125
Xəbər bülleteni № 32 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az May 2016 Nazir cəbhə bölgəsinə baş çəkib, təlimləri izləyib 11.05.2016 Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə zonasında yerləşən hərbi hissələrə baş çəkib. Mayın 10-da yayılan rəsmi məlumata əsasən, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdəki səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının vəziyyəti, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub. Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məlumatı dinləyib. Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl verilən polkovnik hərbi rütbəsi təqdim olunub. Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib. Mod.gov.az-ın mayın 10-da yaydığı başqa bir məlumata görə, Zakir Həsənovun rəhbərliyi ilə cəbhədə yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib. Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlarından döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Xəbər bülleteni № 32http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38E-mail: info©transparency.az

May 2016

Nazir cəbhə bölgəsinə baş çəkib, təlimləri izləyib11.05.2016

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə zonasında yerləşən hərbi hissələrə baş çəkib. Mayın 10-da yayılan rəsmi məlumata əsasən, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdəki səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının vəziyyəti, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub. Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məlumatı dinləyib.

Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl verilən polkovnik hərbi rütbəsi təqdim olunub.

Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib.

Mod.gov.az-ın mayın 10-da yaydığı başqa bir məlumata görə, Zakir Həsənovun rəhbərliyi ilə cəbhədə yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib. Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlarından döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Page 2: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Dolların kursu düşüb, avro bahalaşıb11.05.2016

Mayın 11-də Mərkəzi Bank ABŞ dollarının kursunu aşağı salıb. 1 dolların rəsmi məzənnəsi 1,5088 manat müəyyən edilib. Ötən gün 1 dollar 1,5094 manata satılıb.

Avronun məzənnəsi isə qalxıb. Transparency.az xəbər verir ki, 1 avroya 1,7172 manat qiymət qoyulub. Mayın 10-da 1 avro 1,7168 manata təklif olunub.

Mərkəzi Bank Rusiya rublunu da bahalaşdırıb. 1 rublun kursu 0,0227 manatdan 0,0228 manata yüksəlib (Məzənnələr).“Avroviziya”da işğalçı Dağlıq Qarabağ rejiminin bayrağı qaldırılıb11.05.2016

Page 3: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

AZƏRTAC-ın məlumatına görə, mayın 10-u Stokholmdakı “Qlobe” arenasında keçirilən “Avroviziya 2016” mahnı müsabiqəsinin birinci yarımfinalında işğalçı Dağlıq Qarabağ rejiminin bayrağı qaldırılıb. Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək Avropa Yayım Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.

İsveçin “Expressen” qəzeti yazır ki, müsabiqənin təşkilatçıları bir qrup bayrağın, o cümlədən separatçı Dağlıq Qarabağ rejiminin bayrağının konsert zalına gətirilməsini qadağan edən qərar verib. Sonradan bu qərar müsabiqəyə gətirilən bayraqlardan siyasi bəyanat məqsədilə istifadə olunmaması şərti ilə ləğv edilib. Qaydalara məhəl qoymayan erməni ifaçı qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını müsabiqə zalına gətirib. Pozuntunu vaxtında görən müsabiqə təşkilatçıları bayrağı İveta Mukuçyanın əlindən alıb.

Müsabiqənin prodüseri Sven Stoyanoviç jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayım Birliyi araşdırma aparacaq.

Tədbirin meneceri Sitse Bakker deyib: “Biz çox aydın şəkildə öz siyasətimizi ifadə etmişik, biz siyasi bəyanat ola biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirik”.

Sietse Bakker “Aftobladet” qəzetinə müsahibəsində bildirib ki, bayraq siyasi bəyanat vermək üçün istifadə edilib: “Bu artıq bir cinayət ola bilər”.

Məlumatlarda o da qeyd olunub ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olan regiondur və bu ərazini beynəlxalq ictimaiyyət Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Yarışmaya gəlincə, Azərbaycanın “Avroviziya 2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli finala vəsiqə qazanıb. AZƏRTAC xəbər verir ki, 18 ifaçının yer aldığı birinci yarımfinalda “Miracle” (Möcüzə) mahnısını oxuyan Səmra Rəhimli hamını üstələyib. Finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belə olub: Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr, Malta.

Page 4: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə ölkəni Elnur Hüseynov və Samir Cavadzadə (8-ci yer), 2009-cu ildə Aysel Teymurzadə və Araş (3-cü yer), 2010-cu ildə Səfurə Əlizadə (5-ci yer), 2011-ci ildə Nigar Camal və Eldar Qasımov (1-ci yer), 2012-ci ildə Səbinə Babayeva (4-cü yer), 2013-cü ildə Fərid Məmmədov (2-ci yer), 2014-cü ildə Dilarə Kazımova (22-ci yer), 2015-ci ildə Elnur Hüseynov (12-ci yer) təmsil edib.

Dövlət Sosial Müdafiə Fondunda qeydə alınanların sayı açıqlanıb11.05.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yeni hesabat yayıb. Hesabata görə, sığortaolunanların sayı 2016-cı ilin aprel ayında 14 166 nəfər artıb və fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 3 240 157 nəfərə çatıb.

Sığortaolunanların 674 681 nəfəri (20,82 faiz) 30 yaşa qədər, 816 325 nəfəri (25,20 faiz) 30-40 yaşlarında, 654 814 nəfəri (20,21 faiz) 40-50 yaş, 685 322 nəfəri (21,15 faiz) 50-60 yaş aralığında olan vətəndaşlar, digərləri 60 yaşdan yuxarı olan şəxslərdir.

Fərdi uçot sistemində hesabı açılanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 990 nəfər çoxalıb.

Ekoloji pozuntuların statistikası11.05.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 16-30 aprel

Page 5: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

arası ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlayıb. Rəsmi məlumata əsasən, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verdiyi qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 32 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 36 iş üzrə 38476 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 49597 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 240 iş üzrə 64276,38 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 13, icra qurumlarına 25, məhkəmələrə isə 5 iş göndərilib.

Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında hesabat11.05.2016

Dövlət Statistika Komitəsi Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında hesabat yayıb. Rəsmi məlumatda bildirilir ki, bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 11835,9 min ton, yük dövriyyəsi isə 2314,1 milyon ton-kilometr olub. Yüklərin 7590,2 min tonu və ya 64,1 faizi avtomobil nəqliyyatı, 3190,8 min tonu və ya 27 faizi dəmir yolu nəqliyyatı, 1054,9 min tonu və ya 8,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 12,4 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,7 faiz və 44 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,7 faizini və ya 1738,1 min tonunu tranzit yüklər təşkil edib.

Page 6: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

2016-cı ilin yanvar-mart aylarında dəhliz vasitəsilə 82,7 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 1663,6 milyon sərnişin-kilometr olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,3 faiz artıb.

Prokuror Cavid Hüseynova 4 il həbs cəzası istəyib11.05.2016

Səbail Rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə proses başa çatır. APA-nın məlumatına görə, mayın 11-də hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror çıxış edərək Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses mayın 16-da davam etdiriləcək.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Ötən il avqustun 8-də bir qrup şəxs ANN.TV-nin reportyoru Rasim Əliyevi döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Page 7: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Lujkov: “Rusiya “əllə idarə olunma rejiminə” doğru irəliləyir”11.05.2016

Rusiya paytaxtı Moskvanın sabiq meri Yuri Lujkov jurnalistlərə ölkəsinin hazırkı dövlət idarəçiliyindən danışıb.

Novator.az-ın məlumatına görə, Lujkov deyib ki, hazırkı dövlət idarəçiliyi “əllə idarə olunan sistemi” xatırladır. Sabiq mer hesab edir ki, belə sistem disbalansa səbəb ola, rusiyalıların vəziyyətini pisləşdirə bilər.

Aprelin 14-də Rusiya prezidenti Vladimir Putin birbaşa efirdə ölkə vətəndaşlarının suallarını cavablandırıb. Yuri Lujkov jurnalistlərə açıqlamasında bu məsələdən də söz açıb: “Canlı yayımda Vladimir Putinlə sual-cavablara baxdım. Çoxları bu qədər sualın içində macal tapıb Putinə sual verə bilməsi ilə fəxr edir. Putin, əlbəttə, hazırlaşır, mövzuya uyğun cavab verməyə, dəyərli iş görməyə çalışır. Amma mən bir məsələ üzərində də düşünərdim: sualın çox olması ölkədə vəziyyətin heç də ürəkaçan olmadığından, böyük problemlərin mövcudluğundan xəbər verir. Ölkənin birinci şəxsə üz tutması göstərir ki, Rusiya “əllə idarə olunma rejiminə” doğru irəliləyir”.

Açıqlamasında Lujkov Nazirlər Kabinetinin işindən narazılığını ifadə edib və prezidenti hökumət qarşısında qaldırılan problemləri, eyni zamanda hökumətdəki kadr problemlərini dərhal həll etməyə çağırıb.

Sabiq mer bildirib ki, dövlət başçısı vətəndaşların dolanışığını yaxşılaşdırmasa, onun işi digər uğurlar nəzərə alınmadan dəyərləndiriləcək: “Hakimiyyət problemləri yaxşı həll edərsə, xalq ildən-ilə daha yaxşı yaşayarsa, ölkə texnoloji cəhətdən inkişaf etmiş dövlətlər səviyyəsinə

Page 8: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

yüksələrsə, elmdə, istehsalatda önə keçərsə, belə ölkənin lideri həm öz müasirləri arasında, həm də gələcək tarixdə müsbət dəyərləndirilər. Düşünürəm ki, istənilən dövlət başçısı özünə belə bir sual verir: bu və ya digər situasiyada ona necə qiymət veriləcək?”

Yuri Lujkov 1992-2010-cu illərdə Moskvanın meri olub.

Vladimir Putin ilk dəfə 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ilin martından yenidən prezident kürsüsündə oturur.

Üç ayda Rusiyadan Ermənistana nə qədər pul axıb?11.05.2016

2016-cı ilin ilk rübündə Rusiyadan Ermənistana bankla fərdi pul köçürmələri ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artıb. Ermənistan Mərkəzi Bankının mayın 11-də yaydığı hesabata görə, eyni müddətdə Ermənistandan Rusiyaya pul köçürmələri 43,7% çoxalıb.

Transparency.az xəbər verir ki, hesabat dövründə Rusiyadan Ermənistana pul daxilolmalarının təmiz həcmi ötən ilə nisbətdə 13,2% azalaraq 92,6 milyon dollar olub.

Azərbaycan nefti büdcə qiymətindən 21 dollar 24 sent baha satılır11.05.2016

Mayın 11-də dünya birjalarında neftin qiyməti artıb. Nyu-York NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,22 dollar bahalaşaraq 44,49 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,89 dollar artaraq 45,35 dollar olub.

Page 9: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,55 dollar bahalaşaraq 46,24 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 21 dollar 24 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Keçmiş sovet məkanı: hökumətlər necə formalaşır?11.05.2016

Transparency.az keçmiş SSRİ ölkələrində hökumətlərin necə formalaşmasına nəzər salıb.

1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Ermənistanın yeni konstitusiyası 2017-ci ildən ölkənin parlament respublikası idarə üsuluna keçidini nəzərdə tutur. Yeni ana yasaya görə, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Prezident baş nazir postuna parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.

Gürcüstanda hökumətin başçısı baş nazirdir. Prezident parlamentdə ən çox mandatı olan partiya və ya blokun təqdim etdiyi şəxsi baş nazirliyə namizəd irəli sürür. Baş nazir postuna irəli sürülən namizəd hökumət proqramını və digər hökumət üzvlərinin namizədliyini parlamentə təqdim edir. Parlament bu tərkibə etimad bildirməsə, prezident parlament üzvlərinin beşdə ikisinin təqdim etdiyi şəxsi baş nazir postuna namizəd göstərir. Bu variant da keçməsə, prezident parlamenti buraxır.

Estoniya, Latviya, Litva, Moldova və Ukraynada da oxşar sistem var. Bu ölkələrdə hökumət parlament seçkisinin nəticəsi əsasında formalaşır.

Rusiyada icra hakimiyyətini hökumət həyata keçirir. Hökumətin sədrini prezident parlamentin aşağı palatası olan Dövlət Dumasının razılığı ilə vəzifəyə təyin edir.

Page 10: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Belarusda icra hakimiyyətinə prezident başçılıq edir, hökuməti o formalaşdırır. Prezident baş naziri vəzifəyə parlamentin aşağı palatasının razılığı əsasında təyin edir. Deputatlar baş nazirin təyinatına iki dəfə razılıq verməsə, prezidentin baş naziri birbaşa təyin edib aşağı palatanı buraxmaq hüququ var.

Qazaxıstanda hökuməti prezident təşkil edir. Baş nazir parlamentin razılığı ilə təyin olunur.

Qırğızıstanda baş nazirin rəhbərlik etdiyi hökumət ali icraedici orqandır. Baş nazir postuna namizədi parlamentdə deputatların yarıdan çoxunu təşkil edən fraksiya və ya koalisiya irəli sürür. Parlament hökumətin tərkibini və proqramını təsdiqlədikdən sonra prezident baş naziri və hökumət üzvlərini vəzifəyə təyin edir.

Tacikistanda prezident icraedici hakimiyyətin rəhbəridir. Prezidentin baş nazirin təyinatı ilə bağlı fərmanını parlament təsdiq edir.

Özbəkistanda icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir. Baş nazir postuna namizədi parlamentin aşağı palatasında ən çox deputatı ola siyasi partiya və ya partiyalar təqdim edir. Prezident təqdim olunan namizədi parlament palatalarının müzakirəsinə və təsdiqinə verir. Baş naziri parlament palataları sadə səs çoxluğu ilə təsdiq edir.

Türkmənistanda Nazirlər Kabinetinin sədri prezidentdir. Nazirlər Kabineti prezident səlahiyyətlərini icra etməyə başladığı gündən bir ay ərzində formalaşır.

Azərbaycanda isə icra hakimiyyəti prezidentə mənsubdur. Konstitusiyada Nazirlər Kabinetinin statusu ölkə prezidentinin yuxarı icra orqanı kimi müəyyən olunub. Nazirlər Kabineti prezidentə tabedir və onun qarşısında cavabdehdir. Yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Baş naziri Milli Məclisin razılığı ilə prezident təyin edir. Prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, baş nazir Milli Məclisin razılığı olmadan təyin edilə bilər.

Apreldə 334 əcnəbi ölkədən çıxarılıb11.05.2016

Page 11: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Dövlət Miqrasiya Xidməti 2016-cı ilin aprel ayı ilə bağlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, ay ərzində 1706 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması halı müəyyən edilib. Onlardan 21-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri yenisi ilə əvəz olunub, 137 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1214 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 334 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9384 müraciət daxil olub. Olduğu yer üzrə qeydiyyatla bağlı 39935 əcnəbinin müraciəti qeydə alınıb.

“Qeyri-neft sektoruna görünməmiş dərəcədə diqqət yetirməliyik”12.05.2016

Page 12: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

“Qeyri-neft sektoruna görünməmiş dərəcədə diqqət yetirməli, ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik”. Mayın 11-də Fransa Sahibkarlar Təşkilatı MEDEF-in nümayəndə heyəti ilə görüşən prezident İlham Əliyev belə deyib.

MEDEF-lə əməkdaşlığın müxtəlif istiqamətlərinə toxunan prezident qeyd edib ki, indi diqqəti enerji, nəqliyyat, kosmos sənayesi və digər ənənəvi sahələrlə yanaşı Azərbaycan üçün prioritet xarakter daşıyan sektorlara yönəltmək olar: “Neft qiymətlərindən, neft və qaz sektorundan asılılığın azaldılması və xalqımız üçün yaxşı yaşayış standartlarını təmin edə biləcək davamlı iqtisadiyyatın qurulması nəzərdə tutulur. Biz bu istiqamətdə işləyirik, iqtisadi islahatları və Azərbaycanda iş yerlərinin artırılmasına yönəlmiş islahatları həyata keçiririk.

Son illər ərzindəki iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələnin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur. Son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb. Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılıb, hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərib. Bu, əsasən əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalıb. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricidir. Lakin biz daha çox çalışmalıyıq. 2016-cı il üçün nəzərdə tutduğumuz planlar sabitləşmə ilə bağlıdır. Bu artıq baş verir.

Hazırda maliyyə vəziyyəti sabitdir. Eyni zamanda büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib.

Page 13: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur”.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı hökumətin Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışdığını vurğulayıb: “1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox yoxsul vəziyyətdə idi. Vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi. Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi. Biz dövləti qurmalı idik. İqtisadiyyat tənəzzülə uğramışdı. İnflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi. Bir sözlə, irəliyə doğru getmək üçün yeganə yol ölkəni xarici sərmayələrə açıq etmək idi. Bu, yeganə yol idi.

1994-cü ildə hökumətimiz Azərbaycanı dünyaya açan “Əsrin kontraktı” adlanan müqaviləni imzaladı. Bu, bizə sərmayələri cəlb etmək, iqtisadiyyatı sabitləşdirmək imkanı yaratdı. 1996-cı il artıq resessiyanın dayandığı ilk il oldu. 1996-cı ildən etibarən ölkəmizdə iqtisadi artım dövrü başladı. Ən sürətli artım 2000-ci illərin ortalarında oldu. Bu, əsasən, neft hasilatının və qiymətinin artımı ilə bağlı idi. Biz vəsaitləri müasir infrastrukturu yaratmaq məqsədilə sərf etdik, çünki buna ehtiyacımız var idi. Sosial infrastruktur yaradıldı. Azərbaycanda son 10 il ərzində 3 mindən artıq məktəb və 500-dən çox xəstəxana tikildi. Bütün bunlar sosial layihələrdir. Elektrik enerjisi stansiyaları tikildi. Son 10 il ərzində əvvəlki bütün təcrübə illəri ilə müqayisədə daha çox elektrik enerjisinin istehsalı obyektlərini inşa etmişik. Hazırda biz elektrik enerjisini ixrac edirik. Qazlaşdırma qazla zəngin olan ölkədə cəmi 20 faiz səviyyəsində idi. İndi bu, 90 faizdir. Biz qazı idxal edirdiksə, indi onu ixrac edirik.

Yol infrastrukturuna gəldikdə, minlərlə kilometrlik, bəlkə də, on min kilometrdən artıq yollar çəkilib. Bütün bunlar inkişaf, yenidənqurma və yerli, xarici sərmayə şirkətləri üçün yaratdığımız əsaslar oldu. Hazırda elə bir vaxtdır ki, biz qeyri-neft sektoruna heç vaxt görünməmiş dərəcədə diqqət yetirməliyik. Ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik. Hazırda sürətləndirdiyimiz fəal və dərin iqtisadi islahatlar bu məqsədi daşıyır.

Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub”.

