34
AZӘRBAYCAN RESPUBLİKASI TӘHSİL NAZİRLİYİ AZӘRBAYCAN DÖVLӘT İQTİSAD UNİVERSİTETİ FAKÜLTӘ: Magistratura KAFEDRA: İqtisadiyyatın Dövlәt Tәnzimlәnmәsi İXTİSAS: İqtisadiyyatın Hüquqi Tәnzimlәnmәsi FӘNN: Regionların iqtisadi inkişafının tәnzimlәnmәsi problemlәri REFERAT MÖVZU:Regionda sosial infrastrukturun inkişafının tәnzimlәnmәsi mәsәlәlәri QRUP: № 46 MAGİSTRANT: Bağırzadә Elşәn Rәsul oğlu RӘHBӘR: i.e.d. prof Allahverdiyev Hәsәn Bәkir oğlu BAKI – 2004

REGIONDA SOSIAL INFRASTRUKTURUN · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000, , s hf : 8; 7 ... diferensial

  • Upload
    ngocong

  • View
    227

  • Download
    5

Embed Size (px)

Citation preview

Page 1: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

AZӘRBAYCAN RESPUBL İKAS I TӘHS İL NAZ İRL İY İ

AZӘRBAYCAN DÖVLӘT İQT İSAD UN İVERS İTET İ

FAKÜLTӘ: Magistratura

KAFEDRA: İqtisadiyyatın Dövlәt Tәnzimlәnmәsi

İXTİSAS: İqtisadiyyatın Hüquqi Tәnzimlәnmәsi

FӘNN: Regionların iqtisadi inkişafının tәnzimlәnmәsi problemlәri

REFERAT

MÖVZU:Regionda sosial infrastrukturun inkişafının tәnzimlәnmәsi mәsәlәlәri

QRUP: № 46

MAGİSTRANT: Bağırzadә Elşәn Rәsul oğlu

RӘHBӘR: i.e.d. prof Allahverdiyev Hәsәn Bәkir oğlu

BAKI – 2004

Page 2: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

2

MÜNDӘRİCAT Giriş................................................................................................... 3 I. Regional inkişafın tәnzimlәnmәsinin nәzәri әsasları ................. 5

1.1 Regional inkişafın dövlәt tәnzimlәnmәsi obyektinә çevrilmәsi ........ 5

1.2 Region anlayışı vә regionlararası bәrabәrsizliyin sәbәblәri ............. 6

1.3 Regional inkişafın tәnzimlәnmәsi nәzәriyyәlәri ............................. 9

1.4 Regional inkişafın planlaşdırılması texnologiyaları ........................ 13 II. Regionlarda sosial infrastrukturun inkişafının müasir vәziyyәti ......................................................................................................... 15

2.1 İqtisadi inkişafda insan kapitalı vә sosial infrastrukturun rolu ....... 15

2.2 Azәrbaycan Respublikası regionlarında sosial infrastrukturun inkişafının müasir vәziyyәti ............................................................. 16

III.Regionlarda sosial infrastrukturun inkişaf etdirilmәsi imkanları ......................................................................................................... 25

3.1 Sosial infrastrukturun inkişaf istiqamәtlәri .................................. 25

3.2 Azәrbaycan hökumәtinin proqramlarında sosial infrastrukturun inkişaf etdirilmәsinin regional aspektlәri ........................................... 27

Nәticә vә tәkliflәr ........................................................................... 31 İstifadә olunan mәnbәlәr .............................................................. 32

Page 3: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

3

Giriş XXI әsrә daxil olarkәn bütün dünyada sosial problemlәrin hәlli prioritet

qazanmışdır. Artıq dünya ölkәlәri uzun müddәtdәn bәri hakim olan “iqtisadi artımın zaman keçdikcә sosial problemlәri dә hәll edәcәyi” fikrinin heç dә doğru olmadığını, bu problemlәrә dövlәtlәrin müәyyәn müdaxilә etmәsinin zәruri olduğunu anlamaqdadır. Bu baxımdan BMT-nin XXI әsrdә dünya dövlәtlәri üçün 2015-ci ilә qәdәr tәyin etdiyi Minilliyin İnkişaf Mәqsәdlәrinin dә (Millennium Development Goals) demәk olar ki, hamısının sosial xarakterli olması diqqәti cәlb edir :

� Hәdsiz yoxsulluq şәraitindә yaşayan әhalinin sayını yarıya qәdәr azaltmaq;

� Bütün ölkәlәrdә zәruri tәhsil hәddini reallaşdırmaq; � İbtidai vә orta tәhsildә kişi vә qadın arasındakı bәrabәrsizliyi aradan

qaldırmaq vә qadının sosial statusunun daha da inkişaf etdirilmәsini tәmin etmәk;

� Hamilәlik zamanı ana ölümünü 3/4, körpә vә uşaq ölüm sәviyyәsini isә 2/3 dәfә azaltmaq;

� Bütün yaşlardan olan insanları zәruri sәhiyyә xidmәtlәri ilә tәmin etmәk;

� Milli sәviyyәdә davamlı inkişaf strategiyalarını hәyata keçirәrәk qlobal vә milli sәviyyәdәki ekoloji resurslar üzәrindә istismarı azaltmaq; Azәrbaycan Respublikası da son bir neçә ildә kifayәt qәdәr sürәtli

iqtisadi artım tempi әldә etmiş, ölkәyә neft gәlirlәri daxil olmağa başlamış vә xarici investisiyaların hәcmi dә artmaqdadır. Belә bir şәraitdә bir sıra sosial problemlәri hәll edәrәk kompleks iqtisadi inkişafı tәmin etmәk üçün müәyyәn maliyyә imkanları yaranır vә bu imkanlar ildәn ilә artacaqdır.

Son illәrdә mövcud imkanlardan kompleks sosial-iqtisadi inkişaf istiqamәtindә istifadә etmәk üçün Azәrbaycan hökumәtininin dә müәyyәn addımlar atmaq istәyi müşahidә olunur vә bu mәqsәdlә bir-birindәn az asılı olmayan yoxsulluğun azaldılması vә regional inkişaf kimi iki әsas strateji istiqamәt seçilmişdir.

Yoxsulluğun azaldılması mәqsәdinin hәyata keçirilmәsinin böyük ölçüdә asılı olduğu regional inkişaf probleminin hәll edilmәsindә mühüm әhәmiyyәt kәsb edәn sosial infrastrukturun inkişafını araşdırdığımız bu çalışmamızda aşağıdakı mәsәlәlәrә toxunulur:

Birinci sualda region anlayışı, regional inkişaf problemi vә onun hәll edilmәsindә dövlәtin hәyata keçirmәli olduğu tәdbirlәrin ümumi istiqamәtlәri regional inkişaf nәzәriyyәlәri timsalında izah edilir vә regional inkişafda ciddi uğur qazanmış regional planlaşdırma texnologiyalarına nәzәr salınır.

Page 4: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

4

İkinci sualda iqtisadi inkişafda insan kapitalının rolu, Azәrbaycanın regional inkişaf vәziyyәti, xüsusilә sosial infrastrukturun mövcud vәziyyәti statistik mәlumatlara әsaslanaraq qiymәtlәndirilir.

Üçüncü sualda isә regionlarda sosial infrastrukturun inkişaf etdirilmәsinin әsas istiqamәtlәrinә toxunulur vә Azәrbaycan hökumәtinin bu sahәdәki fәaliyyәtinә mövcud proqramlara әsasәn nәzәr yetirilir.

Page 5: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

5

I. Regional inkişafın tәnzimlәnmәsinin nәzәri әsasları 1.1 Regional inkişafın dövlәt tәnzimlәnmәsi obyektinә çevrilmәsi Dünya iqtisadiyyatının inkişaf tarixini araşdıranlar bu inkişafı üç mühüm

mәrhәlәyә ayırırlar: 1. Kәnd tәsәrrüfatı vә tәbii resurslara әsasanan inkişaf mәrhәlәsi (“first

wave – birinci dalğa”); 2. Sәnayelәşmә mәrhәlәsi (“second wave – ikinci dalğa”); 3. Post-sәnaye mәrhәlәsi (“third wave – üçüncü dalğa”); Birinci mәrhәlә әsasәn kapitalizmәqәdәrki dövrü әhatә edir vә

iqtisadiyyatda aqrar sektorun hakim olduğu mәrhәlәdir. Bu mәrhәlәdә ekstensiv vә kәndli әmәyinin hakim olduğu istehsal tipi ölkәlәrin regionları arasında elә dә ciddi fәrqlәrin olmasına imkan vermәmiş, nisbәtәn ticarәt mәntәqәlәri, әlverişli coğrafi mövqeyә vә yaxsı resurs tәminatına malik mәntәqәlәr digәrlәrindәn seçilmiş, diferensasiya әsasәn siniflәrarası olmuşdur.

“İkinci dalğa” adlanan sәnayelәşmә mәrhәlәsinin başlaması isә ölkә hәyatının bütün sahәlәrindә olduğu kimi, regional inkişafda da dualizmin әsasını qoymuşdur 1 . Әnәnәvi, ekstensiv istehsal tipi ilә yeni, intensiv istehsal tipinin, kәnd tәsәrrüfatı sektoru ilә yeni, emal sahәlәrinin, kәnd mәskunlaşması ilә şәhәrlәşmәnin birgә davam etmәsi bu dualizmin әsas formalarındandır. Bununla yanaşı sәnayelәşmә iqtisad nәzәriyyәlәrindә vә buna uyğun olaraq da iqtisadi siyasәtdә liberalizmi hakim ideologiyaya çevirmişdir ki, nәticәdә istehsal amillәrinin azad bazar prinsiplәri әsasında bölüşdürülmәsi, başqa sözlә bazarın tәyin etdiyi iqtisadi sektor vә regionlarda toplanması baş vermişdir. Bütün bunlar regionl inkişafda dualizmi güclәndirmişdir. Belә ki, ölkәlәrin sürәtlә sәnayelәşmiş regionları sosilal-iqtisadi baxımından digәr regionları geridә qoymağa başlamışdır.

Ölkәlәrin regionları arasındakı bu bәrabәrsizlik XX әsrdә iki dünya müharibәsi vә baş verәn sosial-iqtisadi böhranlar nәticәsindә daha da ağırlaşmışdır. Yalnız II Dünya Müharibәsindәn sonra dövlәtlәrin “hәr kәsә layiqli hәyat şәraitinin yaradılması” 2 prinsipini beynәlxaq sәviyyәdә qәbul etmәsi vә buna uyğun olaraq da Rifah Dövlәti anlayışının geniş yayılması nәticәsindә artıq azad bazar şәraitindә meydana gәlәn bir sıra disproporsiyaların, elәcә dә regional disproporsiyanın azaldılması vә bu sahәdә dövlәtin tәnzimlәmә funksiyasının artırılması meyli güclәnmişdir. Mәhz bu dövrdәn başlayaraq regional inkişaf problemi iqtisadi әdәbiyyatlara 1 Ümumiyyətlə bir sıra iqtisadçılar Sənaye İnqilabını Qərb ölkələrinin iqtisadi miladı kimi qəbul edirlər. Çünkü bu inqilab ilə həmin dövrün bir sıra müstəqil ölkəsi inqilaba start verən İngiltərəyə uyğun olaraq öz sosial, iqtisadi və siyasi strukturunu yenidən qurmağa başlamışdır. Nəticədə təkrar istehsalın bütün fazalarında olduğu kimi siyasi, sosial və mədəni sferalarda da “yeni” və “köhnə” formasında dualizm ortaya çıxmışdır; 2 Bax: Hikmət Hacızadə, Antologiya, “Demokratiya: Gediləsi uzun bir yol”, “ Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” (10 dekabr 1948), Bakı – 2001, səhfə: 315-320;

Page 6: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

6

“mәskunlaşma iqtisadiyyatı”, “region iqtisadiyyatı”, “әrazi inkişafı” kimi adlarla daxil olmuş3 vә bir sıra ölkәlәrdә Regional İnkişaf Planlarının tәtbiq olunması ilә iqtisadi siyasәtin obyektinә çevrilmişdir. 1970-cı illәrә qәdәr yalnız sәnayelәşmiş ölkәlәrdә tәtbiq olunan bu planlar, bu gün hәmin illәrdәn başlayaraq liberal bazar prinsiplәri üzrә inkişaf edәn vә regional disbalansın yarandığı İEOÖ-dә dә tәtbiq olunur. Lakin 1970-80-cı illәrdәn bәri davam edәn post-indastrial dövrünün reallıqları 4 bu planları dövrün tәlәblәrinә uyğun bәzi dәyişikliklәrә mәruz qoymuşdur. Hal-hazırda Cәnubi İtaliya, İspaniya, Almaniya, Fransa, Şotlandiya, Uels, Hindistan, Braziliya, Türkiyә kimi ölkәlәrdә belә planlar tәtbiq olunur.

Göründüyü kimi regionlar arasında disbalansın yaranması әsasәn iqtisadiyyatda dövlәt müdaxilәsinin zәif olduğu dövrlәrә tәsadüf edir.

