13
Number 29, 2010 61 NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: NORVEÇ MODELİ Altay İSMAYILOV Qafqaz Üniversiteti, Dr., Bakı / AZƏRBAYCAN [email protected], [email protected] Xətai ALIYEV Qafqaz Üniversiteti Bakı / AZƏRBAYCAN XÜLASƏ Dünya təcrübəsində neftlə zəngin olan ölkələrin bu ehtiyatlardan əldə edilən gəlirləri istifadə etmək istiqa- mətində qarşıya bir-birindən fərqli 2 model çıxmaqdadır: Nigeriya və Norveç Modelləri. Neft gəlirlərindən sə- mərəli istifadə baxımından Nigeriya Modeli uğursuz bir modeldir. Nigeriya və bu grupa aid edilən digər ölkə- lərdə neft gəlirləri əsasən siyasi iqtidarların maraqları istiqamətində istifadə edilərək, iqtisadiyyatın kompleks şəkildə inkişafıyla nəticələnmir. Norveç Modeli isə bu qəbildən uğurlu bir model olaraq qiymətləndirilir. Norveç və bu grupa aid edilən ölkələr neft gəlirlərindən səmərəli istifadə etmə yoluyla ölkənin inkişaf etmiş ölkələr arasındakı yerini almasına gətirib çıxarmışdır. Ümumiyyətlə neft gəlirlərinin idarə olunmasında Norveç Modeli ən uğurlu model olaraq qəbul edilir. Ölkə neftdən əldə edilən gəlirlərlə bir tərəfdən neft səneyesini-neft ayırma, neft-kimya, neft maşınqayırma sahələrini- inkişaf etdirmiş, digər tərəfdən insan kapitalına çox ciddi investisiyalar qoymuşdur. Bu gün Norveçin rifah baxımından bu seviyyede olması bilikli iş gücü sayəsində olmuşdur. Demek olar ki, insan kapitalı Norveçin iqtisadi yüksəlişinin arxasında duran ən önəmli amildir. Ayrıca Norveç Modelinin uğurlu olmasında neft gəlirlə- rinin idarə olunması istiqamətində qurulan Fondun fəaliyyətləri və gəlirlərin yerləştirilməsində göstərilən yüksək səviyyəli peşəkarlığın rolunu xüsusi qeyd etmək lazımdır. Açar Sözlər: Norveç iqtisadiyyatı, Norveçin neft hasilatı, Dövlət Pensiya Fondu, Norveç modeli SUCCESSFUL MODEL IN MANAGING OIL WEALTH: NORWAY ABSTRACT While analysing oil rich country examples, considering management of oil wealth, there are two different models: Nigeria and Norway models. In this distinction Nigeria example is a failure. Nigeria and similar examples show that, oil wealth has been spended for the interests of political administration and does not result in economic development. In contrast, Norway model is a success story. Norway and similar examples show that, successful oil wealth management has caused economic development for these countries. Generally, oil wealth management literature accepts Norway model as a most successful example. In Norway model, oil wealth has been used for on one hand, improvement of oil and oil related industry, on the other hand, huge investment on human capital development. Today, high welfare level in Norway is the result of qualified labor force. It is quite clear that, human capital is most important factor behind Norway`s economic success. Furthermore, success of Norway model is the reflection of management of oil wealth with Norway Pension Fund and oil wealth incomes with high rank professional approach. Key words: Norway Economy, Norway Oil Revenues,The Government Pension Fund,Norway Model Giriş Neft gəlirlərinin idarə olunmasında tətbiq olunan modellər çoxdur. Ümumiyyətlə, hər bir neft hasilatçısı ölkənin öz neft gəlirləri üzərində yeritdiyi siyasət həmin ölkənin gəlirlərin idarə olunmasındakı modelini for- malaşdırır. Hər dövlət öz iqtisadi və siyasi

NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Number 29, 2010 61

NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: NORVEÇ MODELİ

Altay İSMAYILOV

Qafqaz Üniversiteti, Dr.,

Bakı / AZƏRBAYCAN [email protected], [email protected]

Xətai ALIYEV Qafqaz Üniversiteti

Bakı / AZƏRBAYCAN

XÜLASƏ

Dünya təcrübəsində neftlə zəngin olan ölkələrin bu ehtiyatlardan əldə edilən gəlirləri istifadə etmək istiqa-mətində qarşıya bir-birindən fərqli 2 model çıxmaqdadır: Nigeriya və Norveç Modelləri. Neft gəlirlərindən sə-mərəli istifadə baxımından Nigeriya Modeli uğursuz bir modeldir. Nigeriya və bu grupa aid edilən digər ölkə-lərdə neft gəlirləri əsasən siyasi iqtidarların maraqları istiqamətində istifadə edilərək, iqtisadiyyatın kompleks şəkildə inkişafıyla nəticələnmir. Norveç Modeli isə bu qəbildən uğurlu bir model olaraq qiymətləndirilir. Norveç və bu grupa aid edilən ölkələr neft gəlirlərindən səmərəli istifadə etmə yoluyla ölkənin inkişaf etmiş ölkələr arasındakı yerini almasına gətirib çıxarmışdır.

Ümumiyyətlə neft gəlirlərinin idarə olunmasında Norveç Modeli ən uğurlu model olaraq qəbul edilir. Ölkə neftdən əldə edilən gəlirlərlə bir tərəfdən neft səneyesini-neft ayırma, neft-kimya, neft maşınqayırma sahələrini- inkişaf etdirmiş, digər tərəfdən insan kapitalına çox ciddi investisiyalar qoymuşdur. Bu gün Norveçin rifah baxımından bu seviyyede olması bilikli iş gücü sayəsində olmuşdur. Demek olar ki, insan kapitalı Norveçin iqtisadi yüksəlişinin arxasında duran ən önəmli amildir. Ayrıca Norveç Modelinin uğurlu olmasında neft gəlirlə-rinin idarə olunması istiqamətində qurulan Fondun fəaliyyətləri və gəlirlərin yerləştirilməsində göstərilən yüksək səviyyəli peşəkarlığın rolunu xüsusi qeyd etmək lazımdır.

Açar Sözlər: Norveç iqtisadiyyatı, Norveçin neft hasilatı, Dövlət Pensiya Fondu, Norveç modeli

SUCCESSFUL MODEL IN MANAGING OIL WEALTH: NORWAY

ABSTRACT

While analysing oil rich country examples, considering management of oil wealth, there are two different models: Nigeria and Norway models. In this distinction Nigeria example is a failure. Nigeria and similar examples show that, oil wealth has been spended for the interests of political administration and does not result in economic development. In contrast, Norway model is a success story. Norway and similar examples show that, successful oil wealth management has caused economic development for these countries.

Generally, oil wealth management literature accepts Norway model as a most successful example. In Norway model, oil wealth has been used for on one hand, improvement of oil and oil related industry, on the other hand, huge investment on human capital development. Today, high welfare level in Norway is the result of qualified labor force. It is quite clear that, human capital is most important factor behind Norway`s economic success. Furthermore, success of Norway model is the reflection of management of oil wealth with Norway Pension Fund and oil wealth incomes with high rank professional approach.

Key words: Norway Economy, Norway Oil Revenues,The Government Pension Fund,Norway Model

Giriş

Neft gəlirlərinin idarə olunmasında tətbiq olunan modellər çoxdur. Ümumiyyətlə, hər

bir neft hasilatçısı ölkənin öz neft gəlirləri üzərində yeritdiyi siyasət həmin ölkənin gəlirlərin idarə olunmasındakı modelini for-malaşdırır. Hər dövlət öz iqtisadi və siyasi

Page 2: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Altay İsmayılov, Xətai Alıyev

JOURNAL OF QAFQAZ UNIVERSITY Economics and administration 62

istiqamətlərinə görə bu gəlirlərdən istifadə edir və ya gələcək nəsillər üçün saxlayır.

