102
layihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin yekunlarına dair H E S A B A T I Yola saldığımız 2014-cü il Azərbaycan Respublikası üçün ən uğurlu illərdən olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr həll olunmuş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz ötən ildə də bir sıra nailiyyətlər qazandı, ölkənin uğurlu dinamik inkişafı təmin olundu. Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının dirçəldilməsi, onun inkişafının dönməz xarakter alması idi. Müəllifi Ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarını davam etdirməklə dövlət başçısı daha güclü iqtisadi mjdel üzərində işlədi və bu niyyətinə nail oldu. Neftdən əldə olunan gəlir hesabına Azərbaycanda iqtisadi inkişaf prosesləri daha da sürətləndirildi və ölkəyə ciddi xarici kapital axını prossesi böyük miqyas aldı. Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq Azərbaycanın iqtisadi inkişafı təmin olunmuşdur. Belə ki, 2014-cü ildə respublika iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulub, qeyri-neft sektorunda artım 7 % təşkil edib, yoxsulluq işsizlik 5 % səviyyəsində olub, inflyasiya 1,4 % səviyyəsindədir. Əhalinin pul gəlirləri 5 % artıb. Dövlətimizin xarici borcu ümumi daxili məhsulun təxminən 8 %-i civarındadır. Strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi sabit olaraq qalır. Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi dövlət büdcəsinə

sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

layihə

Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının2014-cü ilin yekunlarına dair

H E S A B A T I

Yola saldığımız 2014-cü il Azərbaycan Respublikası üçün ən uğurlu illərdən olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr həll olunmuş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz ötən ildə də bir sıra nailiyyətlər qazandı, ölkənin uğurlu dinamik inkişafı təmin olundu. Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının dirçəldilməsi, onun inkişafının dönməz xarakter alması idi. Müəllifi Ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarını davam etdirməklə dövlət başçısı daha güclü iqtisadi mjdel üzərində işlədi və bu niyyətinə nail oldu.

Neftdən əldə olunan gəlir hesabına Azərbaycanda iqtisadi inkişaf prosesləri daha da sürətləndirildi və ölkəyə ciddi xarici kapital axını prossesi böyük miqyas aldı.

Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq Azərbaycanın iqtisadi inkişafı təmin olunmuşdur. Belə ki, 2014-cü ildə respublika iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulub, qeyri-neft sektorunda artım 7 % təşkil edib, yoxsulluq və işsizlik 5 % səviyyəsində olub, inflyasiya 1,4 % səviyyəsindədir. Əhalinin pul gəlirləri 5 % artıb. Dövlətimizin xarici borcu ümumi daxili məhsulun təxminən 8 %-i civarındadır. Strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi sabit olaraq qalır.

Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi dövlət büdcəsinə nəzərən bir daha təsdiqini tapır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşıb, 400 min insana ünvanlı sosial yardım verilir.

Beynəlxalq neft bazarında yaşanan gərgirliyin də ölkəmizə ciddi bir təsiri yoxdur.

Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək».

Beynəlxalq aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu

Page 2: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm faktordur.

2014-cü ilin sentyabrında əsrin müqaviləsinin 20 illiyi mərasimində Cənub Qaz dəhlizinin təməlinin qoyulması isə bu reallığı gündəmə gətirdi ki, Azərbayanda hasil olunan qaz Avropa üçün yeganə yeni mənbədir. Bu isə enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsinə, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyətinə xüsusi önəm verən Azərbaycanın bu sahədə daha geniş beynəlxalq əməkdaşlıq prossesinə qədəm qoyduğunu gösətərir.

Ölkədə sosial məsələlər də uğurla öz həllini tapır. Hər il orta hesabla 20 min məcburi köçkün yeni mənzillərə göçürülüb, onların problemləri daim diqqət mərkəzində olub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da ölkədə aparılan böyük quruculuq işlərində fəal iştirakı, dövlət başçısının yaxın silahdaşı kimi irimiqyaslı layihələrə qatılması, təhsil, səhiyyə, mədəniyyət sahəsindəki danılmaz xidmətləri xalqda məmnunluq doğurur.

2014-cü ildə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan sülh danışıqları qeyri-konstruktiv mövqedən əl çəkməyən Ermənistanın günahı üzündən bir nəticə verməmiş, yay aylarında düşmənin təxribat cəhdlərinin qarşısıordumuz ətrəfindən layiqincə alınmışdır.

2014-cü «Sənaye ilində» ölkəmizdə 230-dan sox sənaye müəssisəsi yaradılıb, respublikanın sənaye potensialı əsaslı şəkildə möhkəmləndirilib, yüksək texnologiyalar sahəsində də böyük uğurlar qazanılıb.

Dünyada multikulturalizm mərkəzi kimi tanınan Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Bu işlərdə «Asan Xidmət»in də fəaliyyətinin böyük rolu vardır.

2014-cü ildə Cənub qaz dəhlizinin təməlinin qoyulması ölkəmizin uzun illər ərzində apardığı mükəmməl enerji siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Ötən ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri azad, ədalətli, beynəlxalq meyarlara uyğun şəkildə keçirildi.

Beləliklə, 2014-cü ildə əldə olunan hər bir nailiyyət bizi bir xalq olaraq daha da möhkəmləndirdi, gücümüzə güc qatdı.

Bu gün ölkəmizin taleyi etibarlı əldədir. Azərbaycandakı sürətli inkişaf və sosial rifahın artması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində möhkəm bünövrə üzərində yüksələn Azərbaycan daha böyük sürətlə inkişaf edəcək, yeni-yeni uğurlara imza atacaqdır.

Ölkə başçısının sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında «Kənd təsərrüfatı ili» elan olunmuşdur. Bu sərəncam ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkilinin genişləndirilməsində mühüm rol oynayacaqdır.

Ötən 2014-ci il rayon ərazisində həyata keçirilən böyük quruculuq və abadlıq işləri ilə yadda qalmışdır. Onların bir çoxunun açılış mərasimlərində, həmçinin

2

Page 3: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

rayonda keçirilən bir sıra mühüm dövlət tədbirlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Belə ki, martın 10-da ölkə başçısı cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışında iştirak edərək yeni qurğu ilə yaxından tanış olmuşlar. Onlara Hollandiya şirkəti tərəfindən quraşdırılmış yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilmişdir.

Mart ayının 17-də Prezident və xanımı İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyasının təqdimat mərasimində iştirak etmiş, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyası ilə tanış olmuşlar.

Mart ayının 19-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasının qarşısındakı meydanda və Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində iştirak etmişlər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırmış və xalqımızı bayram münasibəti ilə təbrik etmişdir.

Azərbaycan Prezidenti bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibəti ilə bir daha xoş arzularını yetirmişdir.

Mayın 9-da - İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dağüstü parkda keçirilən mərasimdə iştirak etmişdir.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik etmiş və ən xoş arzularını çatdırmışdır.

Mayın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanda rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Fransa Prezidentinə Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər barədə məlumat verilmişdir.

Mayın 27-də ölkə başçısı Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.

Avqustun 26-da Prezident İlham Əliyev xanımı ilə birlikdə Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimində iştirak etmişlər.

Muzeydə görülən işlərlə bağlı məlumat verilərək qeyd olundu ki, oricinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılmışdır.

Noyabrın 25-də Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak etmişdir.

Ölkə başçısına məlumat verilmişdir ki, Bakı Oksford məktəbi 1998-ci ildə təsis olunmuşdur. Məktəbdə həm milli, həm də beynəlxalq təhsil standartlarını özündə əks etdirən müasir proqram həyata keçirilir.

3

Page 4: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Təhsil ocağının binası ən müasir tələblər səviyyəsində inşa olunmuş, altımərtəbəli binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Bakı Oksford məktəbinin həyətində təhsilimizin inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Hazırda məktəbdə 550 şagird təhsil alır. Bunlardan 30 faizi ABŞ, Avstraliya, Böyük Britaniya, Fələstin, Hollandiya, İordaniya, İtaliya, Kanada, Rusiya, Tailand, Türkiyə və başqa ölkələrdən olan şagirdlərdir. Şagirdlər məktəbi bitirdikdə Azərbaycan Respublikasının tam orta təhsil haqqında sənədinə malik olurlar.

Prezident İlham Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini vermişdir.

Müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə seçkiləri günü kimi daxil olan dekabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək bu seçkilərdə iştirak etmişdir.

2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir.

Dövlətimizin başçısının tapşırığı ilə bu yarışmaya hazırlıqla bağlı ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir.

Bununla əlaqədar paytaxt Bakı şəhərində və eləcə də onun mərkəzi rayonu olan Səbail rayonunda böyük işlər həyata keçirilir.

Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə ölkə başçısının sərəncamına əsasən ötən il Avropa Oyunları Parkının layihəsi əsasında Səbail rayonu Bayıl yaşayış sahəsində Su İdmanı Sarayının tikintisnə başlanmışdır. Ümumi sahəsi 66 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Burada 3 üzgüçülük hovuzu olacaq. “Baku Sport City” ərazisində isə su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları üçün qurğular inşa edilir.

Burada görülən bütün işlər ölkə başçısı və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, ilk Apropa Oyunlarının təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın ciddi nəzarəti altında həyata keçirilir.

Prezident və xanımı aprelin 17-də və noyabrın 25-də “Baku Sport City”də, Su İdmanı Sarayında, dekabrın 23-də isə həm də Dövlət Bayrağı Meydanının ərazisində olmuş, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından tanış olmuşlar.

Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.

Hesabat dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, ilk Avropa Oyunlarının təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da Səbail rayonunda keçirilən bir sıra tədbirlərdə iştirak etmişdir. Belə ki, avqustun 28-də Mehriban xanım Əliyeva ilk Avropa Oyunlarına hazırlıq

4

Page 5: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

çərçivəsində Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaq Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Daha sonra Mehriban xanım Əliyeva Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Səbail rayonunda sosial obyektlərin inşası və əsaslı təmiri işlərində yaxından iştirak edir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəcib təşəbbüsü ilə Badamdar qəsəbəsinin inkişaf edərək əhali sayının artması ilə bağlı qəsəbədəki «Könül» körpələr evi-uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri aparılmışdır.

Sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.

Mehriban xanım Əliyevaya məlumat verilmişdir ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.

Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib, hər iki korpusda əlavə dizayn işləri görülüb. Korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Divarları uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqlarla təchiz edilib. Korpuslarda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılıb. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə ayrıca fotostend həsr olunub. Bağçanın kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub. Balacaların gün ərzində keyfiyyətli qidalanması üçün də bağçada zəruri menyu tərtib olunub. Uşaqların istirahəti və əylənməsi üçün 4 kölgəlik, oyun meydançaları və idman qurğuları quraşdırılmış, həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən bağçada yaradılmış şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcəkdir.

Ölkəmizin hər yerində olduğu kimi Səbail rayonu ərazisində də həyata keçirilən genişmiqyaslı, möhtəşəm layihələrə görə rayon sakinləri, ictimaiyyət nümayəndələri, ziyalıları, müəssisə və təşkilat nümayəndələri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ünvanına çoxsaylı minnətdarlıq və ehtiramlarını bildirən müraciətlər ünvanlamışlar.

5

Page 6: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

2014-cü il üçün Səbail rayonunun sosial-iqtisadi göstəriciləri:

SƏNAYE: 2014-cü ilin yanvar-dekabr aylarında Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 20 milyard 617,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % artmışdır.

2014-cü ilin yanvar-dekabr aylarında istehlakçılara 20.645.7 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 20.623.6 milyon manatlıq məhsul göndərilmiş və xidmətlər göstərilmişdir.

Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 98.6 % olmuşdur.

2014-cü ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 12875 nəfər olmuşdur. Orta hesabla bir işçiyə düşən orta aylıq əmək haqqı 2450.9 manat təşkil edir. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4.0 % çoxdur.

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

2014-cü ilinyanvar-dekabrayları faktiki,

milyon manatla

Əvvəlki ilinmüvafiq dövrünə

nisbətən, faizlə

Sənaye məhsulunun (işlərin və xidmətlərin) ümumi həcmi 20.617.4 100.3

Nəqliyyat xidmətlərinin həcmi 514.3 101.3Rabitə xidmətlərinin həcmi 206.9 101.4Əsas kapitala yönəldilən investisiyalar 5.642.3 119.8Əsas kapitala yönəldilmiş investisiyadan tikinti quraşdırma işləri 3.272.8 163.3

Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 1.084.0 87.0

Pərakəndə əmtəə dövriyyəsi 294.5 120.3İaşə xidmətləri 105.1 128.9Əhaliyə göstərilən pullu xidmətlər 392.7 102.8Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı (yanvar-noyabr) 974.0 103.0

*Rayonun yekununa Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin məlumatları da daxil olmuşdur.

6

Page 7: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

2013-2014-cü illər üzrə SƏNAYENİN DİNAMİKASISənaye istehsalının dəyişməsi ( milyon manatla)

MƏDƏNÇIXARMA SƏNAYESİ

Xam neft və təbii qaz hasilatı

Məhsul növlərinin adı və ölçü vahidi2014-cü ilin yanvar-

dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,

faizləXam neft (qaz kondensatı da daxil olmaqla), min ton 31.448.1 96,7

O cümlədən:neft yataqlarının qazı(səmt qazı və təbii qaz) mln kub.m

12.726.4 106.8

7

Page 8: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

NEFT HASİLATININ DİNAMİKASI

Mədənçıxarma sənayesinin digər sahələri

Məhsul növlərinin adı və ölçü vahidi2014-cü ilin yanvar-

dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,

faizlə

İnşaat üçün əhəng daşı (ton) 510,2 101,6

8

Page 9: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

EMAL SƏNAYESİ

Mühüm növ qida məhsullarının istehsalı aşağıdakı kimi olmuşdur:

Məhsul növləri2014-cü ilin yanvar-

dekabr aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,

faizləSuxarı, qizardılmış çörək və oxşar xırtıldayan məmulat,

(ton)71.0 101.5

Fındıq emalı, ton 380.0 100.7

Tortlar, şirniyyat məmulatları və çörək, ton 50.0 102.1

Sair şirinləşdirilməmiş ətirli məddələr əlavə edilmiş sular:buz və qar (min dkal)

98.4 100.5

Qida məhsulları və içkilərin istehsalı

(Keçən ilin müvafiq dövrünə nisbətən faizlə)

1. suxari və qızardilmiş çörək (ton) 2. fındıq emalı (ton) 3. Şirniyyatlar və çörək (ton) 4. Sular (min dkal)dkal)

9

Page 10: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələrində mühüm növ məhsulların buraxılışı aşağıdakı kimi olmuşdur:

Məhsul növləri

2014-cü ilin yanvar-dekabr

aylarında istehsal

edilmişdir

Keçən ilin müvafiq dövrünə

nisbətən,faizlə

Düyünlə toxunan xalçalar, kv.m 24.4 102.4

Interyerlər üçün toxunan pərdələr, kv.m 150.6 100.1

Kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı aşağıdakı kimi olmuşdur

Məhsul növləri2014-cü ilin

yanvar-dekabr aylarında istehsal

edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,

faizlə

Yuyucu və təmizləyici vasitələr, ton

19,0 100,4

Politelen borular, Bucaqlar, ton

500,0 99,4

Plastik vannalar, əl-üz yuyanlar, ədəd

80,0 105,0

Elektrik enerjisi, qaz və su təchizatı

Məhsul növləri

2014-cü ilin yanvar-dekabr

aylarında istehsal edilmişdir

Keçən ilin müvafiq dövrünə nisbətən,

faizlə

İstilik enerjisi, (min hkal) 860.1 106.4

10

Page 11: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

NƏQLİYYAT: 2014-cü ilin yanvar-dekabr aylarında iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 514.3 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1.3 % çoxdur. Görülmüş iş və xidmətlərin 21.3 %-i dövlət müəssisələri tərəfindən, 78.7 %-i qeyri –dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir

Nəqliyyat üzrə əldə olunan gəlirin 1.0 faizi quru yol nəqliyyatının, 21.1 faizi su nəqliyyatının, 61.4 faizi hava nəqliyyatının, 16.5 faizi köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrin payına düşür:

2014-ci ilin yanvar-noyabr aylarında nəqliyyat müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 10688 nəfər olmuşdur ki, bu müəssisələrdə çalışan işçilərə hesablanmış orta aylıq əmək haqqı 688.2 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 10.9 % çoxdur.

A. quru yol nəqliyyatı - 1,0 % C. hava nəqliyyatı-61,4 % B. su nəqliyyatı - 21.1 % D. köməkçi və əlavə fəaliyyət-16.5 %

2014-cü ilin yanvar–dekabr(milyon manat)

Cəmi: 514,3Quru yol nəqliyyatı: 5,1Su nəqliyyatı: 108,8Hava nəqliyyatı: 315,9Köməkçi və əlavə fəaliyyət: 84,5

11

Page 12: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

NƏQLİYYAT VƏ RABİTƏ SAHƏSİNİN 2013-2014-cü İLLƏR ÜZRƏ DİNAMİKASI

RABİTƏ: 2014-cü ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 206.9 milyon manat olmuşur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (müqayisəli qiymətlərlə) 1.4 % çoxdur. Əldə olunan gəlirin 48.3 faizi dövlət, 51.7 faizi isə qeyri dövlət müəssisələri tərəfindən əldə olunmuşdur.

2014-cü ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 4983 nəfər, işçilərə hesablanmış orta aylıq əmək haqqı 691.4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4.1 % çoxdur.

TİKİNTİ: 2014-cü il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5.642.3 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 19.8 % çoxdur.

Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3.272.8 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 63.3 % çoxdur .

Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 76.0 % və ya 4.289.2 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 24 % və ya 1.353.1 milyon manat təşkil edir.

