4
İPƏKÇİ İPƏKÇİ “...“İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaq- da, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbay- canın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm", Heydər Əliyev. www.ipekchi.info www.ipekci.info № 8 (2272) 23 avqust 2010-cu il Qiyməti 20 qəpik 1933-cü ildən nəşr edilir AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI Avqustun 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə prezidenti Abdullah Gül, Bakıdan sonra, ertəsi gün, avqustun 17-də, Şəki şəhərinə təşrif buyurmuşdur. Bu barədə AzərTAc məlumat verir (R.S. “İpəkçi” tərəfindən şəkil və s. əlavələr edilib): ZAQATALA BEYNƏLXALQ HAVA ZAQATALA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA LİMANINDA QARŞILANMA Türkiyə dövlətinin başçısının Azərbaycanın bu böl- gəsinə səfəri Zaqataladan başlamışdır. Zaqatala Beynəlxalq hava limanında Prezident Abdullah Gülü böyük səmimiyyətlə qarşıladılar. Məlumat verildi ki, Zaqatala Beynəlxalq hava lima- nının təməli 2006-cı ildə qoyulmuşdur. Hava limanının ümumi torpaq sahəsi 70,2 hektar, uçuş-enmə zolağının uzunluğu isə 2200 metrdir. Hava limanında inşaat işlə- rini dövlət vəsaiti hesabına Türkiyənin “Zema” şirkəti və “AZVİRT” firması görmüşlər ( R.S. Əslində, adı ikinci çəkilən Azərbaycana aid MMC-dir, amma həqi- qətən, onunla müştərək olaraq Zaqatalada Türkiyənin “Abit Beşer” şirkəti də çalışmışdır). Bu nəqliyyat ter- minalının tikintisinə 22 milyon manat vəsat xərc- lənmişdir. Dördmərtəbəli inzibati bina birinci dərəcəli- dir və saatda 120 sərnişinə xidmət göstərir. Ölkənin şi- mal-qərb bölgəsindəki bu müasir hava limanı 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentiİlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Hava limanında 120 nəfər işlə təmin edilmişdir. Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Şəkiyə yola düşdü. QAXDA YUNUS ƏMRƏ VƏ HACI QAXDA YUNUS ƏMRƏ VƏ HACI TAPDIĞIN MƏZARLARINI ZİYARƏT TAPDIĞIN MƏZARLARINI ZİYARƏT Türkiyə Prezidenti Abdullah Gül Zaqataladan Şə- kiyə gələrkən yolüstü Qax rayonunun Oncallı kəndin- dəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişdir. Prezident Abdullah Gül hər iki məzarın üzərinə gül dəstəsi qoydu. Sonra qəbiristanlığı gəzən ali qonağa məlumat veril- di ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalar- dan biridir. XIII-XIV əsrlərdə yaşayan Yunus Əmrənin yaradıcılığı türk şeirinin inkişafına çox böyük təsir göstərmişdir. Mənbələrdə göstərilir ki, övliyalıq mə- qamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı vardır. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax ra- yonu ərazisində, Oncallı kəndindəki oğuz qəbristan- lığıdır. Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanı gəzmiş, mənəvi rahatlığını Oncallı kəndində dövrü- nün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristan- lıqda dəfn olunduğu ehtimal edilir. Onların məzarları sonradan müridləri tərəfindən abadlaşdırılmışdır. Yer- dən bir metr hündürlüyündə çay daşından tikilmiş, hör- gü ilə əhatələnmiş hər iki məzar müqəddəs sayılır və ziyarət edilir. Anadolu türkcəsində yazan Yunus Əmrənin şeirlə- rinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonu əhalisinin dil xüsusiyyətləri ilə eynilik təş- kil edir. Şairin ədəbi və ictimai fəaliyyəti ilə əlaqədar mərkəzlərdən birinin XIII-XIV əsrlərdə Oncallı kən- dində meydana gəlməsi, müqəddəs məkan kimi bu gün də yad edilməsi bir daha Azərbaycan türkləri ilə Ana- dolu türklərinin eyni mədəniyyətli qardaş xalq oldu- ğunu sübut edir. Yunus Əmrənin və Hacı Tapdığın mə- zarları bu gün də yerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir. Sonra Türkiyə Prezidenti Abdullah Gül və onu mü- şayiət edən şəxslər Şəki şəhərinə gəlmişlər. QƏDİM VƏ MÜASİR ŞƏKİ İLƏ QƏDİM VƏ MÜASİR ŞƏKİ İLƏ TANIŞLIQ TANIŞLIQ Şəkiyə gələn Türkiyə Prezidenti Abdullah Gül şəhər icra hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, ulu öndərin xatirəsini ehtiramla yad etdi. Sonra ali qonaq Şəkinin Orta Zəyzid kəndi ərazisin- də türk əsgərinin abidə kompleksini ziyarət etdi. Prezident Abdullah Gül abidənin önünə gül dəstəsi qoydu. Bildirildi ki, bu abidə XX əsrin əvvəllərində xalqı- mızı erməni qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərinin şərəfinə ucaldılmışdır. Abidənin ətrafında geniş abad- lıq işləri görülmüş, 2002-ci ildə məzarüstü abidə kom- pleksi yaradılmışdır. Türkiyə Prezidenti Abdullah Gül daha sonra Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycan və Dağıs- tandakı hərəkatı və ölkəmizdəki türk şəhid məzar- lıqlarının yerləşdiyi stendə baxdı. Qardaş ölkənin dövlət başçısı Şəkinin mərkəzi par- kında xalq şairi Bəxtiyar Vahabzadənin abidəsini ziya- rət edərək önünə gül dəstəsi qoydu. Məlumat verildi ki, XX əsr Azərbaycan poeziyasının ən parlaq simaların- dan biri olan Bəxtiyar Vahabzadə milli mədəniyyəti- mizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Şair Azər- baycan–Türkiyə dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə də böyük töhfələr vermişdir. Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı bu il qardaş Türkiyədə də silsilə anma tədbirləri keçiril- mişdir. Prezident Abdullah Gül parkda Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onlarla səmimi söhbət etdi. Türkiyə Prezidenti Azərbaycana səfərindən məmnun qaldığını, ölkələrimizin dostluq və qardaşlıq əlaqələri- nin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi. Diqqətə çatdırıldı ki, bu səfər Türkiyə–Azərbaycan münasibətlərinin inkişafına yeni töhfələr verəcəkdir. Prezident Abdullah Gül XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə (R.S. Əslində, məs- cid 20-ci əsrin əvvəllərində tikilmişdir.) və burada fəa- liyyət göstərən Şəki İslam Mədrəsəsinə də baş çəkdi. Ali qonağa məscid və mədrəsə barədə ətraflı məlumat verildi, ona xatirə hədiyyəsi təqdim olundu. Prezident Abdullah Gül məscidin həyətində mədrəsədə təhsil alan hafizlərlə xatirə şəkli çəkdirdi. Şəki Xan sarayı ilə tanışlıq zamanı Türkiyə Prezi- denti Abdullah Gülə məlumat verildi ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix–Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi he- sab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlı- ğın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təq- ribən, 1762-ci ildə tikilmişdir (R.S. Əslində, sarayın ti- kintisinə 1789-1790-cu illərdə başlanılıb, bu Məhəm- mədhüseyn xanın oğlu Məhəmmədhəsən xanın dövrünə təsadüf edir). İnşaat texnologiyasına görə Xan sara- yının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmamışdır. Hər kvadrat- metr şəbəkə bir-birinə geydirilən 5 min hissədən iba- rətdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan iki- mərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə süjetli və quşların təsviri həkk olunmuş naxış- lardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarla- rında təsvir olunan döyüş və ov səhnələri xüsusilə ma- raq doğurur. Şəki Xan sarayı indiyədək 5 dəfə əsaslı bərpa edilmişdir. Türkiyə dövlətinin başçısı sarayın eyvanından Şəki- nin qədim məhəllələrini seyr etdi. Prezident Abdullah Gülə Xan sarayının təsvir olun- duğu rəsm əsəri hədiyyə edildi. Ali qonaq Xan sarayının xatirə kitabına ürək söz- lərini yazdı. Daha sonra Prezident Abdullah Gül XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış oldu, Şəkinin tanın- mış ziyalıları ilə görüşüb söhbət etdi. Məlumat verildi ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilmişdir. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məş- ğul olduqları bu karvansaraylar şəhər həyatında mü- hüm yer tuturdu. Şəhər karvansarayları həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olu- nurdu. Əvvəllər Şəkidə 5 karvansaray binası mövcud olmuşdur. Onlardan yalnız ikisi – Yuxarı və Aşağı kar- vansaraylar indiyədək qalmışdır. Ümumi sahəsi 6 min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300- dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvan- saray öz ölçüləri və həcminə görə Azərbaycan ərazi- sində mövcud olan ən böyük karvansaray hesab edilir. Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya və İrandan tacirlər gəlir, burada uzun müddət ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Həmin gün Türkiyə Prezidenti Zaqatala şəhərinə qayıtdı. SƏFƏR BAŞA ÇATDI SƏFƏR BAŞA ÇATDI Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana ikigünlük rəsmi səfəri avqustun 17-də başa çatmışdır. Zaqatala beynəlxalq hava limanında ali qonağı res- publikamızın şimal-qərb bölgəsinə səfərdə müşayiət edən Baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar. TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL AVQUSTUN 17-DƏ ŞƏKİYƏ TƏŞRİF BUYURMUŞDUR AVQUSTUN 17-DƏ ŞƏKİYƏ TƏŞRİF BUYURMUŞDUR Bu il 700 bal Bu il 700 bal toplamış toplamış 7 abituryentdən biri 7 abituryentdən biri Şəki rayonundandır! Şəki rayonundandır! Ali məktəblərə qəbul imtahan- larında ilk dəfə 700 bal (6 nəfər) 2008-ci ildə toplanılıb. Ötən ilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilmişdi. Bu il isə rekord- çuların sayı 7 nəfərdir. Sevindirici və Şəki rayonu üçün olduqca əlamətdar haldır ki, bu ilki 7 rekordçudan biri Şəki- dəndir: Günel Abdullayeva! O, 10-cu sinfə qədər Kiçik Dəhnə kənd məktəbində, 11-ci sinfi isə "Araz" kursunda təhsil almışdır. Şəki şəhər icra hakimiyyətindən verilən məlumata görə isə bu ilki qəbul imtahanlarında 600-dan çox bal toplamış Şəki məktəblilərinin məzunları avqustun 24-də icra hakimiyyəti başçısı M. Cabbarlı tərə- findən qəbul ediləcək və onlar hamısı mükafatlandırılacaqlar. Türkiyə prezidenti Abdullah Gül Şəki Cümə məscidində Azərbaycan Respublikası Prezi- dentinin 2010-cı il 09 avqust tarixli Fərmanı ilə "Məhkəmə qurulu- şunda bəzi dəyişikliklər, hakimlə- rin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında" və "Azərbaycan Respublikası apelly- asiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, in- zibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yuris- diksiyası" adlı sənədləri imzalayıb. Bu fərmanla Şəkidə fəaliyyət göstərən apellyasiya instansiyası, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksi- yası aşağıdakı kimi müəyyənləşdi- rilmişdir: Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri: 1. Ağdaş Rayon Məhkəməsi; 2. Balakən Rayon Məhkəməsi; 3. Göyçay Rayon Məhkəməsi; 4. İsmayıllı Rayon Məhkəməsi; 5. Qax Rayon Məhkəməsi; 6. Qəbələ Rayon Məhkəməsi; 7. Mingəçevir Rayon Məhkəmə- si; 8. Oğuz Rayon Məhkəməsi; 9. Şəki Rayon Məhkəməsi; 10. Yevlax Rayon Məhkəməsi; 11. Zaqatala Rayon Məhkəməsi; 12. Şəki Ağır Cinayətlər Məhkə- məsi; 13. Gəncə Hərbi Məhkəməsi (Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayət- lərlə bağlı işlər və digər materiallar üzrə); 14. Tərtər Hərbi Məhkəməsi (Şəki Apellyasiya Məhkəməsi- nin yurisdiksiyasına daxil olan əra- zi vahidlərində baş vermiş cina- yətlərlə bağlı işlər və digər materi- allar üzrə); 15. Şəki İnzibati-İqtisadi Məh- kəməsi. Şəki Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 1. Ağdaş rayonu; 2. Balakən rayonu; 3. Göyçay rayonu; 4. İsmayıllı rayonu; 5. Qax rayonu; 6. Qəbələ rayonu; 7. Mingəçevir şəhəri; 8. Oğuz rayonu; 9. Şəki rayonu; 10.Yevlax rayonu; 11.Zaqatala rayonu. Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 1. Ağdaş rayonu; 2. Balakən rayonu; 3. Göyçay rayonu; 4. İsmayıllı rayonu; 5. Qax rayonu; 6. Qəbələ rayonu; 7. Mingəçevir şəhəri; 8. Oğuz rayonu; 9. Şəki rayonu; 10.Yevlax rayonu; 11.Zaqatala rayonu. MƏHKƏMƏLƏRİN ƏRAZİ MƏHKƏMƏLƏRİN ƏRAZİ YURİSDİKSİYASINA YURİSDİKSİYASINA DƏYİŞİKLİKLƏR EDİLİB DƏYİŞİKLİKLƏR EDİLİB Ümid Partiyası namizədlərini tam Ümid Partiyası namizədlərini tam müəyyən edib müəyyən edib Ümid Partiyasının 2010- cu il parlament seçkilərində iştirak edəcək namizədlərini tam müəyyən edib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumat görə, onlar 113 saylı Şəki şəhər seçki dairəsindən - İsmayılov Arif Nüsrət oğlunun, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən isə Əbdülrəhmanova Mehriban Lətif qızının namizədliyini irəli sürmək niyytindədirlər. “Şəki-İpək” ASC-nin Toxucu istehsalatında “Şəki-İpək” ASC-nin Toxucu istehsalatında Almaniya istehsalı olan yeni dəzgahlar Almaniya istehsalı olan yeni dəzgahlar quraşdırılacaqdır quraşdırılacaqdır Hal-hazırda, yeni dəzgahlar quraşdırılacaq sexlərdə tikinti-abadlıq işləri gö- rülür. Köhnə və istifadəyə yararsız dəzgahlar isə “Baku Steel Company”dən dəvət olunmuş mütəxəssislər tərəfindən doğranılır; müqaviləyə əsasən bu metal kütləsi onların özlərinə satılacaqdır. Fətəli xan Xoyski –135 Fətəli xan Xoyski –135 Bu il dekabr ayının 7-si, görkəmli dövlət xadimimiz, 1918 – 1920-ci illər Azərbaycan Demokratik Cümhuriy- yətinin yaradıcılarından biri olan Fətəli xan Xoyskinin anadan olmasının 135-ci ildönüm günüdür. O, 1875-ci ildə Şəki- də anadan olmuşdur. Təəssüflər olsun ki, Şəki Mədəniyyət və Turizm şöbəsi bu görkəm dövlət xadimimiz yubileyi münasibəti ilə ona Şəkidə möhtəşəm bir abidə ucaltmaq əvəzinə, onun – Fətəli xan Xoyskinin, bacısının qəbri üstündəki başdaşını götürmüşdür. Biz bu hadisəyə “İpəkçi”nin əvvəlki say- larında dəfələrlə etirazımızı bildirsək də və başdaşının öz yerinə qaytarıl- masını tələb etsək də nəinki, başdaşını öz yerinə qaytarıb qoymayıblar, hətta üstəlik, qəbrin yerləşdiyi “Xan qəb- ristan”lığının qapısını da kilidləyiblər... Bütün bunlara baxmayaraq, biz ruhdan düşmürük və şanlı tariximizi təbliğ etməkdə davam edəcəyik, indi isə “Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli-nəcabətinə dair tarixi faktlar” adlı elmi məqaləmizi yeni variant- da oxucularımızın diqqətinə təq- dim edirik... B ax: S əh . 2 23 av_qezet.qxd 29.09.2010 6:30 Страница 1

2010.08.23. "İpəkçi" qəzeti (№8 (2272))

  • Upload
    ipkci

  • View
    324

  • Download
    5

Embed Size (px)

DESCRIPTION

Azərbaycan İpəkçilərinin Açıq Tribunası.

Citation preview

Page 1: 2010.08.23. "İpəkçi" qəzeti (№8 (2272))

İPƏKÇİİPƏKÇİ“. . .“İpəkçi”nin

yaradıcı kollektivinəhaqq-ədalət uğrundamübarizə aparmaq-da, bütün qüvvələrisəfərbər etməkdə,hər bir oxucudamüstəqil Azərbay-canın sabahına inamyaratmaqda böyükuğurlar diləyirəm",

Heydər Əliyev.

w w w . i p e k c h i . i n f o w w w . i p e k c i . i n f o

№ 8 (2272) 23 avqust 2010-cu il Qiyməti 20 qəpik

1933-cü ildən nəşr edilir

AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASIAZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI

Avqustun 16-da Azərbaycan Respublikasına rəsmisəfərə gələn Türkiyə prezidenti Abdullah Gül, Bakıdansonra, ertəsi gün, avqustun 17-də, Şəki şəhərinə təşrifbuyurmuşdur. Bu barədə AzərTAc məlumat verir

(R.S. “İpəkçi” tərəfindən şəkil və s. əlavələr edilib):

ZAQATALA BEYNƏLXALQ HAVAZAQATALA BEYNƏLXALQ HAVALİMANINDA QARŞILANMALİMANINDA QARŞILANMA

Türkiyə dövlətinin başçısının Azərbaycanın bu böl-gəsinə səfəri Zaqataladan başlamışdır.

