8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 261 (29233) 24 noyabr 2019-cu il, bazar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Jelko Komşiçə Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bay- ramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovina- nın dost xalqına sülh və firavanlıq diləyirəm. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 noyabr 2019-cu il Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri! Noyabrın 14-15-də gözəl ölkənizdə keçirilən Dünya dini liderlərinin II Bakı Sammitində mənə çıxış etmək imkanı yarat- dığınıza görə Zati-alinizə öz minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçıla- rının şərəfinə verilən ziyafətə məni dəvət etdiyinizə və orada Sizinlə apardığımız müzakirələrə görə təşəkkür edirəm. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Bakı Prosesi” çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır. Bakı Beynəlxalq Dinlərarası və Siviliza- siyalararası Əməkdaşlıq Mərkəzi on ildən çoxdur ki, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında tolerantlıq, hörmət və anlaşmanın təşviq olunmasında aparıcı rol oynamaqla, Azərbaycanı təkcə regionda deyil, həm də bütün dünyada multikultura- lizmin mərkəzi kimi tanıtmışdır. Mən, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxü- lislam Allahşükür Paşazadənin tolerantlıq, dinc birgəyaşayış və dinlərarası dialoqun möhkəmləndirilməsində dini liderlərin rolu- nun gücləndirilməsinə göstərdiyi dəstəyini yüksək qiymətləndirirəm. Bu məqsədlər BMT Sivilizasiyalar Alyansının məqsədləri ilə üst-üstə düşür. Dünya dini liderlərinin Bakı Sammitinin növbəti illərdə keçiriləcək tədbirlərində Zati- alinizə daha böyük uğurlar arzulayıram. Fürsətdən istifadə edib, Sizə bir daha yüksək ehtiramımı bildirmək istəyirəm. Migel Anhel MORATİNOS BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, möhtərəm İlham Heydər oğlu! Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm. Dünya dini liderlərinin II Bakı Zirvə Görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik. Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müd- rik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb. Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm. Dərin hörmətlə, KİRİLL Moskvanın və Bütün Rusiyanın patriarxı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Hörmətli cənab Prezident. Dünya dini liderlərinin II Bakı Sammitinə və Zati-alinizin yüksək təqdiri ilə şərəfləndirdiyi möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibətilə rəhbərlik etdiyim geniş tərkibli nümayəndə heyəti ilə noyabrın 14-17-də ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkürlərimi ifadə etmək istərdim. Xüsusilə səfərimizin əvvəlindən ölkənizdən ayrılana qədər bizi müşayiət edən, dəyərli vaxtlarını ayıraraq bizi tək qoymayan əməkdaşlarınızın göstərdikləri nəzakəti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm. Düşünürəm ki, gözəl ölkənizə nümayəndə heyətimizlə etdiyim səfər həm qurumlarımız, həm də ölkələrimiz arasın- dakı əlaqələrin daha da inkişafına töhfə verəcək. Fürsətdən istifadə edib Zati-alinizə Uca Allahdan cansağlığı və xoşbəxtlik diləyir, Si- zin şəxsinizdə azərbaycanlı qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram. Dərin səmimiyyətlə, Professor Dr. Ali ERBAŞ Türkiyənin Diyanət İşləri Başqanı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm cənab Prezident. Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti – Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram. Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram. Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm. Dərin hörmətlə, Əl-Seyyid Əl-ŞƏRİF Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub. Mərasimdə Rusiya Federasiya- sında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fon- dunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər. Bu il əlamətdar yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyon- ları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub. Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq- etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib. Azərbaycanın Birinci vitse-pre- zidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şura- sının sədri Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı. Birinci vitse-prezident Mehriban Əliyeva, Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskva şəhəri merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılı- şını bildirən lenti kəsdilər. Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq oldu. Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqti- sadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür. Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başladı və ilkin hesab edilən rəng çoxsaylı qatların altından üzə çıxarıldı. Bir illik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, ki- tabxana və oranjereya tamamilə bərpa olundu. İzləyiciləri sürprizlər də gözləyir. Belə ki, tapıntılardan biri bərpa işləri ilə məşğul olanları da təəccübləndirdi. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edildi. Onu çıxarıb bərpa etdilər və hazırda həmin fəvvarə Azərbaycan pavilyonun- da qoyulub. Daimi ekspozisiya zalında milli mu- siqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm im- kanları barədə məlumatların təqdimatı nəzərdə tutulur. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada “Aznar”, “Aspi Aqro” MMC, “Azersun Holding”, “Şirvan Şərabları”, “Gazelli Qrup”, “Gilan” MMC, “İsmayıllı Şərab-2”, “Balxurma” MMC, “Marandi” MMC, “Kənddən şəhərə” brendi, “Xurcun”, “Viva” və digər yerli is- tehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hek- tardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb. Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür. Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitab- da müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin xronikası təqdim edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası- nın sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi. (ardı 2-ci səhifədə) Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılması vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investi- siya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Na- zirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 noyabr 2019-cu il

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 261 (29233) 24 noyabr 2019-cu il, bazar

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Jelko Komşiçə

Hörmətli cənab Sədr,Bosniya və Herseqovinanın milli bay-

ramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın

mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş

arzularımı yetirir, Bosniya və Herseqovina-nın dost xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!Noyabrın 14-15-də gözəl ölkənizdə

keçirilən Dünya dini liderlərinin II Bakı Sammitində mənə çıxış etmək imkanı yarat-dığınıza görə Zati-alinizə öz minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçıla-rının şərəfinə verilən ziyafətə məni dəvət etdiyinizə və orada Sizinlə apardığımız müzakirələrə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Bakı Prosesi” çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır.

Bakı Beynəlxalq Dinlərarası və Siviliza-siyalararası Əməkdaşlıq Mərkəzi on ildən çoxdur ki, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında tolerantlıq, hörmət və anlaşmanın təşviq olunmasında aparıcı rol oynamaqla, Azərbaycanı təkcə regionda

deyil, həm də bütün dünyada multikultura-

lizmin mərkəzi kimi tanıtmışdır. Mən, həmçinin Qafqaz Müsəlmanları

İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxü-lislam Allahşükür Paşazadənin tolerantlıq, dinc birgəyaşayış və dinlərarası dialoqun möhkəmləndirilməsində dini liderlərin rolu-nun gücləndirilməsinə göstərdiyi dəstəyini yüksək qiymətləndirirəm. Bu məqsədlər BMT Sivilizasiyalar Alyansının məqsədləri ilə üst-üstə düşür.

Dünya dini liderlərinin Bakı Sammitinin növbəti illərdə keçiriləcək tədbirlərində Zati-alinizə daha böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edib, Sizə bir daha yüksək ehtiramımı bildirmək istəyirəm.

Migel Anhel MORATİNOS BMT Baş katibinin müavini, BMT

Sivilizasiyalar Alyansının Ali nümayəndəsi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!Azərbaycana səfərim zamanı mənə

və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm.

Dünya dini liderlərinin II Bakı Zirvə Görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik.

Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müd-

rik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb.

Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

KİRİLL Moskvanın və Bütün Rusiyanın

patriarxı

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident. Dünya dini liderlərinin II Bakı

Sammitinə və Zati-alinizin yüksək təqdiri ilə şərəfləndirdiyi möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibətilə rəhbərlik etdiyim geniş tərkibli nümayəndə heyəti ilə noyabrın 14-17-də ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkürlərimi ifadə etmək istərdim.

Xüsusilə səfərimizin əvvəlindən ölkənizdən ayrılana qədər bizi müşayiət

edən, dəyərli vaxtlarını ayıraraq bizi tək qoymayan əməkdaşlarınızın göstərdikləri nəzakəti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm. Düşünürəm ki, gözəl ölkənizə nümayəndə heyətimizlə etdiyim səfər həm qurumlarımız, həm də ölkələrimiz arasın-dakı əlaqələrin daha da inkişafına töhfə verəcək.

Fürsətdən istifadə edib Zati-alinizə Uca Allahdan cansağlığı və xoşbəxtlik diləyir, Si-zin şəxsinizdə azərbaycanlı qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram.

Dərin səmimiyyətlə,

Professor Dr. Ali ERBAŞ Türkiyənin Diyanət İşləri Başqanı

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm cənab Prezident. Şəxsən öz adımdan və bu il noyabrın

14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti – Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik

göstərdiyinizə və səmimi görüşə

görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.

Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Əl-Seyyid Əl-ŞƏRİF Misir Ərəb Respublikası Deputatlar

Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub

Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib

� Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.

Mərasimdə Rusiya Federasiya-sında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fon-dunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Bu il əlamətdar yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyon-ları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub.

Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.

Azərbaycanın Birinci vitse-pre-zidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şura-sının sədri Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı.

Birinci vitse-prezident Mehriban Əliyeva, Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskva şəhəri

merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılı-şını bildirən lenti kəsdilər.

Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq oldu.

Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqti-sadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.

Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başladı və ilkin hesab edilən rəng çoxsaylı qatların

altından üzə çıxarıldı. Bir illik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, ki-tabxana və oranjereya tamamilə bərpa olundu. İzləyiciləri sürprizlər də gözləyir. Belə ki, tapıntılardan biri bərpa işləri ilə məşğul olanları da təəccübləndirdi. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edildi. Onu çıxarıb bərpa etdilər və hazırda həmin fəvvarə Azərbaycan pavilyonun-da qoyulub.

Daimi ekspozisiya zalında milli mu-siqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib

rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm im-kanları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada “Aznar”, “Aspi Aqro” MMC, “Azersun Holding”, “Şirvan Şərabları”, “Gazelli Qrup”, “Gilan” MMC, “İsmayıllı Şərab-2”, “Balxurma” MMC, “Marandi” MMC, “Kənddən şəhərə” brendi, “Xurcun”, “Viva” və digər yerli is-tehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hek-tardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb.

Kitabxana və oxu zalında müxtəlif

kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür.

Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitab-da müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin xronikası təqdim edilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası-nın sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

(ardı 2-ci səhifədə)

Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının

109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılması vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-

cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investi-siya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Na-zirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2019-cu il

Page 2: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

24 noyabr 2019-cu il, bazar2Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham ƏliyevəƏs-səlamu-əleykum və rəhmətullahi və

bərəkətuhu. Möhtərəm Prezident. Mən və məni müşayiət edən nümayəndə

heyəti Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməyimizdən məmnunuq. İcazə verin, bu gözəl Sammitə hamilik etdiyinizə, açılış mərasimində iştirak və çıxış etdiyinizə görə Zati-alinizə təşəkkürümü, rəğbətimi və ehtiramımı ifadə edim.

Bu Sammit Azərbaycanda keçirilən ən mühüm tədbirlər sırasındadır. Din xadimlərinə göstərdiyiniz qayğı və diqqətə, Şeyxülislam

Allahşükür Paşazadə həzrətlərinə bəxş

etdiyiniz yüksək sevincə görə təşəkkür və minnətdarlığa layiqsiniz.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə, Əl-Seyyid Əli bin Əl-SEYYİD

Əbdurrəhman Al Haşim Birləşmiş Ərəb Əmirlikləri

Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri,

Əl-Əzhər Əl-ŞƏRİF İslam Araşdırmaları Mərkəzinin üzvü

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!Fürsətdən istifadə edərək, məni Dünya dini

liderlərinin II Bakı Sammitinə dəvət etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

Nəzakətiniz, qonaqpərvərliyiniz və bizi səmimiyyətlə qarşıladığınıza görə Sizə, Şeyxülislam Allahşükür Paşazadəyə və Azərbaycan xalqına öz adımdan, ABŞ Yəhudi liderləri və ABŞ-ın bütün Yəhudi Sefar-

di cəmiyyəti adından minnətdarlığımızı

bildirirəm.Ulu Tanrıdan Sizə ölkənizi idarə etmək

üçün uğurlar, cansağlığı və uzun ömür arzu-layıram.

Dərin hörmətlə,

Rabbi Eli ABADİ, ABŞ-ın Yeşiva Universiteti Sefardi

Araşdırmaları İnstitutunun direktoru

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.Bakıda keçirilən Dünya dini liderlərinin

II Sammitinin yüksək səviyyədə təşkil olunması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Dünya liderləri və nümayəndələri tədbir zamanı aparılan müzakirələr və qəbul olunmuş bəyannamə ilə ekstremizm, ksenofobiya və diskrimina-siyaya qarşı mübarizədə qlobal dialoqun və ümumbəşəri həmrəyliyin əhəmiyyətini bir daha vurğuladılar.

Bu Sammit, həmçinin iki əlamətdar hadisə – Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 il-lik yubiley tədbirlərinin keçirilməsi ilə eyni vaxta təsadüf etdi. Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin çox hörmətli üzvüdür.

Təəssüflər olsun ki, din və müxtəlifliklə bağlı hadisələr bəzən icmalar arasında ümidsizliyə və dağıdıcı mənbələrə çevrilir. Halbuki həm din, həm də müxtəliflik ümumi cəmiyyətimizdə bizi birləşdirən həqiqət və fakt kimi qəbul olunmalıdır.

Məhz bu cür tədbirlər dinlərarası və

sivilizasiyalararası dialoqun mədəniyyətlər arasında körpü rolunu oynaması və mü-asir dövrün problemlərinin həll olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dialoq istər dini, istər mədəniyyət kontekstində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin mandatının əsasını təşkil edir və təşkilatın məqsədi dünya dini liderləri və siyasətçilərini bir araya gətirərək dünyamızı narahat edən problemlərin həllində ortaq məxrəcin tapılmasıdır.

Mən, həmçinin fürsətdən istifadə edib, Sizinlə görüşümüz zamanı həlli vacib olan ortaq problemlərlə bağlı apardığı-mız məzmunlu müzakirələrə görə Sizə minnətdarlığımı bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki, dialoqun gücü həm bu gün, həm də gələcəkdə sülhə və tərəqqiyə, insan ləyaqətinə hörmət olunmasına aparan yeganə yoldur.

Sizə bir daha ən yüksək ehtiramımı bildirmək istəyirəm.

