9
1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri Əməkdaşlar (ofis işçiləri) və o cümlədən ziyarətçilər həyətdən (bayırdan) əsas binaya daxil olmaq üçün iki girişdən istifadə edə bilərlər. Bunlardan birincisi əsas binanın baş (əsas) girişi, digəri isə əsas binanın arxa girişidir. 1.2 Avtoparkdan əsas binaya daxil olmaq üçün girişlər Avtoparkdan əsas binaya daxil olmaq üçün dörd giriş nəzərdə tutulmuşdur. Bu girişlərdən iki ədədi əsas binanın -1-ci mərtəbəsindəki avtoparkda, digər iki giriş isə -2 mərtəbəsindəki avtoparkda yerləşir. Əsas binanın əsas (baş) girişi Əsas binanın arxa girişi

1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

Embed Size (px)

Citation preview

Page 1: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

1. Ümumi məlumat

1.1 Əsas binanın girişləri

Əməkdaşlar (ofis işçiləri) və o cümlədən ziyarətçilər həyətdən (bayırdan) əsas binaya

daxil olmaq üçün iki girişdən istifadə edə bilərlər. Bunlardan birincisi əsas binanın baş

(əsas) girişi, digəri isə əsas binanın arxa girişidir.

1.2 Avtoparkdan əsas binaya daxil olmaq üçün girişlər

Avtoparkdan əsas binaya daxil olmaq üçün dörd giriş nəzərdə tutulmuşdur.

Bu girişlərdən iki ədədi əsas binanın -1-ci mərtəbəsindəki avtoparkda, digər iki giriş isə -2

mərtəbəsindəki avtoparkda yerləşir.

Əsas binanın əsas (baş) girişi Əsas binanın arxa girişi

Page 2: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

1.3 Podiumun girişləri

Podiuma həm həyətdən, həm avtoparkdan, həm də əsas bina ilə podium arasında

quraşdırılmış körpü (dəhliz) üzərindən keçməklə daxil olmaq olar.

Avtoparkdan əsas binaya 1-ci giriş

Avtoparkdan əsas binaya 2-ci giriş

Podiumun girişi (həyət)

Podiumun girişi (Avtopark)

Page 3: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

Podiumdan əsas binaya və əksinə olan keçid (2-ci mərtəbə)

2. Təhlükəsizliyin təmin edilməsi üçün girişlərdə quraşdırılmış avadanlıqlar

Təhlükəsizliyin təmin edilməsi üçün Əsas binanın və podiumun girişlərində (həm çöl,

həm də avtopark) 3-tip avadanlıq quraşdırılmışdır. Bu avadanlıqlara X-Ray, Metal

detektoru və turniket aiddir. Bunlardan X-Ray və Metal detektoru binaya təhlükəli

yüklərin (məsələn silah) keçirilməsinin qarşısını almaq üçün, turniket isə icazəsi olmayan

şəxlərin binaya girişinin qarşısını almaq üçün istifadə olunur. Turniket Girişə Nəzarət

(Access Control) sisteminin elementlerindən biri olaraq yalnız əvvəlcədən bu sistemdə

tanıtdırılmış keçid kartına sahib olan şəxslər binaya (o cümlədən, podiuma, avtoparka və

binanın daxilində olan digər iş yerlərinə) daxil olmasına imkan verir. Eyni zamanda hər

bir turniket quraşdırıldığı qapıda (əarzidə) daxil olma və tərkmetmə vaxtlarının

qeydiyyatını aparır.

Page 4: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

Metal detektoru, X-ray və turniket

2.1 Ofis mərtəbələrində qurulan keçid avadanlıqları

Ofislər yerləşən mərtəbələrdə kart ouxuycusu (Card reader ) ilə təmin edilmiş şüşə

qapılar quraşdırılmışdır. Hər mərtəbədə iki qapı (liftlətdən çıxdıqda sağ və sol tərəflərdə)

və hər qapı üçün bir ədəd kart ouxyucusu quraşdırılmışdır.

Metal

detektoru

X-Ray

Turniket

Page 5: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

3. Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümlədən

avtoparklardan əsas binaya və podiuma) daxil olma

Yuxarıda qeyd kimi etdiyimiz təhlükəsizlik məqsədilə binaya və podiuma daxil olan

girişlərdə (həm çöl həm də avtopark girişləri) 3 müxtəlif avadanlıq quraşdırılmışdır.

