330
I MÖVZU Mənbəşünaslıq məsələləri, Azərbaycanda ibtidai-icma quruluşu. P L AN : 1.Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. 2.“Albaniya tarixi”və “Kitabi-Dədə Qorqud” un mənbəşünaslıq baxımından təhlili. 3. Azərbaycanda ibtidai-icma quruluşu. ƏDƏBIYYAT 1. Azərbaycan tarixi .VII cilddə, I cild, Bakı 2005, səh, 44-165 2. Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə), Bakı, 1994, səh. 19-57 3. Azərbaycan tarixi Ali məktəblər üçün dərslik Bakı 2014 4. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı, 1989, sənəd 7 -13 5. Əhmədov Q. Bu günə necə gəlib çıxmışıq. Bakı, 1989 6. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993. 7. Kitabi- Dədə-Qorqud. Bakı, 1988. 8. Səfərov Y. Qədim Azərbaycan: Nə bilirik.Bakı, 1989.

adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Embed Size (px)

Citation preview

Page 1: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

I MÖVZU

Mənbəşünaslıq məsələləri, Azərbaycanda ibtidai-icma quruluşu.

P L AN :

1.Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik

ədəbiyyat.

2.“Albaniya tarixi”və “Kitabi-Dədə Qorqud” un

mənbəşünaslıq baxımından təhlili.

3. Azərbaycanda ibtidai-icma quruluşu.

ƏDƏBIYYAT

1. Azərbaycan tarixi .VII cilddə, I cild, Bakı 2005, səh, 44-165

2. Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə), Bakı,

1994, səh. 19-57

3. Azərbaycan tarixi Ali məktəblər üçün dərslik Bakı 2014

4. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı, 1989, sənəd 7 -13

5. Əhmədov Q. Bu günə necə gəlib çıxmışıq. Bakı, 1989

6. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993.

7. Kitabi- Dədə-Qorqud. Bakı, 1988.

8. Səfərov Y. Qədim Azərbaycan: Nə bilirik.Bakı, 1989.

Page 2: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan tarixi kursunun mövzüsu çox genişdir. Burada ölkəmizin ən qədim dövrundən bu

günümüzədək mövcud olan ictimai-iqtisadi, siyasi, etnik, mədəni tarixi şərh edilir.

Azərbaycan tarixi müxtəlif qaynaqlar əsasında tədqiq olunur və həmin qaynaqlar iki hissəyə bölünür:

1) Arxeoloji abidələr, 2)Yazılı abidələr.

Arxeoloji abidələr qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbirlərdən, qə-dim yaşayış

məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətlərindən, sadə silah növ-lərindən, məişət və bəzək

əşyalarından, dini təsəvvürləri özündə əks etdirən heykəl-ciklərdən ibarətdir. Son zamanlar Asərbaycan

ərazisində aşkara çıxarılmış numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyk əhəmiyyətə

malikdir. Onlar ölkəmizin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, həm də mədəni səviyyəsi haqqında

mü-hakimə yürütməyə imkan verir.

Tariximizin öyrənilməsində yazılı qaynaqlar mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə yazı sinifli

cəmiyyətin məhsulu sayılır. İlk yazı növü piktoqrafik (piktos-şəkil, qrafo-yazı) olmuşdur. Bu yazı növünə

Qobustan, Kəlbəcər, Naxcıvan ərazilərində rast gəlinir. Sonralar mixi yazı növü Şumerlər tərəfindən icad

olunur. Qədim Azərbay-canın öz yazılı qaynaqlarının olmaması və yaxud bizə gəlib çatmaması üzündən

onun tarixi barədə az-çox məlumatlar mixi yazılarında əks olunmuşdur. Cənubi Azərbaycan və həmsərhəd

ərazilərin tayfaları haqqında məlumatlar verən ən qədim qaynaqlar Şumer – Akkad mətnləridir. Bu kitabələr

e.ə. III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad

çarlarının Zaqpos dağları zona-sına yürüşlərinə, habelə Kuti hakimlərinin cənubi Mesopotamiyadakı bir

əsrlik hökmranlığına borcludur. Ən ilkin qaynaqlar sırasında Lullubi hökmdarlarının bir neçə qısa yerli

kitabələrini də göstərmək lazımdır.

Şumer-Akkad qaynaqları içərisindən Kuti hakimlərinin siyahısının, Omina (əlamət-lər və nişanələr)

adlanan bəzi mətnləri, Şumer hakimi Utuxeqalın Mesopotamiyadakı sonuncu Küti hökmdarı Tirikanla

müharibəsinin təsviri verilmiş mətnləri, Zaqros bölgə-sinə yürüşlər etmiş Şumer-akkad hökmdarlarının

kitabələrini və s. sadalamaq olar. Elam və Aşşur qaynaq və kitabələri çox zəifdir. Azərbaycan haqqında

məlumatlar Urartu kitabələrində mövcud olan məlumatlarla daha da zənginləşir. Urmiya ətrafı vilayətlərə

Urarfu müdaxiləsi haqqında e.ə. IX əsrin sonuna aid olan ən ilkin məlumatlarda Minua, I Argişti, II Sarduri, II

Argişti bu rayonlara öz yürüşləri barəsində xəbərlər verirlər.

Babil qaynaqları içərisindən e.ə. VII əsrin son rübünün hadisələrini işıqlan-dıran “Gedd xronikası”

nın adını göstərmək olar.”Bibliya”da da Cənubi Azərbaycan haqqında məlumatlar vardır.

“Avesta” mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini- fəlsəfi sistemlər Cənubi

Azərbaycan ərazisində min ildən çox olan uzun bir dövr ərzində yayılmışdır. İran şahı I Daranın Həmədan

ərazisində qaya üzərində üç dildə yazılmış Bisutun kitabəsi də bizim üçün qiymətli mənbə sayılır.

2

Page 3: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan tarixinin öyrənilməsində qədim Antik ədəbiyyatın böyük əhəmiyyəti vardır. Miletli

Hekatey e.ə. VI-V əsrlərdə “Yerin təsviri” əsərində Cənubi Azərbaycanda yaşamış matienlər, Arazboyu

müklər, Kaspi dənizi sahillərində katann tayfalarının yaşa-maları haqqında məlumat verir. O dövrün

müəllifləri Xaron, Ksanf, Hellanik və b. Azərbaycan haqqında məlumatlar verirlər. Azərbaycan ərazisi və

əhalisi haqqında nisbətən geniş məlumat “Tarixin atası” sayılan Herodotun “Tarix” əsərində verilmişdir.

Onun Madalılar və Mada (Midiya), skiflər (iskitlər; iskuzlar) və onların Asiya vilayətlərinə yürüşləri,

Azərbaycan tayfaları - müklər, utilər, saqartilər, matienlər, kaspilər və b. haqqında məlumatları çox

qiymətlidirlər. Qədim Yunan və Roma tarixçi və coğrafiyaşü-naslardan Amasiyalı Strabon (e.ə.63-b.e.23),

Ptolomey, Plini, Ktesi, Tit Livi, Tatsit, Ammian Marselin, Yuli Solin və b. Şərq aləminə həsr etdikləri əsərlərdə

Azərbaycanın əhalisi, coğrafiyası, siyasi hadisələr, əhalinin etnik tərkibi və məşğuliyyətləri haqqında çox

qiymətli məlumatlar vermişlər.

Strabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

qədər gəlib çatmış antik müəlliflərin heç birində Albanlar haqqında “Coğrafiya” da verilənlər qədər

məlumat yoxdur. Onun Atropat Madası və ya Atropa-tenanın Böyük Midyanın bir hissəsi olması, bu ölkənin

öz adını sərkərdə Atropatın adından götürməsi kimi məllumatları çox qiymətlidir. Strabon Qafqaz

Albaniyası, onun vilayətləri, 26 dildə danışan tayfalar haqqında geniş məlumatlar verir.

Məşhur Roma tarixçisi, 35 kitabı qorunub saxlanmış “Roma tarixi” əsərinin müəl-lifi Tit Livi (e.ə 59-

b.e. 1) Roma hücumları dövrü albanları haqqında, modollar və ka-dusilər haqqında məlumat verir.

Böyük Plininin (23-79) “Təbii tarixi” bizim üçün mühüm əhəmiyyətə malikdir. O, 350 yunan və 150

Roma müəlliflərinin əsərlərindən istifadə edərək yazdığı bu əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada

məskunlaşmış tayfaların məişəti haqqında bir sıra çox qiymətli məlumatlar verir.

“Səlnamələr” və “Tarix”lər kimi xüsusilə seçilən çoxlu əsərin müəllifi, Romalı tarixçisi Korneli Tasit

(55-117 illər) də bizə bir sıra qiymətli məlumatlar çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o

cümlədən Albaniya, Parfiya ilə münasibət-lərindən bəhs edilən səhifələri müstəsna əhəmiyyətə malik

mühüm qaynaqdır.

IV əsrdən sonrakı Azərbaycan hadisələri, xüsusilə hin və türk tayfalarının Ön Qaf-qaza axını barədə,

onların qədim etnik adları barədə Bizans qaynaqları (Menandr, Pro-kopi, Aqafi,Lordon və b.) müxtəlif

məlumatlar saxlamışlar.

Orta əsrlər dövrünün öyrənilməsində fars, ərəb və erməni mənbələrinin böyük rolu olmuşdur. Pəhləvi

dilində daş, qala divarı üzərində həkk olunan bir sıra epiqrafik yazı-larda Azərbaycanın ölkə adları öz əksini

tapmışdır. Daş və saxsı üzərində yazılmış, cəmi yeddi-səkkiz cümlədən ibarət alban epiqrafik yazılarının

oxunuşu və anlayışı çətindir.

Ərəb müəllifləri VII əsrdən etibarən Azərbaycan hadisələrinə diqqət yetirmiş və nisbətən müfəssəl

məlumatlar saxlamışlar. Onlardan Bəlazuri, İbn Xordadbeh, İbn Havkəl, İbn əl-Əsir, Təbəri, Müqəddəsi,

3

Page 4: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Yaqut Həməvi, Məsudi və b. Azərbaycanda mövcud olan dillər, ölkənin adı, siyasi hadisələri və s. haqqında

məlumatlar vermişlər. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud olan mülahizələri

sax-lamış, burada türklərin ta qədimdən yaşadıqlarını qeyd etmişlər.

Orta əsr yazılı mənbələri bizim üçün çox zəngin məlumatlar verir. XI –XVIII əsrləri əhatə edən bu yazılı

mənbələr müxtəlif dillərdə, o cümlədən ərəb, fars və türk dillərində yazılmışdır.

Ərəb müəllifi 1bn əl- Əsir sələflərinin əsərlərindən istifadə edərək Azərbaycan ərazisi və tarixi

barədə müxtəlif məlumtları qeydə alınmışdır. Həmdullah Qəzvini Azərbaycanın coğrafiyası-şəhər, dağ, çay

və təbii sərvətləri, əhalisinin etnik tərkibi barədə məlumat verir. Rəşidəddin əsərlərində Azərbaycanda

monqol hakimiyyəti döv-rünü və həmin dövrün siyasi iqtisadi və etnik məsələlərini işıqlandırmışdır.

Səlcuqların hakimiyyəti haqqında Sədrəddin Hüseyninin çox qiymətli məlumatları vardır. Digər orta əsr

müəlliflərindən Əl –Bakuvi, Ən-Nəsəvi, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Xondəmir, İsgəndər

Munşi, Əylisli Zəkəriyyə, Övliya Çələbi və b.-nın məlumatları orta əsr Azərbaycan tarixinin öyrənilməsi üçün

qiymətli mənbələr sayılırlar.

Azərbaycana gələn Avropa səyyahları Adam Olearı, Devallı, Jan Şarden, Kempfer, Tomas Herbert və

b.Azərbaycanın iqtisadi, siyasi, mədəni və etnik tarixinə dair çoxlu məlumatlar vermişlər.

Azərbaycan tarixinin öyrənilməsində Moisey Kalanknatuklinin “Albaniya tarixi “ adlı əsərinin çox

böyük əhəmiyyəti vardır. “Albaniya tarixi” əsəri bənzərsiz tarixi yol keçmiş əsərlərdən biridir. Onun hansı

xalqın tarixi olması haqda qızğın mübahisələrin arası kəsilmir. Ancaq onu mənimsəmək istəyən, onu başqa

xalqın adına çıxmaq istə-yənlərə əsərin öz yazısı, öz ruhu, heç bir şeyə uyuşub qarışmayan öz “dəst-xətti”

gös-tərir ki, o yalnız bir xalqın tarixinin malıdır. Yalnız bir xalqın 600-700 il çərçivəsində yaşadığı ağ günlərə

sevinən, ağrılı –acılı, qanlı-qadalı günlərə isə göynəyib ağrıyan bir əsərdir. Bu xalq Şərqi Zaqfqaziyada

yaşamış, indiki azərbaycanlıların soykökündə da-yanan albanlar olmuşlar. Buna görə də “Albaniya tarixi “

kitabi bizə qədər erməni (qra-bar) dilində gəlib çatsa da, ona sahib sayıla biləcək yeganə tarixi varlıq

yalnız alban-ların özüdür. Tarixdə bu və ya başqa dillərdə yaranmış əsərlər çoxdur. Məsələn İbn Sina, əl-

Biruni, Fərabi və başqaları ərəb dilində yazıb yaratmışlar. Ancaq belə bir fakt həmin əsərlərin milli-tarixi

ünvanı üçün göstərici deyildir. Azərbaycan tarixşünaslığında yalnız bir fikir vardır. Bu əsərin erməni-qrabar

dilinə çevirilməsi VIII əsrdə Ərəb xilafətinin köməyi ilə erməni- qriqoriyan kilsəsinin Albaniyanı öz nüfuzuna

tabe etməsi ilə bağlıdır.

“Albaniya tarixi” kitabi 1861-ci ildə Patkanyan tərəfindən rus dilinə tərcümə edilərək Peterburqda

çap olunmuşdur. Tərcüməçi əsərdə olan alban – türk ruhunu nə qədər təhrif etsə də, ümumilikdə onu

aradan qaldıra bilməmiş və hətta bəzi türk söz-lərini olduğu kimi saxlamışdır.

Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə nəşr olunan kitab o qədər təhrif olun-muşdur ki, erməni

tədqiqatçıları birinci tərcüməni yazarsız saymışlar.

4

Page 5: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Əsərdə hadisələr VII əsrdən X əsrə qədər davam edir. Əsər 3 kitabdan ibarətdir. Birinci və ikinci

kitabları, görünür bir müəllif yazmışdır. Çünki VII əsrə, xüsusilə Cavanşirin dövrünə düşən hadisələri bu

müəllif öz gözlıəri ilə görmüşdür. Lakin üçüncü kitabda hadisələrin işlənməsi X əsrə qədər çatdırılır. Moisey

Kalankatuklı VIII-X əsrlərdə yaşaya bilməzdi, deməli, sonuncu kitabın başqa müəllif tərəfindən yazıldığı

inkaredilməzdir. Başqa sözlə, üçüncü kitab əslində bitmiş bir əsərə sonralar qatılmışdır.

Bu bir daha göstərir ki, Alban kilsəsi ətrafında gedən mübarizə ilə bağlı olaraq , bu dövrdə “Albaniya

tarixi” artıq kəskin siyasi əhəmiyyət kəsb etmiş bir əsərə çevrilmiş-dir.

Əsərdə Mihranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq, Albaniyanın

görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması dövrün-dən dövlətin sonrakı dövrlərinə qədər,

xristianlığın bu ölkədə yayılmasına, Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar verilir.

Albaniyanın XI-XII əsrlər tarixi haqqında Gəncəli tarixçi Mxitar Qoş da səlnamə yazmışdır. Onun

“Alban səltənəti” əsəri həcmcə kiçik olsa da mənbəşünaslıq baxı-mından çox qiymətli bir əsərdir.

“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı Azərbaycan

tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci il-də bəlli olmuşdur.

Alman şərqşünası H. F. D i t s Drezden kitabxanasında “Dədə Qorqud” dastanlarını ilk dəfə aşkara

çıxarmışdır. Hətta Basatin Təpəgözü öldurdüyü boyu al-man dilinə çevirərək nəşr etdirmişdir.

Drezden nüsxəsi 154 səhifəlik bir əsərdir, hər səhifəsində 13 sətir vardır və12 boydan ibarətdir.

Bu eposun İtaliyada Vatikan kitabxanasında saxlanılan 109 səhifəlik başqa bir nüsxəsi də vardır.

Drezden nüsxəsi açıq-aşkar Azərbaycan dilində yazılmışdır. Vati-kan nüsxəsi isə cəmi altı boydan ibarət

olub, XVI əsr türkcəsinə daha yaxındır.İndiki elmi biliklərə arxalanaraq dastanın aparıcı və başlıca

mövzularının çox-çox uzaqlara, hələ ibtidai – icma qurluşunun dağıldığı və “hərbi demokratiya”

hakimiyyətinin yaşadığı zamanlara gedib çıxdığını söyləmək olar.

Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-VII əsrlərdə yazıya

alınmış, fars (Pəhləvi) və ərəb dillərin də də “Oğuznamə” adı altında çevrilmişdir. Kitabın iki əsrə yaxın

öyrənilmə tarixində böyük xidməti olan böyük rus türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk

dövründə, yəni Qafqaz mühitində, Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı torpaqlarda, yəni

Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının açarı onun özündədir. Kitabın əlyazmasında

oğuzlar dönə-dönə müsəlman adlandırılsalar da, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət

qanunlarından kənarda durur. Bu oğuzlar hələ də “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü işlədirlər.

“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini –mifoloji təsəvvür və adət ənənələr oğuzların ibtidai

dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir. İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat

keçirmişlər. Oğuzların əsas təsərrüfatı qoyunçuluq –maldarlıq, atcılıqdan ibarət olmuşdur. İnamları

xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.

5

Page 6: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən, hunlardan gəlmə bir inancdır. At

igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.

Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə çəkilməsidir.

“Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə edir. Lakin bəzi

boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə uzlaşdırılan epizodlar vardır.

Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik. Oğuz igidləri, bütün

oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular.

Yeniyetmələr yalnız 15 yaşına dolduqda və igid-lik göstərib “ərlik isdədikdə”ad alırdılar. Bu adlar islamdan

çox-çox qabaq Oğuz dədə-lərin yaşatdığı türk adları idi.

Oğuzların qadınları, qız- gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər. Kitabda oğuz-türk

xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi, inzibati -ərazi baxımından çox qiymətli

məlumatlar verilir.

Beləliklə göstərmək olar ki, “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan xalqının ümumilikdə türk

xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində bir əvəzsiz mənbə rolunu oynayır.

Bu mühazirədə biz Azərbaycan tarixinin mənbəşünaslıq məsələlərinə nisbətən az da olsa ekskurs

etdik, qədim, orta əsrlər dövrü qeyri-yazılı mənbələr haqqında məlumatlar əldə etdik.

Ana torpağın şərəfi olan insanın yer üzündə ilk izi daşlarda qayalarda həkk olunmuşdur.

Məhəmməd Hadi deyirdi: ”Övraqü həyatda imza atan, tarixin səhifələrində iz qoyan millət

bəxtiyardır”.

Dünyanın bu əbədi səlnaməsində Azərbaycan xalqının da imzası olduğunu xəbər verən möhtəşəm

daşlarda ilk insanların donmuş ürəyi, əməlləri yaşamışdır.

Azərbaycanın iqlim şəraiti, çayların bolluğu, ərazisinin bir hissəsinin dənizlə əhatə olunması bu ölkənin

ilk yaşayış məskəni olmasına imkan yaratmışdır. İnsan yarandığı gündən təbiətlə mübarizə aparmalı

olmuşdur. Təbiətin amansız hadisələri-soyuqlar, buzlaşmalar, daşqınlar yanğınlar və s.insanları daim məhv

olmaq təhlükəsi qarşısında qoyurdu.

Ən qədim zamanlarda insanlar vəhşi heyvanlardan demək olar ki, o qədər də fərqlənmirdilər. Qida

axtarmaq onların başlıca məşğuliyyətləri idi. Lakin yaşamaq uğrunda mübarizədə öz fəaliyyətini əmək

alətləri hazırlamaq istiqamətində gedərək, onlar heyvanat aləmindən ayrıla bilmişlər.

İbtidai dövrlərdə alət hazırlamaq üçün ən münasib material daş olmuşdur. Daş möhkəm, davamlı və

uzun müddət qaldığına görə ən qədim insan mədəniyyəti izləri zəmanəmizə qədər gəlib çıxmışdır.

Bəşəriyyətin keçdiyi təxminən 2 milyon ilə yaxın dövr tarixdə” daş dövrü” adlanmışdır. Metalın kəşvinə

qədər daş alətlər insan həyatında aparıcı rol oynamışdır.

6

Page 7: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Qədim paleolit dövründə yaşayan ibtidai insanların həyatında ov xüsusi və başlıca rol oynamışdır.

Arxeoloji materiallar göstərır ki, şell-aşell dövründə insanlar ayri-ayri dəstələrlə sürü halında

yaşamışlar.Onların istifadə etdikləri istehsal vasitələri dəstənin ümumi mülkiyəti olmuşdur. Onlarda ilk icma

və bəsit icma hakim ictimai qurum olmuşdur.

İstehsal vasitələri təkmilləşdikcə qədim insanlar da inkişaf edirdi. Onların təfəkkürü genişlənmiş,

ünsiyyət əlaqələri artdı. Bu münasibətlərin nizamlanmasında dil və dini anlayışın böyük rolu olmuşdur.

Azərbaycan arxeologiyasının nailiyyətlərindən biri orta daş dövrü (Mezolit) məsələsidir. Bu dövr e.ə

XIII-VIII minillikləri əhatə edir.Tapıntılar göstərir ki, bu dövrün sakinlərinin əsas peşəsi ovçuluq olmuşdur. Ox

və yaydan istifadə edən mezolit dövru insanları, paleolit dövrü insanlarına nisbətən xeyli inkişaf etmişdir.

1965-1966-ci illərdə C.Rüstəmov və F.Muradova tərəfindən Qobustanın “Ana zağa” və “Çar dağ zağa”

sığınacaqlarında mezolid dövrünə aid bir sıra maddi-mədəniyyət abidələri aşkara çıxarılmışdır.

Mezolit dövrünə aid Damcılı, Qobustan və b.yerlərdən aşkar edilən əmək alətləri və digər istehsal

vasitələri sübut edir ki, bu dövrün sakinləri artıq oturaq həyat sürmüş, kollektiv şəkildə yaşamışlar.

Məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq ibtidai-icma qurluşu meydana çixmaqda idi. Bu

quruluş istehsal vasitələri və məhsullari üzərində ictimai mülkiyyətlə xarakterizə olunurdu. Bu quruluşun

əsasını bir-biri ilə qan qohumluğu olan insan qruplarından ibarət nəsil təşkil edirdi. Nəslin bütün üzvləri

birgə yaşayırdılar.O zaman insanın insan tərəfindən istismarı yox idi.

İbtidai-icma quruluşunun ilk dovründə nəslə mənsubiyyət ana xətti ilə inkişaf edirdi. Bu dövr

matriarxat və ya ananın şahlıq dövrü adlanır. Bu onunla əlaqədar idi ki, qadınlar istehsalda hakim möqe

tuturdular. Sonralar qadınlar torpaq becərməklə məşğul olduqları halda, kişilər yem arxasinca meşələri və

düzləri dolaşırdılar.

Mezolit (orta daş dövrü) o qədər uzun sürməmiş,yeni daş dövrü ilə əvəz olunmuşdur. Bu yeni daş

dövrü Neolit adlanır. Ümumiyyətlə Azərbaycanda Mezolit və Neolit dövrləri demək olar ki, nisbətən zəif

öyrənilmişdir. Bu baximdan Damcılı və Qobustan mağaralarında aşkar edilən abidələr çox böyük maraq

doğurur.

Neolit dövrü təxminən e.ə.VII-VI minillikləri əhatə edir. Neolit dövründə qəbilələrin birləşməsi

zəminində tayfalar meydana gəlir, qəbilə dilləri tayfa dilləri ilə əvəz olunur. İnsanlar özlərinə lazım olan

maddi nemətləri əldə etmək üçün daha mükəmməl alətlər hazırlamağa çalışırdılar. Neolit dövrünün

sonlarında insanlar təsərrüfat və məişətdə metal əşyadan istifade etməyə başlayırlar. Bu ilk metal mis

olmuşdur. Mis məmulatının meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü adlanır və e.ə. VI-IV minillikləri

əhatə edir.

O zamanlar Azərbaycana sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı Qarabağ ərazilərində olan

mis yataqlarından istifadə edirdilər.

7

Page 8: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni aşkar edilmişdir.

Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ), Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan

düzü) və başqa yaşayış yerlərini göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq,

nizə ucu, qıyıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.

Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündə də mühüm dəyişikliklər baş verdi. Qoşa

nigahlı ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasi-tələri üzərində irəliyə doğru mühüm

addım idi. Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda, habelə ictimai həyatda kişilərin mövqeyi

möhkəmləndi.

Enolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli tayfaların həyatında yeni,

daha mütərəqqi mərhələnin – Tunc dövrünün başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və

e.ə. IV-II – minillikləri əhatə etmişdir.

Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti olaraq onlar ilk, orta və

son Tunc dövrləri adlanmışlar. İlk Tunc dövrü Kür-Araz mədə-niyyəti də adlanır. Bu mədəniyyətin əsas

təşəkkül və yayilma sahəsi Kür-Araz ovalığı olsa da, bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya,

Şimali Qafqaza qədər ərazilər rast gəlinir.

Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə, Mingəçevir, Şəmkir, Naxçıvan və başqa

ərazilərdə aşkar edilmişdir. Şəmkir və Mingəçevirdə tunc baltalar və nizə ucları hazırlamaq üçün daş

qəliblər aşkar edilmişdir.

Tunc dövrünün əsas qəbir abidələri qutular və kurqan torpaq qəbirlərindən ibarətdir. Onların

içərisindən aşkar edilmiş materiallar tayfalararası mübadilədən doğan qarşılıqlı əlaqələrin olmasını sübut

edir.

Mingəçevir kurqanlarında tunc dövrünə aid mədəniyyət abidələri –qılınclar, baltalar, təbərzinlər,

xəncərlər, ox ucları və s. tapılmışdır. Maddi-mədəniyyət sahəsindəki ciddi irəliləyişlə əlaqədar olaraq

ölkənin təsərrüfat həyatı da xeyli inkişaf etmişdir.

E.Ə.III-I minilliklərdə ölkənin iqtisadiyyatında əkinçilik və maldarlıq daha böyük rol oynamışdır. Bu

dövrdə dulusçuluq, metalişləmə, toxuculuq, daşişləmə və s. sənət sahəsi xeyli inkişaf etmişdir.

Tunc dövründə ana nəsli ata nəsli ilə (patrialxal) əvəz edilməyə başlayır. Patriarxal ailə

münasibətləri genişlənməyə başlayır.

Orta tunc dövründə məhsuldar qüvvələrin inkişafı nəticəsində birinci böyük ictimai əmək bölgüsü -

əkinçiliyin maldarlıqdan ayrılması prosesi baş vermişdir. Ictimai əmək bölgüsünün baş verməsi ibtidai- icma

quruluşunun gələcək tənəzzülü prosesinin sürətlən-məsinə səbəb oldu.

Tunc dövrünün sonlarına yaxın əmlak və ictimai bərabərsizlik dərinləşməyə başlayır, icma

quruluşlarının əsasları sarsılır, böyük tayfa ittifaqları yaranır.Təsərrufat tayfaların ümumi mülkiyyətindən

8

Page 9: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

ayrı-ayrı ailə başçıların mülkiyyətinə çevrilirdi. Tayfa başçıları tədricən maddi sərvətləri öz əllərinə alırlar.

Tayfalar arasında otlaq, qul ələ keçirilmək üstündə toqquşmalar təşkil olunurdu.

E.ə. II-ci minilliyin sonu I-ci minilliyin əvvəllərində tunc alətləri tədricən dəmirlə əvəz olunmağa

başlayır. Dəmirdən istifadə olunması ilə bəşər tarixində yeni dövr-Dəmir dövrü başladı. Bu tunc və mis

alətlərin sıxışdırılıb atılmasına, torpağın becərilməsinin yaxşılaşdırılmasına və genişləndirilməsinə geniş

imkanlar asdı. Bununla da əkincilik insanın əsas və daimi məşğuliyyətinə çevrildi.

İbtidai-icma quruluşunda məhsuldar qüvvələr ləng də olsa inkişaf etmekdə idi. Daş alətlərdən metal

alətlərə keçid istehsal üsülunda əsaslı çevrilişə səbəb oldu.Tədricən insan əməyinin tətbiq olunduğu sahələr

genişlənir, insanların yeni peşə sahələri meydana çıxır, ayrı-ayrı ailələrin müstəqil məşğul olmaları üçün

şərait yaranırdı.

İbtidai-icma quruluşunun dağılmasına səbəb olan ziddiyətlər yetişməkdə idi. İstehsal alət və vasitələri

üzərində xüsusi mulkiyyət meydana çıxırdı.Tayfa ağsaqqalları və bəzi üzvləri icmalardan ayrılır, yaxşı

torpaqları öz əllərinə keçirir, ictimai vəzifələri irsi olaraq öz varislərinə verirdilər.

Xüsusi mülkiyyətin və mübadilənin inkişafi xüsusi mülkiyyətin ictimai mülkiyyətə qarşı qoyulmasına,

ailələrin bir hissəsinin varlanmasına, digər hissəsinin isə yoxsullaş-masına səbəb olurdu. Meydana çıxan

icma əyanları qalan icmaçıları özləri üçün işləməyə məcbur edirdilər.

Tədricən varlı tayfalar başqa tayfaları öz nüfuzları altına alır, bəzən də tayfa ittifaqlarının başında

dururdular.

Bütün bu daxili ziddiyyətlər ibtidai-icma quruluşunun dağılmasına səbəb oldu. İstehsal

münasibətlərinin məhsuldar quvvələrinin xarakterinə uyğun gəlməməsi onlar arasında mübarizəyə səbəb

olmuş, yeni istehsal münasibətlərinin yaranmasını labüd etmişdi. Cəmyyət siniflərə bölünmüş dövlət

yaranmışdır.

Beleliklə e.ə.I-ci minilliyin əvvəllərindən başlayaraq ilk sinifli cəmiyyət yaranmışdır. İnsanın insan

tərəfindən istismarına və xüsusi mülkiyyətin yaradılmasına başlanmışdır.

Azıx mağarası (ən qədim türk dillərində ayı deməkdir). Quruçayın sol sahilində dəniz səviyyəsindən

900 m hündürdə yerləşir. Mağara bir-biri ilə dar keçidlərlə birləşən 6 salondan ibarətdir. Azıx mağarası aşağı

paleolit dövrünə aid nadir mağaralardandır. Oradan 1968-ci ildə Aşel dövründə yaşamış ibtidai insanın çənə

sümüyü tapılmışdır.Bu tapıntı Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut

edir.

Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən M.Hüseynov tərəfindən öyrənilir.Qalınlığı 10-14m olan

10 təbəqə aşkar edilmişdir.

9

Page 10: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Birinci təbəqə Eneolit dörünə aiddir. Aşağı paleolitə aid olan 3,5,9 təbəqələrdən 15 mindən çox daş

məmulatlar əldə edilmişdir. 6-cı təbəqədə ibtidai üsulla qəlpələnmiş çapacağa oxşar alətlər tapılmışdır.Bu

alətlər Şell dövrünə aid edilir. 2 və 4 cü təbəqələrdə arxeoloji material tapılmamışdır.

Aşağı paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və balıq sümüyü mağara

sakinlərinin yığıcılıqla bərabər ovçuluqla və balıqçılıqla məşğul olduqlarını sübut edir. Fauna qalıqları içində

35 növ heyvan sümüyü aşkar edilmişdir.Eyni zamanda 4 ocaq yeri tapılmışdır.Azix mağarasındakı bu

tapıntılar sübut edir ki,bu ərazidə 1milyon il əvvəl yaşayış olmuşdur.

Qobustan Kiçik Qafqaz dağlarının qurtaracağında Böyükdaş, Kicikdaş və Cingirdağ zonasında yerləşir.

Qobustanda zəngin qayaüstü təsvirlərlə yanaşı, daş dövründən başlamış orta əsrlərədək çoxlu maddi-

mədəniyyət abidələri vardır. Onlardan ibtidai-insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar və s.

göstərmək olar.

Qobustan 1947-ci ildən İshaq Cəfərzadənin rəhbərliyi altında öyrinilir.Arxeoloji qazıntılar zamanı

Qobustanda 14 qədim düşərgə, 30-dan çox kurqan öyrənilmişdir. Bu məskənlərdən ”Ana zağa” , ”Kənizə” ,

“Firuz” , “Ovcular”, “Yazılıtəpə” və s. göstərmək olar.

“Firuz” adlı Mezolit dövrü düşərgəsində aşkar edilmiş qəbir böyük elmi əhəmiyyətə malikdir.11-

nəfərin dəfn olunduğu bu qəbirdən balıq toru toxumaq üçün sümük alətlər, daşdan, heyvan dişlərindən

düzəldilmiş muncuqlar diqqəti cəlb edir.”Ana zağa” dan Neolit dövrünə aid gil qablar, boyunbağılar

tapılmışdır.

Qobustan qayaustü rəsmləri daha böyük elmi əhəmiyyət daşıyır.Təqribən 750 qaya üzərində 4000-ə

qədər insan və heyvan təsvirləri, müxtəlif işarələr aşkar edilmişdir. Qayalar üzərində oyma üsulu ilə çoxlu

qayıq təsvirləri həkk olunmuşdur.

Qayaüstü rəsmlər arasında ov səhnəsi, əmək prosesi, taxıl biçini, ibadət etmək, qiz qaçırmaq, yallıya

oxşar rəqs etmək səhnələrinə rast gəlinir. Məhşur İsveç səyyahı Tur Heyerdal orada olarkən demişdir:

”Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyildir. Bəs nə üçün sizinkilərin

sorağı səkkiz minilliklərdən gəlir.”

10

Page 11: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

II Mövzu:

Azərbaycan ərazisində tayfa ittifaqlari və qədim

dövlətlər.

P l a n :

1. Miladdan qabaq III-II minillkilərdə Azərbaycanın etnosiyasi

xəritəsi.

11

Page 12: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

2. İlk Azərbaycan dövlətləri :Aratta, Lillubium və Kutium

dövlətləri.

3. Manna və Atropatena quldar dövlətləri və onların ictimai –

siyasi quruluşu.

4. Qafqaz Albaniyası : sərhədləri etnik tərkibi ,vilayətləri və

təsərrüfatı.

Ədəbiyyat:

1. Azərbaycan tarixi.VII cilddə, I cild, Bakı,2005,səh.166-414.

2. Azərbaycan tarixi .Bakı,1994,səh.73-169.

3. . Azərbaycan tarixi Ali məktəblər üçün dərslik Bakı 2014

4. Qaşqay S. Manna çarlığının tarixindən. B.1971.

5. Fazili A. A. Atropatena e.ə.IV- VII əsri. B.1992.

6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası.Bakı,

Elm,1986.

İbtidai –icma münasibətlərinin pozulması ilə sinifli cəmiyyətin meydana gəl-məsi ölkədə məhsuldar

qüvvələrin sürətli inkişafı və istehsal münasibətlərinin kəskinləşməsi nəticəsində baç verdi. İlk sivilizasiya

–sinifli cəmiyyət ibtidai –icma qurluşuna nisbətən irəliyə doğru güclü addım idi.

Bu dövrdə hərbi-demokratiya quruluşu meydana çıxır, insanlarda sərvət əldə etmək, qonşuların

sərvətinə malik olmaq meylləri güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq iri və

güclü tayfalar ətrafında birləşməyə başlayırlar.

Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində lullubilərin

və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.

Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün qərb və

şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşayırdılar.

12

Page 13: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül tərkibində

demək olar ki, heç bir dəyişilik baş verməmişdi.

E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir hisəsinin

manna tayfalarından ibarət olduğu göstərilir. Onlar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.

Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna tayfalarını etnik, iqtisadi və

mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.

Mannalılardan şərq və cənub –şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk

məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “

Maday” və ya “Amaday” adlanırdı.

E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da yaşayırdılar.

Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.

Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar, albanlar

və başqa tayfalarla qarışmışlar.

Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə Azərbaycanın

düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.

Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa ittifaqlarında birləşməyə

başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr iqtisadi və siyasi cəhətdən az-çox inkişaf etmiş

tayfalar idilər. Çox vaxt tayfa itifaq-larının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini qaynaqlar

əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad

daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.

Azərbaycanda bizə məlum olan ilk dövlət qurumu Aratta olmuşdur. Bu ölkə ilə əlaqədar hadisələr

(e.ə.III minilliyin birinci yarısı) bir neçə Şumer dastanında əks olunmuşdur.

Məs. “En-Merkar və Aratta hökmdarı”, “En- Merkar və En-Sukuşsirana”, “En Merkar və Luqalbanda”,

Lüqalbanda və Xurrit dağı” və s dastanlar.

Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi.

Onun ərazisi Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə edirdi. Bu dövlət Şumer şəhər dövlətləri

ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı. Şumerin paytaxtı Uruk və onun hökmdarı En-Merkar ilə

Arrata arasında əlaqələr genişlənirdi. Aratta hökmdarı En-Sukuşsirana Şumerlərə bir müttəfiq kimi yanaşır,

hətta samilərin Şumerə hücumları zamanı onlara hərbi yardım da etmişdi.

13

Page 14: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Eyni zamanda bu iki dövlət arasında münaqişələr də olur, biri-digərini tabe etməyə çalışırdı.

Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun ,mis və s.hasil edir və

Mesopotamiya ərazisinə ixrac edir, oradan isə Arattaya taxıl və meyvə gətirilirdi.

E.ə.III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradı.Mesorotamiya Akkad dövlətinin

hakimiyyəti altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Keçmiş

Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı.Bu tayfa ittifaqına turukku və su

tayfaları da daxil olmuşdular.

E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi dövləti yaranır. Lullubi hökmdarı Satuni (e.ə.2230-

2200). Akkad dövlətinə qarşı hərbi birləşmələrdə iştirak etmişdir. Əvvəllər Lullubium padşahlığında xırda

hökmdarlar olmuşdur. Lullubi hökmdarı İmaşun xırda hakimləri mərkəzi hakimiyyətə tabe edir. Beləliklə

e.ə. XXIII əsrin sonlarına yaxın Urmiya gölünün cənubunda Akkad dövləti ilə mübarizə aparan güclü

Lullubium dövləti yaranır. Bu dövlət hökmdar Anubanninin dövründə (e.ə.2170-2150) daha da

güclənir.Onun siyasi və hərbi nailiyyətləri “Daş sütunu” mixi yazılı abidəsində həkk olunmuşdur.

Lillubilər də Arattalılar kimi Mesopotamiya şəhər dövlətləri ilə əlaqə saxlayırdılar. Buradan mal-qara

aparılaraq, ölkəyə taxıl gətirilirdi.

Lullubilər mixi yazılarına bələd idilər. Anubanninin “ Daş sutunu “ lullubu ustaları tərəfindən

yazılımışdı.

Lullubilər səma, bərəkət, məhəbbət, ay, günəş və s. Allahlara sitayış, edirdilər. Səma allahı Anunilin

adı birinci çəkilirdi.

E.ə.II minillikdə vahid Lullubium dövləti parçalanır və yerində xırda hakimiy-yətlər yaranır. Mənbələr

bu dövrdə “çoxlu lillubi hökmdarları” ifadəsini işlədir.

E.ə.III minillikdə Urmiya gölünün qərb və cənubi- qərb hissəsində kuti ( və ya quti) tayfa birləşmələri

var idi. E.ə. III minilliyin ikinci yarısında kutilərin dövlət ha-lında birləşməsi başlamışdı. Hətta onlar

Mesopatamiyada gedən siyasi hadisələrə müdaxilə etməyə başlamışdılar.

Kutilərin hökmdarı Enridovazis Akkad üzərinə dəfələrlə hücum etmiş və Akkad hökmdarı Naram-

Suenin Şumerə hücumu zamanı şumerlərə kömək etmişdir. Hətta Kiti hökmdarının şərəfinə Şumerlərin

Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və Enridavazir “qüdrətli Kutium və dünyanın dörd tərəfinin

hökmdarı” adlandırılmışdır.

Sonralar kutilərin Mesopotamiyaya hücumları daha da aktivləşir. E.ə.2175-ci ildə Mesopotamiyada

hakimiyyət kuti sülalələrinin əlinə keçir. Demək olar ki, burada kutilərin hakimiyyəti 100 ilə qədər davam

etmişdir.

14

Page 15: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

E.ə.III minilliyin sonlarında kuti hökmdarı Tirinanın dövründə kutilərin hakimiyyətinə qarşı narazılıq

başlayır. Ürük şəhərinin əhalisi hökmdara qarşı çıxdılar. Muri şəhəri yaxınlığında qəflətən üsyançılar Trikan

üzərinə hücuma keçirlər.Kutilər məğlub olur və hökmdar əsir düşür. E.ə. 2104-cü ildə kutilərin

hakimiyyətinə son qoyulur.

E.ə.II minilliyin əvvələrində Urmiya gölü hövzəsində yaşayan turukku (turiki) və su tayfaları siyasi

fəaliyyətə başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubium dövlətlərinin tərkibinə

daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukku və su tayfaları Mesopatamiya

hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar.Turukkular Zaqros dağlarını aşaraq

Mesopotamiyaya daxil olurdular.Onlar Aşağı Zab çayına qədər gələrək hurrit tayfaları ilə əlaqələrə girirdilər.

Umimiyyətlə turukkular Assur dövləti üçün böyük təhlükə mənbəyi idilər. Assur hökmdarı Şamşı-Adad

(e.ə.1813-1781) turukkulara qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxilələrinin qarşısını ala

bilmir.

E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin

meydana gəlməsi üçün şərait yaranır.

Bu dövlət Manna adlanır. Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi və onlar

xarici müdaxiləyə qarşı birgə mübarizə aparırdılar. Manna ərazisində əsas vilayətlər bunlar idi. Zamua,

Mazuma, Gilzan, Alateye, Zikirtu, Andia və s. Manna adı ilk dəfə e.ə.843-cü ildə Assur mənbələrində yad

edilmişdir.Bu mənbələrdə Manna əslində tayfa adını bildirirdi.

Assuriya hökmdarı III Salmanasar e.ə. 857, 856-cı illərdə Mannanın Zamua vilayətlərinə soxuldu və bir

sıra şəhərləri tutdu.

E.ə 829-cu ildə III Salmanasar Manna hökmdarı Halkinin (Udaki) hakimiyyəti altında olan torpaqlara

soxuldu.Paytaxt Ziztu(sonralar İzirtu) tutulur.

E.ə.IX əsrin ikinci yarısında Urartu da Manna torpaqları hesabına ərazilərini genişləndirməyə çalışırdı.

Hökmdar Menua e.ə. 812-ci ildə Mannanın Meişta vilayətini ələ keçirir. Lakin çox çəkmir ki, Mannalılar

Urartu işğalçılarını qovub çıxarırlar.

E.ə.VIII əsrin birinci yarısında Assuriya siyası cəhətdən zəifləyir. Manna hökmdarı İranzu (e.ə.740-

719) yaranmış siyasi vəziyyətdən bacarıqla istifadə etdi. Assuriya ilə Urartu arasında gedən

müharibələrdən istifadə edən İranzu itirilmiş torpaqları geri qaytara bildi.

İranzu bütün Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi və ölkədə canişinlik sistemi

yaratdı.Mannanın sərhədləri şimalda Araz çayı ilə, cənub və cənub şərqdə Kassi ölkəsi, Pars və Lidiya ilə

həmsərhəd idi.

15

Page 16: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

İranzunun hakimiyyəti illərində Manna demək olar ki, Cənubi Azərbaycannın sərhədlərində bərqərar

oldu və Urmiya gölü hövzəsində ən qüvvətli bir dövlətə çevrildi.

İranzunun vəfatından sonra (e.ə. 719) oğlu Aza hakimiyyətə gəldi. Onun dövründə ölkə daxilində

ixtilaflar gücləndi və dövlətdə parçalanma təhlükəsi yarandı.Urartu hakimi Rusa bundan istifadə edərək

e.ə 716-cı ildə Azaya qarşı sui- qəsd təşkil edir və Aza öldürülür. Aza həlak olduqdan sonra onun qardaşı

Ullusunu (e.ə.716-680) Manna hakimiyyətinə sahib olur. Onun hakimiyyətə gəlməsində Urartu hökmdarı

Rusanın əli olmuş və bunun əvəzində ona 22 qala hədiyyə etmişdi. Bundan qəzəblənən Assuriya çarı II

Sarqon e.ə.716-cı ildə Mannaya hücum etdi. Ullusunu paytaxt İzirtu şəhərini tərk edərək qaçdı, şəhər

tutuldu. İki il sonra, e.ə 714-cü ildə II Sarqon Mannaya daha geniş hücum çəkdi. Onun məqsədi Mannanı

Urartu təsirindən azad etmək və öz mövqeyini Mannada möhkəmləndirməkdən ibarət idi. Bu hücumlardan

sonra Manna uzun müddət Assuriya lə ittifaqa sadiq qaldı.

VII əsrin birinci rübündə Qafqazdan Mannanın qərb və cənub-qərb vilayətlərinə kimmersak tayfa

birləşmələri gəlirlər və onlar Assuriya üçün böyük təhlükə təşil edirlər. Mannalılar Assuriya əleyhinə onlarla

ittifaqa girərək Assur əsarətindən qurtuldular. Manna hökmdarı Ahşeri (e.ə. 675-650) artıq müstəqil siyasət

yürüdürdü.

Sonralar daxili ziddiyətlər nəticəsində Manna dövləti yenidən Assuriyanın asılılığına düşür. Ahşeriyə

qarşı üsyan baş verir və o,650-ci ildə öldürülür.Hakimiyyətə onun oğlu Ualli (e.ə. 650-630) gəlir. O,

Assuriyanın vassallığını qəbul edir. Ölkə getdikcə zəifləyir və 615-610-cu illərdə Midiyaya tabe edilir.

Mannanın adına son dəfə müqəddəs Bibliyada –e.ə. 593-cü il hadisələrindən bəhs edilərkən rast gəlinir.

Bundan sonra Manna adına heç bir tarixi mənbədə rast gəlinmir.

E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki, bunlar da gələcək Midiya

dövlətinin rüşeymi idilər.

VIII əsrin 70-ci illərində Midiya dövləti yaranır.(Deyok). Lakin bu dövlət Assuriya tərəfindən tez-tez

basqınlara məruz qalırdı. E.ə.VII əsrin ortalarından sonra Midiyada Assuriya ağalığına qarşı üsyan baş verir.

Bu üsyana Kaştariti başçılıq edirdi. İskitlərin köməyindən istifadə edən Assurlar Kaştaritini məğlub edirlər .

Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-lənərək Assur ağalığına

nəinki son qoyur , hətta ona qarşı mübarizəyə başlayır. E.ə. 616-cı ildə Yeni Babilistanla ittifaqa girərək

Assuriyaya hücuma keçir. 615-612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı

Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və torpaqları Midiya və Babilistan

arasında bölüşdürüldü.

Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək Egey dənizi sahil lərində yerləşən Lidiya ərazilərini

tutdu. O, Skif çarlığını da ləğv etdi. Midiyanın sərhədləri Orta Asiyadan İran körfəzinə qədər uzanırdı.

Azərbaycan əraziləri də bu imperiyanın tərkib hissəsi idi.

16

Page 17: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Astiaq (e.ə.585-550 ) hakimiyyətə ziddiyyətlərlə dolu bir vaxtda gəldi. Bu dövrdə köhnə müttəfiq

Babilistan ilə də münasibətlər kəskinləşir. Ölkə daxilindəki farslar gizli fəaliyyətə başlayaraq Astiaqa qarşı II

Kir ilə əlaqə saxlayırlar. E.ə.553-cü ildə II Kir Astiaqa qarşı mübarizəyə başlayır və e.ə. 550-ci ildə Ekbatan

şəhəri tutularaq Astiaqın hakimiyyətinə son qoyulur. Hakimiyyət fars Əhəmənilərinin əlinə keçir.

Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəmənilərin hakimiyyəti altına düşür. E.ə. 530-cu

ildə II Kir Azərbaycanın şimalında yaşayan massagetlərə qarşı döyüşdə öldürülür.

Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün farslara qarşı üsyanlar

etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə həmin il Fraortanın başçılığı ilə xalq üsyanları

olmuşdur. Lakin imperiya bu üsyanları yatıra bildi.

Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir vilayəti kimi fəaliyyət

göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət yeridirdi.

E.ə.331-ci ildə İran Əhəməni imperiyası dağıldıqdan sonra Mada hökmdarı Atropat Makedoniyalı

İsgəndərin hüzuruna gələrək baş əymişdir. Lakin Qavqamel (Cancal) döyüşündə Atropat iranlılara kömək

etdiyi üçün İsgəndər Atropatı vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir nəfəri hakimiyyətə gətirir. E.ə.328 –

ci ildə münasibətləri qaydaya salan Atropat Kiçik Madanın –Atropatenanın satrapı təyin olunur.

Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət nəticəsində Yunan-

Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar.

E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra Atropat daha müstəqil fəaliyyət göstərir.

Strabon “Cografiya” əsərində göstərir: ” Midiya iki hissəyə bölünür. Birinci hissə Böyük Midiya-o biri

hissə Atropat Midiyasıdır. Bu öz adını sərkərdə Atropatdan götürmüşdür... Atropatena hərbi qüvvə

mənasında çox sanballı ölkədir, çünki o,10000 süvari, 40000 piyada meydana çıxara bilər.”

Atropatena Azərbaycanın (Adərbayqan)elmə məlum olan ən qədim adlarından biridir. İran

mənbələrində “Adurbadaqan”,ərərblərdə “Adərbaycan”, ermənilərdə “Atrpataqan” və şair formalarda əks

olunmuşdur.

Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə Cənubi Azərbaycan, İran

Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil idi. Atropatenanın , onun siyasi və mədəni həyatı

haqqında məlumatlar, Atropatendə kənd təsərüfatının, sənətkarlığın, şəhər həyatının və mədəniyyətinin

inkişaf etdiyini göstərir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir, Urmiyə gölündən düz çıxarılması

haqqında məlumatlar vardır. Ölkədə atıcılıq da inkişaf etmşdi.

Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası dağılarkən Böyük Midiya ərazisində

Selevkilər dövləti yarandı (Selevk). Elə o,zamandan Atropatenanın müstəqilliyi uğrunda bu dövlətlər arsında

mübarizə getmişdir. E.ə. 222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə hücuma keçmişdi. Bu vaxt

17

Page 18: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Atropateni Artabazan idarə edirdi. Selevkilər burada güclü müqavimətə rast gəldilər. Hətta Artabozan

hücuma keçərək düşməni təqib edib selevkilərin paytaxtı Selevkiya şəhərinə qədər gəlmişdilər. Selevkilər

məcbur olub müqavilə bağladılar.Bu müqaviləyə əsasən Atropatenanın ərazisi xeyli genişləndi. Bu ərazilərə

Ayrarat vilayətinin baş şəhəri, olan Armavir, Araz vadisi də daxil olmaqla Kolxidaya qədər vilayətlər daxil idi.

E.ə.III əsrin ortalarında Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə e.ə. 250-ci ildə Xəzər

dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana çıxır.(Paytaxt Aşqabad yaxınlığında olan Nisə

şəhəri idi.)

Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və paytaxt Ktesifon

olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər sülaləsi idarə edirdi.

E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv etdilər. Təqribən e.ə.150-ci

ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən asılı vəziyyətə salır. Bu vəziyyət eramızın III əsrinin

ortalarına qədər davam etmişdir. Lakin Atropatena Parfiya dövründə nisbətən də olsa öz daxili

müstəqilliyini qoruyub saxlayırdı.

Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı. Albaniyanın bir

dövlət kimi formalaşdığı e.ə.IV-III əsrlərdə ehtimal olunur. Paytaxtı Qəbələ, eramızın V əsrindən Bərdə

şəhəri olmuşdur. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki, Albaniya şimalda

Sarmatiya, qərbdə İberiya , cənubda Atropatena, şərqdə Kaspi dənizi ilə həmsərhəd idi. Albaniyanın inkişaf

etmiş bir çox vilayətlərinin adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ),

Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çox müxtəlif idi. Ən iri tayfa olan albanlar

Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos sayılırdılar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr

hadisələri ilə əlaqədar yad etmişdir.

Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan etnosların birliyini təşkil edirdi.Burada

sakasen, mük. uti, qarqar, ud, sovde, kaspi, qel, leq və s. adları daşıyan əhali təmsil olunurdu. Eyni zamanda

Albaniyada türk etnosları da yaşayırdılar. Strabonun məlumatına görə albaniyada 26 dildə danışan tayfalar

yaşayırdılar.

Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi” əsəridir. Burada alban

əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, toxuculuq və ticarətlə məşğul olduqları göstərilir.

Çox maraqlıdır ki, Albaniyada quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları

icma üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət olunan dini mərasimlər

məbədlərdə icra olunurdu.

Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsaən e.ə.I əsrdən etibarən

albanların siyasi həyatı barədə məlumatlar verilir.

18

Page 19: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi aktiv siyasi fəaliyyətə

başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə. 69-cu ildə öz düşmənləri Pont çarlığını (kiçik

Asiyanın Qara dəniz sahillərində yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə soxuldular. Albaniya

və Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. Roma sərkərdəsi əvvəlcə Ermənistan ərazilərinə

soxulur, paytaxt Tiqranakert (Van gölünün şərqində ) şəhərini mühasirəyə aldılar. Lakin alban qoşunlarının

köməyə gəlməsi ilə Roma qoşunları geri çəkildi. E.ə.66-cı ildə Qney Pompeyin rəhbərliyi altında Roma

qoşunları hücum edərək II Tiqranı darmadağın edərək Albaniyaya soxuldu. Pompey qışın çıxmasını

gözləyərək geniş hücum (3 istiqamətdən) planı hazırladı.

Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən üzərinə hücuma keçməklə

təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əzməyi qərara alır.

Tarixçi Plutarx yazır:”... Qış Roma ordusunu yaxalayanda və romalılar Saturnalı bayramını qeyd edən

zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər. E.ə. 66-cı ildə

İberiya sərhəddi yaxınlığında, Kür çayı sahilində qanlı döyüş başladı. Alban döyüşçüləri düşməni sıxışdırsalar

da romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq imzalandı. Lakin e.ə. 65-ci ildə Pompey

yenidən Albaniyaya hücuma keçdi. Kürün qolu olan Alazan çayı sahilində romalıları 60 min piyada, 12 min

nəfərlik süvari ordu gözləyirdi. Qoşunun başında hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş romalıların

qələbəsi ilə başa çatdı. Kosis və onun süvariləri məhv oldular. Hökmdar Oroys dağlara çəkildi ki,

mübarizəni yenidən davam etdirsin. Lakin Pompey sülh yolu ilə albanları razı saldı.

E.ə.37-ci ildə Roma sərkərdəsi Krass Albaniyaya hücum etsə də burada çox qala bilməyib geri

qayıtmışdı. Lakin Alban hökmdarı Zoberi öz müttəfiqinə çevrilmişdi.

Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-mişdi.Albaniya Roma ilə

yaxın dostluq münasibətləri saxlayırdı.

Lakin Roma imperatoru Neron Albanlara qarşı böyük yürüş təşkil etdi. Onun bu yürüşü baş tutmadı,

çünki Roma əhalisi üsyan edərək onu öldürdülər. Bir müddət sonra 80—90-cı illərdə imperator Domisianın

dövründə romalılar hücum edərək Xəzərin sahilinə qədər gəlib çıxmışdılar. Böyük daş (Qobustan ) dağının

ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir. Burada yazılmışdır: İmperator

Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın XII leqionunun senturionu."

Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına ala

bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya bildilər.

19

Page 20: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

MÖVZU III

Azərbaycan erkən orta əsrlərdə

P l a n:

1. III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin 2. Inkışafı.Feodal torpaq mülkiyyətinin yaranması.3. Sasani ışğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm 4. VI-VII əsr Azərbayan dövlətləri.Mədəniyyətin inkişafı.5. Etnogenez məsələsi:Azərbaycan xalqının təşəkkülü.

Ədəbiyyat

1. Azərbaycan tarixi. VII-cilddə, II-ci cild, Bakı, 2005, səh. 84-118.2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1998, səh. 10-12.3. Azərbaycan tarixi. Bakı, 1994, səh. 170-231.4. Qasımova -S.0. Azərbaycan III-VIII əsrlərdə. Bakı. 1992.5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1986.

6. Osmanov F.L.Qafqaz Albanıyasının maddi mədəniyyəti. Bakı, 1991,səh. 9-12.

7. Qeybullayev Q. Azərbaycanlıların təşəkkülü tarixindən. Bakı, 1994.8. Qasımova R.M.Azərbaycan xalqının etnogenezi. Bakı,1997.

9. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

20

Page 21: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

III-V əsrlərdə Azərbaycanda feodalizmə xas olan iqtisadi münasibətlər bərqərar oldu. O dövrün qaynaqları, qonşu ölkələrdəki iqtisadi və sosial vəziyyət Azər-baycanda erkən feodalizm münasibətləri haqqında təsəvvür yaratmağa imkan verir.

Məhsuldar qüvvələrın və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal üsulunun yaranmasına şərait yaratdı. Feodal münasibətləri hələ özündən əvvəlki quruluşun dövründə rüşeym kimi yaranmış və inkişaf etmişdi.

Tədricən torpaq sahibliyinin yeni, özünəməxsus cəhətləri meydana gəldi. Əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Belə torpaqlarda qul və məcburu adamların əməyindən istifadə edilirdi. Belə işçilərin əməyə marağı sönür, nəticədə əmək məhsuldarlığı azalırdı. Ölkədə baş verən siyasi dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafı torpaq sahibkarlarına çevrilirdilər. Həmin torpaqlar xidmət əvəzi olaraq hərbçilərə və dövlət adamlarına paylanılır və hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanılan belə torpaqlar“ feod” adlanırdı.(Mülk). “Fodalizm” adı da buradan yaranmışdır.

Feodal torpaqlarında kəndli əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi. Kəndli torpağı becərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi. Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi.

Feodalizm dövründə iki sinif –feodal və kəndli sinfi yarandı. Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdi. Bu kəndlilərin bir çoxu getdikcə var-yoxdan çıxaraq yoxsullaşır, bir qismi isə varlanaraq torpaq mülkiyətçisinə çevrilirdilər. Sasanilərin ağalığı dövründə bu proses daha da gücləndi.

Azərbaycanda əhalinin əsas kütləsini kəndlilər təşkil edirdi. Sasanilər dövrün-də əhali 4 sosial təbəqəyə bölünürdü.

1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3. Mrzə (dipiran) 4. Vergi ve -rən (vastrioşan)

Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Sənətkar və tacirlər də vergi verirdilər.

Torpaq üzərində xüsusi feodal mülkiyyəti Albaniyada iki formada mövcud idi: a) İcma torpaq sahibliyinin dağılması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi

21

Page 22: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

torpaq sahibliyi (dastakert);b) Torpaqların dövlət tərəfindən vassal xidməti müqa-bilində müvəqqəti olaraq paylanması nəticəsində meydana gəlmiş şərti torpaq sahibliyi (xostak) Feodal torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və eləcə də icma və xüsusi kəndli mülkiyyəti də mövcud idi.

V əsr alban səlnaməçisi Movses Xornilinin verdiyi məlumata görə Albaniya əhalisi bu dövrdə hakim sinif olan feodallara (azatlara) və maddi nemətlərin istehsalçısı olan kəndlilərə (sinakanlara ) bölünürdü. Hakim sinfin nümayəndələri naxarar,naxapet, azqapet və sair terminlərlə ifadə olunurdu.

Getdikcə mərkəzləşən dövlətdə hökmdarın (İsxan) hakimiyyəti gücləndi. O, ölkənin həm dünyəvi, həm də dini hakimi kimi qanunvericilik hüququna malik idi. O, həm də hərbi qüvvələrin başçısı sayılırdı.

Mənbələrin məlumatına görə feodal münasibətlərinin inkişafının ilk dövrlərində əsas istismar forması natural şəkildə toplanan vergilər təşkil edirdi. Albaniyada toplanan vergilər bunlar idi. Can vergisi-has, kilsə onda biri-tasanord, məhsul vergisi –ptux və s.Afropatendə də 20 yaşından 50 yaşına qədər bütün kişilərdən can vergisi –cizyə alınırdı .Bu vergini verə bilməyənlər qula çevrilirdilər.

Vergilərin ağırlıığı əhalini var-yoxdan çıxarır, xırda torpaq sahibləri vergini ödəyə bilməməsi üzündən torpaqlarını satmağa məcbur olurdular. Beləliklə torpaq iri əyanların əilində cəmləşirdi. Bu dövrdə Atropatena və Albaniyada az da olsa qul əməyindən istifadə olunurdu. Lakin göstərmək lazımdır ki, kəndli nə qədər var yoxdan çıxıb torpağını itirsə də, feodaldan tam asılı və ya təhkimçi düşmədi.

Məhsuldar qüvvələrin artması, feodal münasibətlərin inkişafı və möhkəm-lənməsi nəticəsində şəhərlərdə əkinçiliklə əlaqəni kəsmiş azad sənətkarlar meydana çıxırdı. Bunlar xırda alverçilərlə birlikdə xüsusi zümrədə birləşirdilər.

Mənbələr sənətkarlığın inkişaf etdiyini təsdiq edirlər. Bu mənbələrdə dulusçu , dərzi, xalçaçı, dəmirçi, dabbaq, zərgər və bənnaların adları çəkilir. Azərbaycanın Mingəçevir, Qəbələ və Şamaxı kimi şəhərləində bu sənət növlərinin inkişaf etyini sübut edən mənbələr aşkar edilmişdir.

226-cı ildə İranın cənubunda yerləşən fars vilayətinin Sasan nəslindən olan Ərdəşir-Papakan Parfiyanın sonuncu hökmdarı V Aztabanı məğlub edərək, özünü İran şahənşahı elan edir. Beləliklə paytaxt Ktesifon olmaqla Sasanil (İran ) imperiyası yaranır.

22

Page 23: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan da canişinlik sisteminə daxil olur. Lakin ilk əvvəllər Atropaten və Albaniya tam asılı vəziyyətdə deyildilər. Sonralar, I Şapur dövründə (241-272) Sasanilərə tabe olan ölkələr içərisində Azərbaycanın (Adurbaden və Albaniya ) da adı çəkilir. Atropaten Sasanilər dövlətinin ən mühüm əyalətlərindən biri hesab olunurdu.Bu onun iqtisadi əhəmiy-yəti ilə bağlı idi. Məhz buna görə də Tavreş (Təbriz ) sasanilərin baş şəhərlərindən birinə çevrilmişdi. Sasanilər Atropatendən əsgər də toplayırdılar.

Sasanilər öz mərkəzi hakimiyyətlərini mökəmlətmək üçün Zərdüşt dinini dövlət dini kimi qəbul etdilər. Bu həm də ona görə idi ki, İran imperiyası ərazisində xristianlıq geniş yayılırdı.Xristianlıq isə sasanilərin düşməni olan Roma imperiyası, sonralar Bizans imperiyasının rəsmi dövlət dini sayılırdı. I Şapur Zərdüştiliyi geniş yaymaq haqqında əmr vermişdi. Zərdüşt kahinləri dövlətin həyatında böyük rol oynayırdılar. Kahinlərin ixtiyarında külli miqdarda torpaq sahələri cəmlənmişdi.

Atropatenanın Qazaka şəhərindəki atəşpərəst məbədi baş məbəd hesab olunurdu. Şahlar taxta çıxandan sonra Ketesifondan buraya, məbədi ziyarətə gəlməli idilər. Ümumiyyətlə zərdüşt ruhaniləri dövlətin həyatında mühüm rol oynayır, iri torpaq sahiblərinin mənafeyini müdafiə edir və özləri də kəndliləri istismar edirdilər. Təkcə Qazaka məbədinin torpaqların da 10 min nəfərə qədər kəndli işləyirdi.

Sasanilər Atropeteni tabe edəndən sonra Albaniya və İberiyaya da hücumlar etdilər. Uzun mübarizədən sonra bu ölkələr də Sasanilərin tabeçiliyinə düşdülər. Azərbaycan eyni zamanda Romalıların da işğalçılıq planlarında var idi. IV əsrdə Ro-ma ilə Sasanilər arasında Cənubi Qafqaz uğrunda uzun sürən müharibələr baş-ladı.

Atropatena da İran –Roma müharibələri meydanına çevrilmişdi. Buraya yunan–erməni qoşunları, hun və alan tayfaları da dağıdıcı yürüşlər etmişlər. Xüsusilə Armeniya hakimləri Albaniyanı işğal etməyə cəhd edirdilər. Albaniyanın Paytakaran hökmdarı Sanatürk (Sanasen) onlara qarşı ciddi müqavimət göstərmişdi. (298-338).O, bu mübarizədə Sasanilərə arxalanırdı. Sanatürk 337-ci ildə 30 minlik qoşunla Armeniyaya yürüş etmişdi. O, Armeniyanın paytaxtı Valarşapatı tutaraq oranı bir il öz hakimiyyətində saxladı.

İran şahı II Sapur (309-379) Albaniyada özünə sadiq hökmdar görmək istəyirdi. Bu zaman yeni Alban hökmdarı Urnayr (359-371) siyasi səhnəyə çıxdı. Urnayr həm də II Şapurun bacısının əri idi. Ona görə də Sasanilərələ Albaniya arasında müttəfiqlik siyasəti üstünlük təşkil edirdi.

23

Page 24: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Məs. Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses Xorneli ) Maisey Kalankatklu yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində qələbə bayrağını qaldırdı.” (Dzirav döyüşü 371-ci il) .

IV əsr Roma tarixçisi Ammian Marsellin təsdiq edir ki, o, şəxsən Amidin (Diyarbəkr ) divarları altınada öz dəstələri ilə II Şapuru müşaiyət edən Alban hökmdarını görmüşdür.

Urnayrdan sonra hakimiyyətdə olan II Vaçaqan, Mirhavan, Satoy və Asay (371-430-cu illər) dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı olmaq yerli əhalidə mübarizə əhvali- ruhiyyəni artırdı. Sasanilər hər şeydən əvvəl Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. İranlılar Albaniyada çoxlu istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd keçidi) möhkəmlətmək , öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdilər. Çünki Şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar edirdilər

V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan qorunmaq üçün Sasanilər Alban qapıları (Dərbənd ) ərazisində əvvəl torpaq sədlər , Şah II Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkdilər. Bu səddin çəkilməsinin ağırlığı yerli əhalinin üzərinə düşürdü. Moisey Kalankatkulu yazırdı: “İran şahları Qafqaz dağları ilə böyük Şərq dənizi (Xəzər) arasında böyük binanı tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi taqətdən salmışdılar”.

Sasanilər ölkənin daxilində öz qarnizonlarını yerləşdirmək üçün Beyləqanda, Bərdədə, Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda Sasanilər bu yerlərə fars dillərində danışan əhalini də köçürürdülər. Sasanilər həm də yerli əhali üzərinə ağır vergilər qoymuşdular, (xərac, qezit və s.). Bu istismara dözə bilməyən əhali ilk dəfə 450-ci ildə sasani zülmünə qarşı mübarizəyə qalxdı. Həmin il Xalxal yaxınlığında (Qazax ərazisi) üsyançılar sasaniləri məğlub etdilər. Şah II Yezdəgird vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq üçün qoşun göndərdi. 451-ci il mayın 26-da Avaray çölündə (Maku yaxınlığı )şah ordusu üsyançıları məğlub etdi. Lakin əsarət altına alınmış xalqın mübarizəsi davam edirdi. Alban hökmdarı İranda gedən siyasi hadisələrdən istifadə edərək sasanilərə qarşı üsyan etdi.

II Vaçenin başçılığı altında üsyan 460-cı il də baş vermişdi.Üsyançılar Dərbənd qalasını ələ keçirərkən, Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq bağladılar. Bunu

24

Page 25: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

görən Sasani şahı Füruz (459-464) hun tayfalarını öz tərəfinə çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar (haylandur) Albaniyaya soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatır. II Vaçedən sonra 30 il ərzində Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən idarə edilməyə başlandı.Morsey Kalankatkulu yazırdı: “Vaçedən mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı”. 493-cü ildə İran Şahı Kavadın əmri ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-510) ilk növbədə Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə Aguen kilsə məclisi çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. Lakin xristianlıq Albaniyada geniş intişar tapa bilmədi. 510-cu ildə III Vaçaqanın ölümündən sonra Sasanilər buradakı dövlət qurluşunu ləğv etdilər. Albaniyada Sasani mərzbanlarının uzun müddətli (510-629) hökmdarlığı dövrü başladı. I Xosrov Ənuşirəvan (531-579) dövründə Adərbayqan, Albaniya, İberiya və Armeniya bir məzbanlıqda (canişinlik ) birləşdirildi. 628 –ci ildən Azərbaycan Xəzər xaqanlığının işğallarına məruz qalmışdır.

Sasanilərin hakimiyyətinin ilk illərində İranda yeni dini təlim –manixeyçilik yayılmağa başladı. Bu təlim Mani (216-276) tərəfindən təbliğ olunurdu. Təlimə görə dünyada işıq və qaranlıq arasında mübarizə gedir. Dünya şeytan əməlləri ilə doludur. İnsan ilk növbədə şər ünsürlərdən azad olmalıdır. Hakimiyyətə can atmamalıdır. Şər qüvvələrdən uzaqlaşmağa çağıran Mani istismar olunan zəhmətkeşlərin gününə yanırdı. Bu təlim tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına, şərqdə isə Orta Asiyaya qədər yayıldı. 276-cı ildə Mani edam edilir. III əsrin sonlarında İran və Romada Bundov manixeyçiliyi təbliğ edir. Bu təlimin Sasanilərə qarşı məzdəkilər hərəkatına böyük təsiri olmuşdu. 481-ci ildə başlanan bu hərəkata Məzdək Bəmdad oğlu rəhbərlik etmişdir.

Məzdəkilər təliminin əsas müddəaları ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaqdan ibarət idi. I Kavadın (488-531) hakimiyyəti illərində Məzdəkilər hərəkatı daha da geniş vüsət alır.

Xalq üsyanlarından ehtiyat edən və əyanların qüdrətini sarsıtmaq məqsədi güdən I Kavad əvvələr Məzdəkilərə qəyyumluq edirdi. Hətta aclıq zamanı Məzdəkin məsləhəti ilə Kavad dövlətin taxıl anbarlarını əhalinin üzünə açır. Məzdəkin fikirincə, “Əmlak insanlar arasında bölüşdürülməlidir. İnsanların hamısı allahın qulları və Adəmin övladlarıdır. Kim ehtiyac hiss edirsə, qoy bir-birinin əmlakından istifadə etsin, belə ki, heç kim ehtiyac və yoxsulluq duymasın, hamı mövqe etibarı ilə bərabər olsun”. Bu hərəkata kəndlilər, qullar, sənətkarlar və şəhər yoxsulları

25

Page 26: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

qoşulsalar da hərəkatın əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Məzdəkilər hərəkatı on illərlə davam etmişdi. Silahlı üsyançı dəstələr iri feodalların və tacirlərin evlərinə basqın edir, onların əmlakını öz aralarında bölüşdürürdülər.

529-cu ildə Kavadin oğlu Xosrov qəflətən qoşunla məzdəkilər üzərinə hücum edərək onları darmadağın etdi. Məzdək ələ keçrilərək edam edildi. 80-mindən çöx məzdəki tərəfdarına ağır divan tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah hakimiyyətinə təsir göstərən əyanların hakimiyyətinə zərbə vuruldu. Məzdəkilər hərəkatının məğlub olmasının əsas səbəbi onun pis təşkil olunması və kortəbii xarakterli olması idi. Məzdəkilər hərəkatı məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı.

VI əsrin sonu–VII əsrin əvvələrində Allbaniyada Girdiman vilayətinin sahibləri olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatuklunun məlumatına görə saray çevrilişində iştirak edən (Kavada qarşı), Mihr sasani hökmdarı Xosrov II Pərvizin qəzəbindən xilas olmaq məqsədilə 30 min qohumu ilə Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı.Lakin Xosrov vəziyyətdən ehtiyat edərək, ardınca məktub göndərmiş və istədiyi yeri seçməsinə icazə vermişdi. Şahın məktubunu Uti vilayətində olan Mihr elə burada məskunlaşır. Mihr və onun xəlifələri yerli feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya sahib olmuşlar.

Onlar özlərinin farslığını iki nəsil saxlamış, bundan sonra xristianlığı qəbul edəcək albanlaşmışlar. Akademik Bartoldun fikirincə “Yenidən albanların milli, lakin fars mənşəli sülaləsi bərpa olundu.”Mihranilər Albaniyada 603-cü ilə yaxın qərarlaşsalar da, bütün ölkəyə 630-cu ildən tam hüquqlu hakimə çevrildilər.

603-604-cü illərdə İran –Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi sasani hakimiyyətinə qarşı üsyan etdilər. Lakin üsyan IIXosrov tərəfindən amansızlıqla yatırıldı.Alban əyanlarının bir çoxu məhv edildi.Sonralar katolikos Vironun köməyi ilə Mihranilərdən olan knyazlara şah “Girdiman hakimi və Albaniyanın işxanı” titulu verildi. Belə bir titul Varaz Qriqor zamanı əldə edildi. II Xosrov Qafqazın Bizasla əlaqələrini kəsmək məqsəd ilə 612-613-cü illərdə İrana tabe xristianların məclisini çaqıraraq, Bizans diofizitliyin müqabilində monofizit cərəyanını qəbul etdirir.

İlk Girdiman knyazı Mihr (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun nəticəsi Qoçaq Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul edir. O, guya Aranşahlar nəslinin 60 nümayəndəsinə zəhər verib öldürmüş, və bütün Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi Varaz Qriqor (625-636) Bizasla

26

Page 27: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

ittifaqa daha çox üstünlük verərək xristianlığın diofizit etiqadını qəbul edir. 630-ci ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul edir. Bu isə sasanilərə yaxınlaşmaq demək idi.

Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti altında birləşdirir. O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk dövründə Sasani şahı III Yezdəgirdə tabe olan Cavanşir onun tərəfində Ərəblərə qarşı vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan sonra Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Ərəb xilafətində çəkişmələr başlayan zaman digər feodallar kimi Bizans imperatoru II Konstantin (641-668) onu öz himayəsi altına aldı.Bizans imperatorunun sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına, Dərbəndə qədər bütün əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir.Lakin tezliklə Xəzərlərin Albaniyaya hücumları yenidən başladı. Cavanşir Xəzər xaqani ilə qohum olaraq müəyyən dərəcədə xaqanlıqdan asılı vəziyyətə düşdü. Lakin Ərəblərin yeni yüksəlişi dövründə Cavanşir şimal təhlükəsini aradan qaldırmaq məqsədilə Ərəb xilafətinə meyl edir.

VI əsrin sonlarına yaxın dövrdə şimal torpaqlarında ərazisi Xəzər dənizindən Ağsu çayına qədər uzanan ərazilərinə Şirvanşahların hökmranlığı başlamışdır. Lakin bu ölkə haqqında əlimizdə demək olar ki, məlumat yox həcmindədir.

III –VII əsrlərdə Azərbaycanda möhkəmlənən feodal münasibətləri əsasında mədəniyyət də inkişaf edirdi. Hələ xristianlıq qəbul edilənə qədər Albanların öz yazıları olmuşdur və bütün ölkə üçün ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı.Vəsrin başlanğıcında arami qrafikası əsasında alban əlifbası təkmilləşdirilmişdir. Antik müəlliflərə görə hələ e.ə.I əsrdə albanlar öz yazılarından istifadə edirdilər. V əsrdə artıq 52 hərfdən ibarət təkmil əlifba mövcud udi.Erkən alban ədəbiyyatı əlverişli tarixi mədəni şəraitdə təşəkkül tapdı. Bizə gəlib yetişən Alban ədəbiyyatı nümunələrinə aşağıdakıları aid etmək olar.Moisey Kalankatuklunun “Alban tarixi”,VII əsr şairi Davdəkin eleqiyası (Cavanşir haqqında ), alban hüquq mənbələri olan kilsə qanunları (Aquen kilsə məclisində qəbul edilən qanunlar, 705-ci ildə Simeonun qanunu adı ilə tanınan Partov (Bərdə) məclisinin qnunu)

1948-ci ildə Mingəçevirdə aşkar olunmuş alban yazıları böyük əhəmiyyət daşıyır. Bu alban yazısı 21 işarədən ibarət olan 4 sətirlidir. Albaniyada əlifba tərtib olunduqdan sonra əyan və ruhani uşaqları üçün məktəblər də açılmışdı. Burada uşaqlara Tövrat öyrədilirdi.

27

Page 28: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Albaniyada ədəbiyyat və elm də inkişaf edirdi. O zaman Albaniyada bəzi antik müəlliflərin əsərləri –Homerin “İliadasi,” Vergilinin ”Eneidasi” məlum idi. Səlnamələr alban incəsənətinin də yüksək səviyyəsi haqqında məlumat verir. Məsələn Girdiman qalasındakı məbədin içərisi rəssamlar tərəfindən işlənmiş , qapıları gümüş və müxtəlif bəzək əşyaları ilə işlənmişdir. Belə abidələrə Qax rayonunun Qum və Ləkit kəndləri yaxınlığında və Mingəçevirdə qazıntılar zamanı rast gəlinmişdir.

Atropatenanın da mədəni həyatında inkişaf baş verirdi. Burada Qazaka şəhəri (Təxti-Süleyman yax.) öz gözəlliyi ilə insanı valeh edirdi. Eramızadan əvvəl Atropatendə İran –Arami əlifbası əsasında inkişaf etmiş Pəhləvi yazısı işlənmişdi.

Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan-Qərvin , qərbdə Tiflis, İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır.

Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-qarışmasından yaranmışdır.Azərbaycan türkləri erkən dövrdən türk (prototürk) dilində danışmış və heç bir başqa xalqdan dönməmişdir.Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenezi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.

Bu sahədə Ə.Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenezi və forma-laşması” (1980), S.Əliyarovun” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F.Məmmədovanın “Alban etnosu məsələsinə dair”(1989), Q.Qeybullayevin “Azərbaycan xalqının təşəkkülü adlı yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin öyrənilməsinə böyük töhvələr vermişdir.

Etnogenez məsələsinin öyrənilməsində Z.Bünyadov, İ.Əliyev, Y.Yusifov, Rus alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük xidmətləri olmuşdur.

28

Page 29: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Bəs “etnogenez” deyəndə nəyi başa düşürük? Bu söz “etnos” sözündən olub –yunanca tayfa ,xalq deməkdir. “Genezis” isə yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponentdən yeni etnik ümumiliyin əmələ gəlmə prosesidir.

İki tip etnogenetik proses fərqləndirlir:

1. Yeni tayfa qrupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının iştirakı;

2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.

Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.

Azərbaycanda yaşamış erkən əhalinin etnik tərkibini müəyyən etmək üçün əsasən yazılı qaynaqların məlumatı köməyə gəlir. Bu qaynaqlar dövr etibari ilə iki hissəyə bölünür. Birinci dövr e.ə.III – I minillikləri əhatə edir. Qədim dövr qaynaqlarının öyrənilməsi göstərdi ki, o zaman Azərbaycan ərazisində türk dillərində danışan etnoslar (erkən türklər) yaşayırdılar. İkinci dövr qaynaqları eramızın I minilliyini əhatə edir.

Azərbaycanın ən qədim etnik qrupları e.ə. III –II minillikdə yaşamış lillubi, kuti, turukku və su tayfaları olmuşlar.Lillubilər e.ə. III-II minillik də Urmiyə gölündən cənub və cənub şərqdə məskunlaşmışdılar. Şumer, Elam, Akkad mənbələrində lullubilərin adları ilk dəfə e.ə.XIII əsrdə çəkilir. E.ə.I minillikdə mənbələrdə onların yaşadığı ərazi Zamua kimi verilir. Alimlərin fikrincə lullubilərin dili zaqros-elam dilləri qurupuna aiddir.

Göstərilən tayfaların varisləri mannalılar, hurrilər, kadusələr və s. e.ə. I min-illikdə Azərbaycanın müxtəlif ərazilərində yaşamışlar.

Bir qədər də torpaqımızın qədim sakinləri olan Azərbaycanın şimal torpaqlarına öz adlarını verən albanlar haqqında. Bəzi müəlliflər albanların lap qədimdən məhz Azərbaycan dilli olmaları mülahizəsini irəli sürürlər. Albanların dilinin və tarixinin öyrənilməsində Q.Voroşilin böyük rolu olmuşdur. O,göstərir ki, “alban-ağvan, ağuan oykonimi comərdlər yurdu” mənasını verir. Eyni zamanda tədqiqatçı alim göstərir ki, Alban adının kökündə “ALP” sözü vardır ki, o da qəhrəman , ər mənasını daşıyır. Tədqiqatçı alim K.Əliyev də bu fikirdədir. O,öz mülahizələrini sübuta yetirmək üçün alban çarlarından Kosis və Oroyz (Uruz) adlarının qədim Azərbaycan dilli soyların nümayəndələrinin adlarının olmasını əsas götürür. Uruz adına biz Kitabi Dədə Qorqud da rast gəlirik, (Alp Aruz). Albaniya ərazisində albanlardan əlavə müxtəlif

29

Page 30: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

dillərdə yaşayan müxtəlif tayfalar olmuşlar. Şübhəsiz ki, bu tayfaların çoxu Azərbaycan dilli olmuşdur.

