4
Ø ß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti Gündəlik ictimai-siyasi qəzet qapısı Qəzet 1921-ci ildən çıxır Azərbaycan Respublikasının Pre- zidenti İlham Əliyev martın 28-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və sə- lahiyyətli səfiri Peter Priputenin eti- madnaməsini qəbul edib. * * * Həmin gün Azərbaycan Respub- likasının Prezidenti İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və sə- lahiyyətli səfiri Brendan Uardın, Ve- nesuela Bolivar Respublikasının ölkə- mizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amenothep Zambrano Kontrerasın da etimad- namələrini qəbul edib. Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 27 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəa- liyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da vardır. Fərəcov Beytulla Niyazi oğlu – baş leytenant Cabbarov Turac Vaqif oğlu – kapitan Quliyev Bəhruz Yusif oğlu – kapitan Muxtar respublikada təhsilin inkişafı diq- qət mərkəzindədir. Son illər yaşayış məntə- qələrində müasir məktəb binalarının tikilməsi, tədrisdə informasiya-kommunikasiya tex- nologiyalarının tətbiqinin genişləndirilməsi təhsil infrastrukturunu tamamilə müasirləş- dirmişdir. Bu sahədə həyata keçirilən tədbirlər Ordubad rayonunu da əhatə etmişdir. Martın 29-da Ordubad şəhər 3 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbi- rində iştirak etmişdir. Məktəbin direktoru Əlağa Rzayev min- nətdarlıq edərək demişdir ki, informasiya texnologiyaları və tədris avadanlıqları ilə təminat məktəbdə dərslərin səmərəli təşkilinə imkan verəcəkdir. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər yara- dılan şəraitdən istifadə etməklə gənclərin hərtərəfli təhsil almasına, onların əsl və- təndaş kimi yetişdirilməsinə nail olacaq, göstərilən qayğıya qazanılan nailiyyətlərlə cavab verəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər 3 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş və demişdir ki, təhsil ölkəmizdə strateji sa- hədir. Ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində təhsilin inkişafını diqqət mərkəzində saxlamışdır. Bu yol bu gün də davam etdirilir. Çünki təhsil sahəsində qa- zanılan uğurlar ölkə həyatının bütün sahə- lərində özünü göstərir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə çalışanlar həm ötən əsrin 70-ci illərində, həm də müstəqillik dövründə təhsil alan insanlardır. Ali Məclisin Sədri demişdir: “Təhsil hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək üçün təhsilli gənclər yetişdirmək la- zımdır. Ulu öndər Heydər Əliyev də deyirdi ki, “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazır- layan tərbiyə ocağıdır”. Bu gün məktəblərdə gənc lərə təhsil verməklə yanaşı, həm də və- tənpərvərlik hisləri aşılanmalı, onlar milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunma- lıdırlar. Ümumtəhsil məktəblərində bu və- zifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu gün istifadəyə verilən məktəb binası da müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Yaradılan şərait imkan verəcəkdir ki, müəllimlər daha səylə çalışsınlar, qarşıya qoyulan vəzifələri layi- qincə yerinə yetirsinlər, gəncləri gələcəyə hazırlasınlar”. Ali Məclisin Sədri demişdir: “Ordubad şəhər 3 nömrəli tam orta məktəbində yaxşı təhsil ənənələri vardır. Ötən tədris illərində məktəbin nailiyyətləri qənaətləndirici ol- muşdur. Bütün bunlara görə dövlətimiz tə- rəfindən kollektivin əməyi qiymətləndirilmiş, məktəbin müəllimlərindən biri “Tərəqqi” medalı ilə təltif edilmiş, biri “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəx - ri adına layiq görülmüşdür. Bir müəllim Ardı 2-ci səhifədə 2015-ci ilin aprel ayında Naxçıvan Musiqi Kollecinin yaranmasının 40 illiyi tamam olur. Naxçıvan Musiqi Kolleci 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi tədbirində iştirak etmək üçün Naxçıvana gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə yaradılmışdır. 1975-ci ildən Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Nax- çıvan Musiqi Kolleci kimi fəaliyyət göstərən bu təhsil ocağı böyük inkişaf yolu keçmişdir. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollecdə hazırda 11 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən 40 il ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olmuşdur. Məktəbin məzunları ölkəmizin mə- dəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq mədəniyyətin və incəsənətin inkişafında xidmətlər göstərirlər. Ali musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsində də xidmətləri vardır. Naxçıvan Musiqi Kollecinin muxtar respublikanın mədəni həyatında rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq 1. Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi geniş qeyd edilsin. 2. “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin. Naxçıvan şəhəri, 29 mart 2015-ci il Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

ØßÐÃqapısı - diogenpro.com · say ılan bir bölgəsidir. Azərbaycan xal qının qədim tarixi, elmi və mə-də ni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: ØßÐÃqapısı - diogenpro.com · say ılan bir bölgəsidir. Azərbaycan xal qının qədim tarixi, elmi və mə-də ni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının

Øß ÃÐDoğma, canım-varlığım qədərsevdiyim Azərbaycanımmənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısıQəzet 1921-ci

ildən çıxır

Azərbaycan Respublikasının Pre-zidenti İlham Əliyev martın 28-dəSlovakiya Respublikasının ölkəmizdəyeni təyin olunmuş fövqəladə və sə-lahiyyətli səfiri Peter Priputenin eti-madnaməsini qəbul edib.

* * *Həmin gün Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyevİrlandiya Respublikasının ölkəmizdəyeni təyin olunmuş fövqəladə və sə-lahiyyətli səfiri Brendan Uardın, Ve-nesuela Bolivar Respublikasının ölkə -mizdə yeni təyin olunmuş fövqəladəvə səlahiyyətli səfiri AmenothepZambrano Kontrerasın da etimad-namələrini qəbul edib.

Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il27 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının MilliTəhlükəsizlik naziri

general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 mart tarixliSərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təminedilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəa-liyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmillimütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə AzərbaycanRespublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltifedilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası MilliTəhlükəsizlik Nazirliyinin əməkdaşları da vardır.

Fərəcov Beytulla Niyazi oğlu – baş leytenant

Cabbarov Turac Vaqif oğlu – kapitan

Quliyev Bəhruz Yusif oğlu – kapitan

Muxtar respublikada təhsilin inkişafı diq-qət mərkəzindədir. Son illər yaşayış məntə-qələrində müasir məktəb binalarının tikilməsi,tədrisdə informasiya-kommunikasiya tex-nologiyalarının tətbiqinin genişləndirilməsitəhsil infrastrukturunu tamamilə müasirləş-dirmişdir. Bu sahədə həyata keçirilən tədbirlərOrdubad rayonunu da əhatə etmişdir. Martın 29-da Ordubad şəhər 3 nömrəlitam orta məktəbin yeni binası istifadəyəverilmişdir. Naxçıvan Muxtar Respublikası AliMəclisinin Sədri Vasif Talıbov açılış tədbi-rində iştirak etmişdir. Məktəbin direktoru Əlağa Rzayev min-nətdarlıq edərək demişdir ki, informasiyatexnologiyaları və tədris avadanlıqları ilətəminat məktəbdə dərslərin səmərəli təşkilinəimkan verəcəkdir. Bu da kollektiv qarşısındamühüm vəzifələr qoyur. Müəllimlər yara-dılan şəraitdən istifadə etməklə gənclərin

hərtərəfli təhsil almasına, onların əsl və-təndaş kimi yetişdirilməsinə nail olacaq,göstərilən qayğıya qazanılan nailiyyətlərləcavab verəcəklər. Naxçıvan Muxtar Respublikası AliMəclisinin Sədri Vasif Talıbov Ordubadşəhər 3 nömrəli tam orta məktəbin istifadəyə

verilməsi münasibətilə kollektivi təbrik etmişvə demişdir ki, təhsil ölkəmizdə strateji sa-hədir. Ümummilli liderimiz Heydər Əliyevistər Sovetlər Birliyi dövründə, istərsə dəmüstəqillik illərində təhsilin inkişafını diqqətmərkəzində saxlamışdır. Bu yol bu gün dədavam etdirilir. Çünki təhsil sahəsində qa-

