8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 108 (29650) 27 may 2021-ci il, cümə axşamı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni- yeni uğurlar arzulayıram. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında yaxşı və etibarlı münasibətlər formalaşıb ki, bu da bizə böyük qlobal çağırışlara qarşı birgə mübarizə aparmaqda kömək edir. İcazə verin, İsveçrənin ölkələrimiz arasındakı mehriban və məhsuldar əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə və daha da gücləndirilməsinə sadiqliyini bir daha bildirim. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Hörmətlə, Qi PARMÖLƏN İsveçrə Konfederasiyasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu! Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasın- da yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır. Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm. Hörmətlə, Vladimir PUTİN Rusiya Federasiyasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm Prezident! Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qar- daş Azərbaycan Respublikası dövlətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nüma- yiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək. Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqı- na isə xoş günlər arzulayıram. Hörmətlə, Həsən RUHANİ İran İslam Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident! Respublika Günü münasibətilə Sizi İtaliya xalqı adından və şəxsən öz adımdan təbrik edir, Azərbaycan Respublikasının firavan gələcəyi naminə səmimi arzularımı çatdırıram. Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. Azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olma- sı pandemiyanın ən pis dövrlərində yenidən öz təsdiqini tapdı. Bunun da qarşılıqlı həmrəylik təşəbbüsləri ilə nəticələndiyini görmək mənim üçün xüsusi məmnunluq mənbəyidir. Bu kontekstdə ümid edirəm ki, tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək. Dərin hörmət hissi ilə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Hörmətlə, Sercio MATTARELLA İtaliya Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri! Azərbaycanın milli bayramı – Respubli- ka Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xoşbəxtlik, xalqınıza yüksək rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram. Hörmətlə, Əlahəzrət NARUHİTO Yaponiya İmperatoru Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən yüksək dəyərləndirilir Təbrik məktublarında bütün bunlarla bərabər, ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfədən bəhs edilir. Bu zaman Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə yönəltdiyi 20 illik dəstək də dəyərləndirilərək, diqqətə çatdırılır. Məsələn, Ameri- ka Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respubli- kası xalqları arasında əlaqələrin gücləndirilərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıldığı qeyd edilir. Məktubda daha sonra ABŞ-ın ötən il Cənub Qaz Dəhlizinin işə salın- ması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələr və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumu qətiyyətlə dəstəklənir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Cənub Qaz Dəhlizinin işə salın- masının yüksək qiymətləndirilməsi ilə bağlı qeyd edək ki, 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan ara- sında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradıl- masını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanması, bununla da adı çəkilən Dəhlizin layihəsinin reallaşdırılması tarixi bir addımdır. Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji inf- rastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regio- nundakı qaz təchizatını Avropa ba- zarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxım- dan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir. ABŞ Prezidentinin Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə ilə bağlı fikrinə gəldikdə isə deyə bilərik ki, bu məsələ son dərəcə mühüm önəm daşıyır. Ümumiyyətlə, bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Başqa sözlə, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki Azərbaycanın təsdiqlənən təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri- Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, ölkəmizin potensialın mənzərəsi daha da aydın görünər. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın xarici ölkələrlə birgə səyləri də yüksək qiymətləndirilir. Almaniya Federativ Respubli- kasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda bu- nunla bağlı deyilir: “Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmi- şik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pan- demiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir”. Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik məktubunda da CO- VID-19 pandemiyasına qarşı bu ölkə ilə birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunduğu diqqətə çatdırılır. Yeri gəlmişkən, dünyanı ağuşuna alan bu dəhşətli bəla üzə çıxan ilk vaxtlardan Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bununla əlaqədar Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020- ci ilin dekabrında BMT Baş Assamb- leyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçi- rilib. Respublikamız öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümum- dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib. Bu məqamda qeyd etmək yerinə düşər ki, ötən il fevral ayından baş- layaraq ölkəmizdə COVID–19-un törətdiyi fəsadların qarşısını almaq üçün çevik tədbirlər reallaşdırıldı. Azərbaycan Prezidentinin tapşırı- ğı əsasında əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması, iqti- sadi fəallığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanıldı. Bu- nunla bərabər, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları, həmçinin 5 milyon ABŞ dolları Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayrıldı. Eyni zamanda, 30-dan çox ölkəyə humanitar yardım göstərildi. Çin Xalq Respublikasının Sədri Si Cinpinin yuxarıda xatırlatdığımız təbrik məktubunda bir məqam da diqqət çəkir. Belə ki, Si Cinpin “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsini xüsusi vurğulayır. Xatırladaq ki, tarixi İpək yolu (“Bir kəmər, bir yol”) üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşı- malarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtın- da çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır. Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dün- yanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir. Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları ya- radır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Prezident İlham Əliyevə ünvan- lanan digər təbrik məktublarında da Azərbaycanın müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olan, öz milli maraq- larının müdafiəsində, tarixi ədalətin bərpa edilməsində uğur qazanan dövlət kimi daxil olması xüsusi qa- bardılır. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev yazır: “1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk demokratik respublika kimi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Zati-alinizin qətiyyətli liderliyi və müd- rik siyasəti sayəsində daha da inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib və regionun lider ölkəsinə çevrilib”. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi məktubunda daha sonra dövlətimizin başçısı- na Türk Şurasına daimi dəstəyini məmnuniyyətlə qeyd edərək bildirir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünün, habelə CO- VID-19 pandemiyasına həsr olun- muş ilk fövqəladə Zirvə görüşünün nəticələri bu təşkilatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə təkan verib. Bağdad Amreyev, həmçinin bu il martın 31-də Türküstan şəhərində keçirilən qeyri-formal Zirvə görüşündə üzv dövlətlərin Azərbaycan Res- publikasının ərazilərinin işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını bir daha yekdilliklə vurğuladıqlarını, Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruk- tur layihələrinin üzv dövlətlər başda olmaqla, bütün region ölkələrinin iq- tisadiyyatının inkişafına, sülh və sabit- liyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduqlarını diqqətə çatdırır. Bu fikirlər Beynəlxalq Türk Akade- miyasının prezidenti Darxan Kıdırəli, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən imzalanan təbrik məktublarında da öz ifadəsini tapıb. Vaqif BAYRAMOV, “Xalq qəzeti” 28 May – Respublika Günü münasibəti ilə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında dövlətimizin başçısının dünyada getdikcə artan nüfuzu, səmərəli fəaliyyətinə verilən yüksək qiymət, habelə respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı önə çəkilir. Eyni zaman- da, dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə uğurlu səyləri yüksək qiymətləndirilir.

Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

  • Upload
    others

  • View
    15

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 108 (29650) 27 may 2021-ci il, cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında yaxşı və etibarlı münasibətlər formalaşıb ki, bu da bizə böyük qlobal çağırışlara qarşı birgə mübarizə aparmaqda kömək

edir. İcazə verin, İsveçrənin ölkələrimiz arasındakı mehriban və məhsuldar əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə və daha da gücləndirilməsinə sadiqliyini bir daha bildirim.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Qi PARMÖLƏN İsveçrə Konfederasiyasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasın-da yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.

Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan

sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Vladimir PUTİN Rusiya Federasiyasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident!

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qar-daş Azərbaycan Respublikası dövlətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nüma-yiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən

ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.

Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqı-na isə xoş günlər arzulayıram.

Hörmətlə,

Həsən RUHANİ İran İslam Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Respublika Günü münasibətilə Sizi İtaliya xalqı adından və şəxsən öz adımdan təbrik edir, Azərbaycan Respublikasının firavan gələcəyi naminə səmimi arzularımı çatdırıram.

Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir.

Azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olma-sı pandemiyanın ən pis dövrlərində yenidən

öz təsdiqini tapdı. Bunun da qarşılıqlı

həmrəylik təşəbbüsləri ilə nəticələndiyini görmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Bu kontekstdə ümid edirəm ki, tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək.

Dərin hörmət hissi ilə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Hörmətlə,

Sercio MATTARELLA İtaliya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respubli-ka Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xoşbəxtlik, xalqınıza yüksək rifah arzularımı çatdırmaqdan

məmnunluq duyuram.

Hörmətlə,Əlahəzrət NARUHİTO Yaponiya İmperatoru

Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən yüksək dəyərləndirilir

Təbrik məktublarında bütün bunlarla bərabər, ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfədən bəhs edilir. Bu zaman Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə yönəltdiyi 20 illik dəstək də dəyərləndirilərək, diqqətə çatdırılır. Məsələn, Ameri-ka Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respubli-kası xalqları arasında əlaqələrin gücləndirilərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıldığı qeyd edilir. Məktubda daha sonra ABŞ-ın ötən il Cənub Qaz Dəhlizinin işə salın-ması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələr və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumu qətiyyətlə dəstəklənir.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Cənub Qaz Dəhlizinin işə salın-masının yüksək qiymətləndirilməsi ilə bağlı qeyd edək ki, 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan ara-sında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradıl-masını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanması, bununla da adı çəkilən Dəhlizin layihəsinin reallaşdırılması tarixi bir addımdır.

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji inf-rastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regio-nundakı qaz təchizatını Avropa ba-zarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxım-dan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.

ABŞ Prezidentinin Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə ilə bağlı fikrinə gəldikdə isə deyə bilərik ki, bu məsələ son dərəcə mühüm önəm daşıyır. Ümumiyyətlə, bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Başqa sözlə, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki Azərbaycanın təsdiqlənən təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, ölkəmizin potensialın mənzərəsi daha da aydın görünər.

Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə

Azərbaycanın xarici ölkələrlə birgə səyləri də yüksək qiymətləndirilir. Almaniya Federativ Respubli-kasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda bu-nunla bağlı deyilir: “Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmi-şik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pan-demiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir”.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik məktubunda da CO-VID-19 pandemiyasına qarşı bu ölkə ilə birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunduğu diqqətə çatdırılır.

Yeri gəlmişkən, dünyanı ağuşuna alan bu dəhşətli bəla üzə çıxan ilk vaxtlardan Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bununla əlaqədar Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assamb-leyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçi-rilib. Respublikamız öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümum-dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.

Bu məqamda qeyd etmək yerinə düşər ki, ötən il fevral ayından baş-layaraq ölkəmizdə COVID–19-un törətdiyi fəsadların qarşısını almaq üçün çevik tədbirlər reallaşdırıldı. Azərbaycan Prezidentinin tapşırı-ğı əsasında əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması, iqti-sadi fəallığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanıldı. Bu-nunla bərabər, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları, həmçinin 5 milyon ABŞ dolları Qoşulmama Hərəkatının daha çox

ehtiyacı olan dövlətləri üçün ayrıldı. Eyni zamanda, 30-dan çox ölkəyə humanitar yardım göstərildi.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin yuxarıda xatırlatdığımız təbrik məktubunda bir məqam da diqqət çəkir. Belə ki, Si Cinpin “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsini xüsusi vurğulayır.

Xatırladaq ki, tarixi İpək yolu (“Bir kəmər, bir yol”) üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşı-malarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtın-da çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dün-yanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir.

Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları ya-radır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub.

Prezident İlham Əliyevə ünvan-lanan digər təbrik məktublarında da Azərbaycanın müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olan, öz milli maraq-larının müdafiəsində, tarixi ədalətin bərpa edilməsində uğur qazanan dövlət kimi daxil olması xüsusi qa-bardılır. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev yazır: “1918-ci il

mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk demokratik respublika kimi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Zati-alinizin qətiyyətli liderliyi və müd-rik siyasəti sayəsində daha da inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib və regionun lider ölkəsinə çevrilib”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi məktubunda daha sonra dövlətimizin başçısı-na Türk Şurasına daimi dəstəyini məmnuniyyətlə qeyd edərək bildirir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünün, habelə CO-VID-19 pandemiyasına həsr olun-muş ilk fövqəladə Zirvə görüşünün nəticələri bu təşkilatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə təkan verib.

Bağdad Amreyev, həmçinin bu il martın 31-də Türküstan şəhərində keçirilən qeyri-formal Zirvə görüşündə üzv dövlətlərin Azərbaycan Res-publikasının ərazilərinin işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını bir daha yekdilliklə vurğuladıqlarını, Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruk-tur layihələrinin üzv dövlətlər başda olmaqla, bütün region ölkələrinin iq-tisadiyyatının inkişafına, sülh və sabit-liyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduqlarını diqqətə çatdırır.

Bu fikirlər Beynəlxalq Türk Akade-miyasının prezidenti Darxan Kıdırəli, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən imzalanan təbrik məktublarında da öz ifadəsini tapıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

28 May – Respublika Günü münasibəti ilə dünyanın aparıcı

ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında dövlətimizin başçısının dünyada getdikcə artan nüfuzu, səmərəli fəaliyyətinə verilən yüksək qiymət, habelə respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı önə çəkilir. Eyni zaman-da, dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə uğurlu səyləri yüksək qiymətləndirilir.

Page 2: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

27 may 2021-ci il, cümə axşamı2

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi salamla-rımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasın-da qədim dostluq əlaqələri mövcuddur. İkitərəfli münasibətlərimizin gələcək

illərdə daha da güclənəcəyinə və

şaxələnəcəyinə əminəm.Cənab Prezident, Sizə möhkəm can-

sağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Ram Nat KOVIND Hindistan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına tərəqqi və rifah arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə daha da

inkişaf etdirilməsi istiqamətində birgə işləyəcəyimizə ümidvar olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Katerina SAKELLAROPULU Yunanıstan Respublikasının

Prezidenti

Azərbaycan Respublikasının

Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəHörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Res-publikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, xalqınıza tərəqqi və rifah arzulayıram.

Əminəm ki, hamılıqla pandemiyanın və onun nəticələrinin aradan qaldırılması üçün mübarizə apardığımız bu çətin vaxtda dost və müttəfiq ölkələrimiz münasibətlərimizin təşviqi üzərində işləyəcək və yeni əməkdaşlıq formaları tapacaq. Xüsusilə hər iki ölkənin enerji və infrastruktur sahələrindəki iqtisadi potensialı daha səmərəli və daha əhəmiyyətli əməkdaşlıq üçün stimul ola bilər.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Zoran MILANOVIÇ Xorvatiya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Ilham Heydər oğlu!

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Şübhə yoxdur ki, Sizin peşəkar və şəxsi keyfiyyətləriniz sayəsində müstəqil Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolu ilə irəliləyir, regionda və dünyada mövqelərini inamla möhkəmləndirir. Siz dövlətin qarşısına qoyulmuş məsələləri savadlı və səmərəli şəkildə həll edirsiniz. Bu, fədakar əməyin və aşkar məqsədyönlülüyün nəticəsidir. Sizin yürütdü-yünüz düşünülmüş və uzaqgörən xarici siyasət Azərbaycana beynəlxalq arenada haqlı olaraq nüfuz qazandırıb.