Bəzən Albaniyada yaşayan xalqları Qafqaz dilli tayfalar qrupuna daxil edirlər. Lakin gəlin görək Albanların yaşadıqları Kür- Araz ovlağında bir dənə də olsun Qafqaz dilli toponimə rast gəlinirmi?.

Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin gəlməsi ilə Azərbaycan xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu sübut etmək üçün göstərmək lazımdır ki, səlcuqlardan sonra bir dənə də olsun səlcuqlarla bağlı və ya ayrı dildə toponim və oykonim qalmamışdır.

Tədqiqatçı V.Abayev göstərir ki, “Hər yeni soy öz sələflərindən nəsə alır, o cümlədən toponimləri. Əgər bu əraziyə sonradan gəlmiş soylar albanları öz içərilərində əritmişlərsə (assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə toponim qalmalı idi. Deməli albanlar da bu əraziyə gələnlərələ eyni dildə danışmışdır və azərbaycan dilinin kökundə dayanmışlar. Belə olmasaydı biz Azərbaycan dilində Qafqaz dillərinin qalıqlarını və ya təsirini görərdik.”.

Alban tayfaları Azərbaycan (türk) dilli olub e.ə. VII əsrdən –VIII əsrə qədər Azərbaycan ərazisində məskunlaşmışlar. Onlar bir çox mənbələrdə alpan adı ilə də tanınmışlar.”Kitabi Dədə Qorqud” eposunda biz alpan adlarına rast gəlirik və bu da sübut edir ki, bizim yazılı abidəmizin tarixi daha qədimlərə gedib çıxır.

Hətta qazax, qırğız, özbək , türkmən xalqlarının formalaşmasında da alban tayfalarının mühüm rolu olmuşdur. Bu ölkələrdə alban, alpan adı ilə bağlı çoxlu oykonim, hidronim vardır.

Bir qədər də gəlmə soylar haqqında, hansı ki, onlar da Azərbaycan xalqının etnogenezində önəmli rol oynamışlar. Əslində onların hamısını gəlmə hesab etmək olmaz.(tarixçi Rəşiddədinin “Oğuznamə” sindən danışmalı) Hazırda dünyanın hansı ölkəsini götürsən onların dillərinin də, özlərinin də gəlmə olduğunu görərik .Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi də davam edir.

Bu soylardan Azərbaycan ərazilərinə ən geniş şəkildə yayılanı saq (sak) tayfaları olmuşdur. Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə Azərbaycan ərazilərində yaşamışlar. Onların adları ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır.Saqların adı ilə bağlı ən qədim toponim Muğanda olmuş Balasakan adıdır.Onalr e.ə. III yüzillikdə bu ərazidə yaşamışlar. Azərbaycannın Şəki, Zaqtala , Arsaq adları bilavasitə saq tayfalarının adı ilə bağlıdır. Hətta saqlar Naxçıvan

30

Page 31: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

ərazisinə qədər yayıla bilmişlər. Bunu Ordubadın Nusnus kəndində Saq məhəlləsinin və Saq dağının olması sübut edir.

Azərbaycan ərazisində hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan biri də qaşqaylar olmuşdur. Onların Azərbaycan ərazisinə gəlmə tarixləri dəqiq məlum olmasa da e.ə. II minillikdə onların Kiçik Asiyada yaşamaları və hətta şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir qismi miqrasiya nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.

Qədim sakinlərdən biri də saspirlərdir. Yunan tarixçisi Herodot saspurilərin Araz sahilərində yaşadıqlarını göstərir. Görkəmli gürcü alimi Melikişivili saspir soy birləşmələrinin tərkibinə xirrut –urartu və işquz-qimmir soy birləşmələrini də daxil edir. Tədqiqatlar belə hesab edirlər ki, saspuilərlə savirlər (sabir, subar) arasında oxşarlıq vardır.Çox güman ki, tayfalar II-III əsrlərdə dış hunlarının bir qolunu təşkil etmişlər.Bu hunların bir qupu isə Xəzərin qərb sahilində,indiki Quba-Xaçmaz,Dəvəçi rayonları ərazisində məskun olmuşlar.

Zaxariyya Ritorun məlumatına görə savirlər Qavqazda ən güclü xalq olmuşdur.Bizans tarixçisi Menandrın veridiyi məlumata görə Xosrov Ənuşirəvan dövründə (VI əsr)savirlərdən 10 min ailə Kür ovalığına köçürülmüşdür.Bu rəqəm bizə çox şey deyir.Qafqaz,eyni zamanda Azərbaycan soyları haqqında Z.Ritorun yazılarına istinad edən Piqulevskaya göstərir ki, Azərbaycanın şimal torpaqlarında (Albaniyada)V və VI əsarlərdə hunlar, sarı oqurlar, bulqarlar, ağ xəzərlər,xəzər sa virlər onoqurlar (On oğuz) barsilər yaşamışlar və bunlar hamısı Azərbaycan türk dilli olmuşlar.

Azərbaycan xalqının formalaşmasında yuxarıda göstərilən etnoslarla yanaşı biz gənglər(peçeneq)qarqarlar, hunlar, xəzərlər, onoqurlar, sarqurlar (on oğuz, sarı oğuz) qıpçaqlar və s.etnoslar haqqında da məlumat verməliyik.Lakin mühazirədə bütün bu xalqlar haqqında məlumat verməyə imkanımız yoxdur.

Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinin öyrənilməsində böyük əməyi olan Q.Voroşil çox qiyymətli bir tədqiqat aparmışdır. Məlumdur ki,Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabı VII əsardə yazılıb. Bu dövrdə Azərbaycan dili artıq təşəkkül tapmışdır və demək bu əsər məhz Azərbaycan dilində yazılmışdır. Əsərdə külli miqdarda türk sözlərinin olması dediyimizi sübut edir. Məsələn əsərdə biz xan, xaqan, xatun, təkin, türkan kimi rütbələrə, əyləntürk, bulqar, onoqur, hunoqur, hun, xəzər, peçeneq, (gəngər)və s.kimi hironimlərə,alp, Qazan, qonaq kimi antroponimlərə, hunestan, türküstan kimi toponimlərə rast gəlirik.

31

Page 32: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Hər bir xalqın mənşəyi onun dili ilə müəyyən edilir. Dil etnik mənsubiyyəti bildirən yeganə əlamətdir. XX əsrin 30-cu illlərinin sonuna kimi azərbaycanlılar “türk, türk xalqı” dili isə “türk dili” adlanırdı.Lap qədimdən bəri Azərbaycan ərazisində türk dilində danışan etnoslar yaşamışdır.Son illərdə türk dillərində danışan əhalinin Azərbaycanda aborigen olmasını inkar edirdilər. Lakin qaynaqların araşdırılıb öyrənilməsi bu mülahizələrin əsassız olduğunu sübut etdi. Azərbaycan dili türk dilləri ailəsinə mənsudur. Deməli Azərbaycan türklərinin mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır.

Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla şərqdə Çinə qədər, Rusiya çölləri də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə türk xalqları təmsil olunmuşlar. Hər bir türk xalqı bu ərazidə müxtəlif adlar altında formalaşmışlar.Bu proses erkən orta əsrlərdə baş vermişdir.Eləcə də Azərbaycan xalqının mənşəyində burada yaşamış və müxtəlif dövrlərdə ona qaynayıb qarışmış türk etnosları yaxından iştirak etmişlər.

Beləliklə, Azıərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş vermişdir.

32

Page 33: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

IV MÖVZU

Azərbaycan Ərəb xilafətinin tərkibində

Plan

1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici və daxili siyasəti.

2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. islam dininin yayılması.

3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.

ƏDƏBIYYAT

1. Azərbaycan tarixi. VII cilddə,IIcild, Bakı, 2005 səh.150-254.

2. Azərbaycan tarixi: üzrə qaynaqlar.Bakı, 1989, sənəd №14,23

3. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə. Bakı, 1994, səh.

290-272.

4. Vəlixanlı N.IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı,1974, səh.

33-39.

5. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.

6. Vəlixanlı N.Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.

7. Səid Nəfisi. Babək. Bakı, 1990.

8. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980, səh.5-29.

33

Page 34: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

9.Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövlətin yara-dıcısı olan

Məhəmmədin təlimi- İslam dini feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsi və

genişlənməsində böyük rol oynadı.

Ərəb feodal dövlətinin yaranması (630-cu il) onun İran və Bizans imperiyaları əle-hinə yürüşləri ilə

eyni vaxtda başladı.

Xilafət qoşunu 634-636-cı illərdə Bizans qoşunlarını məğlub edib Suriyanı ələ keçirdi. Bu qələbə

ərəblərin İrana yolunu açmış oldu. Xəzərlərlə müharibələr və daxili çəkişmələr nəticəsində Sasani

imperiyası xeyli zəifləmişdi. 638-ci ildə Ərəb qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. 642-ci

ildə isə Nahəvənd döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı.

Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe olan ölkələrdən kömək

istədi. Belə bir əmr alan Alban çarı Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O,

Xorasan hakimi Fərruxzad oğlu Rüstəmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı

döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyyələrlə

mükafatlandırmışdır. Demək olar ki, Cavanşir İran qoşunları tərkibində ərəblərə qarşı vuruşmuşdur.

Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin döyüşdə sərkərdə

Rüstəm həlak oldu.639-cu ildə Cavanşir döyüşün mənasızlığını görərək öz qoşunları ilə Albaniyaya qayıdır.

Həmin ildə Azərbaycana soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.

639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan ərazilərinə soxuldular və

burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar

başçılıq edirdi.Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir.

Lakin o da ərəblər tərəfindən məğlub edilir.644-cü ildə o, ərəblərlə müqavilə bağlayır.

Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi verməli,ərəb əsgərlərini

evində saxlamalı idilər.

642-ci ildə ərəblər Muğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar. Şir0vanşah Şəhriyar aman

istədi və sülh bağladı. 646-cı ildə Naxçıvandan hücuma başlayan ərəblər, əvvəlcə Şəki və Gorus, sonra

Beyləqan və Bərdəni tutdular. Daha sonra Qəbələ, Şirvan , Şabran əhalisi təslim oldular.

653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən darmadağın edildilər. Lakin

ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücumlarını davam etdirirdilər.

34

Page 35: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə bir sıra tədbirlər

gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı.

Hökmdar paltarın geyib taxta çıxdı. Albaniyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan

tayfalarını ağıl və haqq yoluna gətirdi.Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz

çayına kimi mütləq hökmdarlıq etdi.”

Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə Bizans imperatoru II

Konstantin (641-668)ilə ittifaqa girdi.

654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmişlər.

660-cı ildə ikinci belə görüş olmuşdu.

662-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncər yaxınlığında məğlub edən xəzərlər Albaniyaya

soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məqlub edir. Albaniya tarixində göstərilir. “O günü

Cavanşir böyük qələbə qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get,Çola qapıarından (Dərbənd )

geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.

Lakin 665 –ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə qədər gəlib çıxdılar.

Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir

xəzərlərlə sülh bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.

VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişməyə

məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam

şəhərinə Müaviyyənin görüşünə gedir. Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən

Cavanşiri Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arsında gedən diplomatik danışıqlara vasitəçilik

etmişdi.

Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə onunla birlikdə oturdu...

Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti yerişli at və Sünik knyazlığının hakimiyyətini

bağışladı. Xəlifə həm də Atropatena torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir

artıq şöhrətdən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş etdi”.

Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-qilliyinə toxunmadı,

əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.

Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal əyanlara qarşı uzun müddət

ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli

qəsdi nəticəsində öldrüldü.

Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə hücum edirlər. Lakin

Varaz onlarla sülh bağlaya bilir.

35

Page 36: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi “ təsdiq etdi.

VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır. Azərbaycan üç böyük imperiyanın

döyüş meydanına çevrilir.

699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki oğlunu həbs edərək

Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər qalırlar.

Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsə də 704-cü ildə ərəblər onu Şama çağıraraq gizli

şəkildə aradan götürmüşlər.

Belə bir siyasi vəziyyətdən xəyanətkar ermənilər istifadə edirlər. Erməni katalikosu İlya Xəlifə Əbd.əl.

Malikə məktub yazaraq alban katalikosu Nerses və Cpramanın guya gizli şəkildə Bizasla münasibətdə

olduğu haqqında xəbər göndərir. Xəlifə İlyaya məktub göndərir və əmr edir:” Biz əmr etdik ki, bizim

ağalığımıza qarşı çıxmış albanların etiqadında sizin dininizə uyğun düzəlişlər edilsin” Nerses və Sprama isə

Partav (Bərdə)şəhərində məhv edildi.

705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassall mövqeyini də itirmiş olur.

Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeçiliyinə düşür.

Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla boyun əymədi. Yalnız 90-

illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbaycanın istilasını başa çatdırdılar.

Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri qalırdılar.Ona görə də

ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur

oldular.

Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci

əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və

rayonlara bölündü. Məs.hər nahiyə 12 rayondan, hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin

sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana qədər uzanırdı.

Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin

edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri

icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir, qazi- məhkəmə işlərinə

baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxılmırdılar. Ona görə də yerli

feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar

ərəblər qoşunlarının tərkibində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta xristianlardan

(zimmi) istifadə edirdilər).

36

Page 37: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə, Naxçıvan kimi strateji

əhəmiyyətli şəhərlərində hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrdən yerli əhalinin baş verən

üsyanlarını yatırmaq üçün istifadə olunurdu.

Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmləndirməkdən ötrü köçürmə

siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi

köçürüldü. Bunu Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının

qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)

Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi Xilafətin mülkiyyəti

elan olundu. Azərbaycanda torpaq üzərində mülkiyyətin 5 forması mövcud idi. Feodal torpaq mülkiyyətinin

əsas növlərindən biri dövlət torpaqları idi. Belə torpaqlar divani və ya xəlifə torpağı adlanırdı.

Geniş yayılmış torpaq mülkiyyəti formalarından biri İqta idi. İqta hüququ adamlara orduda göstərdiyi

hərbi hünərə və sədaqətli xidmətə görə dövlət tərəfindən verilirdi. İqta 2 cürə -icarayə verilən və

bağışlanan olurdu.

Mülkiyyət formalarından biri də vəqf torpaqları idi. Bu torpaqlar Məkkə və Mədinə kimi müqəddəs

şəhərlər üçün, din uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulurdu. Bu torpaqlar müsəlman dini

idarələrinin ixtiyarında idi. Vəqv “Allahın mülkiyyəti” hesab edildi. Bu torpaq icrayə verilə bilər, lakin nə

satılıb –alına, nə də xüsusi mülkiyyətə keçirilə bilməzdi.

Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus əkin yerləri,

biçənəklər, otlaqlar, meşələr və s. icma torpaqlarına aid idi. Əs-lində xəzinəyə gələn gəlir də bu

torpaqlardan alınan vergilər idi. Ərəblər başqa mə-sələlərdə olduğu kimi, sasanilərin vergi qaydasını bəzi

dəyişikliklər etməklə saxladılar. Əməvilər dövrünə qədər (661) vergilər nisbətən yüngül idi.Əsas vergi növləri

xərac və cizyə idi. ,Müsəlmanlardan cizyə alınmırdı.

Xəlifə Əlinin dövründə vergilərin toplanmasında ədalətli siyasət yeridilirdi. Əli İbn Əbutalib deyirdi ki,

diqqəti xəracı yığmağa deyil, toppağın əkilib ,becərilməsinə vermək lazımdır.

Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət yetirir-di.725-ciildə

Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Yeni vergilər tətbiq edildi.

15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən kəndlilər kəndlərdən

kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar mənim-səyirdi .Əməvilərin yeritdiyi bu siyasət

onlara qarşı böyük narazılıqlar yaratdı və 750-ci ildə onları Abbasilər əvəz etdilər. (750-1258)

Abbasilər əsasən yerli feodalların nüfuzundan istifadə edirdilər. Vergi qaydasında yeni dəyişikliklər

qoyuldu. Torpaq əkilib-əkilməməyindən asılı olmayaraq vergi verilməli idi. Zimmilər (xristanlar) daha çox

vergi verirdilər.

37

Page 38: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Əhalidən xüms (beşdə bir) və zəkat (sədəqə)vergisi də alınırdı.

Təxmini hesablamalara görə Azərbaycandan Xilafətə ildə 8 milyon dirhəmə yaxın vergi ödənilirdi.

Ərəblər Azərbaycanda və başqa işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini möhkəmlətməkdən

ötrü islam dinindən istifadə edirdilər. Onların Allahın vahidliyini və bütövlüyünü qəbul edən, onun

göndərdiyi müqəddəs kitabların (Quran, Tövrat İncil, Zəbur) müqəddəsliyinə inanan insanlara hörmətlə

yanaşırdılar.”Müqəddəs kitabları”olmayan qalan dinlərə və təriqətlərə sitayiş edənləri təqib edirdilər.

Azərbaycanda ərəb istilasına qədər əsas din zərdüştülük və xristianlıq idi. Cizyənin ağırlığı onları

məcbur edirdi ki,islam dinini qəbul etsinlər.

Yeni din Muğan, Mil, Xəzər sahili, Kür-Araz çayları sahili boyunca və şəhərlərdə daha sürətlə yayılırdı.

Xristianlığın daha geniş yayıldığı dağ və dağətəyi rayonlarda islama qarşı müqavimət güclü idi. Uzun illər

keçməsinə baxmayaraq Azərbaycanın dağlıq əraziləri –xüsusiilə Dağlıq Qarabağda xristian dini əvvəlki

mövqeyini saxlaya bildi. Bundan istifadə edən erməni kilsəsi yerli əhalini öz təsiri altına saldı və əhalinin

həm dilində, həm də mənsubiyyyətində dəyişikliklər baş verdi. Xilafətin soyğunçu vergi siyasəti və

məmurların özbaşınalığı Azərbaycan xalqının narazılığına və üsyanlara səbəb oldu.

748-ci oldə Beyləqanda Vard İbn Səfvanın başçılığı ilə qüvvətli üsyan başladı. Üsyançılar Beyləqan

şəhərini ələ keçirərək ərəb əmirini əsir alıb, məhbusları azad etdilər.Üsyançılar sonra Bərdə üzərinə hərəkət

edərək ərəb qoşunlarını darmadağın etdilər.

748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.

752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb qüvvələrini məhv etdilər.

750-ci ildə hakimiyyətə gələn Abbasilər Xilafət ərazilərində, o cümlədən Azər-baycanda baş verən

üsyanları qan içində boğdu.

Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı 60 ildən artıq

davam etmiş xürrəmilər hərakatıdır. Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial

bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən,

kəndliləri və sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.

Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından qurtar-maq xürrəmilərin

əsas idealı idi.

Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim möv-cud olduğu kimi,

insanların ruhu da əbədidir.

38

Page 39: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də xeyrin şərə qalib gələcəyi

labüddür.

Xürrəmiləri ərəblər “müxəmmirə”( qırmızı geyinənlər), farslar “surxaləm” (qırmızı bayraqlılar)

adlandırırdılar.

Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər.

Məsələn, IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında olan Xürrəm adlı yaşayış

məntəqəsinin adı ilə bağlıdır.

“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu söyləyənlər də vardır.Güya

Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə Məda-indən Reyə qaçmış və burada ərinin təlimini

təbliğ etmişdir. “Xürrəm” sözü fars dilində “Şad, xürrəm” kimi izah edilir.

Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm” sözünün pəhləvi dilində

“ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.

Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermişdir. Tarixçi Nizam əl-Mülk

göstərir ki, 778-ci ildə Çurqan batinləri xürrəmilərlə birləşə-rək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və

onun oğlanlarının başçılığı ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.

Xürrəmilər hərakatı IX əsrin əvələrində daha da genişlənir. Bu dövrdə xürrəmilərin rəhbəri Cavidan ibn

Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-

cı ilə qədər zəif də olsa davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və xür -

rəmilərin rəhbəri Babək olur.

Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan qayıdarkən Bilalabadda

rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə cəlb etmişdi.(Təbəri)

Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli sərkərdə, siyasi xadim kimi

göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik

üsyançı qoşunu təşkil olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr –

Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu ildən 827-ci ilə qədər

Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.

819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-Müazin başçılığı altında böyük

qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək

xilafətin yeni bir ordusunu məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad

etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin başçılığı ilə böyük qoşun

göndərildi. İki il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə

39

Page 40: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

girdi. Lakin Babəkin hərbi qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik

qoşunundan 30 mini, o cüm-lədən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-cu ildə böyük strateji

əhəmiyyəti olan Həmədan şəhərini tutdular.

833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshaq İbn İbrahimin başçılığı altında

yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də Həmədan yaxınlığında şiddətli döyüş başladı. Bu döyüşdə

xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.

835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları Azərbaycana göndərildi.

Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi.

Xürrəmilər hər qarış torpaq uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına

çəkildilər. Bununla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə Buğa əl-Kəbirin

qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə sərkərdəsini öldürdülər.

837-ci ildə Xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi. Avqustda Afşin Bəzz qalasını

mühasirəyə alır. Bu vaxt Bizans imperatoru - Babəkin müttəfiqi Feofil 100 minlik qoşunla ərəblər üzərinə

hücuma keçsə də, Bəzz qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.

837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Bu döyüşlərdə ərəblər 100 min, üsyançılardan isə 80

min nəfər həlak olmuşdu. 7600 nəfər əsir alındı, onların içərisində Babəkin 17 oğlu və 23 qızı da var idi.

Babək gizli yolla Bəzz qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının

hakimi Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də Babək Samirə (İraq)

şəhərində edam edilir. Qardaşı Abdulla da Bağdadda işgəncə ilə edam olunur.

İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə gərdilər, mərdliklə əbədiyyətə

qovuşdular. Babəkin adı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər

hərakatının məğlub olmasına baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl

azdlıq hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi cəhətdən xeyli zəiflətdi. Bu

hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan verdi.838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin

başçılığı altında Xilafət əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında çıxış

edirdilər.

Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin dağılmasına gətirib çıxardı.

40

Page 41: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

V MÖVZU

IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri.

P L A N

1.Xilafətin dağılması şəraitində Azərbaycanda ictimai siyasi vəziyyət. Müstəqilləşmə prosesinin başlanması.

2.Müstəqil feodal dövlətlətləri: Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvan-şahlar.

3.Azərbaycan Atabəylər dövlətinin yaranması. Şəmsəddin Eldəniz

4.IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı, şəhərlər və mədəniyyət.

Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə, II cild, Bakı, 2005, səh.283-424.

2. Azərbaycan tarixi.(Z.Bünyadovun redaktorluğu ilə) Bakı, 1994,səh. 273-322.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 121-137.

4. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985,səh.185-220.

5. Şərifli M.X.IX əsrin 2-ci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.

Bakı, 1978, səh. 258-343.

6. Kərimov N.Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı, 1996.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Abbasi Ərəb Xilafəti tarixində IX əsrin sonu X əsrin əvvəli geniş ərazili müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və canişinlərin seperatizminin güclənməsi ilə əlamətdardır. Onlardan hər biri

41

Page 42: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

mərkəzi hakimiyyətin üzləşdiyi çətinliklərdən istifadə edərək ayrılmağa, yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim və canişinlər ilk növbədə xəlifənin xəzinəsinə göndərilən vergilərin məbləğini azaltmağa çalışır, sonra isə vergini ödəməkdən imtina edirdilər.

Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş, Əlcəzair, Tunis və Liviya ayrıldı. 788 və 800-cü illərdə bu ərazilərdə İdrisilər, sonra isə Əqləbilər sülaləsi möhkəmləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və bu kimi dövlətlər meydana gəldi.

861 –ci ildə xəlifə Əl-Mütəfəkkil öldürüldükdən sonra Xürrəmilər hərakatının təsiri ilə artıq tamam zəifləmiş Xilafətin parçalanma prosesi yenidən başlanır.

Təbəristanda Ələvilər, İranda Səfvarilər, Misirdə Tulinilər, Xorasan və Orta Asiyada Samanilər dövlətləri meydana çıxdı.

Abbasilər imperiyasının dağılması şəraitində Azərbaycanda da müstəqilləşmə meylləri güclənir və bunun da nəticəsində bir sıra müstəqil və yarımmüstəqil dövlətlər yaranır. Onlar Xilafətə tabe olmaqdan boyun qaçırırdılar.

Səlnaməçi İbn Xordadbehin (IX əsr) və digər ərəb müəlliflərinin verdiyi məlumata görə həmin dövrdə Təbrizdə Məhəmməd İbn Rəvvad, Mərənddə Məhəmməd İbn –Bəyis, Muğanda Səklə hökmdarlıq edirdi.

Azərbaycanın Şimal torpaqlarında ( Aranda ) ərəblərdən müəyyən qədər asılı olan Sünik,Varsan, Beyləqan, Qəbələ, Şəki və şair kimi knyazlıqlar fəaliyyət gös-tərirdi. Lakin göstəriciliyi kimi onlar tam müstəqil olmayıb, Xilafətə vaxtlı-vaxtında vergilər ödəyirdilər. Bəziləri zəif olduqları üçün Ərəb Xilafəti ilə mübarizədə sıradan çıxırdılar. Həmçinin feodal ara müharibələri də bəzi knyazlıqların məhvinə gətirib çıxarırdı.

Babək üsyanı yatırıldıqdan sonra IX –XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin müstəqilliklərinə nail olurdular. Belə dövlətlər sayca çox idilər. Onlardan daha nüfuzluları Şirvanşahlar, Sacilər, Salarilər və Rəvvadilər idilər. Sonuncu üç dövlət müxtəlif dövrlərdə müvafiq olaraq biri- birini əvəz etmişdir.

IX əsrin ortalarından başlayaraq Azərbaycan Ərəb Xilafətinin təsirindən azad olduqca, ölkədə əkinçilik, maldarlıq, sənətkarlıq daha da inkişaf etməyə başladı. Feodal münasibətləri daha da inkişaf etməyə və genişlənməyə başladı.

Feodal torpaq mülkiyyətinin ən çox yayılmış forması yenə də divan və iqta olarq qalmaqda idi.

Sənətkarlıq da inkişaf edir və ölkənin iqtisadiyyatında mühüm yer tuturdu. IX-X əsrlərdə Bərdə, Bakı, Gəncə, Şamaxı , Naxçıvan, Beyləqan, Bərdə, Ərdəbil, Təbriz, Marağa kimi böyük səhərlər var idi. Bərdə, Gəncə və Ərdəbil böyüklüyünə görə Bağdad şəhərindən geri qalmırdılar. Şəhərlərdə çoxlu mədrəsələr, məscidlər, saraylar, karvansaralar, örtülü bazarlar, hamam və ictimai binalar var idi.

X əsr ərəb müəllifi Müqəddəsi Azərbaycan haqqında yazırdı: “Bu vilayətin bütün şəhərləri gözəldir, ərzaq və mədənlərlə zəngindir, meyvə və ərzaq bol və ucuzdur”

Ölkənin ən böyük şəhəri “Arranın anası”adlanan Bərdə şəhəri idi. (Ummur-Pan) Cənubda ölkənin siyasi mərkəzi Təbriz şəhəri idi. Dərbənddə ticarət xeyli inkişaf etmişdi. Dərbənd tacirləri Bizans və Xəzərlərlə ticarət edirdilər. IX əsrdən başlayaraq Azərbaycan beynəlxalq ticarətdə mühüm rol oynamağa başladı. Əsasən bu dövrdə slavyanlar və xəzərlərlə qızğın ticarət gedirdi. Dünya ticarət yollarının

42

Page 43: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

qovşağında yerləşən şəhərlərin bazarlarına təkcə ölkənin daxilindən deyil, xarici ölkələrindən də yüzlərlə tacir gəlirdi.

Xilafətin zəifləməyə və parçalanmağa başladığı bu dövrdə müstəqilləşən və hətta Xilafətə meydan oxuyan Azərbaycanın feodal dövlətlərindən biri Sacilər dövləti olmuşdur.Sacilər sülaləsinin banisi Əbu Sac Divdad olmuşdur.O, adlı-sanlı türk sərkərdələrindən idi. Əbu Sac Divdad Xilafət ordularında döyüşərək, böyük sınaqlardan çıxmış, Abbasilərə qarşı baş verən üsyanların yatırılmasında fəal iştirak etmişdir.

Sacilərin banisinin Əbu Sac Divadad olmasına baxmayaraq, Sacilər dövləti (889-942) onun oğıanları Məhəmməd və Yusiflin dövrlərində yaranmışdır. Belə ki, Məhəmmədi xidmət müqabilində Xəlifə 889-cu ildə Azərbaycanın hakimi təyin edir. Təbərinin yazdığına görə O, “Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib Xilafətə tabe olmaqdan boyun qaçırdı.”

Sacilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa hakimini məğlub edərək şəhəri ələ keçirir. 893-cu ildən başlayaraq Məhəmməd bir neçə dəfə Ərməniyyə üzərinə uğurlu yürüşlər təşkil edir. O,Ər-məniyyənin paytaxtı Dvin şəhərini tutaraq Ərməni hakimi I Sumbatı əsir götürmüşdü. O, öz oğlu Divdadi Ərməniyyəyə hakim təyin etmişdi. Bundan sonra Məhəmməd Tiflisi ələ keçirərək şəhəri soyub taladı.

901-ci ildə Bərdə şəhərində Məhəmməd taun xəstəliyindən vəfat edir. Onun yerinə oğlu Divdad hakimiyyətə keçir. Lakin onun hakimiyyəti uzun çəkmədi, avqust ayında əmisi Yusif onu hakimiyyətdən salıb, ozü xəlifənin Azərbaycan hakimi və canişini oldu.Yusif də hakimiyyətə keçən kimi Ərməniyyə və Gürcüstan səfərlərinə çıxmışdır. Hətta 914-cü ildə Dvini tutan Yusif erməni hakimi I Sumbatı edam etdirdi: 915-ci ildə Yusif Azərbaycan və Ərməniyyədə öz hakimiyyətini möhkəmləndirə bildi.

Sacilərin sərhədləri şimalda Dərbəndə, şərqdə Xəzərə, qərbdə Ani və Dəbil şəhərlərinə, cənubda isə Zəncan şəhərlərinə qədər uzanırdı. Sacilər Yusifin dövründə ilk dəfə şimallı-cənublu Azərbaycanı bir hakimiyyət altında birləşdirə bilmişdilər.

Yusif 912-ci ildə Xəlifəyə xərac verməkdən imtina edir və bu məsələ onların arasında mübarizəyə səbəb oldu. 918-ci ildə Yusif 7 minlik qoşunla Xəlifənin 20 minlik ordusunu məğlub edir. 919-cu ildə Xəlifə, Munisin sərkərdəliyi ilə yeni qoşun göndərsə də Yusif tərəfindən məğlub edilir. İyulun 16 da Ərdəbil yaxınlığındakı döyüşdə Xəlifə qoşunu darmadağın edilərək, qoşun başçısı Munisi əsir götürürlər.

Bunu görən Xəlifə 922-ci ildə Yusifi Azərbaycan və Ərməniyyə canişini, Rey, Zəncan, Qəzvin valisi təyin etdi. Yusifin qələbələri, Azərbaycan və digər əraziləri müstəqil idarə etməsi Xəlifəni narahat edirdi. 927-ci ildə Xəlifə Yusifi Qərmətilər üzərinə hücuma göndərir. 927-ci il dekabırın 27-də Kufə şəhəri yaxınlığında Yusifin qoşunları Qərəmətilər tərəfindən məğlub edilir. Yusif isə döyüşdə yaralanaraq əsir düşür və az sonra vəfat edir. Yusif 24 il hakimlik etmişdir. Onun dövründə Azərbaycan torpaqları mərkəzləşdirilmişdir. Yusifin ölümündən sonra hakimiyyət əldən ələ keçir. Nəhayət 941-ci ildə Sacilərin son hakimi Deysəm Deyləm hakimi Məzrban İbn Məhəmməd tərəfindən məğlub edilir və bununla da Sacilər dövlətinə son qoyulur.

Saciləri mənşəcə Deyləmdən olan Salarilər əvəz etdilər. Onlar Gilanın Salarilər tayfalarına mənsub idilər. Salarilər dövlətinin (942-981) paytaxtı Ərdəbil idi.

Mərzban İbn Məhəmməd çətin mübarizə şəraitində Sacilərin hakimiyyəti altında olan torpaqları öz hakimiyyəti altında birləşdirə bildi. O, Azərbaycanın şimal qərb vilayyətlərini, Ərməniyyəni və hətta Şirvanşahları özündən asılı saldı.

43

Page 44: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Mərzban İbn Məhəmməd cənub–şərq vilayyyətlərinin, xüsisilə Zəncanın, Əhərin və Qəzvinin İsfahan hakimindən asılı qalmasından narahat idi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O,bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzivinə getdi. Onun əlində 5 minlik ordu olmasına baxmayaraq, özündən dəfələrlə çox olan düşmənlə döyüşə atıldı. Lakin məğlub olaraq əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda feodal ara çəkişmələri güclənir. Hakimiyyəti əvvəlcə Mərzbanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirir. 953-cü ildə Mərzban əsirlikdən qaçaraq Ərdəbilə gələrək hakimiyyəti ələ keçirir. O, vilayyətlərdən alınan vergiləri nizama salır, maliyyə işlərinə nəzarəti və diqqəti artırır.

Salarilərin qoşunu maaşla saxlanılan daimi süvari dəstələrdən və piyada hissələtrdən ibarət idi. Hətta onların dənizdə gəmiləri də var idi.

957-ci ildə Mərzban vəfat edir. Onun ölümündən sonra oğlanları və qardaşı Vəhsudan arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Sülalə arasında gedən mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı. Mərzbanın oğlu İbrahim hakimiyyəti ələ keçirir ( 961-981) . O, səltənətin əvvəlki şöhrətini bərpa etməyə çalışsa da buna nail ola bilmir, əksinə bir çox əyalətlər mərkəzi hakimiyyətə vergi verməkdən imtina edirlər. Şirvanşahlar, Dərbənd, Gəncə vilayətləri, Arranın bir hissəsi, Ərməniyyə Salarilərin asılılığından çıxdılar. Belə bir şəraitdə Əhər və Təbriz hakimi, Rəvvadilər nəslindən olan Əbulheca 981-ci ildə Salari İbrahimi məğlub edərək əsir aldı və Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə keçirdi. Salarilər dövləti 40 il yaşamışdır.

Rəvvadilər sülaləsinin mənşəcə tarixi qədimlərə gedib çıxır. Onlar VIII əsrdə Təbrizdə, Marağada, Əhərdə, Qaradağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar. X əsrin ikinci yarısında Qaradağ hakimi Əbulheyca Salarilərdən asılı idi. Lakin O, yaranmış vəziyyətdən istifadə edərək 981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı və qalib gəldi. Beləliklə rəsmən Rəvvadilər dövləti yarandı. Vaxtilə Salarilərin əlində olan Azərbaycan və Ərməniyyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Paytaxt Ərdəbildən Təbrizə köçürüldü. Çünki Təbriz Ərdəbilə nisbətən iqtisadi, siyasi və mədəni cəhətdən xeyli inkişaf etmişdi.

Əbulheyca 987-ci ildə Ərməniyyəyə hücum edərək özünə tabe etdi. Sonra Xoy və Urmiya feodallarını özündən asılı vəziyyətə saldı. Dövlətin ərazisi genişlənməklə onun nüfuzu da yüksəlirdi.

Əbueheycanın varisi Vəhsudanın dövründə (1020-1059) ölkə daxilində həyata keçirilən tədbirlərin nəticəsində mərkəzi hakimiyyət xeyli qüvvətləndi. Onun dövründə Rəvvadilərin əsas rəqibi Şirvanşahlar idi. 1042-ci ilin oktyabrında Təbrizdə güclü zəlzələ baş verdi. Mənbələrin verdiyi məlumata görə 40 mindən çox adam həlak olmuş, çoxlu tikililər və qalalar yerlə -yeksan olmuşdu. Bununla da Təbrizin müdafiə qabiliyyəti zəifləmiş oldu. Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçür. Məhz bu səbəbdən Səlcuqların hücumu zamanı Təbriz müqavimət göstərə bilmədi.

İbn əl -Əsir yazır ki, “Səlcuq hakimi Toğrul bəy bir sıra səbəblərdən sonra 1054-cü ildə Təbrizə gəldiyi zaman Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuqların vassalığını qəbul etməyə məcbur oldu.” Səlcuq Alp Arslan 1065-ci ildə Rəvvadilərin daxili müstəqilliyini tamamilə ləğv etdi və Təbrizə Səlcuq əmiri təyin etdi. Süqut etməsinə baxmayaraq Rəvvadilər dövləti bir əsrə qədər fəaliyyət göstərdiyi dövrdə ölkənin iqtisadi, ictiami, siyasi və mədəni həyatında mühüm rol oynamışdır.

IX əsrin ikinci yarısında Azərbaycanın şimal şərq torpaqlarında Məzyədilərin hakimiyyətində olan Şirvanşahlar dövləti yaranır. Dövlətin yaradıcısı Heysəm İbn Xalid Yezid İbn Məzyədin nəvəsi idi. Sülalə də onun adını daşıyırdı.Yezid İbn Məzyəd ərəb mənşəli Şeybanı nəslinə mənsub idi. O, Xilafətdə bir sıra hərbi-

44

Page 45: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

inzibati vəzifələr icra etmiş, Azərbaycan və Ərməniyyənin valisi olmuşdur. Məzyəd vəzifəsindən istifadə edərək Şirvanda və Bərdədə böyük torpaq sahələri və mülklər ələ keçirmişdi. O, Bərdədə vəfat etmişdir.

IX əsrin ortalarında Xilafətdə başlanan iğtişaşlardan istifadə edən Heysəm İbn Xalid özünü müstəqil hakim elan etdi və Şirvanın müstəqilliyi bərpa etdi.

Məzəydilərin ilkin hakimiyyətləri dövründə Şirvanşahların sərhədləri cənubda Kür çayı, şimalda Dərbənd və Samir çayı, qərbdə Şəki vilayətinə qədər uzanırdı. Bəzi vaxtlarda dövlətin sərhədləri cənubda Araz çayına qədər genişlənirdi. Dövlətin paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən Yəzdiyyə (Şamaxı) şəhəri olmuşdu.

Məzyədilərin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə düşürdülər. Onlar IX əsrin axırlarında əvvəlcə Sacilər, sonra isə Salarilərdən asılı vəziyyətə düşmüşdülər.

X əsrin əvvələrində Rusların Azərbaycana istilaçı yürüşləri Xəzərsahili əyalətlərə, xüsusilə Dərbənd, Bakı, Şirvan, Beyləqan və Bərdəyə böyük ziyan vurdu.XI əsrin 60-70-ci illərində Şirvanşah Fəribruzun dövründə Şirvanşahların siyasi vəziyyəti daha da ağırlaşdı. Şəddadi Şavür buraya hücum edərək bir sıra qalaları ələ keçirdilər və 40 min dinar xərac alaraq oranı tərk etmişdilər.XI əsrin 50-ci illərindən Səlcuq türklərinin Azərbaycana yürüşləri zamanı dövlət onların vassalığına çevrildi və “Şirvanşah” titulu ləğv edildi. Şirvan ölkəsini vassal tabeliyə salmış səlcuqlar, Şirvanşahların hakimiyyətini zəiflədə bilmədilər. Artıq XI əsrin sonunda Şirvanda siyasi yüksəlişin başlanması nəzərə çarpırdı.XII əsrdə Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə qədəm qoydu.Fəribruzun oğlanları II Məniçohr və I Əfrudunun dövründə Şirvan dövləti daha da möhkəmləndi.

X əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri də Şəddadilər dövləti idi. Onun paytaxtı Gəncə şəhəri idi. Onun ərazisi əsasən Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Bəzi vaxtlarda Şəki, Kaxetiya və Ərməniyyə əraziləri də Şəddadilərdən asılı olmuşlar.

Bu dövlətin yaradıcısı Məhəmməd İbn Şəddad olmuşdur. Onlar Gəncəyə Dəbil şəhərindən gəlmişdilər. Şəddad Salarilərin zəifliyindən istifadə edərək Dəbili ələ keçirmişdi. Sonralar Şəddadin oğlanları Fəzlun və Ləşkəri Gəncəyə gəlmiş və 971-ci ildən Şəddadilər dövləti fəaliyyətə başlamışdır. Ləşkəri Gəncədə öz hakimiyyətini qurduqdan sonra Bərdə, Şəmkir və Ərməniyyənin bir hissəsini ələ keçirmişdir. 8 illik hakimiyyəti dövründə bu dövlət xeyli möhkəmlənir. Onun qardaşı Fəzlunun dövründə Beyləqan da Şəddadilərə birləşdirillir.

1030-cu ildə Fəzlun Xəzərlərə qarşı uğurla əməliyyat aparmış, Şirvanla siyasi əlaqələr yaratmışdır. Fəzlun ölkənin daxili işlərini də tam qaydasına qoya bildi. O, Araz çayı üzərində körpü saldırdı, öz adına pul kəsdirdi. 1050 –ci ildə hakimiyyətə gələn Şavurun dövründə dövlət daha da möhkələndi. 1063 –cü ildə usta İbrahim Gəncənin dəmir darvazalarını düzəltmişdi. Lakin Səlcuq türklərinin hücumları nəticəsində Şəddadilər də onlardan asılılığı qəbul etdilər. (Savurun dövründə)

Şəddadilərin axırıncı hökmdarı III Fəzlun (1074-88) səlcuqlardan asılılığa son qoymaq istəyirdi. Bunu görən Səlcuq sultanı Məlikşah 1088- ci ildə sərkərdə Buğanın başçılığı ilə Gəncəyə qoşun göndərdi. Şəhər müdafiə olunmasına baxmayaraq təslim oldu. III Fəzlun əsir götürülərək Bağdada göndərildi və 1091-ci ildə orada vəfat etdi. Bununla da Şəddadilər dövlətinin tarixi sona çatdı.

IX-XI əsrlərdə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Bu dövlətləri yaradan sülalələr mənşcə müxtəlif olsalar da, bu dövlətlər milli zəmində təşəkkül tapdılar. Bu dövlətlərin mövcud olduğu on illər ərzində daxildə yaranmış

45

Page 46: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

qismən əmin amanlıq zəminində təsərrüfatın bütün sahələri dirçəlir, əhali artır, və məhsuldar qüvvələr inkişaf edirdi.

XI əsrin ortalarından Azərbaycan və Şərqin bir sıra ölkələri oğuzların şaxələrindən biri olan Səlcuqlar tərəfindən işğal olundular.

Şərqi lərzəyə salan Səlcuqlar və onların rəhbəri kim idi. Cəsur və cəngavər bir şəxs olan Səlcuq oğuzların qınıq tayfasına mənsub idi. Oğuzlar 22-24 türk tayfasını birləşdirirdi. Oğuzların başçısı Oğuz xaqan hesab edilirdi. O, ömrünün 50 ilini at üstündə, hərbi yürüşlərdə keçirmişdi.

Səlcuq bir əsrdən artıq ömür sürmüş, islam dinini qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması uğrunda mübarizə aparmışdı. Onlar əvvəllər totemlərə və şamanizmə sitayış edirdilər.

Səlcuqlar Orta Asiyadan gəlmiş türk tayfaları idilər. 970–ci ildə Buxara vilayətində yerləşmişdilər .Qəznəvilər dövlətinin başçısı Sultan Mahmud 1009-cu ildə Səlcuqları Xorasan əyalətində yerləşdirir. Lakin sonralar onların bir çoxu “olduqları yerləri tərk edib öz yolları üzərində hər şeyi viran edərək Xuzistan səhralarına və İraq-Əcəm dağlarına soxuldular, bir hissəsi də Azərbaycanda sakin oldu “(Rəşidəddin)

Sonralar onlar geri qayıdaraq Xorasan üzərinə hücuma keçib bütün əyaləti özlərinə tabe etdilər. O, 1038 ci ildə Nişapuru ələ keçirdi və özünü sultan elan etdi. Beləliklə, Yaxın və Orta Şərqdə ən güclü feodal dövləti olan Səlcuqlar imperiyasının əsasını qoydu. 1040-cı ildə onlar Qəznəvi Sultan I Məsuda qəti zərbə endirdilər. Toğrul bəyin qoşunları 1045-ci ildə Həmədanı, 1050-ci ildə İsfahanı tutdular.

1054-cü ildə səlcuq qoşunları Azərbaycana soxuldular. Təbrizdə hökmdarlıq edən Rəvvadi Vəhsudan müqaviməti dayandırmağa məcbur oldu. Onlar Təbrizi alaraq Gəncəyə tərəf hərəkət etdilər. Burada Şəddadi Şavur da Toğrul bəyin vassalı olmağa razı olaraq, ona çoxlu bəxşiş verdi. Azərbaycanın qalan feodal hakimləri də belə etdilər.

1055-ci ildə Səlcuqlar Ərəb Xilafətininin paytaxtı Bağdadı aldılar.Toğrul bəy siyasi hakmiyyətin başçısı elan olundu. Beləliklə Böyük Səlcuq dövləti meydana çıxdı. Onun paytaxtı əvvəllər Mərv, sonra isə Rey və İsfahan oldu.

Toğrul bəydən sonra hakimiyyətə onun varisi Alp Arslan (1063-1072) keçdi. (qardaşı oğlu) O, öz əmisinin siyasətini davam etdirdi. Əvvəlcə Mərəndə , sonra isə Naxçıvan və Ərməniyyəyə hücum edərək ələ keçirdi.1065-ci ildə Ani şəhərini darmadağın edir. Sultan Alp Arslan Azərbaycandakı vassalı olan dövlətlərin daxili müstəqilliyinə son qoymaq məqsədilə 1069-cu ildə Gəncəyə gəldi. Şirvanşah Fəribruz də Gəncəyə gələrək ona itaət göstərdi. Alp Arslan 1070-ci ildə Şəkiyə və oradan isə Gürcüstana hücum edərək özündən asılı saldı.

Səlcuqların uğurlu yürüşlərindən vahiməyə düşən Bizans imperiyası onların qərb istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıq gördü. 1071-ci ildə Kiçik Asiyada Malazgird adlanan yerdə müharibəyə başladı. Səlcuqlar bu döyüşdə Bizans ordularını darmadağın edərək Kiçik Asiyanın bir çox torpaqlarını ələ keçirdi. Alp Arslanın Azərbaycandan uzaqlarda başının qarışmasından istifadə edən Gəncə hakimi III Fəzlun səlcuqlara vergi verməkdən boyun qaçırır. Sultanın Gəncə hakimini cəzalandırmağa ömrü çatmadı və 1072-ci ildə vəfat etdi. Hakimiyyətə onun oğlu Məlikşah (1072-1092) keçir.Səlcuqlar imperiyası Məlikşahın dövründə öz siyasi inkişafının ən yüksək pilləsinə qalxdı. Sultan Məlikşah ona sədaqətli olmayan və müstəqilliyə can atan hakimləri cəzalandırmaq məqsıdilə sərkərdəsi Buğanın başçılığı ilə 1088-ci ildə Azərbaycana qoşun göndərdi. Buğa Gəncəni aldı və Şəddadilərin sonuncu hakimi III Fəzluni əsir aldı. Sultan öz oğlu Məhəmmədi Gəncəyə hakim təyin etdi. Səlcuqların başçısı Məlikşah Şirvanşahları da cəzalandıraraq

46

Page 47: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

birdəfəlik 70 min dinar, hər il isə 40 min dinar xərac verməyə məcbur etdi.Səlcuqlar vaxtında türk tayfalarının Azəbaycana yeni axınları gücləndi. Onlar burada tezliklə oturaq həyata keçdilər və məskunlaşdılar.Səlcuqların Yaxın və Orta Şərqdə yaratdıqları imperiyanın iqtisadi əsası yox idi. O, davamsız bir hərbi-inzibati birləşmə idi. Sultan Məlikşah öləndən sonra (1092) bu böyük dövlət dağılmağa başladı. Sultanın 4 oğlu arasında hakimiyyət uğrunda mübarizə başladı.Börküyarıq və qardaşı Məhhəməd Təpər dövrlərində dövlətin ərazisi iki yerə parçalandı. Börkyarıq (1092-1104) , Məhəmməd Təpər (1104-1118) üçüncü oğul sultan Səncərin dövründə (1118-1157) imperiya tənəzzülə başladı və bir neçə yerə bölündü. O sıradan Girman, Konya, Suriya, İraq səlcuq sultanlığı və Kiçik Asiyada kiçik əmirliklər yarandı. Azərbaycan həmin dövrdə İraq sultanlığına daxil idi.

119 il fəaliyyət göstərən Səlcuqlar dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-iqtisadi və mədəni inkişafında güclü rol oynadı.Məsələn, hərbi –siyasi sahədə, hərbi-siyasi birliyin təşəkkülü, yeni-yeni ərazilərin ələ keçirilməsi; iqtisadi sahədə: təsərrüfatın canlanması, sənətkarlığın, ticarətin inkişafı, şəhərlərin tərəqqisi; ictimai münasibətlər sahəsində: feodal və kəndli siniflərinin formalaşması, onların arasındakı sinfi ziddiyyətlərin kəskinləşməsi, türkdilli yerli əhalinin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi; mənəvi sahədə: türk dilinin ictimai həyatda geniş intişar tapması, onun əhatə və təsirinin güclənməsi və genişlənməsi və sair.

XII əsrin 20 ci illərində yaranmış tarixi şərait nəticəsində Şirvanşahlar dövləti bərpa olundu. Lakin Arran və Azərbaycanın Kürdən cənuba olan torpaqları İraq səlcuqlarının hakimiyyəti altında idi. XII əsrin 30-cu illərində Yaxın Şərqlə baş verən siyasi hadisələrin zəminində böyük tarixi hadisə baş verdi. Azərbaycan Atabəylər dövləti (1136-1225) meydana çıxdı. Atabəylər dövlətinin banisi zəmanəsinin ağıllı diplomatı, uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz (1136-1175) idi. Onun uşaqlığı son dərəcə ağır keçmiş, valideyinlərini çox erkən itirmiş, qul bazarlarında satılaraq əldən ələ keçmişdi.

Orta əsr tarixçiləri Mirxond və nəvəsi Xondəmir Şəmsəddin Eldənizin həyatı haqqında məlumat vermişlər. (Rövzət əs-səfa “ və “Həbib əs siyar” adlı əsərlərində )

O, Sultan Mahmud dövründə (1118-1131) bir qul kimi alınmış və İraqa apa-rılaraq vəzir Əhməd əs-Sümeyrəməyə satılmışdır. 1122-ci ildə Sumeyrəmə Sultan tərəfindən öldürülür və onun varidat Sultan Mahmudun ixtiyarına keçir. Deməli Şəmisəddin Eldəniz də onun xidmətinə keçir. Sultan onun bacarığını görüb tərbiyəsini əmir Nəsrə tapşırır. Çox çəkmir ki, O, at oynatmaq, qılınc çalmaqda öz yaşıdlarını ötür. Bundan sonra sultan onu əhlivan–salar (mətbəx başçısı) təyin edir.

1132-ci ildə hakimiyyətə Sultan Toğrul keçir və Şəmsəddin Eldəniz məmlüklər sırasına keçirilir. Sultanın arvadı Möminə xatun ona böyük iltilat (simpatiya) göstərdi. Bir az sonra Eldəniz əmir rütbəsinə çatdırılır. Sultan Toğrul Eldənizi özünün azyaşlı oğlu Arslana atabəy (qəyyum) təyin edir. Sultan Toğrul öləndən sonra Sultan Məsud Eldənizi dul qalmış Möminə xatunla evləndirir. Onun iki oğlu və bir qızı olmuşdur.1136-cı ildə Sultan Məcud Arranı Şəmsəddin Eldənizə iqta verir və o, yavaş-yavaş bütün Azərbaycana yiyələnməyə başlayır. 1160-cı ildə oğulluğu Arslan sultan taxtına yiyələnsə də, dövləti faktiki olraq Şəmsəddin Eldəniz idarə edirdi.

Tarixçilər Azərbaycan Eldənizlər dövlətinin və onu idarə edən sülalənin (Ata-bəylər) tarixini 3 dövrə bölürlər: təşəkkül (1136-1160), çiçəklənmə (1160-1191), tənəzzül (1191-1125) .

Birinci və ikinci dövrlərdə əldə edilən nailiyyətlər Eldənizin və onun oğlanları-nın adı ilə bağlıdır. Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın oğlanları Əbu Bəkir (1191-1210) və Özbəyin (1210-1225) hökmdarlığı dövründə dövlət tənəzzülə uğramış və Xarəzmşah Cəlaləddinin hücumu ilə süqut etmişdir. Səlcuq şahzadələri arsında gedən mübarizədən məharətlə istifadə edən Şəmsəddin Eldəniz 1160-cı ildə 20

47

Page 48: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

minlik qoşunla Həmədanı alaraq atabəyi olduğu Arslan şahı taxta çıxardı. Həmin dövrdən Şəmsəddin Eldəniz İraq Səlcuq dövlətinin böyük atabəyi adlandı. Əslində dövləti o özü idarə edirdi. Şəmsəddin Eldəniz Sultanın və özünün imkanlarından istifadə edərək oğlanlarının feodal iearxiyasının ən yüksək pilləsində möhkəmləndirməyə nail oldu. Cahan Pəhləvanı hacib, Qızıl Arslanı isə Sultan ordusunun baş sərkərdəsi təyin etdi.

Təbriz və Naxçıvan Atabəylər dövlətinin paytaxtı oldu.

Şəmsəddin Eldəniz 1161-ci ildə Həmədan yaxınlığında Rey vilayətinin qoşunlarını məğlub etdi. Rey vilayətini iqta şəkilində oğlu cahan Pəhləvana verdi. Tədricən Qum, Qəzvin, Ərdəbil, Marağa, Kirman vilayətləri də Eldənizdən asılı vəziyyətə düşdülər. Eldənizin nüfuzu getdikcə artırdı. Ziya Bünyadov yazır: “Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri O, verir, İqta torpaqlarını paylayır, dövlət xəzinəsinə o, nəzarət edirdi. Sultan Arslan Şah İbn Toğrulun ancaq adı hökmdar idi.” Atabəylər öz torpaqlarını genişləndirməyə çalışırdılar. Onlar tez-tez Şirvana və Ərməniyyəyə yürüşlər təşkil edir, Gürcüstanla düşmənçiliyi davam etdirirdilər.

Gürcülər hətta 1139-cu ildə Gəncə zəlzələsindən az sonra şəhərə hücum edərək oranı talamış və “Gəncə darvazalarını” qənimət kimi aparmışdılar.

1161-ci ildə Gürcülər 30 minlik qoşunla Gəncə və Dəbil şəhərinə hücum edərək böyük vəhşiliklər törətdilər. Gürcülərin vəhşi hərəkətlərinə cavab olaraq 1163-cü ilin yanvarında Şəmsəddin Eldəniz 50 minlik qoşunla Gürcüstana hücum edərək 1 aydan çox vuruşdu. Çoxlu sayda adam öldürdü, əsir götürdü və hərbi qənimət ələ keçirdi. Lakin bundan nəticə çıxarmayan gürcülər 1164 və 1166-cı illərdə Azərbaycana yenidən hücumlar etmiş və Gəncəyə qədər gəlmişdilər. 1174-cü ildə yenidən Eldəniz Gürcüstana yürüş etmiş və onları daha ağır məğlubiyyətə uğratmışdır.

Mənbələrdə deyilir: “Abxazlar (gürcülər) darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilməzdi”.Gürcüstan yürüşündən qayıtdıqdan sonra 1175-ciilin noyabrında Şəmsəddin Eldəniz Naxçıvanda vəfat etdi.(ondan 1 ay əvvəl arvadı Möminə xatun vəfat etmişdi.) Az sonra Sultan Arslan şah da vəfat etdi. Sultanlıq taxtına onun 7 yaşlı oğlu III Toğrul keçdi. Məhəmməd Cahan Pəhləvan III Toğrula atabəy təyin edildi. Cahan Pəhləvanın dövründə mərkəzi hakimiyyət daha da möhkəmləndi. O, Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırdı və eyni zamanda onu oğlu Əbu Bəkirin atabəyi təyin etdi. Təbriz Qızıl Arslanın paytaxtı oldu. Cahan Pəhləvanın dövründə (1175-1186) Atabəylər dövlətinin ərazisi daha da genişləndi. Dövlət iqtisadi və siyasi cəhətdən dahada möhkəmləndi. Atabəylərin təkcə 50 minlik süvari ordusu var idi.1180-ci illərdə Misir və Suriya ilə münasibətlər kəskinləşdi. 1185-ci ildə Qızıl Arslan böyük qoşunla Mosula tərəf hərəkət etdi. 1185-ci ildə Cahan Pəhləvan özü də Əhlətə gəldi və münaqişəni dinc yolla öz xeyrinə həll etdi. Geri qayıdarkən xəstələndi və 1186-cı ildə, martın 23-də vəfat etdi.

Onun ölümündən sonra hakimiyyət məsələsi ciddi münaqişəyə səbəb oldu. Arvadı İnancXatun öz oğlanlarını hakimiyyətdə görmək istəyirdi. (Qutluq İinanc və Əmir Əmiran Ömər İran, Əbu Bəkir türk qızı Quteybə xatun, Özbəyin anası kəniz Zahidə xatun idi) Bütün bunlara baxmayaraq hakimiyyətə Qızıl Arslan (1186-1191) keçdi. Onun dövründə ölkədə sakitlik pozuldu. İnanc Xatun III Toğrulla birləşərək Qızıl Arslana qarşı mübarizəyə başladılar. 1188-ci ildə Həmədan yaxınlığında müxalif qüvvələr Qızıl Arslanı məğlub etdilər. Lakin O, xəlifə ilə İttifaqa girərək onları parçaladı və məğlub etdi: (1190) Sultan III Toğrulu əsir edərək Naxçıvan yaxınlığında zindana saldı. Hakimiyyətini möhkəmlədən Qızıl Arslan yolunu azmış əmirləri cəzalandırmaq məqsədi lə əvvəlcə Van sahillərinə, sonra isə Şirvan və Gəncəyə yürüşə başladı. Burada Qızıl Arslan böyük şair Nizami Gəncəvi ilə görüşdü. Sonra Gürcüstana yürüşə başladı və onları məğlub edərək qənimət ələ keçirdi. Ömrünün sonlarına yaxın eyş-işrətə və kef məclislərinə çox meyl göstərməyə

48

Page 49: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

başladı.1191-ci il sentybrın 21-də yatağında sui-qəsd nəticəsində öldürüldü. (İnanc Xatun tərəfindən).Qızıl Arslanın ölümündən sonra Cahan Pəhləvanın qadınları və oğlanları arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Atabəylərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfahan onların asıllığından xilas oldu. Eldənizlərin əlində yalnız Azərbaycan torpaqları qaldı. Azərbaycannın hakimi və sultan taxtına Əbu Bəkir yiyələndi. (1191-1210) Həmədanı və qonşu əyalətləri İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömər arasında mübarizə başladı. 1192-ciildə Əbu Bəkir Təbriz yaxınlığında qardaşlarının qoşununu məğlub etdi.Qutluq İnanc Xarəzmşah Təkisin yanına, Ömər isə Şirvanşah Axsitanın yanına qaçdı.1192-ci ildə Sultan III Toğrul zindandan xilas olaraq qoşun toplayır və Təbrizə hücum edir. Daha sonra Həmədanı ələ keçirərək sultanlıq taxtına yiyələnir. Lakin onun hakimiyyəti çox çəkmir. Xorəzmşah Təkişlə İttifaqa girən Qutluq İnanc 1194-cü ildə III Toğrulu məğlub edərək öldürdü. Həmədan Xarəzmşahın əlinə keçdi.Xorəzmşah Təkişin ölümündən sonra Sultan Əbu Bəkr qardaşı Öməri Həmədan və Reyə hakim təyin etdi.Əbu Bəkrin 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzu xeyli zəiflədi, dövlətin süqutunun qarçısını ala bilmədi. Əbu Bəkrdən sonra hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210-1225) Azərbaycan Atabəylər dövləti daha da zəiflədi. Özbəyin hakimiyyətinin ilk illərində Gürcü çarı Tamaranın və Xarəzmşah Məhəmmədin ardıcıl hücumları başladı. Hətta Atabəy Özbək Xarəzmşahlardan asılılığı qəbul etdi. Xarəzmlilər Azərbaycanın şəhər və kəndlərini talan etdilər. Hətta bir sıra yerlərdə öz hərbi qüvvələrini yerləşdirdilər. Zəif iradəli Atabəy Özbək nə tez-tez hücum edən gürcülərin, nə də monqolların hücumlarının qarşısını ala bilmədi. Atabəy Özbək əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Əslində dövləti onun həyat yoldaşı, III Toğrulun qızı Məlakə Mehrican xatun idarə edirdi.

Monqolların birinci yürüşlərindən sonra (1221) Xarəzmşahın oğlanları Cəlaləddin və Qiyasəddin Azərbaycana hücum etdilər. Atabəy onlara da müqavimət göstərə bilmədi. Öz bacısı Cəlaliyyəni Qiyasəddinə verib onunla qohum oldu. Lakin 1225-ci ildə Cəlaləddin yenidən Təbrizə hücum edəndə Atabəy Özbək əvvəl Gəncəyə, sonra isə Əlincə qalasına qaçdı və orada öldü. Bununla da Atabəylər döv-lətinin tarixi sona çatdı. XII əsrdə Azərbaycanda feodal dövlətin yaranması müsbət hadisə idi. Ölkə daxilində sabitliyin və əmin–amanlığın bərqərar edilməsi məhsuldar qüvvələrin inkişafına və təsərrüfatın bütün sahələrinin canlanmasına və mədəniyyətin çiçəklən-məsinə təkan verdi.XII əsr əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü “ adlandırılmır. Bu İntibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, N.Gəncəvi və onun müasirlərinin ədəbiyyat, incəsənət və elmimizin böyük dühasının yaşadığı dövrdür. XII əsr həm də Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, memarlığın böyük sü-rətlə inkişaf etdiyi dövrdür.30 ilə qədər astronomiya ilə məşğul olmuş və bir sıra ulduz cədvəllərini tərtib etmiş Fəridəddin Şirvani çox məşhur idi. XII əsrdə təbabətə dair çoxlu elmi əsərlər yazılmışdır. Bunlardan Muzhəbəddin Təbrizi və Mahmud İbn İlyas bir çox xəstəliklərin müalicəsi, əczaçılıq və sair haqqında gərəkli elmi əsərlər yazmışlar.

Tarix, fəlsəfə, nücum, məntiq sahəsində həmin dövrdə çoxlu elmi əsərlər yazılmışdır. Məsələn Fəxrəddin ət Təbrizi ilk dəfə “Tarixi –Azərbaycan “ adlı elmi əsər yazmışdır. Tarixə aid Səlcuqların vəziri olmuş Nizamülmülkün də dəyərli əsərləri vardır. Memarlıq sahəsində xüsusi Azərbaycan məktəbi formalaşmışdı. Əcəmi Naxçıvaninin tikdiyi İbn Quseyr və Möminə Xatun türbələri memarlığın ən gözəl nümunələri hesab edilir. Məşhur Qız Qalası da mülahizələrə görə XII əsrin yadigarıdır. XII əsrdə daha çox ədəbiyyat sahəsində böyük sıçrayış olmuşdur. XII əsr Azərbaycan xalqına Xaqani, Şirvani, Mücirəddin Beyləqani, Şihabəddin Sührəvərdi, Yusif əl Xuveyyi (Xoylu)kimi görkəmli şəxsiyyətləri vetmişdir. Qətran Təbrizi fars dilində yazsa da, əsərlərində azərbaycan –türk sözlərindən daha çox istifadə etmişdir. Şer-sənətin günəşi sayılan Nizani Gəncəvi çox geniş intellektual səviyyəyə malik, özündən sonrakı nəsl üçün şer məktəbi qoyub getmiş simalardandır. Onun “Xəmsə”si şer sənətinin zirvəsində dayanan poemalar toplusudur. XII əsr incəsənətin çiçəkləndiyi dövr sayılır. Bədii sənətkarlıq ustaları oyma, həkketmə,

49

Page 50: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

xalçaçılıq və tətbiqi incəsənətin digər sahələrində çox işlər görmüşlər. Musiqi sahəsində xanəndələr, sazəndələr, rəqqasələr, aşıqlar, ozanlar və sair xadimlər xalqa xidmət edirdilər

VI MÖVZU

Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində.

P L A N

1.XIII əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət. Monqolların hücumlarinin başlanmasi.

2.Elxanilər dövlətinin yaranması.

3.XIII əsrdə təssərüfat həyatı.Şəhərlər və mədəniyyət.

Ədəbiyyat.

1.Azərbaycan tarixi.VII cilddə,III cild,B,2005,səh.14-76.

2.Azərbaycan tarixi üzrə qaynaqlar.B,1989,səh.121-137.

3.Azərbaycan tarixi.B,1994,səh.322-348.

4.Bakıxanov A.Gülüstani-İrəm.B,1991.

5..Piriyev V.Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə.(1316-1360-cı illər). Bakı. 1978.

6.Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin qonşu ölkələrə

yürüşləri bu ölkələri böyük təhlükə qarşısında qoydu. Monqollar arasında tatarlar, noymonlar, kareitlər,

mer-kitlər, tayciutlər, onkutlar adlanan tayfa birləşmələri var idi. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil

50

Page 51: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

edilmiş monqol feodal dövləti qonşu vila-yətləri zəbt etməyə başladı. Bu ölkələrdə feodal pərakəndəliyinin

(Çin, Xa-rəzm,İran) olması monqolların işğalları üçün əlverişli şərait yaratdı.

Monqollar 1215-ci ildə Pekini, 1219-cu ildə isə Xarəzmi işğal edərək qərbə doğru yürüşə başladılar.

Monqol yürüşləri ərəfəsində Azərbaycanın daxili vəziyyəti çox acına-caqlı idi. Bu dövrdə Azərbaycan

ərazisində vahid mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda 3

dövlət –Atəbəylər, Şirvanşahlar və Marağada Ağsunqurilər (1108-1227) dövlətləri mövcud idi.

Artıq XII srin sonlarında Eld nizl r dövl ti vv lki qüdr tini itirmiş-di.Sülal arasındaə ə ə ə ə ə ə ə

hakimiyy t uğrunda mübariz gedirdi. At b yl rin son nü-may nd si At b y Özb k feodallarınə ə ə ə ə ə ə ə ə ə

lind bir oyuncağa çevrilmişdi.ə ə

Bel bir v ziyy td monqollar ilk d f 1220-ci ild Az rbaycana yürüş etdil r. Monqolə ə ə ə ə ə ə ə ə

s rk rd l ri C b v Subatay Z ncanı, rd bili, S rabı v başqa ş h rl ri talan ed r k T brizə ə ə ə ə ə ə ə Ə ə ə ə ə ə ə ə ə ə ə

yaxınlaşdılar. Ş h r möhk m qala divarları il hat olunmuşdu. Lakin At b y Özb k ehtiyat ed r kə ə ə ə ə ə ə ə ə ə ə

monqol-larla danışıqlar aparmağı lazım bildi. Monqollar çoxlu x rac aldıqdan sonra qışlamaq üçünə

Muğana yollandılar v oradan da Gürcüstana basqın etdil r. ə ə

1221-ci ilin vv lind C b v Subutay Az rbaycana dön r k, yenid n T briz hücum etdil r.ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

T briz hakimi Ş ms ddin Tuğrayi yen x rac ver-m kl ş h ri talandan qurtardı. Bundan sonraə ə ə ə ə ə ə ə ə

monqollar q fl t n Marağaya hücum ets l r d xalq ş h ri q hr manlıqla müdafi etdi. Lakin çoxə ə ə ə ə ə ə ə ə ə ə

ç km di ki, ş h r t slim oldu v yerl -yeksan edildi. Bundan sonra monqollar H m dan v rd biliə ə ə ə ə ə ə ə ə ə Ə ə

yenid n talan ed r k üçüncü d f T briz hücum etdil r. Bu zaman At b y Özb k Naxçıvanaə ə ə ə ə ə ə ə ə ə ə

qaçaraq orada gizl nir. Ş h r hakiminin başçılığı altında xalq ş h rin müdafi sin qalxdı. Ş h ri alaə ə ə ə ə ə ə ə ə

bil-m y c kl rini gör n monqollar x rac almaqla kifay tl nib oradan uzaq-laşdılar.ə ə ə ə ə ə ə ə

Monqollar Az rbaycanın şimal torpaqlarına soxuldular. Onlar Beyl qanı alaraqə ə

yandırdılar.1221-ci ild G nc ni mühasir y aldılar, x rac alaraq yenid n Gürcüstana yollandılar və ə ə ə ə ə ə ə

oranı qar t etdil r.ə ə

1222-ci ild Şirvana soxulan monqollar Şamaxını mühasir y aldılar. Ş h rin m rdə ə ə ə ə ə

müdafi çil ri düşm nd n qorxmayaraq, ölümü üstün tutub doğma ş h rl rini müdafi y qalxdılar.ə ə ə ə ə ə ə ə ə

Lakin sayca üstün olan monqollar ş h r daxil oldular, ş h rd halinin kökünü k sdil r.(İbn l-ə ə ə ə ə ə ə ə ə əsir)Ə

Monqollar 1222-ci ild Şamaxıdan şimala t r f yön ldil r. Onlar D rb nd keçidind n keç r k,ə ə ə ə ə ə ə ə ə ə

1223-cü ild Kalka çayı üz rind rus-qıpçaq qoşunlarını m ğlub etdil r. Monqollar X z rin şimalı ilə ə ə ə ə ə ə ə

Monqolustana qa-yıtdılar.

51

Page 52: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1223-cü ild Eld nizl rin z ifliyind n istifad ed n Qıpçaq tayfaları D rb ndi keç r k Şirvan,ə ə ə ə ə ə ə ə ə ə ə

G nc , Q b l y q d r g lib çıxdılar, böyük talanlar tör tdil r. Bel bir v ziyy td n Gürcüə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

feodalları da istifad etm k m qs dil 1225-ci ild G nc y basqın etdil r.ə ə ə ə ə ə ə ə ə ə

1225-ci ild Az rbaycan monqol hücumları n tic sind hakimiyy td n m hrum olmuşə ə ə ə ə ə ə ə

Xar zmşah C lal ddinin hücumlarına m ruz qaldı. C lal ddn X z rin c nubundan keç r kə ə ə ə ə ə ə ə ə ə ə

Marağanı tutdu. Az sonra T briz hücum etdi.Atab y Özb k ail si il G nc y ,oradan is linc yə ə ə ə ə ə ə ə ə ə Ə ə ə

qaçdı v az sonra orada öldü.Bununla da Atab yl r dövl ti süqut etdi (1225). ə ə ə ə

T brizlil r Ş ms ddin Tuğrainin qardaşı oğlu Nizam ddinin başçılığı altında ş h ri müdafi yə ə ə ə ə ə ə ə ə

qalxdılar. Müdafi çil r 7 gün m rdlikl vuruşdular. Lakin ş h r yanlarınn satqınlığı üzünd n ş h rə ə ə ə ə ə ə ə ə ə

t slim oldu. Daha sonra G nc , Beyl qan, B rd , Ş mkir v başqa ş h rl r d istila olundu.ə ə ə ə ə ə ə ə ə ə ə ə

Marağanın tutulması il Ağsunquril r dövl ti d süqut etdi. Şirvanşahlar da ild 100 min dinarə ə ə ə ə

verm k ş rti il C lal ddinin vassalına çevrildil r.ə ə ə ə ə ə

Az rbaycanın idar çiliyi C lal ddinin v ziri Ş r f l Mülkin ixtiyarına verildi. Onun T brizdə ə ə ə ə ə ə Ə ə ə

qeyri-qanuni vergil r toplaması ş h r halisinin üs-yanına s b b oldu. Gürcüstan yürüşünd olanə ə ə ə ə ə ə

C lal ddin T briz g l r k üs-yanı yatırmış v ş h r r isi Nizam ddin Tuğraini edamı etdirmişdi.ə ə ə ə ə ə ə ə ə ə ə ə

Bir q d r sonra T briz halisi Yarb yin başçılığı altında üsyana qalxmışdı.Tezlikl xalq h rakatıə ə ə ə ə ə ə

bütün Az rbaycanı bürümüşdü. ə

1231-ci ild G nc üsyanı xalq h rakatının n yüks k pill si oldu. S n t-kar B nd rin başçılığıə ə ə ə ə ə ə ə ə ə ə

il g nc lil r ş h r hakiminin sarayını l keçir r k ş h rd ki özb k qarnizonunu m hv etdil r.ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

Ş h r üsyançıların lin keçdi. Bunu gör n C lal ddin üsyançıalarla danışığa girib t slimə ə ə ə ə ə ə ə

olunmalarını t l b etdi. Lakin üsyançılar mübariz d n l ç km y r k, ş h rd n çıxdılar v sul-tanə ə ə ə ə ə ə ə ə ə ə ə ə

ordusuna hücum etdil r. Lakin qanlı döyüşd n sonra üsyançılar ş h r doğru geri ç kildil r.ə ə ə ə ə ə ə

Bunların ardınca C lal ddin d ş h r soxularaq üsyanı yatırdı. 30 min n f ri C lal ddin edamə ə ə ə ə ə ə ə ə ə

etdirdi, B nd ri is tik -tik doğratdı.ə ə ə ə ə

Az rbaycanın Xoy, M r nd, Naxçıvan v başqa ş h rl rind d C la-l ddin qarşı xalqə ə ə ə ə ə ə ə ə ə ə ə

üsyanları baş vermişdi.

Üsyandan az sonra Monqollar ikinci d f Az rbaycan razisin yürüş başladılar. 1231-ci ildə ə ə ə ə ə ə

Çingiz xanın üçüncü oğlu Büyük xaqan Üqedey s rk rd Çormoğonun başçılığı il 30 minlik qoşunuə ə ə ə

Az rbaycan üz rin yürüş gönd rdi. Bunu gör n Xor zmşah C lal ddin c nuba doğru qaçaraqə ə ə ə ə ə ə ə ə ə

Diyarb kr razisind dağlarda h lak oldu.ə ə ə ə

Monqollar yen Marağanı talan edib T briz doğru h r k t etdil r. Yen d ş h r yanlarıə ə ə ə ə ə ə ə ə ə ə ə

satqınlıq ed r k ş h ri t slim etdil r.T brizin bir çox s n t-karları Qaraqoruma gönd rildil r. ə ə ə ə ə ə ə ə ə ə ə

52

Page 53: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1235-ci ld Monqollar G nc ni mühasir y aldılar. Uzunmüdd tli müha-sir d n sonra ş h rə ə ə ə ə ə ə ə ə ə

alındı v yerl -yeksan edildi. İbn- l_ sirin yazdığına gör “G nc 4 il müdd tin xaraba v ziy tdə ə Ə Ə ə ə ə ə ə ə ə ə

qaldı”. Ş mkir ş h ri d alına-raq yandırıldı v halisi qılıncdan keçirildi. Az sonra Bakı,Tovuzə ə ə ə ə ə

ş h rl ri iş-ğal olundu. 1239-cu ild D rb ndin tutulması il bütün Az rbaycan monqol-larə ə ə ə ə ə ə ə

t r find n istila olundu. ə ə ə

İlk yürüşd n f rqli olaraq monqolların ikinci yürüşd sas m qs di işğal etdikl ri razil rdə ə ə ə ə ə ə ə ə ə

möhk ml nm kd n ibar t idi. Odur ki, onlar q l b çal-dıqdan sonra Monqolustana qayıtmadılar və ə ə ə ə ə ə ə ə

yeni razil rd m skunlaşdılar.ə ə ə ə

Az rbaycan v el c d Ön Qafqaz razisi 1239-1256-cı ill rd ali monqol xaqanlığının t yinə ə ə ə ə ə ə ə ə

etdiyi canişinl r t r find n idar olunurdu. İlk canişin Arqun ağanın yeritdiyi sas siyas t yerliə ə ə ə ə ə ə

feodalların monqol yanlarından asılılığını t min etm kd n ibar t idi.ə ə ə ə ə

Monqol xaqanlığının Ön Asiya, C nubu Qafqaz v Kiçik Asiyanı l keçirm sin baxmayaraqə ə ə ə ə ə

XIII srin ortalarında h min vilay tl rd iri feodal malikan l ri h l d öz müst qilliyiniə ə ə ə ə ə ə ə ə ə ə

itirm mişdi. ə

Ali monqol xaqanı Münke istilaları davam etdirm k m qs dil 1253-cü ild Ön Asiyaya qoşunə ə ə ə ə

gönd rdi. Yürüş Münkenin qardaşı Hülakü xan r hb rlik edirdi. O, 1256-cı ild Amu-D ryanıə ə ə ə ə ə

keç r k X z rin c nubu il h r k t başladı. H min il İsmalil rin l mut qalası süquta uğradı.ə ə ə ə ə ə ə ə ə ə ə ə Ə ə

1258-ci ilin fevralında Hülakünün s rk rd si Baqu Bağdadi l keçir r k 500 il hökmranlıq etmişə ə ə ə ə ə ə

Abbasil r Xilaf tin son qoydu.ə ə ə

Z bt edilmiş razil r hesabına yeni Monqol ulusu (dövl ti ) Hülakül r dövl ti yarandı. Buə ə ə ə ə ə

dövl t Az rbaycanda bir sr q d r (1357) f aliyy t gös-t rmişdir. Az rbaycan dövl tin siyasi-ə ə ə ə ə ə ə ə ə ə əinzibati m rk zin çevrildi. vv lc Marağa, sonra is T briz paytaxt oldu.ə ə ə Ə ə ə ə ə

Hülakül r dövl tinin t rkibin Az rbaycan, İraqi- r b, İraqi- c m, Kir-man, Gürcüstan , Kiçikə ə ə ə ə Ə ə Ə ə

Asiya, Fars, Xuzistan, Xorasan vilay tl ri daxil idi. ə ə

Hülakü xan oturaq halinin v yerli feodalların istismarı v sıxışdırması n tic sind güclüə ə ə ə ə ə

m rk zl şmiş dövl t yaratdı. Yalnız Şirvanşahlar öz daxili müst qillikl rini qoruyub saxlayaə ə ə ə ə ə

bilmişdil r.ə

Hülakü xanın ölümünd n sonra (1265) hakimiyy t Abaqa xan (1265-1282) keçdi.Onunə ə ə

hakimiyy tinin son dövrl rind m rk zi hakimiyy t qarşı narazılıqlar artdı. 1275-ci ild ona qarşıə ə ə ə ə ə ə ə

h tta Aranda üsyan baş verdi, lakin üsyan ç tinlikl d olsa, yatırıldı. Abaqa xandan sonraə ə ə ə

hakimiyy t g l n hm d xan (1282-1284) c mi iki il ölk ni idar ed bildi.O, feodalların s yi ilə ə ə ə Ə ə ə ə ə ə ə ə

taxtdan salındı v Arqun xan (1284-1291), sonra is Göyxatu xan (1291-1295) hakimiyy t g ls də ə ə ə ə ə ə

bir neç ay taxtda oturdu.ə

53

Page 54: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Hülakul r sarayında baş ver n çevriliş v ç kişm l r m rk zi hakimiyy ti olduqcaə ə ə ə ə ə ə ə ə

z ifl tmişdi. Bundan istifad ed n Qızıl Ordalılar 1263,1265, 1288 v 1290 -cı ill rd Az rbaycanə ə ə ə ə ə ə ə

torpaqlarına basqın ed r k talanlar tör tmişdil r. Qızıl Ordalılarla Hülakul r arasında müharib l rə ə ə ə ə ə ə

fasil l rl 100 il q d r davam etmişdir. Bu müharib l r xalqı tamamil var-yoxdan çıxarmışdı.ə ə ə ə ə ə ə ə ə

1295-ci ild Hülakul r taxtına Qazan xan (1295-1304) yiy l ndi.O, öz siyas tind yerliə ə ə ə ə ə

feodallarla laq nin möhk ml nm si siyas ti yeridirdi. H tta o,islam dinini d q bul ed r k m scidə ə ə ə ə ə ə ə ə ə ə ə

tikdirdi.Köç ri monqol yanları ona qarşı çıxsalar da O,yerli feodallara arxalanaraq narazılıqları yatıraə ə

bildi. M rk zi hakimiyy ti möhk ml ndirdi. Ölk d nisb t n sabit v ziyy t yarandı. Ulcaytu xanınə ə ə ə ə ə ə ə ə ə ə

dövründ d (1304-1316) bu sabitlik pozulmadı. Lakin 12 yaşlı bu S idin hakimiyy t g lm silə ə Ə ə ə ə ə ə ə

(1316-1335) feodal ara ç kişm l ri yenid n qızışdı. Faktiki olaraq hakimiyy tin Sulduzil rə ə ə ə ə ə

n slind n olan mir Çobanın lind c ml nm si bir çox feodalların narazılığına s b b oldu.ə ə Ə ə ə ə ə ə ə ə

1319,1320,1322-ci ill rd dövl tin müxt lif razil rind iğtişaşlar qalxdı. Lakin h min iğtişaşlarə ə ə ə ə ə ə ə

mir Çobanın s yi n tic sind yatırıldı. Bundan sonra mir Çoban artıq dövl tin faktiki hakimi kimiƏ ə ə ə ə Ə ə

f aliyy t göst rm y başladı. Bundan narazı olan bu S id 1328-ci ild mir Çobanı v bir neçə ə ə ə ə Ə ə ə Ə ə ə

oğlunu öldürtdürdü.

