12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 217 (29482) 21 oktyabr 2020-ci il, çərşənbə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib Prezident İlham Əliyevin müraciəti Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. – Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş mey- danında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqları- mızı 30 ilə yaxın işğal altında sax- layan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq. Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırı- ram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılar- dan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanın- da yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni za- manda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqları- nı azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbii resurslarımızı istismar edir- di, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxla- yacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonları- mızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğal- dan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O tor- paqlarda yaşayacaqlar, sülh, əmin- amanlıq şəraitində yenə də qurub- yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşa- dırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onla- rın bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qay- tarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazım- dır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik. 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaq- larda qanunsuz məskunlaşma aparır- dılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpa- ğımızda yaşayıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra “referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma “Dağlıq Qarabağ respubli- kasını” tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qon- darma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayı- la bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Sta- tus-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir. Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hü- quq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoyma- ya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir. (ardı 2-ci səhifədə) Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib. Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğal- dan azad olunması münasibətilə xalqı- mızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”. Azərbaycan Bayrağı Zəngilan şəhərində dalğalanır Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə ediblər. Məruzədə deyilir: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun ola- raq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”. Xatırladaq ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayo- nunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (yeni adı Çinarlı), Zəngilan rayonu- nun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib. AZƏRTAC Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımız bu gün Zəngilan şəhərində ucaldılıb. Prezident İlham Əliyev: Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!

Prezident İlham Əliyev: Azərbaycan Ordusunun zəfər yürüşü ...xalqqazeti.com/pdf/xalq 21 oct OPT.pdfOrdusunun zəfər yürüşü davam edir! 2 21 oktyabr 2020-ci il, çərşənbə

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

  • TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

    Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 217 (29482) 21 oktyabr 2020-ci il, çərşənbə

    Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edibPrezident İlham Əliyevin müraciəti

    Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir.

    – Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş mey-danında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqları-mızı 30 ilə yaxın işğal altında sax-layan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq.

    Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırı-ram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılar-dan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanın-da yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni za-manda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqları-nı azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi,

    bizim təbii resurslarımızı istismar edir-di, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxla-yacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonları-mızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər.

    Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğal-dan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O tor-paqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşa-dırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad

    edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.

    Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onla-rın bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qay-tarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazım-dır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.

    30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaq-larda qanunsuz məskunlaşma aparır-dılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpa-ğımızda yaşayıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və

    ondan sonra “referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma “Dağlıq Qarabağ respubli-kasını” tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qon-darma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayı-la bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Sta-tus-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.

    Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hü-quq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoyma-ya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.

    (ardı 2-ci səhifədə)

    Prezident İlham Əliyev:Zəngilan şəhəri və rayonun 6 kəndi,

    Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

    Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı,

    Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

    Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və

    Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:

    “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğal-dan azad olunması münasibətilə xalqı-mızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

    Azərbaycan Bayrağı Zəngilan şəhərində dalğalanır

    Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə ediblər. Məruzədə deyilir: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun ola-raq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

    Xatırladaq ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa

    müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayo-nunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (yeni adı Çinarlı), Zəngilan rayonu-nun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.

    AZƏRTAC

    Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımız bu gün Zəngilan şəhərində ucaldılıb.

    Prezident İlham Əliyev: Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!

  • 21 oktyabr 2020-ci il, çərşənbə2Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib(əvvəli 1-ci səhifədə)

    Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparı-cı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurası-nın qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qo-şulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlı-ğına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçir-mirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanın-da alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymu-

    ruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik.

    Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qo-vacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haq-qında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordu-su?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq. Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu tor-paqlardan çıxmaq istəmir. O, bizi aldadır, danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haq-qında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir.

    Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistika raketlərə döyüş tapşı-rığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırı-mını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan son-ra da qovacağıq. Onlar gördülər ki, kim kim-dir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs, hanı sənin “müzəffər ordun”, hanı sənin “yenilməz ordun?!”. Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar. Onların

    ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar.

    Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edi-rik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər.

    Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesa-bımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş isteh-kamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğal-çılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir.

    Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir.

    Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqına yeni bilgilər

    vermək istərdim. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqıma çatdırıram.

    Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq kon-vensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayi-şini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar.

    Piyadaların 50 döyüş maşını məhv edi-lib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edi-lib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qur-ğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda iki “S-300” zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa ya-xın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elb-rus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi

    məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir.

    İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

    Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

    Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

    Xocavənd rayonu – azad edilmiş ya-şayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

    Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

    Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiya-mızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

    Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!

    Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının

    videokonfrans formatında 18-ci iclası keçirilib Oktyabrın 20-də Şanxay Əməkdaşlıq

    Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans formatında 18-ci iclası keçirilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 15 dövlətin baş proku-rorlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştira-kı ilə keçirilmiş tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

    İclasda çıxış edən Baş prokuror tədbir iştirakçıla-rına Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri, o cümlədən iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldı-rılması, vəzifəli şəxslərlə vətəndaşlar arasında sağlam əlaqələrin qurulması, habelə şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə qa-nunvericilik sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, habelə korrupsiya ilə mübarizədə institusional baza təşkil edən ixtisaslı qurumlar – Azərbaycan Res-publikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Azərbaycan Respublika-sının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti haq-

    qında ətraflı məlumat verib.Bu sahədə beynəlxalq

    əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikası-nın BMT-nin “Korrupsiyaya qarşı mübarizə haqqında”, həmçinin mövcud olan müvafiq Avropa konvensiya-larına qoşulduğu, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən GRECO, Moneyval, OECD, Beynəlxalq Prokurorlar As-sosiasiyasının Prokurorların Korrupsiyaya Qarşı Mübarizə Şəbəkəsi çərçivəsində, həmçinin xarici ölkələrin hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığın uğur-la davam etdirildiyi bildirilib.

    Baş prokuror iştirak-çılara sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn nor-ma və prinsipləri, Cenevrə Konvensiyalarının tələbləri kobud şəkildə pozularaq münaqişə zonasında, eləcə də hərbi əməliyyatların aparıl-dığı yerdən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı məntəqələrin hədəfə alınması, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan qədim və tarixi Gəncənin dinc əhalisinin sıx yaşadığı mərkəzi hissəsinin,

    strateji əhəmiyyət kəsb edən Mingəçevir şəhərinin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novo-rossiysk neft kəmərlərinin, Mingəçevir Su Elektrik Stansiyasının raket atəşinə məruz qalması, beynəlxalq səviyyədə qadağan olunmuş “Smerç” kaset bombalarından və “Skad” raket qurğuların-dan istifadə edilməsi, xarici ölkələrdən gətirilmiş muzdlu-ların düşmən qüvvələrinin sı-ralarında iştirakının müəyyən edilməsi haqqında ətraflı məlumat verib.