Norveç krallığı, 1969–cu ildə Şimal dənizin-də Ekofiksn neft yatağının kəşfi ilə yeni bir eraya – ölkənin neft erasına qədəm qoydu [1, 14]. Ölkə neft gəlirləri üzərində yerit-diyi uğurlu siyasəti nəticəsində digər neft hasilatçısı olan ölkələrin diqqətlə öyrəndik-ləri və öz ölkələrində tətbiqinə çalışdıqları Norveç modelini yaratdı. Hazırda Norveç modeli neft gəlirlərinin idarə olunmasında ən uğurlu model sayılır.

Bilindiği kimi Azərbaycan da neft hasilat-çısı olan ölkələr arasında yer almaqdadır. Ölkədə neft gəlirlərindən səmərəli istifadə etmə istiqamətində bir çox addımlar atılmış-dır. Bununla birlikdə neft gəlirlərinin effek-tiv idarə olunması məsələsi prioritet sahə-lərdən biri kimi aktuallığını qorumaqdadır. Buna görə də bu sahədə uğur qazanmış Norveç modelini öyrənmək, modelin uğur-lu olmasının səbəblərini ortaya qoymaq və bir sıra məsələlərdə modeldən faydalan-maq əhəmiyyət kəsb etməkdədir.

1. Neft öncəsi Norveç iqtisadiyyatı

Norveçin neft erası 1969–cu ildə, Şimal də-nizində Ekofiksn neft yatağının kəşfi ilə başladı. Məhz bu tarixdən sonra ölkə öz neft potensialı və istehsalı, həmçinin neft ixracatı sahəsində dünyanın aparıcı dövlət-lərinin siyahısına düşdü. Bu gün Norveç dünyanın 5–ci ən nəhəng neft ixracatçısı, 10–cu ən nəhəng neft istehsalçısı və 7–ci böyük qaz tədarükçüsü ölkə kimi ad qa-zanmışdır [1, 14]. Norveç modelini araşdır-mazdan öncə, bu ölkənin neft kəşf edilmə-mişdən əvvəl yəni 1969–cu ilə qədər sahib olduğu iqtisadi vəziyyəti analiz etmək la-zımdır. Çünki, bu analizdən sonra Norve-çin o zamankı və hal-hazırdakı iqtisadi və-ziyyətini müqayisəli olaraq təhlil etmək və modelin uğuru haqqında rəy söyləməyə imkan verəcəkdir. Həmçinin, bu müqayisə Norveçin “Holland Sindromu”nun simp-

tomlarına sahib olub olmadığı haqqında da fikir verəcəkdir.

Aşağıda, cədvəl 1–də Norveçin 1964–1969–cu illər arasında ÜDM rəqəmləri və əvvəlki ilə nisbətdə ÜDM artım dərəcələri göstə-rilmişdir.

Cədvəl 1: Norveçin ÜDM–si (1964-1969), Milyon NOK (1$ = 5.9173 NOK, 23.04.2010 Norges bank)

1964 1965 1966 1967 1968 1969

ÜDM 50334 55828 60843 66902 71896 77116

ÜDM artım tempi (%- lə)

9.91 8.98 9.95 7.46 7.26

Mənbə: Statistical Yearbook of Norway 1970, 89th Issue, http://www.ssb.no/histstat/aarbok/ 1970.pdf, 02.03.2010

Göstərilən illərdə ölkə iqtisadiyyatında da-vamlı iqtisadi artım müşahidə olunmuş, ar-tım tempi 7.26 –9.91% aralığında olmuşdur. 1967–ci ildə ən yüksək səviyyəyə çatan iq-tisadi artım tempinin sürəti sonrakı illərdə azalmağa başlamış, 1968 və 1969–cu illərdə müvafiq olaraq 7.46 və 7.26 rəqəmləri qey-də alınmışdır.

İqtisadi dəyərləndirmədə əsas götürülən göstəricilərdən biri də ölkənin sahib oldu-ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu illərdə sahib olduğu tə-diyyə balansı ümumi formada göstərilmiş-dir. Cədvəldən də göründüyü kimi, neft erası başlamamışdan öncə ölkənin tədiyyə balansı müsbət saldoya sahib olmuşdur. Doğrudur, xarici ticarət balansında 1964–1967–ci illərdə mənfi saldo müşahidə olun-muşdur. Bununla belə, sərmayə hərəkətlə-rində balans bu illərdə müsbət olmuşdur. 1968–1969–cu illərdə vəziyyət bir qədər də-yişsə də, son nəticə yenə eyni qalmışdır. Bu illərdə xarici ticarət balansı müsbət, sərma-yə hərəkətləri balansı mənfi saldoya sahib olmuşdur. Amma yenə də son nəticədə ümumilikdə 1964–1969–cu illərdə tədiyyə balansında müsbət saldo qeydə alınmışdır.

Page 3: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Neft gəlirlərinin idarə olunmasında uğurlu model: Norveç modeli

Number 29, 2010 63

Cədvəl 2: Norveçin Tədiyyə Balansı, 1964–1969

1964 1965 1966 1967 1968 1969

İxracat 18924 20701 22385 25132 27647 29133

İdxalat 19049 20979 22933 25969 25997 27958

Ticarət balansı

-125 -278 -548 -837 1650 1175

Xaricdən sərmaye girişi

3772 4310 3827 5790 4165 4219

Xaricə sərmaye çıxışı

2963 2915 3196 3694 4563 5397

Digər qısa-müddətli kapital hərəkətləri

-158 186 133 284 273 557

Sərmaye balansı

651 1581 764 2380 -125 -621

Tədiyyə balansı

526 1303 216 1543 1525 554

Mənbə: Statistical Yearbook - 1970 of Norway , http://www.ssb.no/histstat/aarbok/1970.pdf, 02.03.2010

Məlum olduğu kimi ölkələr iqtisadi inkişaf səviyyəsinə görə dəyərləndirilərkən adə-tən, az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin ixrac potensialında xammal və kənd təsərrüfatı malları, idxalda isə da-ha çox hazır məhsullar, texnologiya ava-danlıqları, maşınqayırma məhsulları və.s. üstünlük təşkil edir. İqtisadi cəhətdən inki-şaf etmiş ölkələr isə əksinə, az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən xam-mal idxal edir, öz ölkəsində emal edir və sonradan hazır məhsul halında, daha yük-sək qiymətə həmin ölkələrə ixrac edir.

1968–1969–cu illərin statistikasına istinadən [2, 5] ölkə ixracatında əsas paya sahib olan əlvan metallurgiya məhsulları (18.08 – 19.4%), nəqliyyat avadanlıqları (16.12 – 16.56%), balıq və balıq məhsulları, kağız və kağız məhsulları, dəmir və polad, heyvan-lar üçün qidalar və digərləridir. Ölkə idxa-latında isə nəqliyyat vasitələri (20.75–16.9%), texnika (10.7–11.2%), neft və neft məhsul-ları və.s. əsas paya sahibdir [2, 5]. Tədiyyə balansı baxdığımız illərin hamısında müs-

bət saldoyla müşahidə olunmuş, idxal–ixrac proseslərində irəliləyişlər əldə edilmişdir.

2. Norveçin neft hasilatı və gələn gəlirlər

1950–ci ilin sonlarında Norveçin materik şelfi ərazisində bu dərəcədə zəngin neft–qaz ehtiyyatının mövcudluğuna çox az in-san inana bilərdi. Buna baxmayaraq, 1969–cu ildə Niderlandda Groningen qaz yatağı-nın kəşfi geoloqları Şimal dənizinin neft potensialı haqqındakı düşüncələrini təkrar nəzərdən keçirməyə məcbur etdi.

