32
Azərbaycan Texniki Universiteti

Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Azərbaycan Texniki

Universiteti

Page 2: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 3: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Mühəndis biznesi və menecment

fakültəsi-yaranma tarixi

Qloballaşan dünyada elmin sürətli inkişafı prioritet rolunu oynayır.

Bu əsasdan son dövrlərdə Azərbaycanda mühəndis biznesi, yəni

yüksək texnoloji biznes ilə məşğul ola biləcək kadrlara böyük ehti-

yac yaranmışdır. Hazırda mühəndis biznesi məsələlərini dərindən

bilən və onu həyata keçirmək qabiliyyətinə malik olan, menecment

və biznes sahəsindəki biliklərini mühəndis biliyi ilə zənginləşdir-

miş yüksək ixtisaslı kadrlar tələb olunur. Məhz bu ehtiyac nəzərə

alınaraq 1995-ci ildə Azərbaycan Texniki Universitetində

“Mühəndis biznesi və menecment” fakültəsi yaradılmışdır.

Page 4: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 5: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Fakültənin qarşısında iqtisadiyyat və və menecment sahəsində yüksək

ixtisaslı mütəxəssislərin hazırlanması və texniki(mühəndis) fakültələrin tələbə-

lərinin təşkilati-iqtisadi hazırlığının gücləndirilməsi vəzifəsi qoyulmuşdur. Bu

vəzifənin yerinə yetirilməsi sahəsində fakültədə fəal işlər aparılmaqdadır.

Bakalavr səviyyəsində fakültədə aşağıdakı ixtisaslar üzrə

kadrlar hazırlanır:1. “Sənayenin təşkili və idarə olunması”

İxtisaslaşmaları:

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi

(maşınqayırma, nəqliyyat və rabitə sahələri üzrə)

2. “Menecment”

3. “Biznesin idarə olunması”

Magistratura səviyyəsində də “Sənayenin təşkili və idarə olunma-

sı”, “Strateji idarəetmə”, “Biznesin idarə olunması” və “İqtisadiyyatın

tənzimlənməsi” ixtisasları üzrə kadrlar hazırlanır.

2013/2014-cü dərs ilində fakültədə bakalavr səviyyəsində 554 nəfər

tələbə, o cümlədən 418 nəfər əyani şöbədə, 87 nəfər qiyabi şöbədə, 49 nəfər isə

magistratura səviyyəsində təhsil alır. İndiyədək fakültəni bakalavr səviyyəsi

üzrə 2000-dək, magistr səviyyəsi üzrə isə 400 nəfərdən çox məzun bitirmişdir.

Page 6: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Fakültə güclü elmi potensiala sahib olmaqla Universitetdə ən qabaqcıl

yerlərdən birini tutur. Fakültədə 65 nəfər professor-müəllim heyəti çalışır.

Onlardan 7 nəfəri elmlər doktoru-professor, 28 nəfəri elmlər namizədi-

dosent, 21 nəfəri baş müəllim, 9 nəfəri müəllim-assistentdir.

Fakültədə elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət yetirilir.

Professor-müəllim heyəti elmi-tədqiqat işlərinin diqqətlə aparılmasına ciddi səy-

lə cəlb olunurlar. Bu sahədə müəyyən müsbət nəticələr əldə edilmişdir.

Son beş ildə fakültə əməkdaşları 400-ə qədər elmi məqalə çap et-

dirmiş, 160 məruzə ilə müxtəlif səviyyəli konfranslarda çıxış etmiş, 14 mo-

noqrafiya, 5 dərslik, 25 dərs vəsaiti və 5 metodiki material nəşr etdirmişlər.

