473
See discussions, stats, and author profiles for this publication at: https://www.researchgate.net/publication/308723935 PALEOGEOLOGY OF OIL AND GAS BEARING REGIONS IN AZERBAIJAN, ПАЛЕОГЕОЛОГИЯ НЕФТЕГАЗОНОСНЫХ РАЙОНОВ АЗЕРБАЙДЖАНА Book · March 2015 CITATIONS 0 READS 4,663 3 authors, including: Ahmed M. Salmanov "OilGasScientificResearchProject" Institute, SOCAR 76 PUBLICATIONS 12 CITATIONS SEE PROFILE Bakir Maharramov "OilGasScientificResearchProject" Institute, SOCAR 57 PUBLICATIONS 4 CITATIONS SEE PROFILE All content following this page was uploaded by Bakir Maharramov on 30 September 2016. The user has requested enhancement of the downloaded file.

ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

  • Upload
    others

  • View
    23

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

See discussions, stats, and author profiles for this publication at: https://www.researchgate.net/publication/308723935

PALEOGEOLOGY OF OIL AND GAS BEARING REGIONS IN AZERBAIJAN,

ПАЛЕОГЕОЛОГИЯ НЕФТЕГАЗОНОСНЫХ РАЙОНОВ АЗЕРБАЙДЖАНА

Book · March 2015

CITATIONS

0READS

4,663

3 authors, including:

Ahmed M. Salmanov

"OilGasScientificResearchProject" Institute, SOCAR

76 PUBLICATIONS   12 CITATIONS   

SEE PROFILE

Bakir Maharramov

"OilGasScientificResearchProject" Institute, SOCAR

57 PUBLICATIONS   4 CITATIONS   

SEE PROFILE

All content following this page was uploaded by Bakir Maharramov on 30 September 2016.

The user has requested enhancement of the downloaded file.

Page 2: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV
Page 3: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARININ

PALEOGEOLOGİYASI

Bakı-2015

Page 4: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

2

Məsləhətçilər: Bağır Əli oğlu Bağırov Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor

Rəşid Lətif oğlu Zeynalov geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Elmi redaktor: Rahid Ramiz oğlu Rəhmanov Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi, geologiya-mineralogiya elmləri doktoru Texniki redaktor: Akif Əli Abbas oğlu Rzayev geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Korrektor: Süheylə Məhərrəmova Kompyuter dizayneri: Rövşən Hüseynov, Mirzəli Qurbanov Salmanov Əhməd, Süleymanov Əli, Məhərrəmov Bakir Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası. Bakı, ............ nəşriyyatı, 2014, 471 səh.

Monoqrafiyada Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası şərh olunur. Neftli-qazlı rayonların geoloji inkişaf tarixi izlənilməklə onların paleotektonik, paleostruktur və paleocoğrafi şəraitləri araşdırılıb. Ayr-ayrı rayonların çöküntü komplekslərinin litofasial xüsusiyyətləri tədqiq edilərək, bu çöküntülərlə əlaqədar tələlərin ehtimal olunan neft-qazlılıq perspektivliyi proqnozlaşdırılıb.

Monoqrafiya neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahələrində fəaliyyət göstərən elmi-tədqiqat institutlarında, ali təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbə və aspirantların istifadəsi üçün nəzərdə tutulub.

Page 5: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

3

Salmanov Əhməd Mayis oğlu, 3 iyun 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuş, 1984-cü ildə həmin institutun “Geoloji-kəşfiyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Azərbaycan EA-nın “Dərin Neft Yataqlarının Problemləri İnstitutu”nda əmək fəaliyyətinə başlamışdır.

1991-ci ildə “Yataqların işlənməsinin son mərhələsində neft hasilatının dinamikasının geoloji-riyazi modelləşdirilməsi və layların

neftverməsinin artırılması üsulların tətbiqinin effektivliyinin qiymətləndirilməsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1992-ci ildə “Azərbaycan Dövlət Neft Akademiyası”na müsabiqə yolu ilə işə götürülmüş və 2007-ci ilin may ayınadək “Neft-qaz mədən geologiyası” kafedrasında dosent vəzifəsində çalışmışdır. 1998-ci ildə AAK tərəfindən dosent elmi adına layiq görülmüş, 2007-ci ilin may ayından 2009-cu ilin iyul ayınadək “Azərbaycan Dövlət Neft Şirkəti”nin ETİ-də direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2009-cu ildə “Neft yataqlarının səmərəli mənimsənilməsi yollarının geoloji-riyazi modellə əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və yer elmləri üzrə doktor dərəcəsinə layiq görülmüşdür.

Elmi tədqiqat istiqamətləri neft yataqlarının səmərəli mənimsənilməsi, işlənmənin son mərhələsində neft hasilatının dinamikasının proqnozu, geoloji-riyazi modelləşdirilmə, layların neftverməsinin artırılması üsulları ilə əlaqədardır. 85 elmi məqalə, o cümlədən 6 metodik göstərişin müəllifidir.

2009-cu ilin iyul ayından ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda geologiya və yataqların işlənməsi üzrə direktorun müavini vəzifəsində çalışır.

2011-ci ilin sentyabr ayında “Tərəqqi medalına” layiq görülmüşdür. 2012-ci ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin

Prezidenti, 2013-cü ilin mart ayından isə Azərbaycan Respublikası Prezidenti yanında “Ali Attestasiya Komissiyası”nın eksperti seçilmişdir.

Page 6: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

4

Süleymanov Əli Mahmud oğlu 13 mart 1937-ci ildə Şabran rayonunun Zeyvə kəndində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1960-cı ildə institutu bitirərək, təyinatla Türkmənistanın “Cənub-Şərqi Qaraqum ekspedisiyası”nda texnik-geoloq vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1961-1964-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda texnik-geoloq, mühəndis-geoloq vəzifələrində işləmiş, 1965-1968-ci

illərdə həmin İnstitutun nəzdində aspiranturanın əyani şöbəsində oxumuşdur. 1969-cu ildə “Xəzəryanı-Quba neftli-qazlı rayonunun Təbaşir dövründə paleogeologiyası və Təbaşir çöküntülərinin neft-qazlılığı” mövzusunda dissertasiya işi müdafiə edərək yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

1978-1980-ci illərdə Hindistan Respublikasının ONGC şirkətinə qeyri-antiklinal tipli neft-qaz yataqlarının axtarış-kəşfiyyatı üzrə Sovet eksperti, 1986-1989-cu illərdə Suriya Ərəb Respublikasında Suriya-Sovet birgə geoloji kontraktında baş geoloq, 1989-1994-cü illərdə AzNQSDETL İnstitutunda böyük və aparıcı-geoloq vəzifələrində işləmişdir.

1994-cü ildən “Neftqazelmitədqiqatlayihə” institutunun “Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılmasının əsaslandırılması” laboratoriyasının müdiridir.

Elmi tədqiqat istiqamətləri əsasən neft qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoğrafi inkişafı və struktur-tektonik quruluşu ilə əlaqədardır. 80 elmi məqalə, o cümlədən 3 monoqrafiyanın müəllifi və həmmüəllifidir. “Azneft” İB-də “Ehtiyatlar üzrə daimi fəaliyyət göstərən komissiyanın üzvüdür.

2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

2006-cı ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti seçilmiş və 2008-ci ildə cəmiyyətin işində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur.

Page 7: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

5

Məhərrəmov Bakir İsmayıl oğlu 1960-cı ildə Gədəbəy rayonu, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Çayrəsullu 10 illik orta məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır.

1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə həmin institutun “Geoloji-kəşfiyyat” fakültəsini bitirmişdir.

1984-cü ildən “Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu”nda (AzNQSDETLİ) işləməyə başlamışdır. 1984-2006-cı illər ərzində “Axtarış-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi” laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.

1994-1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

2004-cü ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

2006-2011-cı illərdə “Quyuların qazılmasının geoloji əsaslandırılması” laboratoriyasında müdir vəzifəsində işləmiş, 2011-2014-cü illərdə "Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" laboratoriyasında müdir müavini vəzifəsində çalışmış, 2014-cü ildə isə həmin laboratoriyanın müdiri təyin edilmişdir.

Elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoğrafi inkişafı, struktur-tektonik quruluşu və geoloji mürəkkəbləşmələr ilə əlaqədardır. 35 elmi məqalənin müəllifidir. “Azneft” İB-də “Ehtiyatlar üzrə daimi fəaliyyət göstərən komissiyanın üzvüdür.

2008-2013-cü illərdə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin vitse-Prezidenti, 2010-2014-cü illərdə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda yaradılmış bölməsinin rəhbəri olmuş, 2014-cü ildə isə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti seçilmişdir.

Page 8: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

6

Page 9: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

7

Page 10: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

8

Page 11: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

9

GİRİŞ

Son onilliklərdə aparılmış geoloji-geofiziki və elmi tədqiqat işləri Azərbaycanın quru ərazisinin böyük həcmdə karbohidrogen resurslarına malik olduğunu göstərir. Alt Pliosenin Məhsuldar Qat çöküntüləri ilə əlaqədar olan neft və qaz ehtiyatlarının quru ərazisində tükənməkdə olduğu nəzərə alınarsa, neft-qaz sənayesinin gələcək inkişafının çox mürəkkəb quruluşa malik olan Paleogen-Miosen və Mezozoy koplekslərinin qumlu-gilli və karbonatlı çöküntüləri ilə əlaqədar olduğunu demək olar.

Struktur-tektonik xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çöküntü kompleksləri çöküntülərinin struktur-tektonik xüsusiyyətlərinin və litofasial tərkiblərinin lateral istiqamətdə ciddi dəyişkənliklərə uğraması, bu çöküntülərdə neft-qaz yataqlarının axtarışı məqsədilə aparılacaq axtarış-kəşfiyyat işləri istiqamətlərinin düzgün seçilməsini müəyyən dərəcədə çətinləşdirir.

Müəlliflər tərəfindən bu çöküntü komplekslərin geoloji quruluşu və neft-qazlılıq perspektivlikləri Böyük Qafqazın cənub-şərq batımında və Kiçik Qafqazın şimal-şərq yamaclarında yerüstü çıxışlardan, Kür dağlararası çökəklikdə isə, geofiziki-kəşfiyyat üsulları və axtarış-kəşfiyyat qazımasından alınan məlumatlara görə aparılmış elmi-təqiqat işlərinin əsasında öyrənilmişdir.

Azərbaycanın quru ərazisində aparılmış geoloji-geofiziki işlər, eyni zamanda müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonların geoloji quruluşları və neft-qazlılıq perspektivliklərinin qiymətləndirilməsi üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə əsasən Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin toplandıqları hövzələrin paleotektonik, paleocoğrafi

Page 12: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

10

və geokimyəvi səraitləri araşdırılaraq, bu komplekslərin kəsilişlərində əsas neftqaztörədici lay dəstələri və KH-lərin toplanması üçün əlverişli kollektorların yayıldıqları sahələr müəyyən edilmişdir. Çöküntü komplekslərinin ayrı-ayrı stratiqrafik vahidləri və onların ümumi qalınlıqlarının paylanması əsasında çöküntütoplanma prosesinə əhəmiyyətli dərəcədə təsir edən paleoqalxımlar və konsedimentasiyalı inkişafda olan dərinlik qırılmaları müəyyən edilmişlər.

Son illərdə alınmış geoloji-geofiziki məlumatlar və müəlliflərin paleotektonik təqiqatları əsasında, Azərbaycanın quru ərazisinin müasir regional tektonik quruluşu müəyyən dərəcədə dəqiqləşdirilmiş və prinsipcə yeni tektonik və neft-geoloji rayonlaşdırılma aparılmışdır.

Tektonik rayonlaşdırmaya əsaslanan neft-geoloji rayonlaşdırmada Azərbaycanın quru ərazisinin müasir struktur-tektonik xüsusiyyətləri ilə yanaşı, bu ərazidə Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin litofasial xüsusiyyətləri, onların toplandıqları paleotektonik şəraitlər nəzər alınmaqla neftli-qazlı və mümkün neftli-qazlı rayonlar ayrılmış, bu rayonların neft-geoloji rayonlaşdırma ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə və daha sonra neftli-qazlı subəyalətə aid olduğu geoloji cəhətdən əsaslandırılmışdır.

Neftli-qazlı rayonların daxilində neftli-qazlı və perspektivli neftli-qazlı zonalar ayrılmış, bu zonalarda neftli-qazlı obyektlərin strukturlarda yerləşmə xüsusiyyətləri göstərilmişdir.

Neftli-qazlı rayonlar üzrə aparılmış elmi-tədqiqat işləri nəticəsində Mezozoy, Paleogen-Miosen, Pliosen çöküntü kompleksləri kəsilişlərində əsas neftli-qazlı və perspektivli obyektlər ayrılmış, bu obyektlərdə KH-in toplanması, qorunub saxlanılması üçün əlverişli olan struktur və litostratiqrafik tip tələlərdə axtarış-kəşfiyyat işlərinin aparılması tovsiyyə olunmuşdur.

Page 13: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

11

I FƏSİL

AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARININ ÖYRƏNİLMƏ TARİXİ

Neft qədim dövrlərdən Azərbaycanın şöhrət tapmış sərvətlərindən biridir. “Dərbəndnamə” (IX əsr) əsərində göstərildiyi kimi, Abşeron yarımadasında neft istehsalına hələ Sasanilər dövründən başlanılmışdır. Əsərdə neftin istismar edilməsinə dair ətraflı məlumatlar verilir.

Azərbaycanın görkəmli alimləri M.M.Əliyev və M.M.Qaşqay əsərlərində qeyd edirlər ki, artıq VI-VII əsrlərdə əhalinin tələbatı ödənilməklə yanaşı, neft digər dövlətlərə də ixrac edilirdi.

Bəzi tarixi mənbələrə görə hələ qədim dövrlərdən insanlar Naftalan yatağından çıxarılan neftdən müalicə vasitəsi kimi istifadə edirdilər. Neft böyük tikintilərdə sement əvəzi kimi və ağaclardakı zərərli həşəratların məhv edilməsi üçün də istifadə olunurdu.

X əsrdə yaşamış ərəb coğrafiyaşünasları Əbu İshaq İstəxri və Məsudi Abşeron yarımadasında təbii neft çıxışlarının olması haqqında məlumatlar vermişlər. Məsudi Abşeronda çıxan neftdən yağlayıcı maddə və müalicə vasitəsi kimi istifadə edilməsini, ağ, sarı, qara və göy rəngdə neftin olmasını göstərir.

Məşhur İtalyan səyyahı Marko Polo “Səyahətnamə”sində (XIII əsr) Abşeron yarımadasının şərqində yerləşən Pirallahı adasında çoxlu

Page 14: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

12

sayda təbii neft çıxışlarının varlığını və xeyli miqdar neft istehsal olunduğunu qeyd edir.

Azərbaycan coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvinin (XV əsr) yazdığına görə, Bakıda hər gün çıxarılan 4000 pud neftin xeyli hissəsi başqa ölkələrə aparılırdı.

1465-ci ildə Azərbaycanı səyahət edən Afanasi Nikitin qeydlərində Bakıdakı neft çıxışları haqqında yazaraq göstərir ki, burada nefti taxta və daşla hörülmüş quyulardan hərlədici çarx vasitəsilə tuluqla çıxarırlar.

Abşeron yarımadasında Bibiheybət kəndi yaxınlığında dövrəsinə sal daşlar düzülən neft quyusu aşkar edilmişdir. Daşlardan birinin üzərində quyunun 1754-cü ildə usta Allahyar Mirməmməd oğlu tərəfindən qazıldığı qeyd olunub.

XIX əsrin ikinci yarısına kimi neft Abşeron yarımadasında ibtidai üsulla istehsal olunurdu. Bu dövrdə neftin çıxarılması üçün dayaz əl quyuları qazılırdı və onların uçmamağı üçün divarları daş və ya taxta ilə bərkidilirdi. Neft quyulardan dəri tuluqlarla çıxarılırdı.

1735-ci ildə Balaxanıda 52 quyudan neft çıxarılırdı və 1818-ci ildə Abşeron yarımadasında ildə 4 min tona yaxın neft istehsal olunurdu.

Neft istehsalının sürətlə artırılması XIX əsrdə Azərbaycan Rusiyaya birləşdirildikdən sonra başladı. Əldə olunan məlumatlara görə, 1816-cı ildə Bakıda neft mədənlərində 110 quyudan neft çıxırdısa, artıq 1872-ci ildə onların sayı 415-ə qədər artırılmışdı. 1822-ci ildən 1871-ci ilə kimi Abşeron yarımadasında 800 min tondan çox neft istehsal olunmuşdu.

XIX əsrin əvvəllərində Bakı sakini Qasım bəy dünyada ilk dəfə, sahildən 20-30 m məsafədə, Xəzər dənizində 2 quyu vasitəsilə neft istehsal etməyə başlamışdı.

Page 15: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

13

Neft istehsalının artırılması məqsədilə dünyada ilk dəfə, 1844-cü ildə Rusiya mədənçisi F.A.Semyonov quyuların texniki üsulla qazılmasını təklif edir. 1848-ci ildə o, Bibiheybət dərəsində, dəniz sahilində buxar qurğusu ilə ilk neft quyusunu qazır.

Azərbaycanın neft-qaz yataqlarının öyrənilməsi ilə bir çox geoloqlar məşğul olmuşlar. İlk dəfə 1827-ci ildə mühəndis N.Voskoboynikov Abşeron yarımadasının neft yataqlarının geologiyasını öyrənməyə başlayır.

Qafqaz regionunda geniş geoloji-tədqiqat işləri G.V.Abix tərəfindən 1844-cü ildə aparılır. 1865-1873-cü illər ərzində onun tərəfindən Cənub-Şərqi Qafqazın Təbaşir və Yura çöküntülərinin stratiqrafiyası öyrənilir. Eyni zamanda o, bu çöküntülərlə əlaqədar olan neft-qaz çıxışları haqqında məlumat verir. Siyəzən rayonunun Xıdırzində sahəsində neft çıxışının yerləşdiyi yeri qeyd edir. G.V.Abix Azərbaycanda tədqiqat işlərini 1877-ci ilə qədər davam etdirir.

Balaxanı neft yatağında birinci neft quyusu 1869-cu ildə qazılmışdır. 1870-ci ildə Balaxanı-Sabunçu sahəsində qazılan quyudan güclü neft fontanının alınması Azərbaycan neft sənayesinin sürətli inkişafının başlanğıcı oldu. Ən güclü neft fontanı 1873-cü ildə 29 m dərinliyində qazılan quyuda baş vermişdir. Bundan sonra Abşeron yarımadasında, ayrı-ayrı sahələrdə neft quyularının qazılması işləri genişləndirilir. 1873-cü ildən Abşeron yarımadasında neftin mexaniki üsulla istehsalına başlanılır.

1870-1900-cü illərdə Azərbaycanın ayrı-ayrı zonalarının geologiyası və neft-qazlılığı N.Voskoboynikov, S.K.Kvitka (1893), N.İ.Andrusov (1895), Y.M.Yuşkin (1897), A.N.Sorokin (1898), N.İ.Lebedev (1899) tərəfindən öyrənilir. İ.Valentinov (1890) Kiçik Qafqazın Təbaşir çöküntülərinin litostratiqrafiyasını tədqiq edir.

Page 16: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

14

1872-ci ildən 1884-cü ilə kimi Abşeron yarımadasında neft istehsalı nisbətən azalmışdı. Belə ki, 1872-ci ildə cəmi 26,1 min ton,1882-ci ildə 818,0 min ton neft istehsal olunmuşdu. Neft istehsalı 1884-cü ildən sonra sürətlə artmağa başlayır. 1887-ci ildə neft istehsalı 2327,4 min ton, 1892-ci ildə 4658,1 min ton, 1897-ci ildə 6948,9 min ton, nəhayət, 1901-ci ildə isə 10978,8 min tona çatdırılır.

XX əsrin əvvəllərində Böyük Qafqazın cənub-şərq batımında nisbətən daha dəqiq geoloji-tədqiqat işləri aparılır. 1902-ci ildə K.İ.Boqdanoviç Xəzəryanı-Quba əyalətinin və Şimali Qobustanın Mezozoy çöküntülərinin yayılma sahələrinin sxematik xəritəsini qurur.

1903-cü ildə Binəqədi, 1904-cü ildə Pirallahı adası neft yataqlarının istismarına başlanılır. 1904-cü ildə uzun zaman qaz yatağı hesab olunan Suraxanı, 1910-cu ildə isə Şubanı sahələrində neftli horizontlar aşkar edilir.

XX əsrin əvvəllərində Rusiya neft sənayesində baş verən böhranla əlaqədar olaraq, Bakıda da neft istehsalı xeyli azalır. 1905-ci ildə burada çıxarılan neftin miqdarı 6784,0 min ton, 1913-cü ildə isə 7626,9 min ton olur.

1918-1919-cu illərdə neft istehsalı getdikcə azalaraq 3425 min tona, 1920-1921-ci illərdə isə 2457 min tona qədər aşağı düşür.

1901-1920-ci illərdə Geoloji Komitə tərəfindən Abşeron yarımadası, Şamaxı-Qobustan, Xəzəyanı-Quba rayonlarında və Aşağı Kür çökəkliyində geniş miqyaslı geoloji planalma işləri aparılır. Azərbaycanın geologiya və neft-qazlılığını M.V.Abramoviç, N.İ.Andrusov, K.İ.Boqdanoviç, P.Q.Volaroviç, D.V.Qolubyatnikov, İ.M.Qubkin, K.P.Kalitski, K.V.Xariçkov, N.İ.Uşeykin, N.İ.Lebedev, S.A.Kovaleviski, D.V.Samoylov, S.İ.Çarnotski və b. araşdırırlar.

K.İ.Boqdanoviç tərəfindən hazırlanan Mezozoy çöküntülərinin sxematik xəritəsi 1914-1916-cı illərdə İ.M.Qubkin tərəfindən xeyli

Page 17: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

15

dərəcədə dəqiqləşdirilir. O, Abşeron yarımadasının şimal-qərb hissəsində dəqiq geoloji planalma işləri aparır. Bununla yanaşı Şimali Qobustanda da dəqiq geoloji xəritəalma işlərini davam etdirərək, xeyli sayda təbii neft çıxışları aşkar edir.

1912-ci ildə Xilmilli kəndindən 4-5 km şərqdə 25,5 m dərinliyində şurf qazılır və üst Təbaşirin Santon çöküntülərindən neft axını alınır.

1915-ci ildə F.F.Osvald Böyük və Kiçik Qafqazın tektonik quruluşunun öyrənilməsilə məşğul olur.

1916-cı ildə V.V.Boqaçov Acınohur rayonunda geoloji-tədqiqat işləri aparır. O, rayonun stratiqrafiyası və Əlicançayla Göyçay arasındakı sahənin tektonikası haqqında qısa məlumat verir. V.V.Boqaçov ilk dəfə Ərəş yaylasının sinklinal xarakterli olduğunu müəyyən edir.

1918-1920-ci illərdə Azərbaycanda 6 sahədə (Balaxanı-Sabunçu-Ramana, Bibiheybət, Binəqədi, Xırdalan, Suraxanı, Pirallahı adası) neft istismar olunurdu. Bu sahələrin heç birində neftin ehtiyatı və tutduğu sahənin konturları müəyyən deyildi.

1920-ci ilə kimi Azərbaycanın ərazisində geoloji-xəritəalma işləri 1100 km2 sahəni - Respublika ərazisinin 1,3%-ni əhatə etmişdi. Qeyd etmək lazımdır ki, neftli-qazlı rayonların geomorfologiyası, tektonikası və çöküntülərin litostratiqrafiyası aşağı səviyyədə öyrənilmişdi. Ayrı-ayrı stratiqrafik kompleks çöküntülərinin toplanmasının fiziki-coğrafi, geotektonik və geokimyəvi şəraitləri ümumiyyətlə tədqiq edilməmişdi. 1920-ci ildə “Azərneft” geoloji-kəşfiyyat bürosu yaradıldıqdan sonra, Azərbaycanın geologiyası və neft-qaz yataqlarının öyrənilməsi istiqamətinin yeni dövrü başlanır.

1920-1930-cu illərdə İ.M.Qubkin, V.V.Boqaçov, V.V.Veber, D.V.Qolubyatnikov, M.F.Mirçink, V.P.Renqatrten, S.A.Kovaleviski,

Page 18: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

16

N.S.Şatski və başqaları tərəfindən Azərbaycan ərazisində geoloji planalma və axtarış-kəşfiyyat işləri aparılır. Regional və lokal kəşfiyyat işlərinin nəticəsində Böyük və Kiçik Qafqazın geoloji quruluşu xeyli dəqiqləşdirilir. Bundan başqa Mezo-Kaynozoy çöküntülərinin neft-qazlılığı müəyyən dərəcədə aydınlaşdırılır.

1922-ci ildə Bibiheybət buxtası sahəsinin neft-qazlılığı aşkar edilir. Onun ardınca Balaxanı sahəsinin şimal-qərb hissəsində və Sabunçu-Ramana sahəsində kəşfiyyat quyularının qazılmasına başlanılır. Bunun nəticəsində 1927-ci ildə Abşeron yarımadasında neft istehsalı 7657,5 min tona çatdırılır.

1924-cü ildə Qala kəndi yaxınlığında ilk axtarış quyusu qazılır. Bir neçə quyu qazıldıqdan sonra rayonun çox mürəkkəb geoloji quruluşa malik olduğu aydınlaşır, 1932-ci ildə bu sahədə zəngin neft yatağı kəşf olunub istismara verilir.

Bununla yanaşı, 1925-ci ildən Puta, 1927-ci ildən Qaraçuxur və Korgöz sahələrində axtarış qazmasına başlanılır. Bu dövrdə Abşeron yarımadasından kənarda da, Aşağı Kür çökəkliyinin Neftçala (1926), Şamaxı-Qobustan rayonunun Çeyildağ (1927), Gəncə rayonunun Naftalan sahələrində (1931) geniş kəşfiyyat qazıma işlərinin aparılmasına başlanılır.

Qazıma işlərinin nəticəsində 1926-cı ildə Puta, 1928-ci ildə Qaraçuxur neft yataqları, 1931-ci ildə Neftçala, 1932-ci ildə Korgöz və Lökbatan neft yataqları kəşf olunub istismara verilir.

1930-1940-cı illər Azərbaycanda geoloji, axtarış-kəşfiyyat və elmi-tədqiqat işlərinin xeyli dərəcədə genişlənməsi ilə səciyyələnir. 1930-cu ildən sonra Azərbaycan ərazisinin çox hissəsi geoloji-xəritəalma işləri ilə əhatə olunur. Əsas neftli-qazlı zonalarda dəqiq xəritəalma işləri aparılır.

Page 19: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

17

Bu işlərin və qazılan quyuların məlumatlarına, eyni zamanda aerofotoçəkilişlərin və ayrı-ayrı sahələrdə, adalarda çöküntülərin yerüstü çıxışlarının öyrənilməsi nəticəsində Abşeron yarımadasının sahilyanı zonasının, Abşeron və Bakı arxipelaqlarının xeyli hissəsinin geoloji xəritəsi tərtib olunur.

1931-ci ildə Q.Ə.Əlizadə və Y.A.Prozoroviç tərəfindən Acınohur rayonunda Məhsuldar Qat çöküntülərinin flora və faunası, onların yayılma sahəsi öyrənilir. Həmin ildə V.V.Veber Şamaxı və Acınohur düzənlikləri arasındakı sahənin Kaynozoy çöküntülərinin stratiqrafiyası, tektonikası və neftliliyini tədqiq edir. Bu ildə Şamaxı-Qobustan və Ləngəbiz-Gürcüvan zonasının geoloji xəritəalma işlərinə başlanılır.

1932-1933-cü illərdən başlayaraq, dərin qatlarda çöküntülərin yatım şəraitlərinin öyrənilməsində geofiziki kəşfiyyat üsulları geniş yer alır. Axtarış-kəşfiyyat və elmi-tədqiqat işləri əsasən Şərqi Azərbaycanda neft-qazlılığın, Böyük və Kiçik Qafqazın ayrı-ayrı sahələrində Mezozoy çöküntülərinin litostratiqrafiyası və neftliliyinin öyrənilməsi istiqamətində aparılır.

Abşeronun ayrı-ayrı sahələrində aparılan axtarış-kəşfiyyat və qazıma işləri nəticəsində 1935-ci ildə Zığ, 1936-cı ildə Qızıltəpə, 1937-ci ildə Şonqar və 1938-ci ildə Qaradağ sahələrində zəngin neft yataqları aşkar edilərək istismara verilir.

1936-cı ildə Abşeron yarımadasının Qala sahəsində stratiqrafik tipli neft yatağı aşkar edilir. 1939-cu ildə belə yataqlar Yasamal dərəsi, Çaxnaqlar, Bibiheybət və s. sahələrdə də kəşf olunur.

İ.M.Qubkin (1934) və M.F.Mirçinkin (1935) elmi əsərlərində Cənub-Şərqi Qafqazın Mezo-Kaynozoy çöküntülərinin stratiqrafiyası, tektonikası və neftlilik məsələləri geniş işıqlandırılır. Bu illər ərzində geoloji planalma işləri əsasən Xəzəryanı-Quba, Abşeron, Şamaxı-

Page 20: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

18

Qobustan və Acınohur rayonlarında İ.M.Qubkin, M.F.Mirçink, V.V.Veber, S.A.Kovaleviski, Ə.Ə.Əlizadə, V.Y.Xain, İ.İ.Mullayev, Y.Y.Dmitriyev, N.B.Vassoyeviç, A.L.Putkaradze, Ə.Ş.Şixəlibəyli və b., Kiçik Qafqazda isə M.M.Əliyev, A.N.Solovkin, V.P.Renqarten, İ.N.Sitkovski, M.İ.Varentsov, V.Y.Xain, Ə.Ə.Əlizadə, L.N.Leonov, Ş.Ə.Əzizbəyov, V.V.Tixomirov və b. tərəfindən yerinə yetirilir.

1930-1940-cı illərdə V.V.Fediniski, V.F.Yerofeyev, A.N.Kornev və b. tərəfindən Cənub-Şərqi Qafqazda, Mezozoy çöküntülərinin yer səthinə çıxdığı sahələrdə, kiçik həcmli çöl geofiziki işlər aparılır. Mezozoy çöküntüləri kəsilişində Alb mərtəbəsinin Külüllü qumdaşıları əsas neftli obyekt hesab olunduğundan, onların neftliliyini öyrənmək məqsədilə Cənub-Şərqi Qafqazda bir neçə axtarış-kəşfiyyat quyuları qazılır. 1935-1936-cı illərdə Qərbi Abşeronda da bu məqsədlə, Binəqədi sahəsində 208 və 223 saylı axtarış quyusunun qazılmasına başlanılır. Lakin hər iki quyu texniki səbəbdən ləğv olunur.

1940-cı ildə Xəzəryanı-Quba rayonunda aparılan kəşfiyyat işləri nəticəsində Siyəzən-Nardaran sahəsində Maykop çöküntülərində sənaye əhəmiyyətli neft yatağı aşkar edilir. Artıq 1940-cı ildə Azərbaycanda neft istehsalı 22 milyon tona çatdırılmışdı.

Geoloqların gərgin əməyi nəticəsində 1941-ci ildə Buzovna-Maştağa neft yatağı kəşf olunaraq istismara verilir. 1940-1942-ci illərdə Şurabad sahəsində Mezozoy çöküntülərinə 4 quyu qazılır. Quyuların qazılması nəticəsində Alb mərtəbəsinin Küllulü horizontunda çox da böyük olmayan neft yatağı aşkar edilir.

Mezozoy çöküntülərinin yayıldığı sahələrdə lokal strukturların

aşkar edilməsi məqsədilə Xəzəryanı-Quba, Abşeron, Yevlax-

Ağcabədi və Şamaxı-Qobustan rayonlarında dəqiq geofiziki tədqiqat

işləri (İ.O.Simelzon, T.İ.Yaştaykin, D.L.Tereşko, V.N.Rudnev,

Page 21: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

19

M.Y.Şerman, B.D.Trebukova, A.Q.Pospelov və b.) aparılır. Tədqiqat

işlərinin nəticəsində Xəzəryanı-Quba, Yevlax-Ağcabədi rayonları və

Aşağı Kür çökəkliyində bir neçə gömülmüş Mezozoy qalxımları aşkar

edilir.

Kiçik Qafqaz regionunda Təbaşir çöküntülərinin litoloji- stratiqrafik xüsusiyyətlərinin öyrənilməsi və ayrı-ayrı zonaların geoloji xəritəsinin tərtib olunması ilə Ş.Ə.Əzizbəyov (1947), V.Y.Xain (1947), M.M.Əliyev (1954), A.Y.Xəlilov (1959), R.Ə.Xələfova (1946), R.N.Abdullayev (1963) və b. məşğul olmuşlar.

1944-cü ildən başlayaraq dəniz sahillərində aparılan kəşfiyyat işləri nəticəsində Çilov adası, Gürgan və Neft Daşları sahələrinin neftliliyi aşkar olunur. 1949-1950-ci illərdə isə bu sahələrin sənaye əhəmiyyətli neftliliyi sübuta yetirilir.

1950-ci ildən Mezozoy strukturlarının axtarış-kəşfiyyat qazımasına hazırlanması məqsədilə Şamaxı-Qobustanda F.Ə.Şirinov, T.A.Qorşenin, Cənub-qərbi Abşeronda İ.P.Jabrev, Xəzəryanı-Quba rayonunda A.N.Şardanov, İ.H.Hüseynzadə, B.B.Məmmədov, Böyük Qafqazın cənub yamacında B.M.İsayev, R.A.Əliyev, Kiçik Qafqaz regionunda Ş.Ə.Əzizbəyov, Ə.Ş.Şixəlibəyli, R.N.Abdullayev və b. tərəfindən dəqiq geoloji xəritəalma işləri aparılır.

1951-ci ildə Şamaxı-Qobustan rayonunun Umbakı sahəsində Maykop çöküntülərində neft yatağı kəşf olunub istismara verilir. 1954-cü ildə Aşağı Kür çökəkliyinin Kürovdağ sahəsində Abşeron çöküntülərində, 1955-ci ildə isə Məhsuldar Qatın üst horizontlarında zəngin neft və qaz yataqları kəşf olunur. 1956-1958-ci illərdə Lökbatan və Qaradağ sahələrində qaz-kondensat yataqları aşkar edilir.

1955-1965-ci illərdə Abşeron arxipelaqında aparılan axtarış-kəşfiyyat işləri nəticəsində Gürgan-dəniz, Darvin küpəsi, Palçıq

Page 22: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

20

pilpiləsi, Qum adası və b. sahələrdə böyük ehtiyata malik neft yataqları kəşf edilərək istismara verilir. Bununla yanaşı, Qaradağ, Quşxana və Lökbatan strukturlarının qanadlarında VII horizont (“Fasilə” lay dəstəsi), Qırməkiüstü qumlu və Qırməkialtı lay dəstələrinin neft-qazlılığı təsdiq olunur.

1958-ci ildə Xəzəryanı-Quba rayonunun Zəyli sahəsində qazılan quyularda Paleogen-Miosen çöküntülərinin neft-qazlılığı təsdiq olunur.

1959-1970-ci illərdə Ə.Ə.Əlizadə, H.Ə.Əhmədov, M.M.Zeynalov, N.T.Haqverdiyev, M.Ə.Rzayev və b. tərəfindən Xəzəryanı-Quba, Şamaxı-Qobustan rayonlarında, eyni zamanda Böyük Qafqazın cənub, Kiçik Qafqazın şimal-şərq yamaclarında və Naxçıvan Muxtar Respublikasında Mezozoy çöküntülərinin kəsilişləri öyrənilir.

Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyinin rayonlaşdırılması aparılaraq, Təbaşir və Yura çöküntüləri üzrə neft-qazlılığı ehtimal olunan strukturları kəşfiyyat qazıması aparılması üçün təklif edilir.

1960-1969-cu illərdə Xəzəryanı-Quba rayonunun Bəyimdağ-Təkçay, Keşçay və Yalama sahələrində bir neçə quyu qazılır. Quyuların qazılması və sınaq işləri zamanı neft-qaz təzahürləri qeyd olunub.

1961-1971-ci illər ərzində Xudat sahəsində 6 axtarış-kəşfiyyat quyusu qazılır. Məlum olur ki, qalxımın cənub-qərb qanadında Sarmat, Konk, Karaqan, Çokrak, Eosen və Paleosen çöküntüləri yuyulmaya məruz qaldığından kəsilişdə iştirak etmir. 2 saylı quyunun nəticəsi göstərir ki, bu sahədə Məhsuldar Qat Çokrakın, Maykop çöküntüləri isə Danimarka və ya Turon mərətəbəsinin yuyulmuş səthlərini qeyri-uyğun örtürlər.

Page 23: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

21

1965-1968-ci illərdə Şorbulaq sahəsindən və Güzdək muldasından şimal-şərqdə aparılan seysmik kəşfiyyat işləri nəticəsində Təbaşir, Paleogen-Miosen və Pliosen çöküntü kompleksləri arasında struktur uyğunsuzluğun olduğu müəyyən edilir. 1967-1968-ci illərdə aparılan dəqiq qravimetrik xəritəalma işləri nəticəsində Güzdək muldasını əhatə edən antiklinal strukturların lokal qravitasiya minimumlarına uyğun olduğu müəyyən edilir.

1966-1977-ci illərdə Cənubi Qobustanda üst Təbaşir və Paleogen çöküntülərinin kəsilişlərini və neft-qazlılığını öyrənmək məqsədilə 14 dərin parametrik və axtarış quyusu qazılır. Lakin layihə dərinliyinə (5000-5500 m) çatdırılan quyulardan heç biri Təbaşir çöküntülərini aça bilməmiş, Eosen çöküntülərini isə müəyyən qalınlıqda açmışdır.

1969-1976-cı illərdə Qobustanın bir sıra sahələrində geofiziki tədqiqat işləri yerinə yetirilir. Sahə çox mürəkkəb quruluşa malik olduğundan, aparılan tədqiqat işləri nəticəsində əsasən antiklinalların qanadları, periklinal hissələri və sinklinallarının quruluşları Miosenin səthinə qədər öyrənilir.

1970-ci ildə Zeyvə sahəsində qazılan quyu Paleosen, Eosen və Maykop çöküntülərinin neft-qazlılığını aşkar edir. Daha sonra Siyəzən monoklinalında Danimarka çöküntülərinin neftliliyi aşkar olunur.

1970-1982-ci illərdə Tələbi sahəsində 7, Qaynarca sahəsində isə 11 axtarış-kəşfiyyat quyusu qazılır. Tələbi sahəsində qazılan 12, 14 və 15 saylı quyular Sarmat çöküntülərini açaraq, 4345-4664 m dərinliklərdə orta Yura argillitlərinə daxil olurlar. 12 saylı quyuda 4533-4570 m intervalından (Sarmat) sınaq zamanı 40 m3/gün su ilə birlikdə az miqdarda ağır neft alınır. Qaynarca sahəsində qazılan 13, 19, 21 və 22 saylı quyular müvafiq olaraq 5200, 5370, 5189 və 5104 m

Page 24: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

22

dərinliklərdə Maykop çöküntülərini tam açmır. Burada Paleogen-Miosen çöküntülərinin böyük qalınlığa və dik yatıma malik olduğu məlum olur. Bəzi quyularda Sarmat çöküntülərindən zəif neft-qaz təzahürləri, 13 və 21 saylı quyularda isə sınaq zamanı Oliqosen-Miosen çöküntülərindən neft-qaz axını alınır.

1974-1975-ci illərdə ümumi dərinlik nöqtəsi üsulu (ÜDNÜ) ilə Saray, Fatmayı, Kürdəxanı sahələrində tədqiqat işləri aparılır və Kürdəxanı sahəsinin Oliqosen-Miosen çöküntüləri üzrə geoloji quruluşu dəqiqləşdirilir.

1975-ci ildə elektrik kəşfiyyat üsulu ilə Göytəpə-Corat-Ziyilpiri sahələrinin geoloji quruluşu müəyyən dərəcədə dəqiqləşdirilir.

1973-1980 və 1982-1983-cü illərdə Qaradağ və Lökbatan strukturlarının şimal qanadlarında Miosen çöküntülərinin neft-qazlılığını öyrənmək məqsədilə qazılan quyulardan müsbət nəticələr alınır.

1974-1978-ci illərdə Cənub-şərqi Qobustanın Miosen çöküntülərinin kəsilişini və neft-qazlılığını öyrənmək məqsədilə dərin axtarış qazması aparılır. Duvannı sahəsində Pliosen qalxımının tağ hissəsində qazılan, layihə dərinliyinə 4300 m olan 70 saylı quyu Pont çöküntülərini keçərək 2500 m dərinlikdə Miosen çöküntülərini açır və onun kəsilişini 500 m-ə qədər öyrənməyə imkan verir.

1972-ci ildən başlayaraq, Azərbaycan Elmi-Tədqiqat Geofizika İnstitutu tərəfindən Orta Kür çökəkliyinin ayrı-ayrı sahələrində, 1975-1976-cı illərdə isə onun şərq və qərb yamacında çökəkliyin geoloji quruluşunu dəqiqləşdirmək, lokal strukturları aşkar etmək və onların neft-qazlılığını proqnozlaşdırmaq məqsədilə, V.Q.Qədirov, F.İ.Əliyev, S.Q.Məmmədov, A.Q.Novruzov, A.S.Həsənov və b. tərəfindən yüksək dəqiqliyə malik qravimetrik tədqiqat işləri aparılır və Mezozoy qalxımlarına aid edilən lokal anomaliyalar ayrılır.

Page 25: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

23

1976-cı ildə ÜDN üsulu ilə aparılan seysmik-kəşfiyyat işləri nəticəsində Yevlax-Ağcabədi çökəkliyində 30-a qədər qalxım aşkar edilir. 1985-ci ildən isə həmin üsulla strukturların bir çoxu axtarış-kəşfiyyat qazmasına hazırlanır.

1980-cı ildə aparılan qazıma işləri nəticəsində Zəyli-Zeyvə sahəsinin sənaye əhəmiyyətli neft-qazlılığı müəyyən olunur.

1980-1987-ci illərdə Masazır sahəsində qazılan quyular Diatom çöküntülərində kiçik həcmli neft yatağını aşkar edir.

1985-ci ildən başlayaraq ÜDN üsulu ilə aparılan işlər nəticəsində Kür və Qabırrı çaylararası rayonun bir çox sahələri dərin kəşfiyyat-qazımasına hazırlanır.

1984-1987-ci illərdə Acınohur rayonunda gömülmüş tektonik vahidləri aşkar etmək, Mezozoy çöküntülərinin geoloji quruluşunu öyrənmək, qravitasiya sahəsi və lokal anomaliyaların geoloji təbiətini aydınlaşdırmaq məqsədilə dəqiq qravimetrik xəritəalma işləri yerinə yetirilir.

1987-1989-cu illərdə Sulutəpə sahəsində 12 kəşfiyyat quyusu qazılır və Miosen çöküntülərindən 0,5-1 t/gün hasilatla neft alınır.

Yevlax-Ağcabədi çökəkliyində Beyləqan, Sovetlər, Borsunlu, Şərqi Ağcabədi, Qazanbulaq və s. sahələrdə dərin qazıma işləri aparılır. Sovetlər sahəsində qazıma işləri zamanı üst Təbaşir çöküntülərinin çatlı əhəngdaşılarında sınaq işləri zamanı gündəlik hasilatı 10-15 t neft, 50-70 min m3 qaz və 350-450 m3 su alınır.

Yevlax-Ağcabədi çökəkliyində aparılan qazıma işləri nəticəsində, şimal istiqamətində, Kür çökəkliyinə doğru, çatlı karbonatlı çöküntülərin qalınlığının kəsilişdə vulkanik-çökmə süxurların iştirak etməməsi hesabına artması qeyd olunur. Bu dövrdə qazıma işləri Kiçik Qafqazdan bir qədər aralı Sovetlər, Muradxanlı, Borsunlu və s. istiqamətində olan sahələrə yönəldilir.

Page 26: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

24

Axtarış və kəşfiyyat işləri nəticələrinə və quyu məlumatlarına əsasən məlum olub ki, Yevlax-Ağcabədi çökəkliyində üst Təbaşir çöküntülərində yüksək məhsuldarlığa malik kollektorlar mövcuddur. Borsunlu sahəsində qazılan 1 saylı parametrik quyu üst Təbaşir çöküntülərinin çatlı əhəngdaşılarını 850-890 m qalınlığında açır və qazıma zamanı ayrı-ayrı intervallardan güclü neft-qaz təzahürləri qeydə alınır. Carlı və Sor-Sor sahələrində də qazılan quyular üst Təbaşir çöküntülərinin çatlı əhəngdaşılarını açır.

1988-1990-cı illərdə Aşağı Kür çökəkliyində aparılan seysmik-kəşfiyyat işləri nəticəsində Paleogen-Miosen çöküntülərinin geoloji quruluşu xeyli dəqiqləşdirilir.

1976-1978, 1980 və 1995-1996-cı illərdə aparılan ÜDN üsulu ilə həyata keçirilən seysmik kəşfiyyat işləri nəticəsində Paleogen-Miosen çöküntülərinin quruluşu 6-7 km dərinliyə qədər öyrənilir.

1988-1995-ci illərdə AzNQSDETLİ və “Azərneftgeofizika” Trestində yataq tipli anomaliyaların öyrənilməsi istiqamətində işlər aparır. Bu işlər Yevlax-Ağcabədi çökəkliyinin Zərdab, Muradxanlı, Carlı, Tərtər, Ağcabədi sahələrini və Kür-Qabırrı çaylararası rayonun Tərsdəllər sahəsini əhatə edir.

1990-cı ildən başlayaraq, Cənubi və Mərkəzi Qobustanda xarici texnika və texnologiyanın tətbiqi ilə aparılan seysmik kəşfiyyat işləri nəticəsində dərində yatan çöküntülərin quruluşu haqqında yeni məlumatlar əldə olunur.

1991-ci ildə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən ÜDNÜ ilə Acınohur mümkün neftli-qazlı rayonunun Qərbi Daşyüz-Qüdbərəkdağ, Əlicançay-Türyançay çaylararası və Şamaxı-Qobustan NQR-nin Ütəlki, Çeyilaxtarma sahələrində Paleogen-Miosen çöküntülərinin geoloji quruluşunu dəqiqləşdirmək məqsədilə seysmik kəşfiyyat işləri aparılır.

Page 27: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

25

1991-1992-ci illərdə AzNSETLİ-də “Azərbaycan ərazisində kompleks planın tətbiq edilməsi üçün axtarış-kəşfiyyat işlərinin nəticələrinin təhlili və geoloji-kəşfiyyat işlərinin əsas istiqamətləri” mövzusunda elmi-tədqiqat aparılır.

1992-1993-cü illərdə Yevlax-Ağcabədi NQR-nin Şirvanlı-Tərtər-Təzəkənd, Borsunlu-Qazanbulaq, Naftalan,Şirvanlı-Əyricə, Şamaxı-Qobustan NQR-nin Hacıvəli-Şıxzəyirli, Yavannıdağ-Şıxıqaya, Cənubi Ütəlgi-Nardaranaxtarma, Aşağı Kür NQR-nin Pirsaat-Qoturdağ-Ayrantökən, Qabırrı-Acınohur NQR-nin Saloğlu-Candarğöl, Göllük-Bozarx-Durğun,Girzan-Gödəkbaş-Elçin sahələrində yataq tipli anomaliyaların öyrənilməsi məqsədilə ÜDN üsulu ilə seysmik kəşfiyyat işləri aparılır.

1993-cü ildə Cənub-qərbi Qobustanın bəzi sahələrində seysmik kəşfiyyat işləri aparılır. Nəticədə kəşfiyyat sahəsində Miosen-Pliosen çöküntülərinin tektonikasını əks etdirən dərinlik kəsilişləri və sxematik struktur xəritələri qurulur.

1993-1994-cü illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Məmmədabad - Kürd - Nəsimikənd - Ağaməmmədli – Hacıqasımlı və Qaraca-Şıxlıarx sahələrində dəqiq qravimetrik kəşfiyyat işləri aparılır. Alınan məlumatlar əsasında Mezozoy çöküntülərinin tektonik quruluşunu əks etdirən sxem tərtib edilir. Həmin illərdə aparılan maqnit kəşfiyyat işləri nəticəsində Mezozoy yaşlı vulkanik süxurlarla əlaqədar olan Sərkər, Bozdağqarşısı, Erkeç və Bəhmənli maqnit maksimumları da aşkar edilir.

1993-1994-cü illərdə AzNSETLİ tərəfindən “Kür və Qabırrı çaylararası sahələrin neft-qazlılıq perspektivliyinin kompleks qiymətləndirilməsi və axtarış-kəşfiyyat işlərinin səmərəliliyinin artırılması üçün rasional üsulların və təkliflərin hazırlanması” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilir.

Page 28: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

26

1995-ci ildə “Kəşfiyyatgeofizika”Tresti tərəfindən Şamaxı-Qobustan və Aşağı Kür NQR-lərini əhatə edən Daşmərdan-Tuva, Tağılı-Şıxzəyirli və Kəlaməddin-Mərəzə profillərində elektrik kəşfiyyatı, Solaxay-Daşmərdan sahəsində seysmik kəşfiyyat işləri aparılır.

1995-1996-cı illərdə AzNSETLİ tərəfindən “Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində və qonşu Ələt tektonik zonasında aparılan geoloji-kəşfiyyat işlərinin təhlili və perspektivli sahələrin təyini”, 1996-1997-ci illərdə və “Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində və qonşu Ləngəbiz tektonik zonasında aparılan geoloji-kəşfiyyat işlərinin təhlili və perspektivli sahələrin təyini” mövzusunda elmi-tədqiqat işləri yerinə yetirilərək sahənin geoloji quruluşu xeyli dəqiqləşdirilir, MQ-nin VII horizontu və QA lay dəstəsinin dabanına görə struktur, qalınlıq və qumluluq xəritələri tərtib edilir.

1996-cı ildə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Şamaxı-Qobustan NQR-nin Udullu-Qaracüzlü-Güngörməz-Çayqurbançı profili üzrə elektrik kəşfiyyatı işləri, Aşağı Kür NQR-nin Bəridaş-Kiçik Hərami-Qalmaz sahələrində isə seysmik kəşfiyyat işləri aparılaraq dərində yatan çöküntülər haqqında yeni məlumatlar əldə olunur.

1996-cı ildə aparılan geofiziki tədqiqatlar nəticəsində Yevlax-Ağcabədi çökəkliyi, Gəncə-Muğan monoklinalında seysmik kəşfiyyat üsulu ilə dərin qazımaya tövsiyə olunan 30 struktur hazırlanmış meyarlar əsasında təhlil edilib ümumiləşdirilmiş, Ağaməmmədli, Şimali Naftalan, Gödəkboz, Həmişəxanlı, Muğanlı sahələri ilk növbədə dərin kəşfiyyat qazımasına təklif olunmuşdur.

1997-ci ildə kompleks geofiziki üsulların tətbiqi ilə Aşağı Kür çökəkliyinin Rəhimli sahəsində yataq tipli anomaliya aşkar edilir və ehtimal olunan neft-qaz yatağının dərinliyi (4,5 km) təyin olunur. Eyni zamanda, alt Təbaşir çöküntülərinə aid edilən qalxım da aşkar edilir.

Page 29: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

27

1995-1998-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən aparılan qravimetrik tədqiqat işlərinin nəticələrinə əsasən Naxçıvan MR ərazisində Arazyanı zonanın Naxçıvan törəmə muldasından və onun iki hissəyə ayırdığı Şərur və Culfa antiklinoriumlarından ibarət olduğu aydınlaşdırıldı. Bu illərdə seysmik kəşfiyyatın ÜDN üsulu ilə aparılan tədqiqat işləri nəticəsində Eosenin daxilində və Maykopun üst hissəsində izlənən seysmik horizontlarına görə sxematik struktur xəritələr tərtib edilir.

1997-ci ildə Şamaxı-Qobustan NQR-nin Torağay-Solaxay-Daşgil sahələrində seysmik kəşfiyyat və Yevlax-Ağcabədi NQR-nin Ağaməmmədli-Hacıqasımlı sahəsində MTZ üsulu ilə elektrik kəşfiyyat işləri aparılmışdır.

1998-ci ildə Lənkəran mümkün NQR-nin Tumarxanlı-Uzuntəpə sahəsində elektrik kəşfiyyatı işləri, Yevlax-Ağcabədi NQR-nin Əmirarx sahəsində və Naxçıvan NQR-nin Böyükdüz, Xanlıqlar sahələrində seysmik kəşfiyyat işləri aparılır.

1998-1999-cu illərdə AzNSETLİ-də Abşeronda Paleogen-Miosen çöküntülərinin neft-qazlılığının araşdırılması məqsədilə “Qərbi Abşeronda Paleogen-Miosen çöküntü kompleksinin öyrənilməsi məqsədilə geoloji-kəşfiyyat işləri nəticələrinin təhlili və yeni perspektivli sahələrin müəyyənləşdirilməsi” mövzusunda elmi-tədqiqat aparılır.

1999-2000-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Yevlax-Ağcabədi NQR-nin Pirəzə sahəsində üçölçülü seysmik kəşfiyyat işləri yerinə yetirilir.

1999-cu ildə geofiziki tədqiqat üsulları ilə Əmirxanlı sahəsində seysmik profillər üzrə Paleogen çöküntülərinin yayılma sahəsi təyin edilir, təxminən 4300-5500 m dərinlikdə onların sürət xarakteristikası dəqiqləşdirilir, litofasial tərkibi, məsaməliliyi öyrənilir və neftlilik-qazlılıq baxımından məhsuldarlığı proqnozlaşdırılır.

Page 30: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

28

1999-cu ildə Lənkəran mümkün NQR-nin Uzuntəpə sahəsində MTZ üsulu ilə elektrik kəşfiyyatı, Aşağı Kür NQR-nin Xıdırlı-Bəndovan və Naxçıvan NQR-nin Çeşməbasar-Qahab-Keçəltəpə sahələrində seysmik kəşfiyyat işləri aparılır.

2000-ci ildə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Şamaxı-Qobustan NQR-nin Daşmərdan-Güngörməz-Kolanı və Naxçıvan NQR-nin Çeşməbasar, Şahtaxtı-Qıvraq sahələrində seysmik kəşfiyyat işləri aparılır.

2000-ci ildən başlayaraq AzNSETLİ-nin laboratoriyalarında Azərbaycanın quru ərazisindəki neftli-qazlı rayonlarının Mezokaynozoy kompleksinin neft-qazlılıq perspektivliyini araşdırmaq və axtarış-kəşfiyyat işlərinin istiqamətlərini müəyyən etmək məqsədilə tədqiqat işləri aparılır. Bu illərdə “AzNSETLİ tərəfindən vaxtilə təklif olunan, lakin icra olunmayan axtarış-kəşfiyyat işlərinin aktuallığı və son illərdə alınan geoloji-geofiziki məlumatlardan istifadə etməklə 2001-2005-ci ilə axtarış-kəşfiyyat işlərinin geniş həcmli proqramının hazırlanması” (2000), “Respublikanın quru sahələrində Mezozoy çöküntülərində aparılmış axtarış-kəşfiyyat işlərinin təhlili, nəticəsizliyin səbəbləri və onun neft-qazlılıq perspektivliyinin müəyyənləşdirilməsi, yeni təkliflərin hazırlanması” (2001), “Azərbaycanın Mezokaynozoy çöküntü hövzələrinin paleotektonik, paleocoğrafi və termodinamik xüsusiyyətlərinə görə neft və qazlılıq perspektivliyinin əsaslandırılması” (2002-2003), “Azərbaycanda Paleogen-Miosen çöküntülərinə aparılmış axtarış-kəşfiyyat işlərinin nəticələrinin təhlili və bu çöküntülərə aparılacaq axtarış-kəşfiyyat işlərinin səmərəliyinin artırılması üzrə təkliflərin hazırlanması” (2004), ''Azərbaycanın quru ərazisində Mezozoy çöküntüləri ilə əlaqədar neftli-qazlı tələlərin inkişaf zonalarının araşdırılması, neft-qazlılıq perspektivliyinin müəyyən edilməsi və axtarış-kəşfiyyatın səmərəli istiqamətləri üzrə təkliflərin

Page 31: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

29

hazırlanması'' (2005) elmi-tədqiqat işləri yerinə yetirilir. Bu işlərin nəticəsində neftli-qazlı rayonların ayrı-ayrı çöküntü kompleksləri üzrə struktur, qalınlıq, qumluluq xəritələri və profillər qurulur.

2001-2002-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Xəzəryanı-Quba NQR-nin Xaçmaz-Niyazoba, Bəyimdağ-Təkçay, Tuğçay-Hacı Zeynalabdin və Lənkəran mümkün NQR-nin Uzuntəpə, Qırmızıkənd, Tumarxanlı-Qızılağac sahələrində geofiziki kəşfiyyat işləri aparılır. Bəyimdağ-Təkçay, Tuğçay-Hacı Zeynalabdin sahələrində seysmik kəşfiyyatın müasir üsulları ilə aparılan tədqiqat işləri nəticəsində alt Təbaşirin yuxarılarına uyğun gələn I və alt Təbaşirin daxilində olan II seysmik horizontlar üzrə sxematik struktur xəritələr və profil kəsilişləri tərtib edilmişdir.

2001-ci ildə kompleks geofiziki tədqiqat (seysmoqravimetrik) üsulları ilə Nəvahi sahəsinin şimal-şərq və şərq hissələrində birbaşa axtarış üsulları ilə yerinə yetirilən çöl planalma işləri əsasında Məhsuldar Qat çöküntülərinin yuxarılarında I-I1 horizontları arasında müxtəlif lay dəstələrinin pazlaşma zonalarına aid edilən və bir-birindən ayrı iki sahədə, “yataq tipli anomaliya”lar (YTA) aşkar edir. Müəyyən edilmişdir ki, Nəvahi sinklinalının mərkəzindən şimal-şərq tərəfdə yerləşmiş birinci “YTA” təxminən 3200 m, ikinci isə 1800 m dərinliyə uyğun gəlir.

2002-ci ildə geofiziki tədqiqatlar nəticəsində Yevlax-Ağcabədi, çökəkliyinin cənub-qərb yamacında Eosen və Maykop çöküntüləri daxilində qeyri-antiklinal tipli tələlər aşkar edilir. Tələlərin neft-qaz perspektivliyini öyrənək üçün pazlaşma zonalarında yerləşən çöküntülərin qalınlıq xəritəsi və paleogeoloji kəsilişlər tərtib edilmişdir. Ağcabədi-Beyləqan və Ağgöl-Sovetlər sahələrində Eosen və Təbaşir çöküntüləri üzrə kollektor xüsusiyyətlərinə malik laylar ayrılmışdır. Bu laylar məsaməliliyin, çöküntülərin litofasial tərkibinin analizi, seysmik

Page 32: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

30

dalğa mənzərəsinin dinamik və kinematik xüsusiyyətlərinin, eyni zamanda, çöküntülərin çökmə şəraitinin təhlili nəticəsində seçilmişdir.

2004-2005-ci illərdə “Kəşfiyyatgeofizika” Tresti tərəfindən Aşağı Kür çökəkliyinin Bəndovan sahəsində seysmik kəşfiyyat işləri aparılır.

2004-cü ildə Nəvahi çökəkliyinin cənub-qərb və cənub-şərq hissələrində MQ-nin yuxarılarına aid edilən “YTA”aşkar edilir.

2005-ci ildə Xəzəryanı-Quba NQR-nin Şurabad sahəsində seysmik kəşfiyyat işləri aparılır.

2005-ci ildə geofiziki məlumatların təhlili əsasında “P” seysmik horizontundan aşağı interval üçün dərinlik kəsilişləri qurulur və Təbaşir çöküntülərinin aşağılarının 6,3 km dərinliyə qədər çox mürəkkəb geoloji quruluşa malik olduğu müəyyən edilir. Zərdab sahəsində bu intervalda üst və alt Təbaşirə aid edilən, müxtəlif quruluşlu iki struktur mərtəbə qeydə alınır.

2006-cı ildə geofiziki tədqiqatlar nəticəsində Xəzəryanı-Quba NQR-də Mezokaynozoy kompleksi çöküntülərində karbohidrogenlərin əmələgəlmə mənbələri və miqrasiya yolları təyin edilmiş, əsas kollektorlar və perspektivli sahələr ayrılmış, perspektivli antiklinal və potensial qeyri-antiklinal tələlər ayrılıb qiymətləndirilmişdir.

2007-ci ildə geofiziki tədqiqatın müasir üsulları ilə Yevlax-Ağcabədi NQR-nin Muradxanlı və ona qonşu sahələrdə Mezozoy çöküntülərinin daxili geoloji quruluşu öyrənilir, Təbaşirdaxili çöküntülərə uyğun gələn sxematik struktur xəritə qurulur. İlk dəfə olaraq, Muradxanlı və Söyüdlər sahəsində Təbaşirdaxili çöküntülərə uyğun gələn, tağ hissələrində müvafiq olaraq 4300 m və 4800 m-lik izohipslə qapanan struktur qalxımlar aşkar edilir.

Aşağı Kür NQR-nin Bəndovan strukturunun cənub-qərb və tağ hissələrində Pliosen çöküntülərinin geoloji quruluşu öyrənilr, müxtəlif

Page 33: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

31

horizontlara uyğun gələn struktur xəritələr qurulur və yeni tektonik elementlər aşkar edilir. Məlumatların kompleks təhlili nəticəsində sahə üzrə çöküntülərin litofasial tərkibinin və kollektor xüsusiyyətlərinin paylanma qanunauyğunluğu öyrənilir, ilk dəfə olaraq strukturun cənub-qərb qanadında Ağcagilin alt laylarının pazlaşma zonalarına aid olunan “YTA” aşkar edilir.

2007-2008-ci illərdə Xəzəryanı-Quba NQR-nin Bəyimdağ-Təkçay sahəsində seysmik kəşfiyyatın müasir üsulları ilə tədqiqat işləri aparılaraq, alt Təbaşirin Hoteriv mərtəbəsinə aid edilən II və Valanjin mərtəbəsinə aid edilən III seysmik horizontlar üzrə sxematik struktur xəritələr və profil kəsilişləri tərtib edilir.

2008-ci ildə qravimetrik, maqnitometrik və seysmik üsulların komplektləşdirilməsilə Cəfərli strukturundan CŞ istiqamətdə yerləşən sahələrin geoloji quruluşu dəqiqləşdirilmiş, çöküntülərin neft-qazlılığı proqnozlaşdırılmışdır.

Mezozoy çöküntülərinin səthi üzrə qravimetrik məlumatlar əsasında qurulan struktur xəritədə Oruclu strukturundan cənub-şərqdə yeni lokal qalxımlar və eyni zamanda xarakterik lokal qravitasiya minimumları öz əksini tapırlar. Pənahlı və Oruclu sahələrində neftlilik-qazlılıqla əlaqələndirilən seysmik və qravimetrik “YTA” müəyyən olunaraq, onların yeri və dərinliyi təyin edilir.

2008-ci ildə Qazanbulaq-Borsunlu-Ziyadxan və Çaylı sahələrində ÜDN üsulu ilə seysmik profillərinin və quyuların geofiziki məlumatlarının birgə interpretasiyası nəticəsində Təbaşir çöküntülərin səthi üzrə struktur, orta Eosen-Paleosen çöküntülərinin qalınlıq xəritələri və paleoseysmoloji kəsilişləri tərtib olunur. Qazanbulaq, Ziyadxan və Çaylı strukturlarının geoloji quruluşları dəqiqləşdirilir, yeni Şimali Çaylı və Şimali Ziyadxan qalxımları aşkar olunur. Eosen və Paleosen çöküntülərinin pazlaşdığı zonalar müəyyən edilir və neft-qaz

Page 34: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

32

tələlərinin yaranması üçün əlverişli geoloji şəraitin olduğu göstərilir. Qravimetrik profillərdə ağırlıq qüvvəsi qradiyentlərini kəskin dəyişməsinə əsaslanaraq, tətbiq olunan sahələr üzrə qırılmalar və pazlaşmaları əks etdirən tektonik sxem tərtib edilir, Təbaşir çöküntülərinin səthinə uyğun sxematik struktur xəritə qurulur.

Seysmik və qravimetrik “YTA”-ların kompleks araşdırılması nəticəsində Qazanbulaq, Çaylı, Şimali Çaylı strukturlarında və pazlaşma zonaları ilə əlaqədar qeyri-antiklinal tələlərin neftli-qazlılıq perspektivliyi yüksək qiymətləndirilir, göstərilən sahələrdə dəqiq seysmik kəşfiyyat işlərinin aparılması və onların dərin kəşfiyyat qazımasına hazırlanması tövsiyə olunur.

2009-cu ildə aparılan seysmik kəşfiyyat işlərinin nəticəsində Yavannıdağ, Gicəkiaxtarma, Gicəki və Sündü antiklinallarının uzaq qanadlarında, sinklinallarda və 4-5 km dərinliyə qədər antiklinalların tağ və tağyanı hissələrində tektonik qırılmalar, palçıq vulkanı brekçiyaları profil xətləri boyunca izlənilir.

Page 35: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

33

II FƏSİL

AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARI VƏ ÇÖKÜNTÜ KOMPLEKSLƏRİ

2.1. Tektonik rayonlaşdırma

Azərbaycanın quru ərazisi tektonik cəhətdən dörd meqastruktur elementə bölünür (şəkil 1):

1. Terek – Xəzər kənar çökəkliyi 2. Böyük Qafqaz meqaantiklinoriumu 3. Kür-Cənubi Xəzər çökəkliyi 4. Kiçik Qafqaz meqaantiklinoriumu Meqastrukturlar daxilində isə iri və orta ölçülü struktur

elementlər ayrılır (şəkil 1): İriölçülü tektonik strukturlar:

I - Şimali Abşeron çökəkliyi II - Abşeron-Balxanyanı qalxım zonası III - Qobustan-Abşeron çökəkliyi IV - Aşağı Kür çökəkliyi V - Kürdəmir-Saatlı qalxım zonası VI - Yevlax-Ağcabədi çökəkliyi VII - Qabırrı-Acınohur çökəkliyi VIII - Arazyanı dağlararası çökəkliyi

Page 36: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

34

Şək

il 1.

Azə

rbay

canı

n qu

ru ə

razi

sini

n ne

ftli-

qazl

ı sah

ələr

inin

tek

toni

k ra

yonl

aşdı

rma

xərit

əsi

Page 37: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

35

Ortaölçülü tektonik strukturlar: 1 - Qusar-Dəvəçi törəmə çökəkliyi 2 - Şamaxı-Qobustan çökəkliyi 3 - Abşeron çökəkliyi 4 - Aşağı Kür depressiyası 5 - Talışqarşısı çökəkliyi 6 - Yevlax-Ağcabədi çökəkliyi 7 - Kiçik Qafqazqarşısı kənar monoklinalı 8 - Şəmkir qalxım zonası 9 - Qabırrı-Acınohur çökəkliyinin cənub qanadı 10 - Böyük Qafqazarxası kənar monoklinalı 11 - Acınohur çökəkliyi 12 - Naxçıvan törəmə çökəkliyi Bu tektonik elementlər bir-birindən regional dərinlik qırılmaları

və fleksuralarla ayrılır (bax: şəkil 1).

2.2. Neft-qaz rayonlaşdırma

Karbohidrogen yığımlarının iri geostruktur elementlərlə qanunauyğun əlaqələri bir çox tədqiqatçılar tərəfindən müəyyən olunmuşdur [20,44,45,53]. Lakin bu vaxta qədər Azərbaycan ərazisinin neft-geoloji rayonlaşdırması haqqında vahid bir fikir formalaşmayıb. Bəzən “neftli-qazlı hövzə” (NQH) ilə “neftli-qazlı əyalət” (NQƏ) eyniləşdirilir. Bu hal “neftli-qazlı vilayət (NQV), “neftli-qazlı rayon” (NQR) terminlərinin istifadə olunması zamanı da qeyd olunur.

N.Y.Uspenskaya və N.N.Tauson tərəfindən mütəhərrik qırışıqlıq ərazilərinin neft-geoloji rayonlaşdırılması üçün təklif edilən böyükdən kiçiyə doğru: “neftli-qazlı əyalət”, “subəyalət”, “vilayət” və “rayon” ierarxiyası üzrə aparılması təklif olunmuşdur [115].

Page 38: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

36

Şəki

l 2. A

zərb

ayca

nın

quru

əra

zisi

nin

neft

-qaz

rayo

nlaş

dırm

a xə

ritəs

i.

Page 39: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

37

Neftli-qazlı əyalət (NQƏ) dedikdə yer qabığının uzun geoloji vaxt ərzində gömülməyə məruz qalan, oxşar çöküntü və neftli-qazlı komplekslərə malik olan, bir neçə çöküntütoplanma hövzələrini əhatə edən ərazi nəzərdə tutulur.

Neftli-qazılı subəyalət (NQSƏ) dedikdə ümumi çöküntü və neftli-qazlı komplekslərə malik olan, lakin struktur-tektonik və neft-qazlılıq xüsusiyyətlərinə görə NQƏ-nin bir-birindən fərqlənən hissələri nəzərdə tutulur.

Neftli-qazlı vilayət (NQV) NQSƏ-in vahid bir çöküntütoplanma hövzəsinin neftli-qazlı komplekslərinin struktur-tektonik, litofasial xüsusiyyətlərinə və neft-qazlılığın paylanmasında olan əsaslı fərqlərə malik olan iri tektonik vahidləri kimi ayrılırlar.

NQV-nin ümumi struktur və litofasial xüsusiyyətlərə malik, bir neçə neftli-qazlı zonanı və sahəni əhatə edən, nisbətən böyük hissəsi neftli-qazlı rayon (NQR) hesab edilir.

NQR-in eyni struktur-tektonik xüsusiyyətlərə malik olan neftli-qazlı hissəsi neftli-qazlı zona (NQZ) adlanır.

Təklif olunan ierarxiya üzrə İndola-Kuban, Terek-Xəzər çökəkliklərini Böyük Qafqazqarşısı NQƏ, Rion-Şərqi Qaradəniz və Kür - Cənubi Xəzər çökəkliklərini əhatə edən əraziləri isə, Cənubi Qafqaz dağlararası NQƏ adlandırmaq olar. Belə olan halda bu NQƏ-lər daxilində müvafiq olaraq Terek-Xəzər və Kür-Cənubi Xəzər NQSƏ-ləri ayrılırlar. Bu neftli-qazlı subəyalətlər isə, öz növbəsində bir-birindən Böyük Qafqazın CŞ batımı və onun dənizdə davamını əhatə edən CŞ Qafqaz NQSƏ ilə ayrılırlar.

Terek-Xəzər neftli-qazlı subəyaləti daxilində Terek-Sulak və Şimali Abşeron NQV-ləri, Kür-Cənubi Xəzər subəyaləti daxilində isə Böyük Qafqaz arxası və Kiçik Qafqaz-Talışqarşısı NQV-ləri, CŞ

Page 40: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

38

Qafqazın NQSƏ isə öz növbəsində CŞ Qafqaz və Abşeron-Balxanyanı NQV-lərə ayrılırlar.

Məlum olduğu kimi adları çəkilən böyük tektonik vahidləri əhatə edən bu neft-geoloji rayonlaşdırma bütün çöküntü kompleksləri üzrə aparılmışdır. Qeyd etmək lazımdır ki, göstərilən neftli-qazı əyalətlərin ərazisində qırışıqlı bünövrənin böyük dərinlikdə (8-20 km) yatması və axtarış-kəşfiyyat quyularının qazılmasının texniki imkanlarının müasir səviyyəsi, bütün çöküntü örtüyünün qalınlıqlarının paylanması əsasında ayrılmış ayrı-ayrı neftli-qazlı hövzələrin (NQH) geoloji quruluşu haqqında tam təsəvvür əldə etməyə imkan vermir. Məlum olduğu kimi Azərbaycanın neftli-qazlı ərazilərinin geoloji quruluşlarında struktur-tektonik quruluşları bir-birindən əsaslı dərəcədə fərqlənən Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü kompleksləri iştirak edirlər.

Mütəhərrik geoloji quruluşa malik olan Azərbaycan ərazisində müxtəlif struktur-tektonik xüsusiyyətli Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin ümumi qalınlığının 5 km-dən 20 km-ə qədər dəyişməsi və bu komplekslər arasında qeyri-uyğun yatımın mövcudluğu, çöküntü kopleksinin ümümi qalınlıqlarının paylanması əsasında aparılmış neft-geoloji rayonlaşdırmanın axtarış-kəşfiyyat işlərinin səmərəli istiqamətlərinin seçilməsində müəyyən çətinliklərə səbəb olur. Belə çətinliklərə baxmayaraq, paleotektonik və formasiya təhlillərinin nəticələrindən, eləcə də Mezozoy kompleksinin struktur-tektonik xüsusiyyətlərindən istifadə edərək, göstərilən kompleks üzrə Azərbaycan ərazisinin neft-geoloji rayonlaşdırılması haqqında aşağıdakı fikirləri söyləmək olar.

Terek-Xəzər NQSƏ-yə daxil olan Şimali Abşeron NQV-nin şimal-qərb hissəsində şimal-qərbdən Samur, cənub-qərbdən Siyəzən dərinlik qırılmaları ilə, şimal-şərqdən isə Xəzər sahili üzrə uzanan

Page 41: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

39

qırılma ilə hüdudlanan Qusar-Dəvəçi NQR-i ayrılır. Paleogen və Neogen çöküntüləri üzrə eyniadlı törəmə muldaya uyğun gələn bu NQR, Mezozoy kompleksi üzrə şimal-şərqdən Yalama-Xudat, Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş orta Yura qalxım zonalarına, Zeyxur və Quba-Dəvəçi çökəkliklərinə uyğun gəlir. Cənubi Dağıstan çökəkliyinin cənub-şərq davamında yerləşən Zeyxur çökəkliyi Yalama-Xudat və Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlarını bir-birindən ayırır. Cənub-şərqdə Xəzər dənizinə açılan Quba-Dəvəçi çökəkliyi isə Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlar zonasını Təngi-Beşbarmaq antiklinoriumundan ayırır. Şimali-Abşeron çökəkliyinin şimal-qərb hissəsini təşkil edən Quba-Dəvəçi çökəkliyinin cənub-qərb bortu Tələbi-Qaynarca antiklinal zonası ilə mürəkkəbləşmişdir.

Böyük Qafqazın cənub-şərq batımında ayrılmış NQV şimal-şərqdə Siyəzən, cənub-qərbdə Ləngəbiz-Ələt, şimal-qərbdə Qərbi-Xəzər, cənub-şərqdə isə Mərkəzi Xəzər dərinlik qırılmaları ilə hüdudlanır. Bu NQV daxilində Xızı, Şamaxı-Qobustan və Abşeron NQR-lərı ayrılırlar.

Xızı NQR Böyük Qafqazın cənub-şərq batımının Siyəzən və Germian dərinlik qırılmaları ilə məhdudlanan, Mezozoy çöküntülərindən təşkil olunmuş eyni adlı tektonik zonanı əhatə edir. Bu NQR-ə Təngi-Beşbarmaq, Bəyimdağ-Təkçay-Sitalçay-Yaşma, Germian nefli-qazlı zonaları və mümkün neftli-qazlı strukturlar daxildirlər. Struktur-formasiya quruluşlarında mövcud olan əsaslı fərqlər Xızı və Qusar - Dəvəçi NQR-lərini Xəzəryanı - Quba NQV adı altında birləşdirməyə imkan vermir.

Şamaxı - Qobustan NQR-i Böyük Qafqazın cənub-şərq batımının cənub-qərb hissəsində, şimaldan Malkamud-Germian, cənub-qərbdən Ləngəbiz-Ələt dərinlik qırılmaları ilə hüdudlanan eyni adlı periklinal çökəkliyi əhatə edir. Bu NQR daxilində Mezozoy kompleksi üzrə

Page 42: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

40

Şimali Qobustan, Paleogen-Miosen komleksi üzrə Mərkəzi Qobustan, Paleogen-Miosen və Pliosen neftli-qazlı çöküntü kompleksləri üzrə Cənub-qərbi Qobustan və Pliosen neftli-qazlı çöküntü kompleksi üzrə isə Cənub-şərqi Qobustan (Ceyrankeçməz depressiyası) neftli-qazlı zonalar (NQZ) ayrılır.

Abşeron NQR-i Şamaxı-Abşeron periklinal çökəkliyinin şərq-cənub-şərq hissəsini əhatə edir və Şamaxı-Qobustan NQR-dən meridional istiqamətli Yaşma fleksurası üzrə ayrılır. Əsasən Pliosen, qismən də Paleogen-Miosen neftli-qazlı komplekslərindən təşkil olunmuş Abşeron NQR-i daxilində Şimali Abşeron, Mərkəzi Abşeron və Cənub-Qərbi Abşeron NQZ-ləri ayrılır. Şimali Abşeron NQZ Mezozoy, Paleogen - Miosen; Mərkəzi və Cənub-Qərbi Abşeron NQZ-ləri isə Paleogen - Miosen və Pliosen komplekslərinə görə ayrılırlar.

Şimal-qərbdə Dzirul massivi, cənub-qərbdə Kiçik Qafqaz-Talışqarşısı dərinlik qırılması, şimal-şərqdə Arqun-Orexov, Şimali Acınohur və Acıçay-Ələt qırılmaları şəklində əks olunan Böyük Qafqazarxası dərinlik qırılması, cənub-şərqdə isə şərti olaraq Xəzər dənizinin qərb sahili boyu uzanan hipotetik dərinlik qırılması ilə hüdudlanan Kür dağlararası çökəkliyi müstəqil geotektonik vahid olaraq Alp qırışıqlığının Oliqosen-Antropogen orogen etapında formalaşmışdır. 7-8 km qalınlıqlı molass çöküntülərindən təşkil olunmuş bu tektonik vahid Cənubi Qafqaz mikroplitəsinin müxtəlif hipsometrik səviyyədə yerləşmiş paleoqalxım və çökəklikləri üzərində formalaşmışdır.

Kür dağlararası molass çökəkliyi Mezozoy kompleksi üzrə Cənubi Qafqaz mikroplitəsinin parçalanmış qalıqları olan Kürdəmir-Saatlı-Lənkəran, Mingəçevir, Eldar və Saqareci gömülmüş Mezozoy qalxımları ilə iki hissəyə bölünür. Şimal-şərqdə Kartali, Acınohur və

Page 43: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

41

Aşağı Kür çökəklikləri, cənub-qərbdə isə Şəmkir və Biləsuvar struktur çıxıntıları ilə ayrılan Qarayazı, Yevlax-Ağcabədi və Talışqarşısı (və ya Cəlilabad) çökəklikləri yerləşirlər.

Geoloji inkişaf tarixlərinə və struktur-tektonik xüsusiyyətlərinə görə bir-birinə yaxın olan bu çökəkliklərin müxtəlif hissələrində neftli-qazlı olan Mezozoy, Paleogen-Miosen və Pliosen kompleksləri ayrı-ayrı neftli-qazlı rayonlara aiddirlər.

Mezozoy yaşlı gömülmüş qalxımlar zonasından şimal-şərqdə, Gürcüstan ərazisində yerləşən, Paleogen-Miosen və Pliosen komplekslərindən təşkil olunmuş Kartalı-Qare-Kaxetiya çökəkliyinə müvafiq gələn eyni adlı NQR-də Paleogen-Miosen çöküntüləri əsas neftli-qazlı kompleksdir. Bu kompleksin en dairəsi istiqamətdə uzanan antiklinal strukturları eyni istiqamətli qırılmalarla mürəkkəbləşmişlər.

Acınohur çökəkliyi və bu çökəklik daxilində yerləşən eyniadlı mümkün neftli-qazlı rayon (MNQR) Kartalı-Qare-Kaxetiya çökəkliyindən cənub-şərqdə yerləşir və ondan Qanıx-Gəncəçay dərinlik qırılması ilə ayrılır. Böyük qalınlıqlı Paleogen-Miosen və Pliosen-Atropogen yaşlı molass çöküntülərilə doldurulmuş Acınohur çökəkliyi şimalda Şimali Acınohur regional qırılması ilə Qanıx-Əyriçay törəmə çökəkliyindən, cənubda Mingəçevir-Göyçay üstəgəlmə tipli regional qırılma ilə Kür-Qabırrı NQR-dən, cənub-şərqdə isə Qərbi-Xəzər dərinlik qırılması ilə Aşağı Kür NQR-dən ayrılır. Bu MNQR-in daxilində Pliosen və Paleogen-Miosen çöküntülərindən təşkil olunmuş, üstəgəlmə tipli qırılmalarla mürəkkəbləşmiş Daşyüz, Qüdbərəkdağ, Qocaşən, Bozdağ-Qaraca qırışıqlıq zonaları və mümkün neftli-qazlı zonalar (MNQZ) yerləşirlər.

Aşağı Kür çökəkliyi və eyni adlı NQR əsasən Pliosen-Antropogen çöküntülərindən təşkil olunmuşdur. Şimal-şərqdə

Page 44: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

42

Ləngəbiz-Ələt, cənub-qərbdə Qərbi Xəzər dərinlik qırılmaları, cənub-şərqdə isə Xəzərin qərb sahili boyu uzanan hepotetik dərinlik (və ya regional) qırılmaları ilə hüdudlanan Aşağı Kür çökəkliyi daha mürəkkəb quruluşa malikdir.

Daxilində ikinci dərəcəli Yuxarı Şirvan, Aşağı Şirvan və Muğan-Salyan çökəkliklərini ayrılan və Pliosen çöküntülərinin əsas neftli-qazlı kompleks olduğu Aşağı Kür NQR-də Kəlaməddin-Mişovdağ-Bəndovan, Kirovdağ-Neftçala, Kürsəngi-Cənubi Kürsəngi və Pirsaat-Hamamdağ NQZ-ləri yerləşirlər.

Kür dağlararası çökəkliyin mərkəz hissəsində yerləşən Mezozoyun karbonatlı, qumlu-gilli çöküntülərindən və vulkanik süxurlarından təşkil olunmuş Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zonasını da Mezozoy kompleksi üzrə MNQR kimi ayırmaq olar. Bu rayon şimal-şərqdə Qərbi Xəzər, cənubi-qərbdə Carlı-Cəlilabad, şimal-şimali-qərbdə Mingəçevir-Göyçay qırılmaları ilə sərhədlənir. Bütövlükdə bu tektonik zona Talış-Vəndam qravitasiya maksimumuna uyğun gəlir və neftqaztoplanma zonası olduğu güman edilir. Lakin çöküntütoplanmada Miosen epoxasına, bəzi sahələrdə isə hətta alt Pliosenə qədər davam edən uzunmüddətli fasilə Mezozoy çöküntülərinin üst hissəsində karbohidrogen yataqlarının qorunub saxlanmasına mənfi təsir etmişdir.

Kürdəmir-Saatlı-Lənkəran zonasından fərqli olaraq şimal-qərbdə yerləşən Mingəçevir, Eldar və Saqareci gömülmüş Mezozoy qalxımları Paleogen-Miosen və Pliosen-Antropogen zamanı intensiv çökməyə məruz qalmışdır.

Bu çöküntülər özülləri Mezozoy yaşlı karbonatlı və vulkanogen süxurlardan ibarət olan Acınohur və Kartalı törəmə çökəkliklərində Paleogen-Miosen kompleksinin çöküntüləri perspektivli neftli-qazlı obyektlərə malik olma ehtimalı mövcuddur.

Page 45: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

43

Mezozoy yaşlı Saqareci, Eldar, Mingəçevir və Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zonası ilə Kiçik Qafqaz arasında yerləşən, Qarayazı, Yevlax-Ağcabədi çökəklikləri və bu çökəklikləri Kiçik Qafqazdan ayıran Kiçikqafqazqarşısı monoklinal, əvvəlki neft-geoloji rayonlaşdırma sxemlərində Kür-Qabırrı çaylararası, Yevlax-Ağcabədi və Gəncə NQR-ləri, Aşağı Araz dərinlik qırılması və Biləsuvar struktur çıxıntısı ilə Yevlax-Ağcabədi çökəkliyindən ayrılan Talışqarşısı (və ya Cəlilabad) çökəkliyi isə, eyni adlı NQR kimi ayrılmışlar.

Adları çəkilən NQR-lər Kiçik Qafqaz və Talış dağ silsilələri qarşısında yerləşmələri və onları formalaşdıran neftli-qazlı komplekslərin oxşar cəhətlərini nəzərə alaraq vahid Kiçik Qafqaz-Talışqarşısı neftli-qazlı vilayəti adlandırmaq olar.

Bu neftli-qazlı vilayətin cənub-qərbində yerləşən, struktur-tektonik cəhətdən Kiçik Qafqazqarşısı monoklinalı əhatə edən Gəncə NQR-in struktur-tektonik quruluşları bur-birindən əhəmiyyətli dərəcədə fərqlənən iki hissədən ibarət olduğu qeyd edilməlidir. Belə ki, Kiçik Qafqazqarşısı monoklinal adlanan struktur-tektonik vahidin Şəmkir struktur çıxıntısından şimal-qərbdə, Kür və Kiçik Qafqazqarşısı dərinlik qırılmaları arasında yerləşən hissəsi heç də monoklinal deyil. Bu sahə şimal-qərbdə Qazax körfəzvari çökəkliyi və Qafqazəksi istiqamətli sturktur çıxıntılarla mürəkkəbləşmiş və əsasən üst Təbaşirin vulkanogen və karbonatlı çöküntülərindən təşkil olunmuş Qazax-Tovuz antiklinal zonası və şərqdə onun davamında Dəliməmmədli qalxımı yerləşən antiklinal zonadan ibarətdir.

Subeninə istiqamətdə uzanan, geoloji quruluşuna görə antiklinal quruluşa malik olan Qazax-Tovuz tektonik zonasını Cəncə NQR-ə aid etmək doğru olmadığı kimi, bu zonanın Kür-Qabırrı çaylararası çökəkliyinin monoklinal quruluşa malik cənub-qərb bortundan Kür dərinlik qırılması ilə ayrılması, qeyd edilən tektonik

Page 46: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

44

zonanı, bəzi neft-geoloji rayonlaşdırmalarda olduğu kimi, Kür-Qabırrı çaylararası NQR-ə də aid etmək doğru deyildir. Bu rayonun geoloji quruluşunda olan əsaslı fərqləri nəzərə alaraq onu Dəliməmmədli qalxımı ilə birlikdə müstəqil Qazax-Dəllər-Dəliməmmədli mümkün NQR-i kimi ayırmaq məqsədəuyğun sayılır.

Kür dərinlik qırılmasından şimal-şərqdə yerləşən, üst Təbaşir çöküntüləri üzrə cənub-qərbdə struktur çıxıntı və kiçik amplitudlu braxiantiklinallarla mürəkkəbləşən, şimal-şərq istiqamətli yatıma malik monoklinaldan, şimal-şərqdə isə Paleogen-Miosen kompleksi üzrə Çatma antiklinoriumundan təşkil olunmuş Kür və Qabırrı çaylararası NQR, cənub-şərqdə Gəncəçay-Qanıx submeridional istiqamətli dərinlik qırılması ilə yalnız Yevlax-Ağcabədi çökəkliyindən deyil, həm də Acınohur MNQR-dən ayrılır.

Bu NQR-in Paleogen-Miosen və Mezozoy çöküntü kompleksləri neftli-qazlı və mümkün neftli-qazlı komplekslərdir. NQR daxilində Alaçıq-Eldaroyuğu, Yaylacıq-Armudlu, Udabno-Molladağ, Çobandağ-Palantökən və s. mümkün neftqaztoplanma zonaları, antiklinal qalxım və struktur çıxıntılar mövcuddurlar.

Şimal-qərdən eninə istiqamətli Gəncəçay-Qanıx, cənub-şərqdən Aşağı Araz və cənub-qərbdən Kiçikqafqazqarşısı dərinlik qırılmaları ilə hüdudlanan Kiçikqafqazqarşısı monoklinal, şimal-şərqdə Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortundan Şirvanlı-Beyləqan istiqamətində uzanan pozğunluq zonası ilə ayrılır. Bu struktur-tektonik vahidlərin ümumən monoklinal quruluşa və eyni neftli-qazlı komplekslərə malik olmasını nəzərə alaraq onları vahid Gəncə NQR-ə aid etmək lazımdır.

Kiçikqafqazqarşısı monoklinalı və Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunu əhatə edən Gəncə NQR struktur-tektonik cəhətdən mürəkkəb quruluşa malikdir. Mezozoy çöküntü kompleksi

Page 47: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

45

üzrə submeridional istiqamətdə uzanan Gödəkboz-Duzdağ qırılması və onun üzərində formalaşan eyni adlı antiklinal zona, Kiçikqafqazqarşısı monoklinalın şimal-qərb hissəsini onun mərkəzi hissəsindən ayırmaqla yanaşı, Yevlax-Ağcabədi çökəkliyinin şimal-şimal-qərb sentriklinalını şimala doğru istiqamətləndirir.

Gəncə NQR-in cənub-qərb hissəsində Qazanbulaq, Acıdərə, Sarıyaldağ, Naftalan neft yataqları və bir sıra perspektivli qalxımlar, nisbətən sadə quruluşa malik olan mərkəzi hissəsində isə Tərtər neft yatağı, Güllücə, Şirvanlı, Bərdə və s. perspektivli qalxımlar yerləşir.

Kiçikqafqazqarşısı monoklinalın və Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunun cənub-şərq hissələri bir-birindən müxtəlif istiqamətli qırılmalarla ayrılan Kəbirli - Beyləqan və Sovetlər - Ağgöl qalxım zonaları ilə mürəkkəbləşmişdir.

Şimalda və cənub-şərqdə Mezozoy yaşlı Kəbirli-Beyləqan və Arazyanı qalxımlar zonalarından qırılmalarla ayrılan Xudafərin körfəzvari çökəkliyi xüsusi mövqeyə malikdir. Arazyanı çökəkliklər qrupuna aid edilən Xudafərin çökəkliyinin Paleogen-Miosen çöküntü kompleksi üzrə Kiçik Qafqaza söykənərək qapandığını nəzərə alaraq Gəncə NQR-ə aid edilməsi daha doğrudur.

Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunun geoloji quruluşunda olan əsaslı fərqləri nəzərə alınaraq, əvvəlki neft-geoloji rayonlaşdırmalarda olduğu kimi Muradxanlı adlı NQR kimi ayrılması məqsədəuyğundur. Bu NQR şimal-şərqdən – Mingəçevir-Kürdəmir-Saatlı qalxımlar zonası, cənub-qərbdən - şərti olaraq, çökəkliyin ox xətti, cənub-şərqdə isə Araz dərinlik qırılması ilə hüdudlanır.

Muradxanlı NQR-in şimal-qərb hissəsində Qarxun-Əmirarx, cənub-şərq hissəsində isə Qaralı-Qışlaq, Şahsünni-Məmmədli qalxımları və Zərdab-Muradxanlı-Cəfərli antiklinal zonası yerləşir. Mezozoy və Paleogen çöküntüləri üzrə neftli-qazlı olan bu zonada

Page 48: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

46

Zərdab, Muradxanlı, Cəfərli neft yataqları mövcuddur. Böyük ölçülü Muradxanlı neft yatağı uzununa, eninə və diaqonal istiqamətli müxtəlif amplitudlu qırılmalarla mürəkkəbləşmişdir.

Struktur-tektonik cəhətdən Mezozoy və Paleogen-Miosen çöküntüləri üzrə Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunu əhatə edən Muradxanlı NQR-i Pliosen-Antropogen kompleksi üzrə Kür dağlararası çökəkliyinin şimal-şərq istiqamətli, olduqca yastı yatımlı monoklinalın cənub-qərb bortunu təşkil edir.

Kiçik Qafqazdan Aşağı Araz və Arazboyu çökəkliklərlə ayrılan Talış dağ sisteminin qarşısında neft-qazlılıq baxımından əhəmiyyət kəsb edən şimal-şərqdə Saatlı-Lənkəran gömülmüş qalxımlar zonası, cənub-qərbdə Talışqarşısı qırılma, şimal-qərbdə isə Biləsuvar struktur çıxıntısı ilə hüdudlanan Talışqarşısı (və ya Cəlilabad) çökəkliyi yerləşir. Bu çökəklik neftli-qazlı Paleogen-Miosen çöküntü kompleksi üzrə eyni adlı MNQR-dən ibarətdir. Talışqarşısı NQR daxilində Tumarxanlı-Gərməli neftqaztoplanma zonası, Cəlair, Ağdaş və s. qalxımları yerləşir.

Naxçıvan mümkün neftli-qazlı rayonu (MNQR) tektonik cəhətdən, Kiçik Qafqaz dağ silsilələri ilə Kür dağlararası çökəklikdən ayrılan, ümumqafqaz istiqamətli, böyük ölçülü Ordubad çökəkliyinin cənub-qərb hissəsini təşkil edən törəmə muldaya uyğun gəlir. Miosenin terrigen və Mezozoyun karbonatlı çöküntülərindən ibarət olan bu MNQR daxilində neftqazlılıq baxımından əhəmiyyət kəsb edən Böyükdüz və Dəhnə -Vəlidağ mümkün neft-qaz toplanma zonaları mövcuddur.

Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycanın ərazisində üç NQSƏ-yə ayrılır: A - Terek-Xəzər; B - Cənub-Şərqi Qafqaz; C- Kür-Cənubi Xəzər.

Page 49: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

47

Azərbaycanın quru ərazisi bu NQSƏ-lər daxilində 5 NQV-ə və 14 NQR-ə bölünür (şəkil 2).

I. Şimali Abşeron neftli-qazlı vilayəti 1 - Qusar-Dəvəçi neftli-qazlı rayonu II. Cənub-Şərqi Qafqaz neftli-qazlı vilayəti

2 - Xızı neftli-qazlı rayonu 3 - Şamaxı-Qobustan neftli-qazlı rayonu 4 - Abşeron neftli-qazlı rayonu

III. Böyük Qafqazarxası neftli-qazlı vilayət 5 - Acınohur mümkün neftli-qazlı rayonu 6 - Aşağı Kür neftli-qazlı rayonu 7 - Kürdəmir-Saatlı mümkün neftli-qazlı rayonu 8 - Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu

IV. Kiçik Qafqaz-Talışqarşısı neftli-qazlı vilayət 9 - Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu 10 - Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu 11 –Gəncə neftli-qazlı rayonu 12 - Muradxanlı neftli-qazlı rayonu 13 - Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonu

V. Arazyanı neftli-qazlı vilayət 14 - Naxçıvan mümkün neftli-qazlı rayonu

Ayrılan rayonlardan altısı ehtimal olunan neftli-qazlı rayonlardır.

2.2.1. Qusar-Dəvəçi neftli-qazlı rayonu

Qusar-Dəvəçi neftli-qazlı rayonu (NQR) geomorfoloji cəhətdən Böyük Qafqaz meqaantiklinoriumunun cənub-şərq batımının şimal-şərq yamacını, Qusar maili düzənliyini və Samur-Dəvəçi ovalığını əhatə edir.

Page 50: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

48

Rayonun üçbucağı xatırladan ərazisi şərq və şimal-şərqdən Xəzər dənizi, cənub-qərbdən Siyəzən, şimal-qərbdən isə Samur dərinlik qırılmaları ilə sərhədlənir. Rayon tektonik cəhətdən eyni adlı Qusar-Dəvəçi törəmə çökəkliyindən ibarətdir (şəkil 3). Bu çökəkliyi bir sıra tədqiqatçılar Qusar-Dəvəçi sinklinoriumu da adlandırırlar. Mezozoy çöküntüləri üzrə çökəklik daxilində Yalama-Xudat, Qusar-Xaçmaz-Ağzıbirçala qalxım zonaları və onların arasında ikinci dərəcəli Zeyxur çökəkliyi ayrılır. Orta Yura çöküntülərindən təşkil olunmuş, Miosen çöküntüləri üzrə gömülmüş olan Qusar-Xaçmaz-Ağzıbirçala qalxımlar zonasından cənub-qərbdə geniş ölçülü Quba-Dəvəçi çökəkliyi yerləşir.

Yalama-Xudat qalxımlar qrupu çökəkliyin şimal-şərq hissəsində yerləşir. Mezozoy çöküntüləri üzrə Yalama sahəsində bir-birindən kiçik və dayaz yəhərlərlə ayrılan, cənub-şərq istiqamətində uzanan subplatforma tipli, kiçik ölçülü, yastı tağlı Yalama, Cənubi Yalama və Şərqi Yalama qalxımları müəyyən edilmişdir. Geoloji quruluşlarında orta Yura, Təbaşir, (üst Barremdən Maastrixtə qədər) Paleogen-Miosen və Pliosen-Antropogen çöküntüləri iştirak edən bu qalxımların geoloji quruluşları kəsiliş üzrə yuxarıya doğru sadələşir. Sarmat çöküntüləri səviyyəsində Yalama, Cənubi Yalama antiklinalları, tağ hissəsi Yalama qalxımında qalmaqla, uzununa asimmetrik olan vahid antiklinal strukturla əvəz olur. Zeyxur çökəkliyinin daxilində yerləşən İmamqulukənd və onun şimal-şərq hissəsində yerləşən Şirvanovka qalxımları da yastı quruşları ilə fərqlənir.

Cənub-şərq istiqamətində uzanan Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonasında orta Yura çöküntüləri Paleogen-Miosen çöküntüləri ilə qeyri-uyğun olaraq örtülürlər. Qusar qalxımında orta Yura çöküntüləri üzərinə Sarmat, Xaçmaz qalxımında

Page 51: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

49

Paleosen, ölçülərinin böyüklüyü və daha dərinə gömülməsi ilə fərqlənən Ağzıbirçala qalxımında isə Pont mərtəbəsinin gilli çöküntüləri yatırlar.

Şəkil 3. Qusar-Dəvəçi neftli-qazlı rayonu.

Orta Yura çöküntülərinə görə bir sıra qalxımlardan ibarət

Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonası antiklinorium quruluşlu olduğu halda, Üst Miosen, Pliosen-Antropogen çöküntüləri üzrə Yalama-Xudat qalxımlarında olduğu kimi, kiçik

Page 52: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

50

bucaq altında şimal-şərq istiqamətində yatan monoklinaldan ibarətdir. Göstərilən tektonik vahidlərdə çökəkliyin Üst Miosen-Antropogen çöküntülərinin yatım xüsusiyyətləri nəzərə alınaraq ümumən Qusar-Dəvəçi çökəkliyi, törəmə mulda və ya törəmə çökəklik adlanır.

Deyilənlərdən göründüyü kimi “törəmə çökəklik” termini yalnız üst Miosen və Pliosen-Antropogen çöküntülərinə aiddir. Altda yatan Paleogen və xüsusən Mezozoy kompleksi üzrə Qusar-Dəvəçi çökəkliyi geoloji quruluşlarına görə bir-birindən kəskin fərqlənən qalxım zonalarından və çökəkliklərdən ibarətdir. Quruluşunun mürəkkəbliyi ilə fərqlənən Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonasından cənub-qərbdə, daha mürəkkəb quruluşa malik olan Quba-Dəvəçi çökəkliyi yerləşir.

Quba-Dəvəçi çökəkliyi şimal-şərqdə Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonası, cənub-qərbdə isə Təngi-Beşbarmaq antiklinoriumunun şimal-şərq qanadını mürəkkəbləşdirən Siyəzən dərinlik qırılması ilə hüdudlanır. Şimal-şərq sentriklinalı Sudur tektonik zonasında yerlən Quba-Dəvəçi çökəkliyi cənub-şərq istiqamətində genişlənərək, Xəzər dənizində Şimali Abşeron ön çökəkliyinə açılır. Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çöküntüləri ilə doldurulmuş bu çökəkliyin cənub-qərb bortu Tələbi-Qaynarca antiklinal zonası ilə mürəkkəbləşmişdir.

Qərbi Xəzər dərinlik qırılmasından şimal-qərbdə yerləşən Tələbi qalxımı istisna olmaqla, bu zonanın Qərbi Qaynarca, Qaynarca, Qızılburun-dəniz və Zorat-dəniz braxiantiklinalları, əsasən Paleogen-Miosen və qismən də Pliosen-Antropogen çöküntülərindən təşkil olunmuşlar. Tələbi qalxımının tağ hissəsində Orta Yura çöküntülərinin yuyulmuş səthi üzərinə Sarmat çöküntülərinin yatdığı, strukturun böyük amplitudlu qırılma ilə düşmüş olan CQ qanadında

Page 53: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

51

isə Paleogen-Miosen çöküntüləri qalınlığının kəskin şəkildə artması kəşfiyyat qazıması ilə müəyyən edilmişdir.

Tələbi-Qaynarca antiklinal zonasından cənub-qərbdə, geomorfoloji cəhətdən kəskin əks olunmuş Rustov-Əmirxanlı çökəkliyi yerləşir. Böyük qalınlıqlı Paleogen-Miosen və Pliosen- Antropogen çöküntüləri ilə dolmuş olan bu çökəkliyin cənub-qərb bortunu təşkil edən Siyəzən monoklinalında yer səthinə çıxan Paleogen-Miosen və üst Təbaşir çöküntüləri böyük bucaq altında şimal- şərq istiqamətində yatır, mərkəzi hissəsində isə hətta cənub-qərbə aşırılmışlar.

Üstəgəlmə tipli olan Siyəzən dərinlik qırılması eyni zamanda həm şaquli, həm də üfüqi tektonik hərəkətlərin şimal-şərq istiqamətində daha böyük təsiri nəticəsində formalaşıb. Burada Təbaşir çöküntüləri Paleogen çöküntüləri üzərinə aşırılmış vəziyyətdədir. Zağlı sahəsində Siyəzən dərinlik qırılması iki qola ayrılır. Onların arasında üst Təbaşir və alt Paleogen çöküntüləri intişar tapır.

2.2.2. Xızı neftli-qazlı rayonu

Xızı neftli-qazlı rayonu Böyük Qafqaz meqaantiklinoriumunun mərkəzi hissəsinin cənub-şərq qurtaracağını əhatə edir. Rayonun ərazisi şərqdən Xəzər dənizi, cənub və cənub-qərbdən Xaltan-Germian, şimal-şərqdən isə Siyəzən dərinlik qırılmaları ilə sərhədlənir (şəkil 4).

Rayonun stratiqrafik kəsilişində Yura, Təbaşir, Paleogen və Neogen çöküntüləri iştirak edirlər [33].

Orta Yuranın Aalen, Bayos və alt Təbaşirin Berrias, Valanjin, Hoteriv, Barrem çöküntüləri geniş sahədə yayılıb. Struktur-tektonik cəhətdən ərazisi Şahdağ-Xızı sinklinoriumu və Tufan antiklinoriumunu əhatə edir. Rayonun cənub-qərbində mürəkkəb quruluşlu Tufan antiklinoriumu yerləşir. Antiklinoriumun şarniri cənub-şərq istiqamətdə

Page 54: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

52

uzanaraq Vəlvələçayın vadisində üst Yura və alt Təbaşir çöküntüləri altına keçir.

Şəkil 4. Xızı neftli-qazlı rayonu.

Tufan antiklinoriumundan şimalda Şahdağ sinklinoriumu

yerləşir. O cənub-şərq istiqamətində Xızı sinklinoriumu ilə birləşir və çox vaxt Şahdağ-Xızı sinklinoriumu da adlanır. Bu iri tektonik element Böyük Qafqaz meqaantiklinoriumunun şimal yamacını təşkil edir. Şahdağ-Xızı sinklinoriumu əsasən üst Yura və Təbaşir yaşlı əhəngdaşı və dolomitlərdən təşkil olunur. Sinklinorium bir sıra ensiz və dik yamaclı, üstəgəlmə tipli qırılmalarla mürəkkəbləşən antiklinal və adətən cənuba açılan, nisbətən az maili sinklinallardan ibarətdir.

Page 55: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

53

Cənub-şərq istiqamətində sinklinallar braxisinklinala, antiklinallar isə braxiantiklinala çevrilirlər. Sinklinoriumda yerləşən Şahdağ qırışığının nüvəsi üst Senon çöküntülərindən təşkil olunub.

Cənub-şərq istiqamətində Şahdağ sinklinal zonası Xızı sinklinal zonası ilə əvəz olunur. Onun nüvəsi üst Təbaşir, Paleogen və Neogen çöküntülərindən təşkil olunub. Xızı sinklinal zonası bir sıra sinklinal və antiklinal zolaqlardan ibarətdir.

Sinklinorium Malkamud-Xaltan-Germian dərinlik qırılması boyu uzanan Dibrar–Yaşma sinklinoriumu ilə hüdudlanır. Sinklinoriumu təşkil edən sinklinal və antiklinal zonalardan bəziləri sinklinoriumun uzanma istiqamətinə kulisşəkilli yerləşirlər. Xızı sinklinal zonasının şimal-şərq sərhədində Təngi-Beşbarmaq antiklinoriumuna aid antiklinal qalxımlar ayrılır.

Uzunluğu 100 km, eni 7-10 km-ə çatan mürəkkəb quruluşlu, ensiz qalxımdan ibarət olan Təngi-Beşbarmaq antiklinoriumu Xızı və Qusar-Dəvəçi sinklinoriumlarını bir-birindən ayırır. Antiklinorium qırılmalarla sərhədlənir.

Zağlı-Zeyvə sahəsində antiklinoriumun nüvəsini Dogger və Titon əhəngdaşıları təşkil edir. Qalxımın şimal-şərq qanadı Valanjin-orta Miosen yaşlı çöküntülərdən ibarətdir. Təbaşir və Kaynozoy çöküntülərinin təmas zonasında Siyəzən üstəgəlməsi qeydə alınır. Bununla yanaşı, çöküntülərin daxilində mürəkkəbləşmələr də müşahidə edilir.

Üst Təbaşir çöküntüləri Təngi-Beşbarmaq antiklinoriumunun şimal qanadı boyu alt Təbaşir çöküntüləri üzərinə transqressiv yatırlar. Cənub-qərbə doğru yuyulmanın artdığı müşahidə edilir. Gilgilçay vadisində Titon-Konyak konqlomeratları Apt üzərinə, Vəlvələçay sahəsində isə Konyak, bəzən də Santon birbaşa Valanjin çöküntüləri üzərinə yatırlar [33].

Page 56: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

54

Üst Təbaşir kompleksi çöküntüləri bütün sahə üzrə konqlomerat layları ilə başlayır. Onların üzərində Santon çöküntüləri sahə boyunca Zağlı kəndindən Təngialtı kəndinə kimi izlənir. Zağlı kəndindən cənub-şərqdə kəsiliş Siyəzən üstəgəlməsi ilə hüdudlanır. Qaraçaydan şərqə doğru antiklinorium iki antiklinaldan və onları bir-birindən ayıran sinklinaldan ibarətdir. Sinklinal Aalen-Bayos çöküntülərindən təşkil olunub. Təngi-Beşbarmaq antiklinoriumu ensiz, çox vaxt şimala doğru aşırılan və böyük amplitudlu üstəgəlmələrlə mürəkkəbləşən antiklinallarla səciyyələnir.

2.2.3. Şamaxı-Qobustan neftli-qazlı rayonu

Şamaxı-Qobustan neftli-qazlı rayonu Böyük Qafqazın cənub-şərq batımının qərb hissəsində yerləşir. O Vəndam antiklinoriumundan cənub-şərqdə, Girdimançaydan başlayaraq Xəzər dənizi istiqamətində uzanaraq Çeyrankeçməz depressiyası ilə tamamlanır. Göründüyü kimi, Şamaxı-Qobustan neftli-qazlı rayonu Böyük Qafqazın cənub-şərq batımında yerləşən iri depressiyanı əhatə edir və geotektonik cəhətdən törəmə çökəkliyə daha çox uyğun gəlir. Çökəklik cənub-cənub-qərbdən Ələt-Acıçay, şimal-şimal-şərqdən Malkamud-Xaltan-Germian, qərbdən isə Cənubi Xəzər dərinlik qırılması ilə hüdudlanır. Cənub-şərq istiqamətində depressiya Cənubi Xəzər çökəkliyinə açılır (şəkil 5). Çökəkliyin cənub-qərb və mərkəzi hissələrində Mezozoy çöküntüləri böyük qalınlıqlı Paleogen və alt Miosenin çöküntüləri ilə örtülür. Çökəkliyin cənub-şərq hissəsində və Ələt yaylası ətrafında isə orta və üst Pliosen çöküntüləri geniş yayılıb. Bu zonada Təbaşir, Paleogen-Miosen və alt Pliosen çöküntüləri daha dərində yatırlar [33].

Şamaxı-Qobustan neftli-qazlı rayonu qırışıqlığın intensivliyi və əmələgəlmə vaxtına görə bir-birindən kəskin fərqlənən üç mərtəbəyə: Mezozoy, Paleogen-Miosen və Pliosen struktur mərtəbələrinə,

Page 57: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

55

geomorfoloji quruluşuna görə isə Şimali, Mərkəzi, Cənub-Qərbi və Cənub-Şərqi tektonik zonalarına ayrılır.

Şəkil 5. Şamaxı-Qobustan neftli-qazlı rayonu.

Page 58: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

56

Şimal tektonik zonası Böyük Qafqazın cənub-şərq batımının ox hissəsini və cənub yamacının xeyli hissəsini əhatə edir. Zonanın oroqrafiyası onun tektonik quruluşunu əks etdirir. Demək olar ki, relyefin qalxmış hissələri antiklinallara, çökək hissələri isə sinklinallara uyğun gəlir. Antiklinal qırışıqlarda Mezozoy, sinklinallarda isə Kaynozoy çöküntüləri iştirak edir.

Aparılan geoloji tədqiqat işlərinin nəticəsində Şamaxı-Qobustan rayonunun Şimal tektonik zonasında Gədisu, Gomuşdağ antiklinal qırışıqları və Altıağac-Korkeçidağ, Alataş-Yunusdağ, Qızmeydanı-Ağdərə, Talış-Qarayazı, Hilmilli-Görədil antiklinal zonaları ayrılır.

Mərkəzi tektonik zona nisbətən sakit tektonik quruluşu ilə səciyyələnir. Zona orta və alçaq dağlıq relyefə malik olan, Böyük Qafqaz sıra dağlarının şərq və cənub ətəklərini əhatə edir. Mərkəzi tektonik zona qərbdən Pirsaat çayının orta axını, şərqdən Abşeron neftli-qazlı rayonunun qərb hissəsi, şimaldan Şimali tektonik zonanın cənub sərhədi, cənubdan isə Sündü-Mərəzə və Ceyrankeçməz depressiyaları ilə sərhədlənir.

Zonada Paleogen-Miosen çöküntüləri geniş yayılıb. Antiklinal qırışıqlar əsasən en istiqamətində uzanırlar, ensiz və uzun tağa malikdirlər. Onların əksəriyyəti qırışığın oxu boyunca uzanan qırılmalarla mürəkkəbləşib. Antiklinal zonanın hüdudunda bir sıra braxiantiklinal qırışıqlar intişar tapıb.

Bir-birindən yastı və az maili yəhərlə ayrılan qırışıqlar antiklinal zonalar təşkil edirlər. Sahənin şimal və orta hissələrində yerləşən antiklinal qırışıqların uzanma istiqamətləri bir-birindən fərqlənir. Qərb hissədəki qırışıqlar isə bir-biri ilə əsasən kulis şəkilində uzlaşırlar. Onların səciyyəvi xüsusiyyətlərindən biri də tez-tez şaxələnmələridir. Mərkəzi tektonik sahədə Cənubi Mayaş, Cəngiçay,

Page 59: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

57

Ahudağ-Babacan, Yekəxana-Quzeydağ-Şorbulaq və Şimali-Qırdağ antiklinal zonaları ayrılır.

Cənub-qərbi tektonik zona braxiantiklinal qırışıqların geniş yayılması ilə səciyyələnir. Qırışıqlar əsasən Oliqosen-Miosen çöküntülərindən təşkil olunmuşlar. Antiklinalların tağ hissəsində əsasən alt Miosen çöküntüləri, intensiv aşınma baş verən sahələrdə isə alt Maykop və üst Qovundağ çöküntüləri yer səthinə çıxırlar. Antiklinalları bir-birindən ayıran sinklinallar və struktur yəhərlər əsasən orta və üst Miosen, bəzi hallarda transqressiv yatımlı Pliosen çöküntülərindən ibarətdir. Nisbətən iri antiklinal zonalar bir-birindən en istiqamətində uzanan geniş sinklinallarla ayrılırlar. Sinklinallar üst Miosen və Pliosen çöküntülərindən təşkil olunublar.

Cənub-qərbi tektonik zonada Göyküraxtarma, Sündü-Ceyildağ, Girdə-Qələndərtəpə və Ərzani-Qılıc antiklinal zonaları ayrılır. Bu antiklinal zonalarının səciyyəvi xüsusiyyətləri onların əksər hallarda üstəgəlmə xarakterli və uzununa istiqamətli regional qırılmalarla mürəkkəbləşmələridir. Qırılmalar boyu, bir qayda olaraq, antiklinalların daha yastı olan şimal qanadları, nisbətən dik yatımlı cənub qanadları üzərinə gəlmişlər. Bir çox qırışıqlarla tağ hissələrində tektonik qırılmalarla əlaqədar olan palçıq vulkanları və qrifonlar mövcuddur.

Cənub-şərqi tektonik zona (Ceyrankeçməz depressiyası da adlanır) geoloji quruluşuna görə Şamaxı-Qobustan çökəkliyinin digər hissələrindən kəskin fərqlənir. Zona daxilində antiklinal qırışıqlar müxtəlif istiqamətlərdə uzanaraq, yarımdairə şəklində antiklinal zonalar əmələ gətirirlər. Antiklinal zonalar və lokal qalxımlar bir-birindən geniş sinklinallarla və yastı yəhərlərlə ayrılırlar. Qalxımların tağ hissəsində Məhsuldar Qat (MQ) çöküntüləri, qanad və periklinallarda isə, Ağcagil və Abşeron çöküntüləri yer səthinə çıxırlar. Əsasən üst və orta Abşeronun gilləri, gilli qumları və

Page 60: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

58

əhəngdaşılardan təşkil olunan sinklinallar kəskin asimmetrik quruluşa malikdirlər.

