12
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Əlyazması hüququnda AĞAYEV ƏLVAN HƏSƏN OĞLU KƏND TƏSƏRRÜFATININ DAVAMLI INKIŞAFININ IQTISADI VASITƏLƏRLƏ TƏNZIMLƏNMƏSI 08.00.05 –Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı) İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın A V T O R E F E R A T I GƏNCƏ - 2012 2 Dissertasiya işi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda yerinə yetirilmişdir. Elmi rəhbər: iqtisad elmləri doktoru, professor Ağarza Ağahəsən oğlu Rüstəmov Rəsmi opponentlər: iqtisad elmləri doktoru, professor Bəyalı Xanalı oğlu Ataşov iqtisad üzrə fəlsəfə doktoru, dosent Nüşabə Aslan qızı Hacıyeva Aparıcı təşkilat: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi -Tədqiqat İnstitutu Müdafiə “29__” fevral 2012 – ci ildə saat 14 00 -da Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş dissertasiya şurasının iclasında aşağıdakı ünvanda olacaqdır: AZ.2000, Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 64, II mərtəbə Dissertasiya işi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında tanış olmaq olar. Avtoreferat “__” yanvar 2012 – ci ildə göndərilmişdir. FD.04.013. birləşdirilmiş dissertasiya şurasının elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent: V.T.Əmrahov

AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

  • Upload
    others

  • View
    14

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Əlyazması hüququnda

AĞAYEV ƏLVAN HƏSƏN OĞLU

KƏND TƏSƏRRÜFATININ DAVAMLI INKIŞAFININ IQTISADI VASITƏLƏRLƏ TƏNZIMLƏNMƏSI

08.00.05 –Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı)

İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

GƏNCƏ - 2012

2

Dissertasiya işi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının

İqtisadiyyatı və Təşkili İnstitutunda yerinə yetirilmişdir. Elmi rəhbər: iqtisad elmləri doktoru, professor Ağarza Ağahəsən oğlu Rüstəmov Rəsmi opponentlər: iqtisad elmləri doktoru, professor Bəyalı Xanalı oğlu Ataşov iqtisad üzrə fəlsəfə doktoru, dosent Nüşabə Aslan qızı Hacıyeva Aparıcı təşkilat: Azərbaycan Respublikası

İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi -Tədqiqat İnstitutu

Müdafiə “29__” fevral 2012 – ci ildə saat 1400-da Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş dissertasiya şurasının iclasında aşağıdakı ünvanda olacaqdır: AZ.2000, Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 64, II mərtəbə Dissertasiya işi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında tanış olmaq olar. Avtoreferat “__” yanvar 2012 – ci ildə göndərilmişdir. FD.04.013. birləşdirilmiş dissertasiya şurasının elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent: V.T.Əmrahov

Page 2: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

3

İşin ümumi xarakteristikası Mövzunun aktuallığı. Bazar münasibətlərinə keçid iqtisadiyyatın bütün

sahələrində köklü islahatların həyata keçirilməsi ilə müşaiyət olunmuş, təsərrüfat mexanizmi tələb, təklif və azad rəqabət mühitinin prinsiplərinə uyğunlaşdırılmışdır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatında da transformasiya yönümlü dəyişikliklər həyata keçirilmiş, mülkiyyət özəlləşdirilmiş, müxtəlif mülkiyyət mənsublü sahibkarlıq subyektləri yaradılmışdır. Bütövlükdə kənd təsərrüfatı bazar münasibətləri-nin tələbləri əsasında idarə olunmağa başlamış, çoxukladlı iqtisadiyyatın fundamental əsasları yaradılmışdır.

Aqrar islahatların birinci mərhələsində kənd təsərrüfatında sistem defor-masiyaları fonunda davam edən çoxşaxəli iqtisadi böhranın dayandırılma-sına nail olunmuş, bütövlükdə aqrar ərzaq kompleksinin əksər seqmentlə-rində məhsul istehsalının artımına nail olunmuşdur. Artıq istehsalçı məhsul istehsalını, onun çeşidini, qiymətlərin səviyyəsini, satışın təşkilini sərbəst şəkildə müəyyənləşdirir. Aqrar bazar münasibətlərinin ən mühüm prinsipi olaraq kənd təsərrüfatı əmtəə istehsalçılarının iqtisadi müstəqilliyi təmin olunmuşdur ki, bu da son nəticədə onların gəlirlərin bölüşdürülməsində sərbəst və müdaxiləsiz qərar qəbul etmələrini şərtləndirir.

Məlum olduğu kimi bazar iqtisadi münasibətləri liberallaşdırma, əmtəələrin və kapitalın sərbəst hərəkəti ilə səciyyələnir. Bu baxımdan aqrar əmtəə istehsalçıları sərbəst iqtisadi məkanda fəaliyyət göstərməli olurlar. Kənd təsərrüfatı əmtəə istehsalçıları daxili və xarici rəqabət amillərinin təsiri altında fəaliyyət göstərməklə yanaşı eyni zamanda müasir şəraitdə qloballaşma təsirlərinə də məruz qalırlar. XX əsrin sonu, XXI əsrin əvvəlləri beynəlxalq münasibətlər sistemində iqtisadi sistem dəyişiklikləri ilə yanaşı eyni zamanda qloballaşma dalğasının əhatə dairəsinin genişlənməsi ilə də xarakterik olmuşdur.

Qloballaşma prosesləri özünəməxsus pozitiv məqamları ilə yanaşı, eyni zamanda destruktiv təzahürlərə də malikdir. Belə ki, sahəvi xüsusiyyətləri baxımından az gəlirli və riskli kənd təsərrüfatı və ərzaq kompleksi müdaxi-ləsiz və liberal iqtisadi münasibətlərin formalaşması baxımından qloballaş-ma proseslərinin təsirinə effektiv reaksiya göstərmək iqtidarında deyildir. Problemə bu aspektdən yanaşdıqda ölkənin aqrar sahədə strateji maraqları-nın qorunması, xüsusilə milli ərzaq təhlükəsizliyinin təmin edilməsi baxı-mından kənd təsərrüfatının davamlı inkişafına nail olunması mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd etdiyimiz kimi, aqrar islahatlar nəticəsində kənd təsərrü-fatında məhsul istehsalının artımı təmin edilmişdir. Lakin bununla belə aq-rar sahədə həllini gözləyən çoxsaylı probleklərin mövcudluğu kənd təsərrü-fatında davamlı inkişafın təmin edilməsi imkanlarını məhdudlaşdırmışdır. Kənd təsərrüfatında davamlı inkişaf fasiləsiz iqtisadi artımı, ayrı-ayrı məhsul növlərinin istehsalının artırılmasını, iqtisadi səmərəliliyin yüksəldilməsini, kənd təsərrüfatı və ərzaq kompleksinin rəqabət qabiliyyəti-nin dünya standartlarına uyğunlaşdırılmasını, bütövlükdə kənd təsərrüfatın-da intensiv texnologiyanın tətbiqi əsasında səmərəli geniş təkrar istehsalın

4

qurulmasını özündə əks etdirir. Kənd təsərrüfatının davamlı inkişafı mikro və makro aspektdə səmərəli təsərrüfat fəaliyyətinin həyata keçirilməsini şərtləndirir ki, bu da keçid iqtisadiyyatını başa vuran ölkəmizin strateji maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bütün bunları nəzərə alaraq dissertasiya işinin mövzusu seçilmiş və bu istiqamətdə elmi-tədqiqat aparılmışdır.

Problemin öyrənilmə vəziyyəti. Kənd təsərrüfatının inkişaf etdirilməsi bütün dövrlərdə iqtisad elminin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Planlı sosialist iqtisadiyyatında təbiidir ki, mərkəzləşdirilmiş istehsal münasibətlərinin xarakterinə uyğun aparılan elmi tədqiqat işlərində kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətləri müəyyənləşdirilmişdir. Bu sahədə çoxsaylı monoqrafiyalar və elmi təcrübi əhəmiyyətli işlər yerinə yetirilmişdir. İstər keçid dövründə, istərsə də bazar iqtisadiyyatı şəraitində kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi istiqamətlərinin araşdırılması ilə bağlı problemlər iqtisadçı amillərin daim diqqət yeirdikləri məsələlərdəndir. Qeyd etmək lazımdır ki, son illər transformasiya prosesini yaşayan respublikamızda kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi ilə bağlı iqtisadçı alimlərin dəyərli tədqiqat işləri diqqəti cəlb edir. Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsinin bu və ya digər məsələləri ölkəmizin iqtisadçı alimlərindən Z.Ə.Səmədzadə, A.K.Ələsgərov, A.İ.Məmmədov, İ.V.Əhmədov, İ.H.İbrahimov, Ə.Ç.Verdiyev, S.V.Salahov, H.A.Xəlilov, B.X.Ataşov, R.Ə.Balayev, A.F.Abbasov, İ.M.Xeyirxəbərov, F.B.İsgəndərov və başqaları kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi ilə bağlı dəyərli tədqiqat işləri aparmışlar. Xarici ölkə iqtisadçılarından Nikonov A.A., Serova E, Borisenko N.P. və başqaları öz elmi tədqiqatlarında kənd təsərrüfatının davamlı inkişafının bu və ya digər aspektlərini araşdırmışlar.