Zaqatala Beynəlxalq hava limanında PrezidentAbdullah Gülü böyük səmimiyyətlə qarşıladılar.

Məlumat verildi ki, Zaqatala Beynəlxalq hava lima-nının təməli 2006-cı ildə qoyulmuşdur. Hava limanınınümumi torpaq sahəsi 70,2 hektar, uçuş-enmə zolağınınuzunluğu isə 2200 metrdir. Hava limanında inşaat işlə-rini dövlət vəsaiti hesabına Türkiyənin “Zema” şirkətivə “AZVİRT” firması görmüşlər ( R.S. Əslində, adıikinci çəkilən Azərbaycana aid MMC-dir, amma həqi-qətən, onunla müştərək olaraq Zaqatalada Türkiyənin“Abit Beşer” şirkəti də çalışmışdır). Bu nəqliyyat ter-minalının tikintisinə 22 milyon manat vəsat xərc-lənmişdir. Dördmərtəbəli inzibati bina birinci dərəcəli-dir və saatda 120 sərnişinə xidmət göstərir. Ölkənin şi-mal-qərb bölgəsindəki bu müasir hava limanı 2008-ciilin sentyabrında Azərbaycan Prezidentiİlham Əliyeviniştirakı ilə istifadəyə verilmişdir. Hava limanında 120nəfər işlə təmin edilmişdir.

Sonra ali qonaq və onu müşayiət edən nümayəndəheyəti Şəkiyə yola düşdü.

QAXDA YUNUS ƏMRƏ VƏ HACIQAXDA YUNUS ƏMRƏ VƏ HACITAPDIĞIN MƏZARLARINI ZİYARƏT TAPDIĞIN MƏZARLARINI ZİYARƏT

Türkiyə Prezidenti Abdullah Gül Zaqataladan Şə-kiyə gələrkən yolüstü Qax rayonunun Oncallı kəndin-dəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onunmürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişdir.

Prezident Abdullah Gül hər iki məzarın üzərinə güldəstəsi qoydu.

Sonra qəbiristanlığı gəzən ali qonağa məlumat veril-di ki, sufi şeirinin görkəmli nümayəndəsi olan YunusƏmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalar-dan biridir. XIII-XIV əsrlərdə yaşayan Yunus Əmrəninyaradıcılığı türk şeirinin inkişafına çox böyük təsirgöstərmişdir. Mənbələrdə göstərilir ki, övliyalıq mə-qamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənintəkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı vardır.Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax ra-yonu ərazisində, Oncallı kəndindəki oğuz qəbristan-lığıdır. Ömrünün böyük hissəsini Anadoluda keçirənşair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanıgəzmiş, mənəvi rahatlığını Oncallı kəndində dövrü-nün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan HacıTapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrəvə onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristan-lıqda dəfn olunduğu ehtimal edilir. Onların məzarlarısonradan müridləri tərəfindən abadlaşdırılmışdır. Yer-dən bir metr hündürlüyündə çay daşından tikilmiş, hör-gü ilə əhatələnmiş hər iki məzar müqəddəs sayılır vəziyarət edilir.

Anadolu türkcəsində yazan Yunus Əmrənin şeirlə-rinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olanQax rayonu əhalisinin dil xüsusiyyətləri ilə eynilik təş-kil edir. Şairin ədəbi və ictimai fəaliyyəti ilə əlaqədarmərkəzlərdən birinin XIII-XIV əsrlərdə Oncallı kən-dində meydana gəlməsi, müqəddəs məkan kimi bu gündə yad edilməsi bir daha Azərbaycan türkləri ilə Ana-dolu türklərinin eyni mədəniyyətli qardaş xalq oldu-ğunu sübut edir. Yunus Əmrənin və Hacı Tapdığın mə-zarları bu gün də yerli əhali tərəfindən müqəddəs birməkan kimi qorunur və ziyarət edilir.

Sonra Türkiyə Prezidenti Abdullah Gül və onu mü-şayiət edən şəxslər Şəki şəhərinə gəlmişlər.

QƏDİM VƏ MÜASİR ŞƏKİ İLƏQƏDİM VƏ MÜASİR ŞƏKİ İLƏTANIŞLIQTANIŞLIQ

Şəkiyə gələn Türkiyə Prezidenti Abdullah Gül şəhəricra hakimiyyətinin binası qarşısında ümummilli liderHeydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, uluöndərin xatirəsini ehtiramla yad etdi.

Sonra ali qonaq Şəkinin Orta Zəyzid kəndi ərazisin-də türk əsgərinin abidə kompleksini ziyarət etdi.

Prezident Abdullah Gül abidənin önünə gül dəstəsiqoydu.

Bildirildi ki, bu abidə XX əsrin əvvəllərində xalqı-mızı erməni qəsbkarlarından xilas etmək məqsədi ilə

Azərbaycana gəlmiş türk ordusunun şəhid əsgərininşərəfinə ucaldılmışdır. Abidənin ətrafında geniş abad-lıq işləri görülmüş, 2002-ci ildə məzarüstü abidə kom-pleksi yaradılmışdır.

Türkiyə Prezidenti Abdullah Gül daha sonra Qafqazİslam Ordusunun 1918-ci ildə Azərbaycan və Dağıs-tandakı hərəkatı və ölkəmizdəki türk şəhid məzar-lıqlarının yerləşdiyi stendə baxdı.

Qardaş ölkənin dövlət başçısı Şəkinin mərkəzi par-kında xalq şairi Bəxtiyar Vahabzadənin abidəsini ziya-rət edərək önünə gül dəstəsi qoydu. Məlumat verildi ki,XX əsr Azərbaycan poeziyasının ən parlaq simaların-dan biri olan Bəxtiyar Vahabzadə milli mədəniyyəti-mizin təbliği və ədəbi irsimizin dünyada tanıdılmasısahəsində əvəzsiz xidmətlər göstərmişdir. Şair Azər-baycan–Türkiyə dostluq və qardaşlıq əlaqələrininmöhkəmləndirilməsi işinə də böyük töhfələr vermişdir.Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı buil qardaş Türkiyədə də silsilə anma tədbirləri keçiril-mişdir.

Prezident Abdullah Gül parkda Şəki ictimaiyyətininnümayəndələri ilə görüşdü, onlarla səmimi söhbət etdi.Türkiyə Prezidenti Azərbaycana səfərindən məmnunqaldığını, ölkələrimizin dostluq və qardaşlıq əlaqələri-nin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi.Diqqətə çatdırıldı ki, bu səfər Türkiyə–Azərbaycanmünasibətlərinin inkişafına yeni töhfələr verəcəkdir.

Prezident Abdullah Gül XIX əsrin tarixi-memarlıqabidəsi olan Şəki Cümə məscidinə (R.S. Əslində, məs-cid 20-ci əsrin əvvəllərində tikilmişdir.) və burada fəa-liyyət göstərən Şəki İslam Mədrəsəsinə də baş çəkdi.

Ali qonağa məscid və mədrəsə barədə ətraflı məlumatverildi, ona xatirə hədiyyəsi təqdim olundu. PrezidentAbdullah Gül məscidin həyətində mədrəsədə təhsilalan hafizlərlə xatirə şəkli çəkdirdi.

Şəki Xan sarayı ilə tanışlıq zamanı Türkiyə Prezi-denti Abdullah Gülə məlumat verildi ki, XVIII əsrə aidolan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarıhissəsində, “Yuxarı baş” Tarix–Memarlıq Qoruğununərazisində yerləşir. Şərq memarlığının nadir incisi he-sab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlı-ğın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq”təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təq-ribən, 1762-ci ildə tikilmişdir (R.S. Əslində, sarayın ti-

kintisinə 1789-1790-cu illərdə başlanılıb, bu Məhəm-mədhüseyn xanın oğlu Məhəmmədhəsən xanın dövrünətəsadüf edir). İnşaat texnologiyasına görə Xan sara-yının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismarvə yapışqandan istifadə olunmamışdır. Hər kvadrat-metr şəbəkə bir-birinə geydirilən 5 min hissədən iba-rətdir. Saray 1300 metr uzunluğunda qala divarları iləəhatə olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan iki-mərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvanvardır. Sarayda xalq təsviri sənətinin bir çox növləri,xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləridiqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati,habelə süjetli və quşların təsviri həkk olunmuş naxış-lardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarla-rında təsvir olunan döyüş və ov səhnələri xüsusilə ma-raq doğurur. Şəki Xan sarayı indiyədək 5 dəfə əsaslıbərpa edilmişdir.

Türkiyə dövlətinin başçısı sarayın eyvanından Şəki-nin qədim məhəllələrini seyr etdi.

Prezident Abdullah Gülə Xan sarayının təsvir olun-duğu rəsm əsəri hədiyyə edildi.

Ali qonaq Xan sarayının xatirə kitabına ürək söz-lərini yazdı.

Daha sonra Prezident Abdullah Gül XVIII əsrdəŞərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaraymehmanxana kompleksi ilə tanış oldu, Şəkinin tanın-mış ziyalıları ilə görüşüb söhbət etdi.

Məlumat verildi ki, Şəki sənətkarlıq və ticarət şəhəriolduğundan XVIII-XIX əsrlərdə burada çoxlu saydabazar və karvansaraylar tikilmişdir. Azərbaycana gələntacir və səyyahların qaldıqları və əsasən ticarətlə məş-ğul olduqları bu karvansaraylar şəhər həyatında mü-hüm yer tuturdu. Şəhər karvansarayları həm də ticarətsazişlərinin bağlanılması üçün xüsusi yer hesab olu-nurdu. Əvvəllər Şəkidə 5 karvansaray binası mövcudolmuşdur. Onlardan yalnız ikisi – Yuxarı və Aşağı kar-vansaraylar indiyədək qalmışdır. Ümumi sahəsi 6 minkvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvan-saray öz ölçüləri və həcminə görə Azərbaycan ərazi-sində mövcud olan ən böyük karvansaray hesab edilir.Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya vəİrandan tacirlər gəlir, burada uzun müddət ticarətləməşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxanakimi fəaliyyət göstərir.

Həmin gün Türkiyə Prezidenti Zaqatala şəhərinəqayıtdı.

SƏFƏR BAŞA ÇATDI SƏFƏR BAŞA ÇATDI

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycanaikigünlük rəsmi səfəri avqustun 17-də başa çatmışdır.

Zaqatala beynəlxalq hava limanında ali qonağı res-publikamızın şimal-qərb bölgəsinə səfərdə müşayiətedən Baş nazirin müavini Abid Şərifov, xarici işlərnazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxsləryola saldılar.

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL AVQUSTUN 17-DƏ ŞƏKİYƏ TƏŞRİF BUYURMUŞDURAVQUSTUN 17-DƏ ŞƏKİYƏ TƏŞRİF BUYURMUŞDUR

Bu il 700 balBu il 700 baltoplamıştoplamış

7 abituryentdən biri7 abituryentdən biriŞəki rayonundandır!Şəki rayonundandır!

Ali məktəblərə qəbul imtahan-larında ilk dəfə 700 bal (6 nəfər)2008-ci ildə toplanılıb. Ötən ilkiimtahanlarda isə 2 nəfər 700 baltoplaya bilmişdi. Bu il isə rekord-çuların sayı 7 nəfərdir.

Sevindirici və Şəki rayonuüçün olduqca əlamətdar haldır ki,bu ilki 7 rekordçudan biri Şəki-dəndir:

GünelAbdullayeva!O, 10-cu sinfə qədər Kiçik

Dəhnə kənd məktəbində, 11-cisinfi isə "Araz" kursunda təhsilalmışdır.

Şəki şəhər icra hakimiyyətindən verilən məlumata görə isə bu ilkiqəbul imtahanlarında 600-dan çox bal toplamış Şəki məktəblilərininməzunları avqustun 24-də icra hakimiyyəti başçısı M. Cabbarlı tərə-findən qəbul ediləcək və onlar hamısı mükafatlandırılacaqlar.

Türkiyə prezidenti Abdullah Gül Şəki Cümə məscidində

Azərbaycan Respublikası Prezi-dentinin 2010-cı il 09 avqust tarixliFərmanı ilə "Məhkəmə qurulu-şunda bəzi dəyişikliklər, hakimlə-rin ümumi sayı və məhkəmələrinərazi yurisdiksiyası haqqında" və"Azərbaycan Respublikası apelly-asiya instansiyası məhkəmələrinin,ağır cinayətlər məhkəmələrinin, in-zibati-iqtisadi məhkəmələrinin vəhərbi məhkəmələrinin ərazi yuris-diksiyası" adlı sənədləri imzalayıb.

Bu fərmanla Şəkidə fəaliyyətgöstərən apellyasiya instansiyası,ağır cinayətlər və inzibati-iqtisadiməhkəmələrinin ərazi yurisdiksi-yası aşağıdakı kimi müəyyənləşdi-rilmişdir:

Şəki ApellyasiyaMəhkəməsinin yurisdiksiyasına

aid olan birinci instansiyaməhkəmələri:

1. Ağdaş Rayon Məhkəməsi;2. Balakən Rayon Məhkəməsi;3. Göyçay Rayon Məhkəməsi;4. İsmayıllı Rayon Məhkəməsi;5. Qax Rayon Məhkəməsi;6. Qəbələ Rayon Məhkəməsi;7. Mingəçevir Rayon Məhkəmə-

si;8. Oğuz Rayon Məhkəməsi;9. Şəki Rayon Məhkəməsi;10. Yevlax Rayon Məhkəməsi;11. Zaqatala Rayon Məhkəməsi;12. Şəki Ağır Cinayətlər Məhkə-

məsi;13. Gəncə Hərbi Məhkəməsi

(Şəki Apellyasiya Məhkəməsininyurisdiksiyasına daxil olan ərazivahidlərində baş vermiş cinayət-

lərlə bağlı işlər və digər materiallarüzrə);

14. Tərtər Hərbi Məhkəməsi(Şəki Apellyasiya Məhkəməsi-

nin yurisdiksiyasına daxil olan əra-zi vahidlərində baş vermiş cina-yətlərlə bağlı işlər və digər materi-allar üzrə);

15. Şəki İnzibati-İqtisadi Məh-kəməsi.

Şəki Ağır CinayətlərMəhkəməsinin yurisdiksiyasına

aid olan ərazi vahidləri:

1. Ağdaş rayonu;2. Balakən rayonu;3. Göyçay rayonu;4. İsmayıllı rayonu;5. Qax rayonu;6. Qəbələ rayonu;7. Mingəçevir şəhəri;8. Oğuz rayonu;9. Şəki rayonu;10.Yevlax rayonu;11.Zaqatala rayonu.

Şəki İnzibati-İqtisadiMəhkəməsinin yurisdiksiyasına

aid olan ərazi vahidləri:

1. Ağdaş rayonu;2. Balakən rayonu;3. Göyçay rayonu;4. İsmayıllı rayonu;5. Qax rayonu;6. Qəbələ rayonu;7. Mingəçevir şəhəri;8. Oğuz rayonu;9. Şəki rayonu;10.Yevlax rayonu;11.Zaqatala rayonu.

MƏHKƏMƏLƏRİN ƏRAZİMƏHKƏMƏLƏRİN ƏRAZİYURİSDİKSİYASINAYURİSDİKSİYASINA

DƏYİŞİKLİKLƏR EDİLİBDƏYİŞİKLİKLƏR EDİLİB

Ümid Partiyası namizədlərini tamÜmid Partiyası namizədlərini tammüəyyən edib müəyyən edib

Ümid Partiyasının 2010- cu il parlament seçkilərində iştirak edəcəknamizədlərini tam müəyyən edib. Partiyanın mətbuat xidmətinin yaydığıməlumat görə, onlar

113 saylı Şəki şəhər seçki dairəsindən - İsmayılov Arif Nüsrət oğlunun,115 saylı Şəki kənd ikinci seçki dairəsindən isə Əbdülrəhmanova

Mehriban Lətif qızının namizədliyini irəli sürmək niyytindədirlər.

“Şəki-İpək” ASC-nin Toxucu istehsalatında“Şəki-İpək” ASC-nin Toxucu istehsalatındaAlmaniya istehsalı olan yeni dəzgahlarAlmaniya istehsalı olan yeni dəzgahlar

quraşdırılacaqdırquraşdırılacaqdır

Hal-hazırda, yeni dəzgahlar quraşdırılacaq sexlərdə tikinti-abadlıq işləri gö-rülür. Köhnə və istifadəyə yararsız dəzgahlar isə “Baku Steel Company”dəndəvət olunmuş mütəxəssislər tərəfindən doğranılır; müqaviləyə əsasən bu metalkütləsi onların özlərinə satılacaqdır.