12

Page 13: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Əsas kapitala yönəldilmiş investisiyalar

Fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yanvar-dekabr aylarında yerinə yetirilmiş podrat işlərinin həcmi 1.084.0 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 87.0 % (faktiki qiymətlərlə) təşkil edir.

İlin əvvəlindən yerinə yetirilmiş işlərin 530.8 milyon manatını (49.0 %) yeni tikinti, yenidənqurma işləri, 207.4 milyon manatını (19.1%) əsaslı təmir, 339.2 milyon manatını (31.3%) –ni sair işlər, 6.6 milyon manatını (0.6 %) təşkil etmişdir.

2014-cü ilin yanvar-noyabr aylarında tikinti müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 8994 nəfər olmuşdur. Bu müəssisələrdə orta hesabla bir işçiyə düşən orta aylıq əmək haqqı olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 73.4 % təşkil edir.

İSTEHLAK BAZARI VƏ XİDMƏT SAHƏSİ

Yanvar-dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294.5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20.3 % çox istehlak malları satılmışdır.

Pərakəndə ticarət dövriyyəsinin 98.5 faizi faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur. Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 392.7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.8 % çoxdur. Pullu xidmətlərin 91.5 %-i özəl bölmə tərəfindən həyata keçirilmişdir.

13

Page 14: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

2014-cü ilinyanvar-dekabr

aylarında faktiki, milyon manat

2014-cü ilin yanvar-dekabr

aylarının 2013-cü ilin yanvar-dekabr

aylarına nisbəti, faizlə

Pərakəndə ticarət dövriyyəsi294,5 120,3

Əhaliyə göstərilən pullu xidmətlər

392,7 102,8

ƏMTƏƏ BAZARI

2014-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294.5 milyon manatlıq və ya əvvəlki ilin yanvar-dekabr aylarından 20.3 % çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 64.0 %-i hüquqi şəxs statuslu, 35.7 %-i hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 0.3 %-i rayonda fəaliyyət göstərən bazarda realizə olunmuşdur.

Dövriyyənin 98.5 %-i təşkil etmiş özəl sektorun müəssisələrində ilin əvvəlindən 290.0 milyon manatlıq və ya 2013-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 31.7 % çox istehlak malları satılmışdır.

Pərakəndə ticarət dövriyyəsinin mülkiyyət növləri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:

2014-cü ilin

yanvar-dekabr ayları,

milyon manat

2014-cü ilin yanvar-dekabr ayları 2013-cü

ilin yanvar-dekabr aylarına nisbəti, faizlə

Pərakəndə ticarət dövriyyəsi - cəmi 294.5 120.3o cümlədən:

dövlət bölməsi 4.2 60.8

qeyri-dövlət bölməsi 290.3 131.7

Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 121.1 milyon manat, qeyri-ərzaq mallarının həcmi isə 173.4 milyon manat olmuş, onlarında xüsusi çəkiləri müvafiq olaraq 41.1 % və 68.9 % təşkil etmişdir.

14

Page 15: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Pərakəndə ticarət dövriyyəsinin dinamikası aşağıdakı kimi olmuşdur:

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

faizləPərakəndə

ticarət dövriyyəsi

o cümlədən:

ərzaq malları

qeyri-ərzaq

malları2014-cü il

Yanvar-dekabr 294.5 121.1 173.4

Hesabat dövründə pərakəndə ticarətin dövriyyəsinin göstəriciləri aşağıdakı kimi xarakterizə olunur:

2014-cü ilinyanvar-dekabr

ayları,milyon manat

2014-cü ilin yanvar-dekabr ayları 2013-

cü ilin yanvar-dekabr aylarına

nisbəti, faizləPərakəndə ticarət dövriyyəsi-cəmi 294.5 120.3 onlardan: hüquqi şəxs statuslu müəssisələr 188.4 179.8 ondan:dövlət mülkiyyətihüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarlar 104.8 122.5bazar 1.3 50.7

İAŞƏ XİDMƏTLƏRİ

2014-cü il ərzində əhaliyə 105.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28.9 % çox iaşə xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 83.6 %-i hüquqi şəxs statuslu müəssisələrin, 16.4 %-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.

Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 87.9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29.2 % çox iaşə xidmətləri göstərilmişdir.

Hesabat dövründə iaşə dövriyyəsinin 97.9 %-i özəl müəssisələrin hesabına formalaşmışdır.

15

Page 16: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

2014-cü ilinyanvar-dekabr

ayları,milyon manat

2014-cü ilin yanvar-dekabr

ayları 2013-cü ilin yanvar-dekabr aylarına nisbəti,

faizlə İaşə dövriyyəsinin həcmi - cəmi 105.1 128.9 dövlət mülkiyyəti 1.6 104.5 qeyri-dövlət mülkiyyəti 103.5 126.7

Əhaliyə göstərilən pullu xidmətlər

Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2.8 % artaraq 392.7 milyon manat olmuşdur. Ümumi həcmin 60.7 %-i hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 238.3 milyon manatlıq pullu xidmətlər göstərilmişdir.

Əhaliyə göstərilmiş xidmətlərin 8.5 %-i dövlət müəssisələrinin payına düşmüşdür.

Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 269.5 milyon manatlıq və ya 2013-cü ilin yanvar-dekabr aylarına nisbətən 14.2 % artiq pullu xidmətlər göstərilmişdir.

Əhaliyə göstərilən pullu xidmətlərin 13.2 %-i məişət xidmətləri təşkil etmiş, hesabat dövründə 51.7 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətdə 5.7 % artmışdır.

İŞÇİLƏRİN SAYI VƏ ƏMƏK HAQQI

2014-cü ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əmək haqqının məbləği isə 974,0 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3,0 % çoxdur.

16

Page 17: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

İşçilərin sayı və əmək haqqı mülkiyyət növləri üzrə aşağıdakı kimi xarakterizə olunur:

İşçilərin orta sayı(nəfərlə)

Orta aylıq əmək haqqı(manatla)

2014-cüilin

yanvar-noyabr

aylarında

əvvəlki ilin

müvafiq dövrünə

% nisbəti

2014-cüilin

yanvar-noyabr

aylarında

əvvəlki ilin müvafiq

dövrünə % nisbəti

Cəmi- 112140 99.0 974.0 103.0

Dövlət mülkiyyəti üzrə 60349 101.8 567.6 113.3

Qeyri-dövlət mülkiyyəti üzrə 51791 95.8 1438.8 93.0

O cümlədənXüsusi- 25615 106.8 586.4 94.6

Bələdiyyə 48 98.0 245.5 98.0

Xarici 19682 82.9 2625.6 105.1

Qarışıq- 6446 103.2 1147.5 0.9

Beynəlxəlq təşkilatların mülk.

İşçilərin orta illik sayı və bir nəfərə hesablanmış ortaaylıq əmək haqqı

17

Page 18: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Yeni açılmış iş yerləri haqqında

Səbail rayonunda 1 yanvar 2009-cu ildən 01 yanvar 2015-ci ilədək yeni açılmış iş yerləri haqqında məlumat

2009-2014-cü illərdə,cəmi

o cümlədən 2014-cü il yanvar-dekabr

Acılmış iş yerlərinin sayı,cəmi 12587 1837

O cümlədən:

Yeni yaradılmış müəssisə və təşkilatlarda

114146

Mövcud müəssisə və təşkilatlarda

6368649

Fəaliyyəti bərpa edilmiş müəsisə və təşkilatlarda

-- --

Fiziki şəxslərdə 5078 1142Digər tədbirlər üzrə ---- ---

Göstəricinin adıIlin

əvvəlindən(vahid)

Yeni açılmış iş yerlərinin sayı, cəmi 1837

O cümlədənYeni yaradılmış müəssisə və təşkilatlarda 46Mövcud müəssisə və təşkilatlarda 649Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda ---Fiziki şəxslərdə 1142Digər tədbirlər üzrə ---

18

Page 19: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

AB

C

A - Yeni yaradılmış müəssisə və təşkilatlarda - 9.1 %B - Mövcud müəssisə və təşkilatlarda - 50,6 %C - Fiziki şəxslərdə - 40.3 %

1 yanvar 2009-cu ildən 01 yanvar 2015-ci il tarixinədək açılmış iş yerlərinin dinamikası

0

500

1000

1500

2000

2500

3000

2009 2010 2011 2012 2013 2014(XII)

cəmi

daimi

2014-cü il ərzində rayonda hamısı daimi olmaqla 1837 yeni iş yeri açılmışdır. Ümumiyyətlə 2003-cü ilin oktyabrından 2015-cü ilin yanvar ayının 1-dək rayonda 44163 yeni iş yeri açılmışdır ki, onların da 43295-i daimidir.

19

Page 20: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

2009 2010 2011 2012 2013 2014 Cəmi

Açılmış iş yerləri, Cəmi 2214 1415 1881 2697 2220 1837 12587

Ondan daimi iş yerləri 2214 1415 1881 2697 2220 1837 12587Yeni yaradılmış müəssisə təşkilatda 514 219 307 39 58 46 1141Mövcud müəssisə və təşkilatlarda 852 654 781 1745 1322 649 6368Fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda

---- ---- --- --- ---- --- ---

Fiziki şəxslərdə 848 542 793 913 840 1142 5078

DEMOQRAFİYA HAQQINDA2015-ci ilin yanvar ayının əvvəlinə Səbail rayonu üzrə daimi

əhalinin sayı 100600** (bundan əlavə rayonda 9614 nəfər məcburi köçkün məskunlaşmışdır) nəfər təşkil edir.

2013-cü və 2014-cü ilin yanvar–dekabr ayları üzrə əhalinin təbii hərəkətinin

göstəriciləri aşağıdakı kimi olmuşdur:

GöstəricilərYanvar-dekabr

aylarında,nəfərləƏhalinin hər 1000

nəfərinə2014-cü il 2013-cü il 2014-cü il 2013-cü il

Dogulanlar 2237 1652 22.2 17.3Ölənlər 554 588 5.5 6.2Təbii artim 1683 1064 16.7 11.1Nigah 1210 886 12.0 9.3Boşanmalar 210 220 2.1 2.3

Səbail rayonunda 2014-cü ilin yanvar-dekabr aylarında 1047 doğum və 604 ölüm halı qeydə alınmışdır .

2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 17.3-dən 22.2-ə, təbii artım isə 11.1-dən 16.7-ə qalxmış, ölənlərin sayı isə 6.2-dən 5.5-ə enmişdir.

Səbail rayonunda 2014-ci ilin yanvar-dekabr aylarında 1210 nikah və 210 boşanma halları qeydə alınmışdır ki, keçən illə müqayisədə əhalinin hər min

20

Page 21: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

nəfərinə nikahların sayı 9.3-dən 12.0-ə qalxmış, boşanma halları isə 2.3-dən 2.1-ə enmişdir.

2014-cü ilin yanvar-dekabr aylarında rayona gələnlərin sayı 151, rayondan gedənlərin sayı isə 1 nəfər, mexaniki artım 150 olmuşdur.

Bu gün Səbail rayonu ərazisində görülən işlər, həyata keçirilən layihələr göz oxşayır və təkcə sakinlərimizin deyil, Bakıya gələn çoxsaylı qonaqların da rəğbətini qazanmışdır.

«Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 1 əsrə yaxın yaşı olan tikilidə yerləşən Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasında əsaslı təmir-möhkəmləndirmə işləri başa çatdirılmış və fevralın 12-də açılış mərasimi keçirilmişdir.

Ümumi sahəsi 358,87 kv. m olan tikilidə ilk növbədə bərkitmə-möhkəmləndirmə işləri aparılmış, əlavə otaq tikilmiş, binadaxili işıq, su və digər xətlər yenilənmiş, zalda yeni oturacaqlar quraşdırılmış, səhnə qurulmuş, otaqlarda lazımi şərait yaradılmışdır. Mədəniyət evi lazımi texniki avadanlıq və ləvazimatlarla təmin olunmuşdur.

Qəsəbədə 1937-ci ildən fəaliyyət göstərən kitabxanada oxucular üçün lazımi şərait yaradılmış, yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlar alınmışdır.

Dövlət Proqramına uyğun olaraq mərkəzdəki 2 saylı şəhər poliklinikasında aparılan əsaslı təmir işləri başa çatdırılmış, bura hər cür tibbi avadanlıqla təchiz

21

Page 22: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

olunmuş, yeni istilik sistemi quraşdırılmış, işçi personalı üçün bütün şərait yaradılmışdır.

Ötən ilin fevral ayında 20-ci yaşayış sahəsində yerləşən «Turac» uşaq bağçasında əsaslı təmir-möhkəmləndirmə işləri başa çatdırılmış, bağçanın ərazisi abadlaşdırılmış, yeni istilik sistemi quraşdırılmışdır. Mart ayından etibarən hər cür avadanlıqlarla təchiz olunmuş bağça fəaliyyətinə başlamışdır.

Dövlət Proqramının icrası ilə bağlı 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çatmış və qurğu şəbəkəyə qoşulmuşdur.

Badamdar qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən «Könül» körpələr evində aparılan əsaslı təmir zamanı bağçaya bitişik ərazilərdə də abadlıq işləri görülmüş, bağçanın ətrafında yerləşən Sahib İbrahimxəlilov, Əziz Nəzərov və Gənclər küçələrindəki 168 ailənin yaşadığı (685 sakin) 4 ədəd yaşayış binalarının fasadları və həyətləri də təmir olunmuşdur. Binaların eyvanları yenilənib, giriş qapıları və pəncərələri yeniləri ilə əvəz olunmuş, həyətə asfalt salınmış, yeni söhbətgah, sakinlər üçün skamyalar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

Həmçinin bağçanın qarşısında, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında yerləşən binanın fasadına vaxtı ilə bu binada yaşamış və hazırda bağçanın yerləşdiyi küçəyə adı verimiş şəhid Sahib İbrahimxəlilovun yeni dizaynla işlənilmiş xatirə lövhəsi quraşdırılmışdır.

Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün rayon ərazisində Su İdmanı sarayının, Parlament prospektində «Alov qüllələri» kompleksinin, Bakı bulvarının qərb hissəsində, ilkin olaraq "Xəzər Waterfront" layihəsi adlandırılan möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin, Zərifə Əliyeva küçəsində yeni «İnterkontinental» mehmanxanasının, Mikayıl Useynov küçəsində 5 mərtəbəli «İnturist» mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, Badamdar qəsəbəsində yeni Xəstəxana binasının, Müasir Avropa Məktəbinin, ölkədə keçiriləcək yerli və Beynəlxalq tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını həyata keçirəcək Bakı Media Mərkəzinin, Səbail rayon İcra Hakimiyyətinin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, Neftçilər prospektində İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.

Dövlət başçısının tapşırığına əsasən Badamdar qəsəbəsində inşa olunan 2400 kvadrat metrlik, iki mərtəbəli yeni İdman Kompleksində işlər artıq başa çatmışdır.

Hazırda qəsəbədə yeni 5 mərtəbəli, ümumi sahəsi 4500 kvadrat metr olan otel binasının inşası aparılır.

Badamdar şossesində 2,2 km məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər, həmçinin burada yerləşən obyektlərin fasadında və istinad divarında təmir-bərpa işləri davam etdirilir.

Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi

22

Page 23: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın tikintisi aparılır.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri yaşayış və digər tikililərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək köçürülməsi işlri aparılmış, Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçid inşa olunmuş, dairənin mərkəz hissəsində müasir istirahət bağı, yeni yaşıllıqlar salınmışdır.

Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması işləri davam etdirilmişdir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.

May-iyun aylarında Bibiheybt qəsəbəsindən Lökbatan dairəsinə kimi ərazidə, Salyan yolu boyunca yol kənarlarının abadlaşdırılması, burada yeni landşafın yaradılması işləri aparılmışdır. İşlər çərçivəsində yol boyunca bir neçə yerdə dekorativ rəngli daşlardan mozaika kompozisiyaları yaradılmış, 8 min kvadrat metr sahəyə yeni yaşıl qazon salınmış, 10 min yeni ağac, 1000 ədəd dekorativ ağac, 50 min gül kolu əkilmiş, yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün müvafiq tədbirlər görülmüşdür.

Gül kollarından gözəl kompozisiyalar həmçinin şəhərin mərkəzində Üz.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarında da yaradılmışdır.

Ümumilikdə isə il ərzində rayon ərazisində 16100 ədəd yeni ağac, 75000 ədəd gül kolu əkilmiş, 21000 kvadrat metr sahəyə qazon otu salınmışdır.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilmişdir. Keçən il Qurban Abbasov, Fikrət Əmirov, Üz.Hacıbəyov küçələrində, Neftçilər prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılmış, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər və Mətbuat prospeklərindəki binaların və Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.

Odur ki, son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını gizlətmirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

İl ərzində rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, magistral, məhəllədaxili və qəsəbədaxili küçə və yollarının da təmir-asfaltlaşdırılması işləri aparılmışdır.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Səbail rayonu üzrə 11 sahibkara 5,8 milyon

23

Page 24: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

manat, o cümlədən 2014-cü ildə 2 sahibkara 5,1 milyon manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər hesabına ümumilikdə 92, o cümlədən 2014-cü ildə 54 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

Son illərdə Səbail rayonu üzrə maliyyələşdirilmiş və müasir texnologiyaların tətbiqinə əsaslanan tutumu 20 min ton olan 1 logistik mərkəz layihəsidir ki, bu müəssisənin fəaliyyəti nəticəsində 48 yeni iş yeri açılmışdır.

2014-cü il ərzində Bakı şəhərinə gələn bir sıra dövlət və hökumət nümayəndələri, çoxsaylı qonaqlar «İçərişəhər» Dövlət Tarixi Memarlıq Qoruğunu ziyarət edərək qədim tariximizlə yaxından tanış olmuşlar.