Aparılan araşdırmalarda daha çox kənd təsərrüfatının davamlı inkişafının ayrı-ayrı elementləri təhlil edilmişdir. Kənd təsərrüfatının davamlı inkişafının iqtisadi vasitələrlə tənzimlənməsi ilə bağlı kompleks araşdırmaların aparılması zərurəti nəzərə alınaraq dissertasiya işinin mövzusu seçilmişdir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsinin nəzəri əsaslarını araşdırmaqdan, kənd təsərrüfatında davamlı inkişafın formalaşmasının mövcud vəziyyəti və inkişaf meyllərini təhlil etməkdən, kənd təsərrüfatının davamlı inkişafının tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış praktik əhəmiyyətli təkliflərin hazırlanmasından ibarətdir. Tədqiqatın məqsədinə müvafiq olaraq aşağıdakı vəzifələr müəyyənləşdirilmiş və yerinə yetirilmişdir:

- kənd təsərrüfatında geniş təkrar istehsal prosesinin mahiyyəti və spesifik xüsusiyyətləri araşdırılmışdır;

- kənd təsərrüfatı istehsalının davamlı inkişafının mahiyyəti və zəruriliyi öyrənilmişdir;

- kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində hüquqi və iqtisadi tənzimlənmə metodlarının rolu əsaslandırılmışdır;

Page 3: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

5

- davamlı inkişaf kontekstində kənd təsərrüfatının milli iqtisadiyyatda rolu qiymətləndirilmişdir;

- kənd təsərrüfatında davamlı inkişafın formalaşması meylləri araşdı-rılmışdır;

- kənd təsərrüfatı istehsalının davamlı inkişafının iqtisadi vasitələrdə tənzimlənməsinin təkmilləşdirilməsinə kopseptual yanaşma əsaslandırılmışdır;

- kənd təsərrüfatı istehsalının davamlı inkişafının təmin edilməsi istiqamətləri müəyyənləşdirilmişdir;

kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində əmtəə-kredit kooperasiyalarının rolu tədqiq edilmişdir.

Tədqiqatın predmetini kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi ilə bağlı tədqiqatların aparılması təşkil edir.

Tədqiqatın obyektini respublikanın kənd təsərrüfatında fəaliyyət göstərən təsərrüfat subyektləri seçilmişdir.

Tədqiqatın nəzəri və metodoloji əsasları tədqiqat işinin nəzəri metodoloji əsasını respublikanın və xarici ölkələrin iqtisadçı alimlərinin davamlı inkişafın təmin edilməsi ilə bağlı əsərləri, bu sahədə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq hüquqi normativ aktları təşkil etmişdir.

Dissertasiya işinin yerinə yetirilməsində iqtisadi statistik, müşahidə, təhlil analiz-sintez üsullarından istifadə edilmişdir.

Tədqiqatın məlumat mənbələri dissertasiya işinin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarından eləcə də Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun hesabatlarından, həmçinin internet şəbəkəsindən, onun informasiya bazasından da geniş şəkildə istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

səmərəli geniş təkrar istehsalın formalaşdırılmasında kənd təsərrüfatının davamlı inkişafının rolu müəyyənləşdirilmişdir;

kənd təsərrüfatının davamlı inkişafının obyektiv zəruriliyi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əsaslandırılmışdır;

kənd təsərrüfatının davamlı inkişafına təsir edən amillər tədqiq edilmişdir;

kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində aqrar sahənin hüquqi tənzimlənməsinin rolu konkretləşdirilmişdir;

kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində qiymətlərin təkmilləşdirilməsinin rolu müəyyən edilmişdir;

kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində infrastruktur sisteminin rolu araşdırılmışdır;

subsidiyaların və maliyyə yardımlarının kənd təsərrüfatının davamlı

6

inkişafına təsiri müəyyənləşdirilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti aşağıdakılardan ibarətdir: kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində kənd

təsərrüfatı istehsalının ixtisaslaşdırılmasının rolu tədqiq edilmişdir; aqrar sahədə struktur dəyişikliklərinin kənd təsərrüfatının davamlı

inkişafınını təmin edilməsində rolu araşdırılmışdır; aqrar sahədə idarəetmənin təkmillşdirilməsinin kənd təsərrüfatının

davamlı inkişafınını təmin edilməsinə təsiri müəyyənləşdirilmişdir. Tədqiqatın nəticələrinin sınaqdan keçirilməsi: Dissertasiya işinin əsas

müddəaları və nəticələri Az.ETKTİvə Tİ-da keçirilən elmi-praktik kon-fransda və seminarda məruzə edilmiş və bəyənilmişdir. Kənd təsərrüfatının mili iqtisadi inkişafda rolu. Azərbaycan Milli Elmlər Akademiyası, İqtisa-diyyat İnstitutu, Elmi əsərlər №2, Bakı, 2009, Kənd təsərrüfatının davamlı inkişafının məqsəd və vəzifələri. Azərbaycan Aqrar Elmi №6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin rolu. Az.ETKTİ və Tİ. Elmi əsərləri № 3, Bakı, 2008.

Kənd təsərrüfatının davamlı inkişafının iqtisadi vasitələrlə tənzimlən-məsi mövzusunda hazırlanmış dissertasiya işinin əsas nəticələri Kürdəmir Regional Aqrar Elm Mərkəzi tərəfindən istifadə üçün qəbul edilmişdir (17 dekabr 2010-cu il, arayış 32).

Tədqiqat nəticəsində dərc edilmiş materiallar: Tədqiqat nəticəsində mövzunun əsas müddəalarını əks etdirən ümumi həcmi 1,6 ç.v. olan 7 elmi məqalə dərc olunmuşdur.

İşin həcmi və quruluşu: Dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarət olmaqla 150 səhfədə yazılmışdır. Tədqiqat işində 10 mətndaxili cədvəl verilmiş və 131 adda istifadə edilmiş ədəbiyyat siyahısı göstərilmişdir.

Tədqiqat işinin qısa məzmunu

Dissertasiya işinin giriş hissəsində mövzunun aktuallığı, problemin öyrənilmə vəziyyəti, tədqiqatın məqsəd və vəzifələri, obyekti və predmeti, elmi yeniliyi, təcrübi əhəmiyyəti və s. göstərilmişdir.

Dissertasiya işinin birinci fəsli «Kənd təsərrüfatının davamlı inkişafı-nın təmin edilməsinin nəzəri əsasları» adlanır. Burada əsasən kənd təsərrü-fatında geniş təkrar istehsal prosesinin mahiyyəti və spesifik xüsusiyyətləri, kənd təsərrüfatı istehsalının davamlı inkişafının mahiyyəti və zəruriliyi, kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində hüquqi və iqti-sadi tənzimlənmə metodları araşdırılmışdır.

Qeyd edilir ki, davamlı inkişaf termini ilk dəfə 1987-ci ildə «Ətraf Mü-hit və İnkişaf Üzrə» Bruntlandda keçirilən konfransda işlədilmişdir. Da-vamlılıq dedikdə, inkişafın edə bir vəziyyəti nəzərdə tutulur ki, o, mövcud vəziyyətdə tələbatları qarşılamaq imkanlarına malik olsun. Bu zaman da-vamlılıq xüsusi ehtiyacların ödənilməsi baxımından gələcək nəslin imkanla-rının təhlükə qarşısında qoyulmamasını da özündə əks etdirir. Davamlı inki-şaf bir-biri ilə qarşılıqlı əlaqəyə malik olan 2 komponentdən ibarətdir:

- bunlardan birincisi, istehlak anlayışıdır. İstehlak anlayışı, ümumiy-

Page 4: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

7

yətlə, insanların fiziki cəhətdən mövcud olmasının başlıca parametrini təşkil edir. Dünya beynəlxalq iqtisadi münasibətlər sisteminin qloballaşdığı hazır-ki şəraitdə cəmiyyətdə qütbləşmə və təbəqələşmə meylləri kəskinləşmişdir. Bu baxımdan əhalinin, xüsusilə, aztəminatlı kateqoriyalarının fiziki cəhət-dən mövcudluğu üçün zəruri olan ən başlıca komponent istehlak hesab edilir. İstehlak, əsas etibarilə, əhalinin fizioloji qida normaları çərçivəsində yaşayış imkanlarının mövcudluğunu özündə əks etdirir;

-davamlı inkişafın təmin olunmasında 2-ci mühüm komponent isə məhdudiyyətlər anlayışıdır. Məhdudiyyətlər, əsas etibarilə, insanların möv-cud ehtiyaclarının və gələcək tələbatlarının qarşılanması baxımından ətraf mühitin çirklənməsinin qarşısının alınmasına yönəldilmiş tədbirlər siste-mini, eləcə də ətraf mühitin, ekologiyanın qorunmasında onun üçün zəruri olan texnologiyalardan istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur.

