35
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarliq və İnşaat Universiteti Referat Fakultə: ST və MKS Qrup: 334a3 Müəllim: Dadaşov Elxan Tələbə: Qarayeva Aygün Mövzu: Tullantıların emal üçün çeşidlənməsi

Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

  • Upload
    aygun

  • View
    52

  • Download
    5

Embed Size (px)

DESCRIPTION

Giriş1. Tullantıların toplanması və daşınması.......2. Tullantıların emal üçün çeşidlənməsi..................3. Müxtəlif ölkələrdə tullantıların çeşidlənməsi.........................Nəticəİstifadə edilmiş ədəbiyyat

Citation preview

Page 1: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Memarliq və İnşaat Universiteti

Referat

Fakultə: ST və MKS

Qrup: 334a3

Müəllim: Dadaşov Elxan

Tələbə: Qarayeva Aygün

Mövzu: Tullantıların emal üçün çeşidlənməsi

Bakı 2014

Page 2: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

2

Giriş

1. Tullantıların toplanması və daşınması..............................................6

2. Tullantıların emal üçün çeşidlənməsi................................................9

3. Müxtəlif ölkələrdə tullantıların çeşidlənməsi.................................13

Nəticə

İstifadə edilmiş ədəbiyyat

Page 3: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

3

Giriş

Tullantılar, o cümlədən bərk tullantılar çoxtonlu istehsal və tələbat

(istehlak) tullantıları olub müasir dövrün mühüm sosial-iqtisadi və ekoloji

problemlərindən biridir. İnsanların istənilən sahədə fəaliyyəti prosesində

maddi nemətlər və xidmətlərlə yanaşı tullantılar da yaranır. Beynəlxalq

terminologiyada tullantılar dedikdə xammalların, yarımfabrikatların, digər

məmulat və məhsulların istehsalı və istehlakı prosesində yaranmış

qalıqları, eləcə də istehlak xüsusiyyətlərini qismən və ya tam itirmiş mallar

(məhsullar) başa düşülür. İstehsal tullantılarına istehsal prosesində, məişət

tullantılarına isə məişətdə istifadə müddətini bitirmiş məhsul və mallar,

insana lazım olmayan məhsullar və onlarm qalıqları aid edilir.

Tullantılar prinsipial fərqli ikili xüsusiyyətlə səciyyələnir. Bir

tərəfdən tullantılar insan sağlamlığı və ətraf mühit üçün təhlükə

mənbəyidirsə, digər tərəfdən fasiləsiz bərpa olunan material-xammal və

istilik-energetik resurs (təkrar material resursları) mənbəyidir.

Müxtəlif tipli tullantılar bir yerə atıldıqda bir yığın zibil kütləsi

əmələ gəlir ki, bu da ətraf mühitin çirklənməsinə və əhalinin sağlam

yaşam tərzinə çox mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün

tullantıların çeşidlənməsi ən perspektiv üsuldur. Bir çox xarici ölkələrdə

tullantıların xassə və xüsusiyyətlərini nəzərə alaraq hər bir tullantı növünə

uyğun zibil konteynerləri yerləşdirilmişdir. Bu konteynerlər bir-birindən

üzərində tullantının növünə uyğun şəkil və rənglərinə əsasən seçilirlər. Bu

proses zibil sandığımız tullantıların təkrar istifadəsinə və emalına şərait

Page 4: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

4

yaradaraq demək olar ki, tullantılara ikinci həyat verir. Tullantıların

çeşidlənməsi zibilin yandırılaraq atmosferə vurduğu ziyanın da qarşısını

alır. Nəticədə ətraf mühitə zərərli təsir də azalır. Tullantılar əl ilə və xüsusi

maşınlarla ayrılıb çeşidlənə bilər. Əslində tullantıların çeşidlənməsi

üsulundan gözlənilən nəticəni ala bilmək üçün zibili tullayan hər bir şəxs

tullantıların çeşidlənməsi prosesində aktiv fəaliyyət göstərməlidir və

tullantıların ayrılması üçün hər bir vətəndaş məsuliyyət daşımalıdır. Bunun

üçün ilk növbədə əhali tullantıların çeşidlənməsi üzrə

maarifləndirilməlidir, bu isə müəyyən vaxt və səy tələb edir.

Dünyanın bütün yerli hakimiyyət orqanları öz əhalisinin rifah halını

yaxşılaşdırmaq, tullantıların daha da yaxşı utilizə edilməsi üçün müxtəlif

səmərəli üsullar tapmağa çalışır. Xüsusilə sənayesi inkişaf etmiş ölkələrdə

bu problem daha da aktualdır. Bu problemin həllində birinci növbədə

duran məsələ bərk tullantıların çeşidlənməsi, yığımı və

kənarlaşdırılmasının (nəql edilməsinin) optimal sisteminin yaradılması ilə

bağlıdır. Çünki, tullantıların yarandığı yerdə onun toplanması mühitin

ciddi şəkildə çirklənməsinə səbəb ola bilir.

