152
Xumar Tofiq qızı NOVRUZOVA İNFORMATİKANIN TƏDRİSİ METODİKASI (1-4-cü siniflər) rs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci il tarixli iclasının qərarına əsasən çap edilir (pr N-9) Bakı-2017

NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

  • Upload
    others

  • View
    15

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Tofiq qızı NOVRUZOVA

İNFORMATİKANIN TƏDRİSİMETODİKASI

(1-4-cü siniflər)

Dərs vəsaiti

Bakı Slavyan Universteti ElmiŞurasının 27 aprel 2017-ci il tarixli

iclasının qərarına əsasən çap edilir (pr N-9)

Bakı-2017

Page 2: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 2 -

Elmi redaktor: pedaqogika üzrə elmlər doktoru, professor Pələngov Ə.Q.

Rəyçilər: riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Eyyubov R.Ə.

fizika-riyaziyyat elmləri namizədi, dosent, Tağıyeva Z.Ə.

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Cəbrayılzadə S.C.

BSU-nun dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Məmmədova T.B.

Xumar Tofiq qızı NOVRUZOVA. İNFORMATİKANINTƏDRİSİ METODİKASI. (1-4-cü siniflər).Dərs vəsaiti.

Bakı-2017. ADPU-nəş. 152 səh.

Page 3: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 3 -

Ön söz

Pedaqoji fakültələrin ibtidai sinif müəllimliyiixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdətutulmuş bu dərs vəsaitinin əsasını informatikanıntədrisi metodikası fənni üzrə oxunan mühazirələrkursu təşkil edir. Təqdim olunan vəsait BSU-nunRiyaziyyat və informatika kafedrasının «İnformatikavə onun tədrisi metodikası» proqramına uyğun olaraq,ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün MilliKurikulum əsasında hazırlanmış informatikadərslikləri və elmi-metodik ədəbiyyat əsasında tərtibedilmişdir. [9]

Sürətlə inkişaf edən müstəqil Azərbaycan Res-publikasında informasiya texnologiyalarının infişafıbir zərurətə çevrilmişdir. Bu gün təhsil sistemindəyeni forma və metodlardan istifadə edilməsi xüsusiləzəruridir. Hazırda hər bir şagird və tələbə adikompüter savadlılığından daha irəli gedərək, yenitexnologiyalardan düzgün istifadə etməyi, ətrafaləmdə gedən dəyişikliklərə və cəmiyyətdəki sosialproseslərə öz münasibətini ifadə etməyi bacarmalıdır.

Azərbaycan Respublikasının 2009-cu ildə qəbuletdiyi Təhsil Qanununda Azərbaycanda təhsil siste-minin yenidən qurulması, bütün mərhələlər üzrə təd-

Page 4: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 4 -

risin müasir tələblər səviyyəsində formalaşdırılmasımühüm şərt kimi goyulur. [24] Dünya dövlətlərinintəcrübəsi, eləcə də təhsilə müasirlik baxımındanyanaşılması məsələləri elmi baxımdan əsaslandırılmışvə təhsilin bütün istiqamətləri üzrə beynəlxalqmiqyasda nüfuz qazanmış tədris üsulu və təcrübəsinəistinad olunmuşdur.

Süni intellektin informatikanın xüsusi bölməsikimi formalaşması və ekspert sistemlərin inkişafı,dilçiliyin bir bölməsi olaraq kompüter linqvistikasınınvə maşın tərcüməsinin meydana gəlməsi buna əyanisübutdur. Təbiətdə baş vermiş və gələcəkdə baş verəbiləcək hadisələrin riyazi modelinin qurulması, bumodelin əsasında alqoritm və nəhayət, kompüterproqramlarının hazırlanması bir çox sahələrdə tətbiqedilir. İnformatikanın bünövrəsi ibtidai siniflərdəqoyulur. Ona görə bu dərsi tədris edəcək müəllimlərkifayət qədər geniş elmi və metodiki potensiala malikolmalı, informasiyalı cəmiyyətin üzvləri sayılanşagirdlərimizə informatikanın əsaslarını mənimsətməküçün düzgün üsul və metodlardan istifadə etməlidirlər.

İbtidai siniflərdə şagirdlərin informatika elmiilə ilk tanışlığı başlayır. Təhsilin bütün sonrakımərhələlərində şagirdlərin qazanmış olduqları bilik,bacarıq və vərdişlər ibtidai siniflərdə qoyulan təmələsasında formalaşır. Bu səbəbdən ibtidai siniflərdə

Page 5: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 5 -

informatikanın tədrisi üzrə metodik sistem düzgünqurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdənbaşlayaraq bu fənnə həvəs və maraq yaratmağaçalışmalıdırlar.

İKT-nin tətbiqi nəticəsində respublikamızdatədris prosesinin keyfiyyətinin daha da yüksələcəyinə,təhsilimizin dünya təhsil sisiteminə daha artıqdərəcədə inteqrasiya edəcəyinə, bu sahədə daha böyükvə uğurlu layihələrə imza atacağımıza tam əmin olabilərik.

Müəllifdən

Page 6: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 6 -

İNFORMATİKANIN TƏDRİSİMETODİKASI

İTM-nın tədrisinin ümumi məsələləri

I. Məktəb informatika kursunun predmeti vəməzmunu

1. İnformatika elm və fənn kimi.

2. Məktəb informatika kursunun məqsəd vəvəzifələri.

3. İnformatika kursunun məzmununa ümumididaktik yanaşma.

4. İnformatika kursunun maşın və maşınsız variantı.

İnformatika elm və fənn kimi. Informatikanınbir elm kimi formalaşması keçən əsrin ikinci yarısınatəsadüf edir. İnformatika elmi kibernetika elmininəsasında yaradılmış və təkmilləşdirilmişdir. İnfor-matika elmi komkret informasiya proseslərinin

Page 7: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 7 -

(texnologiyalarının) hamısına aid olan ümumi qanuna-uyğunluqları öyrənir. Məhz informasiya texnolo-giyaları və prosesləri informatika elminin obyektinitəşkil edir.

İnformatikanın predmeti bu elmin müxtəliftətbiq sahələrinin olması ilə müəyyən edilir. Belə ki,insan həyatının fərqli sahələrində (iqtisadi proseslərinidarə olunmasında, tibbdə, maliyyə əməliyyatlarında,təhsil sahəsində və s.) istifadə və tətbiq ediləninformasiya prosesləri ümumi cəhətlərə malik olmaqlayanaşı, bir-birlərindən fərqlənirlər. Bunun sayəsindəmüxtəlif əməliyyat və prosedur qaydalarına malik,müxtəlif texnikadan istifadə edən predmet sahələriyaranır. Bu sahələrin arasında xüsusi əhəmiyyətəmalik olan bir sahə təhsil sahəsidir. Məhz infor-matikanın təhsildə tətbiqləri ilə məşğul olan predmetməktəb informatikası adını almışdır. İlk dəfə butermin rus alimi A.P.Yerşov tərəfindən işlədilmişdir.Məktəb informatikasının məzmununun nədən ibarətolduğunu aydınlaşdıraq. [18, s.11; 15, s.30-35]

Məktəb informatikası informatikanın məktəbdəkompüter texnikasının tətbiqi ilə proqram, texniki,tədris-metodiki və təşkilati təminatının öyrənilməsiməsələləri ilə məşğul olan sahəsidir. Məktəb informa-tikasının proqram təminatı məktəblərin informasiya

Page 8: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 8 -

sistemlərinə əsaslanır. Bu sistemlər isə məktəbin bü-tün kollektivinin - məktəblilər, idarə edənlər və müəl-limlərin fəaliyyətini uzlaşdırır. Məktəb informati-kasının texniki təminatı dedikdə isə məktəbdə təlim-tərbiyə işinin optimal təşkili üçün nəzərdə tutulmuşbütün texniki avadanlıqlar başa düşülür. Tədrismetodiki təminat məktəblərdə tədris olunan vəinformatika elmi ilə müəyyən dərəcədə əlaqəsi olanbütün fənlər üzrə istifadə edilən dərsliklər, elmi-metodiki vəsaitlər və s.-dir. Məktəb informatikasınıntəşkilati təminatı daim yenilənən və inkişaf edəninformasiya texnologiyalarının dinamikliyi səbəbin-dən çox mürəkkəbdir. Buraya məktəb informati-kasının texniki bazasının yaradılması, bütün səviy-yələrdə yeni informasiya texnologiyalarından baca-rıqla istifadə edə bilən və informatikadan şagirdlərədigər fənlərin öyrənilməsi üçün zəruri bacarıqlarıaşılaya bilən pedaqoji kadrların hazırlanması daxildir.[18; 15]

Ibtidai siniflərdə informatika dörd əsas bölməüzrə öyrədilir. Bunlar aşağıdakılardır:

· informasiya və informasiya prosesləri;· formallaşdırma, modelləşdirmə, alqo-

ritmləşdirmə və proqramlaşdırma;

Page 9: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 9 -

· kompüter, informasiya-kommuni-kasiya texnologiyaları və sistemləri;

· cəmiyyətin informasiyalaşdırılması.Yarım əsrdən çoxdur ki, məktəblərdə

hesablama riyaziyyatı, alqoritm və proqramlaşdırma,məntiq elmi, diskret riyaziyyatın elementləri tədrisedilir. Fundamental elm sahəsi kimi informatikanıntədrisi metodikası informatika, fəlsəfə, pedaqogika,psixologiya və s. elmləri ilə sıx bağlıdır. Kibernetikaelminin banisi sayılan amerikalı alim Norbert Viner1948-ci ildə çap edilən “Kibernetika” kitabında buelmin əsaslarını şərh etmişdir. İnformatika vəkibernetika elmlərinin ümumi cəhətləri çoxdur.Kibernetika (yun. Επιστήμη συστημάτων) — yunansözü olub, hərfi mənası "idarə etmək bacarığı"deməkdir. Kibernetika əks əlaqəyə malik olan texnikisistemlərin idarə olunması haqqında elmdir.İnformatika isə sosial sistemlərdə və təbiətdəinformasiyanın hərəkətinin ümumi qanunauy-ğunluqlarını öyrənir. Hər iki elm informasiyaanlayışından istifadə edir. [18; s.11-15]

İTM-in obyekti təbiətdə və cəmiyyətdəinformasiya prosesləri və informasiyatexnologiyalarıdır.

İTM-in predmeti təbiətdə və cəmiyyətdəinformasiya proseslərinin ümumi xüsusiyyətləri və

Page 10: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 10 -

qanunauyğunluqlarıdır.Məktəb informatika kursunun məqsəd və

vəzifələri. Informatikanın tədrisi nəzəriyyəsi vəmetodikası günbəgün inkişafda olan bir sahədir.İnformatikanın tədrisi metodikası aşağıdakı vəzifələriyerinə yetirir: [15; s.44-47]

· informatikanın tədrisinin konkretməqsədlərini və məktəb tədris planında bu fənninrolunu müəyyən etmək,

· məktəb müəlliminə informatikadərslərinin təşkili üçün ən əlverişli tədris formalarınıseçmək imkanını yaratmaq,

· müəllimlərin praktik fəaliyyəti üçüntövsiyyə və məsləhətlər hazırlamaq.

Hər bir fənnin tədrisində olduğu kimi,informatikanın tədrisi metodikası da aşağıdakısuallara cavab verir:

· nəyi öyrənirik?· niyə öyrənirik?· necə öyrənirik?İbtidai siniflərdə informatika tədrisinin əsas

məqsədləri bunlardır:- İnformasiya, informasiya prosesləri və

sistemləri, texnologiyaları və modelləri haqqında elmitəsəvvürlərin əsasını təşkil edən biliklərin mənim-

Page 11: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 11 -

sədilməsi;- Kompüterdən istifadə etməklə müxtəlif

növ informasiya ilə (mətn, səs, qrafik və s.) işvərdişlərinin yaradılması;

- İKT vasitələri ilə şagirdlərin idrakimarağının, yaradıcı və intellektualqabiliyyətlərinin inkişaf etdirilməsi;

- Şagirdlərdə informasiya anlayışınahüquqi və etik cəhətdən ciddi yanaşmatərbiyə etmək, informasiyadanistifadəyə seçici yanaşmaq;

- Gündəlik həyatdan alınan informasiyanıtətbiq etmək, fərdi və kollektivproyektlər hazırlamaq.

Ibtidai siniflərdə informatika tədrisi: 1) tədris;2) praktik; 3) tərbiyəvi məqsəd daşıyır. Bu fənnintədrisində qarşıya qoyulan vəzifələr həminməqsədlərin yerinə yetirilməsinə yönəldilməlidir.Tədris məqsədinə informatikanın öyrədilməsində buelmin fundamental anlayışlarının mənimsədilməsi, ocümlədən informasiyanın təsviri, ötürülməsi, istifadəsidaxildir. Praktik məqsədlərə şagirdlərə texnolojibacarıqları aşılamaq, onları gələcək praktikfəaliyyətlərində lazımi bilik və bacarıqlarla təminetməkdir. Tərbiyəvi məqsəd hesablama texnikası vətexnologiyalarından cəmiyyətin və sivilizasiyanın

Page 12: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 12 -

inkişafı üçün necə istifadə edilməsini şagirdlərəaydınlaşdırmaq, onlarda informasiya mədəniyyətiformalaşdırmaqdır. [10, s.10-11]

İnformatika kursunun məzmununa ümumididaktik yanaşma. İnformatika fənninə didaktikyanaşmanın mənasını aydınlaşdıraq. İnformatikanınməzmunu bir-birilə dialektik cəhətdən əks vəhdəttəşkil edən iki əsas faktorlar qrupundan ibarətdir. [15,s.61-65; 10, s.12-13]

1. Elmilik və praktiklik. Bu o deməkdir ki,kursun məzmunu informatika elminə əsaslanaraqonun müasir inkişafına, praktikaya uyğun şəkildəqurulmalıdır.

2. Əlyetənlik və ümumilik. Bu o deməkdirki, kurs şagirdlərin hamısı üçün aydın və anlaşıqlıolmalı, həmçinin onların bilik, bacarıq və vərdiş-lərinin ümumi inkişafını nəzərdə tutmalıdır.

Başqa sözlə, məktəb informatikası bir tərəfdənmüasir olmalıdır, digər tərəfdən isə elementar, aydınvə sadə dilə malik olmalıdır.

Informatikanın maşın və maşınsız variantı.İnformatikanın ilk zamanlarda tədrisində üç əsas bazaanlayışı var idi – informasiya, alqoritm, EHM.İnformatikanın ilk maşınlı variantı 1985-ci ildə“İnformatika və hesablama texnikasının əsasları”

Page 13: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 13 -

kursu üçün hazırlanmışdı. Kurs əasən yuxarı sinifşagirdləri üçün nəzərdə tutulmuşdu. Həmin kursşagirdlərin kompüter siniflərində işini nəzərdətuturdu. Bu zaman informatika dərsi üç formada təşkiledilirdi – kompüterdə nümayiş, laborator iş vəpraktikum. Lakin bu halda da kompüterdə alqoritm vəproqramlaşdırma məsələlərinə, yəni maşınsız variantamüəyyən yer verilirdi. Informatikanın maşınvariantında təxminən aşağıdakı mövzular nəzərdətutulurdu: [18, s.37-40]

EHM-lə tanışlıq;Alqoritmləşmənin əsasları;Hesablama texnikasının əsasları;Proqramlaşdırmanın əsasları;EHM-də məsələ həlli;Cəmiyyətdə EHM.90-cı illərdə bir çox məktəblərin maddi-texniki

bazalarının genişləndirilməsi, kompüterlə təchizedilməsi nəticəsində informatika dərsləri maşınlıvariantda keçilməyə başladı. Qeyd etmək lazımdır ki,ibtidai siniflərdə informatikanın tədrisində maşınsızvarianta daha çox üstünlik verilir. Lakin son illərdəməktəblərin kompüterlə təmin olunması, kompütersiniflərinin yaradılması nəticəsində informatika dahaçox maşınlı variantda tədris edilir. Pedaqoq vəpsixoloqların fikrincə, ibtidai siniflərdə şagirdlərin

Page 14: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 14 -

kompüter arxasında işinin müddəti 15 dəqiqədən çoxolmamalıdır. Lakin bu sahədə müxtəlif fikirlərmövcuddur. Məsələn, digər mənbələrə görə,şagirdlərin kompüter arxasındakı işi həftədə 2 dəfə 60dəqiqədən çox olmamalıdır. Əgər informatika dərsininmövzusu kompüterdə işi nəzərdə tutursa, dərs zamanışagirdlərə fasilə vermək, bunu oyun formasındaaparmaq məqsədəuyğundur. Məsələn, uşaqlarla beləbir oyun keçirmək olar:

1. Gözlərinizi bağlayın, göz qapaqlarınızıbərk sıxın, 1-dən 4-ə qədər sayın və sonra gözləriniziaçın. Bunu 4-5 dəfə təkrar edin.

2. Çiyninizə baxaraq 1-dən 4-ə qədər sayın.Sonra isə uzağa baxaraq 1-dən 6-ya qədər sayın. Bunu4-5 dəfə təkrar edin.

3. Başınızı tərpətmədən sağa baxın və 4-əqədər sayın. Sonra uzağa baxıb 6-ya kimi sayın. Bunusol tərəf, yuxarı və aşağı tərəflər üçün də edin. 3-4dəfə təkrarlayın.

4. Gözlərinizi sürətlə diaqonal boyuncahərəkət etdirin – sağdan yuxarıya, soldan aşağıya,sonra uzağa baxıb 6-ya kimi sayın. 4-5 dəfətəkrarlayın.

Kiçik yaşlı məktəblilərin uzun müddətkompüter arxasında oturması onların əsəb sistemininzəifləməsinə, gözlərinin yorulmasına, yuxularının

Page 15: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 15 -

pozulmasına və s. səbəb ola bilər. Ona görə dəinformatika dərslərində təhlükəsizlik qaydalarına vənormalarına ciddi əməl etmək lazımdır.

II. Ibtidai siniflərdə informatika üzrə MilliKurikulum

1. İbtidai siniflər üzrə məzmun standartlarınınpaylanması.

2. İnformatika fənni üzrə ümumi təlim nəticələri.

3. Məzmun xəttinə görə tədrisin nəticələri.

4. Siniflər üzrə tədrisin nəticələri.

Mənşəcə “curriculum” latın sözü olub lüğətimənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir.Kurikulum termini ilk dəfə Con Franklin Bobbittərəfindən istifadə edilmişdir. İlk fənn kurikulumları1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Keçən əsrin70-ci illərindən sonra kurikulum nəzəriyyəsiformalaşmış və 90-cı illərin axırlarından başlayaraqAzərbaycanda bu nəzəriyyədən istifadə olunmağabaşlanmışdır. Hal-hazırda Avropa ölkələrində

Page 16: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 16 -

kurikulum təhsilin əsasını təşkil edən sənəd kimiqəbul edilir. Kurikulum təhsilin məzmunu, təşkili vəqiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündəəks etdirən konseptual sənəddir. Məhz bu konseptualsənəd vasitəsilə təhsilin son məqsədini, məqsədlərəçatmaq üçün yolları, bu yolların səmərəliliyiniyoxlamaq üsullarını, bir sözlə, təhsil prosesi ilə bağlıbütün fəaliyyətlərin səmərəli və məqsədyönlü təşkiliniəldə etmək olar. Xarakterinə görə kurikulumlar ikiyerə ayrılır: [2]

· fənyönümlü kurikulum;

· şəxsiyyətyönümlü kurikulum.

Fənyönümlü kurikulumların keyfiyyətindəbiliklərin həcmi və miqdarı əsas rol oynayır. Beləkurikulumların məzmununu elm sahələri, anlayışlarsistemi və bu anlayışların mənimsənilməsi təşkil edir.Fənyönümlü kurikulumlarda praktika, yəni bacarıq,vərdiş və qabiliyyətlər arxa plana keçir, praktikadalazım olmayan biliklər də şagirdlərə mənimsədilir. [2]

Şəxsiyyətyönümlü kurikulumlar fənyönümlükurikulumlardan həyati bacarıq və vərdişlərə üstünlükverilməsi ilə fərqlənir. Belə kurikulumlardaməlumatlıq səviyyəsi aşağı olur, şəxsiyyətə daha çoxhəyat fəaliyyətində lazım olan bacarıq və vərdişlər

Page 17: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 17 -

aşılanır. [2]Azərbaycan kurikulum sisteminə 2006-cı il 30

oktyabr tarixində keçdi. Milli Kurikulum dedikdətəhsilin pillələri və fənlər üzrə ümumi təliminnəticələrini əks etdirən sənəd başa düşülür. Fənnkurikulumu isə siniflər üzrə təlimin nəticələrini əksetdirən sənəddir. Fənn kurikulumlarında ümumi təhsilüzrə təlim nəticələri və məzmun standartları, ümumitəhsilin hər bir pilləsində nəzərdə tutulan fənlər,həftəlik dərs və dərsdənkənar məşğələ saatları,pedoqoji prosesin təşkili, təlim nailiyyətlərininqiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləröz əksini tapır. Milli Kurikulum mədəni və sosialhəyatın qloballaşdığı, informasiya-kommunikasiyatexnologiyalarının rolunun artdığı müasir dövrdə hərbir şəxsin istedad və qabiliyyətinin nəzərə alınaraq,müstəqil qərarlar qəbul etməsi üçün onun lazımi bilikvə bacarıqlara malik olmasına, onun ahəngdarşəxsiyyət kimi formalaşmasına yönəlmişdir. MilliKurikulum hazırlanarkən aşağıdakı prinsiplər əsasgötürülmüşdür:

· tələbyönümlülük;

· nəticəyönümlülük;

· şagirdyönümlülük;

Page 18: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 18 -

· inteqrativlik;

· milli və ümumbəşəri dəyərlərin nəzərəalınması;

· şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmaqlaonun üçün əlverişli şəraitin yaradılması.

İbtidai siniflər üzrə məzmun standartlarınınpaylanması. Dərslik komplektinin mövzular üzrəstrukturunu formalaşdırarkən bütün ibtidai təhsilpilləsi üzrə alt standartlar təhlil edilmiş və tədrisprosesində məzmun standartlarının məzmun xətləriüzrə nisbəti müəyyənləşdirilmişdir. 1-4-cü siniflərdəinformatika üzrə dörd məzmun xətti müəyyən-ləşdirilmişdir: [2]

İnformasiya və informasiya prosesləri;

Formallaşdirma, modelləşdirmə,alqoritmləşdirmə və proqramlaşdırma;

Kompüter, informasiya-kommunikasiyatexnologiyaları və sistemləri;

Cəmiyyətin informasiyalaşdırılması. Üfüqi inteqrasiya prinsipini nəzərə alsaq, elə

mövzular var ki, müxtəlif məzmun xətləri üzrə birneçə bacarığın reallaşmasına xidmət edir və məzmunxətləri üzrə mövzuların bölünməsi belədir: 1–4-cü

Page 19: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 19 -

məzmun xətti üzrə 10 mövzu, 2-ci məzmun xətti üzrə6 mövzu, 3-cü məzmun xətti üzrə isə 12 mövzumüəyyən edilmişdir. Müəllimlər bu bölgü ilə “Fənnüzrə məzmun standartlarının reallaşma cədvəli”ndəətraflı tanış ola bilərlər. 1-ci sinif şagirdlərindəreallaşdırılacaq 34 alt standartın 18-i kompüterdəpraktik bacarıqların formalaşdırılmasını nəzərdə tutur.Bu məqsədlə məktəblərin kompüterlərlə təchizatınınəzərə alıb 1-ci siniflər üçün yazılmış əvvəlkidərslikdən fərqli olaraq kompüterdə praktik dərslərüçün 9 saat ayrılması tövsiyə edilir. Lakin müəllimmövzular üzrə bacarıqların reallaşdırılmasına ayrılansaatları yerli şərait və bəzi subyektiv xüsusiyyətlərəgörə dəyişə bilər. [1]

İnformatika fənni üzrə ümumi təlimnəticələri [24]

İbtidai təhsil səviyyəsi ( I-IV siniflər) üzrəşagird:

•eynicinsli obyektlər qrupunda əşyanı artıqseçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;

•hərəkətlər ardıcıllığında buraxılmış addımımüəyyən edir;

•qanunauyğunluqları müəyyən edir və onların

Page 20: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 20 -

əsasında modellər qurur;•sadə riyazi alqoritmlər və layihələr tərtib edir;•kompüterdə sadə əməliyyatları icra edir;•qrafik redaktorda rəsmlər çəkir, onları redaktə

edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadəedərək mozaikalar qurur;

•mətn redaktorunda sadə mətnlər yığır, redaktəedir və onlara rəsmlər daxil edir.

İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrətəlim nəticələri-

İnformasiya və informasiya prosesləri:Şagird:•ətraf aləmdəki informasiya proseslərinə aid

misallar göstərir, onları əlamətlərinə görə qruplaşdırırvə müqayisə edir;

•əşyalar arasında münasibətləri (oxşar, fərqli,az, çox, ağır, yüngül, böyük, kiçik) müəyyənləşdirir;

•informasiya, onun növləri, yaranma mənbələrihaqqında bildiklərini nümayiş etdirir;

•informasiya proseslərinə aid nümunə göstərir;•informasiyanın sadə təsviri üsullarını

nümayiş etdirir;•həyatda, insanların fəaliyyətində informa-

siyaların alınması, saxlanılması və ötürülməsini sadəmisallar əsasında izah edir.