Cənub-şərqi tektonik zona palçıq vulkanlarının geniş yayılması ilə fərqlənir. Burada geoloji quruluşuna görə bir-birindən seçilən Donquzluq-Ağzıqır, Kənizədağ-Miəkcik, Kiçik Kənizədağ-Duvannı, Şıxıqaya-Anart və Ələt tirəsi antiklinal zonaları ayrılır.

2.2.4. Abşeron neftli-qazlı rayonu

Abşeron neftli-qazlı rayonunun quru ərazisi en istiqamətində uzanan Abşeron yarımadasından ibarət olub, 2059 km2 sahəni əhatə edir. Rayonun qərb sərhədi şərti olaraq Giləzi burnundan Səngəçal burnuna qədər uzanan xətt götürülür (şəkil 6).

Abşeron neftli-qazlı rayonu tektonik cəhətdən Böyük Qafqaz meqaantiklinoriumun cənub-şərq batımının davamını təşkil edir. Rayona Abşeron yarımadası, ondan şərqdə yerləşən Abşeron arxipelaqı və ona aid edilən Bakı buxtası adaları daxildir. Qərbi Abşeronun regional-tektonik xüsusiyyətləri bir çox cəhətdən Cənub-Şərqi Qafqazın regional-tektonik xüsusiyyətlərini özündə əks etdirir.

Cənub-Şərqi Qafqazın pilləvarı tektonik quruluşu Abşeron periklinal çökəkliyi ərazisində dəyişikliklərə uğrayır. Periklinal çökəklik Şimali Abşeron və Cənubi Abşeron pillələrinə ayrılır [33].

Daha yüksək hipsometrik səviyyədə yerləşən Şimali Abşeron pilləsi şimalda Qusar pilləsinin Xəzər dənizi suları altında qalan hissəsindən Təngi-Beşbarmaq meqaantiklinalının cənub-şərqdə davamı olan qırılma və qırışıqlar zonası ilə ayrılır. Cənubi Abşeron pilləsi isə Abşeron yarımadasının çox hissəsini, yarımadanın cənub hissəsində yerləşən dəniz akvatoriyasını və Qobustanın şərq hissəsini əhatə edir. Şimali Abşeron pilləsində aparılan geofiziki kəşfiyyat və qazıma işləri

Page 61: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

59

Mezozoy çöküntülərinin yüksək hipsometrik səviyyədə yerləşdiyini və strukturların əksəriyyətinin enə yaxın istiqamətləndiyini müəyyən edib.

Bu istiqamət Mezozoy çöküntüləri ilə yanaşı, onların üzərinə qeyri-uyğun şəkildə yatan Paleogen-Miosen və eləcə də Pliosen strukturları üçün də səciyyəvi xüsusiyyət sayılır.

Şəkil 6. Abşeron neftli-qazlı rayonu.

Page 62: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

60

Cənubi Abşeron pilləsində şimaldan cənuba və qərbdən şərqə getdikcə Mezozoy çöküntülərinin yatma dərinliklərinin tədricən və ya kəskin artması nəticəsində Paleogen-Miosen və Pliosen çöküntülərinin enə yaxın istiqamətlənən strukturları meridionala yaxın strukturlarla əvəz olunurlar. Antiklinal strukturların ox müstəviləri müxtəlif dərəcədə, bəzən də çox kəskin dəyişilərək, yarımdairəvi şəkil alaraq, muldaşəkilli sinklinal çökəklikləri əhatə edirlər. Bir çox hallarda yarımdairəvi antiklinal zonalarda müxtəlif bucaq altında təmasa gələn əlavə qırışıqlar müşahidə olunur.

Abşeron NQR-in strukturları uzununa və eninə qırılmalarla yanaşı, həm də palçıq vulkanları ilə mürəkkəbləşiblər. Uzununa qırılmalar adətən regional xarakterli olub, antiklinal zona üzərində yerləşən əksər strukturların tağ hissələrindən keçirlər.

Antiklinal strukturların geomorfoloji xüsusiyyətlərinə və Abşeron NQR-də tutduqları coğrafi mövqelərinə görə Qərbi Abşeron, Mərkəzi Abşeron və Abşeron arxipelaqı tektonik zonalarına və ya antiklinoriumlarına bölünürlər.

Qərbi Abşeron tektonik bölgəsi Cənub-Şərqi Qafqazın Mezozoy strukturlarından meridional istiqamətli Yaşma fleksurası ilə ayrılır. Yaşma fleksurası zonasında cənub-şərq istiqamətli Mezozoy qalxımlarının pilləvarı çökməsi müşahidə olunur. Qərbi Abşeron tektonik bölgəsinin şimal-şərq və cənub-şərq sərhədləri Abşeron yarımadasının müvafiq sərhədləri ilə, şərq sərhədi isə Mərkəzi Abşeronun Fatmayı-Zığ antiklinal zonası ilə məhdudlanır. Qərbi Abşeron geotektonik baxımdan Böyük Qafqaz meqaantiklinoriumundan Abşeron periklinal çökəkliyinə keçid zonasında yerləşir.

Qərbi Abşeron tektonik zonası və Mərkəzi Qobustan qırışıqlığı zonaları cənub-şərq istiqamətində bir-birinə paralel uzanan ayrı-ayrı antiklinal strukturlardan ibarətdir. Onların tağ və tağa yaxın

Page 63: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

61

hissələrində Paleogen-Miosen, bəzən isə Mezozoy çöküntüləri yer səthinə çıxdıqları halda, cənub-şərq batımları MQ çöküntüləri ilə haşiyələnirlər. Bu cəhətdən Şimali və Mərkəzi Qobustan tektonik zonalarının Korkeçidağ, Ağburun, Yunusdağ, İlxıdağ və başqa antiklinalları göstərmək olar. Onlardan cənub-şərqdə yerləşənləri MQ, Abşeron və Dördüncü dövr çöküntülərindən təşkil olunan geniş Şurabad-Ceyranbatan sinklinal zonası cənub-şərqdə daha böyük ölçülü Bakı muldasına açılır.

Şimal-qərb - cənub-şərq istiqamətində uzanan sinklinal zona istər Qobustanın adları çəkilən antiklinal strukturlarının, istərsə də Qərbi Abşeronun dairəvi strukturlarının sinklinal zonasından şərqdə yerləşən strukturlar ilə tektonik əlaqəsini pozur. Qərbi Abşeron tektonik zonasını isə Mərkəzi Abşeron tektonik zonasından Şurabad-Çeyranbatan sinklinal zonası ayırır.

Qərbi Abşeronun regional tektonikası fonunda Paleogen-Miosen kompleksi çöküntülərinin litofasiya və paleotektonik şəraitindən asılı olan özünə məxsus struktur-tektonik xüsusiyyətləri mövcuddur.

Əsasən gilli-qumlu litofasiyada intişar etmiş Paleogen-Miosen çöküntüləri, Mezozoy və Pliosen çöküntü kompleksləri arasında aralıq qatı rolunu oynayır. Altda və üstdə yatan çöküntü qatlarından qeyri-uyğun yatımla ayrılır. Bu qatın qalınlığı tədqiq edilən rayon ərazisində şimal-qərbdən cənub-şərqə tərəf 0,5-1 km-dən 5-6 km-ə, bəzi hallarda isə, hətta 7-8 km-ə qədər artır. Paleogen-Miosen çöküntülərinin qalınlıqlarında olan belə kəskin fərqlər onların struktur-tektonik xüsusiyyətlərində də öz əksini tapır.

Rayonun şimal-qərb hissəsində Paleogen-Miosen çöküntüləri qalınlıqları nisbətən az olduğu üçün, onlar Mezozoy kompleksi çöküntülərinin struktur-tektonik xüsusiyyətlərini əks etdirir. Burada CŞ Qafqazın üst Təbaşir çöküntülərindən təşkil olunan ümumqafqaz

Page 64: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

62

istiqamətli, kəskin şəkildə əks olunan, böyük uzunluqları ilə seçilən (Yunusdağ, Qovundağ, İlxıdağ və s.) antiklinal qalxımlar, yer səthində geniş intişar edən Paleogen-Miosen çöküntüləri altına gömülmüşlər.

Abşeron yarımadasının şimal-qərb hissəsində yerləşən Corat, Novxanı, Saray, Binəqədi və s. antiklinal qırışıqlar şimal-qərbdə yerləşən Mezozoy strukturlarından xeyli dərəcədə fərqlənsələr də, onlar ümumqafqaz istiqamətində uzanırlar. Bir qədər cənub-şərqdə yerləşən strukturlarda isə göstərilən istiqamətə meyl etmək müşahidə olunur.

Antiklinal strukturların nüvəsi Qovundağ, Maykop, Çokrak, Diatom və Pont çöküntülərindən təşkil olunub. Pliosen çöküntüləri isə qırışıqların qanad hissələrində və sinklinallarda saxlanılıb. Qırışıqların nüvəsində Paleogen-Miosen yaşlı, əsasən gilli çöküntülər ikinci dərəcəli qırışıqlığa və tektonik pozulmaya məruz qalmışlar. Əksər qırışıqların tağ və ya tağa yaxın hissələri qırılıb-qalxma və ya üstəgəlmə tipli uzununa qırılmalarla mürəkkəbləşiblər.

Qərbi Abşeronda böyük ölçülü antiklinal zonaların əmələ gəlməsi, məhz regional qırılmalarla əlaqədardır. Qırılma müstəvisi üzrə tektonik blokun digər blok üzərinə irəliləməsi nəticəsində layların tektonik parçalanma və əzilmə zonaları əmələ gəlir. Bu zonalar antiklinal strukturların tağ hissələrində daha geniş sahələri əhatə edirlər. Paleogen-Miosen çöküntüləri antiklinal zonalarda bir sıra lokal xarakterli qırılmalarla tektonik bloklara parçalanırlar.

Qərbi Abşeron tektonik bölgəsi daxilində Qərbi Abşeron antiklinoriumu və eyniadlı sinklinoriumu kimi, nisbətən iri tektonik vahidlər ayrılır.

Qərbi Abşeron sinklinoriumu cənub - cənub-şərq istiqamətində uzanaraq, Sumqayıt, Ceyranbatan, Masazır sinklinallarını və böyük

Page 65: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

63

ölçülü Bakı muldasını əhatə edir. Sinklinorium yer səthində Məhsuldar Qat, Ağcagil və Abşeron çöküntülərindən təşkil olunub. Ayrı-ayrı sinklinalların və Bakı muldasının mərkəzi hissələri isə Dördüncü dövr çöküntülərilə doldurulmuşdur.

Qərbi Abşeron sinklinoriumunun cənub-qərb yamacında yer səthinə çıxan Paleogen-Miosen çöküntüləri, Mezozoy çöküntülərindən təşkil olunan antiklinoriumların cənub-şərq qurtaracaqları ilə iti bucaq təşkil edərək, daha çox meridional istiqamətdə uzanırlar. Onlar sinklinoriumun şimal-şərq yamacında Pliosen çöküntülərilə örtülürlər. Qərbi Abşeron sinklinoriumunun asimmetrikliyi bütün eninə profillərdə nəzərə çarpır. Uzununa kəsilişdə isə sinklinorium yəhər formalıdır.

Mərkəzi Abşeron tektonik bölgəsinin şimal-qərb hissəsində yerləşən antiklinalların tağ hissələrində Oliqosen-Miosen çöküntüləri yer səthinə çıxırlar. Lakin çıxışların sahəsi qərbdə yerləşən çıxışlarla müqayisə edilməz dərəcədə azdır. Mərkəzi Abşeronun antiklinal zonaları da Şərqi Abşeronun antiklinal zonalarından geniş sinklinalla ayrılırlar.

Geoloji ədəbiyyatda Şərqi Abşeron sinklinoriumu adı ilə məlum olan depressiya Pliosen-Antropogen çöküntülərindən təşkil olunan Qala antiklinalı ilə Binə-Hövsan və Dübəndi-Zirə sinklinallarına bölünür.

Abşeron neftli-qazlı rayonunun quru ərazisində Qovundağ-Lökbatan, Keçəldağ-Binəqədi, Üçtəpə-Damlamaca-Qaraheybət, Corat-Zığ, Ziyilpiri-Sulutəpə, Fatmayı-Zirə antiklinal zonaları, Güzdək və Bakı muldaları ayrılır.

2.2.5. Aşağı Kür neftli-qazlı rayonu

Aşağı Kür neftli-qazlı rayonu Küryanı düzənliyin cənub-şərq hissəsini əhatə edir və şimal - şimal-şərqdən Ləngəbiz-Ələt, qərb - cənub-qərbdən Girdimançaydan keçən Qərbi Xəzər dərinlik qırılmaları ilə, şərq-cənub-şərqdən isə şərti olaraq Xəzər dənizilə

Page 66: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

64

hüdudlanır. Rayonun şərqində relyef palçıq vulkanları ilə kəskin şəkildə mürəkkəbləşir (şəkil 7).

Aşağı Kür çökəkliyi əsasən Qədim Xəzər və Müasir dövr çöküntüləri ilə örtülüb. Bununla yanaşı rayonun bəzi sahələrində orta və üst Pliosen çöküntüləri yer səthinə çıxır. Rayon ərazisində bir çox sahələrdə qazılan axtarış-kəşfiyyat quyularında MQ çöküntülərinin üst şöbəsi tam açılıb. Yalnız bir neçə sahədə az sayda quyu MQ-nin alt şöbəsinin Qırməkialtı lay dəstəsini açıb və Miosen çöküntülərinə daxil olub [33].

Aşağı Kür çökəkliyi Cənub-Şərqi Şirvan və Muğan-Salyan tektonik zonalarına ayrılır. Bu tektonik zonalar daxilində, şimal-qərb cənub-şərq istiqamətində uzanan 4 antiklinal zona: Pirsaat-Hamamdağ, Kəlaməddin-Mişovdağ-Bəndovan, Kürsəngi, Padar-Neftçala zonaları mövcuddur. Bu antiklinal zonalar yer səthində əsasən Ağcagil, Abşeron və Bakı mərtəbələrinin çöküntüləri ilə təmsil olunmuşlar. Məhsuldar Qat çöküntüləri Kəlaməddin, Böyük Hərami, Kiçik Hərami, Mişovdağ və Bəndovan qalxımlarının yalnız tağ hissələrində yer səthinə çıxırlar. Qalxımların əksəriyyəti, cənub-qərb qanadları dik, şimal-şərq qanadları isə az maili yatıma malik asimmetrik quruluşlu antiklinal strukturlardır.

Strukturların tağ hissələri böyük yerdəyişmə amplituduna malik qırılmalarla mürəkkəbləşib. Qırışıqların şarnirindən keçən pozğunluqlar üzərində palçıq vulkanları yerləşir.

Pirsaat-Hamamdağ antiklinal zonası şimal-qərb – cənub-şərq istiqamətində uzanır. Zonanın geoloji quruluşunda Qədim Xəzər, Abşeron, Ağcagil və Məhsuldar Qat çöküntüləri iştirak edirlər. Tektonik cəhətdən ən yüksəkdə yerləşən Hamamdağ antiklinalında Məhsuldar Qat çöküntülərinin üst hissəsi 900 m qalınlığa qədər yuyulmuşdur.

Page 67: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

65

Şəkil 7. Aşağı Kür neftli-qazlı rayonu.

Bu böyük ölçülü qalxımın CŞ hissəsi dənizdə yerləşir və

Hamamdağ-dəniz qalxımı adlanır. Bu zonanın dənizdə davamında

Page 68: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

66

nisbətən kiçikölçülü lakin kəskin şəkildə əks olunmuş Qarasu, Ülfət, Aran-dəniz, Daşlı, Səbayel braxiantiklinalları yerləşirlər. Antiklinal strukturların tağyani hissələri bir-birinə paralel uzanan çoxsaylı, eninə istiqamətli qırılmalarla mürəkkəbləşmişlər. Strukturların tağ və periklinal hissələrində yerləşən palçıq vulkanları əsasən uzununa istiqamətli qırılmalarla əlaqədardırlar.

Kəlaməddin-Mişovdağ-Qalmaz-Bəndovan antiklinal zonasının Kəlaməddin-Kiçik Hərami hissəsi submeridional, Mişovdağ-Qalmaz hissəsi subeninə, Xıdırlı-Bəndovan hissəsi isə cənub-şərq istiqamətində uzanırlar.

Zona üzərində yerləşən braxiantiklinal qalxımlar yer səthində əsasən, Ağcagil, Abşeron və Qədim Xəzər çöküntülərindən təşkil olunub. Məhsuldar Qat çöküntüləri az sahələrdə yer səthinə çıxırlar. Zonanın antiklinal strukturları uzununa və eninə pozğunluqlarla mürəkkəbləşiblər.

Kürsəngi antiklinal zonası Cənubi-Şirvan çökəkliyinin Şimal-qərb hissəsində Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala antiklinal zonaları arasında yerləşir. Cəmi iki: Kürsəngi və Cənubi-Kürsəngi qaxımlarından ibarət olan bu antiklinal zona böyük dərinliyə gömülməsi ilə fərqlənir.

Məhsuldar Qat çöküntüləri üzrə bir-birindən ensiz yastı yəhərlə ayrılan Kürsəngi və Cənubi-Kürsəngi strukturları, orta Abşeron çöküntüləri üzrə Cənubi Kürsəngi qalxımının daha intensiv gömülməsi nəticəsində tağ hissəsi Kürsəngi qalxımına uyğun olan uzununa, asimmetrik vahid antiklinal qalxımdan ibarət olur. Antropogen çöküntüləri üzrə isə, burada layların az maili monoklinal yatımı qeyd olunur.

Kürovdağ-Neftçala antiklinal zonası Aşağı Kür çökəkliyinin mərkəzi hissəsində yerləşir. Şimal-qərbdən - cənub-şərqə doğru təqribən

Page 69: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

67

100 km-dən artıq məsafədə uzanan bu antiklinal zona üzərində Kürovdağ, Babazənən-Durovdağ, Xıllı-Duzdağ, Neftçala antiklinalları, zonanın dənizdə davamında isə Neftçala-dəniz-Kürdaşı antiklinalları yerləşirlər. Əksəriyyəti braxiantiklinal tipli olan bu strukturlar bir-biridən qısa və dayaz stuktur yəhərlərlə ayrılırlar. Kürovdağ - Neftçala antiklinal zonasının əksər strukturlarının tağyanı hissələri onların ox müstəvilərinə paralel yerləşən iki uzununa və bir neçə eninə qırılmalarla, çox saylı tektonik bloklara parçalanmışlar. Stukturların geoloji quruluşlarını mürəkkəbləşdirən palçıq vulkanları və onların qrifonları uzununa qırılmaların eninə qırılmalarla kəsişdiyi zonalarda yerləşir.

2.2.6. Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı

rayonu

Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu eyni adlı qalxımlar zonasını əhatə edir. Şimal-qərb-cənub-şərq istiqamətində uzanan bu zona, Kür çökəkliyinin mərkəzi hissəsində yerləşir. Rayon cənub-qərbdən Carlı-Cəlilabad, şimal-şərqdən Qərbi Xəzər, şimaldan Mingəçevir-Göyçay dərinlik qırılmaları, cənub-şərqdən isə Xəzər dənizinin sahili ilə sərhədlənir. Tektonik cəhətdən Yevlax-Ağcabədi və Cəlilabad çökəklikləri ilə Aşağı Kür çökəkliyi arasında yerləşən bu zona Araz dərinlik qırılması ilə iki hissəyə: Kürdəmir-Saatlı və Saatlı-Lənkəran gömülmüş qalxım zonalarına bölünür (şəkil 8).

Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zonasının yerləşdiyi ərazinin çox hissəsini az maili Mil, Muğan və Şirvan düzənlikləri əhatə edir. Zona əsasən Dördüncü dövr çöküntülərilə örtülmüşdür.

Kürdəmir-Saatlı qalxım zonasının cənub-qərb hissəsində, keçən əsrin 80-ci illərində aparılmış seysmik kəşfiyyat işlərinin nəticələrinə görə, Mezozoy çöküntüləri üzrə Qarasaqqal-Carlı-Saatlı

Page 70: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

68

tektonik zonasını təşkil edən Qarasaqqal, Qarabat, Sor-sor, Carlı gömülmüş struktur qalxımları və Paleogen-Miosen çöküntülərindən təşkil olunmuş İncə, Müsüslü, Türkəçi, Qarabucaq gömülmüş qalxımları aşkar edilmiş və qazmaya hazırlanmışdır.

Şəkil 8. Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu.

Page 71: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

69

Üst Təbaşirdən başlayaraq üst Miosenə qədər, Sarmat mərtəbəsi də daxil olmaqla, çöküntütoplanma prosesində fasilə baş verdiyindən 1970-80-cı illərdə neft-qazlılığı az perspektivli olan Saatlı-Qaracalı zonasının bir sıra sahələrində axtarış-kəşfiyyat qazıma işləri dayandırılmışdır.

Kompleks geoloji-geofiziki tədqiqatlar əsasında Saatlı-Lənkəran zonasının cənub-qərb hissəsində Paleogen-Miosen çöküntüləri üzrə gömülmüş Kürd, Orta Kürd, Qırmızıkənd, Biləsuvar və Uzuntəpə antiklinal qırışıqlarının mövcudluğu müəyyən edilib. Biləsuvar-Uzuntəpə antiklinoriumunun geoloji quruluşunda üst Miosendən Ağcagilə qədər olan çöküntülər iştirak edirlər.

Zonanın şimal-şərq hissəsində isə, son illərdə seysmik kəşfiyyat işləri nəticəsində Mezozoy çöküntüləri üzrə Həşimxanlı strukturu və Xəlfəli, Orta Muğan, Şorsulu, Şərqi Şorsulu gömülmüş qalxımları, Paleogen-Miosen çöküntüləri üzrə isə Məmmədabad, Azadkənd, Nəsimikənd strukturları və Muğanlı, Ağçala, Xırmandalı, Xanməmmədli struktur çıxıntıları aşkar olunub.

Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonunda neft-qazlılıq baxımından maraq kəsb edən Uzuntəpə qırışığının tağında qazılan quyulardan alınan məlumatlara görə Sarmat çöküntülərinin bilavasitə üst Eosen çöküntüləri üzərinə qeyri-uyğun yatması müəyyən olunmuşdur. Orta Miosen və Maykop çöküntüləri kəsilişdə iştirak etmirlər. Sahədə aparılan seysmik-kəşfiyyat işlərinin nəticələri göstərir ki, antiklinal qırışıqlar 1200 m və daha dərində yatırlar.

2.2.7. Muradxanlı və Gəncə neftli-qazlı rayonları

(Yevlax-Ağcabədi çökəkliyi)

Gəncə və Muradxanlı neftli-qazlı rayonları geomorfoloji cəhətdən Kiçik Qafqazın şimal-şərq dağətəyi zonasını və Kür

Page 72: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

70

çökəkliyinin cənub-qərb hissəsini, geotektonik cəhətdən isə Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb və şimal-şərq bortlarını əhatə edirlər (şəkil 9).

Cənub-qərbdə Kiçikqafqazqarşısı dərinlik qırılması ilə Kiçik Qafqaz dağ silsiləsindən, şimal-qərbdə Gəncəçay-Qanıx qırılması ilə Dəllər-Tovuz tektonik zonasından, Dəliməmmədli və Mingəçevir-Göyçay qırılmaları ilə Qabırrı-Acınohur çökəkliyindən, şimal-şərqdə Carlı-Cəlilabad qırılması ilə Kürdəmir-Saatlı-Lənkəran gömülmüş qalxımlar zonasından, Aşağı Araz qırılması ilə Talışqarşı çökəklikdən ayrılan Yevlax-Ağcabədi çökəkliyinin uzunluğu 170-180 km, eni isə 70-75 km-ə çatır. Asimmetrik geoloji quruluşa malik olan bu çökəkliyin cənub-qərb və şimal-şərq bortlarının geoloji quruluşlarında və neft-qazlılıqlarında mövcud olan əsaslı fərqlər, çökəkliyin cənub-qərb bortunu - Gəncə, şimal-şərq bortunu isə Muradxanlı adlanan müstəqil neftli-qazlı rayon kimi ayrılırlar. Bu rayonlar bir-birindən şərti olaraq çökəkliyin mərkəzi hissəsindən keçən xətlə ayrılırlar.

Muradxanlı neftli-qazlı rayonu

Muradxanlı neftli-qazlı rayonu Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunu əhatə edir. Rayonun geoloji quruluşunda Mezozoy, Paleogen-Miosen və Pliosen-Antropogen çöküntüləri iştirak edir. Paleogen çöküntüləri, bortun batım hissələrində Mezozoy çöküntülərinə transqressiv şəkildə söykənərək pazlaşırlar. Pazlaşma xəttinin Mezozoy çöküntülərinin uzanma istiqamətilə iti bucaq altında kəsməsi, Mezozoy və Paleogen çöküntülərinin struktur planlarının müxtəlifliyini göstərir [90, 121].

Neogen-Antropogen kompleksinin struktur planı, altda yatan Paleogen və Mezozoy komplekslərinin struktur planlarından kəskin şəkildə fərqlənir. Belə ki, Paleogen və Mezozoy kompleksləri nisbətən dik bucaq altında cənub-qərb istiqamətində yatdığı halda,

Page 73: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

71

Neogen-Antropogen kompleksi az maili monoklinal şəkildə şimal-şərq istiqamətində yatır [90, 121].

Şəkil 9. Yevlax-Ağcabədi neftli-qazlı rayonu.

Muradxanlı qalxımı istisna olmaqla, Mezozoy kompleksi

strukturlarının əksəriyyəti uzunluqları 2-6 km, enləri 1-3 km, hündürlükləri 80-150 m olan, kiçik ölçülü lokal qalxımlardır. Bu

Page 74: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

72

neftli-qazlı rayon struktur-tektonik xüsusiyyətlərinə və lokal qalxımların yerləşmə sıxlığına görə Şimal-qərb, Mərkəz və Cənub-şərq zonalara bölünür.

Şimal-qərb zonası Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb sentriklinalının şimal-şərq hissəsini əhatə edir. Burada, seysmik kəşfiyyat üsulu ilə Qarxun, Qərbi-Əmirarx, Əmirarx qalxımları və Şıxlar, Quşçu, Pirəzə struktur çıxıntıları aşkar edilmişlər. Bir-birindən geniş struktur yəhərlərlə ayrılan və cənub-şərq istiqamətində uzanan Qarxun, Qərbi Əmirarx və Əmirarx qalxımları zəif inkişaf etmiş antiklinal zona yaradırlar.

Qarxun qalxımı Mezozoy çöküntülərinin 10o bucaq altında cənub-qərb istiqamətli, regional miqyaslı monoklinal yatımı üzərində, Mezozoyun səthini əks etdirən 5300 m-lik izohipslə qapanan, uzunluğu 3,5 km, eni 1,5 km, hündürlüyü 50 m olan cənub-şərq istiqamətli braxiantiklinal strukturdur.

Qərbi Əmirarx 3D seysmik məlumatları əsasında xeyli mürəkkəb quruluşlu, cənub-şərq istiqamətdə uzanan, 4900 m-lik izohips üzrə ölçüləri 1,2 x 0,7 km olan braxiantiklinal strukturdur.

Əmirarx qalxımı Eosen çöküntüləri səthini əks etdirən 4650 m-lik izohipslə uzunluğu 3,0 km, eni 1,8 km, hündürlüyü 50 m-ə yaxın olan braxiantiklinal strukturdur. Mezozoy çöküntüləri səthinə görə isə burada cənub-qərb istiqamətində monoklinal enim fonunda körfəzvarı sinklinal qeydə alınmışdır.

Mərkəzi tektonik zona şimal-qərb və cənub-şərq zonaları arasında 25-26 km məsafədə Mezozoy çöküntüləri səthinin 4000-4500 m-dən 6500 m dərinliyə qədər gömüldüyü, struktur çıxıntılarla mürəkkəbləşmiş olan monoklinaldan ibarətdir.

Bu monoklinalın qalxım hissəsində 4200-4600 m və 4100-4500 m-lik izohipslərlə əks olunmuş Qazıyan və Ucar, batım hissəsində isə 5500-6000 m-lik izohipslərlə əks olunmuş Sineyli və Gödəkqobu struktur çıxıntıları qeydə alınmışlar [121].

Page 75: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

73

Cənub-şərqi tektonik zona cənub-şərq istiqamətində uzanan kiçikölçülü lokal qalxımların çoxluğu ilə fərqlənir. Bu zonanın şimal-qərbində Mezozoy çöküntüləri səthinin, uyğun olaraq, 3750 və 3600 m izohipslərlə əks olunan Qarabat və Çöllü qalxımları, onlardan cənubda Qarğalı-Mil, daha cənubda isə Zərdab-Muradxanlı antiklinal zonaları yerləşirlər.

Zərdab-Muradxanlı antiklinal zonasının mərkəzi hissəsində böyük ölçülü Muradxanlı, şimal-qərbində kiçik ölçülü Zərdab, Şıxbağı, Şərqi Şıxbağı, Söyüdlər, cənub-şərqində isə Cəfərli, Qaralı qalxımları yerləşirlər.

Bir-birindən kiçik yəhərlərlə ayrılan Zərdab, Şıxbağı, Şərqi Şıxbağı qalxımları şimalda yerləşən Qarğalı, Qışlaq qalxımlarından şimal bortu enli, cənub bortu isə çox ensiz olan sinklinal ilə ayrıldığı halda, cənub qanadları tədricən Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunda regional miqyaslı monoklinala əvəz olunurlar.

Zərdab qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 4350 m izohipslə ölçüləri 3,0 x 1,5 km, hündürlüyü 50 m-dən artıq olan braxiantiklinal srtukturdur. Onun, 4400 m-lik izohipslə ifadə olunan şimal qanadı və şimal-qərb periklinalı tədricən monoklinal ilə əvəz olunduğu halda cənub-şərq periklinalı kiçik struktur yəhərlə, 4350 m-lik izohipslə ölçüləri 2,0 x 1,5 km olan Cənubi Zərdab adlanan qalxımdan ayrılır.

Şıxbağı qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 4300 m-lik izohipslə ölçüləri 5,0 x 2,9 km, hündürlüyü 100 m-dən artıq olan submeridional istiqamətli braxiantiklinal strukturdur.

Şərqi Şıxbağı qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 4150 m-lik izohipslə ölçüləri 7 x 1,3 km, hündürlüyü 50 m-dən artıq olan günbəzvarı strukturdur.

Söyüdlər qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 3800 m-lik izohipslə ölçüləri 2,8 x 2,3 km, hündürlüyü 100 m-dən artıq olan günbəzvarı strukturdur. Muradxanlı qalxımının şimal-şərq

Page 76: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

74

qanadının şimal-qərb hissəsində yerləşən bu struktur vahid şimalda yerləşən Qışlaq qalxımından hamar və geniş yəhərlə ayrılır.

Muradxanlı qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 3500 m-lik izohipslə ölçüləri 6,3 x 8,7 km, hündürlüyü 500 m-dən çox olan, cənub-şərq istiqamətli strukturdur. Onun 20-22o bucaq altında yatan qısa şimal-şərq qanadı Şahsünnü və Məmmədli qalxımlarından ensiz və asimmetrik yəhərlə ayrılır, 15-20o bucaq altında yatan geniş cənub-qərb qanadı isə 10 km-ə qədər uzanaraq tədricən Yevlax-Ağcabədi çökəkliyin cənub-şərq senrtiklinalına qovuşur. Muradxanlı qalxımının şimal-şərq və cənub-qərb qanadlarının tağyanı hissələri uzununa, batım hissələri isə eninə və diaqonal istiqamətli qırılmalarla mürəkkəbləşmişdir. Şimal-şərq qanadı kəsən qırılmanın amplitudu 0-300 m, cənub-qərb qanadı kəsən qırılmanın amplitudu isə 50-200 m arasında dəyişir. Strukturun şimal-qərb periklinalı terras şəklində 6 km-ə qədər uzandığı halda, cənub-şərq periklinalı Cəfərli qalxımından nisbətən geniş struktur yəhərlə ayrılır [13].

Bozqobu qalxımı Muradxanlı qalxımının cənub-qərb qanadının uzaq batımında Mezozoy çöküntülərinin səthini əks etdirən qapalı 5300 m-lik izohislə ölçüləri 3,0 x 1,5 km olan, 5400 və 5500 m-lik yarımqapalı (şimal-şərqdən açıq) izohipslər üzrə hemiantiklinal quruluşlu gömülmüş strukturdur.

Cəfərli qalxımı üst Təbaşir çöküntülərinin səthini əks etdirən 4400 m-lik izohipslə ölçüləri 3,0 x 3,8 km, hündürlüyü 100 m-dən artıq olan, günbəzvari antiklinal qalxımdır. Tağyanı və tağ hissəsi kiçik amplitudlu iki uzununa və bir neçə eninə qırılmalarla mürəkkəbləşən strukturun tağyanı hissəsində üst Təbaşir çöküntülərinin yatım bucaqları 6-8o-dən artıq deyil.

Qaralı qalxımı Cəfərli qalxımından kiçik yəhərlə ayrılan, üst Təbaşir çöküntüləri səthini əks etdirən 4200 m-lik izohipslə ölçüləri 2,3 x 1,8 km, hündürlüyü 100 m olan günbəzvari strukturdur. Bu struktur şimal-şərqdə Mil qalxımından və cənub-şərqdə İmişli struktur çıxıntısından körfəzvari çökəkliklərlə ayrılır.

Page 77: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

75

Ağaməmmədli qalxımı üst Təbaşir çöküntüləri səthini əks etdirən 4200 m-lik izohipslə ölçüləri 1,4 x 3,0 km, hündürlüyü 80 m-ə yaxın olan submeridional istiqamətdə uzanan braxiantiklinal strukturdur. Onun zəif inkişaf etmiş cənub periklinalı monoklinalın bort hissəsindən ayrılır, şimal periklinalı isə, uzunluğu 3 km-ə yaxın olan hemiantiklinala keçir və Cəfərli antiklinalından geniş və yastı yəhərlə ayrılır.

Gəncə neftli-qazlı rayonu

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb qanadını əhatə edən Gəncə neftli-qazlı rayonu Mezozoy çöküntüləri üzrə zəif əks olunan struktur çıxıntı və hemisinklinallarla mürəkkəbləşən Kiçikqafqazqarşısı monoklinaldan ibarətdir. Struktur çıxıntılar Murovdağ və Ağdam antiklinoriumlarının, hemisinklinallar isə Ağcakənd və Ağdərə sinklinoriumlarının cənub-şərq davamında yerləşir [15, 33].

Göstərilən struktur vahidlər çökəkliyin cənub-qərb bortunu və eyni zamanda, Gəncə neftli-qazlı rayonunun geoloji quruluşunu xeyli mürəkkəbləşdirir. Rayonun Gəncəçay və Naftalan-Gödəkboz qırılmaları arasında qalan şimal-qərb hissəsində Mezozoy çöküntüləri üzrə əksqafqaz istiqamətində uzanan Əliuşağı, Acıdərə struktur çıxıntıları və müxtəlif istiqamətli Qazanbulaq, Borsunlu-Kürəkçay, Borsunlu və kiçik ölçülü Çaylı, Simalı Çaylı, Ziyadxan və Şimalı-Ziyadxan qalxımları müəyyən edilmişlər.

Submeridional istiqamətdə uzanan Naftalan-Gödəkboz-Düzdağ qırılması və onun üzərində formalaşan eyni adlı qalxım zonası Gəncə neftli-qazlı rayonun şimal-qərb hissəsini onun nisbətən sadə quruluşlu mərkəzi hissəsindən ayırır. Asimmetrik quruluşa malik olan bu qalxımlar zonasının tağ hissəsində Mezozoy çöküntülərinin səthi 3000–4000m, şimal-şərq qanadında isə 4000-5000 m dərinlikdə yerləşir.

Page 78: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

76

Gəncə neftli-qazlı rayonunun Naftalan-Gödəkboz-Duzdağ qalxımlar zonasından Ağcabədi qalxımına qədər olan mərkəzi hissəsi Güllücə, Tərtər və Şirvanlı qalxımlarının şimal-şərq qanadlarının tağyanı hissəsindən keçən uzununa istiqamətli qırılmalarla üç tektonik bloka bölünmüşdür. Bu bloklar üzrə Mezozoy çöküntülərinin səthi Güllücə qalxımında 500-1000 m, Tərtər qalxımında 3000-3500 m, Şirvanlı qalxımında 4500-5000 m, Bərdə qalxımında isə 5000-6000 m dərinliyə qədər gömülmüşdür.

Qafqaz istiqamətində uzanan bu qalxımlar şimal-şərq qanadları nibətən dik, cənub-şərq qanadları isə bir qədər yastı olan asimmetrik quruluşa malikdirlər.

Gəncə neftli-qazlı rayonunun Ağdam antiklinorimunun cənub-şərq batımında yerləşən hissəsi daha mürəkkəb quruluşa malikdir. Rayonun bu hissəsi mürəkkəb seysmik yazı zonaları şəklində qeyd olunan üç uzununa qırılma ilə tektonik bloklara bölünmüşdür.

Ən cənubda, bilavasitə Ağdam antiklinoriumunun davamında yerləşən hissədə yer səthinə çıxan Mezozoy çöküntüləri şimal-şərq istiqamətində 1500 m dərinliyə qədər gömülür. Ağcabədi-Beyləqan tektonik blokunda Mezozoy çöküntüləri 500-2500 m-ə, daha şimalda yerləşən Sovetlər-Ağgöl blokunda isə 2500 m-dən 4000-4500 m-ə qədər gömülürlər.

Ağcabədi-Beyləqan tektonik blokunun şimal-qərb hissəsində yerləşən Ağcabədi qalxımının ölçüləri 16,5 x 3,5 m təşkil edir. Blokun şərq hissəsində yerləşən, müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə kulis şəklində uzlaşan Kəbirli, Çəbri, Qəmərli, Boluslu, Beyləqan qalxımlarının ölçüləri isə 3,5 x 1,5-3 km-dir.

Sovetlər-Ağgöl tektonik blokda yerləşən 3750 m-lik izohipslərlə əks olunan kiçikölçülü Sovetlər, Ağgöl və Şərqi Ağcabədi qalxımları bir-birindən kiçik yəhərlərlə ayrılırlar. Bu strukturlardan şimal-qərb

Page 79: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

77

istiqamətində Mezozoy çöküntüləri 4000-6000 m dərinliyə qədər gömülürlər.

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb qanadında Paleogen çöküntülərinin geoloji quruluşu, üst Təbaşir çöküntülərinin geoloji quruluşundan yatım bucaqlarının bir qədər azalması ilə fərqlənir. Miosen çöküntüləri isə, cənub-qərb bortun çox hissəsində Ağcagilqarşısı yuyulmaya məruz qaldığından bu bortun yalnız uzaq batımında, Bərdə-Ağcabədi-Beyləqan qırılma xəttindən şimal-şərqdə iştirak edir və yatım bucaqlarının əhəmiyyətli dərəcədə (5-80) azalması ilə fərqlənirlər.

Pliosen-Antropogen çöküntüləri üzrə Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortu struktur çıxıntılarla mürəkkəbləşməyən, az maili monoklinaldan ibarətdir

2.2.8. Kür-Qabırrı çaylararası neftli-qazlı rayonu

Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu Qabırrı-Acınohur çökəkliyinin cənub-qərb hissəsini əhatə edir. Sahə geomorfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qabırrı çayı ətrafı dağlıq- Çatma və Kür çayı ətrafı ovalıq - Ceyrançöl zonalarına ayrılır (şəkil 10).

Çatma zonası şimaldan Qabırrı çayı, cənubdan isə Kiçik Palantökən, Böyük Palantökən, Axtaxtatəpə, Çobandağ və Sacdağ yüksəkliklərinin cənub yamacları boyu keçən Herikdərə üstəgəlməsi ilə hüdudlanır. Zona bir-birinə paralel uzanan Eldaroyuğu və Cobandağ-Palantökən sıra təpəliyindən ibarətdir. Burada ayrılan Çatma antiklinoriumu əsasən Miosen çöküntülərindən təşkil olunub və tektonik pozğunluqlarla kəskin mürəkkəbləşib [33].

Antiklinoriumun daxilində mollas çöküntülərindən ibarət olan strukturlar üç qrupa ayrılır. Zonanın şimalında yerləşən qrupa Taurtəpə, Alaçıq, Eldaroyuğu və Eldar, mərkəzi qrupa Yaylacıq,

Page 80: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

78

Dəmirtəpə, Göytəpə və Armudlu, cənub qrupa isə Udabno, Sacdağ, Molladağ, Çobandağ-Axtaxtatəpə, Böyük Palantökən və Kiçik Palantökən qalxımları daxildir.

Şəkil 10. Kür-Qabırrı çaylararası neftli-qazlı rayonu.

Strukturların hamısı asimmetrik quruluşludur. Onlar üstəgəlmə

pozğunluqları ilə parçalanaraq cənuba doğru aşırılıblar. Ceyrançöl zonası rayonun cənub hissəsini əhatə edir və

şimaldan Çatma zonası, cənubdan isə Kür çayı ilə hüdudlanır. Ceyrançöl sinklinoriumu quruluşuna görə Çatma antiklinoriumundan

Page 81: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

79

kəskin fərqlənir. Bu fərq ilk növbədə Paleogen-Neogen çöküntülərinin qalınlığının azalması və orta Miosen çöküntülərinin cənub istiqamətində pazlaşması ilə müşahidə olunur. Pazlaşma zonasında Ağcagil layları kəskin bucaq uyğunsuzluğu ilə Sarmat mərtəbəsinin, daha cənuba doğru isə Maykop mərtəbəsi çöküntüləri üzərinə yatırlar. Zonanı təşkil edən qırışıqların əksəriyyəti branxiantiklinal quruluşa malikdir.

Ceyrançöl sinklinoriumunun strukturları şimal, mərkəz və cənub olmaqla üç antiklinal zonaya bölünür. Şimal antiklinal zonaya Cahandar, Qərbi Qaradüz, Şərqi Qaradüz, Məmmədtəpə, Saloğlu, Qaratəpə, Keyrük-Keylan, Qərbi Gürzündağ, Gürzündağ, Şimali Ceyrançöl antiklinalları; mərkəzi zonaya Böyükkəsik, Odlutəpə, Quşquna, Ortaqaş, Quyruqençi, Bayramlı və Yenikənd antiklinalları, cənub zonasına isə Poylu, Qarayazı, Soyuqbulaq, Qıraqkəsəmən, Qaflandərə, Xatınlı və Girzan antiklinalları daxildirlər. Antiklinalların əksəriyyətinin uzunluğu 10-15 km, hündürlüyü isə 500-1000 m-dir.

Qravimetrik tədqiqatlar nəticəsində rayonda ağırlıq qüvvəsi sahəsinin mürəkkəb olduğu və onun qiymətinin şimal-şərq istiqamətində azaldığı müəyyən edilib.

Rayon daxilində Palantökən, Çobandağ, Qaflandərə qravitasiyası maksimumları, Kəsəmən minimumu və Ceyrançöl-Çobandağ-Yaylacıq minimumlar zonası aşkar edilib. Rayonun şimal-qərb hissəsində anomaliyalar Mezozoy qalxımlarını, cənub-şərq hissədə isə müəyyən dərəcədə Neogen qalxımlarını əks etdirirlər.

Qravimetrik anomaliyalar Palantökən, Keyrük-Keylan, Gürzündağ və s. sahələrdə antiklinal qalxımların nüvələrini təşkil edən Maykop-Samrat çöküntülərinin yaratdıqları qravitasiya effekti ilə əlaqədardır. Layların strukturun tağına nisbətən yerdəyişməsi isə, Neogen strukturlarında üstəgəlmə nəticəsində yaranan asimmetrik quruluşla əlaqədardır. Çöküntü süxurlarında maqnit mineralları iştirak etdiyindən

Page 82: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

80

maqnit anomaliyaları Kür və Qabırrı çaylararası sahədə qravitasiya anomaliyalarla üst-üstə düşmürlər.

Dərinlik seysmik zondlama (DSZ) üsulu ilə çöküntülərdə kristallik özülün 11 km dərinlikdə yatdığı müəyyən olunub. Maksimum dərinlik çökəkliyin şimal-qərb, minimum dərinlik (7-8 km) isə cənub-şərq hissəsində qeyd olunur. Geofiziki tədqiqatlar nəticəsində sahənin uzununa və eninə qırılmalarla ayrı-ayrı tektonik bloklara bölündüyü müəyyən edilib. Bunlardan ən əsasları Kür-Udabno-Göyçay uzununa və Gəncəçay-Qanıx eninə dərinlik qırılmalarıdır.

Mezozoy çöküntülərinin sərhədindən əks olunan “R” seysmik horizontuna görə Kür və Qabırrı çaylararası rayonu lokal qalxım və struktur terraslarla mürəkkəbləşən monoklinal quruluşa malikdir. Cənub, cənub-qərbdə üst Təbaşir çöküntülərinin səthi cənub-qərbdə 1000 m dərinlikdə yerləşdiyi halda, şimal-şərqdə 5600 m dərinliyə qədər enir. Kiçik amplitudlu, qapalı strukturlar rayonun şimal-şərqində və cənub-şərqində aşkar edilib. Ən kəskin şəkildə əks olunan struktur çıxıntılar isə rayonun şimal-qərb hissəsində yerləşirlər.

Udabno-Cahandar, Cənubi-Dəmirtəpə, Quşquna, Qıraqkəsəmən, Girzan, Gödəkdüz, Əyridərə, Qərbi Gürzundağ və Kəsəmən sahələrində qeyd olunan qalxımlar Paleogen-Təbaşir çöküntüləri üzrə struktur çıxıntılardır. Onlar əsasən submeridional və Qafqazəksi istiqamətində uzanırlar.

Qapalı strukturların əksəriyyəti subeninə və ümumqafqaz istiqamətdə uzanırlar. Tək-tək hallarda submeridional istiqamətli strukturlar da rast gəlir. Strukturların əksəriyyəti kiçik ölçülüdür. Onların uzunluğu 3-8 km, eni 1-3 km, hündürlükləri isə 50-200 m arasında dəyişir. Yalnız bir neçə strukturun uzunluğu 12-18 km-ə çatır.

Page 83: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

81

Antiklinal strukturların tağ hissələrini və cənub-qərb qanadlarını üstəgəlmə tipli uzununa qırılmalar mürəkkəbləşdirir. Qırılmalardan ən böyüyü, uzunluğu 30 km-ə, amplitudu 1500 m-ə çatan, Molladağ antiklinalının qərbindən başlayıb Sacdağ qalxımının şimalından keçərək Salahlı, Məmmədtəpə qırışıqları istiqamətində uzanır.

Kompleks geoloji-geofiziki tədqiqat işləri nəticəsində rayonda 34 lokal struktur aşkar edilib. Onların əksəriyyətində geofiziki üsullarla dəqiqləşdirmə işləri aparılıb və Paleogen-Təbaşir yaşlı çöküntülərdən təşkil olunduğu müəyyən edilib. Strukturlar şimal-qərbdən cənub-şərqə doğru aşağıdakı antiklinal zona və qurşaqlarda qruplaşdırılır:

1. Alacıq-Eldaroyuğu 2. Yaylacıq-Armudlu 3. Udabno-Çobandağ-Kiçik Palantökən 4. Cahandar-Gürzündağ-Tərsdəllər 5. Quşquna-Ortaqaş-Yenikənd 6. Poylu-Qıraqkəsəmən-Girzan

2.2.9. Qazax-Dəllər-Dəlməmmədli mümkün neftli-qazlı

rayonu

Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu tektonik cəhətdən Kiçik Qafqazın şimal-şərq yamacından Kür depressiyasına keçid zonasını təşkil edir. Qərb-şimal-qərbdə Gürcüstan sərhədindən, şərqdə Gödəkboz-Duzdağ qırılmasına qədər 160 km məsafədə uzana bu mümkün neftli-qazlı rayon, şimal-şərqdə Kür dərinlik qırılması, cənub-şərqdə isə Kiçikqafqazqarşısı dərinlik qırılması və Dəliməmmədli qırılması ilə sərhədlənir (şəkil 11).

Geomorfoloji cəhətdən rayon iki zonaya ayrılır. Birinci zona Kiçik Qafqazın şimal-şərq yamacının alçaq təpəliklərini, ikinci zona

Page 84: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

82

isə Kür çayının sağ sahilindəki düzənlik sahəni əhatə edir. Bu geomorfoloji zonalar, subeninə istiqamətində uzanan qırılma ilə ayrılan iki tektonik bloka uyğun gəlirlər.

Şəkil 11. Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu.

Şimal-şərqdə yerləşən tektonik blokda Mezozoy çöküntüləri dəniz səviyyəsindən 100-1200 m alçaqda yerləşdiyi halda, cənub-cənub-qərbdə yerləşən tektonik blokda isə, əsasən dəniz səviyyəsindən yüksəkdə (300 m-ə qədər) yerləşirlər. Tektonik cəhətdən mürəkkəb quruluşa malik olan bu bloklar, Mezozoy çöküntüləri üzrə antiklinal qalxımlar və əksqafqaz istiqamətli struktur çıxıntılardan ibarət olan Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonunu təşkil edirlər.

Page 85: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

83

Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu uzununa istiqamətində tektonik cəhətdən biri-digərindən fərqli, Ağstafa-Qazax, Dəllər-Tovuz və Dəliməmmədli-Bozyeri olmaqla üç hissəyə bölünür.

Rayonun şimal-qərbdə yerləşən Ağstafa-Qazax hissəsi Paleogen-Miosen çöküntüləri üzrə eyni adlı körfəzvari çökəkliyə uyğun gəlir. Bu hissənin şimal-şərq blokunda üst Təbaşir çöküntüləri dəniz səviyyəsindən 400-1400 m alçaqda yerləşdikləri halda, cənub-qərb blokunda dəniz səviyyəsindən 200-400 m-ə qədər yüksəkdə yerləşirlər.

Bu blokda üst Təbaşir çöküntüləri üzrə Qazax körfəzindən şərqdə - Şərqi Ağstafa və qərbdə - Ağstafa adlı, əksqafqaz istiqamətli struktur çıxıntılar, daha qərbdə, Gürcüstan sərhədində isə Qafqaz istiqamətli Əli Bayramlı qalxımı yerləşir.

Rayonun Tovuz və Qoşqar çayları arasında yerləşən, mərkəzi hissəsi əksqafqaz istiqamətli, böyük ölçülü Şəmkir qalxımının şimal-şimal-şərq batımını təşkil edir. Burada, subeninə istiqamətində uzanan Düyərli, Dəllər və Qarasağal qalxımlarının tağ hissələrində və cənub-qərb qanadlarında üst Pliosen-Antropogen çöküntüləri altında yatan üst Təbaşirin karbonatlı çöküntüləri, cənub-qərb blokda dəniz səviyyəsindən 100-200 m yüksəkdə, şimal-şərq blokda isə dəniz səviyyəsindən 100-600 m-ə qədər dərində yerləşirlər.

Tovuz və Qoşqar çayları arasında yerləşən mərkəzi hissəsindən cənubda, üst Təbaşir çöküntülərindən təşkil olunmuş Tovuz-Zəyəm-Sarıqamış istiqamətdə uzanan sinklinal zolaq yerləşir. Bu sinklinal zolaq isə, öz növbəsində, orta Yura və daha qədim çöküntülər, eyni zamanda vulkanik süxurlarından ibarət olan, böyükölçülü, əksqafqaz istiqamətli Şəmkir qalxımından Kiçikqafqazqarşısı dərinlik qırılması ilə ayrılır.

Page 86: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

84

Rayonun cənub-şərqində yerləşən Dəliməmmədli-Bozyeri hissəsi Qoşqarçay boyunca uzanan, şimal-şərq istiqamətli qırılma ilə Dəllər-Tovuz hissəsindən ayrılır. Burada uzunluğu 17 km, en 3 km olan, eninə və uzununa istiqamətlərdə kəskin asimmetrik quruluşlu Dəliməmmədli qalxımı və onun şimal-şərq qanadının şərq hissəsində isə, kiçikölçülü Soyuqxanlı, Fəxrəli, Çaylı və Bozyeri qalxımları yerləşirlər.

Dəliməmmədli qalxımının uzununa istiqamətdə asimmetrikliyi onun şimal-qərb hissəsinin Qoşqarçay qırılması ilə, eninə istiqamətdə asimmetrikliyi isə CQ qanadın tağyanı hissəsinin Dəliməmmədli qırılmaları ilə kəsilməsi nəticəsində yaranmışdır. Qoşqarçay qırılmasından qərbdə şimal-qərb periklinalı olmayan Dəliməmmədli qalxımının cənub-şərq periklinalı 17 km-ə qədər uzanmışdır. Bu qalxımın eninə istiqamətdə asimmetrikliyi Şm.Ş qanadının geniş, yastı, Dəliməmmədli qırılması ilə qırılıb düşən CQ qanadınin isə, olduqca kiçik olmasında əks olunur.

Dəliməmmədli qalxımının Qoşqarçay qırılmasından şərqdə iki uzununa qırılma arasında horst şəklində qalxmış qalantağ hissəsində, Mezozoy çöküntüləri 0-500 m dərinliklərdə yerləşdikləri halda, strukturun Şm.Ş qanadında 1000-2500 m dərinliyə qədər gömülmüşlər. Kiçikölçülü Bozyeri və Fəxrəli qalxımlarında bu çöküntülərin yatma dərinlikləri 2200-2400 m-ə, daha şərqdə Gödəkboz-Duzdağ qırılması yaxınlığında isə 4500 m-ə qədər artır.

2.2.10. Acınohur mümkün neftli-qazlı rayonu

Acınohur mümkün neftli-qazlı rayonu geotektonik cəhətdən Böyük Qafqazın cənub yamacının bir hissəsini və Kür çökəkliyinin şimal-qərb yamacı daxil olmaqla, qərbdə Qanıx çayı vadisində yerləşən eyni adlı, şərqdə Girdiman çayı vadisində Qərbi Xəzər

Page 87: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

85

dərinlik qırılması, şimal-şərqdə Şimali Acınohur qırılması, cənub-cənub-qərbdən isə Kür və Mingəçevir-Göyçay qırılmaları ilə sərhədlənən geniş ərazini əhatə edir.

Acınohur rayonun relyefi, en istiqamətli alçaq hündürlüklü, nisbətən ensiz təpəliklərlə mürəkkəbləşib. Antiklinallar əsasən rayonun şimal və cənub sərhədi boyu uzanır, onların arasında isə geniş Ərəş çökəkliyi yerləşir. Bu çökəklik Qanıx çayının meridional istiqamətində olan aşağı axınından şimal-qərbdə Şərqi Gürcüstanın Mirzaani çökəkliyi ilə birləşir.

Mirzaani çökəkliyi şimal-şərqdən Kaxeti-Daşyüz antiklinoriumu ilə Qanıx-Əyriçay çökəkliyindən, cənub-şərqdə isə Çatma-Göyçay antiklinoriumu ilə Ceyrançöl çökəkliyindən ayrılır (şəkil 12).

Acınohur rayonunun tektonikası beş antiklinal zona ilə xarakterizə olunur. Bəzi tədqiqatçılar Hacı Hətəmli və Kürdmaşı qalxımlarının varlığının tam müəyyən olunmadığını qəbul edir, bəziləri Bozdağ qalxımlar qrupunu Acınohur ərazisinə deyil, Yevlax-Ağcabədi çökəkliyinə, digərləri isə Qaraca strukturunu Acınohur rayonuna daxil edirlər [33, 113, 114].

Antiklinalların bir çoxu müstəqil qırışıq, bəziləri isə qırışıqlıq zonadan ayrılan undulyasiyalardır. Antiklinal zonalar şimaldan cənuba doğru aşağıdakı ardıcıllıqla düzülür.

1. Daşyüz antiklinal zonası 2. Qüdbərəkdağ antiklinal zonası 3. Acınohur-Kürdmaşı antiklinal zonası 4. Qocaşen-Göyçay antiklinal zonası 5. Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonası

Qərb-şimal-qərb və şərq-cənub-şərq istiqamətində uzanan Daşyüz antiklinal zonası rayonun şimal hissəsində yerləşir. Zona daxilində Qərbi Daşyüz, Şərqi Daşyüz, Aydınbulaq, Şimali Aydınbulaq,

Page 88: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

86

Çaykənd, Söyüdlü və Qeyvəndlı antiklinal qırışıqları mövcuddurlar. Tektonik zona Qanıx çayından Girdiman çayına qədər uzanır. Onun geoloji quruluşunda əsasən Ağcagil, Abşeron mərtəbələri çöküntüləri və Dördüncü dövrün kontinental çöküntüləri iştirak edirlər. Ayrı-ayrı strukturların tağ hissəsində Məhsuldar Qat və Pont mərtəbəsi çöküntüləri də yer səthinə çıxır.

Şəkil 12. Acınohur mümkün neftli-qazlı rayonu.

Page 89: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

87

Zonanın əsas xarakterik xüsusiyyətlərindən biri bütün strukturların kulisşəkilli yerləşməsi, antiklinalların asimmetrikliyi, tağ hissələrinin mürəkkəb quruluşa və üstəgəlmə tipli pozğunluqların təsirindən cənub qanadlarının dik yatıma malik olmasıdır. Bununla yanaşı, zonanın qərb hissəsində Şərqi Daşyüz qalxımı sahəsində Ağcagil mərtəbəsinin çınqıllı çöküntüləri ilə örtülən Titon əhəngdaşıları iştirak edir.

Qüdbərəkdağ antiklinal zonası Daşyüz antiklinal zonasından cənubda, ona paralel yerləşir. Zona Mirzaani-Ərəş sinklinoriumunun tektonik elementi sayılır. Zonanın qərb hissəsində yerləşən Qüdbərəkdağ və Qamıqaya-Acıbulaq antiklinal qırışıqları onun əsas elementləri sayılır. Qırışıqların üst hissələri orta və üst Pliosen və Antropogen çöküntülərindən təşkil olunub.

Zona şərq-cənub-şərq istiqamətində uzanaraq Əlicançayın sağ sahilində Ərəş sinklinalının böyük qalınlıqlı Dördüncü dövr çöküntüləri altında gömülürlər. Şərq istiqamətdə isə tektonik xəttin qarşısında Qaraküllük və Gənzə qırışıqları yerləşirlər. Onların arasındakı tektonik əlaqə dəqiq müəyyən olunmayıb. Lakin hər iki qırışıqlığın eyni tektonik zonanın elementləri olduğu ehtimal olunur.

Qüdbərəkdağ antiklinal zonasının qırışıqları kulisşəkilli yerləşir və asimmetrik quruluşa malikdirlər. Cənub qanadları dikdirlər və üstəgəlmə tipli pozğunluqla mürəkkəbləşiblər.

Acınohur-Kürdmaşı antiklinal zonası Qüdbərəkdağ antiklinal zonasına paralel yerləşir. Əvvəllər onu Qocaşen-Göyçay antiklinal xəttinin şimal qanadının təkrar qırışıqlığa məruz qalan elementi hesab edirdilər. Lakin geniş miqyaslı geoloji-geofiziki tədqiqat işləri aparıldıqdan sonra, burada bir neçə yeni qalxımlar aşkar edilir və onun müstəqil qırışıqlıq zonası olduğu aydınlaşdırılır. Zona daxilində qərbdən şərqə doğru Acınohur, Çayqaraqoyunlu, Olmaz, Savalan, Surxayxan və Təklə antiklinal qalxımları yerləşirlər. Bəzi

Page 90: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

88

tədqiqatçılar zonanın şərq davamında Hacı Hətəmli və Kürdmaşı qalxımlarının da olduğunu qeyd edirlər [113].

Antiklinal qalxımların hamısının geoloji quruluşunda, üst hissədə Abşeron mərtəbəsi və Antropogen çöküntüləri iştirak edir. Bütün qırışıqların cənub qanadları dik, şimal qanadları az maili yatıma malik olmaqla asimmetrik quruluşludurlar və üstəgəlmələrlə mürəkkəbləşiblər.

Qocaşen-Göyçay antiklinal zonası Acınohur-Kürdmaşı zonası ilə birlikdə Çatma-Göyçay antiklinoriumunun şərq davamını təşkil edir. Zona qərb-şimal-qərbdən şərq-cənub-şərq istiqamətində uzanır. Qırışıqlığın üst hissəsi Abşeron mərtəbəsi və Antropogen dövrünün çöküntülərindən ibarətdir. Yalnız qərb hissədə qalxımlardan birinin nüvəsini təşkil edən Ağcagil çöküntüləri yer səthinə çıxırlar. Qırışıqlıq zonasında 11 antiklinal qalxım (Qərbi Qocaşen, Mərkəzi Qocaşen, Şərqi Qocaşen, Nalbəndağ, Pirseyid, Qoşaqovaq, Yuxarı Ağcayazı, Ağcayazı, Ərəbli, Göyçay, Şərqi Göyçay) qeydə alınıb [30, 109].

Qırışıqlıqların hamısının cənub-qərb qanadları dik, şimal-şərq qanadları isə az maili yatımla asimmetrik quruluşa malikdirlər. Strukturların cənub-qərb dik qanadları boyu Göyçay üstəgəlmə qırılması keçir. Qırılmanın təsirindən qalxımların tağı və şimal-şərq qanadları cənuba doğru, az da olsa yerini dəyişmiş şəkildədir. Quyu məlumatlarına əsasən üstəgəlmə qırılmasının amplitudu 1200-1300 m, üfüqi yerdəyişməsi isə 2 km-dir.

Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonası Acınohur rayonunun cənub kənarında, şimalda yerləşən antiklinal zonalara paralel uzanır. Bu antiklinal zona üçün səciyyəvi cəhət, şimalda yerləşən zonalardan fərqli olaraq, düzxətliliyinin tam saxlanılmamasıdır. Qaraməryəm antiklinalı Dördüncü dövr çöküntülərinin üst hissəsinə görə iki, bir-birinə paralel uzanan, ensiz Qaraməryəm və Cənubi

Page 91: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

89

Qaraməryəm antiklinallarından ibarətdir. Lakin dərinə getdikcə daha qədim çöküntülərdə onlar birləşərək vahid antiklinal qırışığa çevrilir.

Bozdağ-Qaraca-Qaraməryəm antiklinal zonası Qocaşen-Göyçay antiklinal zonasından Xanabad və Qarayazı sinklinalları ilə ayrılır.

Acınohur rayonunda yerləşən bütün antiklinal zonalar üçün əsas xarakterik xüsusiyyət quruluşların düzxətli olması, böyük məsafədə uzanması, ensiz antiklinal qırışıqların hamısının asimmetrik olması və kulisşəkilli yerləşməsi, dik yatıma malik cənub-qərb qanadının üstəgəlmə xarakterli qırılma ilə mürəkkəbləşməsidir. Üfüqi və şaquli yerdəyişmələrin amplitudu qırılma xətti boyu şimaldan cənuba və qırışığın mərkəzindən qanadlarına doğru azalır. Uzununa qırılmalar antiklinal zonaların ox xəttinə paralel uzanırlar. Qərbdən şərqə doğru qırışıqların geoloji quruluşunda iştirak edən çöküntülər daha cavan çöküntülərlə əvəz olunurlar.

2.2.11. Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı

rayonu

Talışqarşısı (Cəlilabad)mümkün neftli-qazlı rayonu Azərbaycanın cənub-şərqində yerləşir. Rayonun ərazisi şərqdən Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu, qərbdən İranla, cənub-qərbdən Talış qırılması, şimal-qərbdən isə Aşağı Araz qırılması ilə sərhədlənir (şəkil 13).

Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonu Talış dağlarının şimal-şimal-şərq, Muğan düzünün cənub-qərb kənar hissələrini əhatə edir və mürəkkəb tektonik quruluşa malikdir. Neftli-qazlı rayon daxil olmaqla Talış ərazisi tektonik cəhətdən üç böyük antiklinoriuma və onların arasında yerləşən iki sinklinoriuma ayrılır. Astara antiklinoriumunu ondan şimalda Alaşar-Burovar silsiləsini əhatə edən Burovar antiklinoriumundan Yardımlı sinklinoriumu ayırır. Burovar antiklinotiumunu isə Lənkəran düzənliyində yerləşən

Page 92: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

90

Biləsuvar-Uzuntəpə antiklinoriumundan Cəlilabad sinklinoriumunu ayırır [33].

Şəkil 13. Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonu. Astara antiklinoriumunun bir hissəsi Cənubi Azərbaycan

ərazisində yerləşir. Antiklinorium maili yatım elementləri ilə səciyyələnir və nüvəsində Paleosen çöküntüləri yer səthinə çıxır. Antiklinorium

Page 93: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

91

əsasən Eosenin vulkanik və Maykop seriyasının qumlu-gilli çöküntülərindən təşkil olunub.

Burovar antiklinoriumunun Viləşçay və Bolqarçay hövzələrində yerləşən antiklinal qırışıqların mərkəzi hissəsində üst Eosen çöküntüləri yer səthinə çıxır. Cənub sahələrə nisbətən burada çöküntülərin tərkibində effuziv süxurların miqdarı azdır. Onların tərkibi əsasən argillit və mergellərdən ibarətdir. Burovar antiklinoriumunun əsas qırışıqları Tilyəkənd və Ərkivan antiklinallarıdır.

Cəlilabad sinklinoriumunun geoloji quruluşunda üst Maykop çöküntülərindən üst Sarmat çöküntülərinə qədər olan süxurlar yer səthinə çıxır. Burada bir neçə dik və ensiz antiklinal qırışıqlar və onları bir-birindən ayıran sinklinallar müşahidə olunur.

Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonunda kompleks geoloji-geofiziki tədqiqatlar əsasında Boyxana, Gərməli, Şərəfxanlı, Tumarxanlı, Cəlair,Ağdaş, Rüstəmabad antiklinal qırışıqları və Albalan antiklinal çıxıntısı aşkar edilib.

2.2.12 . Naxçıvan mümkün neftli-qazlı rayonu

Naxçıvan mümkün neftli-qazlı rayonu Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsində yerləşir. Neftli-qazlı rayon cənub və cənub-qərbdən Araz çayının vadisilə, şimal və şimal-şərqdən Dərələyiz və Zəngəzur yaylaları ilə sərhədlənir. Rayon çox mürəkkəb relyefə malikdir və Araz çayı istiqamətində az mailliyə malik olan geniş dağarası çökəklikdən ibarətdir (şəkil 14).

Naxçıvanın ərazisində geoloji-geofiziki tədqiqat, bəzi sahələrdə isə struktur-xəritəalma qazıma işləri aparılıb. Bunlarla yanaşı burada dərin parametrik və axtarış quyuları da qazılıb. Naxçıvan mümkün neftli-qazlı rayonunun geoloji quruluşunda Devondan Antropogenə qədər çöküntülər iştirak edir [33].

Page 94: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

92

Şəkil 14. Naxçıvan mümkün neftli-qazlı rayonu.

Rayon mürəkkəb tektonik quruluşu ilə xarakterizə olunur.

Ş.Ə.Əzizbəyovun tədqiqatları əsasında burada Şərur-Culfa və Zəngəzur antiklinoriumları, ümumqafqaz istiqamətli Ordubad sinklinoriumu ayrılır. Antiklinorium və sinklinorium daxilində Mezozoy (Trias, Yura, Təbaşir) və Kaynozoy (Paleogen-Miosen) çöküntüləri üzrə lokal antiklinal qalxımlar aşkar olunub. Rayonda düzxətli qırışıqlığa malik antiklinal və sinklinal zonalar da mövcuddur.

Page 95: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

93

Ordubad sinklinoriumunun cənub-qərb hissəsində Neogen çöküntüləri ilə örtülən böyükölçülü mulda yerləşir. O cənub-şərq istiqamətində çökəkliyin xeyli hissəsini əhatə edir. Muldanın mərkəzi hissəsində Sarmat çöküntülərindən təşkil olunan bir neçə braxiantiklinal qalxım aşkar olunub.

2.3. Əsas neftli-qazlı çöküntülər

Azərbaycanın geoloji quruluşunda çökmə süxurlar kompleksi, vulkanik və metamorfik süxurlar iştirak edir. Bu süxurlardan ən qədimi Kiçik Qafqazda yayılan kvars əsaslı mikalı-xloritli şistlər və qneyslər, Böyük Qafqazda isə qneysli şistlər və qneyslərdir. Bu metomorfik süxurların yaşı bəzi əlamətlərinə görə Kembri dövrünə aid edilir [13].

Respublika ərazisində çökmə süxurlar çox geniş yayılıb və yaşca ən qədimi Naxçıvan MR ərazisində yer səthinə çıxan Devon çöküntüləridir.

Azərbaycanda çökmə süxurların neft-qazlılığı Mezozoy və Kaynozoy yaşlı qumlu-alevritli və çatlı-karbonatlı çöküntülərilə, sənaye əhəmiyyətli neft-qazlılıq isə çöküntü kompleksinin ayrı-ayrı mərtəbələrilə əlaqədardır.

Mezozoy və Kaynozoyun kəsilişində iştirak edən çöküntülərin xüsusiyyətləri və neft-qazlılığı haqqında aşağıda qısa məlumat verilir.

2.3.1. Mezozoy çöküntüləri üzrə

Azərbaycan ərazisində Mezozoy kompleksinin neft-qazlılığı yalnız Yura və Təbaşir çöküntülərilə əlaqədardır. Mezozoy çöküntüləri alt Yuranın üst hissəsinə aid olan Aalendən başlayaraq üst

Page 96: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

94

Təbaşirə kimi geniş intervalı əhatə edir. Mezozoy çöküntülərinin yerüstü süxurları Böyük Qafqazın cənub-şərq batımında yerləşən bir çox antiklinal qırışıqların tağ hissələrində qeydə alınır [13].

Cənub-Şərqi Qafqazın geoloji quruluşunda iştirak edən Mezozoyun bütün mərtəbələrinin çöküntüləri az və ya çox dərəcədə neft-qazlılığa malikdirlər və əsasən qum, qumdaşılı alevrit və çatlı karbonat süxurlarla əlaqədardır.

Yura kompleksi çöküntüləri

Alt Yura çöküntüləri əsasən Kiçik Qafqazın Tərtər, Axınca çayları vadisində, eyni zamanda Göygöl və Cəbrayıl rayonlarının ərazisində öyrənilib. Onlar portirit, tuf, tuflu brekçiya, tuflu konqlomerat, qumdaşı, gilli şist və əhəngdaşılardan təşkil olunub. Böyük Qafqazda isə orta Leyas çöküntüləri bəzi yerlərdə, o cümlədən, Balakən çayının yuxarı axınında intişar tapmışdır. Onlar tərkibcə qara rəngli aspidli şistlərdən təşkil olunublar. Çöküntülərin daxilində qumdaşı laycıqlarına da təsadüf edilir. Orta Leyasın görünən qalınlığı 1000-1200 m-dir [13].

Üst Leyas çöküntüləri Böyük Qafqaz ərazisində nisbətən geniş yayılıb. Onlara Malkamud və Babadağ dağları arasında, Qudyalçay, Qaraçay və Vəlvələçayın yuxarı axınında, Böyük Qafqazın cənub yamacında, Kiş və Vəndam çaylarının axını boyu rast gəlir. Üst Leyas çöküntüləri qumdaşı, alevrit, argillit və mikalı şistlərin növbələşməsindən ibarətdir. Çöküntülərin qalınlığı 800-900 m-dir. Alt Yuranın ümumu qalınlığı Böyük Qafqazda 1800-2100 m, Kiçik Qafqazda isə 2000 m-ə çatır.

Orta Yuranın Aalen mərtəbəsi çöküntüləri Böyük Qafqaz və Kiçik Qafqaz sıra dağlarının Azərbaycan ərazisində, həmçinin Naxçıvan MR-də məlumdur. Böyük Qafqazın mərkəzi hissəsində

Page 97: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

95

geniş yayılan çöküntülər əsasən tünd-boz və qara gilli şist, gil, alevrolit, nazik təbəqəli, karbonatlı və iri dənəli qumdaşılardan təşkil olunub. Kəsilişin alt hissəsində gilli süxurlar üstünlük təşkil edir.

Vəndam antiklinoriumunun Katex çayı vadisində Aalen mərtəbəsinin üst hissəsinə aid olan çöküntülər tünd-boz, bərk brekçiyaşəkilli əhəngdaşılardan ibarətdir [13].

Kiçik Qafqaz və Naxçıvan MR-da Aalen çöküntüləri məhdud ərazidə yayılıb. T.Ə.Həsənovun məlumatlarına görə Kiçik Qafqazda çöküntülər sarı-boz rəngli, ortadənəli qumdaşılarından ibarət olub, daxilində nazik təbəqəli tünd-boz şistlər qeydə alınır.

Naxçıvan ərazisində isə Ş.Ə.Əzizbəyova görə Aalen çöküntüləri sarı-boz rəngli, orta, xırda və iri dənəli mikalı kvars və qarışıq dənəli əhəngdaşı laycıqları olan qravelitli qumdaşılardan ibarətdir.

Aalen çöküntülərinin qalınlıqları Böyük Qafqazın şimal-şərq batımı istiqamətində 1100-1500 m-ə, cənub yamacında 2000-2400 m-ə çatır. Kiçik Qafqazda çöküntülərin qalınlığı 163 m, Naxçıvanda isə 35 m-dir.

Aalen mərtəbəsinin neftliliyi qumdaşılardan təşkil olunan çöküntülərlə əlaqədardır. Bu çöküntülər Böyük Qafqazın Keşçay, Ataçay, Afurca, Xaltan və b. sahələrində geniş yayılıb. Bəzi quyularda açılan Aalen mərtəbəsinin qumdaşılarında neft-qaz təzahürləri müşahidə edilib.

Bayos mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz ərazisində geniş yayılıb. Böyük Qafqazda Təngi-Beşbarmaq, Tufan, Vəndam antiklinoriumları və Zaqatala-Qovdağ sinklinoriumunda məlumdur. Zaqatala-Qovdağ sinklinoriumunda Bayos mərtəbəsi çöküntüləri Xınalıq qumdaşıları ilə xarakterizə olunur. Bəzi sahələrdə tuflu çöküntülərə də təsadüf olunur.

Page 98: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

96

Vəndam antiklinoriumunda Bayos çöküntüləri tünd və yaşılımtıl boz porfirit, tuflu qumdaşı, tuflu konqlomerat və tuflu brekçiyadan ibarətdir.

Böyük Qafqazın digər sahələrində çöküntülər argillit, alevrolit, gilli şist və boz rəngli, bərk, qalın laylı qumdaşılardan təşkil olunub.

Kiçik Qafqazda Bayos çöküntüləri geniş ərazidə yayılaraq, alt Aalen çöküntülərini qeyri uyğun örtür. Çöküntülər tuflu brekçiya, konqlomeratvə qumdaşı, tuffit, plagioklazlı porfit və effuziv süxurlardan təşkil olunub.

Naxçıvan MR-da Bayos çöküntüləri qumlu əhəngdaşı, gilli qumdaşı və gillərdən ibarətdir.

Bayos mərtəbəsi çöküntüləri Böyük Qafqazın cənub-şərq batımının bir çox sahələrində qazılan dərin kəşfiyyat quyuları ilə də açılıb. Çöküntülərin qalınlıqları Böyük Qafqazda 1400-1500 m, Kiçik Qafqazda 400-2000 m, Naxçıvanda isə 75 m-dir.

Bayos mərtəbəsinin neft-qazlılığı Böyük Qafqazda intişar tapan və “Xınalıq qumdaşıları” adlandırılan qumlu gilli layların növbələşməsindən ibarət kollektorlarla əlaqədardır. Belə qumdaşılarına Gilgilçay, Qızılqazma, Afurca və başqa sahələrdə rast gəlir.

Üst Yuranın Kimeric mərtəbəsi çöküntüləri Böyük Qafqaz meqaantiklinoriumunun cənub-şərq batımında boz, yaşılımtıl-boz alevrolit, qumdaşı, şistli argillit və qravelitlərdən ibarətdir. Böyük Qafqazın cənub yamacında isə qumdaşı, əhəngli alevrolit, laylı şistliı argillit və qravelitlərdən təşkil olunub[13].

Kiçik Qafqaz ərazisində Kimeric çöküntüləri çox geniş ərazidə yayılıblar. Burada çöküntülər tuflu konqlomerat, tuflu brekçiya, tuflu qumdaşı və tuflu alevrolit, tuffit və effuziv süxurlardan ibarətdir. Kimeric mərtəbəsi çöküntülərinin qalınlıqları şimal-şərqi Azərbaycanda

Page 99: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

97

200 m, Böyük Qafqazın cənub yamacında 250 m, Kiçik Qafqazda isə 40-150 m təşkil edir.

Titon mərtəbəsi çöküntüləri Böyük Qafqazın cənub-şərq batımında qumdaşılı, gilli, brekçiyaşəkillioolitli üzvi əhəngdaşı və dolomitlərdən ibarətdir.

Böyük Qafqazın cənub yamacında isə argillit, mergel, iri, orta və xırdadənəli qumdaşılardan təşkil olunub. Kiçik Qafqazda Titon mərtəbəsi çöküntüləri əsasən karbonatlı çöküntülərdən - bərk, dolomitləşmiş çatlı əhəngdaşılardan ibarətdir. Onların daxilində nazik laylı, bərk, mergelli gil və əhəngli qumdaşılarına təsadüf olunur.

Titon mərtəbəsi çöküntülərinin qalınlıqları Böyük Qafqazın cənub-şərq batımında 60-800 m, cənub yamacında 50-500 m, Kiçik Qafqazda isə 40-250 m arasında dəyişir.

Kimeric və Titon çöküntülərinin neftliliyi əsasən Zemçay dəstəsi (Xaltan lay dəstəsinin alt hissəsi) və İlisu lay dəstəsi (Xaltan lay dəstəsinin üst hissəsi) adlanan Kimeric–Titon qumdaşıları ilə əlaqədardır. Dəstənin qumdaşıları 0,5-1,5 m qalınlığında laylardan ibarət olub, gil və mergellərlə növbələşərək qalın lay dəstəsi əmələ gətirir.

Kəsilişdə kollektorluq xassəsinə malik üzvi əhəngdaşılarına da təsadüf edilir. Qumdaşı və əhəngdaşıları Qızılqazma, Xaltan, Qonaqkənd, Ugah, İstisudərə, Xatadərə və başqa sahələrin kəsilişində rast gəlir.

Təbaşir kompleksi çöküntüləri

Alt Təbaşir çöküntüləri Böyük və Kiçik Qafqaz dağlarında geniş yayılıb. Eyni zamanda bu çöküntülər Qusar-Dəvəçi törəmə çökəkliyi, Şamaxı-Qobustan rayonu, Orta Kür çökəkliyi və Abşeron arxipelaqında struktur-axtarış və axtarış-kəşfiyyat quyuları ilə açılıb [32].

Page 100: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

98

Alt Təbaşir çöküntülərinin litofasial tərkibi və qalınlıqları çox dəyişkəndir. Bu da çöküntütoplanma şəraitlərin müxtəlif olduğunu göstərir.

Valanjin mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz ərazisində terrigen-karbonatlı süxurlardan ibarətdir. Onların litofasial tərkibi həm yayılma sahəsi, həm də kəsiliş üzrə dəyişir. Valanjin mərtəbəsi çöküntüləri Böyük Qafqazın Şahdağ-Sudur və Təngi-Beşbarmaq zonalarında boz, sarımtıl-boz, bərk, qalınlaylı, üzvi-qırıntılı, dolomitləşmiş əhəngdaşı və qumdaşılardan təşkil olunub. Burada Valanjin çöküntülərinin qalınlıqları 90-100 m arasında dəyişir [15, 33].

Gilgilçaydan Ataçaya qədər uzanan sahədə Valanjin çöküntüləri boz, açıq-boz pelitamorf əhəngdaşı, tünd və yaşılımtıl-boz gil laycıqları olan mergel və nadir hallarda nazik laylı qumdaşılardan ibarətdir. Keşçay istiqamətində çöküntülərin tərkibi dəyişir və əsasən boz, pelitamorf, qumlu əhəngdaşı, gil, mergel, qravelit və əhəngdaşılı xırda qırıntılı konqlomeratlar üstünlük təşkil edir. Keşçay antiklinalının şimal-şərq qanadında Valanjin çöküntülərinin qalınlığı 1200 m-ə çatır.

Xızı zonasında və Dibrar çökəkliyində Valanjin çöküntüləri əsasən bazalt konqlomeratı, boz və açıq-boz pelitamorf, qumlu əhəngdaşı, yaşılımtıl mergel, boz, tünd-boz gil və daxilində mikrokonqlomerat aralaycıqları olan qumdaşılardan ibarətdir.

Qazılan quyuların məlumatlarına görə, burada çöküntülərinin qalınlıqları 250-1500 m arasında dəyişir. Bəyimdağ-Təkçay sahəsinin cənub-şərq periklinalında qazılan 10 saylı quyuda çöküntülərin qalınlığı 1410 m-dir.

Valanjin çöküntüləri Zaqatala-Qovdağ sinklinoriumu və Vəndam antiklinoriumunda geniş yayılıb. Böyük Qafqazın cənub

Page 101: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

99

yamacında karbonatlı alt yarımmərtəbə və fliş xarakterli üst yarımmərtəbəyə (Babadağ lay dəstəsi) ayrılır.

Tufan antiklinoriumunun şimal-şərq hissəsində yaşılımtıl-boz qumdaşı və konqlomeratlardan təşkil olunan Qızılqazma lay dəstəsi ayrılır. Onun qalınlığı 5 m-dən 30 m-ə qədər dəyişir. Zaqatala-Qovdağ sinklinoriumu və Vəndam antiklinoriumunda da bu lay dəstəsi iştirak edir.

Zaqatala-Qovdağ zonasında Valanjin mərtəbəsi çöküntüləri boz, bozumtul qumdaşı, əhəngli qumdaşı, üzvi-qırıntılı, pelitamorf əhəngdaşı və boz şistli gil, gilli, şistli argillitl və aralaycıqlı mergellərdən ibarətdir. Burada çöküntülərin qalınlıqları 1300-1500 m təşkil edir.

Vəndam antiklinoriumunda isə çöküntüləri konqlomerat, qravelit və kobud-ortadənəli qumdaşılardan ibarətdir. Zaqatala-Qovdağ zonasından fərqli olaraq burada gilli şist və şistli gil təbəqələrinin qalınlıqları xeyli azalır. Çöküntülərin qalınlıqları isə 220-620 m arasında dəyişir [15, 33].

Kiçik Qafqazda Valanjin çöküntüləri əsasən vulkanik süxurlardan ibarət olub, tuflu qumdaşı, tuflu konqlomerat və içərisində şist laycıqları olan porfiritlərdən təşkil olunub. Çöküntülərin qalınlıqları 180 m-dir.

Valanjin mərtəbəsinin neft-qazlılığı onun kəsilişində qeyd olunan alevrit, azqalınlıqlı qumdaşıları və məsaməli-çatlı, karbonatlı-gilli çöküntülərlə əlaqədardır. Valanjin mərtəbəsi çöküntülərindən Bəyimdağ-Təkçay sahəsində 3 və 20 saylı quyulardan sənaye əhəmiyyətli neft, qaz və kondensat alınıb, bir neçə quyuda isə neft-qaz təzahürləri qeyd edilib.

Page 102: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

100

Hoteriv mərtəbəsi çöküntüləri Böyük Qafqaz ərazisində geniş yayılaraq, əsasən antiklinal strukturların tağ hissəsində və sinklinal çökəkliklərdə yer səthinə çıxır.

Şahdağ və Sudur zonalarında çöküntülər içərisində boz, yaşılımtıl-boz gil və qumdaşı laycıqları olan boz, açıq-boz, bəzən sarımtıl-boz əhəngdaşılardan təşkil olunub. Qalınlıqları 55-160 m arasında dəyişir [15, 33].

Xızı zonasında və Dibrar çökəkliyində Hoteriv çöküntüləri əsasən az qalınlıqlı qumlu əhəngdaşı, əhəngli qumdaşı və argillit aralayları olan gillərdən ibarətdir. Qərb istiqamətində çöküntülərinin qalınlıqları gilli şistlərin hesabına artır. Xızı tektonik zonasının Bəyimdağ-Təkçay, Keşçay, Sitalçay və başqa sahələrində qazılan quyu məlumatlarına əsasən qalınlıq 300 m-dən 970 m arasında dəyişir. Təngi-Beşbarmaq antiklinoriumunun şimal və cənub hissələrində Hoteriv mərtəbəsi çöküntüləri gilli fasiya ilə içərisində brekçiyaşəkilli konqlomerat, əhəngli qumdaşı və mergel laycıqları olan boz, tünd və göyümtul gillərin laylanmasından təşkil olunub.

Şimali Qobustanda Hoteriv çöküntüləri struktur-axtarış və kəşfiyyat quyuları ilə öyrənilib. Bu sahədə də çöküntülər, Xızı və Dibrar zonalarında olduğu kimi, əsasən az qalınlıqlı qumlu əhəngdaşı, əhəngli qumdaşı və argillit ara laycıqları olan gillərdən ibarətdir.

Böyük Qafqazın cənub yamacında Zaqatala-Qovdağ zonasında Hoteriv çöküntüləri əsasən gilli şist və şistli gillərdən ibarətdir. Qərb istiqamətdə qumdaşıları laycıqlarının qalınlığı artır. Zaqatala-Qovdağ zonasında qalınlıq 350-650 m-dir [13, 15].

Vəndam antiklinoriumunda Hoteriv çöküntülərinin kəsilişində əhəngli tünd-boz, qumdaşı, şistli gil və gilli şistlər üstünlük təşkil edir. Burada çöküntülərin qalınlığı 140-300 m arasında dəyişir.

Page 103: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

101

Kiçik Qafqazda Hoteriv mərtəbəsi çöküntüləri məhdud sahədə yayılıb. Kəsilişləri öyrənilən sahələrdə çöküntülərin tərkibi qırıntılı, naziklaylı ağ, qumlu əhəngdaşı, ağımtıl-boz, üzvi-qırıntılı, az miqdar qumlu əhəngdaşıları, tünd-boz tuflu qumdaşı, boz, bərk əhəngdaşı laycıqları olan tuflu brekçiya və vulkanik-çökmə süxurlardan ibarətdir. Mərtəbənin qalınlığı 30 m-dən 140 m-ə kimi dəyişir.

Hoteriv mərtəbəsinin neft-qazlılığı kəsilişdə iştirak edən az qalınlıqlı qumdaşıları ilə əlaqədardır. Xızı tektonik zonasının cənub-şərq hissəsində yerləşən qalxımlarda Hoteriv mərtəbəsinin qumdaşılarında neft-qaz təzahürlərinə rast gəlinib.

Barrem mərtəbəsi çöküntüləri Böyük və Kiçik Qafqaz ərazisində geniş yayılıb. Böyük Qafqazın cənub-şərq batımında öyrənilən kəsiliş geoloji əlamətlərinə görə iki hissəyə ayrılır. Xızı və Dibrar zonalarında Barrem mərtəbəsinin alt hissəsi əsasən az qalınlıqlı, yaşılımtıl-boz qumlu və əhəngli gil laycıqları olan boz, ağımtıl-boz oolitli əhəngdaşılardan təşkil olunub [15, 33].

Şahdağ-Sudur zonasında üst yarımmərtəbəyə aid çöküntülər litoloji tərkibi yaşılımtıl-boz gil və əhəngdaşı laycıqları olan boz, yaşılımtıl-boz qumdaşılardan ibarətdir.

Eyni çöküntülər Yalama sahəsində qazılan quyularda açılıb. Şahdağ-Sudur zonasında Barrem mərtəbəsinin qalınlığı 30-120 m-dir. Qusar-Dəvəçi törəmə çökəkliyində Barrem çöküntüləri əsasən alevrit və qumdaşı laycıqları olan gillərdən təşkil olunub. Xudat sahəsində qazılan quyularda Barrem mərtəbəsinin qalınlığı 760 m-dir.

Beşbarmaq kordilyeri ətrafında bu çöküntülərin litoloji tərkibi xeyli dəyişir. Burada çöküntülər kalsit laycıqlı boz, əhəngli gil, əhəngdaşı, qumdaşı, qravelit və konqlomeratlardan ibarətdir. Cənub-şərq istiqamətində kəsilişdə xırdadənəli qumdaşı, gil, əhəngdaşı və ağımtıl-boz mergellər iştirak edir.

Page 104: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

102

Böyük Qafqazın cənub yamacında mikro və makrofauna azlığı səbəbindən tədqiqatçılar Barrem mərtəbəsi çöküntülərini Hoteriv və Apt çöküntülərindən litoloji əlamətlərinə görə ayırırlar. Burada çöküntülər iki zona üzrə öyrənilib.

Zaqatala-Qovdağ sinklinoriumunda Barrem çöküntüləri boz, yaşılımtıl-boz mergellər, boz, bərk əhəngdaşı, tünd-boz gilli şist, nadir əhəngli qumdaşı və argillit laycıqlarına malik şistli gillərin fliş növbələşməsindən ibarətdir. Çöküntülərin qalınlığı dəyişkən olub 175-386 m təşkil edir.

Bu zonadan cənuba Vəndam antiklinoriumunda da Barrem çöküntüləri boz, tünd və yaşılımtıl-boz, təbəqəli şistli gil, qonuru, bəzən açıq qonuru, çox bərk əhəngdaşı, yaşılımtıl-boz və boz mergellərin fliş növbələşməsindən təşkil olunub. Qərb istiqamətdə kəsilişdə argillitlər də iştirak edir. Vəndam antiklinoriumu daxilində çöküntülərin qalınlıqları 164-492 m-dir [13, 15].

Kiçik Qafqaz ərazisində Barrem mərtəbəsi çöküntüləri Somxito-Ağdam və Göyçə-Qarabağ zonalarında nisbətən geniş yayılıblar. Sonuncu zonada Barrem mərtəbəsinin kəsilişi konqlomerat layı ilə başlayır, yuxarı getdikcə boz, sarımtıl, açıq-boz, qumdaşılı və brekçiyaşəkilli əhəngdaşıları ilə əvəz olunur. Qalınlıqları 50-290 m arasında dəyişir.Kiçik Qafqazın şimal-şərq yamacında Barrem çöküntüləri konqlomerat və gil laycıqlarına malik qumdaşılarından ibarətdir. Burada qalınlıq 30 m-ə qədərdir.

Barrem mərtəbəsi çöküntülərinin neft-qazlılığı kəsilişində qeyd olunan azqalınlıqlı alevrit və qumdaşı layları ilə əlaqədardır. Xəzəryanı-Quba rayonu və Xızı tektonik zonasında bu çöküntülərdə neft-qaz təzahürləri qeydə alınıb.

Apt mərtəbəsi çöküntüləri Böyük Qafqazın cənub-şərq batımı və cənub yamacında geniş yayılıb.

Page 105: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

103

Təngi-Beşbarmaq antiklinoriumunun kəsilişində Apt çöküntüləri göyümtül-boz, qırmızımtıl-boz, qırmızı gillərdən ibarətdir. Nadir hallarda kəsilişdə konqlomerat və qravelit aralaycıqlarına təsadüf edilir.

Qusar-Dəvəçi törəmə çökəkliyində Apt çöküntüləri quyularla açılmışdır. Quyu məlumatlarına əsasən çökəkliyin şimal-şərq hissəsində çöküntülərin tərkibi yaşılımtıl-boz gil və alevrolitlərdən ibarətdir. Xəzəryanı-Quba rayonunun cənub-şərqində isə kəsiliş iki hissəyə ayrılır. Alt hissə boz mergel, əhəngdaşılı qumdaşı, əhəngdaşı laycıqları olan tünd və yaşılımtıl-boz, qonuru-qırmızı vərəqvarı gillərdən, üst hissə isə əhəngli qumdaşı laycıqlarına malik boz, qırmızımtıl-qonuru, qonuru-qırmızı gillərdən ibarətdir. Apt çöküntülərinin qalınlıqları 60-250 m arasında dəyişir [15, 33].

Böyük Qafqazın cənub yamacında, Zaqatala-Qovdağ sinklinoriumunda, Apt çöküntüləri əsasən boz, yaşılımtıl və tünd-boz, qara gilli şist, əhəngdaşılı, şistli gillərdən təşkil olunub. Kəsiliş qalınlıqları 10-30 sm arasında dəyişən boz, bərk əhəngdaşı və əhəngli qumdaşılarına, nadir hallarda argillit və alevrolitlər olan ara laycıqlarına malikdir. Zonada Apt çöküntülərinin qalınlıqları 50 m-dən 330 m-ə qədər dəyişir.

Kiçik Qafqazda Apt çöküntüləri əsasən Göyçə-Qarabağ zonasında, Ağstafa və Ağcakənd çökəkliklərində geniş intişar tapıb. Göyçə-Qarabağ zonasında Apt çöküntüləri açıq-qonuru, yaşılımtıl-boz, çəhrayıya çalan, bəzi yerlərdə sarımtıl-boz əhəngli mergel və bozumtul-qonuru şistli, qumlu gillərdən ibarətdir. Çöküntülərin kəsilişində boz, kobuddənəli tuflu qumdaşıları və nazik laylı, incədənəli əhəngli qum laycıqları da iştirak edir. Apt çöküntülərinin üst hissəsi tufogen çöküntülərin üstünlüyü ilə səciyyələnir. Qalınlıqlar 510 m-ə qədər çatır [13].

Page 106: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

104

Ağcakənd və Ağstafa çökəkliklərində Apt çöküntüləri boz, yaşılımtıl-boz, qırmızımtıl-tünd qonuru tuflu qumdaşı və qumdaşılı gillərin qumdaşılarla növbələşməsindən ibarətdir. Kəsilişdə linzavarı mikrokonqlomeratlar da iştirak edir.

Apt mərtəbəsinin neft-qazlılığı kəsilişində qumdaşı və alevrit təbəqəciklərinin gil və mergellərlə növbələşməsindən əmələ gələn qumlu-gilli dəstələrlə əlaqədardır. Çöküntülərə ən çox Böyük Qafqazın cənub-şərq batımındakı qalxımlarda təsadüf edilir.

Alb mərtəbəsi çöküntüləri Böyük Qafqazın Xızı zonasının mərkəzi hissəsində, Dibrar-Yaşma və Qovdağ-Sumqayıt sinklinoriumlarında üç yarımmərtəbə ilə təmsil olunub. Alt yarımmərtəbə qumdaşı laycıqlarına malik boz, qırmızı, sarımtıl-yaşıl, qonuru-boz əhəngli gillərdən ibarətdir [15,33].

Sinklinoriumların bəzi yerlərində çöküntülərin qalınlıqları və qumdaşı laycıqlarının miqdarı dəyişir. Orta yarımmərtəbə alt yarımmərtəbədən litoloji tərkibin dəyişməsi və qumdaşı laycıqlarının sayının artması ilə fərqlənir. Bu çöküntülərin tərkibi boz, tünd və sarımtıl-boz gil, boz, orta və iri dənəli, əhəngli qumdaşılardan ibarətdir.

Üst yarımmərtəbə boz, sarımtıl-boz, yaşıl, sıx gil, yaşıl, yaşımtıl-boz mergel, argillit, boz, qonuru-boz şistli qumdaşı və qumlu əhəngdaşılarından təşkil olunub. Alb çöküntülərinin qalınlıqları 10 m-dən 250 m-ə qədər dəyişir.

Təngi-Beşbarmaq antiklinoriumunun cənub-şərq hissəsində Alb çöküntüləri yaşılımtıl, qonuru-boz gil və bəzən qırmızı əhəngli qumdaşılardan ibarətdir. Çöküntülərin qalınlığı 60 m-ə çatır.

Şahdağ-Sudur zonasında Alb mərtəbəsi çöküntüləri üst Təbaşir qarşısı transqressiya zamanı yuyulmaya məruz qaldığından iştirak etmir. Bu çöküntülər Qusar-Dəvəçi törəmə çökəkliyində Yalama və Xudat sahələrində qazılan quyularla açılıb. Çöküntülərin tərkibi

Page 107: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

105

mergel, qumdaşı və alevrolit aralaycıqlarına malik boz, tünd-boz möhkəm gillərin fliş növbələşməsindən ibarət olub, qalınlığı 65 m-ə çatır.

Böyük Qafqazın cənub yamacı, Vəndam antiklinoriumu və Girdimançay hövzəsi ətrafında Alb mərtəbəsi kəsilişinin çox hissəsini tufogen çöküntülər təşkil edir. Burada kəsilişin alt və orta hissəsi qonuru-qırmızı tufogen gil, açıq-boz tuflu qumdaşı, tuffit, üst hissəsi isə boz, tünd-boz xırdadənəli tuflu qumdaşı, qonuru-boz, qumlu gil və mergellərlə təmsil olunub.

Girdimançay hövzəsindən qərb və şərqə getdikcə tufogen süxurlar çökmə süxurlarla qarışır. Çöküntülərinin qalınlıqları qərbdən şərqə doğru 100-110 m-dən 450-475 m-ə qədər artır.

Kiçik Qafqazın Azərbaycan hissəsində Alb mərtəbəsi çöküntüləri alt Təbaşirin ondan altda yatan digər mərtəbələrinə nisbətən daha geniş ərazidə yayılıb və üç yarımmərtəbə ilə təmsil olunur [15].

Alt yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ zonasının cənub-şərq hissəsində yer səthinə çıxır. Tərkibi tünd-boz, bəzən sarımtıl-boz naziklaylı mergel, qonuru-boz, şistli, iri və kobuddənəli qumdaşı, sarımtıl-boz gilli, qumlu əhəngdaşı və göyümtül-boz əhəngli gillərdən ibarətdir. Nadir hallarda kəsilişdə tuf-qumdaşılarına təsadüf edilir. Yarımmərtəbənin qalınlığı 90 m-ə çatır.

Orta və üst yarımmərtəbə çöküntüləri Göyçə-Qarabağ zonasında tünd-boz, qumlu, əhəngli argillit, kobud, ortadənəli qumdaşı ara laylarına malik qara, tünd-boz,boz laylı mergel, sarımtıl-boz, incə-kobuddənəli, yaşılımtıl-boz tuflu qumdaşı və nadir hallarda əhəngdaşı və gillərdən təşkil olunub. Kəsilişdə argillit və mergellər üstünlük təşkil edir. Alb çöküntülərinin qalınlığı 850 m-ə çatır.

Ağcakənd və Ağstafa çökəkliklərində Alb çöküntüləri müxtəlif rəngli tuflu qumdaşı, tuflu konqlomerat və tuflu brekçiyaların tünd-

Page 108: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

106

boz mergel, gil və qumdaşıları ilə növbələşməsindən ibarətdir. Çökəkliklərdə Alb mərtəbəsinin qalınlığı 330 m-ə çatır.

Naxçıvan ərazisində Alb çöküntüləri porfirit, tuf brekçiyası, tuf, bəzi yerlərdə isə gil, qumdaşı və tufogen süxurların qarışığından ibarətdir. Qalınlıq 210 m-ə çatır.

Alb mərtəbəsinin neft-qazlılığı onun üst yarımmərtəbəsinə aid olan “Küllü” qumdaşıları horizontu ilə əlaqədardır. Onun neftliliyi Şurabad və başqa sahələrdə təsdiq olunub.

Üst Təbaşir çöküntüləri Böyük Qafqazın cənub-şərq batımında və Kiçik Qafqazın şimal-şərq dağətəyi zonasında geniş yayılıb. Onların Cənubi Qobustan, Abşeron, Aşağı Kür və Bakı arxipelaqında iştirakı palçıq vulkanı brekçiyalarının tədqiqi nəticəsində təsdiqlənib[13, 33].

Senoman mərtəbəsi çöküntüləri Böyük Qafqazın şimal-şərq batımında və Xəzəryanı-Quba neftli-qazlı rayonunda məhdud ərazidə yayılıb. Rayonunun qərb hissəsində qeyd olunan kəsilişlərində çöküntülər yaşılımtıl-boz, tünd-yaşıl, mergelli gil, boz qumlu əhəngdaşı, xırda və orta dənəli qumdaşı, mergel və mikrokonqlomeratların fliş növbələşməsi ilə təmsil olunublar. Buduq muldasında kəsilişin qalınlığı 46 m-dir.

Xəzəryanı-Quba rayonu ilə Şamaxı-Qobustan rayonu arasında keçid zonasında Senoman mərtəbəsinin qalınlığı qumdaşı laylarının artması və kəsilişdə möhkəm əhəngdaşı laylarının iştirakı hesabına artır. Xəzəryanı-Quba rayonunun cənub-şərq hissəsində qalınlıqlar 250-300 m arasında dəyişir. Siyəzən monoklinalında qazılan quyularda açılan qalınlıq 150-200 m təşkil edir. Bu sahədə kəsiliş boz, açıq-boz əhəngli gillər, boz mergellər və mergelli qumdaşılarından ibarətdir.

Şamaxı-Qobustan rayonunun şimal hissəsində Senoman mərtəbəsi çöküntüləri Qızmeydanı, Gədisu və b. sahələrdə qazılan

Page 109: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

107

quyularla açılıb. Burada çöküntülər tünd-boz, qonuru, bəzən yaşılımtıl-boz karbonatlı gillər, boz, çəplaylı, əhəngli qumdaşı və az qalınlıqlı, zəif qumlu əhəngdaşıları ilə təmsil olunurlar.

Böyük Qafqazın cənub yamacında Senoman mərətbəsi çöküntüləri fasiya tərkibilə fərqlənir və iki yarımmərtəbəyə ayrılır. Çöküntülər Vəndam antiklinoriumu, Qax sinklinoriumu və Böyük Qafqazın başqa sahələrində yer səthinə çıxırlar.

Vəndam antiklinoriumunda Senoman mərətbəsinin aşağı horizontuna aid olan tuflu qumdaşı və konqlomerat qaymaları massiv şəklində yer səthinə çıxırlar. Şərq istiqamətində kəsilişdə mergel, gil və qumdaşıları da iştirak edirlər. Çöküntülərin qalınlıqları 50-350 m arasında dəyişir.

Qax sinklinoriumunda çöküntülər tuffit, tuflu brekçiya, argillit, tuflu qumdaşı və konqlomerat, açıq-boz, sarımtıl pelitamorf əhəngdaşı və sarımtıl-qonuru gilli şistlərdən ibarətdir. Tufogen çöküntülər 300-320 m və daha artıq qalınlığa malikdir.

Böyük Qafqazın cənub yamacı boyunca Senoman mərtbəsinin üst horizontu (Qızılqazma lay dəstəsi) fliş çöküntülərilə təmsil olunurlar. Bəzən kəsilişdə sarımtıl-boz qumlu gil, boz, açıq-boz mergel laycıqları, boz qumdaşı, yaşımtıl-boz gil, nadir hallarda isə az qalınlıqlı tuf-qumdaşılı, boz mergellər iştirak edirlər. Bu sahədə şərqdən-qərbə doğru qumlu-gilli və karbonatlı çöküntülərin miqdarı azalır, tufogen çöküntülərin miqdarı isə artır.

Senoman mərtəbəsi çöküntüləri Kiçik Qafqazın şimal-şərq zonası və Ordubad sinklinoriumunda da mövcuddur. Kiçik Qafqazın şimal-şərq dağönü zonasında tufogen-qumdaşılı, qumlu-mergelli əhəngdaşı, mergelli qumdaşı və əhəngli gillərdən təşkil olunub. Çöküntülərin qalınlığı 150-200 m-ə çatır. Senoman çöküntülərinin ən böyük qalınlıq Qarabağ antiklinoriumu və Murovdağ yaylasında

Page 110: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

108

qeydə alınıb. Burada çöküntülərin qalınlığı 400-630 m-ə çatır. Murovdağ yaylasında karbonatlı fasiya ilə təmsil olunurlar. Kəsiliş əsasən qalınlaylı, qumlu üzvi əhəngdaşı və əhəngli qumdaşılardan ibarətdir.

Ordubad sinklinoriumunda az sahədə intişar tapan Senoman çöküntüləri qumdaşı və qravelit aralaylarına malik qırmızımtıl konqlomeratlarla təmsil olunurlar. Çöküntülərin qalınlığı 100-600 m arasında dəyişir.

Senoman mərtəbəsinin kəsilişində qeyd olunan qumdaşıları neft-qazlılıq cəhətcə perspektivli sayılırlar. Onlar Sitalçay, Şurabad, Yaşma, Qabandağ və başqa sahələrdə daha geniş intişar tapıblar.

Turon mərtəbəsi çöküntüləri Azərbaycan ərazisində məhdud sahədə yayılıb. Bu çöküntülər Xızı zonası, Ataçay-Gilgilçay vadisi və Zarat muldasında yerüstü çıxışlarda, Yalama, Xudat, Sitalçay sahələri və Siyəzən monoklinalında qazılan quyularda öyrənilib[15,33].

Xəzəryanı-Quba rayonunda Turon mərətbəsi çöküntüləri əsasən cənub və cənub-şərq hissələrdə yer səthinə çıxırlar. Litoloji xüsusiyyətlərinə görə iki yarımmərtəbəyə ayrılırlar. Qusar-Dəvəçi törəmə çökəkliyində və Şahdağ zonasında alt Turon (Zarat horizontu) çöküntüləri çox az iştirak edir. Qusar-Dəvəçi törəmə çökəkliyində Turon çöküntülərinin kəsilişi demək olar ki, əhəngdaşılardan ibarətdir. Odur ki, burada üst yarımmərtəbənin sərhədini təyin etmək çox çətindir. Üst Turon çöküntüləri çökəklikdə və Siyəzən monoklinalının şimal-şərqində içərisində az qalınlıqlı qumdaşı və gil laycıqları olan boz, pelitamorf, çatlı əhəngdaşılardan təşkil olunub.

Xızı zonasında çöküntülər tünd və şabalıdı-boz bitumlu gil və qara şistlərin əhəngdaşıları ilə növbələşməsindən ibarətdir. Kəsilişdə bəzən tuf və gilabı laycıqlarına təsadüf edilir.

Şamaxı-Qobustan rayonunda Turon çöküntüləri nisbətən geniş yayılıb, alt və üst yarımmərtəbələrə ayrılır. Alt Turon (Zarat

Page 111: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

109

horizontu) argillit, tuffit laycıqlarına malik əhəngdaşı, nadir hallarda əhəngli alevrolit aralaycıqları olan tünd-boz gil, incədənəli qumdaşı və mergellərlə təmsil olunurlar. Bəzi sahələrdə kəsilişdə bitumlu şistli gillərə də rast gəlinir.

Cənub-qərb istiqamətində çöküntülərinin gilliliyi tədricən artdığı halda, cənub-şərq istiqamətində kəsilişdə qumdaşılarının miqdarı və karbonatlılıq artır.

Üst Turon çöküntüləri Şimali Qobustanda qalın laylı, çox çatlılığa malik pelitamorf əhəngdaşı, mergel, incə laycıqlı əhəngli qumdaşı və boz əhəngli-qumlu gillərdən ibarətdir. Cənub istiqamətində karbonatlı çöküntülərin, cənub-şərq istiqamətində isə kəsilişdə gilliliyin və qumdaşılarının artdığı müşahidə edilir.

Böyük Qafqazın cənub yamacında alt yarımmərtəbə əhəngdaşı, qara hormblend, boz, açıq-boz pelitamorf əhəngdaşı, əhəngli mergel, yaşılımtıl-boz rəngli, azqalınlıqlı gil, qara, şabalıdı-boz gilli şist, mergel və qumdaşılardan, bəzi sahələrdə isə tuf-qumdaşı, çəhrayı mergel, gil və əhəngdaşılardan təşkil olunub.

Üst yarımmərtəbənin kəsilişi Vəndam zonasında az qalınlıqlı çəhrayı bentonit gilləri ara laycıqlarına malik çəhrayı əhəngdaşı, yağlı gil laycıqlarına malik qırmızıya çalan əhəngdaşı, boz gilli mergel və boz gil laycıqları olan boz, tünd-boz, çox miqdarda çatlılığa malik əhəngdaşılarından ibarətdir. Bəzi yerlərdə kəsilişdə qırıntı və tuflu qumdaşı laylarının qalınlığı və sayı artır.

Kiçik Qafqazda Turon mərtəbəsi çöküntüləri məhdud şəkildə yayılıb. Kəsilişi tuflu konqlomerat, argillit, qumdaşı, mergel və zoogen əhəngdaşılardan təşkil olunub.

Turon mərtbəsinin neft-qazlılığı üst yarımmərtəbənin kəsilişində iştirak edən qumdaşı layları ilə əlaqədardır. Onlar Şimali Qobustanda daha geniş yayılıb.

Page 112: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

110

Konyak mərtəbəsi çöküntüləri, həmin dövrdə çöküntütoplama hövzəsinin ərazisi genişləndiyinə görə nisbətən geniş sahədə yayılıb.

Qusar-Dəvəçi törəmə çökəkliyində quyularla açılan Konyak çöküntüləri mergel, əhəngdaşı və gillərin növbələşməsindən ibarətdir. Cənub istiqamətində kəsilişdə qumdaşı laycıqları iştirak edir və gilli layların qalınlıqları artır. Yalama-Xudat zonasında Konyak çöküntülərinin qalınlığı 100 m-ə çatır.

Xəzəryanı-Quba rayonunun cənub zonasında kəsilişin alt hissəsində 25-30 m-lik konqlomerat layı yatır. Kəsiliş əsasən boz, zeytunu-yaşıl mergelli gil və nazik laycıqlardan ibarət olan ağ, ağımtıl-yaşıl pelitamorf çatlı əhəngdaşılardan təşkil olunub. Şərq istiqamətində kəsilişdə fliş çöküntüləri üstünlük təşkil edir.

Təngi-Beşbarmaq zonasında Konyak mərtəbəsinin kəsilişi xeyli dəyişərək əhəngdaşı, mergel, qumdaşı, gil və konqlomeratların fliş növbələşməsindən təşkil olunub. Bəzi sahələrdə kəsilişdə qravelit laycıqları iştirak edir.

Beləliklə, Xəzəryanı-Quba rayonunda karbonatlı çöküntülər şimaldan-cənuba və cənub-şərqə doğru fliş növbələşməsindən ibarət çöküntülərlə, daha sonra konqlomerat laycıqlarının iştirak etdiyi çöküntülərlə əvəz olunurlar. Çöküntülərin qalınlıqları 40-50 m-dən 90-100 m-ə qədər dəyişir.

Şamaxı-Qobustan rayonu ərazisində Konyak mərtəbəsinin karbonatlı çöküntüləri geniş yayılıb. Kəsiliş qalınlaylı, çatlı pelitamorf əhəngdaşı, mergel və çəplaylı, azqalınlıqlı, əhəngli qumdaşı laylarının boz rəngli, qumlu gillərlə növbələşməsindən ibarətdir. Qalınlıq 40-100 m arasında dəyişir.

Böyük Qafqazın cənub yamacında Konyak mərtəbəsi çöküntüləri məhdud ərazidə məlumdur. Burada çöküntülərin kəsilişi tünd-boz, boz, qumlu-əhəngli mergel, boz, çəhrayı-qırmızı, çatlı,

Page 113: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

111

pelitamorf əhəngdaşı, yaşıl, boz, tuflu qumdaşı, boz gil, boz, qırmızımtıl-boz əhəngdaşı, boz qumlu mergel və gillərdən təşkil olunub.

Kiçik Qafqazda Konyak mərtəbəsi çöküntüləri nisbətən geniş ərazidə yayılıb. Əksər ərazilərdə transqressiv şəkildə, bucaq uyğunsuzluğu ilə orta Yuranın vulkanik çöküntülərini, üst Yuranın vulkanik çökmə süxurlarını və alt Təbaşirin vulkanik çökmə süxur qatlarını örtürlər[15].

Kiçik Qafqaz ərazisində Konyak mərtəbəsi çöküntülərinin kəsilişi əsasən az qalınlıqlı, boz yağlı gil, ara laycıqlarına malik, boz, açıq-boz, yüksək dərəcədə çatlı, əhəngdaşı, boz əhəngli gil, mergel və argillitlərdən ibarətdir. Bəzən kəsilişdə qumdaşı, tuflu qumdaşı, tuflu konqlomerat və porfiritlər də iştirak edirlər. Kiçik Qafqazın Azərbaycan ərazisinin şimal-qərb hissəsində çöküntülərin qalınlığı 260 m-ə çatır.

Konyak mərtəbəsinin neft-qazlılığı kəsilişindəki qumdaşı və alevritli qumdaşı layları ilə əlaqədardır. Bu laylar ən çox Dibrar geosinklinal zonasında yayılıb.

Santon mərtəbəsi çöküntüləri Azərbaycanın ərazisində nisbətən geniş sahədə məlumdur. Santon çöküntüləri Böyük Qafqazın cənub-şərq batımında alt Kampan çöküntülərindən demək olar ki, fərqlənmirlər. Ona görə də bu intervalı Yunusdağ lay dəstəsi adlandırırlar. Böyük Qafqazın baş silsiləsində və Şahdağ zonasında Santon çöküntüləri iştirak etmir, Qusar-Dəvəçi törəmə çökəkliyində isə böyük ərazidə yayılıb.

Xudat və Yalama sahələrində Santon çöküntüləri axtarış-kəşfiyyat quyuları ilə açılıb. Qalınlığı 200-220 m olan kəsiliş əsasən əhəngdaşı, qumdaşı və azqalınlıqlı gil laycıqlarına malik mergellərin növbələşməsindən ibarətdir.