2014-cü ildə abadlaşdırılma və sanitar təmizliyi, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrinin təmiri məsələləri «İçərişəhər» DTMQ İdarəsinin diqqət mərkəzində saxlanılaraq, mühəndis-kommunikasiya xətlərinin və yol örtüyünün əsaslı təmiri istiqamətində işlər davam etdirilmişdir.

Hesabat dövründə qədim şəhər mühitinə uyğun kiçik memarlıq formasında hazırlanmış əlavə küçə işıq dirəkləri, zibil qabları alınmış və ərazidə quraşdırılmışdır. Bundan əlavə audioqidlər və 4 ədəd elektromobil alınaraq istismara verilmişdir.

İçərişəhər, 4-cü Maqomayev, 3-cü İlyas Əfəndiyev döngələrində və İlyas Əfəndiyev küçəsində kommunikasiya xətlərinin, yol örtüyünün və pilləkənlərin təmiri işləri aparılmışdır. Ümumiyyətlə İcərişəhər ərazisində mövcud olan mühəndis-kommunikasiyaların və yol örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir.

İçərişəhər ərazisində Hərb küçəsi, Mirzə Mansur və İlyas Əfəndiyev küçələrində yerləşən mühəndis-kommunikasiya və yol örtüyü yeniləşmiş, uşaq meydancası yenidən qurulmaqdadır  və Müslüm Maqomayev küçəsi, 12 ünvanında yerləşən binanın fasad hissəsində əsaslı təmir işləri, həmçinin 2-ci Kiçik Qala döngəsinin mühəndis-kommunikasiya və yol örtüyünün dəyişdirilməsi işləri həyata keçirilir. Müslüm Maqomayev küçəsi 90, Mirzə Mənsur 111, 9-cu Maqomayev döngəsi, 4-cü Maqomayev döngəsi, Firdovsi küçəsində də yolların təmir işləri yekunlaşmışdır.

Hesabat dövründə “İçərişəhər” DTMQ üzrə 98 ünvanda təmir işləri aparılmışdır.

Paytaxtımızın simvollarından birinə çevrilmiş Dövlət Bayrağı Meydanı bura gəlmiş xarici və yerli qonaqlarda xüsusi maraq doğurmuş, şəhərin qədimliyi və gözəlliyi onları valeh etmişdir.

2014-cü il ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 302 ailə (1164 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müvafiq qaydada baxılaraq hər bir ailə üzvünə 34,26 manat olmaqla, orta hesabla hər bir ailəyə 132,04 manat sosial yardım təyin olunmuşdur.

Hazırda Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2814 nəfər müxtəlif sosial müavinət alır. Bura hər 3 qrupa aid əlilllər, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, ailə başçısını itirməyə, yaşa görə müavinət alanlar, müharibə veteranları, qəyyumlar, şəhid ailələri, fəxri ad almış şəxslər və s. aiddir.

24

Page 25: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Mərkəzin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir.

Mərkəz tərəfindən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı rayonda qeydiyyatda olan 8 “20 Yanvar” şəhid və əlil ailələrinin hər birinə 50 manat məbləğində birdəfəlik müavinət, Novruz bayramı ilə əlaqədar rayon ərazisində yaşayan 100 aztəminatlı ailə, əlil və yataq xəstəsinə ərzaq bağlamaları təqdim olunmuş, Beynəlxalq Əlillər günü ilə bağlı isə 60 nəfər əlilə 30 manat məbləğində maddi yardım göstərilmişdir.

İl ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif kateqoriyalardan olan 96 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Qəbələ, Şəki rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilmişlər.

Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13187 nəfər təqaüdçülərə il ərzində 39.741,6 min manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir. Şöbə tərəfindən təqaüd və müavinətlərin ödənişi bankomatlar vasitəsi ilə həyata keçirilmiş, vaxtı keçmiş plastik kartlar operativ şəkildə yeniləri ilə əvəz olunmuşlar.

«Əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli, 240 saylı Sərəncamının icrasının təmin olunması ilə əlaqədar əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması üçün zəruri tədbirlər görülmüş, 12158 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsinə artımlar edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin «1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım göstərilməsi barədə» 421 saylı, 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən şöbədə qeydiyyatda olan 205 nəfər pensiyaçıya birdəfəlik maddi yardımın ödənilməsi tam şəkildə icra olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Səbail rayon filialı tərəfindən hesabat dövrü ərzində icbari sığortalar üzrə 116310 manat, könüllü sığortalar üzrə 4453 manat, ümumilikdə 120763 manat sığorta tədiyyəsi toplanmış və bundan icbari sığorta üzrə 18339 manat sığorta ödənişi verilmişdir.

Səbail rayon Məşğulluq Mərkəzinə 2014-cü il ərzində 1152 nəfər iş axtaran vətəndaş müraciət etmiş, onların 938 nəfəri daimi işlə təmin olunmuşdur. İşlə təmin olunanların 501 nəfəri fəhlə, 105 nəfəri isə mühəndis-texniki işlə təmin olunmuşlar. İşə düzələnlər arasında 61 nəfər qadın, 147 nəfər isə gəncdir.

İşlə təmin olunanların 53 nəfəri dövlət, 431 nəfəri xüsusi mülkiyyət və 25 nəfəri birgə müəssisələrdə işə düzəldilmişdir.

Hesabat dövründə paytaxtın bir neçə ali təhsil müəssisəsində aktiv Məşğulluq tədbiri olan «Əmək Yarmarkaları» keçirilmiş, tədbirlərdə Mərkəz tərəfindən 17 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Bununla yanaşı Mərkəzin inzibati binasında mini əmək yaramarkaları, rayonun qəsəbə və yaşayış sahələrində isə «Səyyar Əmək Birjası» keçirilmişdir. Keçirilmiş əmək birjalarında 385 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmış, 82 nəfərə göndəriş verilmiş, 36 nəfər peşə təlimi kurslarına göndərilmiş, 25 nəfər işlə təmin olunmuşdur.

25

Page 26: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

«Ərazi Məşğulluq Proqramı»na əsasən keçən il ərzində Mərkəzdə 140 nəfər peşə təlimi kurslarına cəlb edilmişdir ki, bunlardan 20 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter istifadəçisi», 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuterçi-dizayner», 12 nəfər iş axtaran vətəndaş üçün «Xalçaçı», 20 nəfər iş axtaran vətəndaş üçün isə «İngilis dili», 20 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter mühasibliyi», 12 nəfər iş axtaran vətəndaş üçün «Aşbaz köməkçisi», 12 nəfər iş axtaran vətəndaş üçün «Qazanxana maşinisti», 12 nəfər iş axtaran vətəndaş üçün «Dərzi», 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter istifadəçisi» peşə kursları açılmışdır ki, bu kurslara cəlb olunanların 81 nəfəri gəncdir.

İl ərzində 54 nəfərə işsizlik müavinəti təyin edilmişdir.DSMF rayon şöbəsinin məlumatlarına görə rayon ərazisində 1240 müəssisə

qeydiyyata alınmışdır ki, onların hazırda 1066-ı fəaliyyət göstərir. Onların 54-ü dövlət, 1012-i isə qeyri-dövlət müəssisələridir.

Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məcburi, ilkin və dövrü tibbi müayinələrə 6655 nəfər cəlb olunmuş, rayondakı sahibkarlıq obyektlərində 425 yoxlama keçirilmiş, ictimai-iaşə, ticarət və qida sənayesi obyektlərində işləyən və iş vaxtı sanitariya norma və qaydalarını pozan 33 nəfər cavabdeh şəxs cərimə məsuliyyətinə cəlb olunmuş, 2 obyektin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması haqqında qərar çıxarılmış, 10 nəfər tibbi müayinədən keçmədiyi üçün işdən kənarlaşdırılmışdır.

Aparılan sanitar-gigiyenik əks epidemik tədbirlər nəticəsində göy öskürək, paratiflər, vəba, qarın yatalağı, poliomelit, difteriya, qızılca, məxmərək, tetanus, qara yara, quduzluq, malyariya, sepsis və s. xəstəliklər qeydə alınmamış, eyni zamanda il ərzində askaridoz, su çiçəyi, parotit, vərəm, skarlatina, salmanelyoz, qida zəhərlənmələri kimi xəstəliklərin sayında artım olmuşdur.

Ötən il ərzində Mərkəzin işçiləri tərəfindən 204128 həyətyanı gəzintilər təşkil olunmuş, 2494 infeksion xəstəlik aşkarlanmışdır ki, bu da 1,4 % təşkil edir.

Hesabat dövründə rayon ərazisində ərzaq məhsullarının istehsalı, saxlanılması, daşınması və satışı üzərində Dövlət Sanitariya Nəzarətinin gücləndirilməsi təmin edilmiş, qida zəhərlənmələri, toksiyoinfeksiyaların və qida mənşəli digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün əhali arasında profilaktiki tədbirlərin aparılması gücləndirilmiş və qida məhsulları ilə əlaqədar baş verən hər bir zəhərlənmə hadisəsi araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.

Rayon ərazisindəki qida sənayesi müəssisələrində istehsal olunan 68 yeyinti məhsuluna gigiyenik sertifikat alınmış, 124 ticarət və ictimai obyektdə məcburi tibbi müayinədən vaxtında keçmələri ilə bağlı xəbərdarlıq məktubu verilib. 48 obyektdə toyuq dönərinin hazırlanması və əhaliyə satılmasının qadağan olunması haqqında, ərazidə qeyri-qanuni xırda və iri buynuzlu mal-qara kəsiminin qarşısının alınması məqsədi ilə 36 obyektə rəsmi xəbərdarlıq edilmişdir.

Mərkəzin tədbirlər planına uyğun olaraq 31 obyektdə mikroiqlim parametrləri üzrə, 8 obyektdə isə səs-küy üzrə ölçmələr aparılmış, təkrar nümunə götürülmüş və nəticələr normalara uyğun olmuşdur.

Hesabat dövrü ərzində rayonun qəsəbələrində aparılan abadlıq və quruculuq işləri davam etdirilmişdir. Belə ki, Badamdar qəsəbə nümayəndəliyi tərəfindən qəsəbə ərazisində keçən ilin yanvar ayında şaxtalı havaların nəticəsi kimi 86

26

Page 27: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

ünvanda yerləşən yaşayış binalarında və mənzillərdəki su xətlərində baş vermiş qəzalar operativ şəkildə aradan qaldırılmış, il ərzində qəsəbədəki 371 ünvanda su xətlərində baş vermiş qəzalar da aradan qaldırılmışdır.

Müvafiq Dövlət Proqramına uyğun olaraq 1-ci yaşayış massvində yeni xəstəxana binasının tikintisi davam etdirilir.

«Abad həyət» layihəsi çərçivəsində Sahib İbrahimxəlilov küçəsi 1, Əziz Nəzərov küçəsi 2 və 4, Gənclər küçəi 3 saylı binaların yerləşdiyi həyətdə əsaslı təmir işləri aparılmış, blok qapıları və pəncərələri yeniləri ilə əvəz olunmuş, eyvanlar təmir edilmiş, sakinlərin istirahəti üçün söhbətgah quraşdırılmış, həyətə asfalt salınmışdır.

İl ərzində Badamdar şossesi, 1, 2 və 3-cü yaşayış massivləri, Bağlar, Məktəbli, Seymur Məmmədov, Seyran Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 9740 kv. metr asfalt örtüyü təmir olunmuş və yenidən çəkilmişdir.

Qəsəbə ərazisindəki zibil meydançalarında təmir işləri aparılmış, yeni zibil qutuları qoyulmuş, buradakı konteynerlər rənglənmişdir.

Bağlar, Göyüş Qarayev, Əziz Nəzərov, Seyran Məmmədov, Ələddin Ağakişiyev, Nurəddin Paşayev küçələrində və Badamdar şossesində kanalizasiya quyuları təmizlənmiş, 26 ünvanda kanalizasiya quyuları təmir olunmuş, Əziz Nəzərov küçəsində yeni kanalizasiya xəttinin çəkilişinə başlanmışdır.

Ötən ilin sonunda «Azərsu» ASC tərəfindən qəsəbənin 3-cü yaşayış massivində yeni su xətlərinin çəkilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır.

Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir. Nümayəndəlik tərəfindən burada müvafiq şərait yaradılmış və ərazinin sanitar təmizliyi nəzarətdə saxlanılır.

Bibiheybət qəsəbəsində «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 1 əsrə yaxın yaşı olan tikilidə yerləşən Bibiheybət Mədəniyyət Evi və qəsəbə kitabxanasında əsaslı təmir-möhkəmləndirmə işləri başa çatdirılmış və fevralın 12-də açılış mərasimi keçirilmişdir.

Ümumi sahəsi 358,87 kv. m olan tikilidə ilk növbədə bərkitmə-möhkəmləndirmə işləri aparılmış, mədəniyyət evi üçün əlavə otaq tikilmiş, binanın daxili hissəsi və dam örtüyü əsaslı təmir olunmuşdur. Binadaxili işıq, su və digər xətlər yenilənmiş, zalda yeni oturacaqlar quraşdırılmış, səhnə qurulmuş, dərnəklərdə məşğul olanlar və işçilər üçün otaqlarda lazımi şərait yaradılmışdır. Mədəniyət evi lazımi texniki avadanlıq və ləvazimatlarla təmin olunmuşdur.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı (Bibiheybət qəsəbə Kütləvi Kitabxanası) 1937-ci ildən fəaliyyət göstərir. Hazırda kitabxana 27 387 nüsxə kitab fonduna, 1783 nəfər oxucu sayına, 15 790 nüsxə kitab verilişinə malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir. Əsaslı təmirdən sonra burada oxucular üçün lazımi şərait yaradılmış, yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlar alınmışdır.

Mədəniyyət evi və kitabxana üçün əvvəllər olmayan yeni istilik sistemi quraşdırılmış, yola asfalt salınmış, ətraf ərazilər abadlaşdırılmışdır.

27

Page 28: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

RİH tərəfindən Muxtarov qəsəbəsindən «Şıx» çimərliyinə qədər olan ərazidəki hasarlar, nümayəndəlik tərəfindən isə Salyan şossesində 1500 kv. metr sahədə hasarlar ağardılmış, ətrafda abadlıq işləri aparılmış, divarlara 500 kv.metr aqlay vurulmuş, 10000 kvadrat metr sahəyə yeni yaşıl ot örtüyü salınmış, Salyan şossesində avto qəza nəticəsində yararsız hala düşmüş istinad divarında təmir aparılmışdır.

Qəsəbənin mərkəzində N.Quliyev və Məktəb küçələrinə RİH tərəfindən 500 kvadrat metr sahəyə asfalt örtüyü salınmışdır. Qəsəbədəki tibb məntəqəsində yeni istilik sistemi quraşdırılmışdır.

Novruz və Ramazan bayramları, həmçinin 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmiş, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH tərəfindən ayrılmış yardımlar paylanmışdır.

Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin «Dostluq parkı» və «Şıx» sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparlır.

Sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə yeni yükləyici terminal quraşdırılmışdır.

Həmçinin «Şıx» çimərlik ərazisində RİH-nin köməyi ilə qamışlıq sahələr ləğv edilmiş, 500 yeni ağac əkilmiş, 600 kvadrat metr yaşıl ot örtüyü salınmış, yeni gül kolları əkilmişdir.

Qəsəbə nümayəndəliyi tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı gündəlik nəzarətdə saxlanılmış və bu istiqamətdə ciddi bir problemlər yaşanmamışdır.

Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ötən il ərzində balansda olan mənzil fondunun qorunması, xidməti ərazinin təmizliyinin normal səviyyədə saxlanması üçün cari təmir və abadlıq işləri həyata keçirilmişdir.

Birliyin balansında olan yaşayış binalarının 42-sinin payız-qış mövsümündə istilik alması nəzərdə tutulsa da, görülmüş əlavə tədbirlər nəticəsində bu binaların sayı 45-ə çatdırılmışdır. İstilik alan binalardan 6 binanın həm də isti su, 1 binanın isə yalnız isti su alması təmin olunmuşdur.

Payız-qış mövsümünə hazırlıqla bağlı birlik tərəfindən balansda olan yaşayış binalarının 80 kv.metri dəmir, 5000 kv.metri isə ruberoid olmaqla, ümumilikdə 5080 kv.metr sahədə dam örtüyü təmir olunmuş, ümumi istifadə yerlərinə 100 kv.metr şüşə salınıb, 25 qapı, 35 pəncərə bloku, 425 p/m binadaxili su xətti, 248 p/m daxili kanalizasiya xətti, 210 p/m daxili elektrik xətti, 450 p/m binadaxili istilik xətti təmir olunub 490 p/m tüstü boruları təmir olunaraq təmizlənib, 300 p/m navalça dəyişdirilib. Neftçilər prospekti 67 saylı binanın 900 kv.metr sahədə pilləkən qəfəsi əsaslı təmir edilmiş, xidməti ərazinin həyət və məhəllədaxili yollarına 16400 kv.metr sahəyə asfalt örtüyü vurulmuşdur.

Birlik tərəfindən qəzalı vəziyyətdə olan Üz.Hacıbəyov küçəsi 23 saylı binanın fasadı təmir olunub, 550 kv.metr ölçüdə qır dam örtüyü yeni üslublu mansard dam örtüyü ilə əvəzlənmişdir. Digər qəzalı vəziyyətdə olan Puşkin küçəsi 10 ünvanındakı binada əsaslı təmir işlərinə başlanmışdır.

Y.İbrahimli küçəsi 7, Nizami küçəsi 12, 14, S.Rüstəmov küçəsi 10, N.Rəfibəyli 3/5 saylı binalarn istilik təchizatının yaxşılaşdırılması məqsədi ilə birlliyin iştirakı ilə

28

Page 29: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

26 saylı qazanxananın əvəzinə yeni mobil qazanxana qurularaq istifadəyə verilmişdir.