Müasir şəraitdə davamlı inkişafın başlıca vəzifəsi insanların ehtiyacları-nın səmərəli şəkildə ödəməkdən ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq münasibətlər sistemində qloballaşma prosesləri, cəmiyyətdə so-sial təbəqələşmə meyllərini gərdinləşdirir. Təbii ki, bu isə cəmiyyət üzvləri-nin varlılara və kasıblara bölünməsinə, orta sinfin təxminən zəifləməsinə öz təsirini göstərir. Bu baxımdan davamlı inkişafın təmin olunması, əsas etiba-rilə, cəmiyyət üzvlərinin bütün təbəqələrinin bərabər şəraitdə maddi nemət-lər və xidmətlərə olan ehtiyaclarının ödənilməsi ilə sıx bağlıdır. Problemə bu aspektdən yanaşdıqda, inkişaf konsepsiyası 5 əsas prinsipə söykənir:

1. Cəmiyyət o zaman davamlı və uzun müddətli inkişaf edə bilər ki, cə-miyyətin hər bir üzvü öz gələcək ehtiyaclarını effektiv şəkildə qarşılaya bilsin;

2. Təbii resurslar istismar baxımından nisbi xarakter daşıyır. Bu isə onunla əlaqədardır ki, texnikanın inkişafının müasir səviyyəsi insan fəaliyyətində bu və ya digər sosial gərjinliklərlə müşayət olunur.

3. Cəmiyyətin bütün üzvlərinin ən adi ehtiyaclarının qarşılanması və insanların normal maddi rifah şəriatində yaşamasının reallaşdırılması zəruridir. Bütün bunlara nail olmadan isə cəmiyyətin üzünmüddətli və da-vamlı inkişafını təmin etmək mümkün deyildir. Müasir şəraitdə ən mühüm problemlər ekoloji və təbii fəlakətlərlə bağlıdır. Bundan əlavə, artıq qlobal-laşma şəraitində yoxsulluq da dünyanı məşğul edən ən mühüm problem-lərdən birinə çevrilməkdədir.

4. Cəmiyyətdə normal maddi rifahın təmin edilməsi, əsas etibarilə, irimiqyaslı maddi və maliyyə resursları hesabına əldə olunur ki, bu da cəmiyyətin ekoloji imkanları ilə bağlı mütənasiblik təşkil edir.

5. Əhalinin sayı və artım tempi ilə planetin qlobal ekosisteminin potensialı arasında müəyyən tərs mütənasibliklər özünü birüuzə verir. Daha doğrusu, maddi istehsal sferasında məhsul istehsalının artımı ilə artımın sayı arasındakı ziddiyyətlər özünü göstərir ki, bu da nəticə etibarilə, əha-linin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsində müəyyən problemlər yaradır.

Aparılan araşdırmalar göstərir ki, son illər dünyada baş verən iqtisadi də-yişikliklər və eləcə də bazar konyukturunda baş verən dalğalanmalar da son

8

nəticədə, kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsini obyektiv zərurətə çevirir. Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi, əs-lində yanacaq və enerji daşıyıcılarının qiymətlərinin artımı ilə və eyni za-manda maddi-texniki resursların qiymətlərinin artımı ilə istehsalın nəticələri arasında ziddiyyətlərin yaranmasından da doğur. Bu isə sonda qiymətlərin kəskin artımını və eləcə də əhalinin aztəminatlı təbəqələrinin bazarda məh-sul əldə etmək imkanlarını məhdudlaşdırır. Əslində kənd təsərrüfatının da-vamlı inkişafı özündə 2 tip ziddiyyətli məqamların baş verməsi halından qaynaqlanır. Bunlardan birincisi onunla bağlıdır ki, kənd təsərrüfatı məhsul-larının istehsalının artımının intensiv texnologiyaya əsaslanmaması, son nə-ticədə, istehsalın artım sürətini zəiflədir, ikincisi isə cəmiyyətdə təbəqə-ləşmənin mövcudluğu və nəticədə aztəminatlı ailə təbəqələrinin bazardan məhsul əldə etmək imkanlarını zəiflədir. Daha doğrusu, bazarda qiymətlərin səviyyəsinin yüksək artımı cəmiyyətin bütün təbəqələrinin minimum isteh-lak büdcəsi çərçivəsində məhsul əldə etmək imkanlarını məhdudlaşdırır. Beləliklə, kənd təsərrüfatının davamlı inkişafı həm iqtisadi və həm də sosial baxımdan ziddiyyətli məqamların aradan qaldırılması imkanlarının yüksəl-dilməsinə xidmət edir.

Ümumiyyətlə götürdükdə, kənd təsərrüfatının davamlı inkişafına yönə-lik tədbirlər sistemini, bütövlükdə iqtisadiyyatdan ayrılıqda təsəvvür etmək mümkün deyildir. Lakin bununla belə, bu aspektdə müəyyən ziddiyyətli məqamlar da mövcuddur. Belə ki, kənd təsərrüfatının özünəməxsus xüsu-siyyətlərə malik olması onun iqtisadiyyatın digər sahələri ilə müqayisədə inkişafının səviyyəsinə də öz təsirini göstərir. Bu baxımdan kənd təsər-rüfatının dinamik inkişafının təmin edilməsi həm milli iqtisadiyyatın dina-mik inkişafı aspektində, həm də ayrılıqda götürülmüş sistem şəklində sahənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, həyata keçirilməlidir.

Kənd təsərrüfatında davamlı inkişafın təmin edilməsi, əsas etibarilə, 3 məqsədin reallaşdırılmasına xidmət edir. Bunlardan birincisi, mülkiyyət mənsubiyyətindən asılı olmayaraq, kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat fəaliyyətinin gəlirliyinin yüksəldilməsi, yəni iqtisadi səmərəliliyin təmin edilməsi ilə bilavasitə bağlıdır. İkincisi isə kənd təsərrüfatında məhsul istehsalının artırılması, ərzaq bazarında bolluğun təmin edilməsi və qiymətlərin səviyyəsinin sabitləşdirilməsi və əhalinin alıcılıq qabiliyyətinin həmin məhsulları əldə etmək imkanlarının uyğunlaşdırılması ilə bağlıdır. Bu isə davamlı inkişafın sosial məqsədinin özündə əks etdirir. Davamlı inkişafın yuxarıda adı çəkilən məqsədlərinin reallaşdırılması, eyni zamanda ekoloji mühitin qorunmasına da xidmət etməlidir və bu da kənd təsərrüfatında davamlı inkişafın ekoloji məqsədini təşkil edir.

Yuxarıda qeyd etdiyimiz kimi, kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi müxtəlif mülkiyyət mənsublu sahibkarlıq qurumlarının fəaliyyətinə əlverişli şərait yaradılmasından, eləcə də bütövlükdə keçid iqtisadiyyatlı ölkələrdə transformasiya yönümlü dəyişikliklərin hüquqi təminatının reallaşdırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Aparılan araşdırmalar göstərir ki, transformasiya prosesini yaşayan respublikamızda artıq aqrar sahədə islahatların həyata keçirilməsi ilə bağlı zəruri hüquqi

Page 5: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

9

normativ aktlar qəbul edilmişdir. Artıq transformasiya prosesinin ikinci mərhələsi yaşanmışdır və bu mərhələdə yaranmış baza əsasında kənd təsər-rüfatının geniş təkrar istehsalının həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Lakin bu o demək deyildir ki, aqrar sahədə davamlı inkişafın təmin edilməsi ilə bağlı lazım olan qanunvericilik mexanizmi və iqtisadi metodlar effektiv şəkildə fəaliyyət göstərir. Aqrar sahədə islahatla-rın hüquqi təminatı ilə bağlı kifayət qədər effektiv qanunvericilik bazasının yaradılmasına baxmayaraq, hal-hazırda kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi ilə bağlı yetərli normativ hüquqi baza, demək olar ki, yaradılmamışdır. Bu aqrar sahənin davamlı inkişafının təmin edil-məsinin hüquqi baxımdan əsaslandırılması, ilk növbədə, institusional dəyişikliklərin həyata keçirilməsi ilə sıx bağlıdır. Aqrar sahənin davamlı inkişafının təmin edilməsi ilə bağlı zəruri institusional dəyişikliklərin həyata keçirilməsi, ilk növbədə, formalaşan yeni iqtisadi münasibətlərin xarakteri və xüsusiyyətlərinin nəzərə alınması ilə də sıx bağlıdır. Belə ki, ölkə iqtisadiyyatında uzun müddət fəaliyyət göstərən qeyri-səmərəli təsərrü-fat mexanizmi, nəticə etibarilə, iqtisadi subyektlərin təşəbbüskarlıq qabiliy-yətlərini, demək olar ki, məhdudlaşdırmışdır. Bu isə əsas etibarilə, hədsiz mərkəzləşdirilmiş təsərrüfat ierarxiyasının qurulmasına gətirib çıxarmışdır. İdarəetmənin və təsərrüfatçılığın inzibati amirlik prinsiplərindən uzaqlaşma, bazar iqtisadiyyatına keçidlə bağlı həyata keçirilən dəyişikliklər nəticəsində bu sistem, demək olar ki, tamamilə dağıdılmışdır və aqrar sahədə yeni istehsal infrastrukturlarının xarakterinə uyğun olan infrastruktur sisteminin yaradımaması da vəziyyəti mürəkkəbləşdirən cəhətlərdən biridir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aqrar sahənin davamlı inkişafını təmin etmək məqsədilə, dövlət kiçik və orta sahibkarlığın, o cümlədən aqrobiz-nesin səmərəliliyinin yüksəldilməsini təmin edən zəruri qanunvericilik aktları qəbul edir. Aqrar sahənin davamlı inkişafının təmin edilməsində aqrar kommersiya strukturlarının formalaşdırılması, o cümlədən səmərəli aqrobiznes strukturlarının yaradılması da mühüm əhəmiyyət kəsb edən məqamlardan biridir. Aqrobiznes strukturlarının formalaşdırılması, kiçik və orta sahibkarlığa qayğı göstərilməsi və bu sahənin təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə bağlı zəruri normativ qanunvericilik bazasının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, hal-hazırda kənd təsərrüfatı əmtəə istehsalçı-ları emal sənayesi sektorunun, o cümlədən xidmət strukturlarının davamlı inhisarçılığına məruz qalmaqdadır. Bundan əlavə, inhisarçılıq meylləri özünü məhsulların reallaşdırılması sektorunda da kəskin şəkildə biruzə verir. Bundan əlavə, ayrı-ayrı əcnəbi məhsulların daxili ərzaq bazarına daxil olması nəticəsində inhisarçı meyllərin müşahidə olun-ması, nəticə etibarilə, aqrar əmtəə istehsalçılarının maraqlarına mənfi təsir göstərir ki, bu da son nəticədə, aqrar sahədə davamlı inkişafı təmin etməyə imkan vermir. Bütövlükdə götürdükdə, aqrar sahənin davamlı inkişafının təmin edilməsini əngəlləyən faktorlara aşağıdakı mənbələr-dən formalaşdığı qənaətinə gəlmək olar:

- kənd təsərrüfatının maddi-texniki bazasının zəif olması;

10

- istehsal potensialından səmərəli istifadənin təmin olunmaması; - kənd təsərrüfatı inkişafının, əsas etibarilə, ekstenziv faktorlar üzərində

qurulması; - institusional bazanın zəif inkişaf etməsi, o cümlədən infrastruktur

sisteminin yaradılmaması; - kənd təsərrüfatı məhsulları bazarının xarici rəqabətin əlverişsiz təsirlə-

rindən effektiv şəkildə müdafiə olunmaması; - aqrar sahədə inhisarçılığın aradan qaldırılması və aqrar sahədə rəqabət

mühitinin dəstəklənməsi istiqamətində çevik fəaliyyət mexanizminin formalaşdırılmaması;

- aqrar sahənin davamlı inkişafının təmin edilməsinə istiqamətlənmiş təkmil hüquqi normativ bazanın yaradılmaması.

Dissertasiya işinin ikinci fəsli «Kənd təsərrüfatında davamlı inkişa-fın formalaşmasının mövcud vəziyyəti və inkişaf meylləri» adlanır. Bu fəsildə davamlı inkişaf kontekstində kənd təsərrüfatının milli iqtisadiyyatda rolunun qiymətləndirilməsi, kənd təsərrüfatında davamlı inkişafın formalaş-ması meylləri araşdırılmışdır.

Ölkədə aparılan aqrar islahatlar nəticəsində 3,4 milyon nəfəri birləşdirən 870 min ailəyə verilməsi nəzərdə tutulmuş 1392 min hektar torpaq sahə-sinin 1360 min hektarı və ya 97,7 faizi artıq paylanmış digər torpaqlar isə bələdiyyələrin və dövlətin mülkiyyətində saxlanmışdır. İslahatlar kənddə mülkiyyətçilərin yaranmasına, sahibkarlığın inkişafına, bazar iqtisadiyya-tının möhkəmlənməsinə və dönməzliyinə, kəndin simasının dəyişməsinə təkan vermişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergilərin ödənilməsində güzəştlər verilmişdir. Qısa müddətdə sürətlə və fundamental şəkildə həyata keçirilən keyfiyyət dəyişiklikləri nəticəsində son illər istehsalın sabitləş-məsi, məhsulun və məhsuldarlığın nəzərə çarpacaq dərəcədə yüksəlməsi, sahibkarlığın inkişafı, iş yerlərinin nisbətən artımı baş vermişdir. Əgər 1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi ildə orta hesabla 12 % aşağı düşürdüsə, artıq 1996-cı ildən başlayaraq bu göstərici artmağa başlamışdır.

1995-ci ildən etibarən başlanan ardıcıl və məqsədyönlü islahatlar nəticəsində kənd təsərrüfatında müxtəlif mülkiyyət mənsublu təsərrüfatçılıq subyektləri formalaşdırılmış, keçmiş kolxoz və sovxozlara məxsus olan torpaq və əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olan vətəndaşlara paylanmışdır. Həyata keçirilən islahatlar ölkədə aqrar bazar münasibətlərinin formalaşmasının fundamental əsaslarını yaratmışdır. Aqrar islahatların əsasını kənd təsərrüfatında sahibkarlığın inkişaf etdiril-məsi, azad rəqabət mühitinin formalaşdırılması təşkil etmişdir. Təbii ki, kənddə sahibkarlığın formalaşdırılması, iqtisadi fəal əhalinin təşəbbüskarlıq qabiliyyətlərinin genişləndirilməsinə stimul yaradılması nəinki aqrar sahədə iqtisadi böhranın dayandırılmasına səbəb olmuş, kənd təsərrüfatında isteh-salın artımına əlverişli şərait yaratmışdır.

Lakin bütün bunlara baxmayaraq kənd təsərrüfatfnfn sahəvi xüsusiyyət-ləri, daha doğrusu sahənin idarə olunmasının liberal iqtisadi münasibətlər

Page 6: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

11

sisteminə dözümsüzlüyü iqtisadiyyatın digər sahələri ilə müqayisədə artı-mın səviyyəsinə də təsir göstərmişdir. Belə ki, kənd təsərrüfatının investisi-ya cəlbediciliyinin aşağı olması, daxili və xarici kredit qurumlarının bu sahəyə kapital yatırmaq maraqlarının zəifliyi son nəticədə kənd təsərrüfatı məhsulları istehsalının ekstensiv faktorlar hesabına qurulmasına səbəb olmuşdur.

Ölkənin beynəlxalq münasibətlər sisteminə davamlı inteqrasiyası fonunda milli iqtisadiyyata yatırılan investisiyaların strukturunda yanacaq-enerji sektorunun hakim mövqe tutması sənayenin daha üstün sürətlə artımına gətirib çıxarmışdır. Məhz belə bir şəraitdə kənd təsərrüfatının milli iqtisadiyyatda yeri və rolunu şərtləndirən makrogöstərici olaraq onun ümumi daxili məhsuldakı xüsusi çəkisi istehsalın faktiki qiymətlərlə artımına baxmayaraq davamlı şəkildə azalmışdır.

Kənd təsərrüfatının milli iqtisadiyyatda yeri və rolu aşağıdakı cədvəldə öz əksini tapmışdır.

Cədvəl 1. Kənd təsərrüfatının milli iqtisadiyyatda xüsusi çəkisi, %-lə

İllər 1995 2000 2005 2010 Kənd təsərrüfatında məşğul olan

əhalinin milli iqtisadiyyatda xüsusi çəkisi

30,8 39,4 38,9 39,7

Kənd təsərrüfatında ümumi daxili məhsulun milli iqtisadiyyatda

xüsusi çəkisi 25,3 15,9 8,6 5,4

Kənd təsərrüfatında kapital qoyuluşunun milli iqtisadiyyatda

xüsusi çəkisi 1,9 0,7 0,7 4,4

Kənd təsərrüfatında əsas fondların milli iqtisadiyyatda

xüsusi çəkisi 20,9 14,4 8,8 7,9

Kənd təsərrüfatında əmək haqqı səviyyəsinin milli iqtisadiyyatda

xüsusi çəkisi 53,6 30,8 33,6 48,3

Cədvəlin təhlilindən belə qanaətə gəlmək olar ki, 1995-2010-cu illərdə bu və ya digər obyektiv və subyektiv faktorların təsiri nəticəsində kənd təsərrüfatında makroiqtisadi göstəricilərin milli iqtisadiyyatda xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür. Əgər, 1995-ci ildə kənd təsərrüfatında ümumi daxili məhsulun milli iqtisadiyyatda xüsusi çəkisi 25,3%, kapital qoyuluşunun milli iqtisadiyyata yatırılan investisiyaların strukturunda xüsusi çəkisi 1,9%, kənd təsərrüfatında əsas fondların məcmu əsas fondların strukturunda xüsusi çəkisi 20,9% təşkil etmişdirsə, 2010-cu ildə bu göstərici müvafiq olaraq 5,4; 4,4; 7,9% təşkil etmişdir. Lakin bununla belə, kənd təsərrüfatının makroiqtisadi göstəricilərində inkişaf tendensiyaları müşahidə edilməkdədir. Belə ki, 2000-ci illə müqayisədə kənd təsərrüfatında məşğul olan əhalinin sayı 18%, ümumi daxili məhsul

12

2,9 dəfə, kapital qoyuluşları 66,3 dəfə, əsas fondlar 2 dəfə yüksəlmişdir. 2010-cu ildə kənd təsərrüfatında məşğul olan əhalinin sayı 1720,6 min nəfər, ümumi daxili məhsul 2221,1 mln. manat, kapital qoyuluşları 431,0 mln manat, əsas fondlar 5321,7 mln. manat təşkil etimşdir.