Dolların kursu dəyişməyib12.05.2016

Page 14: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Azərbaycan Mərkəzi Bankı mayın 12-də ABŞ dollarının kursunu dəyişməz saxlayıb. 1 dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,5088 manatdır.

Avronun və rublun məzənnəsi isə yenilənib. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7172 manatdan 1,7237 manata, 1 rubl 0,0228 manatdan 0,0232 manata yüksəlib.

Digər valyutaların kursu belə müəyyən edilib:

1 gürcü larisi – 0,6843 manat

1 ingilis funt sterlinqi – 2,1786 manat

1 İsveçrə frankı – 1,5535 manat

1 türk lirəsi – 0,5105 manat.

Bayraq qalmaqalına görə cəza olacaq12.05.2016

Avropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını “Avroviziya” mahnı yarışmasına gətirməsi ilə bağlı bəyanatda belə deyilir.

Mayın 10-u İsveçin paytaxtı Stokholmdakı “Qlobe” arenasında “Avroviziya 2016” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan arenada işğalçı Dağlıq Qarabağ rejiminin bayrağını qaldırıb.

Page 15: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

AZƏRTAC xəbər verir ki, Avropa Yayım Birliyi və mahnı yarışına məsul olan nəzarət qrupu Ermənistan təmsilçisinin gözləmə otağında qondarma qurumun bayrağını dalğalandırmasını pisləyib. Bəyanatda bildirilir ki, bu cür hadisələr “Avroviziya” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərir: “Nəzarət qrupu Ermənistanın yayım hüququ olan İctimai Televiziyasına (AMPTV) qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq”.

Bəyanatda vurğulanır ki, “Avroviziya” qaydalarına əsasən, yayım zamanı hər hansı bir qurumun, müəssisənin, təşkilatın siyasi və ya digər səbəbdən təbliğinə icazə verilmir: “Avropa Yayım Birliyi Ermənistanı tolerantlıqdan sui-istifadə edərək qaydaları pozmamağı tələb edir. Nəzarət qrupu bir daha bəyan edir ki, qaydaların pozulması ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə bilər”.

1988-ci ildə ermənilər Azərbaycanın tərkibində muxtar vilayət olan Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıblar. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. Ermənilər saxta qurumu “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır. 1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib.

“AzəriLayt” ilin rekordunu təzələdi12.05.2016

Mayın 12-də “AzəriLayt” markalı neftin bir barreli 2,01 dollar bahalaşaraq 48,25 dollara satılır. Xəbəri AZƏRTAC yayıb.

Məlumata görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 46,06 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 47,43 dollara təklif edilir.

Transparency.az bildirir ki, 2016-cı ildə Azərbaycan neftinin ən yüksək qiyməti 48,09 dollar olmuşdu (29 aprel).

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini yubanmadan görüş keçirməyə çağırır12.05.2016

Page 16: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 12-də bəyanat yayıb. Novator.az xəbər verir ki, bəyanatda Azərbaycan və Ermənistan prezidentləri yubanmadan görüş keçirməyə çağırılır. Görüşün gələn həftə Avstriyanın paytaxtı Vyanada keçirilməsi təklif olunur.

Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyonun (Fransa) yaydığı bəyanatda qeyd olunur ki, cəbhə xəttindəki son zorakılıq fonunda və təmas xəttində gərginliyi azaltmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi vaxtı çatıb: “Bizim (Rusiya, Fransa və ABŞ – red.) xarici işlər nazirləri bu görüşün Vyanada keçirilməsinə yardım göstərməyə hazırdırlar. Nazirlərin əsas vəzifəsi atəşkəs rejiminin möhkəmləndirilməsi və nizamlanma üçün əlverişli şəraitin yaradılmasından ibarət olacaq. Zorakılıq davam etdiyi halda danışıqlarda heç bir uğur əldə edilə bilməz. Danışıqlar prosesi olmadan isə sülh mümkün deyil”.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı 51-dir. Bunun 23-ü Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 19-u İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

Son görüş ötən il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə olub.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Hökumətin özəl sektorla dialoqu necə olmalıdır?

Page 17: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

12.05.2016

İqtisadçı ekspert Qalib Toğrul iqtisadiyyat nazirinin bir sıra sahibkarla görüşü fonunda hökumətin özəl sektorla dialoq probleminə diqqət çəkib.

Ötən ay iqtisadiyyat naziri Şahin Mustafayev ona müraciət edən bir qrup iri market şəbəkələri rəhbərlərinin nümayəndələrini qəbul edib. Görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə əlavə dəyər vergisinin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub.

Nazirə müraciət edən sahibkarlar müflis olma təhlükəsi ilə üzləşdiklərini bildirib, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumətdən pərakəndə satış sahəsində vergi yükünü azaltmağı istəyiblər.

Transparency.az-ın məlumatına görə, Qalib Toğrul yazır ki, market sahibləri ilə hökumət qurumları arasında görüş nəticəsiz qalsa da, bu, hər iki tərəf üçün mühüm olan dövlət-özəl sektor dialoqunu gündəmə gətirdi. Ekspertin fikrincə, özəl sektorun problemlərinin həll olunmamasının əsas səbəblərindən biri indiyədək dövlət qurumları ilə aralarında dialoqun olmamasıdır: “Müraciətdən sonra iqtisadiyyat naziri dərhal sahibkarları qəbul etsə də, bu görüşü qətiyyən hökumətlə özəl sektorun dialoqu adlandırmaq olmaz. Əvvəla, görüşün formatı dialoqa uyğun deyildi. Hər iki tərəfdən bütün maraqlı və qərar vermək səlahiyyəti olan tərəflər dialoqda təmsil olunmamışdı. Əksər maraqlı və səlahiyyətli dövlət qurumları, sahibkarların ən böyük ictimai birliyi olan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prosesdən kənarda qalmışdı.

Görüş dövlət-özəl dialoqunun başlıca prinsipinə — açıqlığa zidd, bağlı qapı arxasında keçirildi. Nazirliyin mətbuat xidməti “nazir problemləri dinlədi, araşdırılır” kəlmələrindən ibarət bir-iki cümləlik məlumat yaydı. Dövlət-özəl dialoqunda dövlətin məqsədi biznesin real vəziyyəti barədə səhih informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini problemlərinə cəlb etməklə qanunvericilikdə dəyişiklik yolu ilə biznes mühitini münbitləşdirməkdir. Ancaq çox təəssüf ki, təşkilatlanmamış, birlik qurmamış sahibkarların təqdim etdikləri təkliflər aydın deyildi və əsaslandırılmamışdı. Elə hökumət qurumlarına da onların nə istədikləri tam aydın deyil”.

Page 18: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ekspert əlavə edir ki, dövlət-biznes dialoqu nəticə etibarı ilə hər iki tərəfin qazandığı, konstruktiv proses olmalıdır: “Market sahibləri ilə dövlət qurumlarının dialoqu isə informasiya mübadiləsindən daha çox ittiham, hədə üstündə qurulmuşdu. Market sahibləri əgər tələbləri qəbul olunmazsa, işçilərin ixtisarı, sosial gərginliyin artacağı ilə hökuməti təhdid edirdilər. Hökumət qurumları isə kommunikasiyaya əvvəlcə loyal yanaşsalar da, sonradan qəti şəkildə təkliflərin qəbul oluna bilməyəcəyini bəyan etdilər.

Dialoqun uğurla nəticəsi üçün görüşdə daha çox təcrübəyə malik beynəlxalq təşkilatların və müstəqil vətəndaş cəmiyyətinin təmsil olunması vacib şərtdir. Hazırda ölkədə hər iki ictimai kəsimin fəaliyyəti məhdudlaşdığı üçün praktiki baxımdan bu mümkün deyil”.

İqtisadiyyat Nazirliyi istehlakçılara dərmanlarla bağlı tövsiyə verdi12.05.2016

İqtisadiyyat Nazirliyi bildirir ki, Tarif Şurası dövlət qeydiyyatına alınan 10 mindən çox dərman vasitəsinin indiyədək 7075-nin qiymətini təsdiq edib. Bunlardan 5741-nin qiymətləri qüvvəyə minib və hazırda onların satışı apteklərdə təsdiq edilən qiymətlərlə həyata keçirilir. Digər 1334 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək.

Mayın 12-də yayılan rəsmi məlumata görə, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyun ayının sonunadək başa çatdırılacaq. Qiymətləri təsdiq edilən dərman vasitələrinin qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının rəsmi internet saytında(www.tariff.gov.az) yerləşdirilib. Siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Nazirlik bildirir ki, təsdiq olunmuş qiymətləri qüvvəyə minən dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır. İstehlakçılara fərqli qiymətlə qarşılaşdıqda qurumun 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

Uçotsuz fəaliyyət göstərən 1481 şəxs və ya təsərrüfat subyekti uçota alınıb12.05.2016

Page 19: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti, ərazi vergilər departamentləri və idarələri ümumilikdə 109 vergi orqanı əməkdaşından ibarət 27 qrup yaradıb. AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, həmin qruplara vergi ödəyicilərinə xidmət şöbəsinin və uçot məlumat bazalarının aktuallığının təmini bölməsinin əməkdaşları və digər şöbələrdən əməkdaşlar cəlb olunub.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti, ərazi vergilər departamentləri və idarələri ümumilikdə 109 vergi orqanı əməkdaşından ibarət 27 qrup yaradıb. AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, həmin qruplara vergi ödəyicilərinə xidmət şöbəsinin və uçot məlumat bazalarının aktuallığının təmini bölməsinin əməkdaşları və digər şöbələrdən əməkdaşlar cəlb olunub.

Qrupların bu ilin aprel ayı ərzində həyata keçirdiyi tədbirlər nəticəsində uçotsuz fəaliyyət göstərən 1481 şəxs və ya təsərrüfat subyekti uçota alınıb. 287 halda şəxsin həm özünün, həm də təsərrüfat subyektinin uçota alınması, 400 halda vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti göstərən şəxsin uçota alınması, 794 halda isə vergi orqanında uçota alınmış (VÖEN-i olan) vergi ödəyicisinin təsərrüfat subyektinin uçota alınması təmin edilib.

İstehlak bazarı: yanvar-aprel aylarında 10,5 faiz bahalaşma gedib12.05.2016

2016-cı ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2 faiz artıb. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Page 20: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Hesabata görə, 2016-cı ilin aprel ayında mart ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,2 faiz, o cümlədən ərzaq məhsulları 0,1 faiz, qeyri-ərzaq məhsulları 0,5 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Dövlət Statistika Komitəsi kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında da məlumat yayıb. Qeyd olunur ki, 2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 21 faiz düşüb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz artıb.

Ön xətdə yeni hərbi hissə12.05.2016

Ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib. Müdafiə Nazirliyinin rəhbərliyi açılışda iştirak edərək yeni inşa edilən qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ilə tanış olublar.

Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissəyə yaxın kəndlərdə yaşayan və burada işlə təmin edilən mülki heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb.

Xəbəri mayın 12-də Mod.gov.az yayıb.

Page 21: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Braziliya Senatı prezidenti vəzifədən uzaqlaşdırdı12.05.2016

Page 22: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Braziliya parlamentinin yuxarı palatası (Senat) mayın 12-də prezident Dilma Russefi 6 ay (180 gün) müddətinə vəzifədən uzaqlaşdırmağa səs verib. Novator.az-ın məlumatına görə, qərar 20 saatlıq müzakirədən sonra çıxarılıb.

Senatın 55 üzvü Dilma Russefin impiçment prosesinin davam etdirilməsinin lehinə, 22 üzvü əleyhinə çıxıb. Prezidenti 180 gün müddətinə vəzifədən kənarlaşdırmaq üçün 41 səs gərək idi.

Dilma Russef büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergi pozuntularında günahlandırılır.

Braziliya Konqresinin Deputatlar Palatası aprelin 17-də Dilma Russefi vəzifədən kənarlaşdırmağa səs verib. Səsvermədə impiçment qərarını aşağı palata deputatlarının üçdə ikisi – 342 nəfər dəstəkləyib.

Tam impiçment üçün Senat Ali Məhkəmə sədrinin rəhbərliyi ilə toplanmalıdır. Həmin iclasda 54 deputat impiçmentə tərəfdar çıxsa, 2018-ci ilin prezident seçkisinədək dövlət başçısının səlahiyyətləri vitse-prezident Mişel Temerə keçəcək.

Bu il manata 2 milyard 426,2 milyon dollar xərc çəkilib12.05.2016

Mayın 12-də Dövlət Neft Fondu valyuta hərracında 44,8 milyon dollar satıb. Hərraca 50 milyon dollar məbləğində vəsait çıxarılıb. Rəsmi məlumata görə, 9,8 milyon dollar məbləğində vəsaiti 8 bank, 35 milyon dollar məbləğində vəsaiti Azərbaycan Mərkəzi Bankı alıb.

Page 23: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 740,8 milyon dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685,4 milyon ABŞ dolları alınıb.

İki qurumun manatın sabitliyinə çəkdiyi birgə xərc 2 milyard 426,2 milyon dollardır.

İş yerinə dair elektron arayış hesabatı yayılıb12.05.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, iş yerinə dair elektron qaydada arayış əldə edənlərin sayı artıb. Nazirlik bildirir ki, əhali təkcə ötən ay “Elektron hökumət” portalında təqdim olunan “İş yerinə dair arayış” elektron xidmətindən 13 min 739 dəfə faydalanıb.

“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir və həmin e-xidmətdən istifadə sayı bu il mayın 1-dək 282 min 548-ə çatıb.

“İş yerinə dair arayış” e-xidmətindən istifadə etmək istəyən şəxs bunun üçün “Elektron hökumət” portalında müvafiq e-xidməti seçir. Sonra portalla mexaniki şəkildə iş yerinə dair formalaşdırılmış arayışı aidiyyəti quruma həm elektron, həm də çap formada təqdim etmək olar. Həmin e-arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti kimi məlumatlar əksini tapır.

Ukraynada yeni qanun: hüquq təhsili olmayan da baş prokuror postu tuta biləcək12.05.2016

Page 24: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ukrayna prezidenti Pyotr Poroşenko mayın 12-də “Prokurorluq haqqında” qanuna dəyişikliyi imzalayıb. Novator.az-ın məlumatına görə, yenilik hüquq təhsili olmayan şəxsə baş prokuror postu tutmaq imkanı verir.

Baş prokuror postunu hüquq təhsili olmayan şəxsin tutmasına imkan verən qanun layihəsini bu gün Ali Rada qəbul edib. Layihəni 258 deputat dəstəkləyib.

Yeni qaydanın baş prokuror postuna namizəd Yuri Lusenkoya görə qəbul olunduğu bildirilir. Parlamentdə Pyotr Poroşenko blokuna liderlik edən Lusenko hüquq təhsili olmadığına görə baş prokuror postuna namizəd göstərilə bilməzdi.

Lusenko 1989-cu ildə Lvov Politexnik İnstitutunun elektrotexnika fakültəsini bitirib.  O, Viktor Yuşşenkonun prezidentliyi dövründə (2005-2010) iki dəfə daxili işlər naziri olub.

Əvvəlki baş prokuror Viktor Şokin 2016-cı ilin martında prezidentin təklifi ilə istefa verib.

Dörd ayda 2 milyard 204,9 milyon manat vergi yığılıb12.05.2016

Bu ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 manat vəsait daxil olub, bu da proqnoz tapşırığına 104,8 faiz əməl edilmə deməkdir.

Vergilər Nazirliyi bildirir ki, hesabat dövründə 37 min 80 vergi ödəyicisi qeydiyyata alınıb.

2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur (41,7 faiz).

Çində vergi islahatı12.05.2016

Page 25: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Çin Xalq Respublikasında müəssisələr üçün mənfəət vergisi tamamilə əlavə dəyər vergisi (ƏDV) ilə əvəz edilib.

AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, mayın 1-dən ƏDV tikinti, daşınmaz əmlak, maliyyə-pul və istehlak xidmətləri sahəsində dörd vergi növünü əvəz edir. Hökumətin qərarına əsasən, mayın 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələr ƏDV ödəməlidir.

Müəssisələrin gəlir vergisinin əvəzinə ölkənin hər yerində ƏDV tətbiq olunması biznesin üzərindəki yükü 500 milyard yuan (76,92 milyard dollar) həcmində azaldacaq.

2012-ci ildə ƏDV-yə keçid sxemi pilot layihə kimi sınaqdan keçirilib. O vaxt dəyişiklik nəqliyyat, logistika və informasiya texnologiyaları sektorlarında tətbiq olunub. Bu ilin ilk yarısına qədər həmin pilot sxem Çindəki biznesə 75 milyard dollar vəsaiti özündə saxlamağa imkan yaradıb.

Prezident özəl teleradio yayımçılarına yardım ayırdı12.05.2016

Mayın 12-də prezident İlham Əliyev özəl teleradio yayımçılarına yardım göstərilməsi haqda sərəncam imzalayıb.

Sərəncama əsasən, özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi üçün Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, bu vəsait cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə ayrılır.

Məhkəmənin yeni üzvü sədr postuna təyinat aldı13.05.2016

Page 26: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Prezident İlham Əliyev Rəşadət Əhməd oğlu Ağayevi Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edib. Sərəncam mayın 12-də imzalanıb.

Transparency.az bildirir ki, 1964-cü ildə doğulan Rəşadət Ağayev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ali Məhkəmənin Hərbi Kollegiyasının məhkəmə iclas katibi, Qaradağ Rayon Məhkəməsinin hakimi, Bakı Apellyasiya Məhkəməsinin hakimi, Ali Məhkəmənin hakimi olub.

Şirvan Apellyasiya Məhkəməsinin hakimi postuna bu il mayın 6-da təyinat alıb.

Dövlət başçısının mayın 12-də imzaladığı digər sərəncamla Əsgər Əyyub oğlu Ələkbərov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin olunub.

Finalçılar bəllidir13.05.2016

“Avroviziya 2016” mahnı müsabiqəsindəki Azərbaycan təmsilçisi Səmra Rəhimli finalda 4-cü çıxışçı olacaq. Mahnı yarışının birinci yarımfinalında (10 may) işğalçı Dağlıq Qarabağ rejiminin bayrağı qaldırmış Ermənistan təmsilçisi İveta Mukuçyan isə sonuncu – 26-cı çıxışçıdır. Final mayın 14-ü İsveçin paytaxtı Stokholmdakı “Qlobe” arenasında keçiriləcək.

Səmra Rəhimli 18 ifaçının yer aldığı birinci yarımfinalda “Miracle” (Möcüzə) mahnısı ilə hamını üstələyib. Onunla birgə finala Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr, Malta təmsilçiləri də vəsiqə qazanıblar.

Page 27: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mayın 12-də təşkil olunan ikinci yarımfinalın qalibləri isə Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır.