Fətəli xan Xoyski –135 Fətəli xan Xoyski –135 Bu il dekabr ayının 7-si, görkəmli

dövlət xadimimiz, 1918 – 1920-ci illərAzərbaycan Demokratik Cümhuriy-yətinin yaradıcılarından biri olan Fətəlixan Xoyskinin anadan olmasının 135-ciildönüm günüdür. O, 1875-ci ildə Şəki-də anadan olmuşdur. Təəssüflər olsunki, Şəki Mədəniyyət və Turizm şöbəsibu görkəm dövlət xadimimiz yubileyimünasibəti ilə ona Şəkidə möhtəşəmbir abidə ucaltmaq əvəzinə, onun –Fətəli xan Xoyskinin, bacısının qəbriüstündəki başdaşını götürmüşdür. Bizbu hadisəyə “İpəkçi”nin əvvəlki say-larında dəfələrlə etirazımızı bildirsəkdə və başdaşının öz yerinə qaytarıl-masını tələb etsək də nəinki, başdaşınıöz yerinə qaytarıb qoymayıblar, hətta üstəlik, qəbrin yerləşdiyi “Xan qəb-ristan”lığının qapısını da kilidləyiblər...

Bütün bunlara baxmayaraq, biz ruhdan düşmürük və şanlı tariximizi təbliğetməkdə davam edəcəyik, indi isə “Bir qəbir kitabəsininizi ilə, yaxud Fətəli xan Xoyskininəsli-nəcabətinə dair tarixi faktlar”adlı elmi məqaləmizi yeni variant-da oxucularımızın diqqətinə təq-dim edirik...

B a x : S ə h . 2

23 av_qezet.qxd 29.09.2010 6:30 Страница 1

Page 2: 2010.08.23. "İpəkçi" qəzeti (№8 (2272))

2 İPƏKÇİİPƏKÇİ23 avqust 2010-cu ilF. X . X o y s k i - 1 3 5

ŞƏKİDƏKİ “XANŞƏKİDƏKİ “XANQƏBRİSTANLIĞI”NDA DƏFNQƏBRİSTANLIĞI”NDA DƏFN

OLUNMUŞ SƏLTƏNƏT BƏYİMOLUNMUŞ SƏLTƏNƏT BƏYİMF.X.XOYSKİNİN BACISIDIRMI?F.X.XOYSKİNİN BACISIDIRMI?

Keçmiş SSRİ-də kommunist rejimi süqutedəndən sonra onun bütün respublikaları kimiAzərbaycanda da, o cümlədən Azərbaycanınbütün şəhərləri kimi Şəkidə də bir sıra prospekt,küçə və s.lərin adlarına əl gəzdirildi. Məsələn,burada əvvəlki K.Marks prospektinə indi Azər-baycanın görkəmli dövlət xadimi F.X.Xoyski-nin adını verdilər

Lakin həmin addəyişmə əməliyyatı zamanıheç kimin ağlına belə gəlməmişdir ki, yeniF.X.Xoyski prospektində, məhz, eyni şəxsləbağlı təfərrüat mövcud ola bilər. Bəli, biz müəy-yənləşdiririk ki, söz gedən prospektin lap baş-lanğıcında, üz cənub-şərqə doğru sağda yerlə-şən Xan qəbristanlığında F.X.Xoyskinin atabirbacısı – 1869-cu ildə dünyasını dəyişmiş Səltə-nət bəyim, dəfn edilmişdir. Düzdür, mərhuməyəməxsus baş daşı kitabəsində yalnız ərəbcə həkk

olunub ki,

“...bu qəbir ali rütbəli İsgəndər xanın qızıSəltənət bəyimindir...”2 və onun, həqiqətən,Fətəli xanın bacısı olduğu barədə hər hansı birtutarlı mülahizənin irəli sürülməsi üçün isə birqədər geniş araşdırma aparılmasına ehtiyac var.Biz həmin işi bu sətirlərdən sonra daha bir neçəyarımbaşlıq altında görəcəyik. Və eyni zaman-da xoyskilərlə bağlı bəzi qaranlıq məqamlaraaydınlıq gətirmək, bir sıra maraqlı və əhəmiy-yətli tarixi faktları üzə çıxarmaq niyyətindəyik.Lakin bəri başdan qeyd etməliyik ki, ciddicəhdlərimizə baxmayaraq F.X.Xoyskinin nəsilşəcərəsini tam öyrənmək üçün lazımi qədərməlumat əldə edə bilmədik. Həmin səbəbdən dəbu məqalədə dəqiqləşdirilməmiş bəzi şeylərin,məsələn, söz gedən şəxsin anasının, o cümlədənana tərəfdən baba və nənəsinin, həmçinin, ata-sının ana nənəsinin adlarının, atasının bizdəmübahisəli vəziyyətdə qalacaq təvəllüd vəölüm tarixlərinin və sairlərin öyrənilməsi işini,bu mövzunu araşdıracaq daha sonrakı tədqi-qatçıların öhdəsinə buraxacağıq

F.X.XOYSKİNİN NƏSİLF.X.XOYSKİNİN NƏSİLŞƏCƏRƏSİNİN AZ ÖYRƏNİLMƏSİŞƏCƏRƏSİNİN AZ ÖYRƏNİLMƏSİ

VƏ BUNUNLA ƏLAQƏDARVƏ BUNUNLA ƏLAQƏDAROLARAQ ORTAYA ÇIXMIŞ BƏZİOLARAQ ORTAYA ÇIXMIŞ BƏZİ

YANLIŞLIQLARYANLIŞLIQLAR

Belə ki bu məqaləmizə və Pərvin Xəyyamoğlu Mirzəzadənin köməkliyi ilə ingilis dilindəİnternet səhifəsinə yerləşdirilmiş Xoy xanları-nın nəsil şəcərəsi barədə digər bir materialadək,xoyskilərin genealoji cədvəli tərtib edilmə-mişdi. Həmin səbəbdən də Azərbaycan dövlət-çiliyinin görkəmli simalarından olanF.X.Xoyski haqqında nəşr olunmuş bütün tədqi-qat materialları üzrə bir qayda olaraq, onun əsli-nəcabətindən ya heç bəhs olunmur, ya da ki ötə-ri, həddindən artıq konkret bəhs olunur və buzaman, bəzən səhvə yol verilərək 1814–1819-cu illərdə Şəkidə səltənət sürmüş İsmayıl xanonun babası hesab edilir3. Halbuki, əslindəİsmayıl xanın oğul evladı olmamışdır. Bu qəbilyazılarda F.X.Xoyskinin atası İsgəndər xanıntəvəllüdünün 23-24 il xəta ilə (!) göstərilməsihalına da rast gəlmək mümkündür4 (İsgəndərxanla bağlı bəzi müəmmalar və təzadlı məlu-matlardan isə bir qədər aşağıda, onun adı olanmüvafiq yarımbaşlıq altında bəhs ediləcək)...

Qəribədir ki ADC-nin 80 illiyinin keçirilməsiilə əlaqədar mərhum sabiq prezident H. Əliyevcənablarının 30 yanvar 1998-ci il tarixli sərən-camına əsasən yaradılmış Dövlət Komis-siyasının qərarı ilə eyni ildə Bakıda nəşr edilmiş“Fətəli xan Xoyski həyat və fəaliyyəti” adlıkitab Baş Arxivlər İdarəsi tərəfindən tərtibolunsa da, orada da Fətəli xanın əsli-nəcabətihaqda ətraflı elə bir məlumat yoxdur. Halbuki,

bu barədə həmin idarənin nəzdindəki DövlətTarix Arxivində bir çox sənədlər olmalıdır vəbiz aşağıda onlardan, şəxsən, tanış olduğumuzbir qisminə istinad edəcəyik.

O ki qaldı qeyd olunan İnternet səhifəsindəkimateriala, burada xoyskilərlə bağlı xeylimaraqlı və əhəmiyyətli informasiya vardır ki,onların da bir qismi, artıq öz tədqiqatımızınnəticələri ilə üst-üstə düşmüşdür. Məqaləmizintəqdim olunan indiki redaktəsinə daxil edilmişbəzilərinin isə haradan götürülməsi bizim üçünməlum olmasa da, hər halda nəzərə alınmalıdırki, onları ciddi qəbul etməməyimiz üçün dəəsasımız yox idi.

F. X. XOYSKİNİN ULU CƏDDİ:F. X. XOYSKİNİN ULU CƏDDİ:HƏSƏN BƏR-MƏKLİ; O, ABBASİHƏSƏN BƏR-MƏKLİ; O, ABBASİXƏLİFƏSİ HARUN ƏR-RƏŞİDİNXƏLİFƏSİ HARUN ƏR-RƏŞİDİN

HƏMDÖVRÜ OLMUŞDUR!HƏMDÖVRÜ OLMUŞDUR!

İlk xoyskilər bu familiyanı qəbul etməzdənəvvəl, Xoy xanları kimi (həm də dünbülüadlanan kürd tayfasının başçıları kimi) və yabunların nəslindən olan şəxslər kimi tanı-nırdılar5. Özlərinin rəvayətlərinə görə isə onlarAbbasi xəlifəsi Harun ər-Rəşidin dövründə(786–809) yaşamış və adı çəkilənin təqibi nəti-cəsində 803-cü ildə İrana qaçıb gəlmiş HəsənBər-Məkli-dən başlanan bərmənidlər sülaləsinəmənsubdurlar6. Məlumat üçün əlavə edək ki,əslində söhbət bərməkilər sülaləsindən gedir vəAbbasilər dövründə vəzirlər nəsli kimi tanınanbu sülalənin ən məşhur nümayəndəsi isə XəlifəHarun ər-Rəşidin vəziri olmuş Cəfər Bərmə-kidir, hansı ki adına məşhur “Min bir gecə” na-ğıllarında təsadüf edirik.

F.X.XOYSKİ NƏSİL ŞƏCƏRƏSİF.X.XOYSKİ NƏSİL ŞƏCƏRƏSİÜZRƏ KİMLƏRİN NƏTİCƏSİDİR:ÜZRƏ KİMLƏRİN NƏTİCƏSİDİR:

1.) Xoy hakimi Əhməd xan və onun arvadıSəltənət bəyim Hüseynəli xan Qacar qızının7;

1763 1786-cı illərdə Xoy hakimi olmuşƏhməd xan, hakimiyyəti dövründə ətrafxanlıqların bir çoxunu da öz nüfuz dairəsi altınasala bilmişdi8. Buna görə Türk sultanı onaAzərbaycanın ali sərəsgəri (baş komandanı) tit-ulunu verib9. Əhməd xan 1786-cı ildə öz qar-daşı Şahbazın oğlanlarının sui-qəsdi nəticə-sində öldürülmüşdür.

Əhməd xanın arvadlarından biri olan Səl-tənət bəyim isə İrəvan hakimi Məhəmmədquluxan Qacarın10 bacısı idi. Bəzi tarixi sənədlər-dən məlum olur ki, (əgər heç bir dolaşıqlıq yox-dursa!) o, Əhməd xanın ölümündən sonra qaynıCəfərqulu xana ərə gedibmiş.

Əhməd xanla Səltənət bəyimin oğullarıKəlbəli bəy, F. X. Xoyskinin babasıdır başqasözlə, atasının atasıdır.

2.) Xoy, daha sonra Şəki hakimi olmuş Gene-ral leytenant Cəfərqulu xan Xoyskinin və onunarvadı .........?..........n;

Əhməd xandan sonra qardaşı Cəfərqulu xanXoy hakimi oldu. Bir müddət sonra (1797-ciildə?) onun 300 nəfərlə ova getməsindən istifa-də edən İran şahı Xoya qoşun göndərib oğlunu,arvadını və qardaşını girov götürdü. Cəfərquluxan İrəvana getdi. Lakin tezliklə, vəliəhd AbbasMirzə ordusunun oraya üz tutduğunu eşidib hə-min şəhəri də tərk etməyə məcbur oldu. 1804-cü ildə ruslar İrəvanı ələ keçirdikləri vaxtCəfərqulu xan 200 nəfərlə onların qərargahınagəlib sədaqət andı içdi. Əvəzində general-leyte-nant rütbəsi və Çar Aleksandrın adından qiy-mətli hədiyyələrlə mükafatlandırıldı11.

1806-cı ilin axırlarında isə ruslar Şəkinin xa-nı olmaq üçün Cəfərqulu xanı dilə tutdular ( buölkənin yerli xan sülaləsinə mənsub şəxslərdənartıq heç birisinin səmimiyyətinə inanma-dıqlarına görə!) və Çar Aleksandrın 10 dekabr1806-cı il tarixli12 fərmanı ilə onu rəsmi şəkil-də Şəki xanı təyin etdilər13. Yeri gəlmişkən,qeyd edək ki, Cəfərqulu xan hələ 1802-ci ildə,o vaxtkı Şəki hakimi Məhəmməd Həsən xanlamüttəfiqlik nümayiş etdirmişdi14. Onun yenitəyinatı ilə əlaqədar isə 10 minə yaxın tərəfdarı,yaxud rəiyyət və qohum-əqrəbası Şəki xanlığıərazisində məskunlaşdı.

Tarixçiliyimizdə Cəfərqulu xanla bağlı birqədər inandırıcı olmayan belə bir müddəa davar ki, guya o, Xoydan xeyli erməni köçürmüşvə bunlar Şəki xanlığı ərazisində 4-5 yeni kəndsalıblarmış15. Əslində isə biz 1824-cü il Şəkiəyalətinin siyahıyaalma aktlarında yalnızCəfərabad kəndi üzrə 93, Nuxa şəhəri üzrə isə65 xoy mənşəli erməni ailəsinin qeydə alın-dığını görürük16.

Cəfərqulu xan 8 ilə yaxın Şəki xanı olduqdansonra 22 avqust 1814-cü ildə isitmə xəstə-liyindən ölmüşdür17.

Cəfərqulu xanın qızı Sara bəyim, F. X.Xoyskinin nənəsidir başqa sözlə, atasınınanasıdır.

3.) ........?;.......;4.) ........?;........

F. X. XOYSKİ KİMLƏRİNF. X. XOYSKİ KİMLƏRİNNƏVƏSİDİR:NƏVƏSİDİR:

1.) Əhməd xanın oğlu General-mayorKəlbəli xan (1775 1734) və onun arvadı Sara

bəyim Cəfərqulu xan qızının;Cəfərqulu xanın ölümündən sonra oğlu İsma-

yıl xan Şəkidə hakimiyyətə başladı. Və ÇarAleksandrın 10 may 1815-ci il tarixli fərmanıilə rəsmi şəkildə Şəki xanı kimi təsdiqləndi18.Lakin o, Rus hakimiyyət dairələrinin ümidlərinidoğrultmamışdı. Yüksək çinli Rus məmurları-nın öz aralarındakı raportlarında İsmayıl xanıhətta “великий дурак”19 da adlandırmışdılar20.Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlikyataq vəziyyətindən sonra 24 iyul 1819-cu ildəöldü. Belə bir fürsət gözləyən ruslar isə onunoğul varisinin olmamasını bəhanə edərək Şəkixanlığının ləğv edildiyini və yerində Şəki əya-lətinin yaradıldığını elan etdilər21. Şamaxı haki-mi Mustafa xan o vaxt iddia etmişdir ki İsmayılxanı ruslar öldürüblər. Ruslar isə öz növbələrin-də, onun, bacısı Sara bəyim tərəfindən zəhər-lənməsindən şübhələndiklərini bildirirdilər22.

Şəki xanlığının ləğv edilməsindən az sonra,ruslar mərhum xanın qohum-əqrəbasının birqisminə illik təqaüd kəsdilər. Məsələn, Kiçikağa ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə(təvəllüdü 1775-ci ildir23) əvvəl 1300, sonra isə2300; onun anası Səltənət bəyimə 1200 manatvə s.24 Lakin bununla yanaşı, həm də onlaraNuxanı tərk etmək məsləhət görüldü...

Bu arada, İran şahının vəliəhdi Abbas Mirzərəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasınıistəyirdi. Həmin işin nə vaxt və nə dərəcədərealizə olması barədə hələlik əlimizdə elə birinformasiya yoxdur. Yalnız məlumumuzdur ki,28 noyabr 1828-ci il tarixli sənəddə onun tituluxan, özü isə Xoyu idarə edən şəxs kimi gös-tərilir25. Eyni vaxtda Xoy Rus işğalı altında idivə Kəlbəli xanın onlara xidmət etməsinin mü-qabilində, 10 avqust 1829-cu il tarixdə rütbəsi(20 ildən artıq idi ki polkovnik idi) artırıldı ge-neral-mayor oldu26.

