Upload
others
View
34
Download
0
Embed Size (px)
Citation preview
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ
SKRİPKA (5-7 illik təhsil üzrə)
UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT
MƏKTƏBLƏRİ ÜÇÜN
P R O Q R A M
BAKI – 2014
2
Tərtibçilər: Natiq Mustafayev Mədəniyyətşünaslıq üzrə Elmi-
Metodiki Mərkəzin Təhsil şöbəsinin
müdiri
Hökümə Əliyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
İlhamə Ağayeva Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin simli alətlər şöbəsinin
müdiri
Redaktor: Şəhla Tahirqızı Bakı Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
3
İZAHAT VƏRƏQİ
Yeniyetmələrin intellektual səviyyəsinin,
həyata və musiqiyə baxışın tənzimlənməsi, bədii-estetik zövqün
formalaşması, zəngin musiqi sənətinin inciləri sayılan klassik dünya
və Azərbaycan musiqisinin ən vacib hesab edilən nümunələrinin
mənimsənilməsi uşaq musiqi və incəsənət məktəblərinin əsas
vəzifələrindən biridir.
Respublikamızda uşaq və incəsənət musiqi məktəblərində
skripka ixtisası üzrə oxuyan şagirdlər yaş xüsusiyyətləri və müvafiq
tədris planlarına görə 5, 7 və 11 il təhsil alırlar. Şagirdin yaxşı
nəticələr əldə etməsi üçün musiqi məktəbinə qəbul olunmamışdan
öncə hazırlıq qruplarına getməsi məsləhət görülür.
Uşaq musiqi məktəblərinin müəllimləri, şagirdlərin musiqi
təfəkkürlərinin inkişaf etdirilməsi, tədris təliminin məzmunu və fərdi
tərbiyəvi forma və üsulların müəyyən edilərək təkmilləşməsi üçün
yaradıcı təmayülləri aşkara çıxarmağa, onlara ifaçılıq təcrübəsinə xas
olan eşitmə qabiliyyəti, ritm, musiqi yaddaşı, transpozisiya və
improvizə etmə, notu üzdən oxuma, müxtəlif ansambllarda çalma,
musiqi alətlərində sərbəst və savadlı tərzdə ifa etməyin bacarığını
öyrətməyi və s. nail olmalıdırlar.
Skripka sinfinin təlim-tərbiyə işi aşağıda qeyd olunan fikirləri
əhatə edir:
Geniş musiqi tarixi və nəzəri biliklərə yiyələnmiş skripkaçılar
yetişdirmək;
Musiqinin dərk edilməsinə əsaslanaraq, şagirdlərin musiqi
təfəkkürlərini inkişaf etdirmək;
Onları müxtəlif janrlı, müxtəlif üslublu musiqi əsərləri ilə
tanış etmək ;
Özünə qulaq asma qabiliyyətini formalaşdırmaq, xaric
səslənəndə müəllim şagirdi həmin səsi oxutduraraq özünə
qulaq asmağa məcbur etmək və sonrakı mərhələdə səsin
keyfiyyətinə nəzarət etmək çox vacibdir;
4
Əllərin alət üzərində qoyulan quruluşu düzgün tərzdə olmalı
və buna ciddi münasibət bəslənməlidir. Metodiki tərəfdən
səhv qoyulan əllərə mütləq irad tutulmalı və müəllim əlləri
düzgün istiqamətləndirməlidir;
Şagird qarşısına qoyulan tapşırığı savadlı olaraq məntiqlə
dərk etməlidir;
Şagird artıq I sinifdən evdə müəllimin verdiyi tapşırığı (pyes,
etüd, məşğələlər və s.) sərbəst özü (müəllimin nəzarəti ilə)
araşdırmalıdır. Applikatura və ştrixlərin də düzgün
mənimsənilməsi vacibdir;
Şagirdlərin musiqi-bədii və texniki (metodiki də olar)
inkişafının istiqamətlərinin müəyyən edilməsi;
Əldə edilmiş nəzəri bilikləri təcrübəyə tətbiq etmək;
Əsərlərin ifası zamanı intonasiya, fraza, fikir, obraz, forma,
dramaturgiya, nüanslar, dinamika, rabitəli ifa tərzi, keçidlər,
yayın düzgün bölüşdürülməsi, vibrasiya, səsin keyfiyyəti və s.
bədii vasitələri düzgün yerinə yetirmək;
Şagirdlərin sərbəst yaradıcılığını təşkil etmək.
Müəllim hər bir şagirdə fərdi yanaşaraq onun musiqi
bacarığını inkişaf etdirmək üçün düzgün metodikadan istifadə
etməlidir. İş prosesində müəllim pedaqoji-metodiki
vasitələrdən səmərəli istifadə edərək şagirdə musiqi
məktəbinin repertuarında olan əsərləri sərbəst, savadlı, ifadəli
üsullarla çalmağı öyrətməlidir. Bu üsullar şagirdin istedad
dərəcəsi və hazırlıq səviyyəsindən asılı olaraq, onların
musiqi-bədii və texniki inkişafının hər yeni mərhələsində
düzgün olaraq tətbiq olunmalıdır. Şagirdin səs hasil etmə
mədəniyyətini, əsərin xarakteri, forması və üslubunu, eyni
zamanda ifaçılıq xüsusiyyətlərini dərk etməsi üçün müəllim
uşaq musiqi məktəblərinin proqramında olan əsərləri savadlı
tərzdə öyrətməlidir. Öz sinfinə uyğun olaraq hər bir ştrix
yayın qanunauyğun olan hissəsində şagirdə göstərilməlidir.
Yayın düzgün bölüşdürülməsi skripka incəsənətinin əsas
amillərindən biri hesab edilir. Yayın aparılma qaydasına
gəldikdə uzun səslənmə zamanı titrəmələr, itələmələr
olmamalı, rabitəli ifa tərzi qarşıya məqsəd kimi qoyulmalıdır.
5
Hər bir əsər şagirdə üslub, faktura, forma, bədii qiraət və
ifaçılıq baxımından təhlil olunmalıdır. Hətta alətə yanaşma
tərzi belə yaddan çıxmamalıdır. Şagirdin bədii əsər çaldığı
zaman səhnə mədəniyyəti, artistlik xüsusiyyətləri, duyğuları
əsərlə bir vəhdətdə verilməli və müəllim nəzarətindən
qaçmamalıdır;
Eyni zamanda istedadın səviyyəsindən asılı olmayaraq
müəllim pedaqoji tələbləri azaltmamalıdır;
Repertuarın düşünülmüş tərzdə savadlı verilməsi şagirdin
ifaçılıq imkanlarının hərtərəfli formalaşmasında böyük rol
oynayır.