1969–cu ildə Norveçdə Ekofiksn neft yatağı kəşf edildi. Yataqdan hasilata 15 iyun 1971–ci ildə başlanıldı və sonrakı bir neçə il ərzində digər böyük potensiala sahib ya-taqlar aşkar edildi. Bu gün Norveçin mate-rik şelfində 52 yataq istismar olunur. 2006 – cı ildə bu yataqlardan gündəlik 2.8 milyon barel neft (neft və kondensat) və 88 milyon standart kubmetr qaz hasil edildi[1, 14].

2.1. Norveçin neft hasilatı

Norveç Neft Direktorluğunun (The Nor-wegian Petroleum Directorate – NPD) də-yərləndirməsinə istinadən Norveçin mate-rik şelfində toplam kəşf edilmiş və kəşf edil-məmiş karbohidrat rezervi miqdarının təx-minən 13 milyard standart kubmetrə yaxın olduğu deyilə bilər. Bu miqdarın 5.1 mil-yard kubmetri və ya 38%-i artıq hasil olun-muşdur. Hasil ediləbilmə imkanı olan re-zerv miqdarı 8.6 milyard kubmetrdir – 5.3 milyard kubmetr isbat olunmuş, 3.4 mil-yard kubmetr kəşf olunmamışdır [3, 80].

Qrafik 1: Norveçin Neft Hasilatı : 1970 - 2005

Mənbə: Norwegian Petroleum directorate / Ministry

of Petroleum and Energy

Page 4: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Altay İsmayılov, Xətai Alıyev

JOURNAL OF QAFQAZ UNIVERSITY Economics and administration 64

Norveçin materik şelfində 1971–ci ildə neft hasilatına başlandığından bəri 65 yataqdan 4.6 milyard kubmetr hasil olunmuşdur.

Norveçdə karbohidrat resurslarının işlən-məsi əsasən 3 mənbədən aparılır [2, 5]:

Şimal Dənizi

Norveçin karbohidrat resurslarının böyük qismi bu dənizin Norveçə məxsus ərazisin-də aşkar olunmuşdur. Toplam karbohidrat qaynağının 7.2 milyard kubmetri Şimal də-nizində yerləşir ki, bunun da 4.1 milyard kubmetri artıq hasil olunmuşdur. Qalan resurs miqdarı 2.5 milyard kubmetr həc-mində proqnozlaşdırılır, bunun da 34%-i neftdir.

Norveç Dənizi

Norveç dənizi sahib olduğu karbohidrat miqdarına görə Şimal dənizindən geri qa-lır. Bununla belə, toplam resursların 2 mil-yard kubmetri Norveç dənizində aşkarlan-mış və 0.5 milyard kubmetri hasil olun-muşdur. Dəyərləndirmələrdə qalan rezerv miqdarının 65% - nin qaz olduğu müəyyən olunmuşdur.

Barent Dənizi

Barent dənizində yerləşən karbohidrat miq-darı digər dənizlərlə (Şimal və Norveç də-nizləri ilə) müqayisədə aşağıdır. Belə ki, toplam resursların 0.25 milyard kubmetri-nin bu dənizdə olduğu isbat olunmuşdur.

Qrafik 1–də 1970-2005–ci illər aralığında Norveçdə illik neft hasilatının (Total pet-roleum production) dəyişmə dinamikası qrafik yardımıyla açıqlanmışdır. Görüldü-yü kimi, əsasən 1975–ci ildən artan templə hasilatına başlanılan Norveç karbohidrat resursları, 1981–ci ildəki cuzi azalma nəzə-rə alınmazsa, 1997–ci ilə qədər illik hasilat miqdarında davamlı artış göstərmişdir. 1998–ci ildə dünya iqtisadiyyatında gedən porseslər və digər səbəblərdən hasilatda azalma olmuş, lakin uzun sürməmişdir.

1999–cu ildə hasilat əvvəlki illə müqayisə-də artmış, 2000–ci ildə isə hasilat 1997–ci ildəki miqdarın üzərinə çıxmışdır. 2004-cü ildən başlayaraq yenidən hasilatda azalma başlamışdır. Qrafikdən də görülə biləcəyi kimi bu tendesiya 2005–ci ildə də davam etmiş, sonrakı illərdə (2005 sonrası) də və-ziyyət dəyişməmişdir. Bunu aşağıdakı cəd-vəlin yardımı ilə daha aydın görə bilərik.

Cədvəl 3: Norveçin Gündəlik Neft Hasilatı

İllər

İstehsal (gündəlik

1000 barel)

Dəyişmə İllər

İstehsal (gündəlik

1000 barel)

Dəyişmə

1980 485.81 NA 1994 2569.55 12.62 % 1981 474.46 -2.34 % 1995 2765.83 7.64 % 1982 492.35 3.77 % 1996 3091.01 11.76 % 1983 614.95 24.90 % 1997 3141.72 1.64 % 1984 707.29 15.02 % 1998 3011.23 -4.15 % 1985 772.6 9.23 % 1999 3018.89 0.25 % 1986 841.49 8.92 % 2000 3221.52 6.71 % 1987 982.49 16.76 % 2001 3226.33 0.15 % 1988 1113.09 13.29 % 2002 3130.58 -2.97 % 1989 1482.6 33.20 % 2003 3042.11 -2.83 % 1990 1630.01 9.94 % 2004 2954.48 -2.88 % 1991 1870.87 14.78 % 2005 2697.94 -8.68 % 1992 2131.89 13.95 % 2006 2490.58 -7.69 % 1993 2281.51 7.02 %

Mənbə: http://www.indexmundi.com/energy.aspx? country=no&product=oil&graph=production, 25.09.2009

Yuxarıdakı cədvəldə 1980-2006-ci illərdə Norveçdə gündəlik neft hasilatı və hasila-tın bir əvvəlki illə müqayisədə dəyişməsi faizlə göstərilmişdir[4]. Göründüyü kimi, gündəlik neft hasilatı 1981-ci ildən başla-yaraq 1998-ci ilə qədər davamlı artmışdır. 1981-ci ildə 494.96 min barrel olan gündəlik neft hasilatı 1997-ci ildə 3141.72 min barrel olmuşdur. 1998-ci ildə isə gündəlik hasilat-da 4.15%-lik azalma qeydə alınmışdır.

Ümumiyyətlə 1996-cı ildən sonra, illərə gö-rə, gündəlik neft hasilatı artımındakı artı-mın sürətlə azaldığı aydın görünür. 2000-ci ildəki 6.71%-lik nisbətən yüksək artım nə-zərə alınmazsa digər illərdəki artımın çox cüzi (1999-cu ildə 0.25%, 2001-ci ildə 0.15%) olduğu faktdır. 2002 və sonrakı illərdə da-

Page 5: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Neft gəlirlərinin idarə olunmasında uğurlu model: Norveç modeli

Number 29, 2010 65

vamlı azalma diqqət çəkicidir. Xüsusilə 2005 və 2006-cı illərdəki sürətli azalmanın (mü-vafiq olaraq 8.68%, və 7.69%) baş verməsi və bu tendesiyanın 2006-cı ildən sonra da da-vam etməsi müxtəlif suallar yaradır. Hasi-lat artış tempindəki bu azalmanın səbəbi Norveç Neft Diktoratlığı tərəfindən rezerv-lərin azalması ilə izah olunsa da, qənaəti-mizcə burada neft siyasətindəki dəyişmə-nin də təsiri olmuşdur.

