82
Körpələr Allahı Onun Məbədi vasitəsilə tanıya bilər Müəllif: Şirli Person Avropaya uyğunlaşma: Reyçel Boll (Original mətndən götürülən əlavə ideyalarla) Copyright © 2001, 2011 Child Evangelism Fellowship® Inc. Copyright © 2011 Общество Евангелизации Детей Bütün hüquqlar qorunub saxlanılıb. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub 117420 Moskva Nametkina küç. ev 15 əlaqə tel. (495) 719-79-36 [email protected] [email protected] Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun Məbədi vasitəsilə tanıya bilər

Müəllif: Şirli PersonAvropaya uyğunlaşma: Reyçel Boll

(Original mətndən götürülən əlavə ideyalarla)

Copyright © 2001, 2011 Child Evangelism Fellowship® Inc.Copyright © 2011 Общество Евангелизации ДетейBütün hüquqlar qorunub saxlanılıb. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub

117420 MoskvaNametkina küç. ev 15

əlaqə tel. (495) [email protected]@oed.ru

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Page 2: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

2

MündəricatDərs Səhifə

Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir?.......................................................3Məktəbəqədər uşaqlar.... Onlar necədir?............................................................................3Silsilə dərslərdən necə istifadə etmək olar?........................................................................4Körpələrin təlimatlandırılmasına dair məsləhətlər...........................................................4 İki və üç yaşlı uşaqların təlimatlandırılması........................................................................6Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir?....................................................7Körpələr və Xoş Müjdə............................................................................................................7Yapma (lepka) üçün xəmir, “gil”, alət və kostyumlar..........................................................8Məşğələlərin planlaşdırılması.................................................................................................9Dərslərin xülasəsi....................................................................................................................10Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər....................................................................12Musiqiyə uyğun söz və hərəkətlər........................................................................................13Ritm tutmaq............................................................................................................................14

Dərs 1 İmanlılar cəmiyyətinin yaranması.............................................15Dərs 2 Həvari Peter və Yəhyanın şikəst adamla qarşılaşması...............23Dərs 3 Tabitanın Allaha xidmət etməsi............................................... 31Dərs 4 Şaulun (Paulun) Məbədə qoşulması.........................................39Dərs 5 Həvari Filipin Həbəşli hərəmağasına Xoş Xəbəri çatdırması.........47Dərs 6 Həvari Peterin Kornelinin evinə getməsi.................................57

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 6-cı dərslər)......................................................66 Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi (1-6-cı dərslər).....................................67“Məbədin dairəsi” (1-ci və 4-cü dərslər).............................................................................68“Müqəddəs Kitabı dünyaya vəz edin” (6-cı dərs)..............................................................69“Paltar asılan ip” və “Dəbin nümayişi”(3-cü dərs)............................................................72“Naxış üçün kartoçkalar” (3-cü dərs) .................................................................................74“Açıqca” (3-cü dərs)................................................................................................................75“İsa Məsihin sevgisi möcüzəlidir” mahnısına aid əyani vasitələr....................................76“Cəng arabası” (5-ci dərs)......................................................................................................78“Müjdənin sürətlə yayılması” (5-ci və 6-cı dərslər)...........................................................79“Dünyaya Müqəddəs Kitabı bəxş edin” (5-ci və 6-cı dərslər).........................................80“Rəssamın boya taxtası” (4-cü dərs)....................................................................................81 Körpələrin Məsihə necə yönəldilməsi.........................................................................cilddə

Page 3: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

3

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir?Siz yeni, yaxud təcrübəli müəllim olmağınızdan asılı olmayaraq, ən bəhrəli xidmətlərdən birinə - uşaqların təlimatlandırılmasına vaxtınızı və gücünüzü ayırmağa qərar vermisiniz! Məktəbəqədər uşaqları öyrətmək nə üçün belə vacibdir? Mütəxəssislər körpələrin biliyə daha açıq və həssas olduqları ilk beş-altı ili onların inkişafında mühüm rol oynadığını hesab edirlər. Uşaqları bilik, yaradıcılıq və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə can atmasına formalaşdıran bu illər onların gələcək təhsilinə də öz təsirini göstərəcək. Əgər beş yaşına qədər uşaqların intellektual inkişafı yarıyadək tamamlanıbsa, onda Müqəddəs Kitabın həqiqətlərinın tədrisi onların ruhani və intellektual bünövrəsində çox vacib təməl olacaqdır.

Məktəbəqədər uşaqlar... onlar necədir?Körpələrin fiziki inkişafına gəldikdə, onlarda böyük əzələlər inkişaf etdiyinə görə, çox oturmaq onların narahatçılığına səbəb olur. Onların hərəkəti və oynamağı üçün kifayət qədər yer və vaxt lazımdır. Körpələrə rəngarənglik və hər dərs vəziyyətində hərəkət lazımdır. Körpələrə Müqəddəs Kitab və həyat hekayələrini, izah olunmuş həqiqətləri səhnələşdirməyə imkan yaradın. Bu, onların hərəkət etməsinə və dərsin daha yaxşı mənimsənilməsinə şərait yaradacaq. Bu kitabda siz ruhani tədris üçün səhnəciklər, qafiyələnmə, həmçinin müxtəlif fəaliyyət üsulları tapa bilərsiniz. Mahnı və ayələrin əzbərlənməsi dərsin yaddaşda həkk olunmasına kömək edəcək

İntellektual inkişafa gəldikdə isə, məktəbəqədər uşaqlar tez-tez sual verir, müşahidə edir və daima öyrənirlər. Öyrənmək onların xoşuna gəlir. Onlar bunu beş duyğu vasitəsilə həyata keçirirlər. Körpələrin hislərinə toxunan və tədris prosesində böyük fayda əldə etməyə imkan yaradan müxtəlif üsul və vasitələrdən istifadə etmək vacibdir. Bunu da qeyd etməliyik ki, məktəbəqədər uşaqlar hər şeyi hərfi qəbul edirlər. Buna görə də onların sadə və aydın terminologiyaya, yəni özündə hərfi məna daşıyan sözlərə ehtiyacları var. Amma bu, o demək deyil ki, siz heç də mürəkkəb sözlərdən istifadə etməməlisiniz. Körpələri bəlkə də başqa yerdə eşitməyəcəkləri Müqəddəs Kitab terminləri ilə tanış etmək vacibdir. Məsələn: günah, Xilaskar və səcdə kimi sözlərlə. Bu kitabda xüsusi diqqətlə seçilmiş sözlər və izahlar, həmçinin uşaqların beş duyğu hissinə toxunan müxtəlif üsul və vasitələr istifadə olunub.

Hər ş

eylə m

araqla

nan

Onlar

oyna

yır

İctimai baxımından uşaqlar dünyanı yalnız onların özlərinin və ehtiyaclarının ətrafında dövr edən aləm kimi təsəvvür edirlər. Körpələrin dünyagörüşü yalnız onların təsvir etdiyi şəxsi nöqteyi-nəzərlə məhdudlaşıb. Ona görə də rəqabətlərdən qaçmağa çalışın və onların fərdi səylərini tərifləyin. Bu kitabda təklif olunan salamlaşma ideyaları dərsi mənimsəmək üçün təkrar oyunlar və yaradıcılıq fəaliyyətləri məktəbəqədər uşaqlara dərsin məqsədinə rəqabətsiz şəkildə çatmağa imkan verir.

E

qoist

dirlə

r

Emosional baxımdan məktəbəqədər uşaqlar asanlıqla küsürlər. Onların hisləri tez-tez özünü büruzə verir. Təhlükəsizlik, məhəbbət və mənsubiyyət mühiti yaradın. Onların xüsusiyyətləri, böyümək və öyrənmək səyləri haqqında müsbət şərhlər əsasında körpələrdə özünüqiymətləndirmə xüsusiyyətini formalaşdırmağa çalışın. Məktəbəqədər uşaqlar sadəlövh olduqları üçün onlarla səmimi və dürüst davranın. Söz və vədlərinizi həyata keçirməyə çalışın, müntəzəmliyə yol verin. Belə etməklə, siz qarşılıqlı etibarlı münasibət yaradacaqsınız. Bu kitabdakı izah edilmiş dərslərin məqsədi, əsas həqiqətlər və onların tətbiqi məktəbəqədər uşaqları birbaşa təhlükəsizlik və sevgi mənbəyinə, yəni İsa Məsihlə şəxsi ünsiyyətə yönəldəcək.

Tez i

nciyə

n

Məktəbəqədər uşaqların ruhani inkişafına nəzər saldıqda, Müqəddəs Kitabın əsas həqiqətləri sadə və aydın şəkildə izah olunarsa, onlar böyük həvəslə mənimsəməyi bacarırlar. Bəzi körpələr İsa Məsihi Xilaskar kimi qəbul etməyə artıq hazır olurlar. Dərslərin təkrarlanması zamanı da onları öyrətməyi unutmayın. Uşaqlara düşünmək və fikirlərini bildirmək üçün imkan yaradın. Körpələrin sizinlə, yəni müəllimlərlə münasibətləri, onların Allahla olan münasibətlərinə təsir edəcəyini unutmayın. Xidmətinizi Rəbbə həsr edin. Xidmətiniz barədə mətanətlə dua edin. Qoy sizin vasitənizlə Allahın məhəbbəti körpələrə izhar olunsun. Bu kitabda Müjdədəki həqiqətlərin sağlam əsasları, həyatdan gətirilən nümunələr, eləcə də müxtəlif dərslərdə söz, hərəkət və mahnılar vasitəsilə təkrar olunan həqiqətlərin tətbiqi izah olunur.

Onlar

hər ş

eyə

inanır

lar

Page 4: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

4

Silsilə dərslərdən necə istifadə etmək olar?Əlinizdə tədris üçün materiallar silsiləsindən bir nüsxə var. Bu materiallar Müjdə Uşaq İctimaiyyəti tərəfindən dərc olunub. Kitabın adında olduğu kimi məktəbəqədər uşaqların Allahı tanıyacaqlarına əminik!

Məşğələlər keçirtmək üçün bu dərslik bütün lazım olan məlumatları özündə cəmləşdirir. Burada dərslərin tam mətni göstərilib. Şəkillərin əks tərəfində də siz mətnlərə rast gələ bilərsiniz. Yeni dərs tədris etməyə başlamısınızsa, onda şəkillərin əks tərəfindəki mətnlər özünüzü daha rahat hiss etməyə sizə kömək edəcək. Lakin mətni vərəqdən oxumağa çalışmayın. Diqqətinizi uşaqlara yönəldin. Oxunmuş deyil, sadə dildə izah olunmuş dərslər uşaqlar üçün maraqlı olacaq. Daha təcrübəli müəllimlər yəqin ki, əyani vəsaitləri uşaqların diqqət mərkəzində olması üçün püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə qoyaraq, əllərində açıq Müqəddəs

Kitabla dərsi tədris etməyə üstünlük verə bilərlər. Əyani vəsaitlər püpitr üzərinə yerləşdirilərsə, onda bu, müəllimə dərs daxilində müxtəlif fəaliyyət növlərindən istifadə etməyə kömək edəcək. Uşaqların fəal iştirak etmələri üçün hər bir dərsə çoxlu maraqlı ideyalar daxildir: səhnəcik, hərəkətli qafiyələnmə və mahnılar. Qrupunuzdakı uşaqların ehtiyaclarını unutmayın. Və uşaqlarınız üçün daha rahat anlaşılan ideyaları seçin Bu kitabda siz fəaliyyətin bir növünü əks etdirən növbəti rəmzlərə rast gələcəksiniz.

Fəaliyyət növlərini əks etdirən rəmzlər

Mahnı SəhnəcikHərəkətli

qafiyələnmə

Körpələrin təlimatlandırılmasına dair məsləhətlər

Yaxşı hazırlaşmaq və məşğələni təşkil etmək vacibdirDərs və məşğələnin planını yaxşı mənimsəyin.

Vaxtı düzgün planlaşdırın

Məşğələnin yazılı şəkildə planını hazırlayın və ona əsasən fəaliyyət göstərin.

Materialları səhmana salın.

Hər şeyə hazır olun. Siz mütləq qrupunuzdakı uşaqların ehtiyaclarına cavab verməlisiniz.

Bütün çətinlik və sürprizlərə hazır olun!

Dərsdən qabaq vaxtı planlaşdırın Uşaqlar gəlməzdən əvvəl siz sinifdə olmalısınız. Bu, sizə dərsi yaxşı tədris etməyə, həmçinin təhlükəsizlik mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq, elastik plastik boru materiallardan) hazırlamaq və sancaq və ya ikitərəfli yapışqandan istifadə etməklə bərkitmək mümkündür. Həmçinin, şəkilli kitabların boyanmasını, audio-hekayələri və ya musiqiləri hazırlayın. Bu cür fəaliyyət növünü otağın

hər bir yerində təşkil etmək olar. Hazırlanmış fəaliyyət növləri dərsin əsas məqsədini vurğulamalı və ötən dərsin təkrarlanmasına kömək etməlidir. “Salamlaşma” hissəsində olan məsləhətlər dərs qabağı məşğələlər üçün təyin olunub. Bu məsləhətlər çox effektli və sadədir. Həmçinin uzun hazırlaşma prosesi tələb etmir. Həmişə planlaşdırılmış fəaliyyət növlərinin olması çox yaxşıdır. Lakin bəzən dərslərdən qabaq uşaqlarla ünsiyyət daha yaxşı nəticə verə bilər.

Dərsləri müəyyən nizamla hazırlayınDərsləri nizamlamaq və dərsin hansı bölümündə otağın hər hansı bir yerində nə ilə məşğul olacağınızı öncədən müəyyənləşdirmək vacibdir. Uşaqlar, onları nə gözləyəcəyini biləndə, özlərini təhlükəsiz hiss edirlər. Təklif olunan nizam qaydaları hər dərsin əvvəlində qeyd olunur. Hazırladığınız plan üzrə hərəkət edin. Lakin uşaqların fəaliyyət növlərinə necə yanaşdığına diqqət edin və hər dərsi buna uyğunlaşdırın. Təhlükəsizlik mühiti və maraq dairəsi yaradan dərsin dəyişməz hissəsi əvvəldə və sonda mahnılardan, uşaqların əyləşə biləcəyi xüsusi poleuritan xalçalardan, müxtəlif fəaliyyət növləri ilə məşğul olmaq üçün otağın müəyyən hissələrindən (məsələn, hekayə, mahnı və əl işləri üçün ayrılmış müəyyən künclər), (hərəkətli və hərəkətsiz) qafiyələnmələrdən ibarət ola bilər.

Page 5: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

5

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Uşaqların dərs vaxtı hərəkətdə olmasına çalışınKömək. Uşaqlara əyani və digər vəsaitləri əllərində saxlamağa və dərslikləri başqalarına paylamağa imkan yaradın.

Səhnəciklər. Dərsdə olan hekayələri səhnələşdirmək uşaqların çox xoşuna gəlir.

Dua. Dərs zamanı uşaqlara müəyyən bir ehtiyaca görə dua etməyi təklif edin.

Hərəkətli mahnı və qafiyələnmələr. Hərəkətli mahnı və qafiyələnmələr oxuyun.

Suallar. Həm tədris, həm də təkrar vaxtı suallar verin. Uşaqların da suallarına cavab verməyə vaxt ayırın.

Duyğu hisslərinin fəaliyyətdə olmasına şərait yaradın. Məktəbəqədər uşaqlar duyğu orqanları vasitəsilə yeni məlumatlar əldə edirlər. Buna görə də ən effektli tədris üsulu kimi görmə, eşitmə, dadbilmə, iybilmə və toxunma duyğu orqanlarından istifadə olunur. Müqəddəs Kitab dərsini hazırlayarkən hekayədəki qəhrəman olsaydınız hansı duyğu orqanınızın fəaliyyətdə olacağını düşünün. Həmin an nə görər, yaxud nə eşidərdiniz? Nə qoxulayar və nə dadardınız? Bəlkə də hansısa əşyalara toxunardınız? Özünüzə bu cür suallar verin. Bu suallar yaradıcılıq baxımından sizə dərsə nə gətirəcəyinizə kömək edəcək. Bir neçə nümunəyə baxaq....

Görmə. İstifadə etdiyiniz əyani vəsaitlər haqqında danışın və uşaqlardan nə gördüklərini soruşun.

Eşitmə. Dərsdəki qəhrəmanların surətini təsvir edərkən səslənmədən istifadə edin. Uşaqlara eyni səsləri və dialoqları təkrarlamağa icazə verin. Dərsi mahnılar vasitəsilə möhkəmləndirin.

İybilmə. Dərsə aid olan və qoxulamaq mümkün olan əşyalardan istifadə edin (məsələn, ərzaq, ədviyyat, ətirlər). Həmçinin uşaqlara sanki ətir qoxuduqlarına imkan yaradın (məsələn, bişirilən yemək, çiçək və heyvanlar).

Dadbilmə. Uşaqlara dərsdə adları çəkilən ərzaqları və başqa xalqlara məxsus milli ərzaqları dadmağa imkan verin. Toxunma. Dərslə əlaqədar uşaqların toxuna biləcəyi təhlükəsiz əşyaları hazırlayın. Bu, müxtəlif fiqurlar, teksturalar (süxurların quruluşundakı xarici əlamətlər) və təbiət materialları ola bilər. Eləcə də uşaqlara dərsə aid əyani vəsaitləri, mahnı, ayə və təkrarlama üçün oyunlar kitabçalarını sizə saxlamağa kömək etməyə izn verin.

Müxtəlif əyani vəsaitlərdən istifadə edinMüxtəlif formalı, ölçülü, rəngli əyani vəsait və əşyalardan istifadə edin. Mahnı və ayələr lövhəciklərini müxtəlif üsullarla hazırlamaq olar...

Lövhəcikləri çubuğa bərkitmək olar.

Onun əks tərəfinə kiçik maqnit bərkidin ki, maqnitləşmiş lövhəcikdə əyani vəsaiti yerləşdirmək mümkün olsun.

İp üzərində əyani vəsaiti düzmək üçün sıxaclardan istifadə edin.

Əyani vəsaitləri cib üçün nəzərdə tutulmuş lövhəciklərdə yerləşdirin.

Dərsliyi flanel lövhənin üzərinə yapışdırmaq üçün məxmər kağız, yaxud kağız dəsmalların qalıqlarından istifadə edin.

Dərsləri musiqinin müşayiəti ilə tədris edinMusiqi diqqəti yayınmış dinləyicinin marağını yenidən bərpa etməyə imkan yaradır. Uşaqlarla mahnını əzbərdən öyrənmək elə də vacib deyil. Sadəcə olaraq zümzümə edin. Uşaqlar dinləyərkən mahnını əzbərləyəcəklər. Hətta, sizin musiqi duyumunuz olmasa belə, dərs vaxtı bir neçə mahnı oxuyun. Əksər hallarda uşaqlar nəinki başqa şeyləri, mahnıları daha tez öyrənir.

Tez-tez təkrar edinƏsas həqiqəti müxtəlif üsullarla vurğulayın və möhkəmləndirin. Təkrarlar üçün oyun, mahnı, səhnəcik, əl işləri və əyani dərslər hazırlayın. Siz həmçinin uşaqlara əyani vəsaitlər vasitəsilə dərsliyi nəql etməyə imkan yarada bilərsiniz.

Dostpərvər olunGülümsəməyi unutmayın. Uşaqlara müraciət edərkən, onların nəzərində eyni səviyyədə olmaq üçün əyləşin. Hər bir uşağa şəxsən adları ilə müraciət edin. Bütün uşaqlara bir şəxsiyyət kimi maraq göstərin. Səbirli olun. Tərifləmək və ruhlandırmağa can atın.

Page 6: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

6

İki-üç yaşlı körpələr öyrənməyə daha meylidirlər. Bəziləri bu dövrü “Kəşf dövrü” adlandırır. Lakin bu yaşdakı körpələrin başa düşmələri və dərk etmələri arasında böyük fərq ola bilər. Buna görə də hər bir uşağa qarşı diqqətli olun

Dərsin planıTədris vaxtı hər iki-üç dəqiqədən bir müxtəlif fəaliyyət növlərindən istifadə edin.

Müqəddəs Kitabdan dərslik

Dərsi tez-tez təkrarlayın! Bu yaşda uşaqlar (iki-dörd yaş arası), yeni dərsə keçməmişdən əvvəl eyni dərsi bir neçə dəfə dinləməyi xoşlayırlar.

MahnılarBu dərsliyə iki və ya üç mahnı daxil edin. Dərs vaxtı hər mahnını bir neçə dəfə oxuyun.

Nizam-intizamı qorumaqda müntəzəm olun

Sevgi göstərin, eyni zamanda münasibətlərinizdə möhkəm və real olun. Unutmayın ki, məktəbəqədər uşaqlara daha çox hərəkətdə olmaq və danışmaq üçün imkan yaratmaq lazımdır. İstənilən halda nizam-intizamda problem yaranarkən ehtiyatlı olun: uşağın şəxsiyyətinə deyil, davranışına nəzarət etməyə çalışın (problem onun şəxsiyyətində deyil, onun düzgün olmayan davranışında yaranır). Dərsə yaxşı hazırlığın və fəal qarşılıqlı əlaqənin bir çox problemlərdən yan keçməyə imkan yaratdığını yadda saxlayın.

Qaydaları aydın müəyyən edin və onlara ciddi riayət edin. Hər dərsin əvvəlində qaydaları şifahi şəkildə xatırladın. Mümkünsə bunu daha sonra əyani vasitələrlə də tətbiq edin. Nə qədər insanın bu və ya digər fəaliyyət növü ilə məşğul ola biləcəyini müəyyən edin.

Tələblərinizi müsbət nöqteyi-nəzərindən izah edin: uşaqlara qadağalarla yanaşı məşğul ola biləcəkləri şeyləri də söyləyin. “Belə etmək olmaz!” əvəzinə “Ya bunu, ya da onu et” deyin.

Uşaq sözə baxmaq istəməyəndə özünü düzgün aparmaq barədə fikirləşməyə ona vaxt lazımdırmı deyə soruşun. Əgər belədirsə, onda ona bir neçə dəqiqə sakit oturmağa və düşünməyə imkan yaradın. (Bu vaxtı onun yaşına müvafiq olaraq müəyyən edin). Vaxt başa çatanda, ondan özünü yaxşı aparmağa hazır olub-olmadığını soruşun. Əgər hazırdırsa, onda o, digər uşaqlara qoşula bilər.

Köməkçinizdən xahiş edin ki, sinfi dərsdən yayındıran uşağın yanında əyləşsin. Uşağın əlinə tez-tez toxunmaq onun diqqətinin cəmlənməsinə kömək edir.

İki-üç yaşlı körpələrə tədrisƏgər siz mahnı üçün ləvazimat istifadə edirsinizsə, onda mahnını hər dəfə oxuduğunuz vaxt bu ləvazimatı müxtəlif uşaqlara əllərində saxlamağa izn verin. Bütün uşaqlar həmin ləvazimatı əllərində saxlayanadək, mahnını oxumağa davam edin.

Əzbərləmək üçün ayəTəkrar – körpələrə Müqəddəs Kitabdakı ayənin tədrisi üçün açardır. Addımbaaddım qısa cümlələrlə ayəni səsləndirin. Uşaqlar isə sizdən sonra təkrarlasın. Əgər qrupda uşaqların sayı çox deyilsə, onda hər bir uşağa ayəni təkrarlamasını söyləyin. Uşaqları ruhlandırmaq üçün onları yapışqanla (nakleyka) mükafatlandırmaq istəyiniz də yarana bilər. Bütün dərslik boyu bir ayənin üzərində çalışın ki, uşaqlar onu yaxşı əzbərləyə bilsinlər.