zanılan uğurlar ölkə həyatının bütün sahə-lərində özünü göstərir. Bu gün Azərbaycandamüxtəlif sahələrdə çalışanlar həm ötən əsrin70-ci illərində, həm də müstəqillik dövründətəhsil alan insanlardır. Ali Məclisin Sədri demişdir: “Təhsil hərbir ölkənin gələcəyidir. Bu gələcəyi təmin

etmək üçün təhsilli gənclər yetişdirmək la-zımdır. Ulu öndər Heydər Əliyev də deyirdiki, “Məktəb təhsil verməklə yanaşı, eynizamanda gəncləri müstəqil həyata hazır-layan tərbiyə ocağıdır”. Bu gün məktəblərdəgənc lərə təhsil verməklə yanaşı, həm də və-tənpərvərlik hisləri aşılanmalı, onlar millidəyərlərə sədaqət ruhunda tərbiyə olunma-lıdırlar. Ümumtəhsil məktəblərində bu və-zifələrin yerinə yetirilməsi üçün lazımi şəraityaradılmışdır. Bu gün istifadəyə verilənməktəb binası da müasir tədrisin tələblərisəviyyəsində qurulmuşdur. Yaradılan şəraitimkan verəcəkdir ki, müəllimlər daha səyləçalışsınlar, qarşıya qoyulan vəzifələri layi-qincə yerinə yetirsinlər, gəncləri gələcəyəhazırlasınlar”. Ali Məclisin Sədri demişdir: “Ordubadşəhər 3 nömrəli tam orta məktəbində yaxşıtəhsil ənənələri vardır. Ötən tədris illərindəməktəbin nailiyyətləri qənaətləndirici ol-

muşdur. Bütün bunlara görə dövlətimiz tə-rəfindən kollektivin əməyi qiymətləndirilmiş,məktəbin müəllimlərindən biri “Tərəqqi”medalı ilə təltif edilmiş, biri “AzərbaycanRespublikasının Əməkdar müəllimi” fəx -ri adına layiq görülmüşdür. Bir müəllim

Ardı 2-ci səhifədə

2015-ci ilin aprel ayında Naxçıvan Musiqi Kollecininyaranmasının 40 illiyi tamam olur.

Naxçıvan Musiqi Kolleci 1974-cü ildə Naxçıvan MuxtarRespublikasının 50 illik yubileyi tədbirində iştirak etməküçün Naxçıvana gələn Azərbaycan xalqının ümummillilideri Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə yaradılmışdır.1975-ci ildən Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ciildən Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Nax-çıvan Musiqi Kolleci kimi fəaliyyət göstərən bu təhsilocağı böyük inkişaf yolu keçmişdir. 1975-1976-cı tədrisilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollecdə hazırda11 ixtisas üzrə kadr hazırlığı aparılır.

Ötən 40 il ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dənçox məzunu olmuşdur. Məktəbin məzunları ölkəmizin mə-dəniyyət müəssisələrində, uşaq musiqi məktəblərindəçalışaraq mədəniyyətin və incəsənətin inkişafında xidmətlərgöstərirlər.

Ali musiqi məktəbləri üçün fundamental baza rolunuoynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikadamədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrlarınhazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnızmusiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gəncnəslin yetişdirilməsində də xidmətləri vardır.

Naxçıvan Musiqi Kollecinin muxtar respublikanın mədəni

həyatında rolunu nəzərə alaraq Naxçıvan Muxtar RespublikasıKonstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinirəhbər tutaraq

1. Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi genişqeyd edilsin.

2. “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyininkeçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Naxçıvan şəhəri, 29 mart 2015-ci il

Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqındaNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Sərəncamı

Page 2: ØßÐÃqapısı - diogenpro.com · say ılan bir bölgəsidir. Azərbaycan xal qının qədim tarixi, elmi və mə-də ni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının

2“Ən yaxşı müəllim” müsabiqəsinin, 2013-cüildə isə məktəb “Ən yaxşı məktəb” müsabi-qəsinin qalibi olmuşdur. Yaradılan şəraitgələcəkdə bu nailiyyətləri daha da artırmağaimkan verəcəkdir”. Ali Məclisin Sədri qazanılan nailiyyətlərəgörə kollektivə təşəkkür etmiş, açılışı bil-dirən lenti kəsmiş, məktəb binasında yara-dılan şəraitlə və tədrisin vəziyyəti iləmaraqlanmışdır. Bildirilmişdir ki, 810 şagird yerlik mək-təbdə 5-i elektron lövhəli olmaqla, 45 sinifotağı, kimya, biologiya və fizika laborato-riyaları, hərbi kabinə, 3 kompüter otağı, 2şahmat otağı, 2 müəllimlər otağı, kitabxana,bufet və idman zalı vardır. Məktəbin kitabxana fondunda 13 min867 kitab vardır. Burada şagirdlərin bilikvə maraqlarına uyğun tədbirlərin keçirilməsi,onların fəal mütaliəyə cəlb olunması üçünlazımi şərait yaradılmışdır. Təhsil sisteminin informasiya texnolo-giyaları əsasında təkmilləşdirilməsi və in-teraktiv təlim metodlarından istifadə yük -sək nəticələrin qazanılmasına imkan verir.Məktəbdə 57 kompüter quraşdırılmış vəinter netə qoşulmuşdur. Elektron lövhəlisiniflər isə keçilən dərslərin əyaniliyinitəmin edəcək dir. Belə ki, şagirdlər istənilənkimyəvi reaksiyanın, fiziki və bioloji pro-seslərin izahı nı və videogörüntülərini, müx-təlif cihazla rın, qurğuların, texniki vasitə-

lərin işləmə prinsiplərini elektron lövhədəizləyə, eləcə də virtual tədris mübadiləsiapara bilirlər. Bu isə tədris materiallarınındaha yaxşı mənimsənilməsinə köməklikedir. Ali Məclisin Sədri elektron lövhəli sinifdəmuxtar respublikanın 220 təhsil müəssisəsiilə “Naxçıvanqala” Tarix-Memarlıq MuzeyKompleksi arasında videobağlantı vasitəsiləkeçilən dərsi izləmişdir. Kimya, biologiya və fizika laboratoriya-

larında cihaz və avadanlıqlar quraşdırılmış,şagirdlərin biliklərinin təcrübi əsaslarla möh-kəmləndirilməsi təmin edilmişdir. Hərbi ka-binə isə gənclərin hərb sənətinə marağınınartırılmasına və onların vətənpərvər ruhdaböyüməsinə imkan verəcəkdir. Geniş və işıqlı idman zalı, eləcə də hə-yətdəki süni örtüklü idman meydançası vəaçıq idman qurğuları gənclərin fiziki cəhətdənsağlam böyüməsinə hesablanmışdır. Ali Məclisin Sədri məktəbin idman zalında

olmuş, bədən tərbiyəsi və idman dərslərinintəşkili ilə maraqlanmışdır. Müəllimlərlə söhbət zamanı Ali MəclisinSədri ümummilli lider Heydər Əliyevin“Ordubad Azərbaycanın incisidir” fikrinixatırladaraq demişdir: “Ordubad tarixənAzərbaycanın elm və təhsil mərkəzi olmuş-dur. Bu torpaq böyük mütəfəkkirlər yetiş-dirmişdir. Görkəmli maarifçi alim Məhəm-məd Tağı Sidqi ilk dəfə Ordubad şəhərindədünyəvi məktəb yaratmış, gənc nəslin təhsilalması qayğısına qalmışdır. Bu ənənə müasirdövrdə də davam etdirilməlidir. Məktəb bi-nasında yaradılan şərait gənclərin yaxşıtəhsil almasına və hərtərəfli böyüməsinəhesablanmışdır. Müəllimlər bu imkanlardansəmərəli istifadə etməli, vətənpərvər və sa-vadlı gənclər yetişdirilməlidir”. Müəllimlərdən Səkinə Tağıyeva və SahiləCəlilova yaradılan şəraitə görə minnətdarlıqedərək demişlər ki, bu gün Ordubad rayo-nunda təhsilin inkişafına lazımi qayğı gös-tərilir. İstər Ordubad şəhərində, istərsə dəƏləhi, Xurs, Nürgüt kimi ən ucqar dağkənd lərində müasir məktəb binalarının tikilibistifadəyə verilməsi gələcəyimizə göstərilənqayğıdan xəbər verir. Müasir tədris şəraitipedaqoji kollektivləri daha səylə çalışmağa,xalqımız və dövlətimiz üçün yararlı gəncləryetişdirməyə ruhlandırır. Məktəb binasının həyətində də abadlıqişləri aparılmış, yaşıllıqlar salınmışdır.

Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev demişdir: “Bizim nəq-liyyatımızın bütün növləri bu gün ən yüksəkstandartlara cavab verir, o cümlədən havanəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilirvə son illərdə Azərbaycanda tikilmiş aero-portlar, alınan yeni müasir təyyarələr vəsərnişinlərə göstərilən xidmət bizim inki-şafımızı əyani şəkildə göstərir”. Ölkəmizin hava nəqliyyatı sisteminin in-kişafı sahəsində tədbirlər Naxçıvan MuxtarRespublikasında da uğurla icra edilir, sərni-şinlərin rahatlığı təmin olunur. Şəhər vərayon mərkəzlərində müasir standartlara uy-ğun aviakassa binalarının tikilib istifadəyəverilməsi də bu tədbirlərin tərkib hissəsidir. Martın 29-da Ordubad şəhərində yeniaviakassa binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası AliMəclisinin Sədri Vasif Talıbov açılış tədbi-rində iştirak etmişdir. Naxçıvan Beynəlxalq Hava Limanınındirektoru Mənşur Gülməmmədli çıxış edərəkdemişdir ki, muxtar respublikada hava nəq-liyyatının inkişafı diqqət mərkəzində saxla-nılır, sərnişin və yükdaşımalarının səviyyəsi

daha da yüksəldilir, uçuşların təhlükəsizliyitəmin olunur. Son illər aerovağzal kom-pleksinin yenidən qurulması, yeni inzibatibinanın istifadəyə verilməsi, infrastrukturunmüasir standartlara uyğun qurulması xidmətinkeyfiyyətini xeyli yüksəltmişdir. Ordubadşəhərində müasir aviakassa binasının istifa-dəyə verilməsi də bu tədbirlərin davamıdır.Mənşur Gülməmmədli Naxçıvan BeynəlxalqHava Limanının maddi-texniki bazasınınmöhkəmləndirilməsinə, hava nəqliyyatı sis-teminin müasirləşdirilməsinə göstərilən qay-ğıya görə kollektiv adından minnətdarlıqetmiş, bundan sonra da qarşıya qoyulan və-zifələri layiqincə yerinə yetirəcəklərinə söz

vermişdir. Naxçıvan Muxtar Respublikası AliMəclisinin Sədri Vasif Talıbov tədbirdəçıxış edərək demişdir: “Ölkəmizdə havanəqliyyatı sistemində həyata keçirilən təd-

birlər bu sahənin inkişafına təkan vermişdir.Yeni hava limanlarının tikintisi, hava nəq-liyyat vasitələrinin alınması, mütəxəssislərinhazırlanması dövlətimiz tərəfindən bu sa-hənin inkişafına göstərilən qayğının bariznümunəsidir. Bu gün Naxçıvan Muxtar Res-publikasının blokada vəziyyətində yaşamasıhava nəqliyyatının inkişafını zərurətə çe-virmişdir. Ötən dövrdə muxtar respublikadamüasir hava limanının və uçuş zolağınınistifadəyə verilməsi bu sahənin inkişafındamühüm rol oynamışdır. Həyata keçiriləntədbirlərin nəticəsidir ki, bu gün NaxçıvanBeynəlxalq Hava Limanı ən müasir təyya-rələri qəbuletmə və yolasalma imkanına

malikdir”. Ali Məclisin Sədri demişdir: “Muxtarrespublikada hava nəqliyyatının inkişafısahəsində həyata keçirilən tədbirlərin əsasməqsədi sərnişinlərin rahatlığını təmin et-

məkdir. Hava nəqliyyatında sərnişinlərinrahatlığının təmin olunması isə, ilk növbədə,bilet satışından başlanır. Əvvəllər muxtarrespublikada bilet satışı yalnız Naxçıvanşəhərində həyata keçirilirdi. Bu da mər-kəzdən uzaqda yerləşən Ordubad, Şərurvə Sədərək rayonlarında yaşayan insanlarınbilet almasında müəyyən çətinliklər yara-dırdı. Ona görə də Ordubad və Şərur ra-yonlarında müasir aviakassa binaları inşaolundu. Bu gün Ordubad şəhər aviakassasıistifadəyə verilir. Aviakassada müasir ava-danlıqlar quraşdırılmışdır. Yaradılan şəraitaviakassada Naxçıvan-Bakı və digər isti-qamətlərlə yanaşı, həm də Bakıdan başqa

ölkələrə getmək istəyən rayon sakinləriüçün də bilet satışını həyata keçirməyə im-kan verəcəkdir”. Ali Məclisin Sədri demişdir: “NaxçıvanBeynəlxalq Hava Limanının inkişafı sahə-sində həyata keçirilən tədbirlər bundan sonrada davam etdiriləcək, muxtar respublikaəhalisinə müasir hava nəqliyyatı xidmətigöstəriləcəkdir. Naxçıvan Beynəlxalq HavaLimanının kollektivi də yaradılan şəraitdənsəmərəli istifadə etməli, hava nəqliyyatınıninkişafına öz töhfələrini verməli, sərnişinlərinrahatlığı təmin olunmalıdır”. Ali Məclisin Sədri Ordubad şəhər avia-kassasının istifadəyə verilməsi münasibətiləkollektivi və sakinləri təbrik etmiş, açılışıbildirən lenti kəsmişdir. Məlumat verilmişdir ki, 2 mərtəbədənibarət binanın birinci mərtəbəsində gözləməzalı, 5 bilet satış kassası, təhlükəsizlikotağı, texniki otaq və məlumat köşkü ya-radılıb. İkinci mərtəbədə isə aviakassa iş-çiləri üçün müasir xidmət otaqları vəmətbəx istifadəyə verilmişdir. Binada təh-lükəsizlik, yanğından mühafizə və fərdiistilik sistemləri yaradılmış, nəzarət-mü-

şahidə kameraları quraşdırılmışdır. Aviakassada yeni texnologiyalar tətbiqolunmuş, binaya fiber-optik kabel çəkilmiş,kompüter dəstləri quraşdırılmış və elektronnövbə sistemi yaradılmışdır. Sərnişinlər göz-ləmə zalındakı monitor vasitəsilə təyyarəreysləri və boş yerlər haqqında əvvəlcədənməlumat əldə edə biləcəklər. Aviakassada 8nəfər işlə təmin olunmuşdur. Binanın interyeri və fasadı müasir me-marlıq tələblərinə uyğun dizayn edilmiş,həyətdə geniş abadlıq işləri görülmüşdür.

