34
Prolifikasiya- çiçək və meyvələrin cırtdanlaşmasıdır, bu zaman çiçəklərin «böyüməsi» baş verir, çiçəkdə dişicik əvəzinə zoğ inkişaf edir, həmin zoğda isə yeni çiçək əmələ gələ bilir. Nümunə: qızılgül çiçəklərində prolifikasiya. Fasiasiya- cırtdanlılıqdır, bu zaman gövdə və ya zoğlar kəmərəoxşar qabarıq forma alırlar. Nümunə: üzüm və ya günəbaxanda fasiasiya. Burulma- yarpaq kənarlarının bükülərək qıfa, borucuğa oxşaması. Nümunə: kartof yarpaqlarında qıvrılma. Qıvrılma- hüceyrənin anormal güclü bölünməsi nəticəsində yarpaq ayəsinin ayrı-ayrı hissələrinin artması. IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Embed Size (px)

DESCRIPTION

IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ. Prolifikasiya- çiçək və meyvələrin cırtdanlaşmasıdır, bu zaman çiçəklərin «böyüməsi» baş verir, çiçəkdə dişicik əvəzinə zoğ inkişaf edir, həmin zoğda isə yeni çiçək əmələ gələ bilir. Nümunə : qızılgül çiçəklərində prolifikasiya. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Prolifikasiya- çiçək və meyvələrin cırtdanlaşmasıdır, bu zaman çiçəklərin «böyüməsi»

baş verir, çiçəkdə dişicik əvəzinə zoğ inkişaf edir, həmin zoğda isə yeni çiçək əmələ gələ

bilir.

Nümunə: qızılgül çiçəklərində prolifikasiya.

Fasiasiya- cırtdanlılıqdır, bu zaman gövdə və ya zoğlar kəmərəoxşar qabarıq forma

alırlar.

Nümunə: üzüm və ya günəbaxanda fasiasiya.

Burulma- yarpaq kənarlarının bükülərək qıfa, borucuğa oxşaması.

Nümunə: kartof yarpaqlarında qıvrılma.

Qıvrılma- hüceyrənin anormal və güclü bölünməsi nəticəsində yarpaq ayəsinin ayrı-

ayrı hissələrinin artması.

Nümunə: şaftalıda yarpaq qıvrılması.

IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Page 2: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Şaftalıda yarpaq qıvrılmasıTaphrina deformans

Gavalıda “Cib cibə”Taphrina pruni

Page 3: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Nektarində deformasiyaTaphrina deformans

Gavalıda “Cib cibə”Taphrina pruni

Page 4: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Meyvə bədəni-qovğa göbələyi-meşə ağaclarının və ya onların ştambının səthində

çoxillik və ya birillik dırnağa və ya kirəmitə oxşar törəmələr.

Nümunə: yalançı qov, xallı qov.

Yastıcıqlar- parazitin spor mərhələsindən ibarət olmaqla epidermisin kəsiyindən səthə

çıxırlar. Tipik yastıcıqlar pas xəstəliklərini əmələ gətirən göbələklər üçün xarakterikdir.

Nümunə: günəbaxanda pas.

Örtük- ağ, boz və ya tünd rəngli olub, bitkinin yerüstü orqanlarının səthindən asanlıqla

silinir. Bu zaman aşağıdakı örtükləri fərqləndirirlər.

a) yalançı unlu şeh-zərif örtük yalnız yarpağın alt tərəfində rast gəlinir.

Nümunə: günəbaxanda yalançı unlu şeh.

b) həqiqi unlu şeh – zərif örtük yarpaq ayəsinin üst səthində əmələ gəlir, yalnız güclü

yoluxma zamanı yarpağın alt tərəfinə keçir.

V TİP- BİTKİNİN SƏTHİNDƏ SPORLARIN ƏMƏLƏ GƏLMƏSİ VƏ YA PARAZİT MİTSELİNİN YIĞILMASI

Page 5: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Nümunə: dənlilərdə unlu şeh.

Sklerosiyalar– hiflərin sıx hörülməsi nəticəsində əmələ gələn müxtəlif forma və

rəngli bədən.

Nümunə: günəbaxanda ağ çürümə.