Page 21: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 21 -

Formallaşdirma, modelləşdirmə, alqorit-mləşdirmə və proqramlaşdırma:

Şagird:•obyektin və ya hadisənin sadə xarakterik

əlamətlərini müəyyənləşdirir, onları izah edir;•ətraf aləmin obyektləri haqqında malik

olduğu təsəvvürləri şərh edir;•sadə obyektin informasiya modelini qurur;•verilmiş sadə məsələnin həlli alqoritmini yazır;•hərəkətlər ardıcıllığını təsvir edır, buraxılmış

addımı müəyyən edir.Kompüter, informasiya-kommunikasiya

texnologiyaları və sistemləri:Şagird:•kompüterlə davranmağı və sadə əməliyyatları

necə icra etdiyini nümayiş etdirir;•informasiya daşıyıcıları ilə necə işləməyi

nümayiş etdirir;•mətn redaktorunda sadə mətnlər hazırlayır;•qrafik redaktorda sadə təsvirlər yaradır.Cəmiyyətin informasiyalaşdırılması:Şagird:•informasiya resurslarını əlamət və təyinatına

ğörə izah edir;•internetin əhəmiyyətini və onun tətbiq

sahələrini şərh edir.

Page 22: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 22 -

Siniflər üzrə tədrisin nəticələri:

I sinfin sonunda şagird:•sadə informasiyalar, informasiyaların təsvir

formaları, informasiya mənbələri haqqında təsəvvürəmalik olduğunu nümayiş etdirir;

•oxşar obyektlər sırasından əşyaları əlamət-lərinə görə tanıdığını nümayiş etdirir;

•sadə hadisələr, hərəkətlər ardıcıllığınıanladığını nümayiş etdirir;

•sadə məntiqi mühakimələri anladığını nüma-yiş etdirir;

•kompüter haqqında sadə biliklərə malikolduğunu nümayiş etdirir;

•kompüterdə sadə əməliyyatları icra edir;•kompüterdə sadə şəkillər və füqurlar çəkir;•kompüterdə sadə mətnlər yığır;•cəmiyyətdə informasiya və informasiya

vasitələrinin əhəmiyyətini anladığını nümayiş etdirir.II sinfin sonunda şagird:•informasiyalar, informasiyaların təsvir

formaları, informasiya mənbələri haqqında təsəvvürəmalik olduğunu nümayiş etdirir;

•obyektlər qrupundakı əşyaları əlamətlərinəgörə tanıdığını nümayiş etdirir;

•sadə hadisələr, hərəkətlər ardıcıllığını

Page 23: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 23 -

anladığını nümayiş etdirir;•sadə məntiqi mühakimələri anladığını nümayiş

etdirir;•kompüter haqqında ümumi biliklərə malik

olduğunu nümayiş etdirir;•kompüterdə əməliyyatları icra edir;•kompüterdə müxtəlif şəkillər çəkir;•kompüterdə mətnlər yığır;•cəmiyyətdə informasiya proseslərinin əhəmiy-

yətini anladığını nümayiş etdirir.III sinfin sonunda şagird:

•informasiyalar, informasiyaların təsvir for-maları, informasiya mənbələri, informasiyanın ötürül-məsi vasitələri haqqında təsəvvürə malik olduğununümayiş etdirir;

•obyektlər qrupundakı əşyaları əlamətlərinəgörə tanıdığını nümayiş etdirir;

•hərəkətlər ardıcıllığını söz və işarələrlə təsviretmək (alqoritmləşdirmək) bacarığı nümayiş etdirir;

•məntiqi mühakimələri anladığını nümayişetdirir;

•kompüter haqqında ümumi biliklərə malikolduğunu nümayiş etdirir;

•kompüterdə əməliyyatları icra edir;•kompüterdə müxtəlif şəkillər çəkir;•kompüterdə mətnlər yığır;

Page 24: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 24 -

•cəmiyyətin inkişafında informasiya proseslərivə informasiya texnologiyalarının əhəmiyyətinianladığını nümayiş etdirir.

IV sinfin sonunda şagird:•informasiyalar, informasiyaların təsvir for-

maları, informasiya mənbələri, informasiyanın ötürül-məsi vasitələri haqqında təsəvvürə malik olduğununümayiş etdirir;

•obyektlər qrupundakı əşyaları əlamətlərinəgörə tanıdığını nümayiş etdirir;

•sadə alqoritmləri anladığını nümayiş etdirir;•məntiqi mühakimələri anladığını nümayiş

etdirir;•kompüter haqqında ümumi biliklərə malik

olduğunu nümayiş etdirir;•kompüterdə əməliyyatları icra edir;•kompüterdə müxtəlif şəkillər çəkir;•kompüterdə mətnlər yığır;•cəmiyyətin inkişafında informasiya prosesləri

və informasiya texnologiyalarının əhəmiyyətinianladığını nümayiş etdirir.

Page 25: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 25 -

III. İbtidai siniflərdə informatika tədrisininxüsusiyyətləri

1. İbtidai sinif şagirdlərinin məntiqitəfəkkürünün xüsusiyyətləri.

2. İbtidai siniflərdə informatikanın tədrisininəsas prinsipləri (elmilik, həyatilik, şəxsiy-yətyönümlülük, nəticəyönümlülük, mövzu-nun kəşf edilməsi və s.).

İbtidai sinif şagirdlərinin məntiqi təfəkkü-rünün xüsusiyyətləri. İbtidai siniflərdə informatikafənninin tədrisində ilk növbədə həmin yaş dövründəşagirdlərin psixoloji xüsusiyyətlərini nəzərə almaqlazımdır. Məktəbə qədəm qoyan şagird ilk günlər çoxsadə, bəsit təfəkkürə malik olur. Onlarda ətraf aləmhaqqında çox müxtəlif, bəzən qeyri-adi fikirlərmövcud olur. I sinif şagirdi rəngli, onda emosiyalaryarada biləcək maraqlı materialı çox tez və yaxşıqavraya bilir. Onların diqqəti və yadda saxlamabacarığı kifayət qədər yaxşı olur. Onların təfəkkürüisə əyani-obrazlı təfəkkürdür. Onlar gördükləriəşyaları formaları, eşitdikləri səslər və hissiyyatlarıilə dərk edirlər. Bu amil 1-4-cü siniflərdə infor-matikanın tədrisi prosesində mütləq nəzərə alın-malıdır. Təfəkkürün bu formasının abstrakt-məntiqi

Page 26: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 26 -

təfəkkürə keçirilməsi prosesi yuxarı siniflərə qədərdavam edir. [18, s.401-412]

İbtidai sinif şagirdləri uzun müddət eyniməsələnin həlli ilə məşğul ola bilməzlər – ona görə dəonlara kompüterdə müxtəlif məzmunlu işlər –məsələn, şəkil çəkmək, didaktik oyun oynamaq,cədvəl hazırlamaq və s. tapşırmaq olar.

İnformatika fənninin çox mühüm xüsusiyyətiondan ibarətdir ki, bu fənn ibtidai siniflərdə tədrisedilən bütün fənlərlə bilavasitə əlaqəlidir. İnformatikafənni ana dili, riyaziyyat, texnologiya, musiqi, təsviriincəsənət, həyat bilgisi və s. fənlərlə çox sıx əlaqədətədris olunur. Hətta bəzi mövzular zahirən təkrarlansada, mahiyyətcə, bu mövzuların tədrisinə yanaşma tərzimüxtəlifdir. “Alqoritm” mövzusu izah edilərkən,demək olar ki, bütün fənlərdə tədris olunanmövzulardan istifadə etmək olar. Məhz buna görə dəbu mövzuya aid çalışma və tapşırıqlar müxtəliffənlərlə inteqrativ formada tərtib edilmişdir. Müxtəliffənlərdən öyrənilən “Doğru” mülahizələri “Yalan”avə əksinə çevirmək məqsədi ilə “İnkar” anlayışı daxiledilmişdir.

İnformatikanın tədrisi prosesində sistemlidüşüncənin inkişafı əsas vəzifədir. Bununla yanaşı,

Page 27: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 27 -

digər mühüm bir məqsədin – başqa fənlərdən alınmışbilik və bacarıqların möhkəmləndirilərək fərqlikontekstdə – sistemli yanaşma tərzi ilə tədrisi mühüməhəmiyyət kəsb edir.

İnformatika fənni uşaqlarda dünyanın sistemlişəkildə dərkedilmə vərdişlərini, müxtəlif hadisələrarasında mövcud olan əlaqələrin başa düşülməsini,alqoritmik düşüncə tərzini və s. formalaşdırır. Tədrisprosesinin özünə də informasiyanın qəbulu vəemalolma prosesi kimi yanaşılır.

“İNFO-KO” elektron tədris vəsaiti müxtəliffənlərə aid tapşırıq və çalışmaları əhatə etməklə,“İnformatika” fənninin inteqrativ xarakterini bir dahanümayiş etdirir. Sistemli təfəkkürün səviyyəsi, əsasən,informasiyanın operativ emal olunması və onunəsasında düzgün qərarların qəbul edilməsi iləmüəyyənləşir. Təfəkkürü isə məqsədyönlü şəkildə eləinkişaf etdirmək lazımdır ki, şagirdlərdə tədricənsistemli yanaşma tərzi ilə müzakirə etmək və tədqiqataparmaq bacarığı formalaşsın. [7]

Təhsil prosesində şagirdlərin “İnformatika”fənnindən qazanıb gündəlik həyatlarında tətbiq edəbiləcəkləri bilik, bacarıq və vərdişlər digər fənlərin,həm də onların əhatə etdikləri mövzuların əlaqəli

Page 28: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 28 -

inteqrativ şəkildə tədrisini tələb edir. Dərslikkomplektlərində təqdim edilən fənlərarası inteqrasiyacədvəllərində “İnformatika” fənni üzrə mövzularıntədrisi prosesində digər fənlərin məzmun standart-larında əks olunmuş bacarıqları ilə inteqrasiyaimkanları əks edilmişdir.

İbtidai siniflərdə informatikanın tədrisininəsas prinsipləri. Prinsip latın sözündəngötürülmüşdür, əsas ideya, başlıca tələb deməkdir.Pedaqoji ədəbiyyatlarda təlimin prinsipləri təliminsəmərəliliyini artıran başlıca tələb kimi şərh edilir.İbtidai siniflərdə informatika dərslərində aşağıdakıprinsiplər əsas götürülmüşdür:

-Elmilik – Bu prinsip fənnin məzmunundaelmin inkişaf mərhələlərini müəyyən edir vəşagirdlərin başa düşəcəyi ideyaları aydınlaşdırmağızəruri sayır. Bu prinsipə əməl edilməsi şagirdlərimənbələri təhlil etmək, nəticə çıxarmaq, biliyini daimartırmaq yollarını müəyyən etmək səriştəsi iləsilahlandırır.

- Həyati əhəmiyyətlilik. Tədris edilən hər birmövzu həyatla əlaqələndiriləndə səmərəli olur.Müəllim isə öz növbəsində keçilən mövzununməzmunundan asılı olaraq dünyada və öz ölkəmizdə

Page 29: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 29 -

mövcud olan sosial-iqtisadi və mədəni-siyasihadisələrə, faktlara müraciət etməlidir. İbtidai siniflərüçün informatika fənni mövcud elmin müvafiq yaşkateqoriyasına uyğunlaşdırılmış versiyası deyil. Bufənn şagirdlərdə ətrafımızdakı informasiyalardanyararlanmağı və İKT-dən düzgün istifadə bacarığınıformalaşdırır. Təlimin bu prinsipi aşağıdakılarıdiqqət mərkəzində tutmağı vacib sayır:

- təlim materialının öyrənilməsinin həyatlahansı istiqamətdə əlaqələndirilməsi aydın olmalıdır;

- təlimin həyatla əlaqəsi zamanı şagirdlərinmaraqları nəzərdən qaçırılmamalıdır – yəni yuxarısinif şagirdinə maraqlı olan məlumat 1-ci sinif şagirdiüçün maraqlı və faydalı olmaya bilər;

- təlimin həyatla bağlılığında müasirlikolmalıdır – yəni informatika dərsində daha çox sonnəsil texnologiyalardan (məsələn, kompüterin RAMyaddaşının tutumu, hard diskin həcmi və s.), İKTsahəsindəki yeni innovasiyalardan danışmaq lazımdır.

Şəxsiyyətyönümlülük. Bu prinsipə görə,kurikulumların tərkibində olan təlim standartları,strategiyaları və qiymətləndirmə mexanizmləri şagirdşəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar

Page 30: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 30 -

əsasında yaranan keyfiyyətlərin formalaşmasınayönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar(səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədə-niyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlütəhsilin keyfiyyət göstəricisi sadəcə bilik və yabacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuşümumi nəticələrə uyğun səviyyənin (kompetensiya,keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğunsəviyyənin) əldə edilməsidir. İnformatikadan tərtibedilmiş tapşırıqlar əsasən şagirdlərin real həyatdaqarşılaşdıqları situasiyalarla birbaşa bağlıdır. Onagörə də verilən bütün təlim materialları şagirdinözündən qaynaqlanır. Nəticədə şagird təlimmateriallarını “özününküləşdirir”.

Nəticəyönümlülük - yeni kurikulumlarınhazırlanmasında nəzərə alınmış əsas prinsiplərindənbiridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuşbacarıqlardan ibarət zəruri məzmun nəticələrformasında verilir.

Mövzunun “kəşf edilməsi”. İnformatikanınəsas anlayışlarının mənimsənilməsi və informasiyatexnologiyalarından istifadə vərdişlərinin formalaş-dırılması şagird tərəfindən müəyyən bacarıqlarınreallaşdırılması ilə həyata keçirilir. Başqa sözlə,

Page 31: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 31 -

şagird praktik fəaliyyət nəticəsində yeni bilik, bacarıqvə vərdişləri özü əldə edir. Dərsliklərdə bütünmövzular üzrə müzakirə və diskussiya üçün tədqiqatsualları, tədqiqat işi üçün materiallar, yaradıcıtətbiqetməni nəzərdə tutan sual və çalışmalar verilir.Bu prinsip şagirdlərin şüurluluq və fəallıq prinsipi iləsıx bağlıdır. Təlimin müasir sistemi müəlliminrəhbərliyi əsasında şagirdlərin fəallığına söykənir.Şüurluluq özünü bir neçə əlamətdə göstərə bilər –şagirdin öz biliyini sübutlarla izah etməsi, biliyi tətbiqedə bilməsi, öyrəndiklərini tətbiq edə bilməsi, nəticəçıxara və təhlil apara bilməsi və s.

IV. Şagird nailiyyətlərinin qiymətləndirilməsi

1. Tədrisdə qiymət və qiymətləndirmə.

2. İlkin səviyyənin qiymətləndirilməsi.

3. Formativ qiymətləndirmə.

4. Summativ qiymətləndirmə.

Tədrisdə qiymət və qiymətləndirmə. Azər-baycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə məktəbdaxiliqiymətləndirmə qaydalarında bir sıra dəyişiklik

Page 32: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 32 -

edilmişdir (http://www.muallim.edu.az). Metodikvəsaitlərdə hər mövzunun sonunda formativqiymətləndirmə meyarları verilmişdir. Müəllim ilkinqiymətləndirməni təqdim olunmuş cədvəl əsasında daapara bilər. Lakin o, bu meyarlar əsasında 4 nailiyyətsəviyyəsinə uyğun rubriklər hazırlamalı və şagirdlərinfəaliyyətinin nəticəsini rubrikə uyğun olaraq rumrəqəmləri (I, II, III və IV) ilə qeyd etməlidir. Müasirməktəbdaxili qiymətləndirmə məqsədinə, rol vəvəzifələrinə, növlərinə, xüsusiyyətlərinə, meyar vəgöstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir.Müasir qiymətləndirmədə məzmun standartlarınınmənimsənilməsi, şagirdin qazandığı dəyərlərqiymətləndirilir. Bu qiymətləndirmə müəlliminsubyektiv rəyinə əsaslanmır, təhsilin keyfiyyətininyüksəldilməsinə yönəldilir, qiymətləndirməstandartları əsasında qurulur, daha obyektiv, dəqiq,adekvat və sistemli həyata keçirilir. [4; 8; 7; 5]

Yeni ümumi orta təhsil proqramı (kurikulum)nəticəyönümlülük prinsipi ilə hazırlandığına görəşagirdlərin əldə etdikləri təlim nəticələrininqiymətləndirilməsi vacibdir. Çünki artıq şagirdin hərhansı bir mövzunu dərslikdən əzbərləyib danışmasıonun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü olabilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı

Page 33: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 33 -

məzmun standartlarından təlim nəticələrinimüəyyənləşdirməli və sonda bu təlim nəticələrinimeyarlarla ölçməyi bacarmalıdır. Şagirdlərin biliyininqiymətləndirilməsi üçün müəllim yoxlama yazı işləri,test yoxlaması və s. kimi üsullardan istifadə edə bilər.

Yoxlama yazı işi adətən müəyyən bölmənin vəya bəhsin şagirdlər tərəfindən hansı səviyyədəmənimsədiklərini yoxlamaq məqsədilə aparılır.Müəllim iki və daha artıq variantlarda yoxlamaişlərini təqdim edə bilər. Variantların sayı nə qədərçox olarsa, həmçinin yoxlama mətnlərinin tərtibindəşagirlərin fərdi göstəriciləri və bilik səviyyələri nəzərəalınarsa, bu, onların qiymətləndirilməsi üçün dahayaxşı nəticə verər. [18, s.96-100]

Ev tapşırıqlarının yoxlanılması da şagirdbiliyinin qiymətləndirilməsi zamanı istifadə olunanüsullardan biri kimi qəbul edilə bilər. Məktəbpraktikasında şagirdlərin bir-birinin ev tapşırıqlarınıyoxlaması da tətbiq edilir. Lakin ibtidai siniflərdə -xüsusən də 1-ci sinifdə şagirdləri bu prosesəhazırlamaq lazımdır.

Test yoxlaması üsulu artıq uzun müddətdir ki,məktəblərdə müvəffəqiyyətlə tətbiq edilən yoxlamaüsuludur. Bu üsul 19-cu əsrin axırlarından başlayaraq

Page 34: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 34 -

əvvəlcə İngiltərədə, sonralar isə ABŞ-da tətbiqedilməyə başlamışdı. İlk əvvəllər testlərdən yalnızşagirdlərin psixofiziki xarakterini, səsə, yaddaşa və s.reaksiyalarını müəyyən etmək üçün istifadə edilirdi.1911-ci ildə alman psixoloqu V.Ştern insanınintellektual inkişafını müəyyən etmək üçün ilk testhazırlayır. Daha sonralar test üsulu məktəblərdə,universitetlərdə, insanların işə qəbulunda və s.sahələrdə geniş tətbiq edilməyə başlanır. [18, s.115-116]

Məktəblərdə istifadə olunan kompüter testləriadətən 4 və ya 5 hazır cavabı olan suallardan ibarətolur. Bu üsulun mənfi cəhəti ondan ibarətdir ki, şagirdbəzən əmin olmadığı cavabı təsadüfən seçir və yüksəknəticə göstərir. Lakin test üsulu dərs prosesindəyüksək obyektivliyi, vaxtdan səmərəli istifadəni,nəticələrin düzgün və riyazi üsullarla əldə edilməsinitəmin edir. İnformatika fənninin tədrisində test üsu-lundan istifadə kompüterin köməyi ilə reallaş-dırıldıqda daha effektiv nəticələr əldə oluna bilər.

Hər bir məktəbdaxili qiymətləndirmə növününüsul və vasitələri vardır. Qiymətləndirmə üsuludedikdə, bu prosesin hansı formada həyata keçirilməsinəzərdə tutulur. Qiymətləndirmənin məqsədindən asılıolaraq üsul və vasitələr fərqli olur.

Page 35: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 35 -

Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik,formativ və summativ kimi növlərə bölünür. [4, s.14-17]

İlkin səviyyənin qiymətləndirilməsi (diaq-nostik qiymətləndirmə). Diaqnostik qiymətləndirməşagirdin bilik və bacarıqlarının ilkin səviyyəsininmüəyyənləşdirilməsinə və bunun əsasında hər birşagirdin potensial imkanlarını nəzərə alan təlimstrategiyalarının seçilməsinə xidmət edir. Diaqnostikqiymətləndirmə əsasən dərs ilinin, bəhs və yabölmələrin əvvəlində, şagird başqa ümumi təhsilmüəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digərzəruri hallarda onun bilik və bacarıqları haqqındaməlumat toplamaq, fərdi yanaşmanı təmin etmək vətəlim strategiyasını müəyyənləşdirmək məqsədiləmüəllim tərəfindən aparılır. Bu qiymətləndirməninnəticələri sinif və formativ qiymətləndirmə jurnal-larında qeyd olunmur, müəllimin qeyd dəftərində özəksini tapır. Diaqnostik qiymətləndirmə rəsmi xarak-ter daşımır, rəqəmdən istifadə olunmur, nəticələrmüəllimin şəxsi qeyd dəftərində əks olunur.

Diaqnostik qiymətləndirmədə istifadə olunanüsul, vasitələr və şagird fəaliyyətinin növləribunlardır: [4; 5]

Page 36: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 36 -

Müşahidə (müəllim şagirdin təlim fəaliyyətinimüşahidə əsasında qiymətləndirir);

Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindəngözlənilən nəticəni əks etdirən meyarlar cədvəli);

Müsahibə (Şifahi yoxlama);

Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiqhallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlamazamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələninyazıldığı vərəq);

Mövzu üzrə müxtəlif insanlardan müsahibəgötürmək;

Tapşırıqvermə;

Çalışmalar;

Praktik çalışmaların, tapşırıqların yerinəyetirilməsi;

Valideynlərlə və digər fənn müəllimləri iləsöhbət;

Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdəvə ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmışvərəq);

Page 37: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 37 -

Valideyn iclasında sorğu vərəqlərinindoldurulması;

Diaqnostik qiymətləndirmənin nəticələrindənaşağıdakı məqsədlərlə istifadə olunur:

- təlim prosesində fərdi yanaşmanı təmin etməküçün;

- təlim prosesində qrup və cütlərin təşkilində;

- tədris olunacaq fənn və ya mövzu ilə bağlımaraq və ehtiyaclarının müəyyənləşdiril-məsində.

Formativ qiymətləndirmə təlim prosesinin hərhansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələrəsasında şagirdlərin bilik və bacarıqlarınınformalaşma səviyyəsinin qiymətləndirilməsidir. Buqiymətləndirmə tədris prosesinin düzgün istiqa-mətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlimsahəsində irəliləyişlərinin izlənilməsini təmin edir,şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkanyaradır. Formativ qiymətləndirmə dərsdə reallaş-dırılması nəzərdə tutulmuş alt-standartlardançıxarılmış təlim nəticələrinə görə müəyyən edilmişmeyarlara əsasən aparılır. Formativ qiymətləndirmə

Page 38: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 38 -

rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsiqeyd dəftərində və məktəbli kitabçasında şagirdinidraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğunsözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan,“mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”,“yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdənistifadə olunmur. Müəllim formativ qiymətləndirmədəşagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələriyazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxtayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığınagörə formativ qiymətləndirmə zamanı jurnaldaşagirdin adının qarşısında hər dərsdə qeydlərin olmasımütləq deyil. Şagirdlər fəaliyyətlərində potensialimkanları daxilində həmin bacarıqlara yiyələnməninmüxtəlif səviyyələrini nümayiş etdirə bilərlər. Bunagörə də formativ qiymətləndirmə zamanı şagirdləreyni bir meyarın 4 və ya daha artıq səviyyəsi iləqiymətləndirilə bilər. [4; 5]

Formativ qiymətləndirmə aparmaq üçünrubriklərdən istifadə olunur. Rubrik xüsusi növqiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavabverir:

– mən nəyi qiymətləndirməliyəm (obyekt,məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər);

Page 39: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 39 -

– aşağı, orta, yuxarı nailiyyət səviyyələrininxüsusiyyətlərini necə bilmək olar?

Qiymətləndirmə şkalası nailiyyət səviyyələrinəqiymət (bal) verilməsi üçün mexanizmdir. Rubriklərinhazırlanması üçün əvvəlcə dərsin məqsədləri müəyyənolunmalıdır. Qiymətləndirmənin formalarından biriseçilməlidir (diaqnostik, formativ və ya summativ). Müəllimlər üçün rubriklərin üstün cəhətləri bunlardır:

- Rubriklər qiymətləndirmənin daha ədalətli,obyektiv, etibarlı və ardıcıl olmasına imkanverir.

- Rubriklər müəllimlərə öz meyarlarını müəy-yənləşdirmək üçün əlverişli imkanlar yaradır.

- Rubriklər müəllimləri tədrisin səmərəliliyi iləbağlı faydalı məlumatlarla təmin edir.

- Rubriklər keyfiyyət səviyyələrinin intervalıvasitəsilə müxtəlif qabiliyyətli şagirdlərinolduğunu nəzərə alır. Səviyyələr üzrətəsvirlərin hazırlanması üçün təlimatda: [4; 5]

1. Qısa və sadə tərzdə, şagirdin anlayacağısadə dildən istifadə edilməlidir;

Page 40: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 40 -

2. Müqayisəli və ya normativ dildən fərqliolaraq deskriptiv dildən istifadə edilməli, pis, orta,kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardanuzaq durulmalıdır;

3. Səviyyə deskriptorları müşahidə olunabilən davranışlar və ya nəticənin xüsusiyyətləri

baxımından mümkün dərəcədə ifadə edilməlidir;

4. Qiymətləndirmə səviyyələri arasındasərhəd aydın olmalıdır, üst-üstə düşməməlidir;

5. Şkala şagird nailiyyətləri intervalını taməhatə etməlidir;

6. Təsvirlərin məzmunu nailiyyət səviyyə-ləri üzrə eyni formalı tərtib edilməlidir;

7. Fəaliyyət səviyyələri bütün aspektlər üzrəuyğun olmalıdır (məsələn: bir aspekt üzrə “4”

qiyməti digər aspekt üzrə “4” qiyməti ilə müqayisəoluna bilməlidir);

8. Əvvəlcə “ən yüksək”, sonra “ən aşağı”səviyyələr, sonda “aralıq” səviyyələri təsviredilməlidir;

Page 41: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 41 -

9. Ən yüksək səviyyə: yüksək tələbkarlıqla,dərin biliklərə malik şagirdlərə uyğun olmalıdır;

10. Ən aşağı səviyyə: yalnız çatışmazlıqlarıdeyil, həmçinin minimal bilik və bacarıqların azmiqdarda da olsa xüsusiyyətlərini əks etdirməlidir.