Kənd təsərrüfatının milli iqtisadiyyatda xüsusi çəkisinin qiymətləndiril-məsi zamanı onun xarici iqtisadi əlaqələr sistemində, o cümlədən idxalda və ixracdə xüsusi çəkisinin müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Aparılan araşdırmalar göstərir ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaq və yeyinti məhsullarının idxalda xüsusi çəkisi yüksək olarsa bu ölkənin milli ərzaq təhlükəsizliyinin təmin edilməsinə təhdid kimi qiymətləndirilir. Kənd təsərrüfatı və ərzaq məhsullarının ixracda xüsusi çəkisinin yüksək olması isə yerli istehsalın xarici bazarlarda rəqabətə davamlılığının yetərliyini şərtləndirir. Kənd təsərrüfatı və ərzaq məhsullarının idxal və ixracda xüsusi çəkisi cədvəl 2-də göstərilmişdir.

Cədvəl 2. Kənd təsərrüfatı və ərzaq məhsullarının idxal və ixracda xüsusi çəkisi,

%-lə Göstəricilər 1999 2002 2003 2004 2005 2010

İdxal Ərzaq məhsullarının ümumi idxalda xüsusi

çəkisi 20,1 14,3 11,8 11,8

10,6 18,6

İdxal olunan ərzaq məhsullarında heyvandarlıq məhsullarının xüsusi çəkisi

12,8 14,4 12,2 9,2 10,0 6,9

İdxal olunan ərzaq məhsullarında bitkiçilik məhsullarının xüsusi çəkisi

55,9 44,6 47,0 56,0 38,4 35,4

İdxal olunan ərzaq məhsullarında yağ və yağ məhsullarının xüsusi çəkisi

6,1 5,7 8,0 7,4 8,1 7,5

İdxal olunan ərzaq məhsullarında hazır yeyinti və qida məhsullarının xüsusi çəkisi

25,2 35,3 32,8 27,5 43,5 49,9

İxrac Ərzaq məhsullarının ümumi ixracda xüsusi

çəkisi 6,4 3,1 4,9 4,3 7,5 5,5

İxrac olunan ərzaq məhsullarında heyvandarlıq məhsullarının xüsusi çəkisi

1,0 0,2 1,3 0,8 0,4 0,09

İxrac olunan ərzaq məhsullarında bitkiçilik məhsullarının xüsusi çəkisi

37,7 52,5 47,1 46,6 59,2 32,0

İxrac olunan ərzaq məhsullarında yağ və yağ məhsullarının xüsusi çəkisi

5,6 6,3 32,2 31,2 20,9 31,7

İxrac olunan ərzaq məhsullarında hazır yeyinti və qida məhsullarının xüsusi çəkisi

55,7 40,9 19,3 21,4 19,4 36,0

Qeyd etmək lazımdır ki, 2010-cu ildə ölkənin xarici ticarət balansının saldosu 14759,6 milyon ABŞ dolları olmuşdur. O cümlədən ərzaq məhsulları üzrə xarici ticarətdə 640375 min dollar mənfi balans yaranmışdır. 2005-ci illə müqayisədə 2010-cu ildə ərzaq məhsulları idxalının xüsusi çəkisi 10,6%-dən 18,6%-ə yüksəlmiş, onun mütləq həcmi

Page 7: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

13

24,4%, hazır yeyinti məhsullarının ölkəyə gətirilməsi 6,4% artmışdır. Təhlil olunan dövr ərzində heyvandarlıq məhsullarının idxalı 3,1%, bitki mənşəli məhsullar 3%, yağların idxalı 6% azalmışdır.

Ölkədən ixrac olunan məhsulların həcmi artsa da ərzaq məhsullarının ümumi ixracdakı payı ötən illə müqayisədə aşağı düşmüşdür. Ötən illə mü-qayisədə ərzaq məhsullarının ixracında heyvan mənşəli məhsulların payı 0,31%, bitki mənşəli məhsulların payı 27,2% azalma müşahidə olunmuşdur. Yağların ərzaq ixracında payı 10,8%, hazır yeyinti məhsullarının payı isə 15,6% artmışdır. Ümumilikdə götürdükdə ərzaq məhsullarının ümumi id-xalda xüsusi çəkisi yüksək olmaqla yanaşı eyni zamanda ərzaq məhsulla-rının ümumi ixracdaqa payı da nəzərəçarpacaq dərəcədə aşağı səviyyədədir.

Həyata keçirililən aqrar islahatların müvəffəqiyyəti ölkədə ərzaq böhranının dayandırılmasına, kənddə çoxukladlı iqtisadiyyatın formalaşmasına səbəb olsa da lakin bununla belə aqrar ərzaq kompleksində həllini gözləyən çoxsaylı problemlər də mövcuddur. Bu problemlər içərisində kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. qeyd etmək lazımdır ki, son illər xüsusilə aqrar islahatların ikinci mərhələsinin başlanmasından etibarən kənd təsərrüfatında davamlı inkişafın formalaşması meylləri özünü göstərməkdədir. Belə ki, «Aqrolizinq» ASC-nin xətti ilə kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı əmtəə istehsalçılarına 80 milyon manat dəyərində maliyyə yardımlarının göstərilməsi bu prosesin əyani təzahürü kimi qiymətləndirilə bilər.

Aparılan araşdırmalar göstərir ki, kənd təsərrüfatının ümumi məhsulu mövcud qiymətlərlə ilbəil artsa da lakin bütün bunlar davamlı inkişafı təmin etməyə yetərli olmamışdır. Kənd təsərrüfatı məhsullarının bütün təsərrüfat kateqoriyaları üzrə 1995-2010-cu illərdə ən yüksək artımı 2000-ci ildə 12,1% olmuşdur. 2010-cu ildə kənd təsərrüfatında artım səviyyəsi əvvəlki illə müqayisədə 1,9% olmuşdur. İqtisadiyyatda isə ümumi artım müvafiq olaraq 16,7%-ə bərabər olmuşdur. Kənd təsərrüfatı məhsullarının təsərrüfat kateqriyaları üzrə fiziki həcm indeksi ümumi daxili məhsulla müqayisəli şəkildə aşağıdakı cədvəl 3-də göstərilmişdir.

Cədvəldən göründüyü kimi, əvvəlki illə müqayisə etdikdə kənd təsərrü-fatının ümumi daxili məhsulunun artım sürəti xüsusilə son illər iqtisadiyyat üzrə ümumi daxili məhsulun artım sürətindən əhəmiyyətli dərəcədə geri qalır. Belə ki, əgər 2002-ci ildə iqtisadiyyat üzrə ümumi inkişaf səviyyəsi 14% olmuşdursa, kənd təsərrüfatında bu göstərici 6,4%, 2003-cü ildə müvafiq olaraq 18 və 5,6%, 2004-cü ildə 19 və 4,6%, 2005-ci ildə 47 və 7,5%, 2006-cı ildə 44 və 0,9%, 2007-ci ildə 25% və 4%, 2008-ci ildə 11% və 6%, 2009-cu ildə 9 və 3,5% təşkil etmişdir. 2010-cu ildə iqtisadiyyatda 5% artım, kənd təsərrüfatında isə 2,2% azalma özünü biruzə vermişdir.

Təhlil göstərir ki, davamlı inkişafın ilkin parametrini dayanıqlılıq təşkil edir. dayanıqlılıq isə ən azı artım səviyyəsinin əvvəlki illə müqayisədə aşağı olmamasını özündə əks etdirməklə qeyri-sabit və yeknəsək artımı istisna edir. Göründüyü kimi kənd təsərrüfatında 2001-ci ildən etibarən yeknəsək və qeyri-sabit artım müşahidə edilir. Dooğrudur, bu tendensiya 2006-2010-

14

cu illərdə də iqtisadiyyatda ümumi daxili məhsulun artım sürətində də özünü biruzə vermişdir. Belə ki, əgər 2005-ci ildə əvvəlki illə müqayisədə iqtisadiyyatda inkişaf səviyyəsi 47% təşkil etmişdirsə, 2006-cı ildə bu göstərici 44%-ə, 2010-cu ildə isə 5%-ə bərabər olmuşdur. Odur ki, aqrar sahədə davamlı inkişafın təmin edilməsi ilk növbədə dayanıqlılığın formalaşdırılmasından başlanmalıdır. Daha doğrusu, kənd təsərrüfatında ümumi daxili məhsulun səviyyəsi iqtisadiyyatda ümumi daxili məhsulun artım sürətinə yaxınlaşdırılmalıdır.