Daha sonralar, 26 noyabr 1831-ci il tarixli sə-nəddə, həmin vaxt Dərbəndən Dağıstanın içəri-lərinə doğru hərbi missiyaya başlamış rus qo-şunlarının komandanlarından biri kimi Kəlbəlixanın da adına təsadüf edirik27. Kəlbəli xan 29iyul 1834-cü ildə Yelisavetpolda (Gəncə şəhə-rində) dünyasını dəyişmişdir28.

Kəlbəli xan və arvadı Sara bəyimin oğluİsgəndər xan, F. X. Xoyskinin atasıdır.

2.) Şəkili Hacı Molla Zeynalabdin? və onunarvadı ...........?.......... .

F. X. XOYSKİNİN VALİDEYNLƏRİF. X. XOYSKİNİN VALİDEYNLƏRİKİMLƏRDİR:KİMLƏRDİR:

1.) Atası: General-leytenant İsgəndər xanXoyski; (O, 1819-cu ilin sentyabr ayındaNuxa ( Şəki) şəhərində anadan olmuşdur, ya1820-ci il may ayının 25-də başqa bir yerdə?)

1819-cu ildə xoyluların Nuxadan çıxarılmasıilə bağlı yuxarıda bir neçə kəlmə yazdıq. İndiyeri gəlmişkən, bu işin bəzi təfərrüatı barədə:Həmin vaxt Kəlbəli bəy və arvadı Sara bəyimhələ bir müddət burada qalmalı oldular. Belə kieyni ilin 25 avqustunda tərtib edilmiş sənəddəonların ləngimələri və bunun səbəbi göstəril-mişdir: Sara bəyim 20 günə doğmalıdır, səh-hətinin pisləşə biləcəyindən çəkinərək Nuxanıtərk etmək istəmir29. Bu fakt bizə imkan verirki, İsgəndər xanın təvəllüd tarixi və doğulduğuyer barədə, nəsə bir mülahizə irəli sürə bilək.Beləliklə, istinad etdiyimiz mənbədə proqnoz-laşdırıldığı kimi həqiqətən də Sara bəyimhamiləlik yükündən 20 gün ərzində azad olubsavə bu vaxta qədər yaşadığı şəhəri tərk etmə-yibsə, deməli, onun evladı 1819-cu ilin sent-yabr ayında, özü də Nuxa şəhərində dünyayagöz açmalı idi. Bəs bu hadisə baş verdimi?Körpənin adını nə qoydular?

Nuxa şəhərinin 1848-cu il siyahıyaalma akt-larında 30 yaşlı qvardiya proporşiki İsgəndərxan Kəlbəli oğlu qeydə alınıb30. Deməli, onuntəvəllüdü 1819-cu il olmalıdır. Buradan da beləçıxır ki, göstərilən ilin təqribən sentyabrındaSara bəyimin Nuxa şəhərində dünyaya gətirdiyiuşaq, İsgəndər xan imiş. 1860-cı ildə tərtibolunmuş ikinci analoji sənəddə də eyni şəxs 42yaşında və qvardiya polkovniki rütbəsindəgöstərilmişdir31. Onun təvəllüdü bu dəfə də1819-ci il kimi alınır. Deməli, 1819-cu ilinsentyabr ayı tarixini, tərəddüd etmədən İsgən-dər xanın anadan olduğu vaxt hesab etməkmümkündür! Lakin deyilənə görə, GürcüstanRespublikasındakı hansısa arxivdə saxlanılan19-cu əsrin sonlarına aid belə bir sənəddə sözgedən şəxsin təvəllüdü birbaşa 1820-ci il kimigöstərilmişdir32. Üstəlik, P. X. Mirzəzadəninhansısa mənbələrə əsasən tərtib etdiyi İnternetsəhifəsində İsgəndər xanın təvəllüdü bir qədərdə qəti surətdə 1820-ci il mayın 25-kimi kimitəqdim edilir33. Sonuncu tarix tutalım ki dahadoğrudur. Və söz gedən şəxs də, ailənin ikinciuşağı kimi, məhz, həmin vaxt altıaylıq da olsa,dünyaya gəlmişdir. Bəs onda, bundan qabaqyuxarıda istinad etdiyimiz 1848-ci və 1860-cıillərdə tərtib edilmiş sənədlərdə nə üçün onun40 deyil, 42 yaşında olması göstərilmişdir?!Hər halda, razılaşın ki, İsgəndər xan Xoyskinin1819-cu ilin sentyabr ayında Nuxa şəhərindəanadan olması barədə bizim göstərdiyimizdəlillər kifayət qədər inandırıcıdır və müvafiqtarixi xronologiyaya elə belə də tətbiq olunabilər:

İsgəndər xan Xoyski 1819-cu ilin sentyabrayında Nuxa şəhərində anadan olmuşdur.

İsgəndər xan, İsmayıl xanın qızı Səadətxanımla ailə qurmuşdu. Səadət bəyimin anası,yəni İsgəndər xanın qaynanası Tuti ağa isəŞəkinin sabiq hakimi Məhəmmədhəsən xanınqızı idi. Yeri gəlmişkən qeyd edək ki, biz birmünşəatda Tuti ağanın öz kürəkəni İsgəndərxana yazdığı məktubuna da rast gəlmişik34. Oki qaldı Səadət bəyimin F.X.Xoyskinin anasıolub-olmamasına, bu ehtimal üçün, yalnız mən-fi fikir söyləmək mümkündür. Belə ki Fətəlixan 1875-ci ildə dünyaya göz açanda, 1819-cuil təvəllüdlü Səadət xanım (o, İsmayıl xanın

ölümündən 3-4gün sonra anadanolmuşdur) ömrü-nün 56-cı ilini ya-şamalıydı. Beləahıl yaş dövrü dəqadınların dün-yaya uşaq gətirəbilməsi üçün mü-nasib vaxt hesabedilmədiyinə gö-rə, F.X.Xoyski-nin, İsgəndər xa-nın hansısa yaşcacavan arvadındandoğulmasına inanmağa məcburuq. Məlumatüçün əlavə edək ki, internet səhifəsində –www.almanach.be/search/i/iran_khoy.html-də,İsgəndər xanın Səadət bəyimdən başqa daha ikiarvadının da olması göstərilir. Və bunlardan dayalnız birinin Şəkili Hacı Molla Zeynalabdininqızı Şəhrəbani xanımın adı açıqlanır. Eyni mən-bədə İsgəndər xanın 1871-ci ildə “MüqəddəsAnna” və “Müqəddəs Vladimr” ordenləri ilətəltif olunması da qeyd edilib. Həmçinin, onun16.12.1889-cu il tarixdə general-leytenantrütbəsi alması da göstərilmişdir. Biz isə Şəki şə-hər sakini Əşrəf Cəfərova məxsus Şəkixanov-ların arxivini nəzərdən keçirərkən, 19-cu əsrin75-ci ilinə aid bir məhkəmə sənədi ilə tanışolduq ki, burada həmin vaxt İsgəndər xanınNuxada barışdırıcı hakim vəzifəsində işləməsivə polkovnik rütbəsində olması qeyd edil-mişdir35.

İsgəndər xanın ölüm tarixi də mübahisəlidir.Belə ki mərhum Akademik Z.Bünyadov iləM.Əliyev onun 1908-ci ildə vəfat etdiyini gös-tərdikləri halda36, məlum saytda bu hadisənintarixi qəti olaraq 16. 07. 1894-cü il hesab edi-lir37.

2.) Anası: Şəhrəbani xanım şəkili hacıZeynalabdin qızı?

XOYSKİLƏRİN MƏZARLARIXOYSKİLƏRİN MƏZARLARI

Onlar Kərbəlada torpağa tapşırılırdılar,amma qəbirləri sonralar dünyanın müxtəlif

şəhərlərinə səpələndi: Şəkiyə, Gəncəyə,Tiflisə, Moskvaya

Məlum olduğu kimi F. X. Xoyski 1920-ci iliniyun ayında Tiflisdə oldürülüb. Eləcə də, onunqəbri hal-hazırda Tbilisinin müsəlman məzar-lığındadır. (20-ci əsrin yalnız son illərində,Şəmkir rayonun sabiq İH başçısı A.Aslanov özşəxsi vəsaiti hesabına F.X.Xoyskinin qəbrininüstündə mərhumun büstünü ucaldırmış vəabidənin açılış mərasimində isə Azərbaycanın ovaxtkı prezidenti, mərhum H.Əliyev cənablarışəxsən iştirak etmişdir.)

Fətəli xanın bacısı Tuti bəyim (1871 ?) və birqardaşı Cahangir xan (09.09.1849 1920; AnasıSəadət bəyimdir38.) Gəncənin Səbskar məzarlı-ğındakı məqbərədə dəfn ediliblər39. OnlarınADC dövründə Gəncə general-qubernatorununmüavini olmuş 22.09.1869-cu il təvəllüdlüHüseynqulu xan adlı qardaşları isə 07.12.1955-ci ildə necə ki İstanbulda vəfat etmişdir və qəbridə yəqin ki, eləcə oradadır. Digər qardaş,15.11.1888-ci təvəllüdlü Rüstəm xan(F.X.Xoyski kimi o da Moskva Universitetininhüquq fakültəsini bitirmişdir (1901-ci ildə)40.ADC-də və Az.SSR-də müxtəlif yüksək vəzifəpostlarını tutmuş, 1920-ci ilin sonunda Mosk-vaya köçərək ailə həyatı qurmuş və orada damüxtəlif dövlət vəzifələrində çalışmışdır.) doğ-rudan da 1939-cu ildə Moskvada dünyasınıdəyişmişdirsə, deməli, onun da qəbrini, yəqinki, məhz, həmin şəhərdə axtarmaq lazımdır,Başqa bir internet səhifəsində AzərbəycanMEA Azərbaycan Tarixi Muzeyinin elmi işlərüzrə direktor müavini, tarix elmləri namizədiKamil Muxtarovun təqdimatında isə oxuyuruqki, həqiqətən də R.X.Xoyski Moskvadakı“Novodeviçye qəbristanlığı”nda dəfn olunmuş-dur. Lakin bu tədqiqatçı Rüstəm xanın 1948-ciildə vəfat etdiyini göstərir41.

1878-ci il təvəllüdlü başqa qardaşın Abbas-qulu xan Xoyskinin, həmcinin, təvəllüdünü bil-mədiyimiz, adını və rütbəsini 1873/1874-cüillərin “Kavkazskiy kalendar”ından öyrəndiyi-miz42 polkovnik İsmayıl xan İsgəndər xan oğluXoyskinin, həyatları kimi, aqibətləri barədə dəhələlik, əlimizdə heç bir məlumat yoxdur.2004-cü ilin yazında Azərbaycan KİV-ninyaydığı bir xəbərə əsasən isə biz, F.X.Xoyski-nin Adil xan adlı daha bir qardaşının da adınıöyrənmiş olduq. Belə ki, qeyd edilən vaxt, Tür-kiyədən Azərbaycana təşrif buyurmuş İstan-buldakı Azərbaycan diasporunun fəallarındanbiri – İbrahim xan Xoyski, bildirmişdir ki, onunatası Adil xan Xoyski Fətəli xan Xoyskinin qar-daşıdır. Amma hələlik, bu məlumatı dəqiq-ləşdirmək bizə müyəssər olmayıb və mümkün-dür ki, həmin xəbər hazırlanarkən, nəsə, dola-şıqlığa yol verilmişdir.

O ki qaldı F.X.Xoyskinin Səltənət bəyim adlıbacısına, hansı ki biz məqalənin əvvəlində onundəfn olunduğu yer barədə artıq yazmışıq, lakinnəyə görə, məhz, Şəkinin yerli xanlarına məx-sus qəbristanlıqda torpağa tapşırılması haqqın-da izahat verməmişik, zənnimizcə, bu sətirlərə-dək oxucu artıq öz-özünə başa düşmüşdür ki,söz gedən mərhumə, ana nənəsi Tuti ağanın Şə-kinin yerli xanları nəslindən olması səbəbindənhəmin qəbristanlıqda dəfn edilmişdir. Belə kibiz bir qədər əvvəl həm də qeyd etdik ki, İsgən-dər xanın qaynanası, Şəkinin yerli xanlarındanolan Məhəmmədhəsən xanın qızıdır. 2009-cuilin əvvəllərində isə bu sətirlərin müəllifi, ŞəkiXan qəbristanlığında xoyskilərə aid ikinci birbaş daşını İsmayıl xanın qızı və İsgəndər xanXoyskinin arvadı olmuş Səadət bəyiminbaşdaşısını ilk dəfə olaraq aşkar etdi43. Maraq-lıdır ki, bu baş daşı, mərhumənin qızı Səadətbəyimin baş daşı ilə eyni üslubda və eyni ma-terialdan hazırlanmışdır və bu baxımdan, onlar

həmin qəbristanlıqdakı digər başdaşılardanfərqlənirlər.

Fətəli xanın atası, İsgəndər xanın məzarınınharada olması məsələsinə gəlincə isə, əgər tamdəqiqləşdirmək mümkündürsə ki onun nəşiGəncədəki Səbskar məqbərəsində deyil, bu hal-da güman edə bilərik ki, söz gedən şəxs də ata-babaları kimi son nəhayətdə Kərbəlada torpağatapşırılıb. Belə ki İsgəndər xanın atası Kəlbəlixanın ölümündən bir ay sonra 1834-cü il avqus-tun 30-da cənazəsi Kərbəlaya göndərilmiş44 ,eləcə də 1819-cu ildə İsmayıl xanın ölümündəndə sonra həmin bu Kəlbəli bəy rus hakimiyyətdairələrinə rəsmən müraciət edərək mərhumunnəşinin Kərbəlaya aparılması üçün təşkilati kö-məklik göstərilməsini istəmişdir45.

Aydın Məmmədov,muzey işi və tarixi abidələrin mühafizəsi

üzrə mütəxəssis.

BİR QƏBİR KİTABƏSİNİN İZİ İLƏ, YAXUD

FƏTƏLİ XAN XOYSKİNİN ƏSLİ-NƏCABƏTİNƏ DAİR TARİXİ FAKTLAR

1. Bu məqalə “Şəkinin səsi” və “İpəkçi”qəzetlərindən əlavə, həm də Azərmaycan MEA-nın“Elm “ qəzetində (4 oktyabr, 2002-ci il) və Almaniyadanəşr olunan "Jahrbuch Aserbaidschanforschung”məcmuəsində (2007) də dərc olunub. Məqalənin indi,bu səhifədə dərc olunan variantı isə 20.08.2010-cu iltarixdə redaktə edilmişdir və heç yerdə nəşr olunma-yıbdır!

2. M.S.Nemətova, “Nuxa Xan qəbr...”, Azərb. EAXəbərləri, 1961, № 6, səh. 32 və М.С.Неймат,“Корпус эпикрафический памятниковАзербайджана”, Bakı, 2001, 2-ci cild, səh.128, №710.3. a) D.Seyidzadə/A. Rüstəmli, “Fətəli xanXoyskinin...”, Dirçəliş, 1998, №5; b) Ə.İsayev,“Gəncə üsyanı”, Bakı, 1997, səh. 55–56.

4. Z.Bünyadov / M.Əliyev, “Fətəli xan Xoyski”,Bakı, 1997, səh. 3.

5. N.Mustafayeva, “Cənubi Azərbaycan xanlıqları”,Bakı, 1995, səh. 56.

6. И. Л. Сегаль, “Елисаветпольская губерния”,Tiflis, 902, səh. 11.

7. Hüseynəli xan Qacar 1762-1783-cü illərdə İrəvanhakimi olmuşdur.

8 N.Mustafayeva, “Cənubi Azərbaycan xanlıqları”,Bakı, 1995, səh. 48.

9. N. Mustafayeva, “Cənubi Azərbaycan xanlıqları”,Bakı, 1995, səh. 56.

10. 1784–1805-ci illərdə hakmiyyətdə olub.11. N.Mustafayeva, “Cənubi Azərbaycan xanlıqları”,

Bakı, 1995, səh. 69.12. Bu və aşağıda 1920-ci ildən əvvələ təsadüf edən

bütün tarixlər Yuli təqvimilədir!13. АКАК (– Акты, собранные Кавказской

Aрхеографической Kомиссией), Т. III. Тифлис, 1869,səh. 271, № 488.

14. АКАК, Т. I , Тифлис, 1866, səh. 380, № 494.15. R.B.İsmayılov, “Azərbaycan tarixi”, Bakı,

1993, səh. 31.16. “Камеральное описание...”, Dövlət Tarix

Arxivi, fond 24, op. 1, s/v 162.17. АКАК, Т. V, Тифлис, 1873, səh. 553, № 664.18 . АКАК, Т. V, Тифлис, 1873, Tiflis–1873, səh.

560, № 668.19. Yəni: “böyük axmaq”.20. АКАК, Т. VI, ч.I, Тифлис, 1874, səh. 736, №

1093.21. АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh. 739, №

1097.22. АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh. 749, №

1113.23. (THANKS TO:) Parvin Chayyam ogli

Mirzazade,http://www.almanach.be/search/i/iran_khoy.html.

24. АКАК, Т. VI - I, Тифлис, 1874, səh. 777, №1152.