Məsələn, 3-cü sinifdə insan və informasiyamövzusunun sonunda formativ qiymətləndirməmeyarları aşağıdakı kimi müəyyən edilmişdir: [7]

Informasiya mənbələrini müəyyən edə bilir.

Insanın duyğu üzvlərinin rolunu müəyyən edəbilir.

Informasiyanı hansı duyğu üzvü ilə qəbuletməsindən asılı olaraq onun növünü müəyyən edəbilir.

Insanların həyatında informasiyanın rolunubaşa düşür.

Insanın informasiyanı necə əldə etməsini izahedə bilir.

Bu meyarları nəzərə almaqla yaxşı, orta və zəifsəviyyələr müəyyən edilir.

Page 42: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 42 -

Summativ qiymətləndirmə təhsilin hər hansımərhələsində (tədris vahidinin, yarımilin və ilinsonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərinqiymətləndirilməsidir. Summativ qiymətləndirməməzmun standartlarının mənimsəmə səviyyəsininetibarlı göstəricisidir. Summativ qiymətləndirməkiçik summativ və böyük summativ qiymətlən-dirmədən ibarətdir. [7]

Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs vəya bölmələrin sonunda müəllim tərəfindən, böyüksummativ qiymətləndirmə (BSQ) isə yarımillərinsonunda məktəb rəhbərliyinin və ya məktəbdəyaradılan müvafiq komissiyanın nəzarəti ilə fənnitədris edən müəllim tərəfindən aparılır. Summativqiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyitarixdə sinif jurnalında qeyd olunur.

Kiçik summativ qiymətləndirmə fənn kuriku-lumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrinsonunda altı həftədən gec olmayaraq müəllimtərəfindən keçirilir. Onun nəticələri yarımillikqiymətlərin hesablanmasında nəzərə alınır. Kiçiksummativ qiymətləndirmə vasitələri (test, tapşırıq,yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindənhazırlanır.

Page 43: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 43 -

Böyük summativ qiymətləndirmə yarımillərinsonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindənyaradılan müvafiq komissiyanın nəzarəti ilə fənnitədris edən müəllim tərəfindən aparılır. Ona görə dəmetodik vəsaitdə böyük summativ qiymətləndirməüçün testlərin nümunəsi verilməyib.

Şagirdin qiyməti düzgün cavabların maksimumbala nisbəti ilə faiz göstəricisinə uyğunmüəyyənləşdirilir: [7]

Azərbaycan Respublikası Təhsil nazirinin 01may 2014-cü il tarixli, 522 nömrəli əmri ilə təsdiqedilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərinsinifdən-sinfə keçirilməsi haqqında müvəqqətiqaydalar”a əsasən, illik qiymət yarımillik qiymətlərinədədi ortasına bərabər tutulur. Şagirdin yarımillikqiymətləri müxtəlif olduqda alınan rəqəmin vergüldənsonrakı hissəsi 5-dən kiçikdirsə, həmin hissə atılır, 5və 5-dən böyükdürsə, tam hissəyə bir rəqəm artırılır.

Summativ qiymətləndirmədə şagirdin yerinəyertirdiyi tapşırıqların miqdarına görə əgər 0-40%arası 2 (qeyri-kafi), 40-60% arası 3 (kafi), 60-80%arası 4 (yaxşı), 80-100% arası (əla) qiyməti iləmüəyyənləşdirilir.

Page 44: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 44 -

V. İnformatika tədrisinin forma və metodları

1. Təlim metodları.

2. Differensial təlim vasitələri.

3. İnformatika dərslərinin təşkili formaları.

4. İnformatika dərslərinin tipləri.

Təlim metodları. Informatikanın tədrisindədigər fənlərin tədrisində istifadə edilən metodlar tətbiqedilir. Lakin bu metodların tətbiqinin bəzi özünə-məxsus xüsusiyyətləri vardır.

Metodların seçilməsi və düzgün tətbiqi müəyyənüsulların seçilməsini tələb edir. Y.K. Babanskininfikrincə, informatikada metodlar seçilərkən onunkibernetik əsaslarının olduğu nəzərə alınmalıdır. Bunöqteyi-nəzərdən üç qrup metodlar ayırd edilir: [15,s.93-100]

· Tədris işinin təşkili və həyata keçirilməsiüçün istifadə edilən metodlar;

· Tədrisdə stimullaşdırma və motivasiyayasövq edən metodlar;

· Nəzarət və özünənəzarət metodları.

Page 45: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 45 -

Bu qrupların hər biri altqruplardan ibarətdir.Onlardan bir neçəsini nəzərdən keçirək.

İzahedici-illüstrativ metodlar. Bu metodmaterialın şagirdlərə hazır şəkildə verilməsini(illüstrasiya) və müəllim tərəfindən onun şagirdlərətam izahını tələb edir. Məsələn, kompüterin yaddaşqurğularının izah edilməsi zamanı müəllim bumetodlardan istifadə edə bilər.

Reproduktiv metodlar. Bu metodlar yuxarıdaadı çəkilən metodlardan onunla fərqlənir ki, onlardəfələrlə çalışmalar həlli vasitəsilə təkrar edilir vəşagirdlərə bu formada mənimsədilir. Bu metodlarsayəsində şagirdlər klaviatura ilə işi öyrənir, kompütervərdişlərinə yiyələnir.

Evristik metod yeni biliklərin axtarışı iləmüəyyən edilir. Müəllim tərəfindən biliyin bir qismişagirdlərə hazır verilir, bir qismini isə şagirdlər özləritapır.

Tədqiqat metodunun mahiyyəti ondanibarətdir ki, müəllim tapşırığı izah edir, bu sıradaşagirdlər müstəqil şəkildə bəzi faktları özləri aşkaredirlər. Məsələn, məntiq bölməsinin tədrisindəmüəllim şagirdlərə tapmacalar düzəltmək tapşırığınıverir və şagirdlər əvvəlcə verilmiş tapmacalarıncavablarını tapır, sonra isə özləri tapmaca düzəldir.

Müəllimin şərhi tədris materialının ətraflı

Page 46: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 46 -

izahıdır. Bu metoddan bəzi mövzuların izahında,məsələn, kompüter texnologiyaların inkişafı tarixi,virusların təsnifatı və s. istifadə edilir.

Söhbət – müəllim və şagirdlər arasındaqarşılıqlı sual-cavaba əsaslanır. Məsələn, informasiyaanlayışının izahını qarşılıqlı sual-cavab əsasındavermək olar.

Əyani təlim metodları – yüksək keyfiyyətitəmin edən və praktik vərdişlərin formalaşdırılmasınayönəldilən metodlardır.

Didaktik oyunlar – öyrənilən obyekt, hadisəvə prosesin modelləşdirilməsi məqsədilə tətbiq edilir.Oyun şagirdi əməyə və təlimə hazırlayır.

Problemli təlim metodu – şagirdlərin məntiqitəfəkkürünün inkişafına təkan verir. Problem o zamanyaranır ki, ziddiyyət olsun. Ziddiyyətin həll edilməsiproblemli təlim metodu sayəsində baş verir. Məsələn,informasiyanın ölçülməsi mövzusunu keçərkənşagirdlərə belə bir suallarla müraciət etmək olar:- İnformasiyanın miqdarı 1 bitdən kiçik ola bilərmi?- Əgər bir simvol 1 baytla ölçülürsə, onda bəs 1 bitlənə ölçülür? Axı hərfin səkkizdə birini bitlə ölçməkmümkün deyil.

Sonra isə evristik metodla problemin həllitapılır.

Proqramlaşdırılmış təlim metodu kompüterin

Page 47: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 47 -

yaddaşında və ya proqramda qabaqcadan tərtibedilmiş materiala əsaslanır.

İnformatika dərslərində tətbiq edilən metodlarınbəzi cəhətlərin qeyd edək. Təlimin ilk illərindəklaviatura və mausla işi öyrədərkən reproduktivmetodlardan istifadə etmək səmərəlidir. Müəllimşagirdlərin hər birinə yaxınlaşaraq onlara əllərinidüzgün qoymağı öyrətməlidir. Bu zaman müəllimlokal şəbəkə vasitəsilə şagirdlərin hər birinin işinənəzarət edə bilər və ya proyektorla öz işini nümayişetdirər.

İnformatikadan təlim metodlarının səmərəliseçilməsi bir sıra şərtlərdən asılıdır – müəlliminnəzəri və praktik hazırlılığı, şagirdlərin real dərkeməqabiliyyəti, mövcud əyani vəsait, texniki avadanlıqlar,materialın öyrənilməsinə ayrılan vaxt və s.

Diferensial təlim üsulları təlim materialınımüxtəlif qavrama və düşüncə tərzinə malik olanşagirdlərə öyrətmək və mənimsəməni təmin etməküçün tətbiq olunan təlim üsullarıdır. Diferensial təlimiproses kimi başa düşmək lazımdır. Yəni müəllimşagirdlər üçün maksimum səmərəli şərait yaratmaqdanötrü təlimin diferensiallaşması üzərində çalışmalıdır.[4]

Təlimin diferensiallaşması zamanı müəllim bu

Page 48: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 48 -

üsullardan istifadə edə bilər:

1) yeni mövzunu təqdim edərkən həm şifahiüsuldan, həm də əyani vasitələrdən istifadə edir (eynizamanda danışır və göstərir);

2) kiçik qrup halında şagirdlərlə ayrıca görüşürvə onlara təkrar izahat verir (bu üsulun tətbiqinə sinfingüclü şagirdlərini də cəlb etmək olar);

3) oxu üçün nəzərdə tutulan materialı bir mətnşəklində yox, bir neçə mətn şəklində hazırlayır ki,müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxufəaliyyətinə cəlb oluna bilsinlər;

4) şagirdlərin ehtiyaclarından asılı olaraq onlaramanipulyativ alətlər verir;

5) öyrəndiklərini və bacardıqlarını nümayişetdirmək üçün müxtəlif yollar təqdim edir: məsələn,süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahicavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlərüçün qrup və ya fərdi qaydada işləmək üçün şəraityaradır;

6) şagirdlərin müxtəlif öyrənmə üslublarınınəzərə alaraq onlar üçün fərdi şəraitin yaradılmasınaçalışır: tək oturmağı sevən tək oturur, qrupda işləməyi

Page 49: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 49 -

xoşlayan qrupda işləyir və daim bu qrupun üzvü olurvə s. [7]

Hər bir şagird fərdi keyfiyyətlərindən asılıolaraq tədris materiallarını müxtəlif cür qavrayır.Buna baxmayaraq, təhsilin əsas məqsədi bütün təhsilalanların müəyyən ictimai status qazanması və özsosial əhəmiyyətini təsdiq etməsidir. İnklüziyasağlamlıq imkanları məhdud olan uşaqlarda özünəinam yaratmaqla, onlara digər yaşıdları ilə eyniməktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır.

Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət vəyardıma böyük ehtiyacları var. Onların qabiliyyət-lərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacibamildir. İnklüziya təkcə fərqli inkişaf xüsusiyyətləriolan uşaqlara deyil, həmçinin digər xüsusiyyətləri iləyaşıdlarından fərqlənən uşaqların da yuxarıdasadalanan məqsədlərə çatmalarına yardım edir. Onlarbaşqa dildə danışan, başqa mədəniyyətə malik, fərqlihəyat tərzi sürən, təhsilə müxtəlif maraq göstərən vəmüxtəlif qavrama qabiliyyəti olan uşaqlar da olabilərlər. Belə uşaqlarla işləyərkən müəlliminformasiyanı onlara müxtəlif forma və variantlardaçatdırmağa çalışmalıdır. Yeni təlim prinsipləriimkanları məhdud olan uşaqların ümumi təhsilmühitinə inteqrasiya etmələrini və ümumi proqram

Page 50: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 50 -

əsasında təhsil almalarını tələb edir. İnklüziv təliminəsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkiledir. Belə ki, təlim hər bir uşağa məxsus tələbatlarınödənilməsi zəminində təşkil olunmalıdır. Hər birşagird təlimdə uğur qazanması üçün tələb olunan psi-xoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.

İnformatika dərslərində inklüzivliyin aşağıdakıvasitələrlə təmin olunması nəzərdə tutulur: [7]

bütün dərslərdə diskussiya, müsahibə,didaktik oyunlardan və fərdi, cütlərlə və qrup işiformalarından istifadə etməklə interaktiv təlimvasitəsilə şagirdlərin fəallığı təmin edilir;

müəllimin məqsədindən asılı olaraq, bəzistrategiyalar istisna olmaqla, şagirdləri cütlərə vəqruplara “qabiliyyətlərinə” görə deyil, elə ayırmaqlazımdır ki, hər bir qrupda təlim nəticələri müxtəlifolan şagirdlər iştirak etsinlər;

müəllim fərdi və cütlərlə aparılan tədqiqatişləri zamanı fərqli inkişaf xüsusiyyətlərinə malikuşaqlara xüsusi yardım göstərir;

müəllim qrup işlərində fərqli inkişafxüsusiyyətlərinə malik uşaqların ümumi diskussiya və

Page 51: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 51 -

müzakirələrə fəal qoşulmalarını təmin edir;

müəllim fərqli inkişafa malik uşaqlaratapşırıqlar verərkən çalışmaların çətinliyinə diqqətyetirib, diferensial yanaşma prinsipini gözləyir;

özünüqiymətləndirmə və formativ qiymət-ləndirmə zamanı meyarlar elə müəyyən edilir ki,şagirdlərdə qiymətləndirmə ilə bağlı stresslərin əmələgəlməsinin qarşısını alınsın. Fərqli inkişafxüsusiyyətlərinə malik uşaqların qiymətləndirməsiprosesində müəllimin onlara xüsusi münasibətininböyük əhəmiyyəti var.

Tədqiqatlar göstərir ki, xüsusi qayğıya ehtiyacıolan şagirdlərin bir çoxu üçün “eksplisit” təlimmetodları olduqca əhəmiyyətlidir. Eksplisit təlim üçmərhələdən ibarətdir:

– dərsin mövzularının təqdim edilməsi;

– materialın birbaşa öyrədilməsi və dərsinməzmununun modelləşdirilməsi;

– şagirdlərə təcrübə toplamaq imkanınınyaradılması (istiqamətləndirilmiş, praktiki iş). [7]

Page 52: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 52 -

İnformatika dərslərinin təşkili formaları.Təlimin təşkili forması şagirdlərin fəaliyyətinin bu vəya digər şəkildə təşkili deməkdir. Təlimin təşkilininaşağıdakı kimi formaları mövcuddur: [3]

- dərs;- ekskursiya;- seminarlar;- ev tapşırıqları;- əlavə məşğələlər;- məsləhət saatları.İnformatikanın tədrisinin təşkilinin əsas forması

dərsdir. İnformatikanın məktəbdə tədris edilən digərfənlərdən fərqi bu dərslərdə kompüterdən istifadəzərurətidir. İnformatika fənni kabinetindən istifadəninüç əsas növü var – nümayiş, frontal laborator iş vəpraktikum.

Praktikum qazanılan biliklərə əsaslanır. Butəlim formasında müəllimin bilavasitə iştirakı olmur.Hər bir şagird fərdi olaraq və ya qrup şəklində işiyeinə yetirir. Bu əlamətə görə yəni şagirdin fəallığıbaxımından praktikumu dərsdən fərqləndirirlər.

Laborator iş zamanı didaktik məqsəd müəy-yənləşir və qabaqcadan yerinə yetiriləcək əməliyyatlarşagirdlərə təqdim olunur. Adətən informatikadanlaborator işlər eyni mövzu üzrə yerinə yetirilir,müəllim isə şagirdlərə yaxınlaşaraq onlara operativ

Page 53: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 53 -

kömək göstərir. Əgər müəllim şagirdlərinəksəriyyətinin eyni səhvə yol verdiklərini aşkar edirsə,işi dayandıraraq ümumi şəkildə düzgün istiqamətgöstərə bilər.

Bundan başqa, informatika dərsləri üzrə ekskur-siyalar təşkil etmək olar (nəşriyyatlara, idarəetməmərkəzlərinə, İKT üzrə keçirilən sərgilərə və s.). Beləekskursiyalar şagirdlərə ən müasir informasiyatexnologiyaları vasitələri ilə və İT mütəxəssislərininişi ilə tanış olmaq imkanı verir. Ekskursiyalardansonra şagirdlər əldə etdikləri informasiya əsasındareklam məhsulları, təqdimatlar, divar qəzetləri və s.hazırlaya bilərlər ki, bu da onların biliklərininmöhkəmlənməsinə səbəb olar. Ekskursiyalar zamanıvideo çəkilişlərin aparılması xüsusilə məqsədəuy-ğundur. Belə ki, bu, hesabatların hazırlanması vəekskursiyaların əsasında müəyyən fikir mübadiləsininaparılması üçün faydalı ola bilər. [18, s.120-121]

Ev tapşırıqlarının yerinə yetirilməsi dərsprosesinin əsas tərkib hissəsi kimi həmişə diqqətmərkəzində olmuşdur. Psixoloji fakt kimi sübutolunmuşdur ki, öyrənilən material ilk sutka və həttailk saatlardan sonra unudula bilər. Ev tapşırıqlarınınverilməsi də məhz bu zərurətdən yaranmışdır. Evtapşırıqlarını verərkən müəllim adətən şagirdlərin ortabilik səviyyələrini nəzərə almalıdır. Q.Kleyn

Page 54: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 54 -

tərəfindən müəyyən edilmişdir ki, zəif və güclüşagirdlər ev tapşırıqlarını yerinə yetirərkən 1:6nisbətində vaxt sərf edirlər: yəni zəif şagirdlərin 6saata yerinə yetirdiyi işin öhdəsindən güclü şagirdlər 1saata gəlirlər. Bu isə güclü şagirdlərin çox azişləməsinə, zəif şagirdlərin isə yorulmasına səbəb olabilər. Bu uyğunsuzluğu aradan qaldırmaq müəllim yaorta çətinlik səviyyəli tapşırıqları verməli, ya daşagirdlərə differensiyasiyalı, yəni çoxvariantlı evtapşırıqlarını təqdim etməlidir. [18, s.120-123]

İnformatikanın təlimində dörd iş formasındanistifadə olunması məqsədəuyğun hesab edilir:kollektivlə iş, qruplarla iş, cütlərlə iş və fərdi iş. Hərbir iş formasından dərsin məqsədinə uyğun olaraqistifadə edilir. Bu zaman sinifdəki mövcud vəziyyət,şagirdlərin meyl və maraqları da nəzərə alınmalıdır.

Kollektivlə iş. Kollektivlə iş dərsin əvvəlindəvə sonunda - motivasiya və nəticələrin çıxarılmasımərhələlərində daha çox istifadə olunur. Bu zamanşagirdlərdə kollektiv işə alışmaq, bir-birlərilə ünsiyyətyaratmaq bacarıqları formalaşır və inkişaf edir.

Qruplarla iş. Qruplarla iş dərsin əsasən,tədqiqatın aparılması mərhələsində həyata keçirilir.Şagirdlər 3-6 nəfərdən ibarət qruplarda müəyyənproblemin həlli ilə məşğul olurlar. Bu zamanşagirdlərdə diskussiya aparmaq, fikir mübadiləsi et-

Page 55: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 55 -

mək, bir-birinin fikrini dinləmək, mühakimə yürütməkbacarıqları inkişaf edir.

Cütlərlə iş. Dərsdə tədqiqatın aparılmasımərhələsində cütlərlə iş də tətbiq edilə bilər. Şagirdlərcütlüklərdə işləyən zaman verilən tapşırıqları birgəyerinə yetirirlər. Bu təlim forması şagirdlərdəəməkdaşlıq bacarığını inkişaf etdirir, məsuliyyəthissini formalaşdırır.

Fərdi iş. Bu təlim formasından daha çoxşagirdlərin fəaliyyətini izləmək, potensial imkanlarınıüzə çıxarmaq və inkişaf etdirmək üçün istifadə edilir.Fərdi iş şagirdlərin sərbəst düşünmək qabiliyyətləriniartırır, onlarda müstəqil olaraq tədqiqat aparmaqbacarıqlarının formalaşdırır.

Nəzərdə tutulan bacarıqların formalaşdırıl-masının ən real yolu təlim prosesinin mahiyyətcə yeniprinsiplər əsasında – fəal təlim üsullarından istifadəetməklə təşkil etməkdir. Fəal təlim şagirdlərin idrakfəaliyyətinə əsaslanan və təhsil prosesinin digəriştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçiriləntəlimi nəzərdə tutur.

Fəal-interaktiv təlim – təlim prosesinin elətəşkili formasıdır ki, burada müəllim bilikləri ötürənrolundan imtina etməklə, yeni bir vəzifəni – bələdçi(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Bucür təlim texnologiyası ilə təşkil olunan dərslərdə

Page 56: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 56 -

əvvəlcə problemin qoyulmasına imkan verənmotivasiya yaradılır. Nəticədə tədqiqat sualımüəyyənləşdirilir. Həmin tədqiqat sualı probleminhəlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinəşərait yaradır. Sonra problemin araşdırılması üçünşagirdlər irəli sürülmüş fərziyyələrin doğruluğunuyoxlamaq etmək üçün bilik mənbələrindən istifadəetməklə tədqiqat işlərinə cəlb olunur. Alınan nəticələriş vərəqlərində qeyd edilir. İş vərəqlərində işlərtamamlandıqdan sonra məlumat mübadiləsi aparılır.Hər qrup öz tədqiqatlarının yekunları ilə sinfi tanışedir. Məlumatlar sistemləşdirilərək ümumiləşdirilir.Həmin ümumiləşmələr ilkin fərziyyələrlə müqayisəolunur və nəticələr çıxarılır. Bundan sonra biliyintətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğukimi, fəal – interaktiv təlimdə şagirdlərdə məntiqi,tənqidi və yaradıcı təfəkkürünün inkişafı qayğısınaqalınır, təlim prosesinə tədqiqat xarakteri verilir.Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraitiyaradıldığından şagirdlərin yüksək fəallığı təminolunur.

Qruplara bölünməni şagirdlər üçün könüllüyerinə yetirərkən onlar öz dost və yoldaşları ilə birgəişləməyə üstünlük verirlər. Şagirdlərdə müxtəlif sosialbacarıqları formalaşdırmaq məqsədilə qruplara

Page 57: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 57 -

bölünməni fərqli üsullarla aparmaq lazmdır. Məsələn,

Rənglərlə. Müəllim 4–5 ədəd (qrupların sayıqədər) müxtəlif rəngdə olan kağızları 4–6 (hər qrupdaolacaq uşaqların sayı qədər) yerə bölür. Bütünkağızlar qarışdırılıb bir zərfin içinə qoyulur. Şagirdlərbir-bir rəngli kağız parçalarını götürürlər. Eyni rənglikağız götürmüş şagirdlər bir qrupa yığılır. Rəmziolaraq qrupun adını rəngin adı ilə də adlandırmaq olar.

Rəqəmlərlə. Bütün şagirdlərə 1-dən 5-ə kimisaymaq tapşırılır. Bütün “1”-lər, “2”-lər və s. birqrupa yığılır. Bu qrupların adlarını saydıqları ədədlədə adlandırmaq olar.

Sinif jurnalı üzrə. Sinif jurnalında ardıcıl və yaxudmüəyyən qanunla (hər 5 nəfərdən bir və s.) uşaqlarhər birində 4–6 şagird olmaqla qruplara yığıla bilər.

Sosiometrik. Əvvəlcə qrupların sayı qədər uşaqseçilir. Bu uşaqların hər biri öz qrupuna bir uşaq seçir.Hər yeni seçilmiş uşaq öz qrupu üçün də bir uşaqseçir. [5]

İnformatika dərslərinin tipləri. Dərsi müxtəlifəlamətlərə görə təsnif etmək olar – didaktik məq-sədlərə, tətbiq edilən metodlara, tədris fəaliyyətinin

Page 58: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 58 -

təşkil ediməsinə görə və s. Didaktik məqsədlərinəgörə dərsin aşağıdakı tipləri var:

· yeni bilik verən dərs;· bilik və bacarıqların formalaşdırılması

dərsi;· biliklərin təkrarı və ümumiləşdirilməsi

dərsi;· yoxlama dərsi;· mürəkkəb (qarışıq) dərs.

Dərsə verilən tələblər 2 qrupa bölünür- ənənəvitələblər, müasir tələblər. [3]

Ənənəvi tələblərə dərsin psixoloji və məntiqicəhətdən tam olması, dərsdə şagirdlərin fəallığınıntam təmin olunması, müxtəlif üsul və vasitələrdənistifadə edilməsi, kollektiv və fərdi işin uzlaşdırılması,vaxtdan səmərəli istifadə və s. daxildir.