Cədvəl 3. İqtisadiyyatda ümumi daxili məhsulun və kənd təsərrüfatı məhsullarının

təsərrüfat kateqriyaları üzrə fiziki həcm indeksinin müqayisəsi (əvvəlki ilə nisbətən, faizlə)

O cümlədən İllər İqtisadiyatda ümumi daxili

məhsul indeksi

Kənd təsərrüfatında ümumi daxili məhsul

indeksi Bitkiçilikdə Heyvandarlıqda

1996 128 103 103,6 102,3 1997 116 93,9 85,7 104,6

1998 109 106,2 104,0 108,6 1999 110 107,1 109,3 104,7 2000 125 112,1 119,7 103,9 2001 113 111,1 116,1 104,1 2002 114 106,4 107,0 105,5 2003 118 105,6 105,3 106,2 2004 119 104,6 104,0 105,7 2005 147 107,5 110,5 103,6 2006 144 100,9 99,2 102,9 2007 125 104,0 102,4 106,1 2008 111 106,1 107,2 104,1 2009 109 103,5 104,0 102,8 2010 105 97,8 91,1 106,1

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında davamlı inkişaf meyllərinin yaranmasına destruktiv təsir göstərən amillərdən biri də bu sahənin iqtisadiyyatına yatırılan investisiyaların sənaye, nəqliyyat –rabitə və digər sahələrdən əhəmiyyətli dərəcədə geri qalmasıdır. Adı çəkilən sahələrdə investisiya qoyuluşlarının kənd təsərrüfatını qabaqlama tendensiyaları aşağıdakı cədvəldə göstərilmişdir.

Cədvəlin təhlili göstərir ki, sənaye sektoruna investisiya qoyuluşları kənd təsərrüfatına investisiya qoyuluşlarını 1995-ci ildə 23,5 dəfə qobaqlamışdırsa, bu göstərici 2010-cu ildə 9,9 dəfə təşkil etmişdir. Sənaye sektoruna investisiya qoyuluşlarının kənd təsərrüfatını ən yüksək sürətlə qabaqladığı il 1997-ci il olmuşdur ki, bu ildə də kənd təsərrüfatı ilə müqayisədə sənayeyə 161,5 dəfə çox investisiya yatırılmışdır.

Qeyd etmək lazımdır ki, nəqliyyat-rabitə sektorunda investisiya qoyuluşları 1995-ci ildə kənd təsərrüfatını 2,7 dəfə geridə qoymuşdursa 2010-cu ildə bu göstərici 6,8 dəfə təşkil etmişdir. Nəqliyyat-rabitə

Page 8: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

15

sektorunda investisiya qoyuluşlarının həcminin kənd təsərrüfatını üstələdiyi ən yüksək sürət 2005-ci ildə olmuşdur ki, bu da 16,4 dəfə təşkil etmişdir.

Cədvəl 4. İqtisadiyyatın sahələri ilə müqayisədə kənd təsərrüfatına investisiya

qoyuluşlarının nisbəti Sənaye Nəqliyyat-rabitə Digər sahələr

1995 23.53 2.67 23.33 1996 47.81 2.26 15.24 1997 161.48 9.63 54.23 1998 119.77 10.55 27.42 1999 52.07 12.03 18.34 2000 101.46 13.75 32.15 2001 99.51 15.84 23.14 2002 94.20 8.01 16.27 2003 85.60 11.27 9.66 2004 111.88 12.21 14.97 2005 102.45 16.44 20.74 2006 73.66 14.43 17.67 2007 18,87 3,06 7,03 2008 12,63 5,93 9,29 2009 12,10 6,44 8,81 2010 9,92 6,84 5,62

Göründüyü kimi iqtisadiyyatın digər sahələrinə investisiya qoyuluşları kənd təsərrüfatını 1995-2010-cu illərdə müvafiq olaraq 23,3 – 5,6 dəfə qabaqlamışdır. Təbii ki, statistik məlumatlardan göründüyü kimi kənd təsər-rüfatına investisiya qoyuluşlarının olduqca cüzi xüsusi çəkiyə malik olması elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsalata tətbiqi imkanları-nı məhdudlaşdırır. Bu da istehsal sahəsində məhsuldarlığın azalmasına gəti-rib çıxarır ki, nəticədə kənd təsərrüfatında ümumi daxili məhsulun artım sürəti iqtisadiyyatın digər sahələrindən əhəmiyyətli dərəcədə geri qalır. Təhlil göstərir ki, kənd təsərrüfatında ayrı-ayrı məhsul növləri üzrə məhsul-darlıq səviyyəsinin faktiki və potensial hədləri arasında 2,5-3 dəfəyə qədər fərq mövcuddur. Bu isə hər il təxminən 2 dəfəyə qədər götürülməmiş məhsul deməkdir. Məlum olduğu kimi, investisiyalar gələcək dövrdə yara-dılan məhsul deməkdir. Odur ki, kənd təsərrüfatına investisiya yatırımları-nın artırılması davamlı inkişafın başlıca hərəkətverici qüvvəsini təşkil edir.

Dissertasiya işinin üçüncü fəsli «Kənd təsərrüfatının davamlı inkişafının tənzimlənmə mexanizminin təkmilləşdirilməsi» adlanır. Bu fəsildə kənd təsərrüfatı istehsalının davamlı inkişafının iqtisadi vasitələrdə tənzimlənməsinin təkmilləşdirilməsinə kopseptual yanaşma əsaslandırılmış, kənd təsərrüfatı istehsalının davamlı inkişafının təmin edilməsi istiqamətləri araşdırılmış, kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində əmtəə-kredit korporasiyalarının rolu müəyyənləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, ölkədə aqrar sahənin bazar münasibətlərinə uyğunlaşdırılması ilə bağlı qəbul edilmiş hüquqi-normativ aktlar,

16

bütövlükdə aqrar sahənin bazar təsərrüfatçılıq sisteminin inkişafına əlverişli şərait yaratmışdır. 1995-99-cu illərdə həyata keçirilən islahatlar, ilk növbədə, aqrar sahədə liberal tənzimlənmə metodlarının əsasını qoymuş və bütövlükdə aqrar sahənin bazar təsərrüfatçılıq sisteminin xarakterinə tam mənası ilə uyğunlaşdırılmışdır. 1999-cu ildən etibarən, aqrar sahədə bazar münasibətlərinin inkişafı ilə paralel şəkildə dövlət tənzimlənməsi metodlarının da əsası qoyulmuşdur. Belə ki, 23 fevral 1999-cu il tarixli aqrar sahədə islahatların sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə kənd təsərrüfatı əmtəə istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergi növlərindən azad olunması, bütövlükdə dövlət tərəfindən iqtisadi tənzimlənmə metodlarının başlanğıcı kimi qəbul edilməlidir. Bundan sonra, dövlət tərəfindən həyata keçirilən silsilə tədbirlər sisteminə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlər də mühüm rol oynamışdır. Bu tədbirlərdən biri də «Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının 2004-2008-ci illər» 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Preziden-tinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət Proqramı» olmuşdur. Bu fərmanla regionlarda yeni iş yerlərinin yaradılmasına və məşğulluğun genişləndirilməsinə istiqamətlənmiş tədbirlər geniş vüsət almışdır. Bundan əlavə, aqrar bölmədə lizinqin təkmilləşdiril-məsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Preziden-tinin sərəncamı ilə aqrolizinq açıq tipli səhmdar cəmiyyətinin yaradılması, kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Bundan əlavə, «Kənd təsərrüfatı əmtəə istehsalçılarına dövlət yardımının verilməsi haqqın-da» 27 yanvar 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sə-rəncamı ilə hektara 40 manat olmaqla, kənd təsərrüfatı əmtəə istehsalçı-larına subsidiya verilmişdir və həmin subsidiya yanacaq-enerji daşıyıcıla-rının qiymətlərinin artmasının kompensasiya edilməsinə yönəldilmişdir.

Bazar özünütənzimlənməsi mexanizmi aqrar sahənin beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının həyata keçirilməsində özünəməxsus rol oynamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar azad rəqabət mühitinin formalaşması, aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafı, biznes strukturlarının yaradılması və s. bağlı olmuşdur.

Qeyd etmək lazımdır ki, aqrar sahədə bazar özünütənzimlənməsinin inkişaf genişləndirilməsi, bir sıra destruktiv təzahürlər də doğurmuşdur. Bu təzahürlərə aşağıdakıları şamil etmək olar:

- aqrar islahatların ilkin dövrlərində kənd təsərrüfatı əmtəə istehsal-çılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsində problem-lərin yaradılması, bütövlükdə kənd təsərrüfatının istehsal-texniki potensialı-nın fiziki və mənəvi cəhətdən köhnəlməsi;

- kənd təsərrüfatı əmtəə istehsalçılarının ağır maliyyə vəziyyəti; - sahələrarası qiymət dispariteti; - aqrar ərzaq məhsullarına olan tələbin ödənilməməsi;

Page 9: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

17

- aqrar bazarların inkişaf etməməsi, tənzimlənmənin effektiv sisteminin mövcud olmaması, regionlararası ticarət baryerlərinin mövcudluğu, regionlarda qiymət disparitetlərinin kəskin şəkildə özünü göstərməsi.