Feysəl bin MUAMMAR Beynəlxalq Dinlərarası və

Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident.Sizə və ailə üzvlərinizə Allahdan nemət və

bərəkət arzulayırıq.Sizi 10 il əvvəl tanıdım və çox dahi bir

şəxslə görüşdüyümün şahidi oldum, təkcə böyük, mühüm işlər görməyinizlə deyil, eləcə də dahi və görkəmli, yüksək ali məqama malik olan şəxsiyyət kimi tanıdım. Siyasət sahəsində bir çox şəxslər bu işin öhdəsindən gəlməkdə çətinlik çəkiblər və bu, mənim gözlərim qarşısında baş verib.

Azsaylı bir xalqın nümayəndəsinə xüsu-si münasibətlə yanaşmağınız, istəklərimizi yerinə yetirməyə səy göstərməyiniz, ehtiyac duyduqlarımızı ləyaqət və sadəliklə qarşıla-mağınız və təvazökarlıqla əlinizdən gələni etməyiniz böyük işlərdir.

Noyabrın 14-15-də təşkil etdiyiniz sammit dinlər və xalqlar arasında sülh yaradılmasına xidmət edir. Bu işi böyük hörmət və ehtiram-la həyata keçirdiniz. Çox kiçik bir məqamı nəzərinizə çatdırım ki, saatlarla əyləşdiniz və bütün iştirakçıların çıxışlarını səbirlə dinlədiniz. Bu, Sizin böyüklüyünüzün daha bir nümunəsidir. Bütün qonaqları nahara dəvət et-diniz və yəhudi nümayəndəliyini də diqqətdən kənarda qoymadınız. Belə ki, müqəddəs Töv-rat və dinimizin adətlərinə uyğun olaraq halal nemətlər ilə qidalanmağımızı təmin etdiniz. Öz xanımınızla ziyafətdə iştirak etdiniz. Eləcə

də mühafizə işçilərinin yüksək diqqətəlayiq alicənablığını və davranışını da xüsusilə qeyd etmək lazımdır. Bu xüsusi diqqət və qayğıya görə hər bir şəxsə Allahdan bərəkət diləyirəm.

Səhəri gün, noyabrın 15-də 3 nəfər nümayəndə üzvü ilə birlikdə Prezidentin qəbuluna dəvət olunduq. Mənə heç vaxt unut-mayacağım təəssüratlar bəxş etdiniz. Sizin nəzakətli davranışınızdan, sadəliyinizdən və söhbətinizdən dərin biliyə malik və təvazökar insan olduğunuzu gördük. Xalqımızın fira-vanlığı üçün dua etdik. Bir daha Zati-alinizin necə böyük və dahi bir şəxs olduğunu gördük. Bakının möhtəşəm küçələri, Prezidentin sadəliyi bizdə heç vaxt unuda bilməyəcəyimiz təəssüratlar yaratdı. Elə bu güclü və dərin iz qoyan təəssüratlarla da ölkəmizə qayıtdıq.

Cənab Prezident.İcazə verin, Sizə, xanımınıza, ailə

üzvlərinizə və Sizin kimi ali məqamlı Prezidentə layiq olan xalqınıza öz dualarımı çatdırım.

Əlavə etmək istərdim ki, Azərbaycan anti-semitizmin hökm sürmədiyi yeganə ölkədir. Al-lah bunun müqabilində sizə nemət və bərəkət bəxş edəcək. Həmişə başqalarına da bu cür nümunə olmaqda davam edin.

Dərin hörmətlə, Şlomo AMAR

Qüds Sefardi ortodoks baş ravvini

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident,Gözəl Bakı şəhərində, vəfalı xalqınızın

qonaqpərvərliyi şəraitində keçən və Sizin də açılışını etdiyiniz Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Livan müsəlman və xristian nümayəndə heyəti adından Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi ilə bütün millətlərin din və mədəniyyət nümayəndələri arasında Azərbaycanın tanışlıq, dialoq və anlaşma körpüsü qurmasına görə Zati-alinizə təşəkkür və rəğbətimizi bildirməkdən şərəf duyuram.

Cənab Prezident, icazə verin, xüsusilə İslam cəmiyyətlərinin və ümumilikdə bütün bəşəriyyətin ehtiyac duyduğu bu müsbət və konstruktiv rolun əhəmiyyətinə görə Sizə yüksək ehtiramımızı ifadə edim. Bu, münaqişə və iğtişaşların hökm sürdüyü, başqalarına qarşı ekstremizm, zülm və zorakılıq hallarının yayıldığı dünyada ən çətin və nəcib roldur.

İştirak etməkdə şərəf duyduğumuz sammit boyunca bu hallarla mübarizədə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin müdrikliyi və uzaqgörənliyi, hamının yanında qazandı-ğı hörmət ilə tutduğu yolun əhəmiyyətini və zəruriliyini dərk etdik.

Zati-aliləri, mən və bütün yoldaşlarım Şey-

xülislamın hamımıza böyük hörmət bəslədiyini hiss etdik. Biz onunla mədəniyyətin, məhəbbətin yayılmasında, Allahın da bizdə görmək və qiyamət gününə kimi qalması-nı istədiyi müxtəlifliyə ehtiram bəsləmək istiqamətində birgə iş görürük.

Həmçinin hiss etdik ki, bu, nəcib əxlaqi dəyərlərə riayət etməyə, dəyərləriniz və gözəl idarəetmə missiyanızla müəyyənləşən bu ali bəşəri missiyaya olan bir hörmətdir.

Zati-aliləri, insanlar arasında məhəbbət, ehtiram və sülh bayrağını qaldırmağa təşviq edən konstruktiv rolunuza görə təşəkkürümü və yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

Dr.Məhəmməd Əs-SƏMMAK Livan İslam Sammitinin baş katibi,

İslam-Xristian Milli Komitəsinin baş katibi, Nyu-York “Sülh uğrunda din” təşkilatının

rəyasət heyətinin üzvü, KAICIID-in idarə heyətinin üzvü,

Amman Al Əl-Beyt təşkilatının idarə heyətinin üzvü,

Əbu-Dabi İslam Cəmiyyətlərində Sülhün Möhkəmləndirilməsi Forumunun katiblər

heyətinin üzvü

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan”

pavilyonunun açılış mərasimi olubBirinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

(əvvəli 1-ci səhifədə)

– Hörmətli Valentina İvanovna. Hörmətli qonaqlar, əziz dostlar. Xalq Təsərrüfatı Nailiyyətləri

Sərgisində “Azərbaycan” milli pavilyo-nunun açılışında sizi ürəkdən salam-layıram. Sizin hamınızı yaxın vaxtlar-da 80 yaşı tamam olmuş bu əfsanəvi sərgi məkanının yubileyi münasibətilə təbrik etmək istəyirəm.

İlk növbədə, hörmətli Valentina İvanovnaya bizim milli pavilyonun açılışında iştirak etdiyinə, ölkəmizə səmimi, mehriban münasibətinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü tədbirdə işti-rak edən rusiyalı qonaqlarımızın hamısını salamlamağa şadam. Öz həmvətənlərimizi də görməyə şadam.

Bu gün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi nadir sərgi şəhəridir. O, dünyanın 50 ən iri sərgi mərkəzi sırasına daxildir. Xalq

Təsərrüfatı Nailiyyətləri Sərgisinə hər il 30 milyona yaxın qonaq gəlir. Əlbəttə, bu gün mən qürur hissi keçirirəm ki, Moskvanın bu tarixi me-marlıq mərkəzində bərpadan sonra “Azərbaycan” milli pavilyonu açılır.

Pavilyon öz qapılarını bütün qo-naqların üzünə açır. Bizim ölkəmizə milli pavilyonun bərpasında iştirak etmək imkanına görə Rusiya Fede-rasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Moskva şəhərinin hökumətinə, Moskvanın meri cənab Sobyaninə təşəkkürümü bildirmək istəyirəm.

“Azərbaycan” pavilyonu 1939-cu ildə məşhur Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Useyno-vun layihəsi üzrə yaradılıb. Sonrakı illərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki bir çox başqa pavilyonlar kimi bu pavilyon da çoxsaylı dəyişikliklərə məruz qalıb, yenidən qurulub. Məsələn, 1966-cı ildə bu nadir memarlıq binasının fasadı bütöv metal qutu ilə örtülüb, bu isə heç şübhəsiz, onun simasını tamamilə dəyişib. Bir sözlə, sonrakı illərdə pavilyon özünün memar-lıq, funksional və milli identikliyini

itirib. 2014-cü ildə Moskva şəhəri hökumətinin təşəbbüsü ilə keçmiş müttəfiq respublikalara öz milli pavil-yonlarının bərpasında iştirak etmək təklif olunanda Azərbaycan bu xəbəri böyük coşqu ilə qəbul etdi və hazırlıq işlərindən sonra 2017-ci ildə bərpa işləri başlandı. Pavilyonda bərpa işləri Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Bu binanın ilkin memarlıq-etnik simasını qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Çox gərgin iş aparıldı, Azərbaycandan və Rusiya-dan ən yaxşı mütəxəssislər, memar-lar, rəssamlar, bərpaçılar, mədəniyyət tarixçiləri dəvət edildi. Bu gün nəticəni görürük. Bu binanın tamamilə bərpa olunmuş autentikliyini görürük. Şübhəsiz, bu cür gözəl nəticə koman-da şəklində işin yekunudur. Bu gün mən bizim milli pavilyonun bərpası üçün səy göstərənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm.

“Azərbaycan” pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, o, həm də yeni məzmun kəsb edib. Burada bizim pavilyonun qonaqları xalqımızın zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola,

eyni zamanda, müasir müstəqil Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə informasiya əldə edə bilərlər. Əlbəttə, şübhə etmirəm ki, gələcəkdə bu məkanda təşkil ediləcək tədbirlər, görüşlər, sərgilər Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasi-yasının Prezidenti Vladimir Vladimi-roviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm.

Bu gün ölkələrimiz arasın-da fəal siyasi dialoq mövcuddur. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir.

Azərbaycanın və Rusiya Federasiya-sının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə bi-rinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Se-vindirici haldır ki, qarşılıqlı investisiya-ların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir.

Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik.

Bizim ikitərəfli əlaqələrimizdə

regionlararası əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Rusiya Federasi-yasının 70-dən çox subyekti ilə həm iqtisadi, həm də humanitar sahədə əlaqələr qurub. Bu gün mənim səfərim çərçivəsində hörmətli Valen-tina İvanovna ilə birlikdə X yubiley Regionlararası Forumun açılışında iştirak edəcəyik.

Ölkələrimizi bir-birinə bağlayan humanitar əlaqələri xüsusi vurğu-lamaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə yanaşırlar. Ölkəmizdə rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanılıb. 338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rusdilli bölmə var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir. Ali təhsil səviyyəsində də uğurlu əməkdaşlıq edirik. Bizim paytaxtımız-da Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birin-ci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim tələbələrin Rusiyada təhsil almasının dəstəklənməsinə görə Rusi-ya hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda çoxminli rus icması ölkəmizin ümumi inkişafına layiqli töhfə verir. Bir sözlə, humanitar sahədə münasibətlərimizin nümunəvi olduğunu desəm, zənnimcə, yanılma-ram.

Əziz dostlar, sizi bu əlamətdar hadisə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində “Azərbaycan” pavilyonunun açılışı münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, istər iqtisadi, istərsə də humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün möv-cud potensial gələcəkdə xalqlarımızın rifahı naminə uğurla reallaşdırıla-caq. Diqqətinizə görə sağ olun. Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm. Sağ olun.

* * *Sonra Rusiya Federasiyası Fede-

ral Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış etdi.

(ardı 3-cü səhifədə)

Page 3: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

24 noyabr 2019-cu il, bazar 3Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində

yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olubFederasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı

(əvvəli 2-ci səhifədə)– Çox hörmətli Mehriban Arif

qızı.Hörmətli xanımlar və cənablar,

əziz dostlar. Biz bu gün belə təntənəli

şəraitdə əlamətdar bir hadisə münasibətilə toplaşmışıq. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən biri əsaslı bərpadan sonra yenidən öz qapılarını mosk-valılara və paytaxtımızın qonaqla-rına açır. “Azərbaycan” pavilyonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin yaşıdıdır və hörmətli Mehriban Arif qızının artıq dediyi kimi, düz 80 il əvvəl açılıb. O, görkəmli Azərbaycan arxitektorları tərəfindən tikilib və deyərdim ki, həmin vaxt da, bu gün də memar-lıq incisidir.

Əlamətdar haldır ki, pavilyonun açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyeva iştirak edir. Bu, bugün-kü hadisəyə xüsusi əhəmiyyət qazandırır. Mən çox şadam ki, Mehriban Arif qızı, dünən Rusi-ya Federasiyasının Prezidenti Sizə “Dostluq” ordeni təqdim edib. Bu, Sizin şəxsən Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və bir çox baş-qa məsələlərə, mədəniyyətin inki-şafına, humanitar layihələrə Sizin töhfənizin qiymətləndirilməsidir. Həmkarlar, gəlin Mehriban Arif qızı Əliyevanı yüksək dövlət mükafatı

münasibətilə bir daha təbrik edək.Biz bilirik ki, Prezident İlham

Əliyev və Siz ölkələrimiz arasın-da dostluğun möhkəmlənməsi, o cümlədən mədəniyyət və hu-manitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün çox işlər görürsünüz. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan arxitektorlarının düşündüyü kimi, “Azərbaycan” pavilyonu ziyarətçilərə köhnə Bakının küçələrini xatırladacaq, onları sanki günəşli Azərbaycan torpağına aparacaqdı. Pavilyonun bəzədilməsində nadir ornament kompozisiyalarından, şəbəkə fres-kalarından, Azərbaycan ustaları-nın mismardan istifadə etmədən kiçik qoz ağacı detallarından yığdıqları şəbəkələrdən istifadə olunmuşdu. Burada milli ənənələr, milli mətbəx yer almışdı, amma zaman keçir, zövqlər dəyişirdi. 1960-cı illərdə pavilyon yenidən quruldu. Təəssüf ki, nadir dəyərə malik olanların bir çoxu məhv edildi.

