257

Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

  • Upload
    others

  • View
    2

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,
Page 2: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

CAHANGİR HÜSEYN ƏFŞAR

AZƏRBAYCAN NADİRƏFŞAR DÖVLƏTİ

(Nadir şahın 325 və Əfşardöv lətinin 280 illiyinə həsr edilir)

Page 3: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor, Qarabağ müharibəsi veteranı Cahangir Hüseyn oğlu Hüseynov 1971-ci ildənhüquq sahəsində əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq uzun illər daxiliişlər orqanlarında çalışmışdır. Ağdaş, Biləsuvar, Abşeron və Sabirabad rayon-larında polis rəisi işləmişdir. 2006-cı ildən 2011-ci ilə qədər Azərbaycan MilliElmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda elmi işlər üzrə direktormüavini və elmi şuranın sədri olmuşdur. Elmi rəhbər olaraq hüquq sahəsində on-larla kadrlar yetişdirmişdir. Bir sıra monoqrafiyaların, elmi məqalələrin vəkitabların müəllifi və redaktoru olmuşdur. 2012-ci ildə «Mənim xidməti və siyasifəaliyyətim» («Ömürdən anlar») adlı kitabı nəşr olunmuşdur.

* * *

Hörmətli oxucum! Bu tarixi əsərimi xoş təəssüratlarla qəbul etməyinizi, oxu -yub arzu və təkliflərinizi Cahangir Hüseynov.com saytına göndərə bilərsiniz.

Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.

Hörmətlə: Cahangir Hüseynov

Bakı şəhəri, 2014-cü il

Page 4: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

CAHANGİR HÜSEYN ƏFŞAR

ÀÇßÐÁÀÉÚÀÍ ÍÀÄÈÐßÔØÀÐ ÄÞÂËßÒÈ

(Nadir şahın 325 və Əfşardövlətinin 280 illiyinə həsr edilir)

Bakı – 2014

Page 5: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Rəyçilər: Xəlil Köçərli, tarix elmləri doktoru, professorŞahin Fərzəliyev,tarix elmləri doktoru, professorQasım Hacıyev, tarix elmləri doktoruRəsul Hüseynli, tarix üzrə fəlsəfə doktoru

Xüsusi redaktoru və ön sözün müəllifi: İlham Həsənov,

tarix elmləri doktoru Ədəbi redaktor: Mustafa Çəmənli

Cahangir Hüseyn Əfşar. Azərbaycan Nadir Əfşar dövləti.Bakı, 2014, 256 səh.

Hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar «Azərbaycan NadirƏfşar dövləti» kitabında Şərqin sonuncu fatehi Nadir şah Əfşarın həyatı, Azərbay-canın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığımüharibələri, nəhayət, şahlıq taxtına oturması və s. əməli fəaliyyətini çoxsaylı tarixifaktlar əsasında araşdıraraq oxucalara çatdırmışdır.

Müəllif bu dəyərli kitabda Azərbaycan Əfşar dövlətinin əsasını qoymuş Nadirşah Əfşarın şəxsi həyatını, bir dövlət adamı olaraq xarici və daxili siyasətini, sərkərdə-lik məharətini, hərbi yürüşlərini, ordu quruculuğunu, hərbi-dəniz donanması yaratmaqtəşəbbüsünü, müsəlman-türk dünyasını parçalayan, zəiflədən şiə-sünni məzhəb ləri -nin aradan qaldırılması yolunda göstərdiyi fədakarlıqları azərbaycançılığı, türkdövlətlərinin və imperiyalarının 4 min illik tarixi mənbələr əsasında qələmə alaraqŞərqin bu sonuncu fatehinin tarixdəki yerini və rolunu olduğu kimi yazmağa cəhdgöstərmişdir.

© C.Hüseynov, 2014

Page 6: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ULU TARİXƏ SÖYKƏNƏN ÖMÜR

Ì ən Cahangir Hüseynovu XX əsrdə respublikamızın adlı-sanlışöhrətli hakimlərindən olan mərhum Hüseyn Hüseynovun oğlu

kimi tanımışdım. Belə ki, universitet təhsili alıb, 1980-ci illərdə təyinatlaİsmayıllı rayonuna göndəriləndə həyati problemlərin həll olunmasındaHüseyn Hüseynov hakim kimi mənə çox böyük köməklik göstərmişdi. Bucomərd insanın təmənnasız qayğısı mənim yaddaşıma mütləq bir həqiqətkimi həkk olunmuşdur. Sonralar Hüseyn Hüseynovun adına və məramınaolan doğmalıq duyğusu məni Cahangir Hüseynovla da görüşdürdü.Mayasında böyük bir insanın şəxsiyyəti dayanan bu görüş tədricən bizimmənəvi birliyimizə – dostluğumuza çevrildi. Bax belə bir məhrəm müna-sibətlər fonunda mən hələ 2003-cü ildə Hüseyn Hüseynovun «Qalxın!Məhkəmə gəlir» xatirə kitabını oxumuşdum. Kitab 2007-ci ildə haqqaqovuşmuş fenomenal bir iradə sahibinin ömür salnaməsi kimi mənə böyükzövq vermişdir.

2012-ci ilin yazında Cahangir Hüseynov mənə öz xatirələrini yazdığınıvə bu xatirələrini atasının adını çəkdiyim xatirəsi ilə birlikdə nəşr etdirməkistədiyini bildirdi və materiallarla mənim də tanış olmağımı istədi. Hüseynmüəllimin xatirəsindən əlavə C.Hüseynovun «Mənim xidməti və siyasifəaliyyətim» adlı xatirəsinin yer aldığı bu əlyazma vətənpərvər millət vəkili,cəsur polis polkovniki, analitik düşüncəli bir alim kimi C.Hüseynovun la -yiqli obrazını bir daha mənə təqdim etmiş oldu. Məntiqi olaraq, bir-birinitamamlamaqla qanun qoruyan atanın və qanun yazan oğulun bu xatirələriməni o qədər məftun etdi ki, hətta xırdaca bir son söz yazmaqla xatirələrəmünasibətimi bildirməli oldum. Həmin son sözdə Cahangir müəlliminxatirələrində yer alan belə bir məsələyə də toxunmuşdum ki, Əfşarlardanolan və şəcərəsi birbaşa Nadir şah Əfşara gedib çıxan bu etnogenetik ra-bitəsini aşkara çıxarmaq üçün araşdırmalar aparılmasını vacib bildim.

2014-cü ilin fevral ayında Cahangir müəllim mənimlə görüşməkistədiyini bildirdi. Bu dəfə o mənə uzun illərin axtarışından sonra başa çat-dıra bildiyi tədqiqat əsərini verib tanış olub redaktə etməyimi xahiş etdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

5

Page 7: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Material Nadir şah Əfşar dövlətinin qısa tarixi barəsində idi. Mənbütün tarixi-ideoloji təhdidlərə baxmayaraq, öyrənmişdim ki, Nadir şah,sözün mütləq mənasında, fenomenal hərbi dühası və siyasi bəsirəti olan birşəxsiyyətdir. O, Asiyanın dünyaya sığışdırıla bilməyən son fateh oğludur.Ağlı və emosionallığını fəaliyyətində üzvi bir vəhdətdə təsbit etməyi bacar-mış, xüsusi bir mahiyyətlə tarixdə zühur etmiş təkrarsız bir enerji sahibiolmuş sərkərdədir. Mən ayrılıqda Nadir şah Əfşara tay tutula biləcək birfateh, fövqəladə dühası olan bir hərbçi tanımırdım. Nadir şahı təqdir etmək,vəsf etmək onu layiq olduğu ünvandan endirmək cəhdi qədər çətin bir işidi. Ona görə Cahangir müəllimin yazısı mənə çox maraqlı göründü.Əvvəlcə məndə belə bir qənaət yarandı ki, tarixçi olmayan bir şəxsin Nadirşah haqqında yeni, cəlbedici bir söz deməsi çətin bir işdir.

Elə ilk səhifələrindən mənim düşüncəmi alt-üst edən materialları,demək olar ki, birnəfəsə oxudum və gördüm ki, bu Nadir şahın tarixinətamamilə yeni münasibətdir. Cahangir Hüseynov tədqiqatında göstərdi ki,Nadir şah fövqəladə hərbi düha sahibi olmaqla yanaşı, həm də böyük ədalətvə həqiqət carçısı idi.

Məsələnin qoyuluşunun əhəmiyyətli cəhəti ondan ibarətdir ki, müəlliföz ömür salnaməsinin fonunda Nadir şaha şəcərəsinin bir nümayəndəsikimi yanaşır.

Çoxsaylı tədqiqat əsərlərini və tarixi mənbələri araşdıran CahangirHüseynov belə bir doğru nəticəyə gəlir ki, Nadir şah sadəcə onun ulu əcdadıkimi deyil, Azərbaycan dövlətçiliyinin tərcümanlarından biri kimi məhzAzərbaycanda öyrənilməyə və təbliğ edilməyə layiqdir. Təəssüf hissi iləqeyd olunur ki, Avropa və Asiya ölkələrinin müəllifləri Nadir haqqında in-tensiv elmi tədqiqatlar aparsalar da, təəssüflər olsun ki, Azərbaycanda belətədqiqatlar yox dərəcəsindədir.

Tarixdən bilirik ki, Nadir Əfşarların Qırıqlı boyundan idi. Həmindövrün hərəkət xəttini sinxron mənbələrinə əsasən Cahangir Hüseynovsəbirlə izləyə bilmiş və özünəqədərki təkamül yolunu uğurla üzə çıxarabilmişdir. Bir oxucu kimi məni razı salan odur ki, Nadir şahın səlnaməçisiMəhəmməd Kazım Mərvinin «Aləm Ara-ye Naderi» adlı 3 cildlik kitabın-dan, həmçinin Bazenin, Lokkartın əsərlərindən çıxarılmış Nadir şahın nəsilşəcərəsi hissəsində Nadir şahın 15 oğul törəməsi olduğu bildirilir, lakinhəmin əsərlərdə onun 13-nün adı çəkilir. Həmin adı çəkilməyənlərin atası,

Úàùàíýèð Ùöñåéí ßôøàð

6

Page 8: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadirin kiçik oğlu İmamqulu Mirzənin oğlu Hüseynqulu və İmamqulu Ca-hangir Hüseynovun ulu babaları kimi faktların və elmi məntiqin gücü ilətəqdim olunur.

Mənə belə gəlir ki, ruhi əzəməti, hərbi şöhrəti və genişmiqyaslı quru-culuq qüdrəti ilə tarixin fövqünə qalxmış Nadir fenomeni CahangirHüseynov tərəfindən çox obyektiv elmi əsaslarla işıqlandırılmışdır. Bu mə-nada, dərin məzmunlu bu araşdırmanı Nadirin tarixi reabilitasiyasının isti-nad nöqtəsi də hesab etmək olar.

Ümumiyyətlə, materiallardan görünməklə yanaşı, Cahangir Hü sey n -ov la söhbətlərimdən də hiss etdim ki, o, respublikamızda olan çoxsaylıədəbiyyatı araşdırmaqla kifayətlənməmiş, hətta mövzuya dərindən nüfuzetmək üçün son iki ili Türkiyə Cümhuriyyətində yaşamaqla orada Nadirşah Əfşarla bağlı çoxsaylı tədqiqatlar aparmışdır.

Materialda diqqəti, xüsusilə cəlb edən cəhətlərdən biri də Nadirin diniislahat cəhdlərinə münasibətlə bağlıdır. Dövlətin dayağı kimi dini birliketnik-milli birlikdən öndə gəlirdi. Ona görə də türk xalqlarını bir-birinəqarşı qoymamaqla onlarda siyasi pərakəndəliyin və hərbi qarşıdurmanınqarşısını almaq üçün Cəfəri məzhəbini qəbul etməklə Nadir ortodoks şiə-likdən əl çəkdiyini bildirmişdir. Mətndə müəllif Osmanlı sultanına Nadirinbu məzmunda göndərdiyi məktubu xatırladır: «Siz Cəfəri məzhəbini qəbuletsəniz, mənim hakimiyyətimdə olan bütün ərazilərimi Osmanlıyaqataram».

Ümumiyyətlə, Nadir İslam dünyasını birləşdirmək, Turan imperiyasınıyaratmaq arzusunda olan bir mübariz fateh olmuşdur. Onun bu yöndəapardığı saysız-hesabsız müharibələr orta əsrlər İslam və Turan dünyasındaən böyük fatehlik zirvəsi idi. Təəssüflər olsun ki, ona qarşı olan onlarla sui-qəsdin nəticəsi olaraq əvvəlcə oğlu Rzaqulunun kor edilməsi, sonra isəonun həyatına qəsd olunması bu mübarizəni başa çatdırmağa imkan ver-mədi.

Həm də bu bəraətləndirici yanaşma bir neçə minilliklər ərzində «İran»adlı məmləkətdə dövlət qurmuş və onları idarə etmiş türk əsilli bütün hökm -darlara da şamil oluna bilər.

Cahangir Hüseynov qısaca olaraq Nadirin hərbi yürüşlərinə nəzər salırvə heç yerdə ifadə olunmayan belə bir nöqteyi-nəzər irəli sürür ki, Nadirinyürüşlərinin hamısının motivində ədaləti bərpa etmək niyyəti (öz dövlətinin

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

7

Page 9: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

torpaqlarını işğalçılardan azad etmək) dayanmışdır. Hətta Hindistan yürüşüdə (1739) qiyamçı-dağıdıcı əfqanların orada sığınacaq tapması ilə əlaqədaridi. Belə bir doğru qənaət Nadir şəxsiyyətinə yeni bir rakrusdan baxışı ifadəetməklə bir türk kimi məndə də qürur hissi doğurdu.

Nadirin şəxsi keyfiyyətlərinə, zövqünə, zahiri görkəminə, daşıdığımərəzlərə (xəstəliklərə), ailə-məişət davranışlarına da Cahangir müəllimmənbələrin verdiyi məlumatlara görə aydınlıq gətirir və bildirir ki, Nadirinbəzi şəxsi keyfiyyət göstəriciləri onun nəslinin nümayəndələrində olmuş-dur. Bir insan kimi Nadir tez soyuyan hirsə malik idi, o, sözübütövlüyünvə mərdliyin timsalı idi.

Cahangir Hüseynov toponomik ədəbiyyatda mənası izah edilməyən«Xınna dərəsi», «Xılxına», «Şahzadə bulağı» toponimlərini də maraqlımən tiqlə izah edərək bildirir ki, Nadirin Gürcüstan yürüşündə yolüstükeçdiyi həmin yerdə insanlar onu bayram ovqatı ilə əlləri xınalı qarşı la -dığına, «Şahzadə bulağı» hidronimi isə Nadirin həmin ərazidə yaşamış törə -mə lərinin şərəfinə belə adlandırılmışdır.

Cahangir müəllimin nəsil-şəcərəsinin doğulduğu ərazinin də daxilolduğu yerləri vaxtilə idarə edən Zülqədərlərlə (onlar Azərbaycanda çoxqədim və tanınmış tayfalardan biridir) – Nadirin regiona gəlmiş törəmələriilə «Qaççılar» nəsli arasındakı isti münasibət də Cahangir müəllimə xasolan şirin bir hekayət dili ilə oxuculara çatdırılır.

Cahangir Hüseyn Əfşar öz nəslinin keçdiyi yolu araşdırmaq məqsədigüdsə də, milli qeyrətlə aşılanmış, zəngin faktiki materiala əsaslanan san-ballı bir tarixi əsər ərsəyə gətirmişdir. Həmçinin Nadir şahın azərbay-cançılığı əsərdə xüsusi bir yer tutur. Müəllif həmçinin türk dövlətlərinintarixinə ekskurs bir səyahət etmiş, əcdadlarımızın türkün əzəmətli dörd minillik tarixini oxuculara qısa da olsa çatdıra bilmişdir.

Nadir şahın şəcərəsinin araşdırılmasında və tanıdılmasında xüsusi birəmək və yenilik vardır.

Mən son olaraq bir məsələyə ayrıca diqqət ayırmaq istəyirəm. Belə ki,Cahangir müəllim çox ləyaqətli, şərəfli, məzmunlu bir həyat yolukeçmişdir. Dünyada şəhdi-bal şirinliyi də, zəhrimar acılığı da onun hə -yatında olmuşdur. Respublikanın keçən əsrin 80-ci illərində ən gənc polisrəisi, polkovniki, millət vəkili, hüquqşünas alimi olmaqla yanaşı, kimsəninçəkə bilmədiyi fəlakətə də düçar olmuşdur. Mən Cahangir Hüseynovun

Úàùàíýèð Ùöñåéí ßôøàð

8

Page 10: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

xatirələrini oxuyarkən bir daha yaddaşıma keçən əsrin 90-cı illərindəcinayətkar-manyakların hücumuna məruz qalaraq, bədəninin sağlamlığınıvə ciyərparəsi övladını itirmiş olan hadisələri bir daha xatırladım. Həminillərdə müstəqilliyini yenicə bərpa etmiş respublikamızın başı üzərini qarabuludlar almışdı. Bir tərəfdən erməni qəsbkarları torpağımızın xeylihissəsini işğal etmiş, bir tərəfdən də respublikanın cənub, şimal, qərb böl-gələrində separatçılar respublikamızı bir daha dağıtmaq, parçalamaqniyyətinə düşmüşdülər. Belə bir şəraitdə Azərbaycan Ali Sovetinin deputatıolan Cahangir Hüseynov Parlamentdə Azərbaycanın dağılmaqdan xilas ol-ması üçün 1992-ci il fövqəladə mart sesiyasında «Birləşməsək, xalq bizibağışlamaz» tezisi ilə çıxış etmiş, xalqı birliyə çağırmış, Heydər Əliyevinhakimiyyətə gətirilməsini ilk dəfə Parlamentdə o, qaldırmışdı. Sonrakı AliSovet və Milli Məclis fəaliyyətində də Cahangir Hüseynov öz çıxışları iləbizim gözümüzün qarşısında bu gün də qalmaqdadır. 1994-cü il yenidənhakimiyyətə gəlmək, Azərbaycanı dağıtmaq istəyən seperatçı qüvvələrhəmin illərdə Abşeron Rayon Polis şöbəsinin rəisi işləyən CahangirHüseynova bağ evində sui-qəsd etdilər. O, ağır xəsarət alsa da, allah-taalaonu qoruyub, saxladı, lakin cinayətkarlar onun ailə üzvlərinə yenidən silahlıhücuma keçib, onun ciyərparası oğlu Hüseyni və yaxın qohumlarını qətləyetirdilər.

Mən Hüseyn Hüseynovun xatirələrindən öyrənmişəm ki, o İçəri şə -hərdə Azər deyə əzizlədiyi nəvəsi Hüseynin şərəfinə «Azəriyə» adlı birabidə ucaltmışdır. Cahangir müəllim nəsil tarixinə işıq salan bu maraqlıtədqiqat ilə öz xatirələrini bir əbədiyyət abidəsi kimi oğlu Hüseyn Cahangiroğlunun xatirəsinə ithaf etmişdir.

Nəticə həyatın sərt tələbindən irəli gəlir. Böyük yolun yolçularıqazandıqlarının və itirdiklərinin fərqində olmurlar. Çünki onlar həm də yoluqət etməyi son məqsəd bilən böyük iradə sahibidirlər.

Cahangir müəllimə millətin, dövlətimizin naminə göstərdiyi fəa -liyyətində uğurlar arzusu ilə:

İlham HƏSƏNOV,tarix elmləri doktoru

mart, 2014-cü il

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

9

Page 11: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

5 avqust 1994-cü ildə cinayətkar manyakların gülləsinə tuş gəlmiş oğlum Hüseynin (Azərin) əziz xatirəsinə ithaf edirəm.

GİRİŞ

Ø ərqin sonuncu əzəmətli fatehi kimi yaddaşlarda qalan Nadir şahmövzusu kifayət qədər maraqlı bir mövzudur. Bu da təsadüfi deyil.

Çünki Nadir şah, doğrudan da, istər Azərbaycan tarixinin, istərsə də Şərqtarixinin əvəzedilməz simalarından biridir. Bu əvəzedilməzlik onun sondərəcə parlaq hərbi istedadından, qibtə ediləcək fatehliyindən, unikal siyasikaryerasından irəli gəlir. Nadir şahın həyat yolunda bir əzəmət vardır. Onunadı gələndə insanın gözü qarşısında onun məğlubedilməzlik simvolu olanqoşunlarının cəngavərliyi canlanır, at belində Şərqi baş-ayaq edən ata-ba-balarımızın qəhrəmanlıqları yada düşür. Bunlar isə Nadir şahın bugünküxələflərində bir iftixar yaratmaya bilməz. Ona görə ki, tarixinə, elinə bağlıolan hər bir şəxsdə Nadir şahın tarixinə güclü bir maraq vardır.

Doğrudur, son zamanlar Nadir şahın həyatına olan maraq bir sıra əsər-lərin üzə çıxması ilə nəticələnmişdir. Amma görülən bu işləri Nadir şahınşəxsiyyəti qarşısında, yəqin ki, yetərli saymaq olmaz. Xüsusilə Nadir şahıöz yetirməsi sayan bir xalq üçün yalnız bir neçə əsəri ortaya qoymaqla ki-fayətlənməyi qaneedici hesab etmək olmaz. Azərbaycan xalqının tarixindəqürur mənbəyi olan tarixi şəxsiyyətlərimiz çoxdur. Onların Azərbaycanxalqına mənsubluğunun başlıca örnəklərindən biri də heç şübhəsiz ki, buşəxsiyyətlərin Azərbaycanda öyrənilməsinin genişləndirilməsi ola bilər.

Úàùàíýèð Ùöñåéí ßôøàð

10

(1981-1994)

Ø

Page 12: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Belə şəxsiyyətlərin öyrənmə mərkəzi məhz Azərbaycan olmalıdır. Belə tari -xi şəxsiyyətlərimizi öyrənmək istəyən hər hansı bir tədqiqatçı Azərbaycanadeyil, başqa bir ölkəyə üz tutacaqsa həmin şəxsiyyətin Azərbaycan xalqınamənsubluğu haqqındakı iddiamız da yetərli ola bilməz. Nadir şah Əfşar dabelə şəxsiyyətlərdəndir. Nadir şahın Azərbaycanda öyrənilməsinin mərkəz -ləşdirilməsi onun azərbaycanlılaşdırılmasının və ona olan mənəvi haqqınödənilməsinin ən yaxşı yollarından biri olardı.

Nadir şahın unikal şəxsiyyət olması xalqımızın dəyərli ziyalılarının vətanınmış elm adamlarının diqqət mərkəzində olmuşdur. Baxmayaraq ki,çar Rusiyası və Sovet imperiyası Azərbaycan tarixini saxtalaşdırmış, onunən böyük şəxsiyyətlərini tarixdən silməyə çalışmışlar. Hələ XX əsrin əvvəl-lərində Azərbaycan xalqının tanınmış ictimai-siyasi xadimi Nəriman Nəri-manov «Nadir şah» adlı dram yazmış və bu əsərdə Nadir şahın şəx siy yətininmüəyyən məqamlarına işıq tutmağa çalışmışdır. Azərbaycan xalqının tanın-mış xeyriyyəçisi olan Hacı Zeynalabdin Tağıyev də Nadir şahın şəxsiyyəti -nə özünəməxsus xüsusi ehtiramla yanaşmışdır. Onun evinin divarlarındaNadir şahın əksi asılmışdı. Həmin əks indi də Azərbaycan Milli ElmlərAkademiyasının Tarix muzeyində saxlanılmaqdadır.

Azərbaycanın geniş dairələrinə Nadir şahın adı həm də Azərbaycanprofessional musiqisinin banisi Üzeyir Hacıbəylinin məşhur «O olmasın,bu olsun» operettasının personajının dili ilə xatırlanmaqdadır. Bu ope -rettanın qəhrəmanı Məşədi İbadın «Mən Tarixi-Nadiri yarısına qədər oxu -muşam» ifadəsi indi bütün xalqın dilində zərbi-məsəl kimi işlədilir. Yerigəlmişkən bu ifadəyə müəyyən aydınlıq gətirilməsi yaxşı olardı. Elm alə-mində «Tarixi-Nadir» – Nadirin tarixi kimi tanınan iki sanballı mənbəmövcuddur. Biri Məhəmməd Kazım Mərvinin üç cilddə olan «Aləm Ara-ye Nadiri», digəri isə Mirzə Mehdi xan Astrabadinin «Tarix-e cahan qoşa -ye Nader-i» əsəridir. Bu əsərlər kifayət qədər ciddi və sanballı bir əsərdirvə Məşədi İbad təfəkküründə olan şəxslərin bu kitabları oxuması elə dəinandırıcı görünmür. Heç şübhəsiz ki, bu kitablar həmin dövrdə savadlı vəbilikli şəxslərin sevdiyi bir kitab olub və «Məşədi İbad» da özünü həminsavadlı şəxslərə oxşatmaq üçün «Tarixi-Nadirin» adını çəkmişdir. Adıçə -kilən bu mənbə hələ o vaxtlardan Azərbaycan ictimaiyyətinə bəlli olsa da,təəssüf ki, onun geniş kütlə içərisində ictimailəşməsi, tədqiqi üçün hələlikəməli bir iş görülməmişdir. Çox təəssüflər olsun ki, hər iki əsər o dövrdən

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

11

Page 13: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

bu günə qədər fars dilindən tərcümə edilməmişdir. Sovet dövründə isə buiş, əslində, mümkün deyildi. Nadir şahın həyatının lazımi şəkildə öyrə nil -mə məsinin nəticəsidir ki, hazırda da Nadir şah xatırlananda daha çox onunailə faciəsi yada düşür. Bu tarix özü də kifayət qədər maraq doğuran birtarixdir. Amma Nadir şahı tarixin əzəmətli şəxsiyyətinə çevirən onun ailə-daxili yaşantıları deyildir. Dünyanın çoxsaylı hökmdarlarının tarixində on-ların yaxınlarına qarşı qəddarlığı ilə rastlaşmaq mümkündür. Lakin onlarŞərq tarixində Nadir şahın yüksəldiyi səviyyəyə yüksələ bilməmişlər. Nadirşahı Şərqin böyük şəxsiyyətinə çevirən məziyyətlər onun dünya hərb tari -xinin əzəmətli fatehlərindən biri olması, sərkərdəlik istedadı, duyumu vəbacarığı olmuşdur. Bu istedadın bənzərsiz məqamları bu gün də insanıheyrətə salır və bununla da onun şəxsiyyətinə təbii bir maraq doğurur.

Azərbaycanın müstəqilliyi və bütövlüyü, azadlığı uğrunda mübarizətarixində Tomiris, VII əsrdə Cavanşir, IX əsrdə Babək, XVI əsrdə Şah İs-mayıl Xətai, XVIII əsrdə Nadir şah Əfşar və XX əsrdə Ümummilli LiderHeydər Əliyevin dövrü xüsusi mərhələ təşkil edir. Bu tarixi şəxsiyyətlərdənbiri Şərqin böyük sərkərdəsi, yadelli təcavüzkarları İran və Azərbaycandanqovub çıxaran, şərqdən Hindistan, Əfqanıstan, indiki Pakistan, Özbəkistan,Türküstan və Amudəryaya qədər, şimaldan Dağıstana, şimal-qərbdən Gür-cüstan, indiki Ermənistana, cənubdan Fars, Omman körfəzinin ətrafı, İraq,Suriyanın bir hissəsi, indiki Türkiyənin şərq hissəsinə qədər böyük ərazidə(təxminən 5,5 mln. kv. km.) öz hakimiyyətini möhkəmləndirən, bütün öm-rünü ölkənin müdafiəsində, at üstündə keçirən böyük qəhrəman Nadirşahdır. Təəssüf ki, Nadir şah öz xalqına gərəyincə tanıdılmamışdır. Dünyatarixçiləri Nadir şahı Makedoniyalı İsgəndər, Teymurləng, Napoleon Bona-part kimi böyük fatehlərlə müqayisə edirlər. Onun haqqında onlarla əsərlərvə məqalələr xarici ölkələrdə nəşr olunmuşdur. Nadir şah tarixinin hərvərəqəsi Azərbaycanın fəxridir. Onun apardığı yüz iyirmidən artıqmüharibənin çoxu işğalçılara qarşı aparılmış müharibələrdir. O, vətənixarici işğalçılardan və onu daxildən parçalamaq istəyən xainlərdən qəhrə-manlıqla qorumuşdur. Nadir şah bilmirdi ki, ölkəyə hücum edən xariciişğalçılarla vuruşsun, yoxsa daxildəki vətən xainlərinə qarşı mübarizəaparsın. Hərtərəfli çətinliklərə baxmayaraq, bu misilsiz sərkərdə öz poladiradəsi, cəsarəti, mətanəti, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti iləqarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmən-

Úàùàíýèð Ùöñåéí ßôøàð

12

Page 14: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

lərin öhdəsindən uğurla gəlirdi. Onun ordusunda polad intizam və ciddiqayda-qanunlar var idi. 230 ildən artıq İranda hökmranlıq edən Səfəvilərsülaləsinin sonlarında dağılmaqda olan Səfəvilər dövlətini Nadir şahyenidən bərpa edib, Əfşar dövlətini yaratdı. Bütün xarici işğalçıları qovub,ölkədən çıxartdı. Daxili qiyamçıları aradan götürüb, qüdrətli bir imperiyayaratdı. Dövlətin ərazisini iki dəfədən artıq genişləndirdi. Təəssüf ki, Nadirşahdan sonra Azərbaycanın bütövlüyünü qorumaq mümkün olmadı. HələXVIII əsrin əvvəllərində Nadir şahın dövründə ruslar iki dəfə Dərbəndi,Bakını tutub, Gilana, Rəştə qədər zəbt etmişdilər. Lakin Nadir onlara eləcavab vermişdi ki, Nadirdən sonra 70 ilə yaxın rus qoşunları Azərbaycanagirməyə cəsarət etməmişdilər. Yalnız ruslar XIX yüzilliyin əvvəllərindəAzərbaycanın quzey hissəsini Nadir şah Əfşar dövründən sonra xanlıqlaraparçalanmış hissəsini işğal etdilər və o gündən də Azərbaycan iki hissəyəparçalandı.

Məndə belə bir marağın daha da güclənməsinə impuls verən amil-lərdən biri də akademik Ramiz Mehdiyevin Şah İsmayıl haqqında yazmışolduğu dərin məzmunlu məqaləsi oldu. Elmdə baş alıb gedən yalançı nor-mativlərin əleyhinə çıxan hörmətli akademik göstərir ki, «bütün zid-diyyətləri ilə yanaşı, Şah İsmayıl öz zəmanəsinin övladı olmaqla onunfövqünə qalxmağı bacarmış, rəsmi olaraq azərbaycançılıq missiyasınınəsasını qoymuşdur».1 Məqalədə tarixi şəxsiyyətlərə yanaşmağın konkretproqram-platforması ifadə olunmuşdur.

Baxmayaraq ki, Nadir şah haqqında da onun böyük şəxsiyyətiniaşağılayan söhbətlər Sovet dönəmində baş alıb getmişdir. Sovet-rus tarix -çilərinin belə fikirlər söyləmələri Nadir şahın rus imperiyasının Qafqazdaapardığı siyasətin qarşısını alan böyük bir fateh və onları Azərbaycanınşərq hissəsindən və Şimali Qafqazdan qovub çıxarmış bir şəxsiyyətolduğuna görə və hətta I Pyotrun və xələflərinin Nadir şah dövründəQafqaza daxil ola bilməmələrindən irəli gəlirdi. Amma qəlbi mənsubolduğu soyun tarixini öyrənmək eşqi ilə çırpınan bir övlad kimi əlim yetənən müxtəlif mənbələrə və tarixi, bədii-publisistik aspektdə yazılmış əsərlərədə dərindən nüfuz etdikdən sonra Nadiri Allah yolunda çarpışan əsl ədalət

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

13

1Ramiz Mehdiyev. «Şah İsmayıl Səfəvi ali məramlı tarixi ünsiyyət kimi». 2013-cü ildə mü-vafiq saytda yerləşdirilmişdir.

Page 15: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

mücəssəməsi və islamçılığın, türkçülüyün, azərbaycançılığın birliyi üçünçalışan bir fateh kimi kəşf etdim. Cinayətin cəzasız, İlahinin əməllərininmükafatsız qoymadığının fərqinə vardım. Bərbad olmuş Səfəvi xanə-danının ərazilərini həmin coğrafi hüdudlar daxilində bərpa etməsi, Əfşardövlətinin ərazisini 5,5 mln.kv.km-dək artıra bilməsi və Azərbaycanxalqının siyasi etnik birliyini bir daha yarada bilməsi, dini islahat cəhdləriduyğularımı ehtizaza gətirdi.

Lakin mən öz işimi soy-kökümün tarixi əzəmətindən öyünməklə bitir-mək istəmədim və Nadirin yaratmış olduğu Əfşar dövlətinin qısa mövcud-luq fəaliyyətini və Nadirin faciəli ölümündən sonra onun nəhəng dövlətinintarixi taleyini öz avtobioqrafik əsərimin preambulasına daxil etməyi özüməborc bildim. Ona görə ki, elmi-texniki inkişaf sarıdan bəşəriyyət nə qədərinkişaf etsə də, Nadir şah Əfşarın ruhu, siyasi və hərbi əzəmətini öyrənməkzərurəti heç vaxt aradan qalxmayacaqdır.

Belə bir maraq bizdə də vardır. Xüsusilə əcdadlarımızın Nadir şahaolan nəsil bağlılığı tərəfimizdən bu böyük şəxsiyyətin həyatına olan haqlımarağı daha da artırmışdır. Ona görə Nadir şah barəsində yazılmış vəyenicə çapdan çıxmış əsərləri çox yaxından izləyirik. Bu əsərlərin hərbirinin öz maraqlı cəhətləri vardır və hər bir əsərdən yeni bir məlumat əxzetmək mümkündür. Həmin əsərlərdən alınan təəssüratlar məni də Nadir şahhaqqında öz düşüncələrimi qələmə almağa təşviq etdi. Nəticədə bu əsərimortaya çıxdı. Məqsəd daha geniş oxucu kütləsi üçün maraq doğura biləcəkXVIII əsrin birinci yarısında Əfşar dövlətinin yaranması, dövrü vəsüqutunu, Nadir şah Əfşar dövlətinin qısa salnaməsini və Nadirin azərbay-cançılığını bildirəcək bir kitabı ortaya qoymaqdır.

Mən həm də bu xatirələrin ulu əcdadımıza olan ehtiramımızın əlamətikimi qəbul edilməsini istərdim. «Mənim xidməti və siyasi fəaliyətim» adlıxatirələrim və atam Hüseyn Hüseynovun «Qalxın! Məhkəmə gəlir» me mua -rı ilə birlikdə «Ömürdən anlar» adı ilə 2012-ci ildə çap edilmişdir. Həminəsərlərdə XX əsrin 30-cu illərindən XXI əsrin birinci on illiyinə qədər res -publikamızda gedən ictimai-siyasi proseslərə, sovet üsul idarəsinə, məh kəməsisteminə, daxili işlər orqanlarının fəaliyyətinə, XII çağırış Ali Sovetin (1991-1995-ci illər) fəaliyyətinə, Sovetlər birliyinin dağılmasına, Dağlıq Qarabağdagedən proseslərə, Heydər Əliyevin hakimiyyətə qa yı dı şına, II çağırış MilliMəclisin (2000-2005-ci illər) fəaliyyətinə və s. toxunulmuş və həmçinin

Úàùàíýèð Ùöñåéí ßôøàð

14

Page 16: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

nəsil-şəcərəmiz haqqında qısa da olsa məlumat verilmişdir.Bu elmi-populyar əsərimi isə yazmaqda məqsədim Asiyanın sonuncu

fatehi, məğlubedilməz sərkərdəsi – Azərbaycan (İran) Nadir şah Əfşar im-periyasının banisi Nadir şah Əfşarın dövlətinin və həyatının salnaməsininbəzi zəruri məqamlarını təqdim etməkdir. Bu əsərin ərsəyə gəlməsində tarixelminə olan marağımdan, uzun illər oxuduğum kitablardan, bir sıra tariximənbələrdən, apardığım tədqiqatlardan və nəsil-şəcərəmə aid olan söh-bətlərə istinad edərək bəhrələnmişəm. Bu araşdırmanı aparmaq, atamHüseyn Hüseynovun da çox böyük bir arzusu idi. (Hətta onun 1952-1957-ciillərdə BDU-nun tarix fakültəsində oxuyub ikinci təhsil almasında daməqsədi bu tarixi araşdırmaq olmuşdur). Lakin Sovet dövrünün təhdidləribunu araşdırmağa ona imkan verməmişdir. Mən son illərdə AzərbaycanMilli Elmlər Akademiyasında elmi fəaliyyətlə məşğul olmaqla tarixisənədləri, materialları, Türkiyə və İran İslam respublikalarında intensiv ax-tarışlarımı davam etdirib, sonda bu əsərimi ərsəyə gətirə bildim. Əsəri yaz-maqda məqsədim heç də Nadir şahın nəslinin davamçısı olmaq iddiası iləbağlı deyil. Bir azərbaycanlı kimi Azərbaycan dövlətinin həqiqi tarixiniaçmaq və belə bir dahi şəxsiyyəti və onun qurduğu Əfşar dövlətinin əzəmə-tini göstərməkdir.

Nəticədə Nadir şahın soy-kökü, şəxsi keyfiyyətləri, keçirdiyi hərbiyürüşləri və döyüşləri, Muğan qurultayı, dini islahatları, diplomatik əla -qə lə ri, ordusu, azərbaycançılığı, şəcərəsi və ən başlıcası 5,5 mln. kv. km-ə yaxın ərazidə qurduğu nəhəng Azərbaycan (İran) Nadir şah Əfşardövlətinin (1732-1802-ci illər) tarixini elmi-populyar tərzdə işıqlandır-maqdır.

Nadir şah haqqında dünya tarixçiləri tərəfindən Avropa və AsiyadaXVIII-XX əsrlərdə dəfələrlə ingilis, fransız, alman, holland, rus, fars, hind,gürcü, erməni və s. dillərdə yüzlərlə tarixi elmi əsər yazılsa da, təəssüflərolsun ki, onun doğma Vətəni Azərbaycan Respub likasında heç bir tarixi-elmi, elmi-publisistik monoqrafik əsər bu günə qədər nəşr edilməmişdir.

Bu il Nadir şahın anadan olmasının 325 (1689-2014), gələn il isə Nadirşah Əfşar dövlətinin yaranmasının 280 (1735/36-2015) illiyi tamam olur.Onun əziz xatirəsini və qurduğu dövlətin əzəmətini yad etməklə, əsərimimöhtərəm oxucularımın mühakiməsinə təqdim edirəm…

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

15

Page 17: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

I FƏSİL

TARİXÇİLƏR NADİR ŞAH HAQQINDA

1.1. Nadir şahın tarixinə bir baxış

Ãeyd edildiyi kimi, kifayət qədər maraqlı şəxsiyyət olması etibariləNadir şah çoxlu sayda tarixçilərin diqqətini özünə cəlb etmiş və

onların araşdırmalarının mövzusu olmuşdur. Həmin araşdırmalarda müx-təlif fikirlərlə, müxtəlif yanaşmalarla rastlaşmaq mümkündür. Bu araşdır-malara dövrün və mühitin təsiri öz izlərini buraxmışdır. Məsələn, Sovetdövründə Nadir şah haqqında yazılan əsərlərdə heç şübhəsiz ki, sovet to-talitar ideo logiyasının çərçivəsindən çıxmaq mümkün olmamışdır. Bu əsər-lərə, ilk növbədə, sinfi mübarizə mövqeyindən yanaşılmışdır və Nadir şahındövrünə, onun fəaliyyətinə də sinfi mübarizə mövqeyindən qiymət veril -mişdir. Belə bir mövqe isə Nadir şahın şəxsiyyətinin hərtərəfli qiymətlən -dirilməsinə öz mənfi təsirini göstərmişdir. Ona görə belə əsərlərdə NadirinSəfəvi sərhədlərinin bərpası üçün apardığı mübarizə, onun Azər baycanxalqının ictimai-siyasi həyatındakı rolu, Nadir şahın dinə münasibəti və s.məsələlər haqqında lazımi təsəvvür əldə etmək mümkün deyildir.

Bunlar isə Nadir şahın yaratdığı Əfşarlar dövlətinin tarixi, Nadir şahınfaciəli şəkildə qətlə yetirilməsindən sonra onun yaratdığı dövlətin taleyibarədə daha doğru məlumatların ümumiləşdirilməsi bizdə haqlı bir maraqyaratdı. Şübhə etmirik ki, bəşəriyyət elmi-texniki sahədə nə qədər inkişafetsə də, Nadir şahın şəxsiyyətinə maraq qalmaqda davam edəcəkdir.

Məlumdur ki, 1722-ci ildə Səfəvilərin şahı olan Sultan Hüseyninhakimiyyəti illərində əfqan qiyamının qalxması və Səfəvi qüvvələrininəfqanlar tərəfindən məğlub edilməsi Səfəvi hakimiyyətində mürəkkəbhərbi-siyasi vəziyyət yaratdı. Tarixi mənbələrin göstərdiyi kimi, hakimiyyətməsuliy yət sizliyi və səbatsızlığı nəticəsində Səfəvi dövlətinin tərkibindəolan Cənubi Qafqazın şərq hissəsi, yəni Dərbənd, Bakı, Salyan, GilanRusiyanın, Cənubi Qafqazın və bütünlüklə ölkənin qərb hissəsi Osmanlıdövlətinin, İsfahan və mərkəzi vilayətlər gilzayı əfqanlarının, Herat və

Úàùàíýèð Ùöñåéí ßôøàð

16

Page 18: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ətrafı əbdalı əfqanlarının, Səfə vi lərin dini dayağı olan Xorasan vilayətiMəlik Mahmudun, Kelat və Əbivərd Nadirin, Fars körfəzi sahilləri ərəbşeyx lərinin, Mazandaran və Asdrabad isə qacarların əlinə keçdi. Belə birmürəkkəb tarixi şəraitdə Nadir II Şah Təhmasiblə birləşib Səfəvilərin it-məkdə olan qüdrətini yenidən özlərinə qaytardı, böyük tarixi olan birdövlətin məhv olmasının qarşısını aldı. İşğal olunmuş ərazilərin geri qay-tarılması məhz Nadir şah Əfşarın adı ilə bağlıdır və XVIII əsrdə Səfəvilərdövlətinin dağılmasının qarşısını da məhz Nadir şah almışdır.

Ərazilərin geri qaytarılmasını təmin edən Nadir ölkənin real olaraqhakiminə çevrildi. Nadir Əfşar itirilmiş ərazilərin hamısını, o cümlədənAzərbaycan ərazisini öz dönməz iradəsi və misilsiz hərbi istedadı ilə baş-dan-başa ələ keçirdi. Beləliklə, Azərbaycanda da Nadirin hakimiyyət dövrübaşladı.

Nadir gücünə və hərbi istedadına güvənən bir şəxsiyyət olmaqlayanaşı, həm də təəssübkeş bir türk oğlu idi. O özündən əvvəlki türkdillişahların hakimiyyətinə yaxşı bələd idi və öz fəaliyyəti ilə ululardan mirasqalmış ərazilərin hamısını geri qaytara bildi. Nəticədə doğma Azərbaycanda Nadirin yaratdığı nəhəng dövlətin tərkibinə daxil olmaqla onun nüvəsinitəşkil etdi.

Məlumdur ki, şimalda Dərbənd, cənubda Zəncana qədər olan məkandayerləşən Azərbaycan olduqca zəngin, çoxəsrlik tarixə malik olan bir ölkədir.Bu ölkənin, doğma Azər bay canı mızın tarixinin qaranlıq qalmış və təhrifedilmiş səhifələrini işıqlandırmaq tədqiqatçılar qarşısında duran ən ümdəvəzifələrdəndir. Dərindən və obyektiv tədqiq olunmasının zəruri olduğutarixi dövrlərdən biri də Nadirin dövrüdür (1722-1747).

Yuxarıda qeyd etdiyim kimi, XVIII əsrin II rübündə Səfəvilər dövlətidağılmış, Azərbaycan türkü, Əfşar tayfasından olan Nadir öz hərbçiləri iləimperiyanı bərpa etmişdi. Nadirin şəcərəsini və onun yaratdığı dövlətintərkibində Azərbaycanın da iqtisadi və siyasi durumunu ətraflı işıqlandır-maq həm elmi, həm də siyasi cəhətdən aktualdır. Çünki Nadir Səfəvilərdənsonra mükəmməl bir hakimiyyət fonunda Azərbaycan türklərinin siyasi, ənbaşlıcası isə etnik konsolidasiyasını – birliyini yarada bilmişdi.

Azərbaycanın yenidən müstəqilliyini bərpa edib inamla bu yoldairəlilədiyi bir zamanda dövlətçiliyimizin möhkəm lən dirilməsi üçündövlətçilik tarixinin və ənənələrinin öyrənil məsinin böyük faydası ola bilər.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

17

Page 19: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Dövlətçilik tariximizdə isə Nadir şah Əfşarın özünəməxsus yeri var. Bunagörə də Şimali Qafqazdan Fars körfəzinə, Urmiya gölündən Hindistanakimi, Əfqanıstanı, Türküstanı və Amudəryaya qədər ərazini əhatə etmişNadir şah Əfşar imperiyasının tarixinin öyrənilməsi mühüm elmi-tarixiaktuallıq kəsb edir.

Nadir şah Əfşar dövlətinin tarixini öyrənməyin daha bir elmi aktuallığıda bununla izah oluna bilər ki, uzun müddət totalitar sovet rejimi dövründəbu məşhur sərkərdə və dövlət xadimi yad, hətta Azərbaycan xalqının qəddardüşməni kimi qələmə verilmiş, onun yaratdığı dövlətin tarixi, demək olarki, öyrənilməmiş, yaxud da qərəzli şəkildə öyrənilmişdir. Bu gün Nadir şahƏfşarın mənşəyi və tarix meydanında yüksəlişi, eləcə də Nadirin özününməhz Şimali Azərbaycanda – Muğanda (indiki Suqovuşanda) şah seçilmə -sinə nail olması, Nadir şah tərəfindən Azərbaycanda yürüdülən daxilisiyasətə sovet ideologiyasından fərqli olaraq, yeni müstəvidən yanaşmaqvə yeni-yeni mətləbləri ortaya çıxarmağın zəruriliyini ortaya qoyur.

Qədim zamanlardan bəri məğrurluğu, igidliyi, qorxubilməzliyi iləseçilən Azərbaycan türkləri öz dövlətçiliyini qorumaq üçün daim qonşudövlətlərlə mübarizə aparmışlar. Bir sıra hallarda güclü dövlətlər tərəfindənməğlub edilərək torpaqları istila edilsə belə, yenə də silahı yerə qoymamışvə mübarizəni üsyanlar və müxtəlif azadlıq hərəkatları formasında davametdirmişlər. Nadir dövrü də bu baxımdan istisna təşkil etmir.

Nadir şah Əfşarın yaratdığı dövlətin (tərkibinə qatılmış olan), Azər-baycanın bu dövlətdə yerini və oynadığı rolunu, həmçinin bu dövrdə Azər-baycanda baş verən hadisələri lazımi şəkildə öyrənmədən ölkəmizin XVIIIəsrin I yarısının tarixi haqqında bitkin və obyektiv təsəvvür yaratmaqmümkün deyildir. Göstərilən dövrün tarixinin öyrənilməsinin çox mühümelmi və siyasi cəhətdən aktual xarakter daşıması bir də onunla izah olunabilər ki, bu sahədə mənfur qonşular tərəfindən görülən işlərə cavab olansanballı araşdırmalar aparılmalıdır. Məsələn, erməni tarixçilərinin 1963-cüildə «Ermənistan Nadir şahın hakimiyyəti altında» (bu faktla ermənilərözləri bir daha təsdiq edirlər ki, onlar həmişə Azərbaycan dövlətinin tərki -bində yaşamışlar) adlı kitab nəşr etmələrinə baxmayaraq, Əfşar dövlətininböyük bir hissəsini əhatə edən Azərbaycanın o dövrdəki sosial, iqtisadi vəsiyasi vəziyyətini bütövlükdə özündə əks etdirmiş olan elmi əsərlər sonvaxtlaradək yazılmamışdır. Analoji mövzunu Azərbaycan kontekstində

Úàùàíýèð Ùöñåéí ßôøàð

18

Page 20: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Milli Elmlər Akademiyasının elmi işçisi Elnur Hüseynov işləmiş və 2009-cu ildə onu namizədlik dissertasiyası kimi müdafiə etmişdir.1

Belə bir əsərin yazılması elmi və siyasi əhəmiyyət daşımaqla yanaşı,tarixi düşmənlərimizin qeyri-elmi iddialarına da cavab ola bilər. Məhzbunu nəzərə alaraq mən, təqdim edilən dissertasiyadan həmin boşluğuaradan qaldırmaq üçün istifadə etmişəm.

Bununla belə, E.Hüseynov Nadirin dahi bir hərbçi və siyasi xadimobrazını yaratmaq istəsə də, bəzi köhnə stereotiplərdən yaxa qurtarabilməmiş, Nadirin böyük şəxsiyyətini təhrif edən bəzi yanlış məlumatlarıtəkrar etmişdir. Mən mövzunun belə ənənəvi təkrarlanmalarından yaxa qur-tarmaq üçün bir daha Elmlər Akademiyası Tarix İnstitutunun, GürcüstanEA-nın, İstanbul və Tehran univer sitetlərinin arxivlərinin materiallarındanvə internet saytlarından istifadə etmişəm.

Nadir şah Əfşar və onun yaratdığı dövlət həmişə tarixçilərin maraqdairəsində olduğundan bu barədə Nadirin müasirlərindən tutmuş indininözünə qədər əsərlər yazılıb və bundan sonra da yazılacaqdır. Nadirin şahlıqetdiyi XVIII əsrdə yazılan əsərlər, hadisələrin birbaşa şahidləri tərəfindənvə ya şahidlərin dilindən yazıldığından ilkin mənbələrdir. Bunlardan fərqliolaraq, XIX əsrdə yazılan əsərləri tədqiqat əsərləri kimi qiymətləndirməkmümkündür. Ancaq bunların Nadir şah Əfşarın hökmranlıq etdiyi dövrdənçox da uzaq olmayan bir vaxtda yazıldığı, həmçinin bu əsərlər yazılarkənbizə qədər gəlib çatmamış bir sıra mənbələrdən istifadə edildiyi üzündənbu əsərlər həm də mənbə xarakteri daşıyır.

Nadir şah Əfşar dövlətinin bu və ya digər tərəfləri bir sıra tarixçilərintədqiqat obyekti olmuşdur. Nadir şahla bağlı yazılanları aşağıdakı şəkildəqrup laşdırmaq olar.

XVIII-XIX əsrlərdə yazılmış tarixi materiallar (mənbələr).Sovet dövrü tarixçilərinin əsərləri.Azərbaycanın müstəqilliyi dövründə yazılmış əsərlər (elmi və ya

bədii).Xarici müəlliflər tərəfindən nəşr olunmuş əsərlər və məqalələr (İn-

giltərə, Fransa, Almaniya, İran, Türkiyə, Hindistan və s.).

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

19

1Hüseynov E.İ. «Azərbaycan Nadir şah Əfşarın hakimiyyəti dövründə». Tarix elmləri üzrəfəlsəfə doktoru dərəcəsi almaq üçün təqdim olunan dissertasiya. Bakı, 2009.

Page 21: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Belə ki, XX əsrin 20-30-cu illərində azsaylı elmi-tədqiqat əsərlərindəvə ümumiləşdirici əsərlərdə problem bütövlükdə tədqiq olunmamış və onunyalnız ayrı-ayrı sahələrinə dair müəyyən fikirlər verilmişdir. Ancaq XXəsrin 40-cı illərindən etibarən Nadirin Azərbaycanda hakimiyyəti ilə bağlıbirbaşa əlaqəsi olan elmi əsərlər meydana çıxmışdı. Bunların içərisindəndə birinci olaraq V.N.Leviatovun monoqrafiyasını1 qeyd etmək lazımdır.Belə ki, adıçəkilən müəllifin yazdığı monoqrafiyanın IV fəsli «AzərbaycanNadir şahın dövründə» adlansa da, burada verilən məlumatlar, əsasən, kon-spekt xarakteri daşıyır və Nadir şahın hakimiyyəti dövründə Azərbaycandabaş verən bir çox hadisələrdən söhbət açılmır və ya ətraflı bəhs olunmur.Bununla yanaşı, 1948-ci ildə V.N.Leviatovun bu dövrü ayrıca fəsildə işıq-landırmağa təşəbbüs göstərməsini Nadir şahın hakimiyyəti dövründəkiAzərbaycan tarixinin öyrənilməsi sahəsində ilk addımlardan biri kimidəyərləndirmək olar.

Tanınmış sovet tarixçisi İ.P.Petruşevskinin əsəri Azərbaycanın böyükbir tarixi dövrdə (XVI-XIX əsrlər) sosial- iqtisadi durumunu işıqlandırmaqbaxımından olduqca qiymətlidir. Əsər böyük bir dövrü əhatə etsə də,bununla belə, məhz bu əsərdə ilk dəfə olaraq regionda yığılan verginövlərinə diqqət yetirilmiş və xarakterizə edilmişdir ki, bu zaman Nadirşahın hakimiyyəti dövrü də diqqətdən kənarda qalmamışdı.

Nadir şahla bağlı daha bir əsər isə M.P.Arunova və K.Z.Aşrafyanın«Nadir şah Əfşar dövləti»2 adlı əsəridir. Bu monoqrafiya Nadir şah Əfşarınyaratdığı dövlət haqqında yazılan əsərlərdən biridir. Ümumilikdə əsərXVIII əsrin əvvəlindən – Səfəvi dövlətinin süquta uğradığı dövrdən başla-yaraq, 1747-ci ildə Nadirin qətlə yetirilməsinə qədər baş verən hadisələrdənbəhs edir. Ancaq, yəqin ki, etnik mənsubiyyətləri üzündən müəlliflər Əfşardövlətinin əsas ərazilərindən biri olan Azərbaycana çox az diqqət yetirmişvə ölkəmizdə baş verən bir çox hadisələrə (Nadir şah Əfşarın Şimali Azər-baycana hərbi yürüşü və onun Muğan çölündə keçirdiyi qurultayı, 1734-cüil Astara və Car-Balakən, həmçinin III Sam Mirzə üsyanları və s.) toxun-mamışlar. Bütünlükdə qeyd etmək lazımdır ki, bir tərəfdən bu əsər tam sinfimövqedən yazılıb və bu əsərdə Nadir şah dövlətinin despotluğu və bu

Úàùàíýèð Ùöñåéí ßôøàð

20

1Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948.2Арунова М.Р. Ашрафян К.З. Государства Надир шаха Афшара. Москва, 1958.

Page 22: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

despotluğa qarşı kəndli kütlələrinin sinfi mübarizəyə qalxması baxışlarıdaha qabarıq şəkildə verilmişdir. Nadir şahın sərkərdəlik istedadı və buistedadı sahəsində böyük bir imperiyanı qura bilmək bacarığı haqqında isəkitabda söhbət açılmamışdır.

Xüsusi diqqət yetirmək istədiyimiz əsərlərdən biri də L.X.Ter-Mkr-tiçyanın irəlidə adını qeyd etdiyimiz 1 əsəridir. Belə ki, Nadirin hakimiyyətidövründəki ermənilərə dair bir şey uydura bilməyən müəllif əsərində (əgərəsər demək mümkünsə) XVII əsrin sonu və XVIII əsrin əvvəllərində er-mənilərlə əlaqəli olan hadisələrə böyük yer ayırmış, daha sonra Nadirin at-dığı addımlarla bağlı bir çox xülasə xarakterli məlumatlar verərək, yalnızəsərinin sonuna yaxın yazır: «İndi də... Ermənistana nisbətdə Nadir şahınsiyasətinə ətraflı nəzər salaq».2 Bildirək ki, ədəbiyyat siyahısı, isim vəcoğrafi adlar göstəricisi də daxil olmaqla 84 səhifədən ibarət olan bu əsərinyalnız 10-12 səhifəsi kitabın mövzusuna uyğundur. Belə ki, daim Azərbay-can torpaqlarına göz dikən mənfur qon şularımızdan olan müəllif Erməni-standan fərqli olaraq, uzun əsrlərdən bəri Azərbaycan adı ilə tarixdə məlumolan bir ölkənin adına kölgə salmağa çalışaraq, tarixi səhnədə Ermə nistanadını canlandırmağa çalışır. Məsələn, o yazır: «Şərqi Ermənistanda vəİranla həmsərhəd rayonlarda (indiki Azərbaycan) xanlıqlar yaradıldı; Şəki,Şirvan, Qandzak (Gəncə), Bakı, İrəvan, sonradan isə Qarabağ».3 Müəllif,şübhəsiz ki, qəsdən tarixə erməni eynəyindən baxır. Əsl tarixi həqiqəti gör-mək istəmir. Yuxarıda göstərdiyim kimi, ərəblərin istilasından sonra XXəsrin əvvəllərinədək İran ərazisində olan dövlətləri Azərbaycan türkləriidarə etmişdilər. Məhz bu bir daha sübut edir ki, İran məkanında olandövlətlər Azərbaycan türklərinin yaratdıqları dövlətlər olmuşdur.

İran dövlətinin bazasını Azərbaycan ərazisi təşkil etmişdir. Bu ərazidəAzərbaycan türkləri ilə bir yerdə farslar, kürdlər, ermənilər, gürcülər,ərəblər, Qafqaz millətləri və s. yaşamaqla bu ölkədə vahid hakimiyyəti dəazərbaycan türkləri idarə etmişdir. Azərbaycan ərazisi məkan olmaqla bubəylərbəylikdə Dağıs tan, Gürcüstan, indiki Ermənistan, müasir TürkiyəRespub li kasının şərq hissəsi (İqdır, Qars, Ərzurum) və İran İslam Respub -

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

21

1Ter-Mkrtiçyan L.X. Armenis pod vlastju Nadir şaxa. Moskva, 1963.2Yenə orada s. 60.3Абдурахманов А.А. Азербайджан во взаимоотношениях России, Турции и Ирана в пер-вой половине XVIII в. Баку, 1964.

Page 23: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

likasının bəzi əraziləri daxil olmuşdur. Azərbaycanın paytaxtı əvvəlcəƏrdəbil, daha sonra Təbriz şəhəri olmuşdur.

Nadir 1736-cı ilin fevral ayında şahlıq tacını da məhz Azərbaycanda– Muğanda Suqovuşanda başına qoydu. Əlbəttə, bu təsadüfi deyildi vəNadirin milli kökünə ehtiramının bir göstəricisi idi.

A.Ə.Əbdürrəhmanovun əsərində1 XVIII əsrin birinci yarısında üçqonşu dövlətin Rusiya, İran və Osmanlı imperiyasının münasibətlərindənbəhs edilir. Eləcə də müəllif qısaca da olsa Nadir şah Əfşarın Azərbaycanıözünə tabe etməsindən söhbət açır. Göründüyü kimi, bu müəllif də hadisə -lərə doğru yanaşmır. Çünki Nadir, əslində, İranı və onun ətrafını Azər-baycan naminə fəth etdi. Azərbaycan dövlətini (bəylərbəyliyini) bərpaetdi.

Nadir şah dövrü ilə birbaşa əlaqəsi olan əsərlərdən biri də tanınmışAzərbaycan tarixçisi H.B.Abdullayevin «Azər baycan XVIII əsrdə və onunRusiya ilə qarşılıqlı əlaqələri» adlı əsəridir.2 Adından göründüyü kimi,əsərdə bütöv bir əsr ərzində Azərbaycanın sosial, iqtisadi və siyasivəziyyətindən söhbət açılır və Azərbaycanın Rusiya ilə iqtisadi, siyasi vəmədəni əlaqələrindən bəhs edilir. Müəllif əsərini yazarkən özünün qeyd et-diyinə görə, əsas problem kimi keçmiş SSRİ xalqlarının dostluq əla qə lə ri -nin öyrənilməsini nəzərdən keçirtsə də, eyni zamanda, Nadir şahla bağlımüəyyən məlumatlar vermişdir.3

Professor F.M.Əliyevin yazmış olduğu monoqrafiyada4 XVIII əsrinbirinci rübündə Azərbaycan torpaqlarının Rusiya və Osmanlı imperiyalarıarasında bölüşdürülməsindən sonra Osmanlı idarəçiliyi altında olan Azər-baycanın durumu, Nadir şahın hakimiyyəti dövründə Azərbaycanda başverən hadisələr və onun qətlindən sonra Azərbaycanda müstəqil və yarım-müstəqil feodal dövlətlərin yaranması işıqlandırılmışdır. Lakin qeyd etməkistərdim ki, müəllif Azərbaycan dedikdə yalnız Şimali Azərbaycanı nəzərdə

Úàùàíýèð Ùöñåéí ßôøàð

22

1Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку, 1965.2Абдуррахманов А.А. Азербайджан в взаимоотношениях Русский –Турции и Ирана впервой половине XVIII веке. Баку, 1964.3Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку, 1965.4Алиев Ф.М. Антииранские дистипление и борьба против Туречской в Азербайджана впервой половине XVIII в. Баку, 1975.

Page 24: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

tutmuş və III Sam Mirzə üsyanından savayı Cənubi Azərbaycanda başverən hadisələrə, demək olar ki, toxunmamışdır.

Nadir şahın hakimiyyəti dövründəki Azərbaycan haq qında A.P.No ve -selt sevin araşdırmalarından1 da maraqlı mə lumatlara rast gəlinir. Dövrünrus konsullarının məlumatlarına əsaslanaraq Azərbaycan tarixinin XVIIIəsrin 20-60-cı illərini işıqlandıran G.N.Məmmədova əsərində Nadir şahlabağlı bir sıra önəmli məlumatlar vermişdir. Bütün bunlarla yanaşı, mənN.A.Smirnovun, O.P.Markovanın, S.A.Məm mədovun, Ş.S.Əli yevin,L.İ.Yunusovanın, Ə.N.Qu liyevin kitablarından2 və digər tarixi əsərlərdəndə istifadə etmişəm.

Müstəqillik əldə etdikdən sonra tarixə daha obyektiv yanaşılmış, XVIIIəsrin I yarısında İranın, Rusiyanın və Osmanlı imperiyasının CənubiQafqazda yeritdikləri siyasətə düzgün qiymət verilmiş və bu dövlətlərarasında olan qarşı durmalar obyektiv şəkildə işıqlandırılmışdır ki, buyönümdə də tanınmış tədqiqatçılardan olan professor T.T.Mustafazadəninəməyini3 xüsusilə qiymətləndirmək lazımdır. Belə ki, müəllif zəngin arxivmaterialları əsasında XVIII əsrin birinci qərinə sində Azərbaycandakı rus-türk rəqabətini, Azərbaycan torpaqlarının Osmanlı və Rusiya imperiyalarıarasında bölüşdürül dükdən sonra bu bölgələrin sosial-iqtisadi və siyasi du-rumunu, həmçinin bu dövrdə üç dövlətin – Rusiya, Səfəvi və Osmanlıdövlətlərinin yeritdiyi siyasətdə Azərbaycanın oynadığı rolu işıqlan dırmışdır.Müstəqillik dövründə işıq üzü görmüş «Azərbaycan tarixi»4 kimi ümu-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

23

1Новосельцев А.П. Из истории классовой борьбы в Азербайджане и восточной Армениив ХVII-ХVIII // АН Исторические записки, 1960, №67, Освободительная борьба Закав-казья в XVIII веке. // Вопросы Истории АН СССР, 1972, № 5.2Мамедова Г.Н. Русские консулы об Азербайджане (20-60-е годы XVIII века). Баку, 1989.Смирнов Н.А.Политика России на Кавказе в ХVIХ веках. Москва, 1958; Маркова О.П.Россия, Закавказье и международные отношения в XVIII веке. Москва, 1966; МамедовС.А. Азербайджан по источникам ХV – первой половины XVIII вв. Баку, 1993; ГусейновШ.С. Последствия налоговой политики шаха Султан Гусейна и Надир шаха для эконо-мики Азербайджана // Azərbaycan SSR EA-nın xəbərləri. İctimai elmlər seriyası, 1961, №4.Юнусова Л.Н. Торговая экспанся Англии в бассейне Каспия в первой половине XVIIIвека. Баку, 1988; Quliyev Ə.N. Azərbaycan–Rusiya münasibətləri tarixindən XV-XVIII əsrlər.Bakı, 1958.3Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети, XVIII в.Баку, 19934Azərbaycan tarixi. c. III, Bakı, 1998.

Page 25: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

miləşdirilmiş kitablarda da Nadirlə bağlı hadisələrə obyektiv yanaşılmışdır.Öyrəndiyim mövzu ilə bağlı keçmiş Sovetlər birliyi məkanından xa -

ricdə də bir sıra elmi əsərlər nəşr olunmuşdu. Bunlardan birinci növbədəXX əsrin əvvəllərində yaşamış Kembric Universitetinin tarixçi professoruingilis L.Lokkartın əməyini1 qiymətləndirmək lazımdır. Müəllif bütövlükdəNadir şah Əfşar dövlətindən bəhs etdiyi üçün Azərbaycanda baş verən birçox hadisələrə diqqət yetirməmiş, bir sıra hadisələrə isə ötəri nəzər salmışvə əsərində əsas etibarilə dövlətin hərbi-siyasi tarixindən bəhs edərək,demək olar ki, dövlətdə həyata keçirilən vergi, köçürmə, aqrar siyasəthaqqında qətiyyən söhbət açmamışdır. Həmçinin vurğulamaq istəyirəm ki,əsər XX əsrin birinci yarısında yazılsa da, çox böyük tarixi mənbələrə isti-nad edilmişdir. Əsərdə Nadir şahın əzəməti və böyük fatehliyi qeydedilməklə yanaşı, onun qəddar, amansız obrazı da verilmişdir. Əlbəttə, in-gilis aliminin qeydlərini də başa düşmək olar. Hətta bəzi qərb alimləriNadirin irland, şotland mənşəli olduğunu da bəzi mənbələrdə sübut etməyəçalışmışlar. Qərb alimləri qısqanclıq hislərindən belə bir şəxsiyyətin türkəfşar oğlu olduğunu heç cür qəbul etmək istəməmişlər. Lakin onu da qeydetmək istəyirəm ki, tədqiqatçı alim 300-dən artıq tarixi əsər və məqa lə lər -dən istifadə edib Nadir şah haqqında tarixi bir fundamental əsər ərsəyəgətirmişdir.

Nadir şah haqqında əsər yazan digər bir Qərbi Avropa tarixçisi isəV.Minorskidir. Onun «Nadir şahın tarixçəsi»2 adlı əsərində Nadir şahƏfşarın anadan olmasından qətlə yetirilməsinədək olan dövrün siyasi hadi -sələrindən (tam olmasa da) söhbət açılır.

XX əsr İran tarixşünaslığında Nadir şaha aid bir sıra əsərlər yazılmışdırki, bu əsərlərdən biri də Xorasanlı Məhəmməd Hüseyn Qüddusinin «Nadirşah» əsəridir.3 Belə ki, müəllif əsərində əsas etibarilə dövrün hərbi-siyasivəziyyətini daha qabarıq göstərməyə çalışmışdır.

Nadir şah Əfşar haqqında böyük həcmli əsər yazan XX əsrin digər İrantarixçilərindən A.T.Sərdadvəri və M.H.Meyməndi Nejadı da göstərməkolar. Yuxarıda adları çəkilən bu İran tarixçilərindən fərqli olaraq, M.Ə.Pə-

Úàùàíýèð Ùöñåéí ßôøàð

24

1Lokkart L. Nadir şah. Bakı, 2013.2Minorski V. Nadir şahın tarixçəsi. London, 1928.3M.H. Qüddusi. Nadir şah. Tərcümə və ön sözün müəllifi M.Ə.Müsəddiq. Bakı, «Gənclik»,1999.

Page 26: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

nahi Səmnani isə «Nadir şah» əsərində hadisələrə daha obyektiv yanaşmağacəhd göstərmiş və hər hansı bir hadisə haqqında danışanda mənbələrdənvə ya tarixi əsərlərdən iqtibaslar gətirməklə fikrini əsaslandırmağaçalışmışdır.

İranlı müəlliflərin əsərləri fars dilində yazıldığından onların məni cəlbedən hissələrindən tərcüməçi vasitəsilə bəhrələnmişəm. Ümumiyyətlə,Nadir şah haqqında olan əsərlər çox təəssüf ki, bu günə qədər Azərbaycandilinə tərcümə olunmamışdır. Bunların əksəriyyəti fars, rus, ingilis, hindvə s. dillərdədir.

Yuxarıda sadaladığımız və adlarını qeyd etmədiyimiz çoxsaylı tarixiəsərlərlə yanaşı, Nadirlə bağlı zəngin ilkin mənbələrdən və mənbə tipliəsərlərdən də istifadə etmişəm. Məhz bu mənbələrdə verilən dəyərliməlumatlar hesabına Nadir dövründəki Azərbaycanın vəziyyəti haqqındamənim tərəfimdən ətraflı fikir yürütmək mümkün olmuş, indiyə qədərAzərbaycan tarixinin qaranlıq qalan səhifələrindən birinə işıq salınmış vəbir sıra mübahisə doğuran suallara cavab tapılmışdır. Belə mənbələrdənbiri Səfəvilər dövlətinin XVII əsrin sonu – XVIII əsrin əvvəlindəki iqtisadivəziyyətini, inzibati bölgüsünü və idarəetmə sistemini öyrənmək baxımın-dan əhəmiyyətli olan Mirzə Səmianın V.Minorski tərəfindən araşdırılaraqnəşr olunmuş «Təzkirət-ə əl-müluk» əsəridir.

İranda, həmçinin Azərbaycanda XVIII əsrin 20-ci illərində baş verənhadisələri öyrənmək baxımından yardımçı olan mənbələrdən biri də ruskonsulu S.Avramovun qeydləridir.1 Abraam Yerevantsinin əsəri və onunsəhvən anonim müəllif adından gedən variantı «Anonim erməni xronikası»2

əsəri Səfəvi dövlətinin 1722-1735-ci illərdə əfqanlara və osmanlılara qarşıapardığı müharibələrdən bəhs edir.

Abraam Kretatsinin «Təhkiyə»sində3 isə Nadir Əfşarın 1734-1736-cı

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

25

1Миклухо-Маклай Н.Д. Записки С.Аврамова об Иране как историче ский источник //Ученые запуски ЛГУ, 1952, № 128. Абраам Ереванци. История войн 1721-1736 гг. Ере-ван, 1939; Армян ская анонимная хроника 1722-1736 гг. перевод и примечания З.М.Бу-нятова. Баку, 1988.2 Абраам Ереванци. История войн 1721-1736 гг. Ереван, 1939; Армянская анонимнаяхроника 1722-1736 гг. перевод и примечания З.М.Бунятова. Баку, 1988.3Авраам Кретаци. Повествование. Перевод. Н.К. Корганяна. Ереван, 1973.

Page 27: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

illərdə keçirdiyi hərbi əməliyyatlar və xüsusən Muğan qurultayı haqqındaətraflı məlumatlar verilir.

Nadir şah Əfşarın digər bir müasiri isə XVII əsrin sonu və ya XVIIIəsrin əvvəllərində Şamaxıda anadan olan, ilahiyyatçı Akop Şamaxətsi1 dəMuğan qurultayı haqqında bir sıra önəmli məlumatlar verir.

Nadir şah Əfşar haqqında digər bir ilkin mənbə isə «İran şahı Təh-məsqulu xan haqqında tarix»2 kitabıdır. Müəllifi anonim olsa da, əsərdəolduqca maraqlı materiallar vardır. Kitab Nadir şah Əfşarın kökü haqqındaməlumatlarla başlayaraq onun Hindistan səfərindən qayıtması ilə sona yetir.