Page 7: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

7

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir?Məktəbəqədər uşağın bağışlanma alması mümkündürmü? İsa Məsih dedi: “Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz” (Matta 18:3). İsa Məsih Ona “iman hər kəsə” məhdudiyyət qoymadan xilas vəd edib (Yəhya 3:16). O, “kiçiklərin” və onları büdrətməyin nə qədər təhlükəli olduğunu vurğulayırdı (Matta 18:6). Şirli Vinser uşaqlara müjdələmək barədə uzun illər müəllimlər öyrətmiş və jurnal üçün məqalələr yazmışdı. Yaş həddinə görə cavabdehliyi o, Yaqubun məktubu 4:17 “... kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir” ayəyə əsaslandırırdı. Visner iddia edirdi ki, “Beş yaşına kimi hər bir uşaq artıq pisi yaxşıdan ayırd etməyi bacarır. Körpə erkən yaşlarından nəyi edib, nəyi etməməli olduğunu artıq dərk edir. Əks halda o, buna görə cəzalandırılacaq. Bu cür uşağın Allahın pis əməllərə görə cəzalandıracağını və günahdan xilas ola bilməyin mümkünlüyünü mənimsəməsi asandır”. Statistika göstərir ki, imanlıların 85%-i Məsihi 4-14 yaş arası qəbul ediblər. Məşhur yazıçı və təbliğçı Coş Makdauel bu statistikaya əsasən belə deyib: “Ola bilsin ki, növbəti beş il ərzində bu rəqəm 95%-ə qədər qalxdı”. O, həmçinin güman edir ki, bu yaş həddi

4-dən 8-zə qədər azala bilər. Aydın görünür ki, uşaqlar hələ körpə ikən onlara Məsih barədə müjdələməliyik. Çünki bunda böyük üstünlük var. Bir çox məsihçi xidmətçilər Məsihə çox kiçik yaşlarında iman edib. Məsələn, Korri Ten Bum Məsihə beş yaşında, d-r Ceyms Dobson və Emmi Karmaykl isə üç yaşında iman etmişdi. Uşaqlara müjdələmək bizim ilk məqsədimiz olmalıdır. D-r Hovard Hendriks bu barədə belə söyləyir: “Hələ Məsihi dərk etməyən uşaqdan məsihçi kimi davranmağı gözləmək sanki ona gülmək kimidir. Müqəddəs Ruh insanın qəlbini doldurmayanadək, o, Allaha məqbul həyat yaşaya bilməz”. Markın Müjdəsi 16:15-də İsa Məsihin “bütün bəşəriyyətə” müjdələməsi barəsində əmr etdiyini oxuyuruq. Deməli, bura uşaqlar da daxildir. Məşhur şotland tədqiqatçısı və missioner David Livinqston demişdir: “Bizim işimiz xüsusi yaş həddini vurğulamadan uşaqlarımıza günah və Xilaskar barədə danışmaqdır. Çünki Müqəddəs Ruh öz vaxtında günaha görə ifşa edəcək”.Allah körpəni Özünə cəlb edə bilər. Siz körpənin Allahla ünsiyyət qura biləcəyinə şübhə edə bilərsiniz, ancaq Allahın körpə ilə ünsiyyət qurmasına şübhə etməyin!

Körpələr və Xoş MüjdəMəktəbəqədər uşaqlarla işləyərkən, biz Müqəddəs Kitabın həqiqətlərini onlara anlayacağı tərzdə yavaş-yavaş dərk etdirməyə çalışırıq. Hər bir dərslik Müqəddəs Kitabdakı həqiqətlərin izahına, yaxud artıq öyrədilmiş həqiqətlərin dərinliyinə yönəlir. Beləliklə, uşaqlar nəinki Müjdənin əsas həqiqətlərini, həmçinin də digər həqiqətləri öyrənmiş olurlar. Körpələri öyrədərkən, onlara ruhanı həqiqətləri dərk etdirən və Məsihə yönəldən Müqəddəs Ruha yer verin. Lakin unutmayın ki, məktəbəqədər uşaqlar daha çox müəllimi razı salmağa çalışırlar. Buna görə də uşaqlarınızı məhz bu cür “inam etməkdən” yayındırın.

Əgər məktəbəqədər uşaq sizə sual verirsə, ona onun anlayacağı tərzdə cavab verin. Əgər cavab onu qane etməzsə, o, bu sualı sizə yenidən və ya sizə başqa bir sual vermiş olacaq. Uşağa heç bir təzyiq göstərmədən, onun hazır olduğu vaxtda sərbəst şəkildə imana gəlməsinə icazə verin. Əgər uşaq Müjdəni dərk edib Rəbbə iman etmək istəyirsə, o zaman sizə “Körpəni Məsihə necə yönəltmək” səhifəsindəki xilas barədə suallar kömək edə biləcək. (Körpəni Məsihə necə yönəltmək” səhifəsinə bax.)

Page 8: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

8

Yapma (lepka) üçün xəmir, “gil”, alət və libaslarYuxarıda adları qeyd olunanlar məktəbəqədər uşaqların oyun və tədrisi üçün lazım olan ləvazimatlardır. Dərsliyi əl işləri vasitəsilə təkrarlamaq üçün uşaqlar, dərslə bağlı duzlu xəmirdən (yapma üçün xəmir), yaxud “gildən” nümunələr düzəldə bilərlər. Ritmik alətlər ilahilər zamanı fəal iştirak etmək üçün ən yaxşı vasitədir. Libaslar isə uşaqlara rolları ifa etməkdə onları daha çox həvəsləndirir. Körpələr hansısa bir dərsliyi səhnələşdirə bilərlər.

Yapma (lepka) üçün xəmir1 fincan adi un

1,5 fincan duz

2 xörək qaşığı çaxır daşı

2 xörək qaşığı duru yağ

1 fincan suda qarışdırılmış qida boyası

İstəyə görə əlavə inqrediyentlər: qida boyası, vanilin, darçın, yaxud digər ədviyyatlar; parıldayan bəzək şeylər (zərlər). Bütün inqrediyentləri böyük bir qabda qarışdırın. Bütün bunları qaz pilətəsində aşağı istilikdə məhlul bərkiyənə qədər qarışdırın. Sonra məhlulu soyudub, onu elastik olana qədər qarışdırın. Hazırlanmış məhlulu hava keçməyən qabda saxlayın. Məsələn, ağzı bağlanan plastik paket. Məhlulu paketini içinə qoymazdan əvvəl havasını çıxardın.

“Gil”200 qr. qarğadalı unu2 ¼ litr su400 qr. qida sodasıBütün bu inqrediyentləri orta ölçülü qabda qarışdırın. Qabı pilətənin üzərində orta istilikdə dayanmadan xəmir halını alana qədər qarışdırın. Sonra onu düz qaba töküb, üzərinə az miqdarda qarğıdalı unu əlavə edib yoğurun. Daha sonra isə xəmiri nəm dəsmal ilə, yaxud plastik paketlə örtün. Hazırlanmış xəmirdən fiqur düzəltmək üçün istifadə etmək olar. Hazır fiqurlar quruduqdan sonra, onları rəngləmək olar.

Ritmik alətlərSadə ritmik alətləri adi evdəki məişət əşyalarından düzəldə bilərsiniz. Onları yapışqanla, yaxud rəngli yapışqan lentlərlə və ya başqa vəsaitlərlə bəzəyə, parıltılı flomasterlə, yaxud rəngli boyalarla rəngləyə bilərsiniz. (Alətləri ya dərslikdən öncə, ya da ki, uşaqlarla əl işi görərkən hazırlayın). İçinə düyü və paxla qoyduğunuz ritmik alətlərin qapaqlarını mütləq möhkəm yapışdırın. Balaca plastik qapaqlı qabların içinə düyü və noxud qoya bilərsiniz. Çox da böyük olmayan qapaqsız qutuların ağzına rezın çəkə bilərsiniz. Nəticədə arfaya bənzəyən bir alət alınacaq.

Şeypurun əvəzinə borucuqdan istifadə etmək olar.

Nağara əvəzinə konserv qabından istifadə etmək olar.

İki çubuq vasitəsilə körpələr ritm tuta bilər.

Həmçinin, dəri, yaxud lent kəmərcikdən olan zınqırovdan istifadə etmək olar.

Plastik qabın kənarlarından deşiklər açıb zınqırovların kəmərini onlara bərkitmək olar. Nəticədə, qaval alınacaq.

İki cilalanmış çubuğun üzərinə sumbata kağızı yapışdırıb ritm tutmaq aləti kimi istifadə etmək olar.

Müqəddəs Kitabda qəhrəmanların libaslarıAşağıda təsvir olunan örtükdən Müqəddəs Kitabda bəhs olunan həm kişi, həm də qadın rollarını ifa etmək olar. İstənilən parçadan istifadə edin, lakin ətəklərini kəsin. Uşaqlar üçün üç cür örtük düzəldin: balaca örtüyün ölçüsü – 60x120 sm, orta örtüyün ölçüsü 70x152 sm, böyük örtüyün ölçüsü isə 75x160 sm olsun. Böyüklər və ya yeniyetmələrə örtük hazırlamaq üçün, onlardan ölçü götürmək lazımdır. Beləcə, istədiyiniz ölçünü əldə etmiş olacaqsınız). Hər örtük üçün kəndirdən, yaxud parçadan kəmər düzəldin. Daha sadə libasları böyük kağız çantalardan hazırlamaq olar. Bunun üçün baş və qola görə oyuqlar açmaq lazımdır.

tikiş

tikiş

120 sm

əymə əymə

kəsik

60 sm

Page 9: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

9

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Məşğələ cədvəli(Əgər əlavələr yoxdursa, saat dəqiqələrə bölünüb)

Məşğələ bölümü 30 dəqiqə 1 saat 2 saat

Salamlaşma Dərsdən öncə

Dərsdən öncə

Dərsdən öncə

İlahilər (nəğmələr) - 5 5

Əzbərləmək üçün ayə 5 5 10

Bədənin açılışması üçün hərəkətlər* 5 5 5

Müqəddəs Kitab mövzusu** 15 15 20

? Təkrarlama 5 5 10

Müjdənin qısa izahı - 5 5

Yemək vaxtı - - 10

Yaradıcılıq fəaliyyəti - 15 20

Əlavə fəaliyyətlər - - 25

Vidalaşma*** - 5 10

*məşğələnin bu hissəsində təklif olunan fəaliyyətlərdən istifadə edə bilər və ya əl hərəkətləri ilə nəğmə oxuya bilərsiniz.**Vaxtı nəzərə alaraq siz səhnələrdən istifadə edə bilərsiniz***Uşaqlar valideynləri gözləyərkən, onlar sizə otağı yığışdırmağa kömək edə, ayəni təkrarlamağa və ya bir neçə ilahi oxuya

bilərlər.

Məşğələlərin planlaşdırılması30-dəqiqəlik və ya 1-2 saatlıq (həftəlik, yaxud gündəlik) məşğələni planlaşdırmaq üçün, sizə cədvəl təklif edirik. Əgər siz həftədə bir dəfə dərs deyirsinizsə, fəaliyyətinizin növlərində seçiminiz geniş, lakin vaxtınız məhdud olacaq. Uşaq bağçasında dərs deyirsinizsə, əlavə ideya və vəsaitlərinizi tərbiyəçiyə ötürə bilərsiniz. O zaman dərsiniz daha bəhrəli olacaq. Əgər məşğələlərinizi məbəddə ibadət zamanı keçirsinizsə, bu ideyalar daha əlverişlidir. Əgər siz bazar ertəsindən cümə gününə qədər dərs deyirsinizsə, onda vaxtınıza uyğun olan üç plandan birini seçin. Məşğələ üçün sizə 30 dəqiqə vaxt verilibsə, cədvəldə olduğu kimi, Müqəddəs Kitabdan ayəni əzbərləmək və mövzunu keçmək üçün dərsi dörd günə bölün. Təkrarlamaq üçün ya həftənin sonunu, ya da gündəlik vaxt ayırmaq olar. 1-ci gün 2-ci gün 3-cü gün 4-cü gün 5-ci gün Müqəddəs Müqəddəs Müqəddəs Müqəddəs Təkrarlama Kitabdan ayə Kitabdan mövzu Kitabdan mövzu Kitabdan mövzu (birinci hissə) (ikinci hissə) (üçüncü hissə)

Page 10: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

10

Dər

sM

ərkə

zi hə

qiqə

tSa

lamlaş

ma

Səcd

əƏz

bərlə

mək

üç

ün ay

əBə

dən

hərə

kətlə

riTə

krar

lama

Müj

dəni

n qısa

iza

hıQ

afiyə

nəğm

ələr

(qafi

yələr

ku

rsivlə

işa

rələn

ib)

Yara

dıcıl

ıq

fəaliy

yəti

(Biri

ni se

çin)

Əlavə

fəali

yyətl

ər

(Birin

i seçin

)

Məb

ədin

ya

ranm

ası

Həv

arilə

rin

İşlər

i 1:8

Həv

arilə

rin

İşlər

i 2:1

-47

Müq

əddə

s R

uh İs

a M

əsih

in

şagi

rdlə

rinə

Onu

n ba

rədə

in

sanl

ara

danı

şmağ

a kö

mək

edir

Topl

a oyu

n“M

ən A

llahı

ta

nıya

bi

lərə

m”

Dua

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

“Rəb

b İsa

ya

iman

et, s

ən

də ev

əhlin

xila

s ola

rsın

ız”

(Həv

arilə

rin

İşlər

i 16:

31)

Ayən

i əl

hərə

kətlə

ri ilə

öy

rəni

rik

“Baş

la

çiyi

nlər

, diz

topu

qlar

“Alə

mə c

ar

çək”

Həv

arilə

rin

İşlər

i 16:

31“Ü

çü

birin

də”

“Müq

əddə

s K

itabı

oxu

“Məb

əd”

“Məb

ədin

da

irəsi”

Yapm

a (le

pka)

üçü

n xə

mir

Başq

a dill

ərdə

A

llahı

n se

vgisi

Həv

ari P

eter

Yəhy

a şik

əst

adam

la

qarş

ılaşır

Həv

arilə

rin

İşlər

i 3

İsa M

əsih

in

sanl

arın

yatın

ı də

yişir

“Mən

səni

ke

çirə

rəm

”“M

ən A

llahı

ta

nıya

bi

lərə

m”

Dua

“Həq

iqət

ba

rədə

dan

ış”

İanə

yığm

aq

(Həv

arilə

rin

İşlər

i 16:

31)

Təkr

arla

ma

Ayən

i əl

hərə

kətlə

ri ilə

öy

rəni

rik

“Mus

iqi

daya

nand

a əy

ləş”

“Şik

əst

insa

na

köm

ək ed

ək”

Həv

arilə

rin

İşlər

i 16:

31

(tək

rar)

“Üçü

bi

rində

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

Sim

dən

düzə

ldilm

iş fiq

urla

r

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

Alla

hın

köm

əkçi

lərin

in

qata

Tabi

ta A

llaha

xi

dmət

edir

Həv

arilə

rin

İşlər

i 9:3

6-42

Alla

h Ö

z öv

ladl

arın

a O

na xi

dmət

et

mək

üçü

n ba

carıq

lar

verir

Xid

mət

ha

qqın

da

tapm

aca

“Mən

Alla

tanı

ya

bilə

rəm

Dua

“Müq

əddə

s K

itabı

oxu

İanə

yığm

aq

“Sev

incl

ə R

əbbə

qul

luq

edin

Zəb

ur 1

00:2

Ayən

i oxu

yun

“Dəb

in

nüm

ayişi

”“P

alta

r asıl

an

ip”

Bükü

lən

çarm

ıx“M

ən A

llahı

ta

nıya

bi

lərə

m”

Tik

iş üç

ün

kart

oçka

lar

İş və

rəqi

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Mən

xi

dmət

çiyə

m”

adlı

açıq

ca

düzə

ldin

Məşğələnin xülasəsi

Page 11: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

11

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Dər

slik

Mər

kəzi

həqi

qət

Salam

laşm

aSə

cdə

Əzbə

rləm

ək

üçün

ayə

Bədə

n hə

rəkə

tləri

Təkr

arlam

a

Müj

dəni

n qı

sa iz

ahı

Qafi

yələr

nəğm

ələr

(qafi

yələr

ku

rsivlə

işa

rələn

ib)

Yara

dıcıl

ıq

fəaliy

yəti

(Biri

ni se

çin)

Əlavə

fəali

yyətl

ər

(Birin

i seçin

)

Şaul

(Pau

l) m

əbəd

ə qo

şulu

r

Həv

arilə

rin

İşlər

i 8:1

-3

Həv

arilə

rin

İşlər

i 9:1

-22

Həv

arilə

rin

İşlər

i 20:

1-23

Alla

hın

məb

ədi

inki

şafa

da

vam

edir

“Məb

əddə

bi

z nə e

dirik

”“M

ən A

llahı

ta

nıya

bi

lərə

m”

Dua

“Həq

iqət

ba

rədə

dan

ış”

İanə

yığm

aq

Zəb

ur 1

00:2

Təkr

ar

Ayə

ni o

xuyu

n

Apa

rıcın

ın

ardı

nca

təkr

arla

“Şək

ili

tam

amla”

Bükü

lən

çarm

ıx

(tək

rar)

“Üçü

bi

rində

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

Mah

nıla

r

İş və

rəqi

Yapm

a (lep

ka)

üçün

xəm

ir

“Şau

lun

mac

əras

ı”

“Alla

hda i

nkişa

f”

Həv

arı F

ilip

Həb

əşli

hərə

mağ

aya

Xoş

Xəb

əri

çatd

ırır

Həv

arilə

rin

İşlər

i 8:4

, 26

-40

Alla

hın

Sözü

Müq

əddə

s K

itab

İsa

Məs

ih

haqq

ında

qiqə

ti sö

yləy

ir

“Dos

tuna

da

nış”

“Mən

Alla

tanı

ya

bilə

rəm

Dua

“Müq

əddə

s K

itabı

oxu

İanə

yığm

aq

“...M

ənim

şa

hidl

ərim

ol

acaq

sınız

Həv

arilə

rin

işlər

i 1:8

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

Başq

asın

a da

nış

“Cən

g ar

abas

ı ilə

ya

rış”

Müj

də b

arəd

ə sö

hbət

“Məb

əd”

“Mən

M

üqəd

dəs

Kita

ba

inan

ıram

“İsa

Məs

ihin

se

vgisi

m

öcüz

əlid

ir”

“Tum

ar”

İş və

rəqi

Yapm

a (lep

ka)

üçün

xəm

ir

Müj

dəni

n sü

rətlə

ya

yılm

ası

“Gəl

, məş

q ed

ək!”

Həv

ari P

eter

K

orne

linin

ev

inə g

edir

Həv

arilə

rin

İşlər

i 10

Alla

hın

Xoş

M

üjdə

si ha

üçün

dür

“Müq

əddə

s K

itabı

nyay

a vəz

ed

in”

“Mən

Alla

tanı

ya

bilə

rəm

Dua

“Həq

iqət

ba

rədə

dan

ış”

Həv

arilə

rin

işlər

i 1:8

Təkr

ar

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

Mus

iqili

da

rtın

ma

“Çək

məl

ər

kim

indi

r?”

Müj

də b

arəd

ə sö

hbət

(təkr

ar)

“Mən

A

llahı

tanı

ya

bilə

rəm

“Rəs

sam

ın

taxt

a boy

ası”

İş və

rəqi

Yapm

a (lep

ka)

üçün

xəm

ir

Boy

hünd

ürlü

yünd

ə la

birin

t

Alla

h bü

tün

uşaq

ları

sevi

r

Məşğələnin xülasəsi (davam)

Page 12: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

12

«Rəbb İsaya»Sağ əlinizin orta barmağı ilə digər əlinizin ovucuna

toxunun; sonra isə sol əlinizin orta barmağı ilə digər əlinizin ovucuna toxunun.

«iman et»Yumruğunuzu yuxarı tutun, sonra isə sinənizə

qədər aşağı salın.

«sən də»Otaqdakı insanlara işarə edin

«xilas olarsınız»Əlinizi sinənizin üstündə çarmıx şəkilində

çarpazlayın, sonra isə əlinizi açın.

Ayəni əzbərləmək üçün musiqi və hərəkətlərDərs 1-2 Həvarilərin İşləri 16:31

Ayəni əl hərəkətləri ilə öyrənirik “Rəbb İsaya iman et, sən də .... xilas olarsınız”

Dərs 3-4 Məzmur100:2Ayəni oxuyun “Sevinclə Rəbbə qulluq edin”

Dərs 5-6 Ayəni əl hərəkətləri Həvarilərin İşləri 1:8 “Mənim şahidlərim olacaqsınız...” ilə öyrənirik (Hərəkətli göstərişlər bu dərslərin izahatında verilib).

Rəb - bə - se vinc - lə - qul

luq - et - zə - bur yüz - ayə -

iki -

«Məzmur 100:2»(“Mən Müqəddəs Kitaba inanıram” motivinə uyğun)

Page 13: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

13

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его Церковь» © 2011 ОЕД. Все права закреплены.

“Allah məni yaradıb”(1)Allah məni (2) yaradıb (təkrar edin)(3) Şadam ki – (1) Allah məni (2) yaradıb!Allah əlimdə (4) ayağımda (5) barmaqlarımı yaradıbAllah dirsəyimi (6) və burnumu (7) yaradıbAllah qabırğamı (8) və çənəmi (9) yaradıb.Allah bədənimi yaradıb (10) buna görə beləyəm(1)Allah məni (2) yaradıb(təkrara edin)(3) Şadam ki – (1) Allah məni (2) yaradıb!Əl hərəkətləri. (1) Yuxarını göstərin. (2) Özünüzü

göstərin. (3) Hər sözə əl çalın. (4) Barmaqlarınızı tərpədin. (6) Dirsəyinizə toxunu. (7) Burnunuza toxunun. (8) Əlinizi qabırğanıza aparın. (9) Çənənizə toxunun. (10) Ayağa qalxıb əllərinizi yana açın.

“Müqəddəs Kitabı oxu”1. (1) Kəlamı hər gün oxu,

(2) Hər gün, hər an dua elə (1) Kəlamı hər gün oxu (3) Oxu ki, böyüyəsən (2 dəfə təkrarlayın).2. (4) Başqalarına Allah haqqında danış

Əl hərəkətləri: (1) Əlini kitab kimi aç. (2) Əllərinizi duaya açın. (3) Aşağıya doğru əyilərək yavaş-yavaş dikəlin və əlinizi başınızın üstünə qaldırın. (4) Əlinizi ağzınızın kənarına qoyun.

Mən Müqəddəs Kitaba inanıram.

1. (1) Mən Müqəddəs Kitaba inanıram (1) Orada Rəbbin iradəsi açıqlanıb.2. (2) Mən Məsihə inanıram.

(2) O, Allahın Oğludur, Ona inanıram.3. (3) Hamımız günah işlətmişik (3) Günahlarımız Rəbbi kədərləndirdi.4. (4) Günahdan azad olmağım üçün (4) Məsih uğurumda öldü.5. (5) O, ölülərdən dirildi. (5) Mənim üçün dirildi.

6. (6) Məsihi qəbul edirsənmi sən? (6) Onun övladı olmaq üçün Məsihi qəbul edirsənmi

sən?

Əl hərəkətləri: (1) Əllərinizi kitab formasında açın. (2) Barmağınızla göyə işarə edin. (3) Əvvəlcə başqalarını, sonra isə özünüzü göstərin. (5) Əlinizi uzadaraq barmağınızı göyə qaldırın. (6) Əllərinizi duaya açın.

“Mən Allahı tanıya bilərəm”1. (1) Mən bəlkə də hündür deyiləm, (2) Mən

qayalardan kiçiyəm. (3) Ancaq yaradan mən bunları (4) Allahı

tanıya bilərəm. (5) Mən axar sular kimi (6) güclü deyiləm.

Amma sulara güc verən (4) Allahı tanıya bilərəm.

Nəqarət: (7) Bəli, mən (3) Allahı tanıya bilərəm. (5) O,

böyük və qüdrətlidir. (7) Bəli, mən (3) Allahı taniya bilərəm, (8) Ona

uca səslə ilahi oxuya bilərəm. (9) Məni Allah sevir

(7) Məni övladı (10) adlandıraraq, (11) ailəsinə qəbul edir.

2. (12) Çarmıxda ölümünü (13) görməsəm də, (3) Ancaq mən Allahı tanıya bilərəm.

(1) Kiçik olsam da, (15) hər şeyə dərk etməsəm də,

(3) Ancaq mən Allahı tanıya bilərəm. (16) Məsihin diri olduğunu bilirəm.

Hərəkətlər: (1) Əllərinizi yuxarı qaldırıb, dik durun. (2) Əllərinizlə başınızın üstündə dam örtüyü təsvir edin. (3) Şəhadət barmağınızla göyü göstərin. (4) Əllərinizi irəli uzadıb, ovucunuzu açaraq, sonra yanlara doğru uzadın. (5) Əzələləri möhkəmləndirin. (6) Ovuclarınızı üzü aşağı çevirib, barmaqlarınızı tərpədərək, əllərinizi soldan sağa aparın. (7) Barmağınızla özünüzə işarə edin. (8) Əllərinizi carçı kimi ağzınızın kənarına qoyun. (9) Özünüzü qucaqlayın. (10) Əlinizi aşağı yendirin. (11) Əllərinizi göyə qaldıraraq yuxarı baxın. (12) Başınızı (13) qətiyyətlə yelləyib, şəhadət barmağınızı silkələyin. (13) Şəhadət barmaqlarınızla çarmıxı göstərin. (14) Ovucunuzu kitab kimi açın. (15) Əlinizlə başınızı göstərin. (16) Əllərinizi göyə yönəldin.

Mahnıların sözləri və hərəkətləri

Page 14: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

14

“İsanın sevgisi möcüzəlidir”(1) İsanın (2) məhəbbəti (3) möcüzəlidir (2 dəfə

təkrarlayın)(4) Necə də (3) möcüzəlidir (2) o!(5) Bütün dağlardan hündür(6) Okeandan da dərin(7) Kainatdan böyükdür –(4) Necə də (3) möcüzəlidir (2) o!Əl hərəkətləri: (1) Yuxarını göstərin. (2) Özünüzü

qucaqlayın. (3)Əlinizi ortadan böyrünüzə doğru açın. (4) Əvvəlcə bir, sonra isə digər çiyinizi qaldırın. (5) Dartının. (6) Yerə toxunun. (8) Əllərinizi yana açın.