Beş il əvvəl “Azərbaycan” pavilyonunun onun əvvəlki tarixi görkəmində bərpa edilməsi haq-qında razılıq əldə olundu. 2016-cı ildə “Azərbaycan” pavilyonu Azərbaycan tərəfinə təhvil verildi. Ötən müddətdə Azərbaycanın və Rusiyanın nadir ustaları tərəfindən belə incə, dəqiq, gözəl işlər görülüb. Bu gün bizim qarşımızda

bərpa olunmuş belə gözəl pavil-yon var. İstərdim ki, hər şeydən əvvəl, pavilyonun yenidən qu-rulmasına öz əməyini sərf etmiş bərpaçılara, ustalara təşəkkürümü ifadə edim. Bütün bərpa işləri hörmətli Mehriban Arif qızının başçılıq etdiyi Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Göstərdiyiniz dəstəyə və burada yerinə yetirilmiş nadir işlərə görə Sizə və Fonda “Çox sağ olun!”

deyirəm. Yeri gəlmişkən, demək istəyirəm ki, Rusiyada Heydər Əliyevi dəyişməz olaraq hər za-man böyük səmimiyyət və böyük ehtiramla xatırlayırlar.

Bərpa işlərinin gedişinə böyük diqqət yetirən, zəruri təşkilati yardım göstərən Moskva meri Sergey Semyonoviç Sobyaninə də minnətdarlığımı çatdırmaq istəyirəm. Vitse-mer Natalya Alekseyevna Serqunina bura-da iştirak edir, zəhmət olmasa, Sergey Semyonoviçə böyük minnətdarlığımı çatdırın. Həmçinin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, artıq Rusiya ilə Azərbaycan arasında dostluğun bir növ rəmzinə çevrilmiş və bərpa işlərinin gedişinə də böyük diqqət yetirən Polad Bülbüloğluna da təşəkkür etmək istəyirəm.

Hesab edirəm ki, bugünkü pavilyonun açılışı böyük hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti və rəmzidir. Əminəm ki, bu pavilyon Azərbaycanın Mosk-vadakı qeyri-formal mədəniyyət nümayəndəliyi statusunu da-şıyacaq. Bilirəm ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin, konfransların, digər tədbirlərin

keçirilməsi üzrə böyük planları var. Beləliklə, Moskva sakinləri də, paytaxtın çoxsaylı qonaqları da bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti və ənənələri, tarixi və əlbəttə, həm də Azərbaycanın müasir uğurları ilə tanış ola biləcəklər. Biz sizin əsl dostlarınız kimi, ölkənin necə dəyişməsi, ölkədə iqtisadi və sosi-al inkişaf, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində

görülən böyük işlərə görə çox şadıq və bunlarla fəxr edirik. Bakı çox gözəlləşib, hər dəfə səfər edəndə valeh olursan, həmişə yeni nə isə görürsən. Ona görə də təəccüblü deyil ki, Rusiyadan turistlərin sayı bu cür templərlə artır. Bakı da, çox gözəl ölkə olan Azərbaycan da olduqca qonaqpərvər və xoşniyyətlidir. Əminəm ki, bizim turistlərin sayı gələcəkdə də artacaq. Biz isə Azərbaycandan Rusiyaya gələn turistlərin sayının artmasında maraqlıyıq. Həmçinin bunun üçün də şərait yaradacağıq.

Mən hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pa-vilyonunun açılışı 2020-ci ilə planlaşdırılan Azərbaycan Mədəniyyəti Günlərinin ərəfəsidir. Bu yaxınlardakı səfərim zamanı Azərbaycanda Rusiya Federa-siyası Mədəniyyət Günlərinin açılışını etmək mənim üçün böyük şərəf idi. Bizim təşkil etdiyimiz mədəniyyət tədbirlərinə necə bö-yük marağın olduğunu bilirəm.

Hörmətli Mehriban Arif qızı,

biz Azərbaycanın mədəniyyət təmsilçilərini də bu cür səbirsizliklə Rusiyada gözləyirik. Biz Azərbaycanı sevirik. Biz Azərbaycan mədəniyyətini sevirik. Əminəm ki, Mədəniyyət Günləri böyük uğurla keçəcək.

Bir daha hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Hörmətli Mehriban Arif qızı, Rusiyanın ünvanına söylədiyiniz sözlərə və

əməkdaşlığımızın gələcək inkişafı üçün göstərdiyiniz səylərə görə Sizə “Çox sağ olun!” deyirəm. Sağ olun.

* * *Ölkəmizin Rusiyadakı səfiri

Polad Bülbüloğlu çıxış edərək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılı-şını tarixi hadisə adlandırdı. Səfir bildirdi ki, vaxtilə bu pavilyonda Azərbaycanın layiqincə təmsil olun-

ması üçün bütün işlər görülmüşdü və bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə pavilyonumuz yenidən öz fəaliyyətini bərpa edir.

Qeyd edək ki, bu layihə mədəniyyətlərarası və millətlərarası dialoq, xalqların bir-birinə yaxınlaşması baxımından böyük rol oynayır.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

� Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 23-də Moskvada işini Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Kosmos” binasında davam etdirən X Azərbaycan–Rusiya Regionlararası Forumunda iştirak ediblər. Azərbaycan və Rusiya iqtisadiyyatlarının ən perspektivli sahələri barədə müzakirələr aparılan forumda Birinci vitse-prezident Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış ediblər.

– Möhtərəm Mehriban Arif qızı. Hörmətli forum iştirakçıları. Mən Sizi Xalq Təsərrüfatı

Nailiyyətləri Sərgisində, əfsanəvi “Kosmos” pavilyonunda X yubiley Rusiya–Azərbaycan Regionla-rarası Forumunda salamlamağa ürəkdən şadam.

On il əvvəl ölkələrimizin prezidentlərinin dəstəyi ilə bu tədbirə start verilib. Bu illər ərzində forum bizim regionlararası əlaqələrimizin inkişafı üçün əsl səmərəli mexanizmə, regionların, ictimaiyyətin nümayəndələrinin, biznesin dialoqunda səmərəli məkana çevrilib. Bu yaxınlarda Federasiya Şurasının nümayəndə

heyəti Bakıda rəsmi səfərdə olub. Son illər Azərbaycanın pay-

taxtı xeyli gözəlləşib və Rusiya nümayəndə heyətinin bütün üzvlərində ən parlaq təəssüratlar, çox gözəl xatirələr doğurub. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, hörmətli Mehriban Arif qızı, Sizə, bütün Azərbaycan xal-qına Rusiyaya bu cür münasibətə, Sizin ənənəvi qonaqpərvərliyinizə, səmimi qəbullara görə çox təşəkkür edirik. Əlbəttə, imkandan istifadə edərək, bu çox gözəl au-ditoriyada Sizi, hörmətli Mehriban xanım, Rusiya Federasiyasının yüksək dövlət mükafatı –

“Dostluq” ordeni ilə təltif olun-mağınız münasibətilə bir daha təbrik etmək istəyirəm. Bu, Sizin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə, Azərbaycanın ictimai və mənəvi həyatında rus dilinin və rus mədəniyyətinin qorunub saxla-nılmasında xidmətlərinizə verilən yüksək qiymətdir.

Bu gün ölkələrimiz arasın-da münasibətlər əsl tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır, mehriban qonşuluq, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Şübhəsiz ki, Rusiya və Azərbaycanın uğurlu əməkdaşlığının rəhni ölkələrimizin liderləri Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyevin səmimi etimada əsaslanan münasibətləridir. Təkcə ötən ilin əvvəlindən prezidentlərimiz doqquz dəfə görüşüblər. Bi-zim münasibətlərimiz sanbal-lı müqavilə-hüquq bazasına söykənir. Hazırda Azərbaycanla

Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya–Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 “yol xəritəsi”ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialı-nın inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sekto-runda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənib. Son illər Rusiya və Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük iş görülüb. Biz artıq onun praktik nəticələrini görürük. Ötən ilin yekunlarına görə qarşı-lıqlı əmtəə dövriyyəsi təxminən 14 faiz artıb və təqribən 2,5 milyard dollar olub.

(ardı 4-cü səhifədə)

Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı

Page 4: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

24 noyabr 2019-cu il, bazar4

(əvvəli 3-cü səhifədə)Rusiya idxal üzrə Azərbaycanın əsas ticarət və

qeyri-xammal sektoru mallarının ixracı üzrə bir nömrəli tərəfdaşıdır. Sərmayələr üzrə əməkdaşlıq möhkəmlənir. Rusiyanın Azərbaycana birbaşa sərmayələri 1,5 mil-yard dollardır. Azərbaycan bazarında bizim təxminən 700 birgə müəssisəmiz fəaliyyət göstərir. Nəqliyyat sahəsində, xüsusən “Şimal–Cənub” dəhlizinin forma-laşmasında intensiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Əminəm ki, o, Avrasiyanın ən mühüm nəqliyyat ar-teriyası olacaq, Rusiya və Azərbaycandan keçməklə Cənubi Asiyadan Avropaya yükdaşımalarını xeyli sürətləndirəcək.

İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komis-siya səmərəli fəaliyyət göstərir. Dünən bizim forum çərçivəsində geniş iclasın keçirildiyi işgüzar şuralarımız kooperasiyanın inkişafına böyük töhfə verirlər. Hesab edirəm ki, ölkələrimizin qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsi təkcə müvafiq idarələrin deyil, həm də işgüzar icmanın xidmətidir.

Cari ilin aprelində Bakıda kompleks işgüzar missi-yanın yekunlarını yüksək qiymətləndiririk. Onun işində Rusiyadan 78 və Azərbaycandan 140 şirkət, həmçinin ölkələrimizin müvafiq nazirliklərinin və idarələrinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində informasiya texnologiyaları, kimya sənayesi, ava-danlıq tədarükü üzrə razılaşmalar əldə olunub və bir sıra sazişlər imzalanıb. İqtisadiyyatda əlaqələrimizin gələcəkdə möhkəmlənməsi üçün regionlararası əməkdaşlıq mexanizmlərini maksimum işə salmaq zəruridir. Bu gün Rusiya Federasiyasının 72 subyekti Azərbaycanla ticari münasibətlər, humanitar əlaqələr saxlayır. Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Çel-yabinsk, Volqoqrad, Saratov, Nijni-Novqorod, Həştərxan, Sverdlovsk vilayətləri, Stavropol və Krasnodar diyarları bu sahədə liderdirlər.

Rusiya və Azərbaycanın regionları, işgüzar dairələri və təşkilatları arasında praktik əməkdaşlığın genişlənməsində əsas rol Rusiya–Azərbaycan Region-lararası Forumuna məxsusdur. Bu məkana tələbat, onun iştirakçılarının sayı ildən-ilə artır. Ötən il dövlətlərimizin başçılarının həmin forumun işində iştirakı bu tədbirə xüsusi əhəmiyyət qazandırıb. Forumda çıxış edən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin vurğu-layıb ki, regionlararası əlaqələr bizim dövlətlərarası münasibətlərimizin ən mühüm tərkib hissəsidir.

Regionlararası əməkdaşlığın möhkəmlənməsində və genişlənməsində parlamentarilər mühüm missiya-nı yerinə yetirirlər. Biz Rusiya Federasiyası Federal Məclisi və Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiya çərçivəsində fəal iş aparırıq. Komissiyanın növbəti iclasının bu il dekabrın əvvəlində Sankt-Peterburqda keçirilməsi barədə razılıq əldə olunub. Bundan baş-qa, Rusiya və Azərbaycan parlamentariləri çoxtərəfli parlament təşkilatlarının səmərəli qarşılıqlı fəaliyyətini təmin ediblər. Biz Parlamentlərarası İttifaq, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, ATƏT Parlament Assambleyası və digər beynəlxalq parla-ment strukturları çərçivəsində sıx əməkdaşlıq edirik. Məsələn, ölkələrimiz nasizmə bəraət qazandırılması-nın, antihitler koalisiyasının döyüşçülərinin xatirəsinin təhqir edilməsinin yolverilməzliyi barədə MDB PA üzv dövlətlərinin parlamentlərinin rəhbərlərinin bəyanatını dəstəkləyiblər.

Rusiya–Azərbaycan əməkdaşlığında humanitar əlaqələr xüsusi rol oynayır. Bakı Slavyan Universiteti əsl mənada nadir təhsil, elm və mədəniyyət mərkəzidir. Onun divarları arasında rus dilinin öyrənilməsi, slavyan xalqlarının ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanılması üzrə böyük iş aparılır. Azərbaycanda, həmçinin Rusiyanın aparıcı ali məktəblərinin – Lomo-nosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Rus dilində tədrisin aparıldığı təxminən 400 məktəb var. Bizim üçün millətlərarası ünsiyyət dili olan rus dilinə bu cür diqqətli münasibəti həmişə vurğulayır və buna görə Azərbaycan rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

Turizmin inkişafında müsbət dinamikanı məmnunluq hissi ilə qeyd etmək istəyirəm. Hörmətli Mehriban Arif qızı artıq bu barədə danışdı. Ötən il rusiyalı turistlərin sayı rekord həddə – təqribən 900 min nəfərə çatıb. Onların sayının ilbəil artması üçün gələcəkdə də səylər göstərmək lazımdır.

Mədəniyyət sahəsində daimi dialoq həyata keçirilir, mütəmadi olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. Artıq 25 ildir ki, irimiqyaslı Mədəniyyət Günləri layihəsi həyata keçirilir. Bir daha demək istəyirəm ki, bu il Federasiya Şurası nümayəndə heyətinin səfəri çərçivəsində Rusiya Fede-rasiyasının Azərbaycan Respublikasında Mədəniyyət Günlərinin açılış mərasimində iştirak etmək mənim üçün xüsusi şərəfdir və buna görə məmnunam.