Badamdar qəsəbəsində aparılan abadlıq işləri çərçivəsində birlik tərəfindən 2 ədəd 9 mərtəbəli yaşayış binasında təmirə hazırlıq işləri görülmüş, bu küçədəki yamacda 5000 kv.metr sahəyə qazon otu döşənmiş, 5000 ədəd yeni ağac əkilmişdir. Küçə boyu hasar və istinad divarlarında 2000 kv.metr suvaq təmiri və rəngləmə işləri aparılmış, 400 p/m bordyur daş yenisi ilə əvəz olunmuşdur.

Salyan yolu boyunca aparılan abadlıq işləri ilə bağlı buradakı hasarlarda 180 kv. metr yeni istinad divarı hörülmüş, 1200 kv. metr divar suvağı çəkilmiş, 3500 kv. metr suvaq qatı təmir olunaraq rənglənmişdir. 290 p/m sınmış bordyur yenisi ilə əvəzlənmiş,birliyin əməkdaşlarının iştirakı ilə 3500 ədəd yeni ağac, 45 min ədəd gül, 5 ha qazon əkilmiş, 25000 kv.metr sahəyə çim əkilmiş, 3,8 ha qazona qulluq göstərilmişdir. Əkilmiş ağaclar üçün ümumilikdə 5000 p/m ölçüdə ağac dirəklər basdırılmışdır. Yaşıllıqlara qulluq göstərilməsi üçün birlik tərəfindən çəkilmiş 6 min p/m su xəttində təmir işləri aparılmışdır. Bu zaman 800 p/m xətt yenilənmiş, 400 p/m yeni xətt çəkilmiş, 160 ədəd ventel dəyişdirilmiş və digər xırda təmir işləri aparılmışdır.

Yaşıllıq zolaqlarında dekorativ daşlardan 210 kv.metr sahədə peyzaj və rəsm elementli mozaika quraşdırılmışdır.

Parlament prospektində piyada yoluna 1800 kv.metr asfalt örtüyü vurulmuş, 900 p/m yeni bordyur qoyulmuş, Üz.Hacıbəyov küçəsində 80 ədəd iri həcmli yeni dekorativ kollar basdırılmış, ərazi çiçək kompozisiyaları ilə bəzədilmiş və burada daimi yenilənmə aparılır.

Birlik işçiləri rayon ərazisində aparılan abadlıq işləri, rayonun sanitar-təmizliyi məqsədi ilə keçirilən iməcliklərdə yaxından və fəal iştirak edirlər.

2014-cü il ərzində xidməti ərazidən 60000 kub metr məişət və 33000 kub metr iri qabaritli tullantılar daşınmışdır.

Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi tərəfindən 2014-cü il ərzində əhalinin elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsindəki 1467 saylı Komplekt transformator məntəqəsindən II yaşayış massivinə, Bayıl yaşayış sahəsindəki 749 saylı TM-dən «Cənub dərə» adlanan sahəyə, TM-55-dən Üz. Hacıbəyov, Mərdanov qardaşları küçələrinə, 1572 saylı KTM-dən qidalanan 2-ci sahə və II Bibiheybət döngəsi istiqamətində, İçəri şəhərdə – ümumiliklə – 20060 metr uzunluğunda «ÖİN» kabeli çəkilmişdir.

Bayıldakı 550 saylı TM-dəki transformator yeni, daha tutumlu 630 kVa-lıq transformatorla əvəz olunmuş, bununla da buradan qidalanan Aydın Məmmədov və Əli Nəzmi küçələrindəki abonentlərin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılmışdır.

55 saylı Transformator məntəqəsindəki 1000 kVa-lıq 2 ədəd transformator 1600 kVa-lıqla əvəz olunmuşdur.

İl ərzində rayon ərazisində 27050 metr uzunluğunda yüksək gərginlikli kabel xətləri yeniləri ilə əvəz olunmuşdur.

Dənizkənarı Milli Parkın enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə 579 saylı 6 kv-luq KTM yeni 10 kv-luq KTM ilə əvəz olumuş, 14610 metr uzunluğunda yeni kabel xətləri çəkilmişdir.

29

Page 30: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

147 saylı TM-nin yüksək gərginlikli avadanlığı 9 ədəd müasir tipli SM-6 vakuum açarı ilə əvəz olunmuşdur.

İl ərzində idarənin balansında olan 56 ədəd transformator məntəqələrində və KTM-lərdə təftişlər aparılmış, Badamdar qəsəbəsində 1 ədəd, Bayıl yaşayış sahəsində isə 1 ədəd köhnə transformator məntəqəsi sökülərək yenisi tikilmiş, yeni təmir olunmuş transformator məntəqələrinin sayı 40-a çatdırılmışdır.

20-ci yaşayış sahəsi Salyan şossesində əhalinin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 kv-luq yeni müasir RTM tikilmişdir.

Səbail rayon Qaz İstismar Sahəsi tərəfindən 2014-cü il ərzində rayonda qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 2838 p/m, 3-cü yaşayış massivində 1060 p/m, Salyan şossesi 32 ünvanda isə 2237 p/m polad boru politelen boru ilə əvəz olunmuş, bununla yanaşı Salyan 32 ünvanında 5370 p/m, 2-ci yaşayış massivində 1600 p/m yeni qaz xətti çəkilmişdir. Bayraq Meydanı ətrafındakı obyektlərin qazlaşdırılması üçün 1010 p/m, Gülbala Əliyev küçəsində 600 p/m, «Su İdmanı» sarayı ətrafında 1164 p/m xətt çəkilmişdir. Bülbül prospektində yeraltı qaz xəttinin korroziyaya uğramış 110 p/m hissəsi dəyişdirilmiş, E.Əzizov küçəsində 450 p/m polad boru çəkilmişdir.

Ümumilikdə isə il ərzində rayonda 15479 p/m uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, 16710 p/m qaz xəttində təmir işləri aparılmış, 9 ədəd yeni qaz tənzimləyici şkaf və 11 ədəd siyirtmə (4 ədəd yeni və 7 ədəd əvəz olunmuş) quraşdırılmış, 548 ünvanda qaz xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.

Əhali sektoru üzrə 2934 ədəd mexaniki qaz sayğacları yeni «İTRON» tipli qaz sayğacları ilə əvəz olunmuşdur.

İstehlakçıların normal, stabil və təhlükəsiz təbii qazla təchiz olunması üçün müntəzəm tədbirlər görülür. Mənzillərdə və müəssisələrdə təlimata uyğun qaz cihazlarına texniki baxış keçirilir, smart kart tipli yeni sayğacların quraşdırılması davam etdirilir.

2014-cü il ərzində istehlakçılara 78392.090 min kub metr, o cümlədən əhali sektoru üzrə 44652.868 min kub metr, qeyri-əhali sektoru üzrə isə 33739.222 min kub metr həcmində təbii qaz satılmışdır. Satılan təbii qazın dəyərinin ödənilməsi əhali sektoru üzrə 100.5 %, qeyri-əhali sektoru üzrə 84,8%,ümumilikdə rayon üzrə isə 93,7 % təşkil etmişdir.

2 saylı İSİS tərəfindən ərazidəki qazanxanalarda 4 ədəd yeni qazan, 5 ədəd su qızdırıcısı, 4 siyirtmə quraşdırılmış, müxtəlif ünvanlarda yerləşən yaşayış binalarına uzanan 2420 p/m uzunluğunda istilik xətləri, 8 qazanın qapağı dəyişdirilmiş, 2 qazanxanada su çənləri quraşdırılmışdır.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar balansda olan qazanxanalarda cari təmirlər aparılmış, Səbail rayonu 2 saylı İSİS tərəfindən istiliklə təmin olunan 92 yaşayış binası, 9 məktəb, 6 uşaq bağçası, 2 səhiyyə obyekti və 29 digər obyektin istilik sistemləri qış mövsümünə hazır vəziyyətə gətirilmiş, qazanlar mexaniki üsulla yuyulmuş, 10 ədəd nasos təmir olunmuş, siyirtmələr, ventellər yoxlanılmış, qazanxanaların elektrik avadanlıqları təftiş olunmuş, qazanxanaların ətrafında abadlıq işləri aparılmışdır.

Səbail rayon Sukanal İdarəsi tərəfindən hesabat dövründə rayon ərazisində 1922 p/m müxtəlif diametrli borular, 375 p/m kanalizasiya xətti təmir olunub və ya

30

Page 31: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

dəyişdirilmiş, 5 ədəd elektrik mühərriki, 6 ədəd su nasosu, 49 ədəd siyirtmə dəyişdirilib, 15 mühərrik, 26 su nasosu, 71 siyirtmə təmir olunub, 9 ədəd kanalizasiya nəzarət baxış quyusu tikilib, 12 dəst kanalizasiya lyuku quraşdırılıb, 4 su anbarı yuyulub zərərsizləşdirilib, 100 p/m kabel xətti dəyişdirilmiş, 2125 ədəd sərfölçən və sayğac quraşdırılmışdır.

Badamdar qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində işlər, qəsəbədəki 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir və bu işlərin 2015-ci ildə başa çatması nəzərdə tutulmuşdur.

Hesabat dövründə RİH tərəfindən rayonun orta məktəblərinin rəhbərləri, pedaqoji işçiləri, təşkilatçılarla mütəmadi əlaqələr saxlanılmış, RİH əməkdaşları məktəblərdə keçirilən tədbirlərin daimi iştirakçısı və təşkilatçılarından biri olmuş, rayonun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri təlim-tərbiyə prosesində şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına, huquq pozuntularından çəkindirilmələrinə, qəyyumluq və azyaşlıların hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdir.

İl ərzində Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının öz iclasları ilə yanaşı rayonun müxtəlif orta təhsil müəssisələrində səyyar toplantılar da keçirilmiş, Komissiyanın üzvləri tərəfindən komissiyanın qeydiyyatında olan uşaqların, həmçinin RİH-nə daxil olan ərizələrə əsasən bəzi vətəndaşların mənzillərinə baxışlar keçirilmiş, məişət zəminində yaranan problemlərin çoxu yerindəcə həll olunmuşdur.

Komissiya tərəfindən Kürdəmir şəhəri, Bakı prospekti, ev 41/43 ünvanında qeydiyyatda olan və hazırda Səbail rayonu, Gülbada Əliyev küçəsi, ev 18 «a» ünvanında yaşayan vətəndaş Abdullayeva Nurdanə Xancan qızının müraciəti araşdırılmış və nəticədə onun və övladlarının keçmiş həyat yoldaşı Abdullayev Fərhad Şəmsəddin oğlu tərəfindən sistematik olaraq fiziki və psixi zorakılıq hərəkətlərinə yol verməsi faktları müəyyən olunmuşdur. Komissiyanın iclasına dəfət olunan vətəndaş Fərhad Abdullayevə cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, onunla tərbiyəvi-qabaqlayıcı işin aparılması məqsədi ilə Komissiya tərəfindən profilaktik qeydiyyata götürülmüş, ərizəçi Nurdanə Abdullayevaya 30 gün müddətində mühafizə orderi verilmişdir.

İl ərzində Komissiyada çətin tərbiyə olunan, problemli uşaqlarla bağlı məsələlər müzakirə olunmuş, uşaqların hüquqlarının müdafiəsi istiqamətində işlər həyata keçirilmişdir. Belə ki, Komissiya tərəfindən 11 uşaq qəyyumluğa, 16 uşaq övladlığa verilmiş, 21 nəfər yetkinlik yaşına çatmayan uşağın əmlakdakı payı nəzarətə götürülmüş, 8-nin payının valideynləri tərəfindən satılmasına icazə verilmiş, valideynlərinin nigahı pozulmuş 9 uşağın valideynlərdən birinə verilmiş, 1 nəfər qocalar evinə yerləşdirilmiş, 25 uşaqla valideynlərin ünsiyyəti məsələsinə baxılmışdır. 4 nəfər fəaliyyət qabiliyyəti olmayan vətəndaş üzərində qəyyum təyin olunmuş, 2 nəfərə övladlığa verilmə ləğv olunmuş, yetkinlik yaşına çatmayan 2 uşağın xaricə getməsinə, 10 uşağın ad və ya soyadının dəyişdirilməsinə icazə verilmiş, valideynləri tərəfindən 5 uşaqdan imtina olunması məsələsinə baxılmış, 3

31

Page 32: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

nəfər analıq hüququndan məhrum edilmiş, 4 nəfər uşaq uşaq evinə, 2 uşaq Bakıdakı «SOS-Azərbaycan» Uşaq kəndinə yerləşdirilmiş, dərslərdən yayınmış 2 uşaqla bağlı məsələ müzakirə olunaraq Komissiyanın nəzarətinə götürülmüşdür.

İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələr və daimi yaşayış yerindən məhrum olmuş ümümilikdə 6 nəfər Komissiya tərəfindən qeydiyyata alınmış və nəzarətdə saxlanılırlar.

2014-cü il ərzində Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə keçirilən «Uşaq hüquqları aylığı», «Sülh aylığı», «İnsan hüquqları aylıq»ları ilə bağlı rayonda müvafiq tədbirlər həyata keçirilmiş və nəticələri ilə bağlı Ombudsman Aparatına məlumat verilmişdir.

Səbail rayon İcra Hakimiyyəti nəzdində İnzibati xətalar haqqında işlərə baxan Komissiya tərəfindən il ərzində Səbail rayon Polis İdarəsinin bölmələrindən daxil olmuş 315 inzibati protokola baxılmış, 1780 manat cərimə Dövlət büdcəsinə ödətdirilmişdir.

Hesabat dövründə Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən ötən ildə gənclərlə aparılan işlərin daha səmərəli qurulması məqsədi ilə rayondakı idarə, təşkilat, müəssisə, orta və ali təhsil ocaqları, bələdiyələrdəki nümayəndəliklərlə birgə sıx əməkdaşlıq aparılmış, rayondakı gənclər təşkilatları, mədəniyyət ocaqları, hərbi hissələrlə sıx əlaqələr qurulmuşdur. İl ərzində İdarə tərəfindən gənclər sahəsi üzrə 70, bədən tərbiyəsi və idman sahəsi üzrə 36, ümumilikdə isə 106 müxtəlif tədbir təşkil olunmuş, tədbirlərə böyük saylı yeniyetmə və gənclərin cəlb olunması təmin olunmuşdur.

Rayon ərazisində qeydiyyatdan keçən 4631 nəfər qaçqın (850 ailə) və 9280 nəfər (2791 ailə) məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.

Köçkünlərin yığcam yaşadıqları 24 yığcam yaşayış obyektlərində, eləcə də fərdi mənzillərdə yaşayanların fasiləsiz olaraq su, qaz, elektrik enerjisi ilə təhciz olunması və kanalizasiya xəttinin normal işləməsi üçün gündəlik tədbirlər həyata keçirilmişdir.

Dövlət Bayrağı Meydanının Bibiheybət qəsəbəsi istiqamətində uzadılması və Su İdmanı sarayının ətrafının abadlaşdırılması işləri çərçivəsində sarayın yaxınlığındakı ərazidəki tikililərdə və yataqxanada məskunlaşmış 126 məcburi köçkün ailələri (630 nəfər) Mehdiabad qəsəbəsində hər cür kommunal şəraitli mənzillərə köçürülmüşdür.

Məcburi köçkünlərin məskunlaşdığı Bibiheybət qəsəbəsindəki «Şıx» sanatoriyasında əsaslı təmir işləri davam edir.

Novruz və Ramazan bayramları, Milli Qurtuluş günü, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayondakı şəhid, əlil, aztəminatlı ailələrlə yanaşı ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə RİH tərəfindən ərzaq yardımları göstərilmişdir.

Hazırda Səbail rayonunda 19 partiyanın rayon şöbələri və özəkləri fəaliyyət göstərir. Rayon şöbələrinin işi daim izlənilir, onlar barədə məlumatlar toplanır, yenilənir, RİH-nə olan müraciətlərinə qanun və imkan çərçivəsində köməklik göstərilir.

32

Page 33: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Rayonda ən çox özəyi olan partiya Yeni Azərbaycan Partiyasıdır. Partiyanın rayon təşkilatının üzvlərinin sayı 23900 nəfərdir. Digər partiyaların üzvlərinin sayı çox azlıq təşkil edir.

2014-cü ildə ölkəmizdə mühüm siyasi tədbir olan Bələdiyyə seçkiləri keçirilmişdir. Mühüm siyasi tədbirlə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail Seçki Dairələri üzrə nəzərdə tutulan əsas təşkilati və hazırlıq tədbirləri görülmüşdür.

Yanvar-fevral aylarında seçici siyahılarının dəqiqləşdirilməsi işləri aparıldıqdan sonra müxtəlif səbəblərdən adları siyahılara düşməyən vətəndaşlar bu siyahılara daxil edilmişdir.

Rayonda yaradılmış 42 Məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olmuşlar. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılmış, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunmuş, Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqələrdə 15 ədəd Web kamera quraşdırılmışdır.

Rayon ərazisinin müxtəlif yerlərində Bələdiyyə üzvlüyünə namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 50-ə yaxın xüsusi lövhələr quraşdırılmışdır. Seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar RİH tərəfindən rayonda toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün 3 bağlı və 3 açıq yerlər müəyyənləşdirilmişdir.

Rayonda seçki qabağı hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuş, 3 Bələdiyyə üzrə qeydə alınmış müxtəlif siyasi partiya, ictimai birlik və bitərəfləri təmsil edən 116 namizəd arasından Səbail Bələdiyyəsinə 17, Badamdar Bələdiyyəsinə 15 və Bibiheybət Bələdiyyəsinə 9 nəfər üzv seçilmişdir.