Bununla əlaqədar əməkdaşlar bu üç avadanlığı keçdikdən sonra içəri daxil ola bilər.

Arıcıllıq aşağıdakı kimidir:

Əməkdaş binanın (o cümlədən podium) girişlərindən birinə (həm çöl, həm də

avtopark) daxil olur.

Əgər əlində hər hansı bağlma, çanta və bu kimi digər yük varsa onu X-Ray

maşınının konveyerinə qoyur.

Özü isə metal detektorundan keçir.

Sonra kartı turniketdə oxuduraq icazə hüququ olduğu halda binaya daxil olur.

Əgər əl yükü varsa onu X-Ray maşının qarşı tərəfindən götürür.

Liftlərin girişinə yaxınlaşaraq lazım olan mərtəbəyə qalxır.

X-Ray və metal detektorunun istifadəsi çox sadə olduğundan bu təlimatda yalnız turniket

və ofis mərtəbələrində yerləşən giriş qapıları haqda məlumat veriləcəkdir.

3.1 Turniketdən istifadə olunması (binaya daxil olma)

Turniketə yaxınlaşarkın onun üzərində olan optik siqnallara (işıq işarələri) fikir vermək

lazımdır. Optik işarələr turniketin üst tərəfində quraşdırılmışdır

Bu işarə turniketin işlədiyini və ox göstərilən istiqamətdən keçmək lazım olduğunu

göstərir.

Page 6: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

İşçi kartı turniketin kart oxuycusuna yaxınlaşdırır (Turniketin üzərində yaşıl kart

işarəsi yanmalıdır)

Turniket kartı oxuyur və əgər keçid icazəsi varsa bu haqda həm səs həm də optik

(işıq) siqnalı ilə məlumat verir. Bu işarə keçmək olar kimi qəbul edilə bilər

(Turniketin üzərində yaşıl ox işarəsi yanır)

Turniketin Şüşə panelləri (qapılar) açılır və binanın daxilinə giriş təmin olunur.

Binanı tərk etdikdə də eyni qaydalardan istifadə olunur.

y

Şüşə panel

(baryer)

Yaşıl kart işarəsi. Turniket

işə hazırdır kartı oxutmaq

olar.

Page 7: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

4. Ofis mərtəbələrindəki qapıların açılması bağlanması

Əməkdaşlar ofis mərtəbələrində yalnız iş yerlərinə daxil olarkən kartlardan istifadə

edəcəklər. Yəni bu qapılar bayır tərəfdən (lift girişləri olan sahə) kartı oxutmaqla, içəri

tərfdən isə qapı dəstəyi sıxılmaqla açıla bilər. Hər qapı üçün bir kart oxuyucusu

quraşdırılmışdır. Əməkdaşlar ofislərə daxil olmaq üçün aşağıdakı ardıcıllıqda istifadə

etməlidirlər.

Liftlərdən çıxıb İş yerinə açılan qapıya yaxınlaşmaq

Kartı qapının yanındakı divarda yerləşdirilmiş kart oxuyucusuna yaxınlaşdırmaq

(Kart oxuyucusunun üzərində qırmızı işıq yanır)

Əgər Sizin qapıdan keçmə hüququnuz varsa (kart sistemdə tanıtdırılıbsa) kart

oxuyucusundakı işıq siqnalı qırmız rəngdən yaşıl rəngə çevrilir və səs siqnalı

verilir.

Bundan sonra qapını açaraq iş yerinə daxil olmaq olar.

İş yerindən lift girişlərinə keçərkən (ofisdən çıxarkən) qapı içəridən qapı dəstəyini

toxunmaqla açıla bilər

Keçmək olar

Qarşı tərəfdən (əks) bu tərəfə

keçmək olmaz. Növbəti keçid

yalnız yaşıl kart işarəsi

yandıqdan sonra olmalıdır. Əks

halda turniket səs siqnalı ilə

alarm verəcəkdir.

Page 8: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun

Card

reader

Mərtəbələrdəki şüşə

qapıları ofis tərəfdən (içəri)

aşağıda göstərilən qapı

dəstəyini sıxmaqla açmaq

olar

Page 9: 1. Ümumi məlumat 1.1 Əsas binanın girişləri - socar.az Controller.pdf · Əsas binanın girişlərindən və podiumun girişlərindən (o cümləd ... X-Ray və metal detektorunun