17
1 Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir: Seyyid Məhəmməd Cavad Haşiminijad Əşrəfi Baş redaktor: Höccətül-İslam Höccət Müdərrisi İcraçı direktor: Firəngiz Zeynəli Redaktor: Novruzov Vüsat Redaksiya heyəti: Məcidov Məhəmməd Həsənov Ceyhun Novruzov Vüsat Dizayn: C. Həsənov Naşir: Qüds mədəniyyət müəssisəsi Ünvan: İran İslam Respublikası, Məşhəd şəhəri, İmam Rzanın (ə) müqəddəs hərəmi Tel.: +98-51-32213474 +98-51-32259090 Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi zövq və həyat başqa bir şeydir-------------------------------------2 Həzrət Peyğəmbərin (s) həyatından incilər-------------------------------------------4 Nurani hədislər--------------------------------6 Eşq ziyarəti -------------------------------------8 Şam diyarı və Süfyaninin hərəkatı -------10 Hidayət və azğınlıq Allahın əlindədir ---12 Nəzirin əhkamı--------------------------------14 Ərbəin ziyarətnaməsi----------------------- 16 Ailə xoşbəxtliyi üçün diqqət olunmalı bəzi məsələlər---------------------------------18 Ayətullah Məhəmməd Reyşəhrinin həyatına qısa bir baxış ----------------------20 Astan Qüds Rəzəvinin Xarici Zəvvarlar İdarəsi haqqında-----------------------------22 Ərbəin ziyarətinə bu qədər təkid edilməsinin səbəbi nədir? ------------------24 “Günəşlə Səfər” kitabı haqqında --------26 Uşaq səhifəsi --------------------------------28 Armudun faydaları------------------------30 Sorğu----------------------------------------31 Müsabiqə---------------------------------32 Parlayan Günəş aylıq İslam maarifi jurnalı

Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

  • Upload
    others

  • View
    10

  • Download
    1

Embed Size (px)

Citation preview

Page 1: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

1

Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi

Məsul müdir: Seyyid Məhəmməd Cavad Haşiminijad Əşrəfi Baş redaktor: Höccətül-İslam Höccət Müdərrisi

İcraçı direktor: Firəngiz Zeynəli

Redaktor: Novruzov Vüsat

Redaksiya heyəti:Məcidov MəhəmmədHəsənov CeyhunNovruzov Vüsat

Dizayn: C. Həsənov

Naşir: Qüds mədəniyyət müəssisəsi

Ünvan: İran İslam Respublikası, Məşhəd şəhəri, İmam Rzanın (ə) müqəddəs hərəmi

Tel.: +98-51-32213474 +98-51-32259090

Sayt: www. imamrezashrine.aqr.ir

E-mail: iro@ imamrezashrine.com

Bu sayda

Dünyanın təmtərağına aldanmayın, həqiqi zövq və həyat başqa bir şeydir-------------------------------------2

Həzrət Peyğəmbərin (s) həyatından incilər-------------------------------------------4

Nurani hədislər--------------------------------6

Eşq ziyarəti -------------------------------------8

Şam diyarı və Süfyaninin hərəkatı -------10

Hidayət və azğınlıq Allahın əlindədir ---12

Nəzirin əhkamı--------------------------------14

Ərbəin ziyarətnaməsi----------------------- 16

Ailə xoşbəxtliyi üçün diqqət olunmalı bəzi məsələlər---------------------------------18

Ayətullah Məhəmməd Reyşəhrinin həyatına qısa bir baxış ----------------------20

Astan Qüds Rəzəvinin Xarici Zəvvarlar İdarəsi haqqında-----------------------------22

Ərbəin ziyarətinə bu qədər təkid edilməsinin səbəbi nədir? ------------------24

“Günəşlə Səfər” kitabı haqqında --------26

Uşaq səhifəsi --------------------------------28

Armudun faydaları------------------------30

Sorğu----------------------------------------31

Müsabiqə---------------------------------32

Parlayan Günəş aylıq İslam maarifi jurnalı

Page 2: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

2 3 Qurani-Kərim

Allah-təala Əraf surəsinin 199-cu ayəsində buyurur:

خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين

Sən onlarla mülayim davran, üzrlərini qəbul et, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!

Rəhbər və təbliğatçıların dörd mühüm vəzifəsi

İmam Sadiqə (ə) istinad edilən bir hədisdə əxlaq mövzusunda Quranda bundan daha əhatəli bir ayə olmadığı qeyd edilmişdir. Bəzi hədislərdə qeyd edilir ki, bu ayə nazil olandan sonra Peyğəmbər (s) Cəbraildən (ə) insanlarla müla-yim davranmaq və çətinliyə salmamağın məna-sını soruşduqda Cəbrail (ə) deyir: “Ey Məhəmməd, Allah sənə zülm edənləri əfv etməyi, məhrum edənləri bağışlamağı, səndən əlaqələrini kəsənlərlə əlaqə yaratmağı əmr edir.”1 Bu və sonrakı ayədə Peyğəmbərin (s) simasında rəhbər və təbliğatçıların üzərinə düşən dörd vəzifəyə işarə edilmişdir. Başlan-ğıcda mülayim davranmaq, çətinliyə salmamaq, üzrləri qəbul etmək göstərişi verilir. Təbii ki, rəhbər və təbliğatçı çox ciddi olarsa, çox çəkməz ki, cəmiyyət onu tərk edər və o, qəlblərdəki yerini itirər. Sonra Peyğəmbərə (s) insanları yaxşılığa çağırmaq göstərişi verilir. Bununla həm də ciddiliyin tərk edilməsinin yaltaqlıq olmadığına işarə edilir. Rəhbər və təbliğatçılar bütün həqiqətləri olduğu kimi deməli, insanları haqqa dəvət etməli, heç nəyi əsirgəməməlidirlər. Üçüncü mərhələdə cahil və nadanlar qarşısında dözümlü olmaq göstərişi verilir. Çünki rəhbərlər və təbliğçilər öz yollarında təəssübkeş, inadkar, cahil, əxlaqsız insanlarla qarşılaşırlar. Bu çətinliklərə qalib gəlməyin yolu cahillərlə polemikaya girmək deyil. Bu zaman ən yaxşı yol dözümlü və hövsələli olmaq, onları görməzdən gəlməkdir. 200-cü ayədə dini rəhbərlərin və təbliğatçıların dördüncü vəzifəsi-

1- Məcməül-bəyan, c.4, səh.415

nə işarə edilmişdir. O da Şeytanın vəsvəsələri qarşısında Allaha sığınmaq, Ondan yardım istəməkdir. Çünki şeytanların vəsvəsələri onların yolları üzərində özünü məqam, mal, şöhrət və bu kimi formalarda göstərir. Şeytan və şeytansifətlər vəsvəsə edərək onları yoldan çıxarmağa səy göstərirlər2 .

Allah-təala Rəd surəsinin 7-ci ayəsində buyurur:

ويـقول الذين كفروا لول أنزل عليه آية من ربه إنما أنت منذر ولكل قـوم هاد

Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq qorxu-dansan. Hər qövmün bir yolgöstərəni vardır.

Peyğəmbər şəriətin təsisçisi, imam isə onu qoruyandır.

Qorxutmaq, qorxu gəlmək və təhdid etmək yolunu azmışların yola gətirilməsi və doğru yolu tapmaları üçündür. Yolgöstərən, hidayətçi isə insanların doğru yolda yürüməsi üçündür. Əslində, “qorxu gələn” yaradan, var edən, “yolgöstərən” isə qoruyan və irəli aparandır. Biz bu ikisini peyğəmbər və imam adlandırırıq. Peyğəmbər şəriətin əsasını qoyur, imam isə onu qoruyur. Peyğəmbərdən (s) nəql edilən çoxlu sayda hədislər bu izahı təsdiq edir. İbn Abbasa istinad edilən bir hədisdə bu ayə nazil edilərkən Peyğəmbərin (s) əlini sinəsinə qoyaraq “mən qorxudanam” deməsi, sonra Əliyə (ə) işarə edərək “sən yolgöstərən və hidayətçisən. Məndən sonra hidayət olunmuşlar sənin vasitənlə hidayət olunacaqlar”, – deyə buyurması nəql edilmişdir .3

2- Nümunə, c.7, səh.623- Nümunə təfsiri, cild 10, səh. 130.

Page 3: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Həzrət Peyğəmbəri-Əkrəm (s) və İmam Cəfər Sadiqin (ə)

həyatından incilər.Hədislərdə həzrət Peyğəmbərin (s) insanlarla necə münasibət qurması və onlara

necə ehtiram göstərməsi barədə gözəl nöqtələrə işarə olunub. Vücudu mənəvi saflıqla, gözəl ədəb və əxlaqla nuraniyyət tapan, sonuncu peyğəmbər olaraq insaniyyət üçün nümunə göndərilən və Allahın iradəsi ilə bütün pisliklərdən uzaqlaşdırılan, həzrət Peyğəmbər (s) haqqında Qurani-Kərim buyurur:

وإنك لعلى خلق عظيم

“Həqiqətən sən böyük əxlaq sahibisən.”1

Gözəl əxlaq və gözəl münasibət ictimai bir dəyərdir. Həzrətin (s) həyatı uşaqlar, gənclər və böyüklər üçün örnək mənbəyidir. Peyğəmbərin (s) həyatında olan inciləri insanlar əgər yaşayıb və yaşatdıra bilsələr, başqalarını özlərinə qarşı mehriban, ətraflarını möhkəm, cəmiyyətdə isə əmanətdar biri kimi tanınarlar.

1- Qələm surəsi, 4-cü ayə.

