877
1 AĞAYEVA MƏNZƏR “İSLAM DİNİN HƏQİQƏTLƏRİ MÖVZUSULAR ÜZRƏ

AĞAYEVA MƏNZƏR - Azərbaycan Milli Kitabxanası · Azərbaycan Respublikasının Dini Qrumlar iş üzrə Dövlət ... həyat, ölüm, ruhlar şəriət qanun-ları, Qiyamət, Cənnət

  • Upload
    others

  • View
    12

  • Download
    0

Embed Size (px)

Citation preview

  • 1

    AĞAYEVA MƏNZƏR

    “İSLAM DİNİN HƏQİQƏTLƏRİ MÖVZUSULAR ÜZRƏ”

  • 2

    Redaktor: Ağayeva KönülKorrektorlar:Qulamova Arzu, Ağayeva Nərminə

    Rəyçilər: Hacı Fuad NurullahBakı İslam Universiteti, İslamşunaslıq Fakultəsinin dekanı

    İlahiyyatçı: Ağayeva Mənzər“İslam Dinin Həqiqətləri mövzusular üzrə”“Adiloğlu” nəşriyyatı, Bakı 2012.930 səh.

    Azərbaycan Respublikasının Dini Qrumlar iş üzrə Dövlət Komitəsinin 18 dekabr 2012-ci il tarixi DK-912\ə saylı məktubuna əsasən kitabın nəşrinə icazə verilmişdir.

    4722110018 qrifli nəşr 121-2012 ”ADİLOĞLU”,2012

  • 3

    BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

    Həmd, şükr və tərif olsun, aləmlərin Rəbbi olan o bir Allaha! (Fatihə-1)

    ÖN SÖZ

    Ya Muhəmməd! Bu Quran sənə nazil etdiyimiz mübarək, xeyirli-bərəkətli bir kitabdır ki, insanlar Allahın ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar. (Sad-29)

    “Qurani-Kərim” bütün kainatın yaradıcısı olan, hər şeyin xaliqi Al-lah-taalanın birliyini, onun qüdrət və əzəmətini, əzəli və əbədi varlıq olmasını tərənnüm edən ilahi gözəlliyə malik olan bir kitabdır.

    “Qurani-Kərim”milyardlarla insanın qəlbinə hakim kəsilmiş, onların canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Bütün dünya insanları-nı heyrətdə qoyan “Qurani-Kərim “min dörd yüz illik tarixi ərzində bu günə kimi bir hərfində də dəyişiklik olmadan insanların istifadəsində və daima Allahın nəzarətindədir.

    Allah-taala “Qurani-Kərim”də buyurur: -“Şübhəsiz ki, Qura-nı Biz nazil etdik! Sözsüz ki, Biz də onu hər cür təhrifdən qoruyub saxlayacağıq!”(Hicr-9.)

    Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan “Qurani-Kərim”müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olmaq-la yanaşı,həm də çox mühüm bir əbədi tarixi salnamədir. Onun misli görunməmiş fəsahət və bəlağəti ən yüksək səviyyədə, bəşər fövqindən, qüdrətindən kənar, ali dərəcədədir. “Qurani-Kərim”yerin, günəşin, ayın, səyyarələrin hərəkət etməsini heyrətamiz bir şəkildə bəyan etmiş, son-radan baş verəcək bir çox hadisələr, elmi kəşflər barəsində doğru-düz-gün məlumatlar vermişdir.”Qurani-Kərim”də elmlər: astronomiya, ana-tomiya, kimya, fizika və bütün dünya elmləri, həmçinin insan hissləri (psixologiyası) haqqında da geniş məlumatlar və faktlar verilmişdir.

    Bu müqəddəs kitabda çətin, mütəşabih(oxşar,bir-birinə bənzər) ayələr deyil, eyni zamanda zahirən asan anlaşılan ayələrin də arxasında batini bir məna, rəmz vardır. Peyğəmbər Muhəmməd (s.ə.s.) tərəfindən rəvayət olunmuş mötəbər bir hədisdə bu barədə belə buyurulur:“Quranın zahiri və batini vardır. Batinində də bir batini, ondan sonra isə yeddiyə qədər batini vardır”.

    Bu səbəbdən”Qurani-Kərim”nazil olduğu gündən indiyə qədər bir çox mötəbər alimlər tərəfindən minlərcə çoxcildli təfsirlər yazılmasına,

  • 4

    müxtəlif tədqiqatlar aparılmasına baxmayaraq onun elmi mahiyyəti hələ də açılmamış qalmış, onlar barəsində müxtəlif mülahizələr söylənilmiş, nəhayət, ”ən yaxşısını,ən doğrusunu Allah bilir,” -deyə əsas məna elmi-ilahinin özünə həvalə edilmişdir.

    Zülmətləri yaran bir nur, haqq yol göstərən bir çıraq olan Quran, əsl Allah kəlamı kimi dövrə, zamana görə açıqlanır. Həmin dövrdə yaşayan insanların əqli, elmi səviyyəsinə müvafiq şəkildə təfsir edilir. Hər gələn nəsil özünü narahat edən məsələlərə Quranda cavab tapa bilir. Bundan da böyük möcüzə olarmı?

    Müasir dövrümüzdə“Qurani-Kərim”ə və dinimizə cəmiyyətimizdə böyük maraq və həvəs yaranmışdır. Daha çox maraq göstərənlər hər hansı bir məsələ və yaxud hadisə ilə bağlı olaraq nazil olun-muş ayələri öyrənmək və dinimizin göstərişlərini bilmək üçün bir neçə dini mənbələrə, kitablara, təşkilat və qurumlara müraciət etmək məcburiyyətində qalırlar.

    Bu səbəbdən Hacı xanım Mənzərin bütün dini elmi mənbələrdən istifadə edərək toplayıb, özünün də bir vətəndaş, ana və ilahiy-yatçı kimi düşüncələrini əlavə edərək, ərsəyə gətirdiyi bu kitabda cəmiyyətimizi maraqlandıran bir çox dini mövzular və suallar haqqın-da müəyyən dərəcədə məlumatlar verilmişdir. Bu kitabda dinimizin həqiqətləri,tək bir olan Uca Allahın vəsfi,İlahi dinlər haqqında qısa məlumat, Peyğəmbərlərin həyat və fəaliyyətləri, kainatın, yerin, göyün, günəşin, ayın, göy cisimlərinin yaranışı, dünya həyatı, insanların qu-ruluşu, xüsusiyyətləri, İslam tarixi, həyat, ölüm, ruhlar şəriət qanun-ları, Qiyamət, Cənnət Cəhənnəm və sair mövzular haqqında“Qurani-Kərimə” və səhih hədislərə istinad edilərək məlumatlar verilmişdir. Klassik və müasir şairlərin, xüsusən dahi şairlərimiz Nizami Gəncəvinin və Muhəmməd Füzulinin əsərlərindən istifadə edilmişdir. Əsasən Ni-zamı Gəncəvinin əsərlərindən hər mövzu üzrə şeirlər seçılərək qeyd edilmişdir.

    Həmçinin burada insanın həyatda yaşadığı zaman rast gəldiyi bir çox müşküllərin, çətinliklərin həll edilməsi, Allaha sığınmaq, səbir, tövbə və Allahın bizə buyurduğu “Qurani-Kərim”in ayələrindən istifadə edərək ins və cinsdən qorunma yolları haqqında dualar da öz əksini tapmışdır.

    Mən bir ilahiyyatçı kimi düşünürəm ki, toplanıb ərsəyə gətirilən bu kitab bizim cəmiyyətimizi, xüsusən də cavan oğul və qızlarımızı ma-raqlandıran dini və həyati suallara müəyyən qədər cavab verə biləcək bir mənbədir. Gənclərimiz həyatı, canlı-cansız bütün yaranmışları sevmək, daim mütaliə etmək, elm öyrənmək, xurafat və mövhumat

  • 5

    kimi hisslərdən uzaq olmağı öyrədir. Eyni zamanda kainatın dini olan İslam dininin müasirliyini və bu dindən olan müasir insanların da elmli, dünyagörünüşlü təqvalı, tərbiyəli, mədəniyyətli olmalarını aşılayan bu kitabdan çox bəhrələnəcəklər. Burada Uca Allaha, onun yaratdıqlarına, Allahın bizə bəxş etdiyi bütün nemətlərə,habelə yaşadığımız Vətənə böyük məhəbbət, ətrafımızda olan və Allahın bizə qismət etdiyi hər şeyə və hər kəsə şükür etmək, dinimizə və Allaha məhəbbətin dəyəri açıqlanır.

    Bu kitabın hazırlanmasında 1906-ci ildə nəşr olunmuş Şeyxü-lislam Məhəmməd Həsən Mövlazadə Şəkəvinin “Kitabul-Bəyan fi Təfsiril Quran”,Akademik Vasim Məmmədəliyev və Z. Bünyadovun tərcümə etdiyi“Qurani-Kərim”dən”,bir çox Quran təfsirlərindən, sün-ni və şiə məzhəbinin bir çox təfsir və hədis kitablarından, ”Nəhcül-Bəlağə”dən, Hacı Sabir Həsənlinin“Peyğəmbərlər tarixi”kitabından, Mövlana Muhəmməd Cəzalinin əsərlərindən, Əhmədağa Əhmədovun bütün əsərlərindən və mövzularla bağlı bir çox elmi əsərlərdən istifadə edilmişdır. Dövrümüzdə hüzn məclislərini idarə edən dindarlarmıza məsləhətim budur ki, bu kitabı oxuyaraq bəhrələnsinlər və İslam dini-nin həqiqətlərini bir az da olsa dərindən mənimsəsinlər.

    Bakı İslam Universiteti İslamşunaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullah.

  • 6

    BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

    Kimin söz pərdəsində ahəngi var, sehri var,Özü yerdə olsa da, ruhu göylərdə yaşar.Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,Dilsizlərə dil verər, susmazları susdurar.Hər gözələ can verən incə söz memarıdır,Sən şairə vurul ki, o, söz bəstəkarıdır. N. Gəncəvi”Sirlər Xəzinəsi”

    Mərhəmətli və Uca Allahın adilə! Əlinizdə tutduğunuz bu kitab Sizi Haqq qapısına aparan bir yoldur. Qəlbində Tanrı sevgisi, ürəyində İman işığı olan hər kəs bilir ki, Haqqa gedən yol hamar və rahat deyil! Is-lam dininin pərvəriş tapdığı dövrdən ta bu günədək insanların bu dinə və Uca Rəbbimizin yerdəki elçisi sayılan Muhəmməd Peyğəmbərə (s.ə.s.) məhəbbətindən barınan bu yol min bir əzabdan, imtahandan, müharibələrdən və nəhayət, Kərbəla şəhidliyindən keçib. Dinimi-zi öyrənmək, onu qorumaq, təbliğ etmək, məna və mündəricatını an-lamaq, gözəl liyini, ülviyyətini dərk etmək heç də hamıya nəsib olan xoşbətlik və səadət deyil.İllər uzunu yasaq edilən, sonralar yarımsa-vadlı adamların (bəzənsə dini elmlərdən xəbərsiz olanların) əlində və dilində öz ilkinliyini, gözəlliyini və dəyərini itirən İslam dini elm, ədəb, irfan müstəvisindən çıxaraq az qala xurafat mənbəyi kimi xatırlan-maqda idi. Ancaq son illər bütün İslam dünyasında baş verən intibah, xüsusilə də müstəqillik qazanmış Azərbaycanda məxsus olduğumuz dini dəyərlərə verilən yüksək qiymət, əsrlər boyu xalqın qan yadda-şında yaşayan inanclara hörmət, dini abidələrin bərpası, insanların müqəddəs yerlərə səfərlərinin təşkili, şəhər və rayonlarımızda “Qurani- Kərim”in əsl mahiyyətinə varmaq, onu orijinaldan oxumaq üçün kurs-ların açılması, dinimizin elmi əsaslarla öyrənilməsinə şərait yaradılması təqdirəlayiqdir. Və təqdir olunan bir yaxşı cəhət də budur ki, indi bizim xanımlar da bu sahədə fəallıq nümayiş etdirir, oxuyub öyrəndiklərini, eşidibbildiklərini hər kəslə paylaşmaq istəyirlər. Bu mənada ilahiyyatçi Hacı Mənzər xanımın sizə təqdim etdiyi bu kitabı mən çox qiymətli bir vəsait sayıram və inanıram ki, onu oxuyub başa vurduqdan sonra siz də müəllifə çəkdiyi böyük zəhmət, keçirdiyi yuxusuz gecələr, apardığı araş-dırmalar və söylədiyi gözəl fikirlər üçün minnətdarlığınızı bildirməyə tələsəcəksiniz. Ona görə ki, Mənzər xanım az qala böyük bir institutun illər boyu görə bilməyəcəyi bir işin öhdəsindən layiqincə gəlib, xeyli

  • 7

    dini ədəbiyyat oxuyub, ayrı-ayrı alimlərin, görkəmli mütəfəkkirlərin, dahi söz ustadlarının əsərlərinə müraciət edib, araşdırmalar, təhlillər aparıb, hər kəsin başa düşəcəyi, mənimsəyəcəyi və yadda saxlayaca-ğı bir dildə sadə və səmimi bir təkhiyə janrında fikir və düşüncələrini bizimlə bölüşməyə çalışıb.