Həqiqət barədə danış1. (1) Hamıya, hamıya həqiqəti danış (2) Allah dünyanı yaradıb (3) O səni sevir.2. (1) Hamıya, hamıya həqiqəti danış (4) İsa – Allahın Oğludur. (5) O öldü və (6) dirildi.Əl hərəkətləri: (1) Əlinizi ağzınızın kənarına qoyun.

(2) Yuxarı göstərin. (3) Özünüzü qucaqlayın. (4)* Orta barmağınızı sol əlinizin ovucuna göstərin; sağ barmağınızı digər əlinizin ovucuna göstərin. (5) Şəhadət barmağınızla çarmıxı təsvir edin.

* Bəlkə də siz bu əl hərəkətləri ilə İsa Məsihin çarmıxda uğurumuzda öldüyünü izah etməli olacaqsınız.

Mən dua edirəm1. (1) Dua edirəm, dua edirəm. (2) Hər yerdə, hər zaman (3) Allaha həmd edirəm

(4) Ona minnətdaram mən (2) Hər gün, həmişə 2. (1) Dua edirəm, dua edirəm (2) Həmişə, hər yerdə (5) Günahlarımı etiraf edirəm (1) Bağışlanma istəyirəm (2) Hər gün, həmişə3. (1) Dua edirəm, dua edirəm (2) Həmişə, hər yerdə (6) Başqaları üçün dua edirəm (3) Ehtiyaclarını söyləyirəm (2) Hər gün, həmişə.Əl hərəkətləri: (1) Əllərinizi duaya açın. (2) Ardıcıl

şəkildə ovuclarınızı yuxarı açın. (3) Əllərinizi yuxarı qaldırıb göyə baxın. (4) Yuxarı baxaraq özünüzü qucaqlayın. (5) Özünüzə göstərin. (6) Başqalarına göstərin.

Üçü birində 1. (1) Ata Allah (təkrarlayın), (2) Allahın Oğlu (təkrarlayın), (3) Müqəddəs Ruh (təkrarlayın), (4) Üçü birində (təkrarlayın).2. Ataya izzət olsun! (təkrarlayın), Oğula izzət olsun (təkrarlayın), Müqəddəs Ruha izzət olsun (təkrarlayın), Üçü birində (təkrarlayın),Əl hərəkətləri: (1) Şəhadət barmağınızı yuxarı qaldırın.

(2) Orta barmağınızı sol əlinizin ovucuna göstərin; sağ barmağınızı digər əlinizin ovucuna göstərin.* (3) Əlinizi ürəyinizin üstünə qoyun. (4) Əvvəlcə üç barmağınızı, sonra isə bir barmağınızı göstərin.

* Bəlkə də siz bu əl hərəkətləri ilə İsa Məsihin çarmıxda uğurumuzda öldüyünü izah etməli olacaqsınız.

Mahnını əzbərləmək üçün musiqi və hərəkətlər

“Məbəd” 1. (1) Budur məbəd (2) Budur zəng (3) Qapını aç (4) Hamıya bax. 2. (5) İnsanlar ibadətə gəliblər (6) Dua etməyə gəliblər (7) Allahın Sözünü Öyrənməyə gəliblər.

3. (5) Uşaqlar ibadətə gəliblər (6) Dua etməyə gəliblər (7) Allahın Sözünü Öyrənməyə gəliblər.

Əl hərəkətləri: Barmaqlarınızı bir-birinə keçirdib ovucunuzun içində gizlədin. Baş barmaqlarınızı qapını təsvir edirmiş kimi birləşdirin. (2) Şəhadət barmaqlarınızı açaraq kilsə zəngi təsviri yaradın. (3) Baş barmaqlarınızı qapını təsvir edərək açın. (4) Ovunuzu açıb barmaqlarınızı tərpədin. (5) Əlinizi ağzınızın kənarına qoyun. (6) Əllərinizi duaya açın. (7) Əlinizi kitab kimi açın.

Ritm tutmaq

Page 15: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

15

Урок 1Возникновение Церкви

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 1:8, Həvarilərin İşləri 2:1-47

Mərkəzi həqiqət: İsa Məsih barədə başqalarına danışmaq üçün Müqəddəs Ruh Onun ardıcıllarına kömək edir.

Tətbiq: Həm iman edən, həm də iman etməyən uşaq üçün: İnsanlar İsa Məsih barədə sənə danışdığı zaman dinlə.

Əzbərləmək üçün ayə: “...Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız” (Həvarilərin İşləri 16:31)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh. 69) ◆ Top və ya yumşaq əşya

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına

qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Topla oyun”Növbə ilə topu və ya yumşaq əşyanı uşaqlardan hər birinə

ata-ata onlara “Sənin adın nədir? Xoşladığın yemək hansıdır? Ən çox sevdiyin rəng hansıdır? Sevdiyin oyuncağın adı nədir? Hansı heyvanı daha çox xoşlayırsan?” və s. kimi suallar verin”.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13)

◆ “Mən Müqəddəs Kitaba inanıram” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (nəqarəti iki dəfə oxuyuruq)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, bizi sevdiyin üçün Sənə minnətdarıq. Minnətdarıq ki, Sənin Xoş Müjdən hamı üçündür. İsa Məsihin adı ilə, amin”. Mahnı (ilahi) “Mən Müqəddəs Kitaba inanıram”, (1-ci və 2-ci bənd).İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Dərs 1 İmanlılar cəmiyyətinin yaranması

Page 16: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

16

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PCHU-e, PCHU-f, PCHU-g və PCHU-h (səh.66)

◆ Yaxud PCHU-R1, PCHU-R2, PCHU-R3 və PCHU-R4 əyani vəsaitlər (səh.18).

◆ İzah (səh.12) ◆ Əl hərəkətləri

Ayə Həvarilərin İşləri 16:31Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Başla çiyin, dizlə topuq”Bu sözləri hərəkətlərlə hansısa tanınmış musiqi sədaları altında göstərmək olar:Başla çiyin, dizlə topuq,Dizlə topuq, dizlə topuq,Başla çiyin, dizlə topuq,Əl çalaq, Allaha izzət verək!

Müqəddəs Kitab dərsi

◆ Mətn (səh.20) ◆ Dərs vəsaiti PCHU1-1,

PCHU1-2, PCHU1-3, PCHU1-4, PCHU 1-5 və PCHU1-6

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13,14)

◆ Xarici dilində yazılmış disk

Dərs “Məbədin yaranması”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın.

Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Zınqırov ◆ Suallar (səh.22)

“Zınqırovu çal”Suala düzgün cavab verən uşaq irəli çıxıb zınqırovu çala bilər. Uşağı başa salın ki, müəllim əl çalmağa başlayan kimi zınqırovu çalmağı dayandırmaq lazımdır

Müjdənin qısa şərhi

◆ Bax, səh.19 ◆ Əyani vəsaitlər PCHU-f,

PCHU-g və PCHU-h ◆ Yaxud PCHU-R2 ◆ PCHU-R3 və PCHU-R4

əyani vəsaitlər (səh.66) ◆ Əyani vəsaitlər PCHU-a,

PCHU-b, PCHU-c və PCHU-d (istəyə görə)

İzah Həvarilərin İşləri 16:31

Page 17: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

17

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ “Məbəd” (səh.70 hər uşağa bir ədəd

◆ “Dairə” (səh.71) hər uşağa bir ədəd

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Hər uşaq üçün dəftərxana knopkası

◆ Qayçı ◆ Yapma (lepka) üçün xəmir

və ya “gil” (səh.8)

Əl işləri “Mədənin dairəsi”Qoy uşaqlar şəkildə təsvir edilmiş dairəni və məbədin binasını rəngləsinlər. Məbədin və dairənin şəkilini kəsin. Göstərişdə olduğu kimi, dairəni məbədin arxasına elə yapışdırın ki, onun mərkəzi məbədin üzərindəki çarmıxla üst-üstə düşsün. Yapma üçün xəmir “Məbədi tikərək” Uşaqlara plastilindən “kolbasa” formaları hazırlamağı və onlardan da məbədin binasının çərçivəsini düzəltməyi tapşırın. Sonra plastilindən adamcıq formaları düzəldib binanın içərisinə yerləşdirin. “Məbəd” sözünün hər iki mənasını aydınlaşdırın. 1. İsa Məsihi Xilaskar kimi qəbul edən insanlar. 2 Onların ibadət üçün toplaşdığı yer.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

Fəaliyyət “Başqa dillərdə Allahın sevgisi”Uşaqlara “Allah səni sevir” kəlməsinin müxtəlif dillərdə necə ifadə olunduğunu öyrədin. Məsələn, ingilis dilində “God love’s you” (Qod loves yu), ispan dilində “Dios te rama” (dyes te rama)”, fransız dilində “Dieu t’aime”(dye tem), yaxud sizin bölgədə səsləndiyi dildə.

Page 18: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

18

Əzbərləmək üçün ayə: “...Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız” (Həvarilərin İşləri 16:31).GirişHündür bir hasarın üzərinə çıxdığını və atanın sənə bu sözləri dediyini təsəvvür et: “Tullan, mən səni tutaram”. Atana etibar etdiyin üçün tullanacaqsan. Sən bilirsən ki, o sənin yerə yıxılmana izn verməz. Onun səni tutacağına inanırsan. Müqəddəs Kitab da, bu dünyadakı ən vacib imandan bəhs edir. Mövzu ilə tanışlıqAyələri tez tapa bilmək üçün Müqəddəs Kitabda hər bir ayənin öz ünvanı var. Bizim bugünkü ayəmiz “Həvarilərin İşləri 16:31” ünvanında yerləşir.Ayənin ünvanını uşaqlarla birlikdə, hər dəfə yerinizdə tullanaraq üç dəfə xorla təkrarlayın.Müqəddəs Kitabda nişan qoyduğunuz yeri açaraq, ayəni tapmaq üçün uşaqlardan birinə sizə yardım etməyi təklif edin. Ayəni oxuyun və sonra PCHU-e, PCHU-f, PCHU-g, PCHU-h və ya PCHU-R1, PCHU-R2, PCHU-R3 və PCHU-R4 əyani vəsaitlərini onlara göstərin. İzah“İman et” sözü “etibar et” və ya “arxalan” deməkdir. Hasardan tullanarkən sən atanın səni tutacağına etibar edirsən (ona güvənirsən). Allah da bizə İsa Məsihə iman etməyi (etibar etməyi və arxalanmağı) tapşırır. “Rəbb İsaya...” Rəbb İsa - körpə kimi doğularaq bu dünyaya gələn və sonra boya-başa çataraq yetkin kişi olan Allah Oğludur. O, həmişə saleh hərəkət edib və yaşayıb. O bizim düşündüyümüz, danışdığımız və etdiyimiz bütün pis şeylərə, yəni günahlara görə alacağımız cəzadan bizi xilas etmək üçün dünyaya gəlib. “...sən də xilas olarsan”. İsa Məsihə inanan hər kəs, günahlara görə qazandığı Allahla əbədi ayrılıqdan xilas olacaq və Allahla barışacaq.

Tətbiqetməİman etməmiş uşaq üçün:

İsa Məsih sənin kimi insanları xilas etmək üçün yer üzünə gəlmişdir. Əgər sən İsa Məsihin sənin Xilaskarın olmasını istəyirsənsə, onda üç şey etməlisən.1. Allahın qarşısında günahkar olduğunu etiraf etməli və bu günahlara görə tövbə etməlisən. 2. İsa Məsihin dünyaya gələrək, çarmıxdakı ölümü vasitəsilə səni xilas etdiyinə inanmalısan. 3. Dua edərək sənin Xilaskarın olmasını Ondan diləməlisən.

İman edən uşaq üçün:Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inanırsansa, onda Onun əbədi ailəsinin – Məbədinin bir üzvü olduğun üçün Ona minnətdar ol.

TəkrarHərəkətləri (səh.12) yerinə yetirərək, ayələri sözbəsöz təkrarlayın. Təkrarlama prosesi zamanı uşaqlara əyani vəsaiti göstərin.

Page 19: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

19

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Müjdənin qısa izahıHəvarilərin İşləri 16:31PCHU-f şəkli (Müqəddəs Kitabla dua edən uşaqlar) onlara göstərin. Müqəddəs Kitabda uşaqlar barədə hekayələr çoxdur. Hər qız və hər oğlan Allah tərəfindən yaranıb. Çünki Allah hər şeyi Yaradandır. O, müqəddəsdir və həmişə düzgün və yaxşı davranır. Lakin oğlan və qızlar müqəddəs deyil. Allah deyir ki: “Hər kəs günah işlədib...” (Romalılara 3:23). Biz, Allah istədiyi kimi deyil, öz istədiyimiz kimi düşünür, danışır və hərəkət edirik. Bir günah nümunəsi gətirin və ya PCHU-b, PCHU-c və PCHU-d şəkillərini müzakirə edin.Biz günah etmək istəyi ilə doğulduğumuz üçün pis davranışlar edirik. Həmçinin Müqəddəs Kitabda deyilir ki, Göylərdə - Allahın möcüzəli evində heç bir günah yoxdur (Vəhy 21:27). Müqəddəs Kitabda deyilir: “Allah dünyanı elə sevdi ki....” (Yəhya 3:16). Bu o deməkdir ki, Allah səni və məni sevir. O istəyir ki, biz Onun Məbədi adlanan əbədi ailəsinin bir hissəsi olaq. Allah istəyir ki, bizim bu dünyadakı həyatımız başa çatdıqdan sonra, sən, mən və Onun bütün övladları Onunla birlikdə Göylərdə yaşayaq. PCHU-g İsa Məsihin şəklini onlara göstərin. İsa Məsih - Oğul Allahdır. O, Göyləri tərk edərək yer üzünə gəldi. O, körpə kimi doğuldu, böyüyərək gənc oğlan oldu və yetkin kişi həddinə çatdı. O, həmişə düzgün hərəkət etdi. İsa Məsih Allahdan xoş xəbər – yəni Özünün Xilaskar olması barədə xəbər gətirdi. Xilaskar – insanları onların günahlarından xilas edəndir. Biz əbədi olaraq Allahın ailəsinin bir üzvü olmaq və Göylərə düşmək imkanını itirərək öz günahlarımıza görə cəza almalı idik. Lakin xilaskarımız olan İsa Məsih bizi bu cəzadan qurtara bilər. O bizi o qədər böyük məhəbbətlə sevir ki, bizim üçün çarmıxda ölməyə və qan tökməyə razı oldu. Onu mağarada basdırdılar. Sonra üçüncü gün o, yenidən diri oldu (1Korinflilərə 15:3-4). Bizim Xilaskarımız İsa Məsih bu gün də sağdır və Göylərdədir. Bizi günahlarımızdan yalnız O, xilas edə bilər. PCHU-h şəklini göstərin (zəncirləri qırılmış qandal). Günahda yaşamaq – zəncir və ya qandalla bağlı olaraq yaşamaqdan da pisdir. İsa Məsih sənin günahda yaşamanı istəmir. Sən İsa Məsihə öz Xilaskarın, Allahın sənə verəcəyi cəzanı öz üzərinə götürən Şəxs kimi iman etməlisən. Hərəkətlərdən istifadə edərək Həvarilərin İşləri 16:31-ci ayəni xorla təkrarlayın. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inansan, Allah da Öz vədinə sadiq qalaraq səni günahdan xilas edəcək. Sən günahdan azad olacaqsan, çünki günahın gücü qırılacaq. Allah sənə yeni arzular - düzgün hərəkət etmək arzuları verəcək. Allah Öz Müqəddəs Ruhu vasitəsilə səndə yaşayacaq və düzgün hərəkət etmək üçün sənə kömək edəcək. Hətta, indi, öz valideynlərinin ailəsində yaşadığın halda belə, əbədi olaraq Allah ailəsinin (Onun məbədinin) bir hissəsi olacaqsan. Əgər indi, İsa Məsihə öz Xilaskarın kimi inandığını Allaha söyləmək istəyirsənsə, mən çox böyük sevinclə sənə kömək edə bilərəm. Dərsin növbəti hissəsində uşaqlarla şəxsi vaxt keçirərək söhbət etməyə hazır olun (Bu zaman ölkənizin uşaqların müdafiəsi ilə bağlı bütün qayda və tələblərini yerinə yetirməyi unutmayın).

Page 20: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

20

Dərsin birinci hissəsiGözləmək, gözləmək... Sən naharın nə vaxt olacağını gözləyirsən. Sən öz doğum gününü gözləyirsən. Bəzən gözləmək nə qədər çətindir! İsa Məsihin şagirdləri, həvarilər də gözləyirdilər. Onlar Yerusəlimdəki bir evdə toplaşmışdılar, lakin İsa Məsih onlarla birlikdə deyildi. O, yer üzündə otuz üç il yaşayaraq Göylərə qayıtmışdı. O, yer üzündə çox iş gördü və sonra çarmıxda ölərək üçüncü gün dirildi. Indi isə O, Göylərdə idi. Məgər bundan sonra şagirdlər tək qalacaqlar? Yox! İsa Məsih Göylərə getməzdən öncə, onlara başqa bir Təsəlliverici göndərəcəyinə söz vermişdi (Yəhya 16:7). Müqəddəs Ruh yer üzünə gələrək, İsa Məsih barədə başqalarına danışsınlar deyə, həvarilərə kömək etməli idi. Həvarilər vəd olunmuş Müqəddəs Ruhu gözləyirdilər. Müqəddəs Ruh da, Ata Allah və Oğul Allah kimi Allah idi. Onlar – üç Şəxsdə Bir Allah idi.

“Üçü birində” nəğməsini oxuyun. Müqəddəs Ruhu göndərməyi kim vəd vermişdi? İsa Məsih. Necə

düşünürsən, O Öz vədini yerinə yetirdi? Indi biz bunu öyrənərik!

Təsvir PCHU1 -1Bütün şagirdlər evə toplaşmışdı və birdən güclü külək uğultusuna bənzər səs eşidildi! Bu səs Göylərdən gəlirdi və bütün evi bürümüşdü. Hər şey evin içərisində baş versə də, sanki külək ağacların arasında hərəkət edirdi. Həvarilər əvvəllər heç zaman görmədikləri bir şey görürdülər. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Bu onlara ağrı vermirdi. Allah, indi buradakı hər şeyin Onun vasitəsilə baş verdiyini göstərirdi. Bütün şagirdlər Müqəddəs Ruhu qəbul etdilər və onların hər biri əvvəllər tanımadıqları başqa dillərdə danışmağa başladılar. Bəs, biz sizinlə bu gün hansı dildə danışırıq? Əvvəllər heç zaman öyrənmədiyin başqa bir dildə danışdığını təsəvvür edə bilərsənmi? Əgər mümkündürsə,“başqa dil” dedikdə nəyi nəzərdə tutduğunuzu təcrübi olaraq onlara nümayiş etdirmək üçün, uşaqlara yad olan bir dilin qeyd olunduğu diski qoşaraq onlara dinlədin.

Təsvir PCHU1-2Həmin vaxt Yerusəlimdə başqa millətlərdən olan çoxlu insanlar var idi. Onlar bayram münasibətilə Yerusəlimə gəlmişdilər və müxtəlif dillərdə danışırdılar. Onlar baş verənləri eşitdikdə çaş-baş qaldılar. “Bu, nədir? Biz bu insanların bizim dilimizdə danışdığını eşidirik!” deyərək heyrətləndilər. (Həvarilərin İşləri 2:7-11).Hər kəs yaxşı bilirdi ki, Həvarilər bu dilləri heç vaxt və heç bir yerdə öyrənməmişdilər. “Bu insanlar Qalileyadan deyilmi? Bəs, necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?” (Həvarilərin İşləri 2:7). Hər kəs həvarilərin Allah barədə danışığını eşidirdi və hər kəs onların sözlərini başa düşürdü. Bu necə ola bilərdi? Qoyun uşaqlar bu suala cavab versin. Müqəddəs Ruh şagirdlərin üzərinə endi və İsa barədə başqalarına şəhadət etmək üçün onlara kömək etdi. Lakin onlara qulaq asmaq istəməyən insanlar da var idi və onlar həvariləri ələ salırdılar. Sən heç vaxt onlar kimi olma. İnsanlar İsa Məsih barədə danışdığı zaman onları diqqətlə dinlə. Biz İsa Məsihi daha yaxından

Page 21: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

21

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

tanımalıyıq, çünki O, Oğul Allahdır və yalnız O sənin Xilaskarın ola bilər.

Dərsin ikinci hissəsi

Təsvir PCHU1-3İsa Məsihin şagirdlərindən biri olan Peter, orada toplaşmış izdihama müraciət edərək onlara İsa Məsih barədə danışmağa başladı. “Bu insanlara gülmək lazım deyil. Allahın vəd etdiyi Müqəddəs Ruh gəldiyi üçün bu insanlar müxtəlif dillərdə danışırlar” (Həvarilərin İşləri 2:14-16). Həvari Peter oradakı izdihama çox sözlər dedi. O istəyirdi ki, insanlar İsa Məsih barədə eşitsin. İnsanlar onu dinləyir, yoxsa əla salmağa davam edirdi? Izdiham onu diqqətlə dinləyirdi. Həvari Peter İsa Məsihin çarmıxa çəkilməsindən və sonra dirilməsindən danışırdı. İsa Məsihin diri olduğunu Peter və digər şagirdlər öz gözləri ilə görmüşdülər!

Təsvir PCHU1-4Biz bu gün də İsa Məsih barədə eşitməliyik. O, körpə kimi dünyaya gəldi və günahsız həyat yaşadı. O, çarmıxda öldüyü zaman Allah bizim bütün günahlarımızın cəzasını Onun üzərinə qoydu. Bizim hər birimiz pis işlər gördüyümüz üçün Allahın cəzasına layiqik. Lakin Allah səni və məni .sevir və buna görə də layiq olduğumuz günahlardan bizi azad etmək üçün İsa Məsihi göndərdi. Bağışlanma əldə etmək üçün İsa Məsihi Xilaskarın kimi qəbul etməlisən.

Təsvir PCHU 1-5Həvari Peterin nitqini dinləyən izdihamın ürəyi təlaşlanmağa başladı. Indi onlar İsa Məsihin bağışlanmasına və xilasa ehtiyacları olduqlarını anlayırdılar. Onlar: “Bəs, biz nə edək?” deyə soruşurdular (Həvarilərin İşləri 2:37). Peter isə onlara bildirdi ki, onlar İsa Məsihi öz Xilaskarları kimi qəbul etməlidirlər. Nə yaxşı ki, onlar Peterin sözlərini dinlədilər, çünki İsa Məsihdən başqa heç kim onları xilas edə bilməzdi. Təsvir PCHU 1-6Sən də həvari Peterin sözlərini diqqətlə dinləyən insanlar kimi olmalısan, çünki bu dünyada İsa Məsihi tanımaqdan daha vacib bir şey yoxdur. Sənin əhatəndəki dostların (qrupunuzun adını çəkin) İsa Məsih barədə danışdıqları zaman və ya valideynlərin səninlə birlikdə Müqəddəs Kitab oxuduqları vaxt onları dinləyə bilərsən. Yaxşı dinləyici ola bilmək üçün

Allahdan sənə kömək etməsini dilə. “Müqəddəs Kitabı oxu” nəğməsini oxuyun.

Dərsin üçüncü hissəsiTəsvir PCHU1-5Həmin gün Peter, böyük bir izdihama İsa Məsihi öz Xilaskarları kimi qəbul

etməyi təklif etdiyi zaman bir çox insan Məsihi qəbul etmişdi! Onlar Peterin sözlərini böyük diqqətlə dinləyirdilər. Indi bu insanların hər biri Allahın əbədi ailəsinin – Məbədinin bir üzvünə çevrilmişdilər. Əslində Məbəd hər hansısa bir bina deyil, İsa Məsihi öz Xilaskarları kimi qəlblərinə dəvət edən insanlardır.

Bir neçə dəfə xorla “Məbəd” sözünü ritmlə təkrarlayın.

Page 22: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

22

Əgər İsa Məsihi Xilaskarın olması üçün həyatına dəvət etmisənsə, onda sən də Allahın əbədi ailəsinin – Məbədinin bir hissəsi olmusan. Indi Allah Müqəddəs Ruh kömək etmək üçün hər zaman sənin yanındadır. Alov dilimlərinin sənin üzərinə qonması və ya başqa dillərdə danışmaq ən vacib məsələ deyil. Sən oxuya, dua edə və Allah haqqında daha çox şey öyrənə bilərsən. Müqəddəs Kitabı araşdırdığın zaman orada İsa Məsih barədə nə deyildiyini anlamaq üçün Allah Müqəddəs Ruh sənə kömək edəcək.

Məbədi təşkil edən insanlar həvarilərin İsa Məsih barədə söylədiklərini eşitməkdən yorulmurdular. Onlar bir yerə toplaşaraq Onun haqqında daha çox şey bilmək istəyirdilər. Onlar bir yerdə yemək yeyir, İsa Məsihin onlar üçün necə öldüyünü xatırlayır, öz əmlaklarını bir-biri ilə bölür, duada Allahla söhbət edirdilər.

Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul etmisənsə, yenə də İsa Məsih barədə danışanları dinləməyə davam et. Sən də başqalarına İsa Məsih barədə danışa bilərsən. Çünki əgər İsa Məsih sənin Xilaskarındırsa, deməli, səndə Müqəddəs Ruh yaşayır. O sənə İsa Məsih barədə başqalarına danışmaq üçün kömək edəcək.

Dərsi sadə bir dua ilə bitirin. Duada insanlara İsa Məsih barədə danışmağa kömək etdiyi üçün Müqəddəs Ruha minnətdar olun. Uşaqların yaxşı dinləyici olması üçün Allaha dua edin.

Təkrar üçün suallar

Əzbərləmək üçün ayə1. Xilas olmaq üçün kimə iman etmək lazımdır? (İsa Məsihə).2. Sən nədən xilas olmalısan? (Allahla əbədi ayrılıqdan)3. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inansan nəyin bir hissəsinə

çevrilirsən? (Məbədin, Allahın əbədi ailəsinin).

Dərsin (1-3 hissəsi)1. Həvarilər kimi gözləyirdilər? (Müqəddəs Ruhu)2. Müqəddəs Ruh gəldiyi zaman onlara necə kömək etdi? (onların

bilmədiyi başqa dillərdə danışmağa kömək etdi). 3. Bəzi insanlar sənin də etməməli olduğun hansı hərəkəti etdilər?

(həvariləri ələ saldılar)4. Peter nə etdi? (İzdihama İsa Məsih barədə danışdı)5. Biz bu gün nə üçün İsa Məsih barədə eşitməliyik? (Bizi yalnız O, xilas

edə bilər). 6. Sən İsa Məsih barədə haradan eşidə bilərsən? (Öz əhatəndəki

insanlardan)7. İsa Məsihə iman edənlərlə nə baş verdi? (Onlar Allahın əbədi ailəsinin,

Məbədin bir hissəsi oldular)8. Sən necə Allahın Məbədinin üzvü ola bilərsən? (İsa Məsihə öz

Xilaskarın kimi inandığın zaman).9. Əgər sən İsa Məsihə iman edirsənsə, Onu daha yaxından tanımaq üçün

sənə kim yardım edə bilər? (Allah Müqəddəs Ruh).

Müjdənin qısa izahı1. Harada heç bir günah yoxdur? (Göylərdə, Allahın kamil evində).2. Yer üzündə yaşayaraq heç bir günah işlətməyən Şəxs kimdir? (İsa

Məsih).3. Günahlarının bağışlanması və Allahın əbədi ailəsinin bir üzvü olmağın

üçün nə etməlisən? (İsa Məsihə öz Xilaskarın kimi iman etməlisən).

Page 23: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

23

Урок 2Петр и Иоанн встречают хромого человека

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 3

Mərkəzi həqiqət: İsa Məsih insanları dəyişir.

Tətbiq: İman etməmiş uşaq üçün: İsa Məsihdən Xilaskarın olmasını və səni dəyişdirməsini dilə

İman etmiş uşaq üçün: Düzgün seçim etmək üçün İsa Məsihdən kömək istə

Əzbərləmək üçün ayə: Həvarilərin İşləri 16:31-i təkrarla.

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh.69) ◆ Göz üçün sarğı ◆ Stullardan ibarət çox da

çətin olmayan labirint

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Səni keçirəcəyəm”Uşaqların arasından könüllü olaraq gözünün bağlanmasını istəyən birini seçin. Digər bir uşaq və ya müəllim gözü bağlı olanı labirintdən keçirtsin. Başqasına kömək etməklə Allaha xidmət etmiş olduqlarını uşaqlara xatırladın.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13,14)

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (1-ci bənd)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, bizi sevdiyin

üçün Sənə minnətdarıq. Başqalarına kömək etməklə Sənə xidmət edə bildiyimizə görə Sənə minnətdarıq. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Həqiqət barəsində danış”, (1-ci bənd)İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Dərs 2 Həvari Peter və Yəhyanın şikəst adamla qarşılaşması

Page 24: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

24

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Əzbərləmək üçün ayə

◆ Əyanı vəsait PCHU-e, PCHU-f, PCHU-g və PCHU-h.

◆ Yaxud PCHU-R1, PCHU-R2, PCHU-R3 və PCHU-R4 əyani vəsaitlər (səh.66)

◆ İzah (səh.26) ◆ Əl hərəkətləri (səh.12) ◆ Xilasedici jilet

Ayə Həvarilərin İşləri 16:31Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Musiqi dayan kimi əyləş ”Uşaqlardan ayağa qalxmalarını xahiş edin. Uşaqlara izah edin ki, musiqi çalınarkən yerlərində sizin göstərdiyiniz hərəkətləri (məsələn, yerində qaçmaq, əllini yelləmək, başını hərləmək, yerində addımlamaq və s.) təkrar etsinlər. Musiqi dayanan kimi uşaqlar cəld yerlərinə əyləşsinlər. Sonra isə ayağa qalxıb musiqi səslənənə kimi digər hərəkətləri etsinlər. Oyunu müxtəlif hərəkətlərlə davam etdirin.

Müqəddəs Kitab dərsi

◆ Mətn (səh.28) ◆ Dərs vəsaiti PCHU3-1,

PCHU3-2, PCHU3-3, PCHU3-4, PCHU3-5 və PCHU3-6.

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.30)

◆ “Mən Müqəddəs Kitaba inanıram” mahnısına əyani vəsait

Dərs “Həvari Peter və Yəhyanın şikəst adamla rastlaşması”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin

?Təkrarlama

◆ Hər uşaq üçün qəpiklər, yaxud qəpiklə dolu pulqabı

◆ Elektrik sobasında hazırlanmış yemək üçün metal qab

◆ Suallar (səh. 30)

Oyunlar “Şikəst adama kömək edək”Suala düzgün cavab verən uşaq pulqabısından qəpiyi götürüb metal qabın içinə qoyur.

Müjdənin qısa izahı

◆ Bax, səh. 27 ◆ Əyani vəsaitlər PCHU-f,

PCHU-g və PCHU-h ◆ Yaxud PCHU-R1,

PCHU-R2, PCHU-R3 və PCHU-R4 əyani vəsaitlər

◆ Əyani vəsaitlər PCHU-a, PCHU-b, PCHU-c və PCHU-d (istəyə görə)

İzah Həvarilərin İşləri 16:31 (təkrar)

Page 25: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

25

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər uşaq üçün nəzərdə tutulmuş altı ədəd rəngli sim

◆ Hər uşağa işləmək üçün iş vərəqləri

◆ Hər uşağa bir neçə ədəd zərvərəqdən hazırlanmış qəpiklər

◆ Yapma (lepka) üçün xəmir və ya “gil” (səh. 8)

Əl işləri “Simdən düzəldilmiş fiqurlar”Uşaqlara simdən üç fiqur düzəltməyi öyrədin. Bir simin ortasından baş forması hazırlayın. Onun qurtaracağında isə əllər düzəldin. İkinci simi iki yerə bölüb başa birləşdirin. Bədən formasını düzəldib simi bərkidin. Aşağı hissədə isə ayaqlar üçün yer saxlayın. Uşaqlar üç ədəd bu cür adam düzəltməklə həvari Peter və Yəhyanın şikəst adamla görüşünü oynaya bilərlər. İş vərəqləri “Həvari Peter və Yəhyanın şikəst adamla rastlaşması”Uşaqlardan nəzir qutusuna zərvərəqdən hazırlanmış qəpiklərin atmasını xahiş edin.Yapma üçün xəmir “Nəzir qutusu”Uşaqlara nəzir qutusu hazırlamaqda kömək edin. Onlara xatırladın ki, həvari Peter və Yəhya şikəst adama puldan daha vacib olanı verdi.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

Oyunlar “Allahın köməkçilərinin qatarı”Uşaqlarla daha çox nədə köməkçi ola bilmələri haqda söhbət edin. Sonra onlardan dairə boyunca düzlənmələrini xahiş edin. Uşaqlardan birinin əlindən tutub dairənin kənarinda gəzişin. Uşaqlar isə “Allahın köməkçilərinin qatarına əyləşin. Bu qatarda növbəti adam kimdir?” deyə təkrarlasınlar. Başqa uşağın qarşısında dayanın. Qoy həmin uşaq adını deyərək qatara qoşulsun. Hamı bir ağızdan “Tutuq-tutuq!” desin. Qatar isə yoluna davam etsin. Bütün uşaqlar qatara qoşulanadək oyunu davam etdirin.

Page 26: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

26

Əzbərləmək üçün ayə: “...Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız” (Həvarilərin İşləri 16:31).

GirişSən bir şeyə həqiqətən inandığın zaman onunla bağlı müəyyən addımlar atmağa hazır olursan. Böyüklərdən və ya yeniyetmələrdən hər hansısa biri sizin qarşınızda dayansın. Onun arxa tərəfindən bir az uzağa stul qoyun. Sənin arxanda stul var, lakin bir az kənardadır. Mən sənə: “Otur” deyəndə otura bilərsən. Çünki mən lazım olduğu vaxt onu düz sənin altına qoyacağam. Səni aldatmayacağıma əminsənmi?Stulu səssizcə lazım olan yerə qoyun və otura biləcəyini söyləyin. Sizin işarənizdən sonra qoy həmin adam otursun. Bu səhnə həqiqi imanın nə olduğunu sənə göstərir. O, etibar etməyə bənzəyir. Sənə deyilən sözün həqiqət olduğuna o qədər inanırsan ki, bu sənin hərəkətlərində özünü göstərir.

Mövzu ilə tanışlıqPCHU-e, PCHU-f, PCHU-g, və PCHU-h və ya PCHUR1, PCHU-R2, PCHU-R3 və PCHU-R4.Müqəddəs Kitabdan işarələdiyiniz yeri açaraq lazım olan ayəni tapmaq üçün uşaqların birindən kömək istəyin.

Öz Müqəddəs Kitabınızdan ayəni oxuyun.

İzah“...Rəbb İsaya iman et...”. Allah, İsa Məsihə inanmağı, Ona etibar etməyi bizə tapşırır. Sən İsa Məsihin yer üzünə gəldiyinə, sənin cəzanı Öz üzərinə götürərək çarmıxda öldüyünə inanmalısan. Üç gündən sonra Onun ölülərdən dirildiyinə və indi Göylərdə yaşadığına inanmalısan. “...və sən xilas olacaqsan...”. İsa Məsihə öz Xilaskarı kimi inanan hər kəs layiq olduğu cəzadan – Allahla əbədi ayrılıqdan- xilas olur.

Tətbiqetmə İman etməmiş uşaq üçün

Allah səni xilas edə bilər. İsa Məsih çarmıxda öldüyü zaman sənin günahlarına görə cəzalanıb. O ölülərdən dirilib və yalnız O, Xilaskardır. Əgər sən günah etdiyini etiraf etsən və İsa Məsihə öz Xilaskarın kimi inansan xilas olacaqsan. • Allahaqarşıgünahişlətdiyinietirafetvətövbəet.• İsaMəsihəözXilaskarınkimiimanet• XilasınüçünAllahaduaet.

İman etmiş uşaq üçün:Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inanırsansa, onda xilasına görə Allaha minnətdar ol. Indi sən Allahın əbədi ailəsinin, Onun Məbədinin bir üzvüsən.

Təkrarlama“Ayəni hərəkətlərlə öyrənirik”

Page 27: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

27

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

(səh.12) hərəkətləri edərək ayəni təkrarlayın. Təkrar zamanı uşaqlara əyani vəsaiti göstərin.

Müjdənin qısa izahıHəvarilərin İşləri 16:31 (təkrar).PCHU-f şəklini onlara göstərin (Müqəddəs Kitabla dua edən uşaqlar)•UşaqlarıKimvənecəyaradıb?(Allah)•Allahınmöcüzəlieviharadayerləşir?(göylərdə).•Allahmüqəddəsdir.Bəs,müqəddəsolmayankimdir? (Sən və mən. Romalılara 3:23).Bir günah nümunəsi gətirin və ya PCHU-a, PCHU-b, PCHU-c, PCHU-d şəkillərini müzakirə edin. •Səningünahkarolduğunabaxmayaraq,Allahsəninlənecərəftaredir?(Osəni sevir- Yəhya 3:16)•Allahsəniəbədiolaraqhansıailədəyerləşdirməkistəyir?(Məbədadlananöz əbədi ailəsində) PCHU-g şəklini göstərin (İsa Məsih dairədə)•İsaMəsihkimdir?(OğulAllah,Xilaskar).•İsaMəsihheçvaxtgünahişlətməmişdi.Bəs,O,kimingünahınagörəcəzalandı? (Sənin, mənim və bütün insanların).•Bizözgünahlarımızagörəhansıcəzayalayıqidik?(ƏbədiolaraqAllahla ayrılığa məhkum idik və heç zaman Allahın ailəsinin bir üzvü ola bilməzdik).•İsaMəsihsəningünahlarınagörənecəcəzalandı?(O,çarmıxdanasılaraqqan tökdü).•İsaMəsihibasdırdıqdanüçgünsonranəbaşverdi?(İsaMəsihdirildi-1Korinflilərə15:3-4).PCHU-h şəklini göstərin (zəncirləri qırılmış buxov).•Günahlarımızdannecəazadolabilərik?(İsaMəsihəözXilaskarımızolaraq iman etməklə - Həvarilərin İşləri 16:31).•ƏgərsənİsaMəsihəözxilaskarınkimiimanetmisənsə,nədənxilas olmusan? (öz günahlarımızdan; öz günahlarımıza görə layiq olduğumuz əbədi cəzadan).•ƏgərsənİsaMəsihəözXilaskarınkimiimanetmisənsə,özvalideynlərinin ailəsindən başqa daha hansı ailəyə qəbul edilmisən? (“Onun Məbədi” adlanan Allahın əbədi ailəsinə).•Həqiqətəuyğunolaraqyaşamaqdasənəköməketməküçündaxilindəkim yaşayacaq? (Allah Müqəddəs Ruh). Əgər indi, İsa Məsihə öz Xilaskarın kimi inandığını Allaha söyləmək istəyirsənsə, mən çox böyük sevinclə sənə kömək edə bilərəm. Dərsin növbəti hissəsində uşaqlarla şəxsi vaxt keçirərək söhbət etməyə hazır olun (Bu zaman ölkənizin uşaqların müdafiəsi ilə bağlı bütün qayda və tələblərini yerinə yetirməyi unutmayın).

Page 28: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

28

Dərsin birinci hissəsi

Təsvir PCHU3-1Günorta idi. Peter və Yəhya Allaha dua etmək üçün məbədə gedirdilər. Onlar İsa Məsihi sevirdilər. İsa Məsih yer üzündə yaşadığı zaman Onunla çox vaxt keçirmişdilər. Lakin indi İsa Məsih yenidən Göylərdə idi. O, çarmıxda öldü və üçüncü gün dirildi. Peter, Yəhya və bir çoxları Onu diri olaraq gördü. İsa Məsih Öz şagirdlərinin köməyinə kimi göndərəcəyini vəd verdiyini xatırlayırsınızmı? O, Müqəddəs Ruhu göndərəcəyini vəd vermişdi (Yəhya 16:7). Müqəddəs Ruh – həqiqi Allahdır. Şagirdlər Onu görə bilməsələr də, Onun gəldiyinə və onlarla olduğuna inanırdılar. Müqəddəs Ruh gəldikdən sonra, insanlara İsa Məsih barədə Xoş Xəbəri çatdırmaq üçün şagirdlərə kömək edirdi.

“Üçü birində” mahnısını oxuyun.Peter və Yəhya məbədə doğru gedirdilər. Yerinizdə addımlayın.

Təsvir PCHU3-2Başqa insanlar da məbədə tələsirdilər. Lakin onlardan biri kömək olmadan gəzə bilmirdi. O, heç vaxt gəzməmişdi və indi də gəzə bilmirdi. Onu hər gün məbədin darvazaları yanına gətirirdilər. O, məbəd darvazalarının bayır tərəfində oturaraq, oradan keçən insanlardan sədəqə dilənirdi. Həmin dövrlərdə gəzə bilməyən insanlar üçün iş yox idi və pul qazanmağın yeganə yolu başqa insanlardan sədəqə dilənmək idi. Səncə, hər gün eyni yerdə oturaraq sədəqə dilənən insan özünü necə hiss edirdi? Xorla həftənin bütün günlərini sadalayın.O, hətta, məbədin içərisinə girə bilməzdi, çünki buna icazə verilmirdi.Məbədə doğru gələn kim idi? Peter və Yəhya.

Yenidən yerinizdə addımlayın.Şikəst adam onları gördü. O, onların kim olduğunu bilmirdi.

Onun üçün bu insanlar, sadəcə olaraq sədəqə diləyəcəyi adi adamlar kimi idi. Siz necə düşünürsünüz, onlar ona sədəqə verdilərmi?

Dərsin ikinci hissəsi Şikəst adam Peter və Yəhyadan dolanmaq üçün sədəqə istədi. Bəlkə də o, bu adamların ona bir neçə qəpik verəcəyini düşünürdü. Lakin bunun əvəzinə Peter onunla danışmağa başladı.

Təsvir PCHU3-3Həvari Peter: “Bizə bax” dedi. (Həvarilərin İşləri 3:4). Şikəst adam yəqin ki, yerə baxırdı. Yəqin ki, o, yanından keçən insanların üzünə baxmağa utanırdı. Yerə baxın.Peterin səsini eşidərkən gözlərini qaldırdı.Yuxarı baxın.Bəlkə də o, Peterin ona çoxlu pul verəcəyini düşünürdü. Lakin Peter dedi: “Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa onu sənə verirəm. Rəbb İsa Məsihin adı ilə qalx və gəz” (Həvarilərin İşləri 3:6)

Page 29: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

29

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Təsvir PCHU3-4Şikəst adam bunu necə edə bilərdi? O, heç vaxt gəzməmişdi. Lakin Müqəddəs Kitabda yazılıb ki, Peter onun əlindən tutaraq qalxmağa kömək etdi. Həmin an onun ayaq əzələləri (öz ayaqlarınızı göstərin) möhkəmləndi . O atılaraq ayağa qalxdı və yeriməyə başladı. O, ayaq üstə dayana bilirdi! O, gəzə bilirdi! O, sağalmışdı! Tullanın.Sizcə, o indi özünü necə hiss edirdi? Həmin gün onu sədəqə dilənmək üçün məbəd darvazalarının önünə gətirmişdilər. Lakin indi o gəzə, tullana və qaça bilirdi. Daha onu daşımağa ehtiyac yox idi. Bundan sonra onun dilənməyə ehtiyacı yox idi. Onun həyatı tamamilə dəyişmişdi. Bu insanın həyatını həvari Peter deyil, İsa Məsih dəyişmişdi. Bu adam İsa Məsihin adı ilə şəfa tapmışdı. Şikəst adam İsa Məsihin ona kömək edəcəyinə inandı. O, İsa Məsihə etibar etdi. İsa Məsih həmişə şikəst və əlil adamlara həmişə şəfa vermir, lakin O, insanları dəyişir. Sən Ona öz Xilaskarın kimi inanaraq, Allahın ailəsinin bir üzvü olursan. Sən həm öz ailənin bir üzvü olmağa davam edirsən, həm də Allahın ailəsinin – Onun Məbədinin bir üzvü olursan. İsa Məsihə öz Xilaskarın kimi inanaraq, Onun ailəsindən kənarda deyil, daxilində yaşayırsan. Bu zaman düzgün seçim etmək üçün Müqəddəs Ruh sənə kömək etməyə başlayır. O, Müqəddəs Kitabı daha yaxşı anlamaq və Allaha dua etmək üçün sənə kömək edir.

Dərsin üçüncü hissəsiPeter və Yəhya ilə birlikdə sağalmış insan da ömründə ilk dəfə olaraq məbədə daxil olur. O gəzir, tullanır və Allahı izzətləndirirdi.

Təsvir PCHU3-5Qaçaraq və tullanaraq uşaqlarla birlikdə otağı dolaşın. Uşaqlar yenidən öz yerlərində əyləşdikdən sonra “Mən Müqəddəs Kitaba inanıram” mahnısının 1-5 bəndlərini oxuyun. Məbəddə çox adam var idi. Hər gün günortadan sonra məbədə gələrək dua etmək adət idi. Bu insanlar hər gün sədəqə dilənən şikəst adamın yanından keçirdilər. Onlar bu adamı tullanan və gəzən gördükləri zaman heyrətə gəldilər. Onlar Peter və Yəhyanın yanına qaçdılar. Yəqin ki, onlar Peterlə Yəhyanın hansısa möcüzəli və xüsusi bir güc aldığını düşünürdülər! Həvari Peter oradakı adamlara müraciət edərək dedi: “Niyə gözlərinizi bizə dikib baxırsınız? Bu kişi bizim deyil, İsa Məsihin sayəsində gəzir!” (Həvarilərin İşləri 3:12,16). Məbəddə toplaşan insanlar İsa Məsih haqqında eşitdilər. Onlar İsa Məsihin çarmıxda öldüyünü bildilər. Həvari Peter istəyirdi ki, onlar İsa Məsihin adi adam deyil, Oğul Allah olduğunu bilsinlər. İnsanlar İsa Məsihin ölümünü istəyirdilər. Onlar Onun əslində kim olduğunu bilmirdilər. Indi isə Peter, etdikləri bütün pisliklərə görə tövbə etmələrini və İsa Məsihi öz Xilaskarları kimi qəbul etmələrini onlara söyləyirdi.

Page 30: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

30

Təsvir PCHU3-6Həmin gün məbəddə olan digər insanlar kimi, biz də İsa Məsihin Oğul Allah olduğunu bilməliyik. O, çarmıxda ölərək, bizim layiq olduğumuz cəzanı Öz üzərinə götürdü. Üçüncü gün O dirildi və bir çox insana göründü. Bundan sonra Göylərə qalxdı və indiyə qədər də oradadır. İsa Məsih bu gün də sağdır. O, Göylərdədir. İnsanlar həvari Peterin söylədiyi sözlərə qulaq asırdılar. Onlar şəfa tapmış adamın necə gəzdiyini və tullandığını görürdülər. Bu da Peterin söylədiklərinin həqiqət olduğunu göstərirdi. Onlar nəsə etməli idilər. Onlar İsa Məsihə iman etməli idilər. Müqəddəs Kitabda deyilir ki, onlardan bəzisi məhz belə də etdilər. Onlar İsa Məsihə iman etdilər və Allahın ailəsi bir az da böyüdü.

Təkrar üçün suallarƏzbərləmək üçün ayə1. “İman etmək” nə deməkdir? (bir şeyə tamamilə əmin olmaqdır. Bu əminlik davranışlarında da özünü göstərir). 2. Sən Kimə iman etməlisən? (İsa Məsihə).3. Sənin xilas olmağın üçün İsa Məsih nə etdi? (O, çarmıxda öldü).Dərs (hissə 1-3)1. Peter və Yəhya hara gedirdilər? (Məbədə)2. Məbəd darvazasının bayır tərəfində kim oturmuşdu? (Heç vaxt gəzməmiş bir adam).3. O, nə edirdi? (Sədəqə dilənirdi).4. Peter şikəst adama nə dedi? (Qalx və gəz).5. Şikəst adamın həyatını kim dəyişdi? (İsa Məsih).6. Bu gün İsa Məsih Ona iman edənlərin həyatını necə dəyişir? (Onları Allahın ailəsinə qəbul edir). 7. Peter və Yəhya ilə birlikdə məbədə kim daxil oldu? (Şəfa tapmış insan). 8. Şəfa tapmış adam nə edirdi? (Gəzir, tullanır və Allaha həmd edirdi).9. Peter insanlara nədən bəhs edirdi? (İsa Məsihin ölümündən və dirilməsindən).Müjdənin qısa izahı1. Günah etməyinə baxmayaraq, səni sevən kimdir? (Allah)2. İsa Məsih sənin və mənim günahıma görə necə cəzalanıb? (Çarmıxda ölüb). 3. Günahlarının bağışlanması üçün nə etməlisən? (İsa Məsihə öz xilaskarın kimi iman etməlisən).

Page 31: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

31

Урок 3Тавифа служит Богу

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 9:36-42

Mərkəzi həqiqət: Allah, Ona xidmət etmək üçün Öz övladlarına bacarıqlar verir

Tətbiq: İman etməmiş uşaq üçün: İsa Məsihə iman edərək Allahın övladlarından biri ol.

İman etmiş uşaq üçün: Öz bacarığınla Allaha sevinc içində xidmət elə

Əzbərləmək üçün ayə: “Sevinclə Rəbbə qulluq edin...” (Zəbur 100:2)

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh. 69)

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Xidmət haqqında tapmacalar”Uşaqlardan hər biri digərlərinə necə xidmət etdiyini göstərsin (məsələn, oyuncaqları yığışdırmaq, süfrə açmaq, masanı bəzəmək, zibili yığışdırmaq, yeri süpürmək, masanı silmək və s. ). Digərləri isə onun nə etmək istədiyini tapsınlar.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13)

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” mahnısı (1-ci bənd)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, Müqəddəs

Kəlamına görə Sənə minnətdarıq. Müqəddəs Kitabda Sənin haqqında yazılanlara görə Sənə təşəkkür edirik. Xahiş edirik, bu gün yaxşı dinləyici olmaqda kömək edəsən. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “ Müqəddəs Kitabı oxu”İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PCHU-R5, PCHU-R6, PCHU-R7 və PCHU-R8 (səh.67)

◆ Allahın bizə bəxş etdiyini təsvir edən rəsmlər (yemək, ailə və s.)