İsveç, Fransa, İspaniya, Böyük Britaniya, Almaniya və İtaliya da finalda yarışacaqlar.Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə ölkəni Elnur Hüseynov və Samir Cavadzadə (8-ci yer), 2009-cu ildə Aysel Teymurzadə və Araş (3-cü yer), 2010-cu ildə Səfurə Əlizadə (5-ci yer), 2011-ci ildə Nigar Camal və Eldar Qasımov (1-ci yer), 2012-ci ildə Səbinə Babayeva (4-cü yer), 2013-cü ildə Fərid Məmmədov (2-ci yer), 2014-cü ildə Dilarə Kazımova (22-ci yer), 2015-ci ildə Elnur Hüseynov (12-ci yer) təmsil edib.

Məşhur qəzet çapını dayandırdı13.05.2016

Rusiyanın aparıcı gündəlik qəzetlərindən olan “Novıye İzvestiya” mayın 13-dən çapını dayandırıb. Novator.az-ın məlumatına görə, redaksiya bu addımı maliyyə çətinlikləri üzündən atıb. Qəzetin saytında yayılan açıqlamada bildirilir ki, bəzi tərəfdaşların süni şəkildə yaratdığı maliyyə vəziyyəti çap versiyasının fəaliyyətini davam etdirməyə imkan vermir. Qeyd olunur ki, yaxın vaxtda maliyyə çətinliklərini dəf etmək mümkün olmasa, qəzetin saytı da fəaliyyətini dayandıracaq.

“Novıe İzvestiya”nı 1997-ci ildə “İzvestiya” qəzetindən ayrılmış bir qrup jurnalist yaradıb. 2003-cü ilə qədər qəzetə “İzvestiya”nın baş redaktor postundan istefa vermiş İqor Qolembiovski rəhbərlik edib. 2003-cü ildən baş redaktor postunu Valeri Yakov tutur. Qəzetin səhmləri də onun mülkiyyətindədir.

Yeni dövlət başçısı hökuməti ixtisar etdi13.05.2016

Page 28: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Braziliyada prezident səlahiyyətlərinin icrasına başlayan vitse-prezident Mişel Temer yeni hökumət formalaşdırıb. Hökumətə 24 kişi nazir daxildir. Prezident vəzifəsindən müvəqqəti uzaqlaşdırılan Dilma Russefin kabinetində 6-sı qadın olmaqla 39 nazir yer alırdı.

Mişel Temer prezident səlahiyyətlərinin icrasına başlayarkən korrupsiyaya qarşı mübarizə əməliyyatının davam etdirilməsinə mane olmayacağını vurğulayıb. Bu əməliyyat dövlətə məxsus “Petrobras” neft şirkətində korrupsiya faktları aşkarlayıb. Dilma Russefin vəzifədən müvəqqəti uzaqlaşdırılması həm də bu araşdırmalarla bağlıdır.

Transparency.az bildirir ki, Mişel Temer 1940-cı ildə anadan olub. Vəkil, hüquq elmləri doktorudur. Braziliya Demokratik Hərəkat Partiyasının sədridir. 2011-ci il yanvarın 1-dən vitse-prezident postu tuturdu.

Braziliya parlamentinin yuxarı palatası (Senat) mayın 12-də prezident Dilma Russefi 6 ay (180 gün) müddətinə vəzifədən uzaqlaşdırmağa səs verib.

Dilma Russef büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergi pozuntularında günahlandırılır.

Braziliya Konqresinin Deputatlar Palatası aprelin 17-də Dilma Russefi vəzifədən kənarlaşdırmağa səs verib. Səsvermədə impiçment qərarını aşağı palata deputatlarının üçdə ikisi – 342 nəfər dəstəkləyib.

Tam impiçment üçün Senat Ali Məhkəmə sədrinin rəhbərliyi ilə toplanmalıdır. Həmin iclasda 54 deputat impiçmentə tərəfdar çıxsa, 2018-ci ilin prezident seçkisinədək dövlət başçısının səlahiyyətləri vitse-prezident Mişel Temerə keçəcək.

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb13.05.2016

Page 29: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

2016-cı ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2129 nəfər artaraq 29 994 nəfərə çatıb. Həmin şəxslərin 89,1 faizi kişilərdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Türkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya, Pakistan, Ukrayna, Filippin vətəndaşları daha çoxdurlar.

Ümumilikdə sistemdəki xarici ölkə vətəndaşları 120-yə yaxın ölkəni təmsil edirlər.

Azərbaycan parlament idarə üsuluna keçməlidirmi?13.05.2016

Azərbaycanda parlament idarə üsulunun tətbiqi gərəkdirmi? Transparency.az bu sualla politoloq Azər Qasımlı və Milli Məclisin deputatı Zahid Oruca müraciət edib.

Page 30: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Azərbaycanda icra hakimiyyəti prezidentə mənsubdur. 125 deputatın hamısı majoritar üsulla seçilən parlamentin baş nazirin təyinatına razılıq vermək səlahiyyəti var. Parlament prezidentin təqdim etdiyi namizədin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verməsə, baş nazir Milli Məclisin razılığı olmadan təyin edilə bilər.

Azər Qasımlı deyir ki, parlament və ya prezident idarə üsulunun tətbiqi məsələsi postsovet məkanında, o cümlədən Azərbaycanda 1990-cı illərdən müzakirə edilir: “Amma istər AXC-Müsavat hakimiyyəti, istər YAP iqtidarı parlament idarə üsulunun tətbiqini qəbul etmədi. Konstitusiyaya görə, bizdə qarışıq sistemdir: prezident idarə üsuludur, amma baş nazir postu var, parlament onu təsdiq edir. Bizdə və Baltik ölkələrini çıxmaq şərti ilə əksər postsovet respublikasında daha çox Fransa modelinə üstünlük verilir. Amma bu sistem ən yanlış təcrübədir, dövlət başçısına, prezidentə manipulyasiyalar üçün şərait yaradır. Ölkədə, iqtisadiyyatda işlər pis gedəndə prezident məsuliyyəti baş nazirin üstünə atır. Əslində isə bütün hakimiyyət prezidentlərin əlindədir”.

Politoloqun fikrincə, klassik parlament respublikası modeli və ya ABŞ-dakı kimi klassik prezident idarə üsulu olsa, Azərbaycanda siyasi münasibətlər fərqli inkişaf edə bilərdi: “Hər iki halda parlamentin önəmi artacaq, onun ciddi impiçment imkanları olacaqdı, bu, prezidenti daha aktiv və daha məsuliyyətli olmağa məcbur edəcəkdi”.

Azər Qasımlı hər bir halda siyasi sistemin normal işləməsi üçün əsas institut və vasitənin azad və ədalətli seçkilər olduğunu vurğulayır: “Əgər seçki azad, ədalətli və rəqabətli deyilsə, istənilən sistem demokratik olmayacaq. Nə bizdə, nə Ermənistanda, nə Özbəkistanda demokratik seçki təcrübəsi var. Ermənistan son konstitusiya dəyişikliyindən sonra parlament respublikası sayılsa da, ziddiyyətli və yanlış qaydalar üzərində qurulmuş sistem qəbul ediblər. Klassik parlament respublikalarında icraedici hakimiyyəti ən çox səs toplayan partiya və partiyaların koalisiyaları formalaşdırır. Ermənistanda isə koalisiyalar olmayacaq. Parlament seçkisində birinci və ikinci yerə çıxan iki partiya mandatların yarıdan çoxunu əldə etmək üçün yenidən seçkiyə qatılacaq. Bu, klassik parlament respublikası modelinə ziddir, bir şəxsin və ya bir qrupun daima təkbaşına hakimiyyətdə qalmasına xidmət edəcək. Hələ ki, bu istiqamətdə ən doğru inkişaf edən Gürcüstandır.

Azərbaycana gəlincə, haçansa parlament respublikası modelinə üstünlük verilsə, keçid tədricən baş verməlidir. Parlament respublikasına birbaşa keçidin fəsadları böyükdür”.

Zahid Oruc parlament idarə üsulunun üstün və mənfi cəhətlərinə diqqət çəkib: “Azərbaycanda parlament idarə üsulunun tətbiqinə baxışlar həmişə müxtəlif olub. Bir qisim hesab edir ki, bu, partiyaların daha da güclənməsinə, ölkədə demokratiyanın, idarəçiliyin möhkəmlənməsinə, xalqın nəzarət imkanlarının artmasına təsir göstərəcək. Digər tərəfin fikrincə isə partiyaların müxtəlif qaranlıq, çirkli layihələrin içərisində olması ölkədə anarxiyaya yol aça bilər. Kollegial idarəçiliyə söykənildiyi halda müharibə şəraitində operativ qərarlar vermək imkanını itirən dövlət cəmiyyətin tələblərinə, çağırışlarına hazır olmaz.

Page 31: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Azərbaycanda güclü partiyalar sisteminin qorunmasının tərəfdarıyam. Partiyalar ölkənin bütün bucaqlarında dayaqlar qurmalı, xalq partiyasına çevrilə bilməlidirlər. Amma indi Azərbaycanda parlament idarə üsuluna keçid real deyil, konstitusiyada dəyişiklik tələb edilir. Nəzərə alsaq ki, 2002 və 2009-cu illərdə biz iki dəfə konstitusiya referendumuna getmişik, yaxın gələcəkdə məsələnin gerçəkləşdirilməsi real görünmür. Hərçənd hazırkı prezident parlament idarə üsulu şəraitində də ölkəni idarə etməyə qadirdir və bu, ölkə üçün hər hansı qeyri-dayanıqlı vəziyyətlərə yol açmaz”.

Cənubi Qafqazın üç ölkəsindən ikisində hökumət parlament seçkisinin nəticəsi əsasında qurulur. Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional (partiya siyahıları üzrə), 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə mandatların yarıdan çoxunu əldə edən partiya formalaşdırır.

90 deputatı proporsional, 41-i majoritar üsulla seçilən 131 yerlik Ermənistan parlamentində də mandatların yarıdan çoxunu alan partiyaya hökumət qurmaq səlahiyyəti verilir. Ölkənin yeni konstitusiyası isə 2017-ci ildən parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur. Yeni ana yasaya görə, hökuməti tam proporsional üsulla seçiləcək 101 yerlik parlamentdə 53 mandatı olan partiya quracaq.

Keçmiş SSRİ ölkələri Estoniya, Latviya, Litva, Moldova, Ukrayna, Qırğızıstanda da hökumət parlament seçkisinin nəticəsi əsasında formalaşır. Özbəkistanda hökumət başçısı postuna namizədi parlamentin aşağı palatasında ən çox deputatı ola siyasi partiya təqdim edir.

Sənaye istehsalı və yükdaşımada nə qədər qiymət artımı var?13.05.2016

Dövlət Statistika Komitəsinin mayın 13-də yayılan hesabatına görə, 2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 8 faiz, o cümlədən mədən sənayesi üzrə 7,4 faiz, emal sənayesi üzrə 8,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz artıb.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə qiymət dəyişikliyi olmayıb.

Page 32: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

2016-cı ilin aprel ayında mart ayına nisbətən sənaye məhsullarının istehsalı 2,4 faiz bahalaşıb. Mədən sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7 faiz, metal filizlərinin hasilatı üzrə 3,1 faiz, daş, qum, çınqıl, duz və digər mədən sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz yüksəlib.

Ay ərzində emal sənayesində istehsal metallurgiya sənayesi üzrə 21 faiz, poliqrafiya fəaliyyəti üzrə 13,4 faiz, geyim istehsalı üzrə 5,3 faiz, kimya sənayesi üzrə 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,6 faiz, tütün məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 2,7 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,5 faiz, mebel istehsalı üzrə 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz bahalaşıb.

İçki istehsalı üzrə 2,2 faiz, kağız və kartonun, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, kompüter və digər elektrik avadanlıqlarının istehsalı, habelə maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşma olub.

Transparency.az bildirir ki, Dövlət Statistika Komitəsinin başqa bir rəsmi hesabatına əsasən, 2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 39,8 faiz artıb.

Cari ilin aprel ayında isə mart ayına nisbətən yükdaşıma 4,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 5,9 və 5,5 faiz, ölkələrarası yükdaşıma hava və dəmir yolu nəqliyyatında 5,5 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında 1,8 faiz ucuzlaşıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Xarici ticarət dövriyyəsi də əriyib, müsbət saldo da…13.05.2016

Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında hesabat yayıb. Transparency.az rəsmi məlumata istinadla bildirir ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140

Page 33: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 87 ölkəyə məhsul ixrac olunub, 130 ölkədən məhsul alınıb.

2016-cı ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 4 milyard 607,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 781,6 milyon dollar, idxalın dəyəri 1 milyard 825,9 milyon dollar təşkil edib, nəticədə 955,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 43,7 faizi Avropa İttifaqı ölkələri, 9,2 faizi MDB üzvü dövlətləri, 47,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

2015-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi 6 milyard 877,5 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 4 milyard 449,1 milyon dollar, idxalın həcmi 2 milyard 428,4 milyon dollar olmuş, nəticədə 2 milyard 20,7 milyon dollarlıq müsbət saldo yaranmışdı.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru yeni rəqəmlər açıqlayıb13.05.2016

2016-cı ildə 778 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib. Məlumatı Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev açıqlayıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 12-si Quba rayonunun Barlı kəndində işgüzar forum keçirib. İşgüzar forumda sahibkarlara güzəştli kredit mexanizmi barədə ətraflı məlumat verilib, Qubada həyata keçirilməsi məqsədəuyğun sayılan nümunəvi layihələr təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 778 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1700-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.

Qeyd edilib ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 2200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 170,4 milyon manat güzəştli kredit alıb.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 445 min manat güzəştli kredit təqdim olunub. Verilmiş kreditlər əsasən heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkündür.

Page 34: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ağdaşda deputatlığa iddiaçıların sayı artıb13.05.2016

90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların sayı 12-yə

Page 35: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

yüksəlib. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli mayın 13-də Transparency.az-a bildirib ki, dairə seçki komissiyasına müraciət edənlərin 1-i Yeni Azərbaycan Partiyasından, 1-i Ümid Partiyasından namizədliyini irəli sürüb, 10 nəfər isə seçkiyə fərdi qaydada qatılıb: “Təsdiq olunan 12 namizəddən 4-ü imza vərəqələrini geri qaytarıb, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qeydə alınıb. Digər şəxslərin imzaları yoxlanır”.

Azərbaycanda son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib.

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki bu il iyunun 18-nə təyin edilib.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Təqvim planına görə, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan başlayıb və mayın 19-u saat 18-də bitəcək.

Avstriyaya yeni kansler gəlir13.05.2016

Avstriya kansleri və Sosial Demokrat Partiyasının lideri postlarına Dəmir Yollarının başçısı Kristian Kern gətirilir. Məlumat mayın 13-də yayılıb.

50 yaşlı vyanalı Kristian Kernin kansler postuna namizədliyini partiyanın bütün bölmələri dəstəkləyib.

Novator.az xəbər verir ki, mayın 18-i Milli Şurada (parlament) yeni hökumətin təqdimatı keçiriləcək.

Əvvəlki kansler və Sosial Demokrat Partiyasının lideri Varner Fayman öz postunu mayın 10-da tərk edib. O, istefasını apardığı siyasi kursda lideri olduğu Sosial Demokrat Partiyasından kifayət qədər dəstək almaması ilə bağlayıb.

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi anlaşması hazırlanır

Page 36: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

16.05.2016

Mayın 15-i Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın görüşü keçirilib. Nazirlər regiondakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hərbi sahədə əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Danışıqlardan sonra brifinq keçirilib. Mod.gov.az-ın məlumatına görə, Zakir Həsənov jurnalistlərə deyib ki, görüşdə üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub.

Zakir Həsənovun sözlərinə görə, nazirlər müdafiə sahəsində üçtərəfli anlaşma memorandumu imzalamağı nəzərdə tuturuq: “Hazırda layihəsi razılaşdırılmaqda olan anlaşma memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq.Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır.

Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, xüsusən son zamanlarda münaqişə zonasında gərginliyin artması nəzərə alınmaqla ətraflı müzakirə etdik. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini və bir-birimizin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyini bir daha qeyd etdik”.

Valyutalarda ucuzlaşma16.05.2016

Page 37: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mərkəzi Bank mayın 16-da ABŞ dollarını ucuzlaşdırıb: 1 dollar 1,5093 manatdan 1,5063 manata enib.

Avronun da məzənnəsi düşüb. Transparency.az xəbər verir ki, mayın 13-də 1,7163 manata satılan 1 avronu Mərkəzi Bank bu gün 1,7036 manata təklif edir.

1 Rusiya rublu isə 0,0232 manatdan 0,0230 manata geriləyib.

9-cu iştirakda 17-ci yer16.05.2016

Azərbaycan “Avroviziya” mahnı müsabiqəsində yenə ilk onluğa düşə bilməyib. Mayın 14-ü İsveçin paytaxtı Stokholmdakı “Qlobe” arenasında keçirilən finalda 117 səs toplayan Azərbaycan təmsilçisi Səmra Rəhimli “Avroviziya 2016”nı 17-ci yerdə başa vurub.

Üçüncü ildir Azərbaycan “Avroviziya” musiqi yarışında ilk onluğa keçə bilmir. 2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri tutub.

Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. İlk 6 iştirak uğurlu olub: 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.

“Avroviziya 2016”ya dönüncə, 26 ölkənin iştirakı ilə keçirilən finalda Ukrayna təmsilçisi Camalə 534 səs toplayaraq qələbə qazanıb. Avstraliya 511 səslə ikinci, Rusiya isə 490 səslə üçüncü yeri tutub.

Krım tatarlarının 1944-cü ildə sürgün olunmasından bəhs edən mahnı ilə birinci olan Camalə (Susanna Camaləddinova) 1983-cü ildə Qırğızıstanın Oş vilayətində doğulub, 6 yaşından Krımda böyüyüb. Atası Krım tatarı, anası ermənidir.

Page 38: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Vergi ödəyicilərinə apreldə göstərilmiş xidmətlər haqqında hesabat16.05.2016

Vergilər Nazirliyi vergi ödəyicilərinə apreldə göstərilmiş xidmətlər haqqında hesabat yayıb. Hesabata görə, aprel ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 25825 sualı cavablandırıb.

Müraciətlərin 18,55%-i qeydiyyat, 18,33%-i elektron xidmətlər, 17,95%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 13,38%-i vergilərin növləri, 9,81%-i vergi qanunvericiliyi, qalanları digər məsələlər barədə olub.

Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 5985 zəng daxil olub, 3405 zəng zamanı vergi borcu, 2580 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara 177500 SMS göndərilib.

Page 39: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Aprel ayında vergi ödəyicilərinə xidmət strukturları 53392 nəfərə 78082 sayda müxtəlif xidmətlər göstərib.

Ay ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 472461 daxilolma qeydə alınıb, bu da ötən ilin müvafiq dövrünə nisbətən 39% çoxdur.

