70
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu. II Bölmə: Bitki xəstəlikləri Mövzu 1. Buğda bitkisinin xəstəlikləri və yeni təsərrüfat sistemində onlarla mübarizənin əsas şərtləri. Kənd təsərrüfatı elmləri doktoru, - PowerPoint PPT Presentation

Citation preview

Page 1: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİ

Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Page 2: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

II Bölmə: Bitki xəstəlikləri

Mövzu 1. Buğda bitkisinin xəstəlikləri və yeni təsərrüfat sistemində onlarla mübarizənin əsas şərtləri

Kənd təsərrüfatı elmləri doktoru,

professor əvəzi İbrahim Cəfərov

Page 3: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

P L A N:

1.1 Buğda bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

1.2 Buğda bitkisinin pas xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

1.3 Buğda bitkisinin digər göbələk mənşəlı xəstəlikləri, onlar əleyhinə mübarizə

1.4 Buğda bitkisinin bakteriya mənşəli xəstəlikləri və onlarla mübarizə

1.5 Saxlama zamanı buğda dənlərinin xəstəlikləri, onların qarşısının alınma yolları

Page 4: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ədəbiyyat

1.Cəfərov İ.H. Kənd təsərrüfatı fitopatologiyası. Bakı: «Elm», 2001, 277 s.

2.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.3.Cəfərov İ.H. Tarla bitkilərinin xəstəlikləri. Bakı: «Elm», 2009,

326 s.4.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri, onlarla

mübarizə. Bakı: «Maarif», 1988, 160 s.5.Пересыпкин В.Ф. Сельскохозяйственная фитопатология.

М.: «Агропромиздат», 1989, 415 с.6.Защита растений от болезней / В.А.Шкаликов, О.О.Вело-

шапкина, Д.Д.Букреев и др. под ред. В.А.Шкаликова -3-е изд. испр. и доп. – М.: КолосС, 2010, 404 с.

7.Wiese М.V. Compendium of wheat diseases. The American Phytopathological Society, 1977, 106 p.

Page 5: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 6: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

BUĞDA BİTKİSİNİN MÜASİR TƏSNİFATDA YERİ

Aləm - Bitkiçilik

Şöbə- Örtülü toxumlular

Sinif – Birləpəlilər

Yarım sinif – Dənçiçəklilər

Fəsilə - Dənlilər

Cins - Buğda

Latın adı - Triticum L.

Növlər

Bərk buğda - Triticum durumTriticum ispahanicum

Triticum karamyscheviiTriticum militinae

Yumşaq buğda -Triticum aestivumTriticum aethiopicumTriticum araraticumTriticum boeoticumTriticum carthlicumTriticum compactum

Triticum dicoccon

Page 7: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

İllər üzrə buğdanın istehsalı (FAOSTAT) mln. tonla

Ölkələr 1985 1995 2005

Çin 85807 102211 96160

Hindistan 44069 65767 72000

ABŞ 65975 59404 57106

Rusiya 21 000 30119 45500

Fransa 28 784 30880 36922

Kanada 24 252 24989 25547

Avstraliya 15999 16504 24067

Almaniya 13802 17763 23578

Pakistan 11703 17002 21591

Türkiyə 17032 18015 21000

Mənbə: http://ru.wikipedia.org/wiki/Пшеница

Page 8: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının proq-

nozlarına əsasən buğdanın dünya istehsalı 2010-2011-ci illərdə 4%-

ə qədəri aşağı düşərək və 653 mln. ton təşkil edəcəkdir, baxmayaraq

ki, tələbat 667 mln. tondur. İstehsalın azalması Rusiya və ABŞ-da

quraqlıq, Avstraliya və Kanadada sel səbəb olmuşdur. Bundan əlavə

Çində buğda əkinlərinin 42%-i quraqlıqdan əziyyət çəkmişdir. Bu

quraqlıq 2011-ci ilin yazına qədər davam edə bilər.

2008-ci ildə buğdanın istehsalı öz tarixində maksimum <687

mln. tona çatmışdır.

