10
İNTERAKTİV LÖVHƏLƏR Hal hazırda məktəblərdə Smart, Mimio lövhələr, həmçinin Böyük Britaniyanın “Promethean” şirkəti tərəfindən istehsal olunan “Active Board” elektron lövhələrindən də istifadə edilir. Müəllimlər bu lövhələr vasitəsilə sinif otaqlarını interaktiv öyrənmə mühitinə çevirərək özləri üçün real şərait yaratmışlar. Lövhənin əsas üstünlüklərindən biri isə müxtəlif ölkələrdən olan müəllimlər “Promethean Planet” onlayn icmasına üzv olaraq , bununla da bilik və bacarıqlarını daha da artıra bilərlər.

Prometan təqdimat

Embed Size (px)

Citation preview

Page 1: Prometan təqdimat

İNTERAKTİV LÖVHƏLƏRHal hazırda məktəblərdə Smart, Mimio lövhələr,

həmçinin Böyük Britaniyanın “Promethean” şirkəti tərəfindən istehsal olunan “Active Board” elektron lövhələrindən də istifadə edilir. Müəllimlər bu lövhələr vasitəsilə sinif otaqlarını interaktiv öyrənmə mühitinə çevirərək özləri üçün real şərait yaratmışlar. Lövhənin əsas üstünlüklərindən biri isə müxtəlif ölkələrdən olan müəllimlər “Promethean Planet” onlayn icmasına üzv olaraq , bununla da bilik və bacarıqlarını daha da artıra bilərlər.

Page 2: Prometan təqdimat

Kompyuter ActivDriver ilə+

VGA+

USB

Qurğuların qoşulması

Page 3: Prometan təqdimat

• ActivPen qələmi ActivBoard-da işləyərkən kompyuterinizi idarə edən vasitədir.• Qələmin lövhəyə toxunan ucluğu mausun sol düymə funksiyasını icra edir.• Qələmin üzərindəki düymə mausun sağ düyməsi kimi işləyir.

1. ActivPen qələmini ActivBoard-ın sol yuxarı küncündəki alov təsvirli dairəvi düyməyə yaxınlaşdır.

2. Paneldən ActivManager-ə daxil ol və "Калибровать" sözünü seç.

Page 4: Prometan təqdimat

www.promethanplanet.ru saytında qeydiyyatdan keçmək üçün aşağıdakıları etmək lazımdır:İstənilən veb bələdçinin ( brauser ) ünvan hissəsinə www.promethanplanet.ru yazırıq

Зарегистрироваться ( qeydiyyatdan keç ) bölməsinə daxil oluruq

Page 5: Prometan təqdimat

Açılmış xanalarda ad, soyad, e-mail, istifadəçi adı, parol, parolun təkrarı, ünvan, şəhər, poçt indeksi, yaşayış yeri, sistem dili daxil olunur. Növbəti iki xanada bu saytı tövsiyə edən şəxsin e-maili və kodu yazılır ( boş saxlamaq olar ). Aylıq informasiya bülleteni və məhsullar haqqında reklam, informasiya xarakterli e-maillər almağa razılıq qrafalarını işarələyib davam et

( продолжить ) düyməsini vururuq.

Qeyd. Parol 8-16 simvol arası mütləq hərif və rəqəm qarışığı ilə yazılmalıdır.

Page 6: Prometan təqdimat

Sonuncu bölmədə sistem tərəfindən kodlar aşağıdakı qrafaya düzgün daxil edilməli və “Зарегистрироваться” üzərindən sol düymə vurulmalıdır.

SAYTDAN İSTİFADƏ

Saytdan göstərilən funksiyaların çoxundan istifadə üçün qeydiyyatdan keçmək lazımdır, ancaq bundan sonra onlar aktivləşir.

Page 7: Prometan təqdimat

Lövhənin proqram təminatı olan Activinspire proqramı yükləndikdən sonra onu quraşdırmaq üçün üzərinə iki dəfə sol düyməni sıxırıq.

Açılan pəncərələrdə Növbəti ( Далее ) düyməsini sıxırıq

Page 8: Prometan təqdimat

Proqram ilk dəfə açıldıqda istifadəçi adı , təşkilat adı və lövhənin üzərində olan aktivasiya kodu daxil olunmalıdır. Bundan başqa əgər siz rəsmi saytdan ActivInspireSuite proqram təminatının 2.2.65811 nömrəli versiyasını və ya ondan sonra gələn versiyaları yükləsəniz artıq azərbaycan dilində işlədə bilərsiniz.

ACTİVİNSPİRE PROQRAMIActiveİnspire proqramı 4 hissədən ibarətdir:1. Əsas menyu.2. Brauzer.3. Alətlər paneli4. İşçi sahə.

Page 9: Prometan təqdimat

BRAUZER BÖLMƏSİ.Brauzer özü yeddi bölmədən ibarətdir:

1.Səhifələrin brauzeri. Səhifələr üzərində əməliyyat aparmaq imkanı yaradır.

2.Resursların brauzeri.Hazır resurslardan istifadə imkanı yaradır

3.Obyektlərin brauzeri. Səhifəyə daxil olunmuş obyektlər üzrə əməliyyatlar etməyə imkan yaradır. Bu əsasən yerləşməyə yönəlmiş əməliyyatlardır.

4.Qeydlərin brauzeri. Müəllim tərəfindən metodiki şərhlər (qeydlər) əlavə olunur.

5.Xüsusiyyətlərin brauzerı. Səhifəyə daxil edilmiş hər hansı bir obyektə ayrıntılı yanaşmağa və onun üzərində dəyişiklik etməyə yönəlmiş bölmədir.

6.Hərəkətlərin brauzeri. Obyektlərə müxtəlif hərəkətlər vermək, başqa obyektlərlə əlaqələndirmək , düymələri səhifəyə əlavə etmək və s. kimi funksiyalardan istifadə etmək olunur.

7.Səsvermənin brauzeri. Bu bölmə ActivExpression qurğularını qoşmaq onları redaktə etmək, müxtəlif parametrlərə malik test və səsvermə tapşırıqlar yaratmaq üçündür.Bunun üçün əvvəlcədən bu qurğular kompüterə quraşdırılmalı və tanıdılmalıdır. Əks halda bu bölmənin bəzi funksiyaları deaktiv olacaqdır.

Page 10: Prometan təqdimat

1. Alətlər panelinin ayarları.( sağa, sola, yuxarı, aşağı yerləşdirmək)2. Alətlər panelini minimallaşdırmaq.3. Alətlər panelin bərkitmək.4. Baş menyu.5. Profillərin dəyişilməsi.6. İş masasında qeydlər.7. Alətlərin iş masasına gətrilməsi.8. Əvvəlki səhifəyə qayıtmaq9. Növbəti səhifəyə keçid (son səhifədə olduqda yeni səhifənin yaradılması).10. Flipçartda səs vermənin başlanılması və dayandırılması.11. Ekspress sorğu.12. Rəng seçimi.13. Yazı xəttinin eni.

14. Ox işarəsi ( seçim düyməsi).15. Alətlər menyusu.16. Qələm.17. Fosforlu qələm.18. Pozan.19. Flipçartın və onun elementlərinin rənglənməsi.20. Fiqurlar.21. Birləşdirici xətlər.22. Səhifələr brauzerinin açılması.23. Resurslar brauzerinin açılması.24.Flipçartdakı elementlərin fərqli silinməsi.25. Səhifənin yadda saxlanıldığı nöqtəyə qədər qaytarmaq.26. Bir əməliyyat geri.27. Bir əməliyyat irəli.