1.2 Region anlayışı vә regionlararası bәrabәrsizliyin sәbәblәri

Regional iqtisadiyyatla bağlı araşdırmalarda müәyyәnlәşdirilmәsi zәruri

olan mәsәlәlәrdәn biri region anlayışıdır. Bu mәsәlә ilә daha әtraflı tanış olmaq üçün region anlayışına olan bir sıra yanaşmaları nәzәrdәn keçirәk:

� Region şәhәrdәn böyük, lakin ölkәnin ümumi sәthindәn kiçik vә bir qrup özünәmәxsus xüsusiyyәtlәri olan ölkә әrazisidir. Region, onu xarakterizә edәn bәnzәr iqtisadi, fiziki vә sosial xüsusiyyәtlәrә, ortaq idarәetmә vә problemlәrә malikdir;5

� Fransız iqtisadçısı Pierre Bouchet hesab edir ki, region eynicinsli davranış sahәsidir. Cәmiyyәtlәr sәnayelәşmә, istehsal vә istehlak qarşısında müәyyәn bir davranışı ilә xarakterizә olunurlar. Region özünü tәminetmә xüsusiyyәtinә malikdir vә onun sәrhәdlәri әmtәә vә xidmәtlәrin başqa yerlәrdәn satın alınmağa başlandığı yerlәrdir;

� İqtisadi baxımdan region dedikdә, әrazisindә ictimai istehsalın eyni element vә komponentlәri yerlәşәn vә inkişaf edәn әrazi başa düşülür;6

� Region şәhәrdәn böyük, ölkәdәn kiçik, idarәetmә sәrhәdlәri dövlәtin idarәetmә vahidi sәrhәdlәrilә tәyin edilәn, ancaq qarşılıqlı tәsir baxımından bu sәrhәdlәri aşan, yerindәn idarә olunan, demokratik iştirakçılıq prinsipinә әsaslanan idarәetmә vә büdcәyә sahib olan tәnzimlәmә vә ya idarәetmә vahididir;7

3 Regional inkişaf problemini ilk tədqiq edən iqtisadçılar “tarazlı inkişaf” modelinin tərəfdarları olan R. N. Rosenstein – Rodan, R. Nurkse və H. Chenery olmuşdur; 4 Post – indastrial dövrünün rellıqları dedikdə əsasən bunlar nəzərdə tutulur: 1) Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid; 2) Fordist istehsaldan çevik, elastik (flexible) istehsal sisteminə keçid; 3) Milli dövl ətlər sistemli dünyadan qloballaşmış dünyaya keçid; 4) Modernist fəlsəfi düşüncədən post-modernist fəlsəfi düşüncəyə keçid; 5 Perloff, M.S. “Regional Studies at U.S. Universities”, A Survey of Regionally Driented Research and Graduate Ed, Activities, Washington D.C. 1957, səhfə: 5; 6 M. M. Mahmudov, İ.M. Mahmudova, “Region iqtisadiyyatının tənzimlənməsi”, Bakı – 2001, səhfə: 6; 7 Devlet Planlama Teşkilatı, “Bölgesel Gelişme Özel İhtisas Komisyonu Raporu”, VIII Be ş Yıllık Kalkınma Planı, DPT: 2502 – ÖİK: 523, Ankara, Nisan 2000, http://ekutup.dpt.gov.tr/bolgesel/oik523.pdf , səhfə: 8;

Page 7: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

7

Göründüyü kimi yanaşmalar bir-birinә çox bәnzәyir, ortada olan fәrqliliklәr isә sadәcә bu anlayışdan istifadә mәqsәdlәrinin (istәr tәdqiqat, istәrsә dә dövlәt siyasәti baxımından) vә dövlәtlәrin idarәetmә quruluşlarının fәrqli olmasından irәli gәlir.

Region anlayışının dәqiqlәşdirilmәsi vә onun tәsnif edilmәsi ilk növbәdә iqtisadi siyasәt baxımından әhәmiyyәtlidir. Çünki bu, hәyata keçirilәcәk siyasәtin xarakterini, istiqamәtlәrini tәyin etmәyi vә әn әsası regionlara diferensial yanaşmanı mümkün edir. Lakin region anlayışının tәyin edilmәsi vә onun tәsnifatı aparılarkәn aşağıdakı mәqamları nәzәrә almaq lazımdır:8

� Region anlayışı zamana görә nisbidir: Çünkü zaman keçdikcә verilәn tәrifdә әsas götürülәn ölçünün dәyişmәsi anlayışı da dәyişdirir;

� Region anlayışı problemә görә nisbidir: Hәr hansı aqrar problemi hәll etmәk üçün seçilәn regionla, deyәk ki, hәr hansı bir sosial problemi hәll etmәk üçün seçilәn region fәrqli ola bilәr;

� Region anlayışı miqyas baxımından nisbidir: Mәs, üç inzibati rayon bir region qәbul edildiyi kimi, daha az vә ya çox sayda inzibati rayon da bir region kimi qәbul edilә bilәr; Regional siyasәt baxımından aparılan regional tәsnifat isә bir sıra ortaq

xüsusiyyәtlәrә әsaslana bilәr: � Fiziki ünsürlәr vә tәbii ehtiyatlar; � Әhali vә sosial mühüt; � Regional iqtisadi inkişaf; � Şәhәrlәşdirmә fәaliyyәtlәri vә planlaşdırılması; � Regionların tarixi, әdәbi vә sosial-mәdәni ünsürlәri; � Regional analizlәrdә istifadә olunan metod vә texnologiyalar vә.s;

Regionlaşdırma prossesindә regionların sәrhәdlәrinin tәyin edilmәsi dә әsas mәsәlәlәrdәndir. Sәrhәdlәrin dәqiq müәyyәnlәşdirilmәsi üçün ilk nöbәdә regionların yuxarıda göstәrdiyimiz xüsusiyyәtlәrinin mükәmmәl analiz edilmәsi lazımdır. Bu anlayış ilk dәfә fransız F.Perroux tәrәfindәn ortaya atılmış, xüsusilә dә 1961 Bellagio konfransında dәqiqlәşmişdir. Bu mәqsәdlә konfransda üç tip region anlayışı qәbul edilmişdir:

� Homogen (homogeneous) region: Bu regionların iqtisadi, sosial vә digәr xüsusiyyәtlәrindәn birinin vә ya hamısının eynicinsliyinә dayanır. Mәs, aqrar regionlar, yüksәk dağlıq regionları vә.s;

� Qütblәşmiş (polarized) region: Bir mәrkәz vә onun әtrafında, onunla sosial-iqtisadi baxımdan sıx şәkildә bağlı olan әrazilәrdәn ibarәtdir. Hәmin mәrkәz әhalisinin sayca çoxluğu, mәşğulluq, ticarәt, infrastruktur, elm vә mәdәniyyәtin yüksәk inkişafı ilә seçilir;

� Plan-proqram (planning) regionu: Regional siyasәtin hәyata keçirilmәsi baxımından seçilәn әrazilәrdir. Әsas xüsusiyyәti vahid

8 Tanju Polatkan, “Bölgesel Gelişme Politikası”, DPT Yayınları, No: 560, Ankara 1968, səhfə: 19;

Page 8: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

8

planlaşdırmaya vә planlaşdırma baxımından vahid idarәetmәyә әsaslanmasıdır; Regionların yuxarıda göstәrilәn şәkildә tәsnif edilmәsi әsasәn statik

çәrçivәdәdir. Lakin iqtisadi siyasәt baxımından dinamik tәsnifata da ehtiyac duyulur ki, bu da әsasәn regionların iqtisadi inkişaf sәviyyәsinә görә hәyata keçirilir:

� İnkişaf etmiş regionlar: Bu ölkәnin ümumi inkişaf sәviyyәsinә görә seçilir. Belә ki, adambaşına düşәn gәlir sәviyyәsi vә onun artım tempi ölkә üzrә orta göstәricilәrdәn yüksәk olan regionlar bu sıraya aid edilirlәr. Bu regionların ümumi xüsusiyyәtlәri aşağıdakilardır: � Yazıb-oxuma sәviyyәsi vә ümumi tәhsil sәviyyәsi yüksәkdir; � İnfrastruktur imkanları lazımı sәviyyәdәdir; � Sәhiyyә xidmәtlәri tәlәbatlara tam cavab verir; � Sosial vә mәdәni xidmәtlәr intensivliyi ilә seçilir; � Doğum sәviyyәsi aşağıdır; � Әhlinin böyük әksәriyyәti yüksәk hәyat standartlarına malikdir; � İstehsal vә investisiya fәaliyyәtlәri intensiv şәkildә davam edir; � Region gәlirlәrinin böyük bir hissәsi sәnaye vә xidmәtlәr

sektorundan tәmin edilir; � Digәr regionlardan bu әrazilәrә әhali miqrasiyası yüksәkdir; � Digәr regionlardan xammal vә işçi qüvvәsi әldә etdiyi halda onlara

emal mәhsulları vә texnologiya transfert edir vә.s; � Zәif inkişaf etmiş regionlar: İnkişaf potensialını itirmiş, iqtisadi

üstünlüklәri olmayan regionlardır. Bu regionlar adambaşına gәlir sәviyyәsi vә onun artım tempi baxımından digәr regionlardan geri qalır. İqtisadi hәyatda kәnd tәsәrrüfatı hakim mövqedә olmaqla, mәşğulluq, investisiya baxımından çox aşağı sәviyyәdәdir. Nәticәdә sosial-mәdәni baxımdan da digәr regionlardan geri qalan bu әrazilәr inkişaf etmiş әrazilәrin tam әksi olan xüsusiyyәtlәrә malikdir;

� İnkişaf potensialı olan regionlar: Adambaşına gәlir sәviyyәsi ölkәnin orta göstәricisindәn aşağı olsa da, artım tempi baxımından yüksәk göstәriciyә malik olurlar. İstehsal-investisiya prosseslәri getdikcә genişlәnir, yeni әrazilәr mәnimsәnilәrәk inkişaf edir. Lakin ümumi inkişaf baxımından zәif inkişaf edәn regionlardan yüksәk, inkişaf etmiş regionlardan isә aşağıda dayanırlar; Regionlar arasında yuxarıda götәrdiyimiz kimi fәrqlәrin yaranmasının

bir sıra tarixi, tәbii-iqtisadi vә sosial-mәdәni sәbәblәri ola bilәr ki, bunları da aşağıdakı şәkildә qruplaşdırmaq olar:

� Tәbii-coğrafi bәrbәrsizliklәr: Bu bәrabәrsizliklәr birbaşa tәbii resurslar vә fiziki mühütlә әlaqәlidir. Әlverişli hava, su vә quru nәqliyyatı üzәrindә yerlәşәn, zәngin faydalı qazıntı yataqlarının yerlәşdiyi regionlar bu imkanlardan mәhrum olan regionlarla müqayisәdә üstün inkişaf potensialına malikdir;

Page 9: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

9

� İqtisadi-funksional bәrabәrsizliklәr: Bu eyni istehsal faktorunun müxtәlif regionlarda fәrqli mәhsuldarlıq vә rentabelliyә malik olmasından vә istehsal amillәrinin bu regionlar arasında qeyri-bәrabәr bölgüsündәn irәli gәlir. Bununla yanaşı regionda hәr hansı bir istehsal faktorunun olmaması vә ya mәhdud miqdarda olması da istehsalın sәmәrәli şәkildә hәyata keçirilmәsinә mane ola bilәr9;

� Sosial-mәdәni bәrabәrsizliklәr: Bu birbaşa insan kapitalı ilә bağlı mәsәlәdir. Belә ki, insanların davranışları, sahib olduqları dәyәrlәr sistemi, tәhsil sәviyyәsi, fiziki sağlamlıqları arasındakı ümumi fәrqlәr dә regionlar arasındakı qeyri-bәrabәr inkişafın sәbәblәri arasındadır;

1.3 Regional inkişafın tәnzimlәnmәsi nәzәriyyәlәri Regional inkişaf problemi iqtisadi әdәbiyyatlara daxil olan dövrdәn bu

günәdәk regionların kompleks inkişaf etdirilmәsi vә onun tәnzimlәnmәsi ilә bağlı çoxlu fәrqli fikirlәr meydana gәlmişdir. Bu fәrqlilik xüsusilә regional bәrabәrzisliklәr, onların sәbәblәri vә aradan qaldırılması yolları ilә bağlı olmuşdur. Xüsusilә, bәrabәrsizliyә perespektiv yanaşmalarda aşağıdakı üç istiqamәt fәrqlәnir:

� Birinci istiqamәtә görә regionlararası bәrabәrsizlik zaman keçdikcә azalacaqdır. Çünki sosial-iqtsadi inkişaf әvvәl-axır öz-özünә ölkәnin bütün sәthinә yayılacaq vә geri qalmış regionlar da inkişaf edәcәkdir;

� İkinci istiqamәt belә hesab edir ki, bu bәrabәrsizlik zәif inkişaf etmiş ölkәlәrdә getdikcә artacaq, inkişaf etmiş ölkәlәrdә isә azalacaqdır;

� Sonunculara görә, regionlararası bәrabәrsizliklәr dövlәt müdaxilәsinin mәhdud olduğu ölkәlәrdә getdikcә dәrinlәşәcәk; Lakin ortada bir fakt var ki, regionlararası kәskin bәrabәrsizlik zәrәrli

daxili vә xarici miqrasiya, süni şәhәrlәşmә, hәdsiz infrastruktur yüklәnmәsi, ekoloji çirklilik, hәtta regional separatçılıq kimi prosseslәrlә nәticәlәnir ki, bu da bütövlükdә ölkәyә çox baha başa gәlә bilәr. Bununla yanaşı, әn mühüm mәsәlә ondan ibarәtdir ki, müasir hüquq sistemlәri ölkәnin bütün vәtәndaşlarının hüquq bәrabәrliyini tәmin etmәyә çalışdığı halda regional disproporsiyalar iki mühüm istiqamәtdә bu prinsipi pozur:10

� İqtisadi hüquqlar: Belә ki, müxtәlif әrazilәrdә fәrdlәr istәr işlә tәmin olunma, istәrsә dә eyni işә görә eyni әmәk haqqı almaq hüquqlarını bәrabәr sәviyyәdә reallaşdıra bilmirlәr;

� Sosial hüquqlar: Bu müxtәlif regionlarda yaşayanların sәhiyyә, tәhsil vә mәdәni xidmәtlәrdәn eyni dәrәcәdә istifadә edә bilmәmәlәri kimi başa düşülür;

9 Mustafa Erkal, “Bölge Açısından Az gelişmişlik ”, Boğaziçi yayınları, İstanbul 1982, səhfə: 33; 10 Frank J.B Stilwell, “Bölgesel İktisat Politikası”, Akbank Kültür Yayınları, İstanbul 1980, səhfə: 11;

Page 10: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

10

Bütün göstәrilәnlәr nәzәrә alınmaqla II dünya müharibәsindәn sonra regional inkişafın dövlәt tәrәfindәn tәnzimlәnmәsi zәruriliyi artıq bütün sәnayelәşmiş ölkәlәrdә qәbul edilmişdir. Lakin hәmin dövrdәn bu vaxta qәdәr inkişaf edәn regional siyasәt nәzәriyyәlәri müxtәlif regional siyasәt modellәri irәli sürmüşdür. Bunları ümumilәşdirәrәk iki istiqamәtdә qruplaşdırmaq olar:

� Balanslı regional inkişaf nәzәriyyәlәri: Bu nәzәriyyәlәr inkişafın istәr sektorlar, istәrsә dә regionlar aspektindә kompleks olmasını irәli sürürlәr vә iddia edirlәr ki, mәhz inkişaf etmiş ölkәlәrin bu sәviyyәyә gәlmәsindә qeyri-bәrabәr inkişafı tarazlı inkişafa çevirә bilmәk bacarıqlarının böyük rolu var. Nәzәriyyәlәrin çıxış nöqtәsi ondan ibarәtdir ki, azad bazar tәklikdә disproporsiyaları hәll etmәk bacarığına malik deyil, әksinә onları dәrinlәşdirir, buna görә dә bir-birini tamamlayan formada dövlәt müdaxilәlәrinә ehtiyac vardır. Bu zaman әsas müdaxilә alәti dә planlaşdırma qәbul edilir. Әsas tarazlı regional inkişaf modellәri aşağıdakılardır: � Rosenstein-Rodan modeli: II Dünya müharibәsindәn sonra