2.2. Neftdən Gələn Gəlirlər

Norveç höküməti neft sektorundan yüksək gəlir əldə edir. 2006-cı ildə dövlət gəlirləri-nin 36%-i bu sektordan əldə edilmişdir. 2007-ci il dövlət büdcəsində Norveçin şelf ərazilərində təxmini neft ehtiyyatının hesab-lanan dəyəri 4160 milyard NOK (1$= 5.9173 NOK, 23.04.2010) miqdarında dəyərləndi-rilmişdir.

Dövlət aşağıdakı vasitələrlə yaradılmış də-yərin böyük qisminə sahibdir:

1. Neft və qaz fəaliyyətlərinin vergiləndi-rilməsi

2. Digər vergi ödəmələri və icarələr

3. Yataqlarda birbaşa dövlət mülkiyyəti (the State′s Direct Financal Interest-SDFI)

4. Statoildan gəlir payları

Neft Fəaliyyətləri Üzərində Vergi Sistemi: Norveçdə neft sektorunda vergiləndirmə sistemi normal vergi qanunvericiliyi üzə-rində yaradılmışdır. Lakin, Norveç neft re-surslarının istehsalı prosesindəki çox yük-sək gəlirlilik dərəcəsi səbəbilə əlavə olaraq bu fəaliyyətlər üzərinə xüsusi vergi (special tax) qoyulmuşdur. Ümumi vergi dərəcəsi torpaq fəaliyyətləri vergi dərəcəsi ilə eyni-dir - 28%, hansı ki, xüsusi vergi dərəcəsi 50%-dir. Ümumi və Xüsusi vergi gəlirləri hesablanarkən qoyulan investisiyanın də-yəri investisiyanın qoyulduğu ildən sonra-kı 6 il ərzində bərabər paylanmaqla gəlir-dən çıxılır, sonra vergi hesablanır. Şirkətlər investisiyayla bağlı bütün xərclərini (tədqi-

qat-axtarış-inkişaf xərclərini, maliyyə və əməliyyat xərclərini) gəlirdən çıxmaq hü-ququna sahibdirlər.

Digər vergi ödənişləri və icarələr: Neft fə-aliyyətlərinin vergiləndirilmə sisisteminə əlavə olaraq hesablanan ən əhəmiyyətli vergilər karbon di-oksid (CO2), azotun ok-sigenli birləşmələrinə (NOx) görə verilən vergilər və icarə haqlarıdır.

CO2 vergisi 1991–ci ildən hesablanmağa başlanılmışdır və neft sektorundan atmos-ferə buraxılan CO2 qazının miqdarının azal-dılması məqsədini daşıyır. CO2 vergisi 1 kubmetr yandırılan və ya buraxılan qaza və 1 litr yandırılan neftə görə hesablanır. CO2 vergi dərəcəsi 2007 – ci il üçün 1 litr neft və ya 1 kubmetr qaza üçün 0.80 NOK nisbətində götürülmüşdür.

1999–cu il Gothenburg protokoluna müva-fiq olaraq Norveç dövləti atmosferə buraxı-lan NOx miqdarının azaldılması öhdəliyini götürmüşdür. Bu öhdəliyi yerinə yetirmək üçün 1 yanvar 2007 – ci ildə 1 kq NOx üçün 15 NOK vergi tətbiq olunmağa başlan-mışdır.

İcarə haqları icarəyə verilən ərazilərdə neft tədqiqatlarının məhsuldarlığını artırmaq məqsədi daşıyır.

Neftə görə vergilərin hesablanması qaydası:

Əməliyyat gəliri (normal qiymətlə)

- Əməliyyat xərcləri - İnvestisiyaların amortizasiya ayırmaları (6 il) - Digər xərclər ( tədqiqat və s.) - CO2 vergisi, NOx vergisi və icarə haqqları - Maliyyə xərcləri = Ümumi vergi bazası ( vergi dərəcəsi 28%) - Uplift ( 4 il ərzində investisiyanın 7.5%-i)

= Xüsusi vergi bazası (vergi dərəcəsi 50%)

Norveç qanunvericiliyinə əsasən neft sek-torunda vergiləndirmə sistemi ilə əlaqəli anlayışları öyrəndikdən sonra ümumi və xüsusi vergi gəlirlərinin necə hesablanma-

Page 6: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Altay İsmayılov, Xətai Alıyev

JOURNAL OF QAFQAZ UNIVERSITY Economics and administration 66

sına [3, 25] baxaq: İlk olaraq əməliyyat gə-lirlərindən neft fəaliyyətlərinə bağlı bütün xərclər, həmçinin CO2 vergisi, NOx vergisi və icarə haqqları üçün dövlətə ödənmiş məbləğ gəlirdən çıxılır. Bununla ümumi vergi dərəcəsinin (28%) hesablanacağı ver-gi bazası müəyyənləşdirilmiş olur. Xüsusi vergi dərəcəsi (50%) üzrə vergi bazası ümu-mi vergi dərəcəsi üzrə vergi bazasından uplift çıxılmaqla tapılır.

Statoildan gəlir payları: 25 aprel 2010 – cu il tarixinə istinadən dövlət Statoilin 67% səhmlərinə sahibdir [5]. Bununla da Statoil-in bir mülkiyyətçisi kimi dövlət gəlir pay-ları əldə edir, hansı ki, dövlətin neft gəlir-lərinin bir hissəsini ifadə edir.

Birbaşa dövlət mülkiyyətindən (SDFI) gə-lən gəlirlər: Bu gəlir tipi vergilər, icarələr, Statoildan gəlir paylarına əlavə olaraq döv-lət gəlirlərinin önəmli qaynaqlarından biri-dir. SDFİ (the State′s Direct Financal Interest-SDFI) dövlətin bir sıra neft və qaz

yataqlarında, boru kəmərləri və dəniz fəa-liyyətlərində mülkiyyətindən qaynaqlanır. İstehsal lisenziyaları verilərkən hökümət öz payını götürür və dövlətin pay nisbəti ya-taqdan-yatağa dəyişir.

Bir neçə mülkiyyətçidən biri kimi dövlət investisiya və xərclərdəki payını maliyyə-ləşdirir və istehsal müqaviləsinə müvafiq nisbətdə gəlirdən pay əldə edir. SDFİ 1985-ci il yanvarın 1-də yaradılmışdır. SDFİ ra-zılaşmaları ifadə edir ki, dövlət sahib oldu-ğu ərazidə yaradılacaq dəyərin hansı nisbə-tinin dövlətə veriləcəyini müəyyənləşdirə bilər. Nisbətən az gəlirli hesab edilən isteh-sal lisenziyalarında dövlət öz payını az gö-türə, hətta öz payından imtina edə bilər. Əks şərtlərdə, yəni, gəlirlilik yüksək gözlə-nilərsə dövlət payını yüksək müəyyənləş-dirə bılər.

Aşağıdaki cədvəldə Norveçdə neftdən əldə olunan fərqli gəlir mənbələri illər etibariylə sıralanmışdır.