Page 114: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

112

Qusar-Dəvəçi törəmə çökəkliyindən cənuba çöküntülərin tərkibi dəyişir. Kəsiliş əsasən qırmızımtıl-boz və qırmızı gil laycıqları olan möhkəm əhəngdaşı, müxtəlifdənəli, çəplaylı qumdaşı və qəhvəyi-boz, qırmızı-qonuru gillərlə əvəz olunur.

Xəzəryanı-Quba rayonunun cənub-şərq hissəsində isə Santon çöküntüləri az qalınlıqlı boz, tünd-boz, mergel ara laylarına malik qırmızımtıl-boz, qırmızı, bəzən də yaşılımtıl və qonuru-boz gil, çatlı, qumlu əhəngdaşı və əhəngli qumdaşılarının növbələşməsindən ibarətdir. Kəsilişdə bəzən qravelitlərə də təsadüf edilir. Dibrar çökəkliyində kəsiliş əhəngli gil, mergel, əhəngdaşı, əhəngli qumdaşı və alevrolitlərin ritmik növbələşməsilə xarakterizə olunur. Burada çöküntülərin qalınlığı 350-400 m-ə çatır.

Şamaxı-Qobustan rayonu ərazisində Santon çöküntüləri yaşılımtıl-boz, qırmızımtıl karbonatlı gil, əhəngdaşı, mergel, qumdaşı, alevrolit, bəzi hallarda qravelit və konqlomeratlarla təmsil olunmuşlar.

Bütün ərazi üzrə gilli süxurlar qumdaşılı və karbonatlı süxurlara nisbətən üstünlük təşkil edir. Cənub-Şərqi Qafqazda Santon mərtəbəsi çöküntülərinin qalınlıqları 200-250 m-dən 400-450 m-ə qədər dəyişir.

Böyük Qafqazın cənub yamacında, Vəndam zonasında Santon çöküntüləri əsasən qonuru-qırmızı, qonuru və yaşılımtıl-boz əhəngli bərk gil və ağımtıl-boz əhəngdaşılardan ibarətdir. Qərb istiqamətində çöküntülərin karbonatlığı nəzərə çarpacaq dərəcədə artır.

Kiçik Qafqazın Azərbaycan ərazisində Santon mərtəbəsi çöküntüləri fərqli fasiyada yayılmışlar. Qərbdən şərqə doğru, Ağstafa və Gəncə çayları arasındakı sahədə Santon çöküntüləri əsasən tərkibi porfirit, tuf-konqlomerat və başqa tufogen məhsullardan təşkil olunan vulkanik çökmə süxurlardan ibarətdir. Şərq istiqamətində kəsilişdə

Page 115: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

113

karbonatlı-terrigen süxurların (əhəngdaşı, gil və qumdaşıları) miqdarı artır, vulkanik süxurlar isə azalır[15].

Daha şərqə Kiçik Qafqazın mərkəzi hissəsində Santon çöküntüləri əsasən vulkanik süxurlardan ibarətdir. Yalnız alt hissədə az qalınlıqlı əhəngdaşı və mergel laylarına təsadüf edilir. Burada qalınlıq 275 m-ə çatır.

Şərqə getdikcə vulkanik çöküntülər boz, yaşılımtıl-boz, yağlı bentonit gil, orta və iridənəli zəif sementlənmiş qumdaşı layları olan pelitamorf, çatlı, qalınlaylı əhəngdaşıları ara laylarına malikdirlər. Kiçik Qafqazın regional batımı istiqamətində çöküntülərin kəsilişində vulkanik çöküntülər çatlı əhəngdaşı, nazik laylı gil və qumdaşıları ilə əvəz olunurlar.

Naxçıvan MR ərazisində Santon mərtəbəsi gil, əhəngdaşılı mergel və qumdaşılarının növbələşməsindən təşkil olunmuş çöküntülərlə təmsil olunurlar.

Santon mərtəbəsinin neft-qazlılığı onun alt hissəsinə aid olan karbonatlı qumdaşı və çatlı əhəngdaşıları ilə əlaqədardır. Belə süxurlar Yunusdağ, Tuqçay, Gədisu, Ağburun və Görədil qalxımlarında daha çox intişar tapıb.

Kampan mərtəbəsi çöküntüləri Cənub-Şərqi Qafqazda geniş ərazidə yayılıb. Burada Kampan çöküntüləri iki yarımmərtəbəyə ayrılır. Alt yarımmərtəbənin litoloji tərkibi Santon çöküntülərindən çox az fərqlənir və Yunusdağ lay dəstəsinin üst hissəsini təşkil edir. Üst yarımmərtəbə isə litoloji cəhətdən Maastrixt mərtəbəsinə uyğun gəlir.

Şahdağ-Sudur zonasında Kampan mərtəbəsi çöküntüləri transqressiv şəkildə alt Təbaşirin yuyulmuş səthi üzərində yatır. Çöküntülərin tərkibi çəhrayıya çalan laylı mergel və az qalınlıqlı əhəngli gil və boz çəplaylı qumdaşı layları ilə növbələşən əhəngdaşılarından təşkil olunub. Kampan çöküntülərinin tam kəsilişi

Page 116: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

114

Qızılqaya dağında qeydə alınıb. Burada çöküntülərin ümumi qalınlığı 125 m təşkil edir[15,33].

Qusar-Dəvəçi törəmə çökəkliyində Kampan çöküntüləri Xudat və Yalama sahələrində qazılan quyularla açılıb. Çöküntülərin tərkibi əsasən karbonatlı fasiyadan ibarət olub, nadir hallarda tünd-boz gilli, qumlu mergel və boz incə, xırdadənəli qumdaşı laycıqlarına malik boz, açıq-boz, çatlı, xırda qırıntılı əhəngdaşılardan ibarətdir.

Xəzəryanı-Quba rayonunun mərkəzi və cənub hissələrinin bəzi zonalarında Kampan mərtəbəsi çöküntüləri yuyulmaya məruz qalıb. Bu sahələrdə Kampan mərtəbəsinin maksimal qalınlığı 370-375 m-ə çatır.

Rayonun cənub-şərq hissəsində Kampan çöküntüləri boz, yaşımtıl-boz qumlu əhəngdaşı aralaycıqlarına malik boz yaşılımtıl-boz, bəzən açıq-boz gillərin və boz çəplaylı əhəngli qumdaşılarının fliş növbələşməsindən ibarətdir. Kəsilişin alt hissəsində qırmızı, açıq-qırmızı karbonatlı gil laylarına təsadüf edilir. Cənub və cənub-qərb istiqamətində, Şahdağ və Qızılqaya yüksəkliklərində Kampan çöküntülərinin qalınlıqları 90-125 m, şimal və cənub-şərq istiqamətində isə 250-300 m arasında dəyişir.

Kampan mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan rayonunda da geniş yayılıblar. Burada çöküntülər demək olar ki, fliş fasiyadadır. Alt Kampan çöküntüləri Santon çöküntülərindən qırmızı və qonuru gillərin olması ilə fərqlənirlər. Kampan mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan ərazisində iki fasiyada özünü büruzə verir.

Şamaxı-Qobustan rayonunun şimal-şimal-şərq hissədə nadir əhəngdaşı aralaycıqlarına malik gilli-qumlu, cənub-cənub-şərq hissədə isə karbonatlı-qumlu-gilli fasiya ilə səciyyələnir. Burada əhəngdaşıları üstünlük təşkil edir. Şamaxı-Qobustan rayonunda Kampan çöküntülərinin qalınlıqları çox geniş intervalda (150-350 m) dəyişir.

Page 117: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

115

Böyük Qafqazın cənub yamacının şərq hissəsində Kampan mərtəbəsi çöküntüləri içərisində az qalınlıqlı qumdaşı laycıqları olan boz, tünd-boz əhəngli gil, boz çatlı əhəngdaşı və mergellərin növbələşməsindən ibarətdir. Ərazidə Kampan mərtəbəsi çöküntülərinin qalınlıqları 315 m-ə çatır. Cənub yamacının qərb hissəsində isə karbonatlı çöküntülərin qalınlıqları xeyli dərəcədə artır. Kampan çöküntüləri boz, sarımtıl-boz, zəif qumlu və zəif çatlı əhəngdaşı, mergel və gillərin fliş növbələşməsindən ibarətdir.

Kampan mərtəbəsi çöküntüləri Kiçik Qafqazda və Naxçıvan MR-də geniş yayılıb. Kiçik Qafqazın şimal-qərb hissəsində, Daşsalahlı kəndi ətrafında Kampan mərtəbəsi çöküntüləri əsasən əhəngli və qumlu gillərdən ibarətdir. Şərq istiqamətə getdikcə əhəngli qumdaşı və əhəngdaşılarının qalınlıqları artır. Daha şərqdə Şəmkir rayonu ərazisində əsasən karbonatlı çöküntülərdən ibarətdir.

Kiçik Qafqazın mərkəzi hissəsinin şimal-şərq yamacında Kampan çöküntüləri yaşımtıl-boz gil aralaylı pelitamorf əhəngdaşı, bentonit gil, iridənəli əhəngli qumdaşı, qumlu əhəngdaşılardan ibarətdir. Şərq istiqamətində gil laylarının sayı və qalınlıqları artır. Daha şərqə getdikcə isə yenidən gil laylarının sayı və qalınlıqları azalır. Ağdərə rayonu ətrafında Kampan mərtəbəsinin qalınlığı 280-300 m-ə çatır.

Naxçıvan ərazisində Kampan çöküntüləri məhdud ərazidə məlumdur. Kəsiliş əsasən əhəngdaşı, qumlu gil, argillit və qumdaşılardan ibarətdir. Çöküntülərin qalınlıqları Naxçıvan muldasının yamaclarında 80-265 m, mərkəzində isə 300-400 m arasında dəyişir.

Kampan mərtəbəsi çöküntülərinin (Yunusdağ dəstəsinin üst hissəsi) neft-qazlılığı onun kəsilişində iştirak edən karbonatlı qumdaşıları ilə əlaqədardır. Belə kollektorlar Yunusdağ, Gədisu, Görədil və s. sahələrdə intişar tapıblar.

Page 118: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

116

Maastrixt mərtəbəsi çöküntüləri Böyük Qafqazda geniş, Kiçik Qafqazda isə məhdud ərazilərdə yayılıblar.

Xəzəryanı-Quba rayonunda çöküntülər əsasən Şahdağ və Sudur zonalarında, Qızılqaya dağı ətrafında və Xızı tektonik zonasında geniş yayılıblar. Qusar-Dəvəçi törəmə çökəkliyində isə Maastrixt çöküntüləri Yalama və Xudat sahələrində qazılmış axtarış-kəşfiyyat quyuları ilə açılıb.

Şahdağ zonası və Qızılqaya dağı ətrafında Maastrixt çöküntüləri açıq, yaşılımtıl və boz qumdaşılı gil, boz, qəhvəyi əhəngdaşı və boz, açıq qəhvəyi əhəngli, xırdadənəli qumdaşılardan təşkil olunub. Çöküntülərin qalınlığı 125 m-ə çatır.

Maastrixt çöküntülərinin nisbətən tam kəsilişi Buduq sinklinalında öyrənilib. Burada çöküntülərin tərkibi boz, açıq-boz pelitamorf əhəngdaşı, mergel, boz mergelli gil, tünd-boz əhəngli qumdaşı və dəyişkən, nisbətən çox qalınlığa malik konqlomerat laylarından ibarətdir. Çöküntülərin qalınlığı 285-300 m-ə çatır.

Qusar-Dəvəçi törəmə çökəkliyində Maastrixt mərtəbəsi çöküntüləri boz, tünd-boz, bərk və çatlı əhəngdaşı və mergellərlə təmsil olunurlar. Kəsilişdə eyni zamanda az qalınlıqlı boz karbonatlı gil və qumdaşı aralaycıqlarına da təsadüf edilir. Quyu məlumatlarına əsasən burada alevrolitlərin də iştirakı qeydə alınmışdır. Çöküntülərin qalınlığı 170-180 m-dir.

Təngi-Beşbarmaq antiklinoriumu və Xızı sinklinoriumunda Maastrixt çöküntüləri əsasən qravelit ara laylarına malik karbonatlı gil, qumdaşı və qumlu əhəngdaşılardan ibarətdir. Dibrar zonasında isə çöküntülər tipik fliş xarakterlidir.

Şamaxı-Qobustan rayonu ərazisində Maastrixt çöküntüləri şimal zonada yer səthinə çıxır. Burada Maastrixt çöküntülərinə Ağburun lay dəstəsinin üst yarısı aid edilir. Çöküntülər açıq rəngli olmaları ilə

Page 119: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

117

xarakterizə olunur. Cənub-qərb zonada Maastrixt çöküntüləri açıq-boz qumlu əhəngdaşı, əhəngli qumdaşı, boz, yaşılımtıl-boz mergelli gil və qumlu mergellərin növbələşməsindən ibarətdir. Pirsaat çayının mənbəyi istiqamətində Maastrixt çöküntüləri açıq-boz gil, nazik təbəqəli boz, çatlı qumlu əhəngdaşı və əhəngli qumdaşıları ilə təmsil olunurlar. Burada çöküntülərin qalınlıqları 60-65 m-dən artıq deyil.

Dibrar zonasında isə çöküntülər boz, tünd-boz, bəzən açıq-boz əhəngli gil, açıq-boz çatlı əhəngdaşı, mergel və boz əhəngli çəplaylı qumdaşılarından təşkil olunub. Qalınlıq 55-60 m-dir. Cənub istiqamətində kəsilişdə karbonatlı və qumlu süxurların miqdarının artdığı nəzərə çarpır.

Beləliklə, Maastrixt çöküntüləri Böyük Qafqazın cənub-şərq batımında iki fasiyada intişar tapıb. Belə ki, şimal rayonlarda gillər, cənub rayonlarda isə əhəngdaşıları üstünlük təşkil edir. Maastrixt çöküntülərinin qalınlıqları cənub-qərb sahələrdə 200-355 m, şimal-şərq və cənub-şərq sahələrdə isə 100-250 m arasında dəyişir.

Böyük Qafqazın cənub yamacında Maastrixt çöküntüləri çox məhdud ərazidə yayılıb. Öyrənilən kəsiliş üzrə çöküntülər boz, ağımtıl və çəhrayı boz, pelitamorf, bəzən mergelli, çox çatlı əhəngdaşı, boz əhəngli qumdaşı, az qalınlıqlı yaşılımtıl gil, mergel və gillərdən ibarətdir[15].

Girdimançay vadisində Maastrixt çöküntüləri karbonatlı fasiyada intişar tapıb. Burada qalın bazal konqlomeratları kəsilişin əsasını təşkil edir və transqressiv şəkildə Senoman çöküntülərinin yuyulmuş səthi üzərində yatırlar.

Kiçik Qafqazın şimal-qərb dağətəyi zonasında Maastrixt çöküntüləri əsasən pelitamorf qumlu, çatlı əhəngdaşıları ilə təmsil olunurlar. Bəzən kəsilişdə əhəngdaşıları arasında əhəngli kobud və iridənəli qumdaşı laylarına təsadüf edilir. Şimal-qərb dağətəyi zonada

Page 120: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

118

Maastrixt çöküntülərinin qalınlıqları 25 m-dən 140 m-ə qədər dəyişir. Şimal-şərq dağətəyi zonanın mərkəzi hissəsində, Gəncə və Qarqar çayları arasındakı sahədə Maastrixt çöküntüləri qumdaşı və alevrolit layları olan boz, sarımtıl-boz, bəzi yerlərdə qumlu əhəngdaşılardan təşkil olunub. Bəzən kəsilişdə yaşılımtıl-boz, yağlı gil aralaycıqları rast gəlir. Güllücə və Goranboy sahələrində qazılan quyuların məlumatlarına görə, Maastrixt çöküntülərinin qalınlıqları 240-280 m-dir.

Kiçik Qafqazın cənub-şərq dağətəyi zonasında, Qarqar və Araz çayları arasındakı sahədə, çöküntülər boz, sarımtıl-boz, qumlu, artıq dərəcədə çatlı, bəzən əhəngdaşıları ilə təmsil olunur.

Naxçıvan Muxtar Respublikasında Maastrixt çöküntüləri əsasən əhəngdaşı, qumdaşı, gil və argillitlərin növbələşməsindən ibarətdir. Bəzən kəsilişdə konqlomerat laylarına da təsadüf edilir.

Maastrixt mərtəbəsi çöküntülərinin (Ağburun lay dəstəsi) neft-qazlılığı əsasən kəsilişində çatlı-karbonatlı çöküntülərdən ibarət olan qalın dəstə və məhdud yayılan qumdaşı təbəqəciklərilə əlaqədardır. Belə dəstə və təbəqəciklər ən çox Şimali Qobustan və Şimal-Qərbi Abşeronda yayılıb.

2.3.2. Kaynozoy çöküntüləri üzrə

Kaynozoy kompleksi çöküntüləri Azərbaycanın quru ərazisində Mezozoy çöküntülərinə nisbətən daha geniş yayılıblar. Çöküntülər zolaq şəklində Böyük və Kiçik Qafqaz, Talış silsilələrinin dağətəyi zonalarında (əsasən dağarası çökəklik sahələrində) rast gəlir. Onlar nisbətən zəif tektonik pozğunluğa uğrayan qalxımların quruluşunda iştirak edirlər [13. 33].

Geoloji kəsilişi təşkil edən stratiqrafik vahidlərin litofasial tərkibi və kollektor xassələri ayrı-ayrı zonalar üzrə bir-birindən kəskin fərqlənirlər. Bundan asılı olaraq, ayrı-ayrı stratiqrafik vahidlərə aid

Page 121: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

119

neft-qazlılıq əlamətləri həm zona və həm də sahələr üzrə məhəlli səciyyə daşıyırlar. Aşağıdakı cədvəldə aşkar və ehtimal olunan neftli-qazlı rayonlar üzrə karbohidrogen yığımlarının toplandığı stratiqrafik vahidlər göstərilir.

Əsas neft-qaz kollektorlar qum, qumdaşı və allevritlər, nisbətən zəif kollektorlar isə brekçiya tipli dolomit, oolitli, çatlı əhəngdaşı və mergel, bəzən də gillər hesab olunur. Azərbaycan ərazisində sənaye əhəmiyyətli neft-qaz kollektorları aşağıdakı stratiqrafik vahidlərin kəsilişində iştirak edir (cədvəl 1).

Cədvəl 1

Neftli-qazlı rayon Stratiqrafik vahid 1 2

Aşkar olunan Xəzəryanı-Quba Mezozoy, Paleogen, Miosen

Abşeron Üst Miosen, alt Pliosen (Məhsuldar Qat), Pleystosenin alt hissəsi (Abşeron mərtəbəsi)

Şamaxı-Qobustan Mezozoy, Paleogen, Miosen,Məhsuldar Qat

Aşağı Kür Alt Pliosen (Məhsuldar Qat), Pleystosenin alt hissəsi (Abşeron mərtəbəsi)

Yevlax-Ağcabədi Mezozoy, Paleosen, Eosen, Oliqosen, üst Miosen

Kür və Qabırrı çaylararası Mezozoy, Eosen, Maykop Ehtimal olunan

Acınohur Üst Təbaşir , Eosen Lənkəran Üst Paleogen, Miosen

Naxçıvan Devon, Perm, Trias, üst Təbaşir, üst Eosen

Page 122: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

120

Paleogen kompleksi çöküntüləri

Alt Paleosen (Danimarka mərtəbəsi) çöküntüləri Böyük Qafqazın şimal-şərq yamacında ayrı-ayrı sahələrdə kiçik ərazilərdə təsadüf edilir. Çöküntülər quyularla Yalama, Xudat, Şurabad, Yaşma və b. sahələrdə, Siyəzən monoklinalında açılıb. Quyu məlumatlarına görə Qusar-Dəvəçi törəmə çökəkliyi və Yalama, Xudat sahələrində əsasən çatlı mergel, az qalınlıqlı əhəngli gil aralaylarına malik əhəngdaşılardan təşkil olunublar. Qalınlıqları 75-80 m-dir [15, 33].

Siyəzən monoklinalında və Şurabad sahəsi istiqamətində Danimarka mərtəbəsi çöküntülərinin tərkibi boz, çatlı, bəzən də pelitamorf əhəngdaşı, boz mergel, boz, tünd-boz karbonatlı gil və çəplaylı əhəngli qumdaşılardan ibarətdir. Qərb istiqamətində karbonatlı çöküntülərin miqdarı artır. Təngi-Beşbarmaq, Xızı və Dibrar sahələrində kəsiliş gilliliyilə səciyyələnir. Cənub-şərq istiqamətində gilli süxur laylarının qalınlığı və sayı tədricən artır. Qalınlıq 150-300 m arasında dəyişir.

Şamaxı-Qobustan və Qərbi Abşeron ərazilərində də Danimarka mərtəbəsi çöküntüləri məhdud yayılıblar. Burada çöküntülər əsasən boz, yaşılımtıl-boz, bəzən yaşıl gil, boz, açıq-boz, qumlu, çatlı əhəngdaşı, boz əhəngli qumdaşıları ilə təmsil edilirlər. Qalınlıq qərb istiqamətində artaraq 190-200 m-ə çatır.

Cənub-şərqi Böyük Qafqazın bəzi sahələrində Danimarka mərtəbəsinin tavanında konqlomerat layına təsadüf edilir. Böyük Qafqazın cənub yamacında Danimarka çöküntüləri çox kiçik sahələrdə rast gəlir. Çöküntülərin tərkibi boz, az qalınlıqlı əhəngdaşı laylarından ibarətdir. Kəsilişin əsasında 0,5-1,5 m qalınlıqda konqlomerat layı yatır.

Kiçik Qafqazın şimal-şərq yamacında da Danimarka çöküntüləri məhdud ərazidə yayılıblar. Litoloji cəhətcə boz, açıq-boz,

Page 123: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

121

çatlı, qumlu əhəngdaşı, boz mergel, əhəngli qumdaşı və gillərdən təşkil olunublar. Qalınlığı 270 m-dir [13].

Danimarka mərtəbəsinin (İlxıdağ lay dəstəsi) neft-qazlılığı onun kəsilişində iştirak edən alevrit və qumdaşı layları ilə əlaqələndirilir. Bu laylar Görədil, Qiblədağ, İlxıdağ, Göytəpə, Çuxuryurd, Tuva və s. sahələrdə yayılmışdır.

Üst Paleosen (Sumqayıt lay dəstəsi) çöküntüləri Siyəzən monoklinalında alt və üst yarımmərtəbələrə ayrılır. Alt yarımmərtəbə nadir əhəngdaşı, konqlomerat və əhəngli, xırdadənəli qumdaşı təbəqəcikləri olan tünd boz əhəngli gillərdən ibarətdir. Üst yarımmərtəbə boz, narındənəli əhəngli qumdaşı təbəqəcikli tünd boz, qırmızı, zəif karbonatlı, sıx gillərdən təşkil olunub.

Monoklinal cənub-şərqdə gilli, şimal-qərbində isə qumlu-gilli litofasiya ilə səciyyələnir. Ümumi qalınlıq yamac hissədə 40-50 m, şimal-şərq batımda 200-250 m arasında dəyişir. Şurabad sahəsində Sumqayıt lay dəstəsi gil və linzaşəkilli, mikrokonqlomerat təbəqəcikli mergellərdən təşkil olunub. Çöküntülərin qalınlığı 160 m-dir. Samuryanı zonada isə qalınlığı 55 m-ə çatan mergel və boz mergelli gillərlə səciyyələnir.

Şamaxı-Qobustan NQR-də Sumqayıt lay dəstəsi çöküntüləri Şimali Qobustanın şərq hissəsində dərin sinklinalları dolduraraq mürəkkəb quruluşlu Təbaşir yaşlı qalxımların uzaq qanadlarını əhatə edir. Kəsiliş alt və üst yarımmərtəbələrə ayrılır. Alt yarımmərtəbə (qalınlığı 30-50 m) nazik, bərk qumdaşı və mergel təbəqəciklərinə malik olan şistli gillərin növbələşməsilə səciyyələnir. Qalınlığı 35-170 m-ə çatan üst yarımmərtəbə aralarında nazik qumdaşı təbəqələri iştirak edən kərpici-qırmızı gillərdən ibarətdir. Mərkəzi və Cənubi Qobustanda Sumqayıt çöküntüləri böyük dərinliklərdə yatdıqlarından qazıma ilə öyrənilməyib. Abşeron yarımadasının qərb zonasında

Page 124: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

122

Sumqayıt lay dəstəsi əhəngli qumdaşı və mergellərdən ibarətdir. Qalınlığı 240 m-dir.

Aşağı Kür çökəkliyində Paleosen-Eosen çöküntüləri ancaq palçıq vulkanlarının püskürmə materiallarına əsasən öyrənilib. Əsasən gil, bəzən isə qumdaşı, qum, alevrit və mergellərdən təşkil olunub. Kəsilişin güman olunan qalınlığı 2500 m-ə çatır.

Qanıx-Əyriçay çökəkliyində Sumqayıt lay dəstəsi əsasən qum, mergel və gillərdən ibarət fliş fasiyasında yayılmışdır. Qalınlıq 100-150 m arasında dəyişir.

Kiçik Qafqazqarşısı zonada, Təbaşir dövründə olduğu kimi, maksimum çökmə amplitudu ilə xarakterizə olunan Qarayazı və Ağcabədi çökəkliklərində Sumqayıt lay dəstəsi çöküntülərinin qalınlığı xeyli artır. Şəmkir çıxıntısında isə çöküntülərin qalınlığının 100 m-ə qədər azalması müşahidə olunur. Burada qumlu laycıqların qalınlıq və saylarının artması da müşahidə olunur.

Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında Sumqayıt lay dəstəsi çöküntüləri tünd, tünd-boz gil və gilli alevritlərdən ibarətdir. Muradxanlı qalxımının cənub-qərb qanadında çöküntülərin qalınlığı 100 m-ə çatır.

Lənkəran mümkün neftli-qazlı rayonunda Sumqayıt lay dəstəsi kəsilişində litoloji xüsusiyyətlərinə görə əsasən çökmə və tufogen süxurlardan təşkil olunan alevritli tuffit, alevritli və tuflu qumdaşı horizontları ayrılır. Ümumi qalınlıq 1400 m-ə çatır.

Sumqayıt lay dəstəsi çöküntülərinin neft-qazlılığı Siyəzən monoklinalında kəsilişində iştirak edən mergel, qum və gilli süxurlarla əlaqədar kollektorlarla, Yevlax-Ağcabədi çökəkliyində lay dəstəsinin alt hissəsində yerləşən qumlu-karbonatlı çöküntülərlə əlaqədardır.

Page 125: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

123

Eosen çöküntüləri (Qovundağ lay dəstəsi) Böyük Qafqazın cənub-şərq batımında geniş yayılıblar və üç yarımmərtəbəyə ayrılırlar. Alt Eosen çöküntüləri Samuryanı zonada gil və mergellərin növbələşməsindən ibarət olub, az qalınlığa (10-20 m) malikdir. Orta Eosen terrigen (qumlu-gilli) litofasiya ilə seçilir. Qalınlığı cənub-qərbdən şimal-şərq istiqamətində 10 m-dən 40 m-ə qədər artır. Üst Eosen çöküntüləri isə karbonatlı (mergelli) litofasiya ilə səciyyələnir. Qalınlığı 5-15 m-dir [15, 33].

Siyəzən monoklinalında Eosen çöküntüləri transqressiv şəkildə Paleosenin üzərini örtür. Alt Eosenin kəsilişi qumdaşı və alevrolit təbəqəcikləri olan gillərdən ibarətdir. Maksimum qalınlıq 200-300 m-ə çatır. Cənub-şərq istiqamətində qumlu laylar mergel, daha cənub-şərqdə - Şurabadda isə gillərlə əvəz olunur. Qalınlıq burada 100 m-dən artıq deyildir (şəkil 15).

Siyəzən monoklinalında orta Eosen gil, mergel və qumdaşılarının növbələşməsindən ibarət olub, maksimal qalınlığı 400-500 m olacağı güman edilir. Cənub-şərq istiqamətində kəsiliş gilli litofasiyaya keçir. Şurabad sahəsində orta Eosenin qalınlığı 20-25 m-dən artıq deyildir.

Üst Eosen çöküntüləri monoklinalın şimal-qərbində gilli litofasiya ilə səciyyələnir, cənub-şərqdə isə kəsilişdə mergel və alevrolitlər iştirak edirlər. Qalınlıq 300-400 m-ə çatır. Daha cənub-şərqdə, Şurabad sahəsində, yenidən gilli litofasiya üstünlük təşkil edir. Burada qalınlıq 100-200 m-dir.

Şamaxı-Qobustan rayonunda Eosen çöküntüləri geniş ərazidə yayılıblar. Əsasən yerüstü çıxışlara (Ağdərə, Hilmilli, Qırdağ və b.), və quyulara görə (Tuva, Şıxzəyirli, Cəngiçay, Zərbəçi) öyrənilib.

Alt Eosen (alt Qovundağın alt horizontu) az qalınlıqlı qumdaşı təbəqəciklərinə malik ağımtıl-boz, yaşılımtıl-boz gillərdən

Page 126: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

124

ibarətdir. Bəzən sıx mergel, vulkan külü və açıq-yaşıl bentonit (gilabı) gilləri də rast gəlir. Şimali Qobustanda alt Eosen çöküntülərinin qalınlığı 35-70 m olub, nadir hallarda 100 m-ə çatır, Mərkəzi Qobustanda isə 150-200 m-ə qədər artır ( şəkil 15).

Orta Eosen çöküntüləri (alt Qovundağın üst horizontu) içərisində yanar şist təbəqəcikləri olan bozumtul-qonur, tünd-qonur, bəzən qəhvəyi-boz rəngli gillərdən ibarətdir. Şıxzəyirli, Cəngiçay və Tuva sahələrində kəsilişdə qum və qumdaşı təbəqəciklərinə də təsadüf edilir. Cənub istiqamətdə qumdaşı təbəqəciklərinin artması hesabına orta Eosenin ümumi qalınlığı artır. Hilmilli sahəsində orta Eosen çöküntülərinin qalınlığı 65-85 m, Cəngiçay çayı boyu 220-235 m olduğu halda, daha cənubda, Ərzani sahəsində, qalınlıq 350 m-dən çoxdur.

Üst Eosen (orta və üst Qovundağ dəstəsi) nadir və az qalınlıqlı (bəzən 0,5 m-ə qədər) karbonatlı qumdaşı təbəqəciklərinə malik yaşılımtıl-boz, bəzən yaşılımtıl-qonur gillərin növbələşməsindən ibarətdir. Qalınlığı Şimali Qobustanda 30-60 m arasında dəyişir.

Mərkəzi və Cənubi Qobustanda qalınlığın şimaldan cənuba doğru 100-500 m-ə qədər, bəzən daha çox artacağı gözlənilir.

Eosen çöküntüləri Abşeron yarımadasının qərb və şimal-qərb sahələrində (Ziyilpiri, Kürdəxanı və s.) qazıma ilə açılıblar. Kəsiliş üç şöbə ilə təmsil olunur, ümumi qalınlıq 800 m-ə qədərdir.

Kiçik Qafqazqarşısı zonada və Qanıx-Əyriçay çökəkliyində Eosen çöküntülərinin qalınlığı qalxım sahələrində 400 m-dir. Maksimum qalınlıq isə 1000-2000 m-ə çatır (şək. 15). Şimalda yerləşən çökəklikdə fliş formasiyasında yayılan çöküntülər qumlu-mergelli-gilli süxurlardan ibarət olub, açıq dəniz şəraitini xarakterizə edən foraminifer kompleksinə malikdir. Cənubdakı çökəklikdə isə kobud terrigen çöküntülər - arkoz qumdaşı, konqlomerat və brekçiyalar yayılmışdır[13].

Page 127: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

125

Ş

ərti

işar

ələr

:

1

-izop

axitl

ər;

2-ç

ökün

tülə

rin

p

azla

şma

sərh

ədi;

3

-gil;

4

-qum

;

5

-mer

gel;

6

-qum

lu m

erge

l;

7-a

levr

it;

8-q

umda

şı;

9-a

rgill

it;

10-k

onql

omer

at;

11-tu

foge

n-çö

kmə

süx

urla

r (tu

flu q

um

d

aşıla

rı, tu

flu

k

onql

omer

atla

r,

tu

flu a

levr

itlər

q

rave

llitlə

r);

1

2-vu

lkan

ogen

süx

urla

r.

Şəki

l 15.

Eos

en ç

ökün

tülə

rinin

lito

fasi

ya v

ə qa

lınlıq

lar x

əritə

si

Page 128: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

126

Kiçik Qafqazqarşısı çökəkliyin cənubunda terrigen-vulkanogen (qərb hissədə) və terrigen qumlu-gilli fasiya (şərq hissədə) üstünlük təşkil edir. Bu fasiyalar arasındakı sərhəd əksqafqaz istiqamətli Şəmkir qalxıma uyğun gəlir. Kiçik Qafqazqarşısı çökəklik qərbdə Qarayazı, şərqdə isə Yevlax-Ağcabədi çökəkliklərinə bölünür.

Çökəkliklərdə Eosen çöküntülərinin qalınlıqları quyu məlumatlarına görə müvafiq olaraq 1000-1600 m (Poylu) və 1000-1200 m-dən (Sovetlər) artıqdır (bax: şəkil 15).

Eosen çöküntüləri Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunda gil, qumdaşı, alevrit, mergel, dolomit, əhəngdaşı, tuflu qumdaşı və qravelitlərdən ibarətdir.

Eosenin alt şöbəsi üçün gillər, orta şöbəsi üçün tufogen çöküntülər, üst şöbəsi üçün isə gil, qumdaşı və mergellər daha çox xarakterikdir. Muradxanlı, Cəfərli sahələrində bu çöküntülərin ümumi qalınlıqları 800 m-ə çatır.

Lənkəran mümkün neftli-qazlı rayonunda Eosen çöküntüləri geniş yayılıb və əksər hallarda Paleosen layları üzərini transqressiv şəkildə örtürlər. Burada da çöküntü kompleksinin tam kəsilişi üç şöbə ilə təmsil olunur. Alt şöbə rayonun cənub və mərkəzi hissələrində geniş yayılaraq, bazalt, tuf və tuflu brekçiyalardan ibarətdir.

Orta Eosen çöküntülərinin kəsilişində tuf-qumdaşı, tufogen, alevrit, gil və mergellər üstünlük təşkil edirlər. Bölgənin qərbinə doğru tuflu qumdaşılarının qalınlığı artır.

Üst Eosenin alt hissəsi bazalt, andezit və tuflarla təmsil olduğu halda, üst hissəsi tuflu qumdaşı, argillit və gillərlə səciyyələnir. Eosen çöküntülərinin ümumi qalınlıqları 3500-3600 m-ə çatır.

Naxçıvan MR ərazisində Eosen çöküntüləri Böyükdüz və Nehrəm sahələrində qazılan dərin qurularla açılıb. Nehrəm sahəsində

Page 129: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

127

açılan qalınlıq 900 m-ə çatır. Kəsilişin alt hissəsi (qalınlığı 360 m) əsasən vulkan, orta hissəsi (qalınlığı 215 m) çökmə mənşəli süxurlardan (qumdaşı, gil, alevrit, mergel və tuflu qumdaşıları) və üst hissəsi isə (qalınlığı 325 m-ə çatır) tuflu qumdaşı, konqlomerat, brekçiya, porfirit, bəzən gil və qumdaşılardan ibarət tufogen-çökmə fasiya ilə təmsil edilir.

Eosen çöküntülərinin neft-qazlılığı foraminiferli laylarının kəsilişində iştirak edən mergelli-tuflu dəstə və qumdaşı-alevrit təbəqəciklərinin təşkil etdiyi qalın qumlu-gilli horizontlarla əlaqədardır. Belə kollektorlara əsasən Yevlax-Ağcabədi neftli-qazlı rayonunun ayrı-ayrı sahələrində təsadüf edilir.

Xəzəryanı-Quba və Şamaxı-Qobustan rayonlarında Eosen çöküntülərlə əlaqədar neft çıxışları mövcuddur.

Oliqosen-Alt Miosen -Maykop seriyası çöküntüləri Xəzəryanı-Quba rayonunun Siyəzən monoklinalında Eosenin, bəzi yerlərdə isə Paleosenin üzərində trasqressiv yatırlar. Burada çöküntülər alt və üst hissələrə bölünürlər.

Qumlu-gilli litofasiya ilə səciyyələnən alt Maykopun aşağı hissəsində qum layları ilə növbələşən gilli konqlomerat, qravelit və brekçiya təbəqələri ayrılır. Kəsiliş əsasən tez-tez rast gəlinən qum təbəqəcikləri (1-2 m) və gilli konqlomerat laylı tünd-qəhvəyi, tünd-boz gillərdən ibarətdir. Monoklinal hüdudunda qalınlığı 40-110 m-dir, şimal-şərq istiqamətdə isə 600 m-ə qədər artır[15, 33].

Gilli litofasiya ilə seçilən üst Maykopun alt hissəsi az qalınlıqda, bəzi yerlərdə isə 1 m-ə çatan xırda, ortadənəli qum, açıq-qəhvəyi gil və boz, qəhvəyi alevrolitlərin növbələşməsindən ibarətdir. Üst hissəsi isə tünd-boz, karbonatsız gillərlə səciyyələnir. Kəsilişin orta və aşağı hissələrində siderit konqressiyaları da iştirak edir. Üst Maykopun qalınlığı 500-700 m-ə çatır.

Page 130: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

128

Şurabad sahəsində Maykop lay dəstəsi 1-2 sm qalınlığında alevrolit təbəqəcikləri olan karbonatsız gillərdən ibarətdir. Maksimal qalınlıq 200 m-dir. Samuryanı zonada isə sıx gillərdən təşkil olunub. Qalınlıq 180 (Xudat sahəsində)-460 m (Yalama sahəsində) arasında dəyişir (şəkil 16).

Abşeron yarımadasında Maykop çöküntüləri onun qərb və şimal-qərb zonasında yer səthinə çıxırlar. Fatmayı, Novxanı, Qaraheybət, Şabandağ, Şorbulaq və s. sahələrdə dərin axtarış və kəşfiyyat quyuları ilə də açılıb. Kəsiliş əsasən gil, bəzən isə nazik qumlu-alevritli laylardan ibarətdir. Çöküntülərin qalınlığı 900 m-ə çatır.

Şamaxı-Qobustan NQR-də Maykop seriyası iki yarımmərtəbədən ibarətdir. Alt Maykop çöküntüləri Şimali Qobustanda məhdud ərazidə, sinklinallarda isə az qalınlıqda müəyyən edilib. Kəsiliş əsasən gillərdən ibarətdir.

Şimali Qobustandan fərqli olaraq, Cənubi Qobustanda alt Maykop çöküntüləri geniş yayılaraq nisbətən böyük qalınlığa malikdir. Burada çöküntülər dolomitli mergel təbəqələrinə malik yaşılımtıl və ya qəhvəyi karbonatsız şistli gillərdən ibarətdir. Kəsiliş cənub istiqamətdə (Şərqi Sündü, Çeyildağ) tədricən qumlarla zənginləşir. Qumlu təbəqəciklərin sayının çoxalması ilə yanaşı, qalınlıqlarının artması da müşahidə edilir.

Alt Maykop seriyası çöküntülərinin qalınlığı şimal zonada 60-100 m olduğu halda, Cənub-Qərbi Qobustanda 500-600 m-ə qədər artır (şəkil 16).

Üst Maykop çöküntüləri böyük fasial dəyişikliyə uğrayaraq, şimalda gilli, cənubda isə qumlu-gilli litofasiyada yayılmışlar. Kəsilişin alt hissəsi (Riki horizontu) qonuru, açıq-qonuru, qonuru-boz əhəngsiz şistli gillərdən, orta hissəsi (Sideritli horizont) tünd-boz, tünd-qonuru gillərin növbələşməsindən, üst hissəsi isə (Sideritüstü

Page 131: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

129

horizont) bozumtul balıqqulaqları ilə zəngin, karbonatsız şistli gillərdən ibarətdir. Hər üç horizontun kəsilişində müxtəlif qalınlığa malik qum və qumdaşı layları iştirak edir. Regional planda cənub və cənub-şərq istiqamətlərdə üst Maykop çöküntülərinin qumlu laylarının sayı artır, qalınlıqlar 600 m-ə çatır.

Kiçik Qafqazqarşısı zonada Maykop əsrində Kür çökəkliyinin çökmə tempinin sürətlənməsi nəticəsində hövzədə körfəz, çıxıntı və adaların artması çöküntütoplanmada litofasiya və qalınlıqların müxtəlifliynə səbəb olmuşdur [13].

Eosen çöküntülərindən fərqli olaraq, Maykop çöküntüləri hər yerdə terrigen əsaslı gilli fasiyada yayılıblar. Yalnız Böyük və Kiçik Qafqazın ətəklərində, eləcə də daxili qalxımlara yaxın sahələrdə kəsilişdə kobuddənəli süxurlar - qumdaşı, qravelit və konqlomerat laycıqları iştirak edir.

Kiçik Qafqazqarşısı çökəklikdə şimala doğru çöküntülərin qalınlığı 2000 m-ə yaxın, şərqdə isə 1500 m-dir (şəkil 16). Ağcabədi çökəkliyində çökmə amplitudu 3000 m-dən artıqdır.

Göründüyü kimi, Maykop çöküntülərinin maksimal qalınlığı Kür çökəkliyinin cənubunda – Kiçik Qafqazqarşısı çökəkliyinin yamacı boyu müşahidə olunur.

Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında Maykop seriyası çöküntüləri tünd-boz gil, az qalınlıqlı qumdaşı, alevrit, mergel, dolomit və siderit laylarından ibarətdir. Zərdab sahəsində qalınlıqları 720 m-ə çatır (şəkil 16).

Aşağı Kür çökəkliyində Maykop çöküntüləri palçıq vulkanlarının püskürmə materiallarında öyrənilib. Burada çöküntülərin tərkibi gil, qumdaşı, alevrolit, mergel və nadir hallarda dolomitləşmiş əhəngdaşılardan ibarətdir. Çöküntülərin qalınlıqları 2000-2300 m intervalında dəyişir (şəkil 16).

Page 132: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

130

Ş

əkil

16. M

ayko

p çö

künt

ülər

inin

lito

fasi

ya v

ə qa

lınlıq

lar x

əritə

si

Şərt

i işa

rələ

r:

1-

izop

axitl

ər;

2-çö

künt

ülər

in

pa

zlaş

ma

sərh

ədi;

3-lit

ofas

ial z

onal

arın

rhəd

i; 4-

qum

lar;

5-gi

llər;

6-m

erge

llər;

7-al

evrit

lər;

8-qu

mda

şıla

rı;

9- tu

foge

n-çö

kmə

süxu

rlar (

tuflu

qum

daşı

, ale

vrit,

ko

nqlo

mer

at v

ə qr

avel

litlə

r).

Page 133: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

131

Lənkəran mümkün neftli-qazlı rayonunda Maykop çöküntüləri Talışqaşısı zonanın şimal-şərqində (Tumarxanlı-Gərməli tektonik zonası) geniş yayılıblar. Kəsiliş karbonatlı gil, qumdaşı, tuflu qumdaşı, mergel və qumlu layların növbələşməsindən ibarətdir. Zonanın şimal-qərbində kəsilişin alt hissəsində qalınlığı 28 m olan gilli və karbonatlı qumdaşı layı qazıma ilə açılıb. Çöküntülərin ümumi qalınlığı 3000 m-ə çatır.

Naxçıvan MR ərazisində Maykop seriyası çöküntüləri tuflu və çökmə litofasiyada yayılıb. Tuflu brekçiya, konqlomerat və qumdaşılardan ibarət olan kəsiliş ərazinin bir sıra sahələrində (Böyükdüz və Şəhriyarabad) çoxsaylı struktur quyularla da öyrənilib. Qalınlıq 1400 m-ə çatır.

Maykop çöküntüləri Azərbaycanda Məhsuldar Qatdan sonra neft-qazlılıq cəhətdən ən önəmlisi sayılır. Çöküntülərin neft-qazlılığı onun alt (Xəzəryanı-Quba və Yevlax-Ağcabədi rayonlarında) və üst şöbələrilə (Cənubi-Qobustan və Yevlax-Ağcabədi rayonlarında) əlaqədardır. Üst Maykop çöküntülərinin qumlu-gilli litofasiyada yayıldığı Cənub-Qərbi Qobustanda, kəsilişdə qum və qumdaşı laylarından ibarət altı neftli-qazlı horizont ayrılır.

Xəzəryanı-Quba rayonunda Maykop çöküntülərinin neft-qazlılığı əsasən alt şöbəyə aid edilən qum, qumdaşı, alevrit və alevrolit təbəqələrilə əlaqədardır. Bəzən üst Maykopun alt hissəsində də neftli qumdaşı təbəqəciklərinə təsadüf edilir.

Yevlax-Ağcabədi rayonunda neft və qaz yığımları alt Maykopun kəsilişində iştirak edən qumdaşı və alevrit təbəqələrilə əlaqədardır. Rayonun neftli sahələrində alt Maykop çöküntülərinin kəsilişində yeddi sərbəst qumdaşı horizontu ayrılır.

Lənkəran rayonunda Maykopun bütün kəsilişi boyu qumdaşı və alevrit təbəqəciklərində zəif neft nişanələri qeydə alınıb.

Page 134: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

132

Neogen kompleksi çöküntüləri

Neogen çöküntüləri Azərbaycan ərazisində əksər neftli-qazlı rayonlarında geniş yayılıblar. Orta və üst Miosen çöküntüləri litofasial xüsusiyyətlərinə görə, alt Miosen çöküntülərindən fərqləndiklərinə görə onlara yarımkompleks kimi ayrılıqda baxılır.

Orta və üst Miosen çöküntüləri əsasən qumlu gil, qum, müxtəlif dənəli qumdaşı, mergel və dolomitlərdən təşkil olunan molass çöküntülərindən təşkil olunub. Kəsilişdə konqlomerat, qravelit, alevrolit, əhəngdaşı və vulkan külü aralayları da iştirak edir. Qalınlıqlar xəritəsindən görünür ki, Qərbi Abşeronun cənub-qərb hissəsində 1000-1400 m, Qobustan çökəkliyində isə 2900-3100 m qalınlığa qədər orta və üst Miosen çöküntüləri toplanmışlar [15, 33] (şəkil 17).

Yevlax-Ağcabədi çökəkliyində orta və üst Miosen çöküntülərinin ümumi qalınlığı 1400 m-ə çatır (şəkil 17).

Kür-Qabırrı NQR ərazisində, Kür çayı vadisindən Qabırrı çayı istiqamətində orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-dan 2400 m-ə qədər artır. Maksimum qalınlıq Gürzündağ zonasından şimalda qazılan axtarış quyuları ilə müəyyən edilib (şəkil17).

Çokrak horizontu Siyəzən monoklinalında dəniz sahilindən şimal-qərbdə Tahirçaya qədər, əsasən zəif karbonatlı və qumlu gillərdən ibarətdir. Kəsilişdə nazik qum laycıqları və brekçiyaşəkilli dolomitlərin konkresiyaları da iştirak edir.

Monoklinalın şimal-qərbində qumluluq artır. Vəlvələçay hövzəsində ortadənəli, yaxşı çeşidlənmiş 1 m qalınlığında kvars layları qeyd olunur. Belə kvars qumları Caqacuqçay hövzəsində də iştirak edir. Zeyvə-Əliç sahəsində Çokrak horizontu boz, tünd-boz, xırdadənəli qum və qumdaşı laycıqları olan sıx karbonatlı gillərdən təşkil olunub. Kəsilişdə 15-20 sm qalınlıqda qravelitlər də rast gəlir. Horizontun qalınlığı 300-350 m-ə çatır.

Page 135: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

133

Şə

kil 1

7. O

rta v

ə üs

t Mio

sen

çökü

ntül

ərin

in li

tofa

siya

qal

ınlıq

lar x

əritə

si

Şərt

i işa

rələ

r:

1-

izop

axitl

ər;

2-çö

künt

ülər

in

pa

zlaş

ma

sərh

ədi;

3-lit

ofas

ial z

onal

arın

sərh

ədi;

4-qu

mla

r; 5-

gillə

r; 6-

qum

lar;

7-

dolo

mitl

ər;

8-al

evrit

lər;

9-qu

mda

şıla

rı;

10-m

erge

llər;

11

-əhə

ngda

şıla

rı;

12-q

umlu

əhə

ngda

şıla

rı.

Page 136: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

134

Şurabad sahəsində qalınlığı 200-300 m olan Çokrak horizontu ara-sıra qumlu gillərdən ibarətdir. Kəsilişdə nazik qum laycıqları da qeyd edilir. Tələbi-Qaynarca antiklinal zonasında çöküntülər nazik qum laycıqları olan tünd-boz, zəif karbonatlı, çox vaxt qumlu gillərdən ibarətdir. Maksimal qalınlığı 450-500 m-dir.

Yalama sahəsində Çokrak horizontunun üst hissəsi qumlu gillərlə səciyyələnir. Kəsilişin alt hissəsində isə qonuru-boz, qumlu gil laycıqları olan xırdadənəli qum qatı yatır. Qalınlıq 340 m-ə çatır. Yalamadan cənub-şərqə Çokrak horizontu gilli litofasiya ilə (nazik qum laycıqlı, az karbonatlı qumlu gillər) səciyyələnir. Belə litofasiya Qudyalçay vadisinə kimi izlənir. Xudat və Xaçmaz sahələrində Çokrak horizontunun qalınlığı 60-80 m-dir.

Abşeron yarımadasında Çokrak horizontu rayonun qərb və şimal-qərb sahələrində yer səthinə çıxır, axtarış və kəşfiyyat quyuları ilə də açılıb. Kəsiliş əsasən gil, mergel, əhəngdaşı və qumdaşılardan ibarətdir.

Şamaxı-Qobustan NQR-də Çokrak horizontu Cənubi-Qobustanda qumlu-gilli litofasiyada yayılıb. Gil, qumdaşı, mergel və az miqdarda dolomitlərdən ibarət olan Çokrak horizontunun kəsilişində qumlu süxurların ümumi qalınlığı 170 m-ə çatır ki, bu da horizontun ümumi qalınlığının (400-500 m) 35-40%-i təşkil edir.

Kiçik Qafqazqarşısı zonada Tarxan-Çokrak çöküntüləri əsasən gil, bəzən qum və qumdaşı laycıqlarından ibarətdir. Çöküntülər məhdud sahəni əhatə edirlər. Çökəkliyin cənub yamacında mergel laycıqlarına da rast gəlir. Yalnız Məmmədtəpə, Şirvanlı, Ağcabədi, Beyləqan sahələrində Çokrak çöküntülərinin kəsilişində qum və qumdaşı laycıqlarına təsadüf edilir. Kür çökəkliyinin uzaq qərb hissəsində (Kartlı çökəkliyi) Tarxan-Çokrak çöküntülərinin qalınlığı 450-500 m-ə çatır.

Page 137: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

135

Lənkəran mümkün neftli-qazlı rayonunda Tarxan horizontunun çöküntüləri bölgə ərazisində az yayılıblar. Qalınlığı 30 molan çöküntülər karbonatlı gil və nazik gilli qumdaşıları ilə səciyyələnirlər. Çokrak çöküntüləri qumdaşı, qumlu gil və əhəngli qumdaşılardan ibarətdir. Qalınlıq 450 m-dir.

Çokrak horizontunun neft-qazlılığı kəsilişində iştirak edən qumdaşı və qum layları ilə əlaqədardır. Cənubi Qobustanda (Umbakı, Hacıvəli və s.) və Xəzəryanı-Quba rayonunda (Saadan, Nardaran və s.) Çokrak mərtəbəsində sənaye əhəmiyyətli neftli qumdaşı və qum layları qeyd olunur.

Cənubi Qobustanda neftli kollektorları kiçik və ortadənəli kvars dənələrindən ibarət qumların az qalınlıqlı gil təbəqəciklərilə növbələşməsindən ibarət qumlu-gilli horizontlar təşkil edir.

Xəzəryanı-Quba rayonunda Çokrak laylarının neftli kollektorlarının kəsilişi bir-birilə tez-tez növbələşən qum, qumdaşı və gillərdən ibarətdir.

Lənkəran mümkün neftli-qazlı rayonda Çokrak mərtəbəsinin neftliliyi onun şimal hissəsində yerləşən Tumarxanlı-Gərməli zonasında qeyd olunur. Burada Çokrakın kəsilişi gil, alevrit və qumdaşılarının növbələşməsindən ibarətdir.

Konk-Karaqan çöküntülərinin Azərbaycan ərazisində litoloji tərkibləri çox az fərqləndiklərinə görə onları bir-birindən ayırmaq çətin olduğundan, bir yerdə baxılır.

Xəzəryanı-Quba rayonunda Çokrak, Maykop və Eosen üzərində transqressiv yatan Karaqan horizontu çöküntüləri ensiz zolaq şəklində Siyəzən monoklinalında yer səthinə çıxır. Qum və qumdaşı təbəqəciklərilə növbələşən gillərdən ibarət olan Konk-Karaqan çöküntülərinin qalınlığı 100-150 m arasında dəyişir. Çöküntülər Yalama sahəsində tavanında mergel təbəqəciyi olan qumlu gil

Page 138: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

136

qatından təşkil olunublar. Burada qalınlıq 250-300 m-ə çatır. Maksimal qalınlıq (350 m) isə Qızılburun antiklinalı istiqamətində qeydə alınıb [33].

Xəzəryanı-Quba neftli-qazlı rayonu ərazisində Konk çöküntüləri nazik qum və alevrit təbəqəcikləri olan əhəngli gillərdən təşkil olunub. Zeyvə-Əliç sahəsində qalınlıq 8-9 m, Təngialtıda 25 m təşkil edir. Maksimal qalınlıq (100 m) Qaynarca sahəsində açılıb.

Abşeron yarımadasında Konk-Karaqan horizontunun çöküntüləri rayonun qərb və şimal-qərb sahələrində yer səthinə çıxır; axtarış-kəşfiyyat quyuları ilə də açılıblar. Kəsiliş əsasən nazik qum təbəqəli gil, gilli şist və mergellərdən ibarətdir. Cənub-şərq istiqamətində qalınlığın artması müşahidə olunur.

Şamaxı-Qobustan NQR-də Konk-Karaqan çöküntüləri rayonunun cənub zonasında qazıma ilə öyrənilib. Litoloji tərkibi xırdadənəli qum, alevrit, dolomit və mergel təbəqələrinə malik olan müxtəlif rəngli gillərdən ibarətdir. Ümumi qalınlığı 420-600 m arasında dəyişir.

Karaqan horizontunun kəsilişində az qalınlıqlı qumlu-alevritli təbəqəciklərdən başqa qalın, lakin məhdud sahədə yayılan qumlu laylar da iştirak edirlər. Belə layların qalınlığı 2,5-5,0 m (Şərqi Hacıvəli) -7,0-12 m (Umbakı) arasında dəyişir.

Kür çökəkliyində Karaqan horizontunun qalınlığı 200-250 m-ə qədər çatır. Sahə üzrə qalınlıqlar dəyişdikcə litologiya fərqlənir. Karaqan çöküntüləri əsasən narındənəli gilli-mergelli və qumlu-gilli süxurlardan təşkil olunub. Yuxarı Kür çökəkliyində (Cənubi Kaxeti çökəkliyi) Konk horizontunun qalınlığı 200-250 m, şimal-şərqdə (Acınohur) 50-100 m və şərq-cənub-şərqdə (Ağcabədi çökəkliyi) 100-200 m-dir. Çökəkliklərin mərkəzi hissələrində mergelli-gilli süxurlar, kənar hissələrdə isə qumlu-gilli süxurlar toplanıb.

Page 139: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

137

Lənkəran mümkün neftli-qazlı rayonda Konk horizontu qumlu gil və karbonatlı qumdaşıları ilə təmsil olunur. Karaqan horizontu isə litoloji cəhətcə qumlu gil və gilli qumdaşılarının növbələşməsindən təşkil olunub. Karbonatlı qumdaşı və mergellərə də təsadüf edilir. Qalınlıq 190 m-ə çatır [33].

Sarmat çöküntüləri Azərbaycan ərazisində geniş yayılaraq üç yarımmərtəbə ilə təmsil olunurlar. Xəzəryanı-Quba neftli-qazlı rayonunun şərq hissəsində alt Sarmat çöküntüləri qum laycıqları olan gillərdən ibarətdir. Qərbə doğru əhəngdaşı və konqlomerat laycıqlı gil, qum və qumdaşılarının növbələşməsindən ibarət olan sahilyanı-dayaz dəniz litofasiyası qeyd olunur. Alt Sarmatın qalınlığı Caqacuqçay hövzəsində 150 m, Şurabadda 40 m, Qaynarca sahəsində isə 200-300 m-dir.

Orta Sarmat Gilgilçay hövzəsində ara-sıra nazik qum, qumdaşı laycıqlı boz, qonuru-boz əhəngli bərk gillərdən təşkil olunub. Kəsilişin üst hissəsində mergel və konqlomerat laylarına təsadüf olunur və 25 m-lik konqlomerat dəstəsilə tamamlanır. Orta Sarmatın qumlu-gilli çöküntüləri quyularla Ataçay-Gilgilçay arası sahədə açılıb. Orta Sarmat Yalama, Xudat, Xaçmaz və Qusar sahələrində quyu məlumatlarına görə qum və qumdaşı laycıqları olan gillərdən təşkil olunub. Qərbə doğru kəsilişdə iştirak edən əhəngdaşılarının qalınlığı artaraq 2-3 m-ə çatır.

Üst Sarmatın aşağı hissəsi (Rostov horizontu) bitumlu şistli gillərdən, üst hissəsi isə (Xerson horizontu) əhəngdaşı, qum, qumdaşı və konqlomeratlarla növbələşən gillərdən ibarətdir. Vəlvələçaydan qərbə doğru üst Sarmatın tavanında yatan laylar kəsilişdə iştirak etmədiyindən, Pont çöküntülərilə transqressiv örtülmüşlər.

Sarmat çöküntülərinin ümumi qalınlığı geniş hüdudda dəyişir: Xaçmazda 100 m, Xudatda 200 m, Qusarda 290 m, Yalamada 247 m,

Page 140: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

138

Gilgilçayda 1000 m, Vəlvələçay və Caqacuqçay hövzələrində isə 1400 m-dən artıqdır.

Abşeron yarımadasında Sarmat mərtəbəsi çöküntüləri litoloji tərkibinə görə iki hissəyə: alt və üst yarımmərtəbələrə ayrılır. Alt yarımmərtəbə mergel təbəqələrinə malik boz, qonuru rəngli gillərdən, üst yarımmərtəbə isə mergel, balıq qulaqlarına malik şist laycıqları olan boz rəngli qumlu gillərdən ibarətdir.

Sarmat mərtəbəsi çöküntüləri Qərbi Abşeronun şimal-qərb, şimal və mərkəzi hissələrində geniş yayılıb. Onun tam kəsilişləri Saray və Fatmayı qırışıqlarının cənub-şərq periklinalında tədqiq edilib.

Qərbi Abşeronun şimal hissəsində alt və orta Sarmat çöküntüləri içərisində qalınlıqları 40 m-ə çatan sarı rəngli qumlu mergel və daha az qalınlıqlı dolomitləşmiş əhəngdaşı aratəbəqələri olan sarımtıl-qonur, sarımtıl-boz və boz rəngli gillərdən təşkil olunub. Bu sahələrdə Sarmat mərtəbəsinin ümumi qalınlığı 95 m-dən 108 m-ə qədər dəyişir. Göytəpə, Saray, Fatmayı və Digah sahələrində Sarmat mərtəbəsi çöküntülərində qumluluq azalır. Mərtəbənin qalınlığı burada böyük hüdudda (15-200 m) dəyişir.

Qərbi Abşeronun mərkəzi və qərb hissələrində alt və orta Sarmat çöküntüləri tünd-boz və şistli gillərdən ibarətdir. Kəsilişdə mergel araqatları ilə yanaşı, qum və qumdaşı laycıqlarıda iştirak edir. Çöküntülərinin qalınlığı Qərbi Abşeron ərazisində, Qaradağ sahəsini nəzərə almasaq, 0-300 m arasında dəyişir. Ziyilpiri, Atəşgah və Şabandağ qalxımlarının tağ hissələrində Sarmat çöküntüləri minimal qalınlığa malikdir. Sarınca-Gülbəxt, Quşxana, Korgöz, Puta, Güzdək, Qobu sahələrində quyularla açılan Sarmat mərtəbəsi çöküntüləri qumlu-gilli litofasiya ilə təmsil olunurlar. Kəsilişdə neftli qum və qumdaşılarına təsadüf olunur.

Page 141: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

139

Qaradağ yatağında Sarmat çöküntüləri çoxlu sayda quyularda açılıb. Kəsilişdə gil, qumdaşı , mergel və əhəngdaşı iştirak edir. Gilli təbəqələrdə tünd gilli şistlər də rast gəlir. Qum təbəqələri neft-qazlılıqla xarakterizə olunur. Mərtəbənin ümumi qalınlığı 700 m-ə çatır.

Sarmat mərtəbəsinin çöküntüləri Cənubi Qobustan zonasında daha geniş yayılıb. Əsasən gilli süxurlardan təşkil olunan kəsilişdə qum, qumdaşı və karbonatlı süxurlar iştirak edirlər. Çöküntülərin qalınlığı şimaldan cənuba doğru 700-800 m-ə qədər artır. Cənub-Şərqi Qobustanda yer səthinə çıxan Sarmat çöküntüləri şərq-cənub-şərq istiqamətində (Ceyrankeçməz depressiyası) qalın Pliosen çöküntü qatı ilə örtülüb.

Yevlax-Ağcabədi çökəkliyində Sarmat çöküntüləri litoloji tərkibinə görə üç yarımmərtəbəyə ayrılır. Alt və orta Sarmat çöküntüləri Ağcabədi, Beyləqan, Bərdə, Gödəkboz və Duzdağ sahələrində müəyyən edilib. Çöküntülər yaşılımtıl-boz rəngli, əhəngli gillərdən və bitki qalıqlı müxtəlif rəngli qumdaşı aratəbəqələrindən ibarətdir. Bu çöküntülərin ümumi qalınlığı 500-600 m-ə çatır.

Üst Sarmat çöküntüləri litoloji cəhətdən müxtəlifliyi ilə fərqlənir. Aralaylarda konqlomerat, qumdaşı, balıqqulağı-əhəngdaşı və gillər rast gəlir. Üst Sarmatın qalınlığı Yevlax-Ağcabədi çökəkliyində 600 m-dir [30].

Kür-Qabırrı çaylararası rayonda Sarmat çöküntüləri nisbətən geniş sahədə yayılıb. Rayonun şimal hissəsi demək olar ki, Sarmat çöküntülərindən təşkil olunub. Burada Sarmat mərtəbəsinin hər üç yarımmərtəbəsi iştirak edir. Alt Sarmat çöküntüləri Məmədtəpə, Sacdağ, Molladağ və Ağtaxtəpə antiklinallarının tağ və şimal qanadlarının bəzi sahələrində yer səthinə çıxır. Bu çöküntülər litoloji tərkibcə boz, təbəqəli, əhəngli gillərdən, qumdaşı və mergel ara təbəqələrindən ibarətdir. Alt Sarmat çöküntülərinin qalınlığı sahələr

Page 142: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

140

üzrə dəyişir. Məmmədtəpə sahəsində qalınlıq 170 m, Molladağda 450 m, Çobandağda isə 250 m-dir.

Orta Sarmat çöküntüləri alt Sarmat çöküntülərinə nisbətən daha geniş ərazidə yayılıb. Bu çöküntülər Qabırrı çayı ətrafı zonada yerləşən antiklinalların şimal qanadlarında daha çox qeydə alınır. Orta Sarmat çöküntüləri Çobandağ, Göytəpə, Molladağ sahələrində də müşahidə edilir. Litoloji tərkibi boz, qonuru-boz, xırda və orta dənəli qumdaşı laylarının boz, tünd boz, qumlu və təbəqəli gil layları ilə növbələşməsindən ibarətdir. Horizontun ümumi qalınlığı Molladağda 780 m, Çobandağda 700 m, Axtaxtatəpədə 900 m-dən çoxdur [30].

Kür-Qabırrı çaylararası rayonda üst Sarmat çöküntüləri Çobandağ, Molladağ, Axtaxtatəpə, Sacdağ, Palantökən, Məmədtəpə, Eldaroyuğu və s. antiklinalların şimal qanadlarında, Gürzündağ və Qaratəpə antiklinallarının tağ hissələrində intişar tapıb.

Üst Sarmat yarımmərtəbəsi çöküntüləri litoloji tərkibinə və faunasına görə Rostov, Xerson və Eldar horizontlarına bölünür. Çöküntülər boz, qonurəhəngli gil laylarından, boz, xırdadənəli qumdaşı təbəqələrindən, boz, xırda və ortadənəli, bərk qalın qumdaşı laylarının gil, əhəngdaşı və gilli şist təbəqələrilə növbələşməsindən, əlvan rəngli gillərdən və zəif sementləşmiş qumdaşılarından təşkil olunub. Üst Sarmat mərtəbəsinin qalınlığı 600-1080 m arasında dəyişir.

Lənkəran bölgəsində Sarmat çöküntüləri həm yerüstü çıxışlara, həm də quyu məlumatlarına əsasən öyrənilib. Alt Sarmat çöküntüləri gilli və gilli-qumlu qatlardan təşkil olunublar. Şimal-şərq istiqamətində (Uzuntəpə sahəsi) qumdaşıları qismən qumlarla, daha şimal-şərqə doğru isə gilli-qumlu qatlarla əvəz olunur. Qalınlıq 100 m-dən 260 m-ə qədər dəyişir.

Page 143: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

141

Orta Sarmat çöküntüləri alt Sarmata nisbətən daha geniş ərazidə yayılıb. Sahilyanı fasiya ilə təmsil olunan çöküntülər litoloji cəhətcə qumlu gil, gilli qum və gillərdən ibarətdir. Uzuntəpə sahəsində çöküntülərin qalınlığı 900 m-ə çatır.

Üst Sarmat çöküntüləri ancaq qazıma ilə Uzuntəpə sahəsində öyrənilib. Qumlu gil, qumdaşı və qum laylarından ibarət olan kəsilişin qalınlığı 50-70 m arasında dəyişir.

Meotis çöküntüləri Azərbaycan ərazisində məhdud ərazidə yayılıb. Xəzəryanı-Quba rayonunda Meotis çöküntüləri Təngi-Beşbarmaq kordilyerinin şimal qanadında, Gilgilçay dərəsində qeydə alınıb. Bu çöküntülərin dayaz sahilyanı zonada çökdüyünü və onların Qaynarca antiklinal zonası daxil olmaqla, Quba-Dəvəçi çökəkliyinin cənub-şərq hissəsində daha geniş bir ərazini əhatə etdiyini güman etmək olar. Meotis çöküntülərinin kəsilişi Şurabad sahəsində öyrənilmişdir. Çöküntülər əsasən gil, oolitli əhəngdaşı və brekçiyaşəkilli dolomit təbəqəciklərindən ibarət olub, qalınlığı 25 m-ə çatır [68, 99, 100].

Abşeron yarımadasında Meotis çöküntüləri onun qərb hissəsində intişar tapıb. Kəsiliş əsasən gilli şist və brekçiyaşəkilli dolomitlərdən ibarətdir. Qərbi Abşeronunun şimal hissəsində çöküntülər sarımtıl-boz gil və tez-tez təsadüf olunan mergel və vulkan külü laycıqları ilə təmsil olunurlar. Qalınlıq 100-300 m arasında dəyişir.

Cənub-Qərbi Qobustanda kəsiliş orta Meotis çöküntülərilə başlayır. Burada orta Meotis qədim çöküntülər üzərinə kəskin bucaq uyğunsuzluğu ilə yatır. Litoloji tərkibi əsasən gil və gilli şistlərin, az qalınlıqlı mergel, vulkan külü layları, brekçiyaşəkilli dolomit, konqlomerat və gilli brekçiya layları ilə növbələşməsindən ibarətdir. Mərkəzi və Şimali Qobustanda Meotis mərtəbəsi çöküntüləri əsasən konqlomerat, yaşıl mergel, dolomit, oolitli əhəngdaşı qırıntıları və

Page 144: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

142

kiçikölçülü çınqıllardan təşkil olunublar. Kəsilişdə bitumlaşmış gilli şistlər və pirit mineralı da iştirak edir. Meotis çöküntülərinin qalınlığı Şimali Qobustanda 50-250 m, Mərkəzi Qobustanda isə 300-500 m arasında dəyişir [99].

Orta Kür çökəkliyində Meotis çöküntülərinin qalınlığı azdır. Çöküntülər qonuru-boz, kobuddənəli terrigen materiallardan təşkil olunublar. Əsasən qumlu-gilli süxurlardan ibarət olan çöküntülər daxilində konqlomerat layları və linzaları iştirak edirlər. Kəsilişdə bəzən mergel, əhəngdaşı laycıqlarına da təsadüf olunur. Mirzaani çökəkliyində qalınlıq 100-300 m arasında dəyişir.

Orta və üst Miosen çöküntülərinin neft-qazlılığı onun kəsilişində olan qum, qumdaşı, alevrit və alevritli-qumdaşı layları ilə əlaqədardır. Belə çöküntülər Abşeron yarımadasının qərbində (Binəqədi, Şabandag, Qaraheybət, Gülbəxt), Qobustanın cənub hissəsində (Ərzani-Qılıc), Kür və Qabırrı çaylararası sahədə, Lənkəran mümkün neftli-qazlı rayonunun şimal hissəsində intişar tapıblar.

Karaqan və Sarmat çöküntülərinin kəsilişdə iştirak edən 5-7 m qalınlıqlı qum, qumdaşı və alevrilitli-qumdaşı layları ilə əlaqədar olan neftlilik əlamətləri müşahidə olunub. Qılıc sahəsində Sarmatın kəsilişində alevrit laylarından neft, qumdaşı horizontundan isə qaz fontanı alınıb.Xəzəryanı-Quba rayonunda üst Sarmat (Vəlvələçayda) və alt Sarmat (Çandahar sahəsində) zəif neftliliyə malikdir.

Lənkəran rayonunda Tumarxanlı-Gərməli tektonik zonasında da Sarmat çöküntülərinin zəif neftliliyə malik olması müşahidə edilib.

Pont mərtəbəsi çöküntüləri Xəzəryanı-Quba NQR-da geniş intişar tapıb. Cənub-şərqi Qafqazın uzaq şimal yamacında, rayonun şərq hissəsində Pont çöküntüləri əsasən gillərdən ibarətdir. Vəlvələçaydan qərbdə isə kəsilişdə müxtəlif rəngli gillərin, qum araqatları konqlomeratlarla qeyri-müntəzəm növbələşməsindən təşkil

Page 145: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

143

olunub. Xudat-Xaçmaz zonasında çöküntülər əsasən qumlu gillərdən ibarətdir. Pont çöküntüləri Miosen, Paleogen və Təbaşir çöküntüləri üzərində transqressiv yatır[33].

Abşeron NQR-də Pont mərtəbəsi çöküntüləri Qaraheybət, Bozdağ, Qobu, Damlamaca, Şorbulaq, Binəqədi, Corat və s. sahələrdə geniş yayılıb. Qalınlığı 150-200 m-ə çatır. Çöküntülər özünəməxsus fauna qalıqları ilə səciyyələnən gilli litofasıyadan ibarətdir və üç horizonta bölünür. Alt horizont ilk dəfə İ.M.Qubkin tərəfindən Corat kəndi yaxınlığında öyrənilib. Bu horizont tünd boz şistvarı gillərdən ibarətdir.

Orta horizontun çöküntüləri Binəqədi sahəsində və Sumqayıt çayı vadisində yayılıb və tünd boz rəngli, bərk, zolaqlı gillərdən təşkil olunub.

Üst horizont geniş sahədə yayılaraq detrituslu əhəngdaşı linzalarına malik tünd boz rəngli gillərdən ibarətdir.

Pont çöküntüləri Şamaxı-Qobustan NQR-nin Cənub-Qərbi və Cənub-Şərqi zonalarnın demək olar ki, bütün sahələrində, Mərkəzi zonanın qərb hissəsində yayılıb. Çöküntülər Sündü-Mərəzə, Qızmeydan sahələrində və Pirsaat çayı vadisində yer səthinə çıxırlar. Pont mərtəbəsi qonur, tünd boz, boz, karbonatlı gillər, detrituslu əhəngdaşıları və vulkan küllərindən ibarət çöküntülərdən təşkil olunub. Kəsilişdə bəzən mərmərə bənzər əhəngdaşıları və bərk mergellər də iştirak edir. Mərtəbənin ümumi qalınlığı 300-350 m arasında dəyişir [33].

Kür çökəkliyinin kənar hissələrində yer səthinə çıxan Pont çöküntülərinin və Aşağı Kür çökəkliyində yerləşən palçıq vulkanları brekçiyalarından götürülmüş süxur nümunələrinin tədqiqi göstərir ki, çökəkliyin şərq hissəsində Pont çöküntüləri dayaz dəniz şəraitində çökmüş kardium, astrokod və qastropod faunası ilə zəngin olub, əsasən

Page 146: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

144

gillərdən, qismən də qumdaşıları və əhəngdaşlardan ibarətdir. Orta Kür çökəkliyində Pont çöküntüləri kontinental şəraitdə toplanmış allyuvial-delta çöküntülərindən ibarətdir. Acınohur rayonunda Şirak lay dəstəsinin alt şöbəsinin üst hissəsində Pont çöküntüləri konqlomerat, qumdaşı və gillərdən ibarətdir.

Məhsuldar Qat (alt Pliosen) çöküntüləri Azərbaycan ərazisinin əsasən şərq hissəsində yayılaraq, Xəzəryanı-Quba, Abşeron, Şamaxı-Qobustan neftli-qazlı rayonlarının, Acınohur və Aşağı Kür çökəkliyinin çox hissəsini əhatə edir [33](şəkil 18).

Xəzəryanı-Quba rayonunun Qusar-Dəvəçi törəmə çökəkliyində Məhsuldar Qat böyük qalınlıqlı kobuddənəli çöküntülərdən ibarətdir. Litolji tərkibcə konqlomerat, çınqıl, çınqıllı qum, gil və qumlu-gilli çöküntülərdən təşkil olunub.

Məhsuldar Qatın ən böyük qalınlığı Qusar-Dəvəçi çökəkliyinin cənub-şərq kənarında, Siyəzəndən bir qədər şərqdə qeyd olunub. Qalınlıq 2000 m-ə çatır (şəkil 18).

Şamaxı-Qobustan rayonu ərazisində də Məhsuldar Qat kobuddənəli terrigen çöküntülərdən təşkil olunub. Kəsilişdə qumlu-gilli horizontlar üstünlük təşkil edir. Cənub-Şərqi Qobustanda və Ceyrankeçməz depressiyasında Məhsuldar Qat çöküntülərinin qalınlıqları 0-3000 m arasında dəyişir (şəkil 18).

Məhsuldar Qat çöküntüləri başqa rayonlara nisbətən Abşeron yarımadasında daha yaxşı öyrənilib. Abşeron yarımadasının şərq hissəsində yerləşən bir neçə sahə istisna olmaqla demək olar ki, bütün ərazini əhatə edir.

Məhsuldar Qatın kəsilişi iki şöbəyə ayrılır. Üst şöbəyə Suraxanı, Sabunçu, Balaxanı və “Fasilə”, alt şöbəyə isə Qırmakuüstü gilli (QÜG), Qırmakuüstü qumlu (QÜQ), Qırmaku (QD), Qırmakualtı (QA) və Qala (QaD) lay dəstələri daxildir.

Page 147: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

145

Şə

kil 1

8. M

əhsu

ldar

Qat

çök

üntü

lərin

in li

tofa

siya

qal

ınlıq

lar x

əritə

si

Şərt

i işa

rələ

r:

1-

izop

axitl

ər;

2-çö

künt

ülər

in

pa

zlaş

ma

sərh

ədi;

3- q

ırılm

alar

; 4-

gillə

r; 5-

qum

lar;

6-al

evrit

lər;

7-qu

mda

şıla

rı;

8-ko

nqlo

mer

atla

r

Page 148: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

146

Məhsuldar Qat çöküntülərinin kəsilişi qum, alevrit, gil və gilli araqatlarına malik, açıq-boz rəngli qum və qumdaşılarından təşkil olunub. Ən çox qalınlıq (3500 m) Abşeron yarımadasının mərkəzində - Bakı muldasında və şərq hissəsində qeyd edilir.

Aşağı Kür çökəkliyində Məhsuldar Qat çöküntüləri əsasən narın, orta və iri dənəli boz rəngli gillərin, qonur və sarımtıl-boz gillərlə növbələşməsindən, gilli-qumlu konqlomerat, kobuddənəli qum, qumdaşı və qumlu alevritlərdən ibarətdir. Burada çöküntülərin qalınlıqları 2500-4000 m arasında dəyişir.

Acınohur rayonunda Məhsuldar Qat çöküntüləri tam kəsilişdə iştirak etmir. Burada çöküntülər daha qədim çöküntülərin yuyulma məhsulları olan əhəngdaşı, mergel, qumdaşı, argillit, tuf-qumdaşı və porfiritlərdən təşkil olunublar. Çöküntülərin ümumi qalınlığı 1300 m ətrafında dəyişir. Azərbaycan ərazisində ən çox neftli-qazlı kollektorlar Məhsuldar Qat kəsilişi ilə əlaqədardır. Abşeron yarımadasında əlverişli kollektor xassələrinə malik olan laylar Məhsuldar Qatın hər iki şöbəsində iştirak edirlər.

Nisbətən daha çox qum və qumdaşı təbəqələri üst şöbənin Balaxanı, Sabunçu və alt şöbənin Qırməki dəstələrində qeyd olunur. Qala dəstəsi əsasən qum, qumdaşı, alevrit və gil təbəqələrinin növbələşməsindən ibarət olsa da, nisbətən məhdud sahədə yayılıb. Şamaxı-Qobustan rayonunda Məhsuldar Qatın kəsilişində 14-15 qumlu-gilli horizont ayırmaq mümkündür.

Aşağı Kür çökəkliyində Şamaxı-Qobustanla müqayisədə kəsilişdə qumluluğun artdığı və eyni zamanda kollektor xassəsinin yaxşılaşdığı müşahidə olunur. Bu sahələrdə MQ-nin kəsilişində 20-yə qədər qumlu-gilli, kollektor xassələrinə malik horizont ayrılır.

Ağcagil mərtəbəsi çöküntüləri Qusar-Dəvəçi törəmə çökəkliyinin şimal hissəsində geniş ərazidə yayılıb. Bu sahədə

Page 149: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

147

çöküntülərin litoloji tərkibi çınqıl, konqlomerat, gil və qumlardan ibarətdir. Çökəkliyin şərq hissəsində çöküntülər az qalınlıqlı qumdaşı aralaylarına malik gillərdən təşkil olunub [33].

Ağcagil mərtəbəsi Abşeron NQR-nin bütün sahələrində intişar etmişdir. Ağcagil çöküntülərinin tipik kəsilişi Yasamal dərəsində D.V.Qolubyatnikov tərəfindən təsvir olunmuşdur. Çöküntülər əsasən gilli fasiyada yayılaraq tünd boz gil və vulkan külü təbəqəciklərinə malik açıq bozumtul rəngli şistli gillərdən ibarətdir. Ümumi qalınlığı 100 m-dən artıq deyil.

Şamaxı-Qobustan rayonunun qərbində Ağcagil çöküntüləri çınqıl, qum və gillərdən, şərqində isə əsasən balıqqulağı əhəngdaşılarının çınqıllarla növbələşməsindən ibarətdir. Mərkəzi Qobustanın Sündü-Mərəzə depressiyasının mərkəzi hissələrində və rayonun Böyük Qafqazın cənub yamacına aid olan hissəsində yayılan Ağcagil çöküntüləri əhəngdaşı, dolomit, gil, detrituslu və balıqqulağı əhəngdaşı qırıntılarından təşkil olunub.

Kür çökəkliyinin şimal kənar hissələrində Ağcagil çöküntüləri allüvial-prolüvial süxurlardan ibarətdir. Çökəkliyin qərb hissəsində litoloji tərkibi konqlomerat, qumdaşı, qumlu gil və balıqqulağı əhəngdaşı, şərq hissədə isə narındənəli qum, qumdaşı və gillərdən ibarətdir.

Azərbaycan ərazisi üzrə Ağcagil çöküntülərinin qalınlığı çox geniş intervalda (0-1000 m) dəyişir.

Ağcagil mərtəbəsinin neft-qazlılığı Mərkəzi Abşeronunun bəzi antiklinallarının tağ hissəsində təsadüf edilən nazik qum təbəqəciklərilə əlaqədardır.

Abşeron mərtəbəsi çöküntüləri Azərbaycan ərazisində ən geniş yayılan çöküntü kompleksidir. Böyük Qafqazın cənub-şərq batımında və cənub yamacında Abşeron mərtəbəsi kontinental

Page 150: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

148

mənşəli gilli-çınqıllı, qumlu-gilli fasiyadan ibarətdir. Qusar-Dəvəçi çökəkliyində çöküntülərin qalınlığı 1000 m-ə qədər çatır. Qazıma nəticəsində alınan məlumatlara görə Abşeron mərtəbəsinin qalınlığı Qusar-Xaçmaz zolağında 800 m, Xudatda 650 m, Yalama sahəsində isə 540 m-dir [33].

Abşeron yarımadasında və Şamaxı-Qobustan rayonunda Abşeron mərtəbəsinin kəsilişində balıqqulağı əhəngdaşı, qum, gil, pis çeşidlənmiş qum və gil aralaycıqları olan əhəngdaşı, çınqıl, konqlomerat, qum və gillərlə növbələşən qumlu detritus əhəngdaşıları iştirak edir. Abşeron mərtəbəsinin maksimal qalınlığı 1600 m-ə çatır.

Aşağı Kür çökəkliyində Abşeron mərtəbəsinin qalınlığı 1200-1500 m arasında dəyişir. Abşeron mərtəbəsi üç yarımmərtəbəyə ayrılır.

Üst yarımmərtəbə çöküntüləri içərisində qum və alevrolitlər olan tünd qonur, açıq qonur rəngli gillərin əhəngli, pis çeşidlənmiş qumların və qumlu əhəngdaşlarının qeyri müntəzəm növbələşməsindən ibarətdir. Çökəkliyin şimal-şərqinə doğru əhəngdaşı və əhəngli qumdaşı laycıqlarının miqdarı artır.

Orta Abşeron yarımmərtəbəsi çöküntülərinin kəsilişi boz, tünd-boz gillərin, qırmızımtıl-qonur qumlu əhəngdaşıların, narın və iridənəli pis çeşidlənmiş qumdaşı və alevrit təbəqələrinin növbələşməsindən təşkil olunub.

Alt yarımmərtəbə isə əsasən gillərdən ibarətdir. Kəsilişin alt hissəsində qum, alevrit və vulkan külü laycıqlarına təsadüf olunur.

Orta Kür çökəkliyində Abşeron mərtəbəsi qumlu-gil, qum, gil, əhəngdaşı, qumdaşı, çınqıl, konqlomerat və vulkan küllərindən ibarət kontinental çöküntülərdən təşkil olunub. Çökəkliyin bəzi sahələrində qalınlıq 1800-2000 m-ə çatır. Qanıx-Əyriçay depressiyasında, Ağcagil mərtəbəsində olduğu kimi, Abşeron mərtəbəsi allüvial-prolüvial

Page 151: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

149

çöküntülərdən ibarətdir. Kəsilişin alt hissəsində qumlu-gilli çöküntülər də iştirak edir.

Abşeron mərtəbəsinin neft-qazlılığı əsasən onun kəsilişində iştirak edən qum və alevrit layları ilə əlaqədardır. Bu mərtəbənin sənaye əhəmiyyətli neftliliyi Mərkəzi Abşeronda və Aşağı Kür çökəkliyində təsdiq olunub. Orta Abşeron çöküntülərində qum, alevrit və qumdaşı təbəqələrindən təşkil olunan neft və qaz kollektorlarına malik horizontlar Cənubi Qobustanın Ələt tektonik zonasında da qeyd olunur. Aşağı Kür çökəkliyinin bir sıra strukturlarında (Durovdağ, Pirsaat, Xıdırlı, Mişovdağ. Qalmaz və s. sahələrdə) orta Abşeronun qumlu laylarından qaz alınıb.

Page 152: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

150

III FƏSİL

MEZO-KAYNOZOY ÇÖKÜNTÜ HÖVZƏLƏRİNİN PALEOTEKTONİK VƏ PALEOSTRUKTUR

XÜSUSİYYƏTLƏRİ

3.1. Azərbaycanın Mezozoy erasından əvvəlki inkişaf tarixi

Azərbaycanın çöküntü hövzələrinin Mezozoy erasına qədərki geoloji inkişaf tarixi haqqında geoloji məlumatlar çox azdır. Ən qədim süxurlar haqqında məlumatlar, Baykal qırışıqlıq kompleksinə aid olan Şəmkir, Lok və Gürcüstan ərazisində yerləşən Dzirul massivində yer səthinə çıxan metamorfik çöküntülərdən alınmışdır.

Bu rayonların əksəriyyətində yayılan üst Proterozoy-Kembri çöküntülərinin eyni dərəcədə regional metamorfizmə və intensiv qırışıqlığa məruz qalması, göstərilən geoloji dövrdə Kiçik Qafqaz ərazisinin vahid geosinklinalın daxilində olduğunu göstərir. Dövrün sonunda baş verən Baykal qırışıqlığı nəticəsində, burada toplanan çöküntülər regional və dərinlik metamorfizminə məruz qalmışlar.

Naxçıvan Muxtar Respublikası ərazisində Kembriyə qədər və alt Paleozey çöküntüləri Mehri-Ordubad batoliti daxilində yerləşən Pazmara metamorfik süxurlarından ibarətdir.

Proterozoy-alt Kembri yaşlı metamorfik süxurlar qneys, kristallik şist, kvarsit və mərmərdən ibarət olub, kəskin dislokasiyaya məruz qalmışlar [53].

Page 153: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

151

Metamorfik kompleks Paleozoy yaşlı qabro və qranit intruziyaları ilə yarılıb. Paleozoy yaşlı tuffitlərdən ibarət çöküntülər isə yalnız Xram və Dzirul massivlərində rast gəlir. Başqa sahələrdə isə metamorfik kompleksin üzərinə əsasında konqlomeratlar olan Yura çöküntüləri qeyri-uyğun yatırlar. Tuffitlərin Karbon yaşlı olduğunu nəzərə alsaq, üst Paleozoy vaxtı böyük bir ərazinin uzun müddətdə yuyulma sahəsi olduğunu demək olar.

Baykal yaşlı süxurların tərkibi, onların dislokasiya olunma dərəcələri isə Böyük və Kiçik Qafqaz dağları, onların arasında yerləşən Kür çökəkliyi ərazisində geniş geosinklinalın yerləşdiyini göstərir. Onun mərkəzi hissəsində baş verən qalxma və qırışıqəmələgəlmə prosesində Proterozoyun sonunda Xəzər dənizindən Qara dənizə qədər olan böyük ərazidə geoantiklinal rejim yaranır. Geoantiklinal Kür və Rion çökəkliklərini, onları bir-birindən ayıran Dzirul massivini, Böyük və Kiçik Qafqazın qonşuluqda yerləşən ərazilərini əhatə etdiyi üçün Cənubi Qafqaz massivi adlanır [62].

Baş Qafqaz və Araz geosinklinalları arasında yerləşən massiv Kaledon və Hersin qırışıqəmələgəlmə tsiklləri vaxtında quru ərazisi olub, yuyulmaya məruz qalmışdır. Məhz buna görə də, massivin əhatə etdiyi ərazidə Mezozoy çöküntüləri qeyri-uyğun yatımla birbaşa Baykal kompleksi üzərinə yatırlar. Lakin qeyd etmək lazımdır ki, Lok, Xram, Dzirul massivlərinin intruziyalarla yarılması və Paleozoy yaşlı effuziyalarla örtülməsi göstərir ki, Cənubi Qafqaz massivi Paleozoy vaxtı qırılmalara məruz qalaraq ayrı-ayrı tektonik bloklara parçalanıb. Bloklarda gedən enmə və qalxma prosesləri isə ərazinin müasir strukturunu yaradır. Kaledon və Hersin qırışıqəmələgəlmə tsiklləri dövrlərində olan qırılmalar və intruziv yarılmalar Baykal yaşlı süxurların konsolidasiyasını sürətləndirir və onların Mezozoy çöküntü kompleksi üçün dayanıqlı özülə çevrilməsini təmin edir.

Page 154: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

152

Kiçik Qafqazda, Baykal və Hersin yaşlı platformalarda olduğu kimi, Trias çöküntüləri istər tektonik, istərsə də formasiya cəhətdən Mezozoy yaşlı çöküntülərdən daha çox üst Paleozoy çöküntüləri ilə əlaqədardırlar. Bununla belə, Trias və Yura çöküntüləri arasında regional fasilənin və kəskin bucaq uyğunsuzluğunun olması, Hersin və Alp qırışıqlıqları sərhədinin Yura yaşlı çöküntülərin dabanı hesab etməyə əsas verir.

Orta və son Paleozoy zamanında Kiçik Qafqaz ərazisi geoloji inkişaf tarixinə görə bir-birindən kəskin fərqlənən iki zonaya ayrılır.

Birinci - Arazyanı zona Kiçik Qafqazın Araz vadisində yerləşən, böyük ölçülü Anadolu-İran Paleozoy yaşlı çöküntü hövzəsinin şimal hissəsini tutur.

İkinci zona isə Kiçik Qafqaz ərazisinin çox hissəsini və Kür çökəkliyini əhatə edən Cənubi Qafqaz geoantiklinalı və ya massivindən ibarətdir. Burada da orta və üst Paleozoy çöküntüləri demək olar ki, iştirak etmir. Yura və üst Təbaşir çöküntüləri, birbaşa üst Proterozoy–Kembri metamorfik kompleksi üzərinə yatan, geoantiklinal Arazyanı çökəkliyini Böyük Qafqaz geosinklinalından ayırır.

Kiçik Qafqazın Araz zonasında Baykal yaşlı metamorfik özül üzərinə Ordovik və Devon yaşlı, qalınlıqları 3,5 km-dən çox olan terrigen-karbonatlı çöküntülərin toplanması, göstərilən sahədə subplatforma tipli hövzənin varlığını göstərir. İlk Karbonda hövzənin dayazlaşması, orta və son Karbonda isə Araz zonasında qalxma və kiçik amplitudlu qırışıqların əmələ gəlməsi ilə xarakterizə olunur.

Hersin qırışıqlığının ikinci mərhələsi (Perm-Trias) dayaz dəniz şəraitində çökən karbonatlı çöküntülərlə (1600m qalınlıqlı) səciyyələnir. Terrigen-karbonat tərkibli süxurların çökməsi göstərir ki, Araz zonasında Devon-Trias dövrləri intervalında kvaziplatforma-parageosinklinal tipli paleotektonik şərait olmuşdur [53, 68].

Page 155: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

153

Mezozoy erasının əvvəllərində tədqiq edilən ərazidə ciddi paleotektonik dəyişiklik müşahidə olunur. Trias dövründə Cənubi Qafqaz massivi əvvəlki kimi yuyulma ərazisi olmaqda davam edir. Ərazidə Mezozoyun əvvəllərində çox kəskin relyef əmələ gəlir. Trias dövründə Dzirul, Saqareco, Eldar, Mingəçevir-Göyçay və Kürdəmir tektonik qalxımları relyefdə yüksəkliklər şəklində qərarlaşırlar [53].

3.2. Mezozoy çöküntü hövzələri

3.2.1. Yura dövrü

Azərbaycanın ərazisində geniş yayılan Yura çöküntüləri Böyük və Kiçik Qafqaz dağlıq zonalarında yer səthinə çıxdıqları sahələrdə geoloji cəhətdən kifayət qədər yaxşı öyrənildiyi halda, neftli-qazlı çöküntü hövzələrində böyük dərinliklərdə yatdıqlarına görə axtarış-kəşfiyyat quyuları ilə çox zəif öyrənilmişdir.

Mezozoy erasının əvvəllərində, yəni Trias dövründə Cənubi Qafqaz massivi Paleozoy erasında olduğu kimi yuyulma ərazisi olub. Ə.V.Məmmədovun fikrincə bu dövrdə ərazidə yuyulma prosesi uzun müddətli davam etməsi və tektonik proseslərin kifayət qədər aktiv olması ilə əlaqədar çox kəskin relyef əmələ gəlmişdir.

Yura dövrünün başlanğıcında Cənubi Qafqaz massivi kənar hissələrinin qopması və çökməsi nəticəsində əhəmiyyətli dərəcədə ensizləşir. Şimalda Baş Qafqaz, cənubda isə Araz geosinklinal hövzələrində başlanan transqressiyalar nəticəsində Cənubi Qafqaz massivinin çox hissəsində dəniz şəraiti bərqərar olur. Kür çökəkliyinin kənar hissələrində, Kiçik Qafqazın şimal-şərq və Böyük Qafqazın cənub yamaclarında Leyasın (Alt Yura) qumdaşı, konqlomerat, aspid və gilli şistlərdən ibarət dəniz mənşəli çöküntülərinin qalınlıqlarının

Page 156: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

154

müvafiq olaraq 400-500 və 2000-2500 m-ə çatması, Cənubi Qafqaz massivinin müasir Kür çökəkliyi ərazisi ölçüsündə kiçildiyini göstərir.

Böyük Qafqaz miogeosinklinal hövzəsinin Azərbaycan hissəsində çökmə prosesi Toar əsrində başlayaraq geosinklinalın ox xətti (müasir Cənub-Şərqi Qafqazın mərkəz hissəsi), çökmənin intensivliyinə görə alt Yuranın maksimal qalınlıqlar zonası olmuşdur. Toar əsrinin sonlarında Böyük Qafqazın geniş miogeosinklinal ərazisində tektonik hərəkətlərin differensasiyası başlanır. İndiki Baş Qafqaz silsiləsinə uyğun gələn ərazidə, dəniz dibinin qalxması səbəbindən yaranan dayazlaşma nəticəsində, sahədə qum və gillərin növbələşməsindən ibarət çöküntü qatı toplanır. Çöküntülərdə gillərin üstünlük təşkil etməsi, Mərkəzi qalxımda yuyulma zonasının o qədər də yüksək olmadığını göstərir.

Somxet-Ağdam geoantiklinalında ilk Yura dövründə çöküntü toplanma prosesi sualtı və suüstü adaların, onları bir-birindən ayıran çökəkliklərin mövcudluğu şəraitində getmişdir. Bu dövrdə əsasən böyük qalınlığa malik konqlomeratlar toplanıb. (H.Ş.Şixəlibəyli; 1967).

Leyas əsrində Naxçıvan Muxtar Respublikası ərazisinin cənubunda İran ərazisinə açılan ensiz və dayaz dəniz hövzəsi mövcud olub. Hövzə cənub və cənub-qərbdə Şərur-Culfa, şərqdə isə Zəngəzur qalxımları ilə əhatələnir. Burada az qalınlıqlı qumdaşı və vulkanik süxurlarla təmsil olunan konqlomeratlar çökmüşlər. Leyasın effuziv süxurları əsasən Ordubad çökəkliyini Şərur-Culfa qalxımından ayıran dərinlik qırılması ilə əlaqədar olan vulkanizmin məhsullarıdır. Aalen əsrində dəniz dibinin çökməsilə yanaşı differensassiya prosesinin artması davam edir. Böyük Qafqazın mərkəzi qalxım zonasında qalxma prosesi qırışıqlıqla müşayiət olunur. Bu zaman Baş Qafqaz qırılması boyu tektonik hərəkətlər və maqmatik proseslər intensivləşir [41, 53].

Page 157: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

155

Orta Yura epoxasında Böyük Qafqaz geosinklinal hövzəsi xeyli dərəcədə dərinləşir. Aalen əsrində baş verən tektonik proseslər nəticəsində əvvəllər vahid şəkildə olan Ümumqafqaz miogeosinklinal hövzəsi artıq iki hissəyə – Şimali və Cənubi Qafqaz hövzələrinə parçalanır (şəkil 19).

Şəkil 19. Orta Yura çöküntülərinin litofasiya

və qalınlıqlar xəritəsi.

1 - qum və gillər; 2 - vulkan süxurları, gillər; 3 - vulkan süxurları; 4 - vulkan süxurları, tuflar, gillər; 5 - vulkan süxurları, tuflar; 6 - gilli əhəngdaşları; 7 - quru sahəsi; 8 - litofasial zonaların sərhədi; 9 - izopaxitlər.

Page 158: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

156

Şimali Qafqaz hövzəsi tektonik cəhətdən miogeosinklinal tipli çökəklik olduğu halda, Cənubi Qafqaz hövzəsində evgeosinklinal şərait yaranır [39].

Şimali Qafqaz miogeosinklinal çökəkliyi Mərkəzi qalxım zonasına paralel yerləşir. Samur çayının yuxarı axınında təkcə alt Aalen çöküntülərinin qalınlıqlarının 5 km-dən artıq olması, Şimali Qafqaz hövzəsinin mərkəzi hissəsinin həmin rayonda yerləşdiyini göstərir.

Mərkəzi qalxımın yüksəlməsilə əlaqədar Şimali Qafqaz çökəkliyi Bayos-Bat əsrlərində şimal istiqamətində miqrasiya edərək, Cənubi Dağıstanın Çıraq çayının orta axını rayonunda qərar tutur. Bu çökəklik Şimali Qafqaz miogeosinklinal çökəkliyinin cənub-şərq hissəsini əhatə edir. Cənub-şərqdə Azərbaycan ərazisində onun davamında Zeyxur çökəkliyi yerləşir.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Yalama-Xudat qalxımlar zonası və Cənubi Dağıstanın sahilyanı rayonlarında Bayos əsrində çöküntü toplanma prosesi platforma rejimində getmişdir. Bu zaman dayaz dəniz şəraitində çökən qumlu-gilli çöküntülərin mənbəyi Orta Xəzər qalxımı yuyulma zonası olub. Çökəkliyin cənub yamacında toplanan terrigen çöküntülərin mənbəyini isə Mərkəzi qalxımın yuyulma sahələri təşkil edirdi.

Orta Yuranın Aalen, Bayos və Bat mərtəbələrinin 2500 m qalınlıqlı qumlu-gilli çöküntüləri, Şimali və Cənubi Qafqaz mikroplitələri arasında yaranan geniş dəniz hövzəsində toplanır (şəkil 20). Aalen əsrində hövzənin ən dərin hissəsi müasir Tufan antiklinoriumu ərazisində, tünd-boz və qaraya çalan gilli şistlərin toplandığı sahədə yerləşirdi.

Bayos əsrində hövzənin dayazlaşan dəniz şəraitində, Samur-Şahdağ yuyulma zonasından gətirilən, qalınlığı müvafiq olaraq 300-

Page 159: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

157

400 m və 200-250 m olan Cimi və Xınalıq lay dəstələrinin qumlu-gilli terrigen çöküntüləri toplanır. Bat əsrinin əvvəllərində isə cənub hissədə Keyvan lay dəstəsinin gilli çöküntüləri toplanır.

Şəkil 20. Orta Yura çöküntülərinin litofasiya

və qalınlıqlar xəritəsi. 1 - qum, qumdaşları, gillər; 2- vulkan süxurları, qumdaşları, gillər;

3 - vulkan süxurları, qum, qumdaşları, gillər; 4 - vulkan süxurları, tuflar, gillər, qumdaşları, mergellər; 5 - vulkan süxurları, tuflar, gillər, mergellər; 6 - litofasial zonaların sərhədi; 7-izopaxitlər.

Orta Yura epoxasının sonunda, ilk Kimeric qırışıqlıq

fazasında, tektonik hərəkətlərin aktivləşməsi nəticəsində mövcud

Page 160: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

158

dərinlik qırılmaları aktivləşir və yeniləri əmələ gəlir. Bu zaman baş verən qalxma prosesilə əlaqədar orta Yura çöküntülərinin üst hissələri ayrı-ayrı sahələrdə müxtəlif dərəcədə yuyulmaya məruz qalır. Bu dövrdə Cənubi Qafqaz hövzəsi şimaldan Qaynar-Zəngi, cənubdan isə Acıçay dərinlik qırılmaları ilə hüdudlanan ensiz evgeosinklinal çökəklik təşkil edirdi. Cənubi Qafqaz çökəkliyində Toar-Aalen əsrlərində toplanan terrigen-tufogen çöküntülərinin qalınlığı 1,5-2 km-dən artıq deyildir. Onların mənbəi isə şimalda Mərkəzi Qafqaz qalxımı, cənubda isə Cənubi Qafqaz massivinin yuyulma sahələri olmuşdur [101, 127].

Orta Yuranın birinci yarısında, yəni Kiçik Qafqazın evgeosinklinal çökəkliyə çevrildiyi vaxtın başlanğıcında hövzədə az qalınlıqlı, dayaz dəniz fasiyalı çöküntülər toplanır. Bu çökəklik Kiçik Qafqazın yüksək səviyyəli substratı və Qafqazardı massivi arasında yerləşən dəniz olub, ensiz zolaq şəklində şimal-qərbdən cənub-şərqə uzanırdı. Şəmkir, Lök və Xram qalxımlarında Bayos yaşlı vulkanogen süxurlara rast gəlinməməsi və ya az qalınlıqda olması, dayaz Bayos dənizində suyun səviyyəsinə qədər qalxan horst şəkilli qalxım və sualtı qraben-sinklinalların olduğunu göstərir [39, 53].

Bat əsrində Somxet-Ağdam qalxımı və Kür geoantiklinalında qalxma proseslərinin intensivləşməsi nəticəsində, qalxımlar arasında Kiçik Qafqazqarşısı çökəklik yaranır. Bu çökəklik Bat əsrində o qədər də formalaşa bilmir. Burada dayaz dəniz şəraitində çökən vulkanogen-terrigen süxurlar toplanır.

Orta Yuranın sonu və son Yuranın əvvəllərində Azərbaycan ərazisində qalxma prosesləri güclənir. Nəticədə dəniz reqressiyası baş verir. Orta Yuranın sonlarında başlayan qalxma və yuyulma prosesləri son Yura epoxasında da Yalama-Xudat, Qusar-Xaçmaz qalxımlar zonasında və onları ayıran, Azərbaycanın ərazisində Cənubi Dağıstan

Page 161: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

159

ön çökəkliyinin cənub-şərq sentriklinalını təşkil edən, Zeyxur çökəkliyində davam edir. Bunu Qusar-Xaçmaz gömülmüş qalxımlar zonasının şimal-qərb hissəsində Qusar qalxımında Sarmat çöküntülərinin, zonanın cənub-şərqində yerləşən Ağzıbir qalxımında isə Pont mərtəbəsinin gilli çöküntülərinin orta Yura çöküntüləri üzərinə qeyri-uyğun yatması təsdiq edir (şəkil 21).

Gömülmüş qalxımlar zonasında aşkar edilən ağırlıq qüvvəsi anomaliyaları orta Yura çöküntülərinin antiklinal strukturlarını əks etdirirlər.

Şəkil 21. Afurca-Xaçmaz istiqamətində geoloji profil. Tələbi antiklinalının tağ hissəsində də orta Yura

çöküntülərinin yuyulan səthi üzərinə Sarmat çöküntüləri yatır. Bu hal Sarmat əsrinə qədər Tələbi-Qaynarca antiklinal zonasının şimal-qərb hissəsinin Qusar-Xaçmaz gömülmüş qalxımlar zonasının şimal-qərb hissəsilə birlikdə alt Aalen çöküntülərindən təşkil olunan Samur antiklinoriumunun cənub-şərqdə davamı olan geniş yuyulma sahəsi olduğunu göstərir.

Page 162: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

160

Cənub-şərqdə Sudur tektonik zonasında son Yura epoxasında dayaz dəniz və laqun hövzə şəraitlərində 80-100 m qalınlıqlı qumlu-gilli-sulfatlı çöküntülər toplanır. Nisbətən sabit çökmə şəraitinə malik olan Şahdağ qraben-çökəkliyində qalınlığı 800 m-ə çatan karbonatlı-rifogen çöküntülər toplanır (şəkil 22).

Bu dövrdə Şahdağ zonasından cənub-qərbdə yerləşən və ilk Kimeric qırışıqlıq fazasında formalanmağa başlayan Tufan antiklinoriumunun ərazisi geniş yuyulma zonasına çevrilir. Tələbi-Qaynarca antiklinal zonası ilə Təngi-Beşbarmaq antiklinoriumu arasında yerləşən qraben tipli çökəklikdə orta Yura çöküntüləri böyük dərinlikdə üst Yuranın karbonatlı çöküntülərinin altına gömülür. Çökəklik cənub-qərbdən Siyəzən dərinlik qırılması, şimal-şərqdən isə Tələbi-Qaynarca antiklinal zonasını mürəkkəbləşdirən qırılma ilə məhdudlanır [101].

Siyəzən dərinlik qırılması üzərində əmələ gələn Təngi-Beşbarmaq antiklinoriumunun şimal-şərq qanadında və mərkəzi sinklinalında nisbətən az qalınlıqlı karbonatlı-rifogen çöküntülər toplandıqları halda, Xızı tektonik zonasının cənub-şərqində yerləşən Keşçay, Bəyimdağ-Təkçay, Sitalçay, Yaşma və Şurabad paleoqalxımları Tufan antiklinoriumu kimi intensiv yuyulma sahələri idi.

Tufan antiklinoriumu və Xızı tektonik zonasından cənubda, Dibrar çökəkliyində isə son Yura dövründə böyük qalınlıqlı terrigen-karbonatlı fliş çöküntüləri toplanır. Bu çökəklikdə fliş çöküntülərinin toplanması prosesi, ilk Təbaşir dövründə də davam edir.

Son Kimeric qırışıqlıq fazası ilə əlaqədar olan regional yuyulma prosesindən sonra Xızı tektonik zonasında çöküntülərin toplanması ilk Təbaşirin Berrias əsrində, orta Yura çöküntülərinin yuyulan səthi üzərinə kəskin bucaq və azimut uyğunsuzluğu ilə yatan

Page 163: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

161

karbonatlı-terrigen çöküntülərinin çökməsilə başlanır. Berrias əsrində başlayan dəniz transqressiyası Valanjin, Hoteriv və Barrem əsrlərində tədricən genişlənir [92].

Şəkil 22. Üst Yura çöküntülərinin litofasiya

və qalınlıqlar xəritəsi. 1 - quru sahəsi; 2- vulkan süxurları, qum, qumdaşı, əhəngdaşı;

3 - gilli qumdaşılar; 4 - vulkan süxurları, tuflar, gillər, qumdaşılar; 5 - gilli əhəngdaşıları; 6- litofasial zonaların sərhədi; 7-izopaxitlər.

Page 164: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

162

Xızı tektonik zonasında Neokom zamanı dəniz dibinin intensiv çökməsi nəticəsində qalınlıqları 2200-2500 m-ə çatan karbonatlı və qumlu-gilli çöküntülərin toplanması dərinlik və regional qırılmalar üzərində əmələ gələn Təngi, Beşbarmaq, Ugah, Qızılqazma, Bəyimdağ-Təkçay, Sitalçay, Yaşma və b. paleoqalxımların konsedimentasiya tipli inkişafı ilə müşayiət olmuşdur [101].

Orta Yuranın sonunu və son Yuranın əvvəllərini əhatə edən keçid dövrünün çöküntütoplanma prosesi yalnız Şimali və Cənubi Qafqaz çökəkliklərinin mərkəzi hissələrində aramsız davam edir. Çökəklikləri bir-birindən ayıran Böyük Qafqazın mərkəzi qalxımlar zonasında isə qalxma və qırışıqəmələgəlmə prosesləri güclənir.

Orta və üst Yura çöküntülərinin təmas xüsusiyyətləri, eləcə də üst Yura çöküntülərinin paylanma qanunauyğunluqları göstərir ki, çöküntülərin toplanmasından əvvəl, mərkəzi qalxım zonası kəskin qırışıqlığa və qırılmalara məruz qalmışdır (şəkil 23).

Samur çayının yuxarı axını rayonunun eninə kəsilişindən görünür ki, mərkəzi qalxım üç antiklinorium tipli qalxımlara (Samur, Kruş, Tufan) parçalanıb. Qalxımlardan hipsometrik cəhətdən ən yüksəkdə yerləşən Kruş antiklinoriumu mərkəzi qalxım rolunu oynayır.

Kruş antiklinoriumunun gömülmüş davamında kulis şəklində Təngi-Beşbarmaq antiklinoriumu, Samur antiklinoriumunun cənub-şərq davamında isə Tələbi-Qaynarca və Qusar-Xaçmaz tektonik zonaları yerləşir.

Tələbi və Qusar qalxımlarında Bayos mərtəbəsi süxurlarının yuyulmuş səthi üzərinə Sarmat mərtəbəsi çöküntülərinin qeyri-uyğun yatmaları, qalxımların Sarmat əsrinin əvvəllərinə qədər vahid qalxımlar zonasından ibarət olduğunu göstərir. Ondan cənubda yerləşən Quba-Dəvəçi çökəkliyində isə, Şahdağ-Qızılqaya qraben-çökəkliyində olduğu kimi, üst Yura və Təbaşir çöküntüləri iştirak edirlər.

Page 165: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

163

Şəkil 23. Üst Yura çöküntülərinin litofasiya, qalınlıqlar

xəritəsi və geoloji profil. A - Terek-Xəzər ön çökəkliyi; B - Qusar-Xaçmaz qalxımlar zonası; D-Şahdağ zonası; C - Sudur zonası; E - Böyük Qafqazın mərkəzi qalxım zonası; F-Böyük Qafqazın cənub yamacı; G-Acınohur çökəkliyi; H- Saatı-Göyçay zonası; J-Yevlax-Ağcabədi çökəkliyi; İ - Kiçik Qafqazın şimal-şərq yamacı; 1 - konqlomeratlar; 2- qumdaşıları, 3 - alevritlər; 4 - gillər; 5 - mergellər; 6- əhəngdaşıları; 7- dolomitlər; 8 - vulkan süxurları; 9 - tufogen süxurlar; 10 -quru sahəsi; 11 - litofasial zonaların sərhədi; 12 - izopaxitlər; 13- qırılmalar.

Çöküntülərin Təngi-Beşbarmaq antiklinoriumunun şimal qanadında və çökəkliyin şimal-qərb sentriklinalını təşkil edən Sudur

Page 166: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

164

zonasında geniş yayılması deyilənləri təsdiq edir [39, 60]. Şimalda Siyəzən dərinlik qırılması, cənubda isə Klit-Qarabulaq qırılması ilə hüdudlanan Təngi-Beşbarmaq antiklinoriumu son Yura epoxasının əvvəllərində orta Yuranın Bayos və qismən də Bat çöküntülərindən təşkil olunmaqla, Quba-Dəvəçi çökəkliyini daha geniş və mürəkkəb quruluşlu Xızı tektonik zonasından ayırır. Sonuncu tektonik zonada son Yuranın başlanğıcında yuyulma nəticəsində antiklinal qalxımlarda Bat və Bayos mərtəbələri çöküntülərinin üst hissəsi kəsilişlərdə iştirak etmir. Bu cəhət zonanın cənub-şərq kənarında yerləşən Bəyimdağ-Təkçay, Sitalçay və Şurabad qalxımlarında özünü büruzə verir.

Xızı zonasından cənubda yerləşən Tufan antiklinoriumu Aalen-Bayos çöküntülərindən təşkil olunub. Vəlvələçayın hövzəsindən cənub-şərqdə isə eninə qırılıb-düşmə nəticəsində Bat çöküntüləri son Yuraqarşısı yuyulmadan qorunub saxlanıblar.

Tufan antiklinoriumundan Malkamud-Germian dərinlik qırılması ilə ayrılan və Cənubi Qafqaz evgeosinklinal çöküntü hövzəsinin cənub-şərq hissəsində yerləşən Dibrar çökəkliyində Bat əsrində fliş səciyyəli çöküntülərin toplanması son Yura epoxasında da davam edir. Evgeosinklinal çökəkliyin qərb hissəsində isə vulkanogen-terrigen çöküntülər toplanır. Saatlı sahəsində qazılan 1 saylı çox dərin quyudan alınan məlumata əsasən Kür geoantiklinalının da orta Yuranın vulkanogen süxurlarından ibarət olduğunu demək olar.

Kiçik Qafqazqarşısı çökəkliyin qərb yamacında isə Bat əsrində toplanan tufogen çöküntülər, bəzi sahələrdə üst Yuranın tufogen və karbonatlı süxurları ilə örtülür.

Orta Yura epoxasında Kiçik Qafqazda vulkanizm prosesi aktivləşir. Bayos əsrində toplanan porfirit formasiyalı vulkanogen süxurların ümumi qalınlıqları 3000 m-ə çatır. Bayos əsrində

Page 167: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

165

vulkanizm Kiçik Qafqazın əksər rayonlarında əhəmiyyətli dərəcədə zəifləyir.

Naxçıvan MR-in Arazyanı çökəkliyində Leyasın vulkanik çöküntülərilə yanaşı Aalen, Bayos və Batın gil, qumdaşı, mergel və əhəngdaşıları yatır. Bu çöküntülərin az qalınlıqda (300 m-ə qədər) olması, çöküntü toplanma zamanı uzunmüddətli və tez-tez baş verən fasilələrlə əlaqədardır [124].