Həzrət Peyğəmbərin (s) həyatında olan incilərdən danışmaqla qurtarmaz, amma demək istədiklərimizin bəziləri aşağıdakılardan ibarətdir:

1. “O Həzrət (s) heç vaxt barmağı ilə kiməsə işarə etməz və əgər kiməsə işarə etmək istəsə idi gözəl bir şəkildə ehtiramla işarə edərdi.”

2. “Bir kəslə söhbət etdiyi zaman nəinki üzünü ona tərəf çevirərdi, bütün vücudu ilə ona ehtiram edib və onun sözünü kəsməzdi.”

3. “Əllə görüşdüyü zaman insanlarla gözəl şəkildə görüşüb onlara təbəssüm edərdi.”4. “Cəmiyyətdə insanlarla ən gözəl rəftarı edər və heç vaxt onları yaxşı və ya pis

təbəqələrə ayırmazdı.”5. “Fəqirlərlə ən gözəl rəftarı edər və heç vaxt yeməyini tək yeməzdi.”Həqiqətən tarix sübut edir ki, o Həzrətin (s) danışığı kimi, rəftarı, düşüncəsi və hətta

baxışı da gözəl və ibrətlə dolu idi.Həzrət Peyğəmbərin (s) bu gözəl həyatından dərs almış, bu yüksək əxlaqı daim

insanlara örnək tutmuş, insani dəyərləri və əxlaqi səciyyələri tam olaraq insanlar arasında təbliğ etmiş şəxslərdən biri də İmam Cəfər Sadiqdir (ə). Hər kəs onun əxlaqından, elm və mərifət nurundan gözəl şəkildə bəhrələnməyə çalışırdı. Öz babası kimi İmam Cəfər Sadiq (ə) də cəmiyyət arasında insanlarla gözəl davranar, onlarla gözəl münasibət qurar və həmişə əxlaqla rəftar edərdi. Tez-tez insanlar arasında bu kəlamı işlədərdi:

سلم الخلق الحسنة فيما بـين الناس إن مما يـزين ال

“Camaatla gözəl əxlaqla davranmaq, İslama zinətdir.”1

Vücudu və rəftarı ilə İslama zinət olan bu böyük şəxsiyyətin həyatına nəzər saldıqda görürük ki, insanlara bir çox nəsihət və tövsiyələr edir, onları Allahın haramlarından çəkindirir və halallarına qarşı sövq edirdi.

Rəftarları və münasibəti əxlaqla dolu olan İmamın (ə) həyatından bəzi inciləri vurğulamaq yerinə düşər:

1. “Həmişə gülərüz, mehriban və xoşxasiyyət idi.”2. “Həzrət Peyğəmbər (s) kimi elm və əmanətdarlığı ilə tanınırdı.”3. “Verdiyi sözü layiqincə və vaxtında yerinə yetirərdi.”4. “Heç zaman əsəbi olmaz və insanlarla aram münasibət qurardı.”5. “Bir mövzu barədə tam məlumat almadan, mövzu barəsində bir şey deməzdi.”6. “Başqalarına hörmət edər, heç kəsin haqqını tapdalamazdı.”7. “Heç zaman kimsənin eybini üzə çıxarmazdı.”Həzrət Peyğəmbər (s) və İmam Cəfər Sadiq (ə) təkcə müsəlmanlara deyil, bütün

bəşəriyyətə, kainata rəhmət və bərəkətdir. Onlar böyük əxlaqa sahib olmuş, həyatı boyu öz sevgi və şəfqətlərini heç kimsədən əsirgəməmişlər.

İnsan ömründə baş verə biləcək hər cür hadisə və mənəvi halı şəxsən həzrət Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) həyatı ilə tətbiq etməlidir. Onların həyatını öyrənən hər bir müsəlman, şəxsiyyətlərinə böyük hörmətlə yanaşıb, onlardan lazımınca dərs alıb, o gözəllikləri yaşadıb və yaşatdırmalıdırlar.

1- Mişkatül-ənvar, səh 240.

4 5 Əhli-Beyt (ə) (14 Məsum)

Page 4: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur:

حسان ن ظلمک، و تصل من قطعک، وال نیا و الخرة؟ العفو عم ال اخبرکم بخیر خالئق الدالى من اساء الیک، واعطاء من حرمک

“Sizə dünya və axirətin xeyrindən xəbər verimmi? Sənə zülm edəni bağışla, səninlə əlaqəni qıranla əlaqəni kəsmə, sənə pislik edənə

yaxşılıq et və səni məhrum edənə də bəxşiş et!”1 Bu hədisin kölgəsi altında vəhdətdən, qardaşlıqdan, birlikdən və bir-birimizə

olan yaxınlığımızdan qısa da olsa söhbət açmaq istəyirik. Bu gün müsəlmanların vəhdət təşkil etməsi çox zəruri məsələlər sırasındadır. İslam Peyğəmbərinin (s)

müsəlman cəmiyyətinə buyurduğu bu hədisə əsasən, dünya və axirəti təmin edən ən yaxşı əxlaq güzəşt və pisliyə qarşı yaxşılıqdır. O üzdən müsəlmanlar gərək həmişə bir-

birlərinə qarşı gözəl əxlaq nümayiş etdirsinlər və güzəştə getməyi bacarsınlar. Belə olduğu halda qardaşlıq möhkəmlənər, münasibətlərimiz daha da sıx sevgilərlə əhatələnər.

Qurani-Kərimdə Allah-təala buyurur:

ادفع بالتی هی أحسن فإذا الذی بینک وبینه عداوة کأنه ولی حمیم وما یلقاها إل الذین صبروا وما یلقاها إل ذو حظعظیم

“Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda səninlə ədavəti olan şəxs sanki yaxın və səmimi bir dost olar. Bu məqama isə yalnız səbir edib dözümlülük göstərənlər, (iman və təqva cəhətdən) böyük nəsibi olanlar nail olurlar.”2

Bu üzdən müsəlman cəmiyyəti Allahın və Peyğəmbərin (ə) bu buyruğunu nəzərə almalı, bir-biri ilə qardaş və yaxınlıq əlaqələri yaratmalı, bir olmalı, qüvvələrini birləşdirmələri və güclərini eyni nöqtəyə sərf etməlidirlər. İnkişaf və tərəqqiyə yalnız bir olmaqla və pislikləri dəf etməklə nail olmaq olar.

1- Biharul-Ənvar, 71-ci cild, səh.399. 2- Fussilət surəsi, ayə 34-35.

İmam Cəfər Sadiq (ə) buyurur:

عودوا مرضاهم و اشهدوا جنائزهم و اشهدوا لهم و علیهم و صلوا معهم فیمساجدهم

“Onların (qeyri-şiələrin) xəstələrini yoluxmağa gedin, onların dəfn mərasimində iştirak edin, məhkəmələrdə onların lehinə və əleyhinə şahidlik edin və onlarla birlikdə onların məscidlərində namaz qılın.” 1

Həzrət Peyğəmbər və məsum İmamlarımız (ə) yalnız digər məzhəb ardıcılları ilə deyil, qeyri-müsəlmanlarla da dözümlü davranırdılar. Onlar həmişə İslam dininin mənafeyi naminə qardaşlıq və insanlıq ideyasını müdafiə etmiş, öz davranışları ilə də buna nümunə olmuşdurlar. İslam dinində birlik və qardaşlıq nümayiş etdirən nümunələr çoxdur. Biz bunu insanlarla birgə yerinə yetirdiyimiz ibadi məsələlərimizdə, o cümlədən, gözəl formasını “Həcc” ziyarəti zamanı görməkdəyik. Cismən və ruhən bir-birindən minlərlə fərsəx fasiləsi olan müxtəlif ölkələrdən və millətlərdən olanlar bir məkana gələrək, Allaha ibadət edir və Tövhid bayrağı altında vəhdət təşkil edirlər.

Bunu da qeyd etmək lazımdır ki, biz bu qardaşlığı və birlik bağlarını İslam düşmənləri ilə, insanların qanına susamışlarla deyil və bu qəbildən olan batil vəhhabi (sələfi) firqəsi ilə deyil, zahirdə müsəlman batində ilan olan batil əhli ilə deyil, həqiqətən İslam uğrunda, insanlıq uğrunda fədakarlıq edən müsəlmanlarla bağlayırıq. Bu qeydi böyük alim Məkarim Şirazinin (Allah ömrünü bərəkətli etsin) kəlamları ilə bitirirəm:

Sülh, dostluq, mehribanlıq və ya sərt davranışa əl atmamaq dedikdə, zülmkarların, zor tətbiq edənlərin, inadkar düşmənlərin və istismarçıların müqabilində təslim olmaq nəzərdə tutulmur. Bu məsələ Qurani-Kərimin Fəth surəsinin 29-cu ayəsində belə açıqlanır:

أشداء على الکفار رحماء بینهم“Onunla birlikdə onlar kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə

mehribandırlar.”Beləliklə, müsəlmanlar inadkar və rəhmsiz düşmənləri müqabilində

mütləq sərt mövqe seçməli, dostlarına qarşı isə mərhəmətli olmalıdırlar.2

1- Vəsailüş-Şiə, 8-ci cild, səh. 301. 2- “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 144-148.

6 7 Nurani hədislər

Page 5: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Əhməd ibni Məhəmməd ibni Əbu Nəsr Bəzənti öz əsrinin məşhur alimlərindən və məlumatlı adamlarından idi. İmam Rzanın (ə) onunla uzun yazışmasından və onların arasında olan sual-cavablardan aldığı nəticələrdən sonra Həzrətin (ə) imamlığına iman gətirdi.