Naxçıvan Muxtar RespublikasıAli Məclisinin mətbuat xidməti

Page 3: ØßÐÃqapısı - diogenpro.com · say ılan bir bölgəsidir. Azərbaycan xal qının qədim tarixi, elmi və mə-də ni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının

3

Naxçıvan Muxtar RespublikasıAzərbaycan Respublikasının tarixiirsinin mühüm və arxeoloji sərvətisayılan bir bölgəsidir. Azərbaycanxalqının qədim tarixi, elmi və mə-dəni irsi bu torpaqda formalaşıbdır.Naxçıvan bəşər sivilizasiyasınınbeşiklərindəndir. Bu torpaq əsrlər-boyu Şərq və Qərbin kəsişməsindəticarət, sənətkarlıq, elm və mədə-niyyət mərkəzi olma statusunu qo-ruyub saxlamışdır. Son on il ərzindəNaxçıvan Muxtar Respublikası in-frastruktur, sosial-iqtisadi inkişaf,açıq hökumət təşəbbüsü və geniş-miqyaslı ictimai işlər sahəsində sü-

rətlə inkişaf etmişdir. Hazırkı iqtisadi inkişaf bu qədimyurdda insan sivilizasiyası və Azər-baycan xalqının əcdadları haqqındaelmi tədqiqatların aparılmasına yolaçır. Naxçıvanda siz ibtidai insanlaraaid mağara, qədim yaşayış yerləri,erkən şəhər mədəniyyəti qalıqları,möhtəşəm qala divarları, qayaüstürəsm nümunələri, qoç abidələri vəziyarətgahlar tapa bilərsiniz. Nax-çıvandakı Əshabi-Kəhf ziyarətgahı,Gəmiqaya nekropolları və qayaüstürəsmlərdə Daş dövrünün qalıqlarıöz əksini tapmışdır. Əshabi-Kəhf ziyarətgahı (ərəb

dilində “mağara sakinləri” demək-dir) Naxçıvan şəhərindən 12 kilo-metr məsafədə İlandağ ilə Nəhəcirdağı arasında yerləşən təbii ma-ğaradır. “Qurani-Kərim”də göstə-rilənlərə görə, bu mağara Allahaibadət etməyən icmanı tərk edəninsanların sığındığı yer olmuşdur.“Qurani-Kərim”dəki müqəddəs su-rəyə görə, Əshabi-Kəhf ilə bağlıhadisələr Naxçıvanın qədim tarixiilə əlaqədardır. Əshabi-Kəhfinmövcudluğu xristian ədəbiyyatındaqeyd edilmir. Yalnız son dövrdəaparılan arxeoloji tədqiqatlar buqədim ərazinin əhəmiyyətini daha

da artırmışdır. Beynəlxalq alimlərbelə bir nəticəyə gəlmişlər ki, Nax-çıvanın bu abidəsi dini irsin mü-hüm nümunəsidir və bütün bun-lardan başqa, “Qurani-Kərim”lədərindən bağlıdır. Bu tarixi və diniyer Naxçıvan şəhərindən 12 kilo-metr məsafədə yerləşir. Ordubadda isə Nəbi yurdu yay-lağında Gəmiqaya arxeoloji abidəsiyerləşir. Kür-Araz mədəniyyətininizləri bu ərazidə olan qəbirlərdəmüəyyən edilmişdir. Bundan əlavə,nekropollarda Dəmir dövrünə aidqəbirlər aşkar olunmuşdur. Dəmirdövrünə aid qəbir abidələri kvadratformalı qaya parçalarından hazır-lanmış ağır sal daşlarla örtülmüşdür.Məzarın içərisinə şimal tərəfdə yer-ləşən yoldan daxil olmaq mümkün-dür. Məzarın sağ divarında üçbucaqformalı taxça var. Kanal tikintisizamanı abidə dağıntılara məruz qal-mış və buna görə də maddi-mədə-niyyət nümunələri yox olmuşdur.Arxeoloji tədqiqatlar bu nekropol-ların eradan əvvəl IV-I minilliyəaid olmasını təsdiqləyir. Qayaüstü təsvirlərə Ordubaddakı

Qapıcıq dağı yamaclarında – Nəbiyurdundakı Qaranquş yay otlaqla-rında rast gəlinir. Arxeoloqlar Qa-ranquş yaylağındakı qayaüstü təs-virlərdə Azərbaycan türklərinin ata-babalarına aid yaşayış məntəqələ-rinin izlərini aşkar ediblər. Bu eynizamanda sübut edir ki, həmin dağlıqərazi Naxçıvanın qədim insanlarıüçün əsas ov sahələrindən biri ol-muşdur. Sonrakı tayfalar Naxçı-vançay və Əlincəçay vadilərini yayotlaq sahəsi kimi istifadə etmişlər. Qayalara həkk olunmuş bütüntəsvirlər yerli sakinlərin gündəlikfəaliyyətini əks etdirir. Bu qədimtəsvirlərin böyük hissəsi keçi, öküz,maral, it, bəbir və canavar şəkillə-rindən ibarətdir. Gəmiqaya qayaüstürəsmləri və qədim yaşayış məskən-ləri beş, altı min il bundan əvvələtəsadüf edir. Gəmiqayadakı mühümkəşflər 1968-ci ildən aparılır. Butəsvirlərdə Naxçıvanın qədim sa-kinlərinin həyat tərzi, mədəniyyətivə gündəlik fəaliyyəti müşahidəedilir. Peter TAsE

Amerikalı jurnalist və tədqiqatçı,

“Foreign policy news” və “Eurasia

review” qəzetləri, ABŞ

Bəlkə də, tarixdə yeganə mil-lətdir ki, azərbaycanlılar bir əsrdə4 dəfə fəlakətə məruz qalıb, soy-qırımına, deportasiyaya uğrayıb vəhələ də bunun acısını yaşayır. Er-mənilər tərəfindən törədilən soy-qırımının səbəblərini analiz etməküçün əvvəla problemin ideoloji vəsiyasi mahiyyətini dərindən dərketmək lazım gəlir. Məlumdur ki,ermənilərin milli doktrinası “böyükErmənistan” ideologiyasıdır. Hai-Taht doktrinasının da əsasını təşkiledən və daha çox mifoloji rəva-yətlərə əsaslanan bu ideologiyauzun illərdir, erməni kilsəsi tərə-findən yaşadılan və tətbiq olunmasıuyğun görülən erməni milli də-yərlərinin vəhdətinə çevrilib. Tanrıtərəfindən “seçilmiş millət” olduq-larını iddia edən və özlərini bu ya-lana inandıran ermənilər şərqi Ana-dolu, Azərbaycan torpaqları, xü-susilə də Naxçıvanın Nuh Pey-ğəmbər tərəfindən onlara “vəd”olunduğunu önə sürürlər. Bununlada kifayətlənməyərək, guya, “se-çilmiş millət” olmaları səbəbiyləkilsənin də ilk dəfə Ermənistandaqurulduğunu, ilk xristian dövlətvə etnosun da məhz ermənilər ol-duğunu, dolayısı ilə xristianlığınQafqazdakı qalası olduqlarını iddiaedirlər. Hai-Taht doktrinasına görə,Naxçıvan da daxil Nuh Peyğəmbərtərəfindən “vəd” olunmuş torpaqlarhal-hazırda “itirilmiş tarixi erməniəraziləri”dir. Ermənilər tərəfindəntörədilən cinayətlərin əsasını daməhz bu “itirilmiş torpaqlar” iddiasıtəşkil edir. Bu torpaqların “geriqaytarılması” üçün uyğun görülən

ən münasib yol isə terror və cina-yətlərdir. Həmin doktrina əsas gö-türülərək tarixin müəyyən mərhə-lələrində azərbaycanlılara qarşısoyqırımı cinayətləri törədilib. Arxiv sənədlərində rus kazak-larının da cinayətlərin törədilmə-sində rol oynadıqları göstərilmək-dədir. 17 iyun 1905-ci ildə Naxçı-van qəzasının Zeynəddin kəndindəermənilərlə müsəlmanlar arasındabaş vermiş münaqişə ilə əlaqədarNaxçıvanda yerləşən Qafqaz atıcıbatalyonunun komandiri 18 iyundabaş ştaba göndərdiyi raportundayazırdı ki, “ermənilərlə müsəlman-lar arasında baş vermiş münaqişə-lərin aradan qaldırılmasında və-təndaş hakimiyyətinə kömək etməkməqsədilə mənə həvalə edilmişNaxçıvan şəhərində yerləşən ba-talyon 17 iyun tarixində axşamsaat 8-də silah işlətməyə məcburolub, nəticədə, Zeynəddin kəndinin20-dən çox müsəlman sakiniöldürülmüşdür”. Digər bir raportda isə həmin iliyul ayının 5-də indiki Nursu kən -d ində ermənilərlə müsəlmanlar ara-sında olan münaqişədə rus kazakla-rının kəndə göndərilməsi nəticəsindədağlarda gizlənib özlərini erməni-lərdən müdafiə edən sakinlərdən 4nəfərin öldürüldüyü, 11 nəfərin isəyaralandığı haqda məlumat verilir. Diqqəti çəkən ən önəmli məqamondan ibarətdir ki, raportların heçbirində bir nəfər də olsun, ermənininöldürüldüyü qeyd olunmur. O dövrün yazılı mənbələri vəarxiv materialları 1905-1907-ci il-

