18
Reklam menecmenti TMQ 0901 Ağayeva Nuranə

Televiziya reklamı

Embed Size (px)

Citation preview

Page 1: Televiziya reklamı

Reklam menecmenti

TMQ 0901

Ağayeva Nuranə

Page 2: Televiziya reklamı

TV reklamları

• Reklam informasiya yayım vasitəsini seçərkən əsas 3 göstəri (Əhatə genişliyi,görünmə tezliyi, təsir gücü)əsas götürülür.

• Bu göstəricilərə əsasən sıralamada TV reklamları birinci pillədədir.

Page 3: Televiziya reklamı

Tv reklamı nədir???

• Kütləvi informasiya vasitələrinin

cəmiyyətdə, ən təsirli olanı da

televizyadır. Çünki çatıla bilməyən heç bir

yerin qalmadığı yer üzündə, televiziyanın

girmədiyi heç bir yer qalmamışdır. Hər

insan, istisnasız gününün bir neçə saatını,

televiziyanın qarşısında keçirməkdədir. Bu

saatlar televiziya reklamının, öz vəzifəsini

yerinə gətirdiyi saatlardır.

Page 4: Televiziya reklamı

TV Reklamının tarixi

• Televiziya reklamının ilk dəfə kim tərəfindən düşünülməsi bəlli olmasa da,ilk Tv reklamı harada və necə göstərildi bəllidir.İlk Tv reklamı Londonda Olimpia zallında 5 və 13 noyabr 1930 tarixləri arasında edilən "Saç Modası Festivalı" əsnasında, Baird Co. şirkətin qurulan bağlı dövrə televiziya verilişləri zamanı göstərildi. Bu verilişdə, Eugene Ltd. tərəfindən çıxarılan materiallarla, saçlara ediləcək permanın nə cür uzun ömürlü olacağı izah edilirdi.

Page 5: Televiziya reklamı

Tv reklamı tarixiDaimi TV nəşrləri arasında ilk TV reklamı isə, 1 İyul 1941-ci ildə New Yorkda WNBT TV'sinde nəşr olundu. Ekrana Bulova marka bir saat görünüşü gəldi və bir aparıcı, bu statik görünüşün üzərinə reklam mətnini oxudu. 20 saniyəlik bu nümayişin ödənişi 9 dollar idi.

• NBC şirkəti də, birincisi 27 İyun 1941-ci ildə nəşr olunan bir reklamlı proqram kampaniyası başlatdı. Bu kampaniyada, istəyən firma üçün bir saat davamlı proqram hazırlanırdı. Arasına reklam mətnlərinin salındığı bu cür bir proqram üçün, studiya və istehsal xərclərinin xaricində 120 dollar alınırdı. O dövrdə yalnız 4 min 700 ədəd TV alıcısı olduğunu göz önünə alsaq, bu ödənişin xeyli astronomik olacağı aydın olur.

Page 6: Televiziya reklamı

İlk rəngli TV reklamı

• İlk rəngli TV reklamı, İngiltərədə, 15 Noyabr 1969-cu ildə nəşr olundu. "Birds Eye" marka göy noxudun tanıdıldığı 30 saniyəlik bu filmin prodüserliyini Lintas Reklam Agentliyi boynuna götürmüşdü. Bu ilk rəngli TV reklamı üçün Birds Eye firması, ATV şirkətinə 23 sterlinq ödədi.

Page 7: Televiziya reklamı

TV reklamlarının hazırlanması• Televiziya reklamları

agentliklər və istehsalat firmaları tərəfindən hazırlanır.Bu agentliklərin strukturunda öz mətn yazıçısı,rejissoru,stateq,art drektor,dizayner və s.kimi sektor mütəxəssisləri olur.Reklam agentlikləri firmaların ayırdığı büdcəyə uyğun olaraq reklam hazırlayır.Reklam filmləri yüksək xərc tələb edir.