Son bir neçə ildə tullantıların həcmi o həddə çatmışdır ki, ətraf mühit

və insan sağlamlığı üçün yaratdığı təhlükə Birləşmiş Millətlər Təşkilatı

tərəfindən qlobal təhlükələr sırasına daxil edilmişdir. Problemin yeganə

həlli yolu bərk tullantıların effektli idarəçiliyi sisteminin tətbiq

olunmasıdır. Tullantıların idarəçiliyi və saxlanılmasında tullantı

komponentlərinin çeşidlənməsi mühüm mərhələdir. Bərk tullantıların

idarəçiliyi siyasəti prinsiplərin ierarxiyasına əsaslanır: utilizasiyasından da

ən yaxşı üsul tullantıların əmələ gəlməsinin qarşısını almaqdır. Bunun

Page 5: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

5

üçün də ən düzgün yol tullantıların çeşidlənərək yığılması və təkrar emal

oluna bilən tullantıların yenidən istifadə olunmasıdır.

Təkrar istifadəyə yararlı olan tullantıların təkrar emal olunması üçün

lazımdır:

1. Təkrar istifadəyə yararlı tullantıların təkrar emalı ilə məşğul olan

müəssisı və təşkilatlar

2. Tullantıların emal olunması üçün inkişaf etmiş texnologiya və

proseslər

3. Emal olunan materiallara ehtiyacı olan sənaye müəssisələri

4. Tullantıların çeşidlənməsi ilə məşğul olan iş müəssisələri

Tullantıların çeşidlənməsi və emalı üçün çəkilən xərc çox yüksəkdir,

lakin təkrar emal olunduqdan sonra istehsal materiallarının dəyəri çox daha

yüksək olduğundan həm ekoloji həm də iqtisadi baxımdan əlverişlidir. Hətta

iqtisadi cəhətdən müsbət nəticə əldə edilməsə belə ətraf mühit üçün həmişə

müsbət nəticə var: hava təmiz qalır, suyun keyfiyyəti yaxşılaşır və

çirklənmənin ümumi səviyyəsi azalır. Tullantılardan düzgün istifadə və

onların çeşidlənməsi insanlarda yaşadıqları şəhərin, ölkənin və dünyanın

qayğısına qalmaq məsuliyyəti yaradır.

Beləliklə də, həm iqtisadiyyata həm də ətraf mühitə mənfi təsirin

qarşısı alınar və tam əksinə müsbət nəticələr əldə edilə bilər.

Page 6: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

6

Tullantıların toplanması və daşınması

Müvafiq sanitar şəraitin və ikinci dərəcəli xammal kimi tullantıların

toplanılması və təkrar emalının təmin olunması üçün məişət tullantıları

mütəmadi olaraq onların istehsalçıları tərəfindən toplanılır. Məişət

tullantılarının toplanması sistemi bir neçə əsas şərtlərə cavab verməlidir:

1. Dövlət və regional səviyyədə irəli sürülmüş siyasi məqsədlərin,

ətraf mühitin və insan sağlamlığının qorunması üzrə tələblərin və

həmçinin tullantıların idarə olunması ilə bağlı digər tədbirlərin

müəyyən inzibati ərazilərdə həyata keçirilməsini təmin etməlidir.

2. Yaradılmış tullantıların toplanması sistemi xidmət tələblərinin

daha az xərclə həyata keçirilməsini təmin etməlidir.

3. Tullantıların idarə olunması sistemi qarşıya qoyulmuş məqsədlərə

nail olmaq üçün dövlət, yerli idarəetmə və özəl sektorlarla sıx

əməkdaşlıq təşkil etməlidir.

4. Qurulan sistem gələcək tələblərə və dəyişikliklərə nəzərən

uyumlu olmalıdır.

5. Tullantıların idarə olunması sistemi tullantıların minimuma

endirilməsinə və ikinci xammal kimi istifadəsinə şərait

yaratmalıdır.

Tullantıların toplanması onları əmələ gətirəndən daşınmasına qədər

olan prosesə deyilir. Tullantıların toplanması metodlarına aşağıdakılar

aiddir:

Mənzillər üzrə – Zibili əmələgətirən müəyyən edilmiş saatlarda zibili

gətirərək zibildaşıyanın konteynerinə atır. Mənzillər üzrə zibil toplama

Page 7: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

7

prosesi az vəsait tələb edir, belə ki, bu metod konteynerlərlə təchiz

olunmuş meydança və konteyner tələb etmir, lakin, bu metod zibili

əmələgətirən üçün əlverişli deyil. Çünki o, bu metoddan müəyyən edilmiş

vaxtda istifadə edə bilir;

Konteyner metodu – Xüsusi təchiz edilmiş meydançalarda

konteynerlər qurulur və zibili əmələgətirən onu bu konteynerlərə gətirir.