Tədris ili ərzində imtahan və akademik konsertlərdə çıxış
etmək üçün proqramda bütün siniflər üçün müxtəlif janrlarda
əsərlərin texniki repertuarı verilmişdir.
Proqrama görkəmli Azərbaycan bəstəkarları ilə yanaşı,
istedadlı gənc bəstəkarların skripka əsərləri də daxil edilmişdir.
Məsələn: A. Əliyev, R. Zeynalov və s. Bununla yanaşı, proqrama ilk
təhsil illərindən şagirdlərdə milli lad təfəkkürünün inkişaf etdirilməsi
üçün Azərbaycan ladlarının öyrənilməsi və ifası salınmışdır. F.
Bədəlbəyli, T. Seyidov “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında
milli lad təfəkkürünün inkişafı proqramı” – Bakı, “Xatun plyus”,
2012; Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”.
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. (Tərtibçi-Tərlan Seyidov) Bakı, E.L. 2010. Həmçinin,
şagirdlərin Azərbaycan xalq yaradıcılığı ilə yaxından tanış olmaları,
milli folklor nümunələrini erkən yaşlarından öyrənmələri, klassik
musiqi janrları ilə yanaşı onları öz çıxışlarında ifa etmələri üçün
proqrama T. Bakıxanov “15 Azərbaycan xalq mahnıları”, Ü.
Hacıbəyli “Külək”, “Axşam oldu”, “Marş”, “Yaxşı yol”; F. Əmirov
“Çobanın mahnısı”, “Qatar”, “Zarafat”; T. Atakişiyev, Y. Barştakın
“Skripkada çalmaq üçün ibtidai tədris kitabı”, eyni zamanda M.
Maqomayev, A. Rzayev, S. Rüstəmov və s. bəstəkarların Azərbaycan
xalq mahnı və rəqslərinin skripka üçün işləmələri daxil edilmişdir.
6
Proqramın yerinə yetirilməsinə nəzarət
Tədris prosesində şagirdin ifaçılıq səviyyəsi yoxlama
dərslərin, texniki dinləyişlərin, akademik konsertlərin, imtahanların,
eləcə də festival-müsabiqələrin və başqa çıxışların nəticələri ilə
müəyyən edilir. Sinifdən-sinfə keçid, buraxılış imtahanı qüvvədə olan
tədris planına uyğun keçirilir.
İmtahanları 4-5 əsərdən az olmayaraq müxtəlif forma və
janrlarda hazırlamaq lazımdır. Buraxılış imtahanında V-VII siniflərdə
4 əsər və peşəkar istiqamətdə, VIII-XI siniflərdə isə 5 müxtəlif forma
və janr üzrə əsər ifa olunur. Professional oriyentasiyalı siniflərdə
imtahan proqramları (musiqi kolleci, BMA, AİMU) qəbul
sənədlərinin tələblərinə görə 5 əsər ifa etməklə müəyyənləşib. Tədris
ili ərzində buraxılış siniflərinin şagirdləri dinləyişlərdə imtahan
proqramının 1-3 əsərini çalmalıdırlar. Digər siniflərdə təhsil alan
şagirdlər (yəni, qeyri-buraxılış sinifləri) isə daima akademik
konsertlərdə çıxış etməlidirlər. Akademik konsertlər müntəzəm
olaraq ayda ən azı 1 dəfə keçirilməlidir.
Şagirdin əldə etdiyi müvəffəqiyyət və çatışmazlıqlar onun
fərdi vərəqəsində qısa şəkildə xarakterizə olunmalıdır. Texniki
dinləyişlərdə və akademik konsertlərdəki çıxışlar müzakirə edilərək
qiymətləndirilməlidir.
Yekun qiymət yazılarkən şagirdin il ərzindəki iş prosesi,
texniki dinləyişləri, akademik konsertləri, rüblük qiymətləri, metodiki
hazırlığı, imtahanlarda aldığı qiymətlər, yoxlama dərslərin nəticələri
və tədris ili ərzində başqa çıxışları nəzərə alınmalıdır.
Qeyd: Proqram uşaq musiqi və incəsənət məktəblərində 5 (6)
illik təhsil üzrə oxuyan şagirdlər üçün də məqbul sayılır. 5 illik
təhsildə hər bir müəllim proqramı elə tərtib etməlidir ki, 7 illik təhsil
üçün nəzərdə tutulmuş materialı şagird 5 ildə yerinə yetirə bilsin. Bu
7
zaman proqram və repertuarların aşağıda göstərilən əvəzlənmə
sisteminə uyğun olaraq tərtib olunması məsləhət görülür.
I, II sinif (7 illik təhsil üzrə) – I sinif (5 illik təhsil üzrə)
III, IV sinif (7 illik təhsil üzrə)- II sinif (5 illik təhsil üzrə)
V sinif (7 illik təhsil üzrə) – III sinif (5 illik təhsil üzrə)
VI sinif (7 illik təhsil üzrə) – IV sinif (5 illik təhsil üzrə)
VII sinif (7 illik təhsil üzrə) – V sinif (5 illik təhsil üzrə)
VIII sinif (7 illik təhsil üzrə) – VI sinif (5 illik təhsil üzrə)
Ritm, metr, notların ölçüləri, applikatura, ştrixlər, nüanslar,
dinamika, fraza və başqa musiqi ifadələri haqqında anlayışları altı-
yeddi yaşlı uşaqlara nisbətən yeniyetmə şagirdlər daha tez qavrayır.
Odur ki, 5 illik təhsil üzrə I, II siniflərin proqramı daha geniş nəzərdə
tutulmalıdır.
İllik tələbat
I-III siniflər
Musiqidə eşitmə qabiliyyətinin inkişaf etdirilməsi skripka və
yayın alətdə əllərin quruluşunun qanunauyğunluqlarının
mənimsənilməsi, səsin dinamikası, intonasiyanın təmizliyi, çaldığı
pozisiyada ikili notların keçilməsi, ştrixlər-detaşe, leqato, martle,
sotiye, kombinirovannıy (qarışıq) ştrixlərin, trellərin məşğələləri,
sadə flajoletlər, vibrasiya anlayışı, notu üzdən sərbəst oxuması,
rabitəli ifa tərzi, yayın müxtəlif hissələrdə düzgün bölüşdürmək
anlayışı, evdə sərbəst iş prosesi, bədii qiraətin inkişafı, texniki
inkişaf, alətin köklənməsi, səsin keyfiyyəti, ilk ansambl anlayışının
mənimsənərək formalaşması.