Əziz dostlar, xalqlarımızı çoxillik dostluq əlaqələri, zəngin mədəni və tarixi irs birləşdirir. Gələn il biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini birlikdə qeyd edəcəyik. Ortaq tarixin yenidən yazılması cəhdləri, nasizm üzərində qələbədə, Avropanın və dünyanın “qəhvəyi taun”dan xilas edilməsində bizim xalqlarımızın rolunun azaldılması cəhdlərinin qarşısının alınmasın-da səylərimizi birləşdirmək vacibdir. Burada, həmçinin çox ümid edirik ki, regionlararası səviyyədə də bu tarixi hadisəyə layiqincə diqqət yetiriləcək.

Əminəm ki, bizim forumda əldə olunan razılaş-malar Rusiya–Azərbaycan dostluğunun gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək, regionla-rarası əməkdaşlığın çərçivələrini və formatlarını genişləndirəcək, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək edəcək.

Mən forumun təşkilatçılarına, Rusiya Federasiyası-nın İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycanın nazirlik və idarələrinə təşəkkürümü bildirmək istəyirəm. Rusiya–Azərbaycan forumuna çox diqqətlə, çox qayğı ilə yana-şan və onun yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəməyən İqtisadi İnkişaf naziri Maksim Stanislavoviç Oreşkinə ayrıca təşəkkür etmək istərdim. Azərbaycanın ümummilli lideri, dahi oğlu Heydər Əlirza oğlu Əliyev deyirdi ki, dünya quruculuq sayəsində yaşa-yır və inkişaf edir. Gəlin, onun bu müdrik kəlamına əməl edərək vətəndaşlarımızın həyatını birlikdə yaxşılaşdıraq. Çox sağ olun.

* * *Sonra Azərbaycan Respublikasının Birinci

vitse-prezidenti Mehriban Əliyeva çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı– Çox hörmətli Valentina İvanovna.Hörmətli forum iştirakçıları.Onuncu Azərbaycan-Rusiya Regionlara-

rası Forumunun bütün iştirakçılarını ürəkdən salamlayıram.

Hörmətli Valentina İvanovna, Azərbaycan nümayəndə heyəti adından, ilk növbədə, sizə bu forumda iştirak etdiyinizə, həmçinin bizim ölkəmizə xeyirxah münasibətinizə görə təşəkkürümüzü bildirmək istəyirəm. Yubiley forumunun bütün təşkilatçılarına və iştirakçıla-rına səmimi qəbula görə təşəkkür edirəm.

Sizin ölkənizə rəsmi səfərə dəvət edilməyimə və mənə yüksək mükafatın - “Dostluq” ordeninin təqdim edilməsinə görə Rusiya Federasiyasının rəhbərliyinə, şəxsən Prezident Vladimir Vladimiroviç Putinə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni mənə şəxsən Rusiya Federasiyasının Pre-zidenti Vladimir Vladimiroviç Putinin təqdim etməsi mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Rusiya ilə Azərbaycan arasında qar-şılıqlı hörmətə əsaslanan dostluq, mehriban qonşuluq münasibətlərinin daha bir rəmzi kimi qəbul edirəm.

Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Re-gionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin

genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçı-larının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, huma-nitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidva-ram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Hörmətli xanımlar və cənablar, Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət telləri bağlayır. Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsi, onların birgə səyləri sayəsində bu gün bizim əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri kəsb edib. Dövlət başçılarının sıx dostluq münasibətləri, qarşılıqlı səfərləri, müntəzəm görüşləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafına xüsusi dinamika verir. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında çoxcəhətli tərəfdaşlıq praktiki olaraq bütün sahələri əhatə edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb. Hökumətlərarası və parlamentlərarası işçi qruplar münasibətin inkişafına sanballı töhfə verir.

Ticari əlaqələr bizim əməkdaşlığımızın

əsas istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıla-rın müxtəlif regionlara ixrac missiyaları təşkil edilir.

Hörmətli Valentina İvanovna, siz çox nikbin rəqəmlər səsləndirdiniz. Mən onları təkrar edəcəyəm, lakin zənnimcə, həmin rəqəmlər o qədər pozitivdir ki, onları bir daha təkrarlamağa dəyər. Ticarətdə müsbət dina-mika müşahidə edilir. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. İnvestisiya sahəsində də əməkdaşlığımız genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusi-ya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda maşınqayırma və avadanlıq istehsa-lı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir. Məsələn, “SOCAR Polymer” zavodu inşa edi-

lib, “Azərikimya” müəssisələri modernləşdirilir, Gəncə avtomobil zavodunda “KamAz” Səhmdar Cəmiyyətinin və “Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində “QAZ” markalı avtomobillərin yığılması üzrə zavod tikilir. “P-farm” əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında “Şimal–Cənub” enerji dəhlizinin yaradılması üzrə iş aparılır.

Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Biz də öz növbəmizdə, Rusi-yadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq. Yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaş-dırılır.

Nəqliyyat-tranzit sahəsi bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biridir. “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Ru-siya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. “Şimal–Qərb” beynəlxalq nəqliyyat dəhlizi də uğurla fəaliyyətə başlayıb.

Turizm sahəsində əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Bizim ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionu-nun turizm infrastrukturu üçün əsas investor-lardan biridir.

Son illərdə bizim humanitar əməkdaşlığımız əhəmiyyətli dərəcədə fəallaşıb. Təhsil sahəsində əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm. Bakıda Lomo-nosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr dip-lomları proqramının birgə icrasına başlanıb. Ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata

keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Əziz dostlar, ölkələrimiz arasında əməkdaşlıq çoxtərəflidir. Eyni zamanda, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar var. Əminik ki, bizim birgə səylərimizlə yeni qarşılıqlı faydalı layihələr reallaşacaq. Bu, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın ruhu-na uyğundur.

Forum iştirakçılarına səmərəli iş arzulayır, ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan–Rusiya münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsini diləyirəm.

Sonda Rusiya Federasiyasının rəhbərliyinə, şəxsən Prezident Vladimir Vladimiroviç Putinə, Rusiya Hökumətinin baş-çısı Dmitri Anatolyeviç Medvedevə, hörmətli Valentina İvanovna, sizə, bir daha təşəkkür etmək istəyirəm. Bu gün mənim Rusiya Fede-rasiyasına rəsmi səfərimin üçüncü günüdür. Üç gün ərzində hiss etdiyim səmimi dostluq ab-havasına, keçirilmiş çox faydalı, məhsuldar görüşlərə görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bizim münasibətlərimiz gələcəkdə də Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentlərinin siyasi iradəsi, sizin düzgün olaraq qeyd etdiyi-niz kimi, onların arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində durmadan inkişaf edəcək. Moskvada olmağıma çox şadam. Moskva gözəl şəhərdir. Məni onunla tələbəlik illərim bağlayır. O mənə yaxın, doğma şəhərdir. Moskvaya gələndə həmişə sevinirəm və hər dəfə bu şəhərin necə gözəlləşdiyini görürəm.

Sizə, bütün dostlarımıza bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib sizi Azərbaycana dəvət etmək istəyirəm. Çox sağ olun. Forumun işinə uğurlar arzulayıram. Sağ olun.

* * *Daha sonra imzalanmış ikitərəfli sənədlərin

mübadiləsi mərasimi oldu.İki gün ərzində keçirilən yubiley forumu

Azərbaycanın və Rusiyanın regionları arasın-da işgüzar münasibətlərin inkişafına yönəlib və dövlət-özəl sektor dialoqu üçün nadir platfor-madır.

Təşkilatçıları Rusiya Federasiyasının İqti-sadi İnkişaf Nazirliyi və Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi olan forum işini plenar iclasla davam etdirib.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

Page 5: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

24 noyabr 2019-cu il, bazar 5

Bakıda uğurla keçirilmiş Dünya dini liderlərinin II Bakı sammitində bəşəriyyəti narahat edən bəzi qlobal problemlər müzakirə olun-du, beynəlxalq ictimaiyyətə bir sıra mühüm ismarıclar göndərildi. Bakı sammitinin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasını bir daha təsdiqləməklə yanaşı, həm də dövlətimizin dünyada sülhün və sabitliyin təmin edilməsinə yüksək dəyər verdiyini təsdiqlədi.

Azərbaycan daha bir tədbirə – Dünya dini liderlərinin II Bakı sammitinə evsahibliyi etdi. Dünya ictimaiyyətini narahat edən problemlərin fonunda belə bir tədbirin keçirilməsi olduqca əlamətdar hadisə kimi xarici mediada, beynəlxalq əhəmiyyətli tribunalarda hələ uzun illər xatır-lanacaq, sammitdə səsləndirilmiş ideyalar və təkliflər müzakirə mövzusu olaraq qalacaq. Bu da təbiidir, çünki bəşəriyyətin sabit gələcəyinin təmini işinə öz töhfələrini verən dinlərarası dialoqun aparılması günün tələbidir və hamını maraqlandırır. Dinlərarası dialoqun təşviqinə və inkişafına güclü təkan verən Azərbaycan dövlətinin də bu sahəyə yüksək diqqət ayırması və dialoqun qlobal status almasına nail olması, rəsmi Bakının dinc birgəyaşayış kimi fundamental dəyərə yüksək qiymət verməsi, əlbəttə ki, beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir. Əslində, belə tədbirlərin Bakıda keçirilməsi artıq heç kimdə təəccüb doğur-mur. Ona görə ki, uzun əsrlərboyu müxtəlif sivilizasiya nümayəndələri Azərbaycanda tolerantlıq şəraitində yanaşı yaşayırlar. Milli və dini dözümlülüyə böyük önəm verilən Azərbaycanın belə nadir xüsusiyyətə malik olması dünya-nın dini-mənəvi nəbzinin vurduğu məkana çevrilməsində əhəmiyyətli rol oynayır.

Bakı sammiti öz proqramının zənginliyi və hətta unikallığı ilə yadda qaldı. Belə ki, ikigünlük sammitdə “Multikulturalizm, tole-rantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına

töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və icti-mai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparıldı. Yüksək təmsilçilik səviyyəsi ilə seçilən Bakı sammitinin işinə dünya miqyasında böyük nüfuz sahi-bi olan şəxsiyyətlər qatıldılar. Sammitdə din xadimləri bir çox vacib məsələləri – dünyada dinə olan münasibəti, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməməsini, ən əsası isə dinin bu gün bəşəriyyət qarşısında duran problemlərin həllində oynaya biləcəyi rolları ciddi şəkildə müzakirə etdilər. Müxtəlif dini konfessiya və təriqət liderlərinin, din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən II Bakı sammiti Bakı

Bəyannaməsinin qəbulu ilə başa çatdı.

Yekun sənəddə Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişa-fına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalar-arası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikul-turalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi xüsusi vur-ğulandı. Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həll olun-masına dəstək verməyə çağırıldı. Bundan başqa, sənəddə Prezi-dent İlham Əliyevin Dünya dini liderlərinin II Bakı sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarları, habelə II Bakı sammitində işti-rakı və dərin məzmunlu çıxışı yüksək dəyərləndirildi. Prezidentin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, “Multi-kulturalizm” və “İslam Həmrəyliyi”

illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən Dünya dini liderlərinin I Bakı sammitinin, habelə, Bakı Beynəlxalq Dinlərarası və Si-vilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı eti-mad mühitinin yaradılması işinə töhfələri qeyd edildi.

Bəyannamədə dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regio-nal və ictimai təşkilatlar, dini liderlər sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsini və gücləndirilməsini davam etdirməyə, terrorizmin və insanlığa qarşı cinayətlərin din adı ilə bağ-lanması, ayrı-seçkiliyə, ksenofo-biya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi

qiymətləndirməyə, terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına çağırılır. Dünya dini liderlərinin II Bakı sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və so-sial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlandı.

Əlbəttə ki, Bakı sammiti-nin yekun sənədi diqqətəlayiq məqamları ilə nəinki dünyanın dini cameəsində, habelə elmi və ictimai kuluarlarında hələ uzun müddət xatırlanacaq. Bu, təbii ki, yekun sənəddə dünyanı nara-hat edən əsas problemlərin həlli yönündə konkret təkliflərin yer almasından irəli gəlir. 56 ölkədən olan xristian, müsəlman, yəhudi, buddist və induist dinlərinin

rəhbərləri və təmsilçilərinin im-zaladığı Yekun sənəddə qlobal-laşmanın fəsadları, yeni informa-siya texnologiyalarından məkrli məqsədlər üçün istifadə, iqtisadi böhranın mənəvi aspektləri, ətraf mühitin qorunması, dünya-nı lərzəyə gətirən terrorizm və narkomaniya bəlası, din adından sui-istifadə və s. kimi geniş spektrli məsələlərə din xadimlərinin ya-naşması öz əksini tapdı. Önəmli məqamlardan biri Yekun sənəddə din xadimlərinin dünyanın düzəni ilə bağlı fikirləri oldu: "Biz elə bir dünya düzəninə səsləyirik ki, hər bir ölkə öz ərazi bütövlüyünü qorusun. Eyni zamanda, hər bir xalq azad şəkildə, heç bir maneə olmadan inkişaf etməli, öz ta-leyi ilə bağlı bütün beynəlxalq qərarların qəbulunda adekvat iştirak etməlidir. Meydana çıxan münaqişələr, bu münaqişəyə cəlb olunmuş bütün tərəflərin maraqları nəzərə alınmaqla, beynəlxalq birlik

tərəfindən qəbul olunan norma və prinsiplər əsasında ədalətli həllini tapmalıdır" (Bakı sammitinin Yekun sənədindən).

Dinlərarası əməkdaşlığı bütün səviyyələrdə və bütün format-larda inkişaf etdirməyə çağıran dünyanın dini liderləri bu prosesin alternativi olmadığını, dövlətlər və xalqlar arasında sülhün dəstəklənməsi üçün qüvvələri daxilində əllərindən gələni etməyin zəruriliyini xüsusi vurğuladılar.