Fürsətdən istifadə edib, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz ma-raq və diqqətə, onu şəxsən dəstəklədiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Respublikası ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi təşkilatın Katibliyinin müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla qarşılıqlı fəaliyyətinin inkişafına dair Yol Xəritəsinin təqdim etdiyi imkanları fəal şəkildə reallaşdırır. Təşkilatın 20 illiyi ərəfəsində 2021-ci il mayın 24-də ŞƏT-in Katibliyində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş mədəniyyət gecəsi buna parlaq sübut oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan səfirliyi

tərəfindən ŞƏT-in Katibliyi ilə birgə təşkil edilmiş tədbir respublikanın zəngin mədəni potensialını və onun xalqının mənəviyyatını nümayiş etdirdi, tədbirə dəvət olunmuş bütün qonaqlar bunu hiss edə bildi.

Nizami Gəncəvinin büstünün ŞƏT-in Katibliyinə hədiyyə edilməsinə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Bu hədiyyə öz əsərləri ilə həm Şərq, həm də dünya ədəbiyyatının sonrakı inkişafına böyük təsir göstərmiş şair və filosofun böyüklüyünün təcəssümüdür.

Əminəm ki, biz birgə səylərimizlə qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığı ŞƏT çərçivəsində bundan sonra da uğurla davam etdirəcək, bizim təşkilatın üzvü olan bütün ölkələr arasında mədəni əlaqələri möhkəmləndirəcəyik.

Zati-aliləri, icazə verin Sizə ən səmimi təbriklərimi, möhkəm cansağlığı, uğurlar, ailə firavanlığı arzularımı, Azərbaycan Respublika-sının xalqına isə sülh, xoş güzəran və firavanlıq diləklərimi bildirim!

Səmimi hörmətlə,

Vladimir NOROV Şanxay Əməkdaşlıq Təşkilatının

Baş katibi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Azərbaycanın milli bayramı - Respub-lika Günü münasibətilə Sizə Serbiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ölkənizə tərəqqi, vətəndaşlarınıza yüksək rifah diləyirəm.

Əminəm ki, qarşıdakı dövrdə ölkələrimiz arasında dialoqu ən ali və ən yüksək səviyyədə intensivləşdirəcəyik, bu da strateji münasibətlərimizi daha güclü, daha dinamik və daha yaxşı vəziyyətə gətirəcək.

Cənab Prezident, ölkələrimiz ara-sındakı ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək üçün birlikdə çalışacağımı-za çox inanıram. Bu baxımdan, Azərbaycan Respublikasındakı yeni səfirimiz Draqan Vladisavljeviçin ümumi münasibətlərimizin dərinləşməsinə öz töhfəsini verəcəyinə əminəm.

Həmçinin ikitərəfli münasibətlərimizin iqtisadi aspektinə xüsusi diqqət yetirdiyimizi vurğulamaq istərdim. Bu səbəbdən Serbi-yanın xarici işlər naziri Nikola Selakoviçin

Azərbaycan Respublikasına qarşıdakı səfəri zamanı keçiriləcək Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komis-siyanın növbəti, altıncı iclasını səbirsizliklə gözləyirik.

Fürsətdən istifadə edərək bu ilin oktyab-rında Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 60-cı ildönümünü qeyd etmək təşəbbüsümüzə müsbət yanaşdığınıza görə təşəkkür edirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm, əminəm ki, bu, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etmək üçün əla bir fürsət olacaq.

Qondarma Kosovonun birtərəfli elan edilmiş müstəqilliyi ilə bağlı mövqelərimizi anlayışla qarşıladığı üçün Azərbaycan Res-publikasına minnətdarlığımı bildirirəm. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyimizi bir daha vurğulamaq istərdim.

Cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm.

Aleksandr VUÇIÇ Serbiya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqı-na şəxsən öz adımdan və Albaniya xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan üçün belə önəmli gündə ölkələrimiz və xalqlarımız arasında möv-cud olan dostluq münasibətlərini yüksək qiymətləndirir, eyni zamanda, birgə səylərimiz sayəsində bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Albaniyanın qlobal enerji dəhlizləri şəbəkəsinin bir hissəsinə çevrilməsinə töhfə

verən TAP və IAP qaz kəməri layihələrinin ölkəmdə uğurla həyata keçirilməsini vurğu-layaraq, bu sahədə dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zaman-da, əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığa dair yeni imkanlar üçün möhkəm zəmin mövcuddur.

Zati-aliləri, Sizinlə Tiranada və ya Bakıda görüşmək arzumu bir daha bildirirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Ilir META Albaniya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Sizi və xalqınızı milli bayramınız - Res-publika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Təsadüfi deyil ki, bəzi Qərb ölkələrindən onilliklər əvvəl qadınlara səsvermə hüqu-qu verən ölkəniz müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanın elan olunmasının ildönümünü özünün Milli Günü kimi seçdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri bütün dün-yada hörmətə layiqdir. Təəssüf ki, eyni ildə köhnə dünyanın xarabalıqları üzərində qu-rulan Çexoslovakiyadan fərqli olaraq, o dövr dünyasının sərt reallıqlarında Azərbaycan Xalq Cümhuriyyətinə müstəqilliyini qorumaq nəsib olmadı.

Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən arzu edirəm ki, XXI əsrin üçüncü

onilliyində ölkəniz bütün qonşuları ilə sülh şəraitində yaşayan, azad, müstəqil və firavan dövlət olaraq müasir Azərbaycanın müstəqilliyini quranların ümid və arzularına uyğun inkişaf etsin.

İcazə verin, fürsətdən istifadə edərək Sizi əmin edim ki, Çex Respublikası ilə Azərbaycan Respublikası arasında-kı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirirəm. Ümid edirəm, bu münasibətlər daha da inkişaf edəcək. Mən ölkələrimiz arasındakı əlaqələrin davamlı olaraq dərinləşməsinə və inkişafına böyük əhəmiyyət verirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Miloş ZEMAN Çex Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!Milli bayramınız - Respublika Günü

münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, ölkənizə sabitlik, davamlı

iqtisadi və sosial inkişaf arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək.

Sizə ən yüksək ehtiramımı bildirirəm.

Norodom SIHAMONI Kambocanın Kralı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli

500 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili

haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə”

2020-ci il 30 dekabr tarixli 1241 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konsti-

tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezi-dentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12, maddə 1479; 2021, № 3, maddə 225) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regi-onlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.1.64-cü, 7.3.7.16-cı, 7.3.10.10-cu, 7.3.10.16-cı, 7.3.32.17-ci,

7.3.33.16-cı, 7.3.39.16-cı, 7.3.46.17-ci, 7.3.49.16-cı, 7.3.56.9-cu və 7.3.56.15-ci yarımbəndlərdən “Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik,” sözləri çıxarılsın;

1.2. 7.1.96-cı yarımbənddə “Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik” sözləri “Azərbaycan Respublikasının Minatəmizləmə Agent-liyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezi-dentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119) ilə təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 29.27-ci yarımbənd ləğv edilsin;

2.2. 29.28-ci yarımbənddə “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru” sözləri “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 2020, № 10, maddə 1248, № 12 (I kitab), maddə 1472; 2021, № 2, maddə 120) 4.9-cu və 7.1-ci bəndlərində “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik” sözləri “Azərbaycan Respubli-kasının Minatəmizləmə Agentliyi” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunu-nun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 2020, № 12 (I kitab), maddə 1503) 1.11.4.2-ci yarımbəndində “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik” sözləri “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” sözləri ilə əvəz edilsin.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 26 may 2021-ci il

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi

haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konsti-

tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Preziden-tinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezi-dentinin 2004-cü il 1 iyul tarixli 298

nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Top-lusu, 2004, № 7, maddə 540; 2006, № 9, maddə 743; 2007, № 2, maddə 87, № 10, maddə 1011; 2008, № 3, maddə 168; 2009, № 6, maddə 424; 2011, № 2, maddələr 85, 134; 2017, № 3, maddə 353; 2019, № 5, maddə 911; 2021, № 1, maddə 77) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin

yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.8-ci bəndin “İcraçılar” sütu-nundan “Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik,” sözləri çıxarılsın.

2. 1.10-cu bəndin “İcraçılar” sütununda “Azərbaycan Respub-likasının Ərazilərin Minalardan

Təmizlənməsi üzrə Agentlik” sözləri “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” sözləri ilə əvəz edilsin.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 26 may 2021-ci il

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

100 illik yubileyinin keçirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı

Musiqi Akademiyasının yaradılmasının 100 illiyi tamam olur.

Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qa-baqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin bö-yük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının

məzunlarıdır.Azərbaycan Respublikası Konstitusiyası-

nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planı hazırla-yıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2021-ci il

Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam

etdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2021-ci il

Page 3: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

27 may 2021-ci il, cümə axşamı 3Azərbaycan – İran münasibətləri sürətlə inkişaf edir

Dövlət başçımızın yaxın qonşu-larımızla əməkdaşlığa verdiyi önəm, atdığı addımlar dəfələrlə sübut etmişdir ki, gənc müstəqil Azərbaycan Respublikası müasir dünyanın ən fəal aktorlarından birinə çevrilməklə bərabər, möhtəşəm qonşuluq münasibətləri də formalaşdıra bil-mişdir. Fikrimizi əsaslandırmaq üçün Azərbaycan Prezidentinin İran İslam Respublikasını təmsil edən diplomat-larla 2020-ci il sentyabrın 7-dən bu günədək keçirdiyi üç görüşü yada salaq.

Təbii ki, əvvəlcə ən sonuncu görüş barədə söz açacağıq. Mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Ca-vad Zərifi qəbul edən dövlət başçı-mız Azərbaycanın erməni faşizmi üzərindəki şanlı qələbəsindən sonra regionda yaranmış yeni vəziyyətdən qonşu ölkələrin də səmərə görəcəyi barədə söz açdı və xatırlatdı ki, bu vəziyyət regionun bütün ölkələrinin üzərinə mühüm vəzifələr qoyur. Amma indiyədək olan əməkdaşlığın nəticələrini də unutmamalıyıq.

Prezident qardaş ölkənin baş diplomatına dedi ki, mən sizin səfərinizdən əvvəl məlumatlara bax-dım və gördüm ki, pandemiyaya bax-mayaraq, bizdə ticarət dövriyyəsində artım var: “Bu, çox müsbətdir. Pre-zident Ruhani və mənim tərəfimdən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib. Biz Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq... Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir”.

Dövlət başçımız xatırlatdı ki, münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkan-lar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və daya-nıqlı sülh şəraitində inkişafa töhfə verməlidirlər. Xatırladaq ki, münaqişə həll ediləndən sonra Bakı və Tehran arasında çoxsaylı təmaslar olub.

Məlum olduğu kimi, İran da ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsindədir və həmin məqamı nəzərə alan Məhəmməd Cavad Zərif yada saldı ki, biz administra-siyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrü-nü yaşadığımız üçün xoşbəxtik: “Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoya-raq getdiyimizə görə çox şadıq…”

Azərbaycanın haqq savaşında-kı tarixi qələbəsinə işarə edən İran diplomatı dövlət başçımızın regiona

sülh gətirmək istəyini alqışladı: “İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzu-sunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qu-rulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”.

İndi qayıdaq, dövlət başçımızın cənab Məhəmməd Cavad Zərifi bu il yanvarın 25-də qəbul edərkən müzakirə edilmiş məsələlərə. O zaman Azərbaycan Prezidenti iranlı nazirə demişdi ki, regiondakı yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Bildirilmişdi ki, hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir: “Sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansi-yasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə -- Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər”.

Cavad Zərif yanvardakı görüşdə Azərbaycan Prezidentinə xitabən demişdi ki, Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki regi-

on ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə qaçqın-köçkün soydaşlarımı-zın öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra ya-ranmış vəziyyəti normal adlandıran Tehran rəsmisi vurğulamışdı ki, İran bu işdə yardımçı olmaq arzusunda-dır: “Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası ba-xımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”.

İndi isə dövlət başçımızın İran diplomatı ilə 44 günlük müharibənin başlanmasından 20 gün əvvəlki görüşünə diqqət yetirək. Azərbaycan Prezidenti həmin gün -- sentyab-rın 7-də İran İslam Respublikası-nın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən xatırlatmışdı ki, son bir neçə il ərzində Prezident Ruhani ilə bizim 10-dan çox görüşümüz olub-dur. Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı. Bu sənədlər, demək olar ki, bütün sahələri əhatə edir. Biz həmişə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin mövqeyi-ni dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qu-rumlar çərçivəsində həmişə həmrəylik göstəririk.

“Bir daha demək istəyirəm ki, bizim münasibətlərimiz sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıbdır” – deyən dövlət başçımız əminlik ifadə etdi ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq: “Bildiyiniz kimi, Şimal --Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avra-siya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir. Bütün başqa sahələrdə -- sərmayə qoyuluşu, elektroenerge-tika sahələrində və digər sahələrdə yaxşı nəticələr var. O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir və yeni razılaşmalar əldə edilib. Əminəm ki, bu sahədə də bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək”.

Yəqin ki, ötən ilin sentyabrında keçirilmiş görüşü yada salmağımı-zın səbəbi hörmətli oxucuya məlum oldu. Həmin görüşdə dövlət başçımız Azərbaycanın bədxahlarına mesaj verirmiş kimi demişdi: “O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir”.

Yəni 44 günlük İkinci Qarabağ müharibəsi başlananda artıq regio-nun bütün dövlətləri Azərbaycanın yanında idilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında dediyi kimi, müharibə başa çatsa da, mübarizə hələ davam edir. Yəni Azərbaycanın xarabazara, viranəyə çevrilmiş ərazilərinin bərpası mübarizənin yeni mərhələsidir. Dövlət başçımızın yeddi ay müddətində İranın iki diplomatı ilə keçirdiyi üç görüşün materialları sübut edir ki, rəsmi Tehran bu mübarizənin növbəti mərhələsində də Bakının ya-nında olacaq. Bu, təkcə İranın milli, dini, mədəni, tarixi eyniliklərimizdən yaranan vəzifəsi deyil, həm də ümumbəşəri haqqa, beynəlxalq hüquqa yüksək qiymət verən cənub qonşumuzun mənəvi borcudur.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Regionda yeni vəziyyətin – münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır.

