8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 174 (29439) 1 sentyabr 2020-ci il, çərşənbə axşamı Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə Hörmətli cənab Prezident! Özbəkistan Respublikasının milli bayra- mı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strate- ji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Əlaqələrimizin hərtərəfli inkişafı və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 avqust 2020-ci il Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya Hörmətli xanım Prezident! Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, ölkələrimiz arasındakı dost- luq və əməkdaşlıq münasibətləri xalqlarımı- zın mənafelərinə uyğun olaraq bundan son- ra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 avqust 2020-ci il V.Y.Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusi- yasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 avqust 2020-ci il “LUKOYL” neft şirkətinin prezidenti cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir. “LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan- Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır. Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 avqust 2020-ci il Prezident İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışında videoformatda iştirak edib Prezident İlham Əliyevin çıxışı Bu gün ölkəmizdə yeni böyük xəstəxana açılır. Bu münasibətlə sizi təbrik edirəm. İyul ayının əvvəlində həmin ərazidə birinci xəstəxananın açılışı qeyd edilmişdi. Bu açılışda mən iştirak etmişəm. O xəstəxanada çarpayıların sayı 800-dən çoxdur. Bu, ölkəmizin ən böyük xəstəxanalarından biridir. Artıq bu xəstəxanalarda COVID xəstələri müalicə alır. O gün göstəriş verdim ki, avqustun sonuna qədər həmin ərazidə daha bir xəstəxana tikilsin. Bu gün avqustun 31-də biz buna nail ola bilmişik. Bu gün açılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artıra bilərik. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq. Bildirməliyəm ki, pandemi- ya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çar- payıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir. Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yara- narsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər. Bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq. Bildirməliyəm ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proq- ramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bunun- la bərabər, laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vax- tında tibbi xidmət göstərilsin. Bildirməliyəm ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da geniş- miqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı nor- mal həyat rejiminə hesablanıb. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər. Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, labo- ratoriyaların inşası, sosial proqramla- rın həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə hu- manitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir. Təbii ki, pandemiya həm ölkə iqti- sadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri- formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, in- sanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir. Mən bunu bəri başdan - pande- miyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də la- büd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki, biz postpande- miya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Post- pandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz ar- tıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdır- ma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz ad- dımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. İlk günlərdən biz bunu etmi- şik. Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni za- manda, yumşalma addımları atılmış- dır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımları- mıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmışdır. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayın- da artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir. Çünki hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur və əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün həm gündəlik moni- torinq aparılır və aparılacaqdır, eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və biz burada, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq. (ardı 2-ci səhifədə) A vqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib. Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı çıxış etdi. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə qərara alıram: 1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında (Azərbaycan Res- publikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “12 384 088,2” və “11 589 910,3” rəqəmləri müvafiq olaraq “7 832 893,4” və “12 439 910,3” rəqəmləri ilə əvəz edilsin; 1.2. 2-ci hissə üzrə: 1.2.1. 2.1-ci bənddə “10 563 404,5” rəqəmləri “6 646 940,7” rəqəmləri ilə əvəz edilsin; 1.2.2. 2.2-ci bənddə “4 692,0” rəqəmləri “6 752,4” rəqəmləri ilə əvəz edilsin; 1.2.3. 2.3-cü bənddə “19 380,0” rəqəmləri “21 080,0” rəqəmləri ilə əvəz edilsin; 1.2.4. 2.4-cü bənddə “1 031 271,7” rəqəmləri “390 342,9” rəqəmləri ilə əvəz edilsin; 1.2.5. 2.5-ci bənddə “765 340,0” rəqəmləri “767 777,4” rəqəmləri ilə əvəz edilsin; 1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “12 384 088,2” rəqəmləri “7 832 893,4” rəqəmləri ilə əvəz edilsin; 1.3. 3-cü hissə üzrə: 1.3.1. 3.2-ci bənddə “11 350 000,0” rəqəmləri “12 200 000,0” rəqəmləri ilə əvəz edilsin; 1.3.2. xərclərin məbləğinin cəmi göstərilən sətirdə “11 589 910,3” rəqəmləri “12 439 910,3 ” rəqəmləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 avqust 2020-ci il

Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 174 (29439) 1 sentyabr 2020-ci il, çərşənbə axşamı

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Hörmətli cənab Prezident!

Özbəkistan Respublikasının milli bayra-mı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strate-ji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

Əlaqələrimizin hərtərəfli inkişafı və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar

çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 29 avqust 2020-ci il

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya

Hörmətli xanım Prezident!

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dost-luq və əməkdaşlıq münasibətləri xalqlarımı-zın mənafelərinə uyğun olaraq bundan son-

ra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 29 avqust 2020-ci il

V.Y.Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə

Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 31 avqust 2020-ci il

“LUKOYL” neft şirkətinin prezidenti cənab Vahid Ələkbərova

Hörmətli Vahid Yusif oğlu!Sizi əlamətdar yubileyiniz – anadan

olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir,

bununla da Azərbaycan Respublikası

ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 31 avqust 2020-ci il

Prezident İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın

açılışında videoformatda iştirak edib

Prezident İlham Əliyevin çıxışı

Bu gün ölkəmizdə yeni böyük xəstəxana açılır. Bu münasibətlə sizi təbrik edirəm. İyul ayının əvvəlində həmin ərazidə birinci xəstəxananın açılışı qeyd edilmişdi. Bu açılışda mən iştirak etmişəm. O xəstəxanada çarpayıların sayı 800-dən çoxdur. Bu, ölkəmizin ən böyük xəstəxanalarından biridir. Artıq bu xəstəxanalarda COVID xəstələri müalicə alır. O gün göstəriş verdim ki, avqustun sonuna qədər həmin ərazidə daha bir xəstəxana tikilsin. Bu gün avqustun 31-də biz buna nail ola bilmişik.

Bu gün açılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artıra bilərik. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq.

Bildirməliyəm ki, pandemi-ya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çar-payıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir.

Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yara-narsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər.

Bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq. Bildirməliyəm ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində

inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proq-ramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir.

COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bunun-la bərabər, laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vax-tında tibbi xidmət göstərilsin.

Bildirməliyəm ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da geniş-miqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı nor-mal həyat rejiminə hesablanıb. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər.

Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır.

Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, labo-ratoriyaların inşası, sosial proqramla-rın həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə hu-manitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir.

Təbii ki, pandemiya həm ölkə iqti-sadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, in-sanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir.

Mən bunu bəri başdan - pande-miyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də la-büd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə

görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir.

Ancaq əlbəttə ki, biz postpande-miya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Post-pandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz ar-tıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdır-ma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz ad-dımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. İlk günlərdən biz bunu etmi-şik. Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni za-manda, yumşalma addımları atılmış-dır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımları-mıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmışdır. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayın-da artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir. Çünki hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur və əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün həm gündəlik moni-torinq aparılır və aparılacaqdır, eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və biz burada, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq.

(ardı 2-ci səhifədə)

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının

açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib. Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı çıxış etdi.

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli

Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında (Azərbaycan Res-publikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “12 384 088,2” və “11 589 910,3” rəqəmləri müvafiq olaraq “7 832 893,4” və “12 439 910,3” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:1.2.1. 2.1-ci bənddə “10 563 404,5” rəqəmləri

“6 646 940,7” rəqəmləri ilə əvəz edilsin;1.2.2. 2.2-ci bənddə “4 692,0” rəqəmləri

“6 752,4” rəqəmləri ilə əvəz edilsin;1.2.3. 2.3-cü bənddə “19 380,0” rəqəmləri

“21 080,0” rəqəmləri ilə əvəz edilsin;1.2.4. 2.4-cü bənddə “1 031 271,7” rəqəmləri

“390 342,9” rəqəmləri ilə əvəz edilsin;1.2.5. 2.5-ci bənddə “765 340,0” rəqəmləri

“767 777,4” rəqəmləri ilə əvəz edilsin;1.2.6. gəlirlərin məbləğinin cəmi göstərilən

sətirdə “12 384 088,2” rəqəmləri “7 832 893,4” rəqəmləri ilə əvəz edilsin;

1.3. 3-cü hissə üzrə:1.3.1. 3.2-ci bənddə “11 350 000,0” rəqəmləri

“12 200 000,0” rəqəmləri ilə əvəz edilsin;1.3.2. xərclərin məbləğinin cəmi göstərilən

sətirdə “11 589 910,3” rəqəmləri “12 439 910,3 ” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2020-ci il

Page 2: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

1 sentyabr 2020-ci il, çərşənbə axşamı2

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə

Komissiyasının yeni tərkibinin formalaşdırılması ilə əlaqədar məlumat“Korrupsiyaya qarşı mübarizə haqqında”

Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Yeni çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Qərara əsasən bu siyahıya Azərbaycan Respubli-kası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, El-şad Mirbəşir oğlu, Arzu Nağıyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev daxil edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Komissiyaya üzv təyin edilməklə həmin dövlət orqanı tərəfindən təyin olunan 5 üzvün siyahısı tamamlanıb. Onunla yanaşı, bu siyahıya Azərbaycan Res-publikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikası-

nın Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının Sədri Fikrət Məmmədov, Azərbaycan Respub-likası Ali Məhkəməsinin Sədri Ramiz Rzayev, Azərbaycan Respublikası Vəkillər Kollegiya-sının Rəyasət Heyətinin Sədri Anar Bağırov daxildirlər.

Azərbaycan Respublikası Prezidenti-nin 2020-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər təyin ediliblər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respub-likası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikası-nın Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

Korrupsiyaya qarşı mübarizə üzrə Komis-siyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasın-da seçiləcək.

Prezident İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın

açılışında videoformatda iştirak edib(əvvəli 1-ci səhifədə)

Bununla bərabər olaraq, artıq fəal açılışlara gedən ölkələrin təcrübəsinə də nəzər salacağıq. Çünki hazırda bir neçə ölkə artıq öz sərhədlərini və bir çox obyektlərini açıbdır, turistləri qəbul etməyə başlayıbdır. Ancaq biz həmin ölkələrdə nəyi görürük? Onu görürük ki, orada xəstələrin sayı kəskin ar-tıb. O cümlədən inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, avqust ayında xəstələrin sayı ən pik həddə çatıbdır, hətta aprel ayının səviyyəsinə qalxıbdır. Baxmayaraq ki, aprel ayından yay aylarına qədər bütövlükdə dünyada, o cümlədən Avropada xəstələrin sayının azalması müşahidə olunurdu. Yəni, bu, nəyi göstərir, bir daha onu göstərir ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar atıl-malıdır, eyni zamanda, vətəndaşlar da çox sadə qoruyucu metodlardan istifadə etməlidir - məsafə saxlamalıdır, maska taxmalıdır, dezinfeksiya vasitələrindən istifadə etməlidir.

Əlbəttə ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və daha ehtiyatlı addımların atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik. Amma buna nail olmaq üçün əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırda birinci dərəcəli məsələdir. Çünki dövlət üzərinə nə düşübsə, onu edib -

qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül var, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir.

Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda tətbiq olunan qay-dalar, vəziyyətə uyğun şəkildə atı-lan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində artıq bir çox şəhərlərdə bütün karan-tin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şəhərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq.

Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qay-daların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kate-qoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşı-sında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qoru-maq üçün daha məsuliyyətli olmalıdır-lar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və möv-cud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ

ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək.

Mən bir daha demək istəyirəm ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsın, qoymadıq ki, bu, nəzarətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünül-müş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq.

Mən sizi bir daha bu böyük xəstəxananın açılışı münasibətilə təbrik etmək istəyirəm, həkimlərə uğurlar, cansağlığı arzulayıram. Sağ olun.

* * *

Sonra Fövqəladə Hallar Nazirliyi-nin Tibbi və Psixoloji Yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva bu tibb müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi, dövlətimiz tərəfindən tibb işçilərinin, həkimlərin sosial müdafiəsinin

gücləndirilməsi məqsədilə görülən işlərdən məmnunluqla danışdı. O bildir-di ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin bu gün açılışı olan modul tipli hospitalı ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu da öz növbəsində koronaviruslu xəstələrin müalicəsi işini yüksək səviyyədə aparmağa geniş imkan verəcək.

* * *

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavi-ruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı ən müasir standartlara cavab verir. Hospi-talda koronavirus infeksiyasına yolux-muş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bu il iyulun 7-də açılan 800 çarpayılıq hospital artıq 2277 çarpayılıq tibb müəssisəsinə çevrilib. Burada hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla təmin olunub. Tibb müəssisəsində ümumilikdə 267 reani-masiya çarpayısı var. Burada quraşdı-rılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə aparmağa imkan verir. Hospitalın laboratoriyalarında müxtəlif müayinələri dəqiqliklə və operativ şəkildə aparmaq mümkün olacaq. Tibb müəssisəsində yaradılan məlumatların idarəetmə sistemi sayəsində mərkəzi qərargahda müalicə prosesinə aid bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə olunur.

Ümumilikdə ölkədə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

AZƏRTAC

Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” – Böyük Vətən müharibəsinin

yeni hərbi-tarixi muzey kompleksinin açılışı olubBununla bağlı “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarının reportajlarında Prezident İlham Əliyevin müsahibəsi təqdim edilib

Bununla bağlı Rusiyanın “Rossi-ya-24” və “Rossiya-1” televiziya ka-nallarında reportajlar göstərilib, əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyasının qəhrəmanlıqları barədə geniş məlumat verilib. Reportajlar-da Prezident İlham Əliyevin müsahibəsi təqdim olunub.

Aparıcı: Bu gün Rostov vilayətində “Sambek yüksəklikləri” adlı xalq hərbi-tarix muzeyinin açılışı olub. Bu addakı “xalq” sözü təsadüfi deyil, çünki muzey veteranların və ləpirçilərin təşəbbüsü ilə yaradılıb. Sambek şiddətli döyüşlərin keçirildiyi yerdir. 1941-ci ildə faşistlər Rostova can atanda da, 1943-cü ildə bizimkilər hücuma keçəndə də. Bu yüksəklik təkcə Rusiya üçün deyil, həm də Azərbaycan üçün vacibdir. Bu gün Azərbaycan Prezidenti də həmin hadisələr barədə danışıb.

Veronika Boqmanın reportajında de-yilir ki, muzey kompleksi real döyüşlərin baş verdiyi ərazidə yerləşir. 160 kilometr-lik Mius cəbhə xətti boyunca 14,5 hektar döyüş sahəsidir.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev: Hitlerçilərin bizim diyarda törətdikləri dağıntı, barbarlıq və qeyri-insani hərəkətlər o vaxta qədər tarixdə görünməmişdi. Böyük Vətən müharibəsinin veteranları və iştirakçıları barədə xatirəni hər bir ailədə qayğı ilə qoruyub saxlayırlar. 2017-ci ilin baharında buradakı Şöhrət xiyabanında 325 döyüşçü ehtiramla torpağa tapşırılıb, onlardan 19-nun adı müəyyən edilib.

Reportajda bildirilir ki, hərbi-tarix muzeyi İnformasiya-Sərgi Mərkəzi, balaca kilsə, amfiteatr, alma bağı da daxil olmaqla, 8 açıq məkandan ibarətdir. Burada hitlerçilərin istehkam maketləri də qurulub. Təkcə ön xətdə 3 min kilometrə yaxın xəndək qazılmışdı. Bu, Berlinə qədər məsafədən iki dəfə çoxdur.

