22
Azərbaycan Dillər Universiteti İsmayılova Leylanın Müasir Azərbaycan dilindən sərbəst işi Mövzu: Aktiv və passiv sözlər Qrup-209 Elmi Rəhbər-Elnarə Yəhyayeva

D word kurs_other_2186

Embed Size (px)

Citation preview

Page 1: D word kurs_other_2186

Azərbaycan Dillər Universiteti

İsmayılova Leylanın

Müasir Azərbaycan

dilindən sərbəst işi

Mövzu: Aktiv və passiv sözlər

Qrup-209

Elmi Rəhbər-Elnarə Yəhyayeva

Bakı 2011

Page 2: D word kurs_other_2186

Plan:1)Aktiv və passiv sözlər. Aktiv və passiv sözlərin mahiyyəti. Aktiv və passiv sözlərə nələr daxildir.

2) Köhnəlmiş sözlər.Köhnəlmiş sözlərin işlənmə dairəsi və təsnifi.Tarixizimlər,arxaizimlər.Onlar arasinda fərqlər.Arxaizimlərin növləri.

3)Neologizimlər.Onların növləri,tipləri,əmələ gəlməsi.Ümumişlək sözlər.

1)Aktiv və passiv sözlər.Dilin lüğət tərkibinə daxil olan sözlərdən eyni dərəcədə istifadə edilmir.Elə sözlər vardir ki , onlardan tez-tez, elə

Page 3: D word kurs_other_2186

sözlər də vardır ki, az –az istifadə edilir.Bu cəhətdən Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözləri aktiv və passiv olmaq üzrə iki qismə ayırmaq olar.

Lüğətin aktiv qisminə hal-hazirda geniş şəkildə istifadə edilən sözlər daxildir.Deməli lüğətin aktiv qisminə əsas lüğət fondu təşkil edən bütün sözlər və ixtisasla əlaqədar olaraq , dilin ayrı-ayrı sahələrində istifadə edilən sözlər –terminlər daxil olur. Çünki ixtisasla əlaqədar olan belə sözlər ,hamı tərəfindən işlədilməsə də, bu və ya digər ixtisas sahəsində çalışan adamlar bunlardan aktiv şəkildə istifadə edirlər.Daha sonra aktiv qisminə ümümişlək sözlər də daxildir.

Lüğətin passiv qisminə öz işlənmə gücünü itirmiş,köhnə ədəbiyyatda, lüğətlərdə qalmış və çox az tanış olan ,eyni zamanda müəyyən münasibətlərlə əlaqədar dilə yenicə gəlmiş və hələ özünə möhkəm zəmin tapmamış sözlər daxil edilir.Belə sözlər o dildə danışan adamların çoxu tərəfindən işlədilmir.Lüğətin passiv qismində ,bir qayda olaraq , iki cür söz qrupuna təsadüf edilir: köhnəlmiş sözlər; yeni sözlər.

2)Kohnəlmiş sözlər.

Fəal şəkildə istifadədən qalan sözlərə köhnəlmiş söz deyilir. Köhnəlmiş sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir.Azərbaycan dilinin lüğət tərkibində müəyyən miqdar köhnəlmiş söz vardır.Bunlara aşağıdakıları misal göstərmək olar: ağa, nökər,bəy,girvənkə,çuxa, arxalıq, qul, şana ,cüt və.s

Köhnəlmiş ünsürlər hər bir dilin keçmiş vəziyyətini əks etdirən vasitədir.Buna görə də belə ünsürlərin öyrənilməsinin xüsusi əhəmiyyəti vardır.F.Engels deyir: “ana dilinin materiyası və forması yalnız o zaman anlaşıla bilər ki,onun baş verməsi və tədricən inkşafı izlənilsin.Bu isə əvvələn onun öz ölgünləşmiş formalarını, ikincisi isə qohum ,canlı və ölü dilləri diqqətlə izləmdən mümkün deyildir.”

Page 4: D word kurs_other_2186

Dildə bu və ya digər sözün köhnəlməsi mürəkkəb bir prosesin nəticəsidir.Buna görə də bu və ya digər sözün köhnəlməsi üçün sərhəd qoymaq mümkün deyildir.Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür,ya da bəzi səbəblərlə əlaqdar olaraq müəyyən dövrdən sonra köhnələ bilir.Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə, xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur.Bütün bunlara əsasən də sözün köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır.

Bəs köhnəlmiş sözlər necə müəyyən edilir?Bu qrup sözlərin müəyyənləşdirilməsi üçün meyar dilin müasir vəziyyətidir.Köhnəlmiş hər bir söz dilin bugünki vəziyyəti ilə yoxlanılır,onun nə dərəcədə işlənib – işlənmədiyi aydınlaşdırılır.Köhnəlmiş söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür.Yəni hər bir fakta tarixilik cəhətdən yanaşılır.

Məsələn, ХIХ əsrdə M.F.Axundovun əsərlərində yüzbaşı,murov,yasavul və.s kimi sözlər işlənilmişdir.Bu sözlər hazırkı dövr üçün köhnəlmişdir.Lakin XIX srdə bunlar fəal istifadə olunan adi sözlər olmuşlar.Deməli bu və ya digər sözlər bu dövr üçün adi ,digər dövr üçün arxaik ola bilər.

Dildə köhnəlmiş sözlərin köhnəlmə dərəcəsi eyni olmur.Belə ki, bəzi sözlər az bəzi sözlər çox köhnəlir.Bu nöqteyi nəzərdən Azərbaycan dilində köhnəlmiş sözləri iki qrupa bölmək mümkündür .

a)Ancaq müasir ədəbi dil üçün köhnəlmiş sözlər.Bu qrup sözlər vaxtı ilə ədəbi dildə olub,hazırda ümumxalq Azərbaycan dilinin yalnız dialekt və şivələrində işlənir; məsələn:

Səndən neçə min can ayrı düşdü,

Tən ya çürüdü ya sayrü düşdü

(Xətai)

Can mey andırdı əhl tövbəyə təkrar gül (M.Füzuli)

Ünümdən titrədi tamam vilayət,

Page 5: D word kurs_other_2186

Ellə sandılar ki,qopdu qiyamət

(M.P.Vaqif)

Bu misralardakı sayrü sözü xəstə mənasında ,andırmaq sözü yada salmaq, xatırlamaq mənasında dilimizin bir sıra dialekt və şivələrində işlənməkdədir.Səs mənasında olan ün sözü isə bəzi dialekt və şivələrdə hələ də yaşayaraq səs sözü ilə qoşalaşmış şəkildə işlənir.

b)Ümumdil üçün köhnəlmiş sözlər .Bu qrup sözlər vaxtı ilə dildə işlənib,indi isə nə ədəbi dildə ,nə də danışıq dilində istifadə olunmayan sözlərdir.Belə sözlərə əsasən qədim abidələrin dilində təsadüf edilir.

Məsələn :

Oğlan sağdır,əsəndur avdadır.

(“Kitabi Dədə Qorqud”)

Bu misaldakı əsən sözü X-XI əsrlərdə salamat mənasında işlənmiş,indi isə demək olar ki tamamilə köhnəlmişdir.Öz işlənmə dairəsinə görə köhnəlmiş sözlər müxtəlif qruplara ayrılır:

1.İşlənmə gücünü tamamilə itirmiş,mənası məlum olmayan və yeni sözlərin mələ gəlməsində iştirak etməyən sözlər;məslən, yanşax –el aşığı mənasında, ayrı- təmiz, bəbey-cins at, yaxnı- qovurma,dün- gecə, sədaq- ox qabı və s.

2.Müasir dildə söz kimi işlənmə gücünü itirmiş və izlərini sözlərin tərkibində saxlamış olan köhnə sözlər;məsələn, toxmaq sözündə olan tox (vur mənasında), qarmaq, qarı, qarğı sözlərində olan qar (bərklik mənasında), ilmək ,ilik,ilxı sözlərində olan il (yığışmaq mənasında) və s.

3.Vaxtı ilə ədəbi dilimizdə işlənmiş və müasir dilidən çıxmış bir çox ərəb-fars sözləri; məsələn, müsəlləs (üçbucaq),zaviyə (bucaq) ,sərf-nərf (qramatika),sövtiyyat (fonetika), rəfiq (yoldaş) və s.

Page 6: D word kurs_other_2186

4.Köhnə quruluş ilə əlaqədar idarə, müəssə və vəzifə adları, məslən, divanxana, nahiyə, qəza, naib, pristav, qaradavoy və s.

Köhnəlmiş və dildən çıxmış sözlərə atalar sözləri və zərb-məsəllərdə tez-tez təsadüf edilir; məsələn,dini dinara satan dindən də olar, dinardan da. Müasir dilimizdə Şaban, Ramaz adam adlarıdır, bunlar ay adları mənasında işlənmir, həmişə şaban bir dəfə ramazan atalar sözündə bu mənada işləmişdir.Müasir dilimizdə xəstəlik mənasında məlamət sözü işlədilmir, lakin gün doğan salamatdır, gün batan məlamət atalar sözündə isə o həmin mənanı ifadə edir.Dildə istər az ,istərsə də şox dərəcədə köhnəlmiş olan hər bir söz bu və ya digər qohum dillərdə fəal söz kimi işlənə bilir.Bunu başqa şəkildə desək qohum dillər üçün ortaq olan sözlərin bir dildə köhnəlməsi həmin sözün digər dillərdə köhnəlməsi üçün şərt ola bilmir.

Köhnəlmiş sözlərin hamısı eyni əlamətlərə malik olmayıb, bir qrupu digərindən bu və ya başqa xüsusiyyəti ilə fərqlənir.Bunlardan bəziləri ifadə etdikləri məhfumdan ayrılaraq, bəziləri isə məhfumla bərabər köhnəlmişdir. Bu nöqteyi nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözlər iki yer bölünür: tarixizimlər, arxaizimlər.

Keçmiş həyat və məişətin aradan çıxması, dəyişməsi ilə əlaqədar olaraq aradan çıxmış və ancaq həmin həyatı canlandırmaq məqsədi ilə işlədilən sözlər tarixizimlər adlanır.İfadə etdikləri əşya və hadisə ilə birlikdə köhnəlmiş sözləri şərti olaraq tarixizim adlandırmaq olar: məsələn, darğa, qazı, cüt ,çuxa, qurşaq və s.Tarixizimlər, əsasən, dövlət qurluşu, ictimai vasitə və münasibətlərlə bağlı meydana çıxan köhnəlmiş sözlərdir.Buna görə də tarixizimlərin ifadə etdikləri anlayışların köhnəlməsi başlıca olaraq cəmiyytin və ictimai qurluşun yüksək tərəqqisi və inkşafı ilə əlaqədardır.Bu qrup sözlər müxtəlif dövrlərdə meydana çıxdığı üçün bunların bəzisi qısa bəzisi uzun tarixə malikdir.Məslən: qolçomaq, rəncbər, mədrəsə, mollaxana və s.kimi sözlər, təxminən 80 ildən bundan əvvəl köhnəlməyə başlamışdır.Lakin bəzi sözlər lap yaxın zamanlarda köhnəlmiş, yaxud da

Page 7: D word kurs_other_2186

köhnəlməkdədir.Hazirda dilimizdəki patefon sözü bele bir proses keçirməkdədir.Son vaxtlara qədər işlənmiş və indi aradan çıxmış bir sıra sözlər də -rabfaq,darülmüellimeliyi ,darülmüəllimat,fərdiyyətçi,batrak,fövqəladə komitə,cümhuriyyət,şura və s. tarixizimlərdən sayılır.

Keçmişdə Bakıda ancaq bir yeddi mərtəbəli ev var idi.Sovet hakimiyyəti qurulandan sonra ilk dəfə birinci beş mərtəbəli ev tikildi.Bu gün Bakıda beş,altı,yeddi,səkkiz,doqquz və daha çox mərtəbəli evlərin sayı xeyli artmışdı.Buna baxmayaraq ,danışıqda beş və ya yeddi mərtəbə dedikdə, ilk tikilən binaların olduğu yer nəzərdə tutulur.İndiki Füzuli bağı olan yer vaxtı ilə Quba bağı adlanırdı. Bununla belə,Bakıda beşmərtəbə,Quba meydanı,İçərişhər və s. qəbildən olan onlarca yer adları köhnələrək ,lüğətin passiv fonduna keçmiş və tarixizimlər sırasına daxil olmuşdur.Bu gün lüğət tərkibində tarixizimlər sırasında olan bir sıra sözlər, papaninçillər,torqiçin ,kantor,staxanovçu və s.kimi sözlər az bir müddətdə lüğətin aktiv fondunda qala bilmişlər.

Tarixizimlər müxtəlif sahələrə aid ola bilir ; məsələn:

Vəzifə adı bildirənlər : koxa, darğa, onbaşı, kəndxuda, carçı və s.

Silah adı bildirənlər: alxan, şeşpər, aynalı, berdanqa və s.

Ölçü adı bildirənlər:misqal, sağar, batman,girvənkə və s.

Geyim adı bildirənlər: çuxa, qurşaq, əba arxalıq və s.

Alt adı bildirənlər: xış, cüt, şana və s.

Deməli köhnəlmiş sözlərdən tarixizimləri müəyyən edən əsas meyar həm sözün,həm də onun ifadə etdiyi anlayışın fəal istifadədən qalmasıdır:bunların hər ikisinin köhnəlməsidir.

Arxaizimlər.Köhnəlmiş sözlərin tarixizimlərə aid olmayan bölməsini arxaizimlər təşkil edir.Tarixizimlərdən fərqli olaraq,arxaizimlər elə sözlərdən ibarətdir ki ,onların ifadə etdiyi əşya və hadisələr indini

Page 8: D word kurs_other_2186

özündə belə mövcuddur,lakin onlar başqa sözlərlə ifadə olunur.Arxaizimlər dilin passiv fonduna daxildir.Zaman keçdikcə dildə axaizimlərə dublet ,qismən də sinonim olan, onları sıxışdırıb aradan çıxaran və lüğət tərkibinin aktiv qismini təşkil edən yeni leksik vahidlər yaranır: məsələn,yazı əvəzinə çöl, aul əvəzinə kənd, ozan əvəzinə aşıq və s.

Arxaizim geniş anlayışdır.Dilin bütün sahələrində ,yəni səs sistemində lüğət tərkibində ,qramatik quruluşunda, orfoqrafiyası, orfoepiyasında arxaizim hadisəsi var.Buna əsasən arxaizimlər bir neçə növə bölünür:fonetik, lüğəvi və qramatik arxaizimlər.Bunlardan lüğəvi arxaizimlər leksikologiya bölməsində öyrənilir.

Sözün ifadə etdiyi vahid anlayışla bağlı olan əşya və hadisənin qalması ,lakin ya sözün özünün , ya da onun ancaq mənasının köhnəlməsin lüğəvi arxaizim deyilir.Dildə lüğəvi arxaizimlər əsasən bu və ya başqa anlayışı ifadə edən sözlə bərabər,ikinci bir sözün əmələ gəlməsi və bunların bir-birini sıxışdırması əsasında yaranır.Məsələn,hələ lap qədim zamanlarda çalıb oxuyan şəxs mənasını bildimək üçüm dilimizdə ozan sözü işlədilmişdir.Qolça qopuz götürüb eldən –elə ,bəydən –bəyə ozan gəzər.Lakin müəyyən vaxtdan sonra bu və ya digər səbələrlə əlaqədar aşıq sözü meydana çıxmış və bu söz ozan sözünü istifadədən salmışdır.Beləliklə ozan sözü arxaikləşmişdir.Dilimizdə sözlərin arxaikləşməsini müxtəlif təzahürləri var.Belə ki, bəzi sözlərin özü,bəzi sözlərin mənası köhnəlir.Buna gorə də arxaik sözlər bir-birini eyni olmayıb ,müxtəlif növlüdür.Azərbaycan dilində lüğəvi arxaizimlərin iki növü vardır: leksik və semantik arxaizimlər.

Leksik arxaizimlər.Əşya və hadisəni ifadə etməkdən ayrılıb tamamilə arxaik plana keçən sözlər leksik arxaizmlər adlanır;məsələn,ayıtmaq (demək), əsrük(sərxoş), yey (yaxşı), irişmək (çatmaq), uyumaq(yatmaq) , sası (üfunətli) , tanuq( şahid) və s. Bu sözlər dilin lüğət tərkibinin passiv hissəsinə keçmişdir və müasir ədəbi dilimizdə fəal işlənmə iqtidarı olan

Page 9: D word kurs_other_2186

olan leksik vahidlər hüququna malik deyildir.Bunlar unudulmuş ,ya da unudulmaq prosesini keçirən sözlərdir.

Semantik arxaizimlər.Öz əvvəlki formasını saxlayıb, ancaq mənası köhnəlmiş sözə semantik arxaizm deyilir.Məsələn, keçmişdə kişi sözü adam, insan mənasında işlənmişdi; məsələn :

Həm sərbü qərarü taqətim yox,

Dəxi kişi ilə ülfətim yox.

(Xətai)

Bu söz insan,adam sözlərinin meydana çıxması ilə əlaqədar olaraq öz mənasından uzaqlaşmış, əvvəlki mənası arxaikləşmişdir.Hazırda bu söz əsasən , cins mənasında işlədilir.Eləcə də ər sözü qədimdə kişi mənasını bildirmiş, sonradan ailə üzvü mənasında işlənmişdir.

Deməli, semantik arxaizimin leksik arxaizimdən əsas fərqləndirən biri odur ki, semantik arxaizmə uğramış söz başqa mənada yenə də lüğət tərkibində işlənir.Lakin leksik arxaizm istifadədən düşür.

Dilimizdə leksik –fonetik arxaizimlərə də təsadüf edilir.Bunlara misal olaraq ,xəlq (xalq), taraq (daraq), həna (xına), və s. kimi sözləri misal göstərmək olar.

Arxaizimlər və tarixizimlərdən bədii dilin üslub xüsusiyyətlərini vermək üçün istifadə olunur.Hər hansı bir yazıçı keçmiş bir həyatın müəyyən tarixi bir dövrünü və o dövrdə yaşamış bu və ya digər sürəti qabarıq vermək istədikdə ,dövrün müəyyən dil xüsusiyyətlərində bunu nəzərə çatdıramaq və həm də yüksək təntənəli üslub yaratmaq üçün arxaizmləri və tarixizimləri işlədir: M.Ə.Sabirin şerində bu aydın görünür.

Şəhri-məlumunuzun vəzu qərarı necədir?

Həmdullah, necə görmüşdücə Nuh, öyləcədir!

Page 10: D word kurs_other_2186

Yeni məktəb açılıbmı vətən övladı üçün ?

Az deyil Adəm açan mədrəsə əhfadı üçün!

Bu şeirdə şair Nuh (əfsanəvi peyğmbər), mədrəsə (dini məktəb) kimi fonetik arxaizimlər işlədilmişdir.

Arxaizimlər nitqdə istehza, kinayə, zarafat çalarlığı yaratmaq üçün də işlədilir.Bunlar satira və yumor üçün çox müvafiq vasitələrdəndir.Məsələn;

Sən ağa mən ağa

İnəyimizi kim sağa

Bu misaldakı ağa sözü vasitəsilə bütün ifadənin məzmununa kinayə, istehza tonu verilmişdir.

Azərbaycan klassik şerində işlənmiş bir sira sözlər müasir dövr üçün artıq arxaiklşmişdir.Bunların da əksəriyyəti ərəb bə fars sözləri hesabına düşür; Məsələn:

Bildi təmami aləm kim,dərdiməndi-eşqəm

Yarəb hənuz halım bilməzmi ola yarım? (M.Füzuli)

3)Neologizimlər.

Dildə meydana gələn yeni sözlər- neologizimlər(yunanca neos-yeni,logos-təlim deməkdir) deyilir. Neologizim hadisəsi arxaizimin tam əksini təşkil edir.Neologizimlər bir müddət keçdikdən sonra lüğətin tərkib hissəsinə qarışaraq onunla həmahəngləşir və öz neologizimliyini itirir.Beləliklə yeni sözlər ancaq dilə yeni gəldiyi ilk dövrlərdə neologizim ola bilir.Buna görə də yeni söz,təzə söz anlayışları nisbi və şərti götürülərək dövrlərlə əlaqədar olan hadisə kimi başa düşülür.Dilin lüğət tərkibinin passiv hissəsinə keçən bu və ya başqa bir söz təşəkkül tapdığı dövr üçün neologizim kateqoriyasından çıxıb lüğət tərkibinin fəal hissəsinə keçərək işlək sözlərə çevrilə bilər.Məslən, XX əsrin 20-ci

Page 11: D word kurs_other_2186

illərindən başlayaraq traktor, kino, telefon, rayon,mexanik,vaqon və s.kimi sözlər dilimiz üçün neologizim haesab edilirdi. Lakin hal-hazırda bunlar neologizim deyil.Çünki bu sözlər dilimizin lüğt tərkibinin fəal hissəsinə keçmişdir, orada özünə mövqe tutaraq digər işlək sözlərdən fərqlənmir.Eyni zamanda bunlar danışıq prosesində ciddi üsubi rəngarəngliyə malik olan təzə söz kimi təsəvvür edilmir.Bütün bunlara əsasən dildə yeni sözün neologizim hesab edilməsini meyarı onu daxil olduğu dövrdəki işlək sözlərdən fərqlənməsi, təzəlik əlamətini saxlaması,yenilik çalarlığını əks etdirən üslubi keyfiyyətlərini mühafizə etməsidir.

Neologizimlərin müxtəlif yaranma üsulları var. Bəzi neologizimlər yeni əşya və hadisələrin meydana gəlməsi ilə əlaqədar olaraq onları dildə ifadə etmək üçün yaranır; məsələn, kosmonavt,lunoxod və s. Bəziləri də üslubla əlaqədar olaraq bədii söz ustaları tərəfindən yaradılır.Neologizimlərin bir çoxu dildə əvvəlcədən mövcud olan söz ehtiyatı əsasında düzəldilir.Məsələn vaxtı ilə neologizim olmuş Göyərçin,Qərənfil, Tamam, Almaz və s. kimi xüsusi isimlər ümumi isimlərdən; şərab adları bildirən mədrəsə, bayan, sadıllı, su adlarını bildirən badamlı, dilican ümumi isimləri xüsusi isimlərdən düzəlmişdir.Neologizimlər morfoloji və sintaktik yolla düzəlir: yenilikçi, gündəlik, aylıq, şəhəryanı, neftayıran və s.

Neologizimlərin bir hissəsi cəmiyyətə ictimai münasibət prosesində yaranır və yeni leksik vahid kimi dərk edilir.Məsələn, “Xam torpağı” birləşməsini yaranmasını qeyd etmək olar. Yeni sözlərin bəziləri başqa dillərdən tərcümə yolu ilə olduğu kimi gəlir ki,bunlara kalkalar deyilir: zərbəçi (udarnik), özünütənqid(samokkritka), açıq dərs(otkırıtıy urok), azarkeş(bolelşik) və s.Söz ustaları tərəfindən yaradılan yeni sözlər dilin daxili inkşaf qanunlarına uyğun olduqda ədəbi dildə özünə möhkəm yer tutur və onun lüğət tərkibini zənginləşdirir.Məsələn ,C.Cabbarlı dilimizə Aydın,Dönməz, Oqtay, Solmaz və s. kimi onlarca şəxs adları və başqa sözlər gətirmişdir.

Page 12: D word kurs_other_2186

Yazıçı tərəfindən dilə gətirilən söz dilin daxili ruhuna uyğun olmadıqda ,dildə uzun zaman işlənmir və tezliklə dildən çıxarılır.

Nelolgizimlərin əmələ gəlməsi. Neologizimlər istehsalatın,elmin, mədəniyyətinin,incəsənətin,ölkənin mədəni həyatının inkşafı ilə əlaqədar olaraq yeni yaranmış anlayışı ,hadisə və keyfiyyətləri bildirmək üçün əmələ gəlir.Neologizimlərin yaranmasında elmin rolu böyükdür.Müxtəlif sahələrə dair zəngin neologizimlərin əmələ gəlməsi sosializim cəmiyəti üçün daha çox xarakterik olan hadisə idi.Çünki sosializim əlamətdar hadisələr,böyük kəşflər dövrü idi.Orda yaranan hər bir yenilik ,bütün ixtiralar isə söz vasitəsi ilə öz əksini dildə tapırdı.Elə buna görə də sovet dövründə Azərbaycan ədəbi dilinin lüğət tərkibinə müxtlif sahələrə dair yüzlərlə neologizim daxil olmuşdur.Bu neologizimlər iki mənbədən –birincisi,öz dilimizin daxili imkanları əsasında (azadlıq,yeddilik,solçuluq,bərbərlik və s.) ikincisi isə başqa dillərdən söz almaq əsasında (sosializim,marşal,kapitan və s.) yaranmışdır.Neologizimlərin əmələ gəlmə səbəb və məqsədləri müxtəlifdir.Bunlardan bəziləri yeni anlayış və hadisələri adlandırmaq üçün yaranır.Neolgizimlər iki yerə bölünür: ümumi və fərdi –üslubi nelogizmlər.

Ümumi nelogizimlər.Müəyən təlabata uyğun olaraq ümumxalq dilində meydan çıxan neologizimlər ümumi nelogizimlər adlanır; məsələn : təyyarəçi,balet, opera,teatr,qənaətləndirici,elektrikləşdirmə və s.dilimizin lüğət tərkibinə külli miqdarda bu qəbildən olan neologizimlər daxil olmuşdur.

Fərdi-üslubi neologizimlər .Şair və yazıçılar, alim və mətbuat işçilərinin müəyyən məqsədlərlə əlaqədar olaraq yaradıqları neologizimlər fərdi-üslubu neologizimlər adlanır.Bu neologizimlər iki cür olur: birincisi, müstəqil ,ikincisi kontekst neologizimlər.İkinci forma sırf bədii sənətkarlıqla bağlıdır.Şair və yazıçıların söz yaradıcılığı cəhəti il bağlı olaraq yeni yaranan

Page 13: D word kurs_other_2186

sözlərin bəziləri ümumi neologizimlər sırasına daxil olur,bəziləri isə belə əlamət və keyfiyyət kəsb edə bilmir; məsələn:

Qərbi sarmışdı,dumanlar,sislər,

Acılar duydu içindən Azər

Özləyib şərqi həmın çıxdı yola

Bəlkə bir düşgünə yardımçı ola. (H.Cavid)

Bu misaldakı özləmək şairin fərdi üslubi ilə bağlı sözdür.Ümumiləşmədiyi üçün ədəbi dilin fəal tərkibinə keçə bilməmişdir.

Azərbaycan ədəbi dilində olan neologizimlər müxtəlif şəkildədir.Bunlar üç növə bölünür:

1)Leksik-semantik.Dildə həm məna, həm də forması yeni olan neologizimlər leksik-semantik neologizimlər adlanır; məsələn: artel, proletar, diktatura, feodalizim, kommunizim və s.

2) Leksik. Ancaq formaca yeni olan neologizimlər leksik neologizimlər adlanır; şura (höküməti) – sovet( höküməti), darülfün –universitet və s.

3)Semantik .Yalnız mənası təzə olan neologizimlər semantik neologizim adlanır; məsələn: yoldaş, müqddəs və s.

Bunlardan müqəddəs sözü keçmişdə dini anlayışlarla bağlı olaraq toxunulmaz mənasında işlənmişdir; hazırda isə hər şeydən üstün ,əziz mənasında işlənir.Həmçinin yoldaş sözü əvvəllərdə birgə səfərə çıxan,yol gedən mənasını bildirdiyi halda, indi həyat yoldaşı, həmfikir və s. mənalarını ifadə edir.Azərbaycan dilində neologizimlərin birinci tipinə aid olan sözlər çoxdur.Dildə meydan çıxan neologizimlər bütün fəaliyyətləri boyu neologizim olaraq qala bilmədikləri üçün iki istiqamətdə dəyişilir:Bunların bir qrupu dilin lüğət tərkibinin fəal hissəsinə keçərək ümumişlək xarakter alır.Digər qrup isə az müddətdən

Page 14: D word kurs_other_2186

sonra köhnəlir, arxaikləşir.Bəziləri isə passiv lüğətdə olduğu zamandan arxaikləşir.

Ümumişlək sözlər.Cəmiyyət və kainata aid əşya,hadisə,əlamət və s. anlayışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər deyilir.Bunlar hamı tərəfindən eyni dərəcədə eyni mənada başa düşülür; məsələn :

Yenə də yamyaşıl geyinir dağlar ,

Göz kimi durulur qaynar bulaqlar.

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni,

Təbiət ilhama çağırır məni!

Bu hissədəki sözlərin hamısı ümumişləkdir

Çünki bunlar və onlarla eyni olan sözlər hamı tərəfindən eyni cür başa düşülür.Ümumişlək sözlər dilin lüğət tərkibinin əsas hissəsini təşkil edir və zəruri, həyati anlayışları əks etdirir.Bu sözlər maddi varlığa və insan fəaliyyətinin bütün sahələrinə aid olur.Ümumişlək sözlər dilin hər üslubunda, yəni bədii, elmi, ictimai,rəsmi üslubunda işlənə bilir və işləndiyi nitqdə fikrin bütün dərinliyi ilə sadə və anlaşıqlı ifadə olunmsalna şərait yaradır

Ədəbiyyat siyahısı:

1)Qurbanov.A Müasir Azərbaycan dili.

2)Cəfərov S.Ə Müasir Azərbaycan dili (leksika)

3)www.kitab.az

Page 15: D word kurs_other_2186