◆ İzah (səh.34) ◆ Notlar(səh. 12

Ayə Zəbur 100:2Təkrar Ayəni oxuyun

Dərs 3 Tabitanın Allaha xidmət etməsi

Page 32: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

32

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

◆ Libaslar (səh.72-73) ◆ Səbət

Fəaliyyət “Dəbin nümayişi”Geyimləri səbətə yığın. Uşaqlardan hər biri növbə ilə səbətdən bir geyim götürsün, digərləri isə onu geyinirmiş kimi nümayiş etdirsinlər.

Müqəddəs Kitab dərsi

◆ Mətn (səh. 36) ◆ Dərs vəsaiti PCHU4-1,

PCHU4-2, PCHU4-3 və PCHU4-5

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13)

◆ Salfetlər, meyvə dilimləri, pendir, kreker

◆ Müxtəlif parça hissələri

Dərs “Tabitanın Allaha xidmət etməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ Libaslar (səh.72-73) ◆ Paltar asılqanı ◆ Uzun ip ◆ Suallar (səh. 38)

Oyunlar “Paltar asılan ip”İpi ya flanelqrafın lövhəsinə, ya da divara, yaxud da iki stula

birləşdirin ki, paltar asmaq mümkün olsun. Suala düzgün cavab verən uşaq geyimi götürüb ipdən asmaq şansı qazanır.

Müjdənin qısa izahı

◆ Bax, səh. 35 ◆ Əyani vəsaitlər PCHU-i ◆ Əyani vəsaitlər PCHU-a,

PCHU-b, PCHU-c və PCHU-d (istəyə görə)

İzah “Bükülən çarmıx”

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 33: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

33

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ “ Hər uşağa naxışlamaq üçün kartoçkalar(səh.74)

◆ Hər uşaq üçün bir ucu skotç vasitəsilə bərkidilmiş 90 sm uzunluğunda ip

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Hər uşağa işləmək üçün iş vərəqləri

◆ Hər uşaq üçün parça hissəsi ◆ Yapışqan ◆ Yapma (lepka) üçün xəmir

və ya “gil” (səh. 8) ◆ Hər uşağa bir ədəd çubuq

Əl işləri “Naxışlamaq üçün kartoçka”Uşaqlardan şəkilləri rəngləməyi və onları ipə keçirmələrini xahiş edin.İş vərəqləri “Tabitanın Allaha xidmət etməsi”Parçaların hissələrini şəkildəki çarpayının üzərindəki örtüyə yapışdırmalarını uşaqlardan xahiş edin.Yapma üçün xəmir “Geyim hazırlayırıq”Uşaqlardan plastilini yaymağı, sonra isə onun üzərində köynək, şalvar və don konturları cızmağı xahiş edin. Tabitanın paltar tikib, kasıblara paylamasını uşaqlara xatırladın.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər uşaq üçün açıqca (səh. 75)

◆ Rəngli karandaşlar və ya flomasterlər

◆ Otağın yığışdırılması üçün ləvazimatlar

Əl işləri“Açıqca düzəldin”Hal-hazırda xəstə və ya kədər içində olan biri haqqında

fikirləşmələrini uşaqlardan xahiş edin. Vərəqdən açıqca düzəltməkdə uşaqlara kömək edin. Qoy uşaqlar açıqcanı istədikləri kimi bəzəsinlər və “Kimdən” yazılan sətirdə isə öz adlarını yazsınlar. Öz açıqcalarını hədiyyə edəcəklər adam üçün dua etmələrini onlardan xahiş edin.

Təkrarlama“Mən xidmətçiyəm”Şəraitinizə uyğun olaraq başqalarına xidmət edə biləcəyiniz

bir işi seçin (məsələn, mebeli təmizləmək, zibili yığışdırmaq, yasli qrupu üçün oyuncaqları yumaq və s.)

* Доступны на сайте www.cefonline.com.

Page 34: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

34

Əzbərləmək üçün ayə: “Sevinclə Rəbbə qulluq edin...” (Zəbur 100:2).GirişÜzünüzün ifadəsini əvvəlcə kədərli, sonra qəzəbli və sonra şən edin. Sevincli üz- şən üzdür. Müqəddəs Kitabda deyilir ki, biz Allaha xidmət etdiyimiz zaman üzümüzdən sevinc tökülməlidir. Bir neçə dəqiqədən sonra biz bunun nə demək olduğunu öyrənəcəyik. Mövzu ilə tanışlıqBugünkü ayəmiz “Zəbur 100:2” ünvanında yerləşir. Bir yerdə dayanaraq əvvəlcə bir, sonra digər ayağınızın üstündə tullanaraq, gülər üzlə ayənin ünvanını xorla təkrarlayın. Müqəddəs Kitabdan işarələdiyiniz yeri açaraq lazım olan ayəni tapmaq üçün uşaqlardan birindən kömək istəyin.Ayəni oxuyun və sonra PCHU-R5, PCHU-R6,PCHU-R7 və PCHU-R8 əyani vəsaitlərini onlara göstərin. İzah “Qulluq edin”. Qulluq etmək – kimin üçünsə işləyərək ona kömək etmək və ya onun üçün yaxşı bir iş görmək deməkdir.“Rəbbə”. Müqəddəs Kitabda deyilir ki, biz Allahımıza – Rəbbimizə xidmət etməliyik. Allahın yer üzündəki işində iştirak etmək- yaxşı və düzgün işdir. “... sevinclə...” Allah istəyir ki, biz Ona sevinc dolu ürəklə və yaxşı əhval-ruhiyyə ilə xidmət edək. Rəbbə xidmət edərkən Onun bizə etdiyi yaxşılıqları xatırlayaq. Bu, bizə sevin-sevinə xidmət etməkdə yardımçı olacaq. Əgər istəyirsinizsə, Allahın bizə verdiyi xeyir-duaların - ailə, qida və s. buna bənzər şeylərin şəklini uşaqlara göstərin. Tətbiqetməİman etməmiş uşaq üçün:

Allahın övladı olmadan Ona sevinclə xidmət edə bilməzsən. Xilaskar İsa Məsihin sənin günahlarının cəzasını Öz üzərinə götürərək çarmıxda öldüyünü dərk etməlisən. Onun üç gündən sonra dirildiyinə və indi Göylərdə olduğuna inanmalısan. Sən Ondan bağışlanma diləyə bilərsən.

İman etmiş uşaq üçün: Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inanırsansa, Ona sevinclə xidmət edə bilərsən.Oyuncaqları toplamağı onlardan xahiş etdikləri zaman, dostları ilə oyuncaqlarını bölüşdükləri zaman, birlikdə oynadıqda, bacı və qardaşlarına xeyirxahlıq etdikdə və s. necə xidmət edə biləcəkləri barədə müzakirə aparın.

Təkrar“Ayəni oxuyun”Bu ayəni “Müqəddəs Kitaba inanıram” mahnısının musiqisi ilə oxuyun (səh.13).

Page 35: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

35

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Müjdənin qısa izahı

Bükülən çarmıxÇarmıxı PCHU-i vəsaitindəki təlimata əsasən düzəldin. Sonra uşaqlara çarmıxın yalnız qızılı dördbucaq görünən hissəsini göstərin. Bağlı hissə isə aşağı tərəfdə olsun. 1-ci mərhələ: uşaqlar yalnız qızılı dördbucağı görür. Qızılı rəng – həmişə düzgün davranan Allahı xatırladır. Allah Göylərdə - qızılı küçələri olan qızıl şəhərdə yaşayır. Göylər - Allahın övladlarının sevinə-sevinə Onunla bir yerdə yaşayacağı yerdir. 2-ci mərhələ: qızılı dördbucağı aşağı tərəf çevirərək uşaqlara “ALLAH” sözünü və qara dördbucağı göstərin.Allah, hər şeyi Yaradandır və o səni olduğun kimi yaradıb. Allah deyir: “Səni əbədi sevgi ilə sevdim” (Yeremya 31:3). Bu məhəbbət heç vaxt qurtarmır. Allah istəyir ki, sən Onun övladı olasan və sənin yer üzündəki həyatın başa çatdıqdan sonra Göylərdə Onunla birlikdə məskən salasan. Lakin sənin günahın Allahın xoşuna gəlmir. 3-cü mərhələ: qara dördbucağı sağ tərəfə çəkərək, qara ürəyi və qırmızı dördbucağı uşaqlara göstərin. Bizim hər birimiz, sən və mən günah işlədirik. Çünki bunu istəyirik. Biz Allahın xoşuna gəlməyən şeylər danışır, düşünür və edirik. “Hər kəs günah işlədib” (Romalılara 3:23).Günah nümunəsi gətirin və ya PCHU-a, PCHU-b, PCHU-c, PCHU-d şəkillərini müzakirə edin. Biz günah etdiyimiz üçün ölümə - Allahla əbədi ayrılığa məhkum idik. Lakin günah etdiyimizə baxmayaraq, Allah yenə də səni və məni sevir. 4-cü mərhələ: qırmızı dördbucağı sola çəkərək çarmıxı, məzarı və ağ dördbucağı uşaqlara göstərin. İsa Məsih – Oğul Allahdır. O, Göylərdən yer üzünə gələrək, burada yaşadı. O, əvvəlcə balaca oğlan idi, sonra böyüyərək yetkin insan oldu. O, həmişə doğru olanı etdi. İsa Məsih boya-başa çatdıqdan sonra sənin və mənim günahlarıma görə cəzanı Öz üzərinə götürərək çarmıxda öldü. “...Məsih günahlarımız üçün öldü, dəfn olundu... üçüncü gün dirildi” (1Korinflilərə 15:3-4). 5-ci mərhələ: ağ dördbucağı yuxarı qaldıraraq “Bəli” sözünü və İsa Məsihin obrazını onlara göstərin. İsa Məsih – Xilaskardır. Ona, səni günahlarından xilas edən Biri kimi inana bilərsən. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inanırsansa onda günahlarından təmizlənəcəksən. Yəhya 3:16-cı ayədə yazılıb: (ayəni əyani vəsaitin əks tərəfindən oxuya bilərsiniz).Əgər indi, İsa Məsihə öz Xilaskarın kimi inandığını Allaha söyləmək istəyirsənsə, mən çox böyük sevinclə sənə kömək edə bilərəm. (Yeri və vaxtı onlara söyləyin. Bu zaman ölkənizin uşaqların müdafiəsi ilə bağlı bütün qayda və tələblərini yerinə yetirməyi unutmayın).6-cı mərhələ: “ALLAH” sözü yazılmış dördbucağı aşağı çevirərək, Göylər və uşaqlar təsvir olunmuş şəkli onlara göstərin. Əgər sən İsa Məsihə öz xilaskarın kimi iman edirsənsə, Onun əbədi ailəsinə - Məbədinə daxil olursan. Sən bu dünyada yaşadığın müddətcə O sənin – Öz övladının qayğısına qalacaq və böyümənə kömək edəcək. Sən Müqəddəs Kitabı oxuyaraq və ya qulaq asaraq, dua edərək və Allaha itaətli

Page 36: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

36

olaraq böyüyəcəksən. Sonra sənin yer üzündəki həyatın sona çatdıqdan sonra, Allahla və İsa Məsihi öz Xilaskarı kimi qəbul edənlərlə birlikdə yaşamaq üçün Göylərə yollanacaqsan! Dərsin birinci hissəsi “Tabita necə də xeyirxahdır. O, həmişə başqaları üçün yaxşı işlər görür”.Bir çox insanın Tabita barədə belə söylədiyini düşünürəm. Çünki Müqəddəs Kitabda deyildiyi kimi, o, çox xeyirxah və yaxşı işlər görən qadın idi (Həvarilərin İşləri 9:36). Səncə, o, niyə bu qədər xeyirxah idi? Qoy uşaqlar suala cavab versin.

Təsvir PCHU4-1Müqəddəs Kitab bizə bu barədə yaxşı məlumat verir. Tabita Müqəddəs Kitabda “şagird” – İsa Məsihin ardıcılı adlandırılır. O, Allaha inanır və İsa Məsihə öz Xilaskarı kimi iman edirdi. O, günah etdiyi üçün Xilaskara ehtiyacı olduğunu dərk edirdi. O, Allahın qanununu pozmuşdu. O, İsa Məsihə öz Xilaskarı kimi iman etdikdən sonra, Onun qoyduğu nümunəyə əsasən yaşamaq istədi. Müqəddəs Ruh onunla olduğu üçün, Tabitaya İsa Məsih kimi xeyirxah və yaxşı olmağa kömək etdi. Biz də Tabita kimi olmalıyıq. Biz də İsa Məsihi öz Xilaskarımız kimi qəbul etməliyik. İsa Məsih yer üzünə gələrək sənin və mənim günahlarımın cəzasını öz üzərinə götürdü. Insan yalnız İsa Məsihə iman etməklə xilas ola bilər. Biz mütləq xilas olmalıyıq, çünki Allah Onun qanunu pozanları cəzalandıracaq. Əgər sən ata və anana itaətsizlik edirsənsə, deməli, Allahın qanunu pozursan. Lakin Xoş Xəbər ondan ibarətdir ki, əgər sən İsa Məsihə öz Xilaskarın kimi inansan, cəzalanmayacaqsan və Allahın əbədi ailəsinin – Məbədinin bir hissəsi olacaqsan.

“Mən Allahı tanıya bilərəm” nəğməsini oxuyun. Tabita İsa Məsihin ardıcılı və deməli, həm də Allahın ailəsinin, Onun Məbədinin bir üzvü idi. Başqalarına kömək edərək Ona xidmət etmək üçün Allah Tabitaya bacarıq vermişdi.

Təsvir PCHU4-2Əgər İsa Məsihə öz Xilaskarın kimi inanırsansa, onda sən də öz bacarıqlarından istifadə edərək başqalarına kömək etməklə Allaha xidmət edə bilərsən.

Zəbur 100:2-ni xorla oxuyun və ya bu barədə danışın. Bəs, sən nə edə bilərsən? Gəlin, sevinclə bir-birimizi nəyəsə qonaq

edərək xidmət etməyi təcrübədən keçirək. Gülümsəyin ki, xidmət etməyə şad olduğunuzu göstərəsiniz.

Qoyun, uşaqlar bir-birinə salfet, meyvə dilimi, pendir və ya kreker paylasınlar. Onları digərlərinə qarşı mehriban və nəzakətli olmağa ruhlandırın.

Dərsin ikinci hissəsi Təsvir PCHU4-1Tabita Allaha xidmət etməyi sevirdi. Müqəddəs Kitabda deyilir ki, Tabita həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi (Həvarin İşləri 9:36).Müqəddəs Kitabınızdan Həvarilərin İşləri 9:36-cı ayəni oxuyun

Page 37: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

37

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

O, xeyirxah işlər görərək və yoxsullara kömək edərək Allaha xidmət edirdi. Tabita İsa Məsihdən nümunə götürürdü və Müqəddəs Ruh onunla olaraq bu işdə ona kömək edirdi. Tabita paltar tikməyi bacarırdı və o, bu bacarığından istifadə edərək yoxsul qadınlar üçün paltar hazırlayırdı. Uşaqlara kiçik bir parça hissəsi göstərin. Onlar bu parçaya toxunsunlar və rəngini desinlər. Parçadan hazırlanan geyimlərdən bəhs edin.

Təsvir PCHU4-3Lakin sonra Tabita xəstələndi və öldü. Onun məbəddən olan dostları çox kədərləndilər. Onu itirmək istəmirdilər. Onlar həvari Peterin qonşu şəhərdə olduğunu eşitdilər. Onlar iki nəfəri həmin şəhərə yola salaraq Peterə belə xəbər göndərdilər: “Vaxt itirmədən yanımıza gəl!” (Həvarilərin İşləri 9:38).Peter razılaşaraq onlarla birlikdə Tabitanın yaşadığı şəhərə gəldi. Onu Tabitanı qoyduqları otağa gətirdilər. Otaq Tabitanın kömək etdiyi qadınlarla dolu idi. Bu qadınların onun köməyinə ehtiyacı var idi. O, onlar üçün paltar tikirdi. O zamanlar dükana gedərək paltar almaq mümkün deyildi və bu qadınlar çox yoxsul olduqları üçün dərziyə verməyə pulları yox idi. Onlar acı-acı ağlayaraq, Tabitanın tikdiyi paltarları Peterə göstərirdilər.

Necə düşünürsünüz, Allah bu qadınların kədərinə acıyırdımı? Əlbəttə, O, onları başa düşürdü. Onun sənin də kədərindən xəbəri var və O, buna laqeyd yanaşmır. Müqəddəs Kitabda deyilir ki, Allah səni və məni sevir. O səni və məni o qədər çox sevdi ki, insanları xilas etmək üçün İsa Məsihi dünyaya göndərdi.

Dərsin üçüncü hissəsiHəvari Peter Allahın bu kədərli qadınlara acıdığını bilirdi. O, hamını otaqdan çıxartdı. Sonra diz çökərək Allaha dua etdi. Peter Allahın kömək edə biləcəyini bilirdi. Bundan sonra isə o, ölüyə tərəf dönüb dedi: “Tabita, qalx!” (Həvarilərin İşləri 9:40). Səncə, nə baş verdi? Müqəddəs Kitabda yazılıb ki, Tabita gözlərini açdı və Peteri görən kimi dik oturdu! Allah Tabitanı həyata qaytardı. Bunu yalnız O edə bilərdi. Bunu Peter yox, Allah etmişdi. Peter Tabitanın əlindən tutdu və qalxmağa kömək etdi.

Təsvir PCHU4-5 O, qadınları və məbədin üzvlərini çağıraraq Tabitanı onların önünə çıxartdı. Səncə, onlar nə hiss edirdilər? Məncə, onlar çox xoşbəxt idilər. Tezliklə bu xəbər bütün ətrafa yayıldı. İnsanların Tabitanın başına gələnləri bir-birinə necə heyrətlə danışdıqlarını təsəvvür edirsənmi?

Uşaqlardan xahiş edin ki, onlar bir-birindən: “Sən Tabitanın başına gələnlər barədə eşitmisənmi?” deyə soruşsunlar. Əgər sizin köməkçiniz varsa, onda iki qadının baş verənlər barədə bir–biri ilə söhbətini səhnə şəklində oynamaq olar. Bu söhbət çox uzun olmamalı, lakin hadisənin əsas hissələrini təşkil etməlidir.

Xəbər hər yerə yayıldı və bir çox insan İsa Məsihə iman etdi. Bu gün İsa Məsihi sevən insanlar öldükləri zaman Allah onları həmişə diriltmir. Onlar

Page 38: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

38

Göylərə, Allahın yanına gedirlər. Tabitanın başına gələnlər çox təəccüblü idi. Bu hadisə Tabitaya ehtiyacı olan qadınları və onun məxsus olduğu məbədi çox sevindirdi. Bu hadisə həmçinin, həvarilərin İsa Məsih barədə həqiqəti söylədiyini bir daha təsdiqlədi. Müqəddəs Kitabda İsa Məsih barədə deyilən hər sözün həqiqət olduğuna inanırsanmı? Əgər indi, İsa Məsihə öz Xilaskarın kimi inandığını Allaha söyləmək istəyirsənsə, mən çox böyük sevinclə sənə kömək edə bilərəm. Dərsin növbəti hissəsində uşaqlarla şəxsi vaxt keçirərək söhbət edə bilmək üçün

onlara yer göstərin. Bu zaman ölkənizin uşaqların müdafiəsi ilə bağlı bütün qayda və tələblərini yerinə yetirməyi unutmayın.

Təkrar üçün suallar

Əzbərləmək üçün ayə1. “Xidmət” sözü nə deməkdir? (kiməsə kömək və ya yaxşılıq etmək).2. Biz kimə xidmət etməliyik? (Allaha).3. Biz Allaha necə xidmət etməliyik? (Sevinə-sevinə və xoş əhval-ruhiyyə

ilə).

Dərsin (1-3 hissəsi)1. Bizim bu gün bəhs etdiyimiz qadının adı nə idi? (Tabita).2. Tabita nə üçün bu qədər xeyirxah idi? (O, İsa Məsihin ardıcılı idi).3. Sən necə İsa Məsihin ardıcılı ola bilərsən? (İsa Məsihə öz Xilaskarın

kimi iman etməklə).4. Tabita Allaha necə xidmət edirdi? (O, başqaları üçün paltar tikərək

onlara kömək edirdi).5. Tabitaya nə oldu? (O öldü).6. Tabitanın ölümündən kədərlənənlərə görə kimin ürəyi acıdı? (Allahın).7. Peter Kimin kömək edəcəyini bilirdi? O, kim idi? (Allah).8. Allah Tabitaya həyat verdi. Bunu eşidən insanlar nə etdilər? (Onlardan

bir çoxu İsa Məsihə iman etdi). 9. Müqəddəs Kitabda İsa Məsih barədə deyilənlərə necə inanırıq? (Orada

yazılan hər şey – həqiqətdir).Müjdənin qısa izahı1. Biz nə üçün günah edirik? (Bunu istəyirik).2. İsa Məsihə öz Xilaskarın kimi iman etdiyin zaman səninlə nə baş verir?

(öz günahlarından təmizlənirsən, bağışlanma alırsan və Allahın övladı olaraq əbədi həyata malik olursan).

3. Günahlarının bağışlanması və Allahın ailəsində Onun övladı olmaq üçün nə etməlisən? (İsa Məsihə öz Xilaskarın kimi iman etməlisən).

Page 39: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

39

Dərs 4Şaulun (Paulun) Məbədə qoşulması

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 8:1-3, Həvarilərin İşləri 9:1-22, Həvarilərin İşləri 20:1-23

Mərkəzi həqiqət: Allahın Məbədi böyüməyə davam edir

Tətbiq: İman etməmiş uşaq üçün: Tezliklə Allahın Məbədinə qoşul. İman etmiş uşaq üçün: Səni Öz Məbədinə qəbul etdiyi üçün Allaha

həmd et.

Əzbərləmək üçün ayə: Zəbur 100:2-ci ayəni təkrarlayın.

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar (səh.69) ◆ “Məbədin dairəsi” (səh.70-71)

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Biz məbəddə nə edirik?”Əvvəlcədən “Məbədin dairəsini” hazırlayın. Qoy, uşaqlar “Məbədin” pəncərəsindəki şəkilləri göstərə-göstərə dairəni fırlatsınlar. Uşaqlar növbə ilə öz şəkilləri haqqında danışsınlar.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13,14)

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (1-ci bənd)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, dünyanı

və məni yaratdığına görə Sənə minnətdaram. Təşəkkür edirəm ki, Sən bizə Məbəd vermisən. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi)“Həqiqət barədə danış” (1-ci bənd)İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki,

onlar ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Page 40: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

40

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PCHU- R5, PCHU- R6, PCHU- R7 və PCHU- R8 (səh.67)

◆ Allahın bizə bəxş etdiyini təsvir edən rəsmlər (yemək, ailə və s.

◆ İzah (səh.42) ◆ Notlar(səh. 12)

Ayə Zəbur 100:2Təkrar Ayəni oxu

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Aparıcının ardınca təkrarla”Uşaqlara hərəkətləri göstərin, onlar da bunu təkrarlasınlar. Məsələn, yerinizdə qaçın, yuxarı-aşağı tullanın, əlinizi yellədin, yuxarıya dartının, ayağınıza toxunu. Sonra isə aparıcı olmaları üçün uşaqlara da şərait yaradın.