Müasir tələblərə isə dərsdə yüksək nəticə əldəedilməsinə yönəldilən tədris fəaliyyətinin təşkili,dərsin quruluşunun aydın olması, əsas didaktik vəzi-fənin – yəni təlim materialının şagirdlərin başa düşə-cəyi səviyyədə izahı, şagird fəallığı və şüurluluğununtəmin edilməsi, humanizm, əyanilik prinsiplərinintəmin edilməsi və s. aiddir.

Page 59: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 59 -

Hər bir dərs tipi özünəmxsus quruluşa malikdir.Dərsin tipindən asılı olaraq onun quruluşu dəyişir.

Yeni bilik verən dərs məktəbdə ən genişyayılmış dərs tiplərindən biridir. Burada məqsədşagirdlərə yeni bilik verməkdən ibarət olduğu üçün o,yeni bilik verən dərs adlanır. Bu dərsin quruluşuaşağıdakı kimidir:

1. Sinfin təşkili.2. Keçilən materialın soruşulması.3. Şagirdlərdə yeni mövzu ilə bağlı motivasiyanın

yaradılması.4. Yeni mövzunun mənimsədilməsi.5. Yeni mövzu üzərində iş vasitəsilə onun

möhkəmləndirilməsi.6. Dərsin yekunlaşdırılması və ev tapşırıqlarının

verilməsi.

Bilik və bacarıların formalaşdırılmasıdərsində adətən bir neçə didaktik məqsəd olur –bunlar keçilən materialın təkrarı və yeni materialınöyrədilməsi, biliklərin praktik tətbiqinin təşkili,bacarıq və vərdişlərin formalaşdırılmasına nəzarət vəkorreksiyadır. Belə dərslərin quruluşu bir-birindənkəskin fərqlənə bilər. Bu tip dərslərdə müəllim

Page 60: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 60 -

şagirdlərin tədris fəaliyytinin təşkili üçün böyüktəşkilati və idarəedicilik fəaliyyətini yerinə yetirir,çünki şagirdlər müxtəlif səviyyədə bacarıq vəvərdişlərə malik olurlar. Belə dərs tipinə kompüterləişin öyrədilməsi dərslərini aid etmək olar.

Biliklərin təkrarı və ümumiləşdirilməsidərsində əsasən iki didaktik məqsəd qarşıya qoyulur -əsas tədris materialının mənimsənilməsi səviyyəsininümumi şəkildə yoxlanılması və rüblük, illik və yaayrıca bölməyə aid materialın təkrarı. Belə dərslərdəmüəllim tədris materialının ən vacib, başlıcamövzularının üzərində dayanır, onları digərmövzularla əlaqələndirir və s. Məsələn, kompüter t.v.-nin öyrədilməsi üçün belə bir dərsdə istifadə olunabilən aşağıdakı cədvələ baxaq.

Funsiya insan kompüterInformasiyanınsaxlanması

yaddaş Yaddaşqurğuları

Informasiyanınemalı

Beyin, düşünmək prosessor

Informasiyanınqəbulu

Hissiyyyatorqanları

Daxiletməqurğuları

Informasiyanınötürülməsi

Danışıq dili,hərəkət orqanları

Çıxış qurğuları

Page 61: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 61 -

Belə cədvəlləri tərtib edərkən müəllimümumiləşdirmə və sistemləşdirmə metodlarındanistifadə edərək, ümumiləşdirmə zamanı nəyin əsasgötürüldüyünü müəyyən etməli, şagirdlərə əvvəlcəbir-birindən fərqli, sonra isə oxşar situasiyalarla bağlıçalışmalar verməlidir.

Yoxlama dərsinin məqsədi şagirdlərin biliksəviyyələrini üzə çıxarmaq, onların kompüterdə işvərdişlərinə necə yiyələndiklərini müəyyən etmək vəs.-dir. Bu dərslərin təxmini quruluşu belədir: [3]

1. Dərsin məqsədi aydınlaşdırılır.2. Yoxlama işinin məzmunu ilə tanışlıq.3. Yoxlama tapşırığının yerinə yetirilməsi.4. İşin icrasına nəzarət.5. Yoxlamanın yekunlaşdırılması.6. Ev tapşırığının verilməsi.

Mürəkkəb dərslərdə həm keçmiş, həm də yenimövzuya vaxt ayrılır. Belə dərslərin təxmini quruluşubelədir. [3]

7. Ev tapşırıqlarının yoxlanılması.8. Keçmiş mövzunun soruşulması.9. Keçmiş mövzu ilə yeni mövzu arasında

əlaqənin yaradılması.

Page 62: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 62 -

10. Yeni mövzunun izahı.11. Yeni mövzu üzərində iş.12. Dərsin yekunu və ev tapşırıqlarınn verilməsi.

Fəal dərs hazırda tədris prosesində ən çox tətbiqolunan dərs tipidir. Bu dərs tipi aşağıdakımərhələlərdən ibarətdir:

1. Motivasiyanın yaradılması və tədqiqatsualının qoyuluşu;

2. Tədqiqatın aparılması;3. Məlumat mübadiləsi və müzakirəsi;4. Ümumiləşdirmə və nəticə;5. Yaradıcı tətbiqetmə;6. Qiymətləndirmə.

Pedaqoji fəaliyyətdə göstərilən dərs tiplərindənbaşqa, xeyli sayda qeyri-standart dərs tipləri dəmövcuddur. Onlara misal olaraq, işgüzar oyunlardərsi, yarış dərsləri, səhnələşdirilmiş teatr dərsləri,kompüter dərsləri, ekskursiya dərsləri, hazırcavablardərsləri, yaradıcı-hesabat dərsləri, konfrans dərsləri vəs. göstərmək olar. Xüsusən interaktiv dərslərinmüxətlif model və formalarından son zamanlar çoxistifadə olunur. Onlardan bilik mübadiləsi, nömrə-lənmiş iştirakçılar, ekspertlər, televizor, burulğan,

Page 63: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 63 -

dialoq-mübahisə, debat və s. modellərini və tənqiditəfəkkürü formalaşdıran, münaqişə həlli vərdişləriniinkişaf etdirən, metoforik (emosional-obrazlı)təfəkkürü inkişaf etdirən və s. formaları göstərməkolar. Qeyri-standart dərslərdən biri olan Bilikmübadiləsi dərsini nəzərdən keçirək.

Bilik mübadiləsi – mənbələrin öyrənilməsinəhəsr olunan dərs modelidir. Bu dərs şagirdlərdətədqiqatçılıq fəaliyyətini formalaşdırır.

Dərsin sxemi:

1. Təlimatlandırma – müəllim sinfi bir neçə kiçikqrupa bölür və qruplardan hər birinə bir sual və yatapşırıq verir.2. Tədqiqat – hər qrup öz sualını mənbələr üzrəaraşdırır və bütün sinif üçün izahat hazırlayır.3. Bilik mübadiləsi – qruplar növbə ilə çıxış edir.

VI –VII. İnformatika tədrisinin vasitələri

1. İnformatika tədrisində vasitələr sistemi.

2. Kompüter və kompüter sinifləri.

Page 64: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 64 -

3. Kompüter siniflərində dərs zamanı təhlükəsizliktexnikası.

4. İnformatika dərslikləri və metodik vəsaitlərihaqqında məlumat.

İnformatika tədrisində vasitələr sistemi.İnformatika tədrisində aşağıdakı vasitələr sistemindənistifadə olunur:

- kompüter və kompüter sinifləri;- informatika kursunun proqram-metodiktəminatı;- tədris, nümayiş materialları;- telekommunikasiya sistemləri, internet

bağlantısı vasitələri və digər lokal şəbəkələr;İnformatika kursunun proqram-metodik

təminatına dərsliklər, müəllim üçün metodik vəsaitlər,iş dəftərləri, informatika üzrə əlavə kompakt-disklərvə s. daxildir. [10, s.14-16; 18, s.118-125]

Stolüstü FK-lərin əsas hissələrinə aşağıdakılardaxildir:- sistem blok;- monitor və ya displey;- klaviatura. Əlavə olaraq, kompüterə müxtəlif periferiyaqurğuları qoşula bilərlər: mouse, printer, skaner, xarici

Page 65: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 65 -

modem, səs gücləndiricilər, rəqəmli kamera, coystikvə s.

Kompüter və kompüter sinifləri. İnformatikadərsləri xüsusi otaqlarda – kompüterlə təchiz olunmuşkompüter siniflərində keçirilməlidir. Kompüter sinfivə ya informatika kabineti dedikdə şagirdlərin vəmüəllimin xüsusi iş yerlərindən, birgə istifadə üçünnəzərdə tutulmuş lokal şəbəkələrdə birləşdirilmişperiferiya qurğularından, proqram təminatı və texnikiqurğulardan ibarət otaq nəzərdə tutulur. [18, s.160-164; 10, s.17-19]

Informatika kabineti kompüter texnikası, əyanivə dərs vəsaitləri, fakültativ, əlavə məşğələlərinkeçirilməsi üçün nəzərdə tutulmuş dərs otağıdır.İnformatika kabinetindən həmçinin kompüterdənistifadə edilən müxtəlif dərslərin keçirilməsi,şagirdlərin ictimai-faydalı əməyinin təşkili və s. kimiişlər üçün istifadə oluna bilər.

Kompüter siniflərində dərs zamanı təhlü-kəsizlik texnikası. Kompüter siniflərindəkompüterlərin sayı şagirdlərin sayının yarısına bərabərolmalıdır. Yəni 35 nəfərlik sinif üçün 18 kompüter,bir də əlavə müəllim üçün 1 kompüter, yəni 19 kom-püter olmalıdır. Standart normalara görə, 1 kompüterə4,5 - 6m2 sahə düşməlidir. Deməli, 19 kompüter üçün104m2-lik otaq olmalıdır. Məktəblərdə adətən belə

Page 66: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 66 -

sahəli otaq olmur. Problemin həlli üçün siniflər 2 vəya 3 yarımqruplara bölünməlidir. Kompüterlər bir-birilə lokal şəbəkə vasitəsilə birləşdirilməli vəmüəllimin kompüterinə qoşulmalıdırlar. Modem,skaner, printer, digər periferik qurğular əsaskompüterə qoşulmalı və ya müəllimin kompüterininnəzarətində olmalıdır ki, müəllim öz ekranındaşagirdlərin işini izləyə bilsin. Belə qoşulmalardaadətən halqa və ya ulduz topologiyalarından istifadəedilir. Son illərdə siniflərdə noutbuklardan daha çoxistifadə edilir. Bu, noutbukların daha az yer tutması,yüngül olmaları, ekrandan yayılan rentgenşüalanmasının olmaması ilə izah edilir. [18, s.174-178]

İnformatika kabinetində kompüter, lokal şəbəkəvə periferiya qurğularından əlavə aşağıdakılar daolmalıdır:

- informatikaya aid tədris-metodiki,populyar elmi ədəbiyyat;

- sənədlərin və nümayiş materiallarınınyerləşdirilməsi üçün xüsusi stendlər;

- təhlükəsizlik texnikası qaydaları təsviredilmiş lövhə;

- ilk yardım aptek qutusu;- yanğınsöndürmə vasitəsi;

Page 67: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 67 -

- hər bir kompüter üçün iş qrafiki jurnalı;- elektrik təchizatı və keçiricilik təminatı.Kompüter siniflərində kompüterlər xüsusi

qaydada yerləşməlidirlər. İki cür sxemdən daha çoxistifadə edilir – sıralar üzrə və otağın perimetriboyunca. Otaq düzbucaqlı formasında olduqda sıralarüzrə sxemi daha məqsədəuyğundur. Bu haldauşaqların iş yerləri iki sıra üzrə düzülür. Müəllimin işyeri, kompüter stolu sinfin arxa tərəfində yerləşdirilir.Sinfin ön tərəfində isə yazı lövhəsi və kompütersizmüəllim stolu yerləşir. Müəllim izahat verərkən bustoldan istifadə edə bilər. Əgər otaq kvadratşəklindədirsə, stollar otağın perimetri üzrə yerləşdiriləbilər. [18, s.174-178]

Otaqdakı pəncərələr şimal və ya şimal-şərqistiqamətində olmalıdır.

Kompüter siniflərində lövhədə yazmaq üçüntabaşirdən istifadə olunmamalıdır, çünki tabaşirdənyaranan toz kompüterlərə ziyan vura bilər.

1-4-cü siniflərdə şagirdlər üçün kompüterarxasında işləməyin aşağıdakı normaları müəyyənedilmişdir:

-1-ci sinif 10 dəq, 2-4 siniflər 15 dəq.-Kompüter arxasında işdən sonra müəllim

uşaqlarla göz gimnastikası məşqlərini aparmalıdır.-Monitorlar arasındakı məsafə 2 m-dən az

Page 68: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 68 -

olmamalı, onların yan tərəfləri isə bir-birindən azı 1,2m məsafədə olmalıdır.

-Stol və stullar uşaqların boyuna uyğunolmalıdır. Stol 2 hissədən ibarət olmalıdır: monitor vəklaviatura üçün.

-Uşaqların gözündən monitora qədər məsafə60-70 sm olmalıdır. Gözlərində problem olan uşaqlargöz üçün xüsusi eynəklərdən istifadə etməlidirlər.

-Stolda dəftər və kitablar üçün işıqlandırma 150lyuks (lyuks- Beynəlxalq Vahidlər sistemində sahəsi 1m2 olan səthə düşən işıq selidir), monitorun ekranıüçün 300 lyuks, lövhə üçün 500 lyuks olmalıdır.

-Pəncərələrin üzərində örtük sistemləri (ştor vəya jalüzlar) olmalıdır.

-Otaqda havanın temperaturu 19-21 dərəcə,havanın nəmliyi 62-55 optimal variant sayılır. [18,s.174-178; 15, s.100-104]

İnformatika dərslikləri və metodik vəsaitlərihaqqında məlumat. Kurikulumun məzmun standart-ları əsasında hazırlanmış 1-4-cü siniflər üçün “İnfor-matika” dərslik komplektinin bəzi xüsusiyyətləriniqeyd edək. [4; 8; 7; 5]

Təlim materialları idrak taksonomiyasınınmərhələlərinə uyğun olaraq qruplaşdırılmışdır.(taksonomiya - sadədən mürəkkəbə doğru zəncirvari,

Page 69: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 69 -

ierarxiya üzrə inkişafı əks etdirən anlayışlarsistemidir).

Qruplaşdırılmış təlim materialları fəal təliminmərhələləri üzrə yerləşdirilmişdir və şagirdə müstəqilfəaliyyət üçün imkan yaradır.

Təlim materialları kurikulum sənədindəinformatika fənni üzrə məzmun standartlarınınreallaşdırılmasını təmin edən fəaliyyət xətlərinə uyğunhazırlanmışdır.

Dərslikdə hər mövzu üzrə təlim materiallarıaşağıdakı ardıcıllıq və prinsiplə qruplaşdırılmışdır:

- mövzuya başlayarkən şagirdlərdə maraqyaratmaq üçün gündəlik həyatda rast gəldiyimiz və-ziyyət və hadisələr şəkillərlə təsvir edilir, motivasiyayaradılır, onlara aid sual və tapşırıqlar verilir;

“Fəaliyyət” blokunda maraq yaradılan məqam-ların araşdırılmasına, həmçinin bu hadisələrin səbəb-nəticə əlaqələrinin müəyyən olunmasına yönəlmişpraktik fəaliyyət tələb edən tapşırıqlar verilir.

- fəaliyyət zamanı aşkar edilmiş faktlarümumiləşdirilmiş bilik və məlumatlar formasında“Bilik qutuları”nda verilir. Burada həmçinin mövzu

Page 70: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 70 -

ilə bağlı yeni anlayışlar və onların izahatları təqdimolunur;

- mövzuya aid bilik və bacarıqların tətbiqizamanı bəzi tapşırıqların yerinə yetirilməsi üçünnümunələr verilir;

– qazanılmış bilikləri dərinləşdirmək və onlarıyaradıcı tətbiq etmək üçün müxtəlif çətinlik dərəcəlitapşırıqlar verilir;

– əldə edilmiş bacarıqlar didaktik oyunlarvasitəsilə təkmilləşdirilir. Oyun forması ibtidai sinifşagirdləri üçün çox maraqlı olduğundan müəllim üçünvəsaitdə əlavə oyun nümunələri də təqdim edilir;

– dərslik komplektinə pulsuz əlavə olunan vəTəhsil Nazirliyinin rəsmi qrifi ilə təsdiq edilmişİNFO-KO elektron tədris vəsaiti sinifdə və evdəmüvafiq tapşırıqların yerinə yetirilməsi üçün nəzərdətutulur. Müəllim üçün metodik vəsaitdə aşağıdakımateriallar öz əksini tapmışdır:dərslik komplektininmövzular üzrə strukturu; fənn üzrə məzmunstandartlarının reallaşma cədvəli və illik planlaşdırmanümunəsi;fənlərarası inteqrasiya imkanları və digərfənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;

Page 71: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 71 -

gündəlik planlaşdırmaya dair nümunələr; hərparaqraf üzrə qruplaşdırılmış təlim materiallarınındərslik səhifələrinin kiçildilmiş surətləri üzərindəsxematik təsviri;hər paraqrafda qruplaşdırılmış təlimmaterialları üzrə iş texnologiyasının şərhi; dərsintəlim məqsədlərinin reallaşdırılması ilə bağlı daha çoxdiqqət yetiriləsi məsələlər; informatika fənnkurikulumunun tələblərinin reallaşma mexanizm-lərinin şərhi və əsaslandırılması; şagird nailiyyət-lərinin qiymətləndirilmə prinsipləri və formaları; müxtəlif mövzular üzrə uşaqların fəallığını artırmaqüçün dərslikdə verilməyən əlavə didaktik oyunlar;müəllimlər üçün mövzu üzrə müasir elmi baxışlara vətexnologiyalara dair qısa məlumatlar;müəlliministifadə edə biləcəyi mənbələr.

I sinif dərslik komplektinin mövzular üzrəstrukturu belədir: [4]

I sinifdə 4 tədris vahidinin öyrədilməsi nəzərdətutulur:

I- Əşyaların təsviri və müqayisəsi;

II- Hadisələr və hərəkətlər ardıcılllığı;

III- İnformasiya;

Page 72: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 72 -

IV – Kompüter.

Hər bir tədris vahidi (t.v.) üzrə müvafiqmövzular öyrədilir. “Əşyaların təsviri və müqayisəsi”t.v. -də əşyanın rəngi və forması, hissələri və hərəkəti,yuxarı, aşağı, sağ, sol və s., “Hadisələr və hərəkətlərardıcılllığı” t.v.-də əvvəl-sonra, əks əlamətlər, məntiqbölməsi doğru və yalan, “Informasiya” t.v.-dəinformasiya nədir, hardan alırıq, necə ötürülür və s.,“Kompüter” t.v.-də kompüter nədir, işə necə başlamaqolar, kompüterdə şəkil çəkmək, yazı yazmaq və smövzuları keçilir.

II sinif dərslik komplektinin mövzular üzrəstrukturu belədir: [8]

I. Obyekt və obyektlər qrupu;

II. İnformasiya;

III. Alqoritm;

IV. İnformasiya texnologiyaları.

“Obyekt və obyektlər qrupu” t.v.-də “Obyektnədir”, “Oxşar əlamətlər”, “Qruplaşdırma”, “Fərq-ləndirici əlamətlət”, “Tapmacalar”, “İnformasiya”t.v.-də informasiyanın növləri, alınması, təqdim

Page 73: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 73 -

olunması, saxlanılması və ötürülməsi, “Alqoritm” t.v.-də hərəkətlər və hadisələr ardıcıllığı, alqoritm və onunicrası, doğru və yalan mülahizələr, qeyri-müəyyənmülahizələr, ən sadə və qısa yol, “İnformasiyatexnologiyaları” t.v.-də kompüter və onun hissələri,kompüter sinfində davranış qaydaları, mətn və qrafikredaktorlar, kalkulyator proqramı ilə iş mövzularıöyrədilir.

III sinifdə aşağıdakı t.v. və mövzular öyrədilir:[7]

I. İnformasiya;

II. Alqoritm;

III. Kompüter.

“İnformasiya” t.v.-də informasiyanınkodlaşdırılması, informasiya prosesləri, rebuslarınhəlli, informasiyanın işlənməsi, “Alqoritm” t.v.-dəobyektlər qrupu, hamısı, heç biri, bəzi sözləri, fərqliəlamətlər, qanunauyğunluqlar, “Kompüter” t.v.–dəkompüterin iş masası, Paint proqramı ilə iş, Word Padproqramı, kompüterdə hesablamaların aparılması kimimövzular öyrədilir.

IV sinifdə informasiya prosesləri, alqoritm və

Page 74: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 74 -

kompüterdə iş t.v. üzrə: [5]

1) texnikada informasiyanın emalı, informasiyatexnologiyaları, elektron poçt və internet;

2) əlamətlərin cədvəl şəklində təsviri, qrup vəaltqrup, məntiqi mühakimələr və s., budaqlanan vədövrü alqoritmlər;

3) qrafik redaktorun alətləri, simmetrik fiqur,mozaika və mətnli şəkillərin çəkilməsi, mətnlərinyığılması, nizamlanması, çapa hazırlanması öyrədilir.

Page 75: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 75 -

İTM-in tədrisinin xüsusi məsələləri

VIII. İnformatikanın əsas anlayışlarınınöyrədilməsi metodikası

1. İnformasiya anlayışının daxil edilməsinəsubyektiv yanaşma.

2. İnformasiyanın ölçülməsi anlayışının öyrədil-məsinə kibernetik yanaşma.

3. İnformasiya və entropiya.

Informasiya anlayışı informatikanın əsasanlayışıdır. Bu anlayış şagirdlərə 1-ci sinifdənbaşlayaraq bütün informatika kursu boyunca öyrədilir.2-ci sinifdə informasiyanın növləri – qoxu, dad,vizual, səs və taktil informasiya haqqında məlumatverilir. Bir çox mütəxəssislər (məsələn, A.P.Yerşov)informasiya anlayışına tərif vermirlər (əsas anlayışolduğuna görə). Bu həm də onunla əlaqədardır ki, buanlayış bütün elmlər üçün fundamental olan üçanlayışdan biridir – enerji, materiya və informasiya.İnformasiyaya verilən müxtəlif təriflərə nəzər salaq:[15, s. 111-116]

Page 76: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 76 -

Informasiya insanın bütün həyatı boyu onutəqib edir. Bu məlumatlar vasitəsilə insan ətraf aləmidərk edir. Məişətdə informasiya dedikdə kimin üçünsəmaraqlı olan məlumat, bilik və s. başa düşülür.Məlumat nə qədər maraqlıdırsa, o qədər çox miqdardainformasiya daşıyır.

İnformasiya ixtiyarı simvollar ardıcıllığı və yasözlərdir.

İnformasiya ətraf aləmin simvollar, işarələrvasitəsilə təsviridir.

İnformasiya məlumatın, yaddaşa gələnsiqnalların məzmunudur, həmçinin xəbər, siqnal vəyaddaşda olan məlumatlardır.

İnformasiyanın növlərini aşağıdakı kimi cədvəlşəklində göstərmək olar:

İ.Q.Semakin informasiya anlayışınınöyrədilməsi üçün iki cür yanaşma təklif etmişdir:

vizual səs dad qoxu taktilKitabdakıyazı

Suyunşırıltısı

Şirin -acı

Çiçəyinətri

hamar

Televiziyaverilişi……

Telefonzəngi…….

Isti-soyuq…….

Xörəyinqoxusu………

Kələ-kötür……..

Page 77: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 77 -

subyektiv və kibernetik. Metodik ədəbiyyatlardainformasiya və onun ölçülməsinə aşağıdakıyanaşmalar da mövcuddur: [18, s.203-210]

1) semantik (məzmun); 2) kompüter; 3)kibernetik.

İbtidai siniflərdə informasiya anlayışınınaşağıdakı şəkildə, subyektiv formada öyrədilməsiməqsədəuyğundur:

Subyektiv yanaşma. İnformasiyanınöyrənilməsi üçün müəllim aşağıdakı suallardanistifadə edə bilər:

- Siz informasiyanı haradan alırsınız?Şagirdlərin cavabları təxminən belə olacaq:

- Kitablardan, radio və televiziyadan. Dahasonra müəllim bu gün şagirdlərin aldığı informasiyailə maraqlanır:

- Bu gün hansı informasiyanı almısıniz?Şagird:

- Hava haqqında məlumat. Müəllim:- Deməli, siz bu məlumatı alana qədər

havanın necə olacağını bilmirdiniz. İnformasiyanıalandan sonra bunu öyrəndiniz. Beləliklə, müəllimşagirdlərlə birgə informasiyanın nə demək olduğunumüəyyən edir:

İnformasiya bizim müxtəlif mənbələrdənaldığımız biliklərdir. Bu tərifdən sonra informasiyanın

Page 78: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 78 -

insanın yaddaşı olduğu nəticəsinə gəlmək olar. Lakininsan bütün informasiyaları öz yaddaşında saxlamır,o, həmçinin dəftər, kompakt-disk və s.-dən də istifadəedir. Bu cür yaddaş xarici yaddaş adlandırılır. İnsanbu yaddaşdan istifadə etmək üçün əvvəlcə onuoxumalıdır. Yəni daxili yaddaşdan istifadə etməlidir.Müəllim bu məsələləri aydınlaşdırarkən şagirdlərinkompüterin iş prinsipi və yaddaşı ilə tanışlıqları üçünzəmin yaratmalıdır. Bu analogiya sayəsində gələcəkdəşagirdlər kompüterin yaddaş qurğusunun iş prinsipinidaha yaxşı başa düşə bilərlər. Daha sonra müəllimşagirdlərə səs, qoxu, dad, vizual və taktil informasiyavasitəsilə insanın bilik əldə edə bilməsini izahetməlidir.