25. АКАК, Т. VII, Тифлис, 1883, səh. 658 № 634. 26. AKAK, Т. VII, Тифлис, 1883, səh. 669, № 645.27. AKAK, Т. VIII, Тифлис, 1884, səh. 545-546, №

425.28. AKAK, Т. VIII, Тифлис, 1884, səh. 970.29. АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh.743, №

1106.30. “Камеральное описание... жителей города

Нухи состовлен в за 1848 г; Список камеральногоописания беков города Нухи 1849 года”, DövlətTarix Arxivi, fond 37, s/v 25, səh. 449.

31. “Список беков и чиновников мусулманскоговероисповедения гор. Нухи”; 1860 г. 3 февраля,Dövlət Tarix Arxivi, fond 10, op. 1, s/v 79, səh. 6.

32. Ş.Nəzirli, “Arxivlərin sirri açilir”, Bakı, 1999,səh. 178 və şəxsən, müəllifin izahatı. Həmçinin,http://www.anl.az/el/n/sh_n_asa.pdf (səh. 157).

33. Bax: 23-cü qeydə!34. H. S. H. Baba əfəndi, Münşəat, Azərb. MEA

Əİ, şif. B-1283/9592, səh. 7.35. “Şəkixanovların arxivi” (Şəki şəhər, Otaq Eşiyi

məhləsinin sakini Ə. Cəfərova məxsusdur).36. Bax: 4-cü qeydə!37. Bax: 23-cü qedə!38. Bax: 23-ci qeydə!39. Bax: 3-cü qeyd; b!40. Hüseyn Aypara, “Azərbaycan ictimai mübarizəsi

tarixi”, Bakı–1991, səh. 235-236.41. http://www.kitab.az/cgi-

bin/catlib2/item.cgi?lang=az&item=20031111130108468.

42.Şəmistan Nəzirli, “Azərbaycan generalları”, Bakı– 1991. səh.5 (http://www.anl.az/tarix_elm.php)

43 Bu - Səadət xanımın başdaşı qalıqları və üstəlik,Səltəmət bəyimin başdaısı, 2010-cu ildə ŞəkiMədəniyyət və Turizm Şöbəsi tərəfindən qeyri-qanuniolaraq, həmin qəbristanlıqdan götürülmüş və Şəki Tarixvə Diyarşünaslıq Muzeyinə verilmişdir!

44. Bax: 28-ci qeydə!45. АКАК, Т. VI, ч. I, Тифлис, 1874, səh.738, №

1096.

Foto: “Şəki Xan qəbristanlığı”, ümumi görünüş.

Foto: Şəki Xan qəbristanlığı, Səltənətbəyim İsgəndər xan qızının baş daşı.

Foto: Şəki "Xan qəbristanlığı", Səadətbəyim İsmayıl xan qızının baş daşınınqalıqları.

1

Foto: F’ətəli xan Xoyski

23 av_qezet.qxd 29.09.2010 6:30 Страница 2

Page 3: 2010.08.23. "İpəkçi" qəzeti (№8 (2272))

3İPƏKÇİİPƏKÇİ 23 avqust 2010-cu il

DuluzDuluz qab verib bəhrə,Küp, piti qabı, nəhrə.Qazan, külçə basanı*,Görənlər düşür sehrə.

Samovar bişdi gildən*,Qaynayır dörd min ildən.Dəm çayniki söndürür,Yanğını boğar, dildən.

DəmirçiCilala, dəmir, tuncu,İti saxla qılıncı.Şikara aman verməz,Üçbaşlı nizə ucu.

Silahsaz

“Dayandoldurum” tüfəng*,Xəncər, qılınc görüb cəng.Adı kişilik rəmzi,Deyilməyibdir cəfəng.

Misgər

Kəfgir*, satıl*, sinisi,Qalay cilalar misi.Qıflı aş qazanına,Örtülüb məcməyisi*.

Dəyrimi manqal birdir,Qırxaçar* camı sirdir.Badya, dolça, sərpuşu*,Gülabdanı sehirdir.

Başında şalı tirmə,Mis qabda vəsmə, sürmə.Qulluqçu qoltuğunda,“Seyf”* siz hamama girmə.

Qalayçı

Körüyün alov, hisi,Misə keçir istisi. Aşqarıyla* parladır, Qalayçı paxır misi.

Kümdar

Azərbaycan meşəsi,İpək qurdu guşəsi. Min illərdir Şəkidə,Olub “Kümdar” peşəsi*.

İpək qurdunun dinci, “Qaraca”dır birinci*. “Cümsaz”, “Kiçiç”lə, “Ulu”,Şax yuxusu beşinci.

İpəkçi

Palıdın ipək qurdu,Dörd min il yollar yordu.Qızıl sırğa qurd fiqur*,Tarixə şahid durdu.

Şəbəkəm var qurama,Pusdu döşşək sırama.İpəyin soy köküdür*,Qurdla, cabal, barama.

Əllə toxuma

Yunu yu, çırp, dara hey,İp əyirsin cəhrə, iy.Sapları əlvan boya,Növ-növ paltar toxu, gey.

Kələğayıçı

“Soğanı” kələğayı,“Heyratı”, “Ağ” yox tayı.“Şabalıdı”, “Qırmızı”,“Qara” altıdır sayı*.

Boyaqçı

Sarağanı toz et döy,Almanı, soğanı soy.Sumaq, cır nar qabığın,Qoz qərzəyin qaynat qoy.

Oyma

“Buğda kosu”, tabağı*,Təknədə un qalağı.Daşda quran yazısı,Oymadı yox calağı*.

Basmaçı

Rəng-rəngdən keçid alır,İpəyə naxış salır.On beş qəlib bitəndə,Milli “Heyratı” qalır*.

Papaqçı

Çoban papağı şəlli,Qaragül qıvrım telli.“Şahbəzəndi”, “qulaqlı”,“Çappa” papağı bəlli.

Memarlıq

Evi tikdim qibləyə,Qismət olsun cümləyə.Qapı-bacan açılsın,Daim toya şənliyə.

Nalbənd

Kəhərə işlədib fənd,Ayaqların etdi bənd.Baharda yaz, qışda qar,Buz nalı vurdu nalbənd.

Xamut-Sərrac

Gətir qoşqu kəhəri,Üzəngi, qamçı, zəri.Xamur-Sərrac daş-qaşla,Bəzə yüyən, yəhəri.

Sandıqçı

Vətənin, ev-eşiyin,Sandıq, mücrü, beşiyin.Sənəti daim yaşat,Qeyrətlə çək keşiyin.

Təkalduz

Çitmə, alafa seçmə,Kələğayıdan keçmə.Aləmi heyran qoyub, Təkalduz, xovlu tikmə.

Tək əllə düz, Təkalduz*,“Həndəsi”, “nəbati” düz.“Qoşa”, “küskün”, “göz yaşı”,Butadır oxu söz-söz.

Mütəkkəylə*, “Yük üzü”,Yəhərçin oxşar gözü.“Gəzmə”, “yazma” toxunur,Məxmər, Mahuda düzü.

Dəyirmançı

Daş fırlanır döyünür,Buğda, düyü üyünür.Bir puda üç yirvənkə,Şaad* alıb söyünür*.

Təndirçi

Keçi qılını atıb, Sarı torpağa qatıb.Palçığı yastı yayıb,Yumru təndiri çatıb.

Çörəkçi

Təknədə un, ələyi,Ələ ayır kəpəyi.Oma, külçə, qoqalla,Təndirə yap çörəyi.

İsti çörəklə pendir,Ye təndiri sevindir.Çörək yap, bas külvəni*,Ağzını örtüb söndür.

Qəssab

Qələməylə, lüləboş,Bel, qabırğa bir də döş.Boyun topu, can əti,Dadı, ətri olur xoş.

Yumşaqdır sərdəs, düymə,Bişir girs, dolma, qiymə.Barmaq, çalağacdan bozbaş,Soyutmasından doyma.

Dişi kəsir gerçəkdir,Ona görə hürkəkdir.Bazarda qəssab deyir,Vallah “dədəm” ərkəkdir.

Dabbaq

Dabbaq alığı* kəsdi,Siləyə* dəri basdı.Çarıx, custa, çivəyə,Gönü, meşini bəsdi.

Qədim nəfəsli alətlər.

Zurna Türkün səsidir,Tütək eşq həvəsidir.Balaban hicran, həsrət,Ney ruhun nəfəsidir.

Dərzi

Palto, kostyum, fərzi,Zövqlə şax tikir dərzi.Gözəl usta az-azdı,Gəzsən kürreyi ərzi.

Çarıxçı

Çarığın canı göndür,Öküz dərisi öndür*.Dəri sapla bağlanır,Ucu dik, daban hündür.

Çustçu

Altı gön, içi isti,Keçi dərisi üstü*.Öküz gönü islanmır,Dözümlü edir çustu.

Lavada

Gözəllik var əbada,Baftada zər-zibada.Geyilməmiş dik durur,Şax görünür lavada.

Bafta

Gözəlliyin var bafta,Naxış töküb yar bafta.Lavadaya bənd olub,Qızıl, gümüş, zər bafta.

Gümüşbənd

Gümüş ətək bel bağı,Sal toqqadan qurşağı.Silah, qını, qəbzəsi,Basma naxış qundağı*.

“Gül bilərzik”, “Tel basan”,Saçına tax darasan.Gümüş, “Güldaban başmaq”,“Tülək” ətək* vurasan.

Zərgər

Qolbaqdır “Arpa”, “Danə”,“Kəpənək”, “Şar”-dır tənə.Şəbəkə quran qabı,Dəst “Şəbəkə”dən denə.

Taxılıbdır sinəbənd*,“Cütqabaq” alına bənd*.Başlıq qoyandan sonra,Başa örtmürlər rübənd.

Xanım boyun bəzəyi,Qızıldan “May böcəyi”*.Üç min yeddi yüz ildən,Kama yetdi diləyi.

Minalama

“Qarasavad” qarası*,Qızıl, gümüş minası.Nazik simlə işlənir,“Buta”, gülün xonçası.

Aşbaz

Pəsdayı*, quyruq, əti,Dobuda bişir biti.Sumaq, təndir çörəyi,Baş soğanı əz gəti.

Kababa əmlik quzu,Kəlləpaça, cızbızı*.Barmağı yalayarsan,Töksən ədava, duzu.

Başmaqçı

Başmaq* tikmişəm yara,Bax rənglərdə çalara.Qızıl, gümüşü qotaz,Zərbaftalı, zərxara.

Keçəçi

Yunu ölçüdə saxla,Nazik, qalını yoxla.Qıl keçə bərkiyincə,Su çiləyib toxmaqla*.

Halvaçı

Paxlava balda bişdi,Tel halva tez yetişdi*.Peşvəng, qırmabadamın,Dadı dillərə düşdü.

Al-əlvandır pərvərdə,Mindalı* yastı, girdə.Toy noğulu, bamiyə,Şəfadır min bir dərdə.

Unudulub “Zilviyyə*”,“Düyü halvası” niyə? Bizə miras qalanı,Qoruyaq duraq yiyə.

Dülgər

Ağacı seçər dülgər,Qurudub keçər dülgər.Xonşa çərçivə halat,Ölçüylə biçər dülgər.

Faytonçu

Faytonda axşam yanar,Sağ-sol otuzluq fanar*.Qoşquda qoşa kəhər,Yola hazır dayanar.

Çarvadar

İstər isti, istər qar,Kəndbəkənd gəzir vadar.Üç-dörd ulaq yüküylə,Alıb, satır çarvadar*.

Dəllək

Ülgüclə qırxılır baş,Üzü eyləyir təraş.Hamamda* xına qatıb,Saqqala yaxır birbaş.

Şəbəkə

Qırmızı, sarıyla, göy,Yaşıl rəng şüşə düz qoy.Şəbəkəyə gün düşür,Xalçaya oxşayır öy*.

Xarrat

Ağacı dəqiq fırrat,Həvəh-dəstəni yarat.Beşik, qurbur stola Naxışlar tökür xarrat.

***

Qonaq gəlin ŞəkiyəDostluq sığmır ölçüyə.Bəşərin beşiyidir*,Azərbaycan-

Türkiyə.

Abbas Əmbala 2008-2010

Şəki

Tariximiz, mədəniyyətimiz, məişətimizTariximiz, mədəniyyətimiz, məişətimizBəşər cəmiyyətinin keçdiyi yolu şərəflə keçən Şəkinin tarixi olduqca qədim və

zəngindir. Bunu son iyirmi ildə Şəkidə aparılan qazıntı işləri zamanı aşkar edilən maddi əşyalarda sübut edir. Hazırda Şəkidə ta qədimdən başlayan sənət növləri indiyə qədər mühafizəolunub sakinləri tərəfindən bu ənənə davam etdirilir. Ona görə də Şəki Azərbaycandasənətkarlar şəhəri kimi yüksək ada layiq görülmüşdür.

Abbas Əmbala hal-hazırda yaşadılan və unudulmaqda olan sənət növlərini şifahi xalqədəbiyyatımızın qədim nümunəsi olan bayatı janrında tərənnüm etmişdir. Şair ayrı-ayrısənətləri bayatı şəklində tərənnüm edərək əbədiləşdirmişdir. Aşağıda verilmiş bayatılar, deməkolar ki, bütün sənət növlərini əhatə edir. Bayatılar elə yazılmışdır ki, bəşəriyyətin keçdiyi tariximərhələlərin heç biri unudulmamış, sadədən mürəkkəbə, asandan çətinə-hamısı mərhələ-mərhələ əks etdirilmişdir. Daş dövründən başlanan sənət növlərinin hamısını yada salmış,poeziyamızda əbədiləşdirərək çox faydalı iş görmüşdür. Həm də bayatılarda əks etdirilən sənətnövlərinə izahat verilmişdir. Ayrı-ayrı tarixi dövrlərə uyğun olaraq bayatılar xronoloji ardıcıllıqlaverilmişdir.

Bu poeziyaya Abbas Əmbalanın gətirdiyi yenilik və müvəffəqiyyətidir. Ən qiymətlicəhətlərdən biri də odur ki, bayatılarda işlədilən ifadə və terminlər ulduzlarla işarə olunmuşizahatlarda təhlil olunub mənası açılmışdır. Bir sözlə bu bayatılar sanki unudulan və davametdirilən sənət növlərinin reseptidir.

Bir vaxtlar tarixçilər Azərbaycanın mədəniyyət tarixini yazarkən qiymətli bir mənbə kimibu nümunələrə müraciət etməli olacaqlar. Biz isə belə faydalı yaradıcılıq işlərində hörmətlişairəmizə cansağlığı və uğurlar arzulayırıq.

Maqsud Mustafayev

Şəki şəhərindən foto-reportajTanış olun: Şəkinin 1-

ci Cümə məscidi! Digər adı isə“Xan məscidi”dir. 1768-ci ildəMəhəmmədhüseyn xantərəfindən tikdirilmişdir.

İndi məscid kimi fəaliyyətgöstərmir, yəni qapısı bağlıdır.Tarixi abidə kimi isə qorunmur.

Amma diqqət yetirin,Şəkinin ən qədim tikililərindənbiri olan bu möhtəşəm binanınbir tərəfini deşib “Ayaqqabıtəmiri” dükanı açıblar! Bu hələharasıdır, bilirsiniz ki buməscidin arxası “Xan qəb-ristanlı”ğıdır, orada isə su-perbir çayxana düzəl-diblər! Adıda yəqin ki, “Qəbristanlıq çay-xanası”dır. Burada ölülərlə

dirilər bir yerdə otururlar. Nə isə...

Son illər şəhəri-mizdə xeyli ilan-qurbağaheykəlləri qoyulmuşdur.Guya ki bunlar Yunan allah-larının heykəlləridir, ammaunudurlar ki bura nə Yuna-nıstandır, nə də Avropa, bu-ra Şəkidir! Bu heykəllər Av-ropadan gələnləri, turistləriheyrətləndirə bilməz, buheykəllər Şəkinin millimemarlıq üslubuna ziddir,Şəki əhalisi də onları sev-məyəcək. Bəs el isə niyəbunlara bir ətək pul veribhər tində-dalandaucalrıllar?!

Tanış olun: Bura Şəki Do-ğum evinin - Qadın məslə-hətxanasının qabağıdır. De-yin görək, bu kişi heykəl-lərinin “Roddom”a nə aidiy-yəti ola bilər?

