144
GÜLLÜ YOLOĞLU “RUSİYA YAŞAYACAQMI?” Bakı -2015

“RUSİYA YAŞAYACAQMI?” · 2018. 4. 20. · GÜLLÜ YOLOĞLU “RUSİYA YAŞAYACAQMI?” Bakı, Qanun Nəşriyyatı, 2015, 144 səhifə, tiraj 300 Çapa imzalanmışdır: 07.09.2015

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

  • GÜLLÜ YOLOĞLU

    “RUSİYA YAŞAYACAQMI?”

    Bakı -2015

  • “Rusiya yaşayacaqmı?” kitabının əsasını Rusiyanın bir İmperiya kimi yaşayıb yaşama-masından narahat olan şovinist tarixçi, dinşü-nas G.Fedotovun eyni adlı məqaləsi təşkil edir. Məqalənin günümüz üçün aktual məqamlarını təhlil edən Güllü Yoloğlu slavyanların etnik, dini və siyasi keçmişinə də baş vurur, bu gün bəzi xalqların Rusiyaya olan nifrətinin tarixi köklərini araşdırır, sovet dövrü üstü örtülü qa-lan bir çox məqamlara aydınlıq gətirir.

  • GÜLLÜ YOLOĞLU“RUSİYA YAŞAYACAQMI?”Bakı, Qanun Nəşriyyatı, 2015, 144 səhifə, tiraj 300 Çapa imzalanmışdır: 07.09.2015

    Qanun NəşriyyatıBakı, AZ 1102, Tbilisi pros., 76Tel: (+994 12) 431-16-62; 431-38-18Mobil: (+994 55) 212 42 37e-mail: [email protected]/Qanunpublishingwww.instagram.com/ Qanunpublishing

    İSBN 978-9952-36-

    © Güllü Yoloğlu, 2015© Qanun Nəşriyyatı, 2015

  • 5

    KİTABIN İÇİNDƏKİLƏR

    Ön söz əvəzi ................................................... 7

    İMPERİYANI QAYTARMAQ İSTƏYİ ... 91. Georgi Fedotov və yaşadığı siyasi mühit .. 101) Rusiyanın imkanlı sosial-demokratları ..... 112) Uiyanovlar ailəsinin çar rusiyasına münasibətinin kökü ........................................ 172. Georgi Fedotovun mühacirətdəki fəaliyyəti ......................................................... 191) “Moskva Kiyev rusunun tarixini necə mənimsədi?” ................................................... 21a) Rus knyazların türk anaları ..................... 23b) “Norman nəzəriyyəsi” ............................... 28c) Xəzərlər Kiyevdə ...................................... 282) Moskva knyazlığının yaranması: həqiqət və yalanların qovuşduğu tarixi dövr ............. 293) Moskoviyanın yeni iddiaları .................... 34

    REÇ POSPOLİTAYA .................................. 381. Reç Pospolitayanın parçalanması ............. 411) Reç Pospolitayanın birinci parçalanması .. 452) Reç pospolitayanın ikinci parçalanması ... 46a) 1794-cü il praqa qətliamı ........................... 473) Reç Pospolitayanın üçüncü parçalanması ................................................... 51a) İşğal olunmuş ərazilərin durumu .............. 51b) Litvalılar dillərini necə qorudular? ......... 54

  • 6

    c) Polşa krallığındakı vəziyyət ....................... 57d) Miflərin darmadağın olduğu yer - xatın ..... 62

    MİLLİ MƏSƏLƏ ........................................ 661. Vəlidovçular ............................................... 67CALAQ XALQ – “SOVET XALQI” ......... 71GEORGİ FEDOTOV. “RUSİYA YAŞAYA-CAQMI?” (məqalənin tərcümə olunmuş mətni) .......... 76GEORGİ FEDOTOVUN SİYASİ ÖNCƏGÖRMƏLƏRİ .................................. 951. Sibirin işğalı: Ruslaşdırma və xristianlaşdırma .............................................. 101GEORGİ FEDOTOVUN ÖNCƏGÖRMƏLƏ-RİNİN DAVAMI ........................................................ 120“KIRIM – MƏNİM DOĞMA YURDUM” 127GEORGİ FEDOTOVUN ÖNCƏGÖRMƏLƏ-RİNİN SONU ................................................ 134SON SÖZ ...................................................... 136 ƏDƏBİYYAT ................................................ 137

  • 7

    ÖN SÖZ ƏVƏZİ

    “Tarix təkrarlanır” deyirlər. Doğrudanmı bu belə-dir? Əslində tarix heç vaxt unudulmur. Xalqın yadda-şına hopmuş tarixi hadisələr kül altındakı közə bənzə-yir. Azacıq külək külü sovurub közü alovlandırmağa yetər. Yaddaşın bir küncündə gizlənmiş əsaslı və ya əsassız kin, qisas hissi, tarixi ədalətsizliyi bərpa et-mək istəyi zaman keçsə də, nəsillər dəyişsə də, sön-mür, əlverişli şərait yaranan kimi üzə çıxır...

    Bu gün dünyada baş verən əksər münaqişələrin kökündə vaxtilə baş vermiş hadisələrlə bağlı yadda-şın bəslədiyi kin durur. Və o, vulkan kimi püskürmək üçün bəhanə axtarır, fürsət, şərait gözləyir...

    Bəzən baş verən hadisələr təəccüb doğurur, nifrət hissinin həddini aşması, insanların, xalqların bir-bi-rinin qanına susaması heyrətə səbəb olur, bu günün prizmasından yanaşaraq hadisələrə qiymət verilməsi yanlışlıqlara yol açır... Doğru qənaət əldə etmək üçün isə hadisələrin tarixi köklərini araşdırmaq lazım gəlir. Bəlkə də onlara əhəmiyyət verilmir. Və ya əhəmiy-yət verilmədiyinə görə bugünkü hadisələr baş verir. Hərçənd ki, hər xalqın (haqlı və ya haqsız olmasın-dan asılı olmayaraq) bu məsələləri düşünən, xəbər-darlıq edən, ehtiyatlı olmağa səsləyən və ya aranı daha da qızışdıran, tarixi faktları təhrif edən, beləliklə də, öz xalqını uçuruma yuvarlayan ziyalıları olub və var. Onlar keçmişin həsrətilə yaşayır, onu bərpa et-məyə çalışır, məntiqlərinin yol verdiyi çərçivədə təh-lil edir, nəticələr çıxarır, gələcəyə proqnoz verirlər...

  • 8

    Şərt deyil ki, bu proqnozlar və ya həmin ziyalıların mövqeyi bizimki ilə üst-üstə düşsün. İstənilən halda qonşu xalqların bir milliyyətçisinin etirafları, təhlillə-ri, gələcəyə yönələn planları bizi də maraqlandırmalı-dır. Çünki biz, müstəqil Azərbaycan Respublikasının əhalisi, sakinləri olaraq böyük dövlətlərin əhatəsində yaşayırıq və yaşayacağıq... Necə deyərlər, “xəbərdar-sansa, deməli, silahlısan”...

    Mürəkkəb dövrdə, mürəkkəb şəraitdə yaşayırıq. Dünyanın o başında gedən hadisələrin belə təsirini hiss edirik, o ki, qaldı qulağımızın dibindəki qonşula-rımız ola. Ona görə də tarix boyu müxtəlif vəsilələrlə təmasda olduğumuz şimal qonşumuz olan Rusiyada baş verənləri, olub bitənləri və ya bitməyib davam edənləri bilməyimizdə fayda var...

    Əslində bu gün Rusiyanın Ukrayna, Belarus, Polşa və Çexiya ilə münasibətləri üzdə görünən və görün-məyən məqamlardan ibarətdir. Üzdə görünən: slav-yan və pravoslav xristian qonşu və “qardaş” dövlətlər! Görünməyən hissə isə bu gün Rusiyanın Rusiya, Uk-raynanın Ukrayna, Belarusun Belarus və s. olmasını şərtləndirən tarixi hadisələr... Və bu hadisələr göstərir ki, görünən hissə, yəni slavyanlıq və pravoslav xris-tianlıq xalqların, sözün əsl mənasında, qardaş olması üçün şərt deyilmiş, əgər tarixi yaddaşda kin varsa...

    Bugünkü Rusiyanın Baltikyanı ölkələrlə münasi-bətindəki problemlər də tarixin qan yaddaşına hop-muş hadisələrdən qaynaqlanır...

  • 9

    İMPERİYANI QAYTARMAQ İSTƏYİ...

    Bu başlıq altındakı yazımı hazırladığım 2014-cü ilin 16 iyul tarixində məlum oldu ki, Rusiya Döv-lət Dumasının Liberal-Demokrat Partiyasından olan millət vəkilləri Rusiya İmperiyasının bayrağının bər-pa olunması haqqında qanun layihəsi hazırlayıblar. “İmperka” deyilən ağ-sarı-qara qammalı bayrağın bərpa olunması çoxlarının ürəyindəndir, çoxlarına da xəbərdarlıqdır... Əslində bu bayraq Rusiyadakı şovi-nistlərin və monarxistlərin istifadə etdikləri bayraq-dır. “Novorusiya” dedikləri Ukrayna ərazilərində də tez-tez görünən bu bayrağın Kırımın işğalından sonra siyasi partiyalar səviyyəsində bərpasının təklif olun-ması, həm də bununla keçmişin və gələcəyin bağlı ol-duğunun vurğulanması ciddi iddialardan xəbər verir...

    Rusiya İmperiyasının bayrağı (imperka)

  • 10

    Məlumdur ki, kommunistlərin hakimiyyəti döv-ründə bir çox məsələlər haqqında açıq danışmaq müəyyən xoşagəlməz nəticələr verə bilərdi. Bu, bə-zilərinin yanlış olaraq düşündüyünün əksinə olaraq tək müsəlmanlara və türklərə aid deyildi...

    Böyük Rusiya İmperiyasının dağılması, Rusiyanın yerini SSRİ-nin alması, rus milli şüurunun, slavyan hegemonluğu məsələsinin zəifləməsi vaxtilə Rusiya İmperiyasının gücünü görən, süqutunu ürək ağrısı ilə izləyən, pravoslav xristian dəyərlərin aşınmasından narahat olan, bu fikirlərini sovet dönəmində deməyə çəkinən, vətənini ağır günlərində tərk edən, ömrünü mühacirətdə keçirən bir çox rus milliyyətçisi üçün nə qədər ağır olsa da, onlar yalnız xaricdəki çıxışları, mühazirə və məqalələri ilə kifayətlənməli olurdular. Sovetlər Birliyi dağıldığı vaxtlar həmin müəlliflər cismən olmasa da, ruhən yenidən Rusiyaya, rusdilli mətbuata döndülər. Onlardan biri də tanınmış rus mil-liyyətçi filosofu Georgi Fedotov idi...

    1. GEORGİ FEDOTOV VƏ YAŞADIĞI SİYASİ MÜHİT

    Georgi Fedotov 13 oktyabr 1886-cı ildə Saratov qubernatorunun dəftərxana müdiri Pyotrun ailəsində doğulmuşdur. O, valideynlərinin köçdüyü Voronejdə gimnaziyanı uğurla bitirir, 1904-cü ildə Peterburq Texnologiya İnstitutuna daxil olur, 1905-ci il inqilabı

  • 11

    başlayanda Saratova dönür, Sosial-Demokrat Partiya-sının fəal üzvlərindən biri kimi çalışır.

    Kim idi sosial-demokratlar və onlar nə istəyirdilər?

    1) RUSİYANIN İMKANLI SOSİAL-DEMOKRATLARI

    Rusiya Sosial-Demokrat Partiyası 1898-ci ildə Rusi-ya İmperiyasında fəaliyyət göstərməyə başlamışdır. İlk sosial-demokrat dərnəklər hələ 1880-ci illərdə yaranmışdır. 1883-cü ildə Georgi Plexanov ilk Rusiya marksist təşkilatı – “Əməyin azadlığı” qrupunu yaradır. 1894-1895-ci illərdə onun təşəbbüsü ilə “Rus sosi-al-demokratlarının xaricdəki ittifaqı” yaranır.

    İstefada olan qərargah kapitanının oğlu Georgi Plexanov Voronejdə gimnaziyanı qızıl medalla bitir-miş, Peterburqda Dağ-Mədən İnstitutunda oxumuş-dur. İnstitutdakı uğurlarına görə hətta Yekaterina təqa-üdü də almışdır... Bu vaxtlar Peterburqda Aleksandr Hertsen və Nikolay Çernışevski Çar Rusiyasında dö-zülməz hal olan kəndlilər arasındakı təbəqələşməyə qarşı üsyan hazırlayır, təbəqəsiz xalq yığıncağı keçir-mək istəyirdilər. Yəni Georgi Fedotovun sosial-de-mokratlara qoşulması heç də təsadüf deyildi. Onun

    Georgi Fedotov (1886-1951)

  • 12

    oxuduğu və yaşadığı Voronejin, Peterburqun havasından artıq üsyan, etiraz qoxusu gəlirdi...

    Təşkilatçılar ara-sında N.Obruçev, S.Rımarenko, İ.Şamşin və başqaları da vardı. Əsasən imkanlı ailələr-də yetişmiş bu ziyalı-ların məqsədi Çar Ru-siyasını məhv etmək deyil, sosial ədalətsiz-liyi aradan qaldırmaq,

    demokratiyanı yaymaq idi. Onların ayağa qaldırmaq istədikləri kəndlilər də imperiyanı yıxa biləcək böyük gücə və imkanlara malik deyildilər. Yəni onlar aya-ğa qalxsalar belə, Rusiya İmperiyasının varlığına da heç bir təhlükə yarada bilməzdilər. Sadəcə cəmiyyət-də baş verən sosial ədalətsizlik, qadınların ailədə və cəmiyyətdəki acınacaqlı durumu, təhsil sistemindəki əyintilər, savadsızlıq, cəhalət, yoxsulluq rus ziyalıla-rını, həm də imkanlı ailələrdə böyümüş ziyalıları na-rahat edirdi...