Kibernetik yanaşma. Kibernetik yanaşmadaaşağıdakı analyışlar öyrədilir:

- Əlifba və əlifbanın gücü nədir?- Əlifbada simvolun informasiya miqdarı nə

qədərdir?- Əlifba nöqteyi-nəzərindən mətnin

informasiya həcmini necə müəyyən etməkolar?

- Bayt, kilobayt, meqabayt, qiqabayt nədir?İnformasiyanın öyrədilməsinə kibernetik

yanaşma suryektiv yanaşmaya alternativ variant olub,müəyyən əlifba ilə tərtib edilmiş mətndə

Page 79: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 79 -

informasiyanın miqdarını müəyyən edir.Kibernetikada qara qutu adlı giriş və çıxış

informasiyasından ibarət modeldən istifadə olunur. Bumodeldə informasiya siqnallar vasitəsilə ötürülür.Qara qutu və kibernetik sistem terminləri əslindəsinonim terminlərdir. Giriş və çıxış qutuları arasındamübadilə məhz informasiya vasitəsilə həyata keçirilir.Bu nöqteyi-nəzərdən kibernetik sistemlər arasındakıinformasiya – ötürülən siqnallar ardıcıllığıdır.Tələbələrə kibernetikanın mahiyyətini aydınlaşdırmaqməqsədilə aşağıdakı sxemi təqdim etmək olar: [15,s.27]

Sxemdən aydın olur ki, x ətraf mühitindən yətraf mühitinə ötürülən informasiya z sistemindənkeçir. Bu zaman z sisteminin özündə sistemdaxiliinformasiya saxlanılır.

İnformasiya mübadiləsi hər yerdə və hamı üçünbaş verir – insanlar, heyvanlar, texniki qurğular və s.Bütün bu hallarda informasiya akustik, işıq, qrafik,elektrik və s. növ siqnallar şəklində olur. Məsələn, hər

mühit

x Sistem z

y

Page 80: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 80 -

hansı bir mətn yazılı formada hərflər ardıcıllığıdır –deməli, qrafik siqnallardan ibarətdir. Şifahi nitq isəsəs siqnallarından ibarətdir. Bu yanaşmada əsasanlayış - əlifbadır. Əlifba informaiyanın təsviri üçünistifadə edilən simvollar ardıcıllığıdır. İkilikkodlaşdırmada əlifbanın hər bir simvolu 1 bitinformasiyaya malikdir.

Beləliklə, kibernetik mənada informasiyaötürülən siqnallar ardıcıllığının məzmunudur.

İnformasiya və entropiya. Entropiya (yunancaçevrilmə deməkdir) informasiya nəzəriyyəsində qeyri-müəyyənlik mənasında işlənir. Məişətdə entropiyadedikdə nəzərdə tutulur ki, hər hansı bir sistemdə nəqədər az element müəyyən qaydaya tabedirsə, entro-piya bir o qədər yüksəkdir. R.Xartli informasiyayabelə tərif vermişdir:

Tərif. İnformasiya nəyinsə vəziyyəti haqqındaolan qeyri-müəyyənliyin, ona dair biliklərinməhdudluğunu azaldan məlumatdır.

Bu baxımdan informasiyanın ölçülməsi anlayışıbelə müəyyən olunur:

1 bit informasiya bərabər ehtimallı ikihadisədən birinin baş verməsi haqqında haqqındaverilən informasiyadır. Xartli düsturuna görəİ=log2N. Məsələn, pulu atdıqda iki üzündən birinindüşməsi haqqında verilən informasiya 1 bitə

Page 81: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 81 -

bərabərdir. Qeyd edək ki, belə yanaşmadan yuxarısiniflər və ali məktəb tələbələri istifadə edə bilər.

Hesablama texnikasında bit ən kişik vahidqəbul edilmişdir.

1 b=8 bit1Kb=1024 b1 Mb=1024 Kb1 Qb=1024 Mb1Tb= 1024 Qb

Müəllim informasiyanın entropiya mənasındaizahını vermək üçün fikirlərini aşağıdakı kimi şərhedə bilər. [15, s.116-120]

1) Bir çox hadisələr təsadüfidir və bu və yadigər ehtimalla baş verir. Bu cürinformasiyaların – təsadüfi hadisələr haqqındainformasiyaların üzərinə müəyyən şərtlərqoyulur.

2) Qeyri-müəyyənliyi təyin etmək üçünentropiya anlayışından istifadə edilir. Entropiya(H) aşağıdakı kimi funksiya şəklində verilir.

H=log2 NEntropiya sistemlərdəki dağınıqlığı bildirir.

Entropiyanın aşağıdakı xassələri var:- Bir neçə asılı olmayan hadisədən ibarət

mürəkkəb hadisənin entropiyası həmin hadisələrinentropiyaları cəminə bərabərdir.

Page 82: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 82 -

- Bərabərehtimallı hadisələr ən böyükentropiyaya malikdir.

3) İnformasiyanın miqdarı Xartli düsturu iləmüəyyən edilir. Əgər informasiya “hə” və ya “yox”cavabı ilə verilən cümlədən ibarətdirsə, ondakıinformasiya 1 bitdən çox deyil, bərabərehtimallıhadisələr üçün 1 bitə bərabərdir, bərabər olmayanehtimallı hadisələr üçün isə 1 bitdən kiçikdir.

4) İnformasiya entropiyanın azalmasınabərabərdir.

İ=H1 – H2

İnformatika kursunda ən mühüm anlayışlarinformasiya, informasiyanın ölçülməsi, ölçü vahidləri,informasiya daşıyıcıları, işarə, simvol, model, kod vəs.-dir. Müəllim bu anlayışların düzgün mənimsdilməsiüçünbütün orta məktəb informatika kursu boyuncainformatika tədrisinin əsas məqsədlərini –ümumtəhsil, inkişafetdirici və praktik məqsədləridiqqət mərkəzində saxlamalıdır. İnformatikanın əsasanlayışlarının mənimsədilməsində aşağıdakı prinsiplərgözlənilməlidir: [18]

1) Sistemlilik prinsipi. Kursun öyrədilməsindəşagirdin fikrində bütün anlayışların ardıcıl sistemiqurulmalıdır. Yəni şagird kurs boyu hansı mövzunuhansı ardıcıllıqla öyrənəcəyini qabaqcadan dərketməlidir.

Page 83: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 83 -

2) Paralellik prinsipi. Bu prinsip onu bildirir ki,İKT kursunu və kompüterdə praktik işi öyrənərkənbelə şagirdlər paralel olaraq fundamental və əsasanlayışları öyrənməyə davam etməlidirlər.

3) Özünütədris və qarşılıqlı öyrənmə.İnformatika yeni və inkişafda olan bir elm olduğuüçün şagirdlər özləri əlavə mənbələrdən, internetresurslarından istifadə etməklə özləri informatika üzrəyeni biliklər qazana bilər, sinif yoldaşları ilə buməlumatları paylaşaraq onların da maraq və bilikdairəsini genişləndirə bilərlər.

Qeyd edək ki, yuxarıda sadalanan prinsiplərtədrisin ümumi prinsiplərini inkar etmir, əksinə onlarıtamamlayır.

IX. Əsas informasiya proseslərinin öyrədilməsimetodikası

1. İnformasiyanın saxlanılması.

2. İnformasiyanın emalı prosesi.

3. İnformasiyanın ötürülməsi prosesi.

Informasiya proseslərinin öyrədilməsi 1-4-cüsiniflərdə informatikanın tədrisi prosesində xüsusilə

Page 84: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 84 -

böyük əhəmiyyətə malikdir. Belə ki, informasiyaprosesləri ilə bağlı anlayışlar 1-ci sinifdən başlayaraqşagirdlərə mənimsədilir. Şagirdlər:

- qarşılıqlı əlaqədə olan obyektlər sisteminin,elementlər arasındakı siqnalların, infor-masiya mübadiləsinin nədən ibarət oldu-ğunu;

- informasiya proseslərinin təsnifatını, infor-masiyanın 2-lik say sistemində təsvirinin;

- müxtəlif sosial, bioloji və texniki system-lərdə informasiya axtarışının, alqoritmləş-dirmə və modelləşdirmə vasitəsilə infor-masiyanın formal şəkildə təsvirinin nədənibarət olduğunu bilməlidirlər. [15, s.127-132]

Məlumdur ki, informasiya proseslərinə infor-masiyanın toplanması, ötürülməsi, saxlanması, emalıvə istifadəçiyə çatdırılması aiddir. İnformasiyanıntoplanması öyrənilən obyektin vəziyyəti haqqındaməlumatın alınması məqsədi ilə aparılır.İnformasiyanın toplanması adi halda insan tərəfindən,avtomatlaşdırılmış halda isə texniki vasitələr vəsistemlər tərəfindən yerinə yetirilir.

İnformasiyanın ötürülməsi. Toplanan infor-masiyanın emal edilməsi üçün o, emal vasitələrinəötürülməlidir. Adi halda informasiyanın emalı insan

Page 85: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 85 -

tərəfindən, avtomatlaşdırılmış kompüterlər vasitələrləaparılır. İnformasiyanın ötürülməsi məsafədən asılıolaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxınməsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəliötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf,peyk rabitəsi və s.) istifadə edilir. Müasirkompüterlərdə informasiyanın telefon kanalı vasitəsiləuzaq məsafəyə ötürülməsi üçün modem (modulyator -demodulyator) adlanan xüsusi qurğudan istifadəedilir.

Informasiyanın ötürülməsi üçün istifadə olunanyardımçı vasitələrə informasiyanın ötürülmə vasitələrideyilir. Bunlara misal olaraq telefon, radio, televizor,kompüteri göstərmək olar.

İnformasiyanın ötürülməsi sxemi belədir:İnformasiya mənbəyi – informasiyanın ötürmə

vasitələri – informasiyanın qəbuledicisi.Amerikalı riyaziyyatçı Klod Şennon

informasiyanın kodlaşdırılması nəzəriyyəsini işləyibhazırlamışdır. Bu nəzəriyyə həm də informasiyanınötürülməsi zamanı yaranan küylərin qarşısını almaqüçün üsul verir. Nəzəriyyəyə görə, rabitə xətti iləötürülən informasiyanın dəqiq çatdırılması üçün kodbir az daha artıq olmalıdır. Məsələn, telefonladanışdıqda səsimiz eşidilmirsə, nə edə bilərik? –sözləri bir daha təkrar edərik – deməli, informasiyanın

Page 86: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 86 -

miqdarını artırmaqla və ya sözün hər bir baş hərfinihəmin hərflə başlayan sözlə deməyə çalışarıq. Misalüçün, Şennon – şəhər, ev, nöqtə, naqil, otaq, nağıl. Buzaman istifadə edilən köməkçi sözlər elə seçilməlidirki, onlar dilimizdə tez-tez işlənən və aydın başadüşülən sözlər olsun.

İnformasiya kompüterlərdə kodlaşdırılaraqsaxlanılır və istifadəçilərə çatdırılır. Bu isə infor-masiyanın diskret və ya rəqəmsal formaya çevrilməsisayəsində baş verir. Nöqtə və tirelərdən ibarət olanMorze əlifbası informasiyanın kodlaşdırılmasınamisaldır. Kompüterdə informasiya 0 və 1-lərləkodlaşdırılır. Bu, fiziki cəhətdən iki dayanıqlılıqvəziyyətinə - lampanın yanması (1) və sönməsinə (0)uyğundur.

İnformasiyanın ötürülməsini borulardan suyunaxması ilə müqayisə etmək olar. Bu misalda ötürməvasitəsi borulardır. Borudan vahid zamanda keçənsuyun miqdarı L/san və ya m3/san ilə ölçülür. Analojiolaraq olaraq informasiyanın ötürülməsi bit/san,bayt/san ilə ölçülür. Şagirdlərin bu prosesi daha yaxşıbaşa düşmələri üçün onlara belə bir tapşırıq verməkolar – kitabın 1 səhifəsini oxuyun, vaxtı qeyd edin, 1sətirdəki simvolların orta sayını tapın, sonra isə bütünsəhifədəki simvolların sayını hesablayın. Bu səhifənininformasiya həcmini (baytlarla) müəyyən edin. Daha

Page 87: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 87 -

sonra 1 saniyəyə oxuduğunuz informasiyanınmiqdarını hesablayın.

Fərz edək ki, kitabda 40 sətir və hər sətirdətəxminən 50 simvol var. Bu o deməkdir ki, səhifədə2000 simvol var və ya mətnin informasiya həcmi2000 bayta bərabərdir. Mətni oxumağa 140 saniyəvaxt sərf olunur. Deməli, informasiyanın ötürülməsürəti 2000/140=14,3 bayt/san–dir. Şagirdlərindiqqətini belə bir fakta yönəltmək yaxşı olardı ki, eynihəcmdə, lakin müxtəlif ötürmə sürətinə malikinformasiyalar ola bilər. Ümumiyyətlə, mətnin həcminə qədər böyük olarsa, onun ötürülmə sürətinimüəyyən etmək o qədər asan, düzgün və real olar.

İnformasiyanın saxlanılması aşağıdakıanlayışlarla bağlıdır:

İnformasiya emal edilməzdən əvvəl və sonradaşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimikağızdan, perfolentdən, perfokartdan, maqnitlentindən, müasir kompüterlərdə isə maqnit və lazerdisklərindən, fleş kartlardan istifadə olunur.

Bəşəriyyətin tarixində informasiya daşıyıcılarıolaraq daş, papirus, perqament, kağız və s.–dənistifadə edilmişdi. Əgər yaxın keçmişdə informasi-yanın kağız üzərində saxlanmasından istifadəedilirdisə, hal-hazırda dah çox optik disklərdən, fleş-

Page 88: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 88 -

kartlardan və digər informasiya daşıyıcılarındanistifadəyə üstünlük verilir. Belə ki, adi kağızın ömrü50 ildən çox deyil, arxiv kağızlarının ömrü isə xüsusinöv materialdan hazırlandıqları üçün daha çox – 150il olur. [18, s.220]

Informasiya daşıyıcıları (yaddaş), daxili vəxarici yaddaş informasiyanın saxlandığı yerdir.Məlumdur ki, insanın beyni onun həm də yaddaşı vəya yaddaş daşıyıcısıdır. Beyin operativ yaddaşdır –çünki o, insan onunla cari anda düşünür vəinformasiya verə bilir. Bioloji yaddaş – və ya genetikyaddaş daxili yaddaşdır, çünki o, insanın daxilindəyerləşir və beyində saxlanılır. Bütün yerdə qalanyaddaşlar xarici yaddaş hesab olunur. Qədim za-manlardan insanlar papirus, daş, ağac və s.–dənyaddaş daşıyıcıları kimi istifadə etmişlər. Kompüterdəsaxlanılan informasiya verilən adlanır.

İnformasiyanın axtarışı və emalı adi haldainsan tərəfindən, avtomatlaşdırılmış halda isəkompüter vasitəsilə aparılır. İnformasiyanın emalıbaşqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir.Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən vəproqramlardan istifadə olunur. İnformasiya emalı beləbir sxemlə təsvir oluna bilər:

Page 89: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 89 -

İlkin informasiya – Emal edilən informasiya–Son informasiya

Emal edilən informasiya müəyyən alqoritmətabe olur. İnformasiyanın emalının aşağıdakı növlərivar:

- Yeni biliyin və ya informasiyanın alınmasıməqsədilə emal – məsələn, riyaziyyatdan məsələ həlli,ana dilindən cümlənin sintaksis təhlili və s.

- İnformasiyanın formasını dəyişdirən emal –məsələn, mətnin bir xarici dildən başqa dilə tərcüməsi.

İnformasiyanın strukturlaşdırılması – məsələn,əlifba sırası ilə siyahıların hazırlanması.

İnformasiya axtarışı – məsələn, mətndə hərhansı sözün axtarışı, bəstəkarın musiqisinin, rəssamınəsərini axtarışı.

İnformasiyanın emalından alınan nəticələr tələbolunan formada istifadəçilərə çatdırılır. Avtomatlaş-dırılmış üsulla (kompüterlə) emal olunan informasiyaistifadəçilərə adətən kompüterin xaricetmə qurğularıilə (monitor, printer, plotter və s.) mətn, cədvəl, qrafikvə s. şəklində çatdırılır.

İnformasiya proseslərinin öyrədilməsi nəticə-sində şagirdlər əsasən aşağıdakıları bilməlidirlər:

Informasiyanın məzmun və kibernetik

Page 90: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 90 -

yanaşmada izahını;Informasiya prosesləri hansılardır;Informasiya daşıyıcıları nədir;Informasiyanın ölçü vahidi olan bit nəyi

bildirir;Bayt, kilobayt, meqabayt, qiqabayt nədir;Informasiyanın ötürülmə sürəti necə ölçülür;Hər hansı hadisə haqqında verilən məlumatdakı

informasiyanın miqdarı ilə həmin hadisənin başverməsi arasındakı əlaqə nədir;

K.Şennon tərəfindən texniki əlaqə kanallarıvasitəsilə informasiyanın ötürülməsi prosesi necə izahedilir.

İnformasiya proseslərinə görə insanın fəaliyyətiilə kompüterin fəaliyyəti arasında həm oxşar, həm dəfərqli cəhətlər var. Həm insan, həm də kompüterinformasiya ilə işləyir, onu qəbul edir, saxlayır, emaledir və ötürür. Bu, oxşar cəhətlərdir. Fərqli cəhət odurki, insan canlıdır və onun duyğu üzvləri var. Bu üzvlərvasitəsilə o, obyektlərin dadını, qoxusunu, onlarınhamar və ya kələ-kötür, yumşaq və ya sərt, küt və yaiti olmasını da öyrənə bilir. Kompüter süni obyektdir,onun duyğu üzvləri yoxdur, onu insan yaradıb və o,insan tərəfindən idarə olunur. Kompüter insanlarınyaratdıqları proqramlar əsasında işləyir.

Page 91: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 91 -

X. İnformasiyanın kompüterdə təsviri

1. Kompüterdə ədəd tipli informasiyanın təsviri.

2. Kompüterdə simvol şəkilli informasiyanıntəsviri.

3. Kompüterdə qrafik informasiyanın təsviri.

2. Kompüterdə səs informasiyasının təsviri.

Müasir kompüterlər bütün növ informasiyalarla- ədəd, simvol, qrafik və səs informasiyaları ilə işləyir.Lakin ilk kompüterlər yalnız 10-luq say sistemindəverilmiş ədədi informasiya ilə işləyə bilirdi. Kompüterhesablamaları 2-lik say sistemində yerinə yetirir, 2-liksay sistemində verilmiş ədədlər isə maşın sözlərivasitəsilə təsvir olunur. Maşın sözünün ölçüsükompüterin prosessorunun tipindən asılıdır. Belə ki,maşın sözünün ölçüsü 8 bitə bərabərdirsə, bu odeməkdir ki, kompüter 8 tərtiblidir. 16 bitə, yaxud 2bayta bərabər olan maşın sözü 16 tərtiblikompüterlərdə işlənir. Hazırda 32, 64, 128 tərtibli,yəni 4, 8 və ya 16 bayta bərabər maşın sözündənistifadə edən fərdi kompüterlər geniş yayılmışdır. [18,s.225-238]

Page 92: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 92 -

Kompüterdə ədəd tipli informasiyanıntəsviri. Kompüterin yaddaşında hər bir simvol 1 baytyer tutur. ASCİİ kodlaşdırma cədvəlinə görə, 256sayda simvolu 0 və 1-lərin köməyilə kodlaşdırmaqmümkündür. Unicode cədvəlinə görə isə 2 baytlıqkoddan istifadə olunur, yəni bu cədvələ əsasən 65536simvolu kodlaşdırmaq olar. İnformasiyanın kodlaş-dırılması mövzusu 3-cü sinifdə tədris edilir. Müəllimşagirdlərə Sezar dövründə istifadə edilən Sezar koduvə Morze əlifbası haqqında məlumat verə bilər.

Tarixdə ilk kodlaşdırmalardan biri sayılan QayYuli Sezarın öz generalları ilə yazışması üçün istifadəetdiyi koddur. Bu kod hərflərin 3 hərf sürüşdü-rülməsinə əsaslanır. Yəni:

A B C D E FA B C D E FYəni A hərfi D ilə, B hərfi E ilə və s. əvəz

edilir.Bunu dairələr şəklində göstərmək məqsədə-

uyğundur. Birinin radiusu digərindən kiçik olandairələrdən biri digərinin içində yerləşdirilir vəonların çevrələri boyunca əlifbanın hərfləri yazılır.Dairələrdən birini üç hərf qədər sürüşdürməklə Sezarkodunu almaq olar.

Amerikalı ixtiraçı Morze 1844-cü ildə nöqtə vətirelərdən ibarət kod sistemi hazırlamışdı. Həmin ildə

Page 93: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 93 -

o, Vaşintondan Baltimora qədər olan ilkeksperimental teleqraf xətti yaratmışdır. Bu sistemdəuzun siqnallar tire, qısa siqnallar nöqtə ilə işarəedilirdi. Sistem qeyri-simmetrik idi, yəni işarə mətndənə qədər az işlənirdisə, o qədər çox simvollakodlaşdırılırdı. Məsələn, E (.), T (-) ilə, Q(---.-) 4simvolla kodlaşdırılırdı.

İnformasiyanın kodlaşdırılması onun müəyyəntəqdimolunma formasına salınması prosesidir.

Dar mənada “kodlaşdırma” termini dedikdəinformasiyanın bir təqdimetmə formasından digərinəçevrilməsi başa düşülür. Kompüter yalnız ədədiinformasiya ilə işləyir. Ona görə də bütün digərinformasiyalar (səs, şəkil, cihazların göstəriciləri vəs.) kompüterdə emal olunması üçün ədədi formayaçevrilməlidir. Məsələn, musiqi səsini ədədi formayaçevirmək üçün kiçik zaman fasilələrində müəyyəntezliklərdə onun intensivliyi ötürülür. İntensivlikədədlərlə ifadə olunur. Bu ədədlərin özləri də sonraxüsusi qayda ilə yenidən kodlaşdırılaraq (ikilik saysistemində) rəqəmlər şəklində kompüterə ötürülür.Bu proses cihaz və qurğular vasitəsilə aparıldığından,burada insan iştirak etmir. Biz, sadəcə, səslərikompüter proqramları vasitəsilə lazım olan şəkildəemal edirik. Məsələn, müxtəlif səsləri bir-birininüzərinə yazırıq, onlara müxtəlif effektlər veririk və s.

Page 94: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 94 -

Kompüterdə simvol şəkilli informasiyanıntəsviri. Kompüterdə mətn informasiyası da analojiolaraq emal edilir. Hər bir hərf kompüterə daxilediləndə o, müəyyən ədədlə əvəz olunur, yənikodlaşdırılır. Mətnlər kompüterdə ədədlər şəklindəemal edilir. Emal edilmiş informasiyanı çıxışqurğusuna verəndə də ədədlər dekodlaşdırılaraqyenidən mətn formasında ekrana və ya printerəçıxarılır. Mətn şəklində olan informasiyanınkompüterdə təsviri üçün kompüterin əlifbası adlanansimvollardan istifadə edilir. Müəllim mövzununizahına başlarkən əvvəlcə həmin əlifba haqqındaşagirdlərə məlumat verməlidir:

Əlifba 256 simvoldan ibarətdir.Hər bir simvol yaddaşda 1 bayt yer tutur.Hər bir simvol 8 dənə ikilik koddan ibarətdir.

[18, s.230]Bütün ədədlər kompüterdə yalnız iki rəqəmin

(bizim adət etdiyimiz on rəqəmdən fərqli olaraq) 0 və1-in vasitəsilə təsvir olunur. Başqa sözlə, kompüteradətən ikilik say sistemində işləyir. Bu haldainformasiyanın emalı üçün yaradılan qurğular dahasadə olur.

Ona görə də ixtiyarı informasiya kompüterdərəqəmlər vasitəsilə təsvir olunduğundan beləinformasiyalar rəqəmli və ya rəqəmsal adlanır.

Page 95: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 95 -

“Rəqəmsal texnologiya” termininin yaranması daməhz bununla bağlıdır. Əslində əlifbanın özü,riyaziyyatda istifadə olunan rəqəm və işarələr və s.kodlaşdırmaya misaldır.

Kompüterdə qrafik informasiyanın təsviri.Təsvirlərin (rəsm, animasiya, sxem və s.)kodlaşdırılması üçün rastr, vektor və 3 ölçülümodellərdən istifadə edilir. Rastr modelinə görə təsvirpiksel adlanan eyni rəngli nöqtələrə bölünür. Buradamüəllim şagirdlərə üç əsas rəng – qırmızı, yaşıl vəgöy (RGB modeli) və üfüqün 7 rəngi haqqında izahatverməlidir. RGB modelinə əsasən hər bir rəngin bu 3rəngdən necə alınmasını müxtəlif üsullarla əyanişəkildə göstərmək olar. Rənglərin kodlaşdırılmasıonlardan əlavə rənglərin alınması və rəngin parlaqlığı,çalarlarının sayının artırılması üçün əlverişli üsuldur.

Qrafik informasiyanın vektor üsulu iləkodlaşdırılması üçün həndəsi fiqurlardan – düz xətt,ellips, çevrə, düzbucaqlı və s. kimi fiqurlarınhissələrindən istifadə olunur. Bu üsul çertyoj, sxem,qrafik şəkillərin çəkilməsi üçün əlverişlidir.