    Nədir bu kitabın özəlliyi? İlk əvvəl, onun əhatəli olmasında, tarixi qaynaqlara əsaslanmasında, Allah kəlamlarının, müqəddəs“Qurani-Kərim”dəki ayələrin izahında, İslam aləmində geniş yayılan hədis və deyimlərin mahiyyətinin açıqlanmasında, milli dəyərlərimizə söykənərək ədəb-irfanımızı təbliğ etməkdə və nəhayət, insanların ürəyində İman və İnam çırağının daha gur yanmasına zəmin yaratmaq-dır. Müəllif özü də dönə-dönə vurğulayır ki, bu kitabın yaranmasının başlıca səbəbləri: dünyada İslam dini və “Qurani-Kərim”ətrafında əsrlər boyu səngiməyən mübahisələrdə Azərbacan oxucusuna haqqın,ədalətin məqamını nişan vermək, bəzi dindarların məclislərdə narazılıqla qar-şılanan “fəaliyyətinin” heç də hamıya şamil edilmədiyini vurğulamaq və belə“məclisi idarə edənlər ”istinad edə biləcəyi, öyrənə biləcəyi bir vəsait hazırlamaq, gələcəyimiz olan cavanlara doğru yol göstərmək, İs-lam dininın bütün sivilizasiyalar dönəmində öz ülviyyətini itirməyən, əksinə, elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə dünya-nı heyrətə sala biləcək bir çox kəşflərin böyük əksəriyyətinin ilkin müjdəçisinin məhz müsəlmanların səmavi kitabı olduğunu gözlər önündə sərgiləmək, İnsan və Allah arasında heç vaxt üzülməyən inam bağlarının sarsılmaz və əbədi olduğunu nəzərə çatdırmaqdır. Bu san-ballı əsər İslam dininin yaranma tarixindən, onun əsas ehkamlarından, digər dinlərdən fərqli keyfiyyətlərindən, müqəddəs kitabımızda Tanrı-nın yaratdığı ən kamil varlığın İnsanın daxili aləmində baş verən təbəd-dülatlara (dəyişmək-rəngdənrəngə düşmək) qalib gəlmək üçün tapın-dığı yüksək dəyərlərdən, ailədən, sağlamlıqdan, uşaq tərbiyəsindən, valideyn-övlad münasibətindən, bir sözlə, bütün varlığı ilə çalışıb-ça-balayan, yaxşı və ya pis əməl sahibi olan insanın ömrü boyu beynində gəzdirdiyi bir çox sualların cavabını tapmaqda yardımçı ola biləcək məqamlardan söz açılır, ayə və surələrin mahiyyəti hər kəsin anlaya və qavraya biləcəyi şəkildə şərh və izah olunur,Qurandakı bəzi gizli və sirli mənalar açıqlanır.(müxtəlif ölkələrin din xadimlərinin, görkəmli alimlərin mülahizələrinə, bütün müsəlman aləmində tanınan və qəbul edilən əsərlərinə istinadən).

    Mənzər xanım tez-tez böyük söz və irfan şairi Nizami Gəncəvinin ya-radıcılığına müraciət edir, onun dünya şöhrətli əsərlərindən nümunələr

  • 8

    gətirir, dahi şairin yaşadığı dövrdə İslam dininin insanların mənəvi aləmində necə böyük rol oynadığı göz önündə canlanır. Müəllif bu ki-tabı yazarkən məqsəd və məramını belə izhar edir: ”Dünyada yeganə kamil din-İslam dinidir, çünki o, insanı yaradan böyük Xaliq tərəfindən göndərilmişdir. İslam dini içərisində bütün dinləri əhatə edən,bütün dünya əhli üçün göndərilən axırıncı ən kamil din-kainatın dinidir. İs-lam dini bütün haqq dinlərin sonuncusu və mükəmməlidir. Bu ilahi din bir millətə, bir zamana görə deyildir. Bu din bütün insanlara qiyamətə qədər vacib olan Allahın təbii dinidir.

    Bu haqda“Qurani-Kərim”də buyurulur:-“Bundan sonra nə başqa Peyğəmbər, nə də ki başqa din olacaq.”

    “Mən nə üçün dinliyəm?”-sualını öz-özümüzə, nəfsimizə sual edər-etməz bu cavabı alırıq:-“Dindaram, çünki başqa cür olmaq üçün yaran-mamışam.Dindar olmaq varlığım və mənliyim üçün vazkeçilməz bir ehtiyacdır”.

    Din, ağıl sahibləri olan insanları öz istəkləri ilə dünya və axirət xoşbəxtliyinə çatdıran ilahi qanunların cəminə deyilir.

    Məncə, bu qaynaqdan faydalanmaq üçün əlinizdə tutduğunuz və bir azdan oxumağa başlayacağınız, oxuduqca da bütün varlığınızla mənasına varacağınız bu qiymətli kitab sizin qarşınızda yeni üfüqlər açacaq, qaranlıq fikir və bəsirət dünyamızı işıqlandırmağa qadir olan nurlu çıraq olacaq.Yolunuz açıq, İmanınız kamil,Səbri niz bol, Əzminiz yenilməz olsun! Allah amanında!

    HACI XANIM TELLİ PƏNAHQIZI, telejurnalist

  • 9

    BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

    Ey adı ən gözəl başlanğıc olan,Adınla başlanır yazdığım dastan.Sən ey xatirəsi könlümə həmdəm,Adın düşməmişdir bir an dilimdən.Bütün varlıqları Özün yaratdın, Bağlı qapılara açardır adın.Adının qərarı olmadan əvvəl,Qələm tutmamışdır dünyada bir əl.Ey bütün varlığın həyat təməli,Yetməz dərgahına bir insan əli.Sənin tərifindir “təbarəkallah”, Alqış calalına, feyzinə, Allah! (“Sirlər Xəzinəsi”)

    MÜQƏDDİMƏ

    Açıqlama: Din-Allah tərəfindən qoyulmuş bir qanun və düzgün yoldur.Din-biz insanların yaradılış qayəsini və hikmətini bildirib, Uca Allaha nə şəkildə ibadət etməyimizi öyrədir:Din-ağıl sahibləri olan in-sanları öz istəkləri ilə dünya və axirət xoşbəxtliyinə çatdıran ilahi qa-nunların cəminə deyilir.

    Din insan ağlının öz-özünə soruşub durduğu:“Mən kiməm,haradan gəlib,haraya gedirəm?”suallarına cavab verə biləcəyi bir cavab qayna-ğıdır.(Hədis: Əli ə.s.)

    Ali-İmran-19-“Allah yanında (məqbul olan) din,əlbəttə,İslamdır.” Filosoflar deyirlər ki:”Din insanlıq tarixində onunla bir yerdə var ol-

    muş bir varlıqdır. Din təbiətimizin dəyişilməz vəsfi və ondan ayrılmaz xüsusiyyətidir.İnsanın mahiyyəti düşünülüncə beyinə dərhal bir din fik-rinin gəlməməsi mümkün deyildir.”

    Azərbaycan torpağı ən qədim torpaqlardan olub, Allahın bizə bəxş et-diyi 9 iqlim qurşağına malik olan və Allahın istəkli coğrafi ərazilərindən biridir. Allah-taala bu torpaqda yaşayan insanları sanki seçərək daha çox mükəlləfiyyətlər vermişdir. Onlara görünüşlərinə görə gözəl surətlər vermiş, hər hansı bir sahədə olursa-olsun, çox bacarıqlı, istedadlı, qo-çaq, şücaətli, qeyrətli, namuslu olmaq və bu kimi bir çox xüsusiyyətlər bəxş etmişdir. Azərbaycan gözəl adət-ənənələri, mədəniyyəti, öz mu-siqisi, muğamları, dadlı mətbəxi və bir çox özəllikləri ilə Allahın sevib-seçdiyi bəndələrinin vətənidir. Allahın bizə verdiyi ən böyük nemət və

  • 10

    mükafatı isə bizi İslam dinindən olanlardan etməsidir. Baxmayaraq ki, ölkəmizin bayrağında yaşıl İslam rəngi var, yəni bu dövlətdə cəmiyyət İslam dinindəndir, lakin dövlət və din bir-birindən ayrıdır. Ölkəmiz de-mokratik dövlət olduğuna görə din azaddır, hər kəs öz dini seçimində sərbəstdir və dinsiz insan yoxdur. Burada İslam dini ilə birlikdə başqa dinlərin nümayəndələri, onların kilsə və sinaqoqları da rahat və sərbəst fəaliyyət göstərirlər.

    Vətənimizdə çoxlu məscidlər, dini mədrəsələr və dövlət səviyyə-sində İlahiyyat universitetləri fəaliyyət göstərir. Həmçinin burada İslam konfransları və dini tədbirlər keçirilir, dövlət idarələrində, muzeylərdə tez-tez “Quran”sərgiləri təşkil edilir və dövlət səviyyəsində dinimi-zin inkişafı üçün bir çox dini qanunlar təsis edilir. Bütün bunlara bax-mayaraq, cəmiyyətimiz çox istəsə də, dinimizin həqiqətləri haqqında biliklərə tam yiyələnə bilmir.

    Dini mövzular haqqında bir çox kitabların mövcud olmasına bax-mayaraq, biz bu kitabda Qurani-Kərimin surələrindən ayələri müəyyən mövzular üzrə toplamış, həmçinin səhih hədislərdən, klassik və müa-sir şairlərin əsərlərindən istifadə edərək dinimizin mahiyyəti haqqında müəyyən məlumatlar verməyə çalışmışıq.

    Bu kitabın hazırlanıb ictimaiyyətə təqdim edilməsinin bir çox önəmli səbəbləri vardır ki, bu da bir ilahiyyatçı, vətəndaş, valideyn, öz xalqını, vətənini, dinini və dilini çox sevən insan kimi cəmiyyətimizdə müşahidə etdiyimiz və bizi narahat edən bəzi mətləblərə aydınlıq gətirməkdir. Bunlardan bir neçəsini qeyd etmək istəyirik:

    1-ci səbəb:Cəmiyyətdə dinimiz ətrafında baş verən bir çox hadisələr və yalançı dindarların çoxalması.

    Elmi biliklərin inkişaf etdiyi müasir dövrümüzdə, insanlar öz dinləri haqqında da biliklərə sahib olmaq istəyirlər. Dini biliklər haqqında məlumatı olmayan, lakin qəlbi Allah məhəbbəti ilə çırpınan cəmiyyətimiz, xüsusən də cavanlarımız dinimizi öyrənmək üçün müəyyən dini qu-rumlara və təşkilatlara müraciət edirlər. Bu təşkilatların hansı məqsədə qulluq etdiklərini heç düşünmədən onların təsiri altına düşürlər. Bu qurumların çoxu xaricdən maliyyələşərək öz məqsədləri üçün maddi və mənəvi dayaq nümayiş etdirməklə və ya öz bəlağətli söhbətləri ilə insanları istədikləri səmtə yönəltməyə çalışırlar.Bu münafiqlərin,yəni zahirdə müsəlman, batində isə İslamın düşmənləri olan qurumların fəaliyyət göstərdiyi təşkilatlara gedənlərin də təfəkkürlərində aldıq-ları bəzi biliklərdən və geyindikləri uniformadan sonra dəyişikliklər baş verir. Onlar öz həmvətənlərinə şübhə, vəsvəsə ilə yanaşır, heç kəsi

  • 11

    bəyənmir, dini və əhkam məsələlərində mübahisə edirlər.İnsanların, xüsusən də cavanların hər hansı bir təsir altına düşüb özgələrin əqidəsi ilə oturub-durmaları, düşünülməmiş hərəkətlər etmələri dinimizin alili-yi haqqında məlumata malik olmamalarından irəli gəlir. Əslində, bu ca-vanların çoxu Allah, din və vətənpərvərlik eşqi ilə qəlbləri çırpınan və bu yolda canlarından belə keçməyə hazır olan saf insanlardır. Bəziləri isə maddi və mənəvi vəziyyətlərini hər şeydən üstün tutaraq, bilərəkdən onların göstərişləri ilə oturub-durur və öz imanlarını satırlar.

    Həmçinin, Qiyamət əlamətlərinin daha da çoxaldığı zəmanəmizdə cavanlarımızın təlim-tərbiyəsində baş verən dəyişikliklər, doğrudan da, çox narahatedicidir. Cəmiyyətimizdən, xüsusən də cavanlarımı-zın özlərindən sual etsək ki, bu gün mənəviyyatımızın bu dərəcədə dəyişməsindən razıdırlarmı? Əlbəttə, birmənalı cavab yalnız narazılıq və bu cəmiyyətin gələcəyi üçün narahatlıq olar. Bu səbəbdən qurtuluş tərəfə, yəni dinimizin həqiqətləri tərəfə üzümüzü çevirək.

    2-ci səbəb. Cəmiyyət içərisində dinimizi təbliğ və təmsil edərək, məclislər aparan bəzi insanların dini biliklər haqqında bir az da olsa, öyrənib maariflənmələridir.

