8
Avtomobildə yeni cərəyan Auto Azərbaycan www.hyundai.az © 2018 Auto Azərbaycan MMC. Bütün hüquqları qorunur. AFFA-nın əsas partyorlarından biri dünya avtomobil sənayesinin nəhənglərindən olan Hyundai Brendidir. Yüksək sinifə ünvanlanmış avtomobillərindən tutmuş, ən kompakt minik avtomobillərinə, rahat və geniş avtobuslarına, minivanlarınadək rahatlıq, təhlükəsizlik, innovasiya və mükəmməl dizayn nümunəsi yaradan Hyundai təmsil olunduğu ölkələrin ictimai həyatının bir hissəsinə çevrilməyi bacarır. İnnovasiyaları, ətraf mühitə diqqəti və bütün dünyada futbola dəstəyi ilə tanınan Hyundai AFFA-nın rəsmi tərəfdaşıdır. www.hyundai.az www.instagram.com/HyundaiAzerbaijan www.facebook.com/HyundaiAzerbaijan www.youtube.com/HyundaiAzerbaijan

Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

  • Upload
    others

  • View
    6

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

Avtomobildə yeni cərəyan

Auto Azərbaycanwww.hyundai.az© 2018 Auto Azərbaycan MMC. Bütün hüquqları qorunur.

AFFA-nın əsas partyorlarından biri dünya avtomobil sənayesinin nəhənglərindən olan Hyundai Brendidir.Yüksək sinifə ünvanlanmış avtomobillərindən tutmuş, ən kompakt minik avtomobillərinə, rahat və genişavtobuslarına, minivanlarınadək rahatlıq, təhlükəsizlik, innovasiya və mükəmməl dizayn nümunəsi yaradanHyundai təmsil olunduğu ölkələrin ictimai həyatının bir hissəsinə çevrilməyi bacarır. İnnovasiyaları, ətraf mühitədiqqəti və bütün dünyada futbola dəstəyi ilə tanınan Hyundai AFFA-nın rəsmi tərəfdaşıdır.

www.hyundai.azwww.instagram.com/HyundaiAzerbaijanwww.facebook.com/HyundaiAzerbaijanwww.youtube.com/HyundaiAzerbaijan

Page 2: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

IONIQ electric fərqli bir dinamikanın yaşandığı gələcəyin elçisidir. Adında da göründüyü kimi IONIQ electric tam elektrikləşdirilmiş avtomobildir və ətraf mühiti zərrə qədər də olsun çirkləndirmir, bununla da daha təmiz və daha yaxşı dünyanın yaradılmasına öz töhfəsini verir. Yenilikləri ilə avtomobil seqmentinə öz damğasını vuran IONIQ-i idarə etmək heyrətamiz bir əyləncədir!

Hərəkət istiqaməti də yenidir...

Dünya gözlərimizin önündə dəyişməkdədir

Page 3: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

Gələcəyin idarəetməsinin sükanını əlinə al!Ətraf mühitə sıfır tullantı ilə təmiz hərəkətin zirvəsində dayanan IONIQ electric zirvədə olmasına baxmayaraq olduqca sadədir: 88 kVt gücündə elektrik mühərriki, 28 kVt saatlıq litium-ion polimer akkumulyator batareyalarına qoşulub və o, tam enerji yükləməsi 280 km məsafə qət edə bilir. IONIQ sükanı arxasında olmaq əsl idarəetmə azadlığıdır.

Çağdaş dəblə ayaqlaşan ön fənərlər minimum elektrik enerjisi ilə yolunuzu maksimum işıqlandırmaq üçün LED (işıq diodları) texnologiyası ilə təchiz olunub.

Ön LED fənərlərMaksimum rahatlıq və yararlılıq üçün IONIQ sürətli və standart enerji dolum portları (girişləri) ilə təchiz edilib. Hər iki halda naqillə qoşulmada təhlükəsizlik, əminlik və sadəlik nəzərə alınıb.

Enerji dolumu üçün ikili port (giriş)

Burada əlavə təchizatlı GLS model göstərilib

Standart enerji yükləmə (AC 5-pin)

Sürətli enerji yükləmə (DC)

Bənzərsiz ön panel eleqant dizayn ilə üstün aerodinamikanın ahəngini yaradır. Müvafiq olaraq ön və arxa hissə üçün gümüşü panellər standart, parlaq qara panellər isə əlavə təchizata daxildir.

Diqqətçəkən ön panel

Page 4: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

The GLS model with optional equipment is shown here.

Böyük ölçülü rəqəmsal məlumatlandırıcı cihazlar panelinin yüksək keyfiyyətli LCD displeyində sürücü üçün maraqlı olan bir çox vacib məlumatlar - enerji axınına nəzarət, batareyaların ehtiyatı, yüklənməsi və s. daim yenilənir.

