69
Xəbər bülleteni № 6 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Avqust 2015 Dövlət başçısı kənd təsərrüfatı ilə bağlı sərəncamlar imzaladı, hökumətə tapşırıq verdi Azərbaycan nefti 50 dollardan aşağı enir Rusiyanın ən varlı qadınlarının adları açıqlanıb Gömrük hüquqpozmalarının statistikası Qazaxıstan pulu ölür Türkiyə növbədənkənar seçkiyə gedir. İlkin tarix bəllidir Məhkəmə istintaqı bitdi Rusiyalıları nə qorxudur? (Rəy sorğusunun nəticələri) Müsavatdan Ədliyyə Nazirliyinə kimlər şikayət edib? Təngənin çökməsi Azərbaycana təsir edəcəkmi? Yunanıstanın baş naziri istefa verib xalqdan dəstək istədi Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib Dövlət qulluğuna qəbul: 2850 iddiaçının olduğu müsabiqənin nəticələri açıqlanıb Prokuror jurnalistə 9 il həbs cəzası istədi Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olunub İki nazirlik razılaşma imzalayıb: dərman vasitələri bazarına nəzarət güclənir 51 siyasi partiyanın MSK-ya illik maliyyə hesabatı Mərkəzi Bank banklara dollar kursu qoydu: 1,055 manat 7 ayda Azərbaycanda idxal əməliyyatları 2014-cü ilə nisbətən 8,61 faiz artıb Azərbaycan nefti 47 dollardan aşağı düşüb Sabiq polis zabiti Şahlar Şahlarzadə həbs edilib Manatın keçmiş sovet respublikalarının milli valyutalarına rəsmi kursu

Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

  • Upload
    ngodien

  • View
    232

  • Download
    4

Embed Size (px)

Citation preview

Page 1: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Xəbər bülleteni № 6http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38

E-mail: info©transparency.az

Avqust 2015

Dövlət başçısı kənd təsərrüfatı ilə bağlı sərəncamlar imzaladı, hökumətə tapşırıq verdi

Azərbaycan nefti 50 dollardan aşağı enir Rusiyanın ən varlı qadınlarının adları açıqlanıb Gömrük hüquqpozmalarının statistikası Qazaxıstan pulu ölür Türkiyə növbədənkənar seçkiyə gedir. İlkin tarix bəllidir Məhkəmə istintaqı bitdi Rusiyalıları nə qorxudur? (Rəy sorğusunun nəticələri) Müsavatdan Ədliyyə Nazirliyinə kimlər şikayət edib? Təngənin çökməsi Azərbaycana təsir edəcəkmi? Yunanıstanın baş naziri istefa verib xalqdan dəstək istədi Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib Dövlət qulluğuna qəbul: 2850 iddiaçının olduğu müsabiqənin

nəticələri açıqlanıb Prokuror jurnalistə 9 il həbs cəzası istədi Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olunub İki nazirlik razılaşma imzalayıb: dərman vasitələri bazarına nəzarət

güclənir 51 siyasi partiyanın MSK-ya illik maliyyə hesabatı Mərkəzi Bank banklara dollar kursu qoydu: 1,055 manat 7 ayda Azərbaycanda idxal əməliyyatları 2014-cü ilə nisbətən 8,61 faiz

artıb Azərbaycan nefti 47 dollardan aşağı düşüb Sabiq polis zabiti Şahlar Şahlarzadə həbs edilib Manatın keçmiş sovet respublikalarının milli valyutalarına rəsmi kursu Ədliyyə Nazirliyi Müsavatdan şikayət üzrə araşdırmaları davam etdirir Azərbaycanın ixracı ötən ilə nisbətən 43,60 faiz azalıb Nazirlik istehlak bazarına nəzarəti gücləndirdi, cəza xəbərdarlığı etdi Dövlət Sosial Müdafiə Fondu əcnəbilərlə bağlı hesabat yayıb Bakıda yeni tikililər ucuzlaşıb Vergilər Nazirliyi gördüyü işlərə dair 6 hesabat yayıb Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı”na hazırlaşır Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib

Page 2: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Nikah qaydasındakı yeniliklə bağlı hesabat açıqlanıb Avropada daşınmaz əmlak bahalaşır. Rusiya və Azərbaycanda vəziyyət

fərqlidir Rabitə müəssisələrinin xidmət göstərdiyi fiziki və hüquqi şəxslər

haqqında vahid məlumat bazası yaradılır MSK seçki dairələrini yenidən yaratmağa ehtiyac görmür

Təhlil

Vüqar Bayramov: “Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür”

Vəzifəli şəxslər nə qədər maaş alır? Son il yarımda Azərbaycan nefti 70 dollardan çox ucuzlaşıb Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin pensiyasına

əlavələr olur? Naxçıvan Muxtar Respublikasının 7 aylıq sosial-iqtisadi göstəriciləri Beynəlxalq Bankın İdarə Heyətinin sədri planları açıqlayıb Son 20 ildə Azərbaycanın iqtisadi artım tempi necə dəyişib? Azərbaycanla İranın enerji əməkdaşlığı (Dövlət agentliyindən yeni

şərh) Ekspert valyuta burulğanından çıxış yolu göstərir İqtisadçı: “Mərkəzi Bank manat əmanətlərinin indeksasiyasını həyata

keçirməlidir” Samir Əliyev: “Ölkədən güclü kapital axını var” Ekspert nefti ucuzlaşdıran amilləri şərh edir Sabiq nazir: “Azərbaycanın iqtisadi təlatümlərdən az itki ilə çıxmağa

imkan verən resursları var” Ekspert Mərkəzi Bankı strategiyasız taktikalarda günahlandırır Daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib? Keçmiş maliyyə naziri hökumətə təkliflər verdi Torpaqları mühafizə zonaları Pensiyaya nə vaxt çıxırlar? Hüquq müdafiəçisi Bəhruz Hacıyevin ölümü ilə bağlı araşdırma aparır

Dövlət başçısı kənd təsərrüfatı ilə bağlı sərəncamlar imzaladı, hökumətə tapşırıq verdi20.08.2015

Page 3: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Prezident İlham Əliyev avqustun 19-da iki sərəncam imzalayıb. Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncama görə, ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılır.

Transparency.az xəbər verir ki, ikinci sərəncam heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqındadır. Sərəncama əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilir. Nazirlər Kabineti süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində hazırlamalıdır.

Azərbaycan nefti 50 dollardan aşağı enir20.08.2015

Dövlət Neft Şirkətinin 20 avqust məlumatına görə, London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 2,33 faiz və ya 1,16 dollar azalaraq 48,47 dollar olub.

Transparency.az bildirir ki, bu gün Nyu-York birjasında “Layt” markalı neftin barreli 40,56 dollara, London birjasında “Brent” markalı neftin barreli 46,91 dollara satılır.

Azərbaycan Respublikasının 2015-ci il büdcəsində neftin bir barrelinin qiyməti 90 dollardan hesablanır. Gələn ilin dövlət büdcəsində qiymətin 50 dollardan götürüləcəyi bəyan edilib.

Page 4: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Rusiyanın ən varlı qadınlarının adları açıqlanıb20.08.2015

“Forbes” jurnalı Rusiyanın 50 ən varlı qadınının adlarını açıqlayıb (Siyahı). Transparency.az xəbər verir ki, avqustun 20-də yayılan reytinq cədvəlinə Moskvanın sabiq meri (1992-2010-cu illər) Yuri Lujkovun xanımı Yelena Baturina başçılıq edir. Onun varidatı 1 milyard dollardır.Varlı qadınlar siyahısının ikinci pilləsində “Sodrujestvo” Şirkətlər Qrupunun rəhbəri Nataliya Lusenko (550 milyon dollar), üçüncü pilləsində “TAİF” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Quzeliya Safina (430 milyon dollar) yer alıb.

Gömrük hüquqpozmalarının statistikası20.08.2015

Bu ilin 7 ayında (yanvar-iyul) gömrük hüquqpozmaları ötən ilin müvafiq dövrünə nisbətən artıb. Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, cinayət xarakterli 355 fakt aşkar edilib. Keçən ilin 7 ayında 204 belə fakt qeydə alınmışdı.

Qaçaqmalçılıq faktları 51 fakt artaraq 193-ə çatıb. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar da 45 fakt artaraq 140 olub.

Rəsmi məlumata görə, gömrük ödənişlərindən yayınma halları azalıb. Keçən ilin 7 ayında 5 belə hal qeydə alınmışdı, bu il rəqəm 2-yə düşüb.

7 ayda gömrük hüquqpozmalarına görə təqsirləndirilən şəxslərin sayı 406 nəfər göstərilir. Bu, ötən ilin 7 ayının göstəricisi ilə müqayisədə 166 nəfər çoxdur.

Qazaxıstan pulu ölür20.08.2015

Page 5: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Qazaxıstanın milli valyutası təngə avqustun 20-də dollar qarşısında 35,5% dəyərdən düşüb. Bu, hökumətin milli valyutanın kursunu sərbəst buraxmaq qərarından dərhal sonra baş verib.

Transparency.az xəbər verir ki, bu gün Qazaxıstan Fond Birjasında milli valyuta 66,88 təngə ucuzlaşıb. Hazırda 1 dollar üçün 255,26 təngə ödəmək lazım gəlir. Avqustun 19-da 1 dollar 188,38 təngəyə bərabər olub.

Təngənin çökməsi Qazaxıstanla vahid iqtisadi məkanda olan qonşu Rusiyada rublun kəskin devalvasiyası və dünya bazarında neftin ucuzlaşması ilə əlaqədardır.

Türkiyə növbədənkənar seçkiyə gedir. İlkin tarix bəllidir20.08.2015

Avqustun 20-də Türkiyənin Mərkəzi Seçki Komissiyası dörd parlament partiyasına Böyük Millət Məclisinə növbədənkənar seçkinin noyabrın 1-də keçirilməsi təklifi göndərib.

Bu il iyunun 7-si Türkiyədə yeni parlament seçilib. Ədalət və İnkişaf Partiyası (AKP) 550 yerlik parlamentdə 258, Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) hərəyə 80 yer götürüblər.

Hökumət qurmaq üçün azı 276 səs lazım olduğundan koalisiya lazım gəlib. İyulun 9-da Türkiyə prezidenti AKP liderinə hökumət qurmaq səlahiyyəti verib. Hökumət həmin gündən

Page 6: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

başlayaraq 45 gün ərzində qurulmalıdır. Əks halda növbədənkənar parlament seçkisi keçirilməlidir. Müddət avqustun 23-də bitir.

Avqustun 18-də AKP sədri, baş nazir Əhməd Davudoğlu yeni hökumətin qurulması ilə bağlı səlahiyyəti prezident Rəcəb Teyyub Ərdoğana təhvil verib. O, yeni hökuməti formalaşdıra bilmədiyini bəyan edib.

Türkiyə Konstitusiyasına görə, növbədənkənar seçkiyə qədər ölkəni parlament partiyaları təmsilçilərindən ibarət müvəqqəti hökumət idarə etməlidir. CHP və MPH müvəqqəti hökumətdə yer almaqdan imtina ediblər.

Məhkəmə istintaqı bitdi20.08.2015

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılın işi üzrə prosesi yekunlaşdırır.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də tutulub. O, özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.

39 yaşlı Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

APA-nın məlumatına görə, avqustun 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Vergilər Departamentinin vergi müfəttişi İmran Nurməmmədov ifadə verib. O, Xədicə İsmayılın imzası olan hər hansı sənədin üzə çıxmadığını, lakin onun büro rəhbəri kimi radiodakı qanun pozuntularına cavabdeh olduğunu deyib. Bakı Vergilər Departamentinin digər vergi müfəttişi Elçin Əliyev ifadəsində Xədicə İsmayılın Xarici İşlər Nazirliyində xarici jurnalist kimi akkreditasiyadan keçməyərək fəaliyyət göstərdiyini, bununla da qanun pozuntusuna yol verdiyini vurğulayıb.

Bununla da məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror məhkəmədən sabahadək vaxt istəyib.

Page 7: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Xədicə İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları jurnalistin işinə bu ilin fevralında əlavə olunub.

Rusiyalıları nə qorxudur? (Rəy sorğusunun nəticələri)20.08.2015

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkənin 46 bölgəsinin (respublika, diyar, vilayət) 130 yaşayış məntəqəsində sosioloji sorğu keçirib. İyulun 25-26-da keçirilən sorğuya 1600 nəfər qatılıb.

Transparency.az-ın məlumatına görə, respondentlərin 58%-i beynəlxalq münaqişələr ehtimalından, 53%-i əmanətlərinin dəyərdən düşməsi ehtimalından qorxduğunu bildirib. Rusiyalıların 44%-i səhhətindəki problemlərdən qorxur.

Ölkədə siyasi, milli, dini zəmində münaqişələrin, iğtişaşların yaranma ehtimalı 40%-i, cinayətkarlığın baş alıb getməsi ehtimalı 39%-i narahat edir.

Maaşın kəsilməsi, daha az ödənişli işə keçmək ehtimalı 39%-i qorxuya salır. 24% iş yerini itirməyi real təhlükə sayır.