Fakültənin kafedralarında 7 doktorant və 10 dissertant elmi fəaliy-

yətlə məşğuldur. Əməkdaşlardan 4 nəfəri doktorluq və 12 nəfəri isə nami-

zədlik dissertasiyaları üzərində çalışırlar. Son beş ildə fakültədə 6 doktor-

luq və 10 namizədlik dissertasiyası müdafiə edilmiş, 6 namizədlik disserta-

siyası müzakirə olunaraq müdafiyəyə tövsiyyə olunmuşdur. Məzunlarımı-

zın 10 nəfəri AzTU-nun və digər elmi-tədris müəssisələrinin doktoranturaların-

da təhsillərini davam etdirirlər.

Page 7: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Fakültə Elmi Şurası

Page 8: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

“Mühəndis biznesi və menecment” fakültəsi

–rəhbərlik

Dekanlar:

Səmədzadə Şamil (Müvəqqəti icraçı)- 01.10.1995-ci illər

Yahudov Xalıq - 07.12.1995-2003-cü illər

Aslanzadə İlham - 2003-cü ildən etibarən

Page 9: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Fakültə kafedraları

Fakültənin tərkibində 4 kafedra fəaliyyət

göstərir:

Sənaye iqtisadiyyatı və menecment

İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı

Tarix

Fəlsəfə və politologiya

Page 10: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Sənaye iqtisadiyyatı və menecment kafedrası

Page 11: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra müdiri – i.e.d., professor, İsgəndərov Ramiz Kamal oğlu

«Sənaye iqtisadiyyatı və menecment» kafedrası Azərbaycan Politexnik İnsti-

tutunun rektorunun 15 may 1990-cı il tarixli əmri ilə mövcud «İstehsalın iqtisadiyyatı,

təşkili, planlaşdırılması və idarə edilməsi» kafedrasının əsasında yaranmışdır.

01.07.1997-ci ilə qədər kafedra «Sənaye istehsalının iqtisadiyyatı, təşkili və idarə edil-

məsi» adı altında fəaliyyət göstərmişdir.

Kafedra yüksək ixtisaslaşmış professor-müəllim heyətinə malikdir. Kafedrada

28 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 1 i.e.d., professor; 12 i.e.n., dosent;

1 f-r.e.n., dosent; 2i.e.n., baş müəllim, 6 baş müəllim; 1 - i.ü.f.d., assistant, 5 - assistant

Kafedra universitetin 7 fakültəsinə xidmət edir. Bakalavr pilləsində 35, magistrtura pil-

ləsində 29 fənn tədris edilir.

Kafedrada aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (maşınqayırma

sahəsi üzrə)»

«Menecment (cihazqayırma üzrə)»

«Biznesin idarə edilməsi»

Kafedrada aşağıdakı ixtisaslar üzrə magistr hazırlığı həyata keçirilir:

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (maşınqayırma

sahəsi üzrə)»

«Strateji idarəetmə»

«Biznesin idarə edilməsi»

Page 12: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 13: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra əməkdaşlarının fəxri adları:Yahudov X.M. - Əməkdar müəllimdir.

İsgəndərov R.K - Beynəlxalq İnformasiya Akademiyasının, Rusiya Federasiyasının Pe-

daqoji və Sosial Elmlər Akademiyasının və Gürcüstan Biznes Elmlər Akademiyasının

həqiqi üzvüdür. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh Səfiridir.

Məcidova E.T - Tərəqqi medalı ilə təltif olunmuşdur.

Aslanzadə İ.A. - Qabaqcil təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.

Kafedra elmi-pedaqoji kadrların hazırlanmasına ciddi diqqət verir. Hazırda kafedranın 5

doktorantı vardır. Kafedranın müəllimləri tərəfindən «Menecmentin əsasları»,

«İstehsal menecmenti», «İstehsalın təşkili», «Elmi-texniki tərəqqi: sosial-iqtisadi

aspektlər», «Müəssisənin iqtisadiyyatı», «Marketinq», «Sahibkarlığın əsasları»,

«İnvestisiya layihələndirilməsi», «Heyətin idarə edilməsi», «Ekoloji hüququn əsas-

ları», «Strateji menecment» , «İnnovasiyanın idarə edilməsi» adlı dərslik və vəsaitlər

nəşr edilmişdir.

