Upload
others
View
14
Download
0
Embed Size (px)
Citation preview
Ahmedalhasan313.wordpress.com
1
İmam Əhməd əl-Həsənin (ə) Buyurduğu Şəkildə
NAMAZ
Ansarullah Production
2017
Ahmedalhasan313.wordpress.com
2
Mündəricat AZAN ........................................................................................ 3 İQAMƏ ...................................................................................... 4 NAMAZIN VACİBATI ................................................................. 5 NAMAZ ..................................................................................... 6
NİYYƏT .................................................................................. 6 TƏKBİRATUL İHRAM ............................................................. 6 BİRİNCİ RÜKƏT ..................................................................... 7 İKİNCİ RÜKƏT ........................................................................ 9 ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ RÜKƏTLƏR .............................. 10
ƏLAVƏ MƏLUMATLAR ........................................................... 11 FATİHƏ SURƏSİNİN OXUNUŞU .......................................... 13 FATİHƏ SURƏSİ YOXSA TƏSBİHAT? ................................. 13 QƏDR SURƏSİNİN OXUNUŞU ............................................ 13
Ahmedalhasan313.wordpress.com
3
AZAN
Allahu Əkbər (4 dəfə)
Əşhədu əllə iləhə illəllah, Əşhədu əllə iləhə illəllah
Əşhədu ənnə Muhəmmədən Rəsulullah (2 dəfə)
Əşhədu ənnə Əliyyən vəl Əimmə min vildihi Hucəcullah (2 dəfə)
Əşhədu ənnəl Məhdi vəl Məhdiyyinə Hucəcullah (2 dəfə)
Həyyə ələssaləh, həyyə ələssaləh
Həyyə ələl fəlah, həyyə ələl fəlah
Həyyə əla xəyril əməl, həyyə əla xəyril əməl
Allahu Əkbər Allahu Əkbər
Lə iləhə illəllah Lə iləhə illəllah
Müstəhəbdir ki, Azanla İqamə arasında iki rükət namaz qılınsın, yaxud
oturulsun yaxud da səcdə edilsin, Məğrib namazı xaric. Məğrib namazın-
da isə bunların yerinə bir addım önə atılması və ya sükut edilməsi
müstəhəbdir.
Ahmedalhasan313.wordpress.com
4
İQAMƏ
Allahu Əkbər Allahu Əkbər
Əşhədu əllə iləhə illəllah
Əşhədu əllə iləhə illəllah
Əşhədu ənnə Muhəmmədən Rəsulullah
Əşhədu ənnə Muhəmmədən Rəsulullah
Əşhədu ənnə Əliyyən vəl Əimmə min vildihi Hucəcullah
Əşhədu ənnə Əliyyən vəl Əimmə min vildihi Hucəcullah
Əşhədu ənnəl Məhdi vəl Məhdiyyinə Hucəcullah
Əşhədu ənnəl Məhdi vəl Məhdiyyinə Hucəcullah
Həyyə ələssaləh, həyyə ələssaləh
Həyyə ələl fəlah, həyyə ələl fəlah
Həyyə əla xəyril əməl, həyyə əla xəyril əməl
Qad qamətis səlah, qad qamətis səlah
Allahu Əkbər Allahu Əkbər
Lə iləhə illəllah
Ahmedalhasan313.wordpress.com
5
NAMAZIN VACİBATI
Namazda 8 vacib əməl var:
1. Niyyət
2. Təkbiratul İhram (Allahu Əkbər)
3. Qiyam
4. Qiraət
5. Rüku
6. Səcdə
7. Təşəhhüd
8. Təslim (Salam)
Ahmedalhasan313.wordpress.com
6
NAMAZ
NİYYƏT
Allahummə nəvəytu ən usalli səlatəl _______ (fəcr/zöhr/əsr/məğrib/işa)
fərzən (fərz olmayan namazlarda “fərzən” deyilmir) qurbətən iləllah.
TƏKBİRATUL İHRAM
Namaza Təkbiratul İhram ilə başlanır və ondan sonra 6 təkbir deyilir. Bu
6 təkbiri, cüt-cüt demək və son iki təkbir xaric, hər iki təkbirdən bir dua
oxumaq müstəhəbdir.
Ahmedalhasan313.wordpress.com
7
BİRİNCİ RÜKƏT
Qiyam
Qiraət: İlk iki rükətdə Fatihə surəsi və
ardınca hər hansı bir surə oxunur, 3 və 4
rükətli namazlarda 3cü və 4cü rükətlər-
də sadəcə Fatihə oxunur. Zöhr və Əsr
namazlarının ilk iki rükətində Qiraət
yüksək səslə oxunmur, Fəcr (Sübh),
Məğrib və İşa (Xiftən) namazlarında isə
səsli oxunur. 3 və 4 rükətli namazlarda
isə 3cü və 4cü rükətin qiraəti də uca səslə
oxunmur.
