Mövzu 15. Tələbedici yarimstansiyalarin transformatorlarinin təmiri
Plan
1.Əsaslı və cari təmir müddətləri və həcmləri
2.Transformatorun əsas hissələrinin təyinatı, quruluşu və zədələri
Ədəbiyyat
1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981.
2.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980.
3.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.
Əsaslı və cari təmir müddətləri və həcmləri
Transformatorların əsaslı təmirləri arasındakı müddətlər aşağıdakı kimi müəyyənləşdirilmişdir :
► təzə transformator üçün 6...8 il;
► əsaslı təmirdən sonra yağın hermetikləşdirilməsi və mühafizəsi qismən olan transformatorlar üçün (təmir zamanı genişləndiricilərin və termosifon süzgəclərin quraşdırılması hallarıda daxil olmaqla) – 4...5il;
►bərpaedici əsaslı təmir keçmiş transformatorlar üçün (yağın mühafizəsi və hermetizasiyası olmadan) – 2...3il.
Transformatorun mütləq açılmaqla aparılan cari təmir işlərinin həcminə xarici baxışın bütün əməliyyatları və aşkarlanmış nasazlıqların aradan qaldırılması, həmçinin
çənin təmizlənməsi və boyanması, yağgöstərici qurğuların, kontaktların və birləşmələrin təmiri və dəyişdirilməsi daxildir. Genişləndiricidən çöküntü süzülür, yağ əlavə olunur, kipləşdiricilərin boltları çəkilir, izolyasiyaların müqaviməti ölçülür və yağın elektrik möhkəmliyi təyin
olunur. Cari təmir elektrotəmir müəssisələrində həyata keçirilir.
Transformatorun cari təmiri qida mənbəyindən hökmən ayrılmaqla onun quraşdırıldığı yerdə aparılır.
Transformatorun əsaslı təmirinin həcmi hər bir konkret hal üçün spesifik olub
zədələnmələrin növündən və dərəcəsindən asılı olaraq müəyyənləşdirilir. Əksər hallarda əsaslı
təmir bərpaedici olmaqla özündə transformatorun dolaqlarının dəyişdirilməsini
(yenidən dolanma) və bir sıra oxşar əməliyyatları birləşdirməklə işlərin həcminə
görə transformatorun hazırlanmasına yaxınlaşır.
Transformatorun əsas hissələrinin təyinatı, quruluşu və zədələri
Transformatorun bəndərinin zədələnmə faizi
Transformatorun hissələri Zədələnmə, %
Dolaqlar, cərəyanaparan hissələr və ayırmalar 53
Girişlər 18
Çevirgəclər 12
Çən 7
Maqnit dövrəsi (nüvə) 2
Qapaq, genişləndirici və s. 8
Maqnit dövrəsi (nüvə)
Transformatorun nüvəsi polad lövhələrdən və boyunduruqdan ibarət olub, qapalı maqnit dövrəsini yaradır. Polad lövhələrdə dolaqları yerləşdirirlər.
Nüvələrin əsas iki tipə ayırırlar: çubuqlu və zirehli.
Gücü 20-dən 5600kVA-ə qədər olan güc transformatorları üçün çubuqlu nüvələri hazırlayırlar.
Nüvəni qalınlığı 0,35...0,5mm olan elektrotexniki polad lövhələrdən yığırlar. Bu lövhələr isti (marka Э42) və soyuq (marka Э310 və Э320) yayma yolu ilə hazırlanır.
Burulqan cərəyanlarından yaranan itkiləri azaltmaq üçün maqnit dövrəsinin (keçiricisinin) hər bir vərəqəsini bütün səthi boyunca bir-birindən ciddi izolə edirlər.
Çubuqlu maqnitkeçiricilərinin ümumi görünüşü
a-şixtalanmış; b-calaqlanmış; 1-aşağı boyunduruq; 2-çubuqlar; 3-yuxarı boyunduruq; 4-boyunduruq və çubuqlar
arasındakı calaqda izolyasiya.
Üçfazlı maqnit keçiricisinin şıxtalanma üsulları
a-lövhələrin birinci vəziyyəti; b-lövhələrin ikinci vəziyyəti.
a b
Şixtalanmış çubuqlu maqnit keçiricisi yığılmış halda
1-çubuqlar; 2-şaquli presləyici bolt; 3-güclü transformatorların çubuqlarının presləyici sancaqlarının yerləri; 4-sıxıcı sancaq; 5-yuxarı boyunduruq tiri; 6-yuxarı boyunduruq; 7-aşağı boyunduruq; 8-aşağı
boyunduruq tiri.
Sıxma sancağının izolə edilmə nümunəsi:
1-boyunduruq; 2-boyunduruq tiri; 3-sancaq; 4-
izolyasiya borusu; 5-elektrokarton
şayba; 6-polad şayba; 7-qayka.
Yüksək YG və alçaq AG gərginlik dolaqları transformatora verilən alçaq gərginliyi yüksəyə və əksinə
dəyişmək (transformasiya) üçün nəzərdə tutulmuşlar. Onlar mis və ya alüminium naqillərdən hazırlanırlar. Bu naqillər
sapla, kağız və ya emalla və izolyasiya detalları ilə izolyasiya edilirlər.
İzolyasiya dərəcəsini və böyük mexaniki möhkəmliyi yüksəltmək üçün dolağı qliftal lakı 1154-lə hopdururlar.
Konstruktiv yerinə yetirilməsinə görə dolaqları iki növə bölürlər:
--- konsentrik (biri digərinin içərisində yerləşən); --- növbələşən (ayrı-ayrı sarğıların ox boyunca dəyişən
şəkildə yerləşməsi).
Yerinə yetirilməsinə görə bir neçə tipə bölünən, dairəvi formalı konsentrik dolaqlar daha çox yayılmışdır: ikiqat silindrik dolaqlar, qatlar arasında şaquli kanal buraxılmaqla ikiqat sarınır: gücü 560kVA-ə qədər AG-yi 525V-a qədər olan
transformatorlar üçün tətbiq olunur;
Silindrik dolaqlar:
a-birqat; b-ikiqat; 1-birinci qatın sarğıları; 2-ikinci qatın sarğıları;
3-birinci qatın düzəldici kəməri; 4-ikinci qatın düzəldici
kəməri; 5-bakelit silindr.
Çoxqatlı silindrik dolaq, sərt kağız-bakelit silindr üzərində bir-neçə qatlarla sarınır: dolağın qatları şaquli kanallarla iki hissəyə ayrılırlar; YG 35kV-a qədər, gücü 560kVA-ya qədər
olan transformatorlar üçün tətbiq olunur;
Silindrliyə analoji çoxqatlı makaralı (seksiyalı) dolaq, lakin hündürlüyü boyunca izolyasiya şaybaları ilə bir-neçə
makaraya bölünmüşdür; 35kV-a qədər YG-də tətbiq olunur və gücləndirilmiş izolyasiyanı təmin edir
Çoxqatlı makaralı dolaq:a-ümumi görünüşü; b-ayrı-ayrı dolaq makaraları; 1-silindr; 2-boyunduruq şaybası; 3-
aralıq şaybaları; 4-yığılmış makaralar.
a b
Arasıkəsilməyən dolaq izolyasiya silindri üstündə düzbucaqlı en kəsikli naqillə bir-neçə sarğı üzrə yastısına sarınaraq, seksiyanı yaradır; seksiyalar ardıcıl birləşdirilir və naqilin arası kəsilmir. Silindr və dolağın seksiyaları arasında soyutma üçün horizontal kanallar yaradan reykalar quraşdırılır. Gücü 1000kVA və yuxarı olan transformatorların AG və YG dolaqlarında tətbiq olunur.
Dolaqlar tez-tez xarab olmaya məruz qalırlar. Dolaqların ən çox yayılmış
zədələnmələrinə aid etmək olar: ► Sarğılar arası və gövdə arası
qapanmanı; ► Seksiyalar arası deşilməni;
► Elektrodinamiki dağılmaları; ► Dövrənin qırılmasını.
Qurğuların giriş izolyatorları
a - 1kV-a qədər gərginlik üçün; b-11,5kV-a qədər gərginlik üçün.
a
b
ÇevirgəcYG dolağının çevirgəcə çıxarılmış sarğılar sayını bilavasitə dəyişməklə ± 5% hüdudunda transformasiya
əmsalını azaltmaq və ya artırmaq üçün nəzərdə tutulmuşdur.
Gücü 100kVA-ya, gərginliyi 6kV-a qədər olan
transformatorlarda quraşdırılan genişləndiricisiz
ТПСУ-9-120/6 çevirgəci:
1-getinaks plitə; 2-kağız-bakelit içliklər (oymaqlar); 3-silindrik
latun kontakt çubuqları; 4-tərpənən seqmentvari
kontaktlar; 5-kağız-bakelit borucuq; 6-polad keçid
müftası; 7-polad val; 8-polad çətir.
Gərginliyi 10 kV-a və gücü 1000kVA-ə qədər olan transformatorlarda tətbiq olunan ТПСУ-9-120/11 çevirgəcləri;
çevirgəci transformatorun qapağına quraşdırırlar
1-getinaks disk; 2-kağız-bakelit oymaqlar; 3-nikellənmiş silindrik latun kontakt çubuqları; 4-latun seqmentvari kontaktlar; 5-kağız-bakelit silindr; 6-kipgəcin alüminium qapağı; 7-çevirgəcin papaqcığı.
Çən
Çən yalnız yağlı transformatorlarda
olur. O maqnit keçiricisini dolaqlarla
birlikdə yağda yerləşdirmək və öz səthi
ilə istiliyi xaric etmək üçün nəzərdə tutulmuşdur.
Qapaq
Qapaq yağla doldurulmuş çənin bağlanması üçün, nüvənin, YG və AG girişlərinin və digər armaturların bərkidilməsi üçün xidmət edir.
Onu polad lövhələrdən hazırlayırlar və boltların köməyi ilə çənin yuxarı çərçivəsinə sıxırlar. Qapaq və çərçivə arasına yağadavamlı rezindən araqatı quraşdırırlar.
Genişləndirici yağın qızması zamanı onun sərbəst genişlənməsi üçün və yağı nəmlənmədən və oksidləşmədən qorumaq üçün nəzərdə
tutulmuşdur. O, gücü 75kVA-dan yuxarı olan bütün transformatorlarda quraşdırılır.
Genişləndiricinin sxemi:1-gövdə; 2-transformator çəninə gedən borucuq; 3-tıxaclı çökdürücü; 4-
yağın əlavə edilməsi üçün tıxac; 5-nəfəslik deşikləri; 6-yağgöstərən.