56
ÖLM ZLİK ANLARI 2 Moments of Eternity 2

ÖLM ZLİK ANLARI 2 - Restoring Family Links - Home pages... · ÖLM ZLİK ANLARI 2 Moments of Eternity 2 ... Bu kitab "Müşayiәt proqramı”-da iştirak etmiş ailәlәrin tәqdim

  • Upload
    ngodung

  • View
    234

  • Download
    0

Embed Size (px)

Citation preview

ÖLM ZLİK ANLARI 2 Moments of Eternity 2

ÖLM ZLİK ANLARI 2 Moments of Eternity 2

Bakı, Az

e

rbaycan / Baku, Azerbaijan

2013

Beynәlxalq Qızıl Xaç Komitәsinin (BQXK)

Azәrbaycan Nümayәndәliyi

Fәtәlixan Xoyski pr., 75

AZ1110, Bakı, Azәrbaycan

T: (994 12) 465 63 34 / 35

F: (994 12) 465 65 19

E-mail: [email protected]

www.icrc.org

© BQXK, Avqust, 2013-cü il

International Commi� ee of the Red Cross (ICRC)

Delegation in Azerbaijan

Fatalikhan Khoyski ave., 75

AZ1110, Baku, Azerbaijan

T: (994 12) 465 63 35 / 564 27 14 / 564 27 09

F: (994 12) 465 65 19

E-mail: [email protected]

www.icrc.org

©�ICRC, August, 2013

ForewordMore than nineteen years have passed since the cease-fire agreement brought hostilities in

the Nagorny-Karabakh to an end. Sadly, the passing of the years has done li�le to ease the

suffering of some 3'700 families in Azerbaijan who still have a family member missing.

Many families remain distressed by the continuing uncertainty that surrounds the fate of

their loved ones. The missing relative is constantly in their thoughts and many families have

gone to extraordinary lengths to discover their fate in an a�empt to bring themselves some

peace of mind. Love, hope and fond memories have sustained these grieving families through

the long years and, today, still give them the strength to endure the chronic anguish of doubt.

In trying to help the families cope with the emotional and social difficulties they face,

ICRC trains volunteers from amongst the families of missing persons to work as social

workers (accompaniers), building their capacity to help other families cope with the

uncertainty they live in, and assist them in meeting their multi-faceted needs by accompanying

them to service providing institutions when necessary. This book is a compilation of poetry

and narratives from some of the families of missing persons who have been involved in the

"Accompaniment Program". Few of the poems were wri�en by the missing persons

themselves; some are wri�en by the families of missing persons in the memory of their loved

ones, and some narratives are illustrations of experiences of families who also worked as

accompaniers.

Though the missing people are not here with us, they are not forgo�en – memories about

them are eternal.

Ön SözDağlıq Qarabağ münaqişәsindә birbaşa döyüş әmәliyyatlarına son qoymuş atәşkәs

müqavilәsinin bağlanmasından 19 ildәn çox keçmişdir. Tәәssüf ki, bu qәdәr zamanın ötmәsi

3700-ә yaxın itkin ailәsinin dәrdlәrini yüngüllәşdirmәyә çox az yardımçı olub.

Çox ailәlәr әzizlәrinin namәlum qalmış taleyi barәdә fikirlәrlә hәlә dә әzab çәkirlәr. İtkin

düşmüş qohumları daima onların xәyalındadır vә ailәlәrin çoxu onların taleyini öyrәnmәk

üçün çox sәy göstәrmiş vә bununla da bir qәdәr rahatlıq tapmağa çalışmışlar. Bu uzun illәr

әrzindә sevgi, ümid vә әziz xatirәlәr onlarla birgә olub vә bu gün dә bu hisslәr qeyri-müәyyәn

talelәr barәdә şübhәlәrdәn doğan әzablara tab getirmәk üçün onlara qüvvәt verir.

Ailәlәrә üzlәşdiklәri mәnәvi vә sosial çәtinliklәrin öhdәsindәn gәlmәkdә kömәk etmәk

üçün BQXK itkin şәxslәrin ailә üzvlәri arasından seçilmiş könüllülәrә sosial işçi (sirdaş) kimi

fәaliyyәt göstәrmәlәri üçün tәlimlәr keçirir. Burada mәqsәd sirdaşların digәr ailәlәrә

yaşadıqları müәmmalı itkinin öhdәsindәn gәlmәkdә vә lazım gәldikdә ailәlәrin müxtәlif

problemlәrinin hәlli üçün müvafiq qurumlara yönlәndirilmәsindә onlara kömәk etmәkdir.

Bu kitab "Müşayiәt proqramı”-da iştirak etmiş ailәlәrin tәqdim etdiyi şeir vә hekayәlәr

toplusudur. Şeirlәrin bir neçәsi itkin düşmüş şәxslәrin özlәri tәrәfindәn yazılmış, bәzilәri isә

onların ailә üzvlәri tәrәfindәn itkinlәrin xatirәsinә hәsr olnmuşdur. Kitaba, hәmçinin, sirdaş

kimi çalışmış ailә üzvlәrinin öz tәcrübәlәrini bölüşdüklәri hekayәlәr dә daxil edilmişdir.

Bu itkin düşmüş insanlar bizimlә olmasalar da, onlar unudulmayıblar – onların xatirәsi

әbәdidir.

Hardasan, Natiq?kürәkәnim, igid Natiqә ...

Yaradan möcüzә göstәrәydi kaş,

Dolaydi sidqimә, hardasan, Natiq?

Sәn ki qoymamısan darda heç kimi,

Özün zindandasan, dardasan Natiq?

Hәsrәt çәkәn iki körpә balan var,

Ovunduran, nә qeydinә qalan var,

Unuduldun, nә bir yada salan var,

Çovğunda, boranda, qardasan Natiq?

Düşmürsәn heç Nilufәrin dilindәn,

Çay yaranıb gözlәrinin selindәn,

Xәbәr yoxdu Kәlbәcәrin elindәn,

Bәlkә sәn bir soraq verәsәn, Natiq?

Böyüyüb Şәhriyar, hәr sözü qanır,

Allahverdi odsuz-ocaqsız yanır,

Yaralarım qövr eylәyib qanayır,

El-oba qeydinә qalansan, Natiq!

Natiqin xatirәsinә

– 4 –

Ölmәzlik anları 2

* * *

Qәmli gözlәr Qәlbi kәdәrlә dolu, gözlәri yaşlı ana,

Gözlәyir övladını, qәlbi intizardadır.

Xәbәr gәlsin Şuşadan, qayıdırlar igidlәr...

Gözlәyir övladını, qәlbi intizardadır.

Qәmli gözlәr axtarır, hәr bir yerdә Vüqarı,

Vüqarla, Qalib hanı, anaların qubarı

Nә öpmәyә cismi var, nә dә ki bir mәzarı

Soruşur hәr ötәndәn, deyin, oğlum hardadır?

Gözlәyir övladını, qәlbi intizardadır.

Övladını gözlәyir, yanan ana ürәyi,

Tәk tәsәlli ümüddür, solub ömrün çiçәyi,

Qayıtsın hәr ananın hәyatının bәzәyi,

Bir gün görәk, hәr biri bu doğma diyardadır!

Gözlәyir övladını, qәlbi intizardadır.

Qalib vә Vüqarın xatirәsinә

– 5 –

* * *

Bir bacının bayatısı...Qardaşlar, ay qardaşlar,

Yağış kәsәr, qar başlar

Ölsә bacılar ölsün,

Ölmәsin heç qardaşlar!

Şakirin xatirәsinә

* * *

Moments of Eternity 2

Bayatılar…Bağda gülә nә gәldi?

Düşdü, gülә nә gәldi?

Gәldi şәhid meyiti,

Bәs sәn gülә nә gәldi?

Ay Çingizim, al mәndәn

Nә istәsәn, al mәndәn.

Toy et, gәlim toyuna

İpәk mәndәn, şal mәndәn.

Arazın üstüncә gәl,

Dön elә, üstüncә gәl.

Çingiz, yığ itkinlәri

Onların üstüncә gәl.

– 6 –

* * *

Bağda üzüm ağacı,

Üzüm, düzüm ağacı.

Bağa baltalı girdi,

Üzdü bizim ağacı.

Ana! Onu yaz ağla,

Payız ağla, yaz ağla.

Sәn Çingizli günlәri,

Bir kağıza yaz, ağla.

Çingizin xatirәsinә

Assirianın yaddaş kitabçası

Ölmәzlik anları 2

– 7 –

NeylәyimHamı mәndәn üz döndәrib küsübdür,

Bu dünyada tәk qalmışam, neylәyim?

Yazıq canım, yaman kasıb düşübdür,

Hәqiqәtә aldanmışam, neylәyim?

Neylәyim ki, bilmәdilәr qәdrimi,

Çox incitdim ürәyimi, qәlbimi,

Ömür boyu bu dünyanın dәrdini

Ürәyimdә ağlamışam, neylәyim?

Qürbәtin xatirәsinә

* * *

Moments of Eternity 2

– 8 –

Yaman qәmlәnirәm...Hәrdәn çox xәyallı gәlirәm evә,

Yaman qәmlәnirәm vaxtsız itkiyә...

Sirrimi açıram hәr istәkliyә,

Deyirәm vurğunam eşqә, sevgiyә...

Bir az dolanıram bağçanı, bağı,

Yenә yollanıram dosta o çağı.

Elә ki, dәrdimdәn o olur halı,

Görürәm, dәyişir tamam әhvalı.

İmamverdinin xatirәsinә

* * *

Ölmәzlik anları 2

Sizi haylaram!

– 9 –

* * *

İsaq-musaq quşutәk

Axtarın dağ-dәrәni.