Beynəlxalq Əlaqələr:Kafedra Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Milli Avia-

siya Akademiyası, Milli Elmlər Akademiyası Elmi Tədqiqat İqtisadiyyat İnstitutu, İqti-

sadi İnkişaf Nazirliyi, Tomsk Politexnik İnstitutu, İqtisadi İslahatlar Mərkəzi və s. ilə

sıx əməkdaşlıq göstərir.

Page 14: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 15: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı

kafedrası

Page 16: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra müdiri- iqtisad elmləri doktoru, professor Quliyev Rüfət Atakişi oğlu

«İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı» kafedrası Azərbay-

can Texniki Universitetinin rektorunun 04 iyul 2013-cü il 76-müx tarixli əmri ilə möv-

cud «İqtisadi nəzəriyyə və iqtisadiyyatın dövlət tənzimlənməsi» və “Xidmət sahələ-

rinin iqtisadiyyatı və menecment” kafedralarının birləşməsi əsasında yaranmışdır.

Kafedra yüksək ixtisaslaşmış professor-müəllim heyətinə malikdir. Kafedrada

17 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 3 i.e.d., professor, 7 i.e.n., dosent,

1 i.ü.f.d., 4 baş müəllim,. 3 assistentdir. Kafedra universitetin bütün fakültələrinə xidmət

edir. Bakalavr pilləsində 27, magistrtura pilləsində 24 fənn tədris edilir.

Kafedrada aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata

keçirilir:«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (rabitə sahəsi üzrə)»;

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat sahəsi üzrə)»

Kafedrada aşağıdakı ixtisaslar üzrə magistr hazırlığı həyata

keçirilir:«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (rabitə sahəsi üzrə)»;

«İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat sahəsi üzrə)»

Page 17: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 18: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra əməkdaşlarının fəxri adları və vəzifələri:Quliyev R.A. – Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Millət vəkilidir.

Cümşüdov S.Q. – AzTU-nun 60 illik yubileyi ilə əlaqədar ölkə prezidentinin sərəncamı

ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir.

Əbdürəhmanova S.Ə. – AzTU Qadınlar Şurasının sədri, AzTU-nun “Magistratura”

şöbəsinin müdiridir.

Dadaşov Ə.Ə- AzTU-nun baş mühasibidir.

Kafedra elmi-pedaqoji kadrların hazırlanmasına diqqət verir. Hazırda kafedra-

nın 1 dissertantı vardır.

Kafedranın müəllimləri tərəfindən «İqtisadi nəzəriyyə», «Avtomobil nəqliy-

yatının iqtisadiyyatı», «Müəssisə iqtisadiyyatı», «Nəqliyyat infrastrukturunun inki-

şaf istiqamətləri», və s. adlı dərslik və vəsaitlər nəşr edilmişdir.

Kafedranın beynəlxalq əlaqələri əsasən elmi araşdırmalar xarakteri daşımışdır. Ölkələr

əlaməti üzrə bu, həm Azərbaycanda, həm də Azərbaycandan kənarda həyata keçirilmiş-

dir. Birinci halda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və ölkə nümayəndəlikləri

ilə əməkdaşlıq edilmişdir. Buna Dünya bankının və USAİD-in Bakı ofisləri ilə qurulmuş

əlaqələrin davam etdirilməsi aiddir. İkinci halda isə həmin əlaqələr Avropa ölkələri (Al-

maniya, Böyük Britaniya, Macarıstan), Türkiyə və MDB məkanı (Rusiya Federasiyası,

Ukrayna) üzrə davam etdirilmişdir. Professor R.A.Quliyevin Kiev Dövlət Universiteti ilə

yaradıcılıq əlaqələri davam etdirilmişdir. Kafedra Azərbaycan Dövlət İqtisad Universite-

ti, Milli Aviasiya Akademiyası, Milli Elmlər Akademiyası Elmi Tədqiqat İqtisadiyyat İns-

titutu və s. ilə sıx əməkdaşlıq göstərir.