Sambek yüksəklikləri Mius çayının sağ sahilində Donetsk diyarının cənub yamaclarındakı yüksəkliklər, təpələr, kur-qanlar silsiləsidir. Bu kurqanlardan ən uca-sı buradan 40 kilometr məsafədə yerləşən Saur-Mogila kurqanıdır. Onun hündürlüyü 277,9 metrə bərabərdir. Faşistlər burada, Sambekdə dəniz səviyyəsindən 80-100

metr yüksəklikdə onların əlçatmaz olması üçün nə mümkündürsə edirdilər.

Mius cəbhəsinin döyüşçülərinin xatirəsinə ilk memorial burada 1980-ci ildə, Qələbənin 35 illiyi şərəfinə ucal-dılıb. Həmin memorial Azərbaycan Respublikasının vəsaiti hesabına və onun fəal iştirakı ilə inşa edilmişdi. Açılış mərasiminə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti gəlmişdi.

Ulu öndər Heydər Əliyev: Don torpağında ucaldılmış möhtəşəm mo-nument Rostov vilayəti və Azərbaycan zəhmətkeşlərinin bu döyüşlərin sağ qalmış və həlak olmuş bütün qəhrəmanlarının nəcib xatirəsinə hörmət və minnətdarlıq əlamətidir.

Prezident İlham Əliyev: Bu, təsadüfi deyildi. Çünki Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-cı Taqanroq divi-ziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib. Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçi-rilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində, bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı.

Reportajda deyilir: Bəli, Don faşistləri təkcə ucsuz-bucaqsız məhsuldar

tarlalara malik olan taxıl mənbəyi kimi cəlb etmirdi. Qafqazın qapısı, Mayko-pa, Qroznıya, Bakıya, daha sonra Fars körfəzinə gedən yollar buradan başlanır-dı. 416-cı diviziyanın Mius cəbhəsində olduğu yarım il ərzində o, böyük itkilərə məruz qaldı, üç dəfə heyətini dəyişdi.

Prezident İlham Əliyev: Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi. Qeyd etməliyəm ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutub-lar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb.

Reportajda deyilir ki, bu nadir kadrlar-da və fotoşəkillərdə 1945-ci il mayın 2-də Berlinin rəmzi üzərində Qələbə bayrağının sancılması görünür. Həmin hadisələrin iştirakçılarından biri doğma dağ kəndində 37 nəvəsinin və 19 nəticəsinin əhatəsində alay yoldaşlarını salamlayır.

İkinci Dünya müharibəsi veteranı Əliş Xəlilov: Taqanroq diviziyasının sala-mat qalmış bütün döyüşçülərini salamlayı-ram və muzeyin açılışı münasibətilə təbrik edirəm.

Prezident İlham Əliyev: Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub-

saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək. Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümu-mi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər.

Bu memorial kompleksin açılışı münasibətilə veteranları, Rusiya və Azərbaycan xalqlarını təbrik etmək, vete-ranlara cansağlığı və firavanlıq arzu etmək istəyirəm.

Reportajda deyilir: Ləpirçilər Mius cəbhəsində həlak olmuş azərbaycanlıları hələ də tapırlar. Bu xiyaban burada bizim günlərdə yaranıb. Hər bir ağacın altında müəyyən edilməsi mümkün olmuş adlar yazılmış lövhəciklər var.

Arsenti Yevterev də artıq naməlum əsgər sayılmır. Onun yaxınları cəbhə xətti doğma xutora yaxınlaşanda bu ailə ilə son görüş barədə bir-birinə xatirələr söyləyirlər.

Arsenti Yevterevin nəvəsi Nataliya Qolovaç: O, uşaqlarını, həyat yoldaşını öpdü, balaca oğlunu qucağında bir qədər saxladı, ağlayaraq getdi.

Bir müddət Mius cəbhəsi barədə bilirdilər, amma susurdular. Həqiqəti söyləmək münasib hesab edilmirdi. İtkilər çox olub...

Reportajda bildirilir ki, muzey kompleksində həm veteranların ailə arxivlərindən, həm də döyüş meydanından toplanan minlərlə artefakt nümayiş olunur. Muzeyin yaradılması və fəaliyyətində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilib.

AZƏRTAC

Avqustun 30-da Rusiya Federasiyasının Ros-tov vilayətində “Sambek

yüksəklikləri” – Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub.

Qazaxıstan portalları Birinci vitse-prezident Mehriban Əliyevanın

fəaliyyəti haqqında yazır

Məqalələrdə Mehriban Əliyevanın icti-mai-siyasi fəaliyyətini səciyyələndirən əsas məqamlar oxucuların diqqətinə çatdırılır.

AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazılarda xüsusilə də onun dünya mədəni irsinin qorunması, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfələr qeyd edilir. Siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyevanın Vətəninin tərəqqisinə xidmət etdiyi, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafı-na çalışdığı vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mühüm işlər gördüyü qeyd

olunur. Onun fəaliyyətinin dünyada sülh, sabitlik, multikulturalizm kimi bəşəri ideyala-rın reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldildiyi bildirilir.

Qeyd edilir ki, Mehriban Əliyeva Birinci vit-se-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib.

Bundan başqa, məqalələrdə Birinci vitse-prezidentin rəhbərliyi ilə COVID-19 pan-demiyasına qarşı mübarizə tədbirlərindən, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən də bəhs olunur.

İlahə ƏHMƏDOVA, AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Q azaxıstanın “Newsroom” və “Saraptime” portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu-nun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında məqalələr dərc edilib.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının

109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respub-likası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Res-publikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikası-nın Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

2. “Azərbaycan Respublikasının Korrupsiya-ya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respubli-kası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) ləğv edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2020-ci il

Page 3: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

1 sentyabr 2020-ci il, çərşənbə axşamı 3İtaliyanın “Eurasianews” xəbər agentliyi Birinci

vitse-prezident Mehriban Əliyeva haqqında məqalə yayıb

AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazıda xüsusilə oxucuların diqqəti Mehriban Əliyevanın UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi dün-ya mədəni irsinin qorunması, mədəniyyətlərarası dialoqun, multikultural dəyərlərin təşviqi işinə verdiyi töhfələrə cəlb olunur. Vurğulanır ki, Birinci vitse-prezidentin fəaliyyəti təkcə öz ölkəsinin maddi və mənəvi mədəni irsinin təbliğinə deyil, eyni zamanda, dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırıl-masına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib.

Məqalədə oxucula-ra Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində gördü-yü işlər də diqqətə çatdırılır. Bildirilir ki, onun fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr edib. Bundan başqa, Mehriban Əliyeva Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan hərbçilərə qay-ğı göstərir. Onun təşəbbüsü ilə ölkədə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində irimiqyaslı layihələr icra edilir.

AZƏRTAC

Prezidentin köməkçisi ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində

fəaliyyət göstərən QHT-lərlə görüşübGörüşü giriş sözü ilə açan

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, QHT-hökumət dialoqu çərçivəsində təşkil edilən 4-cü görüş ekolo-giya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlardır. Bu sahəni əhatə edən mövzu-lar şuranın hər il elan etdiyi qrant müsabiqəsində xüsusi çəkiyə malikdir və indiyədək yüzlərlə QHT dövlətin maliyyə dəstəyindən faydalanıb. Azay Quliyev Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi

ilə bağlı verdiyi tapşırıqlar sırasında su ehtiyatlarının qiymətləndirilməsinin də oldu-ğunu nəzərə alaraq Prezidentin köməkçisi Hikmət Hacıyevin sudan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşünün xüsusi önəm daşıdığını deyib.

Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü görüşün əhəmiyyətinə to-xunaraq ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən QHT rəhbərlərinin prioritet hesab etdiyi fikir və ideyalarını dinləmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istədiyini bildirib. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda eko-loji vəziyyətin yaxşılaşdırılma-sına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bir sıra milli parklar yaradılıb, yeni meşə zolaqları salınıb, Bakının və Abşeronun ekoloji vəziyyətində müsbət yeniliklər baş verib, əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bio-loji müxtəlifliyin qorunmasına diqqət artırılıb, eyni zamanda, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata keçirilib.

Hökumətin ekologiya və su təsərrüfatı sahəsində fəaliyyət göstərən QHT-lərlə yaxından əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Hikmət Hacıyev xüsusi olaraq vurğulayıb ki, 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunan onlayn müşavirədə Prezident İlham Əliyev ictimai nəzarətin həyata keçirilməsində QHT-ləri fəal olmağa çağı-rıb: “Cənab Prezident bil-dirdi ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu prosesə qeyri-hökumət təşkilatları cəlb edilməlidir. Dövlət qurumlarının görə bilmədiyi məsələləri onlar diqqətə çatdıracaqlar. Preziden-tin bu çağırışı hesab edirəm ki, QHT-lərin fəaliyyəti üçün böyük stimuldur”.

Prezidentin köməkçisi Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsinə Birin-ci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu-nun mühüm töhfələr verdiyini

vurğulayıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksi-yada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi ölkəmizin ekoloji durumuna çox müsbət təsir göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti,

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıq-ların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Hikmət Hacıyev müxtəlif QHT-lərin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrin, xüsusilə maarifçilik işləri insanların ətraf mühitə münasibətini müsbətə doğru xeyli dəyişdiyini qeyd edib.

Prezidentin köməkçisi region üçün ciddi təhlükə mənbəyinə çevrilən “Metsa-mor” AES-dən Ermənistanın həm də radioaktiv maddələrin qaçaqmalçılığı üçün istifadə etdiyini bildirib. O, ətraf mü-hitin mühafizəsi istiqamətində fəaliyyət göstərən QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini “Çernobıl” Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən “Metsamor” AES-in yaratdığı təhlükəyə yönəltməyə çağırıb.

Hikmət Hacıyev Ermənistanın ölkəmizə qarşı ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti apardığını və Avropa Şurası Parlament Assambleyası-nın 2016-cı ildə “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında xüsusi qətnamə qəbul etdiyini deyib. O, Ermənistanın işğal etdiyi ərazimizdə yerləşən Sərsəng su anbarından Azərbaycan vətəndaşlarının su təminatının, kənd təsərrüfatı fəaliyyətinin pozulması, ərazinin biomüxtəlifliyinin məhv ol-ması kimi zərərli və təhlükəli məqsədlər üçün istifadə etdiyini qeyd edib.

Daha sonra Hikmət Ha-cıyev bildirib ki, Azərbaycan əhalisinin sağlamlığının qorunması üçün görülən işlərə və bu sahədə yaradılan müasir infrastruktura görə də seçilir. COVID-19 pandemiyası ilə mübarizədə hökumətin gördüyü təsirli tədbirlər öz nəticəsini verdi və biz pandemiyanı tam nəzarətdə saxlamağa nail olduq. Pandemiya ilə mübarizədə, maarifləndirmə işlərində və ümummilli həmrəyliyin təmin olunmasında QHT-lərin fəal iştirakı təqdir olunur və bu fəallıq bundan sonra da davam etdirilməlidir.

Hikmət Hacıyev Ermənistanın işğal etdi-yi Azərbaycan ərazilərinin

vəhşicəsinə və qanunsuz istismarı nəticəsində ekolo-ji tarazlığın kobud şəkildə pozularaq təhlükəli həddə çatdığını bildirib. Prezidentin köməkçisi QHT-lərin dün-yanın nüfuzlu beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı apardığı

ekoloji terrorun fəsadları barədə davamlı və sistemli şəkildə məlumatlandırmasının, işğalçı ölkədən beynəlxalq təşkilat və məhkəmələrə müraciət etməsinin zəruri olduğunu qeyd edib.

Prezidentin köməkçisi dövlətin QHT-lərdən çalış-dıqları istiqamət üzrə ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmək, əhalini ətraf mühitin qorunmasında fəal iştiraka, habelə sudan səmərəli istifadə etməyə təşviq edən maarifləndirmə kampaniyaları təşkil etmək, innovativ ideya və təkliflərlə çıxış etmək, sudan səmərəli istifadə ilə bağlı möv-cud olan problemləri öyrənmək üçün araşdırmalar aparmaq, əsaslandırılmış təkliflər vermək, dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmək, beynəlxalq ekoloji QHT hərəkatlarında və şəbəkələrində təmsil olunmaq, beynəlxalq ekoloji kampaniyalarda (Ətraf Mühit Günü, Dünya Yer Günü, Dəniz Günü, Dünya Su Günü və s.) Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyini ifadə etmək kimi gözləntilərinin oldu-ğunu deyib.

Görüşdə IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Bir-liyinin icraçı direktoru Surxay Şükürov, “EkoSfera” Sosial- Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə, “Qafqaz” Regional Ekoloji Mərkəzin sədri Mələk Şükürova, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi-nin sədri Anar Xəlilov, “Eko-leks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin icraçı direk-toru Samir İsayev, “Ekoloji Ta-razlıq” İctimai Birliyinin icraçı direktoru Aytən Poladova, “Sağ-lamlığa Xidmət” İctimai Birli-yinin icraçı direktoru Pərvanə Vəliyeva, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Ramiz Məmmədov, “Sağlamlığın Qo-runması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva, “Ruzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov, “Al-yans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbra-himli, “Eko Aləm” İctimai Bir-liyinin sədri Sevil Yüzbaşeva, “Eko-TES” ekoloji tədqiqatlar və maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov, “Sağlam

Həyata Doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov, “Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək İcti-mai Birliyinin sədri Rüstəm Məlikov, “Aran” Ekoloji Maarifləndirmə İctimai Birliyi-nin sədri Nəsirəddin Kərəmov, “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Murad-lı, “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, “Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyinin sədri Sadıq Sadıqov, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova, “Sosial-İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Ramiz

İsgəndərov, “Sosial - İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi-nin sədri Rahilə Mehtiyeva, “İn-kişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, “Leykozlu Uşaqla-ra Dəstək” İctimai Birliyinin icraçı direktoru Emin Nəbili, “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüsey-nov, “Uzunömürlülər Diyarı” ekologiya və infrastrukturun bərpası İctimai Birliyinin sədri Nazim Ağayev, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, “Pediatrik Kardiologiya və Rev-matologiya” İctimai Birliyinin sədri Sveta Rəfiyeva, “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri Yeganə Sultanova, “Autizm” defektoloji və psixoloji yardım mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli, “Autizm Assosia-siyası” İctimai Birliyinin sədri Elnur Məmmədov, “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov, “Psixososi-al Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova, “Rəqəmsal İnkişaf” İctimai Birliyinin sədri Könül Ağayeva, “AIDS-lə Mübarizə” İctimai Birliyinin sədri Nofəl Şərifov, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova iştirak ediblər.

QHT rəhbərləri çıxışla-rında yenicə başlayan QHT-hökumət dialoquna və bugünkü görüşə görə Hikmət Hacıyevə təşəkkürlərini çatdırıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət və problemlərin həlli yolu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Yekunda çıxış edən Pre-zidentin köməkçisi Hikmət Hacıyev QHT-lərin irəli sürdüyü təkliflərin araşdırılacağını və əsaslandırılmış hissəsinin nəzərə alınacağını, o cümlədən dövlət qurumları ilə QHT-lərin birgə əməkdaşlıq imkanları-nın genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi məqsədilə müvafiq addımların atılacağını qeyd edib.

Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

İndoneziya saytları Azərbaycanın Birinci vitse-prezidenti haqqında məqalələr yayıb

AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” adlı məqaləsinə istinadla dərc olunan yazılarda uzun müddətdir Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyevanın UNESCO və ICESCO kimi beynəlxalq humanitar təşkilatların xoşməramlı səfiri olaraq dünya mədəni irsinin qorunması, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanı-dılması işinə töhfələrindən bəhs edilir. Qeyd olunur ki, məhz onun səyləri nəticəsində UNESCO Dünya İrs Komitəsinin 43-cü ses-siyası 2019-cu ilin iyulunda Azərbaycanda keçirilib və burada beynəlxalq əhəmiyyətli qərarlar qəbul edilib.

Məqalələrdə vurğulanır ki, Mehriban

Əliyeva Birinci vitse-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 300 mindən çox insanın həyat şəraiti qısa müddətdə yaxşılaşdırılıb. Bir il ərzində beş mindən çox məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ermənistan ordu-sunun cəbhə xəttində törətdiyi iğtişaşlar nəticəsində yaralanan azərbaycanlı əsgər və zabitlərin müalicəsi təşkil edilib.

Yazılarda Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda COVID-19 pan-demiyasına qarşı həyata keçirilən tədbirlər, Heydər Əliyev Fondunun dəstəyi ilə modul

tipli xəstəxanaların istifadəyə verilməsi barədə məlumatlara da geniş yer verilib.

Azərbaycanın Birinci vitse-prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dün-ya ictimaiyyətinə çatdırılması sahəsində müstəsna xidmətlərindən bəhs edən məqalələrdə, eyni zamanda, bu məqsədlə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil edilən tədbirlər barədə də məlumat əksini tapıb.

Məhz çoxşaxəli və yorulmaz fəaliyyətinə görə Mehriban Əliyevanın bir sıra beynəlxalq mükafatlara layiq gö-rüldüyü diqqətə çatdırılır. Vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidentinin ən böyük mükafatı isə xalqının ona olan məhəbbəti və hörmətidir.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr AZƏRTAC-a istinadla Çinin “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics” portalı, Avropa Xəbər Agentli-yi, Qazaxıstanın, Rumıniyanın, Moldovanın, Bolqarıstanın, Xorvatiyanın, Yunanıstanın, Rusiyanın, Qırğızıstanın, Özbəkistanın, Ya-xın Şərq və Şimali Afrika ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

Vüqar AĞAYEV, AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Mərakeşin “Əl-İslah və Əl-Tənmiyə” qəzetində Azərbaycanın Birinci vitse-prezidentinin

fəaliyyəti barədə məqalə dərc olunub � Mərakeşin həftəlik “Əl-İslah və Əl-Tənmiyə”

qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva barədə məqalə dərc olunub.

Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu məqalədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edilir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər diqqətə çatdırılır.

Bildirilir ki, Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir, o, bir çox ölkələrin yüksək mükafatlarına layiq görülüb.

Birinci vitse-prezident Azərbaycanın inkişafına, ölkənin beynəlxalq miqyasda tanıdılmasına, xalqın sosial problemlərinin həllinə mühüm töhfələr verir.

Gördüyü işlər Mehriban Əliyevaya Azərbaycan xalqının böyük hörmət və məhəbbətini, inam və etimadını qazandırıb.

Nigar CƏFƏRLİ, AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

� Bakıda keçirilən “Dəniz kuboku” müsabiqəsinin iştirakçıları voleybol və mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, voleybol matçında rusiyalı hərbi dənizçilərə 3:0 hesabı ilə qalib gələn komandamız, mini-futbol yarışında 2:3 hesabı ilə məğlub olub. Komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

İtaliyanın “Eurasianews” xəbər agentliyi Azərbaycan Res-publikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalə yayıb. Məqalədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, xeyirxah əməllərindən, siviliza-siyalararası dialoqa töhfələrindən, Azərbaycanın dünyada tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edilir.

İndoneziyanın saytları Azərbaycanın Birinci vitse- prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalələr yayıb. “Asean Youth”, “Telusur”, “Gprioryti”, “Minanews” saytlarında dərc olunmuş “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır”, “Mehriban Əliyevanın fəaliyyətinin əsasında xalqa məhəbbət dayanır”, “Vətənini və xalqını sevən Mehriban Əliyeva”, “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva” adlı məqalələrdə qeyd olunur ki, ölkəsinin inkişafına xidmət, sosial məsələlərin həlli, şəfqət və mənəviyyat ideyalarına sədaqət, eh-tiyacı olanlara yardım Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Vətənini və xalqını böyük məhəbbətlə sevən Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanaraq Azərbaycanın tərəqqisinə mühüm töhfələr verir.

Avqustun 31-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ekologiya, sudan səmərəli istifadə və səhiyyə

istiqamətində fəaliyyət göstərən 41 QHT-nin sədri ilə görüş keçirib. Bu barədə AZƏRTAC-a Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin mətbuat xidmətindən məlumat verilib.

“Dəniz kuboku” müsabiqəsinin iştirakçıları yoldaşlıq görüşlərində güclərini sınayıblar

Page 4: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

1 sentyabr 2020-ci il, çərşənbə axşamı4

Erməni vəhşiliklərindən əziyyət çəkən, işğala məruz qalan rayonlarımız-dan biri də Dağlıq Qarabağ ərazisinə heç bir dəxli olmayan Qubadlıdır. Artıq 27 ildir ki, Nəbi yurdu, onun dağı-daşı tapdaq altında inləyir. Qubadlı cama-atı isə işğal səbəbi ilə məcburi köçkün həyatı yaşayır. Amma bu gün respubli-kamızın 41 müxtəlif şəhər və rayonunda məskunlaşan, idarə, müəssisə, təşkilatları əsasən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunun ərazisində yerləşən Qubadlının sakinləri haqqın, ədalətin, nəhayət ki, zəfər çalacağına tükənməz inam bəsləyir. Elə onları yaşa-dan da bu böyük inamdır.

Qədim tarixi – etnoqrafik bölgələrimizdən olan Qubadlının ərazisində xeyli sayda təbii və süni mağaraların olması burada insanların hələ Paleolit dövründən məskunlaşdığını təsdiq edir. Ümumiyyətlə, burada Son Tunc –İlk Dəmir dövrünə aid abidələr: “Xırman yeri” adlı yaşayış məskəni , Koroğlu qalası, Qalaça, Maltəpəsi qeydə alınmışdır. Tarixi qaynaqlarda Qubadlı rayonunun Həkəri kəndinin adına erkən orta əsr mənbələrində rast gəlinir.

XIX əsrin 80-ci illərinin ortalarında Zəngəzur qəzasında fəaliyyət göstərən 4 dünyəvi məktəbdən biri 1882-ci ildə Qu-badlıda açılmışdı. Bu məktəb el arasında çox vaxt Həsən bəyin məktəbi adlandı-rılırdı. Qubadlı XX əsrin əvvəllərində bölgənin mədəni həyatında daha bir yeni, mütərəqqi addımın atıldığı yer olub: bölgənin ilk dünyəvi qız məktəblərindən biri məhz burada fəaliyyətə başlayıb. Şanlı bölgə hələ o zaman Azərbaycan elminə ic-timai fikrin dahi şəxsiyyətlərini bəxş edib. Bunların arasında filosof Hacı Mirhəmzə Əfəndi Seyid Nigarini, tanınmış tarixçi Mirmehdi Xəzanini göstərmək olar.

Qubadlı çarizmə qarşı xalq azadlıq hərəkatının əsas mərkəzlərindən biri olmuşdur. Qaçaq Nəbinin başçılığı ilə qaçaqlar uzun müddət ərzində hökumətə, haqsızlığa və zülmə qarşı mübarizə apa-rıblar. İyirminci əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb (1905-1906, 1918-1920-ci illər). 1905-ci ildə çar Rusiyasında baş qaldıran inqilabi hərəkat və kütləvi iğti-şaşlar ermənilərə fürsət vermişdi ki, öz çirkin niyyətlərini Zəngəzurda (Qubadlı bölgəsində) də həyata keçirsinlər. Arxiv sənədləri göstərir ki, “Hnçaq” və “Daş-naksutyun” kimi erməni terror təşkilatları Zəngəzurun azsaylı erməni əhalisi ara-sında milli zəmində qarşıdurma yaratmaq istiqamətində iş aparıblar. 1895-1896-cı illərdə Şərqi Anadoluda çar Rusiyası və Avropa dövlətlərinin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qaf-qaza, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər. Yenə də çoxluq bizə aid olub: 1905-1906-cı illər qırğınları ərəfəsində Zəngəzur qəzasında mövcud olmuş 406 yaşayış məntəqəsindən 314-də azərbaycanlılar yaşayıblar. Torpaqların böyük bir qismi azərbaycanlı mülkədarların və kəndlilərin əlində idi. Erməni təşkilatları isə bütün bu mülkləri ələ keçirmək üçün dəridən-qabıqdan çıxırdılar.

Sovet hökumətinin ilk dövrlərində də Zəngəzurun (Qubadlı bölgəsinin) başının üstündən qara buludlar əskik olmayıb. Bütövlükdə Zəngəzurla birlikdə Qubadlının da kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla bеlə, bütün məhrumiyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni quldurları torpaqla-rımızdan qovulub, yaşayış məntəqələri

və müvafiq infrastruktur bərpa еdilib. 30 avqust 1930-cu il tarixdə Azərbaycan Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə qərarı ilə Azərbaycanda rayonlaşma aparılıb və beləliklə Qubadlı rayonu da təsis edilib. Təəssüf ki, bundan düz 63 il sonra, 1993-cü il avqustun 31-də erməni separatçıları tərəfindən DQMV, həmçinin vilayətin tərkibində olmayan digər altı rayonla bərabər, Qubadlı rayonu da işğala məruz qalıb. Elə bu faktın özü Ermənistanın dövlət siyasətinin işğalçı mahiyyətini aydın göstərir.

Tarixi mənbələrin təhlili nəticəsində “Kobatlı” - “Qubadlı” yer adının bəydili nəsli ilə əlaqələndirilməsi bu torpaqla-

rın bilavasitə türk yurdu olduğunu bir daha təsdiqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan olan nəvəsi idi. Ermənilərin dağıtdığı Qubadlının rayon mərkəzində maraqlı еksponatlar toplan-mış tariх-diyarşünaslıq muzеyi fəaliyyət göstərirdi. Rayonda 70-80-ci illərdə bir sıra abidələr inşa olunmuşdu. Bunla-ra "Fərhad və Şirin" bulağı, "Cеyran" bulağı, xalq qəhrəmanları Qaçaq Nəbinin və Həcərin abidələri, 1941-45-ci illər müharibəsində, habelə 20 Yanvar faciəsi zamanı şəhid olanların хatirəsinə həsr olunan abidə komplеksləri aiddir. 1988-ci ildə Qubadlıya həm Еrmənistan, həm də Dağlıq Qarabağ tərəfdən təcavüzkar hücumların başlanması ilə dinc əhaliyə qarşı tеrror törədilməsi ilə bərabər, tarixi və mədəni abidələrin dağıdılması sistеmli şəkildə davam еtdirilmişdir.

Müharibə nəticəsində rayondan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı qoca olmaqla 238 nəfər şəhid olub. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəman adını şərəflə daşıyan Şükür Həmidov və Fəxrəddin Cəbrayılov hazır-da sıralarımızdadırlar.

Qubadlı şəhidlərindən 117 nəfəri mülki əhalidəndir. 204 nəfər hərbçi, 69 nəfər mülki şəxs əlil olub, onlardan 12 nəfəri uşaqdır. 1 şəhər, 93 kənd, 6988 yaşayış evi, 8 sənaye və 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 74 təhsil, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 48 kənd təsərrüfatı, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və trans-formator dağıdılıb, 13365 hektar meşə sahəsi işğal altında qalıb.

Prezident İlham Əliyevin və Bi-rinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində rayon əhalisinin sosial problemləri mütəmadi

olaraq həllini tapmışdır. Məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması həmişə diqqət mərkəzində olub. Rayon sakinlərinın məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdı-rılması istiqamətində işlər sürətlə davam etdirilir. Məlum olduğu kimi, Abşeron rayonunun Sumqayıt stansiyası adlanan ərazisində və Sumqayıt şəhərindəki 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə qaçqın ailələrinin yeni mənzillərə köçürülməsi işi tam başa çatdırılmışdır. Min beş və min bir ailəyə hesablanan qəsəbələrin əsas kontingenti Qubadlıdan olan məcburi köçkünlərdir. Bununla yanaşı, Qaradağ rayonundakı “Ümid” qəsəbəsinə 19 ailə, Şirvan şəhərindəki şəhərciyə 19 ailə, “Qobu-Park” yaşayış kompleksinə 22 ailə, Pirallahı rayonunda salınmış şəhərciyə 9 ailə, Kürdəxanı qəsəbəsində salınmış yaşayış kompleksinə 5 ailə və “Qobu- Park” yaşayış kompleksinə 15 ailə köçürülmüşdür. Hazırda Sumqayıt stansiyasi ərazisində 3 məktəb-- Hal, Dəmirçilər və 4 saylı Qubadlı şəhər məktəbləri, 1 saylı körpələr evi və uşaq bağçası, rabitə qovşağının poçt agent-liyi, Mahrızlı kənd həkim məntəqəsi fəaliyyət göstərir. Bu il rayon Mərkəzi Xəstəxanasının yanında Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası tikilib istifadəyə verilmişdir. Rayonda 20 min 800 nəfər əmək qabiliyyətli əhali var. Ümumiyyətlə, son illərdə rayon üzrə 4 min 203 yeni iş yeri açılmış, 1612 sahib-karlıq subyekti yaradılmışdır.

Hər bir Qudadlı övladı yurdun tarixi ilə fəxr etdiyi kimi, onun şöhrətini artırmaq üçün əlindən gələni edir. Əslən Qubadlıdan olan, Bakıda doğulan və beş yaşında ikən ailəlikcə Sumqayıta köçən, əli qələm tutandan bu şəhəri vəsf edən, ermənilərin 1988-ci ildə Sumqa-yıtda törətdiyi vəhşi aksiyalar barədə kitablar yazan, sənədli kinofilmlərin ssenari müəllifi olan Əməkdar jurnalist Eyruz Məmmədov itirilmiş yurd yerləri haqqında yazdığı maraqlı əsərləri ilə də tanınır. Onun qədim Azərbaycan torpağı Zəngəzurun qapısı sayılan Qubadlı-ya həsr etdiyi iri həcmli, sanballı "Bir kəndin camaatı" tarixi-etnoqrafik romanı erməni vəhşiliklərinin ifşası, ulu yurd yerlərimizdən didərgin düşmüş soydaş-larımızın tale sınaqları barədə dəyərli bir əsərdir. Mənfur düşmən, nankor qonşu olan ermənilərin dövlət siyasətində işğalçılığın aparıcı xətt olması bu əsərdə konkret və tutarlı faktlarla sübuta yetirilir. Ünlü yazıçı-publisist ən böyük arzusunun işğaldan azad ediləcək torpaqlarımız, Qubadlıya qayıdış haqqında böyük bir əsər yazmaq olduğunu söyləyir.