Tədris zamanı müəllim mütləq şagirdin davamiyyətinə, ev
məşğələlərinə ciddi nəzarət etməli, hər bir uşağa fərdi yanaşaraq onun
fiziki, psixolojı və əqli durumunu nəzərə almalıdır. 2-3 dərsdən bir
yoxlama dərs apararaq şagirdi müşahidə etməlidir. Bu müşahidələr
nəticəsində isə şagirdin rüblük, yarımillik və yekun qiyməti
verilməlidir. Eyni zamanda akademik konsertlərdə, yoxlama
dərslərdə, texniki dinləyişdə şagirdin nailiyyətləri və inkişafı diqqət
mərkəzindən yayınmamalıdır.
8
Məzun sinfi çıxmaq şərti ilə bütün siniflərdə akademik
konsertlərdə il boyu 4-5 əsər səslənməlidir. Onlar forma və janrına
görə biri-birindən fərqlənməlidirlər. Əgər şagird tez-tez akademik
konsertdə çıxış etsə, onda repertuarı da zəngin olar və get-gedə
inkişaf edər. Eyni zamanda peşəkar oriyentasiyalı şagirdlərin
repertuarı və ifanın keyfiyyəti çox önəmlidir. Texniki hazırlıq isə
tədris ili boyunca 2 dəfə yoxlanılır. Mütləq qeyd olunmalıdır ki,
əsərləri keçərkən şagirdin qavrama potensialı vacib nəzərə
alınmalıdır və əsərlərin sayı da ona əsaslanmalıdır. Burada keyfiyyət
vacibdir nəinki kəmiyyət.
I-III siniflər üçün məsləhət görülən repertuar
T. Zaxarina Skripka əlifbası
N. Baklanova 24 tonallıqda başlanğıc məşğələlər,
Etüdlər və pyeslər
K. Radionov Başlanğıc dərslərin skripkada ifası
M. Qarlitski “Addımbaaddım”
K. Fortunatova Gənc skripkaçı I buraxılış
O. Şevçik Məşğələlər
Y. Konyus İkili notların məşğələləri
Q. Şradik Məşğələlər, I dəftər
Etüdlər
Detaşe (ştrix)
Seçmə etüdlər (I buraxılış), № №1, 4, 5, 6, 12, 21, 25, 32, 35, 42, 46
Seçmə etüdlər (II buraxılış), № №2, 8, 9, 10, 12, 39
Q. Kayzer Etüdlər, əsər 20, I dəftər, № № 1, 5, 7, 9, 11, 24, 29
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 1, 2, 3, 4, 7, 11,
13, 14, 17, 31, 34, 43
Leqato (ştrix)
Seçmə etüdlər (I buraxılış), № № 5, 7, 8, 16, 17, 31, 44, 45, 56, 58
Seçmə etüdlər (II buraxılış), № № 1, 4, 5, 11, 13, 18, 20, 22, 30, 34
Q. Kayzer Etüdlər, əsər 20, I dəftər, № № 2, 4, 6, 8, 10, 12, 16, 21
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 35, 38, 41, 43, 55,
9
57
Simdən-simə keçmə
Seçmə etüdlər (I buraxılış), № № 27, 29, 35, 54, 55, 57, 62, 66
Seçmə etüdlər (II buraxılış), № № 7, 13, 20, 31
F. Volfart Skripka üçün 60 etüd, əsər 20, I dəftər, № № 7, 10, 12,
24
Detaşe və leqato ştrixlərinin rabitəli ifasına dair
Seçmə etüdlər (I buraxılış), № № 3, 9, 13, 14, 20, 37, 52
Seçmə etüdlər (II buraxılış), № № 6, 15, 19, 24, 36
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 6, 10, 12, 21, 37,
38
Martle (ştrix)
Seçmə etüdlər (I buraxılış), № 30
Seçmə etüdlər (II buraxılış), № № 14, 35
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 21, 25, 27, 50
Q. Kayzer Etüdlər, əsər 20, I dəftər, № № 7, 14, 18, 25
Simmetrik ştrixlər
Seçmə etüdlər (I buraxılış), № № 13, 14, 20, 49, 56
Seçmə etüdlər (II buraxılış), № № 8, 23, 24, 26, 32, 33
Q. Kayzer Etüdlər, I dəftər əsər 20, № № 2, 17, 21, 25, 32, 33, 35
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 17, 23, 32, 33, 35,
50, 55, 57
Sotiye (ştrix)
Seçmə etüdlər (I buraxılış), № 61
Seçmə etüdlər (II buraxılış), № 38
Q. Kayzer Etüdlər, I dəftər əsər 20, № 19
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № 15
Xromatizmlər
Seçmə etüdlər (I buraxılış), № № 39, 51, 52, 53
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 16, 19, 20, 21, 23,
54
Q. Kayzer Etüdlər, əsər 20, I dəftər, № № 8, 12, 19, 35, 36
10
Trel
Seçmə etüdlər (I buraxılış), № № 41, 46
Q. Kayzer Etüdlər, əsər 20, I dəftər, № № 15, 22, 35
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № 52
Punktir ritm
Q. Kayzer Etüdlər, I dəftər, əsər 20, № № 23, 31
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 44, 45
İkili notlar
Seçmə etüdlər (I buraxılış), ikili notlar bölməsi, № № 1-14
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 28, 53, 56, 59, 60
Texniki inkişaf (barmaqların qaçışı)
Seçmə etüdlər (I buraxılış), № № 44, 45, 47, 48, 50, 58, 60, 65, 66
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 43, 51
Q. Kayzer Etüdlər, I dəftər, əsər 20, № № 30, 32, 35, 36
Qarışıq ştrixlər
K. Fortunova Seçmə etüdlər (I buraxılış), № № 3, 9, 13, 14,
20, 37, 52
K. Fortunova Seçmə etüdlər (II buraxılış), № № 6, 15,19, 24,
36
F. Volfart Skripka üçün 60 etüd, əsər 45, № № 6, 10, 12,
21, 37, 38
Bədii məzmunlu əsərlər
Lirik pyeslər
L. Bethoven Surok
İ. Dunayevski Lay-lay
M. Qlinka Torağay, (“İvan Susanin”operasından)
Vanyanın mahnısı
N. Baklanova Romans
Z. Bağırov Romans
11
Niyazi Lay-lay
N. Rimski-Korsakov “May gecəsi” operasından mahnı
Q. Muffat Lay-lay
P. Çaykovski Qədim fransız mahnısı “Qəmli mahnı”
Q. Qarayev Kiçik vals
B. Dvarionas Prelüdiya
Virtuoz əsərlər
N. Baklanova Xorovod, Mazurka
K. Qlyuk Şən xorovod
P. Çaykovski “Uşaq albomu”. Neapolitan mahnısı
D. Kabalevski Polka, Etüd
İ. S. Bax Qavot, Rondo
D. Bononçini Rondo
P. Ober Tamburin, Presto
L. Bethoven Menuet
K. Bom Tremdo, Daimi hərəkət
E. Cenkinson Rəqs
Konsertlər
H. Hendel Variasiyalar, Sonatina
O. Ridinq Konsert h-moll I,II,III hissələr,
Konsert C-dur I hissə
A. Yanşınov Konsertino
N. Baklanova Sonatina, Konsertino, Alleqro
A. Komarovski Konsertino g-moll
F. Zeys Konsert A-dur I,II,III hissələr,
Konsert № 2
A. Vivaldi Konsert G-dur
Q. Teleman Konsert
III sinifdən IV sinfə keçid poqramı (qammalar)
Şagirdin hazırlıq səviyyəsindən asılı olaraq
I variant:
II oktavalı qamma, 3 arpecio
II variant:
3 oktavalı qamma, 5-6 arpecio, septakkordlar
12
Milli skripka ifaçılığı məktəbinin nümunələri
T. Bakıxanov - 15 Azərbaycan xalq mahnıları
17 uşaq pyesi
Azərbaycan bəstəkarlarının əsərləri - 8 pyes
T. Atakişiyev - Skripkada çalmaq üçün ibtidai tədris kitabı
Azərbaycan ladları üzrə tələblər
İllik tələbat
I sinif
II yarımil – “Rast” ladının səsqatarı və tam kadansları
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. (Tərtibçi -Tərlan Seyidov) Bakı, E.L 2010, səh.8
Dərs vəsaitinin elektron versiyası: www.baku-art.az.