Sürmə- ayrı-ayrı orqanların toxumalarının dağılması və qara toz kütləsinə çevrilməsi.

Nümunə: buğdada bərk sürmə.

Qaustoriya – bu yan budaqlanan hiflərdir, sahib bitkinin hüceyrəsi daxilinə keçir,

xüsusi qidalanma orqanı funksiyasını daşıyır. Bitkilərdə unlu şeh xəstəliklərini törədən

göbələklər qaustoriyalar vasitəsilə qida-lanmanı həyata keçirirlər.

Nümunə: bibər və badımcanda unlu şeh.

Xlamidosporlar- qalın divarlı hüceyrələrdir, əlverişsiz şərait zamanı mitselin

parçalanması nəticəsində əmələ gəlir. Xlamidosporlar uzun müddət torpaqda saxlanma

xüsusiyyətinə malikdirlər

Nümunə: pambıqda vertisillioz soluxma.

Page 6: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Qızılgüldə pasPhraqmidium mucronatum

Nektarində unlu şeh Sphaerotheca pannosa Lev. var. persicae

Page 7: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Arpada toz sürməUstilago nuda

Günəbaxanda ağ çürüməSclerotinia sclerotiorum

Page 8: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Bütün bitki xəstəliklərini qruplara bölmək qəbul edilmişdir. Xəstəliklərin əmələ

gəlmə səbəblərini müəyyən etmək üçün onların təsnifatının böyük əhəmiyyəti vardır.

Onların diaqnostikasında bu əsaslı rol oynayır. Mövcud olan təsnifatlar bir neçə

prinsiplərə əsaslanır. Ən geniş yayılmış prinsip xəstəlikləri əmələ gətirən səbəblərə

arxalanır və iki qrupa bölünür: parazit və qeyri-parazit xəstəliklər.

Lokallaşma (yerləşmə) dərəcəsindən asılıl olaraq, bitki xəstəliklərini yerli (lokal)

və ümumi (diffuz) olmaqla iki qrupa bölürlər. Yerli xəstəliklər bitkini tam yox, onun

müəyyən bir orqanını, ümumi xəstəliklər isə bütün bitki və ya onun böyük bir hissəsini

sirayətləndirir. Adətən, qeyri-parazit xəstəlikləri ümumiyə aid edirlər. Məsələn, torpaq

quraqlığı nəticəsində becərilən bütün bitkilər soluxurlar. Parazit xəstəliklər onların

yayılma xarakterindən asılı olaraq, yerli və ümumi ola bilərlər.

1.6 Bitki xəstəliklərinin təsnifatı

Page 9: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Bakteriyalar

Aktinomisetlər

Viroidlər

Ali çiçəkli parazitlər

Riketsilər

Fitoplazmalar

Viruslar

Göbələklər

Parazit xəstəliklər

Page 10: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 11: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 12: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 13: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 14: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 15: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 16: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 17: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 18: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 19: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ
Page 20: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Bibərdə unlu şehiLeveillula taurica Am.

Pambığın vertisillioz soluxmasıVerticillium dahliae Keeb.

Ümumi və ya diffuz Yerli və ya lokal

Page 21: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Xəstəlikləri inkişaf müddətinin uzunluğuna görə kəskin və xroniki

olmaqla fərqləndirirlər. Kəskin xəstəlik törədicilərinin inkişafı adətən bir

vegetasiya dövründə başa çatır. Məsələn, havanın gündəlik orta temperaturu

20-220C olduqda üzümdə mildyu xəstəliyinin törədicisi inkişafını 3-4 günə

başa çatdırır.

Bitkilərin müəyyən inkişaf fazasında yoluxma xüsusiyyətlərindən asılı

olaraq, xəstəlikləri fərqləndirirlər: cücərtilərin (toxmacarlar, şitillər),

tinglik-lərin, yaşlı bitkilərin xəstəlikləri.

Yoluxma orqanlarına görə aşağıdakı kimi təsnifat mövcuddur: toxumla-

rın xəstəlikləri, meyvələrin xəstəlikləri, yumruların xəstəlikləri, köklərin

xəstəlikləri, yarpaqların xəstəlikləri, budaqların xəstəlikləri və s.