Page 19: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Tarix kafedrası

Page 20: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra müdiri: tarix elmləri doktoru, Şikar Məhəmmədəli oğlu QasımovKafedra 1958-ci ildə yaradılıb. İlk müdiri Yadulla Nemət oğlu Tağızadə ol-

muşdur. Kafedraya 1967-ci ildən 1992-ci ilə qədər prof. Salman Nəriman oğlu Qarayev,

1992-ci ildən 2002-ci ilin mart ayına qədər prof. Məmməd Əsgər oğlu Abbasov rəhbərlik

etmişdir. 2002-ci ildən isə tarix elmləri doktoru, Şikar Məhəmmədəli oğlu Qasımov rəh-

bərlik edir.

Kafedra 1989-cu ilə qədər "Sov. İKP tarixi", 1991-ci ilədək "XX əsrin si-

yasi tarixi", 1992-ci ildən isə "Tarix" kafedrası adı ilə fəaliyyət göstərir. Kafedrada

10 nəfər çalışır. Onların 2 nəfəri tarix elmlər doktoru, professor, 3 nəfəri tarix elmlər na-

mizədi, dosent, 4 nəfəri baş müəllim, 1 nəfəri isə laborantdır.

Kafedra əməkdaşları tərəfindən 2005-2010-cı illəri əhatə edən- "Azərbaycanda

siyasi partiyaların yaranması və ərazi bütövlüyü uğrunda mübarizə (XIX-XX)" mövzu-

sunda elmi-tətqiqat işi tamamlamışdır. Kafedra əməkdaşları yeni 2011-2015 ci illər üçün

“Azərbaycan Səvəvilər dövlətinin yaranması və fəaliyyətinin dövlətçilik tarixində yeri”

mövzusunda problem üzərində işləyirlər. Kafedrada elmi-metodiki vəsaitlər hazırlanmış

və latın qrafikası ilə fənn proqramı (müəllif Ş.M.Qasımov) 2012-ci ildə Təhsil Nazirliyi-

nin qrifi ilə çap edilərək müəllim və tələbələrin istifadəsinə verilmişdir. Son illərdə ka-

fedra müdiri Ş.M Qasımovun 4, B.İ Nəcəfovun 2 monoqrafiyası, Ş.M Qasımovun son iki

ildə Türkiyə, Moskva, Ukrayna və Dağıstanda 12, və İ.B Məhərrəmovun isə Moskvada 1

məqaləsi çap olunmuşdur.

Page 21: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 22: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra müdiri t.e.d. Ş.M.Qasımov dəfələrlə Ukraynada, Türkiyədə və

Azərbaycanda keçirilən Beynəlxalq və Respublika konfranslarında iştirak edə-

rək çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sə-

rəncamı ilə o, 2011-ci ilin noyabrında “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Beynəlxalq əlaqələr:1. Türkiyənin Amasiya Universiteti ilə

2. Ukrayna Texniki Universiteti ilə

3. Türkiyənin Bayburt Universiteti ilə

Page 23: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Fəlsəfə və politologiya kafedrası

Page 24: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra müdiri – f.e.n., dosent Əyyub Sevdim oğlu Kərimov

Azərbaycan Texniki Universitetində müstəqil “Fəlsəfə” kafedrasının

əsası 1963-cü ildə qoyulmuşdur. O, zaman kafedrada cəmi 5 nəfər müəllim işlə-

yirdi. Onların 4 nəfəri fəlsəfə elmləri namizədi-dosent, bir nəfəri isə baş müəllim

idi. Sonralar dərslərin miqdarı artdıqca tədricən müəllimlərin sayı da artaraq 20

nəfərə çatmışdı. O, zamanlar kafedrada fəlsəfə ilə yanaşı etika, estetika, mədə-

niyyatşünaslıq və dinşünaslıq kimi fənlər də tədris olunurdu.