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, üst Yura çöküntülərinin toplandıqları hövzələrdə paleotektonik və paleogeoloji şərait kifayət qədər mürəkkəb olmuşdur. Belə bir mürəkkəb paleotektonik şəraitdə orta Yuranın sonu və son Yuranın əvvəllərində baş verən geniş miqyaslı reqressiya prosesi tədricən transqressiyalarla əvəz olunur. Kellovey əsrinin ikinci yarısında Cənubi Dağıstan çökəkliyinin transqressiyası baş verir. Bu çökəkliyin mərkəzi hissəsində yerləşən Çıraq çayı hövzəsində son Kellovey yaşlı qumdaşlarının nisbətən yaxşı çeşidlənməsi, bu çöküntülərin ilkin yayılma sahələrinin daha geniş olduğunu göstərir. Oksford və Luzitan əsrlərində hövzənin daha da genişlənməsi ilə əlaqədar olaraq qumlu-gilli çöküntülər əhəngdaşı və dolomitlərlə əvəz olunur. Kimeric və Titon əsrlərində çöküntütoplanma hövzəsində çökmə proseslərinin zəifləməsi ilə əlaqədar olaraq, üzvi-qırıntılı, oolit psevdooolit tipli əhəngdaşı və dolomitlər toplanır. Bu tip çöküntülər Azərbaycanın Şahdağ zonasında daha geniş yayılmış və daha böyük qalınlıqlara malikdirlər. Qalınlıqları 800 m-ə çatan bu çöküntülər V.V.Boqaçevin fikrincə, Kimeric-Oksford, A.V.Vixert və başqalarının fikrincə isə Kellovey-Titon yaşlıdır. Lakin 1963-70-ci illərdə X.Ş.Əliyev, M.R.Əbdülqasımzadə və R.Q.Babayev ammonit və mərcan qalıqları əsasında Şahdağ massivi kəsilişində üst Yura ilə yanaşı Berrias, Valanjin, Hoteriv mərtəbələri çöküntülərinin də iştirak etdiyini qeyd

Page 168: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

166

edirlər. Onların rif mənşəli olduğu göstərilir və kəsilişin Berrias-Hoteriv yaşlı hissənin üst Yura yaşlı hissəsindən əhəngdaşılarının ağımtıl rəngdə olmaları ilə fərqləndirilir. Qrız kəndi yaxınlığında, Buduq kəndindən bir qədər şərqdə, Söhüb qayasında, Təngi-Beşbarmaq antiklinoriumunun mərkəzi çökəkliyi olan Çaraq sinklinalında və Beşbarmaq qayasında öyrənilən Mərcan riflərindən təşkil olunan əhəngdaşılarının üst Oksford-Kimeric yaşlı olduğu və üst Bayosun gilli çöküntüləri üzərinə qeyri-uyğun yatdığı müəyyən edilib [101].

Şimaldan Qazma-Qrız, cənubdan isə Cənubi Şahdağ və Buduq qırılmaları ilə əhatə olunan Şalbuzdağ-Şahdağ-Qızılqaya massivində Oksford-Kimeric vaxtı yaranan əlverişli şərait Titon, Berrias, Hoteriv və bəzi sahələrdə Barremə qədər davam etmişdir. Şimaldan Siyəzən, cənubdan isə Klit-Qarabulaq qırılmaları ilə hüdudlanan Təngi-Beşbarmaq antiklinoriumu daxilində yerləşən ayrı-ayrı sahələrdə riflərin yaranması üçün əlverişli şərait isə əsasən üst Oksford-Kimeric əsrlərində mövcud olub. Üzvi əhəngdaşılarının Xızı tektonik zonası ilə Dibrar çökəkliyinin sərhədində mövcudluğu, bu tektonik vahidləri bir-birindən ayıran Böyük Qafqazın əsas qırılması olan Malkamud-Germian dərinlik qırılması zonasında rif mənşəli massivlərin yaranması üçün əlverişli şəraitin olduğunu göstərir. Xızı zonasının rif massivlərilə əhatə olunan mərkəzi hissəsində isə, əhəngli-rifli fasiya qumlu-gilli fasiya ilə əvəz olunur. Dayaz dəniz şəraitində gedən çökmə prosesində tez-tez fasilələr baş verir və toplanan çöküntülərin yuyulmasına səbəb olur. Belə fasilələr və yuyulmaların nəticəsi olaraq Xızı zonasının cənub-şərqində yerləşən Bəyimdağ-Təkçay, Sitalçay və Şurabad qalxımlarının kəsilişlərində üst Yura çöküntüləri iştirak etmir. Çox güman ki, bu qalxımlar üst Yura dənizlərində adalar şəklində olublar (şəkil 24).

Page 169: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

167

Şəkil 24. Bəyimdağ-Təkçay sahəsi. Geoloji profil.

Xızı tektonik zonasından cənub-şərqdə, Xəzər dənizində geofiziki üsullarla aşkar edilən rifəbənzər massivlərin iştirakı, qırılma zonası və ayrı-ayrı qalxımlar üzərində son Yurada riflərin yaranması üçün əlverişli paleocoğrafi şəraitin olduğunu göstərir.

Xızı tektonik zonasından cənubda yerləşən Zaqatala-Qövdağ çökəkliyində nisbətən dərin dəniz şəraitində qum, gil, konqlomerat və qravelit aralayları ilə növbələşməsindən təşkil olunan fliş çöküntüləri toplanır. Bu çöküntülərin əsas mənbəyi şimalda Tufan antiklinoriumunu

Page 170: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

168

təşkil edən orta Yuranın qumlu-gilli, cənubda isə Cənubi Qafqaz massivinin vulkanogen çöküntüləri olub.

Cənubi Qafqaz massivi, onunla Somxet-Ağdam qalxımı arasında hələ orta Yuranın sonunda bünövrəsi qoyulan Kiçik Qafqazqarşısı çökəklik üçün də ara-sıra yuyulma zonası olub. Bu çökəklikdə toplanan üst Yura yaşlı vulkanogen-terrigen-karbonatlı süxurların ümumi qalınlığı 1000 m-ə çatır [53].

Karbonatlı süxurların çökəkliyin şimal-şərq yamacında daha çox yayılması, Cənubi Qafqaz massivinin (Kür geoantiklinalının) yuyulma zonası kimi rolunun azalmasını və onun ara-sıra dəniz suları ilə örtüldüyünü göstərir.

Kür geoantiklinalının mərkəzi hissəsində yerləşən Saatlı sahəsində qalınlığı 400 m-ə çatan genetik cəhətdən riflər qrupuna aid olan əhəngdaşılarının iştirakı, Kür geoantiklinalında riflərin yaranması üçün əlverişli paleocoğrafi şəraitin olduğunu göstərir. Bu cəhətdən geoantiklinalı şimal-şərq və cənub-qərbdən hüdudlandıran dərinlik qırılmalarının böyük rol oynadığını söyləmək olar. Belə əlverişli şəraitin qalxımlar zonasının cənub-şərq hissəsində də (Saatlı-Lənkəran) mövcud olduğu güman edilir.

Yevlax-Ağcabədi çökəkliyindən və eləcə də Kiçik Qafqazdan fərqli olaraq, Talışqarşısı çökəklik və Talışın Yura dövründə paleotektonik quruluşu haqqında dəqiq fikir söyləmək çətindir. Bu çöküntülərin İran ərazisinin Talışa yaxın yerləşən sahələrdə məlum olması və əsasında bazal konqlomeratları iştirak edən üst Təbaşir yaşlı əhəngdaşılarının bilavasitə Baykal yaşlı metamorfik kompleksin üzərinə yatması, Talış zonasının İran ərazisinin şimal-qərb, Zəngəzur mahalının cənub və Azərbaycan ərazisinin cənub-qərb hissələrini tutan Baykal yaşlı Qafqazardı-Qaradağ (İran) massivinin bir hissəsi olduğunu güman etməyə əsas verir.

Page 171: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

169

Orta Yura epoxasından son Yura epoxasına keçid zamanı Kiçik Qafqazda Kelloveyə qədər qırışıqlıqla əlaqədar kəskin geotektonik dəyişikliklər baş verir. Bu zaman bir-biri ilə kulis vəziyyətində yerləşən geoantiklinallar əmələ gəlir.

Son Yura epoxasında Kiçik Qafqaz ərazisində çökmə prosesi üstünlük təşkil edir və şimaldan başlanan transqressiya cənub istiqamətində genişlənir. Bununla əlaqədar olaraq, Kellovey mərtəbəsinin terrigen-tufogen çöküntülərinin orta Yuranın müxtəlif yaşlı çöküntüləri üzərinə bucaq uyğunsuzluğu ilə transqressiv şəkildə yatması müşahidə olunur. Oksford mərtəbəsi bir çox sahələrdə porfirit, Kimeric mərtəbəsi isə karbonatlı çöküntülərdən təşkil olunub.

Karbonatlı çöküntülərdə mövcud olan çoxsaylı pelisipod, qastropod və braxiapod faunası Malm dənizinin açıq tipli olduğunu və onların Aralıq dənizi hövzəsi ilə geniş əlaqəsini göstərir. Bu dənizdə yerləşən çoxsaylı vulkan adaları isə terrigen çöküntülərin əsas aşınma mənbələrindən olmuşlar.

Naxçıvan Muxtar Respublikası ərazisi son Yura epoxasında cənub-şərq istiqamətində genişlənərək, İran ərazisinə açılan dəniz körfəzində qalınlıqları 300 m-dən artıq vulkanogen-terrigen karbonatlı süxurlar toplanır. Çox vaxt Kellovey mərtəbəsinə aid edilən bu çöküntülər mergel və qumdaşılarından ibarət lay dəstələrinin müxtəlif qalınlıqlı əhəngdaşı və bəzən də şistli qumdaşılarının mergel və əhəngdaşı laycıqları ilə növbələşməsindən təşkil olunub [124].

Orta Yura epoxasında Böyük Qafqazın şimal-şərq yamacı və cənub-şərq batımında, miogeosinklinal şəraitdə çökən böyük qalınlıqlı gilli-qumlu çöküntülər karbohidrogenlərin generasiyası və toplanaraq yataq əmələ gətirməsi üçün əlverişli sayıla bilər. Orta Yuranın qumlu-gilli çöküntülərinin üzvi maddə (Cüzv = 0,85%) və bitumlarla zənginliyi, onların neft-qaz törədici ana süxurlar olduğunu göstərir.

Page 172: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

170

Qusar-Dəvəçi neftli-qazlı rayonunda orta Yuranın nefttörədici çöküntülərinə malik olan Yalama-Xudat qalxımlar zonası Şimali Qafqaz mikroplitəsinin cənub-qərb batımında yerləşir. Burada dayaz dəniz hövzəsində toplanan qumlu-gilli çöküntülərin neft və qazın əmələ gəlməsi üçün əlverişli paleotektonik və paleocoğrafi şəraitdə olması, Dağıstanın şimalında orta Yura çöküntülərində neft-qaz yataqlarının mövcudluğu ilə təsdiq edilir.

Yalama-Xudat zonasında, hövzənin cənub-qərb yamacında yerləşən Qusar-Xaçmaz qalxımlar zonası və Tələbi-Qaynarca antiklinal zonasının şimal-qərb hissəsində orta Yura çöküntülərinin neft-qazlılığına mənfi təsir edən əsas amillərdən biri, göstərilən rayonlarda orta Yura çöküntülərinin uzun müddət yuyulma prosesinə məruz qalmasıdır. Bu qalxım zonalarından cənubda yerləşən Quba-Dəvəçi və Alıc-Zeyvə çökəkliklərində orta Yura çöküntülərinin yuyulmaya az məruz qaldıqları sahələrdə, onların yamac və pazlaşma zonalarında karbohidrogenlərin toplanması üçün əlverişli litoloji və stratiqrafik tipli tələlərin mövcudluğu güman edilir.

Xınalıq kəndi yaxınlığında Aalen mərtəbəsinin Atəşqaya qumlu horizontu ilə əlaqədar təbii qaz çıxışı, Afurca sahəsində qazılan struktur-axtarış quyularında qazıma zamanı baş verən neft atılmaları, Xızı neftli-qazlı rayonunun Keşçay sahəsində 1 saylı axtarış quyusunda Aalen çöküntülərindən sənaye əhəmiyyətli (75min.m3/gün hasilatla) qaz axımının alınması, qonşuluqda yerləşən Bəyimdağ-Təkçay sahəsində qazılan bir sıra axtarış-kəşfiyyat quyularında orta Yura çöküntüləri ilə əlaqədar qazlılıq əlamətləri Xızı tektonik zonasında bu çöküntülərin perspektivli obyektlərə malik olduğunu göstərir.

Böyük Qafqazın cənub yamacı, Kür çökəkliyi və Kiçik Qafqazda mövcud olan evgeosinklinal şərait isə, neft-qazlılıq üçün

Page 173: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

171

heç də əlverişli olmayıb. Üst Yuranın karbonatli-rifogen çöküntüləri həm Qusar-Dəvəçi, həm də Xızı neftli-qazlı rayonlarında məhdud ərazidə yayılması və yer səthinə çıxdıqlarına görə neft-qazlılıq baxımından əhəmiyyət kəsb etmir.

Son Yura epoxasında geotektonik rejimdə qalxma hərəkətləri üstünlük təşkil edir. Dayaz dəniz şəraitində əmələ gələn üzvi və rif mənşəli əhəngdaşıları Böyük Qafqazın cənub-şərq batımı, Mingəçevir-Saatlı-Lənkəran qalxımlar zonası və Kiçik Qafqazqarşısı çökəklikdə karbohidrogenlərin toplanması üçün əlverişli kollektor sayılır. Böyük Qafqazın cənub yamacında yerləşən Dibrar çökəkliyində toplanan karbonatlı-terrigen fliş çöküntüləri isə neft-qazlılıq baxımından əhəmiyyət kəsb etmir.

3.2.2. Təbaşir dövrü

Yura dövrünün sonu və Təbaşir dövrünün əvvəllərində Böyük və Kiçik Qafqazda baş verən qalxma prosesləri Azərbaycanın əksər çöküntü hövzələrində paleotektonik və paleocoğrafi dəyişikliklərə səbəb olur.

Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi və Xızı

neftli-qazlı rayonları)

Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonlarında Valanjin mərtəbəsi çöküntülərinin üst Yuranın Titon mərtəbəsi və daha qədim çöküntüləri üzərinə bucaq uyğunsuzluğu ilə yatması, CŞ Qafqaz və ona qonşu olan rayonlarda Titon əsrinin sonunda intensiv qalxma, qırışıqəmələgəlmə və dənizin reqressiyasının baş verməsini göstərir. Dibrar çökəkliyinin mərkəzi hissəsində Titon çöküntülərinin yuyulmayan səthi üzərinə Valanjin mərtəbəsinin eyni litofasial

Page 174: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

172

xarakterli çöküntülərinin tam uyğun şəkildə yatması isə bu sahədə dəniz şəraitinin davam etdiyini deməyə əsas verir [32, 93].

Lakin Dibrar çökəkliyinin yamaclarında qalxma hərəkətləri intensivləşir. Bunun nəticəsi olan Qaraçay və Cimiçaylarının yuxarı axınlarında üst Titonun Qızılqazma lay dəstəsinin fliş xarakterli çöküntüləri içərisində geniş yayılmış sualtı sürüşmə, uçqun əlamətləri qeydə alınıb.

Yura və Təbaşir çöküntülərinin təmas xüsusiyyətlərinə görə CŞ Qafqazda əsas paleotektonik vahid kimi orta Yuranın gilli-qumlu çöküntülərindən təşkil olunan və qırışıqlığa daha çox məruz qalan Tufan antiklinoriumu, Təngi-Beşbarmaq və Samur geoantiklinallarının mövcud olduğunu söyləmək olar.

Son Yura epoxasının sonunda baş verən intensiv tektonik proseslər yuxarıda adları çəkilən geoantiklinallarla məhdudlanmayaraq, onların arasında yerləşən çökəklikləri də əhatə edir. Buna misal olaraq, Təngi-Beşbarmaq və Tufan antiklinoriumunun davamı və Xaltan-Germian qalxım zonası arasında yerləşən Xızı tektonik zonasının mərkəzi və cənub-şərq hissəsini göstərmək olar. Onun mərkəzi hissəsində yerləşən böyük ölçülü Qızılqazma antiklinalının cənub qanadında Titon və Valanjin çöküntüləri arasında bucaq uyğunsuzluğunun 150-yə çatması deyilən fikri təsdiq edir. Qırışığın tağ hissəsində Valanjin yaşlı süxurların orta Yura çöküntüləri üzərinə yatdığı yerdə bucaq uyğunsuzluğunun 20-250-yə çatması isə, rayonda qalxma və qırışıq əmələgəlmə proseslərinin üst Yura epoxasında da davam etdiyini göstərir. Bucaq uyğunsuzluğu ilə Valanjin çöküntülərinin orta Yuranın yuyulan çöküntüləri üzərinə yatması, Xızı tektonik zonasının cənub-şərq hissəsində, Bəyimdağ-Təkçay, Sitalçay, Keşçay və Beşbarmaq sahələrində qazılan axtarış-kəşfiyyat quyularından alınan məlumatlarla da təsdiq edilir (şəkil 25, bax: şəkil 24).

Page 175: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

173

Göstərilən sahələrdə üst Yura çöküntülərinin daha çox yuyulması və Valanjin çöküntülərinin alt hissələrinin kəsilişdə iştirak etməməsi, Bəyimdağ, Təkçay, Sitalçay, Keşçay antiklinallarının Xızı tektonik zonasının cənub-şərq hissəsinin mərkəzi qalxımı olduğunu göstərir [27, 106].

Şəkil 25. Keşçay-Beşbarmaq sahəsi. Geoloji profil.

Xızı zonasından şimal-qərbdə Cənubi Şahdağ və Qazma-Qrız konsedimentasiya səciyyəli qırılmalarıla məhdudlanan ensiz Şahdağ qraben - çökəkliyində Titon və Valanjin çöküntüləri arasında yalnız fasial dəyişiklik, çökəklik ilə qonşu Sudur zonasında isə fasial dəyişikliklər daha kəskin olmaqla yanaşı, göstərilən çöküntülər arasında yuyulma və qeyri-uyğun yatım əlamətləri müşahidə olunur.

Page 176: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

174

Axtarış-kəşfiyyat qazıması və geofiziki tədqiqatlar nəticəsində Xəzəryanı-Quba neftli-qazlı rayonunun Yalama-Xudat, Qusar-Xaçmaz və Tələbi-Qaynarca zonalarında üst Yura və Valanjin çöküntülərinin kəsilişdə iştirak etmədiyi məlum olub. Bu hal onların formalaşmasında üst Yuraqarşısı qırışıqəmələgətirmə proseslərinin böyük rolu olduğunu göstərir.

Dibrar çökəkliyini cənubdan hüdudlandıran Vəndam geoantiklinalı zonasında, Girdimançayın hövzəsində Valanjin mərtəbəsinin bazalt konqlomeratları arasında Bayosun vulkanogen süxurlarının iştirakı, zonanın Valanjin əsrinin əvvəlində intensiv qalxma və yuyulma zonası olduğunu göstərir [106].

Yura dövrünün sonu və Təbaşirin əvvəllərində mövcud olan paleotektonik şərait demək olar ki, Azərbaycan ərazisinin paleocoğrafiyasını müəyyənləşdirir. Bu zaman formalaşan qalxımlar relyefdə yüksəkliklərin, depressiyalar isə çökəkliklərin yaranmasına səbəb olur. Daha çox çökməyə məruz qalan çökəkliklərdə çöküntütoplanma prosesləri aramsız davam etdiyi halda, paleoqalxımlar fasilələrlə yuyulmaya məruz qalırlar.

Son Yurada mövcud olan mütəhərrik paleotektonik şərait Təbaşir dövrünün əvvəlində getdikcə genişlənən dəniz transqressiyası ilə əvəz olunur. Transqressiya Cənubi-şərqi Qafqazda özünün maksimal həddinə Apt əsrinin birinci yarısında çatır.

İlk Təbaşirin Berrias-Hoteriv intervalında Cənubi-şərqi Qafqazın mərkəzi qalxımı olan Tufan antiklinoriumu, orta Yura yaşlı qumlu gillərdən təşkil olunan yarımada şəklində Vəlvələçay hövzəsinə qədər uzanırdı. Şimalda yerləşən Şahdağ qraben çökəkliyində son Yurada olan paleocoğrafi şəraitdə elə bir ciddi dəyişiklik baş vermədiyindən, Oksford-Titon əsrlərində olduğu kimi, üzvü-qırıntılı və zoogen mənşəli əhəngdaşılarının hövzədə toplanması

Page 177: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

175

davam edir. Buna dənizin dayaz olması və hövzənin şimalında Qusar-Xaçmaz qalxımlar zonasının mövcudluğu səbəb olmuşdur. Bu zaman Şahdağ zonasından cənubda Təngi antiklinalı istiqamətində uzanan Cek-Təngi və onlardan da cənuba, Gömür antiklinalı istiqamətində uzanan Söhüb-Gömür kordilyerləri yerləşirdi. Göstərilən kordilyerlər və onların arasında yerləşən sahələrdə karbonatlı, onlardan cənubda isə karbonatlı-terrigen çöküntülər toplanır [93].

Əvvəllər dolomitləşən əhəngdaşılarından ibarət Söhüb qayasının Valanjin dənizində Titon əsrində əmələ gələn ada olduğu qəbul edilirdi. Sonralar eyni adlı kəndin yaxınlığında brekçiyaşəkilli üzvi əhəngdaşılarında tapılan fauna əsasında (G.K.Qasımova, Q.A.Əliyev) Söhüb qayası kəsilişində Titon çöküntülərilə yanaşı Berrias-Valanjin yaşlı karbonatlı çöküntülərin də iştirak etdiyi müəyyən edilib. Deməli, Söhüb qayası rayonunda da, Şahdağ zonasında olduğu kimi, son Yurada olan rif tipli əhəngdaşılarının toplanması üçün əlverişli şərait ilk Təbaşirin Berrias-Valanjin intervalında da olub.

Təngi-Beşbarmaq kordilyerinin şimal qanadında isə dənizin dərinləşməsi Hoteriv əsrində tünd rəngli zəif karbonatlı gillərin çökməsinə səbəb olur. Bu gillərin içərisində geniş yayılan əhəngdaşı qırıntı və qaymalarından təşkil olunan konqlomeratlar isə onlara kobud fliş xarakteri verir.

Təngi-Beşbarmaq tektonik zonasında da əvvəllər ancaq üst Yura yaşlı sayılan rif əhəngdaşılarının üst hissəsinin Berrias-Hoteriv intervalına aid olduğu müəyyən edilib. Bu tip əhəngdaşıları Qrız-Siyəzən və Buduq-Qarabulaq regional qırılmaları arasında mövcud olan və Təngi-Beşbarmaq antiklinoriumunu mürəkkəbləşdirən ensiz, lakin çox uzun sinklinal çökəklikdə toplanır. Sinklinal çökəklik çox

Page 178: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

176

güman ki, qırılmaların qalxmış blokları üzərində yaranan adalarla əhatə olunmuşdur.

Valanjin əsrində ada və sualtı qalxımlardan şimalda karbonatlı-terrigen fliş çöküntüləri toplanıb. Bu çöküntülər də daha intensiv yuyulmaya məruz qalan adaların yaxınlıqlarında, qalınlığı 500 m-ə çatan “Nardaran fasiyası” adlanan kobud fliş fasiyası ilə əvəz olunur. Karbonatlı gil, pelitamorf əhəngdaşı, mergel, qumlu əhəngdaşı, qumdaşı və əhəngli qravelitlərdən təşkil olunan bu lay dəstəsinin əsas xüsusiyyəti, bütün kəsiliş boyu ölçüləri 3-4 m-ə çatan üst Yuranın əhəngdaşılarından ibarət qaymalı konqlomeratların olmasıdır.

Valanjin əsrinin əvvəlində Təngi-Beşbarmaq antiklinoriumundan cənubda brekçiyaşəkilli əhəngdaşı, konqlomerat və brekçiyalardan təşkil olunan Qızılqazma lay dəstəsi çöküntülərinin toplanması bu dövrdə Xızı zonasında tektonik hərəkətlərin aktivliyini göstərir. Müxtəlif fasial səciyyəli Babadağ lay dəstəsinin açıq-boz rəngli karbonatlı-terrigen fliş çöküntülərinin toplandığı vaxtda isə bu hərəkətlərin intensivliyi əhəmiyyətli dərəcədə zəifləyir.

Tufan antiklinoriumunun cənub-şərq batımını təşkil edən Xoca tektonik zonasında və eləcə də, sualtı yuyulma zonaları olan Qızılqazma, Bəyimdağ-Təkçay, Sitalçay, Keşçay antiklinallarının yaxınlığında qravelitlərin nisbətən artması ilə müşayiət olunan fliş xarakterli çöküntülər toplanır.

Malkamud-Germian dərinlik qırılmasından cənubda isə qravelit, konqlomerat və gillərin rolu tədricən azalır. Dibrar çökəkliyinin mərkəzi hissəsində artıq Valanjin mərtəbəsi əsasən mergel və mergelli əhəngdaşılarından ibarət Babadağ fasiyasında yayılır. Burada çöküntülərin qalınlığı artaraq 1000-1200 m-ə çatır (şəkil 26).

Page 179: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

177

Şəkil 26. Valanjin mərtəbəsinin litofasial və qalınlıqlar xəritəsi.

1-yuyulma sahələri; 2-dayaz dəniz fasiyası (gil, mergel, konqlomerat lay təbəqəli əhəngdaşı, qaya parçası); 3-dayaz dəniz karbonatlı fasiya (əhəngdaşı, mergel); 4-nisbətən dərin dəniz karbonatlı-terrigen fasiya (qumdaşı, gil, mergel, əhəngdaşı); 5-litofasial zonaların sərhədləri; 6-izopaxitlər.

Dibrar çökəkliyinin cənub yamacında terrigen çöküntülərin, xüsusən, gillərin tədricən artması müşahidə edilir. Duruca antiklinalından

Page 180: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

178

cənubda isə Valanjin mərtəbəsinin terrigen-karbonatlı çöküntüləri arasında əhəngdaşılarından təşkil olunan konqlomeratlar iştirak edir. Bunların da Vəndam geoantiklinalından gətirildiyi şübhə doğurmur [106].

Valanjin, Hoteriv və Barrem mərtəbələri çöküntüləri arasında yuyulma və qeyri-uyğun yatım əlamətlərinin olmamağı, eyni zamanda, Barrem mərtəbəsi çöküntülərinin Hoteriv mərtəbəsi çöküntülərinin, sonuncuların isə Valanjin mərtəbəsi çöküntülərinin nisbətən üst və orta Yuranın daha qədim çöküntüləri üzərində qeyri-uyğun yatması, Neokom vaxtı dəniz transqressiyasının tədricən genişləndiyini göstərir.

Neokom kəsilişində çöküntülərin gillilik dərəcəsinin aşağıdan yuxarı artması isə dənizin genişlənməsi ilə bərabər dərinliyinin də artdığını göstərir. Bu transqressiya Barrem əsrinin ikinci yarısında Azərbaycanın şimal-şərq hissəsini də əhatə etmişdir. Bat əsrindən başlayaraq yuyulma zonası olmuş bu sahəyə transqressiya edən Barrem dənizində gil, qumdaşları və mergellərdən təşkil olunmuş çöküntülər toplanır (şəkil 27).

Dəniz transqressiyasının genişlənməsi nəticəsində Sudur zonasında son Yurada mövcud olan laqun şəraiti dayaz dəniz şəraiti ilə əvəz olunduğu üçün karbonatlı çöküntülər toplanır. Sudur zonasından cənub-şərqdə yerləşən Rustov-Əmirxanlı çökəkliyinin cənub-şərq yamacında karbonatlı çöküntülər toplanır. Çökəkliyin mərkəzi hissəsində və şimal-şərq yamacında isə karbonatlı çöküntülərin qumlu-gilli çöküntülərlə əvəz olduğu güman olunur.

Qərbi-Xəzər dərinlik qırılmasından şərqdə Tələbi-Qaynarca antiklinal zonasının intensiv şəkildə gömülməsi nəticəsində Rustov-Əmirxanlı çökəkliyinin cənub-şərq hissəsi, ondan şimalda yerləşən Quba-Dəvəçi çökəkliyindən konsedimentasiya səciyyəli inkişafda olan Qərbi Qaynarca və Qaynarca qalxımları ilə ayrılır.

Page 181: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

179

Şəkil 27. Barrem mərtəbəsinin litofasial və qalınlıqlar xəritəsi.

1-yuyulma sahələri; 2-əhəngdaşı, gil, alevrolit və qumdaşıları; 3-gil, alevrolit və qumdaşıları; 4-gil və mikrokonqlomerat araqatlı əhəngdaşları; 5-nadir əhəngdaşı, mergel və qumdaşı araqatlarına malik gillər; 6-əhəngdaşı, mergel araqatlarına və qaymalara malik gillər; 7-konqlomerat, əhəngdaşı, mergel və ekzotik qayalara malik gillər; 8-nadir mergel, əhəngdaşı araqatlarına və çınqıllara malik gillər; 9-qumdaşı araqatlarına və təbəqəciklərinə malik gillər; 10-kosedimentasiyalı qırılmalar; 11-litofasial zonaların sərhədləri; 12-izopaxit xətləri; 13-struktur-axtarış və dərin axtarış-kəşfiyyat quyuları.

Page 182: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

180

Cənub-şərqdə Xəzər dənizinə açılan çökəkliklər şimal-qərbdə Qusar-Tələbi və şimal-şərqdə Xaçmaz-Ağzıbirçala yuyulma zonalarından gətirilmiş qalınlığı 2000 m-ə çatan alt Təbaşir çöküntülərilə doldurulur (şəkil 28, 29).

Quba-Dəvəçi çökəkliyi şimal-qərbdə yerləşən Zeyxur çökəkliyindən Qusar-Tələbi və Xaçmaz-Ağzıbirçala yuyulma zonaları arasında yerləşən, alt Təbaşir çöküntülərinin qalınlıqları 200 m-ə qədər olan nisbətən ensiz və dayaz sturuktur yəhərlə ayrılır.

Şəkil 28. Əmirxanlı-Qaynarca-Ağzıbirçala istiqamətində

geoloji profil. Zeyxur çökəkliyi və Yalama-Xudat qalxımlar zonasında orta

Yura epoxasının sonunda başlayan yuyulma prosesi Barrem əsrinin ikinci yarısına qədər davam edir. Son Barrem-Alb dövründə Zeyxur çökəkliyində toplanan qumlu-gilli çöküntülərin qalınlıqları 200-600 m, zəif konsedimentasıya səciyyəli inkişafda olan Yalama-Xudat qalxımlar zonasında isə 200-400 m arasında dəyişir [27].

Page 183: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

181

Şəkil 29. Alt Təbaşir çöküntülərinin qalınlıqlar xəritəsi. 1-yuyulma sahəsi, 2- izopaxitlər, 3-qırılmalar, 4-parametrik, axtarış və kəşfiyyat quyuları.

Hoteriv əsrində dəniz transqressiyasının genişlənməsi nəticəsində çöküntülər Valanjin əsrində olduğundan daha terrigen səciyyəli olur. Bu zaman Cek-Təngi kordilyeri ilə Söhüb qalxımı

Page 184: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

182

arasındakı sahədə əhəngli konqlomerat aratəbəqələrinə malik olan boz rəngli karbonatlı gillər, Söhüb qayasının ətrafında isə qaymalı konqlomeratlar toplanır.

Hoteriv əsrində Tufan yuyulma zonası yarımada şəklində şərqdə Cimi çayına qədər, onun sualtı davamı isə Qızılqazma çayına qədər uzanırdı. Kəsilişdə kobud dənəli terrigen materialların azlığı, sualtı qalxım zonasında yuyulma prosesinin zəif olduğunu göstərir. Gilgilçay və Ataçay arasında Xızı tektonik zonasının mərkəzi hissəsində dərin dəniz şəraitində nadir əhəngdaşı təbəqələrinə malik olan boz və tünd-boz rəngli gillər çökür. Cənub-şərq istiqamətində dənizin dayazlaşması nəticəsində Keşçay, Bəyimdağ-Təkçay, Sitalçay və Şurabad sahələrində əhəngdaşı, brekçiyaşəkilli konqlomerat və qumdaşı laylarına malik əhəngli gillər çökür. Kobud dənəli çöküntülərin əsas mənbəyi olan Beşbarmaq kordilyeri ilə yanaşı göstərilən sahələrdə mövcud olan qalxımlar da ara-sıra yuyulma zonası olub [27].

Gilgilçay və Ataçay arasında Xızı tektonik zonasının mərkəzi hissəsində dərin dəniz şəraitində nadir əhəngdaşı təbəqələrinə malik boz və tünd-boz rəngli gillər çökür. Cənub-şərq istiqamətində dənizin dayazlaşması nəticəsində, Keşçay, Bəyimdağ-Təkçay, Sitalçay və Şurabad sahələrində əhəngdaşı, brekçiyaşəkilli konqlomerat və qumdaşı laylarına malik əhəngli gillərə rast gəlinir.

Barrem əsrində dənizin genişlənməsi və dərinləşməsi davam etdiyindən Şahdağ zonasında əhəngdaşıları ilə yanaşı mergellər də çökür. Bu zaman Cek-Təngi kordilyeri və Söhüb adasında yuyulma sahələri ensizləşir. Kordilyerdən cənubda əhəngdaşı, mergel laylarına və orta Yura yaşlı əhəngdaşı qaymalarına malik gilli çöküntülər toplanır. Təngi-Beşbarmaq kordilyerinin şimal və cənub qanadlarında Barrem mərtəbəsi gilləri içərisində mövcud olan qravelit və

Page 185: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

183

konqlomerat layları burada tektonik hərəkətlərin aktivliyinin azalmadığını göstərir. Kordilyerdən cənubda Xızı zonasının mərkəzi hissəsində isə dərin dəniz şəraitində nadir mergel təbəqələrinə malik olan Xalçay lay dəstəsinin gilləri çökür (bax: şəkil 28).

Xızı zonasının cənub-şərq hissəsində yerləşən Keşçay, Bəyimdağ-Təkçay, Sitalçay və Şurabad qalxımlarında Barrem mərtəbəsinin yalnız alt hissəsində gil, qumdaşı, mergel və əhəngdaşı təbəqələrindən ibarət, qalınlığı 100 m-ə çatan lay dəstəsinin olması göstərilən qalxımların çöküntütoplanma prosesinə təsirinin Barrem əsrinin əvvəllərində də davam etdiyini göstərir.

İlk Təbaşirin Apt və Alb əsrlərində paleotektonik rejimdə elə də böyük dəyişikliklər baş vermir. Neokom zamanında olduğu kimi, Cənubi Dağıstan çökəkliyinin cənub-şərq hissəsini tutan ərazidə çöküntütoplanma prosesi davam edir.

Bir qədər cənub-qərbdə Tələbi-Qaynarca antiklinal zonası ilə Təngi-Beşbarmaq geoantiklinalı arasında son Yurada və eləcə də Neokomda mövcud olan Quba-Dəvəçi çökəkliyi inkişafını davam etdirir. Cənub-şərq istiqamətində genişlənən çökəklik Şimali Abşeron çökəkliyinin şimal-qərb hissəsini təşkil edir (bax: şəkil 29).

Orta Yura çöküntülərindən təşkil olunan Tufan antiklinoriumu ilə şimalda yerləşən Cek-Təngi qalxımı, eləcə də daha cənub-şərqdə Germian və Beşbarmaq qalxımları arasında yerləşən Xızı tektonik zonasının Qızılqazma, Bəyimdağ, Təkçay, Sitalçay və Keşçay antiklinalları daha intensiv qalxmaya məruz qalırlar.

Malkamud-Germian qırılması üzərindəki antiklinallar və cənubda yerləşən Vəndam geoantiklinalı öz varlığını saxlayır. Qalxımlar arasında olan Dibrar və onun cənub-şərqində Şamaxı-Qobustan çökəklikləri çöküntütoplanma hövzələri kimi fəaliyyətini davam etdirir [39].

Page 186: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

184

Neokomda genişlənən dəniz transqressiyası ilk Apt epoxasında sabitləşir, son Apt epoxasında isə reqressiya ilə əvəz olunur. Bu reqressiya və son Apt-Alb geoloji vaxt intervalında baş verən digər reqressiyalar Cənub-Şərqi Qafqazda yeni tektonik aktivləşmə fazası ilə əlaqədar olub. Üst Apt-Alb çöküntülərinin Xızı tektonik zonasının, əksər antiklinal strukturlarının qanad və periklinal hissələrində pazlaşması, bu zonada tektonik aktivliyin daha intensiv olduğunu və antiklinal qalxımların tez-tez yuyulma zonalarına çevrilməsini göstərir (şəkil 30).

Şəkil 30. Təkçay sahəsi. Geoloji profil.

Apt əsrinin birinci yarısında dəniz transqressiyası

genişlənməkdə davam edir. Şahdağ zonasında, əvvəllərdə olduğu kimi, karbonatlı çöküntülər, Cek-Təngi kordilyerindən cənubda əhəngdaşı və konqlomerat laylarına malik karbonatlı gillər, Xızı zonasının mərkəzi və cənub-şərq hissələrində isə əsasən karbonatlı gillər çökürlər. Apt əsrinin ikinci yarısında Xızı zonasında reqressiya

Page 187: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

185

nəticəsində dəniz dayazlaşır və isti iqlim şəraitində əlvan rəngli gil və mergellər çökür.

Təngi-Beşbarmaq adaları ətrafında Apt əsrinin birinci yarısında konqlomeratların geniş yayılması, bu adalarda qalxma və yuyulma proseslərinin davam etdiyini göstərir.

Alb əsrinin sonunda isə qalxma proseslərinin kəskin azalması nəticəsində dəniz səviyyəsindən yuxarı yalnız kiçik ölçülü adalar qalır. Lakin Təngi-Beşbarmaq kordilyeri sualtı qalxım sistemi kimi Quba-Dəvəçi çökəkliyini Xızı çöküntütoplanma hövzəsindən yenə də ayırır. Bu hal Alb əsrinin birinci yarısında da davam edərək, əsrin sonlarına yaxın isə qalxma prosesləri intensivləşir və Təngi-Beşbarmaq kordilyeri yuyulma zonası kimi Cənub-Şərqi Qafqazda mühüm rol oynayır [41].

Xızı zonasında da Apt əsrinin sonlarına yaxın kobuddənəli terrigen çöküntülərin toplanması səngiyir və əsasən qravelitlərdən ibarət çöküntülər cənub-qərb istiqamətində qumdaşı, sonra isə alevrit və gillərlə əvəz olunur. Geniş ərazidə içərisində çəhrayı rəngli mergel laycıqları olan qırmızı gillər çökür. Vəndam qalxımı yaxınlığında, Xızı zonasını və Dibrar çökəkliyinin çox hissəsini tutan qırmızı gillər əlvan rəngli alevrit və gillərdən təşkil olunan fliş fasiyası ilə əvəz olunur.

Cənub-Şərqi Qafqazda Apt əsrinin ikinci yarısında mövcud olan paleotektonik və paleocoğrafi şərait ilk və orta Alb vaxtında da davam edir.

Apt əsrinin sonu və Alb əsrinin əvvəllərində baş verən reqressiya Xızı zonasının çox hissəsini tutur. Lakin dəniz çox qısa geoloji vaxt ərzində zonanın cənub-şərq hissəsinə transqressiya edir. Burada son Alb zamanı dənizin reqressiyası baş verdiyindən dayaz dəniz şəraitində Küllülü qumdaşıları horizontunun çox dəyişkən tərkibə malik və qalınlıqları 0-100 m arasında dəyişən qumlu-gilli çöküntüləri toplanır.

Page 188: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

186

Qumdaşılarının qalınlığının və qranulometrik tərkibinin çox dəyişkənliyi, dayaz dəniz dibinin tektonik cəhətdən çox mütəhərrik olduğunu göstərir. Alb əsrinin sonunda isə tektonik hərəkətlərin aktivləşməsi və dəniz transqressiyasının genişlənməsi nəticəsində mergel, qumdaşı, gil və əhəngdaşılarının növbələşməsindən ibarət olan Ausellin horizontunun fliş çöküntüləri toplanır (şəkil 31).

Son Apt-Alb vaxtı qalxma hərəkətlərinin üstünlüyü ilə səciyyələnən qeyri sabit tektonik rejim son Təbaşir epoxasının birinci yarısında da davam edir. Bunu Senoman və Turon mərtəbələrinin az qalınlıqlı qumlu-gilli çöküntüləri arasında, antiklinal qalxımların yuyulması nəticəsində əmələ gələn konqlomerat laylarının olması təsdiq edir.

Senoman əsrinin paleotektonika və paleocoğrafiyası bir çox cəhətdən Alb əsrindəkinə bənzəyir. Alb əsrinin sonunda mövcud olan əksər qalxım zonaları yüksəlir, çökmə sahələrindən isə dəniz geri çəkilir.

Çökəkliyin şimal-şərq hissəsində alevrit laylarının olması Alb əsrinə nisbətən Orta Xəzər yuyulma sahəsinin çöküntütoplanma prosesində rolunun azaldığını, cənub-qərb hissəsində isə terrigen çöküntülərin iştirak etməməyi, Qusar-Xaçmaz qalxımlar zonasının düzənlik sahə olduğunu göstərir. Bu vaxt cənubda yerləşən Təngi-Beşbarmaq kordilyerinin adaları tektonik aktivliyilə fərqlənir. Senoman çöküntülərinin kordilyerin istər şimal və istərsə də cənub qanadında üst Yuranın əhəng daşlarından, Bayos və alt Təbaşirin gillərindən əmələ gəlmiş qravelitlərlə zənginləşməsi Təngi və

Beşbarmaq qalxımlarının intensiv yuyulma zonaları olduğunu göstərir. Xızı zonasının şimal-qərb hissəsində tünd-yaşılımtıl boz rəngli

gillərin içərisində əhəngli-gilli qravelitlərin və qumdaşılarının geniş yayılması, bu çöküntülərin də aktiv tektonik rejimli dayaz dəniz şəraitində çökdüyünü göstərir.

Page 189: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

187

Şəkil 31. Alb mərtəbəsinin litofasial və qalınlıqlar xəritəsi. 1- yuyulma sahələri; 2-sahilyanı kobuddənəli fasiya (qravelit, qumdaşı, qum, gil, mergel, əhəngdaşı); 3- sahilyanı dayaz dəniz qumlu-gilli fasiya (qumdaşı, alevrolit, gil); 4- nisbətən dərin dəniz qumlu-gilli fasiya (qumdaşı, mergel, gil); 5- sahilyanı dayaz dəniz gilli-mergelli fasiya (gil, mergel, alevrolit); 6- sahilyanı dayaz dəniz gilli-mergelli fasiya (gil, mergel); 7-litofasial zonaların sərhədləri; 8- izopaxitlər.

Page 190: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

188

Ataçaydan cənubda, Senomanın kəsilişində qravelit və qumdaşı laycıqlarının yenidən iştirak etməsi, Bəyimdağ-Təkçay, Sitalçay, Yaşma və Şurabad sahələrində brekçiyaşəkilli konqlomeratların mövcudluğu bu sahələrdə yerləşən eyni adlı qalxımların dəniz səviyyəsindən yüksəkdə olan yuyulma sahələri olduğunu göstərir.

Xaltan-Germian qırılmasından cənubda Senoman çöküntülərində qravelit və konqlomeratlara rast gəlinməməyi Dibrar çökəkliyində dənizin nisbətən dərin olduğunu göstərir. Əsasən gillərdən təşkil olunan çöküntülərin daxilində qumdaşı laylarının qalınlıqlarının Alataş və Altıağac antiklinallarının tağ hissələrində artması isə, göstərilən rayonlarda qalxma prosesinin başlandığına və bu vaxta qədər vahid çökəklik kimi ayrılan Dibrar çökəkliyinin bir neçə sinklinal çökəkliyə parçalanmasına dəlalət edir. Belə bir paleocoğrafi şəraitdə Dibrar çökəkliyinin əksər sahələrində fasial cəhətdən terrigen-fliş çöküntülərindən ibarət Kemişdağ lay dəstəsi formalaşır. Kəsilişdə tez-tez rast gələn bentonit gilləri isə daha cənubda yerləşən vulkanların çöküntütoplanma prosesinə təsirini göstərir.

Alt Turon çöküntüləri Cənub-Şərqi Qafqaz ərazisində fasial cəhətdən terrigen xarakterli Hoteriv-Senoman çöküntüləri ilə üstə yatan, əsasən karbonat xarakterli üst Turon-Maastrixt çöküntüləri arasında keçid təşkil edir.

Alt Turon çöküntüləri Senoman çöküntüləri üzərinə uyğun şəkildə yatır. Bu çöküntülərin Şahdağ-Beşbarmaq zonası və Xızı tektonik zonasının şimalında yerləşən Gömür sahəsində iştirak etməməyi, qeyd olunan ərazidə kontinental şəraitin olduğunu göstərir. Zonada alt Turon çöküntüləri Barrem-Apt yaşlı gillər üzərinə transqressiv yatan əhəngdaşı, konqlomerat və qravelitlərin qumdaşı və bitumlu gillərlə növbələşməsindən ibarətdir. Cənub-şərq istiqamətində çöküntülər normal karbonatlı flişlə əvəz olunur. Tektonik aktivlik üst

Page 191: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

189

Turonqarşısı qırışıqlığının formalaşması ilə başa çatır və nəticədə əsasən üst Yuranın karbonatlı süxur parçalarından təşkil olunan üst Turon-Konyak yaşlı, konqlomeratlı Xızı horizontu əmələ gəlir.

Kələvudağ-Giləzi istiqamətindən cənubda alt Turon yenidən konqlomeratlarla zənginləşir. Bu da Xızı zonası ilə Dibrar çökəkliyi sərhədində adalardan ibarət yuyulma zonasının olmasını göstərir. Cənub istiqamətində, Dibrar çökəkliyinin mərkəzi hissəsində, həmin çöküntülər alevrit və gillərlə əvəz olunur.

Turon əsrinin ikinci yarısında dəniz transqressiyası genişlənir. Lakin Beşbarmaq qalxımı yuyulma zonası kimi davam edir. Bunu Gilgilçay vadisində üst Turonun konqlomeratları daxilində Yura yaşlı çınqıl və qaymaların olması təsdiq edir. Dəniz transqressiyasının genişlənməsilə yanaşı şimalda yerləşən quru ərazisinin də yüksəlməsi davam edir. Bunun nəticəsində Gömür ərazisində, Germian qırılmasına qədər geniş sahədə, konqlomeratlardan təşkil olunan Xızı lay dəstəsi formalaşır. Cənubda üst Turon karbonatlı flişdən ibarət Kemçi lay dəstəsi ilə əvəz olunur. Dibrar çökəkliyinin mərkəzi hissəsində isə karbonatlar gillərlə əvəz olunur.

Konyak əsrində dəniz transqressiyası bir qədər də genişlənir. Şimal-qərbdə Qudyalçay vadisində, Cek kəndi ərazisində Konyak çöküntüləri Barrem çöküntüləri üzərinə transqressiv yatır. Şahdağ massivindən cənubda Titon əhəngdaşılarından təşkil olunan qaymalı konqlomeratlar toplanır. Cənubda yerləşən Plutdağ sinklinalında isə, Konyak mərtəbəsi mergellərdən təşkil olunan subfliş fasiyası ilə səciyyələnir.

Dibrar zonasında Konyak çöküntüləri üst Turon çöküntülərindən karbonatlılıqlarının azlığı ilə fərqlənirlər. Mergel və mergelli gillərdən təşkil olunan Konyak çöküntülərinin qırmızı rəngdə

Page 192: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

190

olması isə, əvvəlki kimi, cənubdan hövzəyə daxil olan maqnezium oksidinin iştirakı ilə əlaqədardır.

Santon əsrində CŞ Qafqazda hövzənin ümumi vəziyyəti o qədər də dəyişmir. Şahdağ zonası quru ərazisi olaraq qalmaqda davam edir. Şahdağ və Gömür arasında isə kiçik ölçülü adalardan ibarət arxipelaq mövcud idi. Rayonda öz rəngarəngliyilə seçilən mergelli-gilli çöküntülər toplanır. Vəlvələçayın orta axınından cənubda fliş xarakterli çöküntülərin toplanması üçün əlverişli paleocoğrafi şərait yaranır.

Dibrar zonasında toplanan fliş çöküntüləri Konyak mərtəbəsindəkindən əsasən daha çox qırmızı rəngli olmaları və qravelitlərin cənub istiqamətində böyük ərazidə yayılmaları ilə fərqlənirlər.

Santon əsrinin əvvəllərində tektonik hərəkətlərin zəifləməsi və dəniz transqressiyasının genişlənməsi ilə əlaqədar olaraq, üst Təbaşirin kəsilişində qumlu-gilli çöküntülər tədricən karbonatlı-terrigen fliş çöküntülərilə əvəz olunur. Dəniz transqressiyasının maksimum həddə çatdığı son Kampan-Maastrixt vaxtı, tədqiqat rayonu ərazisində, əsas etibarilə pelitamorf əhəngdaşıları toplanır.

Santon əsrinin sonu və Kampan əsrinin əvvəlində qısa müddətli, lakin çox intensiv qalxma prosesi baş verir. Bunun da nəticəsində Xızı tektonik zonasının ərazisində tərkibi və qalınlığı tez-tez dəyişən konqlomeratlar toplanır [39].

Kampan əsrinin birinci yarısında dəniz transqressiyası genişlənir. Dəniz Alb əsrindən sonra ilk dəfə Şahdağ zonasına daxil olur. Şahdağ zonası ilə Gömür zonası arasında açıq-çəhrayı rəngli mergellər çökür. Çülgəzidağ muldasından Giləzi burnuna qədər olan geniş ərazidə isə az-çox flişi xatırladan çöküntülər toplanır. Kəsilişdə konqlomerat laycıqları da iştirak edir. Dibrar zonasında isə daha

Page 193: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

191

narındənəli yaxşı çeşidlənmiş kiçik ritmlərlə təkrar olunan terrigen çöküntülər toplanır (şəkil 32).

Kampan əsrinin ikinci yarısında dəniz transqressiyası özünün kulminasiyasına çatır. Dəniz Şahdağ və Sudur zonalarını tutur və orada pelitamorf əhəngdaşıları toplanır. Bir qədər cənubda əhəngdaşıları mergellərlə əvəz olunur və kəsilişdə qayalı sahilləri olan Cek kordilyerindən gətirilən əhəngli qumdaşı və konqlomerat aralaycıqları iştirak edir.

Cek kordilyerindən cənubda Buduq çökəkliyində Kampan əsrinin ikinci yarısında əhəngli gillər çökür. Çökəklik cənubdan Luzitan əhəngdaşılarından ibarət Söhüb massivi ilə əhatə olunur. Bu massivdən cənubda isə üst Kampan tipik fliş çöküntülərindən ibarətdir.

Vəlvələçaydan şərqdə fliş çöküntülərinin birinci elementi olan klastik materialın əsas hissəsi Beşbarmaq kordilyerindən gətirilib. Kordilyeri təşkil edən adanın qərb hissəsinin Kampan əsrinin ikinci yarısında dəniz suları altına gömülməsilə əlaqədar olaraq, fliş çöküntüləri yeknəsəq mergellərlə əvəz olunur. Şərqdə isə fliş çöküntüləri toplanır.

Söhüb-Beşbarmaq kordilyerindən cənub və qərbdə Plutdağdan, şərqdə isə Gilgilçaya qədər olan zolaqda çöküntülər tipik karbonatlı flişdən ibarətdir. Cənubda yerləşən Dağ Quşçu və Ağsiyəzən muldalarının şimal yamacında Barrem gilləri üzərinə transqressiv şəkildə yatan üst Kampan çöküntüləri, Şahdağ-Sudur zonasında olduğu kimi, pelitamorf əhəngdaşılarından ibarətdir.

Bir qədər şərqdə Sitalçay-Şurabad sahələrində üst Kampan yenidən fliş tipli çöküntülərdən ibarət olmaqla, daha qədim çöküntülər üzərinə qeyri-uyğun yatır. Sahilyanı düzənlikdə isə üst Kampan Dibrar çökəkliyi üçün xarakterik olan Ağburun fasiyasında yayılıb.

Page 194: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

192

Dibrar zonasının özündə Kampan əsrinin ikinci yarısında əhəngdaşı, mergel, gil, qravelit və hətta konqlomeratlardan təşkil olunan fliş tipli çöküntülər toplanır. Terrigen materialların mənbəyi isə Xızı kordilyeri olub.

Maastrixt əsrinin başlanğıcında CŞ Qafqaz ərazisində yerləşən kordilyerlərin yenidən yüksəlməsi başlayır. Bu da terrigen materialların çoxalmasına və onların daha kobuddənəli olmasına səbəb olur. Sudur zonasında dənizin geri çəkilməsi nəticəsində Kampan əsrində əhəngdaşıları çökən sahələrdə Maastrixt əsrində konqlomeratlar toplanır. Beşbarmaq kordilyerinin intensiv qalxma və yuyulması nəticəsində əmələ gələn kobuddənəli terrigen material şimal istiqamətində yerləşən Quba-Dəvəçi çökəkliyinə daşınır. Cənubda-Xızı zonasında isə pelitamorf mergellər çökür (şəkil 32).

Dibrar zonasında Maastrixt çöküntülərinin (Ağburun lay dəstəsinin üst hissəsi) mergel və gillərdən ibarət olması Gömür zonasından Dibrar zonasına keçidin tədrici olduğunu göstərir. Belə ki, Xaltan-Germian kordilyeri dəniz suları altında qaldığı üçün, çöküntütoplanma prosesinə çox da təsir edə bilmir. Lakin cənub istiqamətində kəsilişdə qumlu əhəngdaşı laycıqlarının iştirakı və çöküntülərdə ritmliyin mövcudluğu, onlara tipik fliş xarakteri verir.

Son Təbaşir epoxasının paleotektonik və paleocoğrafi şəraiti haqqında geoloji məlumatlar CŞ Qafqaza nisbətən azdır.

Qusar-Xaçmaz gömülmüş qalxımlar zonasında və ondan cənubda yerləşən Tələbi antiklinalının kəsilişində üst Təbaşir çöküntüləri iştirak etmir. Göstərilən qalxımların qanad hissələrində axtarış quyuları qazılmadığı üçün qalxımlardan cənub və şimalda yerləşən Quba-Dəvəçi və Zeyxur çökəkliklərində çöküntütoplanma prosesinin paleotektonik və paleocoğrafi şəraiti haqqında dəqiq fikir söyləmək mümkün deyil. Lakin İmamqulukənd, Şirvanovka, Yalama

Page 195: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

193

və Xudat sahələrində qazılan quyulardan alınan geoloji məlumatlar göstərir ki, Azərbaycanın şimal-şərq hissəsi paleotektonik cəhətdən mərkəzi Rubas çayının orta axınında yerləşən Cənubi Dağıstan çökəkliyinin cənub-şərq hissəsini təşkil edir. Bu çökəklikdə üst Təbaşir çöküntülərinin toplanma prosesi CŞ Qafqazda olduğundan kəskin fərqlənir [106].

Cənubi Dağıstan çökəkliyinin qərb hissəsində Senoman əsrində əhəngli mergellər çökür. Cənubda çöküntülər İmamqulukənd rayonuna qədər yayılır. Dağıstanın sahilyanı zonasında isə bu dövrdə qum və gillər çökür. Zonanın cənub-şərq davamında yerləşən Yalama-Xudat sahəsində isə böyük ada mövcud olub.

Turon əsrində dəniz transqressiyası genişlənir, Cənubi Dağıstan çökəkliyinin cənub-qərb yamacında Turon mərtəbəsinin çəhrayı və ağ rəngli əhəngdaşı və mergelləri Alb mərtəbəsinin tünd rəngli gilləri üzərinə transqressiv şəkildə yatır. Çökəkliyin şimal-şərq yamacında isə əlvan rəngli əhəngdaşıları daxilində gil, mergel və qumlu əhəngdaşı laycıqları qeyd olunur.

Litofasial cəhətdən Konyak çöküntülərinin Turon çöküntülərinə çox yaxın olması, bu əsrlərdə Cənubi Dağıstan çökəkliyində paleocoğrafi şəraitdə dəyişikliklərin baş vermədiyini və cənub-qərbdə yerləşən yuyulma zonalarının rolunun çox az olduğunu göstərir.

Santon əsrində Cənubi Dağıstan və Şimal-Şərqi Azərbaycanda dəniz transqressiyası genişlənir. Cənubi Dağıstan çökəkliyinin cənub-qərb yamacında dayaz dəniz şəraitində açıq rəngli əhəngdaşıları çökür. Burada terrigen materialın olmamağı, Muqrin qalxımının quru sahəsində aşınma proseslərinin zəif olduğunu göstərir. Çox güman ki, cənub-şərqdə yerləşən Qusar-Xaçmaz qalxımlar zonasının da çöküntütoplanma prosesinə təsiri zəif olub.

Page 196: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

194

Şəkil 32. Üst Kampan-Maastrixtin litofasial və qalınlıqlar xəritəsi.

1-yuyulma sahələri; 2-əhəngdaşı, mergellər və gillər; 3-əhəngdaşı, gil, alevrolit və qumdaşıları; 4-nadir əhəngdaşı, mergel və qumdaşı araqatlarına malik gillər; 5-əhəngdaşı, mergel araqatlarına və qaymalara malik gillər; 6-nadir mergel, əhəngdaşı araqatlarına və çınqıllara malik gillər; 7-izopaxit xətləri; 8-litofasial zonaların sərhədləri; 9-struktur-axtarış və dərin axtarış-kəşfiyyat quyuları.

Page 197: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

195

Kampan əsrinin əvvəllərində Muqrin yuyulma zonasında qalxma prosesləri güclənir və Cənubi Dağıstan çökəkliyinin cənub-şərq hissəsində, dayaz dəniz şəraitində çəp laylanan qumlu massiv əhəngdaşıları toplanır. Hövzənin şimal-şərq və cənub-şərq hissələrində, Santon əsrində olduğu kimi, ağ rəngli pelitamorf əhəngdaşıları çökməkdə davam edir.

Kampan əsrinin sonunda Cənubi Dağıstan hövzəsinin cənubunda dənizin reqressiyası baş versə də, Maastrixt əsrində yenidən transqressiya ilə əvəz olunur. Çıraq və Samur çayları arasında çəp laylanan kobuddənəli əhəngdaşı, qumdaşı və qumlu əhəngdaşılarının çökməsi hövzənin cənub-qərb hissəsində dənizin bir qədər də dayazlaşdığını göstərir. Hövzənin mərkəzi və şimal-şərq hissəsində isə ağ rəngli pelitamorf əhəngdaşılarının çökməsi davam edir, lakin əvvəlkindən fərqli olaraq əhəngdaşıları arasında gil və mergel laycıqları çökmür.

Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanması xəritəsindən görünür ki, son Təbaşirdə Tufan, Təngi-Beşbarmaq antiklinoriumları və Qusar-Xaçmaz gömülmüş qalxımlar zonası yuyulma zonaları olublar [93].

Xızı tektonik zonasının cənub-şərq hissəsində isə konsedimentasiya inkişaflı Bəyimdağ-Təkçay, Sitalçay, Keşçay və Şurabad paleoqalxımları yerləşirdi (şəkil 33).

Valanjin-ilk Apt geoloji vaxt intervalında Xəzəryanı-Quba neftli-qazlı vilayətinin ərazisi, Tufan antiklinoriumu və Qusar-Xaçmaz gömülmüş qalxımlar zonası istisna olmaqla, intensiv çökməyə məruz qalır.

Yalama-Xudat zonasında yuyulma prosesi son Barremə qədər davam edir. Bu zaman intervalında toplanan çöküntülər son Turonqarşısı qırışıqlıq hərəkətlərinə məruz qalır.

Page 198: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

196

Son Turondan başlayaraq Təbaşir dövrünün sonuna qədər Xəzəryanı-Quba rayonu ərazisində yerləşən strukturların əksəriyyəti konsedimentasiya səciyyəli inkişafda olub. Təbaşir dövrünün sonu və Paleogenin əvvəllərində tektonik hərəkətlərin aktivləşməsi baş verir. Danimarka çöküntüləri Maastrixtdən alt Apta qədər çöküntülərin üzərinə bucaq və azimut uyğunsuzluğu ilə yatır. Bu isə Paleogenqabağı hərəkətlərin qırışıq əmələgətirmə xarakterli olduğunu göstərir [92].

Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanması, üst Turon qırışıqlığından sonra Şahdağ-Xızı tektonik zonasında Santon-Danimarka çöküntüləri ilə doldurulan Şahdağ, Qızılqaya, Buduq, Plutdağ, Kelevudağ, Dağ Quşçu və s. sinklinal çökəkliklərin formalaşmasını göstərir. Onlar da öz növbəsində üst Təbaşirin gilli süxurlarından təşkil olunan ensiz antiklinallarla bir-birindən ayrılırlar (şəkil 33).

Üst Təbaşir epoxasında Tufan, Təngi-Beşbarmaq antiklinoriumları və eləcə də Qusar-Xaçmaz gömülmüş qalxımlar zonası yuyulma sahələri kimi qalmaqda davam edirlər. Xızı tektonik zonasının cənub-şərq hissəsində Bəyimdağ-Təkçay, Sitalçay, Germian və Şurabad antiklinal strukturları konsedimentasiya səciyyəli inkişafda olmuşlar. Göstərilən strukturların tağ və qanadlarının tağa yaxın hissələrində Paleogen çöküntüləri mövcud olmadığına görə onların Paleogenin əvvəllərindəki struktur vəziyyətlərini müəyyənləşdirmək çətinlik törədir. Strukturların şimal-şərq qanadları və cənub-şərq periklinallarında Paleogen çöküntülərinin iştirakı, strukturların Paleogenin əvvəlində şimal-qərb və cənub-şərq istiqamətlərində uzandıqlarını və onların tağ hissələrinin alt Apt-Barrem yaşlı gillərdən təşkil olunduğunu göstərir.

Paleogenqabağı qırışıqəmələgətirmə hərəkətləri daha çox üst Təbaşir çöküntülərinin struktur quruluşuna təsir edir. Nəticədə üst

Page 199: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

197

Təbaşir çöküntüləri üzrə əksər strukturlar submeridional istiqamətdə uzanırlar. Alt Təbaşir çöküntüləri üzrə isə strukturlar özlərinin şimal-qərb-cənub-şərq istiqamətlərini saxlayırlar.

Şəkil 33. Üst Təbaşir çöküntülərinin qalınlıqlar xəritəsi.

1-izopaxitlər, 2-qırılmalar, 3-parametrik, axtarış və kəşfiyyat quyuları; 4- yuyulma sahələri.

Page 200: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

198

Alt Təbaşirin qumlu-gilli və karbonatlı-çatlı kollektorlarının neft-qazlılıq perspektivliyi onların toplandıqları hövzələrin paleotektonik və paleocoğrafi şəraitlərindən asılı olaraq dəyişir.

Terek-Xəzər hövzəsinin şimal-qərb və mərkəzi hissələrində böyük qalınlığa malik olan və kifayət qədər dərində yatan alt Təbaşir çöküntülərində zəngin neft-qaz yataqları mövcud olduğu halda, çökəkliyin cənub-şərq hissəsinin cənub-qərb yamacında yerləşən Cənubi Dağıstanın Şərq antiklinal zonasında yalnız Barrem və Apt mərtəbələrinin az qalınlıqlı qumlu-gilli kollektorlarında kiçik ölçülü neft-qaz yataqları aşkar edilib [88, 110].

Daha cənubda yerləşən Yalama-Xudat zonasında, qalınlığı 200-400 m arasında dəyişən üst Barrem, Apt və Albın gumlu-gilli çöküntülərinin, münasib paleocoğrafi şəraitdə toplandıqlarına baxmayaraq, paleotektonik şərait o qədər də əlverişli deyildi. Zonanın qonşuluğunda da intensiv çökməyə məruz qalan və karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli dərin hövzələr olmayıb. Ona görə də, bu çöküntülərin neft-qazlılıq perspektivliyi yüksək qiymətləndirilmir.

Məlum olduğu kimi, Qusar-Tələbi və Xaçmaz-Ağzıbirçala qalxımlarının qanad və periklinal hissələrində alt Təbaşir layları pazlaşır və pazlaşma zonaları paleostruktur baxımından stratigrafik və litoloji tipli tələlərin əmələ gəlmələri üçün əlverişli sahələr sayılır. Qonşuluqda yerləşən Zeyxur, Dəvəçi və Alıç-Zeyvə çökəkliklərində çöküntülərin pazlaşma zonalarında litostratiqrafik və tektonik ekranlaşan tələlər mövcuddur. Onların perspektivliklərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Qusar-Tələbi qalxımının şimal-şərq qanadının Zeyxur çökəkliyi, Xaçmaz-Ağzıbirçala qalxımının isə Dəvəçi çökəkliyinin mərkəzinə doğru yönələn hissələrində yaranan tələlər neft-qaz doyumluğu baxımından daha perspektivli obyektlər

Page 201: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

199

sayılır [91, 92]. Qusar-Tələbi qalxımının cənub-qərb qanadında isə alt Təbaşir çöküntülərinin perspektivliliyi Tələbi-Qaynarca antiklinal zonasının cənub-qərb qanadından keçən böyük amplitudlu qırılıb-düşmə pozğunluğunun əmələ gətirdiyi tektonik ekranlaşmış tələlərlə əlaqədardır. Bu tələlər ensiz, lakin intensiv çökmə zonası olan Alıc-Zeyvə qraben çökəkliyində generasiya olunan karbohidrogenlərlə doldurula bilər. Çökəkliyin cənub-qərb yamacında yerləşən Siyəzən dərinlik qırılması zonası və Təngi-Beşbarmaq antiklinoriumunda alt Təbaşir çöküntüləri yer səthinə çıxdıqları üçün perspektivli obyektlərə malik deyillər. Alt Təbaşir çöküntülərinin ümumi qalınlığı 1000-3500 m arasında dəyişən Xızı tektonik zonasının cənub-şərq hissəsinin mərkəzində yerləşən Bəyimdağ-Təkçay-Sitalçay-Yaşma qalxımlar zonası rayonun ən mühüm paleostruktur elemetləri olub, neft-qazlılıq baxımından daha münasib palecoğrafi və paleotektonik şəraitdə yerləşir.

Paleocoğrafi və paleotektonik şərait Xızı tektonik zonasının cənub-şərq hissəsində alt Təbaşir çöküntülərində kifayət qədər üzvi maddələrin toplanması üçün münasib olub. Belə ki, burada Valanjin mərtəbəsi çöküntülərində toplanan üzvi maddələrin miqdarının orta hesabla 0,5-0,9%, Hoteriv və Barrem mərtəblərində müvafuiq olaraq 0,20-0,29 və 0,19-0,27% arasında dəyişməsi, çöküntülərdə karbohidrogenlərin generasiyası üçün əlverişli geokimyəvi mühitin olduğunu göstərir. Qalxım zonasının tağ və tağyanı sahələrində qalınlıqları 2000 m-dən az olan alt Təbaşir çöküntüləri, şimal-qərb periklinal istisna olmaqla, hər tərəfə 3500 m-ə qədər artır.

Bəyimdağ-Təkçay-Sitalçay tektonik zonasının şimal-şərq qanadında toplanan üst Təbaşir və Paleogen-Miosen çöküntüləri qalınlıqları 1000-1500 m arasında dəyişir. Bunları nəzərə alaraq, perspektivli Valanjin-Hoteriv çöküntülərinin Miosenin sonunda 4000-

Page 202: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

200

5000 m dərinliyə qədər gömüldüklərini və bu dərinliklərdə həmin çöküntülərinin baş neft-qaz generasiya zonasında olduqlarını demək olar.

Göründüyü kimi, paleotektonik və paleostruktur şəraitlər karbohidrogenlərin əmələgəlməsi və onların miqrasiya edərək strukturların tağ hissələrinə yığılması üçün çox münasib olublar.

Çöküntülərin litofasial xüsusiyyətlərini və onların kollektorluq xassələrini müəyyənləşdirən münasib paleocoğrafi şərait isə Valanjin, Hoteriv əsrlərində və Barrem əsrinin əvvəllərində mövcud olub. Toplanan böyük qalınlıqlı terrigen-karbonatlı, məsaməli-çatlı süxurların üst Barrem-alt Alb yaşlı gillərlə örtülməsi konsedimentasiya səciyyəli inkişafda olan paleostrukturlarda neft və qazın yığılıb saxlanılması üçün əlverişli şərait yaradıb. Deyilənləri Təkçay antiklinalının cənub-şərq periklinalında Valanjin mərtəbəsinin çatlı-məsaməli kollektorlarından 3, 20, 21 və s. quyulardan və alt Barremin terrigen-karbonatlı çöküntülərdən 7 saylı quyuda alınan sənaye əhəmiyyətli neft və qaz-kondensat axımları sübut edir.

Sonrakı geoloji dövrlərdə baş verən qalxma və mövcud olan qırılmaların aktivləşmə prosesləri yığılan karbohidrogenlərin tam və ya qismən dağılmasına səbəb olub. Bəyimdağ antiklinalının tağ hissəsində Valanjin, bəzi məlumatlara görə, hətta Berrias çöküntülərinin 900 m yüksəkliyə qalxaraq yer səthinə çıxması nəticəsində karbohidrogenlər tamamilə dağılıb, nisbətən gömülmüş hissələrdə olanları isə infiltrasiya suları ilə yuyulmuşlar. Bunu Təkçay strukturunun şimal-şərq qanadında qazılan quyulardan alınan böyük hasilatlı suların geokimyəvi tərkibləri sübut edir.

Alt Təbaşirin üst Apt və Alb yaşlı çöküntülərinin neft-qazlılığı qiymətləndirilərkən, onların gilli-qumlu süxurlarının dayaz dənizin mütəhərrik paleotektonik və paleocoğrafi şəraitlərində toplandıqlarını və bir çox hallarda linzavarı kollektorlara malik olduqlarını nəzərə

Page 203: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

201

almaq lazımdır. Bu çöküntülər Beşbarmaq, Keşçay, Sitalçay, Yaşma və Şurabad antiklinallarının yalnız qanad və periklinal hissələrində iştirak edirlər [5, 110].

Şurabad qalxımının şimal-şərq qanadında Alb mərtəbəsinin linzavari quruluşlu “Küllülü qumdaşıları”ndan bir sıra quyuda (4, 14 və s.) sənaye əhəmiyyətli neft, cənub-qərb qanadında isə 2, 8, 39 saylı quyularda qaz (150 min.m3) alınıb. Hər iki halda neft-qaz yataqları çox aktiv inkişafda olan və son dərəcə mürəkkəbləşən Şurabad strukturunda yalnız qırılmalar sayəsində əmələ gələn tektonik ekranlaşan tələlərdə qorunub saxlanılır. Strukturun qanadlarında “Küllülü qumdaşıları” qalınlıqlarının və litoloji tərkiblərinin kəskin dəyişkənliyi neft və qazlılıq konturlarının məhdudlaşmasına səbəb olub [38, 110].

Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Cənub-Şərqi Qafqazda alt Təbaşirin karbonatlı-terrigen çöküntülərində üzvi maddələrin toplanması və onların karbohidrogenlərə çevrilməsi üçün münasib paleocoğrafi və paleotektonik şəraitlər mövcud olub. Bu cəhətdən Valanjin, Hoteriv mərtəbələrində və Barrem mərtəbəsinin alt hissəsində karbonatlı-terrigen çöküntülərin çatlı-məsaməli süxurları daha çox əhəmiyyət kəsb edir.

Üst Barrem və alt Aptın gilli çöküntüləri isə mövcud karbohidrogen yataqlarının formalaşmasında izoləedici örtük rolunu oynayıblar.

Üst Apt və Alb mərtəbəsinin qumlu-gilli horizontları, o cümlədən “Küllülü qumdaşıları” isə yayılma sahələrinin məhdudluğu, qalınlıqlarının azlığı və litofasial xüsusiyyətlərinin kəskin dəyişkənliyi səbəbindən axtarış-kəşfiyyat işləri üçün mühüm əhəmiyyət kəsb edən obyektlər sayıla bilməzlər.

Üst Təbaşir çöküntülərinin neft-qazlılıq perspektivliyini paleotektonik cəhətdən qiymətləndirərkən qeyd etməliyik ki,

Page 204: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

202

Xəzəryanı-Quba neftli-qazlı rayonun Yalama-Xudat zonasında antiklinal strukturların konsedimentasiya tipli inkişafı 100-200 m-dən artıq olmayıb. Antiklinal strukturların cənub-qərb və şimal-şərqində üst Təbaşirin qalınlığı 1000 m-ə çatan karbonatlı-terrigen çöküntüləri ilə doldurulan paleoçökəkliklərlə əhatə olunmalarına baxmayaraq, qazılan axtarış-kəşfiyyat quyularından sənaye əhəmiyyətli neft-qaz axımları müşahidə olunmayıb.

Üst Təbaşir çöküntüləri Qərbi Qaynarca və Qaynarca strukturlarında böyük dərinliklərdə yatdıqları üçün, qazılan axtarış quyuları ilə açılmayıb. İstər paleotektonik, istərəsə də müasir struktur vəziyyətlərinə görə bu strukturlar üst Təbaşir çöküntüləri üzrə neftlilik baxımından müsbət sayılır.

Üst Təbaşir çöküntülərindən sənaye əhəmiyyətli neft axımları alınan Siyəzən monoklinalının Zağlı-Zeyvə sahəsinin şimal-şərqində yerləşən Alıç-Zeyvə çökəkliyinin Paleogen-Miosen vaxt intervalında intensiv çökməsi üst Təbaşir çöküntülərində karbohidrogenlərin əmələ gəlməsinə, onların monoklinal, eləcə də Qərbi Qaynarca və Qaynarca antiklinalları istiqamətlərində miqrasiya etməsinə səbəb olub. Bu cəhətdən Xəzər dənizi akvatoriyasına açılan Quba-Dəvəçi çökəkliyinin də paleotektonik vəziyyəti əlverişli sayılır. Çökəkliyin şimal yamacında (Xaçmaz-Ağzıbirçala qalxımının cənub-qərb qanadında) üst Təbaşir çöküntülərinin pazlaşma zonalarında əmələ gələn stratiqrafik tipli tələlər axtarış-kəşfiyyat işləri üçün perspektivli obyektlər sayılırlar.

Kür dağarası çökəkliyi

Kür dağarası çökəkliyinə daxil olan Qanıx-Əyriçay və Aşağı Kür çökəkliklərində Mezozoy çöküntüləri böyük dərinliklərdə yatdıqları üçün, üst Yura və alt Təbaşir çöküntülərinin kontakt

Page 205: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

203

xüsusiyyətləri haqda məlumat yoxdur. Kür çökəkliyinin mərkəzi hissəsində əsas geotektonik element olan Kürdəmir-Saatlı qalxımı Talış-Vəndam qravitasiya maksimumuna uyğun gəlir. Bu da Baykal yaşlı özülün və onun üzərində yatan orta Yuranın vulkanogen süxurlarının ətraf depressiyalara nisbətən xeyli yüksək səviyyədə yerləşdiyini göstərir (şəkil 34).

Şəkil 34. Kür dağlararası çökəkliyi. Üst Yura və Təbaşir dövrləri üzrə fasial-tektonik paleoprofillər. A-Kiçik Qafqazın şimal-şərq yamacı; B-Yevlax-Ağcabədi çökəkliyi; C-Saatlı-Göyçay zonası; D-Acınohur çökəkliyi; Böyük Qafqazın cənub yamacı. 1-konqlomeratlar; 2-qumdaşıları; 3-alevritlər; 4-gillər; 5-mergellər; 6-əhəngdaşıları; 7-vulkanik süxurlar; 8-tufogen süxurlar.

Page 206: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

204

Qalxımlar zonasının Qaracalı, Sor-Sor, Carlı və Saatlı sahələrində axtarış quyuları qazılsa da, üst Yura çöküntülərini yalnız Saatlı sahəsində qazılan 1 saylı dərin quyuda açmaq mümkün olub. Quyuda 3157-3529 m dərinliklərdə Kellovey, Oksfort və Kimeric yaşlı, 2860-3157 m intervalda isə Barrem-Apt və Alb yaşlı, genetik cəhətdən riflər qrupuna aid olan karbonatlı çöküntülər açılıb [28]. Göstərilən intervallardan süxur nümunələrinin bütün kəsiliş boyu tam götürülmədiyindən burada Berrias, Valanjin və Hoteriv çöküntülərinin iştirakı fauna ilə təsdiqlənmir.

Qaldırılan süxur nümunələrində yuyulma və aşınma əlamətlərinin olmadığına görə Kürdəmir-Saatlı zonasının son Yura dövrünün sonlarında yuyulma zonası olmasını deməyə imkan vermir. Buna baxmayaraq, Kürdəmir-Saatlı zonasının Təbaşir dövrünün başlanğıcında, Kür çökəkliyinin mərkəzində geniş ərazini tutan qalxım zonası olduğunu söyləmək olar (bax: şəkil 28).

Bu deyilənlər Kürdəmir-Saatlı qalxımından şimal-qərbdə yerləşən və ona nisbətən zəif əks olunan kiçik ölçülü Göyçay-Mingəçevir və Qabırrı çayının aşağı və orta axınları ərazilərində yerləşən Eldar və Saqaraco qalxımlarına da aid edilə bilər. Bu qalxımlardan cənub-qərbdə yerləşən Qarayazı və Yevlax-Ağcabədi depressiyalarında qazılan quyulardan heç birində üst Yura çöküntüləri açılmadığı üçün, üst Yura və Təbaşir çöküntülərinin kontaktlarının xarakteri və üst Yura çöküntülərinin Təbaşirqabağı qırışıqlığa məruz qalmaları haqda fikir söyləmək çətindir [101].

Məlumdur ki, Kiçik Qafqazın şimal-şərq yamacında alt Təbaşir çöküntülərinin (Alb mərtəbəsi müstəsna olmaqla) çox məhdud yayılmaya malik olmaları fikri mövcud idi. Lakin son illərdə aparılan tədqiqatlar nəticəsində, Alb mərtəbəsindən qədim çöküntülərin Tovuzçay, Bazarçay və Qaraçay hövzələrindən başqa Sarıbaba,

Page 207: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

205

Ağdərə və Ağcakənd çökəkliklərində də mövcud olduğu müəyyən edilib. Bundan başqa, Xocavənd çökəkliyində geniş yayılan və əvvəllər üst Yuraya aid edilən vulkanogen çöküntülər, eləcə də Ağdərə sinklinoriumunda (Xaçınçay hövzəsində) silikatlı-karbonatlı-vulkanogen süxurlar faunistik və radioloji tədqiqatların nəticələrinə əsasən alt Təbaşirin Barrem mərtəbəsinə aid edilib. Lakin Barrem mərtəbəsi çöküntülərinin üst Yuranın hansı mərtəbəsi üzərinə yatdığı və çöküntülərin arasında qeyri-uyğun yatımın varlığı müəyyən edilməyib. Bu halı nəzərə alaraq, bəzi tədqiqatçılar üst Yura-alt Təbaşir çöküntülərinə vahid kompleks şəklində baxaraq, bu kompleksin orta Yuranın qraben-çökəkliklərini doldurduğunu göstərirlər.

Çöküntülərin qalınlıqlarının paylanmasını öyrənməklə, Kiçik Qafqazın şimal yamacının blok quruluşlu olduğunu və bu blokların dərinlik qırılmaları ilə hüdudlanaraq Kür çökəkliyinə doğru davam etdiyini demək olar.

Kür çökəkliyinin cənub yamacında belə bloklar Qazax, Ağcakənd, Xocavənd paleoçökəkliklərin, Şəmkir, Murovdağ və Ağdam paleoqalxımların əmələ gəlməsinə səbəb olub. Adı çəkilən şimal-şərq istiqamətli paleotektonik vahidlər eyni istiqamətli dərinlik qırılmaları ilə mürəkkəbləşiblər. Bu qırılmalardan biri Tərtər, digəri isə Ağstafa çayları vadilərindən keçir.

Paleoqalxımlar Kür çökəkliyi istiqamətində gömülür, onların arasında qalan paleoçökəkliklər isə göstərilən istiqamətdə açılaraq daha böyük ölçülü Qarayazı və Yevlax-Ağcabədi çökəkliklərinə qovuşurlar. Bu proseslərin baş verməsində isə, Kiçik Qafqazqarşısı qırılma üzrə eyni adlı çökəkliyin Somxit-Ağdam qalxımlar zonasına nisbətən qırılıb düşməsi səbəb olub. Bir sıra hallarda Kiçik Qafqazın şimal-şərq istiqamətli qırılmaları da regional qırılma zonası ilə məhdudlaşır.

Page 208: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

206

Qeyd etmək lazımdır ki, təkcə Kiçik Qafqazqarşısı dərinlik qırılması deyil, Ümumqafqaz istiqamətli – Kür, Şimali Acınohur, Acıçay-Ələt dərinlik qırılmaları da Yura dövrünün sonu və Təbaşir dövrünün əvvəllərində Azərbaycanın əsas paleotektonik vahidlərini bir-birindən ayıran qırılmalar olmaqla, eninə istiqamətlənən qırılmaların təsirlərini minimuma endirib.

Talış-Vəndam qravitasiya maksimumunun şərq yamacında qravitasiya pilləsi şəklində təzahür edən bu qırılma zonası Aşağı Kür çökəkliyini, geoloji quruluşuna görə ondan kəskin surətdə fərqlənən Orta Kür çökəkliklər sistemindən, şimalda isə meridional istiqamətdə davam edərək Girdiman çayı hövzəsində Şamaxı-Qobustan çökəkliyini Qanıx-Əyriçay çökəkliyindən ayırır.

Yura dövrünün sonu və Təbaşir dövrünün əvvəllərində mövcud olan paleotektonik şərait Azərbaycan ərazisinin gələcək paleoquruluşunda əsas rol oynayır. Paleoqalxımlar relyefdə yüksəkliklərin, paleoqraben-depressiyalar isə çökəkliklərin yaranmasına səbəb olub. Daha çox çökməyə məruz qalan çökəkliklərdə çöküntütoplanma prosesləri aramsız olaraq davam etdikləri halda, paleoqalxımlar tez-tez yuyulma zonalarına çevrilirlər [101].

Yura dövrünün sonuncu reqressiyasının ardınca başlanan Təbaşir dövrünün transqressiyası daha geniş ərazini tutur. Tədricən genişlənən transqressiya Apt əsrinin birinci yarısında özünün maksimal səviyyəsinə çatır.

Vəndam geoantiklinalından cənubda nəinki Neokom, ümumiyyətlə, Təbaşir çöküntüləri haqqında faktiki material olmadığı üçün, Böyük Qafqazın cənub yamacından Kür çökəkliyinin şimal hissəsinə keçid zonasında mövcud olan paleocoğrafi şərait haqqında qəti fikir söyləmək çətindir. Lakin paleotektonik mülahizələrə əsasən Vəndam və Kür geoantiklinalları arasında yerləşən geniş və dərin

Page 209: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

207

depressiyada terrigen-karbonatlı fliş çöküntülərinin toplanması üçün əlverişli paleocoğrafi şəraitin olduğu güman edilir. Terrigen çöküntülər adları çəkilən geoantiklinalların yuyulma məhsulu olduğu üçün, çökəkliyin mərkəzinə doğru onların gil və karbonatlarla əvəz ediləcəyi güman edilir.

Son Yura epoxasında formalaşan Kür geoantiklinalı ilk Təbaşir epoxasında da Kür çökəkliyinin mərkəzi qalxımı olub. Geoantiklinalın ən yüksək qalxımı Saatlı strukturunda qazılan 1 saylı quyuda qalınlığı 700 m-ə çatan karbonatlı çöküntülərin alt hissəsində Oksford-Kimeric yaşlı mərcan qalıqlarının tapılması və karbonatlı çöküntülərin yuyulan səthi üzərinə Barrem-Alb yaşlı foraminifer və nadir hallarda mərcan qalıqlarına malik əhəngdaşılarının yatması, Saatlı qalxımının Titon-Hoteriv intervalında adaşəkilli yuyulma zonası olduğunu göstərir.

Kür çökəkliyinin cənub yamacında yayılan üst Yura-alt Təbaşir çöküntülərinin Kiçik Qafqazın mərkəzi hissəsində (Sarıbaba çökəkliyi) intişar tapan və nisbətən dərin dəniz fasiyaları ilə xarakterizə olunan çöküntülərlə müqayisəsi göstərir ki, Kür çökəkliyinə açılan Ağdərə çökəkliyində dayaz dəniz-şelf, Xocavənd çökəkliyində isə kontinental-laqun şərait mövcud olub.

Sonuncu şəraitin olması intensiv vulkan püskürmələri ilə yanaşı, effuziv-piroklastik çöküntülərin toplanması zamanı duzların çökməsi və Murovdağ yüksəkliyindən gətirilən bitki qalıqlarının mövcudluğu ilə sübut olunur. Ağcakənd çökəkliyində laqun şəraitinin olması isə gips və anhidrid duzlarının intensiv toplanması ilə izah olunur [15, 88].

Xocavənd çökəkliyində toplanan terrigen-vulkanogen çöküntülərin qalınlığı 1500 m-ə, Yevlax-Ağcabədi çökəkliyində isə 2000-2500 m-ə çatır. Vulkanogen süxurların kəsilişdə üstünlük təşkil

Page 210: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

208

etməsi son Yura epoxasında olduğu kimi, ilk Təbaşir epoxasında da Kiçik Qafqazqarşısı və Kür dərinlik qırılmaları üzərində yerləşən vulkanların püskürmələrilə əlaqədardır.

Kür çökəkliyinin mərkəzi hissəsində yerləşən və hələ Yura epoxasında formalaşan Kürdəmir-Saatlı, Göyçay-Mingəçevir, Eldar və Saqareco qalxımları Qanıx-Əyriçay və Aşağı Kür çökəkliklərini, cənubda yerləşən Yevlax-Ağcabədi və Qarayazı çöküntütoplanma hövzələrindən ayırır.

Kiçik Qafqazın şimal yamacında yerləşən və Kür çökəkliyi istiqamətində çökməyə məruz qalan geoantiklinal qalxımlar arasında yerləşən və daha geniş əraziləri tutan Qazax, Ağcakənd və Ağdərə çökəkliklərində Apt və Alb əsrlərində mühüm geotektonik və paleocoğrafi dəyişikliklər baş verməsə də, çöküntütoplanma hövzələrinin sərhədlərində müəyyən dəyişikliklər olur. Kür geoantiklinalı zonasında dayaz dəniz şəraitində gilli-qumlu çöküntülər toplanır. Burada Apt çöküntüləri Barrem üzərinə uyğun şəkildə yatdığı halda, Kiçik Qafqazın şimal yamacında, Ağcakənd çökəkliyində sahilyanı dayaz dəniz fasiyasında olan Apt çöküntüləri transqressiv şəkildə Titon süxurları üzərinə yatır. Bu da Kiçik Qafqazqarşısı çökəklikdə dənizin cənub istiqamətində transqressiyasının genişləndiyini göstərir. Ağcakənd çökəkliyinə kobuddənəli terrigen və gilli çöküntülər dağ çayları vasitəsilə çeşidlənmədən gətirilib [62].

Alb əsrində dəniz transqressiyasının genişlənməsi davam edir və Apt əsrindən fərqli olaraq Kiçik Qafqazın şimal yamacında çöküntütoplanma prosesi sualtı vulkanların püskürməsilə müşayiət olunur. Bu zaman toplanan gilli-qumlu çöküntülər tuflu qumdaşı, konqlomerat və qravelitlərlə növbələşirlər. Çöküntütoplanma prosesi isə əvvəlki kimi əsasən Somxet-Ağdam qalxımının Kür çökəkliyi hövzəsinə açılan körfəzşəkilli çökəkliklərində gedir. Allahverdi,

Page 211: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

209

Şəmkir, Murovdağ, Ağdam qalxımları isə dəniz səviyyəsindən yüksəkdə olan yuyulma zonaları olub. Yüksəkliklərdən yuyulan çöküntülər isə kiçik çaylarla Kiçik Qafqazqarşısı çöküntü hövzəsinə gətirilib.

Senoman və Alb əsrlərində mövcud olan çökəkliklərin paleotektonik və paleocoğrafi şəraitləri bir-birinə çox bənzəyir. Belə ki, Alb əsrinin sonunda əksər qalxım zonaları bir qədər də yüksəldiyindən, çökmə sahələrində dəniz geri çəkilir.

Böyük Qafqazın cənub yamacında tektonik hərəkətlərin aktivliyinin kəskin artması nəticəsində Vəndam geoantiklinalının qanad hissələrində və Zaqatala-Qovdağ çökəkliyi sərhədindəki qədim dərinlik qırılmaları fəallaşır və yeniləri əmələ gəlir. Bunlar da öz növbəsində vulkan püskürmələrinə səbəb olur.

Vəndam geoantiklinalının Yura yaşlı mərkəzi hissəsində porfirit örtükləri konqlomeratlarla növbələşir. Bir qədər şimalda, Duruca qalxımından cənubda yerləşən çökəklikdə isə tuflu qumdaşı, tuf, tuffit, gilli-şist və qumlu əhəngdaşıları ilə növbələşməsindən ibarət tufogen-çökmə mənşəli çöküntülər toplanır.

Analoji proses Lahıc çökəkliyində də mövcud olub. O Vəndam və Duruca qalxımlarına nisbətən intensiv çökməyə məruz qalır. Senoman əsrində vulkanların fəaliyyəti şərqdə, Girdiman çayı hövzəsində güclənir.

Son Təbaşirin əvvəllərində başlayan və tez-tez reqressiyalarla əvəz olunan dəniz transqressiyası epoxanın ortalarında maksimum həddinə çataraq Kür çökəkliyinin bütün ərazisini tutur.

Senoman-Turon çöküntülərinin litofasial tərkibi göstərir ki, Kür çökəkliyinin şimal hissəsində, Qanıx-Əyriçay depressiyası və Vəndam zonasında dayaz dəniz şəraitində tufogen qarışıqları olan karbonatlı-terrigen çöküntülər toplanır. Çöküntülərdə yayılan çaqıl, qayma,

Page 212: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

210

əhəngdaşı və porfirit qaymaları aşınma zonasının şimalda olduğunu göstərir. Kür çökəkliyinin mərkəzi hissəsində yerləşən Kürdəmir-Saatlı qalxım zonasında Kampan-Maastrixt əhəngdaşılarının alt Təbaşir çöküntüləri üzərinə qeyri-uyğun yatması göstərir ki, bu rayonda adalardan ibarət kordilyer mövcud olub [101]. Kordilyerin Ləngəbiz-Ələt qalxımlar zonasında da olması güman edilir.

Senonun əvvəlindən başlayaraq Kür çökəkliyi ərazisində tektonik hərəkətlərin intensivliyinin kəskin artması nəticəsində qədim qırılmaların aktivləşməsi ilə yanaşı yeniləri də yaranır.

Bu vaxtdan başlayaraq Kür çökəkliyinin əsas tektonik elementləri formalaşmağa başlayırlar. Nəticədə çökəkliyin paleocoğrafiyasında müəyyən dəyişikliklər baş verir (şəkil 35) və vulkanların fəaliyyəti canlanır.

Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanmasını izləməklə Qafqaz istiqamətli bir sıra qalxım və çökəklikləri ayırmaq mümkün olub (şəkil 36).

Daşyüz, Acıçay dərinlik qırılmaları və Vəndam qalxımı arasında yerləşən Qanıx-Əyriçay çökəkliyində maksimal qalınlıqları 600-700 m-ə çatan Konyak-Santon yaşlı vulkanogen-çökmə süxurlar toplanır. Cənubda yerləşən geoantiklinal zona isə yuyulma sahəsi olduğundan, bu çöküntülər kəsilişdə iştirak etmirlər. Zonanın qərb davamında - Kartli depressiyasında üst Təbaşir çöküntülərinin qalınlığı cəmi 93 m-dir.

Ləngəbiz-Ələt dərinlik qırılması ilə CŞ Qafqazdan, Qərbi Xəzər qırılması ilə isə Kürdəmir-Saatlı qalxımlar zonasından ayrılan və geniş ərazini tutan Aşağı Kür çökəkliyində palçıq vulkanlarının brekçiyalarından tapılan üst Təbaşir yaşlı pelitamorf əhəngdaşı, gil, alevrit və qumdaşı qırıntıları göstərir ki, burada son Təbaşir epoxasında karbonatlı-terrigen çöküntülər toplanıb [96, 98].

Page 213: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

211

Şəki

l 35.

Kür

dağ

lara

rası

çök

əkliy

i. Tə

başi

r çök

üntü

lərin

in s

əthi

nə g

örə

stru

ktur

xər

itə.

1-iz

opax

itlər

; 2-q

ırılm

alar

; 3-s

eysm

ik m

ürək

kəb

zona

lar;

4-pa

ram

etrik

,

ax

tarış

kəşf

iyya

t quy

ular

ı; 5-

stru

ktur

-xər

itəal

ma

quyu

ları.

Page 214: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

212

Qərbdə Qabırrı-Acınohur çökəkliyində Konyak-Santon vaxt intervalında qalınlığı 1500 m-ə çatan vulkanogen süxurlar toplanır. Onların da şimal istiqamətində tədricən çökmə süxurlarla əvəz olunacağı güman edilir.

Çökəkliyin Kiçik Qafqaza söykənən yamacında alt Senonun aşağı hissəsi liparit-porfiritlərlə təmsil olunur, üst hissəsində isə bu turş maqma məhsulları tədricən tuflu brekçiya, konqlomerat və qumdaşıları, eləcə də andezit-bazalt axımlarının növbələşməsi ilə əvəz olunur.

Şəkil 36. Üst Təbaşir çöküntülərinin qalınlıqlar xəritəsi.

1-izopaxitlər, 2-parametrik, axtarış və kəşfiyyat quyuları, 3-yuyulma sahələri.

Belə səciyyəli süxurlar Kür çayının sağ sahilində Şəmkir və Xram qalxımları arasında yerləşən ərazidə də geniş yayılıb.

Page 215: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

213

Qabırrı-Acınohur çökəkliyində ilk Senonda baş verən intensiv vulkanizm sözsüz ki, Kür, Ağstafa və Gəncə qırılmaları zonalarında tektonik aktivliyin artması ilə əlaqədar olub. Ən böyük vulkanlar isə dərinlik qırılmalarının kəsişdiyi sahələrdə yerləşir.

Orta Kür çökəklikliyini Aşağı Kür çökəkliyindən ayıran Kürdəmir-Saatlı qalxımlar zonasının Sorsor, Carlı və Saatlı sahələrində qazılan quyuların kəsilişində alt Senonun vulkanogen süxurlarının iştirak etməməsi, göstərilən qalxımlar zonasının mərkəzi hissəsinin yuyulma zonası olduğunu göstərir (bax: şəkil 34).

Qeyd etmək lazımdır ki, göstərilən sahələr ilk Senonda və bir qədər sonra hipsometrik cəhətdən Kürdəmir–Saatlı qalxımlar zonasının ən yüksək sahələri olduqlarına görə püskürmə materialları son Senonqabağı transqressiya vaxtı da yuyula bilərdi. Bu zaman hipsometrik cəhətdən nisbətən alçaq vəziyyətdə olan Qaracalı sahəsində traxibazalt, andezit-bazalt tərkibli piroklastik axımların növbələşməsindən ibarət vulkanogen süxurların yayılması, vulkan fəaliyyətinin Kürdəmir-Saatlı qalxımlar zonasında daha geniş ərazini tutduğunu və hipsometrik cəhətdən yüksək olan sahələrin sonradan yuyulduğunu göstərən dəlil kimi qəbul oluna bilər.

Alt Senonun traxibazalt və andezit-bazalt tərkibli effuziv süxurlarının Muradxanlı və Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında yerləşən digər sahələrdə geniş yayılması, bu sahələrin Kürdəmir-Saatlı zonasındakı sahələrə nisbətən istər tektonik, istərsə də hipsometrik cəhətdən alçaqda olmasını göstərir.

Rayonun ən böyük vulkanı məhz Muradxanlı sahəsində yerləşirdi. Muradxanlı vulkanının qalxımı mürəkkəbləşdirən uzanma istiqamətli qırılmalarla əlaqədar olması, Kürdəmir-Saatlı qalxımlar zonasından Yevlax-Ağcabədi çökəkliyinə keçid zonasında, göstərilən tektonik vahidləri bir-birindən ayıran Kür dərinlik qırılması ilə yanaşı,

Page 216: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

214

digər qırılmaların da mövcud olduğunu göstərir. Burada toplanan effuziv süxurların qalınlığı 200 m-dən artıqdır. Çökəkliyin mərkəzinə doğru onların tədricən çökmə mənşəli süxurlarla əvəz olunması gözlənilir [53].

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacı da Cənubi Kür dərinlik qırılması ilə Kiçik Qafqazın şimal-şərq qanadından ayrılır. Sonuncu rayonda qalınlıqları çox da böyük olmayan üst Təbaşir çöküntülərinin Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında kəskin artaraq 1400-1600 m-ə çatması, Cənubi Kür dərinlik qırılmasının və ona paralel istiqamətdə uzanan digər regional qırılmaların çöküntütoplanma ilə eyni vaxtda inkişaf etdiyini göstərir (bax:şəkil 36).

İlk və orta Yura epoxalarında əsası qoyulan çökəklik son Təbaşir epoxasında vulkanogen-çökmə və karbonatlı-terrigen çöküntülərlə doldurulan intensiv çökmə hövzəsi olub.

Üst Təbaşir çöküntüləri qalınlıqlarının paylanması və Təbaşir çöküntüləri səthinə görə qurulan struktur xəritələrdən görsənir ki, Yevlax-Ağcabədi çökəkliyi və ondan qərbdə yerləşən Qarayazı çökəkliyinin cənub-qərb yamacında eninə zonalılıq kifayət qədər kəskin əks olunur (bax: şəkil 31, 32). Belə ki, burada Kiçik Qafqazın əksi istiqamətində yerləşən qalxımları bir-birindən ayıran Qazax, Ağcakənd və Ağdərə çökəkliklərində qalınlıqları 1000-1500 m-ə çatan çöküntülər toplanır. Bununla yanaşı Zəyəm, Dəllər, Dəliməmmədli, Tərtər, Güllücə, Beyləqan qalxımlarının da formalaşdığını və onların çöküntütoplanma prosesinə təsirini qeyd etmək lazımdır.

Son Senonda Kür çökəkliyinin paleotektonik planı dəyişməsə də, çöküntütoplanma prosesində ciddi dəyişikliklər baş verir. Tektonik blokların bir-birinə nisbətən kontrast hərəkətləri kəskin

Page 217: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

215

zəifləyir. Hələ Santon əsrinin sonlarında fəaliyyəti son dərəcə zəifləyən vulkanizm prosesləri isə tamamilə dayanır.

Kampan əsrində dənizin geniş transqressiyası başlayır. Bunun nəticəsində genişlənən və dərinləşən dənizin çox yerində qumlu gil araqatları olan pelitamorf əhəngdaşları və mergellər çökürlər. Kürdəmir-Saatlı qalxımlar zonasının bir sıra sahələrində Kampan çöküntülərinin alt Senon və alt Təbaşirin vulkanogen-gilli çöküntüləri üzərinə transqressiv şəkildə qeyri-uyğun yatdıqları müşahidə olunur.

Transqressiya zamanı Kiçik Qafqazın şimal ətəklərində olan körfəzlər və Kür hövzəsini Göycə-Əkərə hövzəsi ilə birləşdirən boğazlar genişlənir və nəticədə yuyulma sahələri xeyli azalır. Məsələn, Ağstafa-Tovuz boğazının genişlənməsilə Şəmkir qalxımında yuyulma sahəsi xeyli azalır.

Tərtər çayı hövzəsində Kampan çöküntülərinin açıq-ağ rəngli pelitamorf və yazı təbaşirinə oxşar əhəngdaşılarından, eyni zamanda az qalınlıqlı gillərdən ibarət olması, çöküntülərin toplandığı boğazda dərin dəniz şəraitinin olmasını göstərir.

Kampan əsrində Xaçınçay-Ağdam və Beyləqan qalxımlarının çox hissəsi su altında qalır. Birinci qalxımın qalığı olan kiçik ada Ağdam və Xocavənd körfəzlərini bir-birindən ayırır. Qalxma hərəkətləri nəticəsində yaranan reqressiya çox keçmədən Maastrixt əsrində yeni transqressiya ilə əvəz olunur. Lakin bu transqressiya nəticəsində dəniz Kampan əsrindəki sərhədlərinə çata bilmir.

Ağstafa-Tovuz körfəzi Maastrixt əsrində Kampan əsrindəkinə nisbətən xeyli kiçilir, Şəmkir və Yuxarı Ağcakənd qalxımları isə genişlənərək vahid qalxım şəklində birləşirlər. Tərtər boğazı da əhəmiyyətli dərəcədə daralsa da cənubda Somxet-Ağdam və Kür hövzələrini əlaqələndirməkdə davam edir. Ağdam qalxımı ensiz yarımada şəklində cənub-şərq istiqamətində uzanaraq cənubda

Page 218: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

216

yerləşən Xocavənd körfəzini hüdudlandırır. Göstərilən rayonlarda Maastrixt əsrində az qalınlıqlı gil laycıqlarına malik nisbətən qumlu pelitamorf əhəngdaşıları çökür. Onların qalınlıqları 100-400 m arasında dəyişir.

Yevlax-Ağcabədi çökəkliyinin mərkəzi hissəsinə doğru əhəngdaşılarının qalınlığı tədricən artır və litoloji cəhətdən onları Kampan və üst Santon çöküntülərindən fərqləndirmək çətinləşir. Ümumi qalınlığı 1000 m-ə çatan əhəngdaşıları arasında mergel və az qalınlıqlı gil laycıqları da iştirak edir.

Son Təbaşir transqressiyası Kampan əsrində öz maksimum dərəcəsinə çatır. Kiçik Qafqazda əvvəllər mövcud olan adaların əksəriyyəti su altında qalır. Belə şəraitdə kimyəvi və biogen yollarla əmələ gələn karbonatların çökməsi üçün əlverişli şərait yaranır.

Arazyanı çökəklikdə də, Kiçik Qafqazın əksər rayonlarında olduğu kimi, Kampan-Maastrixt vaxtı pelitamorf və bəzən də qumlu əhəngdaşıları çökür. Çökəkliyin kənar hissələrində isə Maastrixt əsrində əhəngdaşıları kobuddənəli terrigen çöküntülərlə əvəz olunur [101].

Kür dağlararası çökəkliyində, karbohidrogenlərin generasiyası hövzəsi kimi, əmələ gələn neft-qaz miqrasiya edərək, mövcud olan antiklinal qalxımlarda və çöküntülərin pazlaşma zonalarında struktur və litoloji-stratiqrafik yataqlar əmələ gətirirlər.

Yevlax-Ağcabədi çökəkliyi

Yevlax-Ağcabədi çökəkliyi Kiçik Qafqazqarşısı monoklinaldan ibarət olub, cənub-qərb yamacı zəif əks olunan struktur çıxıntı və hemisinklinallarla mürəkkəbləşib. Struktur çıxıntılar Murovdağ və Ağdam antiklinoriumlarının, hemisinklinallar isə Ağcakənd və Ağdərə sinklinoriumlarının cənub-şərq davamında yerləşirlər. Çökəkliyin şimal-şərq yamacı isə geoloji quruluşuna görə cənub-

Page 219: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

217

qərbdəkindən xeyli dərəcədə fərqlənir. Bu yamac nisbətən az mailli, geniş ölçülü monoklinalı xatırladır [66].

Yevlax-Ağcabədi cökəkliyində Mezozoy kompleksi Yura-alt Təbaşir yaşlı vulkonogen-terrigen və üst Təbaşirin vulkanogen-karbonatlı süxurlarından təşkil olunub.

Alt Təbaşir və Yura çöküntüləri Kürdəmir-Saatlı gömülmüş qalxımlar zonasının Saatlı qalxımında qazılan ÇD–1 saylı quyuda açılıb və əsasən vulkanogen çöküntülərdən ibarətdir. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb qanadının cənub-şərq hissəsində yerləşən Beyləqan sahəsində qazılan quyularda da alt Təbaşir çöküntüləri vulkanogen süxurlardan ibarətdir.

Vulkanogen süxurlar üst Təbaşirin kəsilişində də üstünlük (Santona qədər) təşkil edir. Üst Santon–Maastrixt intervalı isə, əsasən karbonatlı süxurlardan təşkil olunub.

Karbohidrogenlərin əmələ gəlməsi və toplanması üçün daha əlverişli olan karbonatlı çöküntülərin qalınlığı hövzənin şimal-qərb hissəsində (Borsunlu 1- saylı quyu) 750 m-ə, cənub-qərbində (Ağcabədi rayonunda) 800 m-ə çatır. Üst Təbaşirin karbonatlı çöküntülərinin minimal qalınlığı (50-200 m) Muradxanlı-Zərdab antiklinal zonasında və onlardan şimal-qərbdə yerləşən Əmirarx qalxımında qeydə alınıb.

Yevlax-Ağcabədi çökəkliyi, Qabırrı-Acınohur çökəkliyindən vulkanogen çöküntülərlə təmsil olunan Şəmkir qalxımının şimal-şərq batımı ilə, cənub-şərqdə isə Talışqarşısı çökəklikdən Biləsuvar qalxımı ilə ayrılır.

Mezozoy erasının sonu Paleogenin əvvəllərində baş verən yuyulma prosesində üst Təbaşirin karbonatlı çöküntüləri hövzənin kənar hissələri və qalxım zonalarında qismən, Muradxanlı, Güllücə, Dəliməmmədli strukturların tağ hissələrində isə tamamilə yuyulublar [53].

Page 220: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

218

Üst Təbaşir çöküntüləri səthinin Eosenin sonunda paleostruktur vəziyyəti Mezozoy neftli-qazlı kompleksinin ilk və orta Paleogen ərzində əhəmiyyətli dəyişikliklərə uğradığını göstərir (şəkil 37). Bu dövrdə Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb hissəsində meridional istiqamətli Naftalan-Gödəkboz qalxımı əmələ gəlir.

Şəkil 37 . Mezozoy çöküntüləri səthinin Eosenin

sonunda paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Təbaşir çöküntülərinin 400-600 m dərinliklərdə yerləşən bu

qalxım zonası hələ son Təbaşirdə mövcud olan Borsunlu və şərqdə

Page 221: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

219

yerləşən Bərdə depressiyalarını ayırır. Depressiyalarda üst Təbaşir çöküntüləri müvafiq olaraq 1400 və 1800 m-ə qədər dərinliyə gömülüb.

Daha böyük ölçülü Ağcabədi çökəkliyində də Təbaşir çöküntülərinin eyni dərəcədə çökməyə məruz qaldığı güman edilir. Cənub-şərqdə Araz çayı vadisində qapanan depressiya Cəfərli və Xudafərin-Bəhmənli rayonlarında körfəzvarı depressiyalar əmələ gətirir. Körfəzlərdə üst Təbaşir çöküntüləri 400-1000 m dərinlikdə yatır.

Çökəkliyin şimal-şərq yamacında çox inkişaf edən Muradxanlı qalxımının tağ hissəsi ilk və orta Paleogen vaxtı yuyulma sahəsi olub. Burada üst Təbaşirin vulkanogen süxurları yer səthinə çıxaraq aşınmaya məruz qalır. Qonşuluqda yerləşən Zərdab antiklinalında isə üst Təbaşirin az qalınlıqlı karbonatlı, böyük qalınlıqlı tufogen və vulkanogen çöküntüləri 200 m dərinliyə gömülürlər (şəkil 38).

Şəkil 38. Zərdab-Muradxanlı-Qaralı istiqamətində geoloji profil.

İstər Muradxanlı, istərsə də Zərdab antiklinalları en

istiqamətində kəskin asimmetrik quruluşa malikdirlər. Bu

Page 222: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

220

strukturların Eosenin sonunda çox kiçik bucaq altında yatan ensiz şimal-şərq qanadları çox dayaz çökəkliklərlə Kürdəmir-Saatlı qalxımlar zonasının cənub-qərb qanadından ayrılır.

Bu quruluş Zərdab və Əmirarx strukturları arasında yerləşən 28-30 km uzunluğu olan sahədə üst Təbaşirin Eosen çöküntülərinin pazlaşma zonasından cənub-qərbdə monoklinal şəkildə 1000-1200 m-ə qədər çökməsi ilə əvəz olunur. Əmirarx sahəsinin özündə isə 300 m-lik qapalı izogipslə xarakterizə olunan paleostruktur, Zərdab sahəsində olduğu kimi, pazlaşma sahəsindən dayaz və enli sinklinal çökəkliklə ayrılır (bax: şəkil 37).

Yevlax-Ağcabədi çöküntütoplanma hövzəsinin cənub-qərb yamacında Eosenin sonunda üst Təbaşir çöküntülərinin əsas paleostruktur elementləri olan Beyləqan, Sovetlər, Ağcabədi, Güllücə, Qazanbulaq, Dəliməmmədli və s. qalxımlar daha çox əks olunur.

Cənub-qərb yamacın mərkəzi və şimal-qərb hissəsində yerləşən paleostrukturlarda üst Təbaşir çöküntüləri 200-300 m dərinlikdə, cənub-şərqdə ayrılan Ağcabədi, Beyləqan, Sovetlər və s. paleostrukturlarda isə 600-1200 m dərinlikdə yatır. Bu da göstərilən rayonların Paleosen, Eosen ərzində daha intensiv çökməyə məruz qaldığını göstərir [88] (şəkil 39).

Oliqosen-ilk Miosen (Maykop) vaxtı Yevlax-Ağcabədi hövzəsində çökmə prosesi daha da sürətlənir. Maykop əsrinin sonunda hövzənin mərkəzində yerləşən Yevlax və Ağcabədi depressiyalarında üst Təbaşir çöküntüləri 3800-4000 m dərinliyə qədər gömülür və depressiyalar çökəkliyin oxu istiqamətdə miqrasiya edərək, bir-birinə yaxınlaşır (şəkil 40).

Çökmə prosesi Yevlax və Borsunlu depressiyasını ayıran Naftalan-Gödəkboz meridional qalxım zonasını da əhatə edir. Burada

Page 223: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

221

üst Təbaşir çöküntülərinin hipsometrik səviyyəsi 2000-2500 m-ə qədər enir.

Şəkil 39. Ağcabədi-Ağgöl-Sovetlər istiqamətində geoloji profil.

Hövzənin şimal-şərq yamacında yuyulma zonası olan

Muradxanlı qalxımının tağ hissəsi də qalınlığı 250-400 m arasında dəyişən üst Maykop çöküntüləri ilə örtülür (bax: şəkil 38). Daha sürətlə çökən Zərdab antiklinalında üst Təbaşir çöküntülərinin paleostrukturu 900-1200 m izohipslə hüdudlanır. Şimal-qərbdə yerləşən Əmirarx antiklinalı da təxminən Zərdab antiklinalı səviyyəsindədir (şəkil 41). Bu strukturlar, Eosenin sonunda olduqları kimi, asimmetrik quruluşlu olub, Maykop çöküntülərinin pazlaşma zonasından ensiz, lakin daha dərin sinklinal çökəkliklə ayrılır (bax:şəkil 37, şəkil 40).

Yevlax-Ağcabədi hövzəsinin cənub-qərb yamacında yerləşən strukturların əksəriyyəti daha aydın şəkildə əks olunub. Öz asimmetrik quruluşunu qoruyub saxlayan üst Təbaşir çöküntülərinin Maykop əsrinin sonunda olan paleostrukturları ən azı hər 200 m-dən keçirilən bir qapalı izohipslə xarakterizə olunur. Hövzənin cənub-qərb

Page 224: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

222

yamacının cənub-şərq hissəsində yerləşən Cənubi Beyləqan, Ağcabədi və Sovetlər paleostrukturlarında qapalı izohipslər müvafiq olaraq 400, 1200 və 2400 m təşkil edir (şəkil 40).

Şəkil 40. Mezozoy çöküntüləri səthinin Maykopun

sonunda paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar.

Cənub-qərb yamacın ən yüksək hissəsində yerləşən Güllücə strukturu da 400 m-lik izohipslə xarakterizə olunur. Şimal-qərb istiqamətində 1800 m-lik izohipslə qapanan Qazanbulaq paleostrukturu cənub-qərbdə dərinliyi 100 m olan asimmetrik yəhərlə Kiçik Qafqazqarşısı monoklinaldan ayrıldığı halda, qonşuluqda yerləşən Acıdərə, Sarıyaldağ və Əliuşağı sahələri yalnız kiçik struktur çıxıntılar şəklində regional monoklinalın quruluşunu bir qədər mürəkkəbləşdirir.

Page 225: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

223

Şəkil 41. Tərtər-Bərdə-Əmirarx istiqamətində geoloji profil. Üst Təbaşir çöküntüləri səthinin Miosenin sonundakı

paleostruktur vəziyyətində Maykop əsrinin sonuna nisbətən ciddi dəyişikliklər baş vermir. Əvvəlki kimi Yevlax və Ağcabədi depressiyaları ən intensiv çökmə zonaları olur və üst Təbaşir çöküntüləri 5000 m dərinliyə gömülürlər (şəkil 42).

Naftalan-Gödəkboz qalxımları əvvəlki uzanma istiqamətini və yatma dərinliklərini (2000-2500 m) saxlayırlar. Qalxım zonasından qərbdə yerləşən Borsunlu çökəkliyində isə enmə prosesi bir qədər artır və üst Təbaşir çöküntüləri 3200-3400 m-ə qədər gömülürlər (şəkil 43).