İlham ƏLİYEVAzərbaycan Respublikasının

Prezidenti

Ulu öndər Heydər Əliyev xarici siyasət barədə danışarkən xatırladırdı ki, dövlət fəaliyyətinin bu istiqaməti olduqca mürəkkəb sahədir və orada ortaya çıxan gözlənilməz faktlar, zamanın tələbləri həmişə siyasətçidən çeviklik, operativlik tələb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məna və mahiyyətinə nəzər salarkən, ümummilli liderin həmin tezislərinin təsdiqini hər addımda, həm də qabarıq şəkildə görürük.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli Sərəncamına Əlavə

Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul

tipli məktəblərin siyahısıSıra№-si Tədbirin adı Ayrılan vəsait

(manatla)İcra müddəti

1. Ağsu rayonunun Təklə kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

2. Cəlilabad rayonunun Şorbaçı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

3. Cəlilabad rayonunun Şükürlü kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

4. Cəlilabad rayonunun Alaşar kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

5. Cəlilabad rayonunun Hasıllı kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 350.000,0 2021

6. Cəlilabad rayonunun Cəfərli kəndində 20 şagird yerlik modul tipli ibtidai orta məktəbin quraşdırılması 207.000,0 2021

7. Cəlilabad rayonunun Albalan kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 382.000,0 2021

8. Daşkəsən rayonunun Qabaqtəpə kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 382.000,0 2021

9. Daşkəsən rayonunun Qaratağlar kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256.000,0 2021

10. Gədəbəy rayonunun Pərizamanlı kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 382.000,0 2021

11. Gədəbəy rayonunun Qaravəlilər kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 283.000,0 2021

12. Xaçmaz rayonunun Xudatkənd kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425.000,0 2021

13. İmişli rayonunun Axıcanlı kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425.000,0 2021

14. İmişli rayonunun Məmmədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 382.000,0 2021

15. Qax rayonunun Çüdüllü kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 283.000,0 2021

16. Quba rayonunun Şuduq kəndində 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 256.000,0 2021

17. Quba rayonunun Qrız kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 207.000,0 2021

18. Qusar rayonunun Qənərçay kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 283.000,0 2021

19. Qobustan rayonunun Ərəbşahverdi kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 350.000,0 2021

20. Lerik rayonunun Şonayçola kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 283.000,0 2021

21. Lerik rayonunun Ordahal kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 207.000,0 2021

22. Sabirabad rayonunun Qaragünə kəndində 1 nömrəli 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 424.000,0 2021

23. Şabran rayonunun Söhbətli kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256.000,0 2021

24. Şamaxı rayonunun Pirpəhli kəndində 40 şagird yerlik ümumi orta məktəbin quraşdırılması 256.000,0 2021

25. Şəmkir rayonunun Yuxarı Çaykənd kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

26. Tovuz rayonunun Baqqallı kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 283.000,0 2021

27. Tovuz rayonunun Pələkli kəndində 40 şagird yerlik ümumi orta məktəbin quraşdırılması 256.000,0 2021

28. Tərtər rayonunun Şıxarx kəndində 1 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

29. Ucar rayonunun Yuxarı Şilyan kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 382.000,0 2021

30. Yardımlı rayonunun Arvana kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

31. Yardımlı rayonunun Bərcan kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021

Cəmi: 10.000 000,0

Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyuta-nın məzənnəsi ilə bağlı təsirli nizamla-yıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və bütün bunlar dövlətimizin dünya-nın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

Xatırladaq ki, təkcə bu ilin ötən ayla-rında dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin sosial-iqtisadi həyatı ilə bağlı ayrı-ayrı

sahələrdə əldə edilən uğurlar yüksək dəyərləndirilib, gələcək inkişafla bağlı müsbət proqnozlar verilib. Məsələn, Azərbaycanda aparılan iqtisadi islahat-lar Dünya Bankı tərəfindən dəstəklənib, ölkə rəhbərliyinin uğurlu sosial-iqti-sadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.

“Fitch Ratings” agentliyinin yaydığı hesabatda 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımının 2,1 faiz səviyyəsində proq-nozlaşdırıldığı bildirilir. Eyni zamanda, bu göstəricinin gələn il 2,9 faizədək yüksələcəyi qeyd edilir.

Hesabata əsasən, neft hasilatı-nın mərhələli şəkildə artırılması və qeyri-neft ÜDM-nin bərpası 2021-ci ilin ikinci yarısından fəallığın artımını şərtləndirəcək: “Gələn il ərzində neft və qaz hasilatının eyni səviyyədə qalması, daha sonra mərhələli şəkildə azalması gözlənilir”.

Agentlik, həmçinin bildirir ki, Azərbaycanın geniş enerji resursları, xüsusilə qaz ehtiyatları növbəti 10 il ərzində ölkə iqtisadiyyatının artımını təmin edəcək.

“Fitch Ratings” agentliyi əməliyyat mühiti üzrə proqnozu da “mənfi”dən “sabit”ə dəyişib: “Cari ilin birinci rübü-nün sonunda depozitlərin dollarlaşması əmsalı 55 faizədək azalıb”.

Adıçəkilən agentlik Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnoz-larını da açıqlayıb. Belə ki, hesabatda 2021-ci ildə Azərbaycanda xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 18,1 faiz səviyyəsində proqnozlaşdı-rılıb. Sənəddə vurğulanıb ki, ötən il bu göstərici 21,4 faizə bərabər olub. Agentlik 2022-ci ildə Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 17,6 faiz təşkil edəcəyini də proqnozlaşdırıb.

“Moody's” agentliyi isə bu ilin aprel ayında Azərbaycanın emitentin xarici və yerli valyutada, həmçinin üstün hüquqa malik təmin edilməmiş borcun xarici valyutada uzunmüddətli reytinqlərini “Ba2” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz isə “stabil”dən “müsbət”ə yüksəldilib.

Qeyd edək ki, “Moody's” bu yaxın-larda Azərbaycanın maliyyə dayanıqlığı reytinqini də “a2” səviyyəsindən “a1” səviyyəsinə yüksəldib. Agentlik bunu Azərbaycanın güclü xalis kreditor mövqeyi və xarici valyutada olan borcun yüksək payına baxmayaraq, ölkənin suveren fondlarının həcminin bütün bir-başa dövlət borclarını və zəmanətlərini əhatə etməsi faktı ilə əsaslandırıb.

“Xalq qəzeti”

Reytinq agentliklərinin hesabatlarında iqtisadiyyatın perspektivi nikbin proqnozlaşdırılır

Azərbaycanın sosial – iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, inno-vativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib

Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruk-tiv yanaşma, bu ölkənin 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər də daxil olmaqla, törətdiyi müharibə və in-sanlıq əleyhinə cinayətlərə diqqət çəkib.

Nazir Ermənistanın hərbi təxribatlarına cavab olaraq ötən ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatını qeyd edərək, bunun nəticəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. 2020-ci il 10 noyabr, eləcə də 2021-ci il 11 yanvar tarixlərində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyəti qeyd olunub.

Hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin

normallaşdırılması imkanının yarandığı, bunun hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlı-ğına hörmət əsasında mümkün ol-duğu diqqətə çatdırılıb. Bu xüsusda, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunulub.

Çıxışda nazir habelə, münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olunub. Münaqişənin həllinin regi-onda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulanıb.

Nazir Ceyhun Bayramovun çıxı-şına cavab olaraq ATƏT-in iştirakçı dövlətlərinin əksəriyyətinin Daimi Nümayəndələri çıxış ediblər. Çıxışlar-

da 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə vəziyyətin sabitləşməsinin önəmi və bunun davamına ehtiyacın olması, sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli Bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibli-yi, yüksək səviyyədə siyasi dialoqun bərpasına ehtiyac, müharibədən sonrakı dövrdə inam və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinin zəruriliyi, habelə humanitar tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti, regionda iqtisadi və nəqliyyat bağlantılarının açıl-masının önəmi, Azərbaycan-Ermənistan sərhədində baş vermiş son gərginliyin danışıqlar yolu ilə həllinin vacibliyi vur-ğulanıb.

Görüş zamanı nazir Ceyhun Bay-ramov Ermənistan nümayəndəsi tərəfindən Azərbaycana qarşı səsləndirilən əsassız iddiaları cavablan-dırıb.

Mayın 25-də Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, çıxışında nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğulayıb.

Page 4: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

27 may 2021-ci il, cümə axşamı4Ekmələddin İhsanoğlu:

Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi aydın və birmənalıdır

Bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə AZƏRTAC-ın birgə layihəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq

Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu söyləyib.

Mayın 20-də “Cənubi Qafqaz: Regio-nal inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrin iştirakçısı olan

Ekmələddin İhsanoğlu təəssüratlarını AZƏRTAC-la bölüşüb.

“Sualları ətraflı cavablandıran Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi aydın və birmənalıdır. O, işğal al-tındakı torpaqların azad edilməsini Azərbaycan dövlətinin hüququ olduğunu və bunun BMT Təhlükəsizlik Şura-sının və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatların qətnamələrinə uyğun olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın regional və beynəlxalq əməkdaşlığa sadiqliyini bildirdi. Düşünürəm ki, bu görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qarşısın-da da yeni üfüqlər açdı. İştirakçıların fikrincə, Mərkəz beynəlxalq əməkdaşlıq üçün dəyərli mühitə malikdir”, – deyə Ekmələddin İhsanoğlu qeyd edib.

Daxili İşlər Nazirliyində videokonfrans formatında əməliyyat müşavirəsi

DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev

sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

Bu ilin iyun-iyul ayların-

da keçiriləcək beynəlxalq idman tədbirləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluq-çularının qarşıya qoyulan

vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacib-liyini diqqətə çatdıran nazir, builki yarışların pandemiya dövrünə təsadüf etdiyini və bununla əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacağını bildirib.

Nazir Vilayət Eyvazov keçiriləcək oyunlar zamanı iştirakçıların, azarkeşlərin və ölkəyə gələn qonaqla-rın təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, şəhər ərazisindəki azarkeşlərin toplanma məntəqələrində təhlükəsizliyin gücləndirilməsi barədə tələb və tövsiyələrini verib.

Azərbaycan ilə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilibAvstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər

naziri Ceyhun Bayramov mayın 26-da Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qada-ğan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilib, gələcək əməkdaşlıq imkanları

müzakirə edilib.Görüşdə nazir C.Bayramov 44

günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib, həmsöhbətinin diqqətini müharibə za-manı Ermənistan tərəfindən heç bir fərq

qoyulmadan istifadə edilən və propor-sional olmayan müharibə metodlarına çəkib.

Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata keçirildiyini qeyd edən nazir bu xüsus-da, fiziki sübutlarımızın mövcudluğuna istinad edib və aidiyyəti mexanizmlərlə əməkdaşlıq imkanlarından faydalandığı-mızı bildirib.

MN: Düşmən Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayon-larında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən

fasilələrlə atıcı silahlardan atəşə tutulub.Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər ki, eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postla-

rımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

AZƏRTAC

“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans

AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, pro-fessor Kərim Şükürovun moderator-luğu ilə keçən beynəlxalq konfrans-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmənin və soyqırımının həyata keçirilməsi, 60-dan çox məscidin, 200-ə yaxın ziyarətgahın dağıdılması və ya təhqir predmetinə çevrilməsi, eləcə də Alban xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması, yaxud dağıdıl-ması, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsinin ermənilər tərəfindən talan edilməsi faktına diqqət yetirib. M.Qurbanlı ermənilərin bütün bu cinayətkar əməlləri ilə “Silah-lı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haq-qında” UNESCO-nun 1972-ci il Kon-vensiyasının tələblərini kobud surətdə pozmasını qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan araşdırmaçılar tərəfindən Qafqaz Albaniyasının tarixinin tədqiq edilməsi çox yaxşı haldır, bu qədim ölkənin tarixinin saxtalaşdırılmasının qarşısı-nın alınmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu sahədə Azərbaycanın və xarici ölkələrin alim və tədqiqatlarımızın əməkdaşlığının ar-tırılmasına da böyük ehtiyac var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bütün xarici və yerli mütəxəssislərə çağırış edərək bildirir ki, Qafqaz Albaniyasının tarixinin araşdırılması barədə fəaliyyətin layihələndirilməsini və bu sahədə müxtəlif yardımların göstərilməsini dəstəkləməyə hazırıq.

Azərbaycan Memarlıq və İnşa-at Universitetinin rektoru, professor

Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, hələ sovetlər dönəmində Qafqaz Albaniyasının tarixinin araş-dırılmasına qonşularımız tərəfindən, yumşaq desək, qısqanclıq var idi. Onların bu ərazilərə iddiaları o za-manlardan mövcud idi. Ermənilər tərəfindən son 30 il ərzində isə bu ərazilərdə təkcə Alban xristian abidələri deyil, həm də İslam abidələri saxta-laşdırılıb və ya talan olunaraq məhv edilib. UNESCO və digər müvafiq beynəlxalq qurumların tarixi abidələrin təhrif edilərək dəyişdirilməsi və talan olunması faktlarına diqqəti çəkilməlidir. Çünki dağıdılan, saxtalaşdırılan tarixi abidələr təkcə bizim deyil, həm də bəşəriyyətin maddi-mənəvi irsidir.

Sonra beynəlxalq elmi konfrans iki panel formatında fəaliyyətini davam etdirib. Konfransda xarici alimlərdən Höte adına Frankfurt Universitetinin Empirik Dilçilik İnstitutunun müqayisəli dilçilik üzrə professor, dilçi, yazıçı Jost Gippert (Almaniya) “Qafqaz Albanları-nın ayinləri: Sinay Palimpsestlərindən yeni baxış”, Oslo Universitetinin professoru, filologiya elmləri doktoru Byorn Vegge (Norveç) “Qafqaz Alba-niyasının Apostol kilsəsinin tarixinə nəzər”, Qafqaz Dilləri və Filologiyası Tədqiqat Mərkəzinin direktoru, pro-fessor Jil Utye (Fransa) “Alban-Udi dili ilə qohum dillər arasındakı fərqlər və

oxşarlıqlar”, İvan Cavaxişvili adına Tbi-lisi Universitetinin Dilçilik İnstitutunun tədqiqatçısı, filologiya elmləri doktoru, professor Roman Lolua (Gürcüstan) “Moisey Xorenlinin mənşəyi problemi və Qafqaz-Alban yazıları”, memar, Trento Universitetinin müəllimi Pao-lo Zammatteo (İtaliya) “Sərhədlərin kənarında. Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspek-tivi”, İtaliyanın Merano şəhərində Nikolayevski pravoslav prixodunun baş keşişi, kilsə tarixi üzrə elmlər doktoru

(Pontificio Istituto Orientale/Papa Şərq İnstitutu) İqumen Aleksiy (Nikonorov) “VI əsrdə alban kilsəsi yeparxiyası” mövzuları ilə çıxış edib.

Konfransda Azərbaycan tərəfindən AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, profes-sor Kərim Şükürov (“Albanşünaslığın tarixi: xronoloji-problem təhlili”), Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova (“Qarabağ - qədim Azərbaycan torpa-ğıdır”), Alban-Udin Xristian İcmasının sədri Robert Mobili (“Alban-Udi dini icması Azərbaycanda alban-xristian kilsəsinin varislərindən biri kimi”), AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva (“Azərbaycanın Tərtər bölgəsinin alban tarixi və mədəni iris”), Azərbaycan Dövlət İqtisad Universitetinin Multi-kulturalizm Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva (“Müqəddəs Yeliseyin Qaf-qaz Albaniyasındakı son dayanacağı: Zərqun Vadisi (miflər və həqiqətlər))” və ölkənin elmi mərkəzlərində çalışan alimlər çıxış ediblər.