    Varlı mülkədar ailəsində böyüyən Aleksandr Hert-sen həm də slavyanofil idi. O, əvvəllər Avropaya can atsa da, çox tezliklə qərbin əxlaqi dəyərlərinin sadə rus xalqınınkından fərqləndiyini, “rus tayfasının “təzə-tər bakirə tayfa”” olduğunu dərk edir. O, dinləri təhlil edərkən katoliklik və protestantlıqla müqayisədə pra-voslav xristianlığın çox üstün olduğunu vurğulayır...

    Georgi Plexanov (1856-1918)

  • 13

    Bəs Nikolay Çernışevski kim idi?

    Keşiş ailəsin-də doğulan Ni-kolay Peterburq Universitetində təhsil almışdır. Jandarmların şefi Dolqoruko-vun rəyindən: “Velikoruss ça-ğırışların tərti-bində... şübhəli bilinir” (О внутреннем состоянии России в 1861-1862 годах. – 1862), yəni Nikolay Çernışevski də velikorus “ideyası” ilə xəstələnənlə-rin sırasında idi. O da cəmiyyəti dəyişmək istəyirdi.

    Lakin burada söhbət siyasi deyil, sosial dəyişikliklər-dən gedirdi. O da Hertsen kimi təhsilin səviyyəsin-dən, qadınların cəmiyyət-də yerinin olmamasından narazı idi.

    Bir-iki təşkilatçının da tərcümeyi-halına diqqət edək.

    Nikolay Obruçev alay komandirinin ailəsində dünyaya gəlmiş, gözəl hər-

    Aleksandr Hertsen (1812-1870)

    Nikolay Çernışevski (1828-1889)

  • 14

    bi təhsil almış, II Aleksandrın tacqoy-ma mərasimindəki fəallığına görə III dərəcəli Müqəddəs Anna və III dərəcəli Müqəddəs Stanislav ordenləri ilə təltif edilmişdir. “Hərbi toplu” dərgisi vasitə-silə N.Çernışenko və N.Dobrolyubov-la tanış olmuşdur. 1877-1878-ci illər rus-türk müharibəsində strateji planın müəllifi də Nikolay Obruçev idi. Məhz o, II Aleksandrı bu müharibənin vacibliyinə inandırmış-dır. Qars qalasının alınmasındakı fəallığına görə III dərəcəli Müqəddəs Georgi ordeni və general-adyu-tant adı almışdır. Almaniya və Avstriya-Macarıstana qarşı müharibədə Bosfora desant əməliyyatının planı-nı da o hazırlamışdır. Çar II Aleksandrın hakimiyyəti dövründə də Rusiyanın hərbi gücünün artmasına xid-mət edən N.Obruçev bütün varlığı ilə Çar Rusiyasının yaşamasının tərəfdarı idi...

    İxtisasca hüquqşünas olan İvan Şamşin uzun illər həbsxana sistemində, cinayət işlərinin araşdırılması sahəsində çalışmış, Peterburq Məhkəmə Palatası De-partamentinin sədri olmuş, Ali Cinayət Məhkəməsi-nin sədri vəzifəsinə qədər yüksəlmişdi...

    Nikolay Obruçev (1830-1904)

  • 15

    Ukrayna filoloqu Aleksandr Potebnyanın qardaşı, “Polşadakı rus zabitləri komitəsi”ni yaradan, zadəgan ailə-sində böyümüş podpo-ruçik Andrey Potebn-yanın da onlarla əlaqəsi vardı...

    Demək istədiyim odur ki, Çar Rusiyasın-da bu cür səlahiyyət-lərə, mövqe və hörmətə sahib insanlar niyə onu

    yıxmağı, devirməyi düşünsünlər ki?! XIX əsrin sonu - XX

    əsrin əvvəllərində Avropa-da gedən inkişaf prosesini görən rus ziyalıları Rusiya İmperiyasında baş verən bir sıra neqativ hallardan narahat olur, onların ara-dan qaldırılması uğrunda mübarizə aparırdılar. Belə bir vaxtda Georgi Fedotov da çoxları kimi apardığı mübarizənin Rusiya İm-periyası üçün müsbət nə-ticələr verəcəyinə inanırdı.

    İvan Şamşin (1835-1912)

    Andrey Potebnya (1838-1863)

  • 16

    Elə buna görə də rejimə qarşı hərəkatın fəal üzvü kimi dəfələrlə həbs edilir, Almaniyaya sürgün olunur, təh-sili yarımçıq qalır, geri dönür, təhsilini davam etdirir. Yenə həbslər, yarımçıq təhsil, xarici ölkələr... Lakin xarici ölkələrdə olarkən Fedotov tarixə maraq göstə-rir, universitetlərdə mühazirələrə girir, kitabxanalarda çalışır.., geri dönür, Peterburq Universitetinin Tarix fakültəsində təhsilini davam etdirir...

    Hərbçi və ziyalı təbəqənin bir qisminin də daxil olduğu Rusiya sosial-demokratları slavyan birliyinə çalışır, pravoslav xristianlığın əhatə dairəsini geniş-ləndirməyə can atırdılar. Onların Çar Rusiyasında ümumdemokratik təhsili, fəhlə və kəndlilərin ma-raqlarını nəzərə alan tədbirləri müzakirə etdikləri bir vaxtda xalqçılıq ziyalıların əsas ideologiyasına çevrilirdi. Məqsəd Rusiya İmperiyasını qoruyaraq kapitalizmi keçmədən birbaşa sosializmə qədəm qoy-maqdan ibarət idi. A.Hertsenə görə, bu işdə əsas güc təhkimli kəndlilər olmalı idi. O düşünürdü ki, kənd-lilərin icma torpağının olması, torpağa hüququ və özünüidarəsi sosialist cəmiyyətinin əsasını təşkil edir. Beləcə, bütöv Rusiya İmperiyası üçün “rus sosializ-mi” və ya “icma sosializmi” ideyası yarandı. Özəyini kəndlilər təşkil etdiyindən bəzən buna “kəndli sosia-lizmi” də deyirdilər. Xalqçıları hərdən kobud “şovi-nizmin” nümayəndələri də adlandırırdılar. Anarxist-lər (M.Bakunin, P.Kropotkin) isə mövcud dövləti ləğv edərək yerində yenisini yaratmamaq kimi cəfəng fikrə qulluq edirdilər. M.Bakunin qətiyyətlə əhalini ümumxalq qiyamına (bunt-buntçular) çağırırdı...

  • 17

    2) ULYANOVLAR AİLƏSİNİN ÇAR RUSİYASINA MÜNASİBƏTİNİN KÖKÜ

    1861-ci ildə təhkimçilik hüququ ləğv olundu. Ru-siyanın cənubunda xalqçılar terrora əl atdılar. Kiyev-də, Xarkovda, Peterburqda, Rostovda terrorlar güc-ləndi. Bu illərdə G.Fedotovun gimnaziyada oxuduğu Voronej şəhəri də hadisələrin mərkəzində idi. “Xalqın iradəsi” adı altında terror törədilir, nəticədə 1881-ci ildə II Aleksandr öldürülür... III Aleksandra sui qəsd-də iştirakına görə 21 yaşlı Aleksandr Ulyanov, yəni Vladimir Ulyanovun böyük qardaşı da edam olunur. Bu vaxt Vladimir Ulyanovun (sonralar V.Leninin – G.Y.) 17 yaşı vardı. Onlar Simbirsk quberniyası-nın xalq peşə məktəblərinin inspektorunun övlad-ları idilər. Lenin irsini ətraflı öyrənən M.Şaginyana

    görə, onların ana baba-ları Aleksandr Blank ukraynalı olmuşdur. Bu da Ulyanovların Çar Rusiyasına nifrətini bir daha əsaslandırır. 1866-cı ildə, yəni Aleksandr Ulyanov dünyaya gələn-də hələ Çar Rusiyasına qarşı qalxan 1863-cü il üsyanının acı nəticələ-ri, həbslər, qadağalar, təqiblər davam edirdi və ailə ukraynalı baba-nın, ananın, qohumların Aleksandr Ulyanov (1866-1887)

  • 18

    aqibətini görürdü. Uşaqlar bu xatirələrin içində bö-yüyürdülər. Qaynaqlara görə, 1887-ci ilə, yəni qarda-şı edam olunana qədər Vladimirin inqilabi fəaliyyəti barədə məlumat yoxdur. Bunu yazmaq Vladimirin inqilabi fəaliyyətini qardaşının qisasını almaq istəyi kimi dəyərləndirmək deməkdir. Lakin V.Leninin vax-tilə Çar Rusiyasının işğal etdiyi Ukrayna və Belarusla bağlı sonrakı siyasəti məsələnin kökünün daha dərin-də olduğunu göstərir...

    Vladimir Leninin öz tərəfdarlarını “qırmızılar” ad-landırması da təsadüf deyil. Hələ 1850-ci illərdə Reç Pospolitayanın üçüncü parçalanmasından və süqutun-dan sonra Rusiyanın əlinə keçən Litva, Belarus (Prus-siyaya qatılan Belostok şəhəri olan ərazidən başqa) və Avstriyaya qatılan Qa-litsından başqa bütün Ukrayna torpaqlarında “qırmızılar” adlandı-rılan dəstələr tərəfin-dən aqrar islahatlar, demokratikləşmə və müstəqillik tələbləri artır, ruslara qarşı açıq silahlı mübarizə və üs-yanlar hazırlanırdı... XX əsrin əvvəllərində “qırmızılar” adlandı-rılanlar məhz Ukray-na ərazisindəki həmin “qırmızılar”ın davam-çıları idilər...

    Vladimir Lenin (Ulyanov) (1870-1921)

  • 19

    2. GEORGİ FEDOTOVUN MÜHACİRƏTDƏKİ FƏALİYYƏTİ

    Rusiyanın sonunun yaxınlaşdığını hiss edən Geor-gi Fedotov Fevral İnqilabından təşvişə düşərək onun arxasınca Oktyabr çevrilişinin olacağını və sevdiyi Rusiyanı ondan sonra nələrin gözlədiyini öncədən görürdü. Belə qarışıq bir vaxtda əksər rus ziyalıları kimi o da xilas yolunu pravoslavlıqda görür, vaxtilə “Vladimir Peçorinlə bərabər lənətlədiyi, Marksla bərabər nifrət etdiyi” Çar Rusiyasının dağılmasında özünün də günahkar olduğunu etiraf edirdi...

    1925-ci ildən başlayaraq G.Fedotov Avropanın Berlin, Paris və digər şəhərlərinin ilahiyyat institut-larında mühazirələr oxuyur, daha sonra isə ABŞ-a köçür. Onun Rusiyanın tarixi taleyi ilə bağlı antiso-vet xarakterli fəlsəfi məqalələrindən biri də “Rusiya yaşayacaqmı?” məqaləsidir.

    Nə idi G.Fedotovu narahat edən? Nəyə görə o, se-vimli Rusiyasının yaşayıb-yaşamayacağından bu qə-dər təlaş keçirirdi? Niyə rus filosofu “vaxtilə İslama qarşı duran, Çingiz xana qarşı çıxan” Rusiyanın tale-yindən bu qədər nigaran idi? Nədən gəncliyinin ilk il-lərində inqilabi hərəkata qoşulan Fedotov çox tezliklə fikrini dəyişdi?..

    Oxucularımızın bu suallara cavab tapa biləcəkləri həmin məqalə ilk dəfə Parisdə çıxan “Rusiya tələbə xristian hərəkatı xəbərləri”nin 1-2-ci saylarında çap olunsa da, geniş oxucu kütləsinə yalnız 1991-ci ildə S.Fominanın Moldovada çap olunan “Kodrı” dərgi-

  • 20

    sindəki təqdimatı ilə çatdırılmışdır. Azərbaycan-Mol-dova ədəbi əlaqələrini öyrənən bir tədqiqatçı kimi Moldovada çıxan bütün ədəbi-bədii dərgi və qəzetləri izlədiyimdən “Kodrı” dərgisinin həmin sayındakı yazı hələ o vaxtdan diqqətimi çəkmişdir. Zamanı gəldiyini düşünərək Azərbaycan xalqını bir çox mətləblərdən hali etmək məqsədilə həmin məqalə və onun müəllifi haqqında 1999-cu ildə “Dövran” qəzetinin səhifələ-rində məlumat vermişdim. Lakin günümüzdə Rusi-yanın qonşu dövlətlərlə münasibəti, slavyanlar ara-sındakı qarşıdurmalar bizi yenidən həmin məqaləyə, onun müəllifinə, dövrünə qayıtmağa məcbur etdi.

    Onu da qeyd edək ki, G.Fedotovun məqaləsini təqdim edən S.Fomina tarixin ikinci dəfə böyük şans verdiyi “velikorusların”, yəni rusların məqalədəki məsələlərə diqqət etmələrini, onun hər sətrinin ma-hiyyətinə varmalarını, bu məqaləni “İnam, Ümid və Məhəbbətlə oxumalarını” tövsiyə edir. Bizcə, bu cür yazıları bizim də diqqətlə oxumağımız lazımdır. Hər sətrin mahiyyətinə varmağımız və qarşımızdakıların əsl niyyətlərini bir daha anlayıb düzgün nəticə çıxar-mağımız üçün çox vacibdir...