Əhəmiyyətli mənbələrdən biri də fransız Ceyms Freyzerin «Nadirşah»3 əsəridir. Belə ki, Nadir şah Əfşarın müasiri olan C.Freyzer Nadirinşəxsən özünü görmüş və onu bir sıra döyüşlərdə müşayiət etmiş, gördük-lərini, eləcə də Nadir şah haqqında eşitdiklərini qələmə alaraq onunhakimiyyəti dövründəki şəraiti işıqlan dırmışdır.

Nadir şəxsiyyətini öyrənmək baxımından ən qiymətli əsərlər MirzəMehdi xan Astrabadinin və Məhəmməd Kazımın əsərləridir. Belə ki,ədəbiyyatda, əsasən, «Tarix-i Nadiri» kimi adı çəkilən «Tarix-e cahan qoşa -ye Nader-i» əsərinin müəllifi olan M.M.Astrabadi Səfəvi nəslindən olmuş-dur. Nadir şahın şəxsi katibi olan müəllif çox zaman birincinin həyatakeçirdiyi yürüşlərdə onu müşayiət etmiş və bir çox hadisələrin canlı şahidiolmuşdur. M.M.Astrabadi Nadir şahı, haqlı olaraq, vəsf etmişdir. Qeydedim ki, mən «Tarix-e cahan qoşa -ye Nader-i»nin Ə.Beroməndin müqəd-diməsi ilə eynən ilkin variant kimi nəstəliq xətti ilə 1991-ci ildə Tehrandaçap olunmuş nüsxəsindən mütərcim vasitəsi ilə istifadə etmişəm.

M.Kazım hadisələrin təsvirinə daha obyektiv yanaşmış və Nadir şahınhəyata keçirdiyi vergi və aqrar siyasət haqqında, dövlətin sosial-iqtisadidurumu, bəzi hərbi-siyasi hadisələr barədə təkrarolunmaz faktlar ver-mişdir.4 Hər iki əsəri müqayisə edən N.D.Mikluxo-Maklay yazır: «Xro no -loji və bir sıra mühüm, xüsusən hərbi-siyasi məlumatların verilmə sinə görə

Úàùàíýèð Ùöñåéí ßôøàð

26

1Тер-Аветисян С. Походы Тамас-Кули-хана (Надир шаха) и избрание его шахом в опи-сании Акопа Шамахеци. Тифлис, 1932.2История о Персидском шахе Тахмась кули-хане. Перевод с француз ского С.Решетова.СПБ, 1762.3 Bu mənbə haqqında L.Lokkartın kitabından öyrənmişəm.4 Mərvi Məhəmməd Kazım. «Aləm Ara-ye-Naderi» I cild. Giriş. səh. 20.

Page 28: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Astrabadinin əsəri, xüsusən sosial-iqtisadi xarakterli materialın ümumihəcminə və verilən məlumatların müxtəlifliyinə görə sözsüz M.Kazımınəsəri üstündür».1

Nadirin hakimiyyəti zamanı ingilislərin İrandakı ticarət nümayəndəsiolan C.Hanveyin əsərindən2 də ilkin mənbə kimi istifadə edilmişdir.

Digər bir mənbə isə İ.Lerxin Abezquz tərəfindən tərcümə olunmuşsəyahətnaməsidir. Hərbi həkim sifətində rus ordusunda xidmət edən İ.Lerxiki dəfə (1735-1736 və 1744-1747-ci illər) Azərbaycanın və GilanınXəzəryanı bölgələrində olmuş və gördüklərini, eşitdiklərini gündəliyindəqeyd etmişdi ki, bu da onun ölümündən sonra kitab formasında nəşr olun-muşdur.

Dövrü işıqlandırmaq baxımından önəmli olan əsərlərdən biri dəBombey qubernatoru şərqşünas ser Con Molkolmun «İran» əsəridir.

Digər bir mənbə tipli əsər kimi P.Q.Butkovun3 əsərini göstərmək olar.Rus ordusu zabiti olan P.Q.Butkovun əsəri rus imperiya maraqlarına xidmətetsə də, Azərbaycan və Nadir şah Əfşar haqqında bəzən elə fikirlər verirki, bunlara da digər mənbələrdə rast gəlinmir. Rus hərbi tarixçisi generalS.R.Kişmişevin4 yazdığı əsər, əsasən, Nadir şahın Əfqanıstana və Hindis-tana yürüşündən bəhs edir. Bununla yanaşı, əsərdə Nadir şah Əfşarınuşaqlığı və gəncliyi, onun xasiyyəti və xarakteri, eləcə də Azərbaycanlabağlı bir sıra digər mühüm hadisələr barədə qiymətli məlumatlar verilir.

D.Buturlin tərəfindən yazılmış «XVIII əsrdə rus yürüşlərinin hərbtarixi»5 əsərində XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin acınacaqlıdurumundan, bu dövrdəki Rus–İran, Rus–Osmanlı, İran–Osmanlı qar şı -durmalarından bəhs olunur.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

27

1Mikloxa-Makley N. D. Zapiski C. Avramova ob irone kak isdoriçeskiy ustoçnik. Ycemyezapiski EQU 1952 N: 1289. 161.2C.Hanveyin. AMEA-nın TİEA, inv. 3678.3Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Т.I, СПб., 1869,Т. III, СПб, 1869.4Кишмишев С.Р. Походы Надир шаха в Герат, Кандагар, Индию и события в Персиипосле его смерти. Тифлис, 1889.5 Бутурлин Д. Военная история походов россиян в XVIII столетии (заключаюшая в себеописание Персидской войне с 1722 по 1734-й год). Перевод с французского А.Корни-ловича. Т.IX, част II, СПб, 1823.

Page 29: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Yuxarıda haqqında bəhs etdiyimiz bu mənbə tipli ədəbiyyatla yanaşı,S.M.Solovyovun, S.İ.Kişmişevin, N.Dubrovinin və digərlərinin əsərlərində,həmçinin sovet dövrünə qədərki rus dövri mətbuatında da Nadirlə bağlımaraqlı fikirlərə rast gəlinir.

Nadirlə bağlı Azərbaycan mənbələrindən, ilk növbədə, A.A.Bakı -xanovun «Gülüstan-i İrəm»1 əsərini qeyd etmək istərdim. Belə ki, ilk dəfəolaraq Azərbaycan tarixini sistemləşdirən tarixçi, əsərində, əsasən, Şirvantarixinə böyük yer vermiş, həmçinin Nadir şahın bölgədə yürütdüyü siyasətihaqqında da qiymətli məlumatlar vermişdir.

Digər bir əsər isə Molla Məhəmməd-əl Carinin «Car salnaməsi»2

əsəridir. XVIII əsr Azərbaycan tarixinə dair qiymətli tarixi mənbə olan buəsərdə müəllif, əsasən, Car və Balakən icması haqqında ətraflı məlumatverir və Osmanlı–İran qarşıdurması şəraitində Qafqazda cərəyan etmişhadisələri və xalq hərəkatı çıxışlarını ətraflı şərh edir.

Mənbə və ədəbiyyatların təhlili Nadiri ən məşhur fatehlərin sırasınaqaldırmağa əsas verirdi. O bir türk – müsəlman ruhunun daşıyıcısı və xi-laskarı kimi ecazkar təsir bağışlayırdı. Mən onu Attiladan, İsgəndərdən,hətta Çingiz xandan üstün tutmağa başladım. Bu böyük hislərin təsiri al-tında Nadirin tarixi obrazını qısaca olaraq ifadə etməyə cəhd etdim.

Nadir şah və onun yaratdığı Əfşar dövləti haqqında Azərbaycan Res -publikasında heç bir monoqrafik elmi-tarixi əsər, təəssüflər olsun ki, yazıl-mamışdır. Onun adı Azərbaycan tarixində öz həqiqi yerini tutmamışdır.Yalnız son vaxtlar, tarix elmləri doktoru Mehman Süleymanov Tehranda2010-cu ildə «Nadir şah» adlı elmi-monoqrafik böyük və dəyərli bir əsərortaya qoymuşdur. Demək istəyirəm ki, bu əsər Nadir şah haqqında Azər-baycan dilində çap olunan ən dəyərli və məzmunlu bir əsərdir. Yazıçı YunisOğuzun «Nadir şah» (2008) və yazıçı-dramaturq, millət vəkili HüseynbalaMirələmovun «Sonuncu fateh» (2012) adlı tarixi romanları da təqdirəla -yiqdir. Əsərlərdə tarixi hadisələr bədiiləşdirilsə də, hər iki əsərdə müəlliflərNadir şahın adekvat tarixi obrazını yaratmağa müvəffəq olmuşlar.

Úàùàíýèð Ùöñåéí ßôøàð

28

1Бакиханов А.К. Глюстан-и Ирам. Баку, 1991.2Molla Məhəmməd-əl Cari. Car salnaməsi. Ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər S.Sü-leymanovanındır. Bakı, 1997.

Page 30: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Mənim bu əsərimin ərsəyə gəlməsində ilkin olaraq həmin bu üç əsərin,həmçinin M.H.Qüddusinin «Nadir şah» və AMEA-nın Tarix İnstitutununəməkdaşı Nigar Gözəlovanın tərcüməsində L.Lokkartın əsərinin rus dilində2004-cü ildə nəşrinin və 2013-cü ildə «Qanun» nəşiriyyatında Azərbaycandilinə tərcümə edilmiş «Görkımli insanların həyatı» seriyasından L.Lok -kartın «Nadir şah» əsərinində çox böyük rolu və əhəmiyyəti olmuşdur.

Bütün müəlliflərə və tərcüməçilərə, bu kitabımın ərsəyə gəlməsindəmənə yardımçı olan insanlara əsərim vasitəsilə öz minnətdarlığımı bil -dirirəm.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

29

İstifadə olunmuş ədəbiyyat

Page 31: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

AZƏRBAYCANIN ƏN MÖHTƏŞƏM TARİXİ QƏHRƏMANLARI

Úàùàíýèð Ùöñåéí ßôøàð

30

Babək(Ərəb işğalçılarına qarşı 22 ilmübarizə aparan Azərbaycan

sərkərdəsi)

Şah İsmayıl Xətai(Azərbaycan Səfəvi dövlətinin banisi)

Nadir şah Əfşar(Şərqin sonuncu fatehi, Azərbay-

can Nadir Əfşar dövlətinin banisi)

Heydər Əliyev(Müasir Azərbaycan Respub-

likasının qurucusu)

Page 32: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

31

Nad

ir Ə

fşar

impe

riya

sını

n ər

azis

i

Page 33: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

II FƏSİL

NADİRİN SOY-KÖKÜ, FİZİKİ-FƏRDİ XÜSUSİYYƏTLƏRİVƏ ŞAHLIĞA QƏDƏR OLAN DÖVRÜ

Əgər mən Çingiz xan və Əmir Teymurlabir vaxtda yaşasaydım, Çingiz xan səltənətbaşçısı, Əmir Teymur vəzarət başçısı və mənqoşun başçısı olsaydım, bütün dünyanı bizüçümüz fəth edərdik.

Nadir şah Əfşar

2.1. Nadirin soy-kökü

Í adir öz mühitinin oğlu idi. Onun adının ikinci hissəsi olan «qulu»kəlməsi türk sözü olmaqla bir sıra sözlərin sonuna artırılaraq

həmin adların dini məzmununu daha da gücləndirirdi. Nadirin atasının adıolan İmamqulu – İmamın qulu mənasını verirdi. Nadirin oğlunun adı olanRzaqulu İmam Rzanın qulu mənasını özündə əks etdirirdi. Nadirqulu isəAllahın nadir qulu, nadir bəndəsi mənasını kəsb edirdi. Mövcud olan bəziməlumatlardan isə belə məlum olur ki, bu ad Nadirə onun fiziki key-fiyyətlərinə görə verilmişdi. Deyilənə görə, Nadir anadan olanda kifayətqədər sağlam, çevik və daim hərəkətdə olan bir uşaq kimi dünyayagəlmişdi. Ona görə də valideynləri onu nadir tapılan, bənzərsiz bir uşaq,yəni Nadirqulu adlandırmışdılar.

Nadirqulu Azərbaycan türklərinin Əfşar boyunun Qırxlı oymağındanidi. Əfşar boyunun Azərbaycan türklərinə aidliyi bugünkü tarixi ədəbiy -yatda şübhə doğurmasa da bu məsələ Nadir haqqında yazılmış mənbələrinvə tarixi araşdırma müəlliflərinin diqqət mərkəzində dayanan aktualməsələlərdən biri olmuşdur. Bəzi müəlliflərin Əfşar boyunun Azərbaycanarealından qoparılaraq Xorasan vilayətinin şimalında peyda olması, Nadirinetnik mənsubiyyətini istədiyi kimi yozmağa çalışması, tarixi mənbələrdəobyektiv faktlara istinad etməyən, səthi biliyə əsaslanması qeyri-elmi

Úàùàíýèð Ùöñåéí ßôøàð

32

Page 34: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

nəticələrin ortaya çıxmasına zəmin yaratmışdır.Ümumiyyətlə, Nadirin azman bir şəxsiyyət olması, öz dövrünün

mahiyyətini müəyyən edə bilməsi onun etnik mənsubiyyəti məsələsinə sünibir çalar gətirmişdir. Məqsəd onu mənsub olduğu soydan qoparmaqdanibarət idi.

Belə ki, mövcud ədəbiyyatda əfşarların İranın qərbində məskunlaşmıştürk-ariya irqinə mənsubluğu haqqında fikirlər vardır. Bu fikirlərin müəl-liflərinin iddiasına görə əfşarlar əvvəlcə Azərbaycan ərazisində yaşamış,sonra isə bütün İrana və Türkiyəyə, Balkan ərazilərinə qədər yayılmışdılar.1

Nadir şah haqqında irihəcmli tədqiqat əsərinin müəllifi olan ƏbuturabSərdadvər öz kitabında Əfşar boyunun ilkin olaraq Qafqazda və Azərbay-canda məskunlaşdıqlarını təsdiq edir. Müəllif əlavə edir ki, bu boyun diliAzərbaycan türkcəsidir.

Nadir şah haqqında tədqiqatlar aparmış başqa müəlliflərin əsərlərindəbu fikir öz təsdiqini tapmışdır. Bununla bələ, Əlirza Əfşar Azərbaycanda,Xorasanda, Şirazda və başqa yerlərdə yaşayan əfşarların eyni qandanolduğunu, eyni kökdən inkişaf etdiyini, bu boya mənsub olan insanların cə-surluğunu, igidliyini, qorxmazlığını vurğulayır, Xorasanın bir çox sər kər də -lərinin, adlı-sanlı adamlarının bu boydan çıxdığını, əfşarların təca vüz karlaraqarşı amansız olduğunu, döyüşkənliyini qeyd edir. Müəllif əfşarlara aid olanxarakterik bir xüsusiyyəti də oxucuların diqqətinə çatdırır.

Bu da əfşarların tez qızışması, tez hirslənməsi və sonradan da çox tezpeşmançılıq çəkməsi ilə bağlıdır.

Bir sıra müəlliflər əfşar boyunun sırf türk boyu olması, bu boyun türk–Azərbaycan dilində danışması, Səfəvi dövlətini təşkil edən türk tayfaların-dan biri olması və daha qədim dövrlərdən məhz Azərbaycan arealındaformalaşması fikrini qəbul edirlər.2

S.Nəfisi onu da yazır ki, Çingiz xanın əfsanəvi döyüş şücaətlərindənsonra çoxları soyköklərini Çingiz xanın soykökünə bağlamaq istəyirdi.Hətta Teymurləng də özbək türkü olmasına baxmayaraq, daha çox nüfuzqazanmaq üçün nəslini Çingiz xana bağlamaq istəyirdi.3 Müəllifin qənaəti

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

33

1M.Süleymanov. Nadir şah. Tehran, 2010, s. 8.2M.Süleymanov. Göstərilən əsəri, s. 113История народов Узбекистана. М., 1963, с.168.

Page 35: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

belədir ki, miladın V əsrindən əfşarlar Cənubi Qafqazda məskunlaşmışdılar.VIII əsrdə isə onlar Cənubi Qafqazdan mühacirət edərək Şama tərəf yol-lanmışdılar. Əfşarlar qərb türkləri üçün xas olan türk (Azərbaycan ləhcə -sin də) danışırdılar və onların dili şərq türklərinin dilindən xeyli fərqlənirdi.S.Nəfisi qeyd edir ki, türk tayfalarından özbəklər və türkmənlər türklərləmonqolların arasında yerləşirlər və ola bilsin ki, bu iki tayfanın qarışığıkimi formalaşmışlar. Türk tayfalarının dilinə gəlincə isə o, əlavə edir ki,şərq türkləri olan özbəklər və türklər bir-birinə yaxındırlar. Bu yaxınlıq ikiböyük dəstəyə bölünmüş qərb türkləri arasında da mövcuddur. Həmindəstələrdən biri Qafqaz və İran türkləridir. İkincisi isə osmanlı türkləridir.Yəni Azərbaycan türkcəsi ilə osmanlı türkcəsi arasında belə bir yaxınlıqmövcuddur. Bununla müəllif bir daha belə bir qənaətə gəlir ki, əfşarlar qərbtürklərindəndir və onlar özbək və türkmənlərdən fərqlənirlər.

Kəsrəvi də əfşarları qədim türk boylarından sayır. Onun fikrincə, əfşar-lar səlcuqlar dövründə İrana gəlmiş, lazımi şəkildə məskunlaşmış və ölkəhəyatında öz mövqelərini tutmuşdular.1

Fəzlullah Rəşidəddin isə yazırdı ki, əfşarlar çöllərə səpələnmiş türktayfalarından biridir. Onun dediyinə görə, boyun yaradıcısı olan Əfşar birtürk başçısı və sərkərdəsi idi. O, babası Oğuzun ordusunun sol cinahındavuruşurdu və qəhrəmanlığı ilə türklər arasında ad çıxarmışdı.2

Əfşarlar boyunun ulu əcdadı olan Əfşar haqqında tarixi ədəbiyyatdamaraqlı fikirlər mövcuddur. Bəzi tədqiqatçılar əfşarların ulu əcdadlarınıntarixinin xeyli qədim olduğunu qeyd edir və onların Nuh peyğəmbərin,hətta İshaq əleyhüssəlamın nəsli ilə bağlı olduğunu söyləyirlər. Bir fikrəgörə, türklər öz başlanğıcını İshaq əleyhüssəlamın oğlu Əysin üçüncü oğluBəqali xandan götürürlər. Başqa bir fikir isə əfşarların və o cümlədən dətürklərin başlanğıcı Nuh peyğəmbərin övladlarından götürülmədir. Guya,Nuhun tufanından sonra onun üç oğlunun hər biri müxtəlif istiqamətə yol-lanaraq oranın abadlaşdırılması ilə məşğul olmuşdur. Nuh peyğəmbərinbirinci oğlu olan Sam bugünkü İran ərazisində və onun ətrafında, ikincioğlu Ham Hindistan ərazisində və nəhayət, üçüncü oğlu Yafət isə Türküstanistiqamətində abadlaşma işlərini boyunlarına götürmüşdülər. Onun oğlu

Úàùàíýèð Ùöñåéí ßôøàð

34

1 M.Süleymanov. Göstərilən əsəri. s. 11.2Q.Qeybullayev. Azərbaycanlıların etnik tarixi. Bakı, 1993, s.964.

Page 36: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Türk adlandırılmış və Oğuz xan da Türkün nəslindəndir. Oğuz xanınTürkün 6-cı oğlu olması güman edilir. Əfşar isə Oğuz xanın Yulduz xandanolan nəvəsi sayılır.1

Sonralar Əfşarın nəsli artıb böyümüş, geniş əraziləri bürümüş və bunəsil özü də sonradan qollara, oymaqlara bölünmüşdü. Hazırda bu boyun– Qırxlı, Papalı, Cəlayir, Kosa Əhmədli, Gündüzlü, İnanlı, Ərəşli, Əmirli,Çapışlı, Babaxanlı, Qarabaşlı, Baçavənli, Vətənli, Zənqanlı, Qaççı və s. oy-maqları və qolları məlumdur. Boyun adı isə müxtəlif vaxtlarda müxtəlifcür səslənmişdir.2 Mövcud olan məlumatlara görə, «əfşar» sözü əslində«uçar» sözündəndir və sürətlə uçan, ovda çevik olan mənasını verir. Son-radan bu söz «ovşar», «oşər» və «üçpər», şahin quş kimi də səslənmişdir.Nadir şahın anadan olduğu vaxt əfşar türk boyunun qolları və oymaqlarıAzərbaycan, Xorasan, Fars, Xuzistan və s. ərazilərdə məskunlaşmışdı.Həmin vaxtlarda əfşarlar yayıldığı ərazilərdə müxtəlif etniklərin təsirlərinəməruz qalmasına baxmayaraq, Azərbaycan türkcəsində danışmaqla yanaşı,milli-etnik xüsusiyyətlərini də qoruyub saxlaya bilmişdilər. Bunutədqiqatçılar da təsdiq edirlər. Əfşarlar İran tarixinə və mədəniyyətinəmaraq göstərsələr də, xüsusi milli-etnik ənənələrin və yaşayış tərzininmöhkəmliyi onların özünəməxsusluğunu qorumağa imkan vermişdi.

Yuxarıda qeyd etdiyim kimi, əfşarlar döyüşkənliyi və mübarizliyi iləseçilirdilər və onların bu keyfiyyətləri ətrafdakıların da nəzərindənqaçmırdı. Məhz bu keyfiyyətlərinin nəzərə alındığı üçün idi ki, Səfəvi xanə-danı əfşarları da öz ətrafına cəlb edə bilmişdi. Səfəvilər Ərdəbildəmübarizəyə başlayanda əfşarlar da onlara qoşulmuş və bu dövlətin əsasınıtəşkil edən yeddi türk boyundan birinə çevrilmişdilər. Həmin boylara əfşar-lardan başqa, Şamlı, Qacar, Baharlı, Zülqədər, Təkəli və Ustaclı boyları dadaxil idi.3 Səfəvilər sülaləsinin əsasını qoyan Şah İsmayıl dövlətinsərhədlərinin qorunmasında, dövlətə qarşı istiqamətlənmiş xarici təcavüzünqarşısının alınmasında əfşar boyunun imkanlarından daha səmərəli fay-dalanmağa çalışırdı. Əfşar döyüşçüləri Şah İsmayılın ordusunun tərkibindəaparılan müharibələrdə fəallıqla iştirak edirdilər və onların arasından çoxlu

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

35

1F. Rəşidəddin. Oğuznamə. Bakı, 1989, s. 27.2 Rəfik Özdək. Türkün qızıl kitabı. I c., Bakı, 1993, s.16.3 Mərvi Məhəmməd Kazım. Göstərilən əsəri, s. 412.

Page 37: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

sayda sərkərdələr də yetişmişdi. Əfşar qoşunları, adətən, ən təhlükəlimövqelərə göndərilirdi ki, orada düşmənlərə layiqincə müqavimətgöstərilsin. Şah İsmayıl dövründə slavyanların cənuba doğru irəliləmələriqərb türklərinin sıxışdırılması ilə müşayiət olunurdu. Bu isə şərq-qərb yol-larına müəyyən təhlükə yaradırdı. Şah İsmayıl bu təhlükənin aradanqaldırılması üçün şərq-qərb yolu boyunca əfşarları məskunlaşdırmağıqərara aldı. Ancaq erkən dünyadan köçməsi ona bu planı tam reallaşdır-mağa imkan vermədi.1

Müəlliflərin və tədqiqatçıların bir hissəsi əfşarların öz doğma vətən-lərindən – şimal-qərbi Azərbaycandan Xorasana köçürülməsini də Şah İs-mayılın adı ilə bağlayırlar. Səfəvilərin hakimiyyəti illərində ölkəninşimal-şərq sərhədləri özbəklərin və Türküstan dəstələrinin aramsız hücum-larına məruz qalırdı. Bu da yerli əhalinin talanması, qırılması və yaşayışməntəqələrinin viran edilməsi ilə müşayiət olunurdu. Həmin dağıdıcıhücumların qarşısının alınması üçün Səfəvi hökmdarları əfşar sərkər də lə -rinin rəhbərliyi altında Xorasan vilayətinə qoşun dəstələri göndərdilər. Xo-rasana ilk göndərilən dəstələr arasında Əhməd Soltan Əfşarın və Şahruxbəy Əfşarın rəhbərliyi altında olan dəstələrin göstərdiyi şücaət tarixiədəbiyyatda da özünə yer tapmışdır. Əfşarları sərhəd xətti boyunca yer-ləşdirməklə Şah İsmayıl sərhəd xətti boyunca canlı müqavimət divarı yarat-mağı qərara aldı. Amma Şah İsmayıl bu planını da bütünlüklə həyatakeçirməyə imkan tapmadı.2

Nadir şahın salnaməçisi M.M.Astrabadi də əfşarların Xorasan vilayəti -nə köçürülməsinin Şah İsmayılın vaxtında başladığını xəbər verir.3

Əfşar tayfalarının bu bölgə ilə bağlılığının hələ Şah İsmayıldan əvvəl dəolması haqqında məlumatlar mövcuddur. Nadir şah haqqında böyük tədqiqatınmüəllifi olan M.H.Qüddusi yazır ki, hələ səlcuqlar dövründə əfşarlar öz igid-likləri ilə ətrafa səs salmışdılar. Onların bu keyfiyyəti, hətta özbəklərin, türk-mənlərin və tatarların canında bir vahimə yaratmışdı. XIV əsrdə Çingiz xanınyürüşləri dövründə böyük oğlu Xarəzmin və Ətəkin hakimi təyin edilmişdi.Onun hakimiyyəti Xorasanda da dağıntılara və talanlara yol açmışdı.

Úàùàíýèð Ùöñåéí ßôøàð

36

1M.M.Kazım. Göstərilən əsəri, I c., s 48 2M.H.Qüddusi. Nadir şah. Bakı, 1999, s. 112.3M.M. Astrabadi. Tarix-e cahan qoşa -ye Nader-i, s. 416.

Page 38: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Özbək və türkmən dəstələrinin Xorasanın şimalına hücumlarınınqarşısının etibarlı şəkildə alınması məsələsi Səfəvilər dövründə uzun müd-dət aktual olaraq qalmışdı. Şah İsmayıldan sonra taxta çıxan I Şah Təhma-sib də bu məsələnin həlli üzərində düşünməli olmuşdu. Ancaq şahlığıdövründə o, bu məsələnin həllinə nail ola bilmədi. Şah Təhmasibdən sonraII Şah İsmayıl və Şah Sultan Məhəmməd Xudabəndə də dövlətin şimal-şərq sərhədinin özbək və türkmən yürüşlərindən qorunması zərurəti iləüzbəüz qalmışdı. Bununla belə, onların hakimiyyəti dövründə də şimal-şərq sərhədlərinin qorunması məsələsi öz həllini tapmadı. Nəhayət, ŞahAbbas dövründə şimal-şərq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsisahəsində daha səmərəli addımlar atıldı.

Məlumdur ki, hakimiyyətə gələndən sonra Şah Abbas fars ünsürlərininmövqeyini daha da gücləndirdi. Şiə məzhəbini dövlət səviyyəsinə qaldır-maqla böyük Türkçülüyü parçalamağa müyəssər oldu, bununla şiəməzhəbinə itaət edən xalqları Səfəvi dövlətində birləşdirmək istəsə dənəticədə Turançılığa əngəl yaratdı. Belə ki, Osmanlı və sünni Orta Asiyatürkləri ilə bir ayrılıq əmələ gətirdi və sonda türk-İran dövləti XIX əsrinaxırı üçün öz türk mahiyyətini itirdi. Bu günə qədər də 30 milyona yaxınsoydaşımız fars şovinizminin əsarəti altında qalmaqdadır. Bu faciəninəsasını Şah İsmayıl bilmədən qoysa da, Nadir şah bunu aradan qaldırmağaçalışsa da, lakin fiziki baxımdan müyəssər ola bilmədi və ona qarşı olançoxlu sui-qəsdlər axır ki, qeyri-türk millətləri arzusuna çatdırdı. Belə ki,Böyük Turan dövlətinin yarana bilməməsi rusların, farsların, ermənilərin,gürcülərin, başqa türk olmayanların əl-qolunu açmış oldu və son nəticədəƏfşar imperiyasının torpaqları ərazisində Ermənistan, Gürcüstan(Rusiyanın Avropa hissəsinin cənubu, Şimali Qafqaz Muxtar Respublikalarıda daxil olmaqla) və İran İslam Respublikası, Orta Asiya Respublikaları(Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan), Əfqanıstan, Pakistan,Bəxreyn, Oman və başqa dövlətlər yarandı.

Bununla belə, Şah Abbas əfşarların döyüşkənliyini və mübarizliyinilayiqincə qiymətləndirdi və onların bu bacarığından bəhrələnməyə çalışdı.Dövlətin şimal-şərq sərhədlərinin möhkəmləndirilməsi işində də Şah Abbasdaha çox əfşarlara bel bağlamağı üstün sayırdı. Onun hakimiyyəti dövründəözbək Abdulla xanın və Əbdül Mömün xanın Məşhədə və Nişapura vi-ranedici yürüşlərinin qarşısının alınması üçün Şah Abbas tərəfindən həmin

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

37

Page 39: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

bölgəyə Mustafa xan Kəngərlinin rəhbərliyi altında əfşar və kürd tayfalarıgöndərildi. Nəticədə özbəklər əzilərək bölgədən qovuldular. Bundan sonraŞah Abbas sərhəddə yerləşən Qoçan, Bocnurd, Dərgəz, Kelat və Sərəxsinqorunmasını əfşarlara həvalə etdi. Bununla əlaqədar Şah Abbas Səfəvidövlətinin şimal-qərb rayonlarında – Göyçə ərazisində, Qazax-Şəmşir sul-tanlığında məskunlaşmış əfşarlar tayfasından 15 minə yaxınını Xorasan vi-layətinə köçürdü və orada yerləşdirdi.1

Kelat-Dərgəz bölgəsinə köçürülən əfşarlar burada yeni bir mühit for-malaşdırmağa başladılar. Əfşarlar bu bölgədə məskunlaşdılar, öz həyatlarınıqurdular və eyni zamanda sərhəd xəttində canlı sipər rolunu öz üzərlərinəgötürdülər. Şah Abbas köçürməsindən sonra əfşarlar bölgənin idarəçiliyiniöz üzərlərinə götürməklə birbaşa mərkəzi hakimiyyətə tabe idilər. Ancaqvaxt ötdükcə, mərkəzi hakimiyyət zəiflədikcə və mərkəzi hakimiyyətdətəmsil olunanlar əfşarlardan daha çox ehtiyatlandıqları üçün Xorasan əfşar-larının idarəçiliyi də Məşhəd bəylərbəyiliyinin tabeliyinə verildi. Heç şüb-həsiz ki, mərkəzi hakimiyyətin möhkəm olduğu vaxtlarda əfşarlara dahaciddi himayənin göstərilməsi, eləcə də mərkəzi hakimiyyətin zəifləməsibölgədə formalaşan mühitə də öz təsirini göstərirdi. Canlı sərhəd mü ha -fizəsi rolunu oynamaqla əfşarlar kifayət qədər mürəkkəb olan bölgədə yer-ləşmişdilər. Mütəmadi olaraq davam edən özbək və türkmən yürüşlərininqarşısının alınması bölgədə daha dinc və qurucu mühitin yaradılmasınışərtləndirə bilərdi. Ancaq mərkəzi hakimiyyətdən dəstək duyulmadığı dövr-lərdə buna nail olmaq elə də asan olmurdu.

Nadir şahın doğulub böyüdüyü Əbivərd-Dərgəz bölgəsinin əfşarlarıda ora Şah Abbasın vaxtında köçürülmüşdü. Şah Abbasın ölümündən sonrahərc-mərcliyin genişlənməsi Xorasan vilayətində özünü göstərdi. Dərgəzətrafında məskunlaşmış olan türk tayfaları mövcud vəziyyətə münasibətdəiki dəstəyə bölündülər. Birinci dəstəyə Əhmədli, Papalı, Əmirli və digərQacar oymaqları daxil idilər. Onlar bildirirdilər ki, bir halda ki, mərkəzihakimiyyət zəifləyib və bölgənin mühafizəsinə səmərəli kömək göstərəbilmir, onda Xivə xanlığı ilə daha yaxın əlaqələr qurmaq lazımdır. İkincidəstədə isə Əfşar oymaqları birləşirdilər. Onlar heç bir halda özbək və türk-mənlərlə yaxınlaşmağı qəbul etmirdilər və Qacar oymaqlarının mövqeyinə

Úàùàíýèð Ùöñåéí ßôøàð

38

1M.Sultanov. Göstərilən əsəri, s. 20.

Page 40: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

müxalifətdə dayanırdılar. Bu mövqe müxtəlifliyi həmin iki dəstə arasındamünasibətlərin mürəkkəbləşməsinə, bəzi hallarda isə daha da kəskinləşmə -sinə gətirib çıxardı. Ziddiyyətlərin davam etməsi əfşarların iqtisadi duru-munun aşağı düşməsinə də təsir edirdi. Əsas məşğuliyyət sahələrindən olanqo yunçuluq böhran vəziyyətinə düşdü. Azuqə ehtiyacı əfşarları məcbur etdiki, kənd təsərrüfatına da müraciət edilsin. Eyni zamanda həmin vaxtlardatoxuculuq və tikmə işləri genişləndi. Xüsusilə dəridən geyim əşyalarınıntikilməsi işi rövnəq tapdı. Əhali toxuduğu əşyaları Məşhəd və Nişapur ba -zar larına çıxarır və ailəsi üçün çörəkpulu qazanırdı. Bu, Nadirqulunun do -ğulduğu məntəqənin iqtisadi mühitini formalaşdıran xarakterik cəhətlər idi.1

Mərkəzi hakimiyyətin zəifləməsi, daim xarici yürüş təhlükəsininmövcudluğu, iqtisadi pərakəndəlik, türk etnosunun çoxluğu və eyni za-manda fars və kürd etnosunun varlığı, özbək, türkmən və əfqan etnosununyaxınlığı və onlarla müxtəlif səviyyəli əlaqələr Nadirin doğulduğu mühitinab-havasına özünəməxsus məzmun verirdi. Məşhəd kimi bir dini mərkəzinyaxınlığı da heç şübhəsiz, bölgənin dini-mənəvi atmosferasının məzmu-nunda öz əksini tapırdı.

Nadir sadə bir Əfşar ailəsinin mühitində yaşayırdı və sonralar bu ailətarixin yaddaşına əbədi həkk olundu. Peneloqlar ailənin soy-kökünü vəgələcək nəslin davamını diqqətlə izləməyə başladılar.

I Şah Abbas özbəklərin Xorasana hücumlarının qarşısını almaqdanötrü Urmiyadan da əfşarların bir hissəsini Əbivərdə köçürmüşdür.

Ümumiyyətlə, Şah İsmayılın, Şah Abbasın və xüsusilə də Nadir şahındövründə Qərbi Azərbaycanda (Urmiya, İrəvan, Göyçə, Şəmşəddil, Qazax,Borçalı və s. ərazilərdə) məskunlaşmış Əfşar tayfalarının bir hissəsi İranınvə Azərbaycanın şərq ərazilərinə köçürülmüşlər.

2.2. Nadir şah Əfşarın fiziki, fərdi xüsusiyyətləriNadir şahın sərkərdəlik istedadı, hərbi potensialı, döyüşkənlik qa-

biliyyəti onun fiziki keyfiyyətləri ilə vəhdət təşkil edirdi. Güclü fiziki vəəqli keyfiyyətlərə malik olmadan Nadir şah nə ətrafına dəstə toplaya bilərdi,nə qoşun təşkil edə bilərdi, nə də Əfşarlar dövlətini yarada bilərdi. Nadirşah dünya tarixində nadir şəxslərdəndir ki, onun fərdi fiziki gücü strateji

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

39

1M.H.Qüddusi. Göstərilən əsəri, səh. 46.

Page 41: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əhəmiyyət kəsb etmişdir. Başqa sözlə, məhz fiziki keyfiyyətləri və onlardanməharətlə istifadə edilməsi Nadir şaha böyük bir dövlət yaratmağa imkanverdi. O, məhz güc keyfiyyətlərindən qaynaq alan döyüşkənliyi ilə uzaqəyalət kəndlərinin birindən bölgədə nüfuz sahibi olan bir imperiyanınyaradılmasına nail oldu. Nadir şahın qoşunları onun yaratdığı dövlətindayağı və sərkərdəlik potensialını reallaşdıran bir qüvvə olduğu kimi, Nadirşahın şəxsi fiziki gücü bu qoşunların hərəkətverici qüvvəsi idi. Nadir şahqoşunların böyük uğurlarının təşkilatçısı olduğu kimi, eyni zamanda buqoşunların vuran əli idi. Çox az döyüş tapmaq olar ki, Nadir şah döyüşçükimi qoşun dəstələrinin önündə getməsin. Yalnız onun şahlıq dövrününsonlarına yaxın bəzi döyüşlərdə iştirak etmədiyini görmək olar. Şahlığınaqədərki döyüşlərinin və şahlığının əsas dövrünün döyüşlərinin ək-səriyyətində Nadir şah əlində təbərzin və ya qılınc döyüşün ən qaynarnöqtələrində düşmənə göz açmağa imkan verməzdi. Vuran əlinin gücü,daxili enerjisinin sonsuzluğu, dözümlülüyü və yorulmazlığı etibarilə Nadirşah öz müasirlərini, özündən sonra dünyaya gəlmiş böyük sərkərdələri, ha-belə tarixçiləri və tədqiqatçıları da heyrət içində qoymuşdu.

Nadir şah sağlam və atletik bədən quruluşuna malik idi. Xaricigörünüşünə görə onu qoşun daxilində uzaqdan seçmək mümkün idi. Şərqmənbələrində onun xarici görünüşü haqqında elə də geniş məlumatlara rastgəlmək mümkün deyil. Bu barədə daha geniş təsəvvürləri qərb müəl-liflərinin yazdıqlarından əldə etmək mümkündür. Nadir şahı şəxsən görmüşbir neçə qərb müəlliflərinin əsərlərində onun fiziki keyfiyyətləri haqqındamaraqlı qeydlər vardır. Belə müəlliflərdən biri olan Ceyms Freyzer Nadirşahla rastlaşanda bu böyük fateh 55 yaşında imiş. Nadir şah bu yaşında dafiziki gücü və enerjisi ilə fərqlənirmiş. Müəllifə görə, həmin vaxtda daNadir şah sağlam bədən quruluşuna malik idi. Boyu 180 sm-dən artıq imiş.Onun qalın qaşları və böyük gözləri var idi. Müəllifə görə, Nadir şahıncanlı və cəlbedici sifəti var idi və belə bir sifətə çox az adamda rast gəlməkolarmış. Günəşin şüaları və havanın müxtəlifliyi isə onun çöhrəsinə dözüm-lülük və mərdanəlik xalları vurmuşdu.1

Başqa bir qərb müəllifi – Uilyam Kokkel Nadir şahın 50 yaşı olandaonunla rastlaşıbmış, o da Nadir şahın boyunun 180 sm-dən yuxarı olduğunu

Úàùàíýèð Ùöñåéí ßôøàð

40

1Lokkart L. Nadir şah. Bakı, 2004, s. 185.

Page 42: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

təsdiq edir. Onun qeydlərinə görə, Nadir şah mütənasib və güclü bədən qu-ruluşuna malik idi. Bədənində köklüyə meyil varmış. Amma gündəlik gər-gin fəaliyyəti onun bu kökəlmə meylinin qarşısını alırmış. U.Kokkel onuda əlavə edir ki, Nadir şahın qara və nüfuzedici gözləri, bir-birinə birləşmişqaşları var idi. Müəllif Nadir şahı xarici görünüşünə görə o vaxta qədərrastlaşdığı ən cazibəli kişilərdən biri sayırdı və bildirirdi ki, uzun müddətaçıq havada və gün altında qalması onun sifətini qaraltmış və təsirliliyinidaha da artırmışdı.1

C.Hanveyin əsərində də Nadir şahın fiziki keyfiyyətləri haqqındamaraqlı qeydlər vardır. O, bildirirdi ki, Nadir şahın xarici görkəmi onunsadəliyindən xəbər verməklə qəzəbli olmadığı barədə də təsəvvür yaradırdı.C.Hanveyin yazdığına görə, Nadir şahın sifət quruluşu farsların sifət quru-luşundan fərqlənirdi və daha çox girdəliyi ilə seçilirdi. Müəllif daha sonraəlavə edirdi ki, Nadir şahın saçları qara, gözləri iri və nüfuzedici, alnıhündür, sifəti qarabuğdayı, bədəni güclü, çiyinləri qabağa çıxmış şəkildəidi. Danışmağa başlayanda onun sifəti heybətli bir şəkil alırdı. C.Hanveyonu da əlavə edirdi ki, onun cismani gücü gördüyü işlərə təsirsizötüşmürdü. Təbiət ona fövqəladə bir güc vermişdi və vaxt ötdükcə bu gücüdaha da artırdı. Həmin gücün sayəsində Nadir şah təbərzin kimi bir silahınyararlılığı haqqında yeni bir təsəvvür yaratdı. Bu silah uzun müddət idi ki,döyüşlərdə istifadə olunmurdu, ona çevik və təsirli bir silah kimibaxılmırdı. Lakin Nadir şah qolunun gücü hesabına bu silaha yeni bir həyatverdi. Onun təbərzinlə endirdiyi zərbə düşmənlərinə qara günlər gətirərdi.Yuxarıda qeyd edildiyi kimi, təbərzini məharətlə işlətdiyinə görə Nadir şahbəzən «Təbərzin xan» kimi də çağırılardı.

Başqa bir qərb müəllifi bildirir ki, Nadir şah təkəbbürlü və qorxubilməz bir şəxsdir. Onun siması imperator simasına bənzəyir. Elə bil ki,təbiət onu hökmdarlıq üçün yaratmışdır. Həyatının başlanğıcında rastlaşdığıçətinliklər onun əzələlərini möhkəmləndirmişdi. O ən çətin məşəqqətləriçəkməyə qadir idi və ona görə də apardığı döyüşlərdə qalib olurdu.

Məhəmməd Baxış Aşub adlı hind müəllifi Hindistan yürüşü zamanıNadir şahı görmüşdü. Bu zaman Nadir şah artıq 50 yaşını ötmüşdü.Məhəmməd Baxışın yazdığına görə, Hindistan yürüşünü başa vurub geri

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

41

1M.Süleymanov. Göstərilən əsəri, s. 148.

Page 43: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

qayıdanda Nadir şah çox çevik görünürdü. Onun möhkəm bədən quruluşuvar idi, çox gümrah idi, saçları və bığları qara rəngdə idi.1

Nadir şah ömrünün sonuna qədər güclü bədən quruluşunu, çevikliyini,yorulmazlığını qoruyub saxlaya bilmişdi. Bir tərəfdən iştirak etdiyi ağır vəuzunmüddətli hərbi yürüşlər, digər tərəfdən də şahidlərinin yazdıqları bunusübut edir.Əlbəttə, ağır çöl həyatının onun səhhətində müəyyən izlər bu-raxdığını da inkar etmək olmaz. Bununla bələ, Nadir şah həyatının son il-lərində belə kifayət qədər güclü fiziki keyfiyyətləri ilə seçilirdi. Onunhəyatının son illərinin şahidi olmuş Pyer Bazen yazırdı ki, Nadir şahınsaçları ağarsa da, bığı və saqqalı qara rəngdə idi. Bədəni güclü, qamətihündür və mütənasib idi. O daha sonra Nadir şahı belə təsvir edirdi: sifətioval şəklindədir, çöhrəsində bir solğunluq vardır, burnu böyük və bir qədərdonqardır, ağzı böyükdür, alt dodağı üst dodağına nisbətən irəli çıxmışdır.Kiçik və işıqlı gözləri vardır, baxışı nüfuzedicidir.

Uşaq yaşlarından təsərrüfat həyatında böyüməsi və daimi fiziki gərgin-lik Nadir şahın fiziki keyfiyyətlərini də təkmilləşdirmişdi. Bunun üçün idiki, çevikliyini və zəhmətsevərliyini qoruyub saxlaya bilmişdi. Qarşısınaçıxan problemlərin həllini heç vaxt uzatmazdı. Hətta hərbi yürüşlər zamanıda divan işlərini davam etdirir və buna lazım olan qədər vaxt ayırırdı. Nadirşah istirahət etməyi də bacarırdı. Onun istirahəti özünə yaxın olan əyanlarıilə axşamlar şərab içməkdən, ya da xanımlarının yanında vaxt keçirməkdənibarət olurdu. Amma hər iki halda Nadir şah ifratlığa varmazdı, divan vəsərkərdəlik işlərini şərab içməyə və qadınla əylənməyə qurban verməzdi.Nadir şah yalnız günün işlərini başa vurandan sonra istirahətgahına çəkilər,ya da öz hərəmxanasına yollanar, səhəri gün isə erkəndən yenə öz işlərinidavam etdirərdi.2

Nadir şahın bir vaxtlar güclü və məstedici içkilərə meyil etməsihaqqında da məlumatlar mövcuddur. Amma Nadir şah içki aludəsi deyildivə içki məclisini eyş-işrət məclisinə çevirməzdi. Mənbələrdə və tədqiqatəsərlərində Nadir şahın içkidən məst olması haqqında məlumatla rastlaş-maq mümkün deyildir. C.Hanvey bildirirdi ki, şərab içmək Nadir şahın əqli

Úàùàíýèð Ùöñåéí ßôøàð

42

1Lokkart L. Nadir şah. Bakı, 2004, s. 187.2 M.M.Astrabadi. Göstərilən əsəri, s. 48.

Page 44: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

və cismani gücünü artırırdı. Həm də qədərində şərab içmək, ən yaxınadamlarını süfrəyə dəvət etmək Nadir şahın yorğunluğunu da unutdururdu.1

Şərab içməklə bağlı Nadir şah çox ciddi normalara riayət edirdi. O,heç vaxt gündüz, divan və qoşun işləri ilə məşğul olduğu vaxtlarda və günbaşa çatmamış şərab məclisləri qurmazdı. Belə məclislər, adətən, gecədüzənlənərdi. O, şərab məclisinə çox az adam dəvət edər və bu zaman şərabməclisində qoşun və divan işləri haqqında söhbət aparılmasına imkan ver-məzdi. Başqa sözlə, şərab məclisində Nadir şah dünyəvi işləri tamamiləunudub istirahət etməyə çalışardı. Süfrəsinə dəvət etdiyi şəxslərin isə yersizsöhbətlər etməsindən xoşlanmazdı. Tədqiqatçılar Nadir şahın bu xarakteriilə bağlı C.Freyzerə istinadən maraqlı bir hadisəni nəql edirlər. Bir dəfəNadir şahın şərab məclisinə dəvət etdiyi iki nəfər yaxın əyanı şərab içəndənsonra söhbətlərinə bir qədər sərbəstlik verirlər və bəzi məsələlər üzrə, həttaNadir şaha məsləhətlərini söyləməkdən belə çəkinmirlər. Nadir şah bundanqəzəblənir və dərhal onların hər ikisinin boynunun vurulmasını əmr edirvə əlavə edir ki, bu nadan insanlar Nadirqulu ilə Nadir şah arasındakı fərqihələ görə bilməyiblərsə, onda onlar ölümə layiqdirlər.2

Nadir şahın qidalanması son dərəcə ciddi idi. Saray mətbəxinin dəb-dəbəsindən uzaq olan Nadir şah məişətdə də sadə idi və çox vaxt onun qida -sı döyüşçülərinin və sərkərdələrinin qidasından fərqlənməzdi. Təd qiqatçılarda vurğulayırlar ki, böyük bir dövlətin şahı olmasına baxmayaraq, Nadirşah çox vaxt elə döyüşçü yeməyi yeyirdi və onun mətbəxinin hazırladığıyeməklərlə, qoşun mətbəxinin hazırladığı yeməklər arasında fərq də ol-mazdı. O öz sərkərdələrinin də qidalanma zamanı ciddi normalara əməl et-məsini istəyirdi. Nadir şah yemək süfrəsi arxasında yarım saatdan artıqoturmazdı. Xüsusilə döyüş vaxtlarında Nadir şah çox az yeməklə kifa yət -lə nərdi. Çox vaxt cibində qovurulmuş noxud olardı və onunla aclığının qar -şısını alardı. Süfrə arxasında onun yeməklərinin əsasını düyü təşkil edərdi.

Nadir şah Bəlx və Herat yemişlərini də çox sevirdi. Məlumdur ki, həttaHindistan yürüşündə olanda belə Nadir şaha dəvələrlə yemişlər gön də -rilmişdi.3

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

43

1M.Süleymanov. Göstərilən əsəri, s. 149.2M.M.Astrabadi. Göstərilən. əsəri, s. 49. 3M.M.Kazım. Göstərilən əsəri, s. 426.

Page 45: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Mövcud olan məlumatlara görə, Nadir şahın geydiyi libaslar da çoxsadə və ciddi idi. Nadir şah, hər şeydən əvvəl, baş geyimində dəyişikliketdi və səfəvilər dövründən fərqli olaraq, baş geyimində yeniliklərin təşəb-büskarı oldu. Libaslarında isə daha çox ənənəvi və rahat geyimlərə üstünlükverirdi. C.Hanveyin yazdığına görə, Nadir şahın libas altından cövşəngeyməsi haqqında da söz-söhbətlər gəzirdi. Onun fikrincə, cövşəndən şəxsimühafizə vasitəsi kimi istifadə olunurdu. Amma bu barədə mənbələrdə təs-diqedici bir məlumat yoxdur. Nəzərə alınsa ki, Nadir şah, hətta döyüş əs-nasında başına dəbilqə qoymazdı, onda onun adi vaxtlarda, şəxsimühafizəçilərinin ətrafında cövşən geyməsi elə də inandırıcı deyil. Tarixdəndə məlumdur ki, Nadir şaha qarşı bir neçə sui-qəsd odlu silah vasitəsiləedilmişdi. Cövşən isə onu odlu silahdan qoruya bilməzdi.

Hindistan səfərindən çoxlu var-dövlətlə qayıdandan sonra Nadir şahıngeyimində də zənginlik artdı. C.Hanvey yenə eşitdiyi söhbətlər əsasındayazır ki, Nadir şah bir çox hallarda əlində böyük firuzə gəzdirərdi. Hindis-tan yürüşündən sonra libaslarında olan qiymətli daşların sayı da artdı. Nadirşahın çadırı və süvari təchizatı da zənginliyi ilə tədqiqatçıların diqqətinicəlb edir. Deyilənə görə, Nadir şahın dörd dəst mükəmməl yəhər yüyəniolub və hər bir dəst də qiymətli daşlarla bəzədilibmiş. Nadir şahın çadırıvə bu çadırın astarı ən zərif və qiymətli materialdan, ən bacarıqlı ustalartərəfindən hazırlanmış və ən qiymətli rəsmlərlə bəzədilmişdi.

Nadir şahın fiziki keyfiyyətləri arasında tədqiqatçıların diqqətini cəlbedən məqamlardan biri də onun güclü və amiranə səsə malik olması idi.Malik olduğu səs döyüş meydanında Nadir şahın təsirli silahlarından birinəçevrilirdi. Öz güclü səsi ilə Nadir şah bir tərəfdən göstərişlərini döyüşçülərəçatdırırdı, bir tərəfdən də həmin səsin səfərbəredici gücü ilə döyüşçüləriniyerindən oynadırdı. Onun tükürpədici nərəsi düşməni də öz haləsindənçıxarırdı. Mövcud olan məlumatlara görə, 100 metr məsafədən Nadir şahınhündür səslə elan etdiyi əmrləri açıqca eşitmək olardı.1 Hətta bu keyfiyyəti -nə görə, Nadir şah ətrafda ad çıxarmışdı. Ser Con Malkolmun yazdığınagörə, Nadir şahın hündür səsə malik olması Osmanlı sultanı Mahmudun daqulağına çatıbmış. Onun da yanında hündür səsə malik bir məmur var imiş.Nadir şahın heç də ən hündür səsə malik olmadığını və daha hündür səsli

Úàùàíýèð Ùöñåéí ßôøàð

44

1Lokkart L. Göstərilən əsəri, s. 211.

Page 46: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

şəxsin məhz onun dövlətində olduğunu sübut etmək üçün həmin şəxs səfirsifəti ilə Nadir şahın yanına göndərildi. Müəllifin yazdığından belə məlumolur ki, Osmanlı dövlətindən gələn elçinin hündür səsə malik olması Nadirşahı da maraqlandırır və o, kimin daha hündür səsə malik olmasınınyoxlanılmasına razılıq verir. Nadir şah sonradan təsdiq edir ki, doğrudanda, Osmanlı nümayəndəsi daha gur səsə malikdir. Belə bir səsə malik olanşəxsin onun yanına elçi kimi göndərilməsindən çox məmnun olduğunubildirir.1

Nadir şah çox güclü hafizəyə də malik olmuşdur. O bütün sər kər də -lərinin, ünsiyyətdə olduğu döyüşçülərin adlarını, onların yaxşı xidmətləriniyadında saxlaya bilirdi. Sayı 100 mini ötən və daim yeniləşən qoşun da -xilində çoxsaylı sərkərdələrin və qoşun başçılarının adlarını yadda saxla-maq Nadir şahın müasirləri arasında heyrət doğuran daha bir keyfiyyəti idi.De yilənə görə, Nadir şah 40 yaşından sonra yazmağı və oxumağı da öyrən-mişdi. Nadir şah, eyni zamanda münşiləri tərəfindən yazılan əmrləri dəuzun müddət xatırlayırdı. Nadir şah zehninin və zəkasının itiliyi ilə dəseçilirdi. Ən mürəkkəb döyüş şəraitində Nadir şah mövcud vəziyyəti, onatəsir edə biləcək amilləri, çıxış yollarını və s. çoxlu sayda məsələləri qısazaman ərzində dəyərləndirib düzgün qərarlar qəbul etməyi bacarırdı. Qəbuletdiyi qərarlarda qətiyyət nümayiş etdirirdi və bu qərarların icrasında datərəddüd göstərməzdi. Onun nəzərində tərəddüd və şübhə qarşıya qoyulanvəzifələrin həyata keçirilməsi üçün ən böyük maneə və təhlükə idi.2

Xarakterinin müəyyən ziddiyyətli cəhətlərinə baxmayaraq, Nadir şahyenilməz və ölçüyə gəlməz bir mənəvi potensiala malik idi. Məhz bu mənəvikeyfiyyətləri nəticəsində Nadir şah viran qalmış məmləkətdə on minlərlə,yüz minlərlə insanın daxilində inam cücərtiləri yaratdı, onların etibarınıqazanmaqla ümumxalq amalları ətrafında birləşdirdi, güclərini səfərbər edibbölgənin güclü dövlətlərini diz çökdürdü, Səfəvi dövlətinin parçalanmışərazilərini yenidən birləşdirdi. Nadir şah ətrafında topladığı insanlarda,həmin insanların təmsil etdiyi tayfalarda və bütünlükdə xalqda daxili birinam yaratdı, xalqa yeni bir ruh verdi, onu ayağa qaldırdı. Uzaq əyalətdəadi bir ailədən çıxmış Nadir şah dünyanın ən böyük fatehlərinin arzu edə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

45

1M.Süleymanov. Göstərilən əsəri, s. 150.2M.M.Kazım. Göstərilən əsəri, I c., s. 446.

Page 47: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

biləcəyi bir qoşun yaratdı, döyüşçülərin, sərkərdələrin və bütünlükdə qoşun-ların itirilmiş nüfuzunu özünə qaytardı, hərb tarixinə yeni sə hi fələr yazdı.Nadir şahın böyük sərkərdəlik istedadı yüz minlərlə müxtəlif insanlarda fikiryekdilliyi yarada bildi. Bütün bunların nəticəsində Nadir şahın qoşunlarıböyük və vahid bir orqanizmə, şüurlu döyüş maşınına çevrildi.

Nadirin çox böyük təşkilatçılıq qabiliyyəti var idi. O, tutduğu ərazinininsanlarını ətrafına toplayaraq çox böyük ordu yaratmışdı. Hətta bəzənonun ordusunda olan əsgərlərin sayı bir neçə yüz min təşkil edirdi.

Nadir şahın mənəvi keyfiyyətləri, ilk növbədə, valideynlərindən aldığıtərbiyədən və türk məişətinin ənənələrindən qaynaqlanırdı. Atası İmamquluölüm ayağında olanda da oğlu Nadirə verdiyi öyüd-nəsihətlərlə vidalaşdı.Valideynləri təkidlə ona bildirdi ki, vətənini unutmasın, fağırlarla vətabeçiliyində olanlarla rəhmli davransın, sitəmkarlıqdan uzaq dursun, qar-daşına diqqətli olsun, axirət dünyasını yaddan çıxarmasın və bugünkü işinisonraya saxlamasın.

Oğlu Rzaqulunun kor edilməsindən sonra keçirdiyi psixoloji sarsın-tılara qədər Nadir şah, demək olar ki, bu nəsihətlərin hamısını əldə rəhbərtutdu. Atasının tövsiyə etdiyi kimi, Nadir şah axirətini yaddan çıxarmadı.O, etiqad adamı idi və dinə bağlılığında fanatikliyə yol verməsə də, dinidövlət siyasəti səviyyəsinə qaldırmasa da, dininə və məzhəbinə inanan birşəxs idi1 Başladığı ən çətin işlərdə yaradanın iltimasını istəyər və daxiləndə ona tapınardı. Nadir şah özünün dərin etiqadını qoşunlara da aşılamağavə dini inancı fəaliyyət ilhamına çevirməyə çalışardı. Nadirin dinə inamıtəvəkkülçülüyə çevirilməmişdi. O öz fəaliyyətini dini inancın meyarlarıüzərində qurub, planlaşdırdıqlarını həyata keçirmək üçün yorulmaz qüvvəsərf edən və bu yolda yaradandan kömək diləyən, fəaliyyətinin nəticəsiniəldə etdikdən sonra yaradanına sonsuz şükranlığını bildirən bir şəxs idi.Dini dəyərlərə istinad etməklə Nadir döyüşçülərinin daxili enerjisini üzəçıxarmağa da çalışırdı. Məsələn, Əbdali əfqanları ilə Kafirqala ətrafındakıdöyüşlər zamanı Nadir öz qoşunlarını ruhlandırmaq üçün Qurandan surələroxudu və həmin surələrin mənasını açıqladı. Onun istinad etdiyi surədəbildirilirdi ki, düşmənə arxa çevirməkdənsə ölmək daha yaxşıdır.2

Úàùàíýèð Ùöñåéí ßôøàð

46

1Jan Gevr. Xacə şah. Bakı, 1988, s. 62.2 Mərvi Məhəmməd Kazım. Göstərilən əsəri. 1 c., s. 478

Page 48: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir döyüşçülərini dini dəyərlərə tapınmağa da çağırırdı və onlardayaranan daxili inam son dərəcə güclü olan düşmən üzərində tarixi qələbəçalmağa imkan verirdi. Nadir keçirdiyi döyüşlərin ən ağır məqamlarındaüzünü göylərə tutub yaradandan özünə və döyüşçülərinə kömək istəyərdi.Məsələn, Hindistan qoşunları ilə əsas döyüşdə ağır vəziyyətin yarandığınıgörəndə Nadir şah yenə yaradanından kömək dilədi. M.K.Mərvininyazdığına görə, Nadir şah zər-ziba ilə bəzədilmiş atından yerə endi. Şahlıqtacını bir kənara qoyub üzünü yerə toxundurdu və Allahdan iltimasını etdi.1

Gərgin döyüşlərdən qələbə ilə çıxandan sonra da Nadir şah Allahınaşükranlarını bildirər və namaza durub ibadət edərdi. Bəzi vaxtlarda Nadirşah Allahın ona qismət etdiyi qələbə əvəzində sübhə qədər ibadətini davametdirərdi.

Sözsüz ki, bütün bunlar hamısı qoşunların gözü qarşısında baş verirdivə Nadir şahın yaradana tapınaraq, onun köməyinə arxalanaraq əzmkarlıq,yorulmazlıq göstərməsi döyüşçülərinə də sirayət edirdi və yaradanınköməyinə inam onlara yeni bir ruh və qüvvə verirdi.

Nadir şah səfərlərdən və hərbi yürüşlərdən sonra Məşhədə gələrdisə,mütləq İmam Rzanın məqbərəsini ziyarət edər və yaradana da şükranlığınıbildirərdi. Bir sözlə, dini inanclarından Nadir şah əlavə bir qüvvə, bir şüurtəsəllisi alardı.

Nadir şahda vətən təəssübü çox güclü idi və qoşunları da bu ideyaətrafında səfərbər edə bilmişdi. Hətta uşaq yaşlarından xarici müdaxilələrin,talançı və viranedici yürüşlərin şahidi kimi, Nadir doğulub boy atdığı yur-dun əmin-amanlıq içərisində olmasını arzu edərdi və onun ilk dəstələri dəməhz kənar tayfaların talançı yürüşlərinin qarşısının alınması üçün yara -dıl mışdı. Nadir, ilk növbədə, yaxınları arasında yurd, vətən təəs süb keş liyinihərəkətverici qüvvəyə çevirdi və sonra da bu ideyanı daha çox insanaaşılaya bildi. İlk növbədə, Kelat və Əbivərd onun üçün yurd və vətən idi.Nadir döyüşlərdən, uzun səfərlərdən imkan tapan kimi doğulub böyüdüyüyurda qayıdar və doğma yerləri ziyarət edərdi. Mənbələrdə də Nadirin doğul-duğu məkan Nadir üçün «Hübbül vətən» kimi xatırlanır.2 Nadir şah ömrününsonlarında da ailəsini təhlükəsiz yer kimi məhz Kelata göndərmişdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

47

1M.M.Kazım.Göstərilən əsəri, II c., s. 724.2Yenə orada, II c., s. 805.

Page 49: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Geniş planda isə Nadir Səfəvilər dövlətinin təəssübkeşi idi. Bu böyükxanədanın yaratdığı dövlətin xarici qüvvələr arasında parçalanması Nadirdədə daxili bir nigarançılıq yaratmışdı. Bunun nəticəsi kimi, Nadir həmətrafına topladığı qoşunda, həm də bütünlüklə xalqda itirilmiş torpaqlarıntəəssübünü oyatdı və onun hakimiyyətə qədərki fəaliyyətində milli qurtuluşçalarları çox güclü idi.1

Bir sıra tədqiqat əsərlərində Nadir şah dünyanın ən böyük sərkərdələriilə müqayisə olunur. Həmin sərkərdələr arasında Makedoniyalı İsgəndər,Əmir Teymur, Böyük Fridrix, Napoleon və başqaları da var. Bu sərkər də -lərin bəziləri Nadir şahdan əvvəl, bəziləri ondan sonra yaşamışdılar və onlarda Nadir şah kimi fatehlik istedadından başqa döyüşçülərinin və sərkər də -lərinin qəlbində döyüş ruhu və fırtınası yaratmaq qabiliyyəti ilə seçilirdilər.Makedoniyalı İsgəndərin və Əmir Teymurun fatehliyi haqqında dastanlarNadir şaha da çatmışdı və Nadir şah bu sərkərdələrin uğurlarını bir meyarkimi də qəbul edirdi.

Xalq arasında Nadir şahın İmam Əlidən güc-qüvvə alması haqqındada rəvayətlər mövcuddur. Bu da heç şübhəsiz ki, Nadir şahın nicatvericifəaliyyətinin müqəddəslər tərəfindən dəstəklənməsinə, Nadirin mənəvi key-fiyyətlərinin də həmin müqəddəslərin inanclarından cilvələnməsinə əminlikyaratmaq arzusu ilə bağlı idi. Mövcud olan rəvayətə görə, Nadir hələ ca-vanlığında ikən Həzrət Əlini röyasında görmüş və parçalanıb dağılmışölkəsinin birləşdirilməsi üçün ondan xeyir-dua almışdı.2

Dünyanın məşhur fatehlərindən olan Əmir Teymura qarşı Nadir şahındaha yaxın münasibəti var idi. Mövcud olan kasad məlumatlardan belə qə-naətə gəlmək olar ki, Nadir şah Əmir Teymuru Şərqin böyük fatehi hesabedirdi və Əmir Teymurun fatehlik əzəməti həmişə onu özünə cəlb edirdi.

«Aləm Ara-ye Naderi»də Əmir Teymurla bağlı olan digər bir məqamonun qəbirüstü daşının Nadir şah tərəfindən Məşhədə gətirilməsi haqqın-dadır. Türküstan yürüşü zamanı Nadir şah qardaşlığı Lütfəli xana göstərişverdi ki, 20 minlik bir dəstə ilə Səmərqəndə yollansın, oradakı tayfalarıitaət altına gətirməklə bərabər, Əmir Teymurun qəbirüstü daşını vəSəmərqənd mədrəsəsinin qapısını Məşhədə yola salsın. Lütfəli xan bu əmri

Úàùàíýèð Ùöñåéí ßôøàð

48

1M.Süleymanov. Göstərilən əsəri, s. 150.2M.M.Kazım. Göstərilən əsəri, s. 805.

Page 50: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

yerinə yetirdi və öz yürüşünü uğurla başa çatdırdıqdan sonra həm mədrəsəqapısını, həm də Əmir Teymurun qəbirüstü daşını Məşhədə gətirdi. Nadirşah Əmir Teymurun qəbirüstü daşını Məşhəddə müşahidə etdikdən sonrabir xeyli özlüyündə fikrə daldı, bu böyük fatehin ruhuna dua oxudu və sonrada qəbirüstü daşı geri, öz yerinə aparmağa göstəriş verdi. Nadir şahın butapşırığı yerinə yetirildi.1

Nadir şahın nə səbəbə Əmir Teymurun qəbirüstü daşını Məşhədə gə-tizdirdiyini söyləmək çətindir. Ola bilsin ki, Nadir şah fatehliyini özünəörnək saydığı insanın ruhunu daha yaxında hiss etmək istəyirmiş. Hərhalda, Nadirin bu qərarının Əmir Teymurun qəbrinə hörmətsizliklə bağlıolması haqqında mənbələrdə və tarixi ədəbiyyatda bir fikir söylənilmir.Amma çox güman ki, qəbirüstü daş gətiriləndən sonra Nadir şah böyükfatehin ruhunun rahatlığı üçün onun geri, öz yerinə qaytarılmasınıməqsədəuyğun bilmişdi.

Nadir şahın Əmir Teymurla bağlılığı haqqında rəvayətlər də mövcud-dur. Həmin rəvayətlərdən birinə görə, Nadir şah bir gün yanındakılarasöyləyir ki, Çingiz xanla və Əmir Teymurla bir vaxtda yaşasaydıq, Çingizxan səltənət başçısı, Əmir Teymur vəzarət başçısı və mən qoşun başçısı ol-saydım, bütün dünyanı biz üçümüz fəth edərdik.2

Tədqiqatçılar və tarixçilər Nadir şahı Napoleonla da müqayisə edirlər.Napoleon özü də onun haqqında yüksək fikirdə olmuş, onun daxili poten-sialı, sərkərdəlik və fatehlik istedadı haqqında maraqlı fikirlər söyləmişdir.Napoleon bildirmişdi ki, Nadir şah böyük döyüşçü idi, böyük qüdrət sahibiola bilmişdi, vəhşət yaradan fitnəkarlara, pis niyyətli qoşunlara dəhşətgətirərdi. O, Vətəninin düşmənlərinə qənim kəsildi və iftixarla ölkəsinəpadşahlıq etdi.3

Tədqiqatçılar Nadir şahın dünya fatehləri arasında özünəməxsus yertutmasının əsas səbəblərindən birini onun öz döyüşçülərini daha səmərəlivə mükəmməl şəkildə ən amansız döyüşlərə cəlb edə bilməsində görürlər.Nadir şah öz dövrünün hərb işinə bir yenilik və bir nəfəs gətirdi. Xalqarasından çıxmış sadə bir insan kimi Nadir şah özü ilə döyüşçüləri və

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

49

1M.M.Kazım. Göstərilən əsəri, II c., s. 805.2 Lokkart L. Göstərilən əsəri, s. 244.3 Yenə orada.

Page 51: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

sərkərdələrlə döyüşçüləri arasındakı məsafəni xeyli yaxınlaşdırdı, bir çoxhallarda döyüşçüsünü özünün də qatıldığı kollektivin üzvünə çevirdi,döyüşçünün özünəinamını geri qaytardı. Nadir şah döyüşçüləri ilə birlikdəeyni zəhmətə qatlaşdı, yürüşlər zamanı onun məişəti döyüşçü məişətindənelə də fərqlənmədi, döyüşün gedişində isə özü qarşıya düşüb onlara yolaçdı. Nadir şah əldə etdiyi uğurların sevincini döyüşçüləri ilə paylaşdı,düçar olduğu uğursuzluqların ağırlığını da döyüşçüləri ilə birgə yaşadı. Bubaxımdan Nadirin Osmanlı qoşunları ilə ilk böyük döyüşdəki ilk uğursuz -luğundan sonra döyüşçüləri ilə olan rəftarı xüsusən xarakterikdir. Osmanlıqoşunlarına Bağdad ətrafında gözlənilmədən düçar olduğu ciddi uğursuz -luqdan sonra Nadir ağır psixoloji duruma düşsə də, döyüşçülərinə bunuhiss etdirməməyə çalışdı, onlarla öz silahdaşları kimi davrandı, uğursuzluğagörə onları qınamadı, əksinə, göstərdikləri şücaətə və zəhmətə görə öz min-nətdarlığını bildirdi, onlara mənəvi dəstək verdi və onları ruhdan düşməyəqoymadı. Nadir döyüşçülərinə anlatdı ki, bu uğursuzluğun ağırlığını birgəyaşamalı olduqları kimi, birlikdə də bu uğursuzluğu aradan qaldırmalıdırlar.Nadir, hətta maddi baxımdan da döyüşçülərinə arxa oldu və xəsarət çəkən-lərin məsrəfini bütünlüklə ödədi. Yəni Nadir rastlaşdığı ağır uğursuzluğuözü üçün bir faciəyə çevirmədi, əksinə, bunu özü və döyüşçüləri üçün birsınaq kimi qəbul etdi və bütün döyüşçülərini bu sınaqdan uğurla çıxmağasəfərbər edə bildi. Nadirlə bərabər, onun sərkərdələri və döyüşçüləri rast-laşdıqları uğursuzluğu özlərinə ar və şərəfsizlik kimi qəbul etdilər və bir-likdə də onun nəticələrini aradan qaldırdılar.

Nadir öz qoşunlarını mənəvi-psixoloji baxımdan qələbəyə kökləyəbildi və növbəti döyüşündə Osmanlı qoşunlarına üstün gəldi. Digərdöyüşlərə girməzdən əvvəl də Nadir şah öz döyüşçülərini qələbəyə ilham-landıra bildi. Bütünlükdə, Nadir şah sərkərdələrinin və döyüşçülərininhəmişə mübariz və döyüşkən əhval-ruhiyyədə olmasına xüsusi fikir verirdi.M.K.Mərvinin yazdığına görə, Hindistan qoşunları ilə Kərnal ətrafında başverən əsas döyüş ərəfəsində qoşun başçıları və sərkərdələr öz aralarındabelə mübariz əhval-ruhiyyədə olduqlarını nümayiş etdirdilər və söz verdilərki, nə qədər ki, canlarında can var, haqq və məzhəb yolunda güclərini əsir -gə məsinlər, düşmənə qalib gəlmək üçün bütün güclərini ortaya qoysunlar.1

Úàùàíýèð Ùöñåéí ßôøàð

50

1 M.M.Kazım. Göstərilən əsəri, II c., s. 728.

Page 52: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah özü də Kərnal döyüşü ərəfəsində qoşun başçılarını, sər kər -dələrini, minbaşıları öz başına toplayıb onlar vasitəsilə qoşunlara çatdırdıki, qarşıdakı döyüşdə şücaət göstərənləri layiqli mükafat, qorxaqlıq gös -tərənləri isə sərt cəza gözləyir. Nadir şah dediyinin üstündə də durdu və fə-dakarlıq göstərmiş döyüşçülərinin zəhmətini başqalarının gözündə ucaltdı,onları layiqli şəkildə mükafatlandırdı. Qorxaqlıq göstərənləri isə sərt cəza-landırdı.