II sinif
I yarımil – “Şur” ladının səsqatarı və tam kadansları
II yarımil – “Segah” ladının səsqatarı və tam kadansları
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. (Tərtibçi: Tərlan Seyidov) Bakı, E.L., 2010, səh. 11, 15.
Dərs vəsaitinin elektron versiyası: www.baku-art.az.
III sinif
I yarımil – “Şüştər” ladının səsqatarı və tam kadansları
II yarımil – “Çahargah” ladının səsqatarı və tam kadansları
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. (Tərtibçi Tərlan Seyidov) Bakı, E. L., 2010, səh. 17, 18
Dərs vəsaitinin elektron versiyası: www.baku-art.az.
Orta siniflər (IV-V)
Detaşe, leqato, martle, stakkato, sotiye, spikkato ştrixləri
üzərində iş prosesi. Yüksək pozisiyaların keçilməsi, rabitəli ifa tərzi,
səsin keyfiyyəti, texniki inkişaf, trellər, ikili notlar, akkordların
13
mənimsənilməsi. 3 oktavalı qammaların və xromatizmlə ifa olunan
qammaların keçilməsi, bədii təxəyyülün inkişafına və
formalaşmasına doğru addımlamalı. Vibrasiya bacarığının
mənimsənilməsi.
IV-V siniflər üçün məsləhət görülən dərs vəsaitləri
A. Yampolski Seçmə məşğələlər
O. Şevçik Skripka texnikası məktəbi əsər 1, II dəftər, ikili
notların məşğələləri, əsər 9
Y. Konyus Kiçik etüdlərin və ikili notların məşğələləri
Q. Şradik Məşğələlər, I dəftər
Etüdlər
Detaşe
K. Fortunova Seçmə etüdlər (II buraxılış), № № 52,57,58,63
Seçmə etüdlər (III buraxılış), № № 51, 58, 59, 60, 71, 72, 73, 74, 75
Solo skripka üçün seçmə yüngül etüdlər, № № 25, 31
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № № 4, 5, 6, 21, 28
R. Kreyser, A. Yampolski Etüdlər № № 1, 3, 8
N. Baklanova Orta çətinliklə etüdlər № № 1, 4
Leqato
Seçmə etüdlər (II buraxılış), № № 37,40,42, 47, 51, 53, 54, 66, 68, 69
Solo skripka üçün seçmə yüngül etüdlər, № № 30, 34, 35, 38, 39
Skripkaçının albomu (III buraxılış), № № 62, 64, 65, 66, 67, 68, 69,
78, 79, 88, 89, 90
R. Kreyser Etüd № 9
N. Baklanova Orta çətinliklə etüdlər № № 2, 6, 8
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № № 1, 13, 18, 19,
20, 24
Martle
K. Fortunova Seçmə etüdlər (II buraxılış), № № 43, 59
Rus və sovet bəstəkarlarının etüdləri № № 2, 4
14
Solo skripka üçün seçmə yüngül etüdlər № 37
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № № 3, 4, 10, 11
Sotiye
N. Baklanova Orta çətinliklə etüdlər № 3
Xromatizm
K. Fortunova Seçmə etüdlər (II buraxılış), № № 45, 46, 49
N. Baklanova Orta çətinliklə etüdlər № 8
Trel
K. Fortunova Seçmə etüdlər (II buraxılış), № № 44, 67
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № 14
Punktir ştrix
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № 9
Solo skripka üçün yüngül etüdlər № 32
Skripkaçının albomu III buraxılış, № 76
Simdən-simə keçmə
K. Fortunova Seçmə etüdlər (II buraxılış), № 60
Rus və sovet bəstəkarlarının etüdləri № № 2, 6
N. Baklanova Orta çətinlikli etüdlər № № 4, 9
Skripkaçının albomu (III buraxılış), № № 73, 75, 78, 79, 80, 81, 82
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № № 11, 21
R. Kreyser Etüdlər № № 6, 7
Qarışıq ştrixlər
Seçmə etüdlər (II buraxılış), № № 49, 50, 52, 55, 59, 60, 61,65
İkili notlar
Seçmə etüdlər (II buraxılış), № № 70, 71, 72
N. Baklanova Orta çətinliklə etüdlər № 10
Solo skripka üçün seçmə yüngül etüdlər № 36
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № № 25, 26, 27
Stakkato
15
Seçmə etüdlər (II buraxılış), № 64
Rus və sovet bəstəkarlarının etüdləri № № 3, 9
N. Baklanova Orta çətinlikli etüdlər № № 11, 12
Seçmə yüngül etüdlər № 40
Skripkaçının albomu (III buraxılış), № 63
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № 12
Spikkato
F. Mazas Etüdlər, əsər 36, I dəftər, № 29
Rus və sovet bəstəkarlarının etüdləri № 8
Bədii məzmunlu əsərlər
Lirik pyeslər
İ. Brams Lay-lay
C. Perqolezi Ariya, Sisiliana
Q. Svidirov Qəmli nəğmə
Q. Qarayev Fikirli
M. Qlinka Duyğu
V. Rebikov Sözsüz mahnı
P. Çaykovski Sözsüz mahnı, Lay-lay
D. Tartini Sarabanda
D. Qrasidi Adajio
R. Qlier Romans c-moll
D. Şostakoviç Romans, Elegiya
N. Rakov Vokaliz
Virtuoz pyeslər
İ. Haydn Buğanın menueti, Menuet D-dur
A. Rubinşteyn Cəhrə
S. Küi Daimi hərəkət
V. Mosart Rondo
S. Prokofyev “Klassik simfoniya”dan Qavot
A. Yanşinov Cəhrə
H. Hendel Jiqa
F. Del-Abako Jiqa
F. Fiorillo Etüd
V. Şer Kəpənəklər
16
R. Kreysler Menuet tempində
P. Fiokko Allegro
F. Ellerton Tarantella
Konsertlər
Ş. Dankla Variasiyalar
A. Vivaldi Konsert № 12 a-moll I,II,III hissələr
Konsert g-moll I hissə
A. Korelli Sonata e-moll, Sonata d-moll
Sonata A-dur