Mərkəzi Bank ilk rüb üzrə pul siyasəti icmalı yayıb16.05.2016

Mərkəzi Bank 2016-cı ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalı yayıb (İcmal). Transparency.az xəbər verir ki, hesabata görə, 2016-cı ilin birinci rübündə valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb: “Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə aşağı düşüb. Dövr ərzində valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i digər valyutalarda aparılıb.Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-mart aylarında bankların satdığı xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 milyon avro təşkil edib. Nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində bankların gətirdiyi nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nəzərən 6,2 dəfə azalıb.

Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Xarici valyutaya tələbin azalmasının əsas amillərindən biri mal və xidmət idxalının azalmasıdır. Bundan başqa dövr ərzində dollarlaşma prosesinin səngiməsi də xarici valyutaya tələbin azalmasında rol oynayıb.

Valyuta təklifinin aşağı düşməsi əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının azalması ilə əlaqədardır. ARDNF-nin xarici valyuta satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% azalıb. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s.) xarici valyuta təklifinin azalması cari ilin ilk rübündə davam edib.

Page 40: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

2016-cı ildə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqinə nail olub. Rüb ərzində Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib. ARDNF-nin valyuta bazarında satışları da Mərkəzi Bank vasitəsi ilə hərraclar çərçivəsində həyata keçirilib. Birinci rüb ərzində ümumilikdə 33 hərracda orta günlük tələb 132 milyon ABŞ dolları, təklif isə 148 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində ARDNF-nin xarici valyuta satışları ümumilikdə 1 milyard 253 milyon ABŞ dolları olub”.

Ekspert: “Palata banklara inamı qaytarmaq istəyirsə…”16.05.2016

İqtisadçı Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatasını banklarla bağlı ciddi tədbir görməyə səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “Bir sıra banklarda əmanətçilərə pulların qaytarılması problemləri var. Bankların 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasəti bu sektorda ciddi problemlərin əsasını qoyub. Hələ o illərdə bir sıra bankların sağa-sola kredit kartı paylamasının ciddi böhrana yol açacağını bildirirdik. Təəssüf ki, həmin vaxtlar Mərkəzi Bank seyrçi mövqe tutdu. İndi isə vətəndaş halal pulunu bəzi banklardan geri ala bilmir.

Əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası daha real addımlar atmalıdır. Problemli kreditlərin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır. Kreditlərin yubadılması heç bir halda əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır. Palata banklara inamı qaytarmaq istəyirsə, pulunu geri almaq istəyən hər bir əmanətçinin qəpiyi belə yubadılmadan ödənməlidir”.

Vüqar Bayramov Mərkəzi Bankın rəsmi statistikasına əsaslanaraq bildirir ki, banklardakı əmanətlərdə azalmalar göz önündədir: “Bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar yalnız 3 ay ərzində 1 milyard 396 milyon manat depozit itiriblər. Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə birinci devalvasiyadan başlayaraq əmanətlərin məbləğində azalmalar müşahidə edilib. İlk devalvasiyadan sonra ümumi

Page 41: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi. Bu həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar deməkdir. Daha sonra bu göstərici ötən ilin dekabr ayında 7 milyard 89 milyon manata düşdü. İkinci devalvasiya əmanətlərin manatla məbləğini artırsa da, dollar ifadəsində əmanətləri dəyərsizləşdirdi. Xarici valyuta ifadəsində yalnız son bir ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son bir ildə banklara inam ciddi şəkildə aşağı düşüb”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.

Xədicə İsmayılın şikayətinə mayın 25-də baxılacaq16.05.2016

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli olub. Ali Məhkəmə şikayətə mayın 25-də baxacaq.

Vəkil Fəxrəddin Mehdiyev “Azadlıq” radiosuna deyib ki, hakim Əli Seyfəliyevin sədrlik edəcəyi prosesdə Xədicə İsmayılın özünün də iştirakı gözlənir: “O, iki dəfə Ali Məhkəməyə məktubla müraciət edərək prosesdə iştirak arzusunu ifadə edib”.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlayıb. İttihama görə, jurnalist “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyib, 2010-cu ilədək Bakı bürosuna rəhbərlik edib.

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı vicdan məhbusu sayır.

Page 42: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Rusiyanın 1700 dövlət müəssisəsindən yalnız 12-si mənfəət gətirir16.05.2016

Rusiyanın 1700 dövlət müəssisəsindən yalnız 12-si mənfəətlə işləyir. Novator.az xəbər verir ki, dövlət müəssisələrinin effektivliyini yoxlayan Nəzarət-Təftiş İdarəsinin (Rusiya prezidentinə tabedir) mayın 16-da yaydığı hesabatda belə deyilir.

Yoxlamanın nəticəsinə görə, 340 dövlət şirkəti müflisləşmə həddindədir. Zərərlə işləyən digər 210 dövlət müəssisəsinin 2015-ci ildə dövlət büdcəsinə vurduğu ziyanın ümumi həcmi isə 36 milyard rubl (554 milyon dollardan çox) olub.

Nəzarət-Təftiş İdarəsinin məruzəsində deyilir ki, dövlət mülkiyyətinin idarəçiliyi portalında 200 şirkətin fəaliyyəti haqda heç bir məlumat yoxdur, digər şirkətlər haqda informasiyalar isə ya tam deyil, ya da həqiqəti əks etdirmir. Bu da dövlət öhdəliklərinin yerinə yetirilib-yetirilmədiyini müəyyənləşdirməyə mane olur.

Hesabatda bildirilir ki, dövlətin iştirakı ilə yaradılmış şirkətlər effektivliyi qaldırmaq üçün bir qayda olaraq əməliyyat xərclərini səmərəsiz üsullarla azaltmaq yolunu tutur.

Nəzarət-Təftiş İdarəsinin yoxlamasına görə, hökumətin xüsusi siyahısına daxil olan şirkətlərdən yalnız 15-i mənfəətlə işləmək barədə öhdəlik götürüb.

2015-ci ilin oktyabrından 2016-cı ilin fevralına qədər Mərkəzi Bankın lisenziyalarını ləğv etdiyi banklarda dövlət müəssisələrinin 53 milyard rubl (816 milyon dollardan çox) həcmində vəsaiti qalıb.

Qiymət artımı özəlləşdirmədən xəbər verir?16.05.2016

Page 43: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Tarif (qiymət) Şurası mayın 13-də “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatı üçün ƏDV daxil olmaqla yeni qiymətlər müəyyən edib. Yeni tariflə əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə — bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetrə 15 qəpik, qeyri-əhali üzrə 1 manat olub.

İqtisadçı ekspert Qubad İbadoğlu Fransa Sahibkarlar Təşkilatı MEDEF-in bir qrup şirkət nümayəndəsinin “Azərsu” ASC-də görüşünü xatırladaraq yazır ki, bahalaşma ilə böyük özəlləşdirmə arasında əlaqə axtarmaq mümkündür: “Qiymət “Azərsu” ASC-nin müraciəti əsasında artdığı üçün qərarın korporativ maraqlar üzərində verildiyi şübhə doğurmur. Amma indiki həssas sosial durumda “Azərsu” ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı deyil. Fikrimcə, bahalaşma qərarı ilə böyük özəlləşdirmə arasında əlaqə də mümkündür. İndiki qiymət səviyyəsi ilə Azərbaycanın su, enerji və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox skeptik görünür. Hökumət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra, sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər. Belə halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmətlərin və məhsulların bahalaşmasını da gözləmək olar.

Milli iqtisadiyyatın kiçildiyi, vətəndaşların gəlirlərinin dəyərsizləşdiyi, işsizliyin kütləvi surətdə çoxaldığı indiki durumda Tarif Şurasının bu tip əsaslandırılmamış qərarları sosial durumu daha da gərginləşdirir. Eyni zamanda bahalaşmadan sonra ödənişləri tam həcmdə və vaxtında təmin edə bilməyən “Azərsu” ASC-nin də qara günləri başlaya bilər”.

Mayın 11-də prezident İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının — MEDEF-in nümayəndə heyətini qəbul edib. Dövlət başçısı görüşdə qarşılıqlı əməkdaşlığın enerji, nəqliyyat və digər ənənəvi sahələri ilə yanaşı ölkə üçün prioritet xarakter daşıyan digər sektorlarda da vacibliyini qeyd edib, biznes fəaliyyətinə şərait yaradacaq layihələrin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Növbəti gün “Azərsu” ASC-də MEDEF-ə üzv olan “SUEZ”, “Sidem” və “İtron” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş olub.

Page 44: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Komissiya Qarabağ layihəsini parlamentə çıxarmadı16.05.2016

Ermənistan parlamentinin xarici əlaqələr komissiyası mayın 16-da Dağlıq Qarabağ rejiminin müstəqil dövlət kimi tanınması barədə layihəyə baxıb. Novator.az-ın məlumatına görə, layihənin parlamentdə müzakirəsi məqsədəuyğun sayılmayıb. Komissiyanın sədri Artak Zakaryan iclasda deyib ki, indiki məqamda Ermənistanı və onun tərəfdaşlarını çətin vəziyyətə sala biləcək addımlar atılmamalıdır, hazırda əsas diqqət Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtmasına yönəlməlidir.

Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Naira Zohrabyan müzakirələrdə deyib ki, partiya Dağlıq Qarabağın tanınması barədə layihənin səsverməsinə qatılmayacaq. O, imtinanı irimiqyaslı müharibəyə rəvac verməmək istəyi ilə əsaslandırıb.

Dağlıq Qarabağın tanınması layihəsinin müəllifləri deputatlar Zarui Postancyan və Qrant Baqratyandır. Zarui Postancyan Ermənistan parlamentinə müxalif İrs Partiyasından seçilib. Qrant Baqratyan Ermənistan parlamentində sabiq prezident Levon Ter-Petrosyanın lider olduğu Erməni Milli Konqresini təmsil edir. Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub. Müxalif Azadlıq Partiyasının sədridir.

Mayın 5-də layihə Ermənistan hökumətinin iclasında müzakirə olunub və parlamentə göndərilib.

1988-ci ildə ermənilər Azərbaycanın tərkibində muxtar vilayət olan Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıblar. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. Ermənilər saxta qurumu “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.

1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.

Page 45: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan mayın 5-də jurnalistlərə deyib ki, Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi parlamentin gündəliyinə Azərbaycan cəbhə xəttində yenidən hücuma keçəcəyi halda gətiriləcək.

Şəhid Milli Qəhrəmanların ailə üzvlərinə medallar təqdim edilib16.05.2016

Mayın 16-sı Müdafiə Nazirliyində ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı almış hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin “Qızıl Ulduz” medalları təqdim olunub. Rəsmi məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanı adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və “Qızıl Ulduz” medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edilib.

Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Mod.gov.az-ın məlumatına görə, prezident, Silahlı Qüvvələrin ali baş komandan İlham Əliyevin 19 aprel 2016-cı il sərəncamında qeyd olunur ki, polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ölkənin ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə verilib.

Page 46: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının
Page 47: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

“Avroviziya”: 61 yarışın 64 qalibi var16.05.2016

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışında indiyəcən 26 ölkə birincilik əldə edib. Yalnız 1969-cu ildə birdən artıq ölkə qalib olub. Həmin il qələbə eyni vaxtda dörd ölkəyə (İspaniya, Böyük Britaniya, Fransa və Niderland) verilib. Buna görə də 61 dəfə keçirilmiş yarışın 64 qalibi var.

Transparency.az bildirir ki, yarışda hamıdan çox İrlandiya uğur qazanıb. Bu ölkə 50 dəfə qatıldığı “Avroviziya”nın 7-də birinci olub.

İkinci yerdə İsveç gəlir. İsveç 56 müsabiqənin 6-dan qalib çıxıb.

Page 48: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Fransa (59 iştirak), Lüksemburq (37), Böyük Britaniya (59) 5 dəfə “Avroviziya” zəfəri yaşayıblar.

Niderland iştirakçı olduğu 57 yarışmanın 4-də qalib gəlib.

Danimarka (45 iştirak), İsrail (39) və Norveçin (55) 3 qələbəsi var.

Avstriya (49 iştirak), Almaniya (60), İtaliya (42), İspaniya (56), İsveçrə (57), Ukrayna (13) “Avroviziya”nın ilk pilləsində 2 dəfə yer alıblar.

Müsabiqəyə 9 dəfə qatılmış Azərbaycanın 1 qələbəsi var.

Belçika (58 iştirak), Estoniya (22), Finlandiya (50), Yunanıstan (37), Latviya (17), Monako (24), Rusiya (20), Serbiya (9), Türkiyə  (34) də 1 dəfə “Avroviziya” qalibi olublar.

Tarixə qovuşmuş Yuqoslaviya da 27 cəhdin 1-də uğur əldə edib.

Ucuz manat niyə ixraca yol açmır?16.05.2016

        Rövşən AğayevMərkəzi Bankın ən son statistikasına görə (Statistik bülleten), son 1 il 3 aydakı iki devalvasiya nəticəsində iki dəfə dəyərdən düşən manatın real mübadilə məzənnəsi 40%-dən çox ucuzlaşıb.Milli valyutanın real məzənnəsi ticarət tərəfdaşı olan ixtiyari iki ölkədə əmtəələrin nisbi qiymətini əks etdirir. Bir az da sadə dillə desək, real valyuta məzənnəsi bir-biri ilə ticarət aparan ölkələrin valyutasının ala biləcəyi əmtəə səbətinin dəyərini əks etdirir.

İki müxtəlif zaman və ssenari əsasında real valyuta məzənnəsinin mahiyyətini və milli iqtisadiyyatın inkişafına təsirini nəzərdən keçirək.

Birinci ssenari. Təsəvvür edək ki, 100 maldan ibarət əmtəə səbətinin dəyəri Azərbaycanda 2015-ci ilin yanvarında 1000 manat, o zamankı məzənnə ilə 1270 dollar idi. Həmin vaxt Azərbaycanın ticarət tərəfdaşı olan ölkədə, məsələn, Gürcüstanda eyni 100 əmtəədən ibarət səbətin dəyəri 2530 lari və ya 1150 dollar idi. Bu halda manat və larinin real mübadilə məzənnəsi 1,1-ə bərabər olub. Yəni üçüncü bir ölkə məhsul idxal etməli olsa, Gürcüstanı

Page 49: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

seçəcəkdi. Çünki eyni pula 10% çox gürcü malı ala biləcəkdi. Ümumiyyətlə, real mübadilə məzənnəsi 1-dən yüksək olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olmur.

İkinci ssenari. Təsəvvür edək ki, iki devalvasiyadan sonra manatın iki dəfə dəyər itirməsi və həmin dövrdə inflyasiyanın 13% təşkil etməsi nəticəsində həmin əmtəə səbətinin dəyəri 1400 manat, yeni məzənnə ilə 900 dollardır. Gürcü larisinin 10% ucuzlaşması və dövr ərzində baş verən 5%-lik inflyasiya nəticəsində həmin məhsulun dəyəri 2650 lari və yeni məzənnə ilə 1100 dollar təşkil edir. Bu halda manat və larinin real mübadilə məzənnəsi 0,82-ə bərabərdir. Yəni üçüncü bir ölkə məhsul idxal etməli olsa, Azərbaycanı seçəcək. Çünki eyni pula 18% çox Azərbaycan malı ala biləcək. Real mübadilə məzənnəsi 1-dən aşağı olduqda ölkənin ixracı sərfəli, məhsulları beynəlxalq bazarlarda rəqabət qabiliyyətli olur.

Bu praktik məlumatlardan sonra real vəziyyətə baxaq: 2016-cı ilin 1-ci rübündə Azərbaycanın qeyri-neft ixracı 45%-dək azalıb. Manatın real məzənnəsinin az qala 45% ucuzlaşdığı şəraitdə ixrac gəlirləri də 45% azalırsa, burda iki səbəb mümkündür: ya ölkədə məzənnə siyasəti ilə real sektor arasında bütün əlaqə kanalları qapanıb və hökumət iqtisadi siyasəti əlaqələndirmək imkanlarını tam itirib, ya da inhisarçı qiymətlər, sahibkarlıq fəaliyyətinə bürokratik müdaxilələr sayəsində məhsulların qiyməti o qədər yüksək olub ki, hətta 45%-lik real məzənnə ucuzlaşması belə yerli məhsulları başqa ölkələrin məhsullarından cəlbedici etmir.

Azərbaycanda hansı səbəbin həlledici olduğunu araşdırmaq çox mühümdür. Məsələn, birinci rübdə bitki və heyvan mənşəli yağların ixracı 11 dəfə azalıb. Bunun üçün ticarət tərəfdaşı olan bir sıra ölkələrdə bu məhsulların daxili qiymətlərinin dinamikasını müqayisə etmək çox vacibdir.

Manatın nominal ucuzlaşmasından iqtisadiyyatımız onsuz da itirib — yüksək qiymətlər və beynəlxalq dəyər ölçüsü ilə milli sərvətin dəyərsizləşməsi səbəbindən. Amma heç olmasa manatın real ucuzlaşmasından qazana biləcəklərimizi gərək qazanaq — yeni bazarlar qazanmaq və daha çox ixrac etmək hesabına.

İki devalvasiyadan sonra ən kobud hesablamalarla ilkin itkilərimiz 15-20 milyard dollardan az deyil — söhbət dollar kreditləri, manat əmanətləri, valyuta ilə borclar, istehlak mallarının bahalaşması hesabına iqtisadiyyatın subyektlərinin itirdiklərindən gedir.

Potensial olaraq qazana biləcəklərimizdən isə hələlik hesaba gələn və gözə dəyən heç nə yoxdur ortada…

Fuad Qəhrəmanlıya yeni ittiham irəli sürülüb16.05.2016

Page 50: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bunu “Azadlıq” radiosuna Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli deyib.

Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də tutulub, hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.

Vəkilin sözlərinə görə, cinayət işinin ibtidai istintaqı artıq yekunlaşmaq və məhkəməyə göndərilmək üzrədir. Nemət Kərimli onu da bildirib ki, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrdən sonra həbs edilən Fuad Qəhrəmanlının həmin hadisəyə görə tutulmuş digər şəxslərlə birlikdə mühakimə olunacağı gözlənir.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Həbslər Bakıda və bölgələrdə aparılıb. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.

Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Page 51: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Vyanada razılaşma: atəşkəs rejimi möhkəmləndirilir17.05.2016

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan bir araya gəliblər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

AZƏRTAC-ın məlumatına görə, Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır.

Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Bəyanatda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması yer alır. Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

Page 52: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Page 53: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Dollar və avronun kursu düşüb17.05.2016

Mayın 17-də ABŞ dolları ucuzlaşıb: Mərkəzi Bank 1 dolların rəsmi kursunu 1,5063 manatdan 1,5033 manata endirib.