Və ya Gəncənin mühasirəsindən sonra Qars istiqamətində Abdullapaşanın rəhbərliyi altında Osmanlı qoşunları ilə ağır döyüşdən sonra Nadiröz döyüşçülərinə belə müraciət etdi: «Üç yolumuz qalıb – ölüm, əsarət vəqələbə. Mənə göstərin ki, siz kişisiniz və ölümü əsarətdən üstün tutur-sunuz». Döyüşçülər də and içdilər ki, ölümü təslim olmaqdan üstün tuta-caqlar. Məlumdur ki, Nadir qoşunları bu ağır döyüşdən də qalib çıxdı.1

Döyüşçü haqqının qorunmasına Nadir şah çox ciddi yanaşırdı. Qoşun-ların məvacibinin ödənməsinə verilən diqqətə yuxarıda toxunulmuşdur.Nadir şah bununla döyüşçü haqqının qorunmasına öz münasibətinibildirirdi və özünün döyüşçü haqqının itirilməyəcəyinə zamin olduğununümayiş etdirirdi. Bununla da o, döyüşçülərinin etibarını qazanırdı. Məlumolduğu kimi, Nadir şah döyüşçü məvacibinin paylanmasını heçsərkərdələrinə də etibar etmirdi və onların üzərinə bu məsələ ilə bağlı xü-susi bir nəzarət qoyurdu. Döyüşçü məvacibini kəsən sərkərdə olduqca ciddicəzalarla üzləşirdi. Nadir şah şübhə etmirdi ki, döyüşçüdən bütün gücü ilədöyüşməsini tələb etməzdən əvvəl onun haqqına riayət olunmalıdır.

Nadir şah döyüşçülərinə etibar edirdi, onların fərqlənənlərinə daha mə-suliyyətli tapşırıqlar həvalə olunurdu. Nadir şahın sərkərdələri onunyetişdirmələri idi, onlar addım-addım daha məsuliyyətli vəzifələrə irəli çə -ki lirdilər. Hər bir döyüşçü və sərkərdə şübhə etmirdi ki, fədakar xidmətəgörə onu təqdirlər, təltiflər və irəliləmələr gözləyir.

«Aləm Ara-ye Naderi»də bir neçə yerdə Nadir şahın istər şahlığaqədər, istərsə də şahlıq dövründə əldə etdiyi böyük uğurlarda böyük xidmətiolan sərkərdələrin adları çəkilir. İsfahanı ələ keçirməzdən əvvəl, gilzayiəfqanları və Əşrəf şahla keçirdiyi döyüşlərdə şücaət göstərən Nadirsərkərdələrinin adları da mənbədə sadalanmışdır. Bu döyüşlərdəki şücaətinə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

51

1 M.Süleymanov. Göstərilən əsəri, s. 151.

Page 53: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

görə, Nadir tərəfindən təqdir olunan və mükafatlandırılan sərkərdələr aşağı-dakılardan ibarət idi: İmamverdi xan, Məhəmmədəli xan, Əmirsalan xan,Sərdar xan Əfşar, Hacı Seyfəddin xan, Həsən xan, İmamverdi xan Bayat,Şahqulu bəy, Əhməd Soltan Mərvi, Səlim bəy Mərvi, Pəhləvanqulu bəyMərvi, Təhmasib bəy Cəlayir, Qasıməli bəy Cəlayir və Mirzə xan Cəlayir.Bu sərkərdələrin əksəriyyəti, habelə adları çəkilməyən digər çoxlu saydasərkərdələr Nadir şahın sərkərdələri idi və onlar Nadir şahın döyüş mək-təbini keçmişdilər.1

Nadir şah döyüşlərdə şəhid olmuş sərkərdələri üçün, bəlkə də, həminsərkərdələrin yaxınlarından daha çox kədərlənir və təəssüflənirdi. Bubaxımdan əbdali əfqanları ilə Kafirqala ətrafındakı döyüşlərdə Niyazqulubəyin ölümü ilə bağlı onun keçirdiyi sarsıntılar xarakterikdir. Nadir buqəhrəman sərkərdəsinin ölümünə son dərəcə kədərlənmişdi və onunMəşhəddə, İmam Rza məqbərəsi ətrafında qəhrəmanlığına layiq şəkildədəfn olunması üçün göstəriş vermişdi. Sonra da onun ailə üzvlərini maliyyəhimayəsi altına almışdı.

Nadir şah şəhidlərə də böyük ehtiram göstərirdi və hər bir döyüşdənsonra şəhidlərin dəfn edilməsini öz nəzarəti altında saxlayırdı.

Şücaət göstərən döyüşçülərinə böyük ehtiram göstərməklə bərabər,Nadir şah qorxaqlıq göstərənlərə, döyüşdən qaçanlara qarşı da son dərəcəkəskin münasibət göstərirdi. Bu məsələdə Nadir şah nə yaxınlarına amanverirdi, nə də başqalarına. O, döyüşdə hamıya qarşı eyni tələbkarlıq irəlisürürdü və qeyd etmək lazımdır ki, Nadir şahın oğulları, doğma və ögeyqardaşları heç zaman döyüşün ağırlığına görə qorxu və ya süstlük nümayişetdirməmişdilər. Nadir şah bundan qürur keçirirdi və ona görə çox zamanən məsuliyyətli tapşırıqları da öz yaxınlarına həvalə edirdi. Doğrudur, Nadirşahın yaxınlarının heç də hamısı döyüşün təşkilində Nadir şah istedadınamalik deyildilər. Amma onlarda döyüş qorxusu da yox idi.

Mərvi Məhəmməd Kazımın yazdığına görə, Əbdali əfqanları ilə Heratətrafındakı döyüşdən sonra Nadir şücaət göstərənləri lazımınca mükafat-landırsa da, qorxaqlıq göstərən döyüşçülərin əyninə qadın paltarı geyindirdivə bu vəziyyətdə onlar qoşunlar arasında gəzdirildi. Həmin döyüşçülər rüs-

Úàùàíýèð Ùöñåéí ßôøàð

52

1M.M.Kazım. Göstərilən əsəri, II c., s. 729.

Page 54: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

vay edilməklə bərabər, digərlərinə də ibrət dərsi verildi ki, qorxaqlıqgöstərdikləri təqdirdə onları da belə şərəfsizlik gözləyir.

Əbdali əfqanları ilə digər bir döyüşdə Nadir öz döyüşçülərindən tələbetdi ki, ya igidliklə vuruşsunlar, ya da qadın paltarı geyinib qorxaqolduqlarını göstərsinlər.

Nadir şah hər qələbədən sonra müharibə qənimətləri əldə edirdi. Obunun müəyyən hissəsini mərkəzləşdirilmiş şəkildə və nəzarət altındaqoşunlar arasında bölüşdürürdü, qalan hissəsini isə dövlət xəzinəsinə is-tiqamətləndirirdi. Mənbədə, hətta məlumatlar da mövcuddur ki, Nadir şahınəldə etdiyi müharibə qənimətinin beşdə biri xəzinəyə verilirdi.1

Amma Nadir şah təqsirini boynuna alanları bağışlamağı da bacarırdı.Onun Rzaqulu Mirzəni kor etməsinə qədərki həyatında ondan amandiləyənlərə Nadir şah aman verərdi. Nadir şah özü də qeyd edərdi ki,mürvət şahların ən yaxşı keyfiyyətlərindən biridir. Oğlunun kor edil mə sin -dən sonra dərin psixoloji sarsıntılar keçirməsi ilə Nadir şahın həyatındayeni bir ağır mərhələ başladı.

Nadir şahın döyüş həyatından da məlumdur ki, mübarizə apardığıdüşmənləri nümayəndə heyəti göndərib aman diləyəndə Nadir şah onlarıbağışlayardı və bağışladığı bir çox düşmənlərini, hətta öz qoşunlarınınsərkərdəsi də etmişdi. Elə malik olduğu bu mərhəmətliliyin əsasında Nadirşah məğlub etdiyi Hindistan padşahı Məhəmməd şahı yenidən öz taxtındasaxladı, düşməni olsa da, onun şahlığına ehtiramını nümayiş etdirdi. Nadirşah ondan aman istəyən Mərv hakimi İlyas xanı da bağışladı və onu öz və -zi fəsində saxladı. Türküstan hakimi Əbülfəz xan da onun mərhəmətininşahidi oldu.

Nadir şah döyüşdə öldürülən düşmən sərkərdələrinin cəsədlərinə dəxüsusi hörmət və ehtiram nümayiş etdirərdi, onların sərkərdəlik nüfuzunasərkərdə təəssübü ilə yanaşardı. Bu baxımdan Nadirin Osmanlı sərkərdəsiTopal Osman paşanın və Daşkənd sərkərdəsi Adınaqulu bəyin cənazəsinəgöstərdiyi ehtiram xarakterikdir. Nadir Topal Osman paşanın öldürül dü -yünü eşidəndə onun cəsədini tabuta qoydurdu və dəfn edilməsi üçün özyurduna göndərdi.2

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

53

1M.M.Kazım. Göstərilən əsəri, II c., s. 730.2M.M.Astrabadi. Göstərilən əsəri, I c., s. 122.

Page 55: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şahın qadınlara münasibəti də onun mənəvi aləminin daha birxarakterik cəhətidir. O, qadınlara saraylarda bəslənilən ənənəvi münasibətidəyişdi, hərəmxana əylənmələrindən uzaqlaşdı, şəxsi həyatını nikahbağladığı xanımlarla qurdu. Nadir şah hərbi yürüşlər zamanı sərkərdələrinində özləri ilə çoxlu xanımlar aparmasına qarşı çıxdı. O, şiə məzhəbində olan«siğəliyin» ləğv olunmasını əmr etmişdi.

Nadir şahın elmə, ədəbiyyata maraq göstərməsi də məlumdur. Onunbütün həyatını hərbi yürüşlərdə və düşərgədə keçirməsi etibarilə sənət vəədəbiyyatla yaxından maraqlanmaq imkanı yox idi. Bununla belə, onunelmə və ədəbiyyata olan marağının nəticəsi idi ki, Nadir şah qırx yaşlarındaolanda oxumağı və yazmağı öyrəndi. Onun əmri əsasında «Tarix-e cahan -qoşa -ye Nader-i» əsəri yazıldı. Yenə onun göstərişi ilə Məhəmmədəli bəyadlı hind şairi onun həyatı ilə bağlı «Şahnamə» əsərini yazdı. İsfahandaolan əlyazma kitablarını Məşhədə göndərdi. Hindistan yürüşündə də çoxluqiymətli kitablar əldə edib onları İmam Rza ziyarətgahının kitabxanasınagöndərdi.

Nadir şah öz doğma dilini, Azərbaycan türkcəsini çox gözəl bilirdi vətədqiqatçılar da təsdiq edirlər ki, Nadir şah ana dilində danışmağa daha çoxüstünlük verirdi. Ona görə ana dilinin də onun mənəvi-psixoloji key-fiyyətlərinin formalaşmasında olan rolunu inkar etmək olmaz.

Tədqiqatçılar Nadir şahın hazırcavab, yumor hissinə malik olmasınada toxunurlar (Bu barədə əsərin sonunda danışılacaq).

Həmçinin Nadir şahın bir xüsusiyyətini də vurğulamaq istəyirəm. Oözünün böyük qələbələrini təmtəraqla qeyd edərdi. Belə ki, İsfahanı əfqan-lardan azad edərkən böyük oğlu Rzaquluya Şah Təhmasib Mirzənin qızınıalıb 7 gün, 7 gecə şadyanalıq etdi. Hindistanı fəth edərkən ortancıl oğluNəsrulla Mirzəni hind şahının qızı ilə evləndirib, böyük şadyanalıq etdi.1745-ci ildə Osmanlı sultanlığı ilə sülh müqaviləsi bağlayıb, kiçik oğluİmamqulu Mirzəyə toy edib, 3 gün, 3 gecə şadyanalıq etdi. Həmçinin Tür -küstanın fəthində Nadir şah Əbülfəz xanın qızını özünə nikah etdirdi vətəmtəraqlı toy çaldırdı. Bu da Nadir şaha məxsus bir fərdi xüsusiyyət idi.

Nəhayət, bir məqam da qeyd edilməlidir ki, özünün dediyi kimi, Nadirşah qılınc övladı idi. Qılınc onun həyatının mənası olduğu kimi, qurduğudövlətin də əsası idi. Nadir şah özü də dövlətini qılıncla qurduğunu etirafedirdi və bildirirdi ki, övladları onun yolunu davam etdirə bilsələr, bu

Úàùàíýèð Ùöñåéí ßôøàð

54

Page 56: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

dövlətin ərazisi daha da genişlənə bilər. Əgər rəşadət və şücaətləri olsa,mən bu məmləkətə qılıncla yiyələndiyim kimi, onlar da bunu edə bilərlər.Nadirin qılıncı ona görə kəsərli idi ki, o, ağıl və bəsirət işığından güc alırdı.Nadirin qılınca olan münasibəti haqqında da bir rəvayət vardır.

Nadir şah Hindistanı fəth etdikdən sonra hind şahı Məhəmməd şahınqızını öz oğlu Nəsrulla Mirzə üçün aldı. Hind adət-ənənəsinə görə, NəsrullaMirzə öz 7 arxa dönəni haqqında məlumat verməli idi. Ona verilən suallaNəsrulla Mirzə Nadir şaha müraciət etdi. Nadir fikirləşmədən «Sən qılıncoğlusan, sənin atan da qılınc oğludu, sənin 7 arxa dönənin də qılıncdandoğulmuşdur» deyə cavab vermişdi. Ona görə qılıncı əlindən düşəndəNadir şah dövlətini də itirdi, həyatını da. Ona görə Nadir şahın mənəvi-psixoloji keyfiyyətlərinin formalaş ma sın da qılıncın, başqa sözlə, hərbinaparıcı təsirini diqqətdən kənarda qoymaq olmaz.

Buxaralı tarixçi Əbdülkərim yazır: «Nadir dünyaya gəldiyi yerdə birməscid bina elədi. Məscidin günbəzinin ətrafında qızıldan üç güldəstətikdirdi. Həmin metaldan onun üstünə bir qılınc qoydurdu. Bilinsin ki,Qılınc (Nadir) burada doğulubdur. Bina tikilib qurtarandan sonra memarNadirə dedi: «Gərək şahın anadanolma tarixi bura yazılsın». «Mən dünyayagələndə bütün Kelat və Əbivərdə bu zinətlərdə işlənən qədər qızıl yox idi.Mənim ailəmin var-dövləti nə idi? Bura mənim doğulduğum yox, binanınbaşa çatdırıldığı tarix yazılmalıdır» – deyə Nadir cavab verir.

Bu xüsusiyyət də Nadirin comərd xarakterinin daha bir təzahürüdür.

2.3. Nadirin şahlığa qədər olan dövrüNadir şah Əfşar 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix

1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgirdkəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir.Müəlliflər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab,fərasətli və bacarıqlı olmasını qeyd edirlər. Nadirin bacarığından vəqoçaqlığından bəhs edən M.M.Kazım yazır: «Elə ki, bir yaşına çatdı üçyaşlı kimi nəzərə göründü və həmçinin günbəgün o gözəl pöhrə çəmənlikdə... iftixarla yaşamağa ... başladı. Elə ki, on yaşa çatdı ata süvar olub şir,pələng və qaban şikarına getdi».1

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

55

1M.M.Kazım. Göstərilən əsəri, I c., s. 186.

Page 57: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadirin uşaqlıq və gənclik dövründə Səfəvilər dövləti dərin iqtisadiböhran keçirirdi. İqtisadi tənəzzül ölkəni siyasi cəhətdən də sarsıtmışdı.Məhz buna görə dövlətin bir çox yerlərində olduğu kimi, Azərbaycanda dayerli hakimlər çox zaman mərkəzi hakimiyyətlə hesablaşmadan nəzarətlərialtında olan vilayətləri idarə edir, paytaxtdan gələn əmr və fərmanlaralaqeyd yanaşır və hətta toplanılan vergiləri mənimsəyərək xəzinəyə təhvilverməkdən imtina edirdilər. Belə ki, «şah və onun əyanları rüşvətxorolduqlarından onları (vəzifəli şəxsləri) tez-tez dəyişirdilər və bir il ərzindəeyni şəhərə iki və ya üç hakim təyin edirdilər ki, bunlar da bir-birininardınca ora yollanırdılar. Hakimliyi pulla almış bu kəslər gələn kimi hərcür ədaləti və xalqın hüquqlarını bir kənara ataraq tabeliklərində olanlarısoyur və qarət edirdilər».1

Feodal istismarının güclənməsi geniş xalq kütlələrinin şiddətli müqa -vimətinə səbəb olur və Səfəvi dövlətinin bir çox yerlərində həm sinfimübarizə, həm də azadlıq mübarizəsi güclənirdi. Belə bir vaxtda başda şahSultan Hüseyn olmaqla hakimiyyətin yuxarı dairələrinin idarəçilikdəsəriştəsizliyi, qətiyyətsizliyi və səhlənkarlığı dövlətin süqutunu sürətlən di -rirdi. «... Fikirləşirəm ki, bu hakimiyyət əgər digər şahla dəyişdirilməsə,sonunda, iflasa yaxınlaşır, təkcə düşmənlərindən deyil, öz qiyamçılarındanda müdafiə oluna bilmir və qiyam olmayan az yer qalıb...».2

Uşaq yaşlarında atasını itirən, Nadirqulunu uşaqlıq illərində Dəstgirdkəndinə hücum edən özbəklər, qardaşı İbrahim və anası ilə birgə əsir aparır-lar. Onlar bir müddət əsirlikdə qalırlar. Anasının vəfatından sonra qardaşıilə əsirlikdən qaça bilən Nadir Əbivərdə qayıdıb Baba Əlibəyin dəstəsinəqoşulur. Tezliklə Baba Əlibəyin böyük qızı ilə evlənir. 1723-cü ildə BabaƏlibəyin ölümündən sonra onun bütün qoşunu Nadirin ixtiyarına keçir.

Səfəvilər dövlətinin uçuruma yuvarlandığı bir vaxtda silahlı dəstəyəbaşçılıq edən Nadir Əfşar, şiələrin müqəddəs şəhəri olan Məşhədi MəlikMahmud Sistanlının əlindən almaq üçün sonuncu ilə mübarizəyə başladı.Elə bu dövrdə Səfəvilər dövləti, demək olar ki, süquta uğramış, onun ərazisi

Úàùàíýèð Ùöñåéí ßôøàð

56

1 Yəsai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər). Ruscadan çevirəniH.Dayıyev və V.Musayev. Ön sözün müəllifi Z.M.Bünyadov. Bakı, 1992, s. 20-21.2 Петрос ди Саргис Гиланенц. Дневник осады Испаганни афганцами веденный Петро-сом ди Саргис Гиланенц в 1722 и 1723 годах. Перевод и обяснения К.Патканова. СПБ,1870 введения с. 6.

Page 58: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əfqanlar, osmanlılar və ruslar tərəfindən qəsb edilmiş, şah Sultan Hüseynisə öz sarayı ilə birlikdə əfqan Mir Mahmuda təslim olub, taxt-tacı onabağışlamışdı. Bununla belə, İsfahanın mühasirəsi zamanı şəhəri tərk etməyəmüvəffəq olan Sultan Hüseynin oğlu Təhmasib Mirzə də, ölkənin Xəzər-sahili bölgələrində məskunlaşıb, atasının təslim olmasından sonra özünüşah elan etmişdi.

Güclü ordunun və sərkərdəlik məharətinin olmaması üzündən heç biruğur əldə edə bilməyən II Şah Təhmasib tezliklə Astarabad hakimi Fətəlixan Qacarın timsalında güclü müttəfiq tapır və çox keçmədən onun nüfuzualtına düşür. Belə bir şəraitdə öz yaxasını sonuncunun əlindən qurtarmağacan atan Təhmasib Nadir Əfşar tərəfindən təklif edilən köməklikdən böyükməmnuniyyətlə yararlanmağı qərara alır. Altı minlik dəstə ilə II Şah Təh-masibin qulluğuna girən Nadir, şahdan etimad əlaməti olaraq Təhmasibquluxan adını alır.1 1726-cı ilin sentyabrında baş verən2 bu hadisədən bir ay öt-dükdən sonra, artıq şahın tam etimadını qazanan Təhmasibqulu xan II ŞahTəhmasib tərəfindən Fətəli xan Qacarı öldürtməyə, 1728-ci ilin əvvəli üçünisə II Şah Təhmasibi öz iradəsinə tabe etməyə nail olur.3

1729-cu ilin dekabrınadək Nadir əfqanları ölkədən qovub, İsfahan azadedir və II Şah Təhmasibi öz qanuni taxtına bərpa etdikdən sonra osman-lılardan tutduqları əraziləri boşaltmağı tələb edir.4 Tələb rədd edildikdənsonra Nadir Əfşar osmanlılara qarşı fəal hərbi əməliyyatlara başlayır. Lakinəfqanların Xorasana hücumları ilə əlaqədar Nadirin Xorasana getməsindənistifadə edən II Şah Təhmasib öz şəxsi nüfuzunu qaldırmaqdan ötrü osman-lılara qarşı müharibəni davam etdirir və məğlub olaraq Arazdan şimaldakıAzərbaycan torpaqlarının osmanlılara verilməsi barədə 1732-ci il yanvarın16-da Kirmanşah sülhünü imzalayır,5 «Bu diqqətsizlik Təhmasibə onsuzda onun ağılsız başında çox zəif qalan tac bahasına başa gəldi»6 Əfqanıs-tanda və Xorasanda işləri nizama saldıqdan sonra geri qayıdan Nadir II ŞahTəhmasibi əyyaşlıqda, səriştəsizlikdə və osmanlılarla rüsvayçı sülh bağla-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

57

1Новая История Ирана. Хрестоматия. Москва; Наука, 1988. с. 30. 2Мikluхо-Маklау N.D. Göstərilən əsəri, s. 93. 3T.T.Mustafazadə. Göstərilən əsəri. Rus dilində, s. 159.4Аrunova М.R. Aşrafyan K.Z. Göstərilən əsəri, s. 30; Butkov P.Q. Göstərilən əsəri, I c., s. 103.5Azərbaycan tarixi, I c. Bakı, 1961, s. 339-340.6Беляев Е.А. Иран в средние века. Москва, 1941, c. 21.

Page 59: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

maqda günahlandırıb, 1732-ci il avqustun 22-də hakimiyyətdən kənar -laşdırdı və onun 8 aylıq oğlu III Abbası taxta çıxartdı. Özünü də onunqəyyumu – naibi elan etdi.1 Bununla da Nadir Əfşar hakimiyyəti tamlıqlaəlinə almış oldu.

Hakimiyyəti əlində cəmləşdirdikdən sonra Nadir, ilk növbədə, 1732-ciildə bağlanmış Kirmanşah müqaviləsini ləğv etdi və 1723-cü ildən bəri os-manlılar tərəfindən tutulan torpaqların qaytarılmasını tələb etdi. Sultanınrədd cavabı müharibəyə səbəb oldu. Tezliklə Bağdad yaxınlığında rəqibinidarmadağın etməyə, son nəticədə isə 1733-cü il dekabrın 19-da Bağdadhakimi Əhməd paşa ilə sülh müqaviləsi imzalamağa müvəffəq oldu. LakinBağdad sülhü ətrafında yekdil razılığın əldə olunmaması müharibə ocağınınyenidən qızışmasına səbəb oldu.2 Beləliklə, Nadir Əfşar Osmanlıların zəbtetdiyi Şirvana hücum edib 1734-cü il avqustun 24-də müqavimətsiz Şa-maxını tutdu.3

XVIII əsrin əvvəllərindən etibarən Nadirin Şimali Azərbaycana hücu-muna qədər bölgənin siyasi arenasına nəzər salanda Şamaxının Şirvandabaş verən üsyanlara baş qərargah rolunu oynadığını görmüş oluruq (bu işdəşimal qonşuları – ləzgilər də onlara yardımçı oldular). Elə Nadirin özü dəbu üzdən qədim qala şəhəri olan Şamaxını dağıtmağı əmr edir ki, qoy Şa-maxı bir daha bu regionda baş qaldıran üsyanlara mərkəz rolunu oynayabilməsin.

Üsyançı Surxayı təqib edən Nadir Qazıqumuxu talan edib 1734-cü ilinnoyabrında Şimali Azərbaycanda Osmanlıların baş dayaq nöqtəsi sayılanGəncəyə yaxınlaşdı. Gəncə ətrafında olanda Nadir xan bir neçə nəfərqarabağlı ilə Gəncəli paşaya (Gəncə mühafizi Əli paşa – C.H.Ə.) və o əra -zi nin bəylərbəyi Qoçəli paşaya təkidlə dolu məktub yolladı ki, o ərazini vəşəhəri tezliklə boşaltsınlar. Lakin məktubu alan şəxslər cavabında Nadirəbildirdilər ki, onların tabe olduğu padşah var və məsləhətləşmək üçün onunyanına elçilər göndərmişlər. Əgər padşah onlara qalanı boşaltmağı əmr etsə,onda qala qeyd-şərtsiz Nadirə təhvil verilər.4 Nadir Əfşarın İstanbuldancavabın gəlməyini gözlədiyi bir dövrdə M.Kazımın sözlərinə görə, Gəncəli

Úàùàíýèð Ùöñåéí ßôøàð

58

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 175; История о Песидском шахе. C. 139-141.2Buturlin D. Göstərilən əsəri, 181-185; История о Песидском шахе. C. 181-234.3T.T.Mustafazadə. Göstərilən əsəri. Rus dilində, s. 195.4M.M.Kazım. Göstərilən əsəri, I c., s. 380-381.

Page 60: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

paşa qalanı möhkəmləndirməyə və şəhərə azuqə gətirtməyə başladı və «ozaman ... çoxlu ehtiyat və saysız-hesabsız hərbi sursat və 14.000 Osmanlıdöyüşçüsünü o qalaya doldurdu». Bununla yanaşı, uzunmüddətli müha si -rəyə hazırlaşan qala komendantı şəhərdə osmanlılara qarşı baş verə biləcəkçıxışların qarşısını almaqdan ötrü İran dövlətinə rəğbəti olan yerli sakinləri(əsasən, yoxsulları) qaladan xaric elədi.1 İstanbuldan heç bir xəbəringəlmədiyini və Gəncədə gedən belə hazırlığı görən Nadir tezliklə şəhərimühasirə edib aramsız hücumlara başladı. Mühasirədə olanlar Qarsdan vəİrəvandan yardım almaq ümidində olduqlarından Nadirə ciddi müqavimətgöstərirdilər. Osmanlıların bu ümidini tezliklə puça çıxarmaq üçün Nadirşəhər ətrafında kiçik bir dəstə qoyub Qarsa doğru getdi və 1735-ci il iyunun21-də Zəngi çayı sahilində Osmanlı sərkərdəsi Abdulla paşanın qoşununudarmadağın etdi.2 Abdulla paşa üzərindəki qələbədən sonra Tiflis, Gəncəvə İrəvan şəhərləri təslim olmağı qərara aldılar. «... Gəncə və Tiflis qarni-zonları, onlara sərbəst surətdə Türkiyəyə getməyə icazə veriləcəyi şərti iləqalaları döyüşsüz Nadirə təslim etdilər».3 Azərbaycanı osmanlılardan tə -miz lədikdən sonra Nadir Ziyadoğlu nəslindən olan Gəncə sakini Uğurluxanı Qarabağ və Gəncənin başlıca hakiminə çevirdi. İrəvana isə minbaşıMəhəmməd Rza bəyi hakim təyin etdi.4

Nadir az bir zaman ərzində rus qoşunlarını Şərqi Azərbaycandan geriotuzdurdu. Şirvanı, Gəncəni, Kaxetiyanı (Gürcüstanı), İrəvan xanlığını,Ərzurumu osmanlılardan geri aldı. Əfqanları darmadağın edib tutduqlarıtorpaqlardan geri otuzdurdu. 1735-ci ildə Dağıstana hücum edib oranı zəbt,Azərbaycan ərazisini tamamilə yadellilərdən xilas etdikdən sonra Muğanda– Suqovuşanda qurultay çağırtdırıb, özünü şah elan etdi və orada Azərbay-can bəylərbəyiliyini Dağıstan, Gürcüstan, indiki Ermənistan, Şirvan,Qarabağ, Çuxursəd, Təbriz bəylərbəyiliyini də Azərbaycan bəylərbəyiliyiadı ilə birləşdirib, vahid bir Azərbaycan dövləti yaratdı.

Nadir şahın həyatı boyu daxili siyasətindəki əsas addımlarından birimərkəzi hakimiyyətin güclənməsinə və feodalların separatizminin boğul-masına yönəldilmiş aqrar siyasət idi. Bu, əsasən, dövlət torpaq fondunun

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

59

1M.M.Kazım. Göstərilən əsəri, s.381.2M.M. Astrabadi. Göstərilən əsəri, s. 237-254.3T.T.Mustafazadə. Göstərilən əsəri, s. 197.4M.M.Kazım. Göstərilən əsəri, s. 409.

Page 61: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

artırılması və möhkəm ləndirilməsini, xüsusi mülkiyyətin və ayrı-ayrı feo-dalların iqtisadi və siyasi mövqelərini təmin etməli idi.1 Mərkəzi hakimiy -yəti gücləndirmək məqsədilə dövlət torpaq fondunu artırmağa çalışan, eləcədə ordu əsgərlərinin maaşlarından əlavə genişmiqyaslı hərbi yürüşlərin ağırxərclərini ödəmək üçün Nadir şah vəqf əmlakından istədiyi kimi istifadəetməyi düşünürdü. Tezliklə bütün ölkənin vəqf əmlakının dövlət tərəfindənalınması haqqında fərman verildi.2 Bununla yanaşı, Nadir Əfşar elatlarırəiyyətə çevirməklə, maldar tayfaları digər yerlərə köçürməklə onların əzəlitorpaqlarını xəzinənin xeyrinə müsadirə etdirdi.3

Mənbələrin verdiyi çoxsaylı məlumatlarda Nadir şah Əfşarın əmri iləbir çox iri feodalların mülklərinin dövlət xeyrinə alınması nəticədə onlarıntəsir dairəsinin zəifləməsi, eyni zamanda güclü dövlətin yaranması mə-nafeyinə xidmət edən mərkəzi hakimiyyətin gücləndirilməsi prosesi ifadəolunmuşdur. Belə iri feodal lardan biri Səməd bəy Təbrizi idi. MəhəmmədKazımın Təbriz vilayətinin vəkili və külli-ixtiyar sahibi adlandırdığı Səmədbəy Nadirin əmri ilə edam edilmiş və onun 160.000 tümən dəyərində daşı-nan və daşınmaz əmlakı, 279.000 baş iri və xırda buynuzlu mal-qarasımüsadirə edilmişdir.4

İri feodalların nüfuzunun sarsıdılmasına istiqamətlənən Nadirin digərmühüm tədbiri vilayətin mədaxilinə və məxaricinə müdaxilənin qarşısınıalmaqdan ibarət idi. Bunun üçün də o, əmr verdi ki, bundan sonra əyaləthakimləri, o əyalətlərin xəzinə məmurları öz maaşlarını torpaq bəxşişi for-masında deyil, pul formasında alarlar. Bu hal, həmçinin bəylərbəyilərə dəşamil olundu ki, onların da maaşı ildə orta hesabla 1000 tümənə yaxınmüəyyən olundu.5

Taxta çıxdıqdan sonra İranın şəhər və kəndlərinin iqtisadi vəziyyətinigözdən keçirtməklə məşğul olan Nadir şah xüsusilə torpaqların abadlığı,becərilməsi üçün dağıdılmış suvarma sistemlərinin qaydaya salınmasıhaqqında fərmanlar verdi.6 Akademik V.V.Bartold bu haqda qeyd edərək

Úàùàíýèð Ùöñåéí ßôøàð

60

1 Arunova M.R. Aşrafyan K.Z. Göstərilən əsəri, s. 67.2 T.M.Mustəvi. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967, 3 Arunova M.R. Aşrafyan K.Z. Göstərilən əsəri, s. 68, M.Kazım. Göstərilən əsəri, I. c., s. 166 a.4 M.M.Kazım. Göstərilən əsəri, I c., s. 766.5M.Kazım. Göstərilən əsəri, s. 457.6Arunova M.R. Aşrafyan K.Z. Göstərilən əsəri, s. 67.

Page 62: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

yazır: «Nadir şah Qafqazda Muğan çölündəki suvarma işləri ilə iz qoydu».Ümumiyyətlə, Nadirin müasiri və ya tədqiqatçısı olan elə bir müəllif

yoxdur ki, Nadirin geniş quruculuq-abadlıq işlərindən söz açmasın.Nadirqulu türk məişəti mühitində formalaşmışdı. Azərbaycan türkcəsi

onun ana dili idi. Nadir şah bu dildə danışırdı, hətta sonralar hərbi yürüşlərizamanı sərkərdələri ilə Azərbaycan türkcəsində ünsiyyətdə olması, Nadirşaha Azərbaycan türkcəsində nəzm əsərlərinin həsr edilməsi haqqında mən-bələrdə çoxlu sayda faktlar vardır. Nadir şah hakimiyyətə gələndən sonrabölgədəki türk mühitinin möhkəmləndirilməsi üçün tədbirlər görüldü vəgöstəriş verildi ki, iki min əfşar Urmiyadan Əbivərdə köçürülsün.

Nadir şah haqqında mötəbər mənbələrdən biri olan Məhəmməd KazımMərvinin «Aləm Ara-ye Naderi» əsərində isə daha böyük rəqəmlər gös tə -rilmişdir. Mənbədə təsbit olunmuş məlumata görə, Nadir şahın əmri ilə Ur-miyadan 4500 əfşar ailəsi Xorasan vilayətinə köçürülərək Əbivərd vəDərgəzdə yerləşdirildi. Nadir şah, eyni zamanda bölgədəki kürdlərin vəqacarların da sayını artırdı. Qarabağ və Gəncədə yaşayan qacarların birhissəsini də Astrabada köçürdü və bununla da dövlətin şimal-şərqində türktayfalarının təsir əhatəsi xeyli genişləndi.1

Nadir şahın əcdadlarını təşkil edən və Qərbi Azərbaycandan köçürülənəfşarların məskunlaşdığı Dərgəz və onun ətrafı kifayət qədər əlverişli birərazidə qərarlaşmışdı. Dərgəz ətrafında geniş və məhsuldar sahələr var idi.Bu bölgə şimaldan Türkmənistanla, cənubdan Məşhəd və Qoçan şəhərləriilə, şərqdən Sərəxs, qərbdən də yenə Türküstan və Boznurd şəhəri ilə əhatəolunurdu. Dərgəzin ətrafında yerləşən Kelat, Lütfabad, Çapuşlu, Bocnurdvə digər məntəqələrdə də çoxlu əfşar və digər türk tayfaları məskun-laşmışdılar. Dərgəzin ətrafındakı Dərgəz çölü məhsuldarlığı ilə seçilirdi vəburada böyürtkən, zərəşk və qarağat kolları yayılmışdı. Dərgəz həm də bukolların məhsulları ilə məşhur idi. Qoçan dağlarının şimalından qaynaqalan Dədüngər çayı Dərgəzdən və onun yaxınlığındakı məntəqələrdənkeçirdi. Bölgədə bir sıra digər çaylar da vardır və onlar hamısı birlikdə böl-gənin iqliminin və yaşayış mühitinin əsas elementləri idi.

Nadir şahın mənsub olduğu Qırxlı oymağı qış aylarında Dərgəzdə, Al-lahu-Əkbər dağlarının şimalında, yayda isə Kəbkan məntəqəsi ətrafında

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

61

1 M.M.Kazım. Göstərilən əsəri, c.I. Tehran, 1358, s. 4-5.

Page 63: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

həyat sürürdü. Bu bölgədə əfşarların məskunlaşdığı məntəqələrdən biri dəKelatdır. Həmin məntəqə təbii-coğrafi şəraiti, əlverişli müdafiə imkanlarıilə Nadir şahın da diqqətini cəlb edirdi. Məntəqə yumurta formasında olubhər tərəfdən sərt dağlarla əhatə olunmuşdu. Bu dağ sıraları hündür və sərtmühafizə divarlarını xatırladırdı və ona görə də az saylı qoşun dəstələri iləbu məntəqəni etibarlı şəkildə və uzun müddət qorumaq mümkün idi. Son-ralar Nadir bu məntəqəni möhkəmləndirərək öz xəzinəsini də orada yer-ləşdirmişdi. Nadir bu məntəqənin abadlaşdırılması ilə də məşğul olurdu vəona görə də hazırda bu məntəqə daha çox «Kelatı Nadiri» adı ilə məşhur-dur.1 Məntəqənin şimalında Ətəksəhrası, şərqində Sərəxs, cənubundaMəşhəd, qərbində isə Dərgəz yerləşir. «Kelat» sözü özü də türk sözüdür vəsığınacaq, anbar, yurd mənasını verir. Kelat məntəqəsi Həzar Məscid dağıilə əhatə olunmuşdur. Bu dağ çılpaq dağdır. Məntəqəyə dağ sıralarınınarasından iki giriş yolu vardır. Həmin yollar da o qədər dardır ki, oradadayanan azsaylı mühafizəçilər böyük saylı qoşunların qarşısını kəsə bilərdi.Hər şeydən əvvəl, yerli imkanlar ərzaq qıtlığını da aradan qaldırmağa zəminyaradırdı. Bir sözlə, Kelat, Nadirin uşaqlığının və gəncliyinin keçdiyi mən-təqələrdən biri idi və bu məntəqənin təbii müdafiə imkanlarını da həmişəmüşahidə edirdi.

Qeyd etmək lazımdır ki, İranın hazırkı şimal-şərq sərhədi XIX əsrinsonlarına yaxın formalaşmağa başlamışdı. 1879-cu ildə Axalda Rusiya iləİran arasında imzalanmış sülh müqaviləsi ilə indiki sərhəd xətti müəyyənedilmişdir. Ancaq çar hərbçiləri Nadir şahın uşaqlığının və gəncliyininkeçdiyi Kelatın təbii-coğrafi şəraitinin əlverişliliyini görərək oranı daRusiya sərhədləri daxilinə qatmağa cəhd göstərmişdilər. Bunun əvəzindəçar Rusiyası indiki Azərbaycan Respublikasının Muğan çöllərinin böyükbir hissəsinin İrana verilməsini təklif etmişdi. Bu məsələ, hətta İngiltərəparlamentində də müzakirəyə səbəb olmuş və İngiltərə Kelatın çar Rusiyasıtərkibinə verilməsinə qarşı çıxmışdı.2

Əfşarların məskunlaşdığı ərazidə becərilən üzüm və yemiş ətrafda adçıxarmışdı. Deyilənə görə, Nadir şah bütün ömrü boyu yaxşı atın və yaxşıyemişin vurğunu olmuşdu. Ola bilsin ki, onda yemişə olan həvəs də məhz

Úàùàíýèð Ùöñåéí ßôøàð

62

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 411.2H.Sadıq. Türkiyənin Qafqaz siyasəti. Bakı, 1998, s. 42.

Page 64: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əfşarların məskunlaşdığı ərazilərdə yetişdirilən yemişlərin dadı ilə bağlı ol-muşdu.

Söylənilənlər Nadirqulunun formalaşması üçün yerli mühitin əsas ün-sürləri idi. Eyni zamanda Nadir zəmanəsinin övladı kimi İran mühitininçərçivəsində boy atırdı. Dövrün ictimai-siyasi ab-havası, kəskinlikləri vəziddiyyətləri, bütün cəmiyyətin yaşamalı olduqları da Nadirin formalaş-masına, həyatda öz mövqeyini necə tapmasına təsir göstərirdi

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

63

Page 65: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

III FƏSİL

MUĞAN QURULTAYI,NADİRİN ŞAH ELAN OLUNMASI,

DİNİ İSLAHAT CƏHDLƏRİ VƏ XARİCİ DÖVLƏTLƏRLƏ ƏLAQƏSİ

Tac başa yaraşıq versə də ağıl verməz. Başın tacı ağıldır.Nadir şah Əfşar

3.1. Muğan qurultayı və Nadirin şah elan edilməsi1735-ci ildə Nadir şah Dağıstan yürüşünü uğurla başa çatdırdıqdan və

Azərbaycanı tamamilə nəzarət altına aldıqdan sonra, qazandığı uğurları iləxalq arasında böyük hörmət və ehtirama yetişməsini nəzərə alaraq NadirƏfşar hakimiyyəti rəsmən özünə tabe etdirməyi qərara aldı, öz bacarığı ilə,xüsusən bütün ölkəni azad etməsi ilə böyük nüfuz qazandığı zaman dərketdi ki, arzularını həyata keçirtməyə yaxşı və münasib vaxt çatıb, buna görəo, əmr etdi ki, xanlar, sultanlar, ona tabe olan bütün əyalətlərdən və şəhər-lərdən mötəbər və adlı-sanlı adamlar Muğana yığışsınlar və onun gəlməsinəhazır olsunlar».1

O, səltənət naibi adlandırılsa da, real hakimiyyət onun əlində idi.Həmin dövrlərdə irsi Səfəvi hakimiyyətinə meyil də xeyli güclü idi. Bəzimüəlliflər belə göstərirlər ki, hələ bədəncə zəif olan III Şah Abbasın kiçikyaşlarında dünyasını dəyişməsi Nadirə özünün iddiasını reallaşdırmağatəkan verdi.

Digər tərəfdən Nadir Səfəvilər dövlətinə məxsus olan böyük əraziləri,demək olar ki, öz qılıncının gücünə geri qaytarmışdı. Ölkə və dövlət onunşücaəti nəticəsində yenidən mövcudluq qazanmışdı. Qurultayın keçirilməsiərazisinin məhz Azərbaycanda baş tutması özünün Azərbaycan türklərinəməxsusluğunu nümayiş etdirmək, məhz Azərbaycanda qurultayın keçi -

Úàùàíýèð Ùöñåéí ßôøàð

64

1Ter-Avestisyan S. Göstərilən əsəri, s. 15.

Page 66: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

rilməsi onun öz torpağına bağlılığından irəli gəlməklə, həmçinin təşkilatçılıqişinin daha asanlıqla və ətraf əhalinin də Azərbaycan türklərindən ibarət ol-masından irəli gəlirdi. Bununla belə, Nadirin şahlıq tacına yiyələnməsi Azər-baycan Nadir Əfşar dövlətinin əsasının qoyulması məhz Muğanda baş verdi.1

Şahlıq taxt-tacının həll edildiyi mühüm bir tədbirin Məşhəddə, İsfa-handa deyil, Muğanda, Azərbaycan ərazisində keçirilməsidir. Nadir qurul-tayı Azərbaycan ərazisində keçirtməklə, Cənubi Qafqazın birdəfəlik geriqaytarılması, Qərbi Azərbaycanın osmanlılardan təmizlənməsi, RusiyanınŞərqi Azərbaycandan qovulub çıxarılması, Dağıstanın itaət altına alınmasıvə özünün Azərbaycan türklərinə məxsusluğunu nümayiş etdirmək istəyi idi.

Muğan qurultayının keçirilməsi üçün çox böyük təşkilati işlər apa rıl -mışdı. Həmin ərazidə Nadirin tapşırığı ilə 12 min çadır qurulmuşdu. Nadi -rin çadırı isə xüsusi olaraq Qəzvində hazırlanmışdı. Həmin çadırın 12 dirəyivar idi. Bu, 12 İmamın simvolu idi. Çadırın uzunluğu 50 metr, eni isə 15metr idi. Çadırın içərisi də qiymətli daş-qaşlarla, qızıl və gümüşlə bəzə dil -mişdi. Həmçinin Nadir 100 min dəst xələt, 12 min ədəd zərlərlə və qiymətlidaşlarla bəzədilmiş kəmərbəndlər hazırlatmışdı, böyük miqdarda bahalıparçalar toplatdırıb, dəvət olunmuş qonaqlar üçün gətirilməsinə göstəriş ver-mişdi.2 Həmçinin həmin ərazidə hamamlar, bazarlar, məscidlər və s. saldırdı.

Bütün bunlar göstərirdi ki, Nadir məhz Azərbaycanda keçirtdiyi qu-rultaya böyük diqqət yetirirdi. Bunun Azərbaycana layiq olduğunu bütünqonaqlara göstərmək istəyirdi.

26 dekabr 1735-ci ildə vilayətlərin hakimlərini, xanları, bəyləri, ruhanialəmini, ölkədə olan xarici diplomatik nümayəndəlikləri Muğan çölünədəvət etdi. Nadir Suqovuşanda Milli Məclis – Muğan qurultayı təşkil et-məklə, rəsmi məlumata görə, Muğana təxminən 100 min adam yığmışdı.Əlbəttə, bunların içərisinə ordu da daxil idi. 20 mindən artıq qonaq dəvətolunmuşdu. Gələn qonaqların hər birinə ayrı-ayrı çadırlar qurulmuşdu. Ra-mazan bayramına bir gün qalırdı.

Nadir 1736-cı il yanvar ayının 12-də Muğan düzünə gəlib çatdı. Qu-rultayda Nadirin oğlanları və qardaşı da iştirak edirdi.3 Burada əvvəlcə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

65

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 3642M.Süleymanov. Göstərilən əsəri, s. 291 3Lokkart L. Nadir şah. Bakı, 2013, s.167.

Page 67: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

böyük şadyanalıqlar keçirildi. Fevral ayının 14-də Ramazan bayramı qeydedilirdi. Bura həm də Rusiya, Osmanlı (və bir sıra başqa) dövlətlərdən dənümayəndələr dəvət olunmuşdu. Nadirə ən yaxın 7 şəxs qurultay işti-rakçılarına bildirdilər ki, Nadir Xorasana yollanıb, Kelatda yaşamaq, hərbiyürüşlərdən əl çəkib, ibadətlə məşğul olmaq fikrindədir. Nadir artıq bütündövlətin ərazisindən yadelli qoşunların çıxarılmasını və yenidən TəhmasibMirzənin hakimiyyətə gətirilməsini qurultay iştirakçılarına çatdırdı.1 HəttaTəhmasib Mirzə hakimiyyətə gəlmək istəmədikdə, Səfəvi xanədanının birnümayəndəsini şahlığa gətirməyi təklif etdi. Təbii, Nadir bu şahlıq iddi-asını birmənalı qabağa sürməyib, qurultay iştirakçılarına belə bir təklifləmüraciət etdi. Mənbələrdə göstərilir ki, qurultay iştirakçılarına fikirləşməküçün 3-4 gün möhlət verildi. Təbii ki, bu ictimai fikrin öyrənilməsi və onauyğun fəaliyyətin istiqamətləndirilməsi üçün nəzərdə tutulurdu. Bununnəticəsi kimi qurultay nümayəndələrinin mütləq əksəriyyəti ölkəninşahlığına məhz Nadirin layiq olduğu fikrini irəli sürdü.

M.Kazımın «Aləm Ara-ye Naderi» əsərində qeyd olunur ki, Nadirinşahlığa namizədliyi 4 gün müzakirə olundu.2 Bəzi fikir ayrılıqları olsa da,təbii ki, Nadir tərəfdarları tərəfindən həmin insanlar ciddi cəzalandırıldı.Beləliklə, qurultayın əksər iştirakçıları Nadirin şah seçilməsinin tərəfdarıolduqlarını bəyan etdilər. Nadir isə şah seçiləcəyi təqdirdə qurultay işti-rakçıları qarşısında bəzi şərtlərini qoydu. Onun şərtləri yenidən yaxınadamları tərəfindən qurultay iştirakçılarına çatdırıldı. Onlar Nadirin buşərtlərin qəbul edəcəyi təqdirdə şah seçilməyə razı ola biləcəyini bəyan et-dilər. Həmin şərtlərə əsasən göstərilirdi ki, əyanlara, xanlara, tayfa baş çı -la rına çatdırılsın ki, Nadirin şah olmasını xahiş edirlərsə, Nadirin sərthakimiyyətini qəbul etməlidirlər. Həmçinin şah Təhmasib və onun övlad-larını taxt-tacın varisi kimi qəbul etməməlidirlər. İkinci şərt ondan ibarətdirki, şiə məzhəbinin əvəzinə Cəfəri məzhəbinin qəbul edilməsi həyata keçi -rilsin. Çünki bu məsələ Osmanlı ilə Səfəvilər arasında olan müharibələrəsəbəb olurdu. Nadir belə hesab edir ki, məzhəb ayrılığı aradan qaldırılsa,dünyada Turançılıq ideyaları daha da inkişaf edər, Osmanlı dövləti ilə olanmüharibələr aradan qalxar. Üçüncü şərtdə isə Nadirdən sonra ölkə taxt-

Úàùàíýèð Ùöñåéí ßôøàð

66

1Lokkart L. Nadir şah. Bakı, 2013, s.167.2M.M.Kazımi. Göstərilən əsəri, s.716.

Page 68: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

tacına onun övladlarından biri, ya da Nadir xanə-danının nümayən də lə rindən biri çıxa bilərdi. Buşərtləri qəbul edəcəklərinə onlar and içməli idi -lər. Bu şərtlər qurultay iştirakçıları tərəfindən3-4 gün müzakirə edildi. Qurultay iştirak çı la -rının çoxu Nadirin şah seçilməsinə tərəfdaroldu lar.1

Sadalanan bütün şərtlər qəbul olunduqdansonra Muğan qurultayı Nadirin şah olmasınarazılıq verdi. Nadir bununla da kifayətlənməyib,toplantı iştirakçıları arasında aparılan işlərinnəticəsi kimi bütün bu şərtlərin hamısının yazılışəkildə ifadə olunması əmrini verdi. Bu sənəd«məhzərnamə» (iştirak sənədi) və ya vəsiqnamə(protokol) kimi xatırlanır. Bununla, bütün işti-rakçılar bu vəsiqnaməyə imza atdılar. Vəsiqna -mənin Mirzə Məhəmməd xan Astrabadi tərəfindən yazıldığı da mənbələrdəbildirilir.

Belə bir təmtəraqlı toplantı, orta əsrlərdə dünya tarixində Nadirə qədər,Nadir şahdan sonra da təkrar olmamışdır. Nadir öz dövrünə uyğun olmayan«demokratik» bir seçki ilə şahlıq taxtına sahib oldu. Dünyada hakimiyyətiələ keçirmiş heç bir hökmdar orta əsrlərdə belə təmtəraqlı bir seçki meto-dundan istifadə etməmişdir. Bu, bir yenilik, misli görünməmiş (o dövrdə)bir hadisə idi.

Tacqoyma mərasiminin fevralın 26-da (yeni təqvimlə martın 9-10-u –C.H.Ə.) keçirildiyini bildirən A.Kretatsi bunun səbəbini, möhürün və sikkəkəsmək üçün qəlibin hazır olmamasında, eləcə də Nadirin münəccimlərininay təqviminin 25-ci gününün (fevralın 26-sı) çox yaxşı gün olmasınıbildirməsində görürdü.2 Buradan bir daha aydın olur ki, uzun illər tarixiədəbiyyatda deyilənlərin əksi olaraq, Nadir Novruz bayramında deyil, məhzRamazan bayramı günlərində şah seçilmişdir.

Onun şərtlərini Təhmasib xan Cəlayir xalqa elan etdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

67

1 Lokkart L. Göstərilən əsəri, s. 171.2A.Kretatsi. Göstərilən əsəri, s. 255-256.

Nadir şah Əfşar

Page 69: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Bu bəyanatdan sonra Nadir hakimiyyəti bir şah kimi qəbul etməyə razıoldu. Və yazılı şəkildə vəsiqnamə hazırlandı. Bütün qonaqlar tərəfindən –xanlar, şeyxülislamlar, qazilər və başqaları tərəfindən imzalandı.

Nadir Osmanlı dövləti ilə müqavilə bağlanmasını Muğan qurultayın-dakı nümayəndələr ilə də müzakirəyə çıxartdı. İki dövlət arasındakı ixti-lafların həlli məqsədi ilə 5 şərtdən ibarət müzakirəyə sənəd çıxarıldı.

1. Səfəvilər özlərinin əvvəlki şiə məzhəbindən əl çəkirlər, sünniliyinyeni qolu olan İmam Cəfər adı ilə cəfərilik qolunu seçirlər.

2. Kəbədə İslamın 4 məzhəbinin sütunu olduğu üçün təklif olunurduki, İmam Cəfər məzhəbi üçün də 5-ci sütun yaradılsın və Cəfəri davamçılarıda Məscidi Haramda namaz qıla bilsinlər.

3. Hər il Məkkəyə yollanan İran zəvvarları üçün Həcc karvanlarınınəmiri təyin edilsin və iranlı zəvvar karvanlarının əmirinin səlahiyyəti Misirvə Şam karvanları əmirlərinin səlahiyyətinə bərabər tutulsun.

4. Hər iki tərəfdə saxlanılan əsirlər azad edilsinlər, həmin əsirlərin satıl-masına və alınmasına imkan verilməsin.

5. Hər iki dövlətin digər dövlətin paytaxtında nümayəndə heyəti (vəkil-liyi) təsis edilsin.1

Bu fakt bir daha sübut edir ki, Muğan qurultayında Nadir şah seçilməyiilə bahəm Osmanlı dövləti ilə olan münasibətləri də həll etmək və dünyadaTurançılığı, Türkçülüyü birləşdirmək niyyətində olmuşdur. 1736-cı il martayının 6-da Osmanlıya yeni təyin olunmuş səfir Əbdülbaqi xan böyük nü-mayəndə heyəti ilə və baş molla Əli Əkbər də daxil olmaqla İstanbula yoladüşdülər.2 Onlar Nadirin şah seçilməsini Cəfəri məzhəbinin mahiyyətihaqqında sultana məlumat verdilər. Hətta Nadir şah bu şərtlərin qəbulediləcəyi təqdirdə öz imperiyasını osmanlılarla da birləşdirməyi vəd edirdi.

Təbii, bu həmin zaman üçün çox böyük bir addım idi. Uzun illər os-manlılar ilə olan ixtilaflar aradan qaldırılır, məzhəb ayrılığı götürülməkləiki böyük Türk imperiyasının birləşməsi baş verirdi. Bu təklif Nadirə qədərvə Nadir şahdan sonra da heç bir İran şahı və Türk sultanları tərəfindənirəli sürülməmişdir.

Nadirin tacqoyma günü onun adına «Taqe Nüsrə» (Qələbə Tağı) hazır-

Úàùàíýèð Ùöñåéí ßôøàð

68

1Lokkart L. Göstərilən əsəri, s. 174-175.2Yenə orada, s.181.

Page 70: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

landı. Qələbə Tağının üzərində «Allahın kölgəsi İran şahı Nadiri Dövran»yazıldı. Tacqoyma günü təmtəraqla qurtardı və üç gün, üç gecə şadlıq oldu.

1736-cı il aprel ayının ortalarında Nadir şah Muğan düzünü tərk edərəkQəzvinə yola düşdü. Beləliklə, Nadir şah Azərbaycanın Muğan düzündə,Kür və Araz çaylarının qovuşduğu Cavad qəzasında türklərin əcdadlarınaməxsus böyük qurultay keçirtməklə özünü Şah elan edib, Azərbaycan NadirƏfşar imperiyasını yaratdı. Bu imperiyanın tərkibinə Azərbaycan (Gürcüs-tan, indiki Ermənistan, Dağıstan), İran, Türkiyənin şərq hissəsi, Əfqanıstan,İraqın cənubu, Fars körfəzi və İran körfəzi ətrafı ərazilər (Bəhreyn, Küveyt)və s. ərazilər daxil idi. Nadir şahın qurultayı Azərbaycanda keçirtməkləbütün ərazilərdən 100 minə yaxın insanı Azərbaycana dəvət edib yığması,məhz həmin əraziləri Azərbaycan naminə fəth etməsi, Azərbaycan ətrafındabirləşdirməsinin bir bariz nümunəsi idi. Məhz Muğanda Nadir şah böyükAzərbaycan bəylərbəyiliyini yaratdı. Paytaxtı Təbriz olmaqla Azərbaycanbəylərbəyiliyinə əzəli Azərbaycan torpaqları və onun tabeliyində olan Gür-cüstan (Kartli və Kaxetiya), indiki Ermənistan, Dağıstan ərazilərini bir-ləşdirib, özünün qardaşı İbrahim xanı bəylərbəyiliyin hakimi təyin etdi.

Nadir şah qurduğu dövlətin paytaxtını isə şiə məzhəbinin banisi İmamRzanın məqbərəsi olan Məşhəd şəhərini seçdi. Bu isə böyük imperiyanınməhz İslam dəyərləri ətrafında birliyi naminə edilmişdi. Dövlət 4 iri vi-layətə bölündü: Azərbaycan, İraq, Xorasan və Fars bəylərbəyiliyi.

3.2. Nadir şahın dini islahat cəhdləri. Nəcəfdə Məzhəbi Məclis

Əgər siz Cəfəri məzhəbini qəbul etsəniz, mən özimperiyamı Osmanlı imperiyasına birləşdirərəm.

(Osmanlı Sultanına göndərdiyi məktubdan)Nadir şah Əfşar

1743-cü ilin noyabr ayında Nadir şah xanımı Şah Sultan Hüseynin qızıRaziyyəbəyim ilə Kərbəlaya gəldi. Kərbəlada imamların qəbirlərini ziyarətedib, səcdəgahın təmiri üçün 20000 maliyyə pul ayırdı.1 Kelat yolu iləNəcəfə gəlib, Nəcəfdə bütün müqəddəs yerlərin alimlərindən ibarət bir

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

69

1M.Süleymanov. Göstərilən əsəri, s. 387.

Page 71: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

həyət yaratdı. Sünni və şiə təriqətləri arasında olan ixtilafların aradanqaldırılması üçün tapşırıqlar verdi. Nəcəfdə İmam Rzanın qəbirüstüabidəsini ziyarət edib, təmir etdirdi.

Məzhəbi Məclisdə bu dini heyət vəsiqə yazdılar və Osmanlı dövlətinəelçi göndərib, 5 məsələ barəsində onların da razılığını tələb etdilər.

Osmanlı dövləti dörd şərti qəbul etdi. Məzhəbi Cəfərini mülki müza-kirəyə saxladılar. İran, Bəlx, Buxara və s. müsəlman şeyxləri bu şərti müza-kirə etməkdən ötəri Osmanlı paytaxtına getdilər.

Hərbi sahədə məğlubiyyət acısını dadmayan bu böyük şəxsiyyətcəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, ora yaxından nüfuz etməsin,xüsusilə Orta əsrlər müsəlman idarəçilik sisteminin mahiyyətini müəyyənedən islamla bağlı da mövcud stereotipləri məhv etdi. Özü müsəlman ayinvə ibadətlərini ardıcıl olaraq yerinə yetirsə də, islam mübaliğ və fəqihlərinidövlət idarəçiliyindən kənarlaşdıraraq felən dünyəvi mündəricəli qüdrətlibir imperiya yarada bildi. Şiə məzhəb dövtələbliyini bir kənara qoyaraqvahid məzhəbin bərqərar olması istiqamətində ən müxtəlif səviyyələrdətədbirlər gördü. Nadir xəlifə kimi ruhani hakimiyyətini də həyata keçirəntürk sultanı Mahmud ilə yazışmalardan sonra VI İmam Cəfər Əs-Sadiqinadı ilə bağlı olan Cəfəriliyin rəsmi təriqət kimi qəbul edilməsinə cəhd etdi.

Hənəfi, Şafii, Hənbəli və Maliki məzhəbləri kimi, dörd məşhurməzhəblə yanaşı, sünnilər Cəfəri məzhəbini də felən tanıdılar. Cəfəriləradıçəkilən sünni məktəbinin davamçıları ilə bərabər, Kəbə ətrafında namazüçün ayrıca yer (məqam və ya müsalla) almışdılar. Bütün bunlar Nadirinmüstəsna fəaliyyətinin nəticəsi idi.

Dinin hər zaman, xüsusilə Nadir şah dönəmində çox böyük amilolduğunu nəzərə alıb, bu məsələnin üstündə nisbətən müfəssəl dayanmaqistəyirəm. Məlumdur ki, dövrünün ən qüdrətli və möhtəşəm dövləti olanOsmanlı dövlətinin sultanı həm də müsəlman dünyasının xəlifəsi kimi əmir-əl-möminin (möminlərin əmiri) olmaqla ruhani hakimiyyəti də təmsil edirdi(1517-ci ildə Misirin fəthindən etibarən). Ona görə də Nadir şah dinitələblərlə bağlı məsələləri Osmanlı sultanı ilə bilavasitə razılaşdırmaq yolu -nu tuturdu.

Nadir şah bu məsələdə özünün xüsusi təlimatlandırılmış nümayəndəheyətini İstanbula göndərmişdi. Sultan I Mahmudun göstərişi ilə Osman-lıların Bağdad valisi Əyyubi Əhməd paşa, Osmanlı alimlərindən Bağdadlı

Úàùàíýèð Ùöñåéí ßôøàð

70

Page 72: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Əbdülbərəkət Abdullah Süvəydiyi dini ortaqlıq yaratmaq üçün Nəcəfəgöndərildi. Süvəydidən başqa, Əfqan müftisi və 6 nəfər Buxaralı sünnialim ləri də Nəcəfə gəldilər. Nadir şahın tələbi ilə 70 nəfər tanınmış şiəmolla və üləmaları da Nəcəfə toplaşdı. Nadir şah Süvəydiyi vəkil təyinedərək dini elitanın təmsilçilərindən haqq yolunun hər iki tərəfə (sünni vəşiə) uyğun təsdiqini istədi, Süvəydi 4 rəşidi xəlifələrin üstünlüyü, əhli-beytəhörmətlə yanaşmağın zəruriliyi və siğənin yasaqlanması ilə bağlı məsələ -lər də həmkarları ilə anlaşa bildi. Anlaşma Nadir şaha təqdim edildikdənsonra o müvafiq şah fərmanını verdi. Türkiyədə 2001-ci ildə çap olunmuş«Türk xaqanları və sultanları» kitabının Nadir şaha aid olan hissəsindəverilmiş həmin fərmanın mətnini burada qısa ixtisarla təqdim edərəm:

«Öncə allah-taalaya sığınıram. Bilin ki, Şah İsmayıl Səfəvi 1501-ciildə ortaya çıxdı. Cahil xalqdan bir qismini yanında topladı. Bu yalançıdünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün müsəlmanlar arasınafitnə və fəsad soxdu. Əhli- beyti sevməyi, Rafiliyi ortaya çıxardı. Buradasöhbət Məhəmməd peyğəmbərin Qədri-Xumda – Mən sizə 2 əmanət qoyu-ram, biri Qurani-Kərim, digəri isə əhli-beyt – deyə səsləndirdiyi kəlamlar-dan gedir. Çünki o əhli-beyti sevməyi Qurana beyət etmək qədər zərurisayırdı. (Rafilər də mülayim şiəliyə aid olub «İnkar edən» deməkdir). YəniƏbu Bəkrin və Ömərin xəlifəliyini inkar edənlərə Rafilər deyirdilər. Beləcəmüsəlmanlar arasına böyük bir düşmənçilik gətirdi. Münafiqliyə vədüşmənçiliyə səbəb oldu. Elə oldu ki, kafirlər rahat və qorxusuz yaşayır,müsəlmanlar isə bir-birini yeyir, bir-birinin qanlarını, namusunu tələf edir.Hələ Muğan düzündəki toplantıda böyük, kiçik, hamımız, məni şah seçməkistədiyinizi qəbul etməyimin müqabilində siz də Şah İsmayıl zamanındanbəri İranda yer tutmuş pozuq inanclardan və boş sözlərdən vaz keçəcəyinizibildirmişdiniz. Hörmətli babalarımızın məzhəbi olan mübarək adətlərimizolan dörd xəlifənin haqq və doğru olduğuna qəlbimizlə inanacağımıza vədil ilə də söyləyəcəyimizə, bunları söyləməkdən, pisləməkdən çəkinəcəyi -mizə və dördünü də sevəcəyimizə söz vermişdiniz. Bu xeyirli işi qüv -vət ləndirmək üçün seçilmiş alimlərdən, dininə bağlı yüksək zatlardanso ruşdum. Hamısı dedi ki, Peyğəmbərimiz… haqq yoluna çağırdığı gün -dən bəri dörd xəlifənin hər biri dinimizin yayılması üçün canlarını və mal-larını fəda etdilər və bu yolda uşaqlarından, əmi və dayılarından ayrıldılar,hər sözə, iftiraya və oxa sinə gərdilər. Bununla belə, Allahın rəsulunun xü-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

71

Page 73: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

susi söhbətləri ilə şərəfləndilər… Yaxşıların Əfəndisi vəfat etdikdən sonraümmətin işlərini görənlərin söz birliyi ilə, xilafətə birinci xəlifə, mağaraqardaşı Əbu Bəkr gətirildi. Bundan sonra yenə razılıqla Ömər Faruk, sonraaltı nəfər arasından Zinnəreyn Osman ibn Affan, daha sonra Allahın aslanıƏli ibn Abu Talıb xəlifə oldular.

Bu dörd xəlifədən hər biri öz xəlifəlikləri zamanı bir-biri ilə hər cürayrılıq ləkəsindən təmiz idilər. Qardaşlıq və birlik içində İslam məmləkətiniçirkdən və müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsəl-manlar iman və etiqadda bir idilər. Nə qədər zaman və əsrlərin keçməsiilə İslam alimlərinin oruc, həcc, zəkat və başqa işlərdə ayrıldıqları olsa da,inanılacaq şeylərdə, Rəsullulahı və onun Əshabını sevməkdə və hamısınıtəmiz olaraq tanımaqda heç bir qüsur və nöqsan, pozuqluq və dönüklük ol-madı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləkətləri beləsaf və təmiz idi. Siz dərin ağlınız və təmiz qəlbinizin işığı ilə Əshabi-İkramı söymək və Rafizi olmaq yolunu buraxdınız. İslam dininin dördtəməl dirəyi olan dörd xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz. Bunagörə mən də bu söz verdiyimiz beş qərarımızı… böyük İslam Padişahına,qardaşımız, Rum məmləkətlərinin sultanına bildirməyə söz verirəm...Beləcə, anlaşıldı ki, bütün bu Rafizilik və bidətlər və ayrılıqlar Şah İs-mayılın çıxardığı fitnələrdən doğmuşdur… ta Şah İsmayıla qədər bütünmüsəlmanlar rəşidi-xəlifələri haqq bilərdilər… Mübarək isimlərinisöylərkən və yazarkən radiy Allahü anhüm deyərdilər.

Dərin alim və üstünlərin özü Mirzə Məhəmməd Əli həzrətlərinə əmretdim ki, bu Fərmani-humayunümüzü bütün İran şəhərlərinə yaysın, mil-lətim də eşitsin və qəbul etsin. Bunu qəbul etməmək və buna qarşı getməkAllahın əzabına və Şahənşahın qəzəbinə səbəb olacaqdır».1

«Nəcəf vaqiəsi» kimi tarixə düşən Nadir şahın bu fərmanının bəzimüddəaları ilə mübahisə etmək mümkün olsa da, öz zamanının ruhunauyğunluğu heç bir şübhə doğurmur. İlk növbədə, bu sənəd Nadirin dinamilini siyasi-hərbi situasiya ilə uzlaşdıra bilmək bacarığını ifadə edir.

Nadir şahın həm dini, həm siyasi, həm də hərbi sahədə apardığı siyasətməhz Turan və İslam aləmini birləşdirmək olmuşdur.

Tarixi mənbələrdən məlumdur ki, Nadir Hindistandan gətirdiyi qızıl

Úàùàíýèð Ùöñåéí ßôøàð

72

1Türk xaqanları və sultanları. İstanbul. 2001-ci il.

Page 74: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

taxtı (Nadir Taxtını), ilk növbədə, birxə lifə olaraq Sultan I Mahmuda hə diy -yə etmiş, Sultan isə Nadirə İngiltərədəqiymətli daşlarla bəzədilmiş qızıl xən -cər, qızıldan yay və yay qabı hazırlat-mışdı (hər ikisi Topqapı sara yındasax lanılır). Hətta bu da məlumdur ki,bir daha təkrar edirəm, 1740-cı ildəNadir Sultana belə bir müraciətlə mək-tub göndərmişdi ki, əgər siz Cəfəriməz həbini qəbul etsəniz mən bütünməmləkətlərimi Osmanlıya qataram.1

Nadir çox zaman hərbi yürüşlərini,daxili işlərini dini motivlərlə bağla dı -ğından onun, ümumiyyətlə, islama və onun təzahürlərinə münasibətini nis-bətən geniş aspektdə təqdim etmək istəyirəm.

Nadir şahın həyatını və fəaliyyətini araşdıran çox az tarixçi tapmaqolar ki, onun dinə olan münasibətinə toxunmasın. Çünki cəmiyyət həyatınınbir çox sahələrində olduğu kimi, dinə münasibətdə də Nadir şah tərəfindənbir sıra yeniliklər gətirilmişdi. Əslində, Nadir şahın hakimiyyətə gəlməsiilə dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Nadir şah Səfəvişahlarından fərqli olaraq, dinə qeyri-ənənəvi münasibət göstərdi.

Nadir şahın dinə münasibətini və dinə baxışlarını dəyərləndirərkənbütünlükdə bir sıra məqamlar qabarıq əhəmiyyət kəsb edir. Bunlardan birin -cisi Nadir şahın özünün dinə münasibətidir. Nadir şah dinin cəmiyyətdəkiyerinə dəyişikliklər gətirsə və bu sahədə müəyyən yeniliklər irəli sürsə də,özü bütün varlığı ilə Allahına, peyğəmbərinə tapınan bir şəxs idi. Birtərəfdən Xorasanın dini mühiti, digər tərəfdən də valideynlərinin diniinancları Nadirin dinə münasibətinin formalaşmasında təsirsiz qalmamışdı.O, təvəkkülə arxalanan şəxs deyildi və bütün istəklərinə zəhmət və əzmkar-lığı ilə nail olmağa çalışırdı. Amma bu zaman vuran qolunun qüvvəsiniyaradanın lütfü hesab edirdi və hər uğurunu da Tanrıdan diləyirdi. Hərdöyüşə atılmazdan əvvəl üzünü göylərə tuturdu və ən çətin anlarında Al-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

73

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 211.

Nadir şah Əfşarın Hindistandangətirdiyi «Nadir taxtı» İstanbulda

Topqapı sarayı muzeyində saxlanılır

Page 75: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

lahdan kömək diləyirdi. «Aləm Ara-ye Naderi»də Nadirin Tanrıdan kö məkdiləməsi və ona şükranlığını bil dirməsihaqqında çoxlu faktlar vardır. Bu əsər -də Nadir şahın dilindən Allaha müra -ciətlə çoxlu nəzm parça la rına da rastgəlirik. Bunlar da Nadir şahın diniinanclarının bir nümunəsidir.

Maraq kəsb edən digər bir mə -qam Nadir şah dövründə din və dövlətmünasibətləri idi. Yuxarıda qeyd et-diyim kimi, Nadir Əfşar dövləti dün -

yə vi dövlət idi. Səfəvilər hakimiyyətindən fərqli olaraq, Nadir şahın dövlətidini ideologiya üzərində qurulmamışdı və cəmiyyətin idarə edilməsindədini normalar heç də əsas yeri tutmurdu. Nadir şah dini dövlətin idarəedilmə sin dən uzaqlaşdırdı, dindarların dövlət işlərinin aparılmasına mü-daxilələrinin qarşısı alındı. Din dövlətin rəsmi ideologiyası olmaq çərçi -vəsindən çıxarıldı. Ruhanilərin səlahiyyətləri əhəmiyyətli dərəcədə ixtisaredildi və onlar dövlət idarəçiliyində formal vəzifələrə çevrildilər. Dövlətdəbaş molla vəzifəsi saxlansa da, onun vəzifəsi, eləcə də digər yüksək ruhanivəzifələri əvvəlki səlahiyyətlərini itirdilər. Nadir şahın iradəsi dövlətin idarəedilməsinin nüvəsinə çevrildi. Onun dövründə ruhanilər dövlət aparatların-dan məscidlərə çəkilməli oldular.