    Bildirilib ki, Ermənistanın silahlı qüvvələri tərəfindən mülki dinc əhalimizə qarşı törədilən cinayət faktları üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 37 cinayət işi başlanıb. Ərazidə həyati təhlükənin ol-

    masına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilməkdədir.

    Qeyd olunub ki, sent-yabrın 27-dən bu günədək Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 7-si uşaq, 19-u qadın olmaqla 61 mülki şəxs həlak olub, 300-dən çox mül-ki vətəndaş ağır yaralanıb, ümumilikdə 2500-dən çox evə və mülki obyektə ciddi ziyan vurulub.

    Eyni zamanda, Baş pro-kuror qeyd edib ki, Ordumuz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında əks-hücum əməliyyatına başlayıb və bu sahədə mü-hüm uğurlara imza atmaqla müxtəlif kənd, qəsəbə, rayon və şəhərləri işğaldan

    azad edib.Rusiya Federasiya-

    sının Baş prokuroru İqor Krasnov, İran İslam Res-publikasının Baş prokuroru Məhəmməd Cəfər Monta-zeri və Özbəkistan Res-publikasının Baş prokuroru Niqmatilla Yuldaşev mülki əhaliyə qarşı hücumları qəti surətdə pisləyib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

    Tədbirin sonunda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokuror-ları tərəfindən əməkdaşlıq haqqında sənədlər imzalanıb, 2021-ci ildə növbəti iclasın Hindistan Respublikasında keçirilməsi qərara alınıb.

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Hörmətli cənab Prezident!Sentyabrın 27-də Ermənistanın Azərbaycan

    Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumları ilə başlayan, işğal altındakı ərazilərinizin azad edilməsinə yönələn hərbi əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalma-larını arzu edirəm.

    Təqribən otuz ildir işğal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində hissə-hissə azad edilməsini məmnunluqla izləyir, haqlı mübarizənizdə Sizi dəstəkləyirik. Vətən torpaqla-rınızın işğaldan azad olunması münasibətilə Sizi indidən təbrik edirəm.

    Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin

    illərdir işğal altında qalmasına, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından qovulmasına həll yolu tapa bilmədi. Dədə-baba torpağında doğulmayan, o yerləri görməyərək böyüyən nəsillər bu gün Azərbaycanın ərazilərinin tamamilə işğaldan azad ediləcəyi günləri həyəcanla gözləyir.

    Moskvada əldə edilən müvəqqəti humani-tar atəşkəsin münaqişənin həlli üçün yeni imkan yaradacağına ümid edir, Ermənistanın işğal altında saxladığı torpaqlardan tamamilə və qeyd-şərtsiz çıxmasının vacibliyini vurğulayırıq. Əldə olunan atəşkəsin əksinə olaraq, Ermənistanın müharibəni Azərbaycanın bütün ərazisinə yaymaq üçün Gəncə, Bərdə, Mingəçevir kimi yaşayış məntəqələrinə raket hücumları təşkil edərək, mülki vətəndaşların

    ölümünə səbəb olmasını şiddətlə qınayırıq. Tarix və beynəlxalq hüquq baxımından haqlı

    olan Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiya sahəsində də üstünlüyünü davam etdirəcəyinə, haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkənizin tərkibinə daxil olmasını təmin edəcəyinə inanırıq.

    Qəlbimiz Azərbaycanla döyünür. Ulu öndər Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”.

    Hörmətlə,

    Kamal KILIÇDAROĞLU Türkiyə Respublikasının Cümhuriyyət

    Xalq Partiyasının (CHP) sədri

    Azərbaycanın Xarici İşlər naziri TBMM-in Sədri ilə görüşüb

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, türkiyəli qonaqları səmimiyyətlə salamla-yan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşı-dığını, bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini bildirib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafı-na xidmət edəcəyini bildirib.

    Nazir Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin ölkəmizə verdiyi dəstəyi, o cümlədən Türkiyə Respublikası-nın Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirib.

    Mustafa Şentop Azərbaycana səfərinin əvvəlcədən planlaşırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin hər zaman dost və qardaş Azərbaycanın yanında olduğunu vurğula-yan Türkiyə Böyük Millət Məclisinin Sədri Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu bildirib, beləliklə də

    Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyindən çıxış etdiyi-ni səsləndirib.

    Mustafa Şentop Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək, üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildi-rib. Türkiyənin Ermənistanın bu işğal-çı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyi səsləndirən Türkiyə Böyük Millət Məclisinin Sədri məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonadək dəstəkləyəcəyini vurğulayıb.

    Nazir Ceyhun Bayramov Mustafa Şen-topa minnətdarlığını bildirib. Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli tərəfdaşlığın bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına xidmət edəcəyindən əminliyini ifadə edib.

    Ceyhun Bayramov Vaşinqtonda ABŞ-ın Dövlət katibi və ATƏT-in Minsk

    qrupunun həmsədrləri ilə görüşəcəkOktyabrın 23-də Azərbaycan Res-

    publikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupu-

    nun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

    Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazir-liyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Oktyabrın 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

  • 21 oktyabr 2020-ci il, çərşənbə 3

    Prezident İlham Əliyev oktyabrın 19-da Rusiya-nın TASS informasiya agentliyinə videomüsahibəsində jurnalistin “Siz necə he-sab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq müm-kündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?” – sualına cavabında dövlətimizin başçısı Azərbaycanın öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını bildirib.

    Ölkəmiz münaqişənin nizamlan masına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa əsaslanıb. Eyni zamanda, münaqişənin dinc yolla həllinə çalışıb, o cümlədən Moskva danı-şıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha nümayiş etdirib. Lakin bütün bunlara baxmayaraq, təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub. Da-nışıqlardan heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edib: “Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, – iki hücum olub, – həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meyda-nında da atəşkəs rejimini pozur-du. Lakin görünür, onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş

    katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər”.

