27
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2014 - cü il tarixli 1045 nömrəli əmri ilə təsdiq edilmişdir Orta İxtisas Təhsilinin Dövlət Standartı Subbakalavr hazırlığı üzrə T Ə H S İ L P R O Q R A M I İxtisasın (proqramın) şifri və adı 040505 “Neft və qaz yataqlarının istismarı” BAKI-2014

T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

Embed Size (px)

Citation preview

Page 1: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

01 oktyabr 2014 - cü il tarixli 1045 nömrəli

əmri ilə təsdiq edilmişdir

Orta İxtisas Təhsilinin Dövlət Standartı

Subbakalavr hazırlığı üzrə

T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı

040505 “Neft və qaz yataqlarının istismarı”

BAKI-2014

Page 2: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

2

1. Ümumi müddəalar

1.1. Subbakalavriat səviyyəsinin 040505 “Neft və qaz yataqlarının istismarı” ixtisası

üzrə təhsil proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) Azərbaycan

Respublikasının «Təhsil haqqında» Qanununa, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Orta ixtisas təhsili pilləsinin

dövlət standartı və proqramı»na, «Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı»na

və «Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili

qaydaları»na uyğun hazırlanmışdır.

1.2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi

formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən

040505 “Neft və qaz yataqlarının istismarı” ixtisası üzrə subbakalavr hazırlığını

həyata keçirən bütün orta ixtisas təhsili müəssisələri üçün məcburidir.

1.3. Strukturda istifadə olunan işarələr:

İTP – ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümumi kompetensiyalar

PK – peşə kompetensiyaları

1.4. 040505 “Neft və qaz yataqlarının istismarı” ixtisasının xarakteristikası.

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas

dərəcəsi:

İxtisasın şifri və adı İxtisas dərəcəsi Əyani forma üzrə

təhsil müddəti Kreditlərin sayı

040505 “Neft və qaz

yataqlarının istismarı”

Subbakalavr

3 il*

180

* Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır

(ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda).

Page 3: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

3

2. Məzunun ixtisas xarakteristikası və kompetensiyası

2.1 Subbakalavrın ixtisas xarakteristikası.

Subbakalavr:

- subbakalavr peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə

fəaliyyətinə, eləcə də həmin ixtisas üzrə bakalavriat təhsili almağa hazır olmalıdır;

- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas

dərəcəsinə uyğun gələn istənilən istehsal və xidmət sahələri, təşkilatlar, idarələr,

müəssisələr, birliklər və s. işləyə bilər;

- mövcud qaydalara riayət olunmaqla, müxtəlif təhsil müəssisəsində (ali və orta

ixtisas təhsili müəssisələrində elmi və elmi-pedaqoji fəaliyyət sahələri istisna

olunmaqla) çalışa bilər.

2.2 Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyalarına

qoyulan tələblər.

2.2.1 Məzun aşağıdakı ümumi kompetensiyalara (ÜK) yiyələnməlidir:

- Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə,

tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi

keçmişi qiymətləndirməyi bacarmalıdır (ÜK -1);

- Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini )sərbəst bilməli,

ondan peşə fəaliyyətində istifadə etməyi bacarmalıdır (ÜK -2);

- xarici dillərin birində ünsiyyətdə olmağı, peşə səviyyəsinin artırılmasında

mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən

lüğətlə istifadə etməyi bacarmalıdır (ÜK - 3);

- kollektivdə işləmək bacarığına, həmkarlar ilə əməkdaşlığa hazır olmağı,

konfliktləri həll etməyə və sosial adaptasiyaya qabil olmalıdır (ÜK - 4);

- öz peşəsinin mahiyyətini və sosial əhəmiyyətini başa düşməli və ona daimi

maraq göstərməlidir (ÜK- 5);

Page 4: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

4

- öz fəaliyyətini təşkil etməli, peşə məsələlərinin həlli üçün tipik metod və üsullar

seçməli, onların effektivlilik və keyfiyyətini qiymətləndirməlidir (ÜK - 6);

- standart və qeyri – standart vəziyyətlərdə qərar qəbul etməli və buna görə

cavabdeh olmağı bacarmalıdır (ÜK -7);

- peşə fəaliyyətində İKT – dən istifadə etməyi bacarmalıdır (ÜK - 8);

- kollektivdə və komandada işləməli, həmkarları, rəhbərlik və istehlakçılarla

effektiv ünsiyyətdə olmalıdır (ÜK - 9);

- komanda üzvlərinin üzərinə qoyulmuş məsələlərin həllinə görə məsuliyyəti öz

üzərinə götürməyi bacarmalıdır (ÜK - 10);

- peşə və şəxsi inkişaf məsələlərini sərbəst müəyyənləşdirməli, özünütəhsillə

məşğul olmalı, ixtisasını artırmağı planlaşdırmalıdır (ÜK - 11);

- peşə fəaliyyətində texnika və texnologiyaların tez – tez dəyişməsinə hazır olmalı,

onlardan istifadə etməyi bacarmalıdır (ÜK- 12);

- təşəbbüskarlıq və liderlik vərdişlərinə malik olmalıdır (ÜK- 13);

- beynəlxalq arenada işləmək qabiliyyətinə malik olmalıdır (ÜK- 14);

2.2.2 Məzun peşə fəaliyyətinin əsas sahələrini əhatə edən aşağıdakı peşə

kompetensiyalarına (PK) yiyələnməlidir:

- yataqların işlənməsinin əsas göstəricilərini nəzarətdə saxlamaq və onlara riayət

etmək (PK-1);