    Bildiyimiz kimi, ölkəmizin tarixində müəyyən dövrlər olmuşdur ki,milli adət-ənənələrimizə, dinimizə qarşı əks təbliğatlar aparılmış və dinimizin qanunlarına qadağalar qoyularaq gözdən salınmış, güclü ate-izm siyasəti aparılmışdır. Bütün bu mərhələləri keçən cəmiyyətimiz, hamımız qadağalara və təzyiqlərə baxmayaraq, bu günə qədər dinimizi bizim üçün yaşadıb, qoruyub və bizlərə çatdıra bilən din xadimlərimizə, dinini, vətənini canından çox sevən ziyalılarımıza, şair, yazıçı və xeyriyyəçi insanlarımıza və o dövrdə məclislər aparan mollalara minnətdar olmalıyıq.

    Elə yaşadığımız sovetlər dövründə din yalnız yas məclislərində, Məhərrəm və Ramazan aylarında yada düşürdü. Lakin bu bir danılmaz həqiqətdir ki, o dövrdə məclis aparan mollaların çoxu ali dini təhsil al-masalar da, müəyyən savadlı insanlardan təhsil alıb, çox məsuliyyətlə məclislər aparardılar. Çox kiçik yaşlarımda nənəmin məni özü ilə apardığı bir çox imam məclislərində (mövludlarda və təkyə-ehsan) gördüyüm mollaların məclis apararkən bütün dini və etik qaydalara riayət etdiklərini müşahidə etmişəm. Dinin müəyyən mövzularında etdikləri moizələri, müəyyən tarixi hadisələri, imam və Peyğəmbərlərin həyatlarını təsvir edən rozələri, mərsiyələri deyərkən növhə, fərd, əfratla bəzəyərək, bu ibrətamiz hadisələri təsvir edib göz önünə gətirə bilmələri, indi də yaddaşımda həkk olunmuşdur. Bütün bu gözəl, elmli-

  • 12

    helmli təbliğatlar bu günə kimi dinimizi yaşada bilmişdir.İndi isə demokratiya şəraitində yaşayan və məclislər aparmaq id-

    diasında olan insanlar, Allahın bizə bir nemət kimi bəxş etdiyi İslam dinini Qiyamət gününədək yaşatmaq üçün bütün dünya elmlərini özündə cəm edən İslam elmini və mərsiyə demək qaydalarını(elmini) öyrənməlidirlər.Bu, onların həm insanlar qarşısında, həm də Allah qarşısında mənəvi borcudur.Çünki hər şeydə maddiyyatı üstün tutub, müqəddəs şeylərə dəyər verməyərək yaşamaq insanlıq duyğularının məhv olması deməkdir.

    Əfsuslar olsun ki, bəzi mollalar dinimizin gözəlliklərini, sadəliyini, müasirliyini, təqva və mədəniyyət dini olduğunu lazımınca təbliğ və təmsil edə bilmirlər. Hətta məclislərdə insanın müqəddəs duyğularını, qəmini-dərdini ifadə edən mərsiyə, növhə deyimini də ifrat və gülünc şəklə salırlar. Məclislərdə şəriət qanunları haqqında onlara sual verən insanları, olmazlar, haramlar və qadağalarla qorxudaraq dindən diksin-dirib, uzaqlaşdırırlar. Bəlkə də bu səbəbdən cəmiyyətimizdə hər şeyə bir-birinə, vətəninə, hətta dinimizə qarşı biganəlik, inamsızlıq yaranmış və bir-birini dinləmək üçün səbir qalmamışdır.

    Cəmiyyətdə bəzi insanların dini məsələlərə biganə yanaşmaları, di-nimizi bəyənməmələri, hətta ondan utanmaları bizi çox narahat edir. Halbuki indiki zamanda xarici dövlətlərdən olan ziyalılar və alimlər İs-lam dinini olduğu kimi qəbul edirlər. Bu dinin müasirliyi, düzgün elmi göstərişləri və düzgün təlim-tərbiyəsi butün insanları özünə cəlb edir.İnsanlar bu din ilə hidayət yolunu tapıb, dünya və axirət savabını qaza-nırlar.

    3-cü səbəb. Gələcəyimiz olan gənclərimizin və uşaqlarımızın dini-miz haqqında az da olsa, maariflənməsidir.

    Çox yaxşı olardı ki, cəmiyyətimiz Allahın bizlərə bu dünyada hidayət, axirətdə isə şəfaət tapmağımız üçün bəxş etdiyi bu ali İslam dinini ol-duğu kimi tanısın.İnsanlar onun aliliyinə, yeganə düzgün din olduğuna, bütün dünya insanları üçün göndərildiyinə, xurafat və mövhumatdan çox uzaq olduğuna inansınlar. Bizə Allah tərəfindən bəxş edilən, dünya və kainat elmlərinin toplandığı, Allahın vəhyi, Hz.Cəbrail vasitəsi ilə Muhəmmədə (s.ə.s.) çatdırılan “Qurani-Kərimi” öyrənib dəyərləndirə bilsinlər.

    Vətənimizin gələcəyi naminə və insanlarımızın başqa təriqətlərə aldanaraq vətənimizə dönük çıxıb,özümüzə qənim kəsilməmələri və dünya durduqca Azərbaycanın inkişaf edib möhkəm dayanması naminə İslan dininin həqiqətlərini, elmini öyrənmək üçün kiçik yaşlarından,

  • 13

    uşaq bağçalarında, məktəblərdə və ali təhsil müəssisələrində, hər yaş dövrünə uyğun tədris proqramı çərçivəsində dinimiz haqqında məlumat verilməsi çox əhəmiyyətli olardı.Bu proqramlar əsil İslam dininin dərin elmi bilgiləri üzrə tərtib edilməlidir. Məktəbdə tədris edilən hər fənn üzrə“Qurani-Kərimdə” çoxlu məlumatlar verilmişdir. Məsələn: kimya, fizika, astronomiya, anatomiya, arxeologiya, tarix, coğrafiya, fəlsəfə, şəriət qanunları, əxlaq, psixologiya, biologiya və bir çox fənlər üzrə proqramlar hazırlanarkən, Qurani-Kərimin ayələrindən istifadə etmək olar. Əslinə qalsa, elə bütün elmlərin mənbəyi, əsil kökü elə Qurani-Kərimin özündədir. Ona görə də ərəb dilini kiçik yaşlardan əlavə xarici dil kimi gələcək nəsillərə öyrədək ki, balalarımız dinimizin həqiqətlərini bilsinlər və heç kəs, heç bir planlı, tədbirli qurumlar onları aldadıb, ya-lan fətva, qadağa və xurafat ilə öz dininə, dilinə, xalqına və vətəninə qarşı düşmənə çevirə bilməsinlər.

    Çünki bütün gələcək həyatımızın təməli kiçik yaşlarımızdan qurulur. Demək olar ki, insan həyatının bütün məqamları, yaşam tərzi və həyatda yaşadığı dövrdə baş verənlər, hətta ölümdən sonra baş verəcəklər haqqında“Qurani-Kərimdə”açıq-aydın xəbərlər və məlumatlar vardır. Buna görə həyatımızın bütün məqamları haqqındakı suallara yalnız Qu-ran ayələri bizə cavab verə bilər.

    Biz bu kitabda Quran ayələrini mövzular üzrə seçərək, dinimi-zin hökmlərində buyurulan ardıcıllıqla sıraya düzərək, Uca Allahın köməkliyi və istəyi ilə sizlərə təqdim etməyə çalışacağıq. İnşallah! Bu çətin işdə Uca Allaha pənah apararaq, Allahdan elm və mərifət, səbr, kömək və uğur diləyirik.

    Ey öz varlığı da bilinməz hikmət,Zahirə,batinə bir Sənsən bələd.Bütün bu canlılar,cansızlar ki var,”Yaran” deməyinlə yarandı onlar. Hökmünlə ruh alır,əql alır bədən,Yaradan da Sənsən, öldürən də Sən.Ey sirr aləminin ulu məhrəmi, Dolduran, boşaldan Sənsən aləmi.Köməyim olmasan, ya Pərvərdigar, Bu düyün ağılla necə açılar?Ağıl işıq alır Sənin qapından, Yanar dərgahına girdiyi zaman...Ey mənim əqlimə mənalar verən,

  • 14

    Mən axtarışçıyam,Sən yol göstərən,Yollarım qorxulu olsa da bu dəm, Sən ki rəhbərimsən, qorxan deyiləm.Yüküm çox ağırdır,düşmüşəm gücdən,Tükənmiş taqətim de, neyləyim mən?Nə qorxu, yoxsa da canımda qüdrət, Sənin köməyinlə işlərəm, əlbət.Lütfün ki qəhrindən ayrı deyildir, Yanında şərbət də, zəhər də birdir.Əsirəm, şübhəsiz, hüzurunda mən, Lütfünlə yaşaram, ölləm qəhrindən,Qoy içim mərhəmət şərbətlərindən, Qəzəb badəsini mənə vermə Sən.Qəzəbin layiqsə əzəldən bizə, Rəhmin də düşmüşdür qismətimizə.Nə qədər nəfəsim çıxmamış candan, Əlim ətəyində gəzirəm hər an.Bir gün can evimdən çıxsa nəfəsim, Dualar deyəcək adına səsim.Ölüm səfərinə qoyarsam ayaq, Adın vücuduma hənut olacaq.Ehram sındıranlar çoxdur dünyada, Bu şərdən məni gəl saxla, ey Xuda!Bəlalar gizlidir bikəsəm, Allah, Varmı Səndən özgə mənə bir pənah?Bir Sənsən dünyada əlimdən tutan, Nə versən, qailəm, böyük Yaradan!O saf cövhərindən alsa bədənim,Misim qızıl olar dünyada mənim.Lütfündən bir işıq göstərsən əgər, Torpaq qızıl olar, su dürrə dönər.Bir gövhər də olsam, bir saxsı da mən, Hüsnüm bəzənmişdir Sənin hüsnündən.İlahi, dar gündə Sən ol həmdəmim, İstədiyin yerə çatsın qədəmim.Aç mənim üzümə nur xəzinəni, Zülmətlər içindən xilas et məni.Vəfasız yaranmış bütün qapılar, Bir sənin qapında vəfa tapılar.

  • 15

    Ancaq həyatdadır vəfa, etibar, Ölümlə dağılıb məhv olur onlar.Qiyamət gününü görmədikcə mən, Ayrılan deyiləm Sənin əhdindən.Bir Səni çağırır cahanda səsim, Xatirən olmasa, batar nəfəsim.Möhtac yaratmadın heç kəsi əzəl, Dünyada məni də məəttəl qoyma gəl!Zərrəcə qorxmuram gələn əcəldən,Bu yol dərgahına gedir əzəldən.Bağ, bostan yoludur ölümün izi,Dostlar sarayına aparır bizi.Ölüm ki Səndəndir, nə qüssə, nə qəm,Qoy ölüm, ölümdən mən dad çəkmərəm.Hərçəndi dünyada ölüm gerçəkdir, Ölüm ölmək deyil, yer dəyişməkdir.O, yemək yerindən yataq yerinə, Ordan şah yanına bir yoldur yenə.Sənin məclisinə gedən bu yoldan, Əbədi yuxudan qaçmaram, inan.Sənin ki şövqün var, mən bəxtiyaram, Şad yatıb, hər zaman şad da qalxaram. (N.Gəncəvi“Leyli və Məcnun”)

    BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

    Hikmət xəzinəsinə budur açar, ey həkim! Odur fikrin əvvəli, odur kəlamın sonu, Nə iş görsən, Tanrının adıyla başla onu. Bismilləhir Rahmənir Rahim.

    Əlhəmdulillah, Əlhəmdulillah, Əlhəmdulillahi Rabbil aləmin. Vəssalətu, vassaləmu alə seyyidinə Muhəmmədin və alə alihi və səhbihi əcməin.Əssalatu vəssələmu aleykə yə Rasulullah,əssalətu vəssələmu əleykə yə Həbiballah. Əssəlatu vəssaləmu əleykə və Seyyidəl əvvəlinə vəl axirin, hüvəl əvvəlu, vəl axiru, vəz Zahiru vəl Batinu və huvə bi kulli şeyin alim.

  • 16

    Mənası:-Həmd aləmlərin Rəbbi olan Allah üçündür. Salavat və sa-lam, Peyğəmbərimiz Muhəmmədə və onun ailə üzvlərinə və əshabına olsun! Salavat və salam Sənin üzərinə olsun. Ey Allahın Rəsulu! Ey Allahın ən istəklisi! Ey öncəkilərin və sonrakıların Seyyidi! Salavat və salam Sənin üzərinə olsun! Allah əzəli və əbədidir. O, Zahir və Batindir və o hər şeyi haqqı ilə biləndir.

    əl-Hədid-3 - Həmd olsun o Allaha ki, Əvvəl də, Axır da, Zahir də, Batin də Odur.

    əl-Əhzab-56 - Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə Salavat göndərirlər. (xeyir-dua verirlər). Ey iman edənlər!Siz də ona-Peyğəmbərə Salavat Salam göndərib,layiqincə salamlayın! Siz də ona salavat gətirin (Allahummə Salli əla Muhəmmədin və ali Muhəmməd; Əssalamu əleykə əyyuhənnəbiyyu və rəhmətullahu və bərakətuh!)-deyin.