Cədvəl 4: Norveçdə Neft Fəaliyyətlərindən Əldə Olunan Gəlirlər (milyon NOK)

İllər Ümumi vergi

Xüsusi vergi

İstehsal icarə haqqı

Ərazi icarə haqqı

CO2 Vergisi

SDFİ Statoildan gəlir payı

Cəmi gəlir

1971 14 14 1972 42 42 1973 69 69 1974 121 121 1975 208 208 1976 1143 4 712 99 1958 1977 1694 725 646 57 3122 1978 1828 727 1213 51 3819 1979 3399 1492 1608 53 6552 1980 9912 4955 3639 63 18569 1981 13804 8062 5308 69 0.057 27243 1982 15036 9014 5757 76 368 30251 1983 14232 8870 7663 75 353 31193 1984 18333 11078 9718 84 795 40008 1985 21809 13013 11626 219 -8343 709 39033 1986 17308 9996 8172 198 -11960 1245 24959 1987 7137 3184 7517 243 -10711 871 8241 1988 5129 1072 5481 184 -9133 0 2733 1989 4832 1547 7288 223 755 0 14645 1990 12366 4963 8471 258 7344 800 34202 1991 15021 6739 8940 582 810 5879 1500 39471 1992 7558 7265 8129 614 1916 3623 1400 30505

Page 7: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Neft gəlirlərinin idarə olunmasında uğurlu model: Norveç modeli

Number 29, 2010 67

1993 6411 9628 7852 553 2271 159 1250 28124 1994 6238 8967 6595 139 2557 5 1075 25576 1995 7854 10789 5884 552 2559 9259 1614 38241 1996 9940 12890 6301 1159 2787 34959 1850 58286 1997 15489 19582 6220 617 3043 40404 1600 86955 1998 9089 11001 3755 527 3229 14572 2940 45113 1999 5540 6151 3222 561 3261 25769 135 44639 2000 21921 32901 3463 122 3047 98219 1702 161375 2001 41465 64316 2481 983 2862 125439 5746 243292 2002 32512 52410 1320 447 3012 74785 5045 169531 2003 36819 60280 766 460 3056 67482 5133 173996 2004 43177 70443 717 496 3309 80166 5222 203530 2005 61589 103294 360 224 3351 98602 8139 275559 2006 78200 133700 0 500 3400 126700 14000 356500

Cəmi gəlir 2222562

Mənbə: State accounts, 2006 from the National Budget for 2007 and preminary accounting figures

Yuxarıdakı cədvəldə Norveç neft gəlirləri-nin illərə görə statistikası verilmişdir. Cəd-vəldən göründüyü kimi neft hasilatının ilk illərində bu sektordan illik gəlir səviyyəsi çox aşağı olmuşdur. 1971-1975-ci illərdə yalnız istehsal icarə haqqı formasında cəmi 454 milyon NOK gəlir əldə edilmişdir. 1976-cı ildən başlayaraq artan templə inkişaf edən neft gəlirləri dinamikası, tərkibinə görə də müxtəlif məmbələrdən olmaqla fərqlilik göstərmişdir. İstehsal icarə haqları ilə bəra-bər vergilər və gəlir payları şəklində də qa-zanc əldə edilmişdir. Neft gəlirləri dinami-kasındakı 1984-cü ilə qədər davam edən artış 1985-ci ildən 1989-cu ilə kimi azalan gəlir dinamikası ilə müşahidə olunmuşdur. İllik gəlir miqdarı 1984-cü ilin göstəricisi 40008 milyon NOK-dan 4 il sonrasında 1988-ci il üçün cəmi 2733 milyon NOK-a düşmüşdür. Bu dövrdə illik gəlir miqdarın-dakı belə ciddi azalmanın arxasında müx-təlif səbəblər dayansa da, cədvəldən də ay-dın görülə biləcəyi kimi dövlətin öz payını maliyyələşdirməsinə çəkilən xərclər ciddi rol oynamışdır. Qeyd etmək yerinə düşər ki, 1985-1988-ci illər ərzində SDFİ gəlirlə-rində 40147 milyon NOK açıq qeydə alın-mışdır ki, bu da illik göstəricilərə azaldıcı təsir göstərmişdir.

Cədvəldən də aydın görülür ki, gəlir dina-mikası illər boyu dalğalanma sərgiləmişdir.

1989-1991-ci illərdə yenidən ciddi artış gö-rülsə də, 1992-1994-cü illərdə yeni bir enmə olmuşdur. 1994-1997-ci illər aralığında tək-rar yüksəliş baş vermiş, 1998-1999-cu illər-də bu yüksəliş enmə ilə əvəz olunmuşdur. Yeni minillik başladıqdan sonra 2006-cı ilə qədər, 2002-ci ilin azalması nəzərə alınmaz-sa neft gəlirləri dinamikası sürətli artış gös-tərmiş, 2006-cı ildə 356500 milyon NOK göstərici qeydə alınmışdır. Ümumən, 2006-cı ilin sonuna qədər Norveçin toplam neft gəlirləri 2222562 milyon NOK(1$ = 5.9173 NOK) olmuşdur ki, bu da olduqca böyük rəqəmdir.

Norveç krallığının siyasətinə əsasən neftlə bağlı bütün gəlirlər Dövlət Neft Fondunda (indiki Dövlət Pensiya Fondu) toplanmış-dır. Qrafik 2-dən də göründüyü kimi fon-dun vəsaitləri 2002-ci il xaric olmaq şərtilə davamlı artmışdır [6]. Xüsusilə 2003-cü il sonrasında artım çox sürətli olmuşdur.

Norveç haqqında daha bir maraqlı nöqtə odur ki, 30 ildən çox keçən müddət ərzində yüksək miqdarda istehsal və gəlirə baxma-yaraq Norveçin toplam karbohidrat ehti-yatlarının sadəcə 35%-i hasil olunmuşdur [1, 15]. Bu faktı da dəyərləndirməmizə əla-və edərsək, gələcəkdə də neft gəlirlərinin yüksək artış göstərəcəyi şübhəsizdir.

Page 8: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Altay İsmayılov, Xətai Alıyev

JOURNAL OF QAFQAZ UNIVERSITY Economics and administration 68

Qrafik 2: Norveç Dövlət Neft Fondu Ehtiyyatları

Mənbə: Norges Bank, www.norges-bank.no/upload/ .../charts-2004-09-30.pdf-long term strategy chart, 22.02.2010

3. Neft gəlirlərinin idarə olunma mexanizması

Neft gəlirlərinin idarə olunmasinda Norveç modelinin uğurlu bir model olaraq gəbul edilməsi şüphəsiz Norveç Dövlət Pensiya Fondunun (keçmiş Dövlət Neft Fondu) uğurlu fəaliyyəti nəticəsində olmuşdur. Fond dövlət tərəfindən idarə olunan fondlar ara-sında Avropada ən nəhəngdir. Dünya sıra-lamasında isə sadəcə Birləşmiş Ərəb Əmir-liklərinin fondundan geri qalır.

Ümumiyyətlə Neft gəlirlərinin idarə olun-masında Norveç modelini araşdırarkən bir sualın cavabını bilmək çox vacibdir: bu öl-kədə gəlirlərin toplanması və idarə olun-masının dayandığı qanunverici baza ne-cədir?

3.1. Norveç Modelinin Qanunverici Bazası

Norveç qanunvericiliyində bununla bağlı əsas götürülən qanun yaxın tarixdə qəbul olunan Dövlət Pensiya Fondu-Qlobal aktı-dır (The Government Pension Fund-Global, 21 dekabr 2005-ci il, No123). Fondun məq-sədləri, idarəetmə qaydaları, fəaliyyəti, in-vestisiya strategiyası-bir sözlə hər şey bu akt əsas götürülərək müəyyən edilir və hə-yata keçirilir.

Akta əsasən Fondun əsas məqsədi mərkəzi hökümətin maliyyə ehtiyyatlarını qoruyub saxlamaq, uzun müddətdə dövlət neft gə-lirlərinin istifadəsi imkanı yaratmaq və

pensiya xərclərini maliyyələşdirməkdir. Gəlirlərin idarə olunması sistemi elə qurul-malıdır ki, həm indiki, həm də gələcək nə-sil neft gəlirlərindən yararlanma imkanına sahib olsun[7].