    Ancaq G.Fedotovun rus dilindən tərcümə etdiyi-miz “Rusiya yaşayacaqmı?” məqaləsini oxucuları-mızın diqqətinə çatdırmazdan əvvəl buradakı bəzi məqamların (G.Fedotov hansı Rusiyanın həsrətin-də idi? Niyə “maloruslar” adlandırdığı ukraynalılar “velikoruslara”, yəni ruslara bu qədər nifrət edir-lər? Nədən G.Fedotov ukraynalıların milli şüurunun oyanmasından əndişələnir?..) sıx bağlı olduğu tarixi

  • 21

    hadisələrə qısa bir ekskurs etməyi lazım bildik... Məqsədimiz slavyan mənşəli bildiyimiz ruslarla pol-yaklar, ukraynalılar, çexlər, belaruslar, eləcə də Bal-tikyanı xalqlar arasında əsrlər boyu yaşayan, ciddi qarşıdurmalara, müharibələrə səbəb olan nifrətin kö-künü araşdırmaqdır...

    1) “MOSKVA KİYEV RUSUNUN TARİXİNİ NECƏ MƏNİMSƏDİ?”

    Uzun illər, hətta əsrlər boyu bir çox tarixçilər xalq-ların etnogenezi, dili, dini ilə bağlı tədqiqatlar apar-mışlar. Bəzi alimlər bugünkü Ukrayna və Rusiya ara-sındakı münasibətlərin kökünü araşdıraraq maraqlı nəticələr əldə edirlər. Məsələn, tarix elmləri doktoru, erməni koloniyaları haqqındakı bir çox araşdırmanın

    Yaroslav Daşkeviç (1926 - 2010)

  • 22

    müəllifi Yaroslav Daşkeviç məqalə və çıxışlarında (“Як Московiя привласнила iсторiю кiiвськоi Русi” (2008)) qeyd edirdi ki, Moskva çarları IV İvandan (İvan Qroznı) baş-layaraq Kiyev Rus dövlətinin tarixi-ni mənimsəməyə başladılar. Onlar bilirdilər ki, keçmi-şi olmayan xalqın,

    dövlətin gələcəyi də yoxdur. Belə ki, Moskva knyazlığı 1277-ci ildə Men-gi Temir xan tərəfindən Qızıl Ordanın bir ulusu kimi yaradılmışdır. Bu vaxta qədər artıq 300 ildən çox idi ki, Kiyev Rus dövləti vardı...

    Tədqiqatçılar fin torpağı olan “Moksel”lə (sonra-lar Moskva knyazlığı) Kiyev Rus dövlətinin heç bir əlaqəsinin olmadığından bəhs edərək vurğulayırlar ki, 988-ci ildə Kiyev Rus dövlətində vatiz prosesi gedəndə, Suzdal torpağının – “Moksel” torpağının fin tayfaları yarı vəhşi halda yaşayırdılar. Əslində IX-XII əsrlərdə Tulada, Ryazanda və indiki Moskva vilayətində merya, mokşa, ves, çud, mordva, mari və (sonrakı faktlar göstərir ki, qıpçaq türklər də buranın

    Çar IV İvan (İvan Qroznı) (1533-1584)

  • 23

    yerli tayfalarından idilər – G.Y.) başqa “moksel” tayfaları yaşayırdılar.

    a) RUS KNYAZLARIN

    TÜRK ANALARI

    1137-ci ildə knyaz Ryurikoviçlərdən olan Vladimir Monomaxın ki-çik oğlu Yuri (Gürgi, Dür-

    gi) Dolqoruki Kiyev knyazlığında yer tapa bilmədi-yindən “Moksel”ə gəlir və burada Suzdal knyazlığına başçılıq edir. Elə Daşkeviçin özü də yazır ki, Yuri yerli tayfalardan olan bir qızla evlənir və nəticədə Andrey Boqolyubski dünyaya gəlir. “Yerli tayfalardan birinin qızı” əslində qıpçaq xanı Aepa Osenoviçin qızı idi. Andreyin monqoloid təsviri də təsadüf deyil. Demə-li, hələ monqol-tatarlara qədər (qaynaqlarda onların Suzdala 1237-ci ildə gəldiyi bildirilir – G.Y.) əsl “rus” torpaqları sayılan Suzdal knyazlığında qıpçaqlar yerli tayfalardan idilər. Qıpçaqlar öz kürəkənlərinə “Uzun kollı Yuri” deyirdilər... Onu da qeyd edək ki, son-ralar bütün knyazların şəkilləri yenidən işlənildi və monqoloid üz cizgiləri, göz quruluşları dəyişdirilərək “slavyanlaşdırıldı”. 1940-cı illərin əvvəllərində And-rey Boqolyubskinin nəşinin qalıqlarını Moskvada-kı Plastik Bərpa Laboratoriyasına gətirirlər. Burada antropoloq, heykəltaraş, arxeoloq, professor Mixail

    Yuri Dolqoruki

  • 24

    Gerasimov And-rey Boqolyubskinin qalıqlarını analiz edərək onun əsasında büstü yaradır (1949). Həmin büst hazırda K.A.Timiryazyev adına Moskva Döv-lət Bioloji Muze-yində saxlanılır. La-kin bu günümüzdə monqoloid Andrey bir çoxlarına sərf et-

    mədiyindən XXI əsrin əvvəllərində profes-

    sor V.Zvyagin onun yeni surətini yaratdı və, nəticədə Andrey də digər müqəddəslərə bənzədi...

    Misal olaraq rus tarixçi alim, professor Vasili Kl-yuçevskinin “tarix səhnəsinə çıxan ilk velikoross” adlandırdığı Andrey Boqolyubskinin şəklinə diqqət edək. Sonrakı şəkillərin hamısında qıpçaq xanının nəvəsindən əsər-əlamət belə yoxdur.

    Onu da qeyd edək ki, M.Gerasimov 200-dən çox tarixi şəxsiyyətin üz quruluşunu, sifət cizgilərini bər-pa etmişdir. Onların arasında Əmir Teymur, İvan IV Qroznı, Uluqbəy, F.Uşakov, Yaroslav Mudrıy və hətta Fransadakı La-Şapel-o-Sen mağarasındakı son nean-dertal da vardır.

    O zaman niyə bu son zamanlar V.Zvyagin və tərəf-darları digərlərinə deyil, məhz Andrey Boqolyubs-

    Andrey Boqolyubski(1110 - 1174)

  • 25

    kiyə şübhə ilə yana-şırlar? Əlbəttə ki, bu yanaşma tarixi sax-talaşdırmağın tərkib hissəsidir...

    Araşdırmalar göstərir ki, Ryuriko-viçlərin əksəriyyə-tinin xanımı qıpçaq qızları olsalar da, bu gün təqdim olunan şəkillərdə biz anala-rın və ya qıpçaq dayıların, babaların izlərini görmü-rük. Bu da saxtalaşdırılmış tarixin əsas göstəricilərin-dən biridir... Halbuki “igid oğul dayısına oxşayar” deyiblər. Elm də sübut edir ki, oğlan uşaqlarında ana tərəf dominant təşkil edir... Məsələ burasındadır ki, X

    Andrey Boqolyubski

    Mixail Gerasimov (1907-1970)

  • 26

    xromosomlar dərinin, saçın rənginə, qaş-ların, dodaqla-rın, burunun və üzün quruluşuna cavabdehdir-lər. Qız uşaqları ata-ananın hərə-sindən bir X xro-mosom alırlar.

    Deməli, qızlarda iki X xromosom olur. Buna görə də onlar həm atala-rına, həm də analarına bənzəyə bilərlər. Oğlanlar isə X xromosomu yalnız anadan alırlar və onlarda bir X xromosom olur. Təbii ki, oğlan olduqları üçün kişi cinsinə cavabdeh Y xromosomları da var. İntellektə cavabdeh genlər də anada ataya nisbətən daha aktiv-dir. Uşağa intellektual qabiliyyət də anadan keçir...

    Deməli, V.Zvyagin və tərəfdarları Andrey Boqol-yubskinin üz cizgilərindən qıpçaq ananın izlərini sil-mə cəhdləri həm də elmə ziddir...

    23 iyun 2014-cü ildə Ukraynanın Ali Radasının deputatı İvan Stoykonun parlamentin iclasında “bu gün bizim dövlətimizi, millətimizi məhv etmək üçün çəyirtkə sürüsü kimi Ukraynaya soxulan həmin o monqoloid irqi, faşist Rusiyası ilə müharibədəyik” deməsi də təsadüf deyildi. Rusları “monqoloid irqi” adlandıran İvan nəyə işarə etdiyini yaxşı bilirdi...

    Maraqlıdır ki, məhz Andrey Boqolyubski 1169-cu ildə qisas alırmış kimi Kiyevi ələ keçirərək darmada-

    Ivan Stoyko (1961)

  • 27

    ğın edir. Niyə Andreydə atasının ata yurduna bu qədər nifrət vardı?!..

    50-80 il ərzində hər fin yaşayış yerinə Ryuriko-viçlərdən bir knyaz qoyulurdu. Bu knyazlar yerli tay-falardan olan qızlarla evlənirdilər. Beləcə, Vladimir, Ryazan, Tver və digər knyazlıqlar yaranır. Missioner-lər xristianlığı yayırdılar... Arxeoloq A.İvanovun qa-zıntılarına görə, XII əsrdə “Moksel”də ancaq fin tay-faları yaşayırdılar. Biz də araşdırmalarımızın məntiqi nəticəsi olaraq qıpçaq türk tayfalarını da bura əlavə edirik...

    2014-cü il oktyabrın 5-də tarix elmləri doktoru İqor Danilevski müsahibələrinin birində knyazların evləndiyi qızların etnik mənsubiyyətinə toxunduqdan sonra bu qənaətə gəlir: “Belə çıxır ki, bizim knyaz-ların şərqi slavyan kökləri yox imiş. Onların hamısı ya Avropanın tanınmış sülalələrinin nümayəndələrilə, ya da qıpçaq xanlarının qızları ilə evləniblər. Demək olar ki, bütün cənubi rus knyazlarının bir tərəfi qıp-

    İqor Danilevski (1953)

  • 28

    çaq idi. Axı Rusun ən yaxın şərq qonşusu məhz onlar idilər...” Onu da qeyd edək ki, Aleksandr Nevskinin nəvəsi Yuri Moskovskinin arvadı Özbək xanın bacısı Konçaka, İvan Qroznının anası Yelena Qlinskaya da Mamay xanın nəslindən idi...

    b) “NORMAN NƏZƏRİYYƏSİ”

    İqor Danilevski müsahibəsində“ norman nəzəriy-yəsi”ndən danışaraq Ryurikin skandinav olub-olma-ması məsələsinə toxunur. Bu məsələni ilk dəfə XVIII əsrdə tarixçi Gerxard Miller qaldırmışdır. Mixail Lomonosov Yelizavetanı Millerə qarşı qaldıraraq Rusiyanın tarixini özünün yazmasına nail olur... So-vetlərlə müharibədə Adolf Hitler də “norman nəzə-riyyəsi”ni əldə əsas tutaraq rusların mənşəyinin və müstəqil dövlətçilik ənənələrinin olmamasını tez-tez vurğulamışdır.

    İqor Danilevskiyə görə, hətta XX əsrin 80-ci illrin-də belə SSRİ, Polşa və ADR alimləri “Slavyanlar və normanlar” adlı toplu hazırlayır və burada skandinav-ların Rusiya dövlətçiliyinin yaranmasındakı rolunu etiraf edirlər. İ.Danilevski Ryurikin tarixi şəxsiyyət olmasına da şübhə ilə yanaşır və bunu əfsanə adlandı-rır. Alimə görə, bir çoxları yanlış olaraq Ryuriki dani-markalı Rerik Frislandski ilə qarışdırırlar...

    c) XƏZƏRLƏR KİYEVDƏ

    Xəzərlərin türk olduğunu sübut etməyə ehtiyac yoxdur. O da məlumdur ki, Kiy, Şek və Xoriv (Lıbıd adlı bacıları da vardı) Kiyevi idarə ediblər. “Povest

  • 29

    vremennıx let” əsərində maraqlı bir epizod var: pol-yanlardan soruşanda ki, siz vergini kimə ödəyirsiniz, onlar deyirlər: “əvvəllər bizi Kiy, Şek və Xoriv idarə edirdilər, indi isə biz onların nəslinə - xəzərlərə ödə-yirik”. Deməli, əgər xəzərlər Kiy, Şek və Xorivin nəslindəndirlərsə, deməli onlar da xəzər türklərindən-dirlər. Bu fakt bəzi rus alimləri məcbur edir ki, xəzər-lərin türk olmadıqlarını sübut etməyə çalışsınlar. Bə-ziləri də rusların türk-tatar olmasını ortaya qoyurlar. Polşa alimi Yan Dluqoş isə yanlış olaraq bu üç qar-daşın polyak olduğuna və, buna görə də, cənubi rus torpaqlarının Polşaya məxsusluğuna inanır. Əslində isə Kiyevi idarə edənlərin xəzərlər olduğunu görürük. Ərazidə yaşayan digər xalqlar, o cümlədən də indiki polyakların ulu babaları hesab olunan polyanlar bir çoxları kimi, xəzərlərə vergi ödəyirdilər...

    Nəticə ürək açan deyil! Belə çıxır ki, rusların kökü XXI əsrin əvvəllərində belə naməlum qalır. Xalqın etnik kökünün aydın olmamasının I Pyotru, II Yeka-terinanı və digərlərini necə narahat etdiyini və onların saxta tarix yaratmaq məqsədilə hansı yollara baş vur-duqlarını irəlidə görəcəyik...