Page 22: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Bibərdə antraknozColletotrichum nigrum

Ağacda xərçəng Aqrobacterium tumefaciens

Kəskin Xroniki

Page 23: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Tütünün qara ayaq və ya şitil çürüməsi xəstəliyi Pythium debarianum

Cavan alma ağacında yanıqErwinia amylovora

Şitillərin xəstəlikləri Cavan ağacların xəstəlikləri

Page 24: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Kartofun fitoftorozuPhytophthora infestans

Yarpaqda dəmgilVenturia pirina

Yumruda Yarpaqda

Page 25: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Meyvədə və budaqda dəmgil Venturia pirina

Meyvədə Budaqda

Page 26: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Özünü yoxlama üçün mövzuya aid test sualları

1. Fitopatologiya nə sözüdür və nədən bəhs edir?

a) rus sözü olub, maddələr mübadiləsindən bəhs edir

b) latın sözü olub, fotosintezi öyrənir

c) yunan sözü olub, bitki xəstəlikləri haqqında elmdir

d) yunan sözü olub, bitkinin hüceyrəvi quruluşunu öyrənir

e) latın sözü olub, həşəratların morfologiyasını öyrənir

Page 27: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

a) simptomologiya, etiologiya, patoloji morfologiya və anatomiya,

epifitotologiya, immunitet, gigiyena, profilaktika və terapiya

b) etiologiya, morfologiya və anatomiya

c) simptomologiya, virusologiya, biokimya

d) epifitotologiya, etiologiya, bakteriologiya

e) ali çiçəkli parazitlər, immunologiya, etiologiya

2. Fitopatologiya bir elm kimi hansı bölmələri əhatə edir?

Page 28: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

a) bitki xəstəliklərinin əlamətlərini öyrənir

b) bitkilərin temperaturaya dözümlülüyünü öyrənir

c) xəstəliklərə qarşı davamlılığı öyrənir

d) kütləvi xəstəliklər haqqında elmdir

e) bitki xəstəliklərinin əmələgəlmə müddətlərini öyrənir

3. Simptomologiya nəyi öyrənir?

Page 29: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

a) kütləvi sürətdə artan zərərvericilərdən bəhs edir

b) kütləvi bitki xəstəlikləri haqqında elmdir

c) bitki xəstəliklərinin dinamikasını öyrənir

d) xəstəlik və patoloji prosesi öyrənir

e) profilaktika haqqında elmdir

4. Epifitotologiya nədir?

Page 30: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

a) XVIII əsrin ortaları

b) XIX əsrin başlanğıcı

c) XVII əsrin ortaları

d) XV əsrin sonu

e) XX əsrin birinci yarısı

5. Fitopatologiyanın inkişaf tarixi neçənci əsrlə bağlıdır?

Page 31: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

a) bitkinin morfoloji vəziyyətindən kənarlaşması xəstəlikdir

b) bitkinin ümumi fizioloji vəziyyətindən kənarlaşması xəstəlikdir

c) bitkiyə zərər vuran hər şey xəstəlikdir

d) fitopatogenin və ya əlverişsiz mühit şəraitinin təsiri altında

hüceyrə, toxuma, orqan və bütövlükdə bitkidə normal maddələr

mübadiləsinin pozulması xəstəlikdir

e) bitkidə baş verən bütün anormallıqlar xəstəlikdir

6. Bitki xəstəliyi haqqında müasir anlayış necə səslənir?

Page 32: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

a) parazit və qeyri - parazit

b) parazit və infeksion

c) qida maddələrinin artıqlığı və çatışmazlığı

d) əlverişli və əlverişsiz temperaturdan doğan xəstəliklər

e) qeyri-parazit xəstəliklər və meteoroloji xəstəliklər

7. Xəstəlikləri əmələ gətirmə səbəblərinə görə onlar hansı qruplara bölünürlər

Page 33: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

a) yerli və lokal

b) ümumi və diffuz

c) yerli lokal, ümumi və ya diffuz

d) yalnız yerli

e) yalnız diffuz

8. Lokallaşma dərəcədən asılı olaraq xəstəlikləri hansı qruplara bölürlər?

Page 34: IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ

Diqqətinizə görə təşəkkür edirəm