Müqəddəs Kitab dərsi

◆ Mətn (səh. 44) ◆ Dərs vəsaiti PCHU2-1,

PCHU2-2, PCHU2-3, PCHU2-4 və PCHU2-5

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13,14)

◆ “Mən Müqəddəs Kitaba inanıram” mahnısına aid əyani vəsait

◆ Qlobus və ya dünyanın xəritəsi

Dərs ”Şaulun (Paulun) Məbədə qoşulması”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?Təkrarlama

◆ İki ədəd vərəq götürüb içərisinə oval çəkin

◆ Rəngli karandaş və flomasterlər ◆ Kağız üçün sıxacla lövhə ◆ Suallar (səh. 46)

Oyunlar “Şəkli tamamla”Suala düzgün cavab verən uşaq üzə hansısa bir cizgini əlavə edə bilər (burun, göz, qulaq, saçlar və s.). Bir üzün cizgilərini tamamlayandan sonra digərinə keçin. Həm uşaqlara, həm də müəlliməyə lövhədən istifadə etmək əlverişli olacaq

Müjdənin qısa izahı

◆ Bax, səh. 43 ◆ Əyani vəsait PCHU-i ◆ Əyanı vəsait PCHU-a,

PCHU-b, PCHU-c və PCHU-d (istəyə görə)

Bükülən çarmıx (təkrar)

Page 41: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

41

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün

fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərindən birini

seçin)

◆ Hər uşağa bir dəst “İsanın məhəbbəti möcüzəlidir” (səh.76-77)

◆ Hər uşağa və müəllimə dörd ədəd böyük çubuq

◆ Yapışqan ◆ Rəngli karandaşlar və ya

flomasterlər ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Zərli yapışqan ◆ Yapma (lepka) üçün xəmir və

ya “gil” (səh. 8) ◆ Hər uşağa bir ədəd çubuq

Əl işləri “Mahnılar”Uşaqlardan dörd şəkli rəngləməyi və düzbucaq kəsməyi xahiş edin. Onları çubuğa bərkidin.İş vərəqləri “Şaulun (Paulun) məbədə qoşulması” Şoulun başı üzərindəki işığa yapışqanlı zər tökmələrini uşaqlardan xahiş edin.Yapma üçün xəmir “Müqəddəs Kitab aşbazları”Müqəddəs Kitabı açıq formada təsvir edən yastı fiqur düzəltməkdə uşaqlara kömək edin. Yazıları təsvir etmək üçün çubuq vasitəsilə paralel xətlər çəkin. Vərəqdən oxuyurmuş kimi əzbərləmək üçün ayəni ucadan oxuyun.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərində birini

seçin)

◆ Libaslar (istəyə görə səh. 8) Səhnəcik“Şoulun macərası”Əhvalatı danışa-danışa uşaqlardan müxtəlif personajların rollarını oynamağı xahiş edin (Şaul, Şaulla birgə olan insanlar, Xananya) Oyunlar “Rəbdə inkişaf ”Əyilmış vəziyyətdə inkişafımıza səbəb olan vasitələrin adlarını sadalayın. Səbəbləri sadaladıqca yavaş-yavaş dikəlin. Uşaqlara daha çox səbəbləri xatırlamağa vadar edərək oyunu bir neçə dəfə təkrarlayın.

Page 42: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

42

Əzbərləmək üçün ayə: “Sevinclə Rəbbə qulluq edin...” (Zəbur 100:2)

Giriş

Sən yaxşı qaçırsan? Necə tullanırsan? Necə əl çalırsan?

Hər sualdan sonra uşaqlarla birlikdə yerinizdə qaçın, tullanın və əl çalın.

Həyatında hər şey yaxşı olanda sən sevinirsən elə deyilmi? Müqəddəs Kitab bizə sevinməyin ən münasib vaxtını göstərir.

Mövzu ilə tanışlıqBugünkü ayəmiz “Zəbur 100:2” ünvanında yerləşir.

Sevinə-sevinə yerinizdə qaçaraq, tullanaraq və əl çalaraq ayəni xorla üç dəfə təkrarlayın.

Müqəddəs Kitabda qeyd etdiyiniz yeri açın və ayəni tapmaq üçün uşaqlardan birindən kömək istəyin.

Ayəni oxuyun və sonra PCHU-R5, PCHU-R6, PCHU-R7, və PCHU-R8 şəkillərini uşaqlara göstərin.

İzah“... Rəbbə qulluq edin”. Rəbb – Allahdır. O, bütün dünyanı yaradıb. Və bizim bütün gücümüzlə Ona xidmət etməyimiz çox yaxşıdır.

“...sevinclə...”. Rəbb istəyir ki, biz ona sevinc dolu ürəklə və xoş əhval-ruhiyyə ilə xidmət edək. Rəbbin bizim üçün etdiyi bütün yaxşılıqları daim xatırlayaraq, Ona sevinə-sevinə xidmət edə bilərik.

Əgər istəyirsinizsə, Allahın bizə verdiyi – yemək, ailə və s. kimi şeylərin şəklini uşaqlara göstərə bilərsiniz.

Tətbiqetməİman etməmiş uşaq üçün:

Rəbbin övladı olmadan Ona sevinclə xidmət edə bilməzsən. Xilaskar İsa Məsih, sənin günahlarına görə layiq olduğun cəzanı Öz üzərinə götürərək çarmıxda öldüyünü dərk etməlisən. Üç gündən sonra O dirilib və indi Göylərdədir. Sən Ondan bağışlanma ala bilərsən.

İman etmiş uşaq üçün:Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman edirsənsə, Ona sevinclə xidmət edə bilərsən. Oyuncaqları toplamağı onlardan xahiş etdikləri zaman, dostları ilə oyuncaqlarını bölüşdükləri zaman, birlikdə oynadıqda, bacı və qardaşlarına xeyirxahlıq etdikdə və s. necə xidmət edə biləcəkləri barədə müzakirə aparın.

Təkrar

“Ayəni oxuyun”

Bu ayəni “Müqəddəs Kitaba inanıram” mahnısının musiqisi ilə oxuyun (səh.12).

Page 43: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

43

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Müjdənin qısa izahıBükülmüş çarmıxÇarmıxı PCHU-i vəsaitindəki təlimata əsasən düzəldin. Sonra uşaqlara çarmıxın yalnız qızılı dördbucaq görünən hissəsini göstərin. Bağlı hissə isə aşağı tərəfdə olsun. 1-ci mərhələ: uşaqlar yalnız qızılı dördbucağı görür. •Qızılırəngbizənəyixatırladır?(QızılküçələriolanAllahınevini-Göyləri).2-ci mərhələ: qızlı dördbucağı aşağı tərəf çevirərək uşaqlara “ALLAH” sözünü və qara dördbucağı göstərin.•Allahsəninəvaxtaqədərsevəcək?(Həmişə.Onunsevgisiheçvaxtqurtarmır).•Allahsəniharadayerləşdirməkistəyir?(ÖzüiləbirlikdəGöylərdə)•Qararəngbizənəyixatırladır?(Günahı)3-cü mərhələ: qara dördbucağı sağ tərəfə çəkərək, qara ürəyi və qırmızı dördbucağı uşaqlara göstərin. •Günahnədeməkdir?(Allahınxoşunagəlməyəndüşüncələr,sözlərvəişlər).•Kimgünahişlədib?(Sən,mənvəbütüninsanlar.Romalılara3:23).Günah nümunəsi gətirin və ya PCHU-a, PCHU-b, PCHU-c, PCHU-d şəkillərini müzakirə edin. •Bizözgünahlarımızagörəhansıcəzayalayiqidik?(Günahetdiyimizüçün Allahla əbədi ayrılığa məhkum idik). 4-cü mərhələ: qırmızı dördbucağı sola çəkərək çarmıxı, məzarı və ağ dördbucağı uşaqlara göstərin. •AllahınOğluİsaMəsihsəninvəmənimgünahlarımagörənecəcəzalandı? (Çarmıxda öldü).•O,öldükdənsonranəbaşverdi?(O,dəfnolundu...üçüncügündirildi” 1Korinflilərə 15:3-4). 5-ci mərhələ: ağ dördbucağı yuxarı qaldıraraq “Bəli” sözünü və İsa Məsihin təsvirini onlara göstərin. •İmanedərəkgünahlarındantəmizlənəbiləcəyinyeganəXilaskarkimdir? (İsa Məsih -Yəhya 3:16)•İsaMəsihə“imanetmək”nədeməkdir?(OnaXilaskarkimiinanmaq).Əgər indi, İsa Məsihə öz Xilaskarın kimi inandığını Allaha söyləmək istəyirsənsə, mən çox böyük sevinclə sənə kömək edə bilərəm. (Yeri və vaxtı onlara söyləyin. Bu zaman ölkənizin uşaqların müdafiəsi ilə bağlı bütün qayda və tələblərini yerinə yetirməyi unutmayın).6-cı mərhələ: “ALLAH” sözü yazılmış dördbucağı aşağı çevirərək, Göylər və uşaqlar təsvir olunmuş şəkli onlara göstərin. •ƏgərsənİsaMəsihəözXilaskarınkimiimanedirsənsə,hansıailəyədaxil olursan? ( Onun əbədi ailəsinə - Məbədinə). •Kimdeyər,Allahınövladınınböyüməsinənəköməkedir?(MüqəddəsKitabı oxuyaraq və ya qulaq asaraq, dua edərək, Allahın gözlədiyi seçimləri edərək və Allaha itaətli olaraq böyüyürük). •ƏgərsənAllahınailəsindəsənsə,yerüzündəkihəyatınsonaçatdıqdansonra harada yaşayacaqsan? (Allahla və İsa Məsihi öz Xilaskarı kimi qəbul edənlərlə birlikdə yaşamaq üçün Göylərə yollanacaqsan!)

Page 44: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

44

Dərsin birinci hissəsiİsa Məsihin ardıcılları (onları həvarilər də adlandırırdılar) hər yerdə Onun barəsində danışmağa başladılar. Onlar Onun necə ölməsindən və üçüncü gün dirilməsindən danışırdılar. Bu möcüzəli bir xəbər idi! İsa Məsih ölü qalmamışdı, O, diri idi. Həvarilər Onu görmüşdülər. Sonra isə İsa Məsih Göylərə qayıtmışdı. Lakin İsa Məsihin ardıcılları tək deyildilər. Müqəddəs Ruh daim onlarla olmaq üçün şagirdlərin yanına gəlmişdi. Müqəddəs Ruh – Ata Allah və Allah Oğlu İsa Məsih kimi Allah idi.

“Üçü birində” nəğməsini oxuyun (yalnız birinci bəndi). İsa Məsihin şagirdləri Onun barəsindəki Xoş Xəbəri yaydıqları zaman bir çox insan İsa Məsihə iman etdi və Allahın əbədi ailəsinə - Məbədinə daxil oldu. Lakin İsa Məsihin Allah olduğuna inanmayanlar da var idi. Belə insanlardan biri də Şaul idi. Qoy uşaqlar xorla onun adını desinlər.

Təsvir PCHU2-1Şaul, həvarilərin İsa Məsih barədə danışdığını bilirdi. Onlar İsa Məsihin Xilaskar olduğundan bəhs edirdilər. Lakin Şaul buna inanmırdı! O, Allaha inanırdı, lakin İsa Məsihi, artıq ölmüş adi bir insan hesab edirdi. Ona görə də həvarilərin danışdığı şeylər onun xoşuna gəlmirdi. O, necə olursa-olsun onları dayandırmağı özünə borc bilirdi! Şaul ev-ev gəzərək İsa Məsihə iman edənləri axtarır və tapdığı zaman onları zindana atırdı. Və bir gün o, Dəməşqə getməyə qərar verdi. Qoy uşaqlar şəhərin adını xorla səsləndirsinlər.Sizcə o, Dəməşqdə nə etməyə hazırlaşırdı? Qoy uşaqlar suala cavab versin.O, İsa Məsihə iman edənləri axtarıb tapmaq və zindana atmaq üçün həmin şəhərə yollanırdı! Şoulun planı belə idi. O, yola düşdü. O, özü ilə bir neçə nəfər götürərək Dəməşqə yollandı.

Qoy uşaqlar öz dizlərinə vuraraq, çapan at səsləri çıxarsınlar.

Dərsin ikinci hissəsiŞaul Dəməşq yolu ilə gedirdi. O, Allahın Cəmiyyətini məhv etmək istəyirdi və İsa Məsihin şagirdlərindən zəhləsi gedirdi. O, onların hamısını zindana atmaq istəyirdi.

Təsvir PCHU2-2O, şəhərə lap yaxınlaşmışdı ki, birdən onun ətrafını gözqamaşdırıcı işıq bürüdü. Işıq o qədər parlaq idi ki, Şaul yerə yıxıldı. Sonra o, Göydən gələn səs eşitdi.

Təsvir PCHU2-3“Şaul, Şaul, niyə məni təqib edirsən?” (Həvarilərin İşləri 9:4).“Ey Ağam, Sən Kimsən?” (Həvarilərin İşləri 9:5).«Mən sənin təqib etdiyin İsayam” (Həvarilərin İşləri 9:5).Şaulu dəhşət bürümüşdü! O, Göylərdən danışan İsa Məsihi eşidirdi. İndi o, İsa Məsihin diri olduğunu bilirdi. Sən də İsa Məsih barədə bu xəbəri bilməlisən. O, çarmıxda ölən Oğul

Page 45: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

45

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Allahdır. İsa Məsih öldükdən sonra yenidən həyata qayıtdı və indi Göylərdə yaşayır. Sən, Allahın Sözü olan Müqəddəs Kitabdan İsa Məsih barədə həqiqətləri öyrənə bilərsən.

Ayağa qalxaraq “Mən Müqəddəs Kitaba inanıram” nəğməsini oxuyun (1-5 bəndləri).

İsa Məsih Şaula nə etmək lazım olduğunu bildirdi: “Qalx ayağa və şəhərə get” (Həvarilərin İşləri 9:6).Lakin Şaul ayağa qalxdığı zaman heç nə görmədiyini bildi. Onunla gələn insanlar əlindən tutaraq onu apardı. Onlar çaş-baş qalmışdılar. Onlar parlaq işığı görsələr də, İsa Məsihin Şaula nə dediyini bilmirdilər. Bəlkə də onlar nə baş verdiyini anlamağa çalışırdılar. Onlar Şaulu Düz Küçə adlanan küçəyə gətirdilər. Şaul üç gün bu evdə qaldı və həmin müddət ərzində heç nə yeyib-içmədi. Barmaqlarınızla üç rəqəminə kimi sayın.Şaul Allahın ona nə deyəcəyini gözləyirdi. Həmin vaxt həmin şəhərdə Xananya adlı bir kişi yaşayırdı. Xananya imanlılar Cəmiyyətinin bir üzvü idi. O, İsa Məsihi sevir və Allahı məmnun edərək, Ona xidmət etmək istəyirdi. Allahın Onun üçün çox xüsusi, qeyri-adi və heyrətamiz tapşırığı var idi!“Qalx, “Düz Küçə” adlanan küçəyə get və Şaul adlı adamı soruş. O, görüntüdə sənin onun yanına gəldiyini gördüyü üçün, indi səni gözləyir” (Həvarilərin İşləri 9:11-12). Dərsin üçüncü hissəsi Xananya Şaul adlı adamla görüşməyə tələsmirdi. O, əvvəlcədən də onun barəsində eşitmişdi. O, bilirdi ki, Şaul hara gedirsə-getsin Xananya kimi adamları tutaraq zindana atır. Buna görə də Xananya Şoulun olduğu Düz Küçədəki evə getmək istəmirdi. O, Allaha dedi: “Ya Rəbb, Şaul adlanan bu adamın Sənin ardınca gedənlərə necə pislik etdiyini və onların əl-qolunu bağlayaraq zindana atdığını eşitmişəm!” (Həvarilərin İşləri 9:13). Lakin Allah cavab verərək dedi: “Get! Mən Şaul üçün xüsusi iş hazırlamışam” (Həvarilərin İşləri 9:15).Şaul artıq Allahın Cəmiyyətinə zərər vura bilməyəcəkdi. Əksinə, onun inkişaf etməsinə kömək edəcəkdi.

Təsvir PCHU2-4Xananya Allahın ona tapşırdıqlarına əməl edərək Ona xidmət etdi. O, Düz Küçəyə gedərək, həmin evi tapdı. O, Şaulu soruşdu. Qapını döyərək: “Bağışlayın, Şaulu görə bilərəm?” deyə, soruşduğunuzu təsəvvür edin. Xananya evə daxil oldu. Müqəddəs Kitabda yazılıb ki, o, əllərini Şoulun üzərinə qoyaraq dedi: “Qardaşım Şaul! Bura gələrkən yolda sənə görünən İsa Məsih məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan” (Həvarilərin İşləri 9:17).

Müqəddəs Kitabınızdan Həvarilərin İşləri 9:17-ci ayəni oxuyun. Şoulun gözləri həmin an açıldı! Bu, yalnız Allahın edə biləcəyi

möcüzə idi. Şaul çox dəyişdi. O, artıq Allahın Cəmiyyətinə pislik etmək istəmirdi. Indi o, bu Cəmiyyətin bir üzvü idi və onun daha çox böyüməsini istəyirdi.

Page 46: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

46

Əgər sən də İsa Məsihi öz Xilaskarın kimi qəbul etmisənsə, onda səni Öz əbədi ailəsinə -Məbədinə qəbul etdiyi üçün Ona minnətdar ol.

Təsvir PCHU2-5O gündən etibarən, Şaul hər yerdə İsa Məsih barədə Xoş Xəbəri yaymağa

başladı. O, İsa Məsihin Allah tərəfindən vəd olunmuş Xilaskar olduğunu hər kəsə danışırdı. O, bu barədə danışmaqdan yorulmurdu. Müqəddəs Kitabda yazılıb ki, o, şəhərləri və kəndləri dolaşaraq hər yerdə İsa Məsih barəsində danışırdı. Şoulun bütün səyahətləri və etdiyi işlər barədə Müqəddəs Kitabdan oxuya bilərik. Şoulun müxtəlif Cəmiyyətlərə yazdığı məktubları da biz Müqəddəs Kitabda görə bilərik.

Öz Müqəddəs Kitabınızı uşaqlara göstərin.Şaul Allahın Cəmiyyətini məhv etmək istəyirdi, lakin Allah, İsa Məsihin

həqiqətən Kim olduğunu ona göstərdi. Bu onun bütün həyatını dəyişdi və Şaul Cəmiyyətin böyüməsinə kömək etməyə başladı.

İndi də Allahın əbədi ailəsi, Onun Məbədi bütün dünyada böyüməyə davam edir.

Qlobus və ya dünyanın xəritəsini uşaqlara göstərin.

Təkrar üçün suallarƏzbərləmək üçün ayə1. Dünyadakı hər şeyi Kim yaradıb? (Allah)2. Biz Allaha necə xidmət edə bilərik? (Bütün gücümüzlə səy

göstərərək).3. Əgər sən Allaha xidmət etmək istəyirsənsə, əvvəlcə nə etməlisən? (İsa

Məsihə öz Xilaskarın kimi inanmalısan).

Dərsin (1-3 hissəsi)1. İsa Məsihin şagirdlərinə Onun barəsində müjdələməyə kim kömək

edirdi? (Müqəddəs Ruh).2. Allahın ailəsini və Onun məbədini kim təqib edirdi? (Şaul).3. Şaul hara getməyə qərar verdi? (Dəməşqə).4. Dəməşqə gedərkən Şaul nə gördü və nə eşitdi? (O, parlaq işıq gördü

və İsa Məsihin səsini eşitdi).5. Şaul İsa Məsih barədə nəyi öyrəndi? (O, Oğul Allahdır və yaşayır).6. İsa Məsih barədə daha kimlər bilməlidir? (Sən, mən və bütün dünya).7. Şaul yerdən qalxdıqdan sonra nə edə bilmirdi? (Görmürdü).8. Şaul İsa Məsihə iman etdikdən sonra nə etməyə başladı? (Başqalarına

İsa Məsih barədə danışırdı).9. Bu Allahın əbədi ailəsində, Məbədində nə baş verir? (O, böyüməyə

davam edir).

Müjdənin qısa izahı1. Allah səni sevdiyi üçün əbədi olaraq harada yaşamanı istəyir?

(Göylərdə).2. İnsanları xilas etmək üçün Allah kimi göndərib? (İsa Məsihi)3. Günahlarının bağışlanması üçün nə etməlisən? (İsa Məsihə öz

Xilaskarın kimi iman etməlisən).

Page 47: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

47

Урок 5Филипп благовествует эфиопскому хранителю сокровищ

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 8:4-8, 26-40

Mərkəzi həqiqət: Allahın Sözü olan Müqəddəs Kitab İsa Məsih barədə həqiqəti danışır:

Tətbiq İman etməmiş uşaq üçün: Müqəddəs Kitabda İsa Məsih barədə yazılanlara inan.

İman etmiş uşaq üçün: Müqəddəs Kitabda İsa Məsih barədə deyilənləri başqalarına danış

Əzbərləmək üçün ayə: “Mənim şahidlərim olacaqsınız...” (Həvarilərin İşləri 1:8).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh.69) ◆ Top və ya digər yumşaq əşya

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət“Dostuna danış”Bu vaxtdan istifadə edərək Həvarilərin İşləri 16:31-i təkrarlayın. Qoy uşaqlar həmin ayəni əl hərəkətləri ilə sinifdən kiməsə danışsınlar.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13)

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm”Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, Müqəddəs

Kitaba görə Sənə minnətdarıq. Xahiş edirik, yaxşı dinləyici olmağımıza kömək et. Başqa insanlara Sənin haqqında danışmağımıza kömək et. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Müqəddəs Kitabı oxu”İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onları nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PCHU- R9, PCHU- R10, PCHU- R11 və PCHU- R12 (səh.68)

◆ İzah (səh.50) ◆ Qutu və ya çanta ◆ Meyvə dilimləri və ya bütöv

meyvə

Ayə Həvarilərin İşləri 1:8Təkrarlama Ayəni əl hərəkətləri ilə öyrənirik

Dərs 5 Həvari Filipin Həbəşli hərəmağasına Xoş Xəbəri çatdırması

Page 48: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

48

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Başqasına danış”Otağın perimetri boyunca hərəkət edərək sanki kiməsə müjdələyirmiş kimi bunları təkrarlamalarını uşaqlardan xahiş edin (məsələn, getmək, qaçmaq, hoppanmaq, çapmaq və s.)

Müqəddəs Kitab dərsi

◆ Mətn (səh. 53) ◆ Dərs vəsaiti PCHU5-1,

PCHU5-3, PCHU5-4 və PCHU5-5

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13,14)

◆ “Mən Müqəddəs Kitaba inanıram” və “İsanın məhəbbəti möcüzəlidir” mahnılarına əyani vəsait

◆ Dərsdə qeyd olunan yerlərin xəritəsi

◆ Tumar

Dərs “Həvari Filipin Həbəşli hərəmağasına Xoş Xəbəri çatdırması”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin

?Təkrarlama

◆ Cəng arabası (səh.78) ◆ Suallar (səh. 55)

Oyunlar “Araba yarışı”Cəng arabasını flanelin sol tərəfinə yerləşdirin. Suala düzgün cavab verən uşaq onu sağ tərəfə hərəkət etdirə bilər. Əgər araba tamamilə sol tərəfə keçibsə, lakin uşaqlar hamısı cavab vermək fürsəti qazanmayıblarsa, onda arabanı əks istiqamətə keçirdərək oyunu davam etdirin.

Müjdənin qısa izahı

◆ Bax, səh. 51 ◆ Flip-flep (istəyə görə) ◆ Əyanı vəsaitlər PCHU-a,

PCHU-b, PCHU-c və PCHU-d (istəyə görə)

İzah “Müjdənin yayılması”

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 49: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

49

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərində birini

seçin)

◆ Bej rəngli A4 kağızları ◆ Hər uşağa iki ədəd 20 sm

çubuq ◆ Rəngli karandaşlar və ya

flomasterlər ◆ Hər uşağa işləmək üçün iş

vərəqləri ◆ Yapışqan ◆ Hər bir uşaq üçün kağızdan

kiçik tumar ◆ Yapma (lepka) üçün xəmir

və ya “gil” (səh. 8)

Əl işləri “Tumar”Uşaqlar vərəqin uzununa bir neçə əyri zolaq kəssinlər. Uşaqlara vərəqin qısa yerindən çubuğu ucuna yapışdırmağı, sonra isə bülöv kimi bükməyə kömək edin. Hazırlanmış tumarın üzərinə çarmıxa çəkilmiş İsa Məsihin şəklini çəkməyi uşaqlardan xahiş edin. Həbəşli hərəmağanın İsa Məsih haqqında öz tumarından oxuduğunu uşaqlara xatırladın. İş vərəqləri “Həvari Filipin Həbəşli hərəmağasına Xoş Xəbəri çatdırması”Həbəşlinin əlindəki tumarın yerinə uşaqların öz tumarlarını yapışdırmalarını uşaqlara kömək edin. Yapma üçün xəmir “Xəzinədarın arabası”Araba düzəltməkdə uşaqlara kömək edin. Həvari Filipin Allaha qulaq asaraq arabanın dalınca getməsini uşaqlara xatırladın.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərində birini

seçin)

◆ Hər uşaq üçün nəzərdə tutulmuş ümumi xətt boyunca kəsilmiş “Müjdənin yayılması” əyanı vəsaitin bir dəsti (şəkilin cizgilərini kəsmədən!)

◆ Rəngli karandaşlar ◆ “Müjdənin yayılması” əyanı

vəsaitin nümayişi üçün PCHU-j əyani vəsaiti

◆ Müjdənin flip-flepi (istəyə görə)

Oyunlar “Müjdənin yayılması”Dairəni sarı, çarmıxı qırmızı, vurğulanmış ürəyi qara rənglə boyayın, ikinci ürəyi isə olduğu kimi saxlayın. Hər bir rəmzin ətrafını yaşıl rənglə boyayın. Xətt boyunca onları qatlayın. Sonra qısa xətləri elə qatlayın ki, qızılı dairə qara ürəyin üzərini örtsün. Göstəriş. (1) Qızılı dairəni göstərin. (2) Qara ürəyi açmaq üçün qızılı dairəni geriyə doğru qatlayın. (3) Qırmızı çarmıxı göstərməklə əyani vəsaiti çevirin. (4) Ağ ürəyi göstərmək üçün qırmızı çarmıxı qatlayın. (5) Yaşıl rəng barədə söhbət edin. Oyun“Gəl, məşq edək!”PCHU-j və “Müjdənin yayılması” əyanı vəsaitlərin köməyi ilə hər bir rəmzin mənasını izah edin. (“Müjdənin qısa izahı” və “Müqəddəs Kitab dərslikləri” bölməsindən olan sözləri istifadə edin.