Zibili əmələgətirən üçün konteyner metodu sərfəlidir, lakin bu metod

vəsait tələb edir. Belə ki, konteyner meydançasının yaradılması,

konteynerlər və onların təmiri, xidməti kifayət həcmdə maliyyə vəsaiti

tələb edir.

Bu sistemlər toplanma yerlərinin sıxlığı, istifadəçiyə nəzərən

yerləşməsi və nəqliyyatdan istifadə dərəcəsi ilə fərqlənir. Müəyyən

ərazinin uyğun xüsusiyyətlərindən asılı olaraq təcrübədə hər iki sistem tez-

tez istifadə olunur və həmçinin avtomatik toplanma və depozit sistemi də

tətbiq oluna bilər (məsələn: şüşə butulkaların pul müqabilində toplanması).

Zibili əmələgətirən – fiziki və ya hüquqi şəxs olub özündən həyat

fəaliyyəti dövründə və ya təsərrüfat fəaliyyəti prosesində tullantı yaradır.

Zibili əmələ gətirən onun toplanması, daşınması və utilizasiyası kimi

prosesləri həyata keçirməyə məcbur edilməlidir.

Daşınma – zibilin toplandığı yerdən onu tullantıların yerləşdiyi

poliqona aparılması prosesidir. Daşınma prosesi iki mərhələdə həyata keçə

bilər. Əgər poliqon uzaqda yerləşirsə və iqtisadi cəhətdən tullantının

birbaşa poliqona aparılması sərfəli deyilsə, onda onu zibil ötürmə

stansiyalarında yerləşdirirlər.

Page 8: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

8

Tullantıların toplanması sxemi toplanılmış materiallara görə bölünür-

çeşidlənməmiş tullantıların toplanması, çeşidlənmiş və ya qismən

çeşidlənmiş tullantılar. Toplanma sxemləri həm tullantıların yığılması

üçün istifadə olunan vasitələrinə (konteynerlər, torbalar), həm də

tullantıların toplanması və gələcəkdə daşınması üçün istifadə olunan

nəqliyyat vasitələrinə görə bir-birindən fərqlənir. Toplanmış tullantıların

keyfiyyəti (çeşidlənmiş və ya çeşidlənməmiş tullantılar) bu tullantıların

daha sonrakı istifadə növünü müəyyən edir. Çeşidlənməmiş tullantılar

adətən basdırılır, çeşidlənmiş və ya qismən çeşidlənmiş tullantılar isə

təkrar emal müəssisəsinə və ya emal mərkəzlərinə göndərilir.

Bakının Qala qəsəbəsi ərazisində də tullantıların yığılmasının və

daşınmasının, o cümlədən utilizasiyasının müasir standartlara uyğun təşkil

edilməsi məqsədilə layihə həyata keçirilir. Layihə çərçivəsində qəsəbə

ərazisində tullantıların toplanması üçün 60-a yaxın tullantı meydançası

qurulub və mütəmadi daşınması təşkil edilib. Bakı şəhərində əhalinin

sayının çoxalması və sosial rifahın yüksəlməsi nəticəsində tulantıların

həcmi durmadan artır. Bununla əlaqədar son illər tullantı daşıyan

maşınların sayı xeyli artırılıb. Bu maşınlar paytaxtın bütün küçə və

məhəllələrini dolaşır və tullantıların toplanması işini həyata keçirir.

Tullantı daşıyan maşınlar topladığı tullantını poliqona boşaltdıqdan sonra

yenidən öz fəaliyyətinə davam edir.

Page 9: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

9

Tullantıların emal üçün çeşidlənməsi

Çeşidlənmiş tullantıların toplanmasının həyata keçirilməsini təmin

edən iki əsas amil var: 1) resurs iqtisadiyyatı siyasəti və 2) tullantıların

basdırılma yerlərinin düzəldilməsinə tələblərin artması. Öz növbəsində,

tullantıların toplanma sisteminin seçilməsi tullantıların çeşidlənməsinin

necə keçiriləcəyindən daha çox asılıdır. Çeşidlənmiş materialın keyfiyyəti

əsasən qarışıqların miqdarından asılıdır: material nə qədər təmiz və

qatqısız olsa, bir o qədər ikinci xammal kimi onun qiyməti yüksək olar.

Tullantıların çeşidlənməsi onların toplandığı yerdə aparılır və

çeşidlənməni tullantı istehsalçıları özləri həyata keçirir. Öz növbəsində,

ilkin emal mərkəzində toplanmış tullantıların təkrar emal müəssisəsinin

tələblərinə uyğun olaraq əlavə çeşidlənməsi həyata keçirilir.

