24
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu. II Bölmə: Bitki xəstəlikləri Mövzu 2 . Dənli –paxlalı və yonca bitkilərinin xəstəlikləri, onlarla mübarizənin başlıca prinsipləri. Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi İbrahim Cəfərov. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİ

Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Page 2: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

II Bölmə: Bitki xəstəlikləri

Mövzu 2. Dənli –paxlalı və yonca bitkilərinin xəstəlikləri, onlarla mübarizənin başlıca prinsipləri

Kənd təsərrüfatı elmləri doktoru,

professor əvəzi İbrahim Cəfərov

Page 3: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

P L A N:

3.1 Dənli-paxlalı bitkilərin göbələk xəstəlikləri və onlarla

mübarizənin əsas şərtləri

3.2 Dənli-paxlalı bitkilərin bakteriya mənşəli xəstəlikləri və

onlarla mübarizə

3.3 Dənli-paxlalı bitkilərin virus mənşəli xəstəlikləri və onlarla

mübarizə

3.4 Yonca bitkisinin əsas xəstəlikləri və onlarla mübarizənin

başlıca prinsipləri

Page 4: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ədəbiyyat 1.Cəfərov İ.H. Kənd təsərrüfatı fitopatologiyası. Bakı: «Elm»,

2001, 277 s.2.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.3.Cəfərov İ.H. Tarla bitkilərinin xəstəlikləri. Bakı: «Elm», 2009,

326 s.4.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı:

«Maarif», 1988, 160 s.5.Пересыпкин В.Ф. Сельскохозяйственная фитопатология.

М.: «Агропромиздат», 1989, 415 с.6.John М. Kraft Compendium of Pea Diseases and Pests. The

American Phytopathological Society, 2001, 66 p.7.Howard F.Schwartz, James R.Steadman Compendium of Bean

Diseases. The American Phytopathological Society, 2005, 108 p.8.Elgin J.H. A Compendium of Alfalfa Diseases. The American

Phytopathological Society, 1979, 65 p.

Page 5: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 6: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota

şöbəsi, Euascomycetes sinfi,

Erysiphales sırası, Erysiphaceae

fəsiləsi, Erysiphe cinsi

Bioloji qrupu:

Biotrof

2.1 Dənli-paxlalı bitkilərin göbələk xəstəlikləri və onlarla mübarizənin əsas şərtləri

Dənli-paxlalı bitkilərin unlu şehi – Erysiphe communisf. pisi (H.A.Dietr.) Jacz.

Page 7: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Xəstəlik yarpaq və paxlalarda baş verir. Göbələk ağ torlu örtük əmələ gətirir. Müəyyən müddətdən sonra örtük boz rəng alır. Yarpaqlar qıvrılır və ölürlər. Sirayətlənmiş cavan paxlalar toxum vermirlər, gec yoluxmada isə qın meyvələrdə dərin yaralar əmələ gəlir. Vegetasiya dövrü göbələk konidi (anamorf) və kisə (teliomorfa) spor mərhələlərini əmələ gətirir. Konidi mərhələsi birhüceyrəli, rəngsiz, elliptik konidilərlə təmsil olunur. Onların ölçüləri 28-44 x 17-18 mkm-dir. Vegetasiya-nın sonunda kisə mərhələsi baş verir. O, sarıtəhər və ya tünd-qonur kleystotesilərdən ibarətdir. Meyvə bədəni- kleystotesilər şarşəkilli, 160 mkm diametrli, çoxsaylı çıxıntılıdır (10-28 ədəd). Çıxıntılar rəngsiz, radikal yerləşmiş, küt uc budaqlarına malikdir. Kisələr ellepsoidal, 4-6 askosporludur. Askosporlar birhüceyrəlidir, rəng-sizdir, ölçüləri 16-22 x 9-12 mkm-dir.

Xəstəlik törədici noxuddan əlavə vika (Vicia cativa L.) yemli paxlaları (Vicia fabae L.) və lərgəni (Lathyris pratensis L.) də yoluxur.

Page 8: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 9: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 10: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 11: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

America

Kanada

Hindistan

Yeni Zelandiya

Yaponiya

MDB

Avropa ölkələri

XƏSTƏLİYİN YAYILMA AREALI

Page 12: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

TÖRƏDİCİNİN EKOLOGİYASI

OPTİMAL TEMPERATUR 18-

22°C

NİSBİ NƏMLİK 60-80%

İNKUBASİYA MÜDDƏTİ 4-5

GÜN

XƏSTƏLİYİN ƏMƏLƏ GƏLMƏSİ,

MAY-İYUN

XƏSTƏLİYİ LƏNGİDİR-

GÜCLÜ YAĞIŞLAR

XƏSTƏLİYİ ŞİDDƏTLƏNDİRİR, QURU-İSTİ HAVA

Page 13: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AQROTEXNİKİ

Davamlı sort

Erkən səpin

Növbəli əkin

Bitki qalıqlarının məhv edilməsi

KİMYƏVİ

Tiovit djet 2kq/ha

Panç 0,1 l/ha

Valsaton 0,2 kq/ha

Kumulus 4 kq/ha

MÜBARİZƏ TƏDBİRLƏRİ

Page 14: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi,

Anamorfic fungi şöbəsi, Hyphomycetes

sinfi, Hyphomycetales sırası,

Dematiaceae fəsiləsi, Alternaria cinsi

Bioloji qrupu:

Hemibiotrof

Noxudun alternariozu - Alternaria alternata (Fr.) Keissl.

Page 15: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Göbələyin parazitlik keyfiyyətləri adətən zəifləmiş və ya zədələnmiş bitkilərdə özünü biruzə verir. Mikroorqanizm məhv olmuş bitki qalıqlarında inkişaf edir, məxməri zeytuni örtük əmələ gətirir. Belə örtük göbələyin mitsel və konidilərindən ibarətdir. Konidilər zeytuni, qara qonur, əkssan-caqşəkilli, 3-6 eninə və 1 uzununa arakəsməlidir. Onlar dağılan zəncirlər əmələ gətirə bilirlər. Vegetasiya dövrü göbələk konidilərlə yayılır.

Yayılması. Kosmopolitdir. Ölkəmizdə də bu xəstəlik qeydə alın-mışdır.

Ekologiyası. Xəstəlik törədici geniş temperatur 18-280C həddində və yüksək rütubətdə inkişaf edir.

Təsərrüfat əhəmiyyəti. Noxud bitkisinə əhəmiyyətli zərər vura bilmir, lakin toxumların cücərmə qabiliyyəti azalır.

Mübarizə tədbirləri. Yüksək aqrotexnika, əkin materialının saxlanma şəraitinə əməl edilməsi, bitki qalıqlarının məhv edilməsi zəruri tədbirlərdəndir.

Page 16: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 17: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 18: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Göbələyin konididaşıyanları (1) və konidiləri (2)

Page 19: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Chromista aləmi, Oomycota şöbəsi,

Oomycetes sinfi, Peronosporales

sırası, Peronosporaceae fəsiləsi,

Peronospora cinsi

Müasir adı: Peronospora viciae

f.sp. pisi Boerema & Verh.

Bioloji qrupu:

Biotrof

Noxudun yalançı unlu şehi - Peronospora pisi Syd.

Page 20: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Xəstəlik 2 formada əmələ gəlir, diffuz və ya ümumi, lokal və ya yerli. Yoluxma nəticəsində yarpaqlarda, yarpaqyanlığı və kasayarpaqlarda sarıtəhər və ya qəhvəyi ləkələr meydana çıxır. Yarpağın alt tərəfində göbələyin konidi spormərhələsindən ibarət olan boztəhər- bənövşəyi örtük inkişaf edir. Paxlalarda sirayətlənmiş toxuma solğunlaşır, sonra tünd qəhvəyi çalara malik olur. Xəstəliyin diffuz formasının xarakterik əlaməti bitkilərin cırtdanlaşması və tədricən rəngini dəyişməsidir.

Konididaşıyanlar qəhvəyi-bənövşəyi, dixotamik budaqlanandır, konidilər sarıtəhər, ellipsoidal, ölçüləri 18-28 x 17-22 mkm-dir. Gö-bələk eyni zamanda cinsi spormərhələsində inkişaf edir və oosporlar verir. Onlar şarşəkilli, sarıtəhər-qəhvəyi, qalın büzməli örtüklü, 30-35 mkm ölçülüdür. İnfeksiyanın ilkin mənbəyi sirayətlənmiş bitki qalıqlarıdır. Patogen məhz oosporlarla bitki qalıqlarında qışlayır və gələn il ilkin infeksiyanı törədir. Bütün vegetasiya müddətində xəstəlik törədici konidilərlə yayılır. Əkin noxudundan (Pisum sativum L.) əlavə Pisum elatius Bieb. də yoluxur.

Page 21: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 22: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 23: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Göbələyin konididaşıyanları və konidiləri

Page 24: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Yayılması. Peronosporoz və ya yalançı unlu şeh xəstəliyi Avropa, Hindistan, Şimali Amerika, Afrika və Yeni Zellandiyada geniş yayılmışdır. MDB məkanında bitkinin becərildiyi bütün rayonlarda (Orta Asiyanın bəzi ölkələri istisna olmaqla) rast gəlinir. Azərbaycanda noxud əkinlərinə zərər vuran ən geniş yayılmış xəstəliklərdəndir.

Ekologiyası. Peronosporozun inkişafına rütubətli soyuq hava (orta gündəlik temperatur 15-170C) zəmin yaradır. Eyni zamanda soyuq gecələr və şeh də xəstəliyin inkişafına müsbət təsir edən amillərdəndir.

Təsərrüfat əhəmiyyəti. D.S.Makaşova (1973) göstərir ki, xəstəlik güclü inkişaf edən zaman dən məhsulunun itkisi 25-75%, yaşıl kütlə 15-20% və daha çox ola bilir.

Mübarizə tədbirləri. Növbəli əkin dövriyyəsinə əməl edilməli, paxlalı bitkilər əvvəlki əkin yerinə 3-4 ildən qaytarılmalı, erkən müddətli səpinlər, toxumların dərmanlanması önəmlidir. Toxumluq sahədə xəstəliyin ilkin simptomları göründükdə moniko bordo 4,0 kq/ha, kurzat 1,8 kq/ha, iteral 0,2 kq/ha, ridomil qold MS 2,0 kq/ha preparatlarından biri ilə çiləmə aparılır. Sonrakı çiləmələr xəstəliyin inkişafı və meteoroloji şərait nəzərə alınmaqla təkrar edilir.