Elmi konfransın keçirilməsində məqsəd Qafqaz Albaniyası haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasına töhfə verməkdir.

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,

məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə

əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da di-namik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.

Dövlət Komitəsində “Dövlətçiliyi qoruyan dəyərlər: demokratik ənənələr və milli birlik”

mövzusunda videokonfrans keçirilib

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQUPDK-nın sədri Bahar Muradova 103-cü ildönümünü qeyd edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və babalarımızın bizə miras qoyduğu müstəqillik və dövlətçilik ənənələrindən danışıb. Bildirib ki, hər bir dövlətin əsasında milli ideologiya dayanır. Azərbaycan müstəqilliyi yolun-da çox böyük çətinliklərlə qarşılaşıb və onların öhdəsindən gəlməyi bacarıb. Azərbaycan xalqı ümummilli mənafeləri birləşdirməklə möhkəm dövlət qurmağa nail olub.

“1990-cı illərdə formalaşan milli məfkurəmiz sonrakı illərdə daha da möhkəmləndi. Müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin xilaskarlıq missiyası sayəsində ölkəmiz inkişaf etdi və dünyada nüfuzu artdı”, - söyləyən Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkib. 44 günlük Vətən müharibəsi xalqımızın tarixinə şanlı səhifə kimi yazılıb. Bu çətin dövrdə ölkəmizdə yaşayan müxtəlif xalqlar və millətlər Qarabağ uğrunda döyüşüblər. Vətən müharibəsində hamı bir olub, xalq-iqtidar birliyi daha da möhkəmlənib, siyasi partiyalar birlik nümayiş etdiriblər. Azərbaycanı müharibədə qalib edən babalarımızdan miras qalan zəngin dövlətçilik ənənələri, azərbaycançılıq məfkurəsi və həmrəyliyimizdir. Bu gün hər bir azərbaycanlının qəlbi qürur hissi ilə döyünür. Azərbaycan Vətən müharibəsindəki Qələbəsi ilə bütün dün-yaya sübut etdi ki, heç bir qüvvə onun əzmini sındıra bilməz. Vətən müharibəsi dövründə Azərbaycan xalqı monolit birlik və güc nümayiş etdirdi.

Komitə sədri vurğulayıb ki, qlo-bal hadisələr millətlərin və xalqların qarşısında müəyyən vəzifələr qoyur. Ölkənin ictimai-siyasi qüvvələri gördülər ki, biz birlikdə güclüyük. Çünki təhlükə həmişə var və ermənilər revanşist fikirlər səsləndirirlər, bəzi ölkələr isə onlara dəstək nümayiş etdirilər. Belə qüvvələrin və təsirlərin qarşısını almaq üçün birlik mühüm şərtdir.

Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın müstəqillik yolunda əldə etdiyi uğurlardan danı-şıb. Müsəlman Şərqində ilk demokra-tik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bir əsrdə iki dəfə müstəqillik əldə etdiyini xatırladan YAP-ın sədr müavini deyib: “Ölkəmiz çoxəsrlik dövlətçilik ənənələrinə ma-likdir. 28 May ölkəmizdə Respubli-ka Günü kimi qeyd edilir. Bu tarixin

dövlətçilik tariximizdə müstəsna yeri var. Azərbaycan dövlətçiliyinin mütərəqqi demokratik ənənələr vardır. Ölkəmizdə bütün millətlər və xalqlar dinc və yanaşı yaşayırlar.

Azərbaycan dövlətçiliyin əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, mil-li özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçiliyimizin inkişafıdır. Ümum-milli Liderin bütün sahələrdə olduğu kimi, hərb sahəsində də gördüyü işlərin, apardığı islahatların bugünkü Azərbaycan üçün əhəmiyyəti böyük idi. C.Naxçıvanski adına Hərbi Lise-yin yaradılması ölkədə hərbi kadrların yetişməsində böyük rol oynadı. 31 Dekabr - Azərbaycanlıların Həmrəyliyi Gününün qeyd olunması məhz Heydər Əliyevin xidmətinin nəticəsidir”.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, Ulu Öndər Azərbaycan xalqının xilaskarı kimi 1990-1993-cü illərdə çox böyük iş görüb. Həmin illərdə müstəqilliyimiz təhlükə altında idi. Xalqın təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Azərbaycanı məhv olmaqdan xilas edib. Ölkənin siyasi flaqmanı olan Yeni Azərbaycan Partiyasının yara-dılması da məhz onun təşəbbüsüdür. Tahir Budaqov Ulu Öndərin Azərbaycan üçün gördüyü digər mühüm işlərdən, layihələrdən danışaraq, Onun siyasi kur-sunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ölkəmizin inkişafında əhəmiyyətli rol oynayan neft, qaz və enerji layihələrinin həyata keçirilməsindən danışan YAP

Sədrinin müavini Azərbaycanın Qoşul-mama Hərəkatının sədri kimi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb. Bildirib ki, Birinci vitse-pre-zident Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında Azərbaycan mədəniyyətinin dünyada təbliği, mədəni və tarixi abidələrin qorunması və mühafizəsi, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görülüb.

Qeyd edilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla özünü bir daha təsdiqlədi. Postmüharibə dövründə regionda əməkdaşlıq, kommu-nikasiyaların açılması, Qarabağda quru-culuq işlərinin aparılması mühüm vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə işlər davam etdirilir. Bu gün Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Milli-mənəvi dəyərlərimizi, dövlətçiliyimizi qorumaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur”, – deyə T.Budaqov vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administra-siyasının Siyasi partiyalar və qanunve-ricilik hakimiyyəti ilə əlaqələr şöbəsinin siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev 2018-ci ildə təkrar prezident seçildikdən sonra ölkəmizdə islahatlar dövrü başladı. Bu islahatlardan biri də siyasi müstəvidə yeni konfiqurasiyanın yaradılması idi. Azərbaycan Prezidenti Administrasi-yasında siyasi partiyalarla əlaqələrin qurulması, münasibətlər sisteminin yaradılması işi aparıldı. Məqsəd siyasi partiyalarla əməkdaşlıq, həmrəyliyin yaradılması idi. Hazırda ölkəmizdə siyasi partiyalarla əməkdaşlıq şəffaf şəraitdə həyata keçirilir. Siyasi qüvvələr arasında dialoqun və münasibətlərin formalaşması Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində özünü büruzə verdi.

S.Salmanova vurğulayıb ki, dövlətin siyasi kursuna uyğun olaraq yaranan milli birliyi daha da möhkəmləndirmək əsas məqsədlərdən biridir. Qarşıda du-ran əsas məsələ ölkədəki siyasi sabitliyi qoruyub saxlamaqdır.

Görüş digər çıxışlarla davam edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Prezident İlham Əliyevin iştirakı

ilə keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrin iştirakçısı olmaq çox xoş idi. Bir sıra ölkələrin sabiq prezidentlərinin, baş nazirlərinin, mühüm beynəlxalq təşkilatların sədrlərinin qatıldığı müzakirələr regional beynəlxalq marağı və Azərbaycanın mühüm regional gücünü nümayiş etdirdi.

Mayın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Dövlətçiliyi qoruyan dəyərlər: demokratik ənənələr və milli birlik” mövzusunda videokonfrans keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi parti-yalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin siyasi partiya-larla iş sektorunun müdiri Səbinə Salmanova, AQUPDK-nın sədri Bahar Muradova, Milli Məclisin deputatları və siyasi partiyaların nümayəndələri iştirak ediblər.

Mayın 26-da Daxili İşlər Nazirliyində (DİN) Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyu-nunun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşı-da duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) AMEA-nın Tarix İnstitutu, Mədəniyyət Nazirliyi, Dini Qurum-larla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Memarlıq və

İnşaat Universitetinin təşkilatçılığı ilə mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn for-matda beynəlxalq elmi konfrans keçirilib. BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda Azərbaycan, Almaniya, Norveç, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva və Gürcüstandan tədqiqatçı alimlər iştirak ediblər.

Page 5: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

27 may 2021-ci il, cümə axşamı 51918-ci il mayın 28-də

müsəlman Şərqində ilk dəfə ola-raq dünyəvi, parlamentli müstəqil demokratik respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranma-sı xalqımızın o dövrdə və o illər ərəfəsində –XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qa-baqcıl nümayəndələri, mütəfəkkir adamları və ziyalıları xalqımızın milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bütün bunların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartmışdı.

1918-ci ilin yanvarında Rusiya-da çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş bolşevik-sovet hökuməti Müəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisdə toplanaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratdılar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respub-likanın süqutuna gətirib çıxardı. Respublikanın süqutu və seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi.

Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şuranın 1918-ci il mayın 28- də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respub-lika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edildi.

Tarixi bəyannamədə deyilirdi: “Cənubi Qafqazın cənub və şərq hissələrində yerləşən Azərbaycan tam hüquqlu müstəqil dövlət olmaqla ali hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşu-luq əlaqələri yaradacaq, ölkə daxilindəki bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar verəcək, onların inkişafına şərait yaradacaqdır”.

İstiqlaliyyət Bəyannaməsinin verildiyi elə həmin gündə Milli Şuranın tapşırığı ilə F.Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət Cümhuriyyətin ilk hökumət ka-bineti təşkil edildi. Azərbaycan Milli hökumətinin ilk böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsinin bağlanması oldu. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Batum müqaviləsinin IV maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi.

Azərbaycan Milli Şurası və Milli hökuməti iyun ayının 16-da (1918) Tiflisdən Gəncəyə köçdü və sent-yabrın 15-dək burada fəaliyyət göstərdi. Bakı şəhəri erməni qaniçən S.Şaumyan başda ol-maqla bolşevik-daşnak qüvvələrin ixtiyarında idi. İyun ayının 17-də Milli Şura səlahiyyətlərini yeni qu-rulan Müvəqqəti hökumətə verdi. İkinci hökumət kabinetinin əsas vəzifəsi hakimiyyəti ölkənin bütün ərazisinə yaymaq və Bakı şəhərini düşmənlərdən azad etməkdən ibarət idi. Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli hökumət bir sıra tədbirlər həyata keçirdi. İyu-nun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.

1918-ci il 24 iyun tarixli qərarla üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı təsdiq edildi. Noyabr ayının 9-da bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. İyunun 26-da milli ordu yaradılmağa başlandı. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin 1918-ci il 11 avqust tarixi fərmanı ilə “Ümumi hərbi səfərbərlik” haqqında qanun qəbul edildi. 19 yaşından 24 yaşınadək müsəlman gənclər ordu sıralarına çağırıldı. Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski eyni zamanda hərbi nazir oldu. Gene-ral Səməd ağa Mehmandarov isə nazir müavini təyin edildi.

Bakı Xalq Komissarları So-vetinin liderləri bu dövrdə Gəncə üzərinə qoşun yeridib onu tutmaq istədilər. İyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında baş vermiş döyüşdə Bakı XKS-nin qoşunları darmadağın edildi. Bu məğlubiyyət Bakı XKS-nin süqu-tunu sürətləndirdi. Bolşeviklərlə düşmən mövqedə dayanan eser-menşeviklər daşnaklarla ittifaqa girərək avqustun 1-də “Mərkəzi Xəzər hökuməti” adlandırılan

mürtəce bir hakimiyyət orqanı ya-ratdılar. “Mərkəzi Xəzər hökuməti” də anti-Azərbaycan siyasəti yeridirdi. İngilislərin Bakıya çağı-rılması da bu hökuməti xilas edə bilmədi.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi Bakını düşməndən azad etdi. Sentyabrın 17-də Azərbaycan hökuməti tam heyətdə Bakıya köçdü. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti əsl paytaxtda qərarlaşdı. 1918-ci il noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin yaradılması

haqqında qanun qəbul etdi. Bu qanuna görə, Parlament 120 nəfərdən ibarət olmalı idi ki, bunun 80-i müsəlman türklər, 21 yer ermənilər, 10 yer ruslar, 5 yer həmkarlar ittifaqı komitəsi, milli az-lıqların isə hərəsinə 1 yer ayrılmış-dı. Azərbaycan Cümhuriyyəti Türk Müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ vermişdi.

Azərbaycan Parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi. Hüquqşünas və tanın-mış siyasi xadim, Rusiya türk-müsəlmanılarının lideri Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi. İlk Azərbaycan Parlamenti öz dövrünün demokratik əsaslarda təşkil edilmiş ali qanunverici orqanı idi. Azərbaycanda yaşayan bütün millət və azsaylı xalqlar bu parlamentdə təmsil edilmişdi. Parlamentdə 11 partiya, frak-siya və qrup təmsil edilmişdi. Parlamentin 17 aylıq fəaliyyəti dövründə 156-a yaxın iclası keçirilmiş, 270- dən çox məsələ müzakirə edilmişdi.

Azərbaycan Parlamenti fəaliyyəti dövründə həyata keçir-diyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarlar ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. 1918-ci il dekabrın 26-da F.Xoyski 14 nəfərdən ibarət yeni koalisyon hökumətin tərkibini parlamentə təqdim etdi. “Slavyan-Rus Cəmiyyəti”nə 3, ermənilərə isə 2 nazir vəzifəsi təklif olundu. So-nuncular nazir vəzifəsindən imtina etdi. Dekabrın 28-də general Tom-son bəyanat verərək bu hökuməti müdafiə etdi.

İngilislər özlərinin nəzarəti al-tında olan sahələri milli hökumətin ixtiyarına verdi. 1919-cu ilin aprelində Bakıda ingilis gene-ral-qubernatorluğu ləğv edildi. Onlar avqustun axırlarınadək Azərbaycan ərazisini bütünlüklə tərk etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin IV və V hökumət kabinetinə (14 mart 1919-1 aprel 1920) “Müsavat partiya-sının liderlərindən biri Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir şəraitdə fəaliyyət göstərmişdir Azərbaycanın ümumi ərazisi 113,9 min kvadratkilometrə çatırdı ki, bu-rada 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı. Mübahisəsiz ərazisinin sahəsi 97,3 min kvadratkilometr, qonşu Gürcüstan və Ermənistanla mübahisəli sayılan ərazisi isə 16,6 min kvadratkilometr idi.

“Böyük Ermənistan” arzusu ilə yaşayan ermənilərin təcavüz hədəfində Azərbaycanın qədim torpaqları olan Zəngəzur, Qara-bağ və Naxçıvan torpaqları idi. Cümhuriyyət hökuməti Qarabağı erməni təcavüzündən qorumaq və bu bölgədə qayda-qanun yarat-maq üçün 1919-cu il yanvarın

15-də Qarabağ general quberna-torluğu yaratdı. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları general qubernatorluğun tərkibinə daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin edildi. X. Sultanovun qətiyyətli tədbirləri nəticəsində Andronikin və digər daşnak qüvvələrinin Qarabağa quldur basqınlarına son qoyuldu və separatçı qüvvələr buradan çı-xarıldı. Qarabağda və onun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları təmin olundu.