Kompüterdə səs informasiyasının təsviri. Səsinformasiyası da kompüterdə 2-lik kod şəklindəsaxlanılır və emal edilir. Səsin kompüterə daxil olmasıaşağıdakı sxemə əsasən baş verir:

Page 96: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 96 -

Səs dalğaları - mikrofon – elektrik cərəyanı –səs kartı –2-lik kod – kompüterin yaddaşı.

Səsin kompüterin yaddaşından olan əks təsviriisə aşağıdakı sxemə əsasən gedir:

Kompüterin yaddaşı – 2-lik kod - səs kartı –elektrik cərəyanı - mikrofon - səs dalğaları [18,s.234]

Səs informasiyası səsin amplitudu, tezliyi vəperiodu ilə xarakterizə edilir.

Səs kartı – kompüterdə səsi 2-lik koda vəəksinə çevirmək üçün istifadə edilir. Fiziki mənadasəs – fəzada yayılan səs dalğalarıdır. Səsin kodlaş-dırılmasının əsas prinsipi onun diskretləşdirilməsidir.

Ümumiyyətlə, metodik vəsaitlərdə informasi-yanın kodlaşdırılması ilə bağlı çox müxtəlif vəmaraqlı tapşırıqlar və dərs nümumələri təqdimolunmuşdur. Kodlaşdırma nümunələrinə Azərbaycannağıllarında və filmlərində də rast gəlinir. Məsələn,“Bir qalanın sirri” filmində “zəncir, sim, qanlı daşparçası və nar” vasitəsilə Simnar xanın Həkim babanıqandallayıb Qanlı qalada zindana saldığı məlumatıkodlaşdırılır.

Məsələn, sinfi kiçik qruplara bölərək, hər qrupamüxtəlif şəkillər paylamaq və şagirdlərə bu şəkildəkiobyektləri kodlaşdırmağı tapşırmaq olar. Müəllim hərqrupa bir kodlaşdırma üsulu verə bilər.

Page 97: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 97 -

1-ci qrup - Hər sözü əks istiqamətdəkodlaşdırın. {səməni-inəməs}

2-ci qrup – hər hərfi əlifbada ondan sonra gələnhərflə əvəz edin. {çiçək-djdfq}

3-cü qrup – hər hərfdən sonra <A> hərfiniyazın. {günəş-gaüanaəaşa}

4-cü qrup – hər hərfi əlifba sırasındakı sıranömrəsi ilə əvəz edin. {inək-14, 20, 7, 16}

Page 98: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 98 -

5-ci qrup – hər hərfi əlifbada ondan əvvəl gələnhərflə əvəz edin. {telefon – şdqdənm}

Rebuslar da kodlaşdırmanın bir növüdür.Müəllim şagirdlərə həm hazır rebuslar verə bilər, həmdə onlara rebusun yaradılma qaydalarını izah edərəkrebus düzəltməyi də tapşıra bilər.

Page 99: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 99 -

XI. Kompüter texnologiyalarının texnikivasitələrinin öyrədilməsi metodikası

1. Kompüterin arxitekturası anlayışı.

2. Kompüterin arxitekturasının öyrədilməsimetodikası

3. Tədrisdə kompüterdən istifadə.

4. Kompüterin daxili və xarici yaddaşı.

5. Fərdi kompüterin çevrəsəl (periferik) qurğuları.

Kompüterin arxitekturası anlayışı. Əvvəlcəarxitektura anlayışının nədən ibarət olduğunudəqiqləşdirək. İnformatika kursunda kompüter onunarxitekturası səviyyəsində öyrənilir. Arxitekturadedikdə kompüterin qurğuları və onların iş prinsipləritexniki xarakterlərini nəzərə almadan başa düşülür.Kompüterin arxitekturasının təsvir edilməsi – insanınkompüterdə sərbəst işi üçün lazım olan biliklərinverilməsi deməkdir (daha doğrusu, bu zamankompüterin təmiri, qurğularının konstruksiyası və s.bilmək tələb olunmur).

Kompüterin arxitekturasının öyrədilməsimetodikası. Kompüterin arxitekturası aşağıdakı

Page 100: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 100 -

ardıcıllıqla öyrədilir:

- Kompüterin təyinatı;- Kompüterin əsas qurğuları və onların funksionalxarakteristikaları;- Kompüterin daxili və xarici yaddaşı;- Fərdi kompüterlərin arxitekturasının əsasxüsusiyyətləri. [18, s.240-241]

EHM-in arxitekturasının əsasları 1940-cı illərinaxırlarında amerikalı alim Con fon Neyman tərəfindənmüəyyən edilmişdir. İkinci dünya müharibəsindənsonra yaradılan ilk EHM olan ENİAK maşını üçünNeyman hesablama maşınlarının quruluşuprinsiplərini işləyib hazırlamışdı. Bu prinsiplərNeymanın adı ilə adlandırılır və aşağıdakı kimi şərhedilir:

4. Kompüter proqramla işləyən avtomatdır,yəni kompüterin işləməsi üçün proqramolmalıdır.

5. Kompüter ardıcıl ünvanlanan yaddaşa malikolmalıdır.

6. Əmrlərlə verilənlər arasında heç bir fərqyoxdur. Əmrlər verilən kimi baxmaq vəonlar üzərində əməliyyatlar aparmaq olar.

7. Verilənlərin təyin edilməsi aparatsəviyyəsində deyil, tam səviyyədə aparılır.

Page 101: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 101 -

Məsələn, maşın sözündəki bitlər yığımınınədəd və ya simvolların şərti olmasını maşınmüəyyənləşdirir. [6, s. 45]

Neyman ilk olaraq təklif etmişdir ki, yalnızverilənlər deyil, proqramlar da ikilik kodlar şəklindəkompüterin yaddaşında saxlanılmalıdır. Neymanarxitekturalı kompüterlərin əsas bloklarıaşağıdakılardır:

Idarəetmə bloku və hesabi-məntiqi qurğu –mərkəzi prosessorda yerləşir;

əməli yaddaş;xarici yaddaş;giriş-çıxış qurğuları.

Adətən arxitektura aşağıdakı sxem üzrə öyrədilir:

Əvvəlcə kompüterin istifadəsi, sonra isə əsasqurğuları (yaddaş, prosessor, giriş-çıxış qurğuları) vəonların iş prinsipləri öyrədilir. Bu zaman müəllim hərbir qurğunu əyani şəkildə göstərməli, onlarla davranışqaydalarını izah etməlidir.

Arxitektura anlayışını izah etmək üçün belə biranalogiyadan istifadə etmək məqsədəuyğundur.Kompüter informasiya ilə işləmək üçün lazım olanqurğudur. Onu insan ilə müqayisə etsək görərik ki,insan da kompüter kimi informasiya ilə işləyir –1)informasiyanı özündə saxlayır, 2)emal edir, 3)qəbul

Page 102: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 102 -

edir və xaricə ötürür. Deməli, kompüterin işləməsiüçün ona informasiyanı saxlayan, emal edən və qəbuledib - xaric edən qurğular lazımdır. Başqa sözlə,kompüterin texniki qurğularına bu proseslərinreallaşdırılması üçün lazım olan qurğular daxiledilməlidir. Onlar yaddaş qurğuları, prosessor vəgiriş-çıxış qurğularıdır.

funksiya insan kompüterInformasiyanınsaxlanması

yaddaş yaddaş

Informasiyanınqəbulu

hissiyyatorqanları

giriş qurğuları

Informasiyanınötürülməsi

nitq, hərəkətüzvləri

çıxış qurğuları

Informasiyanınemalı

təfəkkür prosessor

Kompüterin yaddaş qurğularının izahını dainsanla müqayisə edərək vermək olar. Daxili yaddaş– insanın bioloji yadddaşıdır. Xarici yaddaş isə -insanın informasiyanı yadda saxlaması üçün istifadəetdiyi xarici obyektlər – kağız, kompüterin özü,kompakt disklər, maqnit daşıyıcıları və s.-dir.

Fərdi kompüterlərin əsasını prosessor və yaddaşbloku təşkil edir. Prosessor hesab-məntiqqurğusundan və idarə qurğusundan ibarətdir. İdarə

Page 103: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 103 -

qurğusu proqramdakı əmrləri qəbul edir və onlarınyerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusuisə hesablama əməllərini yerinə yetirir. Cari vaxtdayerinə yetirilən proqramları və aralıq nəticələri yaddasaxlamaq üçün əməli yaddaş qurğusundan (RAM -Random Access Memory) istifadə edirlər. Fərdikompüterlərdə istifadə olunan xarici qurğuları(monitor, çap qurğuları, disk qurğuları və s.)kompüterə qoşmaq üçün kontrollerdən (idarə sxemi)istifadə edirlər. Kontroller idarə qurğusu olub giriş-çıxışqurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəziqurğuların (klaviatura, mouse, printeri və s.)kontrolleri fərdi kompüterin ana platasının üzərindəolur. Bəzi qurğuların (monitor, sərt maqnit diskqurğusu və s.) kontrolleri isə ayrıca plata şəklindəolur və onlar ana plata üzərində yerləşdirilir.

Kompüterin müxtəlif qurğuları öz aralarındainformasiyanın ötürülmə kanalları vasitəsiləəlaqələndirilir. İnformasiya ətraf mühitdən kompüterəgiriş qurğuları ilə daxil olur, daxil olmuş informasiyayaddaşda yerləşdirilir. Əgər bu informasiyanın uzunmüddət saxlanması nəzərdə tutulmuşdursa, o, xariciyaddaş daşıyıcılarında saxlanılır. İnformasiyanınemalı prosesi prosessor tərəfindən ikitərəfli qaydadaaparılır. Prosessor emal üçün nəzərdə tutulan

Page 104: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 104 -

informasiyanı daxili yaddaşdan (RAM) götürür vəemal nəticəsində alınan informasiyanı yenə də RAMyaddaşa verir. İnformasiya ətraf mühitə çıxışqurğularında verilir.

Bu sxemin şagirdlər tərəfindən düzgün başadüşülməsi və dərk edilməsi çox vacibdir. Xüsusiləşagirdlər başa düşməlidirlər ki, informasiyaprosessorda emal edildikdən sonra operativ yaddaşaverilir və daha sonra bu yaddaşdan xarici yaddaşdaşıyıcılarına ötürülür. Həmçinin şagirdə izaholunmalıdır ki, kompüter ona verilən proqramlarıyerinə yetirən bir qurğudur.

Girişqurğusu

Hesabi-məntiqiqurğu

Yaddaşqurğusu

idarəetmə

qurğusu

Çıxışqurğusu

Page 105: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 105 -

Kompüterin proqram təminatı aşağıdakı üçprinsipə əsaslanır:

- kompüter hər bir işi proqram əsasında yerinəyetirir;

- icra edilən proqramlar operativ yaddaşdayerləşir;

- proqramlar avtomatik icra edilir.Kompüterin qurğuları haqqında məlumat

verilərkən müəllim giriş və çıxış qurğuları, periferikvə ya çevrəsəl qurğuları sadalamalı, onların işprinsipləri barədə qısa izahat verməlidir. Bu izahatzamanı müəlim şagirdlərə belə bir sualla müraciət edəbilər:

- İnformasiya kompüterə hansı qurğularvasitəsilə daxil olur? (giriş qurğuları – maus,klaviatura, skaner, coystik, mikrofon və s.)

- İnformasiya kompüterdən hansı qurğularvasitəsilə xaric olur? (çıxış qurğuları –monitor, printer, plotter, səs gücləndiricilərvə s.)

Daha sonra kompüterin periferik qurğularıhaqqında məlumat verilə bilər. Periferik qurğular fərdikompüterlərin funksional imkanlarını genişləndirməkməqsədilə istifadə edilən qurğulardır. Bu zaman qeydedilməlidir ki, periferik qurğulara xarici qurğular dadeyilir. Onlara giriş və çıxış qurğuları, informasiyanı

Page 106: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 106 -

yadda saxlamaq üçün istifadə edilən CD, DVD diskqurğuları, fleş-kart qurğusu və ümumiyyətlə, sistembloka xaricdən birləşdirilən bütün qurğular aid edilir.

Tədrisdə kompüterdən istifadə. İnformatikafənni kompüter texnikasının köməyi ilə informasiyaproseslərini - informasiyaların alınması, saxlanması,emalı və ötürülməsinin üsul və vasitələrini öyrənən,ətraf aləmin təhlilinə sistemli yanaşma tərziniformalaşdıran fundamental elm sahələrindən biri kimiinsanların həyatına və məişətinə daxil olmuş vəcəmiyyətdə bir fənn kimi onun öyrənilməsi zərurətiyaranmışdır. Hər bir insan gündəlik həyatda, əməlifəaliyyətdə informatikanın tətbiqi ilə qarşılaşır vəinformatika üzrə bilik və bacarıqlarından faydalanır.Bu bilik və bacarıqlara malik olmaq müasir texnikivasitələrlə davranmağa, müxtəlif sosial, iqtisadi,hüquqi və siyasi informasiyaların əldə edilməsinə vəonlardan istifadə edilməsinə imkan yaradır.İnformatika bir elm sahəsi kimi gündəlik həyatda,dəqiq və humanitar elm sahələrinin inkişafında,texnika və müasir texnologiyaların təkmilləşdirilməsiprosesində ortaya çıxan problemlərin həllindəinsanların yaxın köməkçisinə çevrilir. İnformatikafənni şagirdlərin elmi, praktiki bilikləriningenişlənməsində, yeni ixtisaslara yiyələnməsindəmühüm rol oynayır. Ona görə də Azərbaycan

Page 107: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 107 -

ümumtəhsil məktəblərinin I-XI siniflərində bu fənnintədrisi zəruri hesab edilir. Bütün bunlar ümumtəhsilməktəblərində tədris olunan fənlər sırasındainformatikanın yerini müəyyən etməklə yanaşı, onuntədrisi qarşısında qoyulan əsas məqsədləri ümumişəkildə müəyyənləşdirməyə imkan verir. Müasirdərsdən kompüterlə iş prosesində məhz düşünməyi,fikirləşməyi öyrətmək tələb olunur. Kompütervasitəsilə şagirdlərə qısa müddət ərzində çox müxtəlifbilik, bacarıq və vərdişləri aşılamaq, onlarda müasirdövrdə vacib olan çeviklik və müstəqil fikir yürütməkkimi keyfiyyətləri formalaşdırmaq olar. Kompüter özfəaliyyətinə görə elə qüvvətli bir “silahdır” ki, onunköməyilə icra olunan fəaliyyət insanın yaddaşına,emosionallığına, fəallığına və maraqlarına birbaşatəsir göstərir. Bu isə 1-4-cü sinif şagirdləri üçün dərsəmarağın yaradılması və onların emosional fəaliyyətinədüzgün istiqamət verilməsi baxımından olduqcaəhəmiyyətlidir.

Kompüterin təlimdə iki funksiyası var –öyrənmə obyekti və öyrətmə vasitəsi olmaq. Bufunksiyalar bir-birilə sıx əlaqədar olsa da, ayrı-ayrıfənlərin tədrisində kompüter məhz öyrətmə vasitəsikimi nəzərdən keçirilə bilər. İnformatika fənninintədrisində kompüter öyrənmə obyekti kimi, digərfənlərin tədrisində isə öyrənmə vasitəsi kimi, yəni

Page 108: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 108 -

həmin fənlərə aid olan bilikləri kompüterinimkanlarından, internetdən istifadə etməklə öyrənməkvasitəsi kimi istifadə olunur. Kompüterin öyrənməvasitəsi olmaq funksiyası məhz təhsilin keyfiyyətiniartıraraq, bütün dünyada təhsilin kompüterləşməsininəsasını təşkil edir.

XII. Informasiyanın modelləşdirilməsinin vəalqoritmləşdirmənin tədrisi metodikası

1. İnformasiya modelləşdirilməsi istiqamətindətədrisin məzmunu.

2. İnformasiya modelləri və modelləşdirilməsihaqqında təsəvvürlərin daxil edilməsinə metodikyanaşma.

3. İnformasiya modelləri və formallaşdırmanınöyrədilməsi metodikası.

4. Alqoritmləşdirmə istiqamətində tədrisinməzmunu.

5. Alqoritm anlayışının daxil edilməsi metodikası.

Page 109: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 109 -

İnformasiya modelləşdirilməsi istiqamətindətədrisin məzmunu. Modelləşdirmə ibtidai siniflərininformatika kursunda ayrıca tədris vahidi kimi tədrisedilmir, lakin informatika kursunun bütün nəzəribazasını modelləşdirmə təşkil etdiyindən bumövzunun öyrənilməsi çox mühümdür. Metodikcəhətdən alqoritmlərdən əvvəl modelləşdirməöyrədilməlidir. Çünki alqoritmlər əslində modelləşmişinformasiya üçün qurulur. 4-cü sinifdə “Əlamətlərincədvəl şəklində verilməsi”, “Qrup və altqrup”, “Və,və ya sözləri olan mürəkkəb mülahizələr”,“Mülahizələrin sxemlərlə göstərilməsi” mövzularıməhz informasiyanın modelləşdirilməsi ilə əlaqədarolaraq şagirdləri bu mövzuya hazırlamaq üçünkeçilir. Bu mövzularda əsasən informasiyanınmodelləşdirilməsində cədvəl və qraflardan istifadəqaydaları verilmişdir. İnformasiyanın modelləşdiril-məsi nədir və metodik cəhətdən hansı qaydada tədrisedilməsi məqsədəuyğundur suallarını aydınlaşdıraq.[18, s.263-267]

Model – obyektin, hadisənin və ya prosesinmüəyyən xüsusiyyətlərini əks etdirən təqdimolmaformasıdır. Modelin yaradılması prosesi modelləş-dirmə adlanır. Modeli yaradılan obyektin özünəorijinal, yaxud prototip deyilir. Bəs nə üçün insanlar

Page 110: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 110 -

obyektin özü ilə deyil, modeli ilə işləyirlər? 1-cisi,obyekt öyrənilən zaman orijinal özü mövcud olmayabilər. O ya keçmişdə qalmış, ya da gələcəkdədüzəldiləcək obyekt ola bilər. Dinozavrların nəslininkəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyəsivə s. kimi. 2-cisi, orijinal çoxsaylı mürəkkəbxüsusiyyətlərə malik ola bilər. Modeldə isə yalnıztədqiqatçını maraqlandıran xüsusiyyətlər nəzərə alınır.3-cüsü, model obyektin ümumiləşməsi ola bilər.Məsələn, maneken real insanın standartı, obrazıdır. 4-cüsü, müəyyən səbəblərdən orijinal tədqiqatçı üçünəlçatmaz ola bilər. Məsələn, molekullar çox kiçikdir,dağlar, planetlər çox böyükdür, ona görə onlarınmodellərindən istifadə edilir.

Təqdimolma formasına görə modellərin 2 növüvar – maddi modellər və informasiya modelləri.

İnformasiya modelləri və modelləşdirilməsihaqqında təsəvvürlərin daxil edilməsinə metodikyanaşma. Metodistlərin fikrincə modellər 3 səviyyədəöyrədilməlidir: minimal, tamamlanmış və dərinlə-dirilmiş.

Minimal səviyyədə modelləşdirmənin əsasanlayışları öyrədilməlidir. Bu zaman müəllim təlimmetodu kimi söhbətdən istifadə edə bilər. Model

Page 111: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 111 -

anlayışı ilə bağlı şagirdlərin özləri çox saydanümunələr bilirlər və müəllimin düzgün istiqamətverməsi ilə onlar modellərə aid misallar göstərəbilərlər. Bu misalların əsasında şagirdlər modelə beləbir tərif verə bilərlər: Model real obyektinsadələşdirilmiş obrazıdır. Qeyd etmək lazımdır ki,modeldə onun istifadəsi üçün nəzərdə tutulanxüsusiyyətlər nəzərə alınır. Məsələn, insanın müxtəlifmodelləri mövcuddur: anatomiya dərsində istifadəedilən skelet, mağazaların vitrinində qoyulanmaneken və s.

Daha sonra modelləşdirmənin məqsədi nəzərdənkeçirilməlidir. Burada qeyd olunur ki, yalnızobyektlər deyil, proseslər də modelləşdirilə bilər.Məsələn, atmosfer prosesləri və hava proqnozu,seysmoloji zonalar və s.

“Modelləşdirmə obyekti – məqsəd – model”anlayışları zəncirində son element modeldir. İnfor-matika kursunda daha çox informasiya modellərinəzərdən keçirilir. İnformasiya modellərinin aşağıdakıformaları var:

- Təsviri və ya verbal;

- Qrafik;

Page 112: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 112 -

- Riyazi;

- Cədvəl.

Şagirdlərə izah edilməlidir ki, eyni bir obyektinmodelini müxtəlif formalarda vermək olar. Məsələn,yerin xəritəsinin müxtəlif növləri var: fiziki xəritə,siyasi xəritə, iqlim xəritəsi və s. Və yaxud, eyni birmodeldən müxtəlif obyektlərin izahı üçün istifadəetmək olar: mexanikada maddi nöqtənin hərəkəttənliyi avtomobilin, qatarın, daşın, planetlərin və s.hərəkətini izah edə bilər.

Tamamlanmış səviyyədə aşağıdakı anlayışlarnəzərdən keçirilir: “sistem”, “qraf”, “şəbəkə”, “sistemanalizi”. Bu məqsədlə müəllim şagirdlərdəsistemləşdirmə anlayışını inkişaf etdirməlidir. Bununüçün isə qraflardan, cədvəldən istfadə edilməlidir.Məsələn, şagirdlərə öz şəcərələrini tərtib etmələrinitapşırmaq olar.

İnformasiya modelləri və formallaşdırmanınöyrədilməsi metodikası. Formallaşdırma anlayışınınəzərdən keçirərkən müəllim qeyd etməlidir ki,informasiya modellərini qurmaq üçün müxtəlif üsulvə alətlərdən istifadə etmək olar. Bu məqsədlə təbiidillərdən və şəkillərdən istifadə edilir. Lakin bu haldahəmin proseslərin kəmiyyət xarakteristikalarınabaxılmır. Ona görə də, riyaziyyatçılar, fiziklər,

Page 113: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 113 -

kimyaçılar obyekt, hadisə və prosesin riyazimodellərini hazırlayırlar. Bu modellərdə düsturlardan,həndəsi fiqurlardan, başqa sözlə formal dildən istifadəolunur. Buna misal olaraq kimyəvi reaksiyalarındüsturlarını, notlarla yazılmış musiqini, həttasmaylikləri göstərmək olar.

Bundan sonra formallaşdırmaya tərif verilir.Formallaşdırma – formal dillərin köməyilə infor-masiya modelinin qurulması prosesidir. Alqoritmlərinqurulması da formallaşdırmanın bir növüdür.

Alqoritmləşdirmə istiqamətində tədrisinməzmunu. Alqoritm anlayışının daxil edilməsizamanı şagirdlərin diqqətini ona yönəltmək lazımdırki, alqoritm tərtib edərkən əsas obyekt olaraqalqoritmin icraçısı götürülür. İcraçı elə bir obyekt vəya subyektdir ki, alqoritm onun üçün qurulur. İcraçısözünün mənasını başa salmaq üçün müəllim uşaqlarabelə suallarla müraciət edə bilər:

- Ananız sizi mağazaya göndərərkən sizə nəalmaq haqqında dəqiq tapşırıqlar verir: Nəalmalısınız? Nə qədər miqdarda almalısınız? və sairə.Bu halda siz ananızın qurduğu alqoritmin icraçısıolursunuz.

Daha sonra alqoritmin icrası anlayışını daxiledərkən şagirdlərin diqqətini belə bir istiqamətə

Page 114: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 114 -

yönəltmək lazımdır: alqoritmi icra etmək üçünicraçıya nələr lazımdır (ilkin verilənlər – pul, ərzaq,ədədlər və s.). Məsələn, riyazi məsələni həll etməküçün icraçı ədədlərdən istifadə edir. Sizə lazım olaninsanın telefon nömrəsini tapmaq üçün isə onun adı,soyadı, ata adı, ünvanı, telefon kitabçası və s. kimiilkin verilənlər lazımdır. Bütün bu məlumatları daxiletdikdən sonra müəllim şagirdlərə alqoritmin nəolduğunu və daha sonrakı dərslərdə alqoritminxassələrini, növlərini, qurulmasını, blok –sxemlərlətəsvirini və s. öyrədir. [18, s.271-277]

Alqoritm – qarşıya qoyulan məsələni həll etməküçün yerinə yetirilən əməliyyatlar ardıcıllığıdır.Latınca – qayda-qanun deməkdir. Alqoritm 780-850-ci illərdə Xarəzmdə yaşamış məşhur özbək alimiMəhəmməd ibn Musa əl-Xarəzminin adının latınhərflərilə olan yazılışıyla bağlıdır. Əl-Xarəzmininyazdığı traktatın XII əsrdə latın dilinə tərcüməolunması sayəsində avropalılar mövqeli say sistemi ilətanış olmuş, onluq say sistemini və bu say sistemindəhesab qaydalarını alqoritm adlandırmışlar.