Öz çevik fəaliyyəti ilə həm ölkə daxilində,həm də xaricdə uğur qazanan Fövqəladə Hal-lar Nazirliyinin əməkdaşları dövlət tərəfindənonlara göstərilən diqqət və qayğının heç dəhədər getmədiyini təsdiqləyirlər

Bu günlərdə Rusiya Federasiyasında başverən meşə yanğınları bütün dünyanın diq-qətini şimal qonşumuza yönəldib. Təbii fəla-kətin fəsadlarının böyük olduğunu nəzərəalan bir sıra xarici ölkələr isə bu yanğınlarınsöndürülməsində Rusiyaya öz köməkliklərinigöstəriblər. Bu sırada Azərbaycan təmsil-çilərinin də olması və onların öz fəaliy-yətlərinə görə Rusiya rəsmiləri tərəfindənqiymətləndirilməsi isə təbii ki, qürur duyulasıfaktdır. Təmsilçilərimizin Rusiyadakı fəa-liyyəti barədə bir qədər sonra geniş məlumatverəcəyik. Hələlik isə onu qeyd edək ki, öl-kəmizdə uğurla həyata keçirilən islahatlar,müvəffəqiyyətlə yerinə yetirilən dövlət proq-ramları Azərbaycanı regionda lider dövlətəçevirib. Təbii ki, bu uğurların əldə olun-masında, Azərbaycan Respublikasının Pre-zidenti İlham Əliyevin tapşırıq və tövsi-yələrinə çevik şəkildə əməl edilməsində döv-lət qurumlarının, o cümlədən Fövqəladə Hal-lar Nazirliyinin (FHN) də özünəməxsus roluvar. Daha dəqiq desək, bu gün bütün dövlətstrukturları kimi FHN də üzərinə düşən vəzi-fələrin öhdəsindən layiqincə gəlir. Məlumatüçün deyək ki, 2005-ci il dekabrın 16-da Pre-zident İlham Əliyev Azərbaycanda FövqəladəHallar Nazirliyinin yaradılması haqqındaSərəncam imzalayıb. Dövlətimizin başçısınınbir il sonra hər il dekabrın 16-nın nazirlik işçi-lərinin peşə bayramı günü kimi qeyd olun-ması barədə imzaladığı Sərəncam isə bu sahə-yə göstərilən diqqət və qayğının daha bir ba-riz nümunəsidir.

Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyimülki müdafiəni, əhalinin və ərazilərin təbiivə texnogen xarakterli fövqəladə hallardanqorunmasını, fövqəladə halların qarşısınınalınması və nəticələrinin aradan qaldı-rılmasını, həmçinin, bir sıra istirqamətlər üzrətəhlükəsizliyin təmin olunmasını, fövqəladəhalların yaranma ehtimalı böyük olduqda, ya-xud baş verdikdə çevik reaksiya verilməsini,təbii, texnogen və terror təhlükələrinə məruzqalan strateji əhəmiyyətli müəssisələrin, ob-yektlərin və qurğuların mühafizəsini təşkiledən mərkəzi icra hakimiyyəti orqanıdır. Yerigəlmişkən, ötən illərdə olduğu kimi, 2010-cuilin arxada qoyduğumuz aylarında da FHN-nin bütün strukturları üzərlərinə düşən və-zifələrin öhdəsindən layiqincə gəliblər.

Ölkəmizdəki təbii fəlakətə çevikreaksiya

Fövqəladə Hallar Nazirliyi Prezidentİlham Əliyevin göstərdiyi diqqət və qayğıyalayiq olduğunu ölkəmizin bir sıra böl-gələrində baş verən təbii fəlakət zamanı sər-gilədiyi çevik və operativ reaksiya ilə növbətidəfə təsdiqlədi. Məlum olduğu kimi, bu il ap-rel ayının sonlarında dünyada baş verən kəs-kin iqlim dəyişiklikləri və bir çox ölkələrdəintensiv yağışların yağması infrastruktur ob-yektlərinə ciddi zərərlər vurdu, sel və daş-qınlar nəticəsində evlər su altında qaldı. Daş-qınlara məruz qalan ölkələrin əksəriyyətindəəhalinin fəlakət zonasından çıxarılması sahə-sində ortaya çıxan ciddi problemlər isə sonnəticədə insanların ölüm hallarının artmasınayol açdı. Eyni zamanda, bu ölkələrdə əhalininevakuasiya olunması, onların çadır düşər-gələrinə köçürülməsi, məişət qayğılarının həlledilməsi ilə bağlı ciddi problemlərin möv-cudluğu da ortaya çıxdı.

O da qeyd olunmalıdır ki, göstərilən müd-dətdə ölkəmizin bir sıra rayonlarında da təbiifəlakətlər nəticəsində subasma halları baş ver-di, infrastruktur, yaşayış və inzibati binalaraziyan dəydi, kənd təsərrüfatı sahələrindəmüəyyən fəsadlar müşahidə olundu. LakinAzərbaycan Prezidentinin məsələyə çevikreaksiyası nəticəsində fəlakətin baş verdiyi ilkgündən etibarən əhalinin təhlükəsizliyinin tə-min olunması və onların sosial-məişət qay-ğılarının həll edilməsi, eləcə də, tibbi və iaşəxidmətləri ilə əhatə olunmaları üçün davamlıtədbirlər görüldü. Dövlət başçısının sədrliyiilə keçirilən müşavirədə Kür çayında suyunsəviyyəsinin qalxması ilə bağlı baş verən təbiifəlakətlərin nəticələrinin aradan qaldırılmasıvə bu istiqamətdə işlərin sürətləndirilməsiüçün müvafiq orqanlara xüsusi tapşırıqlar ve-rildi. Ölkəmizin ümummilli işinə çevrilən hə-min tədbirlər hər gün daha da gücləndirildi vənəticədə sonrakı günlərdə gözlənilə biləntəhlükələrin qarşısı tamamilə alındı. Prezidentİlham Əliyevin tapşırıq və göstərişlərinə uy-ğun olaraq hökumət strukturları təbii fəlakətinqarşısını almaq, dəyən zərərlərin nəticələrini

aradan qaldırmaq üçün səfərbər olunaraq fasi-ləsiz iş rejimində çalışdılar. Bir sözlə, bütünaidiyyəti qurumların səmərəli fəaliyyəti sayə-sində respublikamız təbiətin ən ağır zərər-lərindən və böyük bəladan xilas oldu.

Onu da qeyd edək ki, digər ölkələr mü-vafiq tədbirlər planını icra etməkdə texniki vəmaliyyə problemləri ilə üzləşdiyi halda res-publikamızda belə bir tendensiya müşahidəolunmadı. Azərbaycanın bu işi öz gücünə, heçbir ölkənin yardımına ehtiyac olmadan həlletmək iqtidarında olduğu bir daha təsdiqləndi.Məlum oldu ki, təbii fəlakətin vurduğu zərər-lərin qarşısının alınması, bəndbərkitmə işlə-rinin gücləndirilməsi, infrastrukturun bərpası,insanların bütün sosial-məişət problemlərininhəll olunması və insanlara dəymiş ziyanınödənilməsi, həmçinin, kompensasiyalarınverilməsində hökumət həm güclü maliyyə im-kanlarına, həm də texniki-fiziki işlərin həyatakeçirilməsi üçün müasir texnika və ava-danlıqlara malikdir. Bunun nəticəsidir ki, in-sanların təhlükəsizliyinin təmin olunması,iaşə-məişət qayğılarının həll edilməsi, onlaramüvafiq maddi yardımların göstərilməsi sa-həsində ölkəmizin öz resurslarından istifadəolunmaqdadır.

Onu da qeyd edək ki, subasma zamanı özevlərindən çıxmaq məcburiyyətində qalanəhali üçün salınmış çadır şəhərciklərində,həmçinin, təbii fəlakətə məruz qalmış kənd-lərdə təhlükəsizliyi təmin etmək məqsədilə 24saat fasiləsiz işləyən operativ qərargahlar qu-ruldu. Daxili İşlər Nazirliyinin 500 nəfər vəFövqəladə Hallar Nazirliyinin isə 600-dənçox əməkdaşı qəsəbələrin, kəndlərin müha-fizəsi ilə məşğul oldu. Bununla yanaşı, Föv-qəladə Hallar Nazirliyinin 2 min nəfər şəxsiheyəti və 700-ə qədər texnikası Sabirabad,Saatlı, Neftçala, Salyan, Kürdəmir, Zərdabzonalarında çalışdı. Çadır şəhərciyində 24 sa-at ərzində təhlükəsizliyi tam təmin etməküçün Səhiyyə Nazirliyinin tibbi heyəti vəFövqəladə Hallar Nazirliyinin bir helikopterinövbə çəkdi.

Bir sözlə, Kür və Araz çaylarının daşmasınəticəsində baş vermiş təbii fəlakətlə əlaqədarPrezident İlham Əliyevin 2010-cu il 19 maytarixli Sərəncamı ilə yaradılmış HökumətKomissiyasının tərkibinə daxil olan bütündövlət qurumları, xüsusilə də FövqəladəHallar Nazirliyi təbii fəlakətin daha böyükfəsadlar törətməsinin qarşısını almaq vəsubasmaların vurduğu ziyanı aradan qaldır-maq üçün bütün işləri vaxtında və operativşəkildə həyata keçirdilər. Dövlət başçısınındiqqət və qayğısı nəticəsində yüksək texnikailə təchiz olunan Fövqəladə Hallar Nazirliyi,eləcə də, digər təşkilatlar qarşıya qoyulanbütün tapşırıqların öhdəsindən layiqincə gələbildi. Sözügedən təbii fəlakət zamanı o daməlum oldu ki, FHN təmsilçiləri tərəfindənbu qurumun əsas fəaliyyət istiqamətlərinəmüvafiq olaraq mülki müdafiə, əhalinin vəərazilərin fövqəladə hallardan qorunması,yanğın təhlükəsizliyinin, su hövzələrindəinsanların təhlükəsizliyinin təmin edilməsi,fövqəladə hallarda çevik reaksiya verilməsivə humanitar yardımların idarə olunması işiuğurla təşkil edildi və həyata keçirildi.

Yayda da, qışda da iş başında

Təbii ki, FHN-nin əməkdaşlarının işləriheç də sözügedən fəaliyyətlə məhdudlaşmır.Nazirliyə daxil olan bütün strukturlar ilinbütün fəsillərində təmsil etdikləri, daha dəqiqdesək, cavabdehlik daşıdıqları sahələrdə hərhansı problemlərin yaranmaması, həmçinin,mövcud olan problemlərin də dərhal aradanqaldırılması istiqamətində öz fəaliyyətlərinidavam etdirirlər. Məsələn, ötən ilin dekabr-ında paytaxta yağan güclü qarın insanların vəavtomobillərin gediş-gəlişinə mane olmasınınqarşısını almaq üçün fəaliyyətə keçən ilkinqurumlardan biri məhz FHN oldu. Həminvaxt paytaxt küçələrinə 20 texnika çıxaranFHN işçiləri ilə yanaşı, Mülki Müdafiə Ala-yının və Yanğından Mühafizə Xidmətinin1000 nəfərə yaxın əməkdaşı da küçələrin qarvə buz örtüyündən təmizlənməsi prosesinəqoşulmuşdu.

Yaxud da başqa bir fakt. Bu günlərdə ha-vaların isti keçməsi ilə əlaqədar baş verə bilə-cək yanğınların qarşısını almaq üçün FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətininəməkdaşları Bakı və Sumqayıt şəhərlərinin,Abşeron rayonunun bağ massivlərində yanğıntəhlükəsizliyi tədbirlərini davam etdirir, yaymövsümü ilə əlaqədar əhalinin böyük bir his-səsinin bağ evlərində istirahət etdiyini nəzərəalaraq əhali arasında yanğına qarşı təbliğatxarakterli söhbətlər aparılır.

Bağ massivlərində keçirilən növbəti yan-ğın təhlükəsizliyi tədbirində xüsusi avtonəq-

liyyat vasitələrinin, xüsusən də yanğın avto-mobillərinin evlərə sərbəst yaxınlaşmasınasakinlər tərəfindən yaradılmış maneələrmüəyyən edilib. Eyni zamanda, müvafiq ica-zələr olmadan dirəklərin, şlaqbaumların qu-raşdırılmasının, keçidlərin bağlanmasınınyanğın hadisələri zamanı yanğın avtomo-billərinin hərəkətinə, çevik manevr etməsinəmaneçilik törətməsini nəzərə alaraq həminmaneələrin ləğv edilməsi üçün əməli tədbirlərgörülüb.

Təbii ki, bu sıraya FHN-nin digər struk-turlarının fəaliyyətini də əlavə etmək olar.Lakin sadəcə olaraq onu qeyd etmək yerinədüşər ki, FHN ilin bütün fəsillərində iş başın-dadır.

FHN təmsilçilərinin xaricdəki uğurları

Yeri gəlmişkən, hazırda dünyanın bir çoxölkələrinin müvafiq dövlət qurumları iləəməkdaşlıq əlaqələri quran FHN, eyni zaman-da, xarici ölkələrdəki fövqəladə vəziyyətlərzamanı öz yardımlarını da əsirgəmir. Yuxa-rıda da qeyd etdiyimiz kimi, buna misal ola-raq, Rusiyada baş verən meşə yanğınlarınınsöndürülməsi prosesində Azərbaycan təmsil-çilərinin göstərdikləri uğurlu fəaliyyəti qeydetmək olar. Məlumat üçün deyək ki, RusiyaFederasiyasının ərazisini cənginə almış meşəyanğınlarının söndürülməsində köməklikgöstərilməsi məqsədilə yola salınan Azərbay-can Respublikası Fövqəladə Hallar Nazir-liyinin 2 ədəd helikopteri cari ilin avqust ayı-nın 5-də Rusiyanın Ryazan şəhərinə çatıb.Azərbaycanlı yanğınsöndürən-xilasedicilər (4qrupda 19 nəfərlik şəxsi heyətlə) dərhal “Mi-17-1V” və “Ka-32A” tipli helikopterlərləRyazan şəhəri ətrafında tüğyan edən meşəyanğınlarının söndürülməsinə başlayıblar.Rusiya Federasiyası Fövqəladə Hallar Nazir-liyi ilə əlaqəli şəkildə həyata keçirilən əmə-liyyatlar ilk müsbət nəticələrini verib və birneçə yanğın ocağı qısa müddətdə söndürülüb.Ümumiyyətlə, Azərbaycan aviatorları Türki-yənin iki “Ka-32” helikopterinin heyəti iləbirlikdə Ryazan vilayətində yanğın zonasınatəxminən 560 uçuş həyata keçirib, alov mən-bələrinə on tonlarla su töküblər. Aviator-larımız ən güclü yanğınların qeydə alındığıbölgələrdə - Ryazan, Klepikov, Rıbnov rayon-larında işləyiblər.

Bu barədə yayılan məlumatda deyilir ki,Rusiyanın Baş naziri Vladimir Putin ölkə-sində baş verən meşə yanğınlarının söndürül-məsində iştirak etmiş yerli və xarici aviasiyadəstələrinin üzvlərinə göstərdikləri fəda-karlığa görə təşəkkürünü bildirib, onlara xa-tirə hədiyyələri təqdim edib. AzərTAc İTAR-TASS agentliyinə istinadən xəbər verir ki,təntənəli mərasim “Ramenskoye” hava lima-nında keçirilib.

Rusiyanın Baş naziri 19 təyyarəçiyə xatirəsaatları təqdim edib. Mükafatlar Rusiya təy-yarəçiləri ilə yanaşı, Azərbaycan, Türkiyə,Belarus, Ukrayna və Fransa təmsilçilərinə dətəqdim olunub. Vladimir Putin yanğının sön-dürülməsində Rusiyaya yardım etmiş ölkələrətəşəkkürünü bildirib.

Bir qədər əvvəl isə fövqəladə hallar naziriSergey Şoyqu xarici ölkələrin yanğının sön-dürülməsində iştirak etmiş bütün təyya-rəçilərini Rusiya Fövqəladə Hallar Nazir-liyinin fəxri nişanları ilə təltif edib.

Öz növbəsində, Rusiyanın Ryazan vilayə-tinin qubernatoru Oleq Kovalyov meşə yan-ğınlarının söndürülməsində göstərdiklərimərdliyə və fədakarlığa görə Azərbaycan vəTürkiyə aviatorlarına minnətdarlığını bildirib,onlara fəxri fərmanlar, təşəkkürnamələr vəqiymətli hədiyyələr təqdim edib.

Yeri gəlmişkən avqustun 18-də təmsil-çilərimiz Vətənə döndülər.

Uğurlu fəaliyyət davam edir

Bir sözlə, bu faktlar bir daha ölkəmizdəaparılan hərtərəfli islahatların, həyata keçi-rilən dövlət proqramlarının müsbət nəticələrəvə uğurlara yol açdığını təsdiqləyir. Görünənodur ki, Prezident İlham Əliyevin Azərbaycanvətəndaşlarının sosial rifah halının yaxşı-laşdırılması, həmçinin, nazirlik və komi-tələrin öz işlərini müasir dövrün tələblərinəuyğun şəkildə qurmaları üçün göstərdiyi diq-qət və qayğı öz bəhrəsini verir. Bu gün Azər-baycanın nazirlik və komitələri nəinki ölkədaxilində həyata keçirilən işlərdə üzərlərinədüşən vəzifənin öhdəsindən layiqincə gəlir vəuğurlar əldə edir, həmçinin, Fövqəladə HallarNazirliyinin timsalında ölkə xaricində də özçevik və nümunəvi fəaliyyətləri ilə fərqlənir-lər.