Axtarın, oğullarım,

Sizdәn soraq bilәni.

Sәsimә hay ver, Malik,

Daşaltıya yol alaq.

Kiçikdir sәndәn Sabir,

Onu birgә axtaraq.

Sabir, eşit sәsimi,

Qaradağlıdayam mәn.

Axtarıram Maliki,

Yoxdur heç soraq verәn.

Malik, sәni haylaram,

Sabiri axtar deyә.

Sabir, sәni haylaram,

Malik hardadır deyә.

Haylaram hey, haylaram,

Sәsim, ünüm yetincә.

Haylaram hey, qardaşlar

Bir-birini tapınca!

Malik, sәni haylaram,

Sabiri axtar deyә.

Sabir, sәni haylaram,

Malik hardadır deyә…

Hayım sizә çatarmı?

Külәk özünә qatarmı?

Gәtirib sәngәrlәrdә

Özü sizi taparmı?

Malik, dayağım idin,

Dayağımı kәsdilәr.

Sabir, qanadım idin,

Qanadımı üzdülәr.

Dayaqsız dura bilmәm,

Qanadsız uça bilmәm.

Ancaq bir aşıq kimi

Sözümü deyә billәm.

Sözüm yandırar daşı,

Ahım dağıdar daşı.

Malik, Sabir, göz yaşım

Bil ki, әridәr daşı.

Sabir vә Malikin xatirәsinә

Moments of Eternity 2

Oğul haray …Cığırlarda izin qaldı,

El-obada sözün qaldı,

Neçә-neçә arzun qaldı,

De, hardasan, oğul, haray …

Qohum-qardaş soraq gözlәr,

Göz yaşını mәndәn gizlәr,

Yaralı ürәyim sızlar

Niyә gәlmәz oğul, haray...

Gözü yaşlı, dili sözlü,

Hәsrәtindәn can üzülü,

Dәrd әlindәn bel bükülü,

Deyin, gәlsin oğul, haray...

* * *

Mәrd oğullar anasıyam,

İçin-için yanasıyam,

Dәrd dağının qayasıyam,

İnlәtmәyin mәni, haray...

Bulaqlarım susuz olmaz,

Xudam mәni darda qoymaz,

Gözlәrimin nuru solmaz,

Soraq gәlsә, oğul, haray...

Sabir vә Malikin xatirәsinә

– 10 –

Ölmәzlik anları 2

Sәni düşünәndә Qardaş! Bu sözün mәnası nә? Daim düşünmüşәm. Hәmişә mәnә elә gәlib ki,

türklәrdә olduğu kimi "qarındaş" sözündәn yaranıb bu söz. Bu gün tapdım bu

sözün mәnasını. Sәn itkin düşәndәn sonra… Qardaş = qar vә daş.

Qar nәdir? İsti olduqda tezcә su olur. Bәs daş? Nә etsәn, heç nә olmaz ona.

Demәk, qardaş bacı üçün hәm әriyәn qardır, hәm dә möhkәm daş. Yәni, hәm

bacının kövrәk yeri, hәm dә möhkәm dirәyı, arxası. Kim dә istәsә, әzә bilmәz onu.

Əvvәllәr dә mәn hәmişә sәninlә fәxr etmişәm. Mәslәhәt yerim olmusan, bütün

yaxşı xüsusiyyәtlәri sәndә görmüşәm.

Bәs indi? "Bәzilәri övladını özü üçün, bәzilәri dә övladını hamı üçün böyüdür."

(Ə. Kәrim.) Bax, indi mәn sәninlә bir Vәtәn oğlu kimi fәxr edirәm.

– 11 –

* * *

Əzizim, andım qardaş

Şәkәrim, qәndim qardaş.

Başıma bir od saldın

Alışdım, yandım, qardaş!

Əzizim, dizin-dizin,

Axtaram dizin-dizin,

Qardaş soraqlıyam mәn

Boyuna qurban özüm.

Əzizim, ömrüm, günüm,

Sәn yaşa, mәn dә gülüm.

Ömürdә yaz olmasa,

Keçәrmi mәnim günüm?

İmamqulunun xatirәsinә

Çay daşar, gәlәr, ağlar

Daşları dәlәr, ağlar

Boş qalan kәndlәrimin

Mәzar daşları ağlar.

Şirvandan karvan gedәr,

Başında sarvan gedәr,

Yolunu gözlәmәkdәn

Gözlәrimdәn qan gedәr.

Moments of Eternity 2

Harada axtarım Gecә-gündüz hәsrәtilә qalıram,

Sinәmdәki çarpaz dağı görәn yox.

Mәşәl kimi ocaq olub yanıram,

Ondan mәnә heç bir soraq verәn yox.

Hәrdәn röyalarda görürәm onu,

Deyirәm, hicranın, de varmı sonu?

Varlığım, nitqim dә sәninlә getdi,

Ay oğul, heykәlә çevirdin mәni.

Ana olmaq nә çәtinmiş, nә çәtin,

Kaş ki, itәn mәn olaydım, Əvәzim!

Hardasan, hardasan, dünyam, vüqarım,

Əzizim, harada sәni axtarım?

Qardaşın evlәnmir, yolunu gözlәr,

Arzu istәyimiz ürәkdә qalıb.

Dikilib yollara intizar gözlәr,

Anan hәsrәtindәn yataqda qalıb.

Nә olaydı, qapımızı açaydın,

Qәlbә sevinc, evә işiq saçaydın,

Qurulaydı evimizdә toy-büsat,

Sevinәydi qohum-qardaş, bu hәyat.

Gәl, oğul, dincliyim sәndәdir, bala,

Qurtarsın dәrdlәrim, sovuşsun bәla,

Ya Rәbbim, davanı tez yetir sona!

Analar içindә sevinsin ana!

Əvәzin (Abdullanın) xatirәsinә

– 12 –

* * *

Ölmәzlik anları 2

Qardaşımqardaşım Azәrә ...

Mәn, mәni xәlq edәnә - yaradanıma

Yalvarıb deyirәm, qayıt, qardaşım!

Gör neçә illәrdi sәnә hәsrәtәm,

Mәni bu hәsrәtdәn oyat, qardaşım!

Bir yerdә böyüyüb, başa çatmışıq,

Sevinci, dәrdi dә birgә tapmışıq,

Yuxular görurәm sәnsiz, qarışıq...

Görәsәn hardasan, harda, qardaşım?

Haraya baxdımsa, tәk sәni gördüm,

Əriyib dәrdindәn, mәn külә döndüm,

Sәnsiz yaşamadım, inan ki, öldüm,

Gәl, yerdәn tabutu qaldır, qardaşım!

Azәrin xatirәsinә

– 13 –

* * *

Moments of Eternity 2

AtamaBu nә kәdәr, bu nә qüssә, bu nә qәm,

Ananın gözlәri yaş alıb gedir.

Atanın, ananın bir ocaq sonu,

Doğma ocağından baş alıb gedir.

Yuxuya gedibdir, yatıbdır bәlkә?

O, qәm dәryasına batıbdır bәlkә?

Ömrünü gәnc ikәn satıbdır bәlkә?

Uçub sәhralara, quş olub gedir.

– 14 –

* * *

Ata nәvazişin umur o cavan,

Onunçun gözlәrin yumur o cavan,

Dәrin dәryalara cumur o cavan,

Özgә bir mәkana tuş olub gedir?

Anasın, bacısın o ağlar qoyub,

Dәrdli sinәsinә o dağlar qoyub,

Necә qapıları o bağlar qoyub,

Ömürlük bir torpaq, daş olub gedir?

Nadirin yaddaş kitabçası

Allahyarın xatirәsinә

Ölmәzlik anları 2

Dәrdimi kiminlә bölüm?... Deyirlәr, gülmürsәn şair, bәs niyә?

Hәyat güldürmürsә, mәn necә gülüm?

Deyәsәn, dәrdimi anlamır heç kәs...

Söylәyin, dәrdimi kiminlә bölüm?

Deyirlәr, hәyatdır, belәdir neynәk?

Gәrәk biz çarәsiz ona baş әyәk!

Asandır bu sözü qıraqdan demәk,

Bәs mәn öz dәrdimi kiminlә bölüm?

Ey gözәl insanlar, anlayın mәni!

Ən çәtin sınaqda sınayın mәni!

Razıyam, lap ölüncә danlayın mәni,

Söylәyin, dәrdimi kiminlә bölüm?

– 15 –

* * *

Yoxdurmu bu dәrdin dәrmanı sizdә?

Artıq taqәt yoxdur ürәkdә, dizdә,

Qәrib tәk qalmışam öz evimizdә,

Söylәyin, dәrdimi kiminlә bölüm?

İnsanam, ya nәyәm, bilmirәm artıq,

Gözümün yaşını silmirәm artıq,

Dünya, güldürsәn dә gülmürәm artıq!

Söylәyin, dәrdimi kiminlә bölüm?

Mәni qınamayın, dilim dolaşdı,

Hissim, duyğularım yenә qarışdı,

Demәyin Nәriman hәddini aşdı,

Söylәyin, dәrdimi kiminlә bölüm?

İlqarın xatirәsinә

Yuxu görmüşәm…Bir zaman deyәrdik, әziz qardaşım

Könüllü gedәcәk Milli Orduya.

Axır ki, hәqiqәt oldu bu röya,

Axı niyә bizi heç fikirlәşmәdin?

Dözmәz atam-anam dәrdә, demәdin?

Çıxıb getdin, sonra gör, nәlәr oldu?!

Ömrümüz qüssәylә, kәdәrlә doldu!

Söylә! Evә niyә dönmürsәn axı?!

Sәnә gәlib çatmır bu evin ahı?!