- quyuların optimal işlənmə və istismar rejimlərini nəzarətdə saxlamaq və riayət

etmək (PK-2);

- neft və qaz yataqlarında qəza hallarının qarşısını almaq və belə hallar baş

verdikdə onların nəticələrini ləğv etmək (PK-3);

- quyuların diaqnostikasını, cari və əsaslı təmirini aparmaq (PK-4);

- ətraf mühitin qorunması tədbirlərini görmək (PK-5);

- yerüstü və quyu avadanlıqlarının seçilməsinin əsas hesabatını aparmaq (PK-6);

- neft – qaz mədən avadanlıqlarına texniki xidmət göstərmək (PK-7);

- yerüstü və quyu avadanlıqlarına istismar mərhələsində nəzarət etmək (PK-8);

- neft – qaz mədən avadanlıqlarını cari və plan üzrə təmir etmək (PK-9);

Page 5: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

5

- neft – qaz mədən avadanlıqlarının istismarı üçün texniki və texnoloji

sənədləşmələri aparmaq (PK-10);

- neft və qaz yataqlarında istehsalat işlərinin cari və perspektiv planlaşdırılmasını

və təşkilini təmin etmək (PK-11);

- neft və qaz yataqlarında iş şəraitinin profilaktikasını və təhlükəsiz iş şəraitini

təmin etmək (PK-12);

- neft və qaz hasilatı, quyu məhsullarının toplanması və nəqli ilə bağlı istehsalat

işlərinin yerinə yetirilməsinə nəzarət (PK-13);

- texnoloji proseslərin effektivliyinin müəyyənləşdirilməsi, layların neft

məhsullarının artırılmasının müəyyənləşdirilməsi üçün quyuların tədqiq

edilməsində iştirak (PK-14);

- laylara və layın quyudibi zonasına təsir metodlarını geoloji və fiziki

parametrlərdən asılı olaraq müəyyənləşdirmək (PK-15);

- layların netf hasilatının artırılması üçün görülən işlərin texnoloji effektivliyini

müəyyənləşdirmək (PK-16);

- effektivliyin analizi və hesablanması üçün məlumatı almaq (PK-17);

- yeni avadanlıq və materialların təcrübədən keçirilməsində, texnoloji rejimlərin

yoxlanmasında iştirak etmək (PK-18);

- bir və ya bir neçə fəhlə peşəsini və quluqçu vəzifəsini yerinə yetirmək (PK-19).

3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

3.1. Məzunun peşə fəaliyyətinin xarakteristikası.

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

Məzunun peşə fəaliyyətinin əsas sahələri:

- neft, qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı sahələrində işlərin

təşkili və aparılması;

- neft və qaz yataqlarının işlənməsi və istismarının texnoloji prosesləri;

- neft – qaz mədən avadanlıqları və alətləri;

- texniki, texnoloji və normativ sənədlər;

- ilkin əmək kollektivləri.

Page 6: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

6

3.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər :

Məzun aşağıdakı fəaliyyət növlərinə hazır olmalıdır:

- neft və qaz yataqlarının işlənməsi və istismarının texnoloji proseslərinin

aparılması.

- neft – qaz mədən avadanlıqlarının istismarı.

- kollektivin işinin təşkili.

- bir və ya bir neçə fəhlə peşəsinin və qulluqçu vəzifələrinin icrasını bacarmalıdır.

3.2. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin

nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə

tutulan kompetensiyaların kodları.

3.2.1. Ümumtəhsil fənlər bölümü

Fənnin adı

Fənn bölümləri

Ümumi

saatlar

O cümlədən Fənnin

tədrisi

nəzərdə

tutulan

semestr

I semestr II semestr

ÜF-B00 Ümumtəhsil fənlər bölümü*

ÜF-B01 Azərbaycan dili (xarici dildə təhsil

alanlar üçün ) ** 60 30 30 1,2

ÜF-B02 Azərbaycan (rus) dili 60 30 30 1,2

ÜF-B03 Ədəbiyyat 60 30 30 1,2

ÜF-B04 Xarici dil 60 30 30 1,2

ÜF-B05 Azərbaycan tarixi 30 30 2

ÜF-B06 Tarix 30 30 1

ÜF-B07 İnsan və cəmiyyət 30 30 1

ÜF-B08 İqtisadiyyatın əsasları 30 30 1

ÜF-B09 Cəbr və analizin başlanğıcı 90 30 60 1,2

Page 7: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

7

ÜF-B10 Həndəsə 45 45 2

ÜF-B11 İnformatika 45 45 2

ÜF-B12 Fizika 60 30 30 1,2

ÜF-B13 Astronomiya 30 30 2

ÜF-B14 Kimya 60 30 30 1,2

ÜF-B15 Biologiya 45 45 1

ÜF-B16 Fiziki coğrafiya 45 45 1

ÜF-B17 Fiziki tərbiyə 60 30 30 1,2

ÜF-B18 Gənclərin çağırışaqədərki hazırlığı 60 30 30 1,2

Cəmi 900 450 450

*Ümumtəhsil fənləri bölümünə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 30.10.2006-cı il tarixli, 233 № li qərarı ilə təsdiq olunmuş “Azərbaycan

Respublikasında ümumtəhsilin konsepsiyası (Milli Kurikulumu)”na uyğun

müəyyənləşdirilir.

**Azərbaycan bölməsində bu saatlar hesabına, təhsil müəssisələrinin ixtisas profilinə

uyğun müəyyənləşdirdiyi fənlər tədris oluna bilər.

3.2.2. Kadr hazırlığı üçün tələb olunan fənlər bölümü

Fənn

bölümünün

kodu

Fənn bölümləri, onların

mənimsənilməsinin nəticələri (bilik,

bacarıq və vərdişlər baxımından)

Fənn

bölmələri üzrə

kreditlərin

sayı

Fənlər

Fənlər üzrə

kreditlərin

sayı

Qazanılması

nəzərdə tutulan

kompetensiyaların

kodları

1 2 3 4 5 6

Təhsil hissəsi

HF - B00

Humanitar fənlər bölümü***

Bu bölümdə subbakalavr

bilməlidir:

- Azərbaycan tarixinin əsas

mərhələləri və xronologiyası,

tarixi şəxsiyyətlər və əsas tarixi

hadisələr haqqında məlumatı;

30

HF–B0100

Azərbaycan tarixi

4

ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

Page 8: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

8

bacarmalıdır:

- tarixin, keçmişin

qiymətləndirilməsinə dair öz

mövqeyini əsaslandırmağı və

fkrini ifadə etməyi;

bilməlidir:

- xarici dillərin birində danışığın

və yazının məzmununu başa

düşməli, peşəyönümlü mətnlərin

tərcüməsi üçün (lüğət vasitəsilə)

leksik (1200-1400 leksik vahidi)

və qrammatik minimumu;

bacarmalıdır:

- peşə səviyyəsinin

artırılmasında mühüm

əhəmiyyət kəsb edən və xarici

dillərdə olan ədəbiyyat və

mənbələrdən lüğətlə istifadə

etməyi;

bilməlidir:

- Azərbaycan Respublikasının

dövlət dilini (Azərbaycan

dilini).

bacarmalıdır:

-Azərbaycan dilinin

leksikonundan gündəlik və peşə

fəaliyyətində istifadə etməyi.

HF–B0200

Xarici dil

HF–B0300****

Azərbaycan dili

(təlim xarici dildə

olanlar üçün)

HF–B0400

Seçmə fənlər*****

10

10

6

Page 9: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

9

İPF-B00 İxtisasın peşə hazırlığı fənləri

bölümü

Bu bölümə daxil olan fənlərin

öyrənilməsi nəticəsində

subbakalavr

bilməlidir:

peşə fəaliyyəti sahəsində tətbiqi

məsələlərin həlli zamanı riyazi

metod və anlayışları;

bacarmalıdır:

peşə fəaliyyəti sahəsində tətbiqi

məsələləri həll etməyi;

bilməlidir:

rəsmxətin qanunlarını,

metodlarını və üsullarını;

dəqiqlik siniflərini və onların

çertyojlarda işarələnməsini;

konstruktor və texnoloji

sənədlərin yazılması və

oxunması qaydalarını;

çertyojların, texniki rəsmlərin,

həndəsi fiqurların və texniki

detalların çəkilməsi qaydalarını;

texnoloji avadanlığın qrafik

təsvir edilməsini və texnoloji

sxemlərin çəkilməsini;

ölçülərin qoyulması texnikasını

və prinsipini;

sertifikasiyanın növlərini,

onların oxunması və tərtibatı

qaydalarını;

bacarmalıdır:

texniki avadanlıqların və

texnoloji sxemlərin qrafik

əkslərini yerinə yetirməyi;

həndəsi cismlərin kompleks

çertyojlarını və onların üzərində

olan nöqtələrin proyeksiyalarını

yerinə yetirməyi;

detalların, onların elementlərinin

və qovşaqlarının eskizlərini,

texniki şəkillərini və

çertyojlarını işləməyi;

120

İPF – B0100 Riyaziyyat

İPF – B0200

Texniki rəsmxət

4

6

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

PK- 1

PK- 2

PK- 3

PK- 4

PK- 5

PK- 6

PK- 7

PK- 8

PK- 9

PK- 10

PK- 11

PK- 12

PK- 13

PK- 14

PK- 15

PK- 16

PK- 17

PK- 18

PK- 19

Page 10: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

10

texnoloji və konstruktor

sənədlərini qüvvədə olan

normativ – texniki sənədlərə

uyğun olaraq işləməyi;

ixtisasa uyğun olaraq çertyojları,

texnoloji sxemləri və texnoloji

sənədləri oxumağı;

bilməlidir:

fərdi kompyuterlərin ümumi

quruluş və strukturunu;

məlumat təhlükəsizliyinin təmin

olunmasının əsas üsul və

metodlarını;

məlumatın avtomatik işlənməsi

və ötürülməsinin əsas prinsip və

qaydalarını;

peşə fəaliyyətində

telekommunikasiya

texnologiyalarının əsas prinsip,

metod və xüsusiyyətlərini;

bacarmalıdır:

tətbiqi kompyuter

proqramlarından istifadə

etməklə hesabatları aparmağı;

məlumat mübadiləsi məqsədi ilə

internetdən istifadə etməyi;

kompyuter texnologiyalarından

və proqram təminatından istifadə

etməklə məlumatı işləməyi və

analiz etməyi;

lokal və qlobal şəbəkələrdən

məlumat əldə etməyi;

təsvirlərin yaradılması və

redaktə edilməsi üçün qrafik

redaktorlardan istifadə etməyi;

məlumat axtarışı, sənədlərin və

prezentasiyaların tərtibatı üçün

kompyuter proqramlarından

istifadə etməyi;

bilməlidir:

hərəkətin növlərini;

detal və qovşaqların köhnəlməsi

və deformasiyasının növlərini;

İPF – B0300

Peşə fəaliyyətində

İKT

İPF – B0400

Texniki mexanikanın

əsasları

4

6

Page 11: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

11

ötürmənin növləri, onların

quruluşu, məqsədi, üstünlükləri

və çatışmazlıqları, sxemlərdə

şərti işarələrini;

mexanizmlərin kinematikasını,

maşınların detallarının

birləşdirilməsini, mexaniki

ötürmələri, ötürmələrin növləri

və quruluşunu;

konstruksiyaların müxtəlif

deformasiyalar zamanı

möhkəmliyə, bərkliyə və

dayanıqlılığa hesabatının

metodikasını;

sıxılma, kəsilmə və əzilmə

hesabatının metodikasını;

diyircəkli yastıqların məqsədi və

təsnifatını;

yağlama qurğularının əsas

növlərini;

reduktorların növləri, məqsədi

və quruluşunu;

sürtünmə, onun növləri və

texnikada rolunu;

bacarmalıdır:

konstruktiv elementlərdə

gərginliyi müəyyənləşdirməyi;

ötürmə nisbətini

müəyyənləşdirməyi;

ümumi təyinatlı detal və yığım

vahidlərinin hesabatını aparmağı

və layihələndirməyi;

detalların və yığım vahidlərinin

birləşmə xarakterinə uyğun

olaraq yığma – sökmə

əməliyyatını aparmağı;

sıxılma, kəsilmə və əzilmə

hesabatını aparmağı;

konstruksiyaların elementlərinin

möhkəmliyə, bərkliyə və

dayanıqlılığa hesabatını

aparmağı;

çertyojlara və sxemlərə uyğun

olaraq detallardan

konstruksiyalar yığmağı;

kinematik sxemləri oxumağı;

Page 12: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

12

bilməlidir:

elektron cihazlarının təsnifatını,

onların quruluşu və tətbiq

sahələrini;

elektrotexnikanın əsas

qanunlarını;

keçiricilərdə, yarımkeçiricilərdə

və dielektriklərdə fiziki

proseslərin əsaslarını;

elektrik sxemlərinin

parametrlərini və onların ölçü

vahidlərini;

elektrik və elektron cihazlarının

seçilməsi prinsiplərini;

elektrik enerjisinin alınması,

ötürülməsi və istifadə olunması

üsullarını;

elektrotexniki cihazların

quruluşunu, iş prinsipini və əsas

xarakteristikalarını;

bacarmalıdır:

müəyyən parametr və

xarakteristikalara malik

elektrik cihazlarını və

avadanlıqlarını, elektron

qurğularını seçməyi;

texnoloji maşın və aparatların

nəzarət ötürücü elektrik

avadanlıqlarını və

mexanizmlərini düzgün istismar

etməyi;

elektrik ölçü cihazlarından və

alətlərindən istifadə etməyi və

ölçüləri çıxarmağı;

elektrik dövrələrini yığmağı;

prinsipial, elektrik və yığma

sxemlərini oxumağı;

İPF – B0500

Elektrotexnika və

elektronika

8

Page 13: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

13

bilməlidir:

termodinamik sistemin

vəziyyətinin parametrlərini; ölçü

vahidlərini və onlar arasında

nisbəti;

termodinamikanın əsas

qanunlarını, ideal qazların, su

buxarının və suyun vəziyyətinin

dəyişmə proseslərini;

istilik mühərriklərinin və istilik -

güc mühərriklərinin dövrələrini;

istilikötürmənin əsas qanunlarını;

maye və qazların fiziki

xüsusiyyətlərini;

hidrostatika və hidrodinamika

qanunlarını;

boru kəmərlərinin hidravlik

hesabatının əsas məsələləri və

qaydalarını;

nasos və ventilyatorların əsas

növləri, quruluşu və

xarakteristikalarını;

bacarmalıdır:

aşağıda göstərilən texniki

hesabatları: istilik

mühərriklərinin və istilik - güc

qurğularının termodinamik

dövrələrini; enerjinin alınması

üçün yanacaq, istilik və buxar

sərfiyyatını; istilik

mühərriklərinin və istilik - güc

mühərriklərinin termodinamik

dövrələrinin faydalı iş

əmsallarını; binaların əhatəedici

konstruksiyalarından istilik

itkisini, boruların və istilik

texnikası avadanlıqlarının

izolyasiyasını; istilik və material

balanslarını hesablamağı;

boru kəmərlərinin hava verici

hesabatı zamanı parametrləri

müəyyənləşdirməyi;

nasosların və ventilyatorların

xarakteristikalarını

müəyyənləşdirməyi;

İPF – B0600

İstilik texnikası və

hidravlikanın nəzəri

əsasları

6

Page 14: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

14

bilməlidir:

müxtəlif mülkiyyət formalarına

malik müəssisələrdə

idarəetmənin anlayış və

prinsiplərini, kiçik kollektivlərdə

təşkilatçılığın əsaslarını;

menecmentin funksiyalarını,

növlərini və psixologiyasını;

əmək münasibətlərini

tənzimləyən qanunvericilik və

normativ aktları;

əməkdaşları təlimatlandırmağın

növlərini və üsullarını;

heyətin idarə olunmasının və

əməkdaşların əmək fəaliyyətinin

sənədləşdirilməsinin təmin

edilməsini;

bacarmalıdır:

müxtəlif dərəcədən olan işçilərlə

işgüzar münasibətlər qurmağı;

idarəetmə qərarlarının

effektivliyini qiymətləndirməyi;

işçi heyətlə aparılan

müsahibələrdə aktiv iştirak

etməyi;

işçilərlə təlimat aparmağı;

bilməlidir:

neft - qaz sənayesində istehsalat

-təsərrüfat fəaliyyətini

tənzimləyən hüquqi - normativ

sənədləri;

neft - qaz sənayesi müəssisəsinin

fəaliyyətinin əsas texniki -

iqtisadi göstəricilərini;

müəssisənin əsas texniki -

iqtisadi göstəricilərinin

hesabatının metodikasını;

əsas istehsal fondlarını və

onların texniki - iqtisadi

dəyərləndirilməsini;

əsas dövriyyə vəsaitlərinin idarə

edilmə metodları və onlardan

istifadənin qiymətləndirilməsini;

İPF – B0700 Menecmentin

əsasları

İPF – B0800

Neft – qaz

sənayesinin

iqtisadiyyatı

4

6

Page 15: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

15

məhsulların qiymətləndirmə

mexanizmini, müasir şəraitdə

əmək haqqının formalarını;

neft - qaz sənayesi müəssisəsinin

iqtisadi sisteminin qurulmasının

əsas prinsiplərini;

icraçı kollektivin işinin təşkil

olunmasının əsaslarını;

müəssisənin işinin

planlaşdırılmasının,

maliyyələşdirilməsinin və

kreditləşdirilməsinin əsaslarını;

bacarmalıdır:

neft - qaz sənayesinə aid zəruri

iqtisadi məlumatları tapmaq və

istifadə etməyi;

neft - qaz sənayesi təşkilatının

təşkilati-hüquqi formalarını

müəyyənləşdirməyi;

təşkilatın material, əmək və

maliyyə ehtiyatlarını

müəyyənləşdirməyi;

iş vaxtı, hasilat, əmək haqqı,

boşdayanmaların uçotunun

ibtidai sənədləşmələrini

aparmağı;

müəssisənin fəaliyyətinin əsas

texniki - iqtisadi göstəricilərinin

hesabatını aparmağı;

bilməlidir:

tektonik hərəkətlərin təsnifatını;

endogen və ekzogen geoloji

prosesləri;

yeraltı hidrosferanın quruluşunu;

dağ süxurlarının strukturunu və

teksturasını;

dağ süxurlarının fiziki – kimyəvi

xüsusiyyətlərini;

neft və qazın geologiyasının

əsaslarını;

geofiziki sahələri və fiziki

xüsusiyyətləri;

İPF-B0900

Ümumi və neft – qaz

mədən geologiyası

8

Page 16: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

16

faydalı qazıntı yataqlarının

hidroloji və mühəndis – geoloji

şərtlərinin xüsusiyyətlərini;

əsas mineralları və dağ

süxurlarını;

faydalı qazıntı yataqlarının əsas

tiplərini;

mühəndis geologiyasının

əsaslarını;

bacarmalıdır:

geoloji obyektlərin çöl nəzarətini

və sənədləşdirməni aparmağı,

dağ kompası ilə işləməyi, dağ

süxurlarının nümunələrini ayırd

etməyi, strukturun kəsiyinə

uyğun olaraq relyefin

formalarının və çöküntülərin

əmələ gəlməsi mexanizmini

müəyyənləşdirməyi;

xəritəyə uyğun olaraq sxematik

geoloji kəsimləri oxumağı və

tərtib etməyi;

geoloji geomorfoloji,

fizikoqrafik xəritələrə

əsaslanaraq relyefin forma və

elementlərini, süxurların nisbi

yaşını müəyyənləşdirməyi;

bilməlidir:

əmək mühafizəsi sahəsində

qanunvericiliyi;

əmək mühafizəsi və sağlamlıq

haqqında normativ sənədləri,

peşə gigiyenasının əsaslarını,

peşə sanitariyasını və yanğın

təhlükəsizliyini;

əmək mühafizəsi, şəxsi və

istehsal sanitariyasını və yanğın

təhlükəsizliyinin qayda və

normalarını;

mümkün olan təhlükəli və

zərərli faktorları və onlardan

mühafizə vasitələrini;

toksik maddələrin insan

orqanizminə təsirini;

istehsalın partlayış və yanğın

təhlükəsi baxımından dərəcələrə

bölünməsini;

İPF – B0100

Əməyin və ətraf

mühitin mühafizəsi

6

Page 17: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

17

yanğına və partlayışa qarşı

tədbirləri;

müəssisənin ərazisində və

istehsal yerlərində ümumi

təhlükəsizlik tələbləri;

yanğın və partlayışların əsas

səbəblərini;

istehsalatda təhlükəsiz iş

şəraitinin təmin edilməsinin

xüsusiyyətləri;

kollektiv və fərdi mühafizə

vasitələrinin saxlanma və

istifadə qaydalarını;

zərərli maddələrin maksimal

buraxıla bilən

konsentrasiyalarını (MBK);

işçilərin əmək mühafizəsi

çərçivəsində hüquq və vəzifələri;

əmək mühafizəsi haqqında

aparılacaq təlimatların növləri və

qaydalarını;

qurğu və aparatların təhlükəsiz

istismar qaydalarını;

texnoloji proseslərin və

istehsalat təlimatlarının işçilər

(personal) tərəfindən

gözlənilməməsinin mümkün

nəticələrini;

bacarmalıdır:

əməyin mühafizəsinə dair,

müəyyən olunmuş nümunəyə

uyğun, sənədlərin aparılmasını,

onların yazılma müddətlərinə və

saxlanma şəraitlərinə riayət

etməyi;

ekobiomühafizə, yanğından

mühafizə, kollektiv və fərdi

mühafizə vasitələrindən istifadə

etməyi;

peşə fəaliyyəti zamanı təhlükəli

və zərərli faktorları

müəyyənləşdirməyi və analiz

etməyi;

istehsal obyektində əmək

mühafizəsinin vəziyyətini

qiymətləndirməyi;

Page 18: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

18

müəssisənin ərazisində və

istehsal yerlərində təhlükəsiz

əmək üsullarını tətbiq etməyi;

əmək şəraitinə uyğun olaraq iş

yerlərinin attestasiyasını

aparmağı, o cümlədən əmək

şəraitini və zədələrdən

qorunmanı qiymətləndirməyi;

işçiləri (personalı) əmək

mühafizəsi barədə

təlimatlandırmağı;

təhlükəsizlik texnikası, istehsal

sanitariyası və yanğın

təhlükəsizliyi qaydalarına riayət

etməyi;

bilməlidir:

layın neft verməsini artırmaq

üçün tətbiq edilən hidrodinamiki

üsullarını;

su mənbəyi və su təmizləyici

qurğuların vəzifələrini;

suyun quyulara paylanma

sistemlərini və avadanlıqların

vəzifələrini;

istilik üsulu ilə layın neft

verməsinin artırılması yollarını;

quyudibi zonaya təsir üsullarının

məqsədini və onların tətbiq

sahələrini;

layın neft veriminin

artırılmasında işlədilən

avadanlıqlar və reagentləri;

lay təzyiqi və temperaturu

haqqında tam məlumatları;

bacarmalıdır:

laya süni təsir sxemlərinin

qurulmasını;

suyun quyulara paylanmasında

tətbiq edilən avadanlıqlara

xidmət etməyi;

süni təsirdə istifadə olunan

avadanlıqlara xidmət etməyi;

layın təpə hissəsinə qazın

vurulmasında tətbiq edilən

avadanlıqlara xidmət etməyi;

İPF – B01100 Layların neft

veriminin artırılması

üsulları

4

Page 19: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

19

bilməlidir: termodinamika və istilik

proseslərinin əsas anlayışlarını,

porşenli daxili yanma

mühərriklərinin təsnifatını, iş

prinsipini və istismarını;

mayelərin əsas fiziki

xüsusiyyətlərini;

hidrostatika və

hidrodinamikanın əsas qanun və

tənliklərini, hərəkət edən

mayelərin hidravlik

müqavimətlərinin

hesablanmasını;

avadanlığın seçilməsinin

hesablanması metodlarını və

optimal iş rejimlərinin

qurulmasını;

neft – qaz mədən avadanlığının

və alətlərinin quraşdırılmasının

metod və qaydaları, iş və

istismar prinsipini;

yerüstü avadanlığa texniki

xidmət və quyuların yeraltı

təmirinə tələb olunan texniki

əməliyyatları;

avdanlığın hər növ qəzaya

uğramasına qarşı qabaqlayıcı

tədbirləri;

bacarmalıdır:

yerüstü və quyu avadanlıqlarının

seçilməsini;

qazma avadanlıqlarına və

alətlərinə, həmçinin, neft və qaz

quyularının istismarı

avadanlıqlarına texniki xidməti;

avadanlıqların rasional istismar

olunmasına nəzarəti;

neft – qaz mədən avadanlığının

cari və planlaşdırılmış təmirini;

neft və qazın çıxarılması,

toplanması və nəqli, quyulara

xidmət olunması və təmiri

zamanı istifadə olunan maşın,

mexanizm və digər avadanlıq və

alət dəstlərini seçməyi;

İPF – B01200

Neft – qaz mədən

avadanlıqlarının

istismarı

8

Page 20: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

20

yerüstü və quyu avadanlıqlarının

seçilməsi üçün əsas texnoloji

hesabatları aparmağı;

avadanlıqlara profilaktik baxış

keçirməyi;

bilməlidir:

standartlaşdırma məsələlərini,

onun iqtisadi effektivliyini;

sistemlərin ümumtexniki və

təşkilati – mexaniki

standartlarının əsas tələblərini;

metrologiya, standartlaşdırma və

sertifikasiyanın əsas

anlayışlarını və keyfiyyət

sistemlərinin sənədlərini;

beynəlxalq, regional və xarici

ölkələrdə standartlaşdırma

prosesinin əsas mərhələlərini və

strukturunu;

bacarmalıdır:

peşə fəaliyyətində keyfiyyət

sistemləri sənədlərindən istifadə

etməyi;

qüvvədə olan normativ bazaya

uyğun olaraq texniki və

texnoloji sənədləri tərtib etməyi;

normativ sənədlərin tələblərini

əsas məhsullara (xidmətlərə) və

proseslərə tətbiq etməyi;

bilməlidir:

quyuların texniki vəziyyətinə

nəzarətin geofiziki metodlarını;

neft və qaz yataqlarının rasional

işlənməsi tələblərini;

quyu məhsullarının toplanması

və hazırlanması texnologiyasını;

quyulardan və laylardan neft və

qazın alınma normalarını;

laya və quyudibi zonaya təsir

üsullarını;

bacarmalıdır:

yataqların işlənməsinin əsas

göstəricilərini nəzarətdə

saxlamağı;

İPF – B01300

Metrologiya,

standartlaşdırma və

sertifikasiya

İPF – B01400

Neft – qaz yataqlarının

işlənməsi

4

6

Page 21: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

21

quyuların işlənməsinin və

istismarının optimal rejimlərinin

saxlanmasını və onlara nəzarəti;

neft və qaz yataqlarında qəza

hallarının qarşısının alınmasını

və nəticələrinin aradan

qaldırılmasını;

quyuların diaqnostikasının, cari

və əsaslı təmirinin aparılmasını;

ətraf mühitin və yer

dərinliklərinin istehsalın

texnogen təsirindən

qorunmasını;

yataq haqqında geoloji məlumatı

təhlil etməyi;

neft və qaz yataqlarının

işlənməsi üçün seçilmiş üsulların

əsaslandırılmasını;

yataqların işlənmə prinsipinin

analizini aparmağı;

yiyələnməlidir:

yataqların işlənməsinin əsas

göstəricilərinə nəzarət;

quyuların işlənməsi və

istismarının optimal rejiminə

nəzarət və bu rejimlərin

saxlanması;

neft və qaz yataqlarında qəza

hallarının qarşısının alınması və

aradan qaldırılması;

quyuların diaqnostikası, cari və

əsaslı təmiri;

ətraf mühitin və dərinliklərin

istehsalın texnogen təsirindən

qorunması;

bilməlidir:

quyuların təmiri növlərini;

təmirdə tutma işlərini və

işlədilən alətlər haqqında

məlumatı;

kəmərlərdə zədələnmələrin

düzəldilməsini;

endirmə - qaldırma işlərində

istifadə olunan maşın və

mexanizmlərin yerləşdirilməsini;

İPF – B01500

Quyuların cari və

əsaslı təmiri

4

Page 22: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

22

təmirarası müddətin təyin

olunmasını;

quyuların qum tıxacından

təmizlənməsini;

quyuların təmirində əmək

mühafizəsi qaydalarını;

bacarmalıdır:

təmirdə işlədilən alətləri,

qurğuları və avadanlıqları

seçməyi və işlədilməsini;

lazımi təmir növünün təyin

olunmasını;

tal sisteminin quraşdırılmasını

və işə salınmasını;

izolyasiya işlərini;

yumada istifadə olunan

avadanlıqlarla işləməyi;

yiyələnməlidir:

neft – qaz mədən

avadanlıqlarının cari və əsaslı

təmirini;

bilməlidir:

neftin alınması üsullarını;

quyudakı problemləri: qum

əmələ gəlməsi, layın

zədələnməsi, parafin yığılması,

suda neftin emulqasiyası və

korroziyanı;

peşə fəaliyyətində əməyin

təhlükəsizlik şəraitinin təmin

edilməsini;

neft – qaz hasilatı təşkilatında

əməyin mühafizəsinin hüquqi

normativ və təşkilati əsaslarını;

bacarmalıdır:

neft və qaz hasilatının texnoloji

proseslərinin

avtomatlaşdırılması

vasitələrindən istifadə etməyi;

neft və qaz quyu və laylarının

tədqiqatını aparmağı;

quyu və laylarının tədqiq

olunmasının nəticələrindən

istifadə etməyi;

İPF – B01600

Neft – qaz

yataqlarının istismarı

6

Page 23: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

23

quyuların hasilatının saxlanması

və bərpa edilməsi üçün geoloji –

texniki tədbirlərin işlənməsini;

quyunu istismara hazırlanmağı;

quyunun texnoloji iş rejimini

tənzimləməyi və ona nəzarət

etməyi;

ekobiomühafizə qurğularından

istifadə etməyi;

yiyələnməlidir:

yerüstü və quyu avadanlıqlarının

seçilməsi;

neft və qaz quyularının qazılması

və istismarı avadanlıqlarına,

alətlərinə texniki xidmət;

avadanlıqların rasional

istismarına nəzarət;

neft - qaz mədən avadanlıqlarının

cari və plan üzrə təmiri;

bilməlidir:

neftin və qazın yığım

sistemlərini, onların bir – birinə

nisbətən üstünlüklərini və mənfi

cəhətlərini;

neftdən qazın ayrılmasında

tətbiq edilən qurğuların növlərini

və iş prinsiplərini;

neftin hazırlanması qurğularını;

neftin və qazın hazırlanması və

nəqlində tətbiq edilən qurğular

və avadanlıqların növlərini və iş

prinsiplərini, vəzifələrini;

boru kəmərlərinin təsnifatı və

vəzifələrini;

kəmərlərin korroziyadan aktiv

və passiv mühafizələrini;

boru kəmərlərinin bağlayıcı və

tənzimləyici armaturlarının

vəzifələrini;

rezervuar parkı və nasos

stansiyalarının və onların

avadanlıqlarının vəziflərini;

neftin susuzlaşdırılma,

duzsuzlaşdırılma və

sabitləşdirilmə qaydalarını;

İPF – B01700

Neftin, qazın

mədənlərdə

yığılması və nəqlə

hazırlanması

6

Page 24: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

24

neftçıxarma sənayesinin su ilə

təchizi sxemlərinin qurulmasını.

bacarmalıdır:

neftdən qazın, suyun

ayrılmasında tətbiq edilən

avadanlıqlara xidmət etməyi;

neftin, qazın və suyun yığılıb

nəqledilmə sxemini və bu

məqsədlə işlədilən avadanlıqlara

xidmət etməyi;

rezervuar parkı avadanlıqlarına

xidmət etməyi;

mədən boru kəmərlərinə xidmət

etməyi;

quyu məhsulunun ölçmə

qurğularına xidmət etməyi.

İPFS – B0000*****

Peşə hazırlığının

seçmə fənləri

24

TE–B00 Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların

öyrənilməsi nəticəsində məzunlar

bilməlidir:

neft – qaz sənayesinin

cəmiyyətdəki rolunu, neft – qaz

hasilatının ümumi strukturunu,

ixtisasın xarakterik

xüsusiyyətlərini, neft – qaz mədən

avadanlıqlarının konstruktiv

xüsusiyyətlərini və onlara texniki

xidmətin texnologiyasını, neft – qaz

mədən avadanlıqlarının texniki

vəziyyətinin diaqnostikasını,

avadanlıqların ayrı – ayrı

hissələrinin sökülüb yığılmasını.

bacarmalıdır:

neft – qaz sənayesində yeni texnika

və texnologiyaların tətbiqini, neft –

qaz sənaye müəssisələrinin

təsərrüfat fəaliyyətini təhlil etməyi,

neft –qaz sənaye müəssisələrinin

idarə olunmasını, yataqların

işlənməsi və hasilat zamanı

təhlükəsizliyin gözlənilməsini,

mədən avadanlıqlarına texniki

xidmət göstərilməsini, qulluq və

təmir işlərinin planlaşdırılmasını.

TE-B0100

Təcrübələr

TE-B0200

Yekun Dövlət

Attestasiyası

24

6

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

PK- 1

PK- 2

PK- 3

PK- 4

PK- 5

PK- 6

PK- 7

PK- 8

PK- 9

PK- 10

PK- 11

PK- 12

PK- 13

PK- 14

PK- 15

PK- 16

PK- 17

PK- 18

PK- 19

Kreditlərin ümumi cəmi:

Fiziki tərbiyə******

180

Page 25: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

25

***Ümumtəhsil fənlər bölümü yalnız ümumi orta təhsil bazasından qəbul

olunanlara aiddir.

****Azərbaycan bölməsində təhsil alanlar bu saat hesabına ixtisasın profilinə

uyğun olaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilən

ikinci xarici dil və ya digər fənləri öyrənirlər.

*****Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun

orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir

******Fiziki tərbiyə idman növləri üzrə bölmələrdə keçirilir.

3.2.3 040505 “Neft və qaz yataqlarının istismarı” ixtisası üzrə subbakalavr təhsil

proqramının yerinə yetirilməsinin müddəti:

Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:

- ümumi orta təhsil bazasından – 198

- tam orta təhsil bazasından – 146

Nəzəri təlim üçün ayrılan həftələr:

- ümumi orta təhsil bazasından – 105

- tam orta təhsil bazasından – 75

Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) – 16

İmtahan sessiyası üçün ayrılan həftələr

- ümumi orta təhsil bazasından – 35

- tam orta təhsil bazasından – 25

Tətillər üçün ayrılan həftələr – 38

Yekun dövlət imtahanına ayrılan həftələr – 4

4. Maddi-texniki, tədris bazası və kadr potensialı

4.1 Orta ixtisas təhsili müəssisəsinin 040505 “Neft və qaz yataqlarının istismarı”

ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan

fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə

təchiz olunmuş kabinet və laboratoriyalar, kompyuter sinifləri, emalatxanalar və

s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların orta ixtisas

təhsili müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron

kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

4.2 Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsilli müəllim heyəti tərəfindən aparılır.

Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan

şəxslər də cəlb oluna bilər.

Page 26: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

26

5. Tədris prosesinin forma və metodları

5.1 Subbakalavr hazırlığı mühazirə, seminar, məşğələ, laboratoriya, sərbəst iş,

təcrübə və s. formalarda həyata keçirilir.

5.2 Subbakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv

təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq,

laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

5.3 040505 “Neft və qaz yataqlarının istismarı” ixtisası üzrə subbakalavr

hazırlığında tədris və istehsalat təcrübələr nəzərdə tutulur (təcrübələrin məqsəd

və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı

olaraq müvafiq müəssisə, idarə və təşkilatlarda keçirilə bilər.

6. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə

6.1.Subbakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların

dövlət attestasiyası ilə yekunlaşır.

6.2.Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari

attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr

yekun attestasiyaya buraxılırlar.

6.3.Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və

təşkilinə ayrılan müddət 4 həftədir.

6.4.Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı və ya buraxılış

işinin müdafiəsindən ibarətdir.

6.5.Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır.

İxtisas üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə

həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində

subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə

yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında

040505 “Neft və qaz yataqlarının istismarı” ixtisası üzrə “subbakalavr” ixtisas

dərəcəsi verilir.

6.6.Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının

Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Page 27: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat PK PK İPF

27

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası Azərbaycan Respublikası Təhsil

Təhsil Problemləri Nazirliyinin orta ixtisas təhsil

İnstitutunun direktoru sektorunun müdiri

____________ Q.Novruzov ____________ K.Mikayılov

“____”__________2014-cü il “____”__________2014-cü il

Texniki və texnoloji ixtisaslar Təhsil Nazirliyinin Elmi-metodik

üzrə Dövlət Təhsil Standartları şurasının “Neft və qaz sənayesi”

hazırlayan işçi qrupunun sədri bölməsinin sədri

____________ F.Məmmədov ____________ Z.Əhmədov

“____”__________2014-cü il “____”__________2014-cü il