Nadir AZƏRİ

Fövqəladə hallara hər zaman hazır olan qurumFövqəladə hallara hər zaman hazır olan qurum

Çünki o, danışdığı yalanların ortaya çı-xacağından və ifşa olunacağından qorxur

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrəMəhkəmədə hakim Tamella Nəsrullayevanınsədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu,Qurbanov Hüseyn Afət oğlu, MirzəliyevElnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu vəMəmmədrzayev Qabil Həsən oğlunun(AXCP sədri Əli Kərimlinin köməkçisi) işiüzrə növbəti məhkəmə iclası keçirilib. Lakintəqsirləndirilən şəxslərin vəkilləri prosesdəiştirak etmədikləri üçün hakim T.Nəsrulla-yeva prosesin avqust ayının 31-nə kimitəxirə salındığını bildirib. Bu isə onu göstərirki, Əli Kərimlinin köməkçisi danışdığıyalanların ortaya çıxacağından və ifşa oluna-cağından qorxur.

Xatırladaq ki, Mehralıyev Racu Şükrəlioğlu, Qurbanov Hüseyn Afət oğlu,Mirzəliyev Elnur Aydın oğlu, Ağayev MirzəRza oğlu və Məmmədrzayev Qabil Həsənoğluna qarşı Cinayət Məcəlləsinin 181.3.2-cimaddəsi üzrə cinayət işi başlanıb. Onlaraqarşı ittiham aktında göstərilir ki, bu şəxslər23 noyabr 2009-cu il tarixdə MəmmədovaRuqiyyə İsgəndər qızının yaşadığı Bakışəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən52 saylı mənzilə basqın edərək quldurluqyolu ilə külli miqdarda əmlakı ələ keçiriblər.Bu cinayət nəticəsində dəstə üzvləri 200 minmanatdan artıq vəsaiti mənimsəyiblər. İlkprosesdə təqsirləndirilən şəxslərdən üçüözünü qismən təqsirli bilsə də, digər ikisigünahını boynuna almayıb. Buna baxma-yaraq, dövlət ittihamçısı qrupun törətdiyiqanunsuzluğun istintaq tədbirləri nəticəsindəsübuta yetirildiyini bildirib.

Ümumiyyətlə, bu hadisə kobud bir hüquq,qanun pozuntusu olmaqla bərabər, bəziqaranlıq mətləblərə işıq tutmaq üçün də yax-şı bir dərs əhəmiyyətinə malikdir. Belə ki,məhz bu hadisə siyasi partiyaların maliy-yələşməsinin şəffaflığı və ictimaiyyətə məlu-mat verilməsinin əhəmiyyətini bir daha gün-

dəmə gətirdi. Sirr deyil ki, Azərbaycandafəaliyyət göstərən bir sıra siyasi partiyalarınmaliyyələşdirilməsi həmişə diqqət mər-kəzində olan və cəmiyyətdə müzakirələrəçevrilən məsələlərdən biri olub. Qeyd olun-malıdır ki, hakim Yeni Azərbaycan Partiyası(YAP) cəmiyyətin şəffaflıqla bağlı çağırış-larına müsbət cavab verərək hər il partiyanınmaliyyələşməsi, mərkəzi aparatın və rayontəşkilatlarının fəaliyyətinə sərf olunan xərc-lər, təşkil olunmuş tədbirlərə ayrılan vəsa-itlər haqqında mütəmadi hesabatlar təqdimedir. Amma buna baxmayaraq, müxalifətpartiyaları maliyyə mənbələri haqqında cə-miyyətə məlumat verməkdən boyun qaçırır.Hətta Yeni Azərbaycan Partiyasının siyasitəşkilatların maliyyələşməsi, həmçinin, ma-liyyə mənbələrinin şəffaflığı ilə bağlı dialoqkeçirilməsi təklifinə də mənfi cavab verənmüxalifət partiyaları maliyyə mənbələrininaçıqlanmasında maraqlı olmadıqlarınıgöstəriblər. Bəs görəsən, bunun səbəbləri nə-dir?

Təbii ki, həmişə gizlənmək üçün səbəbləriolan insanlar gizlənirlər. İndi Azərbaycanınbəzi müxalifət partiyalarının maliyyə məsə-ləsində məxfiliyə önəm verməsi və cəmiy-yətə bu istiqamətdə hesabat verməkdənqorxması da bu məntiqlə birbaşa bağlıdır.Amma onlar nə qədər hər şeyi ört-basdıretməyə çalışsalar da, bunu bacara bilmirlər.Çünki bu gün Azərbaycan cəmiyyətində bupartiyaların kim üçün çalışdıqlarını, kimdənnəyin müqabilində pullar aldıqlarını, kiminbuyruq qulu olduqlarını bilməyən çox azadam var. Bir sıra beynəlxalq maliyyə ins-titutlarının ölkəmizlə bağlı məkrli plan-larının həyata keçirilməsinə vasitəçilik edənbu təşkilatların həmin planlar içərisindəmövcud olmaq üçün nə qədər maliyyə yar-dımı, qrant aldıqlarını da demək artıq olar.Əldə olunacaq yüz minlərlə dollar qar-şılığında onların milli, dövlətçilik maraq-larımızı qurban verdiklərinə dair faktlardan

da uzun-uzadı danışmaq yersizdir. Çünki bu-nu hamı bilir və dərk edir. Belə təşkilatlardanbiri də şübhəsiz ki, AXCP-dir.

Onu da qeyd etmək yerinə düşər ki,AXCP Azərbaycan siyasi palitrasında ən çoxxalqa, millətə xəyanət yolunu tutan siya-sətçilərin bir araya gəldiyi partiyalardan birikimi xarakterizə oluna bilər. Sadəcə, bütünbeynəlxalq tədbirlərdə Azərbaycanı (məhzAzərbaycanı-red.) şikayət edən Əli Kərim-linin, Gürcüstanda ermənilərlə badə qaldırıb,Ermənistan dövlətinin gələcəyinin sağlığınaşərab içən Ruslan Bəşirlinin, quldurluq et-məkdə ittiham olunan AXCP sədri Əli Kə-rimlinin köməkçisi olmuş MəmmədrzayevQabil Həsən oğlunun adlarını çəkmək kifa-yətdir ki, bu fakt sübuta yetirilsin.

İnkarolunmaz bir həqiqətdir ki, bu hadisəheç bir partiyanın siyasi tərcümeyi-halı üçünüzağlığı gətirmir. Əksinə, bu onlar üçünuzun müddət hafizələrdən silinməyəcək birləkədir. Eyni zamanda, bu fakt başqa şübhəliməqamları da gündəmə gətirir. Məsələn,AXCP-nin maliyyələşməsi ilə bağlı gizlisaxladığı məlumatların bu tip hadisələrləhansısa əlaqəsinin olub-olmaması sualı təbiiolaraq, gündəmə gələ bilər. Və bunu qiy-mətləndirmək, hadisələrdən düzgün nəticəçıxarmaq missiyası da yenə də xalqımızınüzərinə düşür. Amma məsələnin başqa birtərəfi də var ki, bu da, AXCP-nin 18 ildir ki,müxalifətdə qalmasının əsl səbəblərini göz-lər önünə sərir. Bu cür qanunsuzluqlarda adıhallanan bir siyasi təşkilatın xalqın dəstəyinialması mümkün deyil və necə ki, bu günə qə-dər mümkün olmayıb. Çünki xalqımız yaxşıbilir ki, quldurluq etdiyinə görə məhkəməqarşısında dayanan belə insanlara öz taleyinihəvalə etmək böyük faciələrə gətirib çıxarabilər. Odur ki, Azərbaycan xalqı onlara siyasiarenadakı yerini göstərib və bu insanlarınüstündən birdəfəlik xətt çəkib.

Aqşin ŞAHİNOĞLU

Əli Kərimlinin köməkçisi məhkəməyə ifadə verməkdən boyun qaçırır ?

23 av_qezet.qxd 29.09.2010 6:30 Страница 3

Page 4: 2010.08.23. "İpəkçi" qəzeti (№8 (2272))

4 İPƏKÇİİPƏKÇİ23 avqust 2010-cu il

Həmtəsisçilər:1. “Şəki-İpək” şirkəti;

Redaktor:A. Məmmədov.

Çapa təqdim edildi:23.08.2010.

Sifariş: 3150.Tiraj: 500.Şəhadətnamə № 177.

Ünvanımız:Az.5500. Şəki şəhəri,

Z.Bünyadov, 33.

E-mail: [email protected]

Tel.: 055 793 23 83

012 480 12 45

0177 423 15

“İpəkçi” qəzetininkompüterində yığılmış və“Azərbaycan” nəşriyyatın-da ofset üsulu ilə çapolunmuşdur.

“İpəkçi” qəzeti müstəqil KİVolaraq fəaliyyət göstərir və buqəzetdə dərc olunmuş xəbər vəməqalələrin məzmununa görə“Şəki-İpək” ASC heç birməsuliyyət daşımır!

2. M. Salis.

DIQQƏTDIQQƏTİdarə, müəssisə, təşkilat, özəl

sektorlar, fərdi və fiziki şəxslərin nəzərinə!*Elektron səhifələrinin hazırlanması və

internet şəbəkəsinə yüklənilməsi.*Elektron səhifənin sahibinə, səhifənin

idarə edilməsi üçün təlim.*Elektron səhifəyə uzun müddətli

nəzarət və reklamı.*Domen və hostinq xidmətləri.*Peşəkar səviyyədə kurslar.Əlaqə: (070) 250 65 10; (070) 270 65 10“Əlişahoğlu” WEB STUDIYASI

www.webstudiya.net

DIQQƏTDIQQƏTƏqli və fiziki cəhətdən qüsurlu olan

uşaqların valideynlərinin nəzərinə:Əqli və fiziki cəhətdən qüsurlu olan

uşaqlar üçün fərdi qaydada ibtidai sinfədair kurslar təşkil olunur.

Əlaqə nömrəsi: (055) 641 40 13

DIQQƏTDIQQƏTPeşəkar kompüter kursları:• Veb-dizayn• Veb-master• Qrafika• İnternet• Digər peşəkar proqramlarƏlaqə nömrəsi: (055) 641 40 13

DIQQƏTDIQQƏTŞəki veb məktəbinin daha bir yetirməsi- "Teymur" Veb Studiyası fəaliyyətə

başladı!

Veb-dizayn; Qrafik dizayn; Veb-səhifələrin hazırlanması; Domen və host satışı; Flash və gif animasiya; Banerlərin hazırlanması;

Əlaqə nömrələri: (050)725 62 62 (070)354 16 90

E-Mail: [email protected] Web: www.webstudiya.biz

24 AVQUST24 AVQUST08:58 Günün proqramı09:00 Kanal S Xəbər09:10 Cizgi filmi09:30 T/S "Montekristo"10:30 Sənədli film11:00 Sağlam həyat (tək)12:00 Hit-mix13:00 B/F (təkrar)15:00 Kanal S Xəbər15:15 İrəli (təkrar)16:00 Sənədli film17:00 Cizgi filmi17:30 Təzə məzə(təkr)18:00 Lüks həyat18:30 Hit-mix+19:30 Kanal S Xəbər20:00 Şərəfli ömür 20:30 İftar vaxtı21:00 T/S "Montekristo"21:45 Derbi22:45 Avropa və biz23:30 Kanal S Xəbər23:45 B/f"Sonuncu samuray"01:40 Klip03:00 Efirin sonu

25 AVQUST25 AVQUST08:58 Günün proqramı09:00 Kanal S Xəbər09:10 Cizgi filmi09:30 T/S "Montekristo"10:30 Həftənin qonağı (təkr.)12:00 Hit-mix13:00 B/F (təkrar)15:00 Kanal S Xəbər15:15 T/S"Ləğvetmə"16:00 Sənədli film17:00 Cizgi filmi17:20 Derbi (təkrar)18:30 Hit-mix+19:30 Kanal S Xəbər20:00 İpək kimi20:25 İftar vaxtı20:50 T/S "Montekristo"21:50 Evin içi22:50 T/S"Ləğvetmə"23:30 Kanal S Xəbər23:45 B/f"Vanelli Səma"02:00 Klip03:00 Efirin sonu

26 AVQUST26 AVQUST

08:58 Günün proqramı09:00 Kanal S Xəbər09:10 Cizgi filmi09:30 T/S "Montekristo"10:30 Unudulmayan ifalar11:00 Sənədli film12:00 Hit-mix13:00 B/F (təkrar)15:00 Kanal S Xəbər15:15 T/S"Ləğvetmə"16:00 Sual var17:10 Cizgi filmi17:30 Sağlam həyat18:30 Hit-mix+19:30 Kanal S Xəbər20:00 TV ensiklopediya20:20 İftar vaxtı21:00 T/S "Montekristo"22:00 Gəzərsən görərsən22:45 T/S"Ləğvetmə"23:30 Kanal S Xəbər23:45 Kriminal00:20 Bədii film01:40 Klip03:00 Efirin sonu

27 AVQUST27 AVQUST

08:58 Günün proqramı09:00 Kanal S Xəbər09:10 Cizgi filmi09:30 T/S "Montekristo"10:30 Lüks həyat (təkrar)11:00 Sağlam həyat (təkrar)12:00 Hit-mix13:00 B/F (təkrar)15:00 Kanal S Xəbər15:15 Evin içi (təkrar)16:30 B/F "Körpə ev"18:30 Hit-mix+19:30 Kanal S Xəbər20:00 Zarafatın yarısı20:20 İftar vaxtı21:00 T/S "Montekristo"22:00 "SMSlə seçilən B/F"23:30 Kanal S Xəbər23:45 Bədii film01:30 Klip03:00 Efirin sonu

28 AVQUST28 AVQUST

08:58 Günün proqramı09:00 Kanal S Xəbər09:10 Cizgi filmi09:30 Kolorit (təkrar)10:00 Sənədli film11:00 TV ensiklopediya

(təkrar)11:30 Avropa və biz (təkrar)12:00 Hit-mix13:00 B/F (təkrar)15:00 Kanal S Xəbər15:15 İpək kimi (təkr)15:50 Şərəfli ömür (təkrar)16:30 Sənədli film17:30 Cizgi filmi18:00 Təzə məzə18:30 Hit-mix+(top 10)19:30 Kanal S Xəbər20:00 Çarli Çaplin20:15 İftar vaxtı21:00 Düyməcik21:30 İrəli22:20 Panorama23:30 Kanal S Xəbər23:45 B/f "Böyük

ananın evi"01:30 Klip

03:00 Efirin sonu

29 AVQUST29 AVQUST

08:58 Günün proqramı09:00 Kanal S Xəbər09:10 Cizgi filmi09:30 Düyməcik (təkrar)10:00 Klip11:00 Zarafatın yarısı(təkr)11:30 B/F(təkrar)13:30 Gəzərsən görərsən14:15 Konsert15:15 Səmimi rəsmiyyət16:00 Azərlə hər bazar17:00 Cizgi filmi17:30 Klip18:30 B/F " "(azəri)20:15 İftar vaxtı20:45 Çarli Çaplin21:00 Bu həftə22:00 Həftənin qonağı23:10 Bədii film01:15 Kriminal (təkrar)03:00 Efirin sonu

Şəki televiziyası - Kanal S

VERİLİŞLƏRİN PROQRAMI (25 avqust – 29 avqust)

Şəki internetin və veb-quruculuğun inki-şaf səviyyəsinə görə son illər respub-likamızın digər regionlarını xeyli geridəburaxmışdır. Şəki veb-məktəbinin müxtəlifmövzularda həyatakeçirdiyi veb-proyektlərvə Azərbaycanda keçi-rilən internet-müsabiqə-lərində Şəki veb-məktə-binin qazandığı müvəffə-qiyyətlər buna bariz mi-saldır. Həmçinin, Şəkiveb-məktəbi tərəfindəndigər respublikalar üçündə müxtəlif proyektlərhazırlanmaqdadır. Məsə-lən, dünyanın ən məşhurinternet-axtarış sistemiolan “Google”nin inter-net-kataloğu üçün ilkdəfə olaraq, qardaş öz-bək, türkmən və uyğurdillərində veb-kateqo-riyalar, məhz, Şəki veb-məktəbi tərəfindən yara-dılmışdır.

Hal-hazırda Şəki şəhə-rində azı 4 veb-studiyavar. Onlardan biri –“Əlişanoğlu” veb-studi-yası, bu il olduqca məh-suldar fəaliyyət gös-tərmişdir. Bu studiyanınhazırladığı 3 sayt, bu ilNETTY İntenet müsabi-qəsinin nominantı ol-muşdur. İndiyədək müx-təlif hüquqi və fizikişəxslər üçün onlarla saytyaradan “Əlişanoğlu”

veb-studiyası, hal-hazı-rda Yevlaxteleviziyasının – EL TV-nin, saytını ha-zırlamaq üçün sifariş almışdır.