1335-ci ild Qızıl Orda xanı Özb k yenid n Az rbaycana soxuldu. El bu zaman bu S idə ə ə ə ə Ə ə

feodal ara ç kişm l ri n tic sind öldürüldü. Qısa müdd t rzind hakimiyy td Arpa xan (1335-ə ə ə ə ə ə ə ə ə ə ə1336), Musa xan (1336), M h mm d xan (1336-1338) bir-birini v z etdi. Bu v ziyy td n istifadə ə ə ə ə ə ə ə ə

ed n bir sıra yyanlar v n sill r müst qill şm y meyl etm y başladılar. Bel qüvv l rd nə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

Çobanil ri, C laril ri v Xorasan mirl rini göst rm k olar.ə ə ə ə ə ə ə ə

Çobanil r hakimiy t uğrunda mübariz y qoşulan n qüdr tli feodal qruplarından idi . mirə ə ə ə ə ə Ə

Çobaninin n v si Şeyx H s n Çobani 1338-ciild c -lairlil r qalib g l r k Ulcaytu (M h mm də ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

Xudav nd ) xanın qızı Satıb y Xatunu padşah elan edib dövl ti onun adından idar em yə ə ə ə ə ə ə

başladı.1340-cı ild ild Şeyx H s n Satıb yi hakimiyy td n k narlaşdırıb Süleyman xanı padşahə ə ə ə ə ə ə ə

elan etdi. (1340-1344) 1344-cü ild hakimiyy t M lik şr fin lin keçir. şr fin q ddarlığındanə ə ə Ə ə ə ə Ə ə ə

cana doyan hali Qazı M hiy ddin B rd inin başçılığı il üsyan etdil r. H tta onlar Qızıl Orda xanıə ə ə ə ə ə ə ə

Cani B yi köm y çağırdılar. 1357-ci ild Cani b y Az rbaycana g lir v hakimiyy ti l keçi-rir.ə ə ə ə ə ə ə ə ə ə ə

şr f Çobani is l keçiril r k edam edildi. Bel likl , h m d Hülakül r dövl tinin varlığına sonƏ ə ə ə ə ə ə ə ə ə ə ə ə

qoyuldu.

Hakimiyy ti l keçir n Cani b y oğlu B rdi b yi T brizd s lt n t ot-urtdu. 2 ay sonraə ə ə ə ə ə ə ə ə ə ə ə ə

atasının ölüm x b rini alan B rdi b y Qızıl Orduya qayıtdı.ə ə ə ə

Bundan istifad ed n C lairi mir Şeyx Uveys (1359-1374) 1358-ci ild Az rbaycana yürüş etdiə ə ə ə ə ə

v hakimiyy t yiy l ndi. Az rbaycan C lairl r dövl tinin t rkibin daxil oldu. T briz dövl tinə ə ə ə ə ə ə ə ə ə ə ə ə

paytaxtı idi. 1367 –ci ild C lairil r Şirvani z bt etdil r. Şeyx Uveysin dövründ m rk zi idar etmə ə ə ə ə ə ə ə ə ə

aparatı möhk ml ndi, iqtisadiyyatda mü yy n canlanma baş verdi. Lakin C lairi Sultan Hüseyninə ə ə ə ə

54

Page 55: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

dövründ (1374-1382) ölk d feodal dağınıqlığı gücl ndi, m rk zi hakimiyy t qarşı mübarizə ə ə ə ə ə ə ə ə

şidd tl ndi.ə ə

Hakimiyy ti l almağa can atan C lairli Sultan hm d yerli feodalların narazılığından özə ə ə ə Ə ə

xeyrin istifad ed r k 1382-ci ild Sultan Hüseyni öldürtdürür. Hakimiyy t Sultan hm d keçirə ə ə ə ə ə ə Ə ə

(1382-1410). Onun hakimiy-y tin is mir Teymurun yürüşl ri son qoysa da 1410-cu ildə ə ə Ə ə ə

Qaraqoyunlu Qara Yusif t r find n öldürül r k C lairl r sülal sin son qoyur.ə ə ə ə ə ə ə ə ə

Monqol zülmü Az rbaycanda t s rrüfat h yatını d rin t n zzül uğratmışdı. Dağılmış ş h rə ə ə ə ə ə ə ə ə ə

v k ndl r uzun müdd t xarabazarlıq halında qalmışdı. K nd t s rrüfatı, s n tkarlıq, ticar tinə ə ə ə ə ə ə ə ə ə

inkişafı l ngimişdi. Baxmayaraq ki, XIII srin vv ll rind (1303) Qazan xan Mahmud bir sıra islahatə ə ə ə ə ə

keçirdi v bu islahatların müsb t t siri oldu, lakin t n zzül XIII srin sonu –XV srin vv lin d kə ə ə ə ə ə ə ə ə ə ə

davam etdi.

Tarixçi H mdullah Q zvininin verdiyi m lumata gör Az rbaycanın c nubunda buğda, ç ltik,ə ə ə ə ə ə ə

pambıq, meyv v üzüm bec rilirdi. Bir sıra ş h rl rd s n tkarlıq istehsalı dirç lm y başlamışdı.ə ə ə ə ə ə ə ə ə ə ə ə

rd bild zolaqlı v alab z k parçalar, B rz ndd ip k örtükl r, Ş mkird yun paltar hazırlanır,Ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

Q b l d xan ip k istehsal olunurdu. XIII srin sonlarında ticar t d mü yy n q d r canlanmışdı.ə ə ə ə ə ə ə ə ə ə ə ə

Az rbaycanın Ş rq v Avropa il geniş ticar t laq l ri t dric n b rpa edilirdi. n mühüm ticar tə ə ə ə ə ə ə ə ə ə ə Ə ə

yollarında karvansaralar tikilirdi. Karvansaralar mü yy n d r c d qala istehkamlar ş klində ə ə ə ə ə ə ə

tikilirdi. Çünki tacirl r tez-tez basqınlara m ruz qalırdılar.M s l n, Min cik, Sanqaçal, Beş-Barmaqə ə ə ə ə ə

dağları yaxınlığında indi d qalmaqda olan karvan-saralar qalaları xatırladır.ə

XIII-XIV srl rd Q rbl Ş rq arasındakı ticar td Venetsiyalı v Genuyalı tacirl r böyük rolə ə ə ə ə ə ə ə ə ə

oynayırdılar. Onlar Az rbaycana x z, k tan, mahud, qalay g tirir, buradan is ip k, dviyyat, daş-qaşə ə ə ə ə ə ə

v sair aparırdılar. Ticar td T briz ş h ri sas rol oynayırdı. Elxanil r dövründ T briz çoxə ə ə ə ə ə ə ə ə ə

böyümüşdü. Lakin dig r ş h rl r monqolların vurduqları ziyan n tic sind uzun müdd t dirç lə ə ə ə ə ə ə ə ə ə

bilm di. M s l n G nc , Beyl qan v s.ə ə ə ə ə ə ə ə

M nb l rin m lumatına gör T brizd 200 min ev, 1 milyona yaxın hali yaşayırdı. ə ə ə ə ə ə ə ə

Monqol işğalı Az rbaycanın m d niyy tin d böyük ziyan vuraraq bir müdd t elm,ə ə ə ə ə ə ə

m d niyy t v inc s n tin inkişafını l ngitdi. İşğalçılar sar t alınmış xalqların srl rd n b riə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

yaratdıqları m d niyy t x zin l rini dağıdıb m hv edirdil r. Lakin bütün bunlara baxmayaraqə ə ə ə ə ə ə ə

Az rbaycan xalqı öz m d niyy tinin inkişafını davam etdirirdi. H tta monqolların dövründ də ə ə ə ə ə ə

Az rbaycan ş rqin n mühüm m d ni m rk zl rind n biri olmuşdur.ə ə ə ə ə ə ə ə ə

H min dövrd Övh di Marağai, Zülfiqar Şirvani, İzz ddin H s noğlu kimi şairl r yazıbə ə ə ə ə ə ə

yaratmışdılar.

55

Page 56: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Övh di Marağainın yazdığı, “D hnam ” (on m ktub) poeması Az rbay-can şairl rinin s rl riə ə ə ə ə ə ə ə ə

iç risind xüsusil seçilirdi. Poemada feodalların amansız zülmü v ruhanil rin ziyanlığı ifşaə ə ə ə ə

olunurdu.

Az rbaycan –türk dilinin h miyy tinin artması il laq dar olaraq h -min dild yazılanə ə ə ə ə ə ə ə ə

srl rin sayı da çoxalmışdı. Elmi s rl r is vv l rd ol-duğu kimi r b v fars dill rində ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

yazılırdı. Türk dili dövl t dili s viyy sin qaldırıldı. M h mm d Naxçıvani qeyd edir ki, mühümə ə ə ə ə ə ə

dövl t s n dl ri ha-liy 3 dild -türk, r b v fars dill rind çatdırılırdı. Alim İbn Müh nna ilkə ə ə ə ə ə ə ə ə ə ə ə ə

d f Az rbaycan sözl ri t rtib etmişdi. 1233-cü ild şair li türk dilind “Yusif dastanı” s riniə ə ə ə ə ə Ə ə ə ə

yazmışdı.

Az rbaycan dilind yazan şairl rd n biri d İzz ddin H s noğlu idi. Onun Az rbaycan dilində ə ə ə ə ə ə ə ə ə

yazılmış “Divani”böyük şöhr t tapmışdır. H min poemada coşqun v s daq tli m h bb t t r nnümə ə ə ə ə ə ə ə ə ə

edilir.O, öz nigarına mü-raci t ed r k deyir:ə ə ə

H s noğlu s n g rçi duaçidir, v li sadiqə ə ə ə ə ə

N sadiq, sadiqi b nd , n b nd , b ndeyi-çak r.ə ə ə ə ə ə ə ə

Göst ril n dövrd memarlıq da inkişaf edirdi. Abşeronda. Naxçıvanda, T brizd memarlığın göz lə ə ə ə ə ə

abid l ri-qalalar, qull l r, m qb r l r, m scidl r, karvansaralar v s. indid qalmaqdadır.ə ə ə ə ə ə ə ə ə ə ə ə

M s l n, M rd kan, Nardaran, Ramana qalaları h min dövrd tikilmiş-dir. T brizin rk qalası,ə ə ə ə ə ə ə ə Ə

Naxçıvanın Qarabağlar memarlıq kompleksl ri indi d öz göz lliyini saxlayırlar.ə ə ə

Az rbaycanda astronomiya (nücum), riyyaziyyat, tibb, f ls f , tarix, coğrafiya v sair elml rə ə ə ə ə ə

üzr h miyy tli k şfl r edildi, s rl r yazıldı.ə ə ə ə ə ə ə ə ə

Görk mli Alim N sr ddin Tusinin r hb rliyi il 1259-cu ild açılmış Marağa r s dxanası və ə ə ə ə ə ə ə ə ə

el c d XIV srin vv lind Şamqazanda tikilmiş r s dxana Ş rqd astronomiya elmininə ə ə ə ə ə ə ə ə ə ə

m rk zin çevrilmişdi. Burada dünyanın bir çox ölk l rind n görk mli aliml r çalışırdılar. n yaxşıə ə ə ə ə ə ə ə Ə

cihazlarla t chiz olunmuş bu r s dxanada elmi s rl r, ulduzlu göyün x rit si, astronomiyaə ə ə ə ə ə ə ə

c dv ll ri yaranmış v h tta h min s rl r Yunan dilin t rcüm edilmişdi. T bab tin inkişafındaə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

mühüm naiyy tl r ld olunmuşdu. XIV srin vv l rind T brizd “Dar- ş Ş fa” (Ş fa evi)ə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

yaradılmışdı. H tta orada universitet oxşar bir m kt b var idi. Burada t bi tşünaslığı, f ls f ni,ə ə ə ə ə ə ə ə ə

m ntiqi, tarixi, t bab ti, ilahiyyatı öyr nm k üçün Ş rqin müxt lif ölk l -rind n g lmiş 6-7 minə ə ə ə ə ə ə ə ə ə ə

t l b t hsil alırdı. ə ə ə ə

H min dövrd riyaziyyat , f ls f , tarix v başqa elm sah l rind gör-k mli aliml r yetişmişdi.ə ə ə ə ə ə ə ə ə ə ə

Az rbaycanın m hşur riyaziyyatçısı “Risal tül-he-sab” s rinin mü llifi Ubeyd T brizi v görk mliə ə ə ə ə ə ə ə ə

filosof Mahmud Ş büst ri “Gülş niraz”, “S ad tnam ” kimi qiym tli elmi s rl r yazmışlar.ə ə ə ə ə ə ə ə ə ə

56

Page 57: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Tarixçi M h mm d Naxçıvaninin yazdığı “D stül l-Kitab” (qanunlar kitabı) o dövrün ictimai-ə ə ə ə Əsiyasi h yatını canlandırır. Tarixçi R şid ddinin s rl ri “Ş rq tarixşünaslığının qızıl s rl ri”hesabə ə ə ə ə ə ə ə ə ə

olunur. Onun “Came t t varix” s ri h l d qiym tli tarixi s r sayılır. ə ə ə ə ə ə ə ə ə ə

Bu dövrd Az rbaycanda elmin v d biyyatın inkişafı il laq dar husn-x tt s n ti genişə ə ə ə ə ə ə ə ə ə ə

yayılmışdı. Bütün kitabları x ttatlar göz l x tl rl yazıb köçürürdül r. ə ə ə ə ə ə

Musiqi sah sind S fi ddin Urm vinin xidm tl ri çox böyük olmuşdur. O, özünün “Dövl tə ə ə ə ə ə ə ə

kitabı” s rind musiqi n z riyy sin v not s n tin aid qiym li fikirl r söyl mişdir. O, notə ə ə ə ə ə ə ə ə ə ə ə ə ə

yazısının banisi sayılır. S fi ddin Urm vi h tta bir neç klassik muğam yaratmışdır.ə ə ə ə ə

Bel likl Hülakül r dövründ baxmayaraq ki, işğalşılar Az rbaycan m d niyy tinin obyektivə ə ə ə ə ə ə ə

inkişafını l ngidir v maneçilik göst rirdil r, lakin xalq öz m d niyy tini qoruyub saxlayır v inkişafə ə ə ə ə ə ə ə

etdirirdi.

57

Page 58: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

VII mövzu

XIV əsrin sonu-XV əsrin əvvəllərində siyasi vəziyyət Azərbaycan feodal dövlətləri.

P L A N .

.XIV əsrin sonlarında Azərbaycanın daxili və xarici vəziyyəti.

2.Hürufilik təlimi və Azərbaycanın siyasi həyatında onun rolu. İmadəddin Nəsimi.

3.XV əsr Azərbaycan feodal dövlətləri. (Şirvanşahlar, Qaraqoyunlular

1 və Ağqoyunlular dövlətləri)

Ədəbiyyat

1.Azərbaycan tarixi.VII cilddə, III cild, Bakı, 2005 səh.76-122.

2.Azəbaycan tarixi.B,1994,səh. 399-348

3.Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.137-184.

4.Azərbaycan tarixi.İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993,səh.149-153.

58

Page 59: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

5.Azərbaycan tarixi.S.Əliyarlının redaktorluğu ilə,Bakı 1996,səh.277-299.

6.Priyev V.Azərbaycan Hülakilər dövlətinin tənəzzülü dövründə. Bakı,1978

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIV əsrin sonu –XV əsrin əvvəlində Azərbaycanın və bir sıra Şərq ölkələrinin siyasi vəziyyətində bir sıra mühüm amillər əsaslı rol oynadı. Bunlardan ən başlıcası bu yerlərin Teymurun basqınlarına məruz qalması idi.

Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti I İbrahimin hakimiyyəti (1382-1417) altında müəyyən iqtisadi – siyasi tərəqqiyə nail olmuşdu. I İbrahimin ağıllı və tədbirli siyasəti nəticəsində Şirvan öz istiqlaliyyətini qoruyub saxlaya bildi. Hətta Şəki hakimini Seyid Əlinin oğlu Seyid Əhmədi Teymurla barışdırıb Şəki torpaqlarını işğalçıların basqınından xilas etdi. Gürcü çarı Georğinin də Teymurla sülh mü-qaviləsinin bağlamasında I İbrahimin müsbət rolu özünü göstərdi. Təbiidir ki, Teymu-run vassallarına çevrilmiş Şirvan və Şəki öz qoşunları ilə həm Qızıl Orduya və həm də Türkiyəyə qarşı vuruşda iştirak etmişdilər.

Azərbaycanın sərvətləri Qızıl Ordu xanlarının da diqqətini çəkirdi. Onlar Elxanilərə qarşı müharibələrdə məğlub olaraq istədiklərinə, Azərbaycanın zəngin sərvətlərinə yiyələnə bilməmişdilər. İndi əlverişli şəraitin yetişdiyini görən Toxtamış xan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlamışdı.

Bu dövrdə Orta Asiyada Teymurilər dövlətinin qurucusu Teymurun da Azərbaycana yürüşləri məhz həmin dövrlərə təsadüf edir. 1386-cı ilin baharında Əmir Teymur İrana soxulur. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu. Lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır.

Azərbaycan xalqı Teymurun hücumundan özünə gəlməmiş 1386-cı ilin qışında Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla (Bəy Poladın sərkərdərliyi ilə) Dərbəndi keçərək Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim Şamaxının müdafiəsini təşkil etsədə, heç bir nəticə əldə edə bilmədi. Toxtamış Şirvanı keçərək Təbrizə yaxınıaşdı və orada ciddi müqavimətə rast gəldi. Toxtamış Şənbi Qazanda yerləşərək 8 gün Təbriz qalası ətrafında dövrə vurdular, lakin şəhərə girə bilmədilər. Bunu görən

59

Page 60: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Toxtamış Əmir Vəli ilə danışıqlara girdi və 250 tümən qızıl alaraq, guya geri qayıtmağa başladılar. Arxayın olan şəhər əhalisi silahı yerə qoydular.Bunu görən Toxtamış xəyanət edərək şəhəri ələ keçirdi. Şəhər əhalisi 8 gün ərzində qarət olun-dular. Bunun ardınca Marağa şəhəri qarət olundu. Mərənd, Naxçıvan həmin taleyi yaşadılar. Bundan sonra Toxtamış Qarabağa və oradan isə şimala çəkilir. Toxtamış buradan gedərkən çoxlu sərvət və 200 mindən çox əsir aparmışdı. 1387-ci ildə Əmir Teymur yenidən Azərbaycana yürüş etdi. Onlar Cəlairli Sultan Əhmədi darmadağın edərək yenidən Təbrizə gəldilər. Teymur, Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutduqdan sonra payızda Naxçıvana gələrək Əlincə qalasına yaxınlaşdı. Bu qala Əlincə çayı sahilində, yüksək sıldırım qaya üzərində yerləşmiş, möhkəm divarlar və bürclərlə əhatə olunmuşdu. Cəlairli Əhməd xəzinəsini, ailəsini, oğlunu qalada yerləşdirib, onun müdafiəsini Əmir Altuna tapşır-mışdı. Onun ixtiyarında 300-ə yaxın qorçu var idi. Qalanın müdafiəsinə Şəki və Gürcüstan kömək edirdi. 1388-89-cu ilin qışında gürcülərlə ittifaqa girən Seyid Əli Orlat Əlincə qalası müdafiəçilərinin köməyinə gəldi. Qala yaxınlığında gərgin döyüş başladı. Bu döyüşdə Seyid Əli həlak olmuşdu. Lakin qalanı almaq mümkün deyildi. Teymurun sərkərdələrindən Əmir Məhəmməd Barlas, Əbu Bəkir Mirzənin başçılçğı altında qüvvələr bir neçə dəfə Əlincəyə qəti yürüşə başlasalar da, qala təslim olmamışdı. Lakin qala daxilində Məlik Tahirin xəyanəti (Altuna qarşı) qalanı zəiflətdi.

1399-cu ildə Teymur səfərbərlik edərək yenidən Əlincə səfərinə yollanır. Oktyabrın 10-da Teymur müqavimətə rast gəlmədən başsız buraxılmış qalaya daxil olur. Əlincə fasilələrlə 12-il (1387-1399) mərdliklə müdafiə olunduqdan sonra feodal ara çəkiş-mələri nəticəsində süqut etdi.

Çox maraqlıdır ki, Teymur Əlincə qalasını fəth etdikdən sonra öz əzəməti ilə onu heyran edən və heyrətə gətirən bu qalanı xüsusi ziyarət etmişdi.

Azərbaycanın cənub vilayətlərinin və Əlincə qalasının tutulması Şirvanı da böyük təhlükə altına alırdı. I İbrahim Şirvanın təhlükəsizliyi qayğısına qalaraq Teymurla danışıqlara girdi və 1386-cı ilin payızında qiymətli hədiyyələrlə Teymurun Bərdə yaxınlığındakı düşərgəsinə getdi. Rəvayətə görə İbrahim qiymətli hədiyyələrlə yanaşı 8 qul da aparıbmış. Adətən bu rəqəm 9 olurmuş.İbrahimdən soruşanda ki, niyə 8qul gətirmisən O, cavabında “9-cu qul mən özüməm”demişdir. Elə bu cavab guya Əmir Teymurun xoşuna gəlmişdir və onunla müttəfiq olmuşdur.

Başqa bir səlnaməçi yazır ki, hədiyyələrin üstündə İbrahim, Nizami Gəncəvin

60

Page 61: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

“VII gözəl” timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymurun hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.

Bütün bunlara baxmayaraq, əsas məsələ odur ki, Şirvanşah Teymurla sazişə girir və Şirvan torpaqlarını dağıntılardan xilas edir. Danışıqlar zamanı Dərbənd keçidinin Qızıl Ordadan müdafiəsi məhz İ İbrahimə tapşırılmışdı.

Hələ 1987-ci ilin əvvəlində Qızıl Ordalılar ikinci dəfə Azərbaycana soxulanda Teymurun hərbi dəstələrinin tərkibində şirvanlılar da vuruşmuşdular.

1395-ci il aprelin 15-də Terek çayı sahilində vuruşmada Teymurla Şirvan qoşunlrı Toxtamışın hərbi qüvvələrini məğlub etdi.Toxtamış Sibirə qaçır və orada Sibir xanı Şadıbəy tərəfindən öldürülür.

Şirvan və Şəki qoşunları Teymurilərlə bərabər Osmanlı Türkiyəsinə qarşı da vuruşmuşlar.1402-ci ildə Ankara yaxınlığındakı döyüşdə Türk sultanı İldırım Bəyazid məğlub oldu və əsir düşdü. Bu qələbədən sonra yaxın Şərqin xeyli hissəsi Teymurun əlinə keçdi.

Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi.O,Teymurun hakimiyyətindən öz məqsədləri üçün istifadə etdi. Birincisi, O, Teymurla Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.

Eyni zamanda I İbrahim 1398-ci ildə Şəki vilayətinin hakimliyini Əlincə ətrafındakı döyüşlərdə həlak olmuş Seyid Əlinin oğlu Seyid Əhmədə qaytarmaq barədə Əmir Teymurun razılığlını aldı.

Üçüncüsü, I İbrahimin köməyi ilə gürcü çarı VII Georgi Teymula sülh müqaviləsi bağladı. Bununla həm də Azərbaycan-Gürcüstan münasibətləri daha da möhkəmləndi. Həmin vaxtdan etibarən Gürcüstan və Şəki Əmirliyi Şirvanşahın mütəffiqi kimi çıxış edirdilər.

Azərbaycanın Teymur tərəfindən istila edilməsi və onun zülmü ölkənin təsərrüfat həyatına sarsıdıcı təsir göstərir, xalqı aclığa məhkum edirdi. Dövrün müasirlərindən biri yazırdı:”Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq

61

Page 62: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

yarandı, aclıq hər yeri bürüdü... gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır”

Bununla belə, Teymur Azərbaycanda xeyriyyə işləri də görmüşdü.O, Ankara vuruşmasından sonra , 1403-cü ildə Qarabağa gedərkən yolüstü Beyləqana gəlmiş və buranın dağılıb pis vəziyyətə düşdüyünü görmüşdür. Buna görə də Beyləqanın abadlaşdırılması və Araz çayından bura kanal çəkilməsinə göstəriş vernişdir.

Dünyaya hökmranlıq etmək istəyən Teymur : “Göydə Allah tək olduğu kimi, yer üzündə də ancaq bir padşah olmalıdır. Bəşəriyyətə iki padşah ağalıq edə bilməz”- deyirdi.Lakin onun bu iddiası baş tutmadı.1405-ci ildə isə Teymur vəfat etdi.

Azərbaycanın şimalında Şirvan dövləti mövcud olduğu bir zamanda ölkənin cənub vilayətlərinin idarəçiliyi Teymurun oğlu Miranşahın əlində idi. Miranşahın Azərbaycanda törətdiyi dağıntılar ölkənin təsərrüfatına və mədəniyyətinə mənfi təsir göstərirdi. Miranşahın qəddarlığı xalqın qəzəbinə səbəb olmuşdur. Xalq arasında ona “Maranşah” deyirdilər.Azərbaycanın bəzi bölgələrində ona qarşı tez-tez üsyanlar baş verirdi. Məsələn, Şəki hakimi Seyid Əli ona itayət etməkdən boyun qaçırdı. Təbrizdə də Miranşaha qarşı üsyan baş verdi. Hər iki üsyan çox çətinliklə yatırıldı. Elə məhz qəddarlığına görə Miranşah atası Teymur tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Atasının ölümündən sonra hakimiyyəti ələ keçirmək üçün mübarizə aparmış,1408-ci ildə Qara Yusiflə döyüşdə öldürülmüşdür.

Teymurun ölmündən sonra onun yaratdığı böyük imperiya dağılmağa başladı.Varislər arasında hakimiyyət uğrunda mübarizə başladı.Bir biri ilə ədavət edən Miranşah və onun oğlu Ömər Mirzə Azərbaycanın cənub hissəsinə yiyələnmək istəyirdilər. Belə bir şəraitdə Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərdə xalq üsyanları geniş vüsət aldı. Eyni zamanda Gürcüstanda da Teymurilərə qarşı üsyan başlayır.

Yaranmış vəziyyətdən I İbrahim istifadə edərək Kür çayını keçməyə və Gəncə və Qarabağı tutmağa nail olur.

Bu zaman İbrahimlə Gürcü çarı Konıstantin, Şəki hakimi Seyid Əli, Qaraman tayfa-sının başçısı Əmir Yarəhməd və Ərdəbil hakimi Bistam Cəyir ittifaq bağlayaraq Teymurilərə qarşı çixırlar.1405-ci ilin yayında birləşmiş qoşun Kür sahilində Ömər Mirzənin qoşunlarını məğlub edirlər.Ömər cənuba doğru çəkilir və Təbrizə gələrək əhalidən xərac toplayır.Qəzəblənmiş xalq ayağa qalxaraq üsyan edir və ömərin qoşununu şəhərə buraxmırlar. Şeyx Əli Qəssab və Qazi İmaməddin şəhərin başçısı seçilirlər.

62

Page 63: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək əhalidən 100 min qızıl istəyir.Narazı olan xalq yenidən üsyan edərək I İbrahimi özlərinə köməyə çağırırlar. 1406-cı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə daxil olur. Əhali İbrahimi mehribanlıqla qarşılayır və onu öz hakimi kimi tanıyır.Şirvanşah İbrahim əahlidən alınan vergiləri qayadaya saldı.

Beləliklə, qısa müddətə də olsa Şirbvanşah İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirə bildi. Lakin o,Təbrizdə möhkəmlənə bilmədi. Çünki tezliklə Cəlairli sultan Əhməd və onunla ittifaqda olan Qaraqoyunlu hərbi birləşmələrinin başçısı Qara Yusif Təbrizə yaxınlaşırlar. I İbrahim məcburiyyət qarşısında qalaraq Təbrizi tərk etməli olur.

Azərbaycanda ictimai-siyasi vəziyyətin durmadan kəskinləşməsi nəticəsində Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda islam dini ehkamlarına və sonralar Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yayılmağa başladı. Hürufilik (hərflər sözündəndir) şiəlikdə bir təriqətdir. Bu təlimin banisi Şeyx Fəzlüllah Cəlaləddin Nəimidir. Özünün dünyagörüşü, fəlsəfi təlimi və bədii yaradıcılığı ilə Azərbaycan fəlsəfi və bədii fikiri zəmnində yetişmişdir. Hürufilik təlimi Azərbaycanın sosial fəlsəfi fikir tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik və əxilik (qardaşlıq) hərəkatları ilə üzvi surətdə bağlı idi.

Hürufilik Allahın təbiətdə, əşyada, sözdə xüsusən insanda təcəssümünü əsas götürürdü. Bu nəzəriyyənin dərin sosial kökü vardı. Hürufilər deyirdilər ki hökmdarlar qan içən, din-şəriət xadimləri riyakardırlar. İnsanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə Nəimidir. O,öz qüvvəsi ilə ədalətsizliyi, qanlı müharibələri, zülmü, soyğunçuluğu aradan qaldıracaq dini ekamları, mənasız ekamları aradan qaldıracaq.

Deməli hürufilər Allahın təcəssümünü, kamil insanları, qəsbkar zalım hökmrannlığa qarşı qoyurdular. Başqa sözlə bu dövrdə Teymurilər zülmünə qarşı geniş xalq kütlələrinin azadlıq mübarizəsinə Sərbədarlar (insan azadlığı üçün başlarından keçənlər), müxtəlif ideoloji cərəyanın başçıları rəhbərlik edirdilər. Belə başçılardan biri Fəzlüllah Nəimi idi. Hürufilikdə Allah eyni zamanda söz, kəlam şəkilində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Deməli Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunur. Məs. Peyğəmbərimiz olan Məhəmmədin nitqi 28 hərfdə öz ifadəsini tapmışdır. Fəzüllah Nəimi isə farsın 32 hərfini əsas götürmüşdür. Onun “Cavidannamə” (Əbədiyyət kitabı) əsəri 32 hərfdən bəhs edir.İnsanın üzündə

63

Page 64: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

andangəlmə yeddi xətt vardır: 2qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən, yəni od, su, hava və torpaqdan əmələ gəldiyi üçün hər biri dörd hesab edilir.

Hamısının say isə 28 edir. Saç, ortadan ikiyə ayrıldıqda xətt 8 olur. Bu rəqəmi dörd ünsürə vurduqda 32 alınır.

Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirrlərini açmaq mümkün olduğunu qeyd edirlər. Hürufilərə görə, Allah yaratdığı dünya daim dövr edir və bu görünən dəyişikliklərin səbəbidir.Allah iki yolla təzahür edir.Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində. Yəni Quranda və şeylərin adında.

Hürufilik ilk dəfə Naxçıvanda, Astrabadda yayılmış, Teymurilərə qarşı mübarizədə əhəmiyyətli rol oynamışdır. Hürufilik tərəfdarları istilaçılar tərəfindən amansızcasına təqib olunaraq cəzalandırılmışlar. Fəzullah Nəimi 1394-cü ildə Teymurun əmri ilə ilə Miranşah tərəfindən həbs edilərək Naxçıvandan Əlincə qalasına aparılır və orada dəhşət-li surətdə edam edilir.

Hürufiliyin digər görkəmli nümayəndələri –məşhur hürufi şairi İmaddədin Nəsimi (əsl adı Seyid Əli idi),Əbdülhəsən Əli ül Əla və başqaları idi. Bunların başçılığı ilə hürufilər Turkiyə ərazisində fəaliyyət göstərmiş və türk dilində geniş ədəbiyyat yaratmışlar.

Hürufiləri daim təqib edən islam dininin amansız müridləri 1317-ci ildə Suriyanın Hələb şəhərində Nəsiminin diri-diri dərisini soymuşlar.

Dahi Azərbaycan şairi M.Füzulinin əsərlərində də hürufilik motivləri vardır.

Yaxın və orta Şərqin hərbi-siyasi tarixində qaraqoyunlu və ağqoyunlu tayfaları mühüm rol oynamışlar. Həmin tayfalar mənşəcə oğuz tayfalarından idilər.

Əvvəllər Van gölünün cənubunda məskən salmış qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan, Sivas və Gürcüstanın şimal torpaqlarında möhkəmlənib ağqoyunlu-lara, cəlairlərə və teymurilərə qarşı mübarizə aparmışlar.

Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca idi. 80-ci illərin sonundan etibarən Qaraqoyunlularla Cəlairlər arasında gedən müharibələr nəticəsində qaraqoyunlular bir qədər zəiflədi. Qara Məhəmməd (1380-1389) cəlairlərlə vəziyyəti sahmana salaraq mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoyur.1382-ci ildə o,Təbrizə hücum edir və cəlairli Şeyx Əli üzərində qələbə çalır.

64

Page 65: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin ərazilərindən keçərək Teymura və ağqoyunlulara qarşı vuruşur, ağqoyunluları məğlub edirlər.

1387-ci ildə Teymur Naxçıvandan qaraqoyunlular üzərinə hücuma keçir. Bunu eşidən Qara Məhəmməd Çapaqcur dairəsindəki sərt keçidləri tutaraq Teymuri qüvvələrini darmadağın etdi. Teymurla Toxtamış arasında gedən rəqabətdən istifadə edən Qara Məhəmməd 1388-ci il mayın 24-də Cəlairli əmirlərini məğlub edərək Təbrizə daxil olur. 1389-cu ildə öz qardaşı oğlu Qara Pirhəsənin qələbə çalmasına baxmayaraq mübarizəni davam etdirə bilir və1389-cu ildə Qaraqoyunluların rəhbəri Kəmaləddin Qara Yusif(1389-1420)olur.1392-ci ildə O,Pirhəsən bəyi məğlub edir və əsir edərək Teymura göndərir.

1394-cü ildə Əmir Teymur Bağdad yaxınlığında qaraqoyunluları və cəlairləri məğlub edir və Van şəhərini ələ keçirir. Bağdad yaxınlığındakı məğlubiyyətdən sonra Qara Yusif və Cəlairli Sultan Əhməd 1395-ci ildə Misirə sığınmalı olurlar. Teymur Misir hakimi Berqoqdan onların verilməsini tələb etsə də Berqoq gələcəkdə teymura qarşı onlardan istifadə etmək məqsədilə Teymura rədd cavabı verir.Lakin Berqoqun oğlu Sultan Fərəc Teymurla münasibətləri pozmamaq üçün mütəffiqləri həbsə aldı. Lakin Teymurun ölüm xəbərini alan kimi(1405) onları həbsdən azad etdi.

Tarixçi Xondəminin yazdığına görə,dostlar məhbəsdə olarkən şərtləşmişdilər ki, Bağdada Sultan Əhməd, Təbrizə isə Qara Yusif yiyələnsin.

1405-ci ildə və daha sonra Qara Yusif Kürdüstan,Ərənəniyyə,Azərbaycanın cənubunda yaşayan qaraqoyunlu və kürd əmirliklərini öz ətrafında birləşdirərək öz palanlarını həyata keçirməyə başladı.1406-cı ilin iyununda mütəffiqlər Bağdadı zəbt edib, təcili Cənubi Azərbaycana doğru irəlilədilər. Bu zaman Təbrizdə olan Şirvanşah İbrahim oranı tərk edir.Cəlairli Sultan Əhməd Təbrizə daxil oldu, lakin çox çəkmədi ki, Teymuri Əbu Bəkrin şəhərə yaxınlaşdığını görərək tezliklə oranı tərk etdi.

1406 –cı ilin payızında Qara Yusif hücum edərək Əbu Bəkri məğlub etdi. Oğlunun məğlub olduğunu görən Miranşah Qara Yusif üzərinə hücum təşkil edir. Hətta onun digər oğlu Şahrux 20 minlik qoşunla onun köməyinə gəlir.1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə Qara Yusif Teymuriləri darmadağın edir, və Miranşah öldürülür. Bu hadisədən sonra Sultan Əhməd yenidən Təbrizə Qayıdır.

Qara Yusifin əldə etdiyi uğurlar Sultan Əhmədi qorxuya salır.O, Misir şərtləşməsini pozaraq Qara Yusif üzərinə hücuma keçməyə fürsət axtarırdı. Nəhayət 1410-cu ilin ya-yında Qara Yusifin döyüş əməliyyatlarına başının qarışmasından

65

Page 66: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

istifadə edərək Qaraqoyunlular üzərinə hücum təşkil etdi.Bunu eşidən Qara Yusif Təbrizə doğru geri dönür və avqustun 30-da Şəmbi Qazan adlanan yerdə Qaraqoyunlularla Sultan Əhməd arasında döyüş baş verir və cəlairləri darmadağın edirlər. Sultan Əhməd isə edam edildi. Təbriz ələ keçirildi. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin təyin edir.

Beləliklə, baharlı tayfasından olan Barani sülaləsinin başçılığı və səyi nəticəsində 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Kürdən Cənuba Azərbaycan torpaqları, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı oldu.

Qara Yusif özü böyük şəxsiyyət idi. O, qüvvətli süvari ordu yaratmışdı. Qara Yusif güclü mərkəzi aparat yaradaraq, feodal ara müharibələrini zəiflətdi, təsərrüfat həyatında canlanmaya nail oldu.

1410- cu ildə Şənbi Qazan döyüşündən sonra Şirvan qoşunları Kəyumərsin baş-çılığı altıda Təbrizə yaxınlaşır. Onlar Sultan Əhmədə köməyə gəlmişdilər. Lakin Kəyumərs Qara Yusif tərəfindən əsir alınır. Az sonra Qara Yusif onu azad edərək, onunla Şirvanın təslim olması haqqında məktubu atası İbrahimə göndərir. Kəyumərsin şərtsiz azad olunması İbrahimdə şübhə doğurur və oğlunu edam etdirir.Bundan sonra Qara Yusif Şirvanın təslim olması üçün qasid də göndərir.Öz müstəqilliyini itirmək istəməyən İbrahim Şəki hakimi Seyid Əhməd və gürcü hakimi II Konustantinlə ittifaqa girir.

1412-ci ilin sonlarında Kür çayı sahilində mütəffiq qoşunları ilə Qara Yusif arasında vuruş başlandı. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin dəstəsində vuruşdular. Bu döyüşdə I İbrahim məğlub olaraq 7 oğlu ilə birlikdə əsir alınır. II Konustantin də əsir düşür və sonra öldürülür.

Qara Yusif I İbrahimdən 1200 İraq tüməni alaraq (bu pulu Təbrizdə Əxi-Qəssab tacir və sənətkarlardan toplamışdı) azad etdi. O,1413-cü ildə Şirvana gələrək Qara-qoyunluların vassalı kimi hakimiyyətini davam etdirdi. 1417-ci ildə I İbrahim vəfat etdi və hakimiyyətə onun oğlu I Xəlilüllah keçdi. O, hakimiyyətə gələn kimi Qaraqoyunluların hakimiyyətindən imtina etdi. Hətta I Xəlilüllah (1417-1462)Teymuri Şahruxla (1406-1447) ittifaqa girdi.Şahrux 1418 və 1420-ci illərdə Azərbaycana uğursuz səfərlər etdi.1420-ci il noyabrın 17-də döyüşlərin birində Qara Yusif yaralandı, Təbriz yaxınlı-ğında Ucan adlanan yerdə vəfat etdi.

Onun ölümündən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başladı. Bundan istifadə edən Sultan Şahrux Azərbaycana daxil olur. Qarabağda I Xəlilüllah

66

Page 67: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

onunla görüşə gələrək aralarındakı ittifaqı daha da möhkəmləndirirlər. 1421-ci ildə Şahruxun Azərbaycandan getməsi ilə Qara Yusifin oğlu İskəndər (1421-1438) dağınıq qaraqoyunlu qüvvələrini bərpa edərək Təbrizdə qərarlaşır. Onun qardaşı İsfəndiyar isə İraqda möhkəmlənir.

1429-cu ildə Şahrux 100 minlik qoşunla yenidən Azərbaycana yürüş edir və İskəndəri məğlub edərək Qara Yusifin digər oğlu Əbu Səidi hakimiyyətə gətirir. Əbu Səid Şahruxun vassalı kimi Cənubi Azərbaycanda, Qarabağ və Ərməniyyədə hömranlıq edirdi. 1431-cı ildə İsgəndər feodal əyanların köməyi ilə yenidən hakimiy-yəti ələ keçirdi və 1438-ci ilə qədər hakimiyyətdə qaldı.

1438ci ildəQara Yusifin kiçik oğlu Cahanşah hakimiyyətə gəldi. İsgəndər qardaşı üzərinə hücum təşkil etsə də məğlub oldu və əsir edilərək Əlincə qalasına salındı.Orada öz oğlu tərəfindən qətlə yetirildi.(1437)

Cahanşah Teymuri Şahruxun ölümündən sonra (1447) müstəqil siyasət yürüdərək oturaq feodallara və tacirlərə arxalanaraq mərkəzi hakimiyyəti bir qədər möhkəmləndirə bilir.

Cahanşah ağqoyunlu Uzun Həsənlə daim düşmən münasibətində idi. Onların arasında tez-tez hərbi toqquşmalar olurdu.Nəhayət 1467-ci ilin noyabırın 10-da Muş döyüşündə Cavanşah məğlub olur və Cahanşah döyüşdə öldürülür. Cahanşahdan sonra oğlu Həsənəli Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd etsə də, buna nail ola bilmədi.1468-ci ildə Uzun Həsən Təbrizi ələ keçirir və Qaraqoyunluların hakimiyyətinə birdəfəlik son qoyur. Həsənli ələ keçirilərək Təbrizdə edam olunur.

Beləliklə Azərbaycanın siyasi həyatına yeni bir dövlət olan Ağqoyunlu dövləti (1468-1503) daxil olur.

Ağqoyunlular xalqımızın təşəkkülündə mühüm rol oynamış oğuz tayfalarından-dır.Bayraqlarında ağ qoç şəkli olan bu böyük tayfa hələ orta əsrlərin başlanğıcında Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışlar. Qaraqoyunlu Cahanşahın dövründə Azərbaycanın qərbində və Kürdüstanın cənubunda yaşayan ağqo-yunlular xeyli güclənmişdilər.

Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy (1370-1388) idi.Lakin onun varisləri Tur Əli (1388-92) və Fəxrəddinin dövründə (1392-1394) bu zəyifləyir. 1394-cü ildən Qara Yuluq Osman bəy möhkəmlənərək Diyarbəkri özünə mərkəz seçdi. O, öz hakimiyyətini möhkəmləndirərək Ərzincan,

67

Page 68: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Mardin və Sivaz torpaqlarını öz hakimiyyəti altına aldı. Lakin 1434-cü ildə Qaraqoyunlularla döyüşdə 90 yaşlı Osman bəy öldürülür. 1453-cü ilə qədər ağqoyunlular içərisində hakimiyyət uğrunda kəskin mübarizə getmişdir. Belə ki, hakimiyətə gələn Uzun Həsən (1453-147) Diyarbəkri ələ keçirərək, mərkəzləşmə əlehinə çıxan qüvvələri darmadağın etdi. Uzun Həsən ilk növbədə Qaraqoyunlulara qarşı mübarizə üçün tədbirlər gördü. O, eyni zamanda Türkiyə ilə də mübarizə aparmalı oldu.

1467-ci ilin mayında Muş yaxınlığında Cahan şahın qoşunlarını məğlub edərək, özünü də öldürdü. 1468-ci ildə Uzun Həsən çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Beləliklə Qaraqoyunlu dövləti süquta uğradı.

Paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yarandı. Uzun Həsən gələcəkdə möhkəmlənmək və düşmənləri üzərində qələbə çalmaq üçün özünə müttəfiqlər axtarır.O, Şirvanşah Fərrux Yaşar (1462-1501) və Səfəvi Şeyx Heydərlə İttifaqa girir. 1469-cu ildə Uzun Həsən əsas rəqibi olan Əbu Səidi məğlub edir.

Ağqoyunlu dövlətinin tərkibinə Kürdən cənuba olan Azərbaycan torpaqları, Ərməniyyə , Diyarbəkr, Şərqi Gürcüstan, Ərəb İraqı və s. torpaqlar daxil idi.

Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər gördü. Vergi işlərini nizamlamaq üçün “Qanunnamə” verdi. Bunun nəticəsində ölkədə təsərrüfat həyatı nisbətən dirçəldi və güclü mərkəzləşmiş hakimiyyət yarandı. Uzun Həsənin xarici siyasətində əsas yeri Türkiyə Sultanı Fateh II Mehmetlə olan düşmənçiliyi idi. Çünki, II Mehmetin Kiçik Asiyanın şərq torpaqlarını tutması Ağqoyunlular üçün böyük təhlükə idi.

XV əsrin 60-70-ci illərində Ağqoyunlu dövlətinin Osmanlı İmperiyası ilə münasibətləri xarici ticarətlə əlaqədar olaraq son dərəcə kəskinləşdi. Odur ki, Uzun Həsən Osmanlı İmperiyasının əleyhinə Avropa və Asiyanın bir çox dövlətləri ilə diplomatik danışıqlar aparmağa başlayır. Uzun Həsən Böyük Moskva Knyazlığı, Polşa, Macarıstan , Almaniya, Venetsiya, Qğzıl Orda və s. dövlətlərlə diplomatik əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik danışıqlarda Uzun Həsənin anası Sara Xatunun böyük rolu olmuşdur. Bu qadının diplomatik istedadı bütün Ön və Orta Asiya ölkələrində hamını heyran qoymuşdu.

Ağqoyunlu dövləti daim türk hücumu təhlükəsindən ehtiyat edirdi. Çünki, XV əsrin ortalarından başlayaraq Türkiyə Azərbaycan və şərqin digər dövlətləri üçün böyük təhlükə təşkil edirdi.

68

Page 69: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Türkiyə 1453-cü ildə Avropanın ən güclü imperiyası olan Bizansı məğlub edərək paytaxtı Konstantinopolu ələ keçirəndən sonra, bütün Avropa işğal təhlükəsi altında qalmışdı. 1461-ci ildə Ağqoyunlu dövlətinin müttəfiqi olan Trabzon dövləti də türklər tərəfindən işğal edildi. Bütün bunlar Ağqoyunlu dövlətinin iqtisadi və siyasi mənafeyinə ziyan vururdu.

Türk sultanı II Fateh Mehmet Azərbaycanla Avropa ölkələri arasında karvan ticarətinə maneçilik törədir, bu yerlərdən keçirilib aparılan mallardan yüksək gömrük alırdı . Ağqoyunlular şərq ipəyi vasitəsilə Avropa ilə ticarətdən çoxlu gəlir əldə edirdilər. Bu ticarət yollarının belə məhdudlaşdırılması eyni zamanda Avropa dövlətlərinin də mənafeyinə zidd idi. Odur ki, Avropa dövlətləri də Türkiyəyə qarşı Ağqoyunlularla ittifaqa can atırdılar. Çünki bu dövlət osmanlılara qarşı mübarizədə avropalıların çox etibarlı müttəfiqi ola bilərdi .

1464 – cü ildə Venetsiya hökuməti Uzun Həsənin sarayına bir neçə diplomat göndərdi . 1471 – ci ildə Uzun Həsənin qohumu Katerina Zeno, İosafat Barbaro, Ambroca Kontarini və başqa diplomatlar Ağqoyunlu sarayında göründülər . Hətta Ambroca Kontarini Ağqoyunlularla Türklərə qarşı birgə əməliyyat planı da Uzun Həsənlə birgə müzakirə edərək razılaşdırılmışdı . Ağqoyunluların sarayında Macar və Polşa elçiləri də fəaliyyət göstərirdilər .

Lakin Avropalılar öz müttəfiqlik borclarına o qədər də sadiq qalmadılar. Halbuki, Türkiyə ilə ağqoyunlular arasında müharibə artıq labüd xarakter almışdı .

Beləliklə 1472 – ci ilin yazında Uzun Həsən Türkiyə üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı altında olan Ağqoyunlu qoşunları bir neçə qələbədən sonra Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada danışıqlara əsasən Venetsiya gəmiləri olmalı olsa da, heç bir gəmiyə rast gəlinmədi. Hətta Venetsiya diplomatları gizli olaraq II Mehmetlə danışıqlara girmişdilər. Beləliklə müharibənin ağırlığı təkcə Ağqoyunluların üzərinə düşdü .

1473 – cü ilin yazında güclü artilleriyası olan Türkiyə ağqoyunlulara qarşı hərbi əməliyyatlara başlamaq üçün Ərzincan tərəfə hərəkət etdi . Uzun Həsən də hərəkətə başlayaraq, Fərat çayının sağ sahilində düşərgə saldı . Beləliklə , o dövrün bir – biri ilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Uzun Həsən və II Fateh Mehmet öz qoşunları ilə birlikdə Fərat çayı sahillərində qarşı-qarşıya dayan-dılar.Ağqoyunlu qoşunu 70 min nəfərdən ibarət idi.Türk qoşunları o qədər çox idi ki,

69

Page 70: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

hətta Uzun Həsən türklərin hərbi düşərgəsini seyr edərkən onların çoxluğundan heyrətə gəlmişdi.

Beləliklə, 1473-cü il avqustun 1-də Fərat sahilində ağqoyunlularla Osmanlı türkləri arasında döyüş baş verdi. Malatya döyüşü adlanan bu döyüşdə Uzun Həsən türkləri ağır məğlubiyyətə uğratdı. Malatya məğlubiyyəti türklər arasında intizamın pozulmasına və böyük ruh düşgünlüyünə səbəb oldu. Türklər İstanbula doğru geri çəkilirlər.

Avqustun 11-də Otluqbeli (Tərcan döyüşü də deyilir) döyüşü zamanı ağqoyunlular üstünlük əldə etsələr də, yenidən nizamlanan və güclü odlu silahdan istifadə edən türklər nəticədə qələbə çaldılar.

Səlnaməçi Məhhəməd Nasirinin fikrincə,Ağqoyunlular Otluqbeldə ona görə məğlub oldular ki,onlar “belə top-tüfəng davası görməmişdilər”.

Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Bu uğursuzluq olkə daxilindəki narazı qrupların mərkəzi hakimiyyətə qarşı fəallaşmasına səbəb oldu.

1478-ci il yanvarın 6-da Uzun Həsən vəfat etdi. Hakimiyyətə Yaqub Mirzə (1478-1490)keçdi. O,1480-ci ildə Osmanlılara qarşı qalibiyyətli müharibə etmişdi.Türk sultanı II Bəyazid sülh təklif etməyə məcbur olur. Həmin ildə Yaqub Mirzə Misir və Suriya qoşunlarını da Urfa yaxınlığında darmadağın etdi. Yaqub Mirzə Şirvanşahlarla dostluq əlaqələrini qoruyub saxlayırdı, lakin Səfəvilərlə olan münasibətlər pozulmağa başladı və daha sonra düşmənçiliyə çevrildi.

XV əsrin sonlarında Ağqoyunlu dövlətini daxili çəkişmələr bürüdü. 1490-cı ildə Yaqub Mirzənin ölmündən sonra hakimiyyət uğrunda mübarizə daha da gücləndi.Yaqubun oğlu Baysonqur Mirzə (1490-1492) taxta çıxdı. Lakin Uzun Həsənin nəvəsi Rüstəm Mirzə hakimiyyət uğrunda mübarizəyə başlayır və 1492-ci ilin mayında Təbrizə girərək hakimiyyəti ələ alır.Rüstəm Mirzə (1492-1497)hakimiyyətini möhkəmləndirmək xatirinə hərbi əyanlara böyük torpaq sahələri (soyurqal) paylayır.Lakin köçəri əyanlar Rüstəm Mirzənin siyasətindən narazı idilər.Bundan istifadə edən Gödək Əhməd (uğurlu Məhəmmədin oğlu).Hakimiyyəti ələ keçirsə də 7 ay hakimiyyətdə qalır.Ona qarşı qiyam qalxır və öldürülür.Bundan sonra Əlvənd və Murad Mirzələr arasında uzun sürən hakimiyyət davası başlayır və nəhayət 1499-cu ildə döyüşlər dayandırılaraq hər iki şahzadə arasında danışıqlar başlayır.1500-cü ilin əvvəlində Təbriz yaxınlığında, Əhər adlı yerdə sülh imzalanır. Bu sülhə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan

70

Page 71: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

hissəsi, Qarabağ və Ərməniyyə Əlvəid Mirzəyə,bütün Ərəb İraqı, Fars, Kirman isə Murad Mirzəyə çatdı.

Bu parçalanma əslində Ağqoyunlu dövlətinin hərbi qüdrətini sarsıtdı və süqutuna gətirib çıxardı.

1500-1501-ci illərdə yenidən Əlvənd Mirzə ilə Murad Mirzə arasında hərbi əməliyyatlar davam etdi. Bu da onların hər ikisinin hərbi cəhətdən zəifləməsinə gətirib çıxardı. Bu ziddiyyətlərdən istifadə edən Səfəvilər 1501-ci ildə Əlvənd Mirzəni, 1503-cü ildə Murad Mirzəni məğlub edərək Ağqoyunlu dövlətini süquta uğratdılar.

71

Page 72: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Mövzu:VIII

Azərbaycan Səfəvilər dövləti

Plan

1. Qızılbaşlar hərəkatı. Səfəvilər dövlətinin yaranmasında onun

rolu.

2. I Şah İsmayıl. Azərbaycan torpaqlarının birləşdirilməsi.

3. Səfəvilər dövlətinin daxili və xarici siyasətinin başlıca

istiqamətləri.

4. XVII əsr-XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin

zəifləməsi və beynəlxalq rəqabət meydanına çevrilməsi.

Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə, III cild, Bakı, 2005, səh 182-346.

2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989,sənəd N 29-

41, 50-51,55

3. Azərbaycan tarixi, Bakı, 1994, səh. 392-459.

4. Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə

Bakı,1996,səh.364-459.

5. Mahmudov Y.A.Odlar yurduna səyahət.Bakı,1980,səh.9-62.

72

Page 73: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

6. Fərzəliyev Ş. F. Azərbaycan XV -XVIəsrlərdə.Bakı,1983,səh.73-

82,113-127.

7. Şah İsmayıl Xətai.(məqalələr toplusu).Bakı,1988.

8. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti.Bakı,1993.

9. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Səfəvilər sülaləsinin yüksəlişi XIII əsrə təsadüf edir. Həmin dövrdə kəndli və sənətkarlar arasında sufi dərviş təriqəti yarandı.Bu təriqətin adı müqəddəs sayılan Şeyx Səfiəddinin (1252-1334) adı ilə bağlıdır.Şeyx Səfi 7-ci şiə imam Musa Kazımın nəslin-dən törəmədir və Həzrət Əlinin və Fatimənin 21-ci nəslidir.

Bu təriqət əsasən Ərdəbil və onun ətraf yerlərində yayılır və bu yerlərin əhalisi Səfəvilərin müridləri sayılırdılar. Artıq XV əsrdə bu təriqətin təkcə Azərbaycanda deyil, Rumda, Farsda, İraqda, Gilanda da ardıcılları meydana gəlir. Səfəvilər həm ruhani-dini, hım də dünyəvi işləri öz əllərində cəmləşdirdilər.

Tarixçilər Səfəvilərin tarixini 4 dövrə bölürlər:

1-ci dövr XIII əsrin sonlarından 1447-ci ilə qədər, 2-ci dövr 1447-1501-ci illər, 3-cü dövr 1501-1587-ci illər, 4-cü dövr 1587-1736-cı illər.

Əgər birinci dövrdə səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başcılıq edirdilərsə, ikinci dövrdə Səfəvilər artıq müstəqil ruhani feodalları kimi fəaliyyət göstərərək, Azərbaycanın siyasi həyatında mühüm rol oynayırdılar. Üçüncü dövrdə Səfəvilərin hakimiyyəti yaranır, möhkəmlənir, və onlar ölkənin həyatında mü-hüm rol oynayırlar. Dördüncü dövr isə Səfəvilərin mahiyyətinin dəyişilməsi dövrü sayılır.XV əsrin ortalarından başlayaraq Səfəvilər daha fəal siyasət yeritməyə başlayırlar. Çox çəkmir ki, Muğan, Qarabağ və Talış dağlarına qədər olan ərazilər Səfəvilərin təsiri altına düşdülər.

1447-ci ildə hakimiyyətə gələn Şeyx Cüneyd (1447-1460) Qaraqoyunlularla düşmənçilik siyasəti yeridirdi. Qaraqoyunluların rəqibi olan ağqoyunlu Uzun Həsənlə ittifaqa girən Seyx Cüneyd müstəqil hərəkətə başlayır.

73

Page 74: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1460-cı ilin martın 3-də O, Dağıstana və Şirvana yürüş etdi. Samur çayı sahilində I Xəlilüllah qaraqoyunlu Cahanşahla ittifaqa girərək Səfəvilərin qarşısını kəsir və burada bötük toqquşma olur. Döyüş Səfəvilərin məğlubiyyəti və Şeyx Cüneydin ölümü ilə nəticələnir. Onun oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirirdi. O, dayısı Uzun Həsənin qızı ilə evlənərək, atasının ağqoyunlularla yaratdığı ittifaqı daha da möhkəmləndirdi. Şeyx Heydərin vaxtında qazi, sufi dəstələri tam hərbi qaydada təşkil olundular. Səfəvi döyüşçüləri başlarına 12 imamın şərəfinə on iki zolaqlı çalma bağlayırdılar və buradan “qızılbaşlar” termini yaranmışdır.

Şeyx Heydər xeyli qoşun və silah topladıqdan, formal asılı olduğu qaynı Sultan Yaqubla razılığa gəldikdən sonra 1483-cü ildə və 1487-ci ildə Şirvan və Dağıstana hücumlar təşkil edərək, çoxlu qənimət və əsir ələ keçirdi. Şeyx Heydərin iki dəfə uğurlu yürüşləri Yaqubu qorxuya saldı. 1488-ci ildə Səfəvilər yenidən Şirvana hücum edərkən Sultan Yaqub Heydərin üzərinə qoşun göndərir. Bunu görən Heydər Tabasarana dönür və iyunun 9-da Şahdağın ətyində birləşmiş ağqoyunlu və şirvan qoşunları ilə Səfəvilərlə üz-üzə gəlirlər. Qanlı döyüş nəticəsində hər iki tərəf xeyli itki verdi və Şeyx Heydər döyüşdə öldürülür.

Beləliklə XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri baş tutmadı. Səfəvilərin Ərdəbil hakimiyyətləri zəiflədi. Heydərin oğlanları Sultanəli, İb-rahim və İsmayıl Sultan Yaqub tərəfindən əsir alınır. Onlar Sultan Yaqubun bacısı Aləmşahbəyimin övladları idilər. Onlar Şiraz yaxınlığında İstəxr qalasına salınmış və dörd il yarım orada əsirlikdə qalmışdılar.

Ağqoyunlu padşahı Rüstəm Mirzə hakimiyyətə gələrkən qardaşları 1492-ci il-də əsirlikdən azad edir. Lakin Sultanəli öz dədə-baba hakimiyyətini bərpa etmək məqsədilə hazırlığa başlayır və 1494-cü ildə Ərdəbil yaxınlığında döyüşə girir və məğlub olur. Sultanəli isə həlak olur. Əbih Sultan Ərdəbilə daxil olaraq Səfəvilərin çoxunu qılıncdan keçirir. Lakin qızılbaş əmirləri İsmayılı xilas edə bilirlər. Uzun təqiblərdən sonra İsmayıl Lahicana gəlir və 6 ilə yaxın orada yaşıyır.

1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək, Ərdəbilə yola düşür. Bu səfərdə onu Hüseyn bəy Samlu, Dədə bəy, Hadim bəy Xülafə, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayqutoğlu və Qara Piri bəy müşaiyət edirdilər.

O, yolüstü Ərçivanda (Astara) qışlayır.1500-cu ildə Göyçə gölü ətrafına gəlir. Burada Ərəşli və Zülqədərli tayfaları ona qoşulurlar. Artıq İsmayılın bayrağı altında 7 minlik bir qoşun var idi. Onun bayrağı altında şamlu, ustaclı, rumlu, təkəli, zülqədərli,

74

Page 75: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

əfşar,qacar, vasaq və həmçinin Qaradağın sufiləri birləşmişdilər. Mənbələrin məlumatı-na görə Ərzincanda keçirilən müşavirədə əsas zərbəni Şirvana vurmaq qərara alındı. Şir-vana hücum etməzdən əvvəl səfəvilər Gürcüstan və Ermənistanın bir sıra qalalarına hücum edərək ,çoxulu qənimət əldə etdilər.

1500-ci ilin payızında qizilbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil olur. Şirvanşah Fərrux Yasar Qəbələyə qaçır. Qızılbaşlar heç bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq çoxlu qənimət əldə edirlər.Fərrux Yasar 1500-ci ilin sonlarında qoşunla geri qayıdır və Cabanı düzündə səfəvilərlə döyüçə girir. Döyüş səfəvilərin qələbəsilə başa çatır və Fərrux Yasar öldürülür. Onun sağ qalmış oğlu İbrahim Şeyxşah Xəzər sahilindəki Şəhrin adlı yerə gələrək dağınıq qoşunları bir yerə toplasa da döyüşməyə cürət etməyib Gilan şəhərinə gedir.

1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək məqsədilə hücuma başlayır. Lakin şəhər hakimi Qazı bəyin arvadı qalanın müdafiəsini təşkil edir.Qızılbaşlar qala divarlarının altından lağım ataraq şəhərə daxil olurlar.Şəhər əyanları darvazaları İsmayılın üzünə açırlar və Səfəvilər şəhərə daxil olaraq bir müddət talanla məşğul olur-lar.

Bakını aldıqdan sonra İsmayıl tezliklə cənuba doğru hərəkətə başlayır.Yolüstü Gülüstan,Suxrab və Buğurd qalalarını mühasirəyə alsa da tezliklə oradan gedir.Çünki Ağqoyunlu Əlvənd Mirzə Təbrizdən güclü qoşunla onların üzərinə gəlirdilər.

1501-ci ilin ortalarında Şərur adlı yrdə hər iki qoşun arasında qeyri-bərabər döyüş baş verdi.Belə ki,ağqoyunlular 30 min,səfəvilər isə 7 min nəfərdən ibarət idi. Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti nümayiş etdirirdi. Ağqoyunlular məğlub olaraq dağılışmağa başladılar, Əlvənd Mirzə isə Ərzincana qaçdı. Beləliklə 1501-ci ilin payızında İsmayıl heç bir müqavimətsiz Təbrizə daxil olur və özünü şah elan edir. Paytaxt Təbriz olmaqla Səfəvilər dövlətinin əsası qoyulur.(1501-1736).

Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkiçaf etmiş Azərbaycan əra-zisində yarandı. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər.Azərbayacan türkü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı.Hərbi komandanlıq,maliyyə işləri, vilayət əmirləri vəzifəsi, demək olar ki,bütün saray vəzifələri Azərbaycan türklərinin əlində cəmləşmişdi. Dövlətin 74 əmirindən 69-cu azərbaycanlı idi. Ordu da demək olar ki, azərbaycanlılardan təşkil olunurdu. Sarayda qoşun içərisində, diplomatik yazışmada Azərbaycan türkçəsi işlədilirdi.

75

Page 76: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Əlvənd Mirzənin məğlubiyyətindən sonra əsas təhlükə Muzad Mirzə idi.Odur ki,1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı deyilən yerdə İsmayıl ağqoyunlularla vuruşa girir. Şiddətli döyüş qızılbaşların qələbəsilə başa çatır. Murad Mirzə Şiraza qaçır. Əbih Sultan və başqa sərkərdələr əsir alınaraq edam edilirlər. Bununla Ağqounlular dövlətinin varlığına son qoyulur. İran və Əcəmin xeyli hissəsi Səfəvilərin əlinə keçir.

Səfəvilər dövləti gücləndikcə,onun Özbək dövləti və Türkiyə ilə münasibətləri ziddiyətli xarakter alırdı. Özbək dövləti ilə ziddiyyyət əsasən Xorasan vilayəti ilə əlaqədər idi.Səfəvilərin Kiçik Asiyada başlarının qarışmasından istifadə edən Şeybani xan Xorasanı tutur və hətta İsmayıla tabe olmaq tələbini irəli sürmüşdü.Bunu görən Şah İsmayıl Xorasana doğru hərəkətə başlayır.1510-cu il dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiyyəti altına keçdi.

Səfəvilərin qüdrətinin artması Osmanlı Türkiyəsini çox narahat edirdi. Sultan II Bəyazid 1504-cü ildə Səfəviləri tanımalı olsa da, onun oğlu Sultan Səlim hakimiyyətə gəldikdən sonra (1512) səfəvilərlə düşmənçiliyə başladı. O, hətta Türkiyə ərazisində yaşayan 40 minə qədər qızılbaşı edam etdirmişdi.

Şah İsmayıl Türkiyə ilə müharibənin labüdlüyünü gorərək Avropa ölkələri (Venetsiya) ilə diplomatik danışıqlara başlayır. Lakin son anda Avropalılardan kömək almaq cəhdi baça çıxdı.

1514-cü ilin avqustunda Sultan Səlim 200 minlik qoşunla azərbaycan sərhədlərinə yaxınlaşdı. 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku yaxınlığı)qanlı döyüş oldu.Hər iki tərəf din düşmənçiliyi ruhunda tərbiyə edildiyi üçün (çiə-sünni) şəhid olmağa hazır olan silahlı fanatiklər idi. Ona görə də Çaldıran döyüşü tarixə ən qanlı qardaş qırğını kimi düşmüşdür. Sultan Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşu, əslində Türk dünyasının ümumi faciəsi, qərb dünyası diplomatiyasının isə strateji qələbəsi idi. Baş vermiş bu qanlı döyüş türklərin qələbəsi ilə başa çatdı. Qeyri-bərabər döyüşdə səfəvilər 5 min döyüşçü tələfat verdilər.Türklərin qələbəsində topların böyük rolu oldu.Şah İsmayıl təkbətək döyüşdə türk sərkərdəsi Əli bəy Məlcuqoğlunu qılınc zərbəsilə yerə sərdi. Döyüşdə Qızılbaşların məhşur sərkərdələri Məhəmməd xan Ustaclı,Sarı Pirə Ustaclı , Xadim bəy Xülafə, lələ bəy Şamlı və s. həlak oldular.

76

Page 77: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Döyüşdə Şah İsmayıl yaralanır və döyüş həlqəsini qıraraq olkənin içərilərinə çəkilir.Bundan sonra Sultan Səlim Şah İsmayılı təqib edərək Xoy, Mərənd və Təbrizi ələ keçirir. Lakin türklər müharibəni davam etdirmək iqtidarında deyildilər. Təbrizdə 6 gün qaldiqdan sonra oranı tərk etdilər.Türk qoşunları içərisində narazılıq və həyəcanlar artdı, ona görə də Sultan Türkiyəyə geri çəkilməyə başlayır və gedərkən Təbrizin ən yaxşı ustalarını ozü ilə apraır.

Çaldıran döyüşündəki məğlubiyyət Səfəvilərin qüdrətinin zəifləməsinə səbəb oldu. 1514-cü ildə başlanan Səfəvi-Türkiyə müharibələri isə fasilələrlə 100-ilə qədər davam etmişdi.

Türkiyə ilə müharibə dayandıqdan sonra, Səfəvilər dövlət daxilində öz hakimiyyətlərini möhkəmlətməyə çalışırdılar. Səfəvilərə tabe olmaq istəməyən Şirvanşah Seyxşahı tabe etməkdən ötrü Şirvana yürüşlər etdi. 1517-ci ildə üçüncü yürüşdən sonra Şirvanşah Qızılbaşlardan asılılığı qəbul edir. Elə həmin ildə Səfəvilər Gürcüstana yürüş edərək oranı asılı vəziyyətə saldılar. Şəki də yenidən Səfəvilərin hakimiyyəti ilə barışır. 1524-cü ildə Şah İsmayıl 37 yaşında qəflətən vəfat edir. Hakimiyytə onun oğlu I Təhmasib (1524-1576) keçir. Bu zaman Səfəvilər dövlətində mərkəzi hakimiyyət bir qədər zəifləmişdi. Bundan istifadə edən Osmanlılar yenidən Səfəvilərələ müharibələrə başladılar. Sultan I Süleyman Qanuni (1520-1566)1534-cü ildə 100 minlik qoşunla Azərbaycan sərhədlərini keçdi.Qısa vaxt ərzində onlar Təbrizi və xeyli əraziləri tutdular. Qışın sərt keçməsilə əlaqədər Süleyman Türkiyəyə çəkilir və 1535-ci ilin yazında ikinci dəfə Təbrizə hücum etdi. Lakin bu dəfə də türklər ciddi müqavimətə rast gələrək Azərbaycanı tərk etdilər.

Bu dövrdə Şirvanda daxili ziddiyyətlər kəskinləşdi. Şahruxun dövründə (1535-1538) Şirvan əmirlərinin özbaşınalığı həddini aşmışdı. Bundan istifadə edən I Təhmasib Şirvanı işğal etmək məqsədilə 1538-ci ilin yayında Əlqas Mirzənin başçılığı ilə 20 minlik qoşın göndərir. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilir. Əlqas Mirzə Şirvana bəylərbəyi təyin edilir. Beləliklə Azərbaycanın həm cənubu, həm də şimali bir dövlətin tərkibinə daxil olur. Bu isə ölkənin həm iqtisadi,həm də mədəni hayatına müsbət təsir edir. I Təhmasib 1540-cı ildə Bakını, 1541-ci ildə Tiflisi tutur.

1547-ci ildə Əlqas Mirzə özünü müstəqil hökmdar elan etməyi qərara alaraq qardaşına qarşı qiyam qaldırır. Bu qiyamda Əlqas Mrzəyə Krım xanı da kömək edirdi. Lakin o, məğlub olaraq Türkiyəyə qaçır. Şahın oğlu İsmayıl Mirzə (II İsmayıl) Şamaxıya bəylərbəyi təyin edilir. Onun dövründə və onu əvəz edən Abdulla xan dövründə Şirvanda baş verən bütün qiyamlar yatırıldı və Səfəvilərin hakimiyyəti burada daha da gücləndi.

77

Page 78: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1551-ci ildə I Təhmasib Şəkiyə tərəf hücum edir. Bu vaxt Şəki hakimi Dərviş Məhəmməd Gələrsən-Görərsən qalasında möhkəmlənir. Qeyri bərabər döyüş Səfəvilərin qələbəsi ilə başa çatır.

1548-1549 –cu illərdə Türklər yenə ölkəmiz üzərinə hücumlara başladılar. Bu yürüşlərdə Əlqas Mirzə də iştirak edirdi. Türklər yenə Təbrizi ələ keçirirlər. 1555-ci ildə Təhmasib paytaxtı Qəzvinə köçürür. Həmədan tərəfdən hücum edən Əlfas Mirzə məğlub olaraq əsir düşür. Lakin Təhmasib onu öldürməyərək, ömürlük Qəhqəhə qalasına salır.

1552-ci ildə I Təhmasib səfərbərlik edərək Osmanlılar üzərinə güclü hücum təşkil edir. O, bir sıra ərazilərdə üstünlük əldə edərək çoxlu qənimət ələ keçirir. 1554-cü ildə yenidən Sultan Süleyman Azərbaycana hücum edərək Naxçıvanı və başqa əraziləri viran etdi. Lakin digər ərazilərdə uğursuzluqla üzləşən Sultan danışıqlara girir və 1555-ci il mayın 29-da Amasiyada sülh müqaviləsi bağlanılır. Bu sülhə görə Qərbi Gürcüstan, Qərbi Ermənistan Türkiyənin, Gürcüstanın Şərq vilayətləri və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi.

XVI əsrin 70-ci illərindən Türk istilalarının yeni dövrü başlayır. I Təhmasibin ölümündən sonra (1576 ) hərbi–köçəri feodallar arasında çəkişmələr yenidən şiddətləndi. Şahın oğulları arasındada hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə şah II İsmayıl (1576-1578) qalib gələrək hakimiyyətə keçir. Lakin saray çevrilişləri nəticəsində 2 il sonra İsmayıl öldürülür. Onun böyük qardaşı Məhəmməd Xudabəndə (1578-1587) hakimiyyətə gəlir. O ilk növbədə öz düşmənlərini saraydan uzaqlaşdırır və aradan götürür.Hətta II İsmayılın bir yaşlı oğlunu da öldür ki, gələcəkdə hakimiyyət iddiasında olmasın. Onun dövründə Səfəvilər dövləti daha da zəiflədi. Qızılbaş əmirləri arasında ikitirəlik düşdü. Bir neçə nüfuzlu əmir dövləti əslində öz aralarında bölüşdürdülər. Dövlət xəzinəsi demək olardı ki, boşaldılmışdı.

Dövlətin zəifliyindən istifadə edən Osmanlılar yenidən öz işğalçılıq yürüşlərinə başladılar. 1578-ci ildə başda Mustafa paşa olmaqla 100 minlik qoşun Azərbaycana soxuldu. Sultan II Murad sünnilərin şiələrə cihadı altında “müqəddəs müharibə” şüarını irəli sürərək ədavəti dahada qızışdırdı. Səfəvi ordusunda birlik olmaması üzündən cəmi 10-15 min qoşunla türklərə qarşı çıxa bildilər. Çıldır düzündə səfəvilər məğlubiyyətə uğradılar. Bundan sonra türklər Gəncəni tutaraq Şirvana doğru hücuma başladılar. Şirvan bəylərbəyi Araz xan buranı başsız qoyaraq qaçır. Türklər Şamaxı və Dərbəndi ələ keçirirlər. Lakin türklər bu dəfə də Azərbaycanda çox qala bilmədilər.Qışın gəlməsilə onlar Ərzincana tərəf çəkilirlər. Əmələ gələn vəziyyətdən istifadə edən Şahın oğlu Həmzə Mirzənin başçılığı altında Səfəvilər əks hücuma

78

Page 79: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

keçirlər. Bu zaman Krım xanı Adil Girey də Azərbaycana soxulur. Səfəvilər Şamaxıını keçərək Ağsu çayı sahilində birləşmiş türk–tatar qoşunlarını məğlub edirlər. Hətta Krım xanı əsir düşür. Döyüşdə şahın arvadı “çox zəkalı, bacarıqlı və tədbirli “olan Bəyim xanım da iştirak edirdi. Onun Şirvana gətirdiyi 30 minlik qoşun düşməni məğlub etməkdə mühüm rol oynadı.

Uzun sürən müharibələr ölkənin iqtisadiyyatına olduqca mənfi təsir göstərirdi. Daxili feodal əyanları arasında çəkişmələr yenidən güclənir. 1587-ci ildə Məhəmməd Xudabəndə vəfat edir. Bu dövrdə Türklər dəfələrlə Azərbaycana yürüşlər etmişdilər. Nəhayət 1590-cı ildə iki dövlət arasında İstanbulda sülh müqaviləsi imzalanır.Sülh müqaviləsi Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında bölüşdürür.Şirvan, Qarabağ, Təbriz, Marağa, Sərab, Türkiyəyə ilhaq eildi.

Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatında mühüm irəliləyişlər olmuşdu. Təsərrüfat həyatı dirçəlmiş, şəhərlər inkişaf edərək genişlənirdi. Xüsusilə bu dövrdə sənətkarlıq və ticarət xeyli inkişaf etmişdi.Təbriz, Şamaxı, Ərdəbil,Bakı və başqa şəhərlər böyüyür və möhkəmlənirdi. Ən böyük şəhər Təbriz idi. Bu şəhər Qərb və Şərq ilə ticarətdə mühüm rol oynayırdı. O dövrdə Şamaxının 25 minə qədər əhalisi var idi.Şamaxı həm də bğyük ticarət mərkəzi idi. Bakıda neft istehsalı getdikcə artırdı.Türk səyyahı Katib Çələbi yazır ki, Bakı qalasının ətrafında “500-ə qədər quyu vardır ki, bunlardan ağ və qara neft çıxrılır

Azərbaycan Səfəvi dövlətinin dövlət quruluşu feodal despotik şahlıq idi.Hakimiyyətdə iri feodallar təmsil olunurdular.Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik olan “Səfəviyyə” dərviş ordeninin şeyxi sayılan şah dururdu. I Şah İsmayılın dövründə şiəlik rəsmi dövlət dini elan edimişdi. Səfəvi dövlətinin mərkəzləşmiş daimi ordusu yox idi.Ordu müharibə zamanı ayrı-ayrı qızılbaş tayfalarından təşkil olnurdu. Bəylərbəyilər qoşuna rəhbərlik edirdilər.Bu qoşunlara Çərik deyirdilər.Bundan əlavə,qorçulardan ibarət 4500 nəfərlik süvari qvardiya korpusu şaha xidmət edirdi.

XVII əsrin 70- ci illərində Səfəvi dövləti siyasi-iqtisadi böhran keçirirdi. Feodal və məmurların özbaşınalığı həddini aşmışdı.Bu da xalqın narazılığına səbəb olurdu.1571-ci ildə feodal istismarına qarşı Təbriz sənətkarları və şəhər yoxsullarının böyük üsyanı başladı. Qorxudan Şah məmurları şəhərdən qaçdılar. Şəhər iki il üsyançıların əlində qaldı. 1573-cü ildə I Təhmasib üsyanı yatıra bidi.Üsyan rəhbərlərindən 160 nəfəri şəhər meydanında edam edildi .XVII əsrin 70-80-ci illərində Şirvanda,Talışda da feodal zülmü əleyhinə çıxışlar olmuşdu.

79

Page 80: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XVI əsrin sonlarında Azərbaycan Səfəvi dövləti demək olar ki, tənəzzülə uğramışdı. Daxili ziddiyətlər son həddə çatmışdı. Digər tərəfdən Türk Osmanlı istilaları davam edirdi. Belə bir vaxtda 1587-ci ildə ustaclı və şamlu tayfalarından olan qızılbaşların Xorasan qrupu Qəzvində 16 yaşlı Abbası hakimiyyətə gətirdilər. Elə ilk gündən Şah I Abbas (1587-1529) Səfəvilərin əvvəlki qüdrətini qaytarmağa çalışırdı. O, ilk növbədə əllərində hədsiz vardövlət və hakimiyyət toplamış qızılbaş əyanlarının müqavimətini qırmağa başladı.Şah Abbas Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə hərbi və inzibati islahatlar keçirdi. O,hakimiyyətdə İran ünsürlərini təşkil edən,teokratiya, şiə ruhaniliyi və oturaq əyanların mövqeyini möhkəmlətdi. Şah Abbas ona qarşı çıxan tayfalara amansız divan tutdu. Şahın həyata keçirdiyi ilk tədbirlərdən biri dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaqdan ibarət oldu. Bu məqsədlə o, yüksək vəzifəli bütün şəxslərdən peşkəş adı altında xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Şah Abbas orduya büyük fikir verirdi.O,ingilis hərbi təlimatçılarının köməyi ilə yeni nizami ordu yaratdı Şah bir şox azərbaycanlı qoşun başçılarını ordudan kənar etdi. Ordu süvarilərdən,tüfəngçilərdən, artilleriyadan və xüsusi qvardiyadan ibarət idi.

Şah Abbas dövlətin paytaxtını 1598-ci ildə İsfahana köçürdü. Bu isə İran əyanlarının sarayda və dövlət aparatında nüfuzunun qüvvətlənməsinə səbəb oldu.Ümumiyyətlə Şah Abbasın islahatları nəticəsində qızılbaş əyanlarının qüdrəti son dərəcə sarsıldı,mərkəzi hakimiyət son dərəcə qüvvətləndi.Azərbaycan İran feodallarının təsiri altına düşdü.

XVII əsrin əvvəllərindən başlayaraq Səfəvi-Türkiyə müharibələri yanidən qızışdı. Hərbi əməliyyatlar fasiləəlrlə 1602-ci ildən 1639-cu ilə qədər davam etmişdir. 1603-cü ilin yayında Şah Abbas 15 minlik qoşunla Təbrizə tərəf hərəkətə başlayır.Təbrizdən bir qədər aralı Sufiyan adlanan yerdə baş verən döyüşdə Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə edərək Təbrizi onlardan təmizləyir. 1603-cü ilin payızında Şah Abbasın qoşunları Naxçıvan və İrəvanı ələ keçirir. O, bu yerlərin əhalisini İsfahana köçürür. Bununla onun məsədi türkələri ərzaq təminatından məhrum etmək idi. 1606-cı ilin qışında İran qoşunları Qarabağ, Gəncə, və Tiflisi işğal etmək üçün yürüşə başlayır. Şahın qoçunları Gəncəni iki aya qədər mühasirədə saxlayırlar. Şəhərdə yarləşən Türk qarnizonu müqavimət göstərsə də qala divarları lağım və top atəşləri nəticəsində dağılır və qoşun şəhərə daxil olaraq oranı talan edirlər. Hətta Şah Abbasın əmri ilə şəhər əhalisi 1606-cı ildə Gəncə çayının sol sahilinə köçürülür. Az sonra Tiflis işğal olunur. Bakı və Dərbənddə isə əhali

80

Page 81: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

türk qarnizonuna qarşı üsyan qaldıraraq onları qovdular. İran qoşunıları Şamaxını da ələ keçirərək 2000-dən arrıq türk qoşununu məhv etdilər. (1607-ci il)

Səfəvilərlə Türkiyə arasında baş verən 4 illik müharibə (1603-1607)Azərbaycanın səfəvilər tərəfindən tutulmasına, bir zülmün digər zülmlə əvəz olunmasına gətirib çıxardır.

Lakin Osmanlılar hər vasitə ilə yenidən bu torpaqları tutmağa çalışırdılar. Onlar 1611-1612-ci illərdə yenidən Azərbaycana hücum etdilər və Təbrizi tutdular. Lakin tezliklə ehtiyat edən türk qoşunu Van tərəfə çəkildi. Nəhayət 1612-ci ildə iki dövlət arasında sülh müqaviləsi bağlansa da, bu müqavilə uzun sürmədi, yenidən Səfəvi-Osmanlı müharibələri qızışdı. Şah Abasın nəvəsi I Səfinin dövründə (1629-1642) müharibə hər iki tərəfdən tez-tez davam etdirilirdi. Nəhayət 1639-cu ilin mayın 17-də Qəsri-Şirində Türkiyə-Səfəvi sülh müqaviləsi imzalandı. Bundan sonra bir müddət nisbi sakitlik yaranır.Təsərrüffatda, şəhərlərin həyatında dirçəliş meydana gəlir, bir sıra şəhərlər bərpa olunurlar (Gəncə). Azərbaycan ərazisinin inzibati bölgüsü yaradılır və 4 bəylərbəyliyinə bölünür. Bunlar Təbriz, Çuxur-Sədd (Ermənistan), Qarabağ, və Şirvan bəylərbəylikləri idilər. Ölkənin cənub vilayətlərinin çoxu Təbrizə aid idi və Azərbaycan bəylərbəyliyi adlanırdı.