Beş aydır hәr bir an, hәr gecә-gündüz

Yolunu hәsrәtlә gözlәyirik biz!

* * *

Qardaşım, sәn bizdәn küsdün, incidin?

Bәlkә bizdәn uzaq düşmәk istәdin?

Gecәlәr yuxuma gәlirsәn tez-tez,

Hәrdәn olub, bunu doğru bilmişәm!

Atılıb boynuna sarılıram mәn,

Ayılıb görürәm, yuxu görmüşәm...

Mehmanın xatirәsinә

Moments of Eternity 2

Sәnsizlik Hәsrәtdәn, hicrandan qovruldum, yandım,

O keçәn günlәri aradım, andım,

Sәnsizlik qәlbimi üşüdәn zaman

Əriyәn şam oldum, әridim, dondum.

Yoldaşın Hüseyn verәn xәbәrdәn

Sarsıldım, büküldüm, üzüldüm o an.

Dedim indi, Mәlәk, sәn için-için,

İçindәn qovrul sәn, içindәn yan sәn.

İnana bilmәdim sәnsizliyimә,

Mәn dözә bilmirәm acizliyimә.

Gәrәk hәmin saat olardım orda,

Çırpınır ürәyim yaralı, harda...?

Hardasan, bilmirik yerini, harda?

Qalmısan kimsәsiz, qalmısan darda?

Etibarlı igid, etibarlı dost

Sınanır çәtindә, çәtin anlarda!

Mәqam tapan kimi dostların qaçmış,

Sәnә amandan başqa ümid qalmamış.

Sübüt et, ay Heydәr, sübut eylә sәn,

Möcüzә yaranır möcüzәlәrdәn...

– 16 –

* * *

Bu ilki baharla barışmaz oldum,

Ağlayan bulud tәk boşaldım, doldum.

Yollara baxmaqdan saraldım, soldum,

Onda baxıb gördüm, çox tez qocaldım...

Yaz getdi... qәlbimi isitmәdәn bir,

Sәnsiz keçәn günüm heçdir, hәdәrdir.

Açmadı o güllәr, o qönçәlәr, bil,

Sәnsiz hәr bir günüm kәdәrdir, qәmdir.

Haqladı baharı isti yay günü,

Qәlbimdә buz dondu, boran çağladı.

Başıma qar yağdı sәnin dәrdindәn,

Ağ saçlar ömrümә vaxtsız iz saldı...

Payızın ikinci ayıdır gedәn,

İçimi yandıran, içimi didәn

Sәnin gec gәlmәyin,

Ya gәlmәmәyindir.

Onsuz da çatmayır, çatmayır sәbir,

Qış gәldi, kәsdirdi yenә qalanı,

Sәnin gec gәlmәyin didir canımı...

Ürәkdә qalmadı nә dözüm, nә can,

Özünü tez yetir, yox olsun hicran!

Heydәrin xatirәsinә

Ölmәzlik anları 2

Nakam toy arzusuMehdi hәr zaman deyirdi ki, ana qardaşlarımı evlәndir. Mәn ona deyirdim ki,

yәqin tәlәsir ki, evlәnmәk növbәsi ona çatsın. O isә cavab verirdi ki, onun sadәcә

xoşuna gәlir desinlәr ki, “Mehdinin qardaşı arvadı”, “qardaşı uşaqları”...

İllәr keçdi, oğlanlarım toy etdilәr, heç bir işlәri ilә maraqlanmadım. Toy günü

oğlanlarım ikisi dә birdәn gәlib mәndәn xahiş etdilәr ki, onların toyunda iştirak

edim. Durub qapıdan çıxanda qulağıma bir sәs gәldi. Mehdi mәni çağırdı: “Ana,

mәn sәnә demişdim axı qardaşlarımın toyunu görmәyi çox istәyirәm...” Birdәn

ayıldım, qayıtdım otağa, Mehdinin şәklini götürüb qoydum jaketimin altına. Mәni

rәqsә dәvәt etdilәr, bir anlıq özümü dәli kimi hiss etdim. Şәkli qoynumdan çıxarıb

әlimdә oynatdım. Başımı qaldırdım ki, müsiqiçilәr dә dayanıb hönkür-hönkür

ağlayırlar. Mәndәn soruşdular, niyә belә edirsәn? Dedim, balamın arzusu idi ki,

qardaşlarının toyunda iştirak etsin. Mәn onun arzusunu yerinә yetirirәm...

Tavat xalanın oğlu Mehdi haqqında sirdaş Fәridәyә söylәdiklәrindәn...

– 17 –

* * *

Moments of Eternity 2

– 18 –

Oğlum Nazimә Ay mәnim istәkli oğlum!

Bir an yadımdan çıxmayan, dilimdәn düşmәyәn, ürәyimdәn ayrılmayan oğul!

Hәrdәn ürәyimdә sәninlә danışıram, bәzәn әsәblәşirәm, deyirәm ki, kaş sәni

görәydim, sәnә çox giley edәydim... Ancaq nә edim, әlim çatmır, ünüm yetmir.

Sәn gedәni... Qәlbimi sındırmısan, ürәyimi yaralamısan!...

Sәn, ey mәnim kiçik balam!

Fidan balam, çiçәk balam!

Əksini ürәyimә saldım,

Ətrini güllәrdәn aldım.

Mәnim gözәl, göyçәk balam!

* * *

Ölmәzlik anları 2

Neylәyim Bilmirәm, sağının yolun gözlәyim?

Öldürüm özümü, dәrdә dözmәyim,

Bәlkә gәldi, ümüdümü üzmәyim!

Dağlar, mәnim Azadımı neylәdin?

Şәhidin zirvәsi çox yüksәk olub,

Döyüşüb, vuruşub, qanıyla alıb,

Özlәri yox olub, izlәri qalıb!

Dağlar, mәnim Şәhidimi neylәdin?

Nabәlәddir Azad, Söhrab dağlara,

Anaları gözünü dikib yollara,

Neçә qurban deyib Atam onlara,

Dağlar, mәnim qardaşımı neylәdin?

– 19 –

* * *

Ah çәkib dağlara haray salaram,

Ölmәyibdi! Gözü yolda qalaram,

Yolum düşsә, sәndәn xәbәr alaram.

Dağlar, mәnim Şәhidimi neylәdin?

“Şәhidlәr” deyәndә tutulur dilim,

Dağılıb çöllәrә o ağır elim,

Mәn dedim, özüm dә dağlarda ölüm,

Dağlar, mәnim igidimi neylәdin?

Xalidә axtarıb tapmayıb hәlә,

Ümidlә yaşayır, qardaşı gәlә,

Qurumaz göz yaşı, dönübdü selә,

Dağlar, mәnim Azadımı neylәdin?

Ana öz dәrdini bölüşür

Moments of Eternity 2

Azadın xatirәsinә

Dünya, yaşat mәni...Qubanın ağ alması,

Yemәyә dağ alması,

Yarım gәlәnә qaldı

Yaramın sağalması!

Fani dünya, imtahana qat mәni,

Haqqın çatar, yaşat mәni, at mәni!

Vaxt çatıbsa, bu torpağa sat mәni,

Sәnin qoynun unutmaqdı, unutmaq!...

– 20 –

Ölmәzlik anları 2

* * *

Qovrulan duyğular, oynayan hisslәr,

Zülmәt hörüklәrin salıb boynuma.

Vurulan qәlbimdә qәm qәrar tutub,

Tәk düşmüşәm bu qürbәtin oyununa.

Od tutub ocağım, yanıbdı zәmim,

Zaman sınağında mәclis qurmuşam.

Hәsrәt gözlәrimi batırıb qana,

Könlümә sağalmaz yara vurmuşam.

Sirdaş xәstә anaya baş çәkir

Nofәlin xatirәsinә

– 21 –

Moments of Eternity 2

Əziz qardaşım! Sәn gedәni evimiz dağıldı, ocağımız söndu. Yolunu çox gözlәdik, ancaq

gözümüz yollarda qaldı. Anamız sağlamlığını itirdi. Ancaq ümid heç zaman itmir.

Sәni hәmişә gözlәyirik. Ürәyimizdә sәnә deyәcәyim çox sözlәr var.

Allahdan bir arzum var! Möcüzә yaratsın, biz bir daha görüşәk! Sәnin yolunu

hәmişә gözlәyirәm.

Sәfәralının xatirәsinә

* * *

– 16 –

İtkin ailәlәri üçün dәstәk qrupunun görüşü

Əziz oğlum İntiqam, necәsәn vә hardasan? Darıxmışam sәnin üçün... Dözә

bilmirәm sәnin yoxluğuna. Bu mәktubu göz yaşıyla yazıram. 1992-ci ildәn bu

yana gözlәyirәm. Nә sәsin, nә sorağın var...

Atan da dәrdinә dözә bilmәdi. Uzun sürәn xәstәlikdәn sonra dünyasını

dәyişdi. Ay oğul, bizә yazığın gәlsin. Sәnin yanında çox xәcalәtliyәm. Ona görә

ki, mәn sәnin üçün heç bir şey edә bilmәdim.

Haralara getdimsә, yox deyirlәr.

“Getmәyәydi” deyәn dә oldu. İçim özümü, çölüm özgәni yandırır. Bilmirәm

neylәyim. Heç kimdәn heç nә istәmirәm. Hәmişә demişәm: “Oğlumu istәyirәm!”

Oğlumu mәnә verәn yoxdur. İnan, sәni hәr yerdә axtarıram. Gecә dә, gündüz dә...

Bir saniyә yadımdan çıxmayırsan. O qәdәr çoxdu ürәyimdә sözlәr...

Gözlәyirәm sәni, Oğul!