Rusiyalıların 37%-i təbii fəlakət ehtimalından, 15%-i ailədaxili problemlər ehtimalından çəkinir.

Müsavatdan Ədliyyə Nazirliyinə kimlər şikayət edib?20.08.2015

Ədliyyə Nazirliyi Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilmiş 8-ci qurultayının nəticələrinin ləğvinə çağıran müraciəti araşdırmağa başlayıb.

Page 8: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Müsavatın 8-ci qurultayında başqan seçkisi olub. Həmin seçkidə Arif Hacılı 228 səslə qalib gəlib. 200 səs toplamış Qubad İbadoğlu və tərəfdarları seçkidə pozuntular olduğunu iddia edib, nəticələri tanımayıb, növbədənkənar qurultay keçirmək istiqamətində çalışıb. Bundan sonra narazıların bir qismi, o cümlədən Qubad İbadoğlu partiyadan çıxarılıb.

Qubad İbadoğlu hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) rəhbərlik edir. Həmin qurumun bir qrup üzvü avqustun 10-da Ədliyyə Nazirliyinə Müsavatın 8-ci qurultayının nəticələrinin ləğvinə çağıran müraciət göndərib.

Müsavat başqanının müavini Elman Fəttah Transparency.az-a deyib ki, müraciəti ADR üzvü olan sabiq müsavatçılar Ellada Məmmədli, Rövşən Dəmirli, Əlövsət Əhədoğlu, Rüfət Əliyev, Kamil Xəlilbəyli və başqaları, ümumilikdə 15 nəfərə yaxın şəxs imzalayıb.

Avqustun 19-da Ədliyyə Nazirliyinə dəvət olunan Elman Fəttah Müsavatın 8-ci qurultayı ilə bağlı sorğu-suala tutulub. O, Ədliyyə Nazirliyi rəsmisinə sualları yazılı şəkildə Müsavat Partiyasına göndərməyi məsləhət görüb.

Elman Fəttah Transparency.az-a açıqlamasında əlavə edib ki, 2014-cü ildə Müsavatın qurultayının nəticələrinə dair sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub və partiya ilə bağlı reyestr qeydiyyatı başa çatıb. Başqan müavininin qənaətinə görə, 8-ci qurultaydan az qala bir il ötəndən sonra Ədliyyə Nazirliyinə şikayət göndərilməsi və bununla bağlı araşdırmalara başlanması hakimiyyətin partiyanın fəaliyyətinə əngəl yaratmaq cəhdidir.

Təngənin çökməsi Azərbaycana təsir edəcəkmi?20.08.2015

Qazaxıstan pulu təngə avqustun 20-də dollar qarşısında 35%-dən çox dəyər itirib. Buna hökumətin milli valyutanın kursunu sərbəst buraxmaq qərarı səbəb olub.

Prezident Nursultan Nazarbayev bəyan edib ki, milli valyutanın kursunu sərbəst buraxmağın alternativi yoxdur. O, təkcə 2015-ci ildə təngənin kursunu sabit saxlamağa 10 milyard dollar xərcləndiyini vurğulayıb.

Qazaxıstan pulunun ucuzlaşması Azərbaycana təsir edə bilərmi? Transparency.az-ın bu sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, təngənin devalvasiyası Azərbaycana birbaşa təsir etməsə də, psixoloji təsirlər olacaq: “Çünki hər iki ölkə indi qiymətdən düşən neftdən asılı olan, siyasi və iqtisadi sistemləri bənzər ölkələrdir”.

Page 9: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Qazaxıstan Azərbaycanın xarici ticarət dövriyyəsində və ixracında ilk 15 ölkə arasında yoxdur. İdxalda isə Qazaxıstan 15-ci yerdədir. Bunu əsas gətirən ekspertlər təngənin 20 avqust devalvasiyasının Azərbaycana təsirinin az olacağını proqnozlaşdırır.

Yunanıstanın baş naziri istefa verib xalqdan dəstək istədi21.08.2015

Yunanıstanda hakim koalisiyaya öncüllük edən SİRİZA Partiyasının lideri Aleksis Sipras avqustun 20-də baş nazir postundan istefa verib. Transparency.az-ın məlumatına görə, xalqa müraciətində hökumət başçısı növbədənkənar parlament seçkisində SİRİZA-ya yenidən etimad göstərilməsini istəyib.

Bu ilin yanvarında hakimiyyətə gələn Aleksis Sipras hökumətinin qəfil istefası Avropa kreditorları ilə razılaşmaların koalisiyada, özəlliklə SİRİZA Partiyasında ikitirəlik yaratması ilə bağlıdır. Böhran içində çapalayan ölkəyə 86 milyard avroluq yardım paketini nəzərdə tutan razılaşma parlamentdə səsə qoyulan zaman SİRİZA Partiyasının sol qanadı müxalif mövqe tutub və sənəd çətinliklə qəbul olunub. İstefa verməklə növbədənkənar parlament seçkisinə yol açan Aleksis Sipras narazıların müqavimətini qırmaq üçün islahatlar paketinə xalqdan dəstək almaq niyyətindədir.

Ötən ay avro zonası ölkələrinin liderləri Yunanıstanla bağlı qərar çıxarıblar. Qərara əsasən, 2015-2018-ci illərdə Yunanıstana 86 milyard avro yardım ediləcək. Yunanıstan hökumətinin yardım müqabilində boyun olduğu islahat paketi vergilərin artırılmasını, hökumətdə struktur dəyişikliklərini, pensiya yaşının tədricən artırılmasını və başqa məsələləri nəzərdə tutur.

Yunanıstanın Avropa Sabitlik Mexanizminə, Avropa Mərkəzi Bankına, Beynəlxalq Valyuta Fonduna, ayrı-ayrı Avropa ölkələrinə, o cümlədən Almaniyaya, Fransaya, bəzi şəxsi kreditorlara üst-üstə 300 milyard avrodan çox borcu var.

Page 10: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib21.08.2015

Avqustun 21-də AZƏRTAC-ın yaydığı məlumata görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 52 sent bahalaşaraq 41,32 dollar, London birjasında “Brent” markalı neftin bir barreli 1,05 dollar ucuzlaşaraq 46,11 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 0,38 dollar düşərək 48,09 dollar təşkil edib.

“Brent” markalı neftin bir barreli bu il yanvarın 14-dən ən aşağı səviyyəyə çatıb.

“Layt” markalı neftin bir barrelinin dünənki qiyməti isə (40,81 dollar) 2009-cu ilin martından bəri ən aşağı səviyyə sayılır.

Dövlət qulluğuna qəbul: 2850 iddiaçının olduğu müsabiqənin nəticələri açıqlanıb21.08.2015

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsi üçün bu il aprelin 15-də elan etdiyi müsabiqə başa çatıb.

Avqustun 21-də AZƏRTAC-ın yaydığı rəsmi hesabata görə, müsabiqədə iştirak etmək üçün dövlət komissiyasında 2850 namizəd qeydə alınıb. Namizədlərdən 999-u (35,05 faizi) test imtahanında iştirak etməyib. Test imtahanında iştirak edən 1851 namizəddən 548 nəfər (19,23 faiz) müsabiqənin ilk mərhələsini uğurla başa vurub.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş 434 namizəddən 35 nəfəri müsahibə mərhələsinə qatılmayıb. Namizədlərdən 119-u vəzifəyə uyğun hesab edilib. Müsahibələrin nəticələri üzrə ümumilikdə 21 apellyasiya şikayəti olub. Bunlardan 19-u təmin olunmayıb. İki

Page 11: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 1 namizəd vəzifəyə uyğun hesab edilib.

Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Artıq onlardan 25-i vakant dövlət qulluğu vəzifələrinə təyin olunub.

Prokuror jurnalistə 9 il həbs cəzası istədi21.08.2015

Avqustun 21-də dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərək jurnalist Xədicə İsmayıla 9 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Xəbəri “Azadlıq” radiosu yayıb.

Dövlət ittihamçısı çıxışında qeyd edib ki, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, Vergi Məcəlləsinin 101-ci maddəsinə (Gəlir vergisinin dərəcəsi) uyğun olaraq vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

Prokuror əlavə edib ki, Xədicə İsmayılın Bakı bürosuna rəhbərlik etdiyi sonuncu bir ildə “Azadlıq” radiosu lisenziyasız fəaliyyət göstərib.

Dövlət ittihamçısı deyib ki, Xədicə İsmayıl zərərçəkən Tural Mustafayevi özündən maddi asılılığa məcbur edib, sonradan imkansız vəziyyətə düşən Tural Mustafayev əvvəlki durumunu bərpa etmək üçün dəfələrlə Xədicə İsmayıla onu bağışlaması üçün yalvarıb, ancaq Xədicə İsmayıl onu bağışlamayıb və bununla da Tural Mustafayev intihar həddinə çatıb.

Proses avqustun 26-da davam edəcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Sonradan jurnalistin işinə külli

Page 12: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əlavə edilib.

Xədicə İsmayıl 1976-cı ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olunub21.08.2015

Prezident İlham Əliyev peşə bayramını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif olunmasına sərəncam verib. Təltif olunanların siyahısı:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni iləRzayev Vüsal Sabir oğlu — general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləYüsifov Akif İsaxan oğlu — general-mayor

“Vətən uğrunda” medalı iləHacıyev Niyazi Xanbaba oğlu — general-leytenant

Bayramov Sabir Cümşüd oğlu — polkovnik

Məmmədov Müşviq Camal oğlu — polkovnik

Qənbərov Tofiq Həzrət oğlu — polkovnik

Suleymanov Gülü İmdat oğlu — polkovnik-leytenant

Ələddinov Əli Xeyrəddin oğlu — polkovnik-leytenant

Bityayev Mixail Mixayloviç — polkovnik-leytenant

Heydərov Elçin Yolçu oğlu — polkovnik-leytenant

“İgidliyə görə” medalı iləMəmmədov Elçin Surəddin oğlu — polkovnik

Page 13: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Ağayev Hikmət Səttar oğlu — polkovnik

Hüseynov İlqar Ramiz oğlu — polkovnik-leytenant

Əlmərdanov Vüqar Ələddin oğlu — polkovnik-leytenant

Zeynalov Elsevər Elçin oğlu — mayor

Bəxtiyarov Rəşad Tapdıq oğlu — mayor

Ələkbərov Tofiq İsgəndər oğlu — mayor

Bunyatov Zabulla Hənnan oğlu — mayor

“Hərbi xidmətlərə görə” medalı iləMirzəyev Vüqar Böyükbəy oğlu — polkovnik

Qəmərli Ceyhun Rafiq oğlu — polkovnik

İbrahimov Elşad Qulaməli oğlu — polkovnik-leytenant

Qədirov Vasif Vahid oğlu — polkovnik-leytenant

Salahov Rauf Balaqardaş oğlu — polkovnik-leytenant

Osmanov Sahib Əlikram oğlu — mayor

Alpaşayev Elman Hacıəhməd oğlu — mayor

Hüseynov Vüsal Elşad oğlu — mayor

Dadaşov Nail Nadir oğlu — mayor

Paşayev Şahin Ağadayı oğlu — mayor

Hüseynov Polad Cəmil oğlu — mayor

Quliyev Sabit Bəkir oğlu — mayor

Fətəliyev Səxavət İskəndər oğlu — mayor

Əsədov Həmid Arif oğlu — tibb xidməti mayoru

Page 14: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

İsmayılov Cabir Hüseyn oğlu — kapitan

Əliyev Yalçın Gülhüseyn oğlu — gizir

Hüseynov Azər Aydın oğlu — gizir

Heydərov Tərlan Əbdülxalıq oğlu — gizir

Əliyev Elvir Tofiq oğlu — gizir

Zeynalov Samir Sahib oğlu — baş çavuş

Qafarov Zəki Arif oğlu — baş çavuş

Vəliyev Səbuhi Məmmədağa oğlu — baş çavuş.

İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə-Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilməsi barədə də sərəncam imzalayıb.

Transparency.az qeyd edir ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

İki nazirlik razılaşma imzalayıb: dərman vasitələri bazarına nəzarət güclənir21.08.2015

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb. Avqustun 21-də İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı rəsmi məlumata görə, razılaşma dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə (Dərman vasitələrinin qiymətlərinin göstərilməsi üsulları) və bu qiymətlərin Tarif (qiymət) Şurasında təsdiq edilmiş qiymətlərə (Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib) uyğunluğuna birgə nəzarəti nəzərdə tutur.

Page 15: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

51 siyasi partiyanın MSK-ya illik maliyyə hesabatı21.08.2015

Mərkəzi Seçki Komissiyasının saytında 51 siyasi partiyanın illik maliyyə hesabatı yerləşdirilib. Transparency.az bildirir ki, dövlət qeydiyyatında olan 55 partiyadan 4-ü hesabat təqdim etməyib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar bunlardır: Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.

2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliyə əsasən, siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

Siyasi partiyaların 2014-cü il üzrə maliyyə hesabatları

Mərkəzi Bank banklara dollar kursu qoydu: 1,055 manat21.08.2015

Mərkəzi Bank valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib. APA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib: “Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi

Page 16: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Bank rəhbərliyi kommersiya banklarına xəbərdarlıq edib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün“.

Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.

Transparency.az qeyd edir ki, Qazaxıstan pulu təngə avqustun 20-də dollar qarşısında 35%-dən çox dəyər itirib. Buna hökumətin milli valyutanın kursunu sərbəst buraxmaq qərarı səbəb olub.

Həftə ərzində Rusiya rublu da dollar qarşısında geriləyib. Avqustun 17-də 64,94 rubla satılan 1 dollar avqustun 21-də 66,96 rubla təklif olunub.

7 ayda Azərbaycanda idxal əməliyyatları 2014-cü ilə nisbətən 8,61 faiz artıb24.08.2015

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda gömrük orqanları xətti ilə büdcə daxilolmaları 906 927,68 min manat olub. Büdcəyə gömrük rüsumları üzrə 246 932,40 min manat, əlavə dəyər vergisi üzrə 599 090,62 min manat, aksizlər üzrə 49 905,49 min manat, yol vergisi üzrə isə 10 999,17 min manat məbləğində vəsait ödənilib.

7 ayda ölkədə ticarət əməliyyatlarının həcmi 12 777 904,17 min ABŞ dolları məbləğində olub. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bunun 5 305 379,62 min dolları idxal əməliyyatları, 7 472 524,55 min dolları isə ixrac əməliyyatları üzrə həyata keçirilib.

Yanvar-iyul aylarında Azərbaycanda idxal əməliyyatları 2014-cü ilin müvafiq dövrünə nisbətən 8,61 faiz artıb. İdxal əməliyyatlarının 1 026 278,54 min dolları dövlət sektorunun, 4 086 703,77 min dolları özəl sektorun payına düşür.

Azərbaycan nefti 47 dollardan aşağı düşüb24.08.2015

Page 17: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

“AzəriLayt” markalı neftin bir barreli London birjasında 1,86 dollar ucuzlaşaraq 46,23 dollar olub. Xəbəri avqustun 24-də AZƏRTAC yayıb.

Digər markalara gəlincə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 39,21 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 44,32 dollara satılır.

Transparency.az xatırladır ki, Azərbaycan Respublikasının 2015-ci il büdcəsində neftin bir barrelinin qiyməti 90 dollardan hesablanır. Gələn ilin dövlət büdcəsində qiymətin 50 dollardan götürüləcəyi bəyan edilib.

Sabiq polis zabiti Şahlar Şahlarzadə həbs edilib24.08.2015

Mingəçevir Şəhər Polis Şöbəsində baş vermiş ölüm hadisəsinə görə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş Şahlar Şahlarzadə həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov avqustun 24-də APA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, Mingəçevir Şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə — ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilir. Məhkəmənin qərarı ilə Şahlar Şahlarzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya görə, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir şəhər sakini Bəhruz Hacıyev polis şöbəsinə gətirilib, inzibati binadakı xidməti otaqlardan birində dindirilərkən özünü pəncərədən aşağı atıb.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub: “Daxili təhqiqatın yekununa əsasən, daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar

Page 18: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub”.

Bəhruz Hacıyevin yaxınları onun intihar etməsi versiyasına inanmır, işgəncə ilə öldürüldüyünü iddia edir.

Manatın keçmiş sovet respublikalarının milli valyutalarına rəsmi kursu24.08.2015

Transparency.az Mərkəzi Banka istinadla manatın keçmiş SSRİ məkanı ölkələrinin milli valyutalarına rəsmi kursunu təqdim edir:

100 Belarus rublu — 0.0062 manat

1 gürcü larisi — 0.4457 manat

1 Qazaxıstan təngəsi — 0.0043 manat

1 qırğız somu — 0.0167 manat

1 Moldova leyi — 0.0552 manat

100 özbək somu — 0.0404 manat

1 Rusiya rublu — 0.0152 manat

1 tacik somonisi — 0.1664 manat

1 yeni türkmən manatı — 0.2993 manat

1 Ukrayna qrivnası — 0.0464 manat.

Avqustun 24-də Mərkəzi Bank manatın 1 ABŞ dollarına kursunu 1.047 manat, 1 avroya məzənnəsini 1.1994 manat müəyyən edib.

1 ingilis funt sterlinqi 1.6421 manata, 1 İsveçrə frankı 1.1109 manata satılır.

Page 19: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

1 türk lirəsinin kursu 0.3529 manat, 100 İran rialının məzənnəsi 0.0035 manatdır.

Ədliyyə Nazirliyi Müsavatdan şikayət üzrə araşdırmaları davam etdirir24.08.2015

“Müsavat Partiyasının 8-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciət əsasında Ədliyyə Nazirliyində araşdırmalar davam edir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası üzvlüyündən xaric olunmuş Əlövsət Əhədoğlu deyib. O bildirib ki, avqustun 24-də Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb: “Mənə bildirdilər ki, müraciətlə bağlı araşdırmalar davam edir və nəticə açıqlanacaq. Araşdırma tələb olunan müraciətlərə cavab verilmə müddəti bir aydır. Biz avqustun 7-də müraciət etdiyimizdən sentyabrın 7-dək bizə cavab veriləcəyi bildirilib. Ehtiyac olsa, məni də dəvət edəcəklər”.

Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilmiş 8-ci qurultayında başqan seçkisi olub. Həmin seçkidə Arif Hacılı qalib gəlib. Bəzi müsavatçılar seçkidə pozuntular olduğunu iddia edib, nəticələri tanımayıb, növbədənkənar qurultay keçirmək istiqamətində çalışıb. Bundan sonra narazıların bir qismi partiyadan çıxarılıb.

Müsavat başqanının müavini Elman Fəttahın açıqlamasına görə, Ədliyyə Nazirliyinə Müsavatın 8-ci qurultayının nəticələrinin ləğvinə çağıran müraciəti sabiq müsavatçılar Ellada Məmmədli, Rövşən Dəmirli, Əlövsət Əhədoğlu, Rüfət Əliyev, Kamil Xəlilbəyli və başqaları, ümumilikdə 15 nəfərə yaxın şəxs imzalayıb.

Avqustun 19-da Ədliyyə Nazirliyinə dəvət olunan Elman Fəttah Müsavatın 8-ci qurultayı ilə bağlı sorğu-suala tutulub. O, Ədliyyə Nazirliyi rəsmisinə sualları yazılı şəkildə Müsavat Partiyasına göndərməyi məsləhət görüb.

Azərbaycanın ixracı ötən ilə nisbətən 43,60 faiz azalıb18.08.2015

Page 20: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Bu ilin 7 ayında Azərbaycanın ixracı ötən ilin müvafiq dövrünə nisbətən 43,60 faiz azalıb. Transparency.az saytı Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixracda dövlət sektorunun payı çoxdur: 6 milyard 666 milyon dollar.

Yanvar-iyul aylarında ixracda özəl sektorun payı 697 milyon 603 min dollar, fiziki şəxslərin payı isə 108 milyon 795 min manat olub.

Müstəqil Dövlətlər Birliyi ölkələri içində Belarusa ixrac 51,43 faiz, Qazaxıstana 63,05 faiz, Qırğızıstana 83,94 faiz, Özbəkistana 70,3 faiz, Rusiyaya 40,32 faiz, Ukraynaya 64,8 faiz azalıb.

7 ayda Türkmənistan ixrac 10,46 faiz, Moldova 79,37 dəfə, Tacikistana 204,43 faiz artıb.

Avropa İttifaqı ölkələrinə ixracda 31,78 faiz azalma var. Almaniyaya ixrac 15,81 faiz, Avstriyaya 14,78 faiz, Böyük Britaniyaya 96,53 faiz, Fransaya 39,34 faiz azalıb.

Belçikaya ixrac 25,48 dəfə, Çexiyaya 86,79 faiz, Finlandiyaya 205,45 faiz artıb.

Nazirlik istehlak bazarına nəzarəti gücləndirdi, cəza xəbərdarlığı etdi20.08.2015

Avqustun 20-də İqtisadiyyat və Sənaye Nazirliyi rəsmi açıqlama yayıb. Açıqlamada qeyd

Page 21: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

olunur ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir: “Son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də araşdırmalara başlanıb. Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanuna müvafiq tədbirlər görüləcək”.

Dövlət Sosial Müdafiə Fondu əcnəbilərlə bağlı hesabat yayıb21.08.2015

2015-ci il avqustun 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,73 faiz artıb. İyul ayı ərzində əlavə olaraq 584 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 603 nəfərə yüksəlib.

Transparency.az Dövlət Sosial Müdafiə Fondunun rəsmi portalına istinadla bildirir ki, ümumilikdə 109 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları (13 091 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 814 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 512 nəfərə çatıb.

İlk beşliyi İran İslam Respublikası (944) və Çin Xalq Respublikası (835) tamamlayır.

Bakıda yeni tikililər ucuzlaşıb21.08.2015

Page 22: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

“MBA Consulting Group” şirkətinin iyul ayı üzrə hesabatına görə, Bakının ilkin mənzil bazarında təklif olunan təmirsiz evlərin qiyməti düşüb. Transparency.az xəbər verir ki, orta təklif qiyməti kvadratmetri 1116 dollardan 7,17 faiz azalaraq 1036 dollara (1170 manatdan 1087 manata) düşüb.

İlkin mənzil bazarında təklif edilən evlərin əksər hissəsi kvadratmetri 1000 dollara qədər olan ucuz mənzillərdir (ümumi portfelin 53,6 faizi).

Qiyməti 1000-1500 dollar aralığında olan orta mənzillərə düşən pay isə 38 faizdir.

Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq kvadratmetr üçün 765 və 1195 dollardır.

Ümumi təklif portfelinin qalan 8,4 faizi isə kvadratmetri 1500 dollardan yuxarı olan bahalı mənzillərdir. Burada qeydə alınan orta qiymət kvadratmetr üçün 2145 dollardır.

İlkin mənzil bazarında kvadratmetrin qiymətinə görə ən bahalı mənzil 2 otaqlı təmirsiz mənzil olub. Metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən 99 kvadratmetrlik mənzilin kvadratmetri 2800 dollara təklif edilib.

Ən ucuz mənzil isə Sabunçu rayonunda, Zabrat qəsəbəsində qeydə alınıb. Bu, ümumi sahəsi 80 kvadratmetr olan yeni 2 otaqlı mənzildir. Mənzilin bir kvadratmetri 450 dollardır.

Vergilər Nazirliyi gördüyü işlərə dair 6 hesabat yayıb24.08.2015

Page 23: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Vergilər Nazirliyi 2014-cü ildə gördüyü işlərə dair 6 hesabat yayıb. Transparency.az bildirir ki, www.taxes.gov.az-da dərc olunan rəsmi hesabatlar regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasını; açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planının icrası ilə bağlı görülmüş işləri; insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində milli fəaliyyət proqramında Vergilər Nazirliyinə həvalə olunmuş tədbirlərin icrasını; korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planının icrası ilə bağlı görülmüş işləri; məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün dövlət proqramının icrası yönündə həyata keçirilmiş tədbirləri; 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramının icrası ilə əlaqədar görülmüş işləri əhatə edir.

2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2014-cü il üzrə icrası barədə məlumatAçıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı 2014-cü ildə görülmüş işlərAzərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında Vergilər Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası üzrə 2014-cü il ərzində görülmüş işlər barədə məlumatKorrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə görülmüş işlərAzərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı üzrə   2014-cü il üzrə Vergilər Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən 2014-cü il ərzində görülmüş işlər barədə məlumat

Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı”na hazırlaşır25.08.2015

Page 24: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) sentyabr ayını “Təhlükəsiz iş aylığı” elan edib. Xidmətin rəisi Fuad Əlizadə bildirib ki, həyata keçirilən dövlət nəzarətinin nəticələrinə əsasən, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi normalarının daha çox pozulduğu iş sahələri sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var: “Gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq. Həmin iş yerlərində əməyin mühafizəsi və ümumən əmək münasibətləri sahəsində aşkar edilən nöqsanların, həmçinin işçilərin əmək müqaviləsi bağlanmadan və elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən, qeyri-leqal formada əmək fəaliyyətinə cəlb olunması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”.

Fuad Əlizadə əlavə edib ki, cari ilin birinci yarısında əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz, həmçinin istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 48,8 faiz azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib26.08.2015

Page 25: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) 25 avqust iclasında daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Xəbəri İqtisadiyyat və Sənaye Nazirliyi yayıb. Nazirlik xatırladır ki, Tarif Şurasının 30 iyul iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib: “Ümumilikdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox enib, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb. Bununla da dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il sentyabrın 15-dən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin tarixdən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

25 avqust iclasında daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və bunun üçün son müddət sentyabr ayının 10-dək müəyyən edilib”.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurasında təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli

Nikah qaydasındakı yeniliklə bağlı hesabat açıqlanıb27.08.2015

Page 26: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Səhiyyə Nazirliyinin mətbuat xidməti avqustun 26-da bəyan edib ki, 1 iyun 2015-ci ildən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib. Müayinədən keçən şəxslərin əksəriyyətinin sağlıq durumu qənaətbəxş olub.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ötən il oktyabrın 17-də Milli Məclis Ailə Məcəlləsinə dəyişikliklər edib. Yeniliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.