lərdə Naxçıvan, Şərur-Dərələyəzvə Ordubad bölgələrində ermənilərinsoyqırımı törətdiklərini isbat edir. Ermənilərin türkə olan nifrət psi-xologiyası və türkü öldürməkdən mə-nəvi zövqalma düşüncəsi 1918-ciildə də davam etdi. Naxçıvandaazərbaycanlılara qarşı törədilən soy-qırımında Andranik Ozanyan, Dro,Njde, Doluxanov, Yapon və digərcəlladların başçılıq etdikləri dəstələrböyük rol oynayıblar. Özünəməxsusvəhşiliyi ilə seçilən Andranik özadını ermənilərin azərbaycanlılaraqarşı həyata keçirdikləri soyqırımıtarixinə xüsusi nifrətlə yazdırıb.Mənbələr onun kimliyi haqqında oqədər də dolğun məlumat verməsələrdə, həmin mənbələrdə törətdiyi ci-nayətlər barədə kifayət qədər mə-lumatlar əks olunub. Bu cani birçox cinayətlərə imza atıb: məsələn,Araz çayı sahilindəki 4 min nəfərəyaxın əhalisi olan Yaycı kəndiniyerlə yeksan edib, kənd əhalisinin2000-2500 nəfərini qətlə yetirib vəAraz çayına atıb. Andranikin Arazçayına atdığı insanların cəsədlərininüvədililər çayın kəndin yaxınlı-ğından keçən hissəsində sahilə çı-xararaq dəfn ediblər. Cəsədlərinsayı o qədər çox idi ki, böyük birqəbiristanlıq yaranmışdı. O vaxtdanbu, Yaycı qəbiristanlığı olaraq tarixədüşüb. Andranik və onun dəstəsinin si-lahlı hücumları nəticəsində Ordubadətrafı, Əlincəçay boyu, Şahbuzkənd lərinin əhalisi tərk-silah olunub,xeyli hissəsi qətlə yetirilib. Sirab,Nursu, Kolanı, Hənzər, Mahmudoba,

Əbrəqunus, Qazançı, Paradaş, Xa-nağa, Bənəniyar, Camaldın, Ərəzin,Kırna kəndlərində də dəhşətli qır-ğınlar törədilib. 1918-1920-ci illərdə ermənilərinAzərbaycanda, o cümlədən Naxçı-vanda törətdikləri cinayətlərin ar-xasında hansı dövlət dayanırdı? Xa-rici dəstək olmasaydı, ermənilərbelə cinayətlərə əl ata bilərdilərmi?Faktlara müraciət edək. Əldə edilən məlumatlara görə,4 dekabr 1917-ci ildə London İn-gilis-Erməni Komitəsinin sədri vəİngiltərə parlamentinin üzvü AnurinUilyams İngiltərənin məşhur dip-lomatlarından olan, eyni zamandaMillətlər Cəmiyyətinin qurucusuLord Robert Sesilə göndərdiyi mək-tubda ermənilərə yardım göstəril-məsinin vacib olduğunu bildirir.Anurin Uilyams hətta ermənilərinsilahlandırılmasını və Andranik kimisilahlı dəstə başçılarından istifadəedilməsini də zəruri hesab edir.Məktubda ingilis, fransız və ame-rikan hökumətlərinin də erməni or-dusuna maddi dəstək vermələrininvacib olduğu bildirilir, sərhədlərdənkənarda yaşayan ermənilərin pulyardımı ilə Cənubi Qafqaza gəti-rilmələrinin qaçılmaz olduğu yazılır.Nəticədə, İngiltərənin müharibə ka-bineti özünün 7 dekabr 1917-ci iltarixli iclasında ermənilərə maliyyədəstəyi verilməsi haqda qərar qəbuledir. Bununla birlikdə erməni kö-nüllü dəstələrinin də Qafqaza fərqliyollardan gəlməsinə icazə verilir.İngiltərə tərəfindən ermənilərin dəs-təklənməsi üçün ayrılan yardım 20

milyon sterlinq idi. 1917-ci ilinsonları və 1918-ci ilin əvvəllərindəİngiltərə tərəfindən Tehrandan Ba-kıya, oradan da ermənilərə verilməsiüçün Tiflisə külli miqdarda qızılvə pul göndərilir. Sadəcə, pul deyil, müxtəlif silahvə sursatlar da ermənilər üçün tə-darük edilir. Bu yardımlar Versal-dakı Antanta Ali Hərbi Şurası ingilishərbi mütəxəssislərinin 1917-ciilin dekabr ayındakı memorandu-munda açıq şəkildə göstərilib: “Er-mənilərə hər vəziyyətdə işğal et-dikləri bölgələrdə pul, silah və sur-sat tədarükü ingilis siyasətinin ma-raqları daxilindədir. Bu təcrübəninuğurlu olması nəticəsində erməniqüvvələrindən gələcəkdə türklərindiz çökdürülməsi üçün faydalan-maq olar”. İngilislərin bu dəstəyi sayəsindəhərəkət qabiliyyətlərini artıran, küllimiqdarda silah və sursatla silahlananermənilər Azərbaycanda ciddi etniktəmizləmə siyasətini gerçəkləşdir-dilər. Azərbaycanın bir çox bölgə-lərində, o cümlədən Naxçıvandatürk-müsəlman soyqırımı törədildi.Mənbələrdən əldə edilən məlumat-lara görə, 1918-1921-ci illər arasındaNaxçıvanda 73 min 727 nəfər er-mənilər tərəfindən qətlə yetirilib. Bu cinayətlər ermənilərin nifrətpsixologiyasının bariz nəticəsi olsada, türk soyqırımının arxasında bö-yük dövlətlərin dəstəyi olduğu, eləcədə Antanta tərəfindən verilən qızıl,sterlinq və silahların rol oynadığıxüsusilə qeyd edilməlidir.

Emin ŞIXƏLİYEVtarix üzrə fəlsəfə doktoru

Muzeylər keçmişimizi özündəyaşadan maddi və mənəvi sərvət-lərimizin saxlanc yeridir. Buna görədə tariximizin, mədəniyyətimizinhərtərəfli öyrənilməsində və təbli-ğində muzeylər mühüm əhəmiyyətəmalikdir. Muzeylərlə əlaqələrindaha mütərəqqi yollarla inkişaf et-dirilməsi məqsədilə Naxçıvan Mux-tar Respublikası Ali MəclisininSədri 2014-cü il 19 dekabr tarixdə“Muzeylərlə əlaqələrin daha da güc-ləndirilməsi haqqında” Sərəncamimzalamışdır. Bu sərəncama uyğunolaraq, muxtar respublikada dövlətorqanlarında çalışan kollektivlərmuzeylərdə olur, tarixi keçmişimizinmüxtəlif dövrlərini özündə əksetdirən eksponatlarla, eləcə dəgörkəm li şəxsiyyətlərimizin həyatvə fəaliyyətləri ilə tanış olurlar. Bu tədbirlərin davamı kimi mar-tın 28-də Naxçıvan Muxtar Res-publikası Ali Məclisi Aparatının,Naxçıvan Muxtar Respublikası AliMəclisinin Sədri yanında GənclərFondunun və Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin Naxçıvan-şünaslıq Mərkəzinin kollektivləriNaxçıvan Dövlət Tarix Muzeyindəolmuşlar. Məlumat verilmişdir ki, 1924-cüildə fəaliyyətə başlayan muzeydə49 mindən çox eksponat qorunur.Muzeyin ekspozisiyası qədim, ortaəsrlər, müasir dövr və yeni dövrüəhatə edir. 10 şöbədən ibarət olan

muzeydə müxtəlifçeşidli əmək alət-ləri, Paleolit və Neolit dövrlərininəşyaları, dən daşları, obsidiandanlövhələr, daş çəkiclər, sümük bizlər,muxtar respublika ərazisində aşkarolunan mis və gümüş pullar nümayişetdirilir. Eyni zamanda muzeydə ortaəsrlərin məşhur memarlarından olmuşƏcəmi Əbubəkr oğlu Naxçıvaninininşa etdiyi möhtəşəm Möminə xatın,