Hövzənin en istiqamətində mövcud olan asimmetrik quruluşu Miosen vaxtı bir qədər də artır. Şimal-şərq yamacda daha çox sahə, o cümlədən Kürdəmir-Saatlı gömülmüş qalxımlar zonasına aid olan strukturlar da çökmə prosesinə məruz qalırlar. Cənub-qərb yamacda yerləşən strukturların əksəriyyəti isə Miosen dənizləri səviyyəsindən yüksəkdə yerləşən yuyulma zonaları olublar. Yalnız Miosen çöküntülərinin pazlaşma zonasından şimal-şərqdə yerləşən Sovetlər strukturu Maykop əsrinin sonuna nisbətən daha 600 m dərinliyə gömülür (bax: şəkil 39).

Page 226: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

224

Zərdab-Muradxanlı zonasında yerləşən strukturlarda üst Təbaşir çöküntüləri səthinin enməsi artaraq Muradxanlı qalxımının tağ hissəsində 800 m-ə, Zərdab qalxımının tağ hissəsində isə 2000 m-ə çatır. Əmirarx sahəsində mövcud olan struktur terras isə 2200 m-ə qədər dərinliyə enir (şəkil 42).

Şəkil 42. Mezozoy çöküntüləri səthinin Miosenin

sonunda paleostruktur vəziyyəti.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Mezozoy kompleksinin neft-qazlılığını qiymətləndirirkən, ilk növbədə qeyd etmək lazımdır ki, Cənubi Qafqaz massivinin qalığı olan Kür geoantiklinalı Yura dövründə vulkanogen komplekslərdən

Page 227: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

225

ibarət olduğu üçün neft-qazlılıq baxımından perspektivsiz rayon sayılır.

Sedimentasiya hövzələrində karbohidrogenlərin əmələ gəlməsi üçün daha əlverişli şərait üst Təbaşir çöküntülərinin toplandığı vaxt olub. Bu çöküntülər regional neftli-qazlı olmaqla yanaşı, bəzi sahələrdə sənaye əhəmiyyətli neft-qazlılığa malikdirlər.

Şəkil 43. Dəliməmmədli-Borsunlu-Gödəkboz istiqamətində

geoloji profil.

Mezozoy çöküntülərində karbohidrogenlərin toplanması və onların qorunub saxlanılmasını təmin edən örtük layları mövcud olub. Üst Təbaşir çöküntüləri üçün belə örtük Paleosen-alt Eosen və əsasən Maykopun gilli çöküntüləridir. Regionda qırışıqların əksəriyyəti üst Təbaşir və Paleogen dövrlərində konsedimentasiya xüsusiyyətli inkişafda olmuşlar. Məhz bu strukturlar, süxurlarda əmələ gələn və lateral miqrasiyaya məruz qalan karbohidrogenlərin yığılması üçün əlverişli tələlər olmuşlar. Bununla yanaşı, singenetik neftli-qazlı çöküntülərin pazlaşma zonalarında yaranan stratiqrafik tələlər də neft-qazlılıq cəhətcə əhəmiyyət kəsb edir [102].

Yevlax-Acabədi hövzəsində əsas neftli-qazlı komplekslər Mezozoy və Paleogen-Miosen yaşlıdır. Bu komplekslərin

Page 228: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

226

paleostruktur inkişaf tarixini izləmək, neft-qazın kütləvi generasiyasının başlanması vaxtının, miqrasiya istiqamətlərinin müəyyən edilməsi, neft-qaz yataqlarının formalaşması və qorunub saxlanılması baxımından böyük əhəmiyyət kəsb edir.

Yevlax-Ağcabədi çökəkliyinin üst Təbaşir çöküntülərinin Santona qədərki hissəsi perspektivsiz sayılır. Kəsilişin üst hissəsi isə karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli paleotektonik və paleocoğrafi şəraitlərdə toplanıb.

Burada çöküntülərin qalınlığı çökəkliyin mərkəzinə doğru tədricən artaraq 700-800 m-ə çatan, mergel araqatları ilə növbələşən pelitamorf əhəngdaşılarından ibarətdir. Bu baxımdan Maastrixt mərtəbəsi çöküntüləri daha böyük əhəmiyyət kəsb edir. Üst Təbaşir çöküntülərinin 5000 m-dən artıq dərinliyə gömülməsi, çöküntülərdə karbohidrogenlərin generasiyası üçün lazım olan termobarik şəraitin mövcud olduğunu göstərir [102].

Yevlax-Ağcabədi çökəkliyinin neft-qazlılıq cəhətcə daha perspektivli sayılan şimal-şərq yamacında Mezozoyun səthi Eosenin sonunda nisbətən az mailli monoklinalı xatırladır (bax: şəkil 37). Burada üst Təbaşir çöküntüləri 4000-5000 m dərinliklərdə yatır. Monoklinalın qalxım hissələrində Eosen, Maykop və Miosen çöküntüləri şimal-şərq istiqamətdə pazlaşır.

Maksimal qalınlıq qeyd olunan Borsunlu və Ağcabədi depressiyaları neft-qaz generasiya, minimal qalınlıqla seçilən karbonatlı çöküntülərin yayıldığı Muradxanlı-Zərdab və Əmirarx sahələri isə karbohidrogenlərin toplanma zonaları olublar.

Üst Təbaşirin yuyulmuş səthi üzərinə qeyri-uyğun yatan Paleogenin gilli çöküntüləri ilə örtüldüyü sahələrdə üst Təbaşirin istər karbonatlı, istərsə də vulkanogen çöküntülərində stratiqrafik tipli tələlərin əmələ gəlməsi üçün əlverişli paleogeoloji, monoklinalın

Page 229: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

227

cənub-şərq hissəsində isə paleostrukturlar (Muradxanlı, Zərdab, Əmirarx) mövcud olub. Strukturlar 200, 300 m-lik qapalı izohipslərlə haşiyələnirlər. Asimmetrik quruluşlu strukturların daha dik cənub-qərb qanadları neft və qazın miqrasiyası istiqamətində yerləşdikləri üçün, daha böyük perspektivli sayılır. Çökəkliyin bu yamacında Zərdabdan Əmirarxa qədər olan 40 km-lik məsafədə seysmik kəşfiyyat üsulları ilə qapalı strukturlar aşkar edilməyib.

Seysmik kəşfiyyat məlumatlarına görə monoklinal quruluşa malik olan bu sahədə üst Təbaşir çöküntüləri 4000-5000 m dərinlikdə yatır. Monoklinalın qalxım hissələrində Eosen, Maykop və Miosen çöküntülərinin ardıcıl olaraq şimal-şərq istiqamətində pazlaşır. Üst Təbaşirin yuyulmuş səthi üzərinə qeyri-uyğun yatan Paleogen yaşlı gilli çöküntülərlə örtüldüyü sahələrdə Təbaşirin karbonatlı və vulkanogen çöküntülərində stratiqrafik tipli tələlərin əmələ gəlməsi üçün əlverişli paleogeoloji şərait mövcud olub.

Çökəkliyin şimal-şərq yamacının şimal-qərb hissəsində son Təbaşir-ilk Paleogen epoxalarında Qarxun-Əmirarx tektonik zonası şimal-şərqdən sinklinal çökəkliklə Şıxlar-Ucar qalxımlar zonasından ayrılırdı. Belə olan təqdirdə, Şıxlar-Ucar qalxımlar zonasında üst Təbaşir çöküntülərində stratiqrafik tipli tələlərinin varlığını güman etmək olar.

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında üst Təbaşir çöküntüləri 200-300 m-dən 3000-4000 m-ə qədər dərinlikdə qeyd olunur. Böyük dərinliklərdə generasiya olunan karbohidrogenlər çökəkliyin yamacı ilə cənub-qərb istiqamətində miqrasiya edərkən mövcud strukturlar neft-qazın toplanması üçün əlverişli tələlər olmuşdur. Bununla yanaşı, regional qırılmalar karbohidrogenlərin dağılmasına səbəb olsalar da, bəzi hallarda tektonik ekranlaşmış tələlərin əmələ gəlməsinə şərait yaradıblar.

Page 230: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

228

Yevlax-Ağcabədi çökəkliyinin perspektivli sahələrindən biri də, üst Təbaşir çöküntülərinin 3500-5000 m dərinliklərdə yatdığı cənub-şərq sentriklinalıdır. Mezozoy çöküntüləri səthi üzrə hesablanan temperaturların hövzənin mərkəzi hissəsində 150-1700C-ə çatması, Mezozoy çöküntülərinin qazəmələgəlmə, şimal-şərq yamacında 80-1200C olması baş neftəmələgəlmə, cənub-qərb yamacında isə 60-700C-ə qədər azalması, infiltrasiya zonalarında olduğunu göstərir.

Yevlax-Ağcabədi çökəkliyində Mezozoy çöküntü kompleksində karbohidrogenlərin əmələ gəlməsi üçün ən əlverişli şərait üst Təbaşirin Maastrixt əsrində olub. Onların toplanaraq yataq əmələ gətirmələri üçün isə ən münasib paleostruktur şərait karbonatlı çöküntülərin pazlaşma zonalarında və daha çox inkişaf edən antiklinal strukturların tağ hissələrində yaranan struktur və litostratiqrafik tələlərdə mövcud olmuşdur.

Qabırrı-Acınohur hövzəsi

Qabırrı-Acınohur hövzəsi Yevlax-Ağcabədi hövzəsindən Qafqazəksi Paleozoy yaşlı Şəmkir qalxımının şimal-şərq batımı ilə ayrılıb. Üst Təbaşir epoxasında hövzənin cənub-qərb sərhədi Samxet-Ağdam antiklinoriumu, şimal-şərq sərhədi isə Gürcüstan ərazisində yerləşən Eldar və Saqareco gömülmüş qalxımları olub. Şimal-qərbdə Acar-Trialet qırışıqlıq sisteminə qədər davam edən, cənub-şərqdə isə Acınohur çökəkliyini əhatə edən hövzə daxilində son Təbaşirin əvvəllərində vulkanogen, daha sonra tufogen və epoxanın ikinci yarısında isə son Santondan başlayaraq əhəngdaşı və mergellərdən ibarət karbonatlı çöküntülər toplanıb.

Qabırrı-Acınohur çökəkliyində Konyak, Santon əsrlərində qalınlığı 1500 m-ə çatan vulkanogen süxurlar toplanır. Bu süxurların

Page 231: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

229

şimal istiqamətində tədricən çökmə süxurlarla əvəz olunması güman edilir. Çökəkliyin Kiçik Qafqaza söykənən yamacında alt Senonun alt hissəsi traxiliparit və liparitli porfiritlərdən təşkil olunub. Alt Senonun üst hissəsində isə turş maqma məhsulları tədricən tuflu brekçiya, tuflu konqlomerat, tuflu qumdaşı və andezit-bazalt növbələşməsi ilə əvəz olunur. Bu tipli süxurlar Kür çayının sağ sahilində, Şəmkir və Xram qalxımları arasındakı ərazidə də geniş yayılıb. Qabırrı-Acınohur çökəkliyində ilk Senonda baş verən intensiv vulkanizm Kür, Ağstafa və Gəncə qırılmaları zonalarında tektonik aktivliyin artması ilə əlaqədar olub [85, 94].

Hövzənin cənub-qərb hissəsində Kür çayı ilə Kiçik Qafqaz qırışıqlıq sistemi arasında yerləşən Tovuz-Qazax, Xatınlı, Dəllər-Tovuz istiqamətində uzanan depressiya daxilində toplanan karbonatlı çöküntülərin qalınlıqları 400 m-dən artıqdır.

Kür və Qabırrı çayları arasında isə karbonatlı çöküntülərin qalınlıqları tədricən 100-50 m-ə qədər azalır. Belə paleotektonik şəraitdə çökən üst Təbaşirin karbonatlı çöküntüləri sonrakı geoloji dövrlərdə mürəkkəb paleotektonik və paleostruktur dəyişikliklərə məruz qalaraq müasir struktur vəziyyəti alıblar.

Maastrixt əsrində Ağstafa-Tovuz körfəzi Kampan əsrindəkinə nisbətən xeyli kiçilir. Şəmkir və Yuxarı Ağcakənd qalxımları isə genişlənərək vahid qalxım şəklində birləşirlər. Hövzənin regional monoklinal quruluşlu cənub-qərb yamacında üst Təbaşir çöküntüləri şimal-şərq istiqamətində 500 m-dən 3500-4000 m dərinliyə qədər gömülür. Hövzənin bu yamacı bir sıra qalxım, struktur çıxıntı (Tərsdəllər, Palantökən, Məmmədli, Əlimərdanlı, Ağstafa, Cahandar, Molladağ və s.) və terraslarla mürəkkəbləşir. Mezozoy çöküntüləri səthinin Eosenin sonuna olan paleostruktur vəziyyətindən görünür ki, üst Təbaşir çöküntüləri şimal-şərq istiqamətində gömülən monoklinal

Page 232: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

230

quruluşa malikdir (şəkil 44). Lakin, monoklinal quruluş Məmmədtəpə və Tərsdəllər sahələrində nisbətən böyük, başqa sahələrdə isə kiçik struktur çıxıntılarla mürəkkəbləşərək 1000-1200 m dərinliyə qədər gömülürlər.

Maykop əsrinin sonunda hövzənin cənub-qərb yamacının şimal-qərb hissəsində çökmə prosesi intensivləşdiyi üçün monoklinal daha dik yatım alır. Ona görə də, Məmmədtəpə struktur çıxıntısı daha zəif əks olunur.

Cənub-şərqdə Tərsdəllər və Gürzündağ sahələrində yerləşən strukturlar isə, konsedimentasiya səciyyəli inkişafda olduqları üçün üst Təbaşir çöküntüləri 1000-2000 m-dən dərinə enir və burada paleostrukturlar daha aydın əks olunurlar.

Şəkil 44. Mezozoy çöküntüləri səthinin Eosenin

sonunda paleostruktur vəziyyəti.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Page 233: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

231

Mezozoy çöküntüləri səthinin Maykopun sonuna olan paleostruktur vəziyyətindən görünür ki, Maykop əsrində baş verən intensiv çökmə nəticəsində hövzənin cənub-qərb yamacında üst Təbaşir çöküntüləri səthinin şimal-şərq istiqamətində hipsometrik səviyyə fərqi 1000 m-dən artıqdır. Sacdağ və Gürzündağ sahələrində üst Təbaşir çöküntüləri 2800-3000 m dərinlikdə yatır (şəkil 45).

Şəkil 45. Mezozoy çöküntüləri səthinin Maykopun

sonunda paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2- parametrik,axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Belə paleohipsometrik dərinliklər Tərsdəllərdən cənub-şərqdə

də mövcud olub. Bu iki körfəzvarı depressiyalar arasında yerləşən Tərsdəllər sahəsində Eosenin sonunda 400 m dərinlikdə yerləşən

Page 234: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

232

qapalı paleostruktur 800 m-lik izohipslə hüdudlanan struktur terras ilə əks olur və şimal-şərq istiqamətində 2000-2500 m dərinliyə qədər gömülür.

Hövzənin cənub-qərb yamacının şimal-şərq istiqamətində çökməsi və prosesin Miosen dövründə sürətlənməsi üst Təbaşir çöküntüləri səthinin paleohipsometrik səviyyəsinin 1400-1600 m-dən (çöküntülərinin pazlaşma zonasında) 5000-5500 m-ə qədər enməsinə və əvvəllər mövcud olan qalxımların daha zəif əks olunmasına səbəb olur. Ən yaxşı əks olunan Tərsdəllər qalxımında üst Təbaşir çöküntülərinin səthi şimal-şərq istiqamətində 1000 m-dən 3000 m-ə qədər dərinliyə enir. Şimal-qərbdə isə zəif əks olunan Qıraq Kəsəmən struktur çıxıntısında üst Təbaşir çöküntüləri səthinin hipsometrik səviyyəsinin 2000 m-dən 3800 m-ə qədər endiyi müşahidə olunur (şəkil 46).

İlk və son Pliosen vaxtı Qabırrı-Acınohur hövzəsinin mərkəzi hissəsində çökmə prosesi davam edir. Bu zaman toplanan çöküntülərin qalınlıqları 1200 m-ə çatır. Bu da üst Təbaşir çöküntülərinin daha böyük (6000-6500 m) dərinliyə enməsini göstərir. Bu vaxt mövcud olan struktur çıxıntıların əks olunma dərəcəsi bir qədər də zəifləyir.

Ağcagilqabağı və Ağcagil əsrində tektonik hərəkətlər nəticəsində Kaxeti-Daşyüz və Çatma qalxım zonaları, Qanıx, Cənubi Kaxeti və Ceyrançöl depressiya zonaları əmələ gəlir. Struktur plan Abşeron əsrində demək olar ki, dəyişikliyə uğramır, tektonik hərəkətlərin intensivliyi daha da artır. Depressiya zonalarında Abşeron çöküntüləri qalınlıqlarının 1800-2000 m-ə çatması, qalxım zonalarında isə 200 m-ə qədər azalması bunu təsdiqləyir [88].

Abşeron əsrinin sonunda başlayan tektonik hərəkətlər qalxma və qırışıq əmələgətirmə xarakterli olmaqla yanaşı, bir sıra üstəgəlmə

Page 235: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

233

pozğunluqlarının yaranmasına səbəb olur. Bu pozğunluqların böyük əksəriyyəti və onların qalxmış qanadları üzərində formalaşan antiklinal qalxımlar Maykop lay dəstəsinin plastik gillərində söndükləri üçün, üst Təbaşir çöküntülərinin struktur quruluşuna təsir etmir.

Şəkil 46. Mezozoy çöküntüləri səthinin Miosenin

sonunda paleostruktur vəziyyəti. 1- izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3 - qırılmalar; 4 - çöküntülərin pazlaşma sərhədi.

Sedimentasiya hövzələrində Mezozoy çöküntü kompleksində

karbohidrogenlərin əmələ gəlməsi üçün daha əlverişli şərait üst Təbaşir çöküntülərinin toplandığı vaxt olmuşdur.

Qabırrı-Acınohur hövzəsində neft-qazlılıq perspektivliyi üst Təbaşir və Eosen çöküntüləri ilə əlaqədardır. Üst Təbaşir çöküntüləri kəsilişinin alt hissəsi əsasən vulkanogen və tufogen süxurlardan ibarət

Page 236: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

234

olduğu üçün neft-qazlılıq baxımından perspektivli sayılmır. Qabırrı-Acınohur çökəkliklərində karbohidrogenlərin əmələ gəlməsi üçün ən əlverişli şərait isə əsasən çatlı, pelitamorf əhəngdaşı və mergellərdən təşkil olunan üst Təbaşirin Turon, üst Santon - Maastrixt əsrlərində olub.

Karbohidrogenlərin əmələ gəlməsi, həm də onların toplanaraq yataq əmələ gətirmələri üçün münasib paleostruktur şərait karbonatlı çöküntülərin pazlaşma zonaları və daha çox inkişaf edən antiklinal strukturların tağ hissələrində yaranan struktur və litostratiqrafik tələlərdə mövcud olub. Bu çöküntülər regional neftli-qazlı olmaqla bərabər bəzi sahələrdə sənaye əhəmiyyətli neft-qazlılığa da malikdirlər [85. 104].

Yevlax-Ağcabədi çökəkliyində olduğu kimi, burada da Mezozoy çöküntülərində karbohidrogenlərin toplanması və onların qorunub saxlanılmasını təmin edə biləcək regional yayılan örtük layları mövcud olub. Üst Təbaşir çöküntüləri üçün belə örtük Paleosen-alt Eosen və əsasən Maykopun gilli süxurlarıdır. Burada qırışıqların əksəriyyəti üst Təbaşir və Paleogen dövrlərində konsedimentasiyalı inkişafda olmuşlar. Bunun nəticəsində, bu dövrlərdə çökən süxurlarda əmələ gələn və lateral miqrasiyaya məruz qalan karbohidrogenlərin yığılması üçün əlverişli tələlər var idi. Singenetik neftli-qazlı çöküntülərin pazlaşma zonalarında yaranan stratiqrafik tələlər də neft-qazlılıq baxımından əhəmiyyət kəsb edir.

Kür çayı vadisindən cənubda üst Təbaşirin karbonatlı çöküntüləri yer səthinə çıxdıqları və infiltrasiya suları ilə yuyulduqları üçün perspektivsiz sayılır.

Kür və Qabırrı çayları arasındakı ərazidə isə, bu çöküntülər böyük qalınlıqlı Paleogen və qismən də Miosen çöküntülərilə örtülərək infiltirasiya proseslərindən mühafizə olunub.

Page 237: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

235

Kür və Qabırrı çayları arasında üst Təbaşir çöküntüləri səthində hesablanan temperaturların 70-150ºC arasında olması, çöküntülərin əsasən baş neftəmələgəlmə zonasında olduğunu, kəsilişin aşağı hissələrinin isə baş qazəmələgəlmə zonasına daxil olduğunu göstərir.

Qabırrı-Acınohur çökəkliyində üst Təbaşirin karbonatlı çöküntülərinin yatma dərinlikləri, temperatur rejimi və çöküntülərin paleocoğrafi şəraitləri baxımından, münasib paleostruktur şərait Kür-Qabırrı çaylararası ərazinin şimal-qərbində Sacdağ-Dəmirtəpə, Udabno-Cahandar, cənub-şərqində isə monoklinal istiqamətində uzanan qırılmaların struktur çıxıntıları kəsdiyi Eldar-Gürzündağ-Tərsdəllər zonasında mövcud olub. Bu sahələrdə üst Təbaşirin karbonatlı-çatlı kollektorları ilə əlaqədar tektonik və bəzi sahələrdə isə litoloji ekranlaşan yataqların yaranması ehtimal olunur.

Qabırrı-Acınohur hövzəsinin cənub-qərb yamacında üst Təbaşir və Eosen çöküntüləri üzrə o qədər də əlverişli paleostruktur şərait olmayıb.

Talışqarşısı (Cəlilabad) hövzəsi

Talışqarşısı çöküntütoplanma hövzəsində Təbaşir çöküntüləri böyük qalınlıqlı Kaynozoy çöküntü qatı ilə örtülüb. Lakin, Əlburs sisteminin şimal-qərb batımında, Talışın cənubunda Dəşti-Muğanın Ərdəbildən şimalda yerləşən hissələrində yer səthinə çıxan, Uzuntəpə qalxımında qazılan quyuda açılan üst Təbaşir çöküntüləri litofasial xüsusiyyətlərinə görə qalınlığı 1000 m-ə çatan açıq-boz, boz rəngli gil və mergellərdən ibarətdir (şəkil 47).

Talış ərazisində bu çöküntülər alt hissədə vulkanogen süxurlarla növbələşən karbonatlı çöküntülər də ola bilər. Son Təbaşir epoxasında Talış çöküntütoplanma hövzəsi böyük ərazini tutaraq,

Page 238: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

236

şimal-qərbdə Kiçik Qafqazqarşısı, qərbdə isə Təbriz çöküntü hövzələri ilə əlaqəsi olub.

Şəkil 47. Üst Təbaşir çöküntülərinin litofasial

və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-karbonatlı-terrigen çöküntülər; 3-meqa tektonik strukturların sərhədi.

Page 239: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

237

Təbaşir dövrünün sonunda Talış çökəkliyi ensizləşərək dayazlaşır. Danimarka-üst Paleosen yaşlı, qalınlığı 1400 m olan çökmə-tufogen mənşəli çöküntülərin bazal konqlomeratlı, brekçiyaşəkilli Kampan-Maastrixtin əhəngdaşıları üzərinə transqressiv yatması, Təbaşirdən Paleogenə keçid zamanı Talış çökəkliyində qalxma hərəkətlərinin üstün olduğunu və bunun da nəticəsində hövzədə çöküntü toplanma prosesində fasilə yarandığını göstərir [33].

Lənkəran mümkün neftli-qazlı rayonunda Mezozoy çöküntülərindən bu günə məlumat olmadığından onun geoloji inkişaf tarixi və neft-qazlılığı haqqında fikir söyləmək mümkün deyil. Təbaşir çöküntülərinin Kürdəmir-Saatlı qalxımlar zonasının cənub-şərq davamında yerləşən Uzuntəpə antiklinalının quruluşunda iştirakı, burada qazılmış 8 saylı quyuda mikrofauna əsasında təsdiq edilib. Quyuda 3010-3015 m intervalında alt Təbaşirin xarakterik mikrofaunaya malik boz və açıq-boz rəngli mergelləri açılıb.

Üst Təbaşir çöküntülərini örtən Paleosen-Eosen çöküntülərinin isə tuflu qumdaşı, tuffit və andezit-bazaltlardan ibarət olması rayonda üst Təbaşir çöküntülərində karbohidrogen yataqlarının əmələ gəlməsinə mənfi təsir edən amil hesab edilməlidir.

İrəvan-Ordubad hövzəsi

Naxçıvan mümkün neftli-qazlı rayonu və ya İrəvan-Ordubad çökəkliyində son Təbaşir epoxasında toplanan, qalınlığı 1800-2000 m-ə çatan çöküntülərin litoloji tərkibi göstərir ki, çöküntü hövzəsinə terrigen material şimalda və cənubda - İran ərazisində yerləşən ara-sıra vulkanların fəaliyyət göstərdiyi yuyulma zonalarından gətirilib (şəkil 48).

İrəvan-Ordubad çökəkliyində ilk Turonda baş verən qısa müddətli reqressiyadan sonra son Turon əsrinin sonu, Konyak əsrinin əvvəllərində vulkanogen proseslər güclənir və bu prosesin məhsulu

Page 240: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

238

olan süxurlar hövzə dibinə yayılaraq hətta bəzi sahələrdə adalar əmələ gəlməsinə də səbəb olurlar.

Şəkil 48. Üst Təbaşir çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1- izopaxitlər; 2- yuyulma sahələri; 3-qırılmalar; 4-karbonatlı-terrigen çöküntülər; 5- çöküntülərin pazlaşma sərhədi.

Son Konyak-Santon vaxtı dəniz transqressiyası genişlənməkdə davam edir, İrəvan-Ordubad və Cənubi Qafqazın dəniz hövzələri birləşirlər. Kiçik Qafqazın qalxan geoantiklinal zonaları arxipelaq adaları şəklində yuyulma zonaları olurlar. Bu zaman Arazyanı çökəklikdə əsasən mergelli əhəngdaşı və qumdaşı araqatları olan mavi-boz rəngli əhəngdaşıları çökür.

Page 241: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

239

Son Təbaşir transqressiyası Kampan əsrində öz maksimal həddinə çatır. Kiçik Qafqazda əvvəllər mövcud olan adaların əksəriyyəti su altında qalır. Belə bir şəraitdə kimyəvi və biogen yollarla əmələ gələn karbonatların çökməsi üçün əlverişli şərait yaranır. Arazyanı çökəklikdə də, Kiçik Qafqazın əksər rayonlarında olduğu kimi, Kampan-Maastrixt vaxtı pelitamorf və bəzən də qumlu əhəngdaşıları çökür. Çökəkliyin kənar hissələrində isə Maastrixt əsrində əhəngdaşıları kobuddənəli terrigen çöküntülərlə əvəz olunur [124].

Maastrixt əsrinin sonunda əmələ gələn Dərələyəz eninə qalxım zonasının əmələ gəlməsi ilə əlaqədar olaraq, Ordubad və İrəvan hövzələri arasında əlaqə kəsilir.

Naxçıvan Muxtar Respublikası ərazisində Mezozoy çöküntüləri kəsilişində neft-qazlılıq cəhətcə ən perspektivli üst Təbaşir çöküntüləri sayıla bilər. Ümumi qalınlığı 2000-2200 m-ə çatan terrigen-karbonatlı üst Təbaşir çöküntülərinin toplanması zamanı əlverişli paleotektonik və paleocoğrafi şərait mövcud olub. Bu cəhətdən ən çox Turon və Maastrixt çöküntüləri maraq kəsb edir.

3.3. Kaynozoy çöküntü hövzələri

3.3.1. Paleogen dövrü

Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları)

Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonlarında Kaynozoy kompleksi çöküntüləri geniş ərazidə yayılıb. Bu çöküntülər yerüstü çıxışlar və eləcə də qazılan quyulardan götürülən süxur nümunələri vasitəsilə kifayət qədər öyrənilib. Kaynozoy eratemin Paleogen sisteminə Paleosen, Eosen və Oliqosen stratiqrafik vahidləri daxildir.

Page 242: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

240

Cənub-Şərqi Qafqazda Təbaşir dövrünün sonu və Paleogenin əvvəllərində tektonik hərəkətlərin aktivləşməsi nəticəsində qalxma proseslərinin güclənməsi ilə əlaqədar olaraq dənizin reqressiyası baş verir. Paleogen çöküntüləri Maastrixt-Apt çöküntüləri üzərinə bucaq və azimut uyğunsuzluqları ilə yatır [84, 107].

Paleosen dövrünün Danimarka çöküntülərinin Maastrixt mərtəbəsi çöküntülərinə nisbətən daha çox terrigen xarakterli olması və kəsilişdə əhəngdaşılarının əsasən mergellərlə əvəz olunması hövzənin dayazlaşdığını göstərir. Bu zaman Cənubi Dağıstanın dənizkənarı hissəsində geniş ərazi quru sahəsinə çevrilir və cənubda Muqrin-Qusar qalxımlar zonasında yerləşən yuyulma sahəsi bir qədər də genişlənir. Yuyulma sahələri arasında yerləşən Cənubi Dağıstan çökəkliyində, onun cənub-şərq hissəsi olan Yalama-Xudat zonasında əhəngdaşı və mergellərdən ibarət çöküntülər toplanır.

Danimarka mərtəbəsi çöküntüləri kəsilişində kobuddənəli terrigen çöküntülərin iştirak etməsi, yuyulma sahələrinin genişlənməsinin şaquli tektonik hərəkətlərə görə deyil, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində baş verdiyini göstərir. Yalama-Xudat zonasında çökən karbonatlı süxurların qalınlığı 100 m-dən az olduğu halda, çökəkliyin mərkəzi hissəsində, Cənubi Dağıstanın Rubas çayının orta axınında çöküntülərin qalınlığı 300 m-ə qədər artır.

Dəniz səviyyəsinin aşağı düşməsi rayonun paleocoğrafi vəziyyətində bir sıra dəyişikliklərə səbəb olur. Qusar, Sudur, Şahdağ və Tufan tektonik zonaları birləşərək geniş ərazini tutan yuyulma sahəsinə çevrilirlər. Təngi kordilyeri Şabrançay ilə Gilgilçay arasında yerləşən adalarla birlikdə ensiz yarımada təşkil edir. Cənub-şərqdəki Beşbarmaq kordilyeri isə ada vəziyyətində qalmaqda davam edir. Təngi və Beşbarmaq tektonik qalxımlarının şimal-şərq qanadlarında Danimarka çöküntülərinin nadir hallarda az qalınlıqlı, əhəngli,

Page 243: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

241

narındənəli qumdaşı laycıqları olan mergellərdən ibarət olması, bu antiklinal zonada da qalxma hərəkətlərinin zəif olduğunu göstərir. Çox güman ki, şimal istiqamətində çöküntülərin gillilik dərəcəsi bir qədər də artır.

Təngi-Beşbarmaq və Germian kordilyerləri arasında isə qum və qumdaşı araqatları olan gilli çöküntülərin toplanması, Xızı zonasında tektonik hərəkətlərin daha aktiv olmasını və qalxım zonalarının intensiv aşınmaya məruz qaldığını göstərir.

Xızı zonasının cənub-şərqində Danimarka çöküntüləri kəsilişində qumdaşı və əhəngdaşı layları qalınlığının artması və çöküntülərin Bəyimdağ-Təkcay, Sitalçay qalxımlarının tağ hissələrində pazlaşması, göstərilən qalxımların da yuyulma zonaları olduqlarını deməyə əsas verir (bax: şəkil 25, 30).

Germian qalxımından cənubda Danimarka çöküntülərinin daha çox gilli fasiyada olması, Dibrar çökəkliyində dərin dəniz şəraitinin olduğunu göstərir. Çökəkliyin cənub-şərq hissəsində İlxıdağ və Yunusdağ antiklinallarının kəsilişlərində qumdaşı, alevrit və bəzən də qravelit araqatlarının olması, göstərilən qalxımlarda tektonik aktivliyin mövcud olduğunu təsdiqləyir.

Danimarka çöküntülərinin litofasiya və qalınlıqlarının paylanması qanunauyğunluqları, Paleogen dövrünün əvvəllərində Azərbaycanın çöküntü hövzələrinin Təbaşir və son Yura dövrünün paleotektonik şəraitinin bir çox xüsusiyyətlərini saxlamalarını göstərir.

Paleosen-Eosen vaxtı Cənubi Dağıstanda dəniz şərq istiqamətində genişlənir və Şərqi Dağıstan antiklinal zonasına müvafiq gələn böyük ölçülü adanın çox hissəsi dəniz suları ilə örtülür. Burada yalnız Xoşmənzil və Dağ-Oqni antiklinal strukturların tağ hissələri kiçik adalar şəklində qalır.

Page 244: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

242

Cənubi Dağıstan ərazisinin çox hissəsində Danimarka mərtəbəsinin əhəngdaşılarının üst Paleosen-Eosen yaşlı mergellərlə əvəz olunması dənizin dərinləşməsinə dəlalət edir. Bu çökəkliyin cənub-şərq hissəsində, Yalama-Xudat zonasında kəsilişdə mergellərlə yanaşı qumdaşı və gillərin də iştirak etməsi, hövzənin bu hissəsinə terrigen materialın daha çox gətirildiyini və Xudat strukturunun tağ hissəsinin isə, bu zaman yuyulma zonası olduğunu göstərir.

Cənub-şərqdə yerləşən Ağzıbirçala qalxımında orta Yuranın qumdaşı və argillitlərdən ibarət çöküntüləri üzərinə Pont gillərinin çökməsi, Ağzıbirçala qalxımının Yalama-Xudat zonasının cənubda yerləşən Quba-Dəvəçi çökəkliyi üçün terrigen çöküntü mənbəyi olmasını göstərir (bax: şəkil 28).

Ağzıbirçala qalxımının şimal-qərbində yerləşən Qusar yuyulma zonası ilə əlaqəsi haqqında qəti fikir söyləmək çətindir. Qusar yuyulma zonası əvvəlki kimi böyük yarımada şəklində Cənubi Dağıstan çökəkliyini Quba-Dəvəçi körfəzvari çökəkliyindən ayırırdı. Bu yarımada qərbdə Tufan-Şahdağ quru ərazisi ilə birləşirdi.

Nisbətən cənub-şərqdə yerləşən və Tufan-Şahdağ yuyulma zonası ilə birləşən Təngi-Beşbarmaq zonası isə ensiz yarımada şəklində uzanaraq Xızı çöküntütoplanma hövzəsini şimaldan hüdudlandırırdı. Təngi-Beşbarmaq yarımadasının intensiv qalxmaya məruz qalması nəticəsində yarımadanın şimal və cənub sahillərində dayaz dəniz şəraitində konqlomerat araqatlarına malik qumdaşı və gillər çökür [84, 107].

Xızı zonasında Paleosen çöküntüləri (Sumqayıt lay dəstəsi) yalnız zonanın qərbində Buduq sinklinalında, şərqində isə Yaşma muldasında toplanır. Buduq sinklinalında Paleosen çöküntüləri Danimarka çöküntülərindən qırmızı rəngli olması və tərkibində dəmir və manqanın karbonatlı birləşmələrinin iştirakı ilə fərqlənir. Burada

Page 245: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

243

üst Paleosen çöküntüləri kəsilişində qumdaşı və konqlomeratların iştirakı, son Paleosenqabağı yuyulma prosesinin olmasını və konqlomeratların Şahdağ zonasından gətirildiyini göstərir.

Yaşma muldasında alt Paleosenin qırmızı-qonur rəngli karbonatlı gilləri Santon-alt Kampanın Yunusdağ lay dəstəsi çöküntüləri üzərinə transqressiv şəkildə yatır. Şimal-qərbdə Sitalçay qalxımının cənub-şərq periklinalında isə Paleosen çöküntülərinin Apt-Barrem çöküntüləri üzərinə qeyri-uyğun yatımı müşahidə olunur. Bu hal və eləcə də Cənub-Şərqi Qafqazın bir çox sahələrində aparılan struktur-axtarış qazıması nəticələri göstərir ki, Paleosen əsrində burada struktur-tektoniki dəyişikliklər baş verib və çöküntütoplanma prosesinə təsir edən paleocoğrafi dəyişikliklərə səbəb olub.

Dibrar çökəkliyində üst Paleosen çöküntülərinin şimalda yerləşən Ənbizlər muldasında yerüstü çıxışlarında qum, qumdaşı və alevrolit laycıqlarının cənub istiqamətində pazlaşaraq qırmızı rəngli yeknəsək gillərlə əvəz olunması, çökəkliyin şimal-şərqində yuyulma zonasının olduğunu göstərir. Yuyulma zonasının Alataş qalxımı olması inandırıcı görünür. Xaltan-Xızı qalxımında da yuyulma zonasının olması güman edilir [107].

Paleosen layları üzərinə transqressiv yatan Eosen çöküntüləri daha geniş sahədə yayılıblar. Bu vaxt Cənub-Şərqi Qafqazın mərkəzi hissəsinin qalxması və sahilyanı zonanın çökməsi intensivləşir. Tektonik aktivləşmə nəticəsində Paleosen çöküntülərinin səthi yuyulur və alt Eosen çöküntülərilə qeyri-uyğun şəkildə örtülür. Bu hal Giləzi burnundan Kürkeçidağ qalxımına qədər uzanan sahədə təsadüf edilir. Eosen çöküntülərinin az qalınlıqlı, tək-tək rast gəlinən narındənəli qumdaşı araqatları olan gillərdən ibarət olması, Eosen dənizinin qısa müddət ərzində dərinləşməsi submeridional istiqamətdə Xəzər çökəkliyində baş verən enmə prosesilə əlaqədar olub (şəkil 49).

Page 246: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

244

Şəkil 49. Eosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1- yuyulma sahələri; 2- sahilyanı-dayaz dəniz qumlu-gilli fasiya (gillər, qumlar, qumdaşıları); 3- dayaz dəniz karbonatlı-terrigen fasiya (qumlar,

gillər, qumdaşıları, mergellər); 4- nisbətən dərin dəniz- gilli-mergelli fasiya (gil, mergel); 6- litofasial zonaların sərhədləri; 7- izopaxit xətləri.

Eosenin sonu və Oliqosenin əvvəllərində Cənub-Şərqi Qafqaz ərazisində qalxma prosesi güclənir. Beşbarmaq kordilyerində üst Eosen çöküntüləri yuyulmaya məruz qalırlar. Alt Oliqosenin Xadum

Page 247: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

245

horizontu üst Eosen çöküntüləri üzərinə transqressiv şəkildə yatır. Cənubi Dağıstanın Acınohur gölü rayonunda və Xoşmənzil qalxımında Xadumqabağı yuyulma Paleosen və Maastrixt çöküntülərini əhatə edir.

Xadum horizontu çöküntüləri çökən zaman dəniz transqressiyasının nisbətən genişlənməsi nəticəsində Beşbarmaq kordilyerində quru ərazisi ensizləşir. Ensiz yarımada şəklində Şahdağdan Beşbarmağa qədər uzanan kordilyerin şimal-şərq yamacında Yura, Təbaşir və Paleogenin alt horizontlarının süxur parçalarından təşkil olunan konqlomerat və kobuddənəli qumdaşıları toplanır. Giləzi burnunda Xadum horizontunda kobuddənəli qumlu çöküntülərin olmamağı, yuyulma zonasının Beşbarmaq kordilyerindən cənub-şərqə təsir etmədiyini göstərir. Burada, Cənubi Dağıstanın Acınohur gölü rayonunda olduğu kimi, əhəngli gillər çöküb. Orta Oliqosendə paleocoğrafi şərait Xadum əsrindəkindən o qədər də fərqlənmir. Fasial cəhətdən dəyişiklik kəsilişin daha çox gilli və gillərin karbonatsız olmasında özünü büruzə verir.

Cənubi Dağıstan ərazisində az qalınlığa malik alt Maykop çöküntülərində qumdaşı, gilli qumlardan ibarət aralayların olması, Buduq, Qazmaqrız muldalarında və Şimali Qobustanda isə bu çöküntülərin iştirak etməməsi, həmin dövrdə Cənub-Şərqi Qafqazın böyük sahəsinin yuyulma zonası olduğunu göstərir.

İlk Maykopun sonunda baş verən reqressiya son Maykopun əvvəllərində dənizin geniş transqressiyası ilə əvəz olunur. Xəzəryanı-Quba rayonunda genişlənən dəniz şimal-qərbdə Tahirçalçay rayonuna qədər çatır. Siyəzən monoklinalının Zeyvə-Alıç sahəsində alt və üst Maykop çöküntülərinin təmas zonasında brekçiya qatının olması, sahədə ilk Maykop dövründə formasiya daxilində qırışıqlıq proseslərinin mövcud olduğunu deməyə əsas verir.

Page 248: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

246

Qusar-Xaçmaz gömülmüş qalxımlar zonası və Ağzıbirçala qalxımında, Təbaşir və üst Paleogen çöküntüləri kimi, Maykop çöküntüləri də iştirak etmir. Çox güman ki, Maykop əsrində göstərilən rayonlarda dayaz dəniz şəraitində az qalınlıqlı gil və qumlar çökərək Sarmatqabağı yuyulma nəticəsində yox olublar [80].

Göstərilən qalxımlardan şimalda yerləşən Yalama-Xudat sahəsində, yuyulma zonalarından uzaqda tünd-boz rəngli və qaraya çalan gillər çöküb. Cənubi Dağıstanın sahilyanı rayonlarında isə gillərin daxilindəki alevrit, qum və qumdaşı aralaycıqların iştirakı cənub-qərbdə yerləşən yuyulma sahəsinin şimal-şərq istiqamətində genişləndiyini göstərir (şəkil 50).

Cənub-Şərqi Qafqazda gedən paleotektonik proseslər Siyəzən və Qaynar-Zəngi dərinlik qırılmaları arasında yerləşən geniş ərazinin intensiv qalxmasına səbəb olub. Ərazidə dayaz dəniz şəraitinin mövcudluğu şirinsu şəraitində yaşayan fauna nümunələrinin olması ilə təsdiqlənir.

Cənub-Şərqi Qafqazda qalxma prosesləri, qırışıqəmələgəlmə proseslərilə müşayiət olunur. Bu da Ümumqafqaz istiqamətli qalxım və çökəkliklərin əmələ gəlməsilə yanaşı, bəzi sahələrdə Qafqazəksi istiqamətli qalxma və çökmə zonalarınin da əmələ gəlməsinə səbəb olub. Bu vaxt maksimal enməyə Qusar-Dəvəçi çökəkliyi məruz qalır.

Göründüyü kimi, Paleogen vaxtı Xəzəryanı-Quba NQR ərazisində əsas çöküntütoplanma hövzəsi şimal-şərqdə Qusar-Xaçmaz və Ağzıbirçala qalxımları, qərbdə Təngi-Beşbarmaq antiklinoriumu ilə hüdudlanan, cənub-şərqdə isə Xəzər dənizinə açılan Quba-Dəvəçi çökəkliyi olub. Çökəkliyin mərkəzi hissəsində toplanan Paleogen çöküntülərinin ümumi qalınlığı 1500-2000 m-ə çatır.

Çökəkliyin quruluşunu mürəkkəbləşdirən Tələbi-Qaynarca antiklinal zonasında isə Paleogen çöküntülərinin qalınlığı şimal-

Page 249: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

247

qərbdən - Tələbi antiklinalından cənub-şərqə - Qaynarca antiklinalına doğru 0-dan 1500 m-ə qədər artır (bax: şəkil 30, şəkil 51).

Şəkil 50. Maykop çöküntülərinin litofasial və qalınlıqlar

xəritəsi. 1- yuyulma sahələri; 2- sahilyanı-kobuddənəli fasiya (gillər, qumlar, alevrit və konqlomerat laycıqlarına malik qumdaşıları); 3- sahilyanı-dayaz dəniz qumlu-gilli fasiya (qumlar, gillər, qumdaşıları), 4- nisbətən dərin dəniz- gilli-alevrolitli fasiya (alevrolit laycıqlarına malik gillər); 5- litofasial zonaların sərhədləri; 6- izopaxitlər.

Page 250: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

248

Xəzəryanı-Quba neft-qazlı rayonunun əsas paleostruktur elementləri olan Yalama-Xudat və Ağzıbirçala qalxımları Paleogen dövründə Qusar qalxımından və Tələbi-Qaynarca antiklinal zonasından geniş sinklinal çökəkliklə ayrılır. İki hissədən ibarət olan çökəkliyin şimal-qərbindən cənub-şərqinə doğru Paleogen çöküntülərinin qalınlığı 1000 m-dən 1500 m-ə qədər artır. Çökəklik cənub-şərq istiqamətində genişlənərək Xəzər dənizi akvatoriyasında da davam edir.

Şəkil 51. Təngialtı-Tələbi-Qusar istiqamətində geoloji profil.

Xəzəryanı-Quba NQR-da Paleogen çöküntülərinin ümumi qalınlığı 0-2200 m arasında dəyişir. Paleogen çöküntülərinin yayılma sahəsi qərbdə Siyəzən qırılması ilə məhdudlanır. Qırılmanın düşən qanadında isə qalınlıqların birdən-birə 1000 m-ə qədər artması müşahidə olunur. Alıc-Baş Əmirxanlı çökəkliyində isə çöküntülərin qalınlıqları 200-2200 m arasında dəyişir (şəkil 52).

Çökəklik, cənub-qərbdə olduğu kimi, şimal-şərqdə də regional qırılma ilə hüdudlanır. Tələbi antiklinalının cənub-qərb

Page 251: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

249

qanadında, qırılmanın qalxan blokunda, Paleogen çöküntülərinin qalınlığı 200-600 m arasında dəyişdiyi halda, düşən blokda qalınlıq 1000 m-ə çatır. Göstərilən rəqəmlər Təbaşir çöküntüləri səthinin Paleogenin sonuna və ya Miosenin əvvəlinə olan paleostruktur vəziyyətini əks etdirir (şəkil 52).

Şəkil 52. Mezozoy çöküntüləri səthinin Miosen dövrünün əvvəlində paleostruktur vəziyyəti.

1-izopaxitlər, 2-qırılmalar, 3-parametrik, axtarış və kəşfiyyat quyuları.

Page 252: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

250

Bu dövrdə Tələbi antiklinalı konsedimentasiylı inkişafda olmaqla, şimal-qərbdə daha geniş sahəni əhatə edən Qusar paleoqalxımı ilə əlaqədə olub. Cənub-şərqdə isə Tələbi antiklinalı ona nisbətən daha çox gömülən Qərbi Qaynarca antiklinalından enli yəhərlə ayrılır.

Qərbi Qaynarca və Qaynarca antiklinallarında qazılan quyulardan heç birində Paleogen çöküntülərinin kəsilişi kifayət qədər açılmadığı üçün, bu strukturların Paleogen dövrü ərzində konsedimentasiylı inkişafını izləmək çətindir.

Qaynarca antiklinalında üst Maykop çöküntülərinin açılan qalınlıqlarının 1000 m-dən artıq olması, strukturun çöküntütoplanma dövründə Tələbi antiklinalına nisbətən daha sürətlə gömülməyə məruz qaldığını göstərir [93, 101].

Yalama-Xudat zonasında Paleogen çöküntülərinin qalınlığı 100-370 m arasında dəyişir. Xudat strukturu 200 m-lik qapalı paleoizohipslə xarakterizə olunduğu halda, Yalama sahəsində qapalı strukturun olduğu müşahidə olunmur.

Böyük ölçülü Ağzıbirçala qalxımının tağ hissəsinin kəsilişində Paleogen çöküntüləri iştirak etmir. Onun qərb batımında yerləşən Xaçmaz sahəsində qazılan quyularda Paleogen çöküntülərinin qalınlığının 500-750 m-ə çatması, bu strukturun kifayət qədər formalaşan böyük ölçülü qalxım olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Ağzıbirçala qalxımının böyük hissəsi Xəzər dənizi akvatoriyasında yerləşir.

Mezozoy çöküntüləri səthinin Miosenin sonunda olan paleostruktur quruluşunu əks etdirən xəritədən görünür ki, Mezozoy çöküntülərinin səthi 0-4200 m dərinliyə gömülüb (şəkil 53).

Mezozoy çöküntüləri səthinin Miosenin əvvəlinə paleostruktur quruluşunu əks etdirən xəritə ilə müqayisəsi isə Paleogen çöküntüləri

Page 253: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

251

səthinin müxtəlif dərəcədə (0-2600 m arasında) gömülməyə məruz qalmasına baxmayaraq, Xəzəryanı-Quba NQR-nin əsas tektonik elementləri öz geoloji quruluşlarını saxlaya biliblər (bax: şəkil 52).

Paleogen dövründə olduğu kimi, Miosenin sonunda da Yalama-Xudat-Ağzıbirçala qalxımları rayonun şimal-şərqində, Tələbi-Qaynarca antiklinal zonası isə cənub-qərbində əsas paleostruktur vahidlər idi. Onların arasında yerləşən Zeyxur-Dəvəçi çökəkliyində Paleogen çöküntülərinin səthi 500-2800 m dərinliyə gömülüb. Cənub-şərqdə, Xəzər akvatoriyasına açılan çökəklikdə gömülmənin daha çox olduğu güman edilir.

Yalama-Xudat-Ağzıbirçala qalxımlar zonası ilə Tələbi-Qaynarca antiklinal zonasının paleostruktur vəziyyətinin müqayisəsi göstərir ki, qalxım zonalarında gömülmə bir-birinin əksi istiqamətlərində olmuşdur [101, 107].

Paleostruktur xəritədən göründüyü kimi, Ağzıbirçala qalxımı Miosen dövrünün sonunda da, Təbaşir və Paleogen dövrlərində olduğu kimi, dəniz səviyyəsindən yüksəkdə olan yuyulma zonası idi. Bu vaxt qalxımın tağ hissəsində orta Yuranın daha qədim layları yuyulmaya məruz qalır (bax: şəkil 28, şəkil 53).

Qalxımın qərb hissəsində yerləşən Xaçmaz sahəsində qazılan quyularda Miosen çöküntülərinin qalınlığının 100 m-dən bir qədər artıq olması, burada qalxma prosesinin Paleogen dövrünə nisbətən daha intensiv olduğunu və yuyulma sahəsinin genişləndiyini göstərir.

Xudat qalxımı Miosenin sonunda şimal-qərb-cənub-şərq istiqamətdə uzanan, Paleogen çöküntüləri səthinə görə 200 m paleoizohipslə qapanan və ölçüləri 14x7 km-ə çatan braxiantiklinal quruluşlu struktur olub.

Xudat qalxımı cənub-şərqdə Ağzıbirçala qalxımından geniş və asimmetrik struktur yəhərlə ayrıldığı halda, şimal-şimal-şərqdə

Page 254: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

252

Yalama qalxımından 300 m-dən 600 m-ə qədər gömülən monoklinal ilə ayrılır. Onun davamında yerləşən Yalama qalxımı isə, 600 m-dən 1000 m dərinliyə qədər gömülən, tağ hissəsi 9, 14, 17 saylı quyuların yerləşdiyi sahədə struktur çıxıntı şəklində olub.

Şəkil 53. Mezozoy çöküntülərinin səthinin Miosenin

sonunda paleostruktur vəziyyəti. 1-izopaxilər, 2-qırılmalar, 3-parametrik, axtarış və kəşfiyyat quyuları.

Page 255: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

253

Tələbi-Qaynarca antiklinal zonası isə Ağzıbirçala-Xudat-Yalama qalxımlar zonasının əksinə olaraq cənub-şərq istiqamətində 0-dan 2500 m-ə qədər gömülür.

Qazma və geofiziki məlumatların azlığı Tələbi antiklinalının Paleogen çöküntülərinin səthinə görə Miosenin sonunda qapalı struktur olduğunu söyləməyə imkan vermir. Çox güman ki, Qusar və Tələbi antiklinalları Miosenin sonunda Böyük Qafqazın şimal-şərq batımında mövcud olan böyük yuyulma zonası ilə bilavasitə əlaqədar olan struktur çıxıntılar şəklində mövcud olub. Qusar strukturu bu zaman 200-400 m, Tələbi strukturu isə 400-800 m-ə qədər gömülüblər. Tələbi strukturundan cənub-şərqdə yerləşən Qərbi Qaynarca (Dağbilici) strukturunun tağ hissəsi Tələbi strukturunkuna nisbətən 1200 m aşağıda, yəni 1800 m dərinlikdə yerləşir. Kiçik ölçülü (10x5 km) antiklinal qalxım, cənub-şərqdə ondan təxminən 400 m dərində yerləşən Qaynarca braxiantiklinalından yaxşı əks olunan struktur yəhərlə ayrılır.

Tələbi-Qaynarca antiklinal zonası strukturlarının cənub-şərq qanadları regional qırılma ilə mürəkkəbləşir. Qırılıb düşmə xarakterli bu pozğunluq cənub-qərbdə yerləşən Siyəzən dərinlik qırılması ilə birlikdə Alıç-Baş Əmirxanlı çökəkliyini hüdudlandırır. Eni 6-8 km-dən artıq olmayan çökəkliyin mərkəzi hissəsində Paleogen çöküntülərinin səthi Miosenin sonunda 2000-2800 m-ə qədər dərinliyə gömülür.

Siyəzən dərinlik qırılmasından cənub-şərqdə, yəni Xızı tektonik zonası daxilində Paleogen və Miosen çöküntüləri sonralar yuyulduğuna və ya çökmədiklərinə görə Siyəzən qırılmasının Miosenin sonunda Paleogenin səthinə görə amplitudunu təyin etmək mümkün deyildir. Lakin, bu dərinlik qırılmasının şimal-şərq qanadında Paleogen çöküntüləri səthinin Miosenin sonundakı

Page 256: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

254

vəziyyəti göstərir ki, qırılmanın amplitudu Zeyvə-Zəyli sahəsində azı 2000 m olub və Siyəzən monoklinalının aşırılma zonasına müvafiq gəlir. Cənub-şərqdə Çandahar sahəsində Siyəzən qırılmasının amplitudu 600-800 m-ə qədər azalır.

Siyəzən dərinlik qırılmasından cənub-qərbdə Xızı tektonik zonasının cənub-şərq hissəsində Keşçay, Bəyimdağ-Təkçay və Sitalçay sahələrində Paleogen çöküntüləri yuyulmaya məruz qalıblar. Sahilyanı zonalarda Paleogen çöküntüləri səthi Miosenin sonunda 200 m-ə qədər gömülüb, Şurabad sinklinalında isə enmə 400 m-dən artıq olub. Bu zaman Şurabad antiklinalı, eyni adlı sinklinal çökəklikdən amplitudu 200-300 m arasında dəyişən qırılıb-düşmə müstəvisi ilə ayrılıb. Qırılma Təngi-Beşbarmaq antiklinoriumunun cənub-qərb qanadından keçən Qarabulaq qırılma müstəvisinin cənub-şərq davamı kimi qəbul edilir. Uzunluğu 8 km, eni isə 2 km-dən artıq olan Şurabad antiklinalının tağ hissəsində Miosenin sonunda Paleogen çöküntüləri səthinin gömülmə dərinliyi 200 m-ə qədər olub.

Xəzəryanı-Quba neftli-qazlı rayonunun Paleogen çöküntülərində karbohidrogenlərin əmələ gəlməsi üçün münasib paleotektonik və paleocoğrafi şəraitlər əsasən Quba-Dəvəçi çökəkliyinin daxilində mövcud olub. Burada gilli-qumlu fasiyada yayılan Paleogen çöküntülərinin qalınlığının 1500-2000 m olması, səthlərinin 2000-2500 m dərinliyə qədər, Pliosen-Antropogen geoloji vaxt intervalında isə 4000-5000 m dərinliklərə gömülməsi çöküntülərin baş neft-qaz əmələgəlmə zonasında olduğunu göstərir [84].

Tələbi-Qaynarca antiklinal zonasında mövcud olan strukturların neft-qazlılığı, bir sıra axtarış-kəşfiyyat quyularının qazılmasına baxmayaraq, hələ də müəyyən edilməyib. Tələbi antiklinalında Sarmat çöküntülərindən laysınayıcı vasitəsilə alınan 20 t/gün neft hasilatını quyu perforasiya olunan zaman almaq mümkün olmayıb.

Page 257: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

255

Strukturun tağ hissəsində Paleogen və alt Miosen çöküntüləri iştirak etmir. Onun cənub-şərq periklinalında yerləşən stratiqrafik, cənub-qərb qanadında böyük amplitudlu (1500-2000 m) uzununa qırılma ilə hüdudlanan tektonik ekranlaşan tələlər axtarış-kəşfiyyat quyuları ilə öyrənilməyib.

Yüksək perspektivli sayılan Qərbi Qaynarca antiklinalında isə yalnız bir axtarış quyusu qazılıb. Quyu strukturun şimal qanadında qazıldığı üçün burada böyük dərinlikdə yatan və perspektivli sayılan alt Maykopun qumlu obyektlərini aça bilməyib. Bununla belə, Qərbi Qaynarca antiklinalında böyük dərinlikdə yatan Maykop çöküntülərinin qumlu obyektlərində karbohidrogenlərin toplanması üçün əlverişli şərait olduğunu söyləmək olar.

Çökəkliyin şimal-şərq yamacında Paleogen çöküntülərinin neft-qazlılığı bu vaxta qədər axtarış-kəşfiyyat qazması ilə öyrənilməyib. Qusar sahəsində orta Yura çöküntüləri üzərinə Sarmat, Ağzıbirçala sahəsində isə Pont mərtəbələri çöküntülərinin yatması, Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonasının cənub-qərb qanadında Paleogen çöküntülərinin pazlaşdığını göstərir. Zonada orta Yuranın qumlu-gilli çöküntülərinin yuyulma məhsulları hesabına kifayət qədər kollektor xassələrinə malik litoloji-stratiqrafik tələlərdə karbohidrogenlərin toplanması üçün əlverişli şərait olub.

Üst Təbaşirin karbonatlı çöküntülərindən Paleogenin əsasən gilli laylarına keçid təşkil edən Danimarka mərtəbəsi mergel və gillərlə təmsil olub. Bir sıra sahələrdə Paleosen dövrünün Sumqayıt mərtəbəsi çöküntülərinin litoloji tərkibinə çox yaxın olduğı üçün, onları bir-birindən ayırmaq çətinlik törədir. Çöküntülər Siyəzən monoklinalında mergelli-qumlu-gilli süxurlardan ibarət olmaqla əsas neftli-qazlı obyektlərdən sayılır. Bəzi sahələrdə isə Paleosen çöküntüləri əsasən gillərdən ibarətdir.

Page 258: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

256

Eosenin gilli-qumlu-mergelli çöküntülərinin neft-qazlılığı Siyəzən monoklinalında artıq müəyyən edilib. Oliqosen kompleksi Maykop lay dəstəsinin çox hissəsini tutmaqla, əsasən gilli-qumlu çöküntülərdən təşkil olunub. Alt Maykopun qumlu-gilli horizontları isə Siyəzən monoklinalında neftli-qazlı obyektlər sayılır.

Yalama-Xudat zonasında yerləşən antiklinal strukturlarda az qalınlığa malik Paleogen yaşlı qumlu-gilli çöküntülər 2000-2400 m dərinlikdə yatır. Bu antiklinal strukturlarda və onların qonşuluqlarında yerləşən sinklinal çökəkliklərdə Paleogen-Miosen çöküntülərinin toplandığı zaman paleocoğrafi şərait o qədər də münasib olmayıb. Onlarda karbohidrogenlərin əmələgəlmə və generasiyası üçün əlverişli paleotektonik və termodinamik şəraitlər olmadığı üçün neft-qaz axtarışı baxımından perspektivsiz sayılır.

Qobustan-Abşeron hövzəsi

Şamaxı-Qobustan neftli-qazlı rayonu

Şamaxı-Qobustan NQR-da Paleogen kompleksi çöküntülərinin toplanması, Abşeron ərazisində olduğu kimi, geotektonik və paleocoğrafi cəhətdən Böyük Qafqaz geosinklinalının cənub-şərq hissəsi ilə sıx əlaqədardır. Bu dövrdə çöküntütoplama prosesi Cənub-Şərqi Qafqazın son Təbaşirin sonunda quru ərazisi olan qalxım zonaları ətrafında getmişdir.

Danimarka əsrində Cənub-Şərqi Qafqazda qalxma proseslərinin güclənməsilə əlaqədar olaraq dənizin reqressiyası baş verir. Danimarka mərtəbəsi çöküntüləri kəsilişində kobuddənəli terrigen çöküntülərinin iştirak etməməsi, yuyulma sahələrinin genişlənməsinin şaquli tektonik hərəkətlərin intensivləşməsilə deyil, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində baş verdiyini göstərir.

Page 259: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

257

Şimali Qobustanın cənub-şərq hissəsndə Paleogen sisteminin Danimarka mərtəbəsi kəsilişində pis çeşidlənmiş qumdaşıları və gilli alevritlər üstünlük təşkil edirlər. Qumdaşı laylarının qalınlığı 10 m-ə çatır. Çöküntülərin qalınlıqları cənub və cənub-qərb istiqamətində artır.

Son Paleosendə Böyük Qafqazın şərq batımında struktur-tektonik planda ciddi dəyişikliklər baş verir və çöküntütoplanma prosesinə təsir göstərən paleocoğrafi dəyişikliklərə səbəb olur. Üst Paleosen (Sumqayıt lay dəstəsi) çöküntüləri bir çox sahələrdə Təbaşir və Danimarka (alt Paleosen) çöküntüləri üzərinə qeyri-uyğun yatırlar (şəkil 54, 55).

Şəkil 54. Geoloji profil.

Eosen çöküntüləri Paleosen çöküntüləri üzərinə transqressiv

şəkildə yataraq, onlardan daha geniş sahədə yayılıblar. Alt Eosen çöküntüləri vulkan tufları və tuffitlərin mergellərlə növbələşməsindən və konqlomerat laylarından ibarətdir.

Cənubi Qobustanın şimal sahələrində orta Eosenin kəsilişində qalınlığı 30 m-ə çatan qumlu-gilli çöküntülər mövcuddur (şəkil 56).

Page 260: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

258

Üst Eosen çöküntüləri əsasən bitumlaşmış gillərlə xarakterizə olunurlar. Şamaxı çökəkliyində bitumlaşmış gillər bitumsuz gillərlə, bir qədər cənubda - Mərkəzi Qobustanda isə bitumlu gillər tünd rəngli karbonatsız gillərlə əvəz olunurlar. Gillərin qalınlıqlarının Mərkəzi və Cənubi Qobustanda tez-tez dəyişməsinə səbəb, Paleosendə əmələ gələn antiklinal strukturların konsedimentasiyalı inkişafı olmuşdur. Girdimançayın sol sahilində üst Eosen çöküntüləri Senoman yaşlı vulkanogen çöküntüləri transqressiv olaraq örtür. Bu da rayonda Maastrixtdən orta Eosenə qədərki dövrdə mövcud olan yuyulma sahəsinin son Eosen dənizi suları altında qaldığını göstərir [62].

Şəkil 55. Geoloji profil.

Son Eosenin ikinci yarısında geotektonik rejimdə baş verən

dəyişikliklər sahənin şimal hissəsində gillərdə karbonatlılığın artmasına və bitumluluğun isə azalmasına səbəb olur.

Şamaxı-Qobustan çöküntütoplanma hövzəsinin şimal hissəsində Pirsaat və Cəngi çayları arasında kəsilişdə iştirak edən pis çeşidlənən

Page 261: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

259

gilli-qumlar şimaldan - Alataş qalxımından gətirilmişdir. Çökəkliyin cənub hissəsində üst Eosen çöküntülərinin qum, qumdaşı və gillərin növbələşməsindən ibarət olması, qumlu çöküntülərin cənub istiqamətində artması, yuyulma zonasının Ləngəbiz-Ələt qalxımlar zonası olduğunu göstərir.

Şəkil 56. Eosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-gillər, bitumlu gillər; 2- mergellər, konqlomeratlar, gillər və vulkan tufları; 3-izopaxitlər; 4-parametrik, axtarış və kəşfiyyat quyuları; 5-litofasial zonaların sərhədləri; 6-çöküntülərin pazlaşma sərhədi.

Eosenin sonu və Oliqosenin əvvəllərində Şamaxı-Qobustan çöküntü hövzəsində Xadum horizontunun paleocoğrafi şəraiti son

Page 262: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

260

Qovundağdakı şəraitə çox yaxın olduğu üçün, qumdaşı aralaylarına malik olan gilli çöküntülərin toplanması prosesi əvvəlki kimi davam edir.

Şamaxı-Qobustan hövzəsində alt Maykop çöküntüləri kəsilişində qumlu çöküntülərin və qumdaşı laylarının qalınlıqlarının cənub istiqamətində artması isə, çöküntülərin Ləngəbiz-Ələt qalxımlar zonasında Eosendə əmələ gələn və fəaliyyətini davam etdirən Şirvan yuyulma zonasından gətirildiyini göstərir.

Maykop epoxasının birinci yarısında paleocoğrafi şərait Xadum əsrində olan paleocoğrafi şəraitdən o qədər də fərqlənmədiyindən, fasial cəhətdən dəyişiklik kəsilişin daha çox gilli və gillərin karbonatsız olmasından ibarətdir.

Alt Maykop çöküntülərinin Buduq və Qazmaqrız muldalarında və Şimali Qobustanda mövcud olmamağı, Cənub-Şərqi Qafqazın böyük sahəsinin yuyulma zonası olduğunu göstərir.

İlk Maykopun sonunda baş verən reqressiya son Maykopun əvvəllərində dənizin geniş transqressiyası ilə əvəz olunur. Mərkəzi Qobustanda üst Maykop çöküntüləri Eosenin müxtəlif horizontları üzərinə transqressiv şəkildə yatırlar.

Cənubi Qobustanda üst Maykopun kəsilişində iri və kobuddənəli qumdaşı və qravelitlərin olması, Maykop dövründə formasiyadaxili qırışıqlıq proseslərinin olduğunu güman etməyə əsas verir. Maykop çöküntülərində təsadüf olunan palçıq vulkanı brekçiyası da deyilən fikri təsdiq edir. Son Maykopda Şamaxı-Qobustan çökəkliyinin şimal hissəsində gillər, cənub hissəsində isə qumdaşı və gillər çökür. Qumlu-gilli çöküntülərdə qumların və qumdaşılarının cənub istiqamətində artması, Şirvan qalxımında yuyulma proseslərinin əvvəlkinə nisbətən daha intensiv olduğunu göstərir (şəkil 57).

Page 263: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

261

Şəkil 57. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-gillərin narın alevrolit təbəqələrilə növbələşməsi (gilli litofasiya) 2-qum və alevrolit təbəqəli gillər (qumlu-gilli litofasiya) 3-izopaxitlər; 4-parametrik, axtarış və kəşfiyyat quyuları; 5-litofasial zonaların sərhədləri; 6-çöküntülərin pazlaşma sərhədi.

Maykopun sonunda Şirvan qalxımı davam edən transqressiya nəticəsində dəniz suları ilə örtüldüyü üçün, gilli fasiya cənub istiqamətində tədricən genişlənir. Çökəkliyinin mərkəzi hissəsində Maykop çöküntülərinin ümumi qalınlığı 1200 m-ə çatır (bax: şəkil 57).

Oliqosen-ilk Miosen vaxtı Ələt-Ləngəbiz qalxımlar zonasının cənub yamaclarının dəniz suları ilə örtülmədiyi güman edilir. Buna,

Page 264: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

262

göstərilən rayonların yaxınlığında Maykop seriyası çöküntülərinin qalınlıqlarının azalması və litoloji tərkibinin daha kobuddənəli çöküntülərdən ibarət olması sübutdur [80].

Mərkəzi Qobustanda Paleogen kompleksi çöküntülərinin kəsilişində 0,5-1,0 m qalınlıqlı qumlu-alevritli təbəqəciklər iştirak edir. Qazıma zamanı onlarla əlaqədar neft-qaz təzahürləri qeydə alınıb. Lakin qumlu-alevritli təbəqəciklər sahə və dərinlik üzrə qeyri-bərabər yayıldığına görə yataq aşkar edilməyib. Bununla belə, zonanın şimal hissəsində, qumlu təbəqəciklərin qalınlığının artdığı və litofiziki xassələrinin yaxşılaşdığı sahələrdə çöküntülər neft-qazlılıq cəhətdən maraq doğururlar. Paleogen çöküntü kompleksinin kəsilişində əlverişli neft-qaz kollektorlarının iştirakı baxımından Cənubi Qobustan ərazisi xüsusi əhəmiyyət kəsb edir.

Paleogen çöküntü kompleksinin kəsilişində əlverişli neft-qaz kollektorlarının iştirakı baxımından Cənubi Qobustan ərazisi xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qobustanın şimal sahələrində orta Eosenin kəsilişində qalınlığı 25-30 m olan qumlu-gilli qat neft-qazlılıq cəhətdən perspektivli sayılır. Üst Eosen çöküntüləri əsasən gilli fassiyada olsa da, Mərkəzi Qobustanın cənub hissələrində kəsilişdə iştirak edən 20-25 m-lik gilli-qumlu laylar perspektivli ola bilər.

Şamaxı-Qobustan rayonu ərazisində yüksək perspektivli kollektorlar Cənub-Qərbi Qobustanda Maykop və Çokrak çöküntülərinin kəsilişində müəyyən edilib. Singenetik neftliliyi-qazlılığı ilə fərqlənən Maykop seriyası rayonda gilli və gilli-qumlu fasiyalarda yayılıb. Gilli fasiya rayonun şimal, gilli-qumlu fasiya isə cənub hissələrini əhatə edir. Maykop seriyasının alt hissəsi əsasən gilli fasiyada olduğu üçün perspektivli sayılmır. Cənub-Qərbi Qobustanda üst Maykop çöküntülərinin qumlu horizontlarının qalınlığı şimaldan cənuba doğru

Page 265: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

263

2,0-2,5 m-dən artaraq Umbakı, Çeyildağ, Hacıvəli və Şərqi Hacıvəli sahələrində 8-10 m-ə çatır.

Umbakı, Hacıvəli və Şərqi Hacıvəli sahələrində çöküntülər sənaye əhəmiyyətli neft yataqlarına malikdirlər. Şamaxı-Qobustanın Paleogen çöküntüləri üzrə ən perspektivli sahəsi sayılan Ceyrankeçməz depressiyasında çöküntülər tam qalınlığı ilə açılmayıb.

Aparılan geoloji-geokimyəvi tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Şamaxı-Qobustan ərazisində Paleogen çöküntülərində neftin və qazın əmələgəlməsi, toplanması və onların tələlərdə yığılaraq saxlanması üçün daha münasib paleotektonik və geokimyəvi şərait cənub-şərq istiqamətdə - Ceyrankeçməz depressiyasında olmuşdur. Bununla yanaşı, Maykop çöküntülərinin kəsilişində iştirak edən məhsuldar horizontların kollektorluq xassələri də həmin istiqamətdə yaxşılaşır.

Abşeron neftli-qazlı rayonu

Abşeron NQR-nin Paleogen çöküntülərinin toplanması geotektonik və paleocoğrafi cəhətdən Böyük Qafqaz geosinklinalın cənub-şərq hissəsi ilə sıx əlaqədar olub. Bu vaxt intervalında çöküntütoplanma prosesi Cənub-şərqi Qafqazın hələ son Təbaşirin sonunda quru ərazisi olan qalxım zonaları ətrafında gedir.

Paleogen kompleksi çöküntüləri Abşeron yarımadasının qərbində yerləşən bir çox qalxımlarda (Ağburun, Bozdağ, Yunusdağ, Binəqədi-Ziyilpiri, Damlamaca, Şabandağ, Qaraheybət), yarımadanın şimalında isə Novxanı, Fatmayı və Corat sahələrində yer səthinə çıxır (şəkil 58, 59).

Paleosen dövrünün Danimarka əsrində Cənub-Şərqi Qafqazda qalxma proseslərinin güclənməsi ilə əlaqədar olaraq dənizin reqressiyası baş verir. Danimarka mərtəbəsi çöküntülərinin

Page 266: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

264

denudasiya proseslərinə məruz qalması reqressiyanın uzunmüddətli olmasını göstərir. Bu mərtəbə çöküntüləri Maastrixt mərtəbəsi çöküntülərinə nisbətən daha çox terrigen xarakterlidir. Kəsilişdə əhəngdaşılarının əsasən mergellərlə əvəz olunması reqressiya prosesinin baş verdiyini və hövzənin dayazlığını göstərir.

Şəkil 58. Şabandağ-Binəqədi-Fatmayı istiqamətində geoloji profil.

Paleosen dövrünün Danimarka çöküntüləri üst Təbaşirin

karbonatlı çöküntülərindən Paleogenin əsasən gilli çöküntülərinə keçid təşkil edir. Abşeronun şimal və qərb rayonlarında Danimarka çöküntülərinin kəsilişində qumdaşı, alevrit və bəzən qravelit araqatlarının iştirak etməsi, bu dövrdə tektonik aktivliyin mövcud olduğunu göstərir.

Abşeron yarımadasının qərb hissəsində Paleosen dövrünün Sumqayıt mərtəbəsi çöküntülərinin əsasən qırmızımtıl-qonur rəngli gil və içərisində kiçik ritmlərlə təkrar olunan fliş səciyyəli karbonatlı süxurlardan ibarət olması, onların dayaz dəniz şəraitində toplandığını göstərir. Çöküntülərdə kvarsın ümumi miqdarı kəsiliş üzrə aşağıdan yuxarıya, sahə üzrə şərq istiqamətində, ümumi qalınlığın isə cənub-şərq istiqamətində artması müşahidə olunur.

Page 267: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

265

Çox güman ki, Yunusdağ silsiləsinin cənub-şərq batımında mərtəbənin qalınlığı 200 m-dən artıqdır.

Şəkil 59. Qaraheybət-Güzdək muldası istiqamətində geoloji profil.

Eosen çöküntüləri Paleosen çöküntüləri üzərinə transqressiv

yatır və daha geniş sahədə yayılıb. Eosen çöküntülərinin toplanması dəniz transqressiyasının genişlənməsi şəraitində getmişdir. Qovundağ qalxımında ümumu qalınlığı 300-350 m olan Eosen çöküntüləri mikrofauna xüsusiyyəti və litoloji tərkiblərinə görə üç şöbəyə ayrılır.

Alt Eosen çöküntüləri əsasən tuf və tuffitlərin mergellərlə növbələşməsindən ibarətdir. Kəsilişdə açıq rəngli tuf, tuflu qumdaşı və ağ rəngli vulkan küllərinin olması bu dövrdə qonşu ərazilərdə vulkanların fəaliyyətinin aktivləşdiyini göstərir.

Orta Eosen çöküntüləri alt şöbədən qonuru rəngdə olması ilə fərqlənir. Çöküntülər əsasən boz, qəhvəyi, yaşılımtıl-boz gillərin təbəqələşməsindən təşkil olunub. Kəsilişdə qalınlığı 40-60 sm-ə çatan

Page 268: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

266

gilli dolomit laylarının olması, çöküntülərin tez-tez dayazlaşan qapalı hövzəli dəniz şəraitində çökdüklərini göstərir.

Son Eosenin əvvəlində hövzənin tədricən genişlənməsini, üst Eosenin alt hissəsindəki gillərdə təsadüf olunan balıq və bitki qalıqları sübut edir.

Eosen çöküntülərinin tam kəsilişi Kürdəxanı sahəsində qazılan 3Mz saylı quyuda açılıb. Tam olmayan kəsilişi isə Binəqədi antiklinalının diapir quruluşlu hissəsində qazılan 1Mz parametrik və Güzdək sahəsindəki 52 saylı quyularda açılıb. Göstərilən sahələrdə Eosen çöküntülərinin qalınlığı müvafiq olaraq 500, 1500 və 267 m-dir (şəkil 60).

Eosen epoxasının sonunda baş verən geniş transqressiya hövzənin dərinləşməsinə səbəb olur. Qərbi Abşeronda Eosen çöküntüləri kəsilişində bitumlu və bitumsuz gillərin növbələşməsi müşahidə olunur. Kəsilişdə gilli dolomit laycıqlarına da rast gəlinir. Çöküntülərin əsasən gilli fasiyada olması, yuyulma zonalarının uzaq məsafədə yerləşməsi ilə izah olunur. Son Eosenin ikinci yarısında geotektonik rejimdə baş verən dəyişikliklər, sahənin şimal hissəsində gillərdə karbonatlılığın artmasına, bitumluluğun isə azalmasına səbəb olur.

Eosenin sonu və Oliqosenin əvvəllərində Cənub-şərqi Qafqazda tektonik hərəkətlərin aktivliyi artır. Bunu qalxım zonalarında Maykop lay dəstəsinin Xadum horizontu çöküntülərinin Qovundağ lay dəstəsinin yuyulan səthi üzərinə qeyri-uyğun yatması göstərir. Bu dövrdə Cənub-Şərqi Qafqazın şimal-qərb hissəsi geniş ərazini tutan kəskin relyefli yuyulma zonasına çevrilir. Cənub-şərqdə Abşeron yarımadasında isə Maykop dövrünün birinci yarısında bəzi yerlərdə silisiumlu mergel araqatlarına malik tünd-boz və qəhvəyi-boz karbonatlı gilli çöküntülər toplanır.

Page 269: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

267

Şəkil 60. Eosen çöküntülərinin litofasial

və qalınlıqlar xəritəsi. 1-gillər, bitumlu gillər; 2- mergellər, konqlomeratlar, gillər və vulkan tufları; 3-izopaxit xətləri; 4-parametrik, axtarış və kəşfiyyat quyuları; 5-litofasial zonaların sərhədləri; 6-çöküntülərin pazlaşma sərhədi.

İlk Maykopun sonunda baş verən reqressiya son Maykopun

əvvəllərində dənizin geniş transqressiyası ilə əvəz olunur. Bu dövrdə paleocoğrafi şəraitin dəyişməsi nəticəsində üst Maykop çöküntülərinin litoloji tərkibində müəyyən dəyişikliklər baş verir. Qərbi Abşeronun şimal, şimal-qərb və mərkəzi hissələrində (Fatmayı, Novxanı, Üçtəpə, Ziyilpiri, Masazır, Binəqədi və s.) əsasən karbonatsız, yarozit konqresiyalarına malik, qəhvəyi rəngli gillərdən ibarət çöküntülər, cənub-qərbdə isə qalınlığı nəzərə çarpacaq dərəcədə artan qumlu, alevritli çöküntülər toplanır.

Page 270: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

268

Cənub-Qərbi Abşeronun Qaraheybət, Şorbulaq və s. sahələrində ayrı-ayrı qum laylarının qalınlığı 0,5 m-dən artıqdır. Qumlu layların cənub-qərb istiqamətində qalınlığının artması, müasir Aşağı Kür çökəkliyinin şimal-qərbində yerləşdiyi güman edilən Şirvan qalxımında yuyulma prosesinin əvvəlkinə nisbətən daha intensiv olduğunu göstərir. Ümumiyyətlə, alt Maykop çöküntüləri nisbətən yüksək karbonatlılığı, alevrit və qum laylarının, kvarsın, qlaukonit və mikaların artması ilə xarakterizə olunur. Üst Maykop isə daha gilli kəsilişə malik olub, kvars mineralının az, ağır fraksiyada sabit mineralların - siderit və limonitin isə çox olması ilə səciyyələnir [68].

Maykop əsrinin sonunda yuyulma zonası davamlı transqressiya nəticəsində dəniz suları ilə örtüldüyündən, gilli fasiya cənub istiqamətində tədricən genişlənir. Maykop çöküntülərinin qalınlığının paylanması xəritəsindən görünür ki, Abşeron yarımadası ərazisində Maykop lay dəstəsi çöküntülərinin qalınlıqları çox geniş intervalda dəyişir. Qırməki dərəsində 1275 m, yarımadanın cənub-qərb hissəsində 1000-1500 m olduğu halda, hövzənin ən dərin sahəsi olan Qərbi Abşeronun cənub hissəsində bu rəqəm 1800-2000 m-ə çatır (şəkil 61).

Maykop çöküntüləri kəsilişində qumluluğun nisbətən artması nəzərə alınmazsa, Sumqayıt, Qovundağ və Maykopun kəsilişlərində elə bir ciddi dəyişikliklərin və onların formalaşması zamanı çöküntütoplanma prosesində fasilənin olmadığını, eyni zamanda paleotektonik şəraitin kifayət qədər sabit olduğunu söyləmək olar.

Üst Maykop çöküntülərində işıqsaçan dərin dəniz balıqları qalıqlarının olması, Abşeron yarımadasında bu çöküntülərin dərin dəniz şəraitində toplandığını göstərir. Maykop lay dəstəsi çöküntüləri qalınlıqlarının Binəqədi, Xırdalan, Şabandağ və Atəşgah qalxımlarında (şəkil 62, 63) azalması, Paleogen dövrünün sonunda

Page 271: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

269

antiklinal zonanın konsedimentasiya səciyyəli inkişafda olduğunu deməyə əsas verir.

Şəkil 61. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-gillərin narın alevrolit təbəqələrilə növbələşməsi (gilli litofasiya) 2-qum və alevrolit təbəqəli gillər (qumlu-gilli litofasiya)

3- izopaxitlər; 4-parametrik, axtarış və kəşfiyyat quyuları; 5-litofasial zonaların sərhədləri; 6- çöküntülərin pazlaşma sərhədi.

Qərbi Abşeron ərazisində Maykop lay dəstəsinin (Oliqosen-Alt

Miosen) tünd-qəhvəyi rəngli gilləri Fatmayı, Novxanı, Binəqədi, Atəşgah, Şabandağ və s. antiklinalların tağ hissələrində yer səthinə çıxırlar (şəkil 62, 63). Maykop lay dəstəsinin tam kəsilişi yalnız Üçtəpə sahəsində müşahidə olunur [83, 100].

Page 272: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

270

Şəkil 62. Gülbəxt-Şonqar-Şabandağ istiqamətində geoloji profil.

Maykop lay dəstəsinin Üçtəpədən şərqdə yerləşən Qaraheybət

(bax: şəkil 55), Damlamaca, Bozdağ, Şabandağ, Şubanı (bax: şəkil 54) sahələrində və eləcə də, şimal-qərbdə yerləşən Sumqayıtçay, Corat, Saray sahələrində yer səthinə çıxan hissələri əsasən gillərdən təşkil olunub. Lay dəstəsinin çöküntüləri Qərbi Abşeronun istismar və kəşfiyyat sahələrində (Corat, Fatmayı, Şabandağ, Şubanı, Güzdək) bir sıra axtarış-kəşfiyyat quyularında açılıb.

Şəkil 63. Binəqədi-Fatmayı-Kürdəxanı istiqamətində

seysmogeoloji profil.

Page 273: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

271

Paleogen-alt Miosen kompleksi çöküntülərinin Qərbi Abşeron ərazisində perspektivliyi kəsilişdə kollektorların mövcudluğu ilə əlaqədardır. Paleosen-Eosen çöküntüləri və eləcə də Maykop seriyasının alt hissəsi əsasən gilli fasiyada olduqları üçün perspektivli sayılmırlar.

Singenetik neft-qazlılığı ilə fərqlənən Maykop seriyası çöküntülərinin neft-qazlılıq perspektivliyi, onların kollektor xüsusiyyətlərindən və çöküntülərin toplandıqları paleocoğrafi şəraitdən asılıdır. Üzvi maddələrlə zəngin olan və nefttörədici ana süxurlar sayılan Oliqosen-alt Miosen çöküntülərin qalınlıqları Abşeronda 1400-1500 m-ə çatır. Bu da çox böyük həcmdə karbohidrogenlərin generasiyasına imkan verir.

Yuxarıda deyilənlərdən görünür ki, Qərbi Abşeronda neft-qazlılıq Paleogenin Maykop seriyasında olan litoloji-stratiqrafik tip tələlərlə əlaqədardır. Belə tələlərin varlığının mümkün olduğu Lökbatan, Qaraheybət, Quşxana, Puta və b. sahələr perspektivli sayılırlar.

Kür dağarası çökəkliyi

Kür dağarası çökəkliyinin şimal hissəsində Paleogen dövründə dayaz sahil fasiyasında əhəngli-gilli çöküntülər toplanır. Çökəkliyin mərkəzi hissəsində, Kürdəmir-Saatlı zonasında isə yaşımtıl-boz rəngli alevrit və tünd boz rəngli karbonatlı gillər əhəngdaşıları ilə növbələşirlər. Bu çöküntülər sahildən uzaqda dayaz və nisbətən isti dəniz şəraitində toplanmışlar.

Muradxanlı sahəsində Danimarka mərtəbəsinin alt hissəsində adətən karbonatlı, üst hissəsində isə karbonatlı çöküntülərin tuflu qumdaşı və gillərlə qarışıq olması, burada hövzənin Danimarka əsrinin ikinci yarısında nisbətən dərinləşdiyini və cənubdan gətirilən tuflu materiallarla zənginləşdiyini göstərir. Yevlax-Ağcabədi

Page 274: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

272

çökəkliyinin mərkəzinə doğru dənizin dərinləşməsi baş verir və nəticədə karbonatlı-terrigen süxurlar əhəngli-gil və mergellərlə əvəz olunur.

Danimarka əsrində dəniz hövzəsi Kiçik Qafqazı demək olar ki, tamamilə tərk edir. Çöküntütoplanma prosesi yalnız Kiçik Qafqazın şimal-şərq yamaclarında olan kiçik körfəzlərdə davam edir. Çöküntülərin boz rəngli, əhəngli qumdaşı və gil aratəbəqələri olan boz və açıq-boz rəngli qumlu əhəngdaşı və boz rəngli mergellərdən ibarət olması, dayaz və isti dəniz şəraitində çökən karbonatlı fasiyanın əsrin axırlarında dayaz dəniz şəraitində çökən karbonatlı-terrigen fasiya ilə əvəz olunduğunu göstərir. Paleosen epoxasında Kiçik Qafqazda qalxma, Kiçik Qafqazqarşısı çökəklikdə isə enmə prosesləri güclənir. Təbaşir dövründə olduğu kimi, Paleosendə də çökəklik Şəmkir qalxımı ilə iki hissəyə - Qarayazı və Yevlax-Ağcabədi çökəkliklərinə bölünür.

Qarayazı çökəkliyinin Kür və Qabırrı çaylararası sahəsində qalınlıqları 120 m-ə çatan açıq-boz rəngli, zəif dərəcədə qumlu gillər çökür.

Daha cənubda Tovuz-Qazax rayonunda gillər az qalınlıqlı, narındənəli qumdaşı layları ilə növbələşirlər. Qərb istiqamətində gillər karbonatlı süxurlarla əvəz olunur. Bu da həmin istiqamətdə dənizin dayazlaşdığını göstərir (şəkil 64).

Yevlax-Ağcabədi çökəkliyinin qərb yamacında Paleosen çöküntülərinin toplanmasının paleocoğrafi şəraiti Kür-Qabırrı çaylararası sahəsinin paleocoğrafi şəraitindən az fərqlənir. Burada toplanan Paleosen çöküntüləri kəsilişində gillər üstünlük təşkil edirlər. Gillər az qalınlıqlı mergel və əhəngli qumdaşı laylarına malikdirlər. Çöküntülərin belə xarakteri isə ətrafdakı yuyulma sahələrinin alçaq və düzənlik olmasını göstərir. Bu zaman rayonun paleocoğrafiyasında və

Page 275: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

273

paleotektonik quruluşunda əsaslı dəyişikliklər baş vermir. Yuyulma zonaları, qalxım və çökəkliklər əvvəlki sahələrini əhatə edir.

Şəkil 64. Paleosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-gilli fasiya; 2-gilli-mergelli fasiya; 3-mergelli-gilli fasiya; 4-gilli-qumlu fasiya; 5-izopaxitlər; 6-litofasial zonaların sərhədləri; 7-parametrik, axtarış və kəşfiyyat quyuları.

Eosen dövründə Paleosendən fərqli olaraq, yuyulma

sahələrində qalxma, çöküntü hövzələrində isə enmə prosesləri intensivləşdiyindən daha çox çöküntü toplanır (şəkil 65). Böyük qalınlıqlı Eosen çöküntüləri litoloji cəhətdən bir-birindən fərqlənən üç hissəyə bölünür.

Alt Eosen çöküntüləri əsas etibarilə gillərdən təşkil olunub. Çöküntülərin qalınlıqlarının paylanmasında müşahidə olunan kifayət qədər kəskin fərqlər, ilk Eosen vaxtı çöküntütoplanma hövzəsinin müxtəlif sahələrində çökmə prosesi intensivliyinin müxtəlif olduğunu göstərir (şəkil 66).

Page 276: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

274

Şəkil 65. Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər; 4-qumlar; 5-mergellər; 6-dolomitlər; 7-alevritlər; 8-qumdaşıları; 9-argillitlər; 10-konqlomeratlar; 11-tufogen-çökmə süxurlar ( tuf-qumdaşı, konqlomerat, alevrit və qravellitlər).

Bu zaman Kür və Qabırrı çaylararası rayonun cənub

hissəsində, Kür çökəkliyinin şimal yamacında ensiz zolaq şəklində uzanan sahədə qalınlığı 500 m-ə çatan kobuddənəli karbonatlı-terrigen çöküntülər toplanır. Qumlu-konqlomeratlı çöküntü qatında Yura yaşlı qaymalar tez-tez rast gəlir.

Kür çökəkliyində çöküntütoplanma prosesinə Vəndam və daha sonra Şirvan geoantiklinalları ilə yanaşı Kürdəmir-Saatlı qalxımlar zonasından gətirilən terrigen materialların təsirinin böyük olması şübhəsizdir. Cənubda Tovuz-Qazax rayonunun bəzi sahələrində qalınlıqlar xeyli dərəcədə artır.

Page 277: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

275

Şəkil 66. Alt Eosen çöküntülərinin qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları. Şimal və şimal-qərb istiqamətində qalınlıqlar daha da artaraq

600-800 m-ə çatır. Cənub-şərqdə alt Eosen çöküntülərinin qalınlıqları tədricən azalır və Tərsdəllər qalxımı rayonunda onların pazlaşması müşahidə olunur. Bu da Şəmkir qalxımı zonasında olan qalxma tendensiyasının davam etməsi ilə əlaqədardır.

Tərsdəllərdən bir qədər şərqdə Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb periklinalı rayonunda - Dəlməmmədli sahəsində də ilk Eosen vaxtı qalınlıqları 100-200 m-ə çatan gillər toplanr. Cənub-şərq istiqamətində gillər tədricən gilli-karbonatlı çöküntülərlə əvəz olunurlar.

Az qalınlıqlı gil, mergel və narındənəli qumdaşılarının növbələşməsindən təşkil olunan kəsilişdə qumdaşılarının sayı və qalınlıqlarının kəsiliş üzrə aşağıdan yuxarıya artması Yevlax-Ağcabədi çökəkliyində dənizin tədricən dayazlaşmasını göstərir.

Page 278: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

276

Orta Eosendə yuyulma zonalarında qalxma hərəkətlərinin intensivliyi kəskin şəkildə artır. Orta Kür çökəkliyinin cənub yamaçında, sualtı vulkan püskürmələri və zəlzələlərin aktivliyi artır. Bu proseslər hövzə daxilindəki kordilyerlərdə yuyulma və dağılma proseslərinin güclənməsinə, yüksək və qayalı sahillərdə toplanan çöküntülərin sualtı sürüşmələrinə səbəb olur. Nəticədə Tiflis və Kür-Qabırrı çaylararası rayonların qonşu sahələrində qaymalı konqlomerat və brekçiyalardan ibarət vulkanogen-çökmə süxurları və qalınlığı 600-700 m olan orta Eosenin ''dolaşıq laylanmış horizontu'' toplanır [11] (şəkil 71).

Kür-Qabırrı çaylararası rayonunun cənub zolağında orta Eosendə qalınlıqları 100-200 m olan tufogen-terrigen çöküntülər toplanır. Rayonun cənub və qərb hissələrində kobuddənəli qırıntı süxurlar, şimal və şərq hissələrində isə az-çox çeşidlənmiş tuflu qumdaşıları və qravelitlər toplanır. Qazax körfəzinin şərqində yerləşən Xatınlı sahəsindən cənub-şərqdə orta Eosenin tufoqen-terrigen çöküntüləri, terrigen-karbonat çöküntülərilə əvəz olunur. Bu da göstərilən istiqamətdə vulkanların fəaliyyətinin söndüyünü göstərir.

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacının bəzi sahələrində orta Eosendə qalınlıqları 300 m-ə çatan terrigen-karbonatlı çöküntülər toplanır. Terrigen çöküntülər Qazanbulaq və ona qonşu sahələrdə üstünlük təşkil edir və burada yaşımtıl-boz rəngli gillərin qum və qumdaşıları ilə növbələşməsindən ibarət III-Qazanbulaq horizontu yüksək elektrik müqavimətilə fərqlənir. Çökəkliyin mərkəzinə doğru gil və mergel laylarının qalınlıqları isə tədricən artır, qum və qumdaşılarının sayı və qalınlıqları isə tədricən azalır. Qeyd etmək lazımdır ki, bu ümumi qanunauyğunluq qədim çay vadilərində və delta sahələrində pozulur və qumlu çöküntülər çökəkliyin mərkəzi hissələrinə qədər yayılırlar.

Page 279: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

277

Şəkil 71. Orta Eosenin mergelli-tuflu çöküntülərinin

qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları. Çökəkliyin şimal-şərq qanadında orta Eosendə tuflubrekçiya,

qravelit və qumdaşılarının gil və mergellərlə növbələşməsindən ibarət mergelli-tuflu çöküntü qatı toplanır. Tuflu çöküntülər isə Muradxanlı sahəsində fəaliyyət göstərən vulkanın aşınma məhsullarından ibarət olur.

Son Eosendə Kiçik Qafqazqarşısı çökəkliyini cənubdan hüdudlandıran Somxet-Ağdam yuyulma sahəsində qalxma hərəkətləri bir qədər də intensivləşir. Bununla paralel dənizin transqressiyası da genişlənməkdə davam edir. Çox yerdə üst Eosen çöküntüləri orta Eosenin üzərinə uyğun şəkildə yatırlar. Yalnız Kür-Qabırrı çaylararası rayonun cənub kənarında Qıraqkəsəmən qalxımının mərkəzi hissəsində üst Eosen çöküntülərinin dabanında qalınlığı 10-15 m-ə çatan linza şəkilli konqlomerat layının olması, bu çökəkliyin yamacında yerləşən qalxımların tağ hissələrinin adalardan ibarət yuyulma zonaları kimi mövcud olduğunu göstərir.

Page 280: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

278

Kür və Qabırrı çaylararası rayonun cənub hissəsində qalınlıqları 1,0-1,5 m-ə çatan qumdaşı layları, gilli brekçiya və narındənəli qum laycıqlarına malik karbonatlı gillər çökür. Üst Eosen çöküntülərinin ən yüksək qumluluğu Qazax çökəkliyinin mərkəzi hissəsində qeydə alınıb. Qalınlıqları 1-2 m-ə çatan qumdaşı və gillərin növbələşməsindən təşkil olunan 200 m qalınlıqlı lay dəstəsinin məhəlli yayılması çöküntülərin paleo-Ağstafa çayının deltasında əmələ gəldiyini göstərir.

Kür və Qabırrı çaylararası rayonunun şimal hissəsində üst Eosenin alt hissəsində kobuddənəli qumdaşılarının qalınlıqları artır. Bu isə qumlu çöküntülərin Kiçik Qafqazdan deyil, şimalda yerləşən yuyulma zonalarından gətirildiyini, çöküntülərin üst hissədə az qalınlıqlı alevrit laycıqları olan gillərin olması isə, dəniz səviyyəsinin qalxması nəticəsində yuyulma sahələrinin su altında qaldığını göstərir.

Yevlax-Ağcabədi çökəkliyində də, Kür-Qabırrı çaylararası rayonunda olduğu kimi, son Eosenin birinci yarısında nisbətən dayaz dəniz şəraitində qum, alevrit və mergellərin növbələşməsindən təşkil olunan çöküntülər, ikinci yarısında isə nadir qumdaşı və alevrit laycıqlarına malik gilli çöküntülər toplanır. Çökəkliyin cənub yamacının mərkəzi hissəsində (Qazanbulaq, Borsunlu və s.) üst Eosenin alt hissəsində qumlu-alevritli süxurların, Ağcabədi və Sovetlər sahələrində isə gil və karbonatlı çöküntülərin həcmi artır. Çökəkliyin şimal-şərq yamacında (Muradxanlı, Zərdab və s.) gilli-qumlu-mergelli çöküntülərlə yanaşı qumlu əhəngdaşı və dolomitlərin çökməsi hövzənin dayaz, iqlimin quru və Kürdəmir-Saatlı qalxımlar zonasında isə aşınma proseslərinin zəif olduğunu göstərir.

Kür çökəkliyinin çox hissəsi Oliqosen-ilk Miosendə transqressiya edən dəniz suları ilə örtülür. Lakin, Kürdəmir-Saatlı qalxımlar zonası quru ərazisi olaraq qalır. Bu vaxt Mil-Muğan,

Page 281: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

279

Göyçay-Mingəçevir, Eldar və Saqareci qravitasiya anomaliyaları rayonlarında qalxımların və eləcə də, Ələt-Ləngəbiz qalxımları zonasının cənub yamaclarının dəniz səviyyəsindən yuxarıda yerləşdiyi güman edilir. Göstərilən rayonların yaxınlığında Maykop seriyası çöküntülərinin qalınlıqlarının azalması və litoloji tərkibinin daha kobuddənəli çöküntülərdən ibarət olması buna sübutdur (şəkil 72).

Şəkil 72. Maykop çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial zonaların sərhədi; 4-qırılmalar; 5-gillər; 6-qumlar; 7-mergellər; 8-alevritlər; 9-qumdaşıları.

Şimal və cənubdan yüksəlməkdə olan dağ sistemlərilə əhatə

olunan geniş Kür çökəkliyini tutan Maykop dənizinin sahilləri girintili-çıxıntılı və bəzən də qayalı olmuşdur. Dənizdə bir çox böyük

Page 282: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

280

və kiçik ölçülü adalar, xüsusən də, cənub sahillərində yerləşən yarımadalar, onların arasında yaranan dəniz körfəzləri mürəkkəb paleocoğrafi şəraitin yaranmasına səbəb olur. Belə bir şəraitdə çökən Maykop lay dəstəsi çöküntüləri tez-tez litofasial dəyişikliklərə uğrayırlar. Lakin onlar, Eosen çöküntülərindən fərqli olaraq, terrigen mənşəli olub, çox vaxt gillərdən təşkil olunurlar. Yalnız Böyük və Kiçik Qafqaz sahillərində və adaların yaxınlıqlarında qum, qumdaşı, qravelit və konqlomeratlar geniş yayılirlar. Kobuddənəli qırıntı çöküntülər, Cənub-Şərqi Qafqazda olduğu kimi, Maykop seriyasının alt hissəsində daha çox yuyulublar.

Kobuddənəli qumlu çöküntülərin və qravelitlərin çökəkliyin cənub yamacında, Qaraçay körfəzində toplanması Oliqosendə paleo-Qaraçayın fəaliyyəti ilə əlaqədardır. Qumlu çöküntülərin Ağstafa, Tərtər və başqa çayların vadilərində artması da eyniadlı paleoçayların mövcud olması ilə izah oluna bilər. Lakin qumlu süxurların Kür çökəkliyi daxilində qeyri-bərabər paylanması paleoçayların fəaliyyəti ilə məhdudlanmayıblar. Burada fəaliyyət göstərən güclü dəniz axınları da çayların gətirdikləri terrigen çöküntüləri yenidən çeşidləyərək paylaşdırmışdır. Bu prosesdə isə dəniz dibinin relyefi və xüsusən dəniz dibində olan antiklinal qalxım zonalarının uzanma istiqamətləri və onların konsedimentasiya səciyyəli qalxma intensivlikləri mühüm rol oynayıblar.

Oliqosenin əvvəllərində sürətlə genişlənən dəniz transqressiyası Kiçik Qafqazdan başlanan çayların vadilərini əhatə etmiş və bu qədim çay dərələrində toplanan Təbaşir çöküntüləri qırıntılarından əmələ gələn konqlomeratlar Maykop gilləri ilə örtülmüşlər. Kür çökəkliyinin şimal-qərbində yerləşən Çatma antiklinoriumunda Maykop çöküntüləri kəsilişində qumlu çöküntülərin çoxluğu, buraya kobuddənəli terrigen materialın Eldar və Saqareci qravitasiya

Page 283: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

281

maksimumlarına uyğun olan qalxımlardan gətirildiyini, onların yuyulmaya məruz qalmış Mezozoy və daha qədim yaşlı kristallik süxurların qırıntıları olduğunu göstərir. Bunu Dağlıq Kaxetinin cənub yamacında Oliqosen çöküntüləri kəsilişində mövcud olan qranit çınqılları və kvars qumdaşı layları təsdiq edir. Çınqıl və kvars qumdaşılarının Çatma antiklinoriumunun şimal yamacında olmamağı göstərir ki, onlar cənubda yerləşən adalardan gətirilmişdir.

Maykopun sonunda dəniz transqressiyasının daha geniş əraziləri əhatə etməsi, eləcə də Böyük və Kiçik Qafqazda tektonik hərəkətlərin aktivliyinin azalması ilə əlaqədar olaraq, Kür çökəkliyinin hər yerində qumlu çöküntülərin miqdarı azalır və gillər üstünlük təşkil edirlər.

Üst Maykop kəsilişində çoxlu gil-siderit konqresiyalarının mövcudluğu Maykop dənizinin dibində reduksiyaedici durğun su şəraitinin olduğunu göstərir. Deyilənləri, sahilyanı qumlu çöküntülərdə normal duzluluqlu sularda yaşayan molyuskaların, dərin dəniz şəraitində çökən gillərdə isə balıq qalıqları, foraminifer və ostrokodların ayrı-ayrı qrupları nümunələrinin mövcud olması da təsdiq edir.

Maykop seriyası çöküntüləri qalınlıqlarının paylanması Kür çökəkliyinin paleotektonik rejimində Paleosen-Eosen dövründəkinə nisbətən müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Bu dəyişikliklər tektonik hərəkətlərin daha diferensial xarakter alması ilə əlaqədar olub.

Oliqosen-ilk Miosen epoxasında Qabırrı-Acınohur çökəkliyində toplanan gilli-alevritli-qumlu çöküntülərin qalınlıqları 1000-1500 m-ə çatır. Çökəklik şimalda yerləşən Qanıx-Əyriçay çökəkliyindən (burada çökmə 100-200 m-dən artıq olmayıb) Kaxeti-Daşyüz antiklinoriumu yerində olan kordilyerlə, cənubda isə Kiçik

Page 284: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

282

Qafqazqarşısı çökəklikdən Saqareci, Eldar, Mingəçevir-Göyçay və Kürdəmir qravitasiya maksimumları rayonlarında yerləşən adalar arxipelaqı ilə ayrılıblar.

Kiçik Qafqazqarşısı çökəklik Paleosen-Eosen epoxasında olduğu kimi, Şəmkir qalxımının şimal batımı ilə iki hissəyə bölünür. Qərbdə yerləşən çökəklik Paleosen-Eosen dövründəkinə nisbətən şimal istiqamətində miqrasiya etmişdir. Bu çökəkliyin mərkəzi hissəsində yerləşən Çatma antiklinoriumunda Maykop çöküntülərinin qalınlıqları 2000 m-ə çatır.

Kiçik Qafqazqarşısı çökəkliyin şərq hissəsini əhatə edən Yevlax çökəkliyində isə, əksinə, intensiv çökmə prosesləri (3000 m-ə qədər) çökəkliyin qərb yamacında getmişdir. Burada Maykop çöküntülərinin daha kobuddənəli qumlu süxurlardan təşkil olması, Kiçik Qafqaz dağlarında qalxma və aşınma proseslərinin intensiv olduğunu göstərir. Maykop əsrində Kür çökəkliyində mürəkkəb çöküntütoplanma prosesi dənizin geniş miqyaslı reqressiyası və toplanan çöküntülərin yuyulması ilə başa çatır.

Yevlax-Ağcabədi hövzəsi

Yevlax-Ağcabədi hövzəsi Paleogen-Miosen dövründə müstəqil çöküntütoplanma hövzəsi olmuş, Pliosen-Antropogen dövründə isə Kür dağarası çökəkliyin az mailli cənub-qərb qanadına çevrilmişdir.

Yevlax-Ağcabədi çökəkliyinin daxil olduğu Böyük və Kiçik Qafqaz dağları arasında yerləşən Cənubi Qafqaz regionunun Mezozoy erasında şimal-qərbdə Karpatlardan, cənub-şərqdə Cənubi Xəzər çökəkliyinə qədər uzanan qövsvarı adalarından ibarət qalxımlar zonası arxasında yerləşən okean mənşəli hövzələrdən biri olduğu güman edilir.

Page 285: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

283

Məlum olduğu kimi, üst Təbaşirin sonunda baş verən intensiv qalxma nəticəsində ayrı-ayrı adalardan ibarət olan Somxet-Ağdam zonasında vahid quru sahəsi yaranır və adalar arasında olan Qazax, Ağcakənd və Ağdərə dəniz boğazları körfəzlərə çevrilirlər. Körfəzlərdə üst Təbaşir çöküntülərinin qalınlıqları müvafiq olaraq 1000-1500 m, 1600-1800 m və 800-1000 m arasında dəyişir (bax şəkil 39).

Ərəbistan və Avrasiya tektonik plitələrinin konvergent tektonik hərəkətlərinin Kaynozoyda aktivləşməsi nəticəsində plitələr arasında yerləşən hövzələrin əvvəlki struktur-tektonik quruluşları, sıxılma və genişlənmə qüvvələrilə əmələ gələn yeni strukturlarla mürəkkəbləşirlər. Paleogen dövründə Kiçik Qafqazın şimal istiqamətində hərəkəti cənub yamacı ensiz və dik, şimal yamacı isə enli və az mailli Kiçik Qafqazqarşısı çökəkliyin yaranmasına səbəb olur [48].

Paleogen dövrünün əvvəllərində, Danimarka (alt Paleosen) əsrində, Somxet-Ağdam zonasında qalxma hərəkətlərinin bir qədər də intensivləşməsi nəticəsində yuxarıda göstərilən körfəzlərin dayazlaşması və dənizin geri çəkilməsi davam edir. Bu şəraitdə Kiçik Qafqazqarşısı çökəklikdə qalınlıqları 100-200 m-ə çatan karbonatlı-terrigen çöküntülər toplanırlar [62].

Çökəkliyin cənub-qərb yamacında əsasən karbonatlardan ibarət və qalınlıqları 50 m-ə çatan üst Paleosen çöküntülərini təxminən eyni litoloji tərkibə malik olan Danimarka mərtəbəsi çöküntülərindən ayırmaq bir qədər çətinlik törədir. Çökəkliyin mərkəzi hissəsində isə az qalınlıqlı əhəngdaşıları və mergel aratəbəqələrilə növbələşən gillərdən ibarət çöküntülərin qalınlıqlarının 300-400 m-ə çatdığı güman edilir.

Eosen epoxasında, Paleosenin sonunda başlanan dəniz transqressiyası genişlənərək orta və üst Eosendə maksimum həddinə çatır. Əsas qalxma və çökmə zonalarının vəziyyətləri dəyişməz qalsa

Page 286: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

284

da, Paleosen vaxtı ilə müqayisədə Eosen dövründə çökmə prosesinin kəskin artması müşahidə olunur (şəkil 73).

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında alt Eosen çöküntüləri gilli litofasiyada yayılıb və qalınlıqları 100-200 m-dir. Cənub-şərq istiqamətində tədricən terrigen-karbonatlı çöküntülərlə əvəz olunurlar.

Şəkil 73. Eosen çöküntülərinin qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; a-çöküntülərin pazlaşma sərhədi.

Çökəkliyin cənub-şərq və mərkəzi hissələrində bəzən tuf, tuflu qumdaşı, tuflu çınqıl araqatları da rast gəlir. Alt Eosen çöküntüləri Sovetlər, Ağcabədi, Zərdab, Muradxanlı, Cəfərli sahələrində quyularla açılmışdır. Çöküntülərin qalınlıqları 100-400 m arasında dəyişir [91] (bax: şəkil 38, 39).

Page 287: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

285

Orta Eosenin başlanğıcında Yevlax-Ağcabədi çökəkliyinin kənarlarında yuyulma sahələrinin kəskin qalxması və sualtı vulkan püskürmələrinin aktivləşməsi baş verir. Maksimal həddinə orta və son Eosendə çatan geniş transqressiya vaxtı əsas qalxım və çökəkliklərin vəziyyəti əvvəlki kimi qalır, lakin yeni qalxım və çökəkliklərin əmələ gəlmələri sayəsində ərazinin geoloji quruluşu xeyli mürəkkəbləşir. Qaracalı-Saatlı zonası isə yenə də ən yüksək yuyulma zonası olaraq qalır.

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacı geotektonik inkişafına görə çökəkliyin mərkəzi və şimal-şərq hissələrindən kəskin fərqlənir. Müasir struktur planda aşkar edilən çoxsaylı lokal qalxımlar əksər hallarda konsedimentasiyalı inkişafda olmuşlar. Burada orta Eosen çöküntüləri tufogen və mergelli-gilli fasiyada yayılıblar.

Orta Eosen çöküntüləri göstərilən fasiyada rayonun şimal-qərbindən cənub-şərqdə İncəçay və Tərtər çaylararası sahəyə qədər davam edir. Bu çaylar arasında yerləşən Şimali Naftalan sahəsində orta Eosen çöküntülərinin əsasını mergelli-tuflu çöküntülər təşkil edir. Onların qalınlıqları Şimali Naftalan-2 saylı axtarış quyusunda 550-560 m-ə çatır. Zəif keçiriciliyə malik olan çöküntülərin kollektorluq xüsusiyyətləri əsasən onların çatlı olmaları ilə əlaqədardır.

Çökəkliyin şimal-şərq yamacının Əmirarx-Zərdab-Muradxanlı-Mil zonasında orta Eosenin tuf, tuflu qumdaşı, tuflu alevrit, mergel və argillitlərdən ibarət olan çöküntülərinin qalınlıqları 400 m-ə çatır.

Üst Eosen vaxtında orta Eosenə nisbətən qalxım zonasında yuyulma proseslərinin zəifləməsi nəticəsində Yevlax-Ağcabədi çökəkliyində üst Eosen çöküntüləri əsasən gilli fasiyada intişar etdikləri üçün əsasən orta Eosenin məsaməli-çatlı kollektorları üçün təcridedici örtük rolunu oynayırlar.

Page 288: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

286

Yalnız çökəkliyin şimal-qərbində üst Eosenin alt hissəsində, qalınlığı 30-40 m-ə çatan qumlu horizont (III-Qazanbulaq horizontu) karbohidrogenlərin toplanması üçün əlverişli kollektorlara malikdir. Maykop lay dəstəsi çöküntülərinin toplanması zamanı mühüm paleotektonik və paleocoğrafi dəyişikliklər baş verir.

Eosenin sonunda Kiçik Qafqazda intensiv qalxma və qırışıqəmələgəlmə prosesləri nəticəsində Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacı dəniz səviyyəsindən yüksəkdə olan əraziyə çevrilir.

Maykop vaxtı isə Kiçik Qafqazın qalxması ilə yanaşı, Kiçik Qafqazqarşısı çökəkliyin intensiv çökməsi baş verir və çökəkliyin cənub-qərb yamacında Eosenin sonlarında yuyulma zonaları olan sahələr genişlənən dəniz transqressiyasına məruz qalaraq çöküntütoplanma sahələrinə çevrilirlər (şəkil 74). Bunun nəticəsi olaraq, Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacında Maykop lay dəstəsinin bazis horizontu olan Xadum horizontunun çöküntüləri bir sıra hallarda bazal konqlomeratları ilə Eosen-üst Təbaşir çöküntüləri üzərinə bucaq və azimut uyğunsuzluqları ilə qeyri-uyğun yatırlar.

Əsasən qumlu-gilli çöküntülərdən ibarət olan Xadum horizontunda Gəncəçay, Kürəkçay, Tərtər və Qarqarçayın vadilərində içərisində konqlomerat səciyyəli kobuddənəli terrigen çöküntülərdən ibarət layların və linzaların iştirakı, çöküntülərin eyni adlı qədim çayların hövzələrində formalaşdığını göstərir. Maksimal qalınlıqları 25,6 m-ə çatan (Xarxaput kəsilişində) konqlomeratlar çökmə, bəzən də maqmatik və metomorfik süxur qırıntılarından ibarətdirlər.

Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacında Maykop lay dəstəsi çöküntülərinin litoloji tərkibinin layların uzanması istiqamətində tez-tez dəyişməsi və mövcud olan qumlu

Page 289: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

287

horizontların yayılma sahələrinin müxtəlifliyi, çöküntülərin paylanmasında yuxarıda adları çəkilən paleoçayların böyük rol oynadıqlarını göstərir.

Şəkil 74. Eosen çöküntüləri səthinin Maykopun sonunda

paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi. Az qalınlıqlı qum və alevrit layları çökəkliyin cənub-qərb

yamacının şimal-qərb və mərkəzi hissələrində yerləşən Qazanbulaq, Dəliməmmədli, Tərtər, Qızıl Hacılı sahələrinin kəsilişlərində daha çox

Page 290: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

288

yayılan və I-II Qazanbulaq, I-VI Naftalan neftli-qazlı horizontlarını, Naftalan strukturunun qərb qanadında isə A,B,C,D,E liter horizontlarını təşkil edirlər. Cənub-şərq istiqamətində Maykop çöküntülərinin gilləşməsi və qalınlıqlarının azalması müşahidə olunur.

Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq yamacında Maykop çöküntüləri əsasən gillərdən ibarət olub, Eosen çöküntüləri üzərinə uyğun yatırlar. Eosen çöküntülərinə nisbətən daha geniş yayılmaya malik olduğundan Maykop çöküntüləri Muradxanlı qalxımının tağ hissəsində və çökəkliyin şimal-şərq yamacının paleostruktur baxımdan daha yüksək sahələrində Təbaşir çöküntüləri üzərinə yatırlar. Maykop seriyasının yalnız alt və qismən üst hissələrində az qalınlıqlı alevrit laycıqları mövcuddurlar. Bunların da zəif yuyulma sahəsi olan Qaracalı-Saatlı qalxımlar zonasından gətirildiyi şübhə doğurmur [105].

Yevlax-Ağcabədi hövzəsində Eosen çöküntülərinin bərpa edilən paleostruktur quruluşundan görünür ki, Maykop əsrinin sonunda Eosen çöküntülərinin səthi hövzənin mərkəzində Yevlax və Ağcabədi depressiyalarında müvafiq olaraq 2400 və 1800 m dərinliklərdə yerləşirlər (bax: şəkil 70). Göründüyü kimi, Yevlax depressiyasında Eosen çöküntülərinin səthi Ağcabədi depressiyasında olduğundan 600 m dərində yatır. Bir qədər şimal-qərbdə, Borsunlu paleodepressiyası isə Ağcabədi depressiyası ilə təxminən eyni (1800 m) dərinlikdə yerləşir. Ümumiyyətlə, simmetrik quruluşlu hövzənin şimal-şərq və cənub-qərb yamacları asimmetrik quruluşlu antiklinal qalxımlarla mürəkkəbləşıblər. Hövzənin cənub-qərb bortunda Eosen çöküntülərinin səthi Maykop əsrinin sonunda 200-800 m dərinliklərdə yerləşmişdir.

Regional monoklinal quruluşa malik cənub-qərb bortu mürəkkəbləşdirən Cənubi Beyləqan, Ağcabədi paleoqalxımları

Page 291: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

289

müvafiq olaraq 200 və 500 m izohipslərlə qapalı strukturlar kimi əks olunur. Sovetlər, Güllücə və çox güman ki, Tərtər sahələrində struktur terraslar mövcud olmuşlar.

Hövzənin qərb hissəsində isə 800 m dərinlikdə yerləşən asimmetrik, qapalı Qazanbulaq qalxımı və Acıdərə, Sarıyaldağ sahələrində 800-1200 m dərinliklərdə zəif şəkildə əks olunan struktur çıxıntılar mövcud olmuşdur. Hövzənin qərb sərhədində yerləşən Dəliməmmədli sahəsində isə çox böyük ölçülü struktur çıxıntı kəskin əks olunur. Burada Eosen çöküntüləri 400 m-dən 1200 m-ə qədər dərinliyə gömülürlər (bax: şəkil 43).

Hövzənin şimal-şərq qanadında yerləşən Muradxanlı, Zərdab qalxımlarının tağ hissələri müvafiq olaraq 200 və 800 m paleoizohipslərlə səciyyələnirlər. Zərdab antiklinalı ilə təxminən eyni hipsometrik səviyyədə yerləşən Əmirarx sahəsində isə çox zəif struktur çıxıntı əks olunur [109].

Eosenin səthinin Miosenin sonuna paleostruktur vəziyyətindən görünür ki, Borsunlu və Yevlax depressiyalarında çökmə tempi Miosen epoxasında fərqlənir. Bu hal hövzənin şimal-qərb hissəsində çökmə prosesinin zəifləməsi ilə əlaqədardır (şəkil 67). Bu da öz növbəsində, Naftalan-Gödəkboz antiklinal qalxımının struktur quruluşunda müəyyən dərəcədə asimmetrikliyə səbəb olub.

Hövzənin şimal-şərq bortunda Muradxanlı antiklinalı iki - 800 və 1000 m-lik, Zərdab antiklinalı isə bir - 1600 m-lik qapalı izohipslə əks olunur. Əmirarx sahəsində 1900 m-lik izohipslə qapanan struktur çıxıntı Maykop əsrinin sonunda olduğundan daha yaxşı əks olunur. Hövzənin cənub-qərb bortunda isə Cənubi Beyləqan, Sovetlər strukturları 200 və 1600 m-lik qapalı izohipslərlə, Ağcabədi və Güllücə struktur çıxıntıları isə, müvafiq olaraq, 600 m və 200 m-lik izohipslərlə əks olunur.

Page 292: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

290

Hövzənin şimal-qərb kənarında yerləşən Qazanbulaq, Dəliməmmədli sahələrinin paleostruktur quruluşunda Miosen epoxasında bir o qədər də dəyişikliklər baş verməyib. Maykop əsrinin sonunda olduğu kimi, Qazanbulaq qalxımı bir izohipslə (800 m) qapanan antiklinal struktur, Dəliməmmədli sahəsi isə 800 m-dən 1200 m-ə qədər gömülən böyük ölçülü və kəskin əks olunan qalxımın şərq batımı olub. Tərtər sahəsində isə çox güman ki, əvvəllər olduğu kimi, struktur terrasşəkilli mürəkkəbləşməyə məruz qalıb (şəkil 75).

Şəkil 75. Eosen çöküntüləri səthinin Miosenin sonunda

paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar.

Page 293: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

291

Eosen epoxasında əsas çökəklik və qalxımların vəziyyətində, eləcə də aşınma materiallarının gətirilmə xüsusiyyətlərində əsaslı dəyişiklik olmasa da, geniş yayılan transqressiyanın (orta və son Eosendə) təsiri nəticəsində, çökmə amplitudlarının artması, sahənin əlavə qalxım və çökəkliklərə bölünməsi baş vermişdir. Hövzədə əsasən terrigen qumlu-gilli çöküntülər intişar tapmışlar. Ağcabədi çökəkliyində Eosen çöküntülərin qalınlığı quyu məlumatlarına görə (Sovetlər) 1000-1200 m-dən artıqdır.

Oliqosen-alt Miosen (Maykop) epoxasında Böyük və Kiçik Qafqazda qalxma prosesləri daha intensiv olmuş və Kür çökəkliyinin çökmə tempi sürətlənmişdir. Hövzədə körfəzlərin, çıxıntı və adaların artması çöküntütoplanmada litofasiya və qalınlıqların böyük müxtəlifliyinə səbəb olmuşdur.

Maykop çöküntüləri hər yerdə terrigen əsaslı gilli fasiyada yayılmışlar. Yalnız Böyük və Kiçik Qafqazın ətəkləri, eləcə də daxili qalxımlara yaxın yerlərdə kəsilişdə kobuddənəli süxurlara - qumdaşı, qravelit və konqlomerat laycıqları rast gəlir.

Ağcabədi çökəkliyində çökmə amplitudu 3000 m-dən artıq olmuşdur. Göründüyü kimi, Maykop çöküntülərinin maksimal qalınlığı Kür çökəkliyinin cənubunda – Kiçik Qafqazqarşısı çökəkliyin yamacı boyu müşahidə olunur. Bu zonada Maykopun kəsilişində kobuddənəli süxurların artması həmin əsrdə Kiçik Qafqazın sürətlə qalxdığını göstərir [62].

Maykop çöküntülərində külli miqdarda gilli-sideritli konqressiyaların olması isə, Maykop dənizinin dərin zonalarında durğun bərpaedici şəraitin olmasına sübutdur.

Qalınlıqları 3,0-4,0 km-ə çatan Paleogen-alt Miosen çöküntüləri üzvi maddələrin toplanması və karbohidrogenlərə çevrilməsi üçün münasib olan paleotektonik, paleocoğrafi, geokimyəvi şəraitdə çökmüşlər.

Page 294: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

292

Paleogen çöküntüləri Yevlax-Ağcabədi çökəkliyində əsas neftli-qazlı kompleksdir. Onun neft-qazlılıq perspektivliyini qiymətləndirərkən qeyd etməliyik ki, Paleogen dövründə çökmə prosesinin mütəmadi olması paleotektonik cəhətdən karbohidrogenlərin generasiyası üçün əlverişli sayılır.

Paleogen kompleksinin Paleosen çöküntüləri əsasən mergel və gillərdən ibarətdir. Yevlax-Ağcabədi rayonunda neft-qazlılıq üst Paleosenin alt hissəsində yerləşən qumlu-karbonatlı çöküntülərlə əlaqədardır.

Miosenin sonuna qədər Yevlax-Ağcabədi çökəkliyində çökmə prosesi intensiv şəkildə davam edir. Bu zaman Eosen çöküntüləri səthi 2800 m-ə qədər gömülmüş və çökəkliyin bortlarında Eosen çöküntülərinin yatım bucaqları artır. Bu da karbohidrogenlərin miqrasiya prosesinə böyük təsir göstərmişdir (şəkil 76).

Miqrasiya yolunda ən əsas struktur tələlər şimal-şərq yamacda Muradxanlı, Zərdab və Əmirarx strukturları olmuşlar. Ən yüksək paleoizohipsometrik səviyədə (800-1000 m) olan Muradxanlı strukturu Eosen dənizində Təbaşirin vulkanogen çöküntülərindən ibarət ada şəklində mövcud olduğundan, Eosen çöküntüləri vulkan mənşəli böyük qalxımın ətəklərində pazlaşaraq struktur-stratiqrafik tələlər yaratmışdır. Orta Eosenin bir sıra tufogen və qumlu-gilli horizontlarının strukturun tağı istiqamətində pazlaşması nəzərə alınarsa, buradakı neft-qaz yataqlarını struktur-stratiqrafik tiplə yanaşı, litoloji tipə də aid etmək olar [105, 109].

Miosenin sonunda Muradxanlı qalxımına nisbətən böyük dərinliklərdə olan Zərdab və Əmirarx strukturları Eosenin səthi üzrə 1600 və 1900 m paleoizohipslərlə qapanırlar. Amplitudları 100 m-dən artıq olmayan bu kiçik ölçülü strukturlar karbohidrogenlərin toplanması üçün çox da əlverişli sayıla bilməzlər. Lakin strukturların

Page 295: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

293

daha dik yatımlı cənub-qərb qanadlarında əsas neftli obyekt olan orta Eosenin tufogen və qumlu laylarının pazlaşması, onların perspektivli struktur-stratiqrafik və litoloji obyektlər kimi nəzərdə tutmağa imkan verir. Çökəkliyin şimal-şərq yamacı və cənub-şərq sentriklinalında orta Eosen çöküntülərinin pazlaşma zonası neft-qaz yataqlarının axtarışı üçün daha münasib obyekt ola bilər.

Şəkil 76. Tərtər-Bərdə-Əmirarx istiqamətində

paleogeoloji profil.

Page 296: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

294

Hövzənin cənub-qərb qanadında karbohidrogenlərin toplanması üçün əlverişli paleostruktur şərait Sovetlər, Ağcabədi, Tərtər, Naftalan-Gödəkboz, Qazanbulaq və Dəliməmmədli qrupu strukturlarında olmuşdur. Hövzənin şimal-qərbində isə neft-qazın yığılması üçün əlverişli olan Bozyeri, Soyuqxanlı kimi kiçikölçülü antiklinal strukturlar, həmçinin Əliuşağı və Acıdərə struktur çıxıntı və terrasları mövcud olmuşlar. Sonuncularda neft-qaz yataqlarının əmələ gəlməsi və qorunub saxlanması üçün paleostruktur şərait o qədər də münasib olmayıb (şəkil 77).

Şəkil 77. Əliuşağı-Dəliməmmədli-Bozyeri istiqamətində

geoloji profil. Maykop əsrində çöküntütoplanma prosesinin aramsız davam

etməsi və Yevlax depressiyasının (2200m) Ağcabədi depressiyasından (1800 m) daha sürətlə çökməsi, paleoçayların bu sahəyə daha çox terrigen material gətirməsinə səbəb olmuşdur.

Maykop çöküntülərinin Yevlax-Ağcabədi hövzəsində də singenetik neftli-qazlı kompleks olduğu məlumdur. Bu kompleksin neft-qazlılıq perspektivliyi isə, Eosen çöküntülərindən fərqli olaraq, hövzənin cənub-qərb bortu ilə daha çox bağlıdır. Bu da burada paleocoğrafi şəraitin daha əlverişli olması və Qazanbulaq, Tərtər,

Page 297: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

295

Qaraçinar qumlu horizontların mövcud olması ilə əlaqədardır. Qazanbulaq horizontlarının Tərtər, Naftalan, Qazanbulaq, Acıdərə, Dəliməmmədli sahələrində sənaye əhəmiyyətli neftliliyi paleostruktur şəraitlə yanaşı, paleocoğrafi şəraitin əlverişli olması ilə izah olunur. Hövzənin şimal-şərq yamacı isə belə qumlu horizontların olmadığı üçün, Maykop çöküntüləri üzrə perspektivli sayıla bilməz. Zərdab və Muradxanlı yataqlarında az qalınlıqlı alevrit laylarından alınan neftin hasilatının cüzi olması deyiləni bir daha təsdiq edir.

Paleosen çöküntülərinin perspektivliyini qiymətləndirdikdə bu çöküntülərin üzvi maddələrin toplanması üçün qismən əlverişli olan neytral və zəif reduksiyaedici şəraitdə çökdüklərini və onların çökəkliyin mərkəzi hissəsində, Miosenin sonunda karbohidrogenlərin generasiyası üçün lazım olan termodinamik şəraitin mövcud olduğu 3500-5000 m dərinliyə gömülmələrini qeyd etmək lazımdır. Lakin bu çöküntülər əsasən gilli fasiyada yayıldıqları üçün altda yatan Mezozoy kollektorları üçün izoləedici örtük rolunu oynayırlar. Çökəkliyin cənub-qərb yamacında karbonatlılıqları ilə fərqlənən çöküntülərdən Naftalan sahəsində bir quyuda 0,2-0,3 t/gün hasilatla neftin alınmasına görə onları neftli obyekt kimi hesab etmək olar. Alt Eosenin gilli çöküntüləri isə bu obyektlər üçün örtük ola bilərlər.

Yevlax-Ağcabədi çökəkliyində qalınlığı 400-500 m-ə çatan orta Eosenin mergelli-tuflu çöküntüləri rayonunun əsas neftli-qazlı obyektidir. Bu çöküntülərdə karbohidrogenlərin generasiyası üçün lazım olan termodinamik şərait çökəkliyin mərkəzi hissələrində, hələ Miosen dövründə mövcud olub və Pliosendə də davam etmişdir. Generasiya olunan karbohidrogenlər çökəkliyin şimal-şərq bortunda Muradxanlı vulkanik qalxımının cənub-qərb qanadında litostratiqrafik və tektonik ekranlaşan, Cəfərli qalxımında isə antiklinal tipli yataqlar əmələ gətirmişdir.

Page 298: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

296

Zərdab və Əmirarx sahələrində orta Eosen çöküntülərindən alınan sənaye miqyaslı neft axınları çöküntülərin regional neft-qazlılıqlarını göstərir.

Orta Eosen çöküntülərinin neft-qazlılıq perspektivliyi isə onların kollektorluq xüsusiyyətlərindən və kollektor layların paleo və müasir struktur-tektonik şəraitlərindən asılıdır. Bu baxımdan çökəkliyin şimal-şərq bortunda və qismən də sentriklinallarında mövcud olan paleostrukturlar və pazlaşma zonalarında olan körfəzvarı stratiqrafik tələlər daha perspektivli obyektlər sayılırlar.

Çökəkliyin cənub-qərb yamacı böyük qalınlığa (500-600 m) və zəif keçiriciliyə malik mergelli-tuflu çöküntülərdən ibarətdir. Bu çöküntülərdən Ağgöl sahəsində qırılma zonası yaxınlığında qazılmış 1 saylı quyuda 200 m3/gün hasilatla su axının alınması, onların çatlı kollektorlara malik olmasını və belə zonalarda yerləşən strukturlarda karbohidrogen yataqlarının yaranması üçün münasib şəraitin olduğunu göstərir.

Daha çox gilli fasiyada yayılan üst Eosen çöküntüləri orta Eosenin kollektorları üçün örtük hesab edilir. Lakin çökəkliyin şimal-qərbində kəsilişin alt hissəsində yerləşən və 30-40 m qalınlığa malik III-Qazanbulaq horizontunun Qazanbulaq və Dəliməmmədli sahələrində neftliliyi, horizontun neftli obyekt kimi qonşu sahələrdə də izlənməsinin vacib olduğunu göstərir.

Üzvi maddələrin zənginliyi ilə fərqlənən Maykop lay dəstəsi çöküntüləri regionda əsas nefttörədici süxurlardır. Qalınlıqları 2000 m-ə çatan bu çöküntülər, çökəkliyin mərkəzi hissəsində 4,5-5,0 km dərinliyə qədər gömülmüşlər. Onların alt hissələri əsas generasiya zonasında yerləşirlər. Buradan çökəkliyin bortlarına hərəkət edən karbohidrogenlər qumlu kollektorların məhəlli yayıldıqlarına və zəif keçiriciliyə malik olduqlarına görə iri neft yataqları əmələ gətirməyiblər.

Page 299: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

297

Çökəkliyin cənub-qərb bortunda məhəlli yayılmaya malik neftli-qazlı horizontların perspektivliyi, onların kollektorluq xüsusiyyətləri daha yüksək olan qədim çayların vadilərində və delta zonalarında mövcud olan litostratiqrafik və tektonik ekranlaşmış tipli tələlərin axtarışı ilə bağlıdır.

Çökəkliyin mərkəzi hissəsində generasiya olunan karbohidrogenlər, layların yatımı üzrə yuxarı istiqamətdə hərəkət edərək, çökəkliyin yamaclarında və sentriklinallarında miqrasiya vaxtına qədər formalaşan struktur və lito-stratiqrafik tələlərdə toplanaraq neft-qaz yataqları yaratmışlar.

Yevlax-Ağcabədi çökəkliyində Paleogen çöküntülərinin neft-qazlılıq perspektivliyi çökəkliyin şimal-şərq bortunda orta Eosenin mergelli-tuflu çöküntülərinin pazlaşma zonalarında olan lito-stratiqrafik və qismən də Maykop seriyasının alt hissəsində mövcud olan az qalınlıqlı (10-30 m) alevritli-gilli horizontun yayıldığı sahələrdəki struktur və qeyri-antiklinal tələlərlə əlaqədardır.

Maykop çöküntülərinin Zərdab-Şıxbağı sahəsində təsdiq olunan sənaye miqyaslı neftliliyi, qalınlığı 10-15 m olan alevritli-gilli ''reper'' horizontunun yayıldığı sahələrlə əlaqədardır. Horizontun qalınlığının Muradxanlı istiqamətində 30-35 m-ə qədər artması onun perspektivliyinin də həmin istiqamətdə artdığını göstərir.

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunda Maykop lay dəstəsi və Eosenin foraminifer laylarının sənaye əhəmiyyətli neftliliyi Qazanbulaq, Dəliməmmədli, Naftalan, Tərtər, Acıdərə sahələrində aşkar edilib. Çökəkliyin şimal-şərq yamacında isə keçən əsrin 70-ci illərində aşkar edilən Muradxanlı və Cəfərli neft yataqları hal-hazırda işlənmədədirlər.

Süxur nümunələrinin tədqiqi göstərir ki, Kiçik Qafqazqarşısı çökəklikdə çöküntütoplanma prosesi Paleosen dövründə neytral və ya

Page 300: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

298

zəif reduksiyaedici, Eosen dövründə zəif reduksiyaedici, Maykop dövründə isə karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli olan reduksiyaedici geokimyəvi şəraitlərdə getmişdir. Bunu çöküntülərdə olan üzvi maddələrin (Cüzv) miqdarı uyğun olaraq 0,1-0,5%, 0,5%-ə qədər və 0,5-1% arasında dəyişməsi və neytral geokimyəvi şərait üçün səciyyəvi olan siderit, qlaukonit və dəmir oksidi minerallarının, zəif reduksiyaedici şərait üçün siderit, pirit və b. autigen mineralların, reduksiyaedici şərait üçün isə çöküntülərdə yarozitli gillərin, siderit konqresiyalarının, piritin mövcudluğu çöküntülərin karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli geokimyəvi şəraitdə toplandığını göstərir. Yevlax-Ağcabədi çökəkliyində Eosen çöküntülərində neftin generasiyası üçün kifayət edən temperaturun 3500 m dərinlikdən başlandığı əsaslandırılmışdır.

Maykop çöküntülərində ümumi istilik impulsunun Eosen çöküntülərinə nisbətən az olması, bu çöküntülər kompleksinin neftəmələgətirmə potensialının az olması ilə səciyyələnir. Maykop lay dəstəsi çöküntülərinin əsas neftəmələgəlmə zonası çökəkliyin mərkəzi hissəsini və onun cənub-qərb yamacında yerləşən Naftalan, Tərtər, Güllücə, Sovetlər, Ağcabədi, Lənbəran, Ağgöl sahələrini, şimal-şərq yamacında isə Zərdab, Şahsünnü, Muradxanlı, Cəfərli, Şıxbağı, Qaralı sahələrini əhatə edir.

Vitrinitin əks etdirmə qabiliyyətinə görə Tmax Maykop seriyası çöküntülərində 415oC-432oC, Eosen çöküntülərində isə 426oC-438oC arasında dəyişməsi çöküntülərin əsas neftəmələgəlmə zonasında olduğunu göstərir.

Eosen çöküntüləri üzrə ümumi istilik implusunun 100-dən çox olduğu Naftalan, Tərtər, Şirvanlı, Güllücə, Zərdab sahələrində və çökəkliyin daha çox gömülmüş mərkəzi hissələrində karbohidrogenlərin generasiyası daha erkən başlanmış və daha intensiv şəkildə getmişdir.

Page 301: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

299

Qabırrı-Acınohur hövzəsi

Kür-Qabırrı çaylararası sahədə Paleosenin Danimarka əsrində qalxma hərəkətləri intensivləşir və dənizin geri çəkilməsi nəticəsində dayaz körfəzlərdə 100-200 m qalınlıqlı karbonatlı-terrigen çöküntülər toplanır. Danimarka əsrində baş verən paleotektonik və paleocoğrafi dəyişikliklər son Paleosendə də davam edir. Bu zaman Qazax və Ağcakənd körfəzlərinin sahəsi xeyli kiçilir. Yuyulma mənbəyi olan Şəmkir qalxımının yüksəlməsi sayəsində körfəzlərin arasında olan quru sahəsi genişlənir. Dənizdə isə çökmə prosesi zəiflədiyi üçün Kiçik Qafqazqarşısı çökəklik iki hissəyə ayrılır [103].

Şimal-qərbdə yerləşən, mərkəzi hissəsi demək olar ki, Kür-Qabırrı çaylararası rayonunu əhatə edən, Qarayazı adlanan çökəklik şimal-şərqdə Eldar və Saqareci qalxım və yuyulma zonaları ilə Böyük Qafqazqarşısı çökəklikdən ayrılır. Çökəkliyin mərkəzi hissəsində gil və mergellər, kənar hissələrində isə bu çöküntülərlə yanaşı qum və qumdaşıları da çökürlər.

Paleosenin kəsilişində qumların azlığı Somxet-Ağdam yuyulma zonasında tektonik hərəkətlərin və erroziya proseslərin zəif olduğunu göstərir. Alt Paleosenin Danimarka çöküntüləri, üst Təbaşirin karbonatlı süxurlarından üst Paleosenin əsasən gillərdən ibarət olan çöküntülərinə keçid təşkil edərək mergel və gillərdən təşkil olunublar. Bu çöküntülər bir sıra rayonlarda əsasən gilli çöküntülərdən ibarətdir.

Eosen epoxasında Paleosenin sonunda başlayan, dəniz transqressiyası genişlənir. Onun maksimum həddi orta və son Eosenə vaxtına uyğun gəlir. Bu zaman əsas qalxma və çökmə zonalarının vəziyyəti dəyişmir, lakin Paleosen vaxtı ilə müqayisədə, çökmə prosesinin sürətlənməsi müşahidə olunur [9, 94].

Page 302: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

300

Kür-Qabırrı çaylararası rayonda müxtəlif litoloji tərkibdə və hər üç şöbə ilə təmsil olunan böyük qalınlığa malik (1200-1400 m-ə qədər) Eosen çöküntüləri toplanır (şəkil 78 ).

Eosenin əvvəlində çaylararası ərazinin ayrı-ayrı sahələrində qeyri-bərabər çökmə prosesi gedir. Cənub hissədə Qıraqkəsəməndən Xatınlıya qədər uzanan dar çökəklik mövcud olmuşdur. Qıraqkəsəməndən cənuba Tovuz-Qazax rayonunda çöküntülərinin maksimal qalınlıqları 500-800 m-ə çatan ayrı-ayrı lokal çökəkliklər ayrılır.

Şəkil 78. Eosen çöküntülərinin qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4-çöküntülərin pazlaşma sərhədi.

Şimal-şərq istiqamətində çöküntülərin qalınlıqları tədricən 400-600 m-ə (Sacdağ, Dəmirtəpə-Udabno), cənub-şərq istiqamətində isə 100 m-ə qədər azalır (Tərsdəllər). Toplanan çöküntülərin tərkib və qalınlıqları göstərir ki, ilk Eosendə hövzənin dərinliyi çox olmayıb.

Page 303: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

301

Alt Eosen çöküntüləri Kür-Qabırrı çaylararası sahəsinin cənub zolağında Paleosen çöküntüləri üzərinə uyğun yatır və əsasən gilli fasiya ilə təmsil oıunurlar.

Eosen çöküntü kompleksində əsas neftli-qazlı obyekt olan orta Eosen çöküntülərinin qalınlıqları 0-dan 400 m-ə qədər dəyişir (şəkil 79). Rayonun cənub zolağında qalınlığı 100-200 m arasında dəyişən orta Eosen çöküntüləri tufogen-terrigen fasiyada yayılıblar.

Xatınlı sahəsindən başlayaraq cənub-şərq istiqamətində orta Eosenin tufogen-terrigen fasiyası tədricən terrigen-karbonatlı fasiya ilə əvəz olunur. Bu isə əsasən Kiçik Qafqazda mövcud olan vulkanların fəaliyyətinin zəifləməsilə əlaqədardır.

Qalınlıqların paylanması göstərir ki, rayonun şimal-qərb hissəsində (Sacdağ, Dəmirtəpə-Udabno) orta Eosen çöküntülərinin qalınlığı 200-300 m olduğu halda, cənub-şərqə - Tərsdəllərə doğru qalınlıq 40-100 m-ə qədər azalır. Böyük Palantökən istiqamətində isə orta Eosen çöküntülərinin qalınlığı 250-300 m-ə qədər artır (şəkil 79).

Son Eosendə orta Eosenə nisbətən intensiv qalxma prosesi müşahidə olunur. Bu da qalınlıqların azalmasında (150-300 m) özünü göstərir.

Çaylararası ərazinin şimal-qərb zolağında 200 m-lik izopaxitlə məhdudlaşan iki maksimal çöküntütoplanma zonası ayrılır. Bu zonalar Xatınlı sahəsini və Dəmirtəpə-Udabnodan Qıraqkəsəmənə qədər olan sahəni əhatə edir.

Cənub-şərq zolaqda da iki: Ağtəpə-Böyük Palantökən və Tərsdəllər maksimal qalınlıqlar zonaları mövcud olmuşlar (şəkil 80).

Son Eosendə Kür-Qabırrı çaylararası rayonunun cənub hissəsində terrigen çöküntülər toplanırlar. Burada kəsiliş əsasən bərk karbonatlı qumdaşı laylarına malik gillərdən ibarətdir. Üst Eosen çöküntüləri Maykop seriyasının gillərilə örtülür.

Page 304: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

302

Şəkil 79. Orta Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.

1-gil; 2-qumdaşı; 3-mergel; 4-tuf-qumdaşı; 5-tuf-konqlomerat və qravellitlər; 6-tuflar; 7-izopaxitlər; 8-parametrik,axtarış və kəşfiyyat quyuları; 9- qırılmalar; 10- çöküntülərin pazlaşma sərhədi;

Üst Eosen çöküntüləri də əsasən gilli fasiyada olduqları üçün, onlar orta Eosenin məsaməli, çatlı kollektorları üçün izoləedici örtük rolunu oynayırlar. Eosen dövründə əsas çökəklik və qalxımların vəziyyətində, eləcə də aşınma materiallarının gətirilmə xüsusiyyətində əsaslı dəyişiklik olmasa da, geniş yayılan transqressiyanın təsiri nəticəsində, çökmə amplitudunun artması və sahənin əlavə qalxım və çökəkliklərə parçalanması baş verir [7, 8].

Eosen çöküntüləri səthinin Miosen dövrünün sonuna olan paleostruktur vəziyyətini əks etdirən xəritədən görünür ki, bu dövrdə Eosen kompleksi çöküntüləri 3000-4000 m-ə dərinliyə qədər gömülmüşlər (şəkil 81).

Page 305: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

303

Şəkil 80. Üst Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3- çöküntülərin pazlaşma sərhədi; 4-gillər; 5-argillit; 6-mergel; 7-qumdaşları.

Miosen dövrünün sonunda Eosen çöküntüləri üzrə və 1000-

1800 m dərinlikdə yerləşən Tərsdəllər qalxımı şimal-şimal-qərb istiqamətində gömülən, yaxşı əks olunan struktur burundan ibarət olub, şərq və cənubdan konsedimentasiya xarakterli qırılmalarla hüdudlanırdı. Miosenin sonunda Kür-Qabırrı çaylararası rayonunun şərqindəki qırılmanın amplitudu 800-1000, cənubdakı qırılmanın amplitudı isə 400-500 m-ə çatır. Gürzündağ və Palantökən sahələrində müvafiq olaraq 2800 və 3800 m paleoizohipslərlə qapanan kiçikölçülü braxiantiklinal tipli qalxımlar mövcud olmuşdur. Rayonun cənub-qərbində Kuxet, Qıraqkəsəmən, Məmmədtəpə və Sacdağ sahələrində Eosen çöküntüləri 200-2800 m dərinliklərdə

Page 306: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

304

yerləşməklə, bir-biri ilə bilavasitə əlaqəsi olan struktur çıxıntılardan ibarət olmuşlar. Bunlardan da ən kəskin əks olunanı cənubda yerləşən Kuxet və Qıraqkəsəmən çıxıntılarıdır.

Şəkil 81. Eosen çöküntüləri səthinin Miosn dövrünün sonunda

paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar.

Kür çayı vadisindən cənubda yerləşən Qıraqkəsəmən çıxıntısı bir qədər ondan şərqdə yerləşən Ağstafa çıxıntısından çox da dərin olmyan körfəzvarı Poylu çökəkliyilə ayrılır. Belə struktur çıxıntıların Kür çayı vadisindən cənubda mövcudluğu şübhə doğurmur. Lakin, əldə olan geoloji məlumatların azlığı, çıxıntıların Miosenin sonunda paleostruktur vəziyyətlərini müəyyən etməyə imkan vermir.

Kuxet-Qıraqkəsəmən-Məmmədtəpə-Sacdağ çıxıntılar zonası, ondan qərbdə yerləşən Şıxlı-Cahandar-Dəmirtəpə struktur çıxıntılar zonasından amplitudu 200-400 m olan qırılma ilə ayrılır. Şimal-

Page 307: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

305

şimal-şərq istiqamətində uzanan bu qırılma üzrə Şıxlı-Cahandar-Dəmirtəpə zonası qırılıb düşməyə məruz qaldığı üçün, Eosen çöküntüləri Miosenin sonunda Kuxet-Məmmədtəpə-Sacdağ zonasından daha dərində, yəni 600-3000 m dərinliklərdə yerləşirlər. Bu zonanın ən böyük və ən kəskin əks olunan Şıxlı çıxıntısı başqalarından fərqli olaraq, şimal və ya şimal-şərq istiqamətində uzanır. Geofiziki məlumatlara görə, çıxıntının hündürlüyünün 500 m-ə çatdığını demək olar. Asimmetrik quruluşlu olan çıxıntının şimal qanadında Eosen çöküntülərinin monoklinal yatımı, tədricən Cahandar-Dəmirtəpə struktur çıxıntısı ilə əvəz olunur. Sonuncu struktur çıxıntı isə 1800-2600 m paleoizohipslərlə daha yaxşı əks olunur [103].

Maykop seriyasının çöküntülərinin toplanması zamanı tədqiq edilən ərazi paleotektonik və paleocoğrafi dəyişikliklərə uğrayır. Eosenin sonunda Kiçik Qafqazda intensiv qalxma və qırışıqəmələgəlmə prosesləri baş verir. Bu proseslərin nəticəsində Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacı dəniz səviyyəsindən yüksəyə qalxır.

Maykop əsrində isə Kiçik Qafqazın qalxması bu çökəkliyin intensiv çökməsi ilə müşayət olunur və onun cənub-qərb qanadında Eosenin sonlarında yuyulma zonaları olan sahələr çöküntütoplanma sahələrinə çevrilirlər (şəkil 82).

Maykop əsrində Kür və Qabırrı çaylararası rayonunda çökmə prosesi kəskin şəkildə artır. Bu zaman toplanan çöküntülərin qalınlığının 2000 m-ə çatması, orta Eosen çöküntülərinin rayonun şimal hissəsində göstərilən rəqəmdən bir qədər də artıq (üst Eosenin qalınlığını nəzərə almaqla) dərinliyə gömüldüyünü göstərir (bax: şəkil 80). Maykop çöküntülərində külli miqdarda gilli-sideritli konkressiyaların iştirakı isə, Maykop dənizinin dərin zonalarında durğun bərpaedici şəraitin olmasına sübutdur.

Page 308: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

306

Şəkil 82. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4- çöküntülərin pazlaşma sərhədi; 5-gillər; 6-argillitlər; 7-qumdaşıları.

Kür-Qabırrı çaylararası rayonunda Maykop çöküntüləri əsasən gilli litofasiyada yayılmaqla, bəzi hallarda (Qıraqkəsəmən, Tovuz, Qazax, Xuluflu) kəsilişdə qumdaşı, mergel və vulkan külü laycıqları da rast gəlir. Bu laycıqların sayı və qalınlıqları Xuluflu, Qıraqkəsəmən, Tərsdəllər və Böyük Palantökən sahələrində artır. Qumlu lay dəstələrinin qalınlığı adətən 1-3 m, bəzi hallarda isə 5-6 m-ə çatır. Qeyd etmək lazımdır ki, Maykop çöküntülərinin bütün kəsilişi boyu aşağıdan yuxarıya doğru qumlu materialların tədricən gillərlə əvəz olunması müşahidə olunur.

Tərsdəllər qalxımında Eosen çöküntüləri səthinin Maykop əsrinin sonunda paleohipsometrik səviyyəsi 800-1200 m arasında dəyişirdi. Qalxımın şimal-şərq istiqamətdə enmə bucağı orta Eosendə olduğundan çox artmış və struktur burun şəklini almışdır. Bu

Page 309: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

307

çıxıntının şimal istiqamətdə yatım bucağı azalaraq demək olar ki, Qabırrı çayı hövzəsinə qədər davam etmişdir [69, 87].

Göstərilən rayonda Eosen çöküntülərinin 1500 m-ə qədər dərinlikdə olduğu güman edilir. Bu çıxıntıdan bir qədər qərbdə yerləşən Gürzündağ sahəsində isə, Eosen çöküntüləri 1500-1700 m dərinliklərdə yatırdı.

Rayonun şimal-qərbində, Qıraqkəsəmən qalxımında Eosen çöküntüləri səthinin paleohipsometrik səviyyəsi 0-800 m, Sacdağ sahəsində isə 1500-2000 m arasında olmuşdur.

Sacdağ sahəsinə nisbətən xeyli cənubda yerləşən Molladağ sahəsində səviyyənin 1700 m-ə çatması, Tərsdəllər və Qıraqkəsəmən-Sacdağ qalxım zonaları arasında yerləşən geniş ərazidə paleohipsometrik səviyyənin daha dərində olduğunu deməyə əsas verir (bax: şəkil 82).

Bu vaxt intervalında çöküntütoplanmanın sürəti Axtaxtatəpə-Böyük Palantöən sahələrində 1 mln.ildə 146 m olmuşdur. Bunun da nəticəsində Maykop lay dəstəsi çöküntülərinin maksimal qalınlıqları 2000 m-ə çatmışdır (şəkil 83).

Rayon ərazisində qum və alevrit materiallarının paylanmasında Kiçik Qafqazdan Orta Kür çökəkliyinə axan paleoçaylarla yanaşı, dəniz sahili axınlarının da mühüm rolu olmuşdur.

Tərsdəllər struktur çıxıntısının şimal-şərq qanadında Maykop lay dəstəsində mövcud olan qumlu horizontların və ayrı-ayrı qum laylarının strukturun tağına doğru tamamilə gilləşməsi, qumların dəniz axımları ilə şimal-qərb istiqamətindən gətirildiyini göstərir. Hövzəyə qumların nəqli isə başlanğıcını Şəmkir, Allahverdi qalxımlarından, Bolnisi və Acar-Trialet tektonik zonalarından götürən Şəmkirçay, Zəyəm, Ağstafa və Xram kimi paleoçaylarla olmuşdur [11, 89].

Page 310: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

308

Şəkil 83. Dəllər-Tovuz-Böyük Palantökən istiqamətində

paleogeoloji profil.

Maykop seriyası çöküntüləri səthinin Miosenin sonunda paleostruktur vəziyyətindən görünür ki, Kür-Qabırrı çaylararası

Page 311: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

309

rayonu şimal-şimal-şərq istiqamətində mailliyi olan geniş monoklinaldan ibarət olub. Monoklinal şimal-qərbdə və cənub-şərqdə struktur çıxıntılarla mürəkkəbləşib.

Şimal-qərbdə yerləşən Sacdağ və Məmmədtəpə çıxıntıları müvafiq olaraq 1200-1600 m və 800-1000 m paleoizohipslərlə, cənub-şərqdə daha mürəkkəb quruluşa malik olan Tərsdəllər struktur çıxıntısı isə, 200-1000 m paleoizohipslərlə xarakterizə olunurlar (şəkil 84). Gürzündağ sahəsində 1400 m paleoizohipslə qapanan antiklinal strukturun olduğu axtarış-kəşfiyyat quyuları ilə təstiq edilir.

Şəkil 84. Maykop çöküntülərinin səthinin Miosenin

sonunda paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4- çöküntülərin pazlaşma sərhədi.

Bu strukturla eyni antiklinal zonada yerləşən Qərbi Gürzündağ, Axtaxtatəpə, Kiçik Palantökən strukturlarında quyu materiallarının

Page 312: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

310

azlığından, strukturların Maykop çöküntülərinin səthi üzrə qapalı paleostrukturlar olduğunu demək çətindir.

Məlum olduğu kimi, dağlararası Kür çökəkliyi karbohidrogenlərin generasiyası hövzəsi olmuş və burada əmələ gələn neft və qaz miqrasiya edərək, ondan əvvəl mövcud olan antiklinal strukturlarda, neftli-qazlı kollektorların pazlaşma zonalarında litoloji-stratiqrafik yataqlar əmələ gətirmişlər.

Kür-Qabırrı çaylararası rayonda neft-qazlılıq Paleogen-alt Miosen kompleksi kəsilişində əsas etibarilə Eosen və Maykop çöküntülərilə əlaqədardır. Göstərilən çöküntülərin karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli sayılan reduksiyaedici, zəif reduksiyaedici və neytral geokimyəvi şəraitdə toplandıqları müəyyən edilmişdir.

Kür-Qabırrı çaylararası rayonunun şimal-qərb hissəsində daha çox gilliliyi ilə fərqlənən alt Eosen çöküntüləri karbohidrogenlərin əmələ gəlməsi üçün daha əlverişli sayılır. Orta Eosen çöküntülərinin rayonda vulkanogen-çökmə və tufogen fasiyada olması, onların nefttörədici olmalarından daha çox karbohidrogenlərin toplanması üçün kollektorlar olduğunu göstərir [7, 95].

Qazax körfəzində üst Eosen kəsilişinin alt hissəsində qumluluğun 30%-ə çatması, bu çöküntülərin də neftli-qazlı obyektlər kimi perspektivliyə malik olduğunu deməyə əsas verir [8].

Kür-Qabırrı çaylararası ərazidə orta Eosen çöküntülərinin sənaye əhəmiyyətli neftliliyi hələlik, Tərsdəllər sahəsində müəyyən edilb.

Tərsdəllər struktur çıxıntısının şimal-şərq qanadının tağa yaxın hissəsində qazılan 1 saylı axtarış quyusunda 2865-2882 m dərinliklərdə yatan orta Eosenin mergelli-tufogen çöküntülərindən 250-300 m3/gün hasilatla neft alınıb. Sonralar qazılan 4 saylı quyuda bu obyektdən 160 m3/gün, 8 saylı quyuda 35-40 m3/gün və 9 saylı

Page 313: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

311

quyuda isə 20 m3/gün hasilatla neftin alınması struktur çıxıntının şimal-şərq qanadının tağa yaxın hissəsində litoloji və tektonik ekranlaşan kiçik ölçülü neft yatağının olmasını göstərir.

Digər quyularda sənaye əhəmiyyətli neft axınının olmaması, onların qazıldıqları sahələrin struktur-tektonik vəziyyətləri ilə yanaşı, orta Eosen çöküntülərinin litofasial xüsusiyyətləri, ən əsası isə onların kollektor xüsusiyyətlərinin neftin və qazın toplanması üçün kifayət dərəcədə yüksək olmamaqları ilə əlaqədardır. Süxurların kollektorluq xüsusiyyətlərinin pisləşməsi isə, layların qalınlıqlarının azalması istiqamətində baş verir. Belə ki, orta Eosen çöküntülərinin qalınlıqlarının 50 m-dən az olduqları sahələrdə, onların gilləşməsi müşahidə olunur [95].

Bu regional qanunauyğunluq yalnız Kiçik Qafqazdan Qabırrı-Acınohur çökəkliyinə axan paleoçayların vadilərində pozulur. Belə paleoçayların dərələrindən biri Keyrukkeylan sahəsində qazılmış 1 saylı axtarış quyusu rayonunda seysmik kəşfiyyat materialları əsasında müəyyən edilib. Bu çay dərəsini seysmik profillərlə 1,5 km məsafədə izləmək mümkün olmuşdur.

Keyrukkeylan sahəsində qazılan 1 saylı quyuda orta Eosenin tufogen çöküntülərindən üzərində neft pərdələri olan 150 m3/gün hasilatla lay suyunun alınması, belə paleoçay vadilərində orta Eosen çöküntülərinin kollektor xüsusiyyətlərinin yüksək olduğunu göstərməklə yanaşı, həmin vadilərin Kiçik Qafqazqarşısı çökəkliyin cənub-qərb yamacında neftlilik baxımından perspektivli obyektlər olduğunu deməyə əsas verir [46].

Kür-Qabırrı çaylararası rayonun şimal-şərq hissəsində orta Eosen çöküntülərinin qalınlıqlarının artması ilə yanaşı, kollektorluq xüsusiyyətləri də yaxşılaşır və müvafiq olaraq neftlilik perspektivliyi də artır. Gürzündağ sahəsində qazılan 3 saylı axtarış quyusunda 4259-

Page 314: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

312

4330 m intervalında Eosen çöküntülərindən 25-100 t/gün hasilatla neft axınının alınması bunu təsdiq edir.

Çaylararası rayonun şimal-qərb hissəsində yerləşən Məmmədtəpə, Sacdağ və Dəmirtəpə-Udabno sahələrində də orta Eosen çöküntülərindən alınan gündəlik maye axınlarının 0,5 -150 m3 arasında dəyişməsi, bu çöküntülərin filtrasiya xüsusiyyətlərinin həm sahə, həm də kəsiliş üzrə dəyişdiyini göstərir [125].

Maykop dənizində çöküntütoplanma prosesi başqa sahələrində olduğu kimi, karbohidrogenlərin əmələ gəlməsi əlverişli reduksiyaedici geokimyəvi şəraitdə getmişdir. Maykop çöküntülərində yarozitli gillərin, siderit konkresiyalarının, piritin olması və üzvi maddələrin (Cüzv) 0,5-1% arasında dəyişməsi bunu göstərir. Belə geokimyəvi şəraitdə əmələ gələn Maykop seriyası çöküntüləri singenetik neftli-qazı çöküntülərdir. Çöküntülərin neft-qazlılıq perspektivliyi onların kollektor xassələrindən və layların yerləşdikləri sahələrin paleo və müasir struktur-tektonik xüsusiyyətlərindən asılıdır. Kür-Qabırrı çaylararası rayonunda Paleogen-alt Miosen çöküntülərində neft və qazın generasiya prosesləri bir sıra kəşfiyyat sahələrində öyrənilmişdir.

Acınohur mümkün neftli-qazlı rayonun Paleogen-Miosen çöküntüləri üzrə perspektivliyini əsaslandırmaq üçün, rayon ərazisində aparılan geoloji-geofiziki işlər nəticəsində alınan məlumatlar kifayət deyildir. Məlum olduğu kimi, Acınohur çökəkliyi böyük qalınlığa malik olan Dördüncü dövr və Pliosen çöküntülərilə doldurulmuşdur. Daha qədim çöküntülər isə yalnız, çökəkliyin cənub-şərqində Girdiman çayının sağ sahilində yer səthinə çıxırlar.

Paleogen-Miosen çöküntüləri parametrik quyularla da öyrənilməmişdir. Belə olan halda, Acınohur çökəkliyində Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyini, rayonun geoloji quruluşunu qonşuluqda yerləşən Kür-Qabırrı və Qabırrı-Qanıx

Page 315: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

313

çaylararası rayonların geoloji quruluşları ilə müqayisə yolu ilə qiymətləndirmək olar [33].

Acınohur neftli-qazlı rayonu geotektonik cəhətdən Böyük Qafqazın cənub yamacından Kür çökəkliyinin şimal bortuna keçid zonasında yerləşir. Qanıx çayının meridional istiqamətində olan aşağı axınından şimal-qərbdə Acınohur çökəkliyi Şərqi Gürcüstanın Mirzaani çökəkliyi ilə əlaqələnir. Mirzaani çökəkliyi şimal-şərqdən Kaxeti-Daşyüz antiklinoriumu ilə Qanıx-Əyriçay çökəkliyindən, cənub-şərqdə isə Çatma-Göyçay antiklinoriumu ilə Ceyrançöl çökəkliyindən ayrılır.

Mirzaani çökəkliyində Mirzaani, Patara-Şirak, Qaribani neft yataqları istismar olunurlar. Əsas neftli horizontlar Pliosen yaşlı Şirak lay dəstəsinə və üst Sarmat yarımmərtəbəsinə aiddirlər. Çökəkliyin neft-qazlılığı isə orta-alt Sarmat, orta Miosen, Maykop seriyası və Eosen çöküntüləri ilə əlaqədardır. Çökəkliyin cənub-qərb yamacında Çatma antiklinoriumunun şimal-şərq qanadında Maykop seriyası və orta-üst Miosen yaşlı çöküntülərilə əlaqədar olan çoxsaylı neft-qaz çıxışları mövcuddur. Gürcüstan ərazisində yerləşən Çatma-Bayda rayonunda 16 saylı quyuda Sarmat mərtəbəsinin üst horizontlarından alınan 200 t/gün hasilatlı neft axını Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyini göstərir.

Acınohur rayonunda böyük dərinliklərdə yatan Paleogen-Miosen çöküntülərilə əlaqədar neft-qazlılıq əlamətləri qeydə alınmayıb. Lakin, çöküntülərin neft-qazın generasiyası üçün əlverişli paleotektonik və paleocoğrafi şəraitdə əmələ gəlmələri, onların böyük qalınlıqda Pliosen-Antropogen çöküntü qatı ilə örtülmələri, onlarda formalaşması mümkün olan yataqların qorunub saxlanmasının mümkünlüyü, bu çöküntülərin perspektivli olduğunu deməyə imkan verir.

Page 316: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

314

Çökəkliyin şimal-qərb hissəsində və cənub-qərb yamacında Paleogen-Miosen çöküntülərinin qumlu-gilli litofasiyada yayıldığı sahələr bu cəhətdən diqqəti daha çox cəlb edir. Buna misal, Mingəçevir su anbarının şimalında yerləşən Qərbi, Mərkəzi və Şərqi Qocəşən antiklinallarını göstərmək olar.

Talışqarşısı (Cəlilabad) hövzəsi

Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonun cənub-qərbdən Talış qırılması, şimal-qərbdən Aşağı Araz qırılması, şərqdən Xəzər dənizi, şimal-şərqdən isə Salyan və Muğan düzənliyilə sərhədlənir. Rayon hüdudunda yerləşən Talış çökəkliyində Paleosen dövründə qalınlığı 1400 m-ə qədər çatan tuf-alevrit, qumdaşı, konqlomerat və qravelitlərdən ibarət çöküntü qatı toplanıb. Çöküntülər hövzənin qərb hissəsində sualtı vulkanların püskürmə məhsullarının aşınan və cənub-şərq istiqamətində nəql edilən hissələridir.

Paleosen yaşlı çöküntülərin Uzuntəpə sahəsində də tufogen çöküntülərdən ibarət olması, aşınma məhsullarının eyni zamanda bu istiqamətdə də yayıldığını göstərir [33].

Paleosenin sonunda qalxma prosesi nəticəsində quru ərazisi genişlənir və qırışıqlıq əmələ gəlir. İlk Eosendə Təbaşir yaşlı substrat parçalanır və cənub-şərq istiqamətində uzanan Talış çökəkliyi yaranır. Çökəklik ilk vaxtlar Talış dağları və Cənubi Azərbaycanın qonşu rayonlarını əhatə edir.

Çökəkliyin cənub yamacı Əlburs dağlarının şimal-qərb batımında Eosen yaşlı vulkanik kompleksin Yura və üst Təbaşir çöküntü kompleksi üzərinə yatdığı sahələri əhatə edirdi. Şimal sərhədi isə Araz çayının sol sahilində Kiçik Qafqazın antiklinal qalxımlarının periklinal gömülmə zonalarından keçirdi (şəkil 85).

Page 317: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

315

Şəkil 85. Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər; 4-qumlar; 5-alevritlər; 6-tufogen-çökmə süxurlar (tuflu qumdaşı, konqlomerat, alevrit və qravellitlər); 7-vulkanogen süxurlar.

İlk Eosendə ən intensiv çökmə prosesi Eosenə qədər mövcud

olan Astara qalxımının şimal və şərq hissələrində olub. Bu yerlərdə

Page 318: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

316

baş verən çat tipli sualtı vulkanizm nəticəsində qalınlığı 1300 m-ə çatan piroklastik material və lavalar toplanmışdır (şəkil 86). Terrigen materialların kəsilişdə iştirak etməməyi ətraf yuyulma sahələrinin dəniz səviyyəsindən yüksəkdə yerləşməməsi və relyefin düzənlik olması ilə izah olunur. Çöküntülərin fasial tərkibi və qalınlıqlarının hövzə boyu tez-tez dəyişməsi isə dəniz sahillərinin girintili-çıxıntılı və hövzə dibinin vulkanların yaratdığı relyefə malik olması ilə izah oluna bilər [53].

Son Eosendə Azərbaycanın digər çökəkliklərindən fərqli olaraq, Talış çökəkliyində intensiv çökmə prosesi vulkanik proseslərin aktivləşdiyi vaxtlar pozulmuşdur. Bu zaman toplanan 2500 m qalınlıqlı vulkanogen-çökmə mənşəli flişoid xarakterli çöküntülər litoloji və petroqrafik xüsusiyyətlərinə görə alt hissədə tufogen-çöküntü (flişoid), orta hissədə vulkanogen və üst hissədə alevritli-qumlu olmaqla üç hissəyə bölünür.

Qumlu çöküntülərin şimal-qərb istiqamətində, gilli-alevritli çöküntülərin isə cənub-şərq istiqamətində artması yuyulma mənbəyinin şimal-qərbdə olduğunu göstərir. Eosenin sonında hövzənin ən dərin yeri Talışın şimal hissəsində, müasir Buravar antiklinal zonasında yerləşirdi.

Burada yığılan alevritli-qumlu çöküntülərin qalınlıqları 200 m-ə çatır. Talış çökəkliyində qalınlığı 3800 m-ə çatan çökmə-vulkanogen kompleksdən şimal və şimal-qərb istiqamətlərində vulkan mənşəli süxurların miqdarı azalır, normal çöküntü süxurların miqdarı isə tədricən artır.

Çökəkliyin şimal bortunda yerləşən Uzuntəpə sahəsində Eosen çöküntüləri qalınlıqları 900 m-ə çatan vulkan külü laycıqları, gilabi və tufogen süxurları olan balıq və bitki qalıqlarına malik mergel, gil və qumdaşılarının növbələşməsindən ibarətdir.

Page 319: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

317

Şəki

l 86.

Geo

loji

prof

il (T

.Ə. İ

smay

ılzad

ənin

re

dakt

orlu

ğu il

ə tə

rtib

olun

ub

Page 320: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

318

Eosenin sonu Oliqosenin başlanğıcı Talış zonasında qalxma və qırışıqəmələgəlmə prosesləri intensivləşir. Bu zaman Talış çökəkliyində Burovar qalxımı və Lerik sinklinal çökəkliyi yaranır.

Şəkil 87. Maykop çöküntülərinin litofasiya və

qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər; 4-qumlar; 5-mergellər; 6-tufogen-çökmə süxurlar(tuf-qumdaşı, konqlomerat, alevrit, qravellitlər); 7-yuyulma sahəsi.

Page 321: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

319

Oliqosen-alt Miosen yaşlı molass çöküntüləri Burovar qalxımı və Lerik sinklinoriumunun son Eosen yaşlı flişoid xarakterli vulkanik-çökmə süxurları üzərinə bucaq uyğunsuzluğu ilə qeyri-uyğun yataraq, yeni törəmə Yardımlı çökəkliyini yaradır (bax: şəkil 86).

Masallı çökəkliyində yaranan su hövzəsi İran ərazisində olan Dəşti-Muğan sahəsi vasitəsilə Aşağı Araz çökəkliyində olan su hövzəsilə əlaqələnir. Bu zaman yaranan vahid Masallı-Aşağı Araz su hövzəsində Maykop əsrinin birinci yarısında qumlu-gilli çöküntülər, ikinci yarısında isə əsasən gillər çökür. Qalınlığı 2000 m-ə çatan Maykop lay dəstəsi çöküntülərində gips, yarozit və kömür laycıqlarının olması çöküntütoplanma prosesinin laqun şəraitində getdiyini göstərir (şəkil 87).

Talış çökəkliyinin şimal-qərbində yerləşən Saatlı-Lənkəran qalxımlar zonasında Maykop çöküntülərinin qalınlığının 1000 m-ə qədər azalması, bu qalxımlar zonasının konsedimentasiya səciyyəli inkişafda olduğunu, çöküntülərin isə daha narın dənəli terrigen materiallardan təşkil olması zonanın yuyulma sahəsindən daha uzaqda yerləşdiyini göstərir.

Ümumi qalınlıqları 5000 m-ə çatan Paleosen-Eosen yaşlı çökmə-vulkanogen qatın neft-qazlılıq potensialı yüksək qiymətləndirilmir. Bunu Talış dağlarında çox geniş ərazidə yer səthinə çıxan Paleosen-Eosen çöküntülərinin neft-qazlılıq əlamətlərinə malik olmamağı da sübut edir.

İrəvan-Ordubad hövzəsi

Naxçıvan NQR-i hüdudunda Təbaşir dövrünün sonu və Paleogenin əvvəli Araz zonasının geoloji inkişaf tarixində əsaslı dəyişikliklər baş verir. Bu vaxt Naxçıvan ərazisində Paleosen və alt Eosen çöküntüləri yuyulmaya məruz qalırlar. Eosenin əvvəlindən

Page 322: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

320

başlayaraq çökmə prosesi Zəngəzurdan şərqə miqrasiya edir və burada əmələ gələn çökəklik effuziv və intruziv vulkanizmin intensiv fəaliyyət arenasına çevrilir [13] (şəkil 88).

Şəkil 88. Eosen çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- yuyulma sahələri; 4-vulkanik-çökmə süxurlar.

Orta Eosenin əvvəllərində dənizin transqressiyası başlayır, vulkanizm xeyli dərəcədə zəifləyir. Pulsasiya xarakterli vulkanizm normal dəniz şəraitində çökən karbonatlı-terrigen çöküntülərə nisbətən ikinci dərəcəli elementə çevrilir. Orta Eosen dövründə vulkanizm bir qədər güclənir və Naxçıvan ərazisində alt Lyutet yaşlı qalınlığı 1100 m-ə çatan vulkanogen-çöküntü qatı toplanır. Lyutet

Page 323: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

321

əsrinin ikinci yarısında isə 800 m qalınlıqlı tuf-konqlomerat qatı formalaşır [53].

Son Eosenin başlanğıcında Ordubad çökəkliyində vulkanik fəaliyyət yenidən nəzərə çarpacaq dərəcədə zəifləyir və lokal qalxımlar əmələ gəlir. Bu vaxt təkrar çökən tufogen süxur və terrigen çöküntülərdən təşkil olunan 600-700 m qalınlıqlı qat, əsasında bazal konqlomerat olmaqla, orta Eosenin konqlomeratlarını transqressiv şəkildə örtür.

Şəkil 89. Maykop çöküntülərinin litofasiya və qalınlıqlar xəritəsi. 1- izopaxitlər; 2- yuyulma sahələri; 3-qırılmalar; 4-karbonatlı-terrigen-qırıntı çöküntülər.

Page 324: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

322

Eosenin sonunda Naxçıvan ərazisinin qalxması davam edir və dənizin tam reqressiyasına şərait yaranır. Bu isə Araz zonasında orogen mərhələnin başlanğıcı olur.

Araz zonasında Oliqosen orta tərkibli effuziv vulkanizm və Mehri-Ordubad batolitinin Zəngəzur qalxımının tağyanı zonasında qranitoid intruziyaları ilə səciyyələnir. Ordubad çökəkliyinin şərq hissəsinin çökməsi və dərinlik qırılmalarının aralanması ilə müşayiət olunan ilk və orta Eosen vulkanizmi, ilk və orta Oliqosendə, Paleogen vulkanizminin son mərhələsində inversiya və çökmə zonasının qərb-cənub-qərb istiqamətində miqrasiyası ilə nəticələnir. Bu çökəkliyin Naxçıvan hissəsində Oliqosen və ilk Miosen dövründə andezit tərkibli, qalınlığı 900-1000 m-ə çatan qırmızı rəngli vulkanogen-qırıntı qatı toplanır. İran və Türkiyənin qonşuluqda yerləşən ərazilərində də Oliqosen hövzəsi kontinental-laqun xarakterli olub (şəkil 89).

Oliqosenin sonu və Miosenin başlanğıcında Naxçıvan ərazisində çökmə zonası qərb-cənub-qərb istiqamətində miqrasiya edərək, Şərur-Culfa antiklinoriumunu iki qalxıma - Şərur və Culfa antiklinallarına ayırır. Vulkanizm bu vaxt çox zəifləyir. Naxçıvan çökəkliyinin yalnız kənar hissələrində fasilələrlə və zəif şəkildə təzahür edən vulkanizm Oliqosen-alt Miosendə karbonatlı-terrigen çöküntülərin toplanması ilə müşayət olunur.

3.3.2. Neogen dövrü

Neogen çöküntüləri əksər neftli-qazlı hövzələrdə geniş yayılmışlar. Bu hövzələrdə Neogen çöküntülərinin alt hissəsinə aid olan Miosen çöküntüləri Paleogen çöküntüləri ilə birlikdə vahid Paleogen-Miosen neftli-qazlı kompleksi kimi qəbul olunur. Lakin, orta və üst Miosen çöküntüləri litofasial və struktur-tektonik

Page 325: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

323

xüsusiyyətlərinə görə Paleogen-alt Miosen çöküntülərindən fərqlənirlər. Bu da onların yarımkompleks şəklində ayrılıqda öyrənilməsini tələb edir.

Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları)

Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları ərazisi hüdudunda orta və son Miosen geoloji zaman intervalında Böyük Qafqazın Azərbaycan hissəsi intensiv qırışıqlıq və orogenezə məruz qalır. Maykop əsrində mövcud olan çöküntü hövzələrində akkumlyasiya prosesləri davam edir. Lakin hövzələrdə əsasən qumlu gil, müxtəlifdənəli qumdaşı, mergel və dolomitlərdən təşkil olunan molass çöküntüləri toplanır.

Cənub-Şərqi Qafqazda paleotektonik proseslər əsasən Siyəzən və Qaynar-Zəngi dərinlik qırılmaları arasında yerləşən geniş ərazidə baş verir və onlar intensiv qalxmaya məruz qalırlar. Ərazidə dayaz dəniz şəraitinin mövcudluğu şirin su şəraitində yaşayan fauna nümunələrinin mövcud olması ilə təsdiqlənir. Cənub-şərqi Qavqazda qalxma prosesləri, qırışıqəmələgəlmə proseslərilə müşayət olunur. Ümumqafqaz istiqamətli qalxım və çökəkliklərin, bəzi sahələrdə isə Qafqazəksi istiqamətli qalxma və çökmə zonalarının əmələ gəlməsinə səbəb olur. Bu vaxt maksimal enməyə Qusar-Dəvəçi çökəkliyi məruz qalır (bax: şəkil 21).

Orta və üst Miosen yarımkompleksin çöküntüləri bir sıra rayonlarda Oliqosen-alt Miosen çöküntüləri üzərinə qeyri-uyğun şəkildə yatır və üstdə yatan Pliosen çöküntü kompleksilə də qeyri-uyğun şəkildə örtülürlər.

Qusar-Dəvəçi çökəkliyi və Cənub-Şərqi Qafqazın bir sıra başqa rayonlarında ilk Miosenin sonu - orta Miosenin əvvəlində

Page 326: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

324

toplanan çöküntülərin yuyulması prosesi baş verir. Belə güman edilir ki, Tarxan horizontu çöküntülərinin məhdud ərazidə yayılması, Çokrakqarşısı yuyulma ilə əlaqədardır. Xarakterik fauna qalıqlarına malik Tarxan çöküntüləri Dağıstan ərazisinin cənubunda və Xızı tektonik zonasının Şurabad sinklinalında iştirak edirlər. Dağıstanın cənubunda Tarxan mergelli-gilli, Şurabadda isə tam gilli fasiyada yayıliblar.

Tarxan əsrinin sonu və Çokrak əsrinin əvvəlində dənizin qısamüddətli reqressiyası baş verir və bunun da nəticəsində Cənub-şərqi Qafqazın bir çox rayonlarında Tarxan çöküntüləri tamamilə, üst Maykop çöküntüləri isə qismən yuyulur. Bir qədər sonra başlayan dəniz transqresiyası sürətlə genişlənərək Maykop dənizinin əhatə etdiyi sahələri tutur.

Maykop və Çokrak çöküntülərinin yayılma sahələri və qalınlıqlarının paylanması göstərir ki, Çokrak vaxtında Cənub-şərqi Qafqazda paleotektonik plan o qədər də böyük dəyişikliklərə məruz qalmayıb.

Maykop əsrində olduğu kimi, Çokrak əsrində də Xızı tektonik zonası dayaz dəniz və yuyulma sahəsi olub. Qusar-Dəvəçi çökəkliyi qərbdə yerləşən Tələbi, Qusar, İmamqulukənd yuyulma sahələrini əhatə etməklə geniş ərazini tutur. Ağzıbirçala qalxımı isə əvvəlki kimi yuyulma sahəsi olmuşdur. Maksimal qalınlıqlar zonası Dəvəçi çökəkliyinin mərkəzi hissəsində yerləşmişdir.

Dəvəçi çökəkliyi və bir qədər şimalda yerləşən Şimali Xaçmaz və Yalama-Xudat çökəklikləri Orta Xəzər çökəkliyinə açılan körfəzvarı çökəkliklər olmuşlar [88].

Qeyd etmək lazımdır ki, burada toplanan Maykop çöküntülərinin maksimal qalınlıqları 1200 m olduğu halda, Çokrak çöküntülərinin qalınlığı 600-800 m-ə qədər azalır (şəkil 90). Bu hal

Page 327: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

325

ilk baxışda çökmə prosesinin zəiflədiyini göstərir. Lakin Maykop çöküntülərinin təxminən 17 mln. ilə, orta və üst Miosen çöküntülərinin hamısının isə cəmi 11 mln. ilə toplandıqlarını nəzərə alsaq, Çokrak əsrində çöküntütoplanma prosesinin daha sürətlə getdiyini demək olar. Göstərilən rayonlarda Çokrak çöküntüləri əsasən qumlu-gilli fasiyada yayılıblar.

Qusar-Dəvəçi çökəkliyinin şimal-şərq hissəsində qum və gillərlə yanaşı mergel araqatları da rast gəlir. Sudur zonasından və Təngi-Beşbarmaq kordilyerindən şimalda Çokrak zamanı əsasən tünd-boz, bəzən də qara rəngli gillər çökmüşlər. Onların içərisində az qalınlıqlı alevrit və brekçiyaşəkilli dolomit laylarının iştirakı, eləcə də Türyançay-Gilgilçay sahəsində qravelit laylarının olması, adı çəkilən kordilyerin ara-sıra yuyulma zonası olduğunu göstərir.

Karaqan əsrinin başlanğıcı Cənub-Şərqi Qafqaz ərazisində baş verən qısa müddətli, lakin geniş reqressiya ilə səciyyələnir. Reqressiya əlamətlərinin daha kəskin əks olunduğu Qusar-Dəvəçi çökəkliyinin şimal-qərb hissəsində Karaqan çöküntüləri (əsasında üst Təbaşir, Paleogen və alt Miosen çöküntüləri qırıntılarından təşkil olunan konqlomeratlar iştirak edir) Çokrak, Maykop və Qovundağ lay dəstəsi (Eosen) çöküntüləri üzərinə transqressiv şəkildə yatırlar.

Məlum olduğu kimi, Dağıstanın cənubunda Karaqan horizontu gil, qum və qumdaşılarının növbələşməsindən ibarət qumlu-gilli litofasiyada yayılıb. Qumdaşıları arasında Çokrak horizontuna aid olan kvars dənələri də iştirak edir. Onların miqdarı cənub-şərq istiqamətində azalır. Qusar-Dəvəçi rayonunun şimal-şərq hissəsində Karaqan horizontu mergel, gil və qumdaşılarından ibarət olan çöküntülərlə təmsil olunur.

Tələbi-Qusar-İmamqulukənd və Ağzıbirçala yuyulma sahələrinə yaxın ərazidə və Təngi-Beşbarmaq kordilyerinin şimal-şərq hissəsində

Page 328: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

326

dayaz dəniz şəraitində qumlu-gilli çöküntülər toplanır. Maksimal qalınlıqları 600-800 m-ə çatan Dəvəçi çökəkliyinin mərkəzi hissəsində dənizin xeyli dərinləşdiyi və gilli alevrit çöküntülərinin toplandığı güman edilir.

Konk horizontu çöküntüləri Cənub-şərqi Qafqazın əksər rayonlarında Karaqan horizontu çöküntüləri üzərinə uyğun şəkildə yatırlar.

Yalnız Siyəzən monoklinalının şimal-qərb hissəsində, Çaqacuqçayın vadisində Konk çöküntülərinin altda yatan çöküntülər üzərinə transqressiv şəkildə yatdığı qeydə alınmışdır.

Konk hövzəsinin paleotektonik və paleocoğrafi şəraiti Karaqan hövzəsindəkindən çox az fərqlənir. Əsas fərq Konk çöküntülərinin Qusar-Dəvəçi çökəkliyinin şimal hissəsində mövcud olmamağıdır. Bu da az qalınlıqlı çöküntülərin Sarmatqabağı yuyulmaya məruz qalmaları ilə izah oluna bilər.

Cənubi Dağıstanın sahilyanı zonasında qalınlıqları 100 m-ə çatan qumdaşı və mergel araqatlarına malik olan gillərin mövcudluğu, çöküntülərin daha az qalınlıqlarla Yalama və Xudat sahələrində də çökməsini güman etməyə əsas verir. Konk çöküntülərinin cənub-şərqdə yerləşən Quba-Dəvəçi çökəkliyində nadir qum və qumdaşı laylarına malik olan gillərlə təmsil olunması, Təngi-Beşbarmaq kordilyerinin bəzən dəniz səviyyəsindən yüksəyə qalxdığını göstərir [84].

Sarmat əsrinin əvvəllərində dənizin transqressiyası baş verir. Nəticədə alt Sarmat çöküntüləri Konk və daha qədim çöküntüləri transqressiv şəkildə örtürlər. Alt Sarmat çöküntülərinin əsasında konqlomerat layları olmaqla, Konk və Karaqan çöküntüləri üzərinə transqressiv şəkildə yatması Təngi-Beşbaraq kordilyerinin şimal-qərbində qeydə alınmışdır.

Page 329: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

327

Şəkil 90. Çokrak çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1- yuyulma sahələri; 2-sahilyanı kobuddənəli fasiya (gil, qum, qravelit və konqlomerat laycıqlarına malik qumdaşıları); 3- sahilyanı dayaz dəniz qumlu-gilli fasiya (gil, qum, qumdaşı və alevrolitlər); 4- dayaz dəniz terrigen-karbonatlı fasiya (gil, qum, qumdaşı, Alevrolit və mergellər); 5- nisbətən dərin dəniz gilli-alevrolitli fasiya (alevrolit laycıqlarına malik gillər); 6- litofasial zonaların sərhədləri; 7- izopaxitlər; 8- parametrik, axtarış və kəşfiyyat quyuları.

Page 330: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

328

Orta Sarmatın əvvəllərində Miosen dənizi daha da genişlənir. Bu zaman dəniz, Ağzıbirçala və Xaçmaz qalxım zonaları istisna olmaqla, Qusar yarımadası, Sudur zonası və Şahdağ-Xızı tektonik zonasının çökəkliklərini də əhatə edir.

Alt və orta Sarmat vaxtı Dağıstanın sahilyanı zonasında qumlar və qumdaşılarının tez-tez əhəngdaşı aralayları ilə növbələşməsindən ibarət çöküntülər, Azərbaycanın sahilyanı zonasında isə, qumdaşı aralayları olan gillər çökürlər.

Sudur zonasında və ona qonşu olan ərazilərdə dayaz dəniz şəraitində gil və qumlarla yanaşı, kobuddənəli konqlomeratlar çökürlər. Bu da yuyulma zonasının yaxında olduğunu və tektonik aktivliyini göstərir. Bir qədər şimal-şərqdə kobuddənəli fasiya gilli fasiya ilə əvəz olunur.

Son Sarmatda baş verən reqressiya nəticəsində dəniz Şahdağ, Sudur, Qusar və Yalama-Xudat zonalarını tərk edir. Xaçmaz və Ağzıbirçala yuyulma zonaları isə xeyli genişlənir. Üst Sarmat çöküntülərinin kəsilişində qırıntılı süxurların, əhəngdaşılarının, balıqqulaqlarının rolu artır və kəsilişdə bitumlaşmış şistlər rast gəlir.

Sudur zonasında əsas etibarilə konqlomeratlar toplanır. Şərqdə Düz Tahirdən Təngialtıya qədər olan sahədə üst Sarmat əsasən gilli çöküntülərdən ibarətdir. Kəsilişin alt hissəsində bitumlaşmış şist layları, üst hissədə isə əhəngdaşı, qumdaşı və üst Yura yaşlı süxur qırıntılarından ibarət konqlomerat layları mövcuddur. Bu litofasiya müəyyən dəyişikliklərlə Çandahar burnuna qədər davam edir.

Sarmat mərtəbəsi çöküntülərinin litofasial tərkibinin, altda yatan çöküntülərin litofasial tərkibi ilə müqayisəsi göstərir ki, Sarmat əsrində Tufan yuyulma sahəsində qalxma hərəkətləri intensivləşir və qapalı dəniz genişlənməsinə baxmayaraq, dayazlaşır. Bu proses Sarmat əsrinin sonlarında daha da güclənir.

Page 331: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

329

Dənizin dayazlaşması fonunda Quba-Dəvəçi çökəkliyində bitumlaşmış şistlərinin çökməsi dəniz dibinin enməsilə əlaqədar olmuşdur. Bunun nəticəsində dərinləşən çökəkliyin dibində üzvi maddələrin toplanması üçün əlverişli şərait yaranır. Sarmat əsrinin sonunda qısamüddətli, lakin çox kəskin qalxma hərəkətləri nəticəsində Xəzəryanı-Quba vilayətinin çox hissəsindən dəniz geri çəkilir və toplanan çöküntülər yuyulmaya məruz qalırlar.

Meotisqabağı reqressiya Cənub-şərqi Qafqaz ərazisinin çox hissəsini əhatə edir və onun Meotis əsrində də davam etdiyini Cənubi Dağıstan və Xəzəryanı-Quba vilayətinin əksər rayonlarında Meotis çöküntülərinin mövcud olmaması göstərir. Bəzi tədqiqatçıların fikrincə bir çox sahələrdə bu çöküntülər Pontqabağı yuyulmaya məruz qalıblar. Bununla yanaşı Meotis çöküntülərinin Təngi-Beşbarmaq kordilyerinin şimal qanadında Gilgilçay dərəsində iştirakını qeyd etmək lazımdır. Meotis çöküntüləri burada qalınlıqları 25 m-ə çatan brekçiyaşəkilli dolomitlərdən ibarətdir. Sarmat çöküntüləri üzərinə qeyri-uyğun yatan çöküntülərin alt hissəsində Maykop seriyasına mənsub olan yarozitli gil lövhələri mövcuddur.

Çöküntülərin sahilyanı dayaz zonada çökdüyünü və onların Qaynarca antiklinal zonası daxil olmaqla, Quba-Dəvəçi çökəkliyinin cənub-şərq hissəsində daha geniş ərazini əhatə etdiyini güman etmək olar.

Meotis əsrinin sonu və Pont əsrinin əvvəllərində dənizin yeni reqressiyası baş verir və Sarmat əsrinin sonunda baş verən reqressiyadan da geniş olur. İlk Pontda Cənubi Dağıstan ilə yanaşı Xəzəryanı-Quba rayonunun şimal-şərq hissəsi quru sahəsi kimi qalmaqda davam edir. Yalnız orta Pontda Quba-Dəvəçi çökəkliyində dəniz şəraiti bərpa olunur. Ensiz körfəz şəklində şimal-qərb

Page 332: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

330

istiqamətində uzanan çökəkliyin qərb hissəsində əhəngdaşı və konqlomerat laycıqlarına malik gillər çökürlər. Çaqacuq çayı vadisindən şərqdə isə Pont çöküntüləri daha çox gillərdən ibarət olub, az qalınlıqlı mergel və qumdaşı laycıqlarına malikdirlər. Nisbətən dərin dəniz şəraitində çökən gilli çöküntülərin qalınlıqları 700 m-ə çatır.

Orta Pont vaxtı transqressiya maksimal həddə çatır, dəniz Xəzəryanı-Quba rayonunun ərazisinin çox hissəsini, o cümlədən, Şahdağ və Qızılqaya massivlərinin şimal ətəklərini əhatə edir.

Tufan-Dibrar zonasında toplanan çöküntülərin müxtəlif fasiyalı olmaları, quru sahəsinin kəskin relyefə malik olduğunu göstərir. Ən yüksək qalxımlar Şahdağ və ondan cənubda yerləşən Baş Qafqaz silsiləsində olmuşdur. Məhz bu səbəbdən Qusarçay və Qudyalçay arasında qalan və Şahdağ zonası yaxınlığında yerləşən sahədə gillər arasında böyük qalınlıqlı konqlomerat layları mövcuddur [107].

Cənub-şərqdə, Təngi-Beşbarmaq qalxımında tektonik hərəkətlərin zəifləməsi və relyefin hipsometrik səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq, əsasən gilli çöküntülər toplanır. Tufan-Dibrar yarımadasının cənubunda karbonatlı fasiyanın əhəngdaşılı-gilli fasiya və onun da gilli fasiya ilə əvəz olunması, dayaz sahil şəraitinin nisbətən dərin dəniz şəraitilə əvəz olunduğunu göstərir.

Pont əsrinin sonunda dəniz sahilinin konfiqurasiyasında ciddi dəyişikliklər baş verməsə də, üst Pont çöküntülərinin orta Pont çöküntülərinə nisbətən daha narın dənəli çöküntülərlə əvəz olunduğu müşahidə olunur. Bu da Tufan-Dibrar yuyulma zonasında qalxma hərəkətlərinin zəifləməsi ilə izah olunur.

Terrigen materialın azalması ilə əlaqədar olaraq Xəzəryanı-Quba vilayətinin şimal-qərb hissəsində, Şahdağ massivinin şimal

Page 333: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

331

ətəklərində əhəngdaşıları və sahil zonasında formalaşan balıqqulağı əhəngdaşıları çökürlər.

Miosen epoxasında Xəzəryanı-Quba rayonu ərazisində əsas çöküntütoplanma hövzəsi şimal-şərqdə Qusar-Xaçmaz, Ağzıbirçala qalxımları, qərbdə Təngi-Beşbarmaq antiklinoriumu ilə hüdudlanan, cənub-şərqdə isə Xəzər dənizinə açılan Quba-Dəvəçi çökəkliyi olmuşdur.

Çökəkliyin mərkəzi hissəsində toplanan Miosen çöküntülərinin qalınlığı 2000-2500 m-ə çatır. Xəzər dənizi istiqamətində qalınlıq 2600-2700 m-ə qədər artır (şəkil 91).

Çökəkliyin quruluşunu mürəkkəbləşdirən Tələbi-Qaynarca antiklinal zonasında isə Miosen dövründə zonanın şimal-qərb hissəsinin intensiv çökməsi və cənub-şərqdə yerləşən antiklinal strukturların konsedimentasiyalı inkişafı qalınlıqların paylanmasındakı fərqi azaldır. Geotektonik rejimdə baş verən dəyişikliklər Pliosen-Antropogen vaxtı daha da güclənir [84].

Samur və Siyəzən dərinlik qırılmaları ilə əhatə olunan sahənin cənub-qərb və şimal-qərb hissəsində çökmə prosesinin zəifləməsi, cənub-şərqində isə intensivləşməsi nəticəsində göstərilən kompleks çöküntülər üzrə Qusar-Dəvəçi törəmə çökəkliyi formalaşır. Eosen çöküntüləri səthinin Miosenin sonundakı paleostruktur quruluşundan görünür ki, səthin müxtəlif dərəcədə (0-2700 m arasında) gömülməyə məruz qalmasına baxmayaraq, Xəzəryanı-Quba NQR-nin əsas tektonik elementləri öz geoloji quruluşlarını saxlaya biliblər (şəkil 91).

Paleogen dövründə olduğu kimi, Miosenin sonunda da Yalama-Xudat-Ağzıbirçala qalxımları rayonun şimal-şərqində, Tələbi-Qaynarca antiklinal zonası isə cənub-qərbində əsas paleostruktur vahidlər olaraq qalmışlar. Onların arasında yerləşən Zeyxur-Dəvəçi çökəkliyində Eosenen çöküntülərinin səthi 500-2800 m dərinliyə gömülmüşdür.

Page 334: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

332

Cənub-şərqdə Xəzər akvatoriyasına doğru gömülmənin daha çox olduğu güman edilir.

Yalama-Xudat-Ağzıbirçala zonası ilə Tələbi-Qaynarca zonasının paleostruktur vəziyyətlərinin müqayisəsi göstərir ki, qalxım zonalarında gömülmə istiqamətləri bir-birinin əksinə olmuşdur. Paleostruktur xəritədən (şəkil 91) görünür ki, Ağzıbirçala qalxımı Miosen dövrünün sonunda da, Təbaşir və Paleogen dövrlərində olduğu kimi, yuyulma zonası olub və bu vaxt qalxımın tağ hissəsində orta Yuranın daha qədim çöküntüləri yuyulmaya məruz qalmışlar. Qalxımın qərb hissəsində yerləşən Xaçmaz sahəsində qazılan quyularda Miosen çöküntülərinin qalınlıqlarının 100 m-ə qədər olması, burada qalxma prosesinin Paleogen dövrünə nisbətən daha intensiv olduğunu və yuyulma sahəsinin genişləndiyini göstərir.

Xudat qalxımı Miosenin sonunda şimal-qərb-cənub-şərq istiqamətində uzanan, Eosen çöküntülərinin səthinə görə 200 m-lik paleoizohipslə qapanan və ölçüləri 14 x 7 km-ə çatan braxiantiklinal struktur olmuşdur. Xudat qalxımı cənub-şərqdə Ağzıbirçala qalxımından geniş və asimmetrik quruluşlu struktur yəhərlə ayrıldığı halda, şimal-şimal-şərqdə Yalama qalxımından 300-600 m dərinliyə gömülən monoklinal ilə ayrılır. Monoklinalın davamında yerləşən Yalama qalxımı isə, 600 m-dən 1000 m dərinliyə qədər gömülən və tağ hissəsi 9, 14, 17 saylı quyular rayonunda olan struktur çıxıntıdan ibarət olmuşdur.

Tələbi-Qaynarca antiklinal zonası, yuxarıda qeyd olunduğu kimi, Ağzıbirçala-Xudat-Yalama qalxımlar zonasının əksinə olaraq cənub-şərq istiqamətində 0-2500 m dərinliyə qədər gömülür. Qazıma və geofiziki məlumatların məhdud olması Tələbi antiklinalının Eosen çöküntülərinin səthinə görə Miosenin sonunda qapalı struktur olduğunu söyləməyə imkan vermir.

Page 335: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

333

Şəkil 91. Eosenen çöküntüləri səthinin Miosenin sonunda

paleostruktur vəziyyəti.

1-yuyulma sahələri; 2-izopaxitlər; 3-qırılmalar; 4-parametrik, axtarış və kəşfiyyat quyuları.

Çox güman ki, Qusar və Tələbi antiklinaları Miosenin sonunda Böyük Qafqazın şimal-şərq batımında mövcud olan yuyulma zonası ilə bilavasitə əlaqədə olan struktur çıxıntılar şəklində mövcud olub.

Page 336: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

334

Qusar strukturu bu zaman 200-400 m, Tələbi strukturu isə 400-800 m-ə qədər gömülmüşlər.

Tələbi strukturundan cənub-şərqdə yerləşən Qərbi Qaynarca (və ya Dağbilici) strukturunun tağ hissəsi Tələbi strukturunun tağ hissəsindən, Miosenin sonunda 1200 m dərində, yəni 1800 m dərinlikdə yerləşir. Bu antiklinal qalxım, cənub-şərqdə ondan təxminən 400 m dərində yerləşən Qaynaca branxiantiklinaından yaxşı əks olunan struktur yəhərlə ayrılır.

Tələbi-Qaynarca antiklinal zonasının cənub-qərb qanadını mürəkkəbləşdirən regional qırılma orta və üst Miosen zamanı konsedimentasiya səciyyəli inkişafda olmuşdur. Orta və üst Miosen çöküntüləri qalınlığının, Tələbi strukturunun tağ hissəsində 500 m olması, regional qırılmadan cənub-qərbdə isə 1300 m-ə qədər artması deyilənləri təsdiq edir. Qalınlıqların belə dəyişilməsinin ən azı 200-300 m-ə qədəri məhz qırılmanın konsedimentasiyalı inkişafı ilə əlaqədar olmuşdur. Qırılıb-düşmə xarakterli pozğunluq cənub-şərqdə yerləşən Siyəzən dərinlik qırılması ilə birlikdə Alıc-Baş Əmirxanlı çökəkliyini hüdudlandırır. Eni 6-8 km-dən artıq olmayan çökəkliyin mərkəzi hissəsində Paleogen çöküntülərinin səthi Miosen dövrünün sonunda 2000-2700 m-ə qədər dərinliyə gömülür (bax: şəkil 91).

Təngi-Beşbarmaq antiklinoriumundan cənub-şərqdə, yəni Xızı tektonik zonası daxilində Miosen çöküntülərinin sonradan yuyulması və ya ümumiyyətlə çökmədiklərinə görə Siyəzən qırılmasının Pliosenin başlanğıcında Miosenin səthinə görə amplitudunu təyin etmək mümkün deyil. Lakin, dərinlik qırılmasının şimal-şərq qanadında Paleogen çöküntüləri səthinin Pliosenin əvvəlindəki vəziyyəti göstərir ki, qırılmanın amplitudu Zağlı-Zeyvə sahəsində maksimal dərəcədə (2000 m) olmuşdur. Bu sahə Siyəzən monoklinalının aşırılmış zonasına müvafiq gəlir.

Page 337: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

335

Cənub-şərqdə Çandahar sahəsində Siyəzən qırılmasının amplitudu 600-800 m-ə qədər azalır. Siyəzən dərinlik qırılmasından cənub-qərbdə Xızı tektonik zonasının cənub-şərq hissəsində Keşçay, Bəyimdağ-Təkçay və Sitalçay sahələrində Miosen çöküntüləri yuyulmaya məruz qalmışlar. Göstərilən sahənin sahilyanı zonalarında Paleogen kompleksi çöküntüləri səthinin Miosen dövrünün sonunda 200 m-ə qədər gömüldüyünü, Şurabad sinklinalında isə bu rəqəmin 400 m-dən artıq olduğunu demək olar. Bu zaman Şurabad antiklinalı, eyni adlı sinklinal çökəklikdən amplitudu 200-300 m arasında dəyişən qırılıb-düşmə müstəvisi ilə ayrılırdı.

Qırılma Təngi-Beşbarmaq antiklinoriumunun cənub-qərb qanadından keçən Qarabulaq qırılma müstəvisinin cənub-şərq istiqamətdə davamı sayılır. Uzunluğu 8 km, eni isə 2 km-dən bir qədər artıq olan Şurabad antiklinalının tağ hissəsində Paleogen çöküntüləri səthi Miosenin sonunda 200 m-ə qədər gömülür.

Xəzəryanı-Quba neftli-qazlı rayonu ərazisində orta və üst Miosen çöküntütoplanma hövzəsi əsasən Yalama-Xudat, Xaçmaz-Ağzıbirçala qalxımları ilə Təngi-Beşbarmaq antiklinoriumu arasında yerləşən ərazini əhatə edir.

Asimmetrik quruluşa malik olan hövzənin mərkəzi hissəsində (İmamqulukənd-Dəvəçi istiqamətində), şimal-qərbdən cənub-şərqə doğru çöküntülərin qalınlıqları 500-600 m-dən 2400-2600 m-ə qədər artır.

Hövzənin şimal-şərq yamacında yerləşən Yalama-Xudat, Xaçmaz-Ağzıbirçala qalxımlar zonasında isə, çöküntülərin qalınlıqları 800-1000 m-dən 100 m-ə qədər azalır. Bu hal hövzə ərazisində baş verən ciddi paleotektonik dəyişikliklərlə əlaqədardır. Hələ Paleogen-ilk Miosen epoxasında əlaqələri genişlənməyə başlayan Zeyxur və

Page 338: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

336

Dəvəçi çökəklikləri birləşərək, vahid Zeyxur-Dəvəçi çökəkliyini əmələ gətirir. Çökəklik daxilində yerləşən Tələbi-Qaynarca antiklinal zonası orta və son Miosendə intensiv inkişaf edir.

Orta və üst Miosen çöküntülərinin qalınlıqlarının Tələbi qalxımından Qaynarca-Qızılburun strukturlarına doğru 500-600 m-dən 1800-2000 m-ə qədər artdığı şəraitdə strukturların konsedimentasiyalı inkişafı 400-600 m-dən çox olmayıb (şəkil 92).

Tələbi strukturunda qalınlıqların azlığı, onun yalnız Sarmat əsrində çöküntütoplanma prosesinə cəlb olunması ilə əlaqədardır. Burada qalınlıqları 500-600 m-ə çatan Sarmat çöküntüləri, Qusar strukturunda olduğu kimi, orta Yura çöküntüləri üzərinə qeyri-uyğun şəkildə yatırlar.

Təngi-Beşbarmaq antiklinoriumu ilə Tələbi-Qaynarca antiklinal zonası arasında yerləşən nisbətən ensiz çökəklikdə, orta və üst Miosen çöküntüləri maksimal qalınlıqlara malikdirlər. Bu çökəkliyin mərkəzində yerləşən Zeyvə kəndi rayonunda qalınlıqlar 2800-3000 m-ə çatır ki, bunun da yarıdan çoxunu Samrat çöküntüləri təşkil edir. Cənub-şərqdə, Gilgilçayın axını istiqamətində çökəkliyin qismən qapanması və qalınlıqların 2000 m-ə qədər azalması müşahidə olunur [92]. Çökəklik Siyəzən dərinlik qırılması ilə cənub-qərbdə yerləşən Təngi-Beşbarmaq antiklinoriumundan ayrılır. Burada qalınlıqların 1200-1400 m-dən 0-a qədər azaldığı müşahidə olunur.

Miosenin sonu Pliosenin əvvəlində baş verən tektonik hərəkətlər çöküntütoplanma prosesində fasilələrə və toplanan çöküntülərin qismən yuyulmasına səbəb olur. Meotis və Pont çöküntüləri hövzənin şimal-şərq yamacında yerləşən Yalama-Xudat zonasında, İmamqulukənd və Qusar qalxımlarının geoloji kəsilişlərində iştirak etmir. Cənub-qərbdə isə Pont çöküntülərinin qalınlıqları 200-500 m arasında dəyişir.

Page 339: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

337

Şəkil 92. Orta və üst Miosen çöküntülərinin litofasial

və qalınlıqlar xəritəsi. 1-gilli-qumlu fasiya (gillər, qumlar); 2-qumlu-gilli-mergelli fasiya (gillər,qumlar, mergellər); 3-litofasial zonaların sərhədləri; 4-izopaxitlər; 5-parametrik, axtarış və kəşfiyyat quyuları; 6-çöküntülərin pazlaşma sərhədi. Məhsuldar Qat çöküntülərinin toplanması vaxtı çökmə

prosesinə Yalama-Xudat-Ağzıbirçala qalxımlar zonası da cəlb olunur.

Page 340: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

338

Zonada qalınlıqların şimal-qərbdən cənub-şərqə doğru 200 m-dən 1200 m-ə qədər artması, orta və üst Miosen çöküntüləri səthinin göstərilən dərinliklərə enməsini, bu da öz növbəsinadə Miosen dövrünə nisbətən əks istiqamətli paleostruktur dəyişikliklərin baş verdiyini göstərir (şəkil 93).

Son Pliosen-Antropogen zamanı Yalama-Xudat, Xaçmaz-Ağzıbirçala qalxımlar zonasında çökmə prosesi əvvəlki istiqamətdə davam edir və Miosen çöküntülərinin səthi 1000-1200 m-dən 2600-2700 m-ə qədər dərinliyə gömülür.

Paleogen–Miosen və Təbaşir dövrlərində çöküntütoplanma prosesi getməyən Ağzıbirçala qalxımında isə, orta Yura çöküntülərinin səthi 3200-3400 m-ə qədər gömülür. Ağzıbirçala qalxımından cənubda, Dəvəçi çökəkliyində çökmə prosesinin intensivliyi orta Pliosenə nisbətən azalır. Burada Miosen çöküntüləri səthinin Ağzıbirçala qalxımına nisbətən 1000 m-ə qədər dərində yatdığı güman olunur.

Dəvəçi və eləcə də Zeyxur çökəkliklərində orta və üst Miosen çöküntülərinin gömülmə prosesinin zəifləməsi üst Pliosen-Antropogen vaxtında da davam edir. Nəticədə Tələbi-Qaynarca antiklinal zonasından şimal-şərqdə Pliosen-Antropogen çöküntüləri monoklinal yatıma malik olurlar.

Məhsuldar Qat (MQ) əsrinin əvvəllərindən hövzənin genişlənməsi tədricən artır. MQ-ın alt şöbəsindən üst şöbəsinə keçid vaxtı ətraf sahələr qalxmaya məruz qalır və yuyulma zonalarına çevrilirlər. Nəticədə MQ hövzəsinin sahəsi çox kiçilir.

Qusar-Dəvəçi törəmə çökəkliyində MQ əsrində Xəzər hövzəsinin geniş körfəzi yaranır. Burada böyük qalınlıqlı kobuddənəli çöküntülər toplanır. Bu da su hövzəsinin dayaz və çöküntütoplanma sürətinin kifayət qədər olduğunu göstərir. Körfəzin

Page 341: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

339

qərb qurtaracağı tamamilə konqlomeratlarla doldurulmuşdur. Konqlomeratlar daxilində olan diabaz çınqılları, terrigen materialın qərbdən paleo-Samur çayı vasitəsilə gətirildiyini göstərir. Şərqdə konqlomerat fasiyası ensiz zolaq şəklində yayılan çınqıl-qum və gillərdən ibarət çöküntülərlə əvəz olunur. Qusar-Dəvəçi çökəkliyinin çox hissəsini tutan qumlu-gilli çöküntülər isə onun şərq və cənub-şərqində daha geniş yayılıblar.

Çöküntülərin litofasial tərkibindən görünür ki, körfəzi əhatə edən quru sahələr MQ əsrində intensiv qalxmaya məruz qalıb və körfəzin sahil zonalarını çox böyük həcmdə kobuddənəli terrigen materialla təmin edib. Çöküntülər daxilində Titon-Neokom yaşlı əhəngdaşıları çınqıllarının çoxluğu bu zaman intervalında Şahdağ massivində qalxma hərəkətlərinin və aşınma proseslərinin daha intensiv olduğunu göstərir.

MQ-nin ən böyük qalınlığı (2000 m) çökəkliyin cənub-şərq kənarında Siyəzəndən bir qədər şərqdə qeyd olunur. Bu dövrdə Paleogen-Miosen zamanı intensiv çökməsi ilə fərqlənən Quba-Dəvəçi çökəkliyi qismən dolaraq, hövzənin ümumi fonunda əvvəlki qədər əhəmiyyət kəsb etmir (şəkil 93).

MQ əsrinin paleocoğrafiyası Pont əsrinin paleocoğrafiyasına nisbətən dəyişdiyi üçün, onların geotektonik şəraitləri də bir-birindən kəskin şəkildə fərqlənirlər. Bu fərq tektonik hərəkətlərin intensivliyində özünü göstərir. Bu zaman Böyük və Kiçik Qafqaz dağ sistemlərinin sürətlə qalxması, Xəzər dənizi və Kür çökəkliyinin enməsi ilə müşayət olunur.

MQ çöküntülərinin paylanması çökmə prosesinin Cənubi Xəzər hövzəsində daha intensiv olduğunu göstərir. Qusar-Dəvəçi törəmə çökəkliyində MQ çöküntüləri Pont çöküntülərinə nisbətən daha geniş ərazini tutur və qalınlıqları 2000 m-ə çatır. Daha cənubda

Page 342: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

340

Xızı tektonik zonasının cənub-şərq hissəsində isə az qalınlıqlı MQ çöküntüləri sonradan tamamilə yuyulmuşlar (şəkil 93).

Şəkil 93. Məhsuldar Qat çöküntülərinin litofasial və

qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-qırılmalar; 4-gillər; 5-qumlar; 6-alevritlər; 7-qumdaşıları; 8-konqlomeratlar; 9-litofasial zonaların sərhədləri.

Ağcagil transqressiyası nəticəsində az müddət ərzində MQ-nın şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz olunur. Cənub-şərqi Qafqazda qalxma hərəkətlərinin davam etməsilə əlaqədar olaraq,

Page 343: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

341

Ağcagil dənizi Məhsuldar Qat hövzəsinin sərhədlərindən artıq genişlənə bilmədiyi halda, Qusar-Dəvəçi çökəkliyinin şimal hissəsində, xüsusən, Cənubi Dağıstanın sahilyanı zonasında çox geniş ərazini əhatə edə bilmişdir.

Göstərilən rayonlarda Ağcagil dənizinin sahilyanı zonasında çınqıl, konqlomerat, gil və qumlardan ibarət çöküntülər toplanır. Bir qədər şərqdə sahildən nisbətən uzaq sahələrdə Ağcagil çöküntüləri qumlu-gilli və karbonatlı-qumlu-gilli fasiyada yayılıblar. Sonuncu fasiya Cənubi Dağıstanın sahilyanı zonası üçün xarakterikdir. Burada karbonatlı çöküntülərin daha çox toplanması isə, bu zonanı örtən Ağcagil dənizinin hələ dayaz olduğunu göstərir.

Qusar-Dəvəçi çökəkliyinin şərq hissəsində dəniz dibinin intensiv çökməsi nəticəsində az qalınlıqlı qumdaşı aralaylarına malik gillər çökmüşlər. Burada terrigen materiallarla kompensasiya olunmayan dənizin dərinliyinin 300-400 m-ə çatdığı güman edilir.

Son Pliosen-Antropogen zamanı Tələbi-Qaynarca qalxımlar zonasında orta və üst Miosen çöküntülərinin struktur quruluşunda dəyişikliklər baş vermir.

Böyük Qafqazın cənub-şərq batımında orta və üst Miosen çöküntüləri yalnız sinklinal çökəkliklərdə qalmış və əksər rayonlarda Pliosen-Antropogen zamanı tamamilə yuyulmuşdur. Şurabad sinklinalında, Yaşma, Hacı Zeynalabdin sahələrində mövcud olan Miosen çöküntülərinin qalınlıqları 300 m-ə çatır ki, bunun da təxminən yarısı Çokrak çöküntülərinin payına düşür.

Paleogeomorfoloji və paleotektonik tədqiqatlar Ağcagil əsrinin sonunda Böyük Qafqaz dağlarının 1500-2000 m yüksəklikdə olduğunu göstərir. Bu əsrin sonunda başlayan reqressiya Abşeron əsrində bir qədər də güclənir. Ağcagil və Abşeron çöküntüləri arasında yuyulma əlamətləri Quba rayonu ərazisində daha aydın

Page 344: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

342

görünür. Bu zaman Böyük Qafqaz yuyulma zonasının konturları genişlənir. Ağcagil gillərinin kəsiliş üzrə alt Abşeronun daha çox qumlu və çınqıllı çöküntüləri ilə əvəz edilməsi, quru ərazisinin intensiv yüksəlməsini və relyefin kəskin şəkil aldığını göstərir.

Böyük Qafqaz zonasının terrigen mənşəli çöküntülərinin yuyulma məhsulları hesabına Qusar-Dəvəçi çökəkliyinin şimal-qərb hissəsində kontinental mənşəli gilli-çınqıllı çöküntülər toplanır. Eyni litoloji tərkibli kontinental çöküntülər Böyük Qafqaz yuyulma sahəsinin cənub yamaclarında da toplanırlar. Bu kontinental fasiyalı alt Abşeron çöküntüləri sahildən uzaqlaşdıqda gilli-qumlu dayaz dəniz çöküntüləri ilə, daha uzaqda isə gilli-qumlu fasiya nisbətən dərin və dərin dəniz gilli fasiya ilə əvəz olunur. Bu nisbətən dərin dəniz fasiyası Qusar-Dəvəçi çökəkliyinin şərq və cənub-şərq hissəsini əhatə edir. Abşeron çöküntüləri qalınlıqlarının paylanması göstərir ki, Ağcagil əsrində mövcud olan geotektonik plan müəyyən dəyişikliklərlə Abşeron əsrində də mövcud olmuşdur. Qusar-Dəvəçi çökəkliyində bu dəyişikliklər, Abşeron çöküntüləri qalınlıqlarının (1000 m-ə qədər) Ağcagil çöküntüləri qalınlıqlarına (300 m-ə qədər) nisbətən 2-3 dəfə artması ilə yanaşı, maksimal qalınlıqlar zonasının cənub-şərq istiqamətində miqrasiya etməsindən ibarətdir.

Xızı tektonik zonası Abşeron əsrində yuyulma zonası olmuşdur. Geomorfoloji tədqiqatlar göstərir ki, Böyük Qafqaz dağları Abşeron əsrində 2500-3000 m-ə qədər yüksəlmişdir. İlk Abşeronun sonu və orta Abşeronun əvvəllərində Cənub-Şərqi Qafqazda yuyulma zonaları bir qədər də genişlənmişdir.

Qusar-Dəvəçi çökəkliyinin qərb hissəsində Ağcagil və alt Abşeron çöküntüləri yuyulmaya məruz qalırlar. Onların yuyulmuş səthi üzərinə əsasən kontinental mənşəli çınqıllardan təşkil olunan orta Abşeron yaşlı Qusar lay dəstəsi qeyri-uyğun şəkildə yatır. Bu

Page 345: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

343

fasiya şərqdə qumlu-gilli-çınqıllı və daha sonra qum araqatlarına malik gilli çöküntülərlə əvəz olunur.

Orta Abşeronun sonundan başlayaraq dənizin reqressiyası nəticəsində Cənub-şərqi Qafqazın quru ərazisi bütün istiqamətlərdə genişlənir. Şimalda Qusar-Dəvəçi çökəkliyinin qərb hissəsində böyük qalınlıqlı çınqıllar, Quba şəhərindən şərqdə isə gil, qum, çınqıl və konqlomeratlar çökür.

Abşeron əsrinin sonu və Antropogen dövrünün əvvəli Azərbaycan ərazisində qalxma hərəkətləri üstünlük təşkil edir və dənizin ümumi reqressiyası baş verir. Xəzəryanı-Quba rayonunda Antropogenin Bakı, Gürgən, Xəzər, Xvalın əsrlərində baş verən qısamüddətli transqressiyaları yalnız sahilyanı zonanı əhatə edir.

Ümumi qalınlıqları 500 m-ə çatan gil, detrituslu əhəngdaşı, qumdaşı və çınqıllardan təşkil olunan Antropogen mərtəbələrinin çöküntüləri rayonun cənubunda dəniz terrasları, şimalında isə bir-birini transqressiv şəkildə örtən dəniz çöküntüləri şəklində yayılmışlar. Xəzəryanı-Quba rayonu ərazisinin qərb və şimal-qərb hissəsi Antropogendə fasilələrlə qalxmaqda davam etmiş və bu da rayonda çay şəbəkəsi və terrasların əmələ gəlməsinə səbəb olmuşdur.

Yuxarıda deyilənlərdən məlum olur ki, Xəzəryanı-Quba neftli-qazlı rayonunun Miosen çöküntülərində karbohidrogenlərin əmələ gəlməsi üçün münasib paleotektonik və paleocoğrafi şəraitlər əsasən Quba-Dəvəçi çökəkliyinin daxilində mövcud olmuşdur.

Miosen kompleksi çöküntülərində karbohidrogenlərin əmələ gəlməsi üçün lazım olan termodinamik şərait, onların kifayət qədər dərinliyə (3000-4000 m) gömülən alt hissələrində (Çokrak-Konk stratiqrafik intervalında) yaranır. Göstərilən çöküntülərdən generasiya olunan karbohidrogenlərin çökəkliyin mərkəzi hissələrindən lateral miqrasiya edərək yataq əmələ gətirmələri üçün, onun yamaclarında

Page 346: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

344

istər paleostruktur, istərsə də müasir struktur-tektonik baxımdan əlverişli sahələr mövcud olmuşdur. Bu sahələrdən istər paleostruktur, istərsə də müasir struktur-tektonik baxımdan daha əlverişli olanı Siyəzən monoklinalında mövcud olan tektonik və litostratiqrafik tələlərdir.

Çökəkliyin şimal-şərq bortunda isə Miosen çöküntülərinin neft-qazlılığı bu vaxta qədər axtarış-kəşfiyyat qazması ilə öyrənilməyib. Qusar-Xaçmaz qalxımlar zonasında orta Yura çöküntüləri üzərinə Sarmat mərtəbəsinin, Ağzıbirçala sahəsində isə Pont mərtəbəsi çöküntülərinin yatması, Qusar-Xaçmaz-Ağzıbirçala gömülmüş qalxımlar zonasının cənub-qərb qanadında Miosen çöküntülərinin pazlaşdığını və pazlaşma zonalarında orta Yuranın qumlu-gilli çöküntülərinin yuyulma məhsullarından yaranan, kifayət qədər kollektorluq qabiliyyətinə malik olan bu çöküntülərin litoloji-stratiqrafik tələlərinin karbohidrogenlərin toplanması üçün əlverişli olmaları şübhə doğurmur.

Tələbi-Qaynarca antiklinal zonasında Miosen çöküntülərinin neft-qazlılığı isə, bir sıra axtarış-kəşfiyyat quyularının qazılmasına baxmayaraq, hələ də tam müəyyən edilməyib. Belə ki, Tələbi antiklinalında Sarmat çöküntülərindən laysınayıcı vasitəsilə alınan 20 t/gün neft hasilatını quyu perforasiya olunan zaman almaq mümkün olmayıb.

Bu qalxımın cənub-şərq periklinallarında yerləşən stratiqrafik, Tələbi və zonanın digər qalxımlarının cənub-qərb qanadında 1500-2000 m amplitudlu uzununa qırılma ilə hüdudlanan tektonik ekranlaşan tələlər axtarış-kəşfiyyat quyuları ilə öyrənilməyiblər. Bu tələlər karbohidrogenlərin toplanması üçün əlverişli sayılırlar.

Yalama-Xudat zonasında yerləşən antiklinal strukturlarda az qalınlığa malik olan Paleogen-Miosen yaşlı qumlu-gilli çöküntülər

Page 347: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

345

hal-hazırda 2000-2400 m dərinliklərdə yatırlar. Bu antiklinal strukturlarda və onların qonşuluqlarında yerləşən sinklinal çökəkliklərdə az qalınlıqlı Miosen çöküntülərinin toplandıqları paleocoğrafi və karbohidrogenlərin generasiyası üçün lazımı termodinamik və paleostruktur şəraitin olmadığına görə neft-qaz axtarışı baxımından perspektivsiz sayılır.

Pliosen kompleksi çöküntüləri Xəzəryanı-Quba NQR-nin Qusar-Dəvəçi çökəkliyində neft-qazın əmələgəlməsi üçün əlverişsiz sayılan kobuddənəli alluvial-delluvial çöküntülərdən ibarət olduğundan və lazımi dərinliyə gömülmədiklərindən perspektivsiz sayılırlar.

Qobustan-Abşeron hövzəsi

Şamaxı-Qobustan neftli-qazlı rayonu

Şamaxı-Qobustan neftli-qazlı rayonu hüdudunda orta və son Miosen yaşlı hövzələrin paleotektonik və paleocoğrafi şəraitləri bir çox cəhətdən Oliqosen-ilk Miosen dövründəki şəraitlərin davamı kimi mövcud olmuşdur. Bu geoloji vaxt intervalı Böyük Qafqazın Azərbaycan hissəsi üçün qırışıqlıq və orogen hərəkətlərin hakim olması ilə səciyyələnir.

Maykop əsrində mövcud olan çöküntü hövzələrində akkumlyasiya prosesləri davam edir. Lakin hövzələrdə əsasən gilli süxurlardan ibarət çöküntülər əvəzinə qumlu gil və müxtəlif dənəli qumdaşıları, mergel və dolomitlərdən təşkil olunan molass çöküntüləri toplanır.

Maykop çöküntüləri səthinin Miosenin sonuna olan paleostruktur vəziyyətindən görünür ki, bu vaxt maksimal enməyə (2900-3100 m) Qobustan çökəkliyi məruz qalır (şəkil 94).

Page 348: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

346

Şamaxı-Qobustan NQR ərazisində də Tarxan horizontu az qalınlığa malik olub, əsasən sinklinal çökəkliklərdə toplanırlar. Qalxım zonaların əksəriyyətində Maykop çöküntülərinin müxtəlif dərəcədə yuyulan səthi üzərinə Çokrak çöküntüləri qeyri-uyğun şəkildə yatırlar.

Şəkil 94. Maykop çöküntüləri səthinin Miosenin

sonunda paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları. 3- çöküntülərin pazlaşma sərhədi.

İlk Miosenin sonu və orta Miosenin əvvəlində toplanan çöküntülərin yuyulması prosesi və Tarxan horizontu çöküntülərinin

Page 349: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

347

məhdud ərazidə yayılması, Çokrakqabağı yuyulma ilə əlaqədardır. Şimali Qobustanda Tarxan horizontu çöküntülərinin az qalınlıqlı mergel və gillərdən ibarət olması bu zaman intervalında yuyulma zonalarının uzaqda yerləşməsi və ya relyefin dəniz səviyyəsindən çox da yüksək olmamağı ilə izah olunur.

Qobustanın Çeyildağ sahəsində Tarxan horizontunun üst hissəsində gilli çöküntülərin daxilində alevritlərin mövcud olması Şirvan yuyulma zonasının hələ də mövcud olduğunu göstərir. Şamaxı-Qobustan rayonunun cənubunda narın və xırdadənəli qum və qumdaşı layları 25% təşkil edir. Bu isə qumlu çöküntülərin Maykop dövründə olduğu kimi, cənub-qərbdə yerləşən Şirvan yuyulma zonasından gətirildiyini göstərir.

Şamaxı-Qobustan rayonunda da Abşeron ərazisində olduğu kimi, Çokrak əsrinin əvvəllərində baş verən qalxma prosesi və dənizin reqressiyası son Maykop və Tarxan əsrində konsedimentasiya səciyyəli inkişafda olan antiklinal strukturların tağ hissələrində Tarxan çöküntülərinin tamamilə, üst Maykop çöküntülərinin isə qismən yuyulmasına səbəb olur.

Qısamüddətli reqressiya Çokrak dövründə daha geniş transqressiya ilə əvəz olunur [67, 68]. Bu zaman Şamaxı-Qobustan rayonunun cənub-şərq hissəsi, Maykop əsrində olduğu kimi, intensiv çökməyə məruz qalır. Əmələ gələn çökəklik qumlu-gilli çöküntülərlə dolur. Çöküntülərin maksimal qalınlıqları Umbakı, Torağay-Kənizədağ zonasında qeyd olunur və Bakı arxipelaqına doğru daha da artır (şəkil 95).

Çokrak çöküntülərinin litofasial xüsusiyyətlərinin araşdırılması göstərir ki, tərkibində böyük miqdarda kvars qumları olan terrigen materialın mənbəyi, əvvəllər olduğu kimi, Şirvan yuyulma zonası olmuşdur. Kəsilişin alt hissəsində qum və alevrit araqatlarının mergel

Page 350: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

348

və gillərə nisbətən az olması, yuyulma zonasının fəaliyyətinin Çokrak əsrinin birinci yarısında zəif olduğunu göstərir.

Şəkil 95. Çokrak çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-gilli-qumlu fasiya (gillər, qumlar, qumdaşıları); 4-gilli-mergelli-qumlu fasiya (nazik təbəqəli qum laycıqlarına malik mergellər, gillər, qumdaşıları); 5-kobuddənəli sahil fassiyası; 6- litofasial zonaların sərhədləri.

Əsrin ikinci yarısında Şirvan yuyulma zonasında aktivləşən tektonik hərəkətlər, qalınlığı 100 m-ə çatan qumlu horizontun toplanmasına səbəb olur. 75-80% zəif çeşidlənmiş kvars dənələrindən ibarət olan qumlu çöküntülər ən çox Umbakı, Hacıvəli, Ceyildağ,

Page 351: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

349

Ərzani və s. sahələrdə yayılıblar. Qumlu çöküntülərin kəsilişin üst hissəsində kəskin azalması dəniz səviyyəsinin yüksəlməsi və yuyulma zonasının su altında qalması ilə izah olunur [4].

Şimali Qobustanda gilli fasiyada yayılan Çokrak horizontu çöküntüləri antiklinal qalxımlar arasında yerləşən sinklinal çökəkliklərdə, sonralar baş verən eroziya proseslərindən qorunub saxlanılıblar.

Mərkəzi Qobustanın şimal hissəsindən şərqə, Hamamdağ sahəsindən qərbdə Qaradüzlü sahəsinə qədər olan ərazidə Çokrak horizontu çöküntüləri böyükölçülü mulda və antiklinal strukturların uzaq qanad hissələrində mövcuddurlar. Çokrak çöküntülərinin qalınlıqları sahənin qərbində 200-300 m, şərqində isə 150-250 m arasında dəyişir.

Mərkəzi Qobustanın cənub hissəsində Qırdağ, Gicəki-Şixzəirli və Qırqışlaq sahələrində Çokrak horizontunun qalınlıqları 100-150 m-ə qədər azalır, Birqurd-Bayquşlu sahəsində isə 200-250 m-ə qədər artır. Cənub-Qərbi Qobustan ərazisində qumlu-gilli fasiyada daha geniş yayılan Çokrak çöküntülərinin qalınlıqları şimal hissədə 300-400 m arasında dəyişdiyi halda, cənubda 450-600 m-ə çatır. Duvannı-Səngəçal istiqamətində qalınlıqların daha da artması güman edilir (bax: şəkil 95).

Şamaxı-Qobustan rayonu ərazisində Çokrak horizontunun qalınlıqlarının dəyişməsi və ayrı-ayrı tektonik zonalarda müxtəlifliyi, çöküntütoplanma prosesində paleostrukturların konsedimentasiyalı inkişafda olduğunu deməyə imkan verir [67].

Çokrak çöküntüləri səthinin Pont əsrinin əvvəlinə olan paleostruktur vəziyyətində Diatom çöküntüləri qalınlıqlarının paylanmasında müşahidə olunan dəyişikliklər paleostruktur planın daha da mürəkkəbləşdiyini göstərir. Qalınlıqlar cənub-cənub-şərq

Page 352: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

350

istiqamətində artır. Burada toplanan Karaqan, Konk horizontları və Sarmat mərtəbəsinin ümumi qalınlıqları 1000-1200 m-ə çatır. Bu isə əsas neftli-qazlı çöküntülərdən sayılan Çokrak horizontunun Sarmat əsrinin sonunda Cənub-Qərbi Qobustanda 1000-1200 m dərinliyə qədər gömüldüyüni göstərir (şəkil 96).

Şəkil 96. Çokrak çöküntüləri səthinin Diatomun sonunda

paleostruktur vəziyyəti. 1-izopaxitlər; 2-qırılmalar; 3-parametrik, axtarış və kəşfiyyat quyuları.