Transparency.az-ın məlumatına görə, avronun da məzənnəsi düşüb. Mayın 16-da 1,7036 manata təklif edilən 1 avronu Mərkəzi Bank bu gün 1,7008 manata satır.

Digər valyutaların rəsmi məzənnəsi mayın 17-də belə müəyyən olunub:

1 gürcü larisi – 0,6864 manat

1 ingilis funt sterlinqi – 2,1767 manat

1 İsveçrə frankı – 1,5372 manat

1 Rusiya rublu – 0,0232 manat

1 türk lirəsi – 0,5068 manat.

Azərbaycan əsgəri şəhid oldu, qarşı tərəfin canlı qüvvəsi məhv edildi

Page 54: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

17.05.2016

Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin əsgəri Tahirli Natiq Namiq oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan bir araya gəliblər. Görüşdə qoşunların təmas xəttində güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib (Vyanada razılaşma: atəşkəs rejimi möhkəmləndirilir).Azərbaycanın xarici ticarətində 34,30% geriləmə var17.05.2016

2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarəti 34,30% azalıb. Dörd aylıq rəsmi hesabatda belə deyilir (Hesabat).

Page 55: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2015-ci ilin ilk 4 ayı ilə müqayisədə idxal əməliyyatlarında 23,85%, ixrac əməliyyatlarında 42,63% geriləmə var.

2016-cı ilin ilk 4 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 644,3 milyon manat daxil olub.

Hesabata əsasən, 152 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 6237-dir. Bunun 3048-i fiziki şəxslər, 3189-u hüquqi şəxslərdir. 159 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3030-u özəl sektoru təmsil edib.

Gömrük hüquqpozmaları: dörd aylıq statistika açıqlanıb17.05.2016

2016-cı ilin ilk dörd ayı üzrə gömrük hüquqpozmalarının statistikası açıqlanıb. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, yanvar-aprel aylarında gömrük orqanları cinayət xarakterli 164 fakt aşkarlayıb. Bunun 98-i qaçaqmalçılıq faktı, 35-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 4-ü gömrük ödənişlərindən yayınma, 24-ü aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 43-ü digər cinayət xarakterli faktlardır.Dörd ayda gömrük hüquqpozmalarında 179 şəxs təqsirləndirilib.

Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 3100 inzibati xəta faktı ortaya çıxarıb.

İxracın 86,17 faizi neft, neft məhsulları və təbii qazdır17.05.2016

Dörd ayda ölkənin ixracının 86,17 faizi neft, neft məhsulları və təbii qazdan ibarət olub. Transparency.az xəbər verir ki, Dövlət Gömrük

Page 56: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Komitəsinin rəsmi hesabatına (İxracda əsas mallar) görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanın ixracının 76,96 faizini xam neft, 5,11 faizini neft məhsulları, 4,10 faizini təbii qaz, 2,81 faizini meyvə-tərəvəz təşkil edib.Yanvar-aprel aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42,44 faiz azalıb. Hesabata görə, 2016-cı ilin birinci dörd ayı ərzində neft məhsullarının ixracı üzrə 56,06 faiz, təbii qaz ixracı üzrə 6,26 faiz azalma var.

Meyvə-tərəvəz üzrə ixracda 2015-ci ilin ilk dörd ayı ilə müqayisədə 58,45 faiz artım qeydə alınıb, çay ixracı isə 61,03 faiz düşüb.

Ötən illə müqayisədə ixracda pambıq iplik məhsulu üzrə 86,65 faiz artım olub. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 268,95 faiz artıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, yeyinti məhsullarının idxalı 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,02 faiz azalıb. Bəzi məhsullar üzrə isə artım olub. Meyvə-tərəvəz idxalı 109,87 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 110,86 faiz çoxalıb.

Çay idxalında 200,23 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 43,41 faiz artım var. Ət idxalı 8,03 faiz artıb.

Tütün və tütün məmulatlarının idxalı bu ilin ilk dörd ayında 61,82 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 15 faiz azalma qeydə alınıb.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 59,72 faiz azalma var (İdxalda əsas mallar).Gənc fəal dəhşətli işgəncələrə məruz qaldığını açıqlayıb17.05.2016

Page 57: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mayın 10-da saxlanan, sonradan narkotik ittihamı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən gənc fəal Bayram Məmmədov vəkili vasitəsilə saxlama təcridxanasından izahat göndərib. İzahatın surətini vəkil Elçin Sadıqov yayıb.

Bayram Məmmədov və digər siyasi fəal Qiyas İbrahimov barəsində mayın 12-də Xətai Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanırlar.

Gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb.

Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.

“Azadlıq” radiosunun məlumatına görə, Bayram Məmmədov öz izahatında ona işgəncə verildiyini vurğulayıb.

İzahatında gənc fəal nəql edir ki, onu mayın 10-u saat 14-15 radələrində 3 nəfər mülki geyimli şəxs avtomobilə oturdaraq zorla Nərimanov Rayon Polis İdarəsinin 12-ci bölməsinə

Page 58: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

aparıb: “Məni rəisin otağına gətirdilər, otaqda 7-8 mülki geyimli şəxs var idi. Onlar məni yumruq, şillə və təpik zərbələri ilə döyməyə başladılar. Məndən nə üçün heykəlin şəklini çəkdiyimi, bu işdə kimlə əlbir olduğumu soruşaraq davamlı olaraq döyürdülər. Döyülməkdən demək olar ki, heç nə eşitmirdim və huşumu itirmişdim”.

Bayram Məmmədovun yazdığına görə, daha sonra onu Bakı Şəhər Baş Polis İdarəsinə gətiriblər və burda onu yenidən döyməyə başlayıblar, narkotik ittihamını etiraf etməsini tələb ediblər: “İndiyə qədər narkotik maddə görmədiyimi bildirəndə məni heykəlin şəklini çəkdiyimə görə tuta bilməyəcəklərini bildirib daha şiddətlə döyməyə başladılar. Onlar məni hər döyəndə söyürdülər. Şalvarımı çıxarıb dəyənəklə əxlaqsız hərəkət edəcəklərini bildirdikdə məcbur qalıb saxta narkotik ittihamını qəbul etdim. Onların tələb etdiyi məzmunda izahat-ifadə verdim. Sonra məni generalın yanına aparıb əgər heykəlin qarşısına gül qoyub və AzTV-yə danışsam, heykəldən üzr istəsəm məni buraxacaqlarını dedilər”.

Bayram Məmmədov qeyd edir ki, bundan imtina edəndə onu yenidən döyüblər.

Bayram Məmmədov yazır ki, mayın 11-də Nərimanov rayonunda müvəqqəti saxlama yerinin rəisi ondan yeri təmizləməyi, siqaret kötüklərini yığmağı tələb edib: “İmtina etdikdə məni şillə-yumruqla döyməyə başladı. Yenə imtina etdikdə işçilərə göstəriş verdi ki, aparın dubinkanı soxun buna, şəklini çəkin. Bundan sonra məcbur olub razılaşdım. Əlimə süpürgə və xəkəndaz verib şəklimi çəkdilər”.

Gənc fəal mayın 12-də məhkəmədən qayıtdıqdan sonra yenidən döyüldüyünü deyir: “Rəisin otağına apardılar, orda daha 2 mülki şəxs vardı. Onlar məni heykəlin şəklini çəkməkdə əlbir olduğum müxtəlif şəxslərin adını çəkərək onlara qarşı ifadə verməyim üçün məni dilə tutmağa başladılar. Bildirdilər ki, heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış, hələ ki, gec deyil, səni azad edə bilərik. Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib “Aparın bununla bir az məşğul olun” dedi”.

Gənc fəal yazır ki, bundan sonra ona ağır işgəncələr verilib: “Qollarımı arxadan qandalla bağlayaraq dəyənək, yumruq və təpiklə döyməyə başladılar. Hətta ayağımı da qandallamışdılar. Ağrıdan qışqırmağa başlayanda ağzımı “skoç”la bağladılar. Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb, göydən yerə çırpdılar. 4-5 dəfə atıb, yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dəyənəklə sinəmə və dizimə zərbələr endirməyə başladılar”.

Gənc fəal müraciətində ayaqyolu təmizləməyə məcbur edildiyini, bundan imtina etdikdə huşunu itirənədək döyüldüyünü yazır: “Hazırda qollarımda, ayaqlarımda, dizimdə işgəncə nəticəsində yaranmış açıq, qapalı və çoxlu qançırlar var. Açıq yaralar biləyimdə və əllərimdədir. Zərbələrdən hələ başımda ağrılar var. Ayaqlarımda da açıq yaralar var. Sidiyim

Page 59: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

qan qarışıqlıdır, yemək yeyərkən çənəmdə kəskin ağrılar olur, döş qəfəsim, qabırğalarım, ayaqlarım, əllərim, hər yerim ağrıyır”.

Azərbaycan nefti 50 dolları ötüb17.05.2016

Mayın 17-si dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,51 dollar bahalaşaraq 48,19 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,13 dollar artaraq 49,79 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,20 dollar bahalaşaraq 50,30 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 25 dollar 30 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Ölkələr üzrə ixrac-idxal göstəriciləri17.05.2016

2016-сı ildə Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşı İtaliyadır. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 11,25%-dir.

Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla (Hesabat) bildirir ki, bu göstərici üzrə ikinci yerdə 9,24%-lə Rusiya gəlir.Türkiyə 7,71%-lə üçüncü, Almaniya 7,04%-lə dördüncü, Fransa 6,26%-lə beşincidir.

Page 60: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

İlin ilk dörd ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 18,1%-dir.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (14,93%).

Bu ilin yanvar-aprel aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,21% artıb. Avropa İttifaqı üzrə ixracda 49,51%, digər ölkələr üzrə ixracda 36,6% azalma olub.

2016-cı ilin ilk 4 ayında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,84% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 20,49% azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,72% aşağı düşüb.

Neft Fondu Mərkəzi Banka 15 milyon dollar satdı17.05.2016

Dövlət Neft Fondu mayın 17-də təşkil olunan valyuta hərracına 50 milyon ABŞ dolları çıxarıb. Həmin vəsaitdən 34 milyon dollar 8 banka, 15 milyon dollar Mərkəzi Banka satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 789,8 milyon dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685,4 milyon ABŞ dolları alınıb.

İki qurumun manatın sabitliyinə çəkdiyi birgə xərc 2 milyard 475,2 milyon dollardır.

Vyana görüşündən sonra: tərəflərin ilk açıqlamaları17.05.2016

Page 61: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin keçirdiyi görüşlə bağlı rəsmi Bakıdan və Yerevandan ilk reaksiyalar gəlib.

Görüş mayın 16-da olub. Prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın bir araya gəldiyi, xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Bəyanatda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması yer alır. Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.

Mayın 17-də Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazir Elmar Məmmədyarovun Vyana görüşü ilə bağlı KİV-ə açıqlamasını yayıb. Açıqlamasında nazir deyib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, mayın 16-da keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisinin, beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”.

Page 62: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ermənistan prezidenti Serj Sərkisyan isə Vyana səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Novator.az xəbər verir ki, jurnalistlər Sərkisyanın diqqətini danışıqlar masası arxasında Sergey Lavrovla yanaşı oturmasına çəkiblər. Ermənistan prezidenti qeyd edib ki, əvvəlcədən belə razılaşma olmayıb: “Düşünmürəm ki, bu, mühüm əhəmiyyət kəsb edir, özü də bugünkü reallıqları nəzərə alanda”.

Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara toxunarkən deyib ki, Ermənistan növbəti görüşün ATƏT-in atəşkəs rejiminin monitorinqi üzrə sistemi işə düşəndən sonra keçirilməsini təklif edib.

Müharibənin əleyhinə olduğunu iddia edən Ermənistan prezidenti Vyana görüşündən sonra atəşkəs rejiminin pozulma hallarının azalacağına inandığını bildirib.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Tikinti sektorunu necə dirçəltmək olar?17.05.2016

Page 63: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

İqtisadçı ekspert Qubad İbadoğlu inşaat bölməsindəki tənəzzülün iqtisadiyyatın digər qollarına mənfi təsirindən yazıb. Transparency.az-ın məlumatına görə, ekspert bu sahədə yaşanan ciddi sərmayə qıtlığı, kapital qoyuluşu probleminin digər bazarları da çökdürməsini labüd hesab edir: “Ötən ildən inşaat bölməsində müşahidə olunan tənəzzülün təsirləri ilə bu ilin ilk 4 ayında tikinti materiallarının istehsalı 28,6 faiz, mebel istehsalı isə 14,2 faiz azalıb. Bununla yanaşı tikinti maşın və avadanlıqlar parkının yeniləşmə sürəti də aşağı düşüb. Hazırda mövsümi amillərin təsiri ilə nisbi canlanma müşahidə edilən bölmədə əsas sifarişlər fərdi xarakter daşıdığından qısamüddətli effekt yarada biləcək, amma uzunmüddətli dövrə gözlənilən tənəzzülün qarşısını ala bilməyəcək.

Tikinti ciddi sərmayə qıtlığı, kapital qoyuluşları problemi yaşayır. İnvestisiya cəlbi bütövlükdə iqtisadiyyatda işgüzar mühitin yaradılması, tikintiyə icazənin verilməsi, inşa olunmuş tikintinin qeydiyyat prosedurlarının sadələşdirilməsi hesabına mümkündür.

Dünya Bankının “Biznesə necə başlamalı” hesabatında göstərilir ki, Azərbaycan tikintiyə icazənin alınması və onun qeydiyyatı ilə bağlı prosedurların mürəkkəbliyi, tələb olunan müddətin uzunluğu və xərclərin bahalığına görə dünyanın 189 ölkəsi arasında 114-cüdür. Hesabata görə, tikintiyə icazə alınması üçün orta hesabla 18 prosedur və 203 gün tələb olunur.

Bu göstərici üzrə Gürcüstan 11, Qırğızıstan 20, Ermənistan 62, Qazaxıstan 92, Türkiyə 98-ci yeri tutur. Azərbaycanın reytinqi yaxşılaşmayınca inşaata yönələn xarici sərmayələr qonşu dövlətlərə yönələcək. Odur ki, iqtisadiyyatın modernləşdirilməsi üçün başlıca bölmələrdən hesab olunan tikinti sahəsində problemlərin həlli həmin bölmədə təxirəsalınmaz islahat tədbirlərindən asılıdır”.

Nazirlik dörd ayda 1275 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib17.05.2016

Page 64: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ümumilikdə 1275 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Peşə hazırlığına cəlb edilənlərin 16,4 faizini əlilliyi olan şəxslərdir.

Dövlət Məşğulluq Xidməti 1136 nəfər, o cümlədən 70 nəfər əlilliyi olan şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edib, 139 nəfər gənc isə Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

Kurslarda müdavimlərə kompüter istifadəçisi, dərzi, elektrik montyoru, bərbər, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, xalçaçılıq, toxuculuq, tikişçilik, kulinariya peşələri üzrə bilik və bacarıqlar aşılanır. Kursu bitirənlər sertifikatla təmin olunur və yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər aparılır.

Yanvar-mart aylarında nazirlik gələcəkdə düzgün peşə seçiminə köməklik göstərilməsi məqsədilə 46,5 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətlər verib.

Parlamentə amnistiya layihəsi təqdim olunub17.05.2016

Parlamentə “Amnistiya aktı haqqında” qanun layihəsi təqdim olunub. APA xəbər verir ki, deputat Mehriban Əliyevanın təqdim etdiyi layihə 28 May Respublika Günü ilə bağlıdır.

Milli Məclisin 17 may iclasında bu haqda məlumat verən parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, layihə amnistiya aktının 10 minə qədər şəxsi əhatə etməsini, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsini nəzərdə tutur.

Page 65: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Vergi orqanlarına müraciət hesabatı17.05.2016

Aprel ayında vergi orqanlarına 8450 müraciət daxil olub. Transparency.az-ın məlumatına görə, Vergilər Nazirliyi bildirir ki, müraciətlərin 97,3%-i ərizə, 2,5%-i şikayət, 0,2%-i təklifdir.

Hesabata əsasən, müraciətlərin 53%-i müxtəlif arayışların alınması, 21,2%-i kameral vergi yoxlamaları, 6,7%-i vergi borcları, 1,7%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,8%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,9%-i digər məsələlərlə bağlıdır.

Müraciətlərin 72,4%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 32,9% azalıb.

Ötən ay vergi orqanları ümumilikdə 364 vətəndaşı qəbul edib.

Ümumi daxili məhsul 4,5 faiz azalıb17.05.2016

Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəriciləri yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 16 milyard 867,9 milyon manatlıq və ya əvvəlki ilin

Page 66: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

müvafiq dövrünə nisbətən 4,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edib. Enişə əsas səbəb kimi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması göstərilir. Əhalinin hər nəfərinə düşən ÜDM 1756,7 manat olub.Rəsmi hesabata əsasən, əlavə dəyərin 39,5 faizi sənayedə, 12,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizi həcmində olub.

Orta əməkhaqqı 485 manatdan çoxdur17.05.2016

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib.

Transparency.az bildirir ki, rəsmi hesabata əsasən, əhalinin gəlirləri yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artıb, 13 milyard 789,5 milyon manata çatıb. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.TAP-ın təməl mərasimində deyilənlər18.05.2016

Page 67: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mayın 17-si Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəməri – TAP-ın təməli qoyulub. Tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev təmsil edib. Mərasimə Yunanıstan, ABŞ, Avropa Komissiyası, Albaniya, İtaliya, Türkiyə, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, konsorsiuma daxil olan şirkətlərin nümayəndələri qatılıblar.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

Mərasimdəki çıxışında TAP üzrə işlərin cədvələ uyğun aparılacağına əminliyini vurğulayan Yaqub Eyyubov bildirib ki, layihə Avropa ölkələrinə enerji təhlükəsizliyi məsələsində ciddi dəstək verəcək.

AZƏRTAC-ın məlumatına görə, Yunanıstanın baş naziri Aleksis Sipras çıxışında deyib ki, Trans-Adriatik qaz kəmərinin inşası region üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və mənbələrin şaxələndirilməsində bu layihənin böyük rol oynadığını vurğulayıb. Baş nazir deyib ki, layihə regionda əməkdaşlıq körpüsünü möhkəmləndirəcək və firavanlığı artıracaq.

TAP layihəsinin icraçı direktoru Yan Bradşou bildirib ki, əsas vəzifə Xəzər qazının Avropa bazarına vaxtında çatdırılmasına, tranzit və istehlakçı ölkələrin qarşılıqlı iqtisadi maraqlarının təmin edilməsinə nail olmaqdır: “TAP layihəsi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq”.

Page 68: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan “Cənub” qaz dəhlizinin müasir dövrün ən böyük infrastruktur layihəsi olduğunu deyib.

“TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacaq”. Bu fikir isə ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın da çıxış etdiyi mərasim TAP-ın təməlinə qoyulacaq boru kəmərinin imzalanması ilə başa çatıb.