Tullantıların miqdarının minimuma endirilməsi metodlarından əsas

olanlarından biri onların sanitar təmizlənmə obyektlərinə daxil olmasından

əvvəl ilkin çeşidlənməsidir. Prinsipial olaraq bərk tullantıları biri digərini

tamamlayan üç istiqamətdə çeşidləmək olar:

- tullantıların əhali tərəfindən əmələ gəldiyi yerdə komponentlər üzrə

selektiv ayrılaraq toplanması və məhsulların xüsusi çeşidləmə qurğularına

çatdırılması. Çeşidləmə əsasən əl üsulu ilə aparılır, metalların ayrılması

üçün bəzən mexanikləşdirilmiş çeşidləmədən istifadə edilir.

- şəhərlərin yaşayış olmayan sektorunda əmələ gələn, kommersiya

tullantıları adlanan materialların fraksiyalı selektiv yığımı və onlardan

qiymətli materialların əl, mexaniki və ya kombinə edilmiş üsullarla xüsusi

Page 10: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

10

obyektlərdə ayrılması. Belə tullantılara bazarların, mağazaların, müəssisə,

təşkilat və təhsil ocaqlarının tullantıları aiddir.

- bərk tullantıların kompleks emalı zavodlarında çeşidlənməsi - bu

zaman əl üsulundan istifadə edilsə də çeşidlənmə əsasən mexaniki üsulla

həyata keçir. Belə ki, yaşayış fondunun tullantılarının aşağı sürətli

konveyer lentində əl ilə çeşidlənməsi az effektlidir. Lakin bəzi hallarda

texnologiya böyük fraksiyaların əl ilə çeşidlənməsinə imkan verə bilər.

Tullantıların çeşidlənməsi onların materialının tipinə görə ayrılması

prosesidir. Tullantıların çeşidlənməsi müxtəlif tipli zibilin biri-birinə

qarışmaması və ətraf mühitin çirklənməməsi məqsədi ilə aparılır. Belə

çeşidləmə tullantıları ikinci dəfə istifadə etməyə də imkan verir. Bundan

əlavə belə çeşidləmə onun emalını ucuzlaşdırır. Tullantıların çeşidlənməsi

qiymətli materialların zibilxanalarda çürüməsi və yanmasının qarşısını

almağa imkan verir ki, bu da ətraf mühitə zərərli təsiri azaldır.

Çeşidlənmənin aparılması nəticəsində təkrara emal üçün yararlı

olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır

ki, bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı

formalaşdırır, ölkədə təkrar emal qurulması üçün zəmin yaradır, enerjiyə

qənaət olunur və ən önəmlisi tullantıların ətraf mühitə mənfi təsirini

azaldır. Bundan əlavə, məişətdə əmələ gələn batareya, akkumlyator və

elektron tullantı kimi təhlükəli tullantılar ümumi kütlədən ayrılaraq

düzgün utilizasiya məqsədi ilə aidiyyatı yerlərə göndərilir.

Zibilin çeşidlənməsi prosesini konteyner meydançalarında da həyata

keçirmək olar. Bu zaman tullantıları konteyner meydançalarında qoyulmuş

və üzərində materialları xarakterizə edən simvollar (işarələr) olan və

Page 11: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

11

xüsusi rənglərlə rənglənmiş konteynerlərə boşaltmaq lazımdır. Zibilin

çeşidlənməsi üçün nəzərdə tutulan konteynerlər və onlara uyğun

tullantıların toplanması sonrakı utilizasiya və emal proseslərini asanlaşdırır

və belə prosesləri iqtisadi və idarəçilik baxımından səmərəli edir.

Zibilin çeşidlənməsi iştirakçıların səviyyəsi və aktivliyindən asılıdır.

Zibilin çeşidlənməsi ölkənin hər bir vətəndaşının borcu olmalıdır. Belə

halda zibilin səmərəli emalı, utilizasiyası daha effektli ola bilər. Belə

olmasa yerli hökumət orqanları tərəfindən tətbiq edilən sistem gözlənilən

nəticəni verə bilməz. Zibilin çeşidlənməsi əhalinin təlimini də tələb edir.

Yəni zibilin çeşidlənməsi prosesində nəzərdə tutulan qayda və üsulları

əhaliyə öyrətmək lazımdır.