... Nəbi yurdunun mərd əhalisi Azərbaycanın inkişafında, ictimai-siyasi həyatda, ordumuzun daha da qüdrətlənməsində yaxından iştirak edir, hər an Vətən naminə canından keçməyə belə hazır olmaq əzmini sərgiləyir. Onlar tezliklə doğma yurda qayıdacaqlarına inanırlar. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik daxili və xarici siyasət bunun ən böyük zəmanətidir. Məlum beynəlxalq dairələrin nala-mıxa döyməsinə, işğalçıları silahlandırıb onları “qızışdıran” bəzi region ölkələrinin ikili siyasətinə baxmayaraq, böyük qələbəyə olan inam sarsılmazdır.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Ulu Zəngəzurun qapısı dağlar...

Qubadlının işğalından 27 il ötür

X alqların öz müqəddəratını təyinetmə hüququ bəhanəsi ilə ulu yurd yerlərimizi, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı, ona bitişik yeddi rayonumuzu da işğal etmiş ermənilər sülh danışıqlarını

uzatmaqla bu ərazilərə de-yure sahiblənmək niyyətindədirlər. Amma onlar unudurlar ki, bu, tamamilə mümkünsüz bir xülyadır və gec-tez torpaqlarımız mənfur düşməndən tamamilə təmizlənəcək. Artıq bütün dünya Ermənistanı işğalçı dövlət, erməniləri isə nahaq iddiaları ilə haqqı tapdalayan nankor bir toplum kimi tanıyır. Sözün birbaşa mənasında haramçılıqla dünya xəritəsinə düşən, dövlət siyasətinin əsasını işğalçılıq təşkil edən bu toplum çox çəkməz ki, layiqli cəzasını alar, törətdiyi çoxsaylı terror, görünməmiş qətl və vandalizm aktlarına görə haqq divanına çəkilər.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlının işğalının 27-ci

ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ

bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: “1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 nəfər Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100 nəfərdən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib. Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü

əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb. Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpaqlarımız olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu da daxil olmaqla ətraf 7 rayonu işğal etməsi, münaqişənin məhz Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə ilhaq etmək niyyətindən qaynaqlandığını sübut edir. Son illərdə Ermənistan tərəfindən Qubadlı da daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin daha da

gücləndirilməsi onu göstərir ki, Ermənistan ərazilərimizi işğal altında saxlamaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər”.

“Xalq qəzeti”

Malayziya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir

� Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə hər zaman Azərbaycanı dəstəkləyəcək.

Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof səfirlikdə təşkil olunan tədbir zamanı qeyd edib ki, Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərinin toxunulmazlığını dəstəkləyir, eləcə də Ermənistan tərəfindən güc tətbiqini qəbulolunmaz hesab edir.

Səfir bildirib ki, Ma-layziya Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məramına sadiqdir: “Mən Malayziya ilə Azərbaycanın ikitərəfli münasibətlərinin ildən-ilə yaxşılaşmasını məmnunluqla qeyd edirəm”.

“Xalq qəzeti”

Ermənistan növbəti dəfə özünü ifşa etdi

Bu günlərdə isə Azərbaycanın qəhrəman əsgərləri Ermənistanın diversiya-kəşfiyyat qrupunun ölkəmizə qarşı hazırladığı növbəti təxribatın qarşısını aldı. Bu barədə danışan ADNSU geoloji kəşfiyyat fakültəsinin dekanı Naməd PAŞAYEV bildirdi:

– Məlum olduğu kimi, bu il avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu Azərbaycana qarşı növbəti təxribat törətməyə cəhd göstərdi. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edildi. Hətta döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdiyan əsir götürüldü.

Ermənistan təxribat zamanı ağır zərbələr aldığını və çoxlu canlı qüvvə itkisi verdiyini gizlətməyə çalışır. Amma faktiki olaraq diversiya-kəşfiyyat qrupunun üzvləri ilə atışma nəticəsində erməni diversantlar arasında yaralananlar və ölənlər olub. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin diversiya-kəşfiyyat qrupunun komandirinin dumanda yolu azaraq əsir düşməsi ilə bağlı yaydığı məlumata da inanmaq mümkün deyil. Əsir komandirin üzərindən aşkar olunmuş hərbi ləvazimatlar sübut edir ki, diversiya qrupu Azərbaycan ərazisinə istirahət və gəzinti

məqsədilə gəlməyib.Hazırda Ermənistanın sosial şəbəkələrində

Qurgen Alaverdyanın dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Bu, bir daha saxlanılan hərbçinin onlar üçün kifayət qədər əhəmiyyətli şəxs olduğunu aydın göstərir. Ermənistanın ombudsmanı A.Tatoyan isə bəyan edib ki, yayılan videolar tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir. Lakin o, beynəlxalq qanunvericiliyə istinad etməzdən əvvəl Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, digər azərbaycanlı mülki şəxslərə dəhşətli işgənclər verilməsi barədə danışsaydı, daha obyektiv olardı.

Əslində, sabotaj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub. Əsir kəşfiyyatçı da dindirmə zamanı bunu etiraf edib. Ona görə də Ermənistan növbəti yalanları ilə heç kəsi inandıra bilməz, əksinə, yalnız özünü ifşa edə bilər.

Qələmə aldı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

Son illərdə Azərbaycan Ordusu kifayət qədər güclənib. Bunu Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təxribatlara ordu hissələrimiz tərəfindən vaxtında və layiqincə verilən cavablardan da aydın görürük. Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun gücünü 2016-cı ilin aprelində, 2018-ci ilin Günnüt əməliyyatında, eləcə də 2020-ci ilin iyulunda Tovuz təxribatı zamanı gördü. Tovuz təxribatı həm də Ermənistanın öz gücünə deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) güvəndiyini ortaya çıxar-dı. Müzəffər Azərbaycan Ordusu bir qarış torpağını belə düşmənə vermədi, ağır təxribat planından qalib çıxdı.

“AzerGold” QSC “Daşkəsən” dəmir filizi yatağında geoloji kəşfiyyat proqramının icrasına başlayır

“AzerGold” QSC tərəfindən yatağın qiymətləndirilməsi üzrə geo-loji kəşfiyyat proqramı tərtib edilib. Hazırda bütün tarixi geoloji məlumatlar toplana-raq rəqəmsallaşdırılır, xüsusi proqram təminatları vasitəsi ilə yatağın ilkin 3 ölçülü geoloji modeli hazırlanır. Proqrama əsasən, ilkin olaraq ehtiyat-lar üzrə resursların təsdiq edilməsi istiqamətində 4 sahəni əhatə edən 32 ədəd buruq quyusunun qazılması nəzərdə tutulub. İlkin tədqiqat

layihəsi çərçivəsində ümumi olaraq 21 min metr dərinlikdə buruq qazma işlərinin icra-sı planlaşdırılır. 6500 metr dərinlikdə qazma işlərinin isə cari ildə yekunlaşdırılması hədəflənir. Bu işlərin yeku-nunda ilkin resurslara dair məlumatlar bazası formala-şacaq, eləcə də ehtiyatların artırılması, dəqiqləşdirilməsi və tam təsdiqi üçün nəticələr təhlil edilərək növbəti kəşfiyyat proqramları hazırlanacaq.

Bütün tədqiqat işləri müasir yanaşmalara və

beynəlxalq standartların tələblərinə uyğun şəkildə təcrübəli və peşəkar heyət tərəfindən icra ediləcək. Geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geo-loji modelləri tərtib edilərək mövcud resurs və ehtiyatları beynəlxalq JORC standart-larına uyğun yenidən he-sablanacaq, habelə, hazırda azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq iqtisadi səmərəli hesab edilən resurslar yenidən qiymətləndiriləcək.

Qeyd edək ki, ilkin qiymətləndirmə sənədinin hazırlanması istiqamətində aparılan tədqiqatlar mədənçilik layihələrinin icrasında zəruri addımlardan

hesab olunur. Belə ki, əldə ediləcək tədqiqat nəticələri mədənin ilkin resursları və hasil edilməsi gözlənilən ehtiyatları əsasında layihə üzrə perspektivləri və maliyyə proqnozlarını müəyyən edəcək. Bu mərhələ üzrə uğurlu göstəricilər növbəti, daha təfərrüatlı araşdırma və tədqiqat mərhələsinə keçməyə və sosial-iqtisadi göstəricilərin dəqiqləşdirilməsinə xidmət edəcək.

Məlumat üçün bildirək ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması

nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi ha-zırlandıqdan sonra dövlətə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq stan-dartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 mil-yon manat vəsait ayrılmışdır.

Xatırladaq ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib. Yatağın yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yana-şı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Yataqda hasilatın bərpası bir çox yan sahələrin tərəqqisinə, regionlarda iş təminatının yaxşılaşdırılmasına, yerli şirkətlərin fəaliyyəti üçün yeni və daha geniş imkanların yaranmasına da əhəmiyyətli töhfə verəcək.

“Xalq qəzeti”

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlayır.

Page 5: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

1 sentyabr 2020-ci il, çərşənbə axşamı 5Barselonada Azərbaycan Evi

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, pndemiya ilə bağlı möv-cud karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icma üzvləri iştirak ediblər.

Tədbir “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin 5 illik fəaliyyətini və Azərbaycan Evinin qurulması prosesini özündə əks etdirən videoçarxların nümayişi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mühüm hadisə münasibətilə İspaniya azərbaycanlılarına təbrik müraciətinin oxunması ilə başlayıb.

Tədbirdə “Barselonadakı Azərbaycanlılar

Cəmiyyəti”nin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, cəmiyyətin İdarə Heyətinin üzvü Nərmin Salayeva, Gürcüstanın Barselonadakı baş konsulu Ketevan Gogolaş-vili çıxış ediblər. Natiqlər Azərbaycan Evinin fəaliyyətinin Barselonada və ümumilikdə İspani-yada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizi və tarixi reallıqlarımızı təbliğ etmək baxımından yüksək qiymətləndiriblər. Azərbaycan Evinin Barselona şəhərinin multikultural simasında özünəməxsus yer tutacağı, burada azərbaycanlı və digər icmaların birgə tədbirlərinin keçirilməsinin önəmi vurğulanıb.

Azərbaycan Evində hər ay mütəmadi olaraq gerçəkləşdirilməsi nəzərdə tutulan yeni və fərqli layihələr barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Almaniya, İtaliya, Polşa, Ma-carıstan, Türkiyə, Estoniya, Ukrayna, Gürcüstan və digər ölkələrdə də Azərbaycan evləri fəaliyyət göstərir.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Diasporla Iş üzrə Dövlət Komitəsinin dəstəyi və “Barselonadakı Azərbaycanlılar

Cəmiyyəti”nin təşəbbüsü ilə Ispaniyanın Barselona şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı ölkəmizin ərazi bütöv-lüyünün təmin olunacağına inamımızı günbəgün artırır. Azərbaycan Ordusunun hər bir sıra nəfəri dayandığı səngərləri torpaqlarımızın azadlığına, qələbəyə aparan yolun astanası hesab edir. Qələbə əzmimiz artdıqca, ordumuz gücləndikcə düşmən qüvvələrin narahatlığı da artır. Son vaxtlar cəbhədə vəziyyəti daha da gərginləşdirmək üçün dəridən-qabıqdan çıxan işğalçı Ermənistanın araqızışdırıcı davranışları və işğalçı düşmənə havadarlıq edən qüvvələrin bu gərginliyə soyuq-qanlı və birtərəfli yanaşması bunu aydın göstərir. Gərginliyin artmasına xüsusi “əmək sərf edən” Ermənistan tərəfi elə bu əməyinin qəhər dolu bəhrəsini layiqincə görür. Düşmənin diversiya əməliyyatına atdığı qrupun komandiri ələ keçir və düşmən qüvvələrin ikiüzlü, riyakar dav-ranışlarını açıb rüsvay edir. Getdikcə sayı artan itkilər, düşmən mövqelərində də, Ermənistanın içərilərində də yaranan çax-naşma, qorxu, səksəkə ilə müşayiət olunur. Bu gün daxili çəkişmələr, iqtisadi böhran içində olan Ermənistanın ölkəmizə ün-vanlanan təxribat-diversiya əməliyyatları həmişə olduğu kimi əsasən öz daxili auditoriyasını sakitləşdirməyə, yayın-dırmağa yönəlib. İşğalçı Ermənistanın ölkəmizlə sərhəddə döyüş əməliyyatlarını qızışdırması həm də Azərbaycanın öz ayrılmaz hissəsi olan Qarabağın azad edilməsi uğrunda döyüşlərə başlayarsa işğalçı qüvvələrlə bütün sərhəd boyu döyüşəcəyinə bir mesajdır. Ermənistan tərəfin Gədəbəy, Tovuz, Qazax rayonları istiqamətində təxribat əməliyyatları ilə mövqe döyüşlərini qızışdırması, cəbhədə vəziyyətin gündən-günə gərginləşməsi Qafqazda əsas oyunçu olmaq istəyənlərin oyununa daha çox oxşayır.

Son 3 ay ərzində dayanmadan Azərbaycan Ordusunun mövqelərini, cəbhəyanı yaşayış məntəqələrimizi iriçaplı

artilleriya silahlarından yaylım atəşinə tu-tan, dinc sakinləri hədəfə alan Ermənistan tərəfinin ordumuzun müdafiə mövqelərinə kəşfiyyat-diversiya əməliyyatlarını genişləndirməsi öz daxili problemlərini ört-basdır eləmək cəhdləri olmaqla, öz “ağasına” itaətkarlıq sərgiləməsindən baş-qa bir şey deyildir. Cəbhədəki bu gərginlik zamanı Rusiyanın Ermənistana böyük partiyalarla silah-sursat, döyüş vasitələri daşıması, Gümrüdəki hərbi bazasının poliqonlarında partlayış, tüstü, dumanla müşayiət olunan genişmiqyaslı təlimlər keçirməsi bir daha döyüş meydanındakı, daha doğrusu işğal olunan ərazilərimiz istiqamətindəki “duman pərdəsini” aradan götürdü. Bu hazırlıqların ardınca da əvvəlcə ölkəmiz üçün strateji sayılan, neft-qaz kəmərinin keçdiyi Tovuz, Qazax rayonları istiqamətində təxribat xarak-terli həmlələr edən düşmən işğal etdiyi Qarabağ istiqamətində hərbi əməliyyatlara başlayacağı haqda sərsəm bəyanatlar verməyə başlayıb. Əks tərəfin aydın hiss olunan bu təşvişi, qorxusu Azərbaycanın

öz haqq mübarizəsində dost ölkələr tərəfindən böyük dəstək alması, qardaş Türkiyənin cəbhəyə yaxın ərazilərdə təlim meydanlarında ordumuzun nümayəndələri ilə çiyin-çiyinə gücünü nümayiş etdirməsi ilə bağlıdır. Görünən və müşahidə olunan budur ki, dost, qardaş ölkələrin dəstəyi ilə, müdafiə sənayemizin istehsal etdiyi

müasir silah və döyüş vasitələri hesa-bına cəbbəxanamızın möhkəmlənməsi, ordumuzun daha da güclənməsi işğalçı düşmənin və onun havadarlarının yuxusu-na yaman haram qatıb.