Page 9: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

İllər Ümumi əkin sahəsi

(1000 ha) Ümumi yığım

(1000 ton)Hektarın məhsuldarlığı

(s/ha)

2000 494,8 1173,3 23,7

2001 570,7 1526,7 26,8

2002 650,3 1730,8 26,6

2003 591,5 1545,0 26,2

2004 610,0 1611,1 26,4

2005 591,2 1565,2 26,5

2006 561,4 1493,8 26,7

2007 487,3 1328,6 27,3

2008 598,2 1664,2 27,8

2009 803,8 2131,5 26,5

Azərbaycanda payızlıq buğda

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Page 10: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğda dəni100 qram dənin qidalılıq dəyəriEnergetik qiyməri: 360 kkalZülallar: 15 qramYağlar: 2 - 2,5 qramKarbohidratlar: 68 -71 qramNişasta: 65- 68 qramDisaxaridlər: 3 qramBallast maddə:10 qram

Mənbə: Dənli bitkilərin təsnifat standartları

Qidalılıq dəyəri

Page 11: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Sürmə xəstəlikləri

Bitkinin yoluxma fazasından asılı olaraq sürmə göbələklərini

şərti olaraq 4 qrupa bölürlər:

I. Buğdanın bərk sürməsi inkişaf tipi üzrə - toxumların cücərməsi

dövrü müxtəlif infeksiyalar: a) toxumun səthində; b) toxumlarla

yanaşı torpaqda; c) toxumun pərdəsi altında (pərdəsi olan dənli

bitkilərdə).

II. Buğdanın toz sürməsi inkişaf tipi üzrə - çiçək vasitəsilə çiçək-

ləmə dövrü yoluxma. Rüşeymdən normal inkişaf edən dəncikdə

rüşeym halında olan mitsel. Toxumlar cücərən zaman o böyümə üçün

tərpənir və bitkini diffuz olaraq yoluxur.

III. Demək olar ki, bütün vegetasiya dövrü yoluxma. Qarğıdalının

qovuqlu sürməsi belə inkişaf edir.

IV. Toxumların cücərməsi dövrü torpağın səthində cücərtilərin

yoluxması.

Page 12: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Sıra sayı

Xəstəlik Xəstəlik törədici

Yoluxma tipiI

II III IVa b c

1 Buğdanın bərk sürməsi Tilletia tritici (T. caries) + - - - - -2 Buğdanın toz sürməsi Ustilago tritici - - - + - -3 Buğdanın cırtdan sürməsi Tilletia controversa - - - - - +4 Buğdanın gövdə sürməsi Urocystis tritici + + - - - -5 Çovdarın gövdə sürməsi Urocystis occulta + + - - - -6 Arpanın toz sürməsi Ustilago nuda - - - + - -7 Arpanın bərk sürməsi Ustilago hordei + - - - - -8 Arpanın qara sürməsi Ustilago nigra + - - - - -9 Yulafın bərk sürməsi Ustilago avenae + - + - - -

10 Vələmirin sürməsi Ustilago levis Sphacelotheca panicimiliacei

++

--+-

--

--

--

11 Qarğıdalının toz sürməsi Sorosporium reilianum f. sp. zeae

+ + - - - -

12Qarğıdalının qovuqlu sürməsi

Ustilago zeae + + - - + -

Dənli -taxıllarda sürmə xəstəliklərinin əsas növləri

Page 13: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

1.1 Buğda bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

Buğdanın bərk və ya iylənən sürməsi – Tilletia caries (DC.) Tul., Tilletia laevis Kuehn.

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Tilletia cinsi. İki yaxın növ Tilletia caries və T.laevis buğdanın bərk və ya iylənən sürmə xəstəliyinin törədicisidir.

Sinonimləri:Tilletia caries üçün=T.tritici (Bjerk.) Ç.Winter;

Tilletia laevis üçün=T.foetida (Wallr.) Ziro.Bioloji qrupu:Biotrof

Page 14: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. T.caries və T.laevis həyat tsikli və əmələ gətirdikləri simptomlara görə oxşardırlar. Növlər teliosporların morfologiyasına (T.caries növündə teliosporlar tozlu, T.laevis -də hamar) və yayılma zonalarına görə fərqlənirlər. Törədicilər teliospor şəklində toxumlarda və ya quraqlıq zonalarda torpaqda saxlanılır. Səpindən sonra teliosporlar cücərir və haploid bazidiosporlarla (sporidi) bazidilər formalaşırlar. Bazidisporların mayalanmasından sonra dikariotik infeksion hiflər əmələ gəlir. Belə hiflər buğdanın cücərtisinə daxil olur. Törədici bitkinin böyümə konusuna çatır və sonrakı müddət-lərdə onunla birlikdə inkişaf edir.

