IDE-dir.

C# proqramlaşdırmadilinin imkanları

Proqramlaşdırma dilləri proqram yaratmaq üçün lazımdır. Proqramlara: oyunlar (məs: flappy bird) veb saytlar (məs: google.az) masaüstü proqramlar (məs: word, skype) viruslar (məs, koobface)aid etmək olar.

C# proqramlaşdırmadilinin imkanları

C# proqramlaşdırma ilə siz həm oyun, həm veb sayt, həm masaüstü proqramlar, həm də viruslar yarada bilərsiniz.

Həmçinin c# proqramlaşdırma dili ilə smartfonlar üçün proqram yaratmaq mümkündür.

Ədəbiyyat Siyahısı

1. Komputer haqqında: https://goo.gl/dFLGRT 2. Komputerin qurğuları: https://goo.gl/bbMpZT

Recommended