    Yeri gəlmişkən, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan vaxtdan etibarən işğalçı ölkə daim belə riyakar mövqe tutub. Faktlara nəzər salaq. Belə ki, 1992-ci ilin mayın 7-də Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezi-dentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İran prezidenti Əli Əkbər Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda görüş keçirdi və atəşkəs razılığı elan olundu. Cəmi bir gün sonra –1992-ci il mayın 8-də erməni ordusu Şuşanı işğal etdi. Yaxud, 1992-ci il fevralının 21-də Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə atəşkəs razı-laşması imzalandı. Beş gün sonra erməni tərəfi Xocalı soyqırımını törətdi. Başqa bir misal. 2020-ci il oktyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündə hu-manitar atəşkəslə bağlı razılıq əldə olundu. Atəşkəsin elan olunduğu gündən bir gün sonra –oktyabrın 11-də ermənilər Gəncəyə raket zərbələri endirdi. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı, həmçinin 3 bina tamamilə dağıdıldı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəydi.

    Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də oktyab-rın 10-da Moskvada qəbul olunmuş

    humanitar atəşkəsi kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.

    Ermənistanın davam edən hərbi təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dərhal dayan-dırılmalı və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyriinsani aktlarına göz yummamalıdır.

    Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət da-şıyırlar. Milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarlar ədalət mühakiməsinə cəlb edilməlidir.

    Prezident İlham Əliyev videomüsahibəsində, həmçinin bildirib ki, Ermənistana silah satan dövlətlər Azərbaycan şəhərlərinin və rayonlarının bombalanması nəticəsində qadınlara, uşaqla-ra və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmaması üçün dərhal silah satışını dayandırma-lıdır. Dövlətimizin başçısı qeyd edib ki, bununla bağlı Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığı-nı çatdırıbdır: “Qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdar-da silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var... Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz

    bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silah-ların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırıl-ması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır,– yeri gəlmişkən, bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metod-larından istifadə edilir...”.

    Videomüsahibədə Ermənistan–Azərbaycan arasında vəziyyətin hələ də qaynar fazada olmasının ölkəmizin təqsiri üzündən baş vermədiyi vurğulanıb. Eyni za-manda, Azərbaycanın nizamlama prinsiplərinə sadiqliyinin dəfələrlə xatırladıldığı da qeyd edilib. Həm də bu prinsiplər çoxillik danışıqlar prosesində işlənərək, hazırlanıb. Dövlətimizin başçısı əvvəlki açıq çıxışlarında, habelə bu günlərdə mətbuat nümayəndələri ilə

    müsahibələrində Ermənistanın danışıqlar məcrasında özü-nü konstruktiv apardığı halda, Azərbaycanın dərhal hərbi əməliyyatları dayandırmağa hazır olduğunu diqqətə çatdırıb: “Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar pro-sesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hü-cumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırma-ğa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq”.

    Prezident İlham Əliyev videomüsahibədə Azərbaycanın döyüş meydanında öz üstünlüyünü nümayiş etdirdiyi, erməni ordusu-nun isə, əslində, fiaskoya uğradığı bir vaxtda hərbi xətt üzrə təcili gö-rüş keçirilməyə hazır olması barədə

    də ətraflı danışıb. Dövlətimizin başçısı ordumuzun uğurlarına baxmayaraq, Azərbaycanın qan tökülməsinin davam etməsini istəmədiyini, insanların həyatını qoruyub saxlamağı arzu etdiyini, məsələnin siyasi yolla həll etməyə hazır olduğunu da xüsusi diqqətə çatdırıb.

    Prezident İlham Əliyev TASS informasiya agentliyinə videomüsahibəsində Azərbaycanın müharibədə terrorçulardan istifadə etməsi ilə bağlı cəfəng iddiaları da rədd edib. Bildirib ki, bu cür narahatlıqlar əsassızdır. Bunun-la əlaqədar indiyədək hər hansı bir dövlət, eləcə də Ermənistan Azərbaycana heç bir fakt təqdim etməyib: “Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret fakt-lar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər.

    Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyənmirik”.

    Dövlətimizin başçısı söhbətində Azərbaycan tərəfinin terrorçuya, hansı bir ölkənin hərbi dəstək ifadə etməsinə ehtiyacı olmadı-ğını da diqqətə çatdırıb. Çünki: “Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını prakti-ki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qur-ğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir…”.

    Bəli, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü ordu-ları sırasında yer alıb. Çünki son 17 ildə Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib. Buna görə də hərbi hissələrin tikintisində Azərbaycan standartlarına üs-tünlük verilib, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılıb. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib. Əməkhaqları müntəzəm olaraq artırılıb. Ordumuzun silah-sursat, texnika ilə təchizatı da ən yüksək səviyyədə reallaşıb.

    Bütün bunların nəticəsində hazırda Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Silahlı Qüvvələrimizin qüdrəti hələ Aprel və Tovuz döyüşləri, habelə Gün-nüt əməliyyatı zamanı özünün bir daha təsdiqini tapdı. Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər də ordumuzun həm canlı qüvvəsinin, həm də hərbi texnikası-nın gücünü sübut etdi.

    Vaqif BAYRAMOV, “Xalq qəzeti”

    Qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silah-ların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenk-laturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Ermənistan beynəlxalq hüquqa hörmətsizlik göstərir

    – Mən müsahibəni böyük maraqla izlədim. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin milli maraqla-rını təcəssüm etdirən qətiyyətli mövqeyi ilə sonsuz qürur duydum.

    Dövlətimizin başçısı Moskva danışıqlarının nəticələri ilə bağlı bildirdi ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışırdı və buna hazırlaşırdı. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə poz-du. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yat-mış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə, vasitəçilərə, Moskvada uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.

    Prezident İlham Əliyev sonra demişdir: “Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danı-şıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruk-tiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyi-miz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir.”

    Azərbaycan Prezidenti, həmçinin bildirdi ki,

    əgər erməni tərəfi, nəhayət, başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, Azərbaycan hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırdır.

    Azərbaycan Prezidentinin fikir və mülahizələri aydın və birmənalıdır. Ermənistan təcavüzkardır, Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illər danışıqlar imitasiyası ilə status-kvonu saxlamağa çalışıb. Artıq, yetər! İşğal-çılar Azərbaycan torpaqlarından çıxmalıdırlar. Ermənistan bunu etmək və başa düşmək istəmirsə, Azərbaycan Ordusu ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edəcək.