T.caries göbələyinin teliosporları şaraoxşar, açıq və ya tünd qəhvəyi rəngli, ölçüləri 14-25 x 12,6-21 mkm-dir. Örtüyü torlu, adətən 5 künçlüdür.

T.laevis göbələyinin teliosporları ellipsoidal və ya uzunsov, tünd qəhvəyi rəngli, ölçüləri 13,5-22,5 x 12,6-18 mkm-dir. Örtüyü hamardır.

Page 15: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia caries

Page 16: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia laevis

Page 17: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 18: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Bazidilərin cücərməsi

Page 19: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

XƏSTƏLİYİN YAYILMA AREALI

ABŞ

KANADA

HİNDİSTAN

ÇİN

TÜRKİYƏ

İRAN

RUSİYA

BELARUS

UKRAYNA

AZƏRBAYCAN

ORTA ASİYA

FRANSA

Page 20: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ekologiyası. Torpaqda teliosporların maksimum cücərməsi 40-60%-lik nisbi rütubətdə qeydə alınmışdır, buğda cücərtilərinin ən güclü yoluxması isə 5-100C temperaturda baş verir. Nəticədə payızlıq buğda gecikmiş əkin müddətlərində və yazlıqlar daha erkən səpində güclü surətdə yoluxurlar.

Təsərrüfat əhəmiyyəti. Xəstəlik törədici buğda növlərinin əksəriyyətində yaşaya bilir, eyni zamanda o tritikale, arpa, çovdar və başqa ot bitkilərində qeydə alınmışdır. Mühafizə tədbirlərinin rəngarəng olmasına baxmayaraq, xəstəlik buğda üçün zərərliliyini saxlayır.

Mübarizə tədbirləri. Buğda bitkisini bərk və ya iylənən sürmə xəstəliyindən qorumaq üçün elə tədbirlər həyata keçirilməlidir ki, xəstəliyin kütləvi inkişafının qarşısı alınsın. Tədbirlər sistemi ölkənin hər bir regionu üçün xəstəliyin inkişaf qanunauyğunluqları, bitkinin becərilmə şəraiti və intensiv texnologiyanın tələbləri nəzərə alın-maqla işlənməlidir. Toxum materialının hazırlanmasına ciddi fikir verilməlidir.

Page 21: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

• TMTD 1,5-2,0 KQ/T

• VİTOVAKS 3 L/T

• RAKSİL 0,4-0,5 L/T

• SKARLET ME 0,5 L/T

NÖVBƏLİ ƏKİN

DAVAMLI SORTLAR

YÜKSƏK AQROTEX-

NİKA

SAĞLAM ƏKİN

MATERİALI

MÜBARİZƏ TƏDBİRLƏRİ

Page 22: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Suspenziya dozatorunun şkala

bölümü

Suspenziya məsarifil/dəqiqə

Məhsuldarlığı, ton/ saat

buğda arpa yulaf noxud

3 0,4 2 1 0,5 25 0,8 4 2 1,5 47 1,4 6 3 2,5 69 1,8 8 4 3,5 811 2,2 10 6 4,5 1013 2,6 12 8 6 1215 3,0 14 10 8 1418 3,6 17 13 11 1820 4,0 20 15 13 21

Ps – 10 a toxum dərmanlayıcısının suspenziyaməsarifi və məhsuldarlığı

Page 23: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Tilletia cinsi. Tilletia controversa payızlıq buğdanın cırtdan sürməsinin törədicisi

Sinonimləri:T.nanifika (Wagn.) Savul., T.tritici- repentis

(DS) Ziro.Bioloji qrupu:Biotrof

Buğdanın cırtdan sürməsi- Tilletia controversa Kuehn.