Ermənistan Respublikası yara-nan kimi ermənilər onlara yaxınlıq-da yerləşən Naxçıvan torpaqlarına təcavüzə başladılar. Naxçıvan

əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxla-nılması üçün inadla mübarizə apa-rırdı. Bölgənin azərbaycanlı əhalisi özünü və torpağını qorumaq üçün hələ ki, güclü dövlət idarələrinə və nizami hərbi qüvvələrə malik deyildi. Müsəlman əhali erməni daşnaklarının hücumlarına lazımi cavab verirdilər.

Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz–Türk Respublikasını yaratdılar. Bu respublikanın ərazisi Naxçıvan, Şərur–Dərələyəz, Ordubad və Sürməli qəzalarını, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və b. bölgələri əhatə edirdi. Sahəsi 8,7 min kv. km, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Nazirlər Şurasının sədri Əmir bəy Nərimanbəyov, respublikanın pay-taxtı Naxçıvan şəhəri idi.

Araz-Türk Respublikası Nax-çıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı və Azərbaycanla birləşmək üçün yollar axtarırdı. Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı qorumaq üçün imkanı daxilində kömək edir, danışıqlar aparırdı. Naxçıvana siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən yardımlar edirdi. Naxçıvan məsələsi bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni təcavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüşdür.

1919-cu ilin dövlət büdcəsində Bakı–Culfa dəmir yolunun çəkilməsi üçün vəsait ayrılmış, dəfələrlə pul vəsaiti göndərilmiş, hərbiçiləri təlim üçün ayırmış, Qarabağ general qubernatorluğu tərkibində Naxçıvan məsələləri üçün müvəkkil təyin edilmiş-dir. Naxçıvanı Ermənistanın müvəqqəti idarəçiliyinə vermək istəyən ingilis və amerikanlarla danışıqlar aparmış, kəskin etiraz-larını bildirmişlər. Cümhuriyyət hökuməti Naxçıvanda öz suveren hüquqlarını və hakimiyyətini qəti şəkildə bərqərar etmək üçün 1919-cu il fevralın 28-də Araz-Türk Respublikasının yerində Naxçıvan general qubernatorluğu yaratdı. Əvvəlcə Bəhram xan Naxçıvanski, sonra isə Əliyar bəy Haşımbəyov və Səməd bəy Cəmillinski gene-ral-qubernator təyin edildilər.

Azərbaycan hökuməti Nax-çıvan əhalisinin iradəsini ifadə edərək qəti surətdə bildirdi ki, Naxçıvan Azərbaycanın ayrıl-maz hissəsidir və bu ölkə milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır. Beləliklə, erməni daşnaklarının Naxçıvan torpağını zorla Azərbaycandan ayırmaq cəhdləri boşa çıxdı.

Azərbaycan Xalq Cümhuriyyəti

son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitlə üzləşsə də ölkənin sosial-iqtisadi həyatı, milli-mədəni quruculuq sahələri ilə bağlı çoxsaylı işlər həyata keçir-mişdi. Gömrük xidməti yaradılmış, azad ticarətə şərait yaranmış, neft sənayesini dirçəltmək üçün əks-milliləşdirmə tədbirlərinə əl atılmış, xarici şirkətlərlə sazişlər bağlanmış, maliyyə siyasəti həyata keçirilmişdi. AXC hökuməti “Bakı bonu” adlandırılan milli pul vahidini dövriyyəyə buraxmış, sosial siyasətlə bağlı proqram ha-zırlayıb tətbiq etmiş və digər zəruri tədbirləri gerçəkləşdirmişdi.

Eyni ilə bu dəyişikliklər

mədəni-quruculuq sahəsində də uğurla yerinə yetirildi. Təhsil müəssisələri milliləşdirildi, Azərbaycan dili məktəblərdə məcburi fənn kimi tətbiq edildi, bir sıra yer adları dəyişdirildi, “Rusiya tarixi” əvəzinə “Türk xalqlarının tarixi” fənni tədris edilməyə baş-landı, Qori Müəllimlər Seminariya-sının Azərbaycan şöbəsi Qazaxa köçürüldü. Bakı Dövlət Universiteti yaradıldı, ali təhsilli milli kadrla-rın hazırlanmasına başlanıldı, 100 nəfər azərbaycanlı gənc xarici ölkələrdə təhsil almaq üçün göndərildi. Milli kitabxana açıldı, Azərbaycan Teleqraf Agentliyi, Azərbaycan radiosu, Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradıldı və s.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında daya-nan ən vacib vəzifə Azərbaycan dövlət müstəqilliyinin tanıdılması idi. Bunun üçün Birinci Dün-ya müharibəsinin nəticələrinin müzakirə edildiyi Paris konfran-sına sülh nümayəndə heyətinin göndərilməsi idi. Paris Sülh Konf-ransı 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-nə qədər fasilələrlə davam edib. Konfransda 27 dövlətin nümayəndələri iştirak etsə də, dünyanın taleyini əsasən “böyük dördlük” – ABŞ Prezidenti V.Vilson, Britaniyanını Baş naziri L.Corc, Fransanın Baş naziri J.Klemanso və İtaliyanın Baş nazi-ri V.Orlando həll edirdi.

Sülh nümayəndə heyətinə sədr Ə.Topçubaşov, üzvlər isə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Məmməd Məhərrəmov, Əkbər ağa Şeyxü-lislamov, Miryaqub Mirmehdiyev və Ceyhun bəy Hacıbəyov daxil idi. Ə.Ağayev gedə bilmədiyindən onu Abbas bəy Atamalıbəyov əvəz etmişdi. Nümayəndə heyəti çox gec-may ayının əvvəlində Parisə gəlib çıxa bilmişdi. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi.

Azərbaycan nümayəndə heyəti 1919-cu il may ayının 28-də ABŞ Prezidenti Vurdo Vilson tərəfindən qəbul edildi. Qafqaz üçün Rusiya təhlükəsinin getdikcə artdığı bir şəraitdə İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci il yanvar ayının 11-də sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu münasibətlə yanvar ayının 14-ü Azərbaycanda qeyri-iş günü elan olundu, həmin gün Bakıda bayram şənlikləri və hərbi parad keçirildi.

Lakin 23 aydan sonra erməni daşnaklarının vasitəçiliyi, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu.

Azərbaycan Parlamenti aprel ayı-nın 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etməyə məcbur edildi.

Azərbaycan Xalq Cümhuriyyəti uğursuz sonluğa baxmayaraq, xalqımızın tarixində mühüm rol oynadı. Cümhuriyyətin yaran-ması ilə Azərbaycan XIX əsrin əvvəllərində itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı bü-tün Müsəlman Türk Dünyası üçün çox əlamətdar hadisə idi. Çünki Azərbaycan dövləti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan

ilk türk və müsəlman respublikası idi. Azərbaycan xalqının milli azad-lıq hərəkatı nəticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti xalqımızın tarixində və taleyində mühüm hadisə idi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxtda öz hökuməti, parla-menti, milli ordusu və pul vahidi olan demokratik respublikaya, beynəlxalq münasibətlərin işti-rakçısına və beynəlxalq hüququn subyektinə çevrildi. Azərbaycan xalqının milli azadlıq hərəkatının qanunauyğun nəticəsi kimi yaranmış, xalqımızın demok-ratik ənənələrinin qanuni varisi kimi formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının əzəli ar-zusu olan müstəqilliyin gələcəkdə gerçəkləşməsi üçün zəngin ənənələr və möhkəm mənəvi zəmin verdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin və xalqımızın tarixində və taleyində oynadığı tarixi roldan bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, ordu-su və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxi-li və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bil-dirdi. Bəyannamədə elan edilmiş prinsiplər Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşa-maq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.

Təəssüf ki, aprel işğalı nəticəsində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə im-kan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış oldu-ğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü.

70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşasa da

müstəqil olmaq arzularından imtina etmədi, müstəqil olmasa da inkişafa nail oldu. Xüsusilə 1970–1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi al-tında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ide-yasının həyata keçiriləcəyinə öz varlığı kimi inanır və həmin vaxtın yaxınlaşmasını aydın görərək bu istiqamətdə müdrikliklə, bö-yük ustalıqla iş aparırdı. Onun müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində apardığı iş xalqımızın uzun illər qəlbində yaşatdığı azadlıq ideyalarını daha da gücləndirdi.

Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin Naxçıvanda yaşadığı illər, Nax-çıvan Muxtar Respublikası Ali Sovetində ulu öndərin sədrliyi və təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olundu. Həmin qərarlara əsasən, müstəqilliyimizin əsas atribut-larından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalında qaldırıldı. Sovet imperiyasının mövcudluğu dövründə bu cür qərarların qəbul edilməsi olduqca müdrik, cəsarətli və uzaqgörən bir addım idi.

Nəhayət, 70 ildən son-ra– 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqləndi. Lakin bu dövrdə öz müstəqilliyini bəyan edən Azərbaycan dövlətinin möhkəmləndirilməsinin qarşısının alınması üçün bəzi xarici qüvvələr və daxildə olan imperiyapərəst ünsürlər böyük maneələr və problemlər yaratmağa başladı-lar. Ermənistanın əsassız torpaq iddiası ilə bağlı Azərbaycana hərbi təcavüzü, separatçı qüvvələrin baş qaldırması, daxildə müxtəlif təxribatlar törədilməsi ölkədə mürəkkəb vəziyyət yaratdı.

Xalqımızın bəxti onda gətirdi ki, ötən əsrin sonlarında nail ol-duğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtdı, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirdi. 1993-cü ildə 1920-ci ildəki tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız ümummilli lider Heydər Əliyevi Azərbaycanın siyasi hakimiyyətinə dəvət etdi.

Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, strateji xətt Azərbaycanı xilas etdi, onu müasir, müstəqil və güclü dövlətə çevirdi. Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin əsl qiymətini vermiş, ölkəmizin dövlətçilik tarixində onun rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ümummilli lider Naxçıvan Mux-tar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvan-da qeyd olunmuşdur.

Ulu öndər Heydər Əliyevin si-yasi hakimiyyətinin ikinci dövründə Xalq Cümhuriyyətinin əsl tari-xinin, cümhuriyyət xadimlərinin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi, şərəfli tarixi-nin yazılması, bu tarixin bütün yönləri ilə müasir nəsillərə çatdı-rılması, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi kimi məsələlər həyata keçirilmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətini yaratmış, onun memarı, qurucusu və xilaskarı olmuşdur.

Azərbaycan Respublikası müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacarmış, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüş, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasın-da varislik əlaqəsini təmin etmiş-dir. Heydər Əliyev siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl surətdə həyata keçirilir.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinin fəaliyyəti bu gün də müntəzəm öyrənilir, bu ideyaların inkişaf etdirilməsi və həyata keçirilməsi üçün ciddi işlər görülür. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 85, 90 və 100 illik yubileyləri münasibətilə xalqa etdiyi müraciətlərdə, keçirdiyi rəsmi qəbullarda cümhuriyyət tarixinə yüksək qiymət vermiş, bu tarixin heç vaxt unudulmayacağı-nı, müstəqillik ideyalarının əbədi yaşayacağını dəfələrlə bildirmişdir.

Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması varislik ənənələrinə və müstəqil dövlət ideyalarına sədaqətin əyani ifadəsidir. Dövlət başçısı İlham Əliyev AXC-nin 100 illik yubileyi zamanı demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünya-ya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sa-diq olmasının bariz nümunəsidir”.

Xalqımız, nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü ərazi bütövlüyümüzün bərpasından, tarixən milli varlığı-mıza, müstəqilliyin ilk günlərindən isə dövlət suverenliyimizə qənim kəsilmiş xəyanətkar erməni top-lumu üzərində tarixi Qələbədən doğan təntənə ilə qarşılayır. Ötən ilin payızında müqəddəs Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, xalqın mono-lit birliyi şəraitində Qarabağın Ermənistanın işğalından azad edilməsi, düşmən üzərində misli görünməmiş Zəfər qazanılması çağdaş nəsillərin AXC irsinə və ənənələrinə sadiqliyinin təsdiqi və dövlətçiliyimizin möhtəşəm nailiyyəti oldu.

İsmayıl HACIYEV, AMEA Naxçıvan Bölməsinin

sədri, akademik

Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasının ilk demokratik dövlətidir

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il keçir. Xalq Cümhuriyyətinin ərsəyə gəlməsi bir əsr əvvəl dövlətçiliyini itirmiş xalqımızın tarixində mühüm bir hadisə idi. Azadlıq arzusu ilə

yaşayan xalqımız, nəhayət, öz müstəqil dövlətinə sahib olmuş, qədim dövlətçilik ənənələrini bərpa edərək, sivil dövlət təsisatlarının formalaşdırılmasına, hakimiyyətin hər üç qolunun-qanunverici, icraedici və məhkəmə hakimiyyətinin yaradılmasına nail olmuşdu.

Page 6: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

27 may 2021-ci il, cümə axşamı6

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat

Birliyinin Yaşıllaşdırma İdarəsi 2021-ci ildə su çiləyicilər üçün mal-materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.Lot- 1. Su çiləyicilər üçün mal-materialların

satın alınması.Tender iştirakçılarına təklif olunur ki, “Dövlət

satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşa-ğıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender işti-rakçıları lazımi texniki və maliyyə imkanlara malik olmalıdırlar.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın sonuna qədərdir.

Tenderlə əlaqədar məlumat almaq üçün ma-raqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-Müşfiq Məmmədov. Ünvan-Sumqayıt şəhəri, 41-ci məhəllə.

E-mail: İ[email protected] tenderin əsas şərtlər toplusunu

aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 200 manatdır.Tenderdə iştirak haqqı heç bir halda geri

qaytarılmır.İddiaçılar iştirak haqqını aşağıdakı hesaba

ödəməlidirlər:Təşkilat- Sumqayıt Şəhər İH MKTİB-in Yaşıl-

laşdırma İdarəsiABB-nin Sumqayıt filialıKod-805658VÖEN- 9900001881M/h-AZ03NABZ 01350100000000002944H/h- AZ32İBAZ 38060019449616318213VÖEN-2900390241SWIFT BİK - AİİBAZ 2 XMalgöndərənlər (podratçılar) iddiaçı statu-

su almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron forma-da təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıl-

dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olu-nan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmama-sı barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 18 iyun 2021-ci il saat 12.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 29 iyun 2021-ci il saat 12.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 30 iyun 2021-ci il saat 12.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

Qusar RİHB-in Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2021- ci ildə abadlaşdırma işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR Tender iştirakçılarına təklif olunur ki,

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun , öz tender təkliflərini portal vasitəsilə elektron qaydada yerləşdirsinlər.

Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu portal vasitəsi ilə ala bilərlər.

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

Müqavilənin yerinə yetirilmə müddəti 6 aydır.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Tağıyev Nurlan Çingiz oğlu.

Ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 140.

Əlaqə nömrəsi- (02338) 5-24-49: Bank- Dövlət Xəzinədarlığı Agentliyi VÖEN- 1401555071 Kod- 210005 M\h- AZ-

41NABZ01360100000000003944S.W.I.F.T. CTREAZ22Təşkilat- Qusar RİHB-in Qusar şəhər İƏD

üzrə Nümayəndəliyi H\h- AZ87CTRE00000000000002514832

VÖEN-4700044181Büdcə təsnifatının kodu-142330 Büdcə səviyyəsinin kodu- 7Yİddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər: -tenderdə iştirak haqqının ödənilməsi

barədə bank sənədi;– tender təklifi (zərflərin açıldığı tarixdən

sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıl-

dığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

– vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın-da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– son bir il ərzində (fəaliyyətini dayan-dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası-nın Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamas haqqında arayış;

– iddiaçının tam adı, hüquqi statusu,nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə barədə dövlət reyestrindən çıxarış, işçı qüvvəsi və texniki imkanları haqqında təsdiq olunmuş arayış;

-2021-ci ildə bank rekvizitləri barədə arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddi-açılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru "Dövlət satınalma-ları haqqında" Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 18 iyun 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 29 iyun 2021-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

iddiaçıların təklifləri 30 iyun 2021-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılı-şın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

Tender komissiyası

B I L D I R I ŞAzərbaycan Respublika-

sı Səhiyyə Nazirliyinin "Təcili və Təxirəsalınmaz Tibbi Yar-dım Stansiyası" Publik Hüquqi Şəxs tərəfindən keçirilən lot -2. "Mercedes-Benz Vito","Mercedes-Benz Sprinter" və "Volkswagen Transporter" markalı təcili yardım avtomobillərinin şinlərinin satın alınması barədə tender Azərbaycan Respublikasının İqtisadiyyat Nazir-liyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 20 may 2021-ci il tarixli AİBNDX 15/01-5/3051p saylı məktubuna əsasən ləğv edilmişdir.

B I L D I R I Ş“Xalq qəzeti”nin 28 aprel

2021-ci il tarixli nömrəsində dərc edilmiş “Bakıtikişsənaye” ASC səhmdarlarının növbəti ümumi yı-ğıncağının keçiriləcəyi barədə elan ölkədə xüsusi karantin rejiminin və pandemiya şəraitinin mövcud olması ilə əlaqədar insanların toplaşması qadağan edildiyindən səhmdarların iclasının keçirilməsi qeyri – müəyyən vaxta təxirə salınmışdır.

Gələcəkdə keçiriləcək icla-sın vaxtı barədə əlavə məlumat veriləcəkdir.

Direktorlar şurası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

yeni tikilən gəmilər üçün “HVAC” (istilik, havalandırma və kondisioner sistemi) sisteminin

layihə, avadanlıq və quraşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.

az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 7 iyun 2021-ci il saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılma-dan geri qaytarılacaqdır.

Ünvan- AZ1003, Bakı şəhəri Neftçilər prospekti 2.Əlaqə telefonu- (012) 404-37-00, daxili-1263.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 4 may 2021-ci il ta-

rixli nömrəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIn-telecom” MMC-nin rəqəmsal platforma-larda yerləşdirmə xidmətlərinin satın alın-ması üçün dərc edilmiş açıq tenderində iştirak edən şirkətin müraciəti əsasında, ilkin sənədlərin təqdimatı tarixi 10 iyun 2021-ci il saat 15.00-a, tender təkliflərinin son təqdimı vaxtı isə 21 iyun 2021-ci il saat 15.00-a qədər uzadılmışdır.

Təkliflərin açılışı 22 iyun 2021-ci il saat 15.00-da portal vasitəsilə olacaqdır.

“Azercell” yerli kommunikasiya sektorunda “Big Data”

texnologiyalarını tətbiq edən ilk şirkətdir

Texnoloji transformasiya - yerli kommu-nikasiya sektorunda ilk olaraq “Big Data” texnologiyasının tətbiqini; analitik transforma-siya –maşın öyrənməsi, vizuallaşdırma, real vaxt hesabatları və proqnozlaşdırıcı analiz vasitəsilə təhlilin effektivliyinin artırılmasını; data aktivlərinin idarəedilməsi - korporativ səviyyədə məlumatların idarə olunmasını ehtiva edir.

“Azercell” şirkəti artan məlumat həcmi və analitik ehtiyacları təmin etmək üçün Apache Hadoop, Spark və Kafka kimi “opensource” (açıq mənbə) texnologiyalarına əsaslanan “Big Data” ekosistemini tətbiq edib. Eyni zamanda, “Big Data” platforması korporativ səviyyədə olan verilənlər anbarı platformasına inteqrasiya olunaraq şirkət səviyyəsində birləşdirilib.

“Azercell” “SAS” və “Tableau” şirkətlərinin maşın öyrənmə və vizual təhlil platformala-rını tətbiq etməklə təhlil imkanlarını daha da təkmilləşdirib. Bu platformaların tətbiqi maşın öyrənməsini, proqnozlaşdırıcı təhlillərin və sta-tistik məlumat modellərinin daha dəqiq və sürətli hazırlanmasını təmin edib. Nəticədə yeni abunə axını (churn) modeli, ikili sim abunə modeli, seqmentasiya modeli və satışın optimallaşdırıl-ması modelləri hazırlanıb.

Hazırlanmış vahid korporativ idarəetmə panelləri real vaxt rejimində bütün şöbələrin maliyyə və biznes göstəricilərini izləməyə imkan verir. Beləliklə, artıq şirkətin fəaliyyətinin monito-rinqi xüsusi panellər vasitəsilə onlayn rejimdə həyata keçirilir, real zaman kəsiyində trafik, servislər və digər detallar haqqında məlumatlar əsasında müvafiq qərarlar qəbul olunur. Bunlar dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır.

İstifadə edilən hazır proqram təminatları ilə yanaşı, “Azercell” həm də “opensource” proq-ram təminatları və maşın öyrənmə kitabxanaları ilə, R və Python proqramlaşdırma dillərindən

istifadə etməklə yeni modellər hazırlayır. Bu strategiya isə məlumatların əlavə təhlil imkanla-rını zənginləşdirir.

“Azercell” məlumat idarə olunması layihəsi çərçivəsində bu sahədə “Informatica” kimi aparıcı şirkətin proqram təminatından istifadə edir. Bu layihənin icrası məlumatların idarə edilməsinə, əldə olunmasına, təsnifatlaşdırılmasına imkan verəcək.

“Big Data” texnologiyaları həm şirkətlərə, həm də müştərilərə yararlıdır, belə ki, şirkət öz hədəf auditoriyasını nə qədər yaxşı tanıyırsa, onlar üçün bir o qədər sərfəli təklif hazırlaya və ya daha çox fərdiləşdirilmiş məhsullar təqdim edə bilər. Digər tərəfdən, “Big Data” texnologi-yası daxili qərar qəbuletmə prosesini optimal-laşdırmağa və məlumatların işlənmə xərclərini ümumilikdə azaltmağa kömək edir. Bu isə son nəticədə məhsul qiymətlərinin effektivliyi ilə nəticələnir. “Big Data” daha dəqiq proqnozlaş-dırmadan istifadə edərək rəqabət qabiliyyətini artırmağa şərait yaradır. Həmçinin, cəmiyyətin rifahının daha da artırılmasına xidmət edəcək həlləri yaratmaq imkanı verir.

“Xalq qəzeti”

Mobil operatorlar üçün sərhədsiz imkanlar yaradan “Big Data” texnologiyası mövcud məlumat platforması, məlumatların saxlanması və işlənməsi ilə bağlı çətinlikləri aradan qaldırıb. Bu texnologiya böyük həcmdə məlumatlara sahib olan “Azercell” şirkətinə onları real vaxt rejimində dərin analizini aparmağa imkan verir. Bu, həm də dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır.

Qeyd edək ki, operativ qərargah tərəfindən tətbiq edilən qadağalar, qorunma tələblərinə riayət, ötən ildən fərqli ola-raq, insanların virusun olduğuna inamı-nın artması və bu üzdən qaydalara ciddi yanaşmaları, nəhayət, bu ilin yanvarından etibarən kütləvi vaksinasiyanın tətbiqi aşkarlanan yoluxma rəqəmlərinin enməsinə və sağalanların sayının artmasına zəmin yaratdı. Prosesin dinamikası təhlil olun-duqda aydın görünür ki, tətbiq olunan məhdudiyyətlər yoluxmanı azaldaraq vəziyyətin stabilləşməsinə kömək etdi. Eyni zamanda, ölkə vətəndaşlarına 2 milyona yaxın vaksinin vurulması da pandemiyanın mənfi təsirlərinin nəzarətdə saxlanılma-sını təmin etdi. Lakin unutmamalıyıq ki, COVID – 19 hava – damcı yolu ilə yayılan virusdur və yoluxmanın artıb - azalması birbaşa insanların özündən asılıdır. Amma vaksinasiya prosesinin davamlı getməsi, yoluxmanın aşağı düşməsi insanlarda tam arxayınlıq yaratmamalı, ehtiyat tədbirləri əldən verilməməlidir.

Brifinqdə tətbiq edilən qadağa və məhdudiyyətlərin ardıcıl olaraq aradan götürüləcəyini bildirən Şahmar Mövsümov iyunun 10 - dan etibarən Azərbaycanda iri ticarət mərkəzlərinin, həmçinin həmin tarixdən çimərliklərin, idman və sağlamlıq – bərpa müəssisələrinin fəaliyyətlərinə icazə veriləcəyini deyib. Qeyd edilib ki, müəyyən qadağaların aradan qaldırılmasına baxma-yaraq, 2020 – ci ildə çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.

Ötən ildən bəri vətəndaşları narahat edən ən mühüm məsələlərdən biri, ictimai nəqliyyatda sıxlıq problemi olub. Yeni şəhərdaxili marşrut xəttlərinin açlıması-na baxmayaraq, metroların işləməməsi nəticəsində avtobuslarda yaranan sıxlıq yo-luxma riskini artıran amillərdən biri hesab edilib. Hamının çoxdan gözlədiyi Bakı Met-ropoliteninin fəaliyyətinin bərpa olunması həm ictimai nəqliyyatın sərnişindaşıma yükünü azaldacaq, həm də məkana görə yoluxma riskini azaldacaq. Amma metro-nun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.

Brifinqdə açıqlanan növbəti qərar, ümumiyyətlə, bütün vətəndaşlarımızın rayonlara gediş – gəliş arzularını reallaş-dırır. Bir ildən çoxdur ki, rayonlararası ictimai nəqliyyatın fəaliyyətinin bərpasını – bu qadağanın aradan götürülməsini həsrətlə gözləyənlər var. Növbəti həftənin ilk günündən etibarən bölgələrə abtobusla-rın hərəkəti həm qohum - əqraba arasında ünsiyyəti bərpa edəcək, həm də həmin nəqliyyatın sürücülərinin ailə büdcəsinə müsbət təsir göstərəcək.

Brifinqdə səsləndirilən fikirlər arasında inanclı insanlara aid qadağaların aradan qaldırılması da qeyd edilib. Xeyli vaxtdır ki, yoluxma sayını azaltmaq məqsədilə fəaliyyətinə qadağa qoyulan müəssisələr arasında kütləvi toplaşılan məkanlardan olan ibadət yerlərinin, məscidlərin də qapıları bağlanmışdı. Cümə namazları, dini

bayramlarda qılınan namazlar evlərdə, ailə daxilində həyata keçirilirdi. Təzəliklə yola saldığımız Ramazan ayının qədr gecələri də qadağa səbəbindən məscidlərdə deyil, evlərdə keçirildi. İyunun 10 - dan etibarən müvafiq məhdudiyyətlər – maska, məsafə və toplaşan insanların say həddi nəzərə alınmaqla ibadət yerlərinin açılacağı da rəğbətlə qarşılanıb.

Brifinqdə yeni fikirlərin səsləndirilməsi vətəndaşların vaksinasiya başlayandan cavab axtardıqları suala da aydınlıq gətirdi. Peyvəndləmə prosesinin ilk günlərindən hər kəsi belə bir sual düşündürürdü: Görəsən ölkəni tərk edən zaman sərhəd keçəndə bizdən hansı sənəd tələb olunacaq? Qeyd etmək lazımdır ki, bu sualın cavabı ilk dəfə tətbiq edilən pasportla tapıldı. Bildirildi ki, ölkə hüdudlarından çıxarkən, sərhəddə və ya aeroportlarda “COVID pasportu” təqdim etməklə, istənilən ölkəyə səfər mümkün olacaq. Toplantıda onu da bildirdilər ki, Azərbaycanda iki sertifikatdan ibarət “COVID pasportu” tətbiq olunacaq. Birin-cisi peyvəndlənmə sertifikatı, ikincisi isə immunitet sertifikatıdır. Birinci sertifikat vaksinin hər iki dozasını alan şəxslərə veriləcək. Yəni bu şəxsdə peyvənd yolu ilə virusa qarşı immunitet yaranıb. İkinci sertifikatı isə xəstələnib sağalmış, bunun nəticəsində qanında anticisimlər yaranmış insanlar alacaq. Hər iki sertifikatın üzərində QR kod mövcuddur, yəni, onlar elektron yoxlanılma imkanına malikdir. Burada bir nüansı da diqqətə saxlamaq lazım gələcək. Məlumdur ki, ölkədə pandemiya dövründə minlərlə insan virusa yoluxduğunu bilə - bilə rəsmi qeydiyyata düşmədən virus

simptomlarına görə müalicə alıb sağalanlar-dır. Onlar yoluxub sağaldıqlarını necə sübut edəcəklər? Yəqin ki, həmin şəxslər yoluxub sağaldıqdan 6 ay sonra peyvənd olunmaqla, ya da antitel analizi verib onun nəticəsini göstərməklə, iki sertifikatdan birini əldə edə biləcəklər.

Prezidentin köməkçisi deyib ki, qeyd edilən sertifikatlardan birinin olması idman - sağlamlıq obyektlərinə girişə icazə verir. “COVID pasportu” olmayan insanlar hələlik idman, sağlamlıq - bərpa obyektlərinin xidmətlərindən istifadə edə bilməyəcəklər. Onu da qeyd etmək lazımdır ki, “COVID pasportu” ilkin olaraq idman mərkəzlərində tətbiq olunacaq. Amma gələcəkdə bu pasporta malik şəxslərin digər xidmətlərə çıxışına da icazə veriləcək. Söhbət konsert, teatr, kinoteatr, nəhayət, toy və qapalı məkanlarda təşkil edilən digər tədbirlərdən gedir.