Avropa ölkәlәrinin inkişaf etdirilmәsi çәrçivәsindә P. N. Rosenstein-Rodan tәrәfindәn irәli sürülmüşdür. O, Şәrqi Avropanın inkişaf etdirilmәsi üçün iki yol görürdü. Birincisi әmәk ehtiyatlarının çox olduğu әrazilәrdәn kapital ehtiyatlarının çox olduğu regionlara әhali miqrasiyasını tәşviq etmәk, ikinci yol isә kapitalın geri qalmış regionlara yönәldilmәsindәn ibarәt idi. Birinci yolun ictimai balansı pozacağından elә dә asan başa gәlmәyәcәyini qeyd edәn Rodan ikinci yola üstünlük verir vә onu sәnayelәşmә modeli adlandırırdı.11 Bu model tamamlayıcı istehsal-investisiya fәaliyyәtinә әsaslanır. Tamamlayıcı investisiyaların (bir istehsal vahidinin satın aldığı malları istehsal edәn istehsal vahidi tamamlayıcı istehsal adlanır ki, bunlara qoyulan investisiyalar da tamamlayıcı investisiyalardır) sistemli vә planlı şәkildә hәyata keçirilmәsi yüksәk xarici effektә malikdir vә bu zaman belә investisiyalar yeni investisiyalar üçün şәrait yaradacaqdır. Rodana görә bu prinsipә әsaslanaraq dövlәt tәşәbbüsü ilә tәmәl istehsal-infrastruktur sahәlәri yaradılmalıdır. Әvvәlcә dәmiryolları, avtomobil yolları, kanallar, hidroelektrik stansiyaları kimi sahәlәr qurularsa digәr sahәlәr avtomatik olaraq bunları müşayәt edәcәkdir. Yәni dövlәt investisiyalarının multiplikator effekti sәnayelәşmәyә tәkan verәcәk vә bundan sonra hәmin regionlarda xüsusi sahibkarlığa normal şәrait yaratmaqla uğurla davam edәn balanslı inkişafa nail olmaq olar12;

11 P.N. Rosenstein-Rodan , “Doğu ve Güneydoğu Avrupanın Sanayileşme Problemleri”, İktisadi Büyüme ve Gelişme Seçme Yazıları, İstanbul Üniversitesi Yayınları, İstanbul 1966, səhfə: 50-51; 12 Yenə orada, səhfə: 51-57;

Page 11: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

11

� Nurkse modeli: Hәr hansı bir regionun inkişaf edә bilmәmәsinin sәbәbini aşağı gәlir, yığım vә investisiya imkanlarında görәn R.Nurkse “Yoxsulluğun çıxılmaz halı” teoremini irәli sürmüşdür. Bu teoremә görә geri qalmış regionlarda gәlir sәviyyәsi aşağı olduğundan yığım mümkün deyil, yığım mümkün deyilsә, demәk investisiya da yoxdur, investisiya da olmadığı halda hәmin regionda tәkrarәn aşağı gәlir sәviyyәsinin olması qaçılmazdır 13 . Buna görә dә Nurkse kәnardan bu regionlara investisiya axınının olmasını qaçılmaz hesab edirdi. Dövlәt bu investisiyaların planlı şәkildә, bütün sahәlәrdә deyil, bir sıra sahәlәrdә, lakin eyni vaxtda hәyata keçirilmәsini tәmin etmәlidir. Bu zaman bazar genişlәnәcәk, yığım vә investisiya imkanları yüksәlәcәk vә nәticәdә hәmin region “çıxılmaz hal”dan qurtulacaqdır;

� Chenery modeli: H.Chenery mәsәlәyә zәif inkişaf edәn ölkәlәrdә resurs bölgüsü ilә bazar arasındakı әlaqәnin zәyif olması problemindәn yanaşır. Çünki bu hal resurs-gәlir әlaqәsinin düzgün qurulmasına imkan vermir ki, bu da bir sıra disbalanslara gәtirib çıxarır. Belә olduğu halda, istehsal faktorlarının bazar qiymәtlәri onların sosial xәrclәrini әks etdirmir. Buna görә modeldә bazar şәrtlәrinә müdaxilә vә planlı inkişaf yolu ilә tarazlı inkişaf strategiyasını irәli sürür. Chenery bu zaman investisiyaların marjinal mәhsuldarlığı vә onlar arasında bir-birini tamamlama prinsipinә әmәl edilmәsini dә әsas şәrt kimi qeyd edir;14

� Disbalanslı regional inkişaf nәzәriyyәlәri: Bu nәzәriyyәlәr balanslı inkişaf nәzәriyyәlәrinin әksinә olaraq bazarın sәmәrәli fәaliyyәt göstәrdiyini vә dövlәt müdaxilәsinin yolverilmәzliyi fikrini müdafiә edirlәr. Onlara görә iqtisadiyyatdakı disbalanslar, xüsusilә dә regional disbalanslar heç dә onların qeyd etdiyi kimi zәrәrli amillәr deyil, әksinә onlardan düzgün istifadә edilәrsә daha yüksәk iqtisadi artım tempi әldә etmәk mümkündür. Belә ki, xüsusilә dә zәif inkişaf edәn vә maliyyә resursları mәhdud olan ölkәlәr, bu mәhdud resursları balanslı inkişaf xatirinә ölkәnin bütün әrazilәri üzrә bölüşdürmәyә cәhd etmәmәlidirlәr. Çünki bu mәhdud resurslar rentabelliyin aşağı olduğu sektor vә regionlarda sәmәrәsiz şәkildә istifadә olunacaq ki, bu da ümumi iqtisadi inkişaf tempini aşağı salacaqdır. Lakin bunun әksinә olaraq, mәhdud resurslar bir vә ya bir neçә yüksәk mәhsuldarlığın olduğu sektor vә regionlara istiqamәtlәndirilәrsә nәticәdә daha yüksәk iqtisadi artım tempi әldә etmәk mümkündür. Belәliklә, zaman keçdikcә bu

13 Cengiz Yavilioğlu, Başbakanlık Özelleştirme İdaresi Başkanlığı, “Geri Kalmı şlık Olgusu ve Ekonomistik Kalkınma Teorileri (Ele ştirel bir Yakla şım)”, Cumhuriyyet Üniversitesi İktisadi ve İdari Bilimler Dergisi, Cilt 3, Sayı 2, 2002, səhfə: 53; 14 Hollis Chenery, “The Role of Industrialization in Development Programmes”, The Economics of Underdevelopment, Ed: A.N. Agarwala and S.P. Sing, Oxford University Press, New York, səhfə: 450-451;

Page 12: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

12

sürәtlә inkişaf edәn region vә sektorlar digәr inkişaf etmәmiş region vә sektorların da inkişafına tәsir göstәrәcәk, bir sözlә inkişafın “lokomativ”inә çevrilәcәklәr. Lakin yaradılmış disbalansın da müәyyәn hәddi olmalıdır, yoxsa kәskin disbalansın olması bir sıra xoşagәlmәz nәticәlәrә dә sәbәb ola bilәr. Buna görә hәm iqtisadi inkişaf tempinin qarşısını almayan, hәm dә müxtәlif regionlarda rifah sәviyyәlәri arasında uçrum yaratmayan “minimum tәmәl tarazlıq” anlayışı ortaya atılmışdır15. Ölkә siyasәtçilәri tәrәfindәn müәyyәnlәşdirilәcәk bu tarazlığın әsas mәqsәdi sosial baxımdan müәyyәn xoşagәlmәzliklәr yaradan disbalansa yol vermәmәkdir. Әsas tarazlı inkişaf modellәri bunlardır: � Hirschman modeli: Disbalanslı inkişaf nәzәriyyәsinin öndәri olan

A. O. Hirschman inkişafa ölkәnin hәr yerindә vә eyni vaxtda start vermәyin mümkün olmadığını, әksinә “inkişaf mәrkәzi” adlanan regionlardan start vermәklә müxtәlif yollarla bütöv ölkәyә yayılacağını irәli sürür16. Disproporsional investisiya strategiyasını irәli sürәn Hirschman belә hesab edir ki, yaranan bәrabәrsizliklәr bazardaxili vә bazarxarici amillәrin tәsiri ilә zaman keçdikcә özlüyündәn düzәlәcәkdir17. Bu modeldә bir sıra önәmli regionlar vә sektorlar seçilir ki, bunların seçilmәsindә dә әsasәn hәmin region vә sektorun digәrlәrilә olan asılılıq dәrәcәsinә fikir verilir. ABŞ, Yaponiya, İtaliya kimi ölkәlәrdә hesablanmış bu asılılıq dәrәcәsi indeksi imkan verir ki, digәr region vә sektorları öz arxasınca inkişafa sürüklәyә bilәn region vә sektorları tәyin etmәk mümkün olsun. Belәliklә, bu sahәlәrә qoyulan investisiyalar, onların әlaqәli olduğu sahәlәrdәki investisiyalarla tamamlanacaq ki, nәticәdә bu zәncirvari әlaqә bütün iqtisdiyyat üzrә yayılacaqdır;

� Lyloyd Rodwin modeli: Bu model Hirschman modelinә çox yaxındır, sadәcә әsas fәrq ondan ibarәtdir ki, Rodwin investisiyaları daha çox mәrkәzlәrdә tәmәrgüzlәşdirmәnin tәrәfdarıdır. O, hesab edir ki, bu yolla hәm әtrafdakı potensial inkişaf imkanları dövriyәyә cәlb edilәcәk, hәm dә investisiyalar arasındakı potensial tamamlanmaya, şәhәr iqtisadiyyatı vә onun sürüklәyici effekti (fascinating effect) kömәk edәcәkdir;18

Göründüyü kimi bu nәzәriyyәlәr dövlәtin aktiv müdaxilәsinә tәrәfdar olmasalar belә onların hәyata keçirilmәsi üçün dövlәtin rolu qaçılmazdır.

15 John Friedmann, “Regional Development Policy, A case study of Venezuela”, Massachussetts London, The MIT press 1966, səhfə: 58; 16 Thomas Morgan, “Growth Pole Theory: An examination of some of its basic concepts”, Growth Centers in Regional Economic Development, Edited by Niles M. Hansen, New York 1972, səhfə: 52; 17 Yenə orada, səhfə: 56; 18 Lyloyd Rodwin, “Urban Growth Strategies Reconsidered”, Growth Centers in Regional Economic Development, Edited by Niles M. Hansen, New York 1972, səhfə: 4;

Page 13: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

13

1.4 Regional inkişafın planlaşdırılması texnologiyaları

Yuxarıda qeyd etdiklәrimizdәn dә göründüyü kimi regional inkişafın tәnzimlәnmәsindә әn sәmәrәli vә zәruri iqtisadi siyasәt alәti kimi regional planlaşdırma göstәrilir. Başqa sözlә regional planlaşdırma dünya ölkәlәrindә regionların iqtisadi, sosial vә fiziki bütövlәşdirilmәsi vasitәsidir. Bu planların milli planlarla müqayisәdә aşağıdakı әsas üstünlüklәri vardır:

� Regional planlar milli plan vә proqramların regionlarda konkretlәşdirmә vasitәsidir;

� Regional planlar yerli informasiyaları milli plan vә proqramlara ötürmә vasitәsidir;

� Regional planlar milli planlardan fәrqli olaraq daha çox fiziki mühiti özündә әks etdirir (ekologiya, infrastruktur vә.s);

� Şәhәr vә rayonların öz planlaşdırma qәrarlarını әlaqәlәndirmәsinә imkan verir vә.s; Vaxtaşırı bir prosses olan regional planlaşdırmanın tәbii ki, özünәxas

planlaşdırma texnologiyaları da vardır. Bunlardan bәzilәrinә nәzәr salaq: � İqtisadi tәmәlә әsaslanan multiplikator analizi: Burada iqtisadi

tәmәl dedikdә regionun elә istehsal-tәsәrrüfat sahәlәri nәzәrdә tutulur ki, onların istehsal etdiyi mәhsullar regionun xaricindә reallaşdırılsın. Bu sahәlәr hәmin regiona kәnardan әlavә pul axınını tәmin edir ki, bu da multiplikator effekti ilә müәyyәn iqtisadi artıma şәrait yaradır. Mәhz regional planlaşdırmada әsas istiqamәtlәrdәn biri dә regionlarda belә sahәlәri seçib inkişaf etdirmәkdir;

� İnput-output analizi: Regional planlaşdırmada input-output analizi yeni istehsal sahәsinin qurulmasının ümumiqtisadi fәaliyyәt sәviyyәsi üzәrindә mәcmu tәsirini araşdırmaq, regionun digәr regionlarla olan әlaqәsini vә regionlar arasındakı asılılığı müqayisә etmәk üçün istifadә edilir 19 . Belә ki, qurulacaq hәr hansı bir müәssisә müәyyәn aralıq mәhsullara ehtiyac duyur vә ya digәr müәssisәlәr üçün müәyyәn aralıq mәhsullar istehsal edir. Bu әlaqә istәr regiondaxili, istәrsә dә regionxarici ola bilәr. Ona görә dә bu analiz qurulacaq müәssisәnin regiondaxili vә ya regionxarici iqtisadi әlaqәlәrin inkişafına nә qәdәr xidmәt edәcәyini tәyin etmәyә imkan verir;

� Müqayisәli xәrclәr analizi: Analiz müәyyәn bir sәnaye sahә vә ya müәssisәsinin qurulma yeri kimi bir neçә region arasında seçim qarşısında qaldıqda istifadә edilir. Bu zaman analizin mәqsәdi hәr hansı bir sәnaye müәssisәsinin hansı regionda vә ya regionlarda istehsal xәrclәrinin әn aşağı sәviyyәdә ola bilәcәyini tәyin etmәkdәn ibarәtdir;

� Kompleks regional analiz: Bu ümumi mәlumatlandırma xarakterli olmaqla hәr hansı bir regionun sosial, iqtisadi vә ekoloji tәhlilindәn

19 L. Needleman, “Regional Analysis”, Penguin Books, Middlesex, 1968, səhfə: 86-89;

Page 14: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

14

ibarәtdir. Bu zaman dәrin iqtisadi analizlәrә yol verilmir, daha dәrin tәhlillәr üçün ilkin informasiya xarakteri daşıyır. Başlıca üstünlüyü әsas sosial-iqtisadi biliklәrә malik olan şәxslәr tәrәfindәn rahatlıqla hәyata keçirilmәsidir;

� Regional ekonometrik modellәr: Ümumiyyәtlә ekonometrik model iqtisadi әlaqәlәri analiz etmәk üçün iqtisad nәzәriyyәsini riyazi vә statistik alәtlәrlә birlәşdirmәkdәn ibarәtdir. 20 Regional ekonometrik modellәr isә regionlar vә ya yaşayış mәntәqәlәrinin iqtisadi inkişafına yönәldilәn tәhlil, proqnoz, tәsәvvür vә siyasәtlәri әhatә edir.21Müxtәlif mәqsәdlәr üçün hazırlanan belә modellәrin әn geniş yayılanlarından biri, Hicks, Harrod vә Domar tәrәfindәn ortaya atılan vә Airov, Hartman, Seckler22 tәrәfindәn regional sәviyyәyә tәtbiq edilәn iqtisadi artım modelidir; Son olaraq onu qeyd edәk ki, yuxarıda göstәrilәn planlaşdırma

texnologiyaları heç dә müstәqil şәkildә tәtbiq edilmir, daha yaxşı nәticә әldә etmәk üçün onlardan birgә istifadә zәruridir.