Mütəxəssislər belə beynəlxalq tədbirin Bakıda təşkil edilməsini ölkəmizin dini problemlərin həlli istiqamətində atdığı ən önəmli addımlardan biri hesab edirlər. Dünya dini liderlərinin II Bakı sammitinin Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşı-lıqlı etimad mühitinin yaradılması işinə verdiyi töhfələrin məntiqi davamı kimi də qiymətləndirilir. Siyasi analitiklər Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli

dözümlülük, tolerantlıq və mul-tikultural dəyərlərin dayandığını önə çəkir və belə əlverişli mühitin formalaşmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin misilsiz rol oynadığını vurğulayır-lar. Ölkə başçısının sammitdə nitqi zamanı qaldırdığı məsələlərin və tövsiyələrin dünya dövlətlərinin, beynəlxalq və regional təşkilatların dini ayrı-seçkiliyə yol verməməsi, ksenofobiya, islamo-fobiya, antisemitizmə qarşı birgə mübarizənin aparılması, dindən siyasi məqsədlər üçün istifadə edilməməsi, münaqişələrə dini don geyindirilməməsi, münaqişə zamanı tarixi-dini abidələrin da-ğıdılmaması və belə halların qarşı-sının alınması, ənənəvi dəyərlərin təbliğ edilməsi istiqamətində səylərin birləşdirilməsi baxımından əhəmiyyətli olacağı bildirilir.

Bir sözlə, belə mötəbər tədbirlərin keçirilməsi həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, həm də ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli imkanlar yaradır. Dünyəvi dövlət olan Azərbaycanda dövlət-din münasibətləri möv-cud qanunvericiliyə uyğun şəkildə tənzimlənir və ölkəmizdə mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dö-zümlülük və tolerantlıq nüma-yiş olunur. Dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Dövlətimizin bütün dinlərə göstərdiyi bərabər münasibət, öz növbəsində, dinlərarası münasibətlərin təkmilləşməsinə, daha dəqiq desək, bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Buna görə də, bəşəriyyətin sabahı naminə dinlərarası dialoq işinə məxsusi töhfə vermək baxımından II Bakı sammitinin əhəmiyyətinin qarşıdakı illərdə də özünü göstərəcəyi və Azərbaycanın dini-mənəvi mərkəz kimi statusunun bundan sonra da güclənəcəyi şübhə doğurmur.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Azərbaycan sivilizasiyalararası mərkəz kimi dünyada öz statusunu gücləndirir

Müasir dövrdə sivilizasiyalararası münasibətlər beynəlxalq təhlükəsizlik və sabit inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Soyuq müharibə”nin başa çatmasından sonra ideoloji mübarizənin daha çox məhz bu müstəviyə keçməsi məsələyə diqqəti daha da artırır. Xüsusilə də “sivilizasiyaların toqquşması” və bu toqquşmanın da əsasən dini müstəvidə baş verəcəyinə dair ürəkaçmayan proqnozların verilməsi və müxtəlif təhlillərin aparılması beynəlxalq miqyaslı müxtəlif forumların əsas mövzusuna çevrilmişdir.

Rusiya-Azərbaycan regionlararası forumu başa çatıb

� Moskvada keçirilən X Rusiya–Azərbaycan Regionlararası Forumu noyabrın 23-də işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi-nin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkil etdikləri forumun plenar iclası Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos və aviasiya” pavilyonunda keçirilib. İclasın işinə iki ölkənin rəsmi şəxsləri, biznes dairələrinin nümayəndələri qatılıblar.

Azərbaycanın İqtisadiyyat nazi-ri Mikayıl Cabbarovun və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin həmsədrliyi ilə keçən iclasda Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin, Ros-

tov vilayətinin qubernatoru V.Qolubev, Azərbaycanın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı E.Usubov çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Rusiya Federasiya Şura-sının sədri Valentina Matviyenkonun iş-tirakı forumun əhəmiyyətindən xəbər ve-rir. Forum çərçivəsində bir sıra mühüm sazişlər, niyyət memorandumları imza-lanıb, dəyirmi masalarda müzakirələr

aparılıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artım sürəti yüksəkdir. Cari ildə də belə da-vam edir. Biz zəmin yaradırıq ki, 2020-ci ildə bu vektoru qoruyub saxlayaq. Bu mənada forumun nəticələrini uğurlu hesab etmək olar. Nazir qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində əməkdaşlığa dair daha bir yol xəritəsi – innovasiyalar və elmi texnologiyalar sahəsində əməkdaşlığın əsası qoyulub.

Rusiyanın İqtisadi İnkişaf naziri Mak-sim Oreşkin forum çərçivəsində aparılan müzakirələrin nəticələrinin dekabrda Bakıda keçiriləcək Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclasında diqqət mərkəzində olacağını qeyd edib. O, həmçinin iki ölkə arasında elmi-texniki sahədə əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, Rusiyada “Skolkovo” İnnovasiya mərkəzi fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Moskva hökuməti ilə birlikdə “Elmi-texniki vadi” layihəsini həyata keçirirlər. İki ölkənin elm adamları arasında əməkdaşlığı genişləndirmək üçün Rusiyada artıq mövcud olan layihələrin təcrübəsindən Azərbaycanda istifadə olunması istiqamətində də müzakirələr aparılır.

Forumun yekununda Azərbaycan ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Moskvada ikitərəfli görüşləri davam edir � Rusiyaya işgüzar səfəri çərçivəsində

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.

AZƏRTAC xəbər ve-rir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, iqtisadi potensialın reallaşdı-rılması istiqamətində aparılan işlər müzakirə edilib, hər iki dövlətin qarşılıqlı investisiyalar-da maraqlı olduğu vurğulanıb. Söhbət zamanı Rusiya işgüzar dairələrinin Azərbaycanda fəal biznes fəaliyyəti həyata keçir-diyi, son illərdə Azərbaycan sərmayədarlarının da Rusi-yada regional iqtisadiyyata investisiyalar qoyduğu diqqətə

çatdırılıb.Tərəflər ölkələrimizin

işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar. Gələn ay Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Ko-missiyasının növbəti iclasının keçirilməsi və bir sıra yeni sənədlərin, o cümlədən iki ölkə arasında 2019-2021-ci illər üzrə turizm sahəsində, eləcə də aqrar sənaye kompleksində əməkdaşlığa dair proqram-

ların imzalanması imkanları müzakirə edilib.

Görüşdə Rusiya dövlət sərhədindən “Yaraq–Qaz-malar” buraxılış məntəqəsi

ərazisindən Samur çayı üzərində tikilən avtomobil kör-püsünün dekabrda istifadəyə verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

XİN Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsinə dair açıqlama yayıb

� ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu il noyabrın 17-21-də iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil edilib. Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi ilə bağlı KİV-in su-alını cavablandırarkən deyib.

L.Abdullayeva bildi-rib ki, erməni jurnalistlər

azərbaycanlı həmkarları, QHT nümayəndələri, aka-demik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qara-bağ bölgəsinin azərbaycanlı icması ilə görüşüblər. Erməni jurnalistlər Azərbaycanda olarkən müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.

Müsavatın Avropa Koordinasiya Mərkəzinin sədri İlham Həsən bir gündə 80 saxta vəsiqəni necə verib?

� Almaniyada Müsavat Partiyasının “siyasi mühacir” məsələsi ilə bağlı cinayət işinin açılmasından sonra ortaya yeni faktlar çıxıb. Belə ki, Koblenz Məhkəməsinin “siyasi mühacir” işi ilə bağlı qərarında adı müqəssir olaraq keçən Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənin bir gündə 80 saxta vəsiqə verdiyi məlum olub.

Bu faktları Müsavat Partiya-sının üzvü, Almaniyada yaşa-yan jurnalist Yafəz Əkrəmoğlu açıqlayıb. Araşdırma zamanı İ.Həsənin imzası ilə verilən 3 vəsiqə təqdim edilib: 2016-cı il dekabrın 5-də 36 saylı, 2017-ci il aprelinin 18-də 16 saylı, həmin ilin 19 aprelində 96 saylı vəsiqə.

Y.Əkrəmoğlu bildirib ki, burada tarixlərə və nömrələrə diqqət etmək lazımdır: “36 saylı vəsiqə 5 dekabr 2016-cı ildə verilib. Bundan 4 ay sonra, 18 aprel 2017-ci ildə isə 20 rəqəm aşağı olmaqla 16 saylı vəsiqə verilib. Normalda ən az 37-ci vəsiqə verilməli idi. Nömrə sayları artmaq yerinə azalıb. Bu

saxtakarlığa hesablanmış takti-kadır. Əlavə olaraq, 17 apreldə 16 saylı, bundan bir gün sonra, 18 apreldə isə 96 saylı vəsiqə verilib. Bu o deməkdir ki, İlham Həsən bir gün ərzində 80 vəsiqə paylayıb. Dekabr və aprel ayları arasında - 4 ay ərzində, sayın 36-dan yuxarı qalxmaq əvəzinə, əksinə aşağı, 16-ya düşməsi bilərəkdən edilən saxtakarlıqdır. Bu da saxtakarlığa yol açır”.

Müsavatçı jurnalist qeyd edir ki, bu saxtakarlıqlarla bağlı partiya rəhbərliyinə məlumat verib: “Bu və digər saxtakar-lıqları partiya rəhbərliyinə çatdırmaq üçün 2017-ci ildə Müsavat Divan üzvlərindən

ibarət “Vatsap” qrupu yaratdım. İsa Qəmbəri də bu qrupa əlavə etdim. O vaxt bu məsələlərin xaricə çıxmasını istəmirdim və inanırdım ki, daxildə hər şey öz həllini tapacaq. Təəssüf ki, belə olmadı və bu məsələdə səsimə səs verən vicdanlı par-tiya rəhbərlərinin sayı az oldu. Məhz bu saxtakarlıq haqda məlumat verəndən sonra, 17 iyun 2017-ci ildə qrupda belə bir cümlə yazmışdım: “Almanlar bu saxtakarlıqdan xəbər tut-salar, heç bağışlamayacaqlar. Bu dəfə AKM də bağlanacaq, bu saxtakarlığı edənin kitabı da”. Bunu aşağıda, vəsiqələrin yanında paylaşdığım, qrupdan skrin etdiyim şəkil də sübut edir. Son iki cümləyə diqqət edin. O vaxt Arif Hacılı və ətrafı mənim bu xəbərdarlığımı qulaqardına vurdular. Ancaq bu gün həmin dediklərim öz əksini tapır”.

Y.Əkrəmoğlu, həmçinin əlavə edib ki, Divan üzvlərindən ibarət 6 may 2017-ci ildə yarat-dığım Vatsap qrupunda bu və onlarla başqa saxtakarlıqlara

partiya rəhbərlər aşağıdakı reaksiyaları veriblər:

“Reaksiyaları 3 qrupa bölmüşəm: 1. Faktlarla bağlı araşdırma tələb edənlər, 2. Saxtakarlıqları müdafiə edənlər, 3. Susanlar.

Faktlarla bağlı araşdırma tələb edənlər:

1. Tofiq Yaqublu2. Yadigar Sadıqlı3. Vəfa Cümşüdlü4. Elman Fəttah5. Alya Yagublu6. Nemət Kərimli ( bir

müddət sonra mövqeyini 180 dərəcə dəyişdi).

Saxtakarlıqları cidd-cəhdlə müdafiə edənlər:

1. Gülağa Aslanlı2. Saxəvət Soltanlı3. Yusif Tağı

Susanlar:1. İsa Qəmbər2. Arif Hacılı3. İkram İsrafil4. Nüşabə Sadıxlı5. Arzu Səmədbəyli

Page 6: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

24 noyabr 2019-cu il, bazar6

Beləliklə, yüz minlərlə türk-müsəlmanın qanlı qatili olmuş xəyanətkar və başkəsən Andronikin 1918-ci ilin yayından başlayaraq Zəngəzur qəzasının Sisyan, Gorus, Laçın sahələrində axıtdığı qanlar qu-rumamış, 1919-cu ilin noyabr–dekabr aylarında və 1920-ci ilin yanvarında Hamazaspın, Njdenin, Dronun, Qazar-yanın başçılıq etdiyi quldur dəstələri Qafan, Zəngilan, Meğri və Qubadlıda 200-dək kəndin günahsız dinc əhalisini tarixdə görünməmiş bir vəhşiliklə öldü-rüb, əmlakı talan edib, evləri yandırıb, obaları viran qoyublar.

Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin Oxçu qırğını ilə başlayan bu soyqırımının 100 illiyi ilə bağlı yaydığı bəyanatda bildirilir:

– 1919-cu il noyabrın 19-da Qafqa-zın və Anadolunun dinc türk-müsəlman əhalisinə qarşı soyqırımını davam etdirən erməni quldur dəstələrinin baş-çılarından biri olan Hamazasp 240 si-lahlı quldurla Oxçu kəndini mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasında-kı meydana topladıb. Heç kimin qaçıb

canını qurtmaması üçün kənddə bütün yollar, cığırlar kəsilib. Kişilər karvansa-raya doldurularaq dinamitlə partladılıb, onlar daş-qalaq altında qalaraq son nəfərədək öldürülüblər.

Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan ağsaqqalların, din xadimlərinin əl-ayaqlarını bağlayaraq erməni zabitlərinin ayaqları altında başlarını kəsiblər. Qocaları, uşaqları və qadınları məscidə dolduraraq diri-diri doğrayıblar. Ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıları süngülərlə dəlik-deşik edərək aman-sızlıqla qətlə yetiriblər. Körpələri isti təndirlərə atıblar. Qız-gəlinlər namusları ləkələnməsin deyə özlərinə qəsd ediblər. Hər yandan insan qanı sel kimi axıb...

Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan misilsiz bir amansızlıqla məhv edilib. İnsan-lıq simasını itirmiş quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahi-dini sağ buraxıblar ki, gedib gördüklərini ətraf yerlərdə söyləsin və onlara çatdır-sın ki, erməni hakimiyyətini tanımayan

müsəlman kəndlərində hər kəsi belə bir aqibət gözləyir.

Bəyanatda daha sonra göstərilir ki, Zəngəzurun bundan daha fəlakətli günləri son illərdə erməni faşistlərinin İrəvanda bədnam heykəlini uçaltdıqları qaniçən daşnak generalı Qaregin Njde-nin 1919-cu il noyabrın 30-da verdiyi qəddar əmrlə başlayıb. O qanlı tarixin təkzibedilməz təsdiqi olan həmin əmrdə bildirilib:

“Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı

dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güc-lü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək...

Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək... Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdar-da dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.

Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde”.

Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin açıqlamasında Qaregin Njdenin birbaşa əmri və rəhbərliyi ilə törədilən bu kütləvi qırğınla bağlı bildirilir:

– 1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlar-da ermənilər 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan nahiyəsinin müsəlmanlar yaşayan el-obalarının əhalisini insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar.

Atqız kəndinin əhalisi erməni hücu-mundan tez xəbər tutaraq qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donaraq həlak olub. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalıb.

Zəngəzurun Qubadlı nahiyəsi də eyni müsibəti yaşayıb. Erməni vandalla-rı noyabrın 26-dan başlayan hücumlar-da Əliquluuşağı, Eyvazlı, Şurnuxu, Sey-tas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin və başqa 15 kəndi tamamilə məhv

ediblər. Silahlı basqınçılar yanvarın 19–25-də bu bölgədə salamat qalan Qaladərəsi–Xocahan arası 48 kəndi də viran qoyublar.

1917–1920-ci illərdə Zəngəzur qəzasının 7892 kvadratkilometr ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb. Yandırılıb xarabalığa çevrilən həmin ərazinin kəndlərinin yarıdan çoxu 1919-cu ilin noyabr–dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən yazılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi.

Bəyanatda daha sonra qeyd edilir ki, 1920-ci illərdə Zəngəzurun Gorus, Sisyan, Qafan, Meğri bölgələrindən sonra 1992–93-cü illərdə qəzanın ölkəmizdə qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən güclərin fəal, açıq hərbi-siyasi dəstəyi ilə, ötən əsrin əvvəllərində

sınaqdan keçmiş eyni üsullarla, bu dəfə isə Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmişdir.

Erməni Milli Şurası 1918-ci ilin 28 mayında müstəqil erməni dövlətinin yaradıldığını elan etdiyi ilk günlərdən etibarən tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin genişləndirilməsi, Naxçıvandan Şuşaya qədər ərazilərin işğal edilib müsəlman əhalidən təmizlənməsi planını dövlət siyasətinə çevirmiş və bunu hərbi-siyasi himayədarlarının yardımı ilə həyasızlıq, məkrli hiyləgərlik, vəhşi inadkarlıqla gerçəkləşdirməyi bacarmışdır.

Bu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə bu tarixi ədalətsizliyi gündəmə gətirən Azərbaycan Prezidenti İlham Əliyev demişdir; “Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı”. Doğrudan da, bir əsr əvvəl Zəngəzurun Meğri–Qafan bölgəsinin işğalı ilə Naxçı-van və Türkiyənin Azərbaycanla birbaşa

torpaq bütünlüyü aradan qaldırılmışdır. Türkmənçay müqaviləsi ilə parçalanmış Azərbaycanın şimal hissəsi isə bu dəfə yenidən iki yerə bölünmüş və bununla 100 ildən bəri aramsız davam edən faciələrimiz, torpaq itkilərimiz üçün zəmin yaradılmışdır.

100 il əvvəl işğalçı Ermənistanın Zərgəzurda davam etdirdiyi soyqırımı və deportasiya aksiyasını gündəmə gətirən bəyanat bu sözlərlə bitir:

– Oxçu faciəsinin 100-cü ildönü-mü günündə bədnam tarixi xəyanətlə dolu olan Ermənistanın Azərbaycan türklərinin əzəli məskənlərindən ol-muş Zəngəzurda günahsız insanlara qarşı törətdiyi soyqırımında şəhid olan minlərlə günahsız insanımızın xatirəsini, alınmamış qisaslarına görə bizdən incik ruhlarını dərin hüznlə yad edirik. Təqvimin yada saldığı bu qanlı tarixin ildönümü günlərində soydaşlarımızı keçmişin dərslərini unutmamağa, yad-daşdan ibrət almağa səsləyirik.

Bir daha xalqımızı hamımız üçün şərəf borcu olan şəhid qanları ilə suvarılmış torpaqlarımıza qayıdışımız, ölkəmizin bütövlüyünün təmin olunması, daha güclü Vətən naminə milli birliyə çağırırıq.

Hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

100 il əvvəl erməni vandalları Zəngəzurda soydaşlarımıza qarşı soyqırımı törətmişlər

100 il əvvəl–1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsinin Oxçu kəndində tariximizin ən faciəli

günlərindən biri yaşanıb. Həmin gün dədə-baba torpaqlarımızda beynəlxalq imperializmin köməyi ilə yaradılmış Ermənistan Res-publikası dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana qarşı yeni ərazi iddialarını zorakı yollarla davam etdirərək qədim Zəngəzur torpağında ikinci kütləvi soyqırımı və deportasi-ya aksiyasına start verib.

Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə bu məsələyə toxunmuş və bildirmişdir ki, Azərbaycan bölgədə multikulturalizm dəyərlərinin üstünlük təşkil etməsinin tərəfdarıdır.

Multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif mədəniyyətlərin daşıyıcıları olan fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların bi-rini digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcıları-nın bərabər hüquqlarını tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən forma-laşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə sosial subyektlərə bir növ sərbəstlik verir.

Əslində multikulturalizm dedikdə çoxmədəniyyətlilik başa düşülür. An-caq burada “mədəniyyət” sözü adət etdiyimiz mənanı vermir və daha geniş məna çalarlarını əhatə edir. Mədəniyyət dedikdə fərdin, yaxud sosial qrupun da-şıdığı, yaxud mənsub olduğu etnik, dini, irqi, sosial, tarixi, əxlaqi və s. dəyərlər sistemi başa düşülür. Bu dəyərlərin bir məfhumda birləşdirilməsinin səbəbi isə cəmiyyətdə sürətli fərdiləşmə prosesinin getməsi və artıq hansısa cəmiyyət üzvü-nün konkret parametrlər üzrə qruplaşdı-rılmasının mümkünsüzlüyü ilə bağlıdır.

Məsələn, hansısa sosial qrupu “müsəlman” adlandırmaq artıq doğru deyil, çünki həmin müsəlmanlar müxtəlif təriqətlərə görə bir-birindən fərqlənirlər. Yaxud hansısa sosial qrupun etnik mənsubiyyətinə görə kürd, türk, rus və s. adlandırılması müəyyən fikir ayrılıqlarına səbəb olur. Çünki həmin qruplar daxilində özünü həmin etnosa aid etməyən, etnik mənsubiyyəti önəmsəməyən, başqa millətin nümayəndəsi ilə qarışan, yaxud həmin etnosun dəyərlərini bölüşməyən fərdlər ola bilər.

Yaxud, eyni milli mənsubiyyətə malik olub müxtəlif dini inanc daşıyıcı-larının olması mümkündür. Cəmiyyətdə fərdiləşmə prosesi ilə əlaqədar müxtəlif

dəyərləri özündə birləşdirən sosial subyektlərin ortaya çıxması bu dəyərlər sisteminin ümumilikdə “mədəniyyət” adlandırılmasını ehtiva edir.

Dövlətin cəmiyyətdaxili mədəni münasibətlərə qarışmaması, mədəniyyət daşıyıcılarına bu mənada sərbəstlik verilməsi ilk növbədə dövləti əlavə resurs xərcindən xilas edir. Çünki hansısa mədəniyyətin dövlət tərəfindən dəstəklənməsi, təbii olaraq, digərinin müxalifliyi ilə nəticələnir. Bu za-man dövlət cəmiyyətin bir hissəsi ilə mübarizə üçün əlavə tədbirlər görmək məcburiyyətində qalır.

Ümumiyyətlə, hansısa dəyərlər toplu-sunun dövlət tərəfindən etalon kimi qəbul olunması dövlət üçün əlavə problem və yükdür, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafına mane olan amildir. Məsələn, Yaxın Şərqdəki münaqişələrin kökündə dini fərqliliklər dayanır ki, xarici qüvvələr bundan istifadə edərək dövləti zəiflədir, hətta onu məhvə sürükləyirlər. Məsələn, Suriya və Yəməndəki münaqişələrin kökündə hakimiyyət uğ-runda sünni-şiə qarşıdurması dayanır.

Multikulturalizm siyasəti ilk dəfə keçən əsrin 70-ci illərində əhalisinin yarısı fransız, yarısı isə ingilis olan Kanadada tətbiq olunmağa başlayıb. Kanada dövləti iki etnik qrupdan heç birinə üstünlük veməməyi, ümumiyyətlə, cəmiyyətdaxili mədəni münasibətlərə qarışmamağı və “Kanada dövlətçiliyi” ad-lanan vahid çətir altında sosial qrupların öz mədəni seçimlərində azadlığını tanıdı.

Burada ən vacib məsələ dövlətin hüquq institutlarının obyektivliyi və möhkəmliyidir. Yəni fərdlər mədəni mənsubiyyətinə görə deyil , qanunla təsbit edilmiş konkret hüquq pozuntusu-na görə müəyyən edilmiş məsuliyyətə cəlb olunmalıdır.

Eynilə ABŞ da keçən əsrin 70-ci illərinin sonundan başlayaraq, multi-kulturalizm siyasəti aparılmağa başla-yıb. Avropanın bir çox ölkələrində də, multikulturalizm ideyaları populyarlaşdı

və dövlətlər bu siyasətin tərəfdarı kimi çıxış etməyə başladılar. Lakin 2010-cu ildən sonra Böyük Britaniya, Almaniya və Fransa kimi dövlətlərin liderləri Avropada multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bildirdilər.

Multikulturalizm siyasəti yürüdülərkən bir tərəfdən mədəniyyətlərə azadlıq təmin edilsə də, əslində, dövlətin əsas məqsədi mədəniyyətlərin inteqrasiya-sına nail olmaq və vahid çətir altında monolit cəmiyyət qurmaqdır. Buna görə, multikulturalizm siyasəti yürüdülərkən dövlət tam mənasıyla cəmiyyətə təsir “vasitələrindən” özünü məhrum etmir.

Qeyri-hökumət təşkilatları kimi dövlətin cəmiyyətə dolayı təsir mexanizmlərinin fəaliyyəti belə olan halda genişlənir. Dövlət öz maraqlarına uyğun dəyərlərin ictimai süura yeridilməsi üçün ictimaiyyətin nümayəndələrindən istifadə edir. Qərb dövlətləri öz maraq-larına uyğun dəyərlərinin zəif ölkələrdə təbliğatı üçün də bu üsuldan istifadə edirlər.

Avropada multikulturalizmin böh-ranının səbəbi onunla bağlıdır ki, mədəniyyətlərarası təbii inteqrasi-ya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Qərb iki problemlə qarşılaşdı: Birinci, müsəlmanlar yerli mədəniyyətlə inteq-rasiyaya getmədi. Əksinə, avropalılar-da İslama yönəlmə prosesi başlandı. Üstəgəl, müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Qərb dövlətlərinin liderlərini narahat etməyə başladı. Müsəlman icmasının sayının artmasında əsas təhlükə ondan ibarətdir ki, İslamın mahiyyətində dövlətin islam-laşdırılması dayanır.

İkinci problem isə get-gedə ağdərili irqin azalması və təbii artım hesabına qaradərililərin sayının durmadan artması idi. Bu tendensiya perspektivdə Avropa-da ağ dərili irqin yoxa çıxması təhlükəsini yaradır.

Qərbin əhalinin humanist yolla azalmasına istiqamətlənmiş təbliğatı Avropanın köklü əhalisinə də öz təsirini göstərdi. Ailə planlaşdırılması, qadın -- kişi bərabərliyi, cinsi azlıqların hüquqları, gender problemləri, qadının cəmiyyətdə rolunun artması və s. kimi məsələlər əslində, doğum səviyyəsinin aşağı salınmasına hesablanıb. Lakin miq-rantlar bu dəyərləri istənilən səviyyədə mənimsəmədikləri üçün nəticədə Avropa əhalisi azalmağa, miqrantların sayı isə artmağa başladı. Bu isə Qərb mədəniyyətinin get-gedə assimilyasiya olunmasına gətirib çıxarır.

Taryel ŞÜKÜROV, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

Azərbaycanın inkişafında multikulturalizmin rolu

Azərbaycanda dövlət səviyyəsində multikulturalizm siyasəti yürüdü-lür, müxtəlif beynəlxalq və yerli əhəmiyyətli tədbirlər təşkil olunur. Məhz multikulturalizm siyasətinin daha mükəmməl icrası üçün Prezidentin müva-fiq sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası-nın millətlərarası, multikulturalizm və dini məsələlər şöbəsi, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.

Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarix-li sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər Azərbaycanda qeyri-neft sektorunun inkişafına, eləcə də ixrac potensialının güclənməsinə müsbət təsir göstərib.

Qeyri-neft məhsullarının ixracının artmasında sa-hibkarlıq fəaliyyətinin genişləndirilməsi də önəmli rol oynayır. İqtisadiyyat

Nazirliyində sahibkar-lıq fəaliyyətinin diqqət mərkəzində saxlanılması, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər ha-zırlanması bunun bariz ifadəsidir. Məsələn, adıçəkilən nazirlikdə artıq özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyya-tın investisiya cəlbediciliyinin stimullaşdırılması üçün investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerba-ijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşul-masına dair Tədbirlər Planı hazırlanıb.

Əlavə iqtisadi ar-tım mənbələrinin yara-dılmasında və ixracın genişləndirilməsində də sti-mullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə həyata keçirilib, logistik mərkəzlərin

yaradılması işlərinin davamı olaraq son illərdə Sahibkarlı-ğın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağ-çılıq təsərrüfatlarının yaradıl-masına 313 milyon manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 milyon güzəştli kredit verilib. Bu isə ixracda kənd təsərrüfatı məhsullarının payının artmasına müsbət təsir göstərib.

İxracın dəstəklənməsi məqsədilə ilin 9 ayında 8 beynəlxalq sərgidə sahib-karların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 milyon dollar dəyərində məhsul ixracına görə 7,2 milyon manat ixrac təşviqi ödənilib.

Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin yanvar-sentyabr ayların-da qeyri-neft sektoru üzrə 1 milyard 433 milyon dollar dəyərində ixrac reallaşıb. Bu da ötən ilin müvafiq dövrü

ilə müqayisədə 17 faiz artım deməkdir. Həmin dövrdə ən çox məhsul Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüs-tana, İtaliyaya ixrac olunub.

Cari ilin hesabat dövründə ixrac edilən qeyri-neft sekto-runa aid malların siyahısında 142,3 milyon dollarla pomidor satışı liderliyini qoruyub sax-layır. Bu siyahıda ikinci yerdə qızıl (sikkə kəsilməsində

istifadə olunmayan, digər emal olunmamış formalar-da), üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı qərarlaşıb.

Hesabat dövründə idxal-ixrac məhsullarında meyvə-tərəvəz, plastik kütlə, alümini-um, qara metallar və onlardan hazırlanan məmulatlar, eləcə də elektrik enerjisi, pambıq lifi, kimya sənayesi məhsulları, şəkər, pambıq ipliyi, alkoqollu və alkoqolsuz içkilərin ixracı üstünlük təşkil edir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayın-da alkoqollu və alkoqolsuz içkilərin ixracı 85, plastik kütlə və ondan hazırlanan məmulatların ixracı 59, pambıq lifliyin ixracı 38, kimya sənayesi məhsullarının ixracı 35, pambıq ipliyinin ixracı 32, meyvə-tərəvəzin ixracı 14, şəkər ixracı 12, elektrik enerjisinin ixracı 6 faiz artıb. Bu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 136 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 19 faiz artıb. Cari ilin sentyabr ayında qeyri neft-

qaz məhsulları üzrə ən çox mal Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Çinə ixrac edilib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommu-nikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında, həm də xidmət ixracına yer ayrılıb. Yüksək texnologiyalardan istifadə ölkəmizə intellektual məhsul

ixracının aparılmasına da imkan yaradır. Belə ki, cari ilin yanvar-sentyabr ayların-da “Azərkosmos” ASC-nin xidmət ixracında əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edir. Təkcə bu ilin sentyabr ayında “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib. Cari ilin yanvar-sentyabr aylarında cəmiyyətin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, İngiltərə, Malayziya, Birləşmiş Ərəb Əmirlikləridir.

Cari ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu il sentyabrın 30-dək (33 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 milyon dollar təşkil edib.

V.BAYRAMOV, “Xalq qəzeti”

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi və investisiya qo-yuluşunun sürətləndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi istiqamətlərində mü-hüm tədbirlər həyata keçirilib. “Made in Azerbaijan” brendinin coğrafiyası genişləndirilib. Məhsullarımız bir sıra ölkələrin ticarət evlərində satışa çıxarılıb.

Qeyri-neft məhsullarının ixracı getdikcə artır

Page 7: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

24 noyabr 2019-cu il, bazar 7

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs

mebel avadanlıqlarının satın alınması məqsədiləAÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.Tender iştirakçılarına təklif edilir

ki, dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara ma-lik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 800 (səkkiz yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının va-hid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Təşkilat–“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs

VÖEN- 1005379691

“Kapital Bank” ASC-nin Mərkəz filialı

VÖEN- 9900003611H/h- AZ71AI-

IB38090019440419396102M/h- AZ-

37NABZ01350100000000001944Kod- 200026SWIFTBIK. AIIBAZ2Xİddiaçılar tenderdə iştirak üçün

aşağıdakı sənədləri (rəsmi blank-larda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü-vafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən

təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmama-sı barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş ana-loji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 11 dekabr 2019-cu il saat 17.00-a, tender təklifini və bank təminatını isə 20 dekabr 2019-cu il saat 17.00-а qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 20 dekabr 2019-cu il saat 17.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Tender komissiyası

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan malların

(iş və xidmətlərin) satın alınması məqsədiləAÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.Lot – 1 Təsərrüfat mallarının satın

alınması.Tender iştirakçıları dövlət satınal-

malarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imza-ları vasitəsilə daxil olaraq tender haq-qında ətraflı məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki im-kanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşa-ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 150 manatdır.İştirakçılar iştirak haqqını aşağıdakı

hesaba köçürməlidirlər:ADI- MNDXA – nın 8 saylı

Xəzinədarlıq İdarəsiVÖEN- 1401555071 KOD- 210005 M/h- AZ-

41NABZ01360100000000003944S.W.İ.F.T BİK- CTREAZ22H\h- AZ54C-

TRE00000000000002128202Kitab- 002736 , fond -7 , büdcə

səviyyəsinin kodu -142340VÖEN- 1400125591

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl-dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notari-at qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmaması-nı müəyyənləşdirməyə imkan verən sənədlərin surətləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-digər sənədlər.Sənədlər Azərbaycan dilində tərtib

olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsilə satın-alan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmala-rı haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 11 dekabr 2019-cu il saat 10.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 19 dekabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 20 dekabr 2019-cu il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro-sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Elektron satınalmanın hər bir işti-rakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

Tender komissiyası

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIntelecom” MMC

virtualizasiya ehtiyat və replikasiya proqram təminatına texniki xidmət göstərilməsinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRAçıq tenderdə iddiaçı qismində ixti-

saslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalı-na (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma-lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 700 manatdır.İştirak haqqı heç bir halda geri qay-

tarılmır.Tenderdə iştirak haqqının ödənilməsi

üçün satınalan təşkilatın bank rekvizitləri:

H/h- AZ30AZ-PO91015461200420100063

VÖEN- 9900048721Bank- “Azərpoçt” MMC PF 1Kod- 691011

VÖEN-9900037711M/h-

AZ76NABZ01350100000000094944S.W.İ.F.T:AZPOAZ22İddiaçılar tenderdə iştirak üçün aşa-

ğıdakı sənədləri təqdim etməlidirlər:-tenderdə iştirak haqqının ödənilməsi

barədə bank sənədi;-tender təklifi (zərflərin açıldığı

tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl-dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ-lı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası-nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 dekabr 2019-cu il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 23 de-kabr 2019-cu il 18.00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər. İddiaçı-ların təklifləri 24 dekabr 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prose-durlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Saatlıda bu il 41 min tona yaxın pambıq yığılıb

Sahələrdən ötən ildə olduğundan 10,4 min ton çox məhsul toplanıb

Qeyd etmək lazımdır ki, bu il rayonda 13 min 741 hektar sahədə pambıq əkilib. Əkin sahələri 2018-ci illə müqayisədə xeyli azalsa da,

sahələrin orta məhsuldarlığının artı-rılması hesabına məhsul istehsalını kəskin surətdə artırmaq mümkün olmuşdur. Rayonda “ağ qızıl” yığımı 2018-ci ilə nisbətən 10,4 min ton-dan çox artmışdır.

Özünüz müqayisə edin. 2018-ci təsərrüfat ilində Saatlıda 15 min 815 hektar sahədə pambıq əkini

üçün müqavilə bağlanmış və möv-sümün sonunda hər hektardan 19,2 sentner olmaqla, ümumilikdə 30 min 447,8 ton pambıq toplanmışdır.

2019-cu ildə isə rayon üzrə 13 min 741 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanmışdır. Bu il hər hektardan orta məhsuldarlıq 29,7 sentner olmaqla, ümumilikdə 40 min 796 ton pambıq toplanmış-dır.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirdi ki,

rayonda bu il pambıqçılığın inkişa-fında əldə olunan parlaq uğurlar, ilk növbədə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin digər bölgələri kimi, Saatlı rayonu-nun inkişafına göstərdiyi davamlı diqqət və qayğının sayəsində mümkün olmuşdur. Dövlətimizin başçısı regionlara etdiyi səfərlər çərçivəsində son 16 ildə 7 dəfə Saatlı rayonunda olmuş, görülən işlərlə maraqlanmış, mühüm sosial layihələrin icrası istiqamətində sərəncamlar imzalamışdır.

Bu yaxınlarda Saatlı rayonunda oldum, rayon sakinləri ilə, pam-bıqçılarla görüşdüm. Hər yerdə əhalinin Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətini ürəkdən bəyəndiyinin şahidi oldum. Saatlılılar dövlət başçısının aqrar sektorun inkişafı istiqamətində atdığı mühüm addımları birmənalı olaraq dəstəkləyirlər.

Saatlı RİH-in başçısı N.İsmayılovun sözlərinə görə, son illər ölkəmizdə qeyri-neft sekto-runun, o cümlədən pambıqçılığın inkişafına dövlət qayğısının artması fermerləri bu sahədə daha həvəslə çalışmağa sövq edib. Bu il onların çoxu çiyid səpinindən tutmuş son becərmə işlərinə qədər hər bir aq-rotexniki tədbiri vaxtında və yüksək keyfiyyətlə həyata keçiriblər. Pam-bıq yığımı kampaniyası ilk gündən mütəşəkkil şəraitdə təşkil olunub. Nəticələr çox sevindiricidir. Ən baş-lıcası, bu il pambıqçılıq sahəsində çalışanların gəlirləri nəzərəçarpan dərəcədə artıb.

Yerli mütəxəssislər qeyd etdilər

ki, builki pambıq yığımı zamanı texnika xüsusilə səmərəli fəaliyyət göstərib. Saatlı DAİM-dan məlumat verdilər ki, rayonda kifayət qədər pambıq yükləyiciləri və 347 ədəd traktor yedəkləri mövcuddur ki, bu da toplanılmış pambığın vaxtında və itkisiz emal müəssisələrinə çatdı-rılmasını şərait yaradıb.

Rayonda pambıqçılıq sahəsində təcrübəli fermerlər çoxdur. Onlar aqrotexniki qaydalara ciddi əməl etmək və işə can yandırmaq hesa-bına orta məhsuldarlığı ilbəil artır-mağa nail olurlar. Belə fermerlərdən ikisinin göstəriciləri barədə qısa da olsa məlumat vermək istərdim.

Təcrübəli fermer Nizami Məmmədovun rəhbərlik ediyi fermer təsərrüfatı bu il 44 hektar sahədə pambıq əkib-becərib. Kollektiv hər hektardan orta məhsuldarlıq 44,7 sentner olmaqla 196,7 ton məhsul əldə edib. Mirnazim Ağayevin başçılıq etdiyi kollektiv isə bu il 93 hektar pambıq sahəsindən 420 tondan çox məhsul toplayıb. Orta məhsuldarlıq 45 sentnerdən çox olmuşdur.

Fermer M.Nağıyev dedi: – Biz, fermerlər dövlətimizin

başçısı möhtərəm İlham Əliyevin pambıqçılığın sürətli inkişafına göstərdiyi dəstəyi hər an hiss edirik. Bu gün bizim nə gübrə, nə yana-caq, nə də texnika sarıdan heç bir problemimiz yoxdur.

Saatlı DAİM-də qeyd etdilər ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına yeni iş yerlərinin yaradılması üçün rayon sahibkarla-rına 20 min manat güzəştli kreditlər verilmişdir. Bu, onlarca yeni iş yeri-nin açılması ilə nəticələnmişdir.

Rayonda yeni istehsal və emal müəssisələrinin yara-dılması istiqamətində də işlər müvəffəqiyyətlə həyata keçirilir. 7 min hektar ərazidə “Aqropark” salınır ki, burada soyuducu anbar, istixanalar, tövlələr, yem zavodu, quşçuluq fabriki tikiləcək və kənd təsərrüfatı məhsullarınn istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcəkdir.

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”nin bölgə müxbiri

Bu il Saatlı rayonunda pambıqçılıq sahəsində rekord göstəricilər əldə olunub. Belə ki, rayon fermerləri son 25 il ərzində ilk dəfə olaraq, sahələrdən 40 min 796 tondan çox “ağ qızıl” topla-yıblar. Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirdilər ki, məhsulun tədarük məntəqələrinə təhvili davam etdirilir.

UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasından 25 il ötür

Məlumatda deyilir ki, UNESKO Baş konfransının 40-cı sessiyası çərçivəsində keçirilən tədbirdə təşkilatın nümayəndələri, bir sıra ölkələrin mədəniyyət nazirləri, daimi nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov giriş sözü ilə çıxış edərək ölkəmizlə bu qurum arasında əlaqələrə toxunub. Ölkəmizin qurumun prinsip və dəyərlərinə həmişə sadiq olduğunu vurğulayıb və bunun UNESKO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqləndiyini bildirib. Ötən illər ərzində milli komissiya-nın UNESKO ilə elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahələrində əməkdaşlığın həyata keçirilməsində əlaqələndirici rol oynadığını, təşkilatın proqram və tədbirlərinin hazırlanma-

sında və reallaşdırılmasında Azərbaycanın fəal iştirakını diqqətə çatdırılıb, bununla fəxr etdiyimizi bildirib. Ölkəmizin UNESKO-nun proqramları-na dəstək verdiyini, bir çox layihələr həyata keçirdiyini vurğulayıb.

UNESKO baş direktoru-nun Afrika Departamenti üzrə müavini Firmin Eduard Matoko baş direktor adından milli komissiyanın 25 illiyini təbrik edib. Onun milli səviyyədə deyil, regional və beynəlxalq səviyyələrdə çoxsaylı layihələr həyata keçirməklə UNESKO-nun missiyasını dəstəklədiyini diqqətə çatdırıb. UNESKO-nun gündəliyində əsas tədbirlərdən olan və Bakıda keçirilən ümum-dünya mədəniyyətlərarası dialoq forumlarına toxuna-raq, ölkəmizin bu sahədə əvəzsiz rolundan danışıb. Daimi nümayəndəliyimizə və milli komissiyaya ölkəmizin

zəngin mədəni irsini, müxtəlif mədəniyyət ənənələrini UNESKO Baş Qərargahında keçirdikləri tədbirlər vasitəsilə tanıtdıqlarını alqışlayıb.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiya-sının baş katibi Elnur Sultanov bu komissiyanın yaranması zərurətindən danışıb.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikası-nın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın

təşəbbüsü və dəstəyi ilə ölkəmizlə UNESKO arasındakı əlaqələrin inkişafına böyük töhfələr verilib.