A. Xollender Yüngül konsert
J. Akkolai Konsert
N. Paqanini Variasiyalar
H. Hendel Sonata № 6 E-dur
D. Viotti Konsert № 23
F. Zeys Konsert № 3
V sinifdən VI sinifə keçid proqramı (qammalar)
Şagirdin hazırlıq vəziyyətindən asılı olaraq
I variant:
3 oktavalı qamma, 3 arpecio, klassik ştrixlər
II variant:
3 oktavalı qamma, 5-6 arpecio və septakkordlar, xromatik qamma,
ikili notlar, klassik ştrixlər
Milli skripka ifaçılıq məktəbinin nümunələri
Ü. Hacıbəyli “Koroğlu” operasından Nigarın ariyası
M. Maqomayev Melodiya
E. Nəzirova Prelüdiya
Ə.Bədəlbəyli “Tərlan” baletindən Rəqs, “Qız qalası”
baletindən Marş
F. Əmirov Skerso, Beşik mahnısı, Vals, Lirik rəqs
T. Quliyev Rəqs
17
M. İsrafilzadə Romans, Elegiya
S. Rüstəmov Rəqs
S. Ələsgərov Balaca çoban
Ə. Abbasov Aşıqsayağı
Z. Bağırov Beşik mahnısı
Azərbaycan ladları üzrə tələblər
İllik tələbat
IV sinif
I yarımil – “Bayatı-Şiraz” ladının səsqatarı və tam kadansları
II yarımil – “Hümayun” ladının səsqatarı
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. (Tərtibçi - Tərlan Seyidov) Bakı, E.L., 2010, səh. 21, 23
Dərs vəsaitinin elektron versiyası: www.baku-art.az
V sinif
I yarımil – “Rast” ladının səsqatarı, tam və yarım kadansları,
həmin ladda bəstələnən melodiyaların “Mayeyi-Rast” şöbəsi
II yarımil – “Şur” ladının səsqatarı, tam və yarım kadansları,
həmin ladda bəstələnən melodiyaların “Mayeyi-Şur” şöbəsi
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. (Tərtibçi-Tərlan Seyidov ) Bakı, E.L., 2010, səh. 8-9, 11.
Dərs vəsaitinin elektron versiyası: www.baku-art.az.
Yuxarı siniflər (VI-VII)
Skripka ifaçılıq incəsənətinin şagirdin təhsilində təkmilləşərək
inkişaf etdirilməsi, musiqi elminin daha da dərindən mənimsənilməsi,
müxtəlif əsərlərin janr və üslubuna görə öyrənilməsi, detaşe, martle,
qarışıq ştrixlər, sotiye, stakkato, spikkato ştrixləri ilə yanaşı, rabitəli
ifa tərzi, keçidlər, ikili notlar, flajoletlər, akkordlar, 3-4 oktavalı
qamma, arpecio və ikili notların ifa olunması. İstedadlı və qabiliyyətli
şagirdləri musiqi kolleci və ali məktəbə (BMA, ADMİ, APİ)
hazırlaşdırmaq.
18
VI-VII siniflər üçün dərs vəsaiti
O. Şevçik Başlanğıc sinif üçün skripka məktəbi, I dəftər, məşğələ
Skripka məktəbi, I dəftər № № 1, 2 M. 1938
Skripka məktəbi, I dəftər № № 2, 3 M.-L, 1947
Yayın texnikası üçün dərslik, əsər 1, I dəftər, № № 2,
3 M, 1939
Yayın texnikası üçün dərslik, əsər 2, № № 2, 3 M.,
1947
Pozisiyaları dəyişdirərək məşğələlər, əsər 8, M., 1941
Q. Şradik Məşğələlər. M., 1969
İkili notlarla məşğələlər
S. Şalman “Mən skripkaçı olacağam”, I hissə L., 1987
“Mən skripkaçı olacağam”, II hissə L., 1987
Etüdlər
Detaşe
F. Fiorillo 36 etüd və kaprislər № 1
R. Kreyser Etüdlər № № 10, 27
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № 51
Y. Dont əsər 35, № 3
A. Lvov 24 kapris
Leqato
Rus və sovet bəstəkarlarının etüdləri № № 2, 5, 6
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № № 32, 35, 48, 84
F. Fiorillo 36 etüd və kaprislər № 8
R. Kreyser Etüdlər № № 12, 13, 39, 40 (əlavələr bölməsində №
№ 7,8)
Simdən-simə keçid
Skripkaçının albomu (III buraxılış), № № 88, 89, 90, 92
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № № 39, 49
F. Fiorillo 36 etüd, № № 5, 13, 2, 23, 28, 36
R. Kreyser Etüdlər № № 11, 14, 15, 16
Qarışıq ştrixlər
F. Mazas Etüdlər,əsər 36, II dəftər № № 42, 43, 52
F. Fiorillo 36 etüd № № 12, 13, 15, 26, 27, 30, 31, 34, 36
19
Stakkato
A. Yanşinov 6 kapris № 3
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № № 34, 41, 47, 53
F. Fiorillo 36 etüd № 3
R. Kreyser Etüdlər № 5
Spikkato
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № 45
Rus və sovet bəstəkarlarının əsərləri № № 8, 9, 22
Punktir ştrix
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № № 33, 53, 55, 56
Rikoşet
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № 46
Xromatizm
Skripkaçının albomu № № 84, 85
Rus və sovet bəstəkarlarının etüdləri № № 12, 13
A. Yanşinov 6 kapris № 6
F. Fiorillo 36 etüd və kaprislər № 21
Trel
A.Yanşinov 6 kapris № 3
F. Mazas Etüdlər əsər 36, II dəftər, № 55
F. Fiorillo 36 etüd № 6
R. Kreyser Etüdlər № № 18, 19, 20, 21, 22, 23, 24, 25, 26
İkili notlar
Skripkaçının albomu № № 92, 99, 100
Rus və sovet bəstəkarlarının etüdləri № № 15, 17, 18, 25, 27
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № 50
Ş. Dankla Etüdlər № 5
F. Fiorillo 36 etüd № № 4, 17, 18, 35
R. Kreyser Etüdlər № № 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 42