Bir gün İmama (ə) dedi:Mən istəyirəm ki, işdə maneçilik olmadığı bir vaxt, mənim gəlib-getməyim

məmurlar nöqteyi-nəzərincə maneçilik əmələ gətirməsə, şəxsən sizin evinizə gəlib hüzurunuzdan bəhrələnim.

Bir gün axşam vaxtı İmam Rza (ə) öz şəxsi atını göndərib, Bəzəntini öz yanına çağırdı. Gecə yarısına qədər elmi sual-cavablar davam etdi. Bəzənti daim öz elmi çətinlikləri haqda soruşur, İmam (ə) da cavab verirdi. Bəzənti bu fürsətdən istifadə etməyə müvəffəq olduğu üçün fəxr edirdi. Gecə keçdi və yatmaq vaxtı çatdı. İmam (ə) xidmətçini çağırıb buyurdu: “Mənim şəxsi yatağımı gətir, Bəzənti üçün yer sal, qoy istirahət etsin.”

Bu yüksək hörmət və məhəbbət Bəzəntiyə çox təsir etdi. Xəyal quşu pərvaza gəldi. Ürəyində öz-özünə deyirdi: “İndi dünyada məndən xoşbəxt və səadətli adam yoxdur. Bu, mənəm ki, İmam (ə) öz şəxsi atını mənim üçün göndərdi və məni onunla öz mənzilinə gətirdi, mənim suallarıma cavab verdi. Bunlardan əlavə, bu, mənəm ki, yuxum gələn zaman İmam (ə) göstəriş verib, öz şəxsi yatağını mənim üçün saldırdı. Bəs dünyada məndən xoşbəxt və səadətli bir adam varmı?

Bəzənti bu xoş xəyallarla məşğul idi. Dünyanı və yüksəklikləri öz ayağı altında görürdü. Qəflətən, əllərini yerə dirəyib qalxmaq və getmək istəyən İmam Rza (ə), “Ey Əhməd!”,- cümləsi ilə Bəzəntiyə müraciət edib, onun güman ipini qırdı. Sonra buyurdu: “Heç bir zaman bu gecə sənin qarşına çıxanları özünün başqalarına nisbətən iftixar və imtiyazı kimi qəbul etmə, ona görə ki, Əli ibni Əbu Talibin (ə) yaxın köməkçilərindən biri olan Səsəət ibn Sühən xəstə olan zaman, Həzrət (ə) ona baş çəkməyə gedib, ona çox məhəbbət və nəvaziş etdi. Məhəbbət əlaməti olaraq əlini onun alnına qoydu. Durub gedərkən ona xitabən buyurdu: “Bu işləri heç fəxr və imtiyaz kimi qəbul etmə, bunlar sənin üçün dəlil-sübut ola bilməz. Mən bütün bunları mənə aid olan təklif və vəzifə xatirinə yerinə yetirdim və heç vaxt, heç kəs bu cür işləri özlərinin kamalı kimi fərz etməməlidir.1

1- “İbrətamiz hekayələr”, səhifə 55, (Mürtəza Mütəhhəri).

İmam Rza əleyhis-salamın həyatından ibrətli hekayə

8 9 İmam Rza (ə)

Page 6: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

İbni Abbasdan belə nəql olunur: “Süfyani xüruc edib kütləvi qırğınlar törədər, hətta qadınların qarnını yırtıb uşaqlarını böyük qazanlarda qaynadar.” 1

Süfyaninin siyasi nəzərləri və mədəniyyətiHədislərdə göstərilir ki, Süfyani qərb mədəniyyətinə meyilli olan bir adamdır və çox hallarda həmin

yerdə böyüyüb-başa çatmasından söhbət açılır. Şeyx Tusinin Qeybət kitabında Bişr ibni qalibdən mürsəl şəkildə belə bir hədis nəql olunur: “Süfyani bir qrupun rəhbərliyini öhdəsinə aldığı zaman məsihi bir şəxs kimi boynuna xaç asacaq, rumluların ölkəsindən hərəkət edib bu tərəfə gələcəkdir.”2

Hədisdə “müntəsir” kəlməsi qeyd olunmuşdur. Amma əslində Biharül-Ənvarda (52-ci cild, səh. 217) qeyd olunduğu kimi, “mütənəssir”, yəni məsihi olmuş müsəlman olmalıdır. “Romalıların (qərblilərin) ölkəsindən gələcəkdir”,- cümləsində məqsəd, Rum (qərb) ölkəsindən Şama gələn bir şəxsdir ki, orada qiyam edəcək, oradakı qərblilərin və yəhudilərin siyasi rəhbərliyini öz öhdəsinə alacaq, Romanın (qərblilərin) düşməni olan həzrət Mehdi ilə qarşılaşacaq, ruslar və onların havadarları ilə birlikdə müharibəyə daxil olacaqdır. Süfyani zühur dövrünün hadisələrində və həzrət Mehdinin (ə.f) qoşun yeritməsinin önündə öz paytaxtını Dəməşqdən Fələstindəki Rəmləyə köçürəcəkdir. Həmin yer ki, hədislərə əsasən Roma (qərb) qiyamçıları orada düşərgə salacaqlar. Hətta yəhudilərin və romalıların xeyrinə olaraq ön cəbhədə həzrət Mehdi (ə.f) ilə müharibəyə başlayacaqdır. Sonra məğlub olacaq, bu da yəhudilərin məğlubiyyəti ilə nəticələnəcəkdir.

Süfyaninin qırmızı bayrağıİmam Əli (ə) uzun bir hədisdə belə buyurur: “Onun müxtəlif nişanə və əlamətləri vardır. Süfyaninin

xürucu qırmızı bayraqla başlanır. Onun başçılığı Bəni-Kəlb qəbiləsindən olan bir şəxsin öhdəsinədir.”3 Bu qırmızı bayraq onun qan içmə siyasətinə dəlalət edir.

Süfyaninin məğlub olmasıBu mövzu ilə bağlı bir çox məsələlər var ki, bu kiçik məqalədə onları yazmaq fürsətimiz yoxdur.

Xülasə şəkildə qeyd edək ki, Süfyaninin xürucundan 6 ay sonra bəşəriyyətin xilaskarı, vəd olunmuş İmam Mehdi (ə.f) zühur edəcək. Onun əsas köməkçiləri hədislərdə qeyd olunduğu kimi İranlılar və Yəmənlilər olacaqdır. İman və küfr ordusu arasında baş verən müharibədə İmam Mehdi (ə.f) qalib gələrək düşmənləri məğlub edəcək. Dünyanı zülmlə dolduqdan sonra haqq-ədalətlə dolduracaqdır.4

1- Eyni mənbə, səh. 84 2- Qeybəte Tusi, səh. 278 3- Biharül-Ənvar, 52-ci cild, səh. 273 4- “Zühur əsri” kitabı, səh. 77-85, (ixtisarla), (Ayətullah Əli Kurani); (Mövzunun ətraflı izahı üçün kitaba müraciət olunsun.)

Həzrət Mehdinin (ə.f) hərəkatında məşhur şəxs olan Süfyani o Həzrətin (ə.f) düşmənlərindən olub, onunla qarşılaşacaqdır, hərçənd ki, İmam (ə.f) həqiqətdə Süfyanini himayə edən kafir qüvvələrlə qarşılaşır. Hədislərdə aşkar qeyd olunur ki, Süfyaninin qiyam etməsi Allahın qəti vədlərindəndir. İmam Zeynül-abidin (ə) buyurmuşdur: “Həm qaimin işi, həm də Süfyaninin məsələsi Allah tərəfindən qəti və labüd bir işdir. Qaim (ə.f) yalnız Süfyaninin gəlişindən sonra zühur edəcəkdir.”1

İslam alimləri arasında belə bir yekdil nəzər var ki, onun Süfyani adlandırılmasının səbəbi Əbu Süfyanın nəslindən olmasıdır. Eləcə də “ciyər yeyən arvadın” övladlarından olması da Əbu Süfyanın arvadı Hində mənsub edilməsinə görədir. (Belə ki, həzrət Həmzə Ühüd döyüşündə şəhid olandan sonra onun ciyərini çıxarıb çeynəməklə öz qəzəb odunu söndürmüşdü.)

Süfyaninin çirkinliyi və inadkarlığıHədis raviləri onun Allah, Peyğəmbər (s) və

həzrət Mehdiyə (ə.f) qarşı kin-küdurəti, qatı düşmənçiliyi və nifaqı barəsində yekdil fikirdədirlər. Sünni və şiələrin onun alçaq şəxsiyyəti və yaramaz rəftarı barəsində nəql etdikləri hədislər eyni səviyyədə və təqribən bir-birinə yaxındır. Hədislərdə deyilir:

“Süfyani 6 ay müddətində ona itaətsizlik edənləri qətlə yetirəcək, başlarını mişarla kəsəcək və qazanlarda bişirəcəkdir.”2

1- Biharül-Ənvar, 53-cü cild, səh. 1822 İbni Həmmadın əlyazması, səh. 80

Süfyani haqqında

10 11 Məhdəvilik

Page 7: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Bildiyimiz kimi, Quranın bir çox ayələrində Allah kafir və bir sıra günahkar insanlara Cəhənnəmdə əbədi qalacaqlarını vəd etmişdir. Məsələn, Tövbə surəsinin 68-ci ayəsində deyilir: “Allah münafiq kişi və qadınlara, kafirlərə içində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir.” Eləcə də, Allah tərəfindən mömin kişi və qadınlara Cənnətdə əbədi qalacaqları vəd edilmişdir. Məsələn, həmin surənin 72-ci ayəsində oxuyuruq: “Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan Cənnətlərdə əbədi qalacaqlarını vəd etmişdir.”