Nəticə olaraq demək olar ki, Ermənistanın ümumi narahatlığı Azərbaycanın inkişafı, beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilməsi, beynəlxalq təşkilatlarda aparıcı qüvvəyə çevrilməsi, hərbi gücümüzün artma-sı, Ermənistanın ərazilərimizi işğal etməsinin real mənzərəsini yaratmaq və ərazilərimizin azad olunması üçün haqq davamızı reallaşdırmaq imkanlarımızın getdikcə genişlənməsindəndir.

İşğalçı Ermənistan dövlət sərhəddində təxribatlara əl atarkən və sərhədboyu Azərbaycana böyük təhlükələr yaradacağı haqda hədə-qorxu gələrkən ölkəmizin hərbi gücünü və Əlahiddə ümumqoşun ordusu ilə bu gücün böyük bir hissəsini təşkil edən Naxçıvanı unudur yəqin ki... Azərbaycan ordusunun hansı silahlara

və döyüş gücünə sahib olduğunu isə biz qismən ara-sıra nümayiş etdiririk. Naxçıvan Ümumqoşun Ordusunun adını isə təsadüfən çəkmədim. Çünki işğal-çı Ermənistan bu istiqamətdə də hərbi diversiyalara əl atmağa başlayıb. Görü-nür işğalçı düşmən bərk narahatdır ki, yaxın günlərdə qardaş Türkiyə ordusu

ilə birgə gücünü nümayiş etdirən Nax-çıvan Əlahiddə Ümumqoşun Ordusu elə əlahiddə olaraq, hər an işğalda olan Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizəyə atıla bilər.

Ermənistan tərəfinin ölkəmizə qarşı hədə-qorxu ilə müşahidə olunan nara-hatlığı yəqin ki, daha çox Azərbaycan Ordusunun son vaxtlar cəbhədə apardığı möhkəmləndirmə işlərindən, qüvvələrin səfərbər olunmasından, müxtəlif qoşun-ların cəlb olunması ilə ardıcıl keçirilən təlimlərdə güc nümayişindən yaranıb. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səbrimizin tükəndiyini bildirən kəskin bəyanatları, işğalçı qüvvələrin ölkəmizi öz ərazi bütövlüyünü təmin etmək yolunda hərb yolunu seçməyə vadar etməsi haqda xəbərdarlıqları işğalçı Ermənistanı görün-düyü kimi bərk təşvişə salıb. Səksəkə və qorxu içində olan Ermənistan rəhbərliyi, ordu nümayəndələri Azərbaycanın böyük hərbi gücü ilə üzləşməyin bu ölkə üçün hansı faciələrə yol açacağını yaxşı bilirlər. İşğalçı Ermənistanın öz qorxu instink-tini büruzə verərək son günlər artıq bu dəfə işğal etdiyi Qarabağ istiqamətində Azərbaycanı böyük hərbi zərbələrlə hədələməsi bu ölkənin həm də Qafqaz re-gionu üçün nə qədər təhlükəli olduğunun göstəricisidir.

Rahib QƏRIB, “Xalq qəzeti

Ermənistan Azərbaycanın hərbi qüdrəti qarşısında təşviş keçirir

V ətən sərhəddən başlayır. Amma nə yazıq ki, sərhədlərimizin bir hissəsi bu gün işğalçı Ermənistan tərəfindən pozularaq cəbhə xətti, səngərlərlə əvəz olunub. Ölkəmizin sakitliyi, əmin-amanlığı bu gün

xüsusilə işğal olunmuş ərazilərimiz istiqamətində – səngərlərdə sipər kimi dayanan zabit və əsgərlərimizin ayıq-sayıqlığı hesabına təmin olunur.

Gəncə avtomobil zavodu Türkiyəyə elektrobus satacaq

“Bu gün bütün dünyada həm ekoloji baxımdan, həm də yanacağa qənaət ba-xımından çox sərfəli olan elektrobuslardan istifadəyə başlanılmışdır. Gəncədə yığılan, 83 sərnişinin daşınmasını reallaşdıra biləcək elektrobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobu-sun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası

tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Bu avtobuslar həm di-zayn baxımından, həm də ətraf mühitin yanacağın tullantıla-rından qorunması baxımından çox sərfəli və əhəmiyyətlidir. 2019-cu ildən Gəncədə müasir dizayna malik “E-321” markalı elektrobuslarının yığımına baş-lanmışdır” .

Azərbaycanın şəhər və rayonlarına elektrobusların uyğunlaşması məsələsinə

gəlincə Müşahidə Şurasının sədri bildirib ki, istər Bakı və Abşeronda, istərsə də Gəncə və Sumqayıtda, o cümlədən də digər şəhər və rayonlarda elekt-robusların fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var: “Bu gün ölkəmizin bütün şəhər və rayonları dövlət başçısı İlham Əliyevin diqqət, qayğısı sayəsində günü gündən böyüyür, inkişaf edir, gözəlləşir,

müasirləşir. Təbii ki, hər gün yaşıllaşan və ekoloji baximdan təmiz şəhərə çevirməyə çalışdığımız yaşayış yerlərində ekoloji ba-xımdan çox vacib olan elektrobusların xəttlər üzrə istifadəyə verilməsi çox məqsədəuyğun olardı. Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısının göstərişi ilə ölkəmizdə birinci “Ya-şıl şəhər” layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Ümid edirik ki, Gəncə avtomobil zavodunun yığdığı elektorbuslar bu layihənin bir hissəsi ola biləcək”.

Yaxın vaxtlarda Türkiyə Respublikasının böyük şəhərlərindən biri ilə Gəncə avto-mobil zavodunun yığdığı elektrobusların

satışı ilə bağlı razılığa gəlinməsi nəzərdə tutu-lur. Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildi-rib ki, artıq şəhər rəhbərliyi ilə Gəncə avtomo-bil zavodunun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşıb:

Pandemiya yoluxduruculuq xassəsinə görə çox təhlükəlidir. Doqquz ay olar ki, Çinin Uhan şəhərindən “start” götürərək “dünya turu”na çıxıb. Pnevmoniya artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), eləcə də əksər ölkələrin baslıca qayğısına çevrilib. İlin əvvəlindən ÜST-ün Fövqəladə Komitəsinin iclasında yeni koronavirusun yayılması beynəlxalq narahatlığa səbəb olan həyəcan vəziyyəti kimi qəbul edilib və mart ayının 11-dən pandemiya elan olunub. Hazırda dünyada koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu ötüb, ölənlərsə 1 milyona qədərdir. İndiyədək 16 milyondan artıq COVID-19 xəstəsi sağalıb. Pandemiya söhbətləri istər-istəməz dövlət və hökumətlərin, cəmiyyətin çağdaş davranışlarında ən

aktual və aparıcı mövqeyə çıxıb. Artıq hər kəs bilir ki, bu virusun

şiddətli, kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna xeyli bənzəri var. İnkubasiya dövrü iki həftəyədək davam edir. Dünya üzrə koronavirusa yoluxma hallarının baş verdiyi 500 bölgədə hava şəraitini müqayisə edən bir analiz virusun yayılma sürətinin temperatur, külək sürəti və nisbi rütubətlə əlaqəli olmasını ehtimal etməyə əsas verir. COVID-19-un mövsümi xarakter daşıma ehtimalına işarə edən məlumatlar da var. Xəstəliyin müəmmaları da çoxdur, bəzən əsassız şayiələr də baş alıb gedir. Hər bir halda ilk növbədə mütəxəssislərin rəyinə əsaslanmaq lazımdır.

Bu virus tacvari şəkildə olduğuna görə adına koronavirus deyilir ("corona" latınca tac mənasına gəlir). Elə hazırkı əhatə dairəsinə görə, doğrudan da, bütün xəstəliklərin “tac”ına çevrilmiş bu azar insandan insana, nəfəs vasitəsilə bədənə daxil olan virusları ehtiva edən hava damcıları ilə ötürülür. Xəstəlik orta və ağır bir klinik gedişatla səciyyələnir. Ağırlaşmaları güclü sətəlcəm, septik şok, kəskin tənəffüs çətinliyi sindromu (ARDS), çoxsaylı orqan çatışmazlığı və ölümlə müşahidə olunur.

Bir sıra dünya dövlətləri pandemiyadan kəskin əziyyət çəkir, böyük itkilərlə üzləşir, yardım üçün beynəlxalq qurumlara müraciət edirlər. COVID-19-un artıq ikinci dalğasının ağuşuna aldığı və daha çətin sınaqlara çəkdiyi ölkələr də məlumdur. Eyni zamanda gizli deyil ki, bədbin və ziddiyyətli şərhlər səbəbindən, “vahiməli” statistika üzündən koronavirus çoxlu sayda insanın

psixikasını zədələyib. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus son brifinqində təsdiqləyib. “Bir çoxları üçün pandemiyanın səbəb olduğu sosial qarşılıqlı əlaqənin olmaması bu insanların psixi sağlamlığına güclü təsir göstərib. Pandemiya qorxu və narahatlıq baxımından milyonlarla insanın psixi sağlamlığına təsir edib”. Buna görə də ÜST bu ilin sonunda psixi sağlamlığın təbliği mövzusunda virtual formatda qlobal tədbir keçirəcək”.

Azərbaycanda isə Prezident İlham Əliyevin vaxtında həyata keçirdiyi antipandemiya tədbirləri sayəsində, koronavirusa qarşı aparılan ardıcıl

və davamlı mübarizə nəticəsində elə əvvəldən müsbət tendensiya əldə edilərək saxlanmaqdadır. Hazırda ölkəmiz yoluxma və ölüm sayının azlığına görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Epidemiyanın ən təhlükəli sayılan başlanğıc mərhələsində Azərbaycan rəhbərliyi yaxşı mənada bundan dərhal duyuq düşərək xəstəliyə qarşı mübarizənin bütün aspektlərini əlaqələndirən konkret addımlar atdı. Sərhədlərin bağlanması, digər təcrid tədbirləri, kütləvi tədbirlərin dayandırılması, “Evdə qal – sağlam ol!” çağırışının reallaşdırılması bizim COVID-19-a qarşı effektiv müqavimət strategiyamızın əsasını təşkil etdi.

Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz insan amilinə ən yüksək prioritet verir, əhalinin sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı ən öncül məramdır. Vətəndaşlarda qorunma instinktinin yaranıb güclənməsi, tətbiq olunan bəzi qadağalara anlaşıqla yanaşılması, ictimai yerlərdə maska taxmaq, sosial məsafə gözləmək, gigiyena qaydalara ciddi əməl etmək, əlləri tez-tez spirtlə yumaq kimi vərdişlərin gündəlik həyatımıza sıx daxil olması müsbət nəticələrini verməkdədir. Bütün bunlarla yanaşı, qətiyyən arxayınlaşmaq olmaz, baslıca vəzifə əldə olunmuş uğuru qoruyub saxlamaq və möhkəmləndirməkdir.

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı vaxtaşırı videoformatda müşavirələr keçirir və zəruri tapşırıqlarını verir.

Dövlətimizin başçısı koronavirusa

qarşı mübarizə işində müsbət dinamika müşahidə olunduğunu vurğulayıb. “İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır... Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

Əlbəttə, bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”. Dövlət başçısının tapşırığı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş yeni xəstəxanaların da bu baxımdan önəmi böyükdür.

İqtisadi və sosial məsələlər də öz həllini uğurla tapır. Sadəcə olaraq, son aylar ərzində ölkəmizdə görülmüş işlərə baxaq: təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Dövlət sektorunda çalışanların böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. Çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş 760 min insana lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlətin operativ müdaxiləsi sayəsində bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. 600 min işsiz insan, o cümlədən, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq

öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Özü də bu diqqət, qayğı daimidir.

Bəli, fərəh doğuran cəhətdir ki, hazırkı COVID-19 pandemiyası ilə mübarizə dövründə də ölkəmizdə sosial layihələr əvvəlki vaxtlarda olduğu kimi, uğurla reallaşdırılır. Cəmiyyətin qayğı uman təbəqəsi yenə də diqqət mərkəzindədir, işləməyən vətəndaşlar hərtərəfli diqqətlə əhatə olunublar, əməkhaqqı, pensiya və müavinətlər vaxtlı-vaxtında ödənilir və s. Bir sözlə, maddi və mənəvi dəstək davam etdirilir, cari problemlərin aradan qaldırılması

işləri belə çətin dönəmdə də böyük uğurla davam etdirilir.

Yeri gəlmişkən, dünən Nazirlər Ka-bineti yanında operativ qərargahın bəzi qərarları ilə bağlı yeni tövsiyələr yayıl-mışdır. Orada deyilir: “Vətəndaşlarımızın məsuliyyətli davranışı, səbr və təmkinlə, anlaşıqlı şəkildə məhdudiyyətlərə yanaşması əldə edilmiş uğurun başlıca şərtlərindən biridir. Vətəndaşlarımız başa düşür ki, hazırda gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırıl-ması ölkədə yoluxma hallarının artma-sına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər ki, bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirəcəkdir. Nəzərə alınma-lıdır ki, payız-qış mövsümü həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başçıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir” .

Belə bir nikbinlik var ki, ölkəmizdə görülən çox mühüm işlər bizim bu xəstəliyi minimal itkilərlə çıxacağımıza, həyatımızın təbii axarını tezliklə bərqərar edib normallaşdıracağımıza ümid verir. Buna görə də biz sıx ünsiyyətdən çəkinmək, bir yerə çox sayda toplaşmamaq kimi vacib tələblərə, qoyulan qaydalara sözsüz əməl etmək əzmində möhkəm olmalı, hər vəchlə özümüzü və ətrafımızı bu bəladan maksimum qorumağa çalışmalıyıq.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Pandemiyadan daha az itkilərlə çıxmaq əzmi güclüdür

Buna qədər əksəriyyətimiz hər hansı bir infeksion, yaxud invazion xəstəliyin müəyyən ərazidə kütləvi şəkildə yayılmasına epidemiya deyildiyini bilirdik. Amma tibbi savadı olmayan az adam pandemiya haqqında nəsə eşitmişdi. Sən demə, bu da varmış və böyük ərazilərdə,

məsələn bir neçə qitədə yayılaraq böyük sayda insanlara təsir edən epidemiya belə adlanırmış. Başqa sözlə, zaman bizə epidemiya prosesinin zirvəsi sayılan pandemiyanın da, necə deyərlər, üzünü tanıtdı. Özü də COVID-19 virusunun sayəsində. Amma dünya tibb tarixinə varınca, bir əsr öncə, yəni 1918 – 1920-ci illərdə “Ispan qripi” adı ilə gəlmiş dəhşətli pandemiyadan da bəşəriyyətin əziyyət çəkdiyi məlum olur.