Tullantıların çeşidlənməsi qaydaları:

Hər bir ölkədə zibilin çeşidlənməsi qaydaları əsaslı olaraq tullantıların

hər bir növü üçün ayrılmış konteynerlərin rənginə görə fərlənə bilər lakin

bu fərq önəmli əhəmiyyət kəsb etmir. Yəni konteynerlərin rəngləri

müxtəlif olsa belə hər biri eyni bir məqsəd üçün istifadə edilir. Beləliklə,

tullantıların çeşidlənməsi qaydalarını nəzərdən keçirək: Bütün qida qalıqları, həmçinin üzvi mənşəli digər tullantılar məsələn,

ot, yarpaq, həmçinin kağız salfet və dəsmallar bir yerə atılmalıdır. Şüşə ayrıca bir konteynerdə yığılmalıdır. Kağız və karton da həmçinin digər zibillərdən ayrı toplanılmalıdır. Plastik və metal qablaşdırmalar təkrar emal üçün yararlı olduğundan

onlar da ayrıca bir konteynerdə toplanılmalıdır. Akkumulyatorlar, batareya, civə lampaları və digər ekoloji təhlükəli

maddələr ayrı qablarda toplanmış olmalıdır.

Page 12: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

12

Təkrar emal üçün yararsız olan tullantılar da həmçinin ayrı

toplanılmalıdır.

Avropa ölkələrində zibili ayırmaq üçün nəzərdə tutulmuş tullantının

tipinə uyğun konteynerlərin rəngləri

Konteynerin

rəngi

Tullantının tipi Emal oluna

bilmə

imkanı

Yaşıl Şüşə (butulkalar, stəkanlar) var

Mavi Qəzetlər, jurnallar, və başqa çap

məhsulları

var

Sarı Karton, boş plastik qablaşdıncılar var

Qara Üzvi qalıqlar, qida tullantıları

(məsələn, kompost)

var

Qəhvəyi Təhlükəli tullantılar (batareyalar) var

Qırmızı Emal olunmayan tullantılar yoxdur

Narıncı Plastik butulkalar və plastik qablaşdıncılar

var

Tullantıların emalı – onların yenidən istifadə olunması və ya

tullantının (zibilin) istehsal dövrəsinə qayıtması deməkdir. Bəzi tullantılar

(şüşə, kağız, alüminium, asfalt, dəmir, parça və müxtəlif növ plastik

materiallar) ikinci, üçüncü və s. emala məruz qala bilərlər. Bəzi kənd

təsərrüfatı və məişət tullantıları belə tərzdə istifadə edilə bilirlər.

İkinci emalın əhəmiyyəti çox böyükdür. Hər şeydən əvvəl Yerdə

əksər materialların ehtiyatları çox azdır və insan sivilizasiyasının mövcud

Page 13: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

13

olduğu müddət ərzində bərpa olunmayandır. İkinci tərəfdən ətraf mühitə

atılan hər bir material mühitə çirkləndirici kimi təsir edir. Üçüncüsü

tullantılar və həyat dövrünü bitirmiş əşyalar təbii mənbələrə nisbətə daha

ucuz maddə və material mənbəyidir. Buna görə də tullantıların təkrar və

ya ikinci emalı mühüm əhəmiyyətə malikdir.

Müxəlif ölkələrdə tullantıların çeşidlənməsi

Almaniyada tullantıların toplanması və çeşidlənməsi olduqca

mürəkkəb və məsuliyyətli prosesdir. Tullantıların çeşidlənməsi prosesinin

tam düzgün aparmaq və bu zaman heç bir qayda pozuntusu etməmək üçün

yəqin ki, ya Almaniyada doğulmaq ya da ən azı bir neçə il burada

yaşamaq lazımdır. Almaniyada məişət tullantılarını düzgün qaydada

tullamayan vətəndaşlar üçün ciddi cərimələr tətbiq olunur. Zibili

tullamadan öncə onu dəqiq müəyyən edilmiş qaydada çeşidləmək

lazımdır. Almaniyada hər bir binanın girişində bir neçə fərdi zibil qutuları

olur. Əhalinin asanlıqla tullantıları ayıra bilməsi üçün də konteynerlər

tullantıların növünə uyğun rənglənmiş olur və təbii ki, tullantıları

ayırmadan eyni bir qaba atmaq qəti qadağandır. Almaniyada şüşə

butulkalar və bankalar ayrıca yığılır və iki həftədən bir şüşətoplayan

maşınla yığılıb aparılır. Şüşə butulkalar ümumiyyətlə demək olar ki, zibil

konteynerlərinə atılmır, depozit sistemi tətbiq olunduğundan şüşə

butulkalar yenidən maqazinlərə qaytarılır.

Page 14: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

14

Plastik qablaşdırmalar Almaniyada adətən sarı rəngdə rənglənmiş

xüsusi konteynerlərə atılır və bu tullantılar təkrar emal olunur.

Mavi rəngli konteynerə almanlar kağız və karton tullayırlar. Bundan

başqa, bəzi hallarda, kağız və karton üçün ayrı-ayrı qablar qoyulur. Belə

ki, bu tip bərk məişət tullantılarının emalı bir-birindən bir qədər fərqlənir.

Qida tullantıları və digər üzvi tullantılar isə qəhvəyi konteynerlərə

atılr.