Burada belə bir sual yaranır; necə olur ki, bir nəfər 80, ya çox olsun, 100 il ömür sürür və bir neçə pis iş görür, lakin qiyamət günü milyon illərlə, yaxud əbədi olaraq onun cəzasını çəkməli olur?

Bu sual yalnız Cəhənnəmin əbədi əzabına aiddir. Behiştdə əbədi qalmağa gəlincə isə, bu sualın mənası yoxdur. Çünki mükafat (Cənnət mükafatı) nə qədər çox olarsa, bir o qədər Allahın rəhmət və fəzlinin çoxluğunun nişanəsidir. Lakin pis əməllərin müqabilində insan əbədi əzaba düçar olması necə? Bu Allahın ədaləti ilə uyğun gəlirmi? Allahın ədaləti ilə günahların cəzasını çəkmək arasında tarazlıq olmamalıdırmı?

Cavab:Bu sualın cavabını bilmək üçün bir neçə mətləbi

nəzərə almalıyıq:1) Axirət dünyasının əzab və cəzası bu dünyanın

cəzası kimi deyildir. Məsələn, bir nəfər dünyada oğurluq edibsə, onu bir müddət zindanda saxlayıb sonra azad edirlər. Qiyamət cəzası isə əməllərin (günahların) təsir və xüsusiyyətinə əsasən verilir. Başqa sözlə desək, günahkarların axirətdə çəkəcəyi əzabların hamısı onların öz əməllərinin nəticəsidir ki, indi onları əhatə etmişdir.

Qurani-Məcid bu məsələni çox gözəl şəkildə bəyan etmişdir: “Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz.” (Yasin surəsi, ayə 54).

Bu həqiqəti sadə bir misalla aydınlaşdıra bilərik. Təsəvvür edin ki, bir nəfər narkotik maddələr qəbul etməyə və ya spirtli içkilər içməyə adət etmişdir. Ona deyiləndə ki, bunlar sənin ziyanınadır, qulaq asmır. Bir neçə həftə və ya bir neçə ay öz kefi ilə məşğul olduqdan sonra yavaş-yavaş mədəsi, ürəyi ağrımağa, əsəbləri pozulmağa başlayır. Sonra ömrünün axırınadək bu xəstəliklərdən əziyyət çəkir, gecə-gündüz çığır-bağır salır, ah-nalə edir. İndi deyə bilərikmi, bu şəxs bir neçə həftə və ya bir neçə ay günah işlətmişdir, bəs indi nə üçün ömrünün axırınadək onun əziyyətini çəkməli olur? Dərhal cavab verilir ki, bu onun öz əməlinin nəticəsidir. Hətta o, Nuh Peyğəmbər (ə) qədər də ömür sürsə, yenə ömrünün sonuna kimi bu əziyyəti çəkməlidir. Ona deməliyik ki, bu sənin öz əlində hazırladığın bəladır.

Qiyamət gününün əzabları da bir cəhətdən buna bənzəyir. Buna görə də, Allahın ədalətinə heç bir qüsur gətirmir.

2) Bəziləri belə güman edirlər ki, günahın cəzasının müddəti günahın müddəti qədər olmalıdır. Bu səhv və yalnış bir fikirdir. Çünki günahla cəza arasında zaman rabitəsi yoxdur. Cəza günahın xüsusiyyət və nəticəsinə görə verilir.

Məsələn, bir şəxs günahsız bir insanı qətlə yetirir və bir sıra dünyəvi qanunlara əsasən onu ömürlük zindana məhkum edirlər. Baxıb görürük ki, cinayət az bir zamanda baş verib, lakin cani ömürlük zindana məhkum olunub. Bu işi heç kim zülm hesab etmir. Çünki bu işdə saniyə, dəqiqə, saat, ay rol oynamır. Əsas məsələ günahın xüsusiyyətidir.

3) Cəhənnəmdə həmişəlik qalıb əbədi əzab çəkmək yalnız bütün nicat qapılarını öz üzlərinə bağlamış və bilərəkdən fəsada, nifaqa doğru gedən insanlara aiddir. Günah bu insanlara o qədər təsir edib ki, onların bütün vücudunu özündə qərq etmiş, əslində onları günahın özünə gətirib çıxarmışdır.

Qurani-Kərim bunu öz gözəl ifadəsi ilə belə bəyan edir: “Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar.” (Bəqərə surəsi, ayə 81).

Bu cür insanlar Allahla əlaqəni tamamilə kəsmiş, nicat qapılarının hamısını üzlərinə bağlamışlar. Bu cür insanlar bilərəkdən öz qanadlarını sındırmış, uçmağa imkanı olmayan və həmişə yerdə qalmağa məcbur olmuş quşlara bənzəyirlər.

Bu üç mətləbi nəzərə aldıqda məlum olur ki, bir sıra münafiq, kafir insanlar üçün nəzərdə tutulmuş əbədi cəhənnəm əzabı heç də Allahın ədaləti ilə zidd deyildir. Bu, onların öz gördükləri işlərin nəticəsidir. Peyğəmbərlər onlara xəbərdarlıq etmişdilər ki, bu işlərin çox acınacaqlı nəticəsi vardır. Əgər bu insanlar cahil olmuş və peyğəmbərlərin sözü onların qulağına çatmamışdırsa, şübhəsiz ki, onlar bu cür əzaba düçar olmayacaqlar.

Xatırladaq ki, Quran ayələrindən və hədislərdən belə məlum olur ki, Allahın rəhməti həddən artıq geniş olduğuna görə, günahkarların çoxu bağışlanacaqdır. Bəziləri şəfaət vasitəsi ilə, bəziləri bağışlanma və əfv vasitəsi ilə, bəziləri gördükləri kiçik yaxşı əməllərin Allah tərəfindən böyük hesab olunması vasitəsi ilə, bəziləri də bir müddət Cəhənnəmdə qalıb, təmizləndikdən sonra bağışlanıb Cənnətə gedəcəklər. Təkcə bir dəstə qalır ki, onlar da haqqla həddən artıq düşmənçilik etdiklərinə, zülm, fəsadda öz həddlərini aşaraq talelərini qaraltdıqlarına görə, Cəhənnəmdə əbədi qalmalı olacaqlar.1

1- Gənclər üçün “Üsulid-din” haqqında 50 dərs, (Ayətullah Məkarim Şirazi), Ədalət bəhsi, 10-cu dərs.

Allahın ədaləti və insanlarınCəhənnəmdə əbədi qalması məsələsi

12 13 Əqaid

Page 8: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

1. Vəqfin qısa izahıİnsanın hər hansı bir xeyir iş üçün sahib

olduğu malı, mülkü və s. başqalarının onun mənfəətindən istifadə edib faydalanmağı üçün, əvəzində heç nə almamaq şərti ilə həmişəlik bağışlamasıdır.

Məsələn, insan sahib olduğu mülkü vəqf edir. Yəni deyir ki, məsələn bu torpağı, ya binanı ya zavodu filan xeyir iş üçün vəqf edirəm. Yəni həmin mülkdən əldə olunan qazanc nəzərdə tutulmuş xeyir işdə xərclənməlidir. Bu xeyir iş kasıblara əl tutmaq, məscid, xəstəxana, körpü, məktəb, kitabxana, universitet tikdirmək, İslamı təbliğ etmək və s. istənilən xeyir iş ola bilər.

Bəzi müsəlman ölkələrində vəqf mədəniyyəti çox geniş yayılıb. Məsələn, İran İslam Respublikasında malını, mülkünü xeyir işlər üçün vəqf edən insanların sayı həddindən artıq çoxdur. Belə ki, bu məsələlərlə məşğul olan xüsusi dövlət orqanı fəaliyyət göstərir.

Ümumiyyətlə insan öz mülkünü başqalarının

ixtiyarında iki cür qoya bilər:1-Vəqf etməklə. Yəni öz mülkünü Allah

yolunda məscidə yaxud məktəb üçün vəqf edir ki, bu halda heç vaxt onu geri ala bilməz və heç bir dəyişiklik də edə bilməz. Məscid vəqf qaldıqca məscid kimi qalacaq.

2-Həbs etməklə. Bu da elə bir növ vəqf etməkdir, amma müəyyən bir zaman üçün. Məsələn bir insan öz mülkünü 10 il müddətində hüseyniyyəyə verir ki, buna dini termində həbs deyilir və təyin olunmuş müddətdən sonra yenidən öz mülkiyyətinə qayıdır. Bu artıq vəqf yox həbs adlanır.

2. Vəqfin əhkamı1. Vəqfin sözlə inşa еdilməsi şərt dеyil,

çünki onun hеç nə dеmədən vеrib-almaq əsasında da gеrçəkləşməsi mümkündür. Еləcə də vəqfin sözlə inşa еdilməsində siğənin (edilən niyyətin dilə gətirilməsi) ərəb dilində olması şərt dеyil.

2. Vəqf əməllə də gerçəkləşir. Məsələn, bir həsiri vəqf niyyətilə məscidə sərərsə və ya bir

binanı məscid şəklində,

Vəqfin əhkamı3. Vəqfin şərtləri

1. Əgər bir şəxs məcburi şəkildə vəqf edərsə, bu işə razı olmayanadək vəqf düzgün deyildir.

2. Müsəlmanın etdiyi vəqf hansı hallarda düzgündürsə, qeyri-müsəlmanın istər kitab-əhli olsun, istər kitab-əhli olmasın etdiyi vəqf də həmin hallarda düzgündür. Yəni müsəlman və ya qeyri-müsəlman olmaq vəqfdə şərt deyil.