    2) MOSKVA KNYAZLIĞININ YARANMASI: HƏQİQƏT VƏ YALANLARIN QOVUŞDUĞU TARİXİ DÖVR

    Tədqiqatçılara görə, 1237-ci ildə monqol-tatarlar Suzdala gələndə Vladimir knyazları Yuri və Yaroslav

  • 30

    Vsevolodoviçlər Batı xana tabe olurlar. “Moksel” də Qızıl Ordaya daxil olur, tatarların hesabına knyazlığın güvəni artır. Drujinaya Yuri Vsevolodoviç, knyazlığa isə Yaroslav başçılıq edirdi. İkili başçı məsələsi qə-dim türklərdən gəlmə ölkəni idarəetmə üsulu idi...

    Yaroslav 8 yaşlı oğlu Aleksandrı Batı xana amanat, girov verir. “Əmanətə xəyanət olmaz” deyiblər. Batı xanın sarayında Aleksandr daim diqqət və qayğı görür. 1238-1252-ci illərdə Qızıl Ordada yaxşı tərbiyə alan və sonralar Nevski kimi tanıdılan Alek sandr Batının oğlu Sartakın andı, yəni ayrılmaz dostu olur və Batının qızı, Çingiz xanın nəvəsi ilə evlənərək 1252-1263-cü illərdə Volodimir ulusuna (knyazlığına) başçılıq edir.

    Yuri və Yaroslav Vsevolodoviçlər

  • 31

    Qızıl Ordaya sonuna qədər sadiq qalan Aleksandrın əgər 1240-cı ildə cəmi 10 yaşı vardısa, o necə həmin il Neva və iki il sonra, yəni 1242-ci ildə Çud döyüşündə iştirak edib qəhrəman ola bilərdi?! Tarix kitablarında gördüyümüz Aleksandr Nevskinin isə ən azı 25-30 yaşı var. Aleksandr Nevski haqqında yalanlar, demək olar ki, bütün tarix kitablarında mövcuddur...

    Əslində 1147-ci ildə Moskvanın əsası, tarix kitab-larında öyrədildiyi kimi, knyaz Dolqoruki tərəfindən deyil, tatar xanı Menqü Temir tərəfindən qoyulmuş, Aleksandrın kiçik oğlu Daniil isə onun ilk knyazı olmuşdur... Maraqlıdır ki, nə 1237-1238-ci, nə də 1254-1259-cu illərdə Qızıl Orda tərəfindən aparılan siyahıyaalmada Moskvanın adı yoxdur, hərçənd ki, Moskvanın rəsmi salınma tarixi 1147-ci il göstərilir. Daşkeviçin müqayisəsinə görə, Kiyev isə 482-ci ildə artıq vardı...

    Aleksandr və Sartak

  • 32

    1277-ci ildə tatar xanı Menqü Temir tərəfindən əsası qoyulan Moskoviya ulusu, knyazlığı Qızıl Or-danın adi bir ulusu idi. İlk Moskva knyazı isə, artıq qeyd etdiyimiz kimi, Aleksandrın kiçik oğlu Daniil idi

    (1277-1303)... Moskva knyazları Ryurikoviç-lər öz köklərini Daniil-dən götürürlər. 1319-cu ildə Özbək xan qardaşı Kalta Kulxanı Mosk-va knyazlığına oturdur, 1328-ci ildən isə Böyük Moskva knyazı elan edir.

    Təbii ki, İvan Kali-tanın da tərcümeyi-ha-lı və şəkli, digər kn-

    Aleksandr Nevski

    İvan Kalita (Kalta Kulxan)

  • 33

    yazlarınkı kimi, təhrif olunmuş-dur. Göründüyü kimi, kilsə onun yunanlara bən-zəməsinə daha çox üstünlük vermişdir, nəin-ki qardaşı Özbək xana...

    Özbək xan İs-lam dinini qəbul etdikdən sonra Ryurikoviçləri aradan qaldırır, Aleksandrın bü-tün nəslini məhv edir. Onun qardaşı İvan Kaltadan (Kulxandan. Sonralar “Kalita” – G.Y. ) başlayan çingi-zidlərin hakimiyyəti isə 270 il davam edir.

    Yeni Romanovlar (Kobalinlər) sülaləsi 1613-cü ildə bu ənənəni davam etdirərkən çingizidlərə sadiq qalacaqlarına and içirlər. Moskva pravoslav kilsəsi Moskoviyada tatarların dövlət ənənələrinin qorunma-sına xidmət edirdi. Beləliklə, Moskva knyazlığı Qızıl Ordanın varisidir. Tatarlar isə onun “xaç atası”dırlar. 1547-ci ildə knyazlıq çarlıq elan olunur. Və bu çarlıq zəfərlər çalan, torpaqlar ələ keçirən, dünyaya hakim olmaq istəyən xaç atalarının yolunu davam etdirir.

    XIII-XVI əsrlərdə tatarlar “velikoroslarla” qay-nayıb qarışdılar. Rusiya zadəganlarının böyük əksə-

    Özbək Xan

  • 34

    riyyəti öz kökü-nü tatarlardan götürür: Arak-çeyev, Bunin, Qriboyedov, Derjavin, Dos-toyevski, Kup-rin, Plexanov, Saltıkov-Şedrin, Turgenev, Şere-metyev, Çaada-yev və başqaları.

    Elə İvan Stoyko da “monqoloid irqi” deyərkən məhz bunları nəzərdə tuturdu...

    3) MOSKOVİYANIN YENİ İDDİALARI

    Niyə Moskoviyadakılar özlərini “velokoros” (“velikorus”) adlandırırlar? Bəlkə də bu vaxtilə Yuri Dolqorukinin Kiyev Rus dövlətindən gələrək bu əra-zilərdə knyazlıq yaratması ilə bağlıdır?..

    III Vasilinin (1505-1533) knyazlığı dövründə Moskoviyada Moskva pravoslavlığının monaxı Filo-feyin bir fikri şüara çevrildi: “İki Roma süqut etdi, üçüncü isə durur, dördüncü olmamalıdır”. Bundan sonra özünü “velikoros” adlandıran Moskoviya kn-yazlığı “üçüncü və sonuncu Roma” rolunu oynamağa

    Monomaxın papağı

  • 35

    başlayır. Kiyev Rus dövlətinə iddialar da elə buradan qaynaqlanır. Moskoviya nəinki Kiyev Rus dövlətinə, hətta Bizansa da iddia ilə yanaşırdı. Rəvayətə görə, “Monomaxın papağı” adı ilə məşhur olan həmin o papağını Kiyev knyazı Vladimir Monomaxa onun babası Bizans bazileusu IX Konstantin bağışlamışdır. Bu da guya Bizans hakimiyyətini rəmzi olaraq Kiyev Rus dövlətinə vermək deməkdir. İlk Suzdal knyazının Vladimir Monomaxın kiçik oğlu olması və papağın da Moskoviyada olması onu göstərir ki, Moskoviya hökmdarları Kiyev və keçmiş Bizansın xələfləridir və onların taxtlarına haqqları çatır. Rusların Konstanti-nopola (İstanbula) bu qədər can atmalarının səbəsi də budur. Yalan tarix, yalan vəsiyyətnamə (guya Vladi-mir Monomax Kiyev Rus dövlətini vərəsəlik hüququ-na görə Yuriyə verir və s.) sonralar öz işini gördü...

    Əslində Monomaxın papağı qızılla işlənmiş Buxara papağıdır. Özbək xan onu qardaşı İvan Ka-litaya (Kalta Kulxana) bağışlamışdır (Логвин Ю. «Кобыла, Калита и тюбетейка «Мономаха». – «Время», Киев, 1997, 27 марта»).

    1547-ci ildə kilsədə IV İvan – İvan Qroznı Mosk-va Çarı titulu alanda guya Konstantinopoldan Mos-kvaya göndərilən qramotadakı 37 imzadan 35-i sax-ta imiş. Yəni, əslində bu sənəd Konstantinopoldan gəlməmişdir. Onu elə Moskvadaca imzalamışdılar. Beləcə, İvan Qroznı “Bizans İmperatorunun varisi” olur. Ən böyük yalan isə I Pyotrun dövründə yara-nır. O, 1701-ci ildə bütün yerli xalqların yazılı mən-bələrinin (səlnamələr, xronikalar, xronoqraflar, qədim

  • 36

    tarixi yazılar, kilsə sənədləri və s.) üzə çıxardılma-sı ilə bağlı göstəriş verir. Siyasətə uyğun gəlməyən sənədlər məhv edilir. 1716-cı ildə I Pyotr guya Ki-yev və Moskva knyazlıqlarının birləşməsindən bəhs olunan Keniqsberq səlnaməsinin surətini çıxardır. 22 oktyabr (2 noyabr) 1721-ci ildə Moskva Rusiya İm-periyası, moskovitlər isə rus elan edilir. Avropadan gətirdiyi peşəkar tarixçilər I Pyotrun siyasi yalanını tarixi “faktlarla” təsdiqləməyə kömək etdilər. Beləcə, moskovitlər Kiyev Rus dövlətinin zəngin tarixinə sa-hib çıxdılar. Bu işi II Yekaterina da davam etdirdi: 4 dekabr 1783-cü ildə “əsasən Rusiyanın qədim tarixi haqqında siyahı tərtib etmək üçün on nəfər tarixçi-dən ibarət komissiya yaratdı. On il işləyən komissi-ya 1792-ci ildə “Yekaterina tarixi”ni ortaya qoydu. Məqsəd Moskoviyanın Kiyev Rus dövlətinə iddia-larını əsaslandırmaq idi. XVII əsr tarixçisi Andrey Lızlov özünün iki hissədən ibarət “Skif tarixi” (1776; 1787) əsərində göstərir ki, Moskoviyanın əhalisi ay-rıca özünəməxsus xalqdır və ruslarla (Kiyev Rusu), Litva, polyak və başqa slavyanlarla heç bir əlaqəsi yoxdur”. Müəllifə görə, bu ərazilərdə “Moskva (mos-kovitı-mokşa), rusiyalılar (ukraynalılar, litva (belo-ruslar) voloxlar və Avropa tatarları (Kırım, noqay və s.) yaşayırlar”. A.Lızlov qeyd edir ki, Moskva xalqı mokşa-moksel xalqıdır. Slavyanlar onlara moskali, moksel, finlər – mokşa deyirlər. Yəni onlar slavyan deyil, rusiçi deyil, fin-uqor xalqıdır. Lızlova görə, Moskoviyanın və Kiyevin xalqları müxtəlifdir. Çünki yalnız 1721-ci ildə I Pyotr Moskoviyanı Rusiya elan

  • 37

    etmişdir... “Skif tarixi” kitabı da qadağan olunmuş-dur. Bütün səlnamələr, sənədlər yenidən yazıldı, ori-jinallar məhv edildi... Kiyev Rusu ilə fin tayfalarının əlaqəsi barədə əlyazmaların heç biri orijinal deyil...

    Bəzi tarixçilərə görə, şərqi slavyan tayfa birli-yi olan polyanlar Dnepr, Ros və İrpenya çaylarına yaxın ərazilərdə yaşamışdılar. Saxtalaşdırılmış bəzi IX əsr qaynaqlarına görə, “polyanlar indi rus adla-nırlar”. Nestorun səlnaməsində polyanların ciddi adət-ənənələrinin, ədəb-ərkanlarının, ailə-nigah qa-nunlarının olduğu göstərilir, onlar drevlyanlardan, ra-dimiçlərdən və vyatiçlərdən fərqləndirilirlər. VIII əs-rdə xəzərlərə vergi verən polyanların adları əldə olan materiallardan son dəfə 1208-ci ildə İpatyev səlnamə-sində çəkilir. Yuxarıda qeyd etmişdik ki, polyanları polyaklar da ulu babaları hesab edirlər.

    Kiyev haqqında məlumatlar və fərziyyələr bitib tükənmək bilmir. Helmondun “Slavyan Xronikası”-na görə Kiyevi “Xuniqrad adlandırırdılar, çünki bu yerlərdə əvvəllər hunlar yaşamış və şəhəri də onlar salmışlar...” Bu da maraqlı faktdır...

  • 38

    REÇ POSPOLİTAYA

    Polşa krallığının və Litva Knyazlığının federasiya-sı olan Reç Pospolitaya dövləti 1569-cu ildə Lüblin razılaşmasına əsasən yaradılmışdır. Yaradılma səbəbi isə bu idi ki, İvan Qroznının özünü Bizansın varisi

    elan etməsi hələ XVII əsrdə Moskvanı ətraf xalqlar üçün böyük təhlükə mənbəyinə çevirmişdir. Bəzi xalqlar bu təhlükənin qarşısında təkbaşına davam gə-tirə bilməyəcəklərindən birləşirdilər. Beləcə, 1569-cu ildə Lüblin razılaşması ilə Polşa Krallığının və Bö-yük Litva Knyazlığının federasiyası olan və, əsasən “Moskvadan gələn təhlükəyə qarşı” Reç Popolitaya yaradıldı. Reç Pospolitaya Avropada, əsasən Asiya ərazisində yerləşən Osmanlı İmperiyasından son-ra sərhədlərinə görə ən böyük dövlət idi. Bağlanan müqaviləyə əsasən Ukrayna altı voyevodalıqla Pol-şaya birləşdi. Belarus Litvanın əlində qaldı. Hazırkı

    Lüblin razılaşması (1569)

  • 39

    Polşa, Ukrayna, Belarus, Litva ərazisində formalaşan bu federasiya, dövlət indiki Rusiyanın, Latviyanın, Estoniya, Moldova və Slovakiyanın da bir hissəsini içinə alırdı. Rəsmi adı “Polşa Krallığı və Böyük Litva Knyazlığı” idi...