Aqrar sahədə yuxarıda adı çəkilən problemlər, son nəticədə, aqrar sahədə davamlı inkişafın təmin edilməsinə hazırki şəraitdə də müəyyən əngəllər törətməkdədir. Bu baxımdan aqrar sahənin davamlı inkişafını əngəlləyən problemlərin aradan qaldırılmasına yönəldilmiş aqrar-ərzaq siyasətinin məqsəd və vəzifələrinə aşağıdakıları şamil etmək olar:

- aqrar-ərzaq siyasəti, ilk növbədə, təkmil aqrar-ərzaq bazarlarının for-malaşdırılmasına istiqamətmətlənməklə ərzaq təminatına xidmət etməlidir; - dövlətin aqrar-ərzaq siyasəti, eyni zamanda aqrar və sənaye istehsalının davamlı inkişafını təmin etməklə, kənd əhalisinin gəlirlərinin artırılmasına və aqrar istehsalın resurs təminatının yaxşılaşdırılmasına istiqamətlən-məlidir;

- aqrar-ərzaq kompleksinin inkişafı dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən biri olmadlıdır.

Dövlətin aqrar-ərzaq siyasətinin strateji vəzifələrinə aşağıdakılar şamil edilir:

- iqtisadi sahədə dövlətin aqrar ərzaq siyasəti, ilk növbədə, rəqabət qabi-lyyətli aqrar sənaye istehsalının formalaşdırılmasına və onun səmərəliliyi-nin yüksəlməsinə xidmət etməlidir ki, bu da ölkənin ərzaq təhlükəsizliyinin qarantı kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, hazırda iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar sahədə də bazar təsərrüfatçılıq sisteminə və beynəlxalq münasibətlərə inteqrasiya prosesi həyata keçirilir. Bu baxımdan yerli aqrar-ərzaq bazarları ilə beynəlxalq aqrar-ərzaq bazarları arasında səmərəli inteqrasiya münasibətlərinin formalaşdırılması və yerli istehsalçıların xarici bazarlarda davamlı rəqabət aparmaq imkanları təşviq edilməli və bu proses dövlət tərəfindən dəstəklənməlidir;

- sosial sfrerada. Sosial sahədə dövlətin aqrar-ərzaq siyasəti, əsas etibarilə, kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına və kəndin sosial infrastrukturunun inkişafına xidmət etməlidir;

- ekoloji sahədə dövlətin aqrar-ərzaq siyasəti, ilk növbədə, ekoloji cəhətdən təhlükəsiz qida məhsullarının istehsalına xidmət etməlidir. Təbii ki, bu zaman aqrar sənaye istehsalının həyata keçirilməsi ilə bağlı təbii resursların qorunub saxlanması və ekoloji mühitin sağlamlaşdırılması ön plana çəkilməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi və mineral gübrələrin tətbiqi zamanı zərərli kimyəvi maddələrin yükünün aşağı salınması da diqqəti cəlb edən məsələ-lərdən biridir. Bu məqsədlə, ilk növbədə, ekoloji cəhətdən təmiz texnologi-yaların tətbiq edilməsi aqrar-ərzaq siyasətinin ekoloji vəzifələrindən biri hesab edilir.

Aqrar sahənin davamlı inkişafının təmin edilməsi məqsədilə, dövlətin aqrar-ərzaq siyasəti aşağıdakı kompleks tədbirlərin həyata keçirilməsini özündə əks etdirir:

- ərzaq bazarlarının tənzimlənməsi; -kənd təsərrüfatı üçün maddi-texniki resurslar bazarının formalaşdırıl-

18

ması və onun tənzimlənməsi; - kənd təsərrüfatında torpaq bazarının tənzimlənməsi; - institusional siyasət; - kənd ərazilərinin inkişafı; - ekoloji siyasət; - elmi və kadr təminatı; - aqrar-ərzaq kompleksinin idarə olunması sisteminin təkmilləşdirilməsi; - aqrar-ərzaq siyasətinin hüquqi-normativ bazasının formalaşdırılması. Yuxarıda qeyd etdiyimiz kimi, kənd təsərrüfatı istehsalının davamlı

inkişafının təmin edilməsi azad bazarla kənd təsərrüfatının dövlət tənzim-lənməsi arasında optimal nisbəti yaratmadan mümkün deyildir. Nəzəri baxımdan yanaşdıqda, kənd təsərrüfatının inkişafına dövlətin müdaxiləsi milli iqtisadiyyatın ən mühüm sahəsi olan aqrar-ərzaq kompleksində strateji məqsədlərin qorunmasına xidmət edir. Milli iqtisadiyyatın ən mühüm tərkib hissəsi olan strateji sahə kimi kənd təsərrüfatında dövlətin tənzimlənməsi, ilk növbədə, təkmil rəqabət bazarlarının mövcud olmaması səbəbindən irəli gəlir. Bundan əlavə, təbii inhisarçılığın eksternal təsirləri, eləcə də ictimai xidmət və maddi nemətlərə olan tələbatın ödənilməsi aqrar sahənin başlıca məqsədi olduğundan, kənd təsərrüfatının inkişafının dövlət tərəfindən tənzimlənməsinə yönəldilmiş tədbirlər, bütövlükdə iqtisadiyyatda sosial-iqtisadi sabitliyin qorunmasına istiqamətlənir.

Qeyd etmək lazımdır ki, hal-hazırda keçid dövrünü yaşayan respub-likamızda inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdən fərqli olaraq, kənd təsərrüfatının dövlət tənzimlənməsi ilə azad bazar sistemi arasında optimal dərəcədə təsir münasibətləri, daha doğrusu, optimal sərhədlər, demək olar ki, formalaşdırılmamışdır.

Məlum olduğu kimi, keçmiş Sovetlər Birliyində iqtisadiyyatın inzibati amirlik metodları hakim mövqe tutmuş və iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahədə də mərkəzləşdirilmiş planlaşdırma və dövlət tənzimlənməsi prioritet rola malik olmuşdur. Bu baxımdan azad bazar münasibətlərinin inkişafı, demək olar ki, arxa plana keçmiş və bazar münasibətlərinin, demək olar ki, ən bəsit forması kimi kolxoz bazarları ge-niş yayılmışdır. Daha doğrusu, kolxoz bazarlarında tələb və təklif arasındakı tənzimlənmənin müəyyən atributlarını görmək mümkün idi. 90-cı illərin əvvəllərindən etibarən, iqtisadiyyatda planlı təsərrüfatçılıq sistemindən bazar münasibətlərinə keçid şəraitində, demək olar ki, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı istehsalında da mərkəzləşdirilmiş planlaşdırma və tənzimlənmə sistemindən tam mənası ilə imtina edilmişdir. 90-cı illərin əvvəllərindən etibarən, kənd təsərrüfatının inkişafı sahəsində azad bazar münasibətləri əsas prioritet istiqamət təşkil etməyə başlamışdır. Bütün bunlar isə ona gətirib çıxarmışdır ki, nəticə etibarilə, iqtisadi tənzimləyicilər arasında bəzən ziddiyyətli məqamlar da formalaşmışdır. Belə ki, azad bazar qiymətləri ilə vergi və kredit rıçaqlarının formalaşdırıl-ması arasında ziddiyyətlər yaranmışdır. Belə ki, azad bazar qiymətləri, əsas etibarilə, bazar təsərrüfatçılıq sisteminin formalaşmasının ən mühüm tərkib elementi kimi çıxış etməyə başlamışdır. Vergilər və kreditlər isə dövlət

Page 10: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

19

tənzimləyicilərinin geniş yayılmış populyar mexanizmləri olduğundan, əslində bazar və dövlət tənzimləyiciləri arasında nəinki optimal nisbət formalaşdırılmış, əslində, əksər hallarda ziddiyyətli məqamlar da azad rəqabət olmamışdır. Ümumiyyətlə, aqrar sahədə transformasiya yönümlü dəyişikliklərin ilkin mərhələlərində daha çox liberal tənzimlənmə meylləri üstünlük təşkil etmişdir ki, bu isə daha çox Qərb ölkələrinin iqtisadi təbliğatı və iqtisadi təsirləri fonunda reallaşdırılmışdır. Bu zaman azad qiymətqoyma daha çox istehsalın inkişafının və bazar təsərrüfatçılıq sisteminin başlıca stimulu kimi xarakterizə olunmaqla yanaşı, vergi və kredit mexanizmləri isə bu prosesin tormozlanmasının, yəni qarşısının alınmasının ən mühüm atributu kimi səciyyələnmişdir. Təbii ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar sahədə də liberal tənzimlənmə meyllərinin üstünlük təşkil etməsi gözlənilən paritet nəticələri verə bilməz. Bu isə onunla bağlıdır ki, aqrar sahə kifayət qədər azgəlirli və spesifik xüsusiyyətlərə malik sahədir və ölkənin milli təhlükəsizliyinin ən mühüm tərkib elementi kimi ərzaq təhlükəsizliyinin qorunmasında mühüm rola malikdir. Bu baxımdan qloballaşma prosesinin tərəfdarları olan Qərb dövlətləri keçid iqtisadiyyatlı ölkələrdə aqrar-ərzaq kompleksinin dəstək-lənməsi, daha çox liberal fəaliyyətin həyata keçirilməsini təşviq etməyə çalışırlar. Bu isə inkişaf etmiş ölkələrin keçid iqtisadiyyatlı ölkələrin bazarlarına daxil olmasına yönəldilmiş tədbirlərdən başqa bir şey deyildir.