3. Vəqf edən şəxsin qoyduğu şərtlərə əməl etmək vəqf qəyyumuna vacibdir.

4. Vəqf qəyyumunun bu şərtlərə qarşı laqeydlik göstərməyə və onlara zidd əməl etməyə haqqı yoxdur.

4. Vəqf edilən əmlakın şərtləri1. Vəqfin düzgün olmasında vəqf edən şəxsin

“xüsusi şəri sahib” olması şərtdir. Ənfal və ümumi əmlak olan təbii meşələr və çöllüklər heç kəsin xüsusi mülkü olmadığına görə, onların kiminsə tərəfindən vəqf edilməsi düzgün deyildir.

2. Şəri nəzarətçinin icazəsi olmadan bir şəxsin vəqfdə təsərrüf еtməsi (istifadə etməsi) caiz dеyil. Еləcə də mənfəət vəqfi kimi olan yеrlərdə də yalnız vəqfin nəzarətçisindən icazə aldıqdan

sonra onda təsərrüf еtmək caizdir. 3. Bir mülkü, məsələn; fəqirlərə, yaxud

seyidlərə və ya qazancı xeyir işlərə sərf edilmək üçün vəqf edərsə, o mülk üçün bir mütəvəlli (idarə edən) təyin etməyibsə, onun ixtiyarı şəriət hakiminin əlindədir.

4. Əgər vəqf olunan mal xarab olsa, vəqfliyindən xaric olmaz. Amma əgər vəqf olunan şey məxsusi bir ünvana qəsd olunmuşsa və o ünvan aradan gedərsə, vəqf batil olur. Məsələn; bir bağçanı, bağça olaraq vəqf etmişlərsə, o bağça xarab olduğu təqdirdə, vəqf batil olur. O mülk isə vəqf edənin varislərinə qayıdır.

5. Hüseyniyyə üçün vəqf olunan xalçanı namaz qılmaq üçün məscidə, hətta məscid hüseyniyyəyə yaxın olsa belə, apara bilməzlər. Amma əgər hüseyniyyənin mülkü olsa, mütəvəllinin icazəsi ilə başqa yerə aparmaq olar.

6. Bir qismi vəqf olub, digər bir qismi vəqf olunmayan bir mülk bölünməyibsə, vəqfin mütəvvəlisi (idarə edəni) və vəqf olmayan hissənin maliki vəqf malını ayıra bilərlər. 1

1- Ətraflı məlumat üçün hər kəs təqlid etdiyi müctəhidin şəriət hökmlərinin izahına aid yazılmış risaləsinə müraciətetməlidir.

14 15 Fiqh

Page 9: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Mücir duasıMücir duası

بسم اهلل الرحمن الرحيم سبحانك يا اهلل تعاليت يا رحمن اجرنا من النار يا مجير،

سبحانك يا رحيم تعاليت يا كريم اجرنا من النار يا مجير، سبحانك يا ملك تعاليت يا مالك اجرنا من النار يا مجير،سبحانك يا قدوس تعاليت يا سلم اجرنا من النار يا مجير

Rəhman və Rəhim Allahın adı ilə!Sən bütün eyiblərdən pak və uzaqsan, ey

Allah, məqamın ucadır, ey bağışlayan! Bizə atəşdən pənah ver, ey pənah verən! Sən bü-tün eyiblərdən pak və uzaqsan, ey rəhim, məqamın ucadır, ey kərim! Bizə atəşdən pə-nah ver, ey pənah verən! Sən bütün eyiblərdən pak və uzaqsan, ey padşah, məqamın ucadır, ey malik! Bizə atəşdən pənah ver, ey pənah verən! Sən bütün eyiblərdən pak və uzaqsan, ey müqəddəs (eyibsiz və nöqsansız), məqa-mın ucadır, ey sağlamlıq verən! Bizə atəşdən pənah ver, ey pənah verən!

Bu əzəmətli və gözəl kəlmələrlə zinətlənmiş dua “Mücir” duasıdır. Allahın adlarının səs-ləndirildiyi bu gözəl dua insan ruhuna bir aramlıq gətirir.

Mücir duаsı həzrət Pеyğəm-bərdən (s) nəql оlunmuş çох üstün dərəcəyə mаlik duаlar sırasındadır.

Həzrət Peyğəmbər (s) Məscidül-həramda, “Həzrət İbrаhim (ə) məqаmındа” nаmаzа məşğul оlduğu zаmаn Cəbrаil (ə) bu duаnı həzrət üçün gətirmişdir. Bu duanın fəziləti barəsində çox şeylər deyilmişdir. İslam alimlərindən olan Kəfəmi “Bələdül-əmin” və “Misbаh” kitаblаrındа bu duаnı nəql еt-miş və hаşiyədə bu duаnın fəzilətinə də işаrə еtmişdir.

“Mücir” duası səksən səkkiz bənddən ibarət olmaqla hər bəndində

اجرنا من النار یا مجیرyəni “Bizə atəşdən pənah ver, ey pənah

verən!”,- ibarəsi ilə zinətlənmişdir. Hər kəs bu duаnı Rаmаzаn аyının “əyyаmul-bəyz” (bəyaz gecələrdə 13, 14 və 15-ci) günlərində охusа günаhlаrı yаğış dаmcılаrının, аğаc yаrpаqlаrının və səhrаnın qumlаrının sаyı qədər оlsа bеlə, bаğışlаnаr. Həmçinin хəstə-nin sаğаlmаsı, bоrcun ödənilməsi, vаrlаn-mаq, qüdrətli оlmаq və qəm-qüssənin аrаdаn gеtməsi üçün də fаydаlı olan dualardandır.

Onu qeyd edək ki, qoru-yan, sığınılan mənalarını verən və Allahın adlarından olan “Mücir” kəlməsi duanın hər bəndin-də işləndiyi üçün bu duaya “Mücir” duası deyilir. Bu duanın da özünəməxsus gözəllikləri var. Həqiqətən də bu duanı oxu-yanlar onun necə dəyərli bir dua olduğunu bilirlər. Ümumiyyətlə dualar Allahın diqqət və rəhmətini insana yönəldir. İlahi rəhmət insanı bəlalardan uzaqlaşdırır, səadətə yaxın-laşmasına səbəb olur. Allahın adlarını zikr etməklə Allahdan istəmək özü bir gözəllikdir. Allah Qurani-Kərimdə buyurur:

األسماء الحسنى فادعوه بها. ولƏn gözəl аdlаr Аllаha məxsusdur. Аllаhı

оnlаrlа (bu аdlаrlа) çаğırın. Аllаhın аdlаrı Оnun nişаnələridir. Nişаnə-

lərlə Оnа çаtmаq daha gözəldir. Ən gözəl adların Allaha məxsus olması və münacatlarda bu adları zikr etməyimiz Allahın insanları düzgün əqidəyə səsləməsidir. Bu adların hər biri onun misilsiz olduğunun sübutudur. İnsanların Allah-təalanı bu adlarla tanıması o deməkdir ki, insanın tanıdığı, bildiyi bu adın ən kamil forması Allaha məxsusdur. Allahı ən gözəl adlarla çağırın ki, O da bu gözəllikləri sizə tanıtdırsın.

Həqiqətən, dualar o cümlədən “Mücir”

duası gözəl təqdirə nail olmağın, gözəl həyat yaşamağın müqəd-dimələrindən biridir. Dualar böyük bir fəzilətə malikdir. Dua möminin silahı və insanı bəlalardan qoruyan mühafizəkardır. Dua insanın hacətlərinin qəbuluna, arzu və istəklə-rinin həyata keçməsinə səbəb olur.

16 17 Dua

Page 10: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Səhvləri görməməzliyə vurmaq

Xoş rəftar olmağın digər səciyyəvi nümunələrindən biri həyat yoldaşının bəyənilməz iş və səhvlərini bağışlamaqdır. Məsələn, əgər yoldaşınızdan yalan eşitsəniz, üzə vurmayıb müəyyən yollarla başa salmağınız daha məqsədə uyğundur. Çünki səhv və günahları xatırlayaraq üzə vurmağın böyük ziyanı vardır. Atalar sözü olan “toyuq oğrusu, dəvə oğrusuna çevrilər”,- gözəl məsəldir. Ola bilsin ki, oğlunuz sizdən xəbərsiz olaraq bilməməzlik üzündən əlini cibinizə salıb pulunuzdan götürsün. Belə bir hərəkəti uşaq ya yoldaşınızdan gördüyünüz zaman çalışın ki, ona birbaşa deməyəsiniz ki, bu iş ona cürət gətirər. Ona müxtəlif yollarla başa salmaq lazımdır ki, oğurluq necə olursa olsun haram və pis işdir.

Oğurluq edənin əli bu dünyada kəsilməsə də axirətdə kəsiləcəkdir. Belə-liklə, çalışın arvad-uşağını-zın səhvini onlara bir hədisi yad etməklə xəbərdarlıq edə-siniz. Onları Allah qəzəbi və çox dəhşətli bir gecə olan ilk qəbir gecəsi əzabından, Qiyamət günü Cəhənnəm odundan və s.-dən qorxutmaqla o səhvləri təkrar etməkdən çəkindirin. Ailənizdən bir xəta və ya səhv görməklə dad-fəryad edib hay-küy salmayın ki, müsbət nəticə verməməklə yanaşı, öz səhv əməlində cürətli olmağı həmin şəxs üçün daha da adiləşdirər. Belə ki, bu günah onun üçün adi bir işə çevrilər.

Günahdan çəkindirmək

Birini günah işdən çəkin-dərməyin ən gözəl yolu bu-dur ki, münasib bir vaxtda aşağıdakı hədisi onun üçün danışasan.