Yusif Küseyir oğlu türbələrinə vəbaşqa memarlıq abidələrinə dair ma-teriallar, dekorativ-tətbiqi sənət, eləcədə zərgərlik, misgərlik, dulusçuluqvə nəqqaşlıq sənəti nümunələri, əlişləri sərgilənir. Həmin gün Naxçıvan MuxtarRespublikası Ədliyyə və Fövqə-ladə Hallar nazirliklərinin, DövlətGömrük Komitəsinin əməkdaşlarıHeydər Əliyev Muzeyində, Naxçı-van Muxtar Respublikası NazirlərKabinetinin, Naxçıvan Muxtar Res-publikası Ali Məhkəməsinin kol-lektivləri Naxçıvan Dövlət TarixMuzeyində, Naxçıvan Muxtar Res-publikası Prokurorluğunun, MilliTəhlükəsizlik və Daxili İşlər nazir-liklərinin kollektivləri Dövlət Bay-rağı Muzeyində, İnsan Hüquqlarıüzrə Müvəkkil (Ombudsman) Apa-ratının, Maliyyə, Vergilər, Təhsil,Gənclər və İdman, Mədəniyyət vəTurizm nazirliklərinin kollektivləri“Xan Sarayı” Dövlət Tarix-Memar-lıq, Möminə xatın və Açıq Səma

Altında Muzey Kompleksində, İq-tisadiyyat və Sənaye, Nəqliyyat,Əmək və Əhalinin Sosial Müdafiəsinazirliklərinin əməkdaşları “Nax-çıvanqala” Tarix-Memarlıq MuzeyKompleksində, Rabitə və Yeni Tex-nologiyalar, Kənd Təsərrüfatı vəSəhiyyə nazirliklərinin kollektivləriNaxçıvan Dövlət Xalça Muzeyində,Ekologiya və Təbii Sərvətlər Na-zirliyinin, Naxçıvan Muxtar Res-publikası Ali Məclisinin Sədri ya-nında Dövlət Qulluğu Məsələləriüzrə Komissiyanın, Dövlət Şəhər-salma və Arxitektura Komitəsininəməkdaşları isə Ədəbiyyat Muze-yində olmuşlar. Şəhər və rayon İcra hakimiy-yətlərinin, eləcə də muxtar respub-lika mərkəzi icra hakimiyyəti or-qanlarının şəhər və rayonlardakıidarə, müəssisə və təşkilatlarınınkollektivləri rayon mərkəzlərindəfəaliyyət göstərən Tarix-Diyarşü-naslıq və digər muzeyləri ziyarətetmişlər. “Şərq qapısı”

Page 4: ØßÐÃqapısı - diogenpro.com · say ılan bir bölgəsidir. Azərbaycan xal qının qədim tarixi, elmi və mə-də ni irsi bu torpaqda formalaşıbdır. Naxçıvan bəşər sivilizasiyasının

4

Bu gün də eyni qayda ilə bağça-nın həyətinə daxil oldu. Səhər Gü-nəşinin şəfəqləri nar gülləri kimiyarpaqların üzərində qızarırdı. Hə-mişəyaşıl ağac və gül kollarının üs-tünə qırmızı tül kimi səpilmiş Gü-nəşin şəfəqlərindən ayrı bir əlvanlığaqərq olmuş bu incə təbiət körpələrinməsum çöhrələrini xatırladırdı. Bü-tün bunlardan xüsusi zövq ala-alao, uşaq bağçasının hər tərəfini diq-qətlə seyr etdi, bağbanla salamlaşdıvə kiçik sual-cavabdan sonra özotağına keçdi. Əl çantasını ora qoyubyenidən uşaqlar qəbul edilən foyeyəgetdi. Mən isə düşünürdüm ki, bu günmuxtar respublikamızda uşaqlarıninkişafı, onların sağlam böyüməsiüçün müxtəlif addımlar atılır. Belətədbirlərdən biri də bağçalar üçünyeni binaların tikilməsi, onlarınmaddi-texniki bazasının möhkəm-ləndirilməsidir. Məqsəd ondan iba-rətdir ki, uşaqlarımız yüksək səviy-yədə tərbiyə alsınlar, Azərbaycanınlayiqli vətəndaşı kimi böyüsünlər.Uşaqların böyük himayədarı, ümum-milli liderimiz Heydər Əliyev de-yirdi: “Uşaqlar bizim gələcəyimizdir.Gələcəyimizi nə cür tərbiyə edəcə-yiksə, böyüdəcəyiksə, ölkəmizin,millətimizin, dövlətimizin gələcəyibundan asılı olacaqdır”. Sədərək kənd uşaq bağçasınınbinası 2012-ci ilin noyabr ayındaistifadəyə verilib. Bina müasir me-marlıq üslubunda son dərəcə zövqlətəmir edilib. 65 yerlik bağçada 4qrup fəaliyyət göstərir. Uşaqlarıntəlim-tərbiyəsi ilə 7 tərbiyəçi-müəllimməşğul olur. ...Uşaqların bağçaya gəlişi baş-lamışdı və valideynlər – bəziləri tə-ləsik, bəziləri isə səbirlə uşaqlarınıtərbiyəçilərə təhvil verir, sonra bağçamüdiri ilə məxsusi olaraq salamlaşıbgedirdilər. Bu gözəl görüntü on-on

beş dəqiqə davam etdi və sonra bizbağça müdirinin dəvətilə iş otağınadaxil olduq. Bağçanın müdiri Vəfa Hümbət -ova söhbət zamanı dedi: – Öncə qeyd edim ki, uşaqlarlaişləməyi çox sevirəm. Balacalarınqəlbinə isə asanlıqla yol tapmaq çə-tindir. Bunun üçün mütləq uşaqlarısevmək, onlara şəfqət göstərmək la-zımdır. Uşaq qəlbi isə həssas olduğuüçün səmimi hisləri dərhal duyurvə qiymətləndirir. Son illər təhsil sahəsində aparılanislahatlar göstərir ki, məktəbəqədərmüəssisələrin ənənəvi olaraq tərbiyəmüəssisələri hesab olunması düzgündeyil. Əvvəllər uşaq bağçasında tər-biyəçilərin bir qismi uşağı valideyn-lərdən təhvil alıb əyləndirən, gününsonunda isə onları evlərinə yolasalan insan kimi bilinirdi. Bu günisə vəziyyət tamam fərqlidir. Hazırdauşaq bağçaları təlim statusu daşıdı-ğına görə məktəbəqədər təhsil müəs-sisələri adlanırlar. Bu gün məktə-bəqədər təhsil müəssisələrinin ixti-yarında olan proqramlar əsaslı şəkildədəyişdirilib. Bu dəyişiklik isə tərbiyəvə təlim işinin çoxcəhətliliyindən

xəbər verməklə yanaşı, tərbiyəçilərinişində də ciddi dönüş yaratmaq zə-rurətini şərtləndirir. Bizim uşaq bağ-çası da yeni təlim üsullarından ba-carıqla istifadə edən məktəbəqədərtəlim müəssisələri sırasındadır.

Vəfa xanım daha sonra xüsusivurğuladı ki, qarşımızda duran əsasvəzifə yaddaşyönümlü təhsildən şəx-siyyətyönümlü təhsilə keçməklə və-tənpərvər, ailəsi, Vətəni və dövlətiüçün faydalı olmağı bacaran məsu-liyyətli vətəndaş yetişdirmək kimiali və məsuliyyətli prosesə öz töh-fəmizi verə bilməkdir. Artıq bu isti-qamətdə mühüm uğurlar əldə edilib,istər 2013-2014-cü, istərsə də butədris ilində bir sıra işlər görülüb.Belə ki, uşaq həyatı düzgün təşkilolunur, balaca fidanlara yüksək sə-viyyədə qayğı göstərilir, onlarda bi-lik, bacarıq və vərdişlər inkişaf et-dirilir. Bu təlim-tərbiyə müəssisə-sində valideynlərlə sıx əlaqə yaradılır.Onlar vaxtaşırı qruplarda olur, uşaq-larla iş prosesinə qoşulur, tərbiyə-çilərlə birgə mövzuya uyğun vəsaitlərhazırlayırlar. Həmçinin balacalarməktəb təliminə yüksək səviyyədəhazırlanırlar. Hər il planlaşdırılan işlər tam ye-rinə yetirilir, pedaqoji proseslərə ba-xış təşkil olunur, tədbirlərdə, yarışvə müsabiqələrdə, gəzinti və eks-kursiyalarda uşaqların fəal iştirakıtəmin edilir.