A. Yanşinov 6 kapris № № 1, 4, 5
20
Akkordlar
Rus və sovet bəstəkarlarının etüdləri № №16, 19
Flajoletlər
A. Yanşinov 6 kapris № 3
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № 57
Texniki inkişaf (barmaqların qaçışı)
Rus və sovet bəstəkarlarının etüdləri № № 10, 11, 12, 13, 14
F. Fiorillo 36 etüd № 32
Ş. Dankla Etüdlər № 13
R. Kreyser Etüdlər № № 17, 40
Sol və sağ əlin müxtəlif texniki inkişafına dair tələblər
Skripkaçının albomu № 95
Rus və sovet bəstəkarlarının etüdləri:
№ № 20, 21, 22, 23, 24, 27, 28, 29, 30
A.Yanşinov 6 kapris № 3
F. Mazas Etüdlər, əsər 36, II dəftər, № № 37, 40
F. Fiorillo 36 etüd № 29
R. Kreyser Etüdlər № № 28, 38
P. Rode 24 kapris № № 2, 5
Bədii məzmunlu əsərlər
Lirik xarakterli pyeslər
P. Çaykovski Payız nəğməsi, Sentimental vals, Melodiya
A. Aleksandrov Ariya
D. Şostakoviç Romans, Adajio
İ. Bax Sisiliana
M. Balakirev Ekspromt
J. Massne Düşüncə
F. Veraçini Larqo
A. Arenski Yaddaş çiçəyi, Serenada
B. Dvarionas Elegiya
S. Prokofyev “Zoluşka” baletindən Vals
Virtuoz pyeslər
21
F. Kuperen Kiçik yel dəyirmanları
L. Bethoven Rondino
A. Vyetan Ballada və polonez
A. Danen Ququ quşu
F. Şubert Arı
D. Popper Cəhrə
F. Kreysler Sisiliana və riqodon, Prelüdiya və allegro
(Punyani stilində)
M. Paradiz Tokkata
D. Kabalevski İmprovizasiya
İ. Frolov Skerso
A. Şnitke Qədim üslubda süita
F. Ris Daimi hərəkət
O. Novaşek Daimi hərəkət
S. Prokofyev “Romeo və Culyetta” baletindən Mazurka,
Montekki və Kapuletti
Konsertlər, sonata və variasiya formaları
D. Kabalevski Konsert I, II, III hissələr
İ. Bax Konsert a-moll
V. Mosart Konsert “Adelaida”
R. Kreyser Konsert № № 13, 19
Ş. Berio Konsert № № 1, 7, 9
P. Rode Konsert № 8
D. Viotti Konsertlər № № 20, 22, 23
L. Şpor Konsertlər № № 2, 9
H. Hendel Sonata № № 2, 3, 4
T. Vitali Çakona
D. Tartini Sonata Atılmış Didona
M. Brux Konsert I hissə
Q. Teleman 12 fantaziya
Buraxılış sinfi üçün təxmini proqram
(texniki)
I variant:
3 oktavalı qamma, arpecio, septakkordlar, ikili notlar
22
II variant:
4 oktavalı qamma, arpecio, septakkordlar, ikili notlar
Milli skripka ifaçılıq məktəbinin nümunələri
Q. Qarayev “Yeddi gözəl” baletindən Aişənin rəqsi,
Adajio.
“İldırımlı yollarla” baletindən rəqs
E. Nəzirova İki xalq melodiyası, Prelüdiya
M. Nəsirbəyov Prelüdiya
S. Rüstəmov “Səhər” mahnısı, Xatirə, Elegiya, 4 pyes
T. Bakıxanov Elegiya
C. Hacıyev Skerso, Azərbaycan melodiyaları mövzusunda
variasiyalar
A. Zeynallı Muğamsayağı
Ə. Abbasov Melodiya
Z. Bağırov Çin rəqsi
X. Mirzəzadə Menuet
A. Məlikov “İki qəlbin dastanı” baletindən Komdenin
arzuları, “Məhəbbət əfsanəsi” baletindən
noktürn
Niyazi “Rast” simfonik muğamından fraqmentlər
V. Adıgözəlov Skerso
D. Dadaşov Adajio və Skerso
M. Mirzəyev Adajio və Vals-skerso, Lirik rəqs, Romantik
poema
A. Dadaşov Adajietto və Skersino
C. Cahangirov Rondo (sonatinadan III hissə)
V. Allahverdiyev Elegiya
A. Əliyev Adajio
R. Zeynalov Skerso
Azərbaycan ladları üzrə tələblər
İllik tələbat
VI sinif
I yarımil – “Segah” ladının səsqatarı, tam və yarım
kadansları, həmin ladda bəstələnən melodiyaların “Mayeyi-Segah”
şöbəsi
23
II yarımil – “Şüştər” ladının səsqatarı, tam və yarım
kadansları, həmin ladda bəstələnən melodiyaların “Mayeyi-Şüştər”
şöbəsi
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin
əsasları”Musiqi məktəbləri və texnikumları üçün adaptasiya
olunmuş dərs vəsaiti. (Tərtibçi: Tərlan Seyidov) Bakı, E. L., 2010,
səh. 15-17
Dərs vəsaitinin elektron versiyası: www. Baku-art.az.
VII sinif
I yarımil – “Çahargah” ladının səsqatarı, tam və yarım
kadansları, həmin ladda bəstələnən melodiyaların “Mayeyi-
Çahargah” şöbəsi
“Bayatı-Şiraz” ladının səsqatarı, tam və yarım kadansları,
həmin ladda bəstələnən melodiyanın “Mayeyi-Bayatı-Şiraz” şöbəsi
II yarımil – “Hümayun” ladının səsqatarı, həmin ladda
bəstələnən melodiyaların “Mayeyi-Humayun” şöbəsi
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. Tərtibçi: Tərlan Seyidov – Bakı: E. L., 2010, səh. 18, 21, 23-
24
Dərs vəsaitinin elektron versiyası: www.baku-art.az
VIII sinif
İllik tələblər
Qamma, ştrixlər, səsin keyfiyyəti, ikili notlar, akkordlar,
müxtəlif janr və üslubda əsərlərin keçilməsi, təhlili, hətta müqayisəli
təhlili, yayla rabitəli ifa tərzi, vibrasiya və növləri, bədii-estetik
zövqün tənzimlənməsi, bədii qiraət üzərində iş prosesi.
İl ərzində şagird 4 polifonik, 2 iri həcimli əsərlər, 4-6 pyes, 6
etüd, (kontilen, lirik, rəqsvari və virtuoz müxtəlif xarakterli)
öyrənərək çıxış etməlidir.