Bir gün bir qadın Allah Rəsulunun (səlləllahu əleyhi və alih) hüzuruna gəlib deyir: Ya Rəsulallah, mən ərə getmək istəyirəm, müm-künsə məni müsəlman qadının ərinə bəsləməli qayğı və münasibətindən xəbərdar edin.

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: Birinci: qadın ailədə ərinə itaət etməlidir.

İkinci: qadın ərinin xəbəri olmadan onun bəyənmədiyi bir işi görməməli və evdə əli əyri, ikiüzlü olmamalıdır.

Üçüncü: ixtilaf və münaqişə baş verdikdə, əri ondan razı və xoşhal olmayınca yatağa getməməlidir.

O qadın həzrətdən soruşur: Hətta təqsirkar kişi olmuş olsa da barışıq üçün birinci qadın irəli gəlməlidir? Həzrət (s) buyurur: Bəli, hətta təqsirkar kişi olmuş olsa da.”

Həyat yoldaşı ilə xoşrəftar olmaq iman nişanələrindəndir.

Əgər həyat yoldaşınız sizdən razıdırsa, bilin

ki, ən yaxşı müsəlmanlardan birisiniz.Həzrət Rəsuli-Əkrəm (səlləllahu əleyhi və

alih) dəfələrlə buyurub: “Sizlərdən daha yaxşı o kəslərdir ki, öz qadınları üçün yaxşıdırlar və mən öz qadınlarım barəsində sizlərdən daha yaxşıyam.”

“Arvad-uşağa qarşı olan xoşrəftarlıq və məhəbbət nə qədər artıq olarsa, müsəlmanlıq və iman da bir o qədər çoxalar.”

Bir hədisdə deyilib: “Öz həyat yoldaşına daha çox mehriban olan şəxslər, biz Əhli-Beytə (ə) daha əziz və mehribandır.”1

Başqa bir hədisdə oxuyuruq: “Hər kəsin öz həyat yoldaşına qarşı məhəbbəti çox olarsa, Allah-təalaya imanı daha çoxdur.”2

Ailə xoşbəxtliyi üçün diqqət olunmalı məsələlər həddindən artıq çoxdur və incəlik-lərlə doludur. Jurnalın bu sayında bu qədərlə kifayətlənib, hörmətli oxucularımıza bu möv-zuda İslam alimlərinin yazdığı kitabları müta-liə etməyi tövsiyə edirik.

1- Vəsailüş-Şiə, 14-cü cild, səh.11. 2- Ailə səadətinə necə nail olaq?, səh. 78-79, (ixtisarla), (Ayətullah Hüseyn Məzahiri).

Ailə xoşbəxtliyi üçün diqqət olunmalı bəzi məsələlər

18 19 İslamda ailə

Page 11: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

O, cavan yaşlarında Nəcəfi-Əşrəf dini hövzəsinə yola düşmüş və bir neçə il bu müqəddəs hövzədə “Sahibi-Cəvahir” kimi məşhur olan həzrət Ayətullahül-üzma Şeyx Məhəmməd Həsən Nəcəfi, Ayətullah Ağa Seyid İbrahim Qəzvini, Ayətullah Şeyx Məhəmməd Hüseyn Razi İsfəhani və bir ehtimala əsasən də, Şeyxi-əzəm Ayətullahül-üzma Mürtəza Ənsari kimi böyük alimlərdən dərs almışdır. Bununla da o, müctəhidlik məqamına ucalmışdır. O, bir müddət müqəddəs Mədinə şəhərinə gedərək, orada həzrət Peyğəmbərin (s) hərəminin və Bəqi qəbiristanlığının kənarında məskunlaşmışdır. Oradakı bəzi alimlərdən bəhrələnib, elmi-mənəvi məqamlarını təkmilləşdirmişdir.

Əbu Turab Axunzadə dövrünün ən görkəmli ilahiyyatçılarından hesab olunurdu. O, Bakının bir çox məscidlərində moizələr edərdi. Bəzən moizələrini ərəb dilində söyləyərdi. O, əsasən Bakının Əmircan məscidində fəaliyyət göstərirdi.

Axund elmin və maarifin tərəfdarı idi. 1901-ci ildə öz qızını Hacı Zeynalabdin Tağıevin qızlar məktəbinə qoymuşdu. 1845-1846-cı illərdə alim iki dəfə Tiflis şəhərinə dəvət olunmuş, Qafqaz baş canişini M. S. Verensov və Zaqafqaziya Şeyxülislamı Axund Məhəmməd Əli tərəfindən qəbul edilmiş, ona Bakı vilayət qazısı vəzifəsi təklif olunmuşdu. Amma o, bu vəzifədən imtina etmişdi. Əbu Turab Axundzadə özünün ruhanilik fəaliyyəti ilə İslam dinini təhqir edənlərə qarşı amansız olmuşdu. Əbu Turab Axundzadənin Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə ilə, eləcə də başqa ictimai xadimlərlə mübahisələri olmuşdur. Onun 1907-

ci ildə əvvəlcə “Həyat” qəzetində, sonra isə Tiflisdə kitabça şəklində çap olunmuş “Bizə hansı elmlər lazımdır?” məqaləsi həmin dövrdə müxtəlif mübahisələrə səbəb olmuşdu. Axund Əbu Turab yazırdı: “Təbiətin hikmətini bilməklə insan olmaq olmaz. İlahi hikmət ilə kamilləşmək insanı insan edər.” Məqalənin başqa hissəsində deyilir: “Tibb elmini bilməklə bədənin xəstəliklərinə əlac etmək olar, lakin onunla insanlığı kəsb etmək olmaz.”

Azərbaycan xalqının fəxri, milyonçu Hacı Zeynalabdin Tağıyevin axund Əbu Turabla yoldaşlıq və dostluq münasibəti olmuşdur.

O, yaşca ondan böyük olan axunda böyük ehtiramla və hörmətlə yanaşmışdır. Təsadüfi deyildir ki, Hacı öz şəxsi faytonundan istifadə etməyə ancaq Axunda icazə vermşdi. Hacı Zeynalabdin Tağıyev dünyadan köçməzdən çox-çox əvvəl vəsiyyət etmişdi ki, öləndə onu Axund Mirzə Əbu Turabın ayağı tərəfində basdırsınlar. Onu Mərdəkanda “Pir-Həsən” deyilən qəbiristanlıqda Əbu Turab Axunzadənin məzarının ayaq tərəfində dəfn etmişlər. Əbu Turab Axunzadənin yetişdirmələrindən biri onun qohumu Bakı vilayət qazısı Axund Mir Məhəmməd Kərim Müzəffərzadə idi. Onun qazılığına razılığı 1904-cü ildə Əbu Turab Axunzadə vermişdi.

Məlumdur ki, Mir Məhəmməd Kərim Müzəffər Quranın “Kəşfül-həqaiq” adlı üç cilddən ibarət Azərbaycan dilində təfsirini yazmışdır. Dörd il üç aya yazılan bu əsərin əsas müddəaları Əbu Turab Axunzadə ilə razılaşdırılmış, onun dəyərli məsləhətləri nəzərə alınmışdı. Axund Əbu Turab tanınmış publisist idi. Hansı mövzuda yazırsa-yazsın, insanları həmişə maarifə, biliyə və birliyə çağırırdı. Orucov qardaşlarının nəşriyyatında onun “İslam firqələrinin yaranma səbəbləri” adlı kitabı nəşr edilmişdir. Bu kitab ilə o, müsəlmanlar içərisində təfriqə salanları ifşa etmişdir.

Öz dərin ağlı, zəkası, mərifəti və xeyirxahlığı ilə hörmət qazanmış, Bakı alimlərinin başçısı Mirzə Əbu Turab Axundzadə 1910-cu ildə Mərdəkan bağında vəfat etmişdir. Bakı milyonçusu Ağa Murtəza Muxtarov hörmət əlaməti olaraq, onun qəbri üstündə günbəz inşa etdirmişdir.

Axund Mirzə Əbu Turab Axundzadə (r.ə)Azərbaycan tarixində dərin hörmət və rəğbət

bəslənən böyük din xadimlərindən biri də

görkəmli şəxsiyyət Axund Mirzə Əbu Turab Axundzadədir. O, Qafqaz məntəqəsinin görkəmli alimlərindən, ali məqamlı fəqihlərindən biri olub.

O, 1817-ci ildə Bakıda İçəri Şəhərdə tanınmış runani ailəsində dünyaya göz açmışdır. Onun əsl adı məlum deyil. Əbu Turab, İmam Əlinin (ə) ləqəblərindən biridir. Bu ləqəbi ona İslam Peyğəmbəri (s) vermişdir. Mənası torpaq atası deməkdir. Mirzə Əbu Turab Axundzadə sözün həqiqi mənasında Abşeron torpağının “atası” idi. İlk təhsilini o dövrdə Bakının məşhur təhsil ocaqlarından sayılan Mirzə Həsib Qüdsinin mədrəsəsində almışdır. Cəhalət və xurafatın hökm sürdüyü dövrdə həmin mədrəsənin üstünlüyü ondan ibarət idi ki, orada ilahiyyat elmləri ilə yanaşı dünyəvi elmlər də tədris olunurdu. 1

1- “Azərbaycanın İslam alimləri” kitabı (cüzi ixtisar və əlavələrlə), müəllif Faiq Vəlioğlu.

20 21 Sual-cavab İslam alimləri

Page 12: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Allahın salamı olsun həzrət Məhəmmədə (s) və onun pak Əhli-Beytinə (ə)!