Digər dəyişikliyə görə, nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Tibbi müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər bunlardır: hemoqlobinopatiyalar (böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya); İİV/QİÇS; sifilis.

Avropada daşınmaz əmlak bahalaşır. Rusiya və Azərbaycanda vəziyyət fərqlidir31.08.2015

Page 27: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Daşınmaz əmlak sahəsində aparıcı beynəlxalq konsaltinq şirkəti CBRE-nin Avropa daşınmaz əmlakı bazarında apardığı monitorinqin son nəticələrinə görə, 2015-ci ilin ikinci rübündə qitədə bütün səviyyəli kommersiya daşınmaz əmlakın qiyməti 1,9 faiz artıb. Əsas rolu gəlirlərin dəyişməsi faktoru oynayıb.

AZƏRTAC “AS GROUP İnvestment” şirkətinə istinadla xəbər verir ki, rübün yekunlarına əsasən, ən yaxşı nəticələr Fransa və Böyük Britaniyada qeydə alınıb. Bu ölkələrdə bütün səviyyəli kommersiya daşınmaz əmlakının qiyməti müvafiq olaraq 3 faiz və 2,4 faiz artıb. Cənubi Avropada da kommersiya daşınmaz əmlakının qiyməti nəzərəçarpacaq dərəcədə (1,6 faiz) artıb.

Mərkəzi və Şərqi Avropada, Niderlanda bir neçə rüb davam edən enişdən sonra bütün səviyyəli daşınmaz əmlakın qiymətində 0,8 faiz artım müşahidə olunub. Ofislər sahəsində eniş qeydə alınsa da, sənaye və ticarət üzrə daşınmaz əmlakda müsbət dinamika nəzərə çarpır. Mərkəzi və Şərqi Avropada sənaye üzrə daşınmaz əmlakda canlanma müşahidə olunması ilə əlaqədar daşınmaz əmlakın qiyməti ötən rübə nisbətən 3 faiz artıb.

CBRE-nin Avropada, Yaxın Şərqdə və Afrikada konsaltinq qiymətləndirməsi üzrə şöbəsinin baş analitiki Metyu Edmonds vəziyyəti belə şərh edib: “Gəlirliliyin azalması yenə də Avropada bütün səviyyəli daşınmaz əmlakın aktivlərinin dəyərinin artmasına səbəb olub. Premium səviyyəli daşınmaz əmlaka yenə də ən böyük tələb var, amma investorlar daha çox riskə meyllənir, ikinci və üçüncü bazarlarda investisiya imkanları axtarır. Maliyyə resurslarının əhəmiyyətli hissəsinin məhz daşınmaz əmlak bazarına yönəldiyini nəzərə alsaq, biz mülayim artımın davam edəcəyini gözləyirik”.

Avropa bazarlarından fərqli olaraq Rusiyada investisiya fəallığında azalma, aktivlərin qiymətində eniş müşahidə olunur. 2015-ci ilin birinci yarısında kommersiya daşınmaz əmlakına yönələn investisiyalarının həcmi keçən ilin analoji müddətinə nisbətən 30 faiz azalıb. İnvestisiya qoyuluşunda əsas diqqət ən az riskli seqmentə — ofislərə yönəlib.

Mütəxəssislərin fikrincə, Azərbaycanın daşınmaz əmlak bazarında ötən ilin martından başlayan aktivliyin aşağı düşməsi davam edir. Təkrar mənzil bazarında aparılan araşdırmalar göstərir ki, ilin əvvəlindən başlayaraq bu vaxtadək dollarla ifadədə qiymətlərdə 23 faiz enmə müşahidə olunub. İyunda ümumi təkliflərin sayı 1590 olduğu halda bu rəqəm iyulda 1397 təşkil edib.

Page 28: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 35 faiz azalıb.

Rabitə müəssisələrinin xidmət göstərdiyi fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazası yaradılır25.08.2015

Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında (7 iyul 2005-ci il) dəyişikliklər edib. Avqustun 22-dən qüvvəyə minən yeni qərara (22 may 2015-ci il) əsasən, telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən aparılmalı, fiziki şəxslər üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə “Elektron hökumət” portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına salındıqdan sonra 24 saat müddətində təmin olunmalıdır.

Yenililik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla rabitə müəssisələrinin (operatorların) xidmət göstərdiyi fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasını formalaşdırmasını nəzərdə tutur.

Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin yeni qərara uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırıb telefon nömrələrinin satışını yalnız həmin qərara uyğun həyata keçirməlidir.

Page 29: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

MSK seçki dairələrini yenidən yaratmağa ehtiyac görmür25.08.2015

Seçki Məcəlləsinin 29-cu maddəsinə görə, MSK ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə təqdim etdiyi məlumatlar əsasında hər 5 ildən bir 125 seçki dairəsi yaramalıdır. Seçki dairələri seçicilərin orta təmsilçilik norması əsasında qurulur. Orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir.

Bu il noyabrın 1-də Milli Məclisə seçki keçiriləcək. Transparency.az-a danışan Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib ki, seçki dairələrini yenidən yaratmağa (Mövcud seçki dairələri) ehtiyac yoxdur: “Bu və ya digər dairədə seçki məntəqələrinin sayının dəyişməsi, seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması kimi dəyişikliklər həmişə olur. Bunun üçün 5 il gözləmirik, hər il seçici siyahıları yenidən təsdiqləndikdə Mərkəzi Seçki Komissiyası bu məsələləri həll edir. Dairələrin 5 ildən bir yaradılması öhdəliyi yoxdur. Zərurət yarananda hüdudlarda dəyişiklik ola bilər”.Transparency.az bildirir ki, Mərkəzi Seçki Komissiyası son dəfə 13 oktyabr 2014-cü il iclasında 6 seçki dairəsinin hüdudlarında dəyişiklik edib (Qərar). O zaman əsas yenilik 2 seçki dairəsi ilə bağlı olub. 44 saylı dairə Sumqayıt-Xızı seçki dairəsi, 50 saylı dairə isə Abşeron-Qobustan seçki dairəsi adlandırılıb.Bu il avqustun 19-da isə Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması barədə qərar çıxarıb. Qərar əsasən, 8 saylı Binəqədi birinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 46 saylı Şirvan, 55 saylı Xaçmaz şəhər, 58 saylı Hacıqabul-Kürdəmir, 60 saylı Salyan-Neftçala, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 75 saylı Lənkəran-Masallı, 84 saylı Füzuli, 86 saylı İsmayıllı, 91 saylı Ucar, 104 saylı Gədəbəy-Tovuz, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasiyaları daxilində əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

Page 30: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Təhlil

Vüqar Bayramov: “Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür”19.08.2015

Parlament bu ilin payız sessiyasında sosial mənzil fondunun yaradılması ilə bağlı müzakirələrə başlayacaq. Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev belə açıqlama verib.

Açıqlamanı müsbət qiymətləndirən iqtisadçı ekspert Vüqar Bayramov Transparency.az-a deyib ki, dövlət başçısının ipoteka proqramına əlavə 200 milyon manat vəsait ayırmaq göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması daha da aktuallaşıb: “Vətəndaşlara yüngül şərtlərlə ev sahibi olmaq imkanı verən sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ilə həll etmək mümkündür. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkənin buna vəsaiti var. Sosial mənzil fondlarının formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Məcəlləyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması planlaşdırılır. Qanun sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını, bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur.

Qanunun 108-ci maddəsində o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur.

Mənzillərin qiymətlərinin aşağı salınması üçün ən münasib yollardan biri sosial mənzil fondudur. Bu zaman dövlət artıq bazarda təklif edən tərəf olur, tələbin bir hissəsini sosial mənzil fondu qarşılayır və nəticədə qiymətlərin tənzimlənməsi imkanı yaranır.

Əhalinin sosial vəziyyətinə, mənzil probleminin həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiq mexanizmlərini formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır”.

Necə ipotekaya ehtiyac var?

Page 31: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Vəzifəli şəxslər nə qədər maaş alır?26.08.2015

Transparency.az ali vəzifəli şəxslərin, deputatların, hakimlərin və dövlət orqanlarının rəhbər işçilərinin maaşı haqqında arayışı təqdim edir.

Seçki Məcəlləsinin 209-cu maddəsinə (Prezidentin öz vəzifəsinə başlaması) görə, and içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15000 manat məbləğində aylıq vəzifə maaşı alır.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) görə, Milli Məclisin sədrinin aylıq əməkhaqqı 2250 manatdır.

Milli Məclis sədrinin birinci müavininə sədrin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavininə — 85 faizi, Milli Məclisin komitə və komissiya sədrinə — 80 faizi, Milli Məclisin komissiya sədrinin müavininə — 75 faizi, Milli Məclisin deputatına isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq əməkhaqqı verilir.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı maddəsində (Hakimlərin maddi təminatı) hakimlərin vəzifə maaşları belə müəyyən edilib:

- Ali Məhkəmənin sədrinə 2070 manat həcmində;

- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

Page 32: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

- ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

- digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

- bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

- bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları isə prezident sərəncamı ilə bu məbləğlərdə müəyyən edilib:

- baş nazir — 2230 manat

- baş nazirin birinci müavini — 1960 manat

- baş nazirin müavini — 1870 manat

- nazir, dövlət komitəsinin sədri, Dövlət Sosial Müdafiə Fondunun sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Neft Fondunun icraçı direktoru — 1750 manat

- mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri — 1450 manat

- nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — 1250 manat

- nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Neft Fondunun İcraçı direktorunun müavini, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini — 1160 manat

- mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan, icra hakimiyyəti orqanının rəhbərinin müavini — 1050 manat.

Page 33: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə belədir:

-  Bakı şəhəri — 1750 manat

- Gəncə və Sumqayıt şəhərləri — 1160 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

- əhalisinin sayı 100 min nəfərdən çox olduqda — 950 manat

- əhalisinin sayı 50-100 min nəfər olduqda — 900 manat

- əhalisinin sayı 50 min nəfərədək olduqda — 800 manat.

Transparency.az qeyd edir ki, “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanununun 2-ci maddəsinə (Keçmiş prezidentin pensiyası) əsasən, keçmiş prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır.

Milli Məclisin deputatının, hakimlərin və dövlət orqanlarının rəhbər işçilərinin pensiya təminatı isə “Əmək pensiyaları haqqında” qanuna (Qanun) uyğun olaraq həyata keçirilir.

Son il yarımda Azərbaycan nefti 70 dollardan çox ucuzlaşıb27.08.2015

2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır. O vaxtdan bəri dünya çapında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir. Transparency.az 2014-cü ilin martından – Krımın ilhaqından bəri dünya bazarında neftin qiymətinin necə dəyişdiyini araşdırıb.

Page 34: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Mart 2014: Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 104,92 dollara, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barreli 111,20 dollara satılır.Azərbaycan nefti “AzəriLayt”ın bir barrelinin qiyməti London birjasında 114,80 dollardır.

Aprel 2014: Nyu-York birjasında “Layt” markalı neft 101,58 dollara, London birjasında “Brent” markalı neft 107,76 dollara təklif olunur.“AzəriLayt” London birjasında 108,94 dollara satılır.

May 2014: “Layt” 99,74 dollar, “Brent” 108,07 dollar, “AzəriLayt” 111,13 dollardır.İyun 2014: “Layt” 102,47 dollara, “Brent” 108,83 dollara, “AzəriLayt” 111,69 dollara gedir.İyul 2014: “Layt” 105,37 dollara, “Brent” 112,36 dollara, “AzəriLayt” 113,92 dollara satılır.Avqust 2014: “Layt” 98,17 dollar, “Brent” 106,02 dollar, “AzəriLayt” 107,005 dollar olur.Sentyabr 2014: “Layt” 95,96 dollar, “Brent” 103,19 dollar, “AzəriLayt” 103,32 dollardır.Oktyabr 2014: “Layt” 91,16 dollara, “Brent” 94,67 dollara, “AzəriLayt” 96,57 dollara təklif olunur.Noyabr 2014: “Layt” 80,54 dollar, “Brent” 85,86 dollar, “AzəriLayt” 86,61 dollardır.Dekabr 2014: “Layt” 66,15 dollara, “Brent” 70,15 dollara, “AzəriLayt” 74,52 dollara satılır.Yanvar 2015: “Layt” 53,11 dollar, “Brent” 56,42 dollar, “AzəriLayt” 57,34 dollar olur.Fevral 2015: “Layt” 48,24 dollar, “Brent” 52,99 dollar, “AzəriLayt” 50,89 dollardır.Mart 2015: “Layt” 49,76 dollara, “Brent” 62,58 dollara, “AzəriLayt” 63,74 dollara təklif olunur.Aprel 2015: “Layt” 47,60 dollar, “Brent” 55,11 dollar, “AzəriLayt” 56,96 dollar olur.May 2015: “Layt” 59,63 dollar, “Brent” 66,78 dollar, “AzəriLayt” 66,87 dollardır.İyun 2015: “Layt” 59,80 dollara, “Brent” 65,17 dollara, “AzəriLayt” 65,30 dollara satılır.İyul 2015: “Layt” 59,47 dollar, “Brent” 63,59 dollar, “AzəriLayt” 63,66 dollar olur.Və… avqustun 27-də yayılan məlumata görə, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 38,60 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 43,14 dollara düşüb.