I Şah Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal bölgələrinə yarım köçəri tayfaları köçürürdü. Məsələn, Muğanda çoxlu Şahsevən ailəsi yerləşdirilmişdi. Türk soylu Padarların İranadan Azərbaycana köçürülməsidə həmin dövrə təsadüf edir. Onlar Şamaxı, Şəki və Dəvəçi rayonlarında indi də yaşayırlar.

Türkiyə işğalçılarının Azərbaycandan qovulması yalnız Şah Abbasın hərbi əməliyyətlarının nəticəsi deyil, eyni zamanda yerli əhalinin onlara qarşı azadlıq mübarizəsinin genişlənməsinin də böyük rolu olmuşdur.

1601-ci ildə Qubada ,1602-1603 illərdə Şirvanda , Qarabağda bir sıra xalq çıxışları olmuşdu.Hətta Türkiyənin özündə də kəndli çıxışları baş vermişdi.Bunlardan biri Cəlalilər hərəkatı idi. Bu hərəkat Türkiyədə XVI-cı əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinədə yayılmışdı.Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodallar üzərinə hücum edərək onların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,”tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi”.Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər,

81

Page 82: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Tanritanımaz, Abaza Paşa idilər.Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin “Qeydlərində”, Övliya Çələbiyyənin “Səyahətnaməsində” və başqa əsrlərdə məlumatlar verilir.

-XVII –ci əsrdə Rusiya, Qafqaz, İran, Orta Asiya ilə iqtisadi və siyasi əlaqələrə mühüm yer verirdi. Rusiya Xəzər sahillərinə və Qafqaza çıxmaq və gələcəkdə İran -Türkiyə müharibələrinə təsir etmək istəyirdi. Rusiya həmçinin Azərbaycanla iqtisadi əlaqələrə böyük maraq göstərirdi.

Azərbaycandan Moskvaya tacirlər gedir, eyni zamanda rus tacirləri də bu yerlərə gələrək ticarətlə məşğul olurdular.Ən çox Şamaxı, Dərbənd və Bakıda rusların ticarət köşkləri var idi.1688-ci ildə Stepan Razin Xəzər sahillərinə çıxaraq Bakı əhalisini talan etmişdi.

XVIII –ci əsrin əvəllərində I Pyotrun dövründə Qafqaza dair Rusiyanın xüsusi planı hazırlanır. O, əsasən Xəzər sahili vilayətləri ələ keçirmək, gələcəkdə cənub ölkələrinə ekspansiya siyasətini həyata keçirmək üçün Dərbənd, Bakı, Şamaxı, Rəst kimi şəhərləri ələ keçirməyə çalışırdı.

1700-ci ildən başlayaraq I Pyotr yerlərdəki vəziyyəti öyrənmək üçün Cənubi Qafqaza öz nümayəndələrini göndərməyə başladı. Rusiya İsveç üzərində qələbədən dərhal sonra Xəzər sahili vilayətlərə yürüşə başladı.1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət böyük bir donanma ilə Həştərxandan yürüşə başladı. Rus qoşunalrı həm quru, həm də dəniz yolu ilə hərəkət edirdilər. Avqustun 15-də rus qoşınları Dərbəndə yaxınlaşdılar. Şəhərin naibi İmamqulu şəhərin açarını I Pyotra təqdim edir və rus qoşunları Dərbəndə daxil olurlar. 1723-cü ilin iyulun 12-də Bakı şəhəri tutulur. Dərgahqulu bəy başda olmaqla 700 nəfərlik qarnizon ruslar tərəfə keçdilər. Beləliklə Dərbənd Bakı, Gilan, Mazandaran, Astrabad zorla Rusiyaya birləşdirildi. Bunun əvəzində gələcəkdə İrana müdaxilə edən əfqanlara qarşı mübarizədə İranlılara kömək etməyi öhdəsinə götürdü.Eyni zamanda Rusiya İrana ona görə kömək edirdi ki, İran türkiyəni bu yerlərə buraxmasın.

Şərqdə öz müstəmləkə siyasətini həyata keçirməyə çalışan İngiltərə və Fransa Rusi-yanın Qafqazdakı nüfuzunun güclənməsinə hər vasitə ilə mane olurdular. Bakının tutulmasından istifadə edərək bu ölkələr Türkiyəni Rusiyaya qarşı müharibəyə qızışdırırdılar. Dağıstan hakimləri olan Hacı Davud və Surxay xan da Türkiyə ilə Rusiya əleyhinə yaxınlaşmağa başladılar.

1723-cü ilin yazında Ərzurum paşası böyük ordu ilə Gürcüstana daxil olur. Onlar Tiflisi tuduqdan sonra Gəncə tərəfə hərəkət etdilər.Türklərin Qafqaza yürüşü Türkiyə

82

Page 83: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

ilə Rusiya arasında ziddiyətləri dahada kəskinləşdirdi.Lakin müharibədən yeni çıxmış Rusiya yeni müharibəyə girməyə cəsarət etmədi.1724-cü il iyulun 12-də İstanbulda iki dövlət arasında sülh müqaviləsi imzalandı.Sülhə görə Xəzər sahili vilayətlər istisna olmaqla Azərbaycan torpaqları Türkiyəyə birləşdirildi.

1724-cü ildə Türk qoşunları Cənuba doğru hərəkət edərək Naxçıvan Xoy və Ordubadı tutdular.1725-ci ildə Təbriz, Ərdəbil Türklər tərəfindən işğal olundu. Lakin Təbrizi alarkən türklər 20 minə yaxın əsgər tələfatı verdilər.

Türklərin hücumları İran Səfəvi dövlətinin bütün varlığını təhlükə altına almışdı. Bu ağır günlərdə Türkiyəyə qarşı mübarizəyə Əfşar tayfasından olan Nadir kimi bir şəxsiyyət meydana çıxır.Türkiyədəki siyasi vəziyyətədən istifadə edən Nadir (Türkiyədə dövlət çevrilişi nəticəsində Sultan III Əhməd devrilmişdi) onlara qarşı mübarizəyə başlayır. Eyni zamanda Rusiya da bu məsələdə İrana rəğbət bəsləyirdi. Nadirqulu əvvəlcə əfqan feodallarını ölkədən qovaraq Herat şəhərini tutur. Bundan sonra türklərə qarşı mübarizəyə başlayan Nadir, artıq 1730-cu ildə Həmədan, Təbriz, Marağa və Ərdəbili işğalçılardan təmizləyir. Lakin bu zaman Xorasanda baş verən qiyamla əlaqədər Nadir ora qayıdır. Bu zaman Şah II Təhmasib öz nüfuzunu möhkəmləndirmək məqsədilə İrəvan istiqamətində hücuma keçir, lakin orada biabırcasına məğlub olur. Bundan istifadə edən Türkiyə yünidən Təbrizi tutur. Bundan qorxan II Təhmasib sülh bağlamağa razı olur.1732-ci ildə Kirmanşah şəhərində sülh bağlanır. Sülhə görə İrəvan, Gəncə, Tiflis,Şamaxı,Şirvan və Dağıstan Türkiyəyə verilir. Bu hadisə Nadiri olduqca narazı salır.1732-ci ildə Nadir Xorasandan qayıdaraq II Təhmasibi taxtdan salır və onun oğlu 8 aylıq Abbas Mirzəni III Abbas adı ilə taxta çaıxarır. Elə bu vaxtdan Nadir faktiki olaraq İran dövlətini idarə etməyə başlayır.

1734-cü ildə Nadirqulu Azərbaycanın şimal torpaqlarına yürüşə başalyır. Bunu görən Şamaxı hakimi Surxay xan Dağıstana qaçır və şəhər təslim olur.Şəhər tamamilə yandırılır.Əhali isə şəhərin 6 km-liyinə köçürülərək burada yeni Şamaxı salınır.Bir hissə isə Ağsu adlanan yerə köçürülür. Oktayabrda Nadir Gəncəyə hücum edir.Gəncə çayının suyunu şəhər üzərinə çevirir və qala divarlarını dağıtsa da şəhəri tam ələ keçirə bilmir. 4 aylıq mühasirədən sonra şəhər alındı.Həmin dövrdə Gürcüstan və İrəvan da türklərdən təmizlənir.

1725-ci ildə Rus çarı I Pyotr öləndən sonra sarayda baş verən çevrilişlər Rusiyanın daxili və beynəlxalq vəzziyyəti pisləşir. Ordu və donanma xeyli zəifləyir. Belə bir şəraitdə Rusiyanın Xəzərsahili vailayətlərini öz əllərində saxlaması mümkün deyildi. Bu vilayətlər üstündə İranla müharibə başlana bilərdi. Ona görə də 1732-ci

83

Page 84: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

ildə bağlanan Rusiya-İran sülhünə görə Kürdən cənuba Xəzər sahiili vilayətlər yanidən İrana qaytarıldı. Rusiyanın bu sülhü bağlamaqda məqsədi, həm də Türkiyə əleyhinə İranla yaxınlaşmaq idi. 1735-ci ildə bağlanan yeni müqaviləyə əsasən Ruslar Bakı və Dərbəndi də geri qaytardılar. Beləliklə Nadirin nüfuzu olduqca qüvvətləndi. 1736-cı ilin əvvəlində Nadir qışlamaq üçün Muğana gedir. Şah III Abbasın qəflətən ölmündən istifadə edən Nadir 1736-cı ilin martında toplanmış qurultayda özünü şah elan edir. Onun taxt-tacı ələ keçrməsinə narazılıq edən Ziyadoğluları, Kəbirli, Cavanşir, 32-lər tayfasını Xorasana sürgün edir. Qazax və Borçalı isə Kartli-Kaxetiyanın tabeliyinə verildi.

Nadir köhnə bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Bölgünün mərkəzi Təbriz, hakimi isə qardaşı İbrahim oldu.

Uzun sürən müharibələr Azərbaycanın iqtisadiyyatına ciddi zərbə vurmuşdu. Belə bir şəraitdə talan edilmiş şəhər və kəndlərin əhalisi tələb olunan vergiləri ödəyə bilmədiklərindən, İran xəzinəsi tamam boşlamışdı. XVIII əsrin 30-40-cı illərində zəhmətkeş xalqın maddi vəziyyətinin son dərəcə kəskinləşməsi və sinfi ziddiyyətlərin artması son həddə çatdı. Bu illərdə dəhşətli aclıq və xəstəliklərin yayılması əhalinin feodallar əleyhinə çıxışlarına gətirib çıxardı.Bir yandan Nadir şah xəzinəni doldurmaq üçün əhali üzərinə soyğunçu vegilər tətbiq edirdi.

Nadir zülmünə qarşı üsyanlar hələ 1734-cü ildən başlamışdı. Birinci olaraq Astaranın aclıq şəəkn əhalisi çıxış etdilər.Lakin onların çıxışları amansızlıqla yatırıldı. 1735-ci ildə Şəki vilayətində Biləcik kəndinin əhalisi üsyan etdi. Onlara qonşu Çənik,Tala kəndlərinin əhalisi də qoçuldular. Kəndlilər şahın vergi toplayan məmurlarını qırır, onların keşikçi dəstələrinin üzərinə hücum edirdilər. Nadir şah fevral ayında ora böyük cəza dəstəsi göndərir. Qanlı döyüşlərdən sonra Car və Tala cammatı silahı yerə qoymağa məcbur oldular. Eyni zamanda Biləcik və Cəniklilər də məğlub oldular.

1738-ci ildə Qarabağ,Şəki, Şirvan və Balakəndə də kəndli üsyanları baş vermişdi. Nadirin Hindistan səfərində olmasından istifadə edən Car camaatı yenidən silaha sarıldılar. Hətta onlar üzərinə qoşun yeridən şahın qardaşı İbarahimi məğlub etdilər.

XVIII əsrin 40-cı illərində xalq hərəkatı daha geniş vüsət aldı.1743-cü ildə Şirvanda Nadir zülmünə qarşı üsyan qalxdı.Belə bir tarixi şəraitdə guya Səfəvilər nəslindən olan yalançı Sam Mirzələr meydana şıxırlar. Nadir zülmündən cana doyan əhali qurtuluşu Sam Mirzədə görürdülər və ona görə də onu rəğbətlə qarşılayırlar. Lakin Sam Mirzələrin hamısı məğlub oldular. Bütün bu siyasi hadisələrdən Türkiyə öz

84

Page 85: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

xeyrinə istifadə etməyə çalışırdı. 1743-44-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. Şəkidə baş verən mübarizə daha kəskin xarakter aldı .Üsyanın baş verməsinə əsas səbəb Şəki hakimi Məlik Nəcəfin özbaşınalığı olmuşdu. O, xalqa əzab verir, vegiləri üçqat toplayaraq özü mənimsəyirdi.Hələ 1741-ci ildə səbri tükənmiş Şəki əhalisi Nadir şaha şikayət etmişdi. Ona görə də Nadir Məlik Nəcəfin işlərinə nəzarət etmək üçün Şəki əhalisindən vəkil seçməyi göstəriş verir.Əhali Hacı Çələbini vəkil seçir. O, vəkil seçiləndən sonra açıqcasına Məlik Nəcəfin işlərinə qarışır,onun əleyhinə çıxırdı. Məlik Nəcəf Hacı Çələbidən narazı idi və onu şahın qarşısında təqsirləndirmək üçün fürsət axtarırdı.O,şaha xəbər göndərir ki,guya Hacı Çələbi “Şahın əmrlərinə tabe olmur ,xalqı da onları icra etməyə qoymur”.Qəzəblənmiş Şah Hacı Çələbini hüzuruna çağırır və edam olunmasını əmr edir. Hacı Çələibi kəndir boğazında özünü mərdliklə və dəyanətlə apararaq, Məlik Nəcəfin işləkləri haqqında ərz edir. Bunda sonra şah onu azad edir. Tarixçi Kərim Ağa Fatehin yazdığına görə,bu hadisədən bir az keçmiş şah öz yaxın adamlarına deyir: “Mənim hüzurumda bir kəsin nəfəs çəkəmyə həddi olmadığı halda bu Şəkili Çələbidə nə cürət varmış ki, boğazında kəndir cəsarət edib bu ərzləri mənə söylədi və məlikdən mənə şikayət etdi. Görərsiniz, o bir xəta edəcəkdir, mən öz zənnimdə heç vaxt yanılmamışam”.

Bir qədər keçmiş Məlik Nəcəf Çələbidən yenə şikayət edir. Şah Çələbinin üzərinə 100 tümən cərimə kəsir. Lakin Çələbi bu cəriməni verməkdən boyun qaçırır. Qəzəblənən Şah Çələbini yenidən hüzuruna çağırır. Çələbi bundan da boyun qaçırır. Səhəri gün Çələbi öz adamlarını başına yığaraq üsyan edir və Məlik Nəcəfi öldürür. O, özünü Şəki xanı elan edir. O,uzun müddətlik ərzaq və sursat ehtiyatı götürərək, bütün şəhər əhalisini Şəkinin 8 km-də yerləşən qədim və möhkəm “Gələsən-Görəsən “qalasına köçürür. 1744-cü ilin noyabrnda Nadir şahın qoşunu Şəki üzərinə yürüşə başlayır. Lakin qoşun “Gələsən –Görəsən”də ciddi müqavimətə rast gələrək Bərdə tərəfə çəkilr. 1745-ni ilin fevralında şah qoşunları yenidən Şəki üzərinə hücuma keçirlər, lakin Şəki əhalisi inadla müqavimət göstərdi. Bu vaxt Türkiyə ilə münasibətlərin kəskinləşməsi üzündən Nadir şah Şəkidə bir qarnizon qoyaraq Türkiyə sərhəddinə gedir.1745-ci ilin ortalarında Türkiyə-İran müharibələri yenidən qızışdı. “Gələsən –Görəsən”qalası demək olar ki, 2 ilə yaxın mühasirədə qaldı.Qalada demək olar ki, ərzaq ehtiyatı qurtarmaq üzrə idi. Odur ki, Hacı Çələbi vəkil vəzifəsində qalmaqla, Nadir şahın hakimiyyətini tanımağa məcbur olur.

Aramsız ara müharibələri nəticəsində gərgin iqtisadi vəziyyət, sinfi mübarizə nəticə etibarilə Nadir şahın dövlətinin süqutuna səbəb oldu.1747 ci il iyunun 20-də

85

Page 86: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

sui-qəsd nəticəsində Nadir şah öldürüldü.Onun silah gücünə yaratdığı dövlət tamamilə dağldı.İran dövlətini yünidən ara müharibələri bürüdü.

IX MÖVZU

Azərbaycan xanlıqlar dövründə

Plan

1. Xanlıqların daxili siyasəti. Dövlət quruluşu

2. Ölkənin dövlət birliyi uğrunda mübarizə

86

Page 87: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

3. Xanlıqların xarici siyasəti

4. Qacar basqınlarına qarşı qəhrəmanlıq mübarizəsi

Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə,III cild,Bakı,2005, səh.404-460.

2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.

3. Əhmədbəy Cavanşir. Qarabağ xanlığlnın 1747-1806-cı illərdə siyasi vəziy-

yətinə dair. Qarabağnamələr. Bakı 1989,səh.157-174.

4. Kərim Ağa Fateh.Şəki xanlarının müxtəsər tarixi.Bakı.1959.

5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Qarabağnamələr.

Bakı, 1989. səh. 110-129

6. Axundov N.Qarabağ salnamələri.Bakı,1989.səh 7-214.

7.Dəlili N.Azərbaycanın cənub xanlıqları XVIII əsrin iknci yarısında. Bakı, 1979, səh.29-105.

XVIII əsrin iknci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir. Özünəməxsus xüsusiyyətləri olan bu dövr müstəqil və yarımmüstəqil dövlət qurumlarının –xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gəlməsinin sosial-iqtisadi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların yaranması formaca bir-birindən fərqlənirdi.

Bu dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü, vahid siyasi və iqtisadi mərkəz yox idi. Təsərrüfatda, iqtisadiyyatda natural təssərüfat üstünlük təşkil edirdi. Ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır, öz mənafeləri naminə ölkəni pərakəndə vəziyyətdə saxlamaq iatəyirdilər.Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasəti yürüdənlərə qarşı çıxırdılar.

XVIII əsrin ortalarında İranda feodal ara müharibələri genişlənir. Azər-baycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarlmmüstəqil feodal dövlətləri-xanlıqlar meydana gəlirdi.

Xanlıqların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardan ibarətdir:

-Ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması;

-natural təsərrüfatın hökm sürməsi;

-Ayrı-ayrı feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri;

-mərkəzi hakimiyyətin olmaması.

87

Page 88: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan ərazisındə ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şahın ölmündən sonra, onun yaratdığı dövlətin süqutundan sonra meydana gəlmişdirsə,bəziləri hələ Nadir şahın hökmranlağı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamıışdı.Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür. Məsələn, XVII əsrin sonlarından Quba və Talış xanlıqları yarımmüstəqil formada Səfəvilərin hakimiyyəti dövründə mövcud olmuşdular.

Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın şimal-şərqində Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığından cənuba Salyan xanlığı, Kür ilə Arazın qovuşuğuna bitişmiş torpaqlarda Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış (Lənkəran) xanlığı yaranmışdı. İndiki Ermənistan ərazilərinin şərqində İrəvan xanlığı fəaliyyət göstərirdi.

Azərbaycanın Araz çayından cənuba olan torpaqlarında da xanlıqlar yaranmışdı. və bunlar öz müsdəqillikləri uğrunda İran feodallarına qarşı mübarizə aparır-dılar. Bunlardan Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqlarını göstərə bilərik. Ümumilikdə 18-ə qədər şimallı-cənublu xanlıq fəaliyyət göstərmişdir.

Bunlardan əlavə daha kiçik ərazilərə malik və əksər vaxtlarda xanlıqların tabeçiliyində olan məliklik və sultanlıqlar da yaranmışdı. Məsələn Qarabağda “Xəmsə” adlanan beş məliklik-Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın fəaliyyət göstərirdi və bu məlikliklərin əksəriyyəti Qarabağ xanlığından asılı idilər.

Qutqaşen, Qəbələ, Ərəş, İlusu sultanlıqları Şəki, xanlığından, Qazax və Şəmşəddil sultanlıqları bəzi vaxtlarda Gəncə və İrəvan xanlıqlarından asılı vəziyyətdə olurdular.

Adını göstərdiyimiz bu xanlıqlardan bəziləri Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynamış,bəziləri isə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda uzun müddət mübarizə aparmışlar.Bunlardan Şəki,Qarabağ və Quba xanlıqlarını misal gətirə bilərik.

Şəki xanlığı

Şəki xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Hacı Çələbi xan olmuşdur. O, hələ Nadir şahın sağlığında Şəkini müstəqilləşdirə bilmişdi. Onun dövründə Xanlıq güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşen sultanlıqları Hacı Çələbinin (1747-1755) hakimiyyətini tanımağa məcbur oldular. Hacı Çələbi Gəncə və Qarabağ xanlıqlarını özünə tabe etmək uğrunda uzun müddət mübarizə aparmışdı. O, 1748-ci ildə Qarabağa torpaqlarına yürüş edərək bir sıra torpaqları ələ keçirmiş və bir aydan artıq Bayat qalasını mühasirədə saxlasa da tezliklə geri çəkilmişdi.

Şəki xanlığının getdikcə qüdrətinin artması, onun Gəncə və Qərb torpaqları uğrunda mübarizəsi, Azərbaycanın digər xanlarının və Kartli-Kaxetiya çarlığının ciddi narahatlığına səbəb olmuşdu.Gürcü çarı Teymuraz Gəncə və Qarabağı tutmağa çalışırdı. Hətta bu məqsədlə O, Dağıstan hakimlərinə müraciət etmiş və rədd cavabı almışdı.

1751-ci ildə Teymuraz və oğlu II İrakli Alazan çayını keçərək Şəki xanlığının ərazisinə daxil oldu. Fevral ayında gürcülər Car torpağında Hacı Çələbi ilə qarşı-laşdılar. XVIII əsr Gürcü xronikasında bu yürüş barəsində

88

Page 89: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

deyilir: “1751-ci ildə çar Teymuraz və oğlu İrakli Hacı Çələbi ilə vuruşmaqdan ötrü Cara getdilər. Onların çoxlu qoşunu olmasına baxmayaraq, fevralda məğlub oldular”

1752-ci ildə Gürcü çarları Gəncə xanlığını ələ keçirməyi qərara aldılar.Onlar Hacı Çələbiyə qarşı Azərbaycan xanlarından Şahverdi xanı (Gəncə) Heydərqulu xanı (Naxçıvan) və Pənahəli xanı (Qarabağ) öz tərəfinə çəkərək itifaqa girdi.

1752-ci il martın 21-də müttəfiqlər müşavirə üçün Gəncə yaxınlığında düşərgəyə toplaşdılar. Lakin Gürcü çarı qəflətən onları əsir alaraq Gürcüstana apardı.

Bunu görən Hacı Çələbi xan Kür çayını keşərək Gəncəyə doğru hərəkət edir.O,İraklinin qoşunlarını Ağstafa çayına qədər təqib edərək güclü zərbə endirir.Düşmən 400 nəfər itki verərək Gürcüstanın içərlərinə çəkilirlər.Hacı Çələbi Qazax və Borçalı ərazilərini tutaraq oğlu Ağakişi bəyi hakim təyin edir.

1755-ci ildə Hacı Çələbi böyük silahlı qüvvə ilə Şirvana yürüş edərək Ağsu qalasını mühasirəyə alır. Qubalı Hüseynəli xan Şamaxı xanının köməyinə gəilr. Birləşmiş qoşun Hacı Çələbini məğlub edirlər . O,çoxlu itki verərək geri çəkilidi .Hacı Çələbi 1755-ci ildə vəfat edir.Hakimiyyətə onun oğlu Ağakişi xan keçir. Lakin çox çəkmir ki,o qayınatası Qazıqumux hakimi Məhəmməd xan tərəfindən öldürülür. Məhəmməd xan Şəkini tutur və qarət edir. Onun Şəkidə hakimliyi 40 gün çəkir.Hacı Çələbinin nəvəsi Hüseyn xan Quba xanının köməyi ilə Şəkidən işğalçıları qovaraq özünü xan elan edir. 1768-ci ildə ittifaqa girən Şəki və Quba xanları Şamaxı xanlığına hücum edərək, oranı öz aralarında bölüşdürdülər.

Bir qədər sonra Şəki xanlarının qohumları arasında mübarizə başlayır. Şəki xanlığı olduqca zəifləyir. 1779-cu ildə Hüseyn xan öldürüldükdən sonra hakimiyyəti Əbdülqədir ələ keçirir. Lakin o da hakimiyyətdə çox qala bilmir.Qarabağa qaçmış Hüseyn xanın oğlu Məhəmmədhəsən xan İbarahim xanın köməyini alaraq Şəkiyə gəlir. Əbdülqədir isə Qubaya qaçır. Hakimyyəti Məhəmmədəhsən xan ələ keçirir 1781-1795).Ondan sonra isə Səlim xan hakimiyyətə gəlir. O,1805-ci il mayın 21-də Şəki xanlığının Rusiyaya qatılması müqaviləsini imzaladı və beləliklə Şəki xanlığı ləğv edildi.

Qarabağ xanlığı

Əsası Pənah Əli xan (1748-1763)tərəfindən qoyulmuş Qarabağ xanlığı XVIII əsrin 2-ci yarısında xeyli qüvvətlənmişdi.Pənah Əli xan Qarabağda köçəri həyat keçirən Cavanşirlər tayfasına məxsus olan Sarıcalı kəndindən idi.O,gəncliyində qardaşı Behbudəli bəylə Nadir şahın yanında qulluq edirdi.

Lakin 1738-ci ildə qardaşı edam edildikdən sonra Pənahəli müəyyən müddət Zəngəzurda gizlənir, tərəfdarlar toplayaraq Gəncə, Naxçıvan və Şəkiyə basqınlr edirdi.Nadir şahın ölmündən sonra O, Qarabağda öz hakimiyyətini quraraq, Cavanşirlər, otuzikilər tayfasını ğz ətrafında cəmləyərək 20 minlik heyyət toplayır.

Pənah Əli xan İran və ona düşmən olan yerli feodallardan qorunmaq üçün Kəbirli mahalında Bayat qalasını tikdirir (1748-ci il).Xan bütün ailəsini və əyanları bu qalaya köçürür.Habelə Təbriz və Ərdəbildən çoxlu sənətkarlar da burada yerləş-dirildi.

Qarabağ xanlığının artmaqda olan qüdrətini görən Şirvan və Şəki hakimləri, habelə erməni məlikləri Pənahəli xana qarşı ittifaq yaradırlar.Şəki xanı Hacı Çələbi və onun müttəfiqləri xeyli qüvvə ilə 1848-ci ildə hücum edərək Bayat qalasını mühasirəyə alırlar. Bir aydan çox davam edən mühasirə heç bir nəticə vermədi. Müttəfiqlər çoxlu itki verərək geri şəkildilər. Pənahəli xan gələcəkdə öz düşmənlərinə qarşı dura bilmək üçün Ağdam yaxınlığında Şahbulaq qalasını da tikdirir.

89

Page 90: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Pənahəli xan İrandakı siyasi vəzuyyətdən istifadə edərək Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil xanlıqlarını ələ keçirmıəyi qərara alır. Qısa müddət ərzində O, həmin xanlıqlarda bəzilərini (Ərdəbil) zor ilə tabe etmiş, digərlərini isə ittifaq bağlamağa məcbur edərək öz vassalına çevirmişdi.

Bu vaxt İranda hakimiyyət iddiasında olan Məhəmməd Həsən Qacar Qarabağda hücum edir. (1751-ci ildə ).Pənahəli İrandan təhlükə olduğunu bilərək 1750-ci ildən Şuşa qala şəhərini tikdirir. Əvvəllər bu qala Pənahabad adlanırdı. Qa-la 1757-ci ildə tikilib başa çatmışdı. Şuşa tezliklə böyüyərək xanlığın mərkəzinə çevrilir. Qacar yeni tikilməkdə olan qalanın ətrafında Topxana meşəsində düşərgə salır. 1aya qədər orada qalmasına baxmayaraq heç qalaya yaxınlaşa bilmir.O, tez-liklə geri qayıdır.

1760-cı ildə Urmiya hakimi Fətəli Xan Əfşar böyük qüvvə ilə Qarabağa hü-cum edir. Demək olar ki, Şuşa 6 ay mühasirədə qalır. Lakin Pənahəli xan oğlunu girov verməklə mühaisrədən azad olur.

1763-cü ildə Pənahəlinin vəfatından sonra oğlu İbrahim Xəlil xan hakimiyyətə keçir.(1763-1806). Onun dövründə xanlıq daha da qüvvətlənir. Bu xanlığın hökmü Qaradağ ,Ərdəbil, Naxçıvan və Gəncə ərazilərində işlənirdi. İbrahim Xəlil xan Şəki, Car Balakən əhalisi ilə ittifaqda idi. Onun dövründə Qarabağ xanlığının Ru-siya və Gürcüstan ilə əlaqələri genişlənirdi. Bu əlaqələrin yaranmasında görkəmli Azərbaycan şairi M.P.Vaqifin böyük rolu olmuşdur.

1806-cı ildə Pənahəli xan ailəsi ilə birlikdə öz çadrında rus zabiti Lisaneviç tərəfindən gülləboran edilmişdir. Xanlıq faktiki olaraq 1805-ci ildən Rusiyanın himayəsinə keçmiş,formal olsada 1826-cı ilə qədər fəaliyyət göstərmişdir.

Quba xanlığı.

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə Rus haki-miyyəti tərəfindən bu vəzifəyə təqdim olunmuş və Rus çarı onu Quba xanı təyin et-mişdi. Hüseynəli xan sonralar Gülhan, Altıpara, Doqquzpara icmalarını öz mülk-lərinə birləşdirmişdi. Hüseynəli xan xarici siyasətdə Rusiyaya meyl edirdi. Lakin zahirən Nadir şaha itaətini bildirdi. Nadir şahdan sonra O, müstəqil hakim oldu. O, Salyan və Rusları Quba xanlığına billəşdirdi.

Onun oğlu Fətəli xanın dövründə (1758-1789) Quba xanlıığının mövqeyi daha da mökəmləndi. Fətəli xan öz dövrünün görkəmli dövlət xadimi idi.A.Bakıxanov onun haqqında yazırdı: “Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi.”

Fətəli xan mərkəzi hakimiyyəti möhəkəmləndirmək məqsədilə mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi toplanmasını nizama saldı, xəzinə-nin gəlirini artırdı.

Fətəli xan hərbi işə ciddi yanaşırdı,onun xeyli qoşunu var idi.O,qonşu xanlıqların torpaqlarını ilhaq etmək yolu ilə öz ərazilərini genişləndirmək istəyirdi. Fətəli xanın bu siyasəti geniş miqyas aldı və şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi ilə nəticələndi.

1757-ci ildə Salyan xanlığı qubalıların hücumuna məruz qaldı və tutularaq Quba xanlığına birləşdirildi.1759-cu ildə Fətəli xan bir sıra şimali Qafqaz hakimləri ilə birləşərək Dərbənd xanlığına yürüş etdi.Çox çəkmədi onlar Dərbəndə daxil oldular və Dərbənd xanı Narinqalaya çəkildi.Az sonra Fətəli xan danışıqlar adı ilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə dəvət edir və həbsə alaraq gözlərini çıxartdırır.

Dərbənddən sonra Fətəli xan Baki xanlığını birləşdirmək siyasəti yüritməyə baçladı.O,Bakı xanlığı üzərində öz təsirini gücləndirmək üçün “nigah diplomatiyasından”istifadə etdi. O, Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd etdiyi bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi.Ağıllı Xədicə Bikə ərinin bütün işlərinə fəal müdaxilə etməyə başladı və nəticədə Bakı xanlığı Quba-dan asılı vəziyyətə düşdü. (1766)

90

Page 91: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Fətəli xanın xarici siyasətində əsas yerlərdən birini Şamaxı xanlığının Qubaya birləşdirilməsi məsələsi tuturdu. 1768-ci ildə Fətəli xanın qoşunu Şamaxıya hücuma keçdi. Eyni vaxtda Fətəli xanın müttəfiqi Şəki xanı da Şamaxıya hücum etdi.Şamaxılılar məğlub oldu və birləşmiş qoşun Şamaxıya daxil oldular. İşğaldan sonra Şamaxı xanlığının az hissəsi Şəki xanlığlna, qalan hisəsi isə Quba xanlığına birləşdirildi. Lakin çax çəkmir ki, şəki xanı Hüseyn xanla ittifaq pozulur və Fətəli xan Şəkiyə düşən torpaqları da Quba xanlığına tabe edir.

Bu zaman gözləri kor edilib Şamaxıdan qovulan Ağası xan Qarabağın Kotevan düzündə yerləşərək Fətəli xana qarşı müttəfiqlər toplayır.O,Avar hakimi Nütsal xanı və Şəki xanı Hüseyn xanı öz ətrafında birləşdirir. 1774cü ildə mütəffiqlər Şamaxıya hücum etdilər. Qəflətən yaxalanan Fətəli xan məğlub olaraq geri çəkilr, Lakin sonralar öz qüvvələrini cəmləşdirən Fətəli xan yenidən Şamaxını ələ keçirir.1768-ci ildə Cavad xanlığı da Quba xanlığından asılı vəziyyətə salınır.1780-ci illərdə Fətəli xan dəfələrlə Qarabağ xanlığı üzərinə yürüş etsə də bu yürüşlər uğursuz oldu. O,1784-cü ildə Azərbaycanın cənub xanlıqlarına hücum edir. O, Ərdəbil və Meşini tutsada burada möhkəmlənə bilmədi.1785-ci ildə Fətəli xan Şəki xanlığını özünə tabe etdi. Talış və Dağıstanın bir sıra torpaqları da ondan asılı vəziyyətə düşdülər. 1788-ci ildə Fətəli xan Gəncəyə daxil olur. Lakin 1789-cu ilin martında Fətəli xan qəflətən vəfat edir və onun Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yarımçıq qalır.

Onun oğlu Əhməd xan (1789-1791) atasının nailiyyətlərini möhkəmləndirə bilmir.Onun qardaşı Şeyx Əli dövründə (1791-1810) xanlığın qüdrəti daha da zəifləyir və Şəki, Bakı, Şamaxı xanlıqları Qubanın asılılığından çıxırlar.

Gəncə xanlığı

Bu xanlıq Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəylik irsi olaraq XVII əsrdən Qacarlar tayfasının Ziyadoğlular tərəfindən idarə olunmuşdur. Gəncə istər hərbi-siyasi, istərsə də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.

Gəncə xanlığının əsasını II Şahverdi (1747-1760) qoymuşdur. Onun hakimiyyəti dövründə qonşu dövlətlər –Qarabağ xanlığı və Kartli-Kaxetiya çarları buraya hücumlar etmişdir. Hətta bir müddət Gəncə Kartli çarlarından asılı vəziyyətə düşmüşdür. II Şahverdinin oğlu Məhəmmədhəsən xanın dövründə (1760-1780) Gəncə Gürcü çarlarının asılığından qurtarır. Lakin 1780-ci ildə Məhəmməd Həsən xan öz qardaşı Məhəmməd tərəfindən öldürülür. Bu vəziyyətdən istifadəedən Qarabağ xanı İbrahim Xəlil xan və Gürcü çarı II İrakli yenidən Gəncəyə hücum edərək şəhəri alırlar. Şəhərə Qarabağ nümayəndəsi Həzrətqulu bəy və gürcü nümayəndəsi Keyxosrov Andronikşvili hakim təyin edilirlər. Bu vəziyyətdən zərər çəkən aşağı xalq kütlələri tezliklə işğalçılara qarşı mübarizəyə başlayırlar. 1783-cü ildə başlanan həmin hərəkəta Ziyadoğullar nəslindən olan Hacı bəy başçılıq edirdi.

Bu üsyana Qarabağ xanı İbarahimxəlil xan da kömək edirdi, çünki O, gürcülərin buradan qovulmasını istəyirdi. Lakin üsyançılar hər iki işğalçını Gəncədən qovurlar. Hacı bəy 1783-cü ilə qədər xanlığı idarə edir. Bu vaxt Şuşada əsirlikdə olan Ziyadoğlu nəslindən olan Rəhim bəy (1785-86) Gəncəyə qaçır və hakimiyəti ələ keçirir. Lakin Qarabağ və Gürcü hakimləri yenidən Gəncənin işlərinə qarışmağa başlayırlar. Nəticədə Ziyadoğlu nəslinin görkəmli nümayəndəsi Cavad xan (1786-1804)hakimiyyətə keçir.O,əvvəllər Gürcü çarlarından asılı olsada, 1795-ci ildən bu asılılığa son qoyur.

91

Page 92: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Cavad xan 1804-cü il yanvarın 3-də Rus qoşunlarına qarşı mübarizədə həlak olmuş və bununla Gəncə xanlığı süqut etmişdir.

Azərbaycanın cənub xanlıqları:

Bu xanlıqlardan biri Qaradağ xanlığı olmuşdur. Onun əsasını qoyan Kazım xan (1748-1752) qonşu feodal hakimlərlə münasibətdə ehtiyatlı siyasət yeridir, xanlığın daxili işlərini qaydaya salırdı. Xanlığın mərkəzi Əhər şəhəri olmuşdur. Bu xanlıq 1782-ci ildə Qarabağ və Xoy xanlıqları tərəfindən işğal edildi və bundan sonra xanlıq öz müstəqilliyini itirdi.

Təbriz xanlığının banisi Dünbuli tayfasından olan Nəcəfqulu xan (1745-1780) olmuşdur. Bu xanlıq müəyyən vaxt ərzində Urmiya feodallarından asılı vəziyyətdə olmuşdur. Lakin 1763-cü ildə Təbriz xanlığı tam müstəqillik əldə edir.

Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm qoymuşdur. (1747-1750) elə bir əhmiyyət kəsb etməyən bu xanlıq Qacar hakimiyyətinə qədər müstəqil fəaliyyət göstərmişdir.

-Ərdəbil xanlığının banisi Şahsevən tayfasından Nəzərəli xan (1747-1783)olmuşdur.O,xarici siyasətdə Qarabağ və Talış xanlığı ilə əlaqələrə üstünlük verirdi.Ərdəbil xanlığı Kərim xan Zəndə qarşı mübarizə aparmışdır.

-Güclü xanlıqlarından biri olan Urmiya xanlığının əsası Fətəli xan Əfşar (1747-1763) tərəfindən qoyulmuşdur. Fətəli xan Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi.O,1763-cü ildə Kərim xan Zənd tərəfindən öldürüldükdən sonra xanlıq öz əvvəlki əhəmiyyətini itirir.

-Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. Mülayim siyasət yeridən Şahbaz xan Urmiya hakimi Fətəli xan Əfşarla dostluq siyasəti yürüdürdü. O, da Zənd tərəfindən məğlub edilmişdir.

-Maku xanlığı Bayat tayfasının başçısı Nadir şahın sərkərdəsi olmuş Əhməd sultan (1747-1778) tərəfindən yaradılmışdır. Xanlığın mərkəzi Maku şəhəri idi. Xanlıq öz ətrafında 30 kənd birləşdirdi.

-Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfindən qoyulmuşdur.O, Məhəmməd Həsən Qacara qarşı mübarizə aparmış-dır. Sonralar Kərim xan Zəndin nominal hakimiyyətini qəbul etmişdir.

Yuxarıda adlarını çəkdiyimiz cənub xanlıqları demək olar ki, Azərbaycanın siyasi həyatında o qədər də əhəmiyyətli rol oynamamış, tezliklə mübarizələrdə tarix səhnəsindən çəkilb getmişlər.

İranda baş vermiş feodal ara mühartibələrində mənşə etibarıilə türk –qızılbaş olan Qacar sülaləsi qələbə qazandı. Sülalənin banisi ağa Məhəmməd xan Qacar XVIII əsrin 80-ci illərinin ortalarında İranın başlıca əyalətlərini (Xorasan istisna olmaqla) işğal edərək Tehranı özünə paytaxt etdi. O,1793-cü ildə Azərbaycan xanlarına tabe olmaq haqqında fərmanlar göndərdi. Lakin onun bu fərmanları Azərbaycan xanlarını qorxutmadı. Qarabağ, Lənkəran, xanları, Kartli çarı II İrakli, İrəvan xanı Məhəmməd Qacarın gələcək hücumlarının qarşısını almaq üçün tədbirlər həyata keçirdilər.Hətta İbrahimxəlil xan Araz çayı üzərindəki Xudafərin körpüsünü dağıtmağı əmr etdi.

1794-cü ildə Ağa Məhəmməd xan Qacar Qarabağa 8 minlik qoşun göndərir. Lakin qoşun Əsgəran qalası yaxınlığında məğlub olub geri çəkildi. Dərbənd, Gəncə və Şəki xanlarının itaət etməyə hazır olduqlarını görən Məhəmməd Qacar yeni yürüşlərə həvəsləndi. Həm də bəzi Azərbaycan xanlarının Rusiyaya meyl etməsi Qacarı Azərbaycana yürüş etməyə tələsdirdi.

92

Page 93: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Qacar qoşunlarına 3 istiqamətdə-Lənkəran, İrəvan və Şuşa istiqamətində yü-rüş etməyi əmr etdi.

Qacar xan özü Şuşa üzərinə yürüşə başladı. İrəvana doöru hərəkət edən İran qoşunları (sərbazlar ) Naxçıvan qalası yaxınlığında ciddi müqavimətə rast gəldilər.Qacar şah buradan İrəvana doğru hərəkət edərək qalanı alır.

Ağa Məhəmmədin özünün başçılıq etdiyi əsas qoşun 1795-ci ilin yayında Şuşa qalasını mühasirəyə aldı. Lakin qala möhkəm müdafiə olunurdu . Hətta qala müdafiəçiləri bir neçə dəfə qaladan çıxaraq düşmənə ciddi zərbə endirdilər.Şuşanın mühasirəsi bir aydan artıq davam etdi. Düz 33 gündən sonra işğalçılar Şuşanın mühasirəsindən əl çəkib Tiflis istiqamətində irəliləməyə başladılar. Sentyabr ayında onlar Tiflisi qarət etdilər. Bu yürüşdə Ağa Məhəmməd şahı Cavad xan da müşaiyət etmişdir.

Bundan sonra Ağa Məhəmməd şah qışlamaq üçün Muğana gedir və oradan yenidən Azərbaycan xanlarına və Dağıstan hakimlərinə hədə qorxu dolu məktublar göndərir. Bu zaman Azərbaycanın bir sıra xanları kömək üçün Rusiyaya müraciət edirlər . Bu müraciətlər rus qoşunlarının Ön Qafqaza hərbi yürüşünə səbəb oldu.1796-cı il aprelin 18 –də Zubovun başçılığı altında 30 minlik Rus qoşununun Azərbaycana yürüşü başladı. Bunu görən İran şahı tələsik Arazın o tayına çəkildi. Həmin ildə o,özünü İran şahı elan etdi.

Rus qoşunları Dərbəndə yaxınlaşırlar .Quba xanı Şeyx Əli Azərbaycan xanlarına Dərbəndə kömək etməyə dair müraciət etsə də bu müraciətə Bakı xanından savayı heç kəs cavab vermədi. Dərbən də baş vermiş ixtişaşlar nəti-cəsində şəhər təslim olur. Zubov buradan Şamaxı istiqamətində yürüş edir. Mustafa xan şəhərdən çıxır. Onun yerinə Zubova təslim olan Qasım xan Şamaxı xanı təyin edilir. Zubov daha sonra Salyan tərəfə gedərək orada düşərgə salır. Bu vaxt Qarabağ xanının nümayəndəsi də ora gələrək Ruslara itaətini bildirir. Beləliklə Azərbaycanın Şimal xanlıqlarının bir neşəsi Rusiyaya tabe edildi. Lakin Ruslar Azərbaycanda möhkəmlənə bilmədilər. 1796-cı ildə II Yekatirinanın ölməsi Qafqaz siyasətinə təsir etdi. Çar I Pavel 1797-ci ildə Rus qoşunlarını Azərbaycan və Dağıstandan geri çağırdı.

Rus qoşunlarının buradan getməsindən istifadə edən Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında böyük bir ordu ilə Arazı keçərək Şuşaya yaxınlaşdı. İbrahim Xəlil xan öz dəstəsilə düşmən topxanasına hücum edərkən geri qayıdır və qala qapılarını bağlı görür. Qalada ona qarşı xəyanət etmişdilər.Ona görə də İbrahim Xəlil xan öz dəstəsi ilə Car Balakənə-Avar hakimi, qohumu Ümmə xanın yanına gedir.

Şuşa qalasının müdafiəçiləri başsız qalır və qala içərisində çaxnaşma yaranır. Bundan istifadə edən İran Şahı Şuşanı işğal edir. O, şəhər əhalisi üzərinə 200 min əşrəfi cərimə təyin edir. İran Şahı İbrahim xanın düşməni olan Məhəmməd bəyi Şuşanın xanı təyin edir.

İran Şahının Qarabağı tutması Azərbaycanda siyasi vəziyyəti dəyişdi. Gən-cə,Quba ,Bakı, Şəki xanları İran Şahına öz itaətlərini bildirdilər.

Ağa Məhəmməd şah yüzlərlə adamı zindana saldırdı. Onların içərisində M.P.Vaqif və oğlu Əli bəy də var idi. Onalrın hamısını edam gözləyirdi.

Lakin 1797-ci il iyulun 4-də İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyin təşəbbüsü ilə Şahın yaxın adamları Səfərəli bəy və Abbas bəy tərəfindən Qacar şah öldürülür. Bunu görən İran qoşunu tələsik geri çəkilir. Məhəmməd bəy hakimiyyəti ələ keçirir və onun əmri ilə M.P.Vaqif və oğlu öldürülür.

Tezliklə İbrahim xan Şuşaya qayıdır. Məhəmməd bəyi xəyanətdə ittiham edərək həbs edir və onun düşməni Şamaxı xanı Mustafa xana göndərir.O, isə öz nöbəsində Məhəmməd bəyi edam edir.

Beləliklə XVIII əsrin sonlarına yaxın nə Rusiya nə də İran işğalçılarına Şimali Azərbaycanı işğal etmək nəsib olmadı.

93

Page 94: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

X MÖVZU

Azərbaycan XIX əsrin birinci yarısında

Azərbaycanın iran və Rusiya arasında bölüşdürülməsi.

PLAN

1.Rusiyanın Azərbaycanın şimal torpaqlarını tutması. Car- Balakən və Gəncənin işğalı.

2.Birinci-İran-Rusiya savaşı. Gülüstan müqaviləsi

3.İkinci İran Rusiya müharibəsi. 1828-ci il Türkmənçay sülh müqaviləsi.

ƏDƏBİYYAT:

94

Page 95: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1. Azərbaycan tarixi: VII-cilddə, IV-cild, Bakı, 2005, səh. 14-54.

2. Azərbaycan tarixi: Bakı,1994,səh.465-523.

3. Azərbaycan tarixi üzrə qaynaqlar Bakı 1989.

4. Banixanov.A.Gülüstani-İrəm. Bakı,1991.

5. Mustafayev.T XVIII-əsrin birinci yarısında Azərbaycanda Rusiya meylinin

güclənməsi. Bakı,1986.

6. Balayev. A Rusiyaya qovuşmaq ərəfəsində Bakı, 1988,səh.157-167.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XVIII əsrin sonlarinda İran Sahi Aga Məhəmməd Qacarın Azərbaycana basqınlari Rusyanı bu yerlərə hucuma kecməyə baslamaga tələsdirdi.1796-cı ilin aprelində general Zubovun (“qızıl ayaq ) başcılığı altında 30 minlik rus qoşunu Azərbaycana soxuldu. Ruslar Dərbənd qalası yaxınlığında güclü müqavimətə rast gəlsələr də qalanı işğal etdilər. Şəhərin açarını 74 il əvvəl I Pyotra təqdim edən yaşlı kişi indi də Zubova təqdim etdi. Iki ay sonra Zubov Bakiya tərəf hərəkət edir. Bakını işğal edərək Şamaxıya doğru yürüş edir. Bunu görən Şamaxı və Şəki xanları Rusiyaya sədaqət andı içmək vərəqinə qol çəkirlər.

Rusiya I Pyotrun vəsiyyətlərinə əməl etmək istəyirdi. Lakin II Yekaterinanın ölümü (1796) bu planın həyata keçrilməsini yarımçıq qoydu. Onun oğlu I Pavel Rusiya qoşunlarını tezliklə Cənubi Qafqazdan çıxarmaq əmri verir.

Rusiya işğalçılıq siyasətlərini XIX əsrin əvvələrindən yenidən həyata keçirməyə başlayırlar. Bu dövrdə Azərbaycanın daxili və xarici vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Şəki və Quba xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial iqtisadi geriliyi, digər tərəfdən isə xarici işğallar mane olurdu. Ayrı-ayrı xanlıqların hakimlərinin yalnız öz ərazisini qorumaq cəhdi və bir-birlərinə güzəştə getməmələri də bu işə ciddi maneçilik törədirdi. Belə bir şəraitdə Azərbaycana göz tikmiş İran, Rusiya və Türkiyəyə qarşı duracaq vahid qüvvə yox idi.

Hələ I Pyotr dövründə başlamış II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı işğal etmək cəhədlərindən sonra Rusiya yenidən Cənubi Qafqazı tutmaq planı hazırladı. 1801 –ci ildə hakimiyyətə

95

Page 96: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

gələn I Aleksandr işğalçılıq siyasətini davam etrdirməyə başladı. O, hər şeydən əvvəl Həştərxandan Dərbənd –Bakı vasitəsi ilə Gürcüstanla əlaqə yaratmağa çalışırdı.

1801- ci il sentyarın 12-də Kartlli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus baş komandanı tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Qazax, Borçalı və Şəmşəddil sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi. Beləliklə ilk olaraq Azərbaycan,torpaqlarının birləşdirilməsi başlandı. Hələ 1800-cü ildə Lənkəran xanlığı da Rusiyanın himayəsini qəbul etmişdi.

Belə bir vaxtda İran Şahı Qarabağ və Bakı xanlıqlarının İrana tabe olması tələbini verir və göstərir ki, əks təqdirdə bu yerlərə hücum edəcəkdir.

Lakin 1802-ci il dekabrın 26-da Georgiyevsk şəhərində Quba, Lənkəran xanlıqları və Dağıstan feodalları Rusiyanın ali himayəsini qəbul etmək haqqında müqaviləni imzaladılar. Müqaviləyə görə onu imzalayanlar İranın hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz öhdəsinə götürdülər. Müqavilə Cənubi Qafqazda ticarətin genişləndirilməsi, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi və sair nəzərdə tutultrdu.

Digər Azərbaycan xanlıqları müqaviləyə qoşulmayaraq Rusiyanın hakimiyyətini tanımaq istəmirdilər. Ona görə də Rusiya bu yerləri işğal etmək üçün general Sisianovun başçılığı altında qoşun hissələri göndərdi. Rusiya ilk növbədə Car-Balakən camatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Çar-Balakənə hücum etdi və güclü müqavimətə rast gəldi. Alazan çayı sahilində şiddətli döyüş baş verdi. Caamatın müqavimətini qıran Qulyanov Balakəni yandırdi. Daha şonra Car içğal olundu.

1803-cü il aprelin 12-də Car-Balakən caamatının Rusiyanın hakimiyyəti altına alınması haqqında saziş bağlandı. Sazişə əsasən yerli camaat 220 pud ipək verməli idi. Car-Baləkinin fəthindən sonra İlisu sultanlığı da Rusiyanın təəbəliyini qəbul etli.

General Sisianov Gəncə xanlığının ələ keçilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliyə getməsi üçün bir açar idi.

1803-cü ilin dekabrında Sisianov Cavad xana təslim olmaq haqqında ultimatum verdi. Lakin Cavad xan ona cavab verir ki, Gəncəyə yalnız meyitlərin üstündən keçə bilərsən .

Sisianov 11 topu olan piyda bataliyonunu, 3 eskodron və 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Şəhərin iki verstliyindəki Quruqobu adlanan yerdə rus qoşunları ilə gəncəlilər arsında ilk vuruşma oldu.Cavad xan bir qədər müqavimətdən sonra Gəncə qalasına qayıdır.Rus qoşunları Gəncəni mühasirəyə alırlar. Mühasirə bir ay davam etdi. 1804-cü ilyanvarın 2-dən 3-nə keçən gecə ruslar qalaya hücuma başladılar. Onların iki cəhdi dəf olundu.Qalanın müdafiəçiləri inadlı müqavimət göstərirdilər. Döyüşlərdə Cavad xan və oğlu Hüseynqulu bəy və şəhər əhalisindən 250 nəfər həlak oldu. Şəhərin təslim olunmasında şəhərdə yaşayan ermənilərin xəyanəti mühüm rol oynadı.

Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhərin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. ”Gəncə” adını çəkmək qadağan olundu və bu qaydanı pozanlar bir manat cərimə olunurdular.

Gəncənin alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb edirdi.Gəncə xanlığının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təəbəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon (3 min manat) bac verməyi öhdəsinə götürdü.

96

Page 97: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Gürcüstan və Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfndən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu.

1804-cü ilin mayında Fətəli Şah rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını Rusiyadan tələb etdi. Tələb Rusiya tərəfindən rədd olundu . Odur ki, iyulun 10-da İranla Rusiya arasında diplomatik əlaqələr kəsildi və 10 il davam edən müharibə başlandı.

1804-cü il iyulun 2-də İrəvan xanlığı ərazisində, Eçmiədzin divarları yanında ilk döyüş oldu. Bu döyüşdə Ruslar üstünlük qazandı. İkinci döyüş İrəvan yaxınlığında baş verdi. İyulun 29-dan 30-na keçən gecə qanlı döyüş başlandı və rus qoşunları İrəvandan geri çəkildilər.

Bu döyüşlərdən sonra İran qoşunları Gəncəyə doğru hərəkətə başladılar. Lakin Gəncə qalası ruslar tərəfindən işğal edilmişdi.Gəncənin işğal edilməsi digər Azərbaycan xanlıqlarının da işğalını sürətləndirdi. İlk növbədə Qarabağ xanlığının mövqeyinin müəyyən edilməsi haqqında İbrahim xana elçi göndərildi. İran da Qarabağı öz tərəfinə çəkmək məqsədi ilə xanın İrandakı girov saxlanılan oğlu Əbülfət xanın başçılığı altında 500 nəfərlik qoşun göndərir. Lakin İbrahim xan öz oğlunu düşməncəsinə qarşılayır və Dizax yaxınlığında onun dəstəsini məğlub etdi.

1805-ci il mayın 14-də Kürəkçay adlanan yerdə Qarabağ xanı ilə Sisianov arsında müqavilə imzalandı. Həmin müqaviləyə görə xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiyyanın hakimiyyətini qəbul etdi. Çarhakimiyyəti isə öz növbəsində xan sülaləsinin hüquqlarını təsdiq edirdi. Qarabağ xanlığı ildə Rusiya xəzinəsinə 8000 çervon pul verməyi öhtəsinə götürürdü.

1804-cü il mayın 21-də Şəki hakimi Səlim xan da həmin müqaviləyə eyni şərtlərlə qoşuldu. Şəkililər Rusiyaya 7000 çervon verməli idilər.

Bu zaman Şah qoşunları Qarabağa soxuldular və oranı talan etdilər.1805-ci il iyunun 26-da İran qoşunları Şahbulaq qalasını mühasirəyə aldılar. İyulun 7-də qaladakı rus əsgərləri gizlincə qaladan çıxaraq Gəncəyə tərəf çəkilirlər. İran qoşunları başda Abbas Mirzə olmaqla onları təqib edir. Daha sonra O,Qazax və İrəvana doğru yürüşlər etmişdir.

Belə bir zamanda Rusiya Azərbaycanda öz mövqelərini möhkəmləndirmək üçün Şirvan ,Bakı və Quba xanlıqlarını tabe etmək məqsədiilə yürüşlərə başlayır.Şirvan xanı Mustafa xan bir sıra tələblər qoysa da Sisanov razılaşmır və 1805-ci ilin noyabrında Şamaxıya hücuma keçir. Müqavimətin mənasızlığını görən Mustafa xan ildə 100000 çevron verməklə rusların hakimiyyətini qəbul edir.(dekabrın 25-də).

Sisianov Şirvanı tutduqdan sonra Bakıya doğru hərəkət etdi və 1806-cı ilin yanvarında Bakıya yaxınlaşdı. O, Hüseynqulu xana öz müqavilə layihəsini göndər-di.Bakı xanı Sisianovun şərtlərini qəbul etdiyini, lakin şəhərin açarlarını ona vermək, həmçinin bir neçə məxfi söz demək istəyini bildirdi.

1806-ci il fevralın 8-də Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür.Bundan sonra rus qoşunları geri çəkilərək Sara adasında yerləşdilər.

Həmin il iyunun 22-də Dərbənd işğal olunur.Sentyabr ayında Bulqakovun rəhbərliyi altında ruslar yenidən Bakıya hücüm etdilər. Oktyabrın 3-də Bakı da işğal olundu və xanlıq ləğv olundu.Bundan bir qədər sonra Quba xanlığı da döyüşsüz təslim oldu. Beləliklə 1806-cı ilin sonlarına yaxın Lənkaran,İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan ərazisi Rusiyanın işğalı altına düşdü.

1806-cı ilin sonlarında Türkiyə də Rusiya əleyhinə müharibəyə başladı. Hərbi əməliyyatlar Balkanlarda

və Qafqazda gedirdi.1810 və1811-ci illərdə Rusiya Türkiyə üzərində qələbələr qazanaraq onu 1812-ci il

97

Page 98: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

mayın 16-da Buxarestdə sülh bağlamağa məcbur etdi. Həmin müqaviləyə əsasən Türkiyə Qafqazın böyük bir

hissəsinin Rusiya tərəfindən işğal edilməsi faktını təsdiqləməli oldu.

1812-ci ilin yayında Napoleon da Rusiya ilə müharibəyə başladı. Fransa-Rusiya müharibəsindən

istifadə edən İran ordusu Qafqazda fəal hərbi əməliyyatlara başladı. 1812-ci ilin iyulunda Xudafərindən

keçən İran ordusu Qarabağa soxularaq Şahbulaq qalasını tutur və sonra Ruslar 20 minlik İran qoşununu geri

çəkilməyə məcbur edir. İran qoşunları Gəncə və Şəki istiqamətlərində də ağır məğlubiyyətə uğradılar.

Rusların Qafqazdakı hərbi-siyasi uğurlarından və İranın içərilərinə doğru irəliləməsindən qorxuya

düşən İngilis məsləhətçiləri İran şahını sülh bağlamağa təhrik etdilər.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində iki ölkə arasında sülh müqaviləsi imzalandı.

Müqaviləni İran tərəfdən Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfdən isə Qafqazın yeni baş komandanı

Ratişev imzaladılar. Sülhün şərtlərinə görə Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları

Rusiya imperiyası tərkibinə qatılırdı. İran Şərqi Gürcustana, Qazax və Şəmşəddil sultanlıqlarına, hənçinin

Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi.

İran təkcə Rusiyanın Xəzər dənizdə hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı.Aşağı, 5%-lik

gömrük tarifi qoyuldu, bu da o demək idi ki, Rus tacirləri üçün İrana yol açılırdı. Rus tacirləri daxili gömrük

rüsumlarından da azad edilirdi.

Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq sayan İran sarayı hec cürə Rusiyanın bu yerləri işğal etməsi

ilə razılaşa bilmirdi. Eyni zamanda İngiltərə və Fransada bu vəziyyətlə barışmaq istəmirdilər və onlar İranı

Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə İran arasında

Rusiyaya qasşı müqavilə bağlandı. Həmin ölkələr İrana hərbi sursat cəhətdən yardım etməyi öhtələrinə

götürdülər.

1826-cı il mayın 26-sında Abbas Mirzənin başçılığı ilə 60 minlik İran qoşunu Şimali Azərbaycana

soxuldu.

Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı tutmaq sonra isə Gəncəni tutmaqla Tiflisə

hücüm etmək idi. İran qoşunu bütün Qarabağ mahallarını ələ keçirərək Şuşa qalasını mühasirəyə aldı.

Şuşada cəmi 4 topu olan 1500 nəfərlik Rus qarnizonu var idi. Qalanın muhasirəsi 48-gün davam etdi. Lakin

İran ordusu hec nəyə nail ola bilmədi və Ruslar tərəfindən geri oturduldu. İran sərbazlarının hücümü zamanı

bəzi yerli xanlar, hansı kı, İrana qaçmışdılar, onlar da aktiv iştirak edirdilər. Bakı xanı Hüseynqulu, Şamaxı

xanı Mustafa xan öz əvvəlki mülklərini geri qaytaracaqlarını düşünürdülər. Məsələn Səlim xanın oğlu Hüseyn

xan (Şəki), İran qoşunları ilə Şəkiyə girdi. O, daha sonra Salyan, Qızılağac və Lənkəranı ələ keçirdi.

General Yermolov Dağıstanda yerləşən Rus qoşunlarını xanların və İran qoşununun üzərinə göndərdi.

1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında qanlı döyüş başladı. Rus qoşunları və Gürcü dəstələri

98

Page 99: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Şəmkirçay ətrafında İran qoşunlarını məğlub etdilər. İran qoşunu tələsik Gəncəyə tərəf geri çəkildilər və az

sonra ruslar Gəncəyə girirlər. İran qoşunlarının məğlubiyyət xəbərini Şuşa ətrafında alan Abbas Mirzə

məğlub olmuş oğlunun köməyinə gəlir.

1826-ci il sentyabrın 10-da hər iki tərəf General Paskeviç Gəncə ətrafına gəlir. Sentyabrın 13-də

amansız döyüş başlayır.

Tarixçi Mirzə Adıgözəl bəy yazır: ”Səhər vaxtı Sərdar Raskeviç və General Mədətov qoşunlarına nizam

verib Şeyx Nizami turbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük sultani

müharibəsi oldu. Bir saatdan sonra qizilbaşlar basıldılar”. Bu döyüşdə İran tərəfi 1000 nəfər itki verdi. Min

yüz nəfər əsir alındı, bir neçə top ələ keçirildi. Abbas Mirzə öz qoşunu ilə tələsik Qarabağdan keçərək

Xudafərinə tərəf qaçdı.

Gəncə döyüşü Rusiya-İran müharibəsinin sonrakı taleyində mühüm rol oynadı və faktiki olaraq

müharibənin taleyini həll etdi. İran qoşunları ilə bərabər öz hakimiyyətlərini qurmaq ümüdündə olan xanlar

da İrana qaçdılar. Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunları iki

istiqamətdə irəliləməyə başladı. Rusların əsas məqsədi İrəvan xanlığını ələ keçirmək idi. Aprelin 23-də İrəvan

mühasirəyə alındı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində Ruslar bir neçə qalaya hücüm etsə də,

hər dəfə məğlub olaraq geri oturdular. Mayın 8-də ən böyük həmlə oldu, Ruslar yenə də uğur əldə edə

bilmədilər. Bunu görən Rus qoşunu Naxçıvan üzərinə hərəkət edərək mayın 26-da oranı döyüşsüz tutdular.

Naxçivan İran qoşunları üçün strateji əhəmiyyətə malik olduğuna görə Abbas Mirzə 16 minlik qoşunla

hücuma keçdi. Lakin iyunun 5-də Cavanbulaq deyilən yerdə məğlub oldu. Sentyabrın 26-da yenidən İrəvan

mühasirəyə alındı. İrəvan xanlığının əksəriyyətini Azərbaycanlılar təşkil edirdi. General Paskeviç

yazırdı.”İrəvan vilayətində 10 min müsəlman, ancaq 3 min erməni ailəsı var idi”. Həmin 3 minlik erməni

ailəsi ruslara hər cür yardım edirdilər. Oktyabrın 1-də ermənilər İrəvanın şimal darvazalarını açaraq rusları

qalaya buraxdılar. Qanlı döyüşdən sonra İrəvan ələ keçirildi. Bundan sonra Rus qoşunları maneəsiz olaraq

Azərbaycanın cənub toroaqlarına soxuldular. Oktyabrın 2-də Mərənd döyüşsüz təslim oldu.

1827-oktyabrın 27-də rus qoşunları Təbrizə daxil oldular. Ruslar çoxlu qənimət ələ keçirdilər. Şəhəri idarə etmək üçün müvəqqəti idarə üsulu yaradıldı. Burdsef şəhərə komendant təyin olundu. Rus qoşunlarının Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Cənubi Azərbaycan feodal hakimləri Rusların köməyi ilə hakimiyyətlərini qaytarmaq ümidi ilə rusların cənuba-Tehran üzərinə yürüşü davam etdirməyi təhrik edirdilər.

Lakin həm daxili, həm də beynəlxalq vəziyyət Rusiyanı müharibəni başa çatdırmağa sövq edirdi. Odur ki, 1827-ci ilin noyabırında danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, İran qoşunun Lənkəran xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin İngiltərə və Türkiyənin təzyiqi altında danışqlar kəsildi.

1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hücum etməyi əmr etdi. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil işğal olundu. Rus qoşununun yeni hücumu sarayda

99

Page 100: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

vahimə doğurdu. İranın tamamiilə darmadağın ediləcəyindən ehtiyat edən İngiltyərə səfiri Makdonald tərəflər arasında vasitəçi kimi çıxış etdi.

Fevralın 6-da Təbriz yaxınlığında, Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsi tələbini irəli sürürdü. Lakin İngiltərə hökuməti hər vasitə ilə Rusiyanın bu yerlərə iddiasından əl çəkməyə çalışırdı. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində Çar hökuməti İran ilə sülh müqaviləsi bağlamağa tələsdi.

Müqavilə 1828-ci ilin fevralın 10-da bağlandı. Türkmənçay sülh müqaviləsinə görə İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiyanın hakimiyyətini tanıyırdı. Beləliklə, Azərbaycan iki hissəyə bölündü. Cənubi Azərbaycan Şah istibdadının, Şimali Azərbaycan isə Çar Rusiyanın müstəmləkəsinə çevrildi. Həmin vaxtdan bu ərazilərin və xalqın tarixi inkişafı müxtəlif yollarla getdi.

Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi:

4-cü maddəyə görə İran və Rusiya arasında sərhəd xətti müəyyən edilir və bu xətt Araz çayından ibarət idi. 5-ci maddədə İrəvan və Naxçıvan xanlıqları Rusiyaya güzəştə gedilirdi. 8-ci maddəyə görə İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verilirdi. Bu maddə İngiltərənin mənafeyinə güclü zərbə vurdu.10-cu maddəyə görə İran Rusiyaya 20 milyon manat həcmində təzminat ödəməli, rus tacirlərinə İran ərazisində azad ticarət etmək hüququ verirdi. Həmçinin Türkmənçay müqaviləsinə əsasən əhalinin Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etmələrinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqları ərazisinə köçdülər. Həm birinci, həm ikinci İran –Rusiya müharibələrinin gedişində və sonralar İran və Türkiyədən Cənubi Qafqaza köçürülməsi nəticəsində ermənilərin sayı bu yerlərdə ilbəil artırdı.

1826-1828-ci illərdə təkcə Qarabağ ərazisinə 18 mindən çox erməni ailəsi köçürülmüşdü. Onların ilk məskunlaşdığı ərazi Maragaşen adlandırıldı.

Tarixçi K.M.Şavrov “Zaqafqaziyada rus işinə yeni təhlükə” əsərində yazırdı: ”1828-ci ildən 1830-cu ilə qədər Zaqafqaziyaya 40 mindən çox İran, 84000-dən çox Türkiyə ermənisi köçürüldü. Onları İrəvan, Yelizavetpol quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdilər. Onlara 200 min desyatindən çox torpaq sahəsi verildi”:

Yararlı torpaqların erməni köçkünlərinə verilməsi yerli azərbaycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular.

Bu hadisələrin şahidi olan Rusiyanın İrandakı səfiri, yazıçı A.S.Qriboyedov yazırdı ki, bu köçürülmə gələcəkdə böyük təhlükə törədə bilər.

O, dövrün statistikasına görə 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbay-canlılar, 8,4%-ni ermənilər təşkil edirdilər. Köçürmə siyasəti davam etdirilərək XIX əsrin 30-cu illərində bu nisbət-azərbaycanlılar 64,8%-ə ermənilər isə 34,8%-ə çatdırıldı.

İkinci İran –Rusiya müharibəsinin başa çatdırıldığı dövrdə Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşdi. Çar Rusiyası Xəzərdən sonra Qara dənizi, Bosfor və Dardanel boğazlarını ələ keçirməyə çalışırdı.

1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus qoşunlarının əsas məqsədi Anadoluya daxil olaraq Ərzurumu, Trapezundu ələ keçirərək daha sonra Istanbul üçün təhlükə yaratmaq idi. İlk hücum

100

Page 101: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Rus qoşunları tərəfindən Qars üzərinə oldu. Iyunun 19-da Qars yaxınlığında döyüş baş verdi. Ruslar Qarsı ələ keçirdilər.Avqustda Ahalsıx, Ahalkələk tutuldu.

1829-cu il hərbi əməliyyatlarında Ərzurum və Trapezund da işğal olundu. Ruslar Balkan yarımadasında da bir sıra əhəmiyyətli qələbələr qazandılar. Türkiyə sultanı II Mahmud sülh bağlanması haqqında xahiş etdi. Beləliklə 1829-cu il sentiyabrın 2-də Ədirnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı. Ədirnə sülhünə görə Türkiyə eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğal siyasəti ilə barışırdı.

Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi.

Azərbaycanın Çar Rusiyası tərəfindən işğalının nə kimi acı nəticələr gətirməsi Gəncədən deputat seçilmiş İsmayıl xan Ziyadxanovun I Dövlət Dumasında 1906-cı ildə söylədiyi nitqində öz əksini tapmışdır: “Zaqafqaziya torpaqları 100 il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu yüz il içərisində biz müsəlmanlar həmişə əsir müamiləsi görmüş, bu sifətlə hər təqibata məruz qalaraq hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyətinə endirilmişik. Siyasi, sosial və iqtisadi sahənin hər birində bizim haqqımızda haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız. Ölkəmiz istila edilər-edilməz dərhal milli varlığımıza təcavüzə qalxışıldı. Dinimizə və müqəddəslərimizə müdaxilə edildi”.

Ölkə Rusiya tərəfindən işğal edildikdən sonra xanlıqlarda mövcud olan pul sistemləri ləğv edilərək vahd rus pul sistemi ilə əvəz edildi. Bu əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatı müstəmləkə xarakteri alsa da, ölkə Rusiyanın iqtisadi inkişaf axınına qoşuldu. Bu isə gələcəkdə kapitalist istehsal münasibətlərinin yaranmasına təkan verdi.

101

Page 102: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XI mövzu

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai-

iqtisadi vəziyyət və milli demokratik fikir.

Plan

1.Çarizmin müstəmləkəçi siyasəti. Kənd təsərrüffatında və sənayedə kapitalizmin inkişafı.

2. Demokratik milli mətbuatın yaranması, “Əkinçi” qəzeti. İctimai fikrin görkəmli nümayəndələri.

3. XX əsrin əvvəllərində Azərbaycanda siyasi təşkilatların və partiyaların

yaranması.Milli –azadlıq hərəkatı.

Ədəbiyyat.

1. Azərbaycan tarixi.VII cilddə,V vild,Bakı,2005,səh.18-161.

2. Azərbaycan tarixi.İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993,səh.226-242.

3. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı,

1978, səh. 11- 48.

4. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı. 2004, səh. 32-54.

5. Balayev A. Panislamizm, pantürkizm və Azərbaycan. “Azərbaycan”qəzeti,5-12

102

Page 103: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

aprel,1991

6. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIX əsrin 50-60-cı illəri Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərinin süquta uğraması, yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur. Rusiyada təhkmçilik, Azərbaycanda isə feodal-asılı münasibətlər məhsuldar qüvvələrin və kapitalizmin inkişafına böyük əngəl törədirdi. 1861-ci ildə Rusiyada kapitalizmin inkişafına təkan verən amil-təhkimçilik hüququnun ləğvi həyata keçirildi. Çar II Aleksandr fevralın 19-da “Təhkimçilik asıllığından çıxmış kəndlilər haqqında” Əsasnaməni təsdiq etdi.1870-ci il mayın 14-də Ön Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman zümrəsindən olan şəxslərin torpaq qurluşu haqqında “Əsasnamə” verildi. Həmin “Əsasnamə”də kəndlilərin şəxsən asılı olmaması,hər 15 yaşına çatmış kişi kəndliyə 5desyatin pay torpağı verilməsi nəzərdə tutulurdu.

Bu əsasnamənin 1847-ci il əsasnaməsindən fərqi ondan ibarət idi ki,hər bir kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əlindən əlindən alınırdı.Kəndlilər torpağın 3/2 hissəsinə malik oldular, qalan torpaqlar yenə də mülkədarların əlində qalmış oldu. Doğrudur kəndliyə öz pay torpağını satın almaq hüququ verilmişdi, lakin kəndlinin həmin torpağı almağa pulu yox idi. Rusiyada torpağı satın almaq üçün kəndliyə dövlət borc pul verirdi, lakin Azərbaycan kəndlisi bundan məhrum idi. Bu, çarizmin milli müstəmləkə siyasətinin təzahürü idi.

1870-ci il islahatı mahiyyətcə burjua islahatı idi. Kəndliyə şəxsi azadlığın verilməsi, əlbəttə, feodal istehsal münasibətlərinə ciddi zərbə olmuş, ölkədə kapitalizmin inkiçafına şərait yaratmışdı.Yəni,kəndlilərin pay torpaqlarını satın alıb onun sahibinə çevrilə bilmələri kapitalizmin inkişafına təkan verirdi. Lakin Azərbaycan kəndliləri yalnız 1870-ci il islahatından sonra, 42-il keçmiş öz torpaqlarını satın alıb mülkiyyətcə çevrilə bildilər.

1861-ci il islahatından sonra Rusiyada sənaye inkişaf etməyə başladı. Sənayenin inkişafı öz növbəsində milli ucqarların əmtəə-mal dövriyyəsinə cəlb edilməsinə səbəb oldu.

Azərbaycan bu dövrdə iqtisadi cəhətdən çox zəif inkişaf etmişdi. Burada sənaye mallarına tələbatın az olması,iri sənaye müəssisələri yaratmaq üçün kapitalın az olması onun iqtisadiyyatının zəif inkişaf etməsinə səbəb olmuşdu.

Lakin Rusiyada kapitalizmin inkişafı nəticəsində neft, dağ-mədən və başqa mühüm sənaye sahələri rus və xarici kapital nümayəndələrinin əlinə keçdi. XIX əsrin 60-cı illərində sənaye müəssisələrində neftdən məhdud miqdarda istifadə edilməyə başlandı. Neft məhsullarına tələbat da artdı. Neft quyularının sayı qismən artdı. Bu vaxt Bakıda ilk dəfə neft zavodu tikildi. Bu 1859-cu ildə Kokarev və Quboninin ilk ağ neft zavodu idi. Bunun ardından Tiflis əczaçısı Vitte Pirallahı adasında ilk dəfə qatı neftdən parafin, parafin şamı və parafin yağı istehsal edən müəssisə yaratdı.

Neft istehsalı əvvəllər qazma üsulu ilə həyata keçirilirdisə,1871-ci ildən buruq üsuluna keçildi.İlk belə buruq Bibiheybətdə qazıldı və neft fontan vurdu. Bununla əlaqədar neft verən torpaqların qiyməti də xeyli artdı.Bir desyatini 1000 manata olan torpaq bir neçə ildən sonra 45 min manata yüksəldi. Tezliklə neft

103

Page 104: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

istehsalı ilə məşğul olan çoxlu şirkətlər yaradıldı.1873-cü ildə Bakı rayonunda cəmi 12 şirkət olduğu halda, əsrin sonlarında onların sayı 140-a çatmışdı.

Tezliklə neft sənayesinə rus və xarici kapital axını başlandı. 1879-cu ildə “Nobel qardaşları birliyi”nin əsası qoyuldu.Bu şirkət tezliklə dünyanın ən böyük neft şirkətinə çevrildi. 80-ci illərdə Bakıya Rotşildin simasında fransız kapitalı nüfuz etdi.O, 1885-ci ildə Xəzər Qara dəniz neft sənaye və ticarət cəmiyyətinin rəhbərliyini öz əlinə keçirir. 90-cı illərdə isə İngiltərə kapitalı başda Ceyms Vişau olmaqla Bakıya axmağa başlayır. Onun rəhbərliyi ilə 3 ingilis şirkəti fəaliyyət göstərirdi. ABŞ kapitalistləri də,xüsusən Rokfellərə məxsus olan “Standart oyl” neft şirkəti də Bakı neftini ələ keçirməyə çalışırdı. Xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsi neftin çıxarılması və emal edilməsi texnikasının təkmilləşdirilməsinə, beynəlxalq bazarda Bakı neftinin mövqelərinin möhkəmlənməsinə şərait yaratdı.

Azərbaycanın neft istehsalına iri kapital qoyuluşu burada sənaye-texniki çevrilişin yaradılmasına imkan yaradır. 70-ci illərdən başlayaraq zərbə üsulu neft quyuları qazılması tətbiq olunur.Buruq üsulu ilə qazılan quyuların sayı daha da artdı. Məs.1873-cü ildə buruq üsulu ilə qazılan quyuların sayı 9 olduğu halda,1879-cu ildə 251,1900-cü ldə 1710 olmuşdu.

1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Neft məhsullarının saxlanılması və daşınması texnikası da təkmilləşdirildi. Dəmir çənlər,vaqon-sisternalar yaradıldı.

Neft istehsalının inkişafında ilk milli kadrlar yetişməyə başladı.Peterburq və Moskvada ali texniki məktəbləri bitirib Azərbaycana qayıdan gənc mütəxəssislər Piri Quliyev, Səməd Rzazadə, Şirəli Şərifov və başqalarının neft istehsalında böyük əməkləri olmuşdur.

Az vaxt ərzində Bakıda bir çox neft sənaye milyonçuları meydana çıxdı ki, onların arasında azərbaycanlı kapitalistlərindən H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqaları var idi.

Göstərmək lazımdır ki, 1901-ci ildə Bakı dünya neftinin yarıdan çoxunu (667,1 milyon pud) istehsal edirdi. Neft istehsalının əsas rayonları Sabunçu, Bibiheybət, Suraxanı idi. Neft məhsullarının ixracında da ciddi irəliləyişlər oldu. Bakı-Tiflis dəmiryolunun çəkilməsi (1883) və Xəzər dənizi vasitəsilə yük daşınmasının genişlənməsi neft sənayesinin gələcək inkişafında böyük rol oynadı. Bakı neft məhsulları Rusiyanın daxili quberniyalarına daşınmağa başlandı. Bununla əlaqədar burada Amerikadan gətirilən ağ neft satışı sıxışdırılmağa başlandı. Hətta Bakı nefti Avropa ölkələrinə nüfuz etməyə başladı.1896-cı ildə başlanıb,1906-cı ildə tikintisi başa çatan Bakı-Batum neft kəməri neft ixracatında mühüm rol oynadı. Bakı ağ nefti təkcə Rusiyaya deyil, xarici ölkələrə- Çinə, Hindistana, Avstraliyaya ixrac olunurdu.

Azərbaycanda neft sənyesindən başqa digər sənaye sahələri də inkişaf edirdi.Əsasən dağ-mədən və emaledici sənaye sahələrinə daha çox diqqət yetirilirdi.

Bakıda metal emaledici, tütün və başqa zavodlar fəaliyyətə başladı. Digər şəhərlərdə də sənəye sahələri meydana çıxırdı. Bunlardan Şəkidə ipəksarıma, Gədəbəydə misəritmə sənayesi də inkişaf edirdi. Gədəbəy misəridən zavodu Simmens qardaşları tərəfindən mütərrəqi texnalogiya ilə təmin olunaraq daha da inkişaf etdirilirdi. Onların dövründə ildə 40 min pud mis verən yeni zavodun əsası qoyuldu.

Sonralar Simmens qardaşları Daşkəsən filiz-yataqlarını da alaraq, 1865-ci ildə ilk kobalt zavodunun əsasını qoydular. Bu dövrdə Naxçıvanda daş-duz kombinatı, Bakı və Cavad qəzalarında şoran sulardan duz istehsal edən müəssisələr yaradıldı.

Şərabçılığın əsas rayonları olan Şamaxı, Göyçay, Şuşa, Yelizavetpolda iri üzüm emalı zavodları tikilməyə başlandı. Kürdəmirdə şirvanşahı şərabı çox məşhur idi.İslahatdan sonra Azərbaycanda kənd

104

Page 105: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

təsərrüfatı məhsulları istehsalı artmağa başladı. Bir sıra sahələrdə sadə əmtəə istehsalı kapitalist əmtəə istehsalı dərəcəsinə gəlib çatmışdı. Kənd təsərrüfatında ixtisaslaşmalar həyata keçirilirdi. Lənkəranda çəltik, Quba qəzasında meyvəçilik, Gəncə və Şamaxıda üzümçülük, Kür boyu rayonlarda pambıqçılıq sahələri üzrə ixtisaslaşmalar yarandı.