Fond maliyyə nazirliyinin mülkiyyətində-dir. Bununla belə fondun ehtiyyatları Mər-kəzi Bankda açılan hesabda toplanılır və vəsaitlərin idarəsi Mərkəzi Bankın nəzarə-tində aparılır.

3.2. Norveç Dövlət Pensiya Fondu

Norveç, dünyanın ən böyük neft ixracat-çılarından biri kimi neft hasilatından əldə etdiyi sərvəti - 30 iyun 2008-ci ilə görə 2104 milyard NOK (415 milyard $) və ya hər Norveçliyə 75000$- 42 müxtəlif bazarda, 31 ölkə valyutasında yerləşdirmişdir [8].

Norveç Pensiya Fondunu dünyanın digər fondlarından fərqləndirən əsas xüsusiyyət onun strategiyası və investisiyalarla bağlı cəmiyyətə qarşı şəffaflığıdır. İldə 4 dəfə, rüblük olaraq Fondun nəticələri və üzləş-diyi risklər haqqında hesabat verilir. Həm-çinin Fondun, vəsaitlərinin bir hissəsini yerləşdirməklə müəyyən qismdə səhm sa-hibi olduğu dünyanın 3500 şirkətindən əl-də etdiyi gəlirlər də hesabatda detalları ilə təqdim edilir. Hansı ki, əksər hallarda Fon-dun şirkətlərdəki səhm payı ümumi səhm-lərin 1%-dən az olur. Fond menecerləri davamlı olaraq parlament və jurnalistlərlə görüşür.

Norveç təcrübəsinin digər fond və dövlət-lərin marağını cəlb etməsindəki əsas səbəb Fondun cəmiyyətə açıq şəkildə əməliyyat-lar aparmasıyla birlikdə, fond vəsaitlərinin idarə olunmasından əldə etdiyi qazancdır. Fond ötən il vəsaitlərin idarə olunmasın-dan 7.9%, keçən onillik ərzində isə ortala-ma olaraq illik 6.5% gəlir əldə etmişdir[9]. Bu gəlirdən inflyasiya, xərclər və idarəetmə ödənişləri çıxarılarsa ortalama illik gəlir 4.6% nisbətindədir.

Page 9: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Neft gəlirlərinin idarə olunmasında uğurlu model: Norveç modeli

Number 29, 2010 69

3.3. Fondun Gəlir Mənbələri

Fondun gəlirləri aşağıdakı mənbələrdən formalaşır [10]:

1) Neft fəaliyyətlərindən bütün vergi gəlir-ləri (ümumi vergi-28% və xüsusi vergi-50%) və royaltidən gələn gəlirlər bu fondda top-lanılır. Qanunverici baza 1975-ci il 13 iyun tarixli 35 nömrəli “Neft Vergiləndirmə Aktı” və 1996-cı il 29 noyabr tarixli 72 nöm-rəli “Neft Fəaliyyətləri haqqında Akt” gö-türülür və gəlirlərin fondda toplanması bu qanunvericiliyə əsasən aparılır.

2) Materik şelfində neft fəaliyyətləri nəti-cəsində yaranan və atmosferə buraxılan CO2 miqdarına görə toplanılan CO2 vergi gəlirləri fonda transfer edilir.

3) Neft fəaliyyətlərindən yaranan NOx ver-gi gəlirləri fondda toplanılır.

4) Neft fəaliyyətlərində SDFİ yaranan mən-fəət fond vəsaitlərinə əlavə edilir.

5) Yarı dövlət şirkəti olan Statoildan alınan gəlir payları fonda göndərilir.

6) Statoildakı dövlət səhmlərinin satılma-sından yaranan gəlir fonda transfer edilir.

7) Hökümətin istehsal lisenziyaları razılaş-maları ilə bağlı əldə etdiyi gəlirlər fondda toplanılır.

8) Neft Sığorta Fondundan (The Petroleum Insurance Interest) transferlər fonda göndə-rilir.

9) Neft fəaliyyətlərindən SDFI səhmlərinin satışından əldə edilən gəlir fonda göndə-rilir.

10) Matereik şelfində quraşdırılmış qurğu-ların kənarlaşdırılması və yaxud alternativ istifadəsindən qazanılan gəlir fondda top-lanılır.

Digər tərəfdən, Fondun gəlirlərindən aşağı-dakılar çıxılır:

1) Mərkəzi hökümətin neft fəaliyyətlərinə birbaşa investisiya xərcləri

2) Mərkəzi hökümətin Neft Sığorta Fondu ilə əlaqəli xərcləri

3) Mərkəzi hökümətin materik şelfində qu-raşdırılmış qurğuları kənarlaşdırma və yaxud alternativ istifadə zamanı çəkilən xərclər

4) Neft fəaliyyətlərində SDFI-ə əlavə səhm-lərin alınması zamanı çəkilən xərclər

5) Statoilda əlavə səhm alışı zamanı ödə-nən məbləğ

6) Dövlətin neft fəaliyyətlərindəki payına görə Statoil və digər şirkətlərə kapital yar-dımları

3.4. Fond Vəsaitlərinin Yerləşdirilməsi

Fondun sahib olduğu vəsaitlər Norges Bankda (Norveç Krallığı Mərkəz Bankı), xüsusi hesabda, kron (Norveç milli valyu-tası) depozit hesabı şəklində yerləşdirilir. Norges Bank bu vəsaitləri öz adından müx-təlif maliyyə alətləri, qiymətli kağızlar və nəğd depozitlər şəklində, əsasən xarici val-yutada xarici ölkələrdə yerləşdirir[11]. Fond vəsaitlərinin yerləşdirilməsində olduqca yüksək diversifikasiya yoluna gedilir və mümkün risklər minimuma endirilir. Vəsa-itlərin yerləşdirilmə forması, qaydaları və hüquqi bazası Dövlət Pensiya Fondu-Qlobal aktı (Government Pension Fund-Global act) ilə müəyyən olunmuşdur. Əsas məqsəd bu qayda-qanunlar çərçivəsində, Fond vəsaitlərinin xarici valyutada yerləş-dirilməsindən ən maksimum qazancı ən minimum risk almaqla əldə etməkdir. Və-saitlərin yerləşdirilməsi və idarə olunma-sından əldə olunan net gəlir hər il dekabr ayının 31-də fondun Mərkəz Bankdakı kron depozit hesabına əlavə olunur.

Şəkil 1: Risk və Əldə Olunan Gəlir

Mənbə: www.norges-bank.no/upload/.../charts-2004-09-30.pdf - long term strategy chart 22.02.2010

Page 10: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Altay İsmayılov, Xətai Alıyev

JOURNAL OF QAFQAZ UNIVERSITY Economics and administration 70

Şəkil 1-dən aydın görünür ki, Norveç Mər-kəz bankı - Norges Bank tərəfindən fond vəsaitləri effektiv formada idarə edilmişdir: Cüzi risk və bunun qarşılığında kifayət qə-dər yüksək mənfəət [6]. Norges Bank bu uğuru effektiv gəlir idarəetmə mexanizmi ilə əldə etmişdir. Bəs bu mexanizm necədir və necə işləyir?