Page 24: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Yoluxmanın simptomları

buğdanın sünbülləmə dövründə görünməyə başlayır. Sirayətlənən

bitkilər güclü kollanır, sağlamlara nisbətən (1,5 –4,0 dəfə) böyü-

mədən qalır. Yoluxan sünbüllər daha sıx, qısa və ya tam yetişməyə

qədər yarım açıq vəziyyətdə qalırlar.

Sünbülcüklər artır, hər bir sünbülcükdə olan çiçəklərin miqdarı

yüksəlir. Sünbüllərdə dən əvəzinə sferik və ya geniş ellipsvari

«sürmə kisələri» formalaşırlar. Buğdanın toplanması dövrü soruslar

dağıldıqda, teliosporlar toxumları çirkləndirir və torpağa tökülürlər.

Teliosporlar torpaqda həyatilik qabiliyyətini uzun illər ərzində (10

ilə qədər) saxlayırlar. Onlar aşağı temperatur və işıqda torpağın və

ya toxumların səthində 30-50 gün müddətində yetişdikdən sonra

cücərirlər.

Page 25: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia controversa

Page 26: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia controversa

Page 27: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tilletia controversa

Page 28: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğdanın cırtdan sürməsi- Tilletia controversa Kuehn.

Page 29: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Yayılması. Cırtdan sürməsi Amerika və Avropanın bir çox ölkələrində qeydə alınmışdır. Çin, Hindistan, Pakistan kimi ölkələrdə daha çox zərər vurur. Xəstəlik ilk dəfə 1911-ci ildə A.A.Yaçevski tərəfindən Ukraynada təsvir edilmişdir. Bunun ardınca törədici Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Şimali Osetiya, Moldova ərazilərində də aşkar olunmuşdur. Xəstəlik mənbə xarakteri daşıyır, əsasən dağətəyi rayonlarda becərilən buğda bitkilərinə uyğunlaşmışdır.

Ekologiyası. Teliosporların cücərməsi üçün dağınıq işıq, 3-5 həftə müddətində temperaturun 3-50 C-yə qədər düşməsi, torpağın üst səthinin kəsiyində uzun zaman 46-60% rütubətin olması tələb olunur. Bitkilərin yoluxması üçün əlverişli temperatur şəraiti qalın qar örtüyü zəminində (0-80C, maksimum 10-120C) formalaşır. 150C-dən yuxarı temperatur sporların cücərməsinə mənfi təsir göstərir.

Page 30: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AMERİKA AVROPA ŞƏRQİ ASİYA MDB

XƏSTƏLİYİN YAYILMA AREALI

Page 31: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsərrüfat əhəmiyyəti. Tilletia controversa göbələyi payızlıq

buğdanı yoluxur, yazlıqlarda xəstəlik qeydə alınmamışdır. Buğdadan

başqa bir çox dənliləri də sirayətləndirir. Xəstəlik çox zərərlidir.

Patogenlə yoluxmuş sahələr demək olar ki, məhsul vermirlər.

Mübarizə tədbirləri. Toxumların termiki yolla işlənməsi əhəmi-

yyətlidir. Dünyanın bir çox ölkələrində, eləcə də Rusiya Federa-

siyasında bunun üçün KTS-0,5 təminat komplektindən istifadə edilir.

Toxumlar 3-4 saat müddətinə 450 və ya 2 saatlığa 470-lik suya

tökülür, sonra kondisiya rütubətliliyinə qədər qurudulur. Lakin qeyd

edilməlidir ki, termoterapiyadan sonra bəzi buğda sortlarının

cücərmə qabiliyyəti aşağı düşür. Buna görə də termoişlənməni bir

partiya toxum üçün edib, onların cücərmə qabiliyyəti aydınlaşdırılır.

Page 32: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Urocystis cinsi. Urocystis tritici buğdanın gövdə sürməsinin törədicisi

Müasir adı: Urocystis agropyri (Preuss) J.Schroet.Bioloji qrupu: Biotrof

Buğdanın gövdə sürməsi – Urocystis tritici Koehn.