    Qoy bütün dünya bilsin ki, Azərbaycan müharibəni öz gücünə aparır. Azərbaycan xalqında böyük qələbə əzmi var. Ermənilərin iddia etdiyi Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlıların gətirilməsinə ehti-yac yoxdur. Bu cür bəyanatlar Rusiya və Fransa tərəfindən də səslənib. Bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar da yoxdur. Cənab Prezidentin vurğuladığı kimi: “Biz qarşıdurmaya son qoymaq və nizam-lama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”

    Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

    Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycanın iş-ğalda olan torpaqlarımızın azad edilməsi üçün apardığı əks-hücum əməliyyatları ilə bağlı real vəziyyətə və dövlət başçı-mızın xarıci televiziyaların müxbirlərinə verdiyi müsahibələrə münasibət bildirərkən dedi. Məşhur Məmmədov bildirdi ki, işğalçı Ermənistanda hökm sürən xaos cəbhəyanı bölgədə yerləşən Tərtərdə daha çox hiss olunur. Hərbi - siyasi hakimiyyətləri ciddi-cəhdlə humanitar atəşkəs əldə olunması üçün

    yalvardığı halda, Ermənistan silahlı qüvvələri atəşi kəsmir. İşğalçı ordu növbəti dəfə razılaşmanı kobud surətdə pozaraq, Tərtərə mərmilər yağdırmaqda davam edir. Müzəffər Ordumuz düşmənə layiqli qarşılıq verir, atəşi kəsməyən atəş nöqtələri sıradan çıxarılır.

    Sentyabrın 27-dən bəri artıq ikinci dəfədir ki, terrorçu və işğalçı düşmən hu-manitar atəşkəs üçün yalvarır, sonra əldə edilmiş razılaşmanı kobud şəkildə pozur. Ölkə Prezidenti İlham Əliyevin nüfuzlu xarici TV-lərə verdiyi müsahibələrdə Ermənistanın iç üzü bütün incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırılır. Düşmənin arasıkəsilməz yalanları və atəşi isə yenə davam edir…

    Deputat qeyd etdi ki, möhtərəm Prezidentimizin Füzuli şəhərinin azad olunduğunu elan etməsindən öncə, qardaş Türkiyənin nüfuzlu “A Ha-ber” televiziya kanalına müsahibəsi də Ermənistanın hərbi cinayətlərini göstərmək, ordumuzun məhz xilas-karlıq missiyası həyata keçirdiyini təsbit etmək baxımından səciyyəvi idi. “Humanitar atəşkəs” qüvvəyə minəndən dərhal sonra Gəncəyə raket atan Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalı soyqırımı suçlusu sələflərindən

    qətiyyən fərqlənmədiklərini göstərdi. Görün, düşmən mülki əhalinin qanını tökməyə, evini dağıtmağa nə qədər susayıb ki, cəbhə meydanında ortalıqda qalmış yüzlərlə hərbçisinin meyitini götürmədən, öz imkanlarını Gəncədə, Mingəçevirdə vahimə, qorxu yaratmağa yönəldir. İki illik Paşinyan hakimiyyəti dönəmində qətl edilən Azərbaycan uşaq, qadın və qocalarının sayı getdikcə artır.

    Bu mənada, cənab Prezidentin “Ha-ber Global” efirindən dünyaya çatdırdığı fikirlər Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin portretini dəqiq göstərir: “Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da, bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xo-

    calı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər”.

    Prezident “Ria Novosti”yə müsahibə verərkən də təmkininə sadiq qalaraq, fikirlərini müxbirə faktlar-la çatdırdı. Müxbirin “Başlanmış hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz?” – sualına verdi-yi sərrast, diplomatik cavab onun əsil liderlik keyfiyyətlərini göstərdi. Prezident Azərbaycanın ardıcıl olaraq Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığını vurğuladı və son üç ay ərzində olan təxribatları xatırlatdı. İyul ayında Tovuzda buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisənin o vaxt dəf edildiyini, avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçuları-na qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildiyini və bu qrupun başçısının saxlanıldığını, sentyabrın so¬nunda yaşa-yış məntəqələrimizin yenidən artilleriya atəşlərinə məruz qaldığını və bunun nəticəsində həm dinc əhali, həm də hərbi qulluqçular arasında ölüm hallarının baş verdiyini bildirdi. Dinc əhali arasında həyatını itirənlərin və yaralıların olduğu-nu, təmas xəttinə yaxın ərazilərdə evlərin, tamamilə dağıdıldığını, və ya zərər çəkdiyini qeyd etdi.

    Dövlət başçımız müxbirin ordumuz-da muzdluların olması ilə bağlı sualına kəskin cavabı ilə fikrinin həqiqət olduğunu isbatladı: “ Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, han-sısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur”.

    Azərbaycan haqq yolundadır. İnanırıq ki, ədalətin zəfər çalacağı gün çox yaxındadır. Azad edilən kəndlərin sırası hər gün genişlənir. Müzəffər Ordumuzun möhtəşəm Qələbə sorağını verəcəyi gün uzaqda deyil. Xalqımız Prezidentin hər sö-zünü əmr, şərtini şərt kimi qəbul edir. Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu yeni tarix yazır!

    Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

    Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiqdir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. Müsahibədə jurnalistin sualları-na cavabında dövlətimizin başçısının səsləndirdiyi dəqiq, aydın və məntiqli cavablar ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri, o cümlədən tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar tərəfindən dərin razılıq hissilə qarşılanıb. Politoloq Azər Verdiyev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

    İşğalçılar Azərbaycan torpaqlarından çıxmalıdırlar!

    “Azərbaycan Prezidentinin son günlərdə xarici televiziya kanallarının müxbirlərinə ver-diyi müsahibələrdə, hətta təhrikedici suallara belə təmkinlə yanaşaraq ətraflı cavab verməsi onun necə müdrik, yüksək səviyyəli, bacarıqlı bir dövlət rəhbəri olduğunun göstəricisidir. Həmçinin özünü daim “qalib ordu” hesab edən qonşu dövlətin indiki durumda, bütün cəbhə boyu ağ bayraq qaldıraraq, Azərbaycan ordusuna təslim olmaq ərəfəsində olduğunu ifadə edir. Bizim humanistliyimiz, rəhmimiz, yenidən Gəncədə körpələrin, Tərtərdə dəfn iştirakçı-larının, yaxud məktəblilərin, həkimlərin raket atəşinə tutulması ilə üzərimizə qayıtmamalıdır. Müharibənin də öz qayda-qanunu, hərbçinin də buna uyğun öz davranışı olmalıdır. Hərb meydanında uduzub, ön cəbhədən uzaqdakı dinc insanları – uşaqları, qadınları, qocaları hədəf almaq, özü də, məhz onlar yatarkən raket atəşinə tutmaq rəzillikdən başqa bir şey deyil. Belə qeyri-insani hərəkətlərlə Azərbaycanın haqlı davasını sarsıtmaq mümkün deyil”!

