92
Xəbər bülleteni № 33 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az May 2016 Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları təsdiqlənib 23.05.2016 Prezident İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları”nı təsdiq edib. Bu il martın 4-də gömrük sistemində islahatlar yönündə verilmiş sərəncamın davamı olan fərmanla təsdiqlənən qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir. Transparency.az-ın məlumatına görə, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin şərtləri belədir: — “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir. — Qısa idxal bəyannaməsini malları gömrük ərazisinə gətirən və ya onların daşınmasına cavabdeh olan şəxslər, həmin şəxslərin nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs göndərə bilər.

Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Xəbər bülleteni № 33http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38E-mail: info©transparency.az

May 2016

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları təsdiqlənib23.05.2016

Prezident İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları”nı təsdiq edib. Bu il martın 4-də gömrük sistemində islahatlar yönündə verilmiş sərəncamın davamı olan fərmanla təsdiqlənən qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir.Transparency.az-ın məlumatına görə, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin şərtləri belədir:

— “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir.

— Qısa idxal bəyannaməsini malları gömrük ərazisinə gətirən və ya onların daşınmasına cavabdeh olan şəxslər, həmin şəxslərin nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs göndərə bilər.

— Qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron bildiriş göndərilir.

— Qısa idxal bəyannaməsinin qeydiyyatı aparıldıqdan sonra elektron sistem vasitəsilə aşağıdakılar yoxlanılaraq təhlil edilir:

Page 2: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

qısa idxal bəyannaməsində gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar;

malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkədən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlara (şəhadətnamələrə), sənədlərə, habelə mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazəyə dair məlumatlar;

xarici ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə həyata keçirilən elektron informasiya mübadiləsi nəticəsində əldə olunan məlumatlar;

ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar;

beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər barədə məlumatlar;

gömrük məqsədləri üçün lazım olan digər məlumatlar.

“Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydalarıDolların kursu enib, avro bahalaşıb23.05.2016

Mayın 23-də ABŞ dolları yenə ucuzlaşıb. 1 dolların rəsmi kursu 1,4987 manatdan 1,4957 manata düşüb.

Transparency.az-ın məlumatına görə, avroda bahalaşma var. Ötən həftənin son iş günü 1,6787 manata təklif olunan 1 avronun rəsmi məzənnəsi 1,6798 manata yüksəlib.

Mərkəzi Bank mayın 23-də digər valyutalara belə qiymət qoyub:

1 gürcü larisi – 0,6997 manat

1 ingilis funt sterlinqi – 2,1716 manat

Page 3: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

1 İsveçrə frankı – 1,5111 manat

1 Rusiya rublu – 0,0224 manat

1 türk lirəsi – 0,5029 manat.

Binəli Yıldırıma hökumət qurmaq səlahiyyəti verilib23.05.2016

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan dünən axşam hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri Binəli Yıldırıma hökumət qurmaq səlahiyyəti verib. Transparency.az bildirir ki, indiki hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri olan Binəli Yıldırım mayın 22-də keçirilən növbədənkənar qurultayda Ədalət və İnkişaf Partiyasının sədri seçilib.

Ədalət və İnkişaf Partiyasının əvvəlki sədri baş nazir Əhməd Davudoğlu idi. 2014-cü ilin avqust ayından Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir olan Əhməd Davudoğlu qurultaydan sonra istefa verib. Yeni hökumət formalaşana kimi Əhməd Davudoğlu baş nazir səlahiyyətlərini yerinə yetirəcək.

Binəli Yıldırım 1955-ci ildə Ərzincanda anadan olub. İstanbul Texniki Universitetini bitirib. Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 2002-ci ildən bəri bütün hökumətlərdə təmsil olunub.

Avstriya: prezident seçkisində millətçi önə çıxdı23.05.2016

Page 4: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 22-si Avstriyada prezident seçkisinin ikinci turu keçirilib. İlkin nəticələrə görə, radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının sabiq sədri Aleksandr Van der Bellen 48,1% səs toplayıb.

Transparency.az bildirir ki, 45 yaşlı Norbert Hofer aviasiya mütəxəssisidir. 2006-cı ildən parlamentin üzvü olan Norbert Hofer 2013-cü ildən spikerin müavini postunu tutub.

Avstriyada səlahiyyətləri məhdud olan prezident 6 il müddətinə seçilir. Eyni şəxs dalbadal iki dəfədən artıq prezident ola bilməz.

Yeni tarif içkilərin qiymətinə necə təsir edə bilər?23.05.2016

İqtisadiyyat Nazirliyi sudan xammal kimi istifadə edən istehlakçılar üzrə su təchizatı tarifi barədə açıqlama yayıb. Açıqlamada xatırladılır ki, mayın 13-də Tarif (qiymət) Şurasının qərarı ilə sudan xammal kimi istifadə edənlər üzrə su təchizatının tarifi istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) ƏDV ilə birlikdə 8 manat müəyyən edilib: “Bəzi kütləvi informasiya vasitələrində 1 litr pivə istehsalı üçün 5 litr sudan istifadə olunduğu, nəticədə son tarif dəyişikliyindən sonra pivənin qiymətinin ciddi şəkildə artırılması zərurətinin yarandığına dair məlumatlar yer alır. Bildiririk ki, tarif dəyişikliyi bu halda yarım litrlik pivənin qiymətinə təqribən 1 qəpik təsir edir. Kolalı içkilərdə isə bu göstərici orta hesabla 0,08 qəpikdir.

“Azərsu” ASC-nin sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə su təchizatı xidməti (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarifi 1 litr su üzrə 0,8 qəpikdir. Son tarif dəyişikliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələrin təkrar və dövr edən su təchizatı sisteminə keçmələrini stimullaşdıracaq. Göründüyü kimi, emal edilmiş sudan xammal kimi istifadə etməklə bir litr içkinin sənaye üsulu ilə istehsalının maya dəyərində suyun xüsusi çəkisi minimal səviyyədə olduğundan tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq dərəcədə aşağıdır”.

Page 5: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Tarif (qiymət) Şurası mayın 13-də “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatı üçün ƏDV daxil olmaqla yeni qiymətlər müəyyən edib. Yeni tariflə əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə — bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetrə 15 qəpik, qeyri-əhali üzrə 1 manat olub.

Tacikistan sülalə hakimiyyətinə doğru gedir23.05.2016

Tacikistanda mayın 22-də keçirilmiş konstitusiyaya əlavə və dəyişikliklər referendumunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, seçicilərin 94,5%-i konstitusiya yeniliyinin lehinə, 3,3%-i əleyhinə səs verib.

Referendumda ümumilikdə seçici siyahısına salınmış əhalinin 92%-i (4 milyon nəfərdən çox) iştirak edib.

Ana qanunda 41 dəyişikliyi nəzərdə tutan layihə dövlət başçısı İmaməli Rəhmana qeyri-məhdud sayda prezident seçilmək imkanı yaradır. İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək. O, Tacikistana 1992-ci ildən rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.

Əsas dəyişikliklərdən biri də prezidentliyə namizədlərin yaş həddinin 35-dən 30-a qədər azaldılmasıdır. Bu yeniliyin prezidentin oğlu Rüstəm İmaməli üçün tətbiq olunduğu bildirilir. 2020-ci ilin prezident seçkisində Rüstəm İmaməlinin 33 yaşı olacaq.

Ana yasaya düzəlişlər milli və dini əsaslarla partiya yaradılmasını və onların xaricdən maliyyələşdirilməsini qadağan edir.

Page 6: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

İstanbulda Dünya Humanitar Sammiti başlayıb23.05.2016

Mayın 23-ü İstanbulda Dünya Humanitar Sammiti başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək. Sammitə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə qatılıb.

AZƏRTAC-ın arayışına görə, hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu qəbildən olan insanların sayı ildən-ilə artmaqdadır. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə vəsaitin məbləğini 2003-cü ildəki 3,4 milyard dollardan 21 milyard dollara çatdırmaqdır. Sammitin əsas hədəfi münaqişələrin həlli və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına nail olmaqdır.

Ekspert: “Mərkəzi Bank maliyyə intizamının pozulmasına imkan yaratdı”23.05.2016

Page 7: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

“Mərkəzi Bank xarici valyutada kreditlərə kompensasiya ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı”. İqtisadçı ekspert Vüqar Bayramov belə yazır.

Transparency.az-ın məlumatına görə, ekspert Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərinin “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilə bilər” açıqlamasını xatırladaraq Mərkəzi Bankın hələ də real addım atmadığını vurğulayır: “Bu açıqlamadan sonra parlamentdə də məsələyə münasibət bildirildi. Hələ ilk devalvasiyadan sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin də təcrübəsini nəzərə alaraq kreditlərə kompensasiya verilməsi gündəmə gətirilsə də, təəssüf ki, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir. Amma bu tərəddüd bank sektoru üçün ciddi çətinliklər yaradır. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar. Bununla problem daha da dərinləşir, getdikcə borcluların banka kreditlərini ödəməməsi adiləşir.

Mərkəzi Bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı. Vaxtında kompensasiya mexanizmi tətbiq olunsaydı, problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Qurum bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, qısa zamanda kreditlərə kompensasiya verilməlidir. Əks halda iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq”.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır. 2016-cı il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin 635 milyon manatı xarici valyutada olan kreditlərdir. Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 10-da jurnalistlərə açıqlamasında deyib ki, 10 min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər.

Ermənistanın iqtisadi göstəriciləri açıqlanıb23.05.2016

Page 8: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

2015-ci ilin sonuna Ermənistanın dövlət borcu 5 milyard 79 milyon ABŞ dolları olub. Maliyyə nazirinin müavini Atom Cancuqazyan mayın 23-də belə açıqlama verib.

Maliyyə nazirinin müavini Ermənistanın xarici borcunun 4 milyard 317 milyon dollar təşkil etdiyini vurğulayıb. Dövlət borcunun 761 milyon dolları isə daxili borcdur. Onun sözlərinə görə, dövlət borcunun 4 milyard 601 milyon dolları hökumətin payına düşür.

Transparency.az-ın məlumatına görə, parlament komissiyalarının birgə iclasında 2015-ci ilin büdcəsi üzrə hesabat təqdim edən Atom Cancuqazyan deyib ki, ötən il Ermənistanda 3 faiz iqtisadi artım qeydə alınıb, kənd təsərrüfatında 2,1 faiz, sənayedə 1 faiz, xidmət sektorunda 0,8 faiz artım olub.

Maliyyə nazirinin müavini deyib ki, ötən il Ermənistanın dövlət büdcəsinin gəlirlərinin 91,4 faizi vergilər və dövlət rüsumları hesabına təmin olunub.

Milli Şura Vyana razılaşmalarına etiraz edir23.05.2016

Müxalifətin bir qismini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Vyanadakı Dağlıq Qarabağ danışıqlarının yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “16 may 2016-cı ildə Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bu

Page 9: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

görüşdən bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin danışıqlarda iştirakının əsas şərti kimi Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməyəcəyinə və işğal olunmuş ərazilərdə status-kvonun dəyişməyəcəyinə dair təminat tələbini irəli sürmüşdü. Görüşdən bilavasitə öncə Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, qarşı tərəfin bu görüşdən gözləntisi 1994-cü il atəşkəs razılaşmasının möhkəmləndirilməsi idi. Azərbaycan prezidentinin mətbuat katibinin verdiyi məlumata görə, görüşdə söhbətin ilk növbədə atəşin dayandırılması və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi barədə olacağı gözlənirdi.

Təəssüf ki, Azərbaycan hakimiyyəti həmişə olduğu kimi bu dəfə də görüşün nəticələri barədə Azərbaycan cəmiyyətini məlumatlandırmamağı üstün tutdu. Həmsədrlərin görüşün nəticələri haqqında yaydığı yekin bəyanatda deyilir ki, prezidentlər 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməklə bağlı razılığa gəlib, atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.

Bəyanatdan göründüyü kimi, danışıqlar nəticəsində Ermənistan tərəfinin 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi ilə bağlı bütün tələbləri qəbul olunduğu halda Azərbaycanın tərəfinin heç bir gözləntisi özünü doğrultmayıb, yekun bəyanatda “erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi” barədə məlumat və ya ölkəmizin həyati maraqlarına cavab verən bir ifadə və ya bir eyham belə yer almayıb. Bu isə Azərbaycan siyasi hakimiyyətinin milli maraqlarımızdan edilən növbəti yolverilməz güzəşti kimi qiymətləndirilməlidir və qəbuledilməzdir”.

Bəyanatda qeyd olunur ki, Azərbaycan rəhbərliyi aprel ayında xalqın yüksək vətənpərvərlik ruhu, əsgər və zabitlərin şücaəti və şəhidlərin qanı hesabına əldə olunmuş hərbi üstünlüyü Vyanada danışıqlar masasına yatıra bilməyib. Milli Şura bildirir ki, işğal altında olan torpaqların öz gücü ilə azad etməyəcəyinə dair öhdəlik götürmək Azərbaycan rəhbərliyinin üzərinə təkcə siyasi yox, həm də ağır mənəvi məsuliyyət qoyur: “Azərbaycan ərazilərinə atəşkəsə riayət edilməsinə nəzarət məqsədilə kameraların quraşdırılması haqqında yayılan məlumatlar isə xüsusilə alçaldıcıdır və milli ləyaqət hissindən məhrum olmayan heç bir dövlət bu tələbi qəbul edə bilməz.

Qarabağ münaqişəsinin yekun həllinə dair danışıqların iyun ayında keçirilməsi ilə bağlı məlumat bizdə xüsusi narahatlıq doğurur. Azərbaycan üçün bu qədər əlverişsiz şərtlər altında, Azərbaycan xalqından gizli şəkildə aparılan danışıqlar və əldə edilən razılaşmalar Qarabağın yekun statusu ilə bağlı ciddi şübhələrimizi və narahatlığımızı daha da artırmaqdadır.

Milli Şura olaraq biz Azərbaycan siyasi hakimiyyətinin özünü Azərbaycan xalqından və demokratik dünyadan təcrid etmək siyasətinin kökündən yanlış olduğunu və məhz bu məsuliyyətsiz və səriştəsiz siyasətin Azərbaycanın Qarabağ danışıqlarındakı haqlı və ədalətli

Page 10: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

mövqelərinə ağır zərbə vurduğunu bəyan edirik. Əminliklə bildiririk ki, Azərbaycan cəmiyyəti və xalqı hakimiyyətin repressiv və antixalq mahiyyətli daxili, yarıtmaz və perspektivsiz xarici siyasətinin, milli maraqları hakimiyyət maraqlarına qurban verməsinin bədəlinin Qarabağ müstəvisində alçaldıcı kompromislərlə ödənilməsi gerçəyi ilə heç vaxt və heç bir şərtlər altında barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa, torpaqlarımızın son qarışı işğaldan azad olunanadək mübarizə və döyüş əzmindən imtina etməyəcək”.

Milli Şura 2013-cü ilin yayında yaradılıb. Qurumun sədri tarixçi professor Cəmil Həsənli, öncül şəxsləri AXCP lideri Əli Kərimli, sabiq deputatlar Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, jurnalist Mehman Əliyev və başqalarıdır.

Mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Əhalinin qənaətinin həcmi 23,7% azalıb23.05.2016

Hesablama Palatası “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy verib. APA-Economics-in məlumatına görə, rəydə bildirilir ki, 2015-ci ilin büdcə zərfində əhalinin xərclərinin həcmi 31 milyard 964,6 milyon manat, real artım tempi isə 5,2% proqnozlaşdırılıb, ilin sonuna isə əhalinin xərcləri proqnozdan həm həcm, həm də faiz ifadəsində yüksək olub.

Page 11: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Rəydə qeyd olunur ki, 2015-ci ildə əhalinin qənaətinin həcmi əvvəlki illə müqayisədə 23,7% azalıb: “2013-2014-cü illərdə qənaətin strukturunda maliyyə aktivləri üzrə azalma, qeyri-maliyyə aktivləri üzrə artım müşahidə edilirdi, 2015-ci ildə isə sonuncu istiqamətdə də 13% azalma var. Əhalinin qənaətinin azalmasını əsasən hesabat ilində son istehlak xərclərinin artması ilə də əlaqələndirmək olar. İstehlak qiymətləri üzrə artım, o cümlədən ərzaq məhsulları üzrə müşahidə edilmiş qiymət artımı əhalinin qənaətinin azalmasını şərtləndirib”.

Rəyə əsasən, hesabat ilində əhalinin adambaşına düşən gəlirləri orta hesabla 4380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb: “Əhali gəlirlərinin artımı pərakəndə ticarət dövriyyəsinə də öz təsirini göstərib. 2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü illə müqayisədə 10,9% artaraq 25,7 milyard manat olub. Hesabat ilində pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 224,9 manatlıq və ya 2014-cü ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb”.

Məlumata görə, 2015-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7%-i avtomobil yanacağının, 6%-i elektrik malları və mebelin, 1,2%-i əczaçılıq və təbabət mallarının, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Başqa sözlə, ötən il istehlakçılar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 12 milyard 850 milyon manat, avtomobil yanacağına 1 milyard 722 milyon manat, əczaçılıq və təbabət mallarına 308,4 milyon manat xərcləyib.

İstanbul sammitindən yeni məlumat23.05.2016

AZƏRTAC mayın 23-ü İstanbulda keçirilən Dünya Humanitar Sammiti ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, BMT-nin baş katibi Pan Gi Mun çıxışında dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd edib. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini qeyd edən BMT-nin baş katibi böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətləri və cəmiyyətləri həmrəy olmağa çağırıb.

Page 12: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirib. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd edib.

Prezident Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını diqqətə çatdırıb. Hazırda qlobal humanitar yardım sisteminin mövcud problemlərin həlli baxımından səmərəsiz olduğunu qeyd edən Ərdoğan bildirib ki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır: “Buna görə də bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər”.

Almaniya kansleri Angela Merkel silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirib. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğulayıb. Bu sahədə mövcud fəaliyyətlərin əlaqələndirilməsinin əhəmiyyətini qeyd edən kansler bununla bağlı daha səmərəli qlobal sistemin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Makedoniya prezidenti George İvanov, Gürcüstan prezidenti Georgi Margvelaşvili də sammitdə çıxış ediblər.

İqbal Ağazadənin hələlik 5 rəqibi var23.05.2016

90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli mayın 23-də Transparency.az-a bildirib ki, dairədə daha 5 namizəd var: “Qeydə alınan digər namizədlər Yeni Azərbaycan Partiyasından Cavid Osmanov, müstəqil namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayevdir”.

Azərbaycanda son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub.

Page 13: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki bu il iyunun 18-nə təyin edilib.

İqbal Ağazadə 2015-ci ilədək Milli Məclisin üzvü olub. O, 2000-ci ildə 10 saylı Xətai dairəsindən mandat alıb, 2005, 2010-cu illərdə 35 saylı Xətai dairəsindən deputat seçilib. Ötən il noyabrın 1-də İqbal Ağazadə yenidən həmin dairədən namizəd olub, amma seçki yarışından ASDP sədri Araz Əlizadə qalib çıxıb.

İqbal Ağazadə 1969-cu ildə Füzulidə doğulub. Bakı Dövlət Universitetinin şərqşünaslıq, Kiyev Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 2002-ci ilin dekabrından Ümid Partiyasının sədridir.

90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların qeydə alınmaq üçün sənədləri təhvil vermə müddəti mayın 19-da bitib, namizədliyi təsdiq olunan 14 nəfərdən 11-i imza vərəqələrini geri qaytarıb. Dairə seçki komissiyasında imzaların yoxlanması prosesi davam edir. Mayın 26-da isə seçkiqabağı təşviqat prosesinə start veriləcək.

Elmar Məmmədyarov Şərq tərəfdaşlığı ölkələrinin görüşündə çıxış edib23.05.2016

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib. Mayın 23-ü Brüsseldə keçirilən görüşdə danışan nazir qeyd edib ki, Azərbaycan fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin Avropa qonşuluq siyasətinin (AQS) yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayır: “Bu sənəd Avropa İttifaqının Şərq istiqamətində siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaq.

Azərbaycan həmişə Aİ ilə münasibətləri bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirib. Bir il əvvəl Azərbaycan Riqa sammiti çərçivəsində Aİ-yə strateji tərəfdaşlıq sazişinin layihəsini təqdim edib. Bu saziş

Page 14: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri münasibətlərin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olub. Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və strateji tərəfdaşlıq sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcək.

Hazırda biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin biz Aİ ilə birgə aviasiya sazişinə dair danışıqları bərpa etməyə də hazırıq.

Yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin tamamlanmasının əhəmiyyətini bir daha təsdiq etdi. Bu layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilmiş ikinci toplantısı dəyəri milyardlarla ölçülən bu layihəyə dair birlik və həmrəylik ismarışını verdi. Mayın 17-si Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz-kəmərinin təməl mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoydu. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq.

Nəqliyyat sahəsində də istifadə olunmamış böyük potensial var. Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir. Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaq. Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün effektiv alət rolunu oynayacaq”.

Çıxışın mətnini XİN-in mətbuat xidməti yayıb.

Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı Belarus, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanı əhatə edir.

Prezident: “Ermənistana qarşı sanksiya tətbiq olunmalıdır”23.05.2016

Page 15: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

“Biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik. Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib”. Azərbaycan prezidenti İlham Əliyev mayın 23-ü İstanbulda keçirilən Dünya Humanitar Sammitinin plenar iclasında çıxış edərkən belə deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib: “1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı ondan artıq ölkədə soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir.

2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdi. Bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb. Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib.

Ermənistanın törətdiyi bütün müharibə cinayətləri sənədlərlə sübuta yetirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub. Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Page 16: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanatı müvafiq beynəlxalq təşkilatlar ciddi şəkildə araşdırmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir”.

Prezident İlham Əliyev deyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunub: “Qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizə endirilib. Ümumilikdə son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin Ebola virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadiqik”.

İqtisadçı professor Avstriya prezidenti seçildi24.05.2016

Avstriyada prezident seçkisinin nəticəsi dəqiqləşib. Mayın 22-də keçirilmiş ikinci turu 50,3% səslə Yaşıllar Partiyasından iqtisadçı professor Aleksandr Van der Bellen udub.

İlkin nəticələrdə önə çıxmış radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 49,7% səslə kifayətlənib.

Avstriya prezidenti 6 il müddətinə seçilir. Eyni şəxs dalbadal iki dəfədən artıq prezident ola bilməz.

Transparency.az bildirir ki, Aleksandr Van der Bellen 1944-cü ildə Vyanada doğulub. Atası holland əsilli rus, anası estondur. İkinci Dünya müharibəsi dövründə ailə Estoniyadan Avstriyaya mühacirət edib.

Page 17: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Aleksandr Van der Bellen 1970-ci illərdə Sosial Demokrat Partiyasına qoşulub, daha sonra Yaşıllar Partiyasını seçib. 1994-2012-ci illərdə Avstriya parlamentinin aşağı palatasının, 2012-2015-ci illərdə Vyana Şəhər Məclisinin üzvü olub.

Mərkəzi Bank əksər xarici valyutanı ucuzlaşdırıb24.05.2016

Mərkəzi Bank mayın 24-də əksər xarici valyutanı ucuzlaşdırıb. 1 ABŞ dollarının rəsmi kursu 1,4957 manatdan 1,4929 manata enib.

Transparency.az-ın məlumatına görə, 1 avro 1,6738 manata satılır. Ötən gün rəsmi məzənnə 1,6798 manat idi.

Mayın 24-də 1 gürcü larisi 0,6928 manata, 1 Rusiya rublu 0,0223 manata, 1 türk lirəsi 0,4983 manata təklif olunur.

Dövlət zəmanəti ilə alınan kreditlərin 3 milyard 769,78 milyon manatı ödənməyib24.05.2016

Hesablama Palatasının təhlillərinə əsasən, Mərkəzi Bankdan dövlət zəmanəti ilə kredit almış bir sıra təşkilatlar ödəniş zamanı çətinliklə üzləşir, bu da ödənişin büdcə mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir.  APA-Economics xəbər verir ki, məlumat Hesablama Palatasının 2015-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Page 18: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 milyard 769,78 milyon manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 milyon manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 milyon manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən “Azəraliminium” ASC üzrə (76 milyon manat əsas borc, 18,7 milyon manat faiz borcu), “Azərenerji” ASC üzrə (əsas borc üzrə 29,9 milyon manat), “Azərbaycan Hava Yolları” QSC (əsas borc üzrə 270,47 milyon manat əsas borc, faiz borcu üzrə 104,15 milyon manat) müşahidə olunub: “Həmin təşkilatların 2015-ci ildə vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir, bu da dövlət zəmanətli kreditlər üzrə borcun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini çoxaldır”.

Krımda pensiyaçı Rusiyanın baş nazirinə gileyləndi: “Yaşamaq mümkün deyil”24.05.2016

Rusiyanın baş naziri Dmitri Medvedyev mayın 23-də Krıma səfər edib. Novator.az-ın məlumatına görə, pensiyaçılar baş nazirlə söhbətində güzərandan gileyləniblər. Pensiyaçı qadınlardan biri baş nazirə deyib: “Yaşamaq mümkün deyil, qiymətlər od tutub yanır, bizi isə yetərsiz indeksasiya ilə yola vermək istəyirlər. Səkkiz min rubl nədir? Dəryada damla”.

Rusiyanın baş naziri qeyd edib ki, dövlətin pensiyaları artırmaq imkanı yoxdur: “Pensiyalarla bütün ölkə üzrə məşğul olacağıq, yalnız bir yerdə pensiya problemini həll edə bilmərik. İndi pul yoxdur, pul tapan kimi pensiyaları indeksləşdirəcəyik. Səbirli olun”.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

2015-ci ilə aid hesabatda Rusiyada əmək pensiyasının orta aylıq məbləği 13 min 900 rubl göstərilir. Bizim pulla hesablayanda bu, təqribən 310 manatdır.

Fərəc Kərimovun cəzası 3 ilə endirildi

Page 19: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

24.05.2016

Mayın 24-ü Ali Məhkəmədə Fərəc Kərimov və Sirac Kərimli qardaşlarının kassasiya şikayətlərinə baxılıb. Onlar məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Müsavat başqanının müavini olan Fərəc Kərimov və onun bitərəf qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik ittihamı ilə həbs ediliblər. Fərəc Kərimov 6,5 il, Sirac Kərimli 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Sirac Kərimli 17 mart 2016-cı ildə əfv olunub.

APA-nın məlumatına görə, mayın 24-də Ali Məhkəmə Sirac Kərimlinin şikayətini təmin etməyib. Fərəc Kərimovun ittiham olunduğu 234.4.3-cü maddə isə 234.1-ci maddəyə dəyişdirilib və onun cəzası 3 ilə endirilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

234.4.3-cü maddə həmin əməlin külli miqdarda törədilməsinə görə əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

90 yaşlı ayətullah Üləma Məclisinə sədr seçildi24.05.2016

Page 20: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 24-də İranın Üləma Məclisinə yeni sədr seçilib. Novator.az xəbər verir ki, yeni tərkibin Tehranda keçirdiyi ilk iclasda sədr postunu ayətullah Əhməd Cənnəti tutub. Əhməd Cənnətinin namizədliyini iclasda iştirak edən 86 ruhanidən 51-i dəstəkləyib. Onun səlahiyyət müddəti 2 ildir.

88 ruhaninin daxil olduğu Üləma Məclisinin indiki tərkibi bu il fevralın 26-da ümumxalq seçkisində müəyyənləşib. Üləma Məclisi ölkənin dini liderini – dövlət başçısını seçən orqandır. Məclisin səlahiyyət müddəti 2024-cü ildə bitir.

İsfahanda doğulan Əhməd Cənnətinin 90 yaşı var. 1988-ci ildən Konstitusiyaya Nəzarət Şurasının (Konstitusiya Məhkəməsi) sədridir.

Bu il manata 2 milyard 542,8 milyon dollar sərf olunub24.05.2016

Dövlət Neft Fondu mayın 24-də valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Vəsaiti 14 bank alıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 857,4 milyon dollara çatıb. Mərkəzi Bank isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları satıb. Manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 542,8 milyon dollar sərf olunub.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda 1 ABŞ dolları 1,4929 manata satılır.

Page 21: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Azərbaycan nefti 49 dollardan baha satılır24.05.2016

Dünya birjalarında neftin qiyməti bir az düşüb. Mayın 24-ü Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,17 dollar ucuzlaşaraq 47,94 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 48,06 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,57 dollar ucuzlaşaraq 49,83 dollara satılır.

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Yıldırım hökumətinin tərkibi açıqlandı24.05.2016

Mayın 24-ü Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın baş nazirliyi ilə qurulan yeni hökumətin tərkibi açıqlanıb. Transparency.az siyahını təqdim edir:

Page 22: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Baş nazir müavinləri: Numan Kurtulmuş, Mehmet Şimşək, Toğrul Türkeş, Nurəddin Canikli, Veysi Kaynak

Xarici işlər naziri: Mövlud Çavuşoğlu

Müdafiə naziri: Fikri İşıq

Daxili işlər naziri: Əfqan Ala

Ədliyyə naziri: Bəkir Bozdağ

İqtisadiyyat naziri: Nihat Zeybekçi

Gömrük və ticarət naziri: Bülənt Tüfəngçi

Maliyyə naziri: Naci Ağbal

Enerji və təbii sərvətlər naziri: Berat Albayrak

Əmək və sosial təhlükəsizlik naziri: Süleyman Soylu

Təhsil naziri: İsmət Yılmaz

Ailə və sosial siyasət naziri: Fatma Betül Sayan

Avropa İttifaqı naziri: Ömər Çelik

İnkişaf naziri: Lütfi Əlvan

Mədəniyyət və turizm naziri: Nəbi Avcı

Meşə və su işləri naziri: Veysəl Əroğlu

Səhiyyə naziri: Rəcəb Akdağ

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri: Əhməd Arslan

Elm, sənaye və texnologiya naziri: Faruk Özlü

Qida, kənd təsərrüfatı və heyvandarlıq naziri: Faruk Çelik

İdman və gənclər naziri: Akif Çağatay Kılıç

Ətraf mühit və şəhərsalma naziri: Mehmet Özhaseki.

Page 23: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Rusiyada orta əməkhaqqı 936 dollardan 450 dollara düşüb24.05.2016

2015-ci ildə Rusiyada orta əməkhaqqı 558 dollara düşüb. Bu, 2014-cü ilin orta əməkhaqqı ilə müqayisədə 34% azalma deməkdir. Transparency.az-ın məlumatına görə, hesabatı Ali İqtisadiyyat Məktəbi açıqlayıb.

Hesabata əsasən, 2014-cü ildə orta əməkhaqqının məbləğində 10% eniş qeydə alınıb. 2013-cü ildə orta əməkhaqqı 936 dollar olub, 2014-cü ildə 847 dollara enib.

Ali İqtisadiyyat Məktəbinin hesabatında bildirilir ki, 2015-ci ildə Rusiyada orta əməkhaqqının məbləği Macarıstandakı orta əməkhaqqının 60%-nə, Çexiyadakı orta əməkhaqqının 50%-nə bərabər olub.

Əmanət Bankının ötən həftə açıqladığı rəqəmlərə görə isə hazırda Rusiyada orta əməkhaqqı 450 dollardır.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib. Bu, 325 dollardan bir qədər çoxdur.

Hansı ölkədə orta maaş daha çoxdur?24.05.2016

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 466,4 manat olub (312 dollardan bir qədər çox).

Bu il aprelin 1-nə isə ölkədə orta aylıq əməkhaqqı 485,5 manat təşkil edib (325 dollardan bir qədər çox).

Transparency.az Beynəlxalq Əmək Təşkilatının 2015-ci ilə dair hesabatında dünya ölkələrində orta əməkhaqqının nə qədər olduğuna nəzər salıb.

Page 24: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Beynəlxalq Əmək Təşkilatının orta əməkhaqqı reytinqinin ilk sırasında Norveç durur. Ötən il bu ölkədə orta əməkhaqqı 7049 dollar olub.

İkinci yerdə olan Avstraliyada orta aylıq əməkhaqqı 5209 dollar, üçüncü yerdə gedən Yeni Zelandiyada orta aylıq əməkhaqqı 4763 dollardır.

İlk onluqda bu ölkələr də yer alır: ABŞ (4580 dollar), Almaniya (4576 dollar), Kanada (3676 dollar), Yaponiya (3418 dollar), Fransa (3397 dollar), İtaliya (3270 dollar), Cənubi Koreya (2785 dollar).

Keçmiş SSRİ məkanından Estoniyada ötən il orta aylıq əməkhaqqı 1259 dollar olub (13-cü yer).

Türkiyə 907 dollar orta əməkhaqqı ilə Beynəlxalq Əmək Təşkilatının reytinq cədvəlində 15-ci pillədədir.

Təşkilatın hesabatına görə, ötən il Rusiyada orta aylıq əməkhaqqı 829 dollar olub (16-cı yer). Ancaq Ali İqtisadiyyat Məktəbi 2015-ci ildə Rusiyada orta əməkhaqqının 558 dollara düşdüyünü açıqlayıb. Qurumun hesabatına əsasən, 2013-cü ildə orta əməkhaqqı 936 dollar olub, 2014-cü ildə 847 dollara enib. Əmanət Bankının ötən həftə açıqladığı rəqəmlərə görə isə hazırda Rusiyada orta əməkhaqqı 450 dollardır.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 50 nəfər şəxsə yardım göstərib24.05.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 50 nəfər şəxsi ehtiyac duyduqları yardımlarla təmin edib. Rəsmi hesabat mayın 24-də yayılıb.

Hesabata görə, yardım alanların 35 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən yönləndirilmiş insan alveri qurbanlarıdır. Digər 15 nəfər isə potensial insan alveri qurbanları (insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən insanlardan) olub.

Page 25: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Qeyd olunan şəxslər ehtiyacları nəzərə alınmaqla hüquqi, psixoloji, tibbi və s. yardımlarla təmin ediliblər. Həmçinin Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan bir qisminin məşğulluğunun təmin olunması və ya peşə hazırlığına cəlb olunması üçün müvafiq işlər görülüb.

İstintaqa yalan ifadə verən Senat sədri məsuliyyətə cəlb olunur24.05.2016

Rumıniya Milli Antikorrupsiya İdarəsi Senatın sədri Kelin Popesku-Teriçanuya qarşı cinayət təqibi başlayıb. Novator.az xəbər verir ki, Popesku-Teriçanu müttəhimin xeyrinə yalan ifadə verməkdə günahkar bilinir.

Antikorrupsiya İdarəsinin məlumatına görə, Popesku-Teriçanu torpaq hüququnun qanunsuz qaytarılması işi üzrə şahid ifadəsi vermək üçün idarəyə çağırılıb. Həmin iş üzrə Rumıniya şahzadəsi Paul, keçmiş iş adamları, vəkillər və media sahibləri təqsirli bilinir.

İstintaq bildirir ki, Senat sədri qruplaşmanın bəzi üzvləri ilə biznes və dostluq münasibətlərində olduğundan cinayət haqda məlumatlıdır. Antikorrupsiya İdarəsinin iddiasına görə, Senat sədri 15 aprel ifadəsində vəziyyətlə bağlı tam məlumat verməyib və bu da araşdırmaya əngəl törədib. Popesku-Teriçanu ifadəsində torpaq hüququnun qanunsuz bərpa olunması haqda heç nə bilmədiyini və müttəhimlərlə yaxın münasibətdə olmadığını deyib.

Rumıniya mediasının məlumatına görə, söhbət 135 milyon avroluq torpaq hüququnun qanunsuz bərpasından gedir. 2015-ci ilin sonunda bu iş üzrə şahzadə Paul həbs edilib.

Bu il əhalinin sayı 0,3 faiz artıb25.05.2016

Page 26: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

2016-cı ildə Azərbaycan əhalisinin sayı 24,9 min nəfər (0,3 faiz) artaraq aprelin 1-nə 9 milyon 730 min 500 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Hesabata görə, ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinidir, 49,8 faizi kişi, 50,2 faizi qadındır. Hazırda hər min kişiyə 1007 nəfər qadın düşür.

Manat yenə bahalaşıb25.05.2016

Mayın 25-də ABŞ dolları yenə ucuzlaşıb. 1 dolların rəsmi kursu 1,4929 manatdan 1,4900 manata düşüb.

Transparency.az xəbər verir ki, 1 avro 1,6614 manata təklif olunur. Ötən gün Mərkəzi Bank avronu 1,6738 manata satıb.

1 Rusiya rublunun rəsmi məzənnəsi isə 0,0223 manatdan 0,0225 manata qalxıb.

Ötən il dekabrın 21-də Azərbaycan manatı Mərkəzi Bankın qərarı ilə üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Bu il Dövlət Neft Fondu və Mərkəzi Bank manatın kursunu sabit saxlamağa üst-üstə 2 milyard 542,8 milyon dollar sərf edib.

İnsan haqları komissarı: “Azərbaycan dəyərləri bada verir”25.05.2016

Page 27: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

“Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməməklə, Avropa Şurasının tövsiyələrini qulaqardına vurmaqla bu quruma qoşularkən razılaşdığı dəyərləri və hüquqi standartları bada verir. Bu, Azərbaycan xalqının insan haqlarından istifadəsinə, eləcə də ölkənin xaricdəki imicinə çox mənfi təsir göstərir”. Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks “Azadlıq” radiosuna açıqlamasında belə deyib.

Muiznieks qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq REAL Hərəkatının lideri İlqar Məmmədov hələ də həbsdədir: “Eləcə də “Azadlıq” radiosunun təhqiqatçı jurnalisti Xədicə İsmayıl siyasi hesab edilən ittihamlarla həbs cəzası çəkir. Avropa Şurası və digər qurumlar narazılıq, tənqid səsləndirən insan haqları fəallarına qarşı cinayət işlərindən siyasi məqsədlə istifadəni çoxdan üzə çıxarıb, tənqidi fikirlərə görə həbsə atılanları azadlığa buraxmağa çağırıb. Azərbaycan bu tövsiyələri eşitməli, Avropa Məhkəməsinin presedent hüququnu icra etməli, insan haqları öhdəliklərinə əməl eləməlidir”.

Transparency.az xatırladır ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. Bu il aprelin 29-u Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.

Komissar Xədicə İsmayılın həbsxanadan göndərdiyi mesajlarda beynəlxalq ictimaiyyəti ondan və digər siyasi məhbuslardan siyasi alver predmeti kimi istifadə etməməyə çağırmasına (“Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm”) toxunub: “Xədicə ilə tamamilə razıyam, insan haqları danışıqlar, yaxud alver məsələsi deyil”.

Page 28: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Azərbaycan hakimiyyəti beynəlxalq qurumları ölkənin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırır, siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Ancaq komissar bu fikirlə razı deyil: “Avropa Şurasının qurduğu sistem əsasında qitədə hər bir kəsin insan haqları bərabər şəkildə qorunmalıdır. Bu sistemdə əsas oyunçu ədliyyədir. Konkret bir ölkədə ədliyyə sistemi bunu təmin edə bilmirsə, bizim durumun düzəlməsindən ötrü müdaxilə etmək, tövsiyələr vermək, Avropa İnsan Hüquqları Məhkəməsinin qərar çıxarmaq hüququ var. Bu, Azərbaycanla yanaşı Avropa Şurasının digər 46 üzvünə də aiddir”.

Komissar beynəlxalq qurumların Azərbaycanda insan haqlarına yetərincə diqqət ayırdığını, ölkə qanunvericiliyinə müsbət dəyişikliklər uğrunda bir sıra işlər həyata keçirdiyini qeyd edir: “Ancaq insan haqlarının qorunmasına əsas məsuliyyəti hakimiyyət daşıyır. Onlar qəbul etdikləri, hətta yaradılmasına töhfə verdikləri qaydalara əməl etməlidirlər”.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını necə icra etməsi üzrə xüsusi araşdırma başladıb. Muiznieksin sözlərinə görə, bu, baş katibin nadir hallarda atdığı addımdır və narahatlığın ən yüksək səviyyəyə çatdığını göstərir: “Ümid edirəm ki, Avropa Şurasının bu və digər təşəbbüsləri müsbət dəyişikliyə gətirəcək, ən əsası, ifadə etdikləri baxışlarına görə həbsə düşənlərin buraxılması ilə sonuclanacaq”.

Nəcməddin Sadıqovun 60 yaşı tamam olub25.05.2016

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun 60 yaşı tamam olub.

Transparency.az bildirir ki, Nəcməddin Hüseyn oğlu Sadıqov 1956-cı ildə Dərbənd şəhərində doğulub. 1975-ci ildə Bakıda Ali Ümumqoşun Komandirlər məktəbini, 1988-ci ildə Moskvada Frunze adına Hərbi Akademiyanı bitirib.

1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində vzvod, rota, batalyon komandiri və polk komandirinin müavini vəzifələrində xidmət edib.

Page 29: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, cəbhə komandanının birinci müavini-Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrini tutub.

1993-cü il noyabrın 2-dən Silahlı Qüvvələrini Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavinidir.

Mod.gov.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Nəcməddin Sadıqovu yubiley münasibətilə təbrik edib. Təbrikdə Nəcməddin Sadıqovun Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ixtisas biliklərinə dərindən yiyələnməsində və hərbi intizamının möhkəmləndirilməsində səylərini daha da artıracağına inam vurğulanır.

“The Business Year” şirkəti İlham Əliyevi “Dünyada ilin adamı” seçib25.05.2016

“The Business Year” şirkəti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib. AZƏRTAC xəbər verir ki, şirkət seçimini bu amillərlə əsaslandırıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, XXI əsrin layihəsi olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir”.

Qeyd olunur ki, Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir: “Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib”.

Page 30: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.

“The Business Year” şirkəti bildirir ki, 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlarda prezident İlham Əliyev böyük payı var.

Vaşinqton ştatının səsini Tramp və Klinton aldılar25.05.2016

ABŞ-da prezidentliyə iddiaçıların növbəti ilkin seçkisi mayın 24-ü Vaşinqton ştatında keçirilib.

Prezident seçkisi 2016-cı il noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə vahid namizədi iyul ayında keçiriləcək qurultaylarında seçməlidir. İlkin seçki yarışı qurultaya nümayəndə toplamaq üçündür.

Novator.az-ın məlumatına görə, Respublikaçılar Partiyasından rəqibsiz qalmış Donald Tramp Vaşinqton ştatında səslərin 76%-ni toplayıb. Respublikaçılardan namizəd olmaq üçün qurultaya azı 1237 nümayəndə toplamaq lazımdır. Hazırda Donald Trampın 1229 nümayəndəsi var.

Demokratların yarışına gəlincə, Hillari Klinton Vaşinqton ştatında üstün olub. Bu partiyadan namizəd olmaq üçün 2383 səs gərəkdir. İndiyədək Hillari Klinton 2305, Berni Sanders 1539 nümayəndə qazanıb.

Cavid Hüseynov son söz deyib25.05.2016

Page 31: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynov mayın 25-i Səbail Rayon Məhkəməsində keçirilən prosesdə son söz deyib. APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda son sözlə çıxış edən futbolçu cinayətdən xəbərsiz olduğunu, özünü təqsirli bilmədiyini deyib və barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Proses mayın 30-da davam etdiriləcək. Həmin gün hökm elan olunacaq.

Mayın 11-də prokuror Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Ötən il avqustun 8-də bir qrup şəxs ANN.TV-nin reportyoru Rasim Əliyevi döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Kənan Mədətov və Samir Mustafayev

Page 32: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Avropa Yenidənqurma və İnkişaf Bankı manatla istiqraz buraxa bilər25.05.2016

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti mayın 25-i Bakıda Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O, Azərbaycanla tərəfdaşlığın yüksək səviyyədə olduğunu, son iki ildə AYİB-in ölkədə 270 milyon ABŞ dolları dəyərində 30 layihə reallaşdırdığını vurğulayıb.

AZƏRTAC-ın məlumatına görə, Suma Çakrabarti deyib ki, Azərbaycanda problemli kreditlərin həcmi artıb: “Lakin bu proses yalnız Azərbaycan üçün xarakterik deyil, digər ölkələrdə də bu cür hallar müşahidə olunur. Əsas məsələ kreditin ödənilməsi mədəniyyətinin formalaşmasıdır. Bu məsələ həllini tapmalıdır ki, banklar növbəti sərt addımlar atmasınlar”.

AYİB prezidenti qurumun manatla istiqraz buraxmaqda maraqlı olduğunu deyib: “Artıq bununla bağlı tənzimləyici addımlar atılıb. Bank bu il yerli valyutada istiqrazların buraxılmasına hazırdır”.

Suma Çakrabarti deyib ki, Azərbaycanda kreditlərin milli valyutada verilməsini artırmaq üçün yeni mexanizm hazırlamaq lazımdır, lakin bunun üçün Azərbaycan bankları manatla kredit vermək imkanına malik olmalıdırlar.

Nadejda Savçenko Ukraynaya təhvil verildi25.05.2016

Page 33: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Rusiyada məhkum olunmuş Ukrayna vətəndaşı Nadejda Savçenko mayın 25-də ölkəsinə təhvil verilib. O, Rostovdan Kiyevə prezident Pyotr Poroşenkonun təyyarəsi ilə aparılıb.

2014-cü ilin iyul ayında tutulan Nadejda Savçenko rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində iştirakda ittiham olunub. İqor Kornelyuk və Anton Voloşin 2014-cü ilin yayında Ukrayna ordusunun mina atəşi ilə ölüblər. İstintaq iddia edib ki, Luqansk vilayətində rusiyalı jurnalistlərin koordinatını Silahlı Qüvvələrə o zaman Ukrayna ordusunun sərəncamında olan Nadejda Savçenko verib. Nadejda Savçenko Rusiyanın Rostov vilayətində mühakimə olunub, 22 il həbs cəzası alıb.

Transparency.az bildirir ki, Nadejda Savçenkonun təhvil verilməsi Ukraynada mühakimə olunmuş Rusiya vətəndaşları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin mayın 25-də prezident Pyotr Poroşenkonun sərəncamı ilə əfv edilməsi nəticəsində mümkün olub. Həmin şəxslər 2015-ci ilin mayında Ukraynanın Luqansk vilayətində tutulublar. Bu ilin aprelində onlara 14 il həbs cəzası kəsilib. Ukraynanın hüquq mühafizə orqanları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu iddia edib.

2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

Vətəndaşın müraciəti haqda qanunvericiliyi pozan cərimələnəcək25.05.2016

Page 34: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 25-də Milli Məclisin insan hüquqları komitəsinin iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub. AZƏRTAC-ın məlumatına görə, “Vətəndaşların müraciətləri haqqında” yeni qanunun tətbiqi ilə əlaqədar “Ətraf mühitə dair informasiya almaq”, “İnformasiya əldə etmək”, “İctimai iştirakçılıq” haqqında qanunlarda redaktə xarakterli dəyişikliklər edilir. “Hərbi qulluqçuların statusu”, “Prokurorluq” haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə də yeniliklər edilir.

Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, dəyişikliklər dəqiqləşməyə, şəffaflığa və hesabatlılığa xidmət edir.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar yüz manat, hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə ediləcəklər. Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əməllərdə cinayət təqibinin əlaməti olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

“Hərbi qulluqçuların statusu haqqında” qanunda edilən dəyişikliyə əsasən isə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində yox, 15 iş günü ərzində baxılacaq.

“Prokurorluq haqqında” qanunda edilən dəyişiklikdə qeyd olunur ki, prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” qanunun 6-cı maddəsi ilə müəyyənləşdirilən tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Qanunda edilən əlavəyə görə isə baş prokuror müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq icra hakimiyyəti orqanına məlumat verəcək.

Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına baxılmağa tövsiyə edilib.

Hakimiyyət siyasi partiyalar haqda qanunu sərtləşdirir

Page 35: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

25.05.2016

“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklər Milli Məclisə təqdim ediləcək”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: “Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidir. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Nəticədə həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda maliyyənin xərclənməsi haqda məlumatlanır.

Təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmir. Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar haqda tədbirlər görülsün”.

Qanuna təklif edilən digər dəyişiklikdən danışarkən Siyavuş Novruzov bildirib ki, bəzi siyasi partiyalar əslində fəaliyyət göstərmir: “Elə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alğı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.

Azərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməsini nəzərdə tutur. Bu günədək 55 rəsmi siyasi partiyadan 51-nin hesabatı MSK-nın saytında dərc olunub (Siyasi partiyaların maliyyə hesabatları).Ermənistan: hərbi əməliyyatlarda iştirak edən könüllülərə güzəşt qanunu qəbul olundu25.05.2016

Page 36: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 25-də Ermənistan parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib. Novator.az-ın məlumatına görə, dəyişiklik hərbi əməliyyatlarda iştirak edən könüllülərin iş yerinin və orta əməkhaqqının saxlanmasını nəzərdə tutur. 106 deputatın lehinə səs verdiyi layihənin əleyhinə çıxan olmayıb. Birinci oxunuşdan keçən layihəyə əsasən, cəbhə xəttinə könüllü yollanan şəxsin iş yerinin saxlanmasına təminat verilir və ona hərbi əməliyyatlarda iştirak etdiyi müddətdə orta aylıq əməkhaqqı ödənir.

Ermənistan parlamenti bu gün həmçinin yeni Seçki Məcəlləsini üçüncü oxunuşda qəbul edib. Məcəlləyə görə, parlament seçkisi proporsional sistemlə keçirilir. Parlament deputatlarının minimal sayı 101 olur. Seçkidə heç bir partiya və ya blok 53 mandat qazanmasa, siyasi qüvvələrə koalisiya yaratmaq vaxtı verilir. Bu zaman koalisiya uzağı 3 partiyadan ibarət ola bilər. Koalisiya yaratmaq mümkün olmasa, seçkinin ikinci turu keçirilir. İkinci turda ən çox səs toplayan iki partiya və ya blok iştirak edir.

Seçki Məcəlləsində qadınlar üçün kvota nəzərdə tutulur. Partiyalara parlament seçkisində namizədlərin ən azı 20-25%-nin qadınlardan ibarət olması şərti qoyulur. Partiyanın namizədlər siyahısında hər 4 nəfərdən biri mütləq qadın olmalıdır.

Xədicə İsmayılın azadlığa buraxılmasına qərar verildi25.05.2016

Mayın 25-də Ali Məhkəmə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın kassasiya şikayətinə baxıb. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə jurnalistin azadlığa buraxılması barədə qərar çıxarılıb.

Page 37: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Ali Məhkəmə jurnalistin üzərindən vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə ittihamlarını götürüb, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınmaya görə 3 il 6 ay cəza kəsərək həmin müddətin şərti sayılmasına qərar verib. Beləliklə, Xədicə İsmayıl azadlığa buraxılır.

Qərara əsasən, jurnalistin 2 il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ olmayacaq.

Xədicə İsmayıl prosesdə iştirak etməyib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdə idi. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsmiş, Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlamışdı.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı vicdan məhbusu kimi tanıyıb.

Rusiyada minimum əməkhaqqı 21 faiz artdı25.05.2016

Mayın 25-də Rusiya Federasiya Şurası ölkədə minimum əməkhaqqının 21% artırılmasını nəzərdə tutan qanunu qəbul edib.

Hazırda Rusiyada minimum əməkhaqqı 6204 rubldur (təqribən 140 manat).

İyulun 1-dən bu rəqəm 7 min 500 rubl (təqribən 170 manat) olacaq.

Page 38: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Novator.az-ın məlumatına görə, Federasiya Şurasının sədr müavini Qalına Karelova jurnalistlərə deyib ki, minimum əməkhaqqının artımı 1 milyon nəfərədək işçiyə şamil olunacaq. Onların 87%-i dövlət və bələdiyyə sektorunda, 13%-i özəl sektorda çalışır.

Nazirlər Kabinetini ləğv etmək lazımdırmı?25.05.2016

Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

Respublikaçı Alternativ Hərəkatının üzvü Azər Qasımlı Transparency.az-a deyib ki, Azərbaycana indiki mərhələdə sadə, klassik prezident respublikası modeli uyğundur, Nazirlər Kabineti adında orqana gərək yoxdur, dövlət başçısı hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik etməlidir.

Azərbaycan Xalq Partiyasının sədri, 1992-1993-cü illərdə əvvəl dövlət katibi postunda Prezident Aparatına, sonra baş nazir postunda Nazirlər Kabinetinə rəhbərlik etmiş Pənah Hüseyn Transparency.az-a deyib ki, Nazirlər Kabineti prezidentin icra orqanlarından biridir: “İndiki halda onun ləğvi yalnız terminologiya dəyişikliyi ola bilər. Bizdə hakimiyyət qollarının real müstəqilliyi və qarşılıqlı nəzarət mexanizmləri olmadığı üçün terminoloji yeniliyin vəziyyəti dəyişəcəyinə ümid etmirəm.

Nazirlər Kabinetinin ləğvi 1992-1993-cü illərdə müzakirə edilmiş, konstitusiya dəyişiklikləri haqqında qanun layihəsi hazırlanmışdı. Amma idarəçilik ənənələri buna imkan vermədi. İndi də Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə əvəzlənməsi ciddi effekt verməyəcək.

Page 39: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mən Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılmasına, onun icra orqanlarının fəaliyyətinə təsir göstərə bilməsinə tərəfdaram. Ölkədə qarışıq idarəçilik sistemi yaradılmalı, hakimiyyətin hər bir qolu öz səlahiyyətləri daxilində müstəqil olmalıdır”.

Transparency.az-a danışan siyasi icmalçı Azər Rəşidoğlu bildirib ki, Nazirlər Kabinetinin ləğv edilərək səlahiyyətlərinin Prezident Administrasiyasına verilməsi daha sərt idarəçiliyə aparıb çıxara bilər: “Azərbaycan kimi ölkələrdə parlament idarə üsulu daha keçərlidir. Hökuməti azad və demokratik seçkilər zamanı qələbə qazanmış partiyalar formalaşdırmalıdır və qalib gələn təşkilatın sədri baş nazir olmalıdır.

Azərbaycanda baş nazirin heç bir önəmli statusu yoxdur. Lakin unutmaq olmaz ki, prezident vəzifələrini icra edə bilməyəndə onun səlahiyyətləri baş nazirə keçir. Bu baxımdan hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik edilməsini real və optimal variant saymıram. Azərbaycan reallığında bu model daha sərt idarəçiliyə səbəb ola bilər”.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev Transparency.az-a deyib ki, Nazirlər Kabineti ləğv edilə bilməz: “Əksinə, güc strukturları ilə iş istisna olmaqla səlahiyyətlər prezidentdən alınıb kabinetə verilməlidir. İqtisadi blok tamamilə Nazirlər Kabinetinin səlahiyyətində olmalıdır. Nazirlər Kabinetinin Prezident Administrasiyası ilə birgə quruma çevrilməsi mümkün deyil. Çünki Prezident Administrasiyası, adından da göründüyü kimi, icra hakimiyyəti deyil, o, dövlət başçısının fəaliyyətini təşkil edir. Sadəcə, administrasiyanın fəaliyyəti və nüfuzu həddən artıq şişirdilir”.

Prezident ölkədəki 5 xarici şirkətin payının alınmasına sərəncam verib26.05.2016

Prezident İlham Əliyev Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarına dair sərəncam imzalayıb. 25 may sərəncamına əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 5 iyun 2007-ci il qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş üzrə podratçılara məxsus iştirak paylarını alacaq. Bu addımın yataqların daha səmərəli idarə edilməsi, qeyri-neft sənayesinin, o cümlədən metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin gerçəkləşməsi üçün atıldığı vurğulanır.

Page 40: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Transparency.az bildirir ki, pay bölgüsü haqqında saziş 2006-cı il dekabrın 30-da Azərbaycan hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko. Ltd” arasında imzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə podratçı tərəflərə məxsus iştirak paylarının alınması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə iştirak paylarının alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində prezidentə təqdim etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi alğı-satqı baş tutduqdan sonra sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Dolların kursu sabit qalıb26.05.2016

Mərkəzi Bank mayın 26-da ABŞ dollarının kursunu dəyişməyib. 1 dollar ötən gün olduğu kimi 1,49 manata təklif edilir.

Digər valyutalarda isə bahalaşma var. Transparency.az-ın məlumatına görə, 1 avronun rəsmi məzənnəsi 1,6614 manatdan 1,666 manata qalxıb.

Ötən gün Mərkəzi Bankın 0,0225 manata satdığı 1 Rusiya rubluna isə mayın 26-da 0,0228 manat qiymət qoyulub.

Mərkəzi Bank 1 gürcü larisini 0,6946 manata, 1 ingilis funt sterlinqini 2,1923 manata, 1 türk lirəsini 0,5072 manata satır.

“İspaniya və Azərbaycanın düşmənləri eynidir” (Müdafiə nazirinin səfəri)26.05.2016

Page 41: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

İspaniyaya rəsmi səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 25-də həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb. Mod.gov.az-ın məlumatına görə, Zakir Həsənov Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyətdən, cəbhə bölgəsində yaşanan son hadisələrdən, ölkənin Avropa və Avratlantik qurumlarla əlaqələri barədə danışıb.

Azərbaycan-İspaniya hərbi əməkdaşlığının genişləndirilməsinin zəruriliyi qeyd edildiyi görüşdə aparılan danışıqların silahlı qüvvələr arasında əlaqələrin inkişafına, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfəsini verəcəyinə əminlik ifadə olunub.

İspaniyanın müdafiə naziri bildirib ki, Azərbaycanla İspaniya arasındakı əlaqələrin perspektivləri genişdir: “Ölkələrimizin münasibətləri dostluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Ümumi layihələrimiz var”.

İspaniyalı nazir vurğulayıb ki, sülhə təhlükə yaradan bütün elementlərlə mübarizə diqqət mərkəzindədir: “Bu mübarizədə ölkələrimiz eyni mövqedən çıxış edir. İspaniya və Azərbaycanın dostları da, düşmənləri də eynidir. Hesab edirəm ki, mənim fikirlərimi azərbaycanlı həmkarım da bölüşür”.

Daha sonra Zakir Həsənov İspaniya Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və “İndra sistemləri” şirkətini ziyarət edib. Müdafiə naziri UME-nin fəaliyyətini əks etdirən təqdimatı izləyib və Məlumat Mərkəzi ilə tanış olub. Bildirilib ki, bu mərkəzə İspaniya və dünyada baş verən böhran hadisələri haqqında məlumat daxil olur və fəaliyyətlər barədə bilgilər buradan izlənir.

İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə də bir araya gələn Zakir Həsənov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, onların nəticələri, eləcə də münaqişənin həlli istiqamətində aparılan son danışıqlar barədə məlumat verib. Nazir bildirib ki, münaqişənin həllinə nail olmaq üçün Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.

Page 42: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Dövlət katibi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Kredit böhranından çıxış üçün tövsiyələr paketi26.05.2016

İqtisadçı alim Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı mayın 25-i Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Bankların çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda dəyirmi masa keçirib. İqtisadçı ekspertlər, politoloqlar, hüquqşünasların qatıldığı tədbirdə bank sektorundakı böhranı aradan qaldırmaq üçün tövsiyələr paketi diqqətə çatdırılıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır. 2016-cı il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin 635 milyon manatı xarici valyutada olan kreditlərdir.

Transparency.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının tövsiyələr paketində Milli Məclisə bu ismarışlar yer alır:

— borclarını qaytara bilməyən vətəndaşların həyat şəraitinin pisləşməməsi, borc bazarında yenidən iştiraka məhdudiyyətin yaranmaması üçün fiziki şəxslərin iflası haqqında qanun qəbul olunsun;

— hüquqi şəxslərin müflisləşməsi haqqında qanun təkmilləşdirilsin;

— müvafiq qanunvericilikdə dəyişiklik edilməklə kredit ombudsmanı yaradılsın;

Page 43: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

— problemli kreditlər üzrə agentlik yaradılsın, problemli kredit portfelinin satılması üçün qaydalar müəyyən olunsun;

— sığortalanan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, xarici valyuta ilə 3 faizdən 5 faizə qaldırılsın;

— devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar, müştərilər və dövlət arasında bərabər paylaşdırılsın.

Mərkəzi Bank üçün isə bu tövsiyələr irəli sürülüb:

— borcunu vaxtında ödəyən vətəndaşlar üçün yenidən maliyyələşdirmə imkanı yaradılsın, faiz həddi ilə bağlı qaydalar müəyyən edilsin;

— müştərilərin, xüsusən aztəminatlı ailələrin aylıq kredit ödəmələri onların gəlirlərinin üçdə biri səviyyəsində məhdudlaşdırılsın;

— antikollektor şirkətlərinin müştərilərə kömək etməsinə şərait yaradılsın;

— bankdan kredit alanların aktivləri yenidən dəyərləndirilsin, mövcud kredit şərtlərinə yenidən baxılsın, potensial risklər haqqında məlumat şəffaf şəkildə müştəriyə bildirilsin; müştərilərin kredit reyestri yeni risklərin müəyyənləşdirilməsində banklara kömək olunsun və müştərilərin kredit balı sistemi yaradılsın;

— iş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə yenidən iş yeri tapıb krediti qaytara bilməsi üçün kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilsin;

— yüksək riskli kreditlərin verilmə prosesi dayandırılsın və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməsin;

— bankların kapitallaşma dərəcəsi Bazel III prinsiplərində (Bazel III sənədini 2010-2011-ci illərdə Bank Nəzarəti üzrə Bazel Komitəsi təsdiq edib. Sənəd bank tənzimlənməsi sahəsində metodiki məsləhətləri əks etdirir) nəzərdə tutulandan azı 2 dəfə çox olmaqla artırılsın.

Maliyyə Bazarlarına Nəzarət Palatasına tövsiyə edilib ki, xarici valyuta ilə kreditlər mal ixrac edən və valyuta gəlirləri olan şirkətlərə, istehsal avadanlıqlarının idxalı ilə məşğul olan şirkətlərə (bu zaman verilən kreditlər kredit götürənə deyil, birbaşa avadanlıq istehsalçısına ödənilsin) verilsin. O cümlədən bir fiziki və ya hüquqi şəxsə böyük məbləğdə əsaslandırılmamış valyuta satışının məhdudlaşdırılması, xaricdən cəlb edilən kredit faizlərinə maksimum hədd qoyulması, yerli bankların səhmlərinin müəyyən bir qisminin (məsələn, 20 faizə qədərinin) xarici investorlara satılması da tövsiyə olunur.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı tövsiyə edir ki, orta və kiçik biznesə (OKB) uzunmüddətli kreditlərin verilməsi stimullaşdırılmalı, sosial yönümlü və orta və kiçik biznes

Page 44: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

üçün uzunmüddətli kreditlərin maliyyələşdirilməsi üçün xarici kreditlər cəlb edilməli və bu kreditlərə dövlət təminatı verilməli, həmin kreditlər heç bir halda ticarət və ya istehlaka yönəldilməməli, yalnız istehsal məqsədli olmalıdır.

Banklar Assosiasiyasına, Azərbaycan Mikromaliyyə Assosiasiyasına, kommersiya banklarına və bank olmayan kredit təşkilatlarına da tövsiyələr irəli sürülüb:

— valyuta ilə olan borclara devalvasiyalardan asılı olaraq fərqli və differensial yanaşılsın, birinci devalvasiya nəticəsində itkilərə məruz qalanlara daha çox güzəştlər tətbiq olunsun, ilk devalvasiyaya uyğun olaraq 1,05 manat — 1 dollar məzənnəsi ilə ödənişə razılaşan müştərilərə həm ödəniş müddətində və həm də faiz dərəcəsində endirim edilsin;

— müştərilər krediti əvvəlcədən bağlayırsa, götürdüyü kreditin müddətindən (21 fevraldan əvvəl və sonra) qalıq məbləğinə orta hesabla 20 faiz həcmində güzəştlər tətbiq edilsin;

— vaxtı keçmiş borcları bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad edilsin;

— yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə kreditin məbləğindən asılı olaraq 15-25 faiz arasında mükafat təyin edilsin;

— borcunun yarısından az hissəsi qalan müştərilərə qalıq məbləğini manata çevirmək imkanları yaradılsın.

Sabir Rüstəmxanlı: “Bu yazıların heç biri saxta deyil”26.05.2016

“Bu günlərdə Azərbaycan mətbuatında mənim haqqımda çox yazılıb və bu yazıların heç biri saxta, boğazdan yuxarı deyil. Sevinirəm ki, bu sevgini qazanmışam. Bundan böyük xoşbəxtlik yoxdur”. APA-nın məlumatına görə, şair, publisist, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı mayın 25-i Milli Dram Teatrında keçirilən 70 illik yubiley tədbirində belə deyib.

Page 45: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Elm, mədəniyyət adamları, siyasi xadimlər, ictimaiyyət nümayəndələrinin, xarici qınaqların qatıldığı tədbirdə Sabir Rüstəmxanlının həyat və yaradıcılığı barədə çıxışlar olub.

Tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, deputatlar  və başqaları iştirak edib.

1946-cı ildə Yardımlıda doğulan Sabir Rüstəmxanlı 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1967-1978-ci illərdə indiki “Ədəbiyyat qəzeti”ndə müxbir, şöbə müdiri vəzifələrində çalışıb. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-1995-ci illərdə mətbuat və informasiya naziri postunu tutub.

Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

Azərbaycanın xalq şairi, filologiya elmləri doktorudur.

1990-2015-cı illərdə parlamentin deputatı olub.

Son iki ay yarımda 18 tanınmış məhbus azadlığa çıxıb26.05.2016

Mayın 25-də Ali Məhkəmə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı şərti cəza ilə azadlığa buraxıb. Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdə idi. O, son iki ay yarımda azadlığa çıxan 18-ci tanınmış məhbusdur.

Page 46: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyasi məhbus siyahısında Xədicə İsmayılın adı jurnalistlər və bloqçular bölümündə idi.

Adı siyahının həmin bölümündə olmuş Rauf Mirqədirov martın 17-də məhkəmə qərarı ilə azadlığa çıxıb. Daha 15 nəfər prezidentin martın 17-də imzaladığı əfv sərəncamı əsasında həbsdən buraxılıb. Siyahının jurnalistlər və bloqçular bölümündən Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Ömər Məmmədov, hüquq müdafiəçiləri bölümündən Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli, gənc fəallar bölümündən Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, müxalif siyasətçilər bölümündən Yadigar Sadıqov, digər işlər bölümündən Nemət Pənahlı, Nicat Quliyev, Akif Muradverdiyev, Sirac Kərimli əfvə düşüblər.

Martın 28-də isə Ali Məhkəmənin Plenumu məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. İntiqam Əliyevin adı siyasi məhbus siyahısının hüquq müdafiəçiləri bölümündə yer alırdı.

Azadlığa çıxanlardan sonra hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyahının jurnalistlər və bloqçular bölümündə 7 nəfərin — Əbdül Əbilov, Nicat Əliyev, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Rəşad Ramazanovun adı yer alır.

Hüquq müdafiəçilərindən Əliabbas Rüstəmov həbsdədir.

Gənc fəallardan İlkin Rüstəmzadənin adı siyasi məhbus siyahısında yer alır.

Müxalif siyasətçilərdən 8 nəfərin adı siyasi məhbus siyahısındadır: İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.

Digər işlər bölümündə keçmiş səhiyyə naziri Əli İnsanovun da var.

Siyasi məhbus siyahısının inanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanovun da adlarına rast gəlmək mümkündür. Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı var: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

Transparency.az xatırladır ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya

Page 47: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Şimal-Cənub nəqliyyat dəhlizində nə yenilik var?26.05.2016

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan, İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İrana səfər edib. Mayın 26-da yayılan rəsmi məlumata görə, Şahin Mustafayevlə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Qəzvin-Rəşt dəmir yolu xəttinə, Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxıb, Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirə aparıblar.

Bildirilib ki, aprel ayında Şimal-Cənub dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər iki istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikinti xərclərini Azərbaycan və İran bərabər paylarla ödəyəcək.

2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 kilometrlik yolun, İran tərəfində 1,7 kilometrlik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.

Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. 164 kilometrlik Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir. Bu məqsədlə Azərbaycan işçi qrupu yaradıb.

Ermənistanda orta pensiya 94 dollardır26.05.2016

Page 48: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

2015-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 32%-dən 30%-ə düşüb. Transparency.az-ın məlumatına görə, əmək və sosial məsələlər naziri Artyom Asatryan mayın 26-da belə açıqlama verib.

Nazir qeyd edib ki, əsas hədəflərdən biri pensiyaçılar arasında yoxsulluğun azaldılmasıdır. O, 2015-ci ildə pensiyaların 15% artaraq orta hesabla 45 min drama (94 dollar) çatdığını vurğulayıb.

Ötən il Ermənistanda pensiyaların baza hissəsi 14 min dramdan (29 dollar) 16 min drama (33 dollar) qaldırılıb.

Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 190 manata (127 dollar) yaxındır.

Artyom Asatryan 2015-ci ildə dövlət büdcəsi xərclərinin 27,2%-nin sosial müdafiə sahəsinə yönəldildiyini deyib. Nazir ötən il sosial müdafiə xərclərinin 12% artığını əlavə edib.

Valyuta hərracında 50 milyon dollar satıldı26.05.2016

Mayın 26-da Dövlət Neft Fondu valyuta hərracında 50 milyon ABŞ dolları satıb. Bu vəsaitin 20 milyon dollarını 11 bank, 30 milyon dollarını Mərkəzi Bank alıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 907,4 milyon dollara çatıb. Mərkəzi Bank isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları satıb.

Putin baş mühafizəçisinin vəzifəsini böyütdü26.05.2016

Page 49: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Rusiya prezidenti Vladimir Putin mayın 26-da Yevgeni Murovu Federal Mühafizə Xidmətinin direktoru vəzifəsindən azad edib.

71 yaşlı Yevgeni Murov Federal Mühafizə Xidmətinə 2000-ci ildən rəhbərlik edirdi. Onun işdən öz xahişi ilə çıxarıldığı bildirilir.

Novator.az xəbər verir ki, Rusiya prezidenti Federal Mühafizə Xidmətinə Dmitri Koçnevi direktor təyin edib. Dmitri Koçnev bu təyinata qədər Federal Mühafizə Xidmətinin direktor müavini-Rusiya prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri idi.

İqbal Ağazadə: “Şansımız çox yüksəkdir”26.05.2016

90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan Ümid Partiyasının sədri İqbal Ağazadə qələbə qazanacağına inanır.

Ölkədə son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Təkrar seçki iyunun 18-nə təyin edilib.

Seçkinin təbliğat-təşviqat kampaniyası mayın 26-da başlayıb. İqbal Ağazadənin rəqibləri Yeni Azərbaycan Partiyasından Cavid Osmanov və beş nəfər müstəqil namizəddir.

Page 50: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Transparency.az-a açıqlama verən Ümid sədri bildirib ki, rəhbərlik etdiyi partiya təbliğat-təşviqat kampaniyasını rayon sakinlərinin hər biri ilə fərdi şəkildə aparacaq: “İmza toplayanda hər bir sakinlə görüşür, qapı-qapı işləyirdik. Təxminən 20 kənddə bu yolla iş aparmışıq, o cümlədən şəhərdə vətəndaşlarla görüşmüşük. Bundan sonra da hər bir seçici ilə birbaşa təmasda olacağıq və çalışacağıq ki, hər kəsin səsini ala bilək. Bizim şansımız çox yüksəkdir. Bunu seçicinin münasibətindən görürük. Təxribat törətmək istəyənlərə yerli sakinlər özləri cavab verir”.

47 yaşlı İqbal Ağazadə 2015-ci ilədək Milli Məclisin üzvü olub. O, 2000-ci ildə 10 saylı Xətai dairəsindən mandat alıb, 2005, 2010-cu illərdə 35 saylı Xətai dairəsindən deputat seçilib. Ötən il noyabrın 1-də İqbal Ağazadə yenidən həmin dairədən namizəd olub, amma seçki yarışından ASDP sədri Araz Əlizadə qalib çıxıb.

Ukraynada siyasətçilərin yeni reytinqi açıqlanıb26.05.2016

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna siyasətçilərinin reytinqini açıqlayıb.

Novator.az-ın məlumatına görə, sorğuda iştirak edən respondentlərin 21%-i bildirib ki, yaxın vaxtlarda prezident seçkisi keçirilsəydi, Batkivşina lideri Yuliya Timoşenkoya səs verərdilər.

Sorğuya cəlb olunanların 14,65%-i Radikal Partiyanın lideri Oleq Lyaşkoya dəstək nümayiş etdirib.

Sorğunun nəticələrinə görə, indi prezident seçkisi keçirilsə, prezident Pyotr Poroşenko 13,5% səs toplaya bilər.

Ukraynada sonuncu prezident seçkisi 2014-cü il mayın 25-də olub. Həmin seçkidə Pyotr Poroşenko 54,70% səslə qalib gəlib. Yuliya Timoşenko 12,81%-lə ikinci, Oleq Lyaşko 8,32%-lə üçüncü olub.

Seçicilərin sayı bəlli oldu26.05.2016

Page 51: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 26-da Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçicilərin sayını açıqlayıb. Hesabata görə, vahid seçicilər siyahısına 5 milyon 127 min 111 seçici daxil edilib. Onların təqribən 48,35 faizi kişilər, 51,65 faizi qadınlardır.

Vyana görüşünün yeni detalı: Azərbaycan yekun bəyanata qoşulmaqdan imtina edib26.05.2016

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 26-da parlamentdə çıxış edib. Dağlıq Qarabağ münaqişəsindən danışan Nalbandyan qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan prezidentlərinin hər hansı sənəd imzalaması gündəmdə deyil: “Bu barədə danışmaq mənasızdır. Çünki ortalıqda imzalayası hər hansı sənəd yoxdur”.

Page 52: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 16-sı Vyanada keçirilmiş görüşə toxunan Nalbandyan deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşün yekunları ilə bağlı yaydığı bəyanat beştərəfli ola, yəni həm də Ermənistanla Azərbaycanın adından verilə bilərdi: “Ancaq Azərbaycan bəyanata qoşulmaqdan imtina etdi. Ona görə də üçtərəfli bəyanatla kifayətlənmək lazım gəldi”.

Novator.az-ın məlumatına görə, Nalbandyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmaq üçün danışıqlar cəbhə xəttində monitorinq mexanizmlərinin tətbiqindən və ATƏT-in missiyasının imkanlarının artırılmasından sonra mümkündür: “Aprelin əvvəlində baş vermiş hadisələrin təkrarlanmayacağına təminat olmalıdır”.

Mayın 16-sı Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşüb. Xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın da iştirak etdiyi görüş ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.

Page 53: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

İşgüzar forumda 2,6 milyon manat kredit verildi26.05.2016

Sahibkarlığa Kömək Milli Fondu mayın 26-sı Suraxanı rayonunda işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, forumda ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Forumda müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 2,6 milyon manat kredit verilib. Heyvandarlıq, quşçuluq, çörək və un məmulatları, hava kompressorları, tikinti materialları, mebel istehsalı sahələrinə yönəldiləcək kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması gözlənir.

Məlumat verilib ki, Suraxanı rayonundan 162 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 22,5 milyon manat güzəştli kredit yönəldilib. İndiyədək paytaxt və onun qəsəbələrində sahibkarlıq subyektlərinin 1230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 317 milyon manat güzəştli kredit ayrılıb.

Page 54: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Deputat və icra başçısı yubileylərində təltif olundular27.05.2016

Milli Məclisin deputatı Rauf Asif oğlu Əliyev və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Talıb oğlu Camalov “Şöhrət” ordeni ilə təltif ediliblər. Transparency.az bildirir ki, hər iki şəxsin 60 yaşı tamam olur.

Prezidentin 26 may sərəncamında Rauf Əliyevin təltif olunması Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakı ilə əsaslandırılıb. Yeni Azərbaycan Partiyasının üzvü olan Rauf Əliyev parlamentin əmək və sosial siyasət komitəsinin sədr müavinidir. O, 2005-ci ildən Milli Məclisdə 13 saylı Xəzər-Pirallahı seçki dairəsini təmsil edir.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif olunan Mərdan Camalov isə 2005-ci ildən Şirvan şəhərinin icra başçısıdır.

Dollar və avro bahalaşıb, rublun kursu düşüb27.05.2016

Page 55: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 27-də ABŞ dolları bahalaşıb. 1 dolların rəsmi məzənnəsi 1,49 manatdan 1,4906 manata yüksəlib.

Avronun rəsmi kursunda da artım var. Transparency.az xəbər verir ki, ötən gün 1,666 manata təklif olunan 1 avro indi 1,6677 manata satılır.

Rusiya rublu isə ucuzlaşıb. Mərkəzi Bank 1 Rusiya rublunun məzənnəsini 0,0228 manatdan 0,0226 manata salıb.

Tam siyahıTramp səs baryerini aşdı27.05.2016

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə yeganə iddiaçı Donald Tramp namizəd olmaq üçün gərəkli 1237 səs baryerini aşıb. Transparency.az-ın məlumatına görə, Şimali Dakota ştatında çıxış edən Donald Tramp iyul ayında keçiriləcək qurultaya 1238 nümayəndə qazandığını bildirib.

Prezident seçkisi noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə vahid namizədi iyul ayında keçiriləcək qurultaylarında seçməlidir. Qurultaya nümayəndə toplamaq üçün ştatlarda ilkin seçki yarışı keçirilir.

Mayın 4-dən Respublikaçılar Partiyasından prezidentliyə yalnız bir iddiaçı qalıb.

Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir. Tikinti maqnatıdır. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.

Page 56: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Demokratlar Partiyasından isə prezidentliyə iki iddiaçı var: Hillari Klinton və Berni Sanders. Bu qurumdan namizəd olmaq üçün 2383 səs gərəkdir. İndiyədək Hillari Klinton 2305, Berni Sanders 1539 nümayəndə qazanıb.

Vüsal Qasımlı Vergi Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklikləri şərh edib27.05.2016

Mayın 26-da prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklikləri imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bununla bağlı AZƏRTAC-a danışıb: “Dəyişikliklərə əsasən, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmir yolu stansiyasında xarici dövlətlərə məxsus avtomobillərə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə yüklənərək ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə və əksinə daşındıqda iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azaddır.

Bu, nə deməkdir? Əgər yük Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil nəqliyyatı vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa, yol vergisi və dövlət rüsumundan azad olunacaq. Eyni qaydada yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək.

Məsələn, İrandan keçməklə Astara dəmir yolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır. Əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə Astara gömrük məntəqəsindən Astara dəmir yolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə, yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsasında müəyyənləşdirilir. Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri

Page 57: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

təxminən Astaradan Yalamaya qədər 500 kilometrlik dəmir yolu ilə daşıma xərclərindən cüzi fərqlənən bir həddə yaxınlaşmışdı.

Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaq. Bu isə Azərbaycan dəmir yolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən daşımalarla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməkdən məmnun qalacaqlar”.

Vüsal Qasımlı deyib ki, yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 il müddətin nəzərdə tutulması optimal sayılmalıdır: “Çünki Astara (Azərbaycan) — Astara (İran) dəmir yolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmir yolu əlaqəsi də tam təmin ediləcək. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda daşımalar üçün yol vergisinin və dövlət rüsumunun ləğv edilməsi ölkəmizi tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumuna və yol vergisinə edilən güzəşt dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir göstərsə də yükdaşımaların artması daha böyük perspektivlər vəd edir”.

Tələbə və məzunlara 377 boş iş yeri təklif edilib27.05.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Qafqaz Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri təşkil edib. Mayın 27-də yayılan rəsmi məlumata görə, tədbirdə dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən birinin gənclərin səmərəli məşğulluğunun təmin olunmasına yönəldiyi vurğulanıb. Bildirilib ki, Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin yanvar-aprel aylarında münasib işlə təmin edilənlərin 35,6 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların isə 60 faizə qədəri gənclərdir.

“Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədi daşıyır. Bu il Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 5 ali təhsil müəssisəsində belə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Qafqaz Universitetindəki tədbir zamanı 12-si dövlət, 72-si özəl sektora aid 84 müəssisə tələbə və məzunlara 377 boş (vakant) iş yeri təklif edib.

Page 58: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Bu il dolların rəsmi kursu necə dəyişib?27.05.2016

Mərkəzi Bank mayın 27-də 100 ABŞ dollarının rəsmi məzənnəsini 149 manat 6 qəpik müəyyən edib. Əvvəlki iki gün 100 dollar ilin ən aşağı qiymətinə – 149 manata təklif olunub.

Transparency.az bildirir ki, may ayı dolların kursunun düşməsi ilə əlamətdardır. Ayın 2-də 100 dollar 150 manat 72 qəpiyə satılıb, sonrakı günlərdə müəyyən artımlar qeydə alınıb, amma mayın 16-dan kurs enə-enə gedib: 150 manat 63 qəpik, 150 manat 33 qəpik, 150 manat 17 qəpik, 149 manat 87 qəpik…

Düşmə tendensiyası yalnız mayın 27-də dayanıb, 100 dollar 6 qəpik bahalaşıb.

Transparency.az 100 dolların aylar üzrə ən yuxarı və aşağı qiymətlərinə də nəzər salıb.

Yanvarda 100 dolların ən yüksək məzənnəsi 160 manat 54 qəpik olub. Ən ucuz qiymət isə 156 manat 10 qəpik səviyyəsində qeydə alınıb.

Page 59: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Növbəti ayın ilk günü dolların məzənnəsi 159 manat 72 qəpik müəyyən edilib. Bu, fevral üzrə ən yüksək göstəricidir. Fevralda ən ucuz qiymət 155 manat 93 qəpik olub.

Mart ayı üzrə ən yüksək göstərici 164 manat 56 qəpik, ən aşağı göstərici isə 154 manat 21 qəpikdir.

Apreldə ABŞ dolları ucuzluğa doğru yön alıb, 150 manat 6 qəpiyə qədər enib. Həmin ay 100 dolların ən baha qiyməti 152 manat 69 qəpik olub.

Parlament respublikası modelinin üstünlükləri nədir?27.05.2016

Parlament respublikası olan Türkiyədə hakim partiyanı təmsil edən deputatlar həm də hökumətdə yer ala bilir. Hazırda baş nazir, onun müavinləri və nazirlər deputat mandatı daşıyırlar. İsraildə də belə sistem var.

Bütün parlament respublikalarında belədirmi? Belə təcrübəni hakimiyyətin müxtəlif qollara bölünməsi baxımından necə şərh etmək olar? Beynəlxalq hüquq üzrə ekspert, politoloq Fərhad Mehdiyev Transparency.az-a parlament idarə üsulunun özəlliklərindən danışıb: “Parlamentin vətəni İngiltərədir. Bu ölkədə parlament işləyəndə Avropada hələ monarxiyalar hökm sürürdü. Amma İngiltərə dərhal parlamentli respublika olmayıb. Öncə ölkədə Lordlar və Nümayəndələr palatalarından ibarət parlament vardı, hökumətin başında isə kral dayanırdı. Kral parlamentin bütün üzvləri ilə deyil, seçilmişlərlə, yəni lordlarla danışırdı. Parlamentdən gələn həmin şəxslər sonradan Nazirlər Kabinetini formalaşdırdı. Nazirlərin parlamentin üzvü olması ənənəsi buradan, İngiltərədən gəlir. Parlamentli respublika modelini qəbul edən digər ölkələr də bu yolla gedib”.

Bu cür sistemə niyə parlamentli respublika deyilir? Fərhad Mehdiyev bildirir ki, parlament idarə üsulunu seçən ölkələrdə hakimiyyət bölgüsü olsa da, ən güclü orqan parlamentdir: “Belə sistemdə hakimiyyət bölgüsü yumşaq formadadır. Parlament Nazirlər Kabinetini formalaşdıra və onu istefaya göndərə, dövlət başçısı isə yeni seçki təyin edə bilir. Bu sistemdə müxalifət də yetərli söz haqqına sahibdir, güclər bir qüvvənin əlində cəmlənmir, hakimiyyətin bir nəfərin, bir klanın və ya ailənin əlində toplanmasının qarşısı alınır”.

Page 60: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Ekspert qeyd edir ki, keçmiş sovet məkanında yalnız Gürcüstan və Baltik ölkələrində qaydalara uyğun parlamentar sistemlər var: “Azərbaycan, Ermənistan, Rusiya da daxil olmaqla qalan bütün ölkələrdə prezident idarə üsuludur. Parlamentli respublikada prezidentin adı nadir hallarda eşidilir. Məsələn, Almaniyada prezident heç xatırlanırmı, onun adı tez-tez hallanırmı? Yox.

Parlamentdə daha çox yer alan partiyaya hökumət qurmaq səlahiyyəti verilən Ermənistanda isə əsas hakimiyyət prezidentin əlindədir, ölkədə əsas söz sahibi odur. Buna yarı parlament idarə üsulu demək olmaz. Rusiyada da eyni vəziyyətdir.

Yarı prezident üsulunu Fransada 1958-59-cu illərdə baş nazir olan zaman Şarl de Qoll yaradıb. Ölkənin konstitusiyasında təmiz parlamentar sistem nəzərdə tutulurdu. Parlamentar sistemin bəzən belə problemi olur: partiya təkbaşına hökumət yarada bilmir. Hökumət qurulandan sonra isə parlamentdən etimad rəyi istənilir, deputatların 51 faizi hökuməti dəstəkləməlidir. Mandatların 15-20 faizinə sahib olduqda hökuməti quracaq güc yaranmır, iki-üç partiya birləşərək koalisiya qurur. Fransada o zaman Əlcəzairlə müharibə üzündən qeyri-sabitlik hökm sürdüyü üçün baş nazir De Qoll referenduma prezidenti xalqın seçməsi haqqında məsələ çıxardı. Parlamentar üsulda prezidenti və baş naziri xalq deyil, parlament seçir. De Qoll ümumxalq seçkisində prezident seçildikdən sonra konstitusiyada daha bir neçə dəyişiklik etdi və simvolik səlahiyyətlərini həqiqiləşdirdi.

Parlamentar sistemdə dövlət başçısı nazir təyinatına müdaxilə etmir. Yarı prezident üsul-idarəsində isə prezident bu işə qarışır. Avropada yalnız Finlandiya və Fransa bu modeli tətbiq edir, qalan dövlətlər sırf parlament respublikalarıdır. Parlamentar respublikalar daha demokratik, daha azaddır, bu dəyərləri qoruyub saxlaya bilir. Ölkə demokratiyanın daha üstün pilləsinə keçmək istəyini bəyan edirsə, prezident idarə üsulundan çıxıb parlamentli respublikaya çevrilir”.

Uğurlu prezident idarə üsuluna Amerika Birləşmiş Ştatlarını misal gətirən ekspert bunun səbəblərini belə izah edir: “Amerikada iki mexanizm – federalizm və demokratik mərkəziyyət prinsipindən uzaq partiyalar dövlət başçısının diktator olmasının qarşısını alır. Federal dövlətdə prezident, mərkəzi hökumət bütün səlahiyyətlərə sahib deyil, səlahiyyətlər əyalətlərlə paytaxt arasında bölünüb. Demokratik mərkəziyyət prinsipi olmayan partiyalarda isə üzvlər sədrin, idarə heyətinin nə deməsinə bağlı olmur. Amerika partiyaları öz üzvünə əmr edə bilmir”.

Transparency.az xatırladır ki, Cənubi Qafqazın üç ölkəsindən ikisində hökumət parlament seçkisinin nəticəsi əsasında qurulur. Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional (partiya siyahıları üzrə), 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə mandatların yarıdan çoxunu əldə edən partiya formalaşdırır.

90 deputatı proporsional, 41-i majoritar üsulla seçilən 131 yerlik Ermənistan parlamentində də mandatların yarıdan çoxunu alan partiyaya hökumət qurmaq səlahiyyəti verilir. Ölkənin yeni konstitusiyası isə 2017-ci ildən parlament respublikası idarə üsuluna keçidi nəzərdə

Page 61: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

tutur. Yeni ana yasaya görə, hökuməti tam proporsional üsulla seçiləcək 101 yerlik parlamentdə 53 mandatı olan partiya quracaq.

Azərbaycanla Avropa İttifaqının münasibətləri müzakirə olunub27.05.2016

Mayın 27-si Bakıda İqtisadiyyat Nazirliyi ilə Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanda institusional quruculuq” mövzulu konfrans keçirilib. Tədbirdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqı dövlətlərinin səfirliklərinin, beynəlxalq təşkilatlar və fondların nümayəndələri iştirak edib.

Rəsmi məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın həyata keçirildiyini və tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi sahədə də əməkdaşlıq aparılır: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizə yatırılan xarici investisiyalarda xüsusi çəkiyə malikdir. 23 üzv ölkə ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 ölkə ilə hökumətlərarası komissiya, 2 ölkə ilə işçi qrupu fəaliyyət göstərir”.

Nazir müavini qeyd edib ki, bu günədək Azərbaycanda ümumilikdə 43 Tvinninq layihəsi icra edilib ki, bunlardan 25-i uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir, 9 layihə üzrə isə sənədlər hazırlanır: “Azərbaycanın dövlət qurumlarının təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib, bununla yanaşı dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak edib. Azərbaycanda 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOCİEUX layihəsi icra mərhələsindədir”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın əhəmiyyətini və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Vurğulanıb ki, Tvinninq layihələrinin sayına görə Azərbaycan Cənub Qafqazda birincidir.

Page 62: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Economy.gov.az-ın arayışına görə, Tvinninq benefisiarlara Avropa İttifaqının standartlarına və təcrübələrinə uyğunlaşdırma prosesində, eləcə də onların qəbul edilməsində dəstək verir.

TAİEX qısamüddətli texniki yardım, məsləhət və təlim xidmətlərini təmin edir.

SİQMA dövlət idarəçiliyi sistemlərinin və dövlət idarəetmə orqanlarının potensialının gücləndirilməsi istiqamətində yardım göstərir.

SOCİEUX sosial müdafiə sisteminin daha yaxşı qurulması və idarə edilməsi istiqamətində dəstək verir.

Əfv Komissiyasının üzvü: “Hər bir məhkum cəzasının azalmasını istəyər”27.05.2016

1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub və ölümə məhkum edilmiş şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Həmin məhbusların fikrincə, Milli Məclisin məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək təyin etdiyi ömürlük həbs cəzası Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüquq normalarına ziddir. Məhbuslar qeyd edir ki, cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinə əsasən, onların işinə məhkəmədə fərdi qaydada baxılmalı, onlara ömürlük həbs deyil, 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud prezidentin əfv sərəncamı qaydasında 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi.

Avropa Şurasının Parlament Assambleyası 2007-ci il aprelin 16-da qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib. Sənəddə qeyd olunur ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir.

Page 63: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev mayın 27-də Transparency.az-a deyib ki, ömürlük məhbusların narazılığı başa düşüləndir və bu problem həmişə aktual məsələ kimi komissiyanın gündəmində olur: “Hər bir məhkum cəzasının azalmasını istəyər. Məhbuslar narazı qalsa da, Azərbaycan məhkəmələrinin qərarları qanuna uyğundur. Bu məsələlərə qanunvericilik, humanizm prinsipinə uyğun olaraq baxılmalıdır. Cəzanın törədilmiş əmələ bərabərliyi məsələsinə diqqət yetirilməlidir. Ömürlük məhkum edilmiş şəxslərin aldığı cəzalar onların törətdiyi əməllərə müvafiq verilib. Bu məhkumlar həddən artıq böyük cinayətlər törədiblər, ortada bir deyil, bir neçə ölüm hadisəsi var. Bir tərəfdə öldürülmüş insanların yaxınları, ailə üzvləri, digər tərəfdə öldürən şəxs dayanıb. Necə qərar qəbul edilməlidir?

Amma hər şeyə rəğmən bütün məqamlara, məhkumların xəstə olub-olmamasına, törətdikləri əməldən nə dərəcədə peşmanlıq hissi keçirməsinə baxılır, araşdırma aparılır. Əfv Komissiyasında bu məsələlər daim diqqətdə saxlanır”.

Azərbaycan nefti büdcə qiymətindən 26 dollar 31 sent baha satılır27.05.2016

Azərbaycan neftinin qiyməti 51 dolları keçib. AZƏRTAC-ın 27 may məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,69 dollar bahalaşaraq 51,31 dollar olub.

Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 26 dollar 31 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 49,48 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 49,59 dollara satılır.

Obama: “İfadə azadlığını daha da möhkəmləndirdikcə Azərbaycana yardım etməyə hazırıq”27.05.2016

Page 64: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

ABŞ prezidenti Barak Obama dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab prezident, Sizi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə, həmçinin qarşıdan gələn əlamətdar hadisə – Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25 illiyi münasibətilə təbrik edirəm.

Azərbaycan son 25 ildə, xüsusilə Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb. Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycanla birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq.

Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanla işləməyə davam edəcəyik.

Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.

Cənab prezident, xahiş edirəm Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin”.

Dövlət Neft Şirkətinin yeni inzibati binası açılıb31.05.2016

Page 65: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 30-u Bakının Heydər Əliyev prospektində Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. AZƏRTAC-ın məlumatına görə, binanın layihələndirmə işlərini Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti, tikintisini Türkiyənin “TEKFEN İnşaat” şirkəti aparıb.

Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək.

Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

Yeni inzibati binada 233, 110 və 22 yerlik üç konfrans zalı var. Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi qurulub, 450 nəfərlik yeməkxanada, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyada hər cür şərait yaradılıb. Binanın podyum hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var.

Diqqətə çatdırılıb ki, binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb.

Prezident: “Hələ ki, iqtisadi inkişafdan söhbət getmir”31.05.2016

Page 66: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mayın 27-si Bakıdakı “Buta” sarayında Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən prezident İlham Əliyev sosial-iqtisadi məsələlərə də toxunub: “Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətli idi. İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir, gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük.

2016-cı il sabitləşmə ili olmalıdır. Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq.

Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq biz maaşları, pensiyaları 10 faiz artırmışıq. Bu, nəyi göstərir? İlk növbədə bizim siyasətimizi, — həmişə demişəm ki, biz sosial siyasət aparırıq, — digər tərəfdən bizim imkanlarımızı. Bizim kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində hesab olunurdu ki, bizim Neft Fondunun gəlirləri, yəni vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq gətirilibdir. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm cəmiyyətdə, həm ekspert səviyyəsində ciddi diskussiyalar gedir. Mən bunu alqışlayıram. Mən ekspertlərlə dəfələrlə görüşmüşəm və yeni fikirlər, yeni təkliflər ortaya çıxır. Biz bütün bunları təhlil edirik və ən düzgün variantı seçirik.

Ölkə iqtisadiyyatı dayanıqlı inkişaf etməlidir. Neft amilindən asılılıq aradan götürülməlidir. Hesab edirəm, hələ bizə bir neçə il lazımdır ki, bu hədəfə çataq və çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı çox önəmli

Page 67: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

qərarlar qəbul olunub və konkret addımlar atılıb ki, bunlar özünü statistik göstəricilərdə də büruzə verəcək”.

Dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər “Cənub” qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir, heç bir yubanma olmamalıdır: “Bizim kifayət qədər maliyyə resurslarımız var. Eyni zamanda biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik. Özü də qısa müddət ərzində. Heç bir həftə keçmədi. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Yəni bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə olduğuna görə belə imkanlarımız var. Eyni zamanda biz öz vəsaitimizi qoyuruq və qoymalıyıq. Kifayət qədər böyük vəsaitdir. Ancaq “Cənub” qaz dəhlizi strateji layihədir. Bu imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək.

Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və Azərbaycana çox böyük fayda gətirəcək.

Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını cəlb etməyə hazırdır.

Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. Mən heç şübhə etmirəm ki, ilin sonuna qədər bütün bu vəzifələr icra olunacaq. Biz 2016-cı ili də uğurla başa vuracağıq. Hesab edirəm ki, ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır”.

Dollar və rublun kursu sabit qalıb, avro ucuzlaşıb31.05.2016

Mərkəzi Bank mayın 31-də ABŞ dollarının kursunu sabit saxlayıb. 1 dollar ötən həftənin son iş günündə olduğu kimi 1,4906 manata satılır. Rusiya rublunun rəsmi məzənnəsi də dəyişməyib. 1 rublun məzənnəsi 0,0226 manatdır.

Page 68: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Avronun rəsmi kursunda isə eniş var. Transparency.az xəbər verir ki, ötən həftənin son iş günü 1,6677 manata satılan 1 avroya 1,6598 manat qiymət qoyulub.

1 gürcü larisi 0,6943 manata, 1 türk lirəsi 0,5043 manata təklif olunur.

Azərbaycan nefti iki il öncə ilə müqayisədə 62,37 dollar ucuzdur31.05.2016

Mayın 31-i dünya birjalarında neftin qiyməti artıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 45 sent bahalaşaraq 49,62 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 43 sent artaraq 49,72 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 50,87 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 25 dollar 87 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Ötən həftənin son iş günündə Azərbaycan nefti 51,31 dollara təklif olunub.

Transparency.az bildirir ki, Azərbaycan nefti bir il öncə ilə müqayisədə 11,74 dollar, iki il öncə ilə müqayisədə 62,37 dollar ucuzdur. 2015-ci il mayın sonunda “AzəriLayt”ın bir barreli 62,61 dollar, 2014-cü il mayın sonunda isə 113,24 dollar idi.

Azərbaycanın xarici borcu sürətlə artır31.05.2016

Page 69: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

İqtisadçı Qubad İbadoğlu Azərbaycanın xarici borcunun sürətlə artdığını bildirir. O yazır ki, 2016-cı il yanvarın 1-nə kimi maliyyə-kredit təşkilatları ilə 10,3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb: “Bu sazişlər əsasında istifadə edilmiş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcu 6,9 milyard ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 28,5 faizini, istifadə edilmiş kreditlərə görə 19,8 faizini təşkil edib. Hazırda imzalanmış sazişlər üzrə xarici dövlət borcunun miqdarı adambaşına ilk dəfə 1000 dolları aşaraq 1030 dollardır”.

“Azadlıq” radiosunun məlumatına görə, ekspert qeyd edir ki, 2014-cü illə müqayisədə ötən il xarici dövlət borcu 273,1 milyon ABŞ dolları artıb: “Eyni zamanda ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisini kəskin şəkildə artıraraq onun beşdə birinə çatdırıb. Nəzər alsaq ki, bu il iqtisadiyyatda tənəzzülə görə ÜDM azalır, xarici dövlət borcları isə sürətlə artır, o halda ilin sonuna imzalanmış kreditlərə görə xarici dövlət borcları ÜDM-in üçdə birindən, istifadə edilmiş kreditlərə görə isə dörddə birindən çox olacaq”.

Ekspert əlavə edir ki, imzalanmış müqavilələrə görə, xarici dövlət borcunun 58,6 faizi və ya 6 milyard dolları 10 ilə ödənilməlidir: “Dövlətin borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmalıdır. Bu isə ildə orta hesabla 600 milyon dollar vəsaitin bu məqsədlər üçün istifadə ediləcəyini deməyə əsas verir. 2016-cı il yanvarın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 5,5 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin konsolidə edilmiş borcu isə 6,3 milyard dollar olub.

Azərbaycan hökuməti əlavə borc götürməkdən ötrü hazırda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparır. Eyni zamanda Azərbaycan və Asiya İnkişaf Bankı arasında ölkənin enerji sisteminin yenidən qurulması üçün 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalanıb. Göründüyü kimi, bir vaxtlar xarici dövlət borclarının ÜDM-də xüsusi çəkisinə görə MDB məkanında ən yaxşı mövqedə dayanan Azərbaycan bu üstünlüyünü də itirməkdədir.

Narahatlıq yalnız borcların ümumi məbləğinin artması deyil. Narahatlıq həm də dövlət zəmanətli borcların səmərəsiz istifadəsinə görədir. Onun qaytarılması son nəticədə dövlət büdcəsinin üzərinə düşəcək. Bu da onsuz da gərgin durumda olan dövlət büdcəsinin maliyyələşdirmə imkanlarını daha da məhdudlaşdırır”.

Page 70: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

“Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil”31.05.2016

“Azərbaycanda medianın palitrası artıq tam formalaşıb, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir”. AZƏRTAC-ın məlumatına görə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 31-də Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi çərçivəsində keçirilən diffamasiya mövzulu dəyirmi masada belə deyib.

Əli Həsənov qeyd edib ki, 1998-ci ildə ölkədə senzura ləğv olunub, KİV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb: “Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq üçün çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür.

Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihə həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə əməkdaşlıq çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsinin də özünəməxsus yeri var”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, “Diffamasiya haqqında” qanun layihələri bir təşəbbüs kimi 2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub: “İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər. Deməli, ilk növbədə mətbuat orqanlarının

Page 71: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi.

2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə edilib. Azərbaycan prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.

2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlərin həlli olub.

Elə həmin 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.

Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var”.

Əli Həsənov deyib ki, 2011-ci il dekabrın 27-də insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib: “Həmin planda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi də öz əksini tapıb. Mətbuat Şurası 2010-cu ili Azərbaycanda “Diffamasiya ili” elan edib, jurnalist təşkilatları “Diffamasiya haqqında” qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb.

Page 72: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Göründüyü kimi, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib”.

Cavid Hüseynova hökm oxundu31.05.2016

Mayın 31-də Səbail Rayon Məhkəməsi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun mühakiməsini başa çatdırıb. APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda Cavid Hüseynova hökm oxunub. Futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilib.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinib.

28 yaşlı Cavid Hüseynov “Qəbələ” klubunun və Azərbaycan milli komandasının hücumçusudur.

Ötən il avqustun 8-də bir qrup şəxs ANN.TV-nin reportyoru Rasim Əliyevi döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.

Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.

Page 73: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Rusiya əhalisinin 80%-i pensiyaya bel bağlamır31.05.2016

Rusiyada işləyən təbəqənin yalnız beş nəfərindən biri dövlət pensiyasına bel bağlayır. “HeadHunter” şirkətinin may ayında apardığı sorğunun nəticələri belə göstərir.

Novator.az xəbər verir ki, 2 min 800 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, Rusiya əhalisinin 41%-i pensiyaya öz təminatının bir hissəsi kimi baxır.

Respondentlərin 12%-i pensiyaya çıxmağı planlaşdırmır, 29%-i isə pensiyanı gəlir mənbəyi hesab etmir.

Sorğunun nəticələrinə əsasən, işləyən təbəqənin bütün kateqoriyaları pensiyaya çıxdıqdan sonra alternativ qazanc mənbəyi tapmaq niyyətindədir.

Sorğuya cəlb olunanların 51%-i topladığı şəxsi vəsaiti, 42%-i şəxsi biznes gəlirini, 41%-i mənzil kirayəsindən əldə etdiyi vəsaiti, 25%-i isə banka qoyduğu əmanətindən əldə etdiyi faiz gəlirini alternativ qazanc mənbəyi sayır.

2015-ci ildə Rusiyada əmək pensiyasının keçənilki orta aylıq məbləği 13 min 900 rubl olub. Bu, 311 manatdan bir qədər çoxdur.

İyun ayının hava proqnozu31.05.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının hava proqnozunu açıqlayıb. Orta aylıq temperatur regionlar üzrə belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 22-25 dərəcə isti (bəzi günlərdə 32-36 dərəcə isti);

Naxçıvan Muxtar Respublikasında 22-25 dərəcə isti (bəzi günlərdə 32-36 dərəcə isti);

Page 74: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 15-20 dərəcə isti (bəzi günlərdə 28 dərəcəyədək yüksələcək);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 22-24 dərəcə isti (bəzi günlərdə 30-35 dərəcə isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 19-23 dərəcə isti (bəzi günlərdə 30-35 dərəcə isti);

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 23-26 dərəcə isti (bəzi günlərdə 33-37 dərəcə isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 22-24 dərəcə isti (bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək).

Prezident keçmiş nazirlərin məsuliyyətə cəlb olunmasına sanksiya verdi31.05.2016

Mayın 31-də Rumıniya prezidenti Klaus Yohannis dörd sabiq nazirə cinayət işinin başlanması üçün sanksiya verib.

Rumıniya qanunvericiliyinə görə, hökumətin sabiq üzvlərinin cinayət məsuliyyətinə cəlb olunmasına sanksiyanı dövlət başçısı verir.

Novator.az-ın məlumatına görə, keçmiş nazirlərdən üçü eyni nazirliyə başçılıq edib. Mixay Tenesesku 2000-2004, Sebastyan Vledesku 2005-2007, George Podji 2008-2009-cu illərdə maliyyə naziri postunu tutub. Dan İoan Popesku isə 2003-2004-cü illərdə ticarət və iqtisadiyyat naziri olub.

Prezident Klaus Yohannis onlara cinayət işinin qaldırılması üçün ədliyyə nazirinə tələbnamə göndərib. Dövlət başçısı öz qərarında Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorçuluqla

Page 75: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Mübarizə İdarəsinin müraciətinə əsaslanıb. İdarənin prokurorları “Rompetrol Group NW..” şirkətinin işi ilə əlaqədar sabiq nazirlərə cinayət işinin başlanmasını zəruri sayıblar və bununla bağlı prezidentə müraciət ediblər.

Sabiq nazirlər vəzifədən sui-istifadədə, talançılıqda, cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər. Prokurorlar hesab edirlər ki, Mixay Tenesesku, Sebastyan Vledesku, George Podji və Dan İoan Popesku hökumət üzvü olanda şirkətlərin borclarını dövlət istiqrazlarına çevirmək istəyən iş adamlarına kömək ediblər.

Prokurorlar Rumıniya dövlətinə dəyən ziyanı 700 milyon dollar həcmində hesablayıblar.

Hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət götürülür31.05.2016

Milli Məclisin 31 may iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib. APA xəbər verir ki, dəyişikliyə əsasən, xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır. Qanunun 21-ci maddəsində dəyişikliyə əsasən, xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət hüququ verilir.

İndiyədək yalnız siyahısı Təhsil Nazirliyində təsdiq edilən təhsil müəssisələrində təhsil alanların belə hüququ vardı.

Manat: müvəqqəti sabitliyin səbəbləri31.05.2016

Page 76: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

İqtisadçı ekspert Vüqar Bayramov milli valyutanın məzənnəsi ilə bağlı durumu şərh edib.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,4906 manatdır. Bu il ABŞ valyutasının ən aşağı qiyməti 1,49 manat olub.

Transparency.az bildirir ki, ekspert Vüqar Bayramov ikinci devalvasiyada 48 faiz dəyər itirən manatın son beş ayda 4 faiz möhkəmlənməsinə aydınlıq gətirib: “İkinci devalvasiyadan sonra vətəndaşlar, eləcə də biznes qısa zamanda öz milli valyutalarını dollara çevirməyə çalışdılar. Nəticədə nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları belə dollarlaşdı. Qara bazarda dolların məzənnəsi hətta 1,90 manata yüksəldi.

Mart ayından istər banklar, istəsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardı. Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi məhdudiyyətlər də dollara tələbi azaltdı. Nəhayət, Mərkəzi Bankın manat bazasını 2015-ci ilin yanvarı ilə müqayisədə may ayında 11,542 milyard manatdan 6,726 milyard manatadək azaltması da milli valyuta təklifini məhdudlaşdırdı. Həm əks-dollarlaşma prosesinin başlaması, həm də Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbi azaltdı. Mərkəzi Bankın yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı.

Dörd faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalır. Bu isə o deməkdir ki, Mərkəzi Bank manatın məzənnəsinə ən azı valyuta bazarı qədər təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi də belə milli valyutanın kursuna təsirsiz ötüşür. Məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda biznesdə milli valyutanın gələcək məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalacaq. Mərkəzi Bank inzibati metodlarla prosesi uzun müddət apara bilməz. İdxal artarsa, dollara tələb yenidən yüksələcək.

Page 77: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Digər tərəfdən “isti pullar” real sektoru canlandırmanın əsas prinsiplərindən biri olduğu üçün müəyyən müddət sonra Mərkəzi Bank manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir”.

Bütün sadalananlara əsasən ekspert yaxın gələcəkdə manatla bağlı mümkün dəyişiklikləri belə sıralayıb:

— mövcud iqtisadi qanunlarla milli valyutanın uzun müddət möhkəmlənməsi mümkün deyil. Mərkəzi Bank inzibati metodlardan yalnız qısamüddətli dövrdə faydalana bilər;

— xarici valyutaya tələb real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi ilə yüksələ bilər;

— enerji məhsulları ümumi ixracatın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq. Manat üçün bədbin proqnoz neftin bir barrelinin 40 dollardan aşağı, orta proqnoz isə 60 dolları aşmasıdır. Neft 80 dollardan yüksək satılarsa, manat üçün nikbin mənzərə formalaşa bilər. Əgər xarici müdaxilələr olmasa, güman ki, qiymət 50 dollar ətrafında stabilləşəcək;

— Aparılan müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişafı baxımından vacib olmaqla yanaşı xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək. Digər tərəfdən, ABŞ-ın Federal Ehtiyat Sistemi gələn ay uçot dərəcəsini artırarsa, manata psixoloji təzyiq formalaşacaq. Bu zaman inzibati metodlar zəifləyərsə, dollar ölkədə yenidən dəyər qazanacaq;

— Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçəcək və bu halda artıq kursun müəyyənləşdirilməsində baş bank deyil, valyuta bazarı aparıcı olacaq.

Büdcənin idman yükü31.05.2016

İqtisadçı ekspert Qubad İbadoğlu idman infrastrukturuna yatırılan vəsaitin büdcəyə izafi yük olduğunu yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, ötən ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmirinə 1,5 milyard manata qədər vəsait xərclənib: “Əsasən idman infrastrukturunun yaradılmasına, bu məqsədlə tikinti və quraşdırma işlərinə yönələn böyük miqdarda xərcləmə daha çox Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq idman yarışları ilə bağlıdır. Bu ilin büdcəsindən idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər üçün 429,3 milyon manat vəsait nəzərdə tutulub. Böyük ehtimalla vəsaitin çox hissəsini 17-19 iyunda Bakıda keçiriləcək “Formula 1” yarışı yeyəcək.

Page 78: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Fikrimizcə, dövlət maliyyəsində çətinliklərin müşahidə olunduğu indiki zamanda yüz milyonlarla vəsaitin bu məqsədlər üçün xərclənməsinə dəyməz. Çünki idman infrastrukturunun təkcə formalaşdırılması deyil, onun saxlanması da büdcənin yükünü artırır”.

90 saylı dairədən deputatlığa namizədlərin siyahısı31.05.2016

Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkidə namizədliyi qeydə alınmış şəxslərin siyahısını dərc edib. Transparency.az siyahını diqqətə çatdırır:

Osmanov Cavid Həmid oğlu. 1975-ci ildə doğulub. Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədridir. YAP-ın namizədidir.

Haqverdiyev Əli Bəkir oğlu. 1967-ci ildə doğulub. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkimidir. Bitərəfdir.

Page 79: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

İbrahimli Anar Zamin oğlu. 1988-ci ildə doğulub. Ağdaş Dövlət Humanitar Kollecinin, müəllimidir. Bitərəfdir.

Ağazadə İqbal Fehruz oğlu. 1968-ci ildə doğulub. Azərbaycan Ümid Partiyasının sədridir. Ümid Partiyasının namizədidir.

Gözəlov Rəşid Qalib oğlu. 1988-ci ildə doğulub. “Azərpoçt” MMC-nin Ağdaş poçt filialının müfəttişidir. Bitərəfdir.

Abdullayev Rəşad Mustafa oğlu. 1987-ci ildə doğulub. Tofiqi kənd orta məktəbinin müəllimidir. Bitərəfdir.

Gözəlov Elmir Şahsəlim oğlu. 1982-ci ildə doğulub. “Azəravtoyol” ASC-nin “Yolların Mühafizəsi Xidməti” MMC-nin baş mütəxəssisidir. Bitərəfdir.

90 saylı dairə üzrə təkrar seçki iyunun 18-də keçiriləcək.

Sosial müavinət və yardım sistemi ilə təmin olunanların 46 faizi uşaqlardır31.05.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı statistika yayıb. Bildirilir ki, nazirlik sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqları, müharibə əlillərinin, I və II qrup Çernobıl əlillərinin və şəhid ailələrinin uşaqlarını, müddətli hərbi xidmət qulluqçularının uşaqlarını aylıq sosial müavinətlə təmin edir.

Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət ödənilir, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyətini uşaqlar təşkil edir. Aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınların uşaqlarına da aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət verilir.

Ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin də 48 faizə yaxını uşaqlardan ibarətdir. Ümumilikdə cari ilin 1 aprelinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti

Page 80: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

ilə sosial müavinət və ünvanlı dövlət sosial yardımı ödənilənlərin 46 faizini və ya 404 min nəfərdən çoxunu uşaqlar təşkil edib.

Xəzər sahillərində monitorinqlər keçirilib31.05.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər sahillərində monitorinqlər keçirib. Rəsmi məlumata görə, bir sıra qəsəbələr üzrə sahil boyu ərazilərdə beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyən qurğu quraşdırması ilə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb.

Nazirlik bildirir ki, son illər Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Çirkab sutəmizləyən qurğuların olmadığı Sumqayıt, paytaxtın Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Ərazilərdə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

Ermənistanda bir general, iki polkovnik həbs edilib31.05.2016

Ermənistanın İstintaq Komitəsi general-mayor Melsik Çilinqaryan, polkovniklər Armen Marqaryan və Mger Papyanın həbsi ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin keçmiş rəisi Melsik Çilinqaryan və həmin idarənin Avtomobil Xidmətinin keçmiş rəisi Armen Marqaryan vəzifə səlahiyyətindən sui-istifadədə (ağır nəticələrə səbəb olduqda) təqsirləndirilirlər.

Page 81: Transparency Azerbaijantransparency.az/alac/files/may (3) 2016.docx · Web viewPartiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının

Transparency.az bildirir ki, Material-Texniki Təchizat Departamentinin kimyəvi, mühəndis, kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi polkovnik Mger Papyana başqa bir cinayət işi üzrə xidmətə səhlənkar münasibət (ağır nəticələrə səbəb olduqda) ittihamı irəli sürülüb.

Silahlanma İdarəsinin Avtomobil Xidmətinin rəisi postunu tutan David Abramyan isə mayın 11-də saxlanıb. Polkovnik vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlətə külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. Ermənistan İstintaq Komitəsinin mayın 18-də yaydığı açıqlamaya görə, David Abramyan günahını etiraf edib, vurulmuş maddi ziyanı ödəyib. Müstəntiq onun səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Daha əvvəl, aprelin 26-da Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinin 3 yüksək rəsmisini işdən azad edib. Dövlət başçısının fərmanı ilə müdafiə nazirinin müavini, Material-Texniki Təchizat Departamentinin rəisi Alik Mirzabekyan tutduğu vəzifədən çıxarılıb. Silahlı Qüvvələr Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arşak Karapetyan, Rabitə Qoşunlarının rəisi, Baş Qərargahın Rabitə və Avtomatik Sistemlər İdarəsinin rəisi general-mayor Komitas Muradyan da işdən götürülüb.