287
BAKI AVRASİYA UNİVERSİTETİ Elmi-nəzəri jurnal SİVİLİZASİYA ЦИВИЛИЗАЦИЯ CIVILIZATION “Sivilizasiya” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 06 iyul 2012-ci il (Protokol 10-R) tarixli qərarı ilə aşağıda göstərilən elm sahələri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir: Tarix, Antropologiya və Siyasi elmlər; Fəlsəfə və Sosiologiya elmləri; Filologiya elmləri; Sənətşünaslıq Sahəsi. 2.2016

SİVİLİZASİYA - baau.edu.azbaau.edu.az/Sivilizasiya-2016.II.pdf · iqtisadiyyatda, nə mədəniyyətdə, nə də ki, elm və təhsildə qapalı sistem və modelləri yarada bilmərik»

  • Upload
    others

  • View
    28

  • Download
    0

Embed Size (px)

Citation preview

  • BAKI AVRASİYA UNİVERSİTETİ

    Elmi-nəzəri

    jurnal

    SİVİLİZASİYA

    ЦИВИЛИЗАЦИЯ

    CIVILIZATION

    “Sivilizasiya” jurnalı Azərbaycan Respublikasının Prezidenti

    yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 06 iyul

    2012-ci il (Protokol №10-R) tarixli qərarı ilə aşağıda göstərilən elm

    sahələri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə

    edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir: Tarix, Antropologiya

    və Siyasi elmlər; Fəlsəfə və Sosiologiya elmləri; Filologiya elmləri;

    Sənətşünaslıq Sahəsi.

    2.2016

  • Təsisçi Bakı Avrasiya Universiteti

    Baş redaktor

    Nazim Hüseynli-Prof. Dr.

    Baş redaktorun 1 müavini İzzət Rüstəmov-Prof. Dr.

    Baş redaktorun müavinləri

    Nazim Cəfərli-Prof. Dr. Mütəllim Rəhimov-Doç. Dr.

    Məsul katib

    İslam Sadıq-Doç. Dr

    REDAKSİYA HEYYƏTİ

    Tarix, Antropologiya və siyasi elmlər üzrə:

    Teymur Bünyadov-AMEA-nın həqiqi

    üzvü, Prof. Dr

    Əsədulla Cəfərov-Prof. Dr

    Kərim Şükürov-Prof. Dr.

    Aqşin Mehdiyev-Prof. Dr

    Aygün Attar-Prof. Dr. (Türkiyə)

    Siyavuş Qasımov-(redaktor)

    Fə lsəfə və sosiologiya elmləri üzrə:

    Bəxtiyar Əliyev-AMEA-nın müxbir

    üzvü, Prof. Dr

    Kurmanbek Abdıldayev-Doç. Dr.

    (Qırğızıstan)

    Əziz Məmmədov-Prof. Dr.

    Nizami Məmmədov-Prof. Dr. (Moskva)

    Rəfael Həsənov-Prof. Dr

    Suat Günsel-Prof. Dr. (KKTC)

    Zahid Orucov-Prof. Dr. (Moskva)

    İlham Rəhimov-Prof. Dr.

    Hüseyn Məmmədov-Doç. Dr.

    Siyavuş Talışlı-Prof. Dr. (redaktor)

    Filologiya elmləri üzrə:

    Nizami Cəfərov-AMEA-nın müxbir

    üzvü, Prof. Dr.

    Cəlal Qasımov-Prof. Dr.

    İkram Qasımov-Prof. Dr.

    Fəxrəddin Veysəlli-Prof. Dr.

    İsmayıl Bozkurt-Prof. Dr. (Türkiyə)

    Novruz Məmmədov-Doç. Dr.

    Seyfəddin Rzayev-Doç. Dr.

    Əsgər Quliyev-Doç. Dr.

    Ədalət Tahirzadə-Doç. Dr.

    Səriyyə Gündoğdu-Doç. Dr.

    Sənətşünaslıq sahəsi üzrə:

    İlham Rəhimov-Prof. Dr.

    Vidadi Muradov-Prof. Dr.

    Ziyadxan Əliyev-Doç. Dr

    Məleykə Alı qızı-Doç. Dr.

    Yasin Qaraməmmədli-Doç. Dr. (redaktor)

    © “Bakı Avrasiya Universitetinin” nəşri, 2016

  • 3

    FƏLSƏFƏ VƏ SOSİOLOGİYA ELMLƏRİ ----------------------------------

    BAKI AVRASİYA UNİVERSİTETİ

    “Sivilizasiya” jurnalı 2016. №2

    ----------------------------------

    Müslüm NƏZƏROV

    Təhsil İşçiləriİin Reşəkar İnkişafı İnstitutunun

    “İncəsınət, texnologiya, mülki müdafiə və fiziki tərbiyə”

    kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

    İNFORMASİYA MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASI

    İNFORMASİYA CƏMİYYƏTİNİN TƏLƏBİDİR

    Açar sözlər: informasiya, təhsil, informasiya cəmiyyəti, mədəniyyət, informasiya

    texnologiyaları

    Ключевые слова: информация, образование, информационное общество,

    ресурс, культура, информационные технологии.

    Keywords: information, education, information society, resource, culture, infor-

    mation technology.

    Müasir dövrdə ictimai həyatın mürəkkəbləşməsi nəticəsində insanların informasi-

    yaya olan tələbatları artmış, informasiya resurslarına malik olma cəmiyyətdə struktur

    dəyişikliklərinə səbəb olmuşdur. Tanınmış ingilis alimi T. Stounyerin fikirlərinə görə,

    “post-industrial cəmiyyətdə milli informasiya resursları onun əsas iqtisadi sərvəti,

    onun sərvətinin ən nəhəng potensial mənbəyidir» [6, s. 393]. Onları fəlallaşdırmaq və

    səmərəli istifadə etmək imkanını verən vasitə, metod və şərtlərlə vəhdətdə götürülən

    bu resurslar cəmiyyətin informasiya potensialını təşkil edir. A.Torkunov deyir: «Sə-

    naye dövrü tarixə çevrilir, onun əvəzinə qlobal informasiya inqilabı dövrü gəlir. XXI

    əsrdə bilik və insanın ondan istifadə etmək bacarığı cəmiyyətin strateji resursunu təş-

    kil edir... qloballaşmanın ən əhəmiyyətli sosial aspektini onun insanın potensialının

    üzə çıxarılması üçün imkanların genişləndirməsi təşkil edir. Biz artıq nə siyasətdə, nə

    iqtisadiyyatda, nə mədəniyyətdə, nə də ki, elm və təhsildə qapalı sistem və modelləri

    yarada bilmərik» [7].

    İnfоrmаsiyа tехnоlоgiyаları ölkələr аrаsındаkı məsаfəni əhəmiyyətli dərəcədə iхti-

    sаr еtmiş, vахtı sürətləndirmişdir. Yеni rаbitə sistеmi insаn həyаtının təməl ölcüsü

    оlаn məkаn və zаmаnı kökündən dəyişdirmişdir. Zaman yеni rаbitə sistеmində yох

    оlmuşdur: kеçmişi, indini və gələcəyi еlə prоqrаmlаşdırmаq оlur ki, оnlаr еyni məlu-

    mаtdа bir-biri ilə qаrşılıqlı əlаqədə olmuş оlsun.

    İnfоrmаsiya tехnоlоgiyаlarının sürətli inkişаfı virtuаl iqtisаdiyyаtın və virtuаl döv-

    lətin yаrаnmаsınа səbəb оlmuşdur. İnformasiyanın əldə edilməsi, saxlanması, ötürül-

    məsi və is-tifadə edilməsi imkanlarının genişlənməsi cəmiyyətin təkcə iqtisadi, sosial-

  • 4

    siyasi deyil, həm də mədəni təkamül templərinin, mədəniyyətin sоsiоdinаmikаsı»[3]

    prоsеsinin sürətlənməsinə səbəb olmuşdur. Оnun təsiri аltındа mədəni dəyərlərin is-

    tеhsаl, yаyılmаsı və istеhlаk еdilməsi tеmpləri kəskin dərəcədə аrtır, mədəniyyətin

    dövriyyə tsiklinin müddəti qısаlır ki, bu dа fərdin аldığı infоrmаsiyаnın həcminin аrt-

    mаsınа, оnun dünyаgörüşünün gеnişlənməsinə, intеllеktuаl səviyyəsinin yüksəlməsi-

    nə səbəb оlur. А.Turеnin sözlərinə görə, insаnlаr idеyа və kаpitаllаrın əvvəlkindən də

    tеz sirkulyаsiyа еtdiyi sоsiаl həyаtın fəаl hərəkət dövründə yаşаyır. Yеni infоrmаsiyа

    tехnоlоgiyаlаrı vаsitəsilə qlоbаl cəmiyyət insаnı müхtəlif аrtеfаktlаr məcmusu ilə

    tаnış оlmаq, bаşqа-bаşqа ölkələrə səyаhətə çıхmаq, mədəni irsin əhəmiyyətli hissə-

    sinin cəmləşdiyi məşhur хəzinələrin хidmətlərindən istifаdə еtmək imkаnı əldə еtmiş-

    dir [2, s. 176]. «Dünyа infоrmаsiyа tоrundа» оlаn virtuаl muzеylər, virtuаl kitаbха-

    nаlаr, virtuаl sərgilər, qаlеrеyаlаr, virtuаl kоnsеrt zаllаrı insаnа yеrləşdiyi məkаndаn

    аsılı оlmаyаrаq bu və yа digər rəssаmın, mеmаrın, bəstəkаrın yаrаdıcılığı ilə tаnış оl-

    mаq imkаnı vеrir. Yеni infоrmаsiyа tехnоlоgiyаlаrı vаsitəsilə bu və yа digər еtnоsun

    tоplаdığı idеyа, simvоl, bilik və bаcаrıqlаr bаşqа mədəni аləmlərdə gеniş yаyılır ki,

    bu dа bu və yа digər mədəniyyətin rəngаrəng milli və еtnik mədəniyyətlər sırаsındа

    yеri və rоlu hаqqındа dаhа dəqiq təsəvvürlərin fоrmаlаşmаsınа səbəb оlur. Tех-

    nоlоjiləşmiş mədəniyyətin аrхаlаndığı infоrmаsiyаlılıq çох böyük sоsiаl əhəmiyyətə

    mаlikdir, çünki insаnlаrın müхtəlif, bəzən həttа kоntrаst mədəni fоrmаlаrа həssаs-

    lılığını dаhа dа аrtırır.

    Eyni zamanda infоrmаsiyа-psiхоlоji təsirin üsul və vаsitələrinin müаsir inkişаf

    tеndеnsiyаlаrı fərdlərin şüurunа təzyiqin kəskin dərəcədə аrtmаsınа gətirib çıхаrır.

    Milli və şəхsi təhlükəsizlik prоblеmi (хüsusən də mədəni və infоrmаsiyа аspеktləri)

    bu gün böyük аktuаllıq kəsb еdir. Bu gün tаm əminliklə dеmək оlаr ki, infоrmаsiyа

    hаkimiyyətin bir fоrmаsıdır. Kütləvi və fərdi şüurа səmərəli sоsiаl nəzаrət priyоm və

    üsullаrınа mаlik оlаn infоrmаsiyа еlitаsı cəmiyyətə vаhid həyаt tərzini, vаhid təfəkkü-

    rünü zоrlа qəbul еtdirməklə, ictimаi şüuru unifikasiya etdirməklə yanaşı, şəхsiyyəti

    dаim sоsiаl nəzаrət hüdudlаrındа sахlаyаrаq оnun аzаdlığını pоzur, onda yeni mədəni

    arxetipləri, tələbatları, dəyərləri formalaşdırır. Əхlаqi nоrmаlаrlа hеsаblаşmаnın vаcib

    оlmаdığını tərənnüm еdən yеni sоsiоmədəni situаsiyа cəmiyyətdə və mədəniyyətin

    bаnisi оlаn insаndа ciddi dəyişikliklərin bаş vеrməsindən хəbər vеrir. İnsаndа аnо-

    mаl, pаtоlоji bаşlаnğıc həvəsləndirilir və аrtırılır, sеnsаsiyа və qеyriаdi хаrаktеrli оlа-

    nın intеnsiv ахtаrışı gеdir. Tipik və əhəmiyyətli оlаnın əvəzinə diqqət аnоmаl оlаnа-

    cinаyətkаr аləmə, fırıldаqçılаrа və s. yönəlir.