Azərbaycan nefti “AzəriLayt” markalı neftin bir barreli isə London birjasında 44,34 dollardır.

Bu o deməkdir ki, 2014-cü ilin fevral-mart-aprel aylarında Ukrayna torpaqlarının işğalı ilə başlayan iqtisadi basqı dalğasında “Layt” 66 dollar 32 sent, “Brent” 68 dollar 6 sent ucuzlaşıb.

Ən bahalı neft sayılan Azərbaycan nefti isə son il yarımda 70 dollar 46 sent dəyər itirib…

Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin pensiyasına əlavələr olur?27.08.2015

Page 35: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin əmək pensiyasına əlavələr olur? Transparency.az qanunun bu məsələni necə tənzimlədiyinə nəzər salıb.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda əmək pensiyaları üç hissədən ibarətdir: baza hissəsi, sığorta hissəsi, yığım hissəsi.

Pensiyanın baza hissəsi 100 manatdır.

Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği bu düsturla müəyyənləşir: SH = PSK/T.

SH — yaşa görə əmək pensiyasının sığorta hissəsi; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay, yəni 12 il).

Yığım hissəsinin məbləği yaş həddinə (azı 12 il sığorta stajı olan 63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar) uyğun olaraq bu düsturla müəyyən edilir: YH=PYK/T.

YH — yaşa görə əmək pensiyasının yığım hissəsi; PYK — sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalı; T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Yaşa görə əmək pensiyasının məbləği bu düsturla hesablanır: P=BH+SH+YH.

P- yaşa görə əmək pensiyası; BH — yaşa görə əmək pensiyasının baza hissəsi; SH — yaşa görə əmək pensiyasının sığorta hissəsi; YH — yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Qanun əmək pensiyasına əlavələri də nəzərdə tutur. Əlavələrin böyük bir qismi dövlət və hökumət qurumlarında çalışmış şəxsləri əhatə edir. Məsələn, qulluq stajına görə əmək pensiyasına əlavələr bu əmək pensiyaçılarına təyin edilir:

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla);

- Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

Page 36: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuş şəxs;

- Milli Televiziya və Radio Şurasının üzvü və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olmuş şəxs;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər;

- hakim və ya hakim kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri;

- qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri;

- prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- vaxtından asılı olmayaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsində işləmiş şəxslər;

- “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” qanun qüvvəyə minənədək (1 sentyabr 2001-ci il) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);

- dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);

- Azərbaycan Respublikasının baş naziri və baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının baş naziri və baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti

Page 37: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

orqanının rəhbəri (başçısı) vəzifələrini tutmuş şəxslər; həmin şəxslər və ya onların sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular;

- əlilliyə görə əmək pensiyası alan hərbi qulluqçular;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş ədliyyə işçiləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Hesablama Palatasının sabiq üzvləri;

- Azərbaycan Respublikası Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş miqrasiya orqanlarının işçiləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının işçisi, yaxud miqrasiya orqanının işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri;

Page 38: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

- xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar orqanının işçisi, yaxud fövqəladə hallar orqanının işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.

Naxçıvan Muxtar Respublikasının 7 aylıq sosial-iqtisadi göstəriciləri27.08.2015

Naxçıvan Muxtar Respublikasında 2015-ci ilin yanvar-iyul aylarında 1 milyard 294 milyon 428 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 6,5 faiz artaraq 2935,9 manata çatıb.

Naxçıvanda yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yeddi ayı ərzində sənaye üzrə 566 milyon 401 min manat həcmində məhsul istehsal edilib, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələyib.

Həmin dövrdə infrastruktur quruculuğu çərçivəsində əsas kapitala 558 milyon 821 min manat həcmində investisiya yönəldilib. Bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 494 milyon 143 min manatı və ya 88,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

2015-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 27 milyon 677 min manat olub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Mobil rabitə xidmətlərinin həcmi 23 milyon 290 min manat olmaqla bir il öncəki göstəricini 1,8 faiz üstələyib.

Page 39: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Cari ilin yeddi ayı ərzində 202 milyon 127 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyib. Bu dövr ərzində muxtar respublikada 11,9 min ton ət (diri çəkidə), 57 min ton süd istehsal edilib, 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 5,5 faiz, süd istehsalı 1,4 faiz artıb.

Yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 977 milyon 244 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,3 faiz yüksələrək 2216,5 manat təşkil edib. Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,8 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artıb.

Yeddi ay ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 47 milyon 347 min manata yaxın kreditlər verilib. Bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 44,2 faiz çoxdur.

Həmin dövrdə muxtar respublikada 242 milyon 222 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 5,8 faiz artaraq 213 milyon 61 min dolları ötüb, idxalın həcmi isə 58,1 faiz azalaraq 29 milyon 161 min dollar həcmində olub. Xarici ticarət üzrə 183 milyon 900 min dollardan çox həcmdə müsbət saldo yaranıb.

Yanvar-iyul ayları ərzində muxtar respublikaya 207 min 374 nəfər turist gəlib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz və ya 6807 nəfər çoxdur.

Beynəlxalq Bankın İdarə Heyətinin sədri planları açıqlayıb31.08.2015

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Transparency.az müsahibəni ixtisarla təqdim edir.

Page 40: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

- Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyəti ilə bağlı strateji hədəflər nədən ibarətdir?

- Bu il iyulun 15-də prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalayıb. Bu fərman bankın gələcək fəaliyyətini, yeni mərhələdə başlıca fəaliyyət strategiyasını müəyyən edən əsas sənəddir. Sənəddə dəqiq və konkret tapşırıqlar verilib. İndiki mərhələdə Azərbaycan Beynəlxalq Bankının yerinə yetirməli olduğu əsas vəzifələr bu tapşırıqların icrasında aidiyyəti dövlət qurumlarına bacardığı köməyi göstərmək, bank qarşısında müəyyən edilmiş tələbləri vaxtında və lazımi səviyyədə yerinə yetirməkdir.

- Bankın idarəetmə sistemində hər hansı islahatlar gözlənirmi?

- Fərmanda dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu vəzifələrin yerinə yetirilməsindən ötrü bankda müəyyən struktur islahatlarının aparılması, korporativ idarəetmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, aktivlərin və passivlərin idarə edilməsi üzrə strategiyanın hazırlanması, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların bankın fəaliyyətinə cəlb olunması, digər bu kimi addımların atılması zəruridir. Bu baxımdan təbii ki, bankda sağlam inkişafa xidmət edən müəyyən islahatlar aparılacaq.

Bundan başqa kredit növlərinə və məhsullarına yenidən baxılmasına, bankın xərclərinin minimallaşdırılmasına ehtiyac var. Xərclərin minimallaşdırılması deyərkən burada təkcə maliyyə resurslarının cəlb edilməsi üzrə xərclər yox, bankın digər fəaliyyət sahələri üzrə xərclər də nəzərdə tutulur.

- Bankın filial şəbəkəsinin genişləndirilməsi, yaxud ixtisarı planlaşdırılırmı?

- Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı mühitində və ölkənin maliyyə bazarındakı banklararası sağlam rəqabət şəraitində istənilən bankın xidmət şəbəkəsinin optimal əsaslar üzərində qurulması çox mühümdür. Azərbaycan Beynəlxalq Bankı ölkənin ən geniş xidmət şəbəkəsinə malik banklarından biridir. Bankın xidmət şəbəkəsinin optimallaşdırılması, xidmət ofislərimizin həm ərazi-coğrafi baxımdan, həm də real müştəri potensialı baxımından daha səmərəli şəkildə yerləşdirilməsi də, təbii ki, planlarımıza daxildir və bu istiqamətdə müəyyən addımlar atıla bilər.

Page 41: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

- Azərbaycan Beynəlxalq Bankında xidmət səviyyəsinin yüksəldilməsinə ümid etməyə dəyərmi?

- Bu, ilk mərhələdən qarşıya qoyduğumuz əsas hədəflərdən biridir. Bankın xidmət şəbəkəsinin daha səmərəli şəkildə idarə olunması, müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi, korporativ mədəniyyət normalarına riayət olunması üçün yeni konsepsiya hazırlanır və ən yaxın zamanlardan etibarən bu konsepsiyanın tətbiqinə başlanacaq. Əlbəttə, cəmi bir neçə gün içində bu sahədə başqaları üçün bir nümunəyə çevriləcəyimizi söyləmək böyük iddia olardı. Hələ bu istiqamətdə görüləsi çox iş var. Bununla belə, əminik ki, Azərbaycan Beynəlxalq Bankı da çox qısa zaman ərzində müştəri məmnuniyyətini öz fəaliyyətində əsas korporativ dəyərlərdən birinə çevirə biləcək.

- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması məsələsinə verilən şərhlər bu bankda əmanəti olan müştərilərdə müəyyən narahatlıqlar da yaradıb. Bir çoxları belə hesab edir ki, özəlləşdirilmə tədbirləri onların Azərbaycan Beynəlxalq Bankında qorunan vəsaitlərinə müəyyən təhlükə yarada bilər. Bu narahatlıqların bir əsası varmı?

- Azərbaycan Beynəlxalq Bankı adından birmənalı şəkildə qeyd etmək istərdik ki, belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən fərmanın məzmununu təhrif edir. Ona görə də bu məqama bir qədər təfsilatlı şəkildə aydınlıq gətirmək istərdik. İndiki mərhələdə söhbət bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir. Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının iyulun 22-də keçirilmiş ümumi yığıncağında seçilmiş yeni İdarə Heyətinin əsas missiyası da özünün səlahiyyət müddətində — yəni dörd il ərzində bankın institusional inkişafı ilə məşğul olmaqdır.

Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır.

Hazırda banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm bankın problemli aktivlərinin əvəzinə real maliyyə resursları cəlb etməsinə imkan verəcək.

Page 42: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Son 20 ildə Azərbaycanın iqtisadi artım tempi necə dəyişib?31.08.2015

Transparency.az 1995-ci ildən bəri Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) necə dəyişdiyini əks etdirən arayış hazırlayıb. Arayışa görə, 1995-ci ildə ÜDM-də 11% azalma olub. Son 20 ildə ən çox iqtisadi artım 2006-cı ildə (34,5%), ən az artım isə 2011-ci ildə (0,1%) qeydə alınıb:

1995 — 11% azalma

1996 — 1,3% artım

1997 — 5,8% artım

1998 — 10% artım

1999 — 7,4% artım

2000 — 11,1% artım

2001 — 9,9% artım

2002 — 10,6% artım

2003 — 11,2% artım

2004 — 10,2% artım

2005 — 26,4% artım

2006 — 34,5% artım

2007 — 25% artım

Page 43: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

2008 — 10,8% artım

2009 — 9,3% artım

2010 — 5% artım

2011 — 0,1% artım

2012 — 2.2% artım

2013 — 5.8% artım

2014 — 2.8% artım.

ÜDM ölkədə istehsal olunan bütün mal və xidmətlərin məcmusudur. İqtisadi artım ÜDM-də olan dəyişiklik əsasında hesablanır.

Dövlət Statistika Komitəsinin son rəsmi hesabatında qeyd olunur ki, 2015-ci ilin yanvar-iyul aylarında ÜDM ötən ilin müvafiq dövrünə nisbətdə 5,6% artıb.

Azərbaycanla İranın enerji əməkdaşlığı (Dövlət agentliyindən yeni şərh)20.08.2015

AZƏRTAC “Sanksiyaların ləğvi və Azərbaycanla İranın enerji əməkdaşlığının perspektivləri” adlı məqalə yayıb. Tehran müxbiri Rabil Kətanov yazır ki, İran İslam Respublikası ilə Qərb arasında nüvə proqramına dair əldə olunan razılaşma fonunda sanksiyaların ləğvindən sonra Azərbaycanla İranın qarşılıqlı münasibətləri böyük əhəmiyyət kəsb edir: “Azərbaycan-İran əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda enerji sahəsindəki əməkdaşlığın perspektivləri xüsusilə maraq doğurur. İran böyük neft-qaz ehtiyatlarına malikdir və onları dünya bazarına çıxarmağa çalışır. İran neft ixracını Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə həyata keçirə bilər. Gələcəkdə isə Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəçiləri sırasına qoşulmaqla İran təbii qazının Avropaya nəql edilməsinə nail olar.

Page 44: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Hazırda İran gündə 100 milyon kubmetr qaz hasil edir. Yaxın gələcəkdə bu ölkənin qaz hasilatının həcmi 700 milyon kubmetrə çatacaq. İranın milli qaz ixracı şirkətinin rəhbəri Əlirza Kamali bildirib ki, istehsal olunan qazın ixracı üçün Azərbaycanla əməkdaşlıq nəzərdən keçirilir. Bu məsələ iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin avqustun 3-də Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəngənə ilə görüşündə də müzakirə edilib. Müzakirələrin nəticəsində mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması qərara alınıb.