    Azərbaycan Ordusu yeni tarix yazır

  • 21 oktyabr 2020-ci il, çərşənbə4

    Böyük insanlar həmişə “mən” deyəndə özünü yox, xalqını, millətini, ölkəsini, dövlətini nəzərdə tutublar. Qardaş türk ədəbiyyatının görkəmli simalarından olan Nəcib Fazil Qısakürək də “Sakarya tür-küsü” adlı şeirində dediyi:

    “Su iner yokuşlardan, hep basamak basamak, Benimse alın yazım, yokuşlarda susamak” –

    ifadəsi ilə böyük bir xalqın alın yazısının dəhşətlərindən söz açır-dı. Ötən əsrin əvvəllərində məhz alın yazısı türk xalqına çox böyük müsibətlər yaşatmış, “sürprizlərlə” üzləşdirmişdi. Dünya xalqları tərəqqiyə, inkişafa doğru getməyə çalışdığı zaman türk xalqı çoxsaylı dildə danışan düşmənləri ilə ölüm-qalım mübarizəsinə sürüklənmişdi. Qardaş xalqın önündə gedənlər ölçüyəgəlməz şəkildə mürəkkəb olan alın yazısının çözülməsini təmin etmiş, qüdrətli Türkiyə Cümhuriyyətinin yaradılmasına nail olmuşdular.

    Bu gün Azərbaycan dövləti də həmin taleni yaşayır. Bəxtimiz bizi min illərdən bəri yaşadığımız tarixi torpaqlarımızda qaniçən, oğru, terrorçu, işğalçı, yalançı və kəmfürsət düşmənlə üz-üzə qoy-muşdur. Amma burada xüsusilə qeyd edilməli başqa bir məqam da vardır. Məhz həmin tale bizə ötən əsrin əvvəlində də, axırında da – dövlət müstəqilliyi qazandığımız dövrlərdə yanımızda olan, kömək əli uzadan, qardaş kimi arxa-da-yaq olmağı istəyən və bacaran türk xalqı, Türkiyə dövləti ilə yana-şı olmaq xoşbəxtliyini də nəsib et-mişdir. Biz 2018-ci ildə möhtəşəm yüz illiyini qeyd etdiyimiz “Bakının azad edilməsi” tarixini də heç zaman unutmayacağıq, qardaş Türkiyə Cümhuriyyətinin Prezi-denti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən dediyi “Biz hər an, hər məsələdə Azərbaycanın yanında olacağıq, Dağlıq Qara-bağ probleminin Azərbaycanın

    ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün atılan bütün addım-ları dəstəkləyəcəyik” qətiyyətini də unutmayacağıq.

    Doğrudur, Azərbaycan – Türkiyə dostluq və qardaşlıq münasibətləri həmişə yüksək səviyyədə olmuşdir. Ancaq türk xalqının böyük oğlu Rəcəb Tayyib Ərdoğanın öz ölkəsində siyasi olimpin zirvəsinə qalxma-sından sonra bu münasibətlər də məhz öz zirvə nöqtəsini fəth etmişdir. Maraqlıdır ki, əvvəllər bu münasibətlərə qısqanclıqla baxan bəzi dairələr indi Türkiyə -- Azərbaycan əməkdaşlığının regionda sülhə və sabitliyə kömək etdiyini nəinki gizlədə bilmir, hətta, bir çox hallarda onun əhəmiyyətindən də danışırlar.

    Bir neçə gün əvvəl qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, oktyabrın 19-da isə Türkiyə Böyük Millət Məclisinin

    Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətlərinin Bakı səfəri region tarixinə qızıl hərflərlə yazılacaq dostluq və qardaşlıq nümunəsinin daha da möhkəmləndirillməsinə və dərinləşdirilməsinə xidmət edir.

    Oktyabrın 19-da qardaş ölkənin parlamentarilərini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də son günlər regionda davam edən proseslər fonunda bu qarşılıqlı səfərlərin səmərəsini yüksək qiymətləndirmişdir: “ Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqla-malar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sar-sılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”.

    Dövlət başçımız xatırlatdı ki, əgər Türkiyə bu açıq möv-qeni göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Azərbaycan tərəfinin belə düşünməsinə əsaslı səbəblər də vardır. Çünki on-suz da Ermənistanın məqsədi bu münaqişənin coğrafiyasını genişləndirməkdən ibarətdir. Görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər və ona görə də haradansa kömək umurlar. Bu gün işğalçı ölkədə hamı yaxşı bilir ki, döyüş mey-danında biz onları məğlub edirik. Erməni hərbçiləri isə ölən-ölür, qalanlar da, canını götürüb döyüş meydanından qaçırlar.

    Prezident xatırlatdı ki, bu mürəkkəb zamanda Türkiyə dövlətinin və xalqının bizə göstərdiyi dəstək xüsusi önəm da-şıyır. Çünki Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən

    yaxın olan ölkələrdir: “Dünya miq-yasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bun-dan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür”.

    Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop dövlət başçımızla görüşdə ilk baxışda o qədər də diqqət çəkməyən, əslində isə çox böyük mənası olan bir ifadə işlədərək dedi ki, mənimlə birlikdə Bakıya gələn nümayəndə heyətinin tərkibində fərqli partiyalardan dostlarımız var: “Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik”.

    Yəni Türkiyədə Azərbaycanı dəstəkləyən təkcə iqtidar partiyası deyil.

    Qardaş ölkənin parlament sədri xatırlatdı ki, Tovuz hücumlarında da Böyük Millət Məclisində dörd siyasi par-tiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verildi: “Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və du-aları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin”.

    “Bir millət, iki dövlət” ifadəsinin tarixi əsasları oldu-ğunu söyləyən cənab Mustafa Şentop 102 il əvvəlki hərbi-siyasi proseslərdə iştirak etmiş türk əsgərlərinin xatirəsinin əbədiləşdirildiyi məkanı yada salmaqla, əslində Azərbaycan rəhbərliyinə minnətdarlıq edirdi: “Axşam Şəhidlər xiyabanın-da idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada -- Azərbaycanın yanın-da olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevin-cimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqla-ma Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi”.