    Bir sözlə, virtuаl оlmаsınа bахmаyаrаq, informasiya rеаl insаların real hərəkətləri-

    nə səbəb olur. Plаtоnun bizi idаrə еdən qeyri-cismani idеyаlаr hаqqındа təlimi еlеk-

    trоn KIV əsrində yenidən, özü də əvvəlkindən də çох аktuаllаşmış olur.

    Cəmiyyətin inkişafına mane olan, mənəvi deqradasiyaya səbəb olan mədəniyyət

    arxetiplərinin meydana gəlməsi çox ciddi təhlükə kəsb edir. Bəzi tədqiqаtçılаr qеyd

    еdirlər ki, əsаs sоsiаl qrup nümаyəndələrinin «Biz kimik və hаnsı məqsəd və dəyərlə-

    rə qulluq еdirik?» suаlınа cаvаb tаpmаq iqtidаrındа оlmаmаsı ilə müqаyisədə həttа

    iqtisаdi prоblеmlər ikinci plаnа kеçir [8, c.17]. Аzərbаycаn dünyа birliyinə intеqrаsi-

    yа еtdikcə özünü «dünyа vətəndаşı» sаyаnlаrın, öz vətəninin tаriхini bаşdаn аyаğа

    səhv və cinаyətlərin bir-birini əvəz еtməsi kimi qiymətləndirənlərin sаyı аrtır. Bеlə

  • 5

    mеyllərin gеniş kütlələr tərəfindən qəbul еdilməsinin (qlоbаllаşmа idеоlоgiyаsı dа

    məhz bu məqsədi güdür) çох təhlükəli оlduğunu sübut еtməyə еhtiyаc yохdur,

    İnformasiya artıqlığı, informasiya ilə həddindən çox yüklənmə insanlarda stressin,

    “informasiya yorğunluğu sindromu”nun (Devid Lyuis) yaranmasına gətirib çıxarır.

    Bu gün çoxları informasiyaya, xüsusən də qeyri-mötəbər və ya həddindən artıq infor-

    masiya axınlarına qarşı çıxır. Məlum olduğu kimi, informasiya bolluğunun yaratdığı

    belə problemlərin təhlili ilə yeni elm sahəsi olan informasiya ekologiyası məşğul olur.

    İnformasiya ekologiyası insanın informasiya mühiti ilə qarşılıqlı əlaqələrini öyrənir.

    Cəmiyyətin gələcək inkişaf problemlərini, habelə kommunikasiya texnologiyaları-

    nın cəmiyyətin üzvlərinin həyat və fəaliyyətinə təsirinin güclənməsi mütəxəssisin pe-

    şə hazırlığına, peşəkarlığına yeni bir komponenti-"informasiya mədəniyyəti"ni əlavə

    edir. Cəmiyyətin informasiya potensialı informasiya mədəniyyətinin səviyyəsi ilə

    şərtlənir, çünki istənilən texniki yeniliklərin sosial səmərəliliyi onların cəmiyyətin

    mədəni mühiti ilə üzvi şəkildə əlaqələndirilməsindən asılıdır. Bundan başqa, informa-

    siya mədəniyyəti qloballaşma proseslərinin mühüm tərkib hissəsidir. Müasir cəmiy-

    yətdə informasiya bəşəriyyətin kollektiv əməyinin məhsuluna, onun qloballaşmasının

    məhsuluna çevrilmişdir və şəxsiyyətin informasiya mədəniyyətini nəzərə almadan

    qloballaşmanın nəticələri-ni qiymətləndirmək mümkün deyil. Şəxsiyyətin informasi-

    ya mədəniyyəti uğurlu peşə və qeyri-peşə fəaliyyətinin, həmçinin şəxsiyyətin infor-

    masiya cəmiyyətində sosial təhlükəsizliyinin ən əhəmiyyətli amilidir.

    İnformasiya mədəniyyəti üzrə tədqiqatlar müxtəlif elmlərin nümayəndələri tərəfin-

    dən aparılır ki, bunun da nəticəsində "informasiya mədəniyyəti" anlayışının əsaslandı-

    rılmasına diametral əks (texnokratik və humanitar) yanaşmalar mövcuddur. Başqa

    sözlə, informasiyanın rolunu tədqiqatçıların əksəriyyəti konkret elmin mövqelərindən

    təhlil edirlər ki, bu da problemin öyrənilməsi üçün metodoloji bazanı yaratsa da, "in-

    formasiya mədəniyyəti" fenomenin özünün mahiyyətini bir qədər daraldır.

    N.İ.Gendina “şəxsiyyətin informasiya mədəniyyəti” anlayışına “informasiya dün-

    yagörüşü və həm ənənəvi, həm də yeni informasiya texnologiyalarından istifadə et-

    məklə fərdi informasiya tələbatının optimal ödənilməsi üzrə məqsədyönlü müstəqil

    fəaliyyəti təmin edən bilik və bacarıqlar sisteminin məcmusu” kimi tərif verir[1, s.

    76]. E.P.Semenyuk informasiya mədəniyyətini mədəniyyətin cəmiyyətdə cərəyan

    edən bütün informasiya proseslərinin və mövcud informasiya münasibətlərinin səviy-

    yəsini xarakterizə edən informasiya elementi kimi şərh edir [5, s. 4]. L.V.Nesterova

    yazır: “İnformasiya mədəniyyəti bütün tarixi dövrlərə və sivilizasiyalar, insan fəaliy-

    yətinin bütün sahələri və fərdin bütün inkişaf mərhələləri üçün səciyyəvi olan mürək-

    kəb sosial hadisədir [4, s. 42].

    Deyilənləri ümumiləşdirərək, “informasiya mədəniyyəti”ni cəmiyyətin sərənca-

    mında olan informasiya resurslarından və informasiya kommunikasiyası vasitələrin-

    dən səmərəli istifadə etmək, habelə bu məqsədlərlə informasiyalaşdırma vasitələri və

    informasiya texnologiyalarınının sahəsində əldə edilən qabaqcıl nailiyyətləri tətbiq et-

    mək qabiliyyəti kimi başa düşmək olar.

    Müasir anlamda şəxsiyyətin informasiya mədəniyyəti-insanın ümumi mədəniyyəti-

    ni təşkil edən elementlərdən biri; informasiya dünyagörüşünün məcmusu və ənənəvi,

    həm də yeni informasiya texnologiyalarından istifadə etməklə fərdi informasiya tələ-

  • 6

    batlarının optimal təmin olunması üçün müstəqil məqsədyönlü fəaliyyəti təmin edən

    bilik və baca-rıqlar sistemidir.

    İnformasiya mədəniyyəti insanın sosial təbiəti ilə ayrılmaz bağlıdır. O, insanın rən-

    garəng yaradıcı qabiliyyətlərinin məhsulu olmaqla texniki qurğulardan (telefondan

    başlayıb kompüter və kompüter şəbəkələrinə qədər) istifadə etmək vərdişlərində;öz

    fəaliyyətində çoxsaylı proqram məhsullarından ibarət olan informasiya texnologiyala-

    rından səmərəli istifadə etmək qabiliyyətində; müxtəlif mənbələrdən (həm dövri mət-

    buatdan, həm də elektron kommunikasiyalarından) informasiya əldə etmək, onu aydın

    şəkildə təqdim etmək və səmərəli istifadə etmək bacarığında; informasiyanı təhlil et-

    mək baçarığında; müxtəlif informasiya ilə iş aparmaq bacarığında, habelə özünün gə-

    ləcək peşə fəaliyyəti sahəsində informasiya axınlarının və informasiya təminatının

    spesifikliyi haqqında biliklərdə, bu əsasda keyfiyyətcə yeni informasiyanın yaradıl-

    masında və ondan praktiki is-tifadə edilməsində, biz sözlə, informasiya ilə işin bütün

    mümkün növlərində təzahür edir.

    Müasir cəmiyyətin informasiya mədəniyyətinin əsas inkişaf amilləri arasında in-

    sanların intellektual inkişaf səviyyəsini, maddi və mənəvi tələbatlarını xarakterizə

    edən təhsil sistemini, insanların onlara lazım olan informasiyanı əldə etmək, ötürmək

    və istifadə etmək, eləcə də bu və ya digər informasiya kommunikasiyalarını operativ

    şəkildə həyata keçirmək imkanlarını şərtləndirən infrastrukturu; insanlara informasi-

    yaya çıxış üçün hüquqi təminat verən, habelə alternativ informasiya mənbələrindən

    istifadə etmək üçün şərait yaradan demokratikləşməni qeyd etmək lazımdır. Başqa

    sözlə, cəmiyyətin informasiya mədəniyyəti inkişaf səviyyəsinin inteqral göstəricisidir.

    Qeyd olunduğu kimi, cəmiyyətin informasiya mədəniyyətinin səviyyəsinə təsir

    edən amillərdən biri təhsil sisteminin vəziyyətidir. Təhsil insan və cəmiyyətin infor-

    masiya mədəniyyətinin inkişafında həlledici rol oynayır. Müasir təhsil sistemi mə-

    nimsənilmiş informasiyanın yaradıcı qavranılmasını və onun keyfiyyətcə yeni biliyə

    transformasiyasını; təhsilin fundamentallığını; təhsilin mənəvi və əxlaqi funksiyaları-

    nı; şəxsiyyətin öz inkişaf imkanlarının genişləndirilməsini; təhsilin tətbiqi aspektini,

    yəni proqramların bazar münasibətlərinə yönəlişliyi ilə təhsilin etik yönəlişli element-

    ləri arasında balansı tə-min etməlidir.

    İnformasiya dövründə Аzərbаycаnın mаrаqlаrının təmin еdilməsinin ən mühüm

    vаsitəsi dünyа virtuаl məkаnındа özümüzə mümkün qədər çох yеr аlmаqdır. Bu, öl-

    kəmizin nüfuzunu şərtləndirən çох mühüm bir аmildir. Təəssüf ki, Аzərbаycаnın

    dünyа infоrmаsiyа məkаnındа yеri çох аşаğı səviyyədə qаlmаqdаdır. Yеni tехnоlоgi-

    yаlаrın yаyılmаsı yоlundа çохlu subyеktiv və оbyеktiv mаnеələr vаr. Əsаs mаnеə

    təhsil və rifаhdır: аydındır ki, sаvаdsız аdаm yеni tехnоlоgiyаlаrı istifаdə еdə, yохsul

    cəmiyyət isə sаvаdlı аdаmı tutub sахlаyа bilməz. Virtuаl dövlətə səmərəli fəаliyyət

    göstərmək üçün zəruri оlаrаq ən yеni infоrmаsiya və bаşqа tехnоlоgiyаlаrı mənimsə-

    miş yüksək iхtisаslı mütəхəssislər lаzımdır. Buna görə də ölkəmizin təhsil paradiqma-

    sı da dəyişmişdir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına

    dair 2014-2020-ci illər üçün Milli Strategiya”da göstərildiyi kimi, bu paradiqmanın

    mehem tərkib elementlərindən birini “fasiləsiz təhsil” ideyası təşkil edir. Bu ideyanı

    reallaşdırmaq üçün həyata keçiriləcək tədbirlər sırasında milli təhsil şəbəkəsinin inki-

    şaf etdirilməsi, təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron təd-

  • 7

    ris vasitələrinin inkişaf etdirilməsi; bütün təhsil pillələri üçün informatikanın tədrisi-

    nin keyfiyyətinin artırılması və dərs vəsaitləri-nin texnoloji inkişafa uyğun müasirləş-

    dirilməsi; mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə

    olunması sisteminin inkişaf etdirilməsi; təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili;

    İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata ke-

    çirilməsi; vahid milli təhsil portalının fəaliyyətinin genişləndirilməsi və elektron re-

    surslarla zənginləşdirilməsi; İKT sahəsində fasiləsiz professional hazırlıq sisteminin

    təkmilləşdirilməsi göstərilir.

    İnformasiya mədəniyyətinin formalaşdırılması üçün təhsil müəssisələrinin tədris

    prosesinə “Şəxsiyyətin informasiya mədəniyyətinin əsasları” kursunun daxil etdiril-

    məsini də məqsədə müvafiq hesab edirik.

    İnformasiya mədəniyyətinin formalaşdırılması istiqamətində daha bir addım, zən-

    nimizcə, mədəni, o cümlədən media sahəsində ekspert qrupunun yaradılmasıdır. Bu

    qrup çərçivəsində, mediyaya keyfiyyətsiz məhsulların buraxılmasına yol verilməməsi

    üçün mədəni məhsulun peşəkar səviyyəsinin qiymətləndirilməsinin aydın meyarları

    işlənib hazırlanmalıdır. Bir şeyi dərk etmək lazımdır-millətin mədəni sağlamlığı, nə

    az, nə çox, milli təhlükəsizlik məsələsidir.