Sədərək rayonu üzrə keçirilənyarış və müsabiqələrdə də uşaqlaruğurlar qazanır, fəxri fərmanlarlatəltif olunurlar. Plana uyğun olaraq,Sədərək kənd 1 və 2 nömrəli tamorta məktəblərlə daim əlaqə saxla-

nılır, qarşıya qoyulan vəzifələr birgəhəyata keçirilir. Bu işlərin yerinəyetirilməsində tərbiyəçilərdən Ta-mella Əhmədova, Günay Mehdi-yeva, Sürəyya Səfərova xüsusi fə-allıq göstərirlər. Bağçada tədbirlərin hazırlanıbhəyata keçirilməsində qrup tərbiyə-çilərilə yanaşı, musiqi tərbiyəçisiZəminə Dostəliyevanın da əməyivar. Onların birgə səyi sayəsindəistedadlı uşaqların üzə çıxarılmasıvə bu istedadların inkişaf etdirilməsiüçün müəyyən tədbirlər həyata ke-çirilir. Bu məqsədlə bağçada “İste-dad” qrupu yaradılıb – bura 20 nəfəristedadlı uşaq cəlb olunub. Müsahibim onu da bildirdi ki,uşaqların Heydərabad qəsəbəsindəkiHeydər Parkına gəzintiləri, rayonTarix-Diyarşünaslıq Muzeyinə, Sə-dərək kəndindəki Şəhidlər xiyabanınaziyarətləri təşkil olunur. Keçiriləntədbirlər uşaqlarda vətənpərvərlikşüurunun formalaşmasına təsir edir. Hər il olduğu kimi, bu il də QanlıYanvara həsr olunmuş tədbir keçi-rilib. Məqsəd uşaqlara tariximiziöyrətməkdir. Bu faciənin qan yad-daşımız olduğu və heç vaxt unu-dulmaması uşaqlara öyrədilir. Həmingün Sədərək döyüşlərində şəhidolanların fotoşəkilləri balaca fidanlaragöstərilir və onlar haqqında qısaməlumat verilir. Təbii ki, bu tədbir-lərin keçirilməsi uşaqların vətən-pərvərlik ruhunda tərbiyəsinin rü-şeymləri kimi vacibdir. Vəfa Hümbətova onu da vurğu-ladı ki, bundan sonra da kollektivimizbağçada təlim-tərbiyə işlərinin key-fiyyətini daha da yüksəltməyə, uşaq-lara ilkin biliklər verməyə, onlarabağça yaşlarından doğma Vətənəməhəbbət hislərinin daha dərindən

aşılanmasına, əqli tərbiyə işininmöhkəmləndirilməsinə çalışacaqdır. Uşaqların bağçaya cəlbi və mək-təb təliminə mükəmməl hazırlanmasıda diqqət mərkəzindədir. Uşaq kon-tingenti sarıdan da heç bir problemyoxdur... ...Vəfa xanımı gözləyən vali-deynlər vardı. Uşaqlarını bağçayayazdırmaq istəyirdilər. Odur ki,söhbətimiz bir qədər yarımçıq qaldı.Bu müddət ərzində bağçanın musiqiotağı, idman zalı, yemək otağı vəsair ilə tanış oldum. Gələcəyimizolan uşaqların mənəvi cəhətdənzəngin və fiziki cəhətdən sağlamböyümələri üçün hər cür şəraityaradılmışdı. Bağçanın istedadlı balaca fidan-ları ilə də tanış oldum, onların bə-ziləri ilə söhbətləşdim. UşaqlardanSəma Qasımovanın ümummilli liderHeydər Əliyevə həsr olunmuş şeirixüsusi intonasiya ilə deməsi, NurgülSadıqlının rəqs etməsi, Əşrəf Məm-mədovun, Züleyxa İbrahimovanınmaraqlı rəsmləri bizdə xoş təəssüratyaratdı. Vəfa xanım valideynlərlə görüş-dən qayıtdıqdan sonra öyrəndik ki,peşəkarlığını, ixtisas səviyyəsinidaim yüksəltmək pedaqoji kollektivqarşısında bir vəzifə olaraq qoyulub.Uşaqların təlim-tərbiyə məsələləriilə bağlı valideynlərlə əməkdaşlığaböyük önəm verilir. Bağça müdiridedi ki, uşaqların müasir tələblərsəviyyəsində tərbiyəsi üçün bütünsəylərimizi birləşdirmişik. Yüksəksəviyyədə təmir edilib bütün müasiravadanlıqlarla birgə balaca nəslinixtiyarına verilən bu bağçada özöhdə liyimizi biz də böyük məsuliy-yətlə yerinə yetirməyə çalışırıq. Biz beləcə söhbəti yekunlaşdırdıq.

Vəfa xanım məşğələ otağında keçilən

“Azərbaycan dili” məşğələsində iş-

tirak etmək üçün tələsirdi. Mənsə

musiqi zalındakı bir uşağın ad gü-

nünün qeyd olunmasına həsr olun-

muş səhnəyə bir qədər tamaşa et-

dikdən sonra yüksək təəssüratla bağ-

çanı tərk etdim...

- Cəfər ƏLİYEV

O, adəti üzrə işə hamıdan tez gəlir. Səhər Günəşini təzə əkilmişgüllərin və ağacların yarpaqları üzərində, şehlərin parıltısında görmək,uşaqların çöhrələrindəki incə təbəssümləri sezmək ona xüsusi zövqverir. Təzə əkilmiş həmişəyaşıl ağaclara və güllərə xüsusi qayğı iləyanaşır, onların körpə balalar kimi nazını çəkməkdən xüsusi zövq alır.

Avropa alimlərinin apardığı tədqi-qatlardan sonra məlum olub ki, mü-kəmməl fiziki hazırlığa yiyələnməküçün insanda güclü daxili intizam vəqətiyyətin olması vacibdir. İnsan id-manı, sadəcə, qarşısına qoyduğu məq-sədə nail olmaq üçün etmir; sağlamhəyat təkcə yarışlarda qazanılan uğur-lardan ibarət deyil. Fiziki hazırlıq insanüçün böyük nemətdir – sağlamlıqdır.Bu nemətdən isə maksimum yararlan-maq insan xarakterindəki qətiyyətdənasılıdır.