İranın TANAP layihəsinə qoşularaq təbii qazının Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli məsələsi də müzakirə olunur. Azərbaycandakı səfir Möhsün Pakayin bildirib ki, bu istiqamətdə SOCAR-la danışıqlar davam etdirilir. TANAP layihəsinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu vaxta qədər isə tərəflərin razılığa gələcəyini ehtimal etmək olar. Layihələrdə iştirak etmək İran üçün o baxımdan sərfəlidir ki, sanksiyalar ləğv edildikdə İran enerji resurslarını dünya bazarlarına çıxarmaq imkanı qazanacaq. Azərbaycanın kəmərlərindən istifadə olunacağı təqdirdə milyardlarla xərc çəkib yeni nəqliyyat infrastrukturu yaratmağa ehtiyac qalmayacaq. Uzun illər qadağalar altında qalaraq ixrac potensialını gerçəkləşdirə bilməyən İranın maliyyə imkanının məhdudluğunu da nəzərə alsaq, onda belə qərara gələ bilərik ki, optimal şərtlərlə rəsmi Tehran BTC və TANAP layihələrindən istifadə edəcək. Bu işin Azərbaycan üçün faydası ondan ibarətdir ki, dövlət büdcəsinə neft və qazın tranzitindən ildə təxminən 50 milyon dollar gəlir gələcək. Beləliklə aydın olur ki, sanksiyaların aradan qaldırılması nəticəsində enerji sahəsində əməkdaşlığın daha da dərinləşməsi hər iki dövlətin milli maraqlarına xidmət edəcək”.

Ekspert valyuta burulğanından çıxış yolu göstərir24.08.2015

Bu ilin 6 aylıq (yanvar-iyun) yekunlarına görə, depozitlərin 72,4 faizi banklara dollarla yerləşdirilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkənin valyuta ehtiyatları yarıbayarı azalıb. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Mərkəzi Bankın açıqladığı bu statistik məlumatlar kapital bazarında manatın mövqeyinin xeyli zəiflədiyini və rəsmi ehtiyat aktivlərinin sürətlə azaldığını göstərir: “Hər iki qərarlaşmış tendensiya Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd eləmir. Birinci iqtisadiyyatın dollarlaşması ilə onun xarici faktorlardan

Page 45: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

asılılığını və ölkədən kapital axınını gücləndirir. İkinci Mərkəzi Bankın manevr imkanlarını getdikcə məhdudlaşdırmaqla ortamüddətli dövrdə milli valyutanın gələcəyini tutqun göstərir.

Vəziyyətdən çıxış yolu valyuta bazarının liberallaşdırılması və rəqabətli investisiya mühitinin dəstəklənməsidir. Hazırkı dövrdə yeganə alternativ iqtisadi azadlıq və sağlam rəqabətin, açıq və korrupsiyasız xarici ticarətin, rasional fiskal siyasətin bazasında qurulan iqtisadi islahatlardır. Odur ki, hökumət ilk növbədə inhisarçılığa və korrupsiyaya qarşı mübarizəni gücləndirməklə iqtisadiyyatın diversifikasiyasına və liberallaşdırılmasına, bununla da əlavə maliyyə qaynaqlarının formalaşdırılmasına səy göstərməlidir”.

İqtisadçı: “Mərkəzi Bank manat əmanətlərinin indeksasiyasını həyata keçirməlidir”24.08.2015

Qazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublun ciddi məzənnə itirməsi, Türkiyədə lirənin qara günləri və Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb. Transparency.az-a danışan iqtisadçı Vüqar Bayramov deyir ki, xarici valyutalara tələb yüksəlməkdədir: “Mərkəzi Bankın dolların manata rəsmi məzənnəsini aşağı salmasına baxmayaraq valyutadəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kursla təklif edilir. Avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin valyutadəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlar xaricə valyutaya üz tutur.

Əslində Mərkəzi Bank dollara tələbi azaltmaq üçün banklardakı manat əmanətlərinin indeksasiyasını həyata keçirməlidir. Hələ bu il fevralın 9-da Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. İndeksasiya sisteminin tətbiq edilməməsi dollara tələbi artırmaqla manat əmanətlərin həcminin azalmasına səbəb oldu.

Mərkəzi Bank mövcud resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla

Page 46: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar”.

Samir Əliyev: “Ölkədən güclü kapital axını var”24.08.2015

İqtisadçı ekspert Samir Əliyev “Azadlıq” qəzetinə müsahibəsində milli valyutanın gələcəyindən danışıb. Ekspert qeyd edib ki, hökumət yumşaq devalvasiyaya başlamalıdır: “Bu, fevral hadisələrinin təkrarlanmaması üçün gərəkdir. Ayda heç olmasa 4 faizlik devalvasiya koridoru müəyyən etməlidir. Bu, kəskin devalvasiyanın təsirini azaltmaq üçün gərəkdir. Azərbaycanda növbəti devalvasiya olacaqsa, bu, ən aşağısı 20 faiz olacaq. Amma məncə, bu, yaxın dövrdə gözlənmir. Hökumət yumşaq devalvasiyaya getməklə bu prosesi bir qədər yumşalda bilər”.

Samir Əliyev deyib ki, devalvasiya olsa, ilk zərəri banklar görəcək: “Bankların sayının azaldılması prosesi davam edəcək. Yəqin sentyabrda biz bunu müşahidə edəcəyik. Bank sektorunda ixtisarlar gələn aydan başlayacaq. Həm iş yerləri ilə bağlı ixtisarlar, həm də filialların bağlanması nəzərdə tutulur. Əslində bu ixtisarlar avqustdan başlayıb. Bank sektorunun, xüsusilə kiçik və istehlak kreditləşməsi üzrə ixtisaslaşmış bankların vəziyyəti ağır olacaq. Bir neçə bankın bağlanmasını istisna etmirəm. Ola bilsin ki, bu proses birləşmə halında olsun”.

Ekspert əlavə edib ki, devalvasiyanın nə zaman olacağını proqnozlaşdırmaq çətindir: “Azərbaycanda manatın məzənnəsi ölkə iqtisadiyyatının tənzimlənməsi vasitəsi kimi istifadə edilmir. Manatın məzənnəsindən sırf siyasi məqsədlər üçün istifadə olunur. Yəni manat güclüdür, sabitdir, bütün ölkələrin valyutaları düşür, amma manat sabit qalır. Manata bu rakursdan yanaşılıb. Biz bu siyasətin ağır zərbəsini fevralda aldıq. Bütün valyutalar düşsə də,

Page 47: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

həmin dövrdə manat sabit qalmışdı. Fevralda biz bu prosesin fəsadlarını gördük. Manat birdən-birə 33,5 faiz ucuzlaşdı.

Sonradan yenə devalvasiyadan əvvəlki dövr təkrarlanmağa başladı. O baxımdan ki, manat yenə müəyyən qədər sabit qaldı, hətta bir qədər də bahalaşdı. Amma qonşu ölkələrdə yenə proses gedir. Rusiyada, Qazaxıstanda və digər ölkələrdə milli valyuta ucuzlaşır. Bu baxımdan manat üçün təzyiqlər getdikcə artır”.

Ekspert əlavə edib ki, manata neftin ucuzlaşmasından əlavə kapital axını da təzyiq edir: “Bu dəqiqə ölkədən güclü kapital axını var. Kapital ölkəni tərk edir. Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Bunun səbəbi ölkədən kapital axınıdır. Bu axın manata təzyiqi artırır. İri sahibkarlar vəsaitlərini qorumaq üçün onu kənara çıxarırlar. Öncə nağd pul kənara çıxarıldı. İndi isə qeyri-likvid vəsait, daşınmaz əmlak, avadanlıq nağd pula çevrilərək xaricə çıxarılır. Hazırda həm kənarda baş verən proseslərə, həm də sadaladığım daxili səbəblərə görə son bir neçə gündə dollar alışı çoxalıb. Hökumət maksimum dərəcədə əlindən gələni edəcək ki, seçkiyə qədər manatın məzənnəsini saxlasın. Əsas prioritet bu olacaq. Amma kursun saxlanıb-saxlanmayacağı sonrakı proseslərdən asılı olacaq”.

Ekspert nefti ucuzlaşdıran amilləri şərh edir25.08.2015

Dünya bazarında neftin qiyməti xüsusilə də Azərbaycan üçün psixoloji hədd olan 50 dollardan aşağı düşüb. İqtisadçı Azər Mehtiyev deyir ki, hadisələr neftin qiymətində enmənin davam edəcəyini göstərir: “ABŞ dünya neft bazarına zəlzələ salıb, az bir müddətdə dünyanın ən böyük neft idxalçısından ən böyük neft hasilatçısına çevrilib və ixracı genişləndirmək niyyətindədir. Dünyanın ən böyük neft istehlakçısı olan Çinin iqtisadiyyatında başlayan böhran da bazarın kiçilməsinə aparır. Səudiyyə Ərəbistanı neft bazarındakı payının az bir hissəsindən belə imtina etmək niyyətində deyil, hətta hasilatı artırır. İran dünya neft bazarında geniş yer tutmağa israrlıdır. Dünya iqtisadiyyatının durumu isə neftə tələbatın azalmasına və bazarın sıxılmasına meyllidir”.

Page 48: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Transparency.az-a danışan ekspert bildirir ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) neftin qiymətinin yüksəlməsində maraqlıdır, lakin bunu Səudiyyə Ərəbistanının hasilatı azalması hesabına etməyi düşünür: “Bu qurumda vəziyyət çox gərgindir və neftin qiyməti düşdükcə qızdırma daha da yüksəlir: Səudiyyə Ərəbistanı ilə İran və digər üzvlər arasında qarşıdurma kəskinləşir. Rusiya neft hasilatını və satışını artırmağa, ən azı azaltmamağa can atır, iqtisadi durum onu buna vadar edir. Bu baxımdan OPEK-in sonunun çatdığını düşünürəm. Dünya neft bazarı ötən ildən yeni mərhələyə qədəm qoyub”.

Sabiq nazir: “Azərbaycanın iqtisadi təlatümlərdən az itki ilə çıxmağa imkan verən resursları var”26.08.2015

Sabiq maliyyə naziri (1994-1999), iqtisad elmləri doktoru Fikrət Yusifov manatın məzənnəsi ilə bağlı açıqlamaları AZƏRTAC-a şərh edərək deyib ki, dünya bazarlarında neftin qiyməti aşağı düşür və təkcə qonşu dövlətlərdə deyil, hətta dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrində milli valyutaların ABŞ dollarına nisbətən ucuzlaşması prosesi baş verir: “Əlbəttə, məsələlərə obyektiv yanaşdıqda hər şeyin qaydasında olduğunu və proseslərin bizə zərər vermədiyini, yaxud verməyəcəyini heç bir halda iddia etmək olmaz. Lakin ölkədə görülən qabaqlayıcı tədbirlər, hökumətin prosesi az ziyanla adlatmağa hesablanmış addımları, büdcənin neftdən asılılığını minimuma endirmək məqsədi daşıyan dövlət proqramları var ki, bütün bunların son nəticədə öz bəhrəsini verəcəyinə heç kəsin şübhəsi olmamalıdır.

Azərbaycan dünyanın iqtisadi–maliyyə sistemindən təcrid vəziyyətdə yaşayan ölkə deyil ki, qlobal iqtisadiyyatda baş verən proseslərin bizə aidiyyəti olmasın. Son illərin iqtisadi uğurlarına, qeyri-neft sektorunun inkişafında əldə olunmuş əsaslı irəliləyişlərə baxmayaraq ölkəmizin iqtisadiyyatında neft amili hələ ki, tam aradan qalxmayıb. Bu səbəbdəndir ki, neftin qiymətlərinin dünya bazarlarında dəyişməsi bizə də təsirsiz ötüşə bilməz. Ancaq bunu

Page 49: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

cəmiyyətə, “Fəlakət baş verəcək”, “Ərzaq tədarükü görün”, “Bu gedişlə bütün rezervlər bircə aya bitəcək” kimi yersiz çağırışlarla təqdim edənlər, görünür, neftin qiymətlərinin statistikasını da araşdıra bilmirlər. Bilsəydilər görərdilər ki, neftin qiyməti tarix boyu necə və neçə dəfə dəyişib. Milli valyutamızın dəyərinin haradan hansı səviyyəyə qaldırıldığı onların gözləri qarşısında baş verməyibmi? Ümumiyyətlə, bu adamlar deyə bilərlərmi ki, büdcəsi bizim neftsiz büdcəmizdən az qala 2 dəfə aşağı olan qeyri-neft ölkələri bu gün necə yaşayıb fəaliyyət göstərirlər?

Bu gün neftin qiymətlərinin aşağı düşməsi ətrafında ajiotaj yaradanlar özlərini elə aparırlar ki, sanki neftin tapılıb üzə çıxarıldığı gündən bu vaxta qədər onun qiymətində birinci dəfədir dəyişiklik baş verir. Unutmayaq ki, müstəqilliyimizin ilk illərində və bütövlükdə 1991-1999-cu illəri əhatə edən 9 il ərzində dünya bazarlarında neftin orta qiyməti 17-18 dollardan yuxarı olmayıb. Həmin illərdə Sovetlər Birliyindən qalmış iqtisadi sistem tam çökdüyündən ölkə iflic vəziyyətə düşmüşdü. Azərbaycanın maliyyə vəziyyəti olduqca ağır idi. Lakin buna baxmayaraq 1994-cü ilin sonlarından başlayaraq ölkə iqtisadiyyatı və onun maliyyə sistemi sabitlik mərhələsinə qədəm qoya bildi. Bu, Prezident Heydər Əliyevin rəhbərliyi altında aparılan düzgün iqtisadi və maliyyə islahatlarının nəticəsində baş verdi. Neftin qiymətlərinin dünya bazarlarında orta illik 17-18 dollar səviyyəsində olmasına baxmayaraq Azərbaycan hökuməti 1994-1999-cu illər ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının və təqaüdlərin vaxtında verilməsini təmin edə bildi. İndi Azərbaycanın iqtisadi və maliyyə imkanları həmin illərdəkindən müqayisəolunmaz dərəcədə yüksəkdir. Əgər Azərbaycan hökuməti qeyri-neft sektorunun çox aşağı səviyyədə olduğu, neftin dünya bazarlarında qiymətinin 17-18 dolları keçmədiyi həmin illərdə təhsil, səhiyyə və büdcədən maliyyələşən başqa təşkilatların işçilərinin əmək haqlarını, təqaüdləri vaxtında ödəyə bilirdisə, bunu indi də edəcək. Çünki Azərbaycanın istənilən iqtisadi təlatümlərdən az itki ilə çıxmağa imkan verən resursları və möhkəm ehtiyat bazası var”.

Ekspert Mərkəzi Bankı strategiyasız taktikalarda günahlandırır27.08.2015

Page 50: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

ərkəzi Bankın 6 aylıq (yanvar-iyun) yekunlara həsr olunmuş pul siyasəti icmalını təhlil edən iqtisadçı ekspert Qubad İbadoğlu qənaətini Transparency.az-a açıqlayıb. O deyib ki, 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejimini dəyişməz saxlayacağını bəyan edən və bunu bacarmayan Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilmir: “Mərkəzi Bankın son dövrlər həyata keçirdiyi tədbirlər strategiyasız taktikalardır. Qurum 21 fevral 2015-ci ildəki devalvasiyadan bəri tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində valyuta bazarının fəal iştirakçısı olaraq qalsa da, əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirir. Bu, inzibatı əsaslara söykənən köhnə məzənnə siyasəti çərçivəsində əvvəllər aparılan əməliyyatların təkrarıdır. Belə olan halda ölkədə bank sektorunun maliyyə dərinliyinin artırılması, faiz dərəcələrinin aşağı salınması və onun iqtisadi artımda daha effektiv iştirakının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər səmərə vermir.

Mərkəzi Bankı 2015-ci il son rübü üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatına yenidən baxmağa və hazırkı situasiyada bazar elementlərinin də rol aldığı yeni məzənnə siyasətinə keçidi təmin etməyə çağırıram. Əks təqdirdə manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq və milli valyutanın sabitliyi üçün risklərin azaldılması mümkün olmayacaq”.

Daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?28.08.2015

Page 51: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

“Value and Sources” konsaltinq şirkəti daşınmaz əmlak bazarında qiymətləri araşdırıb. Şirkətin rəhbəri Rəşad Əliyev Transparency.az-a deyib ki, 1 ildir daşınmaz əmlak bazarında qiymətlər enir: “Bu müddət ərzində bazarda likvidliyin aşağı düşməsi, alğı-satqı əməliyyatlarının azalması, müəyyən müddət çaşqınlığın hökm sürməsi, qiymətlərin mövcud duruma uyğunlaşmaması bazarda real qiymətlərin hərəkətini müşahidə etməyə maneə yaradırdı. Bir ildə qiymət enməsinin iki mərhələsi oldu: devalvasiyadan əvvəl və devalvasiyadan (21 fevral 2015) sonra. Birinci halda qiymətlər həm manat, həm də dollar ifadəsində enirdi. Devalvasiyadan sonrakı ilk günlərdə manat və dollar qiymətləri fərqli istiqamətlərdə hərəkət etdi. Qiymətlər manat ifadəsində artdı, dollar ifadəsində azaldı. Devalvasiyadan 1 ay keçməmiş qiymətlər hər iki valyutada yenidən enməyə başladı”.

Rəşad Əliyevin sözlərinə görə, qiymətlərin dollarda enməsi və durğunluq bütün bazar üzrə müşahidə edilsə də, seqmentlər üzrə vəziyyət əhəmiyyətli dərəcədə fərqli olub: “Ən çox zərər çəkən seqment kommersiya obyektləridir. Yaşayış evləri bazarında isə durum seqmentlər üzrə və əmlak növlərinə görə fərqlidir. Ən yaxşı vəziyyət hazırda 1-2 otaqlı köhnə tikililərdəki mənzillər üzrədir. Bu cür mənzillərə tələbat daha çoxdur. Bazarda manatla ümumi qiymət trendi bu cür olub: devalvasiyadan əvvəl orta hesabla 10 faiz azalma gedib, devalvasiyadan sonra isə qiymətlər ümumi hesabla dəyişməyib. Dollar ifadəsində isə bu azalmalar müvafiq olaraq 10 və 25 faiz olub, yəni 1 il ərzində orta hesabla 32,5 faiz azalma qeydə alınıb. Bu, bazar üzrə ümumi göstəricidir.

Seqmentlər üzrə rəqəmlər fərqli olub. Əgər yaşayış seqmentində də belə olsaydı, bu ehtimalla keçən il qiymətlərin pik dövründə, tutalım, 70000 min dollara (54915 manat) təklif edilən Leninqrad layihəli 1 otaqlı mənzili indi təqribən 45900 dollara (qiymət güzəştini və 32,5 faiz azalmanı nəzərə almaqla) və ya 48195 manata almaq olar. Bu, qeyri-likvid ərazilərdə yerləşən mənzillərə aiddir. Mənzil alanların əksəriyyəti bazara üz tutduqda tam fərqli mənzərəyə rast gəlirlər. Çünki onlar bazar üzrə orta göstəricilərə istinad edirlər”.

Keçmiş maliyyə naziri hökumətə təkliflər verdi31.08.2015

Page 52: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Sabiq maliyyə naziri (1992-1993-cü illər) professor Saleh Məmmədov “Yeni Müsavat” qəzetinin 31 avqust sayında dərc olunmuş məqaləsində Azərbaycanın iqtisadi durumunu təhlil edərək hökumətə təkliflər verib. O yazır: “İlk növbədə daxili ehtiyatlar səfərbərliyə alınmalı, uçot dərəcəsi Avropa ölkələri səviyyəsinə endirilməli, rezerv normaları minimuma salınmalı, manatın emissiyası bir qədər artırılmalı, büdcənin kəsiri xeyli artırılmalı, kredit faizləri 2-3 dəfə azaldılmalı, bunun üçün isə ölkənin kredit resursları ən azı bir neçə dəfə artırılmalıdır. Bir malın qiymətini bazarda aşağı salmaq üçün o malın istehsalını və uyğun olaraq bazara təklifini artırmalısan. Əgər kredit faizini aşağı salmaq istəyirsənsə, kreditin təklif həcmini artırmalısan. Kreditin təklif həcmini isə həm daxili və həm də xarici mənbələr hesabına etmək olar”.

Saleh Məmmədov qeyd edir ki, daxili mənbələr böyükdür, amma onların cəlb olunması üçün şərait o qədər münbit deyil: “Ölkədə elə bir əmanət, sığorta, qarantiya sistemi qurulmalıdır ki, əhali, şirkətlər bankların qarşısında pul çıxartmaq üçün deyil, əmanətə pul qoymaq üçün növbəyə dursun. Son devalvasiyaya qədər yavaş-yavaş belə bir sistem formalaşırdı, amma 34 faizlik devalvasiya (bəlkə də müəyyən qüvvələrin təxribatı nəticəsində) elə bir zərbə vurdu ki, qazandığımız itkilərin 10 faizi də eləmir”.

Professor yazır ki, Azərbaycan qətiyyən təkrar devalvasiyaya yol verə bilməz, bunun üçün heç bir səbəb və şərait yoxdur, tam əksinə, milli valyutanın devalvasiyaya qədər olan etibarını bərpa etməliyik: “Daxili mənbələri səfərbər etmək üçün həm də dövlətin işə qarışması lazımdır, hökumət əmanətləri haqqında qanun qüvvəli qərar verilməli, hökumətin bütün resursları, o cümlədən ekstra valyuta ehtiyatları (BVF-nin normativlərinə görə bizə 3 milyard dollar valyuta rezervləri lazımdır, bizdə isə 45-50 milyard dollardır) məqsədli təyinatı müəyyən edilməklə böyük və etibarlı Azərbaycan banklarında yerləşdirilərək xəzinənin nəzarəti altında investisiyaların maliyyələşdirilməsinə yönəldilməlidir. Xarici mənbələr ciddi

Page 53: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

və daha böyük rol oynaya bilər. Həm borc mənbəyi, həm əmanət və həm də investisiyalar kimi.

Dünya ölkələrinin borclanma məbləği iqtisadi inkişafı ilə düz mütənasib asılılıqdadır: ümumi daxili məhsulda (ÜDM) xarici borcun payı nə qədər çoxdursa, inkişaf bir o qədər yüksəkdir. ABŞ-ın 18 trilyon dollar xarici borcu var, bu da ölkənin ümumi daxili məhsulu qədərdir, Böyük Britaniyanın xarici borcu onun ÜDM-indən 4 dəfə, Fransanınkı 2,2 dəfə, Niderlandınkı 3,2 dəfə, Sinqapurunku 4 dəfə çoxdur. Bütün inkişaf etmiş ölkələrdə belədir.

Amma geridə qalmış ölkələrdə bu göstərici çox aşağıdır. Məsələn, Nigeriyada 5 faiz, İranda 4 faiz, Haitidə 5 faiz və s. Onlar xaricdən borc ala bilmirlər. Ölkəmizdə bu rəqəm 6-8 faiz həcmindədir (cəmi xarici borc 4 milyard dollardır). Amma Azərbaycanda vəziyyət tamam başqa cürdür, həm inkişaf var, həm borc alma imkanları. Sadəcə özümüz səy göstərib borc ala bilərik. Borclanma imkanlarımız 100 milyard dolların üstündədir, yalnız bu imkandan istifadə etməklə ölkədə neft-qazdan asılılıqdan xilas olmaq mümkündür.

Borclanma prosesinə dərhal başlamaq və böyük miqdarda vəsait cəlb etməklə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq olar. Büdcənin kəsirinin bağlanması və valyuta balansının tənzimlənməsi üçün Beynəlxalq Valyuta Fondundan bir neçə milyard kredit, infrastruktur layihələri üçün Dünya Bankından, İslam İnkişaf Bankından, biznes layihələri üçün Beynəlxalq Maliyyə Korporasiyasından, Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, iri transmilli korporasiyalardan, bank və fondlardan, Eksimbanklardan, şirkətlərdən, maliyyə bazarlarından, maliyyə şirkətlərindən milyardlarla vəsait cəlb edib bütün layihələri maliyyələşdirmək olar.

Azərbaycana xarici kapital axınını daha da gücləndirmək olar, burada qanunvericilik aktlarını təkmilləşdirməyə ehtiyac var. Həm də xaricə investisiya prosesini tənzimləmək üçün hüquqi baza yaratmaqla xaricə kapital axınını tənzimləmək mümkündür. İnkişaf etmiş ölkələrin təcrübəsində ən geniş yayılmış təcrübə — xarici vətəndaşlardan əmanət cəlb etmə və xarici maliyyə bazarlarında şirkətlərin və hökumətin qiymətli kağızlarının satışının təşkili yolu ilə də böyük miqdarda vəsait toplamaq olar.

Təəssüflər olsun ki, son devalvasiya bu işə ciddi mənfi təsir edib, amma vəziyyəti bərpa etmək olar. Bunun üçün möhkəm və etibarlı maliyyə-bank-pul sistemi qurmamız lazımdır, dünyanın bütün maliyyə mərkəzlərində iri banklarımızın filiallarını qurmalıyıq. İri maliyyə mərkəzlərində əmanətlərin faizi 2 faizdən yuxarı deyil, belə olan halda nə qədər potensial əmanət cəlb etmə imkanlarımız yaranır. Dünyada isə 20 trilyon dollar sərbəst vəsait dolaşmaqdadır, istifadəyə risksiz obyekt axtarır.

Şirkətlərdə olduğu kimi dövlətlərdə də inkişafın 60-70 faizi kreditlər hesabına maliyyələşir. Bu gün böhrandan çıxmaq və hətta ondan yararlanmaq üçün heç bir başlanılan və nəzərdə tutulan investisiya layihəsini dayandırmaq qəti olmaz, bəlkə də normal şəraitdə bu elə də

Page 54: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

ciddi təsir görsətməzdi, amma böhran şəraitində, panika yaradaraq bütün iqtisadiyyatı iflic edə bilər, potensial imkanlardan istifadə edərək onların hamısını maliyyələşdirmək zəruridir”.