Mərkəzi Bank manatı bahalaşdırıb18.05.2016

Mərkəzi Bank mayın 18-də manatı bahalaşdırıb. Transparency.az xəbər verir ki, 1 ABŞ dollarının rəsmi kursu 1,5033 manatdan 1,5017 manata, 1 avronun məzənnəsi 1,7008 manatdan 1,6948 manata enib.

Mayın 17-də 0,0232 manata satılan 1 Rusiya rubluna isə Mərkəzi Bank bu gün 0,0231 manat qiymət qoyub.

Kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz artıb18.05.2016

Page 69: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Transparency.az-ın məlumatına görə, 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəriciləri (Hesabat) yayan Dövlət Statistika Komitəsi bildirir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2 faiz artaraq 151 min ton, süd istehsalı 3,9 faiz artaraq 622,4 min ton, yumurta istehsalı 5,2 faiz artaraq 542,8 milyon ədəd, yun istehsalı 5,4 faiz artaraq 2,9 min ton olub.İlin əvvəlindən 59,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz çox tərəvəz, 8,3 min ton və ya 20 faiz çox kartof toplanıb.

2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 12,3 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artıb.

İnvestisiya və ticarət dövriyyəsinə dair statistika18.05.2016

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına 4 milyard 291,3 milyon manat məbləğində sərmayə qoyulub. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir.

Hesabata əsasən, yanvar-aprel aylarında əsas kapitala yönəldilən vəsaitin 3 milyard 724,7 milyon manatı və ya 86,8 faizi məhsul istehsalı obyektlərinin, 405,7 milyon manatı (9,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 160,9 milyon manatı (3,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Page 70: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

İnvestisiyaların 1 milyard 380,3 milyon manatını və ya 32,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 984,5 milyon manatı və ya 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinə gedib.

Dövlət Statistika Komitəsi həmçinin bildirir ki, 2016-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 8 milyard 738,5 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri 2 milyard 238,8 milyon manatlıq ödənişli xidmət göstərib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunmuş gəlir 1,7 faiz artıb.

Dörd aylıq maliyyə göstəriciləri18.05.2016

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 4 milyard 713,6 milyon manat vəsait daxil olub, büdcədən 3 milyard 999,8 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 713,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 4,2 faizi səviyyəsində olub. Transparency.az bildirir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəricilərində yer alır.

Hesabatda qeyd olunur ki, Mərkəzi Bankın məlumatına görə, 2016-cı ilin aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19 milyard 687 milyon manat təşkil edib, onun 15 milyard 203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizinə bərabərdir.Əhalinin banklardakı əmanətlərinin isə milli valyuta ekvivalentində məbləği 2016-cı il aprel ayının 1-nə 7 milyard 888,9 milyon manat təşkil etdiyi bildirilir.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manat (ilin əvvəlindən 1,56 manat) olub.

Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir18.05.2016

Page 71: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mayın 18-i Bakıda, ADA Universitetində Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir. AZƏRTAC-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumunda çıxış edərək deyib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır: “2015-ci ildə xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı 47,5 faiz olub, bu ilin birinci rübündə bu rəqəm 43 faizdir”.

Nazir bildirib ki, Avropa İttifaqı Azərbaycanda əsas kapitala 20 milyard dollar investisiya yatırıb, bunun 2,7 milyard dolları qeyri-neft sektoruna aiddir: “Biz çalışırıq ki, iqtisadiyyatın inkişafını qeyri-neft sektoruna yönəldək. Ölkə iqtisadiyyatında son 10 ildə neft sektorunun payı 60 faizdən 10 faizə düşüb. Özəl sektorun payı isə 80 faizi ötüb”.

Avropa İttifaqına 28 ölkə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Rusiyada dövlət qulluqçularının pensiya yaşını qaldıran qanun parlamentdən keçdi18.05.2016

Page 72: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası mayın 18-də dövlət qulluqçularının pensiya yaşını mərhələli şəkildə qaldıran qanunu qəbul edib. Novator.az xəbər verir ki, ölkə prezidenti sənədi təsdiqləyərsə, qanun 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Rusiyanın hazırkı qanunvericiliyinə görə, kişilər pensiyaya 60, qadınlar 55 yaşında çıxır. Yeni qanunda dövlət qulluqçularının pensiya yaşını tədricən 60-dan 65-ə çatdırmaq müddəası yer alır.

Layihəyə əsasən, xidmət illərinə görə təqaüdə çıxmaq qaydası da dəyişdirilir. Hazırda 15 il xidmət edən dövlət qulluqçusunun pensiyaya çıxmaq hüququ var, indi müddət 20 ilə qaldırılır.

Dövlət qulluğunda çalışmanın son həddi 60 yaşdan 65 yaşa altı aydan bir artırılacaq.

Nağdsız ödənişlər azalır, ekspert qaydalara yenidən baxmağa çağırır18.05.2016

“Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək”. İqtisadçı ekspert Samir Əliyev belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, devalvasiyaların fasadları aradan qalxmamış nağdsız ödənişlərə növbəti zərbəni Maliyyə Bazarlarına Nəzarət Palatası vurub: “Palata əvvəlcə xarici valyutada istehlak krediti verilməsini bir aylıq dayandırdı, sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını pisləşdirdi (Daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyuldu). Proses belə davam edərsə, kredit kartı istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını tormozlayır.İlk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalaraq 1322 mindən 780 minə düşüb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22%-dən 14%-ə enib. Əhalinin hər 12 nəfərinin cəmi 1-nin cibində kredit kartı var. Bu gedişlə ancaq hər 20-ci şəxs

Page 73: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

kredit kartı sahibi ola biləcək. Halbuki ilk devalvasiyadan əvvəl hər 7-ci şəxsin kredit kartı vardı.

Kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də sayına mənfi təsir göstərib. Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin ilk rübündə 644 milyon manat olduğu halda 2016-cı ilin müvafiq dövründə 446 milyon manata düşüb. Belə kartlarla aparılan əməliyyatların sayı ötən ilin yanvar-mart aylarında 4761 olubsa, bu ilin ilk üç ayında 2737-yə enib.

Devalvasiyalar ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib. 2015-ci ilin yanvar ayında, ilk devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685,2 milyon manat idi, bu il aprelin 1-nə 611 milyon manata düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362,7 milyon manatı milli, 248,3 milyon manatı isə xarici valyutaların payına düşür.

Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qaydalardan sonra ən azı xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq. Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər. Bundan başqa milli valyuta kreditləri şərtlərinin ağırlaşdırılması ödəniş kart sahiblərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Palatanın, misal üçün, 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı təhlükəlidir. DTİ (borcun gəlirə nisbəti) əmsalının aşağı salınması, aylıq gəlir olaraq ancaq xalis gəlirin götürülməsi, yaşayış minimumunun nəzərə alınması, zaminlərin kredit ötürənlərə bərabər tutulması və sair kimi məhdudlaşdırıcı qaydalar tezliklə bankomatların və POS-terminalların xidmətinə ehtiyacı kəskin azalda bilər. Mərkəzi Bankın 2016-cı ilin ikinci rübü üzrə statistik hesabatında bu azalma özünü daha qabarıq şəkildə göstərəcək. Ona görə də Maliyyə Bazarlarına Nəzarət Palatası qaydalara yenidən baxmalı, nağd kreditləşmədən fərqli olaraq ödəniş kartları vasitəsilə kreditləşmə şərtlərini yumşaltmalıdır”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.

Mehriban Əliyevanın təqdim etdiyi amnistiya layihəsinin detalları məlum olub18.05.2016

Page 74: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Deputat Mehriban Əliyevanın parlamentə təqdim etdiyi amnistiya layihəsinin detalları məlum olub. APA-nın məlumatına görə, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayanlar, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş, islah işləri, ictimai işlər növündə cəza təyin edilmiş, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşəcək.

Qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin vaxt SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953

Page 75: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər, 1988-1993-cü illərdə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir hissəsini işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Eyni zamanda bu qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunmuş cəzalardan azad olunacaqlar.

O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılacaq.

Qərar layihəsinə əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər təyin olunmuş cəzalardan azad ediləcək.

28 May Respublika Günü ilə bağlı qəbul olunacaq amnistiya aktının bu il iyunun 15-də qüvvəyə minməsi nəzərdə tutulur.

Britaniyada Avropa İttifaqının tərəfdarları xeyli artıb18.05.2016

Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalmasını istəyənlərin sayı artıb. “İpsos MORİ” şirkətinin “Evening Standard” qəzeti üçün apardığı sorğunun mayın 18-də açıqlanan nəticələri bunu göstərir.

Page 76: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirmək üçün referendum keçiriləcək.

Novator.az xəbər verir ki, sorğu zamanı respondentlərin 55%-i Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçiriləcək referendumda ölkənin ittifaqa üzvlüyünün saxlanmasına səs verəcəyini bildirib.

Sorğuya cəlb olunanların 37%-i isə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib. Bu, iki siyasi düşərgə arasında ən böyük fərqdir. Buna qədər müxtəlif qurumların keçirdiyi sorğularda respondentlərin yarıdan çoxu ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyirdi.

1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının 28 üzvü var.

Hakimliyə 800-dən çox namizəd var18.05.2016

Hakimlik üçün elan edilən müsabiqədə 800-dən artıq hüquqşünas namizəd qeydə alınıb. Məhkəmə-Hüquq Şurasının verdiyi məlumata görə, Hakimlərin Seçki Komitəsi namizədlər üçün imtahanla bağlı kurslar keçirir.

Müsabiqənin test mərhələsi iyunun 9-da Bakı Kristal Zalının mətbuat mərkəzində Dövlət İmtahan Mərkəzi ilə birlikdə təşkil olunacaq. Test sualları imtahan zalında namizədlərin və müşahidəçilərin iştirakı ilə seçiləcək, cavablar imtahan bitdikdən sonra dərhal, yerində yoxlanaraq elan olunacaq.

Müsabiqə iştirak üçün sənəd qəbulu ötən il dekabrın 15-dən başlayıb.

Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

Page 77: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ermənistan Silahlı Qüvvələrinin polkovnikinə ittiham irəli sürülüb18.05.2016

Ermənistan Silahlı Qüvvələrinin polkovniki David Abramyana ittiham irəli sürülüb.

Silahlanma İdarəsinin Avtomobil Xidmətinin rəisi postunu tutan David Abramyan mayın 11-də saxlanıb. Transparency.az-ın məlumatına görə, polkovnik vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlətə külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir.

Ermənistan İstintaq Komitəsinin mayın 18-də yaydığı açıqlamada qeyd olunur ki, David Abramyan günahını etiraf edib, vurulmuş maddi ziyanı ödəyib. Müstəntiq onun səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Neft Fondunun 2015-ci il büdcəsinin icrası təsdiqlənib (Gəlir mənbələri və xərc istiqamətləri)19.05.2016

Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Transparency.az-ın məlumatına görə, 2015-ci il büdcəsinin icrası gəlirlər 7 milyard 721 milyon 84,9 min manat, xərclər 9 milyard 187 milyon 826,9 min manat (gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində) təsdiq edilib.

Gəlirlərin mənbələri 18 may sərəncamında belə sıralanır:

— Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) – 7 milyard 369 milyon 582,1 min manat

— Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədiyi akrhesabı ödənişlər – 2 milyon 220,1 min manat

Page 78: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

— Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər – 11 milyon 594,9 min manat

— Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədiyi bonuslar (mükafatlar) – 2 milyon 108,3 min manat

— Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər – 335 milyon 579,5 min manat.

Xərclər isə bu istiqamətlərdə olub:

— Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi – 149 milyon 998,4 min manat

— Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert – 8 milyard 130 milyon manat

— Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi – 89 milyon 997,8 min manat

— Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 61 milyon 521,7 min manat

— 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi 35 milyon 538 min manat

— Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 692 milyon 849,4 min manat

— Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər – 27 milyon 921,6 min manat.

Avro və rubl ucuzlaşıb, dolların kursu dəyişməyib19.05.2016

Mayın 19-da avro və rubl manata nəzərən ucuzlaşıb. 1 avronun məzənnəsi 1,6948 manatdan 1,6848 manata enib.

Page 79: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ötən gün 0,0231 manata təklif edilən 1 Rusiya rublunu isə Mərkəzi Bank 0,0226 manata satır.

Transparency.az bildirir ki, 1 ABŞ dollarının rəsmi kursu dəyişməyərək 1,5017 manat qalıb.

Azərbaycanın yük təyyarəsi qəzaya uğrayıb19.05.2016

Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus AN-12 yük təyyarəsi mayın 18-i Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a bildirilib ki, hadisə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində, təyyarə Dvayer hava limanından uçanda baş verib. Beynəlxalq heyətin idarə etdiyi təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

APA-nın məlumatına görə, sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır. Onların vəziyyəti ağırdır.

Ekoloji pozuntular: hüquq mühafizə orqanlarına 10, məhkəməyə 5 iş göndərilib19.05.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, 1-15 may arası Ətraf Mühitin Mühafizəsi Departamenti ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlayıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslərin yol verdiyi qanun pozuntularına görə 116 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli göstəriş verilib.

Transparency.az bildirir ki, hesabata əsasən, 17 iş üzrə 22400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 3 iş üzrə 34753,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 147 iş üzrə 13351 manat məbləğində ödəmə tətbiq edilib.

Page 80: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 10, icra qurumlarına 7, məhkəməyə isə 5 iş göndərilib.

Vergilər nazirinin müavini marketləri nədə ittiham edir?19.05.2016

“Bəzi tanınmış super-marketlər dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərirlər”. AZƏRTAC xəbər verir ki, bunu mayın 18-i Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, nazirliyin 2016-cı ildə apardığı təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb: “Xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər dəfələrlə dövriyyəni gizlədir. Bəzi tanınmış iri market şəbəkələrindən dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərənlər var”.

Taxes.gov.az-ın məlumatına görə, iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi (ƏDV) ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, həm yerli, həm də beynəlxalq ekspertlər Azərbaycanda ƏDV-nin dərəcəsinin ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğun olduğunu bildirir. Nazir müavini ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini, beynəlxalq təcrübədə bu cür vergi güzəştlərinin bir qayda olaraq dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunduğunu nəzərə çatdırıb: “Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, dövlət qurumlarının ölçülüb-biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəticəsində, müəyyən müddətə verilir”.

Vergi qanunvericiliyində ayrı-ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlərin mövcud olduğunu qeyd edən nazir müavini indiki mərhələdə ayrı-ayrı ticarət şəbəkələrinə ƏDV ilə bağlı vergi güzəştlərinin verilməsinin məqbul hesab olunmadığını bildirib.

Sahib Ələkbərov qeyd edib ki, ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ

Page 81: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb: “Cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib”.

182 və 364 günlük dövlət istiqrazları buraxılıb19.05.2016

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10 milyon manat və tədavül müddəti 364 gün olan 10 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Rəsmi məlumata görə, 182 günlük dövlət istiqrazları üzrə investorların sifarişlərinin nominal üzrə ümumi məbləği 26,2 milyon manat olub. Maliyyə Nazirliyi dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymətini 94,3604 (gəlirlilik 12,0854%) səviyyəsində müəyyən edib. İstiqrazların ödəmə müddəti 15 noyabr 2016-cı ildir.

364 günlük dövlət istiqrazları üzrə təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 20,2 milyon manat təşkil edib. Rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 89,4131 (gəlirlilik 11,9056%) səviyyəsində müəyyən olunub. İstiqrazların ödəmə müddəti 16 may 2017-ci ildir.

Daha bir gənc fəal ona verilən işgəncələri açdı19.05.2016

Page 82: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Vəkil Elçin Sadıqov həbsdə olan gənc fəal Qiyas İbrahimova işgəncə verilməsi barədə açıqlama yayıb.

Qiyas İbrahimov və digər gənc fəal Bayram Məmmədov mayın 10-da tutulublar. Mayın 12-də Xətai Rayon Məhkəməsində onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Gənclər hazırda Bakı İstintaq Təcridxanasında saxlanırlar.

Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb.

Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.

Mayın 16-da vəkil Elçin Sadıqov Bayram Məmmədovun saxlama təcridxanasından göndərdiyi yazılı izahatının surətini yaymışdı. İzahatında Bayram Məmmədov polislərin ona işgəncə verməsindən söz açırdı (Gənc fəal dəhşətli işgəncələrə məruz qaldığını açıqlayıb).Qiyas İbrahimova işgəncə verilməsi haqda açıqlamanı Elçin Sadıqov mayın 18-də “Facebook” sosial şəbəkəsində yayıb.

Vəkil yazıb: “Bu gün gənclərlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdim. Hər iki gənclə görüşdüm. Qiyas İbrahimov ona verilən işgəncələrlə bağlı ətraflı yazmışdı. Həmin işgəncə barədə ərizəni onun əlindən aldılar. Bildirdilər ki, o, işgəncə barədə vəkilinə müraciət edə bilməz. Buna nə qədər etiraz etsəm də, məhəl qoymadılar. Məcbur olub özüm Qiyasa işgəncələr barədə ifadə verməyi təklif etdim və onun ifadəsi əsasında qeydlərimi apardım”.

Page 83: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Daha sonra vəkil Qiyas İbrahimovdan aldığı ifadəni təqdim edib. Həmin ifadədə Qiyas İbrahimov bunları bildirir: “Mayın 10-da günorta saatlarında Bakı Slavyan Universitetinin ikinci korpusunda imtahandan çıxarkən, çıxış qapısından təxminən 30 addım aralanmışdım ki, başımın arxasından bərk zərbə vurdular. Zərbədən səndələdim, dərhal ikinci zərbənin vurulduğunu hiss etdim və ağzı üstə yıxıldım. Tez məni yerdən götürüb göy rəngli furqon formalı avtomobilə basdılar. Hər iki tərəfimdə mülki geyimli şəxslər var idi. Onlar mənə nə üçün heykəli yazdığımı bildirib irad tutdular və döyməyə, söyməyə başladılar.

Avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin həyətinə sürdülər. Buraya gələndə başa düşdüm ki, onlar polisdirlər. Məni sürüyərək böyük bir otağa gətirdilər. Həmin otaqda məni yenidən döyməyə başladılar. Döyən zaman ağır söyüşlərlə məni təhqir edirdilər. Hər yerimdən vururdular. Ən çox şapalaq və əllərinin içi ilə başıma, boynumun arxasına vururdular. Vurulan zərbələrdən mən huşumu itirdiyimi hiss etdim. Qollarımı arxadan qandallamışdılar. Sonra hiss etdim ki, üzərimə su tökdülər. Bir az ayıldım. Mənə dedilər ki, iki nəfər hal şahidi çağırmışıq. İndi səndən narkotik çıxaracağıq, onlar da görəcəklər. Onlar mənim gödəkcəmin sol cibindən nəsə götürdülər və “narkotik” deyə bərkdən danışdılar. Mən onu birinci dəfə görürdüm. İndiyə qədər siqaret belə çəkməmişəm. Dedim ki, həmin götürdükləri şey mənim deyil, huşumu itirəndə cibimə qoymusunuz. Bu zaman məni yenidən döyməyə başladılar. Ağrılar dözülməz idi.