    əl-Fatihə-1-5 - Dünyada bütün yaranmışlara ruzi və lazım olan nemətləri verdiyinə görə mehriban olub, axirətdə bəzi yaranmışları behiştə daxil etməklə Rəhimli Allahın adı ilə bütün işlərimdə köməklik istəyirəm. Mehribandır və axirətdə behişti verməklə rəhm edəndir. Qiyamət gününün padşahıdır. Ancaq sənə ibadət edirik, ancaq səndən kömək istəyirik, bizi düzgün yola hidayət et. Nemət verdiyin kəslərin yoluna, qəzəbləndiyin və haqq yolundan azmışların yoluna yox.

    Hədis: Peyğəmbərimiz buyurur:”Qiyamət günü ən dəyərli insan mənə və mənim Əhli-beytimə salavat gətirən kimsədir. Hər hansı bir məclisdə oturub Allahı yad etməyən və Peyğəmbərə salavat gətirməyən bir camaat Qiyamət günü mütləq peşman olacaq.” (“Zubdətul əhadis”Şeyx Abbas Qummu).

    İSLAM DİNİNİN ÖZƏLLİKLƏRİ

    Açıqlama: İslam dini bəşəriyyət üçün xoşbəxtlik və qurtuluş dinidir.İslam dini bütün haqq dinlərin sonuncusu, ən kamili və kainatın di-nidir. Bu ilahi din bir millətə, bir zamana görə deyildir. O, istənilən cəmiyyətdə istənilən fərd üçün yüksək həyat şəraitini təmin edə biləcək ümumbəşəri, əbədi dindir.

    İslam-monoteist (təkallahlı) səmavi bir dindir. “İslam” adı salam kökündən törəmişdir.Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

  • 17

    1.Sülh-salam da bu kökdəndir; 2.Boyunəymək, itaət etmək (boyun bükərək Allaha təslim olmaq)-

    deməkdir. Həmçinin Allahın hökmlərinə tabe olmaq mənasını bildirir. İslam dininin hökmləri 3 yerə bölünür:1.İman-insan iman əsaslarına inanaraq, mənəvi qidasını alır və

    qəlbini pisliklərdən təmizləyir. 2.Əməl-özü 2 qismə bölünür: a)Allaha qarşı ibadət vəzifələri. b)insanların öz aralarındakı vəzifələri.3.Əxlaq-insanlara qarşı davranışlarını düzəltmək.əl-Maidə-16 - Allah Onun razılığına tabe olan kəsi salamat olan yola

    hidayət edər. Onları öz izni ilə zülmətlərdən İslam nuruna çıxarar, düz yola hidayət edər.

    1-ci Hökm. Dinə iman Dinə iman-lüğətdə bir şeyə tərəddüdsüz inanmaq və içdən, ürəkdən

    ona bağlanmaq, Peyğəmbər(s.ə.s.)in buyurduqlarını düzgün yerinə yetirmək deməkdir.

    İman mahiyyət etibarı ilə Allahın insanlara ən böyük lütf və ehsa-nıdır. Allah onu sevdiyi bəndələrinə nəsib edir.Əlbəttə, bu qismətdə bəndənin istəyi, arzusu və buna can atmasının da rolu vardır.İman in-sanın yaradılış səbəbidir. Yəni o,yaradanını imanla tanımaq və ibadət etmək üçün yaradılmışdır. İnsan bu yaradılış qayəsinə uyğun hərəkət edərsə, axirətdə əbədi səadətə nail olacaq, Cənnətə girəcək, əks təqdirdə isə Cəhənnəmə atılacaqdır. Bu baxımdan iman insan üçün əbədi səadəti qazanma vasitəsidir və Cənnətə giriş açarlarıdır. İmansız Cənnətə girilməz. Bu cəhətdən insanın iman etməsi və bu imanı son nəfəsinə qədər itirmədən, zəiflətmədən mühafizə etməsi dünyada hər şeydən daha qiymətli bir nemətdir.

    əl-Ənam-63-64 - Ya Rəsulum!De ki:-Gizlində Allaha dua edib:-Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, biz şükür edənlərdən olarıq,-deyə yalvardığınız zaman sizləri bundan xilas edən kimdir? De ki:-Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allah-dır! Bütün bunlardan sonra siz yenə də Ona şərik qoşursunuz və verdi-yiniz əhdə vəfa etməzsiniz.

    Hədis:-Hər bir insanın qəlbində Allaha inam, yəni ən çətin anlarda kiminsə bizləri qurtaracağına inam vardır.

    Məsələn: Bir nəfər İmam Cəfəri Sadiqin yanına gəlib dedi:- Allahı mənə tanıtdır! İmam o şəxsdən soruşdu:-İndiyədək gəmiyə minmisənmi? Həmin şəxs cavab verdi:-Bəli. İmam soruşdu:

  • 18

    - Təsəvvür et ki,sənin mindiyin gəmi dənizin ortasında deşilib və sən ümidsiz halda qorxuya düşmüsən.O zaman ürəyində elə bir qüvvəyə qarşı inam hiss edəcəksənmi ki,səni həmin fəlakətdən xilas etməyə qa-dir olsun? Həmin adam cavab verdi:

    - Təbii ki, buna inam duyacağam.Onda imam Sadiq buyurdu: - O qüvvə Allahdır ki, hər kəsdən ümid

    kəsildikdə, qəlbində kiminsə səni xilas edəcəyinə olan inam, kiminsə səni eşidib qurtaracağına olan inam Allaha olan inamdır.

    Allaha,dinə və məada inam insanın təbii, mənəvi və mədəni həyatı üçün labüddür. İnsan daxilən həmişə mənəvi cəhətdən özünü bir əlçatmaz xariqüladə qüvvəyə söykənmiş kimi hiss edir. Bu əqidə və daxili tələbat adamın çətin,əzablı vaxtlarında,ona bir bəla və qorxu-lu xəstəlik üz verdikdə daha qabarıq şəkildə özünü büruzə verir. Belə hallarda insan özünü aciz görür və Ulu bir qüvvədən asılı bilir, ona ümid bəsləyir, ona pənah aparır. Buna görə də iman insan həyatının nizamnaməsi, onun davamı və həyatın mənalı keçməsi üçün ən əsas amildir.(”Hədisi-Qüdsi”)

    əl-İsra-67 - Sizə dəryada zərər yetişən vaxt, sizin çağırdığınız bütün bütlər yaddan çıxar. Təkcə Allah sizin yadınıza düşər. Elə ki,sizə nicat verdik və quruya çıxardıq Allahdan üz döndərərsiniz. Həqiqətən, insan Allahına naşükürlük edəndir.

    Hədis - Imam Cavad buyurur:-Din izzət və şərəf, elm, xəzinə, sükut, nurdur. (Biharil-ənvar.)

    Hədis: - İmam Əli(ə.s.) buyurmuşdur:-İman ürəkdə dərk etmək, dillə təsdiq etmək və bütün bədən üzvləri ilə əməldə həyata keçirməkdən ibarətdir.

    2-ci Hökm. Dinə əməlƏməl-İslamda hər bir iş və əməl“Bismilləhir Rahmənir Rahim“,

    yəni“Rəhman və Rəhim olan Allahın adı ilə”kəlməsilə başlayır.İslam dini etiqadının rəmzi“Lə iləhə illəllah və Muhəmmədun

    Rəsulullah”, yəni ”Allahdan başqa heç bir ibadət olunan varlıq yoxdur və Muhəmməd Allahın elçisidir”kəlmələrilə ifadə edilir.

    Hər bir ölkənin,dövlətin öz qanunları, konstitusiyası,təlim və hüquq qanunları olduğu kimi,İslamın da öz qanunları və təlim rüknləri vardır.Bu rüknlər İslamın müqəddəs kitabı “Quran”dan və İslam Peyğəmbəri Muhəmmədin (s.ə.s.) sünnəsindən (göstəriş və əməllərindən) ibarətdir.

    Əgər İslam dinini bir ağaca bənzətsək, o zaman aydın olar ki, onun beş kökü(üsul) və on budağı(füru) vardır. Bunlara İslamda:

  • 19

    “Üsulid-din” - İslam dininin nəzəri əsasları deyilir və İslamda olan insanların bu qanunlara riayət etməsi vacibdir. Üsulid-dinin(Əhkami-xəmsə) 5 hökmü vardır:

    1.Tövhid-Allahı ibadətə layiq olan yeganə haqq, varlıq bilməkdir. 2.Nübüvvət-Yer üzünə gəlmiş bütün Peyğəmbərlərin Allah

    tərəfindən insanları haqqa dəvət etmək üçün seçildiyinə, eləcə də mələklərə və onların Peyğəmbərlərə gətirdiyi vəhyə, kitablara və bu kitablardan sonuncusunun “Quran-Kərim” olduğuna iman gətirməkdir.

    3.Ədl - Allahın hər bir şeyi hikmət üzündən yaratmasına və Onun Adil-ədalətli olmasına inanmaqdır.

    4.İmamət - İslamın şiə məzhəbində hər bir Peyğəmbər kimi, Muhəmməd Peyğəmbər üçün də Allah tərəfindən təyin olunan canişinlərin,12 imamın haqq olduğuna iman gətirməkdir.

    5.Məad - Hər bir insanın dünyasının dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətir məkdir.

    İslamın əsas ehkamı tövhid, nübüvvət və məaddır. Həmçinin, İslam dininə iman gətirənlərin Allahın mələklərinə və Qəza-qədərə mütləq inanmaları haqqında Qurani-Kərimdə əmrlər buyurulmuşdur.

    Füruidin-dinin (budaqları) əməli əsasları,yəni“İslamın rüknləri”olan vacibi əməllərdir.Bu dindən olan insanlara dünyada yaşadıqları müddətdə həmin əməlləri yerinə yetirmək buyurulmuşdur.

    Müsəlmanlar hər gün beş vaxt namaz qılmalı,Ramazan ayının orucu-nu tutmalı,maddi və fiziki imkanı olanlar ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidirlər.Bundan başqa müsəlman İslami vergiləri-xüms və zəkatı, eləcə də fitrə-zəkatı verməlidir. Ümumiyyətlə,İslam qa-nunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk etsin.

    ən-Nəsr-1-3 - Ya Peyğəmbər!Sənə Allahın köməyi ilə fəth gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə, İslama daxil olduğunu gördüyün zaman Allahı həmd-səna ilə təsdiq et və ondan bağışlanma dilə. O tövbələri qəbul edəndir.

    Ənam-162 - Ya Rəsulum! De ki:-Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!

    Hədis: İmam Sadiq(ə.s.) Peyğəmbərimizdən(s.ə.s.) nəql etmişdir: İman odur ki, Allaha,onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə inanasan. Allahın Lövhu-məhfuzda yazdığı qədərə, onun xeyrinə, şərin, insanın başına gələcək bütün hadisələrin Allahın əmri ilə olduğuna inanasan. (“Hədisi Qüdsi”)

    3-cü Hökm.Dində-əxlaq

  • 20

    Əxlaq-İslam çox geniş, əhatəli həyatı tənzimləmə sistemidir. Müsəlmanın həyatının demək olar ki, bütün cəhətləri dini baxımdan müəyyən məna daşıyır.Etiqadla ənənəvi həyat tərzi arasında bağlılıq İs-lam aləmi üçün bütün dövrlərdə səciyyəvi cəhət olmuşdur.

    Adil-Allah dünyaya göndərdiyi insanları cürbəcür vəziyyətlər ilə im-tahan edir. Ən birinci imtahan Allahın bizə verdiyi surət və əzalar, bizə bəxş etdiyi ömrün vaxtlarıdar. Sonra dünyaya gətirdiyi məkan,vətən və torpaq,bəxş etdiyi din, valideynlər, övladlar, qardaş-bacı, qohum-əqrəba, qonşular, bizə verdiyi cürbəcür xəstəliklər, verdiyi çoxlu var-dövlət, dünyada tutduğumuz yüksək mövqe və ya kasıblıq, zərurətdən doğan təsadüflər nəticəsində körpəlikdən qocalanacan rastlaşdığımız insanlar ilə son nəfəsimizəcən Allah-taala tərəfindən imtahan olunaca-ğıq.

    Bundan başqa bu müvəqqəti dünyaya gəlişimizin əsas səbəbi bu sı-naqlardan üzü ağ çıxıb əbədi dünyamızda öz yerimizi tutmaqdır. Buna görə də Allah-taala öz ruhundan üfürüb yaratdığı, xislətinə bələd olduğu insanlar üçün ədəb, tərbiyə, davranış, insana verilən duyğu üzvlərindən olan qəzəb və şəhvətin düzgün idarə edilməsi və ümumiyyətlə, müvəqqəti dünyada insanların düzgün yaşamaları üçün,Din-yəni düz-gün yol adlanan qayda-qanun, təlim-tərbiyə layihəsi göndərmişdir. Əgər belə olmasaydı,Cəhənnəmə düşən insan sual edərdi ki, Sən məni yaratdın, əql və duyğu üzvlərini verdin, lakin niyə yaşamaq tərzini öyrətmədin və mənə haram-halalı başa salmadın? Hər şeydən agah olan Uca Allah istəkli bəndəsi bu sualı verməsin deyə, dünyada ilk insanı yaratdığı gündən onlara Allahın qoyduğu qanunları, əmrləri çatdırmaq üçün dini təbliğ edən Peyğəmbərlər,yəni xəbər gətirənlər göndərmişdir.

    Yer üzünə göndərilmiş Peyğəmbərlərin əvvəlincisi Hz.Adəm olmuş, axırıncısı isə Hz.Muhəmməddir, dinlərin axırıncısı da İslam dinidir.