7 düymlük LCD TFT rəngli məlumatlandırıcı cihazlar paneli

Funksiyalar emosiyalarla birləşərkənIONIQ-in idarəetmə panelinə hər toxunuş etdikdə emosional bir mühəndislik işinə təmas edirsiniz. Bu zaman hər bir detal rahatlıq və məmnunluq hissi yaradır. Yüksək səviyyəli sənətkarlıq və xüsusi olaraq seçilmiş premium materiallar IONIQ brendinə inam və etibarı gücləndirir.

Yeni induksiya texnologiyası imkan verir ki, naqilə qoşmadan smartfona enerji yüklənsin (yalnız dəstəkləyən modellər). Əgər nə vaxtsa telefonu unutsanız, sistem bu barədə sizə xəbərdarlıq siqnalı verəcək.

Naqilsiz enerji dolumu

Hərəkət rejimlərini dəyişən mexanizmin idarəediciləri təbii ki, sağda, mərkəzi konsolun üzərində yerləşib. Sadəcə yüngül bir toxunuşla, D (Drive), P (Park) və ya R (Reverse) rejimlərini seçə və həmçinin elektrik əl əyləcini (parklamanı) aktivləşdirmək olar.

Hərəkət rejimlərinin elektron dəyişilməsi düyməsi (Sürət qutusu düymələri)

Parklama

Geriyə hərəkət

Neytral

İrəli hərəkət

Tutacaq

Page 5: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

Reduktor sürətlər qutusu Bir sürət pilləsi olan sürətlər qutusu elektromühərrikin yüksək fırlanma sürətini azaldır və enerjini aparıcı ön təkərlərə ötürür. Bu sadə, asan və demək olar ki, səssizdir. Bu isə IONIQ-in ən maraqlı tərəflərindən biridir: istənilən sürətdə maksimal fırlanma anı əldə etmək mümkündür. Sürətlənmə pedalı ani olaraq reaksiyalarına adekvat cavab verməklə hər zaman sürücünün üzündə təbəssüm yaradır.

Sürücü və sərnişinlər 7 ədəd təhlükəsizlik yastığının müdafiəsinə tam etibar edə bilərlər. Sürücü və ön sərnişin üçün bir cüt təhlükəsizlik yastığından əlavə dizlər üçün yastıqlar, bir cüt yan təhlükəsizlik yastığı (yalnız öndə) və yan toqquşma zərbələrindən qoruyan tam ölçülü pərdə tipli təhlükəsizlik yastıqları mövcuddur.

7 ədəd təhlükəsizlik yastığı

Qənaətcil olmaq üçün IONIQ "dieta saxlayır": kapot və baqaj qapısı ənənəvi polad əvəzinə yüngül alüminiumdan hazırlanıb. Ən vacib struktur təhlükəsizliyini gücləndirmək üçün gövdənin hazırlanmasında qaynar ştamplama, yüksək texnologiyalı yapışdırıcılar və digər innovativ istehsal üsulları tətbiq edilib.

Enerji bərpaedicilər rekuperativ əyləc sisteminə dörd səviyyədə nəzarət imkanı verir. Sürücü sağ düyməyə (sürgüyə) bir dəfə vurmaqla enerji bərpası və qənaətə üstünlük verdiyini nümayiş etdirir. Yaxud da sadəcə sol düyməni (sürgünü) sıxaraq rekuperativ əyləcləməni minimallaşdırır.

Sükanarxası dəyişdirici(Rekuperativ əyləc nəzarəti)

Alüminium kapot və baqaj qapısı

Page 6: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

Qoruyucu-nəzarət bloklu (ICCB) enerji yükləmə naqili

Daimi maqnitlisinxron mühərrik

Hər gün qarışıq rejimdə (şəhər/şosse) təqribən 30-60 km məsafə qət edən sürücülər təyinat nöqtəsinə getmək və geri, evə qayıdaraq ehtiyatında çoxlu enerji saxlama bacarığı baxımından IONIQ-ə etibar edə bilərlər.

Qənaətcil idarəetmə həzzi

Ekoloji təmiz və sadəIONIQ-in heyranedici cəhətlərindən biri də səssiz və rəvan hərəkət etməsidir. Bu onunla bağlıdır ki, IONIQ-in yaradılma texnologiyası mükəmməl olduğu qədər də sadədir: 28 kVt/saatlıq batareyalara qoşulan 88ckVt-lıq elektrik mühərriki elektron blok (EPCU) tərəfindən idarə olunur. Bütün elektrik nəqliyyat vasitələrində (elektromobillərdə) mexaniki səs və titrəyişlər yaradan hərəkətli hissələrin sayı azaldılır. Beləliklə, IONIQ "pıçıltı ilə danışır" və ən əsası zərrə qədər də zərərli tullantı istehsal etmir.