Formalaşan xarakter

Bir müddət əvvəl ingilis alim-lərin təsdiq etdiyi “insanın

məşğul olduğu idman növünə görəxarakteri dəyişə bilər” fikri böyük səs-küyə səbəb olmuşdu. Bu fikir xarakterin2 əlamətini – tipik və fərdi əlamətləriqarşılaşdırmışdı. Aparılan araşdırma-lardan sonra təsdiq olunmuşdu ki, eynicəmiyyətdə yaşayan insanların həyatşəraitində tipik xüsusiyyətlərlə yanaşı,özünəməxsus cəhətlər də rol oynayır.Bu cəhətlərin dəyişməsində isə başlıcarolu idman oynayır. Qısası, idmanmakromühitdə formalaşan etnik vəmilli xarakterləri birləşdirməyə mü-vəffəq olan yeganə vasitədir. Deməli,idman insanın xarakterini formalaş-dırmaqla yanaşı, eyni zamanda onunsağlam ruhda inkişafına da təsir göstərir,onda idman etmək ənənə halını alır.Məsələn, fiziki təlim üçün ideal vaxtsəhər yuxusundan sonradır. Hər günsəhər 30-60 dəqiqə fiziki təlimə vaxtayıran adamlar əksər hallarda bu işi

ömürlük adətə çevirirlər. Fiziki təlimi gündəlik adətə çevir-mək güclü daxili intizam tələb edir.Bunu yuxudan qalxan kimi ilk iş olaraqgörmək isə insanın işini xeyli asan-laşdırır. Həftə ərzində bu, elə də çoxvaxt aparmır: 200-300 dəqiqə. Maraqlısıodur ki, insan fiziki təlimlərini gündəlikaltmış dəqiqəyə çatdırırsa, o, dünyanınən sağlam 1-2 faiz insanları sırasınaqoşulur. Hər insan isə bu işin öhdəsindənlazımi səviyyədə gələ bilmir. Hansısəviyyədə olmasından asılı olmayaraq,daim məşq etmək zamanla adətə çev-rilir. Alimlər idmana başlamağın heçvaxt gec olmadığını deyirlər: istənilənvaxt fiziki durumu düzəltmək müm-kündür. Təbii ki, bunun üçün insan ilkolaraq özünü yaxşı mənada aldatmalıdır.Bəs necə? Ən azından axşamdan idmanpaltarını yatağın yanına qoymaqla özü-nü asan şəkildə aldada bilər. Yuxudantam ayılmağa macal tapmamış artıqidman paltarında özünü görmək sənibu sahə ilə məşğul olmağa vadar edə-cək. Eyni zamanda səhər idmanı in-sanda ovqatın da yaxşı olmasına zəminyaradır.

Sağlam cəmiyyət üçün sağlam yol

Uzun, sağlam həyatı təmin et-məyin əsas şərti fiziki təlimlərə

başlamaq və bunu ömürboyu davametdirməkdir. Daxili intizam və iradədən,xarakterdən istifadə edib fiziki təliməbaşladıqda və bunu aramsız olaraq da-vam etdirdikdə insan cəmiyyət üçün

də sağlam qərarlar qəbul edir. Tədqi-qatçılar hər səhər fiziki təlimlə məşğulolan insanların daha ağıllı, iti düşüncəlivə yaradıcı olduqlarını müəyyən ediblər.Onların intellekti daha yüksək olur vəişlərini daha effektiv görmək üçün yeniideyalara malik olurlar. Bunun səbəbisadədir: hər səhər idman etməklə insanbeynində oksigenlə zəngin qan axınınıgücləndirir və bununla da, onun effektivfəaliyyətini təmin edir. Bu da insanıngün ərzində ayıq, düşüncəli və yaradıcıolmasına şərait yaradır. Həkimlərin isəfikrincə, yuxudan oyanan kimi fizikitəlimlə məşğul olmaq insanın metaboliksəviyyəsini qaldırır, nəticədə, bədənbütün gün ərzində aktiv kalori yandırır. Daxili fiziki güclə yanaşı, möhkəmiradəyə malik olmağın digər yolu təş-kilati və ya kollektiv idman növlərindəçıxış etməkdir. Bu, fiziki hazırlığıyaxşı laşdırmağın ən yaxşı yollarındanbiridir. Düzdür, bəzən insan buna vaxtməhdudiyyətinə görə məhəl qoymur,lakin vaxt və planlaşdırma məsələsindənə qədər çətinliklər törənsə də, nəticəhər zaman müsbət olur. Futbol, vo-leybol, tennis və bu kimi idman növləriilə məşğul olduqda insan daha məsu-liyyətli, intizamlı və diqqətli olur. Güclü daxili intizama malik olaninsan idman sayəsində istənilən uğurayiyələnə bilər. Çünki daxili intizamfərdin fiziki hazırlığını tam təmin et-məklə yanaşı, eyni zamanda onda sağ-lam cəmiyyət üçün müsbət xarakterformalaşdırır.

- Ceyhun MƏMMƏDOV

Fövqəladə Hallar Nazirliyinin Akade-miyasına “fövqəladə hallar və həyat fəa-liyyətinin təhlükəsizliyi mühəndisliyi” ix-tisası üzrə qəbul olmaq istəyən namizədlərboyu azı 170 santimetr, tam ortatəhsilli vəya buraxılış sinfində oxuyan, 16 yaşındanyuxarı (“fövqəladə hallar və həyat fəaliy-yətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasıüzrə 01.09.2015-ci il tarixədək 17 yaşıtamam olan), yaxud müddətli həqiqi hər -bi xidmət keçmiş, ehtiyatda olan və15.09.2015-ci il tarixədək 23 yaşı tamamolmayan Azərbaycan Respublikasının və-təndaşları sırasından seçilirlər. Namizədlər Fövqəladə Hallar Nazirliyitərəfindən müəyyən edilmiş qaydalara mü-vafiq olaraq nazirliyin xüsusi həkim eks-pertiza komissiyasında, həmçinin fizikihazırlıq və seçmə komissiyalarında sınaqdankeçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan mü-vəffəqiyyətlə keçən abituriyentlərin ərizələrirəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrəDövlət Komissiyası tərəfindən müəyyənedilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qay-dada keçirilən test imtahanlarında iştirakedirlər. Qəbul imtahanı test üsulu ilə I ixtisasqrupuna daxil olan fənlər üzrə keçirilir. Qəbul imtahanlarının keçirilməsi iləbağlı şərtlərlə Tələbə Qəbulu üzrə DövlətKomissiyasının internet saytında və kütləviinformasiya vasitələrində verilən elanlarlatanış olmaq olar. Akademiyaya qəbul olan şəxslər təhsilmüddətində yemək, geyim forması və ya-taqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyada təhsil müddəti 4 ildir vətədris Azərbaycan dilində aparılır. Akademiyanın məzunlarına “yanğın

təhlükəsizliyi mühəndisliyi”, “fövqəladəhallar və həyat fəaliyyətinin təhlükəsizliyimühəndisliyi” ixtisasları üzrə bakalavr də-rəcəsi, hərbi və ya xüsusi rütbələr verilir,Fövqəladə Hallar Nazirliyi sistemində mü-vafiq vəzifələrə təyin edilirlər. Akademiyaya qəbul olmaq istəyənlərTələbə Qəbulu üzrə Dövlət Komissiyasınainternet vasitəsilə elektron ərizə verdikdənsonra aşağıdakı sənədləri şəxsən təqdimetməlidirlər: - tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin və doğum haq-

qında şəhadətnamənin notarial qaydada

təsdiq olunmuş surəti;

- hərbi biletin və ya hərbi xidmətə

çağırış məntəqəsinə təhkim edilmə vəsiqə-

sinin əsli və notarial qaydada təsdiq olunmuş

surəti;

- tam orta məktəbdən, işlədiyi təqdirdə

iş yerindən və ya hərbi hissədən xasiyyət-

namə;

- tam orta təhsil haqqında sənədin əsli

və notarial qaydada təsdiq olunmuş surəti,

yaxud tam orta məktəbin buraxılış sinfində

oxuması haqqında arayış;

- yaşayış yerindən arayış;

- yaşayış yeri üzrə tibb müəssisəsindən

sağlamlıq haqqında arayış və digər tibbi

sənədlər;

- 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil

(ağ fonda, tünd rəngli pencəkdə).

Sənədlər aprelin 1-dən 30-dək (bazargünləri istisna olmaqla) saat 1000-dan 1700-dəkNaxçıvan Muxtar Respublikası FövqəladəHallar Nazirliyinin Dövlət Yanğın Təhlü-kəsizliyi İdarəsində (Naxçıvan şəhəri, ƏzizƏliyev küçəsi 25) qəbul ediləcəkdir.

Əlaqə telefonu: 545-41-66

İtmişdir Culfa rayonunun Bənəniyar kənd sakini Yusifov Akif Yusif oğlunun adına olan “Arzu” kəndli-fermer

təsərrüfatına aid A-000001 seriya nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dairdövlət aktı” itdiyindən etibarsız sayılır.

* * * İsmayılov Cavid Nüsrət oğlunun adına olan sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və veteranvəsiqəsi itdiyindən etibarsız sayılır.

ØßÐÃqapısı