13
BəxtiyarTuncay Kimmer və işquzlara (İç oğuzlara) aid Bintəpə (Min təpə) kurqanları dünyaya «Lidiya kurqanları» kimi təqdim olunur Avrasiyanın geniş düzənliklərindən-Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahllərinə qədər geniş bir ərazidə yunanların "skif", farsların isə "sak" adlandırdıqları qohum türk xalqlarına aid yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kurqanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır. Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları irandilli hesab edən İ. Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan 1

bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

  • Upload
    others

  • View
    2

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

BəxtiyarTuncay

Kimmer və işquzlara (İç oğuzlara) aid Bintəpə (Min təpə) kurqanları dünyaya «Lidiya kurqanları» kimi təqdim olunur

Avrasiyanın geniş düzənliklərindən-Şərqi Avropadan, Qara dənizin qərb və şimal sahillərindən tutmuş Çin səddinə qədər, Güney Azərbaycandan Skandinaviyaya, Skandinaviyadan Sakit okean sahllərinə qədər geniş bir ərazidə yunanların "skif", farsların isə "sak" adlandırdıqları qohum türk xalqlarına aid yüzlərlə kurqan tapılmış və tədqiq edilmişdir. Həmin kurqanlardan tapılan zəngin mədəniyyət nümunələri bütün bu böyük regionda ağlasığmaz mədəni eyniliyin və vahid standartların mövcudluğunu göstərmişdir. Məhz bu eyniliyi əsas götürən mütəxəssislər sözügedən nəhəng ərazidə eyni etnosa aid etnik qrupların yaşadığını söyləmişlər. Onların incəsənəti isə müxtəlif heyvan motivlərinin çoxluq təşkil etməsi səbəbindən "heyvani üslub" adlandırılmışdır.

Məsələn, bütün bu etnik qrupları "sak" adlandıran və onları irandilli hesab edən İ. Oranski onların iki min il ərzində Qara dəniz sahillərindən Çin səddinə qədər uzanan geniş bir ərazidə yaşadıqlarını yazmışdır (Орансий И. М., 1963, c. 90).

Eynən Oranski kimi skifləri və sakları irandilli hesab edən R. Fray yazır ki, bu tayfalar «təkcə Güney Rusiyanın və Quzey Qafqazın deyil, eyni zamanda Sibir, Altay, eləcə də Şərqi və Qərbi Türküstanın geniş ərazilərində məskun idilər...Altay və hətta Çin səddindən tutmuş Transilvaniyaya qədər uzanan geniş ərazilərdə ən azı min il boyunca, yəni yeni eranın ilk əsirlərində baş vermiş hun hücumlarına qədərki dövrdə müəyyən bir eynilik müşahidə olunmaqdadır» (Фрай Р., 1972, c. 221-222).

1

Page 2: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

B. Qafurov skif və sakların yayıldığı ərazilərdən söz açaraq bildirir ki, bu areal Quzey Qara dənizdən Şərqi Türküstana qədər uzanırdı. İran xalqlarının ümumi vətəni də bu sərhədlər içərisində mövcud olmuşdur» (Гафуров Б.Г.,1971, c.13).

E. Qrantovskinin yazdığına görə, e.ə. l minillikdə skiflər Çin sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər (Грантовский Э. А., 1974, c. 3).

Bu müəlliflərin hamısı sözügedən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini genetika elmi birmənalı şəkildə sübut etmişdir və bu kimi məsələlər artıq heç bir əhəmiyyət kəsb etmir.

Bintəpə kurqanlarından birinin dəhlizi

Avrasiyanın geniş ərazilərinin skif və saklarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V. Abayev (Абаев В. И.,1979, c. 121) idi. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, skif və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də, Herodot da daxil olmaqla, bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "skif" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun (Ağasıoğlu F., 2005, s. 85) iskitlərin ilkin vətəni kimi Araz çayı sahillərinin adını

2

Page 3: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

çəkməsi və Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdur (Гейбуллаев Г.А.,1991, c. 277). Halbuki bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu barədə irəlidə söhbət açılacaqdır.

A.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli hesab edərək (Смирнов П.,1966, c. 43), yazı ki, Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan qəbilələr məskun idilər. Məhz bu ərazilər skiflərin qaynağı və Ata yurdu olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdilər (Смирнов П.,1966, c. 88).

A. Terenojkin isə gercəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, skifərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər. «Skiflər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar (Тереножкин А. И.,1971, c.17-18).

Skif və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur.

Bintəpə kurqanlarının kənardan görünüşü

Birincisi. Ona görə ki, həm Herodot, həm də Siciliyalı Diador skiflərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu (Гейбуллаев Г.А.,1991, c. 124) Herodotun öz yazdıqları sübut edir. O bildirir ki, Araz çayı isə öz başlanğıcını Matien dağlarından (Şərqi Anadolu) götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür... «(Farslardan,

3

Page 4: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

midiyalılardan, saspirlərdən...) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir...» (Алиев К., Б.,1987, c.14).

İkincisi. Ona görə ki, skif-sak dairəsinə daxil olan xalqların - kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazı-larda onlardan məhz Azərbaycan (Manna) və Anadolu sakinləri kimi söz açılır. Üstəlik də Herodotun söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. Skif və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır: «Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının arasından axır...

(Böyük Midiyanın çarı assurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Prototiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı skif orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran skiflər onları Asiyada (Anadolu) da təqib etdilər və indi də Midiya torpaqlarına soxuldular.

Bintəpə kurqanlarından birinin qəbir kamerası və ya dromosu

(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. Skiflər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla skiflər arasında döyüş oldu. Midiyalılar

4

Page 5: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

məğlub oldular, onların qüdrəti itdi. Skiflər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər» (Алиев К., Б.,1987, c.13-14)

Bu sözlərdən belə aydın olur ki, skiflər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla Bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir: «Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar böyük hərbi qüvvə ilə Araz çayının keçib kimmerlər ölkəsinə gəldilər» (Гейбуллаев Г.А.,1991, c. 277).

Bintəpə kurqanlarından birinin daxili görüntüsü

Bu məlumatdan isə belə aydın olur ki, skifləri Araz çayını keçməyə massagetlər məcbur etmişdilər. Massagetlərin isə ən azı e.ə Vll əsrdən Azərbaycan sakinləri olduqlarını bütün mənbələr birmənalı şəkildə təsdiqləyir (İsmayıl M., B.,1955, s. 10; Гейбуллаев Г.А.,1991, c. 124). Yəni skiflər Azərbaycana kənardan gəlməmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuşdular. Onların kimmer torpaqlarına daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını keçib Van sahilləri və Ağrı dağı istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını

5

Page 6: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

əhatə edirdi. Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya, Lidiya və Friqiya da var idi (Гейбуллаев Г.А.,1991, c. 106).

Üçüncüsü, skif və saklara xas mədəniyyətin ən qədim nümunələri Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir. Həmin xəzinə 1947-ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R. Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir (Excavations in Kaluraz, 1973). M. Dandamayev və V. Lukoninin yazdıqlarına görə, həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi rayonları ilə normal əlaqələr üçün münasib deyildi. «Bu üzdən də bir çox əşyalar, ilk növbə-də də qiymətli metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalarsa yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır» (Дандамаев М. А., Луконин В. Г.,1980, c. 90-91).

Bintəpə kurqanları

Sözügedən xəzinəyə aid 341 əşyanın (43-ü qızıldan, 71-i gümüşdən, 103-ü fil sümüyündən) tam siyahısını, hazırlanma materiallarını və ölçülərini ilk dəfə R. Qrişman dərc etdirmişdir (Ghrishman R. A. 1973, p. 445-452). Bir vaxtlar İranın

6

Page 7: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

Arxeolyi Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğu fikrini ifadə etmişdi. «Heyvani üslub» terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaları çoxu Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.

Andre Qodar digər böyük alim E. Hersfeldin ardınca bu incəsənətin skif incəsənətinə başlanğıc verdiyini söyləmiş, sözügedən incəsənətin «Manna incəsənəti» olduğunu bildirmişdir (Godard A., 1950). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun kitabəsində (Luckenbill D., 1927. ll c., s. 5) "Zubie qalası" kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu söyləyərək göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapıntılar içərisində də rast gəlinmişdir. O, Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (Дандамаев М. А., Луконин В. Г.,1980, c. 91).

R. Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Güney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, skif kurqanlarından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu incəsənətlərinin təsiri ilə yarandığını iddia etmişdir (Barnett R., 1962, p. 77-95).

Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması skif və sakları Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaşbaş salsa da, onların hamısı skif-sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən biri də Y. Kuzminadır (Кузьмина Е. Е., 1987, c. 3). O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya qədər yayıldığını bildirmişdir (Кузьмина Е. Е., 1987, c. 8).

İskit və saklara aid edilən "heyvani üslub" barədə bir çox alimlər fikir söylə-mişlər. Bu baxımdan A. Alfoldi, D. Karter, E. Farkaş, V. Abayev, K. Şefold, İ. Yat-senko, Q. Fyodorov-Davıdov, A. Xazanov, A. Şkurko, M. Rostovtsev, İ. Braginski, K. Trever, S. Tolstov, Q. Puqaçenkova, S. Rudenko, B. Litvinski, V. Lukonin, D. Ra-yevski, Q. Bonqard-Levin, A. Akişev, B. Mazolevski, V. Qolmsten, A. Qraç, L. Dyula (Кузьмина Е. Е., 1987, c. 4), Q. Qeybullayev (Гейбуллаев Г.А.,1991, c. 283) və s. kimi elm adamlarını göstərmək olar. Və bütün bu alimlər iskit incəsənətinin qaynaqlarının Manna ərazisi ilə bağlı olduğunu, Aşşur və Urartu mədəniyyətlərinin təsiri ilə formalaşdığını qeyd etmişlər.

Məsələn, A. Xazanov iskit incəsənətinin On Asiyanın mədəni ölkələrinin təsiri ilə formalaşdığını söyləməkdə (Рыбаков Б. А., 1979, c. 225), B. Texov isə iskit mədəniyyətinin Kiçik və Ön Asiyadan yayıldığını qeyd etməkdədir: «Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə.Vll-Vl əsrlərə aiddir. Beləliklə aydın olur ki,

7

Page 8: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

Ön Asiya iskitləri Midiya üzərindən orta Asiya və Sibirə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər. Burada isə ortaya çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub)adətən, Amu-Dərya və Volqa tərəfdən gələn iskitlərlə əlaqələndirilir, halbu ki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb» (Техов Б. В.,1980, c. 17-18).

Beləliklə, tarixi mənbələr kimmerlərin, ardınca isə sakların, daha dəqiq desək, işquzların Anadolunun geniş ərazilərinə, o cümlədən Lidiya və Friqiya ərazilərinə sahib olduğunu birmənalı şəkildə təsdiqləyir. Bu isə bizə tarixi Lidiya Friqiya ərazilərində qeydə alınmış çoxsaylı kurqanların kimmer və işquzlara aid olduğunu çəkinmədən söyləməyə əsas verir.

Sözügedən kurqanların bir qismi qədim Lidiyanın paytaxtı Sardın 12-15 km şimalında yerləşən Bintəpə ərazisində qeydə alınıb. Onların sayı həddən artıq çoxdur. Bu kurqanlar e.ə. VII-VI əsrlərə aid edilirlər. Onların bəzsis olduqca böyükdür və dünyanın ən böyük kurqanları cərgəsinə daxildir. Çox təəssüflər olsun ki, bu kurqanlar dünyaya «Lidiya kurqanları», onlardan ən böyüyü isə «Lidiya şahı Aliattanın məzarı» kimi saxta adlarla tanıdılmaqdadırlar.

Qaynaqça

1. Ağasıoğlu F. Azər xalqı, B. 2005.2. Barnett R. Median art.-İr. An. Vol. 2. 1962.3. İsmayıl M. Azərbaycan xalqının yaranması. "Azərbaycan Dövlət Nəşriyyatı",

B.,1955.4. Excavations in Kaluraz, Gilan. "Bulletin of the Asia İnstitute Pahlavi

University",3, 1973.5. Ghrishman R. A. Propos du Tresor de Ziviye. Jnes. Vol. 32. 1973.6. Godard A. Le tresor de Ziviye. Haarlem, 1950.7. Luckenbill D. Ancient records Assyria ənd Babylonia. Vol.2. Chicago, 1927. 8. Абаев В. И. Скифо-сарматские наречия . В кн. Основы Иранского

языкознания. Древнеиранские языки, Москва,1979.9. Алиев К. Античные источники по истории Азербайджана. "Элм", Б.,1987.10.Гафуров Б. Г. К 2500 летию Иранского государства. История Иранского

государства и культуры, М.,1971.11.Гейбуллаев Г. А. К Этногенезу азербайджанцев. "Элм", Б.,1991.12.Грантовский Э. А. Ранняя история иранских племен Предней Азии. М.,

1974.13. Дандамаев М. А., Луконин В. Г. Культура и экономика древнего

Ирана."Наука", М.,1980.

8

Page 9: bextiyartuncay.files.wordpress.com  · Web viewBizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə

14. Кузьмина Е. Е. Сюжет борьбы хишника и копытного в исскустве "зверинего стиля" евразийских степей скифской эпохи. Сб. Скифо-Сибирский мир,М., 1987.

15. Орансий И. М. Иранские языки. М., 1963.16. Рыбаков Б. А. Геродотово Скифия. М., 1979.17. Смирнов П. Скифы. М.,1966.18. Тереножкин А. И. Скифская культура. Сб. Проблемы скифской

археологии, М.,1971.19. Техов Б. В. Скифы и Центральный Кафказ в Vll-Vl вв. до н.э.,М,1980.20. Фрай Р. Наследие Ирана.М.,1972.

.

9