Azərbaycanda Bakı və bölgələr üzrə COVID-19-a yoluxma faizi açıqlandı

Azərbaycanda koro-navirusa yoluxanların 56,2 faizi Bakı şəhərinin payına düşür.Ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma 15,8 fazi təşkil edir. Aran zonası yoluxmaya görə 10,2 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 6,2 faiz yoluxma ilə 4-cü yerdədir. 4,3 faiz yoluxma Lənkəran şəhərinin, 1,2 faiz Şəki-Zaqatala, 1,3 faiz Quba-Xaçmaz, 1 faiz Yuxarı Qarabağ bölgəsi, 1,2 faiz isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son sta-tistikaya görə koronaviru-sa yoluxma halı 0,004 faiz qeydə alınıb.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Paytaxt üzrə yoluxanların 14,3 faizi Binəqədi, 11,8 faizi Yasamal,

12,2 faizi isə Xətai rayonu-nun payına düşür. Yoluxma hallarının 11,8 faizi Sabunçu, 9,1 faizi Nəsimi, 8,5 faizi Nərimanov, 8 faizi isə Sura-xanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,1 faizi Nizami, 7, 4 faizi Qaradağ, 5 faizi Xəzər, 4,6 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı Pirallahı rayonunda olub.

Ölkədə koronavirusa yo-luxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39

yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanla-rın 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 917 027 test aparılıb. Aktiv xəstə sayı 2075 nəfərdir, onlardan 138 nəfər reanimasiyadadır, 14 nəfər isə süni tənəffüs aparatına qoşulub.

“Xalq qəzeti”

Page 6: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

Pandemiya dövründə də məktəblərin tikintisi və təmiri davam etdirilir

Bu yaxınlarda Prezident İlham Əliyev və Birinci vitse –prezident Meh-riban xanım Əliyeva Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım yeni təhsil ocağında yaradılan şəraitlə tanış olarkən onlara məlumat verilib ki, 216 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb. Bu, pandemiya dövründə inşa edilən məktəblərdən biridir.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərində və regionlarda yeni istifadəyə verilmiş məktəblərin açılış-larında mütamadi olaraq iştirak edir, öz məsləhət və tövsiyələrini verir. Cənab Prezident Binəqədidəki 300 nömrəli məktəbdə olarkən demişdir: “Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub”. Dövlət başçısı həmçinin bildirmişdir ki, bir çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq.

Məlumdur ki, ölkəmizdə pandemiya digər sahələrlə yanaşı, təhsil sistemində də müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq, Azərbaycanda məktəb

tikintisi sahəsində işlər fasiəsiz davam etdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 8 ümumtəhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur.

Hazırda 205 və 154 nömrəli tam orta məktəblərin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitab-xana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi davam edir.

Həmçinin 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi aparılır.

Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Azərbaycan Prezidenti bu yaxınlarda Balakən Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında da iştirak edib. Bina 320 şagird yerlikdir və sahəsi 3232 kvad-

ratmetrdir. Məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xo-reoqrafiya zalı, heykəltəraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitab-xana yaradılıb. Tədris müəssisəsinin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.

"Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, paytaxtda 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20 milyon manat vəsait ayrılıb.

2019-2020-ci tədris ili ərəfəsində əsaslı təmir edilmiş 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev də iştirak edib. Birinci vitse-prezident Mehriban xa-nım Əliyeva Kürdəxanı qəsəbəsində Hü-seynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Ümumiyyətlə, 2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış yüz iki məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir. Modul tipli məktəblər Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli

və Ağdamda quraşdırılır.Məcburi köçkünlər üçün salı-

nan şəhərcik və məhəllələrdə də yeni məktəblər istifadəyə verilmişdir. “Qobu-Park” yaşayış massivində, Abşeron rayonunun Sumqayıt stansiyası ərazisində salınan şəhərcikdə, Bakının digər rayon-larrında və regionlarda da qaçqınlar üçün məktəblər inşa edilmışdir.

Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevanın qayğısı nəticəsində yeni tədris ilində də uşaqları-mız müasir tiplı məktəblərdə təhsillərini davam etdirəcəklər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Azərbaycanda aqrar sektorun gəlirləri son 7 ildə iki dəfədən çox artıb

Son illər kənd təsərrüfatında mühüm dəyişikliklər baş verib, ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılıb, Elektron Kənd Təsərrüfatı Proqramı gerçəkləşdirilib, fermerlərə subsidiyaların verilmə mexa-nizmi təkmilləşdirilib, ixrac bazarı genişləndirilib.

Dövlət başçısının cari il aprelin 14-də imzaladığı “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” sərəncamına əsasən isə Prezidentin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb. Bu, fermerlərə əlavə bir dəstək, əkin dövründə fermerlərin mikrokreditlərə tələbatının ödənilməsi deməkdir.

Adıçəkilən sərəncamın mühüm əhəmiyyəti həm də onunla bağlıdır ki, indiyədək fermerlər kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunurdu. Prezidentin imzaladığı sərəncam isə fermerlərin kredit almaq imkanlarını asanlaşdırıb. Yəni bu sərəncamla fermerlərə girov tələb etmədən mikrokreditlər

verilməsinə başlanılıb. Bütün bu və ya digər

tədbirlərin reallaşdırılmasının nəticəsidir ki, son 7 il ərzində Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin ümumi gəlirləri iki dəfədən çox artaraq 190 milyon 80 min manat təşkil edib. Ötən ilin yekunlarına əsasən, bu göstərici illik ifadədə 26 milyon 91 min manat və ya 16 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yeddi il ərzində, sahə üzrə ölkədə fəaliyyət göstərən müəssisələrin sayı 12 faizədək azalaraq 2019-cu ilin sonuna 1 471 təşkil edib. Kəskin azalma (-10,3 faiz) 2019-cu ildə müşahidə olunub. Belə ki, il ərzində 170 müəssisənin fəaliyyətinin dayandırıldığı bildirilib.

Ötən il müəssisələrin 93, 5 faizi və ya 1376-sı mənfəətlə fəaliyyət göstərib. Mənfəətinin məbləği 2018-ci

ilin göstəricisinə nisbətən 3,5 faiz artaraq 120 milyon 622 min manat təşkil edib ki, bunun da 27 milyon 926 min manatı zərər, 92 milyon 696 min manatı isə ümumi mənfəət məbləği olub.

Ümumilikdə, 2013-2019-cu illər ərzində mənfəətin məbləği 2,1 dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda kənd təsərrüfatı işçilərinin sayı isə son 7 ildə 40 faiz yüksələrək, bu ilin əvvəlinə 21 min nəfər təşkil edib. Bu göstərici 2019-cu ildə 2018-ci ilin nəticələrinə nisbətdə 16,6 faiz və ya 3 min nəfər artıb.

İşçilərə hesablanan əməkhaqqının məbləği isə 2013-2019-cu illər ərzində 2,5 dəfədən çox artaraq 2020-ci ilin əvvəlinə 79 milyon 822 min manat təşkil edib. 2019-cu ildə əməkhaqqı məbləği bir il əvvəlki göstəricini 45,2 faiz üstələyib.

“Xalq qəzeti”

1 sentyabr 2020-ci il, çərşənbə axşamı6Vətəndaşların #prokurorluqlasualcavab sessiyasında müraciətləri əsasında turizm şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb

� Xəbər verildiyi kimi, vətəndaşların müraciətlərinin operativ həlli, aşkarlıq və müraciətlərə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab sessiyası (#prokurorluqlasualcavab) keçirilir. Sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çox-saylı müraciətlər daxil olub.

Həmin müraciətlər Baş prokuror tərəfindən nəzarətə götürülüb və “Avanqard” turizm şirkətinin direkto-ru Yeganə Nağıyevanın

qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində aparılmış araşdırma nəticəsində toplanmış mate-rial əsasında avqustun 31-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vur-maqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntuları-na yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslər

cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

AZƏRTAC

DTX: Terror-təxribat təlimləri almış F.Vəliyev tutularaq ölkəyə gətirilib

� Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.Xarici xüsusi xidmət orqanlarının

nəzarəti altında Azərbaycan Respub-likası vətəndaşlarının seçilərək onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə baş-lanmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

AZƏRTAC xəbər verir ki, araşdırma-lar nəticəsində, Azərbaycan Respubli-kasının vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsul-

lardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faliq Vəliyev Azərbaycan Respub-likası Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respubli-kasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respub-likasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir.

Faliq Vəliyevin Rusiya Federasiyası-

nın ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunmuş-dur. Hazırda cinayət işi üzrə araşdırma davam edir.

Statistik göstəricilərə nəzər salsaq, demək olar ki, bütün yoluxma hallarının təqribən 25 faizi ABŞ-ın payına düşür. Bu göstəriciyə görə Rusiya 4-cü yerdədir. Worldmeters.info saytının məlumatına görə, yoluxma sayına görə, ilk 5 yerdə ABŞ (5, 9 milyon), Braziliya (3,8 milyon), Hindistan (3, 5 milyon), Rusiya (982 min) və Peru (639 min) dayanır.

ABŞ-da artıq vəziyyət o həddə çatıb ki, ilk dəfə olaraq, COVID-19-a təkrar yoluxma qeydə alınıb.

Avropada da COVID-19-a təkrar yoluxma faktı qeydə alınıb.

Təkrar yoluxma hallarının aşkar edilməsi narahatlıqlar yaradır. Ekspertlərin fikrincə, belə hallar virus əleyhinə potensi-al vaksinlərin effektivliyini də şübhə altına alır.

Belçikalı virusoloq Mark Van Ranst bildirib ki, Belçikada mart ayında COVID-19-a yoluxmuş ilk pasient olan qadında iyun ayında təkrar yoluxma qeydə alınıb. Ekspert gələcəkdə də bu cür təkrar yoluxma hadisələrinin davam edəcəyini istisna etməyib.

Niderlandda İctimai Sağ-lımlıq üzrə Milli İnstitut ölkədə təkrar yoluxmanın qeydə alın-dığını bəyan edib. Bildirilir ki, yoluxmuş pasient zərif immu-nitetli yaşlı qadındır. Ekseter Universitetinin baş müəllimi, Britaniya Səhiyyə Assosiasiya-sının tibb alimləri komitəsinin rəsmisi, doktor Devid Streyn bildirib ki, əvvəlki yoluxmalar heç də həmişə təkrar yoluxmadan qorumur:” Aydındır ki, vaksinlər ümid etdiyimiz nəticəni doğrulda bilmir.” – deyə, o, əlavə edib.

Koronavirus pandemiya-sının getdikcə artması bir sıra ölkələrdə karantin rejiminin

uzadılması ilə nəticələnir. Artıq Ukraynada yoluxma

sayının artması ilə əlaqədar karantin rejimi 2 ay uzadılıb. Sərhədlər xarici turistlər üçün bağlanıb, bundan başqa əyləncəli və mədəni tədbirlər dayandırılıb. Baş nazir Denis Şmıqal karan-tin rejiminin oktyabrın 31-dək uzadılması və məhdudiyyətlərin tətbiq edilməsini yoluxma sayının artması və təhlükəli vəziyyətlə izah edib.

Avropa ölkələri sərt karantin rejimindən sonra tətbiq olunan yumşalmanın daha təhlükəli nəticələrini müşahidə etdiyinə görə, yenidən qapanma qərarı verirlər. Artıq Macarıstan sentyabrın 1-dən sərhədlərini turistlərin üzünə bağlamaq qərarına gəlib.

Ölkə xaricindən gələn Macarıstan vətəndaşları isə səyahətdən qayıtdıqdan sonra 14 gün karantində qalacaq. Bildiri-lir ki, bu məhdudiyyət hərbi və diplomatik şəxslərə şamil olun-mayacaq. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət rəhbəri Anna Popova

bildirib ki, COVID-19-a qarşı immunitet əsasən kliniki xəstəliyi olmayan pasientlərdə və ilk növbədə uşaqlarda müşahidə olu-nur. “18 yaşına qədər olan uşaq-ların 40 faizində infeksiyadan sonra immunitet yaranır. Altmış yaşdan yuxarı kliniki xəstəliyi olmayan insanların 30 faizində də immunitetə rast gəlmək olur.”

Hər il yüksək səviyyədə qeyd edilən “Moskva Günü” bu il “sa-kit ev günü” adıyla böyük kon-sert proqramları və atəşfəşanlıq olmadan qeyd ediləcək. Şəhərin meri Sergey Sobyanin bildirib ki, ancaq parklarda, festival mey-danlarında bayram tədbirlərinin keçirilməsinə icazə verilir. Qeyd edək ki, hər il sentyabrın ilk şənbə günü şəhərin mərkəzi hissəsində şəhər günü bayram edilir.

Qonşu Rusiyada yeni tədris ili ənənəvi olaraq, sentyabrın birində başlayacaq. Odur ki, Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə tövsiyələr verib. Tövsiyələrə uyğun olaraq, valideynlər uşaqlarla koronavirusun təhlükəli olması barədə söhbətlər aparmalı və

qabaqlayıcı tədbirlər barədə məlumat verməlidir. Nazirli-yin məlumatında COVID-19-a yoluxma riskinin olması xüsusi qeyd edilir.

Valideynlərin məktəbə daxil olmasına məhdudiyyət qoyulacaq və bütün valideyn iclasları onlayn keçiriləcək. Məktəbdə yoluxma hallarının artacağı halda, karantin tətbiq edilməsinə məktəblər özləri qərar verəcəklər.

Qonşu Türkiyədə də artıq yeni tədris ili başlayıb. Yeni dərs ilinin ilk zəngini Təhsil naziri Ziya Səlcuk çalıb.Tədris ili distant təhsil modeli ilə başlayıb və dərslərin 18 sentyabra qədər onlayn təhsil platforması “TRT EBA TV” vasitəsilə aparılacağı bildirilib. Sentyabrın 21-dən etibarən isə məktəblərdə tədrisin tədricən bərpa olunması planlaş-dırılır.

Fransanın “Geochanvre” şirkəti çətənə lifindən qoruyucu maskalar istehsalına başlayıb. “France Bleu” radiostansiya-sının verdiyi məlumata görə, yeni maska Fransanın Müdafiə Nazirliyinin Baş İdarəsində serti-fikatlaşdırmadan keçib. 2014-cü ildə Burqundiyada yaradılmış şirkət kətan, çətənə və ya gicitkən liflərindən parçayabənzər məhsul istehsal edir.

Şirkət yeni tipli qoruyucu maskaların əsas xüsusiyyətləri barədə ictimaiyyətə məlumat verib. Yeni istehsal olunan maskadan havanın keçməsi və nəfəs alma daha yaxşıdır. Bundan əlavə istifadə olunan maska ətraf mühiti çirkləndirmir və onun istehsalı zamanı çirkləndirici tullantılar yaranmır. “Geochanv-re” məhsulları 89 faiz filtrasiya qabiliyyətinə malikdir. Artıq yeni maskalara maraq böyük olduğun-dan İtaliya, Belçika, İsveçrədən sifarişlər alınıb.

Dünyada isə COVID-19-a qarşı vaksin hazırlanması ilə bağlı araşdırmalar davam edir. Bu istiqamətdə işlər üçüncü sınaq mərhələsindədir. Vaksinin uğurlu olacağı halda, bəşəriyyət tezliklə koronavirus bəlasından xilas ola bilər.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

� “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş

məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib

Dünyanın yeni həyəcanı: təkrar yoluxma nə qədər təhlükəlidir?