Qobustan ərazisində Karaqanqabağı yuyulma nəticəsində dəyişkən tərkib və qalınlığa malik brekçiyaşəkilli dolomit və qravelit linzaları əmələ gəlir. Bu linzaların iştirakı hələ bərkiməmiş pelitamorf çöküntülərin konsedimentasiya səciyyəli inkişafda olan antiklinal

Page 353: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

351

qalxımların tağ hissələrində sualtı şəraitdə sürüşərək, sinklinal çökəkliklərdə toplanması ilə izah olunur.

Karaqan dənizinin transqressiyası bir sıra sahələrdə Çokrak dənizinin sərhədlərini örtür. Transqressiya nəticəsində toplanan çöküntülərin fasiya və qalınlıqlarının təhlili göstərir ki, Karaqan əsri bir çox cəhətdən Çokrak əsrinin paleotektonik və paleocoğrafi xüsusiyyətlərini özündə saxlamışdır [96].

Karaqan zamanı Şamaxı-Qobustan rayonu ərazisində də, Abşeronda olduğu kimi, şimalda gilli, cənubda isə qumlu-gilli çöküntülər toplanır. Şimali Qobustanda, Abşeronun şimal hissəsində olduğu kimi, gillərin içərisində az qalınlıqlı dolomit və dolomitləşmiş mergel layları mövcuddur.

Mərkəzi Qobustanda Karaqan çöküntüləri kəsilişinin alt hissəsində gillər dolomitlərlə növbələşirlər. Üst hissənin kəsilişində isə əhəngli qumdaşı layları da iştirak edir. Cənub-Qərbi Qobustanda Karaqan horizontunun kəsilişində narın və xırdadənəli qum və zəif sementləşən qumdaşı laylarına təsadüf edilir. Bunların sayı və qalınlığı cənub-şərq istiqamətində artaraq, Umbakı, Ərzani-Qılıc antiklinal zonasında maksimuma çatır. Məhz bu rayon Şamaxı-Qobustan rayonu ərazisində Karaqan çöküntülərinin maksimal qalınlıq zonasını təşkil edir.

Konk horizontu çöküntüləri əksər rayonlarda Karaqan horizontu çöküntüləri üzərinə uyğun yatırlar. Ümumiyyətlə, Konk hövzəsinin paleocoğrafi və paleotektonik şəraiti Karaqan hövzəsinin paleocoğrafi və paleotektonik şəraitindən çox az fərqlənir. Konk hövzəsinin fərqləndirici cəhətlərindən biri, Şamaxı-Qobustan rayonunda gilli şistlərinin geniş yayılmasıdır.

Daha bir fərqləndərici cəhət, Cənubi Qobustanda qumlu çöküntülərin, Karaqanda olduğundan daha geniş ərazidə yayılmasıdır

Page 354: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

352

ki, bu da Şirvan yuyulma zonasının fəaliyyətinin bir qədər artdığını göstərir.

Sarmat əsrinin əvvəllərində geniş transqressiya baş verir. Bunun nəticəsində alt Sarmat çöküntüləri Konk və daha qədim çöküntüləri transqressiv şəkildə örtürlər.

Şamaxı-Qobustan rayonu ərazisində, şimal-qərb kənarı müstəsna olmaqla, alt Sarmat çöküntüləri Konk çöküntüləri üzərinə çox vaxt tam uyğun yatır. Yalnız şimal-qərb kənar hissədə alt Sarmat çöküntüləri Konk çöküntülərinin yuyulmuş səthi üzərinə qeyri-uyğun yatırlar [96].

Qobustan ərazisində alt Sarmat çöküntüləri əsasən gilli fasiyada yayılıb. Az qalınlıqlı, narındənəli qum və qumdaşı laylarına Şamaxı-Qobustan rayonunun cənub-şərq hissəsində, mergel və dolomit aralaycıqlarına malik gillər isə Mərkəzi Qobustanın cənub hissəsində rast gəlir.

Şimal, şimal-qərb istiqamətində ilk Sarmat dənizinin sahilyanı zonasında çökən qumlu-gilli çöküntülərin, orta Sarmat yaşlı gillərlə örtülməsi göstərilən istiqamətdə dənizin genişlənməsinin nəticəsi kimi izah edilir. Kəsilişdə qumlu çöküntülərin şimaldan cənuba artması və onların çeşidlənmə dərəcəsinin zəifləməsi terrigen materialın, əvvəllərdə olduğu kimi, cənubda yerləşən Şirvan yuyulma sahəsindən gətirildiyini göstərir [4].

Şamaxı-Qobustan rayonunda son Sarmatın birinci yarısında çöküntütoplanma rejimində dəyişikliklər baş vermir. Üst Sarmatın alt hissəsində yatan Rostov horizontu çöküntülərinin toplandığı vaxt dənizin konturu, orta Sarmat dənizinin arealını əhatə edir. Rostov horizontu çöküntülərinin toplanmasından sonra Baş Qafqaz qalxımından cənubda dənizin geniş ərazidə reqressiyası baş verir. Bu reqressiya nəticəsində Qobustanın şimal-qərb hissəsində müxtəlif

Page 355: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

353

yaşlı yarımyuvarlaq və ya pis yuvarlaqlanan çınqıllardan ibarət, dəyişkən qalınlıqlı konqlomerat layı yaranır.

Mərkəzi və Cənubi Qobustan ərazisində çöküntütoplanma prosesi nisbətən sakit şəraitdə gedir. Bunu üst Sarmat çöküntülərinin monoton kəsilişləri sübut edir. Qobustanın şimal-qərb hissəsində isə Xerson vaxtı gil və mergellərdən başqa kobuddənəli qum, qumdaşı, qravelit və konqlomeratların toplanması yuyulma zonasının cənub istiqamətində genişləndiyini və bu zonanın çöküntütoplanma prosesinə təsirinin artdığını göstərir [4].

Şamaxı-Qobustan rayonunun, daha cənub-şərqdə yerləşən, Qılıc və Duvannı sahələrində Xerson horizontu kəsilişində, Mərkəzi Qobustanda mövcud olmayan, qum və alevrit laylarının yenidən kəsilişdə iştirakı Şirvan yuyulma zonasının hələ də varlığını göstərir.

Meotis əsrində başlayan dəniz transqressiyası az müddət ərzində Qərbi Abşeronda yaranan adaları örtdüyü halda, Mərkəzi və Cənub-Qərbi Qobustanda mövcud olan adalar Meotis əsrinin ortalarına qədər yuyulma zonaları kimi qalmışlar. Buna göstərilən ərazilərdəki antiklinal qalxımlarda orta Meotis çöküntülərinin daha qədim çöküntülər (Maykopa qədər) üzərinə kəskin bucaq uyğunsuzluğu ilə yatması sübut ola bilər. Bu sahələrdə Meotis çöküntüləri daxilində brekçiyaşəkilli dolomit, konqlomerat və gilli brekçiya layları mövcuddur.

Şamaxı-Qobustan rayonu ərazisində yerləşən adaların Meotis əsrinin ortalarına qədər dəniz səviyyəsindən yüksəkdə qalmaları, alt Meotis çöküntülərinin pərakəndə halda yayılmasına və onların qalınlıqlarının dəyişikliklərə məruz qalmasına səbəb olur. Burada Meotis çöküntüləri böyük qalınlıqlı gil və gilli şistlərin, az qalınlıqlı mergel, brekçiyaşəkilli dolomit və bəzən də vulkan külü layları ilə növbələşməsindən təşkil olunur.

Page 356: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

354

Meotis çöküntülərinin litofasial tərkibi göstərir ki, onların çökmə şəraiti Konk çöküntülərinin çökmə şəraitinə yaxındır. Bu zaman dənizin ən dərin yeri Umbakı, Çeyildağ qalxımları arasında yerləşən sinklinal sahəsində olmuşdur. Şimal istiqamətində Meotis mərtəbəsinin kəsilişində kobuddənəli çöküntülərin artması, yuyulma sahəsinin Şimali Qobustan ərazisi yaxınlığında olduğunu göstərir. Cənubi Qobustanda isə qumlu çöküntülərin olmamağı, Şirvan qalxımının yuyulma sahəsi kimi artıq fəaliyyət göstərməməyilə əlaqədardır.

Mərkəzi Qobustanda Meotis mərtəbəsi kəsilişində bitumlaşmış gilli şistlərin və pirit mineralının varlığı çöküntü hövzəsində bərpaedici fiziki-kimyəvi şəraitin olduğunu göstərir. Şimali və Cənubi Qobustanın kobuddənəli çöküntülərinin yayıldığı sahələrdə isə reduksiyaedici şəraitdə qum, qumdaşı və balıqqulağı əhəngdaşıları çökmüşlər. Meotis çöküntülərinin qalınlıqları şimal hissədə 50-250 m, mərkəzi hissədə isə 300-500 m arasında dəyişir. Qalınlıqların yaxın məsafələrdə dəyişməsi əksər antiklinal zonaların konsedimentasiylı inkişafda olmaları ilə izah olunur.

Meotis çöküntülərinin daha qədim çöküntülər ilə təmas xüsusiyyətləri göstərir ki, Qobustan ərazisində əsas struktur vahidlər Meotis əsrindən əvvəl formalaşıblar. Meotis əsrinin sonu və Pont əsrinin əvvəllərində geotektonik hərəkətlərin aktivləşməsi və dənizin yeni reqressiyası nəticəsində, struktur planda daha böyük dəyişikliklər baş verir.

Bu reqressiya Sarmat əsrinin sonundakı reqressiyadan da geniş olmuşdur. Konsedimentasiyalı inkişafda olan bir sıra qalxımlar hətta Pont əsri ərzində də yuyulma zonaları olmuşlar. Çöküntütoplanma hövzəsi isə şimal-şimal-şərqdən cənub-cənub-qərb istiqamətində miqrasiya edir [72].

Page 357: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

355

Şamaxı-Qobustan ərazisində əhəngdaşı və gillərdən ibarət olan və dayaz dəniz şəraitində formalaşan alt Pont çöküntüləri “Şamaxı fassiyası” adı ilə Pontun gilli fassiyada yayıldığı sahələrdən ayrılır. Əsasən gillərdən ibarət olan orta Pont çöküntüləri Abşeron yarımadasını, Qobustanın cənub və şərqini əhatə edirlər. Mərəzə-Ləngəbiz istiqamətində orta Pont kəsilişində qum, qumdaşı və tək-tək hallarda balıqqulağı əhəngdaşı laylarının iştirakı dənizin qeyd olunan istiqamətdə dayazlaşdığını və terrigen materialın Tufan-Dibrar yuyulma sahəsindən gətirildiyini göstərir.

Orta Pontun sonunda dəniz sahilinin konfiqurasiyasında ciddi dəyişikliklər baş vermədiyinə baxmayaraq, üst Pont çöküntülərinin orta Pont çöküntülərinə nisbətən daha narındənəli çöküntülərlə əvəz olunur.

Şamaxı-Qobustan-Abşeron hövzəsinin şimal hissəsində üst Pont çöküntülərinin karbonatlı fasiyası Göyçaydan Sumqayıtçaya qədər ərazidə üstünlük təşkil edir. Bu fasiya cənub və cənub-şərq istiqamətlərində, orta Pontda olduğu kimi, gilli fasiya ilə əvəz olunur. Orta Pont gillərindən fərqli olaraq üst Pont gillərinin Şamaxı-Qobustan rayonu ərazisinin mərkəzi hissəsində gips ştoklarına malik olması, dənizin dayaz və buxarlanmanın intensiv olduğunu göstərir. Şamaxı-Qobustan-Abşeron hövzəsinin cənub-qərbində, Ələt tektonik zonasında, orta Pont zamanı gillərlə yanaşı əhəngdaşıları da çökürlər. Şamaxı-Qobustan rayonunun bir sıra antiklinal strukturlarının tağ hissələrində Pont çöküntüləri iştirak etməməsi, onların Məhsuldar Qatqabağı fasilə vaxtı yuyulmalarının nəticəsidir.

Pont əsrinin sonunda baş verən geniş miqyaslı reqressiya nəticəsində hövzə minimum dərəcəyə qədər kiçilir. Məhsuldar Qat (MQ) əsrinin başlanğıcında çöküntütoplanma hövzəsinin kiçilməsi davam edir.

Page 358: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

356

Məhsuldar Qat əsrində başlanan yeni transqressiya isə hövzənin tədricən genişlənməsinə səbəb olur. Bu genişlənmə Qırməki lay dəstəsinin çökdüyü zaman daha intensiv olmuş və alt şöbənin axırlarında hövzə sərhədləri bir qədər stabilləşməklə Abşeron arxipelaqının şimal-qərb və Abşeron yarımadasının mərkəzi hissələrini, Bakı arxipelaqını, Kür çökəkliyinin cənub-şərq hissəsini əhatə edirdi. Bu vaxt hövzədə çöküntütoplanma prosesinə ətrafdakı quru ərazilərlə yanaşı, hövzə daxilində yerləşən antiklinal qalxımlar və ara sıra baş verən vulkan püskürmələri də təsir göstərir (şəkil 97).

Məhsuldar Qat çöküntüləri qalınlıqlarının paylanması göstərir ki, çöküntütoplanma prosesi əsas etibarilə Ceyrankeçməz depressiyası ərazisində olub.

Depressiyanın mərkəzi və sahilyanı zonalarında Məhsuldar Qat çöküntülərinin qalınlıqları 2500-3500 m-ə çatır. Göstərilən sahələrdə Çokrak çöküntülərinin hələ Pliosenin başlanğıcında 1000-1500 m-ə qədər gömüldüyünü nəzərə alsaq, Məhsuldar Qat əsrinin sonunda onların 4000-4500 m-ə qədər dərinlikdə yerləşdiyini söyləmək olar (şəkil 97).

Şamaxı-Qobustan rayonunun hər yerində Məhsuldar Qat çöküntülərinin Pont mərtəbəsi çöküntülərinin yuyulan səthi üzərinə bucaq uyğunsuzluğu ilə qeyri-uyğun yatması, ərazinin Pont əsrinin sonu və Məhsuldar Qat əsrinin əvvəllərində qalxmaya və eroziyaya məruz qaldığını göstərir.

Məhsuldar Qat hövzəsi yalnız Qırməki lay dəstəsinin çökdüyü vaxtın ikinci yarısında Ceyrankeçməz depressiyasının cənub-şərq hissəsini əhatə edir. Məhsuldar Qatın Qırməkiüstü qumlu (QÜQ) və Qırməkiüstü gilli (QÜG) lay dəstələri və eləcə də, “Fasilə” lay dəstəsinə uyğun gələn VII horizontun çökdüyü vaxt hövzənin şimal, şimal-qərb istiqamətində transqressiyası davam edir.

Page 359: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

357

Şəkil 97. MQ çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik,axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4-sahilyanı kobuddənəli fasiya (qumdaşı, gil və konqlomeratlar); 5-dayaz dəniz qumlu-gilli fasiya (qum, gil, qumdaşı); 6- çöküntülərin pazlaşma sərhədi; 7- litofasial zonaların sərhədləri.

Məhsuldar Qat əsrinin ikinci yarısının başlanğıcında onun

şimal-qərb sərhədi müasir Ceyildağ, Şıxıqaya sahələrinə çatır. Əsrin ikinci yarısında transqressiyanın sürətlənməsi hövzənin sahilyanı zonasında (Daşmərdan, Şıxıqaya, Kaftaran, Donquzduq, Qırdağ, Nardaran-Süleyman) Məhsuldar Qatın üst hissələri Oliqosen-Miosen

Page 360: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

358

çöküntülərinin müxtəlif hörizontları üzərinə bucaq uyğunsuzluğu ilə yatırlar (şəkil 98, 99, 100).

Toplanan MQ çöküntülərinin kobuddənəli (“Donquzduq fasiyası”) olması terrigen material mənbəyinin yaxınlıqda - Mərkəzi və Şimali Qobustan ərazilərində olduğunu göstərir.

Şəkil 98. Geoloji profil

Ələt tektonik zonası Məhsuldar Qat əsrinin birinci yarısında Aşağı Kür çökəkliyini Şamaxı-Qobustan çökəkliyindən ayıran qalxım zonası, quru ərazisi olmuş və Məhsuldar Qat əsrinin ikinci yarısında

Page 361: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

359

cənub-şərq istiqamətindən transqressiya edən hövzənin suları altında qalmışdır. Bu istiqamətdə ümumi qalınlıqları 1200 m-dən 3000 m-ə qədər artan MQ-nın üst şöbəsinin çöküntüləri narın, orta və iridənəli boz rəngli gillərin qonur və sarımtıl-boz gillərlə növbələşməsindən ibarətdir.

Şəkil 99. Geoloji profil

Məhsuldar Qatın üst şöbəsi stratiqrafik kəsiliş üzrə yuxarıdan aşağıya Qoturdağ, Daşgil, Hamamdağ lay dəstələrindən, kəsilişin alt hissəsində isə, gilli-qumlu hissədən və V-VII qumlu horizontlardan təşkil olunublar. Cənub-Şərqi Qobustan və Ceyrankeçməz depressiyasında Məhsuldar Qat çöküntülərinin qalınlıqları 0-3000 m arasında dəyişir (şəkil 101).

Page 362: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

360

Şəkil 100. Geoloji profil

Abşeron yarımadasından fərqli olaraq, Şamaxı-Qobustan

rayonu ərazisində Məhsuldar Qatdan Ağcagil çöküntülərinə keçid kəskin şəkildə əks olunur. Fasilə və yuyulma əlamətləri Ceyrankeçməz depressiyasının kənar hissələrində daha çox nəzərə çarpır. Bu rayonlarda Ağcagil çöküntüləri kəskin bucaq və azimut uyğunsuzluğu ilə Pont, Miosen və Paleogen çöküntüləri üzərinə yatırlar. Qeyri-uyğun yatım zonasında geniş ərazini tutan və böyük qalınlığa malik bazal konqlomeratlarının olması, dəniz transqressiyasının çox sürətlə getdiyini göstərir.

Page 363: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

361

Mərkəzi Qobustanın şimal-qərb, Sündü-Mərəzə depressiyasının mərkəzi və eləcə də, Böyük Qafqazın cənub yamacının Şamaxı-Qobustan rayonu hissəsində pərakəndə halda yayılan konqlomeratlar Təbaşir yaşlı əhəngdaşı, Paleogen-Miosenin dolomit, gil, Meotis və Pontun detrituslu və balıqqulağı əhəngdaşı və qırıntılarından təşkil olunub.

Şəkil 101. Geoloji profil

Ceyrankeçməz depressiyasının cənub-şərqində bəzi sahələrdə

(Şıxıqaya, Anart, Ütəlgi, Solaxay və s.) Ağcagil və Məhsuldar Qat çöküntüləri arasında da bucaq uyğunsuzluğu (4-5º) mövcuddur.

Ağcagil çöküntülərinin litofasial tərkibinə əsasən Şamaxı-Qobustan rayonunun şimal-qərb hissəsində dayaz sahil şəraitinin olduğunu demək olar. Ceyrankeçməz depressiyası və Ələt tektonik zonasında çöküntülərin daha çox gilli olması, onların az-çox sakit və nisbətən dərin dəniz şəraitində çökdüklərini göstərir.

Ağcagil çöküntüləri qalınlıqlarının tez-tez dəyişməsi, Məhsuldar Qat və Ağcagil çöküntüləri arasında bəzi sahələrdə mövcud

Page 364: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

362

olan bucaq uyğunsuzluqları və Ağcagil çöküntülərinin bəzi strukturların tağından sürüşərək sinklinal çökəkliklərdə toplanması, onların kəsilişində çoxsaylı palçıq vulkanı brekçiyalarının mövcudluğu, Məhsuldar Qat əsrində olduğu kimi, Ağcagil əsrində də tektonik hərəkətlərin bu rayonda kifayət qədər aktiv olduğunu göstərir. Ağcagil çöküntüləri qalınlıqlarının çox böyük intervalda (0-1000 m-ə qədər) dəyişməsi, deyilən fikri təsdiq edir.

Ağcagil əsrinin sonunda başlayan reqressiya Abşeron əsrində bir qədər də güclənir. Böyük Qafqazın cənub-şərq hissəsində qalxma hərəkətlərinin artması nəticəsində Şamaxı-Qobustanın Mərəzə çökəkliyini dəniz tamamilə tərk edir, Ceyrankeçməz depressiyasında isə kiçik körfəz şəklində qalır.

İlk və orta Abşeron əsrlərində, hələ Məhsuldar Qat vaxtı Yavandağ-Umbakı istiqamətində mövcud olan və geniş ərazini tutan yuyulma zonası yenidən fəaliyyət göstərərək, son Abşeronda demək olar ki, Daşgil sahəsinə qədər genişlənir.

Şamaxı-Qobustan rayonunda Abşeron əsrində çökmə prosesləri əsasən Ceyrankeçməz depressiyası və Ələt tektonik zonasında gedir və qalınlığı 1000-1600 m-ə çatan çöküntü qatının toplanmasına səbəb olur.

Bu rayonlarda Ağcagil çöküntüləri qalınlığının 120-250 m arasında dəyişdiyini nəzərə alsaq, Abşeron əsrində çöküntütoplanma prosesinin böyük sürətlə getdiyi nəticəsinə gəlmək olar.

Şamaxı-Qobustan rayonunda orta Abşeron vaxtı əhəngdaşı, qum və gillərdən ibarət dayaz dəniz çöküntüləri toplanır. Orta Abşeronun sonundan başlayaraq dənizin reqressiyası artır. Cənub-Şərqi Qafqazın quru ərazisi bütün istiqamətlərdə genişlənir.

Qobustan ərazisində dəniz şəraiti Ceyrankeçməz çökəkliyinin cənub-şərq hissəsində mövcud olmuş və burada dayaz sahil

Page 365: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

363

çöküntüləri, pis çeşidlənmiş qum və gil aralaycıqları olan əhəngdaşıları çökmüşlər.

Son Abşeron vaxtı dənizin sürətlə dayazlaşması nəticəsində dayaz dəniz şəraitində qalınlıqları 600-850 m-ə çatan detrituslu və balıqqulağı əhəngdaşıları toplanır.

Antropogendə Şamaxı-Qobustan ərazisi tektonik hərəkətlərin və palçıq vulkanlarının fəaliyyətinin kəskin dərəcədə artması ilə xarakterizə olunur. Bu hərəkətlər isə öz növbəsində, Miosen və eləcə də, Pliosen kompleksləri çöküntülərinin nisbətən sadə paleostruktur quruluşlarını son dərəcədə mürəkkəbləşdirərək, müasir struktur-tektonik vəziyyəti yaradır.

Antropogenqabağı reqressiya böyük ərazini əhatə edir və şimal-qərb istiqamətində yerləşən antiklinal qalxımlarda yuyulma prosesləri intensiv gedir. Çöküntütoplanma prosesi rayonun yalnız cənub-şərq qurtaracağında Bakı arxipelaqına qonşu sahələrdə davam edir. Bu rayonlarda Türkan horizontunun gilli çöküntüləri üst Abşeron çöküntüləri üzərinə uyğun şəkildə yatırlar.

Bakı əsrində başlayan dəniz transqressiyası nəticəsində gil və balıqqulağı əhəngdaşıları aratəbəqələrinə malik konqlomeratlar Abşeron mərtəbəsindən Qovundağ lay dəstəsinə qədər çöküntülər üzərinə qeyri-uyğun yatırlar.

Gürgən əsrində dəniz transqressiyası genişlənərək Ceyrankeçməz depressiyasının şimal yamacına çatır. Əsrin sonunda isə başlanan reqressiya çox keçmədən Qədim Xəzər transqressiyası ilə əvəz olunur. Bu transqressiya da öz növbəsində Gürgən əsrinin sonundakından daha geniş ərazini əhatə edən reqressiya ilə əvəz olunur.

Antropogendə baş verən transqressiya və reqressiya proseslərinə baxmayaraq, çöküntülərin litofasial tərkibi dəyişməz qalır. Yəni, Antropogen çöküntüləri, Abşeron yarımadasında olduğu

Page 366: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

364

kimi, balıqqulağı əhəngdaşı, çınqıl, qravelit, qumdaşı və gillərin növbələşməsindən ibarət olur. Çöküntülərin litofasial tərkibi Yeni Xəzər əsrinin əvvəllərində başlanan reqressiya və sonunda Ceyrankeçməz depressiyasının cənub-şərq hissəsini və Ələt tektonik zonasını əhatə edən transqressiya nəticəsində dəyişməz qalır. Yeni Xəzər əsrinin sonlarında başlayan reqressiya nəticəsində, rayonda Xəzər dənizi müasir sərhədlərinə yaxınlaşır.

Şamaxı-Qobustan neftli-qazlı rayonu çox geniş ərazini tutan Cənubi Xəzər hövzəsinin şimal-qərb hissəsini əhatə edir. Rayon üçün əsas neft-qaz əmələgəlmə zonaları çökəkliyin daha çox gömülən mərkəzi hissələri olmuşlar. Xızı tektonik zonasından Malkamud-Germian dərinlik qırılması ilə ayrılan Şamaxı-Qobustan və Abşeron ərazisində orta və üst Miosen kompleksi çöküntülərinin perspektivliyi əsasən kəsilişdə kollektorların mövcudluğu ilə əlaqədardır.

Şamaxı-Qobustanın orta və üst Miosen çöküntülərində neft-qazın əmələ gəlməsi və saxlanılması üçün lazım olan əlverişli paleocoğrafi və paleotektonik şəraitlər cənub-şərq istiqamətdə - Orta Xəzər çökəkliyinə doğru yaxşılaşır. Həmin istiqamətdə çöküntülərin kəsilişində iştirak edən məhsuldar horizontların kollektorluq xassələri də müsbət istiqamətə dəyişir [65].

Şübhəsiz ki, orta və üst Miosen çöküntülərində üzvi maddələrin çox olması bu çöküntülərin yüksək neft-qaz generasiyaetmə xüsusiyyətlərinə və əlverişli şəraitdə neft-qaz yataqlarını əmələgətirmə imkanlarına malik olmasını göstərir.

Orta və üst Miosen çöküntülərinin tərkibində gillər üstünlük təşkil edir, qumlu-alevritli təbəqələr isə kəsilişdə çox az rast gəlir və onlar regional izlənilmirlər. Bütövlükdə, Paleogen-Miosen kompleksi plastik qalın gilli süxurlar kimi səciyyələnirlər. Bu çöküntülərin xarakterik cəhətlərindən biri də onlarda karbohidrogenlərin tutumlu

Page 367: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

365

tələlərdə toplanması və böyük yataqlar əmələ gətirmək üçün, formasiyadaxili yaxşı miqrasiya kanallarının olmamasıdır. Bu səbəbdən də, Paleogen-Miosen çöküntülərində generasiya olunan karbohidrogenlər məhdud yığımlar əmələ gətirirlər. Lakin, orta və üst Miosen çöküntüləri kəsilişindəki qumlu-alevritli horizontlar məhdud sahədə yayılmalarına və kəsilişin az hissəsini təşkil etmələrinə baxmayaraq, neft və qazın toplanması və yataqların əmələgəlməsi üçün əlverişli kollektor hesab olunurlar [99].

Üst Maykop və Çokrak çöküntüləri kəsilişində mövcud olan qumlu horizontlar Umbakı və Hacıvəli sahələrində sənaye əhəmiyyətli neft yataqlarına malikdirlər. Singenetik neft-qazlılığı ilə fərqlənən Maykop və Çokrak horizontu çöküntülərinin, eləcə də orta və üst Miosenin başqa stratiqrafik vahidlərinin neft-qazlılıq perspektivliyi, onların kollektor xüsusiyyətlərindən, yəni çöküntülərin toplandıqları paleocoğrafi şəraitdən asılıdır (şəkil 102, 103).

Neft-qazlılıq baxımından Çokrak çöküntülərinin perspektivliyi Cənub-Şərqi Qobustanın Çeyildağ, Umbakı və Hacıvəli strukturları ilə əlaqədardır. Sarmat çöküntüləri üzrə isə Ərzani-Qılıc strukturu perspektivli sayıla bilər.

Lokal neft və qaz yığımları eyni zamanda süxurların tektonik pozğunluq zonalarında və eləcə də, gilli süxurların şistləşməsi ilə əlaqədar çatların yarandığı zonalarda da əmələ gəlirlər. Belə zonalarda olan süxurlar yüksək təzyiq altında karbohidrogenlərlə dolduqdan sonra Pliosen çöküntülərilə örtüldükdə, onlarda lokal karbohidrogen yığımları əmələ gəlir.

Şamaxı-Qobustanın Paleogen-Miosen çöküntüləri üzrə ən perspektivli sahəsi sayılan Ceyrankeçməz depressiyasında bu çöküntülər tam qalınlığı ilə açılmamışlar. Tədqiqatlar göstərir ki, Ceyrankeçməz depressiyasının Paleogen-Miosen çöküntülərində neft

Page 368: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

366

və qazın əmələ gəlməsi, toplanması və saxlanılması üçün əlverişli paleotektonik və geokimyəvi şəraitlər olmuşdur. Burada neft-qazlılıq əsasən depressiyanın bortlarında yerləşən qalxımlarda (Çeyildağ, Şərqi Hacıvəli, Ütəlgi, Duvannı, Kənizədağ, Şıxıqaya və s.) Çokrak, Sarmat çöküntülərində mövcud olan stratiqrafik və litaloji tip tələlərlə əlaqədardır.

Şəkil 102. Geoloji profil

Üzvi maddələrlə zəngin olan və nefttörədici ana süxurlar sayılan Oliqosen-Miosen çöküntülərin qalınlıqları Qobustanda 1400-1500 m-ə çatır ki, bu da çox böyük həcmdə karbohidrogenlərin generasiyasına imkan verir (şəkil 103).

Rayonda orta və üst Miosen çöküntülərində tektonik ekranlaşan tələlərin öyrənilməsi də böyük əhəmiyyət kəsb edir. Bu

Page 369: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

367

baxımdan da müxtəlif stratiqrafik səviyyələrə uyğun gələn böyük amplitudlu üstəgəlmə və şaryajlar daha çox diqqəti cəlb edir.

Şəkil 103. Geoloji profil

Pliosen kompleksi çöküntüləri Paleogen-Miosen çöküntülərindən fərqli olaraq üzvi maddələrin azlığı və kollektorların zənginliyilə seçilirlər. Qafqaz dağlarının intensiv qalxması və Cənubi Xəzər hövzəsinin intensiv çökməsi nəticəsində nefttörədici Paleogen-Miosen çöküntüləri ümumi qalınlıqları 4-4,5 km-ə çatan Pliosen çöküntüləri altına gömülürlər. Bu da neft və qazın generasiyası üçün əlverişli termodinamik şəraitin yaranmasına səbəb olur. Generasiya olunan yüksək təzyiqli karbohidrogenlər generasiya mərkəzindən kənarlara miqrasiya edirlər.

Page 370: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

368

Abşeron yarımadası və Şamaxı-Qobustanın cənub-şərqində Məhsuldar Qat çöküntülərinin yüksək kollektorluq xüsusiyyətlərilə əlaqədar olaraq, lateral miqrasiya ilə yanaşı vertikal miqrasiya prosesləri mövcud olan antiklinal tələlərdə karbohidrogenlərin toplanması ilə nəticələnir. Generasiya prosesi Maykop çöküntülərində 4 mln.il, Miosen çöküntülərində isə 3 mln.il bundan əvvəl başlanmışdır. Bu da Şamaxı-Qobustan rayonunda neft-qaz yataqlarının əmələ gəlməsinin iki mərhələdə - Ağcagil əsrinə qədər və ondan sonra getdiyini göstərir.

Pliosen çöküntülərinin neft-qazlılıq perspektivliyi Cənub-şərqi Qobustanın daha çox gömülən sahələrində Məhsuldar Qatın alt horizontları və lay dəstələrinin pazlaşma zonalarında litoloji və stratiqrafik ekranlaşmış tələlərilə əlaqədardır.

Abşeron neftli-qazlı rayonu

Abşeron NQR-də orta və son Miosen hövzələrinin paleotektonik və paleocoğrafi şəraitləri bir çox cəhətdən Oliqosen-ilk Miosen dövründəki şəraitlərin davamı kimi olub.

Maykop əsrində mövcud olan çöküntü hövzələrində akkumulyasiya prosesləri Miosendə də davam edir. Miosen hövzələrində əsasən gilli süxurlardan ibarət çöküntülər əvəzinə qumlu gillərdən və müxtəlif dənəli qumdaşı, mergel və dolomitlərdən təşkil olunan molass çöküntüləri toplanır.

Maykop çöküntüləri səthinin Miosenin sonunda paleostruktur vəziyyəti göstərir ki, bu dövrdə maksimal enməyə Qərbi Abşeronun cənub-qərb hissəsi məruz qalıb. Burada Maykop çöküntülərinin səthi 1400-1800 m dərinliyə qədər gömülmüşdür (şəkil 104).

Orta və üst Miosen (Çokrak, Karaqan, Konk horizontları və Sarmat, Meotis mərtəbələri) kompleksinin çöküntüləri alt Miosen

Page 371: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

369

çöküntüləri üzərinə qeyri-uyğun şəkildə yatır, Pliosen çöküntülərilə isə qeyri-uyğun şəkildə örtülür.

Əsası Oliqosendə qoyulmuş konsedimentasiya səciyyəli inkişaf və qırışıqəmələgəlmə prosesi Cənub-şərqi Qafqazda və eləcə də, Qərbi Abşeron ərazisində orta və ilk Miosen zamanı daha da intensivləşir.

Şəkil 104. Maykop çöküntüləri səthinin Miosenin sonunda paleostruktur vəziyyəti.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-çöküntülərin pazlaşma sərhədi.

Maykopun sonunda baş verən aktivlik Tarxan zamanı dənizin geniş reqressiyası ilə əvəz olunur. Tarxan horizontunun az qalınlıqlı

Page 372: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

370

mergel və gillərdən ibarət olması yuyulma zonalarının uzaqda yerləşməsi və ya relyefin dəniz səviyyəsindən çox da yüksək olmaması ilə izah olunur.

Bu çöküntülərin Abşeron yarımadasının yalnız Sulutəpə və Şorbulaq sahələrində qeydə alınması isə onların az qalınlıqlı dayaz dəniz çöküntüləri olmasını və Çokrakqabağı yuyulma prosesi nəticəsində yox olduğunu deməyə əsas verir. Lakin çöküntülərin sinklinal çökəkliklərdə və bir sıra antiklinalların uzaq qanadlarında geniş yayıldığını güman etmək olar. Az müddəti əhatə edən Çokrakqabağı reqressiya tezliklə Çokrakın əvvəllərində dənizin geniş transqressiyası ilə əvəz olunur.

Abşeron yarımadası ərazisində Çokrak horizontu çöküntülərinin Maykop seriyası çöküntüləri kimi gilli və gilli-qumlu litofasiyada yayılması və eyni sahələri əhatə etməsi, bu əsrdə paleotektonik və paleocoğrafi şəraitlərdə kəskin dəyişikliklərin olmadığını göstərir. Belə ki, yarımadanın şimal-qərb, şimal və şərq hissələrini əhatə edən çöküntülər içərisində mergel və dolomit laycıqları olan tünd-boz rəngli gillərlə, cənub-qərb və mərkəzi hissələrində isə qum və mergel araqatlarına malik qumlu-gilli fasiya ilə təmsil olunublar.

Çöküntülərin litofasial xüsusiyyətləri və rast gələn Spirialis qalıqları bu ərazilərdə Miosen dənizinin dərin olduğunu göstərir. Maykop çöküntüləri səthinin Çokrak əsrinin sonundakı vəziyyəti, qalınlıqların 50-250 m arasında dəyişməsi və antiklinalların tağında qalınlıqların qanadlara nisbətən az olması, dəniz dibinin konsedimetasiya səciyyəli qalxımlarla mürəkkəbləşdiyini söyləməyə əsas verir (şəkil 105).

Çokrak çöküntüləri konsedimetasiyalı inkişafda olan antiklinal strukturların tağ hissələrində Maykop çöküntülərinin

Page 373: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

371

yuyulan səthi üzərinə kiçik qeyri-uyğunluqla yatdıqları halda, sinklinal çökəkliklərdə Tarxan horizontunun çöküntüləri üzərinə tamamilə uyğun şəkildə yatırlar[100].

Şəkil 105. Maykop çöküntüləri səthinin Çokrak əsrinin sonunda paleostruktur vəziyyəti.

1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-çöküntülərin pazlaşma sərhədi.

Çokrak çöküntüləri qalınlıqlarının paylanmasından görünür ki, qalınlıq rayonun qərbindən mərkəzinə və şimala doğru 50-250 m arasında dəyişir, cənub - Qaradağ və cənub-şərq - Bakı muldası istiqamətlərində isə 350-400 m-ə qədər artır (şəkil 106).

Page 374: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

372

Şəkil 106. Çokrak çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- çöküntülərin yer səthinə çıxdığı sahələr; 3-parametrik, axtarış və kəşfiyyat quyuları; 4-gilli-mergelli fasiya (gillər, mergellər, qumdaşıları); 5- mergelli-gilli fasiya (nazik təbəqəli qum laycıqlarına malik mergellər, gillər, qumdaşıları, dolomitlər) 6- gilli-qumlu fasiya (gillər, qumlar, qumdaşıları, mergellər); 7- gilli-mergelli-dolomitli fasiya (gillər, mergellər, dolomitlər); 8- litofasial zonaların sərhədləri.

Yarımadanın cənub-qərb hissəsində yayılan qumlu-gilli fasiya Qobustanın cənubunda mövcud olan qumlu-gilli fasiyanın şimal-şərq istiqamətində davamını təşkil edir. Burada qalınlıqları 0,7 m-ə çatan narın və xırda dənəli qum və qumdaşı layları kəsilişin 5 %-ni təşkil etdiyi halda, Cənubi Qobustan istiqamətində artaraq 25%-ə çatır. Bu

Page 375: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

373

isə qumlu çöküntülərin Maykop dövründə olduğu kimi, cənub-qərbdə yerləşən Şirvan yuyulma zonasından gətirildiyini göstərir.

Çokrak çöküntülərinin qumlu-gilli litofasiyada yayıldığı sahələrdə qalınlıqların 0-400 m arasında dəyişməsi Abşeronun cənub-qərb hissəsində geotektonik hərəkətlərin aktivləşdiyini, eyni zamanda Şabandağ, Şorbulaq və s. qalxımlarda konsedimentasiya səciyyəli inkişafın daha intensiv olduğunu göstərir.

Karaqan, Konk horizontları və Sarmat, Meotis mərtəbələri çöküntülərini birləşdirən Diatom çöküntü kompleksi qalınlıqlarının paylanması xəritəsindən görünür ki, Qərbi Abşeronun struktur planında Miosenin sonunda elə bir ciddi dəyişikliklər baş verməyib. Qalınlıqların 100-800 m arasında dəyişməsi strukturların mövcud paleostruktur plan daxilində konsedimentasiyalı inkişaflarının davam etdiyini göstərir (şəkil 107).

Damlamaca, Şorbulaq, Güzdək gömülmüş qalxımı, eləcə də Lökbatan, Puta, Quşxana antiklinallarının inkişaf sürətlərində olan fərqlər, onların arasında yerləşən Güzdək muldasının quruluşunda qərbdən şərq istiqamətində olduğu kimi, şimaldan cənuba doğru da asimmetrikliyə səbəb olmuşdur.

Daha intensiv konsedimentasiyalı inkişafda olan Güzdək gömülmüş qalxımı, muldanın qərb hissəsində ən yüksək struktur elementi olmuşdur. Burada Diatom çöküntülərinin qalınlıqları 200-400 m arasında dəyişdiyi halda, bu qalınlıq cənubda yerləşən Lökbatan strukturunda 400-500 m arasında dəyişir.

Muldanın qərbində Şorbulaq və Güzdək strukturları arasında yerləşən geniş sinklinal çökəklikdə Diatom çöküntülərinin qalınlıqlarının 1000-1200 m arasında olduğu güman edilir [71,99]. Muldanın mərkəzi hissəsində Diatom çöküntülərinin daha böyük qalınlığa malik olması şübhəsizdir (şəkil 108). Bu, Bakı muldasını

Page 376: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

374

əhatə edən Şubanı, Şabandağ, Sulutəpə, Binəqədi, Balaxanı qalxımlarının muldaya yönələn qanadlarında Diatom çöküntüləri qalınlıqlarının artma qradientlərinin böyük olması ilə izah olunur.

Şəkil 107. Diatom çöküntülərinin qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-çöküntülərin pazlaşma sərhədi.

Orta və üst Miosen çöküntülərinin Pliosen çöküntülərilə kontaktlarının xarakteri rayonun paleostruktur quruluşundan asılıdır. Bu asılılıq daha kəskin şəkildə Şabandağ-Ziyilpiri sahələrində qeyd

Page 377: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

375

olunur. Belə ki, adları çəkilən sahələrdə Diatom və Pont çöküntüləri arasında bucaq uyğunsuzluğu 25º-dən artıqdır. Belə uyğunsuzluqlar Saray antiklinalının tağ hissəsində və Şirinnohur sahəsində də qeyd olunur.

Şəkil 108. Lökbatan- Güzdək muldası-Qaraheybət istiqamətində

geoloji profil.

Bəzi rayonlarda Pont çöküntüləri və Məhsuldar Qatın (MQ) müxtəlif horizontları Diatom çöküntülərinin mərtəbə və horizontlarının yuyulmuş səthləri üzərinə yatırlar.

Gömülmüş Sulutəpə antiklinalının tağ hissəsində az qalınlığa malik olan Pont çöküntüləri biləvasitə Karaqan horizontu çöküntülərinin yuyulmuş səthi üzərinə, tağa yaxın hissələrdə Konk horizontu və Sarmat mərtəbəsi çöküntüləri üzərinə, cənub-şərq qanadda və qalxımın periklinal hissələrində isə Meotis mərtəbəsinin gilli çöküntüləri üzərinə qeyri-uyğun yatırlar. Belə qeyri-uyğun yatım Sulutəpə gömülmüş antiklinalında olduğu kimi, Binəqədi, Çaxnaqlar, Şabandağ, Atəşgah antiklinallarında da mövcuddur. Bu hal

Page 378: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

376

antiklinalların Bakı muldasına yönələn uzaq qanad hissələrində tam uyğun yatımla əvəz olunur.

Karaqan dənizinin transqressiyası bir sıra sahələrdə Çokrak dənizinin sərhədlərini örtür. Transqressiya nəticəsində toplanan çöküntülərin fasiya və qalınlıqlarının təhlili göstərir ki, Karaqan əsri bir çox cəhətdən Çokrak əsrinin paleotektonik və paleocoğrafi xüsusiyyətlərini özündə saxlamışdır.

Abşeron yarımadasının şimal-qərb, şimal və şərq hissələrində Karaqan horizontu qumlu-gilli litofasiyada yayılmışdır. Gilli çöküntülərin içərisində az qalınlıqlı dolomit və dolomitləşən mergel laylarının olması, bu rayonların terrigen materialların gətirildiyi yuyulma zonalarından uzaqda yerləşdiyini göstərir.

Abşeron yarımadasının şimal hissəsində Corat və Novxanı sahələrini əhatə edən Karaqan horizontunun mergel aralaycıqlarına malik gilli çöküntüləri cənubda yerləşən Saray və şərqdə Fatmayı sahələrində qum və qumdaşı layları olan kəsilişlə əvəz olunur. Mərkəzi və Cənub-qərbi Abşeronda isə Karaqan horizontu qumlu-gilli litofasiyada yayılmışdır.

Qərbi Abşeronun mərkəzi hissəsində yerləşən Ziyilpiri sahəsində qum və qumdaşıları kəsilişin 50%-ni təşkil etdiyi halda, cənub-qərb istiqamətində qumluluq Ceyranbatan sahəsində 20-25%, Damlamacada isə hətta 7%-ə qədər azalır [47, 83]. Çox güman ki, bu hal Keçəldağ-Xırdalan-Binəqədi antiklinal zonasında dənizin dayaz olması və gətirilən qumlu-gilli çöküntülərdən gillərin yuyularaq daha dərin sahələrdə çökməsi ilə əlaqədardır. Şabandağ-Şubanı antiklinalları ilə bir-birindən ayrılan Bakı, Güzdək muldalarının ərazisində nisbətən dərin dəniz şəraitində çökmüş qum aratəbəqələrinin sayı artır.

Karaqan hozontundan Konk horizontuna keçid Abşeron yarımadası ərazisində tədricidir. Bu isə paleotektonik və paleocoğrafi

Page 379: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

377

şəraitlərdə dəyişikliklərin zəif olduğunu göstərir. Konk horizontu çöküntüləri əksər rayonlarda Karaqan horizontu çöküntüləri üzərinə uyğun yatırlar.

Çöküntülərin yayılma sahəsi və litofasial xüsusiyyətlərinin, azacıq fərqlə Karaqan hozontunun xüsusiyyətlərini təkrar etməsi deyilən fikri bir daha təsdiq edir.

Konk hövzəsinin fərqli cəhətlərindən biri Abşeron yarımadasının şimal hissələrinin gilli fasiyalarında Diatom şistlərinin geniş yayılmasıdır. Konk və Karaqan horizontlarının litofasial xüsusiyyətlərinin oxşarlığına görə, onları bir-birindən ayırmaq çətin olduğundan, vahid litofasiya və qalınlıqlar xəritəsi tərtib edilib.

Konk və Karaqan çöküntülərinin qalınlıqları, Çokrak horizontunda olduğu kimi, antiklinal qalxımların tağyanı sahələrində 50-100 m, sinklinallarda isə 150-200 m-dir. Bakı və Güzdək muldalarının mərkəzi hissələrində qalınlıqların daha çox olduğu güman edilir (şəkil 109).

Sarmat əsrinin əvvəllərində Cənub-şərqi Qafqazda geniş transqressiya baş verir. Bunun nəticəsində alt Sarmat çöküntüləri Konk və daha qədim çöküntüləri transqressiv şəkildə örtürlər. Abşeron yarımadası ərazisində isə alt Sarmat çöküntülərinin Konk çöküntüləri üzərinə çox vaxt tam uyğun yatması göstərilən geoloji vaxtların sərhəddində Sarmat dənizinin Abşeron ərazisini tərk etmədiyini göstərir [96].

Abşeron yarımadasının şimal hissəsində ilk və orta Sarmat əsrində içərisində qalınlıqları 40 m-ə çatan qumlu mergel və daha az qalınlıqlı dolomitləşmiş əhəngdaşı aratəbəqələri olan sarımtıl-qonur, sarımtıl-boz və boz rəngli gillər çökür. Fatmayı, Saray və başqa sahələrdə təsadüf olunan az qalınlıqlı mergel və əhəngdaşı layları terrigen materialın gətirilməsində qısa müddətli fasilələrin olduğunu

Page 380: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

378

göstərir. Cənub-qərb istiqamətində əhəngdaşı laycıqları qumdaşıları ilə əvəz olunur. Bu da qumlu materialın, əvvəlki əsrlərdə olduğu kimi, cənub-qərbdən - Şirvan yuyulma zonasından gətirildiyini göstərir.

Şəkil 109. Konk-Karaqan çöküntülərinin litofasial və qalınlıqlar

xəritəsi.

1-izopaxitlər; 2- çöküntülərin yer səthinə çıxdığı sahələr; 3-parametrik, axtarış və kəşfiyyat quyuları; 4- gillər; 5-qumlar; 6-qumdaşları; 7- dolomitlər; 8-mergellər; 9- litofasial zonaların sərhədləri. Sarmat çöküntüləri qalınlıqlarının Qərbi Abşeronda 0-300 m

arasında dəyişməsi (Qaradağ sahəsi istisna olmaqla) və az

Page 381: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

379

qalınlıqların antiklinal strukturların tağyanı və tağ hissələrində, böyük qalınlıqların isə sinklinal çökəkliklərin mərkəzi hissələrində olması çöküntütoplanmanın, əvvəllər olduğu kimi, konsedimentasiyalı qalxımla tənzimləndiyini deməyə əsas verir (şəkil 110).

Şəkil 110. Sarmat çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- çöküntülərin yerüstü çıxışları; 3-parametrik, axtarış və kəşfiyyat quyuları; 4- gillər; 5-qumlar; 6-qumdaşıları;

7- əhəngdaşıları; 8-mergellər;9- litofasial zonaların sərhədləri. Ziyilpiri, Atəşgah və Şabandağ qalxımlarının tağ hissələrində

çöküntülərin qalınlıqlarının minimal olması bu sahələrdə kosedimentasiya səciyyəli qalxımın daha sürətli olduğunu və Sarmat

Page 382: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

380

əsrinin sonunda əvvəllər toplanan çöküntülərin qismən yuyulduğunu göstərir.

Yarımadanın mərkəzi və qərb hissəsində alt və orta Sarmat çöküntülərinin tünd-boz rəngli gil və şistli gillərdən ibarət olması, dənizin Abşeronun şimal hissəsində nisbətən daha dərin olduğunu, mergel araqatları ilə yanaşı qum və qumdaşı laycıqlarının kəsilişdə iştirakı isə, bu sahələrin yuyulma zonalarına daha yaxın yerləşdiyini göstərir. Üst Sarmat çöküntülərinin isə kəsilişdə iştirak etməməsi, Abşeron yarımadası ərazisində paleocoğrafi şəraitin öyrənilməsini çətinləşdirir.

Meotisqabağı reqressiya nəticəsində dəniz dayazlaşır və yarımadanın bir sıra antiklinal qalxım zonalarında yuyulma prosesi baş verir. Meotis transqressiyasının başlanmasına qədər su sahələri qapalı hövzə, körfəz və boğazlar şəklində böyükölçülü sinklinal çökəkliklərdə qalır. Sinklinal çökəkliklərdə qonşuluqda yerləşən antiklinal qalxımlardan yuyulmuş terrigen çöküntülər toplanırlar.

Meotis əsrində başlayan transqressiya az müddət ərzində Qərbi Abşeronda yaranan adaları örtür. Bu sahələrdə adətən Meotis çöküntüləri daxilində brekçiyaşəkilli dolomit, konqlomerat və gilli brekçiya layları mövcuddur. Belə dolomitlər Qərbi Abşeronun cənub-qərb hissəsində (Şorbulaq, Şabandağ və s.) geniş yayılan gilli şistlərin tərkibində də iştirak edirlər [72, 99].

Qərbi Abşeronun şimal hissəsində Meotis çöküntüləri nisbətən dayaz dəniz şəraitində çökən sarımtıl-boz rəngli gillərdən və onların daxilində tez-tez rast gələn mergel və vulkan külü laycıqlarından ibarətdir. Kəsilişdə qum və qumdaşılarının iştirak etməməsi Qərbi Abşeronun yuyulma sahələrindən uzaqda yerləşdiyini, çöküntülərin qalınlıqlarının 100-300 m arasında dəyişməsi isə Qərbi Abşeronda mövcud olan antiklinal qalxımların konsedimentasiya səciyyəli inkişafda olduğunu göstərir (şəkil 111).

Page 383: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

381

Meotis çöküntülərinin daha qədim çöküntülər ilə təmas xüsusiyyətləri göstərir ki, Abşeron yarımadası ərazisində Miosen və müasir dövrlərin struktur-tektonik planları bir-birindən çox fərqlənir.

Şəkil 111. Meotis çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- çöküntülərin yerüstü çıxışları; 3-parametrik, axtarış və kəşfiyyat quyuları; 4-gillər; 5-mergellər; 6-dolomitlər; 7-vulkan külü; 8-litofasial zonaların sərhədi.

Meotis və Pont əsrləri Cənub-Şərqi Qafqazın geoloji inkişaf tarixində keçid dövrü olmuşdur. Bu vaxt Cənub-Şərqi Qafqazın mərkəzi qalxım zonası kəskin şəkildə yüksəlir, Şamaxı-Abşeron çökəkliyi isə intensiv çökmə prosesinə məruz qalır.

Page 384: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

382

Meotis əsrinin sonu Pont əsrinin əvvəllərində geotektonik hərəkətlərin aktivləşməsi nəticəsində paleostruktur planda daha böyük dəyişikliklər baş verir. Bu əsrdə reqressiya Sarmat əsrinin sonundakı reqressiyadan daha geniş ərazini əhatə etməsilə fərqlənir. Abşeron ərazisində ilk Pontda əsasən gillər çökürlər. Əhəngdaşı və gillərdən ibarət olan, dayaz dəniz şəraitində formalaşan alt Pont çöküntüləri “Şamaxı fasiyası” adlanır. Orta Pont çöküntüləri Abşeron yarımadasını, Qobustanın cənub və şərqini əhatə edir.

Pont əsrinin sonunda dəniz sahilinin konfiqurasiyasında ciddi dəyişikliklər baş vermədiyinə baxmayaraq, üst Pont çöküntülərinin orta Pont çöküntülərinə nisbətən daha narındənəli çöküntülərlə əvəz olunduğu müşahidə olunur. Bu da Tufan-Dibrar yuyulma zonasında qalxma hərəkətlərinin zəifləməsilə izah olunur.

Şamaxı-Abşeron hövzəsinin şimal hissəsində karbonatlı fasiya Göyçaydan Sumqayıtçaya qədər ərazidə üstünlük təşkil edir. Üst Pont çöküntüləri cənub və cənub-şərq istiqamətlərində, orta Pontda olduğu kimi, gilli fasiya ilə əvəz olunur. Orta Pont gillərindən fərqli olaraq, üst Pont gillərinin gips ştoklarına malik olması, dənizin dayaz və buxarlanmanın intensiv olduğunu göstərir. Abşeron hövzəsinin cənub-qərbində, Ələt tektonik zonasında orta Pont zamanı gillərlə yanaşı əhəngdaşları da çökürlər.

Abşeronun bir sıra antiklinal strukturlarının tağ hissələrində Pont çöküntüləri iştirak etmir. Bu sahələrdə Pont çöküntülərinin MQ qabağı fasilə vaxtı yuyulduğunu nəzərə almaq lazımdır. Yuyulmadan sonra qalan Pont çöküntülərinin qalınlığı Abşeron yarımadasının çox hissəsində 100-300 m arasında dəyişir (şəkil 112).

Konsedimentasiya səciyyəli inkişafda olan bir sıra qalxımlar Pont əsri ərzində yuyulma zonalarına çevrilirlər. Güzdək muldası daxilində Miosen və Pliosen çöküntüləri arasında qeyri-uyğun yatım

Page 385: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

383

və stratiqrafik fasilə minimum dərəcəyə çatır. Güzdək gömülmüş qalxımında və Qaraheybət strukturunda Pliosen çöküntüləri Pont çöküntülərinin bir qədər yuyulan səthi üzərinə yatırlar. Belə uyğunsuzluqlar Saray antiklinalının tağ hissəsində və Şirinnohur sahəsində də qeyd olunur.

Şəkil 112. Pont çöküntülərinin qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3- çöküntülərin pazlaşma sərhəddi.

Bəzi sahələrdə Pont çöküntüləri və MQ-nin müxtəlif horizontları Diatom çöküntülərinin yuyulmuş səthləri üzərinə yatırlar.

Page 386: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

384

Sulutəpə antiklinalının tağ hissəsində az qalınlığa malik Pont çöküntüləri bilavasitə Karaqan horizontu çöküntülərinin yuyulmuş səthi üzərinə, tağa yaxın hissələrdə Konk horizontu və Sarmat mərtəbəsi çöküntüləri, cənub-şərq qanada və periklinala yaxın hissələrində isə Meotis mərtəbəsinin gilli çöküntüləri üzərinə qeyri-uyğun yatırlar. Belə qeyri-uyğun yatım, Sulutəpə gömülmüş antiklinalında olduğu kimi, Binəqədi, Çaxnaqlar, Şabandağ və Atəşgah antiklinallarında da qeyd olunur. Bu vəziyyət antiklinalların Bakı muldasına yönələn uzaq qanad hissələrində tam uyğun yatımla əvəz olunur.

Pont çöküntülərinin Diatom çöküntüləri üzərinə qeyri-uyğun yatdığı rayonlarda Miosen çöküntülərinin yerüstü çıxışlarının eni azalır. Bu da Pont çöküntülərinin Diatom çöküntüləri üzərinə transqressiv şəkildə yatmaları ilə izah olunur. Belə hal Ceyranbatan antiklinalının şimal-şərq və cənub-qərb qanadlarında, Şabandağ, Şubanı antiklinallarının tağa yaxın hissələrində müşahidə olunur. Bu rayonlarda Pont çöküntüləri çıxışlarının eninin kiçilməsi isə, antiklinal qalxımların konsedimentasiyalı inkişafı ilə əlaqədar qalınlıqların azalması və ayrı-ayrı hallarda Pont mərtəbəsi çöküntülərinin alt hissələrinin kəsilişdə iştirak etməməsi ilə izah olunur.

Güzdək muldası daxilində Miosen və Pliosen çöküntüləri arasında qeyri-uyğun yatım və stratiqrafik fasilə minimum dərəcəyə enir. Belə ki, Güzdək gömülmüş qalxımında və Qaraheybət strukturunda Pont çöküntüləri Meotis çöküntülərinin bir qədər yuyulmuş səthi üzərinə yatırlar.

Miosen və Pliosen çöküntülərinin təmasında stratiqrafik fasilələrin və bucaq uyğunsuzluqlarının müxtəlifliyi Qərbi Abşeronun Miosen strukturlarının Pliosen-Antropogen dövründə inkişafına çox

Page 387: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

385

təsir etmişdir. Bu faktorların yüksək olduğu sahələrdə yerləşən antiklinal strukturlar Pliosendə, xüsusən, Antropogendə daha sürətlə inkişaf edərək, nüvəsi partlamış və tağında Paleogen-Miosen çöküntülərinin yer səthinə çıxdığı strukturlara çevrilmişlər. Buna misal olaraq, Abşeron yarımadasının şimalında yerləşən Saray, Novxanı, Keçəldağ, Xırdalan, Binəqədi qalxımlarını, eləcə də cənub-qərbində yerləşən Bozqobu, Şabandağ, Şubanı, Damlamaca və Şorbulaq antiklinallarını göstərmək olar.

Bucaq uyğunsuzluğunun və stratiqrafik fasilələrin minimuma endiyi rayonlarda isə, daha çox Pliosen-Antropogen çöküntüləri üzrə gömülmüş strukturlar formalaşmışlar. Belə strukturlara Qaraheybət və Güzdək gömülmüş antiklinalları misal ola bilər.

Güzdək muldasının Pliosen epoxasında intensiv çökməsi nəticəsində Qaraheybət strukturu Miosen çöküntülərinin səthi üzrə dərinliyi 600-1200 m arasında dəyişən struktur terrasa, Güzdək qalxımı isə Şabandağ-Şubanı qalxımının cənub-qərb qanadının uzaq batımında dərinliyi 1500-1800 m arasında dəyişən struktur çıxıntıya çevrilirlər.

Pliosen və Antropogendə daha intensiv çökməyə məruz qalan Bakı muldasında isə orta və üst Miosen çöküntüləri çox güman ki, 3500-4000 m dərinliyə qədər gömülürlər [68, 100].

Pont əsrinin sonu və MQ əsrinin başlanğıcında çöküntütoplanma hövzəsinin kiçilməsi davam edir. Məhsuldar Qat çöküntülərinin paylanması çökmə prosesinin Cənubi Xəzər hövzəsində daha intensiv olduğunu göstərir. Çökəkliyin şimal-qərb hissəsində MQ çöküntülərinin ümumi qalınlığı 4000 m-dən artıqdır. Böyük Qafqaz geoantiklinalının cənub qanadının Abşeron yarımadasının şimal hissəsində yerləşən cənub-şərq batımında MQ çöküntülərinin qalınlığı 1000-1500 m-ə qədər azalır (şəkil 113).

Page 388: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

386

Şəkil 113. Məhsuldar Qat çöküntülərinin litofasial və

qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik,axtarış və kəşfiyyat quyuları; 3-sahilyanı kobuddənəli fasiya (qumdaşıları, gil, qum, konqlomeratlar); 4-dayaz dəniz qumlu-gilli fasiya (qum, gil, qumdaşı); 5- nisbətən dərin dəniz qumlu-gilli fasiya (qum, gil, alevrolit); 6- çöküntülərin pazlaşma sərhədi; 7- litofasial zonaların sərhədləri.

Cənubi Xəzər çökəkliyində hövzənin sərhədləri, Abşeron yarımadası və Aşağı Kür çökəkliyinin müasir sərhədlərindən bir qədər geniş olub. MQ əsrinin əvvəllərindən hövzənin genişlənməsi tədricən artır. Bu genişlənmə Qırməki lay dəstəsinin çökdüyü zaman daha intensiv olub. Alt şöbənin sonlarında hövzə sərhədləri bir qədər

Page 389: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

387

sabitləşməklə Abşeron arxipelaqının şimal-qərb hissəsini, Abşeron yarımadasının mərkəzi hissəsini, Bakı arxipelaqını və Kür çökəkliyinin cənub-şərq hissəsini əhatə edir.

MQ çöküntülərinin bilavasitə Miosen çöküntülərinin daha çox yuyulmuş səthi üzərinə qeyri-uyğun yatımı Şabandağ, Keçəldağ və Xırdalan qalxımlarının qanadlarında qeyd olunur. Göstərilən sahələrdə Qırməki lay dəstəsinin üst horizontları Meotis və Sarmat mərtəbəsi çöküntülərinin əhəmiyyətli dərəcədə yuyulmuş səthləri üzərinə yatırlar. Bu hal, göstərilən antiklinalların MQ əsrinin birinci yarısında intensiv qalxma zonalarına aid olan paleostrukturlar olduğunu göstərir [47, 83].

Məhsuldar Qatın alt şöbəsindən üst şöbəsinə keçid vaxtı Abşeron yarımadası və ona qonşu olan sahələr qalxmaya məruz qalır və yuyulma zonalarına çevrilirlər. MQ hövzəsinin sahəsi çox kiçilir. Bu zaman Abşeron yarımadası ərazisində yuyulmaya məruz qalan Qırməkiüstü gilli lay dəstəsinin (QÜG) qalınlıqları eroziya ilə əlaqədar 15-20 m-dən 100-110 m arasında dəyişir. Ən böyük qalınlıqlar yarımadanın şərq və qərb hissələrində, kiçik qalınlıqlar isə mərkəzi hissəsində qeydə alınıb. Kiçik qalınlıqlar zonasının yarımadanın mərkəzi hissəsində meridional istiqamətdə yerləşməsi, burada gillərin qum və qravelitlərlə örtülməsi, bu zonanın dərinliyi 70-80 m, eni isə 20 km dən artıq paleo-Volqanın vadisi olduğunu göstərir. Paleo-Volqa vadisində QÜG lay dəstəsinin gilləri iri və ortadənəli qravelitli qumlar, yuvarlanan gilli süxur parçaları, qumdaşıları, bəzən konqlomeratlar və hətta brekçiya ilə örtülür. Daha kobuddənəli və iriölçülü konqlomeratlar Qırməki dərəsinin cənub hissəsində yerləşərək, planda göstərilən vadinin ən dərin hissəsinə uyğun gəlir [72].

Page 390: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

388

Vadinin forması onun cənub istiqamətində genişlənməsi, çöküntülərdə çəplaylanmanın cənub və cənub-şərq istiqamətlərində olması göstərir ki, vadidə qədim su axınlarının istiqaməti şimaldan cənuba olmuşdur. QÜG lay dəstəsi gillərinin yuyulması hesabına vadinin əmələ gəlməsinin əsas səbəbi isə, bu zaman Abşeron ərazisinin qalxması ilə yanaşı Cənubi Xəzər hövzəsində səviyyənin aşağı düşməsi olmuşdur. Belə bir vəziyyətdə su axınları ilə terrigen materialın çox hissəsi müasir Abşeron yarımadası ərazisindən cənubda çökmüşdür. Sonralar dəniz səviyyəsinin tədricən yüksəlməsi nəticəsində terrigen material Abşeron yarımadasının başqa sahələrində də toplanır və ''Fasilə'' lay dəstəsi formalaşır. Dəstənin qalınlığı 80-100 m-ə çatan qum linzaları qədim çay vadisini tam doldurur.

Abşeron yarımadası ərazisində ''Fasilə'' lay dəstəsi çöküntülərinin litoloji tərkibi və qalınlıqlarının dəyişmə xüsusiyyətləri V.P.Baturin və b. fikrincə onların avandelta şəraitində, yəni paleo-Volqanın yerüstü deltasında əmələ gəldiyini göstərir. Çayın sualtı deltası isə xeyli geniş olmaqla, Cənubi Xəzər hövzəsində Abşeron arxipelaqını və Bakı arxipelaqının şimal hissəsini tutmuşdur.

V.P.Baturin ''Fasilə'' və Balaxanı lay dəstələrində kvars minerallarının 90%-ə çatdığını və mineraloji tərkiblərinin müasir Volqa deltasında çökən qumların mineraloji tərkibləri ilə eyni olduğunu nəzərə alaraq, Abşeron yarımadasına kvars qumlarının şimaldan - Rus platformasından və qismən də Fin-Skandinaviyadan gətirildiyini göstərir.

V.P.Baturinin fikrincə, Paleo-Volqa Cənubi Xəzər hövzəsinə çatana qədər Baş Qafqaz dağlarının aşınma məhsulları olan gilli-qumlu çöküntüləri gətirən paleo-Samur və başqa çayları da özünə qəbul etmişdir. Bu çayların gətirdiyi qumlu-gilli və kobuddənəli

Page 391: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

389

materialların çox hissəsi Xəzəryanı-Quba və Qobustan rayonlarında allüvial çöküntülər şəklində toplanır, bir qismi isə paleo-Volqa vasitəsilə Abşeron yarımadasına çatdırılaraq, çöküntülərin gilləşməsinə səbəb olmuşdur.

Baş Qafqaz silsiləsinin gilli şistlərini, Şahdağ və Dağıstanın əhəngdaşılarının aşınma məhsulları ilə zəngin olan paleo-Samur paleo-Volqaya qovuşaraq Abşeron yarımadası ərazisində yerləşən delta çöküntülərinə alyümosilikat və karbonatlar əlavə etmişdir.

Ə.Ə.Əlizadə Abşeronun MQ çöküntülərində mühüm yer tutan kvars qumlarının Rus platformasından deyil, Giləzi-Krasnovodsk istiqamətində yerləşən qalxımlar zonasından gətirildiyini iddia edir. Krasnovodsk yarımadasında orta Yura yaşlı effuziv və Oliqosen yaşlı intruziv süxurların mövcud olduğunu nəzərə alaraq, tədqiqatçı Giləzi-Krasnovodsk qalxımlar zonasının Abşeron yarımadasından şimalda yerləşən hissəsində vulkanogen çöküntülərin daha geniş ərazidə yer səthində yayıldığını və onların aşınma məhsullarının Abşeron yarımadasında kvarsla zəngin olan MQ çöküntülərini əmələ gətirdiyini göstərir.

Müəllifin fikrincə Pont əsrində soyuq iqlim şəraitində Qafqaz dağlarında əmələ gələn buzlaqların, MQ əsrində mülayim və isti iqlim şəraitində sürətlə əriməsi nəticəsində Qafqaz dağlarından axan gur çaylar Xəzər hövzəsinə çox böyük miqdarda terrigen materialın gətirilməsinə səbəb olmuşdur.

Tədricən genişlənən MQ hövzəsi əsrin sonlarında maksimal həddinə çatdıqdan sonra azacıq geri çəkilir. Bu zaman Abşeron yarımadasının daha intensiv inkişaf edən antiklinal qalxımlarının tağ hissələrində MQ çöküntülərinin səthi qismən yuyulmaya məruz qalır.

Qısa müddətli reqressiya prosesi Ağcagil əsrinin əvvəllərində yeni transqressiya ilə əvəz olunur. Transqressiya MQ əsrində olduğu

Page 392: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

390

kimi, hövzəyə gələn çay sularının çoxalması hesabına deyil, Xəzər hövzəsinin yenidən dünya okeanı ilə qovuşması nəticəsində baş verir. Qovuşmanın orta Miosen vaxtında olduğu kimi, qərbdə Qara dəniz və Aralıq dənizi istiqamətində baş verdiyi güman edilir.

Ağcagil transqressiyası nəticəsində az müddət ərzində MQ-nin şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz olunur. Cənub-şərqi Qafqazda qalxma hərəkətlərinin davam etməsi ilə əlaqədar olaraq, Ağcagil dənizi MQ hövzəsinin sərhədlərindən artıq genişlənə bilmir. Abşeron yarımadasında nisbətən dərin dəniz şəraitində toplanan az qalınlıqlı vulkan külü laycıqlarına malik boz və tünd boz rəngli karbonatlı gillərdən ibarət olan Ağcagil çöküntülərinin qalınlıqları 20-70 m arasında dəyişir.

Abşeron əsrində Abşeron yarımadasında toplanan çöküntülərin qalınlıqları 400-800 m arasında dəyişir. Minimal qalınlıqlar konsedimentasiya səciyyəli inkişafda olan antiklinal zonalara, maksimal qalınlıqlar isə, antiklinal zonaları bir-birindən ayıran sinklinal və muldalara uyğun gəlir. Bununla yanaşı, qalınlıqların cənub və cənub-şərq istiqamətlərində artması müşahidə olunur.

Abşeron və Ağcagil çöküntülərinin paylanmasında Abşeron yarımadası ərazisində dəyişikliyin olmaması, burada tektonik hərəkətlərin intensivliyini və əsas etibarilə, antiklinal zonaların konsedimentasiyalı inkişaf etdiyini göstərir.

Abşeron yarımadasında orta Abşeronda əhəngdaşı, qum və gillərdən ibarət dayaz dəniz çöküntüləri toplanır. Orta Abşeronun sonundan başlayaraq dənizin reqressiyası artır. Cənub-şərqi Qafqazın quru ərazisi bütün istiqamətlərdə genişlənir. Son Abşeron zamanı yenidən transqressiya edən dəniz şəraitində Abşeron yarımadasında qum və gillərlə növbələşən qumlu və detrituslu əhəngdaşıları çökürlər.

Page 393: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

391

Abşeron yarımadasında Antropogenin əsasında yerləşən Türkan horizontunun çöküntüləri şirin su hövzəsində çökən gillərdən təşkil olunub. Qalınlıqları 30-40 m-ə çatan çöküntülər Şərqi Abşeronda əsasən sinklinal çökəklərdə toplanıblar. Antiklinal qalxım zonalarında isə, Bakı mərtəbəsi çöküntüləri Abşeron mərtəbəsi çöküntüləri üzərinə 5º-yə qədər bucaq uyğunsuzluğu ilə yatırlar. Bakı, Xəzər, Xvalın və Yeni Xəzər mərtəbələri çöküntüləri yarımadanın əksər rayonlarında balıqqulağı əhəngdaşılarının az sementləşən, pis çeşidlənən qumdaşıları və boz rəngli gillərlə növbələşməsindən təşkil olunublar. Ümumi qalınlıqları sinklinal çökəkliklərdə 900 m-ə çatan bu çöküntülər şirin su hövzəsində yaşayan fauna ilə xarakterizə olunurlar.

Cənubi Xəzər hövzəsinin şimal-qərb hissəsini əhatə edən Abşeron neftli-qazlı rayonunda əsas neftqazəmələgəlmə zonaları daha çox gömülmüş çökəkliyin mərkəz hissələri olublar.

Xızı tektonik zonasından Malkamud-Germian dərinlik qırılması ilə ayrılan Abşeron neftli-qazlı rayonunda Miosen kompleksi çöküntülərinin perspektivliyi əsasən singenetik neft-qazlılığı ilə fərqlənən Maykop seriyası, Çokrak horizontu və eləcə də, paleocoğrafi şəraitdən asılı olaraq Miosenin başqa stratiqrafik vahidlərilə əlaqədardır.

Orta və üst Miosen çöküntüləri Abşeronda regional yayılan əsas lay dəstəsindən biri hesab olunur. Bu çöküntülər sənaye əhəmiyyətli neft-qaz yataqlarının əmələ gəlməsi üçün əlverişli paleotektonik, paleostruktur və geokimyəvi şəraitlərə malikdirlər.

Miosen çöküntülərinin sənaye əhəmiyyətli neft-qazlılığı Qərbi Abşeronun Binəqədi, Sulutəpə, Şabandağ, Şubanı, Puta-Quşxana, Korgöz-Qızıltəpə və Qaradağ yataqlarında təsdiq edilib. Oliqosen-Miosen dövründə Abşeron yarımadasının qərb hissəsində mövcud

Page 394: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

392

olan bərpaedici geokimyəvi şərait karbohidrogenlərin əmələ gəlməsi üçün əlverişli sayılır.

Qərbi Abşeronun geotektonik inkişafının təhlili göstərir ki, karbohidrogenlərin əmələ gəlməsi üçün ən əlverişli şərait istər Oliqosen-Miosen, istərsə də Pliosen-Antropogendə intensiv çökmə zonaları olan Bakı və Güzdək muldalarının mərkəz hissələrində olmuşdur.

Qeyd etmək lazımdır ki, muldaların şimal hissəsində Oliqosen-Miosen çöküntüləri 3,5-6 km dərinlik intervalında yatırlar. Abşeron yarımadasının burada ölçülmüş temperaturlara və geotermik rejimə əsasən hesablanan temperaturların 90-140º C arasında dəyişməsi göstərir ki, Oliqosen-Miosen çöküntüləri Bakı və Güzdək muldalarında baş neftəmələgəlmə fazasında yerləşirlər. Qərbi Abşeronun şimal hissəsində bu çöküntülər 1,5-3,5 km dərinliklərdə yatırlar və temperatur 50-90º C arasında dəyişir (R.İ.Rüstəmova görə). Göstərilən temperatur şəraitində Oliqosen-Miosen çöküntülərində toplanan üzvi maddələr yalnız qaz generasiya edə bilərlər. Fatmayı və Corat sahələrində qazılan axtarış-kəşfiyyat quyularında Sarmat, Çokrak, Maykop çöküntülərindən qeydə alınan intensiv qaz təzahürləri buna əyani sübutdur.

Qazəmələgəlmə zonasında yerləşən Maykop, Çokrak və Diatom çöküntüləri kəsilişində yüksək kollektorluq xüsusiyyətlərinə malik olan qumlu horizontların olmadığına görə, Abşeron yarımadasının şimal-qərb hissəsi az perespektivli qazlı zona kimi qiymətləndirilir.

Oliqosen-Miosen çöküntüləri Abşeron yarımadasının qərbində yerləşən Ağburun, İlxıdağ, Yunusdağ, Pirəkəşkül, Bozdağ, Damlamaca, Şabandağ və s. sahələrdə, yarımadanın şimalında isə Corat, Fatmayı, Saray sahələrində yer səthinə çıxırlar. Ona görə bu

Page 395: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

393

sahələr tağ tipli neft-qaz yataqlarının yaranması üçün əlverişli sayıla bilməzlər. Lakin göstərilən sahələrdəki antiklinal qırışıqların konsedimentasiya səciyyəli inkişafda olduqları və tektonik qırılmalara məruz qaldıqları nəzərə alınarsa, litostratiqrafik və tektonik ekranlaşmış tipli yataqların yaranması istisna olunmur. Bu cəhətdən intensiv və uzun müddətli çökməyə məruz qalan depressiya zonalarının qonşuluğunda yerləşən antiklinal qalxımlar daha perspektivli sayılırlar.

Abşeron yarımadasının şimal və şimal-qərb hissələrində yerləşən strukturların əksəriyyəti, qaz yataqlarının axtarışı üçün az perspektivli sahələr hesab edilir. Perspektivli sahələr isə Abşeron yarımadasının mərkəzində və cənub-qərb hissəsində yerləşirlər. Bu sahələrdə Oliqosen-Miosen çöküntülərinin perspektivliyi, cənub-qərb istiqamətində, Qərbi Abşeronun Qobustan ərazisinə qonşu olan sahələrində qumluluğun artması və karbohidrogenlərin əsas generasiya zonaları sayılan Bakı, Güzdək və Çuvaldağ muldalarını hüdudlandıran Binəqədi, Sulutəpə, Qaraheybət, Şubanı, Qaradağ sahələrində alınan sənaye əhəmiyyətli neft və qaz axınları ilə əsaslandırılır.

Üzvi maddələrlə zəngin olan neft törədici ana süxurlar sayılan Oliqosen-Miosen çöküntülərinin (Maykop seriyası) qalınlıqları Qərbi Abşeronda 1400-1500 m-ə çatır ki, bu da çox böyük həcmdə karbohidrogenlərin generasiyasına imkan verir.

Abşeron yarımadasında, xüsusən onun qərb hissəsində, orta və üst Miosen yaşlı rezervuarlar məhdud sahədə yayıldıqlarından, flüidlərin toplanmasını burada geniş yayılan qeyri-antiklinal tipli lokal tələlərlə əlaqələndirmək olar. Belə yataqlar, litoloji faktorlarla əlaqədar olub, gilli qatın qumlu-alevritli materiallarla zəngin hissələrində əmələ gəldikləri üçün strukturların tağa yaxın

Page 396: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

394

hissələrində, antiklinalların qanadları və onları ayıran sinklinallarda yerləşirlər. Lokal neft və qaz yığımları eyni zamanda süxurların tektonik pozğunluq zonalarında və eləcə də, gilli süxurların şistləşməsi ilə əlaqədar çatların yarandığı zonalarda da əmələ gəlirlər.

Pliosen kompleksi çöküntüləri Paleogen-Miosen çöküntülərinin əksinə üzvi maddələrin azlığı və kollektorların zənginliyi ilə fərqlənirlər. Qafqaz dağlarının intensiv qalxması və Cənubi Xəzər hövzəsinin intensiv çökməsi nəticəsində nefttörədici Paleogen-Miosen çöküntüləri ümumi qalınlıqları 4-4,5 km-ə çatan Pliosen çöküntüləri altında gömülürlər. Bu da neftin və qazın generasiyası üçün əlverişli termodinamik şəraitin yaranmasına səbəb olur. Generasiya olunan yüksək təzyiqli karbohidrogenlər generasiya mərkəzindən kənarlara miqrasiya edirlər.

Abşeron yarımadası və Qobustanın cənub-şərqində MQ çöküntülərinin yüksək kollektorluq xüsusiyyətləri ilə əlaqədar olaraq lateral və vertikal miqrasiya prosesləri gedir ki, bu da o zaman artıq mövcud olan antiklinal tələlərdə karbohidrogenlərin toplanması ilə nəticələnir.

Generasiya prosesi Maykop çöküntülərində 4 mln.il, Miosen çöküntülərində isə 3 mln.il bundan əvvəl başlanmışdır ki, bu da Abşeron neft yataqlarının əmələ gəlməsinin iki mərhələdə - Ağcagil əsrinə qədər və Ağcagil əsrindən sonrakı mərhələlərdə getdiyini göstərir.

Pliosen çöküntülərinin neft-qazlılıq perspektivliyi Cənub-şərqi Qobustan və Abşeronun daha çox gömülmüş rayonlarında MQ-nin alt horizontları və lay dəstələrinin pazlaşma zonalarında litoloji və stratiqrafik ekranlaşmış tələləri ilə əlaqədardır.

Page 397: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

395

Kür dağarası çökəkliyi

Kür dağarası çökəkliyi ərazisində ilk Miosen epoxasının sonunda başlayan reqressiya prosesi, çökəkliyin kənar hissələrində alt Miosen və daha qədim çöküntülərin yuyulmasına səbəb olur. Qısa müddətli reqressiya Tarxanın sonlarında və Çokrak zamanı dənizin yeni transqressiyası ilə əvəz olunur. Lakin, transqressiya nəticəsində dəniz hövzəsi özünün əvvəlki sərhədlərinə çata bilmir.

Çökəkliyin şimal hissəsində yerləşən Qanıx-Əyriçay depressiyasının ərazisini və Kiçik Qafqazın şimal-şərq yamaclarını dəniz birdəfəlik tərk edir.

Tarxan-Çokrak dənizi qərbdə Dzirul massivi, şimalda Cənubi-Kaxeti-Acınohur, cənubda isə Ağstafa, Tovuz, Dəllər, Dəliməmmədli, Qazanbulaq, Tərtər və Beyləqan rayonları ilə hüdudlanır. Geniş ərazini tutan çöküntü hövzəsinin daxilində Kürdəmir-Saatlı qalxımı rayonunda adalar, ilk Miosendə olduğu kimi, qalxmaqda davam edirlər. Bunu Kürdəmir-Saatlı qalxımı kəsilişlərində Tarxan-Çokrak çöküntülərinin iştirak etməməsi əsasında demək olur. Qazıma ilə öyrənilməyən Yuxarı Şirvan qalxımı rayonunda isə yuyulma sahəsinin olmasını Cənubi Qobustanda Tarxan və Çokrak çöküntüləri kəsilişində kobuddənəli qum və qumdaşılarının cənubdan, Yuxarı Şirvan istiqamətindən gətirilməsi ilə əsaslandırılır.

Tarxan və Çokrak çöküntülərinin Kiçik Qafqazın şimal-şərq yamaclarında əsasən gilli-mergelli fasiyada yayılması, çöküntülərin dəniz şelfinin dərin hissələrində toplandığını göstərir. Sahilyanı dayaz-dəniz çöküntüləri isə çox güman ki, sonralar baş verən reqressiya proseslərində yuyulmuşlar. Nadir qum, alevrit laycıqlarına Dəliməmmədli, Şirvanlı, Ağcabədi və Beyləqan sahələrində təsadüf olunur. Bunların da Kiçik Qafqaz yüksəkliklərindən orta Miosen dənizinə axan çayların prodelta hissələrində çökdüyünü güman etmək

Page 398: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

396

olar. Tarxan və Çokrak horizontları Çatma antiklinoriumu rayonunda da, Kiçik Qafqazın şimal-şərq yamaclarında olduğu kimi, gil və mergellərdən ibarət dərin dəniz fasiyasında yayılmışlar. Qərb və şimal-qərb istiqamətlərində kobuddənəli terrigen çöküntülərin kəsilişdə üstünlük təşkil etməsi, dəniz hövzəsinin dayazlaşması və yuyulma zonaları olan Dzirul massivi, Böyük Qafqaz və Trialet qırışıqlıq zonalarının qonşuluğunda olan sahələrdə tektonik hərəkətlərin getdikcə aktivləşməsini göstərir.

Ə.V.Məmmədovun fikrincə, Tarxan-Çokrak vaxtı Maykop əsrinə nisbətən geotektonik planda dəyişikliklər əsasən Kür çökəkliyinin qərb hissəsində olmuşdur. Maykop əsrinə qədər burada mövcud olan və bir-birindən nisbi qalxım zonası ilə ayrılan iki ensiz çökəkliyin yerində Tarxan-Çokrak vaxtı geniş Cənubi Kaxeti çökəkliyi yaranır.

Ox hissəsi təqribən Qabırrı çayı vadisində yerləşən çökəklik, qərbdə Gürcüstan ərazisində yerləşən Kartli, şərqdə isə Acınohur çökəkliklərindən yəhərvari qalxımlarla ayrılır.

Kartli çökəkliyində toplanan Tarxan-Çokrak çöküntülərinin qalınlıqları 450-500 m olduğu halda, Cənubi Kaxeti çökəkliyində toplanan eyni yaşlı gilli-qumlu çöküntülərin qalınlıqları 200 m-dən artıq deyildir. Çökəkliyin cənub-qərb bortunda yerləşən Kür-Qabırrı çaylararası rayonunda çöküntülərin qalınlıqları 15-170 m arasında dəyişir. Qalınlıqları qərbdən-şərqə 5-10 m-dən 20-25 m-ə qədər dəyişən Tarxan çöküntülərinin tamamilə gillərdən ibarət olması və Maykop seriyası gilləri üzərinə uyğun yatması, göstərilən rayonun paleotektonik quruluşunda ilk və orta Miosen epoxaları arasında dəyişikliklərin olmadığını göstərir.

Çokrak əsrində də Kür-Qabırrı çaylararası rayonun əksər sahələrində gillər çökmüşdür. Məmmədtəpə sahəsində gillər arasında

Page 399: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

397

təsadüf olunan narındənəli qumdaşı layları Kiçik Qafqazın şimal yamaclarından gətirilən yuyulma məhsullarının sualtı qalxım zonasında yaxşı çeşidlənməsi sayəsində əmələ gəlmişdir [11].

Qumlu çöküntülərin şimal-qərb istiqamətində tədricən artması, ayrı-ayrı hallarda qum və qumdaşı layları qalınlıqlarının 30m-ə (Norio-Martkobi rayonunda) çatması, çöküntülərin toplanmasında Trialet yuyulma zonasının rolunun artdığını göstərir.

Yevlax-Ağcabədi çökəkliyi ərazisində Tarxan-Çokrak çöküntüləri, İori-Acınohur çökəkliyində olduğu kimi, əsasən gilli fasiyada intişar etmişlər. Hövzənin cənub-qərb bortunun mərkəzi və cənub-şərq hissələrində qumlu çöküntülərin miqdarı bir qədər artır. Daha çox qumlu çöküntülər Duzdağ-Bərdə-Sovetlər sahəsində yayılmışlar.

Hövzənin şimal-şərq bortunda Çokrak çöküntüləri Maykop seriyası gilləri üzərinə transqressiv şəkildə yatırlar. Muradxanlı, Zərdab və başqa sahələrdə Çokrak çöküntüləri az qalınlıqlı qum, alevrit və mergel araqatlarına malik tünd-boz rəngli gillərdən ibarətdir.

Kəsilişdə qumlu çöküntülərin azlığı Kürdəmir-Saatlı yuyulma zonasında tektonik hərəkətlərin zəifliyini və dəniz səviyyəsinə yaxın düzənlikdən ibarət olduğunu göstərir.

Karaqan əsri Kür çökəkliyində dəniz transqressiyasının genişlənməsi ilə səciyyələnir. Genişlənmə dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqədar olduğundan, hövzəni əhatə edən yuyulma sahələrinin kiçilməsinə səbəb olur.

Hər yerdə Çokrak çöküntüləri üzərinə uyğun yatan Karaqan çöküntüləri çökəkliyin cənub bortunun qərb hissəsində Maastrixt, şərq hissəsində isə Maykop çöküntüləri üzərinə transqressiv şəkildə yatırlar. Hövzənin şimal bortunda dənizin sərhədlərinin cənubdakına

Page 400: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

398

nisbətən az dəyişməsi, Böyük Qafqaz sahillərinin daha dik olması ilə yanaşı, qalxma proseslərinin Kiçik Qafqaz sahillərindən fərqli olaraq daha intensivli olması ilə izah olunur.

Kür çökəkliyinin qalan sahələrinin paleotektonik və paleocoğrafi şəraitlərində bir o qədər də dəyişikliklər baş vermir. Çokrak əsrində olduğu kimi, Kürdəmir-Saatlı zonası dəniz səviyyəsindən azacıq yüksəkdə olan hamar düzənlikdən ibarət ada olaraq qalır. Çökəkliyin qərbində isə Çatma antiklinal zonasına mənsub olan sualtı qalxımlar konsedimentasiya səciyyəli inkişaf etməkdə davam edirlər. Qalınlıqları 200-250 m-ə çatan Karaqan çöküntülərinin paylanmasında olan qanunauyğunluq, gilli-mergelli çöküntülərin çox, qumlu-gilli çöküntülərin isə az qalınlıqlar zonalarında toplanmasını müəyyən edib.

Qumlu-gilli çöküntülər hövzənin kənarlarında və daxilində olan antiklinal qalxım zonalarına uyğun gələn dayazlıqlarda, üzvi əhəngdaşıları isə yalnız hövzənin cənub-qərb küncündə toplanırlar. Toplanan çöküntülərin litofasial xüsusiyyətləri və eləcə də fauna qalıqları Karaqan əsrində dənizin alçaq düzənliklərlə əhatə olunan dayaz və şirinləşən su hövzəsi olduğunu sübut edir.

Karaqanın sonunda, hövzənin okeanla əlaqəsinin bərpası ilə əlaqədar olaraq, Kür çökəkliyi hövzəsində dəniz suyu şorlaşır. Bu zaman dəniz səviyyəsinin müəyyən qədər qalxması baş verir ki, bu da dənizin transqressiyasına səbəb olur.

Kür çökəkliyi ərazisinin hər yerində Konk çöküntülərinin Karaqan çöküntüləri üzərinə uyğun yatması, bu stratiqrafik vahidlərin sərhədində paleotektonik rejimdə dəyişikliklərin çox olmadığını göstərir. Karaqan zamanı nisbətən daha dərin dəniz şəraitində çökən Konk çöküntüləri kəsilişin daha çox gilliliyi ilə fərqlənirlər. Bütövlükdə isə, hövzənin paleocoğrafiyası və paleotektonikasında elə

Page 401: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

399

bir ciddi dəyişikliklər olmayıb. Çöküntütoplanma prosesi əvvəlki kimi, Cənubi Kaxeti, Acınohur, Aşağı Kür və Yevlax-Ağcabədi çökəkliklərində gedir.

Cənubi Kaxeti çökəkliyində çöküntütoplanma prosesi onun mərkəzi hissəsində Çatma antiklinal zonasında və cənub bortunda yerləşən Kür və Qabırrı çaylararası rayonundakı qalxımların konsedimentasiya səciyyəli inkişafda olmaları ilə bir qədər mürəkkəbləşir. Qalınlıqları 200-250 m-ə çatan çöküntülər çökəkliyin mərkəzi hissəsində gil və mergellərdən, kənar hissələrində isə gil və qumlardan təşkil olunublar.

Çökəkliyin cənub bortunda Şəmkir şəhərindən bir qədər cənubda Mezozoy yaşlı qranodioritlər üzərinə transqressiv yatan Konk çöküntülərinin daxilində qranodiorit qırıntı və qaymaları olan qumdaşı və balıqqulağı əhəngdaşılarından ibarət olması, hövzənin sahil zonalarında vaxtilə dayaz dəniz çöküntülərinin mövcud olduğunu və onların Sarmatqabağı yuyulmaya məruz qaldığını göstərir.

Belə bir hal Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb bortunda da baş verdiyi üçün, burada Konk çöküntülərinin sahil fasiyası rast gəlinmir. Burada da hövzənin kənar hissələrində qumlu-gilli, mərkəzi hissələrində isə nisbətən dərin (200 m-ə qədər) dəniz şəraitində, qalınlıqları 100-200 m arasında dəyişən gilli-mergelli çöküntülər toplanır.

Çöküntülərin litofasial xüsusiyyətləri Kür çökəkliyi hövzəsində çöküntütoplanma prosesinin sakit tektonik rejimdə baş verdiyini və hövzəni əhatə edən Kiçik və Böyük Qafqazın yuyulma proseslərinin zəif getdiyi alçaq dağlıq zonalarından ibarət olduğunu, Kür çökəkliyinin daxilində yerləşən Kürdəmir-Saatlı yuyulma zonasının isə çöküntütoplanma prosesinə təsirinin az olduğunu göstərir.

Page 402: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

400

Son Miosendə (Sarmat və Meotis əsrləri) Kür çökəkliyi hövzəsinin paleotektonik və paleocoğrafi şəraitlərində ciddi dəyişikliklər baş verir. Bu hər şeydən əvvəl, Kür çökəkliyini əhatə edən yuyulma zonalarında qalxma hərəkətlərinin artmasında və onlara müvafiq olaraq çöküntütoplanma hövzələrinin dibinin enməsində özünü göstərir.

Kiçik və Böyük Qafqaz dağlarında qalxma proseslərinin güclənməsi Kaynozoy erası ərzində Kür çökəkliyi hövzəsini qərbdə Rion çökəkliyi hövzəsi ilə əlaqələndirən Dzirul massivindən cənubda yerləşən İmereti-Kaxeti və ondan şimalda yerləşən Raçi-Osetiya boğazlarının qapanmasına səbəb olur. Bu zamandan başlayaraq, Kür çökəkliyi açıq dənizlərlə yalnız Xəzər və Şimali Qafqaz su hövzələri ilə əlaqəsi olan körfəzə çevrilir.

Paleocoğrafi tədqiqatlar göstərir ki, bu prosesdə Böyük və Kiçik Qafqaz dağ sistemlərinin yüksəlməsi ilə yanaşı, Dzirul massivinin özündə də Sarmat əsrinin ortalarında qalxma proseslərinin intensivləşməsi müəyyən dərəcədə rol oynamışdır [53].

Orta və üst Miosen çöküntülərinin kontakt xüsusiyyətləri göstərir ki, son Miosenin əvvəllərində, yəni ilk Sarmat vaxtı Kür çökəkliyində dəniz hövzəsinin sərhədləri təqribən Konk əsrinin sonlarında olduğu kimi qalmışdır. İlk Sarmat vaxtında da gilli-qumlu çöküntülər hövzənin kənarlarında, gilli-mergelli çöküntülər isə mərkəzi hissələrində toplanmışlar. Kobuddənəli qumdaşı, əhəngdaşı, balıqqulağı əhəngdaşı və konqlomerat aratəbəqələrindən ibarət dayaz sahil fasiyası çöküntüləri əsas etibarilə Çatma tektonik zonasının qərbində Kaxeti qalxımının cənub yamacında və Qarayazıda yayılıblar.

Çatma tektonik zonasının şərq və Yevlax-Ağcabədi çökəkliyinin mərkəzi hissəsində gil və mergellər çökmüşlər. Kür

Page 403: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

401

çökəkliyinin qalan hissələrində isə gilli-qumlu çöküntülər toplanmışdır (şəkil 114).

Alt Sarmat çöküntülərinin qalınlıqlarının paylanması Konk çöküntülərinin qalınlıqlarının paylanmasının paleotektonik planına uyğun gəlir. Bununla yanaşı, Kür çökəkliyinin qərb hissəsində hövzə ensizləşir, Trialet qalxımı qalxma prosesi ilə əlaqədar olaraq şimal istiqamətində öz yerini dəyişir və Çatma zonasında struktur çıxıntı əmələ gəlir. Çıxıntıdan cənub-qərbdə yaranan Udabno çökəkliyində qalınlığı 300 m-ə çatan alt Sarmat çöküntüləri toplanır.

Şəkil 114. Orta və üst Miosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial zonaların sərhədləri; 4-qırılmalar; 5-gillər; 6-qumlar; 7-mergellər; 8-alevritlər; 9-qumdaşıları; 10-qumlu əhəngdaşıları.

Page 404: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

402

İlk Sarmatın sonlarında baş verən reqressiya prosesi tezliklə daha geniş transqressiya ilə əvəz olunur. Lakin, transqressiya Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Trialet zonası və Dzirul massivinin daha sürətlə yüksəlməsi nəticəsində hövzənin dayazlaşması və geri çəkilməsi ilə əvəz olunur. Qərbdə Rion hövzəsi ilə əlaqənin kəsilməsi Kür hövzəsində dəniz suyunun şirinləşməsinə və orta Sarmatın ikinci yarısında ətraf sahələrdə qalxma prosesinin güclənməsi ilə əlaqədar olaraq, dağ çaylarının gətirdiyi kobud və pis çeşidlənmiş çöküntülərlə doldurularaq dayazlaşmasına səbəb olur.

Kaxeti qalxımının cənub qanadında və onun cənub-şərq davamında orta Sarmat çöküntüləri, alt hissədə qumlu-gilli, üst hissədə isə karbonatlı terrigen çöküntülərdən təşkil olunan dayaz dəniz fasiyasında toplanırlar. Qumdaşı laycıqlarına malik olan gillərin toplandığı hövzənin mərkəzi hissəsində pirit mineralının geniş yayılması, hövzənin dibində bərpaedici şəraitin mövcud olduğunu göstərir. Hövzə daxilində qalxım və çökəklik zonaların yerləşməsi ilk Sarmat vaxtı olduğu kimi qalır. Maksimal qalınlıqlı çöküntülər Cənubi Kaxeti və Yevlax-Ağcabədi çökəkliklərində (müvafiq olaraq 1400 və 1000 m-ə qədər) toplanırlar.

Yevlax-Ağcabədi çökəkliyindən şimal-şərqdə yerləşən və orta Miosen vaxtı yuyulma zonası olan Kürdəmir-Saatlı qalxımı Sarmat əsrində dəniz suları ilə örtülür. Kəskin bucaq və azimut uyğunsuzluqları ilə bilavasitə Təbaşir çöküntüləri üzərinə yatan Sarmat çöküntüləri burada litofasial cəhətdən bir-birindən fərqlənən üç horizonta ayrılır.

Mergel laycıqlarına malik boz rəngli, sıx gillərdən təşkil olunan alt horizontun qalınlığı Carlı sahəsinin cənub hissəsində 50 m-ə, Sor-Sor sahəsində 212 m-ə çatır. Kəsilişin orta horizontu üzvi mənşəli massiv əhəngdaşıları, bəzi yerlərdə detrituslu və qumlu

Page 405: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

403

əhəngdaşılarından ibarətdir ki, bunlar da sahildən uzaqda yerləşən dayazlıqlarda əmələ gəliblər.

Boz rəngli, laylı, qumlu və mergelli gillərdən təşkil olunan üst horizont isə Kürdəmir-Saatlı zonası ərazisini (Saatlı sahəsi istisna olmaqla) tam örtür. Bu horizontda çöküntülərin daha gilli olması Sarmat əsrinin sonlarında dənizin dərinləşdiyini göstərir. Bu hal ümumən, Kür çökəkliyində dəniz reqressiyasının Sarmat əsrinin sonlarında güclənməsi faktı ilə təzad təşkil edir. Bu da dəniz hövzəsinin kiçilməsi fonunda Kürdəmir-Saatlı qalxım zonasının çökməsilə izah olunur.

Orta Sarmatdan son Sarmata keçid yuyulma zonalarında qalxma prosesinin güclənməsi və dəniz hövzəsinin tədricən kiçilməsi ilə səciyyələnir. Çöküntülərdə mövcud olan fauna qalıqları dəniz suyunun tədricən şirinləşdiyini göstərir. Getdikcə şirinləşən su hövzəsində toplanan çöküntülər orta Sarmatdakından daha çox kobuddənəli və müxtəlif litoloji tərkibə malik olmaları ilə fərqlənirlər. Burada gil, qumdaşı və balıqqulağı əhəngdaşıları ilə yanaşı kəsilişdə çınqıl və konqlomerat layları da iştirak edir.

Son Sarmat dənizinin daha kiçik ərazini tutması ilə əlaqədar olaraq, hövzənin kənar hissələrində artıq yer səthinə çıxan orta və alt Sarmat çöküntüləri də yuyulma prosesinə məruz qalırlar. Üst Sarmat çöküntüləri kəsilişində bir-birindən fasial cəhətdən fərqlənən Rostov, Xerson və Eldar horizontları ayrılır.

Son Sarmatın əvvəllərində, yəni Rostov horizontu çöküntülərinin toplandıqları vaxt dəniz Kür çökəkliyinin qərb hissəsində yerləşən Kartli depressiyası ərazisini tamamilə tərk edir. Molladağ və Udabno qalxımlarından cənub-qərbdə yerləşən sahələrdə və eləcə də müasir Dağlıq Kaxetinin cənub ətəklərinin ərazisində göllü-allüvial düzənlik yaranır ki, burada da çınqıl, kobuddənəli

Page 406: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

404

qumdaşı və bitki qalıqları ilə zəngin olan əlvan rəngli gillər toplanırlar. Ağtaxtatəpə sahəsindən şərqdə dəniz körfəzi genişlənərək, Kür çökəkliyi ərazisinin çox hissəsini tutur. Hövzədə toplanan çöküntülərin tez-tez qum və qumdaşı laycıqlarına malik gillərdən, fauna qalıqlarının isə molyuskalardan ibarət olması, çöküntülərin dayaz dəniz şəraitində çökdüyünü göstərir.

Xerson horizontu çöküntülərinin toplandığı vaxt Böyük və Kiçik Qafqaz dağlarının, eyni zamanda Dzirul massivinin daha yüksək sürətlə qalxması nəticəsində, Kür çökəkliyinin qərb hissəsində kontinental rejim daha geniş ərazini tutur.

Normal dəniz şəraiti isə bu vaxt Mirzaani depressiyası, Kür və Qabırrı çaylararası rayonunda və Kür çökəkliyinin şərqdə yerləşən ərazilərində mövcud olub. Göstərilən ərazilərdə qumlu, karbonatlı gillərin, kobuddənəli qumdaşı, çınqıl və konqlomeratlarla növbələşməsi, eyni zamanda kəskin fasial dəyişikliklər Xerson dənizinin daha dayaz olduğunu, heyvan və bitki qalıqlarının tərkibi isə hövzəni əhatə edən quru ərazisində rütubəti yüksək olan iqlim şəraitinin olduğunu göstərir.

Sarmat əsrinin sonunda, yəni Eldar lay dəstəsi çöküntülərinin toplandıqları vaxt dənizin dayazlaşması və şərq istiqamətində geri çəkilməsi prosesi getdikcə güclənir. Kür çökəkliyinin qərb hissəsi və onun kənar hissələri dağlararası və dağətəyi maili düzənliklərə çevrilirlər. Nisbətən dərin dəniz körfəzi Kaxetinin cənub-şərqində və Kür-Qabırrı çaylararası rayonundan şərqdə mövcud olub. Körfəzlərin şirin su hövzəsində əlvan rəngli qumlu-gilli çöküntülər toplanır. Üst Sarmat çöküntülərinin qalınlıqları 800-1000 m-ə çatır. Orta Sarmatda olduğu kimi, nisbətən az qalınlıqlar (0-400 m) zonası olan Çatma struktur çıxıntısı düzənlik Kaxetinin şərq hissəsi və Udabno sinklinalı rayonunda maksimal qalınlıq zonalarını bir-birindən ayırır [11].

Page 407: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

405

Cənubi Kaxeti çökəkliyinin şərq davamında yerləşən Acınohur çökəkliyində toplanan üst Sarmat çöküntülərinin qalınlıqları 400 m-ə, Yevlax-Ağcabədi depressiyasında isə 600 m-ə çatır.

Meotis əsri Kür çökəkliyində dənizin daha sürətlə geri çəkilməsilə səciyyələnir. Bu vaxt dəniz hövzəsi Kür və Qabırrı çaylararası rayonunu və Kiçik Qafqazın şimal-şərqindəki maili düzənlikləri tamamilə tərk edir. Şimalda Böyük Qafqazın cənub yamaclarının qalxması nəticəsində dəniz ərazisi kiçilir. Dəniz körfəzi ensiz zolaq şəklində şimal-qərbdən cənub-şərqə doğru uzanır. Meotis çöküntüləri şimal-qərbdə Kaxeti və Çatma tektonik zonaları arasında yerləşən Mirzaani çökəkliyində toplanırlar. Qalınlığı 100-300 m arasında dəyişən çöküntülər hər yerdə üst Sarmat çöküntüləri üzərinə uyğun yatırlar və onlardan yalnız qonuru-boz rəngli və nisbətən kobuddənəli terrigen materialdan təşkil olunmaları ilə fərqlənirlər. Əsasən qumlu-gilli süxurlardan ibarət olan çöküntülər içərisində konqlomerat aralayları-linzaları yayılmışlar. Bunlar da Böyük Qafqazın cənub yamacında yuyulmaya məruz qalan Təbaşir yaşlı fliş çöküntülərindən və Kaxeti-Daşyüz zonasında geniş yayılan Yura yaşlı əhəngdaşı və porfirit tərkibli qayalardan qoparılıb gətirilən çınqıllardan təşkil olunublar.

Bir qədər cənubda, Qabırrı çayının aşağı axınında konqlomerat layları demək olar ki, iştirak etmir. Kəsilişdə qumdaşıları azalır və kobuddənəlilər narındənəlilərlə əvəz olunurlar. Yalnız Udabno rayonunda konqlomeratlar yenidən kəsilişdə iştirak edir və çöküntülərin qumluluğu 70%-ə çatır. Burada Meotis çöküntüləri ümumi qalınlığı 500 m-ə çatan Şirak lay dəstəsinin alt hissəsini təşkil edir.

Qumlu-gilli çöküntülər içərisində mergel, əhəngdaşı laycıqlarının mövcudluğu və tapılan fauna qalıqları çöküntülərin şirin

Page 408: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

406

su hövzəsində toplandıqlarını göstərir. Şirin su hövzəsi çöküntüləri demək olar ki, dəyişikliyə uğramadan Acınohur çökəkliyinə qədər yayılır və şərqdə daha cavan çöküntülərlə örtülürlər.

Meotis əsrinin sonu və Pont əsrinin əvvəllərində dənizin yeni reqressiyası baş verir. Kür çökəkliyinin şimal-qərbində Pont çöküntüləri kontinental şəraitdə toplanan allüvial-delta çöküntülərindən ibarətdir.

Kür çökəkliyinin kənar hissələrində yer səthinə çıxan Pont çöküntülərinin götürülən süxur nümunələrinin tədqiqi göstərir ki, çökəkliyin şərq hissəsində Pont çöküntüləri dayaz dəniz şəraitində çökən kardium, astrokod və qastropod faunası ilə zəngin olub, əsasən gil, qismən də qumdaşı və əhəngdaşılarından ibarətdirlər.

Kür çökəkliyinin qərb hissəsində, Cənubi Kaxeti və onun qonşuluğunda olan Acınohur rayonunda Şirak lay dəstəsinin alt şöbəsinin üst hissəsini təşkil edən Pont çöküntüləri konqlomerat, qumdaşı və gillərdən ibarətdir. Burada şimaldan cənuba getdikcə konqlomeratlar qumdaşıları ilə əvəzlənir. Kontinental şəraitdə toplanan çöküntülər şirin suda və quruda yaşayan fauna ilə xarakterizə olunurlar.

Pont dövründə çöküntütoplanma prosesi Acınohur rayonunun şərq hissəsində, Ləngəbiz-Gürcüvan zonasında və ona qonşu ərazilərdə gedir. Bu ərazilərdə Pont çöküntülərinin litoloji tərkibinin daxilində dəniz faunası olan gil, balıqqulağı əhəngdaşı və qumdaşılarından ibarət olması, göstərilən sahələrdə dənizin çox da dərin olmadığını göstərir.

Cənubi Xəzər çökəkliyində əmələ gələn göl hövzəsinin Qara dəniz hövzəsindən, orta Pont vaxtı başlanan ayrılma son Pont vaxtı onların tam təcrid olunması ilə başa çatır.

Pont əsrinin sonu və Məhsuldar Qat əsrinin başlanğıcında Acınohur rayonuna və Ləngəbiz-Gürcüvan zonasına qonşu olan şimal

Page 409: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

407

sahələrdə qalxma prosesləri sürətlənir. Eyni zamanda Kür çökəkliyi intensiv enməyə məruz qalır. Bunun nəticəsində Pont dənizi cənub-qərb istiqamətində geri çəkilir. MQ əsrinin əvvəllərində Acınohur rayonunun şimal hissəsi və Ləngəbiz-Gürcüvan zonası tamamilə quru sahələrə çevrilirlər. Acınohur rayonunun mərkəzi və cənub hissəsi isə qalxma prosesinə az məruz qalır.

MQ əsrinin əvvəllərində çöküntütoplanma prosesi yalnız mərkəzi hissələrdə getmişdir. Bunu MQ kəsilişinin qalınlığının depressiyanın bortlarından mərkəzinə doğru daha qədim çöküntülər hesabına kəskin artması göstərir. Kiçilməsi davam edən çöküntütoplanma hövzəsi Məhsuldar Qat əsrinin əvvəllərindən tədricən genişlənməyə başlayır və genişlənmə Kür çökəkliyinin cənub-şərq hissəsini əhatə edir.

Kür çökəkliyində toplanan Məhsuldar Qat çöküntülərinin mineraloji tərkibinin müasir Kür çayı çöküntülərinin mineraloji tərkibinə yaxınlığı, çöküntülərin Böyük Qafqazın cənub və Kiçik Qafqazın şimal-şərq yamaclarından axan kiçik çaylarla gətirildiyini göstərir.

Acınohur rayonunun dağətəyi zonasında, Göyçay və Girdimançay arasındakı sahədə Məhsuldar Qatın alt şöbəsi ilə yanaşı, üst şöbənin alt hissəsi də kəsilişdə iştirak etmir. Burada Abşeron yarımadasının Sabunçu və Suraxanı lay dəstələrinə uyğun gələn, qalınlıqları 250-480 m arasında dəyişən Məhsuldar Qat çöküntüləri Pont mərtəbəsi çöküntülərinin yuyulan səthi üzərinə qeyri-uyğun şəkildə yatırlar.

Çöküntülərin arasında Pont çöküntülərinin yuyulma məhsulları olan əhəngdaşı, mergel, Paleogen yaşlı qumdaşıları və Mezozoy yaşlı argillit, tuf-qumdaşı, əhəngdaşı və porfiritlərdən təşkil olunan konqlomeratlar yatırlar (şəkil 115).

Page 410: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

408

Kür çökəkliyinin cənub-qərb bortunda, Kiçik Qafqaz dağlarının qalxması ilə əlaqədar olaraq, Kiçik Qafqazqarşısı düzən sahələr nisbətən dəniz səviyyəsindən yüksəkdə qalaraq yuyulma zonalarına çevrilirlər. Yalnız Məhsuldar Qat əsrinin sonlarına yaxın su hövzəsi Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsinə çatır.

Məhsuldar Qat əsrinin paleocoğrafiyası Pont əsrinə nisbətən çox dəyişdiyi üçün, onların geotektonik şəraitləri də bir-birindən kəskin şəkildə fərqlənirlər (şəkil 115).

Ağcagil transqressiyası nəticəsində az müddət ərzində Məhsuldar Qatın şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz olunur. Kür çökəkliyində Ağcagil dənizinin transqressiyası daha geniş olub. Kiçik Qafqazın şimal-şərq və şərq ətəklərində, Kür və Qabırrı çaylararası rayonunda, Kaxeti dağ silsiləsinin yamaclarında və Qanıx-Əyriçay depressiyasının qərb hissəsində Ağcagil dənizi Məhsuldar Qat hövzəsi sərhədlərindən kənara çıxır.

Kür çökəkliyinin kənar şimal hissəsində və Cənubi Kaxetinin şimal hissəsində Ağcagil mərtəbəsi Böyük Qafqazın cənub yamacından gətirilən alluvial–proluvial çöküntülərdən təşkil olunur. Bu çöküntülər Kiçik Qafqazın şərq yamacının kənar qərb hissəsində də geniş yayılır.

Kür çökəkliyinin qalan ərazisində isə Ağcagil çöküntüləri dəniz şəraitində çökür. Dərinliyi 50-60 m-dən artıq olmayan Kür çökəkliyi körfəzinin qərb hissəsində konqlomerat, qumdaşı, qumlu gil və balıqqulağı əhəngdaşıları çökdüyü halda, nisbətən dərin şərq hissəsində daha yaxşı çeşidlənmiş narındənəli qum, qumdaşı və gillər toplanır.

Ağcagil çöküntüləri qalınlıqlarının çox böyük intervalda dəyişməsi (0-1000 m-ə qədər) bu əsrdə geotektonik hərəkətlərdə intensivliyin azalmadığını göstərir. Çöküntülərin Orta və Aşağı Kür

Page 411: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

409

çökəkliyindəki qalınlıqlarının müqayisəsi onların toplandığı geotektonik rejimlərdə çox böyük fərq olduğunu göstərir.

Şəkil 115. Məhsuldar Qat çöküntülərinin litofasial və

qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial zonaların sərhədi; 4-gillər; 5-qumlar; 6-alevritlər; 7- qumdaşıları; 8-konqlomeratlar.

Orta Kür çökəkliyinin mərkəzi hissəsində toplanan çöküntülərin qalınlıqları 1000 m-dən artıq olduğu halda, Aşağı Kür çökəkliyində qalınlıqlar 50-300 m arasında dəyişir. Orta Kür çökəkliyi strukturlarında isə inkişaf çox zəif olub və ya heç olmayıb.

Ağcagil əsrinin sonunda başlayan reqressiya Abşeron əsrində bir qədər də güclənir. Kür çökəkliyi ərazisində mövcud olan dəniz

Page 412: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

410

körfəzi Böyük və Kiçik Qafqaz dağlarının yüksəlməsi ilə əlaqədar olaraq, cənub-şərq istiqamətində geri çəkilərək sahəsini azaldır. İlk Abşeron vaxtı genişlənən reqressiya, eləcə də Xəzər dənizi və Kür çökəkliyini əhatə edən sahələrin qalxması nəticəsində, Abşeron dənizi Dünya Okeanı ilə əlaqəsini itirir.

Çay sularının həcminin artması və dəniz dibinin daha sürətlə çökməsi nəticəsində hövzə sularının şirinləşməsi Ağcagil faunasının məhvinə səbəb olur. Alt Abşeron çöküntüləri qalınlıqlarının paylanması və onların litofasial xüsusiyyətləri göstərir ki, belə geotektonik şərait ilk Abşeron vaxtı mövcud olmuşdur.

Orta Kür çökəkliyinin geotektonik planında Abşeron əsrində ciddi dəyişikliklər baş vermir. Əvvəllərdə olduğu kimi, burada Qanıx, Cənubi Kaxeti, Ceyrançöl çökəklikləri və Kaxeti-Daşyüz, Çatma qalxım zonaları mövcud olub. Qalxım zonalarında Abşeron çöküntülərinin qalınlıqları 200 m-ə qədər azaldıqları halda, çökəkliklərdə onların qalınlıqları 1800-2000 m-ə qədər artır. Kür çökəkliyində intensiv çökmə prosesi onu əhatə edən Böyük və Kiçik Qafqaz dağlarının intensiv yüksəlməsi ilə müşayiət olunur. Geomorfoloji tədqiqatlar göstərir ki, Böyük Qafqaz dağları Abşeron əsrində 2500-3000 m-ə qədər yüksəlib. Kiçik Qafqazın Azərbaycan ərazisində yerləşən ayrı-ayrı zirvələrinin 2500 m-dən yüksək olmaları mümkün sayılır.