Page 33: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Bitkilər cücərti fazasında

yoluxmağa başlayırlar. Mitsel bitki üzrə yayılır, əvvəlcə yarpaqlarda,

sonra yarpaq qınlarında, az hallarda gövdədə telilər xətt şəklində

(uzunluğu 2 mm-dən bir neçə sm-ə qədər) əmələ gəlir. Belə telilərin

içərisi qara rəngli teliospor kütləsi ilə doludur. Epidermis partlayan

zaman telilər üzə çıxır, çılpaqlaşırlar. Teliosporlar qara qəhvəyi,

həlqəvi, 20-45 x12-38 mkm diametrlidir. Bir aylıq istirahət dövrün-

dən sonra teliosporların təpəsində 2-4 silindrik bazidisporlardan

ibarət bazidi inkişaf edir.

Yayılması. Xəstəlik Orta Asiya Türk Respublikalarının, Azərba-

ycan və Gürcüstanın buğda əkinlərində yayılmışdır. Ədəbiyyat

məlumatlarına görə xəstəliyə mənbə xarakterli Stavropol, Krasnodar

ölkəsi və Krımın buğda sahələrində də rast gəlinir.

Page 34: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Urocystis tritici

Page 35: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Urocystis tritici

Page 36: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ekologiyası. Torpağın aşağı rütubəti (10-15%) və 10-200C

temperatur infeksiya prosesinə əlverişli şərait yaradır. Sporların

cücərməsi üçün optimal şərait 18-240C temperatur və 60% nisbi

rütubətdir.

Təsərrüfat əhəmiyyəti. Buğdanın gövdə sürməsi iqtisadi

əhəmiyyət kəsb edən xəstəliklər qrupuna aid deyildir. Xəstəliyin

zərəri buğda bitkilərinin boyunun qısa olması, az miqdarda yarpaq

əmələ gəlməsi və onların ölçülərinin kiçikliyi ilə xarakterizə olunur.

Xəstə bitkilər sağlamlara nisbətən 5 dəfə az məhsul verirlər.

Mübarizə tədbirləri. Buğdanın bərk və ya iylənən sürməsində

olduğu kimidir.

Page 37: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Ustilaginaceae fəsiləsi, Ustilago cinsi. Ustilago tritici buğdanın toz sürməsinin törədicisi

Sinonimləri:Ustilago tritici (Pers.) Iens., U.vavilovii

Jacz.Bioloji qrupu:Biotrof

Buğdanın toz sürməsi – Ustilago tritici (Pers.) Rostr.

Page 38: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ustilago tritici

Page 39: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ustilago tritici

Page 40: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ustilago tritici

Page 41: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğdanın sürmə xəstəlik törədicilərinin teliosporları:1- bərk sürmə: a - Tilletia caries [t.tritici]; b- T.laevis; c- T.triticoides; ç – T.intermedia; 2- toz sürmə; 3- cırtdan sürmə; 4- gövdə sürməsi; 5 – hind sürməsi

Page 42: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 43: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Toz sürmə sünbüllərin əmələ gəlməsi dövrü zühür edir. Xəstəliyin nəticəsində sünbülün bütün hissələri dağılır, yoluxan sünbülcüklər qara spor kütləsinə çevrilir.

Buğdanın toz sürmə xəstəliyinin törədicisi mitsel formasında toxumun rüşeymində saxlanılır. Toxumun cücərməsi ilə eyni zamanda mitselin fəallaşması baş verir və o, bitkinin böyümə nöqtəsinə doğru yayılmağa başlayır. Sünbülün əmələ gəlməsi dövrü patogen onun bütün formalaşmış hissələrində oturur. Sonrakı müddətdə mitseldən telio-sporlar əmələ gəlir və sirayətlənmiş sünbül dən əvəzinə yalnız qara spor kütləsi saxlayır.

Yayılması. Toz sürmə xəstəliyi dünyanın buğda becərilən bütün ölkələrində geniş yayılmışdır.

Ekologiyası. Teliosporların cücərməsi və mitselin böyüməsi üçün optimal temperatur 23-250C və nisbi rütubət 60-95% -dir. 7-80C temperatur zamanı bitki toxumalarında mitselin böyüməsi dayanır, bu amil də sürmənin payızlıq buğdada zəif əmələ gəlməsi ilə izah edilir.