Salam olsun nifaqın kökünü kəsib vəhdət, birlik və qardaşlığa səsləyən kəslərə!

Salam olsun birlik vasitəsi ilə əsrlər boyu uzanan düşmənçilikləri İslam qardaşlığına döndərən kəslərə!

Həzrət Məhəmməd (s) buyurur: عن النبی (ص): الجماعة رحمة و الفرقة عذاب

Vəhdət rəhmət, təfriqə isə əzaba səbəb olur.1 Həqiqətən Peyğəmbərin (s) bizə aşıladığı bu

ali dəyər Allahın bizə olan rəhmətidir. Elə bir rəhmət ki, kin-küdurəti kənara qoyaraq bir-birimizin əlini sıxır və qardaşlıq və birlik bağlarını aramızda bərpa edirik. Mövzuya keçməmişdən öncə “Vəhdət həftəsi” barə-sində qısa da olsa məlumat verək.

1- Nəhcül-fəsahə, 1323-cü hədis.

Əziz İslam Peyğəmbərinin (s) təvəllüd günü sünni qardaşlarımızın mənbələrində Rəbiül-əvvəl ayının 12-də və şiə mənbələrində isə bu mübarək təvəllüd Rəbiül-əvvəl ayının 17-də qeyd olunur. Bu iki təqvim arasındakı fasilə “Vəhdət həftəsi” adlandırılmışdır. “Vəhdət həftəsi” İran İslam İnqilabının banisi həzrət İmam Xomeyni (r.ə) tərəfindən şiə və sünnilər arasında müsəlman vəhdətinin qorunması üçün bu cür adlandırılmış və bununla belə müsəlmanları birliyə qardaşlığa səsləmiş-dir.

İndiki zamanda müsəlman dünyasının ehtiyac duyduğu mə-sələlərdən biri də birlik, vəhdət və qar-daşlıqdır. Birlik, vəh-dət və qardaşlıq məhs İslam peyğəmbərinin deyil, digər peyğəm-bərlərin də insanlara təkidlə tövsiyə etdiyi məsələlər sırasında-dır. Amma bizim əziz Peyğəmbərimiz (s) bu ali vəzifənin üzərində təkidlə dayanmış, onu insanlara gözəl şəkildə bəyan etmiş və cəmiyyət arasında bu ali dəyəri gözəl şəkildə qoruyub saxlamışdır. Tarix buna açıq-aşkar nümunədir. Həzrət Peyğəmbər (s) Məkkə müsəlmanları və Mədinə müsəlmanları arasında bu ali dəyəri yaşatmış və ilk gəldiyi gündən bu ali dəyərə onları səsləmiş və İslamı yeni qəbul etmiş müsəlmanlar arasında vəhdət qığılcımını yan-dırmışdır. Həzrət Peyğəmbər (s) tərəfindən Mədinə küçələri vəhdət, birlik və qadaşlıq ətiri ilə ətirlənmiş və müsəlmanlar arasında böyük bir dəyərin yaşanması səbəbi ilə cahilliyin və nadanlığın beli sındırılmışdır.

Allahın Rəsulu (s) Allahın əmrlərinə söykənərək müsəlman cəmiyyətini təkallahlıq sütunu ərtafına cəmləmiş və insanları bəndə-çiliyə səsləyərək hər kəsi Allahın sarsılmaz və qırılmaz ipinə bağlayaraq qardaş olmağa dəvət

etmişdir. Müsəlmanlar tarix boyu nə uğur əldə ediblərsə, bu uğuru onlara qazandıran onların qardaşlığı, birliyi və vəhdətləri olmuşdur. Həqi-qətən, gözəl şəkildə qardaş olmağı qarşılarına məqsəd qoyduqları üçün və vəhdət adlı bir dəyərin uğrunda birləşdikləri üçün tarixin bir çox çətin səhnələrində müvəffəq olmuşdurlar.

O üzdən Allah təbarək və təala Qurani-Kərimdə buyurur:

Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitəyə) möhkəm sarılın və parçalanmayın!

Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz ara-sında ülfət yaratdı və Onun neməti sayə-sində qardaş oldu-nuz. Siz oddan olan bir quyunun kənarın-da ikən O, sizi ora-dan xilas etdi. Allah Öz ayələrini sizin

üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız! 1

Quran ayəsindən belə məlum olur ki, müsəlman birliyi və qardaşlığı İslam cəmiyyəti üzərində Allahın rəhmət nişanələrindən biridir. Allah müsəlmanlara elə bir rəhmət əta edib ki, müsəlmanlar qəlblərində olan kin və nifrəti yox edərək, bir-birlərinin əlini sıxaraq qəlblərinin nuraniyyət tapmasına səbəb olurlar.

“Vəhdət həftəsi” münasibəti ilə fürsətdən istifadə edib, siz əziz oxucularımızı bu mübarək gün münasibəti ilə təbrik edirik. Arzumuz budur ki, Allahın Peyğəmbərini (s) və onun məsum Əhli-Beytini (ə) öz həyatımızda ülgü götürərək səadət dolu günlər nəsibimiz olsun və həmişə vəhdəti, qardaşlığı və birliyi qorumağa çalışaq.

1- Ali-İmran surəsi, 103-cü ayə.

Vəhdət həftəsi

22 23 Hərəmşünaslıq

Page 13: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Sual: Xristianlıq dinində çoxsaylı firqələr mövcuddur. Amma bu firqələrdən üçü - katolik, ortodoks (pravoslav), protestant fir-qələri daha çox tanınmışdır. Bu firqələr nə vaxt yaranmışdır və onlar arasında hansı fərqlər vardır?

Cavab: Ərəbcə “Casiliq” adlanan katolik, papanı dini rəhbər kimi qəbul edən məsihi firqəsinə deyilir.

Məsihilikdə keşişdən yuxarı dini rütbəyə malik olan yеpiskоplаr bir vaxt bir-birindən fərqlənmirdilər. Amma zaman keçdikcə is-gəndəriyyə, antakiyyə, kаnistаnt və rum yеpiskоplаrı gücləndilər və ilk üç kilsənin yеpiskоplаrı “Patriarx” və rum yеpiskоpu “Papa”, yəni ata ləqəbini aldılar.

Puls öz risaləsini yazdıqdan sonra rum kilsəsi bütün xristian dünyasında şöhrət qazandı. Rum (Roma) papaları dünyanın ən böyük kilsəsi rütbəsi ilə kifayətlənməyib, yavaş-yavaş bütün dünya kilsələrinə hakim olmağa çalışdılar. Onlar bildirirdilər ki, həzrət İsa Petrisi özünə canişin təyin etdiyindən və Petris Roma şəhərinin ilk yеpiskоpu oldu-ğundan Roma yеpiskоplаrı Petrisin canişinləri kimi yer üzünün bütün kilsələrinə hakim olmalıdırlar.

Beşinci əsrdə Lui bütün xristian kilsələrinə başçılıq iddiasına düşdü. Qərbin bir çox yеpiskоplаrı onu dəstəklədilər. Amma şərqdə kоnstаntiyyə, antakiyyə patriarxları və İran kilsələrinin yеpiskоplаrı onun hakimiyyətini tanımaqdan imtina etdilər. Bu imtinalar səbəbindən qərbin latın dilli kilsələri ilə şərqin yunan və suriya dilli kilsələri arasında parçalanma baş verdi.

Xristian kilsənin bu iki kilsəsi bu günədək bir-birindən ayrıdır. Yunan Ortodoks kilsəsi Yunanıstan və Rusiyada fəaliyyət göstərir. Roma katolik kilsəsi isə Аvropa və Аmerikada

hakimdir. Bu iki kilsə əqidə baxımından bir o qədər fərqlənməsələr də, Roma papasının hakimiyyəti onlar arasında ixtilafa səbəb olmuşdur. Əlbəttə, ikinci dərəcəli məsələlərdə də fikir ayrılıqları mövcuddur.

Protestantlıq (lüğət mənası “etiraz”) çox saylı ardıcılları olan məsihi firqəsidir. Bu firqənin yaranmasının əsas səbəbi papa üsul-idarəsi, məsihi ruhanilərinin dünyapərəstliyi, günahkarlara bağışlanma kağızı satılması, xalq üçün artıq əzab-əziyyət yaradılması, elm adamlarının sıxıntıya salınması olmuşdur. Əslində protestantlıq xristian islahatçılığıdır. Protestantların rəhbəri Martin Lüter olmuşdur. O, xristian dünyasının ən böyük islahatçısıdır. Martin Lüter 1517-ci il oktyabr ayının 31-də Vitenburq kilsəsinin divarına elan yapış-dırmaqla mərhəmət satanlara, keşişlərin özbaşınalığına etirazını bildirmişdir. Bu hadi-sədən xəbər tutan Roma papası onu Romada saxlatdırmışdır. Amma Martin Lüter Roma papasına itaətdən boyun qaçırmış, öz mövqe-yindən çəkinməmişdir. Onun sərt inadkarlığı ilə rastlaşan papa 10-cu Lui 1520-ci ildə ona kafir damğası vurmuşdur. Lüter böyük şüca-ətlə papanın onu kafirlikdə ittiham edən fər-manını yandırmışdır. Avropa xalqları Martin Lüterin çağırışlarını müsbət qarşılamışdır. O, müqəddəs “Əhde-cədid” kitabını alman dilinə tərcümə etmiş və ömrünün qalan hissəsini yazmağa və ona tabe olan kilsələri qaydaya salmağa sərf etmişdir.