Yuxarıda da qeyd etmişdik ki, neft vəsait-ləri ilə bağlı atılan hər bir addım Dövlət Pensiya Fondu-Qlobal aktına müvafiq ola-raq atılır. Vəsaitlərin necə yerləşdiriləcəyi bu aktta müəyyən olunmuşdur. Akta əsa-sən fond vəsaitləri aşağıdakı nisbətdə yer-ləşdirilməlidir [6]:

• Sabit gəlirli rəsmi sənədlərə (Bonds) 30-50%

• Hissə sənədlərinə (Equity) 50-70%

Həmçinin, sabit gəlirli rəsmi sənədlərə yer-ləşdirilən vəsait də zonalar üzrə aşağıdakı nisbətdə yerləşdirilməlidir:

• Avropa 50-70% • Amerika və Afrika 25-45% • Asiya və Okeaniya 0-15%

Hissə sənədlərinə də vəsaitlərin yerləşdi-rilməsi qanunla, aşağıdakı regionlar üzrə, aşağıda göstərilən nisbətdə aparılmalıdır:

• Avropa 40-60% • Amerika və Afrika 25-45% • Asiya və Okeaniya 5-25%

Şəkil 2: Strateji Benchmarking: 30.09.2004

Ən heyrətləndirici fakt isə, fond vəsaitləri-nin yerləşdirildiyi rəsmi qurumlar və şir-kətlərin say çoxluğudur. Fond vəsaitləri

dünya üzərində, 3500-dən çox şirkətin his-sə sənədlərində və digər rəsmi sənədlərdə yerləşdirilmişdir. Maraqlıdır ki, Fond hər şirkətin ən çoxu 1% səhmlərinə sahibdir. Əgər, qəflətən hər hansı bir şirkət iflas edərsə fondun zərəri çox cüzi olacaq. Gəlir əldə etdiyi hallarda isə əldə edilən gəlirdən pay alacaq. Məhz bu səbəbdəndir ki, Norges Bankın hazırladığı hesabatda risk olduqca cüzi olaraq göstərilmişdir. Daha doğrusu, bu cür yerləşdirməyə baxılarkən demək olar ki, Fond vəsaitlərinin idarə olunmasında heç bir risk amili yoxdur. Çünki, hətta birdən-birə 10 və ya daha çox şirkət iflas etsə belə, fond iflas nəticəsində üzləşdiyi zərəri digər şirkətlərdən aldığı qazancla əvəz edəcək və istənilən halda ili mənfəətlə başa vuracaqdır.

Fondun gəlir idarəetmə fəaliyyətində digər maraqlı fakt isə hər ilin sonunda gəlirlərlə bağlı ictimaiyyətə verdiyi hesabat forması-dır. Belə ki, 3500-dən çox şirkət və qurum-lardan əldə olunan gəlir miqdarı, hər şirkət üzrə ayrı-ayrı olmaqla, tam təfsilatı ilə he-sabatda göstərilir.

4. Norveç Uğurunun Səbəbləri

Norveç dövlətinin naliyyətlərində qeyri-neft amillərinin təsiri əhəmiyyətli olsa da, bu uğurda neftin rolu danılmazdır. Bu gün adı çəkilən ölkə dünya rifah sıralamasında ilk yerləri bölüşür. Dünyada neft zəngini bəzi ölkələr vardır ki, əhalisinin böyük bir qismi hələ də yoxsulluq içindədir. İqtisa-diyyatı ciddi ölçüdə neftdən asılıdır və tə-bəqələşmə ifrat dərəcədədir. Norveçdə isə iqtisadiyyat, xüsusən ixracat neftdən asılı olsa da, bu hal iqtisadi problemlərlə müşa-hidə olunmur. Ölkə güclü insan kapitalına sahibdir və orta təbəqə üstünlük təşkil edir.

Norveç uğurunun səbəbləri ümumi olaraq belə sıralamaq olar:

1) Norveç bu sahənin qanunverici bazasını yaratdı və hər şey bu qanuna istinadən edildi.

Page 11: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Neft gəlirlərinin idarə olunmasında uğurlu model: Norveç modeli

Number 29, 2010 71

2) Əsas investisiyanı insan kapitalının inki-şafına yönəltdi.

3) Neft istehsalı zamanı şəffaflığı təmin et-di, korrupsiyaya imkan verilmədi.

4) Neft gəlirlərinin yığılması və istifadəsin-də peşakarlıq nümayiş etdirdi.

5) Neft gəlirləri ilə dövlət büdcəsini biri-birindən ayırdı. Neftlə bağlı bütün gə-lirlər neft fondunda toplanıldı, qeyri-neft büdcəsi hazırlanıldı, büdcə kəsiri varsa neft vəsaitlərindən istifadə edildi. Heç bir xarici borclanmaya gedilmədi.

6) Neft gəlirləri olduqca cüzi risklə idarə edildi.

7) Neft gəlirlərinin idarə edilməsi prose-sində tam şəffaflıq təmin edildi.

Nəticə və Qiymətləndirmə

1905-ci ildə, ölkənin tam müstəqilliyini əldə etdiyi zamanlarda məktəbli norveçli-lərə, Norveçin Avropanın ən yoxsul ölkəsi olduğu aşılanır. Amma, bu əsl həqiqəti əks etdirmir. Belə ki, Finlandiya və İslandiya o zaman Norveçdən daha yoxsuldu. 100 il keçdikdən sonra 5 ölkə (Danimarka, Fin-landiya, İslandiya, İsveç və Norveç) yüksək yaşayış standartlarına sahibdir və ən yük-sək göstərici Norveçə məxsusdur. Belə ki, 2005-ci il göstəricilərinə görə Danimarka, Finlandiya, İslandiya və İsveçdə adambaşı-na ÜDM 32000-35000$, Norveçdə isə 42000$ qeydə alınmışdır.

Norveç bu uğuru necə əldə etdi? İlk olaraq ölkə əhalisinin bir çoxu ölkələrinin uğuru-nun səbəbi kimi təbii resursların-ağac ma-terialları, su enerjisi, neft və təbii qaz zən-ginliyinə bağlayır. Bu inancın tam doğru olub-olmamasında şübhələr vardır. İslan-diya Universitetinin professoru Thorvaldur Gylfason məqalələrinin birində yazır12]: “Mənim şübhələrim var. 1900-cü illərdə Finlandiya və İslandiyanın adambaşına ÜDM-si Danimarka və İsveçin adambaşına gəlirinin yarısına bərabərdi. O vaxtdan bəri

Finlandiya və İslandiya təbii resurslarsız (baxmayaraq ki, Finlandiyanın ağac mate-rialları, İslandiyanın zəngin balıq resursları vardı) inkişaf əldə etdilər. İslandiyanın ba-lıq resurslarından yararlanması tələb olu-nan təhsil və texnologiyanın əldə edilmə-sindən sonra mümkün oldu. Daha bir nü-munə İrlandiya və Birləşmiş Krallıq nümu-nəsidir. 1900-cü illərdə İrlandiyalılar əhə-miyyətli dərəcədə aşağı yaşayış standart-larına sahib olsalar da, hazırda İrlandiya-nın adambaşına ÜDM-si Birləşmiş Krallığı geridə buraxmışdır. Nəzərə almaq lazımdır ki, hər iki xalq yararlı torpaq sahəsi xaric ciddi ölçüdə hər hansı təbii resursa malik deyildi”.

Görünən budur ki, Norveç təbii resursları olmasa belə İrlandiya misalında olduğu kimi yüksək rifah səviyyəsini ədlə edəcək-di. Necə ki, Danimarka, Finlandiya, İslan-diya və İsveç 1900-cü ildəki çox aşağı sə-viyyədən 2000-ci ildə yüksək səviyyəli ya-şayış standartlarına sahib olmağı bacardı. Burada əsas həlledici amilin insan faktoru olduğu unudulmamalıdır.

Baxmayaraq ki, Norveç təbii resurslara sa-hib idi və bu inkişaf bilikli əmək potensialı sayəsində mümkün ola bilmişdi. İnsan ka-pitalı ehtiyatı Norveçin iqtisadi yüksəlişi-nin arxasında duran əsas güc idi. Təbii re-surslar ikinci dərəcəli amillər arasındadır. Təcrübə göstərir ki, insan kapitalı təbii re-surslarsız yaşayış standartlarını yüksəldə bilər (Yaponiya və Sinqapurda olduğu kimi). Digər tərəfdən, bilikli insan kapitalına sa-hib olmadan təbii resurslar inkişafa çox az təsir göstərir və ya daha da pisləşdirir (Konqo misalı) [12].