Rüku
Rükuda ən azı bir dəfə bu təsbihlərdən biri
oxunur:
“Subhanə Rabbi əl-Azimi və bihəmdih”
və ya
“Subhanə Rabbi əl-Aliyyi və bihəmdih”
İmamın (namaz qıldıran şəxsin) Rükunun
zikrini uca səslə deməsi sünnətdir.
Rükudan qalxdıqdan sonra “Səmi Allahu limən həmidəh” deyilir.
Ahmedalhasan313.wordpress.com
8
Səcdə
Rükudan sonra səcdəyə gedilir və iki dəfə ard-arda səcdə edilir. Səcdədə
ən azı bir dəfə bu təsbihlərdən biri oxunur:
“Subhanə Rabbi əl-Aazam və bihəmdih”
və ya
“Subhanə Rabbi əl-əla və bihəmdih”
Səcdədə bədənin 7 hissəsi yerə toxunmalıdır: Alın, əllərin içi, dizlər və
ayaqların baş barmaq ucları. İki səcdə arasında bir neçə saniyə oturmaq
lazımdır. Müstəhəbdir ki, ilk səcdədən qalxdıqda “Əstəğfirullahə Rəbbi
və ətubu ileyh” deyilsin və ardınca ikinci səcdəyə gedilsin. Səcdələr bitən
kimi dərhal ayağa qalxılır və bununla da birinci rükət başa çatır.
Ahmedalhasan313.wordpress.com
9
İKİNCİ RÜKƏT
İkinci rükət də eynilə birinci kimi qılınır, lakin birinci rükətdən fərqli
olaraq ikinci rükətdə Qiraətdən sonra Qunut tutulur.
Qunut
Qunut müstəhəb əməllərdəndir. Namazların ikinci rükətində rükudan
əvvəl dua niyyəti ilə əllər sinədən yuxarı qaldırılaraq bitişdirilir və əllərin
içinə baxılaraq dua oxunur. Qunutda istənilən dildə istənilən duanı edə
bilərsiniz. Müstəhəbdir ki, Əhlibeyt (ə) buyurduğu dualar oxunsun.
Təşəhhüd
Birinci rükətdən fərqli olaraq ikinci rükətdə,
ikinci səcdədən qalxıb oturmaq lazımdır. Buna
təşəhhüd oturuşu deyilir. Təşəhhüd oturuşunda
və həmçinin iki səcdə arasında sol tərəfə meylli
oturaraq sağ ayağı sol ayağın üzərinə qoymaq
müstəhəbdir. Bəzən insanlar müəyyən səbəblər-
dən sol tərəfə meylli otura bilmirlər. Bu zaman
sağ ayaq sol ayağın üstünə qoyulmaq şərtilə,
ayaqların üzərində oturulması lazımdır.
Ahmedalhasan313.wordpress.com
10
Təşəhhüdə başlamazdan əvvəl Əhlibeyt (ə) hədislərində keçən xüsusi
dualar vardır və oxunması müstəhəbdir.
Əlhəmdulillahi, Əşhədu əllə iləhə illəllah, vəhdəhu lə şərikələh, və
əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluh. (Müstəhəb: və Əşhədu
ənnə Əliyyən vəliyullah). Allahummə səlli əla Muhəmmədin və Al-i
Muhəmməd, əl-Əimmə vəl-Məhdiyyin və səllimə təslima.
Təslim
Təşəhhüdü bitirdikdən sonra başı sağa və ya sola çevirmədən, gözucu sağ
əlin üstünə baxaraq “Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh”
deyilir.
Təslimdən (salamdan) əvvəl 3 dəfə əlhəmdulillah, salamdan sonra isə 3
dəfə əlləri sinəyə qaldıraraq Allahu Əkbər demək müstəhəbdir.
ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ RÜKƏTLƏR
Üç və dörd rükətli namazlarda, ikinci rükətin təşəhhüdü deyildikdən
sonra salam demədən 3cü rükəti qılmaq üçün ayağa qalxılır. Bu rükət də
eynilə birinci rükət kimi qılınır, bir fərqlə ki, bu rükətdə Fatihədən sonra
heç bir surə oxunmadan rükuya gedilir.
Əgər namaz 4 rükətlidirsə (zöhr, əsr və işa), bu zaman 3cü rükətin son
səcdəsindən sonra dərhal ayağa qalxılır və eynilə ikinci rükət kimi qılınır,
bir fərqlə ki, burada da Fatihədən sonra heç bir surə oxunmadan rükuya
gedilir. Beləliklə, üç və dörd rükətli namazlar da bu cür qılınıb tamam-
lanır.