    Bütün bu tədbirlərin həyata keçirilməsi müasir təhsil sistemində mövcud olan əsas

    ziddiyyəti-müasir dünyada biliklərin durmadan artması ilə insanın təlim dövründə on-

    ları mənimsəmək imkanlarının məhdudluğu arasındalkı ziddiyyəti aradan qaldırmalı-

    dır.

    QAYNAQLAR

    1. Гендина Г.И.Концепция формирования информационной культуры лич-ности опыт разработки и реализации//Открытое образование. 2005. №6.

    2. Грушевицкая Т.Г., Садохин А.П.Культурология. M., 2010. 3. Моль А.Социодинамика культуры-M. 1973. 4. Нестерова Л.В Формирование информационной культуры будущих инже-

    неров лесного комплекса. Дис.... канд. пед. наук : 13. 00. 08 : Брянск, 2002. 227 c.

    5. Семенюк Э.ПИнформационная культура общества и прогресс информА-тики // НТИ Сер. 1. 1994 №1. с 2-7.

    6. Стоуньер Т. Информационное богатство:профиль постиндустриальной эконо-мики//Новая технократическая волна на Западе. Под ред. П. С. Гуревича.

    М. : Про-гресс, 1986.

    7. А. Торкунов «Наши университеты», Российская газета, 02, 06, 2006. 8. Федотова, Н. Н. Кризис идентичности в условиях глобализации// Человек :

    Иллюстрированный научно-популярный журнал.-11/2003.-N6.-с. 50-58.

    http://liber.onu.edu.ua/opacunicode/index.php?url=/auteurs/view/61038/source:default

  • 8

    Müslüm NƏZƏROV

    İnfiormasiya mədəniyyətinin formalaşdırılması informasiya cəmiyyətinin

    tələbidir

    Xülasə

    Məqalədə informasiya tехnоlоgiyаlarının sürətli inkişаfı mədəni təkamülün temp-

    ləri, mədəniyyətin sоsiоdinаmikаsı müstəvisində araşdırılır, bu prosesin ziddiyyətləri

    üzə çıxarılır vəmütəxəssisin peşə hazırlığına, peşəkarlığına yeni bir komponentin-"in-

    for-masiya mədəniyyəti"nin əlavə edilməli olduğu əsaslandırırlır, bu istiqamətdə təh-

    silin və dövlətin üəzrinə düşən vəzifələr göstərilir.

    Муслим НАЗАРОВ

    Формирование информационной культуры-требование

    информационного общества

    Резюме

    В статье бурное развитие информационных технологий изучается в плоскос-

    ти темпов культурной эволюции, социодинамики культуры, выявляются проти-

    воречия этого процесса противоречия и обосновывается мысль о необходимос-

    ти внесения в профессиональную подготовку специалиста, его, профессиона-

    лизм нового компонента-информационной культуры, излагаются задачи, возла-

    гающиеся в этом направлении на образование и государство.

    Muslim NAZAROV

    The formation of information culture-the requirement of the information society

    Summary

    The article rapid development of information technologies is studied in the plane

    of the pace of cultural evolution, the socio-dynamics of culture, reveals the contradic-

    tions of this process of contradiction and proves the need to make any training specia-

    list, and the professionalism of the new component-information culture, sets out the

    tasks, allotting in this direction to education and the state.

  • 9

    BAKI AVRASİYA UNİVERSİTETİ

    “Sivilizasiya” jurnalı 2016. №2

    ----------------------------------

    Piri AXUNDOV

    AMEA Fəlsəfə və Hüquq

    İnstitutunun dissertantı

    DÜNYA DİNLƏRİNDƏ İSLAHATÇILIQ MEYİLLƏRİ-

    İUDAİZM ƏNƏNƏSİ

    Açar sözlər: İudaizm, Tövrat, islahatçılıq, dində yenilənmə

    Ключевые слова: İudaism, Псалтирь, реформирование, обновление религии

    Keywords: İudaism, Psalms, reformation, updating in religion

    Tarixin axışı ilə dəyişən sosial-mədəni şərtlərə və insanın dəyişən və inkişaf edən

    hisslərində dinin rolunun necə olmasının lazım gəldiyi məsələsi monoteist dinlərdən

    politeist ənənələrə, həmçinin İslam, Xristianlıq və İudaizmdən şərq dinlərinə qədər

    demək olar ki, bütün etiqad sistemlərinin məşğul olduğu önəmli problemlərdən birini

    təşkil etmişdir. Zamanın axışına paralel olaraq dəyişən şəraitin insanların həyatına

    göstərdiyi təsirlərə qarşı dinin hansı mövqedə duracağı ilahiyyatçıların və alimlərin

    ən çox araşdırdıqları məsələlərin başında gəlir.

    Fransız sözü olan “reform” və ərəb mənşəli “islahat” sözü çox vaxt bir-birinin si-

    nonimi kimi istifadə olunur. Hər iki anlayış “yenidən şəkil vermək” və yaxud “dəyiş-

    dirmək yolu ilə köhnələn və yaxud yetərsiz hala gələn sistemi, qurumu təmir etmək,

    düzəltmək, inkişaf etdirmək” mənalarını əhatə edir. Hər iki mənada ümumi olan digər

    əsas cəhət isə yaxşılaşdırmaq və düzəltmək mənasında bir növ özəyə və orijinə qayıt-

    maq, bəzən isə özəyi və orijinalı qorumaq cəhətidir. Bu vurğu eyni zamanda reform

    və islahat fəaliyyətini inqilabdan fərqləndirən faktordur. Buna görə, “islahat” ilə

    müəyyən kənara çıxma və ya deviasiya sonrasında aparılan düzəltmə təşəbbüsləri,

    “yenilənmə” ilə yeni şərtlər qarşısında axtarılan yeniləmə cəhdləri və buna bağlı ola-

    raq müəyyən tənzimləmələr nəzərdə tutulur.

    Yəhudi ənənəsində də ən yaxşı bilinən və özünü bu isimlə adlandıran yenilənmə

    hərəkatı müasirləşmə nəticəsində ortaya çıxmış olmaqla birlikdə, yenilənmə çərçivə-

    sində ortaya çıxan proses kimi qəbul edilən yəhudi cərəyanların varlığı müasirləşmə

    öncəsinə uzanmaqdadır. Yenə yəhudi ənənəsində də yenilənmə xarakterli hərəkatlara

    və buna bağlı olaraq ortaya çıxan proseslərə uzun müddət müqavimət göstərilmiş,

    müasir yəhudilikdə isə kökləri müasirləşmədən əvvələ dayanan bu proseslər yahudili-

    yin əsas cərəyanına müəyyən qədər inteqrasiya olmuşdur. Müasir yəhudi yenilənmə

    cərəyanları isə, ortodoks yəhudilerin gözündə, eyni zamanda müasir İsrail dövlətində

    hələ legitimlik əldə etməməsinə baxmayaraq, xüsusilə Şimali Amerikada və bəzi Qər-

    bi Avropa ölkələrində yenilikçi yəhudilik özünü ən güclü yəhudi məzhəbi olaraq qə-

    bul etdirmişdir. Bu səbəbdən İslam aləmində “yenilənmə” kəliməsinə yüklənən mənfi

  • 10

    məna, yəhudiliyin keçirdiyi proses və yenilənmə hərəkatlarının aldığı forma etibarilə,

    yəhudi dünyası üçün çox da keçərli olmadığını qeyd etmək lazımdır.

    Bu hərəkatlara ayrı-ayrı nəzər yetirmək lazım gələrsə, 4000 ilə yaxın keçmişə ma-

    lik olan yəhudi ənənəsində, məzhəblərə bölünmələrə səbəb olacaq şəkildə ortaya çı-

    xan və təsirləri hələ də davam edən müxtəlif yenilənmə proseslərinin yanında, geniş

    miqyaslı islahat təşəbbüslərindən də bəhs etmək mümkündür. Yəhudiliyin birinci

    mərhələsi olaraq qəbul edilən İsrail oğulları tarixində diqqət çəkən iki islahat təcrübə-

    si yaşanmışdır. Bunlardan birincisi, cənubdakı Yehuda Krallığına 31 il hökmranlıq

    edən Yoşiyanın, şimaldakı İsrail Krallığının Assuriyalılar tərəfindən yıxılmasından və

    sələflərindən Kral Hizkiyanın buna bənzər islahat təşəbbüsündən tam bir əsr sonra,

    İsrail dinini və ibadətini mərkəziləşdirmək məqsədilə başlatdığı Tövrata və monoteiz-

    mə qayıdış hərəkatıdır (b.e.ə. 620). Kral Yoşiya uzun müddətdir ortadan qeyb olan

    Musanın “Şəriət Kitabı”nın tapılması ilə birlikdə, bu kitabın əmr etdiyi monoteist və

    mərkəzi ibadət vurğusundan hərəkətlə, mövcud politeist nizama qarşı mübarizəyə

    başlamış və Tövrat monoteizminə qayıdış hərəkatını başlatmışdır. Bu kontekstdə,

    Tanrı ilə Musa rəhbərliyindəki İsrail oğulları arasında Sinada əldə edilən razılığa əsa-

    sən mövcud yehuda xalqı adına Toşiya, Tanrı ilə yeni bir “əhd” bağlamış, Qudüsdəki

    Süleyman məbədini bütlərdən və bütpərəst din adamlarından təmizləmiş, məbədin xa-

    ricindəki müxtəlif ibadət yerlərini dağıtmış və paqan-politeist ünsürləri özündə cəm-

    ləşdirən ibadət formaları qadağan edilmişdir. İsrail oğulları tarixindəki ikinci əhəmiy-

    yətli islahat sınağı isə, Babilin farsların hakimiyyətinə keçməsilə birlikdə, yarım əsr-

    lik Babil sürgününün (b.e.ə. 586-538) başa çatması və yəhudilərin Fələstinə qayıtması

    ilə başlamışdır. Fars hakimiyyətinin icazəsi ilə Fələstinə qayıdan ilk qrup tərəfindən

    Süleyman məbədi yenidən tikilərək (b.e.ə. 515) istifadəyə verilmişdir. Bu proses

    Fələstinə qayıdan ikinci yəhudi qrupda yer alan yazıçı, din alimi Ezra və siyasi lider

    Nehemya tərəfindən həyata keçirilmişdir (b.e.ə. 444-420). Xüsusilə, Ezra, yəhudiləri

    Tövratın əmrləri ətrafında yenidən birləşdirmə məqsədilə Tövratın ihyası (can-

    landırılması) və standartlaşdırılması mahiyyətindəki prosesin liderliyini həyata ke-

    çirmişdir. Bu ikinci islahat təcrübəsi, ilkindən fərqli olaraq uğurlu sınaq olub, bu çev-

    rilmə ilə birlikdə yəhudi qövmü və yıhudi dini, mərkəzində Süleyman məbədi və

    Tövratın yer aldığı, habelə din adamları ilə din alimlərinin hökmranlığı ətrafında for-

    malaşan tamamilə monoteist cəmiyyət və din olma mahiyyətinə qovuşmuşdur. [1, s.

    211] Əslində bu iki islahat cəhdini yəhudi gövmünü monoteist cəmiyyət halına gətir-

    mək üçün aparılan bir növ ölüm-dirim mübarizəsinə qarşılıq gələn, bu səbəblə forma-

    dan çox, özünə qayıdış məqsədi daşıyan münfərid təşəbbüslər kimi görmək lazımdır.

    Cox qədim dövrlərə dayanan qarayilik hərəkatının məzhəb kimi formalaşması pro-

    sesinə başlamasının VIII əsrdə Babildə yaşayan yəhudi din xadimi Annan ben David

    ilə başladığı və bunun da bir müddət sonra, Rəbbani cərəyana qarşı qiyam forması al-

    dığı qəbul edilməkdədir. [6, s. 196-206] Annanın Şifahi Tövratı və Rəbbani avtorita-

    rizmi rədd etmə formasında başlayan qiyamı, əsas etibarilə icma liderliyi məsələsində

    Annan ilə digər yəhudi din xadimləri arasında ortaya çıxan daxili münaqişəyə dayan-

    dırılsa da, “Tövrata qayıdış” formasındakı bu hərəkatın qısa müddətdə önəmli və güc-

    lü məzhəb kimi formalaşması və müasir dövrə qədər davam etməsi Annanın öz teolo-

    giyasını yaradarkən, qədim dövrlərdən mövcud olan Tövrat mərkəzli anlayışlara söy-

  • 11

    kəndiyi və eyni zamanda Rəbbani hökmranlıqdan narahat olan insanların dəstəyini al-

    dığı fikrini gücləndirməkdədir. [6, s. 203-204] Əvvəllər Annana nisbətlə “annançılıq”

    olaraq adlandırılan hərəkat, inkişaf və dəyişməyə başladığı IX əsrin ortalarında “Qa-

    rayilik” adını almışdır.

    Qudüsün Səlib yürüşlərində işğal edilməsi zamanı qətliamlardan canlarını qurtaran

    bu məzhəbin nümayəndələri Misir, Anadolu və Kırım yarımadasına qaçaraq burada

    öz varlıqlarını davam etdirmiş, bunların bir hissəsi sonralar İstanbula və Şərqi Avro-

    paya göç etmişlər. Qaray anlayışında Tövratın mealı və təfsiri mühüm və vacib hesab

    edilməkdə, müəyyən bir təbəqə tərəfindən hərfi mənadan uzaqlaşdırılacaq şəkildə or-

    taya qoyulan və vəhy məhsulu, başqa bir ifadə ilə mübaliğəsiz hakim səviyyəsinə

    yüksəldilən Rəbbani şərh ənənəsi qəbul edilməmişdir. Bunun əvəzinə qaray alimləri

    bütün fərqlilikləri ilə birlikdə fərdi, rasional, müqəddəs kitabın hərfi mənasına sadiq

    qalan və hamıya açıq şərh anlayışını müdafiə etmişlər. Beləliklə, qarayilik, praktikada

    bəzən Rəbbani yəhudilikdən daha qəti qaydalara malik olsa da, rabbilərin formalaş-

    dırdığı dini elitizmə qarşı həm gender, həm də din adamı-sıravi yahudi ayrılığı cəhət-

    dən bərabərliyi və fikir azadlığını müdafiə edən xüsusiyyətləri əhatə etməkdədir. Qa-

    raylar müasir dövrdə yəhudi aləmində istər kəmiyyət, istərsə də nüfuz baxımından az-

    lıqda olsalar da, orta əsrlərdə bəzi dövrlərdə qaray yəhudilərinin ümumi yəhudi əhali-

    yə nisbəti 40 %-ə qədər yüksək göstəricilərə çatmış, [5] xüsusilə Tövratın təbliği və

    İvrit dilinin elm dili kimi qorunmasında və yəhudiliyin yayılmasında qaray alimləri

    əhəmiyyətli rol oynamışlar. [6, s. 145]

    Yəhudi tarixindəki digər bir yenilənmə prosesi də yenə Rəbbani yəhudiliyinə qarşı

    çıxan hasidilikdir. Yəhudilik adına, Rabbaniliyin təmsil etdiyi din adamı və dini təhsil

    mərkəzli elit bir qruplaşma əvəzinə, bütün fərdlərin və gündəlik həyat şəraitini diqqət

    mərkəzində saxlayan populist-mistik anlayış ətrafında formalaşan hasidilik, bu cəhəti

    ilə həm dini, həm də sosioloji-psixoloji dinamiklərə malik olan bir yenilənmə hərəka-

    tıdır. Qarayilik misalında qeyd etdiyimiz kimi, mistik dindarlıq mənasında hasidiliyin

    kökləri antik çağa, hətta daha da əvvələ dayanmaqla birlikdə, müasir dövrdə də müs-

    təqil cərəyan kimi XVIII əsrin ortalarında Polşa yəhudi icmasına mənsub Baal Şem-

    Tov ləqəbli, həqiqi adı isə Yisrael ben Eliezer olan bir yahudi ətrafında yenidən inki-

    şaf etmişdir. “Yaxşı ad-san ustası” mənasına gələn bu ləqəb, yəhudi mistik ənənəsin-

    də Tanrının müqəddəs adı ilə bəzi möcüzələr sərgiləyən şəxslər üçün istifadə edilmiş-

    dir. Dini coşğu, xarizmatik dini lider və güclü daxili bağlılıq kimi ünsürlərə söykənən

    bu cərəyan adını Baal Şem-Tov tərəfdarlarının özləri üçün işlətdikləri və “dindar”

    mənasına gələn İbrani dilində “hasid” sözündən almışdır. Bu hərəkatın ilk başda Ru-

    siyanın cənubunda yerləşən (bu günkü Ukrayna və Polşa) dağınıq və Rabbani elm

    mərkəzindən uzaqda kompakt olaraq yaşayan yəhudi icması arasında ortaya çıxması,

    qısa müddətdə bütün Şərqi Avropa yahudiləri arasında yayılması, Rabbaniliyin qalası

    olaraq bilinən Litva xaric, bu ərazilərdəki yəhudilərin əksəriyyətinin məzhəbi halına

    gəlməsində bəzi sosial-iqtisadi və dini amillər mühüm rol oynamışdır. Həmişə möv-

    cud olan bu çətinliklərin yanında XVII əsrin ikinci yarısında Sabatay Sevinin qurtarı-

    cı Mesih iddiası ilə ortaya çıxması ilə artan qurtuluş gözləntiləri Sevinin dinini dəyiş-

    dirməsi nəticəsində hüsranla nəticələnmiş və sonrakı dövrlərdə Rəbbani yəhudiliyin

    dogmatik-rəsmi təşkilatlanması daxilində istəklərinə çata bilməmişlər. [3, s. 86-142]

  • 12

    Maddi və mənəvi cəhətdən ümidsizlik dövründən sonra ortaya çıxan bu hərəkatın ən

    əsas xüsusiyyəti, Rəbbani yəhudiliyin irəli sürdüyü dini təlim və fikirlərə söykənən

    dini inzibatçılıqdan çox, təməlindəki mistik anlayışa paralel olaraq dua, təfəkkür və

    səmimiyyət mərkəzli dini hissləri əsas götürməsi, xalis Tövrat çalışmasından çox,

    fərdlərin gündəlik fəaliyyətinə müqəddəslik yükləmək surətilə qurtuluşu müəyyən za-

    man və zəminin fövqündə, yəhudi həyatının bütününə yayması, bu şəkildə hər bir yə-

    hudi fərdi yahudiliyin mərkəzində yer alan qurtuluş fikrinin və prosesinin başlıca sub-

    yekti olaraq qəbul etməsidir. Hasidilik hərəkatı, bu formada, yoxsul və savadsız yəhu-

    diləri qucaqlayan eqalitar yəhudilik anlayışı ortaya qoymaq surətilə, xüsusilə ilk ola-

    raq formalaşdığı dövrdə psixoloji-mistik yenilənmə funksiyasını həyata keçirmişdir.

    Əvvəllər Rəbbani yəhudi alimlərinin ciddi etirazına səbəb olan və uzun müddət tərəf-

    darları ilə əlaqələrin qadağan edildiyi bu hərəkat, müasir dövrdə bir neçə qrupa bölün-

    müş olaraq həm İsraildə, həm də yəhudi diasporunda ənənəvi ortodoksal yəhudi ic-

    maları ilə bərabər ən dindar yəhudi məzhəbinə uyğun gələn “ulrta-ortodoksal yəhudi-

    lik” olaraq adlandırılırlar.

    Yəhudi tarixindəki ən yeni reform hərəkatı isə Qərbi Avropa mərkəzli Maarifçilik

    və buna müvafiq olaraq yahudilərə azadlıq və bərabər hüquqlu vətəndaşlıq hüququ

    verilməsi tələbləri nəticəsində XIX əsrin əvvəllərində Almaniyada ortaya çıxan müa-

    sir yəhudi yenilənmə hərəkatıdır. Bu proses, əvvəlki yenilənmə meyillərində olduğu

    kimi, əsas cərəyan olaraq bilinən yəhudiliyə qarşı ortaya çıxmışdır. Lakin əsas cərə-

    yanı hədəf alan hərəkat, fikirləri etibarilə, mahiyyəti əsas alan qarayilikdən çox, for-

    maya istiqamətlənən hasidiliklə oxşarlıq göstərməkdədir. Belə ki, təklif etdikləri re-

    septlər bir-birindən fərqli olsa da, yəhudi yenilənmə hərəkatı, hasidilik kimi, mövcud

    konjonktura bağlı olaraq cəmiyyətin ehtiyaclarına cavab verə bilməyən ənənəvi (Rəb-

    bani/Ortodoksal) yəhudiliyə “alternativ” baxış tərzi kimi formalaşmışdır. Yəni, bu hə-

    rəkatın ortaya çıxmasını hazırlayan praktik səbəp, müasir dövrün tələblərinə cavab

    verə bilməyən və stabil hala gələn ənənəvi yəhudiliyə alternativ olaraq yəhudi dinini

    dövrün tələblərinə cavab verən və xüsusilə yəhudi dinindən və cəmiyyətindən uşaq-

    laşmağa üz tutan yahudilər üçün təkrar cəzbedici hala gətirmək ehtiyacı olmuşdur. Bu

    istiqamətdə əvvəlcə alman yahidi icmasının varlıqlı və nüfuzlu nümayəndələri nəz-

    dində praktik səviyyədə, sonra isə din adamı və alimləri tərəfindən nəzəri səviyyədə

    bəzi köklü dəyişiklik və yeniliklər həyata keçirilmişdir. Mahiyyət və forma etibarilə,

    yahudiliyin Protestant Xristianlığa və sinaqoqun kilsəyə bənzədildiyi bu dəyişikliklə-

    rin başında ibadətin qısaldılması və reqlamentləşdirmə yolu ilə kişilərlə birlikdə qa-

    dınların da iştirakı ilə, xor şəklində və orqun müşayiəti ilə icra edilməsi, ibadət zama-

    nı qadınların da başa düşəcəyi şəkildə, İvrit dili əvəzinə rəsmi dilə (alman dili) üstün-

    lük verilməsi, dini mərasimlərdə ilk dəfə iştirak edən həm kişi, həm də uşaqları üçün

    mərasimlərin keçirilməsi kimi yeniliklər yer almaqdadır. XIX əsrin ortalarında isə yə-

    hudi dininin müasir elmi-nəzəri metodların köməyi ilə tədqiq edilməsini istəyən və

    müasir yəhudi araşdırmalarının lokomotivini təşkil edən daha radikal baxış tərzinə

    malik liberal rəbbilər tərəfindən bir sıra nəzəri tənzimləmələr və yeniliklər həyata ke-

    çirilmişdir. Bu istiqamətdə mənimsənən ağılcılıq, universallıq və müasirləşmə kimi

    prinsiplərdən və yəhudiliyin universal din olduğu nöqteyi-nəzərindən hərəkətlə, Tal-

    mudun hakim mənbə olma xüsusiyyəti rədd edilmiş; yəhudiliyin ən açıq xüsusiyyət-

  • 13

    lərindən olan sünnənin və Şabat qaydalarının böyük bir hissəsinin tərk edilməsi istən-

    miş; yəhudi teologiyasının mərkəzində yer alan seçilmişlik, vəhyin dəyişməzliyi və

    qurtarıcı Mesih fikri ilə müqəddəs torpaqlara qayıdış və Süleyman Məbədinin yeni-

    dən tikilməsinə yönələn fikirlərin və qadınlara qarşı və digər millətlərə qarşı ayrılıkçı

    və mənfi ifadələrin dua kitablarından çıxarılması təklif edilmiş, bu istiqamətdə yeni

    dua kitabları hazırlanmışdır. Bu prosesdə yəhudilik bir həyat tərzi kimi yox, inama

    dayanan özəyi eyni qalmaqla, rituel səviyyəsi dəyişərək inkişaf edən dinamik və eyni

    zamanda universal-etik missiyaya malik bir din, daha düzgün ifadə ilə bir inam siste-

    mi olaraq tərif edilmişdir. Almaniyada ortaya çıxıb, başda İngiltərə olmaq üzrə, digər

    Avropa ölkələrinə və Şimali Amerikaya yayılan yəhudi yenilənmə hərəkatı, əsasən

    ABŞ-da, günümüzdə də keçərli olduğu kimi, xüsusilə güclü təşkilatlanma səviyyəsi

    ilə qısa müddətdə ən nüfuzlu və ən büyük yəhudi icması mövqeyinə yüksəlmişdir.

    Buna paralel olaraq XX əsrin əvvəllərində konsensus tərəfdarı kimi yenilikçi yəhudi

    liderlər onların icmasının bütün Amerika yahudilərini əhatə edəcəyini, hətta bir qədər

    də irəli gedərək gələcəkdə Amerikanın ən böyük dini olacağını ümid edirdilər.

    Bütün bu misallara baxaraq yəhudilik və yenilənmə məsələsi ilə bağlı olaraq diq-

    qəti cəlb edən önəmli xüsusun, digər dinlərdə və ənənələrdə olduğu kimi, əsasən yə-

    hudi ənənəsindəki yenilənmə hərəkatlarının fundamentində də bir növ özəyə qayıdış

    anlayışının mövcud olmasıdır. Xüsusilə yuxarıda bəhs edilən ilk iki islahat təşəbbüsü

    ilə qarayilik hərəkatını bu çərçivədə dəyərləndirmək düzgün olacaqdır. Bu nöqtədə

    Hasidilik hərəkatını planlı bir yenilənmə təşəbbüsündən çox, müəyyən şəraitin forma-

    laşdırdığı kütləvi axtarış, bir növ qiyam və ictimai reaksiya və ya meyil olaraq dəyər-

    ləndirmək mümkündür. Lakin əsasən müasir yəhudi yenilənmə hərəkatından bəhs

    ediləndə, digər yenilənmə hərəkatlarından fərqli olaraq bu hərəkatın mərkəzində, keç-

    mişdə var olan orijinala və ya “ilk mərhələyə qayıdış” fikrindən çox, özəyə bağlı qal-

    maq şərti ilə tərəqqi etmək istəyi yer almaqdadır. Bu mənada müasir yəhudi yenilən-

    mə hərəkatı, Xristian yenilənmə hərəkatından və eyni zamanda İsrail oğulları tarixin-

    dəki islahat təşəbbüslərindən fərqli olaraq, dini saflaşdırmaqdan çox, zamanın ehti-

    yacları istiqamətində “yeniləmə” məqsədilə hərəkət etmiş; eyni zamanda bu yenilən-

    məyi bir dəfə həyata keçirilən fəaliyyət kimi deyil, yəhudiliyin fundamentində yer

    alan və başdan bəri mövcud olan sabit prinsip olaraq qeyd etmişdir. Başqa bir ifadə

    ilə burada nəzərdə tutulan yenilənmə, müəyyən deviasiya prosesinin ardından dövriy-

    yəyə daxil edilən “orijinə qayıdış” (saflaşdırma) təşəbbüsündən çox, təbii prosesə qar-

    şılıq gələn “əsil olanı qorumaq” prinsipi ətrafında ortaya qoyulmuşdur. Beləliklə, yə-

    hudi yenilənmə hərəkatına bağlı olaraq ortaya çıxan yenilikçi yəhudilik meyilləri,

    Protestantlıqda olduğu kimi özünü yenilənmiş olaraq göstərməmiş; əksinə, yenilən-

    məni yəhudi ənənəsinin əsasında duran və həmişə mövcud olan xüsusiyyət kimi qəbul

    etmişlər. Bu mənada yenilikçi yəhudik başa çatmış bir hərəkatdan çox, davam edən

    proses olaraq başa düşülməlidir. Lakin yenilənmənin bu formada zamanın tələblərinə

    bağlı olaraq inkişaf edən, hüdudları olmayan, yəni qeyri-müəyyən proses olaraq gör-

    mək, yenilikçi yəhudiliyin həmişə tərəqqiyə nail olan cərəyan olmadığı mənasına gəl-

    məkdədir. Xüsusilə Amerikan İslahatçı yəhudiliyinin timsalında gördüyümüz kimi,

    bəzən bir nəsil tərəfindən tərk edilən prinsiplər, dəyişən şərtlərin və yeni ehtiyacların

    təsiri ilə, sonrakı nəsil tərəfindən təkrar mənimsənmişdir. [7]

  • 14

    Etnik ünsürə əsaslanan din anlayışı baxımından ən diqqət çəkən din yəhudilikdir.

    Yəhudi teologiyası, İsrail oğullarını seçilmişlər olaraq görməkdədir. Hakim anlayışa

    görə “Yahudilik, mühtədi qəbul etmir”, “Seçilmişlik” fikri, yəhudilər baxımından tan-

    rısal bir vəhydir. [8] Bu cəhət, Yahudilərin tarixi inkişaf xətti ilə də paralellik göstə-

    rir. Yəhudiliyin baxış tərzinə görə Tanrı ilə insan arasında bağlanan iki əhd olduqca

    əhəmiyyətlidir. Bunlardan biri, Elohimin Nuhla bağladığı və bütün insanları əhatə

    edən universal əhddir. İkinci əhd isə İbrahim peyğəmbərlə bağlanandır. Bu əhd yalnız

    İsrail oğullarını əhatə edir. Seçilmişlik və beləliklə digər qövmləri idarəetmə hüququ-

    na malik olduqları iddialarını da bu “Qədim Əhd”də bununla əsaslandırmaqdadırlar.

    Burada, “Tanrının seçdiyi uşaqlar” mövzusu ilə qəbilə qanının qorunması istənmək-

    də, İsrailin xaricindəki qövmlərin kənarlaşdırılması vurğulanmaqdadır. Başqa bir ifa-

    də ilə yəhudilər tərəfindən seçilmişlik fikri, Tanrıdan gələn vəhy olaraq əvvəla bilgiyə

    əsaslanan zəmini bina edilməkdədir. [2, s. 26-31] Fikirlərini tanrısal məqamdan aldıq-

    ları “vəzifə” ilə legitimləşdirən irqçilər, beləliklə tətbiq etdikləri şiddəti teoloji cəhət-

    dən qanuniləşdirməyə çalışırlar. Keçmişdən gələn bu mövqeyini davam etdirən dini

    şiddət, yəhudilər və xristianlar arasında həmişə mövcud olmuşdur. “Yəhudilərə qarşı

    xristian anti-semitizmi islahat dövrlərinə qədər olduqca sürətlə davam etmiş, hər nə

    qədər M. Luter yəhudilərə qarşı şiddəti müdafiə etsə də, intibah dövründən başlayaraq

    xüsusilə fundamentalist protestant mühitdə anti-semitizm yerini filosemitizmə

    (Yahudi tərəfdarlığına) buraxmışdır... Pavlusun, yəhudiləri, İsa və peyğəmbərlərin qa-

    tili olmaqla günahlandıran sözlərində, anti-semitizmə əsas təşkil edən bəzi yanaşma-

    ları da görmək mümkündür”. [4, s. 43]

    Xristianlıq və yəhudilik, tarixin müəyyən dövrlərində yenidən formatlanmış, təkrar

    vücuda gətirilmiş, dövrün şərtlərinə uyğunlaşdırılmış mətin dinidir. Bunlar zaman

    keçdikcə bəşər əli ilə yaradılmış dinlərə çevrilmişlər. Ancaq İslam dini, bütün bu fəl-

    səfi və tarixi təhrifə məruz qalmamış vəhydir. Qərbin öz problematikası istiqamətində

    əlində olan tarixi mətinlərdə istədiyi yenilənməni İslama və Qurana tətbiq etməyə ça-

    lışması, hər şeydən əvvəl mahiyyət və dəyər fərqliliklərini nəzərə almadığını göstərir.

    Bu fərqlilik, Quranın qorunmuş olmasıdır, müsəlmanlar üçün isə imanın ayrılmaz bir

    hissədidir.

    QAYNAQLAR

    1. Abermach D. Trauma and Abstract Monotheism: Jewish Exile and Recovery in the Sixth Century B. C. E. // Judaism, No: 50 / 2, 2001, ss. 211-221.

    2. Demirçi K. Yahudilik və vicdan azadlığı. İstanbul: Ay işığı, 2000. 3. Dinur B. “The Origins of Hasidism and Its Social and Messianic Foundations”.

    Essential Papers on Hasidism: Origins to Present, edt: Gershon David Hundert, Nyu

    York: Nyu York University Press, 1991, s. 86-142.

    4. Gündüz Ş. Dinsəl Şiddət. Samsun: Etüd, 2002. 5. http://www. karaites. org/history. html. 6. Quzğun Ş. Xəzər və Qaray türkləri: türklərdə yahudilik və Şərqi Avropa

    yahudilərinin mənşəyi məsələsi, Ankara: Alıç, 1993.

  • 15

    7. Meyer M. A. Response to Modernity: A History of the Reform Movement in Judaism, Det-roit: Wayne State University Press, 1988.

    8. Şəntürk R., Canatan K. “İrqçilik” maddəsi, TDV İslam Ensiklopediyası, İstanbul, 1990.

    Реформация в религии мира: иудаистические тенденции

    Резюме

    Будучи французское слово "реформы" и арабского происхождения "islahat"

    используется в качестве синоним друг друга в большую часть времени. Оба

    концепций привлекать смысл ", чтобы дать снова форму" или "ремонт, обновле-

    ние, расположенные прямо, развивать устаревшие и дисквалифицирован систе-

    му, организацию модификации". В еврейской традиции, которая, имеющего

    прошлое до 4000 года, были имея причиной, чтобы узнать конфессий различ-

    ных процессов обновления, крупномасштабные инициативы по реформе. В этой

    статье были исследованы причины этих процессов, которые происходят как в

    реформы и обновления формы и влияний в современных еврейского народа.

    Reformation Inclination in World's Religions: Sample of Iudaism

    Summary

    Being French word “reform” and Arab origin “islahat” is used as the synonim of

    each other in most of the time. Both of conseptions involve the meaning of “to give a

    form again” or “to repair, refresh, set right, develop outdated and disqualified system,

    organization with modification”. İn Jewish tradition, which having the past till 4000

    years, there were having cause of to find out the faiths different updating processes,

    large-scale reform initiatives. İn this article the cause of these processes which take

    place in both reform and updating form, and influences to the modern Jewish people

    were investigated.

  • 16

    BAKI AVRASİYA UNİVERSİTETİ

    “Sivilizasiya” jurnalı 2016. №2

    ----------------------------------

    Qadir CUYA AMEA Fəlsəfə və Hüquq

    İnstitutunun dissertantı

    İRAN İSLAM RESPUBLİKASI MƏKTƏBLƏRİNİN DƏRS PROQRAMLARINDA ƏTRAF MÜHİTLƏ BAĞLI

    TƏLİMLƏRİN GƏNCLƏRİN EKOLOJİ ŞÜURUNA TƏSİRİ Gənc nəslin tərbiyəsində ətraf mühitin qorunması ilə bağlı təlimlər xüsusi yer tu-

    tur. Bu təlimlərin rəsmi şəkildə həyata keçirilməsi isə çox vacibdir. Çünki ətraf mü-hitlə bağlı təlimlər rəsmi şəkildə həyata keçirilməsələr, yəni klassik təlim prosesində icra olunmasalar, onlar sürətlə unudula bilər, ya da, ən azından, ciddiyə alınmazlar. Klassik (rəsmi) təlim bu sahədə maraqlı olan şəxslərin, aid təşkilatların və müstəqil ekolji qrupların ətraf mühitin problem və çətinlikləri ilə bağlı fikirlərini ehtiva edir (1, s.17). Dünyanın bir çox ölkələrində də ətraf mühitlə bağlı şagirdlər üçün rəsmi təlim-lər, xüsusən, ictimai tədqiqatlar, mədəni araşdırmalar, vətəndaşlıq təlimləri, ətraf mü-hitin öyrənilməsi və ya ekologiya mövzuları proqramçıların fəal iştirakı və mövzunun qavranılma əhəmiyyəti nəzərə alınaraq hazırlanır. Aydındır ki, bu işdə dərs proqram-ları tərtibçilərinin rolu diqqətəlayiqdir. Çünki onlar cəmiyyətin ətraf mühitlə bağlı olan bu günkü və sabahkı arzularını, onlar arasındakı bağlılığı, yaranmış ekoloji mü-rəkkəb problemlərlə əlaqədar gələcək nəsillərdən gözlənilən milli tələb və ehtiyacları dərk edərək təlim vasitələrini (dərs kitablarını, yardımçı dərs vəsaitlərini, görmə və e-şitmə vasitələrini və s.) ərsəyə gətirir, onların hər birinin aid ətraf mühitlə bağlı təlim-lərdəki yerini müəyyənləşdirirlər.

    Təlimin araşdırılması və proqramlaşdırılması, eləcə də hazırlanmış dərs proqram-ları metodikasının tədqiqi göstərir ki, xoşbəxtlikdən universitet öncəsi rəsmi təlimlər-də, natamam orta və orta təhsil məktəbləri proqramlarında təlimə aid material və mövzular bu sahədəki tələbata cavab verir. Belə ki, onlar birbaşa və ya dolayısı ilə ət-raf mühit təlimi aparmağa və ətraf mühitdən optimal yararlanmaq üçün ekoloji mədə-niyyət tərbiyə etməyə xidmət edirlər. Digər tərəfdən, bu sahə üzrə müəllim-təlimatçı-lar üçün nəzərdə tutulmuş dərs vəsaitlərində iş yerlərində ətraf mühit ilə əlaqədar ke-çirilən kurslarda 2 sahəyə diqqət yetirilməsi nəzərdə tutulmuşdur: ətraf mühit prob-lemlərinə həssas münasibətin formalaşdırılması və təlimin sahəyə aid dərsliklərdəki mövzular əsasında elmi şəkildə icrası (2, s. 43).

    Natamam orta məktəblərdə coğrafiya fənni üzrə ətraf mühit təlimlərinə diqqət yeti-rək. Coğrafiya dərsi üzrə proqram şurası tərəfindən natamam orta təhsil məktəbləri üçün hazırlanmış və təsdiq olunmuş metodikada ətraf mühit problemləri təliminin aşağıdakı 3 əsasda aparılmasına diqqət yetirilmişdir:

    1. Ətraf mühit haqqında məlumatlandırma; 2. Ətraf mühitin qorunması və bərpası ilə bağlı müvafiq tədbirlərin görülməsi; 3. Görülmüş işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi. Rroqramçılar bu cəhətə əsaslanmışlar ki, təkcə şagirdlərin məlumatlarının artırıl-

    ması ilə iş bitmir, onlar həm də ətraf mühit problemlərinin həlli yolları ilə də tanış ol-

  • 17

    malı, təlimi və onunla bağlı əməli tdbirləri qiymətləndirməyi bacarmalıdırlar. Bu sə-bəbdən də tədris proqramlarında ətraf mühitlə bağlı bilikləndirmə məqsədləri aşağıda-kı kimi sıralandırıla bilər:

    - ətraf mühit və mənbələrdən yerli istifadə üsulları ilə tanışlıq; - ətraf mühitin mühafizəsi yolları ilə tanışlıq; - inkişaf etmiş və inkişaf etməmiş məfhumları ilə tanışlıq. Həmçinin natamam orta məktəblərdə ekoloji problemlərin dəyərləndirilməsinin

    ümumi məqsədlərinə ətraf mühitin qorunması üçün şagirdlərdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi də daxildir.

    Yuxarıda qeyd olunanlarla yanaşı, təbiət fənnləri təliminin əlavə məqsədləri aşağı-dakılardır:

    - ətraf mühit və təbii sərvətlərdən yerli istifadə üsulları ilə tanışlıq; - ətraf mühit və təbii sərvətlərdən qeyri-təbii istifadənin nəticələri ilə tanış-

    lıq; - ətraf mühit və təbii sərvətlərdən münasib və ağıllı şəkildə istifadə üsulları

    ilə tanışlıq. Ətraf mühitin mühafizəsi üsulları ilə tanışlıq: - çirklənmələrin növləri ilə tanışlıq; - çirklənmələrin səbəbləri ilə tanışlıq; - çirklənmələrin qarşısının alınması və onlara nəzarət edilməsi yolları ilə

    tanışlıq; - torpaq, su və bitki örtüyünün mühafizəsi yolları ilə tanışlıq; - bitki örtüyü və torpağın korlanması və sıradan çıxması səbəbləri ilə tanış-

    lıq. O cümlədən inkişaf etmiş və inkişaf etməmiş məfhumları ilə bağlı mövzularla ta-

    nışlıq da natamam orta məktəbin coğrafiya fənninin proqramına daxil edilmişdir. Dəyərləndirmə və təsvir sahəsinə aid olan aşağıdakı məsələlər də təbiət fənnlərinin

    əlavə məqsədlərinə aiddir: Mənbə və imkanlardan düzgün istifadə ruhunun tərbiyə edilməsi: - insan resurslarından düzgün istifadə olunması; - ətraf mühitin qorunması; - mənbələrin gələcək nəsillər üçün mühafizəsi; - israfçılıqdan qaçınma. Orta məktəb dərsliklərində tədris edilən sosial-ekoloji problemlərin mahiyyətinə

    diqqət yetirək. Məsələn, natamam orta məktəbin III sinfinin coğrafiya dərsliyinə daxil edilmiş anlayışların bəziləri maraq doğurur. Belə ki, buraya daxil edilən mövzular torpağın aşınması və sıradan çıxması, ətraf mühitin dəyişməsi, daşqınlar, təhlükəli ərazilərdə yaşayış, torpaqlardan istifadənin düzgün və yanlış yolları, hava çirkliliyi, havanın ünsürləri, Yer kürəsində havanın temperaturunun artması, ucqar yerlərdə ya-şayış, Yer kürəsinidə şirin suların məhdudluğu, əhali artımı, təbii sərvətlər və onların növləri, təbii sərvətlərin talan edilməsi, içməli suların azlığı və onların qeyri-münasib istifadəsi, meşələrin sıradan çıxması, köç növləri, şəhər məntəqələrinin hədsiz artımı, urbanizasiya, ekoloji məsuliyyət hissinin azalması, göl və çayların çirklənməsi, çirk-lənmə növlərinə (hava, su, səs və s.) bağlı insanın sağlamlığının təhdidi və s-dən iba-rətdir. Əlbəttə, İran İslam Respublikasının məktəblərində tədris edilən dərsliklərdə bu mövzuların yer alması və onların tədrisi iranlı yeniyetmələrin ekoloji şüurunun for-malaşmasına müsbət təsir etməkdədir.

    Coğrafiya dərsi üzrə proqram şurası tərəfindən orta təhsil məktəbləri üçün hazır-lanmış metodikada ətraf mühit haqqında geniş məlumat verilməklə yanaşı, ekoloji

  • 18

    problemlərin təlim edilməsi daha ciddi və geniş bir şəkildə nəzərdə tutulmuşdur. Bu cəhət, ətraf mühit pröblemlərini dərk etməkdən ötrü yuxarı sinif şagirdlərinin zehni qabiliyyətlərinin artması, onların gələcəkdə ölkənin idarə edilməsi ilə əlaqədar daşı-yacaqları məsuliyyət, operativ qərar vermə zamanı gənclərin diqqətlərinin ekoloji problemlərə yönəltmək tələbləri ilə bağlıdır. Orta təhsilin bütün sahələrində ümumi coğrafiya dərslərində ən ciddi ətraf mühit təlimləri orta məktəbin II sinif şagirdləri üçün proqlamlaşdırılmışdır. Bunun səbəblərinə gəlincə, əvvəla, orta məktəbin bütün sahələri üzrə II sinif şagirdləri icbari şəkildə zəngin ətraf mühit təlimləri keçirlər; ikincisi, dərs proqramları cədvəlində orta məktəblərin bütün şagirdləri üçün coğrafiya təlimindən ötrü başqa bir imkan yoxdur, ona görə də orta məktəbin III sinfində və universitet öncəsi təhsildə coğrafiya dərslərində ətraf mühit rpoblemlərinin təlimləri solğun kimi görünür. Buna baxmayaraq qeyd olunmalıdır ki, bütün orta məktəb illəri ərzində bütün yaşlardan olan şagirdlər, böyüklər kimi ətraf mühit təlimlərinə möhtac-dırlar. Bu cəhət nəzərə alınmaqla qeyd olunan ətraf mühit təlimlərinin coğrafiya dərs-ləri xaricində digər elmlərin tədrisində də verilməsi zəruridir. Diqqətəlayiqdir ki, ətraf mühit təlimləri əsas dərs kitabından verilməklə ərazi, ölkə, region və dünya coğrafi-yası səviyyələrində həyata keçirilir. Bu məsələlərin ərazi səviyyəsində təlimi İranın vilayətlərinin coğrafiyası dərslərinin köməyi ilə icra olunur. Ümumilikdə bu proqram 28 vilayət coğrafiyasını (2011 səhifə), 1 müştərək coğrafiyanı (162 səhifə) əhatə et-məklə cəmi 29 kitabdan ibarətdir (3, s. 6). Bu yolla planlaşdırılan ətraf mühit təlimlə-rinin birbaşa və dolayısı ilə verilməsi və yaxud bu günkü dünyanın ətraf mühit prob-lemlərinin öyrədilməsi həyata keçirilir və hətta bu sahədə şagirdlər üçün fəaliyyətlər nəzərdə tutulur.

    Yuxarıda qeyd olunan proqram və ətraf mühiti çirkləndirən təsirlər və bu günkü dünyanın ekoloji problemləri baxımından ətraf mühitlə bağlı məfhum və anlayışların kifayət qədər araşdırılması üçün müqayisələrin aparılması vacibdir. Ətraf mühiti kor-layan 1380 aparıcı amildən və 1987 bənddən ibarət təsirlərin və zərbələrin (Environ-mental İmpakts) xülasəsi aşağıdakı kimidir:

    - azon qatının sıradan çıxması: - istilikxanaların təsiri; - meşələrin qırılması; - səhralaşma; - əhali artımı; - çirklənmənin artması; - təbii sərvətlərin azalması; - dəniz və okeanlarda suyun səviyyəsinin qalxması; - psixi narahatlıqların çoxalması və cinayətlərin artması; - maşın və nəqliyyat vasitələrinə həddən artıq bağlılıq; - immun çatışmamazlığı kimi naməlum xəstəliklərin yayılması; - genetikanın təhdidi; - şirin suların və yararlı torpaqların oksidləşməsi; - yararlı torpaqların şoranlaşması; - suların yararsız hala (Eutrophication) düşməsi; - su çirklənməsinin artması; - bitki və canlı aləmin tədricən sıradan çıxması və təhdidi; - şirin su mənbələrinin azalması və onların israf olması; - su canlılarının həddən artıq və görünməmiş ovlanması; - genetik mənbələrin məhvi; - torpağın sıradan çıxması ilə əkin sahələrinin azalması;

  • 19

    - zərərverici və alaq otlarına qarşı dərmanlardan istifadənin artması; - regional müharibələrin və silahlı toqquşmaların çoxalması; - aclıq və yoxsulluğun mövcud olması. Beynəlxalq Elm Təşkilatının Ətraf Mühit Problemləri Komitəsi özünün 2000-ci il

    hesabatında ətraf mühitin problemləri ilə bağlı xüsusi araşdırma aparmışdır. Bu araş-dırmada dünyanın 50 ölkəsindən 200 alim iştirak etmişdir. Onların məqsədi XXI əsr-də Yer kürəsinin ətraf mühit problemlərini müəyyənləşdirmək olmuşdur. Bu baxım-dan aşağıda qeyd olunan problemlərə xüsusi diqqət edilmişdir:

    - iqlim dəyişiklikləri; - su mənbələrinin sayı; - meşələrin sıradan çıxması; - səhralaşma; - əhali artımı; - ictimai dəyərlərin dəyişməsi; - su və hava təhlükəsizliyi (4, s. 48). Ətraf mühiti korlayan təsirlər (aparıcı amillər və onların bəndlər) və yuxarıda qeyd

    olunan 2000-ci il hesabatındakı mündəricatın orta məktəbin coğrafiya dərsliklərindəki (1) fəsil başlıqları və onların məzmunları ilə müqayisəsi belə bir məsələni göstərirlər ki, şagirdlər mövzu, araşdırma və təlim baxımından geri qalmırlar.

    Ətraf mühit təlimləri ilə bağlı açıqlana biləcək digər bir məsələ təlimin təsirliliyi-nin dərəcəsi və öyrənilənlərin yadda qalması, daha mühümü isə onların gündəlik hə-yatda tətbiqidir. Bu, ayrıca bir müzakirə tələb edən bir mövzudur. Ancaq bununla bağlı xatırladaq ki, təlim uzunmüddətli bir işdir və mədəniyyət məsələlərinin ictimai sistemlərlə təması bir qədər yubanma ilə baş verir. Buna görə də birincisi, təlim gö-rənlərin öyrəndiklərini tətbiqini nümayiş etdirmələri üçün lazımi şəraitin təmin edil-məsi zəruridir; ikincisi isə mədəni və təlim məsələlərinin tətbiqinin dəyərləndirilməsi üçün seçilən vasitələr uyğun və effekli olmalıdır.

    Orta məktəb coğrafiya kitablarının proqram metodikasının tədqiqi, məqsədər baxı-mından onu göstərir ki, əvvəla, ətraf mühit təlimləri, ikincisi isə 3 məsələ: məlumat-landırma, müvafiq tədbir və qiymətləndirmə bu metodikada xüsusi olaraq vurğulanır.

    Orta məktəbdə coğrafiya təliminin ümumi məqsədlərində məlumatlandırma sahə-sində aşağıdakılar nəzərdə tutulur:

    - mənbə və ətraf mühitdən məntiqi istifadə yolları ilə tanışlığın genişləndirilməsi; - ətraf mühitin mühafizəsi yolları ilə tanışlığın dərinləşdirilməsi; - ətraf mühitin mühafizəsi üsulları ilə tanışlıq; - məhəlli, ərazi, milli və beynəlxalq miqyaslarda günün sosial-ekoloji çətinlik-

    ləri və problemləri ilə tanışlıq; - sosial-ekoloji problemlərlə bağlı tədbirlər baxımından müxtəlif ölkə təcrübə-

    ləri və həll yolları ilə tanışlıq; - ekoloji təhlükələr ilə qarşılaşma bacarığı; - fərdi və ictimai həyatda ekoloji biliklərdən istifadə qabiliyyəti; - ekoloji problemlərin həll yollarını tapmaq və bu sahədə qərar qəbul etmək

    bacarığı (5, s. 220). Bütün bu məqsədlərin və ümumiyyətlə, natamam orta və orta məktəblərdə ətraf

    mühit təlimlərinin müvəffəqiyyətlə həyata keçirilməsi ətraf mühitin qorunması və ət-raf mühit mədəniyyətinin formalaşması üçün zəmin hazırlayır.

    Araşdırmalar onu göstərir ki, İran İslam Respublikasının məktəblərinin təbiət elm-ləri fənni üzrə rəsmi dərs proqramlarında ətraf mühitlə bağlı təlimlərin keçirilməsi va-cibdir. Bu sahədə proqramlaşdırmanın gedişi və ətraf mühit baxımından araşdırılaraq

  • 20

    natamam orta və orta təhsil məktəblərinin coğrafiya fənni üzrə metodik tövsiyyələrin hazırlanması da xüsusi əhəmiyyət kəsb edir.

    Orta məktəbin ikinci sinfinin coğrafiya dərsliyindəki aid məfhumları əhatə edən və ətraf mühitə dair mündəricat dünya və İran alimlərinin fikirləri əsasında tədqiq edildi, müqayisələr aparıldı və məlum oldu ki, bu anlayışların mühüm bir hissəsi dərs kita-bında, dərs vəsaitində və ya coğrafiya müəlliminə kömək vəsaitində öz əksini tapmışdır.

    Bu məqalədə müxtəlif sahələrdə coğrafiya təliminin ümumi və yan məqsədləri nə-zərdən keçirildi, istifadə edilmiş ədəbiyyatların və aid məfhumların tədqiqi aparıldı. Vilayət və ümumi ölkə coğrafiya dərsliklərinin məqsədləri baxımından rəsmi təlim nisbətən qənaətbəxşdir. Lakin yenə də onun tədqiqatçılar, aidiyyatı üzrə qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən təkmilləşdirilməsinə ehtiyac vardır.

    QAYNAQLAR

    تهران. .سند تدوین مبانی اندیشه ای برنامه چهارم 1381سازمان مدیریت و برنامه ریزیز درسی .1 تهران .1381ی. دفتربرنامه ریزی و تألیف لغت درسی. جغرافییای سوم راهنمائ .2 . تهران.1381مجله ای رشد آموزش جغرافیا. .2000سیاوش شایان. چشم انداز زیست محیطی جهان .3 1379دفتر بررسی آلودگی هوای سازمان حفاظت محیط زیست. تنوع زیستی. .4 های درسی جغرافیا.(. راهنمائی برنامه 1377دفتر برنامه ریزی و تألیف کتب درسی ) .5

    Кадыр ДЖУЯ

    Влияние тренингов по окружаюшей среды на экологическое сознание молодежи в учебных программах школ Иранской Исламской Республики

    Резюме

    В статье анализировано влияние тренингов по окружающей среды на эколо-

    гическое сознание молодежи в учебных программах школ Иранской Исламской Республики. Отмечается, что в последние годы в стране имели большие успехи в этой области. И вкратце излагается основные направления этой работы.

    Kadir JUYA

    Influence of the environment trainings to the ecological consciousness of young in the lesson programs of schools of Islamic Republic of Iran

    Summary

    In the article is analyzed the influence of the environment trainings to the ecologi-

    cal consciousness of young in the lesson programs of schools of Islamic Republic of Iran. It is marked that there are important successes in Iran in this area within last ye-ars. And they are represented basic directions of this work in the short picture.

  • 21

    BAKI AVRASİYA UNİVERSİTETİ

    “Sivilizasiya” jurnalı 2016. №2

    ----------------------------------

    Hüseyn ZÜLQƏDR AMEA Fəlsəfə və Hüquq İnstitutunin doktorantı

    [email protected]

    QLOBALLAŞMA DÖVRÜNDƏ RİPH1 MODELİ ƏSASINDA TELEVİZİYANIN ROL VƏ FƏALİYYƏTİNİN YENİDƏN

    NƏZƏRDƏN KEÇİRİLMƏSİ Açar sözlər: qloballaşma, qlobal televiziya, yerli televiziya, reallıq, identiklik,

    güc, real ötəsi Ключевые слова: Глоболизация, глобальное телевидение, мeстноетелевиде-

    ние, реальное, личность,сила. Keywords: Globalization, Global Television, Local Television, Reality, Identity,

    Power, Hyperreality. Qiriş Televiziyanın qloballaşmaya uyğunluğu digər bütün mediya vasitələrindən və ya

    onun alternativ formalarından daha artıq görünür. Qloballaşma həm də pul və kapita-lın hakimiyyəti, rabitə vasitələrinin sürətləinkişafı, beynəlxalq siyasi-ictimai münasi-bətlərin yayğınlaşmasıdır. Bu üç istiqamətin arasında rabitə texnologiyaları qloballaş-manın ənmütəhərrik tərəfidir. Rabitə texnologiyaları arasında televiziya zənnimizcə ümdə rola malikdir və rabitə texnologiyalarının başlıca hərəkətvericisidir. Qnoseoloji baxımdan müasir dövrdə televiziyanın rolu və mövqeyi nədir sualı aşağıdakı dörd sualla bağlı ola bilər:

    1.Televiziya və reallıq arasındakı nisbət necədir? 2.Televiziya ilə güc arasında hansı bağlılıq vardır? 3.Televiziyadakı representasiya ilə mövcud reallıq arasındakı nisbət necədir?;

    4.Televiziya ilə yeni sosial identiklik arasında hansı əlaqə mövcuddur? Bu suallara cavab vermək, dünya televiziyasının xüsusiyyətlərini dərk etmək üçün

    bu tədqiqiatın istinad nöqtəsi “RİPH” modeli nəzəriyyəsi üzərində qurulmuşdur. Belə ki, hesab edirik ki, televiziyanın rolu və mövqeyi mədəniyyət formalarının şəkilləndi-rilməsində nə şişirdilmiş, nə də kiçildilmiş formada olmamalıdır. Məhz elə buna görə biz, qloballaşma dövründə televiziyanın fəaliyyət siferasının perspektivlərin aşkarlan-masına səy göstərilmişik. Tədqiqatımızda bu suallara cavabı RİPH rombunun (reallıq, identiklik, güc və hiperreallıq) quruluşu ilə bağlı qısa məlumat verməklə, başlamaq istəyirik. Məhz bu modelin köməkliyi ilə məqsədimizə catıb televiziyanın rolu və fəa-liyyətinə aydınlıq gətirəcəyimizi düşünürük. Bu modelin konstruksiyasında üç nəzə-riyyədən-Robertsonun “mədəniyyət nəzəriyyəsi”ndən, Bart və Fokonun “güc nəzəriy-

    1RIPH is the proposed model of the author in rhombus format of local and global

    Televisions function , which stands for " Reality" , " Identity" , " power" and " Hyper

    reality"

  • 22

    yəsi”ndən və Budiarın “representasiya nəzəriyyəsi”ndən istifadə edilmişdir... Nəzəri-nizə çatdırım ki, bu məqalənin bəzi hissələri elə bu nəzəriyyələr və onlar arasındakı əlaqəyə həsr edilmişdir. Son hissədə də RİPH modelini dəyərləndirmə, lokal televizi-yalarla dünya televiziyaları arasındakı fərqləri və müxtəlifliyi izah etmək üçün“İran İslam Respublikası televiziyasının xarici yayım kanalları”ilə bağlı tədqiqatlardan isti-fadə edilmişdir.

    Qloballaşma dövründə reallıq, hiperreallıq və Media vasitələri.Bu məqalədə saxtanı (imitasiyanı) əsildən (həqiqidən) nəşət alan, sünini (saxtanı) təbiidən yaranan, yaxud da “televiziya reallığını” hiperreallıqdan (reallığa söykənsədə saxta reallıq) alınmış hesab edirik. Mediaarxatlıq (mediyanın dövlət içərisində dövlət olması-H.Z) dövründə hiperreallıq media tərəfindən dinləyici, ya tamaşaçılara “yedirilən” həmin (saxtalaşdırılmış) reallıqdır.

    Bildiyimiz kimi pozitivistlər ancaq maddi olan və təcrübədən çıxarıla bilən şeyləri reallıq adlandırırlar. Budriar bu fikirdədir ki, Medianın genişlənməsi və komminikasi-ya vasitələrinin güclənməsi elə bir dünya yaratmışdır ki, orada realı real olmayandan fərqləndirmək qeyri-mümkündür. Bu baxımdan da postmodern cəmiyyətdə insanlar re-allıqla deyil, bəlkə daha çox hiperreallıqla qarşı-qarşıyadırlar. Budriarın (Qərbin hiper-reallıqla məşğul olan ən yaxşı mütəxəssisi-H,Z) demək istədiyi budur ki, əslində reallıq mövcuddur, amma mediya insanların bu reallığa çatmasını çətinləşdirir (1, s.205).

    Qloballaşma dövründə identiklik elementləri və media “İdentiklik bizim başqa-ları ilə olan sərhəddimizdir”(10,s.50) və “bizi başqalarından fərqləndirən bizim iden-tikliyimizdir” (9, s.116). “Bir millət və ya fərdin identikliyi sabit və qəti bir mahiyyət deyildir, bəlkə davamlı olaraq reinterpret olunan (dəyişən) bir kateqoriyadır. Bu ba-xımdan da identiklik həmişə yaradılmaqda olan və bərpa oluna bilən bir şey kimidir” (4, s.42). Bu məqalədə identiklik mütəhərrik və yenilənə bilən bir göstərici olaraq nə-zərdən keçirilir. Belə ki, əgər identikliyi dəyişməz bir keyfiyyət kimi nəzərdə tutsaq, o halda qloballaşma prosesinin identikliyə təsiri öz mənasını itirmiş olacaqdır. Belə bir məsələ şübhə doğurmur ki, “dünyada hələ heç kəs mütləq və ümumi şəkildə cə-miyyətin hazırki vəziyyətinin onun keçmiş vəziyyətindən daha yaxşı olduğunu təsdiq edə bilməz. Lakin aydın bir şəkildə görünür ki, bu vəziyyət tamamilə fərqlidir” (3, s.338). “Bəşər tarixi böyük mədəniyyətlərin qəbristanlığıdır. Onların faciəli sonluğu-nun səbəbi isə cox zamanbu olmuşdur ki, onlar çətinliklər qarşısında planlaşdırılmış, ağıllı və könüllü reaksiyalar verə bilmədilər” (8, s.145). “ Yeni bir dünya yaranmaq üzrədir, lakin hələlik onun yarısı dağılmaqda olan köhnə dünyanın qalıqlarına bağlı-dır” (6, s.18-55).

    Qloballaşma dövründə güc elementləri və media“Güc əldə etmək xüsusi hədəf-lərin əldə edilməsi üçün,zəbt imkanları, resurslara nəzarət və başarılı nəticələr üçün ağıllı icraetmə qərarlarının alınmasına əsaslanmaqla mümkündür.” (5, s.173).İctimai münasibətlər çərçivəsində güc fərdə başqalarının müqavimətinə baxmayaraq, öz ira-dəsini qəbul etdirməyə imkan verən bir vasitədir. Eyni zamanda güc yaxşı nəticə al-maq üçün başqalarının davranışlarına nüfuz edə bilmək vasitəsidir. Başqa sözlə de-sək, başqalarının prioritetlərini istiqamətləndirə və formalaşdıra bilmək bacarığıdır. Günümüzdə iki növ gücdən bəhs etmək olar: yumşaq güc və kobud güc. Yumşaq gü-cün göstəricisi inandırmaq və kobud gücün göstəricisi vadar və məcbur etməkdir. Media reallığı yaratmaq hadisəsi əslində bir baxıma medianın güc yaratmaq vasitəsi hesab edilə bilər. Media vasitələri, xüsusilə də televiziya, mentalitet və imic yaratmaq eləcə də baxış formalaşdırmaq etibarı ilə özü güc yaradır. “Müasir dünyamızda ümu-mi fikir ən kəskin güclərdən biridir. Belə bir fikir mövcuddur ki, əgər ümumi fikri bir

  • 23

    mövzu və ya hadisə ilə bağlı inandırmaq mümkün olsa, yaxud ona xüsusi bir istiqa-mət vermək lazım olsa, şübhəsiz, dövlətlər ümumi fikrin təzyiqi altında həmin istiqa-mətə yönlənəcəklər”(7,s.143). Bu mənada televiziyanın ümumi fikri formalaşdırmaq gücü dövlətin gücündən olduqca daha çoxdur. 11 sentyabr hadisələrində, eləcə də İra-qın və sonra da Əfqanıstanın işğalı zamanı media vasitələri elə bir gücə malikdi ki, ta-maşaçıları ölkənin işğal edilməsi, günahsız insanların ölməsi və şəhərlərin dağılması-nın demokratiyanın hakimiyyəti üçün olduğuna və sülh və təhlükəsizlik yaradılması üçün insanların bu xərcləri ödəməsnin zəruri olduğuna inandıra bildilər. Media gücü, bombardmanı altında olan insanlarin hətta bəzən özlərini belə onların nəfəs aldığı fə-zada mövcud olan gücün ağırlığından xəbərsiz edir.

    Tədqiqatçının təklif etdiyi model (medianin iş rombu: RİPH modeli): Qlobal-laşma və mediailə bağlı ədəbiyyatları araşdırarkən görürük ki, bu qəbildən olan ədə-biyyatlarda dörd söz-reallıq, identiklik, güc və hiperreallıq davamlı olaraq təkrar olu-nur və əsas mövzulardan bu dörd kəlimənin ətrafında bəhs edilir.Qeyd etdiyimiz kimi bizim də təklif etdiyimiz RİPH modeli bu dörd sözün birləşməsindən yaranmışdır. Modelin (RİPH) alt tərəfində reallıq yerləşir. Belə ki, bütün media vasitələri bildirir və elan edirlər ki, hadislər bir vahid əsasda formalaşır. Lakin qalan üç tərəfin bir-biri ilə əlaqəsi bu reallığı simulyasiya edir və yenidən yaradır. Bu modelə əsasən, rombun dörd tərəfi arasında ikitərəfli bir əlaqə vardır və bu prosesin gedişində bir-binin repro-duksiyasına kömək edir. Belə ki, media hadisələri və real baş verənləri lokal hadisə-lərdənborc alaraq onları qlobal identiklik və güc əsasında hiperreallıqlara çevirir. Hi-perreallıqlar yaranan kimi o da öz növbəsindəlokal identiklik və lokal gücə dərindən təsir göstərərək, reallığın yenidən “qurulmasına” (bir sözlə siyasətin də içərisinə daxil olduğu reallığın yaranmasına-H.Z) səbəb olur. Bunları nəzərə alıb medianın işini RİPH rombu əsasında aşağıdakı şəkildə göstərmək olar.

    Power Dünyagücləri

    Identity Dünya

    identiklikləri

    Hyper reality Hiperreallıq

    Reality(Reallıq)

    Şəkil 1. RİPH (tədqiqatçının təklif etdiyi) model.

    Bu modeldə identikliklə bağlı nəzəriyyəni şərh etmək üçün Robinson və Kastelz modelindən istifadə edilmişdir. Bu modelə əsasən, identiklik transmilli identikliyə doğru hərəkət üçün, transmilli səviyyədə də açıqlana bilər. Güc sahəsində bu model əsasən, Part və Fokonun nəzəriyyəsi üzərində qurulmuşdur. Güc özünün yeni tərifin-də yalnız bir mənbədən qaynaqlanmır, yayğındır, axıcıdır və şübhələr, mürəkkəblik

    Lokal identikliklər

    və güclər

  • 24

    və çoxnövlülüklə birgədir. Hiperreallıq sahəsində Budriarın nəzəriyyəsindən istifadə edilmişdir. Onun fikrincə, günümüzün media vasitələri reallıqları simulyasiya edərək, hadisələri hiperreallıq şəklində insanlara təqdim edirlər. RİPH modelinə görə, hiper-real olan nə Budriarın dediyi kimi ideoloji, nə Fokonun düşündüyü kimi, yayğın və dərk oluna bilməyən, nə də Robertsonun dediyi kimi, identikliklərin bir-bi-rindən ayrı olduğu bir fəzada deyillər.Görünən budur ki, bu gün media müasir texnologiya vasitəsi kimi,bu dörd elementi bir-birinin yanında yerləşdirərək, gü-cü yayır, identikliyi parçalayır və reallığı hiperreallığa çevirir. Təklif olunan mo-delə əsasən, eyni zamanda hansı medianın lokal bir media və hansı medianın dünya mediası olduğunu izah etmək olar. Belə ki, lokal medialar adətən, identiklik səviyyə-sindən başlayırlar və hakim gücə qarşı müqavimət kimi, lokal reallığı özünün hiper-reallığı şəklində qəbul etdirir. Lakin dünyanin aparıcı media vasitələri bunun əksinə olan güc sahəsindən başlayır. Dünya hadisələri və fenomenlərini dünya identikliyi bo-yutunda əks etdirərək, bir reallıqdan keçənqurama bir hiperreallığı cəmiyyətə təqdim edir. Hər iki formada da (lokal və dünya) zənnimizcə medianın məhsulu olan hər şey boyalı (kamufulə edilmiş-H.Z) reallıqdır, həqiqi realıq deyil. Dünya televiziyası iden-tiklik sahəsində kütlələri homogenizasiyalaşdırmaqla (böyük miqdarda və fərqli mən-şəli fərdlər üçün eyni mənanın verilməsi-H.Z) münasibətlər və ictimai əlaqələr səviy-yəsində vəhdət yaratmaqla, eləcə də bəşəriyyətin maraqlandığı məsələləri universal-laşdırmaqla dünyanı şəhərciyə çevirməyə və lokallaşdırmağa səy göstərir. Bu halda lokal televiziya özünü qoruyub saxlamaq və identikliyini gücləndirməklə lokalı uni-versallaşdırmağa çalışır. Televiziyanın yerli hadisələrin dünya miqyaslı məsələlərə çevrilməsinə və reallıqların, o cümlədən, Orta Şərq və ərəb ölkələrində (Liviya, Tu-nis, Misir, Yəmən, Bəhreyn, Suriya, Əfqanıstan və İraq) islam oyanışı, Avropa və Yunanıstanda iqtisadi böhran, sosial-iqtisadi bərabərsizlik üzündən doğan Valstrit ha-disələri, Yaponiya sunamisi və bu ölkənin atom stansiyası, Quantanamo həbsxanası məsələsi, Qumda Fərdo və Liviyada Setr məhəlləsi, Əli Dayı, Maradona, Anjelina Coli, Müəmmar Qəddafi, Səddam Hüseyn kimi şəxsiyyətlər və s.yansımasına təsiri heç kəs üçün gizlin deyil. Dünya televiziyasının diqqət mərkəzində olan məsələləri bəşəri (dünya) məsələləridir (ekologiya, ozon layı, insan hüquqları, Avropa ölkələrin-də və ərəb dünyasında böhran, Amerikanın maliyyə böhranı və onun dünya iqtisadiy-yatındakı rolu və s.). dili universal və tamaşaçıları dünyanın hər yerində. “bu televizi-yalar ticarət və multimilli institutların əlindədir” (2, s.68). Tədqiqatçının fikrincə, haqqında bəhs etdiyimiz dörd göstəricinin fəaliyyətinin təsiri altında günümüzdə hiperreallıqlar əsrində və media əsrində artıq dünya kürəşəkilli deyil, bəlkə qloballaş-madan doğan təzyiqlər yuxarıdan (güc göstəriciləri və dünya identikliyi üzərində tə-kid etməklə) və qloballaşma aşağıdan (identiklik göstəriciləri və lokal güclər üzərində təkid etməklə) onu trapesiya şəklində bir-birinə sıxmışdır. Belə ki, qloballaşma aşağı-dan lokal ideyaları dünya miqyasına daxil etmiş və digər tərəfdən də qloballaşma yu-xarıdan dünyanı həddindən artıq bir-birinə sıxışdırmışdır. Tədqiqatın bu fəsilində RİPH modelinin xüsusiyyətləri ilə bağlı vahid fikir əldə etmək və İran İslam Respub-likasının ona adaptasiyasını araşdırmaq üçün iki sualla: 1- dünya və lokal televiziya-ların fəaliyyətinin şərhi üçün RİPH modelinin effektivliyi ilə bağlı fikriniz nədir? və 2-RİPH modelində verilmiş göstəricilərə əsasən, İran televiziyasını nə qədər dünya və ya lokal televiziya hesab edirsiniz? Bu münasibətlə biz İranın paytaxtı Tehran şəhə-rində media səhəsində fəaliyyət göstərən iyirmi tədqiqatçı və ekspertə müraciət etdik. Onların fikirlərini araşdıraraq quplaşdırdıq. Alınmış nəticələr ibarətdir. 2-ci şəklin nə-ticələrini nəzərə aımaqla demək olar ki, kommunikasiya və media ekspertlərinin 75

  • 25

    %-i bu fikirdədir ki, RİPH modeli hazırki dövrdə media vasitələrinin təsir gücü və fəaliyyətini şərh etmək üçün münasib bir modeldir. Qalan 25 % isə modelin işi ilə bağlı dərin məlumata malik olmadıqlarından fikir söyləməməyi tərceh etdilər. Nəticə bundan ibarətdir ki, RİPH modeli medianin fəaliyyəti ilə bağlı mövcud modellərdən biri ola bilər.

    Şəkil 2. Ekspert və mütəxəsislərin RİPH modeli ilə bağlı şərhləri.

    RIPH modelinin hazırki dövrdə effektiv fəaliyyət səbəbləri ilə bağlı ekspertlərin

    bəzi cavabları aşağıdakılardn ibarətdir: “Hər modellə bağlı əsas prinsip (modelin təd-qiqat mövzusunu şərh etmək və aydınlaşdırmaqdan başqa heç bir hədəfi olmaması ba-xımından-H.Z) onun nəzəri əsasları bir-birinə yaxın, aydın və nisbi mənşəyə malik ol-masından ibarətdir ki, tədqiqatçını tədqiqat anlayışlarında nisbi vəhdətə gətirib çatdıra bilsin. Bu modelin ərsəyə gəlməsi Robertson və Kastelzin identiklik nəzəriyyəsinə əsaslanır. Bu da bu modelin daha çox media mahiyyətinə malik olub və kommunika-siya biliyinə əsaslandığını sübut edir. Fokonun güc nəzəriyyəsi bir fəlsəfi-sosioloji şərh olub, modern tarix zəminindədir. Modelin istinad mənbələrindən biri də Budiarın nəzəriyyəsidir ki, sosial reallığın şərhi ilə bağlı istifadə edilmişdir. Bu modeldə göstə-ricilər və romb elementləri bir-birinə qarşılıqlı təsir edir. İki element-güc və identiklik faktordur, reallıq faktdır (fact), hiperreallıq isə bir növ məhsuldur (Out put)” (S.R.Şakeri ilə müsahibə, iyul, 2014). “Güclər reallıqlara təsir göstərə bilər, hətta reallıqları dəyişdirə bilər. Dünya televiziyası elə bir televiziyadır ki, orada təsir gös-tərmə maksimuma çatır, çünki bu qurumlar gücə tabe olmayan müstəqil qurumlardır. Bu mahiyyəti sadə olmayan rombda tərkib hissələrinin hamısı bir-birinə təsir edir və bir-birindən təsirlənirlər. Bu da modelin güclü nöqtələrindəndir “ (M.Burucerdi ilə müsahibə, iyul, 2014). “RİPH modeli qəbul edilməsi mümkün olan bir modeldir. De-mək lazımdır ki, dünya televiziyaları güc strukturuna qarşı deyil, bəzən bəlkə də gü-cün nöqsanlarını dünya miqyasında böyük kütlələrə göstərə bilər. RİPH modelində maraqlı olan səhət bundan ibarətdir ki, burada milli və lokal televiziyalar milli və yer-li mədəniyyətlərin əks olunmasına səbəb olur. Başqa sözlə desək, yerli və lokal kiçik mədəniyyətlər televiziyanın köməyi ilə özlərini dünyaya tanıda bilmişlər. �