Kənd təsərrüfatı istehsalının davamlı inkişafının təmin edilməsi isə əslində ərzaq bazarında yerli istehsalın xüsusi çəkisinin yüksəldiməsinə xidmət edir. Bu baxımdan kənd təsərrüfatı istehsalının davamlı inkişafının təmin edilməsi iqtisadi tənzimlənmə metodlarının həyata keçirilməsi ilə sıx əlaqədardır ki, bu da davamlı inkişafın sıx mexanizmi vasitəsilə reallaş-dırılır. Davamlı inkişafın iqtisadi mexanizminə, ilk növbədə, təminatlı qiy-mətlər, vergi və kredit münasibətlərini şamil etmək mümkündür.

Aqrar sahənin davamlı inkişafının təmin edilməsinə yönəldilmiş tədbir-lər, ilk növbədə, kənd təsərrüfatında formalaşan iqtisadi mexanizmin yeni istehsal münasibətlərinin xarakterinə uyğun olaraq təkmilləşdirilməsini və bu zaman ölkənin strateji iqtisadi maraqlarının qorunması və ərzaq təh-lükəsizliyi başlıca meyar hesab olunmalıdır. Kənd təsərrüfatında davamlı inkişafın iqtisadi mexanizminin təkmilləşdirilməsi əsas aşağıdakı 2 elementi özündə əks etdirir:

- müxtəlif iqtisadi tənzimləyicilərin bir-biri ilə vahid şəkildə qarşılıqlı olaraq əlaqələndirilməsi (qiymət, vergi, kredit və sair). Bu əlaqələndirmə, ilk növbədə, dövlətin vahid aqrar-ərzaq siyasəti keçirməsinə yönəlmiş tədbirlərin səmərəliliyinin yüksəlməsinə xidmət edir;

- ayrı-ayrı bazar rıçaqları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi. Bu ilk növbədə, kənd təsərrüfatı istehsalının tənzimlənməsi proseslərində ziddiyyətli məqamların aradan qaldırılmasına istiqamətlənir.

Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsinə yönəldilmiş iqtisadi mexanizmin təkmilləşdirilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir:

- geniş təkrar istehsal prosesinin obyektiv və subyektiv faktorlarının ifrat

20

dərəcədə reallaşdırılmasının məhdudlaşdırılması; - kənd təsərrüfatı istehsalının inkişafı üçün davamlı şəraitin təmin

edilməsi. Bu ilk növbədə, sahədaxili və sahələrarası aspektdə aqrar sahənin davamlı inkişafına təsir göstərən faktorların netrallaşdırılmasını özündə əks etdirir;

- mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, kənd təsərrü-fatı istehsalı üçün geniş təkrar istehsal prosesinin həyata keçirilməsinə bərabər ilkin şəraitin yaradılması;

- torpaqdan istifadə edilməsinin çevik sistemlərinin formalaşdırılması; - kənd təsərrüfatı istehsalının səmərəli yerləşdirilməsi və ixtisaslaşdırıl-

masının stimullaşdırılması; - kəndin sosial infrastrukturunun inkişafı; - ətraf mühitin mühafizəsinin təşkili. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, aqrar

sahənin davamlı inkişafının təmin edilməsinin iqtisadi mexanizmin tək-milləşdirilməsi üçün kənd təsərrüfatı qanunvericiliyinin stabil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar, ilk növbədə, kənd təsərrüfatı istehsalının planlaşdırılması və proqnozlaşdırılmasının çevik mexanizmlərin yaradılmasına da xidmət etməlidir.

Dissertasiya işinin nəticə bölməsində kənd təsərrüfatının davamlı inkişa-fının iqtisadi vasitələrlə tənzimlənməsi ilə bağlı elmi cəhətdən əsaslan-dırılmış təkliflər və tövsiyələr öz əksini tapmışdır.

Dissertasiya işinin mövzusu ilə bağlı müəllifin aşağıdakı məqalələri dərc edilmişdir.

1.Kənd təsərrüfatının davamlı inkişafının məqsəd və vəzifələri. Azərbaycan Aqrar Elmi №6 Bakı, 2008, səh. 134-136.

2.Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzimlənmə vasitələrinin rolu. Az.ETKTİ və Tİ. Elmi əsərləri № 3, Bakı, 2008, səh. 296-298.

3.Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsinin iqtisadi mexanizminin təkmilləşdirilməsi yolları. Az.ETKTİ və Tİ. Elmi əsərləri № 4, Bakı, 2008, səh. 173-175.

4.Kənd təsərrüfatının mili iqtisadi inkişafda rolu. Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstitutu, Elmi əsərlər №2, Bakı, 2009, səh. 150-154.

5.Специфические особенности устойчивого развития в сельском хозяйстве. Журнал «Аграрного – экономическая наука и технологии». Тбилиси, № 4, 2009, стр. 81-84.

6.Features of the sustainable development of agriculture. Междуна-родный технико-экономиский жуpнал, №4, Москва, 2009, стр. 10-12.

7.Kənd təsərrüfatının iqtisadi vasitələrlə tənzimlənməsi məsələləri. Azərbaycan Milli Elmlər akademiyasının xəbərləri. İqtisad elmləri seriyası №3. Bakı, 2009, səh. 180-183.

Page 11: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

21

Агаев Алван Гасан оглы

РЕЗЮМЕ

Регулирование устойчивого развитие сельского хозяйства экономическими методами

Диссертация состоит из введения, трех глав, выводов и списка

использованной литературы. Во ведении обоснована актуальность темы, определены цель и

задачи исследования, изложена научная новизна, практическая значимость и дана апробация работы.

В первой главе диссертации - «Теоретические основы обеспечения устойчивого развития в сельском хозяйстве» - исследованы теорети-ческие основы и концептуальные особенности регулирования устой-чивого развития сельского хозяйства экономическими методами.

Вторая глава называется «Cовременное состояние и тенденции развития и формирования устойчивого развития в сельском хозяй-стве». Здесь оценивается роль сельского хозяйства в национальной экономике в контексте его устойчивого развития, исследуются тенденции этого развития.

В третьей главе -«Совершенствование механизма регулирования устойчивого развития сельского хозяйства» - обосновывается концептуальные подходы совершенствования механизма устойчивого развития сельского хозяйства, раскрывается роль товарно-кредитных кооперативов в обеспечении устойчивого развития сельского хоз-яйства, исследуется этапы формирования нормативно-правовой базы в аграрно-продуктовой сфере.

В заключении диссертации обобщены результаты исследования и предложения автора, имеющие теоретическое и практическое зна-чение.

22

Aghayev Alvan Hasan oglu SUMMARY

Sustainable development of agriculture and its regulation of economic facilities

The dissertation contains introduction, three chapter and literature. The introduction is substantiated actuality aims and purposes, scientific

newness, approbation of work and its practical significance. The first chapter is called “Theoretical foundations of sustainable

development in agriculture“. The theoretical foundations and conceptual features regulation of sustainable development have been disclosed in the first chapter

The second chapter is called “The current state and trends of promoting sustainable development in agriculture. In this chapter the role of agriculture in the national economics with the context of sustainable development have been estimated.

The third chapter of dissertation is called “The role of the commodity and credit cooperatives in sustainable development of agriculture» The role of commodity and credit cooperatives in the sustainable development of agriculture have been disclosed, and the formation of the regulatory framework in the agro-food policy are researching.

In the conclusion of the thesis results and suggestions which have theoretical and practical significance have been summarized.

Page 12: AZƏRBAYCAN RESPUBLİKASI KƏND …...Azərbaycan Aqrar Elmi 6 Bakı. 2008, Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsində iqtisadi tənzim-lənmə vasitələrinin

23

Kağız formatı (210х297) ¼

Kağız №1, uçot cap vərəqi 1,0 ç.v. sifariş № 9, tiraj 100

Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi

Rezoqrafiya üsulu ilə cap olunmuşdur

Gəncə şəhəri, Ozan küçəsi, 102.

24

МИНИСТЕРСТВО СЕЛЬСКОГО ХОЗЯЙСТВА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

АЗЕРБАЙДЖАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ

АГРАРНЫЙ УНИВЕРСИТЕТ

На правах рукописи

Агаев Алван Гасан оглы

Регулирование устойчивого развития сельского хозяйства экономическими методами

08.00.05 – Экономика и управление народным хозяйством (сельское хозяйство)

АВТОРЕФЕРАТ

диссертации на соискание научной степени доктора философии по

экономике

Ганджа - 2012