1850-ci ildə Tiflisdə yaradılmış” Qafqaz kənd təsərrüfatı cəmiyyətinin” və onun yerlərdəki orqanlarının mühüm rolu olmuşdu. 1885-ci ildə Kürdəmirdə və Gəncədə kənd təsərrüfatı maşınları və alətlərinin sınağı keşirilmiş, az sonra Bakıda, Gəncədə ,Şəmkirdə, Zaqatalada,Şuşada kənd təsərrüfatı maşınları və alətləri satan idarələr açılmışdı.

Azərbaycanda qabaqcıl kənd təsərrüfatı üsullarının yayılmasında görkəmli maarifçi və ictimai xadim Həsən Bəy Zərdabinin 1875-ci ildə nəşr etdiyi”Əkinçi” qəzetinin də mühüm rolu olmuşdur. Qəzetdə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, suvarma işləri,maşınların tətbiqi və sair barədə qiymətli məlumatlar verilirdi.

Azərbaycan kəndi kapitalist istehsalına cəlb olunduqca, feodal müıkiyyəti yavaş-yavaş dağılmağa başlayırdı.Kəndlilərin xırda kapitalist mülkiyyəti tipi meydana çıxırdı.Torpaq getdikcə əmtəəyə-alver vasitəsinə çevirilirdi. Kapitalist münasibətlərinin inkişafı nəticəsində kənddə ictimai təbəqələşmə dərinləşirdi.Yeni istismarçı təbəqə olan qolçomaq və muzdlu kəndli təbəqələri yaranırdı.

Azərbaycan kəndində kapitalizmin inkişafı kənd təsərrüfatı fəhlələrinin və ümumiyyətlə kəndlilərin yaşayış səviyyəsini xeyli pisləşdirmişdi. Məsələn, 1900-cu ilin statistik məlumatına görə Bakı quberniyasında kənd təsərrüfatı fəhləsi ildə cəmi 48 manat pul alırdı.Qadınların illik pul qazancı isə 29 manat təşkil edirdi. Kənddə ictimai təbəqələşmənin dərinləşməsi ilə əlaqədar olaraq kənd icmaları da dağılmağa başlayırdı. Kapitalizmin inkişafı, cəmiyyətin sinfi tərkibində baş vermiş dəyişikliklər, iqtisadi həyat birliyinin yaranmasına, vahid dili, mədəniyyəti, ərazisi, iqtisadi və mənəvi həyatı olan Azərbaycan burjua millətinin yaranmasına səbəb oldu. Azərbaycan millətinin forma-laşması XIX əsrin ikinci yarsına təsadüf edir. ”Millət”məfhumunu dilimizə ilk dəfə M. F.Axundov gətirmişdi.

İlk dəfə 80-ci illərdə çıxan “Kəşkül”qəzeti “Azərbaycan milləti” ifadəsini işlətmişdir. Azərbaycan burjua millətinin tərkibinə kapitalistlər, fəhlələr, kəndlilər, tacirlər, sənətkarlar daxil idilər. Millətin yaranması milli şüurun da formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın müstəqilliyi uğrunda mübarizə üçün çox vacib oldu.

Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatındakı dəyişikliklər Azərbaycan xalqının mədəniyyətində də öz əksini tapdı. Artıq XIX əsrin ikinci yarısından iri sənaye şəhəri olan Bakı həm də Azərbaycanın mədəniyyət mərkəzinə çevirilmişdi.

Kapitalist iqtisadiyyatının inkişafı nəticəsində ixtisaslı fəhlələrə, təhsilli mütəxəssislərə ehtiyac artırdı. Baxmayaraq ki, çar hökuməti milli ucqarların mədəni və siyasi inkişafına mane olurdu, lakin obyektiv inkişaf davam etməkdə idi.

1867-ci ildə çar hökuməti Qafqazın, o cümlədən Azərbaycanın təhsil müəssələri haqqında Əsasnamə qəbul etdi. Lakin həmin Əsasnamədə yerli dillər sıxışdırılır və rus dilində təhsilə böyük əhəmiyyət verilirdi. Ancaq 1876-cı ildə Qori şəhərində açılmış Zaqafqaziya müəllimləri seminariyasının, xüsusən də onun 1879-cu ildə açılmış Azərbaycan şöbəsinin məzunları (Fərhad Ağazadə, Üzeyir Hacıbəyov,Cəlil Məm-mədquluzadə və b.) kənd məktəblərinə gəldikdən sonra yerli uşaqların bu məktəblərdə oxuması mümkün olmuşdu, lakin bütün ibtidai məktəblərdə təlim ancaq rus dilində aparılırdı, yerli dillərdə ümumtəhsil məktəblərinin açılmasına icazə verilmirdi.

105

Page 106: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1869-cu ildə Seyid Əzim Şirvani ilk dəfə olaraq Şamaxıda yeni tipli məktəb açmışdı. 80-ci illərdə Şuşada, Lənkəranda, Ordubadda, Naxçıvanda belə məktəblər açıldı. Bu məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı.

Azərbaycan əhalisinin maariflənməsində rus-tatar məktəblərinin də müəyyən rolu olmuşdur. İlk belə məktəbi Bakıda gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə açmışdılar.

Bu məktəblər üçün müəllimlərin hazırlanmasında Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur. 1899-cu ilədək bu Seminariyanı 89 nəfər azərbaycanlı bitirmişdi. Bunların çoxu sonralar Azərbaycan xalq maarif və mədəniyyətinin fəxri nümüyəndələri oldular. Rəşidbəy Əfəndiyev, M. Mahmudbəyov, S.M.Qniəmizadə, Firudin bəy Köçərli, Əlicabbar Orucəliyev və başqalarının maarif sahəsindəki xidmətləri əvəz olunmazdır.

Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dilində dərsliklərin yaradılması idi. Abdulla Şaiq “Uşaq çeşməyi”, “Gülzar”,M.Mahmudbəyov “İkinci il”, “Üçüncü il”,”Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası” adlı dərsliklər yazmışdılar.

Kişi təhsili ilə yanaşı, qadın orta təhsili də inkişaf edirdi. 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası açıldı,1883-cü ildən bu məktəb Mariya məktəbi adını aldı. 1896-cı ildə Mərdəkanda məşhur messenat H.Z. Tağıyev tərəfindən bağbanlar hazırlayan birinci xüsusi məktəb açıldı. Elə həmin ildə H.Z Tağıyev Bakıda qız məktəbinidə açmışdı.1896-cı ildə Bakıda Yermolayeva tərəfindən ilk musiqi məktəbi də açıldı.1897-ci ildə rəssamlıq məktəbi də açılmışdı.

Azərbaycanda savadın yayılması ilə kitabxana və qiraətxanalara ehtiyac hiss edilməyə başladı. Bu dövrdə ictimai və xüsusi kitabxanalar açıldı. İlk kütləvi kitabxana 1859-cu ildə Şamaxı və Şuşada açılmışdı.

Azərbayacanın ictimai, iqtisadi və mədəni inkişafı elmin inkişafına şərait yaradırdı.Təbiət elmlərinə maraq çox idi. Neft işinin öyrənilməsində Almaniyanın Stras-burq univerisitetinin məzunu Möhsüm Xanlarovun kimyaçı kimi xüsusi xidməti olmuşdur. Biologiya və kənd təsərrüfatı sahəsində də müəyyəın uğurlar əldə edilmişdi. Bu sahədə H.B Zərdabi, N.B.Vəzirovun böyük xidmətləri olmuşdur.H.B. Zərdabi “Gigi-ena”, “Torpaq, hava, su” və başqa əsərlər yararaq təkamül nəzriyyəsini müdafiə etmişdi. Azərbaycanlı həkimlər Vəkilov, Mehmandarov tibb eliminin inkişafına böyük köməklik etmişlər.

XIX əsrin ikinci yarsında Azərbaycanda tarix elmi sahəsində mühüm irəliləyişlər olmuşdu. Mirzə Camal oğlu,Əhməd Bəy Cavanşir,Mir Mehdi Xəzani Qarabağ xanlığının, Mirzə Əhməd Xudaverdi oğlu Lənkəran xanmlığının tarixinin öyrənilməsi sahəsində uğurlu işlər görmüşlər.Azərbaycan ədəbiyyatının inkişafında M.F.Axundov, S.Ə. Şirvani, N.Nərimanov,F.B.Köçərli, H.B.Zərdabi kimi nümayəndələrinin böyük rolu olmuşdur. Fəlsəfi fikrin inkişafında M.F Axundovun xüsusi xidmətləri olmuşdur. Onun üç məktub və cavab adlı əsrində təbiət və cəmiyyət məsələlərinə dair mütərrəqi fəlsəfi fikirlər verilmişdir.

Azərbaycanda teatr sənəti də inkişaf etməkdə idi. Milli teatırın yaranması xalqın mənəvi həyatında böyük hadisə idi. 1873-cu ilin martın 22-də Bakı realnı məktəbinin tələbələri M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesini səhnələşdirmişdilər. Aprelin 17-də “Hacı Qara” pyesi tamaşaya qoyuldu.

Musiqi sahəsində də böyük naliyyətlər əldə edildi.Hacı Hüsü, Cabbar Qaryağdı oğlu, Məsədi İsi, Sadıqcan, Keçəçi Məhəmməd kimi musiqiçilər xalq arasında geniş şöhrətə malik idi.

1908-ci ildə yanvarın 12-də musiqi tarixində unudulmaz gün olmuşdur. Tağıyev teatırının binasında Ü.Hacıbəcyov “Leyli və Məcnun” operasını ilk dəfə tamaşaya qoymuşdu. 1913-cü ildə “Arşın mal alan”musiqili komediyası, 1916-cı ildə M.Maqomayevin “Şah İsmayıl” operaları tamaşaya qoyulmuşdu.

106

Page 107: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Rəssamlıq sahəsində Ə.Əzimzadə, B.Kəngərli, memarlıq sahəsində Zivər bəy Ağayevin büyük xidmətləri olmuşdur.

-XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatında milli mətbuatın inkişafı ən mühüm hadisələrdən biri olmuşdur. Azərbaycan ictimaiyyətinin ayrı-ayrı nümayəndələri böyük çətinliklərlə üzləşərək milli mətbuatın bünövrəsini qoymuşdular. Azərbaycan mətbuatının banisi böyük ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi”qəzetinin buraxılması böyük hadisə idi. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. H.B.Zərdabi qəzetin təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru və mürəttibi idi. 1875-1877-ci illərdə “Əkinçi”nin cəmi 56 nömrəsi çıxmışdı.

“Əkinçi” qəzeti mütərrəqi maarifçi,demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə və avamlığa qarşı çıxır,Azərbaycan gerçəkliyinin bir çox zəruri problemlərini qaldırırdı. Qəzet azadlığa çıxmağın yolunu elm və maarifdə görürdü. O,təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti “Əkinçi”olmuşdur.Qəzet ana dilinin saflığı uğrunda yorulmaz mübarizə aparırdı.

H.B.Zərdabi və onun qəzeti Cənubi Qafaqaz xalqları arasında çoxəsrlik əlaqələrin möhkəməlndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çixış edir, bu xalqların daha da yaxınlaşması uğrunda mübarizə aparirdı.

“Əkinçi”Azərbaycanda mütərəqqi ictimai fikrin inkişafında və bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafında böyük rol oynadı. O, qısa müddət ərzində ən qabaqcıl ziyalıları öz ətrafında birləşdirmiş, Azərbaycan xalqının həyatının bir çox sahələrinə müsbət təsir göstərmişdir.

Əkinçinin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya” qəzeti nəşr edildi. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çapdan çıxdı. Qəzet 1880-ci ilə qədər çıxmış,cəmi 76 nömrəsi buraxılmışdı.1880-ci il dekabrın 6-dan etibarən qəzet “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başladı. Qəzetin yaradıcısı Seyid Ünsizadə idi. Qəzetin səhifələrində ictimai-siyasi problemlərə geniş yer verilirdi. Cəmi 104 nömrəsi çıxmış və 1884 –cu ilə qədər nəşr olunmuşdur.

1880-ci ildə onun qardaşı Cəlal Ünsizadənin “Kəşkül” adlı qəzeti nəşr oıunmağa başlandı. Kəşkül öz ideya isqamətinə görə “Əkinçi”yə daha çox yaxın idi. Qəzet, siyasət, ticarət, sənaye, mədəniyyət məsələlərinə toxunurdu. Eyni zamanda qəzet Şərq despotizmini, geriliyi, fanatizmi tənqid atəçinə tutur, maarifçilik və mədəniyyət ideyalarını müdafiə edirdi.

Rusiyanın mərkəzi şəhərlərində,Qori müəllimlər seminariyasında təhsil almış gənclər “Kəşkül”qəzetinin mütərəqqi ideya və təşəbbüslərini müdafiə edərək onun ətrafında toplaşırdılar. “Kəşkül”ün başladığı hərəkatda Azərbaycan ziyalılarından S.Ə.Şirvani,F.Köçərli,M.Şahtaxtlı,A.Qayıbov və başqaları yaxından iştirak edirdilər. Qəzet 1991-ci ilədək nəşr olundu.

O dörün ən mühüm hadisələrindən biri də Tiflisdə satrik “Molla Nəsrəddin “ jurnalının 1906-cı il aprelin 1-də nəşrə başlaması oldu. Jurnal Azərbaycanda, Rusiyanın türkdilli xalqları arasında , həmçinin yaxın Şərqdə satrik mətbuatın əsasını qoydu, həmçinin milli – dümokratik fkrin inkişafında mühüm rol oynadı.

Molla Nəsrəddin “ jurnalının (1906-1931) əsasını Cəlil Məmmədquluzadə qoymuşdur. Jurnalın səhifələrində M.Ə.Sabirin, Ə.B.Haqverdiyevin, Ə.Qəmküsarın, M.Ə.Möcüzün , Y.V.Çəmənzəminlinin yazıları çap olunurdu.

107

Page 108: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

“Molla Nəsrəddin”in ardınca onun təsiri altında “Arı”, “Bəhlul”, “Tutu”, “Zənbur”, “Məzəli”, “Babayi-Əmir”(1907-1917-ci illərdə)satrik jurnalları nəşrə başladı. İnqilabi demokratik publisistikanın görkəmli nümayəndələrindən biri də U.Hacıbəyov idi.

XIX əsrin sonları-XX əsrin əvələrində Azərbaycanın qabaqcıl ictimai və sosioloji fikri yeni ideya məzmunu ilə daha da zənginləşdi. Azərbaycanın sosial-iqtisadi inkişafı, ictimai həyatda islam dəyərlərinin rolunun genişlənməsi milli-demokratik fikrin inkişafında böyük rol oynadı.

Azərbaycan ictimai fkrin formalaşıb inkişaf etməsində Azərbaycan ziyalılarından H.B.Zərdabi M.Şaxtaxlı, Səmədağa Mehmandarov, N.Nərimanov, C.Məmmədquluzadə, S.Ə.Şirvani və sairlərinin görkəmli rolları olmuşdur.

Milli-demokratik və ictimai fikrin yaranmasında Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev və Əhməd Ağaoğlu kimi dahi şəxsiyyətlərin xidmətləri ölçüyə gəlməzdir.

Əli bəy Hüseynzadə 1864-cü ildə anadan olmuş, görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı kimi fəaliyyət göstərmişdir. Təhsilini Peterburq və İstanbulda almışdır. Peterburqda təhsil alarkən tələbə siyasi dərnəklərində iştirak edən Əli bəy İstanbulda da siyasi fəaliyyətini davam etdirmişdir. O, Sultan Əbdülhəmid rejiminə qarşı “İttihad və tərəqqi ” partiyasının əsasını qoymuşdur. 1903-cü ildə Bakıya gələn Əli bəy jurnalistka ilə məşğul olmuş, ictimai –siyasi fəaliyyətini genişləndirmişdir. Onun fəaliyyətində əsas yeri Turançılıq ideyası tuturdu. Əli bəy türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli sürmüş, onun elmi –nəzəri əsaslarını işləyib hazırlamışdır. Əli bəy yazdığı “Türklər kimdir və kimdən ibarətdir, “Türk dilinin vəzifeyi- mədəniyyəsi”, “Yazımız, “dilimiz” adlı məqalələrində öz məq səd və məramını geniş şəhr etmişdir.

O, yazırdı:

Eylər dili Çin səddinətən hökmünü icra

Bir ucudur Altay bu yerin , bir ucu səhra

Əli bəy yaradılmasını nəzərdə tutduğu milli cəmiyyətin quruculuğunda müasir insan amilinə böyük əhəmiyyət verərək yazırdı: “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai” tərbiyə edib yetişdirmək lazımdır.

Əli bəy Hüseyinzadənin XX əsrin əvvələrində irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək ” şəklində siyasi şüara çevrilən fikri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributuna çevrilmişdi.Əli bəy 1940-cı ildə İstanbulda vəfat etmişdir.

İctimai fikrin görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağayev (1869-1939) Azərbaycanda türkçülük hərəkatının ideoloqlarındandır. O, Fransanın Sarbona universitetini bitirmiş, Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmişdir.Əhməd bəy Ağayev müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman xalqlarına böhtan atan əcnəbi, müəlliflərə tutarlı cavablar verirdi.

Əhməd bəy 1905-ci ildə “Həyat”, “İrşad” kimi Azərbaycanda milliyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan qəzetlərin həm redaktoru, həm də naşiri olmuşdur.

1909-cu ildə Türkiyəyə gedən Əhməd bəy “ Gənc Türklər” hərəkatı ilə yaxınlaşmış və “İttihad və Tərəqqi” partiyasına daxil olaraq elmi-publisistik yazıları ilə mətbuatda çıxışlar etmişdir. O,1918-ci ildə bolşevik-daşnak hökumətinə qarşı mübarizəyə gəlmiş Nuru Paşanın Qafqaz İslam Ordusunun tərkibində

108

Page 109: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

siyasi müşavir kimi Azərbaycana gəlmiş və Gəncədə yaradılan yeni hökumətin işinə yaxından köməklik etmişdir. Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmiş, Paris sülh konfransında iştirak etmək üşün oraya gedəndə Türkiyədə həbs edilərək Malta adsına sürgün edilmişdir.

1921-ci ildə sürgündən gələn Əhməd bəy İstambula gələrək yenidən milli hərəkata qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından biri olmuşdur. O, xalqın millətçilik və türkçülük şüurunun oyanmasında çox mühüm rol oynamışdır.

İctimai fikrin görkəmli nümayəndələrindən biri də Əlimərdan bəy Topçubaşov olmuşdur. (1863-1934). O, Rusiyanın müsəlman –türk xalqlarının milli –azadlıq hərəkatının liderlərindən biri olmuşdur. “Kaspi” qəzetinə rəhbərlik etmişdir. Əlimardan bəy 1905- ci ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının 1- ci qurultayında göstərirdi. “Biz Türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Qərbədən Şərqə qədər bizim atalarımızın mülküdür. Atalarımız o qədər qəhrəman millət olduqları halda , bu gün Qafqaz dağlarında , Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında, atalarımızın mülki olan öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmamışdır”.1906-cı ildə onun tərəfindən “ Umumrusiya müsəlmanları ittifaqı” partiyasının proqram və nizamnaməsi yazılmışdır.

Onun təşəbbüsü ilə I Dövlət Dumasında müsəlman fraksiyası yaradılmışdır. Azəri türklərinin müstəqilliyi uğrunda daim mübarizə aparan Ə.Topçubaşov AXC parlamentinin ilk sədri olmuşdur. Paris sülh konfransı nümayəndələrinin rəhbəri olaraq Azərbaycanın de-fakto tanınmasına nail olmuşdu. Əlimərdan bəy sonralar Parisdə yaşayarkən da Azərbaycanla əlaqəni kəsməmiş, hətta 1921-ci ildə Parisdə Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmişdir. 1934-cü ildə M.Ə.Rəsulzadə ilə birlikdə Konfederasiyanın bəyannaməsini imzalamışdır.

XX əsrin əvvələrində baş verən dünya iqtisadi bühranı (1900-1903) həm Rusiyanı, həm də onun müstəmləkələrini əhatə edir. Bütün imperiyanı sarsıdan tətillər dalğası Azərbaycanı da bürüdü, cəmiyyətin bütün təbəqələrində narazılıqlar artdı və cəmiyyət siyasiləşməyə başladı.

XX əsrin əvvələrində Azərbaycanda ilk siyasi təşkilatlar yaranmağa başladı. Bu təşkilatların əksəriyyəti sosialist yönümlü idilər.

1901-ci ildə ilk təşkilat olan RSDFP –nın Bakı komitəsi yaradıldı. Onun təşkilatçıları Yenukidze, Ketsxoveli və Eyzenbet idilər.

1901- ci ildə Bakıda “İskra” çı qrup da təşəkkül tapdı. Həmin qrup gizli yolla xaricdən “İskra” qəzetini Azərbaycana gətirərək fəhlələr arasında yayırdı. 1901-ci ilin yayında gizli olaraq “Nina” mətbəəsi yaradldı və qəzet həmin mətbəədə çap olunaraq geniş yayılırdı.

1904-cü ilin oktyabrında M.Ə.Rəsulzadə, M.A.Mirqasımov, M.Hacıyev, A.Kazımzadənin birgə səyləri nəticəsində Bakıda müsəlman aləmində ilk sosial—demokratik “Hümmət” təşkilatı fəaliyyətə başladı.Həmin təşkilatın eyni adda qəzeti də nəşr olunurdu. 1905-ci idən N.Nərimanov həmin təşkilata daxil olur və sonralar onun rəhbərinə çevrilir.“Hümmət” təşkilatının 1917-ci ilə qədər fəaliyyətini iki aspektdə -bir tərəfdən bir çox siyasi məsələlərdə Bakı komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə milli ləyaqət və hüquqların müdafiəçisi kimi nəzərdən keçirmək olar.1904-cü ilin dekabrında fəhlələrlə kapitalistlər arasında “müştərək müqavilənin “ bağlanmasında “Hümmət” təşkilatının böyük rolu olmuşdur. 1905-ci ildə “Hümmət” qəzeti senzura tərəfindən bağlanısa da, 1907-ci ildə təşkilat “Təkamül”qəzetinin buraxılmasına nail olur.

109

Page 110: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan sosial –demokratları və hümmətçiləri ilə İran milli-azadlıq hərəkatı mücahidləri arasında sıx əlaqə var idi. Onların çoxu dəfəlıərlə İranda olmuş və 1906-1911-ci illərin İran inqilabi hadisələrində iştirak etmişdir.

Hümmətçilərin Tflis təşkilatı daha aktiv fəaliyyət göstərirdi. Onun proqramında insanların sinfi və milli mənsubiyyətindən asılı olmayaraq demokratik azadlıqlar və hüquqları bəyan edilirdi.”Ədalət, bərabərlik, azadlıq” sözləri təşkilatın devizinə çevrilmişdi. Sonralar Azərbaycan Parlamentinin üzvlətri olmuş M.Əbilov, M.Şeyxülislamov,S.Ağamalıoğlu Tiflis “Hümmət”inə daxil idilər.

1903-cü ilin yayında Bakıda sosialist inqilabçıları (S R) –eserlər partiyası meydana çıxdı. Eserlər digər şəhərlərdə də fəhlə və gənclər arasında öz təsirlərini yaymağa çalışırdılar. Məsələn, Şuşada realni təhsil məktəbində eser dərnəyi yaradılmışdı. Gəncədə də belə bir təşkilatın yaradılmasına cəhd göstərilmişdi. Azərbaycanlı eserlər üçün milli məsələ ön planda dururdu. Onlar geridə qalmış kütlələri maarifləndirməyi və xalqın azadlığını özlərinin əsas vəzifəsi elan etmişdilər.

1905-ci il 17 oktyabr Çar Manifestindən sonra yaranan siyasi və ictimai vəziyyət cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiya və təşkilatların yaranmasına təkan verdi. 1905-ci ildə Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli partiyalar meydana çıxdı. Fevralda Gəncədə “Sosial-fedaralistlərin türk inqilabi komitəsi” yarandı. Bu təşkilatın buraxdığı vərəqələrdə Qafqaz xalqlarının birliyi, müstəməlkəçiliyə qarşı mübarizə, Azərbaycanın muxtariyyəti ideyaları öz əksini tapmışdı.

1905-ci ildə Gəncə və Şuşada “Qeyrət”adlı təşkilat (qrup) da fəaliyyətə başlamışdı. Bura Gəncənin tanınmış hüquqşünasları Ə.Rəfibəyli,A.Xasməmmədov, H.Yusifbəyli daxil idilər. Bu qrupun əsas məqsədi Qafqazın Rusiya ilə fedarativ münasibətlərinin qurulması və bu federasiya çərçivəsində müsəlman əhalisinə muxtariyyat vermək idi. Bu qrup 1908-ci ilə qədər fəaliyyət göstərdi.

1906-cı ildə Bakı və Gəncədə “Difai”partiyası meydana çıxdı.Onun banisi Ə.Ağayev idi.Bir çox şəhərlərdə onun yerli şöbələri yaradılmışdı.

Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində 1911-ci ildə Bakıda meydana çıxan Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyası mühüm rol oynadı. Bu təşkilata milli mənafe uğrunda müəyyən mübarizə təcrübəsi olan bir sıra ictimai xadimlər başçılıq edirdilər. Partiyanın baniləri Tağı Nağı oğlu, M.Əli Rəsulzadə və Abbas Kazımzıdə olmuşlar.

Bu partiya 1917-ci ildə yaranmış “Türk Ədəmi Mərkəziyyət Partiyası” ilə birləşərək (N.Yusifbəyli) “Türk federalist Müsavat Partiyası” adını almışdır. Partiyanın rəhbəri və ilhamvericisi M.Ə. Rəsulzadə idi.(1913-cü ildən).Bu partiyanın təbliğat orqanı olan “Açıq söz” qəzeti nəşri olunurdu.

1912-ci ildə “Müsavat” partiyasının manifesti və proqramı nəşr edildi. Proqramda qarşıya həyati məsələlər qoyulmuşdu. Bütün müsəlman xalqları üçün bərabərlik əldə olunması, müsəlmanların dövlət müstəqilliyinin qorunması, müstəqilliyini yaradan və onu qorumaq uğrunda mübarizə aparan müsəlman dövlətlərinə maddi və mənəvi yardım göstərilməsi. Partiya həm müsəlmanlar, həm də demokratik amallara əsaslanan bütün partiyalarla əməkdaşlığa üstünlük verirdi.Tezliklə partiya ziyalıları,xırda burjua, kəndli, fəhlə və qulluqçuların nümayəndələrini öz sıralarına cəlb etdi və tezliklə Qafqazın ən güclü partiyalarından birinə çevrildi.

XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskinləşməsi nəticəsində fəhlə və kəndlilərin həm siyasi, həm də ideolji cəhətdən fəallaşması üçün obyektiv şərait yaratdı. 1905-ci ilin yazında Rusiya imperiyasında,onun ucqrlarında, o cümlədən Azərbaycanda milli azadlıq mübarizəsi yüksəlməyə başladı. İlk dəfə 1905-ci ildə Azərbaycanda Petisiya (imzatoplama) kampaniyası genişləndi.

110

Page 111: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan xalqının siyasi özünüdərkinin formalaşmasında publisistika böyük rol oynayırdı. Məqalə müəlləfləri mövcud siyasi hadisələri həm işıqlandırır, həm də bu hadisələrin mahiyyətlərini açıb göstərirdilər.

Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana çıxması, doğma dillərdə qəzet və jurnalların nəşri xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, mlli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu. Milli azadlıq hərəkatları çox vaxt əsarət altına alınmış fəhlə və kəndli hərəkatları ilə birləşirdi.

Azərbaycan burjuaziyası müxtəlif məhdudiyyətlərin aradan qaldırılması, ana dilində təhsilin həyata keçirilməsi, zemstvo sistemi yaradılması və sair islahatların keçirilməsini tələb edirdilər.Hətta iri torpaq sahibləri də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq ideyaları “Yeni Füyuzat”, “Şəlalə”jurnallarında,”iqbal”, “Yeni həyat”, “Günəş” və başqa qəzetlərdə geniş təbliğ olunurdu.

Azərbaycanın demokratik ziyalıları da milli zülmə qarçı çıxış edirdilər.Bu istiqamətdə C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə və başqaları mühüm rol oynayırdılar.

Aparılan mübarizə, tökülən qanlar nəhayət 1918-ci ildə öz bəhrəsini verdi və Azərbaycan xalqı öz milli müstəqilliyini əldə etdi.

111

Page 112: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XII MÖVZU

Güney Azərbaycanda ictimai-iqtisadi vəziyyət və

milli demokratik hərəkat.

Plan

1. Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycanın iqtisadi və

siyasi vəziyyəti.

2. Şah zülmünə və imperalizmə qarşı çıxışlar. Səttarxan hərakatı.

3. İrticanın və imperalist dövlətlərinin azadlıq hərakatını boğması.

4. Türkiyədə milli-demokratik hərəkat. Gənc Türklər hərəkatı

Ədəbiyyat:

1. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917).Bakı, 2005, səh. 112-180.

2. Azərbaycan tarixi. Bakı, 1994, səh.622-636.

112

Page 113: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

3. Siyasi tarix. (mühazirə kursu), I hissə, Bakı,1995, səh. 107-171.

4. Həsənov N.Oynamış Təbriz və Səttarxan. Bakı, 1986,səh.35-51.

5. Belova N.K.Səttarxan 1905-1911-ci illər İran inqilabının qəhrəmanıdır.

(rus dilində), Moskva, 1983, səh. 28-41

6. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIX əsrin əvvələrində Azərbaycan rəsmi olaraq iki hissəyə parçalandı. Onun şimal torpaqları

Rusiyanın, cənub torpaqları isə İranın təsiri altına düşdü. Bu gün Cənubi Azərbaycan adlandırdığımız həmin

ərazidə etnik mənşəyi, dili, dini, adət-ənənələri vahid olan azərbaycanlılar yaşayır.

İrana birləşdirildikdən sonra Azərbaycan əyaləti ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub –

şərqdə Zəncan və Qəzvin mahalları da daxildi. Sonralar Azərbaycanın inzibati sərhədləri daralmış və 1906-cı

ildə qəbul olunmuş seçki Nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləm, Maku, Marağa, Binab,

Miyandob, Sovucbulaq, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara daxil edilmişdir.

Rəsmi İran statistikasına görə azərilərin sayı farslardan sonra ikinci yerdə dayanır və 36%-ni təşkil

edir. Azərbaycanın idarə olunmasına rəhbərlik rəsmən şahin oğlunun (vəliəhdin) ixtiyarında olmuşdur.

Əyalətin Mərkəzi Təbriz olmuşdur. Vilayət və mahallara şahzadələr rəhbərlik edirdilər. Onlar bu yerlərə gəlir

mənbəyi kimi baxır və xalqı soyurdular.

XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, əkinçilik

və maldarlıq idi. Eyni zamanda şəhər əhalisinin də bir hissəsi əkinçilik, bağçılıq və bostançılıq ilə məşğul

olurdu.

Cənubi Azərbaycan İranın “taxılçılıq və heyvandarlıq bazası” hesab edilirdi.Yerli və xarici tələbatı

ödəyən və xarici bazalar üçün mal ixrac edən sənətkarlıq sahələri də inkişaf edirdi. 20-ci illərə qədər orta

əsrlərə xas olan sex quruluşu qalmaqda davam edirdi. Lakin sonralar muzdul əməkdən istifadə və

manufakturaların yaranma prosesi gedirdi. Ümumilikdə göstərmək lazımdır ki, Cənubi Azərbaycanın iqtisadi

həyatında tənəzzül prosesi gedirdi.

Şimali Azərbaycan, Qafqaz və Rusiya ilə mədəni, iqtisadi əlaqələrin davam etməsi ilə bağlı Cənubi

Azərbaycan İranın ictimai-siyasi həyatında mühüm mövqe tuturdu. Göstərilən dövrdə Cənubi Azərbaycanın

iqtisadiyyatında, bütün İranda olduğu kimi durğunluq meyli davam edirdi. Bunun da əsas səbəbi İranın

Avropa dövlətləri ilə bağladığı qeyri-bərabər, aldadıcı müqavilələr nəticəsində ölkədə təslimçilik rejiminin

yaranması idi. İranın, eləcədə Cənubi Azərbaycanın təsərrüfatı müstəmləkə və asılı ölkələrə xas olan yerli

xüsusiyyətlər kəsb etdi. Ölkə və onun ən böyük əyaləti olan Cənubi Azərbaycan İngiltərə və Rusiyanın

sənaye mallarının satış bazarına, eyni zamanda bu ölkələrin sənayesini xammalla təchiz edən mənbəyə

113

Page 114: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

çevrilmişdi. Beləliklə də İran getdikcə daha yaxından dünya mal mübadiləsinə qoşulurdu. Ölkənin

ümumdünya bazarına cəlb olunması bəzi sənaye sahələrinin dağ-mədən sənayesi, emal sənayesi

sahələrinin yaranması və inkişafına səbəb oldu. Lakin bu , asılı ölkələrə xas olan birtərəfli inkişaf idi.

Cənubi Azərbaycanda coğrafi mühitinə görə çar Rusiyasının nüfuzu daha güclü idi. Burada kənd

təsərrüfatının inkişafı Rusiya bazarı ilə münasibətlərin səviyyəsindən asılı idi. Rusiya bazarında pambıq,

xammal, boyaq maddələri, yun, dəri və sair kimi məhsullara tələbatın artması həmin sahələrinin inkişafına

təkan verirdi.

XIX əsrin sonlarında Cənubi Azərbaycanda əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi. Xalça

istehsalı sənayenin kapitalist münasibətləri inkişaf etmiş ən başlıca sahəsi idi.

Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal edilən yun və ipək yaylıqlar , şal, yun, ipək,

pambıq parçalar və başqa toxuculuq məhsulları həm yerli əhalinin tələbatını ödəyir, həm də digər ölkələrə

ixrac olunurdu.

XX əsrin əvvələrində ayrı-ayrı sənət sahələri üzrə yaranmış müəssisələr üçün muzdlu əməkdən istifadə

artıq səciyyəvi hal almuş, bazarla əlaqə daha da genişlənmişdi.

İranda xarici kapitalın və feodal üsul-idarəsinin hökmranlığı Cənubi Azər-baycanda milli sənayenin

inkişafı üçün böyük manelər yaradırdı.

Kənd təsərrüfatının xarici ticarətlə əlaqəsi ona gətirib çıxarmışdı ki, bir çox tacir, sələmçi və varlı

məmurlar öz kapitallarını sənaye müəssisələrinin yaradılmasına deyil, torpaq almağa sərf edirdilər. Nəticədə

iri və orta ticarət burjiaziyası ilə feodal torpaq sahibliyi arasında güclü əlaqə yarandı. Torpaq sahibləri iri

şəhərlərdə yaşamaqla, kənddə böyük torpaq sahələri ələ keçirir və bu torpaqları öz iş adamları- kəndxuda,

mübaşir vasitəsilə idarə edirdilər. Kəndli isə həmin feodaldan paydarlıq icarəsi əsasında torpaq sahəsi

götürərək əkirdi. Icarə haqqı bəzi vaxtlarda məhsulun 70-85 faizini təşkil edirdi.

Kəndli icarə haqqından əlavə, mülkədara başqa növ vergilər verir, onun üçün feodal mükəlləfiyyəti

daşıyırdı. Kəndli eyni zamanda mübaşir, kəndxuda və başqa məmurların öz xeyrləri üçün təyin etdikləri

əlavə vergilər də verirdilər.

XX əsrin əvvəllirində Cənubi Azərbaycanda kəndlilərdən alınan vergilərin miqdarı xeyli artırıldı.

Nəticədə Azərbaycandan Rusiyanın içərilərinə doğru kəndlilərin kəsbkarlığa gedənlərin güclü axını

başlandı. Bakıda mövsümi işlərə gedənlərin sayı ildə 50-80 min nəfərə çatdı. 1903-cü ilin məlumatına görə

Bakıda Cənubi Azərbaycandan gəlmiş işçilərin sayı yerli işçilərin 22 faizə qədərini təşkil edirdi.

Azərbaycanda hakim dairələrin zülm siyasəti, qanunsuzluq, soyğunçuluq əhalinin müxtəlif təbəqələri

içərisində narazılığın artmasına, kütləvi həyəcan və çıxışların baş verməsinə səbəb oldu.

114

Page 115: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

30-cu illərin sonu 40-cı illərin əvvələrində Təbrizdə bir neçə dəfə həyacan və çıxışlar baş versə də

qəddarlıqla yatırılmışdı.

1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacirlər və səhər yoxsulları hakimə qarşı çıxmış və onu

şəhərdən qovmuşdular. 1848-ci ildə yenə Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş vermişdi.

1850-ci ildə Zəncanda babilər üsyanı baş verdi. Babizmin banisi Seyd Əli Məhəmməd olmuşdur. O,

özünü imam Mehdi ilə xalqın arsında vasitəçi elan etmiş və buna görə Bab (qapı) ləqəbini götürmüşdür.

Onun əsas ideyaları “Bəyan” kitabında öz əksini tapmışdı. Bab yeni yaradılacaq cəmiyyətdə bərabərlik,

ədalət, şəxsiyyətin toxunulmazlığı ideyalarını irəli sürürdü. Bununla o, öz fikirlərində tacir, sənətkar, və

kəndlilərin arzularını əks etdirirdi.

Məhz baş verən üsyanda iştirak edənlərin sayı 15 min nəfərdən çox idi. Bundan əlavə yaxınlıqdakı

kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər

onun çox hissəsini ələ keçirdilər. Şah hökuməti tərəfindən göndərilən qoşun hissələri iyunun əvvəllərində

Zəncanı mühasirəyə aldılar. Lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular.

Dekabr ayında 30 minlik şah qoşunu Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma

keçdilər. Üsyançıların çoxu həlak oldu. Üsyan başçısı Seyid Əli Mə-həmməd ağır yaralanaraq üç gündən

sonra vəfat etdi.

Beləliklə dekabrın sonunda sonuncu 100 babi öldürülərək üsyanı yatırmağa müvəffəq oldular. Babilər

üsyanı zamanı gələcəyin bir çox inqilabçıları yetişdi və onların bir çoxu ölkədə baş verən xalq çıxışlarında,

məşrutə inqilabında fəal iştirak etmişdi.

1891-ci ildə Təbrizdə şah rejiminə qarşı güclü narazılıq baş verir və hətta 20 minə qədər adam

silahlanaraq şaha etirazlarını göndərdilər. Nəsrəddin şah geri çəkilməyə məcbur olaraq İngilislərə verilmiş

imtiyazları ləğv etdi. 1901-ci ildə Tehranda gizli cəmiyyət və ya inqilabi komitələr, 1905-ci ildə yaranan

“Əncüməne – məxfi” əhalini xaricilərin və yerli feodalların özbaşınalığı əlehinə mübarizəyə çağırır və burjua

islahatları aparmaq tələblərini irəli sürürdülər.Göstərilən dövrdə Cənubi Azərbaycanda demokratik fikrin

yayılması, milli və siyasi şüurun xarici imperyalizmə və yerli feodalizmə qarşı xalq mübarizəsinin

güclənməsində böyük rol oynamışdır.

XX əsrin əvvələrində İran daxilində iqtisadi vəziyyətin ağırlaşması, hökumətin milli mənafeyə zidd

hərəkəti sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb oldu.

1905-ci il dekabrın 12 də 17 tacirin həbs edilməsi tacir və rühanilərin həyacanına səbəb oldu. Milli

burjaziya nümyəndələri, sənətkarlar və minlərlə adam hökumətə qarşı etiraz yığıncaqları təşkil

etdilər.Bununla da İranda məşrutə inqilabı (1905-1911 illər) başladı. İnqilabın ilk dövrlərində hərəkatın idarə

115

Page 116: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

edilməsində “ Əncüməne– məxfi”nin böyük rolu olmuşdur.Bu təşkilatların rəhbərlərindən biri Seyid

Cəmalləddinin sürgün edilməsi narazılığı daha da artırdı və inqilab komitəsi xalqı silahlı üsyana çağırdı.

1906-cı ilin yayında inqilabçılar şaha aşağıdakı tələbləri irəli sürdülər:

1.Məşrutə (konstitusiya) elan etmək;

2.Məclis(parlament) çağırmaq;

3.Sürgün edilmiş inqilabçıların geri çağrılması və s.

Şah hökuməti bu tələbləri qəbul etməyə məcbur oldu və avqustun 5-də Konstitusiya verilməsi

haqqında fərman imzaladı, lakin 1908-ci ildə Məhəmmədəli şah əksinqilabi çevriliş edərək Konstitusiyanı

ləğv edir.Bu xəbər Təbrizə çatdıqda şəhərin mübariz qüvvələri ümumi tətilə baçladılar. Sentyabrın 21-də

əhalinin xeyli hissəsi etiraza (bəst) başladılar.

1905-1911-ci illər inqilabi gedişində Cənubi Azərbaycanda İranın başqa rayonlarına nisbətən sosial

ziddiyyətlər,siyasi vəziyyət daha gərgin olmuşdu.Xalq ədalətli quruluş yaradılmasını tələb eirdi. Hərəkatın

əsas hərəkətverici qüvvələri sənətkarlar, fəhlələr, xırda alverçilər, tacirlər, kəndlilər və xırda ruhanilər idilər.

Artmaqda olan hərəkatın təzyiqi altında şah müəyyən güzəştlərə getsə də sonradan onu ləğv etdi.Bu

zaman inqilabi hərəkatda 1906-cı ildə əsası qoyulmuş sosial-demokratik partiyası mühüm rol oynayırdı.Bu

partiya Şimali Azərbaycanda fəaliyyət göstərən “Hümmət” və sosial-demokrat partiyasının Bakı komitəsi ilə

sıx əlaqə saxlayırdı. Hətta Cənubi Azərbaycan sosial-demokratları öz proqramlarını yerli şəraitə uyğun

olacaq PSDFP-nin Proqramını əsas götürmüşdülər.Təbrizdə “Gizli mərkəz” adlandırılan sosial-demokratların

başında Əli Müsyo dururdu.

1906-cı ildə Məclisə seçkilər keçirilməsi haqqında Əsasnamə imzalandı.Sentyabrın 20-də Təbriz

üsyançıları öz tələblərinə Şah sarayından müsbət cavab aldılar.Bu uğurlar xalqı daha da ruhlandırdı. Xalq

hərakat başçıları qarşısında mübarizənin davamı üçün zəruri olan bir siyasi mərkəzin yaradılması və bu

təşkilatın ətrafında birləşmək tələbini qoydular. Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi

Əncümənin əsasını qoydu və həmin təşkilat rəsmən “Azərbaycan əyalət Əncüməni”adlandırıldı.

1906-cı ilin noyabr-dekabr aylarında Azərbaycanın Urmiya, Xoy, Səlmas, Marağa, Ərdəbil, Zəncan və s.

şəhərlərində də vilayət əncümənləri yaradıldı. Lakin Şah hər vasitə ilə demokratik hərəkatın qarşısını almağa

və onları məhv etməyə çalışırdı.Bu məqsədlə Şah əksinqilabi irticaçı tədbirlər həyata keçirməyə

başaladı.Tehranda “Fetovvat”, Təbrizdə “İslamiyyə”adlı əksinqilabı irticaçı əncümənlər yaradıldı. 1908-ci ilin

aprel ayında Şah hükuməti əksinqilabi çevriliş həyata keçirməyə başladı.Əksinqilab bütün İranda hücuma

keçdi. Təbrizdə inqilabi hərəkat daha ciddi xarakter almışdı. Azərbaycan Əncüməni, sosial-demokrat təşkilatı

yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlanmağa başladılar. İnqilabın mərkəzi Tehrandan Təbrizə

keçdi.

116

Page 117: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1908-ci il iyunun 23-də Təbriz üsyanını boğmağa çalışan Şah qüvvələri Təbrizə daxil oldular,onun

şimal-şərq hissəsini tutdular.Əmirəxiz məhəlləsini Təbriz üsyanının görkəmli nümayəndəsi Səttar xanın

dəstəsi, şəhərin cənub-şərqində yerləşən Xiyaban məhəlləsini isə Bağır xanın başçılıq etdiyi hissələr müdafiə

edirdilər.

Təbrizin müqaviməti şah hökumətini olduqca narahat edirdi.Buna görə 1908-ci ilin avqustunda Şah

Təbrizə 40 minlik silahlı qüvvə göndərdi. Sentyabrın 25-dən Təbriz üzərinə iki günə qədər davam edən

hücum başlandı, lakin məğlub olaraq oktyabrın 12-də şəhəri tərk etməyə məcbur oldular.

Təbriz üsyançılarının qələbə xəbəri tezliklə ölkəyə, Qafqaza və Avropa ölkələrinə yayıldı. Bu yerlərdən

Səttar xanın adına təbrik teleqramları göndərildi.Səttarxan 11 ay davam edən vuruşlarda mahir sərkərdə

kimi inqilabın əsl rəhbərinə çevrildi. Xalq öz milli qəhramanını “Sərdar-e milli”,Bağır xanı isə “Salar-e

milli”adlandırırdı.

1909-cu ilin fevralına qədər cənubi Azərbaycanın bütün qərb vilayətləri inqilabçıların əlinə keçdi. Şərq

vilayətlərində də əksinqilaba qarşı etiraz hərəkatı güclənməyə başlandı. Məhəmmədəli şah hər vasitə ilə

inqilabı boğmağa çalışırdı.O, yenidən 40 mindən çox silahlı qüvvə toplayaraq Təbriz üzərinə yeni hücum

hazırlayırdı.1909-cu il yanvarın axırlarında Təbriz şəhəri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında

şəhər üzərinə əksinqilabın yeni hücumu başladı. Lakin bu hücumlar da inqilabçıların qələbəsi ilə nəticələndi.

Mühasirədə olan xalq aclıq və qıtlıqdan çox əziyyət çəkirdilər.Aprelin 14-də Marağa qubernatoru olmuç

Səməd xanın qoşunları Təbrizə hücum etdilər. Onlar da məğlub edildi.

Belə bir şəraitdə İngiltərə və Rusiya əksinqilaba kömək məqsədilə açıq müdaxiləyə başladılar. 1909-cu

ilin aprelində Çar Rusiyası guya öz təbəələrini müdafiə etmək məqsədilə Təbrizə daxil olur və aprelin 29-da

Təbriz üsyanı yatırılır.

Təbriz üsyanı və Azərbaycandakı demokratik hərəkat bütün İranda yenidən hərəkatın yüksəlişinə

təkan verdi. Rəşt və İsfahanda üsyanlar uğurla başa çatdı. Üsyançılar Tehran üzərinə yürüş edərək

Məhəmmədəli şahı hakimiyyətdən devirdilər (16 iyul 1909-cu il). Konstitusiya (məşrutə)yenidən bərpa

olunur.

Təbriz fədailərini tərk-silah etmək məqsəidlə Tehranın rəsmi dairləri tərəfindən Səttərxan və Bağırxan

Tehrana dəvət olunurlar. Aprelin 15-də (1910 cu il)onlar 100 nəfər fədai ilə Tehrana daxil olurlar.Tehran

fədailərindən də üsyançılara qoşulurlar

1910-cu il avqustun 7-də fədailər üzərinə 6000-lik şah qoşunu qəflətən xaincəsinə hücum

etdilər.Gecə saat 11-dək vuruşma oldu, lakin üsyançılar məğlub oldular.18 nəfər həlak oldu, 40 nəfər,o

cümlədən Səttərxan yaralandı.

117

Page 118: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Dekabrın 28-dən isə Təbriz fədailərinin müqaviməti qırıldı.Ələ keçən fədailər və Əncümən

rəhbərlərinə divan tutuldu.Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı.

Səttərxan və Bağırxan həbs olunsalar da Şah onlara divan tutmağa qorxdu. 1914-cü ildə Səttərxan,

1917-ci ildə Bağırxan vəfat etmişlər.

Cənubi Azərbaycanda inqilabi hərəkat 1917-ci il Rusiyada baş verən inqilabların təsiri altında

yenidən güclənməyə başladı.Bu hərəkatlara 1917-ci ilin avqustunda sərbəst fəaliyyətə başlayan İran

Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi rəhbərlik edirdi.Komitənin başında Azərbaycan xalqının

görkəmli oğlu Şeyx Məhəmməd Xiyabanı dururdu.(1880-1920).Partiyanın orqanı olan “Təcəddüd” qəzetində

Ş.M.Xiyabani kəskin siyasi ruhlu məqalələrlə çıxış edirdi.O, 1918-ci ildə Cənubi Azərbaycana soxulmuş

Osmanlı qoşununa qarşı müqavimət göstərmək üçün 500 nəfərlik silahlı dəstə də yaratmışdı.

1920-ci ilin əvvəllərindəTəbrizdə həm şah rejiminə, həm də İngilis müstəmləkəçilərinə qarşı

izdihamlı nümayiş keçirildi.Aprelin 7-də dinc nümayiş silahlı üsyana çevrildi.Üsyanın hərəkətverici qüvvələri

fəhlələr, şəhər yoxsulları, sənətkarlar və xırda tacirlər idilər.

Bu vaxt üsyana rıəhbərlik etmək üçün “İctimai heyət” yaradıldı. Üsyançılar Təbrizdə əsas dövlət

idarələrini ələ keçirdilər. Təbrizin ardınca Marağa, Xoy, Ərdəbil şəhərlərində də hakimiyyət üsyançıların

əlinə keçdi. Beləliklə Cənubi Azərbaycan “Azadistan”adlandırılmağa başlandı.1920-ci il iyunun 22-də S.M.

Xiyabaninin başçılığı ilə milli hökumət yaradıldı.Hökumət tezliklə iqtisadiyyat, maarif,səhiyyə və aqrar

sahədə islahatlar keçirməyə başladı.

Şah hökuməti üsyanı yatırmaq və azərbaycanlılara divan tutmaq məqsədilə İngilislərin köməyi ilə

üsyançıların imperialist üzərinə şiddətli hücuma keçdi. Hücum 1920-ci ilin sentyabrın 11-də başladı və

qoşun Təbrizə daxil oldu.10 günə qədər davam edən şiddətli küçə vuruşmaları nəticəsində üsyan

yatırıldı.Sentyabırın 14-də S.M. Xiyabani vəhşicəsinə öldürüldü.

Bundan sonra 1920-ci ilin mayında Kiçik xanım rəhbərliyi altında Gilan şəhərində inqilab baş

vermiş və “Gilan Sovet Respublikası ” elan olunmuşdur.

Lakin daxili siyasi qüvvələr arasındakı çəkişmələr nəticəsində bu Respublika uzun zaman fəaliyyət

göstərə bilmədi.1921-ci ilin sonlarında əksinqilabi qüvvələrin Gilana soxulması ilə bu Respublika

məğlubiyyətə uğramışdı.

Beləliklə XX əsrin əvvələrində Cənubi Azərbaycanda azadlıq uğrunda gedən mübarizələr Şah

hökuməti və ona kömək edən xarici imperalist qüvvələrin köməyilə qan içində boğuldu.1925-ci ildə

hakimiyyətə gələn Rza şah Pəhləvinin irticaçı qüvvələri Cənubi Azərbaycanın demokratik qüvvələri üzərinə

geniş hücuma keçməyə başladılar.

118

Page 119: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə də monarxaya sisteminə qarşı milli demokratik hərəkat

genişlənməyə başladı.Müxtəlif ölkələrə yayılmış olan Gənc Türk qruplarını bir mərkəz ətrafında birləşdirmək

və ortaq bir hərəkat yolu seçmək məqsədilə 1902-ci il fevralın 4 də Parisdə gizli bir yığıncaq keçirildi.

Yığıncaqda Sultan Əbdülhəmidin devrilməsi, bu çevrilişdə ordudan istifadə məsələsi qarşıya qoyuldu. Bu

fikrin tərəftarı Prins Səbahəddin olmuşdur:

1907-ci ilin dekabrında Parisdə Gənc Türklərin ikinci Konqresi keçirildi. Konqres pozitivist Əhməd

Rzanın təklifini qəbul edərək Sultan Səltənətinin və Xəlifəliyin saxlanması haqqında qərar qəbul etdi. 1908-ci

ildə Türkiyədə müxalifətçi hərəkat daha da genişlənməyə başlayır. Makedoniyada üçüncü Ordu

birləşmələrində mübariz ruh daha güclü idi.Bu ordunun gənc zabitlərindən Ənvər bəy və Rəsnəli Niyazi

özləri ilə silah götürərək dağlara qalxdılar. Fədailər Monastr dağına çığmağa başladılar.

Beləliklə üsyan başlayır. Üsyan tezliklə Ədirnədəki hərbi hissələrə də yayılmağa başlayır.

Üsyana Əlibəy Hüseynzadənin yaratdığı “İddihad və tərəqqi”partiyasının mər-kəzi komtəsi

rəhbərlik edirdi.Bu partiya konstitusiyanın yenidən elanı üçün hərəkatın başlandığını bütün Avropaya bəyan

etdi.

Sultan Əbdülhəmid hərəkatın rəhbərlərini əla almağa çalışsa da,buna nail ola bilmədi: Saloniki və

Monastrdakı ordular Sultana qarşı açıq cəbhə təşkil etdilər.1908-ci il iyulun 20 –də Monastrın müsəlman

əhalisi üsyana qalxaraq hərbi cəbhəxananı ələ keçirdilər.Bunun ardınca Kosovada da belə hərəkat baş

verdi.İyulun 23 –də Sultan Konstitusiyalı Monarxiya haqqında fərman verməyə məcbur oldu.

“İttihad və tərəqqi ”partiyası getdikcə güclənərək dövləti idarə etmək vəzifəsi ilə üz-üzə

dayandı.1908-ci il seçkilərində iştirak edərək Parlamentdə bir neçə yer əldə etdi.1908-ci ildə yaranmış

“Əhrar”partiyası da məclisdə bir yer əldə edir.

1909-cu ildə siyasi hadisələr daha da kəskinləşdi. Bosniya-Hersoqvinanın, Bolqarıstanın, Krit adasının

itirilməsi gərginliyi daha da artırdı. Aprelin 13 də əsgəri birləşmələr məclis binası önünə toplaşaraq Baş

nazirin və Məclis sədrinin istefasını tələb etdilər və buna nail oldular.Aprelin 23-də Şövkət paşnın başçılığı

altında qoşun hissələri İstanbula girərək Sultan II Əbdülhəmidi taxtdan salmış və onun yerinə Mehmet

Rəşadi gətirmişlər.

1909-1911-ci illərdə “İttihad və Tərəqqi ” yavaş- yavaş ölkədə hakim siyasi partiyaya çevrilir. Bir sıra

partiyaların fəaliyyəti isə qadağan edildi.

1912-ci ildə hakimiyyətə” Xilaskar Zabitan ” qurupunun təzyiqi ilə Qazi Əhməd Muxtar Paşa gəldi.

Lakin elə həmin ildə Balkan müharibəsinin başlanması ilə bu hökumətin vəziyyəti olduqca ağırlaşdı. 1913-cu

ildə hakimiyyət “İttihad və Tərəqqi”partiyasının üzvlərindən Tələt, Ənvər və Camal Paşanın əlinə keçdi.

Beləliklə 1918-ci ilə qədər ölkənin taleyinə tamamilə hakim olan Gənc türklərin hakimiyyəti bərqərar oldu.

119

Page 120: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Gənc Türklər parlamentli bir rejim yaratmaqla qərb dövlətlərinin köməyi ilə dövlət daxilində olan

çətinlikləri asanlıqla aradan qaldıracaqlarına inanırdılar.Ancaq hadisələr heç də onların düşündükləri kimi

olmadı.

1911-ci ilin sentyabrında İtaliya ilə müharibə başladı.Rusiya ilə saziş bağlayan İtaliya Egey dənizində

12 adanı və Trablisi ələ keçirdi. Rusiyanın da Balkanlarda öz siyasəti var idi.Rusiya buradakı Slavyan

dövlətlərini birləşdirərək Avropadakı Osmanlı torpaqlarını bunların arasında paylamaq, Bosfor və Dardanel

boğazlarına yiyələnmək istəyirdi.

Rusların yeritdiyi siyasət nəticəsində Bolqar –Serb müqaviləsi bağlandı və bu müqaviləyə Yunanlar

da qoşuldular.Çernoqoriyanın da bu müqaviləyə qoşulması ilə Osmanlı dövlətinə qarşı Balkan dövlətlərinin

ittifaqı yaradıldı. Oktyabr ayında Çernoqoriya, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı

müharibəyə başladılar.Ordu daxilində gedən ziddiyətlər nəticəsində zəifləyən Türk ordusu bir neçə cəbhədə

məğlub oldular.

1913-cü il mayın 30 da müqavilə imzalanır.Bu müqavilə ilə Osmanlı dövləti Egey adalarının taleyini

və Albaniyanın sərhədlərinin müəyyən edilməsi taleyini böyük dövlətlərin ixtiyarına verirdi. Beləliklə 1913

cü ildə Avropa Türkiyəsinin çox böyük qismi itirilmiş olur.

Gənc Türklərin hakimiyyəti dövründə Türkiyənin siyasi cəhətddən zəifləməsinə və bir sıra torpaqların

itirilməsinə baxmayaraq, ölkə daxilində iqtisadi və mədəni həyatda bir çox uğurlar əldə edildi. Gənc Türklər

ölkə daxilində bir sıra islahatlar həyata keçirdilər. İqtisadi baxımdan Gənc Türklərin ən böyük addımı 1914-

cü ildə iş yerlərinin milliləşdirilməsi oldu.

1914-cü il iyulun 10- dan etbarən bütün şirkət və idarələrdə yazışmalar türk dilində aparılmağa

bağlandı. İqtisadi- təhsil sisteminə böyük üstünlük verilirdi. İqtisadi təhsil almaq üçün Almaniyaya

tələbələr göndərildi. Magistr və texniki işçilər hazırlayan kurslar açıldı.

1917-ci ilin martında Osmanlı Milli Bankı yaradıldı.1915-ci ildən “Sənaye qanunu” yenidən ffəaliyyətə

başladı. Həmin qanuna əsasən fabrik və zavodlarda türk vətəndaşları işləməli idilər.

1917-ci ildə “Ziraət Xidmət Qanunu” qəbul edildi. Qanuna görə əsgərlikdən azad olmuş bütün

vətəndaşlara kənd təsərrüfatı işlərində xidmətçi kimi istifadə etmək hüququ verildi.

Qadın hüquqlarının qorunması sahəsində bir sıra işlər görüldü. İlk dəfə qadın Universiteti 1917-ci

ildən fəaliyyətə başladı. Orduda gəncləşdirmə siyasəti həyata keçirilərək , Almaniyanın köməyi nəticəsində

silah və təchizat cəhətdən yenidən quruldu. Həmin ordu I Dünya müharibəsində İngilis və Ruslara qarşı

uğurla vuruşmuşdu.

Gənc Türklərin hakimiyyəti illərundə milli kitabxana, arxiv, musiqi və coğrafiya institutları kimi

mədəniyyət və elm qurumları yaradıldı.

120

Page 121: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Umumiyyətlə Gənc Türklərin hakimiyyəti dövründə (1908-1918-ci illər) Osmanlı düvlətinin tarixində

çox mühüm dəyişikliklər olmuşdur.

XIII MÖVZU

AzərbaycanI Dünya müharibəsi dövründə

(1914-1918-ci illər)

PLAN

1.İmperialist müharibəsinin başlanması və Azərbaycan.

2.Müharibənin iqtisadiyyata təsiri. Zəhmətkeşlərin inqilabi çıxışları.

3.Fevral burjua- demokratik inqilabının qələbəsi, Azərbaycanda siyasi

vəziyyət. 1918-ci il mart soyqırımı.

ƏDƏBIYYAT

1. Azərbaycan tarixi. VII cilddə, V cild, Bakı, 2003, səh.162-191.

2. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı,2004,səh.71-74.

3. Siyasi tarix (mühazirə kursu). I hissə, Bakı, 1995, səh. 154-166.

4. Əliyev H.Ə.Azərbaycanlıların soyqırımı haqqında .28 mart, 1998-ci il

fərmanı.

121

Page 122: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

5. Hacıyev H. İstiqlalın əzablı yolu. Bakı, 1991.

6. Musayev İ.Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət. (1917-1920-ci

illər), Bakı,1992.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

1914-cü ilin iyununda bəşəriyyət tarixində o vaxta qədər misli görünməmiş müharibə I Dünya

müharibəsi başladı.

Müharibənin başlamasının əsas səbəbkarları Almaniya, İngiltərə, Fransa, Avstriya –Macarıstan və

Rusiya idi. Lakin Dünyanı yenidən bölüşdürüb paylmağa can atan Almaniya müharibənin əsas səbəbkarı

oldu.

Müharibə Avstriya –Macarıstanın Serbiyaya hücumu ilə başladı. Serbiya ilə müqaviləsi olan Rusiya iyunun 19-da ümumi səfərbərlik keçirdi. Buna cavab olaraq Almaniya Rusiyaya müharibə elan etdi. Rusiyanın Antanta üzrə müttəfiqləri Fransa və İngiltərə Almaniyaya qarşı çıxdı. Müharibə tezliklə 38 ölkəni əhatə edərək Dünya müharibəsinə çevrildi.

Qafqaz, ilk növbədə isə neft Azərbaycanı da Almaniyanın işğal planlarına daxil idi.Alman məmuru Rudolf Martin 1907-ci ildə nəşr etdirdiyi”Berlin –Bağdad” adlı kitabında almanların hakimiyyəti altında Bakı və bütün Qafqazı əhatə edəcək “Tiflis canişinliyi” yaradılması planını irəli sürmüşdü.

Müharibə ərəfəsində Almaniyadan Cənubi Qafqaza çoxlu kəşfiyyatçılar qrupu göndərilmişdi. Bu casuslar Almaniyanı Qafqazın və burada yaşayan xalqların müdafiəçisi kimi təqdim edirdilər.

Almaniyaya Cənubi Azərbaycanda da öz təsirini möhkəmləndirmək üçün, bu bölgənin strateji əhəmiyyətini nəzərə alıb, nüfuzlu yerli dairələrlə sıx əlaqələr qurmağa çalışır və Rusiyanın buradakı mövqeyini zəiflətməyə çalışırdılar.

Bu planların həyata keçirilməsində Almaniyanın hərbi müttəfiqi olmuş Türkiyəyə mühüm yer verilirdi. Müharibə ərəfəsində Almaniyanın nüfuzu Türkiyədə xeyli gücləndi. Hətta 1914-cü ilin əvvələrində alman genralı Sanders Türkiyə silahlı qüvvələrinə başçılıq etməyə başladı. Almaniya Qafqazı ələ keçirmək üçün Rusiyaya qarşı Türkiyədən istifadə etməyə çalışırdı. Özünün mənafeyi ilə bağlı planları olan Türkiyə müharibəyə qoşularaq ona cihad elan etdi və bütün dünya müsəlmanlarını köməyə çağırdı. Qafqaz, Orta Asiya, Krım və Volqaboyunun istilası Turan imperiyasının yaradılması üçün əsas idi.

Türkiyə Rusiya ilə müharibədə Qafqazdakı müsəlman xalqlarının köməyinə ümid bəsləyirdi. Lakin Türkiyə hökuməti Azərbaycanın müstəqilliyinə dair heç bir vəd vermir, onun gələcək Turan imperiyasının tərkibinə qatılmasını planlaşdırırdı.

122

Page 123: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Türklərin bilavasitə vəzifəsi Qars və Sarıqamış istiqamətində rus qoşunlarını məğlub edərək Cənubi Qafqazı istila etmək idi. Lakin Sarıqamış istiqamətində türk qoşunları məğlub oldular. Türk qoşunları eyni zamanda Cənubi Azərbaycan ərazisinə girərək 1915- ci il yanvarın 1-də Təbrizi və Urmiyanı ələ keçirdilər. Lakin yanvarın sonunda rus qoşunları Türkiyəni bu yerlərdən çıxara bildi.

I Dünya müharibəsinin başlanması Azərbaycan cəmiyyətinin müxtəlif təbə-qələrində ziddiyətli əks-sədaya səbəb oldu. Cəmiyyətin yuxarı sosial təbəqələri burjuaziya, mülkədarlar və liberal ziyalılar Rusiyanı müdafiə edirdilər. Eyni za-manda Dövlət Dumasının müsəlman fraksiyası da çar hökumətini müdafiə edir, bütün müsəlmanları “Rusiyanın şöhrəti və bütövlüyünün” qorunmasına çağırırdı.

Mütərəqqi Azərbaycan ziyalıları müharibə nəticəsində xalq üçün geniş azadlıqlar əldə ediləcəyinə ümid bəsləyirdilər. F.X.Xoyski bu münasibətlə deyirdi: “Bu müharibənin qalibi, kim olursa olsun, bu müharibədən çoxlu yaralarla və zəifləmiş şəkildə çıxacaq. Zəifləmiş və yaralanmamış bizlər isə xahiş yox, tələb edə biləcəyik. Müstəqillik, bax bizim üçün lazım olan budur, özü də böyük dövlətlər müharibədən sonra nə qədər zəif olsalar, bizim üçün azadlıq o qədər yaxşı olacaq. Bu azadlıq bizim qüvvəmizdən, bizim neftimizdən doğacaq.Çünki biz dünyaya daha çox lazımıq, nəinki dünya bizə”

M.Ə.Rəsulzadə də göstərirdi ki bu müharibə əzilən ölkələrin müstəqilliyini möhkəmləndirərək sülhlə bitəcək.

1914-1915-ci ilərdə türk inisarları, habelə azərbaycanlı mühacirlər antirus təbliğatı gücləndirsələr də, bütünlükdə Azərbaycan cəmiyyəti Rusiyanın qələbəsini dəstəkləyirdilər.

Milyonçulardan H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, H.Hacinski və başqaları bu müharibəyə çoxlu miqdarda ianələr verirdilər. Yerli burjuaziyanın təşəbbüsü ilə Bakı və digər şəhərlərdə əhalidən ianə toplayır və xeyriyyəçilik işləri davam etdirilirdi.

Çar hökuməti müsəlmanları orduya çağırmasa da, bir çox azərbaycanlılar könüllü surətdə hərbi xidmətə gedirdilər. Müharibədə 200 nəfərdən çox azərbaycanlı zabit vuruşmuşdu. Məşhur generallar S.Mehmandarov, Ə.Şıxlinski, Hüseynxan Naxçıvanski: bu müharibədə böyük şucaət göstərmişdilər. H.Naxçıvanskinin rəhbərlik etdiyi “Vəhşi Diviziya “ ən iri müsəlman hərbi diviziyası idi. Şuşada təşkil olunmuş “Tatar süvari alatyı” bu diviziyanın tərkib hissəsi idi. Bu diviziyanın seçmə süvari alayları bütünlükdə azərbaycanlı və Dağıstanlı könüllülərindən ibarət idi.

1914-cü il Lodz əməliyyatında 21-ci niyada diviziyasının komandiri S.Mehmandarov xüsusuilə fərqlənirdi.O, rus qüvvələrini mühasirəyə almağa çalışan alman general Markezinin hərbi planlarını pozmuş və onlara güclü zərbə vurmuşdu. S.Mehmandarov müharibənin sonuna yaxın korpuslar qrupuna komandirlik etmişdi.

“Artilleriyanın allahı” adlandırılmış general-leytenant Ə.Şıxlinski rus ordusunda artilleriya işinin ən mahir ustası sayılırdı. Müharibənin ilk günlərindən Peterburqun artilleriya müdafiəsi ona tapşırılmışdı.1915-ci ildə Ə.Şıxlınski Ali Baş Komandanlıq qərərgahında işləmiş, sonra Qərb cəbhəsinin artilleriya rəisi, müharibənin sonuna yaxın isə 10-cu ordunun komandanı vəzifəsini tutmuşdu.

Bir çox Azərbaycanlı zabitlər –polkovnik Talıb Vəkilov, rotmistr Teymur Novruzov, kapitan Tərlan Əliyarbəyov və başqaları döyüşlərdə göstərdikləri igidliklərə görə yüksək mükafat olan “Georgi xaçı” ilə təltif edilmişdilər.

123

Page 124: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

İlk azərbaycanlı hərbi təyyarəçi poruçik Fərrux Qayıbov rus aviasiya qrupunun tərkibində Vilnodakı alman hərbi obyektlərinə hücumda iştirak etmişdi.Bir saat ərzində o, düşmənin 4 təyyarəsi ilə vuruşmuş, onlardan üçüncü vurub salmış, lakin özü də vurularaq qəhrəmancasına həlak olmuşdur.

Müharibə dövründə Azərbaycanda fəaliyyət göstərərək partiya və siyasi təşkilatların da müharibəyə münasibətləri fərqlənirdi.

Bakıda fəaliyyət göstərən “Daşnaksütun”, “Qnçak” erməni partiyaları guya kı, ermənilərin həyatında yeni səhifə açmalı olan bu müharibədə erməni xalqının iştirakına tərəfdar çıxaraq onları mübarizəyə səsləyirdilər.

Bakı menşeviklərinin mövqeyi xeyli ziddiyətli idi. Onlar müharibənin ilk günlərində vərəqələr çap edərək müharibəni pisləyirdilər. Eserlər də müharibəyə müxtəlif mövqelərdən yanaşırdılar.

Bu müharibədə yalnız bolşeviklər partiyası öz hökuməti əlehinə çıxaraq imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək taktikasını irəli sürürdülər. Bolşeviklərin müharibə əlehinə fəaliyyəti zəhmətkeş kütlələr arasında narazılığı daha da artırırdı. Bu da Bakı və digər şəhərlərdə bir sıra tətillərin baş verməsinə səbəb oldu.

-Müharibə ölkənin iqtisadiyyatına güclü dağıdıcı təsir göstərmişdi. Cəbhəyanı bölgəyə çevrilmiş Azərbaycan sənayesi digər arxa rayonlara nisbətən müharibənin dağıdıcı təsirinə daha çox məruz qalmışdı. Müharibə əmtəə dövriyyəsinin, nəqliyyatın işini pozmuş, xammal və avadanlıq idxalını məhdudlaşdırılmışdı.

Azərbaycan neft sənayesi müharibə illərində ciddi çətinliklərlə üzləşdi. Kəskin neft böhranı yaranmış oldu. Texniki vasitələrin çatışmazlığı, xaricdən neft ava-danlıqlarının alınmaması qazma işlərinin azalmasına, emal olunan məhsulların kəskin azalmasına səbəb oldu.

Məsələn müharibə illərində Bakı emal zavodlarında yüksək keyfiyyətli neft məhsulları 38,2 faizdən 23 faizə endi.

Ümumi təsərrüfat dağınıqlığı Azərbaycan iqtisadiyyatının digər sahələrində də dağ-mədən, ipəkçilikdə də özünü göstərdi. Gədəbəydə mis filizinin çıxarılması, əridilməsi sahəsində xeyli geriləmə özünü göstərdi.Tovuzdakı sement zavodu tamamilə bərbad hala düşmüşdü. Nuxa və Şuşanın ipəksarıma fabriklərinin yarıdan çoxu barama çatışmazlığı üzündən işləmirdi. Pambıq –parça istehsalı xeyli azalmışdı. Balıqçılıq sənayesi tənəzzülə uğramışdı.

Müharibə illərində Azərbaycan kənd təsərrüfatı da ciddi böhran keçirdi. Dənli və texniki bitkilər əkini kəskin surətdə azalmışdı. Bakı və Yelizavetpol quberniyasında taxıl əkini sahəsi 42 faizə qədər azalmışdı.

Təsərrüfat dağınıqlığı pambıqçılıqda hakim idi. Yenə yuxarıda göstərilən quberniyalarda pambıq istehsalı 3 dəfəyə qədər azalmışdı.

Müharibə Azərbaycanın iqtisadi həyatında mühüm yer tutan üzümçülüyü də bərbad hala salmışdı.Azərbaycanda üzüm yığımı 1913-cü ildə 5000 puddan çox olduğu halda, 1915-ci ildə 800 pud təşkil edərək 7 dəfə azalmışdı. Şərabçılıq və meyvəçilik təsərrüfatı da ciddi böhran keçirirdi.

Heyvandarlıq da ağır vəziyyətdə idi. Mal-qaranın sayı kəskin surətdə azalmışdı.Mal-qaranın, xüsusən də at, camış və öküzlərin hərbi məqsədlər üçün yığılması ilə əlaqədar olaraq, müharibənin birinci iki ilində iş heyvanlarının sayı təxminən 50 faiz azalmışdı.

124

Page 125: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Cəbhəyə və xüsusən də arxa işlərinə səfərbərliklər kənd təsərrüfatını işçi qüvvəsindən xeyli dərəcədə məhrum edirdi. 1915-ci iliyunun 15-də verilən çar fərmanına görə azərbaycan kəndinin kişi əhalisinin 30 faizi arxa cəbhə işlərinə cəlb edilmişdi.

Güclənməkdə olan təsərrüfat dağınıqlığının ən mühüm səbəblərindən biri nəqliyyatın böhran vəziyyətinə düşməsi idi. Qafqazı Avropa Rusiyası ilə bağlayan ən başlıca yol Vladiqafqaz dəmir yolu xətti idi. Lakin həmin dəmir yolu xətti texniki təhcizatın zəif olması üzündən Avropa ölkələrində olan dəmir yol xətlərində olduqca geri qalırdı. Qafqaz dəmir yolu bir xətli idi ki, bu da onun yükdaşıma qabiliyyətini xeyli məhdudlaşdırırdı.

Dəniz nəqliyyatında vəziyyət nisbətən yaxşı idi. Müharibə illərində teploxodlar, nefti boruları və digər gəmirlərin sayı nisbətən artmışdı.

Nəqliyyat və təsərrüfat dağınıqlığı Azərbaycanda ərzaq təminatını xeyli kəskinləşdirmişdi. Ərzaq böhranı, qaçqınlar axını və şəhərdə iri hərbi birləşmələrinin məskunlaşması üzündən daha da kəskinləşdi. Məsələn, Bakıya 1916-cı ildə lazım olan 750-min pud əvəzinə cəmi 321-min pud buğda və un gətirilmişdi. Müharibənin ilk günlərindən ərzaq məhsullarının qiymətləri hədsiz dərəcədə sürətlə artırdı. Çörəyin qiyməti 3 dəfədən çox artmışdı.

Ərzaq çatışmazlığı Azərbaycanın qəzalarında qeyri adi dərəcədə dərinləşmişdi.Taxıl,ət, qənd, və digər ərzaq məhsulları kəskin şəkildə bahalaşdı.Qəzalarda çörək 7-8 dəfə bahalaşmışdı.

Müharibə əməklə kapital arasındakı ziddiyətləri daha da kəskinləşdirdi, zəhmətkeş kütlələrinin vəziyyətini daha da ağırlaşdırdı.Neft sənayesi fəhlələrinin həyat və iş şəraiti son dərəcədə çətinləşmişdi.Mədənlərdə iş günü 12-14 saatadək yüksəlmişdi.

Müharibə zəhmətkeş kəndlilərinin yoxsullaşması və müflisləşməsinə gətirib çıxardı.Kənddə sosial təbəqələşmə prosesi daha da sürətləndi.

Zəhmətkeşlərin iqtisadi və siyasi vəziyyətlərinin kəskin surətdə pisləşməsi, onların tətil mübarizələrinin başlanmasına gətirib çıxardı.

1915-ci ilin yayından Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək təkcə neft sənayesi işçilərinin iştirak etdikləri tətil hərəkatına digər sənaye müəssələri fəhlələri də qoşuldular.1916-cı ıil fevralın 14-16-da şəhərdə iri həyəcanlar baş verdi. Əksəriyyəti qadınlardan ibarət olan çox saylı kütlə alverçilərin üzərinə hücum edərək bazarları,mağazaları ərzaq ambarını dağıtmağa başladılar. Bu həyacanlarda şagirdlər də iştirak edirdilər. Hökumət bu həyəcanıları yatırmaq üşün Gəncə və başqa şəhərlərdən Bakıtya iri hərbi qüvvələr gətirdi.

1916-cı ildə Bakıda tətillərin sayı xeyli artaraq 94 aksiyaya çatmış, onlarda 13 min nəfərdən çox adam iştirak edtmişdi. Bu tətillərin təsiri ilə kapitalistlər fəhlələrə müəyyən güzəştlərə getsələr də lakin polis və ordunun köməyi ilə bu aksiyalara divan tutmağa çalışırdılar.

Fəhlə sinfinin kapitalistlərə qarşı mübarizəsi əyalətlərdə də artırdı. Şəki ipək sarıma fabriklərinin fəhlələri, Gəncə mahlıc istehsalı fəhlələrinin geniş həyacanları baş vermişdi.

Müharbə illərində iqtisadi böhranın dərinləşməsi, zəhmətkeşlərin vəziyyətinin kəskin surətdə ağırlaşması və Azərbaycan kəndində sosial zidiyyətlərin kəskinləşməsi kəndli həyacanının yüksəlişinə səbəb oldu. 1914-1917-ci illərdə qəzaların əksəriyyətini kəndli hərəkatı bürümüşdü. Kəndlilər lik növbədə kəskin ehtiyac duyduqları torpaq uğrunda mübarizə aparırdılar. Dövlət və mülkədar torpaqlarının tutulması mübarizənin ən geniş yayılmış formalarından biri idi.

125

Page 126: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Müharibə illərində ən iri kəndli həyacanları Yelizavetpol quberniyaslnda və Bakı quberniyasının Lənkəran və Quba qəzalarında baş verdi. Bu həyacanlar kəndlilər və hökümət nümayəndələri-mülkədar, qolçomaq dəstələri arasında silahlı toqquşmalarla müşahidə olunrdu.

Bu dövrdə qaçaqların –silahlı kəndli dəstələrinin çıxışları xüsusilə kəskin xaraker alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi.Onlar amansız istismara,hər cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, Çar mütələqiyyətinin vergi siyasətinə qarşı çıxırdılar. Müharibə illərində xalq intiqamçılarının- qaçaqların 40 dək dəstəsi fəaliyyət göstərirdi.Qaçaq hərəkatının ən görkəmli başçılarından biri Qaçaq Süleyman Ağahüseyn oğlu idi.O,öz dəstəsi ilə Zəngəzur və Qarabağ bölgələrində çar üsul idarəsinə, yerli bəylərə qarşı 15 ildən çox partizan mübarizəsi aparmışdı. Onun dəstəsində 200-dən çox qaçaq var idi.

Cəbhədəki ağır vəziyyətə baxmayaraq çar hökuməti kəndli hərəkatına qarşı bir sıra tədbirlər həyata keçirirdi. Hərəkatının ən çox geniş yayıldığı Bakı,Yelzavetpol quberniyalarında hərbi vəziyyət rejimi tətbiq edildi. Lakin iqtisadi və siyasi böhran gettikcə dərinləşir və günü gündən fəhlə və kəndli hərəkatı dahada genişlənirdi. Çar hökuməti bu inqilabi çıxışların qarşısında aciz idi.

_ 1917-ci il fevralın 28-də Petroqradda baş verən burjua demokratik inqilabı nəticəsində 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu. Mütləqiyyət devrildi.

M.Ə.Rəsulzadə o günlərdə yazırdı:” Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə nəhayət ki, çatdılar.Əli qanlı jandarm, bütün xalqların düşməni olan istibdad yıxılmışdı”.

Martın 3-də hakimiyyət Cənubi Qafqazda xüsusi Zaqafqaziya Komitəsinə verildi.Lakin yeni hakimiyyətin təşkilində müxtəlif siyasi partiyalar müxtəlif mö-vqelərdə dayanırdılar.

1917-ci il Oktyabr çevrilişindən (Petroqıradda) sonra Cənubi Qafqazda siyasi vəziyyət yenidən kəskinləşdi.

1917-ci il noyabrın 15-də müsavatçı, menşevik , eser və daşnaklardan ibarət Zaqafqaziya Komissarlığı təşkil edirdi.Onun tərkibinə M.Cəfərov, M.Aslanov, X.Xasməmmədov və F.X. Xoyski daxil oldular. Bu təşkilat zəif və az səmərəli bir orqan idi. Onun öz ordusu yox idi, öz dekretlərini həyata keçirməkdə aciz idi. Bakıda isə siyasi vəziyyət tamamilə başqa cürə idi. Beləliklə şəhərdə hakimiyyət demək olar ki, sovetlərin əlində idi. Eyni zamanda Bakı Duması da hakimiyyət orqanı kimi fəaliyyət göstərirdi və o, Bakı Sovetini tanımaqdan imtina etdi. Dumaya tanınmış hüquqşünas F.X.Xoyski rəhbərlik edirdi və bu təşkilat Bakı ictimaiyyətinin müəyyən hissəsini təşkil edirdi.

Bu dövrdə siyasi nüfuzu daha da artan “Müsavat” partiyasının fəaliyəti daha da gücləndi.1917-ci il oktyabrın 25- də partiyanın I qurultayı keçirildi, onun proqramı qəbul edildi. I qurultay partiyanın sonrakı siyasi mübarizəsinin və Azərbaycana milli muxtariyyat verilməsinin taktika və strategiyasını müəyyən etdi. “Musavat” gücləndikcə onunla bolşeviklər arasında münasibət daha da dərinləşirdi. Çünki bolşeviklər və onların orqanı olan Bakı soveti ermənipərəst siyasət yürüdürdülər.

Bu vaxt Zaqafqaziyada siyasi vəziyyət daha da mürəkkəbləşdi. Fəaliyyət göstərdiyi dövrdə Zaqafkom xalqa heç nə verə bilmədi.Torpaq məsələsi həll edilməmiş qaldı.Torpaqlar kəndli komitələrinə verildi və kəndli torpağı həmin komitələrdən icarəyə götürməli idi. Zaqafkomun həyata keçirdiyi bu torpaq siyasəti kəndlilərin narazılıqılarının artmasına səbəb oldu. Azərbaycanın bir çox qəzalarını kəndli həyəcanları bürümüş oldu. Bu həyəcanları yatırmaq üçün Zaqafkom bütün zorakı tədbirlərə əl atdı.