    Buraya, qeyd etdiyimiz kimi, bugünkü Polşa, Uk-rayna, Belarus, Litva, indiki Rusiyanın, Latviyanın, Estoniyanın, Moldovanın, Slovakiyanın ərazisinin bir hissəsi daxil idi. Vahid dövlət quruluşu olmasına bax-mayaraq həm Polşa Krallığı, həm də Litva Knyazlığı ayrı-ayrılıqda inzibati apparata, xəzinəyə, qanunlara və orduya malik idilər. Dövlətin başında seym tərəfin-dən ömürlük seçilmiş, Polşa Krallığının kralı və Bö-yük Litva knyazı titulunu daşıyan monarx otururdu.

    Reç Pospolitaya (1635)

  • 40

    Ona bəzən Polşa kralı və böyük Litva, rus və jemayt-ski knyazı da deyirdilər. Siyasi rejim şlyaxta demok-ratiyası adlanırdı. Reç Pospolitaya sözünün mənası polyak dilində “ümumi əşya”, “ortaq mal” deməkdir. Əcnəbilər onu “Polşa” adlandırırdılar.

    Reç Pospolitaya əslində 1385-ci ildən fasilələrlə mövcud olan yagellanlar dövlətinin davamı idi. Peç Pospalitaya yaranarkən Moskva ilə müharibə vəziy-yətində idi. Avstriya da gözünü bu torpaqlardan çək-mirdi. XVI əsrdə Kosinski və Nalivaykonun üsyanları Ukrayna kazaklığının mühüm siyasi güc kimi ortaya çıxmasına səbəb oldu. XVII əsrin əvvəllərində Polşa kralı və Böyük Litva knyazı III Siqizmund Rusiya, İsveç və Osmanlı İmperiyası ilə müharibə edir. Bir sıra cəsur sərkərdənlərin ağıllı hərbi gedişləri sayə-sində müəyyən uğurlar da olmuşdur. Lakin XVII əs-rin ortalarında baş verən Boqdan Xmelnitski üsyanı, Rus-Polşa müharibəsi (1654-1667), İsveçlə müharibə ölkəni bir qədər zəiflətsə də, kral II Yan Kazimir onu parçalanmadan və məhv olmadan qoruya bildi. Kral III Yan Sobeskinin Vyana divarları yaxınlığındakı sa-vaşda Osmanlı İmperiyasının Avropadakı hegemon-luğuna son qoyması Reç Pospolitayanın nüfuzunu daha da qaldırdı. Şimal müharibəsində Moskvanın tərəfində döyüşməsi Peç Pospalitaya ərazisini savaş meydanına çevrirərək ölkəyə xeyli iqtisadi zərbə vur-du. Baxmayaraq ki, 3 may 1791-ci ildə yeni Konsti-tusiya qəbul olundu, bəzi satqınlar (Şensnıy (Feliks) Pototski, Fransisk Branitski, general Kossakovski və Severin Rjevuski) 1792-ci ildə Tarqovits konfedera-

  • 41

    siyasını yaratdılar və gizlicə II Yekaterinaya müraciət edərək ölkəni arxadan zərbə ilə sarsıtmağı bacardılar. Əsas dayağı rus ordusu olan konfederasiyanın idarə-çiliyi ölkədə narazılığa səbəb olurdu. Rusiya, Prussi-ya və Avstriya Reç Pospolitayanı ikinci dəfə bölməyə hazırlaşırdılar. Bu işdə konfederasiya maneə rolunu oynadığından tezliklə vaxtilə öz ölkəsini Moskvaya satanlar da məğlubiyyətlə barışmalı oldular, hərçənd ki, dünən Moskvanı özünə dost, arxa hesab edənlərin bəziləri indi ona düşmən kəsilmişdi. Amma artıq gec idi. Ölkə düşmənlərinin ağzının içində idi. Prussi-yadan ehtiyat etdiyindən Moskvaya bel bağlayan Reç Pospolitaya rusların bu ərazilərdə sərbəstliyinə şərait yaratdı. “Üç qara qartal ittifaqı” adlanan ittifaq nəti-cəsində gerbində qara qartallar olan Rusiya, Prussiya və Avstriya gizlicə öz aralarında bərabər şəkildə Pol-şanı (Polşa gerbindəki qartal ağ rəngdə idi) bölərək ölkə ərazisinə qoşun yeritdilər...

    1. REÇ POSPOLİTAYANIN PARÇALANMASI

    Məlumdur ki, XVII əsrin ikinci yarısında Rusiya-nın əsas məqsədlərindən biri də Reç Pospolitaya döv-lətinin tərkibindəki Ukrayna və Belorusiya torpaqla-rını işğal edərək özünə qatmaq və bununla da Qara dəniz sahillərinə yiyələnmək idi. Polşa və Litva maq-natlarının əlində olan bu ərazilərdə artıq əhalinin bir

  • 42

    hissəsi katolikliyi qəbul etmişdi. Lakin demək ol-mazdı ki, sadə və yoxsul təbəqə öz ağalarından razı idi. Elə bu səbəbdən də ara-sıra yurdlarını tərk edərək kazak (qa-çaq – G.Y.) dəstələri ya-radanlar və etirazla çıxış edənlər də olurdu. Artıq Aşağı Dneprdə Ukrayna kazaklarının hərbi birliyi

    olan Zaporojye Seçi ya-ranmışdı. Buna xalq ara-

    sında “Kazak Respublikası” da deyirdilər. Təbii ki, üsyanları çox gözləmək lazım gəlmədi. 1637-1638-ci illərdə Solsahil və Sağsahil Ukraynasını üsyanlar bürüdü. 1640-cı illərin sonlarında Zaporojye qoşu-nunun atamanı (getman) ortabab mülkədar nəslindən olan Boqdan Xmelnitskinin başçılığı ilə yeni üsyan dalğaları qalxdı. Üsyançılar bir neçə yerdə polyakla-ra qalib gələrək 1648-ci ildə təntənəli surətdə Kiyevə daxil oldular.

    Rusiya bu prosesi diqqətlə izləyir, ondan öz işğalçı məqsədi üçün istifadə etməkdən ötrü fürsət gözləyir-di. Polyaklara qarşı mübarizədə üsyançılara müəyyən köməklik göstərən Rusiya çox tezliklə bunun əvəzini çıxdı, işi elə qurdu ki, 1654-cü il yanvarın 8-də Pe-reyaslavl Radası xalqın fikri ilə hesablaşmadan Uk-

    Boqdan Xmelnitski (1595 - 1657)

  • 43

    raynanın Rusiyanın tərkibinə daxil olması haqqında qərar qəbul etdi. Lakin bu, Rusiyaya azlıq edirdi. O, Ukraynanın qərb və digər ərazilərini də işğal etmək üçün Polşa ilə müharibəyə başladı. 1667-ci ildə And-rusovada imzalanan barışa görə Kiyevlə birlikdə Sol-sahil Ukraynası və Belarusiyanın bir hissəsi də Rusi-yaya qatıldı. Qarşıda Osmanlı ilə, İsveçlə müharibələr dururdu... Bir-birinin ardınca əldə olunan qələbə Ru-siyanın çoxdankı arzusunun həyata keçməsinə şərait yaratdı.

    Bəs ukraynalıların buna münasibəti necə oldu? Maraqlıdır ki, hələ 1706-cı ildə Ukrayna getma-

    nı İvan Mazepa, rusların təbirincə desək, Malo-rusiyanı, yəni Ukrayna-nı Rusiyadan ayırmaq istəyirdi. O, 1708-ci ildə Şimal müharibəsi zama-nı İsveç kralının tərə-finə keçdi. İsveç ordusu xalqın müqavimətinə rast gəlmədən irəliləsə də, Rusiya, Polşa, Sak-soniya və Danimarka-dan ibarət Şimal İttifaqı tərəfindən 1709-cu ildə məğlub edildi. Ukrayna-nın müstəqilliyi uğrun-da mübarizə aparan, I İvan Mazepa

    (1639 - 1709)

  • 44

    Pyotra qarşı çıxan və buna görə Rusiya imperatoru-nun qəzəbinə tuş gələn, haqqında ziddiyyətli fikirlər söylənilən İvan Mazepa kral XII Karlla birgə qaçaraq Osmanlıya məxsus torpaqlarda gizləndi və Benderdə vəfat etdi...

    XVII əsrin sonlarında Ukrayna və Belarusiyanın tamamən Rusiyaya daxil edilməsi prosesi başa çatdı. Polşa mülkədarlarının zülmü çarizmin milli-müstəm-ləkəçilik zülmü ilə əvəz olundu

    1721-ci il avqustun 30-da Finlandiyanın Niştadt şəhərində bağlanan sülh müqaviləsindən sonra Baltik dənizinin sahilboyu əraziləri də Rusiyanın əlinə keç-di. İlin sonuna doğru Senat I Pyotra imperator titulu verdi, Rusiya isə rəsmi olaraq Rusiya İmperiyası ad-landırıldı...

    Rusiyanın işğalı altında olan torpaqlarda zaman-za-man üsyanlar qalxırdı. Xalq Rusiyanın ağa-lığı ilə barışa bilmir-di. Belə üsyanlardan biri olan Yemelyan Puqaçov üsyanının yatırılması Zaporojye Seçin məhvi, Solsa-hil Ukraynasının ka-zak alaylarının ləğvi, Volqa kazaklarının Şi-mali Qafqaza sürgünü və kazakların əvvəlki

    II Yekaterina (1729 - 1796)

  • 45

    sərbəstliklərinin əllərindən alınması ilə nəticələndi. Maraqlıdır ki, bu gün kazaklar onların ulu babaları-na qarşı edilən zülmü unudaraq yenə də əvvəlki kimi Rusiyanın vuran əli olaraq qalırlar. Lakin Ukraynada vəziyyət bir az fərqlidir. Buradakı kazakların əksəriy-yəti öz tarixinə hörmətlə yanaşır, unutmur, tarixi dost və düşmənlərini tanıyır...

    II Yekaterina XVIII əsrin ikinci yarısında Ukrayna torpaqlarını rus məmurlarına, zadəgan və generalla-rına paylayır, buraya çoxlu sayda rus kəndlisi köçü-rürdü...

    1) REÇ POSPOLİTAYANIN BİRİNCİ PARÇALANMASI

    Rusiya, Prussiya və Avstriya tərəfindən Peç Pospo-litaya üç dəfə - 1772, 1793, 1795-ci illərdə parçalan-dı... Birinci parçalanmada Rusiya indiki Baltikyanı ölkələrin bir hissəsini (Livoniya, Zadvin hersoqluğu), Vitebsk, Polotsk və Mstislavl da daxil olmaqla Dvi-na, Drut və Dneprə qədər Belarusiyanı, yəni Polşanın ərazisinin 92 min kv.km-lik hissəsini 1 mln 300 min nəfərlik əhalisi ilə ələ keçirdi. Prussiyanın əlinə 36 min kv.km ərazi və 580 min əhali keçdi. Avstriya 83 min kv.km ərazi və 2 mln 600 min əhali ilə kifayət-ləndi.

    Polşa kralı qərb dövlətlərindən yardım istəsə də, yardım edən olmadı.

  • 46

    2) REÇ POSPOLİTAYANIN İKİNCİ PARÇALANMASI

    İkinci parçalanma zamanı Minsk, Volın və Po-dolye Rusiyanın əlinə keçdi. Reç Pospolitayanın paytaxtı Varşavada rus qarnizonu postu quruldu. 1794-cü ildə Polşadakı rus ordusunun komandanı general İgelstrom polyak ordusunun buraxılmasını tələb edərkən general Madalinski etirazını bildirərək ruslara hücum etdi, Prussiyanın eskadronunu dağıtdı və Tadeuş Kostyuşkonun başçılığı altındakı polyak üsyanının mərkəzi olan Krakova yaxınlaşdı. Həmin il aprelin 5 (17)-də Varşava sakinləri də rusların 8 minlik dağınıq ordusuna hücum etdi. Vətənlərini ya-dellilərin işğalından qorumağa çalışan polyaklar rus əsgərlərini öldürdülər. General İgelstrom isə sevgilisi Zalusskaya tərəfindən başqa geyimdə aradan çıxar-

    dıldı. Onun yerinə knyaz Repnin təyin olundu. II Yekaterina bütün sərhəd boyunu qorumağı general Rumyantsevə tapşırdı. O da Aleksandr Suvorovu Brest qalasını tutmağa və Buq çayı boyu zolağı müdafiə etməyə yolladı. Tarixə nifrət dolu sətirlər yazılan səhifələr bir-bi-rini əvəz etməyə başladı. 1794-cü ilin sentyabrında

    11 minlik ordu ilə Bresti Aleksandr Suvorov

    (1730 - 1800)

  • 47

    alan Suvorov polşalı general Serakovskinin korpusu-nu darmadağın etdi. Oktyabrda Prussiya ordusundakı rus dəstəsinə başçılıq edən Ferzenin əsgərlərini, daha sonra isə general-poruçik Derfeldenin dəstəsini özü-nünkünə birləşdirən Suvorov 24-25 minlik qoşunla Praqaya yaxınlaşdı...