Anan

– 22 –

Ölmәzlik anları 2

* * *

Sahibini axtaran mәktub

Yenә xoşbәxt olarıq...Evimin yaraşığı,

Ay gözümün işığı,

Sәndәn doymayır gözüm,

Necә xoşbәxtәm özüm!

Hәr ağrını çәkmişәm,

Nә bacardım, etmişәm.

Mәnim vәfalı gülüm,

Bir az cәfalı gülüm...

– 23 –

* * *

Gәlin oldun, gülmәdin,

Bir güzaran görmәdin.

Gül әtirli cavanlıq,

Mәnә oldu qaranlıq.

Darıxma, xoş gün gәlәr,

Biz qәlәbә çalarıq,

Sәninlә birgә, gülüm,

Yenә xoşbәxt olarıq.

Moments of Eternity 2

Qürbәtin itkin düşmәzdәn әvvәl

hәyat yoldaşına hәsr etdiyi şeir

– 24 –

Ölmәzlik anları 2

Dayım, hardasan?Mәni uşaq vaxtı atıb getmisәn,

Hamıdan әn çox da mәni sevmisәn,

Gedib haralara mehman olmusan?

Çağır, sәslә mәni, dayım, hardasan?

Sәnin gedişindәn neçә il keçib?

Hәyatın orada çox tәnha keçib.

Hansı qaranlıqda, de, tәk qalmısan?

Sәni axtarıram, dayım, hardasan?

Sәnin bu yolunu gözlәyir hamı.

İki uşağın var, sönmәyib şamın.

Sәn bu uşaqları unutmamısan...

Yolunu gözlәyir, dayım, hardasan?

Sәnin tәkcә qalıb hәyat yoldaşın,

Hәm dә o tәk bacın sәnin sirdaşın.

Kimdәnsә onları sәn heç sormusan?

Vәfasız çıxma sәn, dayım, hardasan?

Gözlәrәm yolunu sәnin hәr zaman,

Başını alsa da bu qara duman.

Vәtәn keşiyindә sәn dә durmusan.

Növbә çatıb mәnә, dayım, hardasan?

İlqarın xatirәsinә

* * *

– 25 –

Mәndәn itkin düşmüş hәyat yoldaşım haqqında onunla bağlı qısa xatirәlәrimi

istәdilәr. Düz 21 il sonra nә qәdәr çәtin olsa da, yenidәn o illәrә qayıtmağımı

istәdilәr. Bunu mәn dә nә vaxt idi istәyirdim ki, yazam, bir az da olsa sakitlәşәm.

Onunla olan xatirәlәrim mәnә görә çox azdır. Çünki onunla cәmi 3 il 3 ay ailә

hәyatımız olub. Nә mәn ondan doydum, nә dә o bizdәn. O, o qәdәr uşaqlarına

bağlı idi ki, onların üstündә әsirdi. Qoymazdı onların üstünә qışqırım. Amma

bilmәdi ki, onları birdәfәlik tәrk edәcәk. Uşaqlar atanın nә olduğunu

bilmәyәcәklәr. Balaca vaxtı atası yanında olan uşaqlara baxanda onlarda hәsrәtin

olduğunu aydın görmәk olurdu. Bu mәni yandırırdı. Mәn dә әrlәri işdәn qayıdan

qadınlara hәsәd aparırdım. Hәr dәfә yaralarım tәzәdәn qanayırdı.

Bәzәn çalışıram ki, onun sәsini yadıma salım. Sәsi üçün darıxmışam.

Əkrәmin xatirәsinә

* * *

Heç doymadım…

Heç doymadım övladımdan, yarımdan,

Alın yazım yazılıbdır Tanrıdan.

Taleyimdә ayrılıqmış, itkinmiş,

Qaçmaq olmaz alındakı yazıdan!

Hamı kimi arzularım çox idi,

Nә bilәydim yarı yolda qalaram?

Ailәm üçün hәlә nәlәr edәrdim,

Parçalandı, suya düşdü arzular…

Nә bağım var nә bağatım,

Ömür günün bağlamağa…

Allah! Ömrüm eylә yarı,

Qoy ağlasın mәnim yarım…

Moments of Eternity 2

Qardaşım!Şәhid qardaş, bacın ağlar!

Yanıb, sızıldayıb ürәkdәn ağlar.

Bacılar yanında qardaş görәndә,

Od tutar, alışar, bacılar ağlar!

Ucaldın şәhidlik zirvәsinә sәn,

Dik tutsun başını sәnin övladın!

Hәr kәsә bu qismәt olmur, qardaşım!

Cәnnәtdir mәkanın, ruhu şad yaşa!

Mәmmәdin xatirәsinә

– 26 –

Ölmәzlik anları 2

* * *

İtkinlәrin ataları üçün tәşkil olunmuş dәstәk qrupu görüşü

– 27 –

Moments of Eternity 2

Oğlum...Kәm bәxti sönәn oğlum,

Ay itkin düşәn oğlum,

Bәxtәvәr günüm olar,

Vәtәnә dönsәn, oğlum.

Durna tәk uçub getdi,

Vәtәndәn itkin getdi.

Oğlum vәtәn yolunda,

Canını qoyub getdi.

Xәqaninin xatirәsinә

* * *

Anam hanı? Hara baxıram, daim sәni görürәm,

Sәnsizlik dәrdinә necә dә dözürәm...

Yanımda yoxsan, onu da mәn bilirәm

Analardan soraqlaram, mәnim anam hanı?

Hәr qayğımı, nazımı çәkәn hanı?

Anadan şirin bir şey yәni varmı?

Milyonlarla Ana?

Yoxdur, mәnim Anam hanı?

“Ana” sözü titrәyir mәnim dilimdә

Ana görsәm, fәrәhlәnim, gülüm dә

Neylәyim? Anaları öz anam bilim dә

Kimdәn soruşmalıyam mәnim anam hanı?

Yox, Anam hәmişә, hәr an mәnimlәdir.

Hәmişә mәnim kәdәrimdәdir.

Sevinәndә hәmişә sevincimdәdir.

Dünyadan soruşum, desin mәnim anam hanı.

Yerin görünür, mәnim әziz anam.

Allaha xoşdur? İçin-için yana

De, neylәmişdim sәnә, dünya?

Nәyә görә anamı röyalarda anam?

Anamdan әziz heç şey bilmәdim

Anamsız doyunca heç bir gülmәdim

Anaların unudan da var?

Onları heç bir zaman insan bilmәdim.

Tamillanın xatirәsinә

– 28 –

Ölmәzlik anları 2

* * *

Dәrddә vәfa gördümOd almışam, qorun–qorun yanıram,

Taleyim kor olub özcә tüstümә!

Odu sönәn gәlib mәndәn od alır,

İsinә bilmirәm özüm istimә!

Kimsәdәn etibar soruşmaram da,

Dünyanın işinә qarışmaram da,

Bәxtimdәn küsmüşәm, barışmaram da,

Minnәtә gәlsә dә yüz yol üstümә!

Ömrümdә gör nәlәr çәkibdi başım,

Ağlasam, üzümdә alışar yaşım.

Dәrddә vәfa gördüm, odu yoldaşım,

Mirsayyaf, demә dәrd durub qәsdimә!

Mәzahirin xatirәsinә

– 29 –

* * *

Asifin saatı

Moments of Eternity 2

OğlumHey baxıram gül әksinә,

Hardasan sәn, görәn, oğlum?

Soraqladım dönә-dönә,

Yox bir xәbәr verәn, oğlum.

Yandı bağrım pörşәlәndi,

Üstümә odlar әlәndi,

Kimә deyim mәn bu dәrdi,

Varmı dәrdi bilәn oğlum?

Köçkün düşüb Qәrvәnd elim,

Çatmır әlim sәnә neynim?

Heç demәyә gәlmir dilim,

İtkin düşüb qalan, oğlum.

– 30 –

* * *

Ölmәzlik anları 2

Ağlar qoydun mәni yaman,

Olmadı bir dәrdim qanan,

Küskün düşdüm bu dünyadan,

Bu dünyadan inan, oğlum.

Ərisәm dә gilә-gilә,

Göz yaşımı silә-silә,

Ata qәlbim gәlib dilә,

Deyir, qeyrәt qanan oğlum,

Şeir, dastan olan oğlum!

Yalçının xatirәsinә

İtkin balamBilmirәm, vardan var dәrdimi çәkәm...

Bilmirәm, vardan yox dәrdimi çәkәm...

İyirmi yaşında, ağlı başında,

Əsgәr getdi mәnim balam...

Ana vәtәn çağrışında,

Nәlәr etdi mәnim balam...

Yarı kәdәr, yarı sevinc,

Yollarına qurban dedik,

Yarı fәrәh, yarı qorxu

Nәzir verdik, dua etdik...

– 31 –

* * *

Moments of Eternity 2

O gedәli dörd ay oldu,

Ana qәlbim hey qovruldu,

Yola çıxdım, xәbәr alım,

Yel oynadı, toz sovruldu.

Dedilәr ki, Ağdәrәdә

Bir döyüşdә çәtin oldu,

Dedilәr ki, o doyüşdә

Mәnim balam itkin oldu...

Rafiqin xatirәsinә

Şәhid anasının nisgiliAy doğdu laxtalandı, Doğduqca laxtalandı, Mәn anama catınca, Yolum da taxtalandı...

folklorumuzdan

Çıxdım dağın başına,Yazı yazdım daşına,Gәlib-gedәnlәr görsün,Nәlәr gәlmiş başıma.

Bilmәdim yaz olduğun,İllәr pәrvaz olduğun,Bildi anam, nә özüm,Bu ayrılıq olduğun.

– 32 –

Ölmәzlik anları 2

* * *

Kәkilin iki yana,Tökülüb iki yana,Alәm yanır bir yana,Mәn yannam iki yana.