“Əlişanoğlu” veb-studiyası“Əlişanoğlu” veb-studiyası

Yevlax televiziyasının – EL TV-nin, Yevlax televiziyasının – EL TV-nin,

veb-saytı hazırlayırveb-saytı hazırlayır

Şəkildə: “Əlişanoğlu” veb-studiyasının təsisçisi AslanƏlişanoğllu, NETTY-2010, Milli İnternet Müsabiqəsininmükafatlamdırma tədbirində

Tel: (+994 177) 4 68 75

Faks: (+994 177) 4 13 71

Mob: (+994 50) 474 74 25 Şəki şəhəri, 20 yanvar küçəsi

A.Məmmədov: Vüqar müəllim, Şəkinin futbol komandası nəvaxtsa primer-liqada oynaya bilərmi?

Vüqar İsgəndərov: Bilirsiz, Azərbaycanın ən kasıb futbolklubunun neçə milyon manat büdcəsi var. Hal-hazırda Şəkidə eləbir təşkilat, yaxud şirkət yoxdur ki qabağa dursun və onun maliyyədəstəyi sayəsində Şəkinin peşəkar futbol klubu yaradılsın.

Məsələn, Şəkinin basketbol komandası 1-ci dəstədə çıxış edirdi,2 ay əvvəl yüksək liqaya vəsiqə aldı, hal-hazırda biz maliyyə vəsaitiaxtarırıq, amma təəssüf ki, hələlik heç nə tapa bilməmişik.

A.Məmmədov: Vüqar müəllim, nə qədər pul lazımdır?

Vüqar İsgəndərov: Haradasa, 30 min manat lazımdır, bununiçində, komandanın üzvlük haqqı var, hansı ki federasiyayaödəməlidir, sonra yol xərci, yemək xərci, əmək haqqı, idmanforması, idman ayaqqabısı, bütün hamısı, onun içində nəzərə alınırvə cəmi 22 min 74 manat onların büdcəsidir, çox zəif büdcədir,amma...

Voleybolçularımız yüksək liqada oynayır, basketbolçularımız daoynasa çox əla olar.

A.Məmmədov: Bəs voleybolçuların maliyyə dəstəyi haradandır?Vüqar İsgəndərov: Ötən ilə qədər sponsor “Şəki-İpək” ASC idi,

komandanın xərcini ödəyirdi, buna görə də komandanın adı“İpəkçi”dir. Lakin bu ildən “Şəki-İpək” ASC maliyyə dəstəyigöstərməkdən imtina edib. Nəticədə, bizim Gənclər və İdmanNazirliyi, Voleybol Federasiyası ilə birlikdə, istisna hal kimi Şəkivoleybol komandasının xərclərin bir hissəsini ödəməyə məcburolmuşdur, yol pullarını biz verdik , idarələr, Federasiya birlikdə,yemək və qalmaq xərcini ödəməyi isə nazirlik öz üzərinə götürdü.Birinci dəfədir ki, peşəkar idmana nazirlik maliyyə dəstəyi göstərdi,çalışdıq ki, Şəki voleybolu itib-batmasın.

A.Məmmədov: Oyunçular təmənnasız oynayırlar?Vüqar İsgəndərov: Yox, düzdür çox istəmirlər, amma maaş

istəyirlər artıq... Peşəkar idman biznesdir. Bu ayrıca bir sahədir. Bizsadəcə, kömək etməyə çalışırıq, amma bu bizim vəzifəmiz deyil.Bizim vəzifəmiz, uşaq idmanını inkişaf etdirməkdir, nəticələrimizdə pis deyil. Məsələn, Şəkinin 15 yaşlı yeniyetmələrdən ibarət fut-bol komandası Region kuboku üzrə ¼ finalına qədər irəliləyib, əgəravqustun 24-də, Mingəçevirdə, bu şəhərin komandasına da qalibgələrsə, yarımfinala çıxacaqdır. Rəqib çox güclüdür, özü də özmeydanında oynayır, lakin inanırıq ki, bizim yeniyetmə futbolçularMingəçevirdən Şəkiyə qələbə ilə dönəcəklər!

Şəkinin peşəkar basketbol komandası RespublikaŞəkinin peşəkar basketbol komandası Respublikaçempionatının yüksək liqasına vəsiqə qazanıb, amma çempionatının yüksək liqasına vəsiqə qazanıb, amma

maliyyə dəstəyi olmasa, çempionatda iştirak edə bilməyəcək!maliyyə dəstəyi olmasa, çempionatda iştirak edə bilməyəcək!

Tel-müsahibimiz, Şəki Şəhər Gənclər və İdmanİdarəsi-nin rəisi Vüqar İsgəndərov:

Rəqib çox güclüdür, özü də öz meydanındaoynayır, lakin inanırıq ki, bizim yeniyetmə

futbolçular Mingəçevirdən Şəkiyə qələbə ilədönəcəklər!

Yaponiyanın Şəkidəki layihəsiYaponiyanın Şəkidəki layihəsiyekunlaşdıyekunlaşdı

Şəkidə Yaponiya hökumətinin "Ot kökləri vəinsan təhlükəsizliyi" qrant yardımı proqramıçərçivəsində reallaşdırılan "Şəki rayonununDərəhamamı və Gəncəli icmalarında çayqırağınınvə çaylardakı vəziyyətin yaxşılaşdırılması" layihəsiartıq başa çatıb.

Bununla bağlı keçirilən tədbirə Yaponiyanınölkəmizdəki səfiri Masamitsu Oki, Şəki şəhər İcraHakimiyyətinin başçısı Murad Cabbarlı və digərrəsmi şəxslər qatılıblar. Adıçəkilən layihəninrəhbəri, "Şəki Ekologiya və Təhsil Mərkəzi"Gənclər İctimai Birliyinin sədri Əlirza Məhərrəmovbildirib ki, ekoloji təhlükəsizlik insanların həyat vəsağlamlığının ən mühüm amilinə çevrilib, yersivilizasiyası real ekoloji fəlakət təhlükəsiqarşısında qalıb: "Ölkəmizdə bu problemin həlli,təbiətin mühafizəsi və ekologiyanınyaxşılaşdırılması məsələləri istər hökumətin, istərsədə hər bir vətəndaşın məqsədyönlü fəaliyyətinintərkib hissəsi olaraq qalır. Sevindirici haldır ki,ekoloji problemlərin həllinə yerli ictimai birliklər vətəşkilatlar da öz töhfələrini verməkdədirlər. Bizimmərkəz də uzun müddətdir əhali arasında ekolojimaarifləndirmə işləri ilə məşğul olur".

Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Okiisə çıxışında vurğulayıb ki, belə layihələrin həyatakeçirilməsi Azərbaycan prezidentinin 2010-cu ili"Ekologiya ili" elan etməsi təşəbbüsü ilə uzlaşanYaponiya səfirliyinin Azərbaycanda ətraf mühitinmühafizəsinə töhfə vermək siyasətinin birtəzahürüdür: "Yaponiya hökumətinin "Ot kökləri vəinsan təhlükəsizliyi" qrant yardımı proqramıAzərbaycanda 2000-ci ildən həyata keçirilir. Buproqram çərçivəsində reallaşdırılan layihələr ətrafmühit, sosial müdafiə, səhiyyə, tibb, təhsil və digərsahələri əhatə edir. İndiyə kimi bu proqramçərçivəsində Azərbaycanda ümumi məbləği 9 mily-on 390 min ABŞ dolları olan 129 layihə həyatakeçirilib. İcrası başa çatan bu layihənin dəyəri isə95.760 ABŞ dollarıdır". Rəmzi qırmızı lentkəsildikdən sonra mərasim iştirakçılarıDəyirmanarx və Qurcançay çay yataqlarındaaparılan işlərlə yaxından tanış olublar. Səfirə ŞəkiXan sarayının təsvir olunduğu rəsm əsəri hədiyyəedilib.

Təbriz Vəfalı21 Avqust 2010-cu il www.hafta-ichi.com

Yazıçı-publisist Şəkidə tutuldu Yazıçı-publisist Şəkidə tutuldu

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbərportalına verilən məlumata görə, Yasamal rayonPolis İdarəsinin 28-ci polis bölməsi və Şəki rayon-şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləriaxtarış tədbirləri nəticəsində axtarışda olanŞərqiyyə Seyidova tutulub.

Şəki rayon Polis Şöbəsindən APA-ya verilənməlumata görə, Ş.Seyidova Bakı şəhərində yaşayırvə yazıçı-publisistdir. Onun barəsində Yasamalrayon Polis İdarəsində dələduzluq maddəsi iləcinayət işi qaldırılıb. Bir müddət axtarışda olan Ş.Seyidovanın ötən gün Şəki rayonunda olduğumüəyyənləşib və tutularaq Yasamal rayon Polisİdarəsinə təhvil verilib.

Suraxanı rayon Polis İdarəsinin 33-cü polisbölməsinin əməkdaşları isə axtarışda olan SabirRüstəmovu yaxalayıb.

Tutulanların hər ikisi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Milli.Az20 Avqust 2010

ŞƏKİDƏ KƏND TƏSƏRRÜFATIŞƏKİDƏ KƏND TƏSƏRRÜFATIİŞLƏRİNİN GEDİŞİNƏ HƏSR OLUNMUŞİŞLƏRİNİN GEDİŞİNƏ HƏSR OLUNMUŞ

ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİRZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

Şəki, 19 avqust (AzərTAc). Avqustun 19-daŞəkidə bölgədə kənd təsərrüfatı işlərinin gedişinə vəqarşıda duran vəzifələrə həsr olunmuş zonamüşavirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə kənd təsərrüfatınazirinin müavini İlham Quliyev, Balakən,Zaqatala, Qax, Oğuz rayonları və Şəki şəhər İcrahakimiyyətləri başçılarının aqrar məsələlər üzrəmüavinləri, xidmət təşkilatları və dövləttəsərrüfatlarının rəhbərləri, fermerlər iştiraketmişlər.

Müşavirəni giriş sözü ilə Şəki şəhər İcrahakimiyyəti başçısının birinci müavini HəsənHəsənov açmışdır.

Müşavirədə kənd təsərrüfatı nazirinin müavini

İlham Quliyevin mövzu ilə bağlı məruzəsidinlənilmişdir. Natiq bildirmişdir ki, nazirliyinməsul nümayəndələrinin iştirakı ilə respublikamızındigər regionlarında da keçiriləcək bu müşavirələrinəsas məqsədi rayonlarda kənd təsərrüfatı işləriningedişi vəziyyəti ilə tanış olmaq, mövcud problemlərvə onların həlli yollarını birgə araşdırmaq, taxılsəpininə hazırlıqla əlaqədar yay şumununçıxarılması, toxuma olan tələbat və qarşıda durandigər vəzifələri müəyyənləşdirməkdir.

Son illər respublikamızda aqrar sahənininkişafına dövlət başçısı tərəfindən böyük diqqət vəqayğı göstərildiyini nəzərə çarpdıran natiq qeydetmişdir ki, Azərbaycan Prezidentinin müvafiqSərəncamı ilə “Aqrolizinq” ASC-nin yaradılması,kənd təsərrüfatı məhsulları istehsalçılarının bütünnöv vergilərdən azad edilməsi, kənd təsərrüfatınasubsidiyaların verilməsi, bundan əlavə, yanacaq vəmotor yağlarına görə hər hektar üçün 40 manatyardımın verilməsi, mineral gübrələrin fermerlərə50-70 faiz güzəştli qiymətlərlə satılması, birinci vəikinci reproduksiyalı toxum istehsalçılarınasubsidiyaların, buğda istehsalçılarına əlavəyardımın ödənilməsi, respublikaya yüksəkreproduksiyalı toxumun gətirilməsi və digərtədbirlər nəticəsində aqrar sahədə dinamik inkişafanail olunmuşdur. Bütün bunların nəticəsidir ki,2009-cu ildə ölkədə rekord miqdarda - 3 milyontona yaxın taxıl istehsal edilmişdir. Bu il havalarınqeyri-sabit, yağışlı keçməsi və digər səbəblərüzündən ölkədə taxıl istehsalı nisbətən azalmışdır.Belə müşavirələrin keçirilməsində əsas məqsədodur ki, biz gərək bütün imkanlardan maksimumsəmərəli istifadə edərək, respublikada bütün növkənd təsərrüfatı məhsullarının, xüsusilə də taxılistehsalının artırılmasına nail olaq.

Müşavirədə Şəki, Balakən, Oğuz rayon icrahakimiyyətləri başçılarının aqrar məsələlər üzrəmüavinləri Xəlil Xəlilov, Məmməd Şərifov, AzadMəmmədov, Zaqatala və Qax rayonlarının Dövləttoxum müfəttişliyinin rəisləri Fikrət Qədirov,Nizami Abdullayev kənd təsərrüfatı işlərinin gedişivəziyyəti barədə məlumat vermiş, mövcudproblemləri qeyd etmiş, qarşıda duran vəzifələrətoxunmuşlar.

19 Avqust, 2010

Oğuzda qədim Azərbaycan dövlətininOğuzda qədim Azərbaycan dövlətininqalıqları aşkarlanıbqalıqları aşkarlanıb

Milli Elmlər Akademiyasının (AMEA)Arxeologiya və Etnoqrafiya İnstitutu OğuzunKərimli kəndinin Qazi adlanan ərazisindəki 2 saylıkurqanda apardığı qazıntılar zamanı yeni arxeolojitapıntılar üzə çıxarıb.

Bu barədə APA-ya məlumat verən Arxeologiyavə Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi NəsibMuxtarov bildirib ki, bu kurqanda 12 metruzunluğunda böyük dəfn çalası tapılıb: “Bu dəfnçalası əvvəlki kurqanlarda tapılan dəfn çalasındanböyüklüyü və dərinliyi ilə seçilir. Burada dəfnçalasının həm üstünü örtəndə, həm də içində - dəfnprosesi zamanı çox böyük tonqal yandırılıb. Buradakeramika parçaları, mis qırıqlarının da aşkarlanmasıonu göstərir ki, biz çox maraqlı dəfn adəti ilərastlaşmışıq. Kurqanda rastlaşdığımız dəfnmərasimi, əldə olunan qabların sınıqları, qablarınnaxışları–bütün bunların hamısı onu göstərir ki,tapıntılar təkcə Azərbaycan deyil, Qafqazınarxeologiyası üçün yenidir. Bu nümunələrlə yanaşı,həmin kurqandan 180 metr aralıda yerləşən digərkurqanda aşkarlanan muncuqlar, əntiq əşyalarAzərbaycanın həmin dövrdə uzaq Hindistan, Çin,Aralıq dənizi hövzəsi ölkələri ilə yüksək səviyyəliəlaqə saxladığını göstərir”.

Bu baxımdan 2 saylı kurqanın Azərbaycan tarixiüçün çox böyük əhəmiyyət kəsb etdiyini deyənekspedisiya rəisi əlavə edib ki, kurqanda tapılannümunələr e.ə. XVI-XV əsrə aiddir. Nümunələrinkonkret kimlərə aid olduğu hələ tammüəyyənləşdirilməsə də, əldə olunan materiallarınəksəriyyəti onların məhz yerli sənətkarlar tərəfindənhazırlandığını göstərir: “Biz həmin dövrdə önAsiyadakı sivilizasiyanın mərkəzinə daxil olan birərazidə yaşayırıq, yəni əcdadlarımız həmin ərazidəməskunlaşıblar. Güman edirəm ki, biz 1 və 2 saylıkurqanda adını bilmədiyimiz, amma e.ə. ikinciminilliyin birinci yarısında mövcud olmuş çoxgüclü Azərbaycan dövlətinin izləri ilə rastlaşmışıq.Bu nümunələrlə biz böyük bir sivilizasiyanı açırıq.Güman edirəm ki, noyabr ayında Oğuzda aparılanarxeoloji işlər yekunlaşdırıla bilər. Bununla,Azərbaycan tarixi üçün tamamilə yeni məlumatlarüzə çıxacaq”.

Milli.Az17 Avqust 2010

Müxtəlif KİV-də yayılmış xəbərlər

“Xan cənnət bağı”Adı qədər özü də cənnəti xatırladan bu istirahət

mərkəzi ”Şəki-Oğuz” şossesinin kənarındayerləşir. Bu gözəl guşə hər tərəfdən yaşıllıqlaəhatə olunmuşdur. Dörd böyük hovuzun ətrafınaəkilmiş xan çinarları və xarici ölkələrdən gətirilmişiriyarpaq nadir ağaclar burada istirahət edənqonaqların qəlbinə əlavə sərinlik gətirir. Hündürdağların ətəyində yerləşən cənnət bağının Şəkitorpağına istirahətə gələn qonaqların nəzərindənqaçması qeyri-mümkündür. Dekorativ və çimərlikhovuzları fontan və daimi yenilənən şəffaf su ilətəmin edilmişdir. Hər bir istirahət evi ayrı ayrılıqdaavrostandartlara uyğun olaraq ailələrin tələbatınıtəmin edə biləcək bütün ləvazimatlarla təhçizedilmişdir. Otaqlarda sərinləşdiricilər, sputniktelekanalların yayımı, təmiz yataq dəstləri, duşfəaliyyət göstərir. Burada yaradılan yüksəkxidmət sizi çox məmnun edəcəkdir.

www.xancennetbagi.biz

23 av_qezet.qxd 29.09.2010 6:30 Страница 4