«ANİOXYDE 1000» iki komponentdən – əsas hissədən və aktivatordan
ibarətdir. İşçi məhlul hazırlamaq üçün aktivator əsas hissə ilə qarışdırılır.
TƏRKİBİ
İşçi məhlulun əsas təsiredici maddəsi persirkə turşusudur (0,09 – 0,15 %).
Bundan başqa, tərkibində hidrogen peroksid (2,8-3,2%), korroziyanın
ingibitoru var.
TƏYİNATI
Cərrahi və stomatoloji alətlər (o cümlədən termolabil materialdan
hazırlanmış), yumşaq və sərt endoskoplar və onların alətlərinin
əl və avtomatik üsulla təmizlənməsi, ön dezinfeksiyası, yüksək
səviyyəli dezinfeksiyası və soyuq sterilizasiyası
Təsdiq edilmişdir ki, «ANİOXYDE 1000»-in işçi məhlulu müxtəlif
istehsalçıların, o cümlədən, «KARL STORZ» (Almaniya), «OLYMPUS»
(Yaponiya), «RICHARD WOLF» (Almaniya) şirkətlərin istehsal etdiyi
endoskopların materiallarına, «TOSHİBA» (Yaponiya), «SONOSİTE»
(ABŞ), «HİTACHİ» (Yaponiya) şirkətlərinin istehsal etdiyi USM-lərin
sensorlarına uyğundur.
XÜSUSİYYƏTLƏRİ
Təmas müddəti 5 dəqiqədir.
İşçi məhlulun stabilliyi 21 sutkadır.
İşçi məhlulun hazırlanması asandır.
Korroziya törətmir: pH neytraldır, tərkibində
korroziya əleyhinə maddələr var.
Bütün materiallara uyğundur.
Patentləşdirilmiş məhsuldur.
Yüksək səviyyəli PHERA sistemli dezinfektantdır.
Glutar aldehidin alternatividir.
Tərkibində aldehid, asetil turşusu yoxdur.
Məhlul test stripləri ilə kontrol edilə bilər.
Asetat turşusu buxarlanmadığından daha yaxşı
istifadə uyğunluğuna malikdir.
ANİOXYDE 1000
Ünvan: Həsənbəy Zərdabi 78,
Ünvan: Həsənbəy Zərdabi 78,
(«İnşaatçılar» m. yanı) Bakı, Azərbaycan
Tel: (+99412) 434 65 95
Mob: (+99455) 449 89 48
E-mail: [email protected]
www.medisis.az
www.anios.ru Made in FRANCE
www.anios.com
İSTİFADƏ TƏLİMATI
Şprisin köməyi ilə ön təmizləmə məhlulu 5 dəqiqə müddətində endoskopik alətlərin iç kanalları ilə təmasda olur.
2
Alətlər öncə durğun, sonra axar suyun altında durulanır. Endoskopik alətlərin iç kanallarından suyun keçməsi təmin edilir.
Tibbi alətlər ANIOSYME DD1, HEXANIOS G+R, SEPTANIOS MD kimi məhlullarla ön təmizləmə edilir.
1
«ANİOXYDE 1000»-in işçi məhlulu hazırlanır. (İşçi məhlulun hazırlanma qaydası aşağıda göstərilmişdir.)
4 3
5
Endoskopik alətlər steril su ilə durulanır. Endoskopik alətlərin iç kanallarının da durulanması təmin edilir.
Endoskopik alətlər steril bez ilə yaxşıca qurulanır və təkrar istifadəyə qədər aseptik şəkildə saxlanılır.
İşçi məhlul təmiz və ağzı bağlı bir məhlul qabına boşaldılır. Endoskop alətlərin iç kanalların məhlul ilə təmasda olması təmin edilir. Təmas müddəti 5 dəqiqədir.
Məhlulun yararlığını yoxlamaq üçün test stripi məhlulda 1 san. saxlayır və çıxarırlar. 10 san. sonra qiymətləndirirlər. Rəngi qaralsa yararlı, digər rənglərdə yararsızdır.
8 6 7
ANTİMİKROB FƏALLIĞI
Bakterisid, virusid, fungisid, sporosid təsirə malikdir.
Qrammənfi və qrammüsbət bakteriyalar, (o cümlədən vərəm
törədiciləri); viruslar (o cümlədən enteral və parenteral
hepatitlər – A, B və C virus hepatitləri, HİV-infeksiya, poliomielit
və qrip, o cümlədən H5N1 и AH1N1 ştamları) göbələklərə
(kandida və dermatofiton cinsli) qarşı fəaldır. Sporları məhv edir.
İŞÇİ MƏHLULUN HAZIRLANMASI
Aktivatoru (flakonun içərisindəkinin hamısını)
5 litrlik bidona əlavə edirlər.
Kanistrin qapağını kip bağlayırlar.
Kanistri 4-5 dəfə aşağı-yuxarı çevirməklə
məhlulu yaxşıca çalxalayırlar.
Qapağı açırlar.
Otaq temperaturunda 30 dəqiqə qaldıqdan
sonra işçi məhlul istifadəyə hazırdır.
Kiçik həcmdə işçi məhlul hazırlamaq məqsədilə əsas
hissənin və aktivatorun bir hissəsinini istifadə etmək olmaz.
AX-1