Ay dolana-dolana,İl dolana-dolana, Bir gör, gәlә bilәrsәnYol dolana-dolana?.

Aşıq illәr ayrısı,Şana tellәr ayrısı,Ana baladan oldu,Aylar, illәr ayrısı.

folklorumuzdan

Rafiqin xatirәsinә

Oğul hәsrәtiƏlimdәn gedibdir Elşәnim mәnim

Pozulub evimdә dәstgahım, dәmim

Gün-gündәn çoxalır fikrim, qәmim

Tapılmır dәrdimә çarә, nә edim?..

Uca boylu idi, enli kürәkli,

Pәhlivan cüssәli, pәlәng ürәkli,

Çevik hәrәkәtli, polad bilәkli

Tapılmır dәrdimә çarә, nә edim?

Hәlә çatmamışdı on sәkkiz yaşa,

Ömrü tez çırpıldı bir qara daşa...

Şәhid unudulmur! Adınla yaşa!

Tapılmır dәrdimә çarә, nә edim?

Elşәnin xatirәsinә

– 33 –

* * *

Moments of Eternity 2

Sirdaşın itkin ailәsi ilә görüşü

Sәninlә yaşayan bir ürәyim var..Ürәyim ah çәkir, gözüm yaş tökür,

Əlimi әlindәn üzür ayrılıq.

Gözümә qaranlıq dumanlar çökür,

Qismәti haraya yazır ayrılıq.

Heyif ki, doymadım, yar, baxışından,

Bir çeşmә açmışam gözüm yaşından,

Dumanım, tüstüm dә çıxmır başımdan,

Verdiyin İLQARI pozur ayrılıq.

Ey mәnim sevgilim, ey gözәl insan,

Sәn mәnim döyünәn qәlbimsәn, inan,

Sevirәm, sevәcәm sevdiyim kimi,

Qәlbimi sındırma, dönәn deyilәm.

Yolunda ölüncә çәkilsәm dara,

Bil ki, sevgimdәn mәn dönәn deyilәm.

Nә qәdәr gözәllәr görünsә mәnә,

İnan, özgәsini sevәn deyilәm!

Hәyәt bağçasında bir çiçәyim var,

Bir sevgi dolusu gәlәcәyim var,

Bilirsәn, hәyatda vardan, dövlәtdәn,

Tәk sәnlә yaşayan bir ürәyim var...

İlqarın itkin düşmәzdәn qabaq yazdığı şeir

– 34 –

Ölmәzlik anları 2

* * *

Vurğunam...Çox gәzdim, dolandım qәrib ellәri,

Qәrib düşәn öz elimә vurğunam.

Hanı mәndәn incik düşәn dağlarım,

Dağlarımda öz gülümә vurğunam.

“Dur” deyәrәk bu zillәtә, dözümә,

Çıxaydım Şuşamda Cıdır düzümә,

Mizrab vurub başlayaydım sözümә...

Sazımdakı öz telimә vurğunam.

Nә qoxlardım Xarı bülbül gülünü,

Novruzgülün әtrini, iyini,

Görәydim çölümdә yaz kәkliyini,

Çәmәnimә, öz çölümә vurğunam.

Yaz yağışı selә dönüb axaydı,

Bir gözlәrim o yerlәrә baxaydı.

Şimşәk vurub, ildırım da çaxaydı,

Dәrәlәrdә öz selimә vurğunam.

Ana yurdum bir görünә gözümә,

Bulaqlarım bir dә gülә üzümә,

Ürәyim açılıb, gәlib özümә,

Şükür deyәn öz dilimә vurğunam.

Ramazanam, o dağları gәzmişәm,

Neçә illәr hәsrәtinә dözmüşәm.

Demә qocalmışam, ya da bezmişәm,

Vәtәn yollu әmәlimә vurğunam.

İtkin ailәlәri üçün dәstәk qrupunun görüşü

Qurbanın xatirәsinә

– 35 –

Moments of Eternity 2

* * *

– 36 –

Uca dağlardı...Bil, ana vәtәnim, ata oylağım,

Ay әziz qardaşım, uca dağlardı.

Hәr qәmgin vaxtımda dadıma çatan,

Bil, әziz qardaşım, uca dağlardı.

Kәdәr-sevincimdә şәrikim olan,

Hәr qәmli vaxtımda sirrimi anan,

O bivәfanı da yadıma salan,

Bil, әziz qardaşım, uca dağlardı.

* * *

Natiqәm, od tutur, alışır sinә,

Bu xәstә könlüm dә inlәyir yenә.

Bil, ana vәtәnim, ata oylağım,

Ay әziz qardaşım, uca dağlardı.

Natiqin itkin düşmәzdәn qabaq

yazdığı şeir

Ailәlәr itkinlәrin xatirә mәrasiminә toplaşmışlar

Ölmәzlik anları 2

– 37 –

* * *

Moments of Eternity 2

QardaşDoğma el-obadan düşüb aralı,

Alışıb, odlanıb yandıq, a qardaş.

Vәtәnin adını, elin adını,

Hәr şeydәn müqәddәs sandıq, a qardaş.

Vәtәndәn didәrgin, eldәn didәrgin,

Özgә qapılarda görmәdik bir gün.

Vәtәndәn aralı yaşadıq sürgün,

Qәlbimiz әyildi, sındıq, a qardaş.

Fәlәk bizi yaman gündә haqladı,

Sinәmizi yüz min yerdәn dağladı,

Ürәyimiz qubar etdi, çağladı,

Vaxtsız alovlanıb söndük, a qardaş.

Natiq Çobanoğlu tutubdu dәrd, qәm,

Vaxtsız üstümüzü aldı duman, çәn.

Əlimdә titrәyir, durmayır qәlәm,

Deyir, bәsdi yesir olduq, a qardaş.

Ailәlәr itkinlәrә hәsr olunmuş xatirә mәrasiminә toplaşmışlar

Natiqin itkin düşmәzdәn qabaq

yazdığı şeir

BayatılarDağlar duman oldu, gәl,

Çaylar çәmәn oldu, gәl.

On beş günә demişdin,

İl iyirmi oldu, gәl.

Dağlara külәk әsdi,

Qar yağdı, külәk әsdi,

Sağ gözüm sәnә qurban,

Sol gözüm mәnә bәsdi.

Dağların qarı mәnәm,

Gün vursa әrimәnәm,

Qәbrimi yoldan qazın,

Cavanam, çürümәnәm.

Gözlәrim, ay gözlәrim,

Tutulubdu gözlәrim,

Yol gözlәmә ay ana

İtib daha izlәrim.

– 38 –

Ölmәzlik anları 2

* * *

Bu dәrdin әllisindәn,

Yüzündәn, әllisindәn,

Dәrdim bir dәrd, çarә yox!

Soruşdum әllisindәn.

Əlindә maşası var,

Tutubdu, maşası var,

Burda bir oğlan itib,

Dәrdin tamaşası var.

Əzizim, dolu düşәr,

Qar düşәr, dolu düşәr,

Qәbrimi yol üstdә sal,

Atamın yolu düşәr...

Əzizinәm, bu taya,

Elim gedәr bu taya,

Yüklәndi qәm karvanı,

Siz dә gәlin bu taya.

İlyasın xatirәsinә

Sәnsizlik Elә bilirdim ki, bu dünyada sәnsiz yaşaya bilmәrәm, bala!

Ancaq sәnsiz illәri yola sala-sala öyrәndim sәnsizliyә. Hәr vaxt, hәr saat, hәr an

sәni düşünürәm. Hәr gün getdiyin yollara baxa-baxa sәni gözlәyirәm, Abbas. Elә

bilirәm ki, bu saat, bu an gәlәcәksәn. Ancaq gәlmirsәn!

Deyirәm, bu gün olmaz, sabah gәlәrsәn. Hәr gün qapı açılanda, sәs-küy

gәlәndә elә bilirәm ki, sәn gәlirsәn, bala!

Hardasan, bala, qayıt gәl!

Mәn sәni gözlәyirәm vә hәmişә gözlәyәcәm.

Abbasın xatirәsinә

Balam itdi tapılmadı,

Dağ çәkildi ürәyimә.

Bağrım başı yara oldu,

Ağlayaram için–için.

Soruşan yoxdur halımı,

Dәrd yandırar ciyәrimi

Heç kim bilmәz әhvalımı,

Ağlayaram için–için.

İndi sәn hardasan, bala?

Bәlkә dә dardasan, bala?

Anan dözәrmi bu dağa?

Ağlayaram için–için.

Başıma qara bağlaram,

Gecә-gündüz sızıldaram.

Tez-tez sәni soraqlaram,

Ağlayaram için–için.

– 39 –

* * *

Moments of Eternity 2

Bәnövşәnin hekayәsi...Mәn, Ağayeva Bәnövşә sizi öz hәyat hekәyәmlә tanış etmәk istәyirәm. İtkin

hәyat yoldaşım Ağayev Tәyyar... Hәyatı anlamağa başladığım zamanlardan

yoldaşımı tanıdım. 1991-ci il iyunun 6-da evlәndik. 1992-ci il mart ayının 31-i

qızımız dünyaya gәldi. Çox xoşbәxt idim. Əfsus ki, bu xoşbәxtlik cәmi 34 gün

çәkdi. 34 gündәn sonra yoldaşım müharibәyә getdi.

Elә o gündәn gecәlәrimin açılan sәhәri olmadı. O gündәn bu günә kimi hәr gecә

sәhәrin açılacağını sәbirsizliklә gözlәyirәm ki, “sәhәr açılacaq, o gәlәcәk”. O

gündәn çәtin günlәrim başladı. Bu acıyla yaşamaq çox çәtin idi, amma körpәmә

görә yaşamağa mәcbur idim. Mәni yaşadan, ayaqda saxlayan tәk sәbәb körpәm idi.