Beləliklə, çoxdan gözlədiyimiz açıq havada maskasız həyata geri dönürük. Unutmamalıyıq ki, bəzi qadağaların aradan qaldırılması pandeniyanın bitməsi demək deyil. Hər şey vətəndaşların hazırda qüvvədə qalan qaydalara necə riayət etməsindən asılı olacaq. Ya yoluxma sayı daha da aşağı enəcək, biz pandemiya üzərində qələbəni qeyd edəcəyik, ya da ehtiyatsızlıq ucbatından və ya qüvvədə olan qaydalara laqeyd münasibətdən yenidən məcburi qapanmaya gedəcəyik. Normal həyata dönmək istəyiriksə, tələblərə əməl etməliyik.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Açıq havada maskaya əlvida demək pandemiyanın sonu deyil

“Bildiyiniz kimi, 2020 – ci ildə başlamış pandemiya hələ davam edir. Bir çox ölkələr müxtəlif dalğalardan keçir və xəstələrin sayı dünyada hələ də artmaqda davam edir. Bu gün bir neçə ölkə hətta tam qapanma – lokdaun şəraitində yaşayır. ...Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib. Həmçinin xəstələrin, xəstəxanalarda olan xəstələrin sayı azalır, gündəlik yoluxmalar demək olar ki, sabitləşib. Mayın 31- dən Azərbaycanda açıq məkanlarda maska taxılması tələbi ləğv olunur”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın mayın 25 - də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

ATMU-da abituriyentlərlə onlayn görüş keçirilib � Azərbaycan Turizm və Menecment

Universitetində (ATMU) 2021– 2022-ci tədris ili üzrə ali təhsil müəssisəsində təhsil almaq istəyən abituriyentlər və subbakalavrlar üçün məlumat – tanışlıq görüşü keçirilib.

Onlayn formatda baş tutan görüş saatlarında ATMU- nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, rektorun müşaviri Elvin Yusifli, beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova universitetin fəaliyyət strategiya-sı, mövcud ixtisaslar, ikili diplom, yerli və beynəlxalq

təcrübə proqramları, peşəkar inkişaf imkanları, könül-lülük fəaliyyəti, həmçinin məzunlarla iş istiqamətlərinə aydınlıq gətiriblər. Diqqətə çatdırılıb ki, ATMU ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi "Turizm və otelçilik" ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.

Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.Ted-Qual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.

Sözügedən nailiyyət Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi və BMT- nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Azərbaycan Turizm və Me-necment Universitetinin potensialının artırılması” adlı layihə çərçivəsində əldə edilib. 2018- ci ilin dekab-rından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

Xatırladaq ki, ATMU turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatına layiq görülmüşdü.

Görüşün sonunda abituriyentlər və subbakalavrları maraqlandıran çoxsaylı suallar universitetin müvafiq sturuktur rəhbərləri tərəfindən ətraflı cavablandırılıb.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Page 7: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

27 may 2021-ci il, cümə axşamı 7Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2021-ci il tarixli 2522 nömrəli

sərəncamının 1.8.15-ci yarımbəndinin icrası ilə əlaqədar Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

aşağıdakı lotlar üzrə layihə - smeta sənədlərinin hazırlanması işlərinin elektron qaydada satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR Lot – 6. Tovuz rayonunun Yuxarı Öysüz-

lü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Öysüzlü arxının yenidən qurulmasının layihə sənədlərinin hazırlanması və tikintisi ;

Lot – 7. Tovuz rayonunun Dondar Quş-çu kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Quşçu arxının yenidən qurulmasının layihə sənədlərinin hazırlanması və tikintisi;

Lot – 8. Ağstafa rayonunun Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinin layihə sənədlərinin hazırlanması və tikintisi;

Lot – 9. Qazax rayonunun Kəmərli kəndinin əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinin layihə sənədlərinin hazırlanması və tikintisi;

Lot – 10. Saatlı rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər;

Lot – 11. Zərdab rayonunun Dəkkəoba kəndinin əkin sahələrinin su təminatının yax-şılaşdırılması tədbirlərinin layihə sənədlərinin hazırlanması;

Lot – 12. Astara rayonu Astara sərhəd çayı-nın 138-141 saylı sərhəd nişanları ərazilərində sərhəd yolunun və kommunikasiya qurğularının, Qapıçıməhəllə və Alaşa kəndlərinin sel suların-dan mühafizəsi tədbirləri;

Lot – 13. Qax rayonunun Lələli kəndi ərazisində yerləşən sərhəd zastavasının Qanıx-çay çayının sel sularından mühafizəsi;

Lot – 14 Qusar rayonunun Krik kəndinin və sərhəd zastavasının Samur çayının sel suların-dan mühafizəsi;

Lot – 15. Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisinin layihə sənədlərinin hazırlanması; (Viravulçay üzrə)

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və pod-ratçının aidiyyati işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Emin Quliyev.Ünvan- Bakı şəhəri, Moskva prospekti 69a, Tikilməkdə olan Meliorasiya və İrriqasiya

Obyektlərinin Birləşmiş Müdiriyyəti E-mail: [email protected] 431-08-64; faks 430-79-57.Tenderin əsas şərtlər toplusunu elektron

qaydada etender.gov.az saytında hər bir lot üçün 200 (iki yüz) manat məbləğdə vəsait ödədikdən sonra almaq olar.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

VÖEN - 1300300711 H/h- AZ 10 IBAZ 380700194497 16100216, Azərbaycan Beynəlxalq Bankının Yasamal

filialıM/h- AZ03NABZ01350100000000002944,VÖEN - 9900001881, SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü) İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:- tenderdə iştirak etmək üçün ərizə;- iştirak haqqının ödənilməsini təsdiq edən

bank sənədi;- tender təklifi (tender təklifi zərflərin açıldığı

gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-ması haqqında arayış ;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatı-nın surəti;

- maliyyə vəziyyəti barədə bank arayışı;- son bir il ərzində (fəaliyyətini dayandırdığı

müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti;

- digər sənədlər- tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiqləyən sənədlər;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkar-lıq subyektlərinə aid olması ilə bağlı məlumat.( son dövr üçün arayış Dövlət Statistika Komitəsindən alınır);

- satınalma prosedurlarının başlanmasın-dan əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.

İddiaçılar yuxarıda qeyd olunan sənədləri 18 iyun 2021-ci il saat 17.00-а qədər tender komis-siyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini və bank təminatını möhürlənib imzalanmış şəkildə 29 iyun 2021-ci il saat 17.00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.

Təklif zərfləri 30 iyun 2021-ci il saat 11.00-dа açılacaqdır .

İddiaçıların səlahiyyətli nümayəndələri on-line şəkildə zərflərin açılışı prosedurunu izləyə bilərlər.

Tender komissiyası

“Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” Publik Hüquqi Şəxsin2020-ci il dekabrın 31-nə mühasibat balansı

manatlaBölmələrin, maddələrin adları Hesabat dövrü

2020-ci il üzrəƏvvəlki dövr

2019-cu il üzrəAKTİVLƏR

Uzunmüddətli aktivlərQeyri-maddi aktivlər 914934.11 769174.68Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) 1492222.02 1694769.87

Daşınmaz əmlaka investisiyalarBioloji aktivlərTəbii sərvətlərİştirak payı metodu ilə uçota alınmış investisiyalarTəxirə salınmış vergi aktivləri Uzunmüddətli debitor borclarıSair uzunmüddətli maliyyə aktivləriSair uzunmüddətli aktivlərCƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR 2407156.13 2463944.55

Qısamüddətli aktivlərEhtiyatlar 216067.26 169232.16Sair debitor borcları 1304385.66 1248021.74Pul vəsaitləri və onların ekvivalentlərı 1197446.91 2116077.74Dövlət büdcəsinə (vergi üzrə) borc 529232.82 432678.42Gələcək dövrün xərcləri 270073.11 281969.99CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR 3517205.76 4247980.05

CƏMİ AKTİVLƏR 5924361.89 6711924.60Kapital və öhdəliklər

KapitalÖdənilmiş nominal (nizamnamə) kapital 2565265.00 2565265.00

Emissiya gəliriGeri alınmış kapital (səhmlər)Kapital ehtiyatları 3357271.35 4146091.34Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) X

CƏMİ KAPİTAL 5922536.35 6711356.34

Uzunmüddətli öhdəliklərUzunmüddətli faiz xərcləri yaradan öhdəliklərUzunmüddətli qiymətləndirilmiş öhdəliklərTəxirə salınmış vergi öhdəlikləriUzunmüddətli kreditor borclarıSair uzunmüddətli öhdəliklər

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR X

Qısamüddətli öhdəliklərAlınmış avanslarQısamüddətli qiymətləndirilmiş öhdəliklərDövlət büdcəsinə vergi öhdəlikləri 1825.54 568.26Sair kreditor borclarıAlınmış avanslarDigər öhdəliklər

CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR 1825.54 568.26

CƏMİ ÖHDƏLİKLƏR 1825.54 568.26CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR 5924361.89 6711924.60

MÜSTƏQİL AUDİTORUN RƏYİ “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” Publik Hüquqi

Şəxsin idarə heyətinin sədri Asif İsmayıl oğlu MehtiyevəBiz, “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” PHŞ-nin 2020-

ci yanvarın 1-dən dekabrın 31-nə kimi təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapi-talda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin məsuliyyəti

1. Hazırkı maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə rəhbərlik

məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: -səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı,- maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi

üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiqi və davam etdirilməsi;

-müvafiq uçot siyasətinin seçilməsi və tətbiq edilməsi; -şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.Auditorun məsuliyyəti2. Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən

maliyyə hesabatlarına aid rəy bildirməkdən ibarətdir.Sənədlərin düzgünlüyünə sifarişçi məsuliyyət daşıyır. Biz audit yoxlamamızı Beynəlxalq Audit Standartları əsasında apardıq. Həmin standartların tələblərinə görə, biz etik normalara əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər inanaq.

3. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara aid auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin səmərəliliyinə aid rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

4. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.

Rəy5. Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün

əhəmiyyətli aspektlər baxımından “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” PHŞ”-nin 2020-ci il yanvarın 1-dən dekabrın 31-nə olan maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun balansda düzgün əks etdirir.

“YENİ ZAMAN-AUDİT” MMC-nin auditoru Hüseyn Cəbiyev.Bakı şəhəri, 13 aprel 2021-ci il.

“Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” Publik Hüquqi Şəxs

Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə) 31 dekabr 2020-ci il tarixinə

Ölçü vahidi: manatBölmə/Maddə №-si

Bölmə/ Maddələrin adı

Qeydlər Hesabat dövrü 2020-ci il üzrə

Əvvəlki dövr 2019-cu üzrə

1 2 3 4 560 Əsas əməliyyat gəliri 3236320.05 2973413.7670 Satışın maya dəyəri X X

Ümumi mənfəət 3236320.05 2973413.76

61 Sair əməliyyat gəlirləri

2693000.00 2691881.23

71 İcarə haqqı xərcləri (2325625.44) (2442574.56)72 İnzibati xərclər (2691060.54) (2439930.11)

73 Sair əməliyyat xərcləri

(939634.07) (788415.88)

Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)

(5625.56)

Əməliyyat mənfəəti (zərəri)

X X

63 Maliyyə gəliri75 Maliyyə xərcləri

81

Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) payVergi qoymadan əvvəl mənfəət (zərər)

X (5625.56)

90 Mənfəət vergisi X

80 Hesabat dovrundə xalis mənfəət (zərər)

X (5625.56)

Hər səhm üzrə mənfəətAzaldılmış hər səhm üzrə mənfəət

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyibaytarlıq xidmətləri üçün pikap tipli avtonəqliyyat vasitələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR Satınalmanın predmeti:Baytarlıq xidmətləri üçün pikap tipli

avtonəqliyyat vasitələrinin satın alınması.Elektron satınalmada iddiaçı

qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları və ya asan im-zaları vasitəsilə daxil olaraq tender haq-qında ətraflı məlumatı əldə edə bilərlər. İddiaçıdan satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması tələb edilir. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 2500 manat-dır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Aqrar Xidmətlər Agentliyi qarşısında lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

2. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş surəti),

qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. 3. Tender təklifi (təkliflərin açıldığı

tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmama-sı haqqında müvafiq vergi orqanından arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq meyarları-na uyğun olması barədə arayış.

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandı-rılmış şəxs olmaması barədə arayış.

10. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlan-ması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul ol-masının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış.

11. İddiaçının müvafiq sahədə

peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olmasını müəyyən etmək üçün ixtisas göstəriciləri barədə tələblər aşağıdakı-lardır:

- tenderin predmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki və maliyyə imkanlarının olması;

- bu sahədə peşəkar olması.Malların çatdırılması satınalma

müqaviləsi bağlandıqdan sonra 30 bank günü müddətində həyata keçirilir.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir) İddiaçılar tenderlə bağlı su-alları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşa-ğıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Pərvanə Sultanəliyeva.

Ünvan-Bakı şəhəri, Nərimanov rayo-nu, Nəcəf Nərimanov küçəsi7 A.

Telefon=(070) 284-24-22; Faks: (012) 562-85-57 ;

E- mail: [email protected] Tender proseduru “Dövlət satınalma-

ları haqqında” Azərbaycan Respublikası-nın Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 21 iyun 2021-ci il saat 17.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 30 iyun 2021-ci il saat 18.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 1 iyul 2021-ci il saat 17.00 -da açılacaqdır. Təkliflərin açı-lışı dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prose-durlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

təsərrüfat mallarının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR Tender iştirakçılarına təklif edilir

ki, dövlat satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı-na (portal) elektron imza vasitəsilə da-xil olsunlar va tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı-ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 90 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu portal vasitəsi ilə əldə edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-Azərbaycan Respublika-sının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs VÖEN- 1304673921

Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/19

VÖEN (bank)- 9900006111 Kod- 507699SWIFT: AZRTAZ22M/h-AZ02NABZ

01350100000000022944H/h- AZ98AZRT

38060019440028835001İddiaçılar tenderdə iştirak üçün

aşağıdakı sənədləri portal vasitəsi ilə təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fa-izi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü-vafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statu-su, nizamnaməsi, qeydiyyatdan keçdi-yi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-tex-niki bazası haqqında yazılı məlumat;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender

təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaq-la) və iş qrafikini 17 iyun 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə 25 iyun 2021-ci il saat 16.00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmaya-caqdır.

Təkliflər 29 iyun 2021-ci il saat 11.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələrini portal vasitəsi ilə izləyə bilərlər.

Tender təklifləri qiymətləndirilıb müqayisə edilərkən əsas şərtlər topIu-sunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mal-lar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışma-lar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs- İlham Əliyev, telefon- 502-47-53/56/58, daxili 144.