Artıq dünyada COVID-19 pandemiyasına yoluxmuş insanların sayı 25 milyonu keçib. Əlbəttə, bu, kifayət qədər böyük rəqəmdir. Artıq aylardır, koronavirusla mübarizədə səfərbər olmuş ölkələr, beynəlxalq təşkilatlar və elmi-tədqiqat mərkəzləri bəşəriyyəti bu bəladan xilas etmək üçün araşdırma və məsləhətləşmələrini da-vam etdirirlər. Ekspertlərin payızda ikinci dalğanın olacağı ilə bağlı proqnozları da dövlətləri əlavə zəruri tədbirlər görməyə məcbur edir. Hər bir ölkə yoluxma tempi və pandmeiyanın ya-yılma dinamikası və arealından asılı olaraq, karantin rejiminin tətbiqi və yenidən sərtləşdirilməsi, qapanma ilə bağlı müxtəlif qərarlar qəbul edir.

Page 7: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

1 sentyabr 2020-ci il, çərşənbə axşamı 7

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə–Tibbi Ekspertiza və Patoloji–Anatomiya Birliyi” Hüquqi Şəxsi

dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının (https//www.etender.gov.az/) vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender işti-rakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplu-sunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.İştirak haqqı geri qaytarılmır.İştirak haqqının ödənilməsi yalnız

asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün müraciət ərizəsi;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq

olunmuş maliyyə hesabatının surəti;-iddiaçının son bir ildəki maliyyə

vəziyyəti haqqında bank arayışı;-iddiaçıların müvafiq mallar üzrə mənşə

və uyğunluq sertifikatları.Sənədlər Azərbaycan dilində tərtib

olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddi-açılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanu-nuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 22 sentyabr 2020-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 30 sentyabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 1 oktyabr 2020-ci il saat 12.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalın-da aparılacaqdır.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı

Səhmdar Cəmiyyətimüxtəlif təyinatlı xortumların

satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il sentyabrın 11-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan – Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu – (012) 404-37-00, daxili: 1263.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

məişət avadanlıqlarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il sentyabrın 11-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olun-

malıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan – Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu – (012) 404-37-00, daxili: 1263.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 28 fevral 2020-

ci il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən turizm təşviqi kampaniyasına aid xidmətlərin

satın alınması məqsədilə dərc olunmuş açıq tenderin nəticələri ləğv edilir.

Tender komissiyası

Hakimiyyətdə olan Liberal Demokrat Partiyası (LDP) artıq hökumətə rəhbərlik etməli olan sədrin seçilmə tarixi ilə bağlı razılığın son mərhələsindədir. Partiyada sentyabrın 14-də səsvermə keçirilməsi gözlənilir və nəticələr həmin gün elan ediləcək.

Partiyanın nizamnaməsinə görə, LDP-nin növbəti rəhbəri bu vəzifədə istefa edən Abenin səlahiyyət müddəti bitənə qədər - gələn il sentyabr ayının sonunadək çalışacaq. Bundan

sonra üç illik müddət üçün yeni baş nazir seçkiləri keçiriləcək.

“Xalq qəzeti”

Yaponiya parlamenti Sindzo Abenin bu vəzifədən istefa verməsindən sonra ölkənin yeni baş nazirinin namizədliyini təsdiqləmək üçün sentyabrın 17-də fövqəladə iclasa toplanacaq.

Yaponiyanın yeni baş naziri sentyabrın 17-də təsdiqlənəcək

İndi Paşinyan və yaxın ətrafı başa düşür ki, onlar üçün “iks günü”, ağır məğlubiyyət və fəlakət anı yaxınlaşır və bu, sadəcə zaman məsələsidir. Azərbaycan xalqı nəyin bahasına olursa-olsun öz tarxi torpaqlarını azad edəcək. Bu, xalqımızın haqqıdır. Bu ilahi ədalətin qarşısını heç kim – nə işğalçı Ermənistan, nə də onun havadarları ala bilməz.

Lakin Paşinyan əsl həqiqəti öz xalqından gizlədərək, yenə də saxta vədlər verir, sərsəm, populist bəyanatlar səsləndirir. Bu günlərdə baş nazir yenidən Qarabağ cəbhəsinə gedib və utanmadan deyib ki, Tovuz döyüşlərində ermənilər qələbə qazanıblar və hərbi uğuru davam etdirmək niyyətindədirlər. Bu, tamamilə yalandır və siyasi blefdir.

Paşinyan hər zaman olduğu kikmi, bu dəfə də arzu etdiyini reallıq kimi təqdim etməyə cəhd edir. Amma hər kəs başa düşür ki, o, növbəti dəfə saxta-karlıq edir, Ermənistan ordusu həmin döyüşlərdə layiqli cavabını alıb və bun-dan sonra da alacaq.

İndi Paşinyan tələm-tələsik gü-lünc və düşünülməmiş addımlar atır. Onun təşəbbüsü ilə bu günlərdə Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, ölkədə təcili surətdə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur.

Görünən budur ki, bu gün Ermənistan ciddi demoqrafik problem yaşayır və ön cəbhəyə çıxartmaq üçün heç bir resursa malik deyil. Burada digər bir reallıq ondan ibarətdir ki, mərkəzi hakimiyyət orduya nəzarət etmək iqti-darında deyil, elə bu səbəbdən da ona etibar etmir.

Bir çox təhlilçilər hesab edirlər ki, Paşinyan öz hakimiyyətini qoru-yub saxlamaq üçün əlavə hərbi güc formalaşdırmağa məcburdur. Böyük ehtimalla, yaradılan dəstələrə xaricdən gətirilən muzdlular cəlb olunacaq. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan ordusu zəifdir və məhz buna görə də “könüllülər”in imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.

Ermənistanda artıq çoxları anlayır ki, Paşinyanın böyük ümidlər bəslədiyi muzdlular onu və qiyam yolu ilə qəsb etdiyi hakimiyyəti xilas etmək iqtidarında deyil. Çünki Azərbaycan Ordusu bu gün çox qüdrətli və yenilməzdir. Əsgər və zabitlərimizin döyüş ruhu işğalçı ordu-nun hərbçilərindən onqat güclüdür.

Azərbaycan zabiti və əsgəri bilir ki, o, doğma torpağını, ata-babasının

yurd yerlərini azad etmək üçün vuru-şur. O, Vətən uğrunda hər an canından keçməyə hazırdır. Ermənistanda isə vəziyyət tam başqadır. Suriyadan və başqa yerlərdən pulla gətirilən muzdlu-lara da Paşinyanın saxta niyyəti bəllidir. Onlar ağır, çətin məqamda Paşinyanı vəzifədə saxlamaq üçün həyatlarını qurban verməyəcəklər.

Yerli ermənilər də Paşinyanın

müharibə ritorikasından cana gəliblər, onlar artıq hakimiyyətə və orduya inamsızlıq nümayiş etdirirlər. Heç kəs üçün sirr deyil ki, Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı ça-tışmır. Əslində, ermənistanlı gənclər bu gün min bir bəhanə ilə işğalçı ordunun sıralarına cəlb olunmaqdan yayınırlar.

Ermənistan İstintaq Komitəsi rəsmi məlumat yayıb ki, qurumun baş hərbi istintaq idarəsinin xüsusilə vacib işlərin istintaqı şöbəsinin gedişatında araşdırı-lan cinayət işi üzrə, yəni 2020-ci ilin 2-ci hərbi çağırışı zamanı saxta tibbi diaq-nozlar qoymaq və başqa yollarla hərbi çağırışçıları məcburi müddətli hərbi xidmətdən azad etmək, yaxud hərbi çağırışçılara möhlətlər vermək prosesini təşkil etmək, xüsusilə böyük məbləğdə rüşvət verməyə yardım etmək şübhəsi ilə Ermənistan Cinayət Məcəlləsinin 38-312 maddəsinin 3-cü hissəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə iki nəfər həbs olunub.

Bildirilir ki, daha bir nəfər Ermənistan Cinayət Məcəlləsinin 312-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş cinayəti törətmək - xüsusilə bö-yük məbləğdə rüşvət vermək şübhəsi ilə həbs olunub. Cinayət işi üzrə ilkin istintaq isə davam edir. Bütün bu biabırçılıqlar-dan sonra işğal altında olan Qarabağdakı qondarma qurumun hərbi komissarı tutduğu vəzifədən azad olunub.

Ermənistanın baş naziri tezliklə ölkədə və orduda vəziyyətin tamamilə nəzarətdən çıxa biləcəyindən əndişələnir və əvvəlki kimi, siyasi demaqogiya yolu ilə narazılığın qar-şısını almağa cəhd edir. Bu günlərdə, Paşinyan Qarabağda yerləşən dö-yüş mövqelərində olub. Ermənistan

KİV-inin məlumatına görə, Paşinyan hərbçilərin yaşayış şəraiti ilə tanış olub və əsgərlərlə söhbət edib. Bu, rəsmi məlumatdır.

Həqiqətdə isə başqa şeylər baş verib. Etibarlı mənbələr bildiriblər ki, əsgərlər cəbhə bölgələrində ağır şəraitdən gileyləniblər və komandirləri tərəfindən şantaj və təzyiqlərə məruz qaldıqlarını dilə gətiriblər. Deyilənlərə görə, cəbhədə əsgərlərin baş nazirə asi olması Paşinyanın kefinə soğan doğrayıb.

Bir çox siyasi təhlilçilər bu qənaətdədirlər ki, bu günlərdə Pa-şinyanı yenidən Qarabağ cəbhəsinə gətirən son vaxtlar regionda güc balansının Azərbaycanın xeyrinə kəskin dəyişməsidir. Tovuz hadisələrindən dərhal sonra, qardaş Türkiyənin

Azərbaycan xalqına ən yüksək səviyyədə dəstək verməsi Ermənistanın hərbi elitasının, eləcə də Paşinyan və onun komandasının üzvlərinin yuxusunu ərşəyə çəkib.

Baş naziri narahat edən digər amil həm də budur ki, bu dəfə Ermənistana öz problemlərinin həlli ilə məşğul olma-ğa vadar olan havadarları da heç cür kömək edə bilməyəcəklər və müharibə başlasa, Ermənistan adlı işğalçı dövlət törətdiyi ağır cinayətlərə görə cavab verməli olacaq.

Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacı-yev Ermənistan–Azərbaycan sərhədində baş verənlərlə bağlı deyib: “Ermənistan təcavüzkar dövlətdir. Ermənistan rəhbərliyi Tovuz hadisələrini dırnaq-arası qələbə kimi təqdim etməyə çalışır. Əsas sərhədlərin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsidir. Ermənistan silahlı bölmələri geri oturdul-du. Onlar bu gün də itkilərini gizlədirlər. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”.

Paşinyanın Tovuz hadisələrini törətməkdə məqsədi Ermənistandakı sosial, demoqrafik böhrandan erməni ictimaiyyətinin diqqətini yayındırmaq idi. O iddia edir ki, Ermənistanın müasir müdafiə sənayesi var. Bu da saxta və həqiqəti əks etdirməyən bəyanatdır. Tovuz hadisələri bir daha Ermənistanda istehsal olunan müdafiə sənayesi məhsullarının “keyfiyyət”ini göstərdi. Ermənistanda nə istehsal olunduğu və necə istehsal olunduğu məlumdur.

Bir sıra ekspertlər iddia edirlər ki, 12 iyul döyüşlərinin nəticələrindən narazı qalanlar forpostun əli ilə yeni təxribatlara hazırlaşırlar. Bu, istisna olunmur. Amma Ermənistan və onun havadarları bilməlidir ki, Azərbaycan xalqı və dövləti öz doğma, tarixi torpaqlarını qətiyyətlə qorumaq, hər cür təxribatlara layiqli cavab vermək gücündədir.

M.HACIXANLI, “Xalq qəzeti”

Ermənistanın baş naziri Nikol Paşinyan son günlər qorxu və təşviş içəsindədir. Bu heç də səbəbsiz deyil. Dünyanın gözü qarşısında Ermənistan ordusunun bu il iyulun 12-də cəbhənin Tovuz istiqamətində başladığı hərbi təxribat ağır fiaskoya uğradı. Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də təcavüzkarı yerində oturtdu və düşmən ağır itki verərək geri çəkildi.

Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatları blefdir

Ermənistan hakimiyyəti faşist xislətini gizlədə bilmir

Hazırda Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davam-çılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, bu xislətləri ilə fəxr edirlər. N.Paşinyanın babası da faşist olmuş, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar vardır.

N.Paşinyan sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. 2020-ci ilin İyul döyüşləri bunu bir daha sübut etdi.

Azərbaycan isə həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə olub, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış edib. Bu barədə Prezident İlham

Əliyev Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi mu-zey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” teleka-nallarının reportajlarında yayımlanan müsahibəsində bildirib. Azərbaycan lideri deyib: “Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub. Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımı-zın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanbal-lı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”.

Son günlərdə N.Paşinyanın Qa-rabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları və təxribatlar hazırlayır.

Təsadüfi deyil ki, Paşinyan Qaraba-ğa səfərində əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb. O, cəbhənin Tovuz istiqamətində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırıb, hətta onlardan birinə “Milli Qəhrəman” adını təqdim edib. Bu isə İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düş-künlüyünü aradan qaldırmaq məqsədi daşıyır.

Artıq heç kimə, o cümlədən, erməni ictimaiyyətinə də sirr deyil ki, Paşinyan hakimiyyətindən şəxsi və ailə biznesi üçün istifadə edir. Hazırda onun və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər təbii sərvətlərin qeyri-qanuni istismarın-dakı payını götürmək niyyət daşıyır. Bu baxımdan, Paşinyanın Dağlıq Qaraba-ğa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olması da təsadüfi deyil.

İbrahim İLYASLI, Sumqayıt Şəhər Poeziya

Klubunun direktoru

Ermənistanda faşizm ideologiyası dövlət siyasətinə çevrilmişdir. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Hazırkı baş nazir Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək, faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır.

Azərbaycanlı alimdən dünyaya şad xəbərKoronavirus əleyhinə peyvəndlər insanlar üzərində test edilə bilər

Yaponiya və ABŞ-ın elmi-tədqiqat institutlarında təxminən 20 ilə ya-xın işləyən və 2014-cü ildən qardaş Türkiyənin Akdəniz Universitetində elmi fəaliyyətini davam etdirən, dün-yada malyariya, qarayara və quduz-luğa qarşı vaksinlərinin yeni növünün ixtiraçısı kimi tanınan professor Tərlan Məmmədov 4 ay əvvəl qəzetimizə müsahibəsində koronavirus infeksi-yasının müalicəsində istifadə oluna biləcək bitki mənşəli vaksin hazırladıq-larını bildirmişdi. Viruslara qarşı vaksin və dərmanların hazırlanması sahəsində kifayət qədər zəngin elmi təcrübəsi və fəaliyyəti olan azərbaycanlı alim kəşf etdikləri 2 vaksin nümunəsinin heyvan-lar üzərində test edildiyini bildirdi. 20 nəfərlik bir heyətlə tədqiqatlara başla-yan alim qeyd etdi ki, tütün növündən olan “Nikotiana Benthamina” adlı yaşıl bitki hüceyrələrində virus antijenləri istehsal etmək üçün təxminən dörd

ay əvvəl işə başladıq. Allaha şükür ki, işlərimiz uğurla davam etdi, aldığı-mız peyvəndlərin heyvanlar üzərində sınaqları uğurlu nəticələr verdi və indi bu vaksinləri insanlarda test edə biləcəyik. Bu istiqamətdə iki vaksin nümunəsi hazırladıqlarını bildirən Tərlan Məmmədov dedi:

- COVID-19-a qarşı iki peyvənd nümunəsi hazırlanmışdır, peyvənd nümunələrinin COVID-19-a immu-nitet yaratdığını gördük. Heyvanlar üzərində aparılan sınaq işlərində uğurlu nəticələr əldə etdik. Peyvəndin CO-VID-19 xəstələrinin plazma antikorları tərəfindən də çox yüksək səviyyədə ta-nıdığını təsdiqlədik. Yəni peyvəndin zü-lalları aktiv və normal işləyir. Ən önəmli məsələlərdən biri COVID-ə yoluxmuş, lakin sonradan sağalan xəstələrdən götürülən qanda aparılan analizlərdir. Bu istiqamətdə də müsbət nəticələr əldə olunub.