    əl-Mumin-65 - Əbədi, həmişə diri olan ancaq Odur! Ondan başqa ibadətə layiq məbud yoxdur. Dininizi xalis edərək,onu çağırıb deyin ki,həmd bütün aləmlərin pərvərdigarı Allah üçündür.

    əl-Nəhl-125 - Ya Peyğəmbər!Möhkəm dəlil və gözəl nəsihət ilə Al-lahın yoluna və dininə çağır! Gözəl sözlərlə, yumşaq tərzdə onlar ilə mübahisə et. Sənin Allahın, Allahın yolundan azmışları yaxşı tanıyır. Allah hidayət tapmışları da çox yaxşı tanıyandır.

    Şəriət xoş bir nəsim, canını tapşır ona,Aləmə bənd olma ki, üst-başına toz qona.Şəriət gülşənində qızılgülsən, nanəsən,Təbiətə tapınma, şəriətə tapın sən. (N. Gəncəvi)

  • 21

    İSLAM DİNİNDƏ MƏCBURİYYƏT YOXDUR

    Düşüncəli, hünərli, qəlbi azad olan kəs,Din qəmi çəkər ancaq, dünya qəmini çəkməz.İstəsən ki, bu aləm daim məskənin olsun?Dini Nizamiyə ver, dünya qoy sənin olsun. (”Sirlər Xəzinəsi”)

    əl-Bəqərə-256 - Dində məcburiyyə, zorakılıq yoxdur. Artıq doğru-luq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir. Hər kəs Şeytanı (ta-ğutu) inkar edib Allaha iman gətirərsə, o, artıq qırılmaq bilməyən, ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olar. Allah hər şeyi olduğu kimi eşidən və biləndir.

    əl-Hucurat-17 - Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qo-yarlar. De ki:“Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər iman gətirdiyinizi doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə, əslində, Allah sizin boynunuza minnət qoymuş olar!”

    əş-Şura-8-10 - Əgər Allah istəsəydi, onları, sözsüz ki, bir din üzrə edərdi. (aralarında ixtilaf olmasın) Lakin Allah istədiyi kəsi öz rəhmətinə daxil edər və zalımların nə dostu, nə də köməyi vardır.Din və dünya işlərində ixtilaf etdiyimiz şeyin hökmü Allah üçündür. Allah öz bəndələrindən istədiyi kəsi İslama yönəldər və haqqa tərəf qayıdan kəsi öz dininə hidayət edər.

    əş-Şura-15-16 - Ya Muhəmməd! İnsanları bu dinə çağır və özün də əmr olunduğu kimi dində sabit ol! Təbliğı tərk etmək barədə müşriklərin istəklərinə tabe olma! De ki:-Mən Allahın başqa Peyğəmbərlərə nazil etdiyi kitablara iman gətirdim. Mən məmuram ki, istər hökmdə, istərsə də Allaha tərəf çağırmaqda sizin aranızda ədalətli olum. O həm mənim, həm də sizin Allahınızdır. Bizim əməlimiz özümüz üçün,sizin əməliniz özünüz üçündür.Hüccət qəbul olandan sonra Allah barədə mübahisə edən kəslərin dəlili öz Allahının yanında batildir. Bizimlə sizin aranızda mübahisə etməyə ehtiyac yoxdur, çünki bizim dinimiz haqq,sizin dini-niz nahaqdır. Qayıdacaq yer, Allaha tərəfdir və O bizi Qiyamət günü cəm edər.

    ALLAH İSTƏDİYİ KƏSİ İSLAMA HİDAYƏT EDƏR

    Açıqlama: Mövlanə Cəzalinin (”Kimyayi-Səadət”) kitabından:-Kainatın gərdişi Quranın hökmlərinə uyub, Kəlamı-Haqla yaşayıb və yaşatmaqdır. Gördüyümüz bu göy üzü və kainat boş-boşuna deyildir.

  • 22

    Bunların dirəyi İslamdır. Bu din inananlarındır. Insanlar qəlblərində həqiqi ədaləti yaşasalar, dünyaya hakim olarlar.

    əl-Ənam-125 - Allah hidayət etmək istədiyi kəsin sinəsini İslam üçün açar, onun qəlbini işıqlandırıb haqqa meyl etdirər, istədiyi kəsin sinəsini çox daraldar ki, eşitdiyini yadda saxlamasın. Onun göyə çıxma-sı mümkün olmadığı kimi imana gəlməsi də mümkün deyil.Beləliklə, Allah onların qəlblərini dar etdiyi kimi, iman gətirməyən kəslərə də əzab verər.

    ər-Rum-30 - Ya Muhəmməd!Ümmətinlə birlikdə batildən haqqa tapınaraq, üzünü Allahin fitri dininə,İslama tərəf çevir. Allahın dini-ni, onun yaratdığı Tövhid dini olan İslamı heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti haqq dinin İslam olduğu-nu bilməzlər. Allah bütün insanları müsəlman, təkallahlı yaratmış, lakin ata-anaları onları başqa dinlərə sövq etmişlər.

    əz-Zumər-22 - Məgər Allahın köksünü (qəlbini)islam dini üçün aç-maqla Rəbbi tərəfindən qəlbi nurlanan kəs, qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi?! Elə isə vay qəlbləri Allahın zikrinə(Qurana) qarşı sərt olanların halına! Onlar haqq yoldan açıq-aydın azmışlar.

    ən-Nəhl-37 - Ya Muhəmməd! Əgər sən onların hidayət tapmalarını istəsən də, Allah yoldan çıxardıqlarını doğru yola salmaz!

    Hədis:-Peyğəmbərimiz belə buyurmuşdur:-Mən ancaq aləmlərə rəh-mət olaraq göndərildim. Əzab vermək və zorluq üçün göndərilmədim. Allah məni sıxıntı, zəhmətverici və bunu arzuedici olaraq göndərmədi. Allah məni öyrədici, bildirici və hidayətedici olaraq göndərdi. Dininiz dinlərin ən xeyirli, ən rahat olanıdır.

    Həqiqətən də, din bir rahatlıqdır. Mən sizə nəyi qadağan etdimsə on-dan çəkinin,sizə nəyi əmr etdimsə, gücünüzün çatdığı qədər əməl edin. Sizdən əvvəlki ümmətlər ancaq Peyğəmbərlərinə və onun qoyduğu əməllərə qarşı çıxmaları üzündən həlak olmuşlar. Bu əməllərin gücü-nüz çatdığı qədərini yerinə yetirin.Siz ibadətdən bezməyincə,Allah da savab verməkdən yorulmaz. Dininizi asanlaşdırın,zorlaşdırmayın,müj-dələyin, hürkütməyin (“Sahih-i Buhari”)

    İSLAM ELM VƏ BARIŞ DİNİDİR

    Açıqlama: Qurani-Kərimdə olan ayələrin əzəmətli mənaları mü-asir dövrümüzdə elm və texnikanın inkişafı, alimlərin təcrübə və tədqiqatları nəticəsində açıqlanır və onların sirləri anlaşılmağa başlanır.Elmi kəşflərin sayı artdıqca, kainat və həyat məsələlərinin sirləri üzə

  • 23

    çıxdıqca hər şeyi hikmət üzündən yaradan Allahın Qurani-Kərimdə bu məsələlər haqqında qabaqcadan xəbərlər verdiyinin şahidi oluruq.Məhz bu amillər qeyri-müsəlman alimlərini heyrətləndirir, onları İs-lam həqiqətlərini dərk etməyə və bu dini qəbul etməyə təhrik edir. Bu-nun nəticəsidir ki, artıq həqiqi İslam (mövhumat və xurafatdan uzaq) qeyri-İslam dövlətlərində inkişaf edərək daha da vüsət tapmaqdadır. Bu səbəbdən də müxtəlif ölkələrin alim və mütəxəssislərinin iştirakı ilə”Quranda elmi nişanələr”və digər bu kimi mövzularda elmi konfrans-lar keçirilir və bütün elmlərin mənbəyinin “Quran”da olması haqqında müzakirələr aparılır. Bütün dünya, axirət və kainat elmləri haqqında bilgilər verən Qurani-Kərim Allah tərəfindən dünya əhlinə bəxş edil-miş böyük nemətdir.İslam dinini kamil din hesab etmiş məşhur alman şairi Höte (1749-1832)yazırdı: “Əgər İslam Allahın iradəsinə təslim olmaqdırsa, deməli, biz hamımız İslam əqidəsi ilə yaşayır və onunla da fani dünyadan köçürük. İslam elə bir dindir ki, Muhəmməddən əvvəlki Peyğəmbərlər də onun müjdəsini vermişlər.”

    Bernard Şou (1856-1950) “Muhəmməd Allahın elçisi” əsərində yazırdı:“Mən həmişə Muhəmmədin dininə, malik olduğu möcüzəli həyat gücü və enerjiyə görə dərin ehtiram bəsləmişəm. Mənim fikrimcə, İslam taleyin cürbəcür fitnələrini və sivilizasiya fərqlərini dəf etmək yolunda uğur qazana bilən yeganə dindir. Mən qabaqca-dan görürəm ki, avropalılar bir-birinin ardınca İslam dinini qəbul edəcəklər”.

    Başqa bir Avropa alimi, professor A.Elison istər öz dövrümüzdə, istərsə də yaxın gələcəkdə bir çox elm adamlarını İslam dinini qəbul edəcəyini bildirərək belə deyir:“Elm adamlarının apardıqları tədqiqatlar nəticəsində İslam dininin həqiqətləri arasında tam uy-ğunluğun olduğunu gec-tez biləcəklər.İslam dini xalq təbəqələrindən əvvəl elm adamlarının dini olmuşdur”.

    İnsanın fitrəti, qəlbi, vicdanı “Quran-Kərim”in həqiqətlərini bilməyənədək dünyada həqiqi rahatlığa çıxa bilməyəcək. İnsanlar ömürləri boyu,“Quran” həqiqətlərini tapana qədər daim axtarışda ola-caqlar.

    əl-Maidə-3 - Bu gün Mən sizin üçün dininizi kamil etdim, (cahiliyyət qanunlarını məhv etməklə) nemətimi sizə tamam etdim. İslamı sizin üçün din seçdim.Allah-taala İslam dinini meydana çıxarmış və ucalt-mışdır. Yalnız Məndən qorxun və mənə ibadət edin. (Çünki mən sizi zəfərə çatdırdım, İslam dinini bütün dinlər üzərində qalib etdim, dinini-zin iman əsaslarını, şəriət əsaslarının hamısını sizə bildirdim.)

  • 24

    Yunus-105-Batildən haqqa tapınaraq üzünü İslam dininə çevir, müşriklərdən olma.

    Ali-İmran-19-Şübhəsiz, Allah yanında din İslam dinidir.Kitab əhli o dinin haqq olduğunu bildikdən sonra, həsəd və təkəbbürlülükdən ixti-lafa düşdülər. Allahın ayətlərinə kafir olanlar bilsinlər ki, Allah tezliklə hesablara yetişəcəkdir.

    AIi-İmran-85-İslamdan qeyri bir din seçən kəsdən heç bir əməl qəbul olunmayacaq və axirətdə ziyan görənlərdən olacaqdır.

    Ali-İmran-103-Hamınız Allahın ipindən,İslam dinindən yapışın və bir-birinizdən ayrılmayın.Allahın sizə verdiyi nemətləri xatırlayın ki,siz bir-biriniz ilə düşmən ikən Allah sizi İslam dini ilə birləşdirdi.

    ər-Rum-43-44-Pak,düzgün dinə doğru gəl!Allahın əmrindən geriyə dönmək mümkün olmayan günün gəlib çatmasından qabaq.O gün insanlar iki dəstə olarlar. Kafir olanların küfrü öz ziyanlarına olar, əməlisalehlər isə özləri üçün yaxşı mükafatlar hazırlayıblar.

    Hədis:-Allahın Peyğəmbəri (s.ə.s.) buyurur:-Ey camaat! Həqiqətən məndən sonra heç bir Peyğəmbər, sizdən sonra heç bir ümmət olma-yacaq. Agah olun və öz Allahınıza ibadət edin. Beş vaxta namaz qılın, Ramazan ayının orucunu tutun, Həccə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və Allahın əmrlərinə itaət edin ki, Cənnətinə daxil ola biləsiniz. (Hədisi Qüdsi)

    ALLAH BÜTÜN İNSANLARI MÜSƏLMAN

    YARATMIŞDIR

    Açıqlama: Müsəlman-lüğətdə tək bir Allaha təslim olmuş, tabe ol-muş mənasındadır. İslam dinindən olan insanları “müsəlman”, yəni, Vahid olan Allaha ibadət edən adlandırırlar. Əslində, Qurani-Kərimə müraciət etsək, görərik ki, Allah-taala tərəfindən dünyaya göndərilmiş bütün Peyğəmbərlər özlərini müsəlman adlandırmışlar.

    Bu ayələrdən göründüyü kimi Allah-taala bütün insanları müsəlman olaraq yaratmışdır. Beləliklə, ümumi fikir budur ki, İslam yeganə Alla-ha təslim olmaq, boyun əymək deməkdir.

    Fussilət-33-Xalqı Allaha tərəf çağıran,yaxşı is görən və” Mən Müsəlmanlardanam!” - deyən kimsədən daha gözəl danışan kim ola bilər?!