Nadir şahın dinə münasibəti məsələsində maraq kəsb edən məsələ lər -dən biri də onun sünni və ya şiə məzhəbinə mənsub olmasıdır.

Nadir şah haqqında yazan tədqiqatçıların əksəriyyəti onun şiə məz -həbinə mənsub olduğunu göstərirlər.1

Nadir şahın tanınmış tədqiqatçılarından olan L.Lokkart onun hansıməzhəbə mənsubluğu haqqında aydın fikir söyləməsə də, şiə olmasına daşübhə ilə yanaşır.2 Buradan da belə ehtimal etmək olar ki, o, Nadir şahınsünni olmasına daha çox meyillidir. L.Lokkart tədqiqatının başqa biryerində də qeyd edirdi ki, Nadirin qoşunlarının böyük bir hissəsini sünni

Úàùàíýèð Ùöñåéí ßôøàð

74

1Lokart L. Göstərilən əsəri, s. 331.2Yenə orada. s. 332.

Osmanlı sultanı I Mahmudun Nadir şahƏfşara qızıldan və qiymətli daş-qaşlar-

dan hazırlanmış yay və ox qabıhədiyyəsi. İstanbul

Page 76: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əfqanlar və türkmənlər təşkil edirdilər və ona görə də Nadir, Şah Təhmasi-bin tərəfdarlarından qorxmurdu.1 Bu fikir də yuxarıda deyiləni təsdiq et-məyə əsas ola bilər. Qeyd etmək lazımdır ki, qərb tədqiqatçıları əfşarlarıda sünni hesab etdikləri türkmən tayfalarının tərkib hissəsi bilirlər.

Əslində, hər iki qrup tədqiqatçıların Nadir şahın bu və ya digərməzhəbə mənsub olması haqqında söylədikləri fikirlərin əsası vardır.Çünki, ilk növbədə, Nadir şah hər iki məzhəbə hörmətlə yanaşıb və ya buməzhəblərin hər hansı birini təqib etmirdi. Məsələn, Nadir şah şiə müqəd-dəslərinə dərin hörməti ilə bərabər, ziyarətgahların abadlaşdırılmasına daxüsusi qayğı göstərirdi. «Tarix-e cahan qoşa -ye Nader-i»də olan bir neçəfakt göstərir ki, Nadir şah dəfələrlə İmam Rza ziyarətgahının abadlaşdırıl-ması haqqında göstəriş vermiş və lazım olan vəsaiti ayırmışdı.2 Nadir özqoşunları ilə Məşhədi Məlik Məmmədin işğalından azad etdikdən sonraİmam Rzanın məqbərəsini abadlaşdırmağa başladı. Onun göstərişi əsasındaziyarətgahın məqbərəsi təmir edildi, məqbərənin qübbəsi yenidən zər rəngəboyandı və məqbərənin cənub hissəsində yeni bir minarə ucaldıldı. Nadirşah, eyni zamanda məqbərəyə çoxlu sayda bahalı hədiyyələr bağışladı.

Herata yürüş etməzdən qabaq da Nadir niyyət etdi ki, hücumu uğurlabaşa çatsa, İmam Rza məqbərəsini bir daha abadlaşdıracaqdır. Bu niyyətiona daxili bir inam verdi və Herat şəhərini ələ keçirəndən sonra o, İmamRza məqbərəsini ziyarət etdi və orada indi də mövcudluğunu saxlayan birsıra dəyişikliklər apardı. Nadir məqbərənin Mir Əlişir eyvanını və ƏmirTeymurun oğlu Şahruxun tikdirdiyi güldəstəni qızıl suyuna tutdurdu.Şahrux güldəstəsinin qarşısında öz adına başqa bir güldəstənin tikilməsinəgöstəriş verdi.

Nadir şah Həzrət Əlinin məqbərəsini, habelə Kərbəla və Nəcəf müqəd-dəslərini dəfələrlə ziyarət etmiş və onların abadlaşdırılması üçün də xeylivəsait ayırmışdı. Məlumdur ki, Nəcəf və Kərbəla müqəddəslərinin abad-laşdırıl masına, hətta Nadir şahın xanımı da vəsait ayırmışdı.3

Nadir şah Ərdəbildə olarkən şiəliyin ideya banilərindən olan ŞeyxSəfinin də məqbərəsini ziyarət etdi və onun ruhuna dua oxudu. Bu da Nadir

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

75

1Lokart L. Göstərilən əsəri, s. 332.2M.M.Astrabadi. Göstərilən əsəri, s. 711.3 M.M.Kazım. Göstərilən əsəri, I c., s. 468

Page 77: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

şahın şiə müqəddəslərinə və inanclarına ehtiramla yanaşmasına bir sübut-dur. Bütün bu faktlara istinad edən tədqiqatçılar Nadir şahın da şiəolduğunu irəli sürürlər.

Qərb müəllifləri isə Nadir şahı etnik mənsubiyyətinə və bir də dini is-lahatlarla şiəliyi aradan qaldırmaq istəməsinə görə sünni hesab edirlər.Nadir şah hakimiyyətə yiyələnəndən sonra şiəliklə sünnilik arasındakı fərqiaradan qaldır mağa və Cəfəri məzhəbini şiəliyin əvəzində qəbul etdirməyəçalışırdı. İmam Cəfər 6-cı imam olmaqla şiə fiqhinin geniş təsvirini vermişvə onu sünniliyin 4 məktəbi səviyyəsinə qaldırmağa cəhd göstərmişdi.Nadir şah da bu məzhəbi qəbul etməklə onu sünniliyin 5-ci məktəbinə çe-virmək və ölkədə yaymaq istəyirdi. O, güman edirdi ki, bununla, ikiməzhəb arasındakı fərqin və ədavətin aradan qalxmasına nail olacaqdır.

Nadir şahın şiə məzhəbini dəyişdirməyə cəhd göstərməsi tədqiqatçılartərəfindən müxtəlif səbəblərlə izah olunur. Bir mülahizəyə görə Nadir şahölkə daxilində Səfəvilərin nüfuzunu tamamilə aradan qaldırmaq üçünşiəliyi dəyişməyə çalışırdı. Bu mülahizəyə görə, Səfəvi hakimiyyəti şiəliküzərində qurulmuşdu və ölkə əhalisinin əksəriyyəti də bu məzhəbə riayətedirdi. Şiəliyin mövcudluğu öz-özlüyündə səfəviliyin dirçəldilməsi üçünbaza ola bilərdi. İrəli sürülən mülahizələrə görə, şiəliyi dəyişməklə vəəhalini başqa məzhəbə tapındırmaqla Nadir şah səfəviliyə ciddi zərbəendirmək istəyirdi.1

Başqa bir mülahizəyə görə, Nadir şah şiəliyi dəyişdirib ölkə əhalisinisünniliyə yaxınlaşdırmaqla Osmanlı dövlətinin şiəliyə olan sərt münasibə-tinin qarşısını almaq istəyirdi. İddia olunur ki, Nadir şah Osmanlı dövlətinəhücum etmək istəyirdi. Amma şiə ölkəsinin şahının sünni ölkəsində qəbulolunmayacağından ehtiyatlanırdı. Osmanlı əhalisi şiəliyə qarşı kəskinmövqedə dayanırdı. Qarşılıqlı ixtilafı aradan qaldırmaq və Osmanlı dövləti -nə hücum üçün Nadir şahın dini baza yaratmaq istəməsi də güman edilirki, onu şiəliyi dəyişdirməyə sövq edə bilərdi.2

Bəzi tədqiqatçıların fikrincə, Nadir şah şiəliklə sünnilik arasındakıfərqi aradan qaldırmaqla bütünlükdə islam dünyasının möhkəmlənməsinəçalışırdı. Eyni zamanda belə bir fikir də mövcuddur ki, Nadir şah bütün

Úàùàíýèð Ùöñåéí ßôøàð

76

1Басфорт. Мусульманская династия. Москва, 1971.2Lokkart L. Göstərilən əsəri, s. 333.

Page 78: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

islam dünyasını öz hakimiyyəti altına almaq istəyirdi. Güman edilir ki,məhz bunun üçün Nadir şah şiəliyi dəyişməklə bütün müsəlmanlar üçünyaxın olan bir mövqedən çıxış etmək istəyirdi.

Əlbəttə, bu deyilənlərin hər biri mülahizə olaraq qalır və həminmülahizələrin hər hansı birinin Nadir şah tərəfindən şiəliyin dəyişdirilməsi -nə əsas olduğunu birmənalı şəkildə qəbul etmək çətindir. Amma bu məlum-dur ki, Nadir şah müxtəlif dinlərin mövcudluğuna və eyni dinin müxtəlifməzhəblərə bölünməsinə tənqidi yanaşırdı. Bu bir həqiqətdir ki, Nadir şahislam daxilindəki parçalanmanı qəbul etmirdi, Səfəvilər tərəfindən siya si -ləşdirilərək əhaliyə qəbul etdirilən şiəliyin sünniliyə qarşı qoyulması ilərazılaşmırdı. Əslində, bu məqamı Nadir şah özü də vurğulayırdı və bubarədə «Nəcəf vaqiəsi» haqqında danışanda bildirmişəm.

Nadir şah şiə məzhəbinin sünni məzhəbi ilə əvəzlənməsini ilk dəfərəsmi şəkildə Muğan düzündəki tacqoyma mərasimində irəli sürdü.Yuxarıda danışıldığı kimi, Nadir, taxt-tacın qəbul edilməsi üçün bir sıraşərtlər irəli sürdü ki, onlardan biri də dini islahatların aparılması və şiəliyindəyişdirilməsi ilə bağlı idi. Muğan qurultayına kimi Nadirin dinə münasi-bəti fərdi inanc səviyyəsində idisə, həmin qurultayda Nadir dini siyasətmeydanına çəkdi və şiələrin dini baxışlarının islah edilməsi təklifini (əs-lində isə tələbini) irəli sürdü. Nadir şah tələb etdi ki, Şah İsmayıl tərəfindəngətirilmiş və Səfəvi dövləti ilə Osmanlı dövləti arasında ixtilafların vəmüharibələrin səbəbi olan şiəlik tərk edilsin və ölkə əhli sünniliyə riayətetsin. Nadir qurultayda bildirdi ki, əhali onun şahlığını istəyirsə, şəriətinanclarına və peyğəmbər normalarına müxalif olan şiəliklə bağlı inanclardəyişdirilsin. Nadir əhalini Cəfəri təriqətinə riayət etməyə çağırırdı.1

Nadir şah ömrü ərzində ölkə əhalisinə Cəfəri məzhəbinin qəbul et-dirilməsinə nail ola bilmədi. Çünki bir neçə yüz il ərzində ənənəvi olaraqinsanların beyinlərinə kök salmış inancları birdən-birə dəyişmək elə də asandeyildi. Bu məsələdə Nadir şahın qılıncına arxalanması da bir səmərə ver-mədi. Eyni zamanda Nadir şah həyatının sonuna kimi şiəliyin əvəzlənməsifikrindən də dönmədi.

Nadir şah Muğan qurultayından dərhal sonra Osmanlı sultanına daməktub göndərdi. Həmin məktubda da Nadir şah ölkə əhalisi tərəfindən

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

77

1M.Süleymanov. Göstərilən əsəri, s. 511.

Page 79: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

şiəliyin əvəzinə Cəfəri təriqətini qəbul etdiyini bəyan etməklə bu məzhəbində islamın (sünniliyin) qanuni məktəblərindən biri kimi qəbul edilməsinixahiş edirdi. Amma məlumdur ki, islam dünyasının xəlifəsi sayılan Os-manlı sultanı sünni üləmalarının təsiri ilə Cəfəri məzhəbinin qanuniliyiniqəbul etmədi.1

Nadir şah Muğan qurultayından sonra Osmanlı sarayına nümayəndəheyəti göndərdi və iki dövlət arasında barışıq müqaviləsinin imzalanmasıüçün nüma yəndə heyətinin apardığı təkliflər arasına Cəfəri məzhəbinin is-lamın beşinci məzhəbi kimi qəbul edilməsini də daxil etdi. Nadir şah Os-manlı sultanı ilə danışıqlarda və müzakirələrdə dəfələrlə bu təklifi irəli sürsədə, həmin təklif qəbul edilmədi. Baxmayaraq ki, Nadir şah təklifinin ciddiolduğunu və ölkə daxilində dini islahatlar aparmaq niyyətini əməlifəaliyyəti ilə nümayiş etdirməyə çalışırdı. Muğan qurultayından sonraNadir şah üç ay Qəzvində qaldı və orada olarkən də azan və dualarda şiələrtərəfindən işlədilən ifadələrin aradan qaldırılması, namaz qılınan zamanölkə şahının şərəfinə söylənilən «xudavənd, bizim vəlinemətimizi, İranşahını əbədi olaraq qorusun» ifadəsinin ixtisara salınması üzərində təkidetdi. Nadir şah bilirdi ki, insan dünyada əbədi olaraq qala bilməz və onunşərəfinə belə dua oxunmasına da gərək yoxdur.2

Nadir şah Hindistanda olarkən Məhərrəm ayında döyüşçülər arasındaməhərrəm təziyədarlığının tutulacağını hiss edirdi. Şiəlikdən imtina edil -məsi ilə əlaqədar Nadir şah məhərrəm təziyədarlığının icra olunmasına daqadağa qoymuşdu.

1742-ci ildə Dağıstanda olarkən Nadir şahın yanına Osmanlı sarayınıniki elçiliyi gəldi və çoxlu hədiyyələrlə bərabər, Osmanlı sultanının məktubuda Nadir şaha təqdim edildi. Nadir şah Osmanlı sarayı qarşısında konkrettəkliflər qaldırmışdı və onlara cavab almaq istəyirdi. Nadir şah təklif edirdiki, Kəbədə 4 mehrabın əvəzinə 5 mehrab yaradılsın, 5-ci mehrab Cəfəriməzhəbinin üləmalarına tapşırılsın və həmin mehrabda Cəfəri məzhəbinintərəfdarları öz ibadətlərini etsinlər.3

Osmanlı sultanının göndərdiyi məktubda Nadir şahın qaldırdığı əsas

Úàùàíýèð Ùöñåéí ßôøàð

78

1 Türk xaqanları və sultanları. İstanbul, 2001, s. 44-47.2 M.M.Astrabadi. Göstərilən əsəri, s. 771.3 M.Süleymanov. Göstərilən əsəri, s. 684.

Page 80: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

məsələ haqqında, yəni Cəfəri məzhəbinin tanınması haqqında hər hansı birqeyd yox idi. Sultan yalnız Kəbə ziyarətinin bəzi texniki məsələlərihaqqında İrandan gələnlərin də az məsrəflə öz ziyarətlərini yerinə yetirməsihaqqında razılığını bildirirdi. Osmanlı qoşunlarının müharibəyə hazırlaş-ması xəbəri isə əslində, Cəfəri məzhəbinin tanınması ilə bağlı Nadir şahıntəklifinə verilən cavab idi.

Bununla belə, göstərilən bu cəhd də öz nəticəsini vermədi və Osmanlısarayı Cəfəri məzhəbinin rəsmiliyini qəbul etmədi. 1746-cı ildə Osmanlıdövləti ilə imzalanan sülh müqaviləsində də Cəfəri məzhəbinin rəs-miləşdirilməsi öz əksini tapmadı.

Nadir şah müqəddəs kitabların məzmunu və mahiyyəti ilə də dərindənmaraqlanırdı. Mövcud olan məlumatlara görə, Nadir şah oxumağı-yazmağıöyrənəndən sonra Quran kitabına olan marağı daha da artdı. Ölkə ərazisindəyaşayan digər dinlərin nümayəndələrinə dözümlü münasibət göstərən Nadirşah Hindistan yürüşündən qayıdandan sonra Quranla bərabər, İncilin vəTalmutun da tərcümə olunmasına göstəriş verdi. Hələ Hindistan yürüşündəolarkən Quranın 48-ci surəsi olan Fəth surəsinin oxunuşu zamanı Nadir şah29-cu ayədə İncilin və Tövratın xatırlanmasına diqqət yetirmiş və bukitabların mövcud olub-olmaması ilə maraqlanmışdı. Təsdiq cavabını alan-dan sonra Nadir şah onları tərcümə etdirmək qərarına gəldi. Bunun üçünNadir şah xüsusi qrup təşkil etdirdi və lazımi maliyyə vəsaiti ayırdı.1

Göründüyü kimi, Nadir şah öz zamanının tələblərinə rəğmən dini,əsasən, insanların vicdanının öhdəsinə buraxırdı, bununla da onun cazi -bəsinin artırılmasına nail olurdu.

Bu hərəkət Nadirin dinə olan münasibətində tolerantlığından irəligəlirdi. O, islam dininin qayda-qanunlarını üstün tutmaqla bərabər, başqadinlərə də böyük hörmətlə yanaşır və imperiyanın ərazisində olan başqadinlərdən olan insanlara da ehtiram göstərirdi.

Nadir şah din xadimləri ilə görüşündə onlara belə dedi: «Yaradan bizimqəlbimizə görmək imkanı vermişdir ki, mövcud olan ayinləri görək, onlararasında seçim aparmağı bacaraq və yeni iman gətirək. Həm yaradan buimandan razı olsun, həm də bizim üçün nicat yolu olsun. Ona görə dədünyada bu qədər çox ayinlər vardır. Bu ayinlərin biri digərini inkar edir

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

79

1Belyayev. Müsəlman təriqətləri. Bakı, 1968, s. 83.

Page 81: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

və hər biri yalnız özünü dəyərli sayır. Allah tək olsa da, ayinlər tək deyil.Gərək ayinlər də tək olsun»1.

Bu fikir Nadir şahın özünün gəldiyi qənaət idi. Amma Nadir şah buqənaəti zorla qeyri-müsəlmanlara qəbul etdirmək cəhdində olmamışdı.Bunu onun qeyri-müsəlman dinlərinə olan dözümlüyü, tolerantlıq müna-sibəti də nümayiş etdirir.

3.3. Nadir Əfşar dövlətinin xarici ölkələrlə əlaqəsiSəfəvi dövlətinin yarandığı vaxtlardan xarici səyyahlar ticarət üçün

İrana gəlirdilər. Həm Avropa ölkələri, həm də Asiya ölkələri üçün ipəkyolu üzərində olan İran çox mühüm ticarət zonası idi. Həmin bu səyyahlarzahirən ticarət şirkətlərinin adı ilə gəlsələr də, onların bəziləri, xüsusilə in-gilislər siyasətə də müdaxilə edirdilər. Hətta Ser Robert Sayks İran ordusu-nun baş komandanı vəzifəsinə qədər də yüksəlmişdir. Bu xaricilər əksərənİranın cənubunda fəaliyyət göstərirdilər. Xüsusilə portuqaliyalılar Şah İs-mayılın zamanında Fars körfəzinin cənub adalarını, hətta Hörmüz adasınıda tutmuşdular. Hörmüz adası xüsusi əhəmiyyət daşıyırdı. Hətta Ser PersiSayks bu barədə İran zərbi-məsəlini misal gətirir: «Əgər dünya üzük ol-saydı, Hörmüz adası onun qaşı olardı». İngilislərdən başqa, fransızlar, hol-landlar, ruslar, Osmanlı türkləri, Hindistan, Fars körfəzi ölkələri ilədiplomatik münasibətlər saxlayırdılar. Nadir hakimiyyəti ələ aldıqdan sonraOsmanlı Türkiyəsi, Rusiya, Hindistan, İngiltərə, Fransa və bir sıra başqaxarici dövlətlərlə diplomatik əlaqələr yaratdı. O, İsfahanda olan ingilis,fransız, holland şirkətləri ilə əlaqə yaradıb, onların vergi ödəmələrini təminetdirdi. Hətta vergi verməyənləri cəzalandırdı. Buna misal olaraq, İn-giltərənin Şərqi Hind kompaniyasının komissarı Villiam Xoker və onunmüavini komissar Con Kikini göstərmək olar. Nadir onlardan vergi tələbetmişdi. Məhz vergini ödəmə diklərinə görə Nadir onları cəzalandırdı. Nadirhakimiyyəti dövründə Rusiya ilə diplomatik əlaqələrini qura bildi. Bununsayəsində rus qoşunları zəbt etdikləri Dərbənd, Bakı, Gilan torpaqlarındangeri çəkildilər. Həmçinin Türkiyə ilə qurduğu əlaqələr nəticəsində məzhəbayrılığını aradan qaldırmaq üçün bir sıra təqdirəlayiq addımlar atdı. Yuxarı-dakı hissələrdə vurğulandığı kimi Nəcəfdə böyük bir toplantı keçirtdi və

Úàùàíýèð Ùöñåéí ßôøàð

80

1M.H.Qüddusi. Göstərilən əsəri.

Page 82: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ora sünni axund və şiə mollalarını yığıb məzhəb ayrılığının aradan qaldırıl-ması üçün Türk sultanlığına müraciət etdi. Hindistan dövləti Osmanlılarlaittifaqa girib, Nadirin hücumundan qorunmağa çalışdılar. Hətta Dehliyəgöndərdiyi elçilərini qəbul etməyib, onları geri buraxmadılar. Nadir isəbunlardan xəbər tutub, Hindistana belə bir nota verdi ki, «Əgər bir ayağımlahərəkət etsəm, Hindistanı, iki ayağımla hərəkət etsəm, bütün dünyanı tu-taram»1. Və onun bu inadı tezliklə Hindistanın zəbti ilə nəticələndi. 1735-1736-cı illərdə İranla Osmanlı dövlətləri arasında münasibətlər qeyri-səmimi idi. Və bu iki dövlət arasındakı sülh müqaviləsi də möhkəm deyildi.Və Türk sultanı da bundan çox nigaran idi. Qorxurdular ki, Nadir Hindis-tanın fəthindən sonra iki dövlət arasındakı məzhəb məsələsini bəhanə edib,Osmanlı ilə yenidən müharibəyə başlasın. Osmanlı dövlətinin Rusiya vəAvstriya dövlətləri ilə münasibəti çox kəskin idi. Nadirin Hindistandan qali -biyyətlə qayıtmasından sonra məcbur olub, 1739-cu illərdə Osmanlı dövlətiBelqrad sülh müqaviləsini imzaladı. Bununla da o, Rusiya və Avs triyadövlətinin təhlükəsindən yayınmaqla özünü Nadir şahdan qorumalı oldu.Osmanlı dövlətinin məzhəb məsələsində fikri dəyişilməmiş, əvvəlki kimiqalmışdı (ruhanilərin təbii ki, təzyiqi ilə). Amma Nadirə də bu məsələdərədd cavabı verə bilmirdilər. Və qərara alındı ki, Osmanlı dövləti buməsələni araşdırmaq üçün İrana nümayəndə göndərsin və 1742-ci ildə Dər-bəndin 16 km-də həmin nümayəndə Nadirin ordugahına gəldi. Osmanlıdövlətinin sifarişini Nadirə çatdırdılar. Osmanlı dövləti bəzi məsələlərəgörə İran dövlətindən üzr istəyirdi. Nadir isə iki müsəlman, Türk dövlətiarasında sülh və sakitliyin bərqərar olmasını, əks təqdirdə özünün Osmanlıölkəsinə gedib, bu ixtilafa son qoyacağını bildirdikdən sonra fikrini bucümlə ilə tamamladı: «Ümid edirəm ki, Allahın istəyi ilə mən Osmanlıölkəsinə gələnə kimi bu məsələlər həll olunacaq»2. Nadir hiss edirdi ki, buməzhəb məsələsini özbaşına həll etmək ağıl və ehtiyatdan uzaqdır. Nadirşahın Dağıstanda bir müddət ləngiməsi Osmanlıları bir qədər arxayın-laşdırdı və yenidən Osmanlı dövləti Nadir şahın yanına nümayəndə heyətigöndərib, türk sultanının Cəfəri məzhəbini rəsmi məzhəb kimi tanımadığınıvə Kəbədə bu məzhəbi beşinci rükn kimi qəbul etmədiyini bildirdi. Nadir

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

81

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 4062Yenə orada, s. 301.

Page 83: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

bundan məyus olub, belə cavab verdi: «Nadirin dünyanı fəth edən qoşunutezliklə Osmanlı dövlətinə hücum edəcəkdir».1 Tezliklə İran və Osmanlıdövləti arasında müharibə başlandı. Osmanlı dövləti qorxurdu ki, Nadirinqoşunları Rusiya qoşunları ilə birləşər. Nadir isə bu fikirdən vaz keçib, TürkOsmanlı sultanlığının tabeliyində olan Bağdada hücum edib, tezliklə buəraziləri – Heratı, Bəsrəni, Nəcəfi, Kərbəla şəhərlərini tuta bildi. Ölkə (İran)daxilində gedən üsyanlar, qoşundakı xəstəliklər Nadirə mane oldu və o,müharibəni dayandırdı. Osmanlı komandanı müharibəni dayandırmaqdanışığını alqışladı. Tərəflər bir-birlərinə qiymətli hədiyyələr verdilər.Nadir isə Mosuldan əl çəkməyə razılaşdı. Nəhayət, Nadirlə 1744-cü ilinqışında saziş bağlandı. Beləliklə də, Nadirin məzhəb məsələsi osmanlılartərəfindən qəbul olunmadı. Lakin Nadirin bu müqaviləyə razı olmaqdaməqsədi müəyyən vaxt əldə edib, şimalda, İranda qiyamları yatırıb, bütünqüvvələrini yenidən Osmanlı sərhədinə (Anadoluya) yeritmək idi. Osmanlısultanı belə təklif verdi ki, əgər Nadir məzhəb məsələsində təkid etmirsə,ərazi tərəfləri məsələsinə baxmaq olar. 1746-cı il sentyabrın 4-də Kürdandaİran və Osmanlı dövləti arasında rəsmi sülh müqaviləsi bağlandı və İran –Osmanlı ixtilaflarına son qoyuldu.

Beləliklə, Nadirin şahlığı dövründə o, həm ingilis, fransız, hollanddövlətləri, həm də qonşu ərazidə olan, yerləşən Rusiya, Osmanlı və Hindis-tan dövlətləri ilə yaxın münasibətlərdə olmuşdur. Öz torpaqlarını müha -ribələr etməklə və ya siyasət nəticəsində Rusiyadan və Osmanlıdan gerialmışdır. Fars körfəzi ərazilərini genişləndirmiş, Orta Asiya ərazisindəTürküstan, Xivə, Buxara və sair torpaqları öz ərazisinə qatmış və Hindistankimi böyük bir dövləti də zəbt etmişdir2.

Rusiya ilə diplomatik münasibətlərSəfəvi dövlətinin böhran keçirdiyi dövr onun potensial rəqibi olan

Rusiyanın gücləndiyi vaxta təsadüf edirdi. I Pyotrun taxt-taca sahib olmasıilə ölkə daxilində baş verən sosial-iqtisadi, siyasi, mədəni və digər dəyişik-liklər ölkənin gücünü kifayət qədər artırdı. Bu dəyişikliklər iqtisadi sahədədə inkişaf üçün əlverişli zəmin yaratdı. Ölkə daxilində istehsal və xammal

Úàùàíýèð Ùöñåéí ßôøàð

82

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 3012M.H.Qüddusi. Nadir şah, s. 49.

Page 84: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

qıtlığı yeni yolların, bazarların əldə edilməsini tələb edirdi. Rusiya sə-nayesinin xammalla təmin edilməsi zəruriliyi Azərbaycana – Xəzəryanıərazilərə Rusiyanın marağını artırırdı. Rusiyanın böyük maraq göstərdiyiipək istehsalının mərkəzləşdiyi Azərbaycan Rusiyanın maraq dairəsindəidi. Həmçinin Rusiya Xəzər dənizini daxili dənizə çevirmək üçün işğalçılıqplanları qururdu. I Pyotr 1722-ci ildə Həştərxana qoşun toplayıb Kartli çarıVI Vaxtanqın yanına nümayəndələrini göndərdi və ona Xəzəryanı əraziləri– Dərbənd, Bakı, Lənkəran istiqamətinə hücuma keçmək niyyətini bildirib,gürcülərin də ona kömək etməsini tələb etdi. Kartli çarı Vaxtanq da Şirvanadoğru hərəkətə başladı. I Pyotr Dərbəndi ələ keçirtdikdən sonra Şamaxıyadoğru hərəkət edəcək gürcü, erməni qoşunları ilə birləşərək, Azərbaycanərazilərinin işğalını başa çatdıracaqdı. Səfəvi dövlətinin qüvvələri bu hücu-mun qarşısını almağa bəs etmirdi. Rusların Qafqaza yürüş xəbərini alankimi ermənilər Qafanda və Qarabağda qiyam qaldırdılar. Gəncə bəylərbəyi -liyinə itaətsizliklərini bildirdilər. Ermənilər Şamaxını ələ keçirəcək rusqoşunları ilə birləşməyi, sonra ruslarla Gəncəni və Qarabağı işğal altına al-mağı arzu edirdilər. Bu planın həyata keçirilməsi üçün ermənilərin nəzarətialtında 40 minlik silahlı dəstənin olması iddia edilir.1 Ermənilərin buniyyətlərindən məharətlə istifadə edən I Pyotr 1716-cı ildə erməni Manas-tiqranyansı Qandazar və Eçmiədzin monastırlarına göndərdi və onun va-sitəsilə həm kəşfiyyat məlumatlarının toplanmasına, həm də ermənilərinSəfəvi dövlətinə qarşı qiyam qaldırmalarına cəhd göstərdi. Eçmiədzin kata-likosu Rusiya hərbi qüvvələrinə kəşfiyyat məlumatları göndərəcəyini vədetdi. Hətta ermənilər rusların Xəzərboyu vilayətlərinə hücum xəbərinialdıqda Rusiya qoşunlarına kömək üçün 60 min pud taxıl, 10 min baş öküztopladılar.2 I Pyotr Şərqi Qafqazda gürcü, erməni çarlığı yaratmaq istəyirdi.Bu çarlıq, əslində, Azərbaycan ərazilərini də əhatə etməli idi. Nəzərdə tu-tulurdu ki, həmin çarlığın ərazisindən bütün yerli əhali çıxarılsın. 1721-ciildə gürcü çarı Vaxtanq rəsmən Rusiya hakimiyyətini tanıdığını bildirdi.Bu tarixi şəraitdən istifadə edən rus qoşunları 1722-ci il avqustun 22-dəDərbəndə daxil oldu. Bu qədim şəhər rus qoşunlarının nəzarəti altına düşdü.Hətta Xəzərboyu ərazini tutmaq, Rəştə qədər gedib çıxmaq üçün 1722-ci

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

83

1M.Süleymanov. Nadir şah, s. 98.2Yenə orada.

Page 85: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

il noyabrın 4-də Həştərxandan rus donanması hərəkətə keçdi. I Pyotr özübu donanmanın Həştərxandan yola salınmasında iştirak etdi. TezlikləSirovun rəhbərlik etdiyi rus ordusu Xəzər sahilləri – Bakı, Lənkəran, Gilanərazilərini tutmaqla Rəşt şəhərinə gəlib çatdı. Artıq Şah sultan Hüseyntaxtdan salınmış, İsfahan şəhəri də əfqanlar tərəfindən zəbt edilmişdi.Rusiya qoşunları komandanı M.Matyuşkin 1723-cü il iyulun 28-də Bakınıda zəbt etdi. Bakını tutmaqla ruslar Xəzərin qərb sahillərində özmövqelərini xeyli möhkəmləndirdilər. Tezliklə Salyan da rus qoşunlarıtərəfində zəbt olundu. I Pyotr Bakının işğal edilməsindən xeyli şad oldu,həm Bakıda, həm də Peterburqda bununla bağlı yaylım atəşləri atıldı. IPyotr Bakı neftinə böyük maraq göstərirdi. 1723-cü il sentyabr ayının 23-dəRusiya ilə Səfəvi dövləti arasında İsmayıl bəyin şəxsində 5 maddədən ibarətmüqavilə imzalandı. Müqavilənin 1-ci maddəsinə əsasən Rusiya çarı sözverirdi ki, əfqanların ölkədən qovulmasında Səfəvi dövlətinə köməkedəcək. 2-ci maddəyə əsasən həmin bu köməyin əvəzində Dərbənd, Bakı,həmçinin Gilan, Mazandaran və Astrabad vilayətləri birdəfəlik Rusiyayabağışlanılsın. 3-cü maddədə nəzərdə tutulurdu ki, Səfəvi dövləti rus hər-biçilərini atlar və digər hərbi təchizatla təmin etsin. 4-cü maddədə gös tə ri -lirdi ki, hər iki ölkə arasında daimi dostluq əlaqələri bərpa olunur və hər 2ölkənin əhalisi qarşılıqlı surətdə səfər etmək istədikləri vaxt digər ölkədəyaşamaq hüququ qazanırlar. 5-ci maddəyə əsasən isə müqaviləni imzalayanölkələrdən birinin dostu və ya düşməni o biri ölkənin dostu və ya düşmənihesab olunmalı idi.1 Lakin bu müqavilə Təhmasib Mirzə tərəfindən qəbuledilmədi, ancaq buna baxmayaraq, rus çarı tezliklə bu müqavilənin qəbulolunacağına əmin olub, işğal etdiyi ərazilərdə möhkəmlənməyə başladı.Artıq Gilanda rusların 6 piyada taboru, don kazaklarından ibarət don kazak -ları, gürcü və ermənilərdən ibarət bir neçə bölüyü var idi. 1724-cü ilinyayında Rusiyanın Xəzərboyu vilayətlərdə işğal etdiyi ərazilər Rusiyanınmülkiyyəti kimi tanındı. Rus çarı xristianlığın himayəçisi adı altında er-məniləri hər bir vasitə ilə tutduqları ərazilərdə məskunlaşmağa təşviq edirdi.Hətta ermənilərə söz vermişdilər ki, ermənilərin bu ərazidə məskunlaşmasıkütləvi xarakter alarsa, onda həmin vilayətlərin yerli əhalisi başqa yerəköçməyə məcbur ediləcəkdir. 1724-cü ilin sonlarında general M.Matyuşkin

Úàùàíýèð Ùöñåéí ßôøàð

84

1M.Süleymanov. Nadir şah, s. 99.

Page 86: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ermənilərin Xəzəryanı vilayətlərə köçürülməsinin təmin edilməsi ilə bağlıçar fərmanını aldı. Fərmanda göstərilirdi ki, ermənilər Bakı, Dərbənd, Gilanvə Mazandarana köçən kimi onlara yardım göstərilsin, məskunlaşmaq üçünmünasib yerlər ayrılsın və yerli əhali onlara qeyri-səmimi münasibət gös -tərsə, öz yerlərindən digər yerlərə köçürülsün. Rusiyanın məqsədi Azər-baycanın şərq hissəsini, o cümlədən Gilan vilayətini də əldə saxlamaq idi.

Beləliklə, Təhmasib Mirzə Azərbaycanın Xəzərboyu ərazilərininRusiya imperiyasına qatılmasına şərait yaratdı və tezliklə əfqanlar İsfahanıtutmaqla Şah Hüseyni hakimiyyətdən devirdilər. Osmanlılar ilə aparılanuğursuz müharibədə isə demək olar ki, Azərbaycanın qərb hissəsi tamamiləosmanlıların nəzarətinə keçdi. Nadirin belə bir məqamda hakimiyyətəgəlişi, tezliklə əfqanları geri otuzdurması, osmanlılarla müharibə edib, tut-duqları ərazilərdən çıxarılması və ruslarla aparılan danışıqlar vasitəsilə1732-ci il yanvarın 21-də Rəştdə sülh müqaviləsinin imzalanması ilə bitdi.Bu müqavilənin şərtlərinə görə, Xəzərsahili vilayətlər yenidən İrana qay-tarıldı. 1732-1733-cü illərdə Gilanda güclü vəba xəstəliyi olduğundan rusçarı qoşunlarını Rəştdən çıxarmaq məcburiyyətində qaldı. Artıq NadirƏfşarın qorxusundan rus qoşunları 5 ay müddətində müqaviləyə əsasənzəbt etdikləri Xəzərboyu əraziləri boşaltmağı öhdələrinə götürdülər. TəkcəKür çayının şimalı rusların əlində qalırdı. Müqavilənin şərtinə görə, indikiErmənistan, Gürcüstan və Azərbaycan ərazilərindən osmanlılar çıxarıldıqdarusların da həmin ərazidən çıxmaları barəsində müqavilə imzalandı. Müqa -vi ləyə əsasən rus tacirlərinə İranda, İran tacirlərinə isə Rusiyada azadticarətə icazə verildi. İran və Rusiya bir-birlərində siyasi nümayəndəliklərtəşkil etdilər. Nadirin vəkilidövlət (naib) olması xəbəri Peterburqda yaxşıqarşılandı. Rusiya dövləti artıq Səfəvilər sülaləsinə son qoyulacağını vəNadirin osmanlıları İran, Azərbaycan ərazisindən çıxaracaqlarına əminoldular. Nadir dərhal Osmanlı Türkiyəsinə, Hindistana və Rusiyaya səfirlərgöndərdi. İranda baş verən hadisələri (Təhmasibin hakimiyyətdən kə-narlaşdırılmasını) onlara çatdırdılar. Beləliklə, Nadirin apardığı hərbi,siyasi, diplomatik səylər nəticəsində I Pyotrun zamanında tutulmuş Azər-baycan, İran əraziləri rus qoşunlarından azad edildi. Həmçinin rus səfiriQolitsin ilə belə bir dostluq müqaviləsi də bağlandı ki, hər iki ölkə Osmanlıdövlətinin hücumuna məruz qalsa, Osmanlı dövlətinə müharibə elan etsin.Hətta Qolitsin söz verdi ki, İran Osmanlı dövləti arasında müharibədə Rus

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

85

Page 87: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

dövləti İrana yaxından kömək edəcəkdir. Nadir onun cavabında təşəkküredib, dedi: «Əgər İranla Osmanlı arasında müharibə baş versə, biz istərdikki, heç kimin köməyi olmadan düşməni özümüz diz çökdürək. Əgər İranKonstantinopola (İstanbula) gedib çıxsa, onda Rusiya da ayrı yerdən hücumedə bilər». Rus dövləti İran ilə belə bir müqavilə bağladığına görə İran or-dusunun osmanlıları öz ərazisindən, yəni indiki Ermənistan, Gürcüstan,Azərbaycan ərazilərindən çıxartdığı təqdirdə işğal etdikləri bütün Xəzər-boyu əraziləri azad edəcəklərini vəd etdilər. Rusiya 1735-ci ildə sülhmüqaviləsi bağlamağı təklif etdi. Martın 10-u 1735-ci ildə Gəncə yaxın-lığında Rusiya ilə İran arasında yeni müqavilə imzalandı. Bu müqaviləyəəsasən Rusiya Bakını 15 günə, Dərbəndi isə 2 ay müddətində boşaltmalıidi. İran da öz öhdəsinə götürdü ki, Rusiyanın daimi müttəfiqi olsun. Həminəraziləri heç kəsə verməsin. Solak qalası İran ilə Rusiya arasında sərhədelan edilsin. Beləliklə, I Pyotr tərəfindən işğal olunan həmin ərazilər 13ildən sonra Nadirin apardığı düzgün siyasət nəticəsində azad edildi. Russəfiri Kaluşkin Nadir şahın artmaqda olan qüvvəsi qarşısında rus çarınıməlumatlandırdı ki, artıq Nadir şahla əvvəlki qaydada söhbət etməkmümkün deyildir. O öz məlumatında rus çarına yazırdı: «Nadir şahlakeçmişdə olduğu kimi azad söhbət etmək mümkün deyildir. Taleyinin vəbəxtinin ona verdiyi qalibiyyətdən məst olub deyir ki, Hindistanı tutmaqmənim üçün çətin deyildi. Əgər bir ayağımla hərəkət etsəm, Hindistanı,2 aya ğımla hərəkət etsəm, bütün dünyanı tutaram».1 Kaluşkin daha sonrabildirirdi ki, Nadir şahın Rusiyaya yaxşı münasibətdə olmasına axiradəkinanmaq olmaz. Beləliklə, çar Rusiyası nəinki işğal etdikləri Azərbaycantorpaqlarından, ümumiyyətlə, Dağıstan və Şimali Qafqaz vilayətlərindənNadirin qorxusundan geri çəkildilər. Hətta bu münasibətdən irəliləyərəkNadirin ölümündən 60 il müddətinədək zəbt edə bilmədilər. Nadir şahınhakimiyyət illərində Rusiya ilə aparılan diplomatik əlaqələr bərpa olunduvə onun apardığı siyasət nəticəsində Rusiya Əfşarlar dövlətinə qarşı heçbir qərəzçilik aparmadı. Hətta bu münasibətdən irəliləyərək Nadir Hindis-tanda qələbə çaldıqdan sonra 1740-cı ildə Rus çarı Anna İvanovnayahədiyyə olaraq 120 min reallıq ləl-cəvahirat və qiymətli taxt göndərdi2 (Butaxt Sankt-Peterburqda Ermitajda saxlanılır).

Úàùàíýèð Ùöñåéí ßôøàð

86

1M.H.Qüddusi. Nadir şah, s. 50.1M.Süleymanov. Göstərilən əsəri, s. 100

Page 88: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Amma Fətəli şah Qacarın hakimiyyəti dövründə yenidən aparılan ağıl-sız siyasət nəticəsində ruslar 1828-ci ildə Şimali Azərbaycanı işğal etdilərvə həmin dövrdən Azərbaycan iki hissəyə bölündü.

Osmanlı imperiyası ilə diplomatik münasibətlərXVIII əsrin əvvəllərində Səfəvi dövlətinin böhranını dərinləşdirən və

onun ərazilərinin parçalanmasını sürətləndirən amillərdən biri də Səfəvi–Osmanlı münasibətləri idi. Əslində, bölgədə formalaşmış olan beynəlxalqmünasibətlər Osmanlı dövlətindən müəyyən qarşılayıcı tədbirlərin həyatakeçirilməsini tələb edirdi. Səfəvi dövlətinin zəifləməsi, şərqdən əfqanların,şimaldan rusların Səfəvi ərazilərini işğal etməsi osmanlılara da Səfəvidövlətinin qərb sərhədləri boyunca daha fəal siyasət yeritməyə imkanverirdi. Həmçinin Osmanlı dövləti Şimali Qafqazda yaşayan sünni məz hə -binə aid olan xalqlarla birləşib, həmin ərazilərdə möhkəmlənməyə çalışırdı.Həmin dövrlərdə I Pyotr hər vəchlə Şimali Qafqazın dağlı xalqlarınınəzarəti altında saxlamaq və Xəzərboyu əraziləri zəbt etmək niyyətində idi.Həmin dövrlərdə Rusiya şimal istiqamətində Polşa və Avstriya ilə dəmüharibə aparırdı. Hətta Lokkartın qənaətinə görə, Rusiya cənub is-tiqamətində işğalçılıq siyasətinə başlamasaydı, ola bilsin ki, osmanlılarSəfəvi dövlətinin sərhədini aşmazdı. Təbii ki, bunlar mülahizə olsa da,Səfəvi dövlətinin aciz və səriştəsiz şahı II Təhmasib belə bir imkanı os-manlılara da vermişdi. Osmanlı bu imkanlardan istifadə edib, Cənubi Qaf -qazın Şirvan bölgəsini, Gəncə, Gürcüstan, Kartli, İrəvan, Təbriz əraziləriniişğal etmişdi. 1722-ci ildə Osmanlı dövləti Cənubi Qafqazı işğal etməkniyyətini xeyli artırdı. Şimali Qafqaz ərazisində Hacı Davud Krım xanısəviyyəsində səlahiyyətlərə malik oldu. Hətta 1724-cü il iyunun 27-də Os-manlı dövləti ilə Rusiya dövləti arasında Səfəvi dövlətinin ərazilərininbölüşdürülməsi üzrə müqavilə imzalandı. Müqavilə şərtləri əsasən 6 mad-dədən və bir neçə qeyddən ibarət idi. Müqaviləyə əsasən osmanlılar ruslarınsərhədləri Dağıstan sərhəd xəttinin Xəzər dənizi boyundan, Dərbəndərazisindən keçməklə, Şamaxıdan Kür və Araz çayının qovşağına qədəruzanmalıydı. Hətta müqavilədə Fransa dövlətinin vasitəçiliyi ilə sərhədxətlərinin dəqiqləşdiriləcəyi barəsində də razılığa gəlindi. İkinci maddəyəəsasən Şamaxı və İrəvan mərkəzində istehkamlar tikilməli, qarnizonlar

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

87

Page 89: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

saxlanılmalı idi. 3-cü maddəyə görə, İran və Osmanlı arasındakı sərhədKür və Araz çaylarının qovuşacağından başlanmalı, Ərdəbilin 3 milliyindənkeçməklə, Həmədan və Kirmanşaha qədər uzanmalı idi. 4-cü maddədə çarRusiyası Təhmasib Mirzə ilə bağladığı müqaviləyə əsasən onu göstərilənəraziləri Osmanlı dövlətinə verməyə məcbur edəcəkdi. Əgər II Şah Təh-masib irəli sürülən şərtlə razılaşmayacaqdısa, Osmanlı dövləti ilə Rusiyabirlikdə onlara aid edilən ərazilərin ələ keçirilməsini təmin etməli idilər.Bundan sonra İranın qalan əraziləri, yəni şimal-şərq hissəsi Rusiyanın,şimal-qərb hissəsi isə osmanlıların idarəçiliyinə verilməli idi. 5-ci maddəyəgörə, II Şah Təhmasib həmin əraziləri Osmanlıya verdiyi təqdirdə Osmanlıdövləti onu Səfəvi şahı kimi qəbul edəcəyini, lazımi köməklik edəcəyinivə əfqanlara qarşı ona yardım olunacağını nəzərdə tuturdu. 6-cı maddədəisə deyilirdi ki, Təhmasib irəli sürülən şərtlər ilə razılaşmasa, Osmanlı vəRusiya dövləti onlara aid olan əraziləri tutduqdan sonra İran daxilində asa -yişi bərpa edəcəklər. Ölkə taxtına o adam gətirilməli idi ki, həmin şəxsdövləti müstəqil şəkildə idarə etmək qabiliyyətinə malik olsun. II Şah Təh-masib ata-babalarının yaratdığı böyük dövlətin başqa dövlətlər tərəfindənbölüşdürülməsini görsə də, bu mənzərəni müşahidə etməkdən başqa çarəsiyox idi. Müqavilə imzalandıqdan sonra Bağdad hakimi Əhməd paşanın ko-mandanlığı altında Osmanlı ordusu Həmədana göndərildi. Tezliklə Həmə-dan Osmanlılar tərəfindən tutuldu. 1725-ci ildə Təbriz işğal edildi.Nax çıvan, Ordubad, Marağa, Xoy, Mərənd və s. ərazilər Osmanlının tərki -binə qatıldı. 1727-ci ilin axırlarına qədər Osmanlı qoşunları Səfəvi dövlə-tinin ərazisini tutmuş əfqanları bir qədər geri otuzdurub, Zəncan, Xilistanvə bir sıra əyalətləri əfqanlardan təmizlədilər, lakin Sultaniyyə, Əhər,Tehran və onların ətrafı əfqanlara verildi. 1728-ci ildə Əfqan Əşrəfin qoşun-ları II Təhmasibin qoşunlarını məğlub etdi. Demək olar ki, Səfəvi xanə-danlığı Şah Təhmasibin dövründə tamamilə uğursuzluğa düçar oldu.1 Təbiibelə bir vaxtda Nadirin Təhmasibi hakimiyyətdən kənarlaşdırması Səfəvidövlətini dağılmaqdan xilas etdi. Nadir az müddət ərzində rus qoşunlarınıAzərbaycanın şimal-şərq hissəsindən cıxardı, əfqan qoşunlarını geri otuz-durdu. Osmanlı ilə bağlanmış müqaviləni ləğv edərək zəbt olunmuş tor-

Úàùàíýèð Ùöñåéí ßôøàð

88

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 99

Page 90: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

paqları Osmanlı dövlətindən azad etdi. Həmçinin Nadir Osmanlı dövlətiilə diplomatik əlaqələr yaradıb, məzhəb ayrılığı haqqındakı fikirlərinielçilər vasitəsilə İstanbula göndərdi. Osmanlı sultanı onun məzhəb ayrılığıfikirlərini qəbul etmədikdə Osmanlı münasibəti yenidən kəskinləşdi. Nadirisə bundan məharətlə istifadə edib, İran İraqında (həmin zamanlarda həminərazilər də osmanlılar tərəfindən idarə olunurdu) bir sıra hərbi əməliyyatlarkeçirdib, bu ərazilərdən də osmanlıları çıxartdı və Bağdada qədər irəlilədi.Nadir şah Dağıstan yürüşündə olarkən, Osmanlı sarayından onun yanınaelçilər gəldi. 1742-ci ilin yanvarında İstanbul elçiləri Münif əfəndi və NəzifMustafa əfəndi müftiləri Nadirin sarayına gəldilər. Nadirin bir sıra tək-liflərini Osmanlı sultanlığı qəbul etsə də, Cəfəri məzhəbinin tanınmağınamənfi cavab verildi. Təbii, bu Nadir şahı xeyli mütəəssir etdi. Öz qoşun-larını Dağıstandan geri çəkib, yeni müharibə başlamaq üçün Osmanlısərhədlərinə doğru irəlilədi. Nadir şah anlayırdı ki, bir millət arasında olanbu məzhəb ayrılığı həll olunmayınca bu iki dövlət arasında əsrlərlə davamedən müharibələr yenidən davam edəcəkdir. Həmçinin Avropa dövlətlərivə Rusiya bu məzhəb ayrılığından istifadə edib, ya osmanlılardan, ya daİran dövlətindən öz mənafeləri üçün istifadə etməklə, təbii, orta əsrlərdəzəngin dövlət olan Hindistana gedən yolda bu iki dövləti sarsıtmaq və on-ların torpaqlarını ələ keçirtmək istəyirdilər. Hətta I Pyotr İran ilə Osmanlıdövləti arasında bu müharibələrin daim qızışdırılmasını təbliğ etmiş, İstan-bulun zəbtini, həmçinin Hindistan yolunu təmizləyib, Hind okeanına çıxmayollarını öz gələcək sələflərinə vəsiyyət etmişdir.1

Nadirin öz dövrünün böyük diplomatik dühaları bir daha onu təsdiqedir ki, Nadir uzun əsrlər boyu davam edən bu məzhəb ayrılığını aradanqaldırmaq, osmanlılarla birləşib böyük bir Turan dövləti yaratmaq, dünyadaolan İslam aləmini birləşdirmək ideyasını qarşısına məqsəd qoymuşdu.Təəssüflər olsun ki, Osmanlı dövləti onun bu təklifini qəbul etməməkləhəm özlərini, həm də İran–Azərbaycan Əfşar dövlətinin taleyini qorxu al-tına saldı. Bunun nəticəsi olaraq, elə bu günün özünə qədər də, vurğu-ladığım kimi, bu dövlətlər arasında birlik əmələ gələ bilməyib. XIX əsrinəvvəllərində Əfşar dövlətinin süqutu tezliklə Azərbaycanın parçalanmasına

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

89

1Pyotrun vəsiyyəti. «Aydınlıq» qəzeti, yanvar, 1991.

Page 91: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

gətirib çıxartdı və XX əsrin əvvəllərində isə Osmanlı imperiyası da dağıldı.Nadir şah hakimiyyətdə olduğu illərdə, vurğuladığım kimi, osmanlılar

ilə də sülh müqaviləsi bağlayıb, diplomatik əlaqələri qura bildi. Hər iki mil-lət arasında olan məzhəb ayrılığına baxmayaraq, bu iki ölkə arasındakımüharibələri aradan qaldıra bildi. Nadir şah nəinki Osmanlı Türkiyəsi ilə,yuxarıda vurğuladığım kimi, çar Rusiyası, Hindistan kimi dövlətlərlə dəöz gücü və siyasəti ilə davranmağı bacarıb, hər iki ölkənin işğalçılıq vəonun dövlətinə qarşı törədilə biləcək gələcək işğalçılıq səylərini aradanqaldırdı. Hindistanı zəbt etməklə, onun 250 illik xəzinəsini ələ keçirtdi.Hindistan şahı Məhəmmədi özünə tabe etdirib, onun şahlığına toxunmadanHindistan tacını ona qaytarıb, həmin dövrlərdə Hindistan kimi nəhəng birdövlətin ərazisinin üçdə bir hissəsini, yuxarıda qeyd etdiyim kimi, xəzi -nəsini, elmi ədəbiyyatını və məşhur şəxslərini İrana gətirməklə İran – Azər-baycan mədəniyyətini həmin dövrlər üçün xeyli qabağa apardı.

Türküstanla olan münasibətlərOrta əsrlərdə Türküstan deyilən ərazidə çox möhtəşəm dövlətçilik

ənənələri var idi. Çingiz xan, Teymurləng imperiyasının ənənələri OrtaAsiya Türküstan ərazisində çox qüvvətli idi.

Ümumiyyətlə, Nadir şah qurduğu Əfşar imperiyasının ərazisində çoxciddi qayda-qanunlar bərqərar etdi. Yerli hakimlərin hüquqlarını saxlamaqlahəmin ərazilərdə özünün qoşun dəstələrini yaradırdı. Həmin qoşun dəstələrivasitəsilə pozuculuq işləri aparan və qayda-qanunlara itaət etməyənlər çoxciddi cəzalandırılırdı. Nadir imperiyası altında olan ərazilərdə hərc-mərclikaradan qaldırılır, yerli iqtisadiyyat, sənaye və kənd təsərrüfatı inkişaf et-dirilir və bunun da sayəsində əhalinin güzəranı sabitləşirdi. Orta AsiyanınNadir imperiyasına qatılması onları rus işğallarından da mühafizə etdi.Beləliklə, Nadirin böyük bir imperiyası onun hərbi istedadı və təşkilatçılıqqabiliyyəti nəticəsində idarə olunurdu. Bəzi ərazilərdə qiyamlar və üsyanlarbaş qaldırsa da, həmin üsyanlar tezliklə Nadir qoşunları tərəfindənyatırılırdı. Nadirin apardığı diplomatik uğurları nəticəsində həm Hindistan,Əfqanıstan, Türküstan, Şimali Qafqaz, Rusiya, Osmanlı imperiyası və Ərəbşərqi dövlətləri ilə, həm də Avropanın bir sıra ingilis, fransız, holland vəPortuqaliya şirkətləri ilə də diplomatik münasibətlər saxlanılırdı.

Úàùàíýèð Ùöñåéí ßôøàð

90

Page 92: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

P.S. Ümumiyyətlə, Nadir şahın hərbi uğurları ilə bahəm onun diplo-matik fəaliyyəti də Orta əsrlərdə çox böyük Nadir Əfşar dövləti üçün önəmdaşımışdır. Onun Əfşar dövləti dünyanın ən aparıcı və qüdrətli dövlət lə -rindən biri idi. Onunla nəinki qonşu dövlətlər, Avropa və yaxın Asiyadövlətləri hesablaşır, həmçinin diplomatik, iqtisadi və ticarət əlaqələri qu-rurdular.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

91

Page 93: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

IV FƏSİL

NADİR ŞAHIN HƏRBİ YÜRÜŞLƏRİ, ORDU VƏ DONANMA QURUCULUĞU

Nadir şah güclü döyüşçü, böyük qüdrət sahibi idi.Vəhşət yaradan talançılara, pisniyyətli yadelli qoşunlaraqorxu gətirirdi. O, vətəninin düşmənlərinə qənim kəsil -mişdi və dövlətinə ləyaqətlə padşahlıq edirdi.

Napoleon Bonapart

4.1. Nadir şahın hərbi yürüşləri

Í adir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belindəkeçirib, xarici işğalçılara və daxili separatçılara (xainlərə) qarşı

120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azındaməğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinəo, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəmhazırlıqla hücuma keçib, düşmənlərinin dərsini vermişdir. Nadir şah tarixi -nin hər səhifəsi Azərbaycanın fəxridir. O, vətəni xarici işğalçılardan və onudaxildən parçalamaq istəyən xainlərdən qəhrəmanlıqla qorumuşdur. Özdövrünün hərtərəfli çətinliklərinə baxmayaraq, bu misilsiz sərkərdə özpolad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsizrəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb,daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi. Onun ordusundapolad intizam var idi. Nadir şahın ordusunda yalan danışanın, özbaşınalıq,oğurluq edənin və əmri yerinə yetirməyənlərin cəzası ölüm idi. Nadir şahınəmri güllə qədər təsirli idi. O, həmişə cəbhədə əsgərlərin yanında olurdu.Onlarla bir yeyib, bir yatırdı. Nadir şahın sözü qanun idi.

230 ildən artıq İranda hökmranlıq edən, XVIII əsrin əvvəllərində dağıl-maqda olan Səfəvilər dövlətini Nadir şah yenidən bərpa etdi. Bütün xariciişğalçıları (əfqanları, özbəkləri, çar Rusiyasını, Osmanlı imperiyasını)ölkədən çıxartdı. Daxili qiyamçıları aradan götürüb, qüdrətli bir dövlət

Úàùàíýèð Ùöñåéí ßôøàð

92

Page 94: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

yaratdı. Ərazisini 2də fədən artıq geniş -lən dirdi. Nadir uşaq -lıq da qardaşı İbra him-lə əsirlikdən qaçıb,Əbivərdə gəlir. Həmintarixdə Kelat hakimiBaba Əlibəyin mü da -fiə dəstəsində özbəkbasqınçılarına qarşımü barizəyə başlayır.Nadir qüvvətli və zi -rək olduğu üçün BabaƏlibəy bir çox işləriniona tapşırmışdı. O dahəmin işlərin öhdəsindən bacarıqla gəlirdi və ləyaqətlə hər bir işi yerinəyetirirdi. 1715-1719-cu illərdə özbək və yamut yol kəsənləri Əbəvərdəbasqın etdilər. Nadirin başçılığı ilə onların hücumları dəf edildi və ölkədənqovulub, çıxardıldı. Bu, Nadirin ilk kiçik qələbəsi idi. Bu müvəffəqiyyətdənsonra Nadir başına silahlı qüvvə toplamağa başladı. Artıq o, anlayırdı ki,onun qüvvəsi olmasa, düşmənlər onun torpağını yenidən zəbt edə bilərlər.

Nadirin əfqanlara qarşı mübarizəsi və ölkənin şimal-şərq

hissəsinin yadellilərdən təmizlənməsi

Dörd ilə yaxın Nadirin dəstəsi özbəklərlə mübarizə apardı. Onları özərazilərindən qovub çıxartdı və özbəklər bir daha əfşar elinə hücum et-məkdən çəkindilər. Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719-1720-ci illərdə Nadir Kelata hücum etdi və oranı tutdu. Kelat qalasınınhakimini və onun qoşunlarını əsir aldı. Beləliklə, Nadirin şöhrəti bütün Xo-rasana və Türküstana yayıldı. O, Kelat qalasını qoşununun mərkəzi qərar-gahı elan etdi. Tezliklə müxtəlif tayfalar, o cümlədən Təhmasib bəy VəkilCəlayir, Məmmədəli bəy, Tərxan bəy, onlardan əlavə əmirli və gündüzlütayfaları da Nadirin dəstəsi ilə birləşdilər. Tezliklə o, Məlikmahmud adlıböyük tayfa başçısını məğlub edərək, şiələrin dini mərkəzi – Məşhəd

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

93

Nadir şah uğrunda vuruşduğu bölgələrdən bir qismi

Page 95: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

şəhərini, daha sonra Nişapur deyilən ərazini də öz ərazisi ilə birləşdirdi.Daha sonra o, Nisa, Miyap, Kəpkan, Mərv və Səpxəş ərazilərini, ona tabe ol -maqdan imtina edən bütün tayfaları Quzğan adlı müharibə ilə özünə tabe etdi.

1726-cı ildə Nadirin şücaətləri haqqında eşidən II Şah Təhmasib MirzəNadiri Əbivərdə hakim təyin etdi. Daha sonra Nadirin qoşunları Təhmasibşahın qoşunları ilə birləşdi və Təhmasib şahın müşaviri oldu. Tezliklə MəlikMahmudun ardınca o dövrdə şahlığa can atan Fətəli xan Qacar da Nadirilə birləşən Təhmasib şah tərəfindən öldürüldü. Nadir Mərv tatarlarınınqiyamını yatırtdı, Qayəndə iğtişaş törədən Məlik Mahmudun oğlu MəlikGülbəli və Hüseyn Sultan da onlara təslim oldular. Tezliklə Nadir 1727-ciildə Bağdaddakı (İranın şimal-qərbində yerləşir) əfqan yadelliləri vəqiyamçılarını qılıncdan keçirtdi. Nadir 500 nəfərlə 4 gün içərisində əfqan-ların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar Herata doğru geri çəkildilər.1

Nadirin bu uğurları Təhmasib Mirzənin ona qarşı qısqanclığına səbəb oldu.Təhmasib Mirzə Nadiri aradan götürmək üçün ona qarşı bir sıra təxribatlarhazırladı, lakin Nadirin gücü qarşısında çarəsiz qalıb, Nadir ilə sazişə gəldi.Təhmasib Mirzə isə aparmış olduğu səriştəsiz siyasəti nəticəsində bir sıramüvəffəqiyyətsizliklərə düçar oldu. Ölkənin bir sıra əyalətlərində Təhma-sibə qarşı üsyanlar baş qaldırdı. Artıq İranın xeyli ərazisi – şimal-şərqdənDərbənd, Bakı, Salyan, Gilan, Rəşt ruslar tərəfindən, şimal-qərb hissəsi isəOsmanlı dövləti tərəfindən zəbt olunmuşdu. Əfqanlar isə İranın şimal-şərqhissəsini təmamilə tutmuşdular. Belə bir çətin vəziyyətdə Nadir üç is-tiqamətdə mübarizə aparıb, yadelli düşmənləri ölkədən çıxartmağa səygöstərirdi. O, 1729-cu ildə əfqanları Bəstanda, Mehmandüştanda, Xardərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhəriniəfqanlardan təmizlədi. Uzun illərdi İsfahan əfqanların nəzarəti altında idi.Nadir Təhmasib şahı İsfahana dəvət etdi. Təhmasib Mirzə 30 noyabr1729-cu ildə İsfahana gəldi, İsfahan əfqanların hücumundan əvvəl İranınpaytaxtı sayılırdı. Əfqanlar bu şəhəri tutmaqla İranın şərq hissəsini ələkeçirtmişdilər. Nadirin bu qələbəsi onun nüfuzunu ölkədə daha da artırdı.Və tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağınetdi. Əfqan ordusunun başçısı Əşrəf xan Sistan şəhərində öldürüldü. Serj

Úàùàíýèð Ùöñåéí ßôøàð

94

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 102.

Page 96: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Jon Malkonun yazdı ğına görə, İbrahim xan Əşrəfin başını onun qolundaolan bir böyük almazla birgə Nadirə göndərdi.1 Əşrəfin öldürülməsi iləəfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı, bu Nadirin böyük şücaətiidi. Uzun illər əfqanlar, demək olar ki, İranın şərq əyalətlərini tutmuşdular.Əfqanlar 7 illik hakimiyyətləri dövründə 2 milyondan yuxarı adam öldür-müş, şəhərləri, kəndləri viran etmişdilər. Nadir bu qələbəsindən sonra os-manlılarla mübarizəyə başladı. Əfqanlar bir neçə dəfə yenidən həminərazilərə hücum etmək istəsələr də, Nadir tərəfindən qəti məğlubiyyətəuğradıldı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələritamamilə darmadağın edildi. Nadir Qəndahar şəhərini tutmaqla İran or-dusunun şərəfini və eyni zamanda İranın əldən getmiş torpaqlarını geriqaytardı. Hətta İsfahanın işğalı nəticəsində şah Sultan Hüseynin hərəm -xanası da əfqanların əlinə keçmişdi. II Şah Təhmasib İsfahana qayıdandaəsirlikdə olan anasını da azad edə bildi.2

Fars körfəzi ərazisi osmanlılar tərəfindən zəbt olunmuşdu. Nadirəfqanları darmadağın etdikdən sonra Fars körfəzini osmanlılardan geri aldı.O, tezliklə Oman, Məsrək və Bəhreyni İran ilə birləşdirdi. 1736-1737-ciillərdə Omanda üsyan baş verdi. Oman sultanının oğlu İman Seyfinüsyançıların öhdəsindən gələ bilməyib, Nadir şahdan kömək istədi. Nadirbu xahişi məmnuniyyətlə qəbul etdi. O, Oman, Məsrək və Bəhreyni İranabirləşdirib, Fars körfəzini və Oman körfəzinin ərazilərini İran dövlətininərazisinə qatdı. Artıq Nadir şah Fars körfəzində də hərbi donanmasını yarat-mışdı. Tezliklə İranın cənub-şərq ərazisi bütün yadelli qoşunlardan təmiz -ləndi. İranla şərq istiqamətində qonşu olan Hindistanda Məhəmməd şahhökmranlıq edirdi. Dəfələrlə Nadir şah Məhəmməd şaha xəbərdarlıq etdiki, sərhədlərini əfqanların üzünə bağlasın, belə ki, əfqanlar İsfahanda Nadirşah tərəfindən darmadağın edildikdən sonra onlar Hindistan ərazisində giz -lənib İran torpaqlarına hücum hazırlayırdılar.

Nadir əfqanları Şirazdan çıxartdıqdan sonra 1729-cu ilin mart ayındaŞirazda qalib gələrək, oranın abadlığı ilə məşğul oldu. Şəhər, demək olarki, əfqanlar tərəfindən müharibə vaxtında darmadağın edilmişdi. Təhmasib

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

95

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 103.2Yenə orada, s. 103.

Page 97: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

şah Şirazın fəthi münasibəti ilə Nadirə cəvahir ilə bəzənmiş 30 dəst qiymətlixalat bağışladı və bundan sonra Nadir böyük şadyanalıq etdi. Təhmasibşahın qızını oğlu Rzaqulu ilə evləndirdi, 7 gün, 7 gecə toy-büsatı quruldu.1

Osmanlı dövləti ilə müharibəOsmanlılar Təhmasib şahla müharibədə tutduqları Azərbaycan tor-

paqlarını geri qaytarmaq istəmirdilər. Nadir 1730-cu ilin mart ayında 25min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətənNəhavənddə Osmanlı qoşunlarını darmadağın etdi və türk ordusunun başkomandanı Osman paşa Həmədana qaçdı. Nadir irəliləyərək daha sonra 50minlik Osmanlı ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub,Bağdada çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinəkeçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha (Kürdüstana) hücum etdi.Osmanlı ordusunun baş komandanı Həsən paşa Kirmanşahı buraxıb, Həmə-dana qaçdı. Nadir şah Azərbaycanı osmanlılardan təmizləmək üçün Gür-cüstandan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı1730-cu ilin 24 iyulunda İrana rəsmi müharibə elan etdi. Nadir Miyandaba(Kürdüstanda) şəhərində toplaşan Osmanlı qoşunlarına hücum etdi, 100minlik Nadirin qoşunu qarşısında Osmanlı ordusu Marağaya doğru qaçdı.Nadir şah onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azadetdi. Nadir iki gün Marağada qaldıqdan sonra Təbrizi azad etmək üçünTəbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularınıdarmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi.Nadirin dalbadal qələbələri osmanlıları narahat etdi. Osmanlılar elə zənnedirdilər ki, ruslar Nadirə kömək edirlər. O dövrün fransız səfiri ŞevalyeQerqan 1730-cu ildə İsfahandan Fransaya gedərkən yazır: «Bəsrədən Bağ-dada, Hələb darvazalarına qədər hamı Nadir xanın adı gələndə tir-tirəsirdi».2 Bu arada İstanbulda böyük narazılıqlar baş verdi. III Sultan Əhmədhakimiyyətdən getdi. Onun yerinə qardaşı Sultan Mahmud xan hakimiyyətəgəldi. Beləliklə, Osmanlı dövləti İranla müharibədən əl çəkdi. Bu vaxtII Şah Təhmasib Nadirin qələbələrindən qısqanaraq, Nadirə təkcə Xorasanıidarə etməyi tapşırdı. Özü isə 1731-ci ildə osmanlılarla müharibəyə başladı.

Úàùàíýèð Ùöñåéí ßôøàð

96

1M.M.Kazım. Göstərilən əsəri, I c., s 468.2M.H.Qüddusi. Göstərilən əsəri, s. 108.

Page 98: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Onun fikri Azərbaycanın şimal-qərbini türk qoşunlarından azad etmək idi.Lakin II Şah Təhmasibin ordusu Həmədan yaxınlığında Qurcanda osman-lılarla döyüşdə məğlub oldu və yenidən osmanlılar Əli paşanın başçılığı iləAzərbaycana yürüş edib, Təbrizi, Marağanı tutdu. 11 yanvar 1732-ci ildəTəhmasib şah osmanlılar ilə sülh müqaviləsi bağlamalı oldu. Müqaviləyəgörə, Araz çayının şimalı Kirmanşaha qədər türklərə verildi. Şah Təhmasib1732-ci ildə Rusiya ilə də müqavilə bağladı. Artıq Rusiya Dağıstanı,Bakını, Gilanı, Rəşti, Azərbaycanın şərq hissəsini zəbt etmişdi. Nadir şahbunları eşidib, çox bərk qəzəbləndi və o, Herata qayıtdı. Osmanlı sultan-lığına qəti bir xəbərdarlıq göndərdi. Xəbərdarlıqda deyilirdi: «Şah Təhma-sibin müqavilələrinin siyasi qiyməti yoxdur. Ya bütün İran torpağınıqaytarın, ya da müharibəyə hazır olun».1 Həmin xəbərdarlığı Bağdaddaoturan Əhmət paşaya göndərdi. Həmçinin Təhmasib şaha bildirdi ki: «Bumüqavilə ağıllı adamların nəzərində uzaqdan görünən yalan parıltıdanbaşqa bir şey deyildir. Biz bilirik ki, müsəlmanlar arasında bu müqaviləİran xalqının şərəfinə ziddir. Ona görə biz bu müqaviləni rədd edirik».2

Bununla o, Osmanlı dövlətinə müharibə elan etdi və Təhmasibə qarşı mü -xalifətə keçdi. Nadir şah Təhmasibə sifariş göndərdi ki, onunla Qumda, yada Tehranda görüşsün. Artıq rus qoşunları da Gilanı zəbt etmişdilər. Nadirzabitlərin hüzurunda Şah Təhmasibə üzünü tutub soruşdu, niyə o öz vətə -ninə xəyanət edib, bədnam Bağdad, Vərəş müqavilələrini imzalayıb.3 ŞahTəhmasib isə eyşi-işrət ilə məşğul idi, hətta o qədər içmişdi ki, Nadirindediklərinə cavab verə bilmədi. Artıq Təhmasibin ətrafında olan insanlarda Təhmasibin ölkəni idarə edə bilməməsinin şahidi oldular. İsfahan əhalisidə ayağa qalxıb, Şah Təhmasibin hakimiyyətdən getməsini tələb etdilər.8 avqust 1732-ci ildə Nadir Şah Təhmasibi hakimiyyətdən kənarlaşdırıb,8 aylıq III Şah Abbası İran şahı elan edib, özünü onun naibi təyin etdi. Onaverilmiş Təhmasibqulu xan ləqəbini tulladı. Nadirin tapşırığı ilə II Təhma-sib 55 nəfərlik mühafizə dəstəsi ilə Xorasana göndərildi. Tezliklə Nadir1732-ci ildə Kirmanşahı osmanlılardan azad etdi. Daha sonra o, Kərkük vəVan şəhərlərinə hücum edib, osmanlı ordusundan azad etdi. Bağdada doğru

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

97

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 421.2Yenə orada, s. 224.3Yenə orada, s. 421.

Page 99: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

hücuma keçdi, tezliklə o, Kərbəla, Nəcəf və köhnə Bağdad şəhərini tutdu.Osmanlı imperatoru Bağdadın vəziyyətinin çətin olduğunu görüb, görkəmlisərkərdəsi Topal Osman paşanı 100 minlik qoşunla Bağdada göndərdi. Os-manlı ordusu qat-qat Nadirin ordusundan çox idi. Bu döyüşdə Nadirin or-dusu məğlub olsa da, Nadir bu məğlubiyyətdən ruhdan düşməyib, yenidənordu topladı. Topal Osman paşanın ordusunun üzərinə hücuma keçdi, türkordusu geri çəkilməyə başladı. Bu döyüşdə Osman paşa öldürüldü vəyenidən Nadirin qoşunları Nəcəfi, Kərbəlanı tutdular. Osman paşanıncəsədi tabuta qoyulub, Nadirin adamları tərəfindən Bağdadda dəfn edildi.Nadir tezliklə Təbrizi də azad etdi və yenidən 30 minlik ordu ilə Bağdadaqayıtdı. Bir neçə gündən sonra Osmanlı ordusuna rəhbərlik edən Əhmədpaşa Nadirin yanına adam göndərib, sülh müqaviləsi bağlamasını təklif et -di. Tutduqları bütün İran torpaqlarını geri qaytaracaqlarını vəd etdi. 1733-cüilin qışında osmanlılarla sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasənİran əsirləri və işğal olunmuş İran torpaqları geri qaytarıldı. Bundan sonraNadirin qoşunları 1734-cü ilin 21 martında Novruz bayramını Şirazda tən-tənə ilə qeyd etdi və Osmanlı dövlətinə xəbərdarlıq etdi ki, Araz çayınınşimalındakı Azərbaycan torpaqlarını geri qaytarsınlar. Tezliklə Nadir anladıki, Osmanlı dövləti Bağdad sülhünə əsasən Araz çayının şimalında olanAzərbaycan torpaqlarını qaytarmaq istəmir. Belə olduqda Nadir yenidənosmanlılarla müharibəyə hazırlaşdı. Nadir osmanlıların Azərbaycan tor-paqlarını geri qaytarmaq fikrinin olmadığını hiss edib, Rusiya ilə münasi-bətlərini nizama salmaq qərarına gəldi. Bu zaman rus dövləti Şamaxını vəKartlini də zəbt etmək fikrində idi. Nadir bunu hiss edib, 1734-cü ilin 30avqustunda Şamaxıya hücum edib, oranı müqavimətsiz ələ keçirdi. RuslarNadirin qəzəbinə tuş gələcəklərindən qorxuya düşdülər. Nadir rus hökumə-tinin səfiri Kaluşkindən Xəzərboyu əyalətlərdən əl çəkməyi tələb etdi.Nadir Şamaxıya hücum edib (bu taktiki siyasi addım idi) rus dövlətini qor -xuya saldı, həmçinin gürcü çarı VI Vaxtanq Nadirin qorxusundan ruslaraitaət etməkdən əl çəkib, Nadirə itaət etdi. 1735-ci il noyabrın 10-da Gən -cədə bağlanan müqaviləyə əsasən rus qoşunları zəbt etdikləri Xəzəryanıərazini Nadirin hücumundan qorxub tamamilə tərk etdilər. Şirvan xanı isəNadirin qorxusundan Dağıstan dağlarına qaçdı. Çox keçmədi Nadirinqoşunları Kumuku, Qəbələni osmanlılardan azad etdi. Nadir Kumukudağıdıb, Qazıkumlaxı zəbt etdi və Kumuk xanı Surxayın zəngin xəzinəsini

Úàùàíýèð Ùöñåéí ßôøàð

98

Page 100: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

də ələ keçirtdi. Tezliklə o, Car-Tala ləzgilərini də məğlub edib, Gəncə is-tiqamətində hücuma keçdi. Gəncəni mühasirəyə alıb, Tiflisə doğru hücumakeçdi. Nadir Gəncəni, Tiflisi zəbt edib, İrəvan istiqamətində hücum etdi.Osmanlı ordusunun komandanı Abdullah paşanın ordusunu darmadağınetdi. Xeyli sayda Osmanlı ordusundan döyüşçülər həlak oldu. 1735-ci ilinyazında Nadir, demək olar ki, Azərbaycanın qərb torpaqlarını – Gəncəni,Borçalını, Gürcüstanı, indiki Ermənistanı osmanlılardan azad etdi vəöldürülmüş Abdullah paşanın cənazəsini ehtiramla dəfn etdirdi. 1735-ciilin may ayında bütün Qafqaz torpağı Nadirin ixtiyarına keçdi. Nadirmüharibəni Osmanlı torpaqlarına keçirdib, 1735-ci ildə Qarsı mühasirəyəaldı, may ayının 15-də Qarsı və onun ətrafını ələ keçirtdi. Osmanlı sultanıI Mahmud Nadirin hücumlarından qorxuya düşüb, Krım xanına göstərişverdi ki, 80 minlik qoşunla Əfşar dövlətinin şimalından Dağıstana vəoradan da Şirvana hücum etsin.

Nəhayət, 1735-ci ilin yayında Krım xanı Kiplay Gəray xan 53300nəfərlik qoşunla Dağıstana tərəf hərəkətə keçdi. Rus dövləti general Lion-tev 20 minlik qoşunla Krıma ordu göndərdi. Nadirin Andoluya hücumxəbəri Osmanlı dövlətini bərk narahat etdi. İrana o andaca sülh təklif etdi.Nadir isə bu arada, Qars uğrunda gedən döyüşlər vaxtı Tiflisə döndü. Kartlivə Kaxetiyanı da özünə təslim etdi. Erməni katalikosu Abraham Kretasi«Mən və İran şahı Nadir» kitabında yazır ki, Nadir Qarsda Abdullah paşanıməğlub edib, İrəvan qalasına gəlib, Eçmiədzinin yaxınlığında dayandı.Bundan sonra Abraham 5 nəfər keşişlə hədiyyə götürüb, Sirr qalasına –Nadirin yanına getdi. 1735-ci ilin Məhərrəm ayının 16-da onlar Nadirinhüzuruna gəldilər. Abraham Nadirdən xəlifəlik və zinətli arxalıq aldı. Nadirona İranda öz katalikosluğunu davam etdirməyə icazə verdi və o, əmr etdiki, Osmanlı təbəəsi alan keşişlərin isə bütün əmlakı müsadirə olunsun. Os-manlıların başçısı Əhmət paşa Qars və Ərzurum varlılarını bir yerə yığıb,İrəvan qalasını Nadirə təhvil verdi.1

Bundan sonra Nadir Tiflisə qayıtdı. Gürcü çarı Teymuraz müsəlmanlığıqəbul edib, Nadir tərəfindən xan titulu aldı. (Sonra isə o, münasib bir vaxttapıb, Rusiyaya qaçdı). Nadiri Tiflisdə böyük təmtəraqla qarşıladılar. Dahasonra o, Dərbəndə doğru hərəkətə keçdi. Nadir Krım xanının Dərbəndə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

99

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 98.

Page 101: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

doğru irəlilədiyini eşidib, Krım xanı Giplay Gəraya göstəriş verdi ki, o,geri qayıtsın. Giplay Gəray xan isə ona əhəmiyyət verməyib, Dağıstanadoğru irəliləyirdi, lakin Nadirin qoşunlarının Dağıstana doğru gəldiyinieşidib, tezliklə geriyə – Krıma qayıtdı. Beləliklə, Nadirin qoşunları Osmanlıərazisində Ərzurum, Qars, Van əyalətlərini, İrəvan xanlığını, Gürcüstanı,Şirvanı, Dağıstanı, Car-Balakəni və bir sıra şimal bölgələrini yenidən özimperiyasının tərkibinə qatdı. Bundan sonra o, qoşununu cənuba – Farskörfəzinin əyalətlərinə çəkib, tezliklə Bəsrəni, Bəhreyni ələ keçirtdi. Farskörfəzində apardığı müharibələrdə dəniz donanmasının da yaranmasınaböyük əhəmiyyət verdi. Bu müddət ərzində Nadir, həmçinin Əfşar dövlə-tinin daxilində baş qaldıran üsyanları da öz ordusunun gücü ilə yatırırdı.Belə müharibələr Bəxtiyarilərlə, Dərbənddə ləzgilərə qarşı və bir sıra başqaəyalətlərdə baş vermişdir. Hətta ləzgilərlə aparılan müharibələrdə Nadirinqardaşı İbrahim xan ləzgilər tərəfindən qətlə yetirilmişdi. İbrahim xan Azər-baycan bəylərbəyi idi. Azərbaycan bəylərbəyiliyinə Dağıstan, Gür cüs tan,İrəvan və qədim Azərbaycan torpaqları daxil idi. İbrahim xanın ölümündənsonra Nadir öz qohumu (bibisi oğlu) Əmiraslan xan Qırıqlını Azərbaycanəyalətinə bəylərbəyi təyin etdi.

Dağıstanda baş qaldıran bu qiyamlar nəticəsində Nadir Həştərxanahücum edə bilmədi. Həmçinin Osmanlı dövləti ilə gedən müharibələrdənnarahat olub, 1741-ci ildə Dərbənddən Osmanlı dövlətinə tərəf geri qayıtdı.Dərbənddə olarkən o, Xəzər dənizində də donanma təşkil etmək vəgələcəkdə türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri dəələ keçirtmək niyyətində idi. Lakin osmanlılarla gedən müharibə onu bufikrindən daşındırdı. Artıq o, demək olar ki, 4 istiqamətdə müharibəaparırdı. 1741-ci ildə I Pyotrun qızı Yelizaveta Rusiyada hakimiyyətə gəldi.Bu arada Nadir rus nümayəndəsi Kaluskindən xahiş etdi ki, ona 10 gəmiverilməsi məsələsini qaldırsın. Onun məqsədi həmin gəmilərdən gələcəkdəXəzər dənizində donanma yaradıb, Xəzərətrafı əraziləri tutmaq idi, lakinruslar onun fikrini anlayıb, Nadirə gəmi vermədilər. Onu da vurğulayıramki, həmin dövrlərdə İran əhli dənizçiliyə meyilli olmadıqlarından onlarıngəmi tərsanələri və gəmi donanmaları yox idi (Lakin Nadir az bir zamandahəm Fars körfəzində, həm də Xəzər dənizində gəmi donanması yaradabilmişdi). Rus ordusu Nadirin Rusiyaya hücum etmə planını anlayıb, ŞimaliQafqazda öz sərhədlərini möhkəmləndirdi. İrandakı rus nümayəndəsi

Úàùàíýèð Ùöñåéí ßôøàð

100

Page 102: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Kaluskin hər vəchlə Nadir şahın Rusiyaya hücum etməsinin qarşısını al-mağa cəhd edirdi. Lakin Nadirin ordusu irəliləyərək, Şimali QafqazdaTəbəsaran, Kumuk və bir sıra başqa əyalətləri öz tabeçiliyinə keçirtdi.

Qısa bir zaman çərçivəsində Nadir Əfşar dövlətinin varlığını möhkəm-ləndirdi. Osmanlı və Rusiya ilə münasibətləri öz xeyrinə qaydasına qoydu.Əfqanları təqib edərək əzdi, hətta onların sığındıqları yer kimi Orta əsrlərinən zəngin və qüdrətli dövləti olan Hindistana yürüş etdi.

HİNDİSTANIN FƏTHİBir ayağımla hərəkət etsəm, Hindis-

tanı, iki ayağımla hərəkət etsəm, bütündünyanı fəth edərəm.

(Hindistan şahı Məhəmmədə ğön -dər diyi məktubdan)

Nadir şah Əfşar

Məhəmməd şah Nadirin təklifinə əhəmiyyət vermədikdə, Nadir Hin -dis tana doğru hərəkətə başladı. Hindistan sərhədinin 74 km-də Mank adlıyerdə əfqan qaçqınlarını darmadağın etdi. Nadirin göndərdiyi elçinin Mə -həm məd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ciilin yazında Qəznə və Kabula (həmin vaxt bu ərazi Hindistanın tərkibindəidi.) hərəkətə keçdi. Nadir hind imperatorluğunu tutmaqla əfqanlara bir də -fəlik qulaqburması vermək və öz ordusunu, İranın iqtisadiyyatını qüvvət -ləndirməklə, gələcəkdə özbəklərdən və əfqanlardan qüdrətli qoşun toplayıbOsmanlı dövlətinə hücum etmək niyətində idi. 1738-ci ilin 14 iyunundaNadirin qoşunları Qəznəyə çatdı. Oradan Kabula keçdi. Kabul xanı Nəsirxan Dehlidən kömək istədi. Lakin onlardan heç bir kömək gəlmədi. TezlikləKabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğruhücuma başladı. Onu da vurğulayıram ki, Nadir şah Məhəmməd şaha birneçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadirdə bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etməkqərarına gəlimişdi. Tezliklə Pisəvər, Lahor əyalətləri Nadir tərə fin dən zəbtolunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək,Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərləriniələ keçirtdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

101

Page 103: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şahın qoşunları Hindistanın qərb hissəsini fəth edib, Dehliyəyaxınlaşdılar. Məhəmməd şahın qoşunları Nadirin qoşunları ilə Dehlininyaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdılar. Mənbələrə görə, hindqoşunlarının sayı 350 min nəfər, Nadir şahın qoşunlarının sayı isə 160 minnəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir sahə idi. Buüstünlüklərə baxmayaraq, tezliklə Nadirin ordusu özündən qat-qat güclüolan hind ordusunu darmadağın etdi. Tarixçi Hanvey yazır: «Nadirhindlilərin xortumuna qılınc bağlayıb, düşmən üzərinə göndərdikləri filləriqorxutmaq üçün dəvəçilərinə tapşırıq verdi ki, kuzələri qatran və yandırıcımaddələrlə doldurub, hazırlasınlar. Müharibə başlayan kimi kuzələriyandırıb, dəvələrlə meydana tullasınlar. Hindlilərin filləri və qoşunları bun-dan qorxub, geri çəkildilər.1 Nadirin apardığı böyük taktiki manevrlərnəticəsində hind ordusunun başçısı Səadət xan əsir alındı. Özlərini məğlub -edilməz hesab edən hind qılınclıları Nadirin yeni taktikası qarşısında heçbir iş görə bilmədilər. Komandirini itirmiş ordu minlərlə yaralı qoyub, qaç-mağa başladı. Çoxlu top alındı. Tarixçilərin dediyinə görə, otuz min ölənvardı, iyirmi min əsir alındı. Dəvələrin üstündə olan kuzələrdə neftə, qət -rana od vurub, hərbi fillərin üzərinə hücuma keçdilər. Dəvələr hamısı birdənfillərə tərəf qaçdılar. Fillər isə bundan dəhşətə gəlib öz ordularının üzərinəburuldular. Dovranın başçılıq etdiyi hind ordusu darmadağın edildi. Bundansonra Məhəmməd şah atəşkəs haqqında müzakirəyə başladı. Tərəflərarasında saziş imzalandı. Saziş müqabilində Hindistan Nadir şaha beş mi-lyon rupi cərimə verməli, hind ordusu top və hərbi sursatını İran ordusunatəhvil verməliydi. Hindistan şahı martın 31-də ordusu ilə birgə Nadirə təs-lim oldu. Məhəmməd şah da türk-soylu sülalədən olan bir şa hən şah idi.Ona görə Nadir şah onun şahlığını əlindən almadı. Kornal müqavi lə sindənsonra Nadirin qoşunları Dehliyə daxil oldular. Kornal müqa vi ləsinə əsasənMəhəmməd şah sələflərindən qalan 350 illik xəzinəni Nadirə bağışladı. ŞahCahanın sarayında Nadirə xüsusi yer ayrıldı. Nadir şahın adına məscidlərdəxütbələr oxundu və bütün şəhərlərdə yeni sikkə kəsildi. Həmin sikkələrinüzərində «Dünya şahlarının şahı olan şahənşah Nadir şah» yazılmışdır.Nadirə «Tovus» adlı taxt hədiyyə edildi. Bu taxtın bəzədilməsində bir mi-lyon cəvahirat işlənmişdir. Nadirə bu günə qədər tayı-bərabəri olmayan

Úàùàíýèð Ùöñåéí ßôøàð

102

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 67.

Page 104: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

«Kuhi Nur» daşı, «Dəryayi Nur», «Almaz Arlof» kimi məşhur almaz vəbrilyant daş-qaşlar hədiyyə edilmişdir. Hal-hazırda həmin daşlar London,Tehran və Moskva muzeylərində saxlanılır. Həmçinin Hindistanın bütünxəzinəsi Nadir şaha təhvil verildi. Bunlardan əlavə, 60 min kitab əlyazmasıİrana gətirildi. Nadir şah Hindistan qələbəsindən sonra əhalini vergilərdənüç il azad etdi. İran – Hind müqaviləsi hazırlandı. Müqavilənin qısa mətnibelə idi:

«Əsrimizdə Mars ulduzu kimi şücaətli, cəsarətli, zamanın qəhrəmanı,dövrün sultanlarının sultanı, iki dünyanın şahənşahı, Allahın kölgəsi,müsəlmanların pənahı, İsgəndər əzəmətli məqamı ərşə çatan, ədalətli SultanSəma təbiətli, şah Əlahəzrət Nadir şah Əfşarın vəzirləri bəzi məsələlər üçünHindistan diyarına elçilər göndərmişdilər. Amma bizim vəzirlər həminsəfərlər vaxtında lazımi cavab vermədilər və Həzrəti Müəzzəmin mək-tublarının cavablarını yazmadılar. Bu səbəbdən iki dövlətin arasında ixtilafyarandı. Onların qabiliyyətli qoşunları Hindistana hərəkət etdi. XüsusiləKornalda toqquşmalar baş verdi. Allah istədikdən sonra şərqdən doğan qali -biyyət günəşi Nadir şahın üzərinə düşdü. Çünki Əli-Həzrət Cəmşid qüdrətlilütfü onun mərhəmət mənbəyidir. Onun mərdanəliyi görüşə səbəb oldu,onunla birgə Dehliyə gəldik. Burada Hindistanın xəzinə və cəvahiratını on-lara hədiyyə etdik. Öz böyüklüyü, hörməti, nəcabəti, məhəbbəti ilə Gürganəailəsinin Tərxan soyunun böyüklüyünü ələ alaraq Hindistanın taxt-tacınıbizim özümüzə qaytardı. Atadan oğula, qardaşdan qardaşa edilməyən beləbir mərhəmət müqabilində 150 kurur (75 milyon) hərbi xərc və qərbtərəfində olan bütün ərazilər İran dövlətinin ixtiyarına verildi. Qərbhissəsində yerləşən bütün mahallar İranın qüdrətli şahının torpağı sayılır.Bundan sonra İran məmurları o torpaqlara azad daxil olub, o yerlərin mahaltayfalarına və ailəsinə hökmranlıq edə bilərlər.

Səlmar bağı. II Məhərrəm 1152-ci il (23 aprel 1739-cu il)»1 CeymsFreyzer yazır: «Nadir şahın hücumundan Hindistana ümumən 50 kururtümən cəvahirat, nağd mal-dövlət və əkin zərəri dəydi». Həmçinin NadirHindistandan gələndə özü ilə çoxlu memar, alim, görkəmli şəxsləri, ustalarıvə xeyli sayda kitabı İrana gətirdi. Nadir 24 dekabr 1740-cı ildə Mərvədoğru irəlilədi. 4 yanvar 1741-ci ildə Mərvdən Əbivərdə, oradan da Dəstə-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

103

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 78.

Page 105: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

girə – anadan olduğu yerə qayıtdı. Qara mərmərdən özünə qəbir daşı hazır-latdı. Bu qəbir üçün Maxaradan Kelata çoxlu mərmər gətirildi. Kelatda xə -zi nəsi üçün bir qala tikdirildi. Nadir İmam Rzanın məqbərəsinə çox böyükhörmət və ehtiram göstərirdi. Bu məqbərəyə xeyli qiymətli hədiyyələr, qızılçıraqlar, ipək xalılar bağışladı.

Mənbələrdən o da məlumdur ki, Nadir şah Məhəmməd şah ilə müqavi -lə bağlayıb: Hindistanın qərb hissəsini (yəni indiki Pakistan və müsəlmanlaryaşayan), həmçinin Pişəvəri, Kabulu, Qəsni, Əfqanıstanı və s. Əfşar dövlə-tinin tərkibinə qatdı.

Məhəmməd şahın türksoylu olmağına rəğmən onun şahlığını geri qay-tardı və oğlu Nəsrulla Mirzəni Məhəmməd şahın qızı ilə evləndirdi.

Nadir şah iki aya qədər Hindistanda qalıb orada bütün işləri qaydayaqoydu. Daha sonra Nadirabada qayıdıb Herata doğru hərəkətə başladı.Nəvəsi Şahrux Mirzəni Herat hakimi elan etdi və Heratda Hindistandangətirdiyi qəniməti nümayiş etdirdi.

Türküstana hərbi yürüşüNadir şah Hindistan səfərindən qayıdıb Heratda bir neçə gün qalıb is-

tirahət etdikdən sonra, 1740-cı ilin yazında Türküstana doğru yürüşəbaşladı. Nadirin Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevincləqarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşun-larının üzünə açılırdı. Nadirin əzəməti və qurduğu dövlətin ənənələri OrtaAsiya Türküstan ərazisində olan parçalanmış xanlıqlara bir nümunə idi.Nadir imperiyasının ərazisindəki ciddi qayda-qanunlar onlar üçün bir nü-munə idi. Həmçinin həmin dövrdə Rusiya dövləti Türküstanı, Buxaranı vəətraf əraziləri ələ keçirtmək niyyətində idi. Nadir şah da Rusiyanın buniyyətlərinin qarşısını almaq üçün Türküstana girməyi qət etdi. Və tezlikləBərx qalasını, Türküstan ərazisini, Buxaranı Nadirin qoşunları ələ keçirtdi.Hətta Nadir Amudəryanı keçmək üçün 1100 ədəd kiçik gəmi düzəlt-dirmişdi. Həmin gəmilərin hər birinin 3 tona qədər yük götürmək imkanıvar idi. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki mən-təqəsinə daxil oldular. Burada Nadirə məlumat verdilər ki, Türkmən vəÖzbək tayfaları Cərcoda toplaşıb ona müqavimət göstərmək istəyirlər, lakinNadir şahın qoşunlarının yaxınlaşdığını eşidib, özbək və türkmən qoşunlarıqaçıb dağılışdılar. Tezliklə bütün Türküstanı Nadir şah öz imperiyasına bir-

Úàùàíýèð Ùöñåéí ßôøàð

104

Page 106: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ləşdirdi. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus olan qılıncı, Çingizxana məxsus olan dəbilqə və zirehi və çoxsaylı hədiyyələri, eyni zamandabütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Nadir də öz növbəsində, Hindis -tandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəz xanı və digər ona tabe olanəyyanları mükafatlandırdı. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdənsonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi. 1740-cı iloktyabr ayın 17-də Türküstanın şahlıq tacını ona qaytardı. Türküstanınbütün vilayətlərinə fərman göndərildi. Nadir şaha itaəti qəbul edən yerlihakimlər öz vəzifələrində saxlanıldı. Əbülfəz xan ona göstərilən bu iltifatınəvəzində qızlarından birini Rzaquluya, birini isə Əliqulu xana ərə verməyiehtiva etdi (Tarixdə bu da məlumdur ki, Əbülfəz xanın qızını almaqdanRzaqulu xan imtina etdikdə, qohumluğuna söz verdiyinə görə Nadir şahbelə olan halda onun qızı ilə özü nikaha girdi). Nadir şah Əbülfəz xanınTürküstanın yenidən xanı seçilməsi ilə bağlı da təmtəraqlı ziyafət təşkiletdi. Tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də könüllülükəsasında Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə Xivədə,Xarəzmdə öz hakimiyyətini bərqərar etdi. Az bir müddət ərzində həminərazilərdə idarəçilik məsələlərini tənzimlədi. Xeyli sayda qoşun topladı vəyenidən Kelata geri çəkildi. Kelatda özünə böyük bir məqbərə tikilməsiüçün göstəriş verdi.

Tezliklə Kabul ətrafını tamamilə öz nəzarətinə keçirtdi. Birmənalıolaraq artıq əfqan tayfalarının aramsız hücumlarının qarşısı alındı. Nadirşahın Türküstana hərbi yürüşünün bir səbəbi də Türküstanı, Buxaranı,Daşkəndi, Səmərqəndi tutduqdan sonra Çinə hücum edib, Çin dövlətindəolan türk- uyğur tayfalarını da öz əraziləri ilə birləşdirmək idi. Bu plan hə -ya ta keçirildiyi təqdirdə Nadir şahın böyük bir Turan imperiyası yaratmaqniyyətində olduğu bəlli olurdu. Həmçinin Rusiya dövlətinin şimal-şərqsərhədlərinə doğru irəliləməsinin qarşısını almaqdan ötrü Türküstana gir-məyi qətiləşdirdi. Hindistan yürüşünün yorğunluğunu çıxartmadan ikiildən çox uzaq düşdüyü ölkəsinin daxili problemlərinə lazımi vaxt ayır-madan, hətta çox sevdiyi qardaşı İbrahim xanın qisasını almaq üçün Dağıs-tana hücum etmədən Türküstana yürüşün başlanmasının əsas səbəbləriRusiya imperiyasının Orta Asiyaya hücumlarının qarşısını almaq idi. NadirBuxara istiqamətində hücuma keçib İlbas xanın güclü müqavimətinə rastgəldi, lakin İlbas xan da Nadir şahın qoşunlarına tab gətirməyib, ona təslim

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

105

Page 107: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

oldu. İlbas xanı da Nadir şah əfv edib, onu Xarəzm hakimi saxlamaq istədi,lakin İlbas xan onun elçilərini qətlə yetirdiyinə görə İlbas xanı və onunlabirgə 20 əyyanın öldürülməsini əmr etdi. Nadir şah Çingiz xanın nəslindənolan Məhəmməd xanın nəvəsi Tahir xanı Xarəzmə hakim təyin etdi. Qazaxvalisi Əbülxeyr də Xivəyə gəlib Nadir şaha təslim oldu. Tezliklə bütün OrtaAsiyanı Nadir öz imperiyasına qata bildi. Rus qoşunlarının bura girməsininqarşısını aldı.

Nadir şahın Dağıstana hərbi yürüşüNadir şah Hindistanı və Orta Asiyanı fəth etdikdən sonra Məşhədə

qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu.Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrüDağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasınınalınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da ŞimaliQafqaza girməsinin qarşısını almaq idi. Nadir Dağıstana ilk yürüşündənsonra buranın təbii-coğrafi şəraiti, əhalinin dağınaq və yüksək dağlıqşəraitində yaşaması, idarəçiliyin çətinliyi, bütün Dağıstanı əhatə edənmərkəzləşdirilmiş hakimiyyətin olmaması Dağıstanın tam nəzarət altınagətirilməsini xeyli mürəkkəbləşdirirdi. Eyni zamanda Dağıstan şəraitindədöyüşlərin aparılması xeyli çətin idi. Yürüşə başlanmazdan əvvəl Nadir şahMəşhəddə qoşun başçılarının və sərkərdələrin toplantısını keçirtdi. Nəsrul-lah Mirzəni Məşhəddə saxlayıb Hindistanın, Türküstanın və Xorasanınidarəçilik səlahiyyətlərini ona həvalə etdi. Rzaqulu Mirzə ilə İmamquluMirzəni Nadir şah özü ilə Dağıstan yürüşünə apardı. 1741-ci il mart ayının14-də Nadir şahın qoşunları Məşhəddən Dağıstana doğru istiqamətgötürdülər. Nadir şahın qoşunlarının 150 min civarında olduğu tarixdə qeydolunur. 1741-ci il may ayının 15-də Nadirin qoşunları Gəduk keçidinədoğru irəliləyərkən Nadirə qarşı sui-qəsd təşkil olundu. Həmin bu sui-qəsd -də onun oğlu Rzaqulunun əlinin olması haqqında müəyyən mülahizələrirəli sürüldü. Nadir şah bu hadisədən xeyli qəzəbləndi. Və onun əhval-ruhiyyəsində də bir təşviş yarandı. Bu təşviş və həyəcanlar Dağıstanyürüşünün təşkilinə ciddi mənfi təsir göstərdi. Lakin yürüşün ilk mərhələsiNadir şah üçün ümidverici nəticələr ilə başlandı və bir sıra ləzgi tayfalarıNadir şaha itaətini bəyan etdilər. Tezliklə Nadirin qoşunları Qəbələdən Şah-dağı adlamaqla Qumuxu ələ keçirtdilər və bir sıra dağlılar Nadirin itaətini

Úàùàíýèð Ùöñåéí ßôøàð

106

Page 108: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

müqavimətsiz qəbul et-dilər. 1741-ci il sen tyabrayının 12-də Nadir şa -hın qoşunları Qazı qum -laxdan Avara doğ ru irə- liləməyə başladılar.Ha va ların soyumasıDa ğıstanda əməliyyat-ları xeyli çətinləş dir di.Nadir qoşunlarınıQum laqdan Dərbəndədoğru gətirib buradadüşərgə saldırdı. Və ha -va şəraitindən asılı olaraq 1742-ci ilin yazınadək Nadir həmin düşərgədəqaldı. 1742-ci ilin mayında Tabasaranda Nadir böyük əməliyyat keçirdibhəmin əraziləri itaət altına aldı. Nadir Dağıstanda, Qumuxda, Qaraqayıtdavə Tabasaranda çox ciddi müqavimətə rast gəldi. Nadir belə bir qərara gəldiki, burada hücumlarını dayandırsın. Dağıstanın nüfuzlu əyyanlarından olanÜsmi Əhməd xan Qürreyş qalasında Nadirə ciddi müqavimət göstərdi,lakin Nadirin qoşunları tezliklə Qürreyş qalasını da ələ keçirtdi. ÜsmiƏhmət xan gizlincə qaladan qaçaraq Avara üz tutdu. Nadirin əmri ilə Qür-reyş qalası yerlə yeksan edildi. Döyüşlərin son dərəcə ağır getməsinə bax-mayaraq, Nadir şahın qoşunları Dağıstanın böyük bir hissəsini nəzarətaltına ala bildi. 1742-ci ilin oktyabrında Samur çayı ətrafında məskunlaşanvə Nadir şaha itaətini bəyan edən dağlılar Nadir şah tərəfindən bahalıhədiyyələrə layiq görüldülər. Bir sıra tayfa başçıları Nadir şahın hüzurunagəlib onun itaətini qəbul etdiklərini dedilər. Nadir şahın uzun müddət Da -ğıs tanda qalması onun imperiyasının bəzi ərazilərində mərkəzi hakimiyyətəqarşı qiyamlar baş qaldırmasına səbəb oldu. Həmçinin Osmanlı dövlətiNadir şahın Cəfəri məzhəbini qəbul etməməsi haqqında Nadir şahın yanınanümayəndələr göndərib məlumat verdi. Nadir bu xəbərdən xeyli məyusoldu və qoşunlarını Dağıstandan geri çəkib, osmanlılar ilə yeni müharibəyəhazırlaşmağa başladı.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

107

Məşhəddə Nadir şah Əfşarın qəbirüstü abidəsi

Page 109: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah və Osmanlı münasibətlərinin davamı1743-cü ilin yazında Nadir qoşunlarını Dağıstandan Şirvana doğru geri

çəkib Təbrizə qayıtdı. 1743-cü ilin Novruz bayramını Muğan düzündə qeydetdi. Osmanlı dövləti ilə yenidən müharibəyə hazırlaşmaq üçün yenidənordu toplamağa başladı. 1742-ci ilin yanvarında Osmanlı dövlətinin nü-mayəndələri, elçiləri Nadir Dağıstanda olarkən onun yanına gəldilər, nü-mayəndə heyəti qiymətli hədiyyələrlə birgə Osmanlı sarayının məktubunuNadir şaha çatdırdılar. Osmanlı sultanı Cəfəri məzhəbini tanımaqdan imtinaetdiyi üçün Nadir şah Osmanlı sultanına məktub göndərib onun bu şərtiniqəbul etmədiyinə görə osmanlıların sərhədlərinə doğru hərəkət etməli ola-cağını qeyd etdi. Nadir şah əminliyini bildirdi ki, osmanlıların ərazilərinədaxil olduqdan sonra Osmanlı sarayı onun məzhəb ayrılığı məsələsinəyenidən baxacaqdır. Osmanlı sarayı Nadirin müharibəyə başlamaq ehti-malını çox nigarançılıqla qarşıladı. Nadir şahın növbəti məktubunu alanOsmanlı sarayı Cəfəri məzhəbinin təsdiq olunması haqqında Nadir şahıntəklifinin qəbul olunmadığına görə üzrxahlıq etdi və həmin təklifin əvəzinəbaşqa bir təklifin irəli sürülməsi təklif olundu. Nadir şah isə osmanlılaraməktub yazıb Dağıstan yürüşü başa çatan kimi Osmanlı sərhədlərinə yürüşəbaşlayacağını bildirdi. Tezliklə Nadir şah Təbrizdə osmanlılara hücumetmək üçün bir sıra hazırlıq işlərinə başladı. Tarixi mənbələrdə Nadir şahınbütövlükdə 375 min nəfərlik bir qoşuna baxış keçirtdiyi bildirilir. Nadirşahın qoşunları 1743-cü ilin avqustunda Kərkük qalası yaxınlığında mövqetutdular. Tezliklə Kərkük qalası Nadir şahın nəzarəti altına düşdü. Kərkükdəolduğu müddətdə Bağdad hakimi Əhməd paşa İstanbula nümayəndələrgöndərib Nadir şah ilə sülh bağlamağı təklif etdi. Osmanlı şeyxülislamı vəüləmaları sülh bağlanmasını qəbul etmədilər. Bu xəbəri eşidən Nadir şahanladı ki, qarşısına qoyduğu məqsədə ancaq qılınc gücü ilə nail ola bilər.Tezliklə o, osmanlıların ən güclü istinadgahlarından biri olan Mosulqalasına hücum etdi. Mosul ətrafına 160 ədəd top, 230 ədəd topatan yer-ləşdirildi. Bu yürüşdə Nadir şahın 5 –6 min nəfər döyüşçüsü həlak olsa da,qala ələ keçirildi. Mosul hakimi Hüseyn paşa Nadir şahın yanına nü-mayəndələr göndərib ondan aman istədi. Nadir şah Mosulu ələ keçirtdikdənsonra Bağdada hücuma keçdi. Bağdadın hakimi Əhməd paşa Nadiritəmtəraqla qarşıladı. Nadir şah tezliklə Bağdadı da alıb, Həmədan is-tiqamətində gedib Osmanlı sultanının onun təklifləri ilə razılaşacağını göz -

Úàùàíýèð Ùöñåéí ßôøàð

108

Page 110: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ləyirdi. Lakin osmanlılardan birxəbər çıxmadıqda o, yeni dən Qarsistiqamətində hərə kətə keçdi. Tez -liklə Nadir şah Naxçıvandan ke -çərək Göyçə yaylağına gəldi və1744-cü il iyun ayının 30-da ye - ni dən Qarsı mühasirəyə aldı.Qar sa yardıma gəlmiş Əhməd Ça - ğa tay Nadirlə döyüşə girmə yinmənasız olduğunu dərk edib tez-liklə ordusu ilə ora dan qaçdı.Nəhayət, Əhməd paşa da Nadirlədöyüşün mənasız olduğunu an-layıb onunla danışığa girməyə məcbur oldu. 1744-cü ilin oktyabr ayındaQars qalasının mühasirəsinə son qoyub Axıska və Axalkalaki istiqamətindəyola düşdü. Nadir şahın Qars mühasirəsindən əl çəkməsinin səbəbi Əhmədpaşanın ondan vaxt istəməsi oldu. Əhməd paşa İstanbula nümayəndəgöndərib Nadir şahla sülh danışığı aparılmasını təklif etdi, lakin osmanlılaryenidən qoşun toplayıb 150 min piyadadan, 40 min süvaridən təşkil olunanqoşunu Ərzurum-Qars istiqamətində göndərdilər. Məhəmməd paşanın rəh-bərlik etdiyi ordu Əhməd paşa ilə birləşib Nadir şahın qoşunları üstünəhücuma keçdilər. Nadir, 1745-ci ilin avqust ayında yenidən Qarsa doğruhərəkətə başladı. Məhəmməd paşanın qoşunları ilə Qarsla İrəvan arasındaqarşılaşdılar. Məhəmməd paşanın ordusu Nadir şahın ordusu tərəfindəndarmadağın edildi. Və nəhayət, 1745-ci ilin avqust ayında Murad təpəətrafında Osmanlı qüvvələri ilə Nadir şahın qoşunları arasında gərgin birdöyüş başladı. Osmanlı qüvvələri geri çəkilməyə məcbur oldular. TezlikləMəhəmməd paşa dünyasını dəyişdi və Osmanlı qoşunları geri çəkilməyəbaşladılar. Məhəmməd paşanın ölümü Osmanlı qüvvələri arasında çaşqınlıqyaratdı və onlar qaçdılar. Nadir şahın döyüşçüləri osmanlıları Arpaçayaqədər təqib etdilər. Bu döyüş Nadir şahın sərkərdəlik həyatının ən mühümdöyüşlərindən olmaqla, son əzəmətli qələbəsi idi. Taktiki və əməliyyatbaxımından da bu döyüşün əhəmiyyəti çox böyük idi. Nadir şah sərkərdəlikməharətini nümayiş etdirərək özündən ikiqat üstünlüyə malik olan osman-lıları məğlub etdi. Nadir şahın müharibəni Osmanlı ərazisinə keçirtməməsi

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

109

Sultan I Mahmudun Nadir şah üçün İn-giltərədə hazırlatdığı qızıl və qiymətlidaşlarla bəzədilmiş xəncər. İstanbuldaTopqapı sarayı muzeyində saxlanılır

Page 111: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

heç şübhəsiz ki, Osmanlı Türk dövlətinin mövcudluğuna hörmətlə yanaş-ması idi. Nadir şah özünün türk soyuna mənsub olmasını Hindistan,Türküstan, Osmanlı dövləti ilə də apardığı müharibələrdə də bir dahabüruzə verirdi. O, Osmanlı dövlətinin sərhədini keçməməklə bir daha ikidövlət arasında olan müharibələrə birdəfəlik son qoymağın yolunu dini-ideoloji ayrılığın aradan qaldırılmasında görürdü. Nadir şahın bu qələbədənsonra osmanlılara sərt barışıq şərtləri irəli sürmək imkanı olsa da, Osmanlısarayı ilə barışıq yolunu tutdu və irəli sürdüyü şərtləri bir qədər yumşaltdı.Osmanlılara məktub göndərərək Osmanlı ruhanilərinə çatdırılmış olanəvvəlki təkliflər barəsində (Cəfəri məzhəbi) daha təkid göstərmədi. O, eləhesab edirdi ki, bu hal iki dövlət arasındakı münasibətləri daha dayaxşılaşdıracaqdır. Elçiləri Osmanlı sarayına yola saldıqdan sonra 1745-ciilin dekabr ayında Xorasana doğru hərəkətə başladı. 1746-cı ilin ilk ay-larında Məşhədə çatdı. Nəhayət, 1746-cı il sentyabrın 4-də Nadir Əfşardövləti ilə Osmanlı dövləti arasında sülh müqaviləsi imzalandı. Sülhmüqaviləsi 3 maddədən ibarət idi. Müqavilədə ifadə olunurdu ki, 2 dövlətarasındakı dostluq, sabitlik, qarşılıqlı ehtiram günü-gündən daha damöhkəmlənəcəkdir. Birinci maddəyə əsasən Bağdad və Şam marşurutu iləMəkkəyə yollanan İran zəvvarları mühafizə olunmalı və onların malları,canları qorunmalı idi. İkinci maddəyə əsasən 3 ildən bir Osmanlı döv -lətindən Əfşar dövlətinə, Əfşar dövlətindən də Osmanlı dövlətinə, İrananümayəndəliklər göndərilməli idi və iki dövlət arasında qarşılıqlı hörmətvə dostluq daim qorunub saxlanılmalı idi. Üçüncü maddəyə əsasən hər ikiölkədən olan əsirlər azad edilməli, onların alınıb-satılmasına yol veril -məməli və maneəsiz vətənə dönmələrinə şərait yaradılmalı idi. Həmçininmüqaviləyə görə, iki ölkə arasında ticarət qaydalarının azad surətdə aparıl-masına icazə verilirdi. Sonda dövlətlər arasında imzalanan bu müqavilənindavamlı və uzunmüddətli olması da qeyd olundu. Bildirildi ki, Osmanlıdövləti bu müqavilənin şərtlərini pozmazsa, Əfşar dövləti belə bir addımıatmayacaqdır. Qeyd etmək lazımdır ki, Nadir şah Muğan qurultayındansonra sülh müqaviləsinin imzalanması üçün onlardan Cəfəri məzhəbi iləbağlı olan iki təklifin Osmanlı sarayı tərəfindən qəbul edilmədiyini və onunüzərində uzun vaxtdan bəri müzakirələrin və mübahisələrin apardığını qeydetdi. Nadir şah məktubunda Osmanlı dövləti ilə dostluq münasibətlərininqurulması naminə həmin təkliflərdən imtina etdiyini bildirdi. Müqavilə

Úàùàíýèð Ùöñåéí ßôøàð

110

Page 112: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

imzalandıqdan sonra uzun illər davam edən Osmanlı – İran münasibətləriqaydaya düşdü. İki qardaş ölkə arasında sülh, əmin-amanlıq yarandı.Ölkələr daxilində səfirliklər və nümayəndə heyətləri qarşılıqlı surətdə mü-nasibətləri bərqərar etdilər. Nadir şah öz tarixçisi Mirzə Mehdi xan Astra-badini də Osmanlı sarayına səfir təyin etdi. Osmanlı sarayı tərəfindənƏhməd əfəndi min nəfərə çatan nümayəndə heyəti, çoxlu sayda hədiy -yələrlə birgə Nadir şahın görüşünə gəldi.

Nadir şah Əfşar dövlətinin apardığı diplomatik və hərbi yürüşlər Nadirşahın böyük hərbi istedadından və fatehliyindən qabaq onun türk dünyasınaolan məhəbbəti, böyük Turan dövlətini yaratmaq arzusunda olmasının birdaha bariz nümunəsidir.

Nadir şah bu qələbədən sonra kiçik oğlu İmamqulunu evləndirib böyükşadyanalıq etdirdi və İmamqulunu Xorasana hakim təyin etdi.

P.S. Ümumiyyətlə, Nadirin bütün döyüşlərini bir monoqrafiyada əhatəetmək qeyri-mümkündür. Onun haqqında olan tarixi mənbələrdə bunlarageniş yer verilmişdir. Lakin bu tarixi şəxsiyyətin keçirtdiyi döyüşlər (1722-1747), eyni zamanda hər bir yürüşü bir salnamədir. Bu yürüşlər dünya hərbtarixinin bir səhifəsidir, böyük bir türk oğlunun şərəfi və şöhrətidir. O,Asiyanın son fatehidir.

Beləliklə, artıq şərqin Kiaksarı, Napoleonu, Makedoniyalı İsgəndəriadını almış böyük sərkərdə Nadirin mütləq hökmdarlığına heç bir maneəqalmadı.

Yuxarıda qeyd edildiyi kimi, Nadirin rəsmi hakimiyyəti 1736-cı ildənbaşladı. Bundan sonra Nadir öz mövqeyini müharibələrlə möhkəm-ləndirirdi. Bu işlərdə onun hərbi dühası həmişə onun köməyinə çatırdı. Yerüzündə Nadir qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqlasaymaq olar.

Apardığım tədqiqatlar nəticəsində, belə qənaətə gəlirəm ki, məlumolan dünya tarixində e.ə. IV əsrdə Makedoniyalı İsgəndər, ondan sonra isəIV əsrdə Attila, XIII əsrdə Çingiz xan, XIV əsrdə Teymurləng, XV əsrdəSultan Fateh Mehmet, XVI əsrdə Sultan Süleyman, XVIII əsrdə Nadir şahvə sonda XIX əsrdə Napoleon Bonapart tarixi qələbələr qazanmış ən böyükfatehlərdir. Birinci və axırıncını (İsgəndər və Napoleon) istisna etməklə 6böyük sərkərdə (Attila, Çingiz xan, Əmir Teymur, Sultan Fateh Mehmet,Sultan Süleyman və Nadir şah) türksoylu olmaqla dünya hərbinə, dünya

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

111

Page 113: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

dövlətçiliyinə, dünya fatehliyinə nümunə sayılmalıdır. Asiyanın sonuncufatehi isə Nadir şah Əfşardır.

Hər bir azərbaycanlı qürur hissi keçirtməlidir ki, onun belə bir tarixişəxsiyyəti olmuşdur.

4.2. Nadir şahın ordu quruculuğuNadir şahın sərkərdəlik və dövlətçilik fəaliyyətinin yaddaqalan

uğurlarının əldə edilməsinin başlıca səbəblərindən biri də onun güclü hərbiqüvvələr yaratmasına nail olması idi. Nadir şah özünün bütün hərbi key-fiyyətlərini də məhz bu qüvvələr vasitəsilə ifadə edə bilmişdi. İstəklərinəvə tələblərinə uyğun gələn qoşunları formalaşdırmaqla Nadir şah həmböyük tarixi qələbələrlə yadda qaldı, həm də yeni bir dövlət qurdu.

Hərbi qüvvələrin formalaşdırılması və onun daim inkişafda olan prose -sə çevrilməsi Nadir şahın təşkilatçılıq qabiliyyətinin yeni bir istiqamətininnümayişi idi. Bu proses Nadir şah dövrünün həm inkişaf, həm də təfəkkürsəviyyəsini əks etdirsə də, bir sıra xarakterik xüsusiyyətlərə də, malikdir.

Hər şeydən əvvəl, Nadir şah malik olduğu qoşunu heç bir bazaya malikolmadan formalaşdırdı. Ondan əvvəl ölkəyə rəhbərlik edən Səfəvi şahlarıənənəvi olaraq öz sələflərindən taxt-tacla bərabər qoşunları da qəbul edibona dayaqlanırdılarsa, Nadir şah belə bir irsə və imkana malik deyildi. Adibir kəndçi balası olan Nadir şah gəncliyində yalnız öz yaxınlarını vətanışlarını ətrafına toplamaqla dəstə yaratdı. Vaxt ötdükcə bu dəstə həmsayca genişləndi, həm də onun fəaliyyəti artdı. Nadir şahın gənclik illərindəyaşadığı məntəqədə yaratdığı ilk azsaylı dəstənin talançılara, yad tayfalarınsoyğunçu yürüşlərinə qarşı uğurları artdıqca, ona qoşulanların sayı çoxaldı,dəstənin tərkibi dəyişdi, fəaliyyətindəki nizamlılıq daha da artdı vənəhayətdə böyük döyüşləri aparmağa qadir olan qüvvəyə çevrildi. Nadirşahın hələ taxt-taca sahib olmazdan əvvəl hərbi uğurlarının artması iləəlaqədar qoşunların formalaşması prosesi də kütləviləşdi, yeni-yeni vi-layətlər, yaşayış məntəqələri və tayfalar bu prosesə cəlb edildi. Nadir şahınqoşunları dövrünün bir sıra səciyyəvi elementlərini özündə əks etdirsə də,imkanları etibarilə son dərəcə güclü bir qoşun idi. Əzmkarlığı və təşəb-büskarlığı nəticəsində o, kiçik bir dəstənin bazasında bütün Asiyaya mey-dan oxuyan bir qoşunun formalaşdırılmasına nail ola bildi.

Úàùàíýèð Ùöñåéí ßôøàð

112

Page 114: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah qoşunlarını fərqli mənəvi-psixoloji dəyərlər üzərində for-malaş dırdı. O, qoşunlara yeni ruh verdi, onların daxili simasını dəyişdirdi.Səfəvi dövlətinin süqutu ərəfəsində ölkənin qoşunları da böhran vəziyyətinədüşmüşdü. Qoşun rəhbərliyi saray aristokratiyasına çevrilməklə bərabər,daxili intriqalardan da uzaq deyildi. Qoşunların idarə edilməsinə biganəmövqe, səbatsız adamlara geniş səlahiyyətlər verilməsi Səfəvi qoşunlarınınən yaxşı ənənələrinin yaddan çıxmasını şərtləndirmişdi. Xalq arasındakınüfuzunu və eləcə də döyüş keyfiy yətlərini itirən hərbi qüvvələr öz zəifliyiilə dövlətin ərazi bütövlüyünə qarşı istiqamətlənmiş hücumların artmasınasəbəb oldu və nəhayətdə Səfəvi dövləti özü süquta uğradı. Nadir şah isəhələ gənclik illərində başına topladığı dəstə üzvlərində hərbə maraq oyatdı,onların daxili potensialının üzə çıxarılmasına zəmin yaratdı, yaşadığı mən-təqənin, vilayətin və nəhayətdə ölkənin düşmənlərinə qarşı birgə əzmkarlıqgöstərilməsinə nail oldu. Nadir şah qoşunlarında döyüşçüyə, qoşun baş -çısına, sərkərdəyə olan münasibət yeni dəyərlər kəsb etdi, xidmətə müna-sibət dəyişdi, cəmiyyət daxilində hərbi xidmətçinin nüfuzu son dərəcə artdı.Qoşunlar dövlət sistemində öz layiqli yerini tutdu.

Dövrünün yetişdirməsi kimi, Nadir şah heç şübhəsiz ki, qoşunların for-malaşdırılması prosesinin Səfəvilər dövrünə aid olan bir sıra xarakterik ele -mentlərini saxladı. Görünür, elə buna görə də bəzi tədqiqatçılar Nadir şahqoşunlarının quruluşunun Səfəvi qoşunlarının quruluşundan elə də fərqlən-mədiyini iddia edirlər.1 Əslində isə belə deyildi. Hərbi-texniki inkişafsəviyyəsinə, qarşıya qoyulan vəzifələrin xarakterinə uyğun olaraq Nadirşah qoşunların quruluşuna və bütünlükdə, qoşunların formalaşdırılmasıprosesinə ciddi yeniliklər gətirdi. Səfəvilər dövründə mövcud olmayanhərbi-dəniz qüvvələrinin yaradılması Nadir şahın bu prosesdə əldə etdiyiciddi irəliləyişlərdən biri sayılmalıdır. O, əslində, yeni bir qoşun növüyaratdı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçünəhəmiyyətli addımlar atdı.

Nadir şah iştirak etdiyi döyüşlərin aparıldığı şəraitə uyğun olaraqyüngül artilleriyanın (zənburəklərin) işlədilməsinə, döyüş istifadəsinə diq -qə ti artırdı, bu artilleriyanın yeni strukturlarını yaratdı. Bundan başqa, bri -qada (tip) və ləşgərlərin strukturlarında da bir sıra yeniliklər meydana gəldi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

113

1Semnani Təbabi. Nadir şah. Tehran, 1375, s.72.

Page 115: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah qoşunlarında dəstələr daimi və müvəqqəti əsasda üzvi şəkildəbirləşdirildi. Nadir şah dövləti, əsasən, hərbi dayaqlar üzərində bərqərar ol-muşdu. Ona görə də Nadir şahın ətrafında daimi əsasda yaradılmış qoşunstrukturları var idi. Bura cəzayirçi, qorçu, qullar dəstələri, xüsusi qvardiyakeşikçilər dəstəsi və s. daxil idi. Amma qoşunların kütləviliyinə nail olmaq,iri miqyaslı əməliyyatları aparmaq üçün qeyri-daimi əsaslar üzərində də qoşunstrukturları formalaşdırılırdı. Bura başlıca olaraq vilayətlər, tayfalar üzrə top -la nılan qoşun dəstələri daxil idi. Nadir şah daimi və qeyri-daimi qoşun dəs -tə lərinin döyüş fəaliyyətinin uzlaşdırılmasında da kifayət qədər bacarıqnümayiş etdirdi. Ona görə də Nadir şahın hərbi uğurlarını daimi və qeyri-dai -mi qoşun dəstələrinin birgə və uzlaşdırılmış fəaliyyətinin nəticəsi saymaq olar.

Qoşunlara səfərbərliyin həyata keçirilməsində Nadir şah həm könül-lülük, həm də məcburiyyət prinsiplərindən istifadə edirdi. Nadir şahın hərbifəaliyyətinin uğurları genişləndikcə, qoşunların maddi təminatı stabil-ləşdikcə könüllü şəkildə ona qoşulmaq istəyənlərin sayı da artdı. Bununlabelə, Nadir şah qoşunların sayının artması üçün məcburiyyət vasitələrinədə əl atırdı. Ələ keçirdiyi vilayətlərin, ərazilərin hakimləri və əhalisiqarşısında Nadir şah konkret sayda qoşun dəstəsi toplayıb mərkəzihakimiyyətin ixtiyarına verilməsi tapşırıqlarını da qoyurdu. Yəni qoşundəstəsinin toplanması və Nadir şahın ixtiyarına verilməsi bir çox vilayətlərüçün mükəlləfiyyət xarakteri alırdı. Nadir şah qoşunlarında bir sıra əfqandəstələrinin, ləzgi dəstəsinin, Xarəzm dəstəsinin, Mərv dəstəsinin meydanagəlməsi də məhz həmin mükəlləfiyyətlərin icra edilməsinin nəticəsi idi.

Nadir şah qoşunlarının struktur vahidlərinin formalaşdırılmasında vəonların idarə edilməsində onluq sistemindən istifadə edirdi. Bu sistem, əs-lində, Səfəvi qoşunlarından qalmışdı və Nadir şah da onun tətbiqini məq -sə də uyğun bilirdi. Həmin sistemə əsasən qoşunlarda ən kiçik strukturvahidi 10 nəfərdən ibarət olan cuxə idi. Cuxəyə daxil olan şəxslərdən 9-usıravi döyüşçü, biri isə onbaşı və ya vəkil idi. 10 cuxənin birləşdiril mə -sindən dəhcuxə adlanan bir vahid təşkil edilirdi. 100 nəfərdən ibarət olandəhcuxəyə (bəzən dəstə də adlandırılırdı) yüzbaşı rəhbərlik edirdi. 10 vahiddəhcuxədən isə min nəfərlik bir döyüş strukturu yaradılırdı. Min nəfərlikdöyüş strukturu fövc (alay) adlanırdı və ona minbaşı rəhbərlik edirdi.1

Úàùàíýèð Ùöñåéí ßôøàð

114

1H.T.Homayun. Təhəvvolat-e qanun dər tarix-e-moaser-e İran. Tehran, 1376, s. 72.

Page 116: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Fövc Nadir şah qoşunlarının əsas taktiki vahidi idi. Qoşun birləşmələridə, əsasən, fövclərin sayı ilə müəyyənləşdirilirdi. Ancaq mənbələrdə əl-libaşı, beşyüzbaşı vəzifələrinin mövcudluğu haqqında da məlumatlara rastgəlmək mümkündür. Məsələn, «Aləm Ara-ye Naderi»də bildirilir ki, Nadirşah Hindistandan geri qayıdarkən öz qoşunlarına baxış keçirdi. Həminbaxışda: «... sərkərdələr, tayfa başçıları, ağsaqqallar, minbaşılar, beşyüz -ba şılar, yüzbaşılar, onbaşılar, yasəvullar, nəsəğçilər, çəndəvullar, rikalar,carçılar, çavuşlar və qədimilər cahan sahibini salamlamağa hazır oldular».1

«Aləm Ara-ye Naderi»nin yenə başqa bir yerində beşyüzbaşı ilə bir-likdə əllibaşı ifadəsi işlədilmişdir.2 Bəzi tədqiqatçılar beşyüzbaşı vəzifəsininSəfəvi qoşunlarına aid olduğunu və Nadir şah dövründə bu vəzifə sahibinincavabdeh olduğu struktur vahidinin aradan çıxdığını iddia etsələr də,3 gö -rün düyü kimi, «Aləm Ara-ye Naderi»də həm beşyüzbaşı, həm də əllibaşıifadəsinə rast gəlmək mümkündür. Bu vəzifə adları mənbələrdə çox işlən-məsə də, görünür, Nadir şah qoşunlarında onlar hələ də qalmaqda idi. Ehti-mal etmək olar ki, kiçik struktur vahidlərinin, o cümlədən ayrı-ayrıtövc lərin istifadəsi zamanı 50 nəfərlik və 500 nəfərlik struktur vahid lə -rindən istifadə edilməsinə zərurət yaranmışdı.

Mənbələrdə Nadir şahın qoşunlarında struktur vahidi kimi işlədilən«tip» və «ləşgər» terminləri ilə qarşılaşmaq mümkündür.4 Bu strukturvahidlərinin hər biri bir neçə fövcün birləşməsindən təşkil edilirdi. Qeydetmək lazımdır ki, tip (briqada) struktur vahidi Səfəvi qoşunları ilə müqayi -sədə Nadir şah qoşunlarına gətirilmiş daha bir yenilik idi. Lakin istər tip,istərsə də ləşgər daim tətbiq olunan strukturlar deyildilər. Əgər hər hansıbir tapşırıq icrası üçün bir neçə fövc göndərmək lazım gəlirdisə, onda bufövclərin müvəqqəti olaraq ümumi komandanlıq altında birləşdirilməsinəehtiyac yaranırdı. Belə vaxtlarda bu fövclər tip və ya ləşkər halında qrup -laşdırılır və istedadlı sərkərdələrdən biri bu strukturun rəhbəri təyin edilirdi.Başqa sözlə, tövclərdən fərqli olaraq, tiplər və ləşkərlər daimi şəkildəmövcud deyildilər. Bu strukturların mütləq formalaşdırılmış bir say tərkibi

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

115

1M.M.Kazım. Göstərilən əsəri, II c. Tehran, 1384, s. 762.2Yenə orada, II c. s. 777.3H.T.Homayun. Göstərilən əsəri, s. 72.4M.M.Kazım. Göstərilən əsəri, II c. s. 789, 829.

Page 117: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

də yox idi. İstər tip, istərsə də ləşkər 2-6 fövcdən təşkil oluna bilərdi.1 Mən-bələrdəki məlumatlardan belə bir qənaətə gəlmək mümkündür ki, dahaböyük struktur vahidi kimi Nadir şahın qoşunlarında dəstə və sepahmövcud olmuşdu. Bunların da say tərkibinin müəyyənləşdirilməsi müəyyənçətinlik təşkil edir. Amma bu struktur vahidlərinin hər ikisini əməliyyatvahidi kimi qəbul etmək olar. «Alem Ara-ye Naderi»də olan məlumataəsasən Nadir şah Dağıstana Qəni xanın rəhbərliyi altında 20 min əfqan vəbeluc döyüşçüsü, 20 min də Azərbaycan döyüşçüsü göndərdi. Qəni xan dabu qüvvələri dörd dəstəyə böldü və hər bir dəstəyə 2 min nəfərlik qarovultəyin etdi.2 Mənbədə başqa yerlərdə də daha böyük struktur vahidi kimidəstə termininə rast gəlmək olar. Mənbə və tarixi əsərlərdə 100 nəfərdəntəşkil edilmiş vahidin də dəstə adlandırılması ilə qarşılaşmaq mümkündür.Lakin dəstə termininin daha çox qüvvəni özündə birləşdirməsi halı mən-bələrdə daha çox öz əksini tapmışdır. Bu vahid say baxımından qeyri-müəyyənliyi özündə əks etdirsə də, onun tip və ləşgərdən daha böyükstruktur vahidi kimi qələmə alındığını istisna etmək olmaz. Yuxarıda istisnaedilən bölgü də bunu deməyə əsas verir.

Sepah struktur vahidinin də nə qədər qüvvəni özündə birləşdirməsinikonkret şəkildə söyləmək çətindir. Mənbələrdən aydın olur ki, sepah müx-təlif mənalarda işlədilmişdir. Məsələn, Nadir şahın Kərkük yaxınlığındaTopal Osman paşa ilə qarşılaşmasını təsvir edən «Aləm Ara-ye Naderi»ninmüəllifi yazır: «Nadir şah yüksəkliyin arxasından bu iki sepaha nəzərsaldı». «İki sepah» deyəndə müəllif qarşı-qarşıya gələn iki ordunu nəzərdətuturdu. Müəyyən hallarda isə sepah termini qoşunun tərkib hissəsi olanstruktur vahidi (korpus) kimi işlədilmişdir. Məsələn, «Aləm Ara-yeNaderi»nin bir yerində qeyd olunur ki, bir tərəfdən əfqan və beluc dəstələri,bir tərəfdən də Gəncə hakimi Həsənəli xanın sərdarlığı altında Azərbaycansepahı camaatın yolunu kəsdi.3

Bu istinad da göstərir ki, sepah termini qoşunların tərkib hissəsinitəşkil edən struktur vahidi kimi işlədiləndə belə tip, ləşgər və dəstədən dahaböyük olan struktur vahidi kimi nəzərdə tutulmuşdur.

Úàùàíýèð Ùöñåéí ßôøàð

116

1H.T. Homayun. Göstərilən əsəri, s. 72.2M.M.Kazım. Göstərilən əsəri. II c. s. 838-839.3M.M.Kazım. I cild, s. 303, II cild, s. 839.

Page 118: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah qoşunlarının xarakterik xüsusiyyətlərindən biri də qoşunnövləri, xüsusilə piyadalar və süvarilər arasında olan zahiri fərqlərin silin-mək üzrə olması idi. Tədqiqatçılar, haqlı olaraq, qeyd edirlər ki, Nadir şahqoşununda döyüşçüdən başlamış xidmətçiyə qədər elə bir şəxs tapmaqmümkün deyil ki, atsız və silahsız olsun.1 Yəni piyadalarla süvarilərarasında əsas fərqləndirici əlamətlərdən olan süvarilik Nadir şah qoşun-larında artıq aradan qalxmışdı. Əlbəttə ki, ata malik olmaq bu qoşunnövlərinin yalnız zahiri fərqləndirici əlaməti deyildi. Süvarilər üçün at,sürətli hərəkət vasitəsi, səmərəli döyüş vasitəsi idi. Nadir şah qoşunlarındada döyüş vasitəsi kimi atdan istifadə edilməsinə xüsusi əhəmiyyət verilirdi.Əslində, başqa cür ola da bilməzdi. Uzunmüddətli səfərlər, uzaq olanmənzillər qoşunların bir yerdən başqa yerə daha tez atılması üçün atlardangeniş istifadə olunmasını tələb edirdi. Atlar Nadir şah qoşunlarının ayrılmazelementi idi. Bununla belə, hərbi qüvvələrin təyinatı, qarşısına qoyulanvəzi fələrin xarakteri, silahlanması, döyüş tapşırıqlarının icrası zamanı at-lardan istifadə edilməsi səviyyəsinə görə piyada və süvari qoşun növünəayrılması Nadir şah qoşunlarında da qalmaqda idi.

Nadir şah qoşunlarının daha bir xarakterik xüsusiyyəti onda Azərbay-can – türk elementinin güclülüyü idi. Yuxarıda qeyd edildiyi kimi, Nadirşah Azərbaycan arealından çox uzaqda doğulsa da, əfşar soyunun etnikməişət mühiti ona güclü təsir göstərmişdi. Nadir şah Azərbaycan türkcəsinitəmiz bilirdi və ünsiyyətini də daha çox bu dildə qurmağa çalışırdı.Tədqiqatçılar da təsdiq edirlər ki, Nadir şahın istər gündəlik, istərsə də sarayhəyatında Azərbaycan türkcəsi çox geniş yayılmışdı. Hətta əyanların Nadirşah dövründə öz fikirlərini Azərbaycan türkcəsində ifadə etmələri kübarlıqəlaməti kimi qəbul olunurdu.2

Qoşun daxilində də ünsiyyət türkcə qurulurdu. Hətta Nadir şahın fər-manları carçılar, çavuşlar və yasavullar tərəfindən qoşunlara daha çox türkdilində çatdırılırdı.3 Bu da təbii idi. Çünki Nadir şah, əfşar mühitindənçıxmış bir şəxs idi və türk soyları olan əfşarlardan, qacarlardan, cəlayiri -lərdən toplanmış dəstələr uzun müddət qoşunların əsasını təşkil etmişdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

117

1Sennani Pənah. Nadir şah. Tehran, 1368, s.156.2Şəbani R. Tarix-e ectemai-ye İran dər əsr-e Əfşariyye. Tehran, 1371, s. 151, 153.3Riyahi M.Ə. «Aləm Ara-ye Naderi»yə əsərinə müqəddimə, c. I, Tehran, 1358, s. 42.

Page 119: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah qoşunlarında ən mühüm və məsuliyyətli vəzifələr də, əsasən,əfşarlarla qacarlara tapşırılmışdı. Doğrudur, Nadir şahın qoşun larında müx-təlif etnik tayfalara mənsub olan qoşun dəstələri olmuşdu və Nadir şahınhərbi uğurlarının əldə edilməsində onların xidmətini unutmaq olmaz.Bununla belə, əfşar və qacar dəstələri uzun müddət qoşunların əsasını təşkiletmişdi.

Nadir şah qoşunlarında işlədilən vəzifə adlarının (bu barədə aşağıdadanışılacaqdır), silah və təchizat əşyalarının əksəriyyətinin adları da Azər-baycan türkcəsindədir. Yəni dövrün hərbi terminologiyası da, əsasən, Azər-baycan türkcəsi bazasında formalaşmışdı.

Ordunun piyada və süvari qüvvələriPiyadalar Nadir şah qoşunlarının tərkibində əhəmiyyətli yeri olan

qoşun növü idi. Doğrudur, onun formalaşdırılmasının özünəməxsus xü-susiyyətləri var idi. Nadir şahın gəncliyində ətrafına topladığı ilk dəstələrsüvari dəstələri idi və onun bir sərkərdə kimi formalaşmasının ilkinmərhələsi də daha çox süvari dəstələri ilə bağlıdır. Tədqiqatçıların qənaətinəgörə, hələ Xorasan həyatını yaşayarkən Nadirin əfqanlarla döyüşlərdənsonra piyada dəstələrinin formalaşdırılmasına başlandı.1 Təhmasib Mirzəilə birləşməsindən sonra Nadir şahın piyada qoşun növünün formalaşdırıl -masına, təchiz edilməsinə diqqəti daha da artdı.

Piyadalar Nadir şah qoşunlarının əsas zərbə qüvvələrindən biri hesabedilirdi. Döyüşlər, adətən, piyadalar vasitəsilə başlanır və onların hücumusüvarilər tərəfindən davam etdirilirdi.

Nadir şah dövrünün şahidi olmuş və Nadir şah qoşunlarını müşahidəetmiş general Kişmişov öz xatirələrində Nadir şahın piyada qoşun növünüüç qoşun qisminə ayırmışdır: 1) ağır silahlarla silahlanmış cəzayirçipiyadalar; 2) yüngül silahlarla silahlanmış piyadalar; 3) digər piyadalar.2

Öz əsərlərində Nadir şahın qoşunlarına toxunan bir sıra tədqiqatçılar dabu bölgünü təkrar etmişlər.

Heç şübhəsiz ki, Nadir şahın piyada qoşun növünün əsasını tüfənglərləsilahlanmış piyadalar təşkil edirdilər. Konkret tarixi şəraitdə qoşunların is-

Úàùàíýèð Ùöñåéí ßôøàð

118

1Ruzanlı C. Tarixe-Nəzami-ye İran. Tehran, 1315, s.392.2Moqtəder Q. Nəbərdha-ye bozog-e Nader şah. Tehran, 1383, s.168.

Page 120: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

tifadəsində həm ağır tüfənglər, həm də yüngül tüfənglər var idi. Ağırtüfənglərlə silahlanan piyadalar cəzayirçilər adlanırdılar. Cəzayirçilərinəsası ilk dəfə Səfəvilər dövründə, II Şah Abbasın zamanında qoyulmuşdu.II Şah Abbas, ilk dəfə olaraq 600 nəfərlik bir dəstəni ayırıb onları bütün-lüklə tüfənglərlə silahlandırdı və bu dəstəyə cəzayirçi dəstəsi adı verdi. Budəstə tüfəngağası başının rəhbərliyi altında fəaliyyət göstərirdi.1

Nadir şah dövründə də tüfəngçiağası vəzifəsi var idi. Amma bu vəzifəəvvəlki aktuallığını itirmişdi. Çox güman ki, bu, tüfənglə silahlanan piya -daların sayının xeyli artması ilə bağlı idi. Piyadaların əksəriyyəti, deməkolar ki, tüfənglərlə silahlanırdı və onların aşağıdan yuxarı tabeçiliyə malikolması çox güman ki, tüfəngçiağası vəzifəsinin saxlanılmasına da ehtiyacıaradan qaldırmışdı.

Cəzayirçilər çəkisi 18 kq-dan artıq olan tüfənglərlə silahlanırdılar.Lüləsinin ağzı genişlənən bu tüfənglər, adətən, hərbçilər tərəfindən qiymətlidaş-qaşlarla bəzədilirdi. Tüfənglər döyüşçülər tərəfindən xüsusi üçayaqlıdayaqlar üzərinə qoyularaq atılırdı. Tüfənglərin malik olduğu ağırlıq beləbir dayaqdan istifadə edilməsini zəruriləşdirirdi. Ona görə cəzayirçitüfənglə bərabər, yanında üçayaqlı dayağı da gəzdirməli idi. Lülələrininuzunluğu döyüşü bu tüfənglərlə başlamağa imkan verirdi. Şahidlərin qə-naətinə görə, piyadalar malik olduqları silah baxımından döyüş vaxtı çoxböyük fayda verə bilirdilər.2 Çaxmaqla işləyən bu tüfənglər uzun olduğuüçün döyüşçülər ona ayaq üstündə durarkən, hətta dayaqlanırdılar da. Cəza-yirçilərin özünəməxsus libasları da var idi. Onlar başlarına keçədən hazır-lanmış papaq qoyardılar. Buna görə onları çox vaxt keçəpapaq daadlandırardılar. Papaqların hər iki yanından məngulə asılar, üzərində isə«Allah» kəlməsi yazılardı. Papaqlar üzərindəki yazı müxtəlif döyüşçülərdəüç rəngdə yazılardı. Şahidlərin ifadəsinə görə tam döyüş təchizatına malikolan cəzayirçilərin düzülüşü müşahidəçilərdə dəhşətli bir hiss yaradardı.3

Piyadaların bir qismi yüngül silahlarla silahlanardılar. Həmin tüfənglərfitilli tüfənglər olub cəzayirçilərin çaxmaqlı tüfənglərindən çəkisinə görəyüngül, ölçüsünə görə isə qısa idi. Yüngül tüfənglərə malik olan piyadalar

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

119

1Bəyani X. Tarix-e nezom-ye İran. Dövre-ye Səfəviyye. Tehran, 1353, s.78.2Şəbani R. Göstərilən əsəri, s. 162.3Arunova M.R., Aşrafyan K.Z. Nadir şah dövləti (rusca). M., 1963, s. 147.

Page 121: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ayrıca struktur vahidlərində, alaylarda komplektləşdirilirdilər.1 Tarixiədəbiyyatda bu piyadaların Qaracurlu piyadaları adlandırılması halları ilərastlaşmaq olar. Ola bilsin ki, bu piyadaların tərkibində müəyyən vaxtlarQaracurlu tayfasına mənsub olan piyadalar çoxluq təşkil etmişdilər və onagörə də Qaracurlu piyadalar kimi də tanınmışdılar. Amma yüngül tü -fənglərlə silahlanan piyadaların hamısının Qaracurlu tayfasına aid olduğunuiddia etmək olmaz.

Yüngül fitilli tüfənglər heç şübhəsiz ki, çaxmaqlı tüfənglərə nisbətəndaha yaxın döyüşlər üçün nəzərdə tutulmuşdu və ona görə də döyüşqabağıdüzülüşdə yüngül tüfənglərlə silahlananların öz yerləri var idi. Nadir şah,bütünlükdə, tüfənglərlə silahlanan piyadaların formalaşdırılmasına xüsusiəhəmiyyət verirdi. Vaxt ötdükcə onların xarici görünüşü daha da mükəm-məlləşdi. Sonralar tüfəngdarlar eyni geyim və formalara malik oldular. Bupiyadalar, adətən, qırmızımtıl şalvarlar və göy rəngli yarım canlıqlar geyir,başlarına qaragül dərisindən papaq qoyurdular. Papaqların qarşısında tü -fəng darların hansı alaya mənsubluğunu göstərən xüsusi nişan bərkidilirdi.Tüfəngdarlar əsas silahlarından başqa kəmərlərindən asılmış xəncərə dəmalik idilər. Mövcud olan məlumatlara görə ağır tüfənglərlə silahlanmışstruktur vahidlərinin şəxsi heyəti, əsasən, əyanların, imkanlı adamlarınailələrindən toplanırdı. Bundan başqa, bütün tüfəngdarların atı var idi vəhərbi yürüşlər zamanı atlarla hərəkət edirdilər.

Nadir şah piyadalarının böyük bir hissəsi soyuq silahlarla silah lanır -dılar. Bu piyadaların silahları ox və kamandan, nizədən, qılıncdan, zubinvə təbərzindən ibarət idi.2 Həmin qüvvələr heç şübhəsiz ki, Nadir şahınpiyada qoşun növünün əsasını təşkil edirdilər və sayca daha çox idilər.Adətən, artilleriya və tüfənglərlə başlanan döyüşün əlbəyaxa hissəsi süvariqüvvələrlə bərabər məhz soyuq silahlarla silahlanmış döyüşçülər tərəfindəndavam etdirilirdi. Döyüşün ağırlığı da çox vaxt elə soyuq silahlarla silahlan-mış piyadaların üzərinə düşürdü.

Topçu strukturlarının təşkili qoşunların formalaşdırılmasına Nadirşahın gətirdiyi yeniliklərdən biri idi. Səfəvilər dövründə də toplardan genişistifadə olunması məlumdur. Xüsusilə Şah Abbasın dövründə Səfəvi qoşun-

Úàùàíýèð Ùöñåéí ßôøàð

120

1Moqtəder Q. Göstərilən əsəri, s. 169.2Yenə orada, s.169.

Page 122: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

larında toplardan istifadə edilməsinə diqqət xeyli artırıldı. Tədqiqatçılar,haqlı olaraq, qeyd edirlər ki, Səfəvilər hakimiyyətinin sonlarına yaxınqoşunlar böhran məngənəsinə düşdüyü kimi, toplardan istifadə edilməsinədə diqqət azaldı.1

Nadir şahın dövründə topçuluğun və topçu strukturlarının formalaş dı -rıl masına xüsusi diqqət verilməyə başlandı. Nadir şah döyüşlərin uğurlabaşa çatdırılmasında topların taktiki imkanlarını yüksək qiymətlən dirdiyiüçün onlardan istifadə xeyli genişləndi. Toplardan geniş istifadə edilməsiqoşunların döyüş taktikasını da təkmilləşdirdi. Məlumdur ki, bir sıra dö -yüşləri Nadir şah məhz topçu hazırlığı ilə başlayardı və qarşı tərəfin müqa -vi mətinin qırılması üçün onun toplarının ələ keçirilməsinə çalışırdı.Dö yüşqabağı düzülüşdə də topların xüsusi yeri var idi. Bundan başqa,ənənəvi qala döyüşlərinin çoxunda toplardan geniş şəkildə istifadə olu-nardı.

Dövrünün və bölgənin güclü qoşunlarından sayılan Osmanlı qoşun -larında topçuluq daha güclü inkişaf etmişdi. Çox güman ki, bu məqam daNadir şahı topçuluğu inkişaf etdirməyə sövq edirdi. Topçuluğu inkişaf et-dirmək və güclü topçu strukturları yaratmaq üçün Nadir şah avropalımütəxəssislərin köməyindən də bəhrələnirdi. Həmin mütəxəssislər Nadirşah topçularının hazırlanmasında iştirak edirdilər.2

Nadir şah qoşunlarında ağır, orta, yüngül və qalavuran topların möv -cudluğu məlumdur. Qala topları 100 kq mərmiləri 1000-1500 məsafəyəatmaq gücünə malik idi və belə toplardan daha çox qalaların mühasirəsizamanı istifadə olunurdu. Bu topların mərmilərinin dağıdıcı qüvvəsi çoxidi. Eyni zamanda döyüşlərdə lüləsinin ağız hissəsindən doldurulan ağır vəorta toplar da istifadə olunurdu. Mənbələrdə bu topların topçuları arasındahindlilərin də çox olduğu bildirilir. Hər bir topun topçusundan başqa onaxidmət göstərən heyət də var idi. Ağır toplar xüsusi arabaların üzərindəyerləşdirilir və həmin arabalar bir cüt qatır vasitəsilə daşınırdı. Mövcudolan məlumatlara görə qatırlardan biri topun qarşısına, digəri isə arxasınabağlanırdı.3

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

121

1Ə.Sərdadvər. Tarix-e nezami və siyasi-ye douran-e Nader şah Əfşar, c. I, Tehran, 1378, s.166.2M.Süleymanov. Göstərilən əsəri, s. 539.3Arlonova K.Z. Göstərilən əsəri, s. 150.

Page 123: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Orta çapa və uzunluğa malik olan toplar da sözsüz ki, heyvanlar va-sitəsilə daşınırdı. Həm ağır, həm də orta toplar böyük zərbə qüvvəsinəmalik idilər və ona görə ağır zərbələrin vurulması üçün onlardan da xüsusiistifadə olunurdu. Amma uzun yürüşlərin, xüsusilə dağ şəraitində aparılanyürüşlərin daha sürətlə həyata keçirilməsi zamanı ağır və orta toplarındaşınması xeyli çətinləşirdi. Ona görə də uzaq mənzilli yürüşlər zamanı vəya düşmən qüvvələrinə qarşı gözlənilməzliyə, böyük sürətə nail olmaq üçünzənburək adlanan kiçik və yüngül toplardan istifadə olunurdu. Zən-burəkçilər dəstəsi Nadir şahın topçu qüvvələrinin mühüm tərkib hissəsinitəşkil edirdi və bu topların imkanlarından məharətlə istifadə edilməsi on-ların əhəmiyyətini xeyli artırırdı.

Zənburəklərin silahlanmaya qəbul edilməsi də Səfəvilər dövrünə aid-dir. Tədqiqatçıların qənaətinə görə hələ Şah Abbas dövründə bu toplardanistifadə edilməyə başlanmış və onun ilk strukturları yaradılmışdı. AmmaSəfəvilər qoşunlarında bu topların malik olduğu bütün imkanları reallaşdır-maq mümkün olmamışdı. Nadir şahın qoşunlarının tərkibində isə zənburək-lərdən daha geniş və daha səmərəli istifadə olunması onların gərəkliliyinitəsdiqlədi. Bunun nəticəsi kimi, müstəqil zənburəkçi strukturları for-malaşdırıldı. Həmin strukturların təşkili də Nadir şahın öz qoşunlarının for-malaşdırılmasına gətirdiyi yeniliklərdən biri idi.

Zənburəklərin lülələrinin çapı Nadir şah qoşunlarında istifadə olunanağır tüfənglərin çapından azacıq böyük olmaqla, orta topların çapındankiçik idi. Bu toplar lüləsinin əhatəsinə dolandırılmış tuğ və lüləsininaşağısında olan mil və ox vasitəsilə şamdan adlanan yastığın üzərindəbərkidilirdi. Sonra da bu yastıq dəvənin donqarları arasında bərkidilmişdayaq üzərinə qoyulurdu. Zənburəklər dəvələr vasitəsilə daşınırdı. Onlar-dan istifadə zamanı dəvələr dizləri üzərinə yatırdılar və dəvələrin üzərindəngötürülmədən onlardan atəş açılırdı. Hər dəvə yalnız bir zənburək aparırdı.Bunun üçün xüsusi dəvələr seçilir və həmin dəvələr zənburək daşınmasıüçün hazırlanırdı Zənburəkçi dəvənin donqarının arxasında bərkidilmişpalanın üzərində oturaraq, adətən, sol əli ilə zənburəkin lüləsinin arxasındantutardı. Dəvənin sağ tərəfinə zənburəkin fitili, sol tərəfinə isə barıt və mərmitorbası asılardı. Mərmi torbasına 20-dək mərmi yükləmək olurdu. Atəş açıl-masına başlanan zaman zənburəkçi dəvənin qatlanmış ayaqlarından biriniaçardı ki, atəşin qorxusundan dəvə asanlıqla ayağa qalxa bilməsin. Bundan

Úàùàíýèð Ùöñåéí ßôøàð

122

Page 124: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

başqa, zənburək lüləsinin yastıq üzərində fırlanması dəvənin yerini də -yişmədən müxtəlif istiqamətlərə atəş açmağa imkan verirdi. Zənburəklərinatəş uzaqlığı çox da böyük deyildi. Bununla belə, atəşlərin yaratdığı gurultuqarşı tərəfdə vahimə yaratmağa kömək edirdi. Zənburəkçilər göy rənglicanlıq, geniş şalvar və uzun boğazı olan çarıq geyinirdilər. Başlarına isəyarıdan yuxarı konus şəklində daralan hündür papaq qoyurdular.1

Nadir şah qoşunlarında zənburəklərdən başqa badlic və səfpozan kimikiçik toplardan da istifadə olunurdu. Çox təəssüf ki, bu top növlərinintexniki xüsusiyyətləri haqqında Nadir şah dövrünün mənbələrində lazımiməlumatlar yoxdur.

Zənburəkçilər zənburəkçibaşına tabe olurdular. Nadir şahın qoşun-larında belə bir vəzifə mövcud idi. Bütün topçuluğa və toptökmə işinə isətopçubaşı rəhbərlik edirdi. Topçubaşı istər qoşun rəhbərliyində, istərsə dədövlətin strukturlarında nüfuzlu yerə malik idi. Nadir şah topçubaşı və -zifəsinə həm təcrübəli, həm də etibarlı sərkərdələrini təyin edirdi. Vilayətha kimlərinin yanında da topçubaşı vəzifəsi var idi. Onlar vilayət hərbiqüvvələrinin topçularına rəhbərlik edirdi.

Nadir şah qoşunlarında olan topların sayı haqqında dəqiq məlumatyoxdur. Mənbələrdə də belə bir statistika aparılmamışdır. Ona görə dətədqiqatçılar təxmini olaraq belə güman edirlər ki, hind qoşunlarının toplarıda qənimət kimi ələ keçiriləndən sonra Nadir şah qoşunlarında bütünnövlərdən olan topların ümumi sayı 5000-ə yaxın idi.2

Yuxarıda haqqında danışılan tüfəngdarlar, soyuq silahlarla silahlanan-lar və topçular Nadir şahın piyadalarının əsasını və əsas zərbə qüvvəsinitəşkil edirdilər. Amma bunlardan başqa bir sıra xidmət və köməkçiqüvvələri də var idi ki, təyinatı etibarilə onları piyadalara şamil etmək olar.Bu xidmət qüvvələri döyüşlərdə, adətən, birbaşa iştirak etmirdilər. Onlarıntəyinatı qüvvələrin döyüş hazırlığı və döyüşlərin təşkilində xidmətiyardımların göstərilməsi idi.

Belə xidmət qüvvələrindən biri nəsəğçilər idi. Nəsəğçilər ən yaxşısərkərdələr və döyüşçülər arasından seçilirdi, nəsəğçibaşının rəhbərliyi al-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

123

1Амирбекова Н. Вопросы военной истории Азербайджана в период ханств. Баку, 2004,с. 32-33.2Tehrani M.Ş. Tarix-e Nadir şahi Nadirname. Tehran, 1348, s. 345.

Page 125: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

tında fəaliyyət göstərirdi. Onların vəzifəsi döyüşlər gedən zaman qoşunlarınnizamına nəzarət etmək idi. Nəsəğçilər, adətən, piyada qoşun dəstələrininarxasında yerləşdirilirdilər və bununla da piyadaların ağır döyüşlərə tabgətirməyərək fərarilik etmək cəhdlərinin qarşısı alınırdı. Əslində, döyüşəgirən piyada da bilirdi ki, fərarilik etmək fikrinə düşsə onu arxada, cəbhəboyu yerləşdirilmiş nəsəğçilər saxlayacaqlar. Nəsəğçilər tərəfindənsaxlanılanları çox sərt cəza gözləyirdi. Ona görə də nəsəğçilər bütün güc -lərini döyüşün uğurla aparılmasına verirdilər. Nəsəğçilər saxladıqları fərari -ləri edam etmək səlahiyyətinə də malik idilər.1

Nəsəğçilərin başqa bir vəzifəsi də düşərgədə yerləşən qoşun dəstələ -ri nin arasında qanunçuluğun və asayişin qorunması, qoşunların şəxsi əm-lakının, əşyalarının mühafizəsi, düşərgə daxilində təhlükəsizliyin təminedilməsi, ordubazarın fəaliyyətinin tənzimlənməsi, döyüşlərin gedişindədünyasını dəyişənlərin dəfninin təşkili idi. Nadir şah qoşunları tərkibindənəsəğçilərin sayının 300 nəfər olduğu bildirilir. Amma bu qüvvələrətapşırılan vəzifələrin yerinə yetirilməsi üçün 300 nəfərin kifayət etdiyişübhə doğurur. Elə «Aləm Ara-ye Naderi»nin bir yerində Nadir şahın 3 minnəfərlik nəsəğçi dəstəsindən söz açılır. Bu da nəsəğçi dəstəsinin kifayətqədər böyük sayda olmasından xəbər verir.

Nəsəğçilərin papağının qarşısına üç ciqqə birləşdirilirdi və hər ciqqəyədə bir xoruz lələyi sancılırdı.2

Piyadalara aid olan xidmət dəstələrindən biri də qarovul dəstəsi idi.Qarovul dəstələri ayrıca struktur vahidinə və rəhbərliyə malik olan xidmətdəstəsi idi. Bu dəstə qarovulsaların rəhbərliyi altında fəaliyyət göstərirdi.Qarovulun təyinatı qoşunların düşərgə istirahətləri zamanı, bir çox hallardaisə marş yerinə yetirdiyi vaxt mühafizəsinin təmin edilməsi idi. Xüsusəngecə vaxtlarında düşərgələrin qorunması, kənar və qəfil hücum lar danmühafizə olunması qarovulun vəzifəsi idi. Qarovul mənsubları öz təyinat-ları ilə bağlı bildirirdilər ki, başqalarının rahat yatıb istirahət etməsi üçünonlar səhərə qədər yuxularına haram qatmalı olurlar.3

Mənbələrdə olan məlumatlar onu deməyə əsas verir ki, qaravul bir sıra

Úàùàíýèð Ùöñåéí ßôøàð

124

1H.T.Homayun. Göstərilən əsəri, s.169.2Moqtəder Qulamhüseyn. Göstərilən əsəri, s.170.3Mərufi. Göstərilən əsəri, s.818.

Page 126: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

digər vəzifələrin də icrasına cəlb edilirdi. Bunların arasında qalaların vədigər tikintilərin, hərbi təyinatlı obyektlərin tikintisi, qalaların mühasirəsizamanı səngərlənmiş qüvvələrin mühafizəsi qarovul dəstələrinə tapşırıldı.

Nadir şah tərəfindən qarovul dəstələrinin kəşfiyyata göndərilməsi fakt -ları da mənbələrdə öz əksini tapmışdır. Məsələn, Bəlx üzərinə hücumahazırlaşarkən bir neçə nəfər qarovul kəşfiyyata göndərilmişdi ki, yerliəhalidən əsir götürsünlər və onların vasitəsilə vəziyyət haqqında genişməlumat əldə edilsin. Hərbi yürüşlər zamanı ətrafda nələrin baş verməsihaqqında məlumatların toplanması da qarovullara tapşırıldı.1

Nadir şahın piyada qoşunlarının içində mühəndis-istehkamçı qüvvə -lə rinin formalaşdırılmasına və onlardan fəal şəkildə istifadə edilməsinə dəxüsusi diqqət yetirilirdi. Böyük qələbələrin əldə edilməsində bu xidmətinəhəmiyyətli rolu var idi. Dövrün hərb sənətində qala döyüşləri hələ də özyerini qoruyub saxlamaqda idi. Bir tərəfdən çoxsaylı qala döyüşlərininaparılması, bir tərəfdən də uzaq mənzilli yürüşlər zamanı böyük çaylarınkeçilməsi mühəndis-istehkam xidmətinin əhəmiyyətini daha da artırırdı.

Tədqiqatçılar Nadir şah qoşunlarında topçularla mühəndis-istehkam xid-mətinin şəxsi heyətinin 1000 nəfər olduğunu söyləyirlər.2 Amma bu sayın nəqədərinin mühəndis-istehkam xidmətinə aid olmasını dəqiq söyləməkmümkün deyildir. Mənbələrdə də bu xidmətin şəxsi heyəti, onun strukturvahidinin mövcudluğu barədə xüsusi bir məlumat tapmaq da çətindir.

Mənbələrdə mühəndis-istehkam işləri ilə ayrıca olaraq məşğul olannəqəbçilərin (lağım atanların) və xəndək qazanların adına da rast gəlməkmümkündür. Bu işlə məşğul olanların xüsusi struktur dəstələrinin mövcud-luğu haqqında fikir yürütmək də çətindir. Bir halda ki, bu xidmət sahəsininmənsubları ayrıca adla adlanırdılar, onda, güman etmək olar ki, nəqəbçibölmələri ayrıca struktura malik olmuşdur. Çünki həm lağım atmaq, həmdə xəndəklər qazmaq, o cümlədən divarlar, sığınacaqlar tikmək həm xüsusihazırlıq, həm də xüsusi alətlər tələb edirdi.

Mühəndis-istehkam işlərinin bu və ya digər döyüşlər zamanı aparıl-masına yuxarıda ayrı-ayrı hallarda toxunulmuşdur. Həmin məlumatlardanvə eləcə də mənbələrdə öz əksini tapmış məlumatlardan aydın olur ki, Nadir

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

125

1M.M.Kazım. Göstərilən əsəri, I cild, s.577, 630, 642.2Moqtəder Q. Göstərilən əsəri, s. 170.

Page 127: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

şah mühəndis-istehkam işlərinin aparılmasına həm xarici mütəxəssisləri,həm də müxtəlif hərbi strukturların şəxsi heyətini cəlb edirdi. Məsələn,Bağdad şəhəri üzərinə ilk hücum zamanı Nadir şah əvvəlcə öz döyüş çü -lərini Dəclə çayı üzərindən müvəqqəti körpünün qurulması üçün o birisahilə üzməyi və orada lazımi işləri aparmağı tapşırdı.1 Amma bu yolla çayüzərindən keçid yaratmaq ona qismət olmadı. Sonra Dəclə çayı üzərindənkeçidin yaradılmasına həmin vaxt Nadir şah qoşunlarında olan avstriyalımühəndislər cəlb edildilər. Bu mühəndislərin köməyi ilə Dəclə çayı üzə -rindən müvəqqəti keçid yaradıldı və lazım olan miqdarda hərbi qüvvələrçayın o biri sahilinə adladıldı.2

Su maneələrinin dəf edilməsi baxımından Hindistana yürüş zamanıçoxsaylı çaylar üzərindən qısa zaman ərzində körpülər qurulması Nadir şahqoşunlarında mühəndis-istehkam işlərinin yüksək nümunəsi sayıla bilər.Xüsusilə Sind və Ravi çayları üzərində ən çətin şəraitdə keçidlər yaradıl-ması Nadir şahın hərbi yürüşlər tarixində yaddaqalan hadisələrdir. Həminçayların dəf edilməsi həm də mühəndis-istehkam işləri sahəsində Nadirşahın yaradıcı təşəbbüskarlığının uğurlu nümunələridir. Qarşıya qoyulanməqsədə çatmaq və üzən vasitələrin bir-birinə möhkəm bağlanması üçünyuxarıda qeyd edildiyi kimi, Nadir şah atların quyruq və yal tükləriniqırxaraq kəndirlər hazırlanmasına göstəriş vermişdi.3

Mühəndis-istehkam xidmətçilərinin qala döyüşlərinə daha fəal cəlbedilməsi baxımından isə Gəncə qalasının mühasirəsi daha xarakterikdir.Doğrudur, Nadir şah qalanı ələ keçirib, qarşısına qoyduğu vəzifəyə nail olabilmədi. Bununla belə, mühasirə dövründə qala ətrafında xeyli mühəndis-istehkam işləri görüldü.

Nadir şah burada da xarici mütəxəssislərin kömək və məsləhətlərindənistifadə etdi. Cənubi Qafqaza yürüş zamanı Nadiri müşayiət edən rus gene -ralı Qolitsın Bakıda olan rus mühəndis-istehkamçılarını Gəncəyə çağırdıvə onlar Nadirin ixtiyarına verildi. Bir sıra mühəndis-istehkam işləri dəməhz onların iştirakı və məşvərəti ilə aparıldı.4

Úàùàíýèð Ùöñåéí ßôøàð

126

1M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 260.2Moqtəder Q. Göstərilən əsəri, s. 39.3M.Süleymanov. Göstərilən əsəri, s. 543.4Moqtəder Q. Göstərilən əsəri, s. 52.

Page 128: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Belə mühəndis-istehkam işlərindən biri torpaq dolu kisələri bir-birininüstünə qalaqlamaqla qala divarları üstünə yol düzəldilməsi idi. Deyildiyikimi, bu planın həyata keçirilməsi üçün yüz min kisə torpaq lazım idi.Amma qala müdafiəçilərinin səmərəli müdafiəsi bu planı axıra çatdırmağaimkan vermədi.

Yuxarıda qeyd edildiyi kimi, Gəncə qalasının divarlarının dağıdılmasıüçün onun ətrafında xəndək qazıldı, divarlar altına lağım atıldı. İsteh kam -çılar onlara tapşırılan işlərin öhdəsindən gəldilər, Gəncə qalası divarlarınınmüəyyən hissəsinin dağıdılmasına nail oldular. Bununla belə, yenə dəqalanı almaq mümkün olmadı. Mənbələrdən məlumdur ki, Gəncə qalasıdaxilindəki qüvvələrin güclü top atəşlərindən qorunmaq üçün istehkamçılaryer altında döyüşçülər üçün xüsusi sığınacaqlar qazmışdılar və top atəşləriçoxalanda döyüşçülər həmin sığınacaqlarda qorunurdular. Bundan başqa,istehkamçılar qala ətrafında əyri-dolanbac səngərlər qazmışdılar ki, onlarda döyüşçüləri atəşlərdən qoruyurdu. Nəhayət, Gəncə çayının suyununGəncə qalasının divarları dibinə axıdılması kimi böyük mühəndis-istehkamişləri aparıldı. Bununla da kifayətlənməyən Nadir Gəncə qalasının divarlarıboyunca müəyyən məsafədə yeni divarların tikilməsinə göstəriş verdi. İs-tehkamçılar tərəfindən tikilən bu divarlar Gəncə qalasının etibarlı mü -hasirəsini təmin etməli idi.1

Nadir şah qoşunlarının aparıcı hissəsini süvari qoşun növü təşkil edirdi.Bu qoşun növünün formalaşdırılmasına və möhkəmləndirilməsinə xüsusidiqqət yetirilirdi. Dövrün hərb sənəti də süvari qoşun növünün formalaş -dırılması və fəaliyyəti ilə sıx bağlı idi. Çünki konkret tarixi şəraitdə qarşıyaqoyulan hərbi tapşırıqların icrasının çevikliyi, sürəti gözlənilməzliyi süvari -liyin inkişafı ilə bağlı idi. Hərb işində sürət, süvarilərin fəaliyyəti ilə əldəedilə bilərdi. Nadir şah üçün isə süvariliyin inkişafı və gücləndirilməsi xü-susilə aktual idi. Çünki nəqliyyatın texniki vasitələrinin mövcud inkişafdövründə uzaq mənzilli və uzun müddətli hərbi vəzifələri yalnız yaxşı for-malaşdırılmış süvari qoşunlarla həyata keçirmək olardı.

Yuxarıda qeyd edildiyi kimi, Nadir şahın bütün qoşunları at belinəmindirilmişdi. Piyada qoşun növünün və eləcə də müxtəlif xidmət sahə -lərinin inkişafında da süvariliklə bağlılığın imkanları aranırdı. Nadir şah

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

127

1M.M.Kazım. Göstərilən əsəri, I cild, s.383-385.

Page 129: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

özü də süvari döyüşçüsü idi, onun başına toplanan ilk dəstə də süvaridəstəsi idi və bir-birinin ardınca əldə etdiyi hərbi uğurlarında da süvariqoşunlarının rolu əvəzsiz idi.

Nadir şahın süvari qoşunları iki qismə bölünürdülər: ağır süvarilər vəyüngül süvarilər. Süvarilər malik olduqları silah və təchizata görə bu qisim-lərə bölünürdülər. Ağır süvarilər qılınc, nizə və karabindən əlavə qalxanada malik idilər. Yüngül süvarilərin isə qalxanı yox idi. Onların silahı,əsasən, qılınc, nizə və karabin idi. Süvarilər arasında ox və kamanlasilahlananlar da var idi və çox güman ki, ox-kamanla silahlanan süvariləryüngül süvarilər arasında idi.

Döyüş zamanı süvarilər başlarına dəbilqə geyinməklə düşmən zər-bələrindən daha yaxşı mühafizə olunurdular. Onlar «çaharayna» (dördayna) adlanan zireh geyimdən də istifadə edirdilər. Bu geyimlərin sadə for-ması bir-birinə bərkidilmiş 4 zireh parçadan ibarət olurdu. Sinəni və kürəyimühafizə edən parçalar nisbətən daha geniş və hündür olurdu ki, bədəninqurşaqdan boğaza olan hissəsi qorunsun. Bu parçalar qolların altında olandaha ensiz və gödək zireh parçalarla bir-birinə birləşdirilirdi.1

Ağır süvarilər də nizə ilə silahlananlara və qılıncla silahlananlarabölünürdülər. Topçu və tüfəng hazırlığından sonra döyüş, adətən, nizələrləsilahlanan süvarilərin hücumu ilə davam etdirilir və onların ardınca daqılıncla silahlananlar döyüşə qoşulurdular. Malik olduqları silaha görə, heçşübhəsiz ki, ox və kamanlarla silahlananlar da döyüşə ilkin qoşulanlararasında idilər.

Ağır süvarilər arasında bəy və xan təbəqəsinə mənsub olanlar çox idi.Süvari qoşunlarında yuxarıda qeyd olunan struktur vahidləri tətbiq olu -nurdu. Mənbələrdə daha böyük struktur vahidi kimi yalnız süvariqüvvələrinə aid olan tiplərin və konkret tapşırıqların icrası üçün yaradılmışsüvari dəstələrinin formalaşdırıldığına rast gəlmək mümkündür. Onlarınarasında müxtəlif vaxtlarda kəşfiyyat vəzifələrinin həyata keçirilməsi üçün6 alaydan təşkil edilmiş Hacıxan bəy Əfşarın rəhbərliyi altında olan tip, üçalaydan təşkil edilmiş və Cavanqulu xanın rəhbərliyi altında olan tip,6 alaydan təşkil edilmiş və Hüseynəli xanın rəhbərliyi altında olan tip,

Úàùàíýèð Ùöñåéí ßôøàð

128

1M.Ş.Tehrani. Göstərilən əsəri, s. 338.

Page 130: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

5 alaydan ibarət olan və gilzayi əfqanlarından təşkil edilmiş tip və s.1 Əs-lində bunların sayını artırmaq da olar. Fövcdən böyük olan struktur va -hidləri daimi vahidlər deyildilər və onların formalaşdırılması konkrettapşırıq və zərurətlə bağlı idi. Belə zərurətlə yaranan süvari struktur vahidimüəyyən vaxtlarda əməliyyat vahidi səviyyəsinə qaldırılırdı.

Bəzi tədqiqatçılar Nadir şahın süvari qüvvələrini səltənət süvariləri vəXorasan süvariləri adı altında iki hissəyə bölürlər. Səltənət süvarilərini isəbəzən qızılbaş süvariləri adlandırırlar.2 Qızılbaş süvariləri deyəndə dəSəfəvi dövlətinin əsasını təşkil etmiş Qacar, Varsaq, Rumlu, Şamlı,Zülqədər, Təkalu, Əfşar və Bayat soylarından təşkil edilmiş süvari nəzərdətutulur. Əslində, bu bölgünü doğru saymaq olmaz. Əvvəla, bu bölgü etnikmənsubiyyətə və məhəlli mənsubiyyətə görə aparılmış bir bölgüdür. Qoşunnövləri isə qüvvələrin icra etməli olduqları vəzifələrin xarakteri, malikolduqları silah və təchizata görə qisimlərə bölünməlidir. Hətta etnik əla -məti nə və məhəlli mənsubiyyətinə görə belə yuxarıda qeyd olunan bölgünöqsanlı bölgüdür. Çünki Nadir şahın süvarilərini yalnız qızılbaş süvarilərivə Xorasandan toplanmış süvarilər təşkil etmirdilər. Məlumdur ki, Nadirşah qoşunlarının tərkibində əfqan, ərəb, lur, bəxtiyari, ləzgi, gürcü süvaridəstələri var idi.

Yeri gəlmişkən o da qeyd edilməlidir ki, mənbələrdə bir çox hallardaNadir şah qoşunları «qızılbaş» qoşunları kimi təqdim edilirlər. Bu ifadə dədoğru sayıla bilməz. Baxmayaraq ki, Nadir şah qoşunlarında əfşarlar, qacar-lar və digər türk soylarından təşkil edilmiş struktur vahidləri çox idi.Bununla belə, Nadir şah qoşunları onun nəzarəti altında olan bütün əra zi -lərdən toplanmış qoşun idi. «Qızılbaş» ifadəsinin əfşarlar hakimiyyətiüzərinə gətirilməsi heç tarixi baxımdan da doğru deyildir.

Nadir şahın süvari qoşunlarının sayı və kəmiyyəti barədə tarixi vətədqiqat əsərlərində müxtəlif rəqəmlərlə rastlaşmaq mümkündür. Bu rəqəm-lər də mütləq faktlar kimi qəbul edilə bilməz. Baxmayaraq ki, Nadir şahqoşunlarında ləşgərnevislər var idi, amma onlar da daha çox konkretyürüşlərə səfərbər edilən qoşunların siyahısını aparırdılar. Məlumdur ki,Nadir şahın birbaşa rəhbərliyi altında olan süvari qüvvələrindən başqa,

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

129

1Homayun H.T. Göstərilən əsəri, s. 84.2Moqtəder Q. Göstərilən əsəri, s. 171.

Page 131: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əyalətlərdə də süvari qüvvələri var idi. Bundan başqa, süvarilərin cəlbedilməsi davamlı olaraq aparılırdı. Hətta döyüş gedən ərazilərdə qoşuntoplanması da aparılırdı. Əlbəttə, Nadir şah qoşun itkilərinə də məruz qa -lır dı. Ona görə də Nadir şahın süvari qüvvələrinin tərkibi haqqında sabitrə qəm göstərmək mümkün deyil. Süvari qoşunları haqqında daha real tə -səvvürü konkret yürüşlərə cəlb edilmiş süvarilərin sayı ilə əldə etmək olar.

Mövcud olan məlumatlara görə süvarilərin döyüş hazırlığı mütəmadiolaraq davam etdirilirdi və Nadir şah da bu məsələyə xüsusi fikir verirdi.Amma çox təəssüf ki, bu hazırlığın necə aparılması haqqında mənbələrdəmüfəssəl məlumat yoxdur. Bununla belə, məlumdur ki, süvarilər qoşunlarasəfərbər ediləndə onlar artıq müəyyən təcrübəyə malik olurdular. Şəxsihəyat zamanı atdan istifadə, ovçuluq, heyvandarlıq artıq çoxlarında süvar-ilik vərdişləri yaradırdı. Şahidlərin ifadəsinə görə, Nadir şah süvarilərilazım gələrdisə istirahət etmədən 20-25 saat müddətində döyüşə bilərdilər.1

Nadir şahın apardığı döyüşlər də bunu tələb edirdi.Nadir şah süvariləri başlarına dördkünc qırmızı papaq qoyurdular. Pa-

pağın dövrəsinə isə ağ rəngli ipək şal dolanırdı. Bu papaqlarına görə onlarıbəzən Nadir şah qırmızıbaşları da adlandırırdılar.2

Nadir şah süvarilərindən xüsusi bir şah qvardiyası da yaradılmışdı. Buqvardiya mənbələrdə və tədqiqat əsərlərində «səltənət qvardiyası»,«keşikçilər» və «həmişəkeşikçilər» kimi də təqdim olunmuşdur. Tədqi qat -çıların fikrincə, Səfəvilər hakimiyyəti dövründə olduğu kimi, Nadir şah daöz mühafizəsinin təmin edilməsi üçün xüsusi qvardiya təşkil etməyi qəraraaldı.3 Xüsusi qvardiya, doğrudan da, Nadir şahın mühafizəsi ilə məşğulolurdu. Amma istər şahın xüsusi qvardiyasının tərkibi, istərsə də bu qvar -diyanın fəaliyyəti haqqında mənbələrdə olan məlumatlar göstərir ki, şahqvardiyasının vəzifəsi yalnız şahın mühafizəsinin təmin edilməsi deyildi.Qvardiyanın tərkibində beş alay var idi: Şamxalçılar alayı, çavuşlar alayı,nəqib alayı, xüsusi qarovul alayı və cilovdar alayı.4

Úàùàíýèð Ùöñåéí ßôøàð

130

1Homayun H.T. Göstərilən əsəri, s. 84.2M.Süleymanov. Göstərilən əsəri, s. 547.3Homayun H.T. Göstərilən əsəri, s. 85.4Ruzanlı C. Göstərilən əsəri, s. 394.

Page 132: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nəzərə alınsa ki, hər alay min nəfərdən ibarət idi, onda qvardiyanın(keşikçi dəstəsinin) 5 min nəfərdən ibarət olduğunu ehtimal etmək olar.Amma Nadir şah dövrünün şahidlərindən qvardiyanın sayının 6 min nəfərolduğunu iddia edənlər də vardır.1

Mənbələr və tədqiqatçılar şamxalçıların konkret olaraq hansı vəzifəniyerinə yetirmələri haqqında söz açmırlar. Amma bu şəxslərin tüfənglərləsilahlandırılması haqqında məlumat vardır. Malik olduqları silahlarına görəşamxalçıları Nadir şahın ehtiyat qüvvəsi ehtimal etmək olar. Çavuşlarınvəzifəsi şah fərmanlarının və əmrlərinin hündür səslə qoşunların şəxsiheyətinə çatdırılması idi. Bu baxımdan onların vəzifəsi carçıların vəzifəsiilə oxşarlıq təşkil edirdi. Çavuşlar başlarına yaşıl papaq qoyur və ətrafınanazik qara parça dolayırdılar. Onlar papaqlarına lələk sancırdılar və gümüşçomaqla silahlanırdılar.

Çavuşların gur səsə malik olmaları və öz vəzifələrini icra etdikləri vaxtaz qala nərə çəkmələri barədə mənbələrdə də məlumat mövcuddur.2

Tədqiqatçılar nəqib alayının şəxsi heyətinin qeyri-hərbi işlərlə vədəstənin tədarük işləri ilə məşğul olduğunu bildirsələr də, mənbələrdə on-ların da hündür avaza malik olmaları və çavuşlarla oxşar vəzifələri icra et-dikləri bildirilir.3

Xüsusi qarovul alayı çox güman ki, şahın həyatının mühafizəsini təşkiledirdi. Çünki müxtəlif faktların tutuşdurulması da bunu deməyə əsas verir.Tədqiqatçılar da iddia edirlər ki, xüsusi qarovul səltənət çadırının və şahailəsinin qorunması ilə məşğul idi.4

Nadir şah qoşunlarını və şah qvardiyasını şəxsən müşahidə etmişşahidlərin biri öz xatirələrində göstərir ki, şahın keşikçi dəstəsinin sayı 6min nəfərdən çoxdur və bu dəstə gecə-gündüz şahın mühafizəsində dayanır.Onun bildirdiyinə görə, 6 min nəfərlik dəstə növlərə bölünmüşdü və hərnövdə iki min nəfər var idi. Hər növbə bir gün və bir gecə keşik xidmətiçəkir və sonra da iki gün istirahət edirdi.5

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

131

1 Moqtəder Q. Göstərilən əsəri, s. 170.2 Homayun H.T. Göstərilən əsəri, s. 86.3 M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 229, II cild, s. 747, III cild, s. 917.4 Homayun H.T. Göstərilən əsəri, s. 86.5 Moqtəder Q. Göstərilən əsəri, s. 170.

Page 133: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Bu fakt bir qədər şübhəli görünür. Keşikçi qvardiyasının strukturundanda görünür ki, bu dəstənin şəxsi heyətinin heç də hamısının vəzifəsi şahınmühafizəsini təşkil etmək deyildi. Bundan başqa, «Aləm Ara-ye Naderi»dəbelə bir fakt vardır ki, Marağa ətrafındakı döyüşlər zamanı Nadir keşikçilərdəstəsindən 4 min döyüşçünü müharibə meydanına atdı və onların va-sitəsilə döyüşün gedişinə təsir göstərməyə çalışdı.1

Əgər Nadir keşikçi qvardiyasından 4 min nəfəri döyüşə atırdısa,deməli, qvardiyanın heç də hamısı onun mühafizəsində dayanmırdı. Bufaktdan belə bir qənaətə gəlmək olar ki, məhz xüsusi qarovul alayı Nadirşahın və onun ailəsinin mühafizəsini təmin edirdi. «Aləm Ara-yeNaderi»dəki başqa bir fakt da bu ehtimalın doğruluğuna əsas verir. Mən-bədə göstərilir ki, Nadir özünün Rüstəm və İsfəndiyar ruhlu döyüşçülə rin -dən min nəfər seçdi, onların adını həmişəkeşik qoydu ki, onlar həmişəlikNadirin sarayında və keşikxanasında olsunlar. Onlar bir an da olsa sahib -lərindən aralana bilməzdilər.2 Nadir şah, yəqin ki, onları başqa işlərə dəayırmazdı. Xüsusi qarovul alayı da min nəfərdən ibarət idi və şübhə yoxdurki, keşikçilər qvardiyasının məhz bu alayı şahın və onun ailəsinin davamlımühafizəsini təmin edirdi.

Şahidlərin söylədiyinə görə, mühafizə postlarının hər birinə 10 nəfərkeşikçi təyin olunurdu. Onlar da yarıya bölünüb növbə ilə postda daya nan -da digər dəstə istirahət edirdi. Nadir şah tez-tez bu postların xidmətiniyoxlayırdı. Elə vaxt olurdu ki, gecələr Nadir şah postda dayananlarınhamısının yatmasının şahidi olurdu. Belə hallarda Nadir şah keşikçilərihəbs və bir çox hallarda isə edam etdirirdi.3

Deyilənlərin oxşarı olan faktla «Aləm Ara-ye Naderi» əsərində də rast-laşmaq olar. Yuxarıda qeyd edildiyi kimi, qiyamların yatırılması üçünDağıstana yürüş edəndə, Əyriçay kənarında Nadir şaha sui-qəsd cəhdi oldu.Nadir şah keşikçilərin belə səhlənkarlığa yol verməsindən və nəticədə onuöldürmək istəyənlərin, hətta şəxsi çadıra belə daxil ola bilmələrindən xeylihirsləndi. Mənbələrin verdiyi məlumata görə, Nadir şah öz keşikçilərindənvə keşik rəhbərlərindən 30-40 nəfəri edam etdirdi.4

Úàùàíýèð Ùöñåéí ßôøàð

132

1M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 138.2 Yenə orada, s. 229.3 Moqtəder Q. Göstərilən əsəri, s.171.4 M.M.Kazım. Göstərilən əsəri, III cild, s.1048.

Page 134: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Qeyd etmək lazımdır ki, Nadir şahın qətlinin təşkilində keşikçilərdənbəzilərinin əli var idi. Həmin sui-qəsd cəhdinin təşkilatçılarından biri olanMəhəmməd bəy Qacar mənbələrdə keşikçibaşı1 və ya bir çox hallardaNadir şahın mühafizə xidmətinin rəhbəri kimi təqdim olunur. Haqqındakonkret məlumat verilməsə də, çox güman ki, Məhəmməd bəy Qacar xü-susi qarovul alayının rəhbərlərindən olmuşdu.

Nəhayət, keşikçilər qvardiyasının sonuncu alayı cilovdarlar alayı idi.Tədqiqatçıların fikrincə, cilovdarlar ox və kamanla silahlanan döyüşçü -lərdən seçilirdi və onların vəzifəsi çaparlar göndərilməsi, qoşuna rəhbərlikarasında əlaqə yaradılması idi.2 «Aləm Ara-ye Naderi»də cilovdarbaşıhaqqında söhbət açılmasından3 belə güman etmək olar ki, cilovdarlar onunrəhbərliyi altında idilər.

Nadir şahın süvari qoşunlarının bir hissəsini çərxçilər təşkil edirdilər.Onların vəzifəsi haqqında geniş məlumat olmasa da, mənbələrdəki kəsadməlumatlardan müəyyən təsəvvür əldə etmək mümkündür. Avropalı təd qi -qat çılar çərxçilərin vəzifəsinin qoşunların düşərgə yerlərinin, qoşunlarındayanacaq edəcəkləri yerlərin müəyyənləşdirilməsindən, düşmən lərin və -ziyyəti haqqında məlumatlar toplanmasından ibarət olmasını bildirirlər.Eyni zamanda kəşfiyyat işlərinin aparılmasının da onların üzərində olduğubildirilir.4

Başqa tədqiqatçılar isə çərxçilərin düşmən qüvvəsi üzərinə sürətli vəqəfil hücumlarının həyata keçirilməsi, ilkin zərbə ilə onların arasındavəlvələ və təşviş salınması üçün nəzərdə tutulduğunu bildirirlər.5 «AləmAra-ye Naderi»də rast gəlinən faktlar da daha çox elə bu fikri təsdiq edir.Həmin faktlardan aydın olur ki, çərxçi dəstələri ilkin olaraq meydana atılıbdöyüşü qızışdırırdılar.6 Başqa bir faktdan isə aydın olur ki, qoşunlar düşmənqüvvələrinə qarşı hərbi yürüş həyata keçirərkən qarşıda qarovullar, onlarınardınca isə çərxçilər hərəkət edirdilər.7 Buradan da aydın olur ki, qəfil döyüş

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

133

1 M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 1195.2 Yenə orada, III cild, s. 1195.3 Homayun H.T. Göstərilən əsəri, s. 86.4 M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 1195.5 Moqtəder Q. Göstərilən əsəri, s. 169.6 M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 1219.7 Yenə orada, I cild, s. 32, 122, 181.

Page 135: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

vəziyyəti yarandığı halda qarovulun arxasınca çərxçilər döyüşə atılmalıidi. Mənbənin başqa bir yerində isə bildirilir ki, Xanəli xan döyüş mey-danına ilkin qədəm qoyub çərxçilik vəzifəsini yerinə yetirdi.1

Bütün bunlar onu deməyə əsas verir ki, çərxçilər qoşunların ön hücumdəstəsi idi, döyüşlərin ilkin ağırlığı da onların üzərinə düşürdü. «Aləm Ara-ye Naderi»nin yuxarıda göstərilən məlumatlarından o da aydın olur ki, isti-nad edilən bütün hallarda çərxçilər topçu və tüfəngdarların hazırlığıolmadığı bir şəraitdə ilkin olaraq döyüşə girmişdilər. Başqa sözlə, hərbiyürüşlər həyata keçiriləndə bu və ya digər məntəqələrə göndərilən çevikdəstələrin döyüş aparması zamanı istifadəsinə ehtiyac duyulmayanda və yamümkün olmayanda çərxçilər ilkin olaraq meydana atılırdılar.

Döyüşlərin ilkin hazırlığını və məsuliyyətini öz üzərlərinə götürmələribaxımından güman etmək olar ki, çərxçilər dəstəsinə ən hazırlıqlı və çeviksüvarilər cəlb edilirdilər. Məlumatların kasadlığı üzündən çərxçilərin sayıvə onların ayrıca struktur vahidinə malik olub-olmamaları haqqında fikiryürütmək çətindir. «Aləm Ara-ye Naderi»nin bir yerində bildirilir ki,çərxçilərin min nəfəri döyüş meydanına göndərildi. Başqa bir yerdə isəgöstərilir ki, Nadir şah Xanəli xanı və Əmiraslan xanı 3 min nəfərlə birlikdəçərxçi dəstəsinə aid etdi və düşmən tayfalarının yolu üzərinə göndərdi.2

Bu faktlara əsasən belə qənaətə gəlmək mümkündür ki, çərxçilərinsayı çox idi. Ən azı bir neçə alay çərxçi vəzifəsini həyata keçirirdi. Mənbə -nin başqa bir yerində Nadir şahın anabir qardaşı Fətəli xanın çərxçibaşı tə -yin olunmasından söz açılır.3 Kifayət qədər istedadlı bir sərkərdə olan Fətəlixanın çərxçibaşı təyin edilməsi Nadir şahın bu qoşun dəstəsinin mövcud-luğuna və fəaliyyətinə ciddi əhəmiyyət verdiyini nümayiş etdirir. YoxsaNadir şah bu qoşun dəstəsini ona çox etibarlı olan bir şəxsə tapşırmazdı.

Hər halda belə güman etmək olar ki, bir neçə süvari alayı çərxçi vəzifəsiniicra etmək üçün nəzərdə tutulmuşdu və həmin alaylar bir komandan lıqdanidarə olunurdu. Şübhə yoxdur ki, bu vəzifənin icrasına çərx çi likdə təcrübəsiolan alaylar cəlb edilirdi. Amma onu da istisna etmək olmaz ki, dö yüşə cəlbedilənlərin miqyası böyük olanda çərxçiliyə əlavə alaylar da cəlb edilirdi.

Úàùàíýèð Ùöñåéí ßôøàð

134

1 M.M.Kazım. Göstərilən əsəri, II cild, s. 722.2 M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 122, 369.3 M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 1039.

Page 136: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah qoşunlarında bir sıra xidmət sahələri var idi ki, onların icrasıüçün də müəyyən qüvvələr ayrılırdı. Belə xidmət sahələrindən biri çən də -vulluq idi. Nadir şah qoşunlarının şahidlərinin birinin təbirincə, çəndə vul -ların vəzifəsi yolların, keçidlərin qorunması, gecələr şah düşər gəsininmü hafizəsi, şah tərəfindən cəzalandırılanların cəzasına çatdırıl ması idi. Ve -ri lən məlumata görə, bundan əlavə, çəndəvullar şahın fərman və sərəncam-larının qoşunlara bəyan edilməsi, xidmətdən fərarilik edən lərin tutulub bəhsedilməsi, şahın öz hüzuruna çağırdığı adamların tapılıb gətirilməsi, düşər -gə nin gecə-gündüz mühafizəsi, oğruların və talançıların tapılıb həbsedilməsi kimi vəzifələr də çəndəvulların üzərində idi.1

«Aləm Ara-ye Naderi»də olan ayrı-ayrı xatırlamalar da çəndəvul larındaha çox mühafizə işləri ilə məşğul olmasından xəbər verir. Nadir şah qo -şunlarında çəndəvulbaşı adlı vəzifə də olmuşdur. «Aləm Ara-ye Naderi»dəçox nadir halda xatırlanan bu vəzifə ilə bağlı bir fikirdən belə güman etməkolar ki, çəndəvulların sayı çox olmuşdur.

Mənbədə qeyd olunur ki, çəndəvulbaşı Xəlil bəy 7 min nəfərlik birdəstə ilə döyüş tapşırığının icrasına yola düşdü.2 Bu 7 minlik dəstəninhamısının çəndəvul olub-olmadığını söyləmək çətindir. Hər halda bu xid-mət sahəsinə tapşırılan vəzifələrin icrası üçün müəyyən sayda şəxsi heyətinolması zəruri idi.

Nadir şah qoşunlarında rabitə xidmətinin təşkili ilə də bağlı müəyyənqüvvələrin olduğu məlumdur. Hərb sənətinin Nadir şah dövrünə aid olanmərhələsində rabitə qüvvələri və xidməti müstəqil şəkildə formalaşmasada, onun mövcudluğuna təbii bir zərurət var idi. Nadir şah qoşunlarında ra-bitə xidmətinin ayrı-ayrı elementləri haqqında yuxarıda xatırlandı. Məsələn,Nadir şahın əmr və göstərişlərinin qoşun bölmələrinə çatdırılması da ra-bitənin bir elementi idi. Yuxarıda söylənilənlərdən göründüyü kimi, müx-təlif səviyyə və miqyaslarda carçılar, çəndəvullar, çavuşlar və başqaları dabu işlə məşğul olmuşdular. Mənbələrdə çox tez-tez çaparların adları çəkilir.Xəbər və məlumatların, o cümlədən də Nadir şahın əmr və göstərişlərininbir yerdən başqa yerə çatdırılmasında çaparlardan istifadə olunurdu. Mə -lu matların uzaq məsafələrə çatdırılması üçün də çaparlardan istifadə olu -

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

135

1 Moqtəder Q. Göstərilən əsəri, s.170.2 M.M.Kazım. Göstərilən əsəri, II cild, s. 486, 530.

Page 137: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

nurdu. Yenə elə mənbələrdən aydındır ki, uzaq mənzilli yürüşləri zamanıvilayətlərdən mühüm və vacib xəbərlər Nadir şaha çaparlar vasitəsilə çat-dırılırdı və əksinə.

Çaparların ayrıca qoşun dəstəsi olduğunu söyləmək çətindir. Çoxgüman ki, ayrı-ayrı tapşırıqların icrası üçün onlar qoşun daxilindən seçi -lir di. Özü də, yəqin ki, bu adamlar az-çox təcrübəyə və etimada malik olanşəxslər idi.

Nadir şah qoşunlarının fəaliyyətinin təşkilində, döyüşlərin aparıl-masında Səfəvilər dövründən qalmış bir sıra rabitə elementlərindən istifadəolunurdu. Onların arasında göyərçinlərin saxlanması, çaparxana, məlumatınötürülməsində tüstü və şeypur səsindən istifadə edilməsi və s. kimi ele-mentlər var idi.

Tədqiqatçıların fikrincə, bu elementlərin hamısından istifadə etməkləbərabər, bayraqdarların da fəaliyyətinə xüsusi diqqət var idi. Dövlətin rəh-bəri və ali baş komandanı kimi Nadir şahın öz bayrağı vardı. Bu bayrağınüzərində şir və onun arxasından boylanan günəş şəkli var idi. Bəzən dövlətbayrağının üzərində şir yerinə əjdaha təsvir edilməsindən də danışılır. Nadirşah döyüşə bayraqla gedərdi və bu bayraq, adətən, onun qərargahının yaxın-lığında dalğalanardı. Bu bayraq özündə müəyyən məlumatları da əks et-dirirdi. Bayrağın dalğalanması Nadir şahın öz qərargahından döyüşü idarəetməsi və ya döyüş meydanında mövcudluğundan xəbər verərdi. Nadir şahdöyüş meydanını tərk edərdisə, bayraq da onunla aparılardı. Nadir şahbayrağının döyüşlərin getdiyi ərazidə dalğalanması onun özünün dədöyüşlərdə iştirakından xəbər verirdi.

Bayraqların qaldırılıb-endirilməsi ilə qoşunlara müəyyən əmrlər dəçatdırılırdı. Tədqiqatçıların yazdığına görə, hər bir alayın öz bayrağı var

Úàùàíýèð Ùöñåéí ßôøàð

136

Nadir Əfşar dövlətinin bayrağı və gerbi

Page 138: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

idi. Alayın bayrağı üç künclü idi vəonlar müxtəlif rəngdə ola bilərdilər.10 alaydan ibarət olan tümənin dahaböyük bayrağa malik olduğu bil di -rilir. Bu bayraqlar dördkünc idilərvə daha uzaq məsafədən seçilirdi.1

Amma alayın bayrağa malikolduğu təqdirdə ləşkər və tiplərin dəbayrağa malik olduğunu istisna et -mək olmaz.

Nadir şah qoşunlarında bayraq-dar (ələmdar) dəstəsinin olduğu mə -lumdur. Mənbələrdə ələmdarbaşıvə zifəsinin olmasından da xəbər ve -rilir.2 Qoşun dəstələrində bayraqdar vəzifəsinə xüsusi şəxslər seçilirdi vəonlar silah qaldırıb döyüşə girmirdilər. Onların vəzifəsi qoşun dəstəsininbay rağını dalğalandırmaq, bayrağı irəli aparmaqla döyüşçüləri hücuma ruh-landırmaq idi. Döyüş meydanında bayraqlar müəyyən məlumat yükünüötürməklə bərabər, həm də döyüşlərdə mənəvi ruh yaratmaq vəzifəsini öz -lərində əks etdirirdilər. Döyüş bayrağının endirilməsi qoşun dəstəsi daxilindəmüəyyən çaşqınlığın yaranmasına da yol açırdı. Buna görə də Nadir şahqarşı tərəfin bayraqdarlarının məhv edilməsinə xüsusi əhəmiyyət verirdi.3

Bundan başqa, bayraqlardan məxsusi olaraq məlumatların ötürülməsiüçün istifadə olunurdu. Bununla əlaqədar, böyük məntəqələri birləşdirənyollar üzərində müəyyən məsafədən bir hündür təpələr yaradılırdı. Zərurətyaranan zaman xüsusi öyrədilmiş bayraqdarlar həmin təpənin üstünə qalxıbbayrağı hərəkətə gətirməklə müəyyən məlumatı digər təpənin üstündəkibayraqdara ötürürdü. Bu yolla qısa müddət ərzində bayraqdarlar məlumatıbir-birindən alıb uzaq məsafəyə ötürür dülər. Süni yaradılmış təpələrüzərində tüstü yaratmaqla da məlumatların ötürülməsinə cəhd göstərilirdi.Məlumatların ötürülməsində daha dəqiqliyə və sürətə nail olmaq üçün yol

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

137

1 Ə.Sərdadvər. Göstərilən əsəri, s. 780.2 M.M.Kazım. Göstərilən əsəri, III cild, s.1095.3 M.M.Kazım. Göstərilən əsəri, I cild, s.122, 399.

Nadir şah döyüşdə...

Page 139: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

boyunca hər 20-30 kilometrdən bir xüsusi süvari postları təşkil edilirdi.Məlumatın daşıyıcısı olan çaparlar hər 20-30 kilometrdən bir ya atlarınıdəyişir, ya da onun özünü başqa bir nəfər əvəz edirdi. Bu yolla da vaxt itki -sinə yol verilmədən məlumatlar təyinat nöqtəsinə ötürülürdü.1

Nadir şahın qoşunlarında musiqiçilər dəstəsi də var idi. Onlardandöyüş şəraitində daha çox istifadə edilirdi. Musiqi alətləri vasitəsilədöyüşlərin başlanması elan edilirdi. Musiqi alətlərindən, eyni zamanda,döyüşçülərin döyüş ruhunun artırılmasında istifadə olunurdu.2

«Aləm Ara-ye Naderi»də daha çox kus, kərnay, təbil kimi musiqialətlərinin adı çəkilir. Döyüş şəraitində də, əsasən, bu alətlərdən istifadəolunurdu. Bu alətlərin uzaqlara yayılan sədaları döyüşün qızışdırılmasıüçün bir ab-hava yaradırdı. Bundan başqa, «Aləm Ara-ye Naderi»də döyüşneyi, gürg, sürən, darukar kimi alətlərin də adına rast gəlmək mümkündür.

«Aləm Ara-ye Naderi»də rast gəlinən bir fakt musiqi alətlərindən baş -qa məqsədlər üçün də istifadə edildiyindən xəbər verilir. Nadirin qoşundəstələrindən biri döyüş tapşırığının icrasına yollanarkən qalın bir meşədəvəhşi quşlar döyüşçülərin üzərinə hücum çəkirlər. Həmin quşların hücum-larından qorunmaq üçün nağaralardan istifadə etmək qərara alındı. Nağara -ların gur sədasını eşidən quşlar daha döyüşçülərə yaxın düşmədilər və buyolla onların yaratdığı narahatçılıqdan da yaxa qurtarmaq mümkün oldu.3

Səfəvilər dövründə qoşunlarda xüsusi yerə malik olan qullarağası vəqorçubaşı vəzifələri Nadir şah dövründə ləğv olunmuşdu. «Aləm Ara-yeNaderi»də bildirilir ki, Nadir şah Muğan qurultayında taxt-taca sahib olan-dan sonra baş vəzir (etimadüddövlə), eşikağası, qullarağası və qorçubaşıvəzifələri ləğv edildi.4

Qorçular Səfəvilər dövründə şahın xüsusi qvardiyası idi və onların əsasvəzifəsi şahın həyatının mühafizəsi idi. Mövcud olan məlumatlara görəqor çuların sayı 5 minə çatırdı və bu dəstəyə qorçubaşı rəhbərlik edirdi.Şahın mühafizəsində dayandıqları üçün həm qorçuların, həm də qor çu -başının seçilməsinə çox diqqətlə yanaşılırdı. Qorçubaşı vəzifəsinə, adətən,şahın ən yaxın adamları seçilirdi. Qullar (qulamlar) isə, adətən, gürcülərdən

Úàùàíýèð Ùöñåéí ßôøàð

138

1 Homayun H.T. Göstərilən əsəri, s. 67.2 M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 918.3 M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 413.4 Yenə orada, II cild, s. 456.

Page 140: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

və Dağıstan tayfalarından təşkil olunurdu. Qullar dəstəsinə daxil olanlarhələ cavanlıq yaşlarından sarayın nəzarəti altında və saraya sədaqət ruhundatərbiyələndirilirdilər. Qullar şah sarayında müxtəlif xidmətlərin təşkilinəcəlb edilirdilər.1 Əslində, onların adından, hansı işlərə cəlb edildikləriməlum olur.

Bununla belə, «Aləm Ara-ye Naderi»də bir neçə yerdə qorçuların,qulların (qulamların), habelə qorçubaşı və qullarağasının adı çəkilir.2 Ammaəksər hallarda onların adı əvvəlki mənasında deyil, daha çox döyüştapşırıqlarının icrası ilə bağlı çəkilir. Tədqiqatçılar da bu adların fəxri adlarkimi saxlandığını güman edirlər.

Mənbələrdə Nadir şah qoşunlarında yasavulların olmasından da söhbətaçılır. Tədqiqatçılar yasavulların vəzifələrinin şah tapşırıqlarının qoşundəstələrinə və ayrı-ayrı şəxslərə çatdırılmasından ibarət olduğunu bildirir-lər.3 Amma «Aləm Ara-ye Naderi»də yasavul ifadəsinin işlədilməsindənaydın olur ki, onlar yalnız şah tapşırıqlarının çatdırılması ilə məşğul olmur-dular. Yasavullar daha çox ayrı-ayrı fərdi tapşırıqların yerinə yetirilməsi iləməşğul olan saray xidmətçilərindən ibarət idilər. Onlar şah sarayındanizam-intizam yaradan, nizam-intizamın yaradılmasına nəzarət edən şəxs-lər idi. Onun saray protokolunun rəhbəri olan eşikağasına (Nadir şah döv -ründə bu vəzifə öz əhəmiyyətini itirməkdə idi) tabe olması da vəzifəsininsaray xidmətçisi olmasını sübut edir. Saray daxilində onların əlində gümüşçomaq olardı.

Mənbələrdəki məlumatlardan aydın olur ki, yasavulların sayı çox idi.Onlar saray daxilində xidmət göstərməkdən başqa Nadir şahın ayrı-ayrıtapşırıqlarını yerinə yetirir, əmr və göstərişlərini ünvana çatdırırdılar.4

Vəzifə sıralanmasında yasavulun adı onbaşıdan sonra, adi xidmətçidənisə əvvəl çəkilirdi.5 Buna görə bir çox hallarda yasavul vəzifəsi çox zəh-mətli, bəzənsə qeyri-nüfuzlu vəzifə sayılırdı. Nadir şahın qardaşı İbrahimxan yasavulluğu – it qovmaqlıq adlandırırdı.6 «Aləm Ara-ye Naderi»nin

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

139

1Moqtəder Q. Göstərilən əsəri, II c., s. 457.2M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 388, 404.3Homayun H.T. Göstərilən əsəri, s. 82.4M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 303.5M.M.Kazım. Göstərilən əsəri, II cild, s. 456.6M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 303.

Page 141: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

bildirdiyinə görə yasavullar 50 tümən maaş alırdılar.1 Bu mənbədə qulyasavul, söhbət yasavulu haqqında da xatırlama vardır. Amma onların bir-birindən nə ilə fərqlənməsi haqqında məlumat verilmir. Nadir şah haqqındaəsas mənbələrdən olan «Aləm Ara-ye Naderi» əsərində Nadir şah dövrününbir sıra digər hərbi vəzifələrinin də adı çəkilir. Onlardan biri təlayədardır.Bu sözün işlənmə kontekstindən aydın olur ki, təlayədarlar da qoşunlarınmühafizəsinin təmin edilməsi ilə məşğul olmuşlar. Çox güman ki, onlardaimi dəstələr olmamışlar, yalnız döyüş mövqelərində olan qoşunların,qoşun düşərgəsinin mühafizəsi üçün tapşırıq almış döyüşçülər idi. Təlayə-darlar qoşunları qəfil basqınlardan qoruyurdular. Mənbədəki məlumatdanbelə bir qənaətə gəlmək mümkündür ki, bəzi hallarda qoşunların sağ və solcinahlarının ayrıca təlayədarları təyin edilirdilər.2

Mənbəyə görə təlayədarlar mühafizə işində kifayət qədər etibarlı idilər.Onların nəzərindən asanlıqla qurtarmaq mümkün deyildi. Qoşunların daxi -linə nüfuz etmək istəyənlər bəzən sürünə-sürünə, gecə vaxtı təlayədarlarınnəzərini cəlb etməməyə çalışırdılar.3

Nadir şah qoşunlarında ləşkərnevislər də var idi. Bu insanlar səfərbər-liyə alınan qoşunların qeydiyyatının aparılması ilə məşğul idilər. Ləşgər -ne visbaşı vəzifəsinin mövcudluğu onun tabeliyində olan qoşun mirzələrininsayının çox olduğunu ehtimal etməyə əsas verir. Tədqiqat çıların fikrincə,Nadir şah qoşunlarında olan ləşgərnevislərin sayı 300 nəfərə çatırdı və buvəzifəyə, adətən, dövrünün savadlı şəxsləri təyin edilirdilər.4

«Aləm Ara-ye Naderi»də «şərbaşəran» ifadəsinə rast gəlmək müm -kün dür. «Şərbaşəran» ifadəsi, adətən, «çərxçi» ifadəsi ilə yanaşı işlədilirvə bu ifadənin işlədilmə məkanından aydın olur ki, şərbaşəranlar da çərx -çilər kimi döyüşə ilk atılan və döyüşü ilk başlayan qüvvə olmuşdur. Ammaməlumatların qıtlığı üzündən şərbaşəranların necə təşkil edildiyi, onlarınçərxçilərdən nə ilə fərqləndikləri barədə fikir söyləmək çətindir.

Mənbədə xümparəçinin də adı çəkilir. Xümparə təxminən top güllələriboyda dəmirdən hazırlanıb daxili barıtla və yandırıcı maye ilə doldurulan

Úàùàíýèð Ùöñåéí ßôøàð

140

1M.M.Kazım. Göstərilən əsəri, I cild, s. 615.2M.M.Kazım. Göstərilən əsəri, III cild, s. 1044, 1056, 1196.32M.M.Kazım. Göstərilən əsəri, II cild, s. 54.4Homayun H.T. Göstərilən əsəri, s. 87.

Page 142: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

bir bomba idi. Çox güman ki, xümparəçi həm bu bombanı atışa hazırlayan,həm də onu atan şəxs idi.

«Aləm Ara-ye Naderi»də sipəhsalar titulunun da adı çəkilir. Sipəhsalar– qoşunların baş komandanı anlamını verirdi. Nadir şah hakimiyyətdənəvvəlki illərdə Təhmasib Mirzəyə qoşulanda sipəhsalar vəzifəsinə yiyələn-mişdi və həqiqətdə də o, bütün qoşunlara rəhbərlik edirdi. Nadir şah taxt-taca yiyələnəndən sonra bu vəzifəni də ləğv etdi. O özü ölkənin şahıol maqla bərabər, qoşunların ali baş komandanı idi. Amma onun qardaşıİbrahim xan Azərbaycan sipəhsaları adlandırılırdı. İbrahim xan qətlə yeti -riləndən sonra bu titul da ləğv edildi.

Nadir şah güclü bir ordu yaratmaqla böyük bir imperiya yarada bil -mişdi. Bu imperiyanı ordu ilə idarə edirdi. İmperiyanın bütün ərazilərindəordu hissələrinin qüvvəsi var idi. Yerlərdə kəndxudalar, qazilər və hakimlərvergilərin toplanmasına, ordu üçün təchizata (ərzaq, paltar, at ilxıları və s.),yeni orduya çağırışa köməklik göstərərdilər. İmperiya o dövrə uyğunbəylərbəyilikləri Federativ bir formada idarə edirdi.

4.3. Nadir şah Əfşarın hərbi-dəniz qüvvələriNadir şah qoşunlarının bir növünü də hərbi-dəniz qüvvələri təşkil

edirdi. Bu dövrün hərbi-dəniz qüvvələrinə toxunan tədqiqatçıların, deməkolar ki, hamısı xüsusi vurğulayırlar ki, Nadir şah Ərəb işğalından sonrahərbi-dəniz qüvvələrinin təşkilinə nail olmuş ilk şah idi. Bu məqam Nadirşahın dövlətçilik və sərkərdəlik təfəkkürünün daha bir əhəmiyyətli nümayi -şi idi. Çünki həm şimaldan, həm də cənubdan dəniz sularına çıxışı olan birdövlətin strateji maraqları dənizdən təhlükəsizliyin zəruriliyini ortaya atırdı.Qurduğu böyük dövlətin hüdudlarını etibarlı şəkildə qorumağa çalışanNadir şah üçün isə bu məsələyə xüsusilə aktuallıq kəsb edirdi.

Şimalda güclü hərbi-dəniz qüvvələrinə malik olmadan Nadir CənubiQafqazda və Türküstanda özünü arxayın hesab edə bilməzdi. Rusiya dövlə-tinin dəniz vasitəsilə Ənzəliyə və bütünlükdə Gilana qoşun çıxara bilməkehtimalı və eləcə də Xəzərdəki dəniz daşımalarının yalnız Rusiyanın əlindəolması Nadir şahı qane etmirdi.

Fars körfəzində isə bu məsələ daha kəskinliyi ilə dayanırdı. Körfəzino tayında vaxtilə Səfəvi dövlətinə mənsub olan ərazilərin itirilməsi Nadirşah dövlətinə qarşı qiyamçı mövqe tutmuş qüvvələrin Fars körfəzi böl-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

141

Page 143: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

gəsində gizlənməyə çalışmaları və onların potensial təhlükə mənbəyi ol-ması, bütünlükdə körfəz ətrafındakı vəziyyətin nəzarət altında saxlanmasıda hərbi-dəniz qüvvələrinin yaradılmasına təkan verdi.

Konkret olaraq qeyd etmək lazımdır ki, Şah Sultan Hüseynin haki miy -yəti dövründə vaxtilə Səfəvilər hakimiyyətinin nəzarəti altında olanBəhreyn Şeyx Cabbarın rəhbərliyi ilə yerli ərəb tayfalarının nəzarəti altınadüşdü. Nadir şah, sözsüz ki, bununla razılaşmadı və Bəhreynin geri qay-tarılması üzərində düşünməyə başladı.

Bir sözlə, Nadir şah öz dövlətini güclü hərbi-dəniz bazasına malik olanbir dövlətə çevirmək istəyirdi. Ancaq bu niyyətin həyata keçməsi üçün birsıra vacib məsələlərin həllinə nail olmaq lazım idi. İlk növbədə, hərbi-dənizqüvvələrinin yaradılması üçün müəyyən bir təcrübə tələb olunurdu. Piyadavə süvari qoşunlarının təşkili üçün istər Nadir şahda, istərsə də cəmiyyətdaxilində bir təcrübə mövcud idisə, hərbi-dəniz qüvvələrinin təşkilisahəsində belə bir təcrübə yox idi. Konkret tarixi şəraitdə isə Nadir şahtəcrübə əldə edilməsi ilə əməli fəaliyyəti birləşdirməli idi. Yəni təcrübəqazanılmasına vaxt itirmədən əməli fəaliyyətə başlamaq lazım idi. Hərbi-dəniz qüvvələrinin təşkili üçün Nadir şahın ixtiyarında hərbi gəmilər dəyox idi. Bu da ciddi bir məsələ idi. Hərbi gəmilərin əldə edilməsi ilə bəra -bər, onlara xidmət sahəsi də qurulmalı idi. Nəhayət, hərbi gəmiləri hərəkətəgətirəcək şəxsi heyət yetişdirilməli idi. Bütün bu və ya digər zəruri mə sə -lələrin ağırlığına baxmayaraq, Nadir şah hərbi-dəniz qüvvələrinin yaradıl-ması istiqamətində gərəkli bir qətiyyət nümayiş etdirdi və onun səmərəlinəticəsinə də nail oldu.

Nadir hələ gilzayi əfqanları ilə döyüşlərdən sonra əməli olaraq hərbigəmilərə malik olmağın zəruriliyini qəbul etdi. Çünki Nadirin təqiblərindənqaçan gilzayi əfqan qoşunlarının bir hissəsi Omanda özünə sığınacaq tap-mışdı. Onların ələ keçirilib zərərsizləşdirilməsi isə hərbi gəmilərsiz müm -kün deyildi.1

Nadirə qarşı istiqamətlənmiş on güclü yerli qiyamdan biri olanMəhəmməd xan Belucun rəhbərliyi altında olan qiyamın nəticələrinintamamilə aradan qaldırılması zəruriliyi də hərbi-dəniz qüvvələrinə olanehtiyacı bir daha aktuallaşdırdı. Kiş adasında gizlənən Məhəmməd xan

Úàùàíýèð Ùöñåéí ßôøàð

142

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 151.

Page 144: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Belucun ələ keçirilməsi tapşırığını alan Məhəmməd Lətif xan Bəndər Ab-basda (qərb mənbələrində bu şəhərin adı «Qombərun» kimi göstərilir –C.H.Ə.) yerləşən ingilis və holland şirkətlərindən gəmilər almağa cəhdgöstərdi. İngilis və holland şirkətləri bu istiqamətdə Nadirlə əməkdaşlıq et-məyə meyilli deyildilər. Bir tərəfdən onlar gəmilərdən yaxşı münasibətdəolduqları Osmanlı və Hindistan qoşunlarına və habelə Omana qarşı istifadəolunmasını istəmirdilər, digər tərəfdən də Avropa şirkətləri Nadirin dənizdəmöhkəmlənmək istəklərini alqışlamırdılar. Çünki bu, tez-gec avropalılarındəniz monopoliyasını çətinləşdirə bilərdi. Ona görə Məhəmməd Lətif xanlaAvropa ticarət şirkətləri arasında danışıqlar xeyli uzanmalı oldu.

Lətif xan holland şirkətinin nümayəndəsinə bildirdi ki, əgər 3 minlikbir qoşun dəstəsinin daşınması üçün gəmilər verilsə, onda onlar ticarət iş -lə rində böyük güzəştlər əldə edəcəklər və Bəndər Abbasda holland şirkətiüçün yaxşı şərait yaradılacaqdır. Hollandlar bir daha öz şərtlərini təkrar et-dilər ki, gəmilərinin, onlarla dostluq əlaqələrinə malik ölkələrə qarşı istifa -də sinə razı ola bilməzlər. Lətif xan onları inandırdı ki, gəmilərin is tə nil-məsində məqsəd qiyamçı ərəb tayfalarına qarşı mübarizə aparmaqdır. Hol-landlar Lətif xanı ağıllı, bacarıqlı və Avropa həyatı ilə tanış olan bir şəxskimi qiymətləndirirdilər. Digər tərəfdən onlar özləri də istəmirdilər ki, Farskörfəzi daxilində narahatçılıq yarada biləcək elementlər mövcud olsun. Onagörə də müzakirə və danışıqlardan sonra hollandlar sahil limanları vəadaları arasında hərəkət üçün bir neçə gəmilərini Nadirə icarəyə verməyərazı oldular.1

Lətif xan bu gəmilərin köməyi ilə Kiş adasını mühasirəyə aldı vəMəhəmməd xan Beluc həbs edilərək İsfahana göndərildi. Əlinə düşmüşfürsətdən istifadə edən Lətif xan nəzarətdən çıxmış olan bir sıra ərəb tay-falarına da zərbə endirdi və onları itaət altına gətirdi.

Beləliklə, 1734-cü ildən Fars körfəzində hərbi-dəniz qüvvələrinin for-malaşdırılması istiqamətində fəal işlər aparılmasına başlandı. Bu işlərəNadir tərəfindən dəryabəyi və ya dəryasalar vəzifəsinə təyin edilmiş Lətifxan rəhbərlik edirdi. Lətif xanın Məhəmməd xan Belucun həbsi ilə bağlıdəniz yürüşündə onun ixtiyarında yalnız icarə edilmiş gəmilər olsa da, bu

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

143

1Flober Uilyan. Hokumət-e Nadir şah. Tehran, 1386, s. 146-147.

Page 145: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

yürüş hərbi-dəniz qüvvələrinin formalaşdırılmasının sürətləndirilməsinətəkan verdi.

Tədqiqatçıların yazdığına görə, dəryabəyi vəzifəsinə təyin olunanaqədər Lətif xanın gəmilərlə tanışlığı yox idi.1 Amma onun əzmkarlığı hərbi-dəniz qüvvələrinin formalaşdırılmasında öz sözünü dedi. Nadirin tapşırığıilə Lətif xan Buşehri yeni yaradılacaq hərbi-dəniz qüvvələrinin bazasınaçevirmək üçün müvafiq işlərə başladı. Şəhər yaxınlığındakı qalalardan biri– dəniz sahilində portuqallardan qalmış olan köhnə liman körpülərindənbiri təmir edildi, burada hərbi gəmilərin yan alması üçün münasib şəraityaradıldı. Tezliklə Buşehr şəhəri Bəndər-Nadiriyyə adı aldı.2

Fars körfəzində hərbi-dəniz qüvvələrinin formalaşdırılmasında Farsvilayətinin hakimi Məhəmməd Tağı xanın da müəyyən xidmətləri vardır.Doğrudur, sonradan Məhəmməd Tağı xanla Lətif xan arasında ciddi zid-diyyət yarandı və bu ziddiyyət Lətif xanın qətli ilə nəticələndi. Bununlabelə, vilayət bəylərbəyi kimi o, hərbi-dəniz qüvvələrinin təşkilində bir sıraəməli addımlar atdı.

Qeyd etmək lazımdır ki, Nadir şahın hərbi-dəniz qüvvələrinin təşkilihaqqında şərq mənbələrində geniş məlumat yoxdur. Bu məsələ ilə bağlıhəmin dördə İsfahanda və Fars körfəzi ətrafında yaradılmış avropalı ticarətşirkətlərinin yazışmalarında qiymətli məlumatlar vardır ki, tədqiqatçılar da,əsasən, həmin məlumatlara istinad edirlər.

1734-cü ilin oktyabr ayında Təhmasib xan Cəlayir İsfahana gəlib ingilisvə holland Ost-Hind şirkətinin rəhbərliyinə Nadirin tələblərini çatdırdı.Nadir hərbi-dəniz qüvvələrinin təşkilinə başlanması üçün bu şirkətdən ticarətgəmiləri alıb onları hərbi gəmilərə çevirmək istəyirdi. Ölkədə gəmi qa yırmatərsanəsinin olmadığı və onun tezliklə yaradılması mümkün olmayacağı birşəraitdə çıxış yolu xarici ticarət gəmilərini alıb onları hərbi gəmilər üçünuyğunlaşdırmaq idi. Nadir avropalı tacirlər qarşısında elə sərt tələblər qoy-muşdu ki, ona lazım olan sayda yaxşı silahlandırılmış gəmilər versinlər.3

Nadir avropalı tacirlərin ölkədəki fəaliyyətinə hər hansı bir çətinlikyaratmaq istəmirdi. Əksinə, o, sonralar da xarici ticarəti təşviq etməyə

Úàùàíýèð Ùöñåéí ßôøàð

144

1Sayks P. Tarix-e İran, c.II, Tehran, 1381, s. 393.2Lokkart L. Göstərilən əsəri, Bakı, 2004, s. 113.3Lokkart L. Göstərilən əsəri, s. 113-114.

Page 146: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

çalışırdı. Ona görə də Nadir ölkədə çalışan ticarət şirkətlərinin gəmilərinionların dəyərini ödəməklə almaq istəyirdi. Avropalı şirkətlər isə yuxarıdatoxunulan səbəblər üzündən bu sahədə Nadirlə geniş əməkdaşlığa elə dəmeyilli deyildilər. Ona görə İsfahandakı şirkətlər irəli sürülən tələbi yerinəyetirməkdənsə fəaliyyətlərini dayandırıb İsfahanı tərk etməyi qərar-laşdırdılar. Mövcud olan məlumatlara görə, onları İsfahanı tərk etməkdənçəkindirmək mümkün oldu.

Bununla belə, hərbi-dəniz qüvvələrinin bazasının yaradılması is-tiqamətində axtarışlar davam edirdi. Mövcud olan məlumatlardan belə birqənaətə gəlmək olar ki, avropalı ticarət şirkətlərindən başqa ayrı-ayrıavropalılar da müəyyən gəmilərə malik idi. Lətif xan belə gəmi sahibləriilə danışıqlar aparırdı və nəhayət, 1734-cü ilin sonlarına yaxın onların ikisiilə sövdələşmək mümkün oldu.1 Həmin gəmilərin əldə edilməsi hərbi-dənizqüvvələrinin formalaşdırılması istiqamətində ciddi əhəmiyyətə malik oldu.

Bəzi tədqiqatçılar iddia edirlər ki, Lətif xan ərəb şeyxləri ilə də da -nışıqlar aparıb onlardan gəmilər almaq istəyirdi. Bu danışıqların nəticəsikimi ərəblərdən iki böyük gəmi almaq mümkün oldu.2 Buradan da beləçıxır ki, 1734-cü ilin sonu və 1735-ci ilin əvvəlində Lətif xanın ixtiyarında4 ədəd böyük gəmi var idi. Digər tədqiqatçılar isə bunu təsdiq etmirlər.Avropa mənbələrinə istinad edən Lokkart və digər tədqiqatçılara görə,1735-ci ilin ilk aylarında Lətif xanın komandanlığı ilə «Qrab» tipli 3 böyükgəmi və 50 ədəd «Trankey» tipli kiçik gəmi var idi.3 Amma müəlliflər 50kiçik gəminin haradan alınması barədə məlumat vermirlər. Çox güman ki,onlar ərəb şeyxlərindən alınmışdı.

Bu gəmilərin necə təchiz edilməsi və onların şəxsi heyətinin necə kom-plektləşdirilməsi haqqında da konkret məlumat söyləmək mümkün deyil.Güman etmək olar ki, alınmış üç böyük gəminin şəxsi heyəti saxlanmışdı.Çünki sonrakı dövrlərdən də məlumdur ki, hərbi-dəniz gəmilərinin hərəkətəgətirilməsi üçün avropalılardan, ərəblərdən və hindlilərdən istifadə olunurdu.

Bir sözlə, 1735-ci ilin ilk aylarında Nadirin hərbi-dəniz qüvvələrininilkin bazasının yaradılmasına nail olundu. Mövcud olan gəmi vasitələri ilə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

145

1Semnani Pənahi. Göstərilən əsəri, s. 272.2Yenə orada, s. 272.3Lokkart L. Göstərilən əsəri, s.114.

Page 147: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

artıq kifayət qədər güclü bir qüvvəni müxtəlif ünvanlara atmaq mümkünidi və elə 1735-ci ilin aprelində hərbi-dəniz qüvvələrinin bu imkanındanistifadə edilməsi qərara alındı.

Həmin vaxtlar ərəb İraqında bədəvi ərəb tayfaları ilə Osmanlı qoşun-ları arasında silahlı qarşıdurmalar yaranmışdı. Nadir güman edirdi ki, buqarşıdurma Osmanlı hərbi qüvvələrinin gücünü zəiflədə bilər. Bu fürsətdənistifadə edərək o, Bəsrə şəhərini ələ keçirməyi qərara aldı. Nadir qərar-laşdırdı ki, piyada və süvari qüvvələri ilə qurudan Bəsrə üzərinə hücumakeçsin. Hərbi-dəniz qüvvələri isə Ərvəndrud (Şədd-ül-ərəb) çayı ilə Bəs-rəyə yaxınlaşmaqla qurudan başlanan hücumu dəstəkləsin. Bununla bağlıLətif xana da müvafiq göstəriş verildi.

Amma hərbi-dəniz qüvvələri ilə quru qüvvələri arasında qarşılıqlıfəaliyyət lazımi şəkildə nizamlanmadı və Nadirə görə bu məsələdə Lətifxan günahkar idi.

Bəsrəyə doğru yürüş Nadirin müstəqil hərbi-dəniz qüvvələrinin ilkyürüşü idi. Bu döyüşdə Lətif xanın rəhbərliyi altında olan üç böyük və 50kiçik gəminin iştirakı nəzərdə tutulmuşdu. U.Flober isə Bəsrəyə doğru is-tiqamət götürən hərbi-dəniz qüvvələrinin tərkibində iki böyük gəminin,2 sahil gəmisinin, freqat tipli bir gəminin və 40 ədəd kiçik gəmininolduğunu bildirir. Eyni zamanda Flober Bəsrəyə doğru dəniz hücumunun1735-ci ilin may ayında başladığını bildirir.1 L.Lokkarta görə isə Bəsrəüzərinə hücum 1735-ci ilin aprelində baş vermişdi.

Mövcud olan məlumata görə, Lətif xanın rəhbərliyi altında olan hərbi-dəniz qüvvələri 1735-ci il may ayının sonunda Bəsrə yaxınlığında olankiçik bir adaya yaxınlaşdılar. Nadirin hərbi-dəniz qüvvələrinin yaxınlaş-ması xəbərini alan Bəsrədəki Osmanlı qüvvələrinin rəhbərliyi dərhal buhücumun qarşısını almaq üçün döyüş hazırlığı aldı.

Lətif xan Bəsrəyə yaxınlaşan günlərdə Ost-Hind (şərqi hind) şirkətinintopla təchiz olunmuş iki böyük ticarət gəmisi sahildə lövbər salmışdı. Os-manlı paşası şirkət nümayəndələrindən həmin gəmilərin müvəqqəti Os-manlı qoşunlarının tabeliyinə verilməsini tələb etdi. Bu gəmilərlə düzgünmanevr ediləcəyi təqdirdə Lətif xanın irəliləməsinin qarşısını saxlamaqmümkün idi. Qərb mənbələri iddia edirlər ki, əvvəlcə şirkət nümayəndəliyi

Úàùàíýèð Ùöñåéí ßôøàð

146

1Flober U. Göstərilən əsəri, s. 149.

Page 148: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

iranlılarla yaxşı münasibətdə olduqları üçün gəmiləri Osmanlı paşasınınixtiyarına vermək istəmədilər. Guya, Osmanlı paşasının təzyiqi altındagəmlərin sonradan Lətif xana qarşı istifadə edilməsinə razılıq verirlər.1

Mövcud olan məlumata görə, Nadirin hərbi-dəniz qüvvələri Bəsrədən5 mil aşağıda yerləşən ingilis gəmiləri ilə qarşılaşmalı oldu. İngilisgəmilərinin bütün şəxsi heyəti Lətif xanın gəmilərinə qarşı döyüşdə iştiraketdi. İngilislərin kifayət qədər təcrübəyə malik olması dəniz döyüşündəözünü göstərdi. Üç gün davam edən döyüşdən sonra Lətif xan geri çəkilməkməcburiyyətində qaldı. Müfəssəl məlumatlar olmasa da, çox güman ki,Lətif xan müəyyən xəsarət də aldı. Bir tərəfdən Lətif xanın rəhbərliyi al-tında aparılan döyüşün uğursuzluğu, digər tərəfdən də qarşılıqlı hücumlaBəsrənin tutulması planının həyata keçməməsi Nadiri çox qəzəbləndirdi.O, hətta Lətif xanı bu vəzifəsindən kənarlaşdırdı da. Amma, görünür, Lətifxanın dəniz işinə olan bağlılığı sonradan onu bu qərarından döndərə bildivə Lətif xan yenidən dəryabəyi vəzifəsinə təyin edildi.2

Avropalı şirkətlərin Osmanlı qüvvələri tərəfində Lətif xanın rəhbərliyialtında olan hərbi qüvvələrə qarşı çıxması da Nadirdə bir nigarançılıqyaratdı. 1735-ci il iyulun 27-də Fars bəylərbəyi Məhəmməd Tağı xan ingilisvə holland şirkətlərinə narazılıq ifadə olunan bir məktub göndərdi. Heçşübhəsiz ki, Nadirin də məzmunundan xəbərdar olduğu həmin məktubdaingilis və holland gəmilərinin osmanlılarla əlbir olmasına etiraz ifadə olu -nurdu. Məhəmməd Tağı xan ingilis və holland gəmilərinin Osmanlıqüvvələri ilə əlbir olmağına inanmadığını bildirdi. O öz məktubunda onuda əlavə edirdi ki, söylənilən fakt doğru olduğu halda dostluğa düşmənçi-liklə cavab verən avropalılara qarşı ölçü götürəcəkdir. Holland tacirləri isəbu məktubun cavabında bildirdilər ki, məsələdən xəbərsizdirlər və bumövzuda konkret olaraq ingilislərlə danışmaq lazımdır.3

Bir tərəfdən Məhəmməd Tağı xanın hədələri, bir tərəfdən də Nadirinqəzəblənməsi ingilis şirkətlərində müəyyən bir narahatlıq yaratdı. Onlaraqarşı sərt tədbirlərin görüləcəyi ehtimal edilirdi. Amma qəzəblənməsinəbaxmayaraq, Nadir ingilis şirkətinin öz fəaliyyətini davam etdirməsinə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

147

1Lokkart L. Göstərilən əsəri, s.114-115.2Lokkart L. Göstərilən əsəri, s. 115.3Flober U. Göstərilən əsəri, s. 149.

Page 149: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

tərəfdar olduğunu bildirdi. Hətta ingilis şirkətinə müəyyən güzəştlərin veri -ləcəyi də bəyan edildi. Bu, yaranmış gərgin vəziyyətə bir yumşaqlıq gətirdi.Konkret tarixi şəraitdə Nadirin gəmiqayırma tərsanəsini tez bir zamandayaratmaq mümkün deyildi. Belə olan şəraitdə hərbi-dəniz qüv və lə rinin for-malaşdırılması üçün ən münasib yollardan biri avropalı şirkətlərdən gəmialınması idi. Buna nail olunması üçün 1735-ci ilin sonlarında Nadirtərəfindən xüsusi vəsait toplanmasına başlanıldığı da məlumdur.1

Lətif xan yenidən öz vəzifəsinə bərpa olunduqdan sonra Bəhreynəhücum üçün hazırlıq aparmağa başladı. Yuxarıda qeyd edildiyi kimi, ŞahSultan Hüseyn dövründə Bəhreyn və Kiş itaətdən çıxdı. Bəhreynə uğurluhücum həyata keçirmək üçün hərbi-dəniz qüvvələrinin möhkəmlən -dirilməsinə ehtiyac var idi. Mövcud olan məlumatlara görə, Bəhreynəhücumdan əvvəl ingilis şirkətlərindən su tutumu 400 ton olan və hər biri20 ədəd topa malik olan iki gəmi 8 min tümən qiymətində alınmışdı.2

Gəmilərin sayının çoxaldılması üçün Məhəmməd Tağı xan daBuşehrdəki holland şirkətinə məktub göndərdi. Məhəmməd Tağı xan mək-tubunda bildirirdi ki, qoşun dəstələri Buşehrə yaxınlaşmaqdadır. OnlarınLətif xanın rəhbərliyi altında Bəhreynə göndərilməsi nəzərdə tutulur.Həmin qüvvələrin Bəhreynə çatdırılması üçün holland şirkətindən bugəminin icarəyə verilməsi xahiş olunurdu. Hollandlar tabe olduqları təş -kilatın razılığı alınmayınca hər hansı bir gəminin icarəyə verilməsininqeyri-mümkün olduğunu bildirdilər.3

L.Lokkart isə qərb mənbələrinə əsaslanaraq bildirir ki, Lətif xan 5 mintümənin əvəzində hollandları məcbur edə bilmişdi ki, böyük gəmilərdənbirini ona satsınlar.4 1736-cı ilin aprel-may aylarında Bəhreynə hücumhəlledici mərhələyə qədəm qoydu. Hücum dövründə Bəhreyn şeyxi ŞeyxCabbarın Məkkəyə ziyarətə yollanması ərəblərin müqavimətinə bir nizam-sızlıq gətirdi. Lətif xanın bu hücuma hansı qüvvələrlə yollanması haqqındamüfəssəl məlumat olmasa da, o, qarşıya qoyulan vəzifənin öhdəsindəntamamilə gəldi. Bəhreyn və Kiş yenidən nəzarət altına qaytarıldı. AmmaBəhreyn qiyamının rəhbəri olan Şeyx Cabbar səfərdə olduğundan onu

Úàùàíýèð Ùöñåéí ßôøàð

148

1Semani.P. Göstərilən əsəri, s.151.2Yenə orada, s. 273.3Flober U. Göstərilən əsəri, s. 149.4L.Lokkart. Göstərilən əsəri, s. 151.

Page 150: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

zərərsizləşdirmək mümkün olmadı, Bununla Səfəvi dövründə körfəzin iti -ril miş olan hissəsi yenidən geri qaytarıldı. Nadir körfəzdə öz mövqe lərinixeyli dərəcədə möhkəmləndirə bildi. Bu vəziyyətin qorunub saxlanmasıüçün isə hərbi-dəniz qüvvələrinin gücləndirilməsinin əhəmiyyətini artırdı.

Nadir Bəhreynin alınmasından çox razı qaldı. Bu uğur onun qoşun-larının yeni sahədə əldə etdiyi uğur idi. O, Bəhreyni Fars vilayətinə bir-ləşdirdi və onun idarə edilməsi səlahiyyətlərini Məhəmməd Tağı xanınixtiyarına verdi.

1737-ci ilin martında Nadir şahın hərbi-dəniz qüvvələri yenidən yürüşəbaşladılar. Bu dəfə hədəf Oman seçilmişdi. Omanın tutulması Fars kör-fəzində əsaslı nəzarəti Nadir şahın ixtiyarına verə bilərdi. Omana hücumakeçmək üçün 1737-ci ilin əvvəllərində yaxşı bir bəhanə də ələ düşdü.Məsqət imamı ikinci Şeyx bin Sultan daxili rəqibləri ilə mübarizədə qalibgəlmək üçün Nadir şahdan kömək istədi. Nadir şah dərhal Fars bəylərbəyiMəhəmməd Tağı xana göstəriş verdi ki, Məsqət imamına yardım göstərməküçün quru və dəniz qüvvələrindən ibarət bir dəstə təşkil edib Omansahillərinə yola salsın. Həqiqətdə isə Nadir şah qoşun dəstəsi göndərməkləbütün Omanı nəzarət altına almaq istəyirdi. Lətif xanın rəhbərliyi altında 5min nəfərlik hərbi qüvvə Məsqət tərəfə hərəkət etdi. Gəmilər vasitəsilə 150atı da körfəzin o biri sahilinə keçirmək mümkün oldu. Lətif xan Omanərazisində Məsqət imamı ilə görüşəndən sonra bütün Oman ərazisində onamüxalif olan qüvvələrə qarşı döyüşlərə başladı. Lətif xanın dəstəsi kifayətqədər uğurlu döyüşlər apardı və müxalifətdə olan qüvvələr zərərsiz -ləşdirildi. Məsqət imamı işlərin belə getməsindən razı qalsa da, Lətif xanınniyyətini başa düşəndə öz narazılığını gizlətmədi. Müxalifət qüvvələrindəntəmizlənmiş olan ərazilər Məsqət imamına qaytarılmaqdansa, Nadir qoşun-larının nəzarəti altında saxlanılır, müəyyən yerlərdə düşərgələr salınır,müşahidə bazaları tikilirdi.1

Oman ərazisində 5 günlük döyüşlərdən sonra Lətif xan Bəndər-Abbasageri qayıtdı və əldə etdiyi nəticələr barədə Məhəmməd Tağı xana məlumatverdi. Amma Məhəmməd Tağı xan və eləcə də Nadir şah Lətif xandan razıqalmadılar. Məhəmməd Tağı xan paxıllıq üzündən Lətif xanın əldə etdiyiuğurlardan xoşlanmayaraq onunla intriqaya başladı. Nadir şah isə Məsqət

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

149

1Moqtəder Q. Göstərilən əsəri, s. 134.

Page 151: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

imamının həyatına son qoyulmadığı və Omanda Nadir şah hakimiyyətinəqarşı çıxa biləcək qüvvələrin tamamilə zərərsizləşdirilmədiyi üçün narazıqaldı. Nadir şahın fikrincə, Məhəmməd Tağı xan şəxsən özü əməliyyatarəhbərlik etməli və Omandakı qüvvələrə qarşı daha qətiyyətli addımlar at-malı idi. Bu baxımdan Nadir şah, Məhəmməd Tağı xana da qəzəbinibildirdi. Nadir şahın tələblərinin yerinə yetirilməsi üçün 1738-ci ilin yanvarayında Omana yeni bir hərbi-dəniz yürüşü təşkil edildi.

Növbəti hərbi-dəniz yürüşünə Məhəmməd Tağı xan rəhbərlik edirdi.Yürüşdən əvvəl o, ingilis və holland şirkətlərindən daha bir neçə gəmi al-mağa müvəffəq oldu. Yürüş zamanı Lətif xan Məhəmməd Tağı xana köməkedirdi. Gözlənildiyi kimi, müxalifət qüvvələrinin yenidən baş qaldırmasın-dan sonra Məsqət imamı bir daha Nadir şahın qüvvələrinə dəstək göstərməkqərarına gəldi. Amma, görünür, Nadir şahın aydın və sərt nəzarətinin ol-maması, qüvvələrin vahid məqsəd ətrafında səfərbər edilə bilməməsiqarşıya qoyulan tapşırığın icrasına mane oldu. Doğrudur, Oman ərazisindəbir sıra məntəqələrdə uğur qazanıldı. Lakin bir tərəfdən Məhəmməd Tağıxanla Lətif xan arasında, digər tərəfdən də Nadir şah qüvvələri ilə Məsqətimamını dəstəkləyən qüvvələr arasında yeni çəkişmələr və ziddiyyətlər or-taya çıxdı. Məhəmməd Tağı xanla Lətif xan arasında olan ziddiyyət Nadirşahın hərbi-dəniz qüvvələrinin təşkilatlandırılmasında xüsusi rolu olan Lətifxanın Məhəmməd Tağı xan tərəfindən zəhərləndirilib öldürülməsi ilənəticələndi. Məsqət imamı ilə olan ziddiyyət isə son nəticədə MəhəmmədTağı xanın verilən tapşırığın icrasına nail olmadan geri dönməsi ilənəticələndi.1

Mövcud olan məlumatlara görə, Məhəmməd Tağı xan Omanın birdəfə-lik nəzarət altına alınmasını başa çatdırmağa cəhd göstərdi. Bununla belə,başının daxili iğtişaşların yatırılmasına qarışması, 1739-cu ilin yayında isəNadir şahın əmri ilə tabeliyində olan dəniz qüvvələri ilə Sind çayına doğruhərəkətə cəhd göstərməsi həmin tapşırığın həyata keçirilməsini ləngitdi.

Fars körfəzindəki hərbi-dəniz qüvvələrinin dirçəldilməsi üçün Nadirşah yeni şəxsləri dəryabəyi vəzifəsinə təyin etdi. Onlardan biri olan Mirəlixan 1740-cı ildə dənizçilərin qiyamı nəticəsində öldürüldü. Hərbi-dənizqüvvələrinin formalaşdırılması üçün böyük ümidlər bəslənilən digər

Úàùàíýèð Ùöñåéí ßôøàð

150

1Lokkart L. Göstərilən əsəri, s. 220, 221.

Page 152: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

dəryabəyi İmamverdi xan isə yanında partlayan top lüləsinin zərbəsindənhəlak oldu.1

Əsrin 40-cı illərində hərbi-dəniz işinin fəallaşdırılması üçün Nadir şahtərəfindən bir sıra əhəmiyyətli addımlar atıldı. İngilis və holland şirkət lə -rin dən alınan gəmilərin kifayət etmədiyini görəndə Nadir şah HindistanınSurat limanındakı gəmiqayırma müəssisəsindən gəmilər alınmasına başladı.Mövcud olan məlumatlara görə Nadir şah oradan 12 ədəd gəmi almışdı. Bə -zi tədqiqatçıların fikrincə isə Nadir şah Suratda 20 ədəd gəminin hazırla-masına sifariş vermiş və Dağıstan yürüşündə olarkən onların hazırlanıb suyaburaxılması haqqında məlumat almışdı. Bundan başqa ehtimal edilir ki,Nadir şah başqa limanlarda da gəmi hazırlanması üçün sifarişlər vermişdi.2

Hərbi-dəniz qüvvələrinin möhkəmləndirilməsi istiqamətində Nadirsahın atdığı mühüm addımlardan biri də Buşehrdə gəmiqayırma müəs-sisəsinin yaradılması barədə qərar oldu. Bir tərəfdən gəmilərin digərölkələrdən alınması çox baha başa gəlirdi və Nadir şah güman edirdi ki, öznəzarəti altında hərbi gəmilərin daha ucuz qiymətə hazırlanmasına nail olabilər. Digər tərəfdən Nadir şah gəmiçiliyin quraşdırılmasından istifadə -sinədək bütünlüklə öz dövlətində mənimsənilməsinə çalışırdı. Bu is-tiqamətdə konkret işlərin görülməsinə başlandı. Belə bir müəssisə üçün yerayrıldı, lazım olan mütəxəssislər toplanıldı. Bu istiqamətdə qarşıya çıxanbaşlıca problem tikinti materiallarının xeyli uzaqda, Xəzəryanı ərazilərdəolması idi. Gəmilərin quraşdırılması üçün zəruri olan meşə materiallarınınMazandarandan gətirilməsi nəzərdə tutulmuşdu. Bunun üçün xüsusi ara-balar da hazırlandı. Arabaların işləyə bilməyəcəyi yolsuzluq şəraitində isəağır ağaclar insanların çiynində daşınmalı idi. Əslində, işlərin belə birşəraitdə icrasına başlandı da. Amma texniki vasitələrin olmadığı bir vaxtdaadi əl əməyi ilə böyük layihənin həyata keçirilməsi xeyli çətinləşdi.3

Mövcud olan məlumata görə, Nadir şah həyatının sonuna kimi buniyyətinə nail ola bilmədi. O, qətlə yetiriləndə Buşehrdə yalnız bir gəmininquraşdırma işlərinin yarısı görülmüşdü. Sonradan həmin gəminin quraş -dırılması da başa çatmadı.4

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

151

1Semnani P. Göstərilən əsəri, s. 274.2Lokkart L. Göstərilən əsəri, s. 254.3Yenə orada, s. 255.4M.Süleymanov. Göstərilən əsəri, s. 564.

Page 153: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şahın həyata keçirdiyi başqa bir tədbir Bəndər-Abbasda toptökmə zavodunun tikilməsi oldu. Nəzərdə tutulmuşdu ki, bu zavodda hərbi-dəniz gəmiləri üçün gərəkli olan toplar düzəldilsin. Top tökmə sahəsindəölkədə artıq müəyyən təcrübə var idi və ona görə də bu zavodun tikilməsinəvə fəaliyyətinə nail olundu. Hətta bu zavodda yeni toplar da düzəldildi.1

Hərbi-dəniz qüvvələrinə şəxsi heyətin cəlb edilməsi quru qüvvələrinənisbətən fərqli idi. Hərbi-dəniz qüvvələrinin şəxsi heyətinin istər gəmilərinidarə edilməsi, istərsə də dəniz şəraitində döyüşmək xüsusi təcrübə tələbedirdi. Ona görə hərbi-dəniz qüvvələrinə daha çox dənizçilik sahəsindətəcrübəsi olan hindlilər, ərəblər və avropalılar muzdlu şəkildə qəbuledilirdilər.

Nadir şahın hərbi-dəniz qüvvələrinin öz bayrağı var idi. Ağ parçadanibarət olan bu bayrağın ortasında qırmızı rəngdə qılınc təsvir olunmuşdu.

Nadir şahın həyatının son illərində ölkə daxilində hərbi-siyasi şəraitinmürəkkəbləşməsi, Osmanlı dövləti ilə növbəti ağır müharibə onun diqqətiniFars körfəzində hərbi-dəniz qüvvələrinin formalaşdırılmasından müəyyənqədər yayındırdı. Hərbi-dəniz qüvvələrinin formalaşdırılmasının əməliprosesinə rəhbərlik üçün Lətif xan kimi təşəbbüskar bir şəxsin tapılmamasıisə bu sahədəki işlərin sürətini bir qədər də azaltdı. Bunun nəticəsi idi ki,Oman və Fars körfəzi üzərində nəzərdə tutulan nəzarətin təmin edilməsinənail olunmadı. Bu istiqamətdə yeni ciddi dəyişikliklərin yaradılmasına isəartıq Nadir şahın həyatı yetmədi.

Nadir şah, hətta Xəzər dənizində də hərbi-dəniz qüvvələrinin for-malaşdırılmasına cəhd göstərdi. Lakin burada hərbi donanmanın for-malaşdırılması üçün xarici şirkətlərdən gəmi almaq imkanı yox idi. Rusiyaisə Xəzərdə yeni bir donanmanın yaradılmasına razı deyildi. Ona görəqərara alındı ki, Lahicanda gəmiqayırma müəssisəsi yaradılsın. 1743-cüilin yanvarında ingilis Elton gəmiqayırma işlərinin rəhbəri təyin edildi vəona Camal bəy ləqəbi verildi.2

Con Eltonla Nadir şah Dağıstan yürüşü zamanı rastlaşmışdı. O, əvvəl-lər Rusiyada çalışmışdı və Nadir şah onun bacarığından bəhrələnməkqərarına gəldi. Xəzərin cənub sahillərindəki meşəliklərdən gəmi qayırmaq

Úàùàíýèð Ùöñåéí ßôøàð

152

1Lokkart L. Göstərilən əsəri, s. 256.2M.Süleymanov. Göstərilən əsəri, s. 565.

Page 154: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

üçün kifayət qədər material əldə etmək mümkün idi. Nadir şah planlaş dı -rırdı ki, Con Eltonun rəhbərliyi altında Xəzərdə gəmiçiliyin inkişafına nailolunsun. O, həm Xəzərin cənub sahili ilə Həştərxan arasında ticarətgəmiçiliyinin təsis edilməsini, həm də Xəzərin şərq sahillərində kök salmışqaçaq və quldurların kökünün kəsilməsini istəyirdi.1 Xəzər dənizindəgəmiçiliyin təsis edilməsi ölkənin mərkəzi ilə Dağıstan arasında əlaqələrinyaradılmasını da xeyli asanlaşdıra bilərdi.

Con Elton yalnız gəmiqayırma ilə məşğul olmurdu. O, eyni zamandaXəzər dənizinin cənub və şərq sahillərinin öyrənilməsi ilə də məşğul olurdu.Nadir şah çalışırdı ki, Xəzər dənizinin münasib yerində xüsusi bir qalatikdirsin və həmin qala ilə həm gəmiçiliyin inkişafına təsir göstərsin, həmXəzər dənizinə olan niyyətlərinin ciddiliyini nümayiş etdirsin, həm də oradayerləşdirdiyi qüvvələrlə türkmənlərin dəniz piratçılığının qarşısını alsın.2

Gəmilər üçün nəzərdə tutulan yelkən pambıqdan toxunub hazırlandı.Lövbərdən başqa zəruri olan bütün əşyalar və hissələr Gilanda düzəldildi.C.Elton ilk gəmini suya salmaq üçün ləngər də axtarıb tapdı. Onun müəs-sisəsində bir neçə rus və hind ustası işləyirdi. Onların təcrübəsi və C.Elto-nun əzmkarlığı, nəhayət ki, öz səmərəsini verdi. C.Eltonun rəhbərliyial tın da düzəldilən ilk gəmi Nadir şahın sağlığında suya buraxıldı.3

Nadir şahın ölümündən sonra Xəzər dənizində gəmiçiliyin inkişaf et-dirilməsi və hərbi-dəniz qüvvələrinin formalaşdırılması, demək olar ki,dayandı. C.Elton bir neçə il bu sahədə işi davam etdirsə də, 1751-ci ildəonun öldürülməsi ilə bütün işlərə son qoyuldu. Ölkə daxilində hökm sürənhərc-mərclik dövründə isə gəmiçiliyə diqqət tamamilə itdi.

P.S. Mənim bu fəslə geniş yer verməyimin bir məqsədi də ondanibarətdir ki, orta əsrlərdə elmin, texnikanın, savadın, hərbi quruculuğun vəs. olmadığı bir dövrdə Nadir şah öz dühası və hərbi qabiliyyəti hesabınabelə bir nizami ordu və İran və Azərbaycanda olmayan hərbi-dəniz donan-masını yarada bilmişdi. Bu ordunun sayəsində böyük bir imperiyanı yaradıbvə onu idarə edirdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

153

1Moqtəder Q. Göstərilən əsəri, s. 137.2M.Süleymanov. Göstərilən əsəri, s. 565.3Yenə orada, s. 566.

Page 155: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

V FƏSİL

NADİR ŞAHIN HƏYATINA SUİ-QƏSDLƏR VƏ QƏTLƏ YETİ -RİLMƏSİ, ƏFŞAR DÖVLƏTİNİN SÜQUTU, NADİR ŞAHIN

XANƏDANI VƏ ŞƏCƏRƏSİNİN DAVAMÇILARI

5.1. Nadir şahın həyatına sui-qəsdlər və qətlə yetirilməsi

Í adir şah bütün şüurlu həyatını at belində döyüşlərdə və hərbi yü -rüş lərdə keçirmişdi. Bu müddət ərzində o, ən müxtəlif vəziy yət -

lərlə üzləşmiş və müxtəlif risklərlə qarşılaşmışdı. Məlumdur ki, Nadir şahiştirak etdiyi döyüşlərin hərəkətverici qüvvəsi idi, ən həlledici anlarda özünüdöyüşün ən gərgin nöqtələrinə ataraq hadisələrin ağırlığını öz üzərinəgötürür və qolunun gücü ilə döyüşçülərini də qələbələrə ruhlandırırdı. Nadirşah belə döyüşlərdə həyatını təhlükələrə atmaqdan belə qorxmurdu. Onagörə idi ki, Nadir şah dəfələrlə ölüm təhlükəsi ilə qarşılaşmış və hər dəfə dəçevikliyi və bir də bəxt ulduzu onu real təhlükələrdən salamat qurtarmışdı.

Bütünlükdə, Nadir şahın doğulduğu mühit risk və təhlükə ilə dolu olanbir mühit idi. Türkmən və yəmut tayfalarının Əbivərdə, Dərgəzə və Kelataaramsız talançı yürüşləri, insanları qırıb çatmaları, habelə məntəqənin ha -kim ləri arasında gedən toqquşmalar bölgənin əhalisinin həyatına olan təh-lükəni daha da artırırdı. Buna görə idi ki, insanların həyatı ən aditəsa düflərdən asılı idi.

Nadir də uşaqlığında ailəsi ilə birlikdə türkmən və yəmut tayfalarınıntalançı yürüşlərinin və yerli tayfalar arasında baş verən toqquşmalarınşahidi olmuşdu. Nadir, hətta əsir də düşmüşdü.1

Bundan sonra da dəfələrlə Nadirin həyatına qəsd edildi, lakin Nadirinfəhmi bu qəsdlərin baş tutmasına imkan vermədi. Həmçinin Nadirə qarşıolan bu sui-qəsdlərdə xarici dövlətlərin də maraqları ola bilərdi.2 Mən busui-qəsdlərin qısa xronikasını təqdim edirəm.

Úàùàíýèð Ùöñåéí ßôøàð

154

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 261.2Ə.Tahirzadə. Nadir şah Əfşar. Bakı, 2002.

Page 156: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şahın taleyinin, onun qurduğu dövlətin gələcəyinin müəyyən-ləşməsinə ağır təsir göstərən və geniş əks-sədaya səbəb olan sui-qəsd ha -disə si 1741-ci il mayın 15-də Nadir şahın Dağıstan yürüşü vaxtı Savadkunmeşələrindən keçib Qaduk keçidinə doğru irəliləyərkən baş verdi. Mən-bələrdə mövcud olan məlumatlara əsasən demək mümkündür ki, Nadirşahın qətli ilə nəticələnən sonuncu qəsd istisna olmaqla Savadkun meşə -lərində baş verən sui-qəsd hadisəsi ciddi şəkildə planlaşdırılmış bir qəsdidi. Dağıstana doğru hərəkət zamanı Nadir şahın gözləmədiyi halda ağac -ların arasından atılan güllə ona azacıq xətər yetirsə də, atını yerə sərdi. Buvaxt onun ayıqlıq nümayiş etdirməsi və atı ilə bərabər özünün də yerdəsərili qalması Nadir şahı növbəti atəşin xətərindən qorudu.

Bu qəsd ediləndə Nadir şah şöhrətinin və fatehlik əzəmətinin zir və sindədayanırdı. Ucu-bucağı görünməyən bir imperiya onun qılıncının itaəti altınadüşmüş və bölgənin ən güclü dövlətləri onunla hesablaşmaq məc bu riy -yətində qalmışdılar. Məhz belə bir zamanda kiminsə onu öldürməyə cürətetməsi Nadir şahı tamamilə özündən çıxardı. Nadir ona güllə atanı ax tarmaq,tutmaq ucun bütün İrana göstəriş verdi. Nadirə sui-qəsd olan za man Taymənitayfasından qoşundan qaçan bir neçə nəfəri Herat yaxınlı ğında tutub Dağıs-tana gətirdilər. İstintaq zamanı Dilavər xanım Talvərin oğlu AgamirzəninNikqədəm adlı qulamının şaha sui-qəsd etdiyini etiraf etdi.

Nikqədəm Heratdan çaparların müşayiəti və mühafizəsi altında Nadirşahın hüzuruna yola salındı. Bir müddətdən sonra onu Şirvanda olan Nadirşahın yanına gətirdilər. Nadir şah əvvəlcə onunla təklikdə söhbət etdi, Al-laha and içdi ki, əgər doğrusunu danışarsa, Nikqədəmin həyatına toxun-mayacaqdır. Əks təqdirdə isə onu qətl gözlədiyini bildirdi. «Aləm Ara-yeNaderi»nin şəhadətinə görə Nikqədəm öldürülməyəcəyinə sevindi və sui-qəsdi təşkil edəni satmayıb, lakin kiminsə fitnəsi ilə etdiyi hərəkəti şahınoğlu Rzaqulunun üstünə atdı.1

Həbsə alındıqdan sonra Nikqədəmdən soruşdular ki, Nadir şaha gülləatması onun düşüncəsizliyinin nəticəsi idi, yoxsa şücaətinin nişanəsi?Nikqədəm isə qorxmadan cavab verdi ki, Nadir şahın əcəli hələ çatmayıb-mış. Ona görə mənim gülləm boşa çıxdı. Yoxsa Nadir şah torpağa gömü -lə cəkdi, mənsə ölkə sahibi olacaqdım.2

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

155

1Lokkart L. Göstərilən əsəri, s. 314.2M.M.Kazım. Göstərilən əsəri, II c., s. 961

Page 157: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Mənbələrdə və tədqiqat əsərlərində Rzaqulu Mirzənin Nadir şahaqarşı sui-qəsdin təşkilində iştirakı birmənalı şəkildə nə təsdiq olunur, nədə inkar. Bu barədə irəli sürülən müxtəlif fikirlər yalnız ehtimal xarakteridaşıyır. Hətta Nikqədəmlə bağlı məsələni daha ətraflı işıqlandıran «AləmAra-yе Naderi»nin müəllifi də Rzaqulu Mirzənin bu məsələdəki iştirakıilə bağlı aydın münasibətini bildirmə mişdir.1 Bundan belə bir ehtimaletmək olur ki, Nadirə təşkil etdiyi sui-qəsd alınmadıqda Nadirin qardaşıoğlu Əliqulu (o da şahlığa iddialı idi) bu hadisəni məharətlə Rzaqulununüstünə atıb onu Nadirin qəzəbinə tuş gətirmiş və gələcək planlarını real-laşdırmağı bacarmışdır.

Nadir şah isə Nikqədəmin söylədiklərinə inandı. Çünki əvvəldən dəRzaqulu Mirzənin bir sıra xoşagəlməz hərəkətləri barədə fitnəkar məlumat-lar almışdı. Belə ki, Hindistan səfəri zamanı Rzaqulunun Təhmasib şahı və2 oğlunu edam etdirməsi Nadirə çox pis təsir etmişdi.

Bir tərəfdən də Nadir şahın ətrafı ona Rzaqulu Mirzənin şahlıq iddia -sına düşməsi barədə xəbərlər çatdırırdılar. Ona görə Nikqədəmin ətraflıifadəsi Nadir şahın şübhələrinin güclənməsinə əsas verdi.

Nəticədə Nadir şah Nikqədəmdən eşitdiklərindən sonra əminliklə qə -ra ra gəldi ki, Rzaqulu Mirzə ona qarşı təşkil olunan sui-qəsdin iştirakçısıdır.O əvvəlcə Nikqədəmi cəzalandırdı. Öldürməyəcəyinə söz verdiyi üçünonun gözlərini çıxarmaqla kifayətləndi. Rzaqulu Mirzəni də bələ bir cəzailə cəzalandırdı.

1745-ci ilin yayında da Dağıstan yürüşü zamanı Nadir şaha yenidənsui-qəsd etdilər. Lakin Nadirin sayıqlığı onun həyatını qurtara bildi.

Qeyd etmək lazımdır ki, yuxarıda haqqında danışılan sui-qəsd cəhdlə -rindən Nadir şah adi bir təsadüf nəticəsində nicat tapmışdısa, sonuncu sui-qəsd hadisəsində isə adi bir təsadüf onun həyatı bahasına başa gəldi. Amma,əslində, bu qəsd Nadir şah dövrünün və mühitinin bir reallığı idi. Onun qur-duğu dövlətin mahiyyəti də belə bir faciəli sonluğu istisna etmirdi.

Nadir şahın dövləti güc üzərində qurulmuşdu və dövlətin əsas siyasətidə başlıca olaraq bu gücün miqyasından asılı idi.

Mənbələr və tədqiqatçılar Nadir şahın qətlinə aparan səbəblər içə ri -sində onun xəstəliyi məsələsi üzərində geniş dayanırlar. Məlumdur ki,

Úàùàíýèð Ùöñåéí ßôøàð

156

1M.M.Kazım. Göstərilən əsəri, II c., s. 731.

Page 158: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah fiziki cəhətdən güclü bir şəxs olmuşdur. O, malik olduğu gücüvə enerjisi ilə ən ağır döyüşlərin hərəkətverici qüvvəsinə çevrilirdi. Nadirşahın toppuzunun zərbəsinə kimsə dözə bilməzdi. At çapmaqda, qılınc oy-natmaqda, toppuz vurmaqda ad çıxarmışdı. Tədqiqatçıların da qeyd etdiyikimi, təxminən 50 yaşlarına kimi Nadir şah səhhətindən şikayət etməmişdi.Amma Nadir şahın sürdüyü həyat tərzi son dərəcə yorucu və ağır bir həyattərzi idi. Onun qarşılaşdığı fiziki gərginlik, oğlu Rzaqulunun kor edilməsi,sözsüz ki, sağlamlığına təsirsiz ötüşə bilməzdi. Nadir şah, hətta taxt-tacayiyələnəndən sonra da həyatını at belində və çadırlarda keçirirdi. Dağlıqərazilərin soyuq qışında Nadir şah aylarla çadırlarda qalırdı. Bir tərəfdəndə düşərgə həyatının mükəmməl olmayan qidalanması da onun səhhətiüçün problemlər yaratmışdı. Minlərlə kilometr məsafə qət etməsi, bu müd-dət ərzində gözlənilməz sınaqlara sinə gərməsi və bütün bunlardan sonrafatehlik əzəmətini nümayiş etdirməsi vaxt ötdükcə səhhətində də özifadəsini tapdı.

Lazımi müalicə almadığı üçün Nadir şahın səhhətində ağrıların şid-dətləndiyi vaxtlar da olurdu. Məsələn, mənbələrin məlumatına görə, Şəkiyürüşündən Göyçaya geri qayıdarkən Nadir şahın səhhətində yenidən ciddiağrılar özünü göstərməyə başladı. Həkimlər işə qarışandan sonra onunvəziyyəti yaxşılaşmağa başladı.1

Lakin bütünlükdə Nadir şahın səhhətində problemlər qalmaqda idi.Yerli həkimlərin təsirli müalicə yolu tapmamaları istər-istəməz Nadir şahınnarahatlıqlarını artırmaqda idi. Nəhayət, Nadir şah səhhətinin müalicəsiüçün avropalı həkimlərin dəvət edilməsini məqsədəuyğun saydı. Bununlabağlı ingilis ticarət nümayəndəliyinin rəhbəri Pirsondan xahiş edildi ki,Nadir şaha təcrübəli bir Avropa həkimi tapsın. Pirson da o zamanlar İsfa-handa olan fransız keşiş Bazeni həkim kimi Nadir şaha təqdim etdi. Bazenkeşiş olsa da, təbabətlə də maraqlanırdı və o, Nadir şaha təqdim olunanvaxt artıq müəyyən təcrübəyə malik idi. Hətta bir sıra xəstəliklərin müali -cəsinə görə əhali arasında ad çıxarmışdı. Keşiş Bazenin müalicəsindən fay-dalananlar bunu Nadir şaha yazdıqları məktubda da təsdiq etmişdilər.2

1746-cı ilin sonunda keşiş Bazen şəxsən Nadir şaha təqdim olundu.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

157

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 126.2M.Süleymanov. Göstərilən əsəri, s. 566.

Page 159: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah əvvəlcə onu sorğu-suala tutdu və onun verdiyi cavablara diqqətyetirdi. İki gündən sonra Nadir şah onu yenidən yanına çağırdı. Keşiş Bazenyerli həkimlərin yanında Nadir şahın müalicəsinə başladı və onun xəstə-liklərinə öz münasibətini bildirdi.

Ömrünün sonlarına yaxın onun ətrafında etibar edə biləcəyi çox azadam var idi. Nadir şahın fiziki və ruhi baxımdan problemlərlə üzləşməsibarəsində ən müxtəlif mülahizələr irəli sürülsə də, şübhəsiz ki, bunlarınbaşlıca səbəbi keçirdiyi aramsız döyüşlər, dövlət işlərinin çoxluğu səbə -bin dən istirahətsiz gərgin iş rejimi və etibar etdiyi adamların dönüklüyü,vəfasızlığı, oğlu Rzaqulunun kor edilməsi idi.

Sərkərdəlik həyatının ən yaxın və ən sədaqətli silahdaşı olan Təhmasibxan Cəlayirə və qardaşı oğlu Əliqulu xana şübhə və inamsızlıqla yanaşmasıisə Nadir şahın ruhi sarsıntılarını daha da artırdı. Əliqulu xana yarananşübhə Sistan qiyamının yatırılmasında Nadir şahı qane edəcək operativlikgöstərməməsi ilə bağlı idi. Sistan qiyamının tamamilə aradan qaldırıl-masının bir müddət uzanması Nadir şahda Əliqulu xanın sədaqətinə şübhəyaratdı. Ola bilsin ki, Əliqulu xanın sədaqətinə qarşı Nadir şahda əvvəl-cədən şübhə yaranıbmış və silahlı qiyamın yatırılmasında göstərdiyi lənglikNadir şahın şübhələrini daha da möhkəmlətmişdi. Bu barədə mənbələrdəməlumat yoxdur.1

Nadir şahla Əliqulu xan arasında münasibətlərin kəskinləşməsi1747-ci ilin əvvəlinə təsadüf edir. Nadir şah 1746-cı ilin sonu və 1747-ciilin əv və lində İsfahanda idi və oradan Xorasana yola düşdü. Həm «AləmAra-ye Naderi»nin, həm də «Tarix-e cahan qoşa -ye Nader-i»nin şəhadətinəgörə, 1747-ci ilin əvvəlindən Nadir şahın psixoloji sarsıntıları daha da şid-dətləndi.

Mənbələrdə göstərilməsə də, güman edirəm ki, Sistan qiyamının rəh-bərləri, Nadir şaha itaətsizlik göstərən yerli əyanlar və qoşun sərkərdələridə bu və ya digər məlumatlarla Əliqulu xana təsir göstərməyə və onu daNadir şaha qarşı çevirməyə çalışırdılar. Çünki məhz Sistanda Əliqulu xandaNadir şah taxt-tacına sahib olmaq istəkləri baş qaldırmağa başladı. Sistanqiyamçılarının onu müdafiə etməsi isə Əliqulu xanda arzularının reallaş-masına bir ümid yarada bilərdi. Xüsusilə Nadir şahın Sistan qiyamının

Úàùàíýèð Ùöñåéí ßôøàð

158

1L.Lokkart. Göstərilən əsəri, s. 286.

Page 160: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

yatırılmasında göstərdiyi ləngliyə görə Əliqulu xana 100 əlif (hər əlif 5 mintümən idi) cərimə kəsməsi Əliqulu xanı birdəfəlik müxalifət yoluna yuvar-ladı. Çünki Əliqulu xan bilirdi ki, Nadir şahı artıq verdiyi qərarından çə -kin dirmək mümkün olmayacaqdı. Bundan başqa, həmin cərimənin, həttaveriləcəyi təqdirdə Əliqulu xanın daha sərt cəzalardan nicat tapacağı məlumdeyildi.

Əliqulu xanla birlikdə Nadir şahın şübhə dairəsinə düşmüş Təhmasibxan Cəlayirin hansı səbəbə belə bir etimadsızlıqla qarşılaşdığını söyləməkçətindir. Bu vaxt ömrünün 75-ci ilini yaşayan Təhmasib xan Cəlayir Nadirşahın ən etibarlı və sədaqətli sərkərdəsi və silahdaşı sayılırdı. Hələ cavan-lığında ona qoşulmaqla Nadir şahın sərkərdəlik və fatehlik tarixinin yazıl-masında onun əvəzsiz xidməti var idi. Heç vaxt da Təhmasib xan Cəlayirinfikrində Nadir şaha qarşı şübhə və xəyanət hisləri yaranmamışdı. Nadirbunu bilirdi və ən ciddi məsələlərin həllində onun köməyinə və əzmkar-lığına bel bağlayırdı. Sistana da göndərilməsi, əslində, Nadir şahın Təhma-sib xan Cəlayirə olan etimadının nişanəsi idi. Başqa sözlə, Sistan qiyamıməsələsi ilə bağlı Nadir şah öz qardaşı oğlundan daha çox Təhmasib xanCəlayirə etimad etdi. Hətta Əliqulu xandan şübhələndiyi vaxt Təhmasibxan Cəlayirə onu öldürmək səlahiyyəti də verdi.

«Tarix-e cahan qoşa -ye Nader-i»yə görə, Təhmasib xan Cəlayirə əlavəolaraq 50 əlif cərimə kəsilməsi haqqındakı şah fərmanı da çatdırıldı. O dabildirildi ki, Nadir şahın maliyyə məmurları Sistana yola düşmüşlər ki,gəlib həm Təhmasib xandan, həm də Əliqulu xandan həmin cərimələri al-sınlar. Bu xəbəri eşidəndən sonra Təhmasib xan da öz mövqeyi barəsindəciddi düşünmək məcburiyyətində qaldı və nəhayət, müxalifətə keçməkbarəsində müvəqqəti də olsa Əliqulu xanın təklifini qəbul etdi. Onlar beləbir fikir razılığına gəldilər ki, Nadir şah indiki vəziyyətdə taxt-tacı ailəüzvlərindən birinə versə, yaxşı olar. Bu mənada elə Əliqulu xan özü taxt-taca ən real namizəd sayıldı.1 Amma, görünür, Təhmasib xan Cəlayirvəziyyəti daha soyuq başla araşdırmağa çalışarkən Nadir şaha qarşı müxa -lifət yolunu tutmağın mənasızlığını anladı və ya ola bilsin ki, ömrü boyusəmimi-qəlbdən dəstəklədiyi bir insanın əleyhinə getməyi şəninə sığışdırabilmədi və yenidən Əliqulu xan tərəfdarlarını Nadir şaha müxalifətdən əl

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

159

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 266.

Page 161: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

çəkməyə çağırdı. Əliqulu xan isə artıq özünü Nadir şahın taxt-tacındagörürdü və ətrafında toplaşan böyük qüvvə də onu dəstəkləyirdi. Əliquluxan bu yolda Təhmasib xan Cəlayirin ona mane ola biləcəyini ehtimaledirdi. Ona görə də taxt-tac ümidlərinin qarşısında mane hesab etdiyi Təh-masib xan Cəlayirin aradan götürülməsi üçün yeməyinə zəhər qatılmasınıəmr etdi. Bu yolla Nadir dövrünün müdrik və ağsaqqal sərkərdəsi olan Təh-masib xan Cəlayirin həyatına son qoyuldu. Əslində, bu qətllə Nadir şah daözünün Rzaqulu Mirzədən sonra ən etibarlı dayaqlarından birini itirdi.

Təhmasib xanın qətli Əliqulu xanın taxt-tac uğrunda daha açıq döyüşəkeçməsinə şəraiti genişləndirdi. O, Sistan qiyamçıları, Sistana göndərilmişNadir şah dəstəsi ilə danışıqlar apardı və onları da öz tərəfinə çəkə bildi.Sonra ətrafına topladığı qoşunlarla Fərəhə yollandı. Fərəh əhalisi Əliquluxanı təntənə ilə qarşıladı və onu dəstəkləməyə hazır olduğunu bildirdi. Buda Əliqulu xanın ətrafındakı qüvvələrin genişlənməsinə imkan verdi.Əliqulu xan bununla da kifayətlənmədi. Daha böyük hərbi qüvvəyə malikolmaq üçün əfqan tayfalarının Nadir şah əleyhinə səfərbər edilməsi işinəbaşlandı. Fərəhdə olduğu bir neçə gün ərzində ətraf yaşayış məntəqələrininrəhbərləri Əliqulu xana sədaqət nümayiş etdirdilər və həmin məntəqələrdətoplanan dəstələr də Əliqulu xanın qoşunlarına qoşuldular. Daha sonraƏliqulu xan Herata gəldi. Herat da Nadir şaha müxalifət yolunu tutubƏliqulu xanı dəstəklədi. Herat vilayətində yaşayan şahsevən və digər tay-faların dəstələri Əliqulu xanın qoşunlarına qatıldılar. «Aləm Ara-yeNaderi»nin məlumatına görə, Əliqulu xanın Heratda artıq 60 min nəfərlikqoşunu var idi. Bu mənbənin şəhadətinə görə, Əliqulu xan Nadir şaha sə-daqət təbliğatından əl çəkməyən Təhmasib xan Cəlayiri də məhz Heratdazəhərləyib, qətlə yetirdi.1

Nadir şah ya Məşhəddə oturub qiyamçıların əhatəsinin daralmasınıgöz ləməli, ya da fəallıq göstərərək real təhlükəyə çevrilən Əliqulu xanınqiyamını yatırmalı idi. Fiziki və ruhi sarsıntılarının güclənməsinə baxma-yaraq, Nadir şah ikinci yolu tutdu və özü böyütdüyü qardaşı oğlunundönüklüyünün qarşısını almaq üçün qılınca əl atmağı qərarlaşdırdı. Nadirşah Məşhədi tərk etməzdən əvvəl övladlarını və nəvəsi Şahrux Mirzənidaha təhlükəsiz yer kimi Kelata göndərdi.

Úàùàíýèð Ùöñåéí ßôøàð

160

1M.M.Kazım. Göstərilən əsəri, II c., s. 766.

Page 162: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir Təbəsdən Xəbuşana hərəkət etdi. Xəbuşan yürüşü ilk baxışdanuğurla başlansa da, Nadir şah daxilən ona qarşı istiqamətlənmiş təhlükəninyaxınlaşdığını hiss edirdi. Həm «Aləm Ara-ye Naderi», həm də keşiş BazenNadir şahın bu hislər məngənəsində çırpındığını qeyd edirlər. Keşiş Bazenəgörə, Nadir şah 6-cı duyğusu ilə hiss edirdi ki, ona qarşı planlaşdırılan fit-nələr kəskinləşməkdədir və əmr etmişdi ki, düşərgəsində daim yəhərli birat saxlanılsın və zərurət yarananda Kelata qaça bilsin. Nadir şahın müha -fi zəçiləri onun bu narahatçılığından xəbər tutanda yanına gəldilər, ona sadiqolduqlarını, onu tənha buraxmayacaqlarını bildirdilər. Nadir şah da bundansonra qoşunu tərk etmək fikrindən daşındı.

«Aləm Ara-ye Naderi» müəllifi isə yazır ki, Nadir şah miraxura gös -tə riş verdi ki, bir neçə atı tam yəhərli vəziyyətdə saxlasın. Bu mənbəninməlumatına görə, Xəbuşan yaxınlığındakı düşərgədən Nadir şah hərəmxa -nası və şahzadələrlə birlikdə (baxmayaraq ki, elə bu mənbə Nadir şahınXəbuşana doğru hərəkətə başlamazdan əvvəl şahzadələri Kelata göndər di -yini bildirir) Kelata dönmək istəyirdi. Nadir şaha sədaqətini itirməmiş min-başı Hüseynəli bəy bu məsələdən xəbər tutanda şahın hüzuruna gəldi vəona bildirdi ki, Nadir şaha müxalifət yolunu tutanlar əvvəlcə onun keşik -çi lərinin qətiyyətli mövqeləri ilə üzləşməli olacaqlar. Hüseynəli bəy Nadirşahı əmin etdi ki, keşikçilər öz şahlarına sədaqətli olaraq qalmaqdadırlar.Minbaşının sözlərinə görə, heç quş da cəsarət edib Nadir şahın düşərgəsininüzərindən uça bilməzdi. Nadir şah bu sözləri eşidəndən sonra Kelata dön-mək fikrindən əl çəkdi və düşmənləri ilə əvvəlki ruhda mübarizə aparmaqüçün iradəsini yenidən var gücü ilə nümayiş etdirmək istədi. «Aləm Ara-ye Naderi»yə görə, bu hadisə Fəthabada yetişmək ərəfəsində baş verdi.Nadir şah irəliyə hərəkətini davam etdirdi və Xəbuşanın 2 fər sən gliyindəolan Fəthabadda düşərgə saldı.1

Nadir şahın qətlə yetirilməsi ilə bağlı «Tarix-e cahan qoşa -ye Nader-i»də müxtəsər məlumat vardır və həmin məlumat «Aləm Ara-ye Naderi»dədə təkrar olunmuşdur. Keşiş Bazenin xatirələrində və C.Hanveyin əsərindəisə Nadir şahın qətli barədə daha geniş məlumat vardır. Həmin məlumat-lardan aydın olur ki, Nadir şahın mənsub olduğu əfşarlara və hətta Qırxlıoymağına belə etibarı qalmamışdı. 1747-ci il iyunun 19-da axşam ona qəsd

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

161

1M.M.Kazım. Göstərilən əsəri, II c., s. 776.

Page 163: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ola biləcəyindən Nadir şah da şübhələnirdi. Mövcud olan təhlükənin aradanqaldırılması üçün Nadir şah daha konkret addımlar atmaq istəyirdi. Həminaxşam keşikçilərin tərkibində olan 4 min nəfərlik əfqan dəstəsinin rəhbəriƏhməd xan Əbdalini və digər əfqan dəstə başçılarını hüzuruna çağırdı.Nadir şahın ətrafında olan əfqan dəstələri ona daha çox sədaqəti iləfərqlənirdilər və təhlükənin artdığı bir vaxtda onlar Nadir şahın arxalanabiləcəyi ümid yeri idi. Bu dəstənin 25 yaşlarında olan rəhbəri Əhməd xanƏbdali də göstərdiyi şücaət və sədaqətə görə Nadir şahın dərin etibarınıqazanmış şəxslərdən biri idi. Nadir şah bu dəstəyə güvənməklə ətrafındaolan şübhəli qüvvələrdən təmizlənmək istəyirdi. Keşiş Bazenə görə, Nadirşah əfqan sərkərdələrinə aşağıdakıları dedi: «Mən keşik çilə rimdən razı dey-iləm və onlara lazımi etimadım yoxdur. Sizin düzgünlüyünüz, fədakar-lığınız, mənə münasibətiniz sübut olunduğu üçün sizə tapşırıram ki, sabahsəhər tezdən bütün qızılbaş qoşun başçılarını tutun və qollarını bağlayın.Kimsə sizə müqavimət göstərmək istəsə onu öldürməyə haqqınız vardır.Kimsə bunun sorğu-sualını etməyəcəkdir. Əsas məqsəd mənimmühafizəmin təşkilidir. Mənim mühafizəmi sizə tapşırıram».1

Nadir şah ümid edirdi ki, onun əfqan sərkərdələri ilə söhbəti gizli qala-caqdır. C.Hanveyin yazdığına görə, Nadir şahın bir gürcü xidmətçisi həminsöhbəti eşidib Nadir şahın qorçubaşısına çatdırdı.

C.Hanvey qəsd zamanı Saleh xanın, keşiş Bazen isə Məmmədquluxanın fəallıq göstərdiyini yazırlar. Nadir şahın son gecəsinin şahidi olankeşiş Bazen yazır ki, xəbər Məmmədqulu xana çatan kimi qoşun sərkər də -lərini və əyanları gözləyən real ölüm təhlükəsi barədə ilkin olaraq Salehxana xəbər verdi. Bu iki nəfər də qəti hərəkətə keçməyi və Nadir şahı qətləyetirməyi qərarlaşdırdılar. Birgə hərəkət etmələri barədə bir-birinə söz veribvədlərinə xilaf çıxmayacaqları barədə sənəd də imzaladılar. Sonra bu ikinəfər Nadir şahı qətlə yetirmək barəsindəki planlarını inandıqları digərşəxslərə də açdılar və onları da bu qəsddə iştirak etməyə razı saldılar. Buyolla 60 nəfər Nadir şaha qarşı qəsddə iştirak etmək barəsində sənədə imzaatdı. Onlar hamısı razılığa gəldilər ki, səhər açılmamış Nadir şah qətlə ye-tirilsin. Əks təqdirdə Nadir şah onları həbs edəcəkdi. Qərara gəlindi ki,gecə yarısından iki saat sonra Nadir şaha qarşı sui-qəsdin icrasına başlansın.

Úàùàíýèð Ùöñåéí ßôøàð

162

1Lokkar L. Göstərilən əsəri, s. 348.

Page 164: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

«Tarix-e cahan qoşa -ye Nader-i» və «Aləm Ara-ye Naderi»yə görə, Nadirşahın qətli belə baş verdi. Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Saniayının 11-i axşamı (bazar gecəsi, 1747-ci ilin iyun ayının 20-də) Xəbuşanyaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrə-vani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının,keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyiilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə ar-vadlarından – Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırındayatmışdı. Qətlçilər Nadirin hansı çadırda yatdığını öyrənib, gözətçini boğ-dular və Sitarənin çadırına daxil oldular və Nadirin üzünü gördükdə qorxuonları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. AmmaMəmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfəriçəri daxil oldu. Nadir şah yerindən atılıb, Saleh xanı görən kimi onu söydü.Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağıçadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinəbir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylərqədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi. («Tarix-ecahan qoşa -ye Nader-i» və «Aləm Ara-ye Naderi»).1

Səhərin açılması ilə Nadir şahın qətlə yetirilməsi xəbəri bütün düşər -gəyə yayıldı, aləm bir-birinə qarışdı. Başsızlıqdan istifadə edib qətl vəqarətə rəvac verənlər çoxaldı. Fürsətdən yararlanmağa çalışanlar qarşısınaçıxanları çapıb talamağa başladılar. Nadir şaha sədaqəti itirməyən 4 minlikəfqan dəstəsi xəbəri eşidəndə toplanıb şah çadırına tərəf hərəkət etdi. Nadirşahın mənsub olduğu əfşar soyundan və digər türk soylarından təşkiledilmiş bir dəstə əfqanlara qarşı çıxdı. Bu dəstənin sayı 6 min nəfər idi vəona görə də onların müqavimətini qırmaq əfqanlar üçün elə də asan deyildi.Hadisələrin şahidi olan keşiş Bazen yazır ki, əfqanlar qarşısında olan güclümüqaviməti qıraraq özlərini Nadir şahın çadırına yetirdilər və həlakedildiyini görəndən sonra mübarizəni davam etdirməyin mənasız olduğunuanladılar. Bundan sonra əfqanlar öz yurdlarına doğru istiqamət götürdülər.Qiyamçı dəstələr onları təqib etməyə başlasalar da, bir nəticə əldə edəbilməyib geri qayıtdılar.

Nadir şahın ölüm xəbəri 40 minlik bir qoşun dəstəsi ilə dayanan qar-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

163

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 496. M.M.Kazım. Göstərilən əsəri, II c., s. 746.

Page 165: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

daşı oğlu Əliqulu xana çatdırıldı. Nadir şahın öldürülməsinin Əliqulu xanayüyrək olaraq çatdırılması, onun bu sui-qəsdə birbaşa rəhbərlik etdiyinigöstərir. Elə sui-qəsdin icraçıları da Nadir şahın öldürülməsindən sonraƏliqulu xanın Məşhədə qayıtmasını gözlədilər. Tezliklə Nadirin böyütdüyüvə iqtidar sahibi etdiyi Əliqulu şah taxtına tələsdi.

5.2. Nadir Əfşar dövlətinin süqutu Əliqulu xan Nadir şahın qətli xəbərini alan kimi dərhal Məşhədə yola

düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü Məşhəddə ölkəşahı elan etdi. Nadir şahın ətrafında olan hərbi qüvvələr də Əliqulu xanımüdafiə etdilər və bu ona imkan verdi ki, taxt-taca iddia edə biləcək Nadirşah övladlarının hamısını qılıncdan keçirsin. Bu məqsədlə o, gürcü Söhrabxanın rəhbərliyi altında bəxtiyarilərdən ibarət bir qoşun dəstəsini Kelatagöndərdi. Bu qoşun dəstəsinin Kelata göndərilməsində bir məqsəd də Nadirşahın xəzinəsini ələ keçirib Məşhədə gətirmək idi. Göndərilən qoşun dəstəsitəxminən iki həftə Kelat qalasını mühasirədə saxladı. Mühasirənin 16-cıgünü qalanı ələ keçirmək mümkün oldu.

Qala ələ keçiriləndə Nəsrulla Mirzə, İmamqulu və Şahrux Mirzə Mər -və tərəf qaçmağa cəhd göstərdilər. Rzaqulu Mirzə və Nadir şahın kiçik öv -lad ları və nəvələri isə Əliqulu xan tərəfindən göndərilmiş dəstənin əlinəkeçdi.

Əliqulu xan Nadir şahın Kelatdan qaçmış övladlarının da tutulmasınagöstəriş verdi. Onun Kelatda olan qardaşı Kazım Mirzə Nadir şahın övlad-larını təqib etməyə yollandı. Amma Kazım Mirzə onlara çata bilmədi. OndaKazım Mirzə uzun müddət Nəsrulla Mirzənin xidmətində olmuş Məhəm-məd xan Çəhçəhəni Nadir şahın övladlarının təqibini davam etdirməyəgöndərdi. Nəsrulla Mirzədən gördüyü nəvazişləri və qayğını bir anda unu -dan Məhəmməd xan Çəhçəhə dərhal ona verilmiş yeni tapşırığın icrasınayollandı və qismən həmin tapşırığı yerinə yetirə bildi. O, İmamqulu Mirzəilə Şahruxu həbs etdi. Təqibdən yaxasını qurtara bilmiş Nəsrulla Mirzəniizləməyi isə Qurbanəli bəy adlı birisinə tapşırdı.

İstər mənbələrdən və istərsə də tədqiqat əsərlərindən məlum olmur ki,təhlükədən qaçan şahzadələr onlara sadiq olan döyüşçülər tərəfindən mü -şa yiət olunurdu, ya yox. Ona görə bu şahzadələrlə onları təqib edən qüv -vələr arasında döyüşlərin olub-olmamasını söyləmək çətindir. Bəzi

Úàùàíýèð Ùöñåéí ßôøàð

164

Page 166: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

təd qiqatçılar Nəsrulla Mirzənin Qurbanəli bəylə döyüşə girdiyini və ondancanını qurtara bildiyini yazırlar. Amma bu qarşıdurmanın da əlbəyaxa vəya kütləvi şəkildə baş verdiyini təsəvvür etmək mümkün deyil. Məlum olanodur ki, Nəsrulla Mirzə Mərvin qarovul dəstələri tərəfindən tutuldu və Ke-lata gətirildi.

«Tarix-e cahan qoşa -ye Nader-i»yə görə, Əliqulu xanın əmri ilə KelatdaRzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətləyetirildi.1 Qətlə yetirilənlər arasında Nadir şahın kiçikyaşlı övladları vənəvələri də var idi. Çox güman ki, bu qətl hadisəsi Nəsrulla Mirzə,İmamqulu Mirzə və Şahruxun ələ keçirilməsindən əvvəl baş vermişdi.Çünki adları çəkilən bu şəxslər həbs ediləndən sonra Məşhədə göndə ril -dilər. Nəsrulla Mirzə ilə İmamqulu Mirzə də Əliqulu xanın əmri ilə oradaqətlə yetirildilər. Amma Nadir şahın 14 yaşında olan nəvəsi Şahrux Mirzəöldürülmədi. Onu zindana atdılar. Lakin Əliqulu xan onun da öldürüldüyübarədə xəbərlər yaydırdı. Mövcud olan məlumatlara görə, Əliqulu xanŞahrux Mirzəni qəsdən öldürmədi. Onun anası Şah Sultan Hüseynin qızıidi və Səfəvilər nəslinə qan bağlılığı var idi. Əliqulu xan fikirləşirdi ki, ölkəəhalisi onun şahlığını yox, Səfəvilər taxt-tacının bərpa olunmasını tələbedərsə, onda Şahrux Mirzəni şah elan etdirər və onun yaşının kiçik ol-masına görə dövlətin idarə edilməsini öz əlinə alar. Həmçinin Əliqulu xanınqızının Şahrux Mirzəni sevdiyi də bəzi tədqiqat əsərlərində yer almışdır.

Yuxarıda qeyd edildiyi kimi, Nadir şahın böyük nəvəsi və RzaquluMirzənin böyük oğlu Şahrux Mirzə bu kütləvi qətldən kənarda qalsa da,rastlaşdığı məhrumiyyətlər onun da faciəli həyatına yol açdı.

Əliqulu xan isə özünü Məşhəddə şah elan etdi. Özünün daha ədalətlişah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və Adil şahadını öz üzərinə götürdü. Ona bəzən Adil şah kimi də müraciət olunurdu.Özünü şah elan edən kimi məscidlərdə onun adına xütbə oxundu və sikkəvuruldu. Bəzi tədqiqatçıların verdiyi məlumata görə, taxta çıxandan sonraAdil şah vilayət hakimlərinə fərman göndərdi. Həmin fərmanda bəyan etdiki, Nadir şahın qətlə yetirilməsi onun əmri ilə həyata keçirilmişdir. Onunyazdığına görə, bununla bağlı Nadir şahın mühafizəsinin rəhbəri Məhəm-mədqulu xanı da bu işə cəlb edə bilmişdi. Sonra əlavə edirdi ki, qoşun

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

165

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 249.

Page 167: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

sərkərdələrinin və Məhəmmədqulu xanın xahişlərini nəzərə alaraq taxtaçıxmağa razı olmuşdur. Guya, özünü şah elan etməkdə məqsədi ölkənidağılmaqdan qorumaq və insanları pis günlərdən qurtarmaq idi.

Adil şah bildirdi ki, Nadir şahın zəngin xəzinəsi vardır və həmin xəzi -nənin hesabına ölkə xərclərini uzun müddət ödəmək mümkündür. Ölkəəhalisini üç illik vergilərdən azad etməklə, Adil şah böyük səxavətlilik dəgöstərdi. Adil şah Nadir şahın xəzinəsindən xidmətçilərə, yaxınlarına, əyan-lara 4-5 dəfə artıq məvacib verməyə başladı. Bu məqsədlə əvvəlcə Nadirşahın Kelatdakı xəzinəsi Məşhədə gətirildi. Xəzinədəki təkcə nağd pul 15kurur miqdarında idi. Adil şahın əmri ilə Nadir şahın ləl-cəvahiratı vəqiymətli daşları üçün Məşhəddə xüsusi bir bina tikildi. Bu binanın təhlükə-sizliyini təmin etmək üçün ətrafına dərin xəndəklər çəkildi, dövrəsiboyunca toplar düzüldü.

Mənbələrin yazdığına görə, Nadir şahın xəzinəsinin dağıdılması he sa -bına xam gümüş, qaynadılmış şəlğəm, təmiz gövhərlər isə saxsı və daşqiymətinə satılırdı. Hətta tayı-bərabəri olmayan «Tovuz taxtı» xırda hissə -lə rə parçalanıb dağıdıldı.

Amma bu səxavətlilik Adil şahın əsl sifətini ört-basdır edə bilmədi vəçox tezliklə o, ciddi problemlərlə üzləşməli oldu. Taxt-tacın verdiyi səla -hiyyətlər və əlində toplanmış olan hakimiyyət onun da iddialarını artırdı,zəkasını kütləşdirdi, vaxt ötdükcə qəlbində kin-küdurət qabarıqlaşmağabaşladı, yersiz qürur onu üstələdi, əməllərində qəddarlıq və zülmkarlıq artdıvə çox tezliklə insanların nifrət etdiyi bir şəxsə çevrildi. O yavaş-yavaşdövlət işlərindən uzaqlaşıb eyş-işrətə qurşandı, ölkənin idarə edilməsi işləriisə məmləkət naibi Hüseynəli bəylə gürcü sərkərdəsi Söhrab xana etibaredildi. Qardaşı İbrahim xanı İsfahan hakimi təyin etdi. Nadir şahın vaxtiləİraqdan, Azərbaycandan Xorasana köçürdüyü əhali nizamsız şəkildə geriqayıtmağa başladı.

Çox tezliklə Adil şaha qarşı olan narazılıqlar kütləviləşməyə başladı.Nadir şahın xəzinəsi göyə sovrulduqdan sonra Məşhəddə ərzaq qıtlığıözünü göstərdi. Milliyyətcə gürcü olan Söhrab xanın qoşunlara rəhbər təyinedilməsi qoşun sərkərdələri və döyüşçülər arasında narazılıqlara səbəboldu. Vilayət hakimləri arasında müstəqilləşmə meyilləri gücləndi.1

Úàùàíýèð Ùöñåéí ßôøàð

166

1Jan Gevr. Göstərilən əsəri, s. 56.

Page 168: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Ərzaq çətinliklərini aradan qaldırmaq üçün Adil şah Xəbuşan kürd lə -rinin üzərinə hücum çəkdi. Çünki Xəbuşan kürdləri müəyyən ərzaq ehti -yatlarına malik idilər və həmin ərzaq ehtiyatlarının ələ keçirilməsiMəşhəddə və bütünlükdə Xorasan vilayətində günü-gündən daha çox hissedilən ərzaq qıtlığını aradan qaldıra bilərdi. Xəbuşan kürdləri ərzaq ehtiy-atlarını könüllü şəkildə verməkdən imtina edəndə Adil şah qoşunla onlarınüzərinə hücum çəkdi. Kürdlər malik olduqları hərbi qüvvələrlə Qoçandatoplaşıb Adil şaha müqavimət göstərməyə çalışdılar. Amma Adil şahın ar-tilleriyası qarşısında onların bütün cəhdləri uğursuzluğa düçar oldu.Kürdlərin anbarlarda saxladıqları taxıl ehtiyatları Məşhədə daşındı.1

Adil şah Məşhədə taxıl ehtiyatı gətirməklə heç də problemlərin həllinənail olmadı. Elə Xəbuşan istiqamətində olarkən ona qarşı da sui-qəsd hazır-lanması barəsində məlumat aldı. Bu sui-qəsdin əsas təşkilatçılarından biriNadir şaha qarşı sui-qəsd təşkilatçılarından olan Məmmədqulu xan idi. Adilşah taxta çıxandan sonra da Məmmədqulu xan şahın mühafizə xidmətininrəhbəri vəzifəsini icra edirdi. Onun Adil şaha qarşı sui-qəsd təşkil etməkcəhdi keşiş Bazenin xatirələrində də öz əksini tapmışdır. Keşişin gü-manınca, Məmmədqulu xanın ürəyindən taxt-tac sahibi olmaq keçirdi. Çoxgüman ki, Nadir şah kimi böyük sərkərdənin həyatına son qoyan Məm-mədqulu xan Adil şahı asanlıqla aradan götürə biləcəyinə inanırdı. Xəbu -şan dan geri qayıdandan sonra Adil şah onun həbs olunmasına və gözlərininçıxarılmasına göstəriş verdi. Onun əmri dərhal yerinə yetirildi. Adil şahbununla da kifayətlənmədi. O, əmr etdi ki, Məmmədqulu xanı Nadir şahınxanımlarının cənginə versinlər. Nadir şahın xanımlarına və kənizlərinə isəbildirildi ki, onların ağasının qatili Məmmədqulu xandır və onu istədiyinizkimi cəzalandıra bilərsiniz. Xanımlar və kənizlər Nadir şahın qatilinigörüncə onu hərəmxananın kandarında yerə yıxdılar və əllərinə keçən əş -ya larla onu döyəcləməyə başladılar. Sonra isə qayçı və bıçaqla onun bə -dənini doğradılar. Məmmədqulu xan buradaca həyatı ilə vidalaşmalı oldu.2

Adil şah taxt-tac sahibi olandan sonra İsfahanı dövlətin paytaxtı kimigörmək istəyirdi. Ona görə qardaşı İbrahimi İsfahanın hakimi kimi ora dahaəvvəldən göndərdi ki, şəhərdə vəziyyəti nəzarət altına alsın. Lakin tezliklə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

167

1M.Süleymanov. Göstərilən əsəri, s. 523.2M.M.Astrabadi. Göstərilən əsəri, s. 286.

Page 169: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

İbrahimin qardaşı Adil şaha qarşı münasibətlərində dəyişiklik baş verdi və1747-ci ilin sonlarında artıq ona qarşı müxalif mövqe tutdu. İbrahim xanda taxt-taca yiyələnmək niyyətinə düşdü ki, bu da iki qardaş arasındakı mü-nasibətləri kəskinləşdirdi.1

1747-ci ilin sonlarında İbrahim xandan başqa Mazandaran hakimiMəhəmməd Həsən xan Qacar da Adil şaha tabe olmaqdan boyun qaçırdı.Belə olanda Adil şah qərara aldı ki, əvvəlcə Mazandarana qoşun çəksin vəoranı itaət altına gətirdikdən sonra qardaşı barədə fikirləşsin. Adil şahınbaşı Mazandaran hadisələrinə qarışdığı zaman isə İbrahim xan İsfahandaöz qoşunlarını möhkəmləndirməklə məşğul oldu. Adil şah İbrahim xanaməktub göndərdi və onu müxalifət yolundan çəkindirmək istədi. Adil şahyazdı ki, ona əziz olan qardaşının düşmənçilik və müxalifət yolu tutmasınainanmır. Onun fikrincə, iki qardaş arasında yarana biləcək nifaq onların hərikisinin məhvi ilə nəticələnə bilərdi. Məktubun ardınca isə Adil şah Söhrabxanı İsfahana göndərdi və ona çatdırdı ki, İbrahim xanı tutduğu yoldandöndərmək üçün istənilən addımı atmağa səlahiyyətlidir.2

İbrahim xan qardaşı Adil şahın qoşunları ilə üzbəüz gələcəyinə şübhəetmirdi. Ona görə qoşunların gücləndirilməsi üçün bütün vasitələrdən isti-fadə etməyə çalışırdı. Hələ Nadir şahın sağlığında Allahyar xanın rəhbərliyialtında əfqanlardan təşkil edilmiş qoşun dəstəsi və Ataxanın rəhbərliyi al-tında olan özbək qoşun dəstəsi Azərbaycanın Şahrux məntəqəsinə gön də -rilmişdilər. Adil şah Mazandaranda olarkən adları çəkilən sərkərdələr qoşundəstələri ilə birlikdə İsfahana gəldilər, qoşun dəstələrini orada qoyub özləriMazandarana yollandılar. Adil şaha sədaqətli olduqlarını bəyan etdilər.İbrahim xan bu fürsətdən istifadə edib İsfahanda qalan özbək və əfqanqoşun dəstələrinin sərkərdələri ilə danışıqlar apardı və həmin dəstələrin hərikisini öz tərəfinə çəkməyə müvəffəq oldu. Bu da onun qüvvələrini xeylimöhkəmləndirdi. Amma İbrahim xan bununla da kifayətlənmədi. O, Azər-baycan hakimi olan Əmiraslan xan Qırxlı ilə də danışıqlara girdi. O, Adilşaha itaət etmirdi. O, İbrahim xanın Adil şaha qarşı birgə mübarizə aparmaqtəklifini dərhal qəbul etdi.

Úàùàíýèð Ùöñåéí ßôøàð

168

1Jan Gevr. Xacə şah. Göstərilən əsəri, I c. Bakı, 1997, s. 78.2T.Mustafazadə. Göstərilən əsəri, rus dilində, s. 184.

Page 170: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Kifayət qədər güclənəndən sonra İbrahim xan taxt-tacı ələ keçirməküçün əməli fəaliyyətə başladı. Əvvəlcə, Adil şah tərəfindən ona nəzarətüçün göndərilmiş olan Söhrab xanı aradan götürdü. İbrahim xan təşkil et-diyi şərab məclisində sərxoş vəziyyətdə olan Söhrab xanın İsfahana gəli -şinin məqsədini öyrəndi və sonra onun öldürülməsinə göstəriş verdi.1

İbrahim xan bundan sonra Kirmanşaha qoşun çəkdi. İbrahim xan çətin-lik çəkmədən Kirmanşah hakiminin qoşunlarını məğlub etdi və bu şəhərdənəzarəti ələ keçirdi. Nadir şah dövründə orada anbarlara toplanmış toplar,silahlar, barıt və digər hərbi təchizat da ələ keçirildi.

Kirmanşahı nəzarət altına ala bilməsi İbrahim xanı daha da həvəs-ləndirdi. O, özünü, hətta İbrahim şah da adlandırmağa başladı. Mənbələrinverdiyi xəbərə görə, İbrahim xan Azərbaycana doğru hərəkət etməyi qərar-laşdırdı. Azərbaycan hakimi Əmiraslan xan ilə müttəfiqlik razılığı olandansonra onun Azərbaycana doğru hərəkət etməsinin nə ilə bağlı olduğunusöyləmək çətindir. Mənbələrdə bu barədə məlumat yoxdur. Onun Azər-baycana doğru hərəkətə başlamaq niyyəti Adil şahın təşvişini daha daartırdı. İbrahim xanın müxalifətçiliyinin qarşısını almaq üçün onunladöyüşə girməyi qərara aldı və Mazandarandan Azərbaycana doğru hərə -kə tə başladı. Qardaşının qoşunlarına üstün gəlmək üçün İbrahim xan Azər-baycan hakimi Əmiraslan xanı yenidən köməyə çağırdı. Əmiraslan xanbu çağırışı qəbul etdi və İbrahim xanın qüvvələri ilə birlikdə Adil şahaqarşı döyüş qərarı ve rildi. İki qardaşın qoşunları Zəncanla Sultaniyyəarasında qarşı-qarşıya gəldilər.

Qoşunların mərkəzinə təyin edilmiş dəstələr Adil şaha tabe olmaqdanimtina etdilər və İbrahim xanın tərəfinə keçdilər. Bununla da, əslində,döyüşün taleyi həll olundu. Qalan qüvvələr isə döyüşə tab gətirməyərəkqaçıb dağılışdılar. Adil şah da yanında olan digər üç qardaşı ilə Tehranaqaçdı. Tehran hakimi Adil şah tərəfindən təyin edilmişdi. Ona görə Adilşah orada qoruna biləcəyini güman edirdi. İbrahim xan onun ardınca birdəstə göndərdi. Tehran hakimi İbrahim xanın əmrinə tabe oldu və Adil şahlaonun yanındakılarını həbs edərək İbrahim xanın adamlarına təhvil verdi.İbrahim xan da 25 yaşında olan böyük qardaşı Adil şahın gözlərinin çıxarıl-masını əmr etdi. Bu hadisə 1748-ci ilin iyulunda, yəni Nadir şahın qətlə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

169

1M.M.Kazım. Göstərilən əsəri, II c., s. 1124.

Page 171: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

yetirilməsindən, demək olar ki, bir il sonra baş verdi. Nadir şahın həyatınaqəsd edən bu insanın şahlığı cəmi bir il çəkdi.1

Adil şahın kor edilməsi ilə İbrahim xanın taxt-taca yiyələnmək yoluaçıldı. Bundan sonra İbrahim xanın ehtiyatlandığı şəxslərdən biri Azərbay-can hakimi Əmiraslan xan idi. Adil şahla döyüş başa çatandan sonraİbrahim xan Həmədana, Əmiraslan xan isə Təbrizə döndü. Əmiraslan xandöyüş başa çatan kimi, İbrahim xanla görüşmədən Təbrizə yola düşdü. Buda İbrahim xanı bir qədər şübhələndirdi. Nadir şahın qan qohumu və böyüksərkərdələrindən biri olan Əmiraslan xan birgə fəaliyyətlərinin əvvəlindəanladı ki, İbrahim xan da Adil kimi, Nadir şah kimi bir fatehin taxt-tacınasahib çıxmağa layiq olan bir şəxs deyildir. Ona görə Təbrizə qayıdan kimimüstəqilləşmək meylini həyata keçirməyə başladı.

İbrahim xan onun da üstünə qoşun çəkdi. Bu iki tərəfin qüvvələriMara ğada qarşılaşdılar. Əmiraslan xan bu döyüşdə məğlub oldu. O, dostuKazım xan Qaracadağinin köməyi ilə Qaracadağa pənah apardı. Ammaorada dostu Kazım xanın xəyanətinə tuş gəldi. Kazım xan onu tutubİbrahim xana təhvil verdi. İbrahim xan da onu və onun qardaşı SarınıTəbrizdə qətlə yetirdi.

Bundan sonra İbrahim xan ölkədə güc və ixtiyar sahibinə çevrilsə də,görünür, insanların çoxunun ona elə də böyük inamının olmadığını hissedirdi. Ola bilsin ki, əhalinin fikrini yayındırmaq üçün bəyan etdi ki, ölkədəhakimiyyətə haqqı olan şəxs Şahrux Mirzədir. O, bildirirdi ki, Şahrux Mirzəİsfahana gəlib taxt-taca yiyələnməlidir. Şahrux Mirzənin taxt-taca olanhaqqını bəyan etməklə İbrahim xanın əsas məqsədi onu və Nadir şahın xə -zi nəsini İsfahana gətirmək, Xorasan vilayəti əhalisinin rəğbətini qazanmaqvə sonra da Şahrux Mirzəni qətlə yetirərək hakimiyyətə təklikdə sahibolmaq idi. Bu məsələlərin həllinin sürətləndirilməsi üçün İbrahim xan özqardaşı Hüseyn bəyi Xorasan hakimi təyin etdi və onu Məşhədə göndərdi.Həm Səfəvilər, həm də Nadir şah xanədanının nümayəndəsi olan, xoş xa -siyyəti və rəftarı ilə fərqlənən Şahux Mirzənin ölkənin şahı elan ediləcəyibarədə İbrahim xanın bəyanatı, doğrudan da, müəyyən dairələr tərəfindənrəğbətlə qarşılandı. Amma vəziyyəti daha dəqiqliklə qiymətləndirən əyan-lar, tayfa başçıları, nüfuzlu şəxslər anladılar ki, Şahrux Mirzəni İsfahana

Úàùàíýèð Ùöñåéí ßôøàð

170

1Jan Gevr. Göstərilən əsəri, s. 64.

Page 172: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

cəlb etməkdə İbrahim xanın məqsədi onu qətlə yetirməkdir. Ona görə dəŞahrux Mirzənin İsfahana getməsinə imkan verilmədi. Vilayət sərkərdələri,əyanları, nüfuzlu şəxsləri və əhalinin nümayən dələri bildirdilər ki, əgərİbrahim xanın söylədikləri doğrudursa, onda Şahrux Mirzənin Məşhəddəşah elan edilməsinə icazə versin. Bundan sonra onlar Şahrux Mirzənin dus-taq saxlandığı qalaya yollandılar, onu azad etdilər və taxt-tacı qəbul et-məsini xahiş etdilər. Şahrux Mirzə isə taxt-tacı qəbul etmədi. Onda vilayətxanları, əyanları və tayfa başçıları İmam Rza məqbərəsində toplantı təşkiletdilər və Şahrux Mirzənin hakimiyyətinə sədaqətli olacaqlarına and içdilər.Şahrux Mirzə daha təkid göstərmədi və Nadir şahın qətlindən təxminən ilyarım sonra taxt-tacı qəbul etməyə razılıq verdi.1

Vəziyyətin belə dəyişəcəyini gözləməyən İbrahim xan da Təbrizdəözünü ölkə şahı elan etdi və dərhal da adına sikkə kəsdirdi. Bundan sonraisə yolda İbrahim xanın qoşunları arasında parçalanma baş verdi. Heç şüb-həsiz ki, ölkə daxilində baş verənlər qoşunlar tərəfindən də izlənilirdi.İbrahim xanın, yoxsa Şahrux Mirzənin daha çox şahlığa layiq olmasıqoşunları da biganə qoymurdu. Ona görə də İbrahim xanın qoşunlarınınböyük bir hissəsi Şahrux Mirzənin qoşunlarına qatılmağa üstünlük verdi.Bir hissə isə İbrahim xana xidmətdən üz çevirib dağılışdı.

İbrahim xan gözləmədiyi halda mürəkkəb vəziyyətə düşdü. Ona sə-daqətli qalan qoşunla Xorasana yollanmağın mənasız olduğunu anlayıbQuma qayıtdı.2Amma Qum qalasının müdafiəçiləri onu və onun qoşununuqalaya buraxmadılar. Onda İbrahim xan ətrafındakı qoşun dəstəsi ilə şimaladoğru üz tutdu. O, Qəzvinlə Savə arasındakı Qalapur qalasına sığınmaqistəsə də, bu da ona qismət olmadı. Qaladakı qoşun dəstəsi onu həbs edibŞahrux Mirzəyə xəbər göndərdi. Şahrux Mirzə də əmr etdi ki, İbrahim xanıvə Adil şahı Xorasana gətirsinlər. Xorasan yolunda olarkən İbrahim xanəvvəlcə kor edildi, sonra isə öldürüldü. Adil şah isə (Əliqulu xan) Məşhədəçatdırıldı. Lakin o da törətdiyi əməllərin cəzasına çatdı. Mövcud olan mə -lumatlara görə, Adil şah da Nadir şah hərəmxanasının qadınları tərəfindəndidişdirilib məhv edildi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

171

1Jan Gevr. Göstərilən əsəri, s. 67.2Yenə orada, s. 68.

Page 173: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Bununla belə, Şahrux Mirzənin hakimiyyəti uzun sürmədi. Bir müd-dətdən sonra Şah Sultan Hüseynin bacısının əri, Seyid Məhəmməd adlıbirisi Şahrux Mirzənin sünniliklə bağlı olması bəhanəsi ilə ona qarşıtəbliğata başladı və ətrafına xeyli adam toplaya bildi. Onun tərəfdarları oqədər çoxaldı ki, hətta Şahrux Mirzənin üzərinə qoşun da çəkdi. SeyidMəhəmməd öz tərəfdarları ilə birlikdə Şahrux Mirzəyə üstün gəldi. ŞahruxMirzə həbs edilib gözləri çıxardıldı. Seyid Məhəmməd özünü Süleymanşah adı ilə şah elan etdi. Bununla da, əslində, ölkə daxilində yenidən hərc-mərclik yaranmasına rəvac verildi. Çox keçmədi ki, Şahrux Mirzəninsərkərdələrindən olan Yusifəli adlı birisi Süleyman şahın üstünə qoşunçəkdi. Onu öldürdü və Şahrux Mirzə yenidən şah elan edildi. Qısa müd-dətdən sonra Xorasanda güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə birdaha taxt-tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyialtında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux Mirzəni yenə taxtaçıxardılar. Qızışan bu daxili çəkişmələr ölkənin parçalanmasına səbəb olduvə Şahrux Mirzənin hakimiyyətini yalnız Xorasan vilayəti ilə məhdud-laşdırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanı-maq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xanQacarın hücumuna məruz qaldı. Ağa Məhəmməd xan Şahrux Mirzəyəişgəncələr verməklə Nadir şahdan qalan xəzinəni onun əlindən aldı vəözünü də taxtdan salıb Tehrana göndərdi. Yolda ikən Şahrux Mirzə dün ya -sını dəyişdi. Ağa Məhəmməd xanın ölümündən sonra Şahrux Mirzənin oğluNadir Mirzə əfqanların köməyi ilə 1800-cü ildə Xorasanda özünü hakimelan etdi. 1802-ci ildə o, Fətəli şah Qacar tərəfindən qətlə yetirildi. Bununla,Nadir şahın ölümündən 55 il sonra onun yaratdığı Əfşar imperiyasının 66ilin də (1736-1802) varlığına son qoyuldu.

Nadir şahın qətlindən sonra Əfşar dövlətinin Azərbaycan bəylərbəyi -liyi bir sıra xanlıqlara parçalandı. Belə ki, Qarabağ, Şəki, İrəvan, Dərbənd,Gəncə, Şamaxı, Quba, Cavad, Lənkəran, Qarabağ, Təbriz, Marağa, Ərdəbil,Zəncan, Gilan, Xoy, Naxçıvan və Urmiya xanlıqlarına və Borçalı, Qazax,Şəmşəddil, Car-Balakən, İlisu sultanlıqlarına, inzibati ərazilərə bölündü.Urmiya xanlığının əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoy-muşdu. Fətəli xan Əfşar Əmiraslan xan Qırıqlının qətlindən sonra Təbrizi,Xoyu, Marağanı, Qaradağı, Sərab xanlıqlarını birləşdirib, Urmiya xanlığınıyaratdı. Lakin xanlıqlar arasındakı çəkişmələr 1763-cü ildə Fətəli xanın

Úàùàíýèð Ùöñåéí ßôøàð

172

Page 174: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

qətli ilə nəticələndi. Bu da Nadir Əfşar xanədanlarının biri kimi Fətəli xanınölümü ilə Urmiya xanlığı da yenidən xanlıqlara parçalandı.

Məmləkətdə vəziyyət tədricən idarəolunmaz bir vəziyyətə gəlib çıxdı.Saray çevrilişləri sanki adi məişət hadisəsinə çevrildi. Nadir şah xanə-danının dağılmasına və tayfasının ən müxtəlif yerlərə səpələnməsinə sə -bəb olduğundan bu çoxsaylı mənbələr əsasında tarixi prosesin mənzərəsinintəfsilatı ilə təqdimatını məqsədəuyğun hesab edirəm.

Nadirə sədaqətini ən çirkin yoldaşlıq və fitnə ilə pərdələyənlərdən biriƏliqulu Mirzə idi. Nadir qətlə yetiriləndə Əliqulu Mirzənin iyirmi üç yaşıvardı və Əfşar şahzadələrinin içərisində ondan lovğası yox idi. Nadir şahbilirdi ki, Əliqulu Mirzə sərt adamdır, ona görə onu öz yerində qoyurdu ki,heç kəs qiyam etmək fikrinə düşməsin. Bəs niyə Nadir şah paytaxtın hökm-ranlığını öz oğlanlarından birinə yox, qardaşı oğluna tapşırmışdı. Məsələbelə idi; Nadir öz böyük oğlu Rzaqulu Mirzənin gözlərini çıxartdırmışdı,o biri uşaqları isə hələ cavan idilər, onları öz yerinə canişin qoymaq məs-ləhət deyildi. Mən burada Nadir şahın həyatını tam təfsilatla yazmaqistəmirəm, lakin bunu demək lazımdır ki, Nadir şahın igid, cavan oğlu Rza-qulu Mirzəni kor etməsinin səbəbkarı həmin bu Əliqulu Mirzə və onunətrafının fitvası olmuşdur.

M.M.Astrabadi öz məlum əsərində yazır: «Nadir şah Mazandaranmeşəsindən atla keçərkən ona güllə atıldı. Güllə Nadirin sağ qolunu ya -ra layıb, sol əlinin baş barmağının dərisini soyaraq atının boynuna dəydi,at yıxıldı. Hamin gecə Nadirin alaçığından bir məktub tapıldı. Məktubusol əllə yazmışdılar ki, tanınmasın. «Əgər istəsən biləsən kim səni öldür-mək istəyirdi, fikirləş gör, sənin ölümündən kim daha çox istifadə edəcəkvə İranın padşahı olacaqdır».1

Nadirin sağlığında heç kəs bilmədi ki, məktubu kim yazmışdır. Nadirşah öldürüldükdən sonra həmin Əliqulu Mirzə öz dili ilə demişdi ki, o mək-tubu mən yazıb şahın çadırına tullamışdım, istəyirdim ki, Nadir oğlundanbədgüman olsun.2

Beləliklə, Nadirin ölümü ölkənin və Nadirin mənsub olduğu nəslinhəyatına böyük sarsıntılar gətirdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

173

1M.M.Astrabadi. Göstərilən əsəri, s. 2782Yenə orada.

Page 175: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Ser Con Mal Koln yazır: «Asiya şahlarının heç biri bu böyüklükdəfəthliyə nail olmayıbdır. Hindistandan gətirdikləri ilə İranın qədim cah-cəlal və şöhrətini bərpa edib, İran əhalisinin başını ucaltdı. Buxaranın alın-ması, öz mərdanəliyi, səxavəti ilə Hindistan və Buxara şahlarına tacbağışlaması, İran və İraq xalqlarının əzəmətini və şöhrətini artırdı. Öz qüd -rətinin bünövrəsini möhkəmləndirməyi ölkənin ərazisini genişləndirməkvə şahlığı möhkəmləndirməkdə deyil, qılıncının şöhrətində, ağıllı tədbirdəgörürdü».

Buna görə də işinin əvvəlindən onun şücaəti, mətanəti bütün həyatıboyu, insafı, mürvəti, mərdanəliyi, qoyub getdiyi abidələri hər cəhətdəntəqdirə, afərinə, böyük hörmətə, ehtirama və sitayişə layiqdir. Onungördüyü işləri İran şahlarının heç biri görə bilməmişdir1.

Azərbaycan Nadir Əfşar dövlətinin salnaməsi haqqında deyilən söz -lərimin yekununda bir daha onu demək istəyirəm ki, Nadir şah Əfşar XVIIIəsrdə Şərq dünyasında və demək olar ki, həmin vaxt bütün dünyada ənböyük sərkərdə olmuşdur. O, Azərbaycan xalqının oğlu olmaqla Türk-İslamdünyasında xüsusi bir yeri olmuş, böyük bir Əfşar imperiyası yaratmış,ərazisi təxminən 5,5 milyon kvadrat kilometrdən artıq olmuşdur. Həminimperiyanın tərkibində olan bu gün onlarla dövlət mövcuddur. HəmçininAzərbaycan bəylərbəyiliyi dövlətinin o dövrdə ərazisi təxminən 700 minkv. km-dən artıq olmuşdur. Həmin əraziyə Dağıstan, Gürcüstan, indiki Er-mənistan, Azərbaycan Respublikası və bu gün İran ərazisində qalmışCənubi Azərbaycan ərazisi daxil idi.

5.3. Nadir şahın xanədanı və şəcərəsinin davamçılarıNadir şahın ölümündən sonra özünü şah elan edən qardaşı oğlu Əliqulu

orta əsr qaydalarına uyğun olaraq, Nadirin nəslinin davamçılarını«soyqırıma» məruz qoydu. O, anlayırdı ki, Nadirin hər hansı bir davamçısıölkədə gedən çətin ictimai-siyasi hadisələrdən istifadə etməklə şahlıq id-diasında ola bilər. Həmçinin böyük bir imperiyada hər hansı bir əyalət onaqarşı çıxmaqla Nadir şahın övladlarının hakimiyyətə gətirilməsini tələb edəbilərdi. Ona görə az bir zaman ərzində Əliqulu şah Nadirin övladlarınınqətlə yetirilməsi haqqında göstəriş verdi. Tarixi ədəbiyyatda, habelə Astra-

Úàùàíýèð Ùöñåéí ßôøàð

174

1M.H.Qüddusi. Göstərilən əsəri, s.211.

Page 176: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

badi, Məhəmməd Kazım Mərvi, keşiş Bazen, Ceyms Freyzer, Lokkart vəbir sıra tarixçilərin əsərlərində buna geniş yer verilmişdir.

Nadirin ilk xanımı, yəni Baba Əli bəyin böyük qızından onun böyükoğlu Rzaqulu Mirzə anadan olmuşdu. İlk xanımı dünyasını dəyişdikdənsonra Nadir Baba Əli bəyin ikinci qızı olan Gövhərşad ilə nikah kəsdirir.Gövhərşaddan da Nadirin iki oğlu olur. Bu oğlanlardan birinin adı Mur-tuzqulu (Rəsulullah Mirzə), o birisinin adı isə İmamqulu idi. Nadir şahlabağlı olan ailə şəcərələrində onun yalnız dörd xanımının adı göstərilmişdir.Bu şəcərələrdə xatırlananlar Baba Əli bəyin iki qızı, Şah Sultan Hüseyninqızı Rəziyyəbəyim xanım və Buxara hakimi Əbülfəz xanın qızıdır. Bu iz-divacdan da Nadirin Çingizxan (1742), Məhəmmədxan (1746) adlı oğlan-ları anadan olmuşdu. Amma qeyd edildiyi kimi, Nadir şahın xanımlarıyalnız bunlardan ibarət deyildir.

Tarix kitablarında Nadir şahın atası İmamqulu haqqında da ziddiyyətliməlumatlara rast gəlinir. Avropalı müəlliflər Ceyms Freyzer, Uliam KokerNadir şahın atasının dövlətli, Kelat qalasının rəisi, Əfşarlar tayfasınınbaşçısı olduğunu bildirirlər. Nadir şah həyatının tədqiqatçılarından olanƏbdül Hüseyn Mərvi isə Nadirin kasıb bir ailədə doğulduğunu qeyd edir.Nadir şahın atası İmamqulunun dəri əşyalarının tikilməsi və dəvə otarmasıilə məşğul olduğunu deyənlər də vardır. Məhəmməd Hüseyn Qüddusi isəNadirin atası İmamqulunun maldarlıqla məşğul olmasını qeyd etmişdir.İmamqulunun əcdadları barəsində isə tarixi mənbələrdə hər hansı birməlumata rast gəlmək mümkün deyil. Lakin İmamqulunun atası, yəniNadirin babasının adı Nadirqulu olmuşdur. Nadirin anasının isə Həcər adlıbir Əfşar qızı olması tədqiqatlarda öz əksini tapmışdır. Məhəmməd KazımMərvi İmamqulunu ağıllı, xoş əxlaqlı, həmişə Allahın adını zikr edən birinsan kimi xarakterizə edir. Onun yazdığına görə, İmamqulu son dərəcəqonaqpərvər, heç kəsin arxasınca danışmayan, onun-bunun haqqında qey-bət etməyi özünə rəva bilməyən, təkəbbürdən, paxıllıq hissindən, yalan da -nış maqdan uzaq bir insan idi. M.K.Mərvi onu da qeyd edirdi ki, İmamquluhəmişə kasıba əl tutar və müqəddəslərin qəbirlərini ziyarət edərdi.M.K.Mərvi İmamqulunun iki övladının olmasını qeyd edir. Nadirqulu ailə -nin böyük oğlu, Məhəmməd İbrahim isə onun kiçik qardaşı olmasını yazır.Astrabadinin «Aləm Ara-ye Nadiri» əsərində özbək atlılarının hücum

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

175

Page 177: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

edərək Dərgəzdən xeyli əsir götürdükləri haqqında məlumat da öz əksinitapmışdır. Belə bir tarixi rəvayət də var ki, Nadir anası və qardaşı İbrahimləbirlikdə özbəklər tərəfindən əsir aparılırlar, lakin bir qədər sonra Nadir qar-daşı ilə birlikdə əsirlikdən qurtula bilir. Nadirinin atası İmamqulunun həyat -dan tez köçməsi barəsində də tarixi ədəbiyyatda bəzi ziddiyyətli mə qamlarvardır. Belə ki, bəzi ədəbiyyatlarda İmamqulunun hələ Nadirin uşaqlıq il-lərində həyatdan köçməsi, bəzilərində isə Nadirin 20-22 yaşlarında olarkənvəfat etməsi göstərilir.

M.K.Mərvinin yazdığına görə, İmamqulu Əbivərd hakimi Baba Əlibəyin torpaq sahələrinin idarə edilməsində çalışırmış. Baba Əli bəy gəncNadirin bacarıq və əzmkarlığının şahidi olub, onu da öz yanında işə götü -rübmüş. Bundan sonra Nadirin həyatı Baba Əli bəy ilə bağlı olur.

Nadir İsfahanı azad etdikdən sonra öz oğlu Rzaqulu üçün TəhmasibMirzənin qızı Fatiməsultan bəyimi aldı. Tarixi mənbələrdə 1718-ci ildədoğulmuş Rzaqulu Mirzənin ilk oğlu Şahrux Mirzənin anadan olmuşdur.

Tarixi ədəbiyyatda Rzaqulu Mirzənin 6 oğlunun olması göstərilir.Şahrux Mirzə, Fətəli, Əhmədqulu, Humayu, Bisütun, Mahmud xan. ŞahruxMirzədən başqa yerdə qalan 5 oğlu və özü 1747-ci ildə Əliqulu xanın gön -dər diyi adamlar tərəfindən qətlə yetirildilər. Rzaqulu Mirzə MəşhəddəNadir şahın yanında dəfn edilmişdir. Şahrux Mirzənin isə (1734-1796)4 oğ lunun olması haqqında tarixdə məlumat vardır. Bunlar isə Nadir Mirzə,Abbas Mirzə, Nəsrullah Mirzə, İmamqulu Mirzədir.

İmamqulu Mirzədən sonra İsmayıl Mirzə, Davud Mirzə, İsmayılMirzə, Qulamrza Nadir adında Rzaqulu Mirzənin davamçıları İrandayaşamışdır. Davud Mirzə Tehranda poçt departamentində işləmiş, 1992-ciildə vəfat etmişdir. Ondan isə 3 oğlan, 2 qız övladı qalmışdır.

Nadirin ikinci oğlu Nəsrullah Mirzə 1721-ci ildə ikinci xanımı Köv -hər şahdan anadan olmuşdur. Nəsrullah Mirzənin ilk adı Murtuzqulu olmuş-dur. Hindistan müharibəsində göstərdiyi şücaətə görə, Nadir tərəfindən onaNəsrullah Mirzə adının verildiyi deyilir. Hindistandakı qələbədən sonraNadir şah Hindistan şahı Məhəmmədin qızını oğlu Nəsrullah Mirzə iləevləndirir. Tarixi ədəbiyyatda Nəsrullah Mirzənin qətlə yetirilən oğlan-larının adı çəkilir: Yıldız xan, Mustafa xan, Teymur xan, Söhrab sultan,Murtuzqulu xan, Oğuzlu xan və Əsədullah xan. Bunlar da 1747-ci ildə

Úàùàíýèð Ùöñåéí ßôøàð

176

Page 178: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Əliqulu şah tərəfindən ataları Nəsrullah Mirzə ilə yanaşı qətlə yetirildilər.Nadirin üçüncü oğlu İmamqulu təxminən 1725-ci ildə anadan olmuş-

dur. Nadir şah 1745-ci ildə Qarsda osmanlıları ağır məğlubiyyətə düçar et-dikdən sonra osmanlılar ilə sülh müqaviləsi bağladı. Nadir 3-cü oğluİmamqulu Mirzəyə cah-calal ilə toy etdi. (İmamqulu Mirzəni Azər baycanbəylərbəyi olan bibisi oğlu Əmiraslan xanın qızı ilə evləndirdi.)

İmamqulu Mirzənin 1746-cı ildə Hüseynqulu adlı bir oğlu anadan ol-muşdu. Həmin qarışıqlıqlar vaxtı Əmiraslan xanın qızının, hansısa səbəb-dən oğlu Hüseynqulu ilə Təbrizdə olması güman edilirdi. (Bu onlarınməlum hadisələrdəki qətlinin qarşısını aldı). Əmiraslan xan Nadirin qətlinieşidib, Əliqulu xana tərəf müxalifətə keçdi və Azərbaycan bəylərbəyiliyininhakimi kimi Əliqulu şaha qarşı müxalifətdə olan qardaşı İbrahim xan iləbirləşib, ona qarşı mübarizə apardılar. Bu müharibədə Əliqulu şah məğluboldu, lakin daha sonra Əmiraslan xan İbrahim xanın niyyətini anladı.(İbrahim xan da şahlıq iddiasına düşüb, İmamqulunun övladlarının tapılıb,qətl olunmasını tələb etdi). Əmiraslan xan belə bir halda İbrahim xan iləmüqaviləni pozub, Təbrizə doğru geri çəkildi və İbrahim xana qarşı müxa -lifətə keçib, Azərbaycan bəylərbəyiliyinin müstəqilləşməsi uğrunda müba -rizəyə başladı. Az sonra onların qoşunları Marağada üz-üzə gəldi. Budöyüşdə Əmiraslan xanın qoşunları məğlub oldu. İbrahim xanın əmri iləyaxın qohumu (atasının bibisi oğlu) Əmiraslan xan və onun qardaşı Sarıxan Təbrizdə qətlə yetirildilər.1

Bir tarixi fakt da qeyd etmək istəyirəm. M.Kazimi, Keşiş Bazen vəLokkart Nadir şahın 15 oğul nəvəsinin olduğunu öz əsərlərində qeydedirlər, lakin onların yalnız 13-nün adı və taleyi barəsində məlumat verilib.İki nəvənin həyatı və taleyi barəsində isə heç bir tarixi mənbədə məlumattapmaq mümkün olmamışdır.

Bir qədər geriyə qayıdıb, bu tarixi araşdırmaya bir aydınlıq gətirməkistəyirəm. Belə ki, Məmməd Kazımi, Keşiş Bazen, L. Lokkart və başqatarixçilər Nadir şahın 15 oğul nəvəsinin olduğunu öz əsərlərində qeyd et-mişlər, lakin onların yalnız 13-nün adı və taleyi barəsində məlumat ve -rilmişdir. İki nəvənin həyatı və taleyi barəsində isə tarixi mən bələrdə heçbir məlumat tapmaq mümkün olmamışdır.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

177

1M.H.Qüddusi. Göstərilən əsəri, s. 215.

Page 179: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Bazen yazır ki, Nadir şah Girmandan Məşhədə son səfərini edərkənXorasan vilayətinin girişindəki Təbəs məntəqəsində bütün övladlarını hüzu-runa çağırdı və onlarla görüşdü. Keşişin sözünə görə, onların sayı 13 nəfəridi. Ona görə Nadir şahın 15 oğlan nəvəsi olması barədə verilən məlumat-larda məhz həmin 2 nəvəsi (Hüseynqulu və İmanqulu) barəsində bilgi ve -rilməmişdir. (Bəlkə onların haqqında məlumat verilsəydi, bu uşaqların datalei acınacaqlı olardı).

M.M.Kaziminin «Aləm Ara-ye Naderi» əsərində də Əliqulu xanıngöstərişi ilə qətlə yetirilən Nadir şah övladlarının siyahısı verilmişdir.Həmin siyahıda aşağıdakıların adları vardır: Böyük şahzadə Rzaqulu Mirzə– 29 yaşında, şahzadə Nəsrulla Mirzə – 23 yaşında, şahzadə İmamquluMirzə – 18 yaşında, Çingiz xan – 3 yaşında, şahzadə Məhəmmədulla xan– 7 aylığında. Şahzadə Rzaqulu Mirzənin övladları Fətəli Mirzə – 12 ya -şın da, Vahidqulu Mirzə – 11 yaşında, Humayun xan – 6 yaşında, Bisütunxan – 3 yaşında, Mahmud xan – 3 yaşında. Nəsrulla Mirzənin övladlarıUlduz xan – 7 yaşında, Mustafa Sultan – 4 yaşında, Söhrab Sultan – 4 ya -şında, Timur xan – 4 yaşında, Murtuzqulu xan – 2 yaşında, Uğurlu xan –2 ya şında, Əsədulla – 2 aylığında.1

Hər iki mənbə kimi göstərilən bu siyahıda həmin İmamqulunun övlad-ları barəsində heç bir məlumat verilməmişdir. Bu fakt onu göstərir ki, yaonlar təbii ki, bunu məxfiçiliyə (konsprasiya) görə, ya da məlu mat larınınolmamasından irəli gəlmişdir. Yuxa rı da vurğuladığım kimi, ancaq bu həminuşaq ların həyatının gələcəkdə də qorunması üçün və ya bilməməzlikdənNadir şah dövrü nün salnaməçiləri Kazimi və Bazen tərəfindən bu nəvə lərqeyd olunmamışdır.

Apardığım araşdırmalar, tədqiqatlar nəticə sin də, məlum olur ki, Nadirşah Muğan qurultayından sonra (1736) Xorasanda böyük tayfa lar dan biriolan Zülqədərlər tayfasına (bu tayfa da Əfşar boyundan idi) Qarabağ xanlığıərazi sin dən böyük xəzinə torpaqları pay vermişdi. Zül qədərlər nəslinin tari -xi kökləri haqqında 1988-ci ildə İstanbulda çap olunmuş «İslam ensiklo-pediyası»nda geniş və hərtərəfli məlumat verilmişdir. Bu türk Əfşar sülaləsihaqqında XIV əsrdən ərəb, fars və türk mənbələrində də xəbər verilir.

Úàùàíýèð Ùöñåéí ßôøàð

178

1M.M.Kazım. Aləm Ara-ye Naderi. c., III, 8 1197-1198

Page 180: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

179

Nadir şah Əfşarın nəsil şəcərəsi L.Lokkartın «Nadir şah» kitabından götürülmüşdür.

Page 181: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

XVII əsrdə İranın tarixi həyatında Zülqədər-lərin çox böyük rolu olmuşdur. Nadir şahındövründə Zülqədərlər şimal-qərbi Azərbaycanaköçü rül müşlər.1 Onlara Qarabağ xanlığı ərazi -sindən, həmçinin Şəmkir, Zəyəm, Xınna və b.yaşayış məntəqələrində geniş torpaq sahələriverilmişdir. Bu nəslin nümayəndələrindən olanAllahyar bəy Zülqədər həyat yoldaşı Seyid Nisəvə qızları ilə birlikdə XX əsrin 20-ci illərindəsovet inqilabçıları tərəfindən qətlə yetirilmişdir.Onların məzarları Xınna dərəsindədir. Onun sağqalan övladları isə müxtəlif ölkələrə səpələn-mişlər.2

Nadir şah bu ərazilərdən keçərkən Zülqə -dər lər tayfasının qonağı olmuşdur. Həmin vaxtZülqədərlər tayfası Nadir şahı böyük təmtəraqla

qarşıla mışdılar.3 Hətta yerli əhali dağlarda bitən xına otu ilə əllərini xınala-yaraq, Nadiri qarşılamışdılar. Rəvayətə görə, həmin ərazinin Xınna adı al-ması burada olan təbii xına otunun adı ilə bağlı qalmışdır. Hətta bildirilirki, Nadir şah həmin dövr də Xınna ərazisində yerləşən Həzrət İmam Əlininadı ilə bağlı olan Haça-Qaya ziyarətgahını da ziyarət etmişdir.4

Zülqədərlər nəslinin məşhur Aşurbəyovlar nəsli ilə də yaxın qohumluqəlaqələri olmuşdur. Aşur bəy Əfşar türk tayfasından olmuşdur. Abbasquluağa Bakı xanov əsərində Aşur xan haq qın da məlumat verərək yazır ki, Azər-baycan sərdarı Aşur xan özünü Hüseyn şahın oğlu kimi qələmə verən fırıl-daqçı Sam Mirzə ilə mübarizə aparmaq üçün Fətəli xan Əfşarla (Nadir şahınəmisi oğlu) birgə öz qoşunu ilə İrəvandan getdi. 1743-cü il dekabrın 24-dəQazıqumluqlu Surxay xanın oğlu Məhəmməd Ləzgi və Şirvanın qeyrinizami qoşun dəstələri ilə Aşur xanı və Fətəli xanı Ağsu şəhərinin yaxın-lığındakı Şah bağının yanında qarşılaşdı. Burada döyüş başlandı. Fətəli xan

Úàùàíýèð Ùöñåéí ßôøàð

180

1«İslam ensiklopediyası». İstanbul, 1988.2Ç.Əfəndiyev. «O nəslin davamı var» məqaləsi. «Odlar Yurdu» qəzeti. 3M.H.Qüddusi. Göstərilən əsəri.4Ramiz Məsimoğlu. Allahyar bəy Zülqədərov. Bakı, 2008.

Allahyar bəy Zülqədərov

Page 182: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

və Aşur xan düşmənə qalib gəl -dilər. Məhəmməd Ləzgi min nə -fə rə yaxın itki və əsir verərəkya ralı halda Dağıstana qaçdı. Ya -lançı Sam Mirzə isə Gürcüstanaçəkildi. Bu qələbədən sonra Aşurxan və Fətəli xan azsaylı ləzgininsığındığı Ağsu şəhərini mühasi rə -yə alıb, bu şəhəri ələ keçirtdilər.Aşur xan nəslinin 1743-cü ilə aidolan xro ni kasında daha sonraxəbər verilir ki, Nadir şah Abşeronda 3 kəndi – Sa bunçu, Zabrat və Keşləkəndlərini Aşur xana bağışlamışdır. Beləliklə, həmin neft verən torpaqlarAşur xanın rus çarizmi Azərbaycanı işğal etdikdən sonra da rus inzibatiorqanları tərəfindən Aşurbəyovlar soyadı ilə zadəgan nəsli kimi qeydə alınantörəmələrinin mülkiyyəti kimi təsbit olunmuşdur.

Aşurbəyovlar nəsli Nadir şah tərəfindən Bakı xanlığı ərazisində xeylimal-mülk, torpaq sahələri əldə etmişdilər. Bu nəslin də Nadir şahla yaxınmünasibətləri və qohumluq əlaqələri tarixdə məlumdur.

Aşur xanın nəslinin nümayəndələri Nabatxanım (1795-1912) xeyriy -yəçilik fəaliyyəti ilə tanınmışdır. Şollar su kəmərinin çəkilməsində iştiraketmiş, Sabunçu xəstəxanasını, Bakı yoxsulları üçün hamam və 1914-cü ildəTəzə Pir məscidini və s. tikdirmişdir. Həmçinin bu nəslin davamçısı Hacıİbrahim Əjdər bəy (1858-1923) Təzə Bazarın yanındakı Göy məscidi inşaetdirmişdir. Ümumiyyətlə, bu nəslin davamçıları da sovet hakimiyyəti qu-rulana qədər Bakıda böyük xeyriyyəçilik və maarifçilik işləri ilə məşğulolmuşlar. Sovet represiyası zamanı isə bu nəslin nümayəndələri də repre-siyalara məruz qalmışlar.1 Sağ qalanlar isə dünyanın müxtəlif zərazilərinəsəpələnmişdir.

* * *

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

181

1Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı, 2006. s. 325-326.

Haça-Qaya ziyarətgahı

Page 183: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

HAŞİYƏ(Şəcərəyə əlavə)

Hörmətli oxucum!Bu bölməyə kiçik bir əlavə etmək özümə borc bilirəm. 2012-ci ildə

qələmə aldığım «Ömürdən anlar» xatirələr kitabımı yazarkən nəsil-səcərəmin Nadir şahla bağlılığını vurğulamışdım. Kitaba «Ön söz» yazantarix elmləri doktoru İlham Həsənov bu faktların araşdırılmasını göstər-mişdir. Kitabım çap olunduqdan sonra Azərbaycanda və Türkiyədə çoxmaraqla qarşılandı. Onlarla insan həm atam Hüseyn Hüseynovun «Qalxın!Məhkəmə gəlir», həm də mənim «Mənim xidməti və siyasi fəaliyyətim»adlı kitabımız barəsində çoxlu müraciətlər olundu. Mən belə bir qəraragəldim ki, Nadir şahla bağlılıq şəcərəmizi elmi faktlarla araşdırım. Nadirşah haqqında onlarla kitab əldə edib, tədqiqatlar və araşdırmalar apardım.Və sonda belə bir əsəri ərsəyə gətirdim. Bir daha vurğulayıram ki, kitabıyazmaqda məqsədim heç də Nadir Əfşarla sülalə bağlılığımı nümayiş et-dirmək deyildir. Bu tarixi şəxsiyyətin Azərbaycanda açılmamış, yazılmamışNadir Əfşar dövlətinə kiçik də olsa bir töhfə vermək, möhtəşəm tariximiziAzərbaycan xalqına tanıtmaqdır. Şəcərə bağlılığını əsərimdə verib-ver-məmək haqqında da çox götür-qoy etdim. Sonda belə bir nəticəyə gəldimki, bu bir elmi əsər olsa da, həm də keçmişimizə, bu günümüzə ekskursdur.Və mahiyyətcə gələcəyə ünvanlanmış bir tarixdir. Məhz buna görə dəşəcərə bağlılığımı bu kitabın sonuna əlavə etdim. Bunlar uzun illər nəsil-şəcərəmizdə, ailəmizdə, el içində gedən söz-söhbətlərdən doğmuşdur. Bun-ları araşdırmaq uzun illər nəslimizin nümayəndələrinin arzusu və istəyiolmuşdur. Lakin sovet dövründə bunları araşdırmaq hətta danışmaq beləmümkün deyildi. Atam Hüseyn Hüseynov da bunların araşdırılmasını mənətövsiyyə və vəsiyyət etmişdir. Bu apardığım araşdırmalar, tədqiqatlar so-nunda belə qənaətə gəldim ki, 1747-ci il məlum hadisələrdən sonra Nadirşahın kiçik oğlu İmamqulunun 2 oğlu (Hüseynqulu və İmamqulu) Əmi-raslan xanın qətlindən sonra onun yaxın adamları tərəfindən Avar xanlığıərazisinə qaçırılmışlar. Onlar xeyli müddət həmin ərazidə sığınıb, gizlinyaşamışlar. Çar Rusiyasının Qafqaza doğru irəliləməsindən və Dağıstandagedən ixtişaşlar vaxtı həmin insanlar daha etibarlı yer hesab etdikləri şimal-

Úàùàíýèð Ùöñåéí ßôøàð

182

Page 184: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

qərbi Azərbaycanın Xınna dərəsi adlanan ərazis-inə köç etmişlər.

Zülqədərlər ilə olan bu yaxın münasibətəgörə, Hüseynqulu ailəsi ilə birgə XIX əsrin əvvəl-lərində Əfşarların əzəli məskənləri olan şimal-qərbi Azərbaycana – Xınna dərəsinə gəlmiş vəburada sığınmışlar. Onlar burada gizli yaşamışlar.Hüseynqulunun ailəsində Ocaqqulu təxminənXVIII axırlarında anadan olmuş və həmin ərazidəyaşamışdır. Ocaqqulu ərazidə çox böyük nüfuzsahibi olmuş, el camaatı onu «ocaq» kimi ziyarətetmişlər. Onun haqqında bu gün də xeyli rə-vayətlər qalmışdır. Onlardan birini mən buradaxatırlatmaq istəyirəm, bir gün Ocaqqulunun üs -tünə bəy hansı səbəbdənsə qəzəblənir və hətta onucəzalandırmaq istəyir. Lakin bu vaxt hansı səbəbdənsə, bəyin evi od tutubyanır. Bu hadisədən sonra Ocaqqulunun hikmətinə el arasında olan inamdaha da artır. Belə rəvayətlər onun haqqında indi də danışılır. Ocaqqulununailəsində mənim atamın babası Hüseyn təxminən XIX əsrin ortalarındadünyaya gəlmişdir. O da nüfuzlu bir insan olmuş, həmin zamanda Kər-bəlada İmam Hüseynin qəbrini ziyarət etmiş və buna görə ona KərbəlayiHüseyn deyirdilər. Mömin və el ağsaqqalı olmuşdur. Kərbəlayi Hüseyninailəsində 11 uşaqdan mənim babam Ocaq quluyev Cahangir Hüseyn oğlu1882-ci ildə anadan olmuşdur. O da qoçaq, cəsur ad qazanmış, mahir biratıcı olmuşdur. Allahyar bəyin eşikağası işləmişdir. Sovet hakimiyyəti qu-rulduqda əvvəlcə var-dövlətləri talan edilmiş, 1932-ci ildə isə, «troyka» –üçlüyün hökmü ilə güllələnmişdir. Atam onun 8 oğul uşaqdan biri olmuşdur.Ümumiyyətlə, bu nəsil bu gün də «qaççılar» adlanır. Yəni ki, qaçıb sığı-nanlar adı ilə hazırda da Xın na də rə sində – Gədəbəy rayonunun Nəri-mankənd ərazisində yaşamaqdadırlar.

Sovet dövründə də bu nəslin xeyli sayda nümayəndəsi sovet repre-siyasının qurbanları oldu. Bəziləri Sibirə sürgün edildi, bir çoxları həbs olu -nub və güllələnib. 1941-ci ildə böyük Cahan müharibəsi başlayarkən bunə sildən onlarla insan cəbhəyə gedib, Vətənin qorunması üçün mübarizə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

183

Ata babam CahangirHüseyn oğlu

Page 185: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

apardılar. Onların da bəziləri itkin düşdülər, bəziləri isə xəsarət alıb, geriqayıtdılar.

Sovet quruculuğu dövründə də bu nəslin onlarla nümayəndəsi müxtəlifsahələrdə (partiya sovet, təsərrüfat, təhsil, hüquq mühafizə sahəsində) vəs. hətta Əlcəzair, Tunis, İraq, Hindistan, Vyetnam, Əfqanıstan və s. öl kə -lərdə çalışmaqla dövlətimizə şərəflə xidmət etmişlər.

1988-ci il Qarabağda başlayan erməni seperatçılarının xain niyyətiAzərbaycanda milli azadlıq hərəkatına təkan verdi və bu mübarizə sovetimperiyasının dağılması ilə başa çatdı. Bu dövrdə də AXC təşkilat şöbəsininsədri işləyən bu nəslin nümayəndəsi, daxili xidmət kapitanı rütbəli Arif Ab-dullayev (onun qardaşı hərbi tərcüməçi Cavanşir Abdullayev də 1981-ciildə Əfqanıstanda qəhrəmancasına həlak olmuşdur) 1990-cı ilin yayındaParlament seçkiləri öncə faciəli şəkildə siyasi qətlə yetirilmişdir (onun buqətlinin səbəbi bugünə qədər də açılmamışdır).

Bütün təqiblərə, təzyiqlərə baxmayaraq, 1991-ci il 18 oktyabrda Azər-baycan öz müstəqilliyini bərpa etdi. Bu kitabın müəllifi də Ali Sovetin dep-utatı kimi həmin müstəqillik aktına səs vermişdir. Mən bununla qürur hissikeçirirəm. Əlbəttə, müstəqilliyə gedən yol heç də asan olmadı. Xalqımızın20 Yanvar faciəsi, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, Xocalı

Úàùàíýèð Ùöñåéí ßôøàð

184

Qaççılar nəslinin nümayəndələrindən bir qismi

Page 186: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

soyqırımı, Azərbaycan Respubli ka -sının 7 rayonunun da zəbt edilməsivə XX əsrin 90-cı illərində Azər-baycanın yenidən parçalanma təh-lükəsi ilə üzləşməsi, axır ki, UluÖndər H.Əliyevin 15 iyun 1992-ciildə yenidən Azərbaycan Respub-likasının Ali Məclisinin sədri seçil -mək lə bir daha respublikamızınba şı üzərini almış qara buludlarıdağıda bildi.

Lakin 1994-cü ildə «Əsrin mü -qaviləsi»nin bağlanması ərəfə sindəxarici qüvvələrə arxalanan daxiliseperatçılar respublikada yenidənaranı qızışdırıb, hakimiyyətə gəl -mək iddiası ilə 1994-cü ilin ok-tyabr, 1995-ci ilin mart hakimiyyətçevrilişi etmək planları boşa çıxdı.Ulu Öndər H.Əliyevin müdrik zə -kası, polad iradəsi həmin qüv və lə -rin qarşısını aldı. Həmin dövrdəAbşeron Rayon Polis Şöbəsininrəisi kimi (bu təyinat 30 iyun 1993-cü ildə Ulu Öndərin tövsiyəsi ilə baştutmuşdu) mənə və mənim ailə üzvlərimə qarşı 1994-cü ilin iyul-avqustaylarında sabitliyi pozmaq, aranı qarışdırmaq məqsədi ilə banditlərin terrorhadisələri baş verdi. Ulu Tanrı mənim həyatımı saxladı, lakin azyaşlı oğlumHüseyn, əmim oğlu və yeznəm Hüseynov Gündüz faciəli şəkildə qətlə ye-tirildi.

Bu təzyiqlərə, təsirlərə, represiyalara, qəsdlərə baxmayaraq, bu nəslinbu gün onlarla tanınmış nümayəndələri vardır. Belə ki, elm sahəsində(1 aka demik, 5 elmlər doktoru, 40-a yaxın fəlsəfə doktoru), qanunvericilikorqanında (Ali Sovetin 2 deputatı və Milli Məclisin üzvü), məhkəməhakimiyyətində, prokurorluq orqanlarında, icra sturukturunda (nazir və

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

185

Qədir Hüseynov Azərbaycan Respub-likasının prezidenti cənab İlham Əliyevlə

Page 187: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

nazir müavinləri), hüquq mühafizə sahəsində (onlarla zabit), PrezidentinXüsusi Mühafizə xidmətində və başqa xidmət sahələrində çalışırlar.

Bir onu demək istəyirəm ki, nəslin nümayəndəsi Qədir Hüseynov (əminəvəsi) 1994-cü ildə Ruminiyada keçirilmiş Avropa çempionatında I yeritutaraq 8 yaşında qazandığı bu nəaliyyətə və dünya şahmat tarixində ilkdəfə olaraq «Fide ustası» adına təltif olunduğuna görə yeganə Azərbaycanvətəndaşıdır ki, “Ginnesin rekordlar” kitabına düşmüşdür (həmçinin, o, 2dəfə Rusiya, 2 dəfə Moskva və 3 qat Avropa çempionudur).

Mənim «Ömürdən anlar» kitabımda və Qəmət Hüseynovun «Kən -dimizin alim ziyalıları» (Bakı, 2008-ci il) kitablarında nəslimiz barəsindəətraflı məlumatlar verildiyinə görə bununla kifayətlənirəm.1

Bunları bu fəsildə qeyd etməkdə məqsədim bu nəslin səcərəsinin vəəcdadlarımın Azərbaycanımızda gedən bütün ictimai-siyasi proseslərdəkiiştirakını qısa da olsa xatırlatmaqdır.

Úàùàíýèð Ùöñåéí ßôøàð

186

1 Cahangir Hüseynov. “Ömürdən anlar” səh. 183-186.

Page 188: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

XÜSUSİ HİSSƏ

NADİR ŞAH VƏ AZƏRBAYCANÇILIQ

Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki,mən azərbaycanlıyam.(Dünya azərbaycanlılarınınI qurultayındakı nitqində)

Heydər Əliyev

Øübhəsiz ki, sırf tarixi tədqiqat əsəri yazmaq iddiasında olmasam da,əslində, orta həcmli bir elmi mətnin ərsəyə gəlməsinin fərqindəyəm.

İxtisasca hüquqşünas olsam da, milli tariximizin mühüm bir dövrünü ciddivə ardıcıl mütaliələrim zəminində, qismən olsa belə, öyrənməyə müvəffəqoldum. Nadir Əfşarın üzərinə kölgə salınmış böyük şəxsiyyətini özüm üçünaydınlığa çıxara bildim və onu milli aydınlarımızın diqqətinə, mühakiməsi -nə, bacardığım səviyyədə, təqdim etdim. Daha çox Nadir Əfşarın hərbidühasının və xarakter keyfiyyətlərinin ədalətli olaraq ifadə olunduğuaraşdırmalarımdan belə bir qənaətə gəldim ki, Nadir nə qədər böyük, sərhədtanımayan hərbi istedad müəccəssəməsi idisə, bir o qədər də milli heysiyyətdaşıyıcısı, mütləq azərbaycançı idi.

Türkçülük, turançılıq və azərbaycançılıq Nadirin əməlində öz parlaqtəcəssümünü toplamışdı. Yəni son məqamda Nadir əvəzolunmaz bir azər-baycançı idi. Ona görə də burada Nadir şah və azərbaycançılıqla bağlı fikir-lərimi nisbətən geniş rakrusda hörmətli oxucularımla bölüşmək istəyirəm.

Ümumiyyətlə, Sovet tarix ədəbiyyatında Nadir şahla bağlı ağlasığmazböhtanlar, «dürlü yalanlar» mövcuddur. Beyinlərdə iz salmış məkrli fikirləriaradan qaldırmağa isə güclü təbliğat işi və zaman lazımdır.

Mən öz azərbaycançılıq düşüncələrimin təqdimatına keçməkdən əvvəlböyük ədəbiyyatşünas alimimiz mərhum akademik Bəkir NəbiyevinHüseynbala Mirələmovun Nadir şaha həsr etdiyi «Sonuncu fateh» tarixiromanına1 yazdığı dərin məzmunlu ön sözdən təəccüb və təəssüflə aşılan-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

187

1Hüseynbala Mirələmov. Sonuncu fateh. Bakı, «Nurlan», 2012, s. 680.

Page 189: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

mış fikirləri diqqətinizə çatdırmaq istəyirəm. Akademik yazır ki, Sovetlərdövründə tarixi hadisələrə və tarixi simalara münasibətdə bir çox hallarda«İcazə məqamları» özünü göstərirdi. Xüsusən görkəmli din xadimləri,dövlət başçıları və sərkərdələr ya ümumiyyətlə, gündəmə gətirilmir, yasosializm ideologiyasının tələbləri baxımından kəskin tənqid və ifşa olu -nurdular. Bəzi dövlət və ictimai xadimlərin fəaliyyətindən bir sıra çoxmühüm çətinliklərin üstündən sükutla keçilirdi. Bu axırıncılardan biriməşhur dövlət xadimi və sərkərdə Nadir şahdır (1689-1747). Məsələn,1980-ci ildə Moskvada nəşr olunmuş həcmcə çox sanballı (1600 səhifəlik)«Sovetskiy Ensiklopediçeskiy slovar»da Nadir şah haqqında bir kəlmə dəsöz yoxdur. «Azərbaycan Sovet Ensiklopediyası»nın bu mövzuya həsrolun muş məqaləsində isə onun, Əfşarlardan olduğu, Xorasanın Dərəgizqəsəbəsində doğulduğu göstərilir, tərcümeyi-halından bəzi faktlar sada la -nandan sonra deyilir: «Nadir şahın vaxtında Azərbaycan ərazisi də İrandövlətinin tərkibində idi. Müharibələrin xərcini ödəmək üçün qəddar iqti-sadi siyasət yeritmiş, vergilərin miqdarını müntəzəm olaraq artırmış,bununla da zəhmətkeş əhalinin geniş narazılığına səbəb olmuşdu».

Bəkir Nəbiyevin bizim nəşr olunmuş ilk ensiklopediya mız dan gətirdiyiiqtibası nisbətən təfərrüatı ilə təkrarlamaqda çox önəmli bir məqsədim var.Demək olar ki, məğlubiyyət acısını dadmayan böyük sərkərdə və hökmdarNadir şah haqqında ensiklopediyada verilmiş bu xırda arayışda onun ulubabalarından bəri türk-azərbaycanlı olması barədə bir kəlmə də yazıl-mamışdır. Yazılmamışdır ki, soydaşlarımızın daha sıx yaşadığı CənubiAzərbaycandandır. İndi də İran adlanan torpağın bu yerlərində Azərbaycankökənli əhali böyük əksəriyyət təşkil etməkdədir. Məqaləni hazırlayıb çapedənlərin qürur mənbəyi ola biləcək bir tarixi faktı vermədiklərinə təəccübetməsəm də, rəsmi Sovet ideoloji yasaqları ucbatından Nadir şahı – feo-dal-patriarxal münasibətlər üzərində dayanan nəhəng bir dövlətin başçısınıazərbaycanlı kimi təqdim etmədiklərinə görə təəssüf hissi ilə onları anla-mağa çalışdım. Axı bir «təmiz qəlbli azərbaycanlını» dünya fatehlərisırasında mətinliklə dayanmaqla Asiyanın son fatehi olduğunu göstərməkideoloji cəbhədə müəyyən problemlər yarada bilərdi.

Qəribədir ki, haqqında danışdığım ensiklopediyanın VII cildindəXVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş fran-sız sərkərdəsi və imperatoru (1804-cü ildən) Napoleon gen-bol təriflən-

Úàùàíýèð Ùöñåéí ßôøàð

188

Page 190: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

mişdir.1 Deməli, qərəzli yanaşma belə imiş ki, rus və avropalıların tarixisi malarını istədiyin qədər vəsf etmək, türk-müsəlman xalqlarının tarixiniisə eybəcərcəsinə saxtalaşdırmaq olarmış.

Nadir şahın azərbaycanlıların etnik formalaşmasında müstəsna rol oy-nayan əfşarlara mənsub olması, ola bilsin ki, başqaları tərəfindən məhdudmiqyaslı, lokal hadisə kimi qiymətləndirilsin və qabardılmasın. LakinASE-də üstündən sükutla keçilən digər çox mühüm bir fakt isə mənə eləgəlir ki, qlobal mahiyyət daşıyır. Yalnız ardıcıl tədqiqatçılara məlumdur ki,Nadir şah islam dininə zədə vuran, əsrlər boyu onu zəiflədən, bu gün dəantiislam ünsürlərinin dəyirmanına su tökən məzhəb ayrılığına, sünni-şiəixtilafına qarşı mütəmadi mübarizə aparmış, bu sahədə çox böyük məhru-miyyətlər yaşayıb ciddi maneələrlə qarşılaşmış, lakin öz iqtidarı daxilindəmüba ri zəni ardıcıl olaraq davam etdirmişdir. «Bəlkə də, bu problem məhzdinlə bağlı olduğu üçün dini bəşəriyyətin tiryəki adlandıran Leninin (oxu:Marks – C.H.Ə.) ardıcılları Nadir şaha və onun nəsillərinə baş ucalığıgətirən həmin məsələdən də sərf-nəzər etməyi üstün tutmuşlar».2 HalbukiQədim Şərq, ələlxüsus İran və Türkiyə müsəlmanlarının, tarixin müxtəlifçağ la rında bu iki imperiyanın tərkibində olmuş bir sıra digər xalqlarıninkişafına ciddi surətdə mane olan bu islam daxili problemin aradanqaldırılması məqsədilə dövlət səviyyəsində təşəbbüs göstərib bu yoldaardıcıl mübarizə apardığı üçün Nadir şaha rəhmət oxuyub ona heykəl qoy-maq lazımdır. Təəssüflər olsun ki, bu vaxta qədər onun adına heç bir küçədə qoyulmamışdır.

Amma İran İslam Respublikasının Məşhəd şəhərində VIII şiə imamıRzanın məqbərəsinin yaxınlığında dəfn edilmiş Nadir şahın qəbri üzərindəonun möhtəşəm məqbərəsi və əzəmətli heykəli ucaldılmışdır. Bu məqbərəhələ Nadir şahın sağlığında özü və ailəsi üçün hazırlanmışdı. Lakin mövcudhadisələr zamanı həmin məqbərə dağıdılmışdı. 1884-cü ildə Qavam Sultandövründə yenidən bu məqbərə bərpa olunmuşdu, lakin bugünkü bumöhtəşəm məqbərə İran ictimaiyyətinin təzyiqi ilə 1923-cü ildə HüşəngiCeyhunun layihəsi əsasında 1546 kv.m.lik ərazidə Nadir şah Əfşarınməzarı, iki zal və koridordan ibarət muzeyi, həmçinin bürüncdən tökülmüş

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

189

1ASE. VII cild. Bakı, «Azərnəşr». 2H.Mirələmov. «Sonuncu fateh» romanına B.Nəbiyevin yazdığı «Ön söz», Bakı, 2012, s. 9.

Page 191: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əzəmətli at belində heykəli qoyulmuş-dur. Bu heykəl Əbdülhəsən Sadiqininlayihəsi və heykəltəraşlığı ilə İtali ya -nın məşhur Broni zavodunda hazırlan-mışdır. Mən həmin məqbərəni 2013-cüil oktyabr ayının 26-da ziyarət etdim,abidənin kitabxanasından Nadir şahaaid bir neçə sanballı əsər əldə etdim.Dü şündüm ki, rəsmi hakimiyyətdəfars ların dayandığı İranda Nadir şahabelə bir abidənin ucaldılması nə iləbağlıdır.

Farslar da bilirlər ki, Nadir azər-baycanlıdır, əfşarlardandır. Burada in cəbir mətləb gizlənmişdir. Belə ki, farslarNadiri həmişə İran şahı kimi təqdim

etmiş, iranlı və fars anlayışı arasında, demək olar ki, bərabərlik işa rə si qoy-muşlar. Beləliklə də, azərbaycanlı Nadiri iranlı Nadir adı ilə ört-bas dır et-mişlər. Reallıq budur ki, indikicoğrafi hüdud daxilində möv -cud olan İran, ilk növ bə də,azərbaycan türklərinə, xüsusiləNadir şaha minnət dardırlar.

Vaxtilə bizim dərsliklə ri -mizdə, ara-sıra çap olunmuşmə qalələrdə, ilk növbədə, Na -dir şah tipik bir şərq despotu,sonra isə etnik kökünə hörmətetməyən kosmopolit kimi təq -dim olunmuşdur. Amma tarixigerçəkliyə çağdaş prizmadannəzər yetirəndə belə bir qəna -ətə gəlirsən ki, azərbaycan çı -lıq məfkurəsinin özündə eh ti-va etdiyi təməl prinsiplərinin

Úàùàíýèð Ùöñåéí ßôøàð

190

Nadir şahın məqbərəsinin görