Upload
jasur-sumerinli
View
119
Download
1
Embed Size (px)
Citation preview
“Atəşkəs rejiminin 20 illiyi: hərbi-siyasi aspektlər”
Cəsur Sümərinli “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru 15 May 2014
“Doctrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi:
• 2005-ci ilin mayında yaradılıb
• Ədliyyə Nazirliyində 2007-ci ilin dekabrında qeydiyyatdan keçib.
• Hərbi ekspertlər, jurnalistlər, siyasi təhlilçiləri özündə birləşdirir
Fəaliyyət: Strateji təhlil
• Azərbaycanın və regional ölkələrin hərbi strategiyası ilə bağlı proqnozların hazırlanması;
• Regional münaqişələr barədə proqnozlar;
• Regional təhlükəsizlik problemləri ilə bağlı simulyativ proqnozların hazırlanması;
• Azərbaycanın müxtəlif ölkələrlə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı
Fəaliyyət: Məlumat (Database) analizi
• Azərbaycanın Müdafiə və Təhlükəsizlik sektorunda (2003-cü ildən bu yana) əsgər ölümlərinin statistikasının hazırlanması
• Hərbi büdcənin təhlili
Fəaliyyət: Ordu İslahatları
• NATO ilə əməkdaşlıq sənədlərinə uyğun olaraq Azərbaycan ordusunda islahatların monitorinqi;
• Ordu quruculuğu ilə bağlı vəziyyət və problemlərin analizi;
• Hərbi qanunvericiliyin analizi, təkliflərin hazırlanması;
• Müdafiə sektorunda dürüstlüyün qurulması prosesi, anti korrupsiya tədbirlərinin araşdırılması;
• Əsgərlərin və zabitlərin sosial rifahının analizi;
• Terrorizm əleyhinə mübarizə üzrə təkliflərin hazırlanması
Fəaliyyət: Müdafiə Sənayesi və təchizat
• Müdafiə Sənayesindəki şirkətlərin araşdırılması və təhlili;
• Hərbi texnika və silahların alınmasına yönəlik hərbi xərcləmələrin təhlili
Fəaliyyət: İnsan Haqları müdafiəsi və mülki cəmiyyət
• Orduda və ehtiyatda insan haqlarının müdafiəsi;
• Hərbi sahədə media və vətəndaş cəmiyyəti fəaliyyətlərinin monitorinqi;
• Hərbi sahədə aktiv olan jurnalistlərə, QHT liderlərinə təlimlərin keçirilməsi, praktiki dəstək.
Fəaliyyət: Ermənistanla münaqişə
• Cəbhə xəttində əsgər ölümlərinin monitorinqi;
• Atəşkəsin pozulmasının təhlili;
• Prezidentlərin, XİN başçılarının görüşlərinin, Minsk Qrupu fəaliyyətinin təhlili
• Müxtəlif ekspertlərlə, rəsmilərlə münaqişə barədə müsahibələr
Müdafiə və Təhlükəsizlik sektorunda əsgər ölümlərinin müqayisəli siyahısı (2003-2013)
Yaralananlar və ya xəsarət alanlar (2003-2013)
2014-cu ildə (14 mayadək):
Cəbhə - İtkilər: 1994-2014
Atəşkəs harada pozulur? (1994-2014)
Monitorinqlər
• 1994-2014-cü illərdə ATƏT Minsk qrupunun Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinqlərin orta sayı – 160.
• Bunlardan 25-i zamanı atəşkəs rejiminin ciddi pozulması halları qeydə alınıb.
ATƏT-in 2013-cü il üzrə illik hesabatı
• 5 mülki və 32 hərbçi yaralanıb;
• 14 hərbçi qətlə yetirilib;
• Səfir Anjey Kaspşik cəbhə xəttinə 16 dəfə, sərhədə isə 9 dəfə səfər edib
Münaqişənin nizamlanmasında probemlər
• Tərəflər arasında yanaşmalarda cidd ziddiyyətlər var;
• Atəşkəs rejiminə nəzarət olunmur;
• Ermənistan öz qoşunlarını işğal altında olan ərazilərdən çıxartmır;
• Dağlıq Qarabağın və Laçın dəhlizinin statusu ilə bağlı Ermənistan tərəfi Azərbaycanın təkliflərini qəbul etmir
Münaqişənin nizamlanması üzrə ideyalar
Beynəlxalq vasitəçilərin rolu: • ATƏT-in Minsk Qrupu cəbhə xəttində atışkəsin
pozulması hallarına nəzarəti gücləndirəcək dəqiq qaydalar hazırlamalıdırlar;
• Ermənistan tərəfi dinc sakinlərin təhlükəsizliyi üçün Dağlıq Qarabağ ətrafında təmas xəttinin sıx hissələrində öz mövqelərini geriyə çəkilməlidir;
• Tərəflər xüsusilə də birinci Qarabağ münaqişəsi dövrünə aid mina xəritələrini qarşılıqlı paylaşmalıdırlar
Münaqişənin nizamlanması: ardıcıl addımlar
• Mülkilərə atəş açmamaq;
• Atəşkəsin pozulmasının hesablanması mexanizmləri barıdı yeni, məntiqi qaydaların hazırlanması;
• Atəşkəsin pozulduğu yerlərdə xeyli sayda beynəlxalq müşahidəçilər yerləşdirmək;
• XİN başçılarının görüşlərinin intensivləşdirilməsi
Münaqişənin nizamlanması istiqamətində vacib 4 addım
Addım 1. Demokratikləşmə:
- Azərbaycan və Ermənistan demokratik rejimlərə malik olmalıdırlar;
- Hər iki ölkəni idarə edən şəxslər xalqların nə düşündüyünü bilməli və onların istəyinə uyğun addımlar atmalıdırlar;
- Qeyri-demokratik yolla seçilmiş liderlər xalq qarşısında etibarını itirir
Addım 2. Sabitləşdirmə
• Ermənistan öz qoşunlarını ilk növbədə ətraf rayonlar, daha sonra isə Dağlıq Qarabağdan çıxartmalıdır;
• Azərbaycan Dağlıq Qarabağ regionu üçün konkret statusu bəyan etməlidir;
• Avropa Birliyi mandatı altında yüngül silahlanmış beynəlxalq sülhməramlı qüvvələr münaqişə zonasına cəlb olunmalıdır
Addım 3. Hərbsizləşdirmə
• Azərbaycan və Ermənistan münaqişə regionun tamamilə hərbsizləşdirilməsi barədə xüsusi razılaşma imzalamalıdırlar;
• İctimai asayişin təmin olunması yalnız polis qüvvələrinə həvalə olunmalıdır;
• Azərbaycan Dağlı Qarabağda yaşayan əhalinin təhlükəsizliyinə təminat verməlidir;
• Məcburi köçkünlər öz yerlərinə qüayıtmalıdır
Addım 4. Barışıq və danşıqlar
• Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında intensiv dialoq prosesi başlanılmalıdır.
• ATƏT, NATO və BMT kimi beynəlxalq təşkilatlar prosesə dəstək verməlidirlər.
• Azərbaycan Dağlıq Qarabağ regionunun iqtisadi inkiafına maliyyə ayırmalıdır
• Dağlıq Qarabağ regionuna azad iqtisadi zona statusu verilməlidir
• Diqqətinizə görə təşəkkürlər!
• Suallar • [email protected]