20 Pappans, James, Hirschey, Mark, “Managerial Economics”, Sixth Ed. Dryden Press, Chicago 1990, səhfə: 248; 21 Peter Nijkamp, “Handbooks of Regional and Urban Economics”, Vol:1, Elsevier Science Publisher, North-Holland, 1986, səhfə: 407; 22 L.M. Hartman, D. Seckler, “Towards the Application of Dynamic Growth Theory of Regions”, Journal of Regional Science, Vol:6, 1967, səhfə: 167-174;

Page 15: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

15

II. Regionlarda sosial infrastrukturun inkişafının müasir vәziyyәti 2.1 İqtisadi inkişafda insan kapitalı vә sosial infrastrukturun rolu

Dünya iqtisadiyyatında iqtisadi inkişafla bağlı nәzәriyyә vә ideologiyalar

uzun müddәt iqtisadi inkişafda insan amilinin, başqa sözlә insan kapitalının rolunu düzgün qiymәtlәndirә bilmәmişdir. Onlar әsasәn inkişafın fiziki amillәri üzәrindә (tәbii resurs, kapital) dayanmış, insanı isә sıradan bir istehsal faktoru kimi qiymәtlәndirmişlәr. Nәhayәt II Dünya müharibәsindәn sonra başlayan qloballaşma, informasiya cәmiyyәtinә keçid prosseslәri klassik vә neoklassik nәzәriyyәnin yuxarıda göstәrdiyimiz әnәnәvi hakim yanaşmasını da dәyişdirdi vә modern iqtisadi artım vә inkişaf nәzәriyyәlәri belә bir fikri qәbul etmәyә başladılar: ”...inkişafın açarı insandır vә onun bacarığı, davranışı, mәnimsәdiyi dәyәrlәr inkişaf prossesini sürәtlәndirmәk üçün dәyişdirilmәlidir.”23Belәliklә, Boeke, Mc Clelland, Hagen, Schultz, Lewis, Bowman vә Mincer kimi iqtisadi inkişaf iqtisadçıları sayәsindә “fiziki kapitaldan sәmәrәli istifadәnin insan kapitalından asılı olduğu” fikri tamamilә qәbul olundu.

İnsan kapitalı ikişafın әsas determinantlarından biri olmaqla, cәmiyyәtin istәr fiziki gücü, istәrsә dә zehni fәaliyyәtlәrindә malik olduğu bilik vә bacarıq kimi göstәrilir 24 . Hәr hansı bir ölkәdә vә ya regionda yüksәk keyfiyyәtli insan kapitalı istehsal amillәrindәn istifadәdә yüksәk mәhsuldarlıq, istehsalda daima yenilikçilik, yüksәk texnologiya demәkdir ki, bu da müasir dövrdә iqtisadi rifahın tәmәlidir. Belә ki, İEÖ-dә bir işçiyә düşәn kapital miqdarı, iş vaxtı vә işçi sayında bir dәyişiklik olmadığı halda istehsalda әldә etdiklәri artım yalnız insan kapitalının yüksәlmәsi hesabınadır25.

Belәliklә, iqtisadi inkişafda insan kapitalının rolu artığı şәraitdә insan vә ona xidmәt edәn sahәlәrin dә inkişaf etdirilmәsi aktuallaşır. İnsanın inkişafı onun tәkrar istehsalı ilә bağlı bir prossesdir vә bu prossesin keyfiyyәti sosial infrastruktur sahәlәrinin inkişaf sәviyyәsindәn çox asılıdır.

Sosial infrastruktur – insan vә cәmiyyәtin tәkrar istehsalı mәqsәdlәrinә xidmәt edәn bütün tәlәbat kompleksinin ödәnilmәsi üçün şәrait yaradan maddi-әşya elementlәrinin sabit mәcmusudur26.

Bu baxımdan sosial sferanın tәhsil, sәhiyyә, mәdәniyyәt, rabitә, nәqliyyat, turizm vә.s müәssisәlәrinin xidmәtlәrini әhatә edәn sosial infrastrukturun regional aspekti dә regional siyasәtdә әsas istiqamәtlәrdәn birinә çevrilmişdir. 23 Bax: A.J Kondonassis, A.G. Mallaris and T.O. Okediji, “Swings of The Pendulum: A review of Theory and Practice in Development Economics”, American Economist, Spring 2000, Vol.44, Issue 1, səhifə: 17-24; 24 Yrd.Doç.Dr. Ertuğrul Deliktaş, “Beşeri Sermaye ve Modern Ekonomik Büyüme”, Başak Ekonomi Dergisi, www.basakekonomi.com.tr/arsiv/sermaye.html ; 25 Yenə orada; 26 F.P.Rəhmanov, “Sosial sfera keçid iqtisadiyyatı şəraitind ə”, Bakı-Gənclik-2002, səhfə: 6;

Page 16: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

16

2.2 Azәrbaycan Respublikası regionlarında sosial infrastrukturun inkişafının müasir vәziyyәti

Hәr şeydәn әvvәl onu qeyd edәk ki, Azәrbaycan Respublikası regionları

üzrә hәlә dә normal vә etibarlı statistika sistemi qurula bilmәdiyindәn bu istiqamәtdә hәr hansı bir tәhlil aparmaq çox çәtindir. Buna görә dә tәdqiqatçılar әsasәn ümumi sosial-iqtisadi göstәricilәrә vә müxtәlif empirik tәdqiqat mәlumatlarına әsaslanaraq müәyyәn iqtisadi tәhlil aparırlar.

Azәrbaycan regionlarında sosial infrastrukturun inkişafının müasir vәziyyәti ölkәmizin müstәqillik әldә etdiyi dövr әrzindә baş verәn bir sıra sosial-iqtisadi vә siyasi meyllәrin tәsiri altında formalaşmışdır ki, bunları da iki dövr üzrә tәhlil etmәk mümkündür:

� 1996-cı ilә qәdәr olan sosial-iqtisadi böhran: Bu dövrdә bütöv ölkә üzrә dәrin sosial-iqtisadi vә siyasi böhranlar baş vermişdir. Hәr il orta hesabla ÜDM-nin hәcmi 15,6%, sәnaye istehsalı 21%, kәnd tәsәrrüfatı istehsalı 11,8%, әhaliyә göstәrilәn pullu xidmәtlәr 40%, iqtisadiyyata ümumi kapital qoyuluşu isә 25,9% azalmışdır. Bunlara paralel olaraq qiymәtlәr dә kәskin şәkildә artmış, hәtda 1994-cü ildә 1600%-lik hiperinflyasiya sәviyyәsinә çatmışdır. Dövlәt maliyyәsindә dә böhran baş vermiş, büdcә kәsri artaraq 1994-cü ildә ÜDM - nin 10%-ә yüksәlmişdir. Mәhz belә bir şәraitdә birbaşa dövlәt tәrәfindәn maliyyәlәşәn sosial sfera sahәlәri vә onların infrastruktur tәminatının inkişafından danışmaq sadәcә mümkün deyil. Bu dövrdә nәinki sosial infrastrukturun inkişaf etdirilmәsi, hәtta onun dağıdılmasına sәbәb olan bir sıra hadisәlәr baş vermişdir ki, bunların da başında Azәrbaycan Respublikasının cәlb edildiyi Dağlıq Qarabağ müharibәsi dayanır. Bu müharibә nәticәsindә әvvәllәr kәnd tәsәrrüfatı mәhsullarının 35-40%-nin istehsal olunduğu 17000 kv.km torpaq sahәsi işğal olunmuş, 900 yaşayış mәntәqәsi, 7000 sәnaye vә kәnd tәsәrrüfatı obyekti, 700 tәhsil, 665 sәhiyyә ocağı, 800 km avtomobil yolu, 160 körpü, 23000 km su vә 15000 km elektrik xәtti dağıdılmış, NMR, Ağstafa, Tovuz, Ağcabәdi, Gәdәbәy vә Tәrtәr rayonunun sәrhәdyanı yaşayış mәntәqәlәrindәn 100000-dәk vәtәndaşımız tәhlükәsizlik baxımından öz yaşayış yerlәrini tәrk etmiş, ümumilikdә ölkә iqtisadiyyatına 22 mlrd. ABŞ dolları mәblәğindә ziyan dәymişdir. Bununla yanaşı 250 min soydaşımız Ermәnistandan qovularaq Azәrbaycana pәnah gәtirmiş, Dağlıq Qarabağdan 60000 vә digәr işğal olunmuş rayonlardan 600000 olmaqla 660000 vәtәndaşımız mәcburi köçkünә çevrilmişdir. 1990-cı ildә Orta Asiyadan Azәrbaycana pәnah gәtirәn 50000 Axısxa türkünü dә bura әlavә etsәk, deyә bilәrik ölkәmiz kәskin demoqrafik böhran yaşamışdır. Hazırda bu insanlar 62 şәhәr vә rayonda 1600-dәn çox

Page 17: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

17

obyektdә mәskulaşmışlar27. Burada onu da qeyd edәk ki, bu insanların mühüm bir qismi bir sıra sosial infrastruktur obyektlәrindә yerlәşmişdir. Belәliklә, dәrin sosial-iqtisadi vә siyasi böhranların baş verdiyi bu dövrlәrdә dövlәt dә öz tәnzimlәmә rıçaqlarını itirmiş vә nәticәdә ölkәnin bütün bölgәlәrindә ümumi tәnәzzül yaşanmışdır;

� 1996-cı ildәn başlayan canlanma: 1995-ci ildәn başlayaraq tәtbiq olunan stabillәşdirmә, özәllәşdirmә, torpaq islahatı, özәl sahibkarlığın inkişaf etdirilmәsi proqramları vә bunlara uyğunlaşdırılmış büdcә-vergi, pul-kredit siyasәtlәri nәticәsindә 1996-cı ildәn başlayaraq iqtisadiyyat gerilәmә relsindәn çıxmışdır. Belә ki, bu mәrhәlәdә hәr il orta hesabla ÜDM 8,4%, sәnaye istehsalı 2,6%, kәnd tәsәrrüfatı istehsalı 5,3%, әhaliyyә pullu xidmәtlәr 9,5%, iqtisadiyyata kapital qoyuluşları 18% artım göstәrmişdir. Buna paralel olaraq inflyasiya 1600%-dәn 2-3%-ә, büdcә kәsri isә 10%-dәn 1-2%-ә, MB-nin uçot stavkaları isә 270%-dәn 7%-ә endirilmişdir. Ümumilikdә iqtisadiyyata 14 mlrd. ABŞ dollarından çox investisiya qoyulmuşdur ki, bunun da 10,5 mlrd. dolları xarici investisiyadır. Bu dövrdә insan inkişafının vәziyyәti sahәsindә dә müәyyәn irәlilәyişlәrin olduğu BMT-nin İnsan İnkişafı Haqqında Hesabatlarında öz әksini tapmışdır. Lakin bütün bunlara baxmayaraq bu dövrdә inkişaf әsasәn neft vә onunla әlaqәli sahәlәrdә baş vermişdir ki, bu da әsasәn ölkәnin Bakı vә әtraf әrazilәrini әhatә edir. Әsasәn Bakı xarici regionlarda yerlәşәn qeyri-neft sektoruna qoyulan investisiyalar isә çox aşağı sәviyyәdә olmuşdur. Buraya islahatlar nәticәsindә dövlәtin bir sıra sahәlәrә olan himayәçilik siyasәtinin zәiflәmәsi amilini dә nәzәrә alsaq, açıq şәkildә deyә bilәrik ki, hal-hazırda Azәrbaycan Respublikasının regional inkişafında bir tәrәfdә inkişaf etmiş Bakı şәhәri vә әtraf әrazilәri, digәr tәrәfdә isә demәk olar ki, sosial-iqtisadi baxımdan eyni acınacaqlı vәziyyәtdә olan, lakin böyük inkişaf potensialına malik bütöv ölkә әrazisinin dayandığı kәskin dualist vәziyyәt hökm sürür. Yalnız 2003-cü ildәn başlayaraq bu problemin aradan qaldırılması yolunda bir sıra proqramlar qәbul edilmiş vә hәyata keçirilmәyә başlanmışdır.

Göründüyü kimi, belә bir şәraitin hökm sürdüyü dövrdә sosial infrastruktur sahәlәrinin inkişafı da yalnız Bakı vә onu әtraf әrazilәrinin payına düşür. Real işgüzar aktivliyin çox aşağı olduğu regionlarda isә sosial infrastrukturun inkişafından danışmaq mümkün deyil. İndi isә yuxarıda ümumi şәkildә xarakterizә etdiyimiz ölkә

iqtisadiyyatının inkişaf vәziyyәtinә uyğun olaraq ayrı-ayrı sahәlәr üzrә sosial infrastrukturun müasir vәziyyәtini qiymәtlәndirmәyә çalışaq:

27 “AR Yoxsulluğun azaldılması və iqtisadi inki şaf üzrə dövlət proqramı (2003-2005)”, Bakı-2003, səhfə:40-42;

Page 18: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

18

Tәhsil infrastrukturu Tәhsil әsas strateji sahә olmaqla onun inkişaf sәviyyәsi dövlәtin vә

millәtin gücünü tәyin edәn әsas amildir. Heç dә tәsadüfü deyil ki, R. Lukas vә P.Romer özlәrinin iqtisadi inkişafın endogen nәzәriyyәsindә göstәrirlәr ki, uzun müddәt әrzindә әsas kapitala investisiya qoyulmadığı halda belә biliklәrin artımı hesabına vahid kapitala düşәn mәhsul buraxılışını artırmaq mümkündür. Bununla yanaşı digәr amerikalı ekspertlәr D.Qreyson vә K.Odell qeyd edirlәr ki, hamının oxuyub-yaza bildiyi cәmiyyәt bir neçә dahisi olub, әksәriyyәti savadsız olan cәmiyyәtә hәmişә qalib gәlәcәkdir28. Cәdvәl № 1: 1990-2003-cü illәr Azәrbaycanın tәhsil infrastrukturu 1990 1995 1997 1998 1999 2000 2001 2002 2003 Mәktәbәqәdәr uşaq müәssisәlәri sayı: - Şәhәr yerlәrindә: - Kәnd yerlәrindә:

2185 1243 942

1973 1137 836

1879 1084 795

1854 1060 794

1814 1036 778

1790 1014 776

1794 1024 770

1781 1015 766

1777 1017 760

Uşaqların mәktәbәqәdәr müәssisәlәrlә tәminatı (%-lә)29: - Şәhәr yerlәrindә: - Kәnd yerlәrindә:

20 29 9

15 23 8

14 20 8

15 23 8

16 25 8

17 27 9

18 30 9

19 32 10

20 33 10

Körpә evlәrinin sayı: 4 4 4 4 4 4 4 4 4 Uşaq evlәrinin sayı: 5 4 4 5 5 6 6 6 6 Yetimlәr üçün internat mәktәblәri: 2 2 2 2 2 2 2 2 2 Qeyri-sağlam uşaqlara xüsusi internat mәktәblәri:

16

13

13

14

14

13

13

12

12

Әqli geri qalan uşaqlara internat evlәri: 2 2 2 2 2 2 2 2 2 Ümumi tipli internat evlәri: 50 38 38 37 38 38 39 39 39 Ümumtәhsil mәktәblәri sayı: Onlardan: - 1 növbәlilәr (%-lә): - 2 vә 3 növbәlilәr:

4246 40,5 59,5

4462 25,6 74,4

- - -

4515 24,1 75,9

4528 23,9 76,1

4528 24,4 75,6

4518 26,1 73,9

4514 28,1 71,9

4522 29,2 70,8

Orta ixtisas tәhsil müәssisәlәri (dövlәt): Qeyri-dövlәt orta ixtisas müәssisәlәri:

78 -

78 11

- -

73 4

73 4

68 3

66 3

55 3

55 5

Ali mәktәblәrin sayı (dövlәt): Qeyri-dövlәt:

17 -

23 20

- -

25 17

25 17

25 18

25 15

26 15

27 15

10000 nәfәrә düşәn tәlәbә sayı: 148 113 - 105 112 114 123 126 128

Bu gün Azәrbaycan әhalisinin 15 vә yuxarı yaşda olanlarının 98,8%-

inin savadlı olması, hәr 1000 nәfәrә 762 ali vә tam orta tәhsilli insanın düşmәsi, mәktәblәrdә 84,1% kimi davamiyyәt sәviyyәsinin olması, müәllim şagird nisbәtinin 1:10 olması dünya miqyasında kifayәt qәdәr yaxşı göstәricilәrdir.Lakin köhnәdәn qalan problemlәr vә son illәr yaranan bir sıra mәnfi meyllәr bu sahәdә ciddi islahatların aparılmasını zәruri edir.

Yuxarıdakı cәdvәldәn göründüyü kimi ölkәmizdә kәnd әhalisi ilә şәhәr әhalisinin tәqribәn bәrabәr olduğu bir şәraitdә, mәktәbәqәdәr tәhsil müәssisәlәrinin sayı şәhәrlәrdә kәndlәrә nisbәtәn tәqribәn 1,5 dәfә çox, uşaqların bu müәssisәlәrә cәlb edilmәsi sәviyyәsi isә 3 dәfә yüksәkdir. 28 Rövşən Rasimoğlu, “Qloballaşan iqtisadiyyat Azərbaycan prizmasında”, Bakı-2002, səhfə:59-60; 29 Müvafiq yaşlı uşaqların sayına nisbətən faizlə hesablanır;

Page 19: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

19

Bununla yanaşı uşaqların mәktәbәqәdәr müәssisәlәrlә tәminatının ümumrespublika göstәricisinin 20% olması da kifayәt qәdәr aşağı göstәricidir. Belә çıxır ki, övladlarımızın 80%-ә qәdәri orta mәktәblәrә tamamilә ayrı mühitdәn daxil olurlar vә bunun sәviyyәsi regionlarda xüsusilә yüksәkdir. Hәm dә statistika göstәrir ki, bu tipli müәssisәlәrin sayı 1990-cı illә müqayisәdә 2003-cü ildә 19% azalmışdır.

Cәdvәl mәlumatlarından görünәn digәr bir mәnfi meyl müxtәlif tәyinatlı internat mәktәblәri ilә bağlıdır. Belә ki, onsuz da tәlәbatlara tam cavab verә bilmәyәn vә әsasәn iri şәhәrlәrdә yerlәşәn bu müәssisәlәrin sayı da 1990-cı illә müqayisәdә xeyli azalmışdır.

Azәrbaycan tәhsil sistemindә ümumtәhsil orta mәktәblәri istәr sayının artması baxımından, istәrsә dә ölkә әrazisini nisbәtәn yaxşı әhatә etmәsi baxımından qiymәtlәndirilmәlidir. Lakin son 10 ildә tәhsilin bu pillәsindә keyfiyyәt durmadan aşağı düşmüşdür. Bu müәssisәlәrin 70%-dәn çoxunda 2 vә 3 növbәli tәhsilin hәyata keçirilmәsi, maddi-texniki baza, tәdris proqramlarının dünya standartlarına cavab vermәmәsi, dәrslik çatışmazlığı, tәhsilin ideologiyalaşması, korrupsiya hallarının yayılması, müәllimlәrin bilik sәviyyәsinin getdikcә aşağı düşmәsi kimi amillәr keyfiyyәtin aşağı düşmәsindә mühüm rol oynayırlar.

Müstәqillik әldә etdikdәn sonra Azәrbaycanın ali mәktәblәrinin sayında da artım olmuşdur. Bu artım hәm dövlәt, hәm dә özәl ali mәktәblәr hesabınadır. 1993-cü ildәn bakalavr, 1997-ci ildәn isә magistr pillәsi üzrә ali tәhsil verәn müәssisәlәrimizin sayı hal hazırda 40-dan çoxdur. Lakin onların sadәcә 10-a yaxını Bakıdan kәnarda olan regionlarımızda fәaliyyәt göstәrir ki, bu da kifayәt qәdәr aşağı rәqәmdir. Digәr maraqlı fakt ondan ibarәtdir ki, ali mәktәblәrimizin sayı artsa da, statistika göstәrir ki, hәr 10000 nәfәrә düşәn tәlәbә sayı 1990-cı ildә olan 148 nәfәrdәn 2003-cü ildә 128 nәfәrә düşmüşdür. Bununla yanaşı ümumtәhsil mәktәblәrindә olduğunu qeyd etdiyimiz bir sıra mәnfi meyllәr ali mәktәblәrimizә dә aiddir vә bu tәhsilin keyfiyyәtinin aşağı düşmәsindә mühüm rol oynayır.

Elm infrastrukturu

Bütün zamanlarda istehsal-tәsәrrüfat fәaliyyәtinә mütәrәqqi yeniliklәri

tәtbiq edә bilәn ölkәlәr vә ya regionlar daha sәmәrәli iqtisadi münasibәtlәr sistemi qurmuş vә digәrlәrinә nisbәtәn daha sürәtlә inkişaf etmişlәr ki, bu da inkişaf etmiş elmin iqtisadiyyata tәtbiqi ilә mümkün olmuşdur. Post-indastrial cәmiyyәti dediyimiz indiki dövrdә isә bu mәsәlә daha aktualdır. Mәşhur amerikalı iqtisadçı Peter Druckerin sözlәri ilә ifadә etsәk “dünya artıq әmәktutumlu, materialtutumlu, enerjitutumlu deyil,

Page 20: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

20

elmtutumlu dünyadır”30. Lakin burada әsas prinsipial mәsәlә dә ondan ibarәtdir ki, hәr bir dövlәt bunu öz elmi potensialı sayәsindә hәyata keçirәrsә daha yüksәk vә uzunmüddәtli sәmәrәlilik әldә edә bilәr. Bu İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatının (OECD) araşdırmalarının birindә açıq şәkildә göstәrilir: “...Әslindә unutmaq olmaz ki, uzunmüddәti texnoloji üstünlüyә sahib olmaq yolunda idxal texnologiya, heç bir şәkildә ölkәnin özünün sağlam elmi tәmәli әsasında formalaşan innovasiya potensialının yerini tuta bilmәz. Әhәmiyyәtli olan “edәrәk öyrәnmәk” vә “araşdıraraq öyrәnmәk” yolu ilә “know-how”-nu mәnimsәmәkdir”31. Cәdvәl № 2: 1990-2003-cü illәr Azәrbaycanın elm infrastrukturu 1990 1995 1997 1998 1999 2000 2001 2002 2003 Elmi-tәdqiqat vә işlәmәlәri yerinә yetirәn tәşkilatların ümumi sayı: Bunlardan - ET tәşkilatları: - Konstruktor tәşkilatları: - Ali mәktәblәr: - Sair elmi xidmәt tәşkilatı:

152 87 16 17 32

146 108 11 22 5

- - - - -

135 95 10 25 5

137 95 12 25 5

137 95 12 25 5

137 96 11 25 5

131 92 9 25 5

138 95 6 30 7

ET işçilәrinin sayı: 25775 16926 - 15299 15678 15809 15929 16019 17190 Elmi xәrclәrin ÜDM-dә payı: - 0,4% - 0,2% 0,2% 0,2% 0,2% 0,2% 0,2% Elmi xәrclәrin büdcәdә payı: - 0,9% - 1,2% 1,2% 1,2% 1,2% 1,2% 1,3% Aspiranturalı müәssisәlәr: 64 84 - 83 81 83 84 83 86 Aspirantların sayı: 1340 1282 - 1218 907 963 982 1059 1178 Aspiranturadan buraxılış: Müdafiә edәrәk buraxılanlar:

369 47

339 33

- -

368 30

418 23

321 35

244 19

202 14

260 27

Doktoranturalı müәssisәlәr: 16 15 - 25 23 21 16 17 19 Doktorantların sayı: 36 38 - 83 55 47 40 58 57 Doktoranturadan buraxılış: Müdafiә edәrәk buraxılanlar:

7 3

5 -

- -

18 3

36 2

22 2

7 1

7 -

15 3

Azәrbaycan regionlarında elmin sәviyyәsi bütövlükdә ölkә elminin

acınacaqlı vәziyyәti fonunda qiymәtlәndirilә bilәr. İlk növbәdә onu qeyd edәk ki, Azәrbaycanın elmi potensialı әsasәn Bakı şәhәrindә cәmlәşdiyindәn regionlarda onun sәviyyәsindәn danışmaq mümkün deyil. Lakin yuxarıdakı cәdvәldәn dә görürük ki, 1990-cı illә müqayisәdә 2003-cü ildә elmi tәdqiqat tәşkilatlarının sayı 9%, elmi işçilәrin sayı isә 33% azalmışdır. Bundan başqa elmin aspirantura vә doktorantura pillәlәrindә olanların sayı artsa da, onların dissertasiya müdafiә etmә sәviyyәlәri xeyli aşağı düşmüşdür. Elmә çәkilәn xәrclәr isә ümumiyyәtlә çox simvolikdir vә İEO sәviyyәsindәn dәfәlәrlә aşağıdır. Son illәr yaranan digәr bir mәnfi meyl isә tәbii vә tәtbiqi

30 http://www.canaktan.org/yeni-trendler/yeni-ekonomi/ozlu-sozler-bilgi.htm; Derleyen Prof.Dr. Coşkun Can Aktan, “Bilgi Üzerine Özülü Sözler”; 31 “National Innovation Systems: Analytical Findings”, OECD/DSTI/STP/TIP, Working Group on Innovation and Technology Policy, (98)7/REV1;OLIS: 30 October 1998;

Page 21: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

21

ixtisaslar üzrә tәhsil alanlarımızın sayının azalmasıdır ki, bu da regionlarının әksәriyyәti aqrar sahә üzrә ixtisaslaşmış ölkәmiz üçün yaxşı hal deyil.

Sәhiyyә infrastrukturu

Sәhiyyә sistemi tәhsillә birgә ölkә iqtisadiyyatının mühüm amili sayılan

işçi qüvvәsinin tәkrar istehsalı vә onun rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Belә ki, yoxsulluqla mübarizә proqramının hazırlanması çәrçivәsindә regionlarımızda aparılan tәdqiqatlar belә bir nәticә ortaya qoymuşdur ki, yoxsulluq tәhsil vә sağlamlığın aşağı sәviyyәdә olduğu ailәlәrdә daha böyük miqyasdadır. Belә ki, sağlamlığı aşağı sәviyyәdә olan insan nә ailә, nә dә bütövlükdә ölkә iqtisadiyyatının inkişafına ciddi kömәklik edә bilmәyәcәkdir.

Cәdvәl № 3: 1990-2003-cü illәr Azәrbaycanın sәhiyyә infrastrukturu

1990 1995 1997 1998 1999 2000 2001 2002 2003 Hәr 10000 nәfәrә düşәn hәkim sayı: 38,7 38,4 37,3 36,4 36,1 36,5 36,3 36,5 36,4 Xәstәxana müәssisәlәri sayı: 731 768 759 746 739 735 735 738 734 Hәr 10000 nәfәrә çarpayı sayı: 99,9 98,1 93,3 91,6 89,9 87,8 86,0 85,0 83,6 Ambulator-poliklinika müәssisәlәri sayı: 1826 1779 1694 1630 1611 1614 1618 1603 1591 Qadın mәslәhәtxanaları vә uşaq ambu-latoriyalarının sayı:

1034

943

891

890

879

913

917

917

916

Müstәqil stomotoloji poliklinikalar: 42 48 47 49 48 49 48 44 44 Stomotoloji şöbәyә malik müәssisәlәr: 637 542 650 689 668 685 697 694 674 Tәcili yardım stansiyalarının sayı: 69 70 - 69 69 70 70 70 68 Ahıl vә yaşlıların internat evlәrinin sayı: 6 7 7 7 7 7 7 7 7

Azәrbaycanda әhalinin ömür müddәti göstәricisi hәlә dә orta dünya

sәviyyәsindәn yuxarı olsa da, sәhiyyәnin ümumi sәviyyәsindә son illәr xeyli gerilәmә olmuşdur. Statistik mәlumatlara nәzәr salsaq görürük ki, 2003-cü ildә 1990-cı illә müqayisәdә hәr 10000 nәfәrә düşәn hәkim sayı 6%, çarpayı sayı 16,3%, әhaliyә ambulator-poliklinika xidmәti göstәrәn müәssisәlәrin sayı 12,9%, qadın mәslәhәtxanaları vә uşaq ambulatoriyaları sayı 11,4% azalmışdır. Heç dә yetәrli sәviyyәdә olmayan tәcili yardım stansiyalarının sayında isә nәinki artım, hәtta azalma müşahidә edilmişdir. Bütün bunlar sәhiyyә infrastrukturunun ümumi vәziyyәtini göstәrәn meyllәrdir. Regional aspektdә qiymәtlәndirmәyә gәldikdә isә deyә bilәrik ki, bu gerilәmә regionlarda özünü daha ciddi şәkildә göstәrir. 2003-cü ilә olan bir sıra göstәricilәr dә ölkәdә sәhiyyә infrastrukturunun әsasәn Bakı şәhәrindә yerlәşdiyini ortaya qoyur. Belә ki, adı çәkilәn ildә ümumi hәkimlәrin sayının 56,7%-i, orta tibb işçilәri sayının 35,23%-i, xәstәxana çarpayıları sayının 31,52%-i, xәstәxana sayının 13,64%-i, ambulator müәssisәlәri sayının isә 11,74%-i Bakı şәhәrinin payına düşmüşdür. Regionlar isә nәinki infrastruktur baxımından, hәm dә sәhiyyә xidmәtinin

Page 22: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

22

keyfiyyәti baxımından da Bakı şәhәrindәn geridә qalır. Bu gün rayonlarda yaşayan hәr bir vәtәndaşımızın әn adi xәstәlik üzündәn Bakıya üz tutması dediklәrimizә sübut ola bilәr.

