32
1 DODİ OSTİN XƏRÇƏNG XƏSTƏLİYİNDƏN SAĞALMIŞAM 1 Fəsil XƏRÇƏNG XƏSTƏLİYİNDƏN SAĞALMIŞAM Mən sevinirəm ki, bu gün sağam və sizə bu ümid xəbərini gətirə bilərəm! Və bu ona görədir ki, İsa Ümiddir. Mən özümü zəbur oxuyan Davud kimi hiss edirəm: “Ya Rəbb Allahım, səni imdada çağırarkən mənə şəfa verdin. Ya Rəbb, canımı ölülər diyarından azad etdin, qəbrə düşməyim deyə sən mənə həyat verdin.”(Zəbur 30:2,3) Allahın Kəlamı,səhhəti üçün mübarizə aparan insanlara son dərərəcə vacibdir, ona görə ki, çox zaman bu yeganə ümid olaraq qalır. Mən bilirəm ki, Allahın Kəlamı olmasaydı, mən bu dünyadan çoxdan getmişdim. Mənə Allahın Kəlamından həqiqəti öyrətmişdilər. İmanda möhkəm qalmaq haqqında, mən çoxlu vəzlər eşitmişdim. Allahın Kəlamından mən bilirdim ki, İsa istəmir onun uşaqları xəstələnsin və O tək bizim günahlarımız üçün ölməyib, lakin xəstəliklərimizə görə də qurban gedib. Əgər Allahın Kəlamı olmasaydı, mən bu gün sağ olmazdım və bu kitabı yaza bilməzdim. Allah deyib: “ Xalqım biliksizlikdən məhv oldu.”(Hüşə 4:6) Kədərlidir bunu bilmək,lakin bu həqiqətdir. Çox insanlarda Allahın Kəlamlarının verdiyi bilik yoxdur, yaxud insanlara şəfa vermək -Allahın İradəsidir, olduğunu bilmirlər. Bu xəbərdə ölümlə həyatın arasında olan fərq var. Davudun başqa məzmurunda deyilir: “Ey Allah, biz sənə şükür edirik. Bizə doğma olan isminə şükür olsun,xariqələrin bunu bəyan edir!” Başqa tərcümədə deyilir:”Necə də biz Sənə minatdarıq, İllahi! Sənin möcüzələrin bizə subut edir Sənin bizə etdiyin qayğını.”

Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

Embed Size (px)

Citation preview

Page 1: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

1

DODİ OSTİN

XƏRÇƏNG XƏSTƏLİYİNDƏN SAĞALMIŞAM

1 Fəsil

XƏRÇƏNG XƏSTƏLİYİNDƏN SAĞALMIŞAM

Mən sevinirəm ki, bu gün sağam və sizə bu ümid xəbərini gətirə bilərəm! Və bu ona görədir ki, İsa Ümiddir. Mən özümü zəbur oxuyan Davud kimi hiss edirəm: “Ya Rəbb Allahım, səni imdada çağırarkən mənə şəfa verdin. Ya Rəbb, canımı ölülər diyarından azad etdin, qəbrə düşməyim deyə sən mənə həyat verdin.”(Zəbur 30:2,3)

Allahın Kəlamı,səhhəti üçün mübarizə aparan insanlara son dərərəcə vacibdir, ona görə ki, çox zaman bu yeganə ümid olaraq qalır. Mən bilirəm ki, Allahın Kəlamı olmasaydı, mən bu dünyadan çoxdan getmişdim. Mənə Allahın Kəlamından həqiqəti öyrətmişdilər. İmanda möhkəm qalmaq haqqında, mən çoxlu vəzlər eşitmişdim. Allahın Kəlamından mən bilirdim ki, İsa istəmir onun uşaqları xəstələnsin və O tək bizim günahlarımız üçün ölməyib, lakin xəstəliklərimizə görə də qurban gedib. Əgər Allahın Kəlamı olmasaydı, mən bu gün sağ olmazdım və bu kitabı yaza bilməzdim.

Allah deyib: “ Xalqım biliksizlikdən məhv oldu.”(Hüşə 4:6) Kədərlidir bunu bilmək,lakin bu həqiqətdir. Çox insanlarda Allahın Kəlamlarının verdiyi bilik yoxdur, yaxud insanlara şəfa vermək -Allahın İradəsidir, olduğunu bilmirlər. Bu xəbərdə ölümlə həyatın arasında olan fərq var.

Davudun başqa məzmurunda deyilir: “Ey Allah, biz sənə şükür edirik. Bizə doğma olan isminə şükür olsun,xariqələrin bunu bəyan edir!” Başqa tərcümədə deyilir:”Necə də biz Sənə minatdarıq, İllahi! Sənin möcüzələrin bizə subut edir Sənin bizə etdiyin qayğını.”

Page 2: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

2

Allah Öz uşaqlarına qayğı göstərir. O fakt ki, O məni sağaltdı, mənə sübut edir ki, O bizim qayğımıza qalır. Bax belə O sizi də sağaltmaq istəyir.

İbranilərə 11:1 “İman isə ümid edilən şeylərə e*timad , görünməyən həqiqətlərə inamdır.”başqa tərcümədə:” İman o deməkdir ki , biz ümüd edilən şeylərə əminik.”

Əgər sizdə xərçəng, böyrək xəstəliyi yaxud başqa ölümcül xəstəlik varsa, və onlar bədəninizə ağrı və əzab gətirir, mən istəyirəm siz biləsiniz ki, – İsada ümid var.

O sizin vaxtsız ölümünüzü istəmir. O istəyir ki, siz yaşayasız və Rəbbin işlərini bəyan edəsiz.(bax.Zəbur 117:17)

___________ Mən həmişə sağlam və cəld idim. Mən həmişə hərəkət edən

adamlardan olmuşam, mən işləməyi sevirəm. Mən həmişə çox işləyirdim və bu mənim xoşuma gəlirdi. Bizim uşaqlar deyirdilər :” Biz heç vaxt anamızı işsiz görməmişik. O həmişə işləyir.” Mənim ərim Con tez-tez mənə deyərdi: “ Dodi, vaxt gəlib işləməyi dayandırmalısan.Bu günə kimi sən kifayət qədər iş görmüsən.”

Mənim səhhətim həmişə yaxşı olub.Uşaqlıqda mən uşaq iflici xəstəliyini keçirtmişəm, lakin mənim o yadımda deyil. Mənim yadımdadır, biz Conla bir yerdə yaşayandan, o bir dəfə də olsun məni xəstə yatağda uzanan görməyib, doğuşdan çıxan zamanı saymasağ. Bələliklə, mən səhhətimin yaxşı olduğuna öyrəşmişdim və Allaha minnatdar idim ona görə, lakin indi başa düşürəm ki, mən bunu öz haqqım kimi qəbul edirdim.

Mənim yadımdadir- məndən kimsə soruşanda : “ Necəsən, Dodi?”, mən cavab verirdim: “ Çox dəhşətli dərəcədə sağlamam!” Mən xərçəng xəstəlyinə duçar olandan sonra, mən başa düşdüm ki, belə cavab vermək, mənim tərəfimdən bu çox böyük axmağlıq idi.

İndi isə hər gün mənim üçün qiymətlidir, o vaxt isə mən düşünürdüm hər şey qabağdadır. Öyrənin boş sözlər danışmamağı. Allaha minnatdarlığınızı bildirin öz sağlamlığınıza görə və minnatdar olun Allaha hər O sizə verən yeni gününüzə görə. ------------------

Hər şey necə başlandı. 1981-ci ilin oktyabrında xəstəliyin birinci əlamətləri üzə çıxdı. Bu

birdən baş verdi, o zaman mənim ərimlə münasibətlərim , demək olar yeniləşməyə başlayırdı. Bizim uşaqlar daha böyümüşdülər və biz bu uzun illər keçdikdən sonra özümüzü azad hiss edirdik. Bizim ən kiçik uşağızımızın on altı yaşı var idi. Mənim də gələcəyə çoxlu planlarım var idi.

Page 3: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

3

Oral Roberts Conla məni İman Şəhərinin – Talse, Oklaxoma tibb və tədqiq mərkəzinin açılış mərasiminə.dəvət etmişdir. Bizim oğlumuz Pol Oral Robertsin tibb institunun tələbəsi idi, ona görə bu bizim üçün xüsusi imkan idi belə böyük mərasimdə iştrak etmək.

Birinci gün çox şən keçdi. Biz Conla bir yerdə gözəl vaxt keçirtdik, lakin o gecə mən başladım bədənimdə xəstəlik əlamətlərini hiss etməyə. Yüngül baş fırlanma başladı, qızdırma qalxdı, məni üşütmə tutdu. Mənim dişlərim soyuqdan bir-birinə dəyirdi, bütün bədənim isə qızdarmadan yanırdı.Gələn üç həftədə xəstəlik simptomları pisləşirdi. Mən yata bilmirdim. Nə vaxt ki, siz uzun müddət yatmırsız , bu sizin səhhətinizi biraz da pisləşdirir. Mən göz qabağında zəifləyirdim. Bir neçə həftə keçəndən sonra mən saraldım və başladım əlavə ağrıları hiss etməyə.

Buna baxmayaraq, mən çalışırdım ev işlərini görməyə və bizim kilsənin bütün xidmətlərində iştrak etməyə. Ən çox mənim yadımda bir xidmət qaldı. Mən diz çökdüm bir qadın üçün dua etməyə, durmaq istəyəndə hiss etdim ki, qalxa bilmlrəm. Mən məcbur oldum stul tərəfə sürünüm və stuldan tuta-tuta özümü qalxızdım. Heç kim o vaxtı bilmirdi, hətta mən özüm də, xəstəliyimin nə dərəcədə ciddi olduğunu.

Con və mən inanırdıq və Allahın Kəlamını bəyan edirdik. Biz bir yerdə Allahı axtarırdığ və dua edirdik Ona. Məni zeytun yağıyla məhz etdilər, necə ki, Yaqub 5:14,15 yazılıb. Ümumiyətlə, mən nəyi bilirdim hamısını edirdim, lakin ona baxmayaraq mənim halım get-gedə pisləşirdi. Mənim başıma bunlar gələn zaman, bizim Leykud kilsədə böyük hadisə yaxınlaşırdı - Təşşəkür konvensiyası. Bu hadisə üçün çoxlu hazırlıqlar edilmişdi, mən hətta təzə paltar özümə almışdım və bu günü səbirsizliklə gözləyirdim. Ərimlə qərara aldıq ki, məni həkimə göstərmək lazımdır. Çünki mən bu gözləninən bayramda tam iştrak edə bilim.

Biz “İman Şəhərinə” zəng etdik və bizə Xyuston şəhərində həkimə müraciət etməyi məsləhət etdilər. O zaman “İman Şəhəri” özü tam güciylə işləmirdi və çox sayda xəstə qəbul edə bilmirdi, yoxsa ki, mən mütləq ora gedərdim. Mən onların məsləhətini qəbul etdim və yerli həkimə müraciət etdim – gözəl məsihçiyə, daxildən olan xəstəliklərin mütəxəssəsinə.

Birinci müayinədən sonra o dedi: “Missis Ostin, mən fikirləşirəm ki, sizə xəstəxanada daha dərin müayinədən keçmək lazımdır.”

Mən soruşdum ondan: “ Olar ki, mən ambulatoriya xəstəsi kimi olum, ona görə ki, bizdə kilsədə böyük bayram hazırlanır.” O mənə cavab verdi: “ Xeyir. Mən düşünürəm ki, sizə bundan daha da dəqiq müayinə lazımdır.” Mən xəstəxanada qalmağa razı oldum, düşünərək ki, məni iki həftədən artıq saxlamzlar. Lakin sonra bu iki həftə oldu iyirmi gün.Tibb aləmində nə var idi hamısından keçdim:bir neçə ərs-səda diaqrammlar, köndələn kəsim şəkillər bədənimin yuxarı və aşağa hisslərin, sümük beyinin biopsiyasın, uşaqlıq biopsiyasın. Nə desəz hamısını keçmişəm!

Page 4: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

4

Həkimin birinci diaqnozu qara ciyərin absesi (irinlik) idi, biz Hindistana olanda və orada bakteriya aldığımın nəticəsində olmuş hesab edilirdi.

Həkimlər dərman yazdılar, onun çoxlu əlavə effektləri var idi, lakin buna baxmayaraq, həkimlər ümid edirdilər ki, bu dərman daxildə olan irini təmizliyə bilər.

Bəzi əlavə olan effektlərdən biri ürək bulanma və depressiya idi. Xəstəxanada qalmağım məni depressiyaya salırdı. Ətrafımda olan hər şey mənim məyusluğumu bir azda dərinləşdirirdi. Ondan başqa dərman mənim şüurumu bulandırırdı və mən aydın düşünməyə çətinlik çəkirdim. Mən dəhşət dərəcədə yorğun və zəif idim, və böyük çətinliklə yataqdan dura bilirdim.

Lakin sonraki müayinələr bakteriyaların və başqa orqanizımlərın tam olmadığını göstərdi. Deməli birinci diaqnoz sual altında qaldı və ondan da dərin müayinələr təyin edildi.

Nəhayət günlərin bir günü mənim palatama həkim girdi və mənə bildirdi ki, qanımı müayinə etmək üçün Sinsineti şəhərinə gödərib. “Niyə bu lazımdır? – mən soruşdum – Məgər Xyustonda olan institutlar kifayət deyil?” “ Bu mənim sakitliyim üçün lazımdır, əmin olum ki, sizdə qorxulu şiş yoxdur” – bu onun cavabı idi.

--------------------- Xərçəng – öldürücü hökm! Qorxulu şiş! Mən bu sözlərdən heyrətə gəldim! Mənim heç ağlıma da

gəlməzdi ki, mən xərçəng xəstəliyinə duçar ola bilərəm. Çox illərdi mən duada həmişə etiraf edirdim ki, xərçəng və yaxud başqa xəstəliyə tutulmaram. Ona görə də həkim belə deyəndə mən düşündüm : “Bunu mən heç gözləmirdim. Mən istəmirdim ki, xərçəng sözü birdə mənim yanımda xatırlansın.”

Mən zəng etdim Cona və həkimin sözlərini ona xəbər verdim. Mən dedim:” Xahiş edirəm “xərçəng” sözünü deməyəsən, ona görə ki, məndə o yoxdur və heç vaxt olmayaçaq.”

Dekabrın 10-u cümə axşamı Con xəstəxanaya, mənə baş çəkməyə gəldi. Dəhlizdə həkim onu pis xəbərlə qarşıladı:

“Pastor, sizin arvadınızda qara ciyərində xərçəngin metastazı gedir, kimya terapiyası edilsə də və yaxud edilməsə də xeyri yoxdur, onsuzda onun yaşamağına iki həftə vaxt qalıb. Biz çalışa bilərik mualicə edək, lakin bu çox az onun yaşamağının günlərini uzadacaq.

Amma buna baxmayaraq bizim imkanımız yoxdur onun ilkin şişini tapaq. Hətta biz bilmirik o harda yerləşir. Adətən əsas şiş xərçəngin başlancığ yerini göstərir, sonra isə yayılır qara ciyərə, böyrəklərə və başqa yerlərə.Lakin biz heç nə tapa bilmirik. Sizin razılığınızla biz istiyərdik ki,

Page 5: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

5

cərrahi sinaq əməliyyatı keçirdək yaxud kolonoskopiya edək şişi aşkar etmək məqsədiylə.”

Əvvəl Con buna inana bilmirdi, sonra isə dedi:” Həkim mən öz arvadımı evə aparıram. Biz dua edəcəyik və Allahdan müdriklik istəyəcəyik necə bu vəziyyətdə düzgün hərəkət edək. Biz möcüzələrə inanırıq və onları Yaradana inanırıq.”

Həkim cavab verdi:” Nə olar, pastor, bu səfər ancaq əsil möcüzə sizi xilas edə bilər.”

Con mənə diaqnozu deyəndə mən özüm özümə təəccübləndim. Hərçənd ki, mən məyüs olmuşdum və şokda idim, lakin isterikaya düşməmişdim. Mən sadəcə sakit oturub qulaq asırdım. Sonra həkim gəldi və biz söhbət etdik.

Bir səbəbdən mən pərişan olmuşdum. Bizim oğlumuz Pol, cərahiyyə fakultəsinin aspirantı idi və bizdən aralı yolun o tayında Xyustonun mərkəzi xəstaxanasında cərrahi əməliyyət aparırdı. Con zəng etdi ona və dedi:”Oğul, gəl xəstəxanaya, anana sən lazımsan.” O bütün yolu qaçıb. Tezliklə mən onun ümidsiz zar-zar ağlamağını eşitdim, o dəhlizə yaxınlaşdıqça səsi bərk gəlirdi. Əvvəl mən anlaya bilmirdim ki, bu kim ola bilər, sonra mən tanıdım öz “balaca oğlancığım” Polu.

Mən xəstəlxanada olanda, birinci həftələr Pol mənə baş çəkirdi və mənim üçün çox narahat idi. Həkim olduğundan o bilirdi xərçəng xəstəliyinə tutulanların sağlamlığ şansı nə qədər olduğunu və bu onun ürəyini dağıdırdı. Pol bilirdi ki, Allah məni sağalda bilər, lakin onun həkim ağlı və illərlə öyrəndiyi deyirdi ona ki, qara ciyərində xərçəng olan insan ölməlidir. Adətən belə hallarda heç bir ümid yoxdur. Pol mənim otağıma girəndə mən ona dedim: “Oğlum, biz mütləq gərək döyüşək. İndi sən gərək döyüşçü olasan və mənimlə bir yerdə vuruşasan.” O cavab verdi: “Yaxşı, ana!” Bundan sonra o yenə də özünü ələ aldı və bütün döyüş zamanı güclü ruhda qaldı. Mənim anam və atam da mənə çox kömək etdilər və nikbin idilər. Mən ailədə yeqanə uşağ idim, lakin mənim valideynlərim , hətta cavan olmadıqlarına baxmayaraq, bir dəfə də olsun çaxnaşmaya düşmədilər. Onlar iman rüknləri kimi dayanmışdılar( buna görə onlar həmişə seçilirdilər). Biləndə ki. məni xəstəxanadan çıxardıblar, o dəqiqə onlar bizə gəldilər, mənə və mənim ailəmə qayğı göstərməyə hazır idilər.

---------------------- Mən evə qayıtdım. Mən evə 1981 ilin dekabrın 10-unda gəldim və heç vaxt daha

xəstəxanaya geri qayıtmadım. Ancaq mənim sizə məsləhətim budur: əgər sizdə xərçəng xəstəliyi varsa və siz ondan azad ola bilərsiniz kimya-teropiya vasitəsilə, mütləq bunu edin. Ürəyinizdə nə hiss edirsiz onu da edin.

Page 6: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

6

Ancaq bu məndə alındı, deyə bunu sizə mən məsləhət görmürəm. Həkimlər mənə bir neçə həftə yaşamaq vaxtı vermişdilər, kimya-terapiyadan asılı olmayaraq. Və mən qərara gəldim bunu etməyim. Ona görə ki, Allah hər birimizi şəxsən ayrıca aparır və istiqamətləndirir. Bu o yol idi, hansı ki, Allah mənim imanımla məni aparırdı.

--------------------- Vaxt gəldi mənim öz imanım üçün. Mən xəstəxanada olandan çox zəifləmişdim. Dərman içməkdən

mənim bütün hisslərim kütləşmişdir və mən çox şeydə mənim üçün dua edən insanlardan və onların imanından asılı idim.

Mənə O.Roberts və K.Xeyqin, həmdə K.Kouplend və T.L. Osborn qardaşlar; zəng edirdilər. Deyzi Osborn hətta xəstaxanaya mənə baş çəkməyə qaçıb gəlmişdi. Ancaq ən çox mən ərimdən asılı idim.Mənim ərim Allahın Kəlamını öyrədən tanınmış müəllimdir və o məni həmişə Kəlamla möhkəmləndirirdi. Həmçinin mən çox şeydə Leykvud kilsəsinin insanlarına güman edirdim, onlar dua edirdilər və oruc tuturdular mənim üçün. Başqa insanların duaları məni o zamandan keçirtdilər.

Evə qayıdandan sonra isə mən başa düşdüm ki, mənim sağalmağım üçün iman – bu şəxsi işdir mənimlə İsanın arasında.

Bir gecə, səhərə yaxın Allah mənim ürəyimə dedi: “ Nə sənin ərinin imanına, nə Oral Robertsin imanına yaxud Kennet Xeyqinin, ancaq SƏNiN öz imanına – sən bu andan güvənəcəksən.” Mən anladım ki, bu dəqiqədən hər şey İsayla mənim aramda olacaq.

Bu vəziyyət oxşamırdı mənim qızım Lizanın hadisəsinə, o iflic xəstəliyinən anadan olmuşdu.Bu gün Liza böyük qızdır və tam sağlamdır.O zaman Con və mən onun sağlamlığı üçün imanda möhkəm dayanmışdıq və inanırdıq ki, Allah onu sağaldacaq, hətta bizim Allahın Kəlamından tam biliyimiz yox idi. O körpə idi və özü Allaha inana bilmirdi. Bizim Allaha və Onun böyük mərhəmətinə imanımızın vasitəsilə o sağaldı.

-------------------- İmanın döyüşü. O vaxtdan ki, mən evə qayıtdım mən yatağda uzanmadım ki,

başqaları mənə qulluq etsinlər. Mən hiss edirdim ki, əgər mən bunu etsəm öz zəifliyimi və imanımın nufuzdan düşməsini göstərəcəyəm. Mən yatağda uzanırdım ancaq axşam yatmağ vaxtı gələndə. Mən gündüz də istrahət etmirdim, ona görə ki bilirdim, əgər mən uzansam, sonra durmağa zəifliyimdən mənim üçün çox çətin olacaq.

Mənim evdə birinci səhərimdə mən durdum və duş qəbul etdim, paltarımı geydim, hansı mənim 43 kiloluq bədənimi “uddu”. Mən hazırlaşmırdım özümü xəstə kimi aparım.

Page 7: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

7

Con və mən inanırdım birgə duanın gücünə. İsa dedi: “...əgər sizdən iki nəfər yer üzündə istəyəcəkləri hər hansı bir şey haqqında razılığa gəlsə, göylərdə olan Atam onlar üçün edəcəkdir.”( Matta 18:19)

Birinci gün xəstaxanadan qayıdanda mən Condan xahiş etdim mənimlə dua etsin.” Əzizim sən evin başçısısan, ona görə sən gərək bədənimdə olan xərçəngin üstündə hakimiyyəti əlinə götürəsən.Biz razılaşarıq ki, Allah mənə şəfa verəcək və tam sağlam edəcək.”

Biz belədə etdik. Con məni zeytun yağıyla məhs etdi. Biz yataq otağında diz çökdük, Allahın qabağında baş əydik və Con xəstəliyin və bədənimdə hər bir onun əlamətinin üstündə olan hakimiyyəti əlinə aldı.

Bu 1981-ci ilin dekabr ayının 11-də baş verdi. Mənə aydın o idi ki, o gündən mənim sağalmağım başlandı.Lakin mənim bədənim bu həqiqətnlə bir xəttdə dayanmırdı. Məndə əvvəlki kimi xəstəliyimin əlamətləri var idi və əvvəlki kimi özümü xəstə hiss edirdim, lakin ürəyimdə mən bilirdim ki, şəfa almışam.

Xəstəliyin əlamətləri birdən yox olmadılar, bu bir müddət vaxt apardı. Dəfələrlə o dərəcəyə çatırdım ki, mən fikirləşirdim: “İsa, nə qədər asand olardı döyüşsüz təslim olmaq və Sənin yanına getmək.” Lakin onun əvəzinə mən vuruşmalı idim. Mən Yeşaya 43:25,26 oxuyurdum: “ Mənəm öz xatirimə görə asiliyini silən.Bəli, Mən günahlarını da yada salmaram. Yadıma sal, gəl mühakimiyə gedək, bəraət qazanmaq üçün məhkəmədə işindən danış.”

Bir dəfə, gecə yarısı, hamı ətrafımda yatanda, mən öz vəziyyətimi İsanın qabağına gətirdim. Mən dedim:” İsa, mən ölmək istəmirəm. Mən ölmək üçün hələ çox cavanam. Sən dedin ki, biz seçə bilərik yaşamağı yaxud ölümü və mən həyatı seçirəm. Mən ölməyəcəyəm, yaşayacağam və Allahın işlərini bəyan edəcəyəm.”(bax.Zəbur 117:17)

Mən Rəbbin yadına saldım ki, mən öz ərimə lazımam, mənim uşaqlarımın da məndə ehtiyacları var, mənim imanlılarımın da məndə ehtiyacları var, mənim anamın və atamın da mənə ehtiyacı var və Rəbbin özünün də məndə ehtiyacı var.

Mən öz ürəyimi araşdırdım və Allah başladı mənimlə işləməyə, yadıma salırdı çoxdan yaddan çıxan yaraları. Bir axşama mən yeddi məktub yazdım o insanlara, kimin mən xətrinə dəyə bilərdim. O insanlara ki, kimi mən bağışlamalı idim və yaxud da onlar məni bağışlamalı idilər. Mən hətta yazdım məktub o insanlara kimin xətrinə dəymiş ola bilərdim xəstəlik zamanı, əsəbli olarkən. Mən özüm özümü tanıya bilmirdim. Bir məktub mənim ərimə idi, həmçinin ayrılığda hər uşağıma yazmışdım.

Mən hər şey etdim ki, müsbət, tam ümidli vəziyyətdə olum. Mən öz toyumda çəkilən şəkilimi yatağımın yanına qoymuşdum və dua edirdim: “Ya Rəbb, kaş ki, mən özümü, toy günü hiss edən kimi hiss eləsəydim!” Həm də mən bir şəkilimi tapdım, harada ki, mən atın üstündə oturmuşdum rançoda məzuniyyətdə olanda. O zaman mənim səhhətim çox əla idi. Mən arzu edirdim:”Ya Rəbb, əgər mən yenə atda gəzə bilsəydim!”

Page 8: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

8

Bir iş də mənə yaxşı təsir edirdi: başqa insanlar üçün duaya getmək. Yaqub 5:16 deyilir : “...bir biriniz üçün dua edin ki , şəfa tapasınız.” Siz bir şeylə vuruşaraq məhəbbətlə paylaşırsınızsa, Allah sürətləndirəcək sizin duanızın cavabını.Luka 6:38 deyilir : “ Verin sizə də veriləcəkdir.” Nə vaxt ki, diqqətinizi özünüzdə və öz ehtiyaclarınızda cəmləşdirsəniz, onda zəifləməyə başlayırsız.

Mən o qədər özümü pis hiss edirdim ki, heç yerə getmək istəmirdim. Haçan ki, mən evdə tək qalırdım, onda ancaq özümdən, öz ağrılarımdan, xəstəliyimdən, simptomlardan fikirləşirdim və bunlar məni yorğunluğa gətirib çıxarırdı və özümün özümə yazığım gəlirdi.

Yadımdadır, bir dəfə mən şəhərin qurtaracığına yola düşdüm ki, kimə isə xəstəxanada baş çəkim və dua edim. Bu görüşdən sonra Rəbb ürəyimə qoydu başqa evə bir görüşə də gedim, harada ki, uzun müddət çox xəstə adam yatırdı. Mən belə yorulmuşdum ki, heç getmək istəmirdim, lakin buna baxmayaraq getdim.Mən taqətdən düşmüşdüm, lakin ürəyimdə hiss etdim ki, mən Allahın sözünə itaət edirəm.

-------------------------- Kəlam mənim həyatımdır. Çaşdırıcı xəstəlik əlamətlərinə baxmayaraq, mənim ürəyim bilirdi

ki, Allahın Kəlamı yalan danışmır. Mən Kəlama etibar edirdim. Əgər belə olmasaydı, onda mən ölmüşdüm. İbranilərə 10:23 deyir: “ İqrar etdiyimiz ümidi tərəddüd etmədən möhkəm tutaq; zira və*di verən Allah sadiqdir.”

Günü-gündən mən ümidimi toplayırdım və möhkəmlənirdim Allahın qiymətli vədləriylə, hansılar mənə Kəlam vasitəsilə açılmişdı. Mən Yazıdan və onun şəfa verən vədlərindən bərk tutmuşdum. Kəlam mənim həyatım oldu. Mən hər gün Yazını oxuyurdum və təkrar edirdim.

Elə günlər olurdu , mən öz imanıma şübhə edirdim, lakin sonra həmişə xəcalət çəkirdim. Mənim inamım dəyişilmirdi, ancaq elə görünürdü ki, elə bil mən şübhə edirdim. Düşünürəm ki, çoxdan xəstəliklə vuruşan hər insan, haçan ki, xəstəliyin əlamətləri ona hücum edir, belə anları keçirdir.

Mən onlardan azad ola bilmirdim, öz ərimə Cona danışmayacan. “Con, mənimlə nə baş verir? Mən hərdən imanıma şübhə edəndə xəcalət çəkirəm.” Con bilirdi cavabını və ona görə soruşdu: “Dodi, ürəyində sənin şübhən varmı?” “Yox. Mən bilirəm ki, Allahın Kəlamı məni aldatmır. Bu həqiqətdir.” – deyə mən cavab verdim. “Onda nədən sən şübhə edirsən?”

Mən onun sualının üzərində fikirləşdim və cavab verdim: “Öz başımda.”

“Bax işdə bundadır, məgər sən fərqi görmürsən! Sən ürəyində şübhə etmirsən, ona görə ki, bilirsən Allahın Kəlamı – həqiqətdir, ona görə vicdan əzabı çəkməyə ehtiyac yoxdur. İblisdən olan fikirlərə qarşı dur və o qaçacaq səndən.”

Page 9: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

9

Siz təsvir etmirsiz necə mənə bu kömək etdi! Mənim ürəyimdə əminlik var idi, lakin iblis mənim fikirlərimi istifadə edirdi ki, mənim canıma çaxnaşma salsın. Mənim ürəyimdə iman var idi, şübhələr isə mənim ağlıma gəlirdi.

Əgər xəstəliyin əlamətlərinə görə sizdə şübhələr yaranırsa, ruhunuzu yoxlayın. Yəqin ki, siz ürəyinizdə möhkəmsiz, şübhələr isə başınızdan gəlir. Qoymayın iblis şuurunuza lənət əksin.

---------------------- Necə mən qorxuyla vuruşurdum. Tez-tez insanlar məndən soruşurlar – qorxu hiss edirdim mən?

Əlbətdə, hiss edirdim, özü də necə! Mən sağlam olanda qorxu hiss etmirdim, lakin zəif və xəstə olanda qorxu hissi məni tam bürüyürdü.

Mən bunu açıq deyirəm. Baxmayaraq ki, mən pastorun arvadıyam və iman müəlliməsiyəm , lakin hər şeydən qabaq mən insanam. Mənimdə başqalarında olan kimi fikirlərim və hisslərim var. Mən də gərək təsəvvürləri qovaydım və xəstəliyin əlamətlərinə güləydim.

Mən tibb bacısı təhsilini almışam. Mən başa düşürdüm necə bədənim özünü aparmalıdır və mən görürdüm ki, o normal özünü aparmır. Həkimlərin dedikləri müəyyən sözlər indi məni narahat etməyə başladı. Mən xüsusilə gərək bu fikilərə qarşı muharibəni aparmalıydım.Və hətta indiyəcən mən onlardan özümü narahat hiss edirəm.

İblis həkimin sözləriylə mənə əzab verirdi: “Sizə yaşamağa bir neçə həftə qalıb...yaşamağa bir neçə həftə qalıb ...” İblis ağrını istifadə edib deyirdi : “Sən öləcəksən. Sənin ailən bastıracaq, səni bu gözəl paltarda. Sən onda yaxşı görsənirsən.”

Lakin mən onları Allahın Kəlamıyla dəyişdirirdim və deyirdim: “Onu uzun ömürlə doyduracağam, ona qurtuluşumu göstərəcəyəm.”(Zəbur 90:16).

İblis mənim şüuruma hər cür qorxu şəkilləri ilə hücum edirdi, xüsusən də ətrafımda hamı yatanda, mən isə ağrıdan ayıq idim. Mənim bədənimdə daimi, dözülməz ağrılar var idi. Çoxsu iblisdən idi, imanımı yoxlamaq üçün.

İblis mənim şüurumla oynayanda gecələr bərk vuruşurdum. Çox gecələr gözümü yummadan uzanırdım, daim dua edirdim və qorxu ruhunu ləğv edirdim. Mən hiss edirdim ki, vuruşmaqdan yoruluram, lakin döyüşməyə və qorxunu boğmağa davam edirdim.

Öz şüurumu pis fikirlərdən qoruyurdum, dövrə vuraraq özümdə təkrar edirdim hər addımla: “Mən İsanın yaraları ilə şəfa tapdım...İsanın yaraları ilə mən şəfa tapdım...İsanın yaralarıyla mən şəfa tapdım.” (bax. 1Peter 2:24)

Bəzən mən Kəlamların üzərində bunun kimi düşünürdüm:”Çünki Öz iltifatına müvafiq olanı həm istəməniz, həm də icra etməniz üçün sizdə fəal olan, Allahdır.”(filip.2:13)

Page 10: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

10

Allahın Kəlamı həmişə məni möhkəmləndirirdi və mənə həmişə yaxşı olurdu, lakin iblis buna baxmayaraq hər mənim etdiyim iman atdımını şübhə altına salırdı. Hər dəfə mən Yazını bəyan edəndə o mənım yadıma salırdı : “ Bu sənə bir damcı da yünqüllik gətirmədi, Allahın Kəlamını təkrar etməyin nə xeyri var?” O hər Allahın vədinı şübhə altına salırdı.

Mən ayə- ayənin dalınca bəyan edirdim (2 fəsilə bax. Harda Yazıdan ayələr var,hansıları mən ən çox işdədirdim). Bundan belə mən hər gün Allahın Kəlamını istifadə edirdim və möhkəmləşirdim, güclənirdim.

---------------------- Müqəddəs Ruhla dolu olan məsihçi üçün normaldımı əziyyətli

qorxu? Bir dəfə mənə sual verdilər: “Normaldımı müqəddəs Ruhla dolu

olan məsihçi üçün əzabla qorxu keçirmək?” Mən bilmirəm siz “normal” sözün altında nə başa düşürsünüz.

Mən sadəcə danışıram sizə nədən keçmişəm. İnsanlara qarşı tənqidlə yanaşmayın, əgər siz həmən situasiyada olmamısızsa. Əgər siz fikirləşirsiz ki, onlar sizdə olan qədər imanları yoxdursa, onlara qarşı tənqidli olmayın. Çalışın başa düşəsiz nədən onlar keçirlər. Əhəmiyyəti yoxdur, nə qədər və nəyi siz bilirsiz – onsuzda, onlar nə çəkdiyini tam siz bilmirsiz.

Keçmişdə mən də başqalarını tənqid edirdim, lakin indi mən xəcalət çəkirəm, ona görə ki, onlar keçdikləri şeylərin mən acısını çəkdim.

---------------------- Mənim xərçəng xəstəliyim Allahdan deyildi. Kim mənə bu xəstəliyi göndərib, o Allah idi? Əlbətdə YOX. Necə ürəyim, elə də mənim şüurum bilirdi ki,

Allahın iradəsi yox idi nə mənim üçün, nə də hər bir başqa Allahın balası üçün – xəstə olmaq.

Əgər mənim şüurumda bir damcı da olsa şübhə var idisə ki, Allahın iradəsi var mənim üçün – xəstə olum, mən yaxşı ola bilməzdim. Ona görə bizə iblisin hər bir yalanıyla mübarizə aparaq lazımdır.

Bu sizin üçün bir dənə də vacib səbəbdir, niyə biz insanlara Allahın Kəlamlarını öyrətməliyik. Bir dəfəlik və həmişəlik özünüzdə aydınlaşdırın ki, sağlam olmaq – BU Allahın sizin üçün olan iradəsidir.

Allah xərçəng xəstəliyini mənə verməmişdir. İsa dedi ki, iblis, həmən oğrudur, hansı ki, gəlib oğurlasın mənim sağlamlığımı, öldürüb və məhv etsin məni.İsa dedi mənə: “Mən isə gəldim ki, qoyunlarımda həyat, bol həyat olsun.” (Yəhya 10:10). Fikir verin ayədə deyilir ki, bizim seçimimiz var. Hökmən deyil bol həyatınız olsun, lakin o sizdə OLA BİLƏR əgər istəsəniz. Mən istədim və dərhal Allaha onu bildirdim.

Page 11: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

11

------------------------ Hər yerdə mənim üçün dua edirdilər. İstisnasız olaraq mənimlə xeyirxah idilər! Cismən mənim halım

yox idi harasa getməyə, ona görə xahiş edirdim adamlardan gəlib mənə dua etsinlər. Mən Allahdan xahiş edirdim evimə insanlar göndərsin və mənə dua etsinlər, və onlar gəlməyə başladılar.

Çoxları uzaqdan gəlirdilər. Yadımdadır, bir qadın Xyustona ölkənin o başından uçub

gəlmişdi ki, mənim üçün dua etsin və danışsın necə Allah onu xərçəng xəstəliyindən sağaltdı. Bütün bizim kilsə durub dua edib, şəfanı xahiş edirdi Allahdan mənim üçün. Onlar dəfələrlə, mənə saysız kömək etdilər. Hamı mənə kömək edirdi, xüsusilə öz ailəm.

Mən istəyirəm məsləhət edəm ərlərə, arvadlara və uşaqlara həmişə bir birinizə kömək edin,xüsusilə krizislər olanda. Mənim ərim və mənim uşaqlarım mənə hər gün deyirdilər:”Sən sağlamsan!”

Çox vacibdir ki, xəstəliklə vuruşduğun çətin zamanda səninlə dua edən yaxın adamların olsun.Con həmişə yanımda idi və bacardığca möhkəmləndirirdi məni. O məni başqalarının yanında ağlayan və əzab çəkən vəziyyətimi tez-tez görürdü. Belə günlər olurdu ki, mən ağlamaqdan başqa heçnə edə bilmirdim, o isə söyləməyə davam edirdi: “Əzizim, sən mütləq yaxşı olacaqsan. Biz səninlə hələ dünyanın yarısını gəzəcəyik. Biz bir yerdə İsa üçün işləyəcəyik. Möhkəm əsgər ol. İsa sənə etibar edir. Bizim yaxşı günlərimiz qabaqdadır.”

Bəzən o mənim əlimdən tuturdu və Ruhla dua edirdi. O Allahı axtarırdı və Allah ona Yazıda yerlər göstərirdi, hansılarla o mənimlə bölüşürdü.

Hər dəfə mənim inamım zəifliyəndə, Conun dedikləri həmişə yenidən qalxırdı, yaxud Rəbb nə cürsə mənim ürəyimə deyirdi. Con bacardığı qədər ürəkləndirirdi və imanımı möhkəmləndirirdi.

------------------------------ Allahdan gələn. Bir dəfə biz yatağmızda Rəbdən kiminsə baş çəkməyinin - qəribə

hadisəsinin şahidi olduğ. Mən inanıram ki, mələk faktiki gəlmişdi bizi möhkəmləndirmək üçün.

Biz xidmətdən evə qayıtdıq. Con yatağ otağına keçdi ki, paltosunu assın. Otaqdan keçəndə o Müqəddəs Kitabı açılmış vəziyyətdə çarpayıda gördü. Dönəndə o kiminsə onun kitabını necə vərəqlədiyini eşitdi .Və bu vaxt heç bir küləyin əsməsi yox idi.

O yaxından kitaba baxanda gördü ki, Yazı qeyri-adi açılmışdı Zəbur 105:37 “İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı.qabilələrin arasında yıxılan (rus.tərcüməsində: xəstə olan) olmadı.”

Page 12: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

12

Necə də biz Allaha şükür edirdik bu sözlərə görə! ------------------------------- Mənim ailəm mənə nisbətən sağlam insan kimi baxırdılar. Mənim uşaqlarım mənə sağlam insan, sağlam ana kimi baxırdılar.

O vaxtdan ki, biz Conla dua edirdik, onlar inanırdılar ki, mən şəfa almışam. Bəzən mən xahiş edirdim uşaqlardan nə isə görsünlər evdə, lakin

onlar inanırdılar mənim sağalmağıma və mən özüm gərək o işi edəydim.Bu çox yaxşı idi ki, onlar mənə belə yanaşırdılar, yoxsa mən tez-tez özümə yazığım gələrdi.Onlar qoymurdular mən özümə qarşı təəssüf hissi keçirdim və Allahın Kəlamından, etdiyimiz iman duasını yadıma salırdı.

Bir dəfə mən otaqların birində mebelin birinin yerini dəyişmək istəyirmdim.Bu böyük olmayan bir əşya idi və onu asanlıqla çəkmək olardı. Mən kömək istədim, uşaqlardan kim isə dedi: “ Mama, sən şəfalanmısan. Sən özün bunu edə bilərsən.” Və mən bacardım! Çətin idi, lakin bu mənim inamımı istifadə etməyə məcbur etdi.

O zaman isə, məni bu əsəbləşdirdi, lakin mənim uşaqlarım üçün mən sağlam idim. Mən Allaha minnatdaram ki, onlar Onun Kəlamının üstündə dayandılar.

Siz öz sağlamlığınız üçün xəstəliyinizlə döyüşən zaman oturmayın daimə özünüzə yazığınız gəlg-gələ . Kədər, təəssüflənmək heç vaxt qələbə gətirmir! Mən qəm-qüssəyə qalib gəldim, öz bədənimlə danışa-danışa və ona əmr edə-edə Allahın Kəlamı ilə bir olsun. Belə də oldu.

------------------------------ Mənim möcüzəmin təsdiq olunması. İnsanlar həmişə məndən soruşurlar, öz həkimimə mən özümü

sağalmağımı təstiq etmək üçün göstərmişəmmi? Bir dəfə mən hətta həkimin tibb bacısınından məktub almışdım, o məndən soruşurdu: “Sağalmağımın sənədləşdirilmiş əsasnaməsi varmı?”

Baxır, insanlar “sənədləşdirilmiş əsasnamə” sözünün altında nə başa düşürlər. Əgər, mənim keçmiş həkimimin yanına gedib və bütün müayinələrdən yenidən keçməyi nəzərdə tutursuzsa – yox.

Ancaq, sonra mən başqa həkimlərlə müayinə olmuşdum, başqa tibbi məqsədlələrə görə və onlar mənim sağlam olduğumu təstiq etdilər.

Mən ürəyimdə sülh hiss etmirdim ki, gedib yenidən sağlamlığımın təsdiqini almaq üçün xəstəxanaya qayıdım və yenidən bu müaniyələrin hamısından keçim.

Siz fikirləşərsiz ki, bu qəribədir, lakin mən istəmirdim öz inamıma zərər gətirim.Ən əsas - mən özüm bilirəm ki, mən sağalmışam. Mən xəstəxanadan 1981-ci ildə dekabrın 10-da çıxmışdım və bu günəcən

Page 13: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

13

sağam, enerji ilə doluyam və çox aktivəm.Çox illərdi yaşayıram – bu həkimin mənə yaşamaq üçün verdiyi bir neçə həftədən qat-qat çoxdur. O fakt ki, mən bu günəcən sağam - kifayət qədər yaxşı göstəricidir ki , Allahın Kəlamı işləyir!

Mən evə qayıdandan bir neçə vaxt sonra, qərara aldım ki, qinekoloqun yanına yoxlanmaq üçün gedim. Ancaq mən və Con bilirik, bizim inamımızı sınamaq üçün bizim başımıza nələr gəlib. Onlardan biri qeyri-normal qanaxma və qarın nahiyəsində olan bərk ağrılar idi. Beləliklə, görüş təyin etdik həkim Riçard U. Volkeromla. O həm gözəl qinekoloq, həm də məsihçidir və Leykvud kilsəsinə gəlir. O mənim vəziyətimlə və nədən keçdiyimdən xəbardar idi.

Bir halda ki, həkimlər birinci şişi tapmadılar, iblis mənə aylarla əziyyət verirdi o fikirnən ki, bu pis şiş mənim bədənimdə böyüməyə davam edir.

Bir neçə il bundan əvvəl mənim keçmiş qinekoloqum diaqnoz qoymuşdu uşaqlıq divarlarında mioma. Bu növ şişlər pis olmurlar və o balaca olduğundan əməliyyat lazım olmadı. Lakin həkimlər xəstəxanada təklif irəli verdilər ki, birinci şiş ola bilsin uşaqlıqda yerləşir.

Həkim Volkerin yanına gedəndə biz Conla bütün yolu dua edirdik.Yoxlama göstərdi ki, bu şiş həqiqətən böyüyüb. İndi o qolf topu boyda olub. Həkim uşaqlığı əməliyyat edib çıxartmağı təklif etdi.

Mən çox fikirləşirdim razılıq verim əməliyyata yaxud yox və nəhayət qərara gəldim. Qısa narkoz altında müayinə təstiq etdi ki, şiş qolf topu boyda uşaqlığın divarındadır.

Əgər şiş əməliyyatdan qabağ orda idisə, onda əməliyyatdan sonra da orada olmalı idi. Patoloq lazım olan araşdırma apardı kəsilən uşaqlığın içində heç bir şiş tapmadı! Bu möcüzə idi! Əməliyyatdan qabağ olan müayinə ilə əməliyyat arasında şəfalanma baş verdi. Əgər mən Allahıma birinci dəfə olduğu kimi etibar etsəydim, hər şey əməliyyat olmadan da yaxşı olardı. Bu gün həkim Volker bəyanat verir ki, məndə cavan qadının sağlamlığı var!

1983-cü ilin dekabrında, düz iki il xərçəng xəstəliyindən sonra, məndə istək yarandı qanımı yoxlayım,ona görə ki, xəstəxanada qanımda qemoqlabin azalmışdı. Mən həkim Riçard B. Çerriya yanaşdım , hansı ki, tibb profilaktik həkimi idi və həm də bizim kilsəyə mənsub olan adamdır. O gözəl insandır, imanlıdır və Müqəddəs Ruhla doludur.O həmişə məni ilhamlandırırdı.

Qanın analizi göstərdi ki, Allah möcüzə edib! Mənim qanım tam normal idi! Sonra mən qara ciyərimdə yeddi addımlı yoxlama keçirtdim, hansı ki, orqanın tam sağlam işləməyini göstərdi. Heç bir xərçəng yox idi! Şükür Allaha! İsa dəyişilməyib. İsa Məsih, dünən, bu gün və əbədi olaraq eynidir.(İbran. 13:8). Onun şəfa verən gücü sizincün də bu gün mümkündür. Peyğəmbər Nahum1:7 deyilir:”Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır.Ona güvənləri tanıyır.”

Page 14: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

14

Əgər siz bu gün əzab çəkirsinizsə, əgər sizin bədəninizdə nə isə nizam yoxdursa , ola bilər ki, həkimlər sizdən imtina edirlər – mən istəyirəm ki, siz biləsiz ki, İsada həmişə ümid var!

--------------------------------- Necə mən Yazını şəfa almaq üçün istifadə etmişəm. Allahın Kəlamı mənim həyatımı xilas etdi. Hər gün mən Yazıdan

çox oxuyurdum. Məsəllər 4:20-22: Oğlum,sözlərimə fikir ver, dediklərimə qulaq as.Onları

gözlərinin önündən ayırma, onları ürəyində qoru. Çünki onları tapanlar həyat və cansağlığı tapar.”

Bu günəcən mən, şəfadan olan ayələri oxumamış evimi tərk etmirəm.Baxmayaraq ki, mən onları əzbər öyrənmişəm, mən onsuzda onlara baxıb oxuyuram. Mənim üçün bunda nə isə var.

Rəblə keçirdiyim səhər vaxtında mən şəfa haqqında olan Kəlamlara baxıram. Mən qoymuram ki, onları gözlərimin önündən çəkilsinlər, ürəyimin içində saxlayıram, ona görə ki, onlar mənim bütün bədənim üçün həyat və can sağlığıdır.

Mən ən əsas o şeyi sizin anlayışınıza çatdırmaq istəyirəm ki, mənə ən çox kömək edən – Allahın Sözünə sarsılmaz, möhkəm, və qətiyətli inamım oldu. Mən bilirdim ki, əgər mənə yaxşı olmasa bu Allahın yox, mənim günahım olacaq, ona görə ki, Allahın Kəlamı heç vaxt aldatmır.

Sizə belə bir qərar qəbul etmək lazımdır. Bəzi insanların Allaha acığı tutur, nəsə onlara qarşı olanda və yaxud onların vəziyyəti yaxşılaşmayanda. Allah sizin düşməniniz deyil! O istəyir ki, sizin həyatınızı qorusun. İblisdir hansı ki, sizi məhv etmək istəyir. (Yəhya10:10) Sərtləşməyin Allaha qarşı və qəzəblənməyin Ona. İblislə vuruşun. Allah – sizin sağlamlığınızın tərəftarıdır.

Sizin bol həyatınız OLA BİLƏR, əgər istəsəniz, lakin bilməlisiniz ki, Allahın sizin üçün olan iradəsi – sağlam olmağınızdır. Bəzi insanlar bilmirlər Müqəddəs Kitab şəfadan nə deyir, inanmırlar ki, Allahın iradəsi onlar üçün – sağlam olmaqdır. Onlar düşünürlər ki, İsa üçün əzab çəkməlidirlər. Onlar fikirləşirlər ki, Allah onlara dərs verir.

Allah öz uşaqlarını üzərilərinə xəstəliklər salmaqla öyrətmir. Siz öz uşaqlarınızı, itəliyib maşın altına salmaqla öyrətmirsiz! Allah – sevən Atadır, hansı ki, öz uşaqlarına sağlamlıq və xoşbəxtlik arzulayır.

Bir dənə də Kəlam, hansını mən hər gün oxuyurdum Yeremiya 30:17 yazılıb: “ Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam, yaralarına şəfa verəcəyəm.”

Mənə elə gəlirdi ki, mən uzun, qaranlıq qıraqlı və sonu olmayan tuneldə gedirəm və ona baxmayaraq, mən təkrar getməyə davam edirdim: “Mən sağalmışam.”

Page 15: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

15

Məndən soruşanda ki, necəsən, mən heç vaxt söyləmirdim ki, mən özümü pis hiss edirəm. Mən deyirdim: “ Mən xeyir-dualıyam Allahın köməkliyilə” və bu həqiqət idi.

Elə görünürdi ki, Allahın Kəlamının etirafı uzun müddət hərəkət etmirdi, lakin nəhayət o işlədi. Mən başladım zəif işıq şuasını görməyə. O, necədə gözəl gün idi, haçan mən Allahın şəfalı gücünün açıq işığını gördüm!

Əgər siz Allahdan nəsə istəyirsiznizsə, ağzınızdan çıxan sözlərə diqqət edin. Allahın Kəlamını etiraf etməyə davam edin və Allah Öz Sözünün ləyaqətini sizə göstərər.

Mən istəyirəm siz inanasınız ki, İsada ümid var. Mən xərçəngdən sağalmış insanam. Məndə xüsusi bir şey yoxdur, mən sadəcə Allahın uşağıyam sizin hamınız kimi. Allah istəyir sizə kömək etsin. O istəyir ki, siz yaşayasınız. O istəyir ki, sizin uzun, sağlam, səmərəli həyatınız olsun. Ancaq sizin sağalmanız avtomatik gəlməyəcək. Siz gərək Allahin Kəlamı və öz imanınız vasitəsilə öz xəstliyinizə qarşı vuruşasız .

Həkimlər deyirlər, məlum faktdır ki, inadkar insan, döyüşçü xəstəliyə tez qalib gələr, nəinki passiv şəxs. Nə vaxt ki, siz öz sağlamlığınız üçün cəsur döyüşçü olsanız, onda nəsə immunitet sistemində hasil olur.

Özünüzdə qərara gəlin ki, siz ölmək itəmirsiniz. Öz vəziyyətinizi Allahın qabağına qoyun. Əgər sizin ürəyinizdə bağışlamamaq yükü və yaxud Allahın xoşuna gəlməyən bir şey sizdə varsa – üz döndərin o şeydən. İsaya güvənin. “Bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur.” (1 Peter 5:7)

--------------------------- İndi isə mən şəfa duasıyla dua etmək istəyirəm. Lakin əgər siz indiyəcən öz həyatınızı İsa Məsihə verməmisizsə,

onda sizə ən birinci xilas olmaq lazımdır. Romalılara 10:9,10 deyilir: “...əgər sən ağzınla “İsa Rəbbdir”, - deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə inansan xilas olacaqsan. Ona görə ki, insan ürəkdən iman edərək bəraət qazanır, imanını ağzı ilə iqrar edərək də xilas olunur.”

Həyatınızın rəhbərliyini İsaya verin. Günahlarınızan tövbə edin və Onu öz həyatınızın Rəbbi, Xilaskarı və Şəfa verəni adlandırın. Ancaq onda siz sağalmağınıza tam əmin ola bilərsiniz.

Əsiz dost hələ ki, İsa Məsihi öz şəxsi Rəbbiniz və Xilaskarınız kimi qəbul etməmisinizsə, mən sizi bu qərarı indi verəməyə çağırıram və bu duayla dua edəsiz:

“Ya Rəbb, mən bilirəm ki, İsasız mən itirilmişəm. Mən bilirəm ki, İsasız, mən öləndən sonra cəhənnəmə vasil olacağam. Lakin, Rəbb mən istəmirəm itirilmiş olum. Mənə xilas lazımdır. Mən iblisdən olan öz köhnə həyatımdan üz çevirirəm və üzümü Sənə tərəf döndərirəm, İsa. Gir mənim

Page 16: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

16

ürəyimə , ol mənim Rəbbim və Xilaskarım . İndi , Rəbbim, Sən təkçə mənim Allahım deyilsən, Sən mənim Göylərdə olan Atamsan, mən isə sənin balanam. Çox sağol Sənə İsa mənim xilasım üçün. Amin.”

Indi siz İsanı ürəyinizə qəbul edəndən sonra cəsarətlə imanızı etiraf edin:

Mən ağzımla iqrar edirəm ki, İsa – Rəbbdir. Mən inanıram ürəyimdə ki, Allah Onu ölülərdən dirildib.

İsa mənim Allahımdır və Xilaskarımdır. Mən xilas olmuşam. Mən itirilməmişəm – mən xilas olunmuşam. Mən xilas olunmuşam indi, ona görə ki, öz ürəyimi və həyatımı

İsaya açmışam. Mən xilas olunmuşam ona görə yox ki, mən belə hiss edirəm –

ona görə ki, Allah belə deyir. İndi Allah – mənim Göylərdən olan Atamdır. Mən Allahın övladıyam. Çox sağol, Rəbb əbədi həyata görə. Mən səninlə əbədi

yaşayacağam. Mən qorxuda daha yaşamıram, ona görə ki, mən həqiqəti bilirəm

və o məni azad edəcək. Mən minnatdaram Sənə, Rəbb əbədi həyatın zəmanətinə görə! -------------------------- Şəfa duası Ey Allah, bizim Atamız. Sənin kəlamın deyir ki, bizim konkret

ehtiyacımız olan dəqiqə Sən köməkçimizsən. Mən Sənə indi müraciət edirəm xərçəng və başqa ölümcül xəstəliyə duçar olan insanların adından. Ata mən xahiş edirəm Səndən İsa Məsih adından toxun və sağalt onları.

Məsafə Sənin üçün maneə deyil. Mən dua edən zaman Sən ordasan, onlarnan bir yerdəsən elə yaxın ki, onların nəfəsini hiss edirsən. Beləliklə, mən xahiş edirəm səndən toxun və sağald onların bədənlərini.

İndi iyrənc xərçəng xəstəliyi, mən sənə müraciət edirəm – çıx bu bədəndən İsanın ismiylə! Mən əmr edirəm bütün xərçəng hüceyrələrinə quruyun və ölün kökündən İsanın Adı ilə! İblis, mən dağıdıram sənin hakimiyyətinin təsirini bu insanın həyatında, və mən icazə verirəm bu insanlara şəfa gəlsin İsa Məsihin İsmi ilə!

Ata mən xahiş edirəm xərçəng və yaxud başqa xəstəlikdən zədələnmiş bu insanların bədənində köhnə hüceyrələri təzələrlə əvəz . Ya Rəbb, Sən bunu edə bilərsən, ona görə ki, insanlara mümkün olmayan şey Səninçün mümkündür. Sən Allahsan, hansı ki, bizlm qayğımızı çəkir və biz inanırıq ki, Sən bizim duamızın cavabını verəcəksən, sadəcə ona görə ki, biz xahiş edirik.

Page 17: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

17

Ata, qoy yenidən qüc və sağlamlıq gəlsin bu adamın bədəninə elə bu dəqiqə. Təşəkkür edirik Sənə ya Rəbb, ona görə ki, Sən bunu etdin.

Mən təşəkkür edirəm Sənə, İsa, insanların yaxşı şahidliklərinə görə, hansılar sağaldılar, hansılar öz imanlarından şübhə etmədən tutmuşdular, ona görə ki Sən Vəd verən sadiqsən. Təşəkkür edirəm Sənə Ata İsanın ismilə. Amin.

Page 18: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

18

2 fəsil Şəfa gətirən 40 Allahın Kəlamı,

hansılar mənə kömək etdilər xərçəngin üstündə qələbə çalım.

Allahın Kəlamına sarsılmaz inam – bu yeqanə şeydir ki, şəfanı

əldə etməyə mənə kömək etdi. Çox insanlar məndən istəyirdilər ki, mən onlara Kəlamları yazıb

verim, hansıları ki, mən sağalmaq üçün istifadə edirdim. Onlar çox idi, lakin mən istəyirəm sizə mənə ən çox kömək edənlərdən 40- nı verim. Mən indiyəcən onları oxumağa davam edirəm öz imanımın möhkəmlənməsi üçün.

Bu şəfa verən vədləri hər gün etiraf etməyim mənim sağalamağım üçün açar idi.İstifadə edin onları gündəlik dualarınızda. Mən inanıram ki, onlar sizə xəstəliklərin əlamətlərinə qarşı və düşmənin hər cür yalanına qarşı olan mübarizədə kömək olacaqlar.

1. Məsəllər 4:20-23 – Allahın Kəlamı sizin həyatınızı xilas

edəcək. “Oğlum, sözlərimə fikir ver, dediklərimə qulaq as. Onları gözlərinin önündən ayırma, onları ürəyində qoru. Çünki onları tapanlar həyat və cansağlığı tapar. Hər şeydən əvvəl öz ürəyini qoru, çünki həyat çeşməsi odur.”

Allahın Kəlamının vacibliyinin əsas səbəbi odur ki, çox vaxt sizin sağlamlığınız üçün mübarizədə bu yeqanə ümid olacaq.

Allahın Kəlamını ürəyinizdə birinci yerə qoyun, ona görə ki, bu həyatdır və sağlamlıqdır sənin bütün həyatın üçün.

2. Yeşua 21:45 – Allahın Kəlamı düzdür. “Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.”

Yazıdan olan bu yer xüsusilə mənə kömək etdi. Bu ayə mənim şüurumda gecə və gündüz gözümün qabağında idi. Mən bilirdim ki, Allahın Sözü yerinə yetiriləcək. Onun heç bir sözü boşa çıxmayacaq.

3. Filiplilərə 2:13 – Allahın iradəsi olan şəfa sizdə hərəkətdədir.

“Çünki Öz iltifatına müvafiq olanı həm istəməniz, həm də icra etməniz üçün sizdə fəal olan, Allahdır.”

Page 19: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

19

Xüsusilə bu ayə mənə xəstəliyimin ağır olan zamanlarında çox kömək edib. Mən bu ayəni başqalarından çox bəyan edirdim, maşın sürəndə, gəzməyə gedəndə. Bu sadəcə mənim şüurumda qalxırdı: “Ya Rəbb, Sən Özün dedin ki, mənim bədənimdə hərəkət edirsən və Öz mərhəmətinə uyğun olaraq məndə həm istəməyi, həm də icra etməyi fəalliyətli edirsən. Sən mənim şüurumda işləyirsən: yeniləşdir onu. Mənim sağlamlığım – bu Sənin iltifatındır.”

4. Romalılara 8:11 – Rəbbin Ruhu sizin bədəninizi canlandırır.

“Əgər İsanı ölülərdən Dirildənin Ruhu sizdə yaşayırsa, o zaman Məsihi ölülərdən Dirildən, sizin də fani bədənlərinizə sizdə yaşayan Öz ruhu ilə həyat verəcəkdir.”

Necə gözəl ayədir! Həmən Ruh, hansı İsada yaşayırdı və Onu ölülərdən diriltdi, məndə və sizdə yaşıyır. O yaşadır bizim fani bədənlərimizi, onları həyatnan və sağlamlığla dolu edir. Bütün izzət Atanın olsun!

5. 2 Korinfinlilərə 1:20 – Allah sizin tərəfindədir. “Çünki Allah nə qədər vəd etmişsə, hamısı Məsihdə

“bəli”dir. Buna görə vasitəmizlə Allaha izzət olsun deyə “amin” Onun adı ilə söylənir.”

Əgər siz Allahın Kəlamını bilmirsinizsə, sizə onu öyrənmək lazımdır. Allahın Kəlamı şəfa haqqında nə dediyini bilməməzdikdən çox insanlar əzab çəkirlər və ölürlər.

Əgər siz cavan imanlısınız, söyməyin özünüzü. Allah sizə qarşı çox mərhəmətli olacaq. Sadəcə Yazıya gir və Onun harada olduğunu axtarın və O Özünün gücünü sizin xeyrinizə açacaq. Əgər siz elə bir kilsəyə gedirsiz, hansı ki, tam həqiqəti açmır, mənim sizə məsləhətim , özünüzə yer axtarın, haradakı siz Allahın Kəlamını bütünliklə eşidə bilərsiz. Bu bir dəfə sizin həyatınızı xilas edə bilər, necə ki, mənimlə baş verdi.

6. Matta 8:2,3 – Allahın sizin üçün iradəsi odur ki, siz sağlam

olasız. Yazı deyir:”Və budur, bir cüzamlı gəlib:”Ya Rəbb, əgər

istəsən, məni saf edə bilərsən” – deyərək ona toxundu; və o, dərhal cüzamdan təmizləndi”

Sağlam olmaq – Allahın iradəsidir sizin üçün. Əgər siz buna inanmırsızsa, onda sizə lazımdır fikirlərinizi dəyişəsiz. Sizi xəstə edən Allah deyil, iblisdir.

Siz Allahın üstünə hirslənirsiz və ona görə də kədərlə dolusuz, sadəcə deyin : “ Ata, mən haqlı deyildim. Mən bilmirdim ki, iblis mənə bu xəstəliyi verib. Mən Sənə qarşı günah etmişəm, ona görə bağışla məni. Mən bu acılığı Sənə verirəm, İsa. Bağışla məni.”

Page 20: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

20

Sizə, ürəyinizi Allaha qarşı və yaxud kiməsə qarşı olan tam qəzəbdən və acılıqdan azad etmək lazımdır ki, heç nə dualarınızda maneə olmasın.

7. Çıxış 15:26 – Allaha qulaq as və sağlamlıq alarsan. “Əgər sizi Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözləri

önündə sədaqətli olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb mənəm.”

Allaha qarşı düzmü hərəkət edirsiz? Onun qanunlarına xüsusi diqqət yetirirsizmi? Onun sizdən xahiş etdiyinin hamısını edirsizmi?

Allahın vədlərini icra etmək üçün həmişə şərait var. Bu aşkar qanunlardı, hansıları ki, biz gərək yerinə yetirək. İbranilərə 11:6 deyilir ki , Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir. Əgər siz Allahı təmiz ürəklə axtarmamısızsa, mən sizi çağırıram bu gündən başlayasan. Qulaq asın və oxuyun Allahın Kəlamlarını, axtarın onu bütün ürəyinizlə. Əməl edin Onun qanunlarına və bu sizin həyatınıza dəyişıkliklər gətirəcək.

8. Çıxış 23:25 – Rəbbə qulluq et və şəfa sənin olacaq. “Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və

suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm.” Bu bir dənə də Allahın gözəl vədidir, Ona xidmət edənlər üçün. O

sizin çörəyinizə və suyunuza xeyir-dua verəcək. Yeməkdən qabağ mən dua edəndə, mən heç vaxt bu sözlərsiz tamamlamıram: “Ata, mən minnatdaram Sənə vədinə görə ki, mənim çörəyimə və suyuma xeyir-dua verəcəksən və daxilimdən bütün xəstəlikliləri yox edəcəksən.”

9. Təkrar qanun 7:15 – Allah bütün xəstəliyliləri sizdən uzaq edir. “Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə

gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri duçar edəcək.” (Fikir verin burda deyilmir ki, bir hissə yaxud bəzi xəstəlikləri götürəcək, lakin BÜTÜN xəstəlikləri götürəcək.)

Bu gözəl kəlamdır, hansı ki, siz arxalana bilərsiz.O zaman ki, iblis

sənin qulağına pıçıldıyır Allah üçün sənin hadisən çox çətindir, onda bu yeri bəyan edin. Allahın hakimiyətinin altında olmayan heç bir xəstəlik yoxdur.

İsa ixtisaslanir həmçinin çətin hadisələrdə. O üzgörəlik etmir. O məni ona görə sağaltmadı ki, mən pastor Con Ostinın arvadıyam. Xeyir. O sağaltdı məni ona görə ki, O məni sevir və mən Onun balasıyam. Və O sizi də bu məhəbbət gücünə sağaldacaq.

Page 21: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

21

10. Malaxiya 3:10 – Allahın bütün qanunlarına icra et və bütün xeyir-dualarını al.

“Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun. Ordular Rəbbi deyir: “Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam.”

İnsanların şəfa almamasının bir səbəbi də odur ki, ondabirlər haqqında olan Allahın Kəlamına tabe olmamalarıdır - hər cür gəlirinizdən on faiz vermək lazımdır. Tamamilə Allahın ardınca getmək üçün, bütövliklə Onun qanunlarını icra etmək lazımdır. Və onlardan biri – ondabiri verməkdir.

11. Zəbur 102:1-5 – Allahın xeyir-dualarından biri – bu

sağlamlıqdır. “Rəbbə alqış et, könlüm, ey bütün varlığım, Onun müqəddəs

adına alqış et! Rəbbə alqış et, ey könlüm,unutma etdiyi yaxşılıqları:..” Allahın hansı yaxşılıqları? Odur bütün təqsilərini əfv edən, bütün xəstəliklərinə şəfa

verən, Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan. Odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib gənc, gümrah, qartala oxşadan.”

12. Zəbur 106:20 – Allahın sözləri ürəyə məlhəmdir. “Kəlamını göndərib onlara şəfa verdi, məzara düşməkdən

onları xilas etdi.” Və siz yenə də görəcəksiniz Allahın Kəlamını bilmək və öz

sağlamlığınız və şəfanız üçün istifadə etmək necə vacibdir. Əgər mənim Allahın Kəlamına və Kəlamın işlədiyinə inamım olmasaydı və inanmasaydım ki, Allah heç vaxt aldatmır və Öz vədlərinə əməl edir – sağ olmazdım bu gün!

13. Zəbur 117:17 – Allah istəyir ki, siz yaşayasınız. “Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm.” Bu daha bir ayədir, hansı ki, mən çox tez-tez onu bəyan edirdim.

Həkimlər mənə bir neçə həftə yaşamağı müəyyən etdilər, mən dəqiq özümdə qərar verdim: mən özüm üçün ölümü yox, həyatı seçirəm.

14. Təkrar qanun 30:19 – Həyatı seçin. Döyüşçü olun! “Qarşınızda həyatla ölümü, bərəkətlə lənəti qoyduğum üçün

bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.”

Sizin üçün çox vacibdir ki, həyatı seçəsiz. Siz gərək möhkəm qərara gələsiz ki, siz yaşayacaqsınız. Fikirnizi toplayın və söyləyin: “ İblis,

Page 22: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

22

götür əllərini məndən. Mən ixtiyar vermərəm sənə məni dağıdasan, mən icazə vermərəm sənə məni öldürəsən. Mən vaxtsız ölümnlə ölməyəcəyəm, lakin mən yaşayacağam və Rəbbin işlərimi bəyan edəcəyəm.”

Bu mübarizədə siz tezliklə özünüzü daha yaxşı,daha yaxşı və daha yaxşı hiss etməyə başlayacaqsınız.

15. Zəbur 90:16 – Siz uzun ömürlə yaşayacaqsınız. “Onu uzun ömürlə doyduracağam, ona qurtuluşumu

göstərəcəyəm.” Bütün bu zəbur ancaq xeyir-duadan söyləyir, xüsusilə mənim 16-

cı ayə xoşuma gəlir. Xərçənglə apardığım mübarizə zamanı, biz həmişə Leykvud

kilsəsinə iki qəbirstanlığın yanından keçən bir yolla gedirdik. Onların biri balaca idi və orada on qəbir olardı. Hər dəfə, bu yerdən keçəndə biz Conla bir birimizin yadına salırdıq: “ Uzun ömürlə O doyduracaq məni və Öz qurtuluşunu göstərəcək mənə.”

16. Yeşaya 53:5 – İsa sizin günahlarınızı və sizin xəstəliklərinizi

götürüb. “Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz

naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı. Onun yaraları ilə biz şəfa tapdıq.”

Sizə məlumdurmu ki, İsa çarmıxa nəinki günahlarımızı, lakin xəstəliklərimizi də çarmıxa daşıdı? O çarmıxda sizin ürəyinizə ağrı gətirən hər şeyi daşıdı: pulun çatışmamazlığı, depressiyanı, məyusluqu, ağrıları, əzabları. İsa bunların hamısını götürdü.

Matta 8:17 Yeşayanın İsadan peyğəmbərlik etdiyi sözlərini dəlil gətirir: “Bizim naxoşluqlarımızı Özünə götürdü və xəstəliklərimizi Özü daşıdı” Əgər İsa bizim xəstəliklərimizi Özünə götürübsə, bu o deməkdir ki, bizim ixtiyarımız var onlardan azad olaq.Verin xəstəliklərinizi İsaya və deyin: “ İsa, mən Sənə verirəm bütün bu dərdlərimi və ürək ağrılarımı. Bu həddindən çoxdur mənim üçün. Mən sənə verirəm bu xəstəliyi,ya Rəbb. Və mən minnatdaram Sənə ki, Sənin yaralarınla mən şəfa tapdım.”

17. Yeremiya 30:17 – Allah bərpa edəcək sizin səhhətinizi. “ Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam,

yaralarına şəfa verəcəyəm. “ Mən xəstə olanda iki foto şəkilimi tapdım, harda mən tam sağlam

olan zaman çəkilmişdim. Birində mən gəlin paltarında idim, başqasında isə - atla çapırıq. O şəkillər mənim imanımı qaldırırdılar və kömək edirdilər mənə müsbət əhval-ruhiyəmi saxlayım, xüsusən də mən özümü pis hiss edən zamanda.

Mən həmişə o foto şəkillərə baxırdım və təkrar edirdim: “Çox sağol Ata, ona görə ki, Sən mənim səhhətimi bərpa edəcəksən və mənim yaralarımı sağaldacağsan. Minnatdaram Sənə ki, mən özümü toy günümdə

Page 23: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

23

olan kimi özümü hiss edəcəyəm, hansı ki, o zaman mənim 21 yaşım var idi. Mən özümü elə hiss edəcəyəm, elə bil mənim yenə 25 yaşım var və mən atla çapıram. Sən mənim səhhətimi bərpa edəcəksən Ata.”

18. Matta 18:18 – Siz xəstəliyin üzərində olan hakimiyyəti götürə

bilərsiz. “Sizə doğrusunu deyirəm: Yer üzündə bağlayacağınız hər

şey göydə bağlanmış olur; və yer üzündə açacağınız hər şey göydə açılmış olur.”

Siz bu ayəni belə oxuya bilərsiz: “ Nəyi mən yer üzündə dayandıracağam, o da göydə dayandırılmış olacağ. Və nəyə mən yer üzündə icazə verəcəyəm, ona göylərdə icazə veriləcək.”

Əgər sizin bədəninizdə xəstəlik aləmətləri varsa, onda sizin bu aləmətləri burda yerdə bağlamaq üçün səlahiyyətiniz var – və onlar göylərdə bağlanmış olacaqdır. Rahat olun , Allah vədini əməl edəcək!

19. Matta 18:19 – Bir adamla razılaşıb dua edin ki, siz şəfa

tapasınıız. “Sizə təkrarən deyirəm ki, əgər sizdən iki nəfər yer üzündə

istəyəcəkləri hər hansı bir şey haqqında razılığa gəlsə, Göylərdə olan Atam onlar üçün edəcəkdir.”

Bu o qədər vacib ayədir! Əgər siz ərdəsiniz yaxud evlisiniz, qoy sizin əriniz yaxud

arvadınız bədəninizin şəfalanması haqqında duada sizinlə razılaşsınlar. Qoymuyun pis fikirlər sizdə ayrılıq salsın. İsa deyib, əgər siz duada istəyəcək hər hansı bir şey haqqında razılığa gəlsəz, Göylərdə olan Atamız verəcək sizə.

Razılıq duasını yerdə edəndən sonra gözlərinizi Göylərə qalxızın və deyin: “Ata biz elədik , nəyi Sən xahiş etmişdin yerdə edək. İndi Sənin növbəndir bunu Göylərdə yenidən hasil etmək.”

20. Mark 11:23 – Siz nə danışacaqsız, o da dəyişikliklər

gətirəcək. “Sizə doğrusunu deyirəm: Kim bu dağa, “Qalx, dənizə atıl!”

– deyib ürəyində şübhə etməzsə, lakin dediyinin olacağına iman edərsə, dediyi olacaqdır.”

Sizin dağ kimi xəstəliyiniz var? Dağa oxşar maddi çətiniklər çəkirsiniz? Nə olur olsun, deyin o dağa: qalx, dənizə atıl...və sənin sözünlə olacaq.

Görürsiniz ki, ancaq müsbət sözləri söyləmək çox vacibdir, Yazı deyir ki, biz öz ağzımızdan çıxan sözlərlə bağlayırıq özümüzü, tələyə salırıq özümüzü(bax. Məsəllər 6:2) Bələliklə, fikir verin dediyiniz sözlərə. Bəyan edin: “Mən inanıram ki, sağalmışam!” və o gələcək.

Page 24: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

24

21. Mark 11:24 – İnan və sənə olacaq. “ Bunun üçün sizə deyirəm: Dua edib istədiyiniz hər şeyi

almış olduğunuza iman edin və istəyiniz yerinə yetirəcəkdir.” Mən xəstəxanadan gələn günü, biz Conla duada razılaşdıq

tamamilə hər şeyi Allaha etibar edək. Mənim yadımdadır ki, həmin gündən 11 dekabr 1981-ci ildən, mən sağalmağa başladım. Faktiki mən özümü çox dəhşətli hiss edirdim və görnüşünümə baxmaq qorxulu idi. Lakin mən bilirdim, əgər indi təslim olsam və görnüşümə baxsam, mən sağ qalmaram. Çox vaxt mən hiss edirdim ki, ölüm yaxındır, lakin mən vuruşurdum, öz istədiyimdə bərk dayanmışdım və Allahın yadına salırdım Onun Kəlamında olan vədlərini. Və mən sağaldım!

22. Yeşaya 43:25,26 – Öz vəziyyətinizi Allahın qabağına qoyun. “ Mənəm öz xatirimə görə asiliyini silən.Bəli, Mən

günahlarını da yada salmaram.yadıma sal, gəl mühakiməyə gedək, bəraət qazanmaq üçün məhkəmədə işindən danış.”

26 ayədə Kral Yaqubun tərcüməsində deyilir: “ Yadda saxla Məni

və gəl görüşək və həqiqəti öyrənək ki, sən etdiyin işlərində bəraət qazanasan.”

Mən Allahın qabağına qoydum öz işimi, məhkəmədə olan kimi. Mən dua edirdim: “Ata, mən öz işimi Sənə verirəm və Səndən xahiş edirəm mənə göstərəsən həyatımda düz olmayan anları ki, mən onları düzəldə bilim.

Bundan sonra mən İsanın yadına saldım Con mənimlə elədiyi razılıq duasını, mən Ona söyləyirdim:”İsa, mən istəyirəm Sənə minnatdarlığımı bildirim 11 dekabr gününə görə. O gün biz Conla inandıq ki, mən şəfamı aldım və o məndə var. İsa mən sevinərəm ki, mən sağlamam , ağrı və sümüklərimin sızıltısı tezliklə bədənimdən çıxacaq. Bu keçir, İsanın ismi ilə.”

Siz soruşursuz: “Ağrılar keçdimi?” Xeyir, bu bir saniyədə baş vermədi. Qabaqda məni ruhani

vuruşmalar gözləyirdi. Mən elə bil qaranlıq tuneldə idim və işığı aylarnan görə bilmirdim. Lakin buna baxmayaraq mən Allahın Kəlamını bəyan etməyi dayandırmırdım ona görə ki, mənim sarsılmaz inamım ona var idi. Mən bilirdim ki İsa aldada bilməz məni və əgər mən inanmağa davam etsəm, istədiyimi alaram. Və mən haqqlı çıxdım!

23. Mark 16:17,18 – Qoy kimsə sizin üzərinizə əllərini qoyub dua

etsin ki, siz sağalasız. “İman edənləri isə bu əlamətlər müşayiət edəcəkdir: ...

xəstələr üzərinə əllərini qoyacaqlar və onlar sağalacaqlar.”

Page 25: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

25

Bu effektiv usulu - İsa bizə şəfa almaq üçün verib. Qoy kilsə xidmətçisi yaxud adi məsihçi , hansı şəfaya inanır, üzərinizə əllərini qoysun və dua etsin sizin şəfalanmağınız üçün. O andan etibarən inanın ki, sağalacaqsınız və elə də olacaq.

24. Yəhya 9: 31 – Hörmət edin Allaha. “...kim Allaha ibadət edib , Onun iradəsini yerinə yetirirsə,

Allah onu eşidir.” Çox vacibdir Allaha itaət etmək və bununla belə Ona hörmət

edək. Bəlkə siz öz kilsənizdə Allaha itaət etməyə öyrəşməmisiz. Əgər yox, onda indidən Ona itaət edə bilərsiniz. Sadəcə əllərinizi qalxızın və deyin: “ İsa, mən sevirəm Səni və Sənə sitayiş edirəm. Bu gün mən Sənin yanına gəlirəm və Sənə minnatdarlığımı bildirirəm ki, Sənin Kəlamın dəyişilməzdir.” Ona sitayiş etmək sizə yaxşı hisslər gətirəcək.

Bir dəfəyə Yəhya 9:31-dən mən keçirəm Yəhya 10:10. 25. Yəhya 10:10 – İblis sizi öldürmək istəyir, lakin Allah sizi

sağaltmaq istəyir. “ Quldur ancaq oğurlamaq, öldürmək və tələf etmək üçün

gəlir. Mən isə gəldim ki, qoyunlarımda həyat, bol həyat olsun.” Bəzi Kəlamları mən gündə bəyan edirdim, bu Kəlam onlardan biri

idi. Mən başqalarında oxuyuram və gözlərimdən uzaqlaşmağa qoymuram onları. Lakin Yəhya 10:10 – bu Kəlamı mən hər gün və ucadan oxuyuram. Mən onu Yəhya 9:31 birləşdirib söyləyirəm: “ İblis, sən mənim sağlamlığımı oğurlamamısan və oğurlaya bilməyəcəksən. Sən məni öldürə bilməyəcəksən və məni məhv edə bilməyəcəksən, ona görə ki, mən Allaha sitayiş edirəm və Ona hörmət edirəm. Mən Onun iradəsini yerinə yetirirəm və O məni eşidir. İsa gəlib ki, məndə həyat, bol həyat olsun.”

26. Qalatiyılılara 3:13,14 – Siz lənətlərdən satın alınmısız. “Məsih bizim uğrumuzdan lənətlənib, bizi Qanun lənətindən

xilas etdi; çünki yazılmışdır: “Ağacdan asılan hər kəs lənətlidir.” Xilas etdi ki, İbrahimin aldığı bərəkət, Məsih İsa vasitəsilə

qeyri-yəhudilərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.”

Qanunun lənəti nə idi? Günah, xəstəlik və yoxsulluq. İsa bu dünyaya gəlib və Özünü bizim əvəzimizə könüllü çarmıx vasitəsilə ölümə verdi, bizi o lənətlərdən satın aldı.O Özünə günah, xəstəliklər və yoxsulluğ lənətlərini götürdü ki, siz üstünüzdə onları daşımayasız. Bunu etməklə İsa bizə imkan verdi İbrahimin xeyir-duasını alaq: bağışlanma, illahi sağlamlıq və maddi ehtiyacınızın ödənməsini. Həmd olsun Allaha!

27. İbranilərə 10:23 – Siz imanda zəifləməzsiz.

Page 26: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

26

“İqrar etdiyimiz ümidi tərəddüd etmədən möhkəm tutaq; zira vədi verən Allah sadiqdir.”

Bu Kəlamın əhəmiyyəti mənim üçün böyük oldu. Yuxarıda yazılmış olaraq mən imanda tez-tez zəifliyirdim. Əlbətdə bu mənim şüurumda, fikirlərimdə baş verirdi, lakin ürəyimdə yox! Belə anlar sizə iblisdən gəlir. İblis bizim qardaşlarımıza şər atandır. (Vəhy 12:10) . O sizə nə isə deyəndə tam əksinə inanın və onda həqiqət sizinlə olacaq.

Mən öyrəşdim zəifliyimə görə vicdan əzabı çəkməyim. Mən həmişə deyirəm: “ Minnətdaram Sənə Ata ona görə ki, mən ümidi tərəddüd etmədən möhkəm tutmuşam və zəifliyə yol vermirəm.Mən zəifləməyəcəm öz insan ruhumda, ona görə ki, bilirəm Sənin Kəlamının təsiri var.”

28. İbranilərə 10:35 – Siz Allaha və Onun Kəlamına etibar edə

bilərsiz. “Buna görə, böyük mükafat olan cəsarətinizi atmayın.” Heç nəyə baxmayaraq, öz ümidinizi Rəbb İsa Məsihə və Onun

Kəlamına bağlayın. O – sizin ümidinizdir. Allah, Ona etibar etdiyinizə görə, mütləq sizi mükafatlandıracaq!

29. Yoel 3:10 – Siz gücü Allahda və Onun Kəlamında tapa

bilərsiz. “...Qoy zəif olan “güclüyəm” desin.” Siz hiss edəndə ki, zəifliyirsiz, təkrar və təkrar deyin bu sözləri və

güc gələcək. Heç bir vəziyyətə baxmayaraq, sadəcə təkrarlayın bu sözləri: “Mən güclüyəm.”

Yeşaya 27:5 deyir: “icaza verin ona Mənim gücümü əldə etsin.” (inglis dilindən tərcümə).

Sadəcə əllərinizi uzadın və Rəbbin gücündən yapışın. Mən özüm bunu dəfələrlə etmişəm. Mən əlimi uzadırdım və üç balaca sözlər deyirdim: “İsa, mənə kömək et! “ Və O heç vaxt qoymurdu mən pis vəziyyətdə qalım, Öz köməyini məndən əsirgəmirdi və şübhəsiz sizdən də əsirgəməz.

30. İbranilərə 13:8 – İsa Məsih heç vaxt dəyişilmir. Qədim

zamanlarda O nə edibsə, bu gün də edə bilər. “İsa Məsih, dünən, bu gün və əbədi olaraq eynidir.” Bizim qızımız Liza serebral iflic xəstəliyindən və beyin pozulması

ilə anadan olanda, mən və Con şəfadan az bilirdik. Con o zaman belə kilsənin pastoru idi ki, harada illahi tərəfdən şəfalanmaqdan təlim vermirdilər.

Con və mən başladıq müjdənin dördünü də oxumağa: Mattanın, Markın, Lukanın və Yəhyanın, o yerləri ki, harada İsa xəstə insanları qəribə, ecazkar şəkildə sağaldırdı.

Sonra biz İbranilərə çatdıq, harada yazılıb ki, İsa dünən,bu gün və əbədi olaraq eynidir. Bundan sonra biz dua etdik sadə dua ilə, hansını bilirdik: “ İsa, Sənin Sözün deyir ki, Sən dəyişilməmisən. Bizim

Page 27: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

27

qabağımızda balaca uşaqdır- iflic və beyin pozulması xəstəli ilə. Ata, əgər Sən illər keçdikçə dəyişilməmisənsə, onda Sən bu gün də eynisən. Sən bizim balaca qızımıza toxuna bilərsən və onu tamamilə sağalda bilərsən. Xahiş edirik Səndən toxun ona və sağalt onu.”

Siz bilirsiz, İsa belə də etdi. Bu gün Liza tamamilə normal yekə qızdır- gözəl cavan qadındır. O Rəbdə və Onun qüdrətində qüclüdür. Və o böyük xeyir-duadır bizim üçün.

İsa dəyişilməyib. Onun arzusu - sizin hamınızı sağlam görməkdir. 31. 3 Yəhya 2 – Allahın ən böyük arzusu sizin üçün odur ki, siz

hər şeydə müvəffəqiyyətli olasız. “Sevimlim! Dua edirəm ki, canın tərəqqi etdiyi kimi, sən də

hər baxımdan tərəqqi edib sağlam olasan.” Bilirsiz canımız necə çiçəklənə bilər? Canımıza Allahın Kalamını

qoymaq vasitəsilə. Onda siz bilərsiz yaxşı cansağlığında olmaq necədir. Allah istəyir ki, biz illahi sağlamlıqda gəzək. Və siz onu şüurunuza Allahın Kalamını qoymaqla əldə edə bilərsiz. Və onda xəstəlik gələndə siz hazır olacaqsız ona qarşı durmağa.

32. Yaqub 5:14,15 – Qoy başqa məsihçi, hansı ki, inanır şəfaya,

zeytun yağıyla sizi məsh etsin və dua etsin sizin üçün. “ Aranızda xəstə olan varmı? Qoy iimanlılar cəmiyyətinin

ağsaqqallarnı çağırtsın. Onlar da Rəbbin adı ilə üzərinə yağ sürtərək onun üçün dua etsinlər.

Və imanlı dua xəstəni xilas edər. Rəbb onu ayağa qaldırar və əgər o adam günah işlətmişsə, əfv olunar.”

Mən təklif edirəm sizə zəng edəsiz kilsənizdə olan ağsaqqala, hansı ki, bilir necə dua etmək lazımdır. Qoy o sizə yağ sürtsün və Rəbbin adı ilə dua etsin. Allah dedi ki, iman duası xəstəni sağaldar.

Əgər sizdə dua etməyi bilən ağsaqqal yoxdursa, onda tapın hər bir bilən məsihçini. O zaman inanın ki, Allah Öz Sözünü yerinə yetirəcək, və Rəbb sizi bərpa edəcək.

33. 1 Peter 2:24 – İsa sizin sağlamlığınız üçün qiyməti ödəyib

daha. “O Özü bizim günahlarımızı Öz bədənində çarmıxda daşıdı ki, biz günah etibarı ilə ölüb, salehlik üçün yaşayaq. Siz Onun yaraları ilə şəfa tapdınız.”

Yeşaya dedi: “ Onun yaralarıyla siz şəfa tapmısız” . Peter Müqəddəs Ruhun açıqlamasının vasitəsi ilə geriyə baxıb Yeşaya 53:5 və dedi: “ Kimin yaralarıyla siz sağaldınız?” Sizin şəfanız şəxsən İsa Məsihlə alınmışdı!

Page 28: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

28

34. 1 Yəhya 5:14,15 – Öz dualarında inamlı ol. “ Allahın qarşısında malik olduğumuz, cəsarət isə bundan

ibarətdir ki, əgər biz Onun iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir.

Və əgər biliriksə ki, O hər dilədiyimizi eşidir, biz Ondan diləmiş olduğlarımızı aldığımızı da bilirik.”

Siz öz sağlamlığınız üçün dua edə bilərsinizmi Allaha, əgər bimirsiz Allahın iradəsi buna varmı? Düzdür, dua edə bilməzsiz! Siz dünyadan bilirsiz ki, əgər kimsə xəstədir – o gərək zülm çəksin.Və əgər bəxtiniz olsa, sağala bilərsiz. İndi isə sizə öz şüurunuzu Müqəddəs Kitabda şəfadan olan ayələrlə dəyişək lazımdır.

Nə cür sizin ehtiyacınız olsa da, Yazıda Allahın ona aid vədini tapın və xahiş edin Ondan, Onun iradəsinə uyğun olaraq. Allahın Kəlamı Onun iradəsidir. Haçan sən öz ehtiyacına aid vəd tapsan və dua edərsən onun əsasında səndə iman olacaq ki, Allah səni eşidir və duaya cavab verəcək.

35. 1 Yəhya 3:21,22 – Allah o insanların dualarına cavab verir,

kim Onun əmrlərinə riayət edir. “ Sevimlilərim, əgər ürəyimiz bizi məhküm etmirsə, bizim

Allah qarşısında cəsarətimiz vardır. Və nə rica etsək, Ondan alırıq, çünki Onun əmrlərinə riayət

edirik və Onun qarşısında məqbul olan işləri görürük.” Əgər siz Allahdan gözlədiniyizi almırsız, onda öz ürəyinizi

araşdırın. Yadınıza salın, riayət edirsinizmi Onun əmrlərinə və ancaq Ona xoş gələn şeyləri edirsiz?

36. 2 Timoteyə 1:7 – Qorxu Allahdan deyil. Qovun onu! “Çünki Allah bizə qorxaqlıq ruhu deyil, qüdrət, məhəbbət və

nəfsə hakim olmaq ruhu vermişdir.” Mən heç vaxt qorxaq deyildim. Lakin xərçəng xəstəliyinə

tutulanda mən məcbur idim qorxu ilə vuruşam. Siz fikirləşə bilərsiz ki, pastorun arvadının və Müqəddəs Ruhla

dolu olan imanlının ağzından belə şeylər eşitmək qəribədir. Mən çalışmıram özümə bəraət qazanım, mən sadəcə olduğunu sizə söyləyirəm ki, bu sizə kömək edə bilsin.

Mən insanam və sizə qarşı gələnlər mənim də qarşıma gəlib. Beləliklə mən məcbur idim qorxuyla vuruşam. Və mən bunu ayələrlə edirdim – 2 Timoteya 1:7 kimi.

Mən bəzən deyirdim:” Ata, Sən mənə qorxu ruhu verməmisən, lakin qüdrət, məhəbbət və nəfsə hakim olmaq ruhu vermisən. Bu qorxu Səndən deyil ya Rəbb. Bu iblisdəndir. Beləliklə, mən əmr edirəm ona İsanın ismi ilə rədd olsun!”

Əgər sizə qorxu gəlirsə, qarşı durun dua edərək: “ Bu gündən, bu sözləri oxuduqdan sonra, mən qorxudan canımı qurtarıram. Qorxu, burax

Page 29: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

29

məni İsanın ismi ilə. Sənin haqqın yoxdur Allahın balasını incidəsən. Mən Onun sülhü ilə və məhəbbəti ilə doluyam. İndi Rəbb, mən qayğılarımı qoyuram Sənin üzərinə, ona görə ki, mən bilirəm – Sən mənim qeydimə qalırsan. Və mən minnatdaram Sənə qorxudan azad olduğuma görə.”

37. 2 Korinfinlərə 10:4,5 – Allahın Kəlamına uyğun gəlməyən

fikirləri və görüntüləri qovun. “Çünki cəngimizin silahları cismani deyildir, lakin

istehkamları yıxmaq üçün Allahın qüdrətinə malikdirlər. Biz nəzəriyyələri və Allahın biliyinə qarşı duran hər əngəli

yıxırıq və hər düşüncəni Məsihə itaət etsin deyə əsir edirik.” Mən xəstə olanda məcbur idim xəstəliyin əlamətlərinə görə məni

təşvişə salan fikirlərimi dağıdım. Siz də belə etməlisiz. Fikirlərnizin sizə tabe olmasını məcbur edin. Onları Məsihə itaət etdirin. Deyin: “ Fikirlərim, mən əmr edirəm sizə Allahın Kəlamına uyğun olun, hansı ki, deyir İsa Məsihin yaralarıyla mən sağalmışam. Düşüncələrim, Allahın Kəlamına uyğun olun, hansı ki, deyir mən Atadan xahiş etdiyim hər şeyi alacağam. Fikirlərim, Allahın Kəlamları ilə bir istiqamətdə olun, İsanın ismilə.” Və Allaha həmd edin bunun olacağına görə.

38. Efeslilərə 6:10-17 – Qüvvətli olun Onun qüdrətində. Bütün

zirehlərini geyin və öz sağlamlığınız üçün vuruşun. “ Nəhayət, Rəbbdə və Onun üstün qüdrətində qüvvətlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün

zirehlərini geyinin. Çünki mübarizəmiz qan və ətə qarşı deyildir, ancaq

rəyəsətlərə, hakimiyyətlərə, bu qaranlıq dünyanın hökmranlrına, yəni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır.

Buna görə Allahın bütün zirehlərini götürün ki, siz pis gündə müqavimət göstərib, əlinizdə gələn hər şeyi etdikdən sonra yerinizdə dura biləsiniz.

Bələliklə, belinizə həqiqət qurşağını bağlamış, döşünüzə salehlik zirehini taxmış.

Və ayaqlarınıza sülh Müjdəsini təbliğ etmək hazırlığını geymiş olaraq yerinizdə durun .

Bütün bunlardan savayı, iman qalxanı ələ alın; bununla şeytanın bütün qızmar oxlarını söndürməyə qadir olacaqsınız.

Xilas dəbilqəsini və Ruhun qılıncını, yə*ni Allahın sözünü götürün”.

“Çünki cismani aləmdə hərəkət ediriksə də, cismani təbiətə

görə cəng etmirik. Çünki cəngimizin silahları cismani deyildir, lakin

istehkamları yıxmaq üçün Allahın qudrətinə malikdirlər.

Page 30: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

30

Biz nəzəriyyələri və Allahın biliyinə qarşı duran hər əngəli yıxırıq və hər düşüncəni Məsihə itaət etsin deyə əsir edirik.” (2Korinfinlilərə 10:3,4,5)

Hər gün siz gərək bütün zirehləri geyinəsiz. Hər gün siz gərək

iblisə qarşı durasız, və bu sözləri deyəsiz: “İblis, əllərini çək mənim bədənimdən, İsanın ismilə.” Sonra əmr edin öz bədənizə Allahın Kəlamına uyğun yaşasın. Və bu işləyəcək!

39. Vəhy 12:11 – Şəhadət edin öz şəfa almağınızdan. “Onlar ona Quzunun qanı vasitəsilə və şəhadət etdikləri

təbliğ ilə qalib gəldilər.” Allah sizə şəfa verəndə və siz sağalanda və şəhadət etməyi

bacara bilərsizsə – edin onu. Rəbb istəyir ki, siz Ona şəfaya görə həmd edəsiz, izzətləndirəsiz Onu.

Baxmayaraq ki, ola bilər siz keçmişdə Allah üçün yaşamamısız, O isə sizə mərhəmət etdi şəfa verdi. Özünün sizə olan məhəbbətinə görə O toxunub sizə və sağaldıb. İndi qayıtmayın geriyə, dünyaya, lakin özünüzü tam İsaya həsr edin. Yüz faizlıq xidmət edin Ona axırıncı gününüzəcən. Allah sizi ona görə sağaltmayıb ki, siz geriyə dünyaya qayıdasız, lakin o sizi dünyadan ayırmaq üçün şəfa verib. Siz - Allahın seçilmiş mənbəyisiz ki, Onun üçün yaşayasız və Onunla istifadə olunasız.

40. Nahum 1:9 – Sizin xəstəliyiniz keçəcək və heç vaxt

qayıtmayacaq. “...onlardan bir daha bəla çıxmaz..” Bu ayə sağaldığım andan, mənim üçün böyük əhəmiyyəti var idi,

ona görə ki, mən qərar aldım həmişə sağlam olum! Lakin yadınızda saxlayın, iblis – şər atan, sizə həmişə baş

çəkəcək. Xərçəngə aid həkimlər deyirlər ki, əgər siz beş il yaşadız, özünüzü bəxtəvər hesab ediz. Lakin iblis çalışır sizə pis fikirlərlə, şübhələrlə və qorxu ilə əzab versin.Əgər sizdə ağrılar olsa, o deyəcək: “Bax başlandı, xərçəng qayıdır.” Siz gərək vuruşasız bu kimi yalançı görüntülərlə. Bu cur fikirləri qovun və Allahın Kəlamı ilə bir istiqamətdə olun.

Bu anlar iblisin yadına salın Nahumun kitabından 1:9 ayəsini: “ İblis, bu bəla birdə təkrar olunmayacaq. O heç vaxt mənə qayıtmayacaq!” Və sizin dediyiniz kimi olacaq.

Page 31: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

31

Şəhadət. Bu kitab mənim əlimə 2007-ci ilin yay aylarında düşdü və çox

ürəyimə yatdı. Mənim bədənimdə xəstəlik var idi. 2004-cü ildə əməliyyat olmuşdum, ancaq uğursuz oldu. 2007-ci ildə vəziyyətim çox acınacaqlı idi. Yenidən əməliyyat olmalı idim, lakin həkimlər mənə əməliyyatın10% uğur, ancaq 90% uğursuz olduğunu bildirdilər. Eşitmişdim ki, xarici ölkələrdə bu əməliyyatı asandlıqla edirlər, lakin mən maddi cəhətdən imkansız idim.Ümidim ancaq Allaha idi.

Bu kitabı mən oxuyanda, o zaman yerimək də mənim üçün çox çətin idi. Kitabı oxuyanda, başa düşdüm ki, bu mənim dualarıma cavabdır. O qadın belə ağır xəstəliydən sağala bilibsə, onda mən də bacara bilərəm, İsanın köməkliyi ilə. Dodi Ostin dediklərinin bəziləri mənə də Allah açmışdı, lakin tam istifadə edə bilmirdim, bəzən imanım çatmırdı, bəzən biliyim. Ona görə mən kitabı oxuduqdan sonra çox şey aydın oldu.

Mən başladım imanla o ayələri hər gün bəyan etməyə. Gündə bir neçə dəfə. Ağrılar, pis fikirlər olanda İsanın ismiylə qovurdum.Vuruşma prossesi uzun müddət cəkdi. Elə bil addım-addım qələbə çalırdım, qabaqda isə... Şüurumda sağlamlığı bəyan edəndə özümü sağlam təsvir edirdim, cavanlığımda ən sağlam vaxtım yadıma düşürdü və o görüntünü, hissləri çalışırdım tez-tez yadıma salam. Vaxtımın çoxunu Allaha həsr edirdim, başqaları ilə dua edirdim, oruc tuturdum, imanlılarla ünsiyyətdə olurdum və sairə. Xəstəliyimdən, ağrılarımdan başqalarına və evdəkilərə danışmırdım, Allaha qüvənirdim. Fikirlərimdə, ürəyimdə ölümlə heç vaxt razılaşmamışam. Ancaq Rəbbin qabağında, Onun iradəsinin qabağında özümü təvazökar etmişəm, Allahın iradəsi mənim üçün nə olsa da qəbul etmişəm. Kəlamlar gün-gündən mənim inamımı qaldırırdı. Ümidim ancaq Rəbbə idi hər cəhətdə. Axtarmağa, həyacanlamağa dəyməz idi. Hər şey tam Rəbbin əlində idi. Bir zaman mən gördüm ki, öz xəstəliyimi tez-tez tam yaddan çıxardıram, özümə heç dua etmirəm ki, sağalım. Bədənimdə fiziki xəstəlik böyüməkdə idi, lakin ruhumda isə tam əmin-amanlıqdır. Başqaların gözlərində,sözlərində hiss edirdim həyacanlı sualı:”Bunun axırı nə olacaq?Axı nə isə etmək lazımdır.” Mənim içimdə isə arxayınçılıq var idi- Rəbb vaxtı gələndə kömək edəcək, hansı yolla onu ancaq O bilir.

İl keçdi, Rəbbimiz ailəmizə möcüzəli şəkildə maddi cəhətdən bir neçə yerdən xeyir-dua verdi. Evə lazım olan bəzi şeylər aldıq. Özümü mualicə etmək mənim heç ağlıma da gəlmiyib. İmanlı bacılarımdan biri dedi ki, məni yuxuda əməliyyatdan gələn görüb. Sonra iki nəfər də məni yuxuda, biri isə duada görüb. Mən hiss elədim ki, Allah deyir dur get. Ən bahalı klinikaya getdim (heç bir həkimin adını bilməyərək), xarici həkimlə görüşdüm. O zaman həmin həkim təsadüfən orda idi (əlbətdə bizim həyatımızda təsədüfən heçnə olmur). Həkim mənə baxıb dedi ki, əməliyyatın 90%-i uğurlu olduğunu zənn edir və bəzi müayinəni keçib tezliklə əməliyyata başlamaq olar. Bu möcüzə idi, axı mənə 10% uğur

Page 32: Xərçəng Xəstəliyindən Sağalmışam. (Dodi Ostin)

32

olduğunu deyirdilər. Müaniyə günü bədənim normal göstəricilər göstərdi. Bu ikinci möcüzə idi! (axı mənim təzyiqim də böyük idi və sairə). Bir həftədən sonra mən sağlam xəstaxanadan çıxdım.Sonra xəbər tutdum ki, Bakıda bu xəstəliyin qarşısını alan ən yaxşı həkim o sayılır. Şükür Sənə Rəbbim, Sən mənə ən yaxşı xarici mütəxəssiz və ən müasir həkim və xəstəxana hazirlamısan və hər şeyi artıqlqması ilə ödəmisən. Hansı allahlar bunu edə bilərdi, ancaq bizim yeqanə var olan Diri Allahımız.

Çıxandan sonra cürbəcür ağrılar, bəzi naxoşluqlar ortaya çıxdı. Lakin mən aldanmaq istəmirəm və Allahın şəfasını əldən vermək, şübhə etmək istəmirəm. Vuruşmanı davam edirəm, sizə də ayiq olmağı məsləhət görürəm, imanınız üçün vuruşun. Şükür Allaha sağlamlığıma görə! Bütün izzət Allahındır! İnanın xəstəlik Allahdan deyil! Allah sizin sağlam olmağınızı istəyir,O sizinlə bərabər vuruşmağa hazırdır. Ümid ancaq İsadadır.

R.Kazımova