Zaqafkomun xəyənətkar siyasətindən xalq kütlələrinin qəzəblənməsinin artmaqda olduğunu görən millətəçi partiyalar 1918-ci il fevralın 23 –də Zaqafqaziya Seymini çağırdılar.Seymdə Gürcüstan sosial-

126

Page 127: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

demokratlarından (Menşeviklər) 32 nəfər, Azərbaycan müsavatçıları 30 nəfər, erməni daşnaqlarından 27 nəfər deputat iştirak edirdi. Digər partiya və bloklardan isə 14 deputat təmsil olunmiuşdular. Ümumiyyətlə Seymdə müsəlman fraksiyasının sayı 44 nəfər deputatdan ibarət idi.

Zaqafqaziya Seymi Geqekçori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Bu hökumətdə 13 nazir portfelinin 5 – i azərbaycanlılara məxsus idi.

Zaqafqaziya Seymi hökumətin əsas vəzifələrini müəyyən etdi.

1.Konstitusiya layihəsini hazırlamaq;

2.Respublikalar arasında sərhədlərin müəyyən edilməsi;

3.Müharibə vəziyyətinə son qoymaq ;

4.Torpaq isalhatı keçirmək.

Musavat partiyası adından M,Ə.Rəsulzadə hökumətin verdiyi təkliflərə aşağıdakıları əlavə etməyi irəli sürdü:1). Dağıstanın Cənubi Qafqaza birləşdiril-məsi.2).Bakının xaricilərdən( Bolşevilklərdən) azad edilməsi.

1918-ci il martın 31 də Zaqafqazaiya Seymi və Komisarlığının birgə iclasında qərara alındı ki, sülh bağlamağa ixtiyarı var və Türkiyə ilə sülh müqaviləsi 1914 cü il sərhədlərinə əsaslanmalıdır Nümayəndə heyəti həm də çalışacaqdır ki,Şərqi Anadolu öz müqəddəratını təyin etməli və Türkiyə hüdudlarında Ermənistanın muxtariyyatını təmin etsinlər.

Cənubi Qafqazda milli azadlıq hərəkatının daha da gücləndiyi bir şəraitdə Azərbaycnda geniş xalq kütlələrinin Aərbycana muxtariyyət verilməsi tələbini qətiyyətlə irəli sürdülər. Cənubi Qafqaz xalqlarının gələcəkdə milli respublikalar yaratmaq cəhdlərinə Bakı Soveti və onun rəhbəri S.Şaumyan maneçilik törətməyə çalışır,bunu O, “millətcilərin öz müqəddəratını təyin etməsi”kimi qələmə verirdi.

O, Cənubi Qafqazı üç vilayətə parçalamağı zəruri sayırdı:

1.Qərbi Zaqafqaziya: Bura Kutaisi, Batumi quberniyaları və Tiflis quberniyasının bir hissəsi aid edilirdi;

2.Şərqi Zaqafqaziy: Bura İrəvan quberniyası, Tiflis quberniyasının bir hissəsi, Qars və Yelizavetpol quberniyası;

3.Bakı vilayəti,Yelizavetpol quberniyasının bir hissəsi, Dağıstan vilayəti.

Göründüyü kimi onun bölgüsü Ermənistan və erməni millətçilərinə xidmət edirdi.Hətta Rusiyanın hökuməıt başçısı V.İ.Lenin Şaumyanı tənqid edərək göstərir ki, Şaumyan “Erməni millətçilərinin əlaltısına çevrilmişdir”.

1918-ci il aprelin 22-də Zaqafqaziya Seyminin islasında Cənubi Qafqazın müstəqilliyi məsələsi müzakirə olundu və Zaqafqaziya Respublikalarının müstəqil, demokratik və federativ respublikalar olması haqqında qətnamə qəbul olundu. Eyni zamanda Çxenkeli başda olmaqla yeni hökumət kabineti yaradıldı. Xoyski, M.Aslanov, İ.Heydərov, N.Yusifbəyli, M.Hacıniski bu hökumətin üzvi oldular.

Yeni hökumət yenidən Türkiyə ilə sülh danıışıqlarına başladılar. 1918-ci il mayın 11-də Batumi şəhərində Zaqafqaziya və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar davam etdirildi.Qars, Ərdahan və Batumun Türkiyəyə verilməsi razılaşdırıldı.Ümumiyətlə Türkiyənin məqsədi Ermənistan və Azərbaycan torpaqlarını tutmaqdan ibarət idi.Gürcüstan isə Almaniyaya verilməli idi.

127

Page 128: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Yeni yaradılmış hakimiyyət orqan da uzun zaman yaşaya bilmədi.Gürcüstanın mayın 26-da Seymin tərkibindən çıxmas ilə Zaqafqaziya Seymi iflasa uğradı.İki gün sonra isə Azərbaycan və Ermənistan öz müsyəqilliklərini elan etdilər.

Bu dövrdə Cənubi Qafqazda Erməni şovinist- millətçi qüvvələr öz məkrli siyasətlərini davam etdirirdilər.1918 ilin yanvarından onlar Bakıda və digər rayonlarda müsəlman qırğınları törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atırdılar. Azərbaycanın qabaqcıl ziyalıları gözlənilən təhlükəni irəlicədən duyurdular. Birinci Dünya müharibəsinin sonlarında Qafqazın xristian əhalisi məqsədyönlü şəkildə silahlandırılırdı.Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində çoxlu erməni və malakanlar silah əldə etməyə başladılar.Cəbhədən fərarilik edən bir çox erməni və rus əskərləri də Bakıda cəmləşməyə başladılar. Eyni zamanda daşnakların da bir neçə min yaxşı silahlanmış əsgəri var idi.

Ermənilərin və Bakı Soveti rəhbərliyinin müsəlman qırğınlarını törətməkdə bir məqsədi də “Müsavat”partiyasının getdikcə genişlənən nüfuzunun qarşısını almaqdan ibarət idi.Errmənilərin hazırladıqları bu qırğına qarşı çıxacaq silahlı müsəlman qüvvələri demək olar ki, yox idi.

“Qırmızı Qvardiya” adı ilə yaradılan 10-12 min nəfərlik ordunun 70%-ermənilərdən ibarət idi.Həmçinin Şamaxıda və Muğanda ehtiyat rus-malakan silahlı dəstələri yaradılmışdı.

Cinayəti həyata keçirmək üçün bəhanə lazım idi.Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Həmin gəmidə olan müsəlman əsgərlərin tərksilah edilməsi müsəlman əhalinin həyacanına səbəb oldu.Bakı Soveti əksinqilabi qiyamı yatırmaq adı altında azərbaycanlı əhali üzərinə geniş hücuma başladılar.

1918ci il martın 30-da səhər tezdən əllərinə girəvə düşən daşnaklar gəmilərdə qoyulmuş toplardan Abşeronun şimal kəndlərini atəşə tutdular.Bakının özündə qırğın bir neçə gün davam etdi.Martın 30-da gecə kommisar Tatevos Əmirov bir qurup silahlı dəstə ilə İsmailiyə binasına – müsəlman xeyriyyə ocağına soxuldu.Çox çəkmədiki binanı alov bürüdü. Daşnaklar Təzəpir məscidinə,Tağıyev teatırına böyük ziyan vurdular. 3 gün ərzində təkcə Bakıda 12 mindən çox müsəlman qanı töküldü. Erməni daşnakları uşaq, qadın, qocalara fərq qoymadan əsl soyqırım siyasəti yeridirdilər.

Erməni daşnaklarının bu cinayəti təkcə Bakı ilə qurtarmırdı.Onlar kütləvi qırğınları Şamaxı,Quba ərazilərində də törətmişdilər. Amazapsın rəhbərliyi altında Qubaya daxil olan daşnaklar 2 mindən çox azərbaycanlı əhalisinə divan tutmuşdu.O hətta lovğalıqla belə deyirdi: “Mən bura qayda qanun yaratmaq,Sovet hakimiyyətini qurmaq üçün yox, müsəlmanları məhv etmək üçün gəlmişəm”.Onun cəza dəstələri təkcə insan qırğını ilə kifayətlənməyib, qarətlə də məşğul idilər.

Amazaps, Avetisov, Petrovun rəhbərliyi altında Bakı Sovetinin qoşunları Şamaxıya hücum etmiş və kütləvi qırğınlar törətmişlər.Belə hücumlar Lənkəran, Salyan və Kürdəmirdə də olmuşdu. Beləlikdə 3 gündən artıq davam edən qırğınlarda 15 mindən çox dinc müsəlman əhalisi qətlə yetirildi və bu hadisə azərbaycanlıların soyqırımı demək idi.

Mart hadisələri Bakıda Sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu. Zəhmətkeş müsəlman əhalisi Sovet hakimiyyitindən üz döndərməyə başladı.Çox çəkmədi ki, iyulun 31-də Bakı Soveti iflasa uğradı.

Artıq azərbaycan xalqının müstəqilliyi zərurətə çevrilmişdi. Mayın 28-də xalq öz istəyinə nail oldu və Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.

128

Page 129: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XIV MÖVZU

Azərbaycan Xalq Cümhuriyyəti

PLAN

1.Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.

2.Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu.

3.Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti.

4.Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri.

ƏDƏBIYYAT

1.Azərbaycan tarixi.VII cilddə, V cild, Bakı, 2005, cəh.315-525.

2.Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti, Bakı, 1990.

3.Azərbaycan Demokratik Respublikası.Tarix, ictimai-siyasi və ədəbi-mənəvi həyat.Bakı,1990.

4.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.

5.Məmmədov V, Məmmədov Ç.Siyasi tarix, Bakı, 2004, səh.88-98.

6.Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində ( 1918-1920-ci illər).Bakı, 1990.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

129

Page 130: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Zaqafqziya Federativ Respublikasının süqutu Cənubi Qafqazda üç müstəqil dövlətin –Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının yaranması ilə nəticələndi.

1918-ci il mayın 27-də keçmiş Zaqfqaziya Seyminin azərbaycanlı fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqaladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaradıldı. Şuranın sədri vəzifəsinə M.Ə.Rəsulzadə, İcraiyyə Komitəsinin sədri vəzifəsinə isə F.X.Xoyski (bitərəf) seçildi.

Mayın 28-də Tiflis şəhərində Azərbaycanın istiqlaliyyəti haqqında AKT (əqdnamə)qəbul olundu. Eyni zamanda Milli Şuranın ilk iclası olan bu iclasda Azərbaycanın Dövlət Müstəqilliyi elan olundu.

Müstəqil Azərbaycanın “İstiqlal Bəyannaməsi” aşağıdakıları xalqa bəyan edirdi.

1.Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqa malikdirlər, Cənubi və Şəri Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu dövlətidir;

2.Müstəqil Azərbaycan dövlətinin siyasi quruluş forması Xalq Cümhuriyyətidir;

3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır;

4.AXC öz sərhədləri daxilində millətindən, dinindən, cinsindən, dilindən sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına vətəndaşlıq və siyası hüquqlar təmin edir;

5.AXC bütün millətlərə azad inkişaf üçün geniş imkanlar açır.

6.Məclisi-müəssisan çağırılana qədər Azərbaycanın idarəsi Milli Şura və onun qarşısında məsuliyyət daşıyan müvəqəti hökümətə həvalə edilir;

Beləliklə Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı –istiqlal Aktının qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu.

Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır.

İstiqlal Aktinda “demokratik dövlətə mənsub atributların- hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin eilməsi, bütün xalqların azad inkişafı üçün şərait yaradılması, hakimiyyətin bölünməsi kimi prin-siplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya bəyan və nümayiş etdirirdi.

“İstiqlal Aktı” bəyannaməsi Azərbaycan millətinin milli –mədəniyyət (KULTUR-NATION) statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa –milli-dövlət (STATENATION) statusuna qədəm qoyduğunu göstərdi.

Milli Şuranın 28 may iclasında ilk Azərbaycan hökumətinin yaradıldığı da elan eildi.Hökumətin sədri F.X.Xoyski 1-ci hökumətin tərkibini elan etdi. Nazirlər Şurasının sədri və daxili işlər naziri F.X.Xoyski, Maliyyə və xalq maarifi naziri –N.B.Yusifbəyli, xarici işlər naziri –M.H.Hacinski; yollar və poçt-teleqraf naziri-X.bəy.

130

Page 131: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Məlik Aslanov; Ədliyyə naziri- X. bəy. Xasməmmədov; əkinçilik naziri-Əkbər Şeyxülslamov; hərbi nazir –Xosrovbəy Sultanov: ticarət və sənaye naziri-M.Y.Cəfərov; dövlət nəzarəti naziri- Camo bəy Hacinski oldular.

1918-ci il mayın 30-da bütün dünya dövlətlərinin xarici işlər nazirliklərinə Azərbaycanın istiqlaliyyəti haqında hökumətin sədrinin imzası ilə teleqramlar göndərildi.

1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ölkədə ikihakimiyyətlilik olması ilə səciyyələnirdi. Belə ki, Azərbaycanın şərq hissəsi (Bakı quberniyası)Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri ,qərb hissəsi(Yelizavetpol Quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. Həmin dövrdə Azərbaycanda Almaniya, Rusiya və İngiltərə kimi üç böyük dövlətin maraqları toqquşurdu.Onların hər biri Bakı neftinə yiyələnmək istəyir və bir-biri ilə rəqabət aparırdı. Belə bir şəraitdə Azərbaycan hökuməti Azərbaycanın varlığını qoruyub saxlamaq üçün çevik siyasət yürütməli idi.

1918-ci ilin iyulunda İstanbulda mərkəzi Avropa və Cənubi Qafqaz ölkələrinin konfransında Azərbaycan diplomatik nümayəndəsi və onun rəhbəri M.Ə. Rəsulzadə bu ölkələrin nümayəndələri ilə siyasət, iqtisadiyyat maliyyə və hərbi problemlər barəsində danışıqlar aparmışdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə M.Ə.Rəsulzadə Türkiyə hökumətinin rəhbərləri Ənvər Paşa və Tələt Paşa, həmçinin Almaniya səfiri Bernsdorfla xüsusi görüşlər keçirmişdi. Bu görüşlərdə Azərbaycanın qərb sərhədləri məsələsi xüsusi olaraq müzakirə edilmişdi.

Yeni yaranmış Xalq Cümhuriyyətinin zəifliyindən istifadə edən Bakı Soveti qoşunları Azərbaycanın digər regionlarına hərbi yürüşlər təşkil etdilər. Əsas istiqamət Kürdəmir və Gəncə istiqamətində idi. Azərbaycan hökumətinin hərbi qüvvələri Sovet qoşunlarının hücumlarını dayandırmaq və müdafiə olunmaq üçün kifayət qədər deyildi. Belə bir şəraitdə kənardan hərbi kömək tələb olunurdu. M.Ə. Rəsulzadə yazırdı ki, o zaman yaranmış şəraitdə yalnız Türkiyəyə ümid qalırdı və bu qardaş millət azərbaycanı düşmənlərin əlindən almalı idi.

1918-ci il iyunun 4-də Türkiyə ilə Azərbaycan Cümhuriyyəti arasında –dostluq haqqında müqavilə imzalandı. Müqavilənin giriş hisəsində deyilirdi.”Bir tərəfdən Türkiyə və digər tərəfdən suverenliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və mədəni əsasda səmimi dostluq münasibətlərinin təsbit edilməsi üzrə qarşılıqlı sazişə gəlir”

Türkiyə ilə müqavilənin bağlanması Azərbaycan dövlətçiliyinin beynəlxalq aləmdə təsdiq edilməsi və Azərbaycan türk millətinin müstəqilliyinin saxlanılmasında zəruri addım idi.

Batum müqaviləsinə əsasən Türkiyə ordusunun hərbi qüvvələri Nuru Paşa başda olmaqla Azərbaycan cümhuriyyətinin köməyinə gəldi. Qafqaz islam ordusunun hissələri iyun ayında Gəncə şəhərinə daxil oldu.Azərbaycan xalqı türk hərbi hissələri əsgərlərini duz-çörəklə qarşıladılar.

Elə bu zaman Tiflisdəki 18 günlük fəaliyyətindən sonra 1918-ci il iyunun 16-da milli şura və hökumət Gəncəyə köçdü, lakin Gəncədə fəaliyyət göstərmək o qədər də sakit və maneəsiz keçmədi. Gəncədə milli Şuraya qarşı çox güclü müxalifət var idi, müxalifətin fikrincə yeni hükumət col mövqedə duraraq inqilabi mövqeyə meyyli idi. “İlhaq”tərəfdarları olan bu dairələr Nuru Paşanı da öz tərəflərinə şəkərək Milli Şuranın buraxılmasına nail oldular.

1918-ci il iyunun 17-də iclasını keçirən Milli Şura yeni hökumət təşkil etməyə və özünün bütün vəzifələrini ona verməyə məcbur oldu.

131

Page 132: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

M.Ə.Rəsulzadə bu vəziyyəti irticanın qələbəsi kimi qiyməyləndirmiş və göstərmişdir ki “Cənablar, gəlin ruhdan düşməyək və ümid edək ki,lap tezliklə Azərbaycanın paytaxtı Bakıda,Müəssisələr Məclisində görüşəcəyik. Yaşasın Azərbaycan!Yaşasın türk xalqı!”

Həmin iclasda “Müsavat” fraksiyası,bitərəflər və ittihadçılardan ibarət yeni hökumətin tərkibi təsdiq edildi.

Hökumət iyunun 23-də ölkədə yaranmış dərgin vəziyyəti nəzərə alaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi.

Yeni yaradılan hökumət kabinetində hərbi nazir vəzifəsi yox idi. Müsəlman korpusu Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da “Azərbaycan Korpusu” adlndırıldı. Avqustun 13-də Azərbaycan korpusu yenidən quruldu. General Ə.Sıxlinişki bu korpusun komandiri idi.

Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən Azərbaycan Cumhuriyyətinin Dövlət Bayrağı qəbul edildi. Qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. 1918-ci il sentyabrın 9-da bu bayraq səthində ağ aypara və səkkizguşəli ulduz təsvir olunan bərabər endə mavi,qırmızı və yaşıl zolaqlar rəngində bayraqla əvəz edildi. Azərbaycan cümhuriyyətinin dövlət bayrağının bu üç rəngi rəmzi olaraq “türk milli mədəniyyətini,müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi”.

1918-ci il sentyabrın 1-də Hərbi Nazirlik yaradıldı. F.X.Xoyski hərbi nazir, Səməd bəy Mehmandarov isə onun müavini oldu. Lakin qısa müddət ərzində yüksək döyüş qabiliyyətinə malik ordu yaratmaq çox çətin idi.Ordunun qurulması və Bakının azad edilməsində türk hərbçilərinin əvəzsiz xidmətləri olmuşdur.

Hərbi quruculuqla yanaşı Azərbaycan hökuməti digər tədbirlər də həyata keçirdi. Hökumətin əsas vəzifələri dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliləşdirilməsindən ibarət idi. 1918-ci il iyunun 27-də Azərbaycan türk dili dövlət dili elan olundu.

Azərbaycan hökumətinin qarşısında duran ən mühüm vəzifə Bakını işğaldan azad edərək onu Cümhuriyyətin paytaxtı elan etməkdən ibarət idi. Çünki Azərbaycan xalqının düşmənləri hər vasitə ilə Bakını Azərbaycandan ayırmaq və Rusiyanın bir quberniyasına çevirmək istəyirdilər.

Avqust ayında Xəlil Paşanın 36-cı diviziyası və Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri Bakını azad etmək uğrunda həlledici döyüşlərə başladıar.Bu dövrdə Bakıda “Mərkəzi Xəzər Respublikası”adlı oyuncaq hökumət mövcud idi. Eyni zamanda İngilis qoşunları da general Denstervilin başçılığı altında Bakıda ağalıq edirdilər.

Həlledici hücum sentyabrın 15-də səhər başladı.Həmin gün ingilislər Xəzər dənizi vasitəsilə İranın Ənzəli şəhərinə çəkildilər. Onların arxasınca oyuncaq hokumətn üzvləri və ermənilər Bakıdan tələsik qaçdılar. Yerli müsəlmanlara, Azərbaycanın digər bölgələrindən olan könüllülərə ermənilərin yaşadığı yerlərdə tam hərəkət sərbəstliyi verildi.Lakin sentyabrın 17-də Bakıya daxil olmuş Azərbaycan hökuməti kütləvi qırğın törədilməsinin qarşısını aldı.

Yayılmış hökumət məlumatında bildirildi ki,Azərbaycan hökuməti şəhər və onun ətraf əhalisinin milliyyət və dinindən asılı olmayaraq,bütün vətəndaşların həyatı,əmlakı və hüququ eyni dərəcədə qorunacaq.

Sentyabrın 18-də Türk qoşunları da Azərbaycan hökumətinin iradəsinə uyğun olaraq paytaxta daxil oldular,əhali onları xilaskar kimi qarşıladı.

132

Page 133: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Beləliklə Bakı azad edildi və Azərbaycan hökuməti tam heyyətdə əsl pay-taxtda qərarlaşdı. Bakıya köçdükdən sonra Azərbaycan hökuməti Bakı XKS-nin bütün tədbirlərinin ləğv olunduğunu elan etdi və özü sosial islahatlar keçirməyə başladı.

Sentyabrın 14-də Hökumət Müəssislər Məclisinin seçkiləri üzrə F.X.Xoyskinin rəhbərliyi altında komisiyya yaratdı. Lakin bu komissiyanın işi müxtəlif səbəblərə görə ciddi nəticə vermədi. Bu vaxt I Dünya müharibəsinin yekunlarına həsr olunmuş konfransın vaxtı yaxınlaşırdı. Həmin konfransda Azərbaycanı təmsil edəcək siyasi orqanın olmasına ehtiyac var idi.Ona görə də Müəssislər Məclisinə süçkilər üzrə komissiya müvəqqəti Parlament yaratmağı təklif etdi.

İlk növbədə Milli Şuranı bərpa etmək lazım idi.Nəhayət 5 aylıq fasilədən sonra noyabrın 16-da Milli Şura yenidən toplanaraq Parlamentin yaradılmasını müzakirə etdi və noyabrın 20-də bu haqda qərar verildi.

Qanuna görə birpalatalı parlamentə seçkilər gizli keçirildi. Azərbaycanın rəhbər xadimləri seçkiləri milli təmsilçilik prinspi əsasında keçirməyi məqsədəuyğun saydılar və bununla da respublikada millətlərarası sülhün tam bərqərar edilməsi üçün real şərait yaratdılar.

Noyabrın 29-da M.Ə.Rəsulzadənin imzası ilə Milli şuranın “Bütün Azərbaycan əhalisinə”müraciəti dərc olundu.Həmin müraciətdə Milli Şuranın parlamentə çevrilməsi niyyəti açıqlandı.

Milli Şura noyabrın 25-də rus və erməni milli şuralarına öz nümayəndələrini parlamentə göndərmək təklifi ilə müraciət etdi.Onlar ilk dövrdə etiraz etsələr də, Tomsonun yeni yaradılacaq hökumətə hərtərəfli yardım edəcəyi haqqında verdiyi bəyanatdan sonra onlar parlamentə öz nümayəndələrini göndərdilər.

Parlamentin əsas özəyini keçmiş Milli şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi.Nəzərdə tutulan 120 deputatdan 80 nəfəri müsəlman əhalini, 21 nəfər erməni, 10 nəfəri rus, 4 nəfər də alman, yəhudi, gürcü və polyak azlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, Neft və Ticarət Sənaye Şurasına 3 yer ayrılmışdı.

1918-ci il dekabrn 7-də müsəlman şərqi tarixində ilk dəfə olaraq parlament-AXC-nin ali qanunverici orqanı öz işinə başladı. Parlamentin açılışı böyük təntənə ilə keçdi.Bakı şəhəri bayram içində idi,insanlar bir-birini təbrik edirdilər. Parlamentdə 3 fraksiya və qrup təmsil olunmuşdu.

Parlamentin birinci iclasını Milli Şuranın və “Müsavat”partiyasının lideri M.Ə.Rəsulzadə açaraq,nitqində Azərbaycan Cümhuriyyəti qarşısında duran ən mühüm məsələlər barədə fikirlərini söyləyib, başlıca məsələnin azadlıq və müstəqillik ideyalarının gerçəkləşdirilməsi olduğunu vurğuladı.

M.Ə.Rəsulzadə parlamentin sədri və onun müavinin seçilməsi təklifi ilə çıxış etdi və “Müsavatın”adından çıxış edən Ş.Rüstəmbəyov parlamentin sədri vəzifəsinə Əlimərdan Bəy Topçubaşov və müavin vəzifəsinə isə Həsən bəy Ağayevin nami-zədliyini irəli sürdü. Səsvermə nəticəsində onların namizədliyi təsdiq edildi.Sonra parlament baş nazir F.X.Xoyskinin hökuməti adından hökumətin daxili və xarici siyasəti haqqında hesabat məruzəsini dinlədi.

1918-ci il dekabrın 26-da F.X.Xoyskinin rəhbərliyi ilə yeni koalision (üçüncü) hökumət təşkil olundu. Həmin hökumətdə müsavatçılar, sosialistlər, slavyan-Rus cəmiyyəti və bitərəflər təmsil olunmuşdular.

.Hökumət qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın ərazi bütövlüyünü qoruya biləcək güclü ordunun təşkil edilməsindən ibarət idi.Maarif sahəsində, xüsusi olaraq Azərbaycan –türk dilinin dövlət dili kimi geniş işlədilməsi, ölkədə yaşayan bütün xalqların mədəni inkişafı üçün bərabər şəraitin yaradılması kimi vəzifələrin qoyulduğu bəyan edilirdi.Ərzaq probleminin həlli, nəqliyyatın inkişafı, Azərbaycan pulunun

133

Page 134: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

buraxılması, ədliyyə və məhkəmə sistemində ədalət prinsipinin bərqərar edilməsi və s.tədbirlər görüləcəyi vəd edilirdi. Torpağın əvəzsiz olaraq əkinçiyə verilməsi nəzərdə tutulurdu.

Lakin hökumət daxilində gedən ziddiyətlər və F.X.Xoyskinin xəstə olması üçüncü kabinetin buraxılmasına gətirib çıxardı. Elə həmin vaxt N.bəy Yusifbəylinin sədrliyi ilə yeni hökumət kabineti təşkil olundu və “İttihad”partiyasından başqa bütün partiyalar yeni kabineti müdafiə etdilər.Yeni hökumətin də qarşısında əsas vəzifə suveren dövlətçilik prinsipindən ibarət idi. Demokratik, hüquqi dövlətin əsas əlamətlərini təşkil edən söz, vicdan, mətbuat, yığıncaq, həmkarlar ittifaqları azadlıqlarına təminat verilirdi. Neft siyasəti ,ordu quruculuğu, xaıq təhsili, ümumi icbari təhsil məsələlərinə hökumət bəyanaməsində xüsusi diqqət verilirdi.Beləliklə 1919—cu il aprelin 14-də Azərbaycan parlamenti 4-cü hökümət kabinetini təsdiq etdi.

Yeni hökümətin əvvəlki hökümətlərdən fərqi ondan ibarət idi ki, o, Rusiya ilə münasibətləri dirçəltməyə çalışırdı. Yeni hökumət öz səlahiyyətlərinin icrasını çox çətinliklə həyata keçirirdi. Bir yandan bolşeviklərin fəallaşması və onların rəhbərliyi altında tətillərin keçirilməsi, bir yandan da Denikin ordusunun Azərbaycana hücumu vəziyyəti daha da kəskinləşdirirdi. Eyni zamanda Rusiya hökuməti də Azərbaycanın daxili işlərinə qarışır, Türkmənçay müqaviləsini bəhanə gətirərək Xəzərdə üzən Azərbaycan gəmilərinin Rus bayrağı altında üzmələrini tələb edirdi.

Lakin Azərbaycan Dövlət Müdafiə Komitəsi Rusiyanın bu tələbinə sərt cavab verərək göstərdi ki, həmin müqavilə Rusiya və İrana aiddir və Azərbaycan hərbi və ticarət gəmiləri Azərbaycan bayrağı altıda üzəcəkdir.

1919-cu ilin ortaları Azərbaycanda təkcə daxili və xarici problemlərlə deyil, eyni zamanda gənc demokratik dövlətin müstəqil həyatının ildönümü ilə yadda qaldı.

Azərbaycan xalqının müstəqil siyasi həyat yoluna qədəm qoyduğu vaxtdan 1 il keçirdi. Bu l il ciddi mübarizə və ağır sınaqlar ili oldu.Hökumət müraciətində deyilirdi: “1919-cu ilin mayın 28-i Azərbaycan Cümhuriyyətinin milli bayramıdır. Bu elə bayramdır ki, onun xatiri ümumazərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır.Bu vaxt ərzində Azərbaycan türkləri özlərinin müstəqil, azad yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib, dövlət təşkilinə istedad və qabiliyyət yetirdiklərini sübut etdilər”.

Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın və ordunun tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin I Dünya müharibəsi, Azərbaycanda həmin dövrdə baş alıb gedən anarxiya, təsərrüfat dağınıqlığı gənc hökuməti böyük çətinliklərlə qarşılaşdırdı.Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifələri yalnız təsərrüfat sahələrinin bərpa edilməsi deyil, həm də yeni iqtisadi sistemin prinsiplərini müəyyən-ləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq idi.

Azərbaycan Cümhuriyyətinin iqtisadi və siyasi platforması bütün vətəndaşların həqiqi huquq bərabərliyini təmin edərək,demokratik bir cəmiyyət qurmağı nəzərdə tuturdu.Bu məqsədə çatmağın əsas vasitəsi mülkiyyət formasının müxtəlifliyi prinsipini həyata keçirməkdən , dövlətə, xüsusi şəxslərə, özünüidarə orqanlarına məxsus mülkiyyət formalarının inkişafı üçün demokratik şəraiti təmin etməkdən ibarət idi.

1919-cu il fevralın 4-də torpaq islahatı haqqında qanun layihəsi hazırlamaq üçün Səməd bəy Ağamalıoğlu başda olmaqla xüsusi parlament komissiyası yaradıldı. Komisiyanın qərarına görə:

1.Respublika ərazisində bütün torpaqlar dövlətin mülkiyyətindədir;

134

Page 135: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

2.Torpaq əvəzsiz olaraq dövlətin ixtiyarına keçitr;

3.Əvvəlki mülklərinin müəyyən hissəsi sahibkarların istifadəsi üçün özündə qalır;

Azərbaycan Cümhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc respublikanın maliyyə sistemini tənzimləmək və xəzinədə vəsait toplanmasına nail olmaq idi. Lakin Azərbaycan Cümhuriyyətinin maliyyə vəziyyəti çox ağır idi. Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədi ilə bir sıra qanunverici aktların hazırlanmasına başladı.Bu aktlar ilk növbədə kredit, vergi, bank və gömrük sahələrinə aid idi.Dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi hazırlanmışdı.

Sentyabrın 30-da Dövlət Bankının açılışı oldu. Gəncə bankı isə Dövlət Bankının şöbəsi statusu aldı.

Parlament 1920—ci il yanvarın 15-də kənddəki sahibkarlara, sənətkarlara, sənayeçilərə, şirkətlərə inventar, mal-qara, toxum almağa yardım göstərmək üçün xırda kredit haqqında qanun qəbul etdi. AXC-nin iqtisadi tədbirləri sırasında ən əhəmiyyətlisindən biri də qonşu və xarici dövlətlərlə iqtisadi əlaqə yaratmaqdan ibarət idi.Cümhuriyyət 1918-ci il iyunun 4-də Türkiyə, 1919-cu ilin mayında İraq, İngiltərə, Amerika, Fransa, İtaliya ,Gürcüstan, Dağıstan, Orta Asiya dövlətləri ilə iqtisadi əlaqələr yaratmağa nail olmuşdu.

Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin –təhsil, ədəbiyyat, elm və incəsənətin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Hökumətin 1918-ci il 28-avqust tarixli qərarı ilə bütün ibtidai tədris müəsssisələrində təhsil ana dilində aparılır, eyni zamanda dövlət dili icbari qaydada tədris olunurdu.5-ci sinifdən başlayaraq şagirdlər rus dilində oxuyur, lakin türk dilini məcburi fənn kimi öyrənirdilər. Lakin pedoqoji kadrların çatışmazlığı, lazımı dərsliklərin olmaması təhsilin milliləşdirilməsinə əngəl törədirdi. Hökumət azərbaycanlı şagirdlərin təhsilinə xüsusi diqqət yetirdi.

Azərbaycan hökumətinin ən mühüm təşəbbüslərindən biri də əlifba islahatının keçirilməsi idi. 1919-cu ilin martında X.Məlik-Aslanovun sədrliyi altında əlifba islahatı üzrə komissiya yaradıldı.

Azərbaycan hökuməti pedoqoji kadırların hazırlanmasına böyük əhəmiyyət verirdi.Pedoqoji kadrlara olan ehtiyacın ödənilməsi üçün Maarif Nazirliyi tərəfindən hər ildə respublikanın müxtəlif yerlərində seminariya açılması nəzərdə tutulurdu. Eyni zamanda Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsi Qazax şəhərinə köçürüldü və müstəqil seminariyaya çevrildi. Parlamentin 1919-cu il iyulun 19-da qəbul etdiyi qanuna əsasən Qazax, Şəki, Şuşa, Quba, Zaqatala, Salyan, Gəncə və Bakıda iki aylıq pedoqoji kurslar açıldı. Kursların hər birində azı 50 müəllim hazırlanırdı.

Azərbaycan hökuməti Bakı şəhərində Universitetin açılmasına böyük dövləti əhəmiyyət verirdi.Lakin Universitetin açılması, tədrisin hansı dildə aparılması ilə əlaqədar müxtəlif fikirlər mövcud idi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Parlamentdə müzakirə zamanı demişdi.”Univesitetdə türk –azərbaycan dili keçiriləcək tələbələrin özləri də Bakıda ,öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəkdir”.

1919-cu il sentyabrın 1-də Parlament Bakıda Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Qanunda Universitetin dörd fakültədən : tarix-filologiya, fizika –riyaziyyat, hüquq və tibb fakültələindən ibarət olduğu göstərilmişdir. Bakı Univesitetinin ilk ilk rektoru prof. V.İ. Razimovski olmuşdur. İlk vaxtlar dərs demək üçün Moskva ,Rostov,Xarkov universitetlərindən görkəmli alimlər dəvət olunurdular.

İlk tədris ilində təhsil alan tələbələrin sayı 877 nəfər idi.Təssüf ki, bu tələbələrin çox az hissəsini azərbaycanlılar təşkil eirdi.

135

Page 136: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirdi. Müstəqilliyin qorunub saxlanması daxildən daha çox xarici amillərlə də bağlı idi. Ona görə də belə bir mürəkkəb şəraitdə Azərbaycan siyasətçiləri çevik manevr etmək bacarığına malik olmalı idilər. Xarici siyasət konsepsiyasının hazırlanması və həyata keçirilməsində Xoyski, Hacınski, Cəfərov, Ziyadxanlı , Topçubaşov, Rəsulzadə, Ə.Ağayev, Yusifbəyli və sair kimi görkəmli şəxsiyyətlər böyük rol oynamışlar.

Azərbaycan xarici siyasətində başlıca yeri qonşu dövlətlərlə mehriban münasibətlər yaratmaqdan ibarət idi.

Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan –Türkiyə münasibətləri yeni mərhələyə, dövlətlərarası münasibətlər mərhələsinə qədəm qoydu. 1918-ci il iyunun 4-də Azərbaycan ilə Türkiyə arasında Batum şəhərində dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanmışdı.

4 iyun müqaviləsi əsasında Azərbaycan dövlət rəsmiləri Rəsulzadə və Hacinski Türkiyə hökumətinə hərbi yardım göstərilməsi ilə əlaqədar müraciət edilmişdi.

Azərbaycan – Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbula getməsi və Azərbaycan hökumətinin fövqaladə səlahiyyətli naziri kimi işə başlanmasının böyük rolu olmuşdur.

1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov Türkiyənin rəsmi dairləri ilə bir sıra görüşlər keçirdi. Bu zaman Türkiyə və eləcə də Azərbaycan üçün çox ağır olan Mudros müqaviləsi (30 oktyabr) bağlandı. Həmin müqavilənin 11-ci bəndinə görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, Bakının Antanta qoşunu tərəfindən tutulmasına etiraz etməməli idi. Noyabrın 4-də Ə.M.Tobçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi. Artıq noyabrın 10-dan Türkiyə qoşunları Azərbaycandan çıxarılmağa başlandı və bununla AXC-nin xarici siyasətində Türkiyə arientasiyası dövrü başa çatdı.

1918-ci il noyabrın 17 –də Bakıya İngilis qoşunları daxil oldular. General Tomson Xoyski hökumətini yeganə təsirli hökumət kimi qəbul etdi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır.

1919-cu ildən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri, Bakıdakı İngilis ko-mandanlığı və İstanbuldakı İngilis hərbi və diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi.

Azərbaycan xarici siyasətinin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq və Qafqaz həmrəyliyinə nail olmaq idi. AXC parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyiirdi:” Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazidə qurulmuş cümhuriyyətlər müqabil dostluq və həmrəylik etmədən yaşaya bilməzlər”.

Bu dövrdə Ermənistanla xarici siyasət məsələlərində çox gərgin vəziyyət yaranmışdı. 1918—ci ilin yayıdan başlayaraq türk xalqının qəddar düşməni olan Andronik Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlərini pozub, dinc əhaliyə qarşı kütləvi qırğınlara başladı. Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi siyasətinə bilavasitə Ermənistan hökuməti rəhbərlik edirdi.

Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti bir sıra zəruri addımlar atdı. 1919-cu il yanvar ayında Şuşa, Cavanşir,Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb, Qarabağ General –qubernatorlğu yaradıldı.Xosrov bəy Sultanov general-qubernator təyin edildi və tapşırıldı ki, Qarabağda seperatizm hərakatını ləğv edib, qayda qanun yaradsın və yerli hakimiyyəti təşkil etsin.

136

Page 137: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan xarici siyasətin ən böyük uğurlarından biri nümayəndə heyətinin Paris sülh konfransında iştirakı və Azərbaycanın Dünya dövlətləri tərəfindən tanınmasına nail olmaqdan ibarət oldu. Bu konfransda Topçubaşov, Hacınski, Şeyxülislamov, Ə.Ağayev Azərbaycan nümayəndə heyəti kimi fəaliyyət göstərərək böyük uğurlar qazanmışdılar.1919-cu il mayın 28-də nümayəndə heyəti ABŞ pezidenti V.Vilson ilə görüşərək Amerikanın yardımını ala bilmişdilər. Paris sülh konfransının iştirakçıların respublikadakı siyasi vəziyyətlə tanış etmək üçün nümayəndə heyəti böyük işlər görmüşdülər.

1920-ci ilin yanvarın 19-da Paris sülh konfransı ali şurasının hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz respublikaları problemi müzakirə edilərək Azərbaycan Gürcüstan respublikalarının de -fakto tanınması haqqında qərar qəbul etmişlər. Bir çox ölkələr-Belçika, İsveçrə, Hollandiya, Çexiya,Slovakiya Bakıda öz konsulluqlarını açmağa başladılar. İtaliya hökuməti isə burada öz nümayəndəliyini yaratdı. 1920-ci ilin aprelin ortalarında Azərbaycan parlamenti İngiltərə, Fransa , İtaliya, ABŞ və başqa ölkələrdə diplomatik nümayəndələrinin açılması haqqında qanun qəbul etdi. Bakıda 20 –dən çox ölkənin diplomatik missiyası fəaliyyət göstərirdi.

1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları -“Müsavat”, “Əhrar”, “İttihad”, sosialistlər, komunistlər arasında sabitsizliyi dərinləşdirən mübarizə daha da dərinləşirdi. Ən kəskin ziddiyyət “Musavat” ilə “İttihad” arasında gedirdi. Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və hökumətin içində də öz əksini tapdı. Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan F.X.Xoyski hökumətindən respublikada fövqaladə vəziyyət tətbiq etməyə, parlamentin buraxılmasını və Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi.

Sovet Rusiyasına münasibət məsələsi Azərbaycanın siyasi partiyaları arsında əsas ziddiyətlər nöqtəsinə çevrilmişdi.Sovet Rusiyası ilə real münasibətlərə əsas tərəfdar daxili işlər naziri M.H.Hacınski, əleyhdar isə F.X.Xoyski idi.

1920-ci ilin əvvələrindən Rusiya Azərbaycanın daxili işlərinə daha çox təzyiq göstərməyə başladı. Rusiya Xarici işlər naziri Çiçerin Azərbaycanın Rusiya ilə hərbi İttifaqdan boyun qaçırmasına cavab olaraq yanvarın 23-də Azərbaycana nota göndərdi. Rusiya bununla Azərbaycanı hərbi münaqişəyə (Denininə qarşı) çəkməyə çalışırdı.

1920-ci il martın 17-də V.İ.leninin Qafqaz cəbhəsi Hərbi-İnqilab Şurası adından göndərdiyi teleqram Sovet hökumətinin Azərbaycana münasibətindəki gizli niyyətindən xəbər verirdi.V.İ.Lenin göstərirdi ki, “bizim üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır”Bu dövrdə Azərbaycan kommunist təşkilatları əsas gücü fəhlələrin və döyüş dəstələrinin silahlanmasına sərf edir, silahlı üsyan hazırlanmasını özlərinin ən yaxın məqsədləri hesab edirdilər. Azərbaycan kommunistləri Moskvadan göstərişlər alırdılar. Bakıya bolşevik fəalları, silah və pul gətirilirdi.

Kommunistlərin aprelin 22-də keçirilən müşavirəsində Bakıda silahlı üsyan planda hazırlanmışdı. Plana görə aprelin 27-də Bakıda kommunistlər silahlı çıxışa başlamalı və XI ordu dəstələri Azərbaycan sərhəddini keçməli idilər.

Aprelin 27-də komunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri, dəmir yol vağzalını, poçtu, teleqrafı, radiostansiyanı, polis məntəqələrini , iri neft mədənlərini, hərbi və ticarət limanını ələ keçirməyə başladılar.

Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əsas rol oynadı. Hakimiyyətin iki saat ərzində Azərbaycan İnqilab Komitəsinə təhvil verilməsini ultimatumla tələb edən hərbi gəmilər sahilə düzülərək topları hökumət orqanları binalarına tuşladılar. Azərbaycan komministləri adından Parlamentə

137

Page 138: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

hakimiyyətin N.Nərimanovun başçılıq etdiyi Sovet fəhlə -kəndli hökumətinə vermək haqqında ultimatum Ç.İldırım tərəfindən təqdim olundu.

Parlamentdə həmin ultimatun müzakirə edilərkən M.Ə.Rəsulzadə demişdi. ”Bu ultimatunun qəbul edilməsi hakimiyyəti dost maskası geyinmiş düşmənə vermək deməkdir. Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar”. Bunula belə vətəndaş müharibəsi təhlükəsini nəzərə alan “Müsavat“ fraksiyası Azərbaycanın müstəqilliyi saxlanacağı şərtlə ultimatunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağı vacib bildi.

1920-ci aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti İnqilab komitəsinə təhfil verdi. Komitə Rusiya hökumətinə yardım etmək haqqında müraciət etdi.Parlament hakimiyyəti (axşam saat 11-də) təhvil ermək haqqında şərtlər də irəli sürdü:

1.Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaycanın tam müstəqilliyi saxlanılır;

2.Az.Kp-nın yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3.Azərbaycanın qəti idarə formasını Azərbaycannın Ali qanunverici orqanı (parlament) müəyyən edəcəkdir;

4.Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır;

5. Yeni təşkil olunan kommunist hökuməti parlament üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6.Hökumət XI ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün tədbirlər görəcəkdir.

Lakin aprelin 27-si axşam saat 21-də Biləcəri stansiyası Sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4 də (28 aprel) “III Beynəlmiləl” zirehli qatarı Bakı stansiyasına daxil oldu.Aprelin 30-da XI ordunun əsas hissələri şəhərə daxil oldular. Həmin gün 7-ci süvari divizyanın hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1 də isə Gəncə stansiyası ələ keçirildi.

\\ AXC hakimiyyətinin devrilməsi ciddi daxili və xarici səbəblərin nəticəsi idi.1920-ci ilin yazında Respublikada siyasi sabitlik daha kəskin şəkildə pozulurdu.23 ay ərzində 5 hökumət kabinetinin bir –birini əvəz etməsi həmin ziddiyətlərin nəticəsi idi.

Respublikada vəziyyəti mürəkkəbləşdirən digər ciddi amil o idi ki, hökumət erməni daşnakları ilə mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar cəlb etmək məcburiyyətində qalmışdı.Belə vəziyyətdən yararlanan Sovet Rusiyası açıq müdaxiləyə keçərək AXC-ni devirə bildi.Cümhuriyyətin yaranması, uğursuzluğuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti Azaərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi.O, qısa müddətdə parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi.

M.Ə. Rəsulzadənin təbirincə desək, Cümhuriyyət dövründə Azərbaycan xalqı demokratiyanın azda olsa dadını görmüş oldu.

138

Page 139: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XV mövzu

Azərbaycan Sovet rejimi şəraitində

(1920-1930-cu illər)

139

Page 140: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Plan

1. AXC-nin süqutundan sonra Azrbaycanda sosial-iqtisadi vəziyyət. Sovet rejiminə

qarşı üsyanlar.

2. Azərbaycanda Sovet milli siyasəti.DQMV-nin və Naxçıvan MSSR-in təşkili.

3. Azərbaycanda sosialist yenidən qurmaları və onların nəticələri.Kütləvi siyasi

repressiyalar.

Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə, VI cild, Bakı, 2005, cəh. 9-200,250-406.

2. Məmmədov İ, Məmmədov Ç. Siyasəti tarix, Bakı, 2004.səh.119-154

3. Siyasi tarix.I hissə Bakı, 1995, səh. 241- 267.

4. Siyasi tarix II hissə Bakı, 1998, səh..5-33.

5. Mustafazadə T. Ümumi tarix.IV cild, Bakı, 1997.

6. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, səh.147-149.

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

140

Page 141: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1918-ci il aprelin 28-də Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin Az. SSR Xalq Komissarları Sovetinin aşağşdakı tərkibini təşkil seçdi: N.Nərmanov-XKS-in sədri, Ç.İldırım- hərbi dəniz işləri komissarı, H.Sultanov-xalq daxili işlər komissarı, Ə.H.Qarayev əmək və ədliyyə komissarı, Q.Musabəyov əkinçilik, ticarət, sənaye və ərzaq komissarı və s.

Elə həmin gün Gəncədə hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. Həmin komitəyə İ.M Əliyev başçılıq etdi. Aprelin axırına yaxın Quba, Şamaxı,Cavanşir qəzası, Şəmkir, Gədəbəy rayonlarında hakimiyyət inqilab komitələrinin əlinə keçdi.

1920 –ci il mayın birinci yarsında Sovet hakimiyyəti Naxçıvandan başqa, demək olar, bütün Azərbaycanda qurulmuşdu.Əhalinin zəhmətkeş təbəqələri və liberal hissəsi bu hakimiyyəti əsasən qəbul edir və dəstəkləyirdi.

Yeni yaranmış hakimiyyət elə ilk günlərdən 27 aprel bəyanatının şərtlərini pozaraq AXC liderlərinin, görkəmli nümayəndələrinin, Azərbaycan ordusunun, müdafiə nazirliyinin xadimlərinin geniş həbsləri həyata keçirilir. Onların bir çoxu Nargin adasında gülələndi, Rusiyanın həbs düşərgələrinə sürgün edildi. Bütün bunlar Azərbaycan İnqilab Komitəsinin icazəsi olmadan, millətçi rus sovimistlərinin və erməni daşnaklarının başçılıq etdikləri XI Ordunun xüsusi şöbəsi tərəfindən özbaşınalıqla edilirdi. Daşnak terrorçuları 1920-21-ci illərdə F.X. Xoyiskini və H.B Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri Malta adasında vəhşicəsinə qətlə yetirdilər. General Süleyman Sulkeviç, hökumət üzvləri X.Pəfibəyov, İ.Ziyadxanov, F.Köçərli, professor Zimin və başqaları terorun qurbanları oldular.

M.Ə.Rəsulzadə həbs olunsa da İ. Stalin tərəfindən təsadüf nəticəsində ölümdən xilas olmuşdu. Başqa görkəmli xadimlər isə xaricə mühacirət etdikərinə görə salamat qaldılar.Hətta M.Ə.Rəsulzadənin başçılığı altında Türkiyədə Azərbaycan Milli Mühacirət Mərkəzi yaratdılar.

Azərbaycan zəhmətkeşləri yeni cəmiyyət quruculuğuna çətin şəraitdə başladılar.Vətəndaş müharibəsinin vurduğu yaraları sağaltmaq üçün qarşıda ciddi və gərgin iş dururdu. Ölkədə ilk növbədə həqiqi milli sülh yaratmaq lazım idi. Çünki Azərbaycan əhalisi çoxmillətli idi.1920-ci il məlumatına görə, respublika əhalisinin 68.8 faizini azərbaycan türkləri,21.7 faizini ermənilər,7.5faizini ruslar, 0.54 faizini gürcülər, 0,97 faizini yəhudilər, 7.09 faizini digər millətlər təşkil edirdilər.

Azərbaycanın gələcəyi üçün aqrar məsələnin həlli çox böyük əhəmiyyət kəsb edirdi. Belə ki, 1921-ci ildə əhalinin əksəriyyətini – 77.6 faizini kənd əhalisi təşkil edirdi.1920-ci ilin mayında İnqilab Komitəsi torpağın əməkçi kəndlilərə verilməsi

141

Page 142: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

haqqında dekret verdi. Dekretdə deyilirdi.”Xanların, bəylərin, mülkədarların bütün torpaqları,bütün iş heyvanları və avadanlıqları ilə birlikdə ödənişsiz olaraq zəhmətkeş xalqa verilir”. Dekreti həyata keçirmək məqsədilə qəza və kənd torpaq komitələri yaradıldı.

Mayın 12-də İnqilab Komitəsinin verdiyi dekretə əsasən bütün meşələr, sular, yeraltı sərvətlər respublika dövlətinin mülkiyyəti elan olunurdu.

Mayın 27-də Neft sənayesi milliləşdirildi.Ticarət azadlığı haqqında xüsusi qərar N.Nərmanov tərəfindən imzalandı.

Sovet hakimiyyəti silkləri və dini imtiyazları,qadınların hüquq bərabərsizliyini, milli məhdudiyyətləri ləğv etdi. Söz, mətbuat və vicdan azadlığı elan etdi, ana dilində təhsilin tətbiq olunduğu elan olundu. Sosial təminat və pensiyalar haqqında dekretlər verildi.

1920-ci il mayın 7-də Az.SSR Qızıl Ordusunun və donanmasının yaradıldığı elan olundu.

Əksinqilab, sobataj və möhtəkirliyə qarşı mübarizə üçün Fövqalada Komissiya (FK) yaradıldı.

Azərbaycan hökuməti çox çətin şəraitdə özünün iqtisadi siyasətini həyata keçirməyə başladı. İlk növbədə “hərbi kommunizm” siyasətinin əsas hissəsi olan ərzaq sapalağını ləğv etmək lazım idi. 1921-ci ildən ərzaq sapalağı ləğv edilərək, ərzaq vergisi tətbiq edilməyə başlandı. Bu siyasət ölkədə ərzaq çatışmazlığını nisbətən aradan qaldırdı və kənd təsərrüfatının müəyyən qədər inkişafına təkan verdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qərb dövlətləri öz işğalçı fikirlərindən əl çəkmək istəmirdilər. Onlar Böyük Birtaniyadan asılı olan “İran- Azərbaycan Federasiyası ” yaratmaq ideyası ilə yaşayırdılar.

Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək məqsədilə Azərbaycana agentlər, böyük miqdarda silah göndərirdilər.Antisovet qüvvələr əhali arasında Sovet hakimiyyəti əleyhinə təbliğat aparırd, dindarlar, fanatiklər əhalini silaha sarılaraq silahlı çıxışlara səsləyirdilər.

Üsyanların təşəbbüsçüləri Gəncədəki milli qüvvələr oldu.Onlar mayın 25-də Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışa başladılar.Üsyanın əsas səbəblərindən biri milli zabitlərin xidmətdən çıxarılması və

142

Page 143: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

ruslarla əvəz edilməsi idi. Mayın 28-dən-29-na keçən gecə 1800 nəfərlik Gəncə qarnizonu üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanı yatırmaq üçün XI Ordu hissələri hücuma keçdi və üsyan yatırılarkən minlərlə üsyançı həlak oldu.Onların arasında görkəmli ictimai-siyasi xadimlər var idi.General Mirzə Qacar, Cavad bəy Şıxlınıski, palkovnikn Cahangir bəy Kazımbəyov qətlə yetirildilər. Ə.Şıxlınıski və S.Mehmandarov həbs edilsələr də, N.Nərmanovun təkidi sayəsində azad edilərək, hərbi xidmətlərdə istifadə olunmaq üçün Moskvaya göndərirdilər.

General Nuru paşanının rəhbərliyi ilə Qarabağda başlayan üsyan Şuşa, Ağdam və Bərdəni də əhatə etdi. Üsyanda Azərbaycan piyada polku və yerli bəylərin silahlı dəstələri iştirak edirdilər.1920-cu il iyunun 15-də rus qoşunlarının hücumu ilə üsyan yatırıldı.

Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala dairəsində üsyan qalxdı və Şəki bölgəsinin də bir hissəsini əhatə etdi. Bu üsyan iyunun 6-da belə bir bəhanə ilə başladı ki, guya Gürcüstan Azrbaycana müharibə elan etmişdir. Digər bəhanə əhalinin silahı təhvil verməsi barədə verilən əmr oldu.

Molla Hafiz Əfəndinin başçılıq etdiyi 1000-dən çox üsyançılar və onlara qoşulmuş Aərbaycan qoşunlarının buradakı zabitləri İnqilab Komitəsinin bütün üzvlərini həbs etməyə başladılar.

İyunun 18-də Qızıl Ordu hissələri şəhərə daxil olaraq qalanı tutmuş və üsyanı yatırmışdılar.

Sovet hakimiyyətinə qarşı üsyanlarXankəndində,Qutqaşendə (Qəbələ), Xaçmasda, Naxçıvanda və şair yerlərdə baş vermiş, lakin rus Qızıl Ordusu tərəfindən amansızlıqla yatırılmışdı. Bütün bu üsyanlar sübut edir ki, əhalinin müəyyən təbəqələri Sovet hökumətinin yeritdiyi siyasətdən narazı idilər.

Azrbaycan əhalisi çoxmillətli idi.Azəri türklərindən əlavə burada erməni,rus, gürcü, ləzgi,ukraynalı,kürd,yəhudi və talışlar da yaşayırdılar.Lakin ötən dövr ərzində milli münasibətlər olduqca kəskinləşmişdir.Ermənistanın başladığı təcavüz xalqımızın həyatında dərin iz buraxmışdı.Milli münasibətlərin çox mürəkkəb olduğu bir şəraitdə ilk növbədə respublikada yaşayan xalqlar arasında milli sülh yaradılmasına başlamaq lazım idi. Ona görə də bütün millətlərin nümayəndələrinin yeni respublika quruculuğuna cəlb edilməsinə xüsusi diqqət yetirilirdi.1920-ci ilin iyulunda Az.KP MK-si yanında milli azlıqlar şöbəsi yaradıldı. Milli azlıqlar arasında mədəniyyət-maarif işinin təşkilinə xüsusi diqqət yetirilirdi. Milli azlıqlar şöbələri məktəblər, kitabxanalar və digər mədəni – maarif idarələri açır, yeni dərsliklər və ədəbiyyat nəşr

143

Page 144: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

olunurdu.Pedaqoji kadrlar hazırlamaq məqsədilə tədrisin ana dilində aparıldığı xüsusi kurslar açılmışdı.

Respublikada yaşayan digər milli azlıqların hüquq və mənafelərinin hər vasitə ilə qorunmsı hökumətin milli siyasətinin əsasını təşkil edirdi. Məsələn, hökumət vətəndaş müharibəsi dövründə Muğanda dağıdılmış rus kəndlərinin bərpasına hər cür yardım göstərirdi. Bu kəndlərin əməkçi kəndlilərinə pul, iş heyvanı və kənd təsərrüfatı alətləri verilirdi.

Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında dinc münasibətlər bərpa olundu.Torpağın əməkçi xalqa verilməsi Azərbaycan qəzalarında normal milli münasibətlər yaradılmasında mühüm rol oynadı.

Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı bütün millətlərin və xalqların zəhmətkeşlərinin sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.Cənubi Qafqaz respublikaları vahid iqtisadi məkan idi. Ona görə də bu respublikaların iqtisadi ittifaqı məsələsi qarşıda dururdu.

1921-ci ilin aprelində Qafqaz respublikalarını vahid bir təsərrüfat mərkəzi hallında birləşdirmək məsələsi qarşıya qoyuldu.

1922-ci il martın 12-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin səlahiyyətli konfransı Zaqafqaziya Sovet Sosialist Respublikalarının Federativ İttifaqını (ZSSPFİ) yaratdı.

1922-ci ilin yayından etibarən bu ittifaqın Zaqafqaziya Sovet Federativ Soialist Respublikasına çevrilməsi və bunun SSRİ-yə daxil edilməsi uğrunda kompaniya başladı. Dekabırın 30-da Ümumittifaq II Sovetlər qurultayında Sovet respublikalarının səlahiyyətli nümayəndələri SSRİ-nin yaradılması haqqında müqavilə imzaladılar. SSRİ-yə RSFSR. Ukrayna SSR, Belorusiya SSR və ZSFSR daxil oldular.

Siyasi əhəmiyyətinə və sosial iqtisadi nəticələrinə görə SSRİ-nin mühüm tarixi rolu oldu. SSRİ Ümumdünya tarixinin müəyyən dövründə güclü dövlətə çevrilərək, dünya birliyinin inkişafı gedişinə güclü təsir göstərdi.

Lakin sosialist ideyalarının deformasiyaya uğraması,milli siyasətin elan etdiyi əsl prinsiplərdən geri çəkilməsi, hakim millətçilik şovinizminin güclənməsi bu dövlətin süqutuna gətirib çıxardı.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da, daşnak-erməni silahlı qüvvələrinin təcəvüzkar hərəkətləri nəticəsində Naxçıvanda gərginlik hələ də

144

Page 145: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

davam edirdi.Buranın əhalisi N.Nərmanova müraciət edərək Naxçıvanı azad etməyi və Azərbaycanla birləşdirməyi xahiş etdilər.

1920-ci il iyunun 28 –də XI Ordunun 1-ci Qafqaz alayı Naxçıvana daxil oldu və oradan erməni- daşnak işğalçıları qovuldular. Beləliklə Naxçıvan diyarında da Sovet hakimiyyəti quruldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Naxçıvan diyarı haqqında Əsasnamədə deyilirdi:

“Naxçıvan diyarı AZ.SSR-nin qəyyumluğu altında muxtar respublika elan edilərək Nax.SSR adlandırılsın.”

1924-cü il fevralın 9-da Az.SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan diyarının Naxçıvan Muxtar SSR-ə çevrilməsi baş verdi.

Əsasnamənin 2-ci bəndində göstərilirdiki ki, Naxçıvan MSSR Azərbaycan SSR-in tərkib hissəsidir və Muxtar Respublika kimi onun tərkibinə daxil olur.

Hələ AXC dövründə Dağlıq Qarabağda erməni millətçiləri hər vasitə ilə bu ərazini Azərbaycandan qoparmağa çalışırdılar.1919-cu il avqustun 5-də Dağlıq Qarabağ ermənilərinin qurultayında Azərbaycan hökuməti ilə müvəqqəti saziş imzalamışdılar. Sazişə görə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının ermənilər yaşayan dağlıq hissəsi və onun erməni əhalisi mədəni-milli muxtariyyət əsasında Azərbaycan Respublikasının tərkibində qalırdı. Lakin daşnak ermənilər həmin sazişi pozaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırdılar.

Sovet hökuməti qurulduqdan sonra ermənilər bu məsələ ilə bağlı daha da fəallaşdılar.1923-cü il iyulun 7-də AZ.SSP Mərkəzi İcariyyə Komitəsi “Dağlıq Qarabağ muxtar vilayətinin” yaradılması haqqında dekret verdi. Şuşa şəhəri və Xankəndi, Şuşa qəzasında 115 kənd, Cavanşir qəzasında 52 kənd, Qaryagın qəzasından 30 kənd DQMV –nə verildi.

Bu ”xəyanətkar səxavətlilik” Azərbaycan millətinin mənafeyinə, Vətənin gələcəyinə ciddi ziyan vuran bağışlanmaz cinayət idi. Qondarma Dağlıq Qarabağ problemi şovinist rus imperiyasının Azərbaycan xalqına, onun taleyinə qarşı vaxtaşırı istifadə etmək üçün bir alət oldu.

1923-cü il iyulun 7-də Pircahan kəndi mərkəz olmaqla Muxtar Kürdüstan yaratmaq ideyası Ə.H. Qarayev tərəfindən irəli sürülmüşdü. Lakin 1923-cu il iyulun 16 da AzKP MK-si kürdlərin yaşadıqları ərazidə Kürdüstan qəzası yaratmağı qərara aldı.

145

Page 146: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı millətlərin və xalqların sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.

1921-ci ilin martında Azərbaycanın Moskvadakı nümayəndəliyi Cənubi Qafqaz Respublikalarının birləşmələrinin zəruri olduğu haqqında məsələ qaldırdı. Bu Cənubi Qafqaz respublikalarının təsərrüfat fəaliyyətinin birləşdirmələri üçün zəruri idi. Avqustun 7-də bu respublikaların iqtisadi siyasətinin əsas istiqamətləri müəyyən olundu.İlk növbədə xalq təsərrüfatının elektirikləşdirilməsinin həyata keçirilməsi, suvarma sisteminin genişləndirilməsi maliyyə sisteminin birləşdirilməsi, vahid pul nişanı buraxılması həyata keçirilməli idi.Bütün bunları əlaqələndirmək üçün iqtisadi Büro yaradıldı.

1921-ci ildən etibarən Yeni İqtisadi Siyasətin (NEP) həyata keçirilməsi nəticəsində əzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Sosialist ukladı getdikcə digər iqtisadi ukladları sıxışdıraraq aradan çıxarırdı. Dövlət ticarəti və kooperasiya getdikcə güclənirdi.

1925-ildən başlayaraq sosialist sənayeləşdirilməsi siyasəti yeridilməyə başlandı.Bu siyasətdə başlıca məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq, sosialist istehsal münasibətlərini inkişaf etdirmək və ölkənin müdafiə qabilyətini möhkəmləndirməkdən ibarət idi.

1926-cı ildə Respublikanın sənayeləşdirilməsi üzrə komissiya yaradıldı. Bu komissiyanın sədri Q.Musabəyov idi.Həmin komissiya 1926-30-cu illərdə Respublika sənayesinin inkişafına dair plan layhiəsi işləyib hazırladı. Ən çox neft sənayesinin və pambıqçılığın inkişafına xüsusi diqqət yetirilirdi.

Lakin respublikada sənayeləşmə çox çətin şəraitdə gedirdi. Texniki-iqtisadi gerilik, müxtəlif ictimi-iqtisadi ukladların olması, sinfi düşmənlərin müqavimət göstərməsi bu çətinliklərdən idi.

Bu dövrdə işsizlik də hələ ləğv edilməmişdi. Onların sayı 55 minə qədər idi.(1927-ci ildə)

Azərbaycanda sənayeləşmə sürətlə getdiyi bir dövrdə müxalifət qüvvələri (Sarkis, A.Babayev, Skublninski və başqaları) sosialist quruluşuna şübhə ilə yanaşırdılar.

Lakin 1926-1928-ci illərdə artıq sənayeləşmə sahəsində ilk nailiyyətlər əldə edildi. Gəncədə yağ-sabun kombinatı, Bakıda iri çörək zavodu, Putada neft quyusu , oksigen –asetilen zavodu işə salındı.1926-cı ildə Bakını neft rayonları ilə birləşdirən

146

Page 147: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

ilk elektrik dəmir yolu hərəkətə başladı.Yeni neft yataqlarının axtarılıb tapılması sahəsində işlər genişləndi.

1928-1929-cu illərdə Azərbaycanda sənayeləşmənin textiki cəhətdən yenidən qurulmasının birinci mərhələsi başa çatdı.

Elektrikləşdirmə sahəsində xeyli uğurlar əldə edildi.Salyan,Füzuli və Şəkidə elektrik stansiyaları tikintisi başa çatdı. Sənayenin inkişafı ilə yanaşı fəhlə sinifinin də sayı artırdı.1927-ci ildə onların da sayı 47 mindən 200 minə çatdı.

Sənayeləşmə ilə yanaşı kənd təsərrüfatının da sosialistcəsinə yenidən qurulması prosesi genişlənməyə başladı.Xırda fərdi təsərrüfatlar vasitəsilə şəhər əhalisini ərzaqla təmin etmək çox çətin idi. Kənddə xüsusi mülkiyyətçilik münasibətləri sənayenin də inkiçafına maneçilik törədir.1928-ci ildə fərdi kəndli təsərrüfatların sayı 354 minə çatırdı. Bu vəziyyətdən çıxış yolu kollektiv təsərrüfatların yaradılmasında idi.

1927-ci ildən baçlayaraq kənddə kolxozların yaradılması siyasəti genişləndi.Bu prosesə rəhbərlik etmək üçün Azərbaycan Mərkəzi Kolxoz idarəsi yaradıldı. Artıq 1928-ci ildə 289 belə təsərrüfat yaradılmışdı. Eyni zamanda sovxozlar texniki cəhətdən kolxozlara yardım edirdilər.

Göstərmək lazımdır ki, kolxoz quruculuğu çətin şəraitdə yerinə yetirilirdi. Kənddə sinfi mübarizə dərinləşir, sovet quruculuğunun qatı düşmənləri olan qolçomaqlar kolxoz quruculuğuna qarşı mübarizə aparırdılar. Onlar quldur dəstələri yradaraq kənd fəallarını öldürür, taxıl zəmilərini yandırr, kolxozun anbarlarını dağıdaraq sapotajçılıqla məşğul olurdular. Qolçomaqlara qarşı Azərbaycan Dövlət Siyasi İdarəsi mübarizə aparırdı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mədəni quruculuq sahəsində də mühüm irəliləyişlər oldu.

1920-ci ildən başlayaraq Azərbaycanda savadsızlığın ləğv edliməsi sahəsində işlər görülməyə başlandı. Bunumla əlaqədar savadsızlığı ləğv edən məktəblər yaradıldı.1923-cü ildə Respublika hökuməti yanında Q.Musabəyov başda olmaqla savadsızlığa qarşı mübarizə Komitəsi yaradıldı.1922-1926-cı illərdə savadsızlığı ləğv etmə məktəblərində 42,7 minə qədər adam savadsızlığını ləğv etmişdi.

1930-31-ci illərdə respublikada ümumi icbarıi təhsil tətbiq edilməyə baçlandı.Köhnə məktəblərin əvəzində iki tipli kütləvi təhsil məktəbləri- 5 illik təhsil

147

Page 148: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

müddəti olan bir dərəcəli ibtidai məktəb, 4 illik təhsil müddəti olan iki dərəcəli məktəb (orta məktəb)yaradıldı. Məktəblərdə dini təlim ləğv edildi.

1925-ci il mayın 25-də Bakıda Azərbaycan müəllimlərinin I qurultayı keçirildi. Qurultayda respublikada yeni məktəb quruculuğu sahəsində əldə edilmiş uğurlara yekun vuruldu.

Xalq təhsilinin inkişafında əlifba islahatının həyata keçirilməsinin mühüm rolu olmuşdur.1929-cu il yanvarın 1-dən latın əlifbası qəbul olundu. Lakin təəsüf ki, 1940-cı il yanvarın 1-dən rus-kirill əlifbaslna keçid o qədər də məqsədə uyğun deyildi və bu siyasət bilavasitə Moskvanın göstərişi ilə həyata keçirilmişdi.

Bu dövrdə mədəni-maarif müəssisələrinin genişləndirilməsi sahəsində də müəyyən içlər görüldü. Mədəni-maarif işində qiraət evlərinin,qırmızı guşələrin, kitabxana və klubların təşkil edilməsi əsas yer tutrdu .

1920-ci ildə Bakıda ilk dəfə Əli Bayramov adına Mərkəzi klub yaradıldı. Bu klubun yaxın qəzalarda 17 şöbəsi fəaliyyət göstərirdi. Həmin klubların nəzdində ümumtəhsil və peşə kursları,məktəblər,sənətkarlıq,tikinti,toxuçuluq və s.emalatxanlar,musiqi,dram dərnəkləri fəaliyyət göstərirdi.

1925-ci ildə Respublikada 75 kütləvi kitabxana fəaliyyət göstərirdi.

Bu dövrdə mətbuat və nəşriyyat işi də inkişaf stməyə başladı.Respublikada qəzet və jurnallar şəbəkəsi xeyli genişləndi. “Yeni yol”, “Molla Nəsrəddin”, “Maarif və mədəniyyət” jurnalları çap edilməyə başladı.

Bu dövrdə orta ixtisas və ali təhsilin də inkişafına diqqət yetirilirdi.1926/27-ci tədris ilində respublikada 39 pedaqoji, kənd təsərrüfatı, sənaye texniki, nəqliyyat,tibb üzrə orta ixtisas məktəbi fəaliyyət göstərirdi.1920-ci ildən BDUyeni inkişaf mərhələsinə qədəm qoydu.Yeni fakültələr-fizika-riyaziyyat və şərqşünaslıq fakültəsi açıldı.

1921-ci ildə Azərbaycan Politexniki institutu yaradıldı. Onun tərkibində texnologiya, mühəndis-inşaat və kənd təsərrüfatı fakültələri yaradıldı. Sonralar 1929-cu ildə kənd təsərüfatı fakültəsi əssında Gəncədə Kənd Təsərrüfatı İnstitutu yaradıldı.

1921-ci ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutu fəaliyyətə başladı.1922-ci ildə Qadın Pedoqoji İnstitutu da təşkil edildi və sonralar APİ ilə birləşdi.

148

Page 149: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Ümumiyyətlə 1926/27-ci tədris ilində Respublikada fəaliyyət göstərən 5 ali məktəbdə 5351 nəfər tələbə təhsil alırdı.

Azərbacanın sosial və iqtisadi inkişafında 30-cu illərdə çox böyük irəliləyişlər olmuşdur.1928-32-ci illərə dair birinci beşillik plan vaxtından qabaq yerinə yetirildi. Neft və digər sənaye sahələri, aqrar sahədə böyük inkişaf nəzərə çarpırdı.

Xalq təsərrüfatının yenidən qurulmasının həlledici mərhələsi başa çatır, sosializmin maddi-texniki bazası daha da möhkəmlənirdi. Sosialist iqtisadi və sosial münasibətləri şəriksiz hökmranlıq edir, bütün istismarçı siniflər ləğv olunurdu.

Bununla belə, sosializm quruculuğu prosesi ilə yanaşı inzibati-amirlik idarəetmə sisteminin törətdiyi narazılıqlar da artmaqda idi.

Bu narazılığı aradan qaldırmaqdan ötrü KP-sı “sıralarını təmizləmək” haqqında qərar verdi”. Təkcə 1933-34 –cü illərdə iki mindən çox kommunist partiya sıralarından çıxarıldı. Partiyadan çıxarılanların əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

30-cu illərin ikinci yarısından respublika rəhbərliyində yaranmış mühit, xüsusilə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində duran ermənilərin partiya və güc strukturlarında cəməlşməsinə gətirib çıxardı. Bu siyasət azərbaycanlıları respublikanın ictimai siyasi həyatından təcrid etməyə, fürsət düşdükdə onları fiziki cəhətdən məhv etməyə yönəldilmişdi.

SSPİ –də sosializm cəmiyətinin qurulması, 20-30-cu illərdə olkənin iqtisadiyyatında, onun sinfi tərkibində əmələ gəlmiş əsaslı dəyişikliklər 1924-cü ildə Sovet Konstitusiyasında qəbul edilmiş müddəalara yenidən baxılmasını tələb edirdi.

1936-cı il noyabrın 17-də AZ.SSP IX Sovetlər Qurultayı çağrıldı və orada AZ. SSP-in yeni Konstitusiyasının ümumxalq müsakirəsi dinlənildi və həmin layihə bəyənildi. Həmin layihənin müzakirəsində 1 milyondan çox adam iştirak etmişdi.

Qurultay həmçinin ZSFSR-in ləğv edilməsi haqqında məsələni də müzakirə etdi.

1937-ci il martın 14-də IX Sovetlər Qurultayı öz işini davam etdirərək ,AZSSP –ni Yeni Konstitusiyanı qəbul etdi.

Çoxmillətli ölkədə sosial və iqtisadi dəyişikliklər prosesində milli məsələ obyektiv olaraq öz əhəmiyyətini itirmişdi. Sosializm quruculuğunda milli amilin təhrif

149

Page 150: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

olunması əhalisi müsəlman olan respublikakalarda xüsusilə aydın şəkildə təzahür edirdi.

Azərbaycanda milli özündərkin hər cür təzahürü əksər hallarda millətçilik damğası ilə kökündən kəsilir,onu az çox özündə əks etdirən elmi və ədəbi əsərlər tənqid atəşinə tutulurdu.

Ölkədə avtoritar idarəçilik güclənir, rəhbər xadimlərin –Stalinin, Bağırovun şəxsiyyəyinə pərəstiş daha da güclənir,idarəetmədə daha çox istifadə edilirdi.

Beləliklə vicdanlı komminstlərə,partiya və dövlət xadimlərinə,elm və ədəbiyyat xadimlərinə qarşı geniş hücumlar başlandı.Ən yaxşı ziyalı nümayəndələrin güllələnməsi,sürgün edilməsi ilə müşaiyət olunan represiyyalar başlandı.

1937-ci ilin mayında XII Bakı partiya konfransında M.C.Bağırov bir çox qocaman partiya üzvlərinin ideyaca darmadağın edilməsi üçün çağırışı kütləvi cəzaları həyata keçirmək üçün bir çağırış oldu.

Bağırov və onun əlaltıları Sumbatov –Topuridze, Markaryan,Yemelyanov, Qriqor-yan, Borşov kimi adamlar siyasi vəziyyətdən istifadə edərək Azərbaycanın görkəmli oğullarını məhv etdilər.

Respublikanın görkəmli partiya və dövlət xadimləri R.Axundov, D.Bünyadzadə, M.D.Hüseynov,Ç.İldrım,Ə.H.Qarayev,H.Sultanov kimi şəxsiyyətlər repressiya qurbanı oldular.

Repressiya elm və mədəniyyət xadimlərinə qarşı da yönəldilmişdi. 1937-ci ildə H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli, V.Xululu, Əhməd Cavad, T.Şahbazi (Simurq), B.Çobanzadə və başqaları həbs edilərək ya güllələnmiş, ya da Sibirə və uzaq Şərqə sürgün edilmişdilər.

Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya sürgün edilmişdi.

Ümumiyyətlə 1937-38-ci illərdə Azərbycanda 70 mindən çox insan –sadə əməkçi, rəhbər, ziyalı represiyanın qurbanı olmuşdu.

Əslində bu Azərbaycan millətinin qatı düçmənləri tərəfindən etnik düşmənçlik məqsədilə məhv edilməsi idi. Belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-də daxili işlər idarəsinin baçında ermənilər dururdular.

150

Page 151: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Beləliklə XX əsrin 30-cu ullərində milyonlarla adam Stalinin şəxsiyyətə pərəstişinin qurbanı olmuşdur. Bunun isə ölkənin gələcək iqtisadi,siyasi,mədəni və hərbi inkişafı üçün çox ağır nəticələri oldu.

151

Page 152: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XVI MÖVZU

Azərbaycan ikinci Dünya müharibəsi illərində.(1939 – 1945-ci illər)

PLAN

1.Azərbaycan ikinci Dünya müharibəsi illərində

152

Page 153: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

2.Azərbaycan vətəndaşları partizan, müqavimət və milli –azadlıq hərəkatlarında.

3.Xalq təsərrüfatı müharibə illərində

ƏDƏBİYYAT

1.Azərbaycan tarixi.VII cilddə, VII cild.Bakı, 2005, səh II-297.

2.Siyasi tarix.(müh.kursu) II hissə,Bakı, 1995, səh.44-51.

3.Siyasi tarix. (dərs vəsaiti) II hissə, Bakı, 1998, səh.67-100

4.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində. Bakı,

1965, səh,10-33.

5.Orucov Q.S. Azərbaycan Qafqaz döyüşlərində.Bakı, 1984, səh.7-17.

6. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. Almaniyanın qəsbkar siyasətində Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hitler SSRİ-də yaşayan türkdilli xalqları “müsəlman monqoloidləri”adlandıraraq “Mənim mübarizəm” kitabında yazırdı ki, onlar ali irqin qullarına çevirilməlidirlər.

Almanlar Bakı neftini ələ keçirməyi Şərqin istilası üçün mühüm amil hesab edirdilər. Faşist Almaniyası Sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına, qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq “Böyük Türküstan” dövləti yaradılması planlaşdırılırdı .Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çİn və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.

153

Page 154: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Sovet xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında alman faşizmi-nə qarşı mübarizəyə qalxdı.

Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Azərbaycanlılar könüllü sürətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə, “Qırıcı batalyonlara” daxil olurdular. Müharibənin ilk günlərində 40 min nəfər o cümlədən 1000 nəfər qız könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdilər. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrda 223-cü,1942-ci il mart-sentyabr aylarnda 416-cı (Taqanroq),avqust-sentyabr aylarnda 271-ci diviziyalar təşkil olunmuşdu.77-ci diviziya Krımın müdafiəsində iştirak etmişdi.

1941-ci ilin avqustuna qədər 186 mindən çox Xalq qoşunu dəstələrinə yazılmışdı. 1941-ci ilin iyulundan 16 yaşdan 50 yaşına qədər olan kişilər ümumi icbari hərbi təlimlərə cəlb olundular.

1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, cəsuslara və sərhədi pozan-lara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradıldı. Bu batalyonlara 12 min adam cəlb edilmişdi.

Azərbaycan oğul və qızları müharibə cəbhələrində böyük şücaətlər göstərmişlər. Müharibənin ilk günlərində əfsanəvi Brest qalası döyüşlərində Azərbaycandan onlarla döyüşçü-həkim Qədirov, əsgərlər İ.Səfərov, İ Dadaşov, A. İmanov, Ə.Əliyev və başqaları böyük mərdlik göstərmişlər.

Leninqrad səması müdafiəçilərdən biri leytenant Hüseynbala Əliyev böyük igidlik göstərmişdi. O, şəhər üzərində 4 döşmən təyyarəsini vurmuşdu. İyulun 17 –də döyüş tapşırığını yerinə yetirən Əliyev 3 Alman təyyarəsi ilə üz-üzə gəlmiş, onlardan ikincini vurmuş, üçüncüyə tarana gedərək yaralandı. 80-dən şox yara alan H.Əliyev təyyarəni yerə endirə bilmişdi.

Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova, S.Quliyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşlar. Cərrah Aliyə Rüstəmbəyova onlarla yaralının həyatını xilas etmişdi.

1941-ci il dekabrın əvvəllərində Moskva uğrunda gedən döyüşlərdə İ. Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. O, təkbaşına 700-dən çox faşist öldürmüşdü. Dekabrın 11-də ona “Sovet İttifaqı Qəhrəmanı” adı verildi və bu ad ilk azərbaycanlı olaraq ona verilmişdi.

154

Page 155: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Stalinqrad döyüşlərində bir çox azərbaycanlı döyüşçülər mərdliklə vuruşmuşdular.Onlardan Mikayıl Qədirov, Ə.Rəcəbov, A.Axundov, B.Abbasov və başqaları faşist qüvvələrinin darmadağın edilməsində böyük şucaət göstərmişdilər.

Stalinqrad ətrafında əks hücum zamanı 55-ci xüsusi tank alayının komandiri Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirdi.1942-ci ilin noyabrında onun tank alayı hücuma keçərək düşmənin 4 tankını, 5 minamyot batareyasını, 1 ağır topunu, 3 piyada rotasını və 700-dən çox faşist əsgərini və zabiti əsir aldı. Sonrakı döyüşlərdə H.Aslanov düşmənin 45 tankını məhv etmişdi. 1942-ci il dekabrın 31-də H.Aslanova “Sovet İttifaqı Qəhrəmanı ” adı verildi.

Ukraynanın azad edilməsi zamanı göstərdiyi igidliklərə görə 20 nəfər Azərbaycan oğlu “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü.

Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə Qafur Məmmədov böyük igidlik göstərərək səngərdən çıxaraq 13 faşist əsgərini öldürmüş, öz rota komandirini öz həyatı bahasına xilas etmişdi.Gəray Əsədovun da qəhrəmanlığı bütün ölkəyə yayılmışdı. Belə ki, o öz sinəsi ilə atəş açan plemyotun qarşısını alaraq sovet əsgərinin hücumuna şərait yaratmışdı. Bütün bu igidliklər yüksək mükafatlandırılaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.

Azərbaycan döyüşçüləri Krımın, Belarusiyanın, Pribaltikanın azad edilməsində çox böyük rəşadət göstərmişdilər. Həzi Aslanovun tank briqadası Pribaltikanın azad edilməsində çox böyük şücaət göstərmiş və Ali Baş Komandanlığın 8 dəfə təşəkkürünə layiq görülmüşdü. Göstərdiyi igidliyə görə H.Aslanov ikinci dəfə Qəhrəman adına layiq görülməsinə təqdimat verilmişdi. Təəsüf ki, 1945-ci il yanvarın 24-də General H.Aslan-ov döyüşlərdə qəhrəmancasına həlak oldu. Layiq görüldüyü təltif ona ölümündən sonra 1991-ci il iyunun 21 –də verildi.