Professor Tərlan Məmmədovun sözlərinə görə, alınmış peyvəndlər insanlar üzərində test edilə bilər. Qa-zandıqları nəticələrin son dərəcə uğurlu olduğunu qeyd edən azərbaycanlı pro-fessor bildirdi ki, aldığımız vaksinlərin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv bir peyvənd olacağına inanırıq. İndi peyvəndləri insanlarda sınaqdan keçirə bilərik.

Alim onu da qeyd etdi ki, araşdır-malarının nəticələrini hesabat olaraq Türkiyə Peyvənd Elmi Komitəsinə təqdim etmişlər və ən yaxın günlərdə Türkiyə Səhiyyə Nazirliyinə də göndərəcəklər.

Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

Azərbaycanda koronavirus infeksiyasına daha 126 yoluxma faktı qeydə alınıb, 144 nəfər sağalıb

� Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 126 yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ

Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 36 min 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlar-dan 33 min 847 nəfər müalicə olunaraq

sağalıb, 534 nəfər vəfat edib. Aktiv xəstə sayı 2054 nəfərdir.

Ötən müddət ərzində 922 min 69 test aparılıb. Dünənki test sayı isə 5042-dir.

“Xalq qəzeti”

T ürkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdəniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, yeni

növ koronavirus (COVID-19) əleyhinə yaşıl bitkidən vaksin alınma-sında tədqiqatlarını uğurla davam etdirən azərbaycanlı alim Tərlan Məmmədov qəzetimizə danışdı. O, əldə etdirdikləri iki peyvəndin heyvanlar üzərində sınaqlarının uğurlu nəticələr verdiyini bildirdi.

Page 8: Prezident İlham Əliyevin çıxışı · 2020. 8. 31. · cənab Vahid Ələkbərova Hörmətli Vahid Yusif oğlu! Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi

1 sentyabr 2020-ci il, çərşənbə axşamı

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

028262432063

40 qəpik

Türkiyə

Terrorçular zərərsizləşdirilibİraqın şimalın-

dakı PKK terror təşkilatının 4 yaraq-lısı zərərsizləşdirilib. Türkiyə Müdafiə Nazir-liyinin bəyanatına görə, hava əməliyyatı Zap bölgəsində aparılıb.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı əməliyyatları bölgədəki son PKK terrorçusunun məhvinə qədər davam edəcək.

Xəbəri “Anadolu” agentliyi yayıb.

Böyük Britaniya

Vergilər rekord həcmdə artırıla bilərKoronavirus

pandemiyası səbəbindən Bö-yük Britaniyada vergilər rekord həcmdə artırıla bilər.

Böyük Britaniyanın Maliyyə Na-zirliyi bununla büdcə itkilərini kompensasiya

etmək istədiyini bildirib. Bunun büdcəyə milyardlarla dollar gəlir gətirəcəyi bildirilsə də, biznes nümayəndələrinin kəskin etirazına səbəb olacağı qeyd olunub.

Qeyd edək ki, cari ilin ikinci rübündə Böyük Britaniya iqtisadiyyatı 20,4 faiz azalıb. Bununla bərabər dövlət borcu rekord həddə – 2,6 trilyon dollara çatıb.

Xəbəri TASS yayıb.

Livan

Ölənlərin sayı 190-a çatıbLivan

hökumətinin həftəlik hesaba-tında qeyd olunan məlumata görə, paytaxt Beyrutda baş vermiş part-layış nəticəsində ölənlərin sayı 190 nəfərə çatıb, 6 min 500 insan yarala-nıb.

Bildirilir ki, hadisə nəticəsində 3 nəfər itkin düşüb. Fəlakət nəticəsində 300 min insan evsiz qalıb.

Xəbəri BBC yayıb.

Əfqanıstan

Prezidentin müşaviri qətlə yetirilibƏfqanıstan

prezidentinin ictimai məsələlər üzrə böyük mü-şaviri Məhəmməd Həsən Hotak Kabildə öldürü-lüb. Məlumata görə, müşavir dünən gecə evinin yaxınlığında qətlə yetirilib.

Əfqanıstan Prezidenti Əşrəf Qani açıqlamasında hadisəni terror aktı adlandırıb.

Xəbəri RİA “Novosti” yayıb.

Yunanıstan

Final oyunu təxirə salınıbFutbol üzrə

Yunanıstan kubokunun final matçı təxirə salınıb.

Yunanıstan Futbol Federasi-yasının mətbuat xidmətinin yaydığı məlumata görə, “Olimpiakos”la AEK arasında keçirilməli olan final oyunu koronavirus pandemiyasına görə təxirə salınıb.

Finalın yeni tarixi hələ açıqlanmayıb.Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

ÂSentyabrın 1-də ÂBakıda və Abşeron yarımadasında

günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcəyə çatacaq.

ÂNaxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 31-36 dərəcə isti olacaq.

ÂYuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo-calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı , dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15 , gündüz 20-25 dərəcə isti olacaq.

ÂQazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21, gündüz 30-35 dərəcə isti olacaq.

ÂBalakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı,

qısamüddətli yağış yağacağı , dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

ÂMərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şir-van, Hacıqabul, Salyan, Neftçala rayonların-da yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

ÂMasallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.Şimal- şərq küləyi əsəcək. Gecə 19-23, gündüz 29-34 , dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti olacaq.

8

Goranboy Subartezian Quyularının İstismarı İdarəsi

subartezian nasoslarının cari təmiri üçün mal-materialların və ehtiyat hissələrinin satın alınması

məqsədilə kotirovka sorğusu elan edirKotirovka sorğusu iştirakçılarına təklif olunur ki, öz

təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat bağlı zərfdə təqdim etsinlər.

İddiaçılar kotirovka təkliflərini 3 sentyabr 2020-ci il saat 17.00-a qədər təqdim etməlidirlər.

İddiaçıların təklifləri 4 sentyabr 2020-ci il saat 11.00-da açılacaqdır.

Əlaqələndirici şəxs – A.Əmiraslanov, telefon – 02224-5-24-08.

Ünvan – Goranboy şəhəri, C.Cabbarlı küçəsi 2.

Rusiya və Yaponiya liderləri arasında telefon danışığı

Məlumatda deyilir: “Vladimir Putin ölkəsinin baş naziri vəzifəsindən getmək barədə qərarı ilə əlaqədar Sindzo Abeyə indiyədək gördükləri birgə işlərə, ikitərəfli əməkdaşlığın inki-şafına verdiyi şəxsi töhfəyə görə minnətdarlığını bildirib”.

Kremlin məlumatında qeyd olunur ki, Yaponiya hökumətinin başçısı da Rusiya Prezidenti ilə birgə yaradılmış çoxillik konstruk-tiv qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib: “Hər iki tərəf Rusiya və Yaponiya

xalqlarının maraqları, eləcə də Asiya-Sakit okean regionunda təhlükəsizlik və sabitlik naminə iki ölkə arasında mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək üzrə səyləri davam etdirməyin vacibliyini söyləyib”.

Yaponiyanın “Kyodo” agentliyinin məlumatına görə, liderlər gələcəkdə iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danı-şıqların davam etdirilməsi kursuna sadiq olduqlarını qeyd ediblər. Yaponiya

hökumətinin başçısı ümid etdiyini bildirib ki, Rusiya Prezidenti Cənubi Kurilin keçmiş sakinlərinə adadakı əcdadlarının qəbirlərinə baş çəkmələrinə kömək edəcək.

Xatırladaq ki, Sindzo Abe son zamanlar səhhətinin pisləşməsi ilə bağlı hökumət başçısı vəzifəsini tərk etmək

barədə qərar qəbul edib. Yerli mətbuatın yazdığına görə, artıq Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yesi-xide Suqa baş nazir postu

uğrunda mübarizəyə başla-yıb. Ondan əlavə, baş nazir vəzifəsi uğrunda mübarizəyə ölkənin sabiq xarici işlər na-ziri Fumio Kisida və keçmiş müdafiə naziri Siqeru İsiba da qoşulublar.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Dünən Rusiya Prezidenti Vladimir Putinlə Yaponiyanın Baş naziri Sindzo Abe arasında telefon danışığı olub. Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Məlumatı Kremlin mətbuat xidmətinə istinadən “İnterfaks.ru” verib. M.Çavuşoğlu və J.Borrel

Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər

Xəbərdə diplomatların telefon bağlantısının təfərrüatları barədə məlumat verilməyib. Yeri gəlmişkən, bu günlərdə J.Borrelin Fransanın Le “Journal du Dimanche” həftəlik qəzetində məqaləsi dərc olunub. Aİ rəsmisi qitə və dünya siyasətində gedən bir çox mühüm prosesləri şərh edərkən qeyd edib ki, Rusiya, Çin və Türkiyə Avropaya qarşı “oyun qaydaları”nı dəyişdirməyə cəhd edir.

J.Borrel iddia edir ki, hər üç dövlət öz nüfuz dairələrini genişləndirməyə çalışır. Məsələn, Çin beynəlxalq tənqidlərə məhəl qoymayaraq, uyğurların hüquqlarını pozmaqda davam edir. Rusiya hökuməti isə hesab edir ki, Avropanın etirazçılara dəstəyi ilə hesablaşmadan Belarusa müdaxilə etmək hüququ var. J.Borrel hesab edir ki, bu, yolverilməzdir və Belarusda “Ukrayna ssenarisi” təkrar olunmamalıdır.

J.Borrel sözügedən məqalədə Türkiyənin də bostanı-na “daş atıb”. O, bu qənaətdədir ki, Ankara Şərqi Aralıq dənizində özü üçün daha sərfəli şərtlər irəli sürür. Bunun-la bərabər, J.Borrel etiraf edir ki, Türkiyə bir çox mühüm məsələlər üzrə Aİ-nin əsas tərəfdaşı olaraq qalır. Buna görə də bölgədə gərginliyin azaldılması üçün səylər davam etdirilməlidir.

73 yaşlı J.Borrel 2019-cu ilin dekabrın 1-dən Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi seçi-lib. Bundan əvvəl o, İspaniya hökumətində Xarici İşlər naziri vəzifəsini tutub.

M.HACIXANLI, “Xalq qəzeti”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə telefonla Şərqi Aralıq dənizində son vaxtlar Türkiyə ilə Yunanıstan arasın-da yaranmış gərgin vəziyyəti müzakirə edib. “Anadolu” agentliyi məlumatı diplomatik mənbələrə istinadən yayıb.

Bildirilir ki, 3-cü təsnifat mərhələsi üzrə Çempionlar yolunda Ferentsvaroş (Macarıstan) – Dinamo (Xorvati-ya), Qarabağ (Azərbaycan) – Molde (Norveç), Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya), Midtyulland (Danimarka) – Yanq Boyz (İsveçrə), Makkabi (Təl-Əviv, İsrail) – Dina-mo (Belarus) komandaları qarşılaşacaqlar. Liqa yolunda isə PAOK (Yunanıstan) – Benfika (Portuqaliya),Dinamo (Ukrayna) – Alkmaar (Niderland), Gent (Belçika) – Rapid (Avstriya) mübarizə aparacaqlar.

3-cü təsnifat mərhələsinin oyunları bir matçdan ibarət olacaq. 90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi təqdirdə komandalar əlavə vaxtda mübarizə aparacaq. Əgər bu zaman da tərəflər bərabərliklə kifayətlənərsə, 11 metrlik cərimə zərbələri vurulmaqla nəticə müəyyən ediləcək. Qaliblər UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcək. Məğlub komandalar isə ya UEFA Avropa Liqasının pley-off mərhələsinə, ya da qrup

mərhələsinə yüksələcək.Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları

sentyabrın 15-16-da keçiriləcək. Oyunlar azarkeşsiz keçiriləcək.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

3-cü təsnifat mərhələsinin püşkü atılıbUEFA Çempionlar Liqasında 3-cü təsnifat

mərhələsinin püşkü atılıb. Bu barədə quru-mun rəsmi saytı məlumat yayıb.

Bu barədə sosial şəbəkənin məlumatında deyilir.

“Bütün vaxt ərzində ən çox bəyənilən tvit. Krala layiq hörmət əlaməti”, - sosial şəbəkənin mətbuat xidmətindən bildirilib.

Bakı vaxtı ilə saat 22:40-a olan məlumata görə, Bouzmanın ağ-qara fotosu və onun ölüm xəbərinin yer aldığı tvit artıq 7 milyondan çox bəyənmə toplayıb.

Qeyd edək ki, Bouzman IV dərəcəli yoğun bağırsaq xərçəngindən dünyasını dəyişib. Aktyor “Qara pantera”, “42”, “Misir allahları”, “Marşall” və s. filmlərlə məşhurdur.

Mahmud QƏRİBOV, “Xalq qəzeti” Avqustun 28-də 43 yaşında dünyasını dəyişən amerikalı aktyor Çedvik Bouzmanın ölümü ilə bağlı Twitterdəki paylaşım mikrobloqun tarixində ən məşhur tvit olub.

Tarixin ən yaxşı tviti

İtaliyada meşə yanğınlarıİtaliyanın cənubunda – Siciliya adasında meşə yanğınları tüğyan edir.

Yanğınsöndürənlər hələlik alovun öhdəsindən gələ bilmirlər.Yanğın 400 hektar sahəni əhatə

edir və Palermo şəhərinin yaxın-lığındadır. Güclü külək və quraq hava yanğını daha da şiddətləndirir. Artıq alov bir neçə avtomobili və tikilini məhv edib və adadakı yaşayış məskənlərinə yaxınlaşır. Təbii fəlakət zonasından 1500 nəfər evakuasiya edilib.

İspaniyanın cənubunda da meşə yanğınları ilə əlaqədar əhali kütləvi şəkildə evaku-asiya edilir. 3 min nəfərdən çox vətəndaş öz evlərini tərk etməyə məcbur olub. Alov 300 kvadratkilometr sahəni əhatə edir. Yanğınla mübarizəyə 500 nəfər

yanğınsöndürən və çoxlu texnika cəlb edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Abu-Dabidə güclü partlayış

� Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı restoranlardan birində güclü partlayış olub. “Khaleej Times” in məlumatına görə, restorandakı partlayış qaz sızması nəticəsində baş verib.

Partlayış o qədər güclü olub ki, bütün ərazini bürüyüb. Hadisə nəticəsində xəsarət alanlar var. Yaxınlıqdakı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Ərazidəki adamlar təcili evakuasiya ediliblər. Restoranın birinci mərtəbəsi tam dağılıb. Hadisə yerində xilasedicilər çalışırlar. Onların sözlərinə görə, xəsarət alanların sayı arta bilər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”