Almaniyada yuxarıda sadalanan kateqoriyaya aid olmayan digər və

yaxud qalıq tullantılar (məsələn: disket, foto, boş alışqan, dəri, rəngli

salfetlər, tozsoran torbaları, qab əskiləri, adi yığılmış tozlar və s.) evin

zirzəmisində və ya ətrafında qoyulan qara konteynerlərə yığılır və ayda bir

dəfə pul müqabilində daşınılır. Təəccüblü deyil ki, almanlar evə minimum

zibillə gəlməyə çalışırlar. Hər bir mağazaların giriş və çıxışında alıcıların

qablaşdırma materiallarını ata bilməsi üçün zibil qutuları yerləşdirilib.

Almaniyada zibillərin daşınılması üçün müəyyən günlər təyin edilir

və əgər həmin gün zibili vaxtında tullamasan, sonra ya özün poliqona

aparıb atmalısan ya da əlavə pul ödəməlisən ki, aparsınlar.

Köhnə paltar və ayaqqabıların atılması üçün ayrılmış xüsusi

konteynerlərə maqazinlərdə, dayanacaqlarda və ya kilsələrdə rast gəlmək

olar. Almaniyada da digər ölkələr kimi köhnəlmiş əşyalar, mebel və

məişət avadanlıqları atılır. Bu tip əşyalar müəyyən edilmiş günlərdə

səliqəli toplanır və tullantıları toplayan şirkətin işçiləri tərəfindən yığılıb

aparılır. Aparılmadan öncə bura ehtiyacı olan kəslər gələrək özləri üçün

lazım ola biləcək əşyaları seçib götürürlər. Belə yaxşı ənənə sayəsində

Page 15: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

15

Almaniyada hətta ən kasıb sakinlər də təzə olmasa belə bütün məişət

texnikasına pulsuz sahib ola bilir.

Almaniyada hətta adi süd butulkasını atmaq üçün üç səbət lazımdır:

birinci folqadan qapaq üçün, ikincisi üzərindəki kağız üçün və üçüncüsü

şüşə üçün. Bizim üçün bu, inanılmaz bir şey kimi görünsə də, Almaniyada

yaşayan insanlar üçün olduqca normaldır.

Bu ölkədə çeşidlənmə təkcə evlərdə aparılmır, həmçinin bütün şəhər

küçələrində tullantıların müxtəlıif növləri üçün ayrılmış xüsusi

konteynerlər yerləşdirilib. Bundan əlavə, demək olar ki, bütün tullantıların

çeşidlənməsi və daşınmasına qarşı artan bu cür diqqət ilk növbədə

resursların (ehtiyatların) qorunmasına yönəlmişdir.

Zibillə mübarizə Yaponiyda 70-80-cı illərdən formalaşmağa başladı.

Yaponiyanın tarixinə nəzər salsaq görərik ki, vaxtiykən bu ölkə zibilin

içərisində demək olar ki, batırdı. Tullantılarla mübarizə Yaponiaynın

Kitakyuşu şəhərində daha çox öz effektini göstərmişdir. Hal-hazırda bu

şəhərdə demək olar ki, ümumiyyətlə tullantı yoxdur. 20 il bundan əvvəl bu

inkişaf etmiş milyonçu şəhər ölkənin ən çirkli şəhəri sayılırdı. İndi isə ən

təmiz şəhər kimi dünyada nümunə olaraq göstərilir. Burada bütün

tullantılar çeşidlənir, təkrar emala yararlı tullantılar emal olunur,

qalanlarından isə yandırılaraq enerji alınır. Yanmayan təhlükəsiz xırda

qalıqlar isə inşaat obyektlərinə göndərilərək betonların düzəldilməsində

doldurucu kimi istifadə edilir.

Burada səhərlər xüsusi ayrılmış meydançalara əhali müəyyən

edilmiş vaxtda səliqə ilə yığılmış zibilləri zibilitoplayan maşın gələnədək

çatdırmalıdır. Zibilin çeşidlənməsi və toplanması qaydalarına bu şəhərdə

Page 16: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

16

çox ciddi riayət edilir. Meydançada nə zaman və nə vaxt hansı zibili

tullamaq olar barədə cədvəl qoyulub. Meydançaya həftənin 2-ci və 5-ci

günləri ancaq təkrar emala yararlı olmayan və yandırılacaq olan tullantılar,

3-cü günü şüşə banka və butulkalar, 4-cü günlər yalnız plastik

qablaşdırmalar gətirib qoyulur. Zibil çeşidlənmədən atılarsa zibilitoplayan

zibili saxlayır və zibiligətirənə xəbərdarlıq edilir. Bu hal təkrarlanarsa o

zaman ciddi cərimə tətbiq edilir. Digər günlərdə isə zibili gətirib atmaq

qəti qadağandır. Zibilin yandırılaraq atmosferə vurduğu ziyanın qarşısını

almaq və metal, plastik, şüşə və s. təkrar emala yararlı tullantılardan

qazanc əldə edə bilmək üçün burada bir neçə il bundan əvvəl zibilin

çeşidlənməsi üsuluna başlanılıb.