Protestantlıq firqəsi xristianlıqda bir çox islahatlar aparıb, behişt alverinə, günahların bağışlanmasına, tərkidünyalığa qarşı çıxıb, Roma papasının hakimiyyətini tanımasa da, bir çox məsələlərdə, eləcə də üç üqnüm məsələsində öz sələflərindən fərqlənməmiş-dir.1

1- Dini suallara cavablar, səh. 71-72, (Ayətullah Məkarim Şirazi, Ayətullah Cəfər Sübhani)

Xristianlıqda üç firqənin yaranması

24 25 Şübhələrə cavab

Page 14: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

“Həyat Tərzi”kitabı haqqında

Astan Qüds Rəzəvinin Xarici Zəv-varlar İdarəsi xarici ölkələrdən İmam Rza əleyhis-salamın ziyarətinə gələn zəvvarlara xidmət etməyi özünə vəzifə və şərəf bilir. Bu idarənin xarici zəvvarlara göstərdiyi xidmətlərdən biri də müxtəlif mövzularda faydalı kitabların tərcümə və çap edilərək əziz zəvvarlara hədiyyə edilməsidir. Tərcü-mə və çap olunmuş kitablardan biri də “Həyat Tərzi” kitabıdır.

Bu kitab “Astan Qüds Rəzəvi”nin nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitab Məhəmmədbaqir Purəmininin qələmi ilə yazılan və tərcüməsi Emin Hacıyevə məxsus olan qısa məzmunlu və faydalı bir kitabdır.

“Həyat Tərzi” kitabında İmam Rza əleyhis-salamın həyata baxışı və o Həzrətin (ə) həyat tərzi barəsində geniş söhbət açılaraq bir sıra mühüm məsə-lələrə işarə olunur. Kitab dörd fəsildən ibarətdir. Birinci fəsil ideal həyat tərzi, ikinci fəsil Allahla rabitə, üçüncü fəsil özünə qarşı münasibət, dördüncü fəsil isə insanlarla münasibət haqqındadır.

Müəllif aydın fikirlərlə diqqətimizi bugünkü yaşayış tərzimizin heyrətamiz məsələlərinə cəlb edir. Kitabın əsas hədəfi oxucunun fikrini dünyadakı fər-di və ictimai dəyişikliklərə yönəltmək, həm də onda həyat qabiliyyətini güc-ləndirmək, ibadi məsələlərə diqqət və yaşam vərdişlərimizi İmam Rzanın (ə) həyatına baxaraq inkişaf etdirməkdir.

Kitabın öz dili ilə desək Allah-təalanın böyük nemətlərindən biri də məsum Rəhbərləri (ə) bizim aramızda qərar verməsidir. Onların həyat tərzi, Allaha qarşı ibadətləri və öyüd-nəsihətləri bizi əbədi səadətə qovuş-durur.

Ümüd edirik ki, bu kitab onu oxuyan şəxslərdə müsbət, ciddi təsir buraxacaq.

Azadi səhnəsi müqəddəs hərəmin şərq his-səsində və İmam Rzanın (ə) mübarək ayağı tərəfində yerləşir. Qərb tərəfdən “Darüz-ziyafə”, “Darüs-səyadə”, və “Darüs-sürur” rəvaqlarına, şimal tərəfdən isə şeyx Hürr Amuli bəstinə, cənubdan İmam Xomeyni (r.ə) rəvaqına, şərq tərəfdən isə Nəvvab Səfəvi prospektinə bitişir. Səhnənin uzunluğu 81, eni 51 metrdir. Azadi səhnəsi Fətəli şah Qacarın dövrünə aid tikilidir. Səhnənin tikintisi hicri qəməri 1233-cü (miladi

1818-ci) ildə başlamışdır. Tikintiyə rəhbərliyi o dövrdə müqəddəs ziyarətgahın rəhbəri olan Hacı Mirzə Musa Xan Rəşti öhdəsinə götürdü. Səhnənin kafel bəzəyi işləri Məhəmməd şah Qacarın dövründə işlənib. Azadi səhnəsinin memarlıq və tikilmə üslubu “İnqilab” səhnəsinə oxşardır və demək olar ki, ona oxşar tikilib. Bu tikili də İslam memarlığı üslubunda tikilmiş və dörd dənə əzəmətli eyvanı vardır.

Azadi səhnəsi

26 27 Kitabşünaslıq

Page 15: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Salam əziz qızım.

Salam atacan! Səfərdən gəlmisən, yorğunsan.

Buyur, gəl içəri.Xeyr qızım,

içəri gəlmirəm! Getməliyəm.

Allah amanında.

Niyə ata içəri gəlmədi. Onu narahat edən nə oldu?

Ola bilər evin təzə pərdəsinə görədir.

Atacan buyurun! Bu bizim aramızda ayrılıq salan əşyadır. Onu

Allah yolunda kasıblara verin.

Həzrət Peyğəmbər (s) atın yüyənini əlində tutmuş halda, qapının ağzında qızı həzrət Fatimeyi-

Zəhra (s.ə) ilə üzbəüz dayanıb.

İki şəkil arasında olan beş fərqi tapın.

28 29 Uşaq səhifəsi

Page 16: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

S/S Bölmələr Səhifə Zəif Yaxşı Əla

1. Qurani-Kərim 2

2. Əhli-Beyt (ə) (14 Məsum) 4

3. Nurani hədislər 6

4. İmam Rza (əleyhis-salam) 8

5. Məhdəvilik 10

6. Əqaid 12

7. Fiqh (Əhkam bölməsi) 14

8. Dua 16

9. İslamda ailə 18

10. Alimlər 20

11. Hərəmşünaslıq 22

12. Sual-cavab 24

13. Kitabşünaslıq 26

14. Uşaq səhifəsi 28

15. Sağlamlıq 30

16. Sorğu 31

17. Müsabiqə 32

“Parlayan Günəş” jurnalının sorğu anketi

Əziz və hörmətli oxuculardan xahiş edirik ki, jurnalın keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə, öz rəy və təkliflərinizlə bizə yardımçı olasınız. Zəhmət olmasa sorğu anketini dolduraraq [email protected] ünvanına göndərəsiniz. Əvvəlcədən hamıya öz səmimi təşəkkürümüzü bildiririk.

Beyni gücləndirirXurmanın insan orqanizminə

böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır. Xurmada eyni zamanda B1 və B2 vitaminləri var. Bunlar da zehini və sinir sistemini sakitləşdirir.

Öskürəyin ən yaxşı dərmanıMeyvə olaraq ən yaxşı sinə

dərmanı xurmadır. Xurma bəlğə-mə, nəfəs borusuna və öskürəyə qarşı istifadə olunur. Xurma, qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır. Ayrıca qanı təmizləyir və təzyiqi də nizamlayır.

Böyrək daşını əridirXurma böyrəklərin yuyulmasına

yardım göstərir, onların daha yaxşı işləməsini təmin edir.

Böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarının parçalanmasında çox faydalıdır. 6-7 ədəd xurma parçalanaraq bir stəkan suya qoyulandan bir neçə saat sonra süzülür və isidilərək gündə iki dəfə içilir. Bu, 15 gün edilsə böyrək daşlarını yox edər.

Tumunu sovurunMütəxəssislər xurmanın

acqarına yeyilməsini məsləhət görürlər. Həmçinin qabıqlarında və tumunda da bol miqdarda vitamin olduğunu söyləyirlər. Toxumunun da sovurulmasını tövsiyə edirlər.

Gözləri qüvvətləndirirA vitamini ehtiva edən xurma,

gözləri qüvvətləndirir. Xurma xüsusilə gecə korluğu və digər göz xəstəklərinin qarşısını alır. Xurma göz sinirlərini qüvvətlən-dirir.1

1- www.wikipedia.org, (ixtisarla)

Xurmanın faydaları

30 31 Sorğu Sağlamlıq

Page 17: Parlayan Günəş - پورتال جامع آستان ......Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Dünyanın təmtərağına aldanmayın, həqiqi

Müsabiqəyə xoş gəlmisiniz!Müsabiqədə verilən bütün suallar jurnalın

mətnindən seçilmişdir. Jurnalı mütaliə etmək-lə bütün suallara asanlıqla cavab verə bilər-siniz.

Suallar:

1- Hansı bənd İslam Peyğəmbərinin (s) peyğəmbərlik missiyasına aid deyil?

a) Nəfsləri paklaşdırmaqb) Əxlaqi (mənəvi) dəyərləri saflaşdırmaqc) İnsanları var-dövlətli etməkç) Elmin və ağlın inkişafına təkan vermək

2- Ayətullah Reyşəhri neçənci ildə dünyaya gəlib?

a) 1946 b) 1936 c) 1948 ç) 1945

Müsabiqəyə təqdim edilən cavablar, sorğu anketi doldurularaq, şəxsi məlumatlarla bir-likdə [email protected] ünvanına göndərilməlidir.

Müsabiqənin müddəti:

Jurnalın on yeddinci sayının müsabiqəsinin müddəti noyabr ayının 30-na kimidir. Ayın axırı, göndərilən cavablar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər elan ediləcək.

Mükafatlandırma:

İlk üç yeri qazanmış qaliblər dəyərli hədiy-yələrlə mükafatlandırılacaqlar. Mükafatlan-dırma mərasimi və mükafatların təqdim edilməsi, qaliblərin Məşhəd ziyarəti zamanı təqdim olunacaq. Yaxud qaliblərin istəyi ilə poçt ünvanına göndəriləcək.

SORĞU ANKETİ A B C Ç

1

2

Şəxsi məlumatlar:Ad .............................. Soyad ..............................

Telefon: ..................................................

E-mail: ...................................................

Ünvan: ...................................................

Jurnalın nömrəsi: .................................

32 Müsabiqə