* Доступны на сайте www.cefonline.com.** Доступен в вашем национальном офисе ОЕД.

Page 50: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

50

Əzbərləmək üçün ayə: “Mənim şahidlərim olacaqsınız...” (Həvarilərin İşləri 1:8).

Girişİndi mənim nə edəcəyimə baxın.Qutunu açaraq oradan bir dilim meyvə götürün və köməkçinizə verərək yeməyi xahiş edin. Sonra uşaqlara bu sualları verin: “Bu meyvəni kim yedi?”, “Onu haradan götürdük?”Qoy uşaqlar suallara cavab versin.Siz mənim suallarıma cavab verdiyiniz zaman, indi gördüyünüz və eşitdiyiniz şeyləri danışırsınız. Yəni şahidsiniz. Müqəddəs Kitabda şahidlik barədə bəhs olunur.

Mövzu ilə tanışlıqBugünkü ayəmiz Həvarilərin İşləri 1:8 ünvanında yerləşir.Əvvəlcə gözünüzü qırparaq, sonra yumaraq və daha sonra geniş açaraq, ayəni xorla üç dəfə təkrarlayın. Müqəddəs Kitabda qeyd etdiyiniz yeri açın və ayəni tapmaq üçün uşaqlardan birindən kömək istəyin. Ayəni oxuyun və sonra PCHU-R9, PCHU-R10, PCHU-R11, və PCHU-R12 şəkillərini uşaqlara göstərin. İzah“Mənim şahidlərim olacaqsınız”. Bu sözləri İsa Məsih söyləyir. İsa Məsihin şagirdləri Onun nələr etdiyini öz gözləri ilə görmüşdü. Ona görə də İsa Məsih Öz ardıcıllarına, Onun barəsində danışa biləcəklərini söyləyir. İnsanlar bu gün də İsa Məsih barədə şahidlik edirlər. Onlar İsa Məsihi gözləri ilə görməyiblər. Lakin əgər İsa Məsih onların Xilaskarıdırsa, deməli, Onu tanıyırlar, sevirlər və Onun həqiqət olduğuna inanırlar. Onlar Müqəddəs Kitabda İsa Məsih barədə yazılan bütün həqiqətləri dünyaya söyləyə bilərlər.

Tətbiqetmə İman etməmiş uşaq üçün:

İsa Məsih sənin Xilaskarın olmaq üçün çarmıxda öldü. Sonra O dirildi və indi sənin Ona inanmanı istəyir. Əgər sən günah etdiyini dərk etsən və İsa Məsihi öz Xilaskarın kimi qəbul etsən, onda günahların bağışlanacaq və sən Allahın övladı olacaqsan. Sən Müqəddəs Kitabda İsa Məsih barədə öyrəndiklərinin hamısının həqiqət olduğuna əmin ola bilərsən. İsa Məsihi görən və Onu eşidən insanlar, Onun şahidləri olublar və şahid olduqları şeyləri bizim üçün yazıblar.

İman etmiş uşaq üçün:Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inanırsansa, onda Müqəddəs Kitabda İsa Məsih barədə yazılanların həqiqət olduğuna əmin ola bilərsən. İsa Məsih barədə bildiklərini dostlarına və qohumlarına danış.

Təkrar“Ayəni hərəkətlərlə öyrənirik”

Page 51: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

51

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

“Mənim” – deyəndə, sanki İsa Məsihin olduğu Göyləri göstərirsiniz kimi yuxarını göstərin. “...şahidlərim” – deyəndə, açılıb-bağlanan ağzı təsvir edərək, ovuclarınızı açıb-yumun. “...olacaqsınız” – deyəndə, bir-birinizi göstərin.

Müjdənin qısa izahı“Müjdənin yayılması” – PCHU-j vəsaiti.*Dərs zamanı uyğun gələn əyani vəsaitləri uşaqlara göstərin.

Qızılı dairəni göstərinQızıl dairə, Müqəddəs Allahı və Onun yaşadığı Göyləri təsvir edir. Allah göyləri və yeri Yaradandır. Allah səni olduğun kimi yaradıb. O səni necə yaradıbsa elə sevir. Allah Müqəddəs Kitabda deyir: “Səni əbədi bir məhəbbətlə sevdim” (Yeremya 31:3). Lakin Allah sənin bütün əməllərini sevmir.

Qara ürəyi uşaqlara göstərin.Sən bəzən pis hərəkətlər edirsən. Bəzən valideynlərinə qulaq asmırsan.Bir günah nümunəsi gətirin və ya PCHU-a, PCHU-b, PCHU-c və PCHU-d şəkillərini müzakirə edin. Bunları Allah “günah” adlandırır. Allah Müqəddəs Kitabda deyir: “Hamı günah işlədib...” (Romalılara 3:23). Sən və mən günah işlədirik. Hər bir günahın cəzası olmalıdır. Bu qara ürək, Allahdan ayrılmış günah dolu qaranlıq həyatı ifadə edir.Qırmızı çarmıxı göstərinBu çarmıx, Allahın bizə göstərdiyi məhəbbətini ifadə edir. Allah Öz Oğlu İsa Məsihi sənin Xilaskarın olması üçün göndərdi. İsa Məsih Göylərdən yer üzünə gələrək, insan oldu. O, həmişə yalnız düzgün davrandı. O, könüllü olaraq çarmıxa çəkilib Öz qanını axıtmağa razı olduğu zaman, sənin günahlarına görə cəzalandı. Sonra O dirildi və bu gün Göylərdə yaşayır. Müqəddəs Kitabda yazılıb: “Məsih günahlarımız üçün öldü... dəfn olundu və... dirildi” (1Korinflilərə 15:3-4). İsa Məsih – Xilaskardır; səni günahlarından yalnız O, xilas edə bilər.

Təmiz ürəyi göstərin. Bu təmiz ürək, İsa Məsihi Xilaskarın kimi qəbul edib (iman edib), günahlarından azad olduqdan sonrakı vəziyyəti ifadə edir. Sən Allahın övladı olursan və valideynlərinin övladı olmaqla yanaşı, Allahın ailəsinə də daxil olursan. Müqəddəs Kitabda yazılıb: “Onu qəbul edənlərin hamısına... Allahın övladları olmaq ixtiyarı verdi” (Yəhya 1:12). Əgər indi, İsa Məsihə öz Xilaskarın kimi inandığını Allaha söyləmək istəyirsənsə, mən çox böyük sevinclə sənə kömək edə bilərəm. (Yeri və vaxtı onlara söyləyin. Bu zaman ölkənizin uşaqların müdafiəsi ilə bağlı bütün qayda və tələblərini yerinə yetirməyi unutmayın).

Page 52: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

52

Yaşıl rəngi göstərin.Sən yer üzündə yaşadığın müddət ərzində Müqəddəs Ruh sənin daxilində yaşayacaq. O, Allahın övladı kimi böyümən üçün sənə kömək edəcək. Yaşıl rəng, mənə inkişaf edən bir çox şeyi xatırladır. Lakin sən Allahı dərk etməkdə inkişaf etdikcə yaşıl rəngdə olmayacaqsan! Sən Allahı tanımaqda və Onun Müqəddəs Kitabı vasitəsilə sənə dediklərini anlamaqda inkişaf edəcəksən. Sən Allahın dediklərinə itaətli olmaqda inkişaf edəcəksən və başqalarına öz Xilaskarın İsa Məsih barəsindəki Xoş Xəbəri şəhadət edəcəksən. Gəlin, bir daha şəklə baxaq və necə şəhadət etməyi sınaqdan keçirək. Mənim ardımca təkrar et: (qızlı dairə) “Allah hər şeyi Yaradandır, Allah Müqəddəsdir, Allah səni sevir”.(qara ürək) “Sən və mən - günahkarıq”.(qırmızı çarmıx) “İsa Məsih – Allahın Oğludur; O sənin günahlarına görə ölüb; Sonra dirilib”.(təmiz ürək) “İsa Məsihə iman et və günahlarından xilas ol”. (yaşıl rəng) “Allahın övladı kimi inkişaf et. Xoş Xəbəri bir daha da

Page 53: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

53

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Dərsin birinci hissəsi

Dərsi “Məbəd” nəğməsi ilə başlayın.Bütün dünyada saysız-hesabsız məbəd binası tapmaq olar. Lakin Allahın əbədi ailəsinə daxil olan bütün insanlar, Allahın bir böyük Məbədini təşkil edir. Filip də, Allahın Yerusəlimdəki Məbədinin bir üzvü idi. Qoy uşaqlar “Yerusəlim” sözünü xorla səsləndirsinlər. Həvari Filip dərk edirdi ki, ətrafında olan hər kəsin Allah haqqında eşitməsinə ehtiyacı var. Bu gün biz Allahın Sözü olan – Müqəddəs Kitabdan Allah haqqında öyrənəcəyik. Öz Müqəddəs Kitabınızı göstərin. Müqəddəs Kitab – xüsusi Kitabdır. O, Allahın bizə müraciət etdiyi Sözüdür. Müqəddəs Kitabda Allahın bizi sevdiyi barədə yazılıb. Orada bizim günahlarımız, yəni Allahın əmrlərini (qanunlarını) necə pozmağımız və indi Xilaskara ehtiyacımız olduğu barədə yazılıb. Müqəddəs Kitabda Allahın İsa Məsihi bizim Xilaskarımız kimi göndərməsindən, Onun günahlarımızın cəzasını Öz üzərinə götürərək çarmıxda ölməsindən bəhs olunur. Hər bir insanın Müqəddəs Kitabda yazılanlardan xəbərdar olması çox vacibdir.

“Müqəddəs Kitaba inanıram” nəğməsini oxuyun.

Təsvir PCHU5-1Həvari Filip şəhər sakinlərinə İsa Məsihin kim olması barədə danışır. O, İsa Məsihin Allahın vəd etdiyi həmin Xilaskar olmasından bəhs edir. Insanlar Filipin İsa Məsih barədə söhbətinə diqqətlə qulaq asırdılar. İnsanlar Müqəddəs Kitaba əsasən İsa Məsih barədə danışdıqları zaman, onları diqqətlə dinləmək lazımdır. Diqqətlə qulaq asıb, fikrini dağıtmamaq üçün sən nə etməlisən? Qoy, uşaqlar öz fikirlərini bildirsinlər. Əgər onlar cavab verməyə çətinlik çəkirlərsə, onda onlara kömək edin: əgər biri danışırsa söhbət etməyək və ya dərsi daha yaxşı başa düşmək üçün şəkillərə diqqət yetirək və s.

Dərsin ikinci hissəsiFilip Samariyaya gələrək insanlara İsa Məsih barədə çox şey danışdı. Bu zaman Allahın bir mələyi (Göylərdən göndərilmiş Allah elçisi) ona görünərək, həmin yeri tərk etməyi və başqa bir yerə getməyi söylədi. Mələk ona dedi: “Yola düşərək, səhra yoluna çıx” (Həvarilərin İşləri 8:26). Sizcə, Filip nə etdi? O, yola düşdü. Həmin dövrlərdə avtomobil, avtobus, və ya velosiped yox idi. Ona görə də Filip piyada getdi. Yol çox uzaq idi.

Uşaqlarla birlikdə yerinizdə addımlayın. Yəqin ki, Filip, insan və şəhər olmayan səhraya nə üçün

getdiyini bilmirdi. Əgər ətrafında insan yoxdursa, İsa Məsih barədə kimə danışacaqsan? Filipə elə gəlirdi ki, o bu yolda tək-tənhadır. Lakin belə deyildi!

Page 54: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

54

O müasir Efiopiyadan deyil idi, Misirin cənubunda yerləşən bir vilayətdən idi, hansı ki, bibliya dövrünün xəritəsində Nubiya və ya Kiş kimi qeyd edilir.

Təsvir PCHU5-3

Həmin yolla başqa bir adam da gedirdi. O, çox böyük vəzifəsi olan vəzir idi. O, öz ölkəsinin bütün xəzinəsinə cavabdeh bir insan idi. O, maddi məsələlərə rəhbərlik edirdi. Onun işi çox vacib idi. Bəs, nə üçün bu insan evindən bu qədər uzağa gəlmişdi? O, Allaha ibadət etmək üçün Afrikadan Yerusəlimdəki məbədə gəlmişdi. İndi isə evinə qayıdırdı. O, piyada getmirdi. O, çox zəngin və vəzifəli adam olduğu üçün piyada deyil, araba ilə səyahət edirdi. Araba, atların qoşulduğu karetaya ( dördtəkərli minik arabası) bənzəyir. Bu adam o qədər varli idi ki, onda Əhdi-Ətiqin bir nüsxəsi var idi. Həmin dövrlərdə Müqəddəs Kitabın bir hissəsinə sahib olmaq, çox az adama nəsib olurdu. Bu insanda da Kitab var idi və o, yol boyu onu səslə oxuyurdu. O, Yeşaya peyğəmbərin kitabını oxuyurdu. Lakin o, bizdəki kitab kimi səhifələrdən ibarət adi kitab deyildi, dürmək şəklində bükülmüş tumar idi. Uşaqlara Müqəddəs Kitabı və tumar göstərin.

Təsvir PCHU5-4Həvari Filip qaça-qaça arabanın yanına gəldi və onun Yeşaya peyğəmbərin kitabını oxuduğunu eşitdi. Həvari Filip ondan soruşdu: “Görəsən, oxuduğunu başa düşürsənmi?” (Həvarilərin işləri 8:30). “Əgər məni başa salan yoxdursa, bunu necə başa düşmək olar?” – deyərək, xəzinədar cavab verdi (Həvarilərin işləri 8:31). Filip İsa Məsih barədə olan həmin hissəni ona izah edə bildi. O, xəzinədara, İsa Məsihin yer üzünə gələrək bizim Xilaskarımız olmasından, çarmıxda ölməsindən, günahların bağışlanmasını əldə etməkdən və Allahın əbədi ailəsinə - Məbədinə necə daxil olmaqdan bəhs etdi. İnsanlar Müqəddəs Kitabda İsa Məsih barədə yazılanlardan bəhs etdiyi zaman, sən də bu vəzir kimi onlara diqqətlə qulaq asmalısan. O, İsa Məsih barədə Xoş Xəbərə inandı və həmin vaxt İsa Məsihi öz Xilaskarı kimi qəbul etdi. Sən də bunu etməlisən. Səni yalnız İsa Məsih xilas edə bilər. Sən İsa Məsihə inana bilərsən.

Dərsin üçüncü hissəsi

Təsvir PCHU5-5

Xəzinə nəzarətçisi İsa Məsihə olan imanını təsdiqləmək istəyirdi. Həmin vaxt onlar Filiplə birlikdə su olan yerə gəlib çatdılar. Vəzir dedi: “Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?” (Həvarilərin İşləri 8:36).Həvari Filip onu vəftiz etdi və bununla da İsa Məsihə iman etdiyini təsdiqlədi. Sudan çıxanda Rəbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdı. Vəzir isə yoluna davam etdi. Sizcə, İsa Məsihi öz Xilaskarı kimi qəbul etdikdən sonra bu vəzir özünü necə hiss edirdi? Müqəddəs Kitabda

Page 55: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

55

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

yazılıb ki, o, sevinə-sevinə yoluna davam etdi. Müqəddəs Yazıları ona izah edən adamla rastlaşdığı üçün o, çox xoşbəxt idi. O, indi İsa Məsihin onu sevdiyini və onun günahlarına görə layiq olduğu cəzanı Öz üzərinə götürərək çarmıxda öldüyünü bilirdi. İndi biz, İsa Məsihin Ona iman edənləri necə sevməsi barədə nəğmə oxuyacağıq.

“İsanın sevgisi necə gözəldir” nəğməsini oxuyun. Bəs, həvari Filip necə oldu? Mələk onu başqa yerə apardı.

Həvari Filip İsa Məsih barədə başqalarına danışmağa davam edirdi. O, bütün şəhərləri gəzib-dolaşaraq İsa Məsih barədə Xoş Xəbəri insanlara çatdırırdı. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inanırsansa, onda sən də başqalarına Onun barəsində danışa bilərsən.

“Həqiqət barədə danış” nəğməsini oxuyun.

Təkrar üçün suallarƏzbərləmək üçün ayə

1. Şahid kimdir? (nəyisə görən və ya eşidən adam)2. İsa Məsih barədə kim şəhadət edirdi? (Onun ardıcılları)3. İsa Məsihin sözlərini və etdiyi işləri eşidib-görən şagirdlərin şəhadətini necə eşidə bilərik? (Müqəddəs Kitabdan).

Dərsin (1-3 hissəsi)

1. Bizim bugünkü əsas qəhrəmanımızın adı nə idi? (həvari Filip).2. Bu gün biz Allah haqqında haradan öyrənirik? (Müqəddəs Kitabdan).3. İnsanlar Müqəddəs Kitabda yazılanlardan danışdığı zaman sən nə etməlisən? (Diqqətlə qulaq asmalısan).4. Mələk həvari Filipə hara getməyi tapşırdı? (Səhra yoluna).5. Oradakı arabada kim səyahət edirdi? (Həbəşli xəzinədar)6. Bu adam nə edirdi? (Müqəddəs Yazılardan bir hissəni oxuyurdu).7. İsa Məsih barədə Xoş Xəbəri eşidən vəzir nə etdi? (İsa Məsihə iman etdi).8. Bundan sonra o özünü necə hiss edirdi? (çox sevinirdi).9. Filip daha sonra nəyə davam etdi? (İnsanlara İsa Məsih barədə danışmağa)

Müjdənin qısa izahı

1. Qızılı dairə bizə nəyi xatırladır? (Hər şeyi Allah yaradıb; O, müqəddəsdir; Allah səni sevir).2. Qara ürək nəyi xatırladır? (Sən və mən günahkarıq).3. Günahlarının bağışlanması üçün nə etməlisən? (İsa Məsihə öz Xilaskarın kimi iman etməlisən).

Page 56: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

56

Dərs 6Həvari Peterin Kornelinin evinə getməsi

Müqəddəs Kəlamdan ayələr: Həvarilərin İşləri 10.

Mərkəzi həqiqət: Xoş Xəbər hər kəs üçündür.

Tətbiq: İman etməmiş uşaq üçün: Allahın Xoş Xəbərinə inan.

İman etmiş uşaq üç : Xoş Xəbəri başqaları ilə bölüş.

Əzbərləmək üçün ayə: Həvarilərin İşləri 1:8-ci ayəni təkrarlayın.

Məşğələ planı Lazım olan Nə etməli?

Salamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar (səh.69) ◆ Müqəddəs Kitab

(səh.71) ◆ Dünyanın xəritəsi

(səh.80) ◆ Yapışqan lent

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Müqəddəs Kitabı dünyaya vəz edin”. Uşaqlara kiçik Müqəddəs Kitab şəkillərini dünyanın xəritəsi üzərində yapışdırmağı xahiş edin. Onlara bu ölkələrin İsa Məsih haqqındakı Xoş Müjdəni eşitmələrinə nə qədər böyük ehtiyac duyduqlarını deyin.

İlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.13,14)

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, təşəkkür edirik

ki, Səni tanıya bilmışık. Dostlarımıza və ailəmizə Sənin barədə danışmağımıza kömək et. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Həqiqət barədə danış”İanələr(Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki, onlar

ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Page 57: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

57

Məşğələ planı Lazım olan Nə etməli?

Əzbərləmək üçün ayə

◆ Dərs vəsaiti PCHU-R9, PCHU-R10, PCHU-R11 və PCHU-R12 (səh68.)

◆ İzah (səh.60) ◆ Kağız bağlamaları ◆ Zınqırov

Ayə Həvarilərin İşləri 1:8Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Bədənin açılışması üçün edilən hərəkətlər.

Fəaliyyət “Musiqili dartınmalar”Musiqini qoşun və uşaqlar otaqda rəqs etsinlər. Musiqi dayanan kimi onlar yuxarı dartınmalıdırlar.

Müqəddəs Kitab dərsi

◆ Mətn (səh. 63) ◆ Dərs vəsaiti PCHU6-1,

PCHU6-2, PCHU6-3, PCHU—6-5

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh.63)

◆ Kornelinin, xidmətçilərin və əsgərin libasları (istəyə görə)

Dərs “Həvari Peterin Kornelinin evinə getməsi”Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin

?Təkrarlama

◆ Uzun yun sap ◆ Suallar (səh. 65)

Oyunlar “Kimin çəkməsidir?”Hər bir uşaq çəkməsinin bir tayını çıxartsın. Çəkmələri sapdan hazırlanmış dairə boyunca düzün. Suala düzgün cavab verən uşaq çəkmələrdən birini götürüb kimə məxsus olduğunu tapsın. Bundan sonra çəkmənin sahibi növbəti suala cavab verib digər çəkmənin kimə məxsus olduğunu öyrənməyə çalışır. Oyunu bütün uşaqlar hər iki çəkməyə malik olana kimi davam etdirin.

Müjdənin qısa izahı

◆ Bax, səh. 61 ◆ Flip-flep (istəyə görə) ◆ PCHU-a, PCXHU-b,

PCHU-c və PCHU-d əyani vəsaitləri (istəyə görə)

İzah “Müjdənin yayılması” (təkrar)

Page 58: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

58

Məşğələ planı Lazım olan Nə etməli?

Yemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə elan

edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin. (Qeyd.

Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyəti

(Yaradıcılıq fəaliyyətlərində birini

seçin)

◆ Hər bir uşaq üçün rəssam palitrası

◆ (səh. 81) ◆ Qayçı ◆ Rəngli karandaşlar və ya

flomasterlər ◆ Hər bir uşaq üçün

üzərində müxtəlif ölkənin uşaqları təsvir edilmiş altı ədəd yapışqan

◆ Yapma (lepka) üçün xəmir və ya “gil” (səh.8)

◆ Modelləşdirmə üçün ləvazimatlar

Əl işləri “Rəssamın palitrası”Hər uşağa kağız üzərində öz əlinin rəsmini cızmağa kömək edin. Çəkdikləri rəsmin kənarlarına yapışqan çəkərək qurudulmuş toxum və paxlaları yapışdırsınlar. Yapma üçün xəmir “Üz düzəldirik”Uşaqlardan xəmirdən (və ya “gil”dən) daşlar düzəltməyi və qurbangah yaratmağı xahiş edin. Onlar tapşırığı yerinə yetirənədək, dərsi onlarla təkrarlayın.

Əlavə yaradıcılıq

(Yaradıcılıq fəaliyyətlərində birini

seçin)

◆ Stollardan, stullardan, oyuncaqlardan və digər əşyalardan hazırlanmış labirintlər

◆ Uşaqların dadına baxa biləcəyi milli yeməklər

Fəaliyyət“Boy uzunu labirint”Sinifdəki əşyalardan (masa, stul, oyuncaq) çox da çətin olmayan bir labirint düzəldin. Uşaqlara startdan finişə qədər getməkdə kömək edin. Əgər sizin qrupunuz böyükdürsə, onda sinfi bir neçə hissəyə bölün ki, bütün uşaqlar labirintdən keçə bilsinlər. Oyun “Allah dünyadakı bütün uşaqları sevir”Əvvəlcə bir neçə müxtəlif ölkənin milli xörəklərini hazırlayın. Qoy, uşaqlar həmin xörəklərin dadına baxsınlar. Uşaqlarla dünyadakı xalqların bir-birindən nə ilə fərqləndiklərini, onların hansı yeməkləri sevdikləri barədə danışın. Sonra isə nə yeməyindən və harada yaşamasından asılı olmayaraq, Allahın hər bir insanı sevdiyi barədə danışın.

Page 59: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

59

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Əzbərləmək üçün ayə“...Mənim şahidlərim olacaqsınız” (Həvarilərin İşləri 1:8).GirişGözlərinizi bərk yumun və mənə qulaq asın.Qutunu səs-küylə açın və içərisindən zəngi çıxararaq çalın.İndi isə gözlərinizi açın və suallarıma cavab verin. Mən indi nə etdim?

Qoy uşaqlar suala cavab versin.Siz mənim suallarıma cavab verdiyiniz zaman, indi gördüyünüz

və eşitdiyiniz şeyləri danışırsınız. Yəni şahidsiniz.

Mövzu ilə tanışlıqMüqəddəs Kitabda Həvarilərin İşləri 1:8-ci ayədə şahidlik barədə bəhs olunur.Əvvəlcə, gözünüzü qırparaq, sonra yumaraq və daha sonra geniş açaraq, ayəni xorla üç dəfə təkrarlayın. Müqəddəs Kitabda qeyd etdiyiniz yeri açın və ayəni tapmaq üçün uşaqlardan birindən kömək istəyin. Ayəni oxuyun və sonra PCHU-R9, PCHU-R10, PCHU-R11, və PCHU-R12 şəkillərini uşaqlara göstərin.