Bir müddət döyəndən sonra məni qarşıdakı otağa sürüdülər. Həmin otaqda Bayramı gördüm. Onu da döyürdülər. Qışqırıb Bayramı çağırmaq istəyəndə ağzımı tutub başımı burdular, qarnımdan zərbə vurdular. Sancıdan səsim batdı. Həmin an Bayramı otaqdan çıxardılar. Məni yenidən döyməyə başladılar və tələb etdilər ki, heykəldən üzr istəyim, gül qoyum, AzTV gəlib çəksin. Mən imtina etdim. Onlar tələb etdilər ki, o zaman narkotik ittihamını etiraf etməliyəm. İmtina etdikdə məni yenidən döyməyə başladılar. Şalvarımı çıxardılar və dubinka ilə yaxınlaşaraq əxlaqsız hərəkət edəcəklərini bildirdilər. Mən məcbur olub saxta narkotik ittihamını qəbul etdim.

Sonra bildirdilər ki, evimizə də gedib narkotik tapacaqlar, mənə deyəcəklər, mən də deyim ki, hə, filan yerə qoymuşam. Bildirdim ki, heç yerə narkotik qoymamışam axı. İstehza ilə biri dedi ki, sən qoymamısan, biz qoyarıq, sonra da taparıq. Yoxsa sənin ananı, atanı da tutub soxarıq içəri. Mənim yeriməyə də halım yox idi. Məni sürüyərək avtomobilə basdılar və yaşadığımız birotaqlı evə gətirdilər. Anam qapını açan kimi polislər zorla doldular içəri. Anamın yatağının altına narkotiki qoydular və sonra “buradadır, tapdıq” dedilər. Anam çox narahat idi. Mən onunla danışmağa cəhd etdim. İstəyirdim başa salam ki, bu siyasi bir işdir. Məni anamla danışmağa qoymadılar.

Dərhal məni maşına basdılar və Bakı Şəhər Baş Polis İdarəsinə gətirdilər. Yolda məni yenidən döyməyə başladılar, daha sonra saçımdan tutub üzümə tüpürməyə başladılar. Məni Bakı Şəhər Baş Polis İdarəsinə gətirdikdən sonra yenidən döyüb etirafedici izahat, ifadə yazdırdılar ki, guya narkotik vasitəni Əkrəm adlı İran vətəndaşından almışam. Halbuki mən ümumiyyətlə Əkrəm adlı şəxs görməmişəm, tanımamışam və eşitməmişəm.

Page 84: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Sonra məni Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun yanına apardılar. Qollarım arxadan qandallı idi. Otaqda olan bir nəfər mənə dedi ki, otur. Mən oturmaq istədikdə Mirqafar Seyidov bildirdi ki, mənim qabağımda oturmurlar, diz çökürlər. Həmin an məni gətirən əməkdaş dizimin arxasından təpiklə vurdu və mən dizi üstə düşdüm. Mən qalxmağa cəhd edəndə Seyidovun yanında olan keçəlbaş (özünü dövlətşünas kimi təqdim edirdi) kəmərimi çıxarmağı əmr etdi. Mənim saqqalımdan və saçımdan tutaraq kəmərimi çıxardılar və kəmərimlə məni döyməyə, alçaltmağa başladılar.

Məndən heykəli yazmaq üçün kimdən əmr aldığımı, kiminlə əlbir olduğumu, nə üçün belə etdiyimi soruşdular. Mən bildirdim ki, biz demokratiya istəyirik, o olmayanda etiraz edirik. Seyidov uca səslə “hanı sənin demokratiyan!” dedi. Bildirdi ki, sənin qohumlarının heç biri Qarabağda döyüşməyib, amma mən ayağımdan yaralanmışam. Belə söhbət və işgəncələr təxminən 1 saata yaxın davam etdi.

Sonra məni Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirdilər. İçəri daxil olan kimi oranın rəisi “sənsən, ə, heykəli yazan?” deyib məni vurdu. Mən yıxıldım. Sonra onun yanında olan şəxslər məni döyməyə başladılar. Huşumu yenidən itirmişdim, bədənim keyimişdi. Sonra məni kamerama sürüdülər.

Sübh tezdən rəis məni müvəqqəti saxlama yerinin həyətinə apardı və həyəti süpürməli olduğumu bildirdi. İmtina etdikdə məni yenidən döyməyə başladılar. Bədənimin hər yeri ağrıyırdı. Onlar məni həyəti süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Daha sonra ayaqyolunu da təmizləməyim üçün möhkəm döyməyə başladılar. Onlar ətrafdan gülüşərək telefonları ilə mənim şəklimi çəkirdilər. Bu işgəncə və qeyri-insani rəftar sürəkli davam etdi.

Mayın 12-də məni yenidən müvəqqəti saxlama yerinin həyətini süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Bu zaman vəkilim Elçin Sadıqov həyətə daxil oldu və mənim işgəncəyə məruz qaldığımı gördü. Elçin Sadıqov buna etiraz edəndə rəis onu zorla idarədən çölə çıxardı, “get müstəntiq gələndə gələrsən” dedi. Mən bu işgəncələr barədə 12 may 2016-cı il tarixli məhkəmə iclasında dedim və hakim qərar qəbul etdi ki, mənə verilən işgəncələr araşdırılsın. Mənə verilən işgəncələri araşdırmaq əvəzinə yenidən Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirdilər, işgəncələr yenidən başlandı və Bakı İstintaq Təcridxanasına gətirilənə qədər davam etdi. İndi bütün bədənim, sümüklərim, xüsusilə də başım ağrıyır”.

Valyuta hərracında 48,4 milyon dollar satıldı19.05.2016

Page 85: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mayın 19-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Vəsaitin 48,4 milyon dolları alınıb: 41,4 milyon dollar məbləğində vəsait 7 banka, 7 milyon dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 837,4 milyon dollara çatıb.

Mərkəzi Bank isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları satıb.

Qəzada ölənlərin adları açıqlanıb19.05.2016

Əfqanıstanın Dvayer hava limanında mayın 18-də qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı yeni məlumat var. Qəza AN-12 yük təyyarəsinin havaya qalxması zamanı baş verib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından APA-Economics-ə verilən məlumata görə, təyyarə Əfqanıstanda yük daşımaq məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurmaq üçün Marı şəhərinə (Türkmənistan) yola düşürmüş. Təyyarənin göyərtəsində yük olmayıb.

Göyərtədəki 9 ekipaj üzvünün adları açıqlanıb:

Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü

Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

Page 86: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü

Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.

Qazaxın icra başçısı başqa vəzifəyə getdi19.05.2016

Mayın 19-da prezident İlham Əliyev Ayaz Əsgərovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Başqa sərəncamla o, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rəcəb Abas oğlu Babaşov isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Transparency.az bildirir ki, Əsgərov Ayaz Nəriman oğlu 6 oktyabr 2011-ci ildən Qazaxın icra başçısı idi.

1964-cü ildə Tovuzun Qovlar qəsəbəsində anadan olan Ayaz Əsgərov 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.

Page 87: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

2006-2011-ci illərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ötən ilin büdcəsi necə icra olunub? (Qanun layihəsi və hesabat)19.05.2016

Maliyyə Nazirliyi Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini (Layihə) açıqlayıb. Transparency.az xəbər verir ki, layihəyə əsasən, dövlət büdcəsinin icrası gəlirlər 17 milyard 497 milyon 964,7 min manat, xərclər 17 milyard  784 milyon 535,2 min manat məbləğində olmaqla təsdiq edilir.Hesabata görə, 2016-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında 1 milyard 433 milyon 928 min manat qalıq olub. Qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə  yönəldilir.

Maliyyə Nazirliyi 2015-ci il büdcəsinin icrasına dair hesabat da yayıb.Davudoğlunun yerinə Yıldırım gəlir19.05.2016

Mayın 19-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi icra orqanının iclası keçirilib. İclasda mayın 22-də keçiriləcək fövqəladə qurultayda partiya sədrliyinə namizəd olacaq şəxsin adı açıqlanıb. Mayın 22-də partiya sədrliyinə və Türkiyənin baş naziri vəzifəsinə hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın namizədliyinin irəli sürülməsi qərara alınıb.

Binəli Yıldırım 1955-ci il dekabrın 20-də Ərzincanda anadan olub. İstanbul Texniki Universitetini bitirib. AZƏRTAC-ın məlumatına görə, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsinə dörd dəfə təyin olunan və bu vəzifədə ən çox xidmət edən ilk şəxsdir.

Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlu mayın 5-də partiya sədrliyinə namizəd olmayacağını deyib. Partiya sədrinin dəyişməsi isə baş nazirin dəyişməsi deməkdir.

Page 88: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Əhməd Davudoğlu 2014-cü ilin avqust ayından Ədalət və İnkişaf Partiyasının lideri və baş nazirdir.

Prezident bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirdi19.05.2016

Prezident İlham Əliyev mayın 19-da bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirən fərman imzalayıb.

Fərmana görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatını Nazirlər Kabineti müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:

— 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçinin tikinti obyekti barəsində tərtib etdiyi memarlıq-planlaşdırma bölməsi əlavə edilir) Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir;

— yerli icra hakimiyyəti orqanı aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Nazirlər Kabineti fərmanda nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin formasını bir ay müddətində müəyyən etməlidir.

Page 89: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

İndən belə dövlət əmlakı necə özəlləşdiriləcək? (Yeni fərman)19.05.2016

Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanın 1-ci bəndində deyilir: “Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası prezidentinin qərarları ilə həyata keçirilir”.

2-ci bənddə Nazirlər Kabinetinə tapşırılır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində; özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə ölkə prezidentinə təqdim etsin.

2016-cı ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini isə Nazirlər Kabineti prezidentə bir ay müddətində təqdim etməlidir.

Fərmanın 3-cü bəndində Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, bu fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanununa və prezidentin 2000-ci il 10 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırsın.

Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, bu fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində prezidentə təqdim etsin.

Page 90: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Əmlak Məsələləri Dövlət Komitəsi bu fərman qüvvəyə mindiyi günədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırmalı və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində prezidentə təqdim etməlidir.

Ağdaş dairəsində 3 nəfərin namizədliyi qeydə alınıb19.05.2016

90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların qeydə alınmaq üçün sənədləri təhvil vermə müddəti mayın 19-da bitib. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli Transparency.az-a bildirib ki, namizədliyi təsdiq olunan 14 nəfərdən 9-u imza vərəqələrini geri qaytarıb: “İndiyəcən 3 nəfər namizəd kimi qeydə alınıb”.

Azərbaycanda son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib.

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki bu il iyunun 18-nə təyin edilib.

“ABŞ dolları Azərbaycan Mərkəzi Bankının təzyiqinə davam gətirə bilmir”19.05.2016

“Mərkəzi Bankın monetar siyasəti mili valyutanın gələcək məzənnəsi üçün risklər yaradır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov belə deyir.

Page 91: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ekspert son bir neçə gündə dünya valyuta bazarında gedən dəyişikliyə nəzər salaraq yazır ki, son iki həftədə avroya nisbətən 5 faizə yaxın, bu gün isə 1 faizdən çox bahalaşan ABŞ dolları Azərbaycan Mərkəzi Bankının təzyiqinə davam gətirə bilmir, son günlər manata nisbətən ucuzlaşır: “Əgər mayın əvvəlində 100 avro almaq üçün 116 dollara yaxın vəsait ödəmək lazım idisə, indi hətta 112 dollardan az pul tələb olunur. Çox maraqlı mənzərədir: dünya bazarında dollar bahalaşanda Azərbaycanda ucuzlaşır, qlobal arenada dəyər itirəndə bizdə güclənir. Hətta neftin dünya bazarında ucuzlaşması da manata təsir göstərə bilməyib.

Maraqlıdır ki, ABŞ Federal Ehtiyat Sisteminin açıqlamasından sonra bu gün dollar bütün aparıcı valyutalara nisbətən dəyər qazandı, yalnız Bakıda məzənnə dəyişmədi. Baş bankın dünya bazarı və hətta özünün bivalyuta səbətindəki valyutaların məzənnəsinə uyğunlaşdırılmayan və koordinasiya edilməyən monetar siyasəti milli valyutamızın gələcək məzənnəsi üçün risklər yaradır. Mərkəzi bank dolların acığına deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir. Əks halda Mərkəzi Bankın sürprizləri ilə tez-tez rastlaşmalı olacağıq”.

Mərkəzi Bank mayın 19-da 1 ABŞ dollarının rəsmi kursunu dəyişməyib, 1,5017 manat müəyyən edib.

Vergilər Nazirliyində struktur və kadr dəyişiklikləri aparılıb20.05.2016

Vergilər Nazirliyində Vergi Cinayətlərinin Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb. Rəsmi məlumata görə, məqsəd vergi borclarının dövlət büdcəsinə alınması işinin təşkilinin daha da təkmilləşdirilməsi, cinayət xarakterli hüquqpozmaların qarşısının alınması sahələrində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, eləcə də cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən araşdırılması və təhlili nəticəsində vergi cinayətlərinin sayının azalmasına nail olmaqdır.

Nazirliyin Hüquq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Zeynalabdin Məmmədzadə yeni baş idarənin rəisi vəzifəsinə keçirilib.

Page 92: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Qeyd olunur ki, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi məlumatlandırılması işinin və vergi qanunvericiliyinə əməl edilməsi səviyyəsinin artırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilib, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb.

Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov yeni departamentin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin Vergilər Nazirliyinin Vergi Borclarının Alınması və Ərazi Vergi Orqanları ilə İş üzrə Baş İdarəsinin adı dəyişdirilərək Ərazi Vergi Orqanları ilə İş üzrə Baş İdarə adlandırılıb. Baş idarənin adı dəyişdirildikdən sonra da bu idarəyə əvvəlki kimi Elçin Bəylərov rəhbərlik edəcək.

Vergilər nazirinin digər əmrləri ilə buna qədər nazirliyin Aparatının rəhbəri işləyən Əli Həsənov Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, İnsan Resursları İdarəsi rəisinin birinci müavini vəzifəsində işləmiş Ağasəməd Əfəndiyev isə Vergilər Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Xarici valyutaların 20 may məzənnəsi20.05.2016

Mərkəzi Bank mayın 20-də 1 ABŞ dollarının kursunu 1,5017 manatdan 1,4987 manata salıb. Transparency.az-ın məlumatına görə, avro da ucuzlaşıb. Ötən gün 1,6848 manata satılan 1 avro 1,6787 manata təklif olunur.

Digər valyutaların rəsmi məzənnəsi belə müəyyən edilib:

1 gürcü larisi  – 0.6987 manat

1 ingilis funt sterlinqi – 2,1871 manat

1 Rusiya rublu – 0,0225 manat

Page 93: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

1 türk lirəsi – 0,5016 manat.

55 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib20.05.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 19-u Goranboy rayonunda işgüzar forum keçirib. Economy.gov.az-ın məlumatına görə, 100-dən çox sahibkarın iştirak etdiyi forumda Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan südlük istiqamətli cins heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, gips əsaslı üzlüklərin və dam örtükləri istehsalı müəssisələrinin, 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu il 895 sahibkar 55 milyon manatdan çox güzəştli kredit alıb: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1900-dan çox yeni iş yerinin yaradılmasına imkan verir”.

Bildirilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5856 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,4 milyon manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 55 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, pambıqçılıq, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu investisiya layihələrinin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması imkanı yaranacaq.

Page 94: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Eldar Həsənov 5+2 variantını qəbuledilməz adlandırdı20.05.2016

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından biri kimi təklif edilən 5+2 variantının (bu təklif öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının geri qaytarılmasını, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə eyni vaxtda Kəlbəcər və Laçının geri qaytarılmasını nəzərdə tutur) qəbuledilməz olduğunu bildirib.

“Yeni Müsavat”a açıqlamasında Eldar Həsənov qeyd edib ki, 2003-cü ildən bu günə kimi Azərbaycan prezidenti Qarabağ məsələsində hər bir Azərbaycan vətəndaşının istəyi, arzusu nədirsə, onu etmək istiqamətində çalışıb: “Azərbaycan prezidentinin apardığı siyasət, ordu quruculuğunun nəticəsi Qarabağ məsələsində status-kvonu dəyişib. Lakin burda bir şey nəzərə alınmalıdır. Belə söhbətlər səslənir ki, bəzi beynəlxalq vasitəçilər Qarabağ məsələsini 5+2 rayonun qaytarılması formulu ilə həll etmək istəyirlər. Nəzərə almaq lazımdır ki, bu

Page 95: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

formul qəti surətdə Azərbaycan üçün əlverişli formul deyil. Unutmaq olmaz ki, ən strateji yüksəkliklər məhz Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşir. 5+2 formulu isə, bəllidir ki, Kəlbəcərlə Laçının azad edilməsinin sonrakı mərhələyə saxlanmasını nəzərdə tutur.

Kəlbəcər və Laçın, yəni çox ciddi əhəmiyyət kəsb eləyən yüksəkliklər Ermənistanın əlində qalırsa, azad edilən o 5 rayona qayıdan yüz minlərlə azərbaycanlı əhalinin taleyi və təhlükəsizliyi hər an təhlükə altında olacaq. Müharibə tarixlərindən də bəllidir ki, yüksəkliklər kimdədirsə, üstünlük onda olur. Ermənistan məhz buna görə bütün vasitələrlə çalışır ki, Kəlbəcər və Laçın digər rayonlardan ayrılsın və onların nəzarətində qalsın. 5+2 adlanan həll formulu o deməkdir ki, Murovdan başlamış Laçının Minkənd kəndinin başının üstünə qədər olan yüksəkliklər qalır ermənilərin əlində və beləliklə, azad edilən 5 rayon təhlükə altında qalır. Ermənistan taleyi öz əlində olan ölkə olmadığı üçün tarix göstərir ki, imzaladığı razılaşma sənədlərinə belə əməl etmir və edə bilmir. 1992-ci ilin mayında İranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən parlament sədri ilə Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında atəşkəs sənədi imzalanmışdı. Həmin günün səhərisi Ermənistan Şuşanın işğalını həyata keçirməyə başladı.

Bu təcrübə onu deməyə əsas verir ki, Ermənistan hətta 5 rayonu geri qaytardıqdan sonra imzasına məhəl qoymayaraq yüksəkliklərdən yenidən həmin rayonlara hücum edə bilər. Nə qədər ki, Ermənistan özü öz taleyinin sahibi deyil, kənardan idarə olunur, onların hətta öz imzasına hər an xəyanət etmələrini görmək mümkündür.