Alqoritm məzmun xəttinin tədrisində şagirdlər 3-cü sinifdən xətti, budaqlanan və dövri alqoritmləriblok-sxemlər vasitəsilə təsvir etməyi öyrənir, onlaraaid müxtəlif məzmunlu tapşırıqları yerinə yetirirlər.Məsələn, riyaziyyat dərsindən evə verilmiş misalların

Page 115: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 115 -

həlli, yemək yeyilməsi, dağılmış əşyaların yerdənyığılması, telefonla dostuna zəng etmək, krossvordunhəll edilməsi və s. kimi proseslərdə şagirdlər dövrləri– yəni təkrarlanan hərəkətləri ayırd etməyi öyrənirlər.Bu proseslərin hər biri üçün təkrarlanan hərəkətlər vəbu hərəkətlərin sayı tapılır. Misalların həlli prosesindəbir misalın həlli təkrarlanan hərəkət, misalların sayıisə bu hərəkətlərin sayıdır. Bunun kimi, krossvordunhəllində sözlərin tapılması təkrarlanan hərəkət,tapılmalı sözlərin sayı isə təkrarlanan hərəkətlərinsayıdır. Suyun bir qabdan digərinə tökülməsi, qumsaatı ilə vaxtın ölçülməsi məsələləri də alqoritmanlayışının öyrədilməsində istifadə oluna bilər.Müəllim “5 və 8 litrlik iki qabdan istifadə etməklə 6litr suyu krandan boş qaba necə tökmək olar?”, “7 və11 dəqiqəlik qum saatları ilə 15 dəqiqə vaxtı necəqeyd etmək olar?“ tipli məsələlərdən istifadə edəbilər. Bu tip məsələlərin həllini aşağıdakı kimicədvəllər vasitəsilə göstərmək əlverişlidir:

tutumƏməliyyat5 8 6

1-ci addım 0 8 02-ci addım

5 3 0

Page 116: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 116 -

3-cü addım 5 0 3

4-cü addım 0 5 3

5-ci addım 0 8 3

6-cı addım 5 3 3

7-ci addım 5 0 6

İkinci məsələnin həlli: Qum saatlarının hərikisini eyni vaxtda boşalmağa qoyuruq. 7 dəqiqəliksaatın qumu tökülüb qurtardıqda 11 dəqiqəlik saatıçeviririk. Onun qumu isə 11-7=4 dəqiqəyə tökülər.Ardınca 11 dəqiqəlik saatı bir də qoysaq, 4+11=15dəqiqəlik vaxtı ölçə bilərik.

“İcraçı bu əməliyyatları yerinə yetirir: 2-yəvurma və 1 əlavə etmə. Bu üsulla 1 ədədindən 30ədədinin alınması alqoritmini yazın.” tipli məsələlərdə alqoritmin icraçısı anlayışının düzgünmənimsədilməsi üçün uyğun məsələlərdir.

Alqoritm anlayışının daxil edilməsimetodikası. Alqoritmləşdirməni tədris edərkənaşağıdakı addımlar yerinə yetirilməlidir:

Məsələnin riyazi qoyuluşu izah edilməlidir:

Page 117: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 117 -

· Nə verilir – ilkin verilənlərin sadalanması;· Nə tələb olunur – nəticələrin sadalanması;· İlkin verilənlərin məhdudiyyət şərtləri (riyazimodel – nəticələri almaq üçün lazım olan bütün qaydavə qanunlar, həll metodu – riyazi modelin optimalşəkildə istifadə olunması).

2-ci sinifdə alqoritm t. v. ümumi şəkildə -hadisələr və hərəkətlər ardıcıllığı mövzusu iləöyrədilir. Şagirdlər: [8]- “Doğru” və “yalan” mülahizələri fərqləndirir;- Sadə mühakimələrin inkarını qurur;- Təqdim olunanlar arasından mümkün hərəkətvariantlarını göstərir;- Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələrgöstərir;- Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımındanhissələrə ayırır;- Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izahedir. [8]

“Əvvəl-sonra” - Dərsin də əsas məqsədi başverən hadisə və hərəkətləri ardıcıl olaraq addımlaraayırmaq bacarığının formalaşdırılmasıdır. Bunun üçünşagirdlər obyektin vəziyyətinin necə dəyişdiyinimüəyyən etməlidirlər. Başqa sözlə, məqsəd obyektinəvvəlki vəziyyətindən sonrakı vəziyyətə keçməsinəsəbəb olan hərəkət və hadisələrin müəyyən edilməsi

Page 118: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 118 -

və onların addımlara ayrılmasıdır. Bu isə gələcəkdəalqoritmin addımlar ardıcıllığının düzgün müəyyənolunması üçün vacib bacarıqdır. [8]

“Hadisələr ardıcıllığı” - Hər bir hadisəyəmüəyyən vaxt intervalında müxtəlif obyektlərinhərəkətlər toplusu kimi də baxmaq olar. Azyaşlıməktəblilər nağıllarda və ətraflarında baş verənhadisələri bir-biri ilə səbəb-nəticə münasibətində olansadə hadisələr, hərəkətlər ardıcıllığı kimi danışmağıbacarmalıdırlar. Hadisəyə səbəb olan hərəkətlərimüəyyən etmək bacarığı yuxarı siniflərdə buhadisənin alqoritmini tərtib etmək və onu addımlarlayazmaq bacarığının reallaşmasına zəmin yaradır.Yuxarı siniflərdə obyektyönümlü proqramlaşdırmanıöyrənərkən düymənin basılmasına bir hadisə kimibaxılır və onda hadisə anlayışına daha dəqiq izahatveriləcək. Hadisəyə obyektə xas olan hərəkətlərinardıcıllığı kimi də baxıla bilər. Məsələn, siz səhəryuxudan duranda zəngli saatdan istifadə edirsiniz. Birobyekt kimi saat müəyyən xassələrə və hərəkətlərəmalikdir. Saatı qurduqdan sonra o, qurulmuş vaxtakimi sizin müdaxiləniz olmadan işləyir. Həmin vaxtgəlib çatdıqda isə saat zəng çalır. Saatın zəngçalmasına bir hadisə kimi baxmaq olar. Buna səbəbisə saatın qurulması və əqrəblərinin hərəkətidir. [8]

III sinifdə “Alqoritm” t.v. iki əsas bölmə üzrə

Page 119: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 119 -

tədris edilir: qruplaşdırma və hərəkətlər ardıcıllığı.Şagirdlər alqoritmin xətti, budaqlanan növləri ilə tanışedilir, təkrarlanan hərəkətlər vasitəsilə yaranan dövrialqoritmlər haqqında müəyyən məlumata yiyələnirlər.Şagirdlər öyrənirlər ki, təkrarlanan hərəkətlərardıcıllığı dövr adlanır. Təkrarlanan hərəkətlərdənibarət olan alqoritm isə dövri alqoritm adlanır.Müəllim şagirdlərin diqqətini ona yönəltməlidir ki,dövri alqoritmlər də şərt blokunun köməyiləyazıldığına baxmayaraq, onların fərqli cəhəti var. Beləki, dövri alqoritmlərdə şərtin bir oxu dövrünbaşlanğıcına, digəri isə sonrakı addıma keçir,təkrarlanan hərəkətlər şərt ödənilənə kimi davametdirilir. Şagirdlərin alqoritmlərin blok-sxemlərlətəsviri ilə tanışlığı 3-4-cü siniflərdə başlanır.Aşağıdakı şəkildə göstərilən alqoritm dövri alqoritmintəsviri ola bilər: [7; 5]]

Page 120: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 120 -

Şagirdlər xətti, budaqlanan və dövri alqo-ritmlərin hər birinin xüsusiyyətlərini bilməli, ətrafaləmdən onlara aid misallar göstərməli və bu alqo-ritmlərin blok-sxemlərini qurmağı bacarmalıdırlar. Buməqsədlə şagirdlərə aşağıdakı kimi sxemlərin təqdimedilməsi məqsədəuyğundur:

Elm və texnikanın müasir inkişaf səviyyəsişagirdlərin təhsilin ilk pillələrindən başlayaraqmodelləşdirmə və alqoritmləşdirmə elementlərindənistifadə etməsi zərurətini yaratmışdır. Bunun üçünşagirdlərdə ətraf ələmdə - məişət avadanlıqlarındanistifadədə, yol hərəkəti qaydalarında və s. alqoritmlərigörmək və onların mənasını dərk etmək vərdişləriyaradılmalıdır.

Page 121: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 121 -

XIII. İbtidai siniflərdə məntiq elementlərininöyrədilməsi metodikası

1. Riyazi məntiqin əsas elementləri.

2. Əsas məntiqi kəmiyyətlərin öyrədilməsimetodikası – 1-ci, 2-ci, 3-cü və 4-cü siniflər üzrə.

Riyazi məntiqin əsas elementləri. Məntiqelminin əsası b.e.ə. IV əsrdə qədim yunan filosofuAristotel tərəfindən qoyulmuşdur. XIX əsrə qədərAristotel məntiqi mülahizələrin doğru və ya yalanqiymətinin müəyyən edilməsinə əsaslanırdı(silloqizm). XIX əsrdə C.Bul, O. De Morqan və s.tərəfindən riyazi məntiqin əsasları qoyuldu. Bu yeniməntiq sayəsində o vaxta qədər olan bütün məntiqelementləri riyazi dildə ifadə olunmağa başladı. Məhzməntiq elmi informatika üçün riyazi fundament rolunuoynayır. Belə ki, informatika kursunda məntiqbölməsi xüsusi əhəmiyyət kəsb edən və alqoritm-ləşdirmə, proqramlaşdırma və modelləşdirmə məzmunxəttində nəzərdə tutulan bilik, bacarıq və vərdişlərinöyrədilməsinə xidmət edən çox vacib bölmədir.

Məntiq elminin əsas anlayışları bunlardır: [15,s.154-158]

Mülahizələr – təsdiq və ya inkar hökmü olan

Page 122: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 122 -

nəqli cümlələr. Məsələn, “Buz – suyun bərk halıdır” –cümləsi doğru qiymətini, “Roma Fransanınpaytaxtıdır” – cümləsi isə yalan qiymətini alır.

Məntiqi kəmiyyətlər – doğru və yalan sözləri iləifadə olunan anlayışlar.

Məntiqi sabitlər – DOĞRU və YALAN.

Məntiqi dəyişənlər – məntiqi kəmiyyətlərinsimvolik yazılışları. Məsələn, A, B, X, Y və s.

Məntiqi ifadələr – sadə və ya mürəkkəbmülahizələr.

Məntiqi əməliyyatlar–Bu əməliyyatların beşnövü mövcuddur: konyunksiya, dizyunksiya, inkar,implikasiya, ekvivalensiya. İlk üç əməliyyat tamsistem təşkil edir və yerdə qalan iki əməliyyat onlarınvasitəsilə ifadə oluna bilir. Bu səbəbdən məktəbkursunda əsasən ilk üç əməliyyat - konyunksiya,dizyunksiya və inkar öyrədilir.

Konyunksiya – məntiqi vurmadır. Dilimizdə“və” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və Bmülahizələrinin konyunksiyası A∧B kimi yazılır.Qiyməti A və B mülahizələrindən heç olmasa biriyalan olduqda yalan olur.

Page 123: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 123 -

Dizyunksiya – məntiqi toplamadır. Dilimizdə“və ya” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A vəB mülahizələrinin dizyunksiyası AVB kimi yazılır.Qiyməti A və B mülahizələrindən hər ikisi yalanolduqda yalan olur.

İnkar – unar və ya biryerli əməliyyatdır. ùA və ya kimi göstərilir. A - doğru olduqda yalan, yalan

olduqda isə doğru qiymət alır.Misal. “Doğru deyil ki, 4 ədədi 3 ədədinə

bölünür”. 4 ədədi 3 ədədinə bölünür – ifadəsini A iləişarə edək. Onda verilən mülahizə ùA olacaq. Amülahizəsi yalan qiymət alır, deməli, ùA doğru qiymətalacaq.

Müəllim şagirdlərə belə bir tapşırıq verə bilər:Şəkillərə əsasən suallara cavab verin:“Qırmızı deyil, kvadrat deyil, canlı deyil” – bu

əlamətlər hansına aiddir?Şagirdlərə aşağıdakı dörd şəkil – qırmızı gül, ağ

quş, boz çətir və televizor şəkilləri göstərilir.Şagirdlər şəkildəki obyektlərin əlamətlərini sadala-maqla, sualın cavabını tapırlar. {Cavab: çətir.}

Page 124: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 124 -

Əsas məntiqi kəmiyyətlərin öyrədilməsimetodikası. İnformatikanın tədrisində məntiq bölmə-sinin öyrədilməsinin mühüm rolu vardır. 1-ci sinifdəşagirdlərin sadə məntiqi mühakimələri anladığınınümayiş etdirmələri, doğru və yalan mülahizələrifərqləndirmələri, sadə mühakimələrin inkarını qurabilmələri və təqdim olunanlar arasından mühümhərəkət variantlarını göstərmələri nəzərdə tutulur. 2-cisinifdə məntiq bölməsinə alqoritm t. v.-nin tərkibindəyer ayrılmışdır. Şagirdlərin məntiqi mülahizələrhaqqında fikirləri artıq 2-ci sinifdə dəqiqləşdirilir,onlar bu mülahizələrin iki müxtəlif qiymət – doğru vəyalan qiymət aldığını öyrənirlər. Onlar doğruya –

Page 125: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 125 -

həqiqətə uyğun fikir, yalana isə həqiqətə uyğunolmayan fikir kimi tərif verir, buna aid müxtəlifmülahizələri nəzərdən keçirirlər. Məsələn, “YerGünəşin ətrafında fırlanır”, “Sutka 24 saatdanibarətdir“– doğru, “Ay Yerdən böyükdür”, “Bir ildə 7ay var” mülahizələri yalan mülahizələrdir. Bundansonra məntiqi mülahizəyə tərif verilir. Doğru, yaxudyalan olan hər hansı cümlə məntiqi mülahizə adlanır.Hər bir məntiqi mülahizənin inkarı olur. Doğrununinkarı yalan, yalanın inkarı doğrudur. Daha sonraşagirdlər qeyri-müəyyən mülahizələrlə tanış olurlar.Bunu belə bir misalla izah etmək olar: İki adam eynibir televiziya verilişinə baxır və ya iki uşaq eynioyunu oynayır. Onlardan biri üçün bu, maraqlı, digəriüçün isə maraqsız ola bilər. Deməli, eyni bir verilişhaqqında iki nəfər müxtəlif fikir söyləyə bilər. Eləfikirlər var ki, onların doğru və ya yalan olduğunumüəyyən etmək olmur. Məsələn, Şahmat maraqlı oyundur.Bu gün hava yaxşıdır.Kəmalə mehriban qızdır.Plov dadlı yeməkdir.

Belə fikirlər qeyri-müəyyəndir. 3-cü sinifdəşagirdlər “hamısı, heç biri, bəzisi” sözləri daxil olanmülahizələri seçməyi öyrənir. Bunun üçün müəllimuşaqlara aşağıdakı suallarla müraciət edə bilər: [7]

Page 126: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 126 -

- Kim yazı yaza bilir? (hamı)

- Kim şeir yaza bilir? (bəziləri)

- Kim mahnı oxuya bilir?(bəziləri)

- Kim uça bilir? (heç kim)

3-cü sinifdə şagirdlər artıq kvantor sözlərlətanış edilirlər. Çoxluqlar nəzəriyyəsinə görə hamısıçoxluğun özünə, bəzisi altçoxluğuna, heç biri isəinkarına uyğundur.

IV sinifdə məntiq bölməsi alqoritm t. v.-nintərkib hissəsi kimi keçilir. Burada “və” və “və ya”sözləri daxil olan cümlələr və mürəkkəb mülahizələröyrədilir. İki yaxud daha artıq fikirdən ibarət olanmülahizə mürəkkəb mülahizə adlanır. Mürəkkəbmülahizələr də sadə mülahizələr kimi doğru və yalanqiymət alırlar. “Və ya” sözü ilə birləşmiş mürəkkəbmülahizə o zaman doğru olur ki, onu təşkil edənmülahizədən heç olmasa biri doğru olsun. “Və ya”sözü ilə birləşmiş sadə mülahizələrdən hər ikisi yalanolduqda isə bütövlükdə mülahizə də yalan olur. “Və”sözü ilə birləşmiş mürəkkəb mülahizə o zaman doğruolur ki, sadə mülahizənin hər ikisi doğru olsun.Metodik cəhətdən bunu belə izah etmək olar: [5]

Şəkildə qutu çəkilib. Qutunun içərisində həm

Page 127: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 127 -

göy, həm də qırmızı kürəciklər var. Aşağıdakımülahizələrin qiymətlərini təyin edək.

Qutuda qırmızı və göy kürəciklər var. – doğruQutuda qırmızı və sarı kürəciklər var. –yalanQutuda yaşıl və göy kürəciklər var. - yalanQutuda yaşıl və sarı kürəciklər var. –yalanSonra isə bu cümlələri “və ya” sözü ilə

işlədərək, onların qiyməti müəyyən edilir. Nümunəəsasında fikirlər ümumiləşdirilərək, məntiqi cədvəllərtərtib edilir.

IV-cü sinifdə həmçinin “əgər-onda” sözləriolan cümlələr də öyrədilir. Bu mülahizələrin dəmürəkkəb mülahizə olduğu qeyd edilir və mülahi-zələrdə şərt və nəticənin mənası aydınlaşdırılır.Göstərilir ki, şərt və nəticənin yerini dəyişdikdə,mülahizənin qiyməti dəyişir. Məsələn, “əgər meyvəlimondursa, meyvə turşdur” mülahizəsi doğrudur.Lakin “meyvə turşdursa, o limondur” mülahizəsidoğru deyil. [5].

Hər bir mülahizənin nəticəsi növbətimülahizənin şərti ola bilər. Bu üsulla mülahizələrinzənciri qurulur. Məsələn, 2 qız və 2 oğlandan ibarətşagirdlər qrupuna aşağıdakı mülahizələri verməkləbelə bir oyun qurmaq olar. Müəllim fikrindəbirrəqəmli ədəd tutur. Uşaqlara isə hər birində bir sadəmülahizə yazılmış vərəq paylayır. Hər uşaq bir

Page 128: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 128 -

mülahizəni oxuyur:Bu ədəd 7-dir. (Aydın)Bu ədəd cütdür. (Günay)Bu ədəd 3-dən kiçikdir. (Leyla)Bu ədəd 3-ə bölünür. (Emin)Müəllim deyir ki, bir oğlan və bir qız doğru

danışır. Şagirdlər müəllimin fikrində tutduğu ədəditapmalıdırlar. Bu oyunun alqoritmi tərtib edilir.

1. Bu ədəd 7-dir (Aydın) və ya bu ədəd 3-əbölünür (Emin).

2. Bu ədəd cütdür (Günay) və ya bu ədəd 3-dən kicikdir. (Leyla)

Aydının mülahizəsi doğrudursa, ədəd 7-dir,onda Günay və Leylanın mülahizələrindən biri doğruolmalıdır. Lakin 7 nə cütdür, nə də 3-dən kiçikdir.Onda Aydının mülahizəsi yalandır. Deməli, Emininmülahizəsi doğrudur. Yəni ədəd 3-ə bölünür. OndaLeylanın mülahizəsi yalandır, çünki 3-ə bölünən ədəd3-dən kiçik ola bilməz. Günayın mülahizəsi isədoğrudur. Ədəd cütdürsə və 3-ə bölünürsə, bu ədəd 6-dır.

Page 129: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 129 -

XIV. Azyaşlı məktəblilər üçün öyrədicikompüter proqramları və inkişafetdirici oyunlar

1. Öyrədici kompüter proqramları.

2. Öyrədici proqramların istifadəsinin metodikxüsusiyyətləri.

3. Inkişafetdirici kompüter oyunları.

4. Inkişafetdirici kompüter oyunlarının psixoloji-pedaqoji xüsusiyyətləri.

Öyrədici kompüter proqramları. Məktəblərinkompüterlərlə təmin olunması ilə paralel olaraqmüxtəlif mövzularda öyrədici proqramların tərtibedilməsi işi də başlandı. İlk öyrədici proqram 90-cıillərdə Robotlandiya idi. Bu proqram paketi ibtidaisiniflərdə informatika üçün nəzərdə tutulmuşdu və 3məzmun xəttini əhatə edirdi - informasiya, alqoritmvə kompüter.

Psixoloqlar belə hesab edirlər ki, 11 yaşına kimiuşaqların məntiqi təfəkkürü güclü inkişaf edir. Busəbəbdən informatikanı öyrənməyə məhz 1-ci sinifdənbaşlamaq lazımdır. Kompüter proqramları vəkompüter oyunlarından istifadə zamanı kiçik yaşlıməktəblilərlə işin psixoloji-pedaqoji xüsusiyyətlərinəzərə alınmalıdır.

Page 130: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 130 -

Sanitar norma və qaydalara görə kompüterdəbelə oyun və proqramlarla işə 1-ci siniflərdə 10dəqiqə, 2-ci sinifdən başlayaraq 15 dəqiqə vaxtayırmaq lazımdır. Həmçinin belə dərslərin sayıhəftədə 1 dəfədən çox olmamalıdır. Bəzi qərb dövlət-lərində uşaqlar üçün hazırlanmış xüsusi Makintoşkompüterlərindən istifadə edilir. Əslində uşaqlarböyüklər üçün nəzərdə tutulmuş kompüterlərdəişləməyə çətinlik çəkirlər, belə ki, onlar üçün kursorulazımi nöqtəyə sürüşdürmək çətin olur. Bu səbəbdənkiçik yaşlı məktəblilərin onların yaş səviyyələrinəuyğun xüsusi kompüterlərdən istifadəsi daha yaxşıolardı. [18, s.418-432]

Öyrədici proqramlar və inkişafetdirici kompüteroyunları şagirdlərin özgüvən hissini möhkəmləndirir,onlarda “ağıllı” maşın üzərində hakimlik hissi yaradır.Bu emosional duyğunu düzgün qiymətləndirmək vənəzərə almaq lazımdır.

Alqoritm məzmun xətti üçün bir çox öyrədiciproqramlar mövcuddur. Bunlardan ən geniş yayılmışıHanoy qülləsi proqramıdır. Bu proqram millərə 2-dən7-yə qədər halqaların müəyyən qayda ilədüzülməsidir. Alqoritmlərin öyrədilməsi üçün beləproqramlar çox əhəmiyyətlidir.

Öyrədici proqramların hazırlanmasında süniintellekt və bilik mühəndisliyindən istifadə olunur.

Page 131: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 131 -

Həmin proqramların informatika kursuna daxiledilməsi nəticəsində şagirdlərin təfəkkür əməliyyatlarıvə hərəkətlər ardıcıllığı kimi mühüm keyfiyyətləri önplana çıxır.

Öyrədici proqramlar xətti, budaqlanan vəqarışıq sxemlər üzrə hazırlana bilər. Xətti proqramlaröyrənilən materialın 95%-ə qədər hissəsinin mənim-sənilməsinə kömək edir. Lakin belə proqramlardaaddımlar çox xirda hissələrdən ibarət olduğu üçünböyük vaxt itkisinə səbəb olur. Budaqlananalqoritmlər daha mürəkkəb quruluşa malik olur. Buproqramla iş zamanı hər bir şagird fərdi olaraqmüxtəlif yollarla məqsədə doğru gedə bilər. Bu isətəlimin differensiallaşmasına səbəb olar.

Qarışıq proqramlar xətti və budaqlananproqramların müxtəlif birləşmələrindən ibarət olur.Öyrədici proqramların tərkibində adətən keçilənmateralın təkrarı üçün testlər verilir. Testlərin kom-püter tərəfindən qiymətləndirilməsi dərsin obyektiv-liyini artırır. Amerikalı pedaqoqlar müəyyən etmişlərki, məktəblilər 2 və 3-cü siniflərdə kompüterdə 6həftəlik işdən sonra dəqiqədə 20-30 söz çap edirdilər.Adətən bu yaşdakı şagirdlər 9-11 söz yaza bilirlər.

Öyrədici proqramların istifadəsinin metodikxüsusiyyətləri. Hazırda 1-4-cü siniflər üçün tərtibedilmiş müxtəlif öyrədici proqramlar var. Bunlardan

Page 132: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 132 -

“Əlifba”, “Riyaziyyat”, “Sehrli çərçivə” və s. öyrədiciproqramlarını göstərmək olar.

Bir neçə öyrədici proqramı nəzərdən keçirək.1. “Məktəblilər üçün qrafik redaktor” proqramı.

Karandaş seçilir (F1-irəli, F2 geri getməkdir);Karandaşın rəngi dəyişdirilir (F3);Fon rəngi dəyişdirilir (F4);Ekranın təmizlənməsi (F5);Şəklin yadda saxlanması (F6).Bu proqramdan 1-ci sinif şagirdləri 4-7 dəqiqə

ərzində istifadə edə bilərlər. Proqramın məqsədişagirdlərə qrafik redaktorda şəkil çəkməyiöyrətməkdir. Belə ki, həm hazır şəkillər təklif olunur,həm də şagirdlərin özləri yeni şəkil çəkə bilərlər.

2. “Loqo” proqramı. Loqo proqramlaşdırmadili olmaqla yanaşı həm də öyrədici kompüterproqramıdır. Loqo vasitəsilə şagirdlər bir çoxobyektləri modelləşdirə bilərlər. Bu dilin sintaksisiçox sadədir və təbii dilə oxşayır. Bu proqramdaseçilmiş trayektoriyalar üzrə hərəkət edərək mətnləryaratmaq, simmetrik fiqurlar çəkmək, maraqlıornamentlər, harmonik fiqurlar yaratmaq mümkündür.

3. “Həndəsi fiqur” proqramı.Proqramda həndəsi fiqurlar forma və rənglərinə

görə təsnif edilir. Ekranın mərkəzində həndəsi fiqurlar

Page 133: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 133 -

görünür. Şagirdlər onları müəyyən qaydalara görəyerləşdirməlidirlər.

1) dairələri ekranın yuxarı, üçbucaqları aşağıhissəsində,

2) kvadratları sol, düzbucaqlıları sag tərəfdə,3) yaşıl fiqurları sağ, qırmızı fiqurları sol

tərəfdə,4) üç üçbucağı sağ yuxarı, iki dairəni sol

aşağı tərəfdə.Şagird klavişlərdən istifadə edərək ona lazım

olan fiquru seçir və “enter” düyməsi ilə öz yerinəyerləşdirilir. Tapşırıq həll olunduqdan sonra “probel”düyməsi basılır və ekranda beütün fiqurlar özyerlərində əks olunur.