    “Dağlıq Qarabağ tarix boyun-ca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır”- deyən türk qardaşımız sanki ölkəmizin düşmənlərinə mesaj göndərirmiş kimi qətiyyətlə vurğu-ladı: “Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir”.

    İki qardaş ölkənin dostluq və əməkdaşlıq münasibətləri haqqın-da qələmə aldığımız bu sətirləri Türkiyə Cümhuriyyətinin Prezi-denti Rəcəb Tayyib Ərdoğanın 2018-ci il sentyabrın 15-də Bakıdakı hərbi paradda söylədiyi fikirlərlə tamamlamaq istəyiriyk: “1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlı-ğımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Ta-rixi bilmədən, bir əsr əvvəl Nuru Paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanın-dakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik”.

    Bu bir faktdır ki, cənab Ərdoğanın həmin çıxışda adını çəkdiyi Bakı bu gün beynəlxalq aləmdəki ermənipərəst, anti-türk siyasi dairələrin təhdidləri, Gəncə isə həmin dairələrin həyasızlaşdırdığı işğalçı Ermənistanın raket hücumları ilə üz-üzədir. Ən mühüm fakt isə ondan ibarətdir ki, Türkiyə və türk xalqı 102 il əvvəl oldu-ğu kimi yenə də yanımızdadır. Erməniləri hərbi cəhətdən məhv edən Azərbaycan Ordusudursa, mənəvi cəhətdən üzən, öldürən də Türkiyənin qardaş köməyidir, böyük dəstəyidir.

    İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

    Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir

    Türkiyədəki azərbaycanlı həkimlər Vətən mücadiləsini dəstəkləyirlər

    Qardaş Türkiyənin paytaxt şəhəri Ankarada fəaliyyət göstərən “Azərbaycanlı Həkimlər Dərnəyi”nin ölkəmizə dava-dərman ləvazimatları göndərmək aksiyası uğurla davam edir.

    Bu barədə “Azərbaycanlı Həkimlər Dərnəyi”nin qurucusu, uzman həkim Fərid Qasımzadə ilə onlayn müsahib olduq. Soyda-şımız bildirdi ki, Türkiyədə tibb təhsili alan və səhiyyə sahəsində çalışan həmyerlilərimizin “Azərbaycanlı Həkimlər Dərnəyi” xalqımızın Qarabağda başlanana torpaqlarımızı işğaldan xilas etmək mübarizəsinə ilk qoşulanlardan oldu. Bu mübarizə ərazi bütövlüyümüz uğrunda mücadilədir, illərdən bəri bu zəfər üçün səfərbər olmağa hazır idik.

    Nəhayət ki, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabrda düşmən hücumlarına cavab əmri, elə ilk gündən də aldığımız Qələbə xəbərləri həyatımıza yeni bir məna gətirdi. Təbii ki, bu yaşadığımız Türkiyədə də böyük bir coşğu və həmrəylik yaratmışdır və dərnəyimizin üzvüləri də buna biganə qalmadı.

    Fərid həkim qeyd etdi ki, şanlı Ordumuz torpaqlarımızı azad etdikcə hər birimiz sevinc və fəxr hissi keçiririk. Amma onu da bilirik ki, müharibələrdə səhiyyənin xüsusi önəmi var-dır. Döyüşlərdə yaralananlara ilkin yardım çox vacibdir, onların taleyini saniyələr həll edir. Bu səbəbdən könüllü olaraq cəbhə bölgəsinə getmiş həkimlərimizə və bütün səhiyyə işçilərimizə təşəkkür edirik. Bu sahədə həkim və tibb işçilərimizə dəstək olmağa çalışırıq. Türkiyədə yaşayan həmkarlarımıza müraciət ünvanladıq. Bu, təbii ki, panikadan uzaq, vətənpərvər dostlarımıza yönəlmiş bir müraciət oldu.

    Beləliklə də dərnəyimizin təşəbbüsü ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbiçilərimizə kömək üçün Azərbaycana yola salındı. Bu müqəddəs işdə Ankaradakı səfirliyimiz və TƏBİB bizə dəstək oldu.

    – Bildiyimizə görə yaralılara yardım üçün topladığınız tibbi ləvazimatlar da Bakıya göndərilib.

    – Bəli, Azərbaycana gələn həkimlərimiz özləri ilə 2 ton tibbi ləvazimatı da Bakıya çatdırdılar. Vurğulayım ki, bu, Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkim və həmkarlarımızın dəstəyi ilə toplanmış ianələr hesabına alınmış dava-dərman idi. İlk aksiyamız oktyabrın 6-sında oldu. Növbəti yardımımız isə iki gün əvvələ aiddir. Bu dəfə də Türkiyədə çalışan asistan həkimlərimiz Qarabağ müharibəsində yaralanan əsgərlərimizə könüllü xidmət üçün Türkiyə, Al-maniya və Amerika Birləşmiş Ştatlarında çalışan və təhsil alan azərbaycanlı həkimlərin göndərdiyi tibbi ləvazimat ilə birlikdə Ankaradan Bakıya yola salındı. Həkimlərimizə uğurlar arzulayırıq. Yeri gəlmişkən Vətən savaşında həlak olan həkim şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Həkim şəhidlərimiz olan Şöhrət Qasımovun, Tariyel Salmanovun, Turqut Xəlilbəylinin xatirəsi bizim üçün həmişə əziz olacaqdır.

    Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq. Onlar da, xalqımız da bilməlidir ki, harada yaşamasından və çalışmasından asılı olmayaraq indi hər bir azərbaycanlının ürəyi Azərbaycandadır, Qarabağdadır.

    Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

    Tarixi ədalətin zəfər çalacağına heç kəsin şübhəsi olmasın Azərbaycan xalqı çox şərəfli

    tarixi günlərini yaşayır. Bu günlər hər bir azərbaycanlı qürur hissi keçirir. 30 ilə yaxındır ki, Qarabağımız düşmən tapdağı altındadır. Və bu günlərdə şanlı ordumuz artıq Ermənistan silahlı qüvvələrinin müqavimətini qıraraq irəliləməkdədir.