Qeyd: Bildiyimiz kimi günümüzdə Fatihənin hər ayəsinin 7 cür qiraət
şəkli mövcuddur. Və Əhməd əl Həsən (ə) bu qiraət şəklini təsdiqləmişdir.
Ahmedalhasan313.wordpress.com
11
ƏLAVƏ MƏLUMATLAR
Bəzi şəxslər deyirlər ki, “nəyə görə namaza yeddi təkbirlə başlayırsınız,
təşəhhüddə üç deyil, bir salam verirsiniz, üçüncü və dördüncü rükətlərdə
təsbihatul-ərbəə deyil, Fatihə surəsini oxuyursunuz və oturuşlarda müc-
tehidlərimizin buyurduğundan fərqli şəkildə oturursunuz? Bu Əhlibeytin
(ə) buyurduğu namaz qılma şəkli deyil!”. Onların bu iddialarının yalan
olduğunu haqq arayışında olanlara təqdim etmək üçün sizlərlə Əhlibeyt
(ə) hədislərində buyurulan namaz qılma qaydasına aid hədislərdən bəzi-
lərini paylaşacağıq. Əhməd əl Həsən (ə) ənsarlara yuxarıda buyurulan
şəkildə namaz qılmalarını buyurdu. Gəlin baxaq görək hədislərdə bu
haqda nə bilgilər vardır.
İmam Əli (ə) İmam Həsən (ə)'a vəsiyyət edərək dedi: “Yeddi təkbir gətir,
çünki bunu məndən sonra, mənim övladlarımdan axırzamanda ortaya
çıxacaq olan bir nəfərdən başqası əmr etməyəcək və o şəxs həqiqətdəki
nöqsanları düzəldəcək.” [Biharul-Ənvar, c.42, s.215]
Əmirəl Möminin İmam Əli (ə) buyurur: “Təkbirətul İhrama qədər ilk
təkbirin mənası budur ki, “Allahu Əkbər» dedikdə, bu, Allahın qiyam və
ya quud (qalxmaq və ya oturmaq) ilə vəsifləndirilməkdən daha böyük
olduğunu qəlbindən və ruhundan keçirməyindir. İkinci təkbirdə Allahın
hərəkətdə və ya sükunətdə (hərəkətsiz) olaraq səciyyələndirilməkdən
daha böyük olduğunu qəlbindən keçirməyindir. Üçüncü təkbirdə isə Onu
cisim ilə səciyyələndirilməkdən, bir şeyə bənzətməkdən və ya bir şeylə
müqayisə edilməkdən daha böyük olduğunu bilməyindir. Dördüncü
təkbirdə Onu hər hansı bir şeyə məruz qalmaqdan və xəstəliklərin özünü
incitməsindən daha böyük bilməyindir. Beşinci təkbirdə isə Onun hər
hansı bir cövhər və ya ərəz (söz və ya ilinək) ilə səciyyələndirilməkdən,
hər hansı bir şeyə hulul etməsindən və ya heç bir şeyin özünə hulul
etməsindən daha uca olduğunu bilməyindir. Altıncı təkbirdə Onda zəval,
bir yerdən digər yerə nəql və hadis (yəni sonradan əmələ gəlmiş), varlıq-
larda var olan dəyişikliklərin caiz olmadığını qəlbindən keçirməyindir.
Yeddinci təkbirdə isə beş duyğu hissinin onu hiss eləməsindən daha uca
bilməyindir.
Ahmedalhasan313.wordpress.com
12
Rukuda boynunu uzatmağın təvili isə özün-özünə belə deməyindir:
“Əgər boynumu vursan da yenə sənə iman gətirərəm”. Rukudan başını
qaldırmağın və “səmiəllahu limən həmidəh” (Allah həmdləri eşidər)
cümləsinin təvili isə budur: “Məni yoxluq səhnəsindən varlıq səhnəsinə
çıxarandır.
İlk səcdənin təvili isə səcdə halında, “məni torpaqdan yaratdın” mənasını
qəlbindən keçirməyindir. İlk səcdədən başını qaldırmağın təvili isə bu-
dur: “Məni torpaqdan yaratdın». İkinci səcdənin mənası isə budur: “Məni
torpağa geri döndərəcəksən”. İkinci səcdədən başını qaldırmaqda isə
“yenidən məni torpaqdan çıxaracaqsan” deyə qəlbindən keçirməyindir.