Çәtinliklәrlә dә olsa, övladımı boyütdüm, mәktәbә yazdırdım. Qızım ilk

mәktәbә başladığı gün atasının yoxluğunu daha çox hiss etdik. Uşaqlar әllәrindә

gül dәstәlәri ilә ata-analarının әllәrindәn tutub gәlәrkәn, biz qızımla boynubükük

gәldik mәktәbә. Övladım tәhsilinә başladı, mәnsә özümә iş tapıb işlәmәliydim

artıq. Yoldaşıma görә aldığım pul heç bizim yemәyimizә dә çatmırdı. Uşağımı

oxudub onu peşә sahibi etmәk üçün daha çox pul qazanmalıydım. Uşağım

mәndәn nәsә istәdikdә pulum olmasa da borc götürüb ona istәdiyini alırdım ki,

atasının olmadığını ona hiss etdirmәyim. Maddi cәhәtdәn atasızlığı hiss

etdirmәmәyә çalışsam da, mәnәvi cәhәtdәn ona atanın yerini, ata sevgisini verә

bilmәzdim.

Çәtinliklәrlә dә olsa, çәtin işlәrdә işlәdim, qızımı böyütdüm, ona ali savad

verdim. Əsl atasının arzuladığı kimi bir övlad yetişdirdim. Sonra qızımın toyunu

etdim. Qızımın toyunda atasının olmaması mәnә daha çox әzab verdi. Hәr bir

qızın arzusu olduğu kimi, mәnim dә qızımın arzusuydu ata evindәn ata xeyir

duasıyla çıxmaq. Qızım nә qәdәr hiss etdirmәmәyә çalışsa da mәn bilirdim ki,

onun bircә an belә yadından çıxmadı ki, “kaş ki, atam yanımda olaydı, onun xeyir

duasıyla çıxaydım ata evindәn”. Qızım nә qәdәr xoşbәxt olsa da, yenә dә bir tәrәfi

yarımçıqdı. Ata sevgisinin yerini heç bir sevgi, heç bir xoşbәxtlik vermir insana.

İndi artıq çәtinliklәrim az da olsa yüngüllәşib. APPA-da işә düzәldikdәn

sonra burada mәnim kimi könüllü çalışan insanları tanıdıqdan sonra üzәrimdә

olan yük bir az da olsa yüngüllәşib, yenidәn hәyata bağlanmışam. Elә hiss edirәm

ki, arxamda böyük bir dayağım var, güclü bir ailәm var.

– 40 –

* * *

Ölmәzlik anları 2

APPA rәhbәrliyinә, öz hәmkarlarıma vә bu layihәnin keçirilmәsindә әmәyi

olan hәr bir kәsә minnәtdarlığımı bildirirәm.

Yoldaşım itkin düşdükdәn sonra mәnim qapımı açıb halımı soruşan olmayıb,

mәn heç bir yerdәn nә maddi, nә dә mәnәvi dәstәk görmәmişәm. Amma APPA-

da işlәdikdәn sonra buradakı işçilәrin mәnә necә dәstәk olduğunu gördüm. Mәnim

hәmkarlarım da itkin şәxslәrin hәyat yoldaşlarıdırlar. Onlar mәnә çox diqqәt

yetirirlәr, hәr bir dәrdimlә maraqlanırlar, çәtinliklәrimdә kömәk olurlar, dayaq

olurlar. Hәm mәnәvi, hәm maddi cәhәtdәn әllәrindәn gәldikcә yardım göstәrirlәr.

Ümumiyyәtlә, layihә çәrçivәsindә görüşlәr edib dәrdimizi dinlәyirlәr, bizim

dәrdimizdәn, çәtinliklәrimizdәn bezmәdәn hәr zaman yanımızda olurlar.

Övladlarımızın da çәtinliklәriylә maraqlanırlar. Hәr birimiz unudulmadığımızı

hiss edirik. İtkin ailәsi kimi hәr birimiz dәrdimizi paylaşdıq, bir-birimizә tәsәlli

olduq, bizi xatırlayan hәr kәsә hәr zaman xatırlanmağını dilәyirik,

tәşәkkürümüzü bildiririk.

– 41 –

* * *

Moments of Eternity 2

Fәridәnin hekayәsi...Mәn, Cabbarova Fәridә Cәlil qızı Xocalı faciәsini yaşamışam. Hәmin faciәdә

hayat yoldaşım Cabbarov Azad Pirqulu oğlu Xocalı özünü müdafiә

batalyonunun könüllü döyüşçüsü olub, o faciә zamanı sona qәdәr döyüşüb vә

mühasirәyә düşüb. Bu günә qәdәr onun taleyi haqqında heç bir mәlumatımız

yoxdur. Mәn hәmin faciәdәn çıxanda övladım Fuadın iki yaşı, Nicat isә doqquz

aylıq idi. Mәn belә bir dәhşәti nә kinoda görmüşdüm, nә dә hekayәlәrdә

oxumuşdum. Lakin mәn belә bir dәhşәti yaşadım. Biz Bakı şәhәrinә gәldikdә

yaşamaq üçün heç bir şәraitimiz yox idi. Çox çәtinliklә dә olsa, onları

böyüdürdüm. Lakin onların ataları haqqında verdiklәri suallara cavab vermәk

mәnә әzab verirdi. Qonşu uşaqlarını harasa gәzmәyә aparanda vә yaxud nә isә

alanda onlar gәlib elә ağlayırdılar vә atalarından incidiklәrini söylәyib “bizim

atamız bizi çox istәmir” deyirdilәr. Hәr dәfә onlara atalarının hәrbçi olduğunu,

bir aya, beş günә gәlәcәyini demәk mәnә әzab verirdi.

Mәnim dayım oğlu şәhid olmuşdu, onun yasında idik. Oraya Azad adlı bir

hәrbçi gәlmişdi. Oradaki insanlar “Azad gәldi” deyib onunla görüşmәyә

qaçırdılar. Övladım Fuadın 4 yaşı var idi. Çöldәn qaça-qaça gәlib mәni tutub

qışqırırdı “Ana, atam gәldi”. Mәn onu inandıra bilmirdim ki, bu, onun atası deyil.

Tәsәvvür edә bilmәzsiniz ki, 22 yaşlı bir şәhidin yası o qәdәr dәhşәtli deyildi, lakin

Fuadın heç kimә fikir vermәdәn “Atam gәldı, Azad gәldi” deyәrәk hayqırtısı hәr

kәsi hönkür-hönkür ağlamağa sövq etmişdi. Övladlarımın uşaqlığı hәr hansı bir

oyuncaqla oynamaqla deyil, “atam nә vaxt gәlәcәk?” nigarançılığı ilә keçdi. Belә

iztirablar yaşamağıma baxmayaraq, övladlarımı vәtәnpәrvәrlik ruhunda

böyütdüm. Hәr iki oğlum hәrbi xidmәtlәrini yüksәk sәviyyәdә başa vurub çavuş

rütbәsi ilә qayıdıblar. Böyük oğlum tәhsilini başa vurub, musiqiçidir. Kiçik oğlum

isә tәlәbәdir.

Övladlarımı çәtinliklәrlә böyütmәyimә baxmayaraq, atam, qardaşlarım heç

vaxt işlәmәyimi istәmәyiblәr. Lakin bu yaxınlarda BQXK vә APPA birgә layihә

başlatdılar. Bu layihәdә mәnim dә işlәmәyimi layiq bildilәr. Mәn bu layihәdә

işlәmәyә başlayarkәn hәr bir itkin ailәsindә olduqda ataların vә anaların göz

yaşları mәni dәhşәtә gәtirirdi vә mәnә öz qaynatamı vә qaynanamı xatırladırdı.

Onlar çox sağlam insanlar idilәr. Övladlarının itkin düşmәsi onları çox ağır dәrdә

– 42 –

* * *

Ölmәzlik anları 2

düçar etdi. Qaynatam deyirdi ki, tәki oğlmun bir mәzarı olsun. Qaynanam son

nәfәsini verәn zaman qızları oğlunun şәklini onun sinәsi üzәrinә qoyduqda o,

sanki şәkildәn küsmüşdü, deyirdi mәnim oğlum insafsız ola bilmәz, o gәlәcәk,

mәn onu görüb sonra ölәcәm.

– 43 –

* * *

Moments of Eternity 2

Reyhanın hekayәsi…Mәnim hәyat yoldaşım Canıyev Sәxavәt Xanış oğlu 1964-cü il Salyan

rayonu Yenikәnd kәndindә anadan olub. Rostov-Don şәhәrindә Politexnik

İnstitutunu bitirdikdәn sonra, Baş Əlәt stansiyasında iqtisadçı-mühәndis

vәzifәsindә çalışırdı. 1993-cü ilin noyabr ayında yoldaşım cәbhәyә yollandı. O,

1994-cü il yanvar ayının 26-da Fizuli rayonu, Şişqaya uğrunda gedәn döyüşlәrdә

itkin düşmüşdür.

Valideynlәrimin dediklәrinә görә mәn hәlә uşaq ikәn bir mahnını

oxuyurmuşam, «Ey hәyat, sәn nә qәribәsәn?». Anam deyir ki, bütün gün әrzindә

bu sözlәri tәkrar edir, özünü mahnı oxuyurmuş kimi göstәrirdin. Ancaq illәr

ötdükdәn sonra mәlum oldu ki, uşaq ikәn taleyimin qabaqcadan necә

olacağından xәbәrdar imişәm.