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz Cəbrayıl və Füzuli rayonlarını, onların xeyli yaşayış məntəqələrini, Hadrut qəsəbəsini, Tərtərin Suqovuşan kəndini, Murov yüksəkliyini erməni işğalçı-larından təmizləmişlər. Bu qələbənin əsas səbəbi iqtidarla xalqımızın birliyidir. Preziden-timiz də dəfələrlə bildirib ki, bugünkü qələbələrimizin sirri Azərbaycan xalqının iqtidara inamındadır. Bu inam bizi daha güclü, daha əzmkar edir. Prezidentimizin Azərbaycan xalqına müraciətlərini diqqətlə dinləmişəm. Mənim diqqətimi çəkən odur ki, bu müraciətlərdə xalqa, onun verdiyi dəstəyə güc-lü inam var.

    Cənab Prezident hər dəfə yeni ərazilərimizin işğaldan azad olunması xəbərini verəndə qürur hissi keçiririk, inanırıq ki, Ali Baş Komandanımızın səyləri xalqımızı bu bəladan qurtaracaq. Bax, elə bu yaxın-larda Füzuli şəhərinin işğaldan azad olunması xəbərini Prezi-dentimizin xalqa müraciətindən eşidəndə soydaşlarımız göz yaşlarını saxlaya bilmirdi. Cənab Prezident dedi: “Şanlı Azərbaycan Ordusu öz xilas-karlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş

    növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdır-maq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Fü-zuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

    Ermənilər torpaqlarımızı zəbt etməyə başladıqları gündən indiyədək ərazilərimizdə soyqı-rımı siyasəti aparıblar, Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Bu, İkinci Dünya müharibəsində faşiz-min dəhşətli qırğınlarından sonra müasir dövrdə erməni separatçıları--terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin insanlığa qarşı kütləvi və dəhşətli soyqırımı olub.

    Məgər Gəncə şəhərinə atılan raketlərin törətdiyi fəsadlar xalqımıza qarşı soyqırımı deyil-dimi?!

    Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən respublika-mıza qarşı ədalətsiz müharibə aparıldığı, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu və torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi təsdiq olundu. Belə ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal altın-dakı Azərbaycan ərazilərindən çıxmaları haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı)

    qəbul etmişdir. Lakin işğalçı tərəf bu qətnamələri yerinə yetirməyərək, necə deyərlər, beynəlxalq aləmə meydan oxudu.

    Biz bu ədalətsizliklərlə çox qarşılaşmışıq. Amma bu günlər haqq öz yerini tapır. Şanlı or-dumuz düşmənə ağır zərbələr endirməklə torpaqlarımızı azad edir. Məni sevindirən odur ki, bu günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün bölmələrində müxtəlif yaşdan olan insanlarımız cəbhəyə getmək üçün növbəyə dayanıb-lar. Xalqımızın vətənpərvərlik ruhu çox yüksəkdir və bu, qələbəmizin əsas faktorların-dandır.

    Mən Göyçay rayonunda yaşayıram. Bu gün onlarca göyçaylı cəbhədə vuruşur, qələbənin qazanılmasında iştirak edir.

    Mən bu yazını cənab Prezidentin sözləri ilə bitirmək istəyirəm: “Bu gün biz ha-mımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq.”

    Şakir ƏHMƏDOV, Göyçay sakini

    Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan MHP sədri xalqlarımızın tarixi və mədəni baxımdan bağlı olduğunu diqqətə çatdıraraq deyib: “Dağlıq Qarabağ coğrafiyasında yazılanlar türk tarixidir. Tökülən türk qanı, fəda edilən türk canıdır. Bu şücaətin qarşısında dəftəri bağlanıb yox ediləcək, yerlə-yeksan olunacaq işğalçı ünsür terrorçu Ermənistan dövlətidir”.

    Ermənistanı Azərbaycanın böyük şəhərləri Gəncə, Mingəçevir, Bərdə, Yevlax, hətta Naxçıvanın Ordubad bölgəsi də daxil olmaqla mülki yaşayış yerlərinə, dinc əhaliyə raket və artilleriya hücumları etməsinə görə kəskin şəkildə qına-yan MHP sədri Dövlət Bahçeli deyib: “Barbar Ermənistan məzarlığı belə bombalayaraq qana susayıb”.

    Azərbaycanın haqq işinə səssiz qalanları qınayan par-tiya sədri deyib ki, bu gün Azərbaycanın qarşılaşdıqlarının eynisi sabah başqa ölkələrin də başına gələcəkdir. Dağlıq Qarabağda zəfər Azərbaycanın olacaqdır. İşğalçı Ermənistan 30 ildir dağıdıb məhv etdiyi torpaqlardan dərhal çəkilməlidir. Ermənilər mülki əhalini qətlə yetirməklə heç nəyə nail ola bilməyəcəklər.

    Türkiyə qədim dostluq bağları və qardaş-lıq əlaqələri olan Azərbaycanın haqqına, hü-ququna, torpaqlarına yönəlmiş hər cür hücu-mun qarşısında dayanmaqda əsla tərəddüd etməyəcək. Dünyadakı bütün siyasi, diplo-matik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur.

    Rəcəb Tayyib ƏRDOĞAN Türkiyə Cümhuriyyətinin Prezidenti

    Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qa-rışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan – Türkiyə birliyi ar-tıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    “Ermənistan qorxaq, xain və müharibə cinayətkarıdır”

    Ermənistan qorxaq, xain və müharibə cinayətkarıdır. Erməni xainlər keçmişdəki cinayətlərini Azərbaycanda yenidən törədirlər. Onlar mülki insanları öldürərək erməni xofu ya-ratmağa çalışırlar. Bu münaqişədə haqlı olan Azərbaycandır. Türk yurdu Dağlıq Qarabağın əsl sahibinə, Azərbaycana qaytarılmasının zamanı çatıb. Bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışında ifadə edib.

  • 21 oktyabr 2020-ci il, çərşənbə 5

    QƏLƏBƏ ARDINCA QƏLƏBƏ Bu il sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin

    başladığı genişmiqyaslı təxribatlar getdikcə daha da şiddətləndi. Azğınlaşmış təcavüzkarlar Azərbaycanın digər ərazilərini də işğal edərək “böyük Ermənistan” dövləti yaratmaq iddiasını gerçəkləşdirmək istəyirdilər. Lakin istəkləri ürəklərində qaldı. Azərbaycan Ordusunun güclü əks-hücumları nəticəsində düşmən öz məkrli niyyətini həyata keçirə bilmədi. Üstəlik, 27 il işğal altında saxladığı ərazilərimizi də hissə - hissə geri qaytarmaq məcburiyyətində qalır. Əslində, 4 il əvvəl –2016- cı ilin Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələri öz xoşu ilə işğal etdikləri ərazilərimizi tərk etməli idilər. İndi isə rəşadətli ordumuz düşməni darmadağın edir, işğalçıya layiq olduğu yeri göstərir.