Pribaltika döyüşlərində 77-ci atıcı divizya xüsusilə fərqlənmişdir. Debele rayonunda iki həftəlik döyüşlərdə bu divizya düşmənin 178 tank özüyeriyən topunu, 2 alayını sıradan çıxarmışdı.

416-cı Taqanroq divizyası 1944-cü ilin avqustunda Moldovanın azad edilməsində fərqlənmişdi. Bu divizya sonralar avropa ölkələrinin faşizmdən azad olunmasında fəal iştirak etmişdir.

Azərbaycan oğul və qızları partizan və antifaşist müqavimət hərəkatında da fəal iştirak etmişdirlər.

155

Page 156: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Müharibənin ilk aylarında uğursuzluqlar nəticəsində əsir düşmüş sovet əsgərləri əsirlikdən qaçaraq yerli partizanlara qoşularaq mübarizəni davam etdirirdilər.

Müharibə dövründə partizan hərəkatının ən geniş vüsət aldığı yer Belorusiya idi. Burada çoxlu sayda azərbaycanlı digər xalqlarla çiyin-çiyinə faşizmə qarşı vuruşurdular.Brest vilayətindəki partizan hərəkatında Q.Abbasov, M.Abdullayev, M.Əliyev, İ.İsmayılov və başqaları partizan hərəkatının fəalları idilər.M.Əliyev bir pota komandiri kimi düşmənin 50 qatarını qəzaya uğratmış, 1000-dən çox əsgərini məhv etmişdi.

Böyük vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən bü-tün partizan dəstələrində azərbaycanlı döyüşçülər iştirak etmişdilər. Onlardan Aslan Əliyev, Müslüm Bağırov,Babaş Dadaşov bir sıra çətin məsul tapşırıqları uğurla yerinə yetirmişlər.

Ukraynada xalq intiqamçıları sırasında azərbaycanlı qadınlar da kişilərlə bərabər cəsarətlə vuruşurdular. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nə-srullayeva, Lidiya Drozdova partizan dəstələrinin fəal üzvləri idilər.

1943-44-cü illərdə Krımda vuruşan partizan dəstələrindən biri də tərkibinin 90%-dən çoxu azərbaycanlı olan Azərbaycan partizan dəstəsi idi. Bu dəstə 7 ay ərzində faşistlərə qarşı mübarizədə onlara böyük ziyan vurmuşdular.

1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri”Gənc Qvardiya ”adlı gizli komsomol təşkilatı yaratmışdılar. Bu təşkilatın ən fəal üzvlərindən biri Əli Dadaşov idi. O, digər təşkilat üzvləri ilə birlikdə şəhərin ən yüksək binalarından birinin üzərinə al bayraq sancmışdılar. Onlar haqqında müharibədən sonra məşhur sovet yazıçısı Fadeev “Gənc qvardiya ” adlı əsər də yazmışdı.

Kalinin vilayətində fəaliyyət göstərən Liza Çaykina adına partizan briqadasının qərərgah rəisi İsmayıl Əliyevin qəhrəmanlığı dillərdə əzbər olmuşdu.

Azərbaycanlı partizanlardan İ.Alxasov, İ. Dadaşov, Q.Şabanov Litva, Latviya və Estoniyanın partizan hərəkatının ən fəal üzvlərindən olmuşdular.

Azərbaycandan olan hərbi əisrlər Almaniya, Polşa, İtaliya, Fransa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə üsullarından istifadə etmişlər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasına şərait yaradırdılar.

156

Page 157: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Hərbi əsirlərin saxlandığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi.Burada H.Qiyasbəyov, M.Məmmədov, X.Hacıyev, Ə.Süleymanov və başqalarının rəhbərlik etdiyi gizli təşkilat yaradılmışdı.

Polşada fəaliyyət göstərən “Avanqard” partizan dəstəsinin tərkibində 12 azərbaycanlı partizan fəaliyyət göstərirdi.Onlar alman generalının əsir alınmasında fəal iştirak etmişdilər.

Çexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tərkibində 500 nəfərə qədər azərbaycan döyüşçüsü vuruşurdu.

Hələ müharibənin əvvəlindən faşist komandanlığı hərbi əsirlərdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. 1941-ci ilin dekabrında Hitler əsirlərdən xüsusi hərbi hissələr yaradılması haqqında əmir verdi. Bu məqsədlə vətənlərindən xaricdə, mühacirətdə yaşamaqda məcbur olan Azərbaycanın nüfuzlu şəxsləri, o cümlədən M.Ə.Rəsulzadə Berlinə dəvət olunmuşdu. Azərbaycanlı siyasi mühacirlərin məqsədi Almaniyaya qalib gələrsə onun Azərbaycanı müstəqil dövlət kimi tanımasına, habelə hərbi əsirlərin ölümdən xilas edilməsinə nail olmaq idi. 1943-cu ilin yazında Berlində “Milli Azərbaycan Komitəsi” yaradıldı. Lakin Hitler Azərbaycanın müstəqilliyi şərtini irəli sürən bu komitəni tanımadı. M.Ə.Rəsulzadə ölkəni tərk edir. Lakin azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və əsirlərdən ibarət hərbi hissədə birləşdirildi.

Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət “Boz qurd”, “Aslan ”,”Vətən”, “Dönməz”və s.bölmələr var idi.

Azərbaycanlılar hərbi əsir düşərgələrində və hərbi hissələrində gizli antifaşist təşkilatları yaradır, mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın “Ştrans”düşərgəsində saxlanılan Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad Həkimli, Mirdamət Seyidov və başqalarının rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.

1943-cü ildən başlayaraq Almaniyadakı hərbi əsirlərdən düzəldilmiş hərbi hissələr İtaliya-Yuqoslaviya sərhədlərinə gətirildilər. Hərbi əsirlər qaçaraq Yuqoslaviya partizanlarına qoşulurdular.

1944-cü ilin əvvəllərində Yuqoslaviya Xalq Azadlıq Ordusunun qərərgahında xüsusi kəşfiyyatçılar qurupu yaradıldı. Onun tərkibinə azərbaycanlılardan M.Seyidov, T.Əliyev, Ə.Məmmədov da daxil oldular. Kəşfiyyat qurupunun başçısı M.Hüseynzadə idi. O, “Mixaylo” ləqəbi ilə əfsanəvi

157

Page 158: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

qəhrəmanlıqlar göstərərək bütün Adriatik dənizi sahillərinin əhalisinin böyük rəğbətini qazanmışdı.

Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman Mixaylo hərbi təyyarə meydanına daxil olaraq 3 təyyarəni, benzin ambarını partladaraq, çoxlu sayda faşisti məhv etmişdi. Onun partlatdığı kinoteatır, yeməkxana və kazarma binalarında minlərlə faşist məhv edilmişdi.

1944-cü il noyabrın 2-də əməliyyatdan qayıdanda, Vitovle kəndi yaxınlığında almanların keçirdiyi əməliyyat zamanı qəhrəmancasına həlak olmuşdu. O, 1957-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldü. 1944-cü ildə azərbaycanlı döyüşçülər kütləvi surətdə qaçaraq İtaliya partizanlarına qoşulurdular. Faşist diktatoru Mussolinun həbs edilməsində Vilayət Hüseynovunda rolu olmuşdur. Ümumiyyətlə, Şimali İtaliyada müqavimət hərəkatında 300-dən çox azərbaycanlı partizan vuruşmuşdu.

Fransa müqavimət hərəkatında da azərbaycanlılar böyük şücaət göstərmişlər. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, H.Abdullayev və başqaları cəsur partizan kimi tanınmış, fransız hərbi orden və medalları ilə təltif olunmuşdular. Bunlardan Əhməddiyyə Cəbrayılov “Armed Mişel” adı ilə bu ölkənin azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda generaldan irəli getmək kimi şərəfli hüquq verən yüksək mükafatla, hərbi medalla təltif olunmuşdu. O, eyni zamanda Fransanın vətəndaşı fəxri adına layiq görülmüşdü.

Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış antifaşist təşkilatının işində yaxından iştirak etmişdilər. Onlardan M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen, Daxay, Zaksenhauzen ölüm düşərgələrində fəal iş aparmışdılar.

Göründüyü kimi Böyük Vətən Müharibəsində digər xalqlarla yanaşı azərbaycanlılar da böyük hünər göstərmişdilər.Onlar həm döyüş cəbhələrində, həm ölkə daxilində davam edən partizan hərəkatlarında, həm də xaricdə antuifaşist müqavimət hərəkatında fəal iştirak etmişdilər. 416-cı Taqanroq diviziyası Berlinə qədər şərəfli döyüş yolu keçmişdi. Müharibə cəbhələrində 700-mindən çox azərbaycanlı iştirak etmiş, onlardan 300 min nəfəri qəhrəmanlıqla həlak olmuşdular.

Böyük Vətən Müharibəsində H.Aslanov, S.Qəniyev, M.Əbilov, M.Hüseynov, A.Vəzirov kimi bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər.

158

Page 159: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü.30 nəfər azərbaycanlı döyüşçü Şöhrət Ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin müxtəlif orden və medalları ilə təltif olunmuşdular.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində ölkənin qalib çıxmasında öz layiqli töhfəsini vermiş, adı XX əsrdə faşizmə qarşı mübarizə səlnaməsinə qızıl hərflərlə yazılmışdır.

-Müharibə illərində “arxa cəbhə” adı atında Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatı müharibənin tələblərinə uyğun şəkildə quruldu.

Fəhlə və qulluqçuların iş günü rəsmi olaraq 11-12 saata qaldırlırdı. İşçilər çox zaman 18-20 saat işləyirdilər. Məzuniyyətlər ləğv olundu,işdən yayınanlara və ya gecikənlərə cinayət maddəsi müəyyən edildi. Ciddi əmək intizamı rejimi yaradıldı. Ərzaq və sıənaye mallarının satışı üzrə kartoçka (talon) sistemi tətbiq olundu. Döyüşkən cəbhəyə səfərlər olunmuş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olundular.1941-ci ilin yayında neft sənayesinə 13 min yeni işçi götürüldü. İxtisaslı fəhələ kadrlarının hazırlanması işi genişləndirildi. Az müddətdə 40 mindən çox ixtisaslı fəhlə hazırlandı. Bakı döyüşkən ordunun cəbhəxanalarından birinə çevrilmişdi. Burada “Katyuşa”raketi, “Şnakin”pulemyotu, “YAK-3”qırıcı təyyarələri yığılaraq düzəldilirdi. Ümumiyyətlə, Bakıda -130 növ silah və hərbi sursat istehsal olunurdu.

Neft maşınqayırma zavodlarının çoxu hərbi sursat istehsal edən müəssisələrə çevrilmişdilər. Leytenant Şmidt adına zavodda minamyot, pulemyot və tank hissələri hazırlandı.

Gənəcə şəhərində 12 sənaye müəssisəsi müharibənin tələblərinə uyğun olaraq yenidən qurulduqdan sonra 26 adda hərbi məhsul istehsal edirdi.

Neft sənayeçiləri cəbhəni neft məhsulları ilə təmin etmək üçün gecə-gündüz çalışırdılar. Onlar 1941-ci ildə 23,5 min ton neft və 26 min kub metrə yaxın qaz istehsal etmişdilər. Məhz neftçilərin fədakar əməyi sayəsində Azərbaycan 1941-1945-ci illərdə ölkəyə 75 milyon ton nefti vermişdi. Bu da SSRİ-də hasil lunan neftin 82,5 faizini təşkil edirdi.

Azərbaycanın digər sənaye sahələri də öz işlərini müharibənin tələblərinə uyğun qurmuşdular.Yüngül sənaye müəsssisələri 1942-ci ildə cəbhə ehtiyacları üçün 30 –a qədər məhsul növü istehsal etmişidlər.

159

Page 160: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Bakıda əsgərlər üçün keçə ayyaqıbı, paltar, kimyəvi silahlar əleyhinə geyim,hərbi xəstəxanalar üçün mebel, yanğın əleyhinə alətlər vəs. ləvazimatlar istehsal edilirdi.

Respublikanın kənd əməkçiləri də müharibə tələblərinə uyğun olaraq işləməyə başlamışdılar.1941-ci ilin yay və payızında kolxoz sahələrində işləmək üçün beş mindən çox mexanizator qadın cəlb olunmuşdu.Respublikada kənd təsərüffatı üçün gənc mütəxəsis kadrlar hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.Mexanizatorların 70 faizini yeniyetmələr təşkil edirdi.

Müharibə illərində taxıl əkin sahələri 240 min hektara qədər artmışdı. Müharibə illərində nəqliyyatın işi yenidən qurulmuşdu.1941-1945-ci illərdə Cənubi Qafqaz dəmir yolunun Bakı şöbəsi dəmir yolçularının fədəkar əməyi sayəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon və 500 min sistern neft məhsulları göndərilmişdi.

Xəzər dənizçiləri neft daşıyan gəmilərlə Mahacqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları,o cümlədən 135 min ton benzin daşımışdılar.

Azərbaycan dəmiryolçuları müharibə illərində “LEND-LİZ” yolu ilə ABŞ və Böyük Britaniyadan İran körfəzi vasitəsilə İran ərazisindən SSRİ-yə daşınan hərbi sursat, sənaye və ərzaq mallarının təyinat yerlərinə çatdırılmasında fədəkarlıq göstərmişlər.

Azərbaycan ziyalıları da müharibədə qələbəyə öz töhvələrini vermişdilər. Azərbaycan alimləri zirehli texnikaya qarşı top gülləsi, özüidarə olunan bombalar, tanka qarşı elektrik minaları, çoxpiləli minalar və s.hazırlamışdılar.

Y.Məmmədəliyevin rəbərliyi altında bir qrup kimyaçı alim yüksək oktanlı aviasiya yanacağı əldə etmişdi. Onun rəhbərliyi altında yeni zavod işə salınmışdı. Ümumən, Y.Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlər müharibə illərində 38 növ sürtki yağı, 9 adda yüksək oktanlı təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

Bakının elmi labaratoriyalarında tank əleyhinə yandırıcı və partlayıcı maddələr istehsal olunurdu. Bu maddələrin alnmasında akademik Əli Quliyevin misilsiz xidmətləri olmuşdur.Hətta O, kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən baş vermiş partlayış nəticəsində qolunun birini itirmişdir.

Geoloq alimləri tərəfindən bu dövrdə 6 neft yatağı kəşf olunmuşdu. Mirəli Qaşqyın və Şamil Əzizbəyovun rəhbərliyi ilə odadavamlı gil, fosvorit vəs. yataqlar kəşf edilmişdi.

160

Page 161: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Tibb sahəsində akademik M.Topçubaşov cərrahiyəyə böyük yeniliklər gətirmişdi. Məhz onun şəfalı əlləri hesabına minlərlə əsgər və zabit yenidən döyüş cəbhələrinə qayıtmışdılar.

Müharibə illərində məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün 1941-ci ildə Qazaxda, Qubada, Naxçıvanda, Xankənddə, Ağdamda ikillik müəllimlər institutları, Cəlilabad və Laçında pedoqoji məktəblər açılmışdı.

Müharibə illərində yaradıcı ziyalılar-yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar qələbə naminə əllərindən gələni etmişdilər.Onlar öz əsərlərində insanlarda Vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayır, faşizm üzərində qələbəyə inam yaradırdılar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə gedir, əsgərlər və zabitlər qarşısında çıxışlar edərək onların qələbə əzmini qüvvətləndirirdilər.Bu sahədə şair və yazıçılardan S.Vurğun,S.Rüstəm, M.Rahim, R.Rza, Ə.Vəliyev və başqalarının unuduımaz xidmətləri olmuşdur. Azərbaycan ruhaniləri də xalqın düşmən qarşı mübarizyə səfərbər edlməsndə fəal iştirak etmişdilər. Müharibədə qələbənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön cəbhə ilə arxa cəbhə arasında əlaqənin möhkəmliyi təşkil edirdi. Arxa cəbhə daim ön cəbhə üçün möhkəm dayaq olmuşdu. Əhali iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, cəbhəyə təmənnasız köməyini əsirgəməmişdi. Müharibə illərində Azərbaycanın fəhlə və kəndliləri, ziylıları müdafiə fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milon manat pul, 15 milyon manatlıq qızıl istirqaz vermişdilər.

1942-ci ildə respublika zəhmətkeşləri cəbhəyə iki min bağlama və 146 vaqon ərzaq göndərmişdilər. 1941-1943-cü ilərdə hərbi döyüşçülərə 1601 min isti geyim, sırıqlı, gödəkcə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s.göndərilmişdi.

Müharibə dövründə, xüsusən 1941-1942-ci illərdə Azərbaycanda vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət almışdı.

Alimlər, ədəbiyyat və incəsənət xadimləri, istehsalat qabaqcılları tank kolonları və hava eskadronları fonduna öz şəxsi qənaətləri hesabına 215 milyon manat vəsait vermişdilər.

Respublikanın kənd əhalisi öz şəxsi təsərrüfatından Qırmızı Ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min digər kənd təsərrüfatı məhsulları vermişdilər.

161

Page 162: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Beləlklə,Azərbaycanın arxa cəbhəsi də İkinci Dünya müharbəsində SSRİ-nin faşizm üzərində qələbə çalmasında çox müüm rol oynayan Bakı öz layiqli qiymətin almamışdı. O,əslində qhrəman şəhər olsa da, ancaq Lenin Ordeni ilə təltif edilmişdi.

162

Page 163: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XVII Mövzu

II Dünya müharibəsindən sonra Azərbaycanda

sosial-iqtisadi və siyasi vəziyyət

PLAN

1. Müharibədən sonra Azərbaycanda sosial –iqtisadi və siyasi vəziyyət.

2. Azərbaycan–Ermənistan münasibətləri.Azərbaycanlıların Ermənistandan

kütləvi surətdə deportasiyası

3. Müharibədən sonra Cənubi Azərbaycanda demokratik və milli-azadlıq

hərəkatı.

ƏDƏBIYYAT

1. Azərbaycan tarixi .VII cilddə, VII cild, Bakı,2005,səh.200-297

2. Məmmədov İ. Məmmədov C.Azərbaycan tarixi .Bakı,2009,səh.176-200.

3. Siyasi tarix (dərs vəsaiti) II hissə,Bakı,1998 səh. 86-100

4. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.I,II,cildlər,Bakı, 1997.

5. Əliyev H.Ə.”1948-1953-cü-illərdə azərbaycanlıların Ermənistandan kütləvi

surətdə deportasiyası haqqında”18 dekabr, 1997-ci il fərmanı

163

Page 164: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

“Azərbaycan”qəzeti, 19 dekabr 1997-ci il .

6. Rəhimli Ə.Güney Azərbaycanda milli demokratik hərəkat (1941-1946), Bakı,

2003.

7. Didərginlər. Bakı,1990.

8. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu. Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı. Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65, faiz fəhlə və qulluqçuların sayı 60 mindən çox azalmışdı.

Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə başlandı.Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçirilməli və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946—1950-ci illəri əhatə edən dördüncü beşillik planda öz əksini tapmışdı. Həmin plana görə sənaye məhsulu istehsalı müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2 faiz artmalı idi.

1946-cı ildə xalq təsərrüfatının dinc quruculuq müstəvisinə keçirilməsi vəzifəsi həyata keçirildi. 1948-ci ildə isə Azərbaycanda sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırdı.1946-1950-ci illərdə Buzovna, Maştağa (1945), Gürgan-dəniz, Hövsan və Umbakı (1948-1950),Neft daşları (1950)yeni neft və qaz yataqları kəşf edirdi.1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft- mədən estakadaları quruldu. 1949-cu il noyabrın 7-də Xəzərdə qazılan neft quyusu fontan vurdu.

164

Page 165: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Xəzər nefti SSRİ-yə xidmət etməyə başladı. İndi Bakı –Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin başa çatması ilə o, dünyaya xidmət edir.1950-ci ildə estakadaların uzunluğu 18,9 km-ə çatdırıldı.

Müharibədən sonrakı ilk onilliyin axırında (1945-1955-ci illər) neft hasilatı 116,6 milyon tona çatdırdı.1946-1950-ci illərdə neft emalı zavodları yenidən quruldular.1946-1950-ci illərdə respublikada sənayenin ümumi məhsulu 78 faiz artdı. Neft hasilatı 28 faiz, qaz çıxarılması 26 faiz çoxaldı.1946-1950-i illərdə neft emalının həcmi 1,3 dəfə artdı.

Həmin illərdə polad əridilməsi 89 faiz, prokat istehsalı 70 faiz, elektirik enerjisi hasilatı 76 faiz, sement istehsalı 48 faiz artdı. Müharibədən sonra Sumqayıt, Mingəçevir, Daşkəsən kimi sənaye şəhərləri yaradıldı. Sumqayıtda kimya və metallurgiya, Mingəçevirdə energetika sənaye sahələri inkişaf etdirilməyə başladı. Daşkəsəndə isə dəmir filizi yataqları istifadəyə verildi. Daşkəsən filiz saflaşdırma kombinatı yaradıldı.

Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948), Qaradağ sement zavodunu (1951),Yeni neftayırma zavodunu (1953) və b.göstərmək olar.

Azərbaycan kənd təsərrüfatı məhsullrı istehsalı da 1950-ci ildə 1945-ci ilə nis-bətən 32 faiz artdı. Buna baxmayaraq, kənd təsərrüfatı, xüsusən əkinçilik bitkilərinin əkin sahələri və məhsuldarlığının həcmi (taxıl,bostan məhsulları, meyvə və s.) aşağı düşmüşdü. 1951-ci ildə kolxozların iriləşdirilməsi tədbirləri də vəziyyətdən çıxmağa kömək etmədi. Kənd təsərrüfatınıda geriləmənin başlıca səbəbini işçi qüvvəsinin, texnikanın çatışmaması ilə yanaşı, kolxozçuların maddi marağının olmaması da təşkil edirdi. Bu da, zorakılıqla yaradılmış kolxoz quruluşunun ciddi qüsurlarından soraq verirdi.

Bu illərdə əhalinin sosial vəziyyətində də dəyişikliklər baş verdi.1947-ci ilin dekabrında ərzaq və sənaye mlları satışındakı kartoçka sistemi ləğv olundu.Ölkədə pul islahatı keçirildi. 1948-ci ildən etibarən ərzaq və sənaye mallarının qiymətləri ardıcıl olaraq aşağı salınmağa başladı. 1950-ci ildə ümumi qiymətlər 1947-ci ilə nisbətən 43, o cümlədən ərzaq mallarının qiymətləri 47 faiz, sənaye mallarının qiymətləri 35 faiz aşağı salınmışdı. 1951-1954-cü illər hər il qiymətlərin aşağı salınması davam etdirilmişdi.

165

Page 166: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Müharibədən sonra da əsas siyasi hakimiyyət Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin Siyasi Bürosunun, xüsusən partiyanın rəhbəri İ.Stalinin əlində cəmləşmişdi.

Müharibədən sonra 1946-cı ilin martında Xalq Komissarları Sovetləri Nazirlər Sovetləri adlandırıldı. İ.Stalin ÜİKP MK Siyasi Bürosunun sədri, Kommunist Prtiyasının rəhbəri olmaqla yanaşı SSRİ Nazirlər Sovetinin sədri təsdiq edildi. O, həm partiyanın, həm də hökumətin başçısı oldu. Bu struktur respublikada da tətbiq olundu.

Müharibədən sonra da Azərbaycanda 1937-ci il və müharibə abı- havası davam edirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Ölkədə yenidən repressiyalar başlandı. İlk növbədə alman əsirliyindən qayıdanlara nəzarət artdı. Onlara inamsızlıq hökm sürməyə başladı. Onlardan çoxları məhkum və ya sürgün olundular. Kadr siyasətində qeyri millətlərin nümayəndələrinə, xüsusilə ermənilərə yaşıl işıq yandırıldı. Gənclərin milli ruhunu boğmaq üçün tədbirlər görüldü. Hələ ikinci dünya müharibəsi illərində (1942-1943-cü illərdə) ali məktəb tələbə və aspiratlarından İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, (Hüseynoğlu), Hacı Zeynalovun başçılığı ilə yaradılmış “İldırım”təşkilatına və onun üzvləri olan Azər Ələsgərova, Kamal Əliyeva, Aydın Vahidova və Musa Abdullayeva divan tutuldu.1948-ci ilin yazında təlşkilatın üzvləri mühakimə olundular.Onlardan 3-ü 25-il müddətinə konslagerə göndərildi, 4-ü 10 il və biri isə 7 il həbs cəzasına məhkum edildi.

Müharibədən sonra totalitarizmin güclənməsini şərtləndirən cəhtlərindən biri də, hakim ideologiasının inhisarının gücləndirilməsi oldu.1947-1951-ci illərdə fəlsəfə (1947) biologiya (1948) fiziologiya (1950) dilçilik (1950) siyasi iqtisad (1951) elmləri üzrə keçirilən diskussiyalar buna misal ola bilər. Bu zaman bir sıra açıq fikirli görkəmli alimlər gözümçıxdıya salındılar. Bakı Dövlət Universitetinin biologiya fakultəsində çalışan professor genetik M.Ə. Axundov tutduğu vəzifələrdən uzaqlaşdırıldı.

Fəlsəfə və tarix elmlərində bu özünü daha qabarıq göstərdi. Bu dövrdəki ədəbiyyatda Qafqazın o cümlədən, Azərbaycanın Rusiya tərəfindən işğal olunması saxtalaşdırıldı. XIX əsrin əvvəllərində Azərbaycanın işğalı onun guya könüllü olaraq Rusiyanın tərkibinə daxil olması kimi qələmə verilirdi. Azərbaycan Cümhuriyyətinin tarixi saxtalaşdırılırdı. Bu illər Azərbaycan tarixinə “musavat dövrü” kimi təqdim olunurdu. Bu dövr təhsil müəssələrində tədris olunmurdu. Sanki, Azərbaqycan tarixində belə dövr olmamışdı.

166

Page 167: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Türk dünyasının unudulmaz abidəsi “Kitabi Dədə Qorqud” irticaçı xan – bəy eposu kimi qiymətləndirilir, onun tətqiqatçıları, o cümlədən Həmid Araslı təqib olunurdu. Məşhur Azərbaycan tarixçisi, pedaqoqu A.A.Bakıxanov idealizimdə fanatizmdə Mirzə Kazımbəy “Çarızmın sadiq qulu” olmaqda günahlandrılırdı. Akademik M.A.Dadaşzadə “Türkiyənin casusu ” kimi damğalanmış, akademik yazıçı Mirzə İbrahimov, SSRİ Elmlər Akademiyasının müxbir üzvu, professor A.O. Makolevski sayıqlığını itirməkdə, Məmməd Rəfili “Kosmopolitizmdə” təqsirləndirilirdi.Yazıçı Süleyman Vəliyev sürgün edilmişdir. Görkəmli filosof, akademik Heydər Hüseynov “XIX əsir Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinə görə kəskin tənqid olunmuş və “ingilis casusu” adlandırımışdı. O, bu haqsızlığa dözməyərək intihar etmişdi.

Neftçi alimlərdən Prof. Ələşrəf Əlizadə, prof. Baxşıbəy Sultanov, Əli Muradbəyli, Yusif Səfərov, filosoflardan Əli Əlizadə, yzıçılarda Əbülhəsən Ələkbərzadə, şair Səməd Vurğun, bəstəkar Ü.Hacıbəyov və b. hələ də təqib olunurdular.

1947-ci il iyunun əvvəllərində verilmiş cinayət fərmanına əsasən Azərbaycanda Sovet rejiminə qarşı sədaqətlə xidmət edən müxtəlif təbəqələrdən olan 10 minlərlə adamlar represiya qurbanları olmuşlar.Cəmiyyətin ən dəyərli kapitalı olan insan sosialist mülkiyyətinə məxsus adi bir alət, əşya, quzu, çəpiş və danadan ucuz olmuşdur.

Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparan M.Ə.Rəsulzadənin xalqı bu ruhda marifləndirmək məqsədilə 1949-cu ildə Ankarada yaratdığı “Azərbaycan Kültür dərnəyi” antisovet, antiazərbaycan və mürtəce qurum kimi lənətlənirdi. 1953-cü il martın 5-də İ.Stalinin vəfatından sonra Azərbaycanda da siyasi abı-hava dəyişdi. M.C. Bağırov tutduğu vəzifəsindən (Nazirlər Sovetinin sədri) çıxarıldı. Bir müddət Uralda, Kuybışev neft birliyində müavin işlədi. Sonra, 1953-cü ildə həbs olundu və mühakimə (1956 cı il 12- 26 apreldə) olunaraq ölümə məhkum edildi.

M.C.Bağırovun rəhbərliyi vaxtında güc orqanlarına başçılıq etmiş Sumbatov-Toprudze, X. Qriqoryan, R.Markaryan, T.Borşov, S.Yemelyanov, A.Atakişiyev və b.da mühakimə olundular. Onlardan ilk 4-nə güllələnmə kəsildi. Digərləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.

1954-cü ilin fevralında İ.D.Mustafayev AKP MK-nın Birinci katibi seçildi. Onun başçılığı ilə Azərbaycanda yeni rəhbərlik formalaşdırıldı. O, Azərbaycanda mülayim,

167

Page 168: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

demokratik abhavanın, milli meyllərin dirçəlişi, yeni sənaye şəhərlərinin yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etdirmək istiqamətində xeyli təqdirə layiq tədbirlər həyata keçirdi.

Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət olmuş Emənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O,Türkiyədən Şərqi Türkiyə torpaqlarına, Azərbaycan-dan Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinə nail olmaq üçün Mikoyanın təşəbbüsü və Moskvanın dəstəyi ilə gizli olaraq xüsusi “Qarabağ komitəsi” yaratmış-dılar.Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payızında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar.Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR ilə bağlı idi.Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq,onunla bağlı,onun he-sabına yaşayırdı.

Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya vermişdi.ÜİK(b)P MK-nın katibiY.H.Malenkovun imzası ilə bu barədə AZərbaycan K(b)P MK-nın Birinci katibi M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif olunmuşdu.

M.C.Bağırov həmin məktuba cavab olaraq , 1945-ci ildekabrın 10-da MK-ya yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağala əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur.Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun cavab məktubunda bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana bu şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana , Gürcüstana və sovet Rusiyasına verilmiş ərazilərAzərbaycan SSR-ə qaytarılsın.Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planını puç etdi. Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anlatdı. Məhz buna görə də, Mərkəzi hökumət məsələsinin “arxivə verilməsini” vacib saydı.

Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən sonra zaman –zaman azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar.1905-1920-ci illərdə yüzlərlə azərbaycanlılar yaşayan kəndlər dağılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinst niyyətlərindən əl çəkməmişdilər.Azərbaycan torpaqları hesabına

168

Page 169: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Əzizbəyov, Ararat, Artaşat, Qafan, Noyamberyan, Mikoyan, Dilican, Mehri və b. rayonları yarat-mışdılar.

Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də iyrənc niyyətini davam etdirmişdilər.Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç mütləq dövlət (ABŞ, SSRİ,Böyük Britaniya ) başçılarının Tehran konfransında (28 noyabr-1dekabr 1943-cü il)SSRİ İran münasibətləri məsələsinin müzakirəsindən istfadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə Ermənistana köçürülməsi razılığını almışdılar.Hətta , onlar xaricdə yaşayan ermənilərin Ermənstan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 19 oktyab rfərmanı verməsinə nail olmuşdular. Bu fərmana əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-inKür-Araz ovalağına köçürülməsi haqqında”qərarını vermişdi.Həmin qərarı həyata keçirmək məqsədilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının 10—da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında qərarını” qəbul etmişdi.

Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu- əsasən Basarkeçər, Zəngibasar, Noyanberyan, Mikoyan ,Dilican, Aştarxat, Kirovakan,Vedi rayonlarını əhatə etmişdi .Dağlıq və dağətəyi yerlərdə yerləşən bu rayonlar azərbaycanlıların kompakt və ya er-mənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.

Əslində xaricdən, əsasən İrandan ,Suriyadan,Livandan ,Misirdən Ermənstan SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldılmış kənd yerlərində deyil, özlərinin təkidi ilə şəhər və qəsəbələrdə yerləşdirildilər.Bu da, Ermənistan rəhbərliyinin bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.

Öz doğma yurdlarından zorla deportasiyaya məruz qalan zərbaycanlılar əsasən Kür-Araz ovlağında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan, habelə Yevlax, Ucar,Xaldan,Kürdəmir və s.aran rayonlarında yerləşdirildilər.Bu da onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək tələf olması ilə nəticələnmişdi.

Bu hadisə əvvəllər sovet tarixçünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi,inkişafı və rəhbərliyin “xeyirxah”addımı kimi qiymətləndirilmişdi.Lakin,Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi mənasını almışdır.Bu faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən “1948-1953-cü illərdə

169

Page 170: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”1997-ci il 18 dekabr fərmanında almışdı.O,xain xislətli qonşumuz olan ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqrımı kimi qiymətləndirilmişdi.

Bu dövr Bakıya Azərbaycanda yeni yaradılmış sənaye mərkəzlərinə qeyri millətlərin,o cümlədən ermənilərin axını ilə də səciyyələnmişdi.

Bütün bunlarla kifayətlənməyən ermənilər keçən əsrin 50-60 cı ilərində Dağlıq Qarabağ məsələsini yenidən qabartmışdılar.50-ci illərin sonlarında fitnəkar Mikoyanın və onu dəstəkləyən Suslovun təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi yenidən gündəliyə çıxarıldı.Hətta,məsələ Sov.İKPMK-da müzakirəyə çıxarıldı.Lakin,nəticəsiz qaldı.

1964-cü ildə A.Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri olarkən bu məsələnin yenidən gündəliyə gətirilməsinə cəhd göstərildi.Lakin,müəyyən səbəblər üzündən Mərkəzi rəhbərlik,xüsusən,N.Xruşşov buna imkanverməmişdi.

Buna baxmayaraq antitürk,antiazərbaycan əhvali-ruhiyyəsi güclənməkdə davam edirdi. “Qarabağ Komitəsi”nin fəaliyyəti açıq hal almışdı. Ermənistanda millətçilik tüğyan etməyə başlamışdı.1965-ci il aprelin 23-də qondarma “erməni genosidi”nin 50 illiyi,türklərin,o cümlədən azərbaycanlıların genetik düşməni olan,cəllad Andronikin isə 100 illiyi qeyd olunmuşdu.Hətta,onların şərəfinə İrəvanda və digər yerlərdə abidələr də ucaldılmışdı.1967-ci ildə Xankəndində (Stepanakertdə) bir neçə azərbaycanlı qətlə yetirilmişdi.

Bu dövrdə Azərbaycanda çox güclü erməni lobbisi formalaşmışdı.Onların bir çoxu Azərbaycan rəhbərliyində yuva salmışdılar.Onlar,Aərbaycanın milli inkişafına a əngəlliklər törədirdilər.Mərkəzin dəstəyi ilə onlar bir çox kəndlərə,şəhər və qəsəbələrə,küçələrəerməni adlarının verilməsinə nail olmuşdular.Azərbaycanda isə iki rayona S.Şaumyanın adı verilmişdi.

Moskvanın təzyiqi ilə Azərbaycanın bir çox əzəli torpaqları”xalqlar dostluğunu möhkəmləndirmək “ naminə ermənilərə bəxş olunmuşdu.Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Laçın ,Qubadlı, Kəlbəcər,Qazax və b.rayonlardan iki min hektar yararlı torpaqlar Ermənistana bəxşiş olunmuşdu. Lakin, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun həyata keçirilməsi saxlanılmışdı.

170

Page 171: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1941-ci il avqustun 25-də İran-Sovet müqaviləsinə əsasən (6-cı maddə) Sovet qoşunları İran sərhəddini keçərək Ərdəbil və Təbriz istiqamətində irəlilədilər.Sovet qoşunları ilə eyni vaxtda İngilislər İranın cənubundan ölkəyə daxil oldular.

Sovet qoşunlarının İranda keçirdiyi hərbi əməliyyatlarda Azərbaycandan da xüsusi bir qrup iştirak edirdi. Bu qrupa, Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvi Əziz Əliyev rəhbərlik edirdi. Həmin qrupa Süleymanov,Rəhimov, Mirzə İbrahimov,Mustafa Quliyev və başqaları daxil idilər. 1941-ci ilin sonunadək Bakıdan Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda və s.ərzaq məhsulları yardım olaraq göndərilmişdi.

1941-ci il oktyabrın 11-dən Azərbaycan dilində “Vətən yolunda” qəzet nəşr olundu. Urmiyəda Azərbaycan dilində “Qızıl əsgər” qəzeti buraxıldı. Cənubi Azərbaycanlılar da öz növbəsində şimalda gedən Proseslərə ehtiramla yanacaq,onlara yardım edirdilər. Onlar 416-cı Toqanroq diviziyasına pul vəsaiti toplayaraq yardım etmişdilər. Təbrizdə bir sıra fabriklərin fəhlələri bir günlük əmək haqlarını həmin diviziyanın fonduna vermişdilər.

Lakin Sovet hökumətinin burada yeritdiyi siyasət İngiltərə və ABŞ hökumətlətini narahat edirdi. 1943-cü il noyabrrın 28-də başlanan Tehran konfransında qəbul edilmiş “İran haqqında Bəyannamədə” bütün tərəflər İranın ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər. Bundan sonra Sovet hökuməti İranda fəaliyyətini bir qədər zəiflətdi. Azərbaycandan İrana göndərilmiş siyasi işçilərin çoxu geri çağırıldı.

Sovet hökuməti 1944-cü il martın 6-da “Cənubi Azərbaycan əhaləsinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında “ məsələ müzakirə edərək qərar qəbul etdikdən sonra ora diqqət yenidən artdı. Qərarda diplomatik orqanlarda çalışan azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində ordu qəzetinin nəşr edilməsi, Təbrizdə Azərbaycan dilində pulsuz onillik məktəb, kitabxana , yazıçı və şairlərin əəsərlərinin nəşri və əhali arasında yayılması məsələləri irəli sürülürdü.

1944-cü ilin yaz və yayında 1000 nəfərdən çox işçi səfərbər edilərək Cənubi

Azərbaycana göndərilmişdi.Onların qarşısında duran əsas vəzifə o taydakı azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadıqlarını təbliğ etməkdən ibarət idi.

171

Page 172: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1945-ci ilin yayında Cənubi Azərbaycanda vəziyyət gərginləşdi. İran hökuməti ABŞ və İngiltərənin hərbi-siyasi yardımına arxalanaraq ,azərbaycanda təqib və terrora başladı.Bunlara qarşı özünümüdafiə məqsədilə fədai dəstələri təşkil olundu.

Belə bir şəraitdə vətəndaş müharibəsinə yol vermədən ictimai-siyasi hadisələrə başçılıq etməyə qadir olan siaysi təşkilatın yaradılmasına ehtiyac var idi.

1945-ci il sentyabrın 3-də S.C.Pişəvərinin başçılığı ilə milli-azadlıq və demokratik hərakata rəhbərlik edən Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı. 1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADP-nin I qrultayı keçirildi. Qrultayda qəbul edilmiş proqramda milli məsələ barədə deyilirdi.:” İran məmləkəti daxilində yaşayan hər bir millətin muxtariyyatı və öz müqəddəratını təyin etmək hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir”.

Lakin İran hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Hətta İran hökuməti suni surətdə Azərbaycanda qıtlıq yaratdı, çoxlu ərzaqı Azərbaycandan kənara daşıtdırdı, azərbaycanlı tacirlərin 15 milyon tümən pulunu Tehran banklarına köçürərək vəziyyəti ağırlaşdırmağa çalışdı.

1945-ci il sentyabrın 10-da Marağa, oktyabrın 2—də Ərdəbil şəhərində hərbi vəziyyət elan edildi. Azərbaycan xalqının qəti ehtirazına baxmayaraq sentyiabrın 12-də qatı irticaçı C.M.Fərrux Azərbaycana vali təyin olundu.Onun məqsədi ADP komitə üzvlərinin həbs edilərək Tehrana göndərilməsi idi.

Bu vəziyyəti görən Sovet Hökuməti vəziyyətin ciddiliyini nəzərə alaraq Cənubi Azərbaycanda möhkəmlənmək barədə qərar qəbul etdi.Buraya göndərmək üçün çoxlu silah ayırdı.

1945-ci il noyabrın 20-21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq Konqrensinə Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi üzrə kompaniya başladı.Lakin noyabrın 18-də Tehrandan İran qoşunları Qəzvinə tərəf hərəkətə başladı. Fədailər hökumətin silahlı qüvvələrinə noyabrın 17-18-də Marağa, Mərənd, Miyanə , Sərab və Ərdəbil istiqamətində ilk zərbəni vurdular.

1945-ci il noyabrın 26-dan Azərbaycanın böyük şəhərlərində hökumət qan tökülmədən xalqın əlinə keçdi. Azərbaycan Xalq Konqrensi özünü Müəssislər məclisi elan etdi və tərkibində milli Heyət seçdi. Müəssislər Məclisinin bəyannaməsində Azərbaycana İran hökuməti daxilində milli muxtariyyat verilməsi tələb olunurdu.

1945-ci il noyabrın 27-dən dekabrın 1-dək Məclisə ümumi seçkilər keçirildi.12 de-kabr Milli Məclisin açıldığı gün Azərbaycan müxtariyyatının yarandığı gün oldu.

172

Page 173: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Tehran hökuməti 1946-cı il iyunun 13-də Az.Milli Məclisini Azərbaycan Əyalət Əncümənini kimi tanımağa məcbur oldu.

Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi. 1946-cı il fevralın 16-da qəbul edilmiş “Müsadirə haqqında” qanuna əsasən Dövlət kəndlərinin torpaq və suları əvəzsiz olaraq kəndlilər arasında bölünürdü. Sənayedə fəhlə nəzarəti yaradıldı.Əmək qanununa görə 8 saatlıq iş günü ,əməkçilərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulurdu.

1946-cı il fevralın 6-dan Xalq qoşunları yaradılmasına başlanıldı.Hərbi məktəb açıldı və az müddət ərzində 250 nəfərdən çox zabit hazırlandı.

1946-cı il yanvarın 6-da Milli Hökumət “Dil haqqında” qərar qəbul etdi. Qərara görə Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.

İyunun 12-də Təbriz Universiteti fəaliyyətə başladı. Aprelin 7-də Azərbaycan radiosu fəaliyyətə başladı.Əhalinin vəsaiti hesabına bir ildə 2000 –dən artıq məktəb açıldı.Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başladı.1946-cı ilin martından başlayaraq Sovet qoşunları İrandan çıxarılmağa başlandı.

1946-cı il aprelin 4-də SSRİ –ilə İran hökuməti arasında sazişə əsasən bütün qoşunların çıxarılması haqqında saziş bağlandı.Bu sazişdə deyilirdi.”Azərbaycan məsələsi İrananın daxili işi olduğundan mövcud qanunlara görə hökümətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinc yolu tapılacaqdır”

Beləliklə Azərbaycan məsələsinin taleyi artıq həll olunmuşdu. Hələ 1942-ci ildən İranın bütün silahlı qüvvələrinin ixtiyarını öz əlinə almış ABŞ “21 Azər hərəkatının” əvvəlindən İranın silalhı qüvvələrini Azərbaycana qarşı hücuma hazırlayırdılar.ABŞ İrana 20 milyon dollarlıq silah və hərbi sursat, 40 bombardmançı təyyarə vermişdi.

1946-cı il sentyabrın 1-də Azərbaycan Xalq hakimiyyəti üzərinə ümumi silahlı hücuma başlayan İran hökuməti 1946-cı ilin noyabrında 50 minlik qoşunla Cənubi Azərbaycana hücuma keçdi.Əməliyyata İran şahı Məhəmməd Rza Pəhləvi özü rəhbərlik edirdi. O, İran əsgərlərinə deyirdi: “Gedin,Azərbaycanı atəşə tutun, oranı yerlə yeksan edin”. Bu böyük qüvvəyə qarşı cəmi 18 min nəfərlik silahlı qüvvə var idi. Lakin şah ordusuna qarşı inadlı müqavimət göstərildi. Qısa müddət ərzində milli –demokratik hərakat qan içində boğuldu.30 minə qədər adam öldürüldü, 300 min

173

Page 174: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

adam isə sürgün olundu.1947-ci ildə S.C.Pişəvəri Gəncə yolunda avtomobil qəzasında həlak oldu.

1945-46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli –demokratik hərakat xalqımızın azdlıq mübarizəsi tarixinin mühüm və şanlı səhifələrindən biridir.

XVIII mövzu

Azərbaycan 1970-1980-ci illərdə

174

Page 175: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

PLAN

1. 70-80 ci illərdə Respublikanın ictimai-siyasi həyatı.

2. 70-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.

3. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ

ƏDƏBIYYAT

1. Azərbaycan tarixi.VII cilddə, VII cild, Bakı,2005, səh.445-584.

2. Siyasi tarix (Mühazirə kursu) II hissə, Bakı,1995, səh.123-135.

3. Məmmədov T, Məmmədovç. Siyasi tarix, Bakı,2004, səh.251-257.

4. Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı,1998, səh.291-296.

5. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

1969-cu ilin iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi.AZ.KP MK-nin Plenumunda H.Ə.Əliyev MK-nin birinci katibi seçildi. Azərbaycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təmələni qoydu.

Avqust plenumunda H.Əliyev çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji isdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.

175

Page 176: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mədəni-psixoloji iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.

H.Əliyev qısa müddətdə respublikada idarəçəlik sistemini xeyli möhkəmləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.

H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.O,1978-ci il AZ,SSP Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də AZSSP-nin Konstitusiyası qəbul edildi.Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

H.Əliyrvin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik faliyyəti sahəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artdı.14 ildə (1969- 1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış,250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.

H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyin Cavidin cəsədininn qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan divizyasının böyük qələbəsinə xatirə ansanblı, Sevastopolda 77-ci divizyanın şərəfinə böyük abidə ucaldılmışdı.

H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə Azərbaycanlı gənc digər şəhərlərdə aparıcı təhsil və elm ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.

H.Əliyevin təşəbbüsü ilə milli özünədərk prosesi xeyli gücləndirildi.

“Gəncə ”sözü yasaq edildiyi vaxt, “Yeni Gəncə ” qəsəbəsi yaradıldı.Bakı rayonlarına “Nizami ”,“Nəsimi” adları verildi. Naxçıvanda “Babək”,Yuxarı Qarabağda

176

Page 177: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

“Əsgəran” adlarının verilməsi bu yerlərin əzəli azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi.

O,”İran Azərbaycanı ” terminini “Cənubi Azərbaycan” terminilə əvəz etdi.

Beləliklə H.Əliyevin çoxcəhətli partiya və dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının, ictimai təşkilatların işində fəaliyyəti artdı. Dövlət və ictimai təşkilatların mədəni tərəqqisi xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr verdi.

H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.

XX- əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçidiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.

Heydər Əliyevin təşəbbüsü ilə SSSR hökuməti Azərbaycanda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70- ci illərin ilk ilindən sürətlə

başladı.Kapital qoyuluşunun həcmi 1970 -85 –ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da Sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.

Bu kapitalın 45% -dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti material-ları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.

Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənərək iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirildi. Əlvan və qara metalugiyanın yeni istehsal sahələri yaranırdı.

Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni müəssələrin yaradılması sahəsində ciddi işlər görüldü.

Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14milyard kubmetr təbii qaz istehsal edilmişdi.70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırılır.

177

Page 178: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1970-80 –ci illərdə yeni müəssələr sənayenin təkmilləşməsi və məhsul istehsallarının artırılmasında əhəmiyyətli rol oynamışdur.Bu dövrdə 218 yeni sənaye müəssəsi istifadəyə verildi.

Mingəçevirdə elektrik stansiyası, Şəmkir Ses, Bakı Kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça, qənnadı, çini –saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.

Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssisələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.1970-85-ci illərdə yaradılan yeni sənaye müəssələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi sahələrində istifadəyə verildi.

70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi. Geoloji kəşfiyyat işləri genişləndi.22 yeni neft və qaz yatağı kəşf olundu. Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.

Üzən buruqlardan “Azərbaycan”, “Xəzər” vastəsilə dənizin dərinliyində 6000 metrə çatan quyular qazıldı.

70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlandı və zavod 1986–cı ildə fəaliyyətə başladı. Respublikada energetika sənayesi sürətlə inkişaf edirdi. Araz çayı üzərində İran ilə birlikdə SES tikildi .Yüngül sənaye, yeyinti sənaye müəssləri şəbəkəsi xeyli genişləndi.

Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqilyatın da inkişaf etdirilməsi vacib strateji məsələlərindən biri idi. 70-80 –ci illərdə yeni dəmir yolu –Ağdam –Xankəndi, Akstafa –İrəvan, Yevlax- Balakən xətləri istifadəyə veril-di.1985-ci ildə 2067 kmə çatan dəmir yolu xətti var idi.

Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Avto-mobil yollarının uzunluğu 1985 –ci ildə 22,4 min km -ə çatırdı.

70-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu. 1970-ci ildə “Ulduz ” stansiyası istifadəyə verildi.1972-ci ildə Bakının mərkəzini “8-ci km” qəsəbəsi ilə birləşdirən metro xətti “Bak Soveti ”- “Neftçilər” metro xətt işə düşdü.1985-ci ildə “Memar Əcəmi ” stansiyasına, 1979 –cu ildə “Əhmədli ” stansiyasına qədər yeraltı dəmiryol xətləri istifadəyə verildi.

178

Page 179: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycanın dəniz nəqilyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxstan, Sibir, İtaliya, Əlcəzair, Polşa ,Ruminiya və s. ölkələrə mal daşınırdı.

1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.

Azərbaycanda kınd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud miqdardadır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrdən tam və hərtərəfli istifadə edilməsi vacib idi. Bunun üçün ilk növbədə əkinçilik və heyvandarlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və mərkəzləşməsi tələb olunurdu.

70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşməsi prosesi sürətləndi. Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi.18 rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə, Ağcəbədi, Beyləqan, Sabirabad idi.1985-ci ildə pambıq əkin sahələri 295,5 min hektara çatmışdı.

Başqa sahələrdə də təmərküzləşmə gedirdi.Tərəvəzin 92 faizindən çoxu Lənkəran, Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara, taxılçılıq mərkəzi aran, Şəki, İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçülük bütün təbii iqtisadi zonalarda yetişdirilirdi.

Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85–ci illərdə orta hesabla 1966-70 –ci illərə nisbətən 2,6 dəfə çoxaldı

1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona, tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.

Beləliklə, 70-80-ci illərdə azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön sıralara keçdi. Azərbycanın ictimai əmək bölgüsündə istər idxal , istərsə də ixrac edilən məhsulların istehsal həcminə görə rolu xeyli genişləndi.

Akademik Cəmil Quliyev yazır: “1969-cu ilin yayından H.Əliyevin respubli-kaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial –iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı.H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu”

179

Page 180: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında ciddi geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və təlatümlü hadisələr onu sarsıdaraq, iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.

Azərbaycanın ictimai-siyasi həyatının təsərrüfat sisteminin ahəngi 1987-ci ildə erməni millətçilərinin “Dağlıq Qarabağ” ətrafında başladıqları fitnəkarlıqlıa pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini genişləndirirdilər. İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adl altında respublikada böyük gəlir verən üzüçülüyün ləğv edilməsinə çalışırdılar.1990-cı ildə 107 min hektar üzüm sahəsi ləğv edilmişdi.

1988 -ci ildə Gəncə avtomobil zavodunun, AKTİ –nin tələbə şəhərciyinin tikintiləri dayandırıldı.

Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə azaldıldı.Əsas fondların istifadəyə verilməsi 1990 cı ildə 1985-ci ilə nisbətən 50 faiz aşağı düşdü. Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1milyon tona, qaz hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmişdi.

Mühüm, kənd təsərrüfatı məhsulları istehsalında ciddi geriləmə baş verdi.

1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətli, çox çətin və ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu.

Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşdırılmasına şərait yaratmışdı.Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə, kolxozçuların orta aylıq əmək haqqı isə 1,5dəfə artmışdı.Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.

70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə artmışdı. Baku, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınmış ,çoxmərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 35 mln kv-metr mənzil sahəsi tikilmişdi.3 milyona qədər əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.

Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr meydanı, yaradılmışdı. 70-ci illərdə Baku Dəniz Vağzalı, Respublika Sarayı, Gülüstan sarayı, Velotrek tikildi.Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür su

180

Page 181: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmizləyici qurğulardan istifadə edilməməsi respublikada ekoloji mühitin gündən –günə pozulmasına gətirib çıxardı.

Bakı,Sumqayıt, Gəncə, Əli bayramlı şəhəri ekoloji cəhətdən daha çox çirklənmişdi. Bakıda çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi həddən çox çirklənmişdi.Kimya zavodları Sumqayıt şəhərini “ölü şəhərə”çevrilmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarına çirkab və zəhərli maddələrin axıdılması böyük problem yaradırdı.

70-80- ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər min nəfərə, təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi.Əhalinin sosial –sinfi strukturu da yeniləşmişdi.1989-cu ildə əhalinin 86,8 faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi.Əhalinin milli tərkibində də mühüm dəyişikliklər baş vermişdi. 1989-cu il siyahıyaalınmasına görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.

Beləliklə 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda , məişət və rifahında mühüm dəyişikliklər baş vermişdi.

Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi, xidmətlərin səviyyəsi xüsisən kənd yerlərində hələ aşağı idi.Ekoloji mühit çirklənirdi və s. 70-80-ci il illər azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatinda mühüm irəliləmələr dövrü olmuşdur.Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmiş , tədrisin səviyyəsi xeyli yüksəlmişdi .

Bu illərdə respublikada 101 min nəfərlik məktəbəqədər uşaq müəsssəsi tikilib istifadəyə verilmişdir.

Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi.Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı.Bu məktəblərdə müəllimlərin sayı 132-min nəfərə qədər artmışdı.

Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəəaliyyət göstərirdi.

181

Page 182: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycanda milli hərbi kadrlar yeyişdirilməsini təmin etmək məqsdilə H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəb, təşkil olundu.

80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri ,o cümlədən 91 pioner məktəblilər sarayı,1593 pioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.

Peşə təhsili sistemi inkişaf edirdi.70-80-ci illərdərespublikada 100 yeni texniki –peşəməktəbi təşkil edilmişdi.1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagirdtəhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı,məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər. Təsərrüfat, maarif ,mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Pedaqoji,Gəncə tikinti-inşaat texnikumlarının, Şuşa pedoqoji məktəbinin, Mingəçevir və Naxçıvan politexnikumlarının, Şəki pedoqoji məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərək istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.

70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə Rus Dili və Ədəbiyyati (Slavyan Universiteti) və Pedoqoji Xarici Dillər Unstititları yarandı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə Xankəndi Pedoqoji instititları , 1976-cı ildə Gəncə Texnologiya İnstitutu təşkil edildi.

1980-ci ilərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor, akademik, 3021nəfər dosent dərs deyirdi. Ali məktəblərdə hər il 100 min nəfər tələbə təhsil alırdı. Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.

Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. Azərbaycan tarixinin tədrisi artırıldı.1988-ci ildən bütün ali və orta ixtisas məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illərin sonlarında hər 1000 nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta təhsilli idi.

İnsanların biliyinin , mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.

70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub və mədəniyyət evləri, 111 kinoteatr istifadəyə verilmişdi.

182

Page 183: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və jurnalların sayı 45,3 milyon nüxsəyə çatdırılmışdı. Hər 100 nəfərə 6,4min nüxsə kitab və jurnal düşürdü. Respublikada 87 yeni muzey-1972-ci ildə Azərbaycan xalçacılıq və tətbiqi sənət muzeyi” Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə U.Hacıbəyovun və S.Vurğunun,1981-ci ildə Naxçıvanda H.Cavidin ,1982-ci ildə Bakıda C.Cabbarlının , Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil olundu.

Həmin dövrdə Gəncədə “Nizami “təsviri sənət qaleriyası, “Nizami dövrü və yaradıcılığı” muzeyi açıldı.

70-80-ci illərdə respublikada 8 yeni dövlət teatırı açıldı və onların sayı 20-yə qədər olmuşdur.

Kütləvi informasiya vastələri şəbəkəsi artmaqda idi.1990-ci ildə 256 qəzet, jurnal və məcumə çap olunurdu.Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.

1976-88-ci illərdə 10 cildlik “Azərbaycan Sovet Ensklopediyası ” çapdan çıxdı.Bu dövrdə 20 cildlik”Azərbaycan Ədəbiyyatı Kitabxanası” 50 cildlik “Dünya Uşaq ədəbiyyatı Kitabxanası”, 100 cildlik “Dünya Ədəbiyyatı kitabxanası”, “Molla Nəsrəddin”12 cildlik toplusu nəşr edildi(1-ci cild)

70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdu. Elmi müəssisəərin sayı 151-ə , o cümlədən elmi-tədqiqat istitutlarının sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3min nəfərdən çox idi.

1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə başladı.

1975-ci ildən “Xəzər” elmi Mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı.1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi fəaliyyətə başladı.

1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə, 3300 elmi işçi fəaliyyət göstərirdi.

Bakı həmin dövrdə “Neft Akademiyası”adlanırdı. Bu sahədə görməkli alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqaları görkəmli araşdırmalar aparırdılar.O dövrdə Fərman Salmanovun rəhbərliyi altında Qərb Sibirin neft və qaz yataqları kəşf olunmuşdu.

183

Page 184: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Humanitar –ictimai fənlər sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdu. Z.Bünyadov,Cəmil Quliyev , İqrar Əliyev, Mahmud İsmayılov, Fuad Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər bu elmin inkişafında mühüm rol oynamışdılar.

Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu. M.Dilbazi, Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışlar.

Bədii nəsrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Balayevanın əsərləri çox maraqla oxunurdu.

Xalqda milli şüurun oynamasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi.Mirzə İbrahimovun “Pərvanə”, “Cənub hekayələri”maraqla qarşılanırdı.

Respublikada musiqi, ifaçılıq teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi. Fikrət Əmirovun “1001 gecə” , Aqşin Əlizadənin “Babək” baletləri musiqi sənətinin ən mühüm naliyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə Axundova “Gəlin Qayası” operasını yazdı.

Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. “Azərbaycanfilm” kinostudiyasında “Şərikli çörək” “Yeddi oğul istərəm”, “Ulduzlar sönmür” Babək” “Tütək səsi”, “İstintaq”, Axırıncı aşırım”, “Dədə Qorqud” və başqa filmlər çəkildi.

Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr oldu. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elmi, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri, kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin , tarixinin , dilinin öyrənilməsi və təbliği genişləndi.

XIX mövzu

1980-ci illərin axırları və 1990-cu illərin əvvəllərində

Azərbaycanda ictimai-siyasi vəziyyət.

184

Page 185: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Plan:

1.1980-ci illərin sonuna yaxın Azərbaycanda siyasi vəziyyət.

2.Qondarma Qarabağ məsələsi və onun Azərbaycanın siyasi durumuna təsiri.

3.Milli-demokratik ictimai hərəkatların və təşkilatların meydana gəlməsi.

Ədəbiyyat:

1.Azərbaycan tarixi.VII cilddə, VII cild, Bakı, 2005, səh.301-484.

2.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı, 2004, səh. 245-255.

3.Ramiz Mehdiyev . Gorus- 2010. Absurt Teatrı mövsümü. Bakı 2010

4. Azərbaycan tarixi Ali məktəblər üçün dərslik . Bakı 2014.

5.Sultanov O. XX əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində

Azərbaycanda siyasi mübarizə. Bakı, 1995.

6. Tahir Qaffarov. Azərbaycanın ən yeni tarixi. XX əsrin sonları, XI əsrin

əvvəlləri Bakı 2006

7. Azad Bayramov, Sevda Abdullayeva , Zümrüd Qəhrəmanova “Xocalı

Soyqırımı”. Bakı 2015

8.. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XX əsrin 80-ci illərinin ortaları üçün SSRİ dərin böhran vəziyyətinə gəlib çıxdı.

1981-1985 – ci illərdə sənaye və kənd təsərrüfatı məhsullarınınn istehsalı 2,5 -3 dəfə

aşağı düşmüşdü. Ölkədə gizli iqtisadiyyat tüğyan edirdi. Ölkəni siyasi böhran da

bürümüşdü.

185

Page 186: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1985-ci ilin martında uğursuz M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə ölkədə

böhrandan çıxmaq məqsədilə “yenidənqurma”xətti həyata keçirilməyə başlandı. Bu

xətt xarici ədəbiyyatda “Qorbaçov inqilabi” kimi mənalandırılır.

“Yenidənqurma”əvvəl xalq təsərrüfatının inkişafını sürətləndirmək siyasətindən

başladı. Sonra iqtisadi, siyasi və hüquqi islahatlar həyata keçirilməsinə başlanıldı.

“Yenidənqurma”daha çox demokratiya, daha çox sosializm, aşkarlıq şüarları

altında həyata keçirilirdi.

Yenidənqurma və aşkarlıq siyasəti obyektiv surətdə demokratiya və

azadfikirliliyin ilk rüşeymlərinin yaranmasına gətirib çıxardı. Lakin, 1988-ci ilin

əvvəllərinə kimi Azərbaycan demək olar ki, SSRİ-də gedən bu pozitiv proseslərdən

təcrid olunmuşdu. Həyatın real problemlərinin üstündən sükutla keçilməsi və onların

ört-basdır edilməsi, hər şeyin normal olduğu haqqında illüziya yaradılması ictimai-

siyasi atmosferi müəyyənləşdirən əsas cəhətlər idi.

Baxmayaraq ki, Azərbaycan öz təbii sərvətlərinə görə SSRİ-də qabaqcıl

yerlərdən birini tuturdu, lakin problemlər içində boğulurdu.Xəstəxanalar, məktəblər,

mənzil çatışmır, adambaşına düşən milli gəlirə görə respublikamız sonuncu yerlərdə

gedirdi. Ekoloji problemlər nəticəsində uşaq ölümünün səviyyəsinə görə Azərbaycan

Afrikanın bir çox ölkələrini də geridə qoyurdu.

“Yenidənqurma”dövründə demokratiya,aşakarlıq və siyasi plüralizm şəratinin

yaradılması təqribən 70 il ərzində cəmiyyətdə,o cümlədən milli münasibətlərdə

yığılıb qalmış səhv və nöqsanları üzə çıxardı. Ölkədə mərkəzdənqaçma meyyləri

gücləndi. İctamai-siyasi həyatda demokratizm və aşkarlıq yayıldı.

Elan olunmuş aşkarlıq prinsipindən istifadə edən respublika mətbuatında

tariximizin 1920-1940-cı illərini əhatə etdiyi dövrün səhifələri açıqlanır və kəskin

tənqid olunur,M.C.Bağırov rejimi, onun qeyri-insani və qeyri-humanist hərəkətləri, o

186

Page 187: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

dövrün totaltar idarəçilik metodları,bolşevizmin milli ayrı-seçkilk siyasəti vəs. ifşa

edilirdi.

Bu dövrdə Respublikada ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatları və

cəmiyyətlər yaradıldı, çoxlu yeni formal və qeyri-formal nəşrlər meydana çıxdı.

“Azərbaycan”, “Odlar yurdu”, “Azadlıq”, “Yeni fikir”, “Vətən səsi”, “Respublika”,

“Ayna”, “Dalğa”,və başqa qəzetlər, “Gənclik”, “Xəzər”, “Açıq söz” jurnalları çıxmağa

başladı.

Demokratiya və aşkarlığın genişlənməsi sayəsində islam dəyərlərinə

qayidıldı.Müqəddəs ibadət yerlərindən leqal şəkildə istifadə olunmağa başlandı. Pir

və ocaqlara ziyarətlər çoxalmağa başladı.1988-1990-cı illərdə respublikada 30-dan

çox məscid açıldı. 1989-cu ildə Bakıda islam mədrəsəsi açıldı.İndi onun bazasında

yaradılmış Ali İslam Universiteti fəaliyyət göstərir.

1990-cı ildən başlayaraq müsəlmanların müqəddəs Məkkəyə ziyarətləri təşkil

edildi. “İslam”qəzetinin nəşrinə başlanıldı.

Respublikada İran və Türkiyədə yaşayan qan qardaşları olan azərbaycanlılarla

gediş -gəlişi bərpaetmək məqsədilə “Sərhəd hərəkatı”başladı.

1989-cu il dekabrın 31-1990-cı il yanvarın 1-də Araz çayı boyu 137 km Sovet -

İran,yanvarın 7-də SSRİ-Türkiyə arasında sərhəd qurğuları dağıdıldı. Yanvarın 18-də

Biləsüvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv olundu. Naxçıvan MR-də

sərhədlə tikanlı məftillər arasında qalan17 kvadrat kilometr torpaq sahəsi istifadəyə

verildi. Sərhəddin hər iki tərəfində yaşayan qohum və qardaşlarıın görüşü, gediş-

gəlişi başladı.

Bir sözlə,respublikada yüksək ictimai-siyasi canlanma hökm sürürdü. Lakin

Azərbaycan rəhbərliyi Sovetlər birliyini qoruyub saxlamaq üçün Mərkəzin səylərinə

can-başla qoşulurdu. Azərbaycan da imperiyanı yenidən bərpa etmək üçün

hazırlanmış layihə və tədbirlərə tərəfdar çıxırdı.1990-cı lin mayında Azərbaycanda da

187

Page 188: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Prezident vəzifəsi təsis olundu. A.Mütəllibov Ali Sovet tərəfindən Respublikanın ilk

Prezidenti seçildi.

Bütün bunlara baxmayaraq“yenidənqurma”dövründə Azərbaycan

iqtisadiyyatında da geriləmə başladı.

“Yenidənqurma”nın elan etdiyi demokratiya,aşkarlıq şəraitindən istifadə edən

erməni millətçiləri Qərbi Azərbaycanda antitürk siyasətlərini gücləndirdilər,etnik

təmizləməyə başladılar.Azərbaycanlıların Ermənistandan yeni deportasiyası başlandı.

1988-ci ilin fevralında İrəvanda “Ermənistanı türklərdən tətmizləməli”,

“Ermənistanda ermənilər yaşamalıdır!”,şüarları altında izdihamlı antitrük mitinqi

keçirildi.Erməni vandalları fevralın 21-də İrəvanda qalmış son məscidə hücum edib

onu dağıtdılar.

Aşıq Ələsgərin Basar-Keçərdəki qəbrini təhqir etdilər, Səməd Vurğunun

abidəsini dağıtdılar. Fevralın 18-23-də azərbaycanlı qaçqınların yeni dəstəsi

təqiblərdən canlarını qurtararaq, Azərbaycana axışdılar.

Ermənilər azərbaycanlıların vəhşi,qaniçən olması haqqında yalan təsəvvürlər

yaratmaq üçün 1988-ci il fevralın 28-də Sumqayıtda özünü azərbaycanlı kimi qələmə

verən “Paşa” ləqəbli Edik Qriqoryaının fəal iştirakı ilə fitnəkarlıq törətdilər. Bu

məqsəd üçün Sumqayıtın seçilməsi heç də təsadüfi deyildi. Çünki Ermənistandan

təhqir olunaraq qovulan azərbaycanlıların xeyli hissəsi buraya pənah gətirmişdi.

Hadisələrin videolentlərə cəkilməsi,varlı ermənilərin bir neçə gün əvvəl banklardan

pullarını götürərək qaçması, fitnəkarlığın planlı şəkildə hazırlanmasından xəbər

verirdi.

1988-ci il fevralın 27-də şəhərdə kütləvi mitinqlər başladı və ertəsi günü erməni

talanları baş verdi. Faciə zamanı 32 nəfər,o cümlədən 26 erməni və 6 nəfər

azərbaycanlı qətlə yetirilmiş,200 mənzil qarət edilmişdi.

188

Page 189: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı antitürk hərəkatı daha

mütəşəkkil hal aldı.1988-ci ilin mart-dekabr aylarında yüzlərlə azərbaycanlı qətlə

yetirildi, minlərlə adam isə İran və Türkiyə sərhədlərini keçərək, həmin ölkələrə

pənah gətirdilər.

Ermənilər azğınlaşaraq Qubadlı rayonunun Eyvazlı, Qovudlu və Qədili

kəndlərinə hücum edərək qırğınlar türətdilər. Naxçıvanın Kərki kəndini işğal edərək

yandırdılar.Sentyabrın 16-da Bakı-Tbilisi sərnişin avtobusunu partlatdılar. 1991-ci il

iyulun 31-də Moskva –Bakı qatarınd güclü partlayış törətdilər.

Beləliklə, Qərbi Azərbaycanda yaşayan Azərbaycanlılara qarşı ermənilərin

soyqrımı başa çıtdı. Oradan 230 min nəfərə qədər azərbaycanlı qovuldu, 225 nəfər

isə öldürüldü. Azərbaycanlıların Respublikamıza köçməsi burda ictimai-siyasi durumu

daha da gərginləşdirdii.

Sovet cəmiyyətini koklərinə qədər sarsıdan “yenidənqurma “ və “aşkarlıq”

siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını

qaldırdılar.Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərakatı “Miatsum” başladı.

Münaqişənin qızışdırılmasında millətçi erməni ziyalılarının mühüm rolu

olmuşdu. Ermənistandan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini

sübut etmək niyyəti ilə dünyanın 30-dan çox dövlətinə və beynəlxalq təşkilatlara 300

min erməninin imzası ilə müraciətlər göndərilmişdi.

1987-ci ilin oktyabrında Ulu Öndərimiz Heydər Əliyevin SSRİ rəhbərliyindən

kənarlaşdırılması mənfur ermənilərin öz niyyətlərini reallaşdırmaq ümidini artırdı.

Hələ 1940-cı illərdə yaradılmış “Qarabağ komitəsinin fəaliyyəti genişləndi.

1987-ci ilin oktyabrında İrəvanın Puşkin meydanında bu komitənin ilk açıq

mitinqi keçirildi. Eyni zamanda Dağlıq Qarabağda uzun müddət fəaliyyət göstərən

yerli “Krunk” təşkilatı da açıq fəaliyyətə başladı.

189

Page 190: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Erməni seperatçıları Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edərkən

Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədəni inkişafına diqqət vermədiyini

bəhanə gətirirdilər. Lakin o zaman Moskvadan göndərilən erməni iqtisadçılarının

araşdırmalarına görə Dağlıq Qarabağ vilayəti Azərbaycanın digər bölgəsinə nisbətən

sosial –iqtisadi inkişaf səviyyəsinə görə xeyli irəlidə gedirdi. Əgər təkcə 1976-1980-ci

illərdə Azərbaycan üzrə sənaye məhsulları istehsalı 3 dəfə artmışdırsa, vilayət üzrə

bu rəqəm 3,3% təşkil edirdi.

1988-ci il fevralın 8-dən başlayaraq Xankəndində Dağlıq Qarabağın

Ermənistana verilməsi haqqında ermənilər imza toplamağa (petisiya ) başladılar.

Fevralın 12-də isə həmin tələblə mitiqlərə başladılar. Ermənilər və onların

havadarları, Daşnak partiyası hələ çoxdan xaricdə bu məsələ ilə Daşnak partiyasının

Afinada keçirilən qurultaylarında Azərbaycan torpaqları Naxçıvan və Qarabağ daxil

olmaqla vahid və müstəqil Ermənistan ideyası irəli sürmüşdülər. Z.Balayanın “Ocaq”

kitabı da məhz həmin ideyanı yayırdı. 1987-ci ildə Aqanbekyan Parisdə çıxış edərək

Dağlıq Qarabağın Ermənistana birləşməsinin iqtisadi cəhətdən daha əlverişli olması

ideyasını irəli sürmüşdü. Bütün bunlar Dalıq Qarabağda seperatçı çıxışlar üçün bir

siqnal rolunu oynamışdır. Azərbaycanın rəhbərliyinin qətiyyətsizliyndən şirniklənən

ermənilər daha da həyasəzlaşaraq fevralın 21-də DQMV Sovetinin qərarı ilə Dağlıq

Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar verdilər.Fevralın 25-26-da

eyni tələblə Ermənistanda kütləvi mitinqlər keçirildi. Fevralın 24-də Ağdam –Əsgəran

yolunda iki azərbaycanlının öldürülməsi ilə Qarabağ konfliktinin ilk qurbanları verildi.

Ermənistandan isə ilk azərbaycanlı qaçqınları dəstəsi Azərbaycana pənah gətirməyə

başladılar.

Bütün bunlara qarşı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyini görən xalq

respublikanın qorunması tələbi ilə etiraz nümayişlərinə başladılar. Bu nümayişlərdən

ən izdihamlısı mayın 18-də Bakının baş meydanında keçirildi.Vəziyyətin

mürəkkəbliyini görən Moskva rəhbərlikdə dəyişiklik edərək K.Bağırovun yerinə

190

Page 191: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Ə.Vəzirovu gətirdi.Lakin o da öz sələfinin syasətini davam etdirdi. Yeni rəhbərliyin ən

böyük səhvlərindən biri Ermənistandan gələn qaçqınları Dağlıq Qarabağa

yerləşdirmək əvəzinə onları Bakı və Sumqayıta yönəltdi.

Sentyabrın 21-də Ermənilər Stepanakertdə yaşayan Azərbaycanlı əhalini də

öz evlərindən qovdular və onlar Şuşaya sığındılar.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti R.H.-i DQVM-nın Azərbaycanın tərkib

hissəsi olması haqqında qərarından sonra ermənilər daha da həyasızlaşaraq elan

olunmamış müharibəyə başladılar.Yaxşı silahlanmış erməni quldurları Azərbaycan

ərazisində açıq hərbi əməliyyatlara başladılar. Lakin Respublikanın rəhbərliyinin

göstərişi ilə hüquq mühafizə orqanları əhalidə olan tüfəngləri də onlardan yığmağa

başladılar. Bu azərbaycanlıların tərkisilah edilməsi demək idi.

Rəhbərliyin hadisələrə belə münasibəti xalq kütlələrini daha da

hiddətləndirdi.

1988-ci il noyabrın 18-dən dekabrın 5-dək “Azadlıq” meydanında fasiləsiz

mitinqlərdə 1 milyona yaxın adam iştirak edirdi. Rəhbərlik xalqın tələblərini yerinə

yetirmək əvəzinə Rus qoşunlarının köməyi ilə mitinqi dağıtmağa üstünlük verdi.

Bakıda və bir sıra başqa şəhərlərdə fövqaladə vəziyyət elan olundu. Beləliklə

Respublikada siyasi böhran son həddə çatmış oldu.Belə bir şəraitdə geniş xalq

kütlələri arasında yalnız Azərbaycanın ərazi bütğvlüyünün deyil, həmçinin onun real

suvürenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat yaratmaq ideyası tədricən

yetişirdi.

1988-ci ilin yayında AXC yaratmaq üçün “təşəbbüs qurupu ” yaradılır. Bu

qurup AXC-nin proqram və nizamnaməsini bir neçə ay ərzində işləyib hazırladı.Bu

dövrdə “Varlıq” qrupu da yarandı və sonralar “Təşəbbüs qurupu” ilə birlikdə AXC-nin

yaranmasında mühüm rol oynadı.

191

Page 192: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1989-cu ilin mayında DQ-da hadisələr daha da kəskinləşdi. Hələ yanvar

ayında DQMV Xüsusi İdarə Komitəsinin (Volski) yaranması ilə Respublika rəhbərliyi

DQ-nin idarəçəliyindən demək olar ki, kənarlaşdırıldı. Azərbaycanlıları Dağlıq

Qarabağdan sıxışdırıb çıxarmağa başladılar.

Belə bir şəraitdə 16 iyul 1989-cu ildə AXC-nin təsis konfransı

keçirildi.Əbülfəz Əliyev AXC-nin sədri seçildi.Proqram və nizamnamə təsdiq edildi.

Bu dövrdən başlayaraq Azərbaycan milli hərəkatında keyfiyyətcə yeni

mərhələ başlandı. İyul-Avqust aylarında yenidən mitinqlər keçirilməyə başlandı.

Həmin mitinqlərdə fövqalədə vəziyyətin, Dağlıq Qarabağda XİK –nin, komendant

saatının ləğv edilməsi tələbləri irəli sürülürdü. Sentyabr ayında AXC rəsmən qeydə

alındı və dekabrın 24-də AXC-nin orqanı olan “Azadlıq” qəzetinin 200 minlik tirajla ilk

nömrəsi çapdan çıxdı.

AXC-nin nüfuzunun artması rəhbərliyi olduqca narahat edirdi.Mərkəz Azər-

baycan milli hərəkatına ölümcül zərbə vurmaq fikrinə düşərək onu ictimai siyasi

təşkilat kimi məhv etmək istəyirdi.

Təəssüflə göstərmək lazımdır ki, AXC daxilində baş verən böhran mərkəzin

bu məkrli planının həyata keçirilməsini xeyli asanlaşdırdı.1989-cu il oktuyabrın 27-

28-də Bakıda AXC Məclisinin I sessiyası böhranın ciddiliyini açıb göstərdi və

sessiyadan sonra AXC –nin rəhbərliyində parçalanma baş verdi.

1990–cı ilin yanvarın 13-də Bakıda Erməni talanlarının başlanması

hakimiyyətin gizli təşkilatlarının səyi ilə təşkil olunmuşdu Bunda məqsəd AXC-ni

günahlandıraraq onun üzərinə geniş hücuma keçmək idi. Hakimiyyət strukturları

demək olar ki, bu hadisələrə seyrçi münasibət bəsləyirdilər. Yalnız AXC-nin fəallarının

səyləri nəticəsində yüzlərlə erməninin həyatı xilas edildi. Ancaq yanvarın 16-da

talanları dayandırmaq mümkün oldu.

192

Page 193: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ və bəzi

digər rayonlarda fövqəlada vəziyyət elan olunması ” haqqında fərmanı, Bakı və

Gəncə şəhərlərində komendant saatının elan olunması Respublikada vəziyyəti daha

da gərginləşdirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin (Rus) ətrafında

əhali piketlər təşkil etməyə başladılar.

Yanvarın 17-də AZ KP MK –nin binası qarşısında respublika rəhbərliyinin

istefası tələbi ilə fasiləsiz mitinqlər başlandı.

Moskva xlqın gözündən düşmüş Azərbaycan rəhbərliyini xilas etmək

məqsədi ilə silahlı qüvvə tətbiqinə əl atdı. 19 yanvar gecəsi xalqın xəbəri olmadan

cəllad Qarbaçovun səyi ilə SSRİ Ali Soveti R.H. Bakıda fövqəlada vəziyyət elan etdi.

O müdhiş gecə, yanvarın 19-dan 20-nə keçən gecə Rus qoşunları heç bir

xəbərdarlıq etmədən Bakı üzərinə bir neçə istiqamətdən hücuma keçdilər.131 nəfər

günahsız adam qətlə yetirildi. Eyni zamanda Rus müdaxiləçiləri milli azadlıq

hərəkatını boğmaq üçün onun üzərinə geniş hücuma keçdilər.Yalnız 200-dən çox

demokratik hərəkatın fəal iştirakçıları həbs olunaraq Moskvaya aparıldı.Onların

içərisində Azərbaycan xalqının görkəmli oğlu Xəlil Rza Ulutürk də var idi.

20 yanvar faciəsindən sonra Respublikada rəhbərlik Ayaz Mütəllibova

keçdi. Əvvəlki rəhbərlik isə rusların köməyi ilə Moskvaya qaçdılar. Mütəllibov

dövründə də AXC və rəhbərlik arasında qarşıdurma davam edirdi.Bu vəziyyəti

görərək Azərbaycanın yaradıcı ziyalılarının imza etdiyi “75-lər bəyanatı” “Elm ”

qəzetinin 1990-cı il 28 aprel sayında çap olundu.

Bəyanatda göstərilirdi ki: “ Bütün məsuliyyətimizlə bildiririk: yaxın keçmişdə

buraxılmış səhvlərin təkrar olunmasına qorxulu meyl mövcuddur.Bizim fikirimizcə,

respublika rəhbərliyi real şəkildə mövcud olan bütün vətənpərvər və demokratik

hərəkatların birləşməsi üçün təsirli tədbirlər görmür. Hamıya aydın olmalıdır ki, indi

respublikada qoşun gücünə saxlanan qayda-qanun müvəqqətidir. Əgər indi ən təcili

193

Page 194: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

şəkildə əsil ictimai sakitliyin möhkəm özlünün yaradılması üçün tədbirlər

görülməszə, zorla bərqərar edilmiş”sükut” sonradan daha böyük faciələrlə qurtara

bilər. AXC-nin vətənpərvər, demokratik qüvvələrinin iştirakı olamadan bu məqsədə

nail olmaq mümkün deyildir. ”

Bu bəyanatın respublika rəhbərliyinə ciddi təsiri oldu. Rəhbərlik

demokratik qüvvələrlə bir başa danşıqlara getməyə başladı.Lakin hadisələrin sonrakı

gedişi göstərdi ki, hakimiyyət heç də demokratik qüvvələrlə konstruktiv diolaq

aparmaq fikrində deyil. Onlar yalnız xalqı sakitləşdirmək məqsədi ilə belə bir dialoq

görüntüsü yaratmağa cəhd göstərirdilər.

1990-cı ilin yayından başlayaraq fövqəladə rejimində müəyyən qədər

yumşalma oldu.Lakin hakimiyyət yenə də hərbi qüvvəyə arxalanan “hərbiçi

partokratik ” rejmin əlində idi.

1991-ci ildə Ümumittifaq ərazisində demokratikləşmə və suverenlik

uğurunda mübarizə özünün yüksək pilləsinə qədəm qoydu.

Bu siyasi proseslərdən yararlanan Azərbaycan xalqı da özünün müstəqilliyini

əldə etmiş oldu.

1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin

Sessiyasında (parlamentdə).”Azərbaycan Respublikasının dövlət müstəqiliyi

haqqında” Konstitusiya Aktı qəbul olundu.Həmin vaxtdan gənc Azərbaycan

Respublikası iqtisadi, sosial-siyasi və hərbi sahədə əsaslı tədbirlər həyata keçirməyə

başladı.