Mübarizə tədbirləri. Buğdanın cırtdan sürməsində olduğu kimidir.

Page 44: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

TÖRƏDİCİNİN YOLUXDUĞU

BİTKİLƏR

Triticum

Hordeum

Secale

Aegilops

Elimus

Agropiron

Elytrigia

Haynaldia

Page 45: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğda və arpa toxumlarının toz sürmədən qorunmasında termiki zərərsizləşdirilmənin variantları

Variant Əlavə işləməTermiki işləmə

Sonrakı işləmə

İsti su ilə zərərsizləşdirmə

İslatma (20ºC, 48 saat)

45ºC (2-3 saat)

Nazik qat sərmək, tez-tez qarışdırmaq

Qaynar su ilə zərərsizləşdirmə

Suda isitmək (54ºC, 1-2 dəqiqə)

51-52ºC (10 dəqiqə)

Tez soyutmaq, qurutmaq

Qaynar su ilə islatmaqla zərərsizləşdirmək

Toxumun kütləsinin 5-6%-i qədər su ilə islatmaq (56-58ºC-yə qədər qızdırmaq)

56-58ºC 1 saat

45ºC 30 dəqiqə qurutmaq

Page 46: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Tarla bitkilərinin pas xəstəliklərinin əsas növləri

S/s Xəstəlik Xəstəlik törədiciSahib bitki

Əsas AralıqMüxtəlif sahiblilər

1 Dənlilərin gövdə pası Puccinia graminis DənlilərZirinc,

mahoniya2 Buğdanın qonur yarpaq pası Puccinia recondita Buğda Qaraqaytaran

3 Yulafın taclı pası Puccinia coronifera Yulaf Murdarça növləri

4 Arpanın cırtdan pası Puccinia hordei Arpa Qaranquş otu

5 Qarğıdalının pası Puccinia sorghi Qarğıdalı Dovşan kələmi6 Noxudun pası Uromyces pisi Noxud Südləyən

7 Yoncanın pasıUromyces medicaginis

Yonca Südləyən

Təksahiblilər

1 Günəbaxanın pası Puccinia helianthiGünəbaxa

n-

2 Çuğundurun pası Uromyces betae Çuğundur -3 Kətanın pası Melampsora lini Kətan -

4 Qara yoncanın pası Uromyces fallensQara yonca

-

Page 47: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota şöbəsi,

Urediniomycetes sinfi, Uredinales sırası,

Pucciniaceae fəsiləsi, Puccinia cinsi

Bioloji qrupu:

Buğdanın və bir sıra yabanı dənlilərin obliqat

parazitdir.

1.2 Buğda bitkisinin pas xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Buğdanın qonur pası -Puccinia recondita Rob. ex Desm. f. tritici

Page 48: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia recondita - teliosporları

Page 49: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia recondita - uredinosporları

Page 50: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Xəstəliyin törədicisi ikisahibli, tam inkişaf tsiklinə malik olan və beş tip spormərhələsi əmələ gətirən obliqat parazitdir. Həyat tsiklinin vegetativ fazasında dikariotik mitsel şəklində etsispor, teliospor və uredinospor mövcuddur. Buğda bitkilərində və bir sıra yabanı dənlilərdə gedən uredinomərhələdə bir neçə generasiya növbələşir. Onların miqdarı ilin hava şəraitindən və bitkilərin vegetasiya dövrünün uzunluğundan asılıdır.

Göbələk adətən natamam inkişaf tsiklinə malik olur, əsasən vegetativ çoxalır. Patogen vegetativ həyat tsiklində buğdadan əlavə Aegilops, Cesale, Hordeum, Elymus, Agropirum, Bromus cinslərinə aid olan bitki növlərini də sirayətlənir.

Yayılması. Dünyanın buğda becərilən bütün ölkələrində geniş yayılmışdır. Xəstəliyə ölkəmizin buğda əkinlərində rast gəlinir və bəzi illərdə taxılçılığa güclü ziyan vurur. Həm payızlıq, həm də yazlıq buğda əkinlərində inkişafı haqqında kifayət qədər məlumatlar mövcuddur.

Page 51: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ekologiyası. Buğda bitkisində qonur pas xəstəliyini törədən fitopatogen göbələk əsasən payızlıq buğdanın yarpaqlarında və yabanı dənlilərdə mitsel formasında qışlayır. Sporların cücərməsi üçün damcı su tələb olunur, buna görə də güclü şeh damcıları infeksiyanın inkişafına əlverişli zəmin yaradır. Əlverişli temperatur şəraitində (15-250C) infeksiya 6-8 saat müddətində həyata keçir, növbəti uredinospor generasiyası 7-10 gündən sonra baş verir. Xəstəliyin ən güclü inkişafı buğdanın çiçəkləməsi dövrü müşahidə olunur. Uredinosporlar küləklə yayılırlar.

Təsərrüfat əhəmiyyəti. Buğdanın qonur pası dən istehsalına əhəmiyyətli dərəcədə zərər vurur. Bəzən o epifitotiya şəklində inkişaf edir. Ədəbiyyat məlu-matlarında göstərilir ki, ölkəmizə qonşu Şimali Qafqaz regionunda 10 ildə 2-3 dəfə xəstəliyin yayılması və inkişafı epifitotiya xarakterli olur.

Mübarizə tədbirləri. Yüksək aqrotexnika, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı sortlardan istifadə, növbəli əkinə əməl edilməsi vacibdir. Xəstəliyin ilkin simptomları göründükdə ekoloji fungisidlərdən biri ilə çiləmə aparmaq mümkündür. Son illər 25% tilt k.e., 0,5 l/ha məsariflə xəstəliyin inkişafını tamamilə dayandıra bilir. Müasir dövrün tələbinə uyğun iki komponentli sistem xüsusiyyətlərə malik Folukur BT fungisidi də vegetasiya dövrü 1l/ha məsariflə buğda bitkisinin pas mənşəli xəstəliklərinə qarşı öldürücü təsir göstərir.

Page 52: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi,

Basidiomycota şöbəsi, Urediniomycetes

sinfi, Uredinales sırası, Pucciniaceae

fəsiləsi, Puccinia cinsi

Bioloji qrupu:

Biotrof

Buğdanın zolaqlı və ya gövdə pası- Puccinia graminis Pers. f. tritici Eriks. et Nemn.

Page 53: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis

Page 54: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis

Page 55: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis

Page 56: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Zirinc – aralıq sahib bitkisi

Page 57: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis f. sp. tritici – spermaqoni spermasiyalarla

Page 58: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Zirinc yarpağının hüceyrələrində göbələyin etsisporları

Page 59: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Aralıq sahib bitkisinin toxumalarında göbələyin etsi mərhələsi

Page 60: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis - uredinosporları

Page 61: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis f. sp. tritici - teliosporlar

Page 62: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia graminis - teliosporları

Page 63: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Buğdanın zolaqlı və ya göv-də pası xəstəliyinin törədicisi Puccinia graminis f.tritici göbələyi ikievlidir. Spermaqonial və etsial spormərhələləri zirinc bitkisinin, uredino və teleytospor mərhələləri buğda, arpa və çoxlu sayda başqa növlərdə inkişaf edir.

Zirinc yarpaqlarının üst tərəfində göbələk tək-tək və ya kiçik qrup-larla yerləşən şaraoxşar spermaqonilər əmələ gəlir. Onların diametri 120-130 mkm, rəngi tünd-sarıdır.

Yayılması. Xəstəlik demək olar ki, buğda becərilən bütün ölkələrdə geniş yayılmışdır. Əsasən dağlıq və dağətəyi bölgələrdə böyük zərər vurur. Bu xəstəlik Azərbaycanda da geniş yayılmışdır.