Page 8: Televiziya reklamı

Tv reklamı

• Kameralar, çəkiliş xərcləri, oyunçu ödənişləri, vəsait, vasitə-vəsait ödənişləri, musiqi istehsal ödənişləri film istehsalı üçün ödənir. Bunun xaricində bir də, nəşr kanalların müəyyən edildikdən sonra, bu kanallara da ödəniş edilir. Neçə gün, neçə saniyə verilişdə qalacaqsa ona görə ödəniş dəyişməkdədir. Bundan başqa, kanaldan kanala da ödəniş dəyişməkdədir. Reytinqləri yüksək bir kanalda nəşr olunan bir reklamın ödənişi, digərlərinə görə yüksək olur.

Page 9: Televiziya reklamı

TV Reklam ssenarisinin hazırlanması

• Filmin ssenarisini, istehsal şirkətlərinin ssenaristləri ilə reklam agentliyinin mətn yazıçıları birlikdə hazırlayır.Filmin ssenasrisi əvvəlcədən reklam agenti tərəfindən aparılan tətqiqatın nəticələri,firmanın məqsədləri,elmi intizam işığında hazırlanır.

Page 10: Televiziya reklamı

Yaxşı TV reklamı necə olmalıdır?

Maraqlı

Təəccübləndirici

Xüsusi

İnandırıcı

satışı artıra biləcək

Page 11: Televiziya reklamı

TV reklamının üstünlükləriƏhatə dairəsi,görünmə tezliyi və təsir gücü yüksəkdir.

Səs,görüntü və hərəkətlər reklam mesajının çatdırılmasına təsir edir.

Tv reklamlarında yaradıcılığın sərhədi yoxdur.Sözlə ifadə edilə bilməyən hallar TV reklamı ilə çatdırılır.

Page 12: Televiziya reklamı

Tv reklamının zəif cəhətləri

Page 13: Televiziya reklamı

Azərbaycanda TV reklamları• Azərbaycanda TV reklamının

yaranması• 1941-ci ildən KİV sıralarına daxil

olmuş televiziya reklama geniş yer ayırdı.

• 1971-ci ildən isə televiziyanın reklam və elanlar şöbəsi müstəqil struktur kimi fəaliyyətə başladı. Tədricən televiziyanın informasiya, tədris, əyləncə funksiyalarının mahiyyətində iştirak edən reklam elementləri kommersiya funksiyası daşıyaraq əlavə gəlir mənbəyinə çevrildi.

Page 14: Televiziya reklamı

Azərbaycanda TV reklamları

• Reklam və inam

• Azərbaycanda reklam

mədəniyyəti

• Reklam

məhdudiyyətləri

Page 15: Televiziya reklamı

Tv reklamında məhdudiyyətlər

• Radio və Televiziyada Reklam Haqqında Qanunda qeyd olunub ki,

• 35.4. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır. 35.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir.

Page 16: Televiziya reklamı

Tv reklamında məhdudiyyətlər

• 35.6. Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 35.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 35.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.35.8. Yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi bir saatda 10 dəqiqədən, gün ərzində belə blokların sayı isə 6-dan çox ola bilməz.

Page 17: Televiziya reklamı

Dünyanın ən bahalı TV reklamı

• Rejissorluğunu Nicola Fuglsig'in etmiş olduğu və 20 milyon dollara başa gələn bu reklam filmi məşhur pivə markası Guiness tərəfindən hazırlatılmışdır. "Tipping Point" adındakı bu reklam filmində aktyorluq haqqında ən kiçik fikirləri olmayan yüzlərlə kəndli rol almışdır. Reklamda yüzlərlə kəndli bağ, boya qutuları, soyuducular və avtomobillər kimi bir-birindən əlaqəsiz yüzlərlə obyekti bir araya gətirərək domino effekti meydana gətirirlər.

• Rejissor çəkilişlərdən sonra verdiyi açıqlamada, həyatının ən çətin çəkilişini etdiyini söyləyir. 6,000 domino daşı, 10,000 kitab, 400 avtomobil şini, 75 ayna, 50 soyuducu, 45 gardrop və 6 ədəd avtomobil istifadə edilən reklama baxmağa dəyər...

Page 18: Televiziya reklamı

Diqqətinizə görə minnətdaram!!!