Səbail rayonu mərkəzi rayon olduğundan ərazidə bir sıra beynəlxalq və respublika miqyaslı təşkilat, fond, cəmiyyət, assosiasiyaların qərargah və baş ofisləri yerləşmişdir. Bu təşkilatlardan 12-si respublika miqyaslı təşkilatların rayon şöbələridir ki, bunlardan da Veteran təşkilatları Şurasını, Ağsaqqallar Şurasını, Qarabağ əlilləri, müharibə veteranları və Şəhid Ailələri İctimai Birliyini, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyini, Qızıl Aypara cəmiyyətini, Əlillər Cəmiyyətini, Korlar Təşkilatını, Çernobıl əlilləri cəmiyyətini, 20 Yanvar Cəmiyyətlərini, «Sodrujestvo» cəmiyyətini və Azərbaycandakı Rus İcmasının rayon şöbələrini qeyd etmək olar. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi də RİH-lə sıx əlaqədə fəaliyyət göstərirlər.

Rayonda fəaliyyət göstərən müxtəlif gənclər təşkilatları ilə sıx əlaqələrin yaradılması və möhkəmləndirilməsi işlərinə xususi fikir verilmişdir. Bu təşkilatlar arasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, ADPU, ADİU, «Qərb» Universitetində, Dövlət Dəniz Akademiyasında, Maliyyə İqtisad Kollecində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları ilə birlikdə ali təhsil müəssisələrində Azərbaycan Gəncliyi Dövlət Proqramından irəli gələn bir sıra tədbirlər təşkil edilib keçirilmişdir.

33

Page 34: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, Səbail rayon YAP Gənclər birliyi, «İrəli», «Gəncliyə Yardım Fondu», Gənclər Fondu, Maarifçi Gənclər təşkilatı, “Siyasi maarifçilik” İctimai Birliyi və s. təşkilatlarla sıx əlaqələr yaradılmış, onların üzvləri ilə birlikdə rayondakı ali və orta təhsil müəssisələri, idarə və təşkilatlarda, hərbi hissələrdə birgə tədbirlər keçirilmişdir.

Bütövlükdə rayondakı ictimai təşkilatlar nizamnamələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir və idarə olunurlar. RİH tərəfindən yerli ictimai təşkilatlara lazımi diqqət göstərilir.

Səbail rayonunda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə vardır. 5 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən rəsmi dövlət qeydiyyatından keçmişdir. İçəri şəhər, Firdovsi küçəsi 3 ünvanda yerləşən Mir Mövsüm ağanın mənzili də ziyarət yeri kimi fəaliyyət göstərir.

2009-cu ilin may ayından «Şəhidlər Xiyabanı»nda yerləşən «Şəhidlər məscidi» təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini dayandırmış və hazırda burada heç bir ayin keçirilmir.

2014-cü il ərzində rayon ərazisində mövcud dini icmalar, məscidlər və dini tədris müəssisələri ilə əlaqə saxlanılmış, dini tədbir və mərasimlərdə iştirak edilmişdir.

Noyabr ayının 4-ə təsadüf edən «Aşura» mərasimi zamanı İçəri şəhər «Cümə» məscidində və Bibiheybət məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunmuş, bu zaman «Cümə» məscidində – 159 nəfər, Bibiheybət məscidində isə 260 nəfər, ümumilikdə isə 419 nəfər könüllü qan vermişdir.

Ümumilikdə rayon ərazisində «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun, toleyrantlıq – dini dözümlülük, adət və ənənələrin pozulması, ayrı-seçkilik faktları müşahidə olunmur.

RİH tərəfindən TV və qəzetlərin nümayəndələri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən prosseslər barədə vaxtaşırı məlumatlar verilir, jurnalistlər keçirilən tədbirlərə dəvət olunurlar.

2014-cü il ərzində rayonda RİH-nin təşkilatçılığı ilə bir sıra tədbirlər və toplantılar təşkil olunaraq keçirilmişdir. İlk olaraq yanvar ayında rayonun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərinin, həmçinin yeni yaradılmış 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin, qəsəbələrin sakinlərinin iştirakı ilə 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda qəsəbələrdə görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yollarından danışılmışdır.

Fevral ayının 3-də rayon İcra Hakimiyyətinin iclas zalında Səbail rayon İcra Hakimiyyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2014-cü il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağın yekunlarına görə rayon İcra Hakimiyyətinin 2013-cü il üçün fəaliyyəti «qənaətbəxş» qiymətləndirilmişdir.

2014-cü il ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2014-cü il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.

34

Page 35: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Yanvar ayında 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətində Tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Tədbirlər planı çərçivəsində yanvar ayının 17-də RİH-nin təşkilatçılığı ilə «20 Yanvar» cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi üçün «Şəhidlər Xiyabanı» Kompleksində inşa olunmuş yeni qərargahındakı iclas zalında rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə iştirak edən rayon rəhbərliyi, rayonun digər ictimai təşkilatlarının və birliklərinin, Sosial Müdafiə Fondu rəhbərləri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. Görüşdə şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.

Rayonun ali məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar yığıncaqlar və toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuşdur. İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir və foto sərgi, Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil olunmuşdur.

Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur.

Rayonun orta məktəblərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.

Tərtib olunmuş qrafik üzrə 17-19 yanvar tarixlərində orta və ali məktəblərin şagird və tələbələri tərəfindən «Şəhidlər Xiyabanı»nın ziyarət olunması təşkil edilmişdir.

Yanvarın 20-də Səbail rayonu, Badamdar qəsəbəsində «Badamdar şəhidləri» abidəsinin önündə Badamdar Bələdiyyəsi, qəsəbədəki orta məktəblərin şagirdləri, ziyalılar və ağsaqqalların iştirakı ilə tədbir keçirərək abidə önünə gül dəstələri qoyulmuşdur.

20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində şəhidlərin ruhuna dualar oxunmuş, Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində ehsanlar verilmişdir.

20 Yanvar faciəsi ilə bağlı rayonda keçirilən tədbirlər və görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

2 Fevral – Azərbaycan Gəncləri günü ənənəvi olaraq Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Azərbayan Gəncləri günü ərəfəsində isə şəhərimizin gözəl məkanlardan birinə çevrilən Dövlət Bayrağı Meydanındakı «Cristall-Hall»da Səbail rayon gənclərinin möhtəşəm bayram

35

Page 36: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

balı keçirilmişdir. Gənclər balına rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.

Tədbirdə çıxış edənlər ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatmışdır.

Fevral ayının 11-də 49 saylı "İntellekt" məktəb-liseyində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmiş, tədbirdə ərazidəki bir neçə orta məktəblərin şagirdləri də iştirak etmişlər.

Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Prezidentimizin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən son illərdə digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlər Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirilir.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.

Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 2, 33 və 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.

Tədbirlər çərçivəsində fevral ayının 25-də mərkəzdəki 1 saylı şəhər, martın 14-də Bayıldakı 33 saylı, aprelin 1-də 2 saylı şəhər və aprelin 17-də Badamdardakı 34 saylı şəhər poliklinikalarında rayon ictimaiyyəti, əmək kollektivlərinin üzvləri KİV nümayəndələrinin iştirakı ilə geniş tədbirlər keçirilmişdir.

36

Page 37: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Tibbi müayinələrin başlandığı fevral ayının 17-dən may ayının 1-dək olan müddət ərzində rayon üzrə 72368 nəfər müayinələrdən keçmişdir. Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub.

Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür. Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlük, ongünlük və aylıq yekunlar araşdırılmış, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tibbi müayinələrin nəticələri ilə bağlı gündəlik və yekun hesabatlar verilmişdir.

Fevral ayının 20-də Azərbaycanda rəsmi səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olmuşlar. Qonaqlara paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonu, buranın tarixi, coğrafi mövqeyi, rayonda yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, rayondakı bələdiyyələrin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Nümayəndə heyəti üzvlərindən Türk Dünyası Bələdiyyələr Birliyinin Məşvərət Şurasının üzvü Adəm Esen, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Mustafa Başqurt, Kutahya Bələdiyyə Başqanı Ahmet Torun, iş adamı Murat Şahin ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini bildirmiş, Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək, Bələdiyyələrin fəaliyyəti çərçivəsində əməkdaşlığın, həmçinin gələcək də birgə layihələrin əhəmiyyətini vurğulamışlar.

Nümayəndə heyəti Türkiyəyə qayıtdıqdan sonra heyətin üzvü, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Mustafa Başqurt Səbail RİH-nin elektron poçtuna minnətdarlıq məktubu göndərmişdir.

«Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Səbail rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

RİH-nin tədbirlər planına uyğun olaraq fevral ayının 25-də rayon İcra Hakimiyyətinin təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin məsul işçilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargah binasında rayonda məskunlaşan Xocalıdan köçkün düşmüş 26 ailənin üzvləri ilə görüş keçirilmiş, onların sualları dinlənilmiş, bu ailələrə yardımlar göstərilmişdir.

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və ibtidai hərbi hazırlıq səviyyəsinin, vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə Səbail rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi ilə birgə artıq ənənəvi xarakter daşıyan Səbail rayon məktəbləri

37

Page 38: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

arasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı «Mahir nişançı» devizi altında güllə atıcılığı üzrə yarış keçirilmişdir.

Yarışda Səbail rayonunun 17 orta məktəbinin komandası iştirak etmişdir. Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən etmişlər.

Yarışlarının Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmiş finalında münsiflər heyətinin qərarı ilə 1-ci yerə 7 saylı orta məktəbin, 2-ci yerə 50 saylı orta məktəbin və 3-cü yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülmüşlər.

Yarışda I, II və III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələrə layiq görülmüşlər.

Fevral ayının 25-də rayonun bütün ali və orta məktəblərində keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, divar qəzetləri buraxılmış, inşa müsabiqəsi keçirilmişdir.

Xocalı faciəsi ilə bağlı Bibiheybət və İçəri şəhərdəki məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunmuş, Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində ehsanlar verilmişdir.

Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.

Fevral ayının 21-də YAP Səbail rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 21 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, tədbirdə təşkilatın yaranması, fəaliyyət dövrü ərzində qazanılan uğurları, görülən işlər müzakirə olunmuşdur.

Fevralın 28-də RİH-nin dəstəyi ilə Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbi şagirdlərinin R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində konserti keçirilmiş, tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər mədəniyyət və Turizm İdarəsi, çoxsaylı qonaqlarla yanaşı Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak etmişdir.

Mart ayının 3-də rayonda Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı 132-134 saylı Təhsil Kompleksində Səbail rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici xarakterli ənənəvi tədbir keçirilmişdir.

Martın 5-də Azərbaycan poeziyasının görkəmli nümayəndəlrindən biri, xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mart ayının 7-də RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal qadınların iştirakı ilə «Maestro» restoranda tədbir və konsert təşkil olunmuşdur.

38

Page 39: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Səbail rayonunda Novruz şənliklərinin keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Tədbirlər planı çərçivəsində mart ayının 17-də rayonda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların, o cümlədən Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, 20 Yanvar və Çernobıl cəmiyyətinin, Əlillər, Vətən Müharibəsi Veteranları Birliyinin, Veteran Təşkilatları və Ağsaqqallar Şuralarının, Gözdən əlillər cəmiyyətinin, Rus icmasının, «Sodrujestvo» cəmiyyətinin və s. təşkilatların rayon şöbələrinin nümayəndələrinin, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə «Bakı gecələri» restoranında rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşü keçirilmiş, onlara ərzaq yardımlarının verilməsi təşkil olunmuşdur. Bayram payları rayondakı 27 yataqxanada məskunlaşmış məcburi köçkün, həmçinin Şəhid və Qarabağ müharibəsi əlili və veteranı ailəsinə, xəstə və kimsəsizlərə, yardıma daha çox ehtiyacı olan ailələrə, ümumilikdə isə 5000-ə yaxın ailəyə paylanmış, əlavə olaraq 300 ailəyə qurban əti çatdırılmışdır.

Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonunda «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.

Hərbi hissədəki əsgər kazarmaları, ön cəbhə xəttindəki yeni tikililərlə tanışlıqdan sonra hərbi hissənin şəxsi heyəti ilə təntənəli görüş keçirilmiş və tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunmuşdur.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.

Tədbirlər planı çərçivəsində martın 19-u və 21-də Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən nümayəndəliyin qarşısındakı meydanda və Badamdar qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədəki «N» saylı hərbi hissənin şəxsi heyəti üçün qəsəbələrin mədəniyyət evləri və populyar incəsənət xadimlərinin iştirakı bayram tədbirləri keçirilmişdir.

Bayram ərəfəsində rayonun orta məktəb və məktəbəqədər tərbiyə müəssisələrində çoxsaylı ədəbi-bədii bayram şənlikləri keçirilmiş, 132-134 saylı Təhsil Kompleksi, 160 saylı Klassik gimnaziya, 49, 51, 91 və 190 saylı orta məktəblərin müəllim kollektivi və şagirdləri tərəfindən ətraf ərazidə yaşayan ahıl və kimsəsiz vətəndaşlara bayram sovqatları çatdırmışlar.

39

Page 40: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

19-23 mart tarixlərində İçəri şəhərdə «İçərişəhər» DTMQ İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar «Meydan bazarı» tədbirləri keçirilmiş, bu tədbirlərdə paytaxtımızın minlərlə sakini və qonaqları iştirak etmişlər.

Mart ayının sonunda rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Səbail rayon mərkəzləşdirilmiş kitabxana sisteminin kitabxanalarında sərgilər təşkil olunmuş, 1 saylı filialda tədbir keçirilmiş, M.S.Ordubadinin xatirə muzeyində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, «Qərb» Universitetində, «İstiqlal» muzeyində soyqırımı günü ilə bağlı toplantı, dəyirmi masa, rəsm sərgiləri, anım tədbirləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində faciə ilə bağlı tədbirlər keçirilmiş, məktəblərdə birinci dərs soyqırım tarixinə həsr olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq cari ilin fevral-may aylarında Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin tədris olunması təşkil olunmuşdur. Keçirilən açıq dərslərə rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdləri cəlb olunmuşdur.

Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə hər birinə 2 akademik saat ayrılan mövzuların tədrisi üçün xususi qrafik tərtib olunmuş, dərslərlə bağlı tövsiyə və tezislər alınmış, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilmişdir. Bütün zəruri təşkilati məsələlər həll olunaraq dərslərin gedişatı, keçirilməsi rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmış, keçirilən hər bir dərsdə iştirakçılarla yanaşı rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak etmişlər.

Dərslərin daha maraqlı və yaddaqalan olması üçün onlar müasir Azərbaycan tarixi və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən Heydər Əliyev muzeyi və mərkəzi olan rayonun iri ali təhsil müəssisələri – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında keçirilmişdir.

Təcrübəli tarix müəllimləri tərəfıindən tədris edilən açıq dərslərin hamısı canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir.

Rayondakı 17 orta təhsil müəssisəsində oxuyan 1.268 nəfər XI sinif şagirdinin 870 nəfəri mart ayında keçirilən dərslərdə iştirak etmişlər. Səbail rayonunda fəaliyyət göstərən işğal altında olan rayonlardan olan (Ağdam, Laçın, Cəbrayıl, Zəngilan) 5 məcburi köçkün məktəblərinin 54 nəfər XI sinif şagirdləri də bu dərslərə cəlb olunmuşlar.

Aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən açıq dərslərdə 160 nəfər XI sinif şagirdi iştirak etmiş, dərslərdə mövzularla bağlı slaydlar da nümayiş etdirilmişdir. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında keçirilən dərslərdə rayonun 6, 162, 189, 203, 236 saylı orta

40

Page 41: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

məktəblərin, 132-134 saylı Təhsil Kompleksinin və həmçinin məcburi köçkün rayonlarından olan məktəblərin 347 şagirdi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı dərslərdə rayonun 51, 162, 190, 239 saylı orta məktəblərinin 360 nəfər XI sinif şagirdi iştirak etmişlər.

Fevral ayında 132-134 saylı Təhsil Kompleksinin, mart ayında 49 saylı «İntellekt» məktəb-liseyinin, aprel ayında isə 189 və 190 saylı orta məktəblərin hər birinin 60 nəfər şagirdi Heydər Əliyev Mərkəzində olmuşlar.

Dərslərin keçirilməsi ilə bağlı məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuş, onların keçirilməsi kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılmış, məlumatlar RİH-nin saytında yerləşdirilmişdir.

Aprelin 23-də 160 saylı Klassik Gimnaziyada Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın «Uşaqlara qarşı zorakılıq» proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyeva və Almaniyadan olan psixoloq Qalina Xanzelmann AŞPA-nın proqramı çərçivəsində maarifləndirici tədbirin keçirilməsi təşkil olunmuşdur.

Aprelin 24-də AVMVB Səbail rayon təşkilatının qərargahında bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Görüşdə qəzanın səbəbləri və fəsadları, onun aradan qaldırılmasında iştirak edən Azərbaycanlıların fədakarlığı, Ulu öndər Heydər Əliyev tərəfindən Çernobıl faciəsinin aradan qaldırılması zamanı xəsarət almış vətəndaşlara olan diqqət və qayğısından, hazırda ölkə rəhbərliyi tərəfindən onların sosial reabilitasiyası və təminatı istiqamətində görülən işlərdən danışılmış və Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə rayondakı bir sıra ictimai birliklərin üzvləri, ağsaqqallar, ağbirçəklər, gənclər təşkilatlarının üzvləri, tələbələrin iştirakı ilə «Yaşlı nəslin təcrübəsindən faydalanaq» layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi Səbail rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar tarixlə bağlı 7, 163, 189, 190, 239 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə 132-134 saylı Təhsil Kompleksində görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, 7, 91, 239, 162, 189, 190 saylı orta məktəblərdə, 132-134 saylı Təhsil Kompleksində, 160 saylı Klassik Gimnaziyada divar qəzetləri, 91, 162, 163 saylı orta məktəblərdə bədii qiraət müsabiqələri, 2, 7, 163, 189, 203 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə şagirdlərin rəsm əsərləri sərgisi, 160 saylı Klassik Gimnaziyada Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turniri, 163 saylı orta məktəbdə idman yarışları keçirilmiş,

41

Page 42: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitab sərgiləri, İstiqlal muzeyində tədbir təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri bu sərgi və tədbirlərin fəal iştirakçısı olmuşlar. Şagirdlərin Milli Azərbaycan Tarixi və İstiqlal Muzeylərində yaradılmış yeni ekspozisiyalara ekskursiyaları təşkil olunmuşdur.