Ekologiyası. Buğda bitkisinin zolaqlı və ya gövdə pası xəstəliyinin törədicisi Puccinia graminis f. tritici göbələyi ekoloji amillərə qarşı çox həssasdır. Qışlayan teliosporlar istirahət dövrünü keçdikdən sonra 9-290C temperatur (optimal 18-220C), 95-100% nisbi rütubətdə cücərirlər. Onların cücərməsi üçün tələb olunan vaxt teliosporların yetişmə dərə-cəsindən asılıdır. Yetkin teliosporları rütubətli kameraya yerləşdirdikdən 3-4 saat sonra cücərə bilirlər.

Page 64: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsərrüfat əhəmiyyəti. Xəstəlik çox zərərlidir. Yoluxma nəti-

cəsində gövdənin epidermisində küllü miqdarda kəsiklər (1,5

mindən çox) əmələ gəlir. Güclü yoluxma zamanı buğda bitkiləri

yatırlar. Patogenlə sünbülaltı gövdənin sirayətlənməsi nəticəsində

dən məhsulu kəskin azalır, dən cılızlaşır, onun çörək keyfiyyətləri

aşağı düşür, bəzi illərdə xəstəliyin təsirindən məhsul itkisi 60-70%-ə

çatır.

Mübarizə tədbirləri. Buğdanın qonur pasında olduğu kimidir.

Lakin bu xəstəliyi törədən göbələk inkişaf tsiklində aralıq sahib

bitkisindən istifadə etdiyi üçün profilaktika olaraq zirinc bitkilərinin

buğda əkinləri ətrafında məhv edilməsi məcburi xarakter daşıyır.

Page 65: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Urediniomycetes sinfi, Uredinales

sırası, Pucciniaceae fəsiləsi, Puccinia cinsi

Bioloji qrupu:

Biotrof

Buğdanın sarı pası – Puccinia striiformis West.

Page 66: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia striiformis

Page 67: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia striiformis - uredinosporları

Page 68: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Puccinia striiformis - teliosporları

Page 69: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Xəstəlik dənli bitkilərin əksəriyyətində müşahidə olunsa da buğda üçün daha təhlükəlidir. Patogen yarpaqlarda, yarpaq qınlarında, bəzən gövdə, mil oxu, sünbül pulcuqlarında meydana çıxır.

Yoluxmanın xarakterik xüsusiyyəti uredino yastıcıqlardan ibarət olan limonu sarı, uzunsov zolaqların, ləkələrin əmələ gəlməsidir. Adətən uredinalar yığılmış qrup şəklində yerləşirlər və xlorozla müşayət olunan ləkəyə oxşayırlar. Müəyyən müddət keçdikdən sonra yoluxma yerlərində tünd-qonur və ya demək olar ki, epidermisi partlatmayan qara telioyastıcıqlar əmələ gəlirlər.

Yayılması. Xəstəlik dağlıq və dağətəyi rayonları üçün daha xarakterikdir. M.Seyidov, C.Ağayev (2005) göstərirlər ki, 1998-1999-cu vegetasiya illərində sarı pas xəstəliyi Abşeron və Cənubi Muğan bölgələrində bütün qış uzunu inkişafda olmuşdur. Azərbaycan ET Əkinçilik İnstitutunda bu xəstəliyə qarşı yüksək davamlı, məhsuldar yumşaq buğda sortları (Tərəqqi, Azəri, Mirbəşir-128, Əkinçi-84) yaradılmışdır.

Page 70: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ekologiyası. Sarı pasın törədicisinin böyümə və inkişafı üçün 10-130C temperatur optimal hesab olunur. Uredinosporlar 00C temperaturda belə cücərə bilirlər. 200C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Qeyd etmək lazımdır ki, Azərbaycanda aprel və may aylarında, temperatur gündüzlər 20-250C olmasına baxmayaraq, gecələr 150-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafını zəiflədə bilmir. Respublikamızın təbii-iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur.

Təsərrüfat əhəmiyyəti. Xəstəlik xüsusilə sünbüllər üçün təh-lükəlidir: dən dolmur, cılız olur, kütləcə yüngülləşir. Elmdə sarı pas xəstəliyinin 60-dan çox rasının mövcudluğu haqqında məlumatlar vardır. Ölkəmizdə sarı pasın ras tərkibi haqqında bilgilər yoxdur.

Mübarizə tədbirləri. Buğdanın qonur pasında olduğu kimidir.