    Artıq xalqımız hər gün qələbə sədalı xəbərlər eşitməyə vərdiş edib. Uşaqlı- böyüklü hamımız gündəlik xəbərləri diqqətlə izləyirik. Eşidəndə ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti olacaq, səbirsizliklə həmin vaxtı

    gözləyirik. Əminik ki, yeni qələbə xəbəri eşidəcəyik. Oktyabrın 20- dək ölkəmizin işğal altında olan 78 yaşayış məntəqəsinin azad olunması xəbərini böyük sevinclə qarşılamışıq. Bu xəbərlərin hər biri hər kəsdə qürur, fəxarət hissi yaradıb.

    Oktyabrın 20- də Prezident İlham Əliyev xalqa müraciətində daha bir qələbə sədası ilə bizi sevindirdi. Ali Baş Komandan Füzuli və Cəbrayıl rayonlarının hər birinin ayrılıqda yeddi, ümumilikdə 14, Xocavənd rayonunun beş və Zəngilan rayo-nunun altı kəndinin, o cümlədən Zəngilan şəhərinin düşməndən azad olunduğunu elan etdi. Bununla da işğaldan azad olunmuş yaşayış məntəqlərimizin ümumi sayı 104-ə çatdırıldı. 23 gün ərzində 104 yaşayış məntəqəsi düşməndən azad edildi. Böyük və tarixi qələbədir!

    Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazılır. Bu, unu-dulmaz səhifələrin müəllifi möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuzdur. Artıq dünya ictimaiyyəti də bir daha əmin oldu ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu

    sırasındadır. Bu ordu Ali Baş Koman-danın rəhbərliyi ilə düşmən tapdağın-da olan ərazilərimizin hamısını azad edəcək.

    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

    Aqiyə NAXÇIVANLI, Milli Məclisin deputatı, siyasi

    elmlər doktoru, professor

    Ulu öndərdən eşitdiyimiz ifadədir. Deyirdi ki, bizdə heç kəs ən yaxın adamına “siz” deyə müraciət etmir. Mən də eləyəm. Ona görə sərbəstcəsinə yazıram: “Sən mənim xalqımın qətiyyət zirvəsi oldun, əziz Ali Baş Komandan! Sən mənim yurdumun xilaskarı kimi tarixə düşdün, cənab Prezident! Sən Heydər Əliyev siyasət zirvəsinin nə demək olduğunu bütün dünyaya nümayiş etdirdin, İlham Heydəroğlu! Sən evindən-eşiyindən didərgin düşmüş yüz minlərlə insanın öz yurdunda işıq yandırmasını təmin edən qüdrət sahibi kimi tanındın, böyük insan!”

    Sentyabrın ortalarına qədər qələmə aldığımız yazılarda dönə-dönə xatırladırdıq ki, Prezident İlham Əliyevin qaçqın-köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün yaratdığı şəhərciklərin sayı onlarcadır. İndi isə dövlət başçı-mızın məcburi köçkünlərimizin yurda qayıdacağı barədə xəbər verdiyi müraciətlərin sayı ço-xalır. Dövlət başçımızın okt-yabrın 20-də xalqa ünvanladığı müraciətdən dərhal sonra riqqətə gələn xanım həmkarlarımızdan biri – mən bilən, o, işğaldan azad

    edilmiş rayonlarımızdandır – sosial şəbəkədə yazdı: “Kağızına qurban olum, rəis! Sən hər dəfə kağıza əl atanda. Altından bir neçə kəndimiz və ya bir rayonu-muz çıxır!”

    Dövlət başçımızın bu müraciəti sözün həqiqi mənasında Azərbaycan xal-qının sabaha – yəni Şuşanın, Xankəndinin işğaldan azad edilməsinə olan inamını birə min qat artırdı: “Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr

    qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevin-dirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz tor-pağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqları-mızdan qovacağıq”.

    Son iyirmi gündə yüz minlərlə, bəlkə də milyonlar-la insanın “İlham Əliyev, sən bizim tarix kitabımıza düşdün və tariximizi zinətləndirdin” deyə qiymətləndirdiyi dövlət başçı-mız özü də xoşbəxt olduğunu bu müraciətdə etiraf etdi: “ Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğal-çılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət

    eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin!”

    Qocaman həmkarımız Telman Heydərov çoxsaylı dostlarının rayonu olan Zəngilanın işğaldan azad edildiyini eşidəndə dedi ki, İlham Əliyev bu böyük zəfərlərin təməlini Cocuq Mərcanlıya qayı-dışla qoymuşdur. Dövlət başçı-mızın özü isə həmin reallığı belə qiymətləndirdi: “Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə

    yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edil-miş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar”.

    Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaq-lara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşa-

    sınlar və bu torpaqlarda həyat canlanacaqdır”.

    Təkcə biz – ölkə vətəndaşları deyil, beynəlxalq aləmdəki bütün tərəfdaşlarımız da yaxşı bilirlər ki, Azərbaycan Ordusunun bugünkü zəfərləri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi-diplomatik fəaliyyətinin, ölkənin iqtisadi qüdrətinin ar-tırılması üçün həyata keçirdiyi dövlət proqramlarının, vətəndaş cəmiyyətinin ən yüksək səviyyədə demikratikləşdirilməsi üçün real-laşdırdığı genişmiqyaslı islahatla-rın, şəxsi dostluq münasibətlərinin və digər keyfiyyətlərinin nəticəsidir. Bunu hamı bilir və etiraf edir. Amma cənab Prezident bütün bu uğurların mənbəyinin xalqın ona göstərdiyi inam və etimadın olduğunu söyləyir:

    “Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qay-tarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

    Mən bu müraciətdə gör-düyüm başqa bir həqiqəti də mütləq qələmə almaq istərdim. Belə ki, dövlət başçımız səmimi şəkildə etiraf etdi ki, bəzi hallar-da torpaqların azad edilməsinə inanmayanlar da var idi: “Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olu-nası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. … Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulma-ma Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim ara-mızda paraflanmış sənəddə də sərhədlərimizin toxunul-mazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas”.

    Nət