    əl-Bəqərə-127-128-İbrahim və İsmail Beytin bünövrəsini ucaldan zaman dedilər: - Ey Rəbbimiz, bizdən bunu qəbul et! Həqiqətən, Sən daima eşidən və bizim niyyətlərimizdən xəbərdarsan. Pərvərdigara,

  • 25

    bizim hər ikimizi müsəlman və sənin əmrinə itaətkar et!Bizim öv-ladlarımızdan yalnız Sənə boyun əyən insanlar vücuda gətir, bizlərə ibadətlərimizin yollarını göstər, tövbə etdikcə bizə rəhmətinlə bax.Tövbəni çox qəbul edən və bağışlayan yalnız Sənsən!

    əl-Bəqərə-131-132-Rəbbi İbrahimə: -Əmrimə təslim ol!-dedik-də,İbrahim də:“Aləmlərin Rəbbinə təslim oldum, müsəlman oldum!”-deyə cavab vermişdi. İbrahim və (sonra da) Yaqub müsəlman olmağı öz oğlanlarına vəsiyyət ediblər. Onlardan hər biri öz övladlarına dedilər:-Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün İslam dinini seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!

    əl-Ənam-161-(Ya Rəsulum!)De ki:-Şübhəsiz,Rəbbim məni doğru yola, həqiqi, düzgün dinə, batildən haqqa tapınan və müşriklərdən ol-mayan İbrahimin dininə yönəltdi!

    əl-Həcc-77-78-Allah sizin üçün İslam dinini seçdi,sizin üçün dində çətinlik yeri qoymadı, əksinə, atanız İbrahim millətinin genişliyi kimi, sizin dininizi genişləndirdi. Allah sizə İbrahimdən qabaq müsəlman adı qoymuşdur. Bu Quranda siz müsəlman adlanırsınız ki, Peyğəmbər sizə şahid olsun. Siz də keşmiş Peyğəmbərlərin ümmətinə (ya sizdən sonra gələn ümmətlərə) şahid olarsınız ki, Peyğəmbər hökmləri çatdırmış-dır. Namaz qılın, zəkat verin, Allahın dinindən yapışın! Sizin işinizə yetişən, kömək göstərən Allahdır. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir.

    əl-Əraf-126-Musa və Harunun duası:-Ey Rəbbimiz,bizə bolluca səbir əta et və bizi müsəlman olaraq öldür!

    Yusif-101-Yusif söylədi:-Göyləri və yeri yaradan Allah!Sən dünya-da da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq əbədi dünyaya köçür və salehlərin yanına apar.

    Ali-İmran-102-Ey möminlər! Haqq ilə Allahdan qorxun, müsəlman olaraq ölməyə çalışın.

    əl-Hicr-2-Kafirlərdən bir çoxları arzu edəcəklər, kaş ki, müsəlman olardılar.

    ÜSULİD-DİNİN 5-HÖKMÜ VARDIR

    1-ci Tövhid-Allah təkdir

    Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,Yaşayanlar içində əbədi odur ancaq. Ey hələ biz yox ikən var olan ülvi, uca!Biz öləndən sonra da hey əbədi qalacaq. (“Sirlər Xəzinəsi”)

  • 26

    əl-Bəqərə-107-Ya Peyğəmbər!Sən bilmirsənmi,Yerin və göylərin padşahlığı Allah üçündür? Ondan başqa sizin üçün mövla və köməkçi yoxdur.

    əl-Mülk-1-2-Hökm, hər şeyin ixtiyarı əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadırdir! Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur.O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.

    ər-Rəd-16-Ya Peyğəmbər!Göylərin və yerin Rəbbi,onlara pərvəriş verən kimdir? De ki, Allahdır! De ki, siz özlərinə xeyir və zərər verməyə qadir olmayanları özünüzə sahib və dost tutdunuzmu? De ki, korla göz-lü, işıqla zülmət bərabərdirmi? De ki, hər şeyi yaradan Allahdır. Allah birdir və qələbə çalandır.

    əş-Şura-3-Göylərdə və yerdə olanlar Allah üçündür.Allah şan-şöhrət cəhətdən uca və böyükdür.

    Açıqlama:-Tövhid-Allahı vahid bilməkdir, yəni İslam dininə etiqad edən şəxs gərək Allahı vahid, tək və yeganə bir vücud bilsin, ona şərik qərar verməsin. Allah-taala insanları yaradıb ki, onlar öz xaliqini tanı-yıb onu təsdiq etsinlər. Allahdan başqa bütün varlıqlara aləm deyilir. Allahın zatı cümlədən ayrı və mücərrəddir. Allaha bəndəlik və ibadət etmək bəşərin ən böyük fitri və mənəvi ehtiyacının təminatçısıdır.İnsan Allaha bəndəlik etməklə əsl kamala çatır və mələklərdən önə keçərək Allahın canişini və mələklərin səcdəgahı olur. İbadət etmək isə insanın inkişafı, kamilliyi və əsil bəndə olması sayəsində ona nəsib olar. Allah-taala insanlar üzərində sonsuz mərhəmət sahibidir. Uca Allah bizlərə fi-ziki nemətlərin yanında mənəvi olaraq çox lütflər də vermişdir,xətaları əfv edər, tövbələri qəbul edər, insanları qoruyar, pis əməllərinin üstünü örtər, hidayətlərini artırar, doğru yola yönəldər. Bəndəlik insanın bü-tün vücudu ilə Allaha ibadət etmək, onun buyurduqlarından başqası-na qulaq asmamaq, ondan başqasına itaət etməmək, onun razılığından başqa bir şeyi düşünməmək deməkdir. Bəndəliyin dərəcəsi onun Allaha olan mərifətinə bağlıdır. Buna əsasən Allahın əzəmətini dərk edənlər, özlərinin Allaha olan ehtiyac və möhtaclarını anlayanlar əməl edərlər. Peyğəmbərlər və imamlar bu mərifətin, yəni ibadət və bəndəliyin ən uca zirvəsindədirlər. Bizim ən böyük arzumuz olan Allaha qovuşma-ğın mümkünlüyü, Onun qüdrətinin böyüklüyünü fikirləşib, düşünmək üçün yalnız işarə və müjdələrlə dolu olan Qurani-Kərimin ayələrini və Peyğəmbərin buyurduqlarını öyrənib dərk etməklə mümkün ola bilər.

    əl-İsra-9-Həqiqətən, bu Quran bütün bəşəriyyəti ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaq-ları ilə müjdə verir.

  • 27

    Allah Qurani-Kərim vasitəsilə bir daha özünü bizə tanıdıb, öz elmini,yəni dünya və kainat elmlərini, həmçinin insanın özünü dərk etmə elmini bizlərə bildirmək istəmişdir.Müasir dünyada elm çox geniş bir məna kəsb edir, elmlərin miqdarı o qədər artıb ki, onları sayıb qur-tarmaq olmur.Lakin məna dərinliyinə getdikcə onların bir-birinə yaxın-laşıb bir mərkəzə tərəf gəldiyini görərik.

    Hədsi:Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: ”Elm bir nöqtədir, cahillər isə onu çoxaldıblar.”(Hədisi Qüdsi)

    Bütün elmlərin mənbəyi isə Qurani-Kərimdədir. Bilik imandan ibarətdir, çünki iman təsdiqdir, təsdiq isə elmin bilik adlanan bir qis-midir.

    Bu haqda İslam alimi Mövlana Əbu Həmid Muhəmməd Ca-zali (1058-1111) belə buyurmuşdur:”Astronomiya və anatomiya elmlərini bilməyən, Allahı tanımaqda aciz düşər”

    ”Ən böyük sənətkar olan Allahı tanımaq üçün astronomiya el-mini bilmək göylərin və yerin yaradılışını düşünənlər üçün ən gözəl yardımçıdır!”

    Həmçinin, burada bir miqdar aləmin astronomik araşdırmalarından və bir miqdar insan anatomiyasından yazılanları açıqlamaq münasib görülmüşdür.Bəlkə Allahı tanımaq istəyənlər Allaha asi olmaq halın-dan uzaqlaşar, cəhalət zindanından çıxar, elm və hikmət aləminə gi-rib, həqiqətin zirvəsinə yüksələrlər. Əşyanın həqiqətindən agah olub, mənanın incəliklərini bilib, cahanın sirlərindən agah olub, aləmin gərdişini olduğu kimi qəbul edərlər. Bəlkə bundan sonra özünü tanıma sirrinə malik olub, ondan Allahı tanıma sərvətini taparlar.

    Ey vacib-vücud olan Allahım!Rəhmətini üstümüzə saç! Səni kama-lımızla tanımağı bizə qismət et! Sənin öyrətdiyindən başqa heç nə bilə bilmərik. Sənin anlatdığından başqa heç nə anlaya bilmərik. Sənin il-ham etdiyindən başqa mərifətimiz yoxdur.Sən Alimsən, Kərimsən, Ra-ufsan, Rəhimsən! (Mövlana Cazali)

    ALLAHIN VƏSFİ

    Ey bütün varlıqlara bu dünyada can verən,Gücsüz torpağa belə qanad verən, qan verən!Bayrağının altında əyləşib bütün cahan,Sən özündən doğuldun, biz sənin calalından.Varlığında görünmür nə surət, nə də tərkib,Heç kimə bənzəməzsən, de kim sənə bənzəyib?

  • 28

    Dönməz, dəyişməz varlıq tapılarsa, o, sənsən,Ölməyib, ölməyəcək qüdrət varsa, o, sənsən.Sən-yaşarı və sonsuz, bizsə gəldi-gedəri,Hökmündədir kainat, yerin, göyün mehvəri.Kim verib fələklərə bunca qüdrət, iqtidar?Bu qazana sənin tək can duzu atanmı var?Başlanğıcsız varlığın cahana hayqırmada:“Mən həqqəm!” Səndən savay kimdən qopar bu səda? (“Sirlər Xəzinəsi”)

    Açıqlama: Hz. Əlinin “Nəhcül Bəlağə”kitabından Tövhid haqqında-kı xütbələrindən bir hissə:-Başlanğıc kimi əvvəli, qurtarmaq kimi sonu, tükənəcək kimi bir nəhayəti olmayan Allaha təriflər olsun! O, Uca-dır! Özünü vəsf etdiyi kimidir. Bütün varlıqları yaradanda onlar üçün müəyyən çərçivə təyin etmişdir ki, həm onların özünə, həmdə özünün onlara bənzəməsindən uzaq olsun. Varlıqların içinə girməmişdir ki, on-ların içindədir deyilə bilsin.Varlıqlardan uzaq deyildir ki, onlardan ayrı-dır deyilə bilsin. Onları tərk etməmişdir ki, haradadır deyilə bilsin. La-kin onları öz elmi ilə əhatə etmiş və Onun yaratması onları var etmişdir. Havada görünməyən gizlilər gecə qaranlığının hiss edilməyən örtülüləri, yüksək göylərdə və yerlərdə olan hər bir şey Ondan gizli qalmaz. Hər bir şeyin bir qoruyanı, nəzarətçisi vardır. Hər bir şey başqa bir şeylə əhatə edilmişdir və Allah da hər şeyi əhatə etmişdir. O, zamanın keçməsinə görə dəyişilməyə məruz qalmayan birdir, təkdir, heç nəyə möhtac deyil-dir.Bir şeyiyaratdığına görə yorulmaz, istədiyi şeyə sadəcə,“Ol!”deyər, o da dərhal olar.Birlik xüsusiyyətinə yalnız özü sahibdir. Sahib olduqları arasında onun tayı yoxdur. Mülkünün üzərindəki hakimiyyətdə heç kəs Ona şərik deyildir. Əbədiliyin yoxedicisi,sonsuzluğun mirasçısıdır, yal-nız Özüdür! Hər bilən cəhalətdən, sonra, öyrənib bilik sahibi olmuşdur. Lakin Allah həmişə bilik sahibi olmuş, varlıqlardan qabaq da O, elm sahibi idi və bütün yaratdıqlarını Öz elmi ilə yaratmışdır Daimidir! Heç bir zaman yox olmayacaq!Yox olmaz və tükənməz Rəbbimi belə vəsf edirəm. Ondan başqa Allah yoxdur! Böyükdür, nə mübarək böyüklük? Uludur, nə mübarək ululuq? Üstündür, nə mübarək üstünlük? O, zalım-ların söylədiklərindən Ucadır, Böyükdür, Əbədidir. Göylərdə və Yerdə olan əzəmət yalnız Onundur. O əzizdir, hakimdir. Yerlərin və göylərin ən böyüyü Allahdır. Dünya yaranıb dövr etməyə başladığı gündən heç bir kəs onun qədər sevilmədi, heç kimsə onun qədər arzulanmadı. Dua edənlər onun adı ilə yalvararlar.Onunla həyatı sevərlər. Ölüm də onunla

  • 29

    gözəldir. Bu, bizim Rəbbimiz, bizi əhatə edən canlı və cansız aləmləri: Ayı, ulduzları, Günəşi, kainatı, 7 qat göyü, 7 qat Yeri, torpağı və insan-ları yoxdan var edən Uca Allahdır. Bütün məxluqat hər an nəhayətsiz müşkülləri ilə Allahın yardımına möhtacdır.Heç bir məxluqat öz eh-tiyacını özü ödəyə bilməz və onu gözləyən təhlükələri öz gücü ilə dəf edə bilməz. İnsan bu ülvi həqiqətə şahid olmağa mükəlləfdir. Bu ülvi həqiqətə şahid olmayan həqiqi Tövhidi əldə edə bilməz. Allahın əmrlərini təhlil edərkən onun bizim ibadətimizə ehtiyacının olmadığını, fəqət bizim Ona ibadət etməyə möhtac olduğumuzu bilmək bizim üçün çox önəmli və fəzilətdir.