    a) 1794-CÜ İL PRAQA QƏTLİAMI

    Praqa Varşava ilə Visla çayı üzərindəki uzun körpü ilə birləşirdi. Şəhəri bəzi mənbələrdə 10, bəzi mən-bələrdə 20 min pis silahlanmış ordu qoruyurdu. 23 oktyabrda (3 noyabr) Praqa atəşə tutulur və Suvoro-vun qoşununun Praqaya hücumu başlayır... Hücumun təfərrüatına varmaq istəmirəm. Təbii ki, sayca az və pis silahlanmış polyaklar şəhəri müdafiə edə bilmə-dilər... Amma bütün vəhşiliklər də elə bundan sonra başladı. Rus əsgərlər əllərinə keçəni “heç kəsə par-don yoxdur” deyərək qətlə yetirirdilər. Şəhər əhalisi süngülərlə dəlik-deşik edilirdi. Onların arasında ək-səriyyətinin qadınlar, uşaqlar və qocalar olduğunu nəzərə alsaq (döyüşə bilənlər savaşda ölmüşdülər), bu vəhşiliyin XVIII əsrin ən böyük və dəhşətli qət-liamlarından biri və bəlkə də birincisi olduğunu deyə bilərik. Hətta hücum edənlərdən Fon Klugen, Lev Engelqardt və başqaları belə küçələrdə, çayın sahilin-də saysız-hesabsız kişi, qadın, körpə, qoca cəsədləri-nin olduğunu dəhşətlə xatırlayırdılar. Demək olar ki, Praqanın bütün əhalisi öz vətənləri, yurdları, doğma

  • 48

    şəhərləri uğrunda şəhid oldu. Və bu qətliamı törədən-lər arasında Potyomkinin, Lobanov-Rostovskinin, Tormasovun, Raxmanovun, Denisovun və daha neçə-neçə hərbi rütbəlilərin, əsasən də onların başında duran A.Suvorovun ayrıca yeri var. Nəticədə 13 340 nəfər polyak öldürülmüş, 12 860 nəfər əsir alınmış (onların bir hissəsi Sibirə sürgün edildi), 2 000 nəfər-dən çoxu suda boğulmuşdu. Suvorovun ordusu 1 500 nəfər itki vermiş, onlardan 580 nəfəri öldürülmüşdü. A.Petruşevski Suvorovun tərcümeyi-halında polyak mənbələrinə əsaslanaraq 8 min əli silahlının, 12 min dinc şəhər əhalisinin qətlə yetirildiyini yazır. İstənilən halda əgər müharibə vaxtı öldürülən dinc əhalinin sayı döyüşənlərdən çoxdursa, bu müharibənin bütün qanunlarının pozulması deməkdir. Təsadüfi deyil ki, Praqa qətliamından sonra Avropa mətbuatında Su-vorovu “vəhşi, qaniçən” adlandırmışdılar. Budur, bir xalqa qarşı törədilən genosid, soyqırım: şəhərə soxul-muş 20 mindən çox əli süngülü rus əsgərin 580 nəfər hərbçi ilə yanaşı qətlə yetirdiyi 13 340 nəfər polyak kişi, qadın, uşaq, qoca...

    Bu “igidliyinə” görə II Yekaterina general-anşef A.Suvorova ən yüksək hərbi rütbə - feldmarşal rüt-bəsi ilə yanaşı Polşa kralının ələ keçirilmiş 7 min kişi əhalisi olan Kobrin Klyuç malikanəsini də hədiyyə olaraq verdi. Rusiyanın o vaxtkı müttəfiqləri, ortaq-ları Prussiya kralı Fridrix-Vilhelm Suvorova Qırmızı Qartal ordeni və böyük Qara Qartal, Avstriya impera-toru Frants isə özünün brilliantlarla bəzədilmiş port-retini yolladı. II Yekaterina dinc əhali üzərində silahlı rus əsgərlərin qələbəsinin şərəfinə “Praqanın alınma-

  • 49

    sına görə xaç” təsis etmişdir. Praqa qətliamında iştirak edənlərin hər biri üzərində “Əmək və şücaətə görə” yazılmış həmin qızıl və gümüş xaçlarla mükafatlan-dırıldı. Xaçların arxasına “Praqa 24 oktyabr 1794-cü ildə alınmışdır” sözləri yazılmışdır.

    Bu gün çoxları təəccüblənir: niyə slavyan polyak-larda, çexlərdə ruslara bu qədər nifrət var? Budur bu-günkü nifrətin kökündə duran qanlı faktlar... Heç kəsə aman verməyən rus əsgərlərin törətdiyi bu vəhşiliyi zaman unutdursa da, tarix unutmadı...

    2009-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin feldmarşal A.Suvorovun xatirəsini an-ması çexlər və polyaklar arasında narazılığa səbəb ol-muşdur. Onlar, əsasən də Polşanın “Hüquq və ədalət” partiyası, Şimal Praqasının Varşava rayonunun Şura və İdarəsi, “Katolik hərəkat” təşkilatı və rayonun Pol-yak Skautlar Birliyi 1794-cü ilin noyabrında Praqanın Varşava rayonunda dinc əhaliyə qarşı törədilən qətli-

    Praqa qətliamı (1794)

  • 50

    amın əsas günahkarının A.Suvorov və onun rus ordu-su olduğunu unutmur, bu gün belə tarixin nifrət dolu xatirələrini araşdırır, gənc nəslə öyrədirlər. Məğ-lub olanların şərəfinə (Gloria Victis) keçirilən anma törənlərində Varşava teatrlarının tanınmış aktyorları, ictimai xadimləri iştirak edir, Praqa qətliamında öldü-rülənlərin ruhuna dualar oxunur, şəhidlərin xatirəsinə qoyulan xaçın önünü əklillərlə bəzəyirlər. Rusiyada Aleksandr Suvorov Rusiya hərb tarixi üçün qürur mənbəyi olduğu halda, çexlər, polyaklar arasında qəddarlığı, dinc əhaliyə qarşı amansızlığı ilə yadda qalmışdır. Rusiyanın işğalçılıq siyasətinə qarşı ayağa qalxan əhalinin 20 mini (bu gün polyaklar bu rəqəm üzərində dayanırlar) bir neçə saat ərzində qanına qəl-tan edilmişdir. Başı kəsilənlər, qanı tökülənlər arasın-da çoxlu sayda qadın və uşaqların da olması faciənin masştabını daha da genişləndirir...

    Praqada rusların vəhşiliklərini əks etdirən karikatura

  • 51

    3) REÇ POSPOLİTAYANIN ÜÇÜNCÜ PARÇALANMASI

    Praqa qətliamından sonra 1795-ci ildə Reç Pospo-litayanın Rusiya, Prussiya və Avstriya arasında üçün-cü parçalanması baş verdi və Reç Pospolitaya bir dövlət kimi tamamilə ortadan qalxdı.

    Bu parçalanmalar zamanı Litva, Belarus (Prussi-yaya qatılan Belostok şəhəri olan hissədən başqa) və Avstriyaya qatılan Qalitsından başqa bütün Ukrayna torpaqları Rusiyanın əlinə keçdi...

    a) İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN DURUMU

    1850-ci illərdə Rusiyanın əlinə keçən ərazilərdə “qırmızılar” adlandırılan dəstələr tərəfindən aqrar is-lahatlar, demokratikləşmə və müstəqillik tələbləri ar-tır, açıq silahlı mübarizə və üsyanlar hazırlanırdı. Belə bir vaxtda Anjey Zamoyski kənd təsərrüfatı cəmiyyə-ti yaradır. Qısa müddət ərzində cəmiyyətin ətrafında əksəriyyəti Sibir sürgünündən qayıdan polyaklardan ibarət xeyli qüvvə toplanır.

    Tezliklə Kırım xanlığı da “Tavrida” adı ilə Ru-siyaya ilhaq edildi. Artıq rus mülkədarlarının axını ilə qarşılaşan Qara dəniz ətrafının məhsuldar çölləri Novorusiya adlandırılırdı... Bu gün də Rusiya işğal etdiyi Ukrayna ərazilərini Novorusiya adlandırmaqla Çar Rusiyasının yarımçıq qalmış işğalçı siyasətini da-

  • 52

    vam etdirdiyini sübuta yetirir...

    1830-1831-ci illər polyak üsyanında Var-şavanın müdafiəsində qətlə yetirilən general Y.Sovinskinin həyat yoldaşının dəfnindən sonra polyak tələbələr və şəhər yoxsulları pravoslav rus məzarlı-ğına gedərək qəbirləri təhqir edir, dağıdırlar (polyakların əksəriy-yəti o vaxtlar katolik idilər – G.Y.). Sonrakı

    günlər mağazaların üzərində rusca yazılmış lövhələri qopardır, Varşavanın rus əhalisinə hədələr yağdırır, qorxu altında saxlayırlar. Bu durumda ordu ilə toqquş-ma özünü çox gözlətmir, 5 nəfər ölür. Nəticədə II Aleksandr Polşa Krallığının Dövlət Şurasının bərpası haqqında fərman verməli olur. Lakin polyaklar Rusi-yanın ağalığı ilə heç cür barışmaq istəmirdilər. Tələ-sik yaradılmış silahlı dəstələr tez-tez rus qarnizonları-na hücum edirdilər. 27 yanvar (8 fevral) 1863-cü ildə Peterburqda imzalanan Alvensleben Konvensiyasına əsasən Rusiya və Prussiya öz aralarında polyak üs-yançılara qarşı birgə əməliyyat razılığı imzaladılar. Tezliklə cənub-qərb əyalətlər də, Volınsk quberniyası da, Kiyev quberniyası da, Vilensk, Kobensk quberni-

    Anjey Zamoyski (1800-1874)

  • 53

    yaları da ruslara qarşı üsyana qalxdılar. Üsyanda 77 min adam iştirak edirdi. Təbii ki, üstünlük yaxşı si-lahlanmış nizamlı ordusu olan rusların tərəfində idi. Rusiyanın və pravoslav xristianlığın təsir və təzyiqin-dən qurtulmaq istəyən polyaklar, litvalılar, ukrayna-lılar son nəfəslərinə qədər vuruşurdular. Şimal-qərb əyalətlərdə vuruşan rus ordu komandiri M.Muravyov Vilnuda general-qubernator olduğu dövrdə 128 üs-yançı asılmış (rəqəmlər artıq da ola bilər. Çünki qay-naqlar ruslara aiddir – G.Y.), 12 500 üsyançı sürgün edilmişdir. Üsyançılar 30 min, ruslar isə 3 343 nəfər itki vermişdilər. Rusiya tərəfindən işğal olunmuş vətən torpaqlarının azadlığı uğrunda mübarizə apara-raq şəhid olmuş 30 min insan! Əlbəttə ki, səhifələrinə qanla yazılmış bu tarix heç vaxt unudulmadı, 1794-cü ilin kinini daha da artırdı, üstü küllə örtülərək böyük kinə çevrildi...

    Bundan sonra Polşanın ruslaşdırılması siyasəti başladı. Bunun üçün Litva və Belarusda rus dilində ibtidai məktəblər açıldı, əhalininin pravoslav ruhun-da maarifləndirilməsinə başlandı. Katoliklərə dövlət vəzifələrində çalışmağa icazə verilmədi. Ona görə də sürgündən sonra bəzi polyak, litvalı və ukraynalılar geri dönmədilər, Rusiyanın iç əyalətlərində məskun-laşdılar. Qeyd edək ki, məşhur bəstəkar Dmitri Şos-takoviç və yazıçı Aleksandr Qrin məhz belə sürgün üsyançıların övladlarıdırlar... Üstəlik də sürgün olu-nanların ailələrindən tələb edirdilər ki, iki il ərzində torpaqlarını satsınlar. Satılan torpaqları isə yalnız pra-voslav ruslar ala bilərdilər. Kişi əhaliyə yaşayış yerin-

  • 54

    dən yerli hakimiyyət orqanlarının icazəsi olmadan 30 verst aralanmaq qadağan idi. Əhaliyə ailə bayramları, yas mərasimləri keçirmək də yasaq olunmuşdu. Çün-ki bir neçə adamın bir yerə toplanmasına izin veril-mirdi. İctimai yerlərdə, rəsmi yazışmalarda polyak, litva və Ukrayna dilindən istifadəyə, yas saxlamağa görə də cərimə təyin olunmuşdu. 1864-cü ildən latın qrafikalı əlifbadan istifadə etməklə litva dilində mətn çap etmək də yasaq idi. Əvəzində əhali İ.Kornilov tərəfindən tərtib olunmuş kiril əlifbasından istifadəyə məcbur edilirdi. Yəni ruslar tərəfindən əsl zorakı assi-milyasiya siyasəti aparılırdı.

    b) LİTVALILAR DİLLƏRİNİ NECƏ QORUDULAR?

    Kiçik Litva adlan-dırılan Şərqi Prussiya-dan gizli yollarla latın qrafikalı əlifba ilə litva dilində kitablar daşı-nırdı. Bu kitablar Şərqi Prussiyada və ABŞ-da çap olunurdular. Bu cür kitab çapının və daşın-masının təşəbbüskarı 1867-ci ildə yepiskop Moteyus Valançyus ol-muşdur.Moteyus Valançyus

    (1801-1875)

  • 55

    Nəticədə Rusiyada yaymaq üçün 1865-1904-cü illərdə Prus-siyada litva dilində 1830, 1874-1904-cü illər arası isə ABŞ-da 701 adda çap məmu-latı işıq üzü gördü. Ümumi nüsxə sayı 6 mln olan bu nəşrlərdən təkcə əlifba kitabının nüsxə sayı 10 mindən çox, təqvim 8 min, dua kitabı 7 500, kübar da-irələrdə oxunan kitab-ların orta nüsxə sayı isə 2 500 idi. Gizli məktəblər yaradılırdı. Öz ana dilində kitab oxuduğuna görə çoxları Sibirə sürgün olunur, həbs edilirdilər. Təbii ki, kitabları Rusiya hüdudlarına gətirənlər tutulanda, ciddi cəzalandırılırdılar. 3 047 nəfər kitab daşıyanın ələ keçdiyi haqqında sənədlər var. Onlardan biri də Yurqis Belinis idi.