Lakin bu tədbirlər çox çətinliklərlə üzləşdi.Müstəqilliyi qazanmaq nə qədər

asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir.Bu çətinliklər isə həm daxili

həm də beynəlxalq vəziyyətin gərginliyi ilə əlaqədar idi.

Ermənistanla gedən müharibə gənc Azərbaycan dövlətinin müstəqillik

uğrunda apardığı mübarizəni daha da çətinləşdirirdi. Lakin bütün bunlara

194

Page 195: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

baxmayaraq Azərbaycan Respublikası tezliklə öz daxili və xarici potensialı hesabına

yer üzünün ən güclü subyektlərindən birinə çevrilə bildi.

Onu tezliklə bütün dünya dövlətləri –ilk olaraq Türkiyə, Rumuniya, Pakistan

tanıdılır. İlk olaraq Türkiyənin Azərbaycan Respublikası ilə “Dostluq və strateji

əməkdaşlıq” haqqında müqavilənin imzalanması müstəqil dövlətimizin və dövlət-

çiliyimizin inkişafında mühüm rol oynamışdır.

XX mövzu

Türkçülük, türk dünyası və müasir siyasi proseslər.

Plan

1. XX əsrin əvvəllərində türkçülük ideologiasının və ictimai fikrin inkişafı.

195

Page 196: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

2. Türk xalqlarının siyasi, iqtisadi və mədəni yaxınlaşmasının tarixi zəruriliyi.

3. Müasir türk dünyası: inteqrasiya, inkişaf və perspektivlər.

Ədəbiyyat

1.Əliyev H.Ə. Türkiyə Respublikasına rəsmi səfərlərin sənədləri. (1993-2003-cü (illər) Bakı, 2003.

2.Türkdilli ölkələrin dövlət başçılarının zurvə toplantısının sənədləri. Bakı,1999.

3.Azərbaycan tarixi. VII cild, Bakı, 2003,səh 472-481.

4.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı, 2004, səh 320-329.

5.Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı, 1998, səh 329-347.

6.Musayev M.R. Mirzəyev M.H. Türk dünyası. Bakı, 2004.

7.. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Türk mənşəli xalqlar dünyanın ən qədim xalqlarındandır. Onlar şimali-şərqi Çindən tutmuş Şərqi Avropaya qədər olan geniş ərazilərdə yaşamışlar. Orta Asiya, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi,Yenisey və İrtış çayları boyu, Ural, Volqaboyu, Balxaş gölü, Xəzər dənizinin bütün ətraf bölgələri türk mənşəli xalqların daim yaşadığı ərazilər idi. Tarixin müxtəlif vaxtlarında 115-ə qədər türk dövlətləri olmuşdur. Onlardan 15-i imperatorluq (Xaqanlıq) 38-i imperatorluq olmayan dövlət, 34-ü bəylik, 4-ü atəbəylik, 16-sı xanlıq, 5-i isə respublika olmuşdur.

Lakin sonralar 600 ilildən çox yaşayan (1299-1918) Asiyada Anadolunu, Suriyanı, Fələstini, İraqı, Misiri, Avropada Bolqarıstan, Serbiya, Makedoniya, Albaniyanı və başqa əraziləri özündə birləşdirən Osmanlı imperiyası istisna olmaqla türk xalqlarının tarixin müxtəlif zamanlarında mövcud olmuş dövlət və dövlət qurumları parçalanıb dağılmışlar.

Onlar iri dövlətlərdən Rusiya, Çİn, İran, Avstriya- Macarıstanın qəsbkar siyasətinin qurbanı olmuşlar və onların əsarəti altına düşmüşlər.

Dünya sivilizasiyasına Məhəmməd Xarəzmi (780-850), Fərabi (870-950), Biruni (973-1048), İbn Sina (480-1037), N.Gəncəvi (1141-1209), N.Tusi (1201-1274), Nəsimi (1369-1417), Füzuli (1404-1556) və başqaları kimi elm və mədəniyyət korifeyləri, Attila, Mete, Şah İsmayıl, Babək, Teymur, Çingiz xan və başqaları kimi fatehlər və sərkərdələr və yüksək mənəvi dəyərlər bəxş etmiş Turan dünyası pərən-pərən edilərək iri dövlətlərin tabeçiliyinə və müstəmləkəsinə düşmüşdür.

Xalqlara dirçəliş və liberal demokratizm gətirən kapitalizm cəmiyyətinin inkişafı da onların müstəqillik uğrunda mübarizəsinə kömək etməmişiş, əksinə onları iri kapitalist dövlətlərinin müstəmləkə və xammal bazasına çevirmişdir.

196

Page 197: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

XVIII əsrin axırları üçün hələ az-çox öz müstəqilliyini saxlayan türk əmirlikləri və xanlıqları da XIX əsrin 80-ci illərində tamamilə işğal olunaraq Rusiyanın ucqarlarına çevirilmişdilər.

XIX əsrin əvvələrində Şimali Azərbaycan,həmin əsrin 60-80-ci illərində Orta Asiya tamamilə Rusiayaya birləşdrlmişdir.

Türkmənşəli xalqların parçaılanmasınn iqtisadi və siyasi səbəbələri aşağıdakılardır:

-Tarixən kök salmış feodal pərakəndəliyi;

-Silah gücü ilə yaradılmış türk dövlətlərinin iqtisadi cəhətdən möhkəm olmaması;

-İri təcavüzkar dövlətlərə qarşı birgə müqavimətin zəif olması;

-Bu dövlətlərin zəngin yeraltı və yerüstü sərbəstlərə malik olmaları və bunlara qarşı iqtisadi,siyasi və hərbi maraqların güclü olması:

-Öz əxlaqi ənnələrinə görə türk xalqlarının humanistliyi, sadəlöhvlüyü, sədaqətliyi və s.-müxtəlif dinə və təriqətlərə parçalanma mövcudluğu.

Dil və mənşə fərqlərinə görə türklər dörd qola ayrılmışlar:

1.Oğuzlar. Bura türklər, azərbaycanlılar, qaqauzlar, türkmənlər, kərküklər, tatarlar aiddir.(Krım)

2.Uyğurlar. Bura özbəklər,salarlar,tuvalılar,xakaslar və s. daxildir.

3.Qıpçaqlar. Bura qazaxlar, qaraqalpaqlar, qırğızlar, altaylar, noqaylar daxildir

4.Bulqarlar; Bura tatarlar (Kazan)başqırdlar, qaracaylar, karainlər daxildirlər.

Bütün türklərin kökündə eyni cəhətlər vardır.Bunlar aşağıdakılardır:

1.Dil ümumiliyi.

2.Ədəbi həyatın ümmuiliyi .

3.El sənətlərinin ümumiliyi

4.Tarixi-coğrafi məna

5.Adət-ənənə və əxlaq birliyi.

6.Eyni və ya oxşar toponimlər.

Tarixin bütün dönəmlərində türk xalqlarına qarşı iftiralar söylənmiş,onların köçəri, barbar, qeyri mədəni xalq olduqlarını iddia etmişlər.

Türk xalqının böyük oğlu və xilaskarı Kamal Ata türk deyirdi: “Türk xalqı böyük tarix yaratmışdır, lakin onun tarixi haqqında özgələri yazmışdır.”

XX əsrin əvvələrində məşhur Türkiyə tarixçisi Bəsim Atalay yazırdı ki, bəşər tarixində nə qədər ləkə varsa, onu türklərin adına yazmağa çalışıblar. Türk sərkərdələrini qaniçən, barbar kimi qələmə verənlər,öz tarixlərindəki vəhşiliklərdən sükutla keçiblər. O,yazırdı: “Çingiz xan yalnız qılıncla iş görməmişdir. Öz məmləkəti üçün qanunlar yaradılması zərurətini bilən bir hökmdar heç zaman biliksiz və qaba ola bilməzdi. İftiralara.böhtanlara baxmayaraq hələ lap erkən dövrlərdən türk xalqları bəşər mədəniyyətinin avanqardı

197

Page 198: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

olmuş,öz idrakı və yenilməzliyi ilə dünyanı heyrətdə buraxmışdır. Tarixdə türklər qədər hakim olmuş, xaqanlıqlar yaratmış,şan-şöhrət qazanmış bir xalq olmamışdır. Onlar nə qədər öyünsələr də yeri var”.

XX əsrin əvvəllərindən başlayaraq türk xalqları içəisində özünüdərk və özünəqayıtma meylləri güclənməyə başlayır.Bu oyanış özünü daha çox Rusiyada göstərirdi. Bu dövrdə Rusiyada siyahıya almaya görə 196 türkdilli xalqlar yaşayırdı.Ona görə də türkçülük ideologiyalarının mərkəzi də məhz Rusiya sayılırdı.

Türkçülük ideologiyaları və ictimai fikrin intibahı XX əsrin əvvələrində dünyada baş verən hadisələrlə bağlı idi. Rusiyada baş verən inqilablar nəticəsində türkçülük ideologiyası əvvəlcə Rusiyada yaranmış, sonralar oradan Türkiyəyə keçmişdir.

Amerika alimi Ç. U. Hostler yazır: “1907-ci ildən sonra Rusiyada libera lizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində pantürkizmin ağırlıq mərkəzi Rusiyadan Türkiyəyə keçdi.”

Pantürkizm Rusiya həqiqətinin məhsuludur.Türkçülük ideologiyasının formalaşması hər şeydən əvvəl Rusiyanın milli uğurlarında və türkdilli xalqlarda milli burjuaziyanın meydana gəlməsi və inkişafı ilə bağlı idi.

Bakıda H.B. Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetində, sonra isə Baxçasarayda (Krım) İsmayıl bəy Qaspiralının “Tərcümən” qəzetində geniş inkişaf edən türkçülük ideyaları Rusiyadakı türk xalqlarının milli şüurunun formalaşmasında və inkişafında mühüm rol oynamışdı. Türkdilli mətbuat turançılıq ideyalarının cücərməsi üçün zəmin yaradırdı.

Məmmədağa Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi-Rus”, Ə. Topçubaşovun Bakıda nəşr etdiyi “Həyat”, Əhməd bəy Ağaoğlunun buraxdığı “İrşad”, Əli bəy Hüseyinzadənin “Fiyuzat”, islam dininiYaponiyada yaymış Əbdürrəşid İbrahimovun Peterburqda nəşr etdirdiyi “Ülfət”, Fateh Kərimovun Orenburqda nəşr etdiyi “Vaxt” və sair mətbuat orqanlarında türklərin özünüdərk və özünə qayıtması ilə bağlı mübahisələr, onların tarixi dövlətçilik ənənələri ilə bağlı məqalələr diqqəti cəlb edirdi.

Türkçülük ideologiyasının yaranması və formalaşmasında Qahirədə Əli Kamal bəyin nəşr etdirdiyi”Türk” qəzetinin xidmətini də xüsusi qeyd etmək lazımdır.

Həmin mətbuat orqanlarında daha çox türkçülük və turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi.Yəni bütün türk xalqlarının vahid Turan dövlətində birləşməsi ideyası gündəmdə idi.

Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni M.Ə.Rəsulzadə “Romantik pantürkizm”dövrü adlandırmışdır.

Lakin əhəmiyyətinə baxmayaraq milli şüurun formalaşdığı şəraitdə gerçəkləşməsi xəyal olan “romantik pantürkizm” milli qüvvələrin tələbatına cavab vermirdi və artıq arxada qalmışdı.

Birinci Rus inqilabından sonra (1905-1907).Rusiyada yaşayan bir sıra türkçülük ideyasını yayanlar siyasi şəraitlə əlaqədar Türkiyəyə müraciət etməyə məcbur oldular. Bunlardan Yusif Akçura oğlu (milliyyətcə tatar idi); Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqalarını göstərmək olar. Bunların təsiri altında həmin dövrdə Türkiyədə Ziya Göy Alp və başqaları kimi türkçülər yetişdilər.Hətta 1910-1913-cü illərdə Avropa şəhərlərində də türkçülük ideyaları genişlənirdi. Orada “Türk yurdu” adlı klublar da meydana gəlmişdi.

Türkçülüyün banilərindən biri olan Yusif Akçura oğlu (1870-1927)Qazan tatarı idi, Samarada fabrikant ailəsində anadan olmuşdu.Ümumi təhsilini İstanbulda almış, sonra Qazan Universitetində dərs demişdir.”Rusiya Müsəlmanları İttifaqı” partiyasının yaradılmasında yaxından iştirak etmişdir.Sonralar

198

Page 199: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

İstanbula köçmüş, Milli Məclisə deputat seçilmiş,Ankara Universitetinin hüquq fakultəsinin professoru olmuşdur. Onun rəhbərliyi ilə “Türk yurdu” jurnalı çap edilməyə başladı.Həmin jurnalın yaranmasında Əli bəy Hüseynzadə və Ağıl Muxtar da yaxından iştirak etmişdilər. Az sonra həmin türkçülərin sırasında məşhur türkçü və türkçülük ideologiyasının yaradıcılarından biri olan Ziya Göy Alp da görünməyə başlayır.

Ziya Göy Alp özünün mənəvi cəhətdən yetişməsi və formalaşmasında Əli bəy Hüseynzadəni özünün mənəvi atası hesab etmişdir.

Türkiyənin rəhbərliyi altında Böyük Turan dövlətinin yaranması ideyası Qərb və Rus mətbuatında daha çox rast gəlinirdi. Bu mənada Kamal Atatürkün pantürkizm və panişlamizmə münasibəti xüsusilə maraqlıdır.1921-ci ilin dekabrında Türkiyə Böyük Millət Məclisində çıxışında Atatürk qeyd etmişdi ki, türk lər müsəlman olmaq etibarilə öz din qardaşlarının taleyi ilə həmişə maraqlanacaq, lakin türklər heç bir vaxt bütün bu xalqları Türkiyənin başçılığı altında vahid imperiyada birləşdirmək fikrinə düşməməlidirlər. “O,göstərirdi ki, keçmişdə türklər bu cür xülyaları irəli sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmışdır. Biz həyatımızı ancaq müstəqil yaşamağa həsr etməliyik.”

Turançılıq və Trükiyənin rəhbərliyi altında birləşmək ideyaları 1918-ci ildə Azərbaycanda da geniş yer tuturdu. Xüsusilə Gəncədə bu ideyanı müdafiə edən müxaliflər daha çox idi.Lakin yeni yaranmış Xalq Cümhuriyyəti rəhbərliyi Azərbaycanın müstəqilliyi ideyalarını müdafiə edirdilər və buna nail oldular.

Türkçülüyün gerçəkləşməsi uörunda mübarizədə, onun türk xalqlarına aşılanmasında Ziya Göy Alp xüsusilə fərqlənirdi.O,18 yaşında olarkən həyatında böhranlı anlar olmuş,özünə qəsd etməyə çalışmışdır. Lakin sonralar aktiv həyata qoşulan Ziya Göy Alp İstanbul Universitetində sosiologiya professoru olmuş, Türkiyə Respublikasının Böyük Millət Məclisinə deputat seçilmişdir.

Kamal Atatürk onun varlığına yüksək qiymət verərək yazmışdır: “Ətimin və sümüyünün atası Əli Rza əfəndidirsə,fikrimin atası Ziya göy Alpdır”.Ziya.Göy Alp türkçülük ideyasını böyüklüyünə görə üç dərəcəyə bölür:

1.Türkçülük:

2.Oğuzçuluq və ya türkmənçilik:

3.Turançılıq.

Onun fikrincə milli Trük dövlətinin-respublikasının yaranması birinci ideyanın gerçəkləşməsi demək idi.

Yaxın və uzaq ideya və məqsəd kimi oğuzçuluq və ya turançılıq nəzərdə tutulurdu. Oğuzçuluq –oğuz birliyi və və ya Türkmənçilikdir. Milli duyğuların yaxınlığı baxımından birləşə bilənlər onun fikrincə məhz oğuzlar ola bilərdilər.Türkiyə,Azərbaycan,İran,Orta Asiya türkləri oğuz soyundan ibarət idilər. Burada da söhbət məhz oğuz xalqlarının birləşməsindən gedir. Lakin Ziya Göy Alpa görə bu xalqların siyasi birləşməsindən danışmaq hələ tezdir,yalnız onların mədəniyyət baxımından birləşməsindən söhbət gedə bilərdi.Türkçülük ideologiyasının ən uzaq məqsədi isə böyük Turan dövlətinin yaranmasından ibarət idi.Turan yer üzündə olan bütün türklərin vahid məkanda dövlət şərçivəsində birləşməsidir.

Türkçülük ideologiyası tərəfdarlarının əksəriyyəti hesab edirdi ki,türk millətçisi olmaq,eyni zamanda islamçı olmaq deməkdir,belə ki,din dildən sonra millətin ən mühüm göstəricisidir.

199

Page 200: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Əhməd ağa oğlu göstərirdi ki,islam türk üçün sadəcə din deyil, o “milli və irqi”dindir.Odur ki,türkçülük hərəkatına qoşulan hər bir kəs islamı qəbul etməlidir. Ziya Göl Alp yazırdı:”Türkçülüyün qayəsi müasir bir islam türkçülüyüdür.”

Göründüyü kimi Ziya.Göy Alp ”türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi düşüncəni uzaqlaşdırmağa çalışır.

Türkçülük idelogiyaları bir qayda olaraq türk aləminin hüdudlarını müəyyən etməyə, bu işdə ərazi amilinə tez-tez müraciət edirdilər.Əhməd Ağaoğlunun “Türk yurdu” jurnalında nəşr etdiyi “Türk aləmi ” məqaləsi xüsusi ilə diqqəti cəlb edir.O, yazırdı: “Asiyanın ürəyində ucalan Altay dağlarından axıb gələn türklər dünyaünın şimal və cənubuna , şərq və qərbinə yayılmışdılar. Türklər Çinin ən ucqar bucaqlarından Finlandiya, Polşa, Macarıstan və Şimali Afrikayadək müxtəlif ərazilərdə səpələnmişdilər.”

Ə.Ağaoğlunun fikrincə türk aləminin ərazisi təxminən Avropa və Amerikanın birgə ərazisinə bərabərdir və bu ərazidə təxminən 70 milyon türk əhalisi yaşayır.Göstərmək lazımdır ki, bu rəqəm müasir dövrdə 250-milyonu keçmişdir.

Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Akçura oğlu türk ruhunu Qafqazda, Sibirdə, Şərqi Türküstanda – Turan çöllərində axtarırdı.

“Türk aləmində ” məqaləsində Yusif Akçura oğlu Türk dünyasının 3 hissədən ibarət olduğunu qeyd edirdi :a) Müstəqil Osmanlı imperiyası; b) Çar Rusiyası və qismən Çinin tabeliyində olan ərazilər; c ) İranın şimalı və şimal şərqı.

Türk xalqlarının yaşadıqları coğrafi ərazi hazırda Qərbdə Aralıq dənizi sahillərindən şərqdə Edzin -Qol çayına (Çin səddinə qədər ). Şimalda buzlu okean sahillərinədək,cənubda Kunlük dağlarına qədər geniş bir sahəni tutur.Sahəsi 10,5milyon kilometrdən çoxdur ki, bu da Avrasiya materikinin təxminən1/5-ni təşkil edir.

XX əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfədən də çox artmışdır.Türk xalqlarının bədxahlarını qorxudan da elə budur. Dünyada demokratik dəyişikliklər açıq-aydın türk, eyni zammanda müsəlman xalqlarının xeyrinə dəyişir. XXI əsr türk əsri kimi tarixə düşəcəkdir.

XX əsrin sonlarına aid statistikaya görə Azərbaycanlıların orta illik artımı 2,7%, özbəklərin 3%, türkmənlərin 3%, qırğızların 2.9% təşkil etdiyi halda İngiltərədə bu artım 0,1 % Yaponiyada 0,9%,İsveçrədə 0,3%, Pribaltika, Almaniya kimi ölkələrdə əhalinin artımı 0,1% təşkil edir.

Müxtəlif ölkələrin belə əhali artımı ciddi demokratik dəyişikliklərə gətirib çıxaracağından xəbər verir.Eyni zamanda dünya müsəlmanlarının say artımında da türklərin payı vardır.Ümumiyyətlə türk xalqının 80%-i müsəlman, 20%-i isə qeyri müsəlmanlardan–şamanizm,buddizm və yəhudilik dininə inananlardan ibarətdir. Məcburiyyət qarşısında qalan və tarixi səbəblər üzündən bəzi türklər hətta xristianlığı da qəbul ediblər.

Türklərin xristianlaşmasında rusların apardığı siyasətin də rolu böyük olmuşdur.

BMT –nin statistik məlumatlarına görə, dünya dilləri sırasında türk dili beşinci yerdədir.O da bir həqiqətdir ki,bir çox dövlətlərin daxilində yaşayan milyonlarla türk öz doğma dilini unudub, daha doğrusu unutdurulub.Türklərin təhsil aldığı müəssisələrdə digər dillər hakim olub, əksər türklər məcburən kiril əlifbası ilə oxuyub yazıblar.

200

Page 201: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Göstərilən faktlar daha çox özünü Sovet imperiyası dövründə biruzə vermişdir. Hətta bu siyasət o dərəcəyə çatmışdır ki, bəzi müttəfiq respublikalarda -əsasən Orta Asiya respublikalarında ana-türk dilində bir dənə də olsun ali təhsil müəsisəsi yox idi. Ruslaşdırma syasəti birinci növbədə antitürk siyasətindən gəlib keçirdi.

Vaxtilə iqtisadi cəhətdən də türk respublikaları və türk toplumları çıxılmaz vəzyyətə salınıblar. Azərbaycan, Özbəkistan, Qazaxıstan kimi respublikalar Ümumittifaq büdcəsinə daha çox gəlir verirdilər, lakin aldıqları işə verdiklərindən daha az idi. Bu respublikalar hesabına Ermənistan, Moldova, Pribaltika res-publikaları daha çox faydalanırdılar.

Məsələn Qazaxıstan iqtisadi sahədə 5-ci yerdə getməsinə baxmayaraq, əhalinin həyat səviyyəsinə görə 12-ci yerdə gedirdi. Digər türk respublikalarında da eyni vəziyyət yaranmışdır.

SSRİ dövründə atom sınaqları ən çox türklərin yaşadıqları ərazilərdə həyata keçirilirdi. Ekoloji cəhətdən ən çox əziyyət çəkən respublikalar da məhz türk respublikaları idi. Məsələn 70-80-ci illərdə təkcə Sumqayıtda 13-dən çox kimya müəssisəsi tikilmişdir.

Aral dənizinin qurumasının qarşısının alınmaması böyük ekoloji problem yaradırdı.

Ən çox ağır zəhmət tələb edən işlərin çoxu da türk xalqları üzərinə düşürdü. Pambıqçılıq, üzümçülük, tərəvəzçilik belə sahələrdəndir.

XX əsrin sonlarında türk dünyasının dünya sisteminin burulğanına daxil olması tarixin qanunauyğun inkişafının nəticəsidir. Sovet imperiyasının dağılması türk xalqlarının tarixində yeni dövrün –azadlıq və inkişaf dövrünün başlanmasına gətirib çıxardı. İmperiyanın dağılması nəticəsində türk dilli xalqları təmsil edən, 5 müstəqil dövlətin Azərbaycan,Qazaxıstan,Özbəkistan, Qırğızıstan və Türkmənistanın yaranması qüvvələr nisbətinin dəyişməsində mühüm amil sayılmalıdır.

Türkdilli xalqların təmsil etdikləri müstəqil dövlətlər və muxtar qurumlar böyük əraziyə və olduqca müxtəlif təbii sərvətlərin zəngin ehtiyyatlarına malikdirlər. Belə ehtiyyatlar isə həmin ölkələrdə təsərrüfatın bütün sahələrini inkişaf etdirməyə, xalqların iqtisadi və sosial həyatını yüksək səviyyəyə çatdırmağa imkan verir. Həmin ölkələr nəinki iqtisadi,həm də hərbi və siyasi potensiala malikdirlər.

Hazırda BMT-də 6 türk dövləti təmsil olunmuşdur. Türkiyə isə BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Türk dünyasının hərbi-iqtisadi potensialına gəlincə bu ölkələrdə ildə təxminən 200 milyon tondan artıq neft, 160 milyard kubmetr qaz, 250 milyon tona yaxın kömür çıxarılır, 3550 milyard kilovat saat elektrik enerjisi istehsal olunur.

Qzaxıstan ərazisində Baykonur raket buraxma kompleksi, nüvə silahı arsenalı bu potensiala əlavə oluna bilər. Türk dünyasının güclü iqtisadi və hərbi potensiala malik olmaları onların getdikcə dünya siyasətinə təsir etmək imkanlarını çoxaldır. Hətta getdikcə bir sıra inkişaf etmiş ölkələr türkdilli ölkələrdən enerji asılılığına düşürlər.

XX əsrin sonları-XXI əsrin əvvəllərində türkdilli ölkələr və muxtar qurumlar arasında iqtisadi,siyasi,mədəni yaxınlaşmalar baş verdi. Demək olar ki, bu siyasətin həyata keçirilməsində ümüumulli lider H.Ə.Əliyevin çox büyük xidmətləri olmuşdur. Onun təşəbbüsü isə Traseka layihəsi olan böyük ipək yolunun bərpa olunması türk respublikaları arasında yaxınlaşmanın əsasını qoydu.

1993-cü ildə ilk dəfə olaraq İstanbulda türkdilli dövlət başçılarının zirvə toplantısının keçirilməsi də bu ölkələrin iqtisadi və mədəni cəhətdən yaxınlaşmasında böyük rol oynadı.

201

Page 202: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Sonralar Bakı, Asqabad, Astana, Daşkənd şəhərlərində keçirilən türkdilli dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarının da bu məsələdə böyük rolu olmuşdur.

Türk xalqkarı dil və mədəniyyət baxımından xeyli yaxınlaşmışlar.Hal –hazırda gündəmdə duran ən əsas məsələlərdən biri türk xalqlarının ortaq dil məsələsidir.

Qlobal dünyada xalqların yaxınlaşması, milli məsələnin-millətçiliyin aradan qaldırıldığı bir dövrdə respublikada türkçülük siyasəti ilə yanaşı azərbaycançılıq siyasəti də gündəmə gəlmişidir.

H.Əliyevin dediyi kimi “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqlaırn ümumi vətənidir. Bizi bir birimizə bağlayan ideal yaxınlığı, mənəvi əxlaqi prinsiplərdir”

Yenə H.Əliyevin fikrini yada salaraq qeyd etməliyik ki, biz türk mənşəli millətik və türkdilli xalqalrının dilinə məxsus olan dilimiz vardır.

XXI mövzu

Müstəqil Azərbaycan Respublikası

Plan

1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və möhkəmləndirilməsi

uğrunda mübarizə.

2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.

3.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.

4.Azərbaycan Dünya birliyində.

202

Page 203: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Ədəbiyyat

1. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.II cild,Bakı, 1997.

2. Azərbaycan tarixi VII cild, Bakı,2003,səh.330-480.

3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı,2016

4. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsi

haqqında” Ar.SSR Ali Sovetinin Bəynnaməsi. “Xalq qəzeti”,3 sentyabr,1991.

5. Məmmədov T,Məmmədov Ç,Siyasi tarix.II hissə, Bakı,1995,səh.121-135.

6. Tahir Q!affarov . Azərbaycanın ən yeni tarixi. XX əsrin sonları- XI əsrin əvvəlləri

Bakı 2006 .

7. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

I Mühazirə

Plan

1.Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması və möhkəm

ləndirilməsi uğrunda mübarizə.

2.Azərbaycan sosial-iqtisadi və mədəni inkişaf yolunda.

1990-cı il “Qanlı Yanvar”hadisəsindən sonra milli azadlıq hərakatı yeni məcraya daxil oldu. İndi

o,imperiya tərkibindən çıxmaq,müstəqillik əldə etmək məzmununu aldı. İqtidar-müxalifət qarşıdurmasında

da yeni mərhələ başlandı. 1990-cı ilin yazında bir qrup görkəmli alimlərin (75-lərin) və müxalifət

nümayəndələrinin razılığı ilə “Məşvərət Şurası”yaradıldı. “Şuranın”razılığı ilə ilk dəfə olaraq prezident

vəzifəsi təsis olundu.Mayın 21-də 28 may “Azərbaycan dövlət quruculuğunun dirçəliş günü”elan etdildi.

203

Page 204: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1990-cı il iyulun 19-da H.Əliyev Kominist Partiyası sıralarından çıxdı. O,iyulun 20-də Azərbaycana

qayıtdı. İki gün sonra H.Əliyev Naxçıvana gedir.Sentyabrın 30-da keçirilən seçkilərdə H.Əliyev seçicilərin 95℅

səsini alaraq Az.SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçildi.

1990-cı il noyabrın 17-də Naxçıvan MSSP Ali Sovetinin H.Əliyevin sədrliyi ilə keçirilən sessiyası Muxtar

Respublikanın adında “Sovet Sosialist”sözlərinin götürülməsi və AXC-nin üçrəngli bayrağının dövlət bayrağı

kimi qəbul edilməsi barədə tarixi qərar qəbul etdi.

1991-ci il fevralın 5-də Az.SSR Ali Sovetində demokratik qüvvələrin tələbi ilə dövlətin adı dəyişdirilərək

“Azərbaycan Respublikası”adlandırılırdı.

Üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq olunması barədə qərar qəbul olundu. Respublikada

demokratik qüvvələrin tələbi ilə çoxpartiyalılığın tətşəkkülü üçün əlverişli şərait yarandı. AXCP,Xalq Azadlıq

Partiyası,ASDP, “Yeni Müsavat”və s. partiyaların əsası qoyuldu.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında yekdilliklə “Azərbaycan

Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan öz

müstəqilliyini bərpa etdi.

Konstitusya aktı 6 bölmə və 32 maddədən ibarət idi. Bu sənəd gələcəkdə Azərbaycanın yeni

Konstitusiyasının hazırlanması üçün əsas olmuşdu.

Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə (noyabrın 19-da) Ruminiya (dekabr), Pakistan

(dekabr),İsveçrə (dekabr), İran(dekabr),ABŞ 1992-ci il,yanvar). Rusiya (aprel 1992)tanıdılar. Artıq 1993-cü

ildə Azərbaycanın dövlət müstəqilliyini 116 dövlət tanımışdı.

Elə bu vaxt, yəni dekabrın 8-də RF, Ukrayna və Belarus respublikalarının rəhbərləri MDB-nin

yaradılması haqqında müqavilə imzaladılar.Beləlklə SSRİ dağıldı. 1993-cü il sentyabrın 24-də Azərbaycan

rəsmi olaraq MDB-yə daxil oldu.1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq rəy sorğusu keçirildi.

Xalq yekdilliklə Azərbaycanın müstəqilliyi əlehinə səs verdi.

Belə bir şəraitdə Dağlıq Qarabağ məsələsi gərgin olaraq qalırdı. Erməni separatçıları Ermənistan və

Rusiya hərbiçilərinin dəstəyi ilə bir-birinin ardınca Azərbaycaban kəndlərini zəbt edərək yandırırdılar.Onlar

hələ sentyabrın 2-də qeyri-qanuni olaraq DQMV-ni müstəqil respublika olan edərək Goranboy rayonunu

da bu respublikaya daxil etmək haqqında qərar qəbul etdilər.

Buna cavab olaraq Ali Sovet DQVM-nin statusunu ləğv etmək haqqında qərar qəbul etdi.1991-ci il

oktyabrın 9-da Ali sovet “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında”Qanun qəbul etsə də

Azərbaycanda nizami ordu yaratmaq çox çətin idi. Noyabr ayında rayon və şəhərlərin özünü müdafiə

dəstələrinin yaradılması haqqında sərəncam verildi.

204

Page 205: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Bu zaman erməni seperatçıları daha da həyasızlaşaraq Azərbaycan torpaqlarının işğalını

genişləndirməyə başladılar.Qarabağın Kərkicahan, Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və

Şuşanı mühasirəyə aldılar.1992-ci il fevralın 25-də gecə erməni hərbi birləşmələri 366-cı rus alayının köməyi

ilə Xocalı soyqrımını törətdilər. Soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər

əsir alındı, 8 ailə bütövlükdə məhv edildi. 56 nəfər diri-diri yandırıldı və digər əzablar verildi. Ölənlərin 106-sı

qadın,83-ü uşaq, 70-i qoca idi. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı idi.

Xocalı hadisəsi respublikada siyasi vəziyyəti daha da gərginləşdi. Marıtn 3-də prezident sarayı

qarşısında istefa tələbi ilə piket keçirildi. Martın 6-da keçən izdihamlı mitinqdən sonra prezident Mütəllibov

istefa verdi.Nazirlər kabineti buraxıldı və dövlət Müdafiə Komitəsi yaradıldı.

1992-ci il iyunun 7-də prezident seçkiləri keçirildi. Əbulfəz Elçibəy 59,4 faiz səs toplayaraq Azərbaycan

Respublikasının 2-ci prezidenti seçildi. Beləliklə AXCP- Müsavat bloku hakimiyyəti ələ aldılar. Onların bir ilik

hakimiyyəti dövründə həm daxili gərginlik, həm də erməni işğalçıları ilə mübarizə daha da gücləndi.

Cəbhə hakimiyyəti dövründə müəyyən müsbət işlər də görüldü. Belə ki,1992-ci il martın 15-də

“Azərbaycanın Milli Qəhrəmanı”fəxri adı təsis olundu. Apreldə Ali məktəblərə test üsulu ilə qəbul haqqında

qərar verildi. 1992-ci il mayın 27-də “Azərbaycan Respublikasının himni,” 1993-cü il fevralın 23-də

“Azərbaycan Reüspublikasıının Gerbi haqqında” qanunlar qəbul olundu. “Siyasi partiyalar haqqında”, “Hərbi

xidmət haqqında” qanunlar məhz bu dövrdə qəbul olunmuşdu.

AXC-Müsavat hakimiyyətə xarici siyasətdə də ciddi səhvlərə yol vermişdilər. Hökumət daxili

poblemləri həll etmək əvəzinə, gah İrana, gah da Cinə həmin ölkələrdə yaşayan türklərin hüquqlarının

müdafiəsi ilə bağlı bəyanatlar səsləndirirdilər. Bu da Azərbaycan Respublikasının vəziyyətini daha da

ağırlaşdırdı. Rusiya ilə münasibətlər də getdikcə ağırlaşır və ictimai-siyasi durum daha da pisləşirdi.

Rusiyanın Azərbaycana qarşı yeritdiyi məkrli siyasət nəticəsində “Ləzgizstan dövləti”, “Talış Muğan

respublikası”, “Bakı quberniyası”kimi müstəqil ərazilər yaratmağa cəhd edilirdi. 1993-cü ilin iyununda

Gəncədə S.Hüseynovun başçılığı altında 709-cu alay qiyam qaldırdı.

Artıq Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdı.

1993-cü ilin əvvəllərində Naxçıvanda da çevriliş cəhdi göstərilmişdi.Lakin H.Əliyevin müdrik siyasəti və

xalqın qətiyyəti sayəsində çevriliş cəhdinin qarşısı alındı.

1991-1993-cü illərdə respublikanın iqtisadiyyatına da çox ağır zərbələr vuruldu. Respublika

talanır,onun sərvətləri xaricə daşınırdı.Pambıq və üzüm sahələri bərbad vəziyyətə düşmüşdü.Müəssisələr

bağlanır, işsizlik artır, əhalinin güzəranı getdikcə pisləşirdi.Əhali regionlardan dolanışıq dalınca Bakı şəhərinə

axışırdı, ziyalıların çoxu xaricə getməyə məcbur olurdular.

205

Page 206: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Minimum əmək haqqı rəsmi istehlak minimumu həddindən 20 dəfə az idi. İnflyasiya 1000%-ə

çatmışdı.Ümumi daxili məhsul hər il orta hesabla 18-20 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra

olunurdu.

Kriminal qüvvələr baş qaldırmışdı. Axşam və gecə vaxtlarında küçə və parklara çıxmaq mümkün

deyildi. Hakimiyyət ölkəni idarə etmək iqtidarında deyildi.

Bu dövrdə azərbaycanın ziyalıları, uzaqgörən şəxsiyyətləri Naxçıvana, H.Əliyevin yanına gedərək,

Azərbaycanın düşdüyü vəziyyətindən çıxış yollarını müzakirə edirdilər.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısı “Səs”qəzeti vasitəsilə H.Əliyevə “Azərbaycan

sizin sözünüzü gözləyir”-deyə müraciət etmişdi.

Həmin dövrdə Naxçıvanda 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasınnın (YAP)təsis

konfransı oldu. H.Əliyev YAP-ın sədri seçildi.

1993-cü ilin iyununda ağır böhran keçirən AXC-Müsavat rəhbərliyi H.Əliyevi Azərbaycan rəhbərliyinə

çağırdı.İyunun 9-da H.Əliyev Bakıya gəldi.İyunun 13-14-də O,Gəncəyə gələrək müxalifətlə danışıqlar apardı

və siyasi böhrandan çıxmaq yollarını müzakirə etdi.

1993-cü ilin iyunun 15-də H.Əliyev Ali Sovetin sədri seçildi. Bu tarixi gün XX əsr tariximizə “Milli

Qurtuluş Günü”kimi daxil olmuşdur.1997-ci ildən həmin gün bayram kimi qeyd olunur.İyunun 18-də

Ə.Elçibəy xəbər vermədən Bakını tərk edərək, Naxçıvana, Kələki kəndinə gedir.İyunun 24-də respublika

prezidenti səlahiyyətlərini Ali Sovetin sədri H.Əliyev qəbul etdi. Həmin gündən H.Əliyevin respublikaya ikinci

rəhbərlik dövrü başlayır.

H.Əliyev ilk növbədə ölkənin rəhbər eşalonunu formalaşdırdı. Siyasi durumu nəərə alaraq Baş Nazir

postunu Surət Hüseynova həvalə etdi.

1993-cü il oktyabrın 3-də H.Əliyev alternativ əsasda keçerilən seçkilərdə əksər səslə (98,8%)

Azərbaycan Respublikasının prezidenti seçildi.

Milli dövlətçiliyin qorunub mökəmlənməsində mühüm şərtlərdən biri də güclü, intizamlı ordunun

yaradılması təşkil edirdi.Bu məqsədlə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı.

Hoyabrın 2-də prezident H.Əliyev televiziya ilə çıvış edərək “Hər kəs Vətənin əsgəri olmalıdır”çağırışı

ilə xalqa müraciət etdi.Xalqı ölkənin azadlığı naminə birləşib düşmənə qarşı mübarizəyə qalxmağa

çağırdı.Çağırışa cavab olaraq könullulərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi.

Noyabrın 23-də Milli Şura “Müdafiə haqqında”qanun qəbul etdi.Noyabr-dekabr aylarında 17 minə

yaxın döyüşcüsü olan 40 ehtiyat taboru təçkil edildi. Şəriştəsiz komandir və zabitlər ordudan kənarlaşdırıldı.

206

Page 207: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1994-cu il yanvarın 5-də Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək Füzulinin Horadiz qəsəbəsini,22

kəndi, Cəbrayılın bir hissəsini, Kəlbəcərin bir sıra kəndlərini düşməndən azad etdi.

1994-cu il mayın 12-də Biskek protokoluna əsasən cəbhədə atəşkəsə nail olundu. Lakin bu günkü

günə qədər atəşkəs rejimi davam etsə də,ermənilər tərəfindən tez-tez pozulur və onlarla insan tələfatı

olmuşdur.

Həmin dövrə qədər artıq erməni silahlı qüvvələri Rusiya və digər aparıcı dövlətlərdən dəstək alaraq

Azərbaycanın 20% torpağını -7 rayon və Dağlıq Qarabağ əra-zilərini işğal edə bilmişdi.

Bu vəziyyətdən istifadə edən bəzi qüvvələr ölkə daxilində iğtişaşlar salmağa və H.Əliyevi

hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar.

1993-cü ilin sentyabrın ortalarında S.Hüseynov,Ə.Hümbətov və R.Qazıyev qüvvələrini birləşdirib

Bakıya hücum planı hazırladılar.Onlar açıq silahlı mübarizə yoluna keçdilər.

1994-cü il oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları olan 300 nəfər silahlı dəstə İcra

Hakimiyyəti və başqa strateji əhəmiyyətli obyektləri ələ keçirdilər.

Belə bir şəraitdə oktyabrın 4-dən 5-nə keçən gecə H.Əliyev xalqa televiziya vasitəsilə müraciət etdi. Onun

çağırışına cavab olaraq yüz minlərlə adam Prezident sarayı ətrafına toplandı. Qiyam yatırıldı.

Oktyabrın 5-də “Azadlıq”meydanında izdihamlı ümumxalq mitinqi keçirildi.Xalq öz liderini

dəstəklədiyini bir daha göstərdi.

Lakin təhlükə tamamilə aradan qaldırılmamışdı.1995-ci il martın 11-də R.Cavadov (OMON-un

komandiri).Prezidentin və Ali Sovet sədrinin istefası tələbini irəli sürdü. Martın 13-də Ağstafa və Qazax

rayonlarında xüsusi təyinantlılar qiyam qaldırdılar. Atışmalar baş verdi.R.Cavadov aldığı güllə yarasından

həlak oldu.Rayonlarda da qiyamlar yatırıldı.

1995-ci ilin yayında, 1996-cı ilin dekabrında respublikada daha bir neçə terror və dövlət çevrilişi

cəhdlərinin qarşısı alındı. Bundan sonra ölkə tam ictimai-siyasi sabitlik mərhələsinə qədəm qoydu. İqtidar

ictimai-siyasi sabitlik şəraitndə milli dövlətçiliyin maddi-hüquqi bazasının möhkəmləndirilməsi üçün

tədbirlər görməyə başladı.Yeni iqtisadi münasibətlərin formalaşmasına münasib şərait yaratmaq məqsədilə

yüzə qədər qanun və qərar qəbul edildi.

1994-cü il aprelin 5-də ticarəti liberallaşdırmaq,1995-ci ilin fevralında valyuta bazarının təşkili

haqqında fərmanlar verildi.Bunların nəticəsində respublikada infilyasiya kəskin şəkildə azaldı və 85% -ə

endi. Xarici kapitalı cəlb etmək məqsədilə “açıq qapı”siyasəti yeridilməyə başlandı.Xarici sərmayədarlara

təminat verən və onıarı müdafiə edən qanunlar qəbul edildi.

207

Page 208: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Beynəlxalq Valyuta Fondu,Dünya Bankı,Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq

genişləndi.Bütün bunlar respublika maliyyə-bank sistemini dünya standartlarına uyğunlaşdırdı.

Müstəqilliyimizin, milli dövlətçiliyimizin möhəkmlənməsi və inkişafı yolunda atılan ən mühüm

addımlardan biri Azərbaycanın yeni neft strategiyasının ortaya qoyulması olmuşdur.

Araşdırmalara görə Xəzər hövzəsində 10 milyard tona qədər neft ehtiyyatının olduğu göstərilir.

H.Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra neft strategiyasında əsaslı dəyişiklik baş verdi.

Bəzi xarici və daxili maneçilikləri dəf edərək həmin strategiyanı həyata keçirməyə başladı. Bu strategiyanın

gerçəkləşməsində ilk addım Dövlət Neft Şirkəti ilə altı ölkənin (ABŞ,İngiltərə, Norveç Rusiya, Türkiyə,

Səudiyyə Ərəbistanı)11 iri neft şirkətləri (BP,Remco,Amoko,Penzoyl,Lukoyl və s.)Xəzər dənizinin “Azəri”,

“Ciraq”, “Günəşli”yataqlarının birgə işlənməsi haqqında müqavilə imzalandı. İmzalanma mərasimi 1994-cü

il sentyabrın 20-də “Gülüstan”sarayında baş verdi. Müqavilə tarixə “Əsrin müqaviləsi”kimi daxili oldu.

“Əsrin müqaviləsi”müstəqil Azərbaycanın tarixində mühüm hadisə idi. H.Əliyev bu mühüm hadisənin

əhəmiyyətindən bəhs edərək demişdi: “Biz bu müqaviləni hazırlamaqla Azərb. Respublikasının suveren

hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət,xalqımızın öz sərvətlərinə özünün sahib

olduğunu dünyaya bir daha nümayiş etdirdik.”

1995-ci ilin aprelində “Əsrin müqaviləsi”ni gerçəkləşdirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat

Şirkəti (ABƏŞ) təşkil olundu.

Bağlanmış beynəlxalq neft müqavilələri sayəsində Azərbaycana mütərəqqi texnologiyalarının

gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması, nəqliyytat və xidmət sahələrinin inkişafı,

yüksək peşəkar milli kadrların hazırlanması və minlərlə iş yerlərinin açılması üçün geniş imkanlar açdı.

1997-ci il noyabrın 12-də “Çıraq-1”patformasında “Əsrin müqaviləsi” üzrə ilkin neft hasilatında

başlandı.

Yeni neft strategiyasında Azərbaycan neftinin dünya bazarına nəql edilməsi mühüm yer tuturdu.Bu

məqsədlə 1997-ci ildə “Səngəçal”terminalı tikildi.

1996-cı il yanvarın 18-də Azərbaycanla Rusiya arasında bağlanan sazişə əsasən Azərbaycan nefti Bakı-

Novorossiysk boru kəməri vasitəsilə dünya bazarına nəql edilməyə başlandı.

1999-cu il aprelin 17-də Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı -Supsa

ixrac kəmərinin və Supsa yerüstü terminalının açılışı oldu.

Yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri “Bakı-Tblisi-Ceyhan” ixrac boru kəmərinin

çəkilişi ideyasının meydana gəlməsi və gerçəkliyə çevrilməsi idi.

208

Page 209: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri “Bakı-Tbilisi-Ceyhan”əsas ixrac

boru kəmərinin inşası haqqında ilk Bəyənnamə imzaladılar.

BTC neft kəməri dünyada əvəzi olmayan mühəndis qurğusidir. Onun uzunluğu 1762 km-dir.Onun 443

km-i Azərbaycan,249 km-i Gürcüstan və 1070 km-i isə Türkiyənin ərazisindən keçir. Kəmər ildə 50 milyon

ton neft ötürmək gücünə malikdir. Kəmərə H.Əliyevin adı verilmişdir.Son hesablamalara görə neft

strategiyası əsasında bağlanmış müqavilələrdən əldə olunacaq gəlir 210-215 milyard dollar olmalıdır.

Neft hasilatından gələn gəlirlərin artması ilə əlaqədar olaraq 1999-cu ilin dekabrında prezidentin

fərmanı ilə “Azərbaycan Dövlət Neft Fondu”təşkil olundu. Hazırda Neft fondunda 1 miyard manatdan çox

vəsait vardır.

Yeni neft strategiyasında Xəzərin dərinliklərində olan qazın hasil edilib istifadəyə verilməsi və dünya

bazarına ötürülməsi də mühüm yür tutur.

2001-ci il martın 12-də Türkiyə, sentyabrın 29-da isə Gürcüstanla “Bakı-Tblisi-Ərzurum”qaz kəməri

vasitəsilə Azərbaycan qazının nəqli və satışı barədə sazişlər imzalandı. Artıq 2003-cü ildə layihədə uzunluğu

1050 km müəyyən edilən qaz kəməri nin inşasına başlandı.

Neft strategiyası Avropa Birliyi “TRASEKA”proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin

“Yeni “İpək Yolu”nun gerçəkləşməsi üçün də perspektivlər açmışdır.

1996-cı ilin mayında Azərbaycan,Gürcüstan,Türkmənistan və Özbəkistan arasında yük daşımaları

haqqında sazişər imzalandı. Dekabr ayında Ukrayna da həmin sazişə qoşuldu.

1998-ci il sentyabrın 7-8-də Bakıda “Böyük İpək yolu”Beynəlxalq Konqresi keçirildi. Bu zaman

Qazaxıstan və Qırğızıstan respublikaları da beynəlxalq sazişə qoşuldular.

Bu dəhliz vasitəsilə Azərbaycandan 1996-2002-ci illərdə 33,3 milyon tondan çox tranzit yük

daşınmışdı.

Memarı H.Ə.Əliyev olan yeni neft strategiyası, onun əsas çıxış nöqtəsi olan “Əsrin müqaviləsi” təkcə

sırf iqtisadi əhəmiyyət daşımır. O, həm də böyük siyasi, geostrateji və beynəlxalq əhəmiyyət daşıyır.

Yeni neft strategiyası Azərbaycanda sosial-iqtisadi və mədəniyyət problemlərinin həlli üçün də əvəzsiz

amil oldu.Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında tanınmış və nüfuzlu dövlətə

çevrilmişdir.

Müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi sahədə çox böyük irəliləyişlər oldu. 1995-1998-ci

illərdə dövlət əmlakının özəlləşdirilməsi prosesi həyata keçirildi.

209

Page 210: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

2000-ci ilin avqustunda özəlləşdirmənin ikinci Dövlət Proqramı qəbul edildi. Bu zaman iri və strateji

müəssisələrin özəlləşdirlməsi üçün investisiya müsabiqələri və tenderlər keçirilməsinə başlanıldı.

1995-ci ildə “Sahibkarlıq fəaliyyəti haqqında” qanun qəbul olundu. Sahibkarlara kömək məqsədilə

Milli fond təsis edildi.

Aqrar sahədə ciddi islahatlar keçirildi. 1995-ci ilin əvvəllərində “Kolxoz və sovxozların islahatı

haqqında”qanun qəbul edildi. Bir il sonra “Torpaq islahatı haqqında”qəbul edilən qanuna əsasən torpaq

pulsuz olaraq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə verildi.

Respublikanın vahid torpaq fondu əsasında üç-dövlət, bələdiyyə və xüsusi torpaq mlkiyyəti forması

müəyyən olundu. Torpaqların 22%-i xüsusi mülkiyyətə verildi.

H.Əliyevin fərmanı ilə 1999-2000-ci illərdə Respublikada aqrar islahatların dərinləşməsi və kənd

təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı təsdiq olundu.

1995-ci ildən başlayaraq 1300-dən çox kolxoz və sovxoz ləğv edildi. Onların bazasında 35 minədək

kəndli-fermer təsərrüfatı yaradıldı.

Respublikanın maşınqayırma sənayesi müəssisələri istiqamətini dəyişərək, respublika sənayesi və

kənd təsərrüfatı üçün avadanlıq, texnika, ehtiyat hissələri istehsal etməyə başladı.

1996-cı ildə qoz-fındıq emalı,yağ emalı, koka-kola emal müəssisələri və zavodlar açıldı.

Bu illərdə respublika maliyyə, valyuta, pul-kredit siyasəti və bank sistemi də inkişaf etdirilmişdi. 1995-

2000-ci ilərdə dövlət büdcəsinin gəlirləri 1,7 dəfə,xərcləri isə 1,8 dəfə artmışdı.

Əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsi baxımından ciddi tədbirlər həyata

keçirildi.1994-cü ildə “Əhalinin sosial müdafiəsi haqqında”qanun qəbul edildi və sosial Müdafiə Fondu

yaradıldı.

Qaçqın və köçkünlərin mənzil-kommunal şəraitini yaxşılaşdırmaq və məşğulluğunu yüksəltmək

məqsədi ilə Dünya Bankının dəstəyi ilə Sosial İnkişaf Fondu yaradıldı.

Rabitə və nəqliyyatın inkişafında böyük irəliləyişlər oldu.

Respublikasının idman həyatında da böyük canlanma baş verdi. Azərbaycan Milli Olimpiya Komitəsi

yaradıldı və onun prezidenti İlham Əliyev seçildi.(1997). 1996-cı il Yay olimpiya oyunlarında ilk dəfə müstəqil

Azərbaycan təmsil olundu və 197 komanda sırasında 48-ci yerə çıxdı.

Bu illərdə Azərbaycan mədəniyyəti də tənəzzül vəziyyətindən çıxaraq dirçəliş yoluna qədəm qoydu.

Təhsil sahəsində böyük irəliləyişlər oldu. Məktəbələrin sayı xeyli artdı.1998-2000-ci illərdə 15 min nəfərlik

210

Page 211: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

50 yeni məktəb binası tikilmiş,100 məktəbdə isə tikinti və təmir işləri aparılmışdı. Təhsil sahəsində islahatlar

aparılmasının dövlət təminatı gücləndirildi.Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradıldı.

Ümumtəhsil məktəbləri üçün yeni milli proqram və dərsliklərin yaradılması məhz bu dövrdə baş verdi.

1992-ci ildən latın qrafikasına keçilməsinə baxmayaraq,real şəkildə 2001-ci ildən H.Əliyevin sərəncamı

ilə bu məsələ həyata keçirildi.

Respublika Ali təhsili sistemində də köklü dəyişiliklər baş vermişdi. Onun həm strukturunda,həm də

məzmununda dəyişiliklər baş verdi.

Bu illərdə özəl ali təhsil şəbəkələri genişləndi. 2000-2001-ci tədris ilində respublikada 43 ali məktəb

fəaliyyət göstərirdi. Onlarda 119,7 mindən şox tələbə təhsil alırdı.

Elmin inkişafı sahəsində də müəyyən irəliləyişlər olmuşdu. 2001-ci ildə Respublika Elmlər Akademiyası

Milli Elmlər Akademiyası adını aldı. 1990-cı illərin ortalarında Akademiya sistemində 35 elmi-tədqiqat institu

fəaliyyət göstərir di.

Bu illərdə ədəbiyyat,incəsənət və mədəniyyətin digər sahələrində də mühüm irəliləyişlər baş verdi.Bu

illərdə Bakının,digər şəhər və qəsəbələrinin meydan və xiyabanlarının da yenidən qurulmasına başlanmışdı.

Keçmiş dağüstü parkda Şəhidlər Xiyabanı salınmış,1998-ci ildə burada 21 metr hündürlüyündə möhtəşəm

abidə qoyulmuşdu. Şah İsmayıl, Hüseyn Cavid,Yusif Məmmədəliyev,Cəfər Cabbarlının heykəlləri

ucaldıldı. M.Füzulinin 500, “Kitabi Dədə Qordun”1300 illik yubileyləi təntənə ilə qeyd

olundu.Bu dövrün ən əhmiyyətli hadisələrindən birini də azərbaycançılıq

ideologiyasıın formalaşdıırlması təşkil edirdi.

2001-ci il noyabrın 9-10-da Bakıda 50 milyonluq Dünya Azərbaycanlılarının I

Qurultayının keçirilməsi böyük əhəmiyyətə malikdir.Hər ilin 31 dekabr günü Dünya

Azərbaycanlıların həmrəylik günü kimi qeyd olunmağa başlandı.

Beləliklə böyük çətinliklərə baxmayaraq, ümummilli lider H.Əliyevin yorulmaz

fəaliyyəti nəticəsində respublikamız əsl intibah yoluna qədəm qoymuş, iqtisadi,

siyasi,sosial və mədəni quruculuq sahələrində böyük nailiyyətlər əldə etmişdi.

211

Page 212: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

II mühazirə

Plan:

1.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.

2.Azərbaycan dünya birliyində

XX əsrin 20-ci illərinin ortalarında müstəqil Azərbaycan Respublikasının

inkişafında yeni mərhələ başladı. Buna 1991-1993-cü illərdə baş verən təlatümlü

212

Page 213: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

günlərdən sonra ölkədə çox çətinliklə yaranmış ictimai-siyasi sabitlik imkan vermişdi.

İndi Azərbaycan Respubliksı keçmiş sosialist istehsal münasibətlərindən imtina

edərək liberal demokratizmə və kapitalist istehsal münasibətlərinə keçməli idi. Bu

dövr sadəcə olaraq keçid dövrü adlanırdı.

Öz tarixinə yeni səhifə açan Azərbaycan hakim kommunist ideologiyasından və

sosialist ictimai –iqtisadi sistemindən imtina edərək milli və ümumbəşəri dəyərlərə

söykənən dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmaq yolunda

addımlar atmağa başlamışdı.

Müstəqil Azərbaycan Respblikasının Konustitusiyasının qəbulu bu məqsədə

çatmaqda mühüm addım olmuşdu.

Məlumdur ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti

dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Sovet imperiyası dövründə

Azərbaycanın dörd Konustitusiyası qəbul edilmişdir. (1921, 1925, 1937,

1978).Onların hamısı Sovetlər imperiyasına xidmət etmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk illərdə 1978-ci il

Konustitusiyası, çoxlu əlavə və dəyişikliklər edilməklə öz əsas hüquqi qüvvəsini

saxlayırdı. Müstəqil Azərbaycan Respublikasının Konustitusiyasını hazırlamaq üçün

1991-ci ilin fevralında Ali Sovetin qərarı ilə 74 nəfərdən ibarət komissiyanın

yaradılmasına baxmayaraq, bu sahədə heç bir iş görülmədi. Milli Məclisin 1993-cü

ildə qəbul etdiyi qərara görə yaradılmış 14 nəfərlik komissiya da əsas qanun

layihəsini təqdim edə bilməmişdi.

1994-cü ilin ortalarından başlayaraq H.Əliyevin təşəbbüsü ilə yeni Konustitusiya

layihəsini hazırlamaq üçün tərkibi 33 nəfərdən ibarət Konustitusiya komissiyası

yaradıldı.Komissiyanın sədri H.Əliyevin başçılığı altında bu qurum dinamik fəaliyyət

göstərməyə başladı. Nəhayət, 1995-ci il oktyabrın 15-də Konstitusiya layihəsi

mətbuatda dərc olunaraq, ümumxalq müzakirəsinə təqdim edildi.Ümumxalq

213

Page 214: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

müzakirəsi zamanı layihə barədə komissiyaya 1450 təklif daxil olmuşdu.Təqdim

olunan 199 maddədən, müzakirədən sonra 158 maddə qaldı.

1995-ci il noyabrın 12-də layihə üzrə ümumxalq sorğusu keçirildi. Sorğuda 4

milyona yaxn seçicidən 86 faizi iştirak etmişdi.Onların tam əksəriyyəti, yəni 94,8 faizi

Konstitusiya layihəsinin lehinə səs verdi. Müstəqil Azərbaycan Respublikasının yeni

Konstitusiyası qəbul edildi. Həmin gün ilk parlament seçkiləri də keçirildi.Yeni

Konstitusiya bazar iqtisadiyyatına əsaslanan dünyəvi, hüquqi, demmokratik vətəndaş

cəmiyyətinin əsas qanunu idi.

Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyaya görə

Respublikada hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqı yalnız onun demokratik

surətdə seçdiyi səlahiyyətl inümayəndələri təmsil edə bilər.

Konstitusiya insan və vətəndaş hüquqlqrının və azadlıqlarının qorunması və

təmin edilməsinin dövlətin ali məqsədi olması, mülkiyyətin toxunulmazlığına tə-

minat verilməsi, təbii sərvətlərin yalnız dövlətə mənsub olması və s. məsələlər təsbit

olunmuşdur. Dünyada çox az Konstitusiya vardır ki, onda insan hüquq və

azadlıqlarına Azərtbaycan Respublikasının Konstitusiyası qədər əhəmiyyət

verilir.Belə ki, Konstitusiyamızın 158 maddəsindən 48-i insan hüquq və azadlıqları və

onun təminatına həsr edilmişdir.

Konstitusiyada ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgüsünün müəyyən

edilməsidir.Konstitusiyaya görə dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə

hakimiyyətinə bölünür. Qanunvericilik hakimiyyətini Milli Məclis, icra hakimiyyətini

prezident və məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirir.

Prezident ali icra hakimiyətinin vəzifəsini həyata keçirməklə bərabər, həm də

dövlətin başçısı, bütün xalqın təmsilçisi və onun vahidliyinin rəmzidir. Bu da

Azərbaycan Respublikasının quruluş etibarilə prezident respublikası olduğunun

göstəricisidir.

214

Page 215: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan Respublikasının Konstitusiyası ölkənin tarixində ilk dəfə olaraq,

özündə məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit etmişdir.

Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız qanunlara tabedirlər.

Azərbaycanda demokratik cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən

biri də yerli özünüidarə orqanlarının təsis edilməsidir. Yerli özünüidarə orqanlarını

(Bələdiyyələr) birinci növbədə yerli inkişaf mənafelərini təmin edir, yerli əhəmiyyətli

məsələləri həll etmək hüququnu həyata keçirirlər.

Beləliklə Konstitusiyanın qəbul edilməsi ilə ölkədə bazar iqtisadiyyatına əsaslanan

dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın hüquqi əsası yarandı.

Konstitusiyanın qəbulundan sonra Respublikada demokratikləşmə prosesi daha da

gücləndi.İlk növbədə 1995-ci il noyabrın 12-də Milli məclisə Mojaritar və

Proporsional yolu ilə ilk seçkilər keçirildi.125 millət vəkilindən ibarət Milli Məclis

formalaşdı. Bu seçkilərdə deputat mandatı uğrunda mübarizədə 8 siyasi partiya

iştirak edirdi.

2002-ci ildə seçki prosesi daha da demokratikləşərək “Mojaritar” seçki sistemi

müəyyən edildi.

1996-cıilin fevralında Prezident yanında xüsusi “Hüquqi islahatlar komissiyası”

yaradıldı. 1998-ci ilin fevralında H.Əliyev “İnsan və vətəndaş hüquqlarının və

azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman verdi.

Ölkədə insan hüquqları sahəsində atılan mühüm addımlardan biri ölüm cəzası

tamamilə ləğv oedilməsi oldu.

1998-ci ilin iyununda “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”

təsdiq edildi.Oktyabrda isə “Vətəndaşlıq haqqında” yeni qanun qəbul edildi.Eyni

zamanda “Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, “Sərbəst toplaşmaq azdlığı

haqqında” yeni qanunlar qəbul olundu.

215

Page 216: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1998-ci il oktyabrın 11-də alternativ namizədlik əsasında prezident seçkiləri

keçirildi. 6 nəfər prezdentlikliyə namizəd içərisində H.Əliyev 76,11% səs toplayaraq

Respublika prezidenti seçildi.

1995-ci ildə Respublikada Əvfetmə institutu fəaliyyətə başladı. H.Əliyev

tərəfindən həmin il 30 əvf fərmanı imzalandı.1996-2001-ci illərdə 6 əvf aktı qəbul

edilmişdi. Həmin aktlar 64 minə yaxın adama tətbiq olunmuşdu.

1998-1999 –cu illər ərzində “Konstitusiya məhkəməsi haqqında ”, “Məhkəmə və

hakimlər haqqında”, “Polis haqında” və s. qanunlar qəbul olundu.

Məhkəmələr haqqında qəbul olunmuş qanunlar məhkəmə sistemində əsaslı

dəyişikliklərin aparılmasına, beynəlixalq standartlara cavab verən yeni məhkəmə

sisteminin yaranmasına imkan verdi. Hazırda Respublikada Ali məhkəmə,

Konstitusiya məhkəməsi, Hərbi məhkəmə, Apelyasiya məhkəməsi, rayon (şəhər)

məhkəmələri fəaliyyət göstərir.

Yerli özünəidarə qurumu olan bələdiyyələrin formalaşması sahəsində də

addımlar atıldı. Bələdiyyələrin statusunu və fəaliyyətini nizamlayan 20-dək qanun və

nizamnamə qəbul edildi. 1999-cu ilin dekabrında Respublikada ilk dəfə bələdiyyə

seçkiləri keçirildi. Seçkilər zamanı 2267 bələdiyyə təşkil edilmiş və 21 mindən artıq

bələdiyyə üzvi seçilmişdi.

2001-ci ilin dekabrında “Azərbaycan Respublikasının insan hüquqları üzrə

müvəkkili (Ombudsman) haqqqında” Azərbaycan Respublikasının Konstitusiya

qanunu qəbul edildi. 2002-ci ildə respublikada Ombudsman institutu yaradıldı.

Müstəqqillik illərində Respublikamızda çoxsaylı siyası partiyaların, ictimai

təşkilatların, birliklərin təşəkkülü və inkişafı üçün geniş imkanlar açıldı. Artıq 1999-cu

ilin ortalarında Azərbaycanda 50-dən artıq siyasi partiya və ictimai təşkilat var idi.

2001-ci ildə Respublikada qeydə alınmış 32 partiya, 1350-qeyri hökumət təşkilatı, 30-

a qədər hüquq mühafizə təşkilatı və 500-dən çox kütləvi-informasiya vasitəsi

216

Page 217: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

fəaliyyət göstərirdi.Siyasi partiyaların sıralarında 410 min nəfərdən çox adam

birləşmişdi.

Azərbaycanda hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğunun mühüm

amillərdən biri də qadın hərəkatının genişlənməsidir. Cəmiyyətdə çox böyük qüvvə

olan qadınlar vətəndaş cəmiyyəti quruculuğuna öz dəyərli töhvələrini verirlər.

Onların təqribən 2 milyondan çoxu iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.

Dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin 69 faizini orta ixtisas

məktəblərində çalışanların 64 faizini, ali məktəblərdə işləyənlərin 40 faizini qadınlar

təşkil edir. Respublikamızın ali məktəblərində oxuyanların 42 faizi qızlardır.

1998-ci ilin yanvarında Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması

2000-ci ilin martında “Azərbaycan Respublikasında dövlət qadın “ siyasətinin həyata

keçirilməsi haqqında Prezident fərmanının verilməsi ölkəmizdə qadın hərəkatına

diqqət və qayğının bariz nümunəsidir.Bunların nəticəsidir ki,hazırda respublikamızda

40-dan çox qadın təşkilatları fəaliyyət göstərir.

Hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğunda respublika əhalisinin

təqribən 55 faizini təşkil edən gənclərin də mühüm yeri vardır. Məhz buna görə də

dövlət gənclər siyasətinə böyük diqqət və qayğı göstərir.H.Əliyevin fərmanı ilə1994-

cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasını buna misal göstərmək

olar.

Dövlət gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində Azərbaycan

gənclərinin 1996-cı il fevralın 2-də keçirilmiş birinci və 1999-cu il martın 2-3-də

keçirilmiş ikinci forumlarının mühüm rolu olmuşdur. Həmin forumda çıxış edən

H.Əliyev nitqində demişdir:”Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil

Azərbaycan Respublikasının gələcək yolu kimi qəbil etməlidir,... hər şeydən artıq

müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünülməlidir”.

217

Page 218: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Elə həmin ilin iyulunda Prezident H.Əliyevin “Dövlət gənclər siyasəti haqqında”

fərman imzaladı. Bu fərman respublikanın ictimai-siyasi həyatında gənclərin daha

fəal iştirakını, onların fəaliyyətini istiqamətləndirən proqram sənədi olmuşdur.

Hüqiqi demokratik vətəndaş cəmiyyətinin formalaşmasının ən mühüm

istiqamətlərindən biri də söz və vicdan azadlığının təmin olunmasıdır.Məhz buna

görə də Azərbaycan Respublikasının Kostitusiyasında fikir, söz və mətbuat azadlığına

geniş təminat verilmişdir.

Respublika Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir,məlumat

azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında “1998-ci il 6 avqust

tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların demokra-

tikləşməsi yolunda mühüm addım oldu.

Vətəndaş cəmiyyətinin əsas sərtlərindən biri də vicdan azadlığının təmin olunması

və formalaşmasıdır. 1992-ci ilin avqustun 30-da qəbul edilmiş “Dini etiqad azadılığı”

haqqında qanun vətəndaşların dinə münasibətini sərbəst müəyyənləşdirməkdə

mühüm rol oynadı. Hazırda Azərbaycanda islam, rus, gürcü pravoslav kirsələrini,

katolik kilsəsini, Kristina beynəlxalq cəmiyyətini, Alman lüteran kilsəsini və sairəni

təmsil edən 500-dən çox dini qurum fəaliyyət göstərməkdədir.

Respublikada yem məscidlər, kilsələr və digər dini obyektlər inşa edilir,dini

mərasimlər bayramlar keçirilir.

Vicdan azadlığı üzrə Azərbaycan Respublikası Konustitusiyasında təsbit olunmuş

prinsiplərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2001-ci ildə Dini

qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda Azərbaycan ən böyük

tolerant ölkəsi sayılır.

Milli mənəvi dəyərlərimizin, o cümlədən dini dəyərlərimizin yenidən xalqa

qaytarılması, onların qorunub inkişaf etdirilməsi hüquqi, dünyəvi, demokratik

218

Page 219: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

vətəndaş cəmiyyəti quran Azərbaycan üçün mühüm əhəmiyyyət kəsb edən

amillərdəndir.

Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət

yürütməyə başladı.Qısa bir müddətdə onu əksər dövlətlər tanıdılar. Azərbaycan

Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991 –ci il noyabrın 9-da Türkiyə

Respublikası, dekabrın 11-də Ruminiya, dekabrın 13-də Pakistan, 1992-ci il yanvarın

23-də ABŞ, aprelin 10-da 109-cu dövlət olaraq Rusiya Federasiyası tanıdı.

Respublika rəhbərliyi Azərbaycanın dünya miqyasında tanıtmaq problemlərini

həll etmək naminə xarici siyasətdə Qərb meylini gücləndirməklə yanaşı, qonşu Şərq

dövlətləri ilə də münasibətləri genişlədirdi. Onun xarici siyasətində Türkiyə ilə

münasibətlər xüsusi yer tuturdu. Azərbaycan Türkiyəyə dünya siyasəti meydanına

çıxmaqda və Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməkdə dayaq nöqtəsi

kimi baxırdı.Bu gün də Azərbaycan Türkiyə münasibətləri H.Əliyevin “Bir millət, İki

dövlət” devizi ilə müəyyən olunmuş müstəvidə inkişaf etməkdədir.

Azərbaycan İran İslam Respublikası ilə də normal siyasi, iqtisadi və mədəni

münasibətlərin qaydaya düşməsinə daim diqqətlə yanaşır. 2002-ci ildə iki ölkə

arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqavilənin

bağlanması münasibətləri daha da yaxşılaşdırdı.

1993-cü ildən etibarən Rusiya ilə tarazlaşdırılmış xarici siyasət yeridilir. 1997-ci

ildə Moskvada iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik

haqqında”saziş imzalandı. Məhz bunun nəticəsində 2001-ci ildə Rusiya hərbi naziri

Ermənistanla Azərbaycan arasında müharibə olarsa Rusiyanın bitərəf qalacağını elan

etdi.

Hər iki ölkə rəhbərliyinin qarşlıqlı rəsmi səfərləri nəticəsində Rusiya ilə Azərbaycan

arasında siyasi, iqtisadi və mədəni sahələrdə bir slra strateji və faydalı sazişlər

imzalandı. Lakin Rusiya bunlara baxmayaraq münasibətlərə xələl gətirən

219

Page 220: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

siyasətindən əl çəkmir. Rusiya Ermənistana hər cür yardım edir və hətta onu

silahlandırmaqdan əl çəkmir. 2008-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq

silah vermişdir.

Azərbaycan Respublikası dünya birliyində öz bərabər hüquqlu yerini tutmaq və

Dağlıq Qarabağ məsələsini həll edə biləcək iri dövlətlərlə, o cümlədən ABŞ, Böyük

Britaniya, Fransa ,Almaniya və başqa ğlkələrlə də sıx münasibətlər yaratmağa

başladı. 1992-ci ildə Azərbaycan ilə ABŞ arasında səfirlik səviyyəsində diplomatik

əlaqə yaradıldı.

1997-ci ildə ABŞ və Azərbaycan Prezidentləri tərəfindən Ağ evdə iki ölkə

arasındakı münasibətlərin əsas prinsipləri və istiqamətlərini müəyyən edən

“Amerika-Azərbaycan”münasibətləri haqqqında birgə bəyənat imzalandı.

2002-ci ildə Amerika Prezidenti “Azadlığı Müdafiə Qanununa” 907-ci əlavəni

müvəqqəti olaraq dayandırdı. 2003-cü ildə bu yenidən təkrar olundu.

Az sonra ABŞ Azərbaycana silah satışına qoyulmuş qadağanı aradan

götürdü.Təhlükəsizlik tədbirlərində Azərbaycana yardım etməyə başladı.

Böyük Britaniyanın Azərbaycan Respublikası ilə ilk əlaqəsi 1992-ci ildə baş nazir

M.Tetçerin Bakıya səfəri zamanı başlamışdı. 1994-cü ildə bu ölkə ilə neft çıxarılması

sahəsində əməkdaşlıq haqqında memorandum imzalandıqdan sonra iki ölkə

arasında əlaqələr daha da genişlənməyə başladı. 2001-ci ilin sonlarında 200 ingilis

şirkəti Azərbaycana 1 milyard dollarlıq invetsiya qoymuşdu, ticarət dövriyyəsi isə 90

milyon dollara çatmışdı.

Fransa prezident H.Əliyevin ilk səfər etdiyi ölkə olmuşdu. 1997-ci ildə iki ölkə

arasında iqtisadi əməkdaşlıq, xüsusən, Xəzər dənizində neft yataqlarının birgə

mənimsənilməsi barədə saziş imzalandı.

220

Page 221: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

1995-ci ildən Almaniya dövləti ilə əlaqələr genişlənməyə başladı. 1996-cı ildə

H.Əliyev bu ölkəyə rəsmi səfərə getmişdi. Hətta, 2001-ci ildə Berlində Azərbaycanla

Almaniya arasında iqtisadi əməkdaşlıq barədə protokol imzalandı. Sazişə görə

Almainya Gəncə və Şəki şəhərlərində kommunal sahələrinin inkişafına 31,5 milyon

marka sərmayə qoymağı öhdəsinə götürmüşdü.

Azərbaycan Respublikası dünya birliyinin müstəqil, bərabər hüquqlu dövləti kimi

beynəlxalq və regional qurumlarda təmsil olunmaq,öz hüquqi yerini təmin etmək

sahəsində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərirdi. Belə ki,Azərbaycan 1991-ci

ilin dekabrında İslam Konfraqnsı Təşkilatına,1992-ci ilin yanvarında ATƏM-ə (1994-cü

ildən ATƏT),fevralında İran,Türkiyə və Pakistanın daxil olduğu İqtisadi Əməkdaşılıq

Təşkilatına,martda BMT-yə, NATO-nun Şimali Atlnatika Əməkdaşlıq Şurasına,1993-cü

ilin oktyabrında MDB-yə daxil oldu.

Bundan başqa Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq

Valyuta Fondu,Ümumdünya Bankı,YUNESKO,YUNİSEF və digər təşkilatlarla

əməkdaşlıq edir.

Azərbaycan, TRASEKA (Avropa Qafqaz-Asiya)Nəqliyyat proqramının, keçmiş “ipək

yolu”nun reallaşmasında fəal iştirak edir.

Azərbaycan Respublikasının dünya birliyi miqyasındakı fəsliyyətində BMT ilə

münasibətlər mütəsna yer tutur.Azərbaycan 1992-ci ilin maayında BMT-də daimi

nümayındəliyini açmışdı.1995-ci ildə H.Əiliyevin səyi nəticəsində erməni-azərbaycan

münaqişəsinin müzakirəsi zamanı BMT-nin 184-üzvündən 100-ü Azərbaycanın

mövqeyini dəstəkləmişdi.Işğalçı Ermənistanla əlaqədar olaaq BMT-nin Təhlükəsizlik

Şurası 4 qətnamə (822,853,874 və 884 saylı)qəbul etmişdi.

Təəssüflər olsun ki, Təhlükəsizlik Şurasının sözü gedən qətnamələrindən heç biri

hələ də yerinə yetirilməmişdir.

221

Page 222: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Dünya birliyinin beynəlxalq təşkilatlarında olan ATƏT də Azərbaycan Respub-

likasının əməkdaşılıq etdiyi qurumlarındandır. Azərbaycan bu təşkilata 1992-ci il

yanvarın 20-də qəbul edilmiş,iyulun 10-da isə onun yekun aktını (1975-ci il Helsinki

yekun aktı) imzalamışdır. 1992-ci il martın 24-də ATƏT Şurasının qərarı ilə bu

təşklilatın himayəsi altında Dağlıq Qarabağ üzrə Minsk konfransı çağrılmışdı. Onun

başlıca vəzifəsi Ermənistan-Azərbaycan münaqəşəsini nizamlamaqdan,

problemin həlli üçün müvafiq sənədlər, hazırlamaqdan ibarət idi. Minsk qrupunun

tərkibinə 11 ölkə daxil idi. 1997-ci ildın Minsk qrupuna üç ölkə-Rusiya, ABŞ, Fransa

həmsədrlik edir.

Dağlıq Qarabağ probleminin həll edilməsi yollarının axtarılması baxımından

Azərbaycan üçün ən səmərəlisi ATƏT-in Budapeşt (1994-cü il 5-6 dekabr) və Lissabon

(1996-cı il 2-3 dekabr) Sammitləri olmuşdur. Bu Sammitlərdə Dağlıq Qarabağ

münaqişəsinin həll etməyin təklif olunan üç prinsipinə:1)Azərbaycan və

Ermənistanın ərazi bütövlüyü; 2) Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən

yüksək status verilməsi;3) Dağlıq Qarabağ əhalisinin bütün vətəndaşlarına zaminlik

verilməsinə səs vermişdilər.

Azərabayacan Respulikası dünya birliyinin ən nüfuzlu təşkilatlarından biri olan

Avropa Şurasına üzv olmaq üçün də ciddi səy göstərmişdi.Çünki, Azərbaycanın bu

quruma daxil olması, Avropa tərəfindən onun Avropa demokratiyası standartlarına

müvafiq dövlət kimi tanınması demək olardı. Bakı hələ 1992-ci ilin yanvarında rəsmi

olaraq Avropa Şurasına müraciət etmişdi. Lakin, müəyyən səbəblər üzündən,

xüsusən Ermənistan –Azərbaycan münaqişəsinin davam etdiyi üçün xahiş yerinə

yetirilməmişdi.2001-ci il yanvarın 25-də nəhayət, Strasburqda Azərbaycan

Respublikasının Avropa Şurasına daxil olması barədə qərar qəbul olundu.Bu

qurumda Azərbaycan parlamentinin nümayəndə heyyətinin başçısı İlham Əliyev

olmuşdu.

222

Page 223: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Azərbaycan nümayəndə heyəti Ermənistanın təcavüzkar və işğalçı siyasətini ifşa

etmək üçün Avropa Şurası tribunasından istifadə edirdi.2001-ci ilin may ayında

Avropa Şurasının Nazirlər Komitəsinin 108-ci sessiyası Azərbaycanın ərazi

bütövlüyünü təsdiq edən xüsusi kommunike qəbul edmişdi.

Sentyabr sessiyasında isə erməni terrorozmi, terrorçu ermməni “ASALA”

təşkilatının azərbaycanlılara qarşı törədilmiş terror və soyqrımı aktlarında iştirakı

vurğulanmışdı. Göstərilmişdi ki,məhz həmin təşkilatın iştirakı ilə Azərbaycanda iki

min nəfərin ölmünə, on minlərlə admın yaralanmasına səbəb olan 32 terror aktı

törədilmişdi.

Azərbaycan Respublikasının Avropa Birliyi (1998-ci ildən Avropa İttifaqı)

ilə də əlaqələri genişlənmişdir. Avropa Birliyi hələ, 1991-ci il dekabrın 31-də

Azərbaycan Respublikasını tanımışdı.1995-ci ilin iyununda Avropa İttifaqının

Luksemburq toplantısında Cənibi Qafqaz üzrə “ümumi mövqe” layihəsini qəbul

etmişdi. Sənəddə göstərilmişdi ki, Avropa İttifaqı Cənubi Qafqaz respublikalarında

iqtisadi islahatlar gələcəkdə də dəstək verəcək,və onlara humanitar yardım

edəcəkdir.Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış tərəfdaşlıq və

əməkdaşlıq sazişi 1999-cu ilin yanvarından qüvvəyə minmişdi.

Azərbaycan Respublikası NATO ilə əməkdaşlıq yaratmağa çalışır.Aqzərbaycan

1992-ci ildə Əməkdaşlıq Şurasına qoşulmuşdu.1994-cü ildə isə NATO-nun Avropada

və dünyada sülhün və əmin-amanlığın bərqərar olması naminə “Sülh naminə

tərəfdaşlıq” proqramına qəbul edilmişdi.

Azərbaycan Respublikası 1993-cü ildə MDB-yə üzv qəbul olaraq, müstəqillik

qazanmış dövlətlərlə geniş əlaqələr yaradır.

Eyni zamanda Azərbaycan regional təşkilatlarda da, o cümlədən Qara Dəniz İqtisadi

Əməkdaşlıq Təşkilatında, GÜAM-da, TRASEKA” Qərb-Şərq” Proqramında işgüzar

fəaliyyət göstərməkdədir.

223

Page 224: adau.edu.azadau.edu.az/img/page/tmp/UAzW4cSRxB.docx · Web viewStrabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz mənbədir. Yazıları dövrümüzə

Artıq XXI əsrin əvvəlləri üçün Azərbaycan Respublikasını dünyanın 140-dan çox

dövləti tanımışdı. O, 70-dən çox xarici dövlətlə diplomatik əlaqə yaratmışdır. Təkcə

Bakı şəhərində 30-a qədər ölkənin səfirliyi fəaliyyət göstərir Azərbaycanın isə 25-dən

çox ölkədə səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi fəaliyyət

göstərir.Azərbaycan Respublikası 15-dən çox beynəlxalq və regional təşkilat və

qurumların üzvü olaraq, fəaliyyət göstərir.

Beləliklə, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində öz hüquqi və qanuni

yerini təmin etmiş, onun bərabərhüquqlu üzvü kimi bəşər sivlizasiyasına öz iqtisadi,

mədəni, intellektual tövhələrini verməyə nail olmuşdur.

İkinci minilliyin sonu –üçüncü minilliyin əvvələrində tariximizdə baş verən siyasi,

sosial –iqtisadi və mədəni irəliləyişlər və naliyyətlər Azərbaycan Respublikasının

gələcəkdədə böyük uğurlar qazanacağndan soraq verir.

224