Sol tərəfə oturmağın, sağ ayağı sol ayağın üzərinə qoymağın təvili isə
“Allahım! Mən haqqı ayaq üstə tutdum və batili öldürdüm” deyə
qəlbindən keçirməyindir. Təşəhhüdün təvili isə bundan ibarətdir: “İmanı-
nı təzələmək, İslamını təkrarlamaq və ölümdən sonra yaradılışı iqrar
etməkdir. Salam verməyin təvili isə münəzzəh olan Rəbbini ucaltmaq,
onu zalımların öz-özü haqqında söylədiklərindən, səhv əqidədə olanların
səciyyələndirməsindən daha üstün bilməkdir. “Əssələmu əleykum və
rahmətullahi və bərakətuh» cümləsinin təvili isə rəhmət və münəzzəh
olan Allahın sevgisini tələb etməkdir. Bu isə sizin qiyamət günü əzabdan
amanda qalmağınız mənasındadır. Hər kim namazın təvilini bu şəkildə
bilməzsə namazı naqisdir.” [Mizanul-Hikmət, cild 7/hədis: 1066]
Bir məsələni də vurğulamaq lazımdır ki, bugünki təqlidçi “şiələrin”
üstünlük verdikləri namazdakı oturuş tərzi, yəni sağ ayağı sol ayağın
üstünə qoyaraq oturulması bidət deyil və bu cür oturuş tərzi düzgündür.
Amma keçmiş dövrdə yaşamış Əhli-Beyt (ə) şiələri, namazda daha çox
yuxarıda bildirilən şəkildə oturmuşlar. Və hər bir halda, yuxarı-da izah
edilmiş oturuş tərzi vacib deyildir. Bu iş, müstəhəb hökmündədir. Və o
cür otura bilməyənlər və ya buna öyrəşə bilməyənlər, sadə şəkildə
ayaqları alta yığıb, ombanı ayaq dabanları üstə qoyaraq, düz formada və
sağ ayağı sol ayağın üzərinə qoyaraq da otura bilərlər.
Ahmedalhasan313.wordpress.com
13
FATİHƏ SURƏSİNİN OXUNUŞU
Bismillahir Rahmənir Rahim. Əlhəmdulilləhi Rəbbil Aləmin. Ərrahmənir
Rahim. Məliki Yəvmiddin. İyyəkə nəbudu və iyyəkə nəstəin. İhdinəs
siratəl mustəqim. Siratəlləzinə ən əmtə ələyhim. Ğəyril məğdubi ələyhim
və ləddallin.
FATİHƏ SURƏSİ YOXSA TƏSBİHAT?
İmam Məhdi (ə) buyurur: Fatihə surəsi Təsbihati-Ərbəəni nəsx etmişdir!
[İhticac, cild 2/səhifə 264. Vəsailuş-Şiə, cild 4/səhifə 794, hədis: 7525]
Qeyd: Nəsx etmək, ləğv etmək deməkdir. Yəni, artıq Təsbihat yox, ancaq
və ancaq Fatihə oxunmalıdır.
QƏDR SURƏSİNİN OXUNUŞU
Qədr surəsində dördüncü ayədə Əhlibeyt (ə) hədislərinə istinadən
“Tənəzzəlul məlaikəti vər-ruhu fiha bi izni Rəbbihim bi kulli əmr”
şəklində oxunur, “min kulli əmr”olaraq yox. Və Əhməd əl Həsən (ə) da
bu qiraəti təsdiqləmişdir. Gəlin bu qiraətin buyurulduğu hədisə baxaq:
Əbu Bəsir nəql edir, Əbu Abdullah (ə) Allahın bu buyruqları haqqında
buyurdu: [Min aydan daha xeyirli] “Bəni-Üməyyənin hökumətindən” [O
gecə mələklər və Ruh Rəbbinin izni ilə enərlər] “Yəni Rəblərindən
Muhəmməd və Al-i Muhəmməd (ə) üzərinə, hər əmr ilə.”
[Təvilul-Ayət 2/820 h.8, Burhan c.5, h.11784, Biharul-Ənvar 25/70, h.59]
Abdullah ibn İklan Sükuni nəql edir, Əbu Cəfər (ə) buyurdu: “İmamların
evlərindən hər ev, mələklər üçün bir yüksəlmə yeridir. Zira Allah-u Təala
buyurur: [O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər əmr ilə (bi kulli
əmr) enərlər.]” Mən dedim ki: [Hər əmrdən (min kulli əmr)]?! O (ə)
buyurdu: [Hər əmr ilə.] Mən dedim ki: “Bu, onun endirildiyi şəklidirdir?”
O (ə) buyurdu: “Bəli.”
[Təvilul-Ayət 2/287, h.2, Burhan c.5, h.11789, Biharul-Ənvar 25/97, h.70]
Həmçinin namazın qılınma qaydasını aşağıdakı linkdə izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=0Otgrsd2d_g&t=450s