Kitakyuşuda təkrar emaldan hazırlanmamış nə isə tapmaq çox

çətindir. Burada hətta plastik butulkalardan geyim üçün paltarlar da

hazırlanır. Plastik butulkalar toplanır, təkrar emal olunuraq poliester-lifə

çevrilir və ondan parça alınır.

Məişət tullantılarını (soyuducu, paltaryuyan, tozsoran və s.) da

burada necə gəldi atmaq olaz. Bunun üçün ciddi cərimə qoyulub. Onları

utizlizə üçün təhvil verməli və bunun üçün əlavə pul da ödəməlisən.

Texnikanın metal, plastik, şüşə hissələri ayrılır, bütün bunlar xırdalanaraq

təkrar emal olunur və yenidən istifadəyə göndərilir.

Məktəblərdə zibilin çeşidlənməsi ilə bağlı uşaqlarla oyunlar keçirilir

və uşaqlar evlərinə gələrkən valideynlərinə də təsir aşılayırlar. Zibilin

yandırılması zavodlarında da ekskursiyalar təşkil olunur və insanlar bura

gələrək cəhdlərinin nəticələrini öz gözləriylə görə bilirlər.

Page 17: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

17

Yaponiyanın ümumi prinsipi: Hər kəs öz tərəfindən yaratdığı zibilə

cavabdehdir.

Azərbaycan bərk məişət tullantılarının emalı baxımından inkişaf

etmiş Avropa ölkələrindən geridə qalır. Bu ilk növbədə praktiki olaraq

tullantıların birbaşa mənbələrinin yanında müasir çeşidlənmə sisteminin

tətbiq olunmaması ilə bağlıdır. Vətəndaşlar məişət tullantılarını

çeşidləmədən tullayırlar və nəticədə bütün yığılan zibil çeşidlənməmiş

şəkildə tullantıların emalı üzrə zavodlara daşınılır.

Azərbaycan ərazisində anomaliyalara səbəb ola biləcək tullantılar ən

çox ölkənin əhalisinin sıx yerləşdiyi Abşeron yarımadasında müşahidə

edilir.

Bakı və ətraf qəsəbələrdə yaranan bərk məişət tullantılarının qeyri-

rəsmi tullantı sahələrinə atılmasının qarşısının alınması məqsədilə Xəzər,

Qaradağ və Suraxanı rayonlarında yükləmə-boşaltma məntəqələrinin

qurulması nəzərdə tutulur. Bu məntəqələrdən nəql ediləcək tullantı kütləsi

çeşidlənəcək və təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq

emal müəssisələrinə, digər tullantılar isə sıxılaraq iri həcmli konteyner

maşınları ilə bu zavoda daşınacaqdır. Bu da nəqliyyat xərclərinə, yanacağa

qənaət edilməsinə, ətraf mühitə atılan zərərli qazların miqdarının

azaldılmasına imkan yaradacaqdır. Təkcə paytaxtda yox, bölgələrdə də

zibil çeşidlənmə zavoduna ehtiyac var.

Sovet dövründə dəmir, şüşə, kağız alanlar bunu küçələrdə elan

edirdilər. İnsanlar da evlərində çeşidlədikləri həmin vəsaitləri müəyyən

qiymətə satırdılar. İndi bu məsələ yaddan çıxıb, yeni üsul axtarılır.

Page 18: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

18

2010-cuilin fevralından “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu

ərazisində “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə ilkin mərhələdə üzvi və

qeyri-üzvi tullantıların çeşidlənməsi işlərinə başlanğıc verilmişdir. Bu

məqsədlə tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlər qoruq

ərazisinə yerləşdirilib.

Nəticə

Beynəlxalq təcrübə göstərir ki, məişət tullantılarının idarə olunması

sisteminin səmərəli fəaliyyət göstərməsi üçün optimal mexanizm -

yığılma, daşınma, yerləşdirilmə, çeşidlənmə, zərərsizləşdirilmə,

utilizasiya, emal və istifadədən ibarət zəncirin bütün həlqələri yerində

olmalıdır. Bu həlqələrdən hər hansı birinin olmaması, yaxud düzgün

işləməməsi bütövlükdə sistemdə ciddi problemlərə gətirib çıxarır.