Azərbaycan ladları üzrə tələblər
I yarımil – “Rast” ladının səsqatarı, tam və yarım kadansları,
həmin ladda bəstələnən melodiyaların, “Mayeyi-Rast”, “Hüseyni”,
“Vilayəti”, “Əraq”, “Qəzayi” şöbələri
24
II yarımil – “Şur” ladının səsqatarı, tam və yarım kadansları,
həmin ladda bəstələnən melodiyaların “Mayeyi-Şur”, “Zəminxara”,
“Şur-Şahnaz”, “Hicaz”, “Bayatı-Kürd”, “Simayi-Şəms”, “Nişibi-
Fəraz” şöbələri
Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”
Musiqi məktəbləri və texnikumları üçün adaptasiya olunmuş dərs
vəsaiti. (Tərtibçi: Tərlan Seyidov) Bakı, E. L., 2010, səh. 8-10, 11-14
Dərs vəsaitinin elektron versiyası: www.baku-art.az
Məsləhət görülən əsərlərin siyahısı
A. Alekseyev Qamma və arpeciolar. M. – L., 1951
T. Atakişiyev və Y. Barştak Başlanğıc sinifində skripkada çalmaq
üçün vəsait, Bakı, 1960
N. Baklanova Başlanğıc sinifi üçün kiçik məşğələlər
(I pozisiya), M., 1950
Başlanğıc məşğələlər, 24 tonallıqda etüd və
pyeslər. M.-L., 1987
Orta çətinliklə 6 etüd, M.-L., 1988
F. Volfart, A. Şponer 70 metodiki etüdlər, əsər 74, M.-L., 1988
M. Qarliski Gənc skripkaçılar üçün metodiki vəsait.M.,
1985
Qnesina-Vitaçek Y. 17 metodiki etüdlər. M.-L., 1945
İ. Qrjimali Qammalarla məşğələlər, M., 1966
İ. Dvoyrin Etüdlər-kaprislər. L., 1986
Y. Dont Etüdlər.Əsər 37, M., 1988
Q. Kayzer 36 etüd. I-II dəftər. M.-L., 1987
Etüdlər.Əsər 20. M.-L., 1948
A. Komarovski Etüdlər (1, 2, 3 pozisiyalar). M.-L., 1952
Y. Konyus İkili notlarla kiçik etüd və məşğələlər.M.-L.,1952
S. Korquyev İkili notlarla məşğələlər.M, 1954
R. Kreyser Etüdlər
A. Lvov 24 kapris. M.-L., 1947
F. Mazas Etüdlər. M., 1971
Y. Meksin İkili notlarla qamma və xalq mahnılarının
məşğələləri
K. Mostras Etüdlər-duetlər. I və II hissələr. M., 1949
25
Etüdlər və çərək pozisiyalar. M., 1954
Q. Oniaşvili Skripka məktəbi.Tbilisi, 1962
V. Pakturas və A. Qrisys Skripka çalmağa başlayanlar üçün qamma-
duetlər, Vilnüs
O. Parxomenko və V. Zeldis Skripka məktəbi. Kiyev, 1974
İlk addımlar. Gənc skripkaçılar üçün dərslik. Minsk, 1980
M. Reytix Skripka üçün əlifba. Bakı, 1952
K. Radionov Skripkada çalmaq üçün başlanğıc dərslər. M.,
1987
Seçilmiş etüdlər məcmuəsi. M., I hissə, 1988
Seçilmiş etüdlər məcmuəsi. M., II hissə, 1988
Seçilmiş etüdlər məcmuəsi. M., III hissə, 1988
Skripka üçün etüdlər məcmuəsi. (Tərtibçi: L. Zaxarov). M., 1973
B. Sibor İkili notla qammalar. M., 1928
M. Sokolovski Seçilmiş əsərlər. M., 1954
A. Stanko 25 etüdlər. Kiyev, 1962
Y. Tarqonski və V. Surestep Skripka məktəbi. Riqa, 1960
F. Fiorillo 36 etüd və kaprislər. M., 1961
S. Şalman Mən skripkaçı olacağam. I hissə. L., 1987
Mən skripkaçı olacağam. II hissə. L., 1987
O. Şevçik Başlanğıc sinfi üçün skripka məktəbi.Əsər 6. I
dəftər
Skripka texnikası məktəbi. I dəftər. M., 1938
Skripka texnikası məktəbi. I dəftər. M.-L.,
1946
İkili notlarla məşğələlər.Əsər 9. M.-L., 1951
Kamanın texnikası üçün dərslik.Əsər 1. M.,
1939
Kamanın texnikası üçün dərslik.Əsər 2. M.,
1947
Pozisiyaları dəyişdirərək məşğələlər.Əsər 8.
M., 1941
Q. Şradik Məşğələlər. M., 1969
İkili notlarla məşğələlər. M., 1925
Sovet və rus bəstəkarlarının etüdləri (Tərtibçilər: S. Sapojnikov və
A.Yampolski). M., 1972
26
Gənc skripkaçı I buraxılış. M., 1988
V. Yakubovskaya Skripkada başlanğıc kursda çalmaq üçün. L.,
Muzıka, 1986
A. Yanşinov Qamma və arpeciolar. M., 1947
İntonasiya üçün altı etüd. M.-L., 1947
Sağ və sol əllər üçün altı etüd. M., 1932
30 yüngül etüd. M., 1960
Skripkaçının albomu, Müasir və klasssik musiqi. I buraxılış. M.,1987
N. Rakova Gənc skripkaçının kitabxanası. Sovet
bəstəkarlarının bir sıra pyesləri. UMM, II buraxılış. M., 1959
Gənc skripkaçının kitabxanası. Sovet bəstəkarlarının bir sıra pyesləri.