280 km-dək yürüş məsafəsi

Bu mühərrik 88 kVt-dan (120 at gücü) artıq enerji hasil edərək yüksək effektivlik və güc arasında ideal balansı təmin edir. Maksimal fırlanma anı 30.1 kgfm (295 Nm)-ə bərabərdir.

Çox mərhələli yüksək gərginlikli təhlükəsizlik sisteminə sahib olan litium-ion polimer batareyalar yürüş məsafəsini artırmaq üçün böyük enerji tutumuna malikdir. IONIQ-in quruluşu və çəki paylanması elə layihələndirilib ki, ağırlıq mərkəzi aşağıda yerləşir və bu ona çevik idarəetmə və komfortlu yürüş imkanı verir.

28 kVt-lıq litium-ion polimer batareyalarEPCU (Electric Power Control Unit) IONIQ-in beynidir və sabit/dəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və elektron sistemlərin çox çətin tapşırıqlarını icra etmək üçün proqramlaşdırılıb.

Elektrik mühərrikinin idarəetmə bloku

Bu naqil demək olar ki, hər yerdə IONIQ-ə enerji yükləməyə şərait yaradır. O, standart məişət elektrik şəbəkəsinə qoşulmaq üçün nəzərdə tutulub və IONIQ evdə istifadə etdiyimiz dəyişən cərəyanla da enerji yığa bilir.

Page 7: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

Dairəvi moldinq Pəncərə təhlükəsizlik nəzarəti(şüşələrin xəsarətdən müdafiə funksiyası)

Yan güzgü işıqlarıQapı çərçivəsinin xrom ayaqlığı

Panoram lyukXromla işlənmiş qapı tutacaqları

Qızdırılan sükan çarxı Oturacaqlar 6:4 nisbətində qatlanır5.0 düymlük LCD audio sistem(CDP/MP3/Radio) Havalandırılan ön oturacaqlar

Arxa sıranın havalandırmasıOturacaqların yaddaş paketi (IMS)

Paketlər (komplektasiyalar)Burada əlavə təchizatlı GLS model göstərilib

Page 8: Avtomobildə yeni cərəyandəyişən cərəyan invertoru, aşağı gərginlikli daimi cərəyan konvertoru və nəqliyyat vasitəsinin idarəetmə bloku kimi müxtəlif elektrik və

Parlaq bəyaz (WAW) Platin gümüşü (T8S) Parlaq gümüşü (TS7)

Sədəf qara (NKA) Hərarətli sarı (WY7) Dəniz mavisi (N4B)

Narıncı (RY9) Alovlu qırmızı (PR2)

16 düymlük yüngül xəlitəli disklər

Ölçü vahidi: mm

Təkər izi 1564Ümumi enTəkər izi

18201555

Ümumi hündürlük

1460

44702700

Ümumi uzunluqTəkər bazası

ELEKTRİK MÜHƏRRİKİ

Növü Daimi maqnitli sinxron mühərrik (MPSM)

Maksimal güc (kVt) 88 (120 at gücü)

Maksimal fırlanma anı (Nm) 295

Batareya tutumu (kVt/saat) 28

● Yuxarıdakı rəqəmlər daxili testlərin nəticəsidir və yoxlanmadan sonra dəyişə bilər. ● Bu kataloqda göstərilən və ya təsvir olunan bəzi avadanlıqlar, standart təchizata daxil edilməyərək əlavə ödənişlə əldə edilə bilər. ● Hyundai Motor şirkəti öncədən xəbərdarlıq etmədən xüsusiyyətləri və avadanlıqları dəyişmək hüququnu özündə saxlayır. ● Lövhədə (fotoda) göstərilən rənglər çap prosesinin məhdudiyyəti səbəbindən faktiki rənglərdən fərqlənə bilər. ● Zəhmət olmasa, tam informasiya və rənglərin, işləmələrin mövcudluğu üçün yerli dilerinizlə məsləhətləşin.

QABARİT ÖLÇÜLƏR

Baş məsafəsi (mm) Ön / arxa (w/o sunroof) 994/ 950

Ayaq məsafəsi (mm) Ön / arxa 1073/ 906

Eninə məsafə (mm) Front / rear 1425 / 1396

Yük tutumu (litr)Tavanadək 455

Arxa oturacaqlar qatlandıqda (tavanadək) 1410

Parça

Dəri/Dəri+parça

Eksteryer rəngləri Xüsusiyyətlər

İnteryer rəngləri Disklər