Dağ silsilələrinin yüksəlməsi ilə yanaşı iqlimin soyuqlaşması nəticəsində Cənubi Qafqazda subtropik və tropik flora və fauna tamamilə məhv olur. Qanıx-Əyriçay depressiyası, Ağcagil əsrində olduğu kimi, kontinental mənşəli alluvial-proluvial çöküntülərlə dolmaqda davam edir. Dəniz şəraiti isə Qabırrı çayının aşağı axını və Ceyrançöl çökəkliyində qalır. Acınohur çökəkliyində ilk Abşeronda dəniz mənşəli qumlu-gilli çöküntülər toplanır. Şərqə və cənub-şərqə

Page 413: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

411

getdikcə isə dənizin dərinləşməsi ilə əlaqədar olaraq, əsasən gillər çökürlər.

Orta Kür çökəkliyinin şimal hissəsində, Böyük Qafqaz yuyulma zonası yaxınlığında, orta Abşeron yaşlı çınqıl və gilcələrdən ibarət kontinental çöküntülər şirinləşən su hövzəsində çökən gil, qum və qumdaşıları ilə növbələşirlər. Belə hal çökəkliyin cənub bortunda, Kiçik Qafqazın şimal-şərq batımında da müşahidə edilir. Çökəkliyin istər cənub, istərsə də şimal yamaclarında qərb istiqamətində kontinental çöküntülərin miqdarı artır.

Son Abşeron vaxtı Orta Kür çökəkliyində dənizin geri çəkilməsi davam edir. Acınohur çökəkliyinin şimal hissəsində dəniz çöküntüləri kontinental çöküntülərlə əvəz olunur. Belə şərait çökəkliyin cənub bortunda və şimal-qərb hissəsində də mövcud olmuş, mərkəzi hissəsində isə gilli-qumlu dəniz çöküntüləri toplanmışdır.

Abşeron əsrinin sonu və Türkan əsrinin əvvəllərində Azərbaycan ərazisində qalxma hərəkətləri üstünlük təşkil edir və dənizin ümumi reqressiyası baş verir. Dəniz hövzəsi yalnız Kür çökəkliyinin şərq rayonlarında qalır. Bu rayonlarda Abşeron yaşlı dəniz çöküntüləri üzərinə şirinsulu-göl mənşəli Türkan horizontunun çöküntüləri və dəniz mənşəli Bakı mərtəbəsi çöküntüləri yatırlar və biri digərini uyğun şəkildə örtürlər. Bir çox rayonlarda isə çöküntülər arasında fasilə və bucaq uyğunsuzluğu qeydə alınır. Acınohur çökəkliyinin dağətəyi sahələrində Bakı mərtəbəsi çöküntüləri 5-10º bucaq uyğunsuzluğu ilə bilavasitə Abşeron çöküntüləri üzərinə yatırlar. Çökəkliyin şimal hissələrində isə, hələ üst Abşeronda yaranan kontinental şərait Bakı əsrində də davam edir.

Abşeron əsrinin sonunda və Bakı əsrinin əvvəllərində baş verən tektonik hərəkətlər Acınohur rayonunun şimal-qərb hissəsində,

Page 414: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

412

Cənubi Kaxetidə, Kür və Qabırrı çaylararası rayonunda strukturların və regional qırılmaların formalaşmasında mühüm rol oynayırlar. Bu hərəkətlər Kür çökəkliyini əhatə edən Kiçik və Böyük Qafqaz dağlarının yüksəlmələrinə səbəb olur.

Kaxeti qalxımının yüksəlməsi nəticəsində Qanıx-Əyriçay depressiyasının Qanıx hissəsi Kür çökəkliyinin cənubda yerləşən əsas hissəsindən tamamilə ayrılır. Bu rayonun və eləcə də, Kür çökəkliyinin qərb hissəsində yerləşən rayonların çay şəbəkələrində əhəmiyyətli dəyişikliklər baş verir. Dənizin geri çəkilməsi nəticəsində çayların quruda əmələ gələn deltaları çökəkliyin mərkəzinə doğru irəliləyirlər.

Bakı əsrində başlayan dəniz transqressiyası Abşeron dənizinin sərhədlərinə çatmır. Kür çökəkliyinin şərq hissəsini tutan dəniz ayrı-ayrı sinklinal çökəkliklərdə yaranan körfəzlərlə, Qanıx, Qabırrı və Gəncə çaylarının mənsəblərinə qədər genişlənir. Körfəzlər arasında yerləşən Bozdağ sıra təpəliyi ensiz yarımada şəklini alır. Hövzənin şimal sərhədi yüksəkliyi 100-200 m olan Xocaşən-Göyçay sıra təpəliyinin ətəklərindən, cənub sərhədi isə Gəncə-Qarabağ maili düzənliyi və Talış dağlarının şimal-şərq ətəklərinin 140-240 m yüksəkliklərindən keçir.

Bakı mərtəbəsi çöküntülərinin əsasən narındənəli qumlu-gilli çöküntülərdən təşkil olunması, ətraf yüksəkliklərdə qalxma hərəkətlərinin zəif olduğunu göstərir. Qumlu-gilli çöküntülər daxilində ara-sıra rast gələn çınqıl və balıqqulağı əhəngdaşıları hövzənin dayaz olduğunu, vulkan külü laycıqları isə Kiçik Qafqazda vulkanların yenidən fəallaşdığını göstərir. Bakı əsrinin sonunda baş verən qısa müddətli reqressiya Kür çökəkliyinin alluvial düzənliyə çevrilməsinə səbəb olur.

Yeni Xəzər əsrində dənizin yeni transqressiyası baş verir. Bu zaman dəniz qərbdə demək olar ki, Bakı əsrindəki sərhədlərinə çatır.

Page 415: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

413

Kür, Qanıx və Qabırrı çayları ayrı-ayrılıqda Kür hövzəsinə tökülürlər. Şimalda və cənub-şərqdə Böyük və Kiçik Qafqaz dağlarının yüksəlməsilə əlaqədar olaraq, hövzənin sərhədləri bir qədər kiçilir. Dağ sistemlərinin yüksəlməsi isə, Yeni Xəzər hövzəsində toplanan çöküntülərin Bakı hövzəsindəkinə nisbətən daha kobuddənəli olmasına səbəb olur. Bu zaman dərinliyi 20-30 m-dən artıq olmayan hövzənin ayrı-ayrı antiklinal strukturlarının tağ hissələri adalar şəklində yuyulma zonalarına çevrilirlər.

İlk və son Xəzər əsrlərində baş verən tektonik hərəkətlər Kür çökəkliyində yerləşən antiklinal zonaların və onları mürəkkəbləşdirən qırılmaların formalaşmasında mühüm rol oynayırlar. Son Xəzər və Xvalın əsrlərində baş verən transqressiya miqyaslarına görə Bakı əsrindəkinə nisbətən bir qədər kiçik sahəni əhatə edir və Kür çökəkliyinin kənar hissələrində kontinental çöküntülərin toplanma sahələrinin xeyli genişlənməsinə səbəb olur. Yeni Xəzər transqressiyası isə Kür və Araz çayları qovşağından qərbə keçə bilmir. Bu çaylar çox da böyük olmayan Kür körfəzinə ayrı-ayrılıqda tökülürdülər. Bu zaman Aşağı Kür çökəkliyinin antiklinal zonaları arxipelaq adaları şəklində mövcud olublar.

Orta Kür çökəkliyində Antropogen çöküntüləri qalınlıqlarının paylanması göstərir ki, bu vaxt geotektonik proseslər Pliosen epoxasının əsas geotektonik elementlərini özündə əks etdirməklə yanaşı, bir sıra yeniliklərin yaranmasına da səbəb olur. Belə dəyişikliklərdən biri Kür çökəkliyinin şimal hissəsindən Qanıx çökəkliyinin ayrılması olmuşdur. Çökəklikdə əsasən kontinental mənşəli çöküntülərin qalınlıqlarının 600-1200 m-ə çatması, rayonun intensiv çökməyə məruz qaldığını göstərir.

Kür və Qabırrı çaylararası rayonunda qum və çınqıllardan ibarət olan Antropogen çöküntüləri antiklinal qalxım zonalarında

Page 416: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

414

tamamilə yuyulmuş, sinklinal çökəkliklərdə qalan çöküntülərin qalınlıqları isə 50-60 m-dən artıq deyildir. Antropogen çöküntülərinin hal-hazırda dəniz səviyyəsindən 300-400 m-ə qədər yüksəkdə yerləşməsi, rayonun Qanıx-Əyriçay çökəkliyinin qərb hissəsi ilə birlikdə neotektonik mərhələdə intensiv qalxmaya məruz qaldığını göstərir.

Orta Kür çökəkliyinin cənub-qərb bortunda qalınlıqları 200 m olan Antropogen çöküntüləri şimal-şərq istiqamətli monoklinal yatımla 400 m yüksəklikdən dəniz səviyyəsinə qədər aşağı enirlər. Antropogen çöküntülərinin monoklinal yatımlı və qalınlıqlarının mütəmadi olaraq yatım istiqamətində 1000 m-ə qədər artması, bu dövrdə çökəkliyin qərb hissəsindən fərqli olaraq, şərq hissəsində çökmə proseslərinin intensiv olduğunu və əksər strukturların konsedimentasiya səciyyəli qalxımdan məhrum olaraq dərin gömülmüş strukturlara çevrildiyini göstərir.

Yevlax-Ağcabədi hövzəsi

Yevlax-Ağcabədi hövzəsində Maykop əsrinin sonunda baş vermiş reqressiyanın tutduğu çox geniş ərazini Miosen epoxasının transqressiyası tam əhatə edə bilmir. Bu zaman çökəkliyin bir çox hissələri yuyulma sahələri kimi qalmaqda davam edirlər. Şimal-şərqdə Kürdəmir-Saatlı qalxımlar zonası ara-sıra Miosen dənizinin suları ilə örtülsə də, əsasən adalar sistemindən ibarət yuyulma zonası olmuşdur [89].

Cənub-qərbdə Kiçik Qafqazqarşısı yuyulma əraziləri Tərtər, Dəliməmmədli, Qazanbulaq və Beyləqan sahələrini, cənub-şərqdə isə Arazyanı sahələri əhatə edir. Yuyulma sahələri arasında yerləşən Yevlax-Ağcabədi çökəkliyində orta və son Miosen vaxtı toplanan çöküntülərin ümumi qalınlığı 1400 m-ə çatır. Qalınlıqların paylanması

Page 417: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

415

göstərir ki, çöküntütoplanma hövzəsində Yevlax və Ağcabədi depressiyaları, hövzənin cənub-qərbində Xudafərin, şimal-şərqində isə Cəfərli-Qaralı körfəzvarı çökəklikləri mövcud olub (şəkil 116).

Maykop seriyası çöküntüləri səthinin Miosenin sonunda olan paleostruktur vəziyyətindən görünür ki, Yevlax-Ağcabədi hövzəsinin az mailli, monoklinala yaxın quruluşlu bortları çox zəif əks olunan paleostruktur çıxıntı və antiklinal strukturlarla mürəkkəbləşiblər. Hövzənin cənub-qərb yamacında paleostruktur çıxıntılar şəklində Bərdə, Ağcabədi və Beyləqan sahələrini, paleostruktur qalxım kimi isə Sovetlər sahəsi mövcud olmuşlar.

Beyləqan və Ağcabədi paleostruktur çıxıntıları 0-200 m paleoizohipslərlə hüdudlandığı halda, hövzənin mərkəzinə daha yaxın yerləşən Bərdə paleostruktur çıxıntısı 800-1000 m-lik izohipslərlə hüdudlanır (şəkil 116).

Hövzənin şimal-şərq yamacında Əmirarx, Zərdab və Muradxanlı sahələri isə paleoqalxımlar kimi mövcud olmuşlar. Bunlardan ən böyük ölçüyə malik Muradxanlı paleostrukturu daha yüksək hipsometrik səviyyədə 600 m-lik paleoizohipslə qapanır və amplitudları Pliosenin əvvəlində 100 m-dən az olan iki uzununa qırılma ilə mürəkkəbləşir. Kiçik ölçülü Zərdab paleostrukturu 900 m-lik izohipslə, nisbətən böyük ölçüyə malik olan Əmirarx paleostrukturu isə 1000 m-lik izohipslə qapanır (şəkil 116).

Orta və üst Miosen çöküntülərinin əmələgəlmə şəraiti göstərir ki, hövzədə o qədər də ciddi paleotektonik dəyişikliklər baş verməyib, yalnız Karaqan əsrində hövzə xeyli genişlənib. Sarmat əsrinin sonunda isə yuyulma sahələrinin kəskin qalxması müşahidə olunur. Bu əsrdə dəniz suyunun duzluluğu azalır və şirin su ilə əvəz olunur [90].

Orta və üst Miosen çöküntüləri çökəkliyin mərkəzi hissələrində mergelli-gilli, kənar hissələrində isə qumlu-gilli

Page 418: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

416

süxurlardan - əsasən gillərdən, nadir hallarda rast gələn qum, qumdaşı və qumlu gillərdən ibarətdir. Yalnız üst Sarmat çöküntüləri litoloji cəhətdən müxtəlifliyi ilə fərqlənirlər. Çöküntülər arasında konqlomerat, çınqıl, qumdaşı, balıqqulağı əhəngdaşı və gillərə təsadüf olunur. Orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-1600 m arasında dəyişir.

Şəkil 116. Maykop lay dəstəsi çöküntülərinin Miosenin sonunda paleostruktur vəziyyəti.

1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-çöküntülərin pazlaşma sərhədi.

Pliosen və Antropogen vaxtı Kiçik Qafqaz dağlarının sürətlə qalxması və Kürdəmir-Saatlı qalxımlar zonasının isə çökməsi

Page 419: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

417

nəticəsində Yevlax-Ağcabədi çökəkliyi Kürdəmir-Saatlı qalxımlar zonası ilə birlikdə az mailli çox geniş monoklinal struktura çevrilir. Bu zaman Əmirarx, Zərdab paleostrukturları müvafiq olaraq 3200 m və 3600 m dərinliklərə gömülərək struktur çıxıntılara çevrilirlər.

Şimal-şərq istiqamətə malik regional monoklinal fonunda Muradxanlı strukturu 2800-2900 m, Sovetlər qalxımı isə 1400 m izohipslərlə qapanan strukturlar olaraq qalırlar. Ağcagil əsrinin başlanğıcında paleostruktur vəziyyət göstərir ki, Sovetlər və Muradxanlı antiklinalları müvafiq olaraq 800-900 m və 1800-2200 m dərinliklərdə yerləşən struktur terras və çıxıntılara çevriliblər (şəkil 117, 118).

Yevlax-Ağcabədi çökəkliyində Miosen kompleksinin çökmə prosesinin mütəmadi olaraq intensiv şəkildə davam etməsi paleotektonik cəhətdən karbohidrogenlərin generasiyası üçün əlverişli sayılır. Çökəkliyin mərkəzi hissəsində generasiya olunan karbohidrogenlər, layların yatımı üzrə yuxarı istiqamətdə hərəkət edərək, çökəkliyin bortları və sentriklinallarında miqrasiya vaxtına qədər formalaşan struktur və lito-stratiqrafik tələlərdə toplanaraq neft-qaz yataqları yaradırlar.

Yevlax-Ağcabədi hövzəsində Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyi qiymətləndirilərkən, hövzənin cənub-qərb bortunun qalxmaya məruz qaldığını və bu prosesin bortun şimal-qərb hissəsində daha intensiv olduğunu nəzərə almaq lazımdır. Sahələrdə toplanan az qalınlıqlı Miosen çöküntüləri Borsunlu-Şirvanlı-Ağcabədi-Beyləqan istiqamətindən cənub-qərbdə doğru Ağcagil əsrinin əvvəlində tamamilə yuyulurlar. Paleostruktur cəhətdən karbohidrogenlərin tələlərdə toplanması üçün az-çox əlverişli şəraitdə olan Sovetlər antiklinalının isə amplitudı 100 m-ə çatmışdır. Belə vəziyyət şimal-şərq bortda yerləşən Muradxanlı, Zərdab və Əmirarx strukturları üçün də səciyyəvidir [66].

Page 420: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

418

Şəkil 117. Beyləqan-Muradxanlı-Carlı istiqamətində

paleogeoloji profil.

Şəkil 118. Beyləqan-Sovetlər-Şirinqum-Cəfərli-Həsənli

istiqamətində paleogeoloji profil.

Page 421: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

419

Pliosen və Antropogen vaxtı Kiçik Qafqazda qalxma hərəkətlərinin daha da intensivləşməsi ilə əlaqədar olaraq, hövzənin asimmetrikliyi artır və kiçik amplitudlu strukturlar Miosen çöküntülərinin səthi üzrə struktur çıxıntı və terraslara çevrilirlər. Bunlar da karbohidrogenlərin mümkün miqrasiyası yolunda tələ rolunu oynaya bilməyiblər.

Bu cəhətdən Güllücə, Bərdə, Şirvanlı, Beyləqan və s. sahələrdə mövcud olan qırılmalarla əlaqədar yaranan tektonik ekranlaşan tələlər daha çox diqqəti cəlb edirlər (şəkil 119).

Şəkil 119. Güllücə-Şirvanlı-Bərdə istiqamətində

paleogeoloji profil. Yevlax-Ağcabədi çökəkliyində orta və üst Miosenin Çokrak və

Sarmat əsrlərində üzvi maddələrin toplanması, onların karbohidrogenlərə çevrilməsi, miqrasiya edərək kollektorlarda yataq əmələ gəlməsi üçün əlverişli paleotektonik, geokimyəvi və paleostruktur şəraitlər mövcud olmuşdur. Sonrakı inkişaf mərhələsində yaranan termodinamik şərait nəticəsində generasiya mərkəzlərindən miqrasiya edən karbohidrogenlər çökəkliyin bortlarında yerləşən tələlərdə toplanaraq neft-qaz yataqları əmələ gətirmişlər.

Page 422: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

420

Qabırrı–Acınohur hövzəsi

Qabırrı–Acınohur hövzəsində Tarxan-Çokrak əsrlərində baş verən transqressiya çox məhdud sahəni əhatə edir. Çöküntülərinin əmələgəlmə xarakteri onu göstərir ki, hövzədə dayaz dəniz şəraiti olmuş (200-300 m) və onu nisbətən alçaq quru sahələri əhatə etmişdir [69].

Tarxan və Çokrak horizontlarının çöküntüləri məhdud sahəni əhatə etməklə, altda yatan Maykop çöküntülərindən karbonatlı olmaqları ilə fərqlənirlər. Çöküntülərin paylanma qanunauyğunluqları çökəkliyin qərb hissəsində Maykop çöküntüləri ilə Tarxan-Çokrak çöküntülərinin struktur planları arasında kəskin fərqin olduğunu göstərir. Burada olan iki dar çökəklik və onları ayıran qalxımın yerində iri Cənubi Kaxeti çökəkliyi yerləşirdi.

Karaqan əsri Kür hövzəsinin xeyli genişlənməsilə xarakterizə olunur. Lakin, paleocoğrafi şərait və struktur quruluşu Tarxan-Çokrak vaxtında olduğundan o qədər də fərqlənmir. Karaqan horizontunun qalınlığı 200-250 m-dən artıq deyil. Sahə üzrə çöküntülərin litologiyası qalınlıqların paylanma planı ilə uzlaşır. Çöküntülərin xarakteri və fauna qalıqları Karaqan çöküntülərinin dayaz və duzluluğu az olan dəniz şəraitində çökdüklərini göstərir. Konk əsri Karaqan əsrindən fərqlənmədiyindən çöküntütoplanma şəraitləri və intensivliyi böyük dəyişikliyə uğramır.

Orta Miosendə Qabırrı-Acınohur hövzəsinin cənub-qərb yamacında çökmə prosesinin intensivliyi bir qədər azalır. Çöküntülərin qalınlıqları cənub-qərbdən şimal-şərqə doğru 0-dan-500 m-ə qədər artır. Bu zaman hövzənin əsasən monoklinal quruluşa malik cənub-qərb yamacında Tərsdəllər-Gürzündağ, Qıraqkəsəmən və Sacdağ kimi struktur çıxıntılar rayonun monoklinal quruluşunu bir qədər mürəkkəbləşdirirlər[105].

Page 423: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

421

Üst Miosenin Sarmat əsrində çöküntütoplanma prosesi bir qədər intensivləşir və çöküntülərin qalınlıqları şimal-qərbdə 700-800 m-ə, cənub-şərqdə isə 1400-1500 m-ə çatır (şəkil 120). Bu rəqəmlərdən göründüyü kimi, orta Miosendən fərqli olaraq, son Miosendə hövzənin cənub-qərb yamacında çökmə prosesində asimmetriklik müşahidə olunur. Bunun isə əsas səbəbi, Sarmat əsrində Gürzündağ-Palantökən sahələrinin daha intensiv çökməsi olmuşdur. Müqayisə üçün demək olar ki, Tərsdəllər sahəsində toplanan Sarmat çöküntülərinin qalınlığı 100-500 m arasında dəyişdiyi halda, bir qədər şimal-qərbdə yerləşən Gürzündağ-Palantökən sahələrində bu rəqəm 800-1500 m-ə çatır.

Şəkil 120. Tovuz-Qazax- Poylu-Armudlu istiqamətində

geoloji profil.

Page 424: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

422

Üst Miosenin Meotis əsrində hövzənin cənub-qərb yamacı Kiçik Qafqazda intensivləşən qalxma prosesinə cəlb olunur. Bu zaman toplanan çöküntülərin yuyulması və yuyulma səthinin nivelirlənməsi prosesi gedir və onun üzərini Şirak lay dəstəsinin kontinental çöküntüləri örtür.

Əvvəllər olduğu kimi, rayonun əsas paleostruktur elementləri Tərsdəllər, Gürzündağ, Qıraqkəsəmən və Sacdağ qalxımları olmaqda qalırlar. Qabırrı-Acınohur hövzəsinin Kür-Qabırrı neftli-qazlı rayonu ərazisində, Kür çayı vadisindən Qabırrı çayı istiqamətində orta və üst Miosen çöküntülərinin qalınlıqları 0-dan 2400 m-ə qədər artır. Maksimum qalınlıqlar zonasının Gürzündağ sahəsindən şimalda yerləşdiyi axtarış quyuları ilə müəyyən edilib (şəkil 121).

Şəkil 121. Orta və üst Miosen çöküntülərinin

qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2- parametrik, axtarış və kəşfiyyat quyuları; 3-qırılmalar; 4- çöküntülərin pazlaşma sərhədi.

Page 425: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

423

Məlum olduğu kimi, Miosen epoxasının sonunda başlayan reqressiya Ağcagil əsrinin başlanğıcına qədər davam edir və fasiləsiz çökmə prosesi Qabırrı və Qanıx çayları arasında yerləşən ensiz körfəzdə gedir. Burada toplanan Şirak lay dəstəsi kontinental çöküntülərinin qalınlıqları 1000-1500 m-ə çatır. Bu rəqəmlər özlüyündə Ağcagil əsrinin əvvəlində Miosen çöküntüləri səthinin yatma dərinliyini əks etdirir.

Kür və Qabırrı çaylararası neftli-qazlı rayonunun Ağcagil və Abşeron əsrlərində toplanan kontinental çöküntülərinin qalınlıqları, hövzənin paleostruktur quruluşundan asılı olaraq, 300-500 m arasında dəyişir. Bu isə Miosen çöküntülərinin daha dərinə - 1600-2500 m dərinliklərə qədər gömüldüyünü göstərir.

Antropogen dövründə tektonik hərəkətlərin aktivliyinin kəskin şəkildə artması, Çatma antiklinoriumunun qalxmasına və onu təşkil edən strukturlarda şimal qanadların cənub qanadlar üzərinə irəliləməsinə səbəb olur. Regional qırılma tektonik cəhətdən Çatma antiklinoriumunu Ceyrançöl depressiyasından ayırır və onun amplitudu şimal-qərbdə 2000 m-ə çatır.

Strukturların kəskin şəkildə qalxmaya məruz qalan şimal qanadlarında Miosen çöküntüləri qismən, bəzi sahələrdə isə tamamilə yuyulmaya məruz qaldıqları üçün, çöküntülərin Pliosenin əvvəlində və sonunda olan paleostruktur vəziyyətini müəyyənləşdirmək mümkün olmur.

Aşağı Kür hövzəsi

Aşağı Kür neftli-qazlı rayonu Ləngəbiz-Ələt dərinlik qırılması ilə Cənub-şərqi Qafqazdan və Qərbi Xəzər qırılması ilə Kürdəmir-Saatlı qalxımlar zonasından ayrılan geniş ərazini tutan eyni adlı çökəkliyi əhatə edir.

Page 426: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

424

Çökəklikdə Paleogen-Miosen çöküntüləri böyük dərinliklərdə yatdıqlarından bəzi sahələrdə dərin quyularla açılsa da axtarış-kəşfiyyat qazıması ilə zəif öyrənilib. Rayonda Paleosen-Eosen çöküntüləri yalnız palçıq vulkanlarının brekçiyalarına əsasən müəyyən edilib. Bu çöküntülər əsasən qumdaşı, qum, alevrit və mergel aralaylarına malik gillərdən təşkil olunublar. Paleosen çöküntüləri kəsilişinin Aşağı Kür çökəkliyi ərazisində maksimal qalınlıqları 1000-1100 m, Eosen çöküntülərinin isə 1400-1500 m-ə çatır (şəkil 122).

Maykop əsrinin əvvəllərində paleotektonik rejimdə ciddi dəyişiklik olmayıb. Maykop dənizi demək olar ki, çox az fərqlə Eosen dənizinin tutduğu sahələri əhatə edir.

Bu əsrdə Aşağı Kür hövzəsində əsasən dərin dəniz şəraitində gilli çöküntülər toplanır. Çökəkliyin qərb və cənub-qərb bortunda kəsilişdə qum və argillitlər, şimal-şimal-şərq bortunda isə qumlar iştirak edirlər [97].

Maykop dövründə də Kürdəmir-Saatlı qalxım zonası yuyulma sahələri olaraq qalır. Maykop çöküntülərinin qalınlıqları 0-1800 m ətrafında dəyişir (şəkil 123). Hövzənin dərin sahəsi, Eosen epoxasında olduğu kimi, Nefçaladan şimal-şimal-qərb istiqamətində yerləşməklə, Cənubi Xəzər çökəkliyinə açılır. Maykop əsrinin sonunda dənizin reqressiyası başlayır. Nəticədə Maykop dənizi əvvəlki sərhədlərindən xeyli geri çəkilir və hövzənin kənar hissələri yuyulma sahələrinə çevrilirlər.

Orta və üst Miosen çöküntüləri əsasən gillərlə təmsil olunurlar. Bəzi yerlərdə çöküntülər karbonatlı süxurlarla zənginləşir.

Aşağı Kür çökəkliyində geniş yayılan palçıq vulkanlarının püskürmə məhsullarında Miosen yaşlı qumdaşı, alevrolit, mergel və bəzən dolomitləşmiş əhəngdaşıları da iştirak edirlər.

Page 427: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

425

Şəkil 122. Eosen çöküntülərinin litofasial və

qalınlıqlar xəritəsi. 1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-gillər; 4-qumlar; 5-mergellər; 6-gilli mergellər; 7-alevritlər; 8-qumdaşıları; 9-argillitlər; 10-vulkan külü.

Page 428: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

426

Aşağı Kür çökəkliyi ərazisində ilk Miosen dövrünün sonlarından başlayan reqressiya prosesi çökəkliyin kənar hissələrində alt Miosen və daha qədim çöküntülərin yuyulmasına səbəb olur [91].

Qısa müddətli reqressiya orta Miosenin Tarxan-Çokrak vaxtında dənizin yeni transqressiyası ilə əvəz olunur. Son Miosendə (Sarmat, Meotis və Pont əsrləri) Kür çökəkliyi hövzəsinin paleotektonik və paleocoğrafi şəraitlərində ciddi dəyişikliklər baş verir. Bu hər şeydən əvvəl, Kür çökəkliyini əhatə edən yuyulma zonalarında qalxma hərəkətlərinin artmasında və onlara müvafiq olaraq çöküntütoplanma hövzələrinin dibinin çökməsində özünü göstərir.

Meotisqabağı reqressiya Kür çökəkliyində dənizin daha sürətlə geri çəkilməsilə səciyyələnir. Aşağı Kür çökəkliyində Meotis çöküntülərinin litoloji tərkibinin gil, qumdaşı, balıqqulağı, oolit və detrituslu əhəngdaşılarından ibarət olması çöküntülərin dayaz-dəniz şəraitində çökdüyünü göstərir.

Ələt tektonik zonasında palçıq vulkanı brekçiyasında rast gələn oolit-əhəngdaşıları isə, bu zonada dənizin daha dayaz olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Meotis çöküntülərində müşahidə olunan kəskin fasial dəyişikliklər, çöküntütoplanma hövzəsinin paleotektonik rejimlə deyil, paleocoğrafi şəraitin dəyişməsilə əlaqədardır. Hövzənin qərb hissəsində ensiz zolaq şəklində qalan çökəklikdə intensiv şəkildə qırıntı süxurlar toplanır. Ətraf dağlardan axıb gələn çay suları ilə şirinləşməsi nəticəsində burada dəniz mənşəli fauna məhv olur. Hövzənin şərq hissəsini tutan Aşağı Kür çökəkliyində isə normal duzluluğu olan dəniz şəraiti qalmaqda davam edir.

Aşağı Kür çökəkliyinin cənub bortunda, Qərbi Qarasu sahəsində qazılan axtarış quyusunda və çökəkliyin cənub bortuna yaxın yerdə qazılan Carlı-10 saylı axtarış quyusunda açılan, qalınlıqları müvafiq olaraq 170 m və 97 m və daxilində əhəngli qum

Page 429: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

427

laycıqları olan göyümtul-boz rəngli əhəngdaşıları, bu çöküntülərin də sahildən uzaqda yerləşən dayazlıqlarda əmələ gəldiyini göstərir [104].

Şəkil 123. Maykop çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial zonaların sərhədi; 4-gillər; 5-qumlar; 6-mergellər, gilli

mergellər; 7-alevritlər; 8-qumdaşıları.

Page 430: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

428

Meotis əsrinin sonu və Pont əsrinin əvvəllərində dənizin yeni reqressiyası baş verir. Reqressiya Sarmat əsrinin sonunda baş verən reqressiyadan da geniş olur. Bu vaxt dəniz rejimi Orta və Cənubi Xəzər çökəkliklərindən başqa, Quba körfəzində, Ceyrankeçməz depressiyasının mərkəzi hissəsində, Aşağı Kür körfəzində və eləcə də Abşeron və Cənubi Qobustanın antiklinal qırışıqlardan ibarət olan adaları arasında qalmışdır.

Kür çökəkliyinin kənar hissələrində yer səthinə çıxan Pont çöküntülərinin və Aşağı Kür çökəkliyində yerləşən palçıq vulkanları brekçiyalarındakı süxur nümunələrinin tədqiqi göstərir ki, çökəkliyin şərq hissəsində Pont çöküntüləri dayaz dəniz şəraitində çökən kardium, astrokod və qastropod faunası ilə zəngin olub, əsasən gil, qismən qumdaşı və əhəngdaşılarından ibarətdir.Orta və üst Miosen çöküntüləri qalınlıqlarının paylanmasından görünür ki, maksimum qalınlıq hövzənin Cənubi Xəzər çökəkliyinə açılan hissəsindədir. Burada qalınlıq 2000-2100 m-ə çatır (şəkil 124).

Qazılan quyuların məlumatlarına görə Miosen çöküntülərinin yatma dərinlikləri də fərqlidir. Xıllı sahəsində 65 saylı quyuda 5200 m dərinlikdə Diatom, Durovdağ sahəsində 11 saylı quyuda 4335 m-də Pont, 4530 m-də Diatom, 12 saylı quyuda 4355 m dərinlikdə Çokrak, Qarabağlı sahəsində 80 saylı quyuda 3880 m-də, Kiçik Hərami sahəsində 3128 m, Kəlaməddin sahəsində 2565 m və 2770 m-lərdə Pont çöküntüləri açılıb. Pont əsrinin sonu və MQ əsrinin başlanğıcında çöküntütoplanma hövzəsinin kiçilməsi davam edir. Cənubi Xəzər çökəkliyində hövzənin sərhədləri, Abşeron yarımadası və Aşağı Kür çökəkliyinin müasir sərhədlərindən bir qədər geniş olub.

MQ əsrinin əvvəllərindən başlayaraq hövzə genişlənir və bu genişlənmə Qırməki lay dəstəsinin çökdüyü zaman daha da intensivləşir. Alt şöbə çöküntülərinin toplanma vaxtının axırlarında

Page 431: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

429

hövzə sərhədləri bir qədər stabilləşərək, Abşeron arxipelaqının şimal-qərb, Abşeron yarımadasının mərkəzi hissələrini, Bakı arxipelaqı və Kür çökəkliyinin cənub-şərq hissəsini əhatə edir.

Şəkil 124. Orta və üst Miosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1- izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhəddi; 3-litofasial zonaların sərhəddi; 4-gillər; 5-qumlar; 6-mergel və gilli mergellər; 7-alevritlər; 8-qumdaşıları.

Page 432: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

430

Aşağı Kür çökəkliyində ''Fasilə'' lay dəstəsinin analoqu olan XX horizontun Kürovdağ, Qarabağlı sahələrində konqlomeratlardan və kobuddənəli qum və qumdaşılarından ibarət olması, onların paleo-Kürün yerüstü deltasında formalaşdığını göstərir.

MQ əsrinin birinci yarısında Aşağı Kür çökəkliyini Şamaxı-Qobustan çökəkliyindən ayıran Ələt tektonik zonası MQ-nin ikinci yarısında cənub-şərq istiqamətindən transqressiya edən hövzənin suları altında qalır. Göstərilən istiqamətdə qalınlıqları 1200 m-dən 3000 m-ə qədər artan MQ-nin üst şöbəsinin çöküntüləri narın, orta və iridənəli boz gillərin qonur və sarımtıl-boz gillərlə növbələşməsindən təşkil olunurlar. Burada MQ-nin üst şöbəsi stratiqrafik kəsiliş üzrə yuxarıdan aşağı Qoturdağ, Daşgil, Hamamdağ lay dəstələrindən, kəsilişin alt hissəsində isə, gilli-qumlu hissədən və V-VII qumlu horizontlardan təşkil olunurlar. MQ-nin bu lay dəstələri Aşağı Kür çökəkliyinin Mişovdağ-Bəndovan antiklinal zonası daxil olmaqla, şimal-şərq hissəsini əhatə edirlər[96].

Aşağı Kür çökəkliyinin mərkəzi hissəsində MQ çöküntüləri fərqli litofasial tərkibə malikdirlər. Daha çox ritmik növbələşmə ilə fərqlənən çöküntülər Kürovdağ, Neftçala, Babazanan-II və Babazanan-I lay dəstələrinə ayrılırlar.

Kürovdağ və Qarabağlı sahələrində konqlomerat və kobuddənəli qumdaşıları ilə başlayan kəsiliş Kürovdağ lay dəstəsinin əsasını təşkil edir. Bu lay dəstəsinin üst hissəsi isə qum və gilli qumlardan təşkil olunub.

Neftçala lay dəstəsi qum və qumdaşılarla başlanır. Kəsiliş üzrə yuxarıda onlar gillərlə növbələşir və daha sonra isə gilli çöküntülərlə əvəz olunurlar. MQ kəsilişinin üst hissəsini təşkil edən Babazanan lay dəstəsi isə qumlu-alevritli çöküntülərin kəsilişdə üstünlük təşkil etməsi ilə fərqlənir.

Page 433: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

431

Kürovdağ-Neftçala və Ələt-Pirsaat istiqamətində çöküntülərin litofasial kəsilişlərinin müqayisəsi göstərir ki, Babazanan lay dəstəsi Qoturdağ və Daşgil lay dəstələrinə və Abşeron yarımadasının Suraxanı lay dəstəsinə uyğun gəlir. Babazanan lay dəstəsi çöküntülərinin Qoturdağ və Daşgil lay dəstəsi çöküntülərinə nisbətən daha çox qumluluğu və qumlu horizontların bir-birindən daha gilli çöküntülərlə ayrılması, çöküntülərin paleo-Kürün deltasının sualtı hissəsində formalaşdığını göstərir. Kürovdağ-Neftçala litofasiyasına aid olan lay dəstələri və horizontlarında qumluluğun artıb-azalması, Kür çayının qədim deltalarının yerdəyişmələri və hövzənin genişlənməsi ilə əlaqədar olaraq, delta zonalarının şimal-qərb istiqamətində geri çəkilmələrinin nəticəsidir.

Tədricən genişlənən Məhsuldar Qat hövzəsi əsrin sonlarında maksimal həddinə çatdıqdan sonra bir qədər geri çəkilir. Bu zaman Aşağı Kür çökəkliyinin daha intensiv inkişaf edən antiklinal qalxımlarının tağ hissələrində MQ çöküntülərinin səthi azacıq yuyulmaya məruz qalır.

Qısa müddətli reqressiya prosesi Ağcagil əsrinin əvvəllərində yeni transqressiya ilə əvəz olunur. Transqressiya isə MQ əsrində olduğu kimi, hövzəyə gələn çay sularının çoxalması hesabına deyil, Xəzər hövzəsinin yenidən dünya okeanı ilə qovuşması nəticəsində baş verir.

Ağcagil transqressiyası nəticəsində az müddət ərzində MQ-nin şirinləşən su hövzəsi duzlu dəniz hövzəsi ilə əvəz olunur. Kür çökəkliyində Ağcagil dənizinin transqressiyası daha geniş olmuş və Aşağı Kür çökəkliyinin ərazisində yaxşı çeşidlənən narındənəli qum, qumdaşı və gillər çökmüşlər.

Ağcagil çöküntülərində öyrənilən fauna qalıqlarına əsasən dəniz suyunun duzluluğunun dəyişkən olduğunu söyləmək olar.

Page 434: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

432

Ağcagil əsrinin əvvəllərində nisbətən şirinləşən su hövzəsi, orta Ağcagil vaxtı normal duzluluğa malik olur və molyuskaların, kardium, maktra və dreysensiyaların yaşaması üçün əlverişli şərait yaranır.

Son Ağcagil vaxtı isə Xəzər dənizi hövzəsinin dünya okeanı ilə mövcud olan əlaqəsinin yenidən itirilməsi nəticəsində dəniz suyunun Böyük və Kiçik Qafqaz dağlarından çaylarla gətirilən sular hesabına şirinləşməsi baş verir.

Ağcagil çöküntüləri qalınlıqlarının böyük intervalda (0-1000 m-ə qədər) dəyişməsi bu əsrdə geotektonik hərəkətlərdə intensivliyin azalmadığını göstərir. Çöküntülərin Orta və Aşağı Kür çökəkliyindəki qalınlıqlarının müqayisəsi onların toplandığı geotektonik rejimlərdə çox böyük fərq olduğunu göstərir. Belə ki, Orta Kür çökəkliyinin mərkəzi hissəsində toplanan çöküntülərin qalınlıqları 1000 m-dən artıq olduğu halda, Aşağı Kür çökəkliyində qalınlıqlar 50-300 m arasında dəyişir.

Rayonda kiçik qalınlıqların antiklinal strukturların tağ hissələrində, nisbətən böyük qalınlıqların isə sinklinal çökəkliklərdə qeydə alınması, Ağcagil əsrində Aşağı Kür çökəkliyinin və onun davamında yerləşən Bakı arxipelaqının antiklinal zonalarının, ayrı-ayrı strukturlarının çöküntütoplanması ilə kompensasiya olunmayan nisbətən dərin dəniz şəraitində konsedimentasiya səciyyəli inkişafda olduqlarını göstərir.

Ağcagil əsrinin sonunda başlayan reqressiya Abşeron əsrində bir qədər də güclənir. Ağcagil çöküntülərinin alt Abşeronun daha çox qumlu və çınqıllı çöküntüləri ilə əvəz edilməsi, quru ərazisinin intensiv yüksəlməsini və relyefin kəskin şəkil aldığını göstərir. Orta Abşeron vaxtı Aşağı Kür çökəkliyində qum aralaycıqları olan nisbətən dərin dəniz çöküntüləri toplanır.

Page 435: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

433

Aşağı Kür çökəkliyi ərazisində nisbətən dərin dəniz şəraitində son Abşeronda əsas etibarilə gillər, şimal-qərb hissəsində isə dayaz dəniz şəraitində konqlomerat aralaylarına malik əhəngdaşıları çökürlər.

Aşağı Kür çökəkliyində Abşeron çöküntüləri qalınlıqlarının 1200-1500 m arasında dəyişməsi, tektonik hərəkətlərin intensiv olduğunu bir daha təsdiq edir. Qalınlıqlar həm antiklinal zonalardan sinklinal çökəkliklərə tərəf, həm də şimal-qərbdən cənub-şərq istiqamətində artır. Abşeron çöküntüləri qalınlıqları Kürovdağ-Neftçala antiklinal zonasında 1200-1500 m arasında dəyişirlər.

Abşeron əsrinin sonunda və Bakı əsrinin əvvəllərində baş verən tektonik hərəkətlər nəticəsində Aşağı Kür çökəkliyində Bakı əsrində dənizin transqressiyası şimal-qərb istiqamətində genişlənir. Çökəkliyin sinklinal zonalarında Abşeron çöküntülərindən Bakı mərtəbəsi çöküntülərinə keçiddə Türkan horizontunun çöküntüləri yatır.

Aşağı Kür çökəkliyi hövzəsində Miosen çöküntüləri böyük dərinliklərdə yaratdıqları və çox məhdud sayda axtarış quyuları ilə öyrənildikləri üçün, onların paleostruktur şəraitini hələlik öyrənmək mümkün deyildir. Burada əsas neftli-qazlı çöküntülər olan alt Pliosenin Məhsuldar Qat çöküntüləri, üst Pliosenin Ağcagil mərtəbəsi və alt Antropogenin Abşeron mərtəbəsi çöküntülərinin struktur quruluşu çoxsaylı axtarış-kəşfiyyat, istismar quyuları və eləcə də geofiziki üsullarla mükəmməl öyrənilib.

Quyuların əksəriyyətində MQ çöküntülərinin dabanı açılmadığına baxmayaraq, seysmik profillərdən istifadə etməklə, interpretasiya yolu ilə onların ümumi qalınlıq xəritəsi qurulmuşdur. Xəritədən görünür ki, MQ çöküntülərinin şimal-qərbdən cənub-şərqə qalınlıqları 500-1000 m-dən 3500-4500 m-ə qədər artır (şəkil 125).

Page 436: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

434

Burada mövcud olan Kəlaməddin-Mişovdağ-Bəndovan, Kürovdağ-Neftçala antiklinal zonaları konsedimentasiyalı inkişafda olan paleostruktur qalxımlar olublar. Qalxımları mürəkkəbləşdirən regional qırılmaların amplitudlarının kəsiliş üzrə yuxarıdan aşağıya doğru artmaları, onların da konsedimentasiya səciyyəli inkişafda olduğunu göstərir.

Yuxarı Şirvan çökəkliyinin mərkəzində yerləşən Padar strukturu isə, müasir dövrdə olduğu kimi, MQ dövründə də qırılmalarla mürəkkəbləşməyib. Aşağı Kür çökəkliyinin cənub-qərb bortunda yerləşən Muğan monoklinalında və onun şimal-qərb davamında MQ çöküntülərinin qalınlığı 1000-3000 m arasında dəyişir. Monoklinalı Aşağı-Kür çökəkliyinin Salyan sinklinalından ayıran Qərbi Xəzər dərinlik qırılması isə, MQ əsrində demək olar ki, tam fəaliyyətsiz olub (şəkil 125).

Pont mərtəbəsi çöküntülərinin böyük qalınlıqda olmadığını və onların çox da böyük intervalda dəyişmədiyini nəzərə alaraq, MQ çöküntülərinin qalınlıqlar xəritəsinin, tam olmasa da, Miosen çöküntü kompleksinin MQ əsrinin sonunda olan paleostruktur vəziyyətini əks etdirdiyini demək olar (şəkil 125).

Aşağı Kür çökəkliyində az qalınlıqları (50-150 m) ilə fərqlənən Ağcagil çöküntüləri, MQ-nin paleostruktur quruluşunun əsaslı dəyişməsinə səbəb olmayıb. Daha böyük qalınlıqlı alt Abşeron çöküntülərinin toplanmasının sonunda MQ-nin tavanı 500 m-dən 1500 m-ə qədər dərinliyə gömülmüşdür. Buna baxmayaraq, orta Abşeronun əvvəlinə Aşağı Kür çökəkliyinin struktur planında elə də ciddi dəyişikliklər baş verməyib.

Məhsuldar Qat əsrinin sonunda olduğu kimi, burada Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala antiklinal zonaları əsas tektonik vahidlər olaraq qalırlar.

Page 437: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

435

Şəkil 125. Məhsuldar Qat çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi.

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhəddi; 3-qırılmalar; 4-litofasial zonaların sərhəddi; 5-gillər; 6-qumlar; 7-alevritlər; 8-qumdaşıları; 9-konqlomeratlar.

Antiklinal zonaların strukturları və onların quruluşlarını mürəkkəbləşdirən regional qırılmalar konsedimentasiya səciyyəli

Page 438: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

436

inkişaf etməkdə davam edirlər. Antiklinal zonalar arasında yerləşən Aşağı Şirvan çökəkliyinin şimal-qərb hissəsindəki Kürsəngi antiklinalında konsedimentasiyalı qalxma, MQ əsrinə nisbətən zəifləyir.

Strukturu mürəkkəbləşdirən mərkəzi qırılmanın ilk Abşeronun sonunda MQ-nin tavanına görə amplitudu 100 m-dən artıq olmayıb. Kürsəngi, Qarabağlı strukturları arasında yerləşən geniş sinklinal sahədə bu zaman çökmə 750-800 m olduğu halda, Kürsəngi və Qalmaz strukturları arasındakı daha geniş sinklinal çökəklikdə bu rəqəm 1000-1100 m-ə çatır.

Bu hal, Qalmaz antiklinalının və onu mürəkkəbləşdirən regional qırılmanın daha böyük sürətlə qalxması ilə izah olunur. Belə ki, Qalmaz antiklinalının tağa yaxın hissələrində Ağcagil-alt Abşeron çöküntüləri qalınlıqları 500-600 m-ə qədər azaldığı halda, Qarabağlı antiklinalının mərkəzi blokunda bu rəqəm 750-800 m-ə çatır.

Qarabağlı qalxımının cənub-qərb qanadında qalınlığın 650 m-ə qədər azalması və Salyan çökəkliyinin oxyanı sahələrində yenidən 1000-1100 m-ə qədər artması, eyni zamanda mərkəzi blokunda qalınlıqların artması, bloku hüdudlandıran qırılmaların daha yüksək konsedimentasiyalı inkişafı ilə izah oluna bilər.

Qarabağlı strukturunda qırılmaların yüksək sürətlə inkişafı isə öz növbəsində, onun MQ-nin sonu və Ağcagil əsrinin əvvəllərində, Aşağı Kür çökəkliyində ən sürətli qalxıma malik olması və bunun da nəticəsi olaraq MQ-nin I-V horizontlarının yuyulmasına səbəb olmuşdur (şəkil 126).

Aşağı Kür çökəkliyinin şimal-qərb hissəsində yerləşən Padar strukturunda orta Abşeronun başlanğıcında MQ-nin tavanı 900-1000 m paleohipsometrik dərinlikdə yerləşir. Bir qədər şimal qərbdə Yuxarı Şirvan depressiyasının mərkəzi hissəsində dərinliklər 1400-1500 m-ə qədər artır.

Page 439: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

437

Şəkil 126. Orta Muğan-Kürsəngi-Pirsəhhət-Duvannı

istiqamətində paleogeoloji profil.

Son Abşeron vaxtı tektonik hərəkətlərin aktivliyinin artması, MQ çöküntüləri səthinin son Abşeronun başlanğıcında olan vəziyyətinə güclü təsir edir. Aşağı Kür çökəkliyinin şimal-qərbində, Yuxarı Şirvan depressiyasında MQ çöküntüləri 2000 m-dən artıq dərinliyə gömülürlər. Depressiyanın şimal bortunda yerləşən Ləngəbiz monoklinalında MQ çöküntüləri səthinin yatma dərinlikləri 1000-2000 m arasında dəyişir. Padar struktur qalxımlarının yatma dərinlikləri isə 1500-1600 m-ə qədər artır, yatım bucaqları isə bir

Page 440: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

438

qədər çoxalır. Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala antiklinal zonaları daha böyük dərinliklərə gömülməklə konsedimentasiya səciyyəli inkişaf etməkdə davam edir.

Kiçik Hərami antiklinalında Məhsuldar Qat çöküntülərinin səthi 800-1200 m, Mişovdağ və Kürovdağ antiklinallarında isə 1000-1400 m-ə qədər dəyişən paleoizohipslərlə xarakterizə olunurlar. Yuxarıda deyilənlərdən göründüyü kimi, strukturların MQ-nin səthinə görə hündürlükləri təxminən eyni olub, 400 m-ə çatır.

Qarabağlı və Qalmaz antiklinallarında MQ səthinin yatma dərinlikləri müvafiq olaraq 1600 m və 1400 m-ə qədər artır. Aşağı Şirvan depressiyasında bu rəqəmlər 2000 m-ə çatdığı halda, depressiyanın mərkəzində yerləşən Kürsəngi antiklinalında 1400-1500 m-ə qədər azalır.

Göründüyü kimi, Kürsəngi antiklinalının amplitudu 100 m-dən artıq olmayıb. Orta, üst Abşeron və Antropogen çöküntüləri qalınlıqlarının struktur daxilində çox az dəyişməsi, onun tam gömülmüş struktura çevrilməsini göstərir. Bu hal, Qarabağlı strukturunda da müşahidə olunur.

Kəlaməddin-Mişovdağ-Bəndovan strukturları isə əksinə, son Abşeron, xüsusən Antropogen vaxtı daha böyük sürətlə inkişaf edərək, əvvəllər toplanan Abşeron, Ağcagil və MQ çöküntülərinin üst hissəsinin yuyulmasına səbəb olur. Sonuncu hal ən çox Kiçik Hərami və Bəndovan strukturlarında və Kürovdağ-Neftçala antiklinal zonasının mərkəzində yerləşən Babazanan antiklinallarının tağ hissələrində qeyd olunur. Bu zaman göstərilən antikinal zonaları mürəkkəbləşdirən regional qırılmaların amplitudları kəskin şəkildə artaraq, 1800-1900 m-ə (Babazanan antiklinalında) çatır, bir sıra eninə və diaqonal istiqamətli yeni qırılmalar əmələ gəlir. Son Abşeron-Antropogen vaxtı tektonik hərəkətlərin intensivliyinin

Page 441: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

439

artması əksər struktur qaxımlarda palçıq vulkanlarının püskürmələrinə səbəb olur.

Cənubi Xəzər hövzəsinin qərb hissəsi olan Aşağı Kür çökəkliyində Mezozoy kompleksi və Paleogen-Miosen çöküntüləri böyük dərinlikdə yatdıqları üçün, neft-qaz axtarışı nöqteyi-nəzərdən əhəmiyyət kəsb etmirlər. Şamaxı-Qobustan və Abşeron ərazisində olduğu kimi, burada da Paleogen-Miosen çöküntüləri nefttörədici, MQ çöküntüləri isə əsas kollektorlar sayılırlar. Paleogen-Miosen çöküntüləri bəzi sahələrdə qazılan axtarış quyularında açılıb və Qobustanla müqayisədə daha gilli fasiyada olduqları məlum olub.

Bu çöküntülər MQ əsrinin sonunda artıq 4000 m-ə qədər, Ağcagil-Abşeron əsrlərində 1000-1500 m, Antropogendə isə daha 1000-1300 m-ə qədər dərinliklərə çökmüşlər. Bu da Paleogen-Miosen çöküntülərinin ümumi gömülmə dərinliyinin 6000-6800 m olduğunu və karbohidrogenlərin əmələ gəlməsi üçün lazımi termodinamik şəraiti yarandığını göstərir.

Məhsuldar Qat çöküntüləri qalınlıqlarının paylanması göstərir ki, Aşağı Kür çökəkliyinin əksər strukturları konsedimentasiya səciyyəli inkişafda olmuşlar. Ağcagilqabağı qırışıqlıq nəticəsində Kəlaməddin-Mişovdağ-Bəndovan və Kürovdağ-Neftçala antiklinal zonalarının əksər paleostrukturlarının amplitudları 500 m-ə çatır. Göstərilən antiklinal zonaların quruluşlarını mürəkkəbləşdirən regional qırılmaların amplitudları isə, hətta 1000 m-ə (Kəlaməddin sahəsində) çatmışdır. Bu deyilənlər Aşağı Kür çökəkliyində paleotektonik və paleostruktur şəraitin əlverişli olduğunu göstərir. Belə paleocoğrafi şərait isə Məhsuldar Qat çöküntülərinin Kür, Araz, Pirsaat çaylarının və bir sıra kiçik çayların, Böyük və Kiçik Qafqaz dağlarından Kür çökəkliyi hövzəsinə gətirdiyi qumlu-gilli çöküntülərin Aşağı Kür çökəkliyində toplanması ilə yaranmışdır.

Page 442: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

440

Burada MQ kəsilişində 20-dən artıq qumlu-alevritli horizont ayrılır. Horizontlar arasında yaxşı əks olunan gil qatlarının olmaması, onların dayaz su hövzəsində, çayların fəaliyyətinin kifayət qədər yüksək olduqları şəraitlərdə çökdüklərini göstərir. Əlverişli paleocoğrafi şərait MQ kəsilişində çoxsaylı kollektor laylarının əmələ gəlməsinə səbəb olmuşdur.

Kollektorların daha geniş və böyük qalınlıqlı qumlu horizontların yayıldığı sahələr Aşağı Kür çökəkliyinin mərkəzi hissələrində qeyd olunur. Bu da paleo-Kür çayının fəaliyyəti ilə əlaqədar olmuşdur.

Çökəkliyin şimal-şərq bortunda nisbətən gilləşən MQ çöküntüləri Ələt dərinlik qırılması ilə tektonik ekranlaşır. Cənub-qərb bortda yerləşən Qərbi Xəzər dərinlik qırılmasının isə Məhsuldar Qat çöküntüləri üzrə ekranlaşdırma rolu böyük olmadığı üçün, genişlənən su hövzəsi şəraitində çökən horizontlar Paleogen-Miosen və hətta Mezozoy çöküntülərinin yuyulan səthi üzərinə transqressiv şəkildə yataraq, karbohidrogenlərin toplanması üçün əlverişli olan Həşimxanlı, Şərqi Şorsulu, Xanməmmədli və başqa stratiqrafik tələlər əmələ gətirirlər.

Stratiqrafik tələlərin Qərbi Xəzər dərinlik qırılmasından cənub-qərbdə yerləşməsi, onların neftlə doymasına mənfi təsir edə bilər. Bununla yanaşı, karbohidrogenlərin Aşağı Kür çökəkliyinin mərkəzindən kənar hissələrinə miqrasiyası nəzərə alınarsa, cənub-qərb istiqamətindəki karbohidrogen axımının əsasən Kürovdağ-Neftçala antiklinal zonasında olan struktur tələlər tərəfindən tutulduğunu, cənub-qərb bortunda olan qeyri-antiklinal strukturların isə, yalnız Muğan-Salyan sinklinal çökəkliyindən miqrasiya edən karbohidrogenlərlə kifayətləndiyini demək olar.

Page 443: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

441

Talışqarşısı (Cəlilabad) hövzəsi

Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonunun ərazisini əhatə edən çöküntütoplanma hövzəsində Maykop əsrinin sonunda baş verən reqressiya Tarxanda daha da güclənir. Bu vaxt çöküntütoplanma prosesi ensiz zolaq şəklində mövcud olan Talışqarşısı çökəklikdə gedir. Burada toplanan orta və üst Miosen çöküntülərinin qalınlıqları 1300-1500 m-ə qədər çatır (şəkil 127).

Bu dövrdə Talış qalxımının mərkəzi və cənub hissələri, eləcə də şimalda yerləşən Cənubi Muğan qalxım zonası yuyulma sahələri olublar. Hövzənin cənub-qərb bortunda Tarxan horizontunun qastropod qalıqlarına malik konqlomerat və qumdaşılarından təşkil olunan dayaz-sahil fasiyasında olan çöküntüləri toplanır. Bir qədər şimalda bu çöküntülər Talış qırışıqlıq zonasından gətirilən narındənəli çöküntülərlə əvəz olunurlar.

Hövzənin cənub bortuna yaxın yerləşən Alataş-Burovar qalxımlar zonasının əmələ gəlməsinin ilkin əlamətləri də, məhz bu vaxt müşahidə olunur. Qalxımlar zonası cənubdan gətirilən kobuddənəli çöküntülərin şimal istiqamətində daha çox yayılmasına imkan vermədiyi üçün, hövzənin mərkəzində az qalınlıqlı mergel və qumdaşı laycıqlarına malik karbonatlı gillər toplanırlar.

Kürdəmir-Saatlı qalxımlar zonasında olduğu kimi, Cənubi Muğan qalxımı da alçaq relyefli olduğu üçün, Talış qalxımına nisbətən hövzəyə xeyli az terrigen material vermiş və materiallar daha narındənəli olmuşlar. Toplanan çöküntülərin qalınlıqları isə, Kür çökəkliyində olduğu kimi, çox da böyük olmayıb [33].

Çokrak əsrinin əvvəllərində başlayan dəniz transqressiyası Talışqarşısı hövzənin də xeyli genişlənməsinə səbəb olur. Lakin bu genişlənmə zamanı dəniz Maykop epoxasında tutduğu sərhədlərə çata bilmir. Mərkəzi və Cənubi Talış qalxımları yuyulma zonaları olaraq

Page 444: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

442

qalırlar. Talış dağlarının göstərilən sahələri sonrakı geoloji dövrlərdə bir daha dəniz suları altında qalmırlar.

Şəkil 127. Orta və üst Miosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi

1-izopaxitlər; 2-parametrik, axtarış və kəşfiyyat quyuları; 3-çöküntülərin pazlaşma sərhədi; 4-gillər; 5-qumlar; 6-mergellər, konqlomerat, qumdaşı və əhəngdaşılarından ibarət nazik təbəqəli aralaycıqları. Uzuntəpə sahəsində qazılan quyuların kəsilişində Çokrak

çöküntülərinin iştirak etməməsi göstərir ki, dəniz transqressiyası

Page 445: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

443

şimal-qərbdə geniş ərazini tutan Cənubi Muğan qalxımını da əhatə edə bilməyib.

Eni 2-5 km arasında dəyişən çöküntü hövzəsi, şimal-qərbdə Yevlax-Ağcabədi və cənub-şərqdə Cənubi Xəzər su hövzələri arasında boğaz rolunu oynayır. Burada qalınlıqları 650 m-ə çatan Çokrak çöküntülərinin əsasən pis çeşidlənən qumdaşılarından ibarət olması, yuyulma sahələrinin yaxında olmasını, terrigen materialın əsas mənbəyinin isə Talış yüksəklikləri olduğunu göstərir. Bununla yanaşı, çöküntülərin tərkibində kvars minerallarının şimal-qərb istiqamətində artması, çöküntütoplanma prosesində Kiçik Qafqazdan gətirilən terrigen materialın da müəyyən rol oynadığını göstərir.

Fauna qalıqları Çokrak dənizi sularının normal duzluluğa yaxın olduğunu göstərir. Çöküntülərin pirit mineralları ilə zənginliyi və dəniz dibində yaşayan heyvan qalıqlarının olmaması, Çokrak dənizinin dibinin də, Maykop dənizinin dibi kimi, hidrogen-sulfidlə zəhərləndiyini göstərir. Bu isə Talışqarşısı hövzədə Çokrak çöküntülərinin bərpaedici şəraitində formalaşmasına səbəb olur.

Karaqan əsrinin başlanması ilə Talışqarşısı hövzədə çöküntütoplanma prosesinin paleotektonik və paleocoğrafi şəraitində nəzərə çarpacaq dərəcədə dəyişikliklər olmasa da, hər halda Çokrak əsrinə nisbətən hövzə bir qədər kiçilir. Karaqan çöküntülərində rast gələn çoxlu bitki qalıqları isə, Ş.F.Mehdiyev və A.S.Bayramova görə, burada tropik iqlimin olduğunu göstərir. Talışqarşısı hövzədə dayaz tropik dəniz şəraitində qum və gillər toplanır [64].

Qumlu çöküntülərin şimal-qərb istiqamətində artması, terrigen materialın Talış və Cənubi Muğan qalxımları ilə yanaşı, Kiçik Qafqazın cənub-şərq hissəsindən də gətirildiyini, Karaqan çöküntülərinin qalınlıqlarının 440 m-ə qədər olması isə, hövzədə çökmə proseslərinin də Çokrak əsrinə nisbətən zəiflədiyini göstərir.

Page 446: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

444

Konk əsrində hövzənin bir qədər də kiçilməsi nəzərə alınmasa, paleotektonik şəraitdə dəyişikliklərin olmadığını, burada əvvəlki kimi qumlu-gilli çöküntülərin dayaz dəniz şəraitində çökdüyünü demək olar. Çöküntütoplanma hövzəsinin kiçilməsi ilə yanaşı dəniz dibinin çökməsinin də azaldığı (150 m-ə qədər) və çökmənin cənub-şərq istiqamətində artdığını qeyd etmək olar.

İlk Sarmat vaxtı Talış zonasının bir qədər də yüksəlməsi ilə əlaqədar olaraq, çöküntütoplanma hövzəsi nisbətən kiçilir və dayazlaşır. Dayaz və ensiz dəniz şəraitində kobuddənəli pis çeşidlənən qumdaşı və gillər toplanırlar.

Qumların üstünlük təşkil etdiyi alt Sarmat çöküntülərinin qalınlıqları şimal-qərbdən cənub-şərq istiqamətində 100 m-dən 300 m-ə qədər artır. Hövzə göstərilən istiqamətdə genişlənir və Cənubi Xəzər çökəkliyinə açılır. Genişlənmə qumdaşılarının daha narındənəli olmasına və gillərin kəsilişdə üstünlük təşkil etməsinə səbəb olur. İlk Sarmat dənizinin suları normal dəniz sularına nisbətən xeyli şirinləşir.

Orta Sarmat zamanı dəniz genişlənir və dərinləşir. Talış dağlarının şimal-şərq yamacları və Cənubi Muğan qalxım zonasının geniş quru ərazisi, Kürdəmir-Saatlı zonasında olduğu kimi, orta Sarmat dənizi suları altında qalırlar. Bu sahələrdə gillərlə yanaşı kəsilişdə qumdaşı, konqlomerat və balıqqulağı əhəngdaşılarının iştirakı, onların dayaz dəniz və sahilyanı zonalarda toplandıqlarını göstərir. Talışqarşısı çökəklikdə isə, dənizin ilk Sarmat dənizindən xeyli dərin olması ilə əlaqədar olaraq, daha çox gillər çökürlər. Bu zaman sularının duzluluğu artır və dəniz faunasının sürətlə çoxalması baş verir.

Son Sarmat vaxtı orta Sarmatda mövcud olan dəniz şəraiti qalmaqda davam edir. Nisbətən genişlənən dəniz şəraitində daha çox gillər toplanır. Sarmat əsrinin sonlarına yaxın, Talış zonasında qalxma hərəkətlərinin güclənməsilə əlaqədar olaraq, hövzənin kəskin surətdə

Page 447: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

445

kiçilməsi və dayazlaşması, əsrin sonunda isə onun tamamilə quru ərazisinə çevrilməsi baş verir.

Şəkil 128. Məhsuldar Qat çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi

1-izopaxitlər; 2-çöküntülərin pazlaşma sərhədi; 3-litofasial zonaların sərhədi; 4-gillər; 5-qumlar; 6-qumdaşıları; 7-konqlomeratlar; 8-yuyulma sahələri.

Sarmat mərtəbəsi çöküntüləri qalınlıqlarının paylanması göstərir ki, orta və xüsusən, son Sarmatda Talış yüksəkliklərində qalxma

Page 448: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

446

hərəkətlərinin intensivləşməsi nəticəsində, Talışqarşısı çökəkliyin maksimal qalınlıqlar zonası ilk Sarmat vaxtına nisbətən 1,5 km şimal-şərq istiqamətində miqrasiya edərək, Cənubi Muğan qalxımlar zonasının cənub-qərb hissəsində yerləşən Uzuntəpə sahəsinə yaxınlaşır.

Sarmat əsrinin sonunda baş verən qalxma prosesi Ağcagil əsrinin başlanğıcına qədər davam edir. Bu zaman Talış dağlarının ətəklərində və müasir Xəzəryanı düzənliyin qonşuluğunda yerləşən hissələrində kontinental rejim hökm sürür.

Orta və son Miosen epoxasında Kiçik Qafqazın şərq hissəsində enmə prosesləri üstünlük təşkil edir. Bunu ətraf çökəkliklərdə toplanan çöküntülərin kəsilişində kobuddənəli terrigen çöküntülərin olmaması sübut edir. Bu zaman Aşağı Araz çökəkliyində, Kür çökəkliyinin mərkəzi hissəsində olduğu kimi, çöküntütoplanma prosesi aramsız gedir. Burada Məhsuldar Qat vaxtı 1000-1500 m qalınlıqlı dayaz dəniz və şirinsulu-kontinental çöküntülər toplanır (şəkil 128).

Çöküntülərin litofasial xüsusiyyətləri Aşağı Araz çökəkliyinin Talışqarşısı çökəkliklə sıx əlaqədə olduğunu göstərir. Kiçik Qafqazın dağlıq hissələri enmə və aşınma proseslərinə məruz qaldığı üçün, son Miosendə onun çökəklik hissələri dəniz suları altında qalırlar. Bununla yanaşı, Kiçik Qafqazdan başlanan bir sıra çayların mövcud olduğunu da qeyd etmək lazımdır. Bu çaylar sırasında Əkərə, Bazar, Köndələn çayları Aşağı Araz çökəkliyini şimaldan terrigen materiallarla təchiz ediblər.

Lənkəran neftli-qazlı rayonunun şimal və şimal-qərb istiqamətlərində vulkan mənşəli süxurların azalması, normal çöküntü süxurlarının isə artması, eyni zamanda göstərilən istiqamətdə təbii neft-qaz çıxışlarının çoxalması, qazılan struktur-axtarış və dərin kəşfiyyat quyularında neft-qaz təzahürləri Talışqarşısı çökəkliyin neft-qazlılıq perspektivliyinin Oliqosen-Miosen çöküntüləri ilə əlaqədar olduğunu göstərir.

Page 449: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

447

İrəvan-Ordubad hövzəsi

Naxçıvan mümkün neftli-qazlı rayonunda Oliqosenin sonu və Miosen epoxasının əvvəllərindən başlayaraq çökmə zonası qərb-cənub-qərb istiqamətində miqrasiya edərək, Şərur-Culfa antiklinoriumunu iki qalxıma - Şərur və Culfa antiklinoriumlarına ayırır. Fəaliyyətdə olan vulkanizm prosesi kəskin zəifləyir. Naxçıvan çökəkliyinin yalnız kənar hissələrində eksklüziv formada təzahür edən vulkanizm Oliqosen-ilk Miosendə karbonatlı-terrigen çöküntülərin toplanması ilə müşayiət olunur [13].

Orta və son Miosen vaxtı Orta Araz depressiyasında dənizin reqressiyası nəticəsində laqun şəraiti yaranır və quru, isti iqlim şəraitində qalınlığı 1000 m-ə çatan gips və daş duz çökür. Son Sarmat vaxtı dənizin transqressiyası nəticəsində dəniz suları ilə dolan laqun hövzəsinin sahəsi genişlənir. Nəticədə gil, qum, oolitli əhəngdaşı və balıqqulağı əhəngdaşılarından ibarət üst Sarmat çöküntüləri Paleozoya qədər olan qədim çöküntülər üzərinə transqressiv şəkildə yatırlar. Orta və son Miosen dövründə ümumi qalınlığı 1200 m-ə çatan çöküntülər toplanır (şəkil 129).

İlk Pliosendə tektonik hərəkətlərin intensivləşməsi Arazyanı zonada dərinlik qırılmalarının aktivləşməsinə səbəb olur. Naxçıvan çökəkliyini Şərur-Culfa antiklinorimu və Ordubad sinklinoriumundan ayıran dərinlik qırılması aktivləşmə nəticəsində, qərbdə Şimali Anadolu dərinlik qırılması ilə birləşir, şərqdə isə Mehri-Ordubad batolitindən keçərək İran ərazisinə doğru uzanır. Qırılma ilə əlaqədar ilk Pliosen vulkanitləri əsasən Naxçıvan çökəkliyinin şimal kənarında yerləşirlər. Qalınlıqları 1000 m-ə çatan andezit effuziya və piroklastolitləri isə çökəklik ərazisinin bir hissəsini örtürlər. Çökəklik ərazisinin çox hissəsində üst Pliosen-Antropogen vulkanizmi mövcud olmayıb.

Page 450: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

448

Şəkil 129. Orta və üst Miosen çöküntülərinin litofasial və qalınlıqlar xəritəsi

1-izopaxitlər; 2- yuyulma sahələri; 4-içərisində gips araqatları olan gilli, qumlu ,oolitli əhəngdaşılı çöküntülər.

Ordubad sinklinoriumunun neft-qazlılq ehtimalı onun cənub-

qərb hissəsində Neogen çöküntüləri ilə örtülən böyükölçülü mulda ilə əlaqələndirilir. Mulda cənub-şərq istiqamətində çökəkliyin xeyli hissəsini əhatə edir. Onun mərkəz hissəsində Sarmat çöküntülərindən təşkil olunan bir neçə braxiantiklinal qalxım aşkar olunub. Antiklinal qalxımlardan neft-qazlılıq cəhətdən maraq doğuranı Böyükdüz və Dəhnə antiklinal qalxımlarıdır.

Page 451: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

449

NƏTİCƏ Baykal yaşlı süxurların tərkibi və onların dislokasiya

xüsusiyyətləri göstərir ki, Böyük və Kiçik Qafqaz dağları və onların arasında yerləşən Kür çökəkliyi ərazisində geniş geosinklinal mövcud olub. Hersin qırışıqlığı zamanı isə Azərbaycan ərazisinin çox hissəsi yuyulma sahəsi olmuşdur.

Mezozoy erasının əvvəllərində Dzirul, Saqareci, Kürdəmir qalxımları yuyulmaqda olan yüksəkliklər olublar. Yura dövründə Böyük və Kiçik Qafqaz geosinklinalları yaranırlar. Orta Yuranın sonu son Yuranın əvvəllərində baş verən qırışıqlıq nəticəsində geosinklinallarda qismən inversiya baş verir və geosinklinalların daxilində geoantiklinallar yaranır. Bu zaman indiki Kür çökəkliyi ərazisində Qabırrı-Acınohur, Yevlax-Ağcabədi və çox güman ki, Aşağı Kür çöküntütoplanma hövzələri yaranırlar.

Təbaşir dövrünün əvvəllərində başlayan dəniz transqressiyası tədricən genişlənir və Apt əsrinin sonundan Turon əsrinin əvvəllərinə kimi Azərbaycan ərazisində qeyri-sabit geotektonik rejim hökm sürür. Bu zaman Böyük Qafqazın cənub yamaclarında, Kür çökəkliyinin və Kiçik Qafqazın əksər sahələrində vulkan püskürmələri baş verir və hövzələrdə vulkanogen və tufogen süxurlar toplanır. Bu proses göstərilən rayonlarda ilk Santonun sonlarına qədər davam edir. Azərbaycanın şimal-şərq hissəsində isə, bu zaman terrigen və karbonatlı çöküntülərin toplanması davam edir. Son Təbaşirin axırlarında genişlənən dəniz transqressiyası əksər hövzələrdə karbonatlı çöküntülərin toplanmasına səbəb olur. Paleosen-Eosen epoxasında tektonik hərəkətlərin aktivləşməsi nəticəsində yuyulma prosesləri güclənir və hövzələrdə terrigen çöküntülər toplanır. Kiçik Qafqazda Eosen epoxasında vulkanlar yenidən fəaliyyətə başlayır. Bu

Page 452: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

450

dövrdə Qabırrı-Acınohur və Yevlax-Ağcabədi hövzələrində tufogen çöküntülər daha çox toplanır. Oliqosen-Miosen epoxasında Böyük və Kiçik Qafqaz geoantiklinalları dağlıq zonalara çevrilirlər. Böyük Qafqazın cənub-şərq batımında Quba-Dəvəçi və Şamaxı-Qobustan periklinal çökəklik hövzələri və eləcədə Kiçik Qafqazqarşısı çöküntü hövzəsi əsasən gil və qumlardan ibarət mollas çöküntüləri ilə dolurlar.

Meotis və Pont əsrləri Cənub-Şərqi Qafqazın geoloji inkişaf tarixində bir növ keçid dövrü olur. Bu vaxt CŞ Qafqazın mərkəzi qalxım zonası kəskin şəkildə yüksəlir, Şamaxı-Abşeron çökəkliyi isə intensiv çökərək, Kür çökəkliyindən ayrılır. Cənubi Xəzər çökəkliyinin Qaradəniz və onunla birlikdə Dünya okeanından ayrılması Pont əsrinin sonunda başa çatır. Bu zaman Cənubi Xəzər çökəkliyinin sahəsi sürətlə kiçilir. Məhsuldar Qat əsrinin əvvəllərindən başlayaraq hövzə genişlənərək, alt şöbənin sonlarına yaxın Abşeron yarımadasının şimal-qərb, Bakı arxıpelaqını və Kür çökəkliyinin cənub-şərq hissələrini əhatə edir. Genşlənmə Cənubi Xəzər çökəkliyinə paleo-Volqa, paleo-Kür və paleo-Uzboy çaylarının gətirdikləri suların artması hesabına baş verir.

Məhsuldar Qatın alt şöbəsinin formalaşmasının sonunda Abşeron yarımadasında və ona qonşu sahələrdə qalxma prosesi baş verir və QÜG (Qırməkiüstü gilli) lay dəstəsinin gilləri yuyulmaya məruz qalır. Eroziya ilə əlaqədar olaraq QÜG dəstənin qalınlıqları 15-20 m-dən 100-110 m-ə qədər dəyişir. Az qalınlıqlar zonasında dərinliyi 70-80 m, eni isə 20 km-dən artıq olan paleo-Volqanın vadisi yerləşirdi. Belə bir şəraitdə paleo-Volqanın gətirdiyi kvars qumlarının çox hissəsi Abşeron yarımadasından cənuba nəql edilir. Sonralar dəniz səviyyəsinin tədricən yüksəlməsi nəticəsində gətirilən terrigen materiallar Abşeron ərazisini də əhatə edərək ''fasilə'' lay dəstəsini yaradır. Məhsuldar Qat əsrinin ikinci yarısında hövzə genişlənməkdə

Page 453: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

451

davam edir. Aşağı Kür çökəkliyində paleo-Kür çayının gətirdiyi terrigen materiallar hesabına 20-yə qədər qumlu horizont yaranır. Məhsuldar Qat əsrində Böyük və Kiçik Qafqaz dağlarının intensiv qalxması, Cənubi Xəzər və Kür çökəkliklərinin çökməsi nəticəsində toplanan çöküntülərin ümumi qalınlıqları 4000 m-ə çatır. Ağcagil əsrində Xəzər hövzəsinin Dünya okeanı ilə yenidən əlaqələnməsi nəticəsində, hövzədə suyun səviyyəsi kəskin şəkildə yüksəlir və dərin dəniz şəraitində az qalınlıqlı (100 m) gilli çöküntülər toplanır. Abşeron əsrində isə nisbətən dayaz dəniz şəraitində toplanan çöküntülərin qalınlıqları 1200-1500 m-ə çatır. Antropogendə dayaz dəniz şəraiti bir sıra sahələrdə kontinental şəraitlə əvəz olunur. Depressiyalarda toplanan çöküntülərin qalınlıqları 1000 m-ə çatır.

Azərbaycan ərazisində əsas neftli-qazlı komplekslərin tədqiqi ayrı-ayrı hövzələr üzrə aparılmışdır. Xəzəryanı-Quba vilayətində aparılan paleostruktur-fasial analiz orta və üst Yura, alt və üst Təbaşir, Paleogen-Miosen və Pliosen struktur mərtəbələrini ayırmağa imkan yaratmışdır. Bu mərtəbələr arasında bucaq və bir sıra hallarda azimut uyğunsuzluğu mövcuddur.

Strukturların əksəriyyətinin konsedimentasiya səciyyəli inkişafları kəsiliş üzrə yuxarıya tədricən azalır və onlar çöküntü hövzələrinin mərkəzi hissələrində (Qusar-Dəvəçi, orta Kür çökəkliyi) gömülmüş strukturlara çevrilirlər.

Paleotektonik, paleostruktur və paleocoğrafi baxımdan Azərbaycanın çöküntü hövzələrində orta Yura, Təbaşir və Paleogen-Miosen çöküntüləri singenetik neftli-qazlı çöküntülər sayılırlar. Cənubi Xəzər, Şamaxı-Qobustan və Kür çökəkliklərində karbohidrogen yataqları Paleogen-Miosen çöküntülərindən vertikal miqrasiya yolu ilə toplanmışlar.

Page 454: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

452

OrtaYura çöküntüləri Xəzəryanı-Quba vilayətində intişar edən antiklinal strukturlarda, Təbaşir çöküntüləri isə daha çox tektonik ekranlaşmış və litostratiqrafik tələlərdə perspektivlidirlər. Paleogen-Miosen çöküntülərində struktur və litostratiqrafik yataqların axtarışı QərbiAbşeronda,Mərkəzi və CŞ Qobustanda eləcədə, Yevlax-Ağcabədi və Qabırrı-Acınohur çökəkliklərində müəyyən dərəcədə perspektivlidirlər.

Page 455: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

453

ƏDƏBİYYAT

1. Abdullayev R.Ə. Qərbi Azərbaycanın Küryanı rayonunun Mezozoy və Kaynazoy çöküntülərinin tektonikasına dair. ANT, 1970, № 5.

2. Абдуллаев Р.Н. Мезозойский вулканизм северо-восточной части Малого Кавказа. Баку, Изд-во АН Азерб., 1963.

3. Абих Г.В. К геологии юго-восточного Кавказа. Результаты моего путешествия в 1865 г. (Шахдаг). ЗКОИРГОкн.VIII, 1873.

4. Ахмедов Г.А. Геология и нефтегазоносность Гобустана. Баку,Азнефтеиздат, 1957, 299 с.

5. Ахмедов Г.А., Салаев С.Г., Исмайлов К.А. Перспективы поисков нефти и газа в мезозойских отложениях Юго-Восточного Кавказа. Баку,Азернешр,1961, 281 с.

6. Ахундов Ш.Х. Палеоструктурный анализ развития локальных структур междуречья Куры и Габырры. Материалы VII научно-технической конференции молодых ученых и специалистов по проблемам освоения нефтегазовых месторождений. Баку, АзНИПИнефть, 1992.

7. Ахундов Ш.Х. перспективы нефтегазоносности верхнемеловых и среднеэоценовых отложений НГР междуречья Куры и Габырры. Neft və qaz sənayesi problemlərinə həsr olunmuş gənc alim və aspirantların elmi-təcrübi konfransı. Bakı, AzNSETLİ, 1995.

8. Ахундов Ш.Х. Выделение зон нефтегазоoбразования в пределах междуречья Куры и Габырры. Азербайджанское нефтяное хозяйство, 1998, №12.

9. Ахундов Ш.Х., Ганиев А.А. О связи нефтегазоносности бассейна седиментации с темпами тектонических движений и скоростями осадконакопления. Азербайджанское нефтяное хозяйство, 2006, №10.

10. АхвердиевН.Т. К вопросу о нефтегазоносности верхнемеловых отложений междуречья Пирсагатчай-Тударчай (Сев.Кобыстан). АзИНТИ, «Вопросыгеологии», 1963,вып. 2.

Page 456: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

454

11. Агабеков М.Г., Мамедов А.В. Геология и нефтегазоносность Западного Азербайджана. Баку, Азернефтнешр, 1960.

12. Али-Заде А.А., АхмедовГ.А., ЗейналовМ.М. Перспективы нефтегазоносности мезозойских отложений в свете новых данных. Изв. АН Азерб. ССР. Сер. геолого-географ. наук, 1962,№ 3.

13. Али-Заде А.А, АхмедовГ.А., Ахмедов А.М. идр. Геология нефтяных и газовых месторождений Азербайджана. Москва, Недра, 1966, 392 с.

14. Али-Заде А.М., Ахмедов Г.А., Зейналов М.М. О перспективах нефтегазоносности мезозойских отложений Азербайджана. Изв. АН Азерб.ССР. Сер. наукоЗемле, 1967, № 3.

15. Али-Заде А.А., Ахмедов Г.А, Зейналов М.М, Н.Т.Ахвердиев, М.А.Рзаев. Мезозойские отложения Азербайджана и перспективыих нефтегазоносности. Москва, Недра, 1972.

16. Али-Заде А.А., Рзаев М.А. и др. Геологическое строение и нефтегазоносность месторождения Мурадханлы. Труды АзНИПИнефть, 1974. Вопросы геологии нефтяных и газовых месторождений Азерб-на, выпуск 31.

17. Али-Заде А.А., Ахмедов Г.А., Алиев Г.-М.А. Оценка нефтепроизводящих свойств мезокайнозойских отложений Азербайджана. Баку, Элм, 1975.

18. Али-Заде А.А., РзаевМ.А., АлиевГ.М., БойкоН. Геолого-геохимические критерии перспектив нефтегазоносности меловых отложений Кюрдамирской и Кировабадской НГО Азербайджана.АНХ, 1975, № 8.

19. Али-Заде А.А., СалаевС.Г., Алиев А.И Научная оценка перспектив нефтегазоносности Азерб-на и Южного Каспия и направление поисково-разведочных работ. Баку, Элм, 1985.

20. Алиев А.И., Багир-Заде Ф.М., Буниат-Заде З.А. и др. Месторождения нефти и газа перспективные структуры Азерб. ССР. Баку, Элм, 1985.

Page 457: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

455

21. Алиев А.Н., РзаевМ.А., ЭфендиеваС.Т. Анализ результатов и перспективные направления поисково-разведочных работ на мезозойские отложения в Азербайджане. Тр. АзНИПИнефть. Геологические основы поисков, разведки и разработки нефтяных и газовых месторождений Азербайджана. Баку, 1996.

22. Алиев А.К., Юсифов Х.М. и др. О тектонических особенностях и дальнейших перспективах нефтегазоносности междуречья Куры и Иори.Тр. АзНИПИнефть. Геология и разработка нефтяных и газовых месторождений Азербайджана. Баку, 1988.

23. АлиевГ-М. А. К вопросу о геохимических условиях накопления мезокайкозойских отложений Азербайджана и их роли в процессах битумо-инефтегазообразования. Вопросы геологии нефтяных и газовых месторождений Азербайджана, 1973.

24. Алиюлла Х., Бабаев Р.Г. Обустановлении мезозойской рифогенной постройки в Среднекуринской депрессии. АНХ, 1984, № 7.

25. АмираслановТ.С., ТагиевТ.Ш., АлиевМ.А. Структура верхнемезозойских отложений СВ-гоборта Евлах-Агджабединского прогиба по данным гравиразведки в комплексе с сейсморазведкой. АНХ, 1991, № 2.

26. Азизбеков Ш.А. Геология и петрография северо-восточной части Малого Кавказа. Баку, Изд-во АН Азерб.ССР, 1947.

27. Бабаев М.С., Сулейманов Г.А. Условия накопления отложений неокома Хизинской тектонической зоны Прикаспийско-Губинского нефтегазоносного района в связи с оценкой перспектив нефтегазоносности. Azərbaycan Respublikası, ''Təhsil'' cəmiyyəti, ''Bilgi dərgisi'', 2004, № 3.

28. Бабаев Р.Г., Мустафаев С.С. Некоторые вопросы стратиграфии верхней юры и нижнего мела и условийа образования рифовых известняков на северном склоне юго-восточного окончания Большого Кавказа. Изв. АН Азерб. ССР, сериянаукоЗемле, 1974, № 4.

29. Бабаев Н.И., Асланов Б.С. Новые данные о Мил-Муганской моноклинали и преспективах ее нефтегазоносности. АНХ, 2003, № 3.

Page 458: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

456

30. Бакиров А.А. Перспективы открытия крупных газовых скоплений в мезозойских отложениях Азебайджана. АНХ, 1969, № 5.

31. Байрамов А.А. Тектоническое строение восточной части Малого Кавказа (междуречеТертери Аракс) Уч.зап. Азгосуниверситета, 1962, № 5-6.

32. Богданович К.И. Система Дибрара на Юго-Восточном Кавказе. Тр. Геол..ком., нов. Серия, вып. 25, 1906.

33. Əhmədov H.Ə., Salayev S.H., Bağırzadə F.M. Azərbaycan neft və qaz yataqlarının geologiyası. Bakı, 1958, 595s.

34. Əliyev H-M.Ə., Əliyev Ad. Ə., Vəliyeva S.R. Yevlax-Ağcabədi çökəkliyində Təbaşir və Paleogen çöküntülərinin neft-qaz əmələgəlmə şəraiti. “Azərbaycan geoloqu” elmi bülleteni. Bakı, 2000, № 4.

35. Hacıyev F.M. Azərbaycanın Orta Kür çökəkliyinin geoloji quruluşu və neft-qazlılığı. Bakı, 2003, 377 s.

36. Hacıyev F.M., Aslanov B.S., Ağa-zadə B.Q. Saatlı-Göyçay qalxım zonasının şimal-qərb hissəsinin tektonik quruluşu və neft-qazlılıq perspektivliyi., ANT, 1997, № 11-12.

37. Haqverdiyev N.T. Azərbaycanın Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyi haqqında. Azərbaycan neft-qaz yataqlarının geologiyası, axtarış və kəşfiyyatı. Elmi əsərlər toplusu. Bakı, 1999.

38. Hüseynov Ə.N., Səlimov F.M. Şurabad sahəsində Mezozoy çöküntülərinin neft-qazlılığı. ANT, 2002, № 10.

39. Хаин В.Е. Геотектоническое развитие юго-восточного Кавказа. Баку, Азнефтеиздат, 1950, 224 с.

40. Хаин В.Е. Тектоника нефтегазоносных областей Юго-Восточное погружение Большого Кавказа. Москва, Гостоптехиздат, 1958.

41. Хаин В.Е., Шарданов А.Н. Геологическая история и строение Куринской впадины. Баку, Изд-во АН Азерб., 1952.

42. Халилов А.Г. Нижнемеловые отложения Азербайджанской части Малого Кавказа. Баку, Изд-во АН Азерб.ССР, 1959.

43. Халилов А.Г. Стратиграфия Азербайджана. Баку, Изд-во «Элм», 1978, 162 с.

Page 459: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

457

44. Карта месторождений нефти и газа и перспективных структур Азербайджанской ССР. М., ГУГК, 1985.

45. Карта нефтегеологического районирования Азербайджанской ССР. М., ГУГК, 1984.

46. Кастрюлин Н.С., Мамедов С.Б., Эфендиев А.А., Салимов Ф.А. Перспективы нефтегазоносности палеоген-миоценовых отложений Западного Абшерона и очередные задачи поисково-разведочного бурения. АНХ, 1991, № 8.

47. Кочарли Ш.С., Гаджиев Ф.М., Кулиев Г.А. и др. Новый тип ловушки нефти в северо-западном Азербайджане. Сер. ''Нефтегазовая геология и геофизика'' 1991, вып.8.

48. Klosterman M.J., Abrams M.A.(Exxon USA), Aleskerov E.A.,

Abdullaev E.N., Huseinov A.N., Narimanov A.A. (SOCAR,

Azerbaijan)-Hydrocarbon systems of the Evlach-Agdjabedi

Depression. ''Azərbaycan Geoloqu'', 1997, №1.

49. Керимов И.А., Мамедов С.Б., Эфендиев Д.И., Рахманов Р.А. Структурно-тектонические условия формирования зон нефтегазонакопления в глубокозалегающих мезозойских отложениях Евлах-Агджабединского прогиба. АНХ, 1989, № 4.

50. Конторович А.Э. Геохимические методы количественного прогноза нефтегазоносности. Москва, Недра, 1976. 249 с.

51. Гаджиев Р.М. Глубинное строение Азербайджана. Баку, Азенешр, 1965.

52. Гаджиев Ф.М. Новые неантиклинальные ловушки Мурадханлинской площади и перспективы их нефтегазоносности. АНХ, 1985,№ 1.

53. Геология СССР. Т. 47. Азербайджанская ССР. М., Недра, 1972. 54. Губкин И.М. Избранные труды по геологии Азербайджана. Баку,

Изд-во АН Азерб., 1949. 55. Гурбанов А.М. О перспективах нефтегазоносности меловых

отложений ЮВ части мегаантиклинория Б.Кафказа. АНХ, 1982,№ 9.

Page 460: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

458

56. Гусейнов А.Н. Некоторые итоги бурения на мезозойские отложения в Азербайджанской ССР. АНХ, 1972, № 11.

57. Гусейнов А.Н., Ширинов Ф.А. Нефтегеологическое районирование территории Азербайджана. АНХ, 1977, № 8.

58. Гусейнов А.Н. Поиски нефти в мезозойских отложениях Азербайджана. АНХ,1978, № 2.

59. Гюльдуст М.А. Перспективы нефтегазоносности трещинных и каверн–трещинно-поровых коллекторов в районах Мурадханлы и Зардоб. АНХ, 1984, № 11.

60. Леонтьев Л.Н., Хаин В.Е. Основные этапы геотектонического развития Кавказа. Бюлл. МОИП, отд. геол., 1950, т.25, вып.3, 4.

61. Лопатин Н.В. Образование горючих ископаемых. Москва, Недра, 1983, с.192.

62. Мамедов А.В. История геологического развития и палеогеография среднекуринской впадины в связи с нефтегазоносностью. Баку, Элм, 1977.

63. Мехтиев Ш.Ф. Проблемы генезиса нефти и формирования нефтегазовых залежей. Баку, 1969.

64. Мехтиев Ш.Ф., Байрамов А.С. Геология и нефтегазоносность Ленкоранской области. Баку, Изд-во АН Азерб., 1953.

65. Məhərrəmov B.İ. Aşağı Kür çökəkliyinin şimal-şərq və Şamaxı-Qobustan rayonunun cənub-qərb hissələrində karbohidrogenlərin əmələgəlmə və toplanma zonaları. ''Azərbaycanda neft geofizikası son 30 ildə'', H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 2003.

66. Məhərrəmov B.İ. Yevlax-Ağcabədi çökəkliyinin Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyinin paleostruktur əsasları AzNQSDETLİ. Elmi əsərlər, 2006, № 6.

67. Məhərrəmov B.İ. Qərbi Abşeron və Şamaxı-Qobustan NQR-in orta və üst Miosen qalxımlarının paleotektonik inkişafı və onların neft-qazlılıq perspektivliyi. ANT,2006, № 11.

Page 461: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

459

68. Məhərrəmov B.İ. Qərbi Abşeron və Şamaxı-Qobustan NQR-in Paleogen-Miosen çöküntülərinin neft-qazlılığının geoloji əsasları. AzNQSDETLİ. Elmi əsərlər, 2008, № 10.

69. Məhərrəmov B.İ., Ağazadə B.Q. Kür və Qabırrı çaylararası rayonu Kaynozoy kompleksi çöküntülərinin paleostruktur analizi və neft qazlılığı. AzNQSDETLİ. Elmi əsərlər, 2009, №12.

70. Надиров С.Г., Даидбекова Э.А. К поискам и разведке залежей нефти и газа в мезозойских отложениях Азер-на. Сб. трудов. Геология, поиски, разведка и разработка газовых месторождений Азер-на. Баку, 1983.

71. Польстер Л.А., Висковский Ю.А., и др. Историко-генетический метод оценки перспектив нефтегазоносности. Москва, Недра, 1984.

72. Потапов И.И. Апшеронская нефтеносная область (геологическая характеристика). Баку, Изд-во АН Азерб.ССР, 1954.

73. Ренгартен В.П. Региональная стратиграфия СССР. Стратиграфия меловых отложений Малого Кавказа. Москва, изд-во АН СССР,1959.

74. Rəhimov A.S., Sadıxov Ə.C. Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb hissəsinin geoloji-geofiziki öyrənilmə vəziyyətinin tənqidi təhlili. Azərbaycan neft-qaz yataqlarının geologiyası, axtarış və kəşfiyyatı. Elmi əsərlər toplusu. Bakı, 1999.

75. Рустамов Р.И., Рзаев М.А. Геологические и геотермические особенности перспективных нефтегазоносных горизонтов Евлах-Агджабединского прогиба. АНХ, 1983, № 2.

76. Рзаев М.А., Сулейманов А.М., Каграманов К.С., Зейналов Р.Л., Ганиев А.А. Характерные структурно-тектонические особенности пл. Мурадханлы. Сб. трудов. Геология, поиски, разведка и разработка нефтяных и газовых месторождений Азербайджана. Баку, 1983.

77. Рзаев А.А., Керская Г.В. Мезозойские коллекторы нефти и газа Иори – Аджиноурского прогиба. Сб. трудов. Геология, поиски,

Page 462: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

460

разведка и разработка нефтяных и газовых месторождений Азерб-на. Баку, 1983.

78. Рзаев М.А., Сулейманов А.М., Каграманов К.С., Зейналов Р.Л. Особенности геологического строения и нефтегазоносности Зардоб-Мурадханлинской тектонической зоны. “Геология, разведка нефтяных и газовых месторождений Азербайджана и исследования Саатлинской СГ-1”. Сб. науч. тр. АзНИПИнефти, Баку, 1984.

79. Salayev N.S. Yeni geoloji-geofiziki məlumatlar əsasında Yevlax-Ağcabədi çökəkliyinin Paleogen-Miosen və Üst Təbaşir çöküntülərinin neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi. AzNSETLİ-nin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransındakı məruzələrin tezisləri. Bakı, 1998.

80. Салаев С.Г. Олигоцен-миоценовые отложения юго-восточного Кавказа и их нефтегазоносность. Баку, Изд-во АН Азерб.ССР, 1961.

81. Салаев С.Г., Гусейнов Г.А., Соломонов Б.М. Геология и нефтегазоносность Прикаспийской третичной моноклинали. Баку, Азернешр, 1964.

82. Салаев С.Г., Керимов И.А. и др. Оценка перспектив нефтегазоносности мезозойских отложений Среднекуринской впадины и Апшероно-Гобустанской области. Баку, Элм, 1983. 184 с.

83. Salmanov Ə.M., Məhərrəmov B.İ., Hüseynov R.M. Qərbi Abşeronun Oliqosen-Miosen palegeoloji tədqiqinə əsasən neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi. ANT , 2011, № 3.

84. Salmanov Ə.M., Məhərrəmov B.İ. Xəzəryanı-Quba neftli-qazlı rayonun Kaynozoy kompleks çöküntülərinin paleostruktur analizi və neft-qazlılığı. ANT, 2011, № 9.

85. Salmanov Ə.M., Məhərrəmov B.İ. Qabırrı-Acınohur hövzəsində Mezozoy kompleksi çöküntülərinin neft-qazlılıq perspektivliyinin geoloji

əsaslandırılması. “Azərbaycan geoloqu” elmi bülleteni. № 16. 2012.

Page 463: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

461

86. Соломонов Б.М., Каграманов К.С., Сулейманов А.М., Зейналов Р.Л., Рагимов А.С. Геологическое строение и перспективы нефтегазоносности эоцен-верхнемеловых отложений новых площадей Евлах-Агджабединского прогиба. Тр. АзНИПИнефть. Геологические основы поисков, разведки и разработки нефтяных и газовых месторождений Азербайджана. Баку, 1986.

87. Süleymanov Ə.M. Kür və Qabırrı çaylararası NQR-də qeyri-antiklinal tipli tələlərin proqnozlaşdırılmasının regional geoloji əsasları və onlarda neft-qaz yataqlarının əmələ gəlməsinin əsas xüsusiyyətləri. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 1997.

88. Сулейманов А.М. Палеогеологические условия перспектив поисков стратиграфических залежей нефти в мезозойских отложениях Азербайджана. ''Нефтегазоносность мезозойских отложений Кавказа''. Махачкала, 1986.

89. Сулейманов А.М. Литолого-стратиграфические предпосылки поисков неантиклинальных залежей нефти в мезозойских отложениях Куринского межгорного прогиба. Геолог Азербайджана. Науч. бюллетень, 2000, № 4.

90. Сулейманов А.М. Условия формирования и перспективы поисков неантиклинальных залежей нефти в эоценовых отложениях СВ борта Евлах-Агджабединской впадины. АНХ, 1985, № 10.

91. Сулейманов А.М. Палеогеолого-географичесие условия формирования неантиклинальных ловушек в Азербайджане. “Azərbaycan geoloqu” Elmi bülleteni, 2003,№ 8.

92. Сулейманов А.М. Перспктивы поисков литолого-стратиграфических залежей углеводородов в Кусаро-Дивичинском районе Азербайджана. Геология, минерально-сырьевые и топливно-сырьевые и топливно-энергетические ресурсы Дагестана (сб. статей), Махачкала, 1997, вып. 46.

93. Сулейманов А.М. Характерные особенности структурно-тектонического развития Гусаро-Дивичинского НГР в связи с поисками неантиклинальных залежей углеводородов. АНХ. 1994, № 9-10.

Page 464: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

462

94. Сулейманов А.М., Ахундов Ш.Х. Структурно-тектоническое и палеогеографическое развитие мел-палеогенового комплекса отложений междуречья Куры и Габырры в связи с поисками неантиклинальных залежей углеводородов. АНХ, 2003, №11.

95. Süleymanov Ə.M., Hacıyev F.M., Rüstəmov R.İ. və b. Kür və Qabırrı çaylararası NQR-də qeyri-antiklinal tipli yataqların aşkar edilməsi üçün aparılması lazım olan geoloji və geofiziki işlər. Az NQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 1997.

96. Сулейманов А.М., Магеррамов Б.И. Геотектонические положения и основные тектонические особенности Ленгебиз-Алятской зоны поднятий в связи о оценкой перспектив нефтегазоносности. АНХ, 2000, № 4.

97. Сулейманов А.М., Зейналов Р.Л., Магеррамов Б.И. Перспективы поисков новых нефте-газовых залежей в северо-восточной прибортовой части Нижнекуринской впадины. АНХ, 1997,№ 4.

98. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Ləngəbiz-Gürcüvan monoklinalı və Kəlaməddin-Hərami antiklinal zonasının neft-qazlılıq perspektivliyi. Azərbaycan neft-qaz yataqlarının geologiyası axtarış və kəşfiyyatı. AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 1999.

99. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ., Qəniyev Ə.A. Qərbi Abşeronda Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyi və axtarış-kəşfiyyat işlərinin əsas istiqamətləri. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 2004, № 2.

100. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Qərbi Abşeronda Paleogen-Miosen çöküntü kompleksinin regional və lokal tektonik xüsusiyyətləri. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 2004, № 3.

101. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Azərbaycanın Yura yaşlı çöküntü hövzələrinin paleotektonik, paleocoğrafi şəraiti və Yura çöküntülərinin neft-qazlılıq perspektivlikləri. AzNQSDETLİ-nin Elmi əsərlər toplusu, Bakı, 2005, № 4.

Page 465: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

463

102. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür dağlararası çökəkliyin Mezozoy kompleksi çöküntülərinin paleostruktur analizi və neft-qazlılığı. AzNQSDETLİ-nin elmi əsərlər toplusu. Bakı, 2005, № 5.

103. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür-Qabırrı çaylararası rayonunun Paleogen-Alt Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyinin aleotekptonik və paleocoğrafi əsasları. ANT, 2006, № 4.

104. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Kür dağlararası çökəkliyin Təbaşir çökün-tülərinin neft-qazlılıq perspektivliyinin paleocoğrafi və paleotektonik əsasları. AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2006, №6.

105. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Yevlax-Ağcabədi çökəkliyinin Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyinin paleostruktur əsasları. AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2006, № 6.

106. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Xəzəryanı-Quba vilayətinin cənub-şərqində Alt Təbaşir çöküntü hövzələrinin paleocoğ-rafi, paleotektonik şəraiti və neft-qazlılığı. ANT, 2006, № 7.

107. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Süleymanov Q.Ə. Xəzəryanı-Quba NQR-da Paleogen-Miosen çöküntülərinin neft-qazlılığının paleotektonik və paleocoğrafi əsasları. AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2006, №7.

108. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Qərbi Abşeron və Şamaxı-Qobustan NQR-nin orta və üst Miosen qalxımlarının paleotektonik inkişafı və onların neft-qazlılıq perspektivliyi. ANT, 2006, № 11.

109. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Yevlax-Ağcabədi çökəkliyinin Paleogen-Alt Miosen çöküntülərinin neft-qazlılıq perspektivliyinin geoloji əsaslandırılması. Azərbaycan geoloqu. Elmi bülleteni, 2006, № 11.

110. Süleymanov Ə.M., Zeynalov R.L., Məhərrəmov B.İ. Xəzəryanı-Quba NQR-in Mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliyinin paleotektonik və paleocoğrafi əsasları. ANT, 2010, № 3.

Page 466: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

464

111. Сулейманов А.М., Зейналов Р.Л., Магеррамов Б.И. Перспективы поисков новых нефте-газовых залежей в северо-восточной прибортовой части Нижнекуринской впадины. АНХ, 1997,№ 4.

112. Шихалибейли Э.Ш. Геологическое строение и развитие азербайджанской части южного склона Бальшого Кавказа. Баку, Изд-во АН Азерб., 1964.

113. Ширинов Ф.А., Баженов Ю.П. Геологическое строение предгорий южного склона Большого Кавказа. Азернешр, 1962.

114. Ширинов Ф.А. Перспективы нефтегазоносности Аджиноурской области и план дальнейших геологических работ. АзНИПИнефть. Тем. сб. научных трудов. Вопросы геологии и разведки нефтяных и газовых залежей мезокайнозойских отложений Азербайджанана. Баку, 1975.

115. Успенская Н.Ю., Таусон Н.Н. Нефтегазоносные провинции и области зарубежных стран. М., Недра, 1972.

116. Вассоевич Н.Б. Новые данные по стратиграфии мезозоя Юго-Восточного Кавказа. Сов. геол., 1940, № 10.

117. Вебер В.В. Зона южного склона в нагорном Азербайджане. Тр. НГРИ, нов. С ерия, вып. 1, 1939.

118. Юсифов М.Г., Ахундов Ш.Х. Прогнозирование тектонически-экранированных залежей углеводородов в Среднекуринской депрессии. АНХ, 2013, №4.

119. Юсифов Х.М., Рзаев М.А., Сулейманов А.М. К вопросу нефтегеологического районирования территории Азербайджана по мезозойскому нефтегазоносному комплексу. АНХ, 1993,№ 9.

120. Юсифов Х.М., Алиев А.К. и др. К вопросу осадконакопления и характера нефтегазоносности мезокайнозойских бассейнов Среднекуринской впадины. АНХ, 1996, № 8.

121. Юсифов Х.М., Рзаев М.А., Рустамов Р.И., Сулейманов А.М., Зейналов Р.Л. К вопросу нефтегеологического районирования территории Азербайджана по мезозойскому нефтегазоносному комплексу. АНХ, 1993, № 4.

Page 467: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

465

122. Yusifov X.M., Rzayev A.Ə. Dərin Mezokaynozoy çöküntülərinin öyrənilmə vəziyyətinə dair. ANT, 1996, № 8.

123. Yusifov X.M., Rzayev A.Ə. Ağcabədi və Şərqi Ağcabədi strukturlarının tektonik xüsusiyyətləri və neft-qazlılığı haqqında. Azərbaycan neft-qaz yataqlarının geologiyası, axtarış və kəşfiyyatı. Elmi əsərlər toplusu. Bakı, 1999.

124. Yusifov X.M., Məmmədov S.B., Rəhmanov R.R. Naxsıvan MR ərazisinin Mezokaynozoy çöküntülərinin neft-qazlılıq perspektivliyi. ANT, 2002,№ 9.

125. Yusifov X.M., Məmmədov S.B., Əfəndiyev A.A., və b. Qərbi Azərbaycanın Eosen çöküntülərində qeyri-antiklinal tipli tələlərin yayılma zonaları və onların neft-qazlılıq perspektivliyi. AzNQSDETLİ-nin elmi əsərlər toplusu, Bakı, 2004, № 2.

126. Зейналов М.М. Верхнемеловые отложения Азербайджана и перспективы их нефтегазоносности. Баку, Азгосиздат, 1969.

127. Zeynalov R.L., Məhərrəmov B.İ., Süleymanov Q.Ə. Xəzəryanı-Quba vilayətinin cənub-şərqində Alt Təbaşir çöküntü hövzələrinin paleocoğrafi, paleotektonik şəraiti və neft-qazlılılığı. ANT, 2006, №7.

128. Цимельзон И.О., Амирасланов Т.С. Тектоника палеоген-мезозойского комплекса отложений междуречья Куры и Иори. АНХ, 1977, № 1.

Page 468: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

466

M Ü N D Ə R İ C A T

Giriş.......................................................................................................... 9 I fəsil. Azərbaycanın neftli-qazlı rayonlarının öyrənilmə tarixi.........11 II fəsil. Azərbaycanın neftli-qazlı rayonları və çöküntü kompleksləri............................................................................... 33 2.1. Tektonik rayonlaşdırma.......................................................... 33 2.2. Neft-qaz rayonlaşdırma............................................................. 35

2.2.1. Qusar-Dəvəçi neftli-qazlı rayonu.................................... 47 2.2.2. Xızı neftli-qazlı rayonu...................................................... 51 2.2.3. Şamaxı-Qobustan neftli-qazlı rayonu................................ 54 2.2.4. Abşeron neftli-qazlı rayonu............................................... 58 2.2.5. Aşağı Kür neftli-qazlı rayonu............................................ 63 2.2.6. Kürdəmir-Saatlı-Lənkəran mümkün neftli-qazlı rayonu... 67 2.2.7. Muradxanlı və Gəncə neftli-qazlı rayonları (Yevlax- Ağcabədi çökəkliyi).......................................................... 69 Muradxanlı neftli-qazlı rayonu......................................... 70 Gəncə neftli-qazlı rayonu.................................................. 75 2.2.8. Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu................... 77 2.2.9. Qazax-Dəllər-Dəliməmmədli mümkün neftli-qazlı rayonu............................................................................... 81 2.2.10. Acınohur mümkün neftli-qazlı rayonu............................. 84

2.2.11. Talışqarşısı (Cəlilabad) mümkün neftli-qazlı rayonu.............................................................................. 89

2.2.12. Naxçıvan mümkün neftli-qazlı rayonu............................. 91 2.3. Əsas neftli-qazlı çöküntülər........................................................ 93

2.3.1. Mezozoy çöküntüləri üzrə.................................................. 93 Yura kompleksi çöküntüləri............................................... 94 Təbaşir kompleksi çöküntüləri........................................... 97

2.3.2. Kaynozoy çöküntüləri üzrə............................................... 118 Paleogen kompleksi çöküntüləri..................................... 120 Neogen kompleksi çöküntüləri....................................... 132

III fəsil. Mezo-Kaynozoy çöküntü hövzələrinin paleotektonik və paleostruktur xüsusiyyətləri............................................ 150

3.1. Azərbaycanın Mezozoy erasından əvvəlki inkişaf tarixi....... 150 3.2. Mezozoy çöküntü hövzələri........................................................ 153

3.2.1. Yura dövrü......................................................................... 153

Page 469: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

467

3.2.2. Təbaşir dövrü..................................................................... 171 Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları)............................................ 171 Kür dağarası çökəkliyi....................................................... 202 Yevlax-Ağcabədi hövzəsi............................................. 216 Qabırrı-Acınohur hövzəsi............................................. 228 Talışqarşısı (Cəlilabad) hövzəsi........................................ 235 İrəvan-Ordubad hövzəsi.................................................... 237

3.3. Kaynozoy çöküntü hövzələri....................................................... 239 3.3.1. Paleogen dövründə.............................................................. 239

Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları)............................................ 239 Qobustan-Abşeron hövzəsi............................................... 256 Şamaxı-Qobustan neftli-qazlı rayonu............................ 256 Abşeron neftli-qazlı rayonu............................................ 263 Kür dağarası çökəkliyi......................................................... 271 Yevlax-Ağcabədi hövzəsi............................................... 282 Qabırrı-Acınohur hövzəsi...............................................299

Talışqarşısı (Cəlilabad) hövzəsi......................................... 314 İrəvan-Ordubad hövzəsi.................................................... 319

3.3.2. Neogen dövründə............................................................... 322 Xəzəryanı-Quba və Dibrar hövzəsi (Qusar-Dəvəçi və Xızı neftli-qazlı rayonları)............................................ 323 Qobustan-Abşeron hövzəsi............................................... 345 Şamaxı-Qobustan neftli-qazlı rayonu............................ 345 Abşeron neftli-qazlı rayonu........................................... 368 Kür dağarası çökəkliyi....................................................... 395 Yevlax-Ağcabədi hövzəsi............................................. 414 Qabırrı-Acınohur hövzəsi............................................. 420 Aşağı Kür hövzəsi......................................................... 423

Talışqarşısı (Cəlilabad) hövzəsi......................................... 441 İrəvan-Ordubad hövzəsi.................................................... 447

Nəticə..................................................................................................... 449 Ədəbiyyat............................................................................................... 453

Page 470: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

468

İXTİSAR OLUNMUŞ SÖZLƏR

NQH NQƏ NQSƏ NQV NQR NQZ ÜDNÜ DSZ MQ QÜQ QÜG QD QA QaD ÇD-1 Cüzv Ro ƏNZ YTA MTZ

- - - - - - - - - - - - - - - - - - - -

Neftli-qazlı hövzə Neftli-qazlı əyalət Neftli-qazlı subəyalət Neftli-qazlı vilayət Neftli-qazlı rayon Neftli-qazlı zona Ümumi dərinlik nöqtəsi üsulu Dərinlik seysmik zondlama Məhsuldar Qat Qırməkiüstü qumlu Qırməkiüstü gilli Qırməki lay dəstəsi Qırməkialtı dəstə Qala lay dəstəsi Çox dərin 1 saylı quyu Üzvi maddələrin miqdarı Vitrinitin əksetdirmə qabiliyyəti Əsas neftəmələgəlmə zonası Yataq tipli anomaliya Maqnit-tellurik zondlama

Page 471: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

469

Əhməd Mayis oğlu Salmanov

geologiya-mineralogiya elmləri doktoru, professor

Əli Mahmud oğlu Süleymanov geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru

Bakir İsmayıl oğlu Məhərrəmov geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru

AZƏRBAYCANIN NEFTLİ-QAZLI RAYONLARININ

PALEOGEOLOGİYASI.

Çapa imzalanıb: Həcmi: Format:

........... nəşriyyatı

Page 472: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov

470

Консультанты: Багир Али оглы Багиров Заслуженный деятель Азербайджанской республики, член-корреспондент НАНА, доктор геолого-минерологических наук, профессор

Рашид Лятиф огды Зейналов доктор философии геолого-минерологических наук

Редактор: Раид Рамиз оглы Рахманов Заслуженный работник нефтяной и газовой промышленности Азербайджанской республики, доктор геолого-минерологических наук

Техническй редактор: Акиф Али Аббас оглы Рзаев доктор философии геолого-минерологических наук

Ахмед Маис оглы Салманов доктор геолого-минерологических наук

Али Махмуд оглы Сулейманов доктор философии геолого-минерологических наук

Бакир Исмайыл оглы Магеррамов доктор философии геолого-минерологических наук

ПАЛЕОГЕОЛОГИЯ НЕФТЕГАЗОНОСНЫХ РАЙОНОВ

АЗЕРБАЙДЖАНА

В монографии представлены сведения о палеогеологии нефтегазоносных районов Азербайджана. На основе изучения этапов геологического развития нефтегазоносных районов исследованны их палеотектонические, палеоструктурные и палеогеографические условия. Уточнены литофациальные особенности осадочных комплексов отдельных районов, дан прогноз перспектив возможной нефтегазоносности ловушек приуроченных к этим отложениям. Монография рекомендована для использования специалистами, работающими в научно-исследовательских институтах, высших учебных заведениях, студентам и аспирантам занимающимися поиском, разведкой и разработкой месторождений нефти и газа.

Page 473: ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV, BAKİR MƏHƏRRƏMOV

Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası

471

Adviser: Bagir A.Bagirov Honored worker of Azerbaijan Republic, Corresponding member of ANAS, Doktor of Geological-Mineralogical science, Proffessor

Rashid L. Zeynalov PhD in Geological and Mineralogical science Scientific editor: Raid R.Rahmanov Honored worker oil and gas industry of Azerbaijan Republic, Doktor of Geological-Mineralogical science Technical editor: Akif A.Rzayev PhD in Geological and Mineralogical science

Ahmad M. Salmanov Doktor of Geological-Mineralogical science

Ali M. Suleymanov PhD in Geological and Mineralogical science

Bakir I. Maharramov PhD in Geological and Mineralogical science

PALEOGEOLOGY OF OIL AND GAS BEARING REGIONS IN

AZERBAIJAN

The information about paleogeology of oil and gas bearing zones of

Azerbaijan is given in this monography. Paleotectonic, paleostructural and paleogeographic conditions were investigated on the basis of studied geological development stages of oil and gas bearing regions. Litofacial features of sedimentary complexes in different regions are specified, The forecast of possible oil-gas bearing traps regarding this sediments.

The monography recommended for students, and postgraduate specializing in Earth Science.

View publication statsView publication stats