Hazırda kafedranın elmi-pedoqoji potensialı 8 nəfərdən ibarətdir.

Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri baş müəllim, 1 nəfəri

isə müəllim-assistentdir.

“Fəlsəfə” kafedrası 1991-ci ildə “Politologiya” kafedrası ilə birləşdi-

rildikdən sonra “Fəlsəfə və politologiya” kafedrası adı altında fəaliyyət gös-

tərməyə başlamışdır.

Hazırda kafedra üzrə təhsilin bakalavr səviyyəsində “Fəlsəfə”, “Sosio-

logiya”, ixtisasları ilə əlaqədar ayrı-ayrı qruplarda isə “Peşə etikası”, “Xidmət

fəaliyyətinin psixoloji təminatı”, “Ekstrimal şəraitdə psixologiya”, “Xidmət

fəaliyyətinin hüquqi təminatı”, “Azərbaycan respublikasının konstitusiyası

və hüququn əsasları”, magistratura pilləsində isə “Psixologiya və Cəmiyyətin

dinamik inkişafında elmi-texniki tərəqqinin rolu” fənləri tədris olunur.

Page 25: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 26: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Kafedra müəllimləri tərəfindən bir neçə monoqrafiya və elmi-kütləvi kitabçalar

hazırlanaraq çap etdirilmişdir. Bunlardan dosent Z.A.Məmmədovun “İnsan dünyanı

necə dərk edir”, “Təbiətşünaslıq və din”, professor F.F.Ramazanovun “Azərbaycan

demokratik fikrində etika poblemləri”, “Gənclərdə elmi dünyagörüşün formalaşdı-

rılması”, professor Ə.H.Əliyevin “İncəsənət və din”, “Elmi idrak və dini etiqad”,

“İslam dini və mənəviyyat”, dosent S.Y.Hüseynovun “Məişət ekologiyası” (sosial-fəl-

səfi aspekt), “Davamlı insan inkişafı”, dosent Ə.S.Kərimovun “Politologiya sxemlər-

də və cədvəllərdə”, “Demokratiya, bəşəriyyətin bu günü və gələcəyi, sosial fəlsəfi ya-

naşma”, Q.İ.Hüseynlinin “"Sivilizasiya dialektikası və sivillik”, "Milli qürur hissi",

“Vətənlə iftixar hissi”, “Fəlsəfə fənninin tədrisi prosesində tələbələrdə milli qürur

hissinin tərbiyə edilməsi” adlı əsərlərini xüsusi qeyd etmək olar.

Beynəlxalq əlaqələr:AzTU – nun Fəlsəfə və Politologiya kafedrası Ukraina Milli Elmlər Akademiyasının

Fəlsəfə inistutu və həmin inistutun çap etdirdiyi “Fəlsəfi almanax” jurnalı ilə sıx əlaqə

saxlayır. Kafedranın dossenti Ə.S.Kərimovun həmin jurnalda 5 məqaləsi nəşr olunmuşdur.

Bundan başqa O, 21.10 – 25.10-cu ay tarixlərində Kievdə keçiriləcək VIII – ci Beynalxalq

Elmi Konqresə dəvət almışdır. Həmin konqresdə dossenti Ə.S.Kərimov “Demokratik

cəmiyyət quruculuğu və sosial konfliktlər” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Kafedranın professoru Ə.H.Əliyevin Moskvada “Научное обозрение” jurnalında elmi

məqaləsi çap olunmuşdur

Page 27: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Fakültə Həyatı

Page 28: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 29: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 30: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 31: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri
Page 32: Azərbaycan Texniki Universitetiaztu.edu.az/azp/facult/engineering/az/about/teqdimat.pdf · Bunların 2 nəfəri professer, 4 nəfəri dosent, 1 nəfəri ba müəllim, 1 nəfəri

Diqqətinizə görə təşəkkür edirik!