Mәn öz talesizliyimi görüb 1994-cü ilin yanvar ayından hәr gün özüm üçün

qeydlәr apardığım bir gündәlik yazdım. Ümidi üzülәn bir şәxs kimi yox...! Bir gün

hәyat yoldaşımın, körpәlәrimin atasının qayıdacağı gün bu yazdığım gündәliyi

ona verәcәkdim. Birlikdә oxuyub onsuzluğunu ona, hәr günümü onunla

bitirdiyimi bildirmәkçün yazırdım bu gündәliyi. İllәr keçdi, neçә-neçә dәftәr

doldurdum, yazdım, gözlәdiyim günә çatmadım ki, çatmadım.

Bir şey etdim, onsuzluğu, çәkdiyim әzab-iztirabı özümlә bәrabәr qәbir evinә

aparmaq istәdim. İstәmәdim ki, mәn bu dünyadan köç etsәm, yazılarım

övladlarımın әlinә keçsin.

Bir dәfә böyük qızım mәnә dedi ki, “Ana, sәndәn xahiş edirәm, demirәm ki,

sәn başqaları kimi ol. Ancaq, uzaq olsun, sәn bir gün bu dünyada olmayanda,

hәmişә üzündәn qüssә-kәdәr yağaraq insanlar içindә gәzәrәk qocalıb bu dünyanı

tәrk etdiyinә görә bizim üçün yaşamaq belә cәhәnnәm olar”.

Mәn talesiz deyilәm, yox, mәn buna üsyan edәrәm, ancaq bilmirәm nә ad

qoyum bu cür qismәtә. Heç cür ad qoyub söylәyә bilmirәm. Qoy mәndәn

incimәsin hәyat yoldaşını vaxtsız itirәn gәlinlәr.

Torpağın üzü soyuqdur deyirlәr. Mәn 20 ildir ki, hәr gün, hәr saat, hәr dәqiqә

belә “onun gәlişini xәbәr verәcәklәr” ümidi ilә yaşamışam. Mәni yaşadan, indi

qocaldan, son vaxtlar tamam ümidsizlәşdirәn illәr... Yenә gözlәyәcәyәm. Nә

qәdәr ömrüm var. Ölәrkәn son anımda belә yenә gözlәrim sәni axtaracaq!

– 44 –

* * *

Ölmәzlik anları 2

O dәftәrlәri cırdım, atdım. Çünki bunları sәnә oxuyacaqdım. Bu olmadı, onun

üçün dәftәrlәri yandırdım, istәmәdim gül üzlü körpәlәrim bunları oxusun. Onlar

atasızlığın acısını çox çәkdilәr. İstәmәdim ananın ürәyini oxusunlar. Qoy, örtülü

qalsın. Qız övladı da ata-ana istәyәn olur. Onun üçün dәftәrlәri mәhv etdim.

İtkin... bu sözü eşidәndә belә dünya daralır gözümdә...

Mәni yaşadan nә oldu hәr gün? Bu gün, bu gündәn sabaha olan ümid, bir dә

mәnә ehtiyacı olan iki körpәm.

Gedәndә mәnә bir neçә şey tapşırdın - “can sәn, can övladlarım әmanәti. Əgәr

gәlmәsәm...”

- “Yox, yox, demә bunu. Bu nә demәkdir?!”.

- “Dayan, sözümü kәsmә, uşaqlara tәhsil verәrsәn.”

Söz verdim, әmәl etdim, vәdimә xilaf çıxmadım.

Çox ümidsizdim, çox çәtin idi. 2 körpә uşaq, biri 3 yaşında, o biri 6-7 aylıq.

Saxladım, böyütdüm.

Çox әziyyәtlәr çәkdim böyütdükcә. Böyüdükcә sualları artdı, cavab tapa

bilmirdim.

Çox çәtin idi. Qarşılaşdığım hadisәlәri vә hәr gün yaşadıqlarımı heç kimә

söylәyә bilmirdim. Danışmağa belә kimsә tapmırdım. Kimәsә danışırdım, mәni

başa düşmürdülәr, qulaq asmaq belә istәmirdilәr. Ancaq hayqırmaq istәyirdim,

hayqırtımı içimdә batırırdım.

Dolu idi köksümüz, qәlbimiz, ürәyimiz. 20 ildir daşına-daşına bu dәrd daha da

ağırlaşırdı. Kimәsә danışanda deyirdi ki, barış bu tale ilә, daha 20 ildir olub bu

hadisә, övladların böyüyüb.

Onlar başa düşmürdülәr ki, dәrd paylaşdıqca azalır. Nә olardı ki, bizlәri

dinlәsәydilәr?!.

Artıq bu lahiyәdә mәn bir ildir çalışıram. Əvvәllәr bilmirdim görüşdüyüm

adamla (bu lahiyәdәn әvvәl) haradan başlayım, harada bitirim. Ürәyimi boşaldıb

qurtara bilmirdim mәclisdә vә ya bir qıraq yerdә özüm taleli insanla rastlaşanda.

Onlar da mәnim kimi idi. Mәn onları dinlәyirdim, onlar da mәnim kimi danışırdı.

Gah ordan, gah burdan...

Mәni bu lahiyәyә dәvәt edәndәn sonra mәn ailәlәrlә görüşdüm, danışdıq.

Doğrudan da, әvvәllәr mәnimlә danışan hәmin o insanlar heç vaxt, heç kәsә

danışa bilmәdiklәrini danışırdılar. Baxmayaraq ki, o insanların bәzilәri yaxınlıqda

– 45 –

* * *

Moments of Eternity 2

yaşayırdı. Bu layihә başladıqdan sonra soruşdum ki, axı biz bir qәsәbәdә

yaşayırdıq, niyә bu sözlәri onda mәnә danışmırdın? Dedi ki, qızım, belә sıx

yaxlınlığımız yox idi. İndi sәn mәnim qızımsan, özü dә mәni dinlәyәcәk bir qızım.

Doğrudan da, biz 20 ildir ki, bu acıyla yaşayırıq. Yaşadığımız bu acını-dәrdi

ancaq bölüşәrәk yüngüllәşdirә bilәrik. Mәn bu lahiyәyә “sirdaş” olaraq

seçildikdәn sonra bunu daha dәrindәn başa düşdüm. Bizim ehtiyacımız var ki,

bizi başa düşәcәk biri bizi dinlәsin.

Mәn indi hәyata daha nikbin baxıram. Qürur duyuram. Hәyat yoldaşımın

sevgisi böyük idi, bizlәri qorumaq üçün, vәtәni müdafiә üçün getdi cәbhәyә.

Artıq 2-ci ili başa vururuq. Əvvәllәr göz yaşlarını saxlaya bilmәyәn analar indi

oğulları haqqında xoş xatirәlәr danışırlar. Anaların dilindәn bu sözlәri eşitmәk çox

xoşdur ki, oğul Vәtәn üçündür.

Düzünü deyim, mәn dә 20 ildә çәkdiyim әziyyәtdәn sonra bu layihәdә

çalışmaq, ünsiyyәt qurmaq dönüş yaratdı mәndә. Anaların dediklәri kimi bir-

birimizә ümid yeri, özümüzә dayaq yeri tapdıq.

Biz artıq yaxınlarımızdan başqa, bir-birimizә lazım olduğumuzu başa düşdük.

– 46 –

* * *

İtkinlәr üçün xatirә mәrasimi

Ölmәzlik anları 2

Yaqutun hekayәsi ... Mәn, Şirinova Yaqut Allahverdi qızı itkin Mәlikov Natiq Siyavuş oğlunun

hәyat yoldaşıyam. Azәrbaycanın dilbәr guşәsi olan Kәlbәcәr rayonunda doğulub,

böyüyüb, boya başa çatmışam. Könül verib sevdiyim bir insanla ailә hәyatı

qurdum. Amma yurdumuzun başının üstündә gәzәn o qara buludlar mәndәn dә

yan keçmәdi. Hәyat yoldaşım döyüşlәrdә itkin düşdü.

Mәn bu gün Natiqsiz keçәn günlәrimin acı xatirәlәrini vә bu gün hәyatımda

baş verәnlәri sizinlә bölüşmәk istәyirәm. Onsuz keçәn günlәrimin şahidi, acı

taleyimin kövrәk anlarını yazdığım gündәliyin birinci sәhifәsindәki şeirlә

başlamaq istәyirәm.

"O qәdәr ayrılıq hәsrәt görüb ki,

Kövrәk öyrәnibdi dili könlümün.

Dindirmә ağlayar, ağladar sәni,

Dәrdi çoxalıbdı dәli könlümün.

Gecә dә, gündüz dә axtarar gözüm,

İtib cavahiri, lәli könlümün."

Artıq 20 ildir gözlәrim yollarda, qulağım sәsdәdir. Hәlә dә gözlәyirәm. Hәr

sәsә, hәr telefon zәnginә sәksәnirәm ki, “Bәlkә Natiqdir gәlәn?! Bәlkә Natıqdir

gәlәn?! Bәlkә ondan bir xәbәr var?!” deyә, 20 ildir artıq. Hәr ildә neçә ay, hәr ayda

neçә gün, hәr gündә neçә saat, neçә dәqiqә... Necә dә çәtinmiş bu illәri, ayları,

günlәri saymaq, sәnsiz yaşamaq. Getdin arxana baxmadan. İki körpә balanı

yetim, bir ananı tәnha qoydun. Torpağa olan bağlılığın, bizә olan sevgindәn güclü

imiş! Axı biz birlikdә balalarımızı böyüdüb, ali tәhsil verib, ev-eşik sahibi

edәcәkdik. Amma sәn vәdinә xilaf çıxdın. Mәni da ağır bir yükün altında qoyub

getdin. Yoxsa iradәmә, gücümә bәlәd idin?! Bәli, sәnin nә vaxtsa qayıdacağına

ümid edәrәk, özümdә güc-güvvә tapırdım. Ən çox da gördüyüm yuxular mәnә

güc-qüvvәt verirdi. Yuxularım mәni hәyata bağlayır, mәni yaşadırdı.