Mәdәniyyәt vә incәsәnәt infrastrukturu Bu sahә insanların asudә vaxtlarını sәmәrәli keçirmәlәri, onların mәnәvi

rifah halının yüksәldilmәsi vә millәtin uzun әsrlәrdәn bәri formalaşdırdığı mәdәni irsin qorunub saxlanılması baxımından çox әhәmiyyәtlidir vә bu bazar iqtisadiyyatı şәraitindә dövlәtin qayğı göstәrmәli olduğu әsas sahәlәrdәndir. Lakin qeyd etmәk lazımdır ki, keçid dövründә ictimai hәyatın bütün saәhәlәrindә yaşadığımız böhran mәdәniyyәtdә xüsusilә özünü göstәrmiş vә bu sahә dövlәtin qayğısından demәk olar ki, kәnarda qalmış vәziyyәtdәdir.

Cәdvәl № 4: 1990-2003-cü illәr Azәrbaycanın mәdәniyyәt vә incәsәnәt infrastrukturu 1990 1995 1997 1998 1999 2000 2001 2002 2003 Kütlәvi kitabxanaların ümumi sayı: Şәhәrlәr üzrә: Kәndlәr üzrә:

4605 708 3897

4794 735 4059

- - -

4522 710 3812

4382 658 3724

4374 660 3714

4152 639 3513

4131 657 3474

4124 661 3463

Klub muәssisәlәrinin ümumi sayı: Şәhәrlәr üzrә: Kәndlәr üzrә:

3680 529 3151

3677 503 3174

- - -

3537 495 3042

3372 427 2945

3354 432 2922

3091 411 2680

3077 418 2659

3066 407 2659

Muzeylәrin ümumi sayı: 124 145 - 152 153 155 156 159 159 Teatrların ümumi sayı: 20 26 - 26 26 27 27 27 27 Pulla film göstәrәn qurğular: Şәhәrlәr üzrә: Kәndlәr üzrә:

2164 661 1503

790 315 475

677 296 381

671 293 378

632 271 361

607 263 344

- -

- -

- -

Cәdvәl № 4-ün mәlumatlarından da görünür ki, ümumilikdә ölkә, elәcә

dә regionlar üzrә mәdәniyyәt infrastrukturunun inkişafında gerilәmәlәr olmuşdur. 2003-cü ildә 1990-cı illә müqayisәdә kütlәvi kitabxanaların ümumi sayı 10,5% azalmışdır ki, bu da şәhәrlәr üzrә 6,6%, kәndlәr üzrә isә 11,1%-dir. Klub müәssisәlәrinin sayında isә ümumi azalma 16,7% olduğu halda, bu rәqәm şәhәrәr üzrә 23%, kәndlәr üzrә isә 15,6%-dir. Film göstәrәn qurğuların ümumi sayında isә 1990-2000-ci illәr arasında 71,9% azalma olmuşdur ki, bu da şәhәrlәrdә 60,2%, kәndlәrdә isә 77,1% müşahidә olunub. Bu dövrdә yalnız muzey vә proffesional teatrların sayında nisbi artım qeydә alınmışdır. Lakin digәr mәdәniyyәt vә incәsәnәt müәssisәlәrindә olduğu kimi bu müәssisәlәrin dә xidmәtlәrindәn istifadә edәnlәrin sayı kәskin azalmışdır. Bu isә daha çox hәmin müәssisәlәrin göstәrdiyi xidmәtlәrin aşağı sәviyyәdә olmasından irәli gәlir.

Page 23: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

23

İdman vә turizm infrastrukturu Әhalinin sağlamlığının qorunub saxlanılması vә bәrpa edilmәsi, xüsusilә

turizm vasitәsilә ölkәnin maddi-mәdәni sәrvәtlәrinin dünyaya tanıdılması, regionlarının inkişaf etdirilmәsi, ölkәyә xarici valyuta axınının tәmin edilmәsi vә.s kimi mәsәlәlәrdә mühüm rol oynayan sosial sferanın bu sahәsi son illәrdә nisbi inkişafda olan nadir sahәlәrdәndir. Statistik mәlumatlardan da göründüyü kimi bu sahәnin әksәr infrastruktur növlәrindә inkişaf müşahidә edilir vә bu regionları da әhatә etmәkdәdir. Turizm müәssisәlәrinin inkişafı son bir neçә ilә tәsadüf etsә dә, onların göstәrdiyi xidmәtlәr dünya standartlarından kәnardadır. Bunun әsas sәbәblәrindәn biri ölkәmizin hәlә dә bir turizm zonası kimi dünyada tanınmamasından irәli gәlir vә nәticәdә xarici turistlәrin sayı da kifayәt qәdәr aşağıdır. Bunun әn әsas sәbәblәrindәn biri odur ki, Qafqaz dünyada qeyri-sabit region kimi tanınır. Statistik mәlumatların tәhlili dә göstәrir ki, ölkәyә gәlәn xarici turistlәrin böyük әksәriyyәti işgüzar mәqsәdlә sәfәr edәnlәrdir. Belәliklә, turizmdә tәlәbin aşağı olması turizm infrastrukturundan istifadә göstәricilәrinin dә aşağı olması ilә nәticәlәnir ki, bu da onların keyfiyyәt standartlarına әmәl etmә sәviyyәlәrini aşağı salır. Turizm infrastrukturunun inkişafı da Bakı şәhәrindә digәr regionlara nisbәtәn daha yüksәkdir. İstәr yüksәk sәviyyәli mehmanxanaların sayı, istәrsә dә onların tutumu vә istifadә göstәricilәri Bakı şәhәrindә digәr regionlara nisbәtәn çox yüksәkdir.

Cәdvәl № 5: 1995-2003-cü illәr Azәrbaycanın idman vә turizm infrastruktru 1995 1997 1998 1999 2000 2001 2002 2003 İdman qurğularının ümumi sayı: 6670 6885 7238 7864 7908 8129 8214 8940 Tribunaları 1,5 mindәn çox olan stadionlar:

62

82

82

75

75

75

75

66

Tribunaları 1,5 mindәn az olan stadionlar:

-

-

-

-

-

-

-

40

Kompleks idman qurğularının sayı: 316 455 433 522 549 553 558 561 Üzgüçülük hovuzlarının sayı: 41 40 40 37 37 38 38 43 Atıcılıq tirlәri: 243 273 276 323 314 314 314 312 Bәdәn tәrbiyәsilә mәşğul olanların sayı (min nәfәr):

394,1

353,4

329,6

352,6

355,2

400,5

410,3

539,6

Dövlәt sanatoriya vә istirahәt ocaqları: Onlarda çarpayıların sayı:

94 15097

88 14363

88 13220

88 13856

88 14477

88 14609

84 15163

84 14018

Dövlәt turist bazalarının sayı: Onlarda yerlәrin sayı:

29 1846

27 1461

27 1461

27 1533

27 2364

27 2433

27 2069

27 2384

Mehmanxana, motel vә yataqxana: Onlardan mehmanxanalar: Bütün nömrәlәrin sayı:

- - -

- - -

- - -

- - -

- - -

93 87 5259

94 88 5300

96 91 5034

Page 24: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

24

Rabitә infrastrukturu Sosial-iqtisadi münasibәtlәrin inkişafı vә sәmәrәlәşdirilmәsindә mühüm

rol oynayan rabitә xidmәtlәri son 10 ildә sosial infrastrukturun әn yüksәk inkişaf etdiyi sahәdir. Statistik mәlumatlara nәzәr saldıqda görürük ki, bәzi infrastruktur obyektlәrinin sayında azalma müşahidә edilmişdir. Lakin bu daha çox hәmin sahәdә ETT yüksәk inkişaf etmәsi hesabına yaranmışdır. Bu gün istәr Bakı şәhәri, istәrsә dә regionlarda müasir rabitә xidmәtlәri geniş yayılmaqdadır. Bunlara xüsusilә dә internet vә mobil rabitә xidmәtlәrini göstәrmәk olar. Cәdvәl № 6 : 1990-2003-cü illәr Azәrbaycanın rabitә infrastrukturu 1990 1995 1999 2000 2001 2002 2003 Müştәrilәrә xidmәt göstәrәn rabitә müәssisәlәrinin vә onların bölmәlәrinin sayı: O cümlәdәn kәnd yerlәrindә:

1821 1440

1794 1440

1546 1396

1352 1041

1275 944

1272 997

1311 1010

Telefon stansiyalarının sayı: O cümlәdәn kәnd yerlәrindә:

1152 982

1039 859

996 801

1031 818

1072 841

1108 854

1151 861

Telefon aparatlarının sayı (taksafonlarla birgә) min әdәd: O cümlәdәn kәnd yerlәrindә:

648,9 130,3

656,5 117,3

744,4 118,8

807,2 129,9

870,7 144,2

929,4 156,2

947,5 150,7

Әhalinin hәr min nәfәrinә düşәn telefon aparatı: 90 85 93 100 107 114 115 Mobil telefon abunәçilәri sayı (min әdәd): - 2,4 162 430,8 644,3 794,2 1057,1 Televiziya vericilәri sayı: 472 257 218 238 339 319 384 Radyostansiya nöqtәlәrinin sayı: 883,1 441,7 73,6 43,4 31,6 29,9 29,7

Bununla yanaşı әn acınacaqlı vәziyyәtin TV xidmәti sahәsindә

olduğunu görürük. Әvvәla, xüsusilә dә regionlar sәviyyәsindә Azәrbaycanın televiziya mәkanı daim xarici ölkә TV-lәrinin müdaxilәlәrinә mәruz qalmaqdadır. İkincisi isә mövcud TV yayınlarımız istәr say baxımından, istәr bu vә ya digәr sosial-iqtisadi maraq daşıyıcılarına istiqamәtlәnәn müxtәliflik baxımından, istәrsә dә yayınların keyfiyyәti baxımından çox geridә qalmaqdadır. Bu isә vәtәndaşlarımızın öz informasiya tәlәbatlarını digәr ölkә TV-lәri hesabına ödәmәsi ilә nәticәlәnir ki, bu da sütunları hәlә bәrkimәmiş gәnc müstәqil dövlәt üçün yaxşı hal hesab edilә bilmәz.

Belәliklә, yuxarıda sosial infrastrukturun әsas istiqamәtlәrinә nәzәr salmaqla ümumi şәkildә belә bir nәticәyә gәlmәk olur ki, son 10 ildә bu sahәdә gerilәmә olmuş, baş verәn bәzi inkişaf meyllәri dә daha çox istehsal-iqtisadi potensialın tәmәrgüzlәşdiyi Bakı vә әtraf әrazilәrini әhatә etmişdir. Nәticәdә ölkәnin Bakı xaricindә böyük bir hissәsini әhatә edәn regionlar sosial infrastruktur xidmәtlәri baxımından tәnәzzül dövrünü yaşamışlar. Bunun aradan qaldırılması üçünsә yüksәk sәviyyәdә işlәnib hazırlanmış regional strategiya çәrçivәsindә kompleks tәdbirlәrin hәyata keçirilmәsi zәruridir. Son 1-2 ildә Azәrbaycan hökumәtinin bu sahәdә müәyyәn addımlar atmaq istәyi müşahidә olunmaqdadır.

Page 25: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

25

III.Regionlarda sosial infrastrukturun inkişaf etdirilmәsi imkanları

3.1 Sosial infrastrukturun inkişaf etdirilmәsi istiqamәtlәri

Azәrbaycan Respublikası XXI әsrin ilk illәrindәn başlayaraq istәr neft gәlirlәri, istәrsә dә bu sahә ilә bağlı ölkәyә daxil olan xarici investisiyalar hesabına böyük iqtisadi artım potensialı әldә etmişdir. Lakin bu dövrlәrdә hәm dövlәt, hәm dә cәmiyyәt olaraq qarşımızda duran әsas problem әldә edilәn bu sürәtli artım tempini kompleks iqtisadi inkişafa çevirmәkdir. Bu yolda atılan әn mühüm addım isә mövcud maliyyә imkanlarından sosial inkişaf, xüsusilә sosial infrastrukturun inkişafı istiqamәtindә istifadә etmәkdir. 2003-cü ildәn başlayaraq “Yoxsulluğun azaldılması vә iqtisadi inkişaf”, “Regionların sosial-iqtisadi inkişafı” kimi dövlәt proqramlarnın qәbul edilmәsi Azәrbaycan hökumәtinin dә bu sahәdә müәyyәn tәdbirlәr görmәk istәyini ortaya qoyur.

Sosial sahәnin inkişaf etdirilmәsi yolunda görülәcәk ilkin tәdbirlәr infrastruktur imkanlarının yaxşılaşdırılması ilә bağlıdır. Bu isә nәinki yeni sosial obyektlәrin inşası vә ya tәmir olunması, hәm dә onların fәaliyyәtinin sәmәrәlәşdirilmәsi vә xidmәt standartlarının yüksәldilmәsi mәsәlәlәrinin hәllini tәlәb edir. Bu mәqsәdlә sosial infrastrukturun bütün sahәlәri dәrin islahatlara mәruz qalmalıdır.

Kompleks sosial inkişafa nail olmaq ilk növbәdә inkişafın regional aspektlәrinә diqqәti artırmaqla hәyata keçirilmәlidir. Bunun üçün regionların sosial ehtiyacları vә sosial inkişaf imkanları elmi şәkildә qiymәtlәndirilmәli vә zәruri tәdbirlәr hәyata keçirilmәlidir.

Regionlarda sosial inkişafın tәmin edilmәsi böyük ölçüdә sosial infrastrukturun inkişafından asılıdır. Bu sahәyә qoyulan investisiyalar sosial infrastruktur xidmәtlәrinin intensivlәşmәsi vә keyfiyyәt göstәricilәrinin artmasına sәbәb olacaq ki, bu da regionlarda inkişafın әsas hәrәkәtverici qüvvәsi olan insan kapitalının artması ilә nәticәlәnәcәkdir. Yüksәk insan kapitalı isә daha yüksәk gәlir, başqa sözlә daha az yoxsulluq demәkdir.