Sabiq maliyyə naziri qeyd edir ki, neft və qazın yanacaq kimi istifadəsi sahələri daralır, onların yeni istiqamətlərə yönəldilməsi zəruridir: “Neft və qazın ucuz satılması əvəzinə onlardan alınan məhsulların baha qiymətə satılması faydalıdır. Bu investisiyalar yüz milyardlarla vəsait tələb edir. Tranzit iqtisadiyyatını qurmaq üçün böyük miqdarda vəsait tələb olunur, amma ikiqat mənfəət verir. Yüksək səviyyəli tranzit iqtisadiyyatı quran Sinqapur heç bir neft-qazı olmayan, Azərbaycanın ən kiçik rayonlarından biri qədər ərazidə elə sistem qurub ki, ildə 450 milyard dollar, yəni Azərbaycandan 20 dəfə çox məhsul ixrac edir (Azərbaycanın illik ixracı 22 milyard dollardır). Real və səmərəli tranzit iqtisadiyyatı qurmaq üçün ilk növbədə bütün qanunvericilik bazasını tranzit iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaq lazımdır. Prezidentin qeyd etdiyi kimi, ölkənin ən böyük problemi olan inhisarçılığı aradan qaldırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək gərəkdir”.

Torpaqları mühafizə zonaları20.08.2015

Torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, o cümlədən qanunvericiliklə müəyyən edilmiş mühafizə zonalarına düşən torpaq sahələrindən istifadəyə nəzarəti həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsi yeni məlumat yayıb. Transparency.az xəbər verir ki, məlumatda Nazirlər Kabinetinin torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən etdiyi vurğulanır.

Dəmir yolun mühafizə zonaları:- I, II, III, IV və V kateqoriyalı dəmir yolunun tökmə yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi zamanı mühafizə zonalarının ölçüləri 20-52 metr arasında dəyişir.

- Eyni zamanda dəmir yolunun mühafizə zonası dəmir yolunun kənarında, sağ və sol hissələrində yerləşən relsdən hər tərəfə hesablanır.

Avtomobil yollarının təhkim zolağının ölçüləri təsdiq edilmişdir:

- Tökmələrdə və qazmalarda yerləşən I dərəcəli dörd hərəkətli, II dərəcəli iki hərəkətli, III dərəcəli iki hərəkətli, IV dərəcəli iki hərəkətli, V dərəcəli bir hərəkətli avtomobil yolları yatağın hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi nəzərə almaqla mühafizə zonalarının ölçüləri dəyişir.

Page 55: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Elektrik xətlərinin mühafizə zonaları:a) gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün — hava elektrik ötürücü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri arasında olan torpaq sahəsi;

b) kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;

c) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:

Un, kV- xətlərin gərginliyiL.m — məsafələr

Un, kV 1-20-yədək 35 110 150 220

L,m 10 15 20 25 25

Qeyd: kənar naqillərin (sağ və sol naqillərin meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən hesablanır.d) Yeraltı elektrik ötürücü xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 m aralı yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi nəzərdə tutulur.

Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin, yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydaların tələblərinə riayət edilməklə kənd təsərrüfatı və digər işlərin aparılması məqsədilə istifadə oluna bilər.

Su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri:Su mühafizə zonaları aşağıdakı kimi hesablanır:- çaylar və göllər üzrə — yay dövründə orta illik su səviyyəsi həddindən;

- su anbarları üzrə — suyun normal yığılma səviyyəsindən;

- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə — suyun maksimum səviyyəsi həddindən;

- bataqlıqlar üzrə — onların sərhədlərindən;

Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir:- uzunluğu 10 km-dək olduqda 50 m;

Page 56: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

- uzunluğu 10 km-dən 50 km-dək olduqda 100 m;

- uzunluğu 50 km-dən 100 km-dək olduqda 200 m;

- uzunluğu 100 km-dən 200 km-dək olduqda 300 m;

- uzunluğu 200 km-dən 500 km-dək olduqda 400 m;

- uzunluğu 500 km-dən artıq olduqda 500 m.

Göllərin və su anbarlarının su mühafizə zonalarının minimum eni aşağıdakı hədlərdə götürülür:- akvatoriyasının sahəsi 2 kv.km-dək olduqda 300 m;

- akvatoriyasının sahəsi 2 kv.km-dən artıq olduqda 500 m.

Magistral və təsərrüfatlar arası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir:- 3 kb m /san qədər olduqda 5 m;

- 3-10 kb m /san olduqda 10 m;

- 10-30 kb m /san olduqda 25 m;

- 30-50 kb m/san olduqda 60 m;

- 50 kb m/san artıq olduqda 100 m.

Şəhərlərdə və yaşayış məntəqələrində təsdiq olunmuş baş plana uyğun müəyyən edilir. Bağlı kollektorlarla axıdılan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.

Çaylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni aşağıdakı ölçülərdə müəyyən edilir:

Su obyektinə bitişik kənd təsərrüfatı yerlərinin

(uqodiyalarının) növləri

Su obyektinə bitişik ərazilərin yamaclarının mailliyindən asılı olaraq sahil mühafizə

zolaqlarının eni (metrlə)

Əks maillik və maillik

olmadıqda

3 dərəcəyədək maillik

olduqda

Əkin 25 50

Örüş, biçənək 25 35

Meşə, kolluq 35 40

Page 57: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Sututarlarının balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.

Qeyd: Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.İstismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonalarının müəyyənləşdirilməsi haqqında qaydalar:İxrac neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonası üçün nəzərdə tutulan torpaq sahələri:- İxrac neft boru və magistral boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

- çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, çoxlu sayda qarışıq boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

- kondensatın saxlanılması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır;

- baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

Çay keçidinin yuxarı və aşağı axarları üçün 3 km. məsləhətləşmə zonası nəzərdə tutulur. Məsləhətləşmə zonası Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılacaq müvafiq prosedur əsasında tənzimlənir.

Page 58: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Mayeləşdirilmiş qazları saxlamaq üçün QDS-də yerləşdirilmiş çənlərdən QDS-ə aid olmayan binalara və tikililərə qədər olan minimum məsafə (m):

Çənlərin ümumi həcmi m3 Bir çənin maksimum həcmi m3

Çənlərin yerləşməsi (metrlə)

yerüstü

50-dən 200-ə qədər

25 80

50 150

100 200

200-dən 500-ə qədər

50 150

100 200

100-dən artıq, lakin 200-dən artıq olmayan 300

500-dən 2000-ə qədər

100 200

100-dən artıq, lakin 600-dən artıq olmayan 300

2000-dən 8000-ə qədər həmçinin 300

Qeyd:1.müxtəlif həcmlərdə çənləri olan saxlama bazasına qədər ən böyük məsafə həcmli çən üzrə təyin edilməlidir.

2.QDS-ın yerüstü çənlərindən, eyni vaxtda 800-dən artıq adam ola bilən yerlərə (stadion, bazar, park və s) qədər məsafə bu cədvəldə verilmiş göstəricilərdən iki dəfə artıq götürülməlidir.

Mayeləşdirilmiş qazlar saxlanılan çənlərdən avtomobil və dəmir yollarına qədər olan minimum məsafə (metrlə):

QDS-ın ərazisindən kənarda olan yollar

QDS-də çənlərin ümumi həcmi m3

200 m3-a qədər

yerüstü

(m-lə)

yeraltı(m-

lə)

Ümumi şəbəkəli dəmir yolları (çənlər tərəfdən bəndin aşağı hissəsinə, yaxud

xəndəyin qırağına qədər) 75 50

Sənaye müəssisələrinin giriş dəmir yolları, tramvay yolları (yolun oxuna qədər),

avtomobil yolları (hərəkət hissəsinin qırağına qədər) 30 20

 

Pensiyaya nə vaxt çıxırlar?25.08.2015

Page 59: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Transparency.az qeyd edir ki, qanun güzəştli şərtlərlə  əmək pensiyası hüququnu da tənzimləyir.

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların pensiya yaşı hər uşağa görə 1 il azaldılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların isə 55 yaşda pensiyaya çıxmaq hüququ var.

5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalar, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər azı 10 il sığorta stajı olduqda 58 yaşında pensiyaya çıxa bilər.

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var (kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışıblarsa).

Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboyların — kişilər 47, qadınlar 42 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ tanınır.

Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş, eləcə də yaşa görə (60 yaş) prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri əmək pensiyasına çıxa bilər.

Bu hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var:

- hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

Page 60: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

- hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

- hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

- hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Ədliyyə orqanlarında qulluq keçmiş şəxslərin də yaşa görə əmək pensiyası hüququ qanunda yer alır:

- ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri;

- cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər (kişilər — 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar — 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə).

Miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan işçilərin də yaşa görə əmək pensiyası hüququ var.

Hüquq müdafiəçisi Bəhruz Hacıyevin ölümü ilə bağlı araşdırma aparır27.08.2015

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov müavini Elçin Şirinov və köməkçisi Nizaməddin Rüstəmovla birgə Mingəçevir

Page 61: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Şəhər Polis Şöbəsində monitorinq keçirib. APA-ya danışan hüquq müdafiəçisi bildirib ki, monitorinqin əsas məqsədi polis şöbəsində həlak olmuş Bəhruz Hacıyevin məsələsini araşdırmaq olub: “Mingəçevirdə Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev, əmiləri Gündüz Hacıyev və Səməd Səmədovla görüşdük. Qeyd etdilər ki, əməliyyatçı Şahlar Şahlarzadə Bəhruzu otaqda tək qoymamalı idi. Soruşdum ki, meyitin üzərində hər hansı qançır izi vardımı, dedilər yox. Bəhruzun boynu qırılıbmış və başı yaralanıbmış, bu da onun üçüncü mərtəbədən özünü atması nəticəsində yaranıb. Bundan başqa bildirdilər ki, dalağının üzərində nöqtə formasında izlər olub. Bunun nədən yarandığını bilmək istəyirlər.

Hadisə ilə bağlı saxlanılan əməliyyatçı Şahlar Şahlarzadə ilə görüşmək istədik. Lakin o, Gəncədəki 2 saylı İstintaq Təcridxanasına köçürüldüyü üçün görüşümüz alınmadı” .

Elçin Behbudov şöbənin rəisi Ələsgər Bədəlovla da görüşdüklərini deyib: “Ələsgər Bədəlov bildirdi ki, Bəhruz Hacıyevin şöbəyə gəlişi kameralara düşüb. O, sakit şəkildə şöbəyə daxil olur, 6-7 dəqiqədən sonra isə özünü pəncərədən atır. Rəis bildirdi ki, şöbədə elektroşok cihazları var, lakin onlar möhürlü şəkildə bağlı yerdə saxlanır. Həmin məsələni prokurorluq əməkdaşları da yoxlayıblar” .

Hüquq müdafiəçisi iş üzrə istintaqı aparan Respublika Prokurorluğunun müstəntiqi Qurban Səfərovla telefon əlaqəsi yaratdıqlarını qeyd edib: “Qurban Səfərov bildirdi ki, Şahlar Bəhruzu otaqda tək qoyub, hal şahidi dəvət edib şübhəli şəxsin üzərinə baxış keçirməyib və vəkil dəvət etməyib. Dalağın üzərində nöqtə kimi izlərin olması isə ekspertiza qarşısında sual kimi qoyulub. Ekspertizanın rəyindən sonra onun nədən yarandığı məlum olacaq” .

Elçin Behbudov polis şöbəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirdiklərini söyləyib: “Orada 21 nəfər saxlanılır. Onlardan 16-sı məlum hadisə ilə bağlı saxlanılan şəxslərdir. 10 sutkadan 20 sutkaya qədər inzibati qaydada azadlıqdan məhrum ediliblər. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən qətiyyən şikayətləri yoxdur”.

Hüquq müdafiəçisi monitorinqlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini bildirib: “Xahiş edəcəyəm ki, bu cür halların qarşısını almaq üçün polis şöbələrində olan dindirmə otaqlarının pəncərələrinə dəmir barmaqlıqlar vurulsun” .

Rəsmi açıqlamaya görə, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir şəhər sakini Bəhruz Hacıyev polis şöbəsinə gətirilib, inzibati binadakı xidməti otaqlardan birində dindirilərkən özünü pəncərədən aşağı atıb.

Bu olaya görə Mingəçevir Şəhər Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib, polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub.

Page 62: Daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilibtransparency.az/alac/files/avqust 3.docx · Web viewAPA-Economics-in məlumatına görə, Mərkəzi Bank kommersiya banklarına

Avqustun 22-də Bəhruz Hacıyevin dəfn mərasimindən sonra bir qrup Mingəçevir sakini şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib. Polis aksiyanı dağıdıb. Bu aksiyaya görə tutulanlar var.

Avqustun 24-də Baş Prokurorluq bəyan edib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə — ağır nəticələrə səbəb olduqda) maddələri ilə 4 ay müddətinə həbs olunub.