    Bu gün hər il Yurqis Belinisin doğum günü olan 16 mart Litvada kitab daşıma günü kimi qeyd olu-nur. 1928-1939-cu illərdə heykəltaraş Yuozas Zikaris (1881-1944) məşhur

    “Kitabdaşıyan” heykəlini düzəldir. Bu da o deməkdir ki, yaddaş daim diri tutulurdu. Qadağaların sayəsində xalq birləşdi, mədəni və siyasi savadı art-dı, milli özünüdərk, dil, yazı, əlifba, yaddaş qorunub

    Yurqis Belinis (1846-1918)

  • 56

    saxlanıldı. Ona görə də hətta so-vet dövründə də Litva, eləcə də digər Baltikya-nı respublikalar “Kiçik Avropa” hesab olunurdu-lar...

    Xalqı daha da birləşdirən, qada-ğaları tətbiq edən işğalçılara qarşı nifrəti daha da ar-tıran yasaq 1904-cü ildə aradan qaldırılsa da, kin

    aradan qalxmadı... 1926-cı ildə Litvada milliyyətçilərin ayağa qalxması və ordunun dəstəyilə çevriliş baş verdi. Kommunist partiyasının bütün üzvləri tutuldu, rəhbərləri güllələn-di. Litva Milliyyətçiləri Birliyinin rəhbəri Antanas Smetona vaxtilə Çar Rusiyasının ruslaşdırma və pra-voslav xristianlığı yaymasına qarşı çıxaraq dəfələrlə təhsildən uzaqlaşdırılmışdı. Lakin buna baxmayaraq xalqını sevən siyasi lider kimi yetişmişdi.

    A.Smetona 1940-cı ilə, yəni Çar Rusiyasının impe-riya siyasətini davam etdirən SSRİ-nin hərbi təlimlər adı altında yola çıxaraq Litvanı (eləcə də digər Baltik-yanı dövlətləri – Estoniya və Latviyanı) işğal etdiyi

    Kitabdaşıyan

  • 57

    vaxta qədər hakimiy-yətdə olmuşdur...

    Bu gün Baltikyanı ölkələrdə rus dilinin məhdudlaşdırılması-na və ruslara mənfi münasibətə təəccüb-lənənlər tarixə nəzər salsınlar... Heç bir şey səbəbsiz deyil!

    c) POLŞA KRALLIĞINDAKI

    VƏZİYYƏT

    Polşa Krallığında da vəziyyət eyni idi. Polşa Krallığı 1815-ci il Vyana Konqresindən sonra Rusiya İmperiyasının hakimiy-yəti altında muxtariyyət aldı. Lakin tezliklə verilən azadlıqlar məhdudlaşdırılmağa başlandı. Pul vahidi, ölçü və çəki vahidləri dəyişdirildi. Senzura gücləndi-rildi, Adam Mitskeviç, Yuliuş Slovatski kimi yazıçı və şairlərin əsərləri qadağan olundu...

    Yuxarıda haqqında danışdığımız ukraynalı hərbçi Andrey Potebnya da məhz Polşadakı bu üsyanlarda Qumlu Qaya yaxınlığında ruslarla savaşda öldürül-müşdü... Gördüyümüz kimi, A.Potebnya ukraynalı idi. Və o da ölkəsinin Rusiya tərəfindən işğalına qarşı mübarizəyə qalxmışdı. Bu hadisə 1863-cü ildə, yəni bugünkü Rusiya-Ukrayna münaqişəsindən təxminən

    Antanas Smetona (1874 - 1944)

  • 58

    150 il əvvəl baş vermişdir... Kilsə pravoslav kilsə ilə birləşdirilmiş, ruslaşdırma və xristianlaşdırma siyasə-ti sürətləndirilmişdi. Polşa üsyanından sonra 1866-cı ildə Rusiya İmperiyası tərəfindən belarus dili də qa-dağan olundu.

    Tarix təkrar olunur?.. Yox! Tarix heç vaxt unudul-mur!..

    Avstriyanın tabeçiliyində olan Qaliçdəki ukrayna-lılar öz dillərini və mədəniyyətlərini inkişaf etdirə bil-dikləri halda, Rusiya işğalında olan Ukrayna torpaq-larında xalq əzab-əziyyət içərisində yaşayırdı. XIX əsrdə rus şovinizmi geniş vüsət almışdı. İmperiyanın hüdudları böyüdükcə, millətçilik də baş alıb gedir, ruslaşdırma və xristianlaşdırma siyasəti yeridilirdi. Lakin Çar Rusiyası çox gözəl bilirdi ki, zor gücünə ələ keçirilən torpaqların əhalisi fürsət düşən kimi ona qarşı çıxacaq. Finlandiyada çarın təyin etdiyi gene-ral-qubernatorun bir gənc tərəfindən öldürülməsi, Ukraynadakı nizamsız etirazlar da Georgi Fedotov kimilərini ağıllandırmadı. Azərbaycan kimi bir çox milli dövlətlərdə müxtəlif xalqlar, etnik və etnoqrafik qruplar yaşadığı üçün milliyyətçilik milli dövlət üçün də təhlükəlidir. Fedotov və onun kimi milliyyətçilər bilməliydilər ki, milliyyətçilik süquta aparan yoldur. Bunu V.Lenin yaxşı bildiyi üçün Ukrayna kimi həssas bölgəni əldə saxlamaq məqsədilə Çar Rusiyasından fərqli üsullara əl atırdı...

    1917-ci il inqilabından sonra Xarkovda SSR qu-ruldu. Avstriya-Macarıstan İmperiyasının süqutundan sonra buradakı ukraynalılar 1918-ci ildə Lemberqdə

  • 59

    Qərbi Ukrayna Milli Respublikasını yaratdılar. Bu dövlət 1919-cu ildə Ukrayna Milli Respublikası ilə birləşsə də, tezliklə qoşun Qaliçdən çıxarıldı, Bukovi-na Rumıniyaya, Macarıstan sərhədləri arasında qalan Ukrayna şəhərləri isə yeni qurulan Çexoslovakiyaya qatıldı. Ukrayna ilə bağlı dolaşıq məsələlərdən hali və ana babası ukraynalı olan V.Lenin 1919-cu ilin dekabrında “Ukraynada sovet hakimiyyəti haqqında RK(b)P MK qətnaməsinin layihəsi”ndə yazırdı:

    1) ...RKP dönmədən Ukrayna SSR-in müstəqilli-yini qəbul etmək mövqeyində durur.

    2) RKP, ÜRMİK-in 1919-cu il 1 iyun tarixli qərarı və Ukrayna MİK-in 1919-cu il 18 may tarixli qərarı əsasında RSFSR ilə Ukrayna SSR arasında federativ əlaqə yaradılmasına çalışacaqdır.

    3) Ukrayna mədəniyyətinin (dil, məktəb və i.a.) əsrlər boyu Rusiya çarizmi və istismarçı siniflər tərə-findən əzildiyini nəzərə alaraq, RKP MK bütün par-tiya üzvlərinə bir vəzifə olaraq tapşırır ki, Ukrayna dilinin və mədəniyyətinin azad inkişafı yolundakı bütün maneələrin aradan qaldırılmasına hər vasitə ilə kömək etsinlər. Uzun əsrlər boyu edilən zülmün nəticəsi olaraq ukraynalı kütlələrin geridə qalmış his-səsində milliyyətçilik meylləri müşahidə olunduğuna görə RKP üzvləri onlara çox böyük ehtiyatla yanaş-malı, Ukrayna zəhmətkeş kütlələri ilə Rusiya zəhmət-keş kütlələrinin mənafe birliyini yoldaşcasına izah etməyi həmin milliyyətçilik meyllərinə qarşı qoyma-lıdırlar. Ukrayna ərazisində RKP üzvləri zəhmətkeş kütlələrin öz ana dilində dərs oxumaq və bütün sovet

  • 60

    idarələrində bu dildə danışıb yazmaq hüququnu işdə həyata keçirməli, Ukrayna dilini sıxışdırıb arxa sıraya salmaq yolundakı ruslaşdırma cəhdlərinə hər vasitə ilə müqavimət göstərməli və Ukrayna dilini zəhmət-keş kütlələrə kommunist maarifi vermək vasitəsinə çevirməlidirlər. Dərhal tədbir görülməlidir ki, bütün sovet idarələrində Ukrayna dilini bilən kifayət qədər qulluqçu olsun və gələcəkdə bütün qulluqçular Uk-rayna dilində danışa bilsinlər...

    5) ...Ukraynada kənd əhalisinin əlində olan kül-li miqdarda silah, yoxsul kəndlilərin mütəşəkkil ol-madığı şəraitdə, təcrübədən göründüyü kimi, labüd olaraq qolçomaq və əksinqilabçı ünsürlərin əlində toplandınğı və bu səbəbdən də zəhmətkeşlərin dikta-turası əvəzinə felən quldur qolçomaqların hökmranlı-ğı əmələ gəldiyi üçün Ukraynada sovet quruculuğu-nun ən birinci vəzifəsi bütün silahı yığıb fəhlə-kəndli Qızıl Ordusunun əlində toplamaqdan ibarətdir.

    Slavyan birliyi adı ilə milliyyətçi rusların ukrayna-lıların və belarusların milli kimliyini, dilini öz içində əritmək cəhdlərini yaxşı anlayan İosif Stalin də bu xalqların dilinə və özünütəsdiqinə diqqət yetirirdi. Bu-nun da əsas səbəblərindən biri o idi ki, 1920-1921-ci illərdə Rusiya Polşa ilə müharibədə Qərbi Ukraynanı və Qərbi Belarusiyanı itirmişdi. Ukrayna və Beloru-siya (1991-ci ildə Belarus Respublikası – G.Y.) xalq-larının rəğbətini qazanmaq lazım idi... O, RK(b)P-nin 1921-ci il martın 8-16-da keçirilən X qurultayındakı son çıxışında (10 mart) Belorusiya Respublikasının və buranın əhalisinin öz dilini inkişaf etdirməsindən,

  • 61

    rusların bu yerlərdə müvəqqəti say üstünlüyü təşkil etdiyindən danışarkən deyir: “... burada birisi mənə yazıb deyir ki, guya biz kommunistlər süni surətdə belorus milləti yaradırıq. Bu doğru deyildir, çünki belorus milləti vardır, ona görə də belorus xalqının mədəniyyətini yalnız bu xalqın ana dilində yüksəlt-mək olar”. Daha sonra bu məsələ ilə bağlı Ukraynanı örnək gətirir: “Təqribən beş il bundan qabaq Ukray-na haqqında da eyni sözlər (guya biz kommunistlər süni surətdə Ukrayna milləti yaradırıq) eşidilirdi. Hələ bir az bundan əvvəl deyirdilər ki (rus milliy-yətçiləri – G.Y.), Ukrayna respublikası və Ukrayna milləti almanların uydurmasıdır. Halbuki, Ukrayna milləti vardır və bu millətin mədəniyyətini inkişaf et-dirmək kommunistlərin vəzifəsidir. Bu aydındır. Ta-rixin əleyhinə getmək olmaz. Aydındır ki, əgər Ukrayna şəhər-lərində hələ də ruslar çoxluq təşkil edirsə, bir zaman gələcək, bu şəhərlər hökmən ukraynalılaşacaqdır”.

    Gələcək rəhbərin bu səyləri əbəs de-yildi. Az sonra, yəni 1924-cü ildə Ukray-na Rusiyadan ayrı, müstəqil respublika kimi Sovetlər Birli- İosif Stalin

    (1879 - 1953)

  • 62

    yinə daxil oldu. Bununla da V.Lenin və İ.Stalin o döv-rdə slavyan birliyinin, rus şovinizminin qarşısını aldı-lar... Əslində Stalin Ukrayna və Belorus xalqlarının tarix boyu ruslardan qaçmaq cəhdlərini yaxşı görürdü və bilirdi ki, rusların içərisində ərimək təhlükəsi ola-caqsa, ukraynalılar və belaruslar daim həsrətlə onları tarixi bağların birləşdirdiyi Polşaya baxacaqlar...