E-mail: [email protected]Ünvan- AZ1138, Bakı şəhəri, Yasa-

mal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar

Xidmətlər Agentliyi nəqliyyat vasitələri və onların

qoşquları üçün dövlət qeydiyyat nişanlarının satın

alınması məqsədilə

kotirovka sorğusu keçirirSorğuda iştirak etmək istəyənlər əsas

şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:

Ünvan- Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A.

Əlaqə telefonu- (070) 284 -24- 22.Kotirovka sorğusu üçün bağlı zərflərin

qəbulunun son tarixi 1 iyun 2021-ci il saat 17.00-dır.

Bağlı zərflər 2 iyun 2021-ci il saat 12.00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A nömrəli ün-vanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin iclas zalında açılacaqdır.

Tender komissiyası

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının nəzərinə!

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 9 iyul 2021-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Höv-san qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında aşağı-dakı gündəlikdə keçiriləcəkdir:

1. “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin maliyyə- təsərrüfat fəaliyyətinin 2020-ci il üzrə hesabatı.

2. Digər təşkilati məsələlər.

Səhmdarlar ümumi yığınca-ğın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi (Hövsan qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Yığıncaqda iştirak etmək vacibdir.

Direktorlar şurası

B İ L D İ R İ ŞAzərbaycan Respublikası Qida Təhlükəsizliyi

Agentliyinin tender komissiyası bildirir ki, 2021-ci il mayın 20-də “Xalq qəzeti”ndə dərc edilmiş və mayın 21-də elektron portalda afsa.gov.az veb saytının təkmilləşdirilməsi, yeni modulların hazırlan-ması və bir illik texniki xidmət göstərilməsinin satın alınması məqsədilə yerləşdirilmiş kotirovka sorğu-sunun predmeti müvafiq xərc maddəsinə uyğun olmaması səbəbindən ləğv edilmişdir.

Page 8: Azərbaycan Prezidentinin fəaliyyəti dünyanın aparıcı

27 may 2021-ci il, cümə axşamı

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

02824816903

40 qəpik

ABŞ

Prezidentlər iyunun 16-da görüşəcəklər

ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə görüşəcəklər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Əldə olunmuş razılaşmaya əsasən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iyu-nun 16-da Cenevrədə ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək”.

Xəbəri TASS verib.

Niderland

Dünyanın ən böyük veloparkı Niderlandın

Utrext şəhərində dünyanın ən böyük velosi-ped parkı tiki-lib. Bildirilir ki, velopark 12 min 656 velosiped tu-tumuna malikdir. Layihənin müəllifi isə memar Ektor Hukstaddır.

Məlumatı BBC yayıb.

Yaponiya

Ən iri kreditor ölkə Yaponiya

ötən il son 30 ilin ən böyük kreditor ölkəsi kimi mövqeyini qoruyub saxla-mağa bacarıb. Buna Yaponiya milli valyutası olan yenin

dollara nisbətdə möhkəmlənməsi səbəb olub. Bildirilir ki, ötən il ölkənin hökumətə, şirkətlərə və fərdi investorlara məxsus təmiz xarici səhmləri, ümumilikdə, 3,3 trilyon dollar təşkil edib.

Xəbəri “Jiji-press” verib.

Şotlandiya

Kraliçanın zinət əşyaları oğurlanıbŞotlandiya kra-

liçası Mariya Stü-arta məxsus zinət əşyaları Arundel qalasından oğurla-nıb. Bildirilir ki, soy-ğun nəticəsində 1 milyon funt-sterlinq dəyərində qızıl, gümüş və digər zinət əşyaları, həmçinin kraliçanın tacı və boyunbağısı aparılıb. Qeyd edək ki, oğurlanan əşyaların Şotlandiya üçün mühüm tarixi əhəmiyyətə malik olduğu açıqlanıb.

Xəbəri “BBC News” verib.

Fransa

Kamavinqa üçün 100 milyon avroFransanın PSJ futbol

klubu ilin ən böyük transferlərindən birini gerçəkləşdirməyə ha-zırlaşır. Paris təmsilçisi “Renn”in futbolçusu Eduardo Kamavinqanı transfer etməyə çalışır. 18 yaşlı yarımmüdafiəçi

klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib. “Renn” futbolçu üçün PSJ-dən 100 milyon avro tələb edir. Paytaxt klubu isə bu məbləği ödəməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, danışıqlar baş tutarsa, Kamavinqa növbəti mövsümdən PSJ-nin şərəfini qoruyacaq.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Mayın 27-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim cənub küləyi əsəcək. Gecə 15-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 11-16°, gündüz 25-30° isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 8-13°, gündüz 13-18° isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 11-16°, gündüz 23-28° isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 10-15°, gündüz 18-23°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.

 Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 13-17°, gündüz 24-29° isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 16-18°, gündüz 20-25°, dağlarda gecə 12-15°, gündüz 16-20° isti olacaq.

8

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov filologiya elmləri doktoru, professor

NİZAMİ XUDİYEVİNvəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və

yaxınlarına dərin hüznlə başsağlığı verir.

Nəsimi Rayon İcra Hakimiyyətinin kollektivi 2 saylı kliniki uşaq xəstəxanasının baş həkimi Azər Xudiyevə qardaşı

filologiya elmləri doktoru, professor

NİZAMİ XUDİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağ-lığı verir.

“Xalq qəzeti”nin kollektivi iş yoldaşları Səriyyə Məhərrəmovaya anası

FATMA XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

“İnşaatçı” qəzeti redaksiyasının kollektivi qəzetin baş redaktoru Zərbalı Mirzəyə həyat yoldaşı

XƏYSƏ ALLAHVERDİYEVANINvaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə

başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

9 "VIM-A" MMC-yə məxsus 1402510581 nömrəli VÖEN-in bildirişi itirilmişdir. Tapan şəxslərin 055-712-44-04 nömrəli mobil telefona zəng etmələri xahiş olunur.

E.Blinken İsrail və Fələstin liderləri ilə görüşüb

Xəbərdə deyilir ki, dövlət katibi İsrail və Həmas arasında qarşıdurmaya son qoyan atəşkəsdən sonra Konqresdən Qəzzadakı fələstinlilər üçün 75 milyon dollar yardım istəyəcəyini deyib. E.Blinken bu açıq-lamanı çərşənbə axşamı Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla

Ramallahdakı danışıqlardan sonra verib.

Atəşkəsin davam etməsi səyləri çərçivəsində Qüdsü ziyarət edən dövlət katibi İsrailin özünü müdafiə haqqı olduğunu vurğulayıb. İsrailin Baş naziri Benyamin Ne-tanyahu ilə görüşü zamanı E.Blinken həm İsrailin, həm də fələstinlilərin döyüşlər za-

manı böyük itkilər verdiyini, ümid, hörmət və inamı bərpa etmək üçün çox iş görülməli olduğunu deyib.

ABŞ-ın yüksək səviyyəli diplomatı həm Qəzza zolağı, həm də İordan çayının Qərb sahilində fələstinlilər üçün iqtisadi imkanların genişləndirilməsinə kömək edəcəyinə söz verərək, bunun fələstinlilərə və israillilərə fayda gətirəcək daha sabit bir mühit təmin edəcəyini bildirib.

Xatırladaq ki, E.Blinken ABŞ-ın baş diplomatı olaraq bölgəyə ilk dəfədir səfər edir. ABŞ Prezidenti Co Bayden bazar ertəsi verdi-yi açıqlamasında deyib ki, E.Blinken “İsrail rəhbərləri ilə İsrailin təhlükəsizliyinə dair qırılmaz bağlılığımızı müzakirə edəcək” və “illərlə davam edən laqeydlikdən sonra administrasiyamızın Fələstin xalqı və liderləri ilə əlaqələrini bərpa etmək və dəstəkləmək səylərini davam etdirəcək”.

M.HACIXANLI, “Xalq qəzeti”

ABŞ Fələstinə 40 milyon dollar yardım ayıracaqABŞ hökuməti Fələstinə təxminən 40 mil-

yon dollarlıq humanitar yardım ayıracaq və bu vəsaitin 5,5 milyon dolları təcili yardım olaraq Qəzza zolağına çatacaq. Bu barədə “İntefaks” agentliyi məlumat yayıb.

Mənbə yazır ki, bu barədə məlumatı ABŞ dövlət katibi açıqlayıb. Bildirilir ki, ABŞ Prezidenti administrasiyasının bü-tün fəaliyyyət dövrü ərzində fələstinlilərin 360 milyon dollar-dan çox vəsaitin yardım olaraq alacaqları gözlənilir.

Daha əvvəl ABŞ Prezidenti İsrail tərəfindən son hərbi əməliyyatlar zamanı dağıdılan Qəzza zolağının infrastukturu-nu bərpa etməyə kömək edəcəyini vəd edib.

Hazırda təxminən 800 min yerli sakin təmiz sudan məhrum olub. BMT-nin Humanitar işlərin koordinasiya idarəsi 11 gün davam edən atəşdən sonra Qəzza zola-ğında 17 min tikilinin, 1800 yaşayış binasının, 53 tədris məntəqəsinin və 6 xəstəxananın dağıldığını bildirir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

İrakli Qaribaşvili Ankaraya səfər edəcək

� “Anadolu” informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Mənbə qeyd edir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın Müstəqillik Günü ilə bağlı İ.Qaribaşviliyə ünvanladığı təbrik məktubunda bildirilib.

Gürcüstan tərəfi səfərin iyunun 1-də başlayacağı barədə məlumat verib.

Türkiyə hökumətinin başçısı bu səfərin ikitərəfli münasibətlər və bölgədəki cari proseslərin müzakirəsi üçün yaxşı imkan yaradacağını qeyd edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Gürcüstan arasında mehriban qonşuluq və strateji əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“Anadolu”nun verdiyi məlumata görə, Ərdoğan islam düşmənçiliyinin Bosniya və Hersoqovinadan tutmuş Myan-maya qədər müxtəlif ölkələrdə baş vermiş faciəli hadisələrdə təzahür etdiyini deyib: “11 sentyabr terror aktından sonra ABŞ hakimiyyəti ”müsəlman xofu” yaratmaq strategiyasını tətbiq etməyə başladı və bu, islama qarşı nifrətin onsuz da müəyyən dərəcədə mövcud olduğu bir çox cəmiyyətlərdə antiislam əhval-ruhiyyəsinin virus kimi yayılmasına səbəb oldu”.

Türkiyə lideri qeyd edib ki, (Qərbin) dövlət struktur-ları əhalinin təhlükəsizliyini təmin etməkdə məsul olduq-ları halda, bu gün islama

qarşı nifrət yarışına qoşulublar. Onun sözlərinə görə, Avropa türkləri islamla eyniləşdirərək nəsilbəsil onlardan qorxub və bununla ictimaiyyətin diqqətini Avropanın siyasi pərakəndəliyi səbəbindən yaranmış problemlərdən yayındırmağa cəhdlər göstərilib.

Prezident əlavə edib ki, dünənə qədər marginal hesab edilən radikal cərəyanlar bu gün siyasi gündəliyi formalaş-dırır və bu, bir daha Qərbin ba-taqlığa yuvarlandığını göstərir. Qərb ölkələri bu uçurumdan çıxmaq əvəzinə, bu təhlükəli tendensiyanı daha dərindən davam etdirirlər. Ərdoğan de-yib: “İkinci Dünya müharibəsi dövründə yəhudilərin soyqı-rımını xüsusi istisna hesab

edənlər bu gün antiislam cərgələrində birləşirlər. Azadlığın məhdudlaşdırıldığı yerdə uzunmüddətli tərəqqi ola bilməz. Bu faktı inkar edənlər əslində islama qarşı deyil, özlərinin gələcəyinə qarşı çıxış edirlər”.

Prezident Ərdoğan vicdanlı siyasətçiləri, ziyalıları, KİV təmsilçilərini və din xadimlərini bütün dünyada islamofobi-ya xəstəliyinə qarşı vahid cəbhədə mübarizə aparmağa çağırıb və inandığını bildirib ki, islam dünyasında birlik bu bəla ilə mübarizədə uğurları yaxınlaşdıracaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

ABŞ-ın dövlət katibi Entoni Blinken İsrail və Həmas arasında keçən həftənin sonunda qüvvəyə minən atəşkəsi möhkəmləndirmək səyləri çərçivəsində İsrail və Fələstin liderləri ilə müzakirələr aparıb. Bu barədə “Amerika-nın səsi” radiosu məlumat yayıb.

Türkiyə Prezidenti dünyada islamofobiyanın yayılmasından

narahatlığını bildirib

İslamofobiya xərçəng şişi kimi bütün dünyada, xüsusən Qərbdə yayılmaqdadır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilmiş KİV və islamofobiya təzahürləri mövzusunda I beynəlxalq simpoziumun iştirakçılarına müraciətində bildirib.

San-Pauluda koronavirusun

yeni növü aşkarlanıb“Reuters” agentliyinin yaydığı məlumata görə,

Braziliyanın San-Paulu ştatının alimləri koronavirus infeksiyasının yeni növünü aşkarlayıblar. Bildirilir ki, P.4 kod adı verilən naməlum mənşəli yeni variant ilk dəfə San-Paulunun Mokoka şəhərində tapılıb və həmin ştatın Portu-Ferreyra şəhərində geniş yayılıb.

Braziliya viruso-loqlar cəmiyyətinin vitse-prezidenti Joau Pessoa Arauju baş verənləri şərh edərək deyib: “Bu, P.1 vari-antına yaxın növdür, çünki onların hər ikisi Manaus və Rio-de-Janeyroda aşkarla-nan P.1 və P.2, həmçinin Filippində qeydə alınan P.3 regional müxtəlifliyinin əmələ gəldiyi B.1.1.28 Braziliya ştammı ilə ortaq mənşəyə malikdir. Hazırda P.4 variantının aşkarlandığı regionda P.1 və Britaniya ştammı üstünlük təşkil edir. Lakin onun yayılma dinamikası bizi çox narahat edir”.

Hələlik mütəxəssislər P.4 variantının daha yoluxucu olduğu və ya xəstəliyin daha ağır keçməsi barədə dəlillərə malik deyil. Bununla belə, rəsmi statistikaya görə, may ayında Portu-Ferrey-rada koronavirusun səbəb olduğu xəstəlik səbəbindən ölənlərin sayı əvvəlki aylara nisbətən daha çox olub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

ÜST COVID-19 virusunun hind ştammının yayıldığı ölkələri açıqlayıb

� Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 53 ölkədə koronavirus infeksiyasının hind ştammının yayıldığını bildirib.

ÜST-ün gündəlik hesabatında bildirilir ki, COVID-19 virusunun hind ştammı daha yeddi ölkədə–Avstraliya, Çin, Komboca , Yeni Zelandiya, Filippin, Koreya və Fransanın Reyunyun regio-nunda yayıla bilər.

Hesabatda bildirilir ki, həftə ərzində

COVID-19 virusunun hind ştammı Əlcəzairdə, Braziliyada, Rusiyada, Qanada, Finlandiyada və Keniyada aşkar edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”