Təbii ki, çox böyük neft zənginliyi nəticə-sində Norveçdə də holland sindromunun simptomları müşahidə olunur:

1- Neft-qaz Norveçin əsas ixracatı olmuş, qeyri-neft ixrac malları əhəmiyyətli öl-çüdə azalmışdır.

Page 12: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Altay İsmayılov, Xətai Alıyev

JOURNAL OF QAFQAZ UNIVERSITY Economics and administration 72

2- Norveç yüksək texnologiya istehsal edən beynəlmiləl şirkətlərə sahib olma çatış-mamazlığı ilə üz-üzədir.

Norveçin neft gəlirlərinin idarə olunmasın-dakı diqqətli davranışı və əldə etdiyi uğur dünya üzərində digər təbii ehtiyatlarla zən-gin olan ölkələrin marağını cəlb etmişdir. Ümumiyyətlə Norveç modelinin bir neçə əsas xüsusiyyəti vardır:

1- Neft istehsalına başlanan dövrdən neft-qaz ehtiyatları Norveç qanunları ilə ümum-xalq mülkiyəti elan olunmuş, bunun vasi-təsilə də ölkə vətəndaşlarının ehtiyatlar üzərində qanuni hüquqları yaradılmışdır.

2- Bu qanun bazasında hökümət illər bo-yunca sahib olunan resursların əhəmiyyətli qismini istismar edərək[12], neft gəlirlərini neft fondunda toplamışdır. Əlavə olaraq, hökümət cari maliyyə ehtiyacını ödəmək üçün ümumi ehtiyyatın sadəcə az bir qis-mini istifadə etmə yolunu seçmişdir.

3- Neft-qaz tədqiqatları və gəlirlərin istifa-dəsi üzərində nəzarət mexanizması qurul-muş və bu siyasət həm bugünkü, həm də gələcək nəsillərin bu gəlirlərdən faydalan-ması məqsədini güdmüşdür. Neft hasila-tının başlandığı ilk illərdən bütün siyasi partiyaların bölüşdüyü bir fikir vardı: Nor-veç iqtisadiyyatı artan neft gəlirlərinin mən-fi təsirlərindən (həddən artıq isinmə, lazım-sız xərclər) qorunmalıdır.

4- Mərkəz bankı (Norges Bank) maliyyə nazirliyi adından, müstəqil olaraq Dövlət Pensiya Fondunun (keçmiş Dövlət Neft Fondu) vəsaitlərini idarə edir. Bu siyasi hö-kümətlə fond arasında məsafəni qoruyur. Fond qeyri-neft sahəsində formalaşan büd-cə kəsirini maliyyələşdirir və siyasətə uy-ğun olaraq heç bir dövlət borclanması baş vermir. Bunun nəticəsidir ki, Norveçin xa-rici borcu yoxdur[13].

Şəkil 3: Nefin Norveç İqtisadiyyatında Yeri

Mənbə: Statistics Norway/The Ministry of Finance, Facts 2009, p.14

Bununla belə, neft Norveç iqtisadiyyatında hələ də aparıcı rola sahibdir.Bu sektor hələ də həm ÜDM-də, dövlət gəlirlərində, iqti-sadiyyata qoyulan investisiyalarda, həm də ölkənin ixracatında kifayət qədər ciddi pay sahibidir [3]. Bunu şəkil 3-dən daha aydın şəkildə görmək olar.

Nəticə olaraq yuxarıda işləyiş mexanizmi ümumi şəkildə ələ alınan Norveç modelin-dən neft-qaz ehtiyatları ilə zəngin olan Azərbaycanın da alacağı bir sıra nümunə-

lər vardır. Xüsusilə ölkədə hədəf olaraq təs-bit edilən davamlı iqtisadi inkişafın təmin olunması, xalqın rifah səviyyəsinin yüksəl-dilməsi, sosyal-iqtisadi reformların həyata keçirilməsi neft-qaz gəlirlərinin səmərəli is-tifadəsindən birbaşa asılıdır. Bu istiqamət-də indiyə qədər atılan uğurlu addımların davam etməsi, ölkənin dünya təcrübəsin-dən faydalanaraq və ölkə daxili reallıqları diqqətə alaraq təcrübədən keçmiş, gəlirlə-rin idarə edilməsi istiqamətində uğurlu mo-

Page 13: NEFT GƏLİRLƏRİNİN İDARƏ OLUNMASINDA UĞURLU MODEL: …beu.edu.az/downloads/articles/Neft.gelirleri(1).pdf · ğu tədiyyə balansıdır. Cədvəl 2.–də Norve-çin 1964–1969-cu

Neft gəlirlərinin idarə olunmasında uğurlu model: Norveç modeli

Number 29, 2010 73

delləri öyrənməsi və tətbiq etməsiylə daha yüksək nəticələr əldə edilməsinə gətirib çı-xaracaqdır. Bu cəhətdən əldə ediləcək nai-liyyətlərin, Norveç Modelində də əhəmiy-yətli yeri olan insan kapitalına yönəldiləcək investisiyalardan asılı olacağı unudulma-malıdır.

ƏDƏBİYYAT

1. Ministry of Petroleum and Energy of Norway, Petroleum sector – Facts 2007

2. Statistical Yearbook - 1970 of Norway, 89th Issue, http://www.ssb.no/histstat/aarbok/1970.pdf, 02.03.2010

3. Ministry of Petroleum and Energy of Norway, Petroleum sector – Facts 2009

4. http://www.indexmundi.com/energy.aspx?country=no&product=oil&graph=production, 25.09.2009

5. http://www.statoil.com/en/investorcentre/share/shareholders/pages/default.aspx, 25.04.2010

6. www.norges-bank.no/upload/.../charts-2004-09-30.pdf - long term strategy chart, 22.02.2010

7. Government pension fund Act (No. 123 of 21 December 2005),Section 1,

http://www.regjeringen.no/en/dep/fin/Selected-topics/the-government-pension-fund/the-guidelines-for-the-management-of-the.html?id=434605, 26.02.2010

8. http://www.regjeringen.no/en/dep/fin/press-center/Press-releases/2008/the-government-

pension-fund-global-prude.html?id=530971, 26.02.2010

9. http://www.nytimes.com/2007/10/17/business/worldbusiness/17iht-fund.4.7931109.html, 16.12.2009

10. Government pension fund Act(No. 123 of 21 December 2005), Section 3,

http://www.regjeringen.no/en/dep/fin/Selected-topics/the-government-pension-fund/the-guidelines-for-the-management-of-the.html?id=434605, 26.02.2010

11. Regulations on Management of the Government Pension Fund – Global , Section 2, http://www.regjeringen.no/en/dep/fin/Selected-topics/the-government-pension-fund/the-guidelines-for-the-management-of-the.html?id=434605, 26.02.2010

12. GYLFASON, Thorvaldur “Norway’s wealth, Not just oil “, http://www.voxeu.org/index.php? q=node/1199, 21.12.2008

13. http://www.travelblog.org/Europe/Norway/fact-econ-norway.htm, 25.09.2009

14. Norwegian Petroleum Directorate, Ministry of Petroleum and Energy

15. State Accounts, 2006 from the National Budget for 2007 and Preminary Accounting Figures

16. Statistics Norway, The Ministry of Finance, Facts 2009

17. World Oil Outlook 2009, http://www.opec.org/opec_web/static_files_project/media/downloads/publications/WOO%202009.pdf, 26.02.2010