Odur ki, Azərbaycan aprelin əvvəlindəki hərbi əməliyyatlardan sonra əldə etdiyi üstünlüyün və ədalətli mövqeyinin diktəsi ilə hərəkət etməli və sülh prosesinin maraqlarımıza uyğun getməsinə nail olmalıdır və inanıram ki, nail olacaq”.

Eldar Həsənov vurğulayıb ki, Qarabağ savaşında informasiya müharibəsi, diplomatik müstəvidə iş son dərəcə mühümdür: “Şübhəsiz ki, əvvəlki illərdəkindən daha çox geniş təbliğata, həqiqətləri dünyaya çatdırmağa ehtiyacımız var. Hər ölkənin dilində, onun anlama üslubunda Qarabağ həqiqətləri Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatları əsasında çox intensiv şəkildə həyata keçirilir. Sizə tam məsuliyyətimlə deyə bilərəm ki, artıq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatları heç zaman olmadığı qədər çox aktiv informasiya müharibəsi aparır.

Nəzərə almaq lazımdır ki, qarşımızdakı ermənilərin dünyanın bir çox mühüm mərkəzlərində uzun illər oturuşmuş lobbi və təbliğat maşını var. Azərbaycan dövləti artıq bu təbliğat maşınının təbliğatının təsirini öldürmək, reallıqları, həqiqəti dünyaya çatdırmaq üçün özünün sistemini qura bilib. Müdafiə Nazirliyinin verdiyi bir bəyanatı, dövlətin mövqeyini bir neçə saatın içində səfirliklərimiz təmsil olunduqları ölkələrdə yayır, bütün lazımi ünvanlara çatdırır. Azərbaycanın haqq səsi anındaca çatdırılır və artıq dünya ölkələrində Ermənistanın dağıdıcı mövqedə olan bir dövlət olduğuna inam yaranıb. Bununla belə düşünürəm ki, gördüyümüz iş hələ də tam yetərli deyil. Daha artıq şəkildə iş aparmalıyıq”.

Page 96: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbəcər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib. Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifəsini tutub. Ədliyyə general-leytenantıdır.

2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir. Eldar Həsənov həmçinin bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəri, Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlıqla mübarizə üzrə Regional Mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.

İsrailin müdafiə naziri hökumətdən də, parlamentdən də getdiyini açıqladı20.05.2016

İsrailin müdafiə naziri Moşe Yaalon vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

Page 97: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Novator.az xəbər verir ki, Moşe Yaalon mayın 20-də “Twitter” səhifəsində belə yazıb: “Bu gün səhər baş nazirə bildirdim ki, mənə göstərilən etimadsızlığa görə hökumətdən, parlamentdən gedirəm və siyasi fəaliyyətimə fasilə verirəm”.

Bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri postuna rusdilli israillilərin “İsrail Bizim Evimizdir” Partiyasının rəhbəri Aviqdor Libermanın təyin olunmasını təklif edib.

Təyyarə maneəyə dəyibmiş20.05.2016

Azərbaycanın “Silk Way” şirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması səbəblərini təhqiq edən komissiya hazırda olay yerindədir. Xəbəri AZƏRTAC mayın 20-də yayıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimovun başçılıq etdiyi komissiya Əfqanıstan Mülki Aviasiya Xidmətinin nümayəndələri ilə birlikdə hadisənin təfsilatını öyrənir. Komissiya həm də həlak olmuş pilotların meyitlərinin vətənə çatdırılması məsələsi ilə məşğul olur.

Qəza mayın 18-də yerli vaxtla saat 14:30 radələrində Əfqanıstanın Dvayer aeroportunda baş verib. AN-12 yük təyyarəsi havaya qalxarkən maneə ilə toqquşub. Təyyarədəki 9 nəfər heyət üzvündən 7-si həlak olub. Ölənlərin 5-i Azərbaycan vətəndaşıdır.

Təyyarə Əfqanıstanda yükdaşımaların yerinə yetirilməsi üçün “Silk Way” şirkətindən icarəyə götürülüb. Baqrandan (Əfqanıstan) Dvayerə gəlmiş təyyarə əlavə yanacaq doldurmaq üçün Marı şəhərinə (Türkmənistan) getməli imiş.

Deputat: “Hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq”20.05.2016

Page 98: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mayın 20-də Azərbaycan parlamenti deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclas keçirir.

AZƏRTAC xəbər verir ki, amnistiya layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərin, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumların amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır.

APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən Mehriban Əliyeva deyib ki, məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin son vaxtlar Heydər Əliyev Fonduna ünvanladığı çoxsaylı müraciətlə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir: “Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub. Parlamentin 8 may 2007-ci il qərarı ilə 9877, 17 mart 2009-cu il qərarı ilə 9564, 7 may 2013-cü il qərarı ilə 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq. Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar”.

Page 99: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mehriban Əliyeva deputat həmkarlarını qərar layihəsinə dəstək verməyə çağırıb.

İlham Əliyev qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış olub20.05.2016

Prezident İlham Əliyev mayın 20-si Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi və X Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısına sərgilərlə bağlı məlumat verib. İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.

Xəbəri AZƏRTAC yayıb.

Amnistiya aktı qəbul olundu20.05.2016

Page 100: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Mayın 20-də Milli Məclis deputat Mehriban Əliyevanın təqdim etdiyi amnistiya aktını qəbul edib. 28 May Respublika Günü ilə bağlı qəbul olunan amnistiya aktı bu il iyunun 15-də qüvvəyə minəcək.

Sənədə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayanlar, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş, islah işləri, ictimai işlər növündə cəza təyin edilmiş, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşəcək.

Qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin vaxt SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan

Page 101: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər, 1988-1993-cü illərdə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir hissəsini işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Eyni zamanda cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunmuş cəzalardan azad olunacaqlar.

O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılacaq.

Qərara əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər təyin olunmuş cəzalardan azad ediləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyası fəaliyyətə başlayıb20.05.2016

Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya Komissiyası fəaliyyətə başlayıb. AZƏRTAC-ın məlumatına görə, ilk iclasda üç nəfər bank inzibatçısının attestasiyası keçirilib və hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun hesab edilib.

Attestasiya Komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların və xarici bank filiallarının idarə heyəti üzvlərinin, daxili audit bölmələrinin rəhbərlərinin, baş mühasiblərinin, investisiya şirkətlərinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının rəhbər işçilərinin attestasiyasını həyata keçirəcək.

Sığorta şirkətlərinin rəhbər işçilərinin (Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin, daxili audit xidmətinin rəhbərinin və baş mühasibin), aktuari fəaliyyəti ilə məşğul olan şəxslərin, sığorta agentlərinin və ya onların rəhbərlərinin və investisiya xidmətlərini həyata keçirən şəxslərin attestasiyası isə testlə olacaq.

Page 102: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Dövlət başçısının 3 fevral fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulub, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulub.

Nizamnaməyə görə, palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır.Ekspert özəlləşdirmə fərmanına münasibət bildirib20.05.2016

İqtisadçı ekspert Qubad İbadoğlu prezidentin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı fərmanına münasibət bildirib.

Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər fərmanı imzalayıb.Fərman dövlət əmlakının özəlləşdirilməsinin prezidentin qərarları ilə həyata keçirilməsini nəzərdə tutur. Nazirlər Kabinetinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə ölkə prezidentinə təqdim etmək tapşırılıb.Transparency.az bildirir ki, fərmanı ölkə iqtisadiyyatının rəqabətliliyinə, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına yardım məqsədi daşıdığını qeyd edən Qubad İbadoğlu bir neçə nüansa diqqət çəkir: “Fərmanda göstərilir ki, Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Nazirlər Kabineti bu işi görərkən özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmalıdır. Əslində hökumətə verilən bu tapşırıq heç yerinə düşmür. Belə ki, dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarının işlənilməsi qanunun deyil, özəlləşdirmə qaydalarının predmeti ola bilər.

Page 103: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim etmək tapşırırlıb. Bu isə o deməkdir ki, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə ən yaxşı halda bu ilin avqust ayında tanış ola biləcəyik. Fikrimcə, hazırkı situasiyada yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur, mövcud qanunu təkmilləşdirmək və modifikasiya etməklə özəlləşdirmənin yeni, üçüncü mərhələsinin hüquqi bazasını formalaşdırmaq mümkün idi.

Hazırda özəlləşdirmənin fərdi investisiya müsabiqələri üzrə həyata keçirilməsi yeni mərhələnin aparıcı xəttini təşkil etməlidir. Digər tərəfdən də nəzərə alsaq ki, özəlləşdirilməli müəssisələr əsasən kommunal, rabitə və enerji sektorlarını əhatə edir, bu halda da onların özəlləşdirilməyə açıq elan edilməsi prezidentin fərmanları ilə olmalıdır. İstənilən halda Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə tanış olmaq çox maraqlıdır. Çünki həm siyahı, həm də özəlləşdirmədə xarici investorların iştirakı şərtləri bu mərhələnin ən cəlbedici məqamlarıdır”.

Bu ay Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meylləri” adlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, 1996-cı ildən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib: “Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyət yaradılıb və sonradan özəlləşdirilib. Özəlləşdirmənin başlandığı dövrdən dövlət büdcəsinə müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 milyon manat daxil olub.

Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib, 550 milyon ABŞ dolları məbləğində vəsait investisiya şəklində qoyulub”.

Hər il müsəlmanlar islam banklarına 1,8 trilyon dollar pul qoyur20.05.2016

Hər il müsəlmanlar islam banklarına 1,8 trilyon dollar pul qoyur. Novator.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin  iqtisadiyyat nazirinin müavini Abdulla əl-Saleh mayın 20-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Rusiya – islam dünyası sammitində belə deyib.

Kazanda keçirilən sammitə dünyanın 35 müsəlman ölkəsindən nümayəndələr qatılıb.

Page 104: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Abdulla əl-Saleh sammitdə çıxışı zamanı islam iqtisadiyyatının stabil şəkildə inkişaf etdiyini vurğulayıb: “Bizim islam bankları ənənəvi banklara nisbətən daha sürətlə inkişaf edir. Bu, dünyada müsəlmanların sayının artdığı bir dövrdə çox mühüm faktordur. Müsəlmanlar hər il islam banklarına 1,8 trilyon dollar pul qoyurlar. Bu, islam bankçılığının inkişafı üçün yüksək perspektivin olduğunu göstərir”.

Saleh qeyd edib ki, dünyada islam bankçılığını ən çox tətbiq edən ölkələrdən birincisi Malayziya, ikincisi Birləşmiş Ərəb Əmirlikləridir.

Dünyada ilk islam bankı 1975-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılıb.

İslam dini sələmi qadağan etdiyinə görə islam bankları pulu faizlə vermir. Belə banklar maliyyə yardımı göstərdiyi biznes layihələri mənfəət əldə etdikdə gəlir qazanır.

Amnistiya qərarının mətni20.05.2016

Milli Məclisin 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında 20 may qərarı dərc olunub. Transparency.az bildirir ki, qərar 4 hissədən, 31 bənddən ibarətdir:

I. Amnistiya tətbiq edilən şəxslərin dairəsi1. Aşağıdakı məhkumlar, bu Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:

1.1. yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

1.2. bu Qərarın 1.1-ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər;

1.3. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;

1.4. hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;

1.5. islah işləri növündə cəza təyin edilmiş şəxslər;

1.6. ictimai işlər növündə cəza təyin edilmiş şəxslər;

1.7. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilmiş şəxslər;

Page 105: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

1.8. əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər;

1.9. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər.

2. Bu Qərarın 1.1 və 1.2-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsinlər (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):

2.1. qadınlar;

2.2. cinayət törədərkən 18 yaşına çatmayan şəxslər;

2.3. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;

2.4. bu Qərar qüvvəyə mindiyi günədək birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər;

2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;

2.6. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;

Page 106: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

2.10. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;

2.11. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;

2.12. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

2.13. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;

2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.

3. Bu Qərarın 1.1, 1.2-ci bəndlərində və 2-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər, bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin.

4. Bu Qərarın 1.1, 1.2-ci bəndlərində, 2 və 3-cü hissələrində nəzərdə tutulan şəxslərdən başqa, dörd ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş cəza altı ay azaldılsın (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

5. Bu Qərarın 1.3 və 1.8-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):

5.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər;

5.2. əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər;

5.3. azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər;

5.4. azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər;

5.5. azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər.

II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər

Page 107: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

6. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli, 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.

7. Bu Qərarın 2-5-ci hissələri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:

7.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 122.2, 124.2, 125, 127.2, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.2, 140.4, 141.4, 142.3, 145.2, 146.2, 150.1, 151, 152, 153.2, 153.3, 159.4, 162.2, 167-1.3, 167-2.2, 168.2, 168-1.3, 170.1, 170.2, 171.1, 171-1.1, 172, 176-1.2, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192-1.3, 193.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 201.2, 202-2.1, 203-1.1, 204.1, 205, 206.1, 206.2, 208.2, 213.2, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 244-1.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 263-1.1, 263-1.2, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 271.3, 272.3, 273.4, 281.1, 283, 283-1.4, 284.1, 284-1, 285, 288.1, 288.3, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308-1.2, 309.2, 312.1, 312-1, 314.2, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318.2, 318-1.2, 319.2, 321.2, 328.2, 330.2, 331.3, 332.2, 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli, 92-IIIQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 405-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli, 610-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 144-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1231-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 284.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 199.3-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə məhkum olunmuş şəxslər;

7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin

Page 108: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

69-cu maddəsinin ikinci hissəsi, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-cı maddəsinin birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü hissəsi, 120-ci maddəsinin ikinci hissəsi, 126-cı maddəsi, 171-ci maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185-ci maddəsi, 208-ci maddəsinin ikinci və üçüncü hissələri, 220-ci maddəsinin birinci və üçüncü hissələri, 229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin “q” bəndi və 255-1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;

7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli, 463-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin üçüncü hissəsi, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli, 90-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci maddələrlə məhkum olunmuş şəxslər;

7.4. maddi ziyanı tam ödəməmiş şəxslər;

7.5. xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;

7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər;

7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslər.

III. Amnistiya aktının hüquqi qüvvəsi8. Bu Qərar 2016-cı il iyunun 15-dən qüvvəyə minir.

9. Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş, habelə həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarı əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər barəsində tətbiq edilir.

10. Bu Qərar qüvvəyə mindikdən sonra məhkumun cəzasının çəkilməmiş hissəsinin azalması və ya digər şəkildə hüquqi vəziyyətinin dəyişməsi (bu Qərarın 1.8-ci bəndində nəzərdə

Page 109: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

tutulmuş hal istisna olmaqla) həmin şəxs barəsində bu Qərara əsasən amnistiyanın tətbiqi üçün əsas deyildir.

11. Bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir.

12. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətə görə məhkum edilmiş şəxslərin törətdiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın 6-cı hissəsi ilə məhdudlaşdırılmışdırsa bu Qərarın hər hansı hissəsinə əsasən, 7-ci hissəsi ilə məhdudlaşdırılmışdırsa bu Qərarın 2-5-ci hissələrinə əsasən amnistiya tətbiq edilmir.

13. Bu Qərarda nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi, onları törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən azad etmir.

14. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittiham hökmlərinin və ya digər qərarların qanuniliyinin, əsaslılığının və ya ədalətliliyinin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsinə mane olmur.

15. Bu Qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.

16. Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.

IV. Amnistiyanın tətbiqi qaydaları17. Amnistiya aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:

17.1. cəzaçəkmə müəssisələri – bu Qərarın 1.1 və 1.2-ci bəndlərində, 2 və 3-cü hissələrində nəzərdə tutulan şəxslər barəsində;

17.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı – bu Qərarın 1.3, 1.4 və 5.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;

17.3. icra məmurları – bu Qərarın 1.5-1.8 və 5.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;

17.4. məhkəmələr – bu Qərarın 1.9-cu bəndində, 4-cü hissəsində, 5.3-5.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində.

Page 110: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

18. Bu Qərarın 17.1-17.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla razılaşdırmalıdırlar.

19. Bu Qərarın 4-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

20. Bu Qərarın 1.9, 5.3-5.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

21. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.

22. Bu Qərarın 19-21-ci hissələrində nəzərdə tutulmuş müraciətlərə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməli, məhkəmə iclasında prokurorun iştirakı təmin edilməlidir.

23. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.

24. Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.

25. Alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 31-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas – tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi barədə məhkəmənin qərarıdır).

26. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.

Page 111: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

27. Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 31-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, Cinayət Məcəlləsinin 95.0.2-95.0.4-cü maddələrinə əsasən psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməli, Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.

28. Bu Qərarın 17.2-ci bəndində göstərilən “hərbi hissələr” dedikdə, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 20-ci hissəsində göstərilən “məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar” dedikdə isə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurları və hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.

29. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.

30. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 175-177-ci maddələrinin tələblərinə uyğun olaraq, bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri olan tədbirlər görülməlidir.

31. Bu Qərarın 17.1-17.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiq edilməsini təmin etməlidirlər.

Ötən ay 195-2 Çağrı Mərkəzinə 1400-ə yaxın müraciət edilib20.05.2016

Page 112: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Aprel ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1400-ə yaxın, indiyədək isə 53 minə yaxın müraciət edilib.

Nazirliyin məlumatına görə, müraciətlər sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və digər məsələlər barədə olub.

195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, “2” düyməsini yığmaq və nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar.

Prokurorluq yanğın işinin istintaqını yekunlaşdırıb20.05.2016

Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ötən il mayın 19-da baş verən, tələfatla nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə istintaq mayın 20-də baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatda bildirilir ki, vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğuna görə bir sıra şəxslərə qarşı ittiham irəli sürülüb. Binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov

Page 113: transparency.aztransparency.az/alac/files/may (2) 2016.docx · Web viewAvropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının

Ələkbər İldırım oğlu, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

O cümlədən poliuretan məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, poliuretan məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Rusiya əhalisinin 79%-i ölkənin böhranda olduğunu düşünür20.05.2016

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhali arasında iqtisadi durumla bağlı sorğu keçirib. Novator.az xəbər verir ki, sorğunun mayın 20-də açıqlanan nəticələrinə görə, əhalinin 79%-i ölkənin iqtisadi böhran yaşadığı qənaətindədir.

Sorğuya cəlb olunanların fikrincə, iqtisadi böhran ilk növbədə özünü bahalaşmada göstərir.

Respondentlərin 29%-i öz həyat səviyyələrinin aşağı düşdüyünü, əməkhaqqı, pensiya, müavinət məbləğinin az olduğunu və gecikdirildiyini deyiblər. Respondentlərin 16%-i işsizlikdən və iş yerlərinin ixtisar olunmasından şikayətlənib.

Sorğuya qatılanların 12%-i isə Rusiyada iqtisadi böhranın yaşanmadığı qənaətindədir.