Təbiətdə tullantı olmamalıdır, bütün tullantıların ən azı 10% - i təkrar

emal üçün yararlıdır. Dünya praktikasında ən inkişaf etmiş ölkələrdə

tullantıların (zibillərin) çeşidlənib yenidən istifadə edilməsi 32-40%

həyata keçirilib. Bizdə də bu işin stimullaşdırılması gündəmə

gətirilməlidir. Almaniyada bu iş 32%, digər Avropa ölkələrində isə 30% -

ə qədər həyata keçirilib. Zibillərin çeşidlənməsi yerində aparılamlıdır.

Yəni evlərdə, zibil yeşiklərində zibillər fərqli qutulara atılmalı, maşınlarda

isə fərqli konteynerlərə yüklənilməlidir. Bu təkrar emal məsələsini daha da

asanlaşdırar. Avropa ölkələrində zibillər yaşayış məntəqələrindən ayrı-ayrı

konteynerlərdə birbaşa zavodlara daşınır. Bunun üçün Azərbaycanda da

Page 19: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

19

həyətlərdə zibil üçün ayrılmış yerlərdə zibillərin çeşidləndiyini müəyyən

edən qablar qoyulmalıdır.İnsanları isə bu isitiqamətdə maarifləndirmək,

inandırmaq lazımdır. İstənilən proqramın həyata keçməsi əhalinin iştirakı

olmadan mümkün deyil. Buna görə də problemin həllində maraqlı olan

tərəflər əhalinin məlumatlanmasını və onların problemin həllində iştirakını

təmin edən məqsədyönlü iş aparmalıdırlar. Tullantıların ayrılması

(çeşidlənməsi) prosesinin ən əlverişli variantı onun əhali tərəfindən həyata

keçirilməsi ola bilər.

Tullantıların idarə olunması üçün iqtisadi mexanizm və normativ

aktların yaradılması tələb olunur ki, bunlar tullantıların azaldılmasını,

çeşidlənməsi və emalını stimullaşdıra bilsin. Həmçinin, tullantıların idarə

olunmasının milli, regional, və yerli səviyyədə kompleks sistemi

yaradılmalı və bu sistem təşkilati, iqtisadi və sosial yanaşmaları özündə

əks etdirməlidir.

Bizdə şüşə, alüminium, polimer, dəmir, polad emalı zavodları var.

Sadəcə təkrar emal edilməli olan məhsullar həmin zavodlara gedib çatmır.

Bir neçə ilə ölkəmizdə  də bu işin əsaslı şəkildə həyata keçirilməsinə

ehtiyac var. Dörd-beş ildən sonra isə zibil yandırma zavodunun tamamilə

ləğv edilə bilər.  Bu həm də zibillərdən xammal kimi istifadə edilməsinə

də imkan yaradacaq.  Artıq tullantı sözü sıradan çıxmalı, təkrar emal

gündəmə gəlməlidir. Məhsulların təkrar emalı həm də əlavə gəlir

deməkdir. Tullantılardan təkrar xammal kimi istifadə olunması çox yüksək

rəqəmlər deməkdir. Ölkəmizdə hər il nə qədər tullantı olduğunu demək

çətindir. Amma təkcə paytaxtda adambaşına 350 kq tullantının olması

müəyyən siqnallar verməlidir. Bu tullantıların təkrar emal olunması üçün

Page 20: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

20

evlərimizdən, zibil yeşiklərindən daşınmaya qədər çeşidlənməsinə ehtiyac

var. Yalnız bundan sonra zibildən də xeyir əldə edə bilərik.

Beləliklə, Azərbaycanda tullantıların düzgün idarə olunması üçün

lazımdır:

1. Təkrar istifadəyə yararlı tullantıların təkrar emalı ilə məşğul olan

müəssisə və təşkilatlar;

2. Emal olunan materiallara ehtiyacı olan sənaye müəssisələri;

3. Tullantıların çeşidlənməsi ilə məşğul olan iş müəssisələri;

4. Maarifləndirmə

5. Hər bir yaşayış yeri üçün xüsusi ayrılmış konteyner

meydançaları;

6. Şəhər küçələrində tullantıların müxtəlif növləri üçün ayrılmış

xüsusi konteynerlər;

7. Zibil daşıyan maşınlar;

8. Tullantıların idarə olunması ilə bağlı qanun layihələri (müəyyən

edilmiş qaydada çeşidləmə, cərimələr, tullantıların daşınılması

üçün müəyyən günlərin tərtib edilməsi və s.);

Page 21: Referat Tullantıların Emal Üçün Çeşidlənməsi

21

Ədəbiyyat

1. A.Əzizov-Tullantıların inteqrasiyalı idarə olunması

2. www.eco.gov.az

3. www.tamizshahar.az

4. https://ru.wikipedia.org/wiki

5. http://www.ecokaskad.ru

6. www.publika.az

7. http://ztbo.ru/o-tbo

8. http://www.deonline.ru/news

9. http://ecoalliance.com.ua/assets/files/ru/biblioteka