Inkişafetdirici kompüter oyunları. Oyunlarındidaktik məqsədləri müəllim tərəfindən müəyyənləş-dirilməlidir. Oyunun özü isə uşaqlar tərəfindənreallaşdırılır. Oyunların keçirilməsi zamanışagirdlərdə kollektivçilik, fəallıq, müəyyən qayda-qanunlara əməl etmək kimi mühüm keyfiyyətləriformalaşdırır. 1-4-cü siniflərdə informatika dərslərinindemək olar ki, bütün mövzuları üzrə dərslik vəmetodik vəsaitlərdə müxtəlif inkişafetdirici oyunlarverilmişdir. Bu oyunlar həm kompüterdən istifadəetməklə, həm də adi qaydada aparıla bilər. Buoyunların düzgün keçirilməsi müəllimin səriştəsindən

Page 134: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 134 -

və pedaqoji ustalığından asılıdır. Nəzərə alınmalıdırki, hər bir oyun dörd struktur mərhələdən ibarətdir: 1)didaktik məqsəd; 2) oyun hərəkətləri; 3) oyunqaydaları; 4) nəticə.

Hələ Platon yazırdı ki, qədin Misirdə insanlarxüsusi öydədici və tərbiyəvi oyunlar düzəldirdilər.Platon özünün “Dövlət”ində etimoloji cəhətdən bu ikisözü bir-birinə yaxınlaşdırmışdı: oyun və tərbiyə. O,göstərmişdi ki, müxtəlif sənət növlərinə və hərbi işəyiyələnməyin yolu məhz oyundan keçir. TarixənY.Korçak, J.J.Russo, İ.Pestalotsi, D.Uşinskiy və digərməşhur pedaqoq və alimlər insanın inkişaf vəformalaşmasında çox böyük əhəmiyyətə malik olduğuideyalarını irəli sürmüşlər. Suxomlinski yazırdı:“Uşaq üçün oyun – ciddi məsələdir. Onsuz uşağıninkişafı qeyri-mümkündür. Uşaqların mənəviyyyatıyalnız və yalnız oyunlar, nağıllar, musiqi, fantaziya,yaradıcılıq vasitəsilə zənginləşə bilər.”

Inkişafetdirici kompüter oyunlarının psixo-loji-pedaqoji xüsusiyyətləri. Psixoloqların fikrincə,7-9 yaşlarda uşağın oyuna olan həvəsi xüsusən güclüolur, çunki bu dövrdə bir çox funksiyalar inkişaf edir,uşaqda ətraf aləmə, insanlara müəyyən konkretmünasibətlər formalaşır.

Hazırda həddindən artıq müxtəlif məzmunlu və

Page 135: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 135 -

çox sayda inkişafetdirici kompüter oyunları möv-cuddur. Lakin bunların bəzisi gözəl musiqi müşayiəti,rəngarəng animasiyalarla zəngin olsa da, zəif metodiksəviyyədə olurlar. Belə bir suala cavab tapmağaçalışaq: bu qədər çox oyunların arasından uşaqlarüçün inkişafetdirici və onlara faydalı olanlarını necəseçmək olar? Ilk növbədə oyunları seçərkən diqqətiuşaqların idraki marağını artıran və onlarınpsixofisiki inkişafına səbəb olan oyunlara yönəltməklazımdır. Məsələn, “Vunderkind” oyununda 26inkişafetdirici oyun var. Bu oyunlar şagirdlərdə fəzatəsəvvürünü, danışıq dilini, məntiqi təfəkkürünü vəyaddaşını inkişaf etdirir. Proqramın dörd səviyyəsivar, onların hər biri uşaqların müvafiq səviyyələrinəuyğundur. Uşaqlar birinci səviyyədən başlayaraqdördüncü səviyyəyə qədər yüksələ bilərlər.

Hazırda ən çox oynanılan oyunlardan biri olan“tetris” uşaqlarda fəza təsəvvürünü və həndəsifiqurların düzülüşünü qura bilmək kimi qabiliyyətləriinkişaf etdirir. Bu oyunun üçölçülü fəza üçün olan“pentiks” variantı da mövcuddur.

Şagirdlər üçün “Superintellekt” adlı inkişaf-etdirici disklər komplektində çoxlu məntiqi oyunlarvar. “Ağıllı qarışqa”, “Macəra”, “Marsdan gələnlər”,“Yarış”, “Rəqəmləri tap”, “Şəbəkə cazibəsi”,

Page 136: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 136 -

“Cəngəlliyi aşmaq”, “Velosiped”, “At yarışı”,“Yaddaşını yoxla”, “Dəcəl dovşan” və s. kimioyunları inkişafetdirici oyunlara aid etmək olar.Məsələn, “Zəka” oyunu şagirdlərin həndəsi fiqurlarıtanımalarına kömək edir. Bu oyun vasitəsilə həndəsimaterialın düzgün mənimsədilməsi və yaddaşıngüclənməsinə kömək edir. Şagird şakildəki həndəsifiqurları tapmaq üçün onları həm yadda saxlamalı,həm də tanımalıdır. “Rəqəmləri tap” oyununda isəuşaq meşədə agacların və cəngəlliklərin arasındagizlənən rəqəmləri axtarıb tapır. Bu oyun 1-ci sinifdəşagirdlərin riyazi qabiliyyətlərini inkişaf etdirmək vəonlara rəqəmləri tanıtmaq üçündür. “Dələ” oyununuda 1-ci sinif şagirdlərinə təklif etmək olar. Bu oyundauşağın diqqəti və koordinasiyası yoxlanılır. Özühərəkətdə olan dələ yuxarıdan düşən obyektləritutmağa çalışır və xal qazanır.

2-ci sinifdə “Oyun tipli proqramlarla iş” adlımövzu tədris edilir. Bu mövzu şagirdlərə “Obyekt vəobyektlər qrupu” və “İnformasiya” tədris vahidlərinindaha mükəmməl öyrədilməsini nəzərdə tutur. Oyunlarkompüter proqramları vasitəsilə yerinə yetirilir vəşagirdlərin böyük summativ qiymətləndirməyəhazırlıqları kimi aparıla bilər.

Ümumiyyətlə, inkişafetdirici kompüter oyunları

Page 137: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 137 -

düzgün seçildikdə şagirdlərin bir çox qabiliyyətlərini– yaddaş, hafizə, təfəkkür, cəldlik kimi qabiliy-yətlərini inkişaf etdirməklə yanaşı onlarda ətraf aləm,bitki, heyvanlar aləmi, idman, riyaziyyat, dil və s.-ləbağlı biliklərini artırmalıdır.

Uşaqların kompüterdə işini təşkil edərkən birsıra psixofiziki faktorları nəzərə almaq lazımdır: bəziuşaqlarda özünəməxsus kompüter qorxusu olur, buxüsusilə humanitar meyilli uşaqlara aiddir, onlarıkompüterdə işə cəlb etmək üçün məhz oyunlardanistifadə etmək lazımdır. Onlara kompüterinmultimedia imkanlarını, musiqi bəstələmək, kitaboxumaq, tərcümə etmək kimi imkanlarını nümayişetdirmək olar. Bu zaman həmin uşaqlar kompüterdənaldıqları bilikləri daha dərindən mənimsəyir.Müşahidələr göstərir ki, 7-8 yaşlı uşaqlar əsasənmonstr, avtomat silah və s. kimi oyunlara daha çoxhəvəs göstərir, məntiqi və inkişafetdirici oyunlarıoynayanların sayı çox azdır. Uşaqların kompüterasılılığının qarşısını vaxtında almaq və onları virtualaləmə daha çox bağlanmaqdan xilas etmək üçünpedaqoq və valideynlər uşaqlarla profilaktik işaparmalıdırlar. Belə hallar daha çox infantil uşaqlardabaş verir (infantil – körpəyə, uşağa məxsus deməkdir,normal inkişaf edən, lakin psixi mənada uşaqlıqdan

Page 138: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 138 -

çıxa bilməmiş).

Tanqram oyunu. Karton və ya plastikdən həriki tərfdən eyni rəngdə rənglənmiş 8*8 ölçülü kvadratkəsilir. Kvadrat 7 hissəyə bölünür. Nəticədə 2 böyük,1 orta ölçülü və 2 kiçik üçbucaq, kvadrat vəparaleloqram alınır. Bu hissələrdən istifadə etməklə,onları bir-birinə yaxınlaşdıraraq, uşaqlar özfantaziyaları ilə və hazır modellərdən istifadə etməklə,müxtəlif fiqurlar düzəldirlər. Bu yeddi fiqur Günəş,Ay, Mars, Yupiter, Saturn, Merkuri və Veneranıtəmsil edir.

Həmin fiqurların hissələrindən isə müxtəlif yenifiqurlar düzəltmək olar. Onlardan bir neçəsinigöstərək.

Page 139: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 139 -

Sehrli kvadrat oyunu. Hər iki tərəfdən eynirənglənmiş 10*10 ölşülü kvadrat kəsilir. Bu kvadrat 5hissəyə bölünür. 1 böyük və 2 kiçik üçbucaq, kvadratvə paraleloqram. Bütün hissələrdən istifadə etməklə,uşaq əvvəlcə hazır modelə baxaraq, sonra isə özfantaziyasından müxtələr fiqurlar düzəldir.

Sehrli dairə. Dairə 7 hissəyə bölünür. Nəticədə4 eyni üçbucaq, qalanları isə bir tərəfləri yuvarlaqformalı üçbucağa oxşar fiqurlar alınır. Bu fiqurlardaninsan fiquru, quş, raket və s. düzəldilir. Dairə hər ikitərəfdən eyni rənglənir ki, fiqurları düzəldərkən bütün10 hissədən istifadə etmək mümkün olsun.

Page 140: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 140 -

XV. İbtidai sinif şagirdlərinə informasiyatexnologiyaları anlayışının öyrədilməsi metodikası

1. İnformasiya texnologiyası anlayışı.

2. Tədrisdə informasiya texnologiyalarındanistifadənin texnoloji və nəzəri aspektləri.

3. İnformasiya texnologiyaları məzmun xəttininöyrədilməsi metodikası.

İnformasiya texnologiyası anlayışı. Bu günəqədər məktəb informatika kursunun inkişafında nəzərəçarpan ən vacib məqamlardan biri onun məzmunundainformasiya texnologiyaları (İT) həcminin artmasıdır.Texnologiya yunanca techne-bacarıq və loqos-hazır-lanma, istehsal mənasını verib, nəyinsə hazırlanması,istehsalı deməkdir. [18, s.436-450]

Məktəb informatikasında İKT–nin tətbiqiproqram mühitini mətn və qrafik redaktorlar,verilənlər bazası, multimedia proqramları təşkil edir.Bu proqramlar ümumi təyinatlı proqramlar olub,praktikada geniş istifadə olunur.

Məktəbdə İT mövzusunun tədrisinə müxtəlifyanaşmalar mövcuddur. Kurikuluma əsasənhazırlanmış dərsliklərdə əsasən İT xətti şagirdlərin

Page 141: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 141 -

tətbiqi proqramlarla tanış edilməsi və bu proqramlardapraktik işlərin aparılması ilə tədris edilir. Beləproqramlara Word Pad mətn redaktoru, PaintBrushqrafik redaktoru, Excel cədvəl redaktoru və s. aiddir.

Son vaxtlar tədrisdə texnologiya əvəzinə infor-masiya texnologiyaları sözü işlədilir. Texnologiyanıntədrisi İT tədrisindən nə ilə fərqlənir? Texnologiyayaaid hər bir mövzu keçilərkən aşağıdakılarınöyrədilməsi vacibdir:

Informasiya və informasiya texnologiyalarınıntəsviri, bu sahəyə aid olan məsələlərin qoyuluşu vətexnoloji üsullarla həlli.

İnformatika kursunda əsas diqqəti İTvasitələrinin deyil, insanın informasiya fəaliyyətininmüxtəlif sahələrinin öyrədilməsinə yönəltməklazımdır.

Tədrisdə informasiya texnologiyalarındanistifadənin texnoloji və nəzəri aspektləri. İT xəttininhər bir mövzusunun öyrədilməsi həmin texnolo-giyaların tətbiq sahələri ilə tanışlıqla başlamalıdır.Məsələn, qrafik redaktorlardan hansı məsələlərin həlliüçün istifadə edilir, onlardan gələcəkdə kimlər istifadəedə bilər və s. kimi məsələlər şagirdlərə izah

Page 142: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 142 -

edilməlidir.

İkinci sinifdə İT məzmun xətinin tədrisikompüter və onunla tanışlıq mövzusu ilə başlayır.Göstərilir ki, kompüter insan əməyini yüngülləş-dirmək üçün istifadə olunan bir maşındır. Kompü-terlərdən məktəblərdə, xəstəxanalarda, banklarda,aeroportlarda, mağazalarda və s. yerlərdə istifadəolunur. Bu izahatdan sonra şagirdlərə müvafiq suallarverilərək onların kompüterin konkret olaraq nə cürtətbiq edilməsi haqqında fikirləri dinlənilməli vəyalnız bundan sonra kompüterin texniki vasitələri ilətanışlığa başlanılmalıdır. Həmin qurğularınöyrədilməsi də bu sxem üzrə yerinə yetirilməlidir.Əvvəlcə həmin qurğuların nə işə yaradıqları, sonra isətexniki xarakteristikaları sadalanır. Məsələn, şagirdlərəvvəlcə əsas (təməl) qurğularla belə tanış edilirlər. [8]

· Monitor kompüterdə görülən işlərin nəticələriniekranda göstərir.

· Sistem blokda informasiyanın işlənməsi vəsaxlanması baş verir.

· Klaviaturanın köməyilə kompüterə mətninformasiyası və komandalar daxil edilir və s.

Sonrakı dərslərdə isə texniki xarakteristikalar –

Page 143: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 143 -

məsələn, klaviaturanın düymələri, onların hər birininadı və istifadəsi, sican qurğusunun sag və sol düymə-lərinin funksiyaları, yaddaş qurğuları, kompüterin işmasası, printer və s. haqqında məlumatlar verilir.Daha sonra isə mətn redaktorunda mətnlərinyığılması, formatlaşdırma və redaktə əməliyyyatları,qrafik redaktorun alətləri və bu alətlərin köməyiləşəkillərin çəkilməsi, kalkulyator proqramındahesablamaların aparılması öyrədilir.

Bu günə qədər məktəb informatika kursununinkişafında nəzərə çarpan ən vacib məqamlardan birionun məzmununda İT–nın həcminin artmasıdır. İlkinformatika dərsliklərində informasiya texnologi-yalarına bir o qədər də yer verilmirdi. Bu onunla bağlıidi ki, o zamanlar məktəblərin kompüter texnikası ilətəminatı çox zəif idi. Lakin yeni nəsil kompütertexnologiyalarının tətbiqi məktəb informatikakursunda İT mövzusuna daha çox yer verilməsinəsəbəb oldu.

Məktəb informatikasında İKT–nin tətbiqiproqram mühitini mətn və qrafik redaktorlar, veri-lənlər bazası, multimedia proqramları təşkil edir. Buproqramlar ümumi təyinatlı proqramlar olub,praktikada geniş istifadə olunur.

Page 144: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 144 -

İnformasiya texnologiyaları məzmun xəttinə aidolan mövzuların tədrisi zamanı müəllim tərəfindənnəzəri və texnoloji məzmun ayrı-ayrılıqda izahedilməli və aydınlaşdırılmalıdır. Nəzəri məzmunamüxtəlif növ informasiyanın kompüterin yaddaşındatəsviri, verilənlərin strukturlaşdırılması və ya cədvəlşəklində göstərilməsi, məsələlərin texnoloji üsullarlahəlli metodları və s. daxildir. Texnoloji məzmunaaşağıdakılar daxildir:

- kompüterin arxitekturası, ayrı-ayrı qurğuları vəonların iş prinsipləri ilə tanışlıq;

- tətbiqi proqram təminatının – mətn və qrafikredaktorlarda işin öyrədilməsi və s.

İnformasiya texnologiyaları məzmun xəttininöyrədilməsi metodikası. İT məzmun xəttinin hər birmövzusunun öyrədilməsinə informasiya texnologi-yalarının tətbiq sahələri ilə tanışlıqla başlamaqlazımdır. Məsələn, qrafik redaktorlardan hansıməsələlərin həlli üçün istifadə edilir, onlardangələcəkdə kimlər istifadə edə bilər və s. şagirdlərəizah edilməlidir.

Məsələn, müəllim şagirdlərə belə bir suallamüraciət edə bilər: ”Siz evdə dərslərinizi haradahazırlayırsınız?

Page 145: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 145 -

Dərslərinizihazırlayarkən masanızınüzərinə nə qoyursunuz?”Beləliklə, şagirdlərəkompüterin iş masasınınnə olduğunu izah etməküçün onların cavablarıdinlənilir və məlumatmübadiləsindən sonra belə bir ümumiləşdirməaparılır: ”Müəssisə və ofislərdə iş masası olur və onunüzərində işçiyə lazım olan əşyalar, sənədlər, qovluqlaryerləşir. İş yerlərində də kompüterdə olduğu kimi işmasası var. Bu masada kompüterdə işləyənə lazımolan obyektlər yerləşdirilir. Bu obyektlər ona lazımolan sənədlər, qovluqlar, müxtəlif proqramlar və s.-dən ibarət ola bilər. İş masasına hər bir obyektinqrafik nişanını – simgəsini yerləşdirirlər.” [8]

Müəllim şagirdlərə aşağıdakı kimi tapşırıq veriləbilər:

Kompüterdə hər addımı yerinə yetir və nəticənicədvəlin sağ tərəfinə uyğun sətirdə yaz. [8]

Page 146: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 146 -

İş masasında Paint proqra-mının simgəsini tap və onuçıqqıldat

Simgənin rəngi dəyişdi

Paint proqramının simgəsiüzərində iki dəfə çıqqıldat

Paint proqramının pəncərəsiaçıldı

Proqram pəncərəsinin yuxarısağ küncündəki (-) düyməsiniçıqqıldat

Pəncərə aşağı yığıldı

Tapşırıq zolağında yığılmışproqram pəncərəsinin üstündəsiçanla bir dəfə çıqqıldat

Pəncərə bərpa olundu

……. ……..

Beləliklə, müəllim pəncərənin əsasdüymələrinin funksiyalarını başa salır. Bu zamanmüəllim proyektordan istifadə edə bilər. Daha sonramüəllim START baş menyunun əmrlərini, kompüterinsöndürmə rejimlərini və onların fərqlərini öyrədir. 2-cisinifdə artıq şagirdlər Paint, Word Pad və Calculyatorproqramlarında işi öyrənirlər. Onlar mətnin daxiledilməsi, redaktəsi və formatlanması, qrafik təsvir-lərin qurulması, hesablamaların aparılması üçün kom-püterin imkanlarından istifadə etməyi bacarmalıdırlar.

İnformasiya texnologiyalarının tədrisi aşağıdakısxemlə göstərilə bilər:

Page 147: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 147 -

İnformasiya texnologiyalarının göstərilən sxemüzrə hər bir tərkib hissəsi ibtidai siniflərdə ayrı-ayrılıqda deyil, kompleks şəkildə, bir-birilə qarşılıqlıəlaqədə nəzərdən keçirilir. Bu, şagirdlərin yaş xüsu-siyyətləri və informatika elmi ilə tanışlıqlarının baş-langıc səviyyədə olmaları ilə bağlıdır. Lakin bu sahəilə bağlı biliklərin düzgün çatdırılması və mənim-sədilməsi şagirdlərin informasiya texnologiyalarının,kompüterdə iş vərdişlərinin, kompüter proqramları iləişləməyin səmərəliliyini və müsbət cəhətlərini ön

Informasiya texnologiyaları

Tətbiqiproqramlar

Nəzəriəsaslar

Tətbiqsahələri

Aparattəminatı

Verilən-lər

Iş rejimimühitəmrlərsistemi

Page 148: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 148 -

plana çıxarmağa kömək edir. Bu isə yeni infor-masiyalı cəmiyyətin üzvləri olan şagirdlərin hərtərəfliinkişafı üçün çox vacib şərtdir.

ƏDƏBİYYAT:

1. Əzimli Q. E. Yaş və pedaqoji psixologiyanın müasirproblemləri. Bakı: Nurlan, 312 s.2. Əhmədov A., Abbasov Ə. Ümumtəhsil məktəb-lərinin I-IV siniflər üçün fənn kurikulumları. Bakı,2008.3. Гасымова Л.N., Мащмудова Р.M. Педагоэика,Бакы: Чашыоьлу, 2003, 278 s.4. Mahmudzadə R., Sadıqov I., İsayeva N. 1-ci sinifdərslik komplekti. Bakı: Bakınəşr, 2012.5. Mahmudzadə R., Sadıqov I., İsayeva N. 4-cü sinifdərslik komplekti. Bakı: Bakınəşr, 2011.6. Pələngov Ə.Q., Abdullayeva M. İnformatikanıntədrisi metodikası. I hissə, ADPU, 2012.7. Sadıqov I., Mahmudzadə R., İsayeva N. 3-cü sinifdərslik komplekti. Bakı: Bakınəşr, 2010.8. Sadıqov I., İsayeva., Əzizova A. və b. 2-ci sinifdərslik komplekti. Bakı: Bakınəşr, 2009.9. İnformatika və onun tədrisi metodikası. BSU,Riyaziyyat və informatika kafedrası, bakalavr bölməsiİSM ixtisası üzrə proqram. Abulova S. və b. ADPU,

Page 149: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 149 -

2017.

rus dilində

10. Аленский Н.А. БГУ. Методикапреподавания информатики. Лекции длястудентов 4-го курса педагогического потока,2009.11. Кужелева Г.Ф. «Методика преподаванияинформатики», Илек, 2013.12. Леонтьев В.П. “Новейшая энциклопедия ПК”,2003.13. Малев В.В. Общая методика преподаванияинформатики: Учебное пособие. - Воронеж:ВГПУ, 2005.14. Малева А.А. Малев В.В., Частная методикапреподавания информатики: Учебное пособие.Воронеж: ВГПУ, 2007.15. Лапчик М.П. и др. Методика преподаванияинформатики: учеб. пособие для студ. пед. вузов.М.: Издательский центр «Академия», 2001.16. Рыжов В.Н. Дидактика: Учеб. пособие длястудентов пед. колледжей и лицеев. М.: ЮНИТИ‐ДАНА, 2004.17. Программы для общеобразовательных

Page 150: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 150 -

учреждений: Информатика. 2‐11 классы. – М.:БИНОМ. Лаборатория знаний, 2005.18. Рыжов В.Н. Методика преподаванияинформатики. Саратов, 2008.19. Симонович С.В., Евсеев Г.А. Общаяинформатика: Учебное пособие для среднейшколы. М.:АСТ–ПРЕСС: Инфорком–Пресс, 1998.20. Симонович С.В., Евсеев Г.А. Практическаяинформатика: Учебное пособие для среднейшколы. Универсальный курс. М.: АСТ–ПРЕСС:Инфорком–Пресс, 1998.21. Симонович С.В., Евсеев Г.А., Алексеев А.Г.Специальная информатика: Учебное пособие. –М.: АСТ–ПРЕСС: Инфорком–Пресс, 1998.

22. http://edu.gov.az23. http://informatik.gov.az24. http://portal.edu.az

Page 151: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 151 -

MündəricatÖn söz……………………………………………….3Məktəb informatika kursunun predmeti vəməzmunu....................................................................6Ibtidai siniflərdə informatika üzrə MilliKurikulum................................................................15İbtidai siniflərdə informatika tədrisininxüsusiyyətləri...........................................................25Şagird nailiyyətlərinin qiymətləndirilməsi............31İnformatika tədrisinin forma və metodları..........44İnformatika tədrisinin vasitələri............................63İnformatikanın əsas anlayışlarının öyrədilməsimetodikası ………………………………………...75Əsas informasiya proseslərinin öyrədilməsimetodikası................................................................83İnformasiyanın kompüterdə təsviri.......................91Kompüter texnologiyalarının texniki vasitələrininöyrədilməsi metodikası...........................................99İnformasiyanın modelləşdirilməsinin vəalqoritmləşdirmənin tədrisi metodikası .............108İbtidai siniflərdə məntiq elementlərininöyrədilməsi metodikası.........................................121Azyaşlı məktəblilər üçün öyrədici kompüterproqramları və inkişafetdirici oyunlar ..............129İbtidai sinif şagirdlərinə informasiya texnologiya-ları anlayışının öyrədilməsi metodikası……......140

Page 152: NFORMATİKANIN TƏDR METODİKASIanl.az/el/Kitab/2017/07/cd/Azf-296626.pdf · fizika-riyaziyyat elml ... qurulmalı, müəllimlər isə şagirdlərdə 1-ci sinifdən başlayaraq bu

Xumar Novruzova İnformatikanın tədrisi metodikası

- 152 -

Xumar Tofiq qızı NOVRUZOVA

İNFORMATİKANIN TƏDRİSİMETODİKASI

(1-4-cü siniflər)

Dərs vəsaiti

Чапа имзаланмыш 2/−05.2017,ci илКаьыз форматы 5/х73 0.05+ чап vərəqi 10

Сифариш 242+ сайы 1//

АДПУ-нун мятбяясиБакы+ Ц.Щажыбяйκη кцчяси+ 57

Тел9 ∋∗801( 382,63,0/ ∆mail: [email protected]