    Allahı tanımağın kamalı onu təsdiq etməkdir.Təsdiq etməyin kamalı onu bir bilməkdir. O,yaradılmayıb var olandır. Hərəkətə və aləmə möh-tac olmadan işlər görür, heç bir varlığa möhtac deyildir, birdir. O hər şeyin gizli və aşkar tərəfini biləndir. Onun əmrinə qarşı heç kəs çıxa bilməz.O nə doğdu, nə də doğuldu. O, sonsuz, bitməz qüdrət sahibidir. O, hər şeyin hüdudunu və sonunu biləndir.

    Qurani-Kərimdə 119 ayədə Allahın sifətləri vəsf edilmişdir.əl-Ənam-103-Gözlər Allahı dərk etməz, Allah bütün gözləri dərk

    edər. Allah lətifdir, gözlər onu dərk etməz. Allah bütün insanların özlərindən, sözlərindən və əməllərindən xəbərdardır.

    əl-Maidə-120-Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Al-laha məxsusdur, Allah hər şeyə Qadirdir.

    Loğman-22-23-Kim yaxşı əməl sahibi olub özünü səmimi qəlbdən Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan, Qurandan, imandan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır.Buyuruq Allahındır!Kim küfr edərsə,onun küfrü səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nə etdiklərini xəbər verəcəyik!

    Loğman-26-27-Göylərdə və Yerdə nə varsa, Allahındır.Allah bəndələrinin, o cümlədən müşriklərin ibadətinə möhtac deyildir və hər cür şükrə, ərifə layiqdir! Onun bütün işləri bəyəniləndir. Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbimin sözləri yazılıb tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir!

    əl-Ənam-73-O elə bir Allahdır ki, göyləri və yeri haqq, hikmətlə yaratdı.O gün ki, Allah ona:“Ol!”,deyər, o da olar. Allahın sözü doğ-rudur. Surun çalınacağı gün Padşahlıq Allah üçündür. Allah qeybdən xəbərdardır. Hökm edən və hər şeydən xəbərdar Odur.

  • 30

    əl-Mumin-66-O diridir, ondan başqa ibadətə layiq məbud yoxdur. Dininizi xalis edərək, onu çağırıb deyin ki, həmd bütün aləmlərin pərvərdigarı Allah üçündür.

    Hədis: Bir gün Məkkə müşriklərindən bir neçə nəfər Hz. Peyğəmbərin yanına gəlib soruşdular:

    - Allah haqqında bizə məlumat ver ki, görək, o, qızıldandır, gü müş-dəndir, ağacdandır, ya dəmirdən?

    Sonra İxlas surəsi nazil oldu.1-Ya Peyğəmbər! De ki, Allah birdir, şəriki yoxdur!2-Allah hər bir şeydən ehtiyacsızdır !3-Doğmayıbdır! Ondan nə övlad, nə də qəm, şadlıq, gülmək, aclıq və

    toxluq kimi şeylər baş verməyibdir və doğulmayıbdır! Heç bir şeydən xaric olmayıbdır.

    4-Allah üçün ona oxşayan bir şəxs və tay yoxdur ki,Allahı ona oxşa-dıb insanlara tanıtsın.Yaxud doğmayıbdır ki, Allahlığı irs ilə başqasına versin və doğulmayıbdır ki, Allahlığı irs ilə qazanmış olsun.Onun heç bir tayı-bərabəri və bənzəri yoxdur. (”Zubdətul əhadis”Qummi)

    ALLAH KAİNATI YARATDI

    Bütün var olanları yalnız odur yaradan. Pərdəli fələklərin pərdəsini açandır,Pərdəli iş görənin sirrini saxlayandır.Günəşin kəmərinə ləl ilə zinət verən,Torpağa həyat donu, suya təravət verən.Tapılarmı cahanda onunla bəhs eləyən?Varmı ondan savayı “Bu mülk mənimdir!” deyən?O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq,Varlıq yoxa çıxsa da, o, daim var olacaq. (”Sirlər Xəzinəsi”)

    əl-Ənbiya-31-Məgər müşriklər bilmədilərmi ki, göy və yer bağlı idi, (nə yağış yağırdı, nə ot bitirdi) sonra onların hər ikisini açdıq (yağış yağdı,ot bitdi). Bütün şeylərin diriliyini sudan əmələ gətirdik.

    ər-Rəd-2-O elə bir Allahdır ki, göyləri gördüyünüz kimi sütunsuz ya-ratdı. Sonra ərşə qələbə çaldı. Ərşdə qərar tutan və məlum bir müddətə hərəkətdə olan Günəşi və Ayı özünə tabe etdi.Onların hər biri müəyyən vaxta qədər, Qiyamətədək cari və hərəkətdə olarlar.

  • 31

    əl-Ənam-101-Allah göyləri və yeri yoxdan vücuda gətirəndir. Hər bir şeyi Allah yaratmışdır.Allah hər şeyə Alimdir.

    əl-Bəqərə-29-Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib, nizama salan Odur!O hər şeyi biləndir!

    Açıqlama:-Allahın 14 əsr bundan əvvəl Qurani-Kərimdə verdiyi bu məlumat müasir elmi kəşflərlə üst-üstə düşür.Bu gün astrofizika-nın gəldiyi dəqiq nəticə, bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə sıfır anından, böyük bir partlayışla əmələ gəlməsini bildirir. Böyük partlayışın orijinal adı”Binq Bənq” nəzəriyyəsi, bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən ortaq şəkildə qəbul edilən elmi açıqlamadır.

    Bu ayədə ərəb dilindəki”ratq”kəlməsi, Azərbaycanca”bir-birinə biti-şik, ayrılmaz bir vəziyyətdə, bütünləşmiş” mənasına gəlir. Yəni, bu söz vahid bir tam halında olan, bütöv-dairəvi iki maddəni ifadə etmək üçün işlədilir.Yer kürəsinin dairəvi halda olması elm adamları tərəfindən yaxın əsrlərdə müəyyən edilmişdir. Sonra gələn ərəb dilindəki,”fatq” feli, Azərbaycanca ”açdıq-ayırdıq,”yəni bitişik vəziyyətdə olan bir nəsnənin “yarıb, parçalayıb çölə çıxması” mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması da bu kəlmə ilə ifadə edilir. Ayədə göylərlə yerin bir-biri ilə bitişik, yəni “ratq”vəziyyətində olmasından bəhs edi-lir. Ayədə həmin kəlmədən dərhal sonra “fatq” feli bunların ayrılma-sını bildirir. Yəni biri digərini yararaq göyə çıxır. Həqiqətən də,“Binq Bənq”in ilkin görünüşünü düşündükdə kainatın bütün maddələrinin bir nöqtədə toplandığını görürük.

    Başqa bir ifadə ilə hər şey, hətta yaradılmamış olan göylər və yer də bir nöqtənin içində,bir-biri ilə bitişik,ayrılmaz vəziyyətdə idilər. Bundan sonra bir nöqtə şiddətli bir partlayışla yarılır və göylə yer bir-birindən ayrılırlar. İçində olduğumuz yer kürəsi 300 milyard qalaktikadan yalnız biridir. Kainatda təqribən 250 milyard ulduz vardır.Günəş bu ulduzlar-dan biridir. Bu ulduzların hər birindəki tək bir toz dənəsi belə Allahın hər an nəzarətindədir.Hər bir planetin, hər bir ulduzun,300 min qalakti-kadan hər birinin hərəkəti,dönüş sürəti, istiliyi, soyuqluğu,uzaqlığı Al-lah qatında hesablanmış və nəzarətdədir. Allah insanın xəbəri olmadan yer üzündəki saysız yaranmışları hər an, hər saniyə görür.

    Fələkləri Yerin başına fırlanan etmiş, Fələklərin fırlanmalarını yer üçün etmiş. (”Xosrov və Şirin.”)

  • 32

    Açıqlama: Avropada astronomiya XV-XVI əsrlərdə inkişaf etməyə başlamışdır. Nikolay Kopernik (1473-1543) “Dünyanın heliosentrik sistemi”ni vermişdir. Bu yeni astronomiyanın meydana gəlməsinə və sürətlə inkişafına səbəb olmuşdur.Tixo Brahe (1546-1601), Lohan Kepler (1571 1630), Qalileo Qaliley (1564-1642), İsaak Nyuton (1643-1727) və başqaları astronomiyanın inkişafında böyük rol oynamışlar. Kepler planetlərin hərəkət qanunlarını vermiş, Nyuton Ümumdünya Cazibə qanununu kəşf etmiş və müşahidələr əsasında verilmiş Kepler qanunlarını riyazi olaraq almış və ümumiləşdirmişdir. O ilk dəfə olaraq bir çox astronomik hadisələrin düzgün izahını vermişdir. Müasir astro-nomiya elmində N.Kopernikin təklif etdiyi sistemdə Günəş ortada du-rur, onun ətrafında isə doqquz planet bu tərtiblə düzülmüşdür:-Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun, Pluton. Mars ilə Yu-piterin orbitləri arasında çoxlu xırda planetlər vardır, onlara asteroidlər deyirlər. Bu planetlərin hamısı Günəş ətrafında qərbdən şərqə tərəf dövr edirlər.

    1781-ci ildə Uran planeti, 1846-cı ildə isə Neptun planeti kəşf olunur.1930-cu ildə Günəş sisteminin IX planeti Pluton kəşf olunur. 2006-cı il avqustun 24-də Beynəlxalq Astronomiya Ittifaqının Baş As-sambleyasında qərara alınmışdır ki, Pluton planet deyil. 1859-cu ildə Kirxhof spektral analiz üsulunu verir. XIX əsrin ikinci yarısında fotoq-rafiya kəşf olunur və astronomiyada fotoqrafik müşahidələrə başlanılır. Beləliklə, astronomiyanın ən gənc sahəsi astrofizika yaranır.

    ALLAHIN İLK YARATDIĞI RUHLAR ALƏMİ

    Açıqlama:İslamın tarixçilərindən olan Əbu Cəfər Muhəmməd İbni Cərir Təbərinin yazdığı” Təbəreyi Kəbir” adlı kitabında Peyğəmbərə verilən suallar və onların cavabları şərh edilmişdir. Bütövlükdə isə XVII əsrdə Mövlana Furatı tərəfindən “Qırx sual” adlı əsəri 1840-cı ildə İstam-bulda, 1851-ildə Vyanada çap edilmişdir. 1881-ci ildə rus dilinə tərcümə olunmuş və A.Arxangelskinin “Muhəmməd kosmologiyası”adlı kitabı-na əlavə edilmişdir.1918-ci ildə İstambulda yenidən”Qırx sual”adı ilə çap edilmişdir:

    “40 sual”-kitabından:- Qurani-Kərimin ayələrindən və Peyğəmbər (s.ə.s.) tərəfindən söylənilən hədislərdən məlum olur ki, sayı-hesa-bı bilinməyən qərinələr və əsrlər əvvəl yalnız Tək olan Allah var idı. Allah həddi-hüdudu, eni-uzunluğu, yaşı, müddəti, vaxt və zamanı, məkan və yeri bilinməyən aləmdə, bir gizli xəzinə ikən tanınmağını

  • 33

    istəmiş, ruhlar və cisimlər aləmini yaradıb öz mərhəmətinin, camalının, qüdrətinin, kamalının, əzəmətinin, cəlalının, nemətlərinin bolluğunu, sənətinin çeşidlərini, hikmətlərinin sirlərini göstərmək istəmişdir. Qadir Allah bütün məxluqatdan əvvəl yoxdan çox nurlu, yaşıl zəbərcəntdən olan, böyüklüyü Allahdan başqa kimsəyə məlum olmayan, öz nurundan lətif və əzim bir cövhər var edib, ondan bütün kainatı, bir tərtib içində tədricən yaradıb. Bunlardan Nuri-Muhəmməd, Lövhu-Məhfuz, Qələm, Əql və beş kimsənin ruhudur ki, bütün ruhların və cisimlərin başlan-ğıcı, əsası və ilk cövhəridir. Bütün ruhların və cəsədlərin başlanğıcı və qaynağı da bu cövhərdir.(Varlığı mümkün olan əşyaya və varlığının davamı dəyişikliyə uğramazsa, ona, cövhər deyilir.Əgər dəyişikliyə uğrayarsa, ona ərəz deyilir.)