UMM, III buraxılış
K. Fortunatovanın redaksiyası altında gənc skripkaçıların
kitabxanası. II buraxılış. M., 1967
N. Baklanova Skripka və fortepiano üçün pyeslər. M., 1974
L. Bethoven UMM üçün pyeslər (yuxarı siniflər). Skripka
və fortepiano üçün köçürmələr. M., 1986
Q. Vaqner Gənc skripkaçı. Minsk, 1984
Virtuoz pyeslər, UMM-nin yuxarı sinifləri üçün. M., 1987
R. Qlier Səkkiz yüngül pyes. M., L.
Sovet bəstəkarlarının pyesləri. UMM-nin orta və yuxarı sinifləri
üçün. L., 1986
Skripka və fortepiano üçün sovet bəstəkarlarının pyesləri, UMM-nin
orta və yuxarı sinifləri üçün, I buraxılış. M., 1987
Sovet bəstəkarlarının pyesləri. UMM-nin orta və yuxarı sinifləri
üçün, II buraxılış. M., 1988
İri formalı əsərlər və pyeslər, M., 1988
İri formalı əsərlər və pyeslər, M., 1986
İri formalı əsərlər və pyeslər, M., 1985
Skripka və fortepiano üçün iri formalı əsərlər və pyeslər. M., 1986
N. Rakov Yeniyetmə və uşaqlar üçün pyeslər. M., 1988
N. Sokolovski Skripka və fortepiano üçün yüngül pyeslər. (A.
Yampolskinin redaktəsi altında). M.-L., 1947
Skripka və fortepiano üçün yeddi pyes. M., 1961
A. Yampolski Özfəaliyyət konserti. M., 1981
Etüd və virtuoz pyeslər məcmuəsi. L., 1951
27
Xrestomatiya. I-II siniflər. M., 1985
Xrestomatiya. II-III siniflər. M., 1986
Xrestomatiya. III-IV siniflər. M., 1988
Xrestomatiya. IV-V siniflər. M., 1984
Xrestomatiya. V-VI siniflər. M., 1988
P. Çaykovski Pyeslər (skripka və fortepiano üçün köçürmə).
M., 1987
Pyeslər (skripka və fortepiano üçün köçürmə).
UMM-nin yuxarı və orta sinifləri üçün. M., 1974
S. Şalman Mən skripkaçı olacağam. L., 1987
Gənc skripkaçı.I buraxılış. M., 1987
Gənc skripkaçı. II buraxılış. M., 1985
Gənc skripkaçı. III hissə. M., 1996
M. Qlinka Pyeslər (skripka və fortepiano üçün
köçürmələr). M., 1979
S. Qermanov Skripka və fortepiano üçün yüngül pyeslər
T. Zaxarina Skripka əlifbası. M., 1962
S. İvanov, İ. Dunayevski, D. Kabalevski, M. Fradkinin mahnılarının
mövzuları əsasında pyeslər. L., 1959
D. Kabalevski Skripka və fortepiano üçün pyeslər. M., 1967
Skripka və fortepiano üçün pyeslər. M., 1984
20 pyes, əsər 80, M., 1962
Pyeslər albomu. Əsər 27 və 39. M., 1962
Klassik pyeslər. M., 1988
Skripka və fortepiano üçün klassik pyeslər. M., 1974
A. Korelli Skripka və fortepiano üçün 6 sonata. L., 1981
İri formalı konsertlər və pyeslər, M., 1984
F. Kreysler Skripka üçün seçilmiş pyeslər. III buraxılış. M.,
1967
Seçmə əsərlər I, II dəftər
Seçmə işləmələr
A. Mosart Orta və yuxarı sinif şagirdləri üçün pyeslər. M.,
1988
Moldav nəğmələri. Skripka üçün pyeslər. M., 1975
K. Mostras və A. Yampolski Skripka və fortepiano üçün pedaqoji
repertuar. M., 1939
28
Sovet bəstəkarlarının pyesləri (aşağı siniflər). M., 1972
S. Prokofyev 5 pyes. M., 1966
Skripka və fortepiano üçün sovet bəstəkarlarının pyesləri (aşağı və
yuxarı siniflər). II buraxılış. 1987
İri formalı pyeslər (orta və yuxarı siniflər üçün pyeslər), M., 1972
Venyavski Əfsanə, Skerso-tarantella, Kuaviyak, Mazurka
Sarasete, Andaluz romansı, Malaquenya,
İntraduksiya-tarantella, Xabanera, Bass
kapriççiosu
8 kapris əsər 18, 10
Konsert № 2 I-II-III hissələr, Konsert № 1 II-
III hissələr
A. Vyetan Tarantella, Ballada və polonez, Rondino
Konsert № № 2, 4, 5
32 etüd
P. Çaykovski Melodiya, Skerso
“Sonalar gölü” baletindən Rus rəqsi və
II skripka solosu
Korelli Foliya 6 sonata
A. Mosart Konsert № № 3, 4, 5
S. Raxmaninov Vokaliz, Romans
E. Elqar Kapriçiozo
Lalo İspan simfoniyası I hissə
A. Mendelson Konsert e-moll, I-II-III hissələr, d-moll I-II-III
hissə
K. Sen-Sans Konsert № 3
Y. Konyus Konsert
Blox İmprovizasiya (pyes)
De Falya İspan rəqsi
İ. S. Bax 6 sonata və partita
P. Rode 24 kapris
E. Dont Kaprislər
E. Gilels Qamma və arpeciolar
Karl Fleş Qamma və arpeciolar
Veraçini Sonatalar, Konsert-sonata 5 hissə
Ceminiani Sonatina d-moll 3 hissə
29
A. Məlikov “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər
F. Əmirov Seçmə əsərləri
Niyazi “Rast” simfonik muğamından fraqmentlər
A. Əzimov Sonata-poema
T. Bakıxanov Elegiya, Melodiya, Skerso, Andante, Türk
rapsodiyası
E. Elqar Salut D` amur
S. Stravinski C. Perqolezinin mövzuları əsasında Suita,
Skerso, Rus mahnısı
S. Prokofyev Qavot
A. Qlazunov “Raymondo” baletindən böyük Adajio
T. İbişov Poema-ekzistensial
Tövsiyə: Müəllim şagirdə proqram seçdikdə böyük
məsuliyyət daşıyaraq çox diqqətli olmalıdır. Hər bir şagirdə fərdi
olaraq yanaşılmalıdır. Çünki onların qavrama tərzi, həyata baxışı,
musiqi duyumu, dünyagörüşü, intellektual səviyyəsi, həyat tərzi
xüsusəndə mədəniyyət və incəsənətə yanaşma tərzi (mədəniyyət
səviyyəsi) mütləq nəzərə alınmalıdır. Yüksək səviyyədə olan uşaqlar
ciddi nəzarət altında olaraq musiqi təhsilini inkişaf etdirməli, daima
yüksək dərəcəli mütəxəssislərdən məsləhət almalı, festival və
müsabiqələrdə iştirak etməli, sonrakı mərhələlərdə isə səviyyələrini
beynəlxalq musiqi standartları səviyyəsinə çatdırmalı və Azərbaycanı
xaricdə layiqincə təmsil edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda
musiqi məktəblərinin qabaqcıl şagirdləri milli skripka ifaçılığı
incəsənətinin inkişaf edərək əhəmiyyətli rolu olan yüksək səviyyəli
milli peşəkar skripka ustadlarından (müəllim musiqi məktəblərində
uşaqlarla işləyən təcrübəli mütəxəssis olmalıdır) ustad dərsləri
almalıdırlar. Sonradan isə formalaşaraq xarici mütəxəssislərdən
məsləhətlər ala bilərlər.
30
31
32