İzah

“Mənim şahidlərim olacaqsınız”. Bu sözləri İsa Məsih söyləyir. İsa Məsihin şagirdləri Onun nələr etdiyini öz gözləri ilə görmüşdülər. Ona görə də İsa Məsih Öz ardıcıllarına, Onun barəsində danışa biləcəklərini söyləyir. İsa Məsihin şagirdlərinin şahid olduqları şeylər indi Müqəddəs Kitabda yazılıb.Öz Müqəddəs Kitabınızdakı Müjdələrdən birini uşaqlara göstərin.Müqəddəs Kitabı oxuyaraq, İsa Məsihi öz Xilaskarları kimi qəbul edən hər kəs, bu gün də İsa Məsih barədə şahidlik edə bilər.

Tətbiqetmə İman etməmiş uşaq üçün:

İsa Məsih sənin Xilaskarın olmaq üçün çarmıxda öldü. Sonra O dirildi və indi sənin Ona inanmanı istəyir. Əgər sən günah etdiyini dərk etsən və İsa Məsihi öz Xilaskarın kimi qəbul etsən, onda günahların bağışlanacaq və sən Allahın övladı olacaqsan. Sən Müqəddəs Kitabda İsa Məsih barədə öyrəndiklərinin hamısının həqiqət olduğuna əmin ola bilərsən. İsa Məsihi görən və Onu eşidən insanlar, Onun şahidləri olublar və şahid olduqları şeyləri bizim üçün yazıblar.

İman etmiş uşaq üçün:Əgər sən İsa Məsihə öz Xilaskarın kimi inanırsansa, onda Müqəddəs Kitabda İsa Məsih barədə yazılanların həqiqət olduğuna əmin ola bilərsən. İsa Məsih barədə bildiklərini dostlarına, ailə üzvlərinə və qohumlarına danışa bilərsən.

Page 60: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

60

Təkrar“Ayəni hərəkətlərlə öyrənirik”“Mənim” – deyəndə, sanki İsa Məsihin olduğu Göyləri göstərirsiniz kimi yuxarını göstərin. “...şahidlərim” – deyəndə, açılıb-bağlanan ağızı təsvir edərək, ovuclarınızı açıb-yumun. “...olacaqsınız” – deyəndə, bir-birinizi göstərin.

Müjdənin qısa izahı

“Müjdənin yayılması” – PCHU-j vəsaiti (təkrar)Dərs zamanı uyğun gələn əyani vəsaitləri uşaqlara göstərin.Qızılı dairəni göstərin•Allahnəyiyaradıb?(Göylərdəvəyerüzündəolanhərşeyi)•Allahhaqqındadahanəbilirsən?(O,müqəddəsdir.SəniOyaradıb.Səni sevir - Yeremya 31:3).

Qara ürəyi göstərin.•Allahsəninəməllərininecəadlandırır?(Günah).Günah nümunəsi gətirin və ya PCHU-a, PCHU-b, PCHU-c və PCHU-d şəkillərini müzakirə edin. •Kimgünahişlədib?(Sənvəmən–Romalılara3:23).

Qırmızı çarmıxı göstərin.•İsaMəsihKimdir?(AllahınOğlu,Xilaskar).•İsaMəsihsəningünahlarınagörənecəcəzalanıb?(O,Özqanınıaxıdaraq çarmıxda öldü).•İsaMəsihidəfnedəndənüçgünsonranəbaşverdi?(Dirildi–1Korinflilərə 15:3-4).

Təmiz ürəyi göstərin.•Günahlarındanxilasolmaq(təmizlənmək)üçünKiməinanmalısan?(İsa Məsihə Xilaskarın kimi iman etməlisən. Yəhya 1:12).•ƏgərsənİsaMəsihiözXilaskarınkimiqəbuletmisənsə,valideynlərinin övladı olmaqdan başqa, daha Kimin övladı olursan? (Allahın övladı).Əgər indi, İsa Məsihə öz Xilaskarın kimi inandığını Allaha söyləmək istəyirsənsə, mən çox böyük sevinclə sənə kömək edə bilərəm. Dərsin növbəti hissəsində uşaqlarla xüsusi vaxt keçirərək söhbət etməyə hazır olun. (Bu zaman ölkənizin uşaqların müdafiəsi ilə bağlı bütün qayda və tələblərini yerinə yetirməyi unutmayın).

Yaşıl rəngi göstərin.•Allahınövladlarınındaxilindəyaşayaraq,onlarınböyüməsinəkömək edən Kimdir? (Allah Müqəddəs Ruh).•SənAllahınövladıolaraqOndanecəböyüyəbilərsən?(Müqəddəs

Page 61: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

61

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Kitab vasitəsilə Onun mənə dediklərini anlayaraq və Allahı dərk edərək; Allaha itaətli olmaq və Onun barəsində şəhadət etməklə).•SənOnunbarəsindənecəşahidlikedəbilərsən?(BaşqainsanlaraAllah və Xilaskarın İsa Məsih barədəki Xoş Xəbəri danışmaqla).Gəlin, bir daha şəklə baxaq və necə şəhadət etməyi sınaqdan keçirək. Mənim ardımca təkrar et: (qızlı dairə) “Allah hər şeyi Yaradandır, Allah Müqəddəsdir, Allah səni sevir”.(qara ürək) “Sən və mən - günahkarıq”.(qırmızı çarmıx) “İsa Məsih – Allahın Oğludur; O sənin günahlarına görə ölüb; Sonra dirilib”.(təmiz ürək) “İsa Məsihə iman et və günahlarından xilas ol”. (yaşıl rəng) “Allahın övladı kimi inkişaf et. Xoş Xəbəri bir daha danış”.

Page 62: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

62

Dərsin birinci hissəsi

Təsvir PCHU6-2Korneli çox əhəmiyyətli adam idi. Qoy uşaqlar onun adını təkrarlasınlar.O, Roma əsgəri idi. Lakin o, sadə əsgər deyil, yüzbaşı idi.Bu o deməkdir ki, o, yüzlərlə əsgərə rəhbərlik edirdi. O, Qeysəriyyə adlanan şəhərdə yaşayırdı. (şəhərin adını təkrarlamağı uşaqlardan xahiş edin). Lakin əsli İtaliyalı idi. Korneli Allah haqqında eşitmişdi. O, Allahın həqiqətən mövcud olduğuna inanırdı. Kornelinin imanı, Allaha duası və kasıblara maddi kömək etməsi ilə özünü göstərirdi. Lakin Korneli hələ Allahın əbədi ailəsinin – Məbədinin üzvü deyildi. O, Allahı tanıyırdı, lakin İsa Məsih barədə eşitməmişdi. Bir dəfə Korneli günorta vaxtı dua etdiyi zaman, birdən onun qarşısında mələk zühur etdi. Mələk dedi: “Korneli!” (Həvarilərin İşləri 10:3).Səncə, Korneli bu zaman nə hiss etdi? Müqəddəs Kitabda deyilir ki, o, çox bərk qorxdu. “Nədir, ey Ağam” – deyərək o soruşdu (Həvarilərin İşləri 10:4).Mələk Allahın sözlərini Korneliyə çatdırdı. O dedi ki, Allahın onun dualarından və nəzirlərindən xəbəri var. İndi isə o, Yafo adlı şəhərə adam göndərib, dəniz kənarındakı bir evdə qonaq olan Peter adlı adamı öz evinə çağırmalı idi.

Təsvir PCHU6-3Bu zaman Korneli xidmətçilərindən ikisini və əsgərlərindən birini çağırtdırdı. Onlara hər şeyi danışdı və Yafoya Peterin dalınca göndərdi. Uşaqlarla birlikdə Korneli ilə xidmətçilərinin söhbətini səhnə şəklində oynayın. Siz Korneli, digər üç uşaq isə xüsusi libas geyinərək xidmətçi və əsgər rolunu oynasın. Əsgər və xidmətçilər yola düşdülər. Yəqin ki, onlar özləri ilə yemək və su da götürmüşdülər.

Dərsin ikinci hissəsiHəmin vaxt Peter Yafoda, dəniz kənarındakı bir evdə idi. Günorta idi. Peter evin damına çıxaraq dua etməyə qərar verdi. Lakin o, çox acımışdı. Sən nə vaxtsa ac olmusan? Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. Bu zaman Rəbb ona çox vacib bir şey göstərdi. İsa Məsih barədə Xoş Xəbərin, dünyada yaşayan bütün insanlarına aid olduğunu Peter anlamalı idi. İsraildə (Peter kimi) və ya İtaliyada (Korneli kimi) doğulmasından asılı olmayaraq, hər kəs İsa Məsih barədə eşitməli idi. Biz də bunu anlamalıyıq. Bizim hansı ölkədə doğulmağımızdan, dərimizin və saçımızın rəngindən, hansı dildə danışmağımızdan asılı olmayaraq, hər birimiz İsa Məsih barədə eşitməliyik. Bilirsənmi nə üçün? Çünki bizim hər birimizin Xilaskara ehtiyacı var.Hər bir insan Allahın Qanununu pozub və cəzaya layiqdir. Müqəddəs

Page 63: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

63

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Kitabda yazılıb ki, Allah insanları sevdiyi üçün İsa Məsihi onların Xilaskarı kimi göndərdi. Sən də İsa Məsih haqqında eşitməli və xilaskarın olması üçün Onu həyatına dəvət etməlisən.Kornelinin göndərdiyi xidmətçilər və əsgər dəniz kənarındakı evi axtarırdılar. Onlar darvazanın önündə dayanaraq bərkdən soruşurdular: “Peter adlı adam buradadırmı?” (Həvarilərin İşləri 10:18). Allah, bu adamlarla tanış olmağı və onlarla birlikdə getməyi Peterə tapşırdı. Tələsərək yola düşmək artıq çox gec idi. Yəqin ki, qonaqlar da uzaq yol gəldikləri üçün yorulmuşdular. Ona görə də həvari Peter onları evə dəvət edərək, dəniz kənarındakı evdə bir gecəlik qonaq saxladı. Ertəsi gün onlar Kornelinin evinə yollandılar. Korneli də vaxtını boş yerə sərf etməmişdi. O, öz ailəsi və dostları ilə birlikdə, çox böyük səbirsizliklə Peterin gəlişini gözləyirdi. O, bütün qohumlarını öz evinə toplamışdı. Uşaqlar Peterlə görüşmək üçün öz dostlarını necə dəvət etdiklərini təsvir edə bilərlər. Nə üçün insanlara bu evə gələrək həvari Peteri dinləmək bu qədər vacib idi? Çünki həvari Peter İsa Məsih haqqında danışacaqdı. Sən də burada İsa Məsih barədə deyilənləri eşitməlisən. İsa Məsih barədə eşitsinlər deyə, sən də Korneli kimi öz dostlarını bura dəvət edə bilərsən.

Dərsin üçüncü hissəsi Təsvir PCHU6-5Həvari Peter Kornelinin evinə gələrək içəri daxil olanda gördü ki, oraya xeyli adam yığışıb. Peter İsa Məsih barədə hamıya danışmağa başladı. O, İsa Məsihin bizim günahlarımızın cəzasını Öz üzərinə götürərək çarmıxda necə ölməsindən danışdı. Sonra o, İsa Məsihin üçüncü gün dirilməsindən və bunu öz gözləri ilə görməsindən danışdı. Dirildikdən sonra O, xəyal və ya ruh kimi deyildi. Diriləndən sonra Rəbb İsanın onlarla birlikdə balıq yeməsindən danışdı. O, həqiqətən yaşayırdı. Və Peter onlara ən vacib məsələni bildirərək dedi: “İsa Məsihə iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır” (Həvarilərin İşləri 10:43).Təsvir PCHU6-1Kornelinin evində toplaşan insanlar kimi, sənin də günahların bağışlanmalıdır. Günah – Allahın hər-hansısa bir qanununu pozmaqdır. Məsələn, ananın sənə tapşırdığı şeyləri etməyəndə, qardaş və ya bacını incidəndə və s. Lakin Xoş Xəbər ondan ibarətdir ki, sən günahlarından xilas olaraq, Allahın əbədi ailəsinə - Məbədinə daxil ola bilərsən. Kornelinin evinə gələn hər kəs İsa Məsihə iman etdi. Bu adamların hər biri, Allahı razı salaraq yaşamaqda onlara kömək edəcək Müqəddəs Ruhla doldular. Onlar Məbədin bir hissəsi oldular.Peter başa düşdü ki, Allahın Məbədi bütün dünyadakı insanlardan ibarətdir.

Page 64: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

64

İsa Məsih haqqındakı Xoş Xəbər hər kəsə aiddir.“Həqiqət barədə danış” nəğməsini oxuyun

Təkrar üçün suallar

Əzbərləmək üçün ayə1. İnsanların İsa Məsih barədə şəhadət etməsi harada yazılıb? (Müqəddəs

Kitabda)2. Müqəddəs Kitabda oxuduqlarımız barədə nə bilirik? (Bilirik ki, o,

həqətdir).3. Günahlarımızdan necə xilas ola bilərik? (İsa Məsihə öz Xilaskarımız

kimi iman edərək).

Dərsin (1-3 hissəsi).1. Əhəmiyyətli vəzifəsi olan əsgər kim idi? (Korneli)2. Korneli Allah haqqında bilsə də, Kim haqqında bilmirdi? (İsa Məsih

barədə).3. Korneli kimin ardınca adam göndərməli idi? (Peterin).4. Peter nəyi anlamalı idi? (İsa Məsih barədə Xoş Xəbər hər kəsə aiddir).5. İsa Məsih barədə kimlər eşitməlidir? (Hər kəs).6. Nə üçün hər kəs İsa Məsih barədə eşitməlidir? (Çünki, Xilaskardır).7. Nə üçün hər kəsə bağışlanma lazımdır? (hər birimiz günah işlətmişik).8. Günah nədir? (Allahın hər-hansısa bir Qanununu pozmaqdır.

Məsələn valideyinin sənə tapşırdığı şeyi etməmək, bacı və ya qardaşını incitmək).

9. Əgər sən İsa Məsihdən bağışlanma istəsən və Ona Xilaskarın kimi iman etsən, hara daxil olursan? (Allahın əbədi ailəsi olan - Məbədinə).

Müjdənin qısa izahı1. Qırmızı çarmıx sənə nəyi xatırladır (birinin adını söylə)? (İsa Məsih –

Oğul Allahdır; O, çarmıxda ölüb; O, yenidən dirilib).2. Təmiz ürək sənə nəyi xatırladır (birinin adını söylə)? (Sən İsa Məsihə

öz Xilaskarın kimi iman etməlisən).3. Allahın əbədi ailəsinə - Məbədinə daxil olmaq üçün nə etməlisən? (İsa

Məsihə öz Xilaskarın kimi iman etməlisən).

Page 65: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

65

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Page 66: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

66

Həvarilərin İşləri 16:31PCHU-R1

“Rəbb İsaya”PCHU-R2

“iman et”PCHU-R3

“... xilas olacaqsınız”»PCHU-R4

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 2-ci dərslər)Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh.5).

Page 67: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

67

Zəbur 100:2

Zəbur 100:2PCHU-R5

“Rəbbə”PCHU-R6

“sevinclə”PCHU-R7

“qulluq et”PCHU-R8

Ayəni əzbərləmək üçün rəmzlər (3-cü və 4-cü dərslər)Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh.5).

Page 68: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

68

Символы к стиху для запоминания(Уроки 5–6)Сделайте копию, раскрасьте и вырежьте символы стиха. Советы по использованию смотрите в параграфе «Используйте разнообразные пособия», с. 5.

Həvarilərin İşləri

1:8

Həvarilərin İşləri 1:8 PCHU-R9 “Mənim” PCHU-R10

“şahidlərim” PCHU-R11 “olacaqsınız” PCHU-R12

Ayəni əzbərləmək üçün rəmzlər (5-ci və 6-cı dərslər)Ayənin simvollarının surətini çıxarın və kəsərək rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh.5).

Page 69: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

69

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

Təbəssüm (3-4 dərslər)

Yer Kürəsi (5-6 dərslər)

Üçlüyün rəmzi (1-2-ci dərslər)

Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi (1-6-cı dərslər)Kifayət qədər simvolların surətini çıxarıb onları kəsin (hər uşağa bir ədəd və bir neçə artıq nümunə saxlayın). İşarələri rəngli karton və penaplendən hazırlayıb uşaqların yaxasına təhlükəsiz sancaq və ikitərəfli skotçla bərkitmək olar.

Page 70: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

70

“Məbədin dairəsi” (1-ci və 4-cü dərslər)Karton lövhədən hər uşaq və müəllim üçün bir ədəd məbədin dairəsinin surətini çıxardın. Dərsi başlayana kimi məbəd şəklinin üzərində pəncərə kəsin.

Page 71: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

71

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

“Məbədin dairəsi” (davam) (1-ci və 4-cü dərslər)

Müqəddəs Kitabı dünyaya vəz edin” (6-cı dərs)Şəkillərin surətini çıxarıb, Müqəddəs Kitab və xəritəni kəsərək laminasiya edin. (səh...)

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Müqəddəs kitab

Page 72: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

72

“Paltar asılan ip” və “Dəbin nümayişi” (3-cü dərs) “Paltar asmaq üçün ip” və “Dəbin nümayişi” oyunları üçün bir dəst surət çıxardın. Onları rəngləyib kəsin

Page 73: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

73

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

“Paltar asılan ip”və“Dəbin nümayişi” (davam) (3-cü dərs)

Page 74: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

74

“Naxış üçün kartoçkalar” (3-cü dərs)

Hər uşağa bir ədəd karton lövhə üzərində əyani vəsaitlərin surətini çıxarıb, sonra onları kəsərək üzərində dəlik açın.

Rəbbə sevinslə

xidmət edin.

Page 75: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

75

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

“Açıqca” (3-cü dərs)

Hər uşağa bir ədəd karton lövhə üzərində əyani vəsaitlərin surətini çıxardın.

Kimdən _____________

Allah səni sevir!

Page 76: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

76

“İsa Məsihin sevgisi möcüzəlidir” mahnısına aid əyani vasitələr(3-cü dərs)Hər uşaq və müəllim üçün bir ədəd karton lövhə üzərində əyani vəsaitlərin surətini çıxardın (səh.76-77)

İsan

ın m

əhəb

bəti

möc

üzəl

idir

(х3)

Nec

ə də

möc

üzəl

idir!

Büt

ün d

ağla

rdan

hün

dür,

12

Page 77: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

77

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

“İsa Məsihin sevgisi möcüzəlidir” mahnısına aid əyani vasitələr (davam)

Kai

natd

an b

öyük

dür.

Oke

anda

n da

dər

in,

43

Page 78: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

78

«Cəng arabası»(5-ci dərs)Arabanın surətini çıxarın. İşarəni kəsib ya məxmər, ya da pambıq parçanın üzərinə yapışdırın.

Page 79: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

79

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

«Евангельский разворот»(Уроки 5‒6)Сделайте копии на листе картона по одной на ребенка.

(Bu

ürəy

i qar

a rən

glə

rəng

ləyi

n).

“Müjdənin sürətlə yayılması” (5-ci və 6-cı dərslər)Hər uşağa karton lövhəsi üzərində surətini çıxardın.

Page 80: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

80

“Dünyaya Müqəddəs Kitabı vəz edin” (dərs 6)

Page 81: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

81

Körpələr Allahı Onun məbədi vasitəsilə tanıya bilər

“Rəssamın boya taxtası” (4-cü dərs) Hər uşağa karton lövhəsi üzərində surətini çıxardın, sonra isə kəsin.

Isa

bizi

m

ham

ımız

ı sev

ir

Ad

Page 82: ú ø vasitəsilə tanıya Õ bilər - Teach Kids · 2016-03-03 · Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq,

Körpələrin Məsihə necə yönəldilməsiVerilən işarələr Müjdənin əsas amillərini təşkil edir. İstənilən həqiqət nümunələri və Müqəddəs Kitab ayələrinin izahı üçün istifadə olunan amillər aşağıda qeyd olunub. “Yaxın ünsiyyətdə istifadə olunan əsas suallar”ın surətini istəyə görə çıxarıb kəsmək olar. Həmin sualları Müqəddəs Kitabın arasına qoyub uşaqla xilas barədə danışarkən istifadə edin.

Yaxın ünsiyyətdə istifadə olunan əsas suallar. Ehtiyac Mən, mənimlə nə barədə söhbət etmək istədiyini bilirəm.

Ancaq söhbəti özün aça bilərsən? Nəyə görə sənə Rəbb İsa lazımdır? Günah nədir? Kim günah etmişdir? (Romalılara 3:23). Allahın günah adlandırdığı hərəkətin haqqında danışa

bilərsən?

Allahın cavabı Allah Rəbb İsanı dünyaya nə üçün göndərdi? Rəbb İsa Kimdir? İsa Məsih günaha qarşı nə etdi? (1Korinflilərə 15,3,4). İsa Məsih öldükdən və dəfn olunandan sonra nə baş

verdi?

Xilasın yolu (Uşağa şərt və vəd bildirən ayələri göstərin və sizinlə

birlikdə onu təkrarlamasına kömək edin. Məsələn, Yəhya 3:16, Yəhya 1:12, yaxud Həvarilərin İşləri 16:31). Allah sənin üçün nə edəcəyinə söz verir?

Allahın indi sənin üçün nə etməsini istəyirsən? (Əgər uşaq nəyə ehtiyac duyduğunu dərk edirsə, ona dua etməyi imkan yaradın. Dua üçün bir neçə nümunə təklif edin: Allahla səni ayıran günah barədə Onunla danış; İsa Məsihin sənin üçün nə etdiyinə olan imanın barədə söylə; bu gün Allahdan nə almaq istədiyin barədə xahişini bildir).

Əminlik və inkişaf Allah indi sənin üçün nə etdi? (Uşağa bir daha şərt və

vəd verilən ayələri göstərin). Allaha səni xilas etdiyinə görə minnətdarlıq et.

Allah səni nə vaxtsa tərk edəcəkmi? (İbranilərə 13:5). Allah günahdan imtina etməyinə kömək edəcək.

Bəs, birdən bir daha günaha yol versən, nə etməlisən? (1Yəhya 1:9).

Uşağa minnətdarlıq duasını etməyə imkan yaradın.

Allahın Şəxsiyyəti və uşaqlara olan sevgisi* Allah Yaradandır; O səni yaradıb.

* Allah Müqəddəsdir (O, qüsursuz və kamildir)

* Allah səni sevir.

**Müqəddəs Kitabda yazılıb: “Allah dünyanı elə sevdi ki..” (Yəhya 3:16).

Uşağın problemi

* Günah – Allaha məqbul olmayan düşüncə, söz və hərəkətlərdir.

* Sən özbaşınalıq etmək istəyi ilə doğulmusan.

* Sən ...... (məktəbəqədər uşaqların dərk etdiyi tərzdə günahın nümunəsini göstərin) günah işlədirsən.

* Müqəddəs Kitabda yazılıb: “hamı günah edib” (Romalılara 3:23).

* Allah günahı ölümlə cəzalandırır, yəni insan əbədi olaraq Allahdan ayrı düşür.

Allahın cavabı – İsa Məsih vasitəsilə günahların bağışlanmasıdır* İsa Məsih – Allahın Oğludur.

* İsa Məsih heç vaxt günah işlətməyib.

* İsa Məsih günahlarımızın əvəzi olaraq könüllü şəkildə çarmıxda cəza çəkdi.

* Müqəddəs Kitabda yazılıb: “İsa Məsihin qanı bizi hər günahdan təmizləyir” (1Yəhya 1:7).

* İsa Məsih çarmıxda öldü və üç gündən sonra həyata qayıtdı (1Korinflilərə 15:3-4)

* İndi İsa Məsih Göylərdədir. Xilasın yolu İsa Məsihi Xilaskar kimi qəbul

etməkdir* Günahdan imtina etməyə hazır olmaq lazımdır.* İsa Məsihə çarmıxda uğrunda öldüyünə görə

minnətdarlıq et.* Ondan günahlarını bağışlamağı və sənə əbədi

həyat verməyini xahiş et. * Müqəddəs Kitabda yazılıb: “Çünki Allah dünyanı

elə sevdi ki, Vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16).

(Şərt və vəd verilən bu, və ya digər ayəni oxuyun. Məsələn, Həvarilərin işləri 16:31, yaxud Yəhya 1:12. Bu ayələrdə qoyulan şərtlərə əməl edənlər üçün Allah Öz vədini yerinə yetirəcək. Yəhya 3:16-da “İsa Məsihi qəbul et” şərti qoyulur. Əvəzində “Allah sənə əbədi həyat verəcək” vədi verilir. Əgər uşaqlar İsa Məsihi qəbul etmək istəsələr, uşaqlara proqramın növbəti hissəsində onların sizinlə harada və nə vaxt söhbət edə biləcəyini müəyyənləşdirin).