    Cənabi-Haqq Öz məhəbbəti ilə o cövhərə baxınca, cövhər utandı-ğından o andaca əriyərək su kimi axmış, xalıs üzü (qaymağı)su üzünə çıxınca, ondan əvvəl külli nəfsi yaratmış, sonra mələklərin ruhlarını, sonra sırası ilə digər Peyğəmbərlərin, imamların, valilərin, alimlərin, ariflərin, abidlərin, möminlərin, sıra ilə Qiyamət gününə qədər dünyaya gələcək bütün insanların, kafirlərin, cinlərin, şeytanların, heyvanların, bitkilərin nəfsini yatarmışdır.Onların hər birisi üçün mərtəbələrinə görə bəlli məqamlar göstərmiş,hər ruh öz cinsini tapmış və hər toplum öz məqamında qalmışdır. Sonra Əqli yaradaraq bütün ruhlara əql və şüur bəxş etmiş və bütün yaratdığı ruhların talelərini və qəza-qədərlərini ilk yaratdığı Qələmlə Lövhi Məhfuzda yazmışdır.

    Duyğu və hiss vasitəsi ilə dərk edilməsi mümkün olmayan və “Giz-li xəzinə” olan Uca Allah yaratdığı insanların ruhunu dərk edə bilən, əql və şüur sahibi olaraq yaratmışdır ki, digər canlılardan fərqli olaraq yalnız insan öz əqli, şüuru ilə bu kamilliyi bu gözəlliyi dərk edə bilsin.Sonra Ərşı daşıyan dörd mələyi, Peyğəmbər mələkləri və sayı-hesabı bilinməyən mələk və huriləri yaratmışdır.

    Bu aləmin ən yüksəyinə, ən lətif və gözəlinə “Qeyb aləmi”Ləhut və ya Cəbərut aləmi deyilir. Bu aləmin axırıncısına Ruhlar-aləmi, məna və ya əmr aləmi deyilir. Bu aləmin aşağısına və cisimlərə yaxın olanına Bərzax aləmi və ya Misal aləmi deyilir. Beləliklə ruhlar və mələklər aləmi,yəni “Məlakul-aləm”bu 14 çeşid ruhlarla tamamlanmışdır.

  • 34

    ALLAH SONRA CİSİMLƏR ALƏMİNİ YATARDI

    Allah-taala mələklər və ruhlar aləmini yaratdıqdan 2 min il sonra əzəli iradəsi ilə adını, şanını bəlli etmək üçün cisimlər aləmini yaratdı.Bunun üçün ilk Gövhərə məhəbbətlə bir daha baxmışdır.Gövhər Allahın baxışından utanaraq su tokmüş və üzünün suyu dalğalar kimi hərəkətə gəlib yüksəlmişdir.Dalğalanan Gövhərin uca hissəsindən Ərşi-Əzəm vücuda gətirmişdir.O biri hissəsindən Kürsü, Cənnət, Cəhənnəm, yed-di qat göyü şəkiləndirmiş və dörd ünsür bədənə gəlib formalaşmışdır. Ərşi-Əzəmin altında və onun nurundan Kürsünün, Cənnətlərin üstündə ağ inci kimi bir fəza yaratmışdır ki, Sidrətul-Müntəhadır. Bura Cəbrail ilə Müqərrəb mələklərin məkanıdır. Ərşi-Əladan Əsfəli-səfilinə (yer qatinin ən aşağısına) qədər bu surət aləmi, bu tərtib üzrə nizam tapıb 15 ceşid də Mülk aləminin yaradılışı tamamlanmışdır.Bu aləmlərin üst təbəqəsinə Ülvü aləm, (Bəqa aləmi) davamlılıq aləmi,axirət aləmi de-yilir.Orta təbəqəsinə orta aləm, göy cisimlərinin aləmi, Fələklər aləmi deyilir. Alt təbəqəsinə Qəvn və fəsad aləmi, cisimlər aləmi, ünsürlər aləmi,axırıncısına isə pozulma aləmi (məhv olmaq), yəni Dünya aləmi deyilir.

    Beləliklə, ruhlar və mələklər aləmi ilə Mülk aləminin toplumu,yəni çeşidli ruhların növləri ilə bəsit, sadə cisimlərin siniflərinin hamı-sı, hərflər kimi 29 olaraq (14“Məlakul-aləm”və 15”Mülk aləmi”) ta-mamlanmışdır. Hər iki aləmin varlıqlarının birləşməsindən üç qisim mürəkkəb cisim bədənə gəlmişdir:Mədənlər, bitkilər və heyvanlar əmələ gəlmişdir ki, bu da, hərflərin birləşməsindən hecalar, isim və fellərlə çeşidli kəlmələrdən əmələ gələn bir cümlənin meydana gəlməsinə və bunlardan da Cahan kitabının sonsuz mənalar qazanmasına bənzəyir. İbrət gözü ilə bu aləmə baxan Ariflər hər birində bir çox hikmətlər görürlər. Beləcə övliyalar Cənabi-Haqqın sənətinin sirlərini idrak edər və içindəki dərin mənanı anlayaraq, onun yüksək hüzurunu taparlar.

    Bilinməz nə vaxtdan firlanır bu tac, Nə zaman pozular bu gözəl əsas, Belə nazik fikri dərindən duyub, Ağıl ölçüsüylə dərk etmək olmaz. (Ömər Xəyyam)

  • 35

    ƏRŞİ-ƏZƏM HAQQINDA

    “40 sual” kitabından: Cənabi-Haqq yaşıl cövhərin ən yüksək hissəsindən Ərşi-Əzəmi yaratmışdır ki, onun nur və əzəmətini vəsfləndirmək imkansızdır. Ərşin çevrəsi qırmızı yaqutdandır ki, bü-tün yaradılanların sifət və surətləri onda nəqş olunub,təsvir edilmişdir. Göylərin üstü Rəhmanın ərşi, mələklərin qübbəsi qılınmışdır.Ərşi-Əzəmin 70 min dili var ki, hər dili başqa bir lüğətdə Allahı təsbih, zikr edir.Ərşi-Əzəm dörd sütunu vardır ki, hər biri yerin dərinliklərinə çatar.Ərşi-Əzəm su üzərində, su külək üzərindədir.Allah-taala dörd mələk yaratmışdır ki, hələ də Ərşi onlar daşıyır. Ərşi daşıyan mələklərin dörd sifəti vardır.Hər üz insan surətində təsvir edilmişdir.Hər üz,yer üzündə öz bənzəri olan varlıqlar üçün Allahdan ruzu istəməkdədir.Onlar daima ayaq üstə dayanıb,Ərşi-Əzəmi boyunları üzərinə götürmüşlər, ayaqları isə yeddi qat yerdən aşağıdadır.Allaha yaxın mələklərin hamısından, Allah qatında daha möhtərəm olan Ərşin daşıyıcılarıdır.Bu mələklərdən birinin adı İsrafıldir ki, Ərşin bir ayağı onun boynu üzərində ra-hat dayanmışdır. Allah qatında hamıdan daha əziz və kərəm sahibi olan İsrafil(ə.s) həm də Surun sahibidir.O Qiyamət gününədək Lövhi Məhfuza baxar və Suru üfürmək üçün hazır dayanıb. Hz.İsrafil Lövhi-Məhfuzdan Hz.Cəbrailin, Hz.Mikailin və Hz.Əzrailin görməli olduqları işlərini, vəzifələrini və əməllərini açıqlayaraq, onlara xəbər verir. Mahir Ərşin daşıyıcılarının hər birinin dörd qanadı var ki, dörd istiqamətdə onları yaymışlar Ərşin daşıyıcılarının yarısı qar, yarısı atəşdir və on-lar bir-birini söndürməyib, ulduz böcəyi kimi bir-biri ilə qaynaşırlar.Ərşin daşıyıcılarının cüssələri (bədənləri)elə böyükdür ki, qulaqları ilə boyunlarının arası quş uçuşu ilə yeddi yüz illik məsafədir. Onlara “Bö-yük mələklər” adı da verilmişdir. Ərşin daşıyıcılarının sözləri, davamlı təsbihdir və bu sözlər dillərinin əzbəri olmuşdur: ”Subhənə Muhərram Mulki vəl Mələkut. Subhənə Muhərram Ərşin vəl-izzəti vəl əzəməti vəl heybəti vəl qudrəti vəl Kibriyə vəl- cəbərut. Subhənəl məlikil mədud Subhənəl məlikil movcudu Subhənəl Məlikil, Heyyilləzi Lə yənəmu və lə yəmutu Subbuhun, Quddusun, rabbinə və Qabbul mələikəti vər ruh”. Bunlara “Kiramən katibin” və ya “hafaza-qoruyu-cu” deyərlər.

    Bəqərə-255-Allahın səltənət və qüdrət kürsüsü, elmi göyləri və yeri geniş surətdə əhatə edəndir. Onları saxlamaq ona ağır və zəhmət deyil. Allah ucadır və böyükdür.

  • 36

    Loğman-10-Allah göyləri gördüyünüz kimi dirəksiz, sütunsuz ya-ratmışdır.

    Açıqlama:-Ayədə sütunların olmasından söhbət gеdir. Dеmək, sü-tunlar var, ancaq biz onları görmürük. Ayələrdə səma cisimlərinin cazibə qüvvəsi nəticəsində səmada hərəkət еtməsi göstərilir, cazibə qüvvəsi isə “gözə görünməz” kimi ifadə olunur.

    KÜRSİ HAQQINDA

    “40 sual” kitabından Göylər və Yerlər Kursinin büyüklüyünün yanında yeddi qat bir süfrəyə bənzəyir. Haqq-taala Kursini də nurdan yaratmışdır. Ərşın böyüklüyü, Kürsinin yanında çöldəki bir xırmana bənzəyir..

    Cənabi-Haqq Hərqail adında bir mələk yaratmışdır ki, ona bütün əşyaların adlarını və sirlərini öyrətmişdir. Onun on səkkiz min qanadi vardır. Bu mələk Ərşin büyüklüyünü seyr etməyi arzu edir. O Allahdan Ərşi təvaf etmək üçün izin istəmiş və Allahdan izin aldıqdan sonra yola çıxmış və 18 min qanadı ilə 3 min il boyunca uçmuşdur.Yorulduqda, Allah ona qüvvət vermiş və uçmasını əmr etmişdir. Daha 3 min il də Ərşin ətrafında uçmuş, yorulduqda Allah ona yenə qüvvət vermiş və uçmasını əmr etmişdir. Daha 3 min ildə uçmuş və yorulduqda, baxıb görmüş ki, bu 9 min ildə ancaq Ərşin bir dirəyindən digər dirəyinə qədər yol getmişdir.O, heyrətlər içində seyr edərkən Allahdan ona səda gəlmiş:-Ya Herqail! Qiyamətə qədər uçsan belə, yenə də Ərşimi təvaf edə bilməzsən.

    ALLAH HƏR ŞEYİ ALTI GÜNDƏ YARATDI

    Qaf-38-Göyləri, yeri və onların arasındakı şeyləri altı günə yarat-dığımız zaman heç yorulmadıq və sizi yenidən yaradan zaman da bizə heç bir zəhmət yetişməz

    Fussilət-9-14-Allah yeri iki günə yaratdı və yerdə möhkəm dağ-lar yaradaraq yeri bərəkətli etdi.Yerdə əhalinin ruzilərini dörd günə müəyyənləşdirdi. Allahın mərhəməti bütün istəyənlər üçün bərabərdir. Sonra Allah göyü yaratdı,bir halda ki o tüstü idi. Allah göyə və yerə buyurdu ki, istər-istəməz vücuda gəlin! Onlar dedilər ki, biz rəğbət bəsləyən olduğumuz halda vücuda gəldik. Göylərin yeddi təbəqə ol-masını iki gün ərzində hökm etdi. Hər bir təbəqənin işini vəhy etdi, on-ların əhalisinin necə ibadət etmələrini bildirdi. Yaxud hər bir təbəqədə

  • 37

    istədiyi varlığı yaratdı. Biz aşağıda olan göyü çıraqlarla bəzədik və qo-ruyub saxladıq. Qələbə çalan və Alim olan Allahın təqdiri budur!

    Açıqlama:-Qurana görə Allah Yеri iki günə,Yеr üzündə olanları iki günə və göyü də iki günə yaratmışdır. Bu haqda Qurani-Kərimdə bu-yurulur:

    Yunus-3-Sizin Allahınız,sizə pərvəriş verən Allahdır. Göyləri və Yeri altı gün müddətinə yaratdı,sonra ərşə qalib oldu.

    Hud-7-Dе ki: Yеri iki günə yaradanımı danırsınız? Bu oxşar ayə lərdən bеlə bir sual ortaya çıxır ki,Yеr yaranmamış “gün” məfhumu ola bilərdimi? Biz gün dеdikdə yеrin öz oxu ətrafında 24 saat fırlanmasını başa düşürük. Dеmək, Allah “gün” dеdikdə bizim sutkanı nəzərdə tut-mur. Quran bu barədə bеlə cavab vеrir:

    əl- Həcc-47-“Həqiqətən, sizin Allahınızın yanında bir gün, sizin dünyada saydığınız illərin min ili kimidir.”

    əs-Səcdə-5-“Sonra sizin min ilinizə bərabər olan gün də göyə tərəf qalxar.” Müasir еlmə görə günəş sistеmi tədricən yaranmışdır. Yuxarıdakı ayələrdən də bеlə çıxır ki, günəş sistеmi uzun müddətə yaranmışdır.

    Mövlana Furatı “Qırx sual” kitabında: Cənabi-Haqq Kainatı bir anda yaratmağa qüdrəti olduğu halda, onu 6 günə yaratmışdır. Onun ka-inatı yaratmasını bazar günündən başlayıb cümə günündə tamam