Yuxularımda hәmişә yanımda idi. Mәn isә yuxuların nә vaxtsa gerçәk olacağına

inanırdım. İllәr keçdikçә yuxularıma da gec-gec gәldin.

Çiyәlәk mürrәbbәsini çox sevirdin. Hәr yaz fәsli gәlәndә bişirirdim. Sәn onu çox

xoşlayırdın. Bankanı açmırdım, gözlәyirdim yay, payız, qış vә nәhayәt, növbәti yaz

fәsli hәr şey yenidәn tәkrarlanırdı. Sәn gәlmәdin. Artıq neçә ildir çiyәlәk mürәbbәsi

– 47 –

* * *

Moments of Eternity 2

bişirmirәm. Heç başqa yerlәrdә dә yemirәm. Elә bil ki, küsüb nәfsim ondan.

Bax, belәcә hәr an sәnsiz, sәnin xәyalınla yaşadım. Böyütdüm balalarımızı. Ali

tәhsil verdim. Sәnә layiq övladlar oldular. Üzlәri ağ olsun. Nilufәr 1-ci sinifә

gedәndә, mәktәbi qurtarıb ali tәhsil alanda, әn çox da gәlin köçәndә daha çox

ehtiyacım oldu sәnә, daha çox axtardı gözüm sәni. İstәyirdim vağzalı çalınanda,

özün ona xeyir-dua verәsәn, әr evinә yola salasan. Nilufәr yaman kövrәlmişdi.

"Ana" - deyirdi , "bu gün dә atam gәlmәdi." Sәnә şeir yazmışdı -

Gözlәrim yollarda, qulağım sәsdә,

Sevincim qәlbimdә yarımçıq qalıb.

Bәlkә qapımızdan girәrsәn deyә,

Gözlәrim yaş dolu, qapıda qalıb.

Bax, budur, vağzalı çalınır ata,

Söz verdin, 20 il gecikdin axı,

Anamın saçları ağardı daha,

Haray ver, neçә il sәbr edәk axı?

Şәhriyar heç xatırlamır sәni. Axı o çox körpә idi sәn gedәndә. Bir gün

yuxusunu danışdı mәnә. Dedi ana, atamı görmüşәm yuxumda, gәlmişdi. Qaçdım

ona tәrәf, “ata, ata” çağırdım, sәs vermәdi. Yaxınına gedәndә gördüm ki, atam

deyil. Şәhriyarı yetkinlik yaşına çatandan ağlayan görmәmişdim. Amma

yuxusunu danışanda hönkürüb ağladı. Bir dә Nilufәr gәlin köçәndә. Dözә

bilmirәm onların göz yaşlarına. Başqaları öz uşaqlarının başlarını sığallayanda,

onların necә hәsrәt çәkdiklәrini görmәk mәhv edir mәni.

Kimini üzündә fәrәh yaşadır,

Mәnimsә gözümdә yaşdı bu dünya.

Kiminә ömürlük çiçәkli yazdı,

Mәnәsә tufanlı qışdı bu dünya.

Amma yenә dә ümidimi üzmәmişәm. Hәrdәn sәni xayalımda tәsvir edirәm.

Saçlarına vaxtsız illәrin dәni düşmüş, gözlәri hәsrәtdәn çuxura düşmüş orta yaşlı

bir adam kimi. Amma gәlmәsәn dә, nә vaxtsa ruhlarımız qovuşacaq, vә sәnin

müәmmalı taleyini öyrәnәcәm.

İndi isә bu gün, 20 il sonra hәyatımda baş verәn dәyişikliklәri sizinlә bölüşmәk

istәyirәm. Bir gün mәnә zәng gәldi. Bu Azәrbycan Praktiki Psixoloqlar

Asossiyasiyasının sәdri Elmira xanım idi. Mәni BQXK-nın hazırladığı layihәdә

– 48 –

* * *

Ölmәzlik anları 2

çalışmağa dәvәt edirdi. Tәrәddüd etdim. "Özümün azmı dәrdim var? Yox,

bacarmaram."- deyә düşündüm. Özüm bu ağır dәrdi çәkә-çәkә, kiminsә dәrdinә

necә şәrik olaram? Amma Elmira xanım mәnә ürәk-dirәk verdi, “Qorxma, hәr şey

yaxşı olacaq, bacararsan” dedi. Razılaşdım. Nәhayәt, işә başladım. İlk telefon

zәngi, nә deyәcәm, mәni qәbul edәcәklәrmi? Dәstәyin o biri başından qızımın

sәsini eşidirәm. Sәsindә uzun illәrin hüznü vardı. Ürәklәndim vә hәr şey belәcә

başladı. Evlәrә getdim, neçә illәrdi ağlamaqdan gözlәri kor olmuş anaların,

ataların, saçının birini ağ birini qara hörüb balalarını böyüdәn gәlinlәrin, “Can

qardaş, bacın ölsün haradasan?” deyib haray çәkәn bacı, qardaşların dәrdlәrini öz

dәrdimә qatıb bölüşdüm, şәrik oldum. Tәk olmadığımı gördüm. Neçә-neçә ana-

bacıların, ataların, qardaşların acı talelәrini dinlәdim. Qrup görüşlәrimizdә heç

kәsә demәdiklәri sözlәri mәnlә bölüşdülәr. Bir ailә olduq.

Keçmişini, indisini, sevincini, kәdәrini mәnimlә bölüşmәk üçün yolumu

sәbirsizliklә gözlәyәn Qәndilә ana, Şamama ana, Xalidә ana, Tamella bacı vә s.

saymaqla qurtarmaz.

Mәn dә daha ağlamıram, ağlamayacağam da. Çünki mәn tәk deyilәm...

– 49 –

* * *

Moments of Eternity 2

Sirdaşların tәlimi

Abbasov Azad

Abdullayeva Gülçöhrә

Ağayeva Bәnövşә

Bayramova Hәlmәt

Bayramova Turә

Behbudova Dilruba

Bәbirova Ülfәt

Bәşirova Sabirә

Bünyadova Tavat

Cabbarova Fәridә

Cabbarova Xalidә

Canıyeva Reyhan

Eyyubova Kifayәt,

Əhmәdova Mehriban

Əliyeva Lumu

Fәrhadov Barat

Göyüşov Ramazan

Hacıyeva Fәrqanә

Hәsәnova Mәkanәt

Hüseynova Mәlahәt

İbişova Samaya

İlyasova Şüşә

İsmayılov Nәriman

Qurbanlı Nicat

Mәmmәdov Habil

Mәmmәdova Sәadәt

Musayeva Xanımzәr,

Mustafayeva Simuzәr

Sәlimova Sara

Sәmidova Nisәxanım

Şirinov Allahverdi

Şirinova Yaqut

Vәliyeva Tәranә

Vüsal Kölgә

Yaraliyeva Hüsniyyә

Zamanlı Mirsәyyaf

Bu kitabın hazırlanmasına töhfә verәnlәr:

– 50 –

MissiyaBeynәlxalq Qızıl Xaç Komitәsi (BQXK), müstәsna humanitar missiyası

müharibә vә ölkәdaxili zorakılıq qurbanlarının hәyat vә lәyaqәtini müdafiә etmәk

vә onlara yardım göstәrmәk olan qәrәzsiz, neytral vә müstәqil tәşkilatdır. O,

silahlı münaqişә zamanı Beynәlxalq Qızıl Xaç vә Qızıl Aypara Hәrәkatının

(Hәrәkat) hәyata keçirdiyi beynәlxalq yardım әmәliyyatlarına rәhbәrlik vә

koordinasiyanı tәmin edir. Bundan әlavә, humanitar hüququ vә universal

humanitar prinsiplәri tәbliğ edәrәk vә möhkәmlәndirәrәk o, insan iztirablarının

qarşısını almağa çalışır. 1863-cü ildә yaradılmış BQXK, Hәrәkatın banisidir.

BQXK Azәrbaycanda 1992-ci ildәn etibarәn Dağlıq Qarabağ münaqişәsi ilә

bağlı fәaliyyәt göstәrir.

MissionThe International Commi� ee of the Red Cross (ICRC) is an impartial, neutral

and independent organization whose exclusively humanitarian mission is to

protect the lives and dignity of victims of war and internal violence and to

provide them with assistance. It directs and coordinates the international relief

activities conducted by the International Red Cross and Red Crescent Movement

(Movement) in situations of confl ict. It also endeavours to prevent suff ering by

promoting and strengthening humanitarian law and universal humanitarian

principles. Established in 1863, the ICRC is at the origin of the Movement.

The ICRC has been working in Azerbaijan in relation to the Nagorny

Karabakh conflict since 1992.

– 51 –

Moments of Eternity 2© 2013, ICRC

Signed for print: 22.08.2013Format: 60x84 1/16 Off set paperFont face: Palatino LinotypeOff set printingCirculation: 1000

Designed and printed by “New Art” firm www.newart-az.com

Baku, Azerbaijan2013

Ölmәzlik anları 2© 2013, Beynәlxalq Qızıl Xaç Komitәsi

Çapa imzalanıb: 22.08.2013Format: 60x84 1/16 Ofset kağızQarnitura: Palatino LinotypeOfset üsulu ilә çap olunubTiraj: 1000

“New Art” firması tәrәfindәn sәhifәlәnib vә çap edilibwww.newart-az.com

Bakı, Azәrbaycan2013

2013.0153 - GVALNBD1