    17 sentyabr 1939-cu ildə Polşaya hücum edən SSRİ Qərbi Belarusu və Qərbi Ukraynanı azad etmək adı ilə işğal etdi. Polşanın əlində olan Şərqi Qaliç və Qərbi Volniya da Ukrayna SSR-ə daxil edildi. İkin-ci Dünya Savaşı zamanı Sovet qoşunları qərbə doğ-ru hərəkət edərkən bu torpaqlarda bir daha gücünü göstərdi. Beləliklə, Moskvanın təsiri daha da güclən-di və o, bölgədə qeyri-rəsmi təzyiq sahibi olma haqqı-nı qazandı...

    d) MİFLƏRİN DARMADAĞIN OLDUĞU YER – XATIN

    2015-ci ilin may ayının 9-da əksər keçmiş sovet xalqları kimi biz də alman faşistləri üzərində qələbə-nin 75 illiyini bayram etdik. Buna haqqımız da var-dı. Hər zaman deyildiyi kimi, Bakı neftinin sayəsin-də əldə olunmuş qələbəni qeyd etməkdə haqlıyıq ən azından ona görə ki, kimlərsə bu qələbəyə tək yiyə çıxmasınlar... 1941-1945 savaşında Berlinə gedən yolları sulayan Azərbaycan vətəndaşlarının qanı da qələbəni hər dəfə bir addım da yaxınlaşdırıb... La-

  • 63

    kin bu yolda başqa qanlar da tökülüb. Uzun illər bu qanları kimin və nəyə görə tökməsi sanki məlum idi. Təəssüf ki, bu gün belə sovet dövrü uydurulan yalan-lar araşdırılmadan təkrar olunur. Məsələn, hər 9 may qabağı elə bizim rəsmi mətbuat orqanlarında da belə bir fikir səslənir: “9 may Belarus tarixində ən ehti-ramla anılan bayramlardan biridir. Axı, ölkə Qələbə yolunda həddindən çox qurban vermişdir: həmin mü-haribədə onun hər üç sakinindən biri həlak olmuşdur. Dünyanın heç bir dövləti faşizm təcavüzünə qarşı belə kütləvi müqavimət göstərməmişdir. Məhz buna görə mayın 9-da Belarus Respublikasında müharibə qəh-rəmanlarının ünvanına xüsusi razılıq və minnətdarlıq dolu sözlər səslənir”. Hətta Belarus Azərbaycanlıları İcmaları Konqresi (BAİK) Beynəlxalq İctimai Birli-yinin (BİB) fəalları 1941-1945-ci illər Böyük Vətən müharibəsində nasist Almaniyası üzərində Qələbə Günü şərəfinə “Xatın” memorial kompleksini ziyarət edərək, kəndlə birlikdə yandırılan dinc sakinlərin xa-tirəsini anır, kompleksin önünə əklil və tər çiçəklər qoyurlar... Məlumata görə, tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları, BAİK-in və onun gənclər bölməsinin nümayəndələri də iştirak edirlər. Yəni hətta Belarusda fəalliyyət göstərənlər belə bu tarixi faciənin əsl mahiyyətini dərk edə bil-məyiblər. Bəlkə də hansısa tarixi cinayətin üstünün açılması bu gün kimlərəsə sərf etmir…

    Bizə söylənilən, tarix kitablarında öyrədilən yalan belə idi: Xatın 1943-ci ilin baharında faşistlər tərə-findən məhv edilmişdir. Xatın kəndinin partizanlara

  • 64

    yardım göstərməsi ehtimal edilən 149 sakininin ha-mısı ümumi kollektiv cəza prinsipinə uyğun olaraq diri-diri yandırılmış və ya güllələnmişdir. 1969-cu ildə isə kəndin yerində xalqın igidliyi və əyilməzliyi ideyasını təcəssüm etdirən memorial kompleks açıl-mışdır. Xatın dinc əhalinin kütləvi şəkildə məhv edil-məsinin, Belarus xalqının faciəsinin rəmzinə, Böyük Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən birinə çevrilmişdir”. Başqa bir yalana görə, “1941-ci ildə almanlar sovet hərbi dustaqlar yerləşən düşərgəni tutaraq oradakı polyak hərbçiləri qətlə yetiriblər”.

    Əslində isə belə idi: Polşa faşist Almaniyası ilə SSRİ arasında bölündükdən sonra 1940-cı ilin ap-rel-may aylarında 20 minə qədər polyak hərbçi gül-lələnmiş, Kozyolsk düşərgəsindəki 4 415 nəfər mə-

    Katın – 1940-cı ilin mart ayı

  • 65

    mur, ictimai xadim gizlicə Smolensk yaxınlığındakı Katın meşəsində (ad orijinalda “Katın” olduğu üçün biz də “Katın” yazırıq. Xatırladaq ki, Altayda da Kı-dın çayı var – G,Y.) qətlə yetirilmişdi. Rəsmi rəqəm hələ ki, 21 857 nəfər göstərilir. 1943-cü ildə bu fakt ortaya çıxsa da, Moskva bu faciə ilə əlaqəsini 1992-cı ilədək təkzib etmişdi. Hətta məşhur Nürenberq prose-si zamanı da sovet tərəfi günahı almanların boynuna qoymaq istəyərkən hərbi tribunal bu təklifi qəti surət-də rədd etmişdi.

    Sovetlərin polyaklara qarşı törətdikləri cinayət-ləri gizləmək cəhdlərinə baxmayaraq 1939-cu il elə də uzaq tarix olmadığı üçün, xalqın yaddaşı diri idi. Və uzun illər onlar bu sovet təbliğatının nə qədər yalan olduğunu bildikləri üçün susurdular. Susurdu-lar, çünki qətlə yetirilən polyakların taleyini yaşa-maq istəmirdilər, zaman gözləyirdilər. Və bu zaman gəlib çatıb... Təsadüf deyil ki, bu il avqustun 23-də, məhz Molotov-Ribbentrop paktının imzalandığı gün Tallində keçirilən səkkiz Şərqi Avropa ölkəsinin ədliyyə nazirlərinin konfransında qərara alınıb ki, kommunistlərin cinayətlərini araşdırmaq məqsədilə beynəlxalq agentlik yaradılsın. Bu qərar artıq bir sıra ölkələr tərəfindən dəstəklənib...

  • 66

    MİLLİ MƏSƏLƏ

    RK(b)P-nin qurultaylarında milli məsələ tez-tez gündəmə gətirilirdi. Əlbəttə ki, İ.Stalinin hətta azsay-lı xalqlara da azadlıq verməsi, rus şovinizminə, Çar Rusiyasından qalma ruslaşdırma siyasətinə qarşı çıx-maq yolundakı qətiyyəti rus milliyyətçilərini narahat edirdi. Onlar Rusiya İmperiyasının keçmiş şöhrətinin həsrətini çəkirdilər. Georgi Fedotov bunu açıq etiraf edirərək yazırdı: “İnqilab bütün xalqların milli şüu-runu möhkəmlətdi, dünən hakimiyyətdə olan millətin (yəni rusların – G.Y.) milli hisslərini əksinqilabi elan etdi”. Elə buna görə də rus milliyyətçiləri pravoslav xristianlığa çox bağlı idilər və hər vasitə ilə onu dir-çəltməyə çalışırdılar. Çünki İmperiyanın dayaqla-rından biri və ən əsası məhz din idi. Əgər Rusiyanın tarixinə baxsaq, oradakı daxili savaşların əksəriyyə-tinin yerli xalqların xristianlaşdırılmaya qarşı çıx-malarından doğduğunu görərik. Kommunistlər dinin birləşdirici deyil, parçalayıcı gücünü bilir, SSRİ adla-nan çoxmillətli və çoxdinli bir ərazidə onun rolunun qarşıya qoyulan məqsədlərə zidd olduğunu dərk edir-dilər. Elə buna görə də ateizm siyasəti vüsət almışdı. Respublikalar, xalqlar öz müstəqilliklərini qorumaq, təbii sərvətlərindən istədikləri kimi yararlanmaq, ağa-larsız bir dünya qurmaq istəyirdilər... Azərbaycanda da milliyyətçi ziyalılar əvvəl müsəlmanların, sonra isə türk xalqlarının heç olmasa mənəvi birliyinə çalı-şır, dil, etnik qohumluq əlaqələrinə diqqət yetirirdilər. 1926-cı ildə I Türkoloji Qurultayın Bakıda keçirilmə-

  • 67

    si də buna sübutdur. Lakin rus milliyyətçiləri aradan qalxmağa başladıqları bir vaxtda Lenin və Stalin türk milliyyətçiləri ilə qarşı-qarşıya qaldılar. Türklərin bir araya gəlməsi, ortaq dil, ortaq əlifba barəsində dü-şünmələri onların bütün planlarını, əslində uğrunda can qoyduqları arzu və istəklərini puç edirdi. Bunun qarşısını almaq lazım idi... 1937-ci il və sonrakı sərt siyasət bunun məntiqi davamı idi...

    Və bu belə də olmalı idi. Çünki bütün bunlar V.Le-ninin proletar diktaturası qurması yolunda əngəl idi və o, istənilən qəddarlıqla bu əngəli aradan qaldırma-ğa hazır idi. Başqırdıstanda vəlidovçulara amansız divan tutulması buna örnəkdir...

    1. VƏLİDOVÇULAR

    Öz xalqının azadlığı üçün mübarizə aparan ziyalı-lar çox vaxt tarixin bu keşməkeşli illərində səhvlər də edir, çıxış yolları axtarırdılar. Onlardan biri olan gənc alim və siyasətçi Əxmətzəki Vəlidovun təsiri özünü nəinki indiki Başqırdıstan (Başkortostan) ərazisində, hətta Orta Asiya və Qazaxıstanda da göstərməyə baş-lamışdı. Bir çoxları “vəlidovçular” adı altında fəaliy-yət göstərirdilər. Hadisələr burulğanına düşən gənc Əxmət Zəki Vəlidovun məqsədi inqilabi hərəkata qoşulmaq deyil, türk xalqları koalisiyasından slavyan hegemonluğuna qarşı müdafiə bloku yaratmaq və, ən başlıcası, başqırd xalqının milli azadlığı, onun mux-

  • 68

    tariyyəti uğrunda vuruş-maq idi. Bu məqsədlə o, Moskvada, Kazanda, Ufada keçirilən bütün müsəlman qurultay-larında iştirak edirdi. İlk vaxtlarda Vəlidov “başqırd fraksiyası”, sonra isə Orenburqda Başqırd Şurası yaratdı.

    Hadisələrin əvvəlin-də vəlidovçular neytral qalmaq, nə menşeviklə-

    rin, nə də bolşeviklərin tərəfində olmaq istəmir-dilər. İlk günlərdən onlar

    elan etdilər: “Biz nə bolşevikik, nə də menşevikik, biz sadəcə başqırdıq”.

    1917-ci il noyabrın 16-da vəlidovçular Başqırdıs-tan Muxtar Respublikası yaradaraq milli ordu qurulu-şuna başladılar. Bu illər Vəlidov Əlimərdan bəy Top-çubaşı, Məhəmməd Əmin Rəsulzadə və başqalarını da yaxşı tanıyır, onlarla tez-tez görüşürdü. Hadisələ-rin sonrakı axarı nəticəsində Vəlidova aydın olur ki, çox xalqların, o cümlədən başqırdların taleyi məhz bu iki qüvvənin – bolşeviklərlə menşeviklərin mübarizə-sindən asılıdır. İki qüvvə arasında vurnuxan Başqırd Milli Ordusu tezliklə qırmızılar tərəfindən tərksilah edilir, qanlar tökülür. Məhz həmin dövrdə bir çox

    Əxmətzəki Vəlidov (Əhmədzəki Vəlidi Toğan)

    (1890 - 1970)

  • 69

    başqırd ziyalıları, o cümlədən də taınmış şair Şəyex-zada Babiç edam olunurlar.

    Az bir vaxt ərzində Vəlidov Saranskda dağınıq başqırd ordusunun yeni alaylarını yaradır və Başqır-dıstan ərazisinin Kolçakdan azad olunması uğrunda vuruşur. 1920-ci ildə ara sakitləşəndə, artıq başqırd ordusu və onun siyasi xadimləri yeni yaranmış sovet hakimiyyətini qorxudurdu. İlk muxtar respublikaya verilən hüquqlar mərkəzə çox göründü. Paytaxtı Stər-letamak olan Başqırdıstanın milli hökumətini sıxış-dırmağa başladılar. Siyasi durumu öz istədiyi hala salmaq istəyən mərkəz inqilabçılardan Samoylovu, Preobrajenskini, Artyomu (Sergeyev), Dudkini, Mos-tovenkonu, Dimanşteyni Stərletamaka göndərdi.

    Əxmətzəki Vəlidov və Əbdülqadir İnan

  • 70

    Belə bir vaxtda Vəlidov Bakıda keçirilən Şərq Xalqları Nümayəndələrinin Qurultayına gəlir. Bun-dan xəbər tutan Orenburq müsəlman hərbi-inqilab komitəsinin sədri M.Tairov Bakıya Vəlidovun həbs olunması haqqında gizli teleqram göndərir. Lakin onun planı baş tutmur. Bakı qurultayı bitər-bitməz Və-lidov yola çıxır, Dağıstana, oradan Türkistana gəlir, basmaçılarla birgə Xarəzmdə, Buxarada, Səmərqənd-də qızıl orduya qarşı vuruşur. 1923-cü ilin fevralında Türküstandan Əbdülqadir İnanla birgə Əfqanıstana, oradan da İrana, sonra da Türkiyəyə keçir, ömrünü tanınmış alim kimi (Əhmədzəki Vəlidi Tuğan) başa vurur. Onun 1920-ci ilin sentyabrında və 1923-cü ilin fevralında Leninə göndərdiyi iki məktubundan so-nuncuda Əxmətzəki Vəlidov yazırdı: “Ehtiyatlı olun, ola bilsin ki, bütün bu səhvlərin başında Siz özünüz durursunuz”. Onu da qeyd edim ki, Əxmətzəki Vəli-dovun V.Leninə ünvanladığı iki məktubunu tərcümə edərək Azərbaycan oxucusuna 1991-ci ildə təqdim etmişəm (“Cavabsız məktublar”, “Ədəbiyyat qəzeti”, 15 mart 1991, s. 3).

    İlk başqırd dövlətinin dağılması və 1921-ci ildə onun fəallarının həbs olunmasından bu günə qədər başqırd xalqı müstəqil siyasət yürütmək üçün tarixin ona verəcəyi şansı gözləyir...

  • 71

    CALAQ XALQ - “SOVET XALQI”

    SSRİ adlanan bir məkanda hamının bir çatı altın-da yaşaması üçün milliyyətçi meyllərin məhv edil-məsi istəyi təbii qarşılanmalıdır. Başqa cür də müm-kün deyildi. V.Le