“Azərbaycan Respub-likasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı UNES-KO baş direktorunun xüsusi müşaviri, Ümumdünya İrs Komitəsinin sabiq rəhbəri Mu-nir Buşenakiyə təqdim olunub.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılmasının 25 illiyi quru-mun baş qərargahında təntənə ilə qeyd edilib.

Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mərkəzi Seçki Komissiyası “Seçki günü üçün yaddaş”

kitabçası hazırlayıb � Mərkəzi Seçki Komissiyası (MSK)

qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.

MSK-dan AZƏRTAC-a bildiriblər ki, layihə məntəqə seçki komissiyala-rı üzvlərinin seçki günü prosedurları ilə bağlı məlumatlarının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

Nəşrdə MSK sədri Məzahir Pənahovun məntəqə seçki komis-siyalarının üzvlərinə müraciəti yer alıb. Sədr müraciətində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsində məntəqə seçki komissi-yalarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladır, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin olun-masında onlara uğurlar arzulayır.

Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlan-ması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub.

Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırla-nıb.

“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komis-siyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

Page 8: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …xalqqazeti.com/pdf/xalq 23 noy OPT.pdf · 2019. 11. 23. · Sammitində iştirak edən Misir nümayəndə heyəti

24 noyabr 2019-cu il, bazar 8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7673

3914

40 qəpik

ABŞ

Suşi ilə bağlı növbəti xəbərdarlıq Florida Atlantik

Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqla-yıblar. Araşdırmalar nəticəsində suşi-nin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkarlanıb. Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər. Yeri gəlmişən, bu suşinin zərəri ilə bağlı növbəti xəbərdarlıqdır.

Məlumatı “Telegraph” yayıb.

İtaliya

Təbii fəlakət turizmi iflic edib 2019-cu il İtaliya

turizmi üçün uğursuz olub. Buna səbəb ölkədə davam edən ekstremal hava şəraitidir. Belə ki, yay həddindən artıq isti və quraq keçdiyi üçün şəhərlərdə gəzmək

qeyri-mümkün olub. Turistlərə küçələrdə pulsuz su pay-lanılsa da, bu, vəziyyəti dəyişməyib. Son günlər ölkənin ən çox turist qəbul edən şəhərlərindən olan Venesiyanı sel basıb. Nəticədə şəhərə gələn əcnəbilərin sayı kəskin azalıb. Bildirilir ki, İtaliyaya ötən il 62 milyon turist gəlib. Bununla ölkə turist sayına görə dünya üzrə 5-ci yeri tutub. Dünya Turizm Təşkilatı turist sayının azalmasının İtaliya iqtisadiyyatına ciddi zərbə vuracağını açıqlayıb.

Xəbəri BBC verib.

Çin

Daha iki peyk orbitə çıxarılıbÇin “BeiDou”

naviqasiya sisteminin növbəti iki peykini orbitə çıxarıb. Bu sistemin 50-ci və 51-ci peykləridir. Peyklərin buraxılışı Siçuanq kosmik mərkəzindən “Long March-3B” raket-daşıyıcısı vasitəsilə həyata keçirilib.Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (Avropa İttifaqı) sonra 4-cü naviqasiya sis-temidir. Orbitdə “Beidou” sisteminin formalaşdırılmasının 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.

Xəbəri “Techtcult.ru” verib.

Yaponiya

Yeni elektromobil hazırlanıb“Nissan” şirkəti elektrik

mühərriki ilə çalışan yeni avtomobil hazırlayıb. Yeni modelə “Ariya” adı verilib. Elektromobil 5 saniyəyə 100 kilometr sürət topla-yır. Yeni model tam enerji ilə doldurulduqda 480 kilometrdən artıq məsafə

qət edir. Yeni elektromobilin kütləvi satışına 2021-ci ilin ikinci yarısında başlanacaqdır.

Məlumatı “Autoua.net” yayıb.

İspaniya

“Atletiko” Matiçlə maraqlanır “Mançester

Yunayted”in futbolçusu Nemanya Matiç karyera-sını İspaniyada davam etdirə bilər. Bildirilir ki, ser-biyalı yarımmüdafiəçi ilə Madridin “Atletiko” yaxın-dan maraqlanır. İspaniya təmsilçisinin artıq Matiçlə danışıqlar apardığı və onu qışda Madridə gətirəcəyi bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted”lə mövsümün sonuna qədər müqaviləsi olan 31 yaşlı yarımmüdafiəçi ilə “İnter” və “Milan” klubları da yaxından maraqlanır.

Xəbər “Futbol.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Noyabrın 24-də  Bakıda və Abşeron yarımadasında

buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 2-4, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 2-7, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta,

gündüz 8-13 dərəcə isti olacaq. Â Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,

Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı

yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 , gündüz 0-5 dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-4, gündüz 6-10 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

“ABŞ və Çin arasında ticarət sövdələşməsi bərabər şərtlər

əsasında bağlana bilməz” � “Birləşmiş Ştatlarla Çin arasında

ticarət sövdələşməsi bərabər şərtlər əsasında bağlana bilməz”. Bunu “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ ev rəhbəri müsahibəsində deyib: “Mən Çin lideri Si Cinpinə sövdələşmənin bərabər şərtlər əsasında baş tutma-yacağını bildirdim”.

Onun sözlərinə görə, bu, Çin və ABŞ arasında ikitərəfli ticarətdə balansın uzun müddət bərabər olmaması (ildə 500 milyard dollar Pekinin xeyrinə) səbəbindən mümkün deyil.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Türkiyə lideri “Sülh çeşməsi” əməliyyatının əhəmiyyətini şərh edərkən deyib ki, YPG/PKK terror-çuları Suriyanın şimalında yeni terrorçu dövlət yaratmaq niyyətinə düşmüşdülər. Lakin Türkiyə dövləti onlara bu fürsəti verməmişdir. Dövlət başçısı demişdir: “Türkiyə hərbçiləri ərazidəki silah

anbarlarında 32-33 min yük maşını silah-sursat aşkar etmişlər. Terrorçulara verilmiş həmin silahlar götürülmüşdür.

Türkiyə Prezidenti “Sülh çeşməsi” əməliyyatı zama-nı ərazinin terrorçulardan təmizlənməsində böyük şücaət nümayiş etdirmiş qəhrəman türk əsgər və zabitlərinə, eləcə də Su-riyanın müxalif Milli Ordu-

sunun döyüşçülərinə dərin təşəkkürünü bildirmişdir.

Xatırladaq ki, bu il okt-yabrın 9-da başlanmış “Sülh çeşməsi” hərbi əməliyyatının məqsədi Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək, suriyalı qaçqın-ların azad olunmuş ərazilərə qayıtmalarını təmin etməkdir.

Türkiyə Milli Müdafiə Nazirliyindən mətbuata

bildirmişlər ki, suriyalı qaçqınların terrorçulardan azad olunmuş yaşayış məntəqələrinə qayıdışı prosesi uğurla davam etdirilir. Son günlər qaçqın ailələrinin növbəti qrupu Suriyanın Tel əl-Abyad şəhərinə yola salınmışdır.

M.HACIXANLI, “Xalq qəzeti”

BMT Yaxın Şərqlə bağlı yeni bəyannamə qəbul edib

M.Ulyanov deyib: “Konf-ransda Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zona yaradılması haqqında razılaşmanın hazırlanması ilə

bağlı öhdəliyin əks olunduğu siyasi bəyannamə qəbul edi-lib. Bundan əlavə, regionun bütün ölkələrinə bəyannaməni dəstəkləmək və konfransın

növbəti sessiyalarında iştirak etmək barədə dəvətnamə göndərilib”.

Daimi nümayəndənin verdiyi məlumata görə, hər il noyabrın axırında konfran-sın sessiyalarını keçirmək haqqında razılıq əldə olunub. İkinci sessiyanın 2020-ci il noyabrın 16-20-də Küveytin sədrliyi ilə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, keçən ilin sonlarında BMT Baş As-sambleyası belə bir qərar qəbul etmişdi ki, 2019-cu ildə Yaxın Şərq regionunda kütləvi qırğın silahlarından azad zona yaradılması ilə bağlı konfrans keçirilsin. Bu konfransın keçirilməsini BMT Baş Assambleyasının Yaxın Şərqdə nüvə və kütləvi qırğın silahlarının bütün növlərindən azad zona haqqında 1995-ci

ildə qəbul etdiyi qətnamənin reallaşdırılması istiqamətində praktik addım hesab etmək olar. Qətnamə “Nüvə silahı-nın yayılmaması haqqında” müqavilənin müzakirəsi prosesində qəbul edilmişdi.

Ancaq müxtəlif səbəblər üzündən qətnamənin reallaş-dırılması indiyədək mümkün olmayıb. Səbəblərdən biri ABŞ-ın 2010-cu ildə ke-çirilmiş yekun konfransda bununla bağlı sənədə dəstək verməməsi olub. Həmin sənəddə İsrail “Nüvə silahı-nın yayılmaması haqqında” müqaviləyə qoşulmağa çağı-rılır və Təl-Əvivdən bütün milli nüvə obyektlərini MAQATE-nin nəzarətinə verməsi tələb edilirdi.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Həftəsonu neftin qiyməti belə oldu: Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,63 faiz artaraq bir bareli 63,91 dollar

olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,51 faiz artaraq bir bareli 58,21, Azərbaycanın “Azeri-Light” markalı neftinin qiyməti o,72 faiz artaraq bir bareli 65,52 dollar olub.

Ekspertlər bildiriblər ki, dünya bazarında “qara qızıl”ın qiymətinin artması Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədardır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

T ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İzmir şəhərində keçirilən tədbirdəki çıxışında bildirib ki, Türkiyənin qətiyyəti

sayəsində Suriyanın şimalında terrorçu dövlətin qurulmasına imkan verilməmişdir. Məlumatı “Ana-dolu” agentliyi yayıb.

R.T.Ərdoğan: Türkiyə Suriyanın şimalında terrorçu dövlətin yaradılmasına imkan vermədi

BMT-nin Yaxın Şərqdə kütləvi qırğın silahlarının bütün növlərindən azad zona yaradılması məsələsi

üzrə konfransının birinci sessiyasında yekun bəyannamə qəbul edilib. Bu barədə məlumatı Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanova istinadən TASS yayıb.

Həftəsonu neftin qiyməti

Kölndə evakuasiyaAlmaniyanın Köln şəhərində 6,5 min nəfər evakuasi-

ya edilib. Buna səbəb şəhərdə İkinci Dünya müharibəsi dövrünə aid bombanın tapılması olub. Bombanın çəkisi 500 kiloqramdır. İstehkamçılar bildiriblər ki, bomba Britaniyaya məxsusdur.

Köln şəhərinin hakimiyyət orqanlarının nümayəndələri qərara alıblar ki, bombanı gecə vaxtı zərərsizləşdirsinlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Özbək muğamı tamaşaçıları valeh etdi

� Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Özbəkistan Milli Muğam İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına muğam ansamblının konserti olub.Konsertdən əvvəl "Kainat " Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə çıxış edərək bildirib ki, 40 nəfərlik ansamblın Bakıda ilk çıxışı iki qardaş xalq üçün əlamətdar mədəni hadisələrdən sayılır. Vurğulandı ki, bu illər ərzində Özbəkistanda keçirilən muğam festivallarında Azərbaycan muğam ifaçılığı məktəbinin nümayəndələri hər zaman yüksək nailiyyətlər qazanmışlar.

Bundan başqa, Azərbaycanda təşkil edilən Beynəlxalq Muğam Festiva-lında özbək musiqiçilər bir qayda olaraq uğurla çıxış edib. Həmçinin mərkəz

tərəfindən təşkil edilən Beynəlxalq Uşaq Muğam Festivalı, İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsində Özbəkistan musiqiçilərinin

iştirakı hər zaman maraqla qarşılanıb.

Sonra Özbəkistan Respublikasının Xalq artisti Hoşimcon İsmayılovun bədii rəhbərliyi və Abdurəhman Xoltaciyevin musiqi rəhbərliyi ilə ansamblın solistləri Xalq artisti Abdunabi İbrahimov, Əməkdar artistlər Gülba-har Erkulova, Sərdarbəy Qafurbəyov, Ədalət İs-

mayılovanın və gənc xanəndələrin ifasında "Aşıq Qərib " dastanından parça-lar, özbək xalq mahnıları, Əlişir Nəvainin qəzəllərindən ibarət kompozisiyalar təqdim olunub.

Konsert proqramı ta-maşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Xalq qəzeti”

Roma Papasının Yaponiyaya səfəri başlayıb

� Roma Papası Fransiskin Yaponiyaya səfəri başlayıb. Bu Roma Papasının 38 illik fasilədən sonra “Gündoğar ölkə”yə ilk səfəridir.Bu barədə “The Guardian” məlumat yayıb.

Mənbə qeyd edir ki, səfərin proqramına uyğun olaraq Roma Papası günortadan sonra Tailandı tərk edərək Yaponi-yaya yola düşüb.

Qeyd edək ki, noyabrın 24-də Naqasaki şəhərini ziyarət edəcək Papa Fransisk burada 1945-ci ildə ABŞ Silahlı Qüvvələri tərəfindən atılmış atom bombasının düşdüyü park-da nüvə silahının ləğvinə çağıran bəyanatla çıxış edəcək. Bundan sonra Nişizaka parkını ziyarət edən Papa XVI əsrdə sərkərdə Toyotomi Hidyoşinin əmri ilə edam edilən 26 müqəddəsin xatirəsinə ehtiramını bildirəcək. Pantifik təşkil ediləcək dini ayinə də qatılacaq.

Həmin gün axşam Hiroşimaya gələn Roma Papası Sülh xatirə parkında keçiriləcək yığıncaqda sülh məsələsinə həsr olunan nitq söyləyəcək.

Noyabrın 25-də Tokioya dönən Roma Papası burada İmperator Naruhito və Baş Nazir Şinzo Abe ilə görüşəcək. Onun, həmçinin 2011-ci ilin martında Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələ və sunamidə sağ qalanlarla görüşü və Tokio qübbəsi yanında dini ayin keçirməsi planlaş-dırılır.

Papanın səfərinin son günündə Sofiya Universitetinə gedəcəyi və orada nitq söyləyəcəyi bildirilir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”