Sosial inkişafın tәmin edilmәsindә dövlәt büdcәsinin, başqa sözlә ictimai fondların rolu artırılmalıdır. Belә ki, sosial sfera müәssisәlәrinin xidmәtlәri әsasәn ictimai xarakter daşıdığından özәl sahibkarlıq üçün az cәzbedicidir. Mәhz bunu nәzәrә alaraq Azәrbaycan hökumәti irәlidәki illәr әrzindә dövlәt investisiyalarının әsas istiqamәtini belә müәyyәnlәşdirmişdir: “İnvestisiya siyasәtindә dövlәt investisiyalarının әsasәn regionların infrastruktur vә kommunal xidmәt tәminatının yaxşılaşdırılmasına, sosial obyektlәrin inşasına yönәldilmәsi әsas hәdәf olacaqdır.”32Buna baxmayaraq özәl investisiyalar da bu sahәlәrә

32 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki şafı dövlət proqramı (2004 - 2008)”, Bakı-2004, səhfə: 15; Tam mətn üçün bax: www.economy.gov.az;

Page 26: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

26

cәlb edilmәlidir. Xüsusilә tam tәsәrrüfat hesablı müәssisәlәrin özәl bölmә tәrәfindәn yaradılması vә idarә olunmasına şәrait yaradılmalıdır. Bundan başqa tәhsil, mәdәniyyәt vә incәsәnәt kimi sahәlәrdә özәl bölmәnin xeyriyyәçilik fәaliyyәtlәri dövlәt tәrәfindәn tәşviq edilmәlidir. Sosial infrastrukturun inkişafının maliyyәlәşdirilmәsi yolunda digәr bir addım da istәr bәlәdiyyәlәr çәrçivәsindә, istәrsә dә müstәqil şәkildә xeyriyyә fondlarının yaradılması vә onların fәaliyyәtinin genişlәndirilmәsinә yardım etmәkdir. Xüsusilә dә türk-islam tarixindә sosial sahәlәrin inkişafında mühüm rol oynayan möhtәşәm vәqfçilik әnәnәlәrinin yenidәn bәrpa edilmәsi vә geniş tәbliğ edilmәsi zәruridir.

Sosial infrastruktur xidmәtlәri daha çox birbaşa insan kapitalına istiqamәtlәndiyindәn vә bu sahәlәr kifayәt qәdәr әmәktutumlu olduğundan belә müәssisәlәrin yaradılması prossesindә hәm kadrların yüksәk ixtisasına fikir verilmәli, hәm dә onların mәhsuldarlıq göstәricilәrinә diqqәt artırılmalıdır.

Sosial xidmәtlәrin intensivliyi vә keyfiyyәt göstәricilәrinin artırılması tәtbiq olunan texologiyadan kifayәt qәdәr asılı olduğundan belә obyektlәrin yaradılması zamanı bu mәsәlәyә xüsusi diqqәt yetirilmәlidir. Mәs. indiki dövrdә tәhsil, sәhiyyә vә.s kimi sosial infrastruktur obyektlәrindә kompüter texnologiyalarından istifadәnin xidmәt sәviyyәsini nә qәdәr yüksәltdiyi göz qabağındadır.

Regionlarda iqtisadi aktivliyin yüksәldilmәsi, sosial-iqtisadi vәziyyәtin yaxşılaşdırılması onların daha çox mәnimsәnilmәsini zәruri edir ki, bu da nәqliyyat vә rabitә infrastrukturunun inkişaf etdirilmәsini prioritetә çevirir. Xüsusilә dә, ölkәmiz beynәlxalq nәqliyyat vә kommunikasiya şәbәkәsi üzәrindә yerlәşir vә bu amildәn daha yaxşı istifadә edә bilmәyimiz üçün ilk növbәdә nәqliyyat-rabitә infrastrukturumuzu beynәlxalq tәlәblәrә cavab verә bilәcәk sәviyyәyә qaldırmağa çalışmalıyıq.

Regionların sosial-iqtisadi inkişafında digәr mühüm amil dә mәnzil-kommunal xidmәtlәrinin yaxşılaşdırılması, xüsusilә dә qaz vә işıq kimi enerji növlәrinә olan tәlәbatların ödәnilmәsidir. Bu gün Azәrbaycan regionlarının böyük әksәriyyәtindә ciddi enerji problemlәri var vә bu da sosial-iqtisadi hәyatı iflic vәziyyәtә qoyur. Bu baxımdan mәnzil-kommunal xidmәtlәri sektorunda ciddi struktur islahatları vә investisiya qoyuluşlarına ehtiyac vardır.

Regionlarda turizm infrastrukturunun inkişaf etdirilmәsi dә mühüm әhәmiyyәt kәsb edir. Elә dә yüksәk kapital qoyuluşları tәlәb etmәyәn turizm sektoru birbaşa regionlarla bağlı olduğundan onun inkişaf etdirilmәsi regionların sosial-iqtisadi inkişafında böyük rol oynaya bilәr.

Belәliklә, әsas istiqamәtlәrini yuxarıda göstәrdiyimiz sosial infrastruktur inkişafı daha çox dövlәtin hәyata keçirmәli olduğu mәqsәdli tәdbirlәrdәn asılıdır vә növbәti bölmәdә Azәrbaycan hökumәtnin bu sahәdәki strategiyalarına toxunacağıq.

Page 27: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

27

3.2 Azәrbaycan hökumәtinin proqramlarında sosial infrastrukturun inkişaf etdirilmәsinin regional aspektlәri

Qeyd etiyimiz kimi artıq bir neçә ildir ki, Azәrbaycan hökumәti iqtisadiyyatda әldә edilәn sürәtli artımın kompleks inkişafa çevrilmәsi yönündә müәyyәn addımlar atmağa çalışır vә bu sahәdә әsas diqqәt regionlara yönәldilmişdir. Bu istiqamәtdә görülәcәk tәdbirlәr әsasәn biri yoxsulluğun azaldılması, digәri isә regionların inkişafı ilә bağlı qәbul edilmiş iki mühüm proqram çәrçivәsindә hәyata keçirilir. İstәr 2003-2005-ci illәri әhatә edәn yoxsulluqla bağlı proqramda, istәrsә dә 2004-2008-ci illәri әhatә edәn regional inkişafla bağlı proqramda sosial sferanın inkişafı, xüsusilә dә onun infrastruktur tәminatı ilә bağlı bir sıra tәdbirlәr nәzәrdә tutulmuşdur ki, onları da sosial sferanın sahәlәri üzrә aşağıdakı kimi ümumilәşdirә bilәrik:

Tәhsil Tәhsil sektorunda islahatlarla bağlı hәlә 1998-ci ildә İslahatlar üzrә

Dövlәt Komissiyası yaradılmış, İslahatlar Proqramı hazırlanaraq 1999-cu ilin iyun ayında tәstiq edilmiş vә 1999/2000-ci il tәdris ilindәn hәyata keçirilmәyә başlanmışdır. Bu vә digәr proqramlara әsasәn önümüzdәki illәrdә tәhsildәki islahatların ümumi starteji mәqsәdlәri aşağıdakılardır33:

� Keyfiyyәtli tәhsil әldә etmәk sahәsindә bәrabәrliyin tәmin edilmәsi, o cümlәdәn şәhәr vә kәnd yerlәrindә tәhsilin keyfiyyәtindә mövcud olan fәrqlәrin aradan qaldrılması;

� Tәhsilin mәzmununa yenidәn baxılması vә tәdris metodlarının müasirliyinin tәmin edilmәsi;

� Mәhsuldarlığın qiymәtlәndirilmәsinә әsaslanaraq, әmәk haqlarının artırılması vә mükafatlar sistemi vasitәsilә müәllimlәrin daha da hәvәslәndirilmәsi;

� Peşә tәhsilinin bazar iqtisadiyyatına müvafiq ixtisaslar vermәsinin tәmin edilmәsi; Bu mәqsәdlәri hәyata keçirmәk üçün kompleks tәdbirlәrin hәyata

keçirilmәsi nәzәrdә tutulmuşdur. Onlar arasında 2003-cü il üzrә 1-5-ci sinif şagirdlәrinin, 2005-ci ilәdәk isә 1-11-ci siniflәrin pulsuz dәrsliklәrlә tәmin edilmәsi, 2005-ci ilәdәk 1296, 844, 694, 422 vә 300 şagirdlik, 8-i Bakıda, 20-i regionlarda olmaqla 28 orta mәktәbin tikilmәsi, 100-ü Bakı, 100-ü regionlarda olmaqla 200 ümumtәhsil mktәbinin tәmir olunması, 2008-ci ilәdәk ümumtәhsil mәktәblrinin 10 illik kompüter texnologiyası ilә tәchizi proqramının hazırlanaraq hәyata keçirilmәsi, regionlarda rayon sәviyyәsindә

33 “Yoxsulluğun azaldılması və iqtisadi inki şaf dövlət proqramı (2003-2005)”, Bakı-2003, səhfə: 83; Tam mətn üçün bax: www.economy.gov.az ;

Page 28: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

28

yoxsul ailәlәrә kömәk mәqsәdilә hәmin ailәlәrdәn olan uşaqların mәktәbә getmәsi üçün onları geyim vә zәruri dәrs lәvazimatı ilә tәmin edәcәk Xüsusi Yardım Fondunun yaradılması, mәktәbәqәdәr tәhsil әldә etmәk üzrә bәrabәr imkanların tәmin edilmәsi mәqsәdilә alternativ instutsional, ailә vә icma tipli mәrkәzlәrin yaradılması vasitәsilә erkәn uşaqlığa qayğı vә onun inkişafının tәkmillәşdirilmәsi kimi tәdbirlәr xüsusilә seçilir.

Elm Elm sahәsindә ümumi tәdbirlәrin görülmәsilә yanaşı regionlar

istiqamәtindә görülәcәk tәdbirlәrin әsas istiqamәti bütün elm sahәlәrinin, xüsusilә dә aqrar elm sahәlәrinin inkişaf etdirilmәsi, bu sahәdәki elmi tәdqiqat vә layihә institutlarının faәliyyәtinin regionlardakı tәsәrrüfat strukturları ilә әlaqәlәndirilmәsindәn ibarәt olacaqdır34.

Sәhiyyә

Hәlә 1998-ci ildә sәhiyyә sektorunda islahatların tәşkili vә hәyata keçirilmәsi ilә bağlı Dövlәt Komissiyası yaradılmış, 1999-cu ildә isә islahatlar ilә bağlı konsepsiya sәnәdi qәbul edilmişdir. Hәmin sәnәdә әsasәn islahatlar iki strateji istiqamәt üzrә hәyata keçirilir:

� İlkin tibbi xidmәtin genişlәndirilmәsi: Sovet dövründә stasionar tibbi xidmәtlәrә üstünlük verilәrәk xәstәxanaların tikilmәsi vә çarpayı sayının artırılmasına çalışılmışdır. Lakin hal-hazırda әhali, xüsusilә regionlarda yaşayan yoxsul әhali әsasәn yolxucu xәstәliklәrdәn әziyyәt çәkir. Bu tip xәstәliklәrin müalicәsinin әn yaxşı yolu isә onların ambulatoriyalar şәraitindә profilaktikasıdır. Buna görә dә qarşıdakı illәrdә әsas diqqәt keyfiyyәtli vә hamının әldә edә bilәcәyi ilkin tibbi xidmәtin genişlәndirilmәsidir. Son 3 ildә BMTUF vә DB-nın dәstәyilә Sәhiyyә Nazirliyi 5 rayonda İlkin Sәhiyyә Xidmәti layihәsini hәyata keçirmişdir;

� Rentabelli tibbi xidmәtlәrin genişlәndirilmәsi: Bura әhalinin sağlamlıq vәziyyәtinin yaxşılaşdırılmasında sәmәrәliliyi tәsdiq olunmuş vә nisbәtәn az xәrc tәlәb edәn maariflәndirmә kompaniyaları, tәkmillәşdirilmiş immunlaşdırma proqramları, duzun yodlaşdırılması kimi proqramların hәyata keçirilmәsi tәdbirlәri aiddir; Bunlarla yanaşı qarşıdakı illәrdә bir sıra regionlarda müxtәlif növlü tibb

müәssisәlәrinin tikintisi, artıq işçi vә çarpayı sayının azaldılması vasitәsilә ambulator ilkin tibbi xidmәtlәrin genişlәndirilmәsi, icma, sәhiyyә şuralarının yaradılması, icmalar üzrә dәrman preparatları fondunun yaradılması,

34 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki şafı dövlət proqramı (2004 - 2008)”, Bakı-2004, səhfə: 17;

Page 29: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

29

sığortalı sәhiyyә sisteminin genişlәndirilmәsi vә.s kimi tәdbirlәr nәzәrdә tutulmuşdur.

Mәdәniyyәt vә incәsәnәt Ölkәnin mәdәni sәrvәtlәrinin qorunub saxlanılması, inkişaf etdirilmәsi

vә regionlarda yaşayan әhalinin sosial tәcridolunma sәviyyәsinin aşağı salınması mәqsәdilә aşağıdakı istiqamәtlәrdә tәdbirlәrin görülmәsi nәzәrdә tutulmuşdur:

� Mәdәniyyәt vә incәsәnәt müәssisәlәrinin maddi-texniki vә informasiya infrastrukturunun inkişaf etdirilmәsi (regionlarda mәdәniyyәt vә incәsәnәt müәssisәlәrinin bәrpa olunması, dövlәt kitbxanalarının modernlәşdirilmәsi, Rspublika Korlar Kitabxanasının maddi-texniki bazasının yaxşılaşdırılması, kino infrastrukturunun qurulması vә.s);

� Mәdәniyyәt işçilәrinin әmәk haqlarının yüksәldilmәsi vә onların sosial tәminatının yaxşılaşdırılması;

� Yoxsul әhalinin mәdәniyyәt vә incәsәnәt obyektlәrindәn әlverişli şәrtlәrlә istifadәsinin tәmin edilmәsi;

� İstirahәt parklarının infrastrukturunun genişlәndirilmәsi; � Mәdәniyyәt vә incәsәnәt sahәsinin inkişafında özәl bölmәnin rolunun

güclәndirilmәsi;

İdman vә turizm Regionlarda yoxsulluğun azaldılması vә sosial-iqtisadi inkişafın

sürәtlәndirilmәsindә idman vә turizmin rolunu nәzәrә alaraq hökümәt bu sahәdә aşağıdakı tәdbirlәrin görülmәsini nәzәrdә tutmuşdur:

� İlk növbәdә infrastruktur sahәlәrinә investisiyalar artırılaraq idman vә turizmin inkişafına münbit şәrait yaradılacaq;

� İdman-turizm obyektlәri şәbәkәsi yenidәn qurularaq genişlәndirilәcәk. Bu mәqsәdlә 2004-cü ilin sonunadәk Bakı, Şәki, Qazax, Lәnkәran, Şamaxı, Naxçıvan, Quba vә Nabranda turizmin informasiya-tәbliğat, reklam vә әlaqәlәndirmә mәrkәzlәrinin qurulması, Şüvәlanda Respublika Uşaq İstirahәt Mәrkәzinin tәmiri, Nabranda Respublika Olimpiya İdman Litseyinin idman-sağlamlıq bazasının tәmiri, Respublika Olimpiya Mәrkәzinin tәmiri, Mingәçevir Avarçәkmә Mәrkәzinin fәaliyyәtinin bәrpası, rayonlarda İdman-Gәnclәr mәktәbinin tәchizatının yaxşılaşdırılması, Olimpiya İdman Mәrkәzlәrinin tikintisi vә.s kimi tәdbirlәrin görülmәsi nәzәrdә tutulmuşdur;

� Gәnclәr üçün idman mәrkәzlәrindәn istifadә imkanları yaxşılaşdırılacaq; � Regionlarda idman vә turizm mütәxәssislәrinin hazırlanması mәqsәdilә

kursların açılması tәşviq edilәcәk;

Page 30: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

30

� Qusar, Quba, Şamaxı, Şәki, İsmayıllı, Lәnkәran, Gәncә, Xızı, Lerik, Masallı, Zaqatala, Xaçmaz, Qazax, Qәbәlә vә Oğuzda ekoloji vә kәnd turizmi tәşkil edilәcәkdir;

� Turizmin inkişafına yardım edәn mәdәniyyәt vә incәsәnәt dәyәrlilәri ortaya çıxarılaraq bәrpa olunacaq;

� Xarici türistlәr üçün әlverişli şәrait yaradılacaq, xüsusilә onların viza rejimi sadәlәşdirilәcәkdir; Belәliklә, yuxarıda göstәriyimiz bir sıra sosial tәdbirlәr vә proqramlarda

nәzәrdә tutulmuş digәr istehsal-iqtisadi xarakterli tәdbirlәr normal şәkildә hәyata keçirilәrsә Azәrbaycan hökumәtinin proqnozuna görә 2008-ci ilәdәk (başqa sözlә indiki hökumәtin 5 illik fәaliyyәt müddәti başa çatanadәk) ÜDM 2,3 dәfә artaraq adambaşına 1578 $, qeyri-dövlәt sektorunun ÜDM-dәki payı 85% tәşkil edәcәkdir. Bununla yanaşı hәmin dövrdә kәnd tәsәrrüfatı istehsalının real artımı 62,5% tәşkil edәcәk, bütün mәnbәlәr üzrә investisiya qoyuluşlarının hәcmi 16,8 mlrd.$ çatacaq ki, bunun da tәxminәn 60%-i regionlara yönәlәcәk, 600 min iş yeri yaradılacaq vә orta aylıq әmәk haqqı 3,1 dәfә artırılacaqdır.35

35 35 “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki şafı dövlət proqramı (2004 - 2008)”, Bakı-2004, səhfə: 17;

Page 31: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

31

Nәticә vә tәkliflәr

� Mövzunun araşdırılması zamanı belә bir nәticәyә gәlirik ki, regional inkişafla bağlı kifayәt qәdәr zәngin nәzәriyyә vә tәcrübә mövcuddur. Azәrbaycan iqtisadi siyasәtini formalaşdıran orqanların bunları әtraflı şәkildә araşdırması vә Azәrbaycanın mövcud vәziyyәtinә әn çox uyğun gәlәn startegiya vә metodları işlәyib hazırlayaraq tәtbiq etmәsi zәruridir. Tәәssüf ki, mövcud regional inkişaf strategiyamız bu baxımdan istәnilәn sәviyyәdә deyil;

� Azәrbaycan regional inkişaf baxımından hal-hazırda Bakı şәhәrinә әsaslanan tәkmәrkәzli regional inkişaf sisteminә malikdir. Fikrimizcә bundan sonra iqtisadi siyasәtin әsas istiqamәti tәkmәrkәzli inkişaf modelindәn çoxmәrkәzli inkişaf modelinә keçmәk olmalıdır. Belә ki, hәr regionda Bakı şәhәrinә bәnzәr inkişaf mәrkәzlәri yaradılmalıdır ki, zaman keçdikcә bu mәrkәzlәr hәmin regionun inkişafında lokomotiv rolunu oynaya bilsinlәr. Bu hәm dә resursların sәmәrәsiz yerә sәrf edilmәsinin qarşısını da böyük miqyasda ala bilәcәkdir;

� Regionlarda dövlәtin maliyyә-investisiya siyasәtinin әsas istiqamәti ilkin dövr üçün daha çox infrastruktur sahәlәrinә yönәldilmәlidir. Burada sosial ifrastruktur әsas yer tutmalıdır vә xüsusilә dövlәt investisiyaları әsasәn sosial infrastruktur vә kommunal xidmәt sahәlәrinә yönәldimәlidir. Çünki bu sahә daha çox ictimai xarakter daşıdığından ilkin dövrlәrdә özәl sektor üçün cәzbedici olmayacaqdır;

� Azәrbaycan hökumәtinin regional inkişaf strategiyasında hәlә Sovet dövründәn qalma “hәr rayona, hәr mәhәllәyә bir obyekt” prinsipinin tәsiri özünü göstәrmәkdәdir. Әslindә isә qoyulan hәr bir investisiya yerli ehtiyacları nәzәrә almaqla, investisiyaların bir-birini tamamlama prinsipini, hәmin region üçün daha yüksәk multiplikativ effekt tәmin etmәsi prinsipini gözlәmәklә hәyata keçirilmәlidir. Әks halda hәmin obyektlәr region insanının sosial-iqtisadi rifah halının yüksәldilmәsindә güclü rol oynaya bilmәyәcәk vә resurların sәmәrәsiz yerә sәrf edilmәsi qaçılmaz olacaqdır. Xüsusilә bir-birindәn çox da uzaq olmyan hәr bir rayonda kifayәt qәdәr yüksәk investisiya tәlәb edәn vә buna müqabil kifayәt qәdәr az iş yeri tәmin edәn idman komplekslәrinin tikilmәsi bu qәbildәn sayıla bilәr. İlkin dövrlәrdә, maliyyә ehtiyatlarının mәhdud olduğu dövrlәrdә hökumәtin belә az sәmәrәli layihәlәrdәn qaçması zәruridir;

� Son olaraq onu qeyd edәk ki, Azәrbaycan hökumәtinin regional iqtisadi inkişaf strategiyası bir sıra qüsurlara malik olsa belә, mövcud proqramların doğru düzgün hәyata keçirilmәsi nәticәsindә kifayәt qәdәr irәlilәyişlәr әldә etmәk mümkündür. Bunun üçünsә güclü siyasi iradә, sәmәrәli insutsional struktur vә şәffaf, korrupsiyadan uzaq bir bürokratiaya sisteminin olması qaçılmazdır;

Page 32: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

32

İstifadә olunan mәnbәlәr Dәrslik vә monoqrafiyalar:

1. Hikmәt Hacızadә, “Demokratiya: Gedilәsi uzun bir yol”, Bakı-2001; 2. Perloff, M.S. “Regional Studies at U.S. Universities”, A Survey of Regionally

Driented Research and Graduate Ed, Activities, Washington D.C. 1957; 3. M.M.Mahmudov, İ.M. Mahmudova, “Region iqtisadiyyatının tәnzimlәnmәsi”,

Bakı – 2001; 4. Tanju Polatkan, “Bölgesel Gelişme Politikası”, DPT Yayınları, No: 560, Ankara

1968; 5. Mustafa Erkal, “Bölge Açısından Az gelişmişlik”, Boğaziçi yayınları, İstanbul

1982; 6. Frank J.B Stilwell, “Bölgesel İktisat Politikası”, Akbank Kültür Yayınları,

İstanbul 1980; 7. P.N. Rosenstein-Rodan, “Doğu ve Güneydoğu Avrupanın Sanayileşme

Problemleri”, İktisadi Büyüme ve Gelişme Seçme Yazıları, İstanbul Üniversitesi Yayınları, İstanbul 1966;

8. Hollis Chenery, “The Role of Industrialization in Development Programmes”, The Economics of Underdevelopment, Ed: A.N. Agarwala and S.P. Sing, Oxford University Press;

9. John Friedmann, “Regional Development Policy, A case study of Venezuela”, Massachussetts London, The MIT press 1966;

10. Thomas Morgan, “Growth Pole Theory: An examination of some of its basic concepts”, Growth Centers in Regional Economic Development, Edited by Niles M. Hansen, New York 1972;

11. Lyloyd Rodwin, “Urban Growth Strategies Reconsidered”, Growth Centers in Regional Economic Development, Edited by Niles M. Hansen, New York 1972;

12. L. Needleman, “Regional Analysis”, Penguin Books, Middlesex, 1968; 13. Pappans, James, Hirschey, Mark, “Managerial Economics”, Sixth Ed. Dryden

Press, Chicago 1990; 14. Peter Nijkamp, “Handbooks of Regional and Urban Economics”, Vol:1,

Elsevier Science Publisher, North-Holland, 1986; 15. F.P.Rәhmanov, “Sosial sfera keçid iqtisadiyyatı şәraitindә”, Bakı-Gәnclik-

2002; 16. Rövşәn Rasimoğlu, “Qloballaşan iqtisadiyyat Azәrbaycan prizmasında”,

Bakı-2002; 17. H.Ә. Allahverdiyev, K.S. Qafarov, Ә.M. Әhmәdov, “İqtisadiyyatın Dövlәt

Tәnzimlәnmәsi”, Dәrslik, Nasir nәşriyyatı, Bakı-2002;

Mәqalәlәr:

1. Cengiz Yavilioğlu, Başbakanlık Özelleştirme İdaresi Başkanlığı, “Geri Kalmışlık Olgusu ve Ekonomistik Kalkınma Teorileri (Eleştirel bir Yaklaşım)”, Cumhuriyyet Üniversitesi İktisadi ve İdari Bilimler Dergisi, Cilt 3, Sayı 2, 2002;

2. L.M. Hartman, D. Seckler, “Towards the Application of Dynamic Growth Theory of Regions”, Journal of Regional Science, Vol:6, 1967;

Page 33: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

33

3. A.J Kondonassis, A.G. Mallaris and T.O. Okediji, “Swings of The Pendulum: A review of Theory and Practice in Development Economics”, American Economist, Vol.44, Issue 1, Spring 2000;

4. Yrd.Doç.Dr. Ertuğrul Deliktaş, “Beşeri Sermaye ve Modern Ekonomik Büyüme”, Başak Ekonomi Dergisi, www.basakekonomi.com.tr/arsiv/sermaye.html ;

Rәsmi sәnәdlәr vә raportlar:

1. Devlet Planlama Teşkilatı, “Bölgesel Gelişme Özel İhtisas Komisyonu

Raporu”, VIII Beş Yıllık Kalkınma Planı, DPT: 2502 – ÖİK: 523, Ankara, Nisan 2000;

2. “AR Yoxsulluğun azaldılması vә iqtisadi inkişaf üzrә dövlәt proqramı (2003-2005)”, Bakı-2003;

3. “National Innovation Systems: Analytical Findings”, OECD/DSTI/STP/TIP, Working Group on Innovation and Technology Policy, (98)7/REV1;OLIS: 30 October 1998;

4. “Azәrbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlәt proqramı (2004 - 2008)”, Bakı-2004;

5. “Azәrbaycan Respublikası Statistik Göstәricilәri 2004”, Azәrbaycan Dövlәt Statistika Komitәsi, Bakı-2004;

WEB Saytları:

1. http://www.economy.gov.az – AR İqtisadi İnkişaf Nazirliyinin rәsmi web ünvanı; 2. http://www.nba.az – AR Milli Bankının rәsmi web ünvanı; 3. http://www.meclis.gov.az – AR Milli Mәclisinin rәsmi web ünvanı; 4. http://www.president.gov.az – AR Prezident Aparatının rәsmi web ünvanı; 5. http://www.azstat.org – Azәrbaycan Dövlәt Statistika Komitәsinin rәsmi web

ünvanı; 6. http://www.tqdk.gov.az – Tәlәbә Qәbulu Üzrә Dövlәt Komissiyasının rәsmi web

ünvanı; 7. http://www.min.edu.az – AR Tәhsil Nazirliyinin rәsmi web ünvanı; 8. http://www.justice.gov.az – AR Әdliyyә Nazirliyinin rәsmi web ünvanı; 9. http://www.sspf.gov.az – AR Dövlәt Sosial Müdafiә Fondunun rәsmi web ünvanı;

10. http://www.maliyye.gov.az – AR Maliyyә Nazirliyinin rәsmi web ünvanı; 11. http://www.mys.azeri.com – AR Gәnclәr, İdman vә Turizm Nazirliyinin rәsmi web

ünvanı; 12. http://www.mednet.az – AR Sәhiyyә Nazirliyinin rәsmi web ünvanı; 13. http://mlspp.gov.az – AR Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyinin rәsmi

web ünvanı; 14. http://www.culture.az – AR Mәdәniyyәt Nazirliyinin rәsmi web ünvanı; 15. http://www.mincom.gov.az – AR Rabitә vә İnformasiya Texnologiyaları

Nazirliyinin rәsmi web ünvanı; 16. http://www.az-customs.net – AR Dövlәt Gömrük Komitәsinin rәsmi web ünvanı; 17. http://eco.gov.az – AR Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin rәsmi web

ünvanı; 18. http://www.un-az.org – BMT Azәrbaycan Respublikasında; 19. http://www.cumhuriyet.edu.tr – Türkiye Cumhuriyeti Cumhuriyet Üniversitesi; 20. http://www.e-konomistdergi.com/linkler.htm - İqtisadçılar üçün faydalı istinadlar;

Page 34: REGIONDA SOSIAL INFRASTRUKTURUN  · PDF filePlanı, DPT: 2502 – Ö İK: 523, Ankara, Nisan 2000,   , s hf : 8; 7 ... diferensial

34

21. http://www.sahibkar.biz – Sahibkarlara Yardım Saytı; 22. http://www.kitab.az – Azәrbaycan Elektron Kitabxanası; 23. http://www.kitabxana.org – “Far Centre” Elektron Kitabxanası; 24. http://www.mmazeri.com – AR Qanunvericilik Bazası; 25. http://www.dpt.gov.tr – T.C Devlet Planlama Teşkilatı resmi web sitesi; 26. http://www.canaktan.org – Prof.Dr. Coşkun Can Aktan’ın Sosyal Bilimler

Kütüphanesi; 27. http://www.seterisparibus.net – Ekonomistlerin Kaynak Sitesi; 28. http://www.sanalderslik.com – Yrd. Doç. Dr. İsmail Güneş’in Sanal Kütüphanesi; 29. http://www.basakekonomi.com.tr – Başak Ekonomi Dergisi;