Aprelin 28-də 132-134 saylı Təhsil Kompleksində şagirdlərin elektron təqdimatları keçirilmiş, mövzu ilə bağlı materiallar məktəbin saytına yerləşdirilmişdir. Həmçinin 91 və 236 saylı orta məktəblərdə akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yoluna həsr olunmuş dəyirmi masa, 132-134 saylı Təhsil Kompleksində «Qəlblərdə yaşayan insan» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Keçirilən tədbirlərdə Səbail rayon İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, rayon ictimaiyyətinin, veteranlar, ağsaqqallar və gənclərin nümayəndələri iştirak etmişlər.

Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda xüsusi sevgi və məhəbbətlə qeyd olunan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonun idarə, və təşkilatlarında, təhsil, səhiyyə, elm və mədəniyyət müəssisələrində keçirilən çoxsaylı tədbirlərdə ulu öndərin xatirəsi böyük hörmət və məhəbbətlə yad edilmişdir.

Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq may ayının 1-də Dövlət Musiqili Teatrında Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan xalqının ümummilli qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki tarixi rolu barədə danışılmış, onun əziz xatirəsi böyük ehtiramla yad olunmuşdur.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonun bir çox idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində təntənəli tədbirlər təşkil olunmuş, Ulu öndərin əziz xatirəsi yad olunmuşdur. Belə ki, may ayında Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət İqtisad Universitetlərində elmi konfranslar, AVMVB Səbail rayon təşkilatının qərargahında veteran təşkilatlarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbiri, 6, 49, 50, 51, 91, 189, 190, 236, 239 saylı orta məktəblərdə ədəbi-bədii tədbirlər, R.Behbudov adına 2 saylı, C.Hacıyev adına 3 saylı musiqi məktəbi şagirdlərinin bayram konsertləri keçirilmişdir.

May ayının əvvəlində ölkəmizin paytaxtında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş «Tur d”Azerbaijan» Beynəlxalq velosiped turu keçirilmişdir. Velo yarışın keçirildiyi günlərdə rayonumuzun idarə

42

Page 43: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri tamaşaçı kimi yaxından iştirak etmişlər.

Əlamətdar günlə əlaqədar Səbail RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan aztəminatlı, imkansız 1500 ailəyə ərzaq bağlamaları paylanmışdır.

May ayının 9-da «Sahil bağı»nda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilmişdir.

Bu əlamətdar bayramla əlaqədar lazımi abadlıq işləri aparılmış, «Sahil bağı» başdan-başa bəzədilmişdir. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzlərinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.

«Sahil bağı»nda çiçəklərlə bəzədilmiş 2 dekorativ arka qurulmuşdu. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı kompozisiyalar, Bakı şəhərinin və Səbail rayonun simvolu olan Qız qalasının, Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən «Alov Qüllələri» Kompleksinin, 2015-ci il Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının embleminin, «Səbail» gəmisinin güldən hazırlanmış və güllə işlənmiş maketləri xüsusilə göz oxşayırdı.

Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqları Ulu öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şer və mahnılarla qonaqlar qarşısında çıxış etmişlər.

İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir.

Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmişdir.

May ayında Komissiya Bakı şəhərinin bütün rayonlarında keçirilən «Gül bayramları»nda nümayiş etdirilən kompozisiyaları baxışlara yekun vurmuş və Bakı şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər elan olunaraq mükafatlandırılmışlar. Sevindirici haldır ki, Bakı şəhər İcra Hakimiyyətinin qərarına görə «Gül bayramına məxsus çoxillik ənənələri qorumaqla nəzərdə tutulmuş bütün nominasiyalara cavab verdiyinə, həmçinin müxtəlif növ dekorativ, gül-çiçəklərdən yaradıcı və geniş istifadəyə, əlvan rəngli kompozisiyaları müasir zəmində təqdim etdiyinə görə» Səbail rayon İcra Hakimiyyəti III yerə layiq görülmüşdür.

Komissiyanın yekun qərarına görə 236 saylı orta məktəbin şagirdi Ülviyyə Əhmədovanın əl işi I yerə, 160 saylı Klassik Gimnaziyanın şagirdi Fidan Mustafayeva III yerə layiq görülərək pul mükafatı almışlar. Digər qaliblər arasında rayonumuzdan 6 saylı orta məktəbdən Aysel Əsədova və Ləman Cəlilova, 49 saylı «İntellekt» liseydən Arzu Nağıyeva, 50 saylı orta məktəbdən Fidan Məmmədzadə, 132-134 saylı Təhsil Kompleksindən Fəxriyyə Ələsgərzadə və Cavidan Qasımov,

43

Page 44: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

160 saylı Klassik Gimnaziyadan Solmaz Sanıyeva, 20 saylı Uşaq Yaradıcılıq Mərkəzindən Aynurə Qasımova və «Təbəssüm» rəqs kollektividə vardır.

May ayının 10-da - Ulu öndərin doğum günündə rayon ictimaiyyətinin nümayəndələri «Fəxri Xiyaban»da Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsi ehtiram və məhəbbətlə yad edilmişdir.

May ayında Səbail rayonunda həmçinin Faşizm üzərində Qələbənin 69-cu ildönümü geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur.

Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməcliklər keçirilmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur.

Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.

Mayın 9-da ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulmuş, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.

Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı «İntellekt» liseydə davam etdirilmişdir. Tədbirdə çıxış edənlər II Dünya Müharibəsi illərində Azərbaycanlıların cəbhə xəttində və arxa cəbhədəki fədakar döyüş yolu və əməyindən, bu gün müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışılmış, veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində 100-dən çox şirkət, holdinq və bankın iştirakı ilə təşkil olunmuş və Ümummilli lider Heylər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ənənəvi «Məzun yarmarkası - 2014»-də respublikamızın, həmçinin Rusiya, Gürcüstan, Şimali Kipr, Almaniya, Cənubi Koreya və Türkiyənin 52 ali məktəbinin 3500-dən çox məzunu iştirak etmiş, onların 1000-dən çoxu yuksək maaşlı daimi, 300-ü müqavilə əsasında müvəqqəti işlə təmin olunmuş, 500-dən çox məzunun sənədləri müxtəlif təşkilatlar tərəfindən ehtiyat məlumat bankına daxil edilmişdir.

May ayının 23-də rayonun elm, mədəniyyət, təhsil, səhiyyə, biznes və s. sahələrində, hüquq-mühafizə orqanlarında çalışan, ali təhsil müəssisələrində təhsil

44

Page 45: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

alan gənclərin, həmçinin rayon rəhbərliyi, ağsaqqallar, veteranlar, müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Səbail rayon gənclərinin VII Forumu keçirilmiş, rayonda gənclərlə bağlı görülən işlər, mövcud problemlər, gələcək planlar müzakirə olunmuşdur.

Forumda Azərbaycan Gənclərinin VII Forumuna Səbail rayonundan 27 nəfər nümayəndə seçilmiş, toplantı iştirakçıları adından rayon gənclərinə müraciət qəbul olunmuşdur.

Forumun sonunda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə rayon İcra Hakimiyyətinin Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Mayın 23-də Dövlət Opera və Balet Teatrında 160 saylı Klassik Gimnaziyanın 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, məktəbin müəllimlərindən bir qrupu Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Səbail rayon İcra Hakimiyyətinin mükafat və hədiyyələri ilə təltif olunmuşlar.

28 may - Respublika günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunların «N» saylı hərbi hissəsində Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının, rayon ictimaiyyəti, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Qonaqlar hərbi hissənin əsgər yataqxanasına və xidmət otaqlarına baxmış, Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə məktəblilərə məlumat verilib, qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələri nümayiş etdirilmişdir. Qonaqlar hərbi hissənin helikopter eskadrilyasının texnikası ilə də tanış olmuşlar.

Xidmətdə fərqlənən əsgər və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Rəsmi hissədən sonra qonaqlar və hərbi hissənin şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunmuş, populyar incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ölkəmizin tarixinin daha dərindən öyrənilməsinə olan marağının artırılması, gələcək nəslin bilikli və savadlı böyüməsi istiqamətindəki işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə may ayının 29-da RİH tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olmuş, video rolikə tamaşa etmişlər.

45

Page 46: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Səbail rayonunun ali və orta təhsil müəssisələrində təhsil alan gənclər tərəfindən Memorial Soyqırımı Muzeyi ilə tanışlığının davamlı şəkildə keçirilməsi qərara alınmışdır.

Mayın 30 və 31-də Səbail rayonunun bütün 18 orta məktəbində təntənəli şəkildə ənənəvi «Son zəng» tədbirləri keçirilmişdir. Orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak etmişlər.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə 3 saylı Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Şarl Perronun nağıllları əsasında Avstriya bəstəkarı Y.Haydnın fortepiano sonatalarının musiqisinə yazılmış opera-zarafat nümayiş etdirilmişdir. Şagirdlərin çıxışları qonaqların alqışları ilə qarşılanmışdır.

Tədbirdə Səbail rayon rəhbərliyi ilə yanaşı Bayıl yaşayış sahəsində yerləşən orta məktəblərin şagirdləri də iştirak etmişlər.

İyun ayının 1-dən 11-ə kimi Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olmuşdur.

Səfərin məqsədi Yaponiyanın yerli idarəetmə sistemi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.

Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərlik etdiyi Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti iyunun 2-də Tokionun Mequro rayonunun rəhbərliyi ilə görüşmüşdür.

Görüşdə Bakının Səbail Rayonu barədə ətraflı məlumat verilmişdir. Səbail rayonu ilə Mequro rayonu arasında dostluq və tərəfdaşlıq haqqında niyyət protokolunun layihəsi Yaponiya tərəfinə təqdim olunmuşdur.

İyun ayının 6-da Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar böyük rus şairinin abidəsi önündə mərasim təşkil olunmuş, Səbail rayon İctimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrujestvo» cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış etmiş, şairin həyat və yaradıcılığından, ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolundan, onun dünya ədəbiyyatına etdiyi töhfələrdən danışılmış, ölməz şairin şerləri Azərbaycan və rus dillərində səslənmiş, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstərmişlər.

İyun ayının 13-də RİH-də Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə «Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi»

46

Page 47: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

mövzusunda tədbir təşkil olunmuş, tədbirdə yay mövsümü ilə əlaqədar rayon ərazisində mövcud çimərliklərin vəziyyəti, burada istirahətin təşkili məsələləri ilə yanaşı vətəndaşların təhlükəsizliyinin təminatı və bu istiqamətdə görüləsi zəruri olan işlər barədə məlumat və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Azərbaycan xalqının Milli Qurtuluş günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid Naxçıvanski adına hərbi liseydə tədbir keçirilmişdir.

Qonaqlar əvvəlcə Ümummilli lider Heydər Əliyevin liseydəki büstünü ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Qonaqlar həmçinin general Cəmşid Naxçıvanskinin də büstünü ziyarət etmişlər. Sonra qonaqlar liseyin muzeyində olmuş, liseyi gəzərək burada kursantların təhsili, istirahəti, idmanla məşğuliyyəti üçün yaradılan şəraitlə tanış olmuşlar.

Liseyin akt zalında keçirilən tədbirdə Ulu öndər Heydər Əliyevin səyləri ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranması, möhkəmlənməsi və inkişafından, ordu üçün milli kadrların yetişdirilməsində Heydər Əliyevin rolundan, onun Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə baş verən dəyişikliklər, iqtisadi inkişafa verilən təkandan, əldə olunan nailiyyətlərdən geniş danışılmış, Cəmşid Naxçıvanski adına hərbi lisey barədə brifinq keçirilmişdir. Sonda populyar incəsənət xadimlərinin və gənc estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.

Milli Qurtuluş günü münasibəti ilə iyun ayının 14-də RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan 1000-ə yaxın aztəminatlı ailələrə ərzaq yardımları təqdim olunmuşdur.

Milli Qurtuluş günü rayondakı idarə, təşkilat, ali təhsil müəssisələrində də qeyd olunmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmış, respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, hərbi hissə komandirinin əmri ilə xidmətdə

47

Page 48: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Səbail RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.

Cəbhə xəttində keçirilən tədbirlərdə Tərtər rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri də iştirak etmişlər.

İyunun 24-də isə 26 İyun – Silahlı Qüvvələrin yaranma günü ilə bağlı şəhərin mərkəzindəki «Sahil bağı»nda gənc rəssamların iştirakı ilə «Müstəqilliyimiz əbədidir» adlı tədbir-sərgi təşkil olunmuş, tədbir-sərgidə 20-ə yaxın gənc rəssam gözəl rəsm kompozisiyaları yaratmışlar.

İyul ayının 11-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 45 iliyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaranması və inkişafındakı əvəzsiz rolundan danışılmışdır.

İyul ayının 17-də Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat gününün 139 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurası və bir sıra aparıcı TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ənənəvi tədbir-görüş keçirilmiş, 60-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və KİVDF ilə birgə «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda yeni fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınmışdır.

İyul ayının 19 və 20-də “Sahil bağı”nda Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və “Qanun” nəşriyyatının təşəbbüsü ilə kitab yarmarkası keçirilmişdir. Yarmarkada 700 adda 15 min kitab oxuculara təqdim olunmuş və kitabların qiymətinə 20 % endirim edilmişdir.

Xeyli oxucunun qatıldığı yarmarkaya ölkənin tanınmış şəxsləri, eləcə də bir çox dövlətlərin ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri qatılmışlar. Onlar arasında Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və Norveç Krallığının Azərbaycandakı səfiri Erling Skconsbergi olmuş və bu cür kitab yarmarkalarının təşkilini müsbət qiymətləndirmişlər.

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardm göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunmuşdur.

İyulun 23-də Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında Badamdar, Bibiheybət qəsəbələri, Bayıl- 20-ci yaşayış sahəsi, eləcə də mərkəzdə yaşayan əhalinin bütün zümrələrindən olan sakinlər, II Dünya və Qarabağ müharibəsi veteranları, şəhid ailələri, rayonda məskunlaşmış məcburi köçkünlərin

48

Page 49: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

nümayəndələri, ümumilikdə 500 nəfərdən çox rayon sakininin iştirakı ilə iftar süfrəsi təşkil olunmuşdur.

Ramazan ayı ərzində imkansız vətəndaşlar üçün iftar süfrələri iyulun 17-də 20-ci yaşayış sahəsində, iyulun 4-ü və 23-də Bibiheybət qəsəbəsində, iyulun 4 və 5-də İçəri şəhər «Cümə» məscidində də təşkil olunmuşdur.

Ramazan bayramı ərəfəsində iyul ayının 24-də RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan 1000-ə yaxın aztəminatlı ailələrə ərzaq yardımları təqdim olunmuşdur.

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədi ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.

Həmin tədbirlərdən ən mühümü Səbail rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunların və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan «Şahinlər» yay istirahət düşərgəsinin yaradılması olmuşdur.

Avqust ayının 4-də 49 sayli “İntellekt” liseydə bu düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.

Avqust ayının 5-də isə «Sahil bağı»nda rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində və müxtəlif Uşaq evlərində tərbiyə alan, təhsildə və idmanda fərqlənən ümumilikdə 250 nəfər uşaq Quba şəhərinin ən mənzərəli yerində yerləşən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının ərazisində artıq 9-cu dəfə təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü «Şahinlər» yay istirahət düşərgəsinə yola salınmışlar.

Düşərgədə istirahət günlərində uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.

Avqustun 15-də düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları, çoxsaylı qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.

Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində yeni layihə əlavə olunmuşdur. Gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə bu il ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» yay istirahət düşərgəsi yaradılmışdır.

49

Page 50: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Avqustun 18-də «Sahil bağı»nda start verilən layihə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə layihə olmuşdur. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti üçün hər cür şərait yaradılmışdır. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.

Novbəti layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan vermişdir. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.

Məktəblilər üçün xüsusi formalar tikilmiş, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş, onların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olmuşdur.

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularda məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir.

Məktəblilər hərbi hissədə şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar təlim prossesində maneələri dəf etmiş, ilk dəfə olaraq avtomat silahdan atəş açmış, hərbi texnikanın döyüşdə iştirakını müşahidə etmişlər.

Uşaqların Qusar və Quba rayonlarının görməli yerlərinə, meşələrə, tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə, Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir.

Bağlanışdan bir gün əvvəl düşərgədə ənənəvi tonqal ətrafında konsert proqramı təşkil olunmuş, uşaqlar və eləcə də hərbi hissənin şəxsi heyəti üçün tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti və nahar süfrəsi təşkil olunmuşdur.

Sentyabr ayının 2-də düşərgənin bağlanışına həsr olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Elmira Süleymanova, çoxsaylı qonaqlar, valıdeynlər uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.

Hərbi-vətənpərvərlik təmayullu «Gənc Heydərçilər» düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxmış, onlar burada yeni-yeni doslar tapmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı

50

Page 51: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Sentyabr ayının 5-də RİHBA-da keçirilən Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Sonda yaş həddinə görə təqaüdə çıxmış 3 məktəb direktorunun yola salınma mərasimi olmuş, qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə edilmişdir.

«Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanmışdır.

Tədbirlərdə ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışılmış və bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılmış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.

Ənənəvi «Bilik günü» tədbirlərində rayon rəhbərliyi ilə yanaşı Milli Məclisin üzvləri, RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.

Sentyabrın 18-də Milli Musiqi günü münasibəti ilə Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbində «18 Sentyabr – Milli Musiqi günüdür» mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli musiqi günü keçirilməsi ənənələrindən danışılmış, məktəbin şagirdləri və müəllimlərinin çıxışları qonaqların alqışları ilə qarşılanmışdır.

Tədbirdə Səbail rayon rəhbərliyi ilə yanaşı Bayıl yaşayış sahəsində yerləşən orta məktəblərin şagirdləri, valideynlər də iştirak etmişlər.

Sentyabrın 24-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində «Ağ ölüm» mövzusunda tədbir təşkil olunmuş, tədbirdə RİH-nin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Respublika Narkoloji Mərkəzinin, “Miras”Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyin nümayəndələri, rayonun ali məktəblərinin tələbələri və orta məktəb şagirdləri iştirak etmişlər.

Oktyabr ayının 3-də Qurban bayramı münasibəti ilə RİH-nin təşkilatçılığı ilə 20-ci yaşayış sahəsindəki «Elay» şadlıq sarayında rayonda yaşayan 5000-ə yaxın aztəminatlı ailələrə qurban əti paylanmış, həmin gün Badamdar qəsəbəsindəki «N» saylı hərbi hissədə də bayram tədbiri keçirilmiş, əsgərlərimiz üçün qurbanlar kəsilmiş, konsert proqrammı təşkil olunmuşdur.

51

Page 52: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Oktyabr ayının 16-da Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının «Dağıstan» və «Qrad Sviyacsk» gəmiləri Azərbaycana rəsmi səfərə gəlmişlər. Səfərin ilk günündə Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Səbail rayon İcra Hakimiyyətində qəbul edilmişlər. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri və onların daha da möhkəmləndirilməsindən bəhs edilən görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

Həmin gün səfər proqramına uyğun olaraq Səbail rayon ictimaiyyətinin nümayəndələri Bakı buxtasında reyddə duran Rusiya Federasiyası hərbi gəmilərini ziyarət edərək gəmilərlə tanış olmuşlar.

Oktyabr ayının 24-də Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirilmiş «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekunları müzakirə olunmuşdur.

Münsiflər heyətinin qərarına əsasən I, II və III yerə layiq görülmüş qaliblərlə yanaşı, 4 nəfər RİH-nin xüsusi mükafatını, 10 nəfər həvəsləndirici və 9 nəfər digər mükafatlar almışlar.

Oktyabr ayının 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə «Səbail rayon gəncləri narkomanlığa yox deyir!» mövzusunda tədbir keçirilmişdir. Tədbirdə narkomanlığa qarşı mübarizə istiqamətində rayonda görülən işlər müzakirə olunaraq bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi xüsusi qeyd olunmuşdur.

Noyabr ayının 7-də Səbail rayonunun nümayəndə heyəti Dövlət Bayrağı günü münasibəti ilə yenidən Tərtər rayonundakı «N» saylı hərbi hissədə olmuş, ön cəbhə xəttindəki əsgərlərimizi ziyarət etmiş, hərbi hissədə böyük bayram tədbiri təşkil olunmuş, xidmətdə fərqlənən zabit və əsgərlərin bir qrupu Səbail RİH tərəfindən mükafatlandırılmış, böyük bayram konserti təşkil olunmuşdur. Sonda qonaqlar və əsgərlərimiz birgə nahar süfrəsində toplaşmışlar.

Noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayon orta məktəblərinin 90 nəfər yuxarı sinif şagirdi rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın cənub bölgəsində səfərə yollanmışlar.

Səbailli məktəblilər Lənkəran, Masallı və Lerik rayonlarında qədim tariximiz, bölgələrdə olan maddi-mədəniyyət abidələrimiz, adət-ənənələrimizlə yaxından tanış olmuş, səfər məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır.

Noyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş «Ümumrespublika yaşıllaşdırma marafonu»na ilk qoşulanlardan biri məhz Səbail rayonu olmuşdur. Aksiya çərçivəsində rayonda keçirilən ağacəkmə kompaniyaları zamanı 5 minə yaxın yeni

52

Page 53: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

ağac və 1000 ədəd gül kolu əkilmiş, 3500 kvadrat metr sahəyə qazon otu döşənmiş əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.

Noyabr ayının 18-19-da Səbail rayonunun nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati rayonunda işgüzar səfərdə olmuş, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanmış, 2 rayon arasında gələcək əlaqələr müzakirə olunmuş, nümayəndə heyəti burada digər tədbirlərdə də iştirak etmişlər.

Dekabrın 1-də «Romans-palas» şadlıq sarayında Beynəlxalq Əlillər günü münasibəti ilə 150 əlil uşaq üçün tədbir təşkil olunmuş, uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Dekabr ayında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan ən böyük və yaddaqalan tədbir rayon rəhbərliyi və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə hərs olunmuş ədəbi-bədii anım mərasimi olmuşdur. Tədbirdə Ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla anılmış, tanınmış ingəsənət xadimlərinin ifasında onun sevdiyi mahnılar səslənmişdir.

Sonra Badamdar qəsəbəsindəki «Bəyoğlu» şadlıq sarayında Ümummilli liderin vəfatının 11-ci ildönümü ilə bağlı 500 nəfərdən çox insanın iştirakı ilə ehsan mərasimi təşkil olunmuşdur. Ehsan süfrəsi İçəri şəhər «Cümə» məscidində də keçirilmişdir.

Dekabrın 26-da 132-134 saylı Təhsil Kompleksində RİH-nin Respublika Veteran Təşkilatları Şurası və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatı ilə birgə «Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı və qurucusudur» mövzusunda tədbir keçirilmiş, veteranlar öz xatirələrindən danışmış, məktəblilərin suallarını cavablandırmışlar.

Keçirilən tədbirlərlə yanaşı rayonumuzun təhsil müəssisələrinin şagirdləri müxtəlif beynəlxalq tədbirlərdə də uğurla iştirak etmişlər.

Fevral ayında Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbinin fortepiano şöbəsinin IV sinif şagirdi Ayan Valeh qızı Aslanova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Davorin Yenko adına Beynəlxalq müsabiqədə I dərəcəli diploma layiq görülərək laureat adını qazanmış, həmçinin Maltada keçirilən Beynəlxalq fortepiano festivalında laureat adını qazanaraq III dərəcəli diplomla təltif olunmuşdur. May ayında isə Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbinin fortepiano şöbəsinin III sinif şagirdi Ayla Həsənova Türkiyənin İstanbul şəhərində keçirilən IX Beynəlxalq fortepiano müsabiqəsində III yerə layiq görülərək laureat adını qazanmışdır.

Aprel ayında VII İNEPO – Avrasiya Beynəlxalq Layihə Olimpiadasında 132-134 saylı Təhsil Kompleksinin şagirdləri Anar Rzayev və Fərəh Cəbrayılova Qızıl medala, 6 saylı orta məktəbin şagirdləri Həbibə Qədiməliyeva və Nərmin Mahmudova gümüş medala layiq görülmüşlər.

Aprel-may aylarında British Council Kompaniyası və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Vilyam Şekspirin 450 ilik yubileyinə həsr olunmuş müsabiqədə 189 saylı orta məktəbin komandası III yerə, məktəbin ingilis dili müəlliməsi Xanım Qasımova isə I yerə layiq görülmüşdür.

53

Page 54: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Avqust ayında Sankt-Peterburqda dünyanın 11 ölkəsindən 147 vokalçının iştirak etdiyi görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların  V Beynəlxalq müsabiqəsi və  ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq Müsabiqəsində Bülbül adına orta ixtisas musiqi məktəbinin VII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Çinarə Əzimova II  yerə layiq görülərək laureat adını qazanmış, VIII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli isə müsabiqənin diplomantı adına layiq görülmüşdür.

Oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaının təşəbbüsü ilə keçirilən «Eko Rəsm Gündəliyi-2014» Beynəlxalq müsabiqəsinin mili mərhələsinə yekun vurulmuş, 5 min nəfərə yaxın məktəblinin iştirak etdiyi yarışmada Səbail rayonu 160 saylı Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadə qalib olmuş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qalibə diplom və qiymətli hədiyyə təqdim etmişdir.

12 saylı Musiqi məktəbinin şagirdi Nəzrin İsayeva İstanbulda keçirilən Beynəlxalq festivalda sertifikatla, məktəbin müəllimləri – Nazilə Yaqubova, səbinə Aslanova, Yelena Xalilulina və Nailə Həmidova bu müsabiqənin xüsusi Diplomları ilə təltif olunmuşlar.

Dekabr ayının 5-9-da 12 saylı Musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Leyla Fərəcova və simli alətlər şöbəsinin şagirdi Nihad Məmmədov Macarıstanda keçirilən «Renessans» Balaton-Budapeşt-Vyana «Milad işıqları» Beynəlxalq festivalının qalibi olmuş, Leyla Fərəcova «Qran-Pri» mükafatını qazanmış, Nihad Məmmədov isə skripka və fortepiano ixtisasları üzrə I yerə layiq görülmüşdür.

Hesabat dövrü ərzində ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun nümayəndələri yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Belə ki, 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar ölkə başçısının müvafiq sərəncamı ilə «Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə» – Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Ağayev Eldar İliç oğlu «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, «Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə» - Səbail Maşınqayırma Zavodu Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri İsmayılov Əli İsmayıl oğlu «Tərəqqi» medalı ilə, Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid İbrahim oğlu Qaralov «Şərəf» ordeni ilə təltif edilmişlər.

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Əskərova Solmaz Hacıəhməd qızı, 132-134 saylı Təhsil Kompleksinin müəllimi Tahirova Nətəvan Kamil qızı və Bülbül adına orta-ixtisas musiqi məktəbinin müəllimi Ağayeva İlhamə Arif qızı «Əməkdar müəllim» fəxri adına, 6 saylı orta məktəbin müəllimləri Abdullayeva Viktoriya Vasilyevna və İmanov Emin Allahverdi oğlu, 189 saylı saylı orta məktəbin müəllimi Həşimova Aygün Baba qızı, 160 saylı Klassik Gimnaziyanın müəllimi Əfəndiyeva İradə Ağali qızı «Tərəqqi» medalına layiq görülmüşlər.

54

Page 55: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli sərəncamı ilə Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdləri - İbrahimova Aytən Ümid qızı və Zeynalova Leyla Samir qızının adları musiqi sahəsində xüsusi istedadı olan gənc kimi Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və onlar xüsusi aylıq təqaüdə layiq görülmüşlər.

Noyabr ayında Bələdiyyə işində səmərəli fəaliyyətinə görə Səbail rayonu Badamdar Bələdiyyəsinin sədri Həbib Həsən oğlu Əsədov – «Qızıl Bələdiyyə nişanı» ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Sona İbrahim qızı Musayeva və 160 saylı Klassik gimnaziyanın müəllimi Rubiynə Elton qızı Qasımova 2013-/2014-cü tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasinda olmuşlar.

Müsabiqənin keçirildiyi 7 il ərzində Səbail rayon məktəblərinində çalışan müəllimlərdən 54 nəfər «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olmuşlar.

2014-cü ilin yekunlarına görə T.Quliyev adına 12 saylı musiqi məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil olunmuş «İlin ən fəal məktəbi» müsabiqəsinin, məktəbin müəllimləri Səbinə Aslanova və Yelena Xalilulina «İlin ən fəal müəllimi» nominasiyasının qalibi omuşlar.

2013-2014-cü təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülmüşlər.

Bunlar: 6 saylı tam orta məktəbin məzunu Rzayev Əli Ramiz oğlu, 236 saylı orta məktəbin məzunları İbadzadə Şahanə Qahir qızı və Tağıyeva Təranə Şükür qızı, 132-134 saylı Təhsil Kompleksinin məzunları Məmmədli Sona Vüqar qızı, Tagıyeva Günəş Bəhram qızı, Babayev Əli Zulfüqar oglu, Mustafayeva Səma Mübariz qızı Qızıl medala, yenə də 132-134 saylı Təhsil Kompleksinin məzunları Həsənzadə Mehriban Rüfət qızı və Eldarov Cəlal Eldar oğlu Gümüş medala layiq görülmüşlər.

2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirmiş, onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.

Ali məktəblərə qəbul olunan 2 nəfər məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür.

Keçən tədris ilində rayonun tədris müəssisələrində bir sıra tədbirlər keçirilmiş, təhsildə, ictimai həyatda, həmçinin keçirilən müxtəlif səviyyəli olimpiada və idman yarışlarında fərqlənən şagirdlərə və müəllimlərə rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif qiymətli hədiyyələr təqdim olunmuşdur.

Səbail rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyəti çərçivəsində görülən işlər sırasında rayon sakinlərinin sosial vəziyyətlərinin nəzərə alınaraq daxili imkanlar

55

Page 56: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

hesabına müxtəlif yardımların edilməsi, çətin vaxtlarda onlara yardımçı olunması, müxtəlif yubiley və bayram tədbirlərinin keçirilməsi ilə bağlı işlər həyata keçirilmişdir. Belə ki, İl ərzində - 20 Yanvar, Xocalı faciələrinin, Çernobıl qəzasının, II Dünya müharibəsində Qələbənin ildönümünə həsr olunmuş tədbirlərdə 106 iştirakçıya 5300 manat maddi yardım göstərilərək ərzaq bağlaması təqdim olunmuş, Novruz və digər bayramlar ərəfəsində rayonda yaşayan aztəminatlı, kimsəsiz, Şəhid ailəsi və əlil, məcburi köçkünlərin, həmçinin rayon təsərrüfat xidmətlərinin işçilərinə – ümumilikdə 8100 ailəyə ərzaq bağlamaları, RİH tərəfindən keçirilən müxtəlif tədbirlərdə 1126 nəfərə qiymətli hədiyyə, tədbirlərdə fərqlənmiş 51 nəfərə 10300 manat mükafat verilmişdir.

Cəbhə xəttində xidmət edən əsgərlərimizin məişət şəraitinin yaxşılaşdırılması üçün burada aparılan təmir-tikinti işlərinə yardım olaraq Səbail rayonundan 10 ton sement, 10 kub metr taxta, 400 kv. metr kafel və 100 ədəd şifer verilmişdir.

Məktəblilərin asudə vaxtlarının təşkili ilə bağlı avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» və 100 nəfər yeniyetmənin Qusar rayonunda «Gənc Heydərçilər» yay istirahət düşərgələrində pulsuz istirahəti, Noyabr ayında 90 nəfər şagirdin «Ölkəmizi tanıyaq» tur-aksiyası çərçivəsində gəzintiləri təşkil olunmuşdur.

RİH təşkilatçsılığı ilə Qurban bayramında və digər vaxtlarda aztəminatlı ailələrə ət paylanır ki, il ərzində 7600 pay ət paylanmış, 250-ə yaxın vətəndaşa 20000 manat məbləğində maddi yardım göstərilmişdir. Ramazan bayramında 2000 nəfərdən çox insan üçün iftar süfrələri, Ümummmilli lider Heydər Əliyevin vəfatının 11-si ildönümü ilə bağlı 500 nəfərlik ehsan süfrəsi təşkil olunmuşdur.

RİH-nin dəstəyi ilə 4 nəfərin – Bibiheybət qəsəbə sakini Cabir Məmmədovun, Badamdar qəsəbəsindən Hüseynqulu Məhərrəmovun, Qarabağ müharibəsi veteranı Rövşən Cavadovun və Xocalıdan məcburi köçkün Manya Mirzəyevanın həcc ziyarətinə göndərilməsi üçün lazımi təşkilati tədbirlər görülmüşdür.

Ümumilikdə, il ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 19947 (2013-cü 18500) olmuşdur.

Hesabat dövründə rayonun Hüquq mühafəzə orqanları tərəfindən rayon ərazisində asayişin qorunması, cinayətkarlıqla mübarizə istiqamətində tədbirlər həyata keçirmiş, hər hansı qanunsuz toplantı, yürüş, mitinq və digər qanun pozuntuların keçirilməsinə yol verilməmişdir.

2014-cü il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 663 cinayət hadisəsi qeydə alınmış, onlardan 488-nin və ya 78,6%-nin açılması təmin edilmişdir.

Ağır və xüsusi ilə ağır cinayətlərin sayı keçən illə müqayisədə 111-dən 99-ədək və ya 12 fakt azalmış, onların 50-nin və ya 58,8%-nin açılması təmin edilmiş.

Qeyri aşkar şəraitdə baş vermiş cinayətlər 277-dən 312-ədək artmış, onlardan 191-nin və ya 62,4%-nin açılması təmin edilmişdir.

Şəxsiyyət əleyhinə olan cinayətlər 94-dən 78-ədək və ya 16 fakt azalmış, onların 72-nin və ya 92,3%-nin açılması təmin edilmişdir.

Mülkiyyət əleyhinə ümumilikdə baş vermiş cinayətlər 266-dan 357-ədək və ya 91 fakt artmış, onların 238-nin və ya 70,0%-nin açılması təmin edilmişdir.

56

Page 57: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Baş vermiş oğurluq cinayətləri 137-dən 168-ədək və ya 31 fakt artmış, onların 92-nin və ya 54,8%-nin açılması təmin edilmişdir.

Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib və hesabat dövründə 29 belə cinayətin açılması mümkün olmuşdur.

Hesabat dövründə xarici ölkə vətəndaşları tərəfindən 11, onlara qarşı isə 16 cinayət hadisəsi baş vermişdir. Xarici vətəndaşlara qarşı baş vermiş 16 cinayət hadisədən 14-nün və ya 87,5%-nin açılması təmin edilmişdir.

Aparılmış tədbirlər nəticəsində hesabat dövründə qeydiyyatda olan 87 cinayətkardan 59-nun və ya 67,8%-nin, o cümlədən oğurluğa görə 21-dən 18-nin, dələduzluğa görə 30-dan 18-nin, xuliqanlığa görə 8-dən 5-nin, quldurluğa görə 2-dən 1-nin, hərbi cinayətlərə görə 3-dən 1-nin və digər cinayətlərə görə 23-dən 11-nin tutulması təmin edilmişdir. Eyni zamanda keçmiş illərdən axtarışda olan 28 nəfərdən 8-nin və ya 28,5%-i tutularaq istintaqa təhvil verilmişdir.

Xəbərsiz itkin düşənlərin tapılması sahəsində də müəyyən işlər görülmüş və xəbərsiz itkin düşmüş 16 nəfərdən 11-nin və ya 68,5%-i tapılaraq qohumlarına və yaxınlarına təhvil verilmişdir.

Hesabat dövründə narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 78-dən 93-ədək artmışdır. Aşkar edilmiş faktlardan 22-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olmuşdur.

Aşkar edilmiş faktlar üzrə cəmi 9 kq 766 qram narkotik maddə götürülərək qanunsuz dövriyyədən çıxarılmış, keçən illə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi miqdarı 3 kq 352 qram artmışdır.

İl ərzində aparılan tədbirlər nəticəsində 1 ədəd pnevmatik tapança, 2 ədəd əl qumbarası aşkar edilib götürülmüşdür.

İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi ziyanın məbləğinin 957 min 411 manat olması müəyyən edilmiş və bundan 644 min 636 manatı, və ya 67,3%-i ödətdirilmişdir.

Hesabat dövründə polis sahə rəisləri və polis sahə inspektorları tərəfindən 3110 inzibati protokol tərtib edilmiş, protokollar üzrə ümumilikdə dövlət büccəsinə 69 min 777 manat cərimə ödətdirilmişdir.

Hesabat dövründə yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi tərəfindən müəyyən işlər görülmüşdür. İl ərzində rayon ərazisində 4 azyaşlı tərəfindən cinayət hadisəsi törədilmişdir (onlardan yalnız 1-i Səbail rayon sakinidir). Rayon Polis İdarəsinin icraatında 14 profilaktik iş vardır, onlardan 2-i uğursuz ailə barəsindədir.

Rayon ərazisində hesabat dövründə ümumilikdə 156, onlardan 10 ölüm və 51 xəsarətlə nəticələnən 50, xəsarətsiz isə 106 yol nəqliyyat hadisəsi baş vermişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı 75-dən 50-ədək azalmış, hadisələr zamanı xəsarət alanların sayı 34 nəfər, hadisələr zamanı ölənlərin sayı isə 11 nəfər azalmışdır.

Dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən keçən il inzibati təcrübə üzrə 128 min 988 işə baxılıb və 23 min 18 sürücü cərimə olunaraq dövlət büdcəsinə 662 min 710 manat cərimə ödətdirilmişdir.

57

Page 58: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. İl ərzində 4 dəfə keçirilən həqiqi hərbi xidmətə çağırış kompaniyaları ilə əlaqədar RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

2014-cü ildə Səbail rayonu ərazisndə 220 müxtəlif yanğın hadisəsi qeydə alınmış və Səbail rayon Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülmüşdür. Yanğınlar zamanı 3 nəfər vətəndaş xəsarət almış, 100 nəfər təxliyə və 36806 tikili mühafizə olunmuşdur.

Hesabat ili ərzində Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən illik tədbirlər planına əsasən rayondakı 17 mühafizə qurğusunun vəziyyəti təftiş edilmiş, 11 təsərrüfat obyektində fərdi mühafizə vasitələrinin saxlanması və qeydiyyatı yoxlanmış, 10 obyektdə FHV-nin tətbiqi və istifadə qaydaları üzrə praktiki tədbirləri, orta məktəblərdə MM dərsləri, iyunun 3-4-də rayonda Birgə Qərargah məşqi, 18 mart və 3 oktyabr tarixlərində isə rayonun Ərazi MM Qüvvələrinin Xəbərdarlığı və toplantısı üzrə məşq keçirilmişdir.

2014-cü il ərzində Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət və şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılması təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti Başıçısı Aparatının, Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərinin, 1 nömrəli və 2 nömrəli sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, ikili tabelikdə olan yerli qurumların, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Mənzil istismarı sahələrinin, xidmət sahələrinin, müəssisə və təşkilatların rəhbərlərinin, bələdiyyələrin nümayəndələrinin iştirak etdikləri yığıncaqlarda mütəmadi olaraq Azərbaycan Respublikası Konstitusiyası və qanunları, xüsusilə «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməsi başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.

Hesabat ilində Səbail rayon İcra Hakimiyyətinə vətəndaşların 2221 ərizə və müraciəti daxil olmuşdur. Müraciətlərin 1189-u (85,1 %) ərizə və təklif, 331-i (14,9 %) şikayət xarakterli olmuşdur. Bütün ərizələrə müəyyən olunmuş vaxtda baxılaraq 583-ü (26,3%) müsbət həll olunmuş, 67-i (3,0%) qismən həll edilmiş, 886-ı (39,9 %) barədə müvafiq izahatlar verilmiş, 579-u (26,0%) baxılmaq üçün göndərilmiş, 25-i (1,1%) icra olunur və nəzərdə tutulmuş, 81-i (3,6%) əsassız sayılmışdır.

58

Page 59: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Bu müraciətlərə RİH Başçısı aparatında və yerli strukturlarda Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılması, şikayətlərin yaranmasına səbəb olan nöqsanların təhlili, narahatlıq doğuran amillərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması diqqət mərkəzində saxlanmışdır.

Ümumi müraciətlərin sayı 2013-cü il ilə müqayisədə 436 ədəd azalaraq 83,6% təşkil etmişdir. Dövlət orqanlarından və digər qurumlardan, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlər son beş ildə ən aşağı sayda olmuşdur. Prezident Administrasiyasından daxil olan müraciətləriin sayı aşağı olmaqla ümumi müraciətlərin 17,2 %-ni təşkil etmişdir.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş müraciətlər barədə

MƏLUMAT

2010 2011 2012 2013 2014

Əvvəlki dövrlə müqayisə

% + ; -Daxil olmuşdur, o cümlədən

2032 2604 2135 2657 2221 83,6 -436

Azərbaycan Respublikası Prezidentinin Administarsiyasından

483

23,8%

525

20,2%

408

19,1%

648

24,4%

383

17,2%

59,1 -265

o cümlədən, nəzarətlə

20 33 37 43 27 62,8 -16

Milli Məclisdən 26 25 23 29 14 48,3 -15Nazirlər Kabinetindən

46 65 44 67 77 114,9 +10

Digər respublika təşkilatlarından

318 334 331 394 304 77,1 -90

Şəhər (rayon) əhalisi tərəfindən

1159 1655 1329 1519 1443 95,0 -76

Müraciətlərin böyük əksəriyyəti, yəni 68,6 %-i mənzil məsələləri, o cümlədən mənzil ilə təmin olunma, mənzilin sənədləşdirilməsi və təmiri, təzminat məsələləri, fərdi yaşayış evlərinin tikintisi və torpaq sahələrinin sənədləşdirilməsinə aiddir:

59

Page 60: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olmuş müraciətlərin məzmunu barədə

MƏLUMAT

Müraciətlərin məzmunu 2013 2014

2013-cü ilə nisbətdə

+ ; -

Daxil olmuş müraciətləronlardan:

2657 2221 -436

- qəbul məsələsi 43 36 -7- torpaq məsələsi 92 127 +35- əhalinin sosial məsələsi (qəyyumluq, addəyişmə, qeydiyyat, təqaüd və s.)

153 208 +55

- mənzil məsələsi ( o cümlədən, sənədləşdirmə məsələləri)

773 652 -121

- tikinti məsələsi 1153 745 -408- əmək (işsizlik,ə/h) məsələsi 41 45 +3- enerji, su, qaz məsələsi 39 27 -12- qaçqın və məcburi köçkün məsələsi 29 11 18- birdəfəlik yardım 110 105 -5-digər məsələlər 224 265 +41

Vətəndaşların müraciətlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılaraq cavablandırılmışdır. Təkrar və kollektiv müraciətlər rayon İcra Hakimiyyətində təhlil edilərək gələcəkdə həlli mümkün məsələlər nəzarətdə saxlanılmışdır. Mənzil məsələləri ilə bağlı çoxsaylı təkrar müraciətlər edən Nəbibəyova Fatma və digərləri RİH rəhbərliyi tərəfindən dəfələrlə qəbul edilmiş, hazırda boş mənzil fondunun olmadığı, məsələlərinin nəzarətdə saxlandığı barədə müfəssəl izahatlar verilmişdir. Vətəndaş F.Nəbibəyovaya tənha yaşlı insan olduğu üçün qocalar evində yerləşdirilməsi təklif olunmuş, lakin o imtina etmişdir.

Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbuluna, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsinə diqqətin artırılması, bu sahədə olan mövcud nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Hər rübün yekununa görə ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.

2014-cü ildə rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytında yerləşdirilmişdir. Vətəndaşların təklif və müraciətlərinin öyrənilməsi, mövcud olan problemlərin həllinin yerindəcə həll olunması məqsədilə RİH Başçısı tərəfindən rayonun hüquq-mühafizə

60

Page 61: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə yerlərdə səyyar qəbullar keçirilmişdir.

Bu işlərin daha bir müsbət nəticəsi olaraq təkrar və kollektiv ərizələrin payı ümumi müraciətlərin sayında 2013-cü ilə nisbətən azalmasıdır:

2013 2014 Əvvəlki dövrlə müqayisə

% + ; -Daxil olmuşdur, o cümlədən 2657 2221 83,6 -436Təkrar 923 648 70,2 - 275

Kollektiv 188 131 69,7 -57

Əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan insanlara diqqət nəzarətdə saxlanılaraq il ərzində 19947 nəfərə yardımlar, maddi köməkliklər, məişət şəraitlərinin yaxşılaşdırılması, sağlamlıq məsələlərinin həlli, yay-istirahət düşərgələrinin təşkili və digər köməkliklər göstərilmişdir.

Bayraq Meydanından Bibiheybət istiqamətində Dənizkənarı Bulvar ərazisinin genişləndirilməsi, xüsusilə 2015-ci ildə ilk Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin tikintisi ilə bağlı aparılan geniş miqyaslı quruculuq işləri çərçivəsində ölkə rəhbərliyinin tapşırıqlarının icrası ilə bağlı ərazinin köhnə tikililərdən təmizlənməsi, sakinlərin köçürülməsi 2014-cü ildə davam etdirilmişdir. Bu prosesdə sakinlərin köçürülməsi, təzminatların ödənilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar nəzərdə tutulan təzminatdan daha çox məbləğ ödənilməsi istəyi ilə əsassız təkrar müraciətlər etmişlər.

Ölkəmizin hər bir bölgəsində olduğu kimi, paytaxt Bakı şəhərində, xüsusilə onun mərkəzi – Səbail rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Proqramlarının, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə irimiqyaslı layihələrin ardıcıl həyata keçirilməsi nəticəsində əhalinin rifah halı daha da yüksələrək çoxsaylı rəğbət və minnətdarlıq hissləri ilə qarşılanır. Yanvar ayının 12-15 tarixlərində rayon İH Başçısının Badamdar və Bibiheybət qəsəbələri, 1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəlikləri üzrə 2014-cü ilin yekunlarına dair keçirilən hesabat yığıncaqlarında iştirak edən sakinlər möhtərəm Prezidentimiz İlham Əliyevin və respublikamızın birinci xanımı Mehriban Əliyevanın möhtəşəm uğurlu fəaliyyətləri nəticəsində yerlərdə problemlərin həll olunmasından səmimi razılıqlarını xüsusi qeyd etmişlər.

61

Page 62: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində normativ hüquqi aktların tələblərinin, müraciətlərə baxılmasının səmərəliliyinin artırılması ilə bağlı Prezident Administrsiyasından verilmiş tapşırıq və tövsiyyələrin yerinə yetirilməsinə ciddi əməl olunmaqla, qarşıda duran vəzifələrin icra olunması rayon İcra Hakimiyyətinin nəzarətində saxlanmış, il ərzində ardıcıl işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin 2/199 saylı 04 aprel 2014-cü il, 2/414 saylı 29 may 2014-cü il, 2/570 saylı 08 iyul 2014-cü il, 2/744 saylı 04 sentyabr 2014-cü il, 2/830 saylı 27 sentyabr 2014-cü il, 2/902 saylı 21 oktyabr 2014-cü il və 2/1072 saylı 10 dekabr 2014-cü il tarixli məktubları ilə göndərilmiş Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən hazırlanmış bir sıra rayon İcra Hakimiyyətlərində və dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılmasının, qəbulunun və sənədlərlə işin vəziyyəti haqqında arayışlar diqqətlə öyrənilmiş, nəzərə alınaraq işdə rəhbər tutulmuş, Səbail rayon İcra Hakimiyyətinin struktur bölmələrində müvafiq tədbirlər görülməsi üçün müşavirələrdə və RİH Başçısı yanında Şura iclaslarında müzakirə edilərək zəruri tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun - «Azərbaycan» qəzetinin 12 və 14 fevral 2014-cü il buraxılışında «Azərbaycan vətəndaşlarının öz prezidentlərinə etibarı reallıq üzərində qurulub» məqaləsində vətəndaşların müraciətləri ilə bağlı verilmiş təhlillər, tövsiyyələr, həmçinin 20 iyun 2014-cü il tarixli «Dövlət qulluqçusunun ən vacib xüsusiyyətlərindən biri də sənədlərlə iş bacarığıdır» sərlövhəli müsahibəsindəki qeydlər bu sahədə mövcud nöqsanların aradan qaldırılması və işin təkmilləşdirilməsi istiqamətində əsas götürülmüşdür.

Rayon İcra Hakimiyyəti tərəfindən ərizə və şikayətlərə baxılması işinin, xüsusilə vətəndaşların müraciətlərinin elektron qaydada qəbulunun və cavablandırılmasının, təhlillərin aparılmasının təkmilləşdirilməsi 2014-cü ildə davam etdirilmişdir.

Hesabat dövründə RİH Başçısı tərəfindən 270 nəfər qəbul edilərək onların müraciətlərinə müvafiq qaydada baxılmışdır. Qəbul edilmiş sərəncamların böyük əksəriyyəti vətəndaşların müraciətlərinin müsbət həlli ilə bağlı olmuşdur.

Səbail rayon icra hakimiyyətində sənədlərin qorunması və onların Dövlət Arxivinə təhvil verilməsi üzrə qanünvericiliklə müəyyən olunmuş qaydada 2009-cu il üzrə daimi saxlanılan sənədlər mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxivinin Bakı filialına təhvil verilmişdir. RİH Başçısı aparatında, Badamdar və Bibiheybət qəsəbələri üzrə nümayəndəliklərdə saxlama müddəti başa çatmış sənədlər müvafiq komissiya tərəfindən ekspertizadan keçirilmiş, ayrılaraq məhv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən 2014-cü il ərzində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

62

Page 63: sabail-ih.gov.azsabail-ih.gov.az/userfiles/files/2014-ilkin məruzə(1)(1... · Web viewlayihə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2014-cü ilin

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən yeniləşmiş məlumatların mütəmadi olaraq İH-nin İnternet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik hesabatlarının İnternet səhifəsində açıqlanması, il ərzində keçirilən toplantı və yığıncaqlarda ictimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi həyata keçirilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğu müvafiq tədbirlərin həyata keçirilməsi ilə təmin edilmişdir.

Dövlət qulluqçularının peşəkarlığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2014-cü ildə də rayon İcra Hakimiyyətinin iki gənc əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisasartırma kurslarına qəbul olunmuşlar.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ümummilli liderimizin əbədiyaşar ideyalarının cəmiyyətdə gerçəkləşdirilməsi üçün həyata keçirdiyi tədbirlər və möhtəşəm quruculuq işləri onun Heydər Əliyev ideyalarının sadəcə davamçısı yox, həm də bu ideyaları dövrün və zamanın ruhuna uyğun təkmilləşdirməyə və inkişaf etdirməyə qadir bir lider olmasının parlaq təzahürüdür.

Ölkənin iqtisadi qüdrətinin artırılması və əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər əhali tərəfindən razılıqla qarşılanır, bir daha göstərir ki, xalqımız öz rəhbərinə inanır, taleyini etibar etdiyi Prezidentinin gördüyü işləri, atdığı bütün addımları dəstəkləyir, onun başçılığı altında Azərbaycanın gələcəyinə ümidlə baxır.

Respublikamızın hər yerində olduğu kimi ölkəmizin paytaxtında, o cümlədən onun mərkəzi rayonu olan Səbail rayonunda son vaxtlarda görülən işlər, həyata keçirilən mühüm layihələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı, onun diqqət və qayğısı ilə bağlıdır və bütün bunlara görə biz ölkə başçısına öz minnətdarlığımızı bildirir və onu əmin edirik ki, rayonumuzun fəalları, Səbail rayonunda çalışan və yaşayan vətəndaşlarımız həmişə olduğu kimi bundan sonra da xalqımız qarşısında duran böyük vəzifələrin, millətimizin tərəqqisinə xidmət edən bütün planların uğurla həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

63