1
PRO BONO HAQQINDA VƏSAİT:
HÜQUQ FİRMANIZDA PRO BONO PROQRAMININ
TƏŞKİLİ ÜÇÜN TƏLİMAT
Vəsaitin tərcüməsi Vişeqrad fondu və Niderland hökuməti tərəfindən dəstəklənmişdir
© 2015 PILnet
TM və NYU YORK ŞƏHƏR VƏKİLLƏR KOLLEGİYASİ - CYRUS VANCE adına
BEYNƏLXALQ ƏDLİYYƏ MƏRKƏZİ
2
Təşəkkürlər
PILnet - İctimai Maraqlar Hüququnun Qlobal Şəbəkəsi, dünyanın bütün ölklərində Pro Bono huquq təcrübəsini inkisaf etdirmək məqsədiylə bu təlimatdan istifadə və dəyişdirmə izni veridiyi üçün Cyrus R. Vance adına Beynəlxalq Ədliyyə Mərkəzinə minnətdarlığını bildirir. Eyni zamanda PILnet və Vance Center kitabçanın həm ilkin həm son versiyalarının işlənib hazırlanması və redaktə olunmasındakı dəyərli dəstək və məsləhətləri, həmçinin kitabçadakı bəzi şərhləri üçün Skadden, Arps, Slate, Meagher & Flom LLP firmasının xüsusi hüquqşünası Ronald Tabaka təşəkkürlərini bildirir. Qeyd etmək lazımdır ki, kitabçanın nə lkin, nə də son veriysalarındakı fikirlər mütləq olaraq cənab Tabakın yaxud Skadden, Arps, Meagher & Flom firmasının fikirlərini əks etdirmir. Vance Center bu kitabçanın ilkin versiyasının redaktoru olaraq, işinə bağlılığı və gərgin calışmalarına görə Çilidəki Carey hüquq firmasının əməkdaşı Juan José Bouchona təşəkkür edir. Juan bu proyektə Skaddenin Nyu York ofisində xarici tərəfdaş olaraq qoşulmuşdu. Vance Center, Nyu-York Vəkillər Kollegiyası Şəhər Ədliyyə Mərkəzinin Pro Bono təşəbbüsləri direktoru xanım Carol Bocknerə kitabçanın ilkin versiyasının lahiyələrinin nəzərdən keçirilməsində göstərdiyi yardım və mühüm sənədlərin toplanmasındakı əməkdaşlığı üçün təşəkkürlərini bildirir. Vance Center Pro Bono təlimatına (sonradan kitabçaya daxil edilmiş) əlavənin işlənib hazırlanmasında göstərdiyi kömək üçün White & Case firmasının “Ictimai maraqlar” proqramı üzrə keçmiş mütəxəssisi Benjamin Bassa təşəkkür edir. Vance Center həmçinin Simpson Thacher & Bartlett LLP firmasında Pro Bono Müşaviri Harlene Katzman və Mayer Braun firmasınln Pro Bono fəaliyyəti üzrə direktor köməkçisi Marcia Tavares Maacka Pro Bono kitabçasına (sonradan kitabçaya daxil edilmiş) əlavənin işlənib hazırlanmasında, inkisaf etdirilməsində dəyərli məsləhətləri və dəstəkləri üçün təşəkkür edir. Nəhayət, PILnet kitabçanın son versiyasının hazırlanmasında fəal iştirak edən əməkdaşları -
firmanın Moskvadakı Rusiya Direktoru Dmitri Şabelnikova, Londondakı Baş Hüquq üzrə
sorumlusu Mariean McKeowna və Budapeştdəki Baş Hüquq Müşaviri Lorna Kralikə təşəkkür
edir.
3
Bu sənəddə yazılan məlumatlarlar hüquq məsləhəti və ya hər hansı bir təşviq xarakteri daşımır.
PILnet ™, Cyrus R. Vance Center Beynəlxalq Ədliyyə Mərkəzi və Nyu York Şəhər Vəkillər
Kollegiyasının Ədliyyə Mərkəzi, həmçinin təşəkkürlər bölməsində adı çəkilən firma ve təşkilatlar bu
sənəddə yer alan məlumatlara əsaslanan hər hansı hərəkətə və ya nöqsana görə məsuliyyət
daşımır.
Bu nəşr Creative Commons Attribution-Noncommercial-No Derivatives 3.0 Unported License
Agreement Lisenziya Müqaviləsi vasitəsilə (http://creativecommons.org/licenses/by-nc-
nd/3.0/legalcode) yalnız ticari olmayan məqsədlərlə dünyaya təqdim olunmaq və PILnet (İctimai
Maraqlar Hüququnun Qlobal Şəbəkəsi), Cyrus R. Vance Center (Nyu York Şəhər Vəkillər
Kollegiyasının Beynəlxalq Ədliyyə Mərkəzi ), City Bar Justice Center (Vəkillər Kollegiyasının Şəhər
Ədliyyə Mərkəzi) mənbə olaraq göstərilmək şərtiylə alıntılanaraq, yaxud hissə-hissə istifadə
edilərək paylaşıla bilər. Nəşrə PILnet, və Vance mərkəzinin əvvəlcədən yazılı razılığı olmadan heç
bir dəyişiklik, modifikasiya, uyğunlaşdirma və ya tərcümə edilə bilməz.
4
PILnet: İctimai Maraqlar Hüququnun Qlobal Şəbəkəsi (www.pilnet.org)
Dünya ölkələrində insan hüquqlarını müdafiə etmək üçün qanunun aliliyinin tətbiqini genişləndirməyə həsr edilmiş şəbəkədir.PILnet, 1997-ci ildə Şərqi Avropada qanunun aliliyinin gücləndirilməsinə kömək etmək üçün təsis edilmişdir və bu gün Orta və Şərqi Avropa, Asiya, Sub-Saxara, Yaxın Şərq / Şimali Afrika regionu və digər ölkələrdə insan haqlarını müdafiə etmək üçün çalışan, ictimai maraq hüququ sahəsində ixtisaslaşmış hüquqşünasların sayının artmasına kömək etmək üçün səylərini əsirgəmir.
Cyrus R. Vance adına Beynəlxalq Ədliyyə Mərkəzi Cyrus R. Vance Beynəlxalq Ədliyyə Mərkəzi (www.vancecenter.org), vətəndaş cəmiyyətinə və etik cəhətdən fəal, peşəkar hüquqşünaslar topluluğuna dəstək olmaq məqsədiylə sərhədləri aşaraq başqa ölkələrdən yüksək ixtisaslı hüquqşünasları cəlb etməklə global miqyasda ədalətin inkişafına təşviq edir. Vance mərkəzi - beynəlxalq hüquqşünasların ictimai maraq innovasiyalarını stimullaşdıran unikal əməkdaşlıq forumudur. Nyu York Şəhər Vəkillər Kollegiyasının Beynəlxalq Ədliyyə Mərkəzinin qeyri-kommersiya proqramı olaraq , beynəlxalq ədalət təşəbbüslərinə öncülük etmək və sosyal ədalət sferasında fəaliyyət göstərən QHT-lər üçün Pro Bono (ödənişsiz professional) xidmətini təmin etmək üçün aparıcı hüquq firmalarını və bütün dünyadan digər tərəfdaşları ilə bir araya gətirir.
Nyu York Şəhər Vəkillər Kollegiyası (NYCBAR) 1870-ci ildə yaranandan bəri, Nyu York Şəhər Vəkillər Kollegiyasının (NYCBAR) (www.nycbar.org) fəaliyyəti hüquqşünaslar arasında yüksək etik standartların qorunması, hüquqi islahatların təşviq edilməsi və hüquq peşəsinə və ümumiyyətlə, ictimaiyyətə xidmət göstərilməsinə həsr edilmişdir. NYCBAR əhalinin məhdud imkanlı(imtiyazsız) qruplarına yönəlmiş siyasi, hüquqi, sosial və innovativ proqramların həyata keçirilməsində iştirak edir. Cəmiyyətin rifahının qorunması NYCBAR-ın bir prioritetidir.
Vəkillər Kollegiyasının Şəhər Ədliyyə Mərkəzi Vəkillər Kollegiyasının Şəhər Ədliyyə Mərkəzi, Nyu York Şəhər Vəkillər Kollegiyasının (NYCBAR) filialıdır. Mərkəz ildə 20,000-dən artıq aztəminatlı nyu yorklulara Pro Bono hüquqşünaslar, əməkdaşlar və digər könüllülər vasitəsilə birbaşa hüquqi nümayəndəlik(təmsil), təlim, müvafiq qurumlara yönləndirmə (referans) və haqlarını müdafiə xidməti verir. Ədliyyə Mərkəzi, qorunmağa möhtac olanların hüquqi ehtiyaclarını ödəmək üçün Nyu-York Şəhər Vəkillər Kollegiyası ilə olan münasibətlərindən istifadə edərək hüquqşünasları, hüquq firmalarını, korporativ hüquq şöbələrini, qeyri-hökumət təşkilatlarını, hüquq məktəblərini, məhkəmələr və digər hüquqi qurumları səfərbər edir. Mərkəzin müştəriləri siyahısında məcburi köçkünlər(immiqrantlar), evsiz ailələr, (ailə-içi)məişət zorakılığının qurbanları, yaşlı vətəndaşlar, xərçəng xəstəliyindən hazırda əziyyət çəkənlər və bu xəstəliyin pəncəsindən qurtaranlar, iflas etmiş istehlakçılar, girovlarla qarşılaşan ev sahibləri, yeni müəssisə sahibləri, əlillər və başqaları var. Ədliyyə Mərkəzi müstərilərinə hüquq məsləhəti və nümayəndəlik təmin etmək üçün könüllüləri işə cəlb edir, onları təlimləndirir ve yönləndirir; həmçinin müstərilərinə qaynar xətt(telefon) ilə pulsuz hüquqi məsləhətlər təklif edir və könüllü hüquqşünaslərlə dəstəyə ehtiyacı olan mülkü iddialar və lahiyələrdə əməkdaşlıq edir.
The Cyrus R. Vance Center for International
Justice
New York City Bar Association
42 West 44th Street
New York, NY 10036-6689
T: +1(212) 382-4718 · F: +1(212) 221-5318
[email protected] · www.vancecenter.org
PILnet: The Global Network for Public Interest
Law
120 Wall Street, 16th Floor,
New York, NY 10005
Tel: +1 212 803 5380
Fax: +1 212 803 5381
[email protected] www.pilnet.org
5
MÜNDƏRİCAT BÖLMƏ I. GİRİŞ ............................................................................................................................ 8
1.1 Kontekst ................................................................................................................................ 8
1.2 Təlimat kitabçasının məqsədi ................................................................................................ 8
1.3 Təlimat kitabçası haqqında ................................................................................................... 8
BÖLMƏ II. PRO BONO PROQRAMININ İDARƏ EDİLMƏSİ ........................................................10
2.1 Giriş .....................................................................................................................................10
2.2 Pro Bono koordinatoru .........................................................................................................10
2.2.1 Pro Bono koordinatorunun təyin edilməsi ......................................................................10
2.2.2 Pro Bono koordinatorunun rolu ......................................................................................10
2.2.3 Pro Bono koordinatorunun vəzifələri ..............................................................................11
2.3 Pro Bono Sədri və ya Komitəsi.............................................................................................12
2.3.1 Pro Bono Sədri və ya Komitəsinin statusu .....................................................................12
2.3.2 Pro Bono Sədri və ya Komitəsinin rolu...........................................................................12
2.3.3 Pro Bono Sədri və ya Komitəsinin vəzifələri ..................................................................13
BÖLMƏ III. PRO BONO TƏCRÜBƏSİ ÜÇÜN MÜDDƏALARIN İŞLƏNİB HAZIRLANMASI
(TƏKMİLLƏŞDİRİLMƏSİ) .............................................................................................................15
3.1 Giriş .....................................................................................................................................15
3.2 Firmanın Pro Bono öhdəlikləri və hüquqşünasların hədəfləri / gözləntiləri ............................15
3.3 Pro Bono işinin tərifi (Pro Bono isi nedir) ..............................................................................16
3.3.1 Korporativ sosial məsuliyyət və Pro Bono hüquqi xidmətləri arasında fərq nədir? ..........16
3.3.2 Təlim proqramlarında iştirak Pro Bono işi olarak qəbul edilə bilər mi? ...........................18
3.3.3 QHT-nin İdarə Heyəti üzvü kimi fəaliyyət, Pro Bono işi olaraq qəbul edilə bilərmi? ........18
3.4 Pro Bono proqramının idarə edilməsi ...................................................................................18
3.5 Pro Bono proqramının qurulması üçün maliyyə məsələləri ...................................................19
3.5.1 Firma Pro Bono proqramına büdcə ayırıbsa, onu planlaşdırmağın ən yaxşı yolu nədir? 19
3.5.2 Hansı hallarda Pro Bono müstərisindən odəniş almaq mümkündur? .............................22
3.5.3 Xərclərin paylanılması (bölüşdürülməsi) ........................................................................22
3.5.4 Pro Bono işi ilə bağlı vergidə nəzərdə tutulanlar (güzəştlər və öhdəliklər) hansılardır? ..23
3.6 Pro Bono işinin aparılma ardıcıllığı .......................................................................................23
3.6.1 Yeni Pro Bono işinin açılması ........................................................................................23
3.6.2 Pro Bono isinin müsahidə, nəzarət və mümkün təkamülü(dəyişimi) ...............................26
3.6.3 Xidmət standartları ........................................................................................................27
6
3.6.4 İş saatlarının qeydiyyati (hesabı) ...................................................................................27
3.6.5 Müştəri grupu(Birdən çox müştəri) .................................................................................28
3.6.6 Pro Bono işinin tamamlanması ......................................................................................28
3.6.7 Qiymətləndirmə .............................................................................................................28
BÖLMƏ IV. PRO BONO ÜÇÜN İMKANLAR ................................................................................29
4.1 Hüquqşünasın maraqları ilə (müvəkkilin) hüquqi tələbatın(ın) tarazlaşdırılması ...................29
4.1.1 Müəyyən bir QHT-nin Pro Bono(tərifinə uyan) müştəri olub-olmadığını müəyyən etmək
üçün səmərəli yollar hansılardır? ............................................................................................30
4.2 Pro Bono İmkanlarının müəyyən edilməsi ............................................................................33
4.2.1 Tərəfdaşlıqların (Ortaqlıqların) qurulması ......................................................................33
4.2.2 Məşvərət Şurası ............................................................................................................34
4.2.3 Pro Bono koordinatorları şəbəkəsi (Pro Bononun başqa koordinatorları) .......................34
4.2.4 Daxili Sistemlər ..............................................................................................................34
4.2.5 Hüquqşünas və ya ticari müştərilər vasitəsiylə Pro Bono imkanlarının təşhisi
(identifikasiyası) .....................................................................................................................35
BÖLMƏ V. PRO BONO İŞİNİN TANITIMI VƏ TƏQDİMATI ..........................................................36
5.1 Pro Bono İşinin Tanıtımı.......................................................................................................36
5.2 Pro Bono'nun Təqdimatı ......................................................................................................38
BÖLMƏ VI. QİYMƏTLƏNDİRMƏ ..................................................................................................39
6.1 Hüquqşünasların Pro Bono işinin qiymətləndirilməsi ............................................................39
6.2 Pro Bononun fəaliyyət proqramının qiymətləndirilməsi .........................................................39
BÖLMƏ VII. PRO BONO PROQRAMININ FAYDALI TƏSİRİ .......................................................41
7.1 Pro Bono proqramının bəzi sahələrdə hüquqi yardım “boşluqlarının doldurulmasına” təsiri .41
7.2 Hüquqşünasların təlimi (hazırlanması) .................................................................................41
7.3 Hüquqşünasların işə cəlb olunması və vəzifədə saxlanması(tutulması) ...............................41
7.4 Pro Bono Proqramının reklam və informasiya dəstəyi (təbliği) .............................................42
7.5 Qlobal Hüquq Birliyi üzvləri ilə əlaqələrin qurulması .............................................................42
ƏLAVƏ A. PRO BONO RƏHBƏRİ ................................................................................................43
ƏLAVƏ B. PRO BONO ANKET FORMASI...................................................................................64
ƏLAVƏ C. SEÇİLMIŞ BEYNƏLXALQ, REGİONAL VƏ MİLLİ PRO BONO SƏNƏDLƏRİ ............66
Beynəlxalq Vəkillər Kollegiyasının Bəyannaməsi (IBA) ..............................................................67
Şimali və Cənubi Amerika üçün Pro Bono Bəyannaməsi ...........................................................70
Çexiya: Pro Bono Bəyannaməsi ................................................................................................72
Almaniya: Pro Bono Deutschland e.V. birliyi üzvlərinin Pro Bono haqqında açıqlaması .............74
7
Macarıstan: Macar hüquqşünaslarının ictimai faydanın inkişafında rolu (Pro Bono Publico) ......75
Nigeriya: Nigeriya Vəkillər Kollegiyasının üzvlərinin Pro Bono Bəyannaməsi .............................76
Polşa: Polşanın İctimai maraqlara (faydaya) xidmət edən hüquqşünasları / Pro Bono Publico
Bəyannaməsi .............................................................................................................................78
Birləşmiş Krallıq: Pro Bono Hüquq İşi üzrə Birgə Protokol .........................................................79
Amerika Birləşmiş Ştatları: Amerika Vəkillər Kollegiyasının Pro Bono Qaydaları (Model Rule 6.1)
Könüllü Pro Bono Xidməti ..........................................................................................................82
Amerika Birləşmiş Ştatları: Vəkillər Kollegiyasının Tövsiyəsi 121-A [alıntılar] .............................85
Amerika Birləşmiş Ştatları: Hüquq firmasının Pro Bono “ÇAĞIRIŞI” (Pro Bono dəvəti) ..............86
8
BÖLMƏ I. GİRİŞ
1.1 Kontekst
Hüquq firmalarında Pro Bono sistemi ilə peşəkar yardım xidməti təqdim edən hüquqşünasların
sayı artır. Bu təlimat kitabçasında Pro Bono İnstitutu və “American Lawyer” jurnali tərəfindən tətbiq
edilən (eyni zamanda 4.1.1-ci bölmədə müzakirə edilən Pro Bono Hüquqşünaslar Birliyi tərəfindən
QHT-lərlə bağlı şərhi də nəzərə alaraq) eyni təriflə kifayətlənəcəyik. Bununla yanaşı, biz
ictimaiyyətin marağında olan bir sıra digər fəaliyyət növlərinin də çoxları tərəfindən Pro Bono işi
hesab edildiyini anlayırıq və bu səbəbdən də belə fəaliyyətlərin bir hissəsini bu təlimat kitabşasında
müzakirə etmişik.
1.2 Təlimat kitabçasının məqsədi
Pro Bono təcrübəsinin daimi inkişafı yeni bir təcrübə sahəsindəki firmanın və yaxud şöbənin inkişafına bənzəyir ki, bu inkişaf peşəkar işin tamamilə firmaya integrasiya olunması məqsədiylə öz növbəsində, formal struktur və dəstək mexanizminin sistematik səkildə tətbiq edilməsni tələb edir. Hüquqi Pro Bono proqramının təşkilatlanması həm də yüksək keyfiyyət və səmərəli hüquqi fəaliiyyətin təmin edilməsinə kömək edir.
Pro Bono proqramı hüquqşünasların aşağıdakı səpkidə,- məsələn, Pro Bono laiyihələr üçün potensial daxili maneələrin aradan qaldırılması (və yaxud aşılması); Firmanın hüquqşünaslarını Pro Bono təcrubəsinin tətbiqini bariz şəkildə dəstəkləyən göstərişlərlə təmin etməklə hüquqşünaslıq fəlaiiyətinə təşviq etməsi; Pro Bono imkanlarını müəyyənləşdirmək üçün mexanizmlərin yaradılması və firma daxilində bu səpkidə səmərəli işlərin genişləndirilməsi kimi işlərdə iştirak etmələrinə imkan verən mexanizm yaratmalıdır. Yaxşı təşkil olunmuş Pro Bono proqramı yalnız Pro Bono işinin idarə olunması üçün deyil, həmçinin Pro Bono xidmətlərinin keyfiyyətini artırmaq üçün də vacibdir. Yaxşı təşkil edilmiş sadəcə işin koordinasiyası üçün deyil, həm də xidmətin keyfiyyətinin artırılması
üçün lazımdır. Güclü bir Pro Bono proqramında Pro Bono işinə mentorluq və / və ya nəzarət
mexanizmlərinin yaradılması, o cümlədən müxtəlif növ məsələlərdə firma daxili bilik və bacarıqların
artıtılması Pro Bono ilə bağlı hüquqi məsələlərin lazımi şəkildə həll edilməsi ehtimalini böyük
ölçüdə artırır. Bundan əlavə, yaxşı strukturlaşdırılmış bir Pro Bono proqramının həyata keçirilməsi,
müxtəlif növ Pro Bono lahiyələrini işləyib hazırlamaq üçün güclü intitusional biliklərin inkişafına
kömək edə bildiyi kimi, hüquqşünasların işləri ilə bağlı konstruktiv(yapıcı) iradlar da ortaya çıxara
bilər ki, bu da hətta ödənişli və maliyyələşdirilmiş işlərin təkmilləşdirilməsinə təkan verə bilər.
Nəhayət, rəsmi Pro Bono proqramı firmaya özünün Pro Bono tətbiqini səmərəli şəkildə irəlilətməyə
imkan verir. Bu sahədə səylərini təşkilatlandıran(kurumsallaşdıran) firmalar resurslarına, pullarına
və vaxtlarına qənaət edə bilər, beləliklə də daha az itki ilə daha çox qazana bilərlər.
1.3 Təlimat kitabçası haqqında
Vance mərkəzi, 2009-cu ildə, Şimali və Cənubi Amerikanın Pro Bono Deklarasiyasının (PBDA) qəbulundan az sonra, Latın Amerikası hüquq firmalarında proqramın tətbiq olunmasına kömək məqsədiylə “Skadden, Arps, Slate, Meagher & Flom LLP” beynəlxalq hüquq firmasının əməkdaşları ilə birgə, bu kitabçanın – “PBDA-nın tətbiqi üçün vəsait: Hüquq firmanızda Pro Bono
9
proqramının tətbiq olunması üçün təlimat kitabçası” adlanan ilk versiyasını hazırlamışdır. “Skadden, Arps” komandasının iştirakçıları Pro Bono təcrübəsinin qurulmasında və geniş Pro Bono lahiyələrinin həyata keçirilməsində hüquqşünaslara lazım olan dəstəyi təmin etməkdə böyük təcrübəyə malikdirlər. Bundan əlavə, Nyu York Şəhər Vəkillər Kollegiyası (NYCBAR) və Şəhər Ədliyyə Mərkəzi də öz növbələrində bu kitabçanın inkişafına dəyərli tövhələrini vermişlər. Bu kitabçanın ilkin versiyasını hazırlayarkən, Vance mərkəzi ABŞ firmalarının, Pro Bono təşkilatlarının və Vəkillər Kollegiyasının təcrübələrinə dayanaraq bu sahədə mövcud olan materialları, o cümlədən ən yaxşı Pro Bono təcrübə təlimatları və mövzu ilə bağlı məqalələri nəzərdən keçirmişdir. 2011-ci ildə Vance mərkəzi “Tez-tez soruşulan suallar(FAG) : PBDA-nın tətbiqi üçün vəsait : Hüquq firmanızda Pro Bono proqramının tətbiq olunması üçün təlimat kitabçasına əlavə” adlanan təlimat kitabçasına əlavənı dərc etdi. 2014-cü ildə PILnet, Pro Bono proqramını təşviq etmək məqsədiylə - dünyanın hər yerindəki hüquq firmalarına, PILnet'in aktiv olduğu ölkələrin dilinə kitabçanın tərcümə olunması da daxil olmaqla, proqramın tətbiqinin inkişaf etdirilməsinə yardım etmək üçün kitabçada dəyişikliklər aparmaq və istifadə etmək üçün Vance mərkəzindən və “Skadden, Arps” firmasından, - cənab Tabakdan icazə istədi. Bu məqsədlə cənab Tabak təlimatın ilkin versiyasını aktuallaşdırmaq üçün məmnuniyyətlə redaktə etdi, kitabçanın son versiyası isə PILnet tərəfindən istifadəni asanlaşdıqmaq məqsədiylə 2011-ci ildəki əsas mətnə əlavə qoşularaq hazırlandı. Qeyd etmək lazımdır ki, köhnə versiyada da olduğu kimi yenilənmiş versiya sadəcə cənab Tabak və “Skadden, Arps”ın fikirlərini əks etdirmir. Hazırda kitabça yeddi bölməyə ayrılır. II bölmə Pro Bono proqramının idarə edilmə təcrübəsinə
həsr edilmişdir. III Bölmədə Pro Bono təcrübəsi haqqında müddəaların işlənib hazırlanması prosesi
təsvir edilir. Pro Bono təcrübəsi haqqında müddəaların bir nümunəsi və müvafiq əlavələrin də yer
aldıgı hissə əsas təlimata əlavə olaraq təqdim edilir. IV Bölmədə firmaların Pro Bono lahiyələri
üçün yaradıla biləcək imkanları müəyyən edən mexanizmlər təsvir edilir. V bölmə firma daxilində
Pro Bono işinin təşviqi və tanınmasına həsr olunub. VI Bölmə Pro Bono işini aparan
hüquqşünasların, həmçinin Pro Bono proqramının qiymətləndirilməsi üçün bir təlimatdır. VII Bölmə
bir hüquq firması üçün ödənişsiz Pro Bono proqramının faydalarından söhbət açılır.
10
BÖLMƏ II. PRO BONO PROQRAMININ İDARƏ EDİLMƏSİ
2.1 Giriş
Pro Bono təcrübəsinin hazırlamansında firma üçün ilk addım - bu proqramı idarə edəcək şəxsi (və ya grupu), sonra bu şəxsin (ve ya qrupun) funksiyaları və məsuliyyətlərini təyin etməkdir. Pro Bono proqramının idarə edilməsi iki əsas komponentdən ibarətdir. Birincisi, müntəzəm
idarəetmədir, - bu iş adətən Pro Bono koordinatorunun (əlaqələndiricisinin) məsuliyyətindədir.
İkincisi, firmanın proqramının daha geniş hədəfləri və istiqamətlərini inkişaf etdirməyi etiva edir ki,
bu məsələyə çox vaxt firmanın Pro Bono sədri və ya Pro Bono komitəsi cavabdehdir.
2.2 Pro Bono koordinatoru
2.2.1 Pro Bono koordinatorunun təyin edilməsi
Pro Bono proqramını ən yaxşı şəkildə kimin yönəldə biləcəyinə firmanın rəhbərliyi qərar verir. Kiçik
və orta miqyasli firmalarda Pro Bono koordinatoru eyni zamanda bu rolu da qəbul edən firmanın
hüquqşünaslarından ya da tərəfdaşlarından biri ola bilər.Böyük firmalarda da bu vəzifəni yerinə
yetirən şəxs firmanın Pro Bono proqramını idarə etməkdə son dərəcə yaxud ağrlıqlı olaraq
(əsasən) məsul olan hüquqşunası ola bilər. Ümumiyyətlə, kimin seçildiyindən asılı olmayaraq,
firma, rolun tələb etdiyi bütün məsuliyyətləri yerinə yetirmək üçün koordinatorun kifayət qədər vaxt
və resurslara malik olduğundan əmin olmalıdır. Çox böyük firmalarda, Pro Bono koordinatoru
mərkəzləşdirilmiş şəkildə bir və ya bir neçə yardımçı/ adminstrativ koordinatorlar, həmçinin xüsusi
ofislərdəki Pro Bono işindən məsul əlaqəli şəxslər tərəfindən dəstəklənən təcrübəli hüquqşünas ola
bilər.
2.2.2 Pro Bono koordinatorunun rolu
(a) Hüquqşünas olmayan bir Pro Bono koordinatoru iş əsnasında ortaya çıxan, - məsələn firma
hüquqşünaslarının Pro Bono fəaliyyətində hüquqi aspektlərin yoxlanmasında və ya peşəkar
əxlaq normalarınin müəyyənləşdirilməsində əsas rol oynamaq kimi hüquqi biliklər tələb
edən məsələlərin həllində yer almamalıdır.
(b) Əgər proqramın koordinatoru hüquqşünasın köməkçilərinə / inzibati koordinatorlar
mentorluq edərsə, sonuncuların işlərinin öhdəsindən gələ bilməsi üçün kifayət qədər
təcrübə və bilik səviyyəsinə malik olması, koordinatorun da öz növbəsində əlaqələndirmə /
idarəetmə işlərinin diqqətdən kənarda qalmaması üçün üçün kifayət qədər koordinasiyaya
sahib olması vacibdir.
(c) Əgər Pro Bono koordinatoru tərəfdaş deyilsə, o halda tərəfdaşa (ya da bəzi hallarda uzun
müddət firma ortağı olan müşavirə (əlaqələndirici şəxsə) maneəsiz (birbaşa) çıxış imkanı
olmalıdır.
(d) Pro Bono koordinatorunun statusundan asılı olmayaraq, o firmada bir və ya bir neçə peşə
əxlaqı qaydaları /məsələlərində təcrübəsi/vəzifəsi olan əməkdaşa maneəsiz çıxış imkanına
11
sahib olmalıdır. Artıq bir çox firmalarda Pro Bono koordinatoru ilə yaxından əlaqəli
(kurasıyasında) olan bir baş müşavir (məsləhətçi) var.
2.2.3 Pro Bono koordinatorunun vəzifələri
Ümumiyyətlə, bir Pro Bono koordinatorunun vəzifələri aşağıdakılardır:
(a) İnzibati idarəetmə: Pro Bono koordinatoru Pro Bono işlərinin açılması, aparılması,
bağlanmasını əhatə edən Pro Bono proqramının gündəlik idarəsindən məsuldur. Firmada
müəyyən Pro Bono təcrübəsi həyata keçirilirsə, müvafiq prosedurıarı yerinə yetirmək üçün
proqramın koordinatoru tələb olunan hər bir addımın tamamlanmasını təmin etməlidir.Pro
Bono koordinatorunun vəzifələri arasında mövcud məsələ ilə əlaqəli sənədlərin düzgün
hazırlanması və saxlanılmasının təşkili, habelə hər hansı Pro Bono forması(blankı) və
təlimat kitabçasının təmin edilməsi, həmçinin hüquqşünas və müştəri başına ödənişsiz
saatların qeydiyyata alınması da var(bax: Bölmə 3.6.4).
(b) Pro Bono məsələlərinə nəzarət: Pro Bono koordinatoru mütəmadi olaraq firmanın və
onun hüquqşünaslarının idarə etdiyi bütün məsələlərin vəziyyətinə ciddi şəkildə nəzarət
etməlidir. Buna bütünlükdə Pro Bono işinin vaxtında yerinə yetirilməsini və ortaya çıxan
problemləri həll edə bilmək üçün bütün Pro Bono məsələlərinin mövcud vəziyyətindən
xəbərdar olmaq daxildir. Pro Bono işinin bir parçası olan istənilən məsələni izləmənin ən
yaxşı yolu işin gedişatında mütemadi olaraq son vəziyyəti yeniləmə(durumu güncəlləmə)
hesabatlarından istifadə edilməsidir. Pro Bono koordinatoru bununla diqqətini çəkən
məsələlərə dair araşdırmalar aparır, incələyir, təhlil edir və mövcüd vəziyyətdən aslılı olaraq
hərəkət edir.
(c) Pro Bono məsələlərində kadr dəyişikliyi: Pro Bono koordinatorunun asağıdakı hallarda hüquqşünaslar və digər Pro Bono məsələlərdən məsul şəxslərlə bağlı bu və ya digər dəyişikliklərdən xəbərdar olması vacibdir: İşdən ayrılmaq; məzuniyyət (gözlənilmədən baş verə biləcək davamsızlıq); yaxud firma, müştəri və ya bir Pro Bono qrupu (bu müddət ərzində, mövcud Pro Bono məsələlərində maraların potensial münaqişəsi davam edən işə mane ola bilər) üçün müəyyən müddət üçün çalışmaq və s. Belə dəyişikliklər xüsusilə, (müştərilərlə görüşlərdə iştirak etmiş, qarşı tərəflə və ya digər məsləhətçi ilə əlaqə saxlamış, digər yerlərdə - məhkəmələr, inzibati qurumlarda məhkəmə prosesinin iştirakçısı kimi qeydiyyatdan keçmiş) hüquqşünaslarla bağlı olduqda koordinatorun bilməsi vacibdir ki, onun qalıcı və ya müvəqqəti əvəzləyici hüquqşünasla əvəz edilməsi barədə müvaviq instansiyalara xəbərdarlıq edilsin.Bəzi hallarda işdən geri çəkilmək, hətta müvəqqəti olaraq ayrılmaq üçün məhkəmə, inzibati orqan tərəfindən icazə tələb oluna bilər bilər. Bu halda Pro Bono koordinatoru zəruri prosedurların yerinə yetirilməsini təmin etmək üçün yerindəcə müəyyən tədbirlər görməlidir. Pro Bono məsələsində hüquqşünasınin tabeliyində çalışan köməkçilərin dəyişikliklərinə
gəldikdə, Pro Bono koordinatoru bu heyətidə davamlılığının təmin edilməsi üçün səy
göstərməli, Pro Bono məsələləriinə dair fayllar və verilənlər bazasının arasıkəsilmədən
lazımi qaydada işlənməsinə çalışmalıdır.
12
(d) Pro Bono işləri üzrə fəaliyyət göstərən təşkilatlarla əlaqələr: Pro Bono koordinatoru
müntəzəm olaraq mövcud olan Pro Bono imkanlarının xarakteristikasını təsbit etmək üçün
firma ilə tərəfdaşlıq edən təşkilatlarla ünsiyyətdə olmalıdır və mütəmadi olaraq firmanın
hüquqşünaslarının öhdəsinə götürdüyü Pro Bono işinin gedişatı barədə təşkilatları
məlumatlandırmalıdır(bax. Bölmə 4.2.1). Pro Bono koordinatoru mütəmadi olaraq hər belə
firma ilə qarşı tərəflə, yaxud hər iki tərəflə əlaqələrdə hansı təkmilləşdirmələr edilə biləcəyi
barədə müzakirələr aparmalıdır. Əgər firma digər təşkilatlarla Pro Bono tərəfdaşlığı
(ortaqlığı) yaratmamağa qərar veribsə, Pro Bono koordinatoru başqa digər yollarla Pro
Bono proqramının müvəffəqiyyətlə həyata keçməsi üçün firmanın strategiyasına uyğun olan
imkanları müəyyən etməlidir.
(e) Mövcud Pro Bono imkanları barədə məlumatlandırma: Pro Bono koordinatorunun
başqa bir vəzəfəsi də firma hüquqşünaslarını(e-poçt və ya digər ünsiyyət forması vasitəsilə)
Pro Bono imkanları haqqında mütəmadiyyən məlumatlandırmaq və, ümumiyyətlə, firma
daxilində Pro Bono proqramını təşviq etməkidir (bölmə 5.1). Bundan əlavə, hüquqşünasları
da mövcud məsələ barədə onlara məlum olan imkanlar haqqında firmaya təkliflər
hazırlamağa təşviq etmək vacibdir.
(f) Hesabat: Pro Bono koordinatoru Pro Bono Sədrinə və ya Komitəsinə (və ya müvafiq olaraq
məsul şəxsi) Pro Bono proqramının mövcud vəziyyəti və xüsusi məsələlərdə qazanılan
diqqətəlayiq irəliləyişlər barədə məlumat verməlidir.
2.3 Pro Bono Sədri və ya Komitəsi
2.3.1 Pro Bono Sədri və ya Komitəsinin statusu
Pro Bono proqramının umumi istiqamətlərini firmanın həcmi, korporativ mədəniyyəti və iyerarxik
strukturu kimi müxtəlif faktorlar müəyyənləşdirir. Adətən Pro Bono proqramına Birləşmiş
Ştatlardakı böyük hüquq firmalarında tərərfdaş (ortaq, və ya bəzən uzun müddətli tərəfdaş olan
müşavir) nəzarət edir. Firmadakı digər rolu ilə yanaşı o, Pro Bono proqramının əsas istiqamətinə
nəzarət üçün məsuliyyət daşıyır. Belə tərəfdaş (və ya müşavir) Pro Bono Komitəsinə Sədrlik edə
bilər. Komitəyə Pro Bono koordinatoru və aşağıdakılardan bəziləri, yaxud hamısı daxil ola bilər:
müxtəlif ofislərdən olan tərəfdaşlar, müşavirlər və hüquqşünaslar. Bəzi firmalarda Pro Bono
Komitəsi var, lakin Pro Bono işini kurasiya edən tərəfdaşı (yaxud müşaviri) yoxdur.
2.3.2 Pro Bono Sədri və ya Komitəsinin rolu
Ən azı bir tərəfdaşın (ya da uzunmüddətli tərəfdaş olan müşavirin) Pro Bono proqramının idarə
olunmasında (heç olmazsa nəzarət) etməsi vacibdir. Çox yaxsı olar ki, hüquq firmasının idarəedici
və ya icraçı tərəfdaşı, ya da (əgər mümkündürsə) firma qurucularından biri (və ya bir neçəsi) Pro
Bono proqramı haqqında ətrafll məlumat sahibi olsun ve onu nəzərəçarpacaq dərəcədə
dəstəkləsin. Aşağıda qeyd olunduğu kimi, Pro Bono proqramının yerinə yetirildiyi istiqamətlərə
nəzarət dedikdə firma tərəfdaşlarından ən az bir neçəsinin iştirakiyla verilən strateji qərarlar
nəzərdə tuulur (bax: Bölmə 2.3.3).
13
Tərəfdaşların Pro Bono isinə nəzarəti və strateji idaretmədə iştirakı bütün səviyyələrdə fəaliyyət
göstərən hüquqşünaslara firmanın ödənişsiz Pro Bono xidmətini dəstəklədiyi haqda güclü bir
dəlildir ki, bu da firmanın səmərəli işinə müsbət təsir göstərə bilər (bax: Bölmə 5.1 (a)).
2.3.3 Pro Bono Sədri və ya Komitəsinin vəzifələri
Ümumiyyətlə, Pro Bono sədrinin və ya komitənin vəzifələri aşağıdakılardır:
(a) Pro Bono Proqramına nəzarət: Pro Bono sədri və ya komitəsi, proqramın səmərəli
fəaliyyət göstərməsini təmin etmək üçün ona nəzarət etməlidir.Buna Pro Bono
koordinatorunun işinə nəzarət də daxildir.
(b) Pro Bono təcrübəsi haqqıda müddəların məzmununa nəzarət: Sədr və ya Komitə əsas
hissəsinin məzmunu Pro Bono koordinatoru (varsa) tərəfindən hazırlanmış və yenilənmiş
olsa belə firmanın hazırladığı Pro Bono təlimatının ilkin (və son) versiyasının işlənib
hazırlanmasında və məzmununun gözdən keçirilməsində mütəmadi olaraq iştirak etməlidir
(bax: Bölmə 3.1).
(c) Pro Bono lahiyələri üzrə Tərəfdaşlıqlarının İnkişafı: Sədr və ya Komitə firmanın rro bono
tərəfdaşlıqlarının genişləndirilməsinə çalışmalı və bu istiqamətdə müəyyən ölçüdə əlavə
potensial tərəfdaşlıqları da nəzərdən keçirməlidir (bax: Bölmə 4.2.1). Əgər firma Pro Bono
başqa təşkilatlarla tərəfdaşlığa girməyəcəyini qərara alırsa, sədr və ya komitə proqramın
koordinatoru (əgər varsa) ilə birgə Pro Bono imkanlarının müəyyən edilməsi üçün başqa
mexanizmlər işləyib hazırlamalıdırlar (bax: Bölmə 4.2.2).
(d) Yeni Pro Bono işlərinin təsdiqlənməsi: Aşağıda göstərildiyi kimi, firmalar Pro Bono
məsələlərini açmaq, nəzarət etmək və bağlamaq üçün müəyyən prosedurlar yaratmalıdırlar
(bax: Bölmə 3.6). Sədr və ya komitə (a) Pro Bono koordinatoru ilə birlikdə bütün yeni Pro
Bono məsələlərinin açılmasını təsdiq etməli və ya (b) Pro Bono koordinatorunun yeni Pro
Bono islərinin açılmasını təsdiqləməsi üçün istifadə etdiyi parametrlərlə razılaşmalıdırlar
(firmanın peşə etikası ekspertlərindən biri və ya ümumi hüquqşünas, varsa) Qeyri-adi
hallarda bu parametrler Pro Bono koordinatoru ilə məsləhətləşilməlidir (bax: 3.5.1 (b)).
(e) Pro Bono İşinin Təqdimatı və Təşviqi: Sədr və ya komitənin bir funksiyası da proqramın
koordinatoru ilə (varsa) birgə Pro Bono işinin firma daxilində təqdim və təşviq ediləcəyi
yolları müəyyən etməkdir (bax: V bölməyə).
(f) Pro Bono Proqramının Qiymətləndirilməsi: Sədr və ya komitə, Pro Bono proqramının
müvəffəqiyyətləri və uğursuzluqlarını təhlil edərək ona müvafiq qaydada düzəlişlər etməli
və ya bu barədə təkliflər verməlidirlər (bax: Bölmə 6.2).
(g) Pro Bono işinin firmadan kənarda təqdimatı və tanıdilması(marketinq): Firmanın Pro
Bono sədri və ya müvafiq firma rəhbərliyi pro boo işinin firma xaricində sərbəst marketinq
14
ve tanıtım proqramını təyin etməli və ya bu tədbirlərdə bilavasitə iştirak etməlidir (bax:
Bölmə 7.4).
(h) İnzibati idarəetmə: Bəzi firmalarda Pro Bono sədri, yaxud komitə proqramın bəzi və ya
bütün inzibati idarəetməsində də iştirak edə bilər.
15
BÖLMƏ III. PRO BONO TƏCRÜBƏSİ ÜÇÜN MÜDDƏALARIN İŞLƏNİB HAZIRLANMASI
(TƏKMİLLƏŞDİRİLMƏSİ)
3.1 Giriş
Pro Bono proqramının vacib bir aspektlərindən biri də, Pro Bono təcrübəsi üçün təlimat
müddəalarının işlənib hazırlanlaması, təkmilləsdirilməsidir(təlimat kitabçasınınn hazırlanması). Pro
Bono təlimi dərinliyi və çesidləri ilə fərqlənsə də, ümumiyyətlə dörd funksiyaya xidmət edir.
1. Bu müddəalarda Pro Bono isində firma və ya hüquqşünasların hansı növ Pro Bonoları
öhdələrinə göturə biləcəkləri müəyyənləşdirilir.
2. Bu müddəalarda firmanın Pro Bono təcrübəsinə dair öhdəlikləri ifadə edilir.
3. Bu müddəalarda firmanın Pro Bono proqramını idarə etməkdə məsul olan şəxslər
müəyyənləşdirilir.
4. Son olaraq bu müddəalarda Pro Bono proqramı ilə bağlı yüksək səviyyəli metodlar ortaya
qoyulur (Burada firmanın ümumi siyasətinin və istigamətlərinin bir hissəsi ola biləcək daha
ətraflı təlim sənədləri ola bilər).
İlk növbədə firma Pro Bono təlimatının ilkin versiyasının işlənib hazırlanması və təsdiq edilməsinə
qərar verməlidir. Pro Bono təlimatı firmanın Pro Bono baxımından hüquqi mövqeyini qurduğundan,
əvvəlki bənddə təsvir olunan ilk üç aspekt firmanın icraçı və ya idarə tərəfdaşları tərəfindən təsdiq
olunmalı və firmanın tərəfdaşları ilə müzakirə edilməlidir. Bu prosesdə, eləcə də Pro Bono qayda
və metodlarının bütün ətraflı şəkildə incələnməsində sədr və ya komitə də iştirak etməlidir. Çox
vaxt lahiyə, əsasən və ya tamamilə Pro Bono koordinatoru tərəfindən (əgər varsa) həyata keçirilir
(bax: Bölmə 2.3.3 (b)).
A Əlavəsində, Amerika Birləşmiş Ştatlarında böyük firmalarin təlimat kitabçalarında istifadə olunan
standart maddələrdən ibarət olan bir nümunə -Pro Bono təcrübəsi ("Model Pro Bono Manual")
təqdim edilir. “Model Pro Bono Manual” hər hansı bir firma tərəfindən asanlıqla adaptə edilə
biləcək şəkildə yazılmışdır.
3.2 Firmanın Pro Bono öhdəlikləri və hüquqşünasların hədəfləri / gözləntiləri
Pro Bono təlimat kitabçasının giris hissəsində firmanın Pro Bono təcrübəsinə olan bağlılığı ifadə
edilir. Bu bölmə xüsusilə, firmanın öz hüquqşünaslarının Pro Bono işinə iştirakını dəstəkləyən və
təşviq edən bəyanatını ehtiva edir. Bölmə qanunauyğun olaraq firma tərəfindən qəbul edilən
konkret Pro Bono hədəfləri və ya gözləntilərini əhatə edir. Hədəflərə hüquqşünasın və ya
bütövlükdə firmanın Pro Bono isinə sərf edəcəyi illik Pro Bono saatının minimum miqdarı,
hüquqşünasın ödəniləcək iş saatlarının Pro Bono faizi və / müəyyən miqdarda odənişsiz Pro Bono
xidməti verəcək hüquqşünasların faizi, yaxud sayı daxildir.
Hüquq firmalarında Pro Bono xidmətlərinin effektivliyini təmin edən sadecə hüquqşünaslar, deyil ,
hüquqşünasların köməkçiləri, məmurlar, katiblər, (müvəqqəti)yay stajerləri və inzibati heyət də bu
işə qiymətli töhfələr verir və çox vaxt böyül həvəslə Pro Bono işlərində iştirak edirlər.
16
3.3 Pro Bono işinin tərifi (Pro Bono isi nedir)
Pro Bono təlimatının bu bölmü firmanın verdiyi xidmətlərin, baxılacaq hüquqi məsələlərin tipini və
növünü müəyyənləşdirir və hansı kateqoriyalardan müştərilərin Pro Bono yardımı üçün seçilə
biləcəyini təyin edir. Bəzi firmalar şəxsi məqsədləri üçün müəyyən məsələləri Pro Bono İnstitutu
və”American Lawyer” (Amerikalı Hüquqşünas) jurnalı tərəfindən qəbul olunmuş ümumi tərifə uyğun
olmayan "Pro Bono" kimi təsnif edəcəklər. Digərləri ümumi qəbul edilən tərifə uyğun olub-
olmamasından asılı olmayaraq pulsuz odənissiz hüquqi xidmət verə bilərlər. Belə hallarda əgər
firma təlimatında göstərdiyi ümumi dəqiq tərifə daxil olan işlərin kateqoriyasına girməyən bir işin
ödənişsiz aparılmasına icazə verərsə, bu iş (bəzi məqsədlər üçün) ödənişsiz yerinə yetirilsə də,
onun firma xaricində “Pro Bono" işi kimi önə sürülməyəcəyi dəqiq olaraq qeyd edilməlidir. Bu
təlimat kitabçasında hədəfləri üçün yalnız Pro Bono İnstitutu və ”American Lawyer” jurnalı
tərəfindən müəyyən edilmiş "Pro Bono" tərifindən, yaxud onların verdiyi tərifdən daha dar
çərcivədəki anlayışdan istifadə edəcəyik.
Firmanın Pro Bono hüquq xidmətləri konsepsiyasına, kasıblara və ya ilk növbədə əhalinin
aztəminatlı təbəqəsinə xidmət edən qeyri-hökumət təşkilatlarına (QHT-lərə) verilən pulsuz hüquqi
xidmətlər daxildir. Bura həmçinin, ictimai maraqlara aid olan (pulsuz məsləhət verilməsi hardasa
mümkün olmayan vətəndaş haqları məsələləri kimi) və əhalinin marjinallaşmış grupu adından
qaldırılan məsələlərdə təqdim olunan hüquqi xidmətlər də daxil ola bilər.Bura əhalinin az-təminantlı
təbəqəsınə xidmət etməsələr də kiçik olduqları üçün, pullu hüquqşünas tuta bilməyən qeyri-
hökumət təşkilatlarına göstərilən xidmətlər də daxildir.
Bundan əlavə, firmanın hüquqşünaslarının Pro Bono fəaliyyətinə dair yüksək səviyyədə anlayış
əldə etmələri üçün firmalar yalnız Pro Bono hesab ediləcək işləri deyil, həm də Pro Bono
kateqoriyasına girməyəcək işləri müəyyənləşdirməlidirlər. Məsələn, əgər firma hüquqşünasları
göstərdikləri hüquqi xidmətin ödənişinə endirim edərsə, bu Pro Bono sayılmır. Hüquqi xidmətə
daxil olmayan yardımların edilməsi, mühazirələrin oxunması kitab və ya məqalələrin nəşr edilməsi,
yaxud dostlara və ailəyə pulsuz hüquqi xidmət göstərilməsi (yoxsul olmadıqları halda) də Pro Bono
işi hesab edilə bilməz. Bu fəaliyyətlərin bir çoxu arzuolunandır və cəmiyyət üçün töhfələri var, lakin
Pro Bono işi kimi təsnif edilməməlidir.
3.3.1 Korporativ sosial məsuliyyət və Pro Bono hüquqi xidmətləri arasında fərq nədir?
Bu yerdə “Pro Bono" tərifini yada salmaq lazımdır. “Pro Bono” kəliməsinin mənası tam və dərin bir
şəkildə başa düşülmədən, hüquq firması öz hədəflərinə çatmağa imkan verəcək Pro Bono
proqramına hüquqi status verə bilməz.
İlk öncə qeyd etmək lazımdır ki, Pro Bono cəmiyyətdə hüquq peşəsinin xüsusiyyətindən və
hüquqşünasların ədaləti təmin etmə kimi imtiyazlı mövqelərindən irəli gələn peşəkar bir öhdəlikdir.
Bu, cəmiyyətin aztəminatlı təbəqəsi və onların xidmətində olan, lakin ödənişli hüquqşünas təmin
edə bilməyən qeyri-kommersiya təşkilatları nöqteyi nəzərindən gündən günə genişlənən boşluqları
doldurmaq üçün xüsusilə vacib bir öhdəlikdir. Öhdəliyin əhəmiyyəti həm də ona görə böyükdur ki,
17
əgər Pro Bono hüquqşünasları olmasaydı, ictimai maraq kəsb edən məsələlərin həllində hüquqi
nümayəndəlikdən istifadə etmək olmazdı.
Pro Bono hüquqi işi - az öncə sadalanan səbəblərdən vacib olsa da, - qeyri-hüquqi könüllü işlər və
digər xeyriyyə növlərindən fərqlənir. Pro Bono hüquqi işi ilə məşğul olarkən bu fərq aşağıdakı
faktlardan yaranır. Pro Bono: (a) cəmiyyətin az- təminatlı qismindən hüquqi ehtiyacları olanlarla
onların hüquqşünasları tapmaq bacarığı arasında boşluğu doldurmağa kömək edir və (b) digər
məsələrdə ədalətə nail olamaq üçün əngəlləri aradan qaldırmağa kömək edir (məsələn, qeyri-
kommersiya təşkilatları və ya ictimai maraq qruplarının ödənişli hüquqşünas tutmaq imkanları
yoxdur). Firmanın Pro Bono strukturunun qurulmasında Pro Bono işlərini könüllülük və digər
xeyriyyə növlərindən tamamilə ayrı tutmaq çox vacibdir. Hətta əgər Pro Bono xidmətini və könüllü
işləri eyni şəxs əlaqələndirirsə belə). Xeyriyyəçilik və Pro Bono işlərinin struktur şəkildə birləşə
biləcəyi yeganə nöqtə - büdcələşmə(büdcə planlaması) ola bilər.
Biznes tendensiyaları və qloballaşma "korporativ sosial məsuliyyətə" daim artan marağı
gücləndirir. Korporativ sosial məsuliyyət elə bir özünü tənzimləmə formasıdır ki, müəssisələr öz
fəaliyyətinin maraqlı tərəflərə(aksionerlərə) və ictimai sferanın digər üzvlərinə təsirinə görə
məsuliyyət daşıyırlar. Müstərilər və istehlakçılar get-gedə sadəcə istehlakçılara deyil, həm də
işçilər, ətraf mühit və bütövlükdə cəmiyyətə fayda verən məsuliyyətli təcrübələri(lahiyələri)
dəstəkləmək üçün korporasiyalara və mütəxəssislərə daha çox müraciət edirlər. Korporativ
müştərilər çox vaxt "sosial məsuliyyətli" hüquq firmasına müraciət etdiklərindən, - (a) hüquqi
sferada korporativ sosial məsuliyyət anlayışı və (b) Pro Bono hüquqi xidməti (konsepsiyası) -
qarışıqlıq yarada bilər. Bəzi hallarda əlavə factor olaraq , korporativ müştəri hüquq firmasının nə
qədər "sosial məsuliyyətli" olduğunun ölçülərini müəyyənləşdirmək üçün hüquq firmasının Pro
Bono fəaliyyətiylə məşğul olduğunu nəzərə ala bilər.
Hər bir hüquq firmasında xeyriyyə fəaliyyətləri, könüllülük, sosial məsuliyyətli biznes təcrübələri və
Pro Bono hüquq xidmətləri arasında aydın bir fərq olur. Xeyriyyə fəaliyyətləri xeyriyyə
təşkilatlarına, qeyri-kommersiya təşkilatlarına, ictimai təşkilatlara, kilsələrə və digər şəxslərə
birbaşa maliyyə yardımlarından ibarət olduqlarından, Pro Bono fəaliyyətindən fərqləndirmək üçün
yuxarıda sadalanan ilk üç fəaliiyətin ən asanıdır.
Bu maliyyə yardımlarından bir qismi yoxsul və ya marginal şəxslərə, qruplara və ya icmalara
xidmət etmək üçün dəstək və ya kömək etsə də, bağışların özləri Pro Bono işi kimi
qiymətləndirilmirlər. Bundan əlavə, təşkilatlardan faydalananlar və son məqsədləri nə olursa olsun,
hüquqşünas və ya hüquq firması bu təşkilatlara maliyyə töhfələri verərək, Pro Bono öhdəliyini
yerinə yetirmiş sayılmır.Bununla yanaşı qeyd etmək lazımdır ki, aşağıdakı 4.2.1-ci bənddə də
göstərildiyi kimi, hüquq firmaları Pro Bono bazalı (və daha sonra istiraka cəlb edilən) təşkilatlara
maliyyə yardımı ayırmağı planlaşdırmalıdırlar.
Ictimai xidmət, və ya könüllülük, həmçinin Pro Bono hüquqi xidmətlərdən fərqlənir. Ictimai xidmətə
ehtiyacı olan şəxslər üçün əşyaların toplanması və ya onlara sosial (hüquqi deyil) xidmət
göstərilməsi daxildir.Bu xidmətə(bunlarla da məhdudlaşmır) qidaya, geyimə və ya qan verməyə (və
ya aztəminatlılar üçün hər cür maddi resursların toplanmasına) bir məktəbi boyamağa, parkdan
zibilliyi təmizləməyə və s. qədər hər cür kömək daxildir.
18
Ictimai xidmət cəmiyyətin (mütəşəkkilləşdirilməsi) yaxşılaşdırılması üçün dəyərli olduğu kimi,
müştərilərlə və geniş əhali kütləsi ilə əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə xidmət edə
bilər. Könüllük xidməti Pro Bono hüquqi fəaliyyəti üçün zəruri olan ixtisaslaşma və formalizmə
ehtiyac olmadan hüquqşünaslar və cəmiyyətin digər üzvləri arasında açıq əməkdaşlığa imkan
verir. Bu, son dərəcə faydalı bir qrup çalışması ola bilər. Ona görə də bu xidmət bir Pro Bono
xidməti sayılmasa da, könüllü ictimai xidmət hüquqşünaslar və firmalar üçün qiymətli bir təcrübə
olaraq qalır. Hüquq firması adından ətraf mühitin qorunması səyləri, məsələn, kağız, mobil telefon
və ya plastik əşyaların təkrar emal proqramları da Pro Bono işi sayılmır.
3.3.2 Təlim proqramlarında iştirak Pro Bono işi olarak qəbul edilə bilər mi?
Cavab şərtlərə uyğun olaraq dəyişə bilər. Belə ki, hüquqşünaslar bu cür fəaliyyət növlərinin bir
hüquqşünasin Pro Bono saatlarına hesablanmasına razı olmurlar. Müəyyən bir lahiyənin Pro Bono
olub-olmadığını müəyyənləşdirməkdə onun məqsədi və tamamlanması üçün hüquqi bacarıqların
lazım olduğunu nəzərə almaq lazımdır.Lahiyəni müvəffəqiyyətlə yerinə yetirmək üçün hüquqi
bacarıqlara olan tələbat nə qədər çox olarsa, lahiyənin Pro Bono işi olma ehtimalı daha çox
olacaqdır. Buna faydalı bir nümunə olaraq yuxarı sinif şagirdlərinin repetitorlarla təhsil
proqramlarını hüquqşünasların Pro Bono tərifinə girən bəzi davaları ala bilmələri üçün iştirak
etdikləri təlimlərlə müqaiysə etdikdə görmək olar.
Köhnə sagirdlər - indiki repetitor tələbələrin işi Pro Bono işi hesab edilməməlidir, cunki onlar üçün
hüquqi xidmətlərin göstərilməsini tələb etmir. Hüquqi bacarıq və ya bilik tələb olunmadıqda, lahiyə
könüllülük hesab edilməlidir.
3.3.3 QHT-nin İdarə Heyəti üzvü kimi fəaliyyət, Pro Bono işi olaraq qəbul edilə bilərmi?
İdarə Heyətinin işi(nəzarətçi, məsləhətci və qəyyumluq şurasında) ümumiyyətlə Pro Bono işi olaraq
qəbul edilməsə də, Pro Bono mədəniyyətinin yaradılmasında ( QHT klirinq evi olduğu təqdirdə) ve
klirinq evinin Pro Bono zəncirində mühüm rolunun möhkəmləndirilməsində vacib bir ünsürdür.
QHT-nin idarə heyətinin üzvü olan bir hüquqşünasın hansı hallarda(eger ederse) QHT üçün bir
hüquqşünas kimi çıxış etdəcəyinə aydınlıq gətirməsi çox vacibdir.
Direktorlar Şurasının tərkibində hüquqşünası olan bəzi hüquq firmaları ona QHT üçün hüquqi
işlərdə iştirak etməyə icazə vermirlər. Xüsusi hallarda QHT-lər üçün hüquqi işlərin aparılmasına
icazə verən hüquq firmalar bu hallarda etik mülahizələri nəzərə almalıdırlar.
3.4 Pro Bono proqramının idarə edilməsi
Pro Bono təlimatının bu bölməsi firmanın Pro Bono proqramını kim(lər)in idarə edəcəyini –
proqramda ümumilikdə müxtəlif rollarda iştirak edən şəxslərin məsuliyyətlərini əks etdirəcək,
məsələn müvafiq olaraq Pro Bono koordinatoru, Pro Bono sədri və Pro Bono komitəsini təyin
edəcək(olub olmamalarından asılı olaraq). Proqramın adminstrasiyası - Pro Bono lahiyələrinin
ümumi koordinasiyasını(əlaqələndirilməsi) və Pro Bono proqramının idarə olunmasını əhatə edir
və adətən Pro Bono koordinatorunun və ya komitəsinin səlahiyyətindədir. Pro Bono koordinatoru
19
və Pro Bono sədrinin və ya komitənin vəzifələri, ixtisaslaşmaları mükəlləfiyyətlərinin ümumi təsviri
bu kitabçanın II hissəsində öz əksini tapmışdır.
3.5 Pro Bono proqramının qurulması üçün maliyyə məsələləri1
3.5.1 Firma Pro Bono proqramına büdcə ayırıbsa, onu planlaşdırmağın ən yaxşı yolu nədir?
Bütün Pro Bono proqramları üçün müəyyən maliyyətlər və xərclər var. Bunlar daxili və xarici
xərcləri də əhatə edir. Daxili xərclər, fotokopiya, telefon zəngləri, poçt, nəqliyyat və kuryer
xidmətləri kimi gündəlik xərclərdir. Xarici xərclər qeyri-müntəzəm, cibdən ödənilən xərclər daxildir,
məsələn, müraciət(başvuru) haqqı, vergi, ekspertiza və tədqiqatlar üçün ödəniş haqqları və s.
Firmalar hüquq firması ilə Pro Bono müştəri arasında belə xərclərin ayrılmasına dair fərqli siyasətə
malik ola bilər,bu haqda daha sonra müzakirə ediləcək.
Firmanın Pro Bono siyasətindən asılı olmayaraq, bir çox firma Pro Bono büdcəsinin
planlaşdırılmasına Pro Bonoun təşkilatlanmasının vacib bir xüsusiyyəti və firma-içi stabil proqram
təminatının inkişafı kimi baxır. Pro Bono büdcələrini qəbul edən firmalar, bunun tam inteqrasiya
edilmiş Pro Bono təcrübəsinə daha rahat bir keçid imkani təmin edəcəyinə inanırlar. Bununla
yanaşı, qeyd etmək lazımdır ki , müvəffəqiyyətli Pro Bono təcrübələri olan bəzi firmalar Pro Bono
proqramına həddindən çox rahatlıq(elastiklik) təmin etməsinə imkan verəcəyinə inandıqları üçün
büdcələləşməni qəbul etmirlər).
Pro Bono büdcəsi ilə bağlı dəqiq bir strategiya firmanın Pro Bono öhdəliyindən xeber verir ki, bu da
firma hududlarında Pro Bono mədəniyyətinin inkişafı üçün əhəmiyyətli ola bilər. Büdcəni firmanın
iştirak dərəcəsini istiqamətləndirmək üçün istifadə etmək olar,amma bunu mürəkkəb(çoxşsaxəli)
Pro Bono məsələlərində, xüsusilə, firmanın öhdəsindən gələ biləcəyi müsbət əhəmiyyətli ictimai
təsir potensialına malik olan məsələlərdə firmanın iştirakını əngəlləmək üçün istifadə etmək olmaz.
Bundan əlavə, Pro Bono büdcəsi iş ortaklarına(tərəfdaşlara) firmanın Pro Bono proqramı ilə bağlı
gözləntilərini (umacaqlarını) anlamaga, beləliklə proqramı daha tam qiymətləndirməyə imkan verə
bilər ki, bu da öz növbəsində il ərzində firmanın Pro Bono proqramının dayanıqlılığına və
genişləndirilməsinə təkan verər.
Pro Bono üçün büdcələşmə inzibati və idarəetmə məsələlərinin çoxunda olduğu kimi hər firmada
bir qədər fərqlənir və firmanın ehtiyac və məqsədlərinə uyğun olaraq hazırlanır. Hüquq firmasında
daxili Pro Bono proqramının inkişafı ilə bağlı bütün aspektlər, –büdcə də daxil olmaqla(firma
rəhbərliyi büdcəyə sahip olmaqdan imtina etmədikdə), - yalnız firmanın "korporativ mədəniyyəti"nə
uyğun gəlməklə bitməməlidir, eyni zamanda resursların daha səmərəli istifadəsinə və tam
bütünləşmiş Pro Bono təcrübəsinə imkan verəcək şəkildə modelləşməlidir.
Huquq firmaları Pro Bono təcrübəsi təşkil edərkən "velosipedi yenidən icad etmələrinə" ehtiyac
yoxdur. Bunun yerinə, firma Pro Bono sferasında möhkəm təməlli Pro Bono siyasətlərinə və
1 Bu bölmə “Tez-tez soruşulan(FAG) suallar: PBDA-nın tətbiqi üçün əlavə: Hüquq firmasında Pro Bono proqramının
təşkili üçün təlimat.” adlanan əsas təlimata Əlavə əsasında hazırlanmışdır
20
düzgün seçilmiş metodlara arxalana bilər. Başqa sözlə, Pro Bononun hüquq firmasının ayrılmaz bir
hissəsi olduğunu təmin etmək üçün, firmalar Pro Bono proqramının inzibati aspektlərini mövcud
infrastrukturun daxilinə maksimum dərəcədə inteqrasiya etməyə çalışmalıdırlar.
Artıq mövcud olan mexanizmlərdən istifadə hüquq firmalarına, proseslərin asanlaşmasını
tənzimləməyə, Pro Bono məsələlərini daha effektiv şəkildə idarə etməyə imkan verir. Bir- birinə
yaxşı inteqrasiya edilmiş strukturlar Pro Bono sistemini firmanın hüquqşünasları üçün daha
asan(istifadə edilə bilən) edir və bütün firma müştərilərini yüksək keyfiyyətli hüquqi xidmətlə təmin
edir.
Bro bono büdcəsinin təşkili edilməsi üçün bir çox fərqli yollar olsa da, ən çox istifadə edilən bir
neçə variant aşağıda təsvir edilmişdir.
(a) Variant 1: Fərdi Pro Bono və xeyriyyə yardımları büdcələri: Qarışıqlıqdan qaçmaq üçün
və ya hüquq firmasının biznes-modelinə və institusional (təşkilatlanma) strukturuna daha
yaxın oldugu üçün bəzi hüquq firmaları büdcə idarəçiliyi də daxil olmaqla, bütün məqsədlər
üçün Pro Bono və xeyriyyəcilik üçün ayrılan vəsaitlərin ayrı-ayrı saxlanmasını üstün
tuturlar. Bu firmalarda Pro Bono və xeyriyyə işləri üçün nəzərdə tutulan paylar ayrı olduğu
üçün belə olduğu halda firmanın illik xeyriyyə üçün ayırdığı məbləğ nə artacaq, nə də
azalacaq. Yuxarıda da göstərildiyi kimi, bu seçimi edən hüquq firmaları maliyyə yardımı ilə
ödənişsiz Pro Bono hüquqi xidməti fərqləndirməyi bacarmalıdırlar.
(b) Variant 2: Xeyriyyə Yardımları Büdcəsinin genişlənməsi: Bir Pro Bono büdcəsinin
yaradılması üçün başqa mümkün bir variant - firmanın illik xeyriyyə yardımı büdcəsini (əgər
varsa) genişləndirmək və bu geniş şəmsiyənin altına Pro Bono təcrübəsini yerləşdirməkdir.
Bir çox hüquq firmaları tarixən sosial və ya qeyri-hökumət təşkilatlarına xeyriyyə
fəaliyyətləri üçün illik büdcə ayırmışlar. Hüquq firması təcrübə sahələrindən biri kimi Pro
Bono proqramını tətbiq edəcəyini düşündükdə, xeyriyyə yardımları üçün ayırdığı büdcəsini
Pro Bono işi ilə bağlı xərclərlə birləşdirmək istəyəcəkdir. Beləliklə, Pro Bono hüquqi
xidmətlərinin göstərilməsi ilə bağlı xərclər əsasən firmanın xeyriyyə yardımı ilə eyni
mənbədən əldə olunacaqdır. Bu o deməkdir ki, firma Pro Bono işi daxil edildikdən sonra
ümumi büdcəsini artırmasa, hüquqi bir Pro Bono proqramının reallaşması firmanın illik
xeyriyyə üçün ayrılmış yardımının həcmini azalacadır.
Xeyriyyə cəmiyyətləri üçün büdcə təmin edən firmalar çox vaxt xeyriyyə ödəmələri üçün bütün istəkləri idarə edən komitə təyin edirlər ("Xeyriyyə Yardımları Komitəsi"). Bu halda xeyriyyə yardımları komitəsi tərəfdaş firmaların üstünlük verdikləri xeyriyyə məqsədləri üçün ödəmələr üçün müraciət edə biləcəyi prosedurlar işləyib hazırlayır. Xeyriyyə yardımları komitəsi Pro Bono işi ilə əlaqədar eyni təsbitləri etmək üçün genişləndirilə bilər.Bu mümkün olduqda firma həmçinin Pro Bono büdcəsini idarə etmək üçün xeyriyyə yardımları komitəsini qurarkən istifadə etdiyi analoji yaxud oxşar prosedurların vasitəsiylə yeni bir komitə ("Pro Bono Büdcə Komitəsi") təyin edə bilər. Bəzi hallarda Pro Bono Komitəsi büdcə funksiyalarını da yerinə yetirir və bu halda ayrılıqda Pro Bono büdcə komitəsi yaradılmır.
21
Praktikada komitə strukturu aşağıdakı kimi işləyir: Yeni Pro Bono lahiyəsi və ya işi üçün xərcləri maliyyələşdirmək istəyən bir tərəfdaş ya genişləndirilmiş Xeyriyyə Yardımları Komitəsi və ya Pro Bono Büdcə Komitəsinə müraciət edib, xeyriyyə yardımı üçün təsəbbüs edə bilər ki, bu zaman komitə öz növbəsində tələb olunan yardımın verilməsi, rədd edilməsi, yaxud Pro Bono lahiyəsi və ya işi üçün göstərilmiş məbləğə düzəliş edilməsi barədə müvafiq olaraq qərar qəbul edəcək. Pro Bono lahiyəsi və ya işi sonrasında gözlənilməz xərclər ortaya çıxarsa, komitə firmanın əlavə xərcləri qarşılayıb-qarşılamayacağını, müştərinin bu xərclər üçün cavabdeh olub-olmayacağını və ya firmanın bu gözlənilməz xərclərlə bağlı nə tədbirlər görəcəyini müəyyən edir. Müştərilərin Pro Bono işindəki xərcləri ilə bağlı məsuliyyətləri (mükəlləfiyyətləri) bölmə 3.5.2-də müzakirə olunacaq. Hüquq firmaları Pro Bono büdcələrini xeyriyyə yardımları büdcələri ilə birləşdirməyə üstünlük versələr belə iş Pro Bononun konsepsiyasını (tərifə görə hansı işin Pro Bono sayılmasını) müəyyənləşdirməyə gələndə xeyriyyə yardımı ilə ödənişsiz Pro Bono hüquqi xidmətlər arasında aydın sərhəd vardır və olmalıdır. Bir sözlə, Pro Bono işi xeyriyyə deyil, peşəkar bir öhdəlikdir; xeyriyyəçilik işi isə büdcə strukturundan asılı olmayaraq Pro Bono işi hesab edilmir.
(c) Digər büdcə məsələləri: Müntəzəm və qeyri-müntəzəm xərclər arasında fərqlər:
Firmalar, Pro Bono proqramının dəstəklənməsində iştirak edən daxili xərclərin növlərindən
xəbərdar olmalıdırlar. Bu xərclər gözlənilən və yüksək keyfiyyətli hüquqi xidmətlərin
göstərilməsi üçün zəruri olduğundan, bir çox hüquq fitmalar bu xərclər üçün əvvəlcədən
təsdiq tələb etmirlər.Belə olsaydı, bu xərclərin hər birini təsdiqlətmək əlavə inzibati yük
olardı. Belə xərclər qabaqcadan bilindiyi üçün huquq firmalari onları "müntəzəm" xərc kimi
hesab edir və bir çox hüquq firmaları bu cür xərclərə illik sabit məbləğ ayırırlar.Yuxarıda
qeyd olunduğu kimi, çox vaxt komitə hər il büdcənin nə qədər olacağını və hansı Pro Bono
lahiyələri və ya işlərinin bu büdcədən necə faydalanacağını müəyyənləşdirir.
Xarici xərclər, digər tərəfdən müntəzəm olmayan xərclərdir və buna görə də mütəşəkkil Pro
Bono proqramları olan bir çox hüquq firmaları onlar üçün əvvəlcədən komitə və ya tərəfdaş
təsdiqini tələb edirlər. Bunlar ümumiyyətlə, ödənilməsi tələb olunan daha yüksək
məsrəflərdir, məsələn, sənədlərin hazırlanması üçün ödəniş haqqı, vergi ödənişləri və ya
ekspertiza yaxud istintaq xərcləri və s. Göründüyü kimi bu məsrəflər hüquqi xidmətlərin
verilməsi üçün zəruri olsalar da gündəlik(müntəzəm) xərclərdən kənara çıxır.
Firmaların, “müntəzəm” və “qeyri-müntəzəm” xərc anlayışları bir-birindən fərqlənir. Əmin
olmaq lazımdır ki, firmanın hüquqşünasları Pro Bono xərclərindən söhbət gedəndə düzgün
qərar verməyin vacibliyini anlayırlar və firmanın bu yöndə siyasəti bariz şəkildə Pro Bono
siyasəti və metodları haqqındakı təlimatda öz əksini tapıb. Bu və ya digər məsələlərdə
hüquqşünasın qabaqcadan razılıq alıb-almayacağı da yetərincə aşkar olmalıdır. Həmçinin,
hüquq firmasının Pro Bono üçün illik müntəzəm xərc büdcəsi oldugu təqdirdə firmanın
tələbat və xüsusiyyətlərinə əsaslanaraq hansı növ məsrəflərin büdcəyə daxil olacağı
müəyyənləşdirilməli və firma hüquqşünaslarının hansı xərclərin müntəzəm və hansıların isə
əlavə təsdiq tələb etdiyini anlaya bilmələri üçün dəqiq qaydalar müəyyən edilməlidir.
22
Firmanın Pro Bono işi üçün büdcələşib-büdcələşməməyə dair son seçimindən asılı
olmayaraq, onun Pro Bono təlimatında firmanın Pro Bono büdcəsi (və ya büdcəsi
olmadıqda, burada müzakirə olunan mövzulara dair firmanın təcrübələri) açıq şəkildə təsvir
etməlidir. Pro Bono işi ilə bağlı xərclərin nəzərə alınmasının vacibliyini bir daha vurğulamaq
üçün Pro Bono işi və ya lahiyəyə üçün yeni təyin edilmiş hüquqşünaslara firmanın Pro
Bono büdcəsinə / xərclərinə dair qayda və prosedurlar ətraflı şəkildə yazılı olaraq
çatdırılmalı,yaxud ona bu məsəslə ilə bağlı materiallarla(sənədlərlə) tanış olmaq təklif
edilməlidir. Həm də aydın olmalıdır ki, hüquqşünaslar pulsuz hüquqi xidmət göstərilməsi ilə
bağlı xərcləri minimuma enidrmək üçün, lazım və mümkün olduqda göstərilən xidmət
qarşılığında tələb olunan ödənişdən imtina etməyə hər cür səy göstərməlidirlər ( ki, buna
kifayət qədər yoxsul müstərilərlə iş zamanı tez-tez rast gəlinir). Ödənişdən imtina rədd
edildikdə, yaxud mümkün olmadıqda, vəkil (hüquqşünas) mövcud Pro Bono məsələsi ilə
bağlı xərclərdən imtina etmək və ya onları azaltmaq üçün başqa yolların olub-olmadığını
araşdırmalıdır.
3.5.2 Hansı hallarda Pro Bono müstərisindən odəniş almaq mümkündur?
Hüquq firmasına bir Pro Bono müştərisindən odəniş haqqı almaq heç vaxt düz deyil. Firması öz
müştərisinə bono xidmət üçün hər hansı haqq tələb edirsə, bu iş Pro Bono hesab edilə bilməz.
Bununla yanaşı, hüquq firması Pro Bono müştərisi ilə sonuncunun Pro Bono təmsilçisiliyl ilə və ya
hüquq məsləhəti verməklə bağlı xərclərin bir qismini və ya hamısını ödəməsı haqda razılığa gələ
bilərlər.Bu xərclərə məhkəmə xərcləri, hüquqi sənədlərin alınması ilə bağlı xərclər, qeydiyyat
xərcləri və digər xərclər daxildir.
Əgər müştərinin hüquqşünasın xidmət haqqını (qonorar) və digər xərcləri, yaxud hər ikisini geri
ödəmə ehtimalı varsa(məhkəmə hökmü, qərarı və ya başqa yolla), bu mövzu müştəri ilə müzakirə
edilməli və Pro Bono Öhdəlik Məktubunda(bax bölmə 3.6.1(d)) qeyd edilməlidir. Məktubun üslubu
qeyri-müəyyənlik yaratmaqdan çəkindirməlidir, məsələn, yazıya hüquqşünasların qonorar ve
basqa xərclərdən və ya hər ikisindən imtina etməklə şərtlənən uzlaşma təkliflərini daxil etməklə
gözlənilməz hallar ilə qarşılaşmaq ehtimalı imkansız edilməlidir.
3.5.3 Xərclərin paylanılması (bölüşdürülməsi)
Firmanın xərclərin ayrılmasına dair siyasəti əsasən onun Pro Bono büdcəsindən, xüsusi Pro Bono
lahiyəsi və ya işi ilə bağlı ödənişlərin məbləğindən (məsələn, bəzi Pro Bono məsələləri digərləri ilə
müqayisədə daha çox xərclərə malik ola bilər) və müştərinin öz maliyyə vəziyyətindən asılıdır.
Müştəri kategoriyaları arasında daxili və xarici xərcləri tam həcmdə ödəyən, daxili və / və ya xarici
xərcləri müəyyən bir məbləğə qədər ödəyən, heç bir xərc ödəməyən mustərilər var ki, bu
kategoriyaları təsbit etmək üçün firma müştərinin finans qaynaqlarına bağlı olan maliyyə
resurslarını, ya da onun fərdi müştəri(fiziki şəxs) yaxud QHT-dan olub olmadığını araşdıraraq
ortaya çıxarmalı, beləliklə də xərclərin kim tərərfindən ödənəcəyi məsələsini müəyyənləşdirməlidir.
Məsələn, bəzi firmalar kasıb müştərinin Pro Bono işi ilə bağlı bütün ağlabatan və adi (rutin)
xərclərini ödəyir, lakin bununla yanaşı, onun QHT qeydiyyatında olduğunu əsas gətirərək, QHT-
dən bu cür ödənişləri ödəməsini tələb edir. Bu və ya digər halda, firmanın xərcləri bölüşdürmə
23
siyasəti müvafiq olaraq onun ümumi siyasət (müddəa) və fəaliyyət istiqamətlərini etiva edən
təlimatında öz əksini tapmalıdır.
Bu məsələlər müştəriyə aydın şəkildə çatdırılmalıdır ki, Pro Bono müştərisi həmişə öhdəsinə düşən
xərcləri aydın şəkildə başa düşsun.Anlasilmazlığın qarşısını almaq və Pro Bono müştərisi ilə
sağlam münasibətlər yaratmaq məqsədilə hüquqşünas bu tip məsələləri isi öhdəsinə götürməzdən
əvvəl müəyyən etməli və müştəri ilə müzakirə etməlidir.Ödənisli müştərilər kimi, Pro Bono
müştərisi də işin təmsili,hüquqi məsləhətlər və başqa hüquqi işlərlə bağlı xərclərin kim tərəfindən
ödənləcəyinin bariz şəkildə əks olunduğu yazılı müqaviləni və ya formanı oxumalı, anlamalı və
imzalamalıdır. Bu "xərclər haqqında müqavilə" müştərinin öhdəlik məktubuna daxil edilməlidir.
(məktub nümunəsi üçün, Əlavə 2-ə baxın, "Pro Bono Öhdəlik Məktubu") Firma müştərinin
məsuliyyət daşıyayacağı hər hansı maddi xərci onun öhdəsinə qoymazdan əvvəl bunu Pro Bono
müştəri ilə məsləhətləşməlidir.
Bəzi hallarda müştərinin təmsilinə başlamazdan əvvəl bütün xərc, məsrəf məsələlərini müəyyən
etmək mümkün olmur. Belə ki , müvəkkilin nümayəndəliyini qəbul etdikdən sonra, hüquqşünas
müştərinin xüsusi vəziyyətini daha ətraflı araşdırmağa başlaya bilər, və bu zaman diqqətdən
yayınan, gözlənilməz xərclərə gətirib çıxara biləcək gözlənilməz hallar ortaya çıxa bilər.Bu zaman
ehtimal ki, situasiyanın gozlənilməz xarakteri, hüquqşünas və müştəri, məsuliyyətli tərəfin bu
xərcləri ödəməsi üçün razılığa gəlməyiblər. Əgər hüquqşünas(vəkil)-müvəkkil əlaqələri
qurulduqdan sonra gözlənilməyən xərclər yaranarsa, anlaşılmazlıqlardan uzaq durmaq və ya etik
normalardan kənara çıxmamaq üçün dərhal bu məsələ qanunlara uyğun (sənədləşdirilmış) olaraq
müvafiq şəkildə həll edilməlidir (mövcud durum öhdəlik məktubunda ilə əks olunmadığı təqdirdə).
3.5.4 Pro Bono işi ilə bağlı vergidə nəzərdə tutulanlar (güzəştlər və öhdəliklər) hansılardır?
Pro Bono işləri aparmaq üçün yerli və ya federal vergi mükəlləfiyyətləri mövcuddur. Vergi qanunu
ölkə və əsasən də regiona görə fərqli olduğundan, vergi (güzəştləri) baxımından Pro Bono işindən
tələb olunanlar hansı ölkəyə, regiona və bəlkə də hüquq firmasının olduğu şəhərə bağlıdır. Bəzi
yurisdiksiyalarda, hətta Pro Bono işlərini yerinə yetirmək üçün vergi güzəştlərindən faydalanmaq
olur.
Bundan əlavə, hər bir ölkənin vergi nəticələri baxımından Pro Bono isi üçün müxtəlif (fərqli) qanuna
uyma tələbləri ola bilər. Bu saymaqla bitməyən fərqlərin burada sadalanmamasına baxmayaraq,
Pro Bono proqramı hazırlayan huquq firmasının, vergi qanunlarının Pro Bono işinə təsirini
araşdırması vacibdir. Vergi öhdəliklərini və faydalarını başa düşmək firmaya onun tələblərini
ödəyən, hədəflərinə çatmasına kömək edən daha uyğun və əlverişli Pro Bono strukturu yaratmağa
imkan verəcəkdir.
3.6 Pro Bono işinin aparılma ardıcıllığı
3.6.1 Yeni Pro Bono işinin açılması
Firma Pro Bono işinin başladılması, işlənib hazırlanması və tamamlanması üçün rəsmi
proseduralar yaratmalıdır. Firmaların Pro Bono imkanlarını müəyyən edə biləcəyi mexanizmlərin
təsviri üçün bu kitabçanın IV hissəsinə baxın.
24
Pro Bono isinin başladılması aşağıdakı prosedural addımları ehtiva edir:
(a) Pro Bono müraciəti: Firma Pro Bono imkanlarını müəyyənləşdirmək üçün mexanizm
seçdikdən (bax: Bölmə IV), bu imkanlar barədə hüquqşünaslarını məlumatlandırdıqdan
(bax: 2.2.3 (d) bölmələri) və 5.1) və firmanın hər hansı bir hüquqşünası bun Pro Bono
işində işləməyə maraq göstərdikdən sonra, ilk addım - yeni Pro Bono işi ("Pro Bono
Application") üçün müraciət formasını (blankını) doldurmaq olmalıdır. "Pro Bono
Application" müraciət blankında müştəri və tələb olunan xidmətlər haqqında əsas
məlumatlar olur. Pro Bono müraciət forması Pro Bono məsələsindən məsul olan
hüquqşünas, bu məsələyə nəzarət edən və ya məsuliyyət daşıyan tərəf və bəzi hallarda
Pro Bono koordinatoru (əgər varsa) ilə razılaşdırılmalı ve imzalatdırılmalıdır (bax: Bölmə
3.5.2 və Əlavə 1, "Yeni Pro Bono işinin açılması üçün müraciət forması” - Model Pro Bono
Manual).
(b) Maraqların münaqişəsi məsələsinin (olub-olmamasının) yoxlanması və (lazım
gələrsə) daha ətraflı araşdırılması: Pro Bono işinin həlli prosesində maraqların
münaqişəsi yarana bilər. Nəticədə firma hər bir Pro Bono muraciəti üçün münaqişələrin
yoxlanmasını həyata keçirməli olur. Firma, ticari müştərilərlə münaqişələrin yoxlanılması
üçün istifadə etdiyi eyni proseduralardan (uyqulamalardan) istifadə ederək nəticələri Pro
Bono muraciət formasına yazmalıdır.
Əgər hüquqi olaraq müvafiq yurisdiksiyada tələb olunursa və (firma qərar verə bilər)
mümkün olan digər hallarda daha ətraflı araşdırmalar aparmalıdır. Bəzi ölkələrdə müraciət
formasına əlavə olaraq "Müştərini tanıyın"(know your customer) icmalı var.
(c) Pro Bono işinin təsdiq edilməsi: Firma yeni Pro Bono işinin təsdiqlənməsindən məsul
şəxsi müəyyən etməlidir. Artıq qeyd edildiyi kimi, çox vaxt bu rolu Pro Bono sədri və ya
komitəsi yerinə yetirir, əks halda bu rola Pro Bono koordinatoru nəzarət edir. (Bax: Bölmə
2.3.3 (d)). Pro Bono müraciətlərinə baxış keçirmək üçün firma müəyyən və mühüm
meyarlar işləyib hazırlamalıdır.
Yeni Pro Bono işini təsdiqləmək üçün nəzərdə tutulan bəzi meyarlar aşağıdakılardır:
Potensial maraqların münaqişəsi, potensial “biznes münaqişələri” (məsələn, firmanın digər
müştəriləri üçün tutdugu hüquqi mövqeyə zidd olduğu halda Pro Bono müştərisinin hüquqi
möveqinin qorunması), tələb olunan xidmətlərin firmanın siyasətinə - təlimat kitabçasında
göstərilən Pro Bono tərifi ilə uyğun olub-olmaması, yaxud Pro Bono iddiasının rədd
edilməsinə zəmin yarada biləcək hər hansı qeyri-adi halların olub-olmaması.
Firma göstərilən xidmət keyfiyyətini və xidmət səviyyəsini təmin etmək üçün xüsusiylə Pro
Bono işində maraqllı hüquqşünasların təcrübəsinin olub-olmadığını yaxud zəruri təlimləri
kecib- kecməyəcəklərini nəzərə almalıdır. Firmalar təcrübə və ya təlim yetərsizliyini
yüngülləşdirmək yaxud kompensasiya etmək məqsədiylə çox qabaqcıl təcrübəyə malik
olan hüquqşünasların da daxil oldugu hüquqşünaslar grpunu firmanın kadr hazırlığında
istifadə edərək mürəkkəb (çoxşaxəli) Pro Bono lahiyələrinin rədd edilməsinin qarşısını ala
25
bilərlər. Yeni Pro Bono iddiası üçün müraciət rədd edildikdə, səbəblərin qısa izah edilməsi
məsləhət görülür.
Pro Bono məsələləri, əhatə dairəsi, vaxtı və öhdəliyi baxımından olduqca böyük olduqda,
təcrübə qrupunun lideri, ofis lideri və / və ya firmanın icraçı və ya idarəedici
tərəfdaşı(partnyoru) kimi mesul şəxslərdən əlavə razılıq tələb oluna bilər. Onların müsbət
və a mənfi rəyləri öz şəxsi fikirlərinə əsaslansa da, bu rəy verilərkən firmanın məsələni
səmərəli şəkildə idarə edə bilmə bacarığı nəzərə alınmalıdır. Onlar firmanın hüquqşünaslar
daxil olmaq şərtiylə bütün prp bono heyətindən bir yaxud bir neçə nəfərin lahiyədən geri
çəkilməsi və ya firmadan getməsi ehtimallarını nəzərə almala, iş prosesinin düzgün
işlənilib- işlənilə bilməyəcəyini ölçüb biçməlidirlər.
(d) Öhdəlik məktubu: Yeni bir Pro Bono məsələsi təsdiqləndikdən və çox vaxt potensial
müştəri ilə əvvəlcədən müzakirələrdən sonra, firma (və ya bəzi hallarda, müqavilə ilə
çalışan hüquqşünaslar) və Pro Bono müştərisi nümayəndəliyin(təmsilçiliyin) bütün
parametrlərini əhatə edən öhdəlik məktubu – bəyanat imzalamalıdırlar.Əgər firma ticari
(ödənişli) müştəriləri üçün bu cür məktubdan istifadə etmirsə belə, Pro Bono müştəriləri
üçün bu tövsiyyə olunur. Digər məsələr arasında təqdim ediləcək xidmətlərin həcmi tam
dəqiqliyi ilə müştəriyə aydın olsun deyə məktubda təqdimatın təsviri, xarakteristikası və
diapozonunun müəyyən edilməsi vacibdir. Anoloji qayda ilə məktubda müvafiq xərcləri
ödəmək üçün kimin məsuliyyət daşıyacağı dəqiqiləşdirilməlidir (bax: Əlavə 2, "Pro Bono
Öhdəlik məktubu").
Firma məktub üçün əvvəlcədən imtina mövqeyi bəndini əlavə edə bilər. Məsələn, "Bizim
hüquq firmamızın bir çox müştəriləri var. Sizinlə müştərilərimizdən her hansı biri arasında
maraqların toqquşması varsa, sizə bunu xəbər verəcəyik və əgər bu, bizim sizin üçün
üzərində işlədiyimiz lahiyə ya da onunla bağlı bir məsələ deyilsə, ümid edirik ki, bu
münaqişədən imtina edərsiniz, əks halda bizdə haqqınızda bəzi gizli məlumatlar var, onlar
bu və ya digər məsələdə sizin əleyhinizə istifadə oluna bilər".
Vəkil-müvəkkil gizliliyi(sirri) və digər gizlilik vasitələrini qorumaq haqqı qazanmaq üçün,
(mümkün olduğu hallarda) öhdəlik məktubunda Pro Bono lahiyəsinin koordinasiya mərkəzi
ya da digər Pro Bono ortağı olan təşkilatın oyanaya biləcəyi(biləcəkləri) rolu(rolları)
xatırlatmaq lazımdır(məsələn , işin son statusu haqqında hesabatın, mentor ya da ikinci
vəkil (co-counsel) qısmındə istirakın təmin edilməsi ). (sonrakı bəndə baxın)
(e) Ortak məsləhətləşmə (işin ortaq aparılması) sazişi: Əgər lahiyənin realizə olunması
prosesində onu 2 (fiziki və ya hüquqi) hüquqşünas təmsil edirsə, firmanın (ya da firma
hüquqşünasının) həm-məsləhətçi huquşünasla(ikinci vəkil) onların müvafiq rollarını və
məsuliyyətlərini əks etdirən birgə idarəetmə müqaviləsi (razılaşması) olmalıdır. Bu
müqavilədə müştəri tərəfindən təmin olunmayacaq xərclərin necə ödənilməsinə dair
dəqiqləşmələr, (ikinci vəkil ilə anlaşmazlıq olduğu halda) müştəriyə veriləcək məsləhətlərin
sıralanması, iş əsnasında firmanın (əsas) hüquqşunasının təkbaşına verə biləcəyi qərarlar
ilə bağlı məsələlər öz əksini tapmalıdır. Bundan başqa, qarşı tərəfdən hüquqi odənişləri
almaq mümkün oldugunda müqavilədə(qabaqcadan təsbit etmək mümkün olarsa) bu kimi
26
halları etiva edən bütün əsas prinsiplər əks olunmalıdır. Həmçinin, muqavilədə ( əgər
mümkündürsə) əgər hüquqşünasların hamısı yaxud bir hissəsi xidmət haqlarından(qonorar)
imtina etməzlərsə(və ya geri qaytarmazlarsa) məsələnin həll edilməsinin mümkün
olmayacağı kimi durumlarda atılacaq addımlar da təyin edilməlidir.
(f) Pro Bono işinin sənədləşməsi: Firma hər yeni Pro Bono işlə əlaqədar ödənişli sifarişçiləri
üçün istifadə edilən eyni üsullardan istifadə edərək ənənəvi (kağız) yaxud elektron fayl
açmalı və işlə bağlı sənədləşməni orda saxlamalıdır. Ticari (ödənişli) müştərilərini müəyyən
etmək üçün "kodlama sistemi"indən istifadə edən firmalar eyni sistemi Pro Bono
müştərilərinə də istifadə etməlidirlər. Bu fayl Pro Bono işi üçün seçilmış hüquqşünas
tərfindən yenilənə və Pro Bono koordinatoru tərəfindən dəstəklənə (və ya nəzarət altında
saxlanıla) bilər.
3.6.2 Pro Bono isinin müsahidə, nəzarət və mümkün təkamülü(dəyişimi)
Firmanın hüquqşünaslarının peşəkar şəkildə Pro Bono xidməti verməsi və ödənişli müştərilərinə
tətbiq etdiyi eyni xidmət standartlarına əməl etmələrini təmin etmək məqsədi ilə Pro Bono işi üçün
hüquqi müsahidə / nəzarət sistemi qurulması zəruridir. Beləliklə, hər bir Pro Bono işində ortaq
(partnyor) təşkilatdan təyin edilmiş mentor birbaşa və ya Pro Bono koordinatoru (varsa) vasitəsilə
və ya başqa yollarla mütəmadi olaraq işin gedişatı barədə məlumatlandırılır, vəziyyəti analiz edir -
hüquqşünasların fəaliyyəti ilə bağlı qiymətləndirmələr aparır, zəruri hallarda öz tövsiyyələrini verir,
kömək göstərir. Nəzarətci partnyor firmanın konkret hüquqşünasına mentorluq edə bilər ya da bəzi
məsəllərin həllində firmanın hüquqşünasları müəyyə sahədə xüsusi bilik və ya təcrübəyə malik
olan partnyorlarından konkret Pro Bono təcrübəsində onlara mentorluq etməyi xahiş edə bilərlər
(Bax: Bölmə 2.2.3 (b). Bundan əlavə, Pro Bono koordinatorunun müntəzəm olaraq hər bir Pro
Bono isinin müvafiq vəziyyətinə (statusuna) nəzarət etməsi tövsiyyə olunur.
Firma hüquqşünasları tərəfindən Pro Bono koordinatorunu ve Pro Bono vəziyyətinə nəzarət edən
partnyorları (birbaşa və ya Pro Bono koordinatoru vasitəsilə) məlumatlandmaq üçün hüquqi yazılı
hesabat mexanizmi hazırlamalıdırlar. Hüquqşünqsların hazırladığı belə hesablatlarda işin gedişatı
haqda ən son nailiyyətlər və çatışmazlıqlar, potensial növbəti addımlar və hər hansı bir maneə və
ya problemin mövcudluğu barədə məlumatlar öz əksini tapmalıdır (bax: Əlavə 3, "Pro Bono
Hesabatı forması"). Hesabatların müntəzəmliyi nümayəndəliyin və təqdim edilən xidmətlərin
xarakterindən asılıdır -hər dörd aydan bir olması əlverişlidir (ağlabatan).
Pro Bono koordinatoru yalnız hüquqşünasların Pro Bono hesabatlarını tamamlamasını deyil, həm
də onların nəzərdən keçirilməsini və onlara riayət edilməsini və bütün təqdim edilmiş hesabatların
(ənənəvi və ya elektron şəkildə) arxivləşdirilməsini təmin etməlidir , hesabat təqdim edilmədikdə və
ya əksik olduqda, (yüksək iradə nümayiş etdirərək (proaktiv) buraxılmış məlumatları yenidən
əldə(bərpa) etməlidir (bax: Bölmə 2.2.3 (b)).
Firmanın Pro Bono müştərisi əlavə hüquqi xidmət tələb etdərsə və ya mövcud olan Pro Bono işi
genişlənidiyi və potensial olaraq isə əlavə tərəflər və ya hüquqi məsələlər də daxil olacağı təqdirdə,
hər bir hüquqşünasın dərhal bunu Pro Bono koordinatoruna (əgər varsa) və ya Pro Bono komitəsi
və ya Pro Bono sədrinə bildirməsi vacibdir. Təbii ki, əlavə hüquqi xidmətlərlə bağlı tələblər Pro
27
Bono müştərisinin hüquqi işi ilə bağlı başlanğıc tələbləri ilə eyni qaydada həll edilməlidir. Fəqət
mövcud is üçün seçilmiş rəsmi heyətin əlavə üçün uyğun(yetərli) ola biləcəyini və ya əlavə işin Pro
Bono proqramının məqsədi ilə uyğun olacagını ya da səmərəli və münaqişəsiz ola biləcəyini
düşünmək doğru olmaz. Əlavə hüquqi işlə bağlı razılıq verildikdə mütləq öhdəlik məktubuna
əlavələr olunmalıdır və ya əlavə hüquqi iş üçün ayrı bir öhdəlik məktubu tərtib edilməlidir.
Əlavə tərəflər və ya hüquqi məsələlər mövcud Pro Bono məsələsinə potensial olaraq əlavə
olunarsa, ortaya çıxa biləcək münaqişələrə qarşı yoxlamalar aparılmalı, işgüzar münaqişələrin
potensial nəticələri analiz edilməli və kadr yetərliliyi (təminatı) məsələlərinə baxılmalıdır. Yuxarıda
göstərildiyi kimi (bax: Bölmə 2.2.3 (b)), belə hallarda lazım gələrsə dərhal kadr dəyişikliklərinin və
bu dəyişikliklər haqda xəbərdarlığın edilməsi çox vacibdir.
3.6.3 Xidmət standartları
Firmanın Pro Bono müştərilərini ticari müştərilərə verilən eyni keyfiyyət standartı ilə təmin edəcəyii
Pro Bono təlimatında açıq şəkildə göstərilməlidir. Firmanın hüquqşünasları, Pro Bono işinin ticari
işdən daha az prioritetli olmadığını başa düşməlidirlər. Bunu bilmək xüsusilə vacibdir, çünki əks
halda vaxt məhdudiyyəti təzyiqinə məruz qalan hüquqşünaslar üçün Pro Bono işini gecikdirmək və
ya daha az diqqət göstərmək cazibədar ola bilər, bu isə öz növbəsində Pro Bono işində müştəri
maraqlarının potensial olaraq sıxışdırılmasına gətirib çıxarar. Lakin bu hüquqşünasın vaxt
məhdudiyyəti təzyiqi altında həm ticari, həm də mövcud olan Pro Bono işini idarə etmək
məcburiyyətində olduğu demək deyil. O sadəcə olaraq, bir və ya bir neçə hüquqşünasın (heç
olmazsa müvəqqəti) əlavə olaraq ticari yaxud Pro Bono məsələlərindən birinə cəlb edilməsi üçün
nəzarətçiyə, Pro Bono koordinatoruna (əgər varsa), Pro Bono sədrinə və ya komitəsinə
xəbər(məsləhət) verə bilər.
3.6.4 İş saatlarının qeydiyyati (hesabı)
Firmada Pro Bono saatlarını hesablamak üçün hüquqşünasların qeydiyyat sistemini tərtib
etməlidirlər.Bu qeydiyyat olmadan firmalar Pro Bono işində öz kəmiyyət göstəricilərinə nail olub-
olmadıqlarıını müəyyən edə, Pro Bono proqramlarını ədədi olaraq qiymətləndirə bilmirlər (bax: 3.2
və 6.2-ci bölmə). Ayrıca, firmaların Pro Bono ortaqlığı qurdugu təşkilatlar, onlardan tez-tez Pro
Bono işlərində sərf edilə illik saat miqdarını tələb edirlər (bax: 4.2.1 Bölmə), bundan başqa fərdi
Pro Bono müştəriləri özləri də onlar üçün yerinə yetirilən işə sərf edilən zamanın illik miqdarı ilə
maraqlanırlar.
Bu cür qeydlər lazım gəldikdə eyniylə firmanın ticari müştərilərinə sərfr edilən saatların saxlandığı
şəkildə saxlanmalıdır. Firmanın ticari müştəriləri üçün bir “timekeeping” (vaxt hesabi) sistemi
yoxdursa və ya sistem, Pro Bono məsələləri ilə əlaqədar tələb olunan bütün detalları təmin
etmirsə, o zaman Pro Bono məsələləri üçün xüsusi və ya əlavə bir sistem tətbiq edilməlidir. Bu
məsələnin həllində firmanın böyük-kiçikliyindən asılı olaraq mürəkkəb proqram təminatlı
sistemlərindən tutmuş, sadələşdirilmiş “Exel Electron” cədvəllərinə qədər fərqli sistemlər və ya
ənənəvi kağız formaları(blankları) istifadə edilə bilər. Firmalar, Pro Bono saatlarının hüquqşünaşın
maddi gözləntiləri, onun performans effektivliyi və təzminatı (bonuslar daxil olmaqla) baxımından
28
"ödəniləbiləcək" hesab edilib-edilməyəcəyi barədə də qərar verməlidir (5.1 (b) və 5.1 (c)
Bölmələrinə bax).
3.6.5 Müştəri grupu(Birdən çox müştəri)
Pro Bono işinin həlli prosesində birdən çox müştəri və ya hüquqşünas (co-counsil) varsa, iş
əsnasında əlavə munasibətlər ortaya çıxır , bu da tək hüquqşünas yaxud tək müştəri kimi daha
sadə haldan kənar, qeyri-standart bir haldir və aydındır ki, məslənənin həllinə bir qədər fərqli
yollarla yanaşmaq lazımdır və sərf edilən əlavə vaxt xüsusi məsələ ve situasiyalara
uyğunlaşdırılaraq standart formalatrlarda qeyd edilməlidir. Belə hallarda xüsusiylə məsələnin
həllində (qərarların necə, kim tərəfindən və hansı yolla həyata keciriləcəyi kimi) qeyri-
müəyyənliklərin qarşısını almaq, və mümkün qədər mövcud qaydalardan kənara çıxmamaq üçün
səy göstərilməlidir. Müvafiq qərarların qəbul edilməsinin təmin edilməməsi ikinci müstəri, İkinci
hüquqşünas (co-counsil) və ya hər ikisiylə əməkdaslığa son qoya bilər. Firma Pro Bono işində
birdən çox müştəri, ikinci hüquqşünas və yaxud hər ikisi ilə qarşılaşılarsa, başlanğıc müddəaların
işlənib hazırlanmasında ticari müştərilər üçün tətbiq etdiyi qaydalardan, sərgilədiyi davranışlardan
istifadə etmək faydalı ola bilər.
3.6.6 Pro Bono işinin tamamlanması
Müəyyən bir iş üzrə Pro Bono xidmətləri (bir məsələ başa çatdıqda və ya firma öz xidmətlərini
davam etdirməyəcəyini qərara aldıqda) başa çatdıqda, firma (ya da bu mövzunun üzərində işləyən
firma hüquqşünasları) bu faktı Pro Bono müştərisinə bildirməlidir. Bu məlumatın müştəriyə
"xidmətlərin xitami" məktubu (“termination of services” letter) ilə yazılı şəkildə bildirilməsi
məqsədəuyğundur (bax: Əlavə 4, "Pro Bono Xidmətlərinin Xitam Forması"). Iş bir Pro Bono klirinq
evi vasitəciliyi ilə firmaya təqdim edilmişsə, bu təşkilatlar adətən məlumatlandırmalarını tələb
edirlər ki, məsələni öz sistemlərində də xitam verə bilsinlər. Bundan əlavə, Pro Bono təlimatında
tamamlanan və ya ləğv edilən Pro Bono işi haqqında aparılan qeydlərin, iş üzrə sənədlərin aqibəti
ilə nə baş verdiyi dəqiqləşdirilməlidir. Pro Bono işi üçün də firmanın ticari (ödənişli) müştəriləri üçün
istifadə etdiyi eyni proseduralardan istifadə etməsi yaxşı bir haldir. Bu proseduralar öhdəlik
məktubunda göstərilməlidir.
Nəhayət, təlimatdakı müddəlarda bir hüquqşünasın Pro Bono işi üzərində çalışmağa davam edə
bilməməsi (yaxud bir və ya bir neçə Pro Bono məsələlərində işi davam etdirmək istəyib-
istəməməsi) və ya firmanı tamamən tərk etməsi hallarında müvafiq proseduraları da müəyyən
etməlidir. Növündən asılı olmayaraq, müştəri huquqlarını təmsil eden firmanın Pro Bono
müştərilərinin haqlarının qorunması, müstərilərinin nümayəndəliksiz qalmaması üçün prosedurları
düzgün qurması və uyğun olaraq tətbiq etməsi vacibdir.
3.6.7 Qiymətləndirmə
Yüksək keyfiyyətli Pro Bono nümayəndəliyinin təmin edilməsi üçün firma hər bir əməkdaş və
hüquqşünasın ticari işlərdə oldugu kimi Pro Bono işində də vəzifəsini eyni dəqiqliklə (düzgünlüklə)
və eyni keyfiyyət standartları ilə yerinə yetirib-yetirmədiyini qiymətləndirməlidir (bax: Bölmə 6.1).
29
BÖLMƏ IV. PRO BONO ÜÇÜN İMKANLAR
4.1 Hüquqşünasın maraqları ilə (müvəkkilin) hüquqi tələbatın(ın) tarazlaşdırılması
Firma Pro Bono proqramını kimin idarə edəcəyini təyin etdikdən və (mövcud məsələ üçün) Pro
Bono siyasətini işləyib hazırladıqdan sonra, növbəti addım Pro Bono imkanlarını müəyyən edəcək
vasitələri təyin etməkdir. Hansı yolla potensial Pro Bono işinin tapılmasından asılı olmayaraq,
firmalar işin təsdiq edilməsi üçün aşagıdakıları nəzərə almalıdırlar:
(a) Firmanın xidmətləri çərcivəsinə daxil olan və uyğun olduğu hesab edilən müştərillərin və
icmaların mövcud hüquqi ehtiyacları,
(b) bu işi öhdəsinə götürə biləcək hüquqşünasların təcrübə və maraqları.
Adətən, Pro Bono xidmətlərinin tərifinə uygun olaraq bu xidmətlər əsasən yoxsullara və
vətəndaşlıq hüququndan məhrum olanlara, onlara kömək edən təşkilatlara; və ictimai maraq kəsb
edən məsələlərə pulsuz hüquqi xidmətlərə yönəldilmişdir (bax: Bölmə 3.3.1). Firmalar həmçinin,
mütəşəkkil bir şəkildə səylərinin bir qismini ya da böyük bir qismini Pro Bono sferasında fəaliyyət
göstərən bir qrupun və ya qrupların ehtiyacı olan və layiq olduqları zəruri və ya əhəmiyyətli hüquqi
xidmətləri təmin etməyə yönəldməlidirlər.
Qeyd etmək lazımdır ki, Pro Bono imkanları yalnız mübahisəli (məhkəmə iddiaları ilə) məsələlərlə
məhdud deyil. Hüquqşünasların QHT-lər üçün əmək, əmlak, vergi, intellektual (əqli) mülkiyyət və
korporativ hüquq sahələrində əməliyyatlar üzrə Pro Bono işini təmsil etməyə bir çox imkanları var
(əvvəlki bənddə əhatə olunan hər iki halda və hüquqi xidmət imkanı olmayan digər hallarda). Eyni
zamanda dövlət agentlikləri tərəfindən yayımlanan ictimai məlumatları əldə etmə imkanlarını
müzakirə edən hüquqi hesabat hazırlamaq kimi ictimai maraqlara aid məsələlər üzrə də Pro Bono
xidmətləri göstərilə bilər. Bundan əlavə, firmalar Pro Bono imkanlarını müəyyən edərkən öz
hüquqşünaslarının bilik və bacarıqlarını, (maddi ve s) maraqlarını nəzərə almalıdırlar.
În plus, atunci când identifică oportunități pro bono, firmele ar trebui să țină cont de expertiza și
interesele avocaților săi. O modalitate eficientă de a încuraja participarea avocaților și de a garanta
un interes susținut în practica pro bono este de a oferi oportunități în domeniile în care se situează
experiența și interesele avocaților. O modalitate de a identifica aceste aspecte este prin efectuarea
unui sondaj care solicită avocaților firmei să comunice ce fel de muncă pro bono ar dori să facă (a
se vedea modelul „Chestionarului Pro Bono" din Anexa B). Un aspect al interesului avocaților, în
special la începutul carierei, este cel de a câștiga anumite tipuri de asistență juridică – indiferent de
tipul materiei. Anume aceste aspecte ar putea constitui subiectul întrebărilor din sondaj. Multe
firme distribuie astfel de anchete anual, astfel încât firma să poată avea informații actualizate.
Pro Bono işində hüquqşünas iştirakını təşviq və onun davamlılığını təmin etmək üçün ən effektiv
yol hüquqşünaslara onları daha çox maraqlandıran, təcrübə və biliklərinin daha dərin olduğu
sahələrdə imkanlar təklif etməkdir. Bunu müəyyən etməyin bir yolu – firmanın öz hüquqşünasları
arasında “hansı növ Pro Bono işi etməyi arzulardınız?” şəklində sorğu aparmaqdır (Əlavə B-də
"Pro Bono Anketi"nin formasına baxın). Hüquqşünasların maraq dairələrindən biri, - xüsusilə də
30
karyeralarının başında olanların, - işin növündən asılı olmayaraq müəyyən hüquqi təcrübələr əldə
etməkdir.Aparılacaq sorğunun mövzusu bu ola bilər. Bir çox firmalar hər il əməkdaşları haqqında
məlumatları yeniləmək məqsədiylə bu tip tədqiqatları aparır.
Bəzən Hüquqşünaslər sorğuda yer alan məsələlərə verdikləri cavablarından asılı olmayaraq, orda
toxunulmayan mövzulara da maraq göstərə bilərlər. Buna görə, xüsusi maraq doğuran
məsələlərdə elektron poçt, səsli messaj, telefon zəngləri və şəxsi əlaqələrdən də istifadə
edilməlidir. Nəhayət, firmalar hüquqşünasların bilik, bacarıq və maraqlarını onların təmsil etdiyi
icmalarının hüquqi ehtiyacları ilə balanslaşdırmalıdırlar.
Məsələn, bir firma cəmiyyətdə ən vacib hüquqi zərurətin ailə hüququ məhkəmə iddiası olduğunu
aşkar edə bilər, lakin məsələ burasındadır ki, onun hüquqşünaslarının yalnız 3% -i bu sahəyə
maraq göstərir. Bu kimi hallarda firma hüquqi tələbat və hüquqşünasları arasında ən böyük sinerji
yaratmağın yollarını axtarıb tapmalıdır. Məsələnin həllində ailə hüququ ilə bağlı məhkəmə
xidmətlərini təmin edən qruplara imkan yaratmaq olar ki, bu, həmin qruplara daha çox hüquqi
tələbatı təmin etməyə imkan verər, firmaya isə belə xidmətlərlə məşğul olmaq üçün kifayət qədər
təlim və davamlı mentorluq təmin edər, bu isə öz növbəsində ailə hüququ ilə bağlı məhkəmə
xidmətləri mövzusunda Pro Bono işlərini firma hüquqşünasları üçün daha cazibədar edər. Bunu
etməyin bir başqa yolu da (ilk fürsətdə asanlaşdırıla bilər) bəzi hüquqşünaslarin ailə hüququ
məhkəmə prosesində peşəkarlığını inkişaf etdirməkdir, belə ki, firma-içi mentorluğun maksimal
imkanları var. Beləliklə, ailə hüququ məhkəmə iddiaları, faktiki olaraq, qrup iclasları və hətta bir
qrup veb səhifəsi olan bir Pro Bono təcrübə qrupunun araşdırma mövzusu ola bilər. Ailə hüququ
məhkəmə iddiasında hüquqşünas maraqlarının artırılmasının üçüncü yolu firma-ici ailə
məsələlərinə baxan daxili hüquq şöbəsi ilə işləmək ola bilər. Hüquqşünaslar bu cür məhkəmə
prosesinə daxili hüquqşünaslarla sıx əməkdaşlıq etmək imkanı ilə cəlb oluna bilərlər.
4.1.1 Müəyyən bir QHT-nin Pro Bono(tərifinə uyan) müştəri olub-olmadığını müəyyən etmək üçün
səmərəli yollar hansılardır?2
Asagıda kitabçanın sonundakı Əlavə C bölməsində Pro Bono Vəkillər Birliyi (Association of Pro
Bono Counsel - APBCo) Qeyri-kommersiya təşkilatlarının Pro Bono Hüquqi Xidmətlərinə
Uyğunluğu haqqında Bəyanatında firmanın Pro Bono tərifində nəzərdə tutulan QHT-lər üçün
hüquqi işin müəyyənləşdirilməsi barədə faydalı bir metodologiya təmin edilmişdir. Bu formulun
əlbəttə faydalı olmasına baxmayaraq, APBCo özü bəyənatda qeyd edir ki, "Pro Bono işində hər bir
vəziyyət unikaldır [və] təmsilin yetərlilik dərəcəsinin müəyyənləşdirməsində peşəkar qərarının
tətbiqi üçün [Pro Bono hüquqi xidmətlərinə aiddir] bir acıq qapı(yol) həmişə olmalıdır".
Strateji hədəfin, işin mahiyyətinin və vəsaitlərin mövcudluğunun meyarlarına görə
yoxlama (Mission, Matter, Means Test)
A) Missiya: Qeyri-kommersiya təşkilatının missiyası büdcəsindən və ya hüquqşünas haqlarını
ödəmək üçn vəsaitinin olub olmamasından [kursivlə vurğulanır] asılı olmayaraq vətəndaş
azadlıqlarını, mülki hüquqları, ictimai hüquqları və insan haqlarını qoruyub saxlamaq
2 Bu bənd: “Tez-tez soruşulan(FAG) suallar: PBDA-nın tətbiqi üçün Əlavə: Hüquq firmanızda Pro Bono proqramının
tətbiqi üçün təlimat” sənədi əsasıda hazırlanmışdır
31
vəzifəsini yerinə yetirməkdən ibarətdirsə, o zaman QHT [hüquqi xidmətlər əldə etmək üçün]
yetərlilik meyarlarını ödəyir. "İctimai hüquq" termini təyin edilməsə də, APBCo üzvləri
"ictimai hüquq" dedikdə ətraf mühit məsələləri, ictimai səhiyyə məsələləri, sülh quruculuğu
təşəbbüsləri və ictimaiyyətə təsir edən dövlət tənzimləmələri ilə bağlı fəaliyyətləri nəzərdə
tuturlar.Müəyyən bir təşkilat missiyanin kriteriyalarına uyğun gelirsə, əlavə icmala ehtiyac
qalmır.
Yetərlilik meyarlarına malik bir təşkilata Pro Bono hüquqi xidmətlərinin təmin edilməsi QHT
tərəfindən xidmət edilən müştərilərin maraqlarına uyğun gəlir. Beləliklə, təşkilatın missiyası
Pro Bono tərifinə uyğun gəldiyində, onun büdcəsinin əhəmiyyəti yoxdur. Ancaq hüquq
firmaları missiyanın tələblərinə cavab verən bəzi və ya bütün çox böyük və yaxşı
maliyyələşdirilən qeyri-kommersiya təşkilatlarının bu firmaların Pro Bono tərifi çərçivəsinə
daxil olub-olmadıqlarını, yaxud xüsusi hallarda mövcud Pro Bono işində iştirakına icazə
verilib-verilməyəcəyini aydınlaşdırmalıdırlar. Məsələn, bəzi firmalar böyük, əsaslı səkildə
maliyyələşdirilmiş xeyriyyə təşkilatlarını təmsil edirlər. Bu firmalar çox vaxt müştəri
münasibətləri səbəbləri ilə firmanın ticari müştəriləriylə bənzər sərmayəyə sahip təşkilatlara
Pro Bono xidməti təqdim etməməyi üstün tuturlar.
B) Mahiyyət: Bəzən ümumi missiyası yuxarıda göstərilən meyarlara uymayan qeyri-
kommersiya təşkilatı konkret məsələ üçün öz ixtisaslaşmış missiyasını təqdim edərsə [Pro
Bono firma hüquqi xidmətləri üçün], haqq qazana bilər. Qeyri-ixtisaslaşmış təşkilatın
ixtisaslaşmış (spesifik) Pro Bono işində, yəni - qaçqınlara xidmət edən və ya insan, mülki
və ya ictimai hüquqlarını müdafiə edən bir məsələdə iştirak etmək istəməsi halında
təşkilatın hüquqşünasa qonorar ödəyib-ödəməmə imkanından asılı olmayaraq, məsələnin
həlli uyğunlasdırılmalıdır. Əgər specifik məsələ missiyanin kriteriyalarına uyğun gəlirsə,
əlavə icmala ehriyac qalmır.
C) Vəsait: Yuxarıda sadalanan şərtlərin ikisi də yerinə yetirilmədikdə [Missiya və Mahiyyət] də
hüquq firmalarının çoxu xidmətləri üçün ödəməyə kifayət qədər vəsaitə malik olmasa
təşkilatı [Pro Bono hüquqi xidmətlər üçün] qənaətbəxş hesab edəcəklər. Bu halda belə bir
sual ortaya çıxır - təşkilatın təqdim olunan məsələyə münasibətdə yüksək ixtisaslı
hüquqşunas tutmaq üçün kifayət qədər imkanları varmı? Bu məsələnin həlli hər zaman
sadə deyil. Qeyri-kommersiya təşkilatının hüquqşunas tutmaq üçün kifayət qədər vəsaitə
malik olub olmadığını qiymətləndirərkən bir çox faktora nəzər salmaq olar, o cümlədən:
Müştərinin hüquqi xidmətlərin koordinasiyası təşkilatı tərəfindən yönləndirilməsi:
Bir çox topluluqlarda, qeyri-kommersiya təşkilatlarına baxış keçirib Pro Bono
hüquqi xidmərləri üçün huquq firmalarına yönləndirən inkişaf etmiş mürəkkəb
(sofistik) hüquqi xidmət təşkilatları mövcuddur. Hüquq firmaları bu cür referanslara
(yönləndirmə) möhkəm güvənir və qeyri-kommersiya təşkilatının Pro Bono
təmsilçiliyi üşün qeyri-münasib olacağına dair hər hansı bir açıq göstəricinin
olmaması şəklindəki referans qeyri-kommersiya təşkilatının Pro Bono xidmətlərinə
uyğun olduğunu vurğulamaq üçün yetərli göstəricidir.
32
Maliyyə meyarları: Əgər etibarlı hüquqi xidmətlər təşkilatı tərəfindən referans
verilməyibsə, hüquqi firma qeyri-kommersiya təşkilatınının maliyyə vəziyyətini əks
etdirən bəyanatları araşdırmaq istəyə bilər. Xüsusi halda, firmalar qeyri-
kommersiya təşkilatlarının gəlirlərini - ümumi büdcələrini, icra tazminatlarini və
borclanma əmsalını (umumi aktivlərin umumi öhdəliklərə nisbəti - *debt-to-asset
ratios) müqayisəli səkildə gözdən keçirməyi arzulaya bilərlər. Təşkilat təklif olunan
məsələni əhatə etmək üçün hüquqi haqların ödənilməsinə görə büdcə ayırsıra, bu,
onun hüquqi öhdəliklərin ödənilməsi üçün vəsaitə malik olduğuna dair bir
göstəricidir.
Keçmişdə hüquqi və ya digər peşəkar xidmətlərin ödənilməsi: Təşkilatın keçmişdə
ödənilmiş hüquqi işlərlə bağlı və digər profesional ödənişləri da nəzərdən keçirilə
bilər. Keçmişdə hüquqi ödənişlərin ödənilməsi avtomatik olaraq bir təşkilatı Pro
Bono təmsilçisindən diskvalifikasiya etməməlidir. Digər tərəfdən, keçmişdəki
ödənişlər üçün ödəmə qabiliyyəti hazırkı iş üçün ödəyə bilmə qabiliyyətinin yaxşı
bir göstəricisi ola bilər, baxmayaraq ki, bu həmişə belə olmur. Digər professional
ödəmələr də gözdən keçirilməlidir.
Tələb olunan hüquqi xidmətlərin xarakteri və həcmi: Firmalar həmçinin göstərəcəyi
hüquqi xidmətlərin xərcini təşkilatın ödəyib ödəyəməyəcəyini müəyyən edərkən
konkret məsələin xüsusiyyətlərini nəzərdən keçirə bilərlər. Bəzi məsələlər dəyəri
çox yüksək ola biləcək ixtisaslaşmılmış hüquqi ekspertizadan keçirilməlidir.Bəzi
məsələlər çox həyata keçirilə bilmir, lakin Pro Bononun tətbiq oluna bilməsinə
yardım edir. Bəzi məsələlər təşkilatın fəaliyyətinin davamlılığını təmin etmək üçün
vacib ola bilər. Digər tərəfdən, bəzi “iddiaçı tərəf-məhkəmə” kimi məsələlər də ola
bilər ki, bu tip məsələlər müntəzəm olaraq şərti ödəmə (müqavilə) tələb edən
hüquqşünaslar tərəfindən idarə olunmalıdır.
Xidmət Dairəsi (müştəri kontingenti): Bir qeyri-kommersiya təşkilatı müstəsna
olaraq və ya əsasən nisbətən əhəmiyyətli olan müştəri kontingentinə xidmət
göstərirsə, təşkilatın öz hüquq məsləhətçisinə vermək üçün vəsaiti olamasa da
hüquqi xərcləri də ödəməyə borcludur. Məsələn, aşağı gəlirli olmayan müştəri
kontingentinə xidmət edən “ev sahibləri” qeyri-kommersiya təşkilatı, üzvlərin üzvlük
haqqı ilə maliyyələşdiyinə görə, Pro Bono yardımına uyğun ola bilməz.
Bununla yanaşı qeyd etmək lazımdır ki, hüquqi xidmətlər üçün ödəmə qabiliyyətindən asılı
olmayaraq bəzi hüquq firmaları təşkilat missiyası və / və ya mahiyyət testinə cavab vermədiyi
halda ona Pro Bono işinə namizəd olmağa icazə vermirlər. Bununla yanaşı, bəzən hüquq firmaları
missiya testinə cavab versə də, təşkilat hüquqi xidmətlərə görə ödəmə qabiliyyətinə malik olarsa
belə, onun Pro Bono xidmərindən yararlanmasına imkan vermirlər (ümumiyyətlə və ya vəziyyətdən
asılı olaraq). Nəhayət, bəzi hüquq firmaları missiya-mahiyyət-vəsait testlərinin müvəffəqiyyətsizliyə
uğramasına baxmayaraq, pulsuz hüquqi xidmətlərin göstərilməsinə icazə verə bilərlər. Bu halda,
firmalar bu hüquqi xidmətlərini onların Pro Bono tərifinə (anlayışlarına) daxil etmirlər (yuxarıda 3.3
bölməsinə bax).
33
4.2 Pro Bono İmkanlarının müəyyən edilməsi
Hüquqi ehtiyaclar və hüquqşünas maraqları referatda qiymətləndirildikdən sonra, növbəti mərhələ -
firmanın müvafiq Pro Bono imkanlarını necə tapacağını müəyyən etməkdir. Xüsusiylə, yaxşı
işləyən Pro Bono klirinq evləri (clearinghouse - Pro Bono işlərinin əlaqələndirilməsi və paylanması
üçün mərkəzlər) olmadıqda (aşağıda Bölmə 4.2.1-ə baxın), Pro Bono imkanlarının müəyyən
edilməsi asan bir iş deyil və buna yetərincə diqqət verilməlidir. Müəyyən növ Pro Bono hüquqi
xidmətə olan ehtiyac böyük ola bilər, lakin müvafiq müştəri təhlili, təlim və mentorluq mümkun
olmadıqda, mövcud məsələ Pro Bono xidmətləri üçün uyğun olmaya bilər.
Pro Bono fürsətinin uyğun-olub olmadığını müəyyən etməzdən əvvəl, bir sıra addımlar atılmalıdır
(yaxşı bir Pro Bono klirinq evi onu öhdəsinə götürə bilmirsə). Bu addımların bəziləri
asagıdakılarlardır (lakin onlarla da da məhdudlaşmır) - potensial Pro Bono müştəriləri ilə əlaqə
yaratmaq və müsahibə aparmaq, məsələninin firmanın Pro Bono tərifindəki tələblərə cavab verib-
vermədiyini müəyyənləşdirmək üçün potensial müştərinin sənədlərini əldə etmək və ilkin olaraq
nəzərdən keçirmək və s.
Növbəti bölmə Pro Bono imkanlarını müəyyənləşdirmək üçün istifadə olunan ən ümumi üsullardan
birini təsvir edir. Pro Bono proqramının inkişafının bütün istiqamətlərində hüquq firmaları
proqramlarını öz fərdi xüsusiyyətlərinə və imkanlarına uygunlaşdırmalıdırlar. Beləliklə, firmalar Pro
Bono imkanlarını tapmaq üçün əllərində olan bütün şəbəkələri və mövcud əlaqələri istifadə
etməlidirlər.
4.2.1 Tərəfdaşlıqların (Ortaqlıqların) qurulması
Pro Bono ortaqlıqlarının yaradılması, Pro Bono imkanlarını müəyyənləşdirmək üçün ən səmərəli və
rahat yollardan biridir və ABŞ fitmaləri tərəfindən geniş istifadə olunur. Bu nöqteyi nəzərdən, firma
Pro Bono üçün referans almaq məqsədiylə digərləri ilə yanaşı ictimai (maraq) və ya sosyal
(təminat) təşkilatlar, hüquq məktəbləri və ya hökumət agentlikleri (organları) ilə (digərləri arasında
"Pro Bono provayder" də var) əməkdaşlıq edir, bu məktublar (referanslar) daha sonra xüsusi
məsələlərdə hüquqşünaslərin marağını qiymətləndirmək üçün ölkə daxilində yayilir. Əgər
məsələyə kifayət qədər maraq varsa və Pro Bono provayderi (təklif verən) məsələni fərqli bir
firmaya vermirsə, firma qəbul prosesini başladır (bax: Bölmə 3.6.1). Bu yanaşmanın faydası budur
ki, Pro Bono provayderi firmanı ilkin qəbul məsuliyyətindən - müştərilərlə müsahibə, iddia
sənədlərinin araşdırılması və digər inzibati vəzifələrdən azad edir.
Bu yanaşmadan istifadə edərək, firmalar "klirinq evi" kimi fəaliyyət göstərən, öncədən seçilmiş
(pre-screened) Pro Bono müştərilərini hüquqi xidmət göstərən firmalara yönləndirən QHT və ya
digər təşkilatlarla əməkdaşlıq edə bilərlər. QHT-lər, Vəkillər Kollegiyayası, dövlət organları,
universitetlər, hüquq məktəbinin klinikaları (hüquq məktəbləri və fakültələr üçün hüquqi məsləhət
xidmətləri), xəstəxanalar və kilsələr klirinq evləri kimi xidmət edə bilərlər.
Qurulduqdan sonra, yerli klirinq evləri hüquq firmaları və hüquqşünaslar üçün Pro Bono işinin vacib
mənbəyidir. Klirinq evinin esas funksiyası daha sonra hüquq firmalarına və ya fərdi
34
hüquqşünasləara təklif edə biləcəyi Pro Bono lahiyələri hazırlamaqdır. Klirinq evi, lahiyənin və ya
məsələnin uğurlu həlli istiqamətində çalışdıqları üçün firma hüquqşünaslarına dəstək verərək
firmanın Pro Bono müştəri ilə əlaqəsinə nəzarət və idarə etməlidir. Hüquq firmalarının Pro Bono
mədəniyyətlərinin inkişafında, klirinq evləri faydalı məlumat mənbələri və texniki yardım ola bilər.
Bununla yanaşı, bəzi klirinq evləri geniş şəkildə davam edən mentorluq (kurasiya) təmin edir, eləcə
də ilkin təlim və bəzən Pro Bono məsələləri üzrə ikinci hüquqşünas (co-council) rolunda da ola
bilər. Yuxarıda qeyd edildiyi kimi, məsələyə start verildikdən sonra sonra klirinq evlərinin oynaya
biləcəyi və ya oynayacaqları rollar öhdəlik məktublarında və bəzən ikinci hüquqşünasla (co-
council) razılaşma müqavilələrində öz əksini tapmalıdır.
Qeyd etmək lazımdır ki, klirinq evlərinin təklif etdiyi müxtəlif xidmətləri davam etdirmək üçün hüquq
firmalarının Pro Bono mənşəli lahiyələr həyata keçirən(bəzi hallarda iştirakı sonra da davam edən)
təşkilatlara yatırım etməyi planlaşdırmalıdır (əgər mümkünsə büdcələmədə də).3
4.2.2 Məşvərət Şurası
Hər bir yerli klirinq evi üçün İdarə Heyətinə əlavə olaraq hər hansi bir məşvərət şurası yaratmaq
yaxşı olar. Bu məşvərət şurası, proqramlaşdırma sahəsində kömək etməklə yanaşı, həm də
iştirakçı firmaların hər biri üçün təmas nöqtəsi kimi xidmət edərək, klirniq evinə Pro Bono
zəncirindəki fəaliyyətini yaxşılaşdıra biləcək əlavə məlumatlar təmin edən gənc hüquqşünaslərdən
ibarət ola bilər.
4.2.3 Pro Bono koordinatorları şəbəkəsi (Pro Bononun başqa koordinatorları)
Klirinq evinin olmadığı təqdirdə, əgər Vəkillər Kollegiyasının, yaxud Məşvərət Şurasının referans
proqramları (və ya bu strukturlardan bir və ya bir neçəsi) yaradılıbsa, müxtəlif hüquq firmalarından
olan Pro Bono koordinatorları, müvafiq firmalarında Pro Bono tətbiq prosesini müzakirə etmək
üçün müntəzəm olaraq görüşməyə razılaşa bilər. Təcrübə və strategiyalarını bölüşməklə bu
şəbəkə hüquq peşəsində Pro Bono təşəbbüsünü daha güclü təşviq edə, birlikdə ortaq problemlərin
həll yollarını hazırlaya bilər.4
4.2.4 Daxili Sistemlər
Firmalar da yuxarıda sadalanan tipdə əməkdaşlıqları əhatə etməyən Pro Bono imkanlarını da
müəyyən edə bilərlər. Belə ki, firma potensial müştəriləri mövzuyla elaqəli bir konfransa dəvət
edərək Pro Bono müştəriləri tapa bilər. Belə bir hüquqi konfransda (tərəfdaşlıq çərçivəsində təşkil
edilən oxşar xidmətlər kimi), firmanın hüquqşünasları iştirakçıların əksəriyyətinə elə oradaca tək
dəfəlik məsləhət verə bilər, ancaq yalnız bir qismini tam hüquqlu nümayəndəlikdə təmsil etmək
üçün razılaşırlar. Bəzi hüquqi firmalar təşkilat və firma arasında vasitəçi qurum kimi xidmət edən
xüsusi (şəxsi) fondlar yaratmağı tərcih edirlər. Pro Bono ortaqlıqlarının daha çox inzibati
3 Son iki paraqrafda “Tez-tez soruşulan(FAG) suallar: PBDA-nın tətbiqi üçün əlavə: Hüquq firmasında Pro Bono
proqramının təşkili üçün təlimat” adlanan əsas təlimata Əlavə əsasında hazırlanmışdır
4 4.2.2 və 4.2.3-cü bölmələrində “Tez-tez soruşulan(FAG) suallar: PBDA-nın tətbiqi üçün əlavə: Hüquq firmasında Pro
Bono proqramının təşkili üçün təlimat” adlanan əsas təlimata Əlavə əsasında hazırlanmışdır
35
üstünlükləri olduğu halda, bu fondlar firmalara potensial müştərilərin müəyyənləşdirilməsində və
onların məlumatlarının yoxlanılmasında daha çox nəzarət təmin edə bilər.
4.2.5 Hüquqşünas və ya ticari müştərilər vasitəsiylə Pro Bono imkanlarının təşhisi (identifikasiyası)
Hüquq firmasında Pro Bono proqramının təşkili üçün təlimat” adlanan əsas təlimata Əlavə
əsasında hazırlanmışdır. Bir hüquq firmasının koordinator və ya komitə üçün öz əməkdaşlarından
daha böyük bir qaynağı (namizəd ehtiyatı) yoxdur. Pro Bono işinin sadəcə həyata keçirilməsini
deyil, həm də səmərəli və yüksək keyfiyyətlə başa çatdırılmasıni təmin etmək üçün çalışan
hüquqşünas və idarə heyətindən daha çox heç kim proses əsnasında qarşıya çıxan çətinlikləri və
uğurları bilə bilməz. Pro Bono koordinatorları, periodik olaraq Pro Bono işində iştirak edən
hüquqşünasların iş haqqında fikirlər səsləndirə və proqramın inkişaf etdirilməsi yolları ilə əlaqədar
təkliflər verə biləcəyi seminarlar, dəyirmi stol və ya müzakirə qrupları təşkil etməlidirlər. Bu, yalnız
Pro Bono koordinatorunun və ya komitənin daha təsirli olmasına kömək etmir, eyni zamanda həm
də firma Pro Bono mədəniyyətinin inkişafına təkan verir və Pro Bono işində iştirak edənlərə müsbət
reputasiya qazandırır.5
Bundan əlavə, firmanın ticari müştəriləri və ya onların daxili hüquqşünasları, Pro Bono
müştərilərinin qaynağı ola bilərlər. Bu, məsəslən, firma-içi hüquqşünasın yoxsullara hüquqi xidmət
göstərən bir qrupun, yaxud yoxsullara qeyri-hüquqi xidmət göstərən qrupun idarə heyətində iştirak
edtiyi halda, özünün hüquqi dəstəyə ehtiyacı olmasınının “yan təsiri” kimi baş verə bilər. Bundan
əlavə, bəzi hallarda, Pro Bono ilə bağlı məsələlərdə daxili hüquqşünaslar (in-house lawyers)
müqavilələrin necə işləyəcəyi və bu haqdakı yazılı razılaşmanı diqqətlə nəzərdən keçirildikdən
sonra, firma hüquqşünasları ilə səmərəli şəkildə işləyə bilərlər.
Ancaq yuxarıda göstərildiyi kimi, hüquqşünasın maraqları ictimaiyyətdə qarşılanmamış hüquqi
ehtiyacların aradan qaldırılmasına ünvanlanan böyük bir hədəflə balanslaşdırılmış olmalıdır. Və
bütün Pro Bono lahiyələri, o cümlədən hüquqşünasların təklif etdiyi lahiyələr, firmanın Pro Bono
tərifinə cavab verməlidir.
5 Bu paraqraf “Tez-tez soruşulan (FAG) suallar: PBDA-nın tətbiqi üçün əlavə: Hüquq firmasında Pro Bono
proqramının təşkili üçün təlimat” adlanan əsas təlimata Əlavə əsasında hazırlanmışdır
36
BÖLMƏ V. PRO BONO İŞİNİN TANITIMI VƏ TƏQDİMATI
5.1 Pro Bono İşinin Tanıtımı
Bir firma Pro Bono imkanlarını necə müəyyən edəcəyini təyin etdikldən sonra, atacağı növbəti
addımlar Pro Bono proqramını firma daxilində təqdim və təşviq etmək və hüquqşünasları bu işdə
iştirak etmək üçün həvəsləndirmək, və işin həyata keçirilməsi üçün stimul yaratmaqdır. Pro Bono
işinə hüquqşünasları müvəffəqiyyətlə cəlb etmək üçün, ilk olaraq hüquqşünasların potensial Pro
Bono imkanlarından xəbərdar olması zəruridir.
Adətən, Pro Bono koordinatoru mövcud Pro Bono lahiyələri ilə bağlı məlumatların yayılmasından
məsuliyyət daşıyır (bax. Bölmə 2.2.3 (e)). Mövcud Pro Bono lahiyələri üçün kadr heyətinə ehtiyacı
olan Pro Bono koordinatorunun ən səmərəli yolu, - mütəşəkkil Pro Bono proqramları olan bir çox
ABŞ firmalarında da tətbiq olunan, - seçilmiş və ya bütün hüquqşünaslara Pro Bono məsələlərinin
qısa xülasəsi ilə e-poçt (e-mail) göndərməkdir. Bəzən belə elektron poçt (və ya bəzən səsli
mesajlar) yalnız xüsusi təcrübə qruplarında hüquqşünaslara göndərilir. Bəzi hallarda daha əvvəl
müəyyən bir Pro Bono növünə marağın olmadığını ifadə edən hüquqşünaslar e-poçtda öz əksini
tapmış bir məsələdə işləmək istəyə bilər.
Firmalar sadəcə Pro Bono imkanları haqqında hüquqşünaslarını məlumatlandırmaqla
kifayətlənməməli, bununla yanaşı onları Pro Bono işini həyata keçirməyə təşviq etməli və
havəsləndirməlidirlər. Pro Bono praktikasını təşviq etmək üçün istifadə olunan ən geniş üsullardan
bəziləri aşağıdakılardır:
(a) Partnyor iştirakı: Hüquqşünasları Pro Bono işinə cəlb etməyin ilk və ən əhəmiyyətli yolu
fəal tərəfdaşların (partynor) iştirakından keçir. Partnyorların Pro Bono proqramına aktiv
iştirakı: (1) onların Pro Bono komitəsinə cəlb edilməsi; (2) əməkdaşlar və ya hüquq
məsləhətçiləri yardımı ilə hüquqi xidmət göstərmək; və ya (3) Pro Bono işiylə məşğul olan
heyət və ya hüquq məsləhətçilərinə nəzarət və s. Hüquqşünaslar daxil olmaqla, lahiyə
üzərində çalışan bütün heyət firmanın bu işə dəyər verdiyini daha çox hiss etdirə bilər.
Üstəlik, tərəfdaşların iştirakı, Pro Bono işi ilə bağlı mənfi düşüncələrin aradan qaldırılması
üçün effektiv vasitədir. Məsələn, partnyorun, bir firma əməkdaşının və ya hüquqşünasının
Pro Bono işindəki fəaliyyətini müsbət qiymətləndirməsi (sadəcə müsbət qiymətləndirmə ilə
məhdud deyil) onlara ifadə olunduqda, ehtimal ki, “Pro Bono lahiyələrinə sərf edilən vaxt
firma içində irəliləməyə zərər verir” qorxusunu onların süurlarından siləcəkdir.
(b) Pro Bono Xidmətlərinin təsnifatı: Firma, Pro Bono işini ticari iş ilə müqayisə edərək, Pro
Bono proqramına iştiraka təşviq edə bilər. Bura Pro Bono saatlarının kommersiya işinə sərf
olunan odənişli saat ekvivalenti kimi sayılması və firmanın qiymətləndirmə, kompensasiya
və təşviq qərarlarında Pro Bono işini nəzərə alınması daxildir. Belə olmasa, əməkdaşlar və
hüquqüşünaslar firmanın onların ödənişli iş yerinə ödənişsiz işlə məşğul olmaları üçün
fürsət güddüyünü düşünə bilərlər.
37
(c) Pro Bono işinin qiymətləndirilməsi: Firmalar əlaqələrin genişləndirilməsi və yeni
axtarışlar üçün hüquqşünqsların səylərini müsbət qiymətləndirirlər. Öncəki bəndin
detaylarını incələyərsək, firmanın keçirdiyi qiymətləndirmə iclaslarında bəyan etdiyi
performans qiymətləndirmələrində Pro Bono işinin keyfiyyətinin qeyd olunması olduqca
təşviqedici ola bilər. Necə ki firmalar əlaqələrin genişləndirilməsi və yeni müştərilərin
axtarışında hüquqşünasin səylərini müsbət qiymətləndirirlər, öz növbəsində
müvəffəqiyyətlə yerinə yetirilmiş Pro Bono işini də hüquqşünasin fəaliyyətində üstünlük kimi
hesab edilməlidir. Pro Bono işlərinn çoxu əsasən hüquqşünasların karyeralarının erkən
dövrlərinə təsadüf etdiyindən, bu konkret hüquqi işlərdə özünü göstərmək üçün ilk fürsət
olub, yaradıcı tənqid nöqteyi nəzərindən onların püxtələşmələrində faydalı ola bilər.
Hüquqşünas və ya məsləhətçilər, xüsusilə yaxşı Pro Bono iş etdikdə dəyərli təcrübə
qazanmaqla yanaşı, inisiativləri və mükəmməl işləri üçün həm də tanınırlar(məşhurlaşırlar).
(d) Təcrübəli və gənc (başqa firmalardan yeni transfer olmuş) hüquqşünaslar üçün Pro
Bono proqramının istiqamətləri: Pro Bono proqramını təşviq etmək üçün digər bir effektiv
yol, tanışlıq üçün qısa və qeyri-resmi giriş sözü ya da Pro Bono koordinatorunun təşkil edə
biləcəyi daha rəsmi tanışlıq kursu ilə firmaya yeni gəlmişləri daha təcrübəli hüquqşünaslara
təqdim etməkdir. Ən yaxşı halda, təqdimatda Pro Bono komitəsinin tərəfdaş üzvü və ya
firmanın digər böyük tərəfdaşı, həmçinin Pro Bono proqramında iştirak edən əməkdaşlar bu
müzakirəyə öz töhfələrini verməlidirlər və təcrübələrini paylaşmalıdırlar. Bu təqdimatın bir
hissəsi kimi firmanın Pro Bono təlimat kitabçasının nüsxələri də paylana bilər.
(e) Yay İştirakçılarının və / və ya Tələbə Stajerlərinin Pro Bono Lahiyələrində və ya
İşlərində iştirakı:6 Ümumilikdə, hüquq firmaları yayda hüquq təhsili alan tələbələri və ya
uzunmüddətli staj proqramlarında olan stajerləri işə götürürlər. Bu tələbələr əvvəlcə
müəyyən müddətə firma ilə işləyirlər. Mox vaxt hüquq fakültələrindən məzun olduqdan
sonra onlara firma ilə tam zamanlı əməkdaşlıq təklif edilir. Firamnın Gənc hüquqçuları kimi,
bu cür hüquq tələbələri ümumiyyətlə, Pro Bono işində iştirak etmək üçün həvəslidirlər,
çünki bu onlara yeni təcrübə sahələrini öyrənməyə imkan verir və fərdlərə və QHT-lərə
kömək etmək, islahat qanunvericiliyinin inkişafını təmin etmək, bununla da cəmiyyəti daha
yaxşı yönə dəyişmək üçün onlara qanunun müxtəlif yollarla istifadəsini öyrədir. Tələbələr
daha böyük məsuliyyət daşıdıqlarına görə hüquq firmasının ənənəvi (yəni öödənişli)
müştəri məsələlərindən çox Pro Bono lahiyələrində iştirak etməyi tərcih edirlər.
Hüquq firması tələbələrin Pro Bono işlərinə cəlb edilməsinə fürsət yaradaraq gələcək
hüquqşünasları uzun və məşəqqətli karyera yolunda Pro Bono işi üçün öyrədib hazırlaya
bilər. Bundan əlavə, tələbələrə Pro Bono ideallarını aşılamaq, yerli Pro Bono mədəniyyətini
gücləndirməyə kömək edər, hüquq firması və universitetlər (hüquq məktəbləri) birgə imza
lahiyələrini təşkil edə və ictimai maraqlara fayda verən məsələlərdə əməkdaşlıq edə bilərlər
ki, bu da onların arasındakı əlaqələrin davamlılığına gətib çıxarar. Göründüyü kimi, bu
lahiyələr hüquq firması ilə hüquq məktəbləri arasındakı əlaqəni inkişaf etdirirərək lahiyənin
6 Bu bənd “Tez-tez soruşulan(FAG) suallar: PBDA-nın tətbiqi üçün əlavə: Hüquq firmasında Pro Bono proqramının
təşkili üçün təlimat” adlanan əsas təlimata Əlavə əsasında hazırlanmışdır
38
umumi təsirini iki dəfə çoxaldır, iştirakçıların firmanın resurslarından davamlı olaraq
faydalanmasına imkan verir.
Adətən (tətilləri ya da stajları bitdikdən sonra təhsilə davam etdikləri üçün), geniş bir lahiyə
üzərində işləyən tələbələr vaxt keçdikcə dəyişsə də , müəssıisələr arasında yaradılan
tərəfdaşlıq lahiyənin uğurlu davamlılığını təmin etməlidir. Tələbə-hüquqşünaslar üçün Pro
Bono imkanları onların vaxtdan səmərəli istifadə və peşəkar bacarıqlarının dəyərini
artırmaqla yanaşı hüquq firmasına da fayda verir. Pro Bono işi tələbələrə daha çox
məsuliyyət yüklədiyinə görə bu, hüquq firması üçün tələbələrin fərdi performansını
qiymətləndirmək üçün bir fürsətdir. Qeyd etmək lazımdır ki, hüquqçu tələbələrin fəaliyyəti
(ticari işlərdə olduğu kimi), daha təcrübəli bir hüquqşünas tərəfindən, həmçinin umumi işin
bir hissəsi olaraq Pro Bono nəzarətcisi (adətən tərəfdaşı) tərəfindən daima kontol altında
saxlanılmalıdır.Beləliklə, bir hüquq tələbəsinin iştirakı hüquqşünasin Pro Bono məsələsində
tam (full-time) iştirakını azaltsa da, onu tamamən aradan qaldırmamalıdır.
Həqiqətən, firmalar işə götürdükləri tələbələrin Pro Bono işində hüquqşünasların iştirakının
vacibliyinin - sadəcə peşə öhdəliyi, hüquqi yardıma ehtiyacı olanlara kömək deyil, həm də
karyerasında irəliləmək və inkişaf etmək üçün qiymətli bir imkan, müştərilərlə əlaqələrin
gücləndirilməsinin bir yolu, firmanın mədəniyyətinin tərkib hissəsinə qatılmaq üçün bir
vasitə oldugunu dərk etidiyindən əmin olmalıdırlar.
Bu istiqamətə, bir mərhələli bir Pro Bono lahiyəsinin həyata keçririlməsində məsəslən, Ilk il
çalışsan firma əməkdaşlarının yerləşdirilməsi üçün yaxşı təşkil edilmiş bir mərhələli həll
toplantısı kimi qrup təcrübəsi əlavə edilə bilər.
5.2 Pro Bono'nun Təqdimatı
Pro Bono hüquqşünaslarının ictimaiyyətə təqdim olunması Pro Bono proqramının inkişaf etdirilməsinin və onda iştiraka təşviq edilməsinin bir başqa yoludur. Məsələn, Pro Bono müvəffəqiyyətlərini vurğulayan e-poçtlar firma hüdudlarında geniş yayıla bilər. Analoji olaraq, Pro Bono nailiyyətləri firmanın informasiya bülletenlərində nümayiş etdirilə bilər. Həmçinin, müəyyən tipli Pro Bono lahiyələri və xüsusi ofislərdə ortaya çıxan təşəbbüslər haqqında məqalələrlə yanaşı, nəzərəçarpacaq Pro Bono işlərinin xülasələrini və proqnozlarını əks etdirən Pro Bono hesabatları, onlar üzərində işləyən hüquqşünasların adları mütəmadi olaraq (illik, ya da yarım ildə bir dəfə) firma tərərfindən yayıla bilər. Müəyyən miqdarda Pro Bono saatını doldurmaq və ya xüsusilə üstün səviyyədə bir lahiyə həyata
keçirmək kimi Pro Bono nailiyyətlərinin illik hesabatı bu işi təltif və təşviq etmək üçün başqa bir
yoldur. Firma həmçinin xüsusi mərasim və kutlama tədbirlırində təqdim edilən müxtəlif səviyyəli
Pro Bono işlərinə görə mükafatlar təsis edə bilər. Bu tədbir Pro Bonoya potensial marağı olan
hüquqşünasların təklif etdiyi müxtəlf növ məsələrdə, bu mövzuları onlarla ayrı-ayrılıqda müzakirə
edə bilmək üçün başlıca mənbələrin əlçatan olduğu bir Pro Bono sərgisi ilə birləşdirilə bilər.
39
BÖLMƏ VI. QİYMƏTLƏNDİRMƏ
6.1 Hüquqşünasların Pro Bono işinin qiymətləndirilməsi
Pro Bono işi ilə məşğul olan hüquqşünaslar ödənişli işlərdə çalışan hüquqşünaslarla eyni
frekansda və eyni tərzdə qiymətləndirilməlidirlər. Hətta hüquqşünasların müntəzəm olaraq
qiymətləndirilməmiş olduğu firmalarda belə Pro Bono qiymətləndirmələri hər il və ya daha tez
keçirilməlidir. Bu dəyərlənrimə yalnız yüksək keyfiyyətli Pro Bono işlərini mükafatlandirmaq üçün
deyil, həm də hüquqşünasların müştərilərə yüksək keyfiyyətli Pro Bono (və digər) hüquqi xidmət
göstərilməsini təmin etmək üçün konstruktiv tənqid üçün faydalıdır (Bax: Əlavə 5, "Hüquqşünasın
Pro Bono işinin qiymətləndirilməsi"). Yuxarıda müzakirə edildiyi kimi, hüquqşünasın hazırladığı
status (son durum) hesabatları nəzarətçi tərəfdaşlara və Pro Bono koordinatorlarına Pro Bono
işlərinin qiymətləndirilməsində kömək edə bilər (bax: Bölmə 3.5.2).
6.2 Pro Bononun fəaliyyət proqramının qiymətləndirilməsi
Hüquqşünasın fərdi qiymətləndirilməsinə əlavə olaraq, firmanın Pro Bono komitəsi də firmanın Pro
Bono proqramını mütəmadi olaraq qiymətləndirməlidir (bax: Bölmə 2.3.3 (f)). Əgər komitə mövcud
deyilsə, Pro Bono koordinatoru və ya sədri, proqramın performansını kimin qiymətləndirəcəyini və
mümkün təkmilləşdirmə təkliflərini təyin etməlidir.
Proqram qiymətləndirməsini aparmaq üçün qiymətləndiricilər ideal olaraq mövcud olan bütün
müvafiq kəmiyyət məlumatlarını əldə etməlidir, xüsusilə:
Pro Bono saatlarının İllik ümumi sayı;
il ərzində ən azı bir neçə saatlıq Pro Bono işi yerinə yetirən iştirakçı, məsləhətçi və
tərəfdaşların (partnyor) sayı və faizləri;
il ərzində hüquqşünasinin Pro Bono saatlarının ortalama sayı;
ödənişli saatların Pro Bono saatlarına faiz nisbəti;
firmalar daxilində təcrübə qrupları tərəfindən yuxarıda qeyd olunanların hamısı;
hüquqşünasları orta hesabla ödənişli işlərin ofis ortalamasından, həm də ofis və ya firmanın
ortalama Pro Bono işindən az iş görən təcrübə qrupları ilə bağlı məlumatlar;
il ərzində xidmət verilən müştərilərin sayı;
il ərzində hər bir müştəriyə / işə həsr olunmuş saatların sayları;
növünə görə təsnif edilən Pro Bono məsələlərinin siyahısı;
institusional əməkdaşlıqla firmaya yönləndirilən Pro Bono işlərinin siyahısı;
Pro Bono imkanlarının digər mənbələrinin siyahısı; və
xüsusi əhəmiyyətli yaxud "imza" lı Pro Bono lahiyələrinin səmərəliliyi və ya səmərəsizliyi.
Bu məlumatlardan istifadə edərək firmalar öz Pro Bono proqramlarının kəmiyyət aspektlərini təhlil
edə bilər və hüquqşünaslarla müzakirələr və ya anonim sorğular apararaq, firmaların Pro Bono
məqsədlərini yerinə yetirib-yetirmədiklərini, tərəfdaşların proqramın həyata keçirilməsində aktiv
40
iştirak edib-etmədiklərini və institusional tərəfdaşlıqların Pro Bono işi üçün maraqlı imkanlar təmin
etməkdə səmərəli olub-olmadıqlarını öyrənə bilərlər.
Firmalar, Pro Bono proqramlarını təkmilləşdirmək, yeni səmərəli əməkdaşlıqlar əldə etmək,
nəzarət strukturunu dəyişdirmək və ya yeni hüquqşünasları Pro Bono işinə təşviq etmək
məqsədiylə proqrama müvafiq düzəlişlər etmək üçün bu qiymətləndirmələrdən istifadə edə bilərlər.
41
BÖLMƏ VII. PRO BONO PROQRAMININ FAYDALI TƏSİRİ
Növbəti bölmə Pro Bono proqramından əldə edə bilinəcək əsas faydanları təqdim edir.
7.1 Pro Bono proqramının bəzi sahələrdə hüquqi yardım “boşluqlarının doldurulmasına” təsiri
Yaxşı təşkil olunmuş Pro Bono proqramları hüquqşünasların cəmiyyətin hüquqi ehtiyac
mövzusunda ən həssas təbəqəsi (və onlara kömək etməyə çalışan qeyri-kommersiya təşkilatları)
və onların hüquqşünas tapmaq bacarığı arasındakı boşluqları doldurma qabiliyyətini artıra bilər.
Həmçinin hüquqşünasların bu və ya digər boşluqları doldurma qabiliyyətini artıra bilər, məsələn,
qeyri-kommersiya təşkilatları və ya ictimai maraqların hüquqi aspektdən qorunmasını təmsil edən
qrupların bu mövzuda qaldırılan iddiaları səmərəli şəkildə həll edə bilməsi üçün hüquqi yardıma
ehtiyacları var və hüquqşünas tuta bilmirlər.
7.2 Hüquqşünasların təlimi (hazırlanması)
Pro Bono təcrübəsi gənc hüquqşünaslara bacarıqlarını artırmağa və peşəkar əlaqələr şəbəkəsi
qurmağa kömək edir. Yeni hüquqşünaslər, ümumiyyətlə, firmalarının iddiaçı tərəf olaraq iştirak
etdikəri məhkəmə prosesində və ya əməliyyat prosesində ikinci dərərcəli rol oynayırlar. Pro Bono
işi, onlara məhkəmə ərizələrini, müqavilələri doldurmağa, hüquqi arqumentlər hazırlamağa və
inzibati və ya məhkəmə dinləmələrində iştirak etməyə imkan verir. Bundan əlavə, yeni
hüquqşünaslar əsasən irtibat, müzakirə və danışıqlar aparma bacarıqlarını da inkişaf etdirirlər. İşin
gedişatında ortaya çıxan məsələlər müştəri ilə birbaşa və qarşı tərərf, hakilmər və köməkçiləri və
digər hüquqşünaslarla qarşılıqlı sıx əlaqə yaratmağa imkan verə bilər. Pro Bono işi ümumiyyətlə
hüquqşünaslara daha çox məsuliyyət yükləyir və onları kariyeraları boyunca qarşılaşdıqları çətin
vəziyyətlərdə doğru qərar qəbul etməyə hazırlayır. Nəticə etibaiylə, Pro Bono işi gənc
hüquqşünasların hüquq fakültəsinin məzunlarından - təcrübəli hüquqşünaslara çevrilməsini
sürətləndirmək üçün səmərəli bir yoldur.
7.3 Hüquqşünasların işə cəlb olunması və vəzifədə saxlanması(tutulması)
Pro Bono işlərinin firmalara verdiyi başqa bir faydası da yeni hüquqşünasların işə götürülməsi və
mövcud hüquqşünasların tutduğu vəzifədə saxlanılmasıdır. Yüksək ixtisaslı hüquqşünasların
tapılması və saxlanılması rəqabət qabiliyyətli bir hüquqi bazarda çətin ola bilər. Bu halda güclü
institusional Pro Bono təcrübəsi bir hüquq firmasını rəqiblərindən seçilməyə kömək edə bilər.
Bir qayda olaraq hüquq fakültəsindən yeni məzun olanlar təcrübəli hüquqşünaslara nisbətən öz
karyeralarında daha idealist baxışlara meyilli və fəaliyyət dairələrində bərabərsizliyə son qoymağa
nail olmaq üçün qanunu bir vasitə kimi istifadə edə bilən daha idealist yollara sahib olurlar.
Beləliklə, ən yüksək keyfiyyətli gənc hüquqşünaslardan bir çoxu Pro Bono işlərini yerinə yetirə
biləcəkləri hüquq firmalarında işləməyi üstün tuturlar. Üstəlik, bir çox gənc hüquqşünas firmanın
Pro Bono təcrübəsinin keyfiyyətini ümumi dəyər və ləyaqəti ilə eyni tutur.
42
Səmərəli bir Pro Bono proqramı firmanin dəyərli hüquqşünasları əlində saxlamasına maddi kömək
edə bilər. Belə ki, Pro Bono təcrübəsi ödənişli işlərə cəlbedici bir alternativ təqdim edir və
hüquqşünaslara ticari müştərilər üçün çalışdıqları ilk bir neçə ildə hiss edə bilmədikləri “tətminkarlıq
duyğusu” (həm ictimai yarar, həm də peşəkarlığın inkişafı naminə) yaşada bilər. Dəqiq təşkil
edilmiş Pro Bono proqramında iştirak, əməkdaşlarda öz firmasına qarşı bağlılıq və qürur hissi
yaradaraq firma daxilində ruh yüksəkliyini artırır. Bunun adətən gənc hüquqşünaslardan daha çox
təcrübəli hüquqşünaslara və yardımçı heyətə yararı olur.
7.4 Pro Bono Proqramının reklam və informasiya dəstəyi (təbliği)
Firmanın Pro Bono işi onun faydalı təbliğatına səbəb ola bilər. Belə ki, firmalar öz saytlarında və ya
müştərilərə göndərilən bülletenlərdə Pro Bono proqramları ilə bağli arayış yayımlaya bilərlər. Pro
Bono sədri və marketinq qrupu firma xaricində proqramın ən yaxşı bir şəkildə necə təqdim (reklam)
ediləcəyini düşünməlidir (bax: Bölmə 2.3.3 (g)).
İctimai maraq doğuran mühüm məsələlərdə Pro Bono xidmətləri göstərən tanınmış müəssisələrlə
(bəlkə bəzən in–house, yəni daxili hüquqşünaslar da daxil olmaqla) əməkdaşlıq, habelə və Pro
Bono mükafatlarının qazanılması, və ya müsbət media tanıtımı firmaya yeni müştərilər cəlb etməyə
kömək edə bilər (həm də yeni hüquqşünaslar). Bu şəkildə (reklam və informasiya dəstəyi ilə) firma
rəqiblərindən fərqlənə bilər.
İctimaiyyəti kütləvi informasiya vasitələri ilə ictimai maraqlar, xüsusiylə ədalətsizlik halları, sosial
ehtiyac və ya hüquqi sisteminin islahat tələb edən sahələri haqqında məlumatlandırmaq və ictimai
şüuru oyandırmaq da cəmiyyətə fayda verə bilər. Bu, ictimaiyyətdə hüquqşünas imicinin
(obrazının) yaxşılaşmasına və ümumilikdə ədalət sisteminə olan güvənin artmasına gətirib çıxara
bilər. Lakin qeyd etmək vacibdir ki, firmalar Pro Bono xidmətlərini ictimaiyyətin diqqətinə təqdim
etməzdən əvvəl yerli qanunvericiliyi araşdırmalıdırlar. Belə ki, təbliğatın müəyyən növləri qanunla
və ya Vəkillər Kollegiyayası tərəfindən qadağan oluna və ya məhdudlaşdırıla bilər.
Özlərini reklamla yanaşı, hüquqşünaslar yer aldıqları ödənişsiz Pro Bono işləri sayəsində hüquqi
islahatların təşviq edilməsi sahəsində xüsusi nüfuza sahib ola bilərlər.
7.5 Qlobal Hüquq Birliyi üzvləri ilə əlaqələrin qurulması
Pro Bono işlərində iştirak hüquq firmalarına multi-yurisdiksiyalı (çoxsaxəli) lahiyələr üzrə
əməkdaşlıq vasitəsilə dünyanın digər firmaları ilə əlaqələrin qurulmasına kömək edə bilər. Bir neçə
Pro Bono klirinq evləri firmalara belə imkanlar təklif edir.
43
ƏLAVƏ A. PRO BONO RƏHBƏRİ
44
PRO BONO RƏHBƏRİ
[Hüquq firmasının adı]
45
1. Pro Bono Xidmətlərinə Dair Firmanın Öhdəliyi
Firmamızda, hər bir hüquqşünasın (vəkilin) Pro Bono hüquq xidmətləri göstərmək məsuliyyətinə
sahib olduğuna inanırıq. Bu məsuliyyət onların cəmiyyətdə oynadıqları roldan, həmçinin tərəfsiz və
ədalətli bir hüquqi sistemə bağlılıqlarından irəli gəlir.
Firmamızın Pro Bono öhdəliyi vardır, biz xüsusilə yoxsul və ya hüquqlarından məhrum edilmiş
insanlara və icmalara, o cümlədən, bu şəxslərə kömək edən təşkilatlara pulsuz hüquqi xidmətlər
təqdim etmək üçün çalışırıq. Ehtiyac sahiblərinə Pro Bono xidmətləri təklif etmək, bizim yüksək
dərəcədə qiymətləndirdiyimiz peşəkarlıq və etik dəyərləri nümayiş etdirir.
Firmamız həmçinin belə hüquqi xidmətlərədən maddi yararlanmağa maddi vəsaiti çatmayan qeyri-
kommersiya təşkilatlarına pulsuz hüquqi xidmət təklif etmək öhdəliyinə, həmcinin, hər hansı vəkil
tərərfindən ödəniş müqabilində müvəffəqiyyətlə həll oluna bilməyəcək böyük ictimai əhəmiyyətli
(məsələn, vətəndaş hüquqları) məsələlər üzrə xidmət təklif etmək öhdəliyinə sadiqdir.
Firmamızda xüsusi olaraq, hər il hər bir vəkil ən azı 60 saat Pro Bono xidmətini tamamlamağa və
ya öhdəliyi götürməyə borcludur. Xidmətlərin əksəriyyəti əvvəlki bəndin birinci cümləsindəki təsvirə
uyğun olmalıdır. Firma bütün vəkillərin qeyd olunan minimum saat sayını tamamlamasını tövsiyə
edir. Pro Bono işinin könüllü olmasına baxmayaraq, firmamız bütün tərəfdaşları (partnyorları),
məsləhətçiləri və əməkdaşlarını Pro Bono proqramında iştirak etməyə çağırır. Firma həmçinin
tərəfdaşlarını əməkdaşlıq etməyə, məsləhət verməyə, Pro Bono işini aktiv şəkildə nəzarətdə
saxlamağa dəvət edir. Bundan əlavə, yeni və kənardan gələn hüquqşünaslardan firmadakı ilk iş
illərində ən azı bir Pro Bono xidməti göstərmələri gözlənilir.
2. Pro Bono Proqramının Məqsədi
2.1. Pro Bono Hüquqi Xidmətlərin Tərifi
"Pro Bono hüquqi xidmətlər" termini pulsuz və ya qarşılıq (ödəniş) gözləmədən hüquqi xidmətlər
təklif edir. Xidmətdən aşağıdakılar faydalana bilər:
a) yoxsul və ya hüquqlarından məhrum edilmiş insanlar və ya icmalar;
b) onlara yardım edən təşkilatlar;
c) hüquqi məsləhətin başqa bir şəkildə təmin edilə bilinməyəcəyi böyük ictimai əhəmiyyətli
məsələlər ilə məşğul olan insanlar, icmalar və ya təşkilatlar;
d) ödəniş qarşılığında hüquqi məsləhət xidməti əldə etməyə imkanı çatmayan qeyri-
kommersiya, mədəniyyət və təhsil müəssıisələri.
2.2 Pro Bono Hesab Edilməyən Xidmətlər
Aşağıdakı xidmətlərdən və fəaliyyətlərdən bir çoxunda firmamız vəkillərin iştirakını təsdiqlədiyinə
və dəstəklədiyinə baxmayaraq, bu Təlimat kitabçası (Əlavə) çərçivəsində onlar Pro Bono hüquqi
xidməti kimi qəbul edilmir: a) hüquqi xidmət hesab edilməyən cəmiyyətə fayda verən könüllü xidmətlər və ya fəaliyyətlər;
46
b) 2.1 (a) bəndi çərçivəsində olmayan ailə üzvləri və ya dostların faydalanması istiqamətində
göstərilən hüquqi xidmətlər;
c) təşkilat rəhbəri kimi xidmət göstərildiyi, (hüquqi xidmət göstərmədən) təşkilata (kommersiya
və ya qeyri-kommersiya məqsədilə)kömək edildiyi, yaxud vəkillər kollegiyasına xidmət
göstərildiyi (fəaliyyətinə 2.1-ci bənddə əhatə olunan subyektlər və ya əhaliyə dair
araşdırma, təhlil, hesabat vermə və ya şahidlik etmək kimi fəaliyyətlət istisna olmaqla), və
ya 2.1 bənddə əhatə olunmayan ticarət qrupları üçün xidmət göstərildiyi (hüquqi xidmət
daxil olmaqla) təqdirdə;
d) hüquq fakültəsində akademik vəzifədə xidmət göstərildiyi təqdirdə;
e) qanununun nəzərdən keçirilməsinə dair məqalələrin və ya kitabların yazılması (2.1-ci
bənddə təsvir edilmiş bir və ya daha çox təşkilatın hüquqi strategiyasını dəstəkləmək üçün
olan səylərə aid olan xidmətlər istisna olmaqla);
f) 2.1 bəndə daxil olmayan və qanuna və ya qaydaya əsasən məcburi olaraq yerinə yetirilən
pulsuz hüquqi xidmətlər; və
g) müvəkkilin vəkilə ödəniş etməsi gözlənilən vəziyyətlərə tabe olan hüquqi xidmətlər (əlverişli
mühakimənin alınması kimi yaxud indi və ya gələcəkdə ödənişin edilməsi gözlənilən
vəziyyətlər).
3. Pro Bono Proqramının Strukturu
3.1 Pro Bono Koordinatoru
Firmanın Pro Bono proqramına nəzarətindən Pro Bono əlaqələndiricisi -koordinatoru ("Pro Bono
Coordinator") məsuliyyət daşıyır.
Pro Bono Koordinatorunun öhdəkilərli aşağıdakı kimidir:
a) Bütün proqram tədbirlərini həyata keçirmək və proqramın Bölmə IV-də olan "Pro Bono
Prosesi" nə uyğun gəlməsini təmin etmək;
b) firma vəkillərinin ixtisaslaşdığı sahələri və xüsusi növ Pro Bono işlərini və ya xüsusi Pro
Bono işləri üzrə vəkillərin maraqlarını müəyyənləşdirmək;
c) firmanın Pro Bono tərəfdaşları (partnyor) olan qurumlarla gündəlik əlaqə və ünsiyyət
saxlamaq (məsələn QHT-lər, vəkillər kollegiyası, hökumət təşkilatları və digər təşkilatlar);
d) firma vəkillərinə Pro Bono proqramı vasitəsilə mövcud olan imkanlar və cari Pro Bono işləri
və qarşıdakı Pro Bono təlimləri haqqında məlumat yaymaq (xüsusilə yeni və ya firmandan
kənar hüquqşünaslara);
e) Pro Bono işlərində zəruri kadrların, o cümlədən, müvafiq nəzarətin təmin edilməsi;
f) müvafiq münaqişələrin yoxlanılmasını və işgüzar ziddiyyətlərin nəzərə alınmasını təmin
etmək və uyğun əməkdaşlıq məktublarının yazılmasını və həmrəylik müqavilələrinin
bağlanmasını təmin etmək;
g) Pro Bono ilə bağlı aktual məsələlərin vəziyyətini izləmək və vəkillərin peşə fəaliyyətlərinin
yerinə yetirilməsinə yardım göstərmək;
h) missiyasın dəyişdirilməsi və ya genişləndirilməsi səyləri ilə yanaşı, Pro Bono işləri (daimi və
ya müvəqqəti) üçün kadr cədvəlindəki dəyişiklikləri düzgün idarə etmək;
47
i) Pro Bono işləri ilə bağlı böyük xərclərin təsdiqlənməsinə nail olmaq;
j) firma tərəfindən həyata keçirilən Pro Bono işlərin proqramı və xarakteri haqqında mütəmadi
olaraq Pro Bono [Komitəsinə] [Sədrinə] məlumat vermək;
k) Pro Bono xidmətlərindəki müvəffəqiyyətlərini firma daxilində ictimailəşdirmək (təbliğ etmək),
firmanın marketoloqları ilə birgə çalışaraq Pro Bono proqramının əsas uğurlarını dərc
edərək təbliğ etmək.
3.2 Pro Bono [Sədri] [Komitəsi]
Pro Bono proqramı bütövlükdə Pro Bono [Sədri] [Komitəsi] -nin nəzarəti altında olacaqdır.
[Pro Bono Komitəsi [___] üzlərindən, [___] tərəfdaşlarından, [___] həmkarlarından və Pro Bono
koordinatorundan ibarət olacaqdır.]
Pro Bono [Sədri] [Komitəsi] aşağıdakı öhdəliklərə sahib olacaqdır:
a) firmanın Pro Bono proqramına nəzarət etmək və bəlkə Pro Bono koordinatorunun
funksiyalarına kömək etmək;
b) xüsusilə geniş miqyaslı yeni Pro Bono işlərini təsdiqləmək və firmanın müvafiq səhmlərinin
"alqı-satqısı"nı təmin etmək, elə ki, - bu məsələlər işçi heyətin uyğunluğu və ya aktivliyi
dəyişsə belə həll oluna bilsin;
c) Pro Bono tərəfdaşlıqlarının yaradılmasını təsdiq etmək (QHT-lər, bələdiyyə qurumları,
dövlət orqanları və digər qurumlar kimi təşkilatlar ilə) və ya lazımi hallarda Pro Bono hüquqi
işləri üzrə daxili məsləhətçi vəkilin (in-hoouse counsel) işə qoşulmasını təsdiq etmək;
d) firma daxilində Pro Bono işinin təşviqi və tanınması ilə bağlı siyasəti müəyyənləşdirmək;
e) Pro Bono proqramının marketinqi və (firma) xarici təşviqi ilə bağlı siyasəti
müəyyənləşdirmək;
f) Pro Bono proqramının büdcəsi varsa, onu təsdiqləmək və büdcənin müşahidə edildiyi
təqdirdə, müvəffəqiyyətin və ya uğursuzluğun səbəblərini araşdırmaq; büdcənin mövcud
olmadığı təqdirdə, Pro Bono Koordinatorunun hər bir Pro Bono işi üzrə xərclərin
məqsədəuyğunluğuna (əlverişliliyinə) dair öhdəlik götürməsini təmin etmək;
g) firmanın Pro Bono proqramını illik əsasda qiymətləndirmək.
4. Pro Bono Prosesi
4.1 Yeni Pro Bono İşinin açılması
Yeni bir Pro Bono işi açdığınızda aşağıdakı prosesi izləməlisiniz (Pro Bono işinin Pro Bono
Koordinatoruna vəkillər tərəfindən mütəmadi olaraq göndərilən elektron poçtlar vasitəsilə
seçildməsindən (əksər hallarda belə seçilir) və ya vəkilin birbaşa bu Pro Bono işini təklif
etməsindən və s. hallardan asılı olmayaraq).
(a) Pro Bono Müraciəti (sorğusu) Bir və ya daha çox vəkillərin yeni bir Pro Bono işinin açılmasında
maraqlı olduqları halda, vəkillərdən biri, Pro Bono Koordinatoru və ya Pro Bono Koordinatorunun
48
nəzarəti altında çalışan kimsə Əlavə1 -də qeyd olunan formaya uyğun olaraq "yeni Pro Bono işinin
açılması haqqında müraciət" formasını (blankını) tamamlamalıdır. Pro Bono Müraciəti "Məsul
Vəkil", "Nəzarətçi Tərəfdaş" və Pro Bono Koordinatoru tərəfindən imzalanmalıdır. Əlavə olaraq,
Pro Bono Meraciəti potensial müştəriyə dair məlumatları əks etdirməli və lazımi xidmətləri və
məsələləri təsvir etməlidir.
(b) Maraqların münaqişəsinə dair mülahizələr: Müştərilərə və mövcud məsələlərə nəzərən
mümkün əlavə mülahizələr
a. Pro Bono Müraciətinin qalan hissəsin tamamlandıqdan sonra, imzalanmadan əvvəl, indiki,
keçmiş və ya potensial müştərilərlə mövcud ola biləcək hər hansı bir qarşıdurma yoxlanılmalıdır –
yeni ticari müştərilər (ödənişli) ilə iş zamanı tətbiq olunan eyni prosedur burada da tətbiq
olunmalıdır. Bu qiymətləndirmələrin nəticəsi növbəti iki bənddə təsvir edilən hər hansı yoxlamanın
nəticəsi ilə birgə Pro Bono Müraciətinə daxil edilməlidir.
b. Bundan əlavə, digər müştərilər (ödənişli və ya Pro Bono) adından mümkün onların münaqişələrə
qarşı göstərəbiləcəkləri mövqelər müvafiq tərəfdaşlarla müzakirə edilməli və nəzərə alınmalıdır.
Adətən, digər müştərilərə qarşı istifadə edilən Pro Bono hallarının bənzərlərini yaratmaq
arzuolunmazdır.
Qanunla tələb olunduğu hallarda və firmanın təqdirinə əsasən, qeyri-kommersiya təşkilatları,
onların işçi və ya rəhbərləri də daxil olmaqla bütün potensial Pro Bono işi müştəriləri haqqında
yoxlanışlar aparıla bilər (və ya aparılmalıdır).
Firma, adətən, əvvəlki üç bənddə təsvir olunmuş məsələlər istisna olmaqla, xüsusi Pro Bono
məsələləri üzrə qərar qəbul edərkən başqa biznes mülahizələrini nəzərə almır.
(c). Pro Bono [Sədri] [Komitəsi]-nin təsdiqi: yuxarıda (b) bəndində təsvir olunmuş məsələlərin
qiymətləndirilməsi baş tutduqdan sonra, “Pro Bono Ərizəsi” Pro Bono işinin təsdiqlənməsi
məqsədilə Pro Bono [Sədrinə] [Komitəsinə] ötürülməlidir.
Pro Bono [Sədri] [Komitəsi] aşağıda qeyd olunanları nəzərdən keçirməlidir:
i. keçmiş, mövcud və ya potensial müştərilər, o cümlədən Pro Bono müştəriləri ilə toqquşan
maraqların olub-olmaması;
ii. sözügedən “iş” ilə bağlı münaqişələrin olub-olmaması;
iii. potensial müştəri haqqında əsassız hesab edilə biləcək digər faktların olub-olmaması;
iv. göstəriləcək lazımi xidmətlərin müəyyən olunmuş pulsuz hüquqi xidmətlərə uyğun olub-
olmaması;
v. sözügedən “iş”in həcminin ilkin olaraq nəzərdə tutulduğundan böyük və prosesin daha uzun
olma ehtimalından, əsas vəkilin firmanı tərk etməsi və ya hər hansı digər səbəbdən
sözügedən “iş” ilə məşğul ola bilməməsi ehtimalından asılı olmayaraq, firmanın həmin “iş”in
nəzarətdə saxlanmasına və yetərli heyətlə təmin olunmasına qadir olub-olmaması. Xüsusilə
əvvəlcədən çox vaxt və vəsait tələb olunması gözlənilən “iş”lərdə bu məsələlərin nəzərə
alınması çox önəmlidir (nəinki “gözlənilən”, hətta işin çox vaxt və vəsait tələb edəcəyi ehtimal
belə olunarsa, yenə də bütün bunların nəzərə alınması vacibdir);
49
vi. mövcud “iş”ə ikinci hüquqşünasın (co-counsel) daxil olub-olmaması, daxil olduğu halda
(müştəri, firma vəs) münasibətləri, eyni zamanda onun (həmçinin firmanın) məsuliyyətlərinin
dəqiq şəkildə yazılı olaraq açıqlanması, həmçinin, firma üçün bunun məqbul olub-olmaması;
və
vii. qiymətləndirmənin bu mərhələsinə daxil olan bir Pro Bono işi qəbul edilmirsə, qərarın
səbəb(lər)i Pro Bono Müraciətində qeyd olunmalıdır.
(d) Pro Bono Öhdəlik məktubu; və bir çox müştərilər və ya vəkillər ilə rast gəlinən hallar: Yeni bir
Pro Bono işi açıqldıqdan sonra firma və müştəri Əlavə 2-də ("Pro Bono Öhdəlik məktubu") qeyd
olunmuş formata uyğun olan "Pro Bono Öhdəlik məktubu" imzalamalıdırlar. Pro Bono Öhdəlik
məktubu, təmin ediləcək xidmətlərin xarakteristikası, xüsusiyyətləri və əhatə dairəsini və xərclərin
idarəolunma mexanizmini təsvir etməlidir.
Vəkilin xidmət haqqının, xərclərin və ya hər ikisinin ödənilməsi (qərar, razılaşma və ya başqa yolla)
ehtimalı varsa, bu məsələ müştəri ilə müzakirə olunmalı və Pro Bono öhdəliyinin məktubunda öz
əksini tapmalıdır. Mübahisələrin qarşısının alınması ilə bağlı gözlənilməz hallar, məsələn, vəkillərin
haqlarından, xərclərdən və ya hər ikisindən imtina edilməsinə səbəb olan həll təklifləri kimi, aradan
qaldırılması mümkün olmayacaq qeyri-müəyyənliklərdən (ikimənalılıqdan) yayınan bir mətn
hazırlanmalıdır. Potensial müştəri ilə ilkin müzakirə və ya görüş keçirmək məsləhət görülür
(görüşün sonunda və ya görüşdən az sonra Pro Bono Öhdəlik məktubunun imzalanması baş
tutur). Beləliklə, firma və müştəri ilkin olaraq müzakirə edilən və ya ilkin razılaşmadan dərhal sonra
qərarlaşdırılan xidmətlərdən əlavə, kənar xidmətlərin göstərilməsini nəzərdə tutan Pro Bono
Öhdəlik məktubundan qaçına bilərlər.
Birdən çox müştəri və ya ikinci vəkil(co-counsel) varsa, bu hal vahid məşvərətçi və vahid müştəri
ilə qurulan adi əlaqələrdən kənara çıxan əlavə bir hal kimi əla alınmalı olacaqdır ki, bu hallar
zaman keçdikcə xüsusi şəraitə uyğunlaşdırılmış, standartlaşdırılmış formatlarda təqdim edilməlidir.
Xüsusilə, necə və kim tərəfindən və hansı proses qərarlarının qəbul ediləcəyi ilə bağlı qeyri-
müəyyənliklərin qarşısını almaq üçün səy göstərilməlidir (mümkündürsə, nisbətən xüsusi qaydalar
əsasında). Müvafiq qərarların qəbul edilməsinin təmin edilməməsi tərəflərin, həmməruzəçilərin və
ya hər ikisinin əməkdaşlığının davam etdirilməsinin mümkünsüzlüyünə səbəb ola bilər. Firmanın
ticari işlər çərçivəsində müştərisi, ikinci vəkili və ya hər ikisinə qarşı davranış tərzi Pro Bono işi
üçün ilkin müddəaların tərtib edilməsində təlimat xarakteri daşıya bilər.
(e) Faylın Yaradılması: Pro Bono Öhdəlik Məktubunun imzalanmasından gec olmayaraq və ya
adətən imzalanmasından əvvəl yeni Pro Bono işi kimi bir fayl açılmalıdır. Sözügedən faylın
yaradılması prosesi kommersiya müştəriləri üçün yeni işlər zamanı fayl açılması üçün həyata
keçirilən prosedura ilə eyni olmalıdır. Pro Bono müştərisi üçün açılmış hər bir fayl kommersiya
müştərilər üçün saxlanılanlarla eyni şəkildə saxlanmalıdır.
4.2 Nəzarət və Hesabat
Hər bir pro bon işində Nəzarətçi Tərəfdaş (Supervising Partner) yer almalıdır. Nəzarətçi Tərəfdaş
sözügedən işi (iddianı) nəzərdən keçirməli, firmanın uyğun hesab etdiyi hallarda vəziyyətə uyğun
olaraq Məsul Vəkilə (Responsible Attorney) kömək etməlidir. Əgər Pro Bono işinin mütləq tərəfdaşı
50
Məsul Vəkildirsə, başqa birinin Nəzarətçi Tərəfdaş kimi xidmət etməsinə ehtiyyac yoxdur. Hər bir
Məsul Vəkil mütəmadi olaraq Nəzarətçi Tərəfdaş və Pro Bono Koordinatorunu Pro Bono işinin cari
vəziyyəti barədə məlumatlandırmalıdır (hər hansı bir köməyə ehtiyac, müştəri ilə qarşılıqlı əlaqədə
yaranan problemlər, yeni potensial tərəflər və ya məsələlər, yaxud digər yeniliklər daxil olmaqla).
Hər bir Məsul Vəkil hər hansı faktiki və ya mümkün ola biləcək mənfi yeniliklər (arızalar), bunların
aradan qaldırılması yaxud qarşısının alınması ilə bağlı təcili və ya yaxın müddətdə ehtiyac
olunması nəzərdə tutulan ehtiyat tədbirləri barədə Nəzarətçi Tərəfdaş və Pro Bono Koordinatorunu
dərhal məlumatlandırmalıdır. Hər Məsul Vəkil 4 aydan bir olmaqla Pro Bono Koordinatoruna
(Nəzarçətçi Tərəfdaşa da bir surətini göndərmək şərti ilə) Əlavə 3-də göstərilmiş formatda "Pro
Bono İş Hesabatı" göndərməlidir. Pro Bono Koordinatoru (ya da Pro Bono Koordinatoru üçün
çalışan birisi) imkan daxilində, hesabatın sözügedən iş (iddia) barədə əvvəlcədən bilinən
məlumatlara dair hissələrini tamamlamalıdır. Əgər mümkündürsə, hesabatı yaymaq, tamamlamaq
və geri qaytarmaq üçün electron vasitəyə (varianta) üstünlük verilməlidir.
4.3 Məsul Vəkilin dəyişdirilməsi
Bir Pro Bono işində Məsul Vəkil firmanı daimi və ya müvəqqəti olaraq tərk edərsə, məzuniyyətə
gedərsə və ya başqa səbəblərə görə bu işlə məşğul ola bilməz və ya sözügedən işin Məsul Vəkili
ola bilməzsə, Pro Bono Koordinatorunu və Nəzarətçi tərəfdaşı bununla bağlı məlumatlandırmalı,
həm də onlara Pro Bono işinin cari vəziyyəti barədə və təcili görüləsi işlər barədə (varsa) dərhal
məlumat verməlidir. Pro Bono Koordinatoru mümkün qədər tez bir zamanda Məsul Vəkil tapmaq
üçün səy göstərəcəkdir. Zəruri hallarda firma işin vəkilini yeni Məsul Vəkil olaraq təyin edəcəkdir.
Ara dövr ərzində keçmiş Məsul Vəkil Pro Bono müştərisinin düzgün təmsil olunması üçün lazım
olan bütün tədbirləri görməlidir.
Firma Pro Bono [Koordinator] [Sədri] [Komitəsi] vasitəsi ilə bütün lazımi şəxslər və qurumlara
(formal olaraq tələb olunduğu və ya arzu olunduğu təqdirdə) Məsul Vəkil dəyişikliyinin tövsiyə
edilməsini təmin etmək üçün proseduraları başlatmalıdır. Eyni şəkildə, firma keçmiş Məsul Vəkilin
kənarlaşdırılması və yaxud yeni Məsul Vəkil təyinatı barədə razılığın təmin edilməsi üçün bütün
tələblərin yerinə yetirilməsini təmin etməlidir.
Bundan əlavə, Pro Bono [Koordinatoru] [Sədri] [Komitəsi] Pro Bono işinə dair bütün məlumatlatın
(hər hansı bir vasitə ilə), müvafiq olaraq, yeni Məsul Vəkilə (əgər təyin olunubsa) və ya Pro Bono
[Koordinatoruna] [Sədrinə] [Komitəsinə] ötürülməsini təmin etməlidir. Katib(ə), hüquqşünas(vəkil)
köməkçi, poçtla məşğul olan və digər bütün işçilər bu siyasət barədə aydın şəkildə
məlumatlandırılmalı, onların heç biri hər hansı bir məlumatın (xarakterindən asılı olmayaraq) yeni
Məsul Vəkilə və ya Pro Bono [Koordinatoruna] [Sədrinə] [Komitəsinə] çatdırılmamasına izin
verməməlidirlər.
4.4 Potensial yeni tərəflərin və ya məsələlərin nəzərdən keçirilməsi
Yeni potensial tərəflər və ya məsələlər yuxarıda 4.1 (b) bəndində müzakirə olunan mübahisələri
qaldıra bilər və ya təmsilçilik başlamazdan əvvəl belə mübahisələrə aidiyyatı olan məsələnin
51
nəzərdən keçirməsini tələb edə bilər. Bəzi hallarda, onların tələbləri firmanın təmsilçilikdən geri
çəkilməsi və ya geri çəkilmək üçün icazə istəməsinə gətirib çıxara bilər.
4.5 Pro Bono Müştərisinin Əlavə Hüquqi Xidmətlər istəməsi
Müvəkkil razılaşdırılmış təmsilçilik hüdudlarından kənar hüquqi xidmətlər tələb edərsə 4.1 (a), (b)
və (c) bəndlərində qeyd olunan təsdiqlənmə prosesi eyni qaydada həyata keçirilməlidir və təsdiq
olunarsa, Pro Bono Öhdəlik Məktubuna əlavə və ya düzəliş edilməli və ya yeni bir Pro Bono
Öhdəlik Məktubu hazırlanmalıdır. Əlavə hüquqi xidmətlər üçün ayrı bir Məsul Vəkil təyin olunması
mümkündür (əvvəldən razılaşdırılmış işlə məşğul olan Məsul Vəkildən əlavə).
4.6 Xidmət Standarları
Firmamızın hüquqşünasları tərəfindən təqdim olunan Pro Bono hüquqi xidmətləri ticari müştərilərə
göstərilən xidmət standartları ilə eyni olmalıdır. Pro Bono işi ilə məşğul olan vəkillər ticari
müştərilərlə işləyərkən göstərdikləri peşəkarlıq və fədakarlığa malik olmalı və Nəzarətçi
Tərəfdaşlar bu standartların yerinə yetirilməsini təmin etməlidirlər.
Pro Bono işləri adətən firmanın kommersiya təcrübəsində yer almayan mövzuları əhatə etdiyindən,
əvvəlki bənddə təsvir olunmuş təmsilçilik standartlarına nail olmaq ictimai maraqları qoruyan hüquq
təşkilatları tərəfindən təlim və məsləhətləşmələr ilə təmin olunması və vaxt keçdikcə, hüququn
xüsusi sahələrində, firma-daxili (in-house) ekspertizanın inkişafı ilə asanlaşdırıla bilər.
4.7 İşin təfərrüatlarının və müddətinin qeydiyyatı
Pro Bono işləri ilə məşğul olan vəkillər (həm də hüquq tələbələri, hüquqşünas köməkçiləri və ticari
müştəri məsələlərində vaxt qeydiyyatı aparan digər işçilər) iş vaxtını mütəmadi qaydada qeyd
etməlidirlər. Vəkillər vaxtlarını ticari müştərilərlə iş zamanı apardıqları qeydiyyatlar ilə eyni tezliklə
və işin təfərrüatlarını eyni səviyyədə qeyd etməlidirlər. Saat hesab (lama) ları, vəkillərin
mükafatlandırılması və təşviqi ilə əlaqədar olaraq, firma Pro Bono işi üzərində çalışan vəkilləri
sanki onlar ticari müştərilər ilə məşğul olurmuş kimi nəzərə alacaqdır.
4.8 Xərclər
Pro Bono müştəriləri gündəlik (müntəzəm) ofis xərcləri, məsələn, kserokopya, telefon istifadəsi və
ya poçt xərclərini ödəməməlidirlər.
Pro Bono Öhdəlik məktubunda başqa bir razılaşma olmadığı təqdirdə, müntəzəm olmayan (qeyri-
müntəzəm) xərclər müvəkkil tərəfindən ödənilir, məsələn, səlahiyyətli və ya orijinal sənədlərin
surətlərinin alınması ilə bağlı rüsum və ya xərclər; lisenziya müraciətləri; sənədlərin təqdimatı;
məhkəmələr və ya hökumət qurumları qarşısında tələblər və şikayətlər; notarius və ya dəftərxana
(katib) xərcləri; tərcümələr; texniki hesabatlar; uzun məsafəli və ya beynəlxalq zənglər; sənədlərin
göndərilməsi; və səyahət xərcləri.
52
Şirkət tərəfindən qeyri-müntəzəm xərclərin ödəniləcəyi təqdirdə, Məsul Vəkil bütün məsrəfləri
ödəməyə başlamazdan əvvəl (Pro Bono Koordinatoru vasitəsilə) [Sədrdən] [Komitədən] icazə
almalıdır(müştəri ilə də bu məsələni razılaşdırmalıdır).
Pro Bono işləri ilə məşğul olan bütün vəkillər işlə bağlı bütün xərclərin məqbul olduğunu sübut
etmək üçün bütün səylərini göstərməlidir.
4.9 Pro Bono İşinin yekunlanşdırılması
Pro Bono işi başa çatdıqda, Məsul Vəkil Pro Bono Koordinatorunu və Nəzarətçi Tərəfdaşı yekun
vəziyyət və əgər varsa, nəticə barədə məlumatlandırmalıdır. Məsul Vəkil eyni zamanda Pro Bono
müştərisinə Əlavə 4-də verilmiş formatda Pro Bono məsələlərinin başa çatması və beləliklə,
razılaşdırılmış xidmətlərin yekunlaşdırılması barədə "Pro Bono Xidmətlərinin Xitam Məktubu"nu
göndərməlidir.
Tamamlanmış Pro Bono işlərinin faylları, müvafiq sənədlər Pro Bono Öhdəlik Məktubunda
göstərilən müddəalara uyğun olaraq ticari müştərilərin fayllarının eyni qaydada saxlanılacaq və ya
məhv ediləcəkdir.
4.10 Qiymətləndirmələr
Pro Bono işinin qiymətləndirilməsi firmanın vəkilləri tərəfindən mütəmadi olaraq icra olunan ümumi
qiymətləndirməyə daxil ediləcək. Qiymətləndirmə dövründə Pro Bono işinin aparılması əlverişlidir.
Bundan əlavə, Pro Bono işi Əlavə 5-də verilmiş "Vəkilin Pro Bono İşini Qiymətləndirilməsi"
formasına, firmanın qiymətləndirmə siyasətinə uyğun olaraq qiymətləndiriləcəkdir.
53
ƏLAVƏ 1
YENİ PRO BONO İŞİNİN AÇILMASI ÜÇÜN MÜRACİƏT(SORĞU) FORMASI
Yeni Pro Bono işinin açılmasına dair müraciət forması
Kimə :
Kimdən :
Tarix :
Yönlənd :
MƏSUL HÜQUQŞÜNASIN ADI:
NƏZARƏTÇİNİN ADI:
DİGƏR MƏSUL ŞƏXSLƏRİN ADLARI:
YÖNLƏNDİRƏN TƏŞKİLATIN ADI (VARSA):
YÖNLƏNDİRƏN TƏŞKİLAT (ƏGƏR VARSA) NƏ ŞƏKİLDƏ MENTORLUQ (ƏGƏR
VERƏCƏKSƏ) TƏMİN EDƏCƏKDIR?
PRO BONO MÜŞTƏRİSİNİN ADI:
ƏLAQƏLƏNDİRICİ ŞƏXSİN ADI (ƏGƏR TƏŞKİLATDIRSA, TƏŞKİLATDAKI ADI):
PRO BONO MÜŞTƏRİSİ ƏLAQƏ MƏLUMATI:
MÜŞTƏRI TƏŞKİLATDIRSA, VƏZİFƏLİ ŞƏXSLƏRİN, DİGƏR İDARƏ HEYƏTI ÜZVLƏRİ VƏ
ƏSAS HEYƏTİN ADLARI VƏ IŞ BAĞLANTILARI (MƏNSUBİYYƏTLƏRİ):
QARŞI TƏRƏFLƏRİN (ƏGƏR VARSA) ADLARI:
54
PRO BONO İŞİNİN VƏ TƏLƏB OLUNAN XİDMƏTLƏRİN TƏSVİRİ (KİNCİ MÜŞTƏRİ VƏ / VƏ YA
İKİNCİ HÜQUQŞÜNAS VARSA VƏ HÜQUQŞÜNASLAR ARASINDA BİR TƏNZİMLƏMƏ
OLACAQSA, BURADA MÜƏYYƏNLƏŞDİRİLMƏLİDİR):
TƏLƏB OLUNAN VAXT QİYMƏTLƏNDİRMƏSİ:
XƏRCLƏRİN QİYMƏTLƏNDIRİLMƏSİ:
MARAQLARIN MÜNAQİŞƏSİNİN YOXLANILMASI:
HƏR HANSI ƏTRAFLI YOXLANMANIN NƏTİCƏLƏRİ (MÜŞTƏRİ VƏ YA (MÜVAFİQ
HALLARDA) MƏMURLAR, DİREKTORLAR VƏ ƏSAS HEYƏT HAQQINDA İNTERNETDƏN
(YAXUD HARDAN MÜMKÜNSƏ) ƏLDƏ EDİLMİŞ MƏLUMATLARIN DAXİL OLDUĞU
TƏHLİLLƏR YAXUD MÜBAHİSƏLİ MƏSƏLƏLƏR):
55
________________
Məsul Hüquqşünasl
___________________
Nəzarətçi tərəfdaş
____________________
Pro Bono Koordinatoru
[SƏDR] [KOMİTƏ] TƏRƏFİNDƏN TƏSDİQLƏNMİŞDİR
___________________________________
[SƏDR] [KOMİTƏ] TƏRƏFİNDƏN RƏDD EDİLMİŞDİR
___________________________________
[SƏDR] [KOMİTƏ] VƏ YA PRO BONO KOORDİNATORU TƏRƏFİNDƏN YEKUN QƏRARIN
ƏLDƏ EDİLMƏDİYİ TƏQDİRDƏ LAZIM OLAN ƏLAVƏ MƏLUMAT:
PRO BONO [SƏDR] [KOMİTƏ] TƏRƏFİNDƏN ŞƏRHLƏR:
56
ƏLAVƏ 2
ÖHDƏLİK MƏKTUBUNUN FORMASI
Pro Bono Öhdəlik məktubu
[Tarix]
[Müştəri təşkilatdır, və ya olmalıdır]: Müştəri Əlaqə (müştərinin əvəzinə əlaqə yaradan şəxs) adı
[Müştəri adı, müştərinin hazırda deyil, bir zamanıar təşkilat olduğu istisna olmaqla]
[Müştərinin (və ya təşkilatın hüquqi cəhətdən mövcud olmadığı təqdirdə, Müştəri Əlaqəsinin)
Ünvanı]
YÖNL: Pro Bono təqdimat
Əziz [müştəri və ya müştəri əlaqə adı]:
Bu məktub, burada təsbit edilən Pro Bono xidmətlərinin təmin edilməsinə razılıq verdiyimizi təsdiq
edir.Həmçinin tərəflər arasındakı əlaqələri və bu xidmətlərin əhatə dairəsini və şərtlərini
müəyyənləşdirir.
Biz sizi [və ya müvafiq hallarda, hazırda yaradılan təşkilat, və sonra yaradılmış təşkilat adından ]
[Pro Bono xidmətlərinin təsviri] ilə bağlı olaraq təmsil etmək üçün razılığa gəldik. Xidmətlərimiz [Pro
Bono işinin təsviri]dən ibarətdir. Xidmətlərimiz yuxarıda göstərilənlərlə məhdudlaşacaq və bu
məsələnin həlli üçün normal və məqbul olacaqdır.
Bu məktubda göstərilənlərdən daha çox əlavə xidmətlər istənilməli olarsa, şərtlərə uyğun olaraq
davam etdirmək, dəyişdirmək və ya yeni təqdimat tərtib etmə imkanını məmnuniyyətlə müzakirə
edəcəyik. Əgər bu barədə razılığa gələrsək, ya bu məktuba düzəliş edilərək yendən təsdiqlənməli ,
ya da yeni bir öhdəlik məktubu hər ikimiz tərəfindən imzalanmalıdır.
Razılaşmada sözügedən hüquqi xidmətlər pulsuz olaraq təklif olunacaq, yəni onlar pulsuzdur və
onlara görə ödəniş tələb olunmur. Rutin fotokopilər, telefondan istifadə və ya poçt kimi müntəzəm
ofis xidmətləri üçün də xərc ödəməyə cəlb olunmayacaqsınız.
[VARİANT I: Firmamız, təklif etdiyimiz xidmətlərlə bağlı digər bütün məsrəfləri də qarşılıq tələb
etmədən ödəyəcəkdir. Bunlara sənədlərin əsli və ya təsdiq edilmiş surətlərinin alınmasından
yaranan xərclər; lisenziya ərizələri; sənədlərin təqdim edilməsi; məhkəmələrə və ya dövlət
orqanlarına müraciət və şikayətlər; notarius və ya dəftərxana (katib) xərcləri; tərcümələr; texniki
hesabatlar; uzaq məsafəli və ya beynəlxalq zənglər; sənədlərin göndərilməsi; və səyahət
maliyyətləri və xərcləri daxildir.]
[VARİANT II: Yuxarıda göstərilənlərdən asılı olaraq (qeyd olunan müntəzəm ofis xərclərindən
başqa), xidmətlərimizin göstərilməsi zamanı yaranan, öhdəmizə götürmədiyimiz xərclər və digər
maliyyətlər üçün məsuliyyət daşıyacaqsınız və razılaşmada tərəfimizdən qeyd olunmayan xərcləri
ödəməlisiniz. Belə xərclərə (bunlarla da məhdud deyildir), sənədlərin əsli və ya təsdiq edilmiş
57
nüsxələrinin alınması nəticəsində yaranan məsrəflər; sertifikatlar üçün tələblər; sənədlərin təqdim
edilməsi; məhkəmələrə və ya dövlət orqanlarına müraciət və şikayətlər; notarius və ya katib
xərcləri; tərcümələr; texniki hesabatlar; uzaq məsafəli və ya beynəlxalq zənglər; sənədlərin
göndərilməsi; səyahət xərcləri; hüquq məsləhətçilərinə və ya ekspertizalara ödənilən haqlar; və
şahidlərin ifadə vermə xərcləri daxildir. Firmamız bu kimi məsrəf və xərcləri qeyd edəcək və onlar
üçüç geri ödəniş tələb edəcəkdir.]
[VARİANT III: Yuxarıda göstərilənlərdən asılı olaraq (qeyd olunan müntəzəm ofis xərclərindən
başqa), xidmətlərimizin göstərilməsi zamanı yaranan, öhdəmizə götürmədiyimiz xərclər və digər
maliyyətlər üçün məsuliyyət daşıyacaqsınız və razılaşmada tərəfimizdən qeyd olunmayan xərcləri
ödəməlisiniz. Belə xərclərə (bunlarla da məhdud deyildir) sənədlərin əsli və ya təsdiq edilmiş
nüsxələrinin alınması nəticəsində yaranan məsrəflər; sertifikatlar üçün tələblər; məhkəmələrə və ya
dövlət orqanlarına sənədlərin, sorğuların və şikayətlərin təqdim edilməsi; notarius və ya katib
xərcləri; tərcümələr; texniki hesabatlar; uzaq məsafəli və ya beynəlxalq zənglər; sənədlərin
göndərilməsi; səyahət xərcləri; hüquq məsləhətçilərinə və ya uzman şahidlərə ödənilən haqlar; və
şahidlərin ifadə vermə xərcləri daxildir. Yuxarıda göstərilən hər hansı xərcləri və xərcləri ödəmədən
əvvəl, bilinsə və ya məlum olduqda bizə lazımi miqdarı artırmaq üçün vaxtında məlumat
veriləcəkdir.]
Yuxarıda göstərilən hər hansı məsrəf və xərclər tərəfimizdən ödənilmədən öncə (miqdarı məlum
olduqda, yaxud olan kimi), sizə tələb olunan məbləği bizə geri ödəməli olduğunuz barədə vaxtında
məlumat veriləcək. Biz , hüquq və etika qaydalarının tələblərinə uyğun olaraq, istənilən vaxt
hüquqlarınızın düzgün şəkildə, o cümlədən kifayət qədər qorunması üçün lazım olan bütün
müvafiq tədbirləri alaraq tərəfimizdən göstərilən xidmətləri xitamlamaq hüququmuzu qoruyuruq
(haqqına sahibik). Bu halda, xidmətlərin dayandırılması barədə sizi məktubla xəbərdar edəcəyik.
Məsələnin həlli prosesində işə razılaşdırılmışlardan fərqli olaraq, başqa tərəflərin və ya hüquqi
məsələlərin əlavə olunması tərəfimizdən verilən xidmətlərin ləğv edilməsinə səbəb ola bilər.
Siz, (i) xidmətlərin düzgün təmin edilməsi üçün zəruri olan hər şeydə əməkdaşlıq etməyə; (ii)
telefon nömrənizdə, e-poçtunuzda və ya ünvanınızdakı hər hansı bir dəyişiklik barədə vaxtında
məlumat verməyə (və varsa, əlaqələndirici şəxsin adını və / və ya telefon nömrəsini, e-poçtunu və
ünvanını); (iii) müvafiq olaraq, bu məktubda da göstərildiyi kimi çəkilmiş xərc və məsrəfləri
ödəməyə və ya sonradan qarşılamağa; (iv) məsələyə yeni tərəf, yaxud hüquqi xidmətin əlavə
edilməsinin hər zaman umumi gedişata uygunlaşdırılmasının vacibliyini nəzərə alaraq hər hansı
yeni irəliləyiş və ya dəyişikliklər baş verdiyi hallarda bu barədə firmanı vaxtında xəbərdar etməyə;
(v) məsələni öyrənmək və / və ya müzakirə etmək üçün müntəzəm olaraq bizimlə əlaqə
saxlamaga; və (vi) ləğv etmək, yaxud xidmətlərimizi dəyişdirmək və ya əlavə etmək istədiyiniz
(təmin etməyə razılaşdığımız) təqdirdə yazılı olaraq bizə məlumat verməyə, razısınız.
[Şərh edin, firmanın Ödənişli Müştəri məktubuna əsaslanan - hazırkı razılaşmada qeyd olunan
hüquqi xidmətlərlə birbaşa əlaqəsi olmamaq şərtiylə müştəri üçün əlverişsiz olan, gələcəkdəki
bütün nümayəndəliklərdən imtina etmək də daxil olmaqla - firmanın təmsil etdiyi digər
nümayəndəliklərlə bağlı münaqişələri (varsa).]
58
[Şərh edin, firmanın ödənişli Müştəri Öhdəlik Məktubuna əsaslanan, müqavilə başa çatdıqdan
sonra ənənəvi və ya elektron formada olmasıdan asılı olmayaraq əldə olunan materiallarla nə
ediləcəyi ilə bağlı fikirlərinizi.]
Bu məktubun məzmunu və xüsusilə məsələ ilə əlaqəli xidmətlərin həcmi, xüsusiyyətləri və şərtləri
ilə razılaşarsınızsa, onu mümkün qədər tez imzalayıb bir surətini bizə qaytarın.
Hörmətlə,
[Hüquq firmasının adı]
Mən, bu məktubun şərtlərini və __________________ qəbul edirəm _____________________
[Əgər varsa, müvafiq olaraq təşkilati müştərinin adını əlavə edin]
[Təşkilati müştəri olduğu təqdirdə, əlavə edin: tərəfindən:]
Adı: __________________________
[Təşkilati müştəri olduğu təqdirdə təşkilatda tutduğu vəzifəni əlavə edin]
İmza: ___________________
59
ƏLAVƏ 3
PRO BONO İŞİNİN HESABAT (RAPORT) FORMASI
(Ənənəvi usulla və elektron sənəd şəklində göndəriləcəyi təqdirdə uyğunlaşdırılmalıdır)
Pro Bono İşinin Hesabatı
[Tarix]
Pro Bono Müştərisi / İşin Kodu:
____________________________________________________________________________
Pro Bono Müştərisi / İşin Adı:
____________________________________________________________________________
Məsul Vəkilin adı:____________________________________________________
Partnyor-Nəzarətçinin adı:_________________________________________________
Bu hesabatın bir surətiniı mümkün olduğu qədər qısa müddətdə Pro Bono Koordinatoruna
[Sədrinə] [Komitəsinə], digər surətini də Partner-Nəzarətçiyə göndərdiyiniz təqdirdə çox məmnun
olarıq.
1. Məsələnin Pro Bono Koordinatoruna [Sədr] [Komitə] məlum olan ən son vəziyyəti (məlumatın
tarixi və qaynağı formanı yazmadan əvvəl daxil edilir):
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
2. Məsələnin hazırki vəziyyətini göstərin:
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
3. Mövzu ilə bağlı probleminiz və ya narahatlığınız olub-olmadığını göstərin (və əgər varsa, xahiş
edirik ətraflı məlumat verin):
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
60
4. Son güncəlləmə tarixindən öncə yaxud qəbul tarixindən etibarən (əgər bu ilk yeniləmədirsə) Pro
Bono məsələsində görülən işləri və edilən irəliləyişləri (yaxud olmadığını) göstərin:
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
5. Hansı növbəti addımları yaxud səyləri göstərməyi planladığınızı, və ya əks halda nələr ola
biləcəyini gözlədiyinizi göstərin:
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
6. Pro Bono müştərisi ilə əlaqə qurulduğunuz ən son tarixi göstərin:
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
7. Əlavə olaraq Pro Bono işinə bir və ya bir neçə tərəf və ya hüquqi məsələnin daxil edilib-
edilmədiyini, yaxud edilə biləcəyini məntiqi olaraq gözləyib-gözləmədiyinizi, bu səbəblə prosesi
davam etməyə icazəni təmin edə bilmək üçün, münaqişələrin yoxlanılıb-yoxlanılmadığını və / və ya
digər tədbirlərin görülüb-görülmədiyini təfərrüatı ilə göstərin:
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
8. Əlavə hüquqi yardım üçün müştərinin soruşduğu, o cümlədən soruşacağını təxmin etdikləriniz
də daxil olmaqla bütün əlavə və ya müvafiq şərhləri göstərin:
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
___________________
Məsul Vəkil
61
ƏLAVƏ 4
PRO BONO XİDMƏTLƏRİNİN XİTAM MƏKTUBU
Pro Bono xidmətlərinin xitam məktubu
[Tarix]
[Müştərinin adı]
[Varsa, müştəri adından firma ilə təmas quran şəxsin adı və müştəriylə onun münasibət dərəcəsi]
[Müşterinin, və ya varsa müştəri adından firma ilə təmas quran şəxsin adresi]
Yönl.: Pro Bono nümayəndəliyi [İşin adı]
Hörmətli [müştəri və ya müştəri adından firma ilə təmas quran şəxsin adı]:
[Variant I: Bu məktub [işin qısa təsviri və nəticəsi] yuxarıda göstərilən səbəblərdən hüquqi
xidmətlərimizin dayandırılması və nəticədə işə xitam verilməsi üçün tərəfimizdən sizə ünvanlanan
məlumat məktubudur.]
[Variant II: Bu məktub vasitəsilə, Pro Bono Öhdəlik məktubuna [tarix və surətini əlavə erməklə]
uyğun olaraq bildiririk ki, göstərilən vaxtdan etibarən, yuxarıda göstərilən işlə əlaqədar [Lazım
olduqda səbəbi (ləri) göstərin] hüquqi xidmətlərimizi ləğv etməyə qərar verdik.]
Sizi təmsil edə bildiyimizdən məmnunuq. Gələcəkdə hər hansı digər məsələdə hüquqi
nümayəndəliyə ehtiyacınız olarsa, sizi təmsil etmə ehtimalını müzakirə etmək üçün [əgər xitam
müştərinin laqeyd yaxud digər məsuliyyətsiz və ya əxlaqsız davranışları səbəbindən baş
verməybsə] bizimlə [varsa, yönləndirən qrupla], əlaqə saxlamaqdan lütfən çəkinməyin.
[Öhdəlik məktubundakı razilaşmaya əsaslanaraq əməkdaşliq ləgv edildikdən sonra mövcud Pro
Bono İşi ilə bağlı (ənənəvi və ya electron formadakı) materialların məhv edilməsi yaxud istifadə
olunub-olunmaması ilə əlaqədar fikrinizi ifadə edin.]
Bu məktuba dair hər hansı sorğu-suallarınız varsa, bizə müraciət etməkdən çəkinməyin.
Gələcəkdə sizə hər şeyin ən yaxşısının nəsib olması diləkləriylə.
Böyük səmimiyyətlə sizin,
[Hüquq firmasının adı]
62
ƏLAVƏ 5
PRO BONO QİYMƏTLƏNDİRMƏ FORMASI
Vəkilin PRO BONO qiymətləndirməsi
Tarix: ____________
Qiymətləndirən Vəkil: _________________
Qiymətləndirilən Vəkil: ____________________
İşin adı: ____________________________________ Kodu: _________________________
[Aşağıdakılar sadəcə bir xatırlatmadır: Burada da bəzi hallarda müvafiq minimal dəyişikliklər
edilmədiyi təqdirdə ödənişli bir iş halında istifadə edilən eyni formatdan istifadə edilməlidir]
1. Aşağıdakı qiymətləndirmə sahələrinin hər biri üçün qiymətləndirilən vəkil haqqında fikrinizi əks
etdirən 1-dən 10-a qədər qiymət verin:
Sənədlərin hazırlanması: ___________
Sənədlərin təqdimatı: ___________
Təfərrüatlara diqqət: ___________
Araşdırma qabiliyyəti: ___________
Təlimatları yerinə yetirmək bacarığı: ___________
Təşəbbüskarlıq: ___________
Tənqidi Düşüncə: ___________
Tənqidləri qəbul etmək bacarığı: ___________
Həmkarları ilə əlaqələr: ___________
Çoxşaxəli tapşırıqları prioritetləşdirmək və idarə etmək bacarığı: ___________
Sənədlərin vaxtında çatdırılması: ___________
Peşəkarlıq: ___________
Pro Bono Müştərisi ilə münasibəti olmaq: ___________
Pro Bono Müştərisi ilə müntəzəm əlaqə: ___________
2. Qiymətləndirilən vəkilin güclü tərəflərinin təsviri:
______________________________________________________________________________
______________________________________________________________________________
63
3. Qiymətləndirilən vəkilin zəif cəhətlərinin təsviri:
______________________________________________________________________________
______________________________________________________________________________
4. Əlavə Şərhlər:
______________________________________________________________________________
______________________________________________________________________________
5. Qiymətləndirilən vəkillə onun gördüyü vəkil işi haqqındakı fikirlərinizin mahiyyətini
paylaşdınızmı?
___________________
6. Əgər paylaşmadınızsa, mütləq surətdə paylaşmağınız təklif edilir.
64
ƏLAVƏ B
PRO BONO ANKET FORMASI
65
PRO BONO ANKETI
Adı: ________________________________________________________
Maraq dairəsi: ________________________ Əlavə olaraq: _______________________
Pro Bono işi üçün mənim maraq sahələrim (mücərrəd olaraq) aşağıdakılardır (şərtlərə əsasən mən
əlavə məsələlərdə maraqlı ola bilərəm):
___ İnzibati Dinləmələr
___ Konstitusiya Qanunu
___ Cinayət Məsələləri (Ölüm Cəzası Daxil)
___ Ətraf Mühitin Mühafizəsi
___ Insan Haqları
___ Ev sahibi / Kirayəçi
___ Apellyasiya Məhkəməsində Dava pros.
___ Əmlak Hüquqları
___ Vergilər Qanunu
___ Qadın Haqları
___ Mülki Hüquqlar
___ İstehlakçı Hüquqları
___ Ailə-İçi Zorakılıq
___ Məişət Problemləri
___ Immiqrasiya / Sığınacaq
___ İlkin Məhkəmədə Dava prosesi
___ Qeyri-Kommersiya Təşkilatları
___ Kiçik müəssıisələr
___ Vəsiyyət və Həyat Planlaması
___ İşçi Haqları
Lütfən, yuxarıda sadalanan maraq sahələrinin altına,- qeyri-kommersiya təşkilatlarında xüsusi iş
növləri, ailə hüququun xüsusi növləri, məhkəmə dinləmələrinin xüsusi növləri kimi maraqları
(məsələn, işsizlik, əlillik və ya mənzil təminatı ilə bağlı ictimai dinləmələr) da ətraflı şəkildə əlavə
edin:
______________________________________________________________________________
_____________________________________________________________________________
Pro Bono imkanlarından xəbərdar olmaq istərdim (yuxarıda qeyd etdiyim sahələrdə):
Bəli___ Xeyir_____
(Kontekstdən asılı olaraq mənə maraqlı ola bilən başqa məsələlər üzrə): Bəli___ Xeyir_____
İndi və ya yaxın gələcəkdə bir və ya daha çox Pro Bono məsələlərində işləmək üçün uyğunam:
Bəli___ Xeyir_____
Pro Bono məsələrində mentorluq və nəzarətçilik işi ilə maraqlanıram: Bəli___ Xeyir_____
Əgər belədirsə, maraqlandığınız sahələri göstərin:
________________________________________________________
66
ƏLAVƏ C
SEÇİLMIŞ BEYNƏLXALQ, REGİONAL VƏ MİLLİ PRO BONO SƏNƏDLƏRİ
67
Beynəlxalq Vəkillər Kollegiyasının Bəyannaməsi (IBA)7
IBA Şurası tərəfindən oktyabr 2008-ci ildə təsdiq edilmişdir
Beynəlxalq Vəkillər Kollegiyası - vəkillərin qlobal səsi:
a) Daha yaxşı, daha ədalətli dünya arzusundan ilhamlanaraq;
b) Hüquq peşəsinin bu arzunuya nail olmaq üçün vacib rolunu təsdiq edərək;
c) Ədalətə çatmağın azadlıq, dürüstluk, ləyaqət, irəliləyiş, inkişaf və qanunun aliliyi üçün vacibliyini
qəbul edərək;
d) Mövcud ədalətin qarşısında duran maneələrin qırılaraq, sökülərək aradan qaldırılmasının ən
yüksək prioritet məsələsi olduğunu təbliğ edərəki;
e) Məhkəmələrə çatım imkanı, hüquqi nümayəndəlik və məsləhətlərə ehtiyacı olan hər kəsə,
xüsusilə yoxsul, imtiyazsız və marginallaşmış əhali grupuna lazim olan hüquqi dəstəyin
verilmədiyini qınayaraq;
f) Bütün şəxslər üçün ədalətə çatımın bir insan hüququ, olduğunu xatırladaraq və BMT-nin İnsan
Haqları Bəyannaməsinin 10-cu maddəsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq
Konvensiyanın 14-cü maddəsinin (3) (d) bəndi, digər əsas beynəlxalq, regional və milli sənədlər,
həmçinin, 1996-cı ildə bu şuranın(İBA) qəbul etdiyi hüquqi yardım haqqında qətnamədə
vurğulandığı kimi - hökumətlərin insan haqlarını həyata keçirmək və müdafiə etmək üçün əsas
məsuliyyət daşıdığına əsaslanaraq;
g) Hökumətləri təkidlə yoxsulların, imkansızların və cəmiyyətin marginallaşmış təbəqəsinin kritik
hüquqi ehtiyaclarını təmin etmək üçün kifayət qədər vəsait ayırmağa, Pro Bono hüquqi yardımını
dövlət tərəfindən maliyyələşdirilən hüquqi yardımın azaldılması üçün bəhanə kimi istifadə
etməməyə çağıraraq;
h) Hökumət və məhkəmə orqanlarına etibarın azalması ədalətə catımsızlıq və ya ədalətin
qarşısındakı maneələrdən irəli gəldiyini anlayaraq;
i) Hüquq peşəsi baxımından ödənişsiz Pro Bono xidmətinin verilməsinin çox vacib ictimai və
professional maraq daşıdığını və kasıbların, imtiyazsız və marginallaşmış əhali təbəqəsinin hüquqi
ehtiyaclarını ödəməyə və ictimaiyyətin dövlət və məhkəmə orqanlarina qarşı güvənini bərpa
etməyə kömək etdiyini hesab edərək;
j) Hüquq peşəsinin ədalətin bərgərar olunması yolunda unikal və imtiyazlı mövqe tutduğunu,- bu
səbəbdən də dövlət, məhkəmə, hüquq məktəbləri və hüquqi xidmət təşkilatlarl ilə birgə Pro Bono
xidmət göstərmək vəzifəsi və imkanı olduğunu dərk edərək;
k) Ədalət mühakiməsinə çatımı yaxşılaşdırmaq və səmərəli hüquqi xidmət göstərmək üçün Vəkil
Kollegiyaları, xüsusi və ictimai hüquq firmaları, hüquq məktəbləri, quruluş fondları, və digər qeyri-
7 http://www.ibanet.org/Document/Default.aspx?DocumentUid=C4B06FD6-A807-44D4-A98AC73B464589C6.
68
hökumət təşkilatları arasında mövcud olan əməkdaşlıq daxil olmaqla, mövcud ənənələrin və yeni
təşəbbüslərin dəyərini qeyd edərək;
l) "Pro Bono(Publico)" kəliməsinin "ictimai xeyir üçün" icra edilən işlərə və ya hərəkətlərə aid olan
latın sözcündən ibarət olduğuna diqqət çəkərək;
m) Pro Bono işi vasitəsilə ədalət mühakiməsinə çatım və hüquq peşəsinin sosyal xidmətə olan
sadiqliyini gücləndirmək üçün müəyyən qədər səy göstərməyin vacibliyinə inanaraq;
n) Yenilikçi Pro Bono standartları və təcrübələri üçün motivasiyanın xalqların hüquqi sistemləri və
ənənələri arasında yaranan müxtəliflikdən əldə edilə biləcəyini nəzərə alaraq;
o) Bu sahədəki qiymətli bəyannamələrin milli və regional səviyyədə, xüsusilə də Amerika üçün Pro
Bono Bəyannaməsını əks etdirərək və belə bəyanatların daha çox qəbul və tətbiq olunmasını
təşviq edərək;
Bildirir və qərara alırıq:
Şura hüquq firmalarını və vəkil kollegiyalaı hüquqşünaslarını, ödənişli müştərilərə göstərdikləri ilə eyni keyfiyyətdə, lakin ödənişsiz yaxud qarşlıq gözləmədən əsasən cəmiyyətin kasıb, imtiyazsız və ya marjinal əhali grupuna yaxud onlara kömək edən təşkilatlara Pro Bono hüquqi xidməti göstərməyə çağırır. Pro Bono hüquqi xidmət dairəsi aşağıdakıları əhatə edə bilər: başqa yolla heç cür öz hüquqlarını müdafiə və ya təsdiq edə bilməyən və ya ədalət nəmühakiməsi çatım əldə edə bilməyən şəxslər, icmalar və ya təşkilatlara aid məsləhətlər; ədalətin idarə olunmasına, təşkilinə və ya gücləndirilməsinə dəstək verən fəaliyyətlər; başqa hallarda şəmərəli hüquqi məsləhət və ya nümayəndəlik əldə edə bilməyənərə dəstək; ictimai maraqlara xidmət edən vəkil kollegiyaları və vətəndaş, mədəniyyət, təhsil və digər qeyri-hökumət təşkilatlarına göstərilən köməkliklər; ictimaiyyətin qanunvericilik, məhkəmə və seçki sistemlərinə olan etibarının təhlükə altında ola biləcəyi sahələrdə qanunvericiliyin hazırlanmasına yardım göstərmək və ya məhkəmə dinləmələrində,seçki monitorinqlərində və oxşar proseslərdə iştirak etmək;mentorluq, layihə rəhbərliyi və informasiya qaynaqlarının mübadiləsi yoluyla, həmçinin, qanunun aliliyinin qorunması üçün digər oxşar tədbirlər yoluyla hüquqi təlim və dəstək təmin etmək; Hüquq peşəsi özünün ayrılmaz bir hissəsi kimi Pro Bono hüquqi xidmətinə sadiqliyini bir daha təsdiqləyir və hüquqşünaslar və hüquq firmalarına hər il vaxtının və ya resurslarının bir hissəsini Pro Bono xidmət verən vəkillərə ayırmaq tövsiyyə olunur. Müvəqqəti hüquqi xidmət hər il ardıcıl olaraq hüquqi yardımın məhdudlaşdırıldığı, milli və beynəlxalq səviyyədə olan hər cür cinayət, mülki və inzibati məsələlərdə təmin edilməlidir. Hüquqşünaslar üçün akademik və ya təcrübə proqramlarının bir hissəsini Pro Bono imkanları ilə təmin etməklə, davamlı hüquqi təhsil alan və ya bu sahədə işləyən vəkillərə kredit verərək Pro Bono hüquqi xidmətin əhəmiyyəti və təcrübəsi hüquqi təhsil və təcrübədə vurğulanmalı və təşviq edilməlidir. Vəkillər, hakimlər, hüquqşünaslar, vəkillər kollegiyası , hökumət və qeyri-hökumət təşkilatları və digər maraqlı şəxslər həm ölkə daxilində, həm də ölkələrinin sərhədlərindən kənarda hüquqi xidmət göstərilməsinə təşviq ediməli və ədalət mühakiməsinə çatım prosesinin Pro Bono sayəsində nə dərəcədə asanlaşdığını məsləkdaşlarının və ictimaiyyətin nəzərinə catdırmaq və onların qarşısında hesabat vermək üçün mümkün olan bütün tədbirləri həyata keçirilməlidirlər.
69
Hüquqşünaslar, hüquq firmaları, vəkil kollegiyaları və digər təşkilatlara qeyri-kommersiya və ya kommersiya məqsədli sahələrdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, xüsusi Pro Bono siyasətlərini və proqramlarını inkişaf etdirmək və ya təkmilləşdirmək məqsədlə lazım olan şərtlər və stimullar yaratmaq, bu xüsusda dəyərləndirmələr və mükafatlandırılmalar aparmaq, eyni zamanda Pro Bono işinin korporativ sosial ilə yaxından əlaqəsi olduğu üçün bu sahədə hüquqi təhsilin təmin və ya davam etdirilməsi ciddi şəkildə tövsiyyə edilir. Şura hökumətləri öz ölkələrində hüquqi Pro Bono səylərinin təşviq edilməsi və dəstəklənməsinə, və hər hansı bir şəkildə bu xidmətin qarşısını almaqdan imtina etməyə çağırır. Bundan əlavə, hökumətlər Pro Bono hüquqi xidmətinə vergiyə cəlb edilməmək kimi tədbirlər vasitəsilə yardım və təşviq etməli, və bu xidmətin vergiyə cəlb olunduğu yerlərdə vergilər ləğv edilməlidir. İBA artıq özünün peşəkar fəaliyyətinin bir hissəsini Pro Bono hüquqi xidmətinə həsr etmiş və ya hədiyyə etmiş bir çox hüquqşünas və hüquq firmalarına bu səylərinə görə minnətdarlığını ifadə edir. İBA vəkilləri, hakimləri, hüquq firmalarını, vəkil kollegiyalarını, hüquq məktəblərini, hökumət və qeyri-hökumət təşkilatlarını Pro Bono hüquqi xidmətində fəal şəkildə iştirak etmək üçün həvəsləndirməyə çalışır, onları bu mövzuda İBA tərəfindən hazırlanmış informasiya resurslarından, xüsusilə də www.internationalprobono.com, www.ibaprobono.com və www.roldirectory.org internet saytlarının məzmunundan istifadə etməyə və bu işə öz tövhələrini verməyə dəvət edir. Vəkillər, hakimlər, hüquq firmaları, vəkil kollegiyaları, hökumət və qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı digər şəxslər, xüsusilə ədalət mühakiməsi konfransları təşkil etmək, iştirak etmək, dəstəkləmək, və inkişaf etdirməyə dəvət edilir. Pro Bono hüquqi xidmətinin işlənib hazırlanması və həyata keçirilməsi təkmilləşdirilə bilər,- belə olduğu halda, hüquqi xidmətlə məşğul olanlar müvafiq təcrübə qazanmaq üçün həm tədarük və həm də xidmət üçün tələb olunan geniş resurs ehtiyatlarına malik olacaqlar. İBA tərəfindən verilmiş bu bəyannamə Pro Bono mədəniyyəti qurmaq və ya təşviq etmək, Pro Bono hüquqi xidmətin mənasını və əhəmiyyətini vurğulmaq, ən yaxşı Pro Bono təcrübələrini, arzu olunan vaxt və resursların sərhədlərini müəyyənləşdirmək və uzlaşdırmaq, konsensusu dərinləşdirmək və bu sahədə inkişafı irəlilətmək məqsədiylə geniş təlim kampaniyası və çoxillik məsləhətləşmə prosesini başladır. Bu sahədə işlərini davam etdirmək və genişləndirmək, bu bəyannamənin tətbiqinə nəzarət etmək və hesabat vermək Detroydun The Pro Bono/Access to Justice (Pro Bono/Ədliyyə Komitəsi) komitəsinə həvalə olunur.
70
Şimali və Cənubi Amerika üçün Pro Bono Bəyannaməsi8
Ədalət mühakiməsinə və hüquqi nümayəndəliyə çatım demokratik cəmiyyətlər üçün vacibdirsə;
Hökumət və hüquqi xidmət təşkilatlarının resursları yoxsul və aztəminatlı şəxslərin və icmaların
kritik hüquqi ehtiyaclarını təmin etmək üçün kifayət deyil və çox vaxt bu ehtiyaclara cavab
vermirsə;
Nəticə etibarilə, cəmiyyətin bütün üzvləri (kifayət dərəcədə) ədalətə və ya səmərəli hüquqi
nümayəndəliyə malik olmur və bu, xüsusilə yoxsul və aztəminatlı əhali grupu üçün belədirsə;
Ədalətə və hüquqi nümayəndəliyə çatımın yetərsizliyi hökumət və məhkəmə qurumlarına və
demokratiyaya ictimai inamı azaldırsa;
Ədalətin bərpası məsələlərində hüquq peşəsinin üstün rolu və unikal yeri vardır, bu səbəbdən də
adil və tərəfsiz bir hüquq sistemi inkişaf etdirmək üçün vəzifə, vasitə və fürsəti vardır və bu peşə
dövlət, məhkəmə və hüquqi xidmət təşkilatları ilə əməkdaşlıqda insan haqları və konstitusiya
hüquqlarına hörmət edirsə;
Şimali və Cənubi Amerika hüdudlarında və bir sıra ölkələrdə bu sahədə vəkil kollegiyaları,
hüquqşünaslar, özəl və ictimai maraqları təmsil edən hüquq firmaları, hüquq məktəbləri, fondlar,
hökumət və qeyri-hökumət təşkilatları arasındakı əməkdaşlıq daxil olmaqla zəruri və
qarşılanmamış ehtiyacları ödəmək üçün keçmişdən qalma ənənələr mövcuddursa və yeni
addımlar atılırsa;
Şimali və Cənubi Amerika hüdudları boyunca ədalət mühakiməsinə çatım naminə Pro Bono işində
səyləri birləşdirərək hüquqi peşədə demokratiya və ictimai xidmətə bağlı öhdəliklərini
gücləndirəcəksə;
BİZ, aşağıda imzası olanlar, Pro Bono işi ilə bağlə öhdəliklərimizi təntənəli sürətdə bəyan edərək
bildirirk:
Hüquq peşəsinə yiyələnən hər kəs Pro Bono hüquqi xidmət göstərmək üçün məsuliyyət daşıyır. Bu
məsuliyyət, həmin peşənin cəmiyyətdəki rolu və məqsədindən və adil və tərəfsiz bir hüquq
sisteminə olmaq naminə gizli öhdəliklərindən qaynaqlanır. “Pro Bono” sözü Latın dilində "Pro Bono
publico" ifadəsindən götürülüb, bu da "ictimai xeyir üçün" həyata keçirilən mənasına gəlir.
Bu Bəyannamənin məqsədlərinə görə Pro Bono hüquqi xidmətləri ödənişsiz yaxud qarşılıq
gözləmədən əsaslı olaraq kasıb və ya aztəminatlı şəxslərə, yaxud icmalara və ya onlara kömək
edən təşkilatlara fayda verə biləcək. Onların xidmət dairəsinə ictimai maraq kəsb edən
8 Mənbə: https://www.vancecenter.org/images/stories/vancecenter/english.pdf
71
məsəslələrdə başqa yolla səmərəli hüquqi təmsilçilik əldə edə bilməyən fiziki şəxslər, icmalar və ya
təşkilatlar da daxildir.
Bundan əlavə, Pro Bono hüquqi xidmətlərindən ictimai maraqlara xidmət edən, başqa yolla
səmərəli təmsilçilik əldə edə bilməyən vətəndaş, mədəniyyət və təhsil müəssıisələri yararlana bilər.
Hüquqi Pro Bono xidmətlərinin səviyyəsi müştərilərə göstəriən ödənişli xidmət zamanı tətbiq
olunan etik normalar və standartları eyni keyfiyyətdə təqdim edilməlidir.
Pro Bono hüquqi xidmətlərin səmərəli şəkildə təhvili, hüquqşünaslıq sahəsində fərqli subyektlərin,
o cümlədən vəkil kollegiyaları, fərdi və ictimai maraqlara xidmət edən hüquq firmalarının, hüquq
məktəblərinin, fondların, hökumət a və qeyri-hökumət təşkilatlarının əməkdaşlığını tələb edir.
Biz, aşağıda imzası olanlar, hər birimiz hüquqi peşə içindəki rollarımıza uyğun olaraq, aşağıdakıları
öhdəmizə götürürük:
Kasıb və ya aztəminatlı şəxslər və icmalar üçün səmərəli hüquqi təmsilçiliyin təkmilləşdirilməsi
üçün hərəkətə keçmək;
Ədalətə çatımı, bu cür imkanlardan məhrum olan insanlar və icmalara hüquqi xidmətləri geniş
yaymaq və səmərəli istifadə imkanlarını genişləndirmək;
Hər il fərdi hüquqşünas başına 20 saatdan çox və ya üç gündən çox, yaxud hüquq firmaları,
təşkilatlar və ya digər hüquqşünas qrupları halında, ildə bir hüquqşünas başına ortalama 20
saatdan çox Pro Bono xidməti təqdim etmək;
(Bu öhdəlik bu bəyannamə təsdiqləndikdən sonra üç il ərzində yerinə yetirilməlidir.) Hüquq təhsili
sahəsində əhəmiyyətini və praktikasını vurğulayaraq, Pro Bono hüquqi xidmətlərin göstərilməsi və
genişləndirilməsinə dair peşə öhdəliklərini gücləndirmək;
Ictimai maraqlar sahəsində hüquqi xidmətlərin göstərilməsinə həsr olunmuş qeyri-hökumət
təşkilatlarının yaradılması, inkişafı və fəaliyyətini dəstəkləmək; və
Pro Bono xidmətini hüquqşünasın etik standartlar və vəzifə borclarının bir hissəsi olaraq, peşə
imkanları çərçivəsində tanıtmaq və təşviq etmək.
Bu bəyannamə hər hansı bir yurisdiksiyada, firma və qurumda mövcud qanunvericiliyin,
qətnamənin və etik kodun dəyişdirilməsinə və ya əvəz edilməsinə yönəldilməyib, bu, Pro Bono
hüquqi xidmətlərin təmin edilməsi üçün əlverişlidir.
Bu Bəyannamə 1 yanvar 2008-ci ildən qüvvəyə minir.
72
Çexiya: Pro Bono Bəyannaməsi9
Biz, Çex hüquqşünaslığının aşağıda imzası olan üzvləri, insan haqları və ictimai maraqların
qorunması üçün məsuliyyət payımızı daşımaq və bu sahələrdə vəkillərin könüllü işi ənənəsini
davam etdirmək üçün təntənəli surətdə niyyətimizi bəyan edirik.
Cəmiyyətimiz həm iqtisadi, həm də sosial cəhətdən sürətlə inkişaf edir. Qanun bu inkişaf zamanı
mühüm rol oynayır. Biz əminik ki, hamı üçün ixtisaslı hüquqi yardımın mümkünlüyünə ən geniş
imkan verilməsi hüququn üstünlüyünə əsaslanan müasir dövlətin tapşırığıdır.
Bu bəyannaməni imzalamaqla, Avropalı Vəkillər üçün Davranış Kodeksində ifadə olunan
"Qanunun aliliyinə hörmət göstərən bir cəmiyyətdə hüquqşünas xüsusi rol oynayır” ideyasını
dəstəkləyirik.10 Biz hüquqşünaslıq peşəsinin həyata keçirilməsi azadlığı haqqında
“Recomendations(2000) 21” Tövsiyəsi üzərində qurulmuşuq, bu da iqtisadi cəhətdən zəif mövqedə
olan şəxslərin ədalətə çatımı, onlara xüsusilə də hüquqi yardım və məsləhət verilməsini təşviq
edir.11
Buna görə də, biz Pro Bono hüquqi xidmətlərinin təmin edilməsinin inkişafını dəstəkləyirik.
Vəkillərin, imtiyazsız şəxslərə, qruplara və bu sahə ilə əlaqadar olanlara pulsuz hüquqi xidmət
göstərilməsinə imkan verdikləri qədər, öz imkanlarının bir hissəsini könüllü olaraq Pro Bonoya həsr
etmələri də vacibdir.
Bu kontekstdə dövlətin hüquqi yardıma çatım imkanlarının təmin olunmasında əvəzedilməz rolunu
qeyd etmək lazımdır. Biz bununla vurğulayırıq ki, Pro Bono konsepsiyasının inkişafı dövlətin bu
sahədəki öz məsuliyyətini aradan qaldırmamalıdır.
Bütün bunları bilərək, biz yalnız ictimai və sosial məsələlərə olan maraqlarımızı ifadə etmək üçün
deyil, həm də hüquq peşəsi çərçivəsində etik davranışları təşviq etmək üçün Pro Bono ideyasının
inkişafını dəstəkləmək istəyirik.Nüfuzlu bir professional qrup olaraq, biz də vətəndaş cəmiyyətinin
inkişafına öz tövhəmizi vermək istəyirik.
Məqsədimiz - insan haqlarının qorunması da daxil olmaqla, ictimai maraqların müdafiəsinə yardım
edən qurumlar və fərdlərin mümkün qədər geniş şəkildə dəstəklənməsidir. Bu sahələrdə qeyri-
9 Pro Bono Bəyannaməsi “Pro Bono Alliance” tərəfindən hazırlanmışdır. (www.probonoaliance.cz,
www.probonocentrum.cz). Bəyannamə Pragada rəsmi kliring evində imzalanmaq üçün açılmışdır, 25.06. 2008. Mənbə:
http://www.probonocentrum.cz/english/pro-bono-declaration.
10 Avropa Birliyində hüquqşünaslar üçün Preambula(Öz söz), Davranış Kodeksi, CCBE Ümumi Yığıncağında qəbul
edilən, 1988-ci il oktyabr ayının sonlarında və 28 noyabr 1998 və 6 dekabr 2002-ci il tarixlərində CCBE Plenar
Sessiyaları zamanı düzəlişlər edilmişdir.
11 Nazirlər Komitəsinin üzv ölkələrə hüquqşünaslıq peşəsinin həyata keçirilməsi azadlığı haqqında Tövsiyəsi (2000) 21
(Nazirlər Komitəsi tərəfindən 25 oktyabr 2000-ci ildə qəbul edilmişdir).
73
hökumət, qeyri-kommersiya təşkilatlarının (NNOs) son dərəcə mühüm rol oynadığını xatırladırıq.
Hüquqşünaslar və NNOs arasında əməkdaşlıq təbii olaraq nəzərdən keçirilir və arzuediləndir.
Çex Respublikasındakı bütün vəkillərin vaxt və bacarığının əhəmiyyətli bir hissəsini Pro Bono işinə
ayırmaq qabiliyyətinə malik(imkanına sahib) olmadığını bilirik. Buna baxmayaraq, biz bu ölkədə
Pro Bono konsepsiyasının inkişafı üçün yetərli potensialın olduğuna inanırıq və bu inkişafa nail
olmaq üçün öz tövhələrimizi verməyə hazırıq.
74
Almaniya: Pro Bono Deutschland e.V. birliyi üzvlərinin Pro Bono haqqında açıqlaması12
Pro Bono Deutschland e.V. üzvləri Pro Bono işi üçün aşağıdakı tərifi hazırlamışlar:
„Pro Bono hüquq məsləhətləşməsi - hüquqi xidmət tələb olunan məsələlərdə (dövlətin) hüquqiı
hüquqi yardım sistemindən yararlana bilməyən qeyri-kommersiya təşkilatlarının, qeyri-hökumət
təşkilatlarının, quruluş fondlarının və aztəminatlı şəxslərin hüquqi məsləhət və
nümayəndəlilklərindən ibarət, yardım (yaxşı) məramlı pulsuz hüquqi xidmət, habelə qanunun
aliliyini və insan haqlarınınlarının üstünlüyünü təşviq etmək və yaymaq üçün bir öhdəlikdir. Pro
Bono hüquq məsləhətləşməsinin məqsədi bir hüquq firmasının mövcud peşəkar təcrübəsi və
resurslarını istifadə edərək ehtiyacı olanlara hüquqi yardım, əksər hallarda xeyriyyə dəstəyi təşkil
etmək və bununla da peşə fəaliyyətinin bir hissəsi kimi vətəndaş cəmiyyətinin inkişafını təmin
etdirməkdir. Qeyd etmək lazımdır ki, ödənişsiz Pro Bono hüquqi məsləhətləri, ödənişli hüquqi
xidmətlər kimi eyni peşəkar keyfiyyət standartlarına cavab verməlidirlər. Nəticə etibariylə, Pro Bono
hüquqi xidmətləri tamamən "marketinq" (bazar) mövcud olmadıqda və ya çox məhdud bir
"marketinq" mövcud olduğu hallarda verilir. Belə məsləhət xidmətlərini tələb edən tərəflər, əksər
hallarda iqtisadi vəziyyətinə və ya tabe olduqları qanunlara görə hüquqi məsləhətləşmə xərclərini
ödəyə bilmirlər yaxud öz vəsaitlərini “imtiyazlı” şəkildə istifadə etdiklərindən ondan xeyriyyə
məqsədləri üçün istifadə etmək istəmirlər.”
12
Almaniyada 2011-ci ildə yaradılan 30-dan çox hüquq firmasının birliyi: http://www.probono-deutschland.org. (e.V:
eingetragener Verein – qeydiyyatdan keçmiş).
75
Macarıstan: Macar hüquqşünaslarının ictimai faydanın inkişafında rolu (Pro Bono Publico)13
Bu bəyannaməni hazırlayarkən macar hüquq peşəsinın ictimai faydanı inkişaf etdirmək üçün uzun
və şərəfli yolunu irsini xatırlayırıq.
Biz son onilliklərdə siyasi sistemimizin dəyişməsi və iqtisadi dəyişikliklər nəticəsində yaranmış
hüquqi xidmətlərə olan tələbatın artması qanunverici təcrübəyə ciddi ağır yük qoyduğunu, bunun
da ictimai faydaya kifayət qədər diqqət yetirilməməsinə səbəb olduğunu etiraf edirik.
Buna görə, biz, bu sənədin altına imza atan macar vəkilləri, hüquqi xidmət haqqını başqa bir
şəkildə ödəyə bilməyən aztəminatlı fiziki şəxslərə və ölkəmizin xidmətində özlərini layiqli işlərə həsr
etmiş təşkilatlara pulsuz və ya çox ucuz ödəniş haqqıyla hüquqi xidmət göstərməklə, uzun illərdən
bəri davam etdirdiyimiz Pro Bono hüquqi xidməti prinsiplərimizə olan etik və peşə borcumuzu
yenidən təsdiqləməyə ehtiyac duyuruq.
Biz möhkəm inanırıq ki, bütün məsləkdaşlarımız ödənişli və ödənişsiz müştərilər üçün çalışdıqları
zaman verdikləri xidmətlər arasında uyğun bir balans tapa bilərlər, çünki macar cəmiyyətinin bütün
təbəqələrdən olan üzvlərinə hüquqi xidmət göstərilməsini təmin etmək bizim etik borcumuzdur.
Qeyd edək ki, biz Avropa Şurasının "hüquqşünaslar iqtisadi cəhətdən zəif mövqedə olan şəxslərə
hüquqi xidmət göstərmək üçün təşviq olunmalıdırlar" tövsiyəsi, həmçinin, onun "zəngin və
yoxsullar üçün ədalətə bərabər şəkildə nail olmaq qanun aliliyinin saxlanılması üçün vacibdir”,14
şəklindəki izahı ilə razıyıq. Bu səbəbdən hüquq və maraqları təhdid edilən, ehtiyacı olan hüquqi
xidmət haqqını ödəyə bilməyən şəxslər də daxil olmaqla, hər kəsə səmərəli hüquqi xidmət
göstərmək vacibdir. Bu xidmətləri təmin etmək və onların keyfiyyətinə zəmanət vermək borcu
hüquqi peşənin məsuliyyəti və onun müstəqilliyindən irəli gəlir. Ancaq dövlət (və bütövlükdə
cəmiyyət) hüquqi peşəyə vəzifəsini icra edə bilməsi üçün kömək etməkdə məsuldur.15
Bu bəyannaməyə qoşulmaqla biz, Avropa İttifaqının Hüquqşünaslar üçün Davranış
Məcəlləsinin(Kodeksinin) - "Qanunun aliliyinə (Hüququn üstünlüyünə) hörmətlə yanaşan bir
cəmiyyətdə hüquqşünasın xüsusi rolu var" ruhunu tanıyır və qəbul edirik.16
Biz, Macarıstandakı hər hüquqşünasın eyni dərəcədə Pro Bono işinə qoşulma imkanına malik
olmadığını bildiyimiz halda, bütün hüquqşünasları bizə qoşularaq Pro Bono xidmətinin yüklədiyi
məsuliyyəti paylaşma yollarını axtarmağa çağırırıq.
13
2006-cı ildə qəbul edilmişdir. 14
Avropa Şurasının V (2000) 21 saylı Tövsiyəsi, Vəkilin peşə azadlığı. 15
Avropa Şurasının Tövsiyəsi Rec (2000) 21, Açıklayıcı Memorandum
(http://cm.coe.int/ta/rec/2000/ExpRec(00)21.htm). 16
Avropa Birliyinin Vəkillər və Hüquq Cəmiyyətləri Şurası (CCBE) tərəfindən 1988-ci ildə qəbul edilmiş, 1998-ci ildə
düzəliş edilmişdir 2002. (http://www.ccbe.org/doc/En/code2002_en.pdf).
76
Nigeriya: Nigeriya Vəkillər Kollegiyasının üzvlərinin Pro Bono Bəyannaməsi17
Ədalətə və hüquqi nümayəndəliyə çatım demokratik cəmiyyətlər üçün vacibdirsə;
Hökumət və hüquqi xidmət təşkilatlarının resursları yoxsul və aztəminatlı şəxslərin və icmaların
kritik hüquqi ehtiyaclarını təmin etmək üçün kifayət deyil, çox vaxt bu tələblərə cavab vermirsə;
Nəticə etibarilə, cəmiyyətin bütün üzvləri, xüsusilə yoxsul və aztəminatlı şəxslər və icmalar ədalət
mühakiməsinə çatıma və ya səmərəli hüquqi nümayəndəliyə birmənalı şəkildə malik ola bilmirsə;
Ədalətə çatım və hüquqi nümayəndəliyin yetərsizliyi ictimaiyyətin dövlətə, məhkəmə qurumlarına
və demokratiyaya inamını qırırsa;
Hüquqi peşənin dövlət, məhkəmə və hüquqi xidmət qurumları ilə əməkdaşlıqda imtiyazlı rolu var;
buna səbəblə də ədalətli və tərəfsiz hüquqi sisteminin, insan haqları və konstitusiya hüquqlarına
təşviq və hörmət edilməsi üçün məhkəmə və hüquq xidmətləri ilə əməkdaşlıqda vəzifə, vasitə və
imkanları varsa;
Nigeriyada, insanıarın bu zəruri və qarşılanmamış hüquqi ehtiyaclarını ödəmək məqsədiylə Vəkil
kollegiyaları da daxil olmaqla, özəl və ictimai maraqlara xidmət edən hüquq firmaları, hüquq
məktəbləri, quruluş fondları, hökumət və qeyri-hökumət təşkilatları, arasında yeni əməkdaşlıq
səyləri davam edirsə;
NBA (Nigerya Vəkillər Kollegiyası) Nigeriyada ədalətə çatımı təşviq etmək məqsədi ilə, Pro Bono
işi ilə əlaqəli hüquqi peşədə demokratiya və ictimai xidmətə dair öhdəliklərini gücləndirəcək
hərəkətə rəhbərlik edirsə;
BİZ, aşağıda imzası olanlar, Pro Bono işi ilə bağlə öhdəliklərimizi təntənəli sürətdə bəyan edərək
bildirirk:
NBA-nın üzvləri Pro Bono hüquqi xidməti göstərmək üçün məsuliyyət daşıyır. Bu məsuliyyət,
hüquqi peşənin cəmiyyətdəki rolu və məqsədindən və ədalətli və tərəfsiz bir hüquq sisteminə olan
gizli öhdəliklərindən qaynaqlanır. Pro Bono, "ictimai fayda üçün" həyata keçirilən hərəkətlər
mənasını verən latın sözüdən ibarətdir.
Bu Bəyannamənin məqsədlərinə görə Pro Bono hüquqi xidmətləri ödənişsiz yaxud (sonradan
ödəniləcək) qarşılıq tələb etmədən, əsaslı olaraq kasıb və ya aztəminatlı şəxslərə, yaxud icmalara
və ya onlara kömək edən təşkilatlara fayda verə biləcək. Onların xidmət dairəsinə ictimai maraq
kəsb edən məsəslələrdə başqa yolla səmərəli hüquqi təmsilçilik əldə edə bilməyən şəxslər, icmalar
və ya təşkilatlar daxil ola bilər. Bundan əlavə, Pro Bono hüquqi xidmətlərindən ictimai maraqlara
17
Prezident Aparatının, Nigeriya Vəkillər Kollegiyasının, NBA Katibliyinin, Abuja tərəfindən hazırlanmışdır. Mənbə:
http://www.internationalprobono.com/resources/item.291360-Nigerian_Pro_Bono_Declaration.
77
xidmət edən, başqa yolla səmərəli təmsilçilik əldə edə bilməyən vətəndaş, mədəniyyət və təhsil
müəssisələri də yararlana bilər.
Hüquqi Pro Bono xidmətlərinin səviyyəsi müştərilərə göstəriən ödənişli xidmətlərlə eyni keyfiyyətdə
və pullu xidmət zamanı tətbiq olunan etik normalar və standartlara uyğun olaraq təqdim edilməlidir.
Pro Bono hüquqi xidmətlərin səmərəli şəkildə təhvili, hüquqşünaslıq sahəsində fərqli subyektlərin,
o cümlədən vəkil kollegiyaları, fərdi və ictimai maraqlara xidmət edən hüquq firmalarının, hüquq
məktəblərinin, quruluş fondlarının, hökumət a və qeyri-hökumət təşkilatlarının sıx əməkdaşlığını
tələb edir.
Biz, aşağıda imzaları olanlar hər birimiz hüquqi peşə içindəki rollarımıza uyğun olaraq,
aşağıdakıları öhdəmizə götürürük: Kasıb və ya aztəminatlı şəxslər və icmalar üçün səmərəli
hüquqi təmsilçiliyin təkmilləşdirilməsi üçün hərəkətə keçmək;
BİZ, aşağıda imzası olanlar, Pro Bono işi ilə bağlə öhdəliklərimizi təntənəli sürətdə bəyan edərək bildirirk; Hüquq peşəsinə yiyələnən hər kəs Pro Bono hüquqi xidmət göstərmək üçün məsuliyyət daşıyır. Bu məsuliyyət, peşənin cəmiyyətdəki rolu və məqsədindən və adil və tərəfsiz bir hüquq sisteminə olan gizli öhdəliklərindən qaynaqlanır. Pro Bono sözü Latın dilində "Pro Bono publico" ifadəsindən götürülüb bu da "ictimai xeyir üçün" həyata keçirilən mənasına gəlir; Biz, aşağıda imzaları olanlar hər birimiz hüquqi peşə içindəki rollarımıza uyğun olaraq, aşağıdakıları öhdəmizə götürürük: Kasıb və ya aztəminatlı şəxslər və əhali grupları üçün səmərəli hüquqi təmsilçiliyin təkmilləşdirilməsi üçün hərəkətə keçmək; Ədalətə çatım və bu cür imkanlardan məhrum olan insanlar və əhali gruplarına hüquqi xidmətlərə geniş yayılmış və səmərəli istifadə imkanlarını genişləndirmək; Hər il fərdi hüquqşünas başına 20 saatdan çox və ya üç gündən çox, yaxud hüquq firmaları, təşkilatlar və ya digər hüquqşünas qrupları halında, ildə bir hüquqşünas başına ortalama 20 saatdan çox Pro Bono xidməti təqdim etmək. (Bu öhdəlik bu Bəyannamə təsdiqləndikdən sonra üç il ərzində yerinə yetirilməlidir.) Hüquq təhsili sahəsində əhəmiyyətini və təcrübəsini vurğulayaraq, Pro Bono hüquqi xidmətlərin göstərilməsi və genişləndirilməsinə dair peşə öhdəliklərini gücləndirmək; Ictimai maraqlar sahəsində hüquqi xidmətlərin göstərilməsinə həsr olunmuş qeyri-hökumət təşkilatlarının yaradılması, inkişafı və fəaliyyətini dəstəkləmək; Pro Bono xidmətinin hüquqşünasın etik standartlar və vəzifə borclarının bir hissəsi olaraq peşə imkanları çərçivəsində tanınması və təşviqini təmin etmək;
Bu bəyannamə LPA (Legal Practitioners Act) yaxud, hər hansı başqa yurisdiksiyada, firma və
qurumda mövcud qanunvericiliyin, qətnamənin və yaxud NBA –nın əxlaq kodeksinin
dəyişdirilməsinə və ya əvəz edilməsinə yönəldilməyib, bu, Pro Bono hüquqi xidmətlərin təmin
edilməsi üçün daha əlverişlidir.
78
Polşa: Polşanın İctimai maraqlara(faydaya) xidmət edən hüquqşünasları / Pro Bono Publico
Bəyannaməsi18
Bu Bəyannamə ilə, biz, Polşa hüquq peşəsinin aşağıda imza edən nümayəndələri, ictimai fayda
üçün uzun zaman öncədən başlayan ənənəmizi xatırlayırıq.
Ölkəmizdə baş verən iqtisadi artım və sosial inkişaf səbəbiylə ən çox ehtiyac sahibləri fiziki şəxslər
(aztəminatlı, yaxud əlil) daxil olmaqla, onların mənafelərini təmsil edən qeyri-hökumət
təşkilatlarının pulsuz hüquqi xidmət tələblərinin, bu nəticə ilə də bütün hüquqi peşə sahiblərinin
çiyinərinə düşəh yükün artdığı hiss olunur. Beləliklə, peşəmiz yaşadığımız və işlədiyimiz
cəmiyyətin gözləntilərini və ehtiyaclarını hər zaman lazımınca yerinə yetirə bilmir və ictimai fayda
üçün fəaliyyət artıq bizdən daha çox öhdəlik və fədakarlıq tələb edir.
Nəticədə, Polşa hüquq peşəsinin nümayəndələri olaraq, ictimai fayda üçün iş konsepsiyasını
canlandırmaq, peşə etikası baxışımızı nümayiş etdirmək və bütün hüquqşünasları cəmiyyətin
faydası naminə çalışmaq üçün vasitələr axtarmağa təşviq etmək istəyirik.
Maliyyə vəziyyətindən asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin zəruri hallarda peşəkar hüquqi
məsləhət ala bilmələrini təmin etməyin bizim borcumuz olduğuna inanırıq. Bu məqsədlə
məsləyimizin imkanları daxilində cəmiyyət üçün, zəruri hüquqi məsləhət almağa vəsaitləri kifayət
etməyən bütün şəxslər üçün pulsuz yaxud cüzi (simvolik) bir ödəniş qarşılığında çalışan qurumlara
və təşkilatlara xidmət etmək niyyətindəyik.
Bu Bəyannaməyə qoşulmaqla biz, Avropa İttifaqının hüquqşünaslar üçün Davranış Məcəlləsinin
(Kodeksinin) - "Qanunun aliliyinə (Hüququn üstünlüyünə) hörmətlə yanaşan bir cəmiyyətdə
hüquqşünasın xüsusi rolu yerinə yetirir" prinsipinə əməl edən ruhunu dəstəkləyirik.19 İnanırıq ki,
bizim peşə həmişə bu rolu layiqincə yerinə yetirib və yetirməyə davam edəcəkdir.
Biz peşəkar biliklərimizdən istifadə edərək bu prinsipə xidmət etmək və Polşada əsl vətəndaş
cəmiyyətinin qurulmasına kömək etmək istəyirik.
18
2007-ci ildə qəbul edildi.
19 Avropa Hüquqşünasları üçün Davranış Kodeksi (CCBE), Önsöz 1.1.
79
Birləşmiş Krallıq: Pro Bono Hüquq İşi üzrə Birgə Protokol20
“Bar Pro Bono Unit” (Pro Bono Vəkillər Birliyi), və ”National Pro Bono Centre”-in (Milli Pro Bono
Mərkəzi) nəzdində fəaliyyət göstərən “LawWorks” tərəfindən birgə hazırlanmış Pro Bono
Protokolu, Pro Bono işinin necə yerinə yetirilməsi lazım olduğunu təyin edir. Protokol Vəkillər
Kollegiyası, “Bar Pro Bono Unit”, kollegiyalar (palatalar), hüquq firmaları və hüquq məktəbləri kimi
Pro Bono xidmətlərinin göstərilməsi ilə məşğul olan qurumların bir çoxu tərəfindən imzalanmışdır.
<...>
PRO BONO HÜQUQİ İŞI ÜZRƏ BİRGƏ PROTOKOL
Karyerasının bütün mərhələlərində bir çox hüquqşünas Pro Bono hüquqi işini hüquq peşəsinə daxil
olmağın, ədalətə çatımın və qarşılanmamış hüquqiı ehtiyacları qarşılamağın ayrılmaz bir hissəsi
kimi görür. Bu protokol sözügedən işin əsas dəyərlərini müəyyənləşdirmək, həm də onu həyata
keçirənlərə və onların müştərilərinə kömək etmək üçün hazırlanmışdır. Bir çox hüquqşünas
müxtəlif növ xeyriyyəçilik işləri ilə məşğul olurlar. Lakin bu protokolun məqsədi vəkillərin hüquqi
bacarıqlarının Pro Bono hüquqi işi formasında təqdim edilməsinə xüsusi diqqət yetirməkdir.
Pro Bono Hüquqi İşi nədir?
1.1. Pro Bono hüquqi İşi - hüquqi məsləhət və ya nümayəndəlik üçün ödəniş etmək imkanı
olmayan və dövlət büdcəsindən maliyyələşmənin mümkün olmadığı fərdlər və ictimai qruplar üçün
vəkillərin göstərdiyi ödənişsiz hüquqi məsləhət və ya təmsiçilik xidmətləri deməkdir.
1.2. Hüquqi iş o zaman Pro Bono hüquqi işi adlandır ki, göstərilən xidmətlər müvəkkil tərəfindən
hüquqşünas və ya hüquq firmasına (nəticələrindən asılı olmayaraq) heç bir ödəniş olmadan yaxud
vəkil və ya onun firması tərəfindən könüllü şəkildə olsun.
1.3. Pro Bono hüquqi işi hüquqi xidmətlərin dövlət büdcəsindən maliyyələşdirilən sistemini əvəz
edə bilməz, sadəcə həmin sistemə əlavədir.
Pro Bono Hüquqi İşi necə yerinə yetirilməlidir?
2.1. Pro Bono hüquqi işi həmişə yüksək standartlara uyğun olmalıdır. Xüsusilə də:
2.2. Pro Bono hüquqi işinə müraciət etməzdən əvvəl dövlət tərəfindən maliyyələşdirilən müvafiq
hüquqi məsləhətlərin və ya nümayəndəliklərin olub-olmadığı daima nəzərə alınmalıdır.
20
Mənbə: http://lawworks.org.uk/?id=protocol_text.
80
2.3. Bir vəkilə Pro Bono hüquqi işini qəbul etməsi barədə müraciət olunursa, o öz qərarını yol
verilən (məqbul) müddətdə verməlidir.
2.4. Pro Bono hüquqi işinin həyata keçiriləcəyi şərtlər, o cümlədən hansı hallarda işin
dayandırılacağı (xitam veriləcəyi) əvvəlcədən aydınlaşdırılmalıdır.
2.5. Pro Bono hüquqi işi yalnız müvafiq təlimlər keçmiş, müvafiq bacarıq və təcrübəyə malik olan
bir vəkil tərəfindən həyata keçirilməlidir və zəruri hallarda, iş kifayət qədər nəzarət altında
saxlanılmalıdır.
2.6. Pro Bono hüquqi İşin bir hissəsini icra edən hüquqşünasın (və lazım olduqda nəzarərçinin-
supervayzerin) bilik və bacarıq səviyyəsi sözügedən işin ödənişli olunduqda tələb olunan hüquqi
təcrübənin minimum səviyyəsindən az olmamalıdır.
2.7 Heç bir halda müvəkkil vəkilin iş bacarığı və ya Pro Bono hüquqi İşini apara bilmə qabiliyyəti
barədə şübhəyə düşürülməməlidir.
2.8. Bir vəkil Pro Bono hüquqi işini icra etməyə razılaşdıqdan sonra o (və ya onun firması) bu işə
ödənişli işə tətbiq edəcəyi eyni prioriteti, diqqət və qayğını göstərməlidir.
2.9. Pro Bono hüquqi İşi müvafiq sığorta olmadan həyata keçirilməməlidir.
2.10. Vəkilin Pro Bono hüquqi işi ilə bağlı şübhəsi yaxud çətinliyi olduqda, o Pro Bono təşkilatından
və ya Vəkillər Kollegiyası Şurasından (Bar Counsel), “The Law Society” (İngiltərə və Uels Hüquq
Cəmiyyəti) yaxud İcra Məmurları İnstitutundan (Institute of Legal Executives) məsləhət ala bilər.
KÖMƏKÇİ MÜDDƏALAR
1. PRO BONO TƏŞKİLATLARI VƏ VƏKİLLƏR ARASINDA MÜNASİBƏTLƏR
1.1. Bir qayda o olaraq Pro Bono işini icra edə bilən hüquqşünaslar qeyri-kommersiya sektoru, Pro
Bono təşkilatı və ya hər ikisi vasitəsi ilə belə işləri icra etməyə təşviq edilir.
1.2. Pro Bono hüquqi işləri hüquqşünaslar, Pro Bono təşkilatları və hüquq mərkəzləri və Hüquq
bürolorı (Vətəndaş Məsləhət Büroları (CABx)) kimi qeyri-kommersiya təşkilatları arasında
koordinasiya olduğu təqdirdə daha səmərəli icra olunacaqdır.
1.3. Pro Bono və ya qeyri-kommersiya təşkilatından hər hansı bir vəkildən Pro Bono hüquqi işi icra
etməsini xahiş etdikdə, vəkilin Pro Bono təşkilatına və ya qeyri-kommersiya təşkilatına təsdiq
cavabı verməsindən əvvəl Pro Bono hüquqi işini icra etmək üçün onun mövcud olan hazırlıq
səviyyəsi nəzərə alınmalıdır.
81
1.4. Kollegiyalar, hüquq firmaları və hüquq şöbələri mümkün olduğu hallarda, Pro Bono işinin
firma-içi (“in-house”) həyata keçirilməsi də daxil olmaqla, öz hüquqşünasları tərəfindən uyğun Pro
Bono hüquqi işinin icra olunmasının təşviq edilməsinə və dəstəklənməsinə çalışmalıdırlar.
2. PRO BONO HÜQUQİ İŞİNDƏ TAM İXTİSASLAŞMAMIŞ VƏ YA İNDİYƏDƏK HEÇ PRO BONO
İŞİ İCRA ETMƏMİŞ ŞƏXSLƏRİN İŞƏ TÖHFƏLƏRİ
2.1. Kollegiyalarda və ya firma daxilində qeyri-hüquq sahəsində çalışan işçilər ödənişli işə qarşı
olan töhfələrini eyni qaydada Pro Bono hüquqi işinə də verə bilərlər.
2.2. Hüquqşünaslar, tələbə və kursant vəkillər Pro Bono hüquqi işi üçün əhəmiyyətli töhfələr
verirlər. Lakin, bu zaman icra edilən işə düzgün nəzarət edilməli və bu işdə püxtələşməmış olnlara
lazımi təlim keçirilməlidir.
2.3. Müvafiq ixtisaslı və təcrübəli akademik vəkillər və işçi hüquqşünaslar, özlərinin Pro Bono işi
üçün hüquqi məsləhət və ya təmsilçilik etməsi mümkün olmadıqda belə, Pro Bono hüquqi işi
həyata keçirmək üçün başqalarına təlim verməyi düşünməyə təşviq olunurlar. Pro Bono hüquqi işi
barədə təhsil və təlimin ödənişsiz təmin edilməsi Pro Bono hüquqi işinə əhəmiyyətli töhfə verir.
3. HÜQUQÇU PEŞƏSİNİN XARAKTERİSTİK XÜSUSİYYƏTİ OLARAQ PRO BONO HÜQUQİ
IŞİNDƏ IŞTİRAK
3.1. Peşə həyatı, tələbəlik və təcrübə müddəti ərzində, hətta təqaüd dövründə belə vəkillər daimi
olaraq Pro Bono hüquq işinin icra edilməsinə dair bir öhdəliyə təşviq edilir.
82
Amerika Birləşmiş Ştatları: Amerika Vəkillər Kollegiyasının Pro Bono Qaydaları (Model Rule 6.1)
Könüllü Pro Bono Xidməti21
Hər bir hüquqşünas ödəniş edə bilməyənlərə hüquqi xidmət göstərmək üçün peşəkar məsuliyyət
daşıyır. Bir hüquqşünas(vəkil)hər il ən azı (50) saat müddətinə hüquqi xidmət göstərməyi nəzərdə
tutmalıdır. Bu məsuliyyəti yerinə yetirərkən:
ödənişsiz və ya sonradan qarşılıq gözləmədən (50) saatlıq hüquqi xidmətlərin böyük bir hissəsini
təmin etmək: (1) məhdud imkanlı şəxslər; (2) məhdud imkanlı şəxslərin ehtiyaclarını qarşılamaq
üçün nəzərdə tutulmuş məsələlərdə xeyriyyə, dini, vətəndaş, ictimai, hökumət təsilatları və təhsil
müəssıisələri; və aşağıdakı vasitəstələrlə əlavə xidmətlər göstərilməlidir:
(1) mülki hüquqların, vətəndaş azadlıqlarının və ya ictimai hüquqların qorunması və ya təmin
olunması üçün və ya xeyriyyə, dini, vətəndaşlıq, icma, hökumət təşkilatları və təhsil müəssissələri
təmin etmək istəyən fiziki şəxslərə, qruplara və ya təşkilatlara, standart hüquqi ödənişlərin
ödənilməsi təşkilatın iqtisadi qaynağını əhəmiyyətli dərəcədə tükədərsə və ya qeyri-münasib
olarsa, ödənişsiz və ya əhəmiyyətli dərəcədə azaldılmış qiymətə hüquqi xidmətlərin verilməsi,
onların təşkilati məqsədlərinin həyata keçirilməsi üçün köməklik göstərilməsi; (2) məhdud imkanlı
şəxslərə hüquqi xidmətlərin qiymətinin əhəmiyyətli dərəcədə azaldılması; və ya (3) hüququn,
hüquq sisteminin və ya hüquq peşəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlərdə iştirak.
Əlavə olaraq, bir hüquqşünas məhdud imkanlı şəxslərə hüquqi xidmət göstərən təşkilatlara könüllü
şəkildə maddi yardım göstərməlidir.
Şərhlər22
[1] Hər bir hüquqşünas peşə qabiliyyətindən və ya peşəkar iş yükündən asılı olmayaraq, ödəniş
etmək imkanı olmayanalara hüquqi xidmət göstərmək üçün məsuliyyət daşıyır və əlilliyi olan
insanların problemlərinə şəxsən cəlb olunması bir hüquqşünas həyatında ən mükafatlı təcrübə ola
bilər. Amerika Vəkillər Kollegiyası bütün hüquqşünasları hər il ən azı 50 saatlıq Pro Bono xidməti
göstərməyə çağırır. Eyni zamanda, dövlətlər yerli ehtiyaclara və şəraitə əsasən, illik daha az və ya
daha çox saatların təyin edilməsinə qərar verə bilərlər (bu, bir hüquqşünasın professional
müddətinin yüzdə biri olaraq ifadə edilə bilər). Bir neçə il ərzində bir hüquqşünasın göstərilən illik
standarta nisbətən daha vaxt sərf edə biləcəyi bilinsə də, hər bir hüquqşünas hər il orta hesabla,
bu qaydada göstərilən saatların sayını göstərməlidir. Xidmətlər mülki, cinayət və ya kriminal
məsələlərində təqdim edlə bilər ki, bununla bağlı dövlətin hüquqiı nümayəndəlik üçün pul vəsaiti
ayırmasınaə dair öhdəliyi yoxdur, məsələn, ölümdən sonrakı ölüm cəzası iddiaları.
21
Mənbə: http://www.americanbar.org/groups/probono_public_service/policy/aba_model_rule_6_1.html
22 Mənbə:
https://www.americanbar.org/groups/professional_responsibility/publications/model_rules_of_professional_conduct/ru
le_6_1_voluntary_pro_bono_publico_service/comment_on_rule_6_1.html
83
[2] Paraqrafın (a) (1) və (2) bəndlərində məhdud imkanlı şəxslər arasında mövcud olan hüquqi
xidmətlərə kritik ehtiyacın olduğu və bu ehtiyacları qarşılamaq ünün veriləcək ximətlərin böyük
əksəriyyətinin ödənişsiz və ya qarşılıq gözləmədən təqdim edilməsinin vacibliyi qeyd edilir . Bu
bəndlərə əsasən hüquqi xidmətlər məhdud imkanlı şəxsləri təmsil edənlər üçün nəzərdə tutulmuş
fərdi və grup şəklində nümayəndəlik, hüquqi məsləhət, qanunverici lobbiçilik, inzibati qaydaların
verilməsi və pulsuz təlim və ya mentorluq təmin edilməsi daxil olmaqla, tam fəaliyyət növlərindən
ibarətdir. Bu tədbirlərin müxtəlifliyi, orada hətta dövlət müəssıisələrində çalışsan hüquqşünaslarının
da (onlar üçün hüququn xarici təcrübəsi ilə bağlı məhdudiyyətlər mövcud olsa belə) iştirak etməsini
asanlaşdıra bilər.
[3] Parafrafın (a) (1) və (2) bəndlərinə əsasən hüquqi xidmətlərə uyğun olan şəxslər Hüquqi
Xidmətlər Korporasiyası tərəfindən maliyyələşdirilən proqramlarda iştirak edə bilən və gəlirləri və
maliyyə resursları belə proqramlara düşə bilmək üçün tələb olunan qaydalardan bir qədər yuxarı
olsa da, hüquq məsləhəti ala bilməyənlərdir. Belə hüquqi xidmətlər fərdi şəxslərə və ya evsizlər
üçün sığınacaqlar, qadınlar mərkəzləri və məhdud imkanlılara xidmət edən yeməkxanalar kimi
təşkilatlara verilə bilər. "Hökumət təşkilatları" termini dövlət və hökumətin sosyal müdafiə
proqramları və şöbələrini ehtiva edir, lakin bunlarla da məhdudlaşmır.
[4] Xidmət ödənəşsiz və (sonradan) qarsılıq gözləmədən olduğu üçün, (a) (1) və (2) bəndlərinin
mövzusu çərçivəsində yerinə yetirilən iş üçün hüquqşünasın pulsuz hüquqi xidmət göstərmək
niyyəti vacibdir. Müvafiq olaraq, əvvəlcədən nəzərdə tutulan xidmətlərin göstərilməsi üçün tələb
edilən ödəniş haqqı ləgv edilmədikə, iş Pro Bono kimi qəbul edilə bilməz. Ancaq əvvəlcədən Pro
Bono kimi qəbul edildiyi halda, hüquqşünasların hüquqiı xidmət haqlarının verilməsi, bu xidmətlərin
yuxarıdakı bəndə aid edilməsinı diskvalifikasiya etməyəcəkdir. Belə hallarda xidmət haqqı-qonorar
alan a bu ödənişlərin müəyyən bir hissəsini məhdud imkanlı şəxslərə fayda verən təşkilatlara və ya
layihələrə bəxşiş vermək (bağışlamaq) tövsiyə olunur.
[5] Hüquqşünasın illik Pro Bono xidmətləri öhdəliyini yerinə yetirməsi (a) (1) və (2) bəndlərində
təsbit edilmiş fəaliyyətlərlə mümkün olsa da (hər hansı xidmət saatı yerinə yetirilməyibsə) öhdəlik
(b) bəndində göstərilən müxtəlif yollarla yerinə yetirilə bilər. Konstitusional, nizamnamə və ya
tənzimləyici məhdudiyyətlər hökumət və dövlət sektorunda çalışan vəkillərinin və hakimlərin (a) (1)
və (2) bəndlərində göstərilən xidmətləri yerinə yetirilməsinə qadağan edə və ya mane ola bilər.
Buna görə, belə məhdudiyyətlər tətbiq edildikdə hökumət və dövlət sektorunun vəkil və hakimləri
(b) bəndində göstərilən xidmətləri yerinə yetirməklə öz Pro Bono məsuliyyətlərini yerinə yetirə
bilərlər.
[6] Paraqraf (b) (1) bəndi gəlirləri və maliyyə resursları ödənişsiz proqramlara düşə bilmək üçün
tələb olunan qaydalardan bir qədər yuxarı olsa da, hüquq məsləhəti ala bilməyənlər üçün müəyyən
növ hüquqi xidmətlərin göstərilməsini əhatə edir. Bu halda Pro Bono vəkilinə xidməti qarşılığında
mümkün dərəcədə azaldılmış ödəniş haqqı qəbul etməyə icazə verilir. Bu paraqrafın çərcivəsi
daxilində mümkün olan məsələlərin nümunələrinə misal - Birinci Düzəliş, VII bənddəki iddialar və
ətraf mühitin qorunması iddiaları ola bilər. Əlavə olaraq, bu çərçivədə sosyal xidmətlər, tibbi
84
tədqiqatlar, mədəniyyət və dini qurumlar daxil olmaqla, geniş diapazonda təşkilatlar təmsil edilə
bilərlər.
[7] Paraqraf (b) (2) bəndində hüquqşünasların məhdud imkanlılara hüquqi xidmətlərin göstərilməsi
üçün cüzi miqdarda qonorar ilə razılaşaraq xidmət göstərməyi qəbul etdiyi halları əhatə edir. Bu
paraqrafda xidmət haqqı normal qonorarına nisbətən əhəmiyyətli dərəcədə aşağı olduqda,
vəkillərin məhkəmə proqramlarında iştirakı və məhkəmə təyinatlarının qəbul edilməsi təşviq edilir.
[8] Paraqraf (b) (3) qanunun, hüquqi sistemin və ya hüquqi peşənin yaxşılaşdırılması üçün fəaliyyət
göstərən hüquqşünasların dəyərini qeyd edir. Vəkillər Kollegiyasında, hüquqi xidmət
proqramlarında və ya hüquqi xidmət şöbələrində xidmət göstərən, Hüquq Bayramı tədbirlərində
iştirak edən, davamlı olaraq hüquqi təlimçi, vasitəçi və ya arbitr kimi çıxış edən və qanunun, hüquqi
sistemi yaxud hüquq peşəsinin təkmilləşdirilməsi üçün qanunvericilik lobbisi ilə məşğul olmaq - bu
paraqrafa daxil olan bir çox fəaliyyətin bir neçə nümunəsidir.
[9] Pro Bono xidmətlərinin təmin edilməsi peşəkar bir məsuliyyətdir, bu hər bir hüquqşünasın
(vəkilin) fərdi etik öhdəliyidir. Buna baxmayaraq, hüquqşünasın Pro Bono xidmətlərində iştirak
etməsinin mümkün olmadığı zamanlar ola bilər. O belə vaxtlarda məhdud imkanlı şəxslərə pulsuz
hüquqi xidmət göstərən təşkilatlara maliyyə dəstəyi göstərərək, Pro Bono məsuliyyətini icra edə
bilər. Bu cür maliyyə dəstəyi, əks halda təmin ediləcək xidmət saatı dəyərinə ekvivalent olmalıdır.
Bundan əlavə, bəzən bir firmanın kollektiv Pro Bono məsuliyyətini (əməkdaşlarının) Pro Bono
fəaliyyətlərinin məcmusu kimi təmin etmək daha məqsədəuyğun ola bilər.
[10] Paraqrafda vəkillərin (hüquqşünasıarın) ayrı-ayrılıqda göstərdiyi səylərin məhdud imkanlı
şəxslər arasında mövcud olan pulsuz hüquqi xidmətə ehtiyacın ödənilməsi üçün yetərli
olmadığından hökumət və hüquq peşəsi mənsublarının ümumilikdə həmin xidmətlərin göstərilməsi
üçün əlavə proqramlar hazırlaması tövsiyyə olunur. Qeyd edilir ki, birbaşa Pro Bono xidmətləri
göstərmək və ya Pro Bono xidməti mümkün olmadıqda maliyyə yardımı verməkdən başqa, əlavə
olaraq hər bir hüquqşünas belə proqramları maddi olaraq dəstəkləməlidir.
[11] Hüquq firmaları bu qaydada (model rulse 6.1) nəzərdə tutulan Pro Bono hüquqi xidmət
göstərmək üçün firmadakı bütün hüquqşünasları təmin və təşviq etmək üçün məqsədəuyğun
hərəkət etməlidirlər.
[12] Bu Qaydada göstərilən məsuliyyət intizam prosesi ilə tətbiq olunmağa təyin edilməmişdir.
85
Amerika Birləşmiş Ştatları: Vəkillər Kollegiyasının Tövsiyəsi 121-A [alıntılar]23
PRO BONO SİYASƏTİ və PROSEDURLARI (Avqust 2006)
<…>
I. BÖYÜK HÜQUQ FİRMALARI ÜÇÜN SİYASƏT VƏ PROSEDURLAR
121-A nömrəli qətnaməyə əsasən, Vəkillər Kollegiyası böyük hüquq firmalarını vəkillərinə Pro
Bono işi imkanı vermək üçün səmərəli strategiyaları qəbul etməyə və belə işi dəstəkləmək üçün
daxili siyasət və prosedurlar tətbiq etməyə çağırır. Bu siyasət və prosedurlara aşağıdakılar daxildir:
a. Pro Bono saatlarını ödənişli saat kimi saymaq;
b. vəkillərin Pro Bono fəaliyyətinə göstərdiklərini bağlılığı onların inkişafında və təzminat
məsələlərində əlverişli bir amil kimi nəzərə almaq;
c. Pro Bono proqramlarına sərf olunan saat və iştirak edən vəkil saylarına görə illik hədəflər təyin
etmək;
d. firma Pro Bono proqramlarının səmərəli şəkildə idarə olunmasını təmin edən sistemlərin
qurulması və saxlanılması, iştirak edən vəkillərin təlim və mentorluq alması - ən yüksək səviyyəli
firma rəhbərliyinin proqramları nəzarət altında saxlaması və iştirak etməsi;
e. baş və təqaüdçü vəkillərin Pro Bono öhdəliklərini və iştirakını dəstəkləmək; və
f. hüquq məktəbi yerləşdirmə şöbələrinə Pro Bono siyasətləri, tətbiqləri və fəaliyyəti ilə bağlı xüsusi
məlumat vermək. Buna:
i. firmanın hər il Pro Bono işinə sərf edəcəyi saatlar ilə bağlı hədəflər;
ii. son üç ildə firma tərəfindən Pro Bono işinə həsr olunmuş faktiki saat miqdarı;
iii. son üç ildə hər bir yeni, orta səviyyəli, əsas əməkdaşlar və firma tərəfdaşları tərəfindən Pro
Bono işinı həsr olunmuş saatların orta hesabla sayı;
iv. Pro Bono iş saatlarının ödənişli saat kimi hesablanıb-hesablanmaması (əgər vəkillərin ödənişli
saat hədəflərinə çatması gözlənilirsə);
v. vəkillərin Pro Bono fəaliyyətinə bağlılığının firamnın təzminat və işdə yüksəlmə qərarlarında nə
dərəcədə əlverişli bir amil olması;
vi. firmanın Pro Bono proqramını idarə etmək və iştirak edən vəkillərə təlim və təlimat vermək üçün
hansı formal strukturu saxlaması; və
vii. firmanın akademik (sabbatical) və ya yarımştat Pro Bono proqramları, təqaüd və ya rotasiya
proqramları vasitəsi ilə Pro Bono tədbirlərində iştirak etmək imkanını təmin etməsi - daxildir.
<...>
23
Mənbə: https://www.americanbar.org/aba.html.
86
Amerika Birləşmiş Ştatları: Hüquq firmasının Pro Bono “ÇAĞIRIŞI” (Pro Bono dəvəti)24
Xidmət etdiyimiz icmalarda yoxsul və əlverişsiz əhali grupunnun hüquqi ehtiyaclarının artan
şiddətini anlayaraq və böyük hüquq firmalarının peşəmizin ən yaxşı ənənələrinə sadiq qalaraq
zəruri ehtiyacları qarşılamaqda aparıcı rol oynamalı olduğunu bilərək, firmamız aşağıda göstərilən
könüllü məqsədlərə nail olmaq üçün ən yaxşı şəkildə səy göstərərək, aşağıdakı qeyd olunan
prinsiplərə sadiq qalaraq ölkə daxilindəki digər firmalara qoşulmaqdan məmnunluq duyur:
1. Firmamız bütün vəkillərinin Pro
Bono ictimai fəaliyyətində iştirakını təşviq etmək və dəstəkləmək üçün sahib olduğu təşkilatı
öhdəliyi tanıyır. Biz birmənalı olaraq firmanın Pro Bono işinə sadiq qaldığını açıq şəkildə
ifadə edən və çox aydın şəkildə anlaşılan bir firma siyasətini təşviq etməyə və saxlamağa
razıyıq.
2. Pro Bono fəaliyyətinə təşkilati
öhdəliyimizi vurğulamaq məqsədilə firmamız tərəfindən, 2015-ci ilin təqvim ilinin sonundan
gec olmayaraq, aşağıdakı bəndlərdən birində qeyd olunanların təmin edilməsi üçün
əlimizdən gələnin ən yaxşısını etməyə razıyıq:
- (1) hər il firmanın ümumi ödənişli
saatının ən azı 5 faizini və ya hər vəkilin 100 saatını Pro Bono işinə sərf etməsi;
və ya
- (2) hər il firmanın ümumi ödənişli
saatının ən azı 3 faizini və ya hər vəkilin 60 saatını Pro Bono işinə sərf etməsi.
1. Yoxsul təbəqənin hüquqi xidmətlərə
xüsusi ehtiyacı olduğunu nəzərə alaraq, firmamızın Pro Bono fəaliyyəti xüsusilə ödəniş
edə bilməyən şəxslərin ədalət hüququnun təmin edilməsinə yönəldilməlidir. Buna görə
yuxarıda təsvir olunan könüllü hədəflərə çatmaq məqsədilə firmamız, iştirak etdiyi
minimum Pro Bono iş saatının əksəriyyətinin məhdudiyyəti olan şəxslərə və ya əsas
məqsədi məhdudiyyəti olan şəxslərin ehtiyyaclarını qarşılamaq olan xeyirxahlıq, dini,
ictimai, vətəndaşlıq, dövlət və təhsil təşkilatlarına hüquqi xidmət göstərilməsindən ibarət
olmasına razıdır.
2. Pro Bono fəaliyyətlərində geniş-
miqyaslı iştirakın arzuolunan olduğunu anlayaraq, firmamız, yuxarıda təsvir olunan
minimum hədəflərə çatmaq məqsədilə, bütün tərəfdaş və əməkdaşların əksəriyyətinin
hər il Pro Bono fəaliyyətini göstərməsini təmin etmək üçün ən yaxşı səyləri göstərməyə
razıdır.
24
Vəsait Pro bono institutundan əldə edilmiş və onun icazəsiylə yenidən çap edilmişdir. Pro bono institutunun Pro bono
bəyanatinin prinsiplərinə verdiyi şərhə aşağıdakı keçiddə baxa bilərsiniz: http://www.probonoinst.org/wpps/wp-
content/uploads/LawFirm-Challenge-Commentary-2014.pdf.
Əlavə olaraq, Milli Pro bono Resurs mərkəzi, və Avstraliyada pro bono hüquq xidmətlərini dəstəkləyən və təşviq edən
QHT-nin və ABŞ Pro bono institutunun hüquq firmaları üçün hazırladığı Pro bono prinsiplərinin bəyənatı vəhdət təşkil
edir: http://www.nationalprobono.org.au/page.asp?from=8&id=170#LawFirm.
87
3. Bu prinsiplərə dəstək olaraq,
firmamız həmçinin aşağıdakı bəndlərdə qeyd olunan maddələrə razılığını bildirir:
a) Firmamızın vəkillərinə
(hüquqşünaslarına) geniş Pro Bono imkanları, təlim və nəzarəti təmin etmək,
bütün vəkillərin Pro Bono fəaliyyəti göstərmək imkanı əldə etməsini təmin etmək;
b) Vəkillərin qiymətləndirməsi, işdə
yüksəlmə, məhsuldarlıq və təzminat ilə əlaqədar yeritdiyimiz siyasətin firmanın
bütün vəkillərin Pro Bono fəaliyyətində iştirak payını təşviq etmək və dəstəkləmək
öhdəliyi ilə uyğunluğunu təmin etmək; və
c) Firmanın bu bəyanatda təyin
olunan hədəflərə doğru irəliləməsinə nəzarət etmək və əməkdaşlarına, o
cümlədən Pro Bono lahiyəsində çalışanlara illik olaraq hesabat vermək.
4. Firmamız böyük hüquq firmalarının
məhdud imkanlı şəxslərə pulsuz hüquqi xidmət göstərən təşkilatlara maliyyə yardımı
göstərmək öhdəliyini tanıyır.
5. Bu bəyanatda qeyd olunduğu kimi,
"Pro Bono" termini firmanın sıradan kommersiya təcrübəsində oludğu kimi deyil, qarşı
tərəfdən heç bir ödəniş yaxud gələcəkdə qarşılıq gözləmədən göstərdiyi xidmətləri etiva
edir: – (i) məhdud imkanlı şəxslərə hüquqi xidmətlərin verilməsi və ya imkansızların
ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulmuş məsələlərdə xeyriyyə, dini, vətəndaş,
ictimai, hökumət təşkilatları və təhsil müəssıisələrinə göstərilən hüquqi xidmətlər; (ii)
mülki hüquqların, vətəndaş azadlıqlarının və ya ictimai hüquqların müdafiə edilməsi və
ya qorunması üçün fərdi, qrup və ya təşkilatlara hüquqi yardımın təmin edilməsi; və (iii)
standart hüquqi ödənişlərin təşkilatın iqtisadi bazasını əhəmiyyətli dərəcədə tükədəcəyi
və ya ödənişlərin münasib olmadığı halda (təşkilati məqsədlərinə nail olmaq məqsədiylə)
xeyriyyə, din, vətəndaş, ictimai, hökumət və ya təhsil təşkilatlarınahüquqi yardım
göstərilməsi.
Xahiş edirik, imzalanmış "Challenge" sənədini Pro bono institutunun - Hüquq firmasının Pro
bono layihəsinə göndərəsiniz
1025 Connecticut Avenue, NW, Suite 205 ~ Washington, DC 20036
202.729.6699 ~ 202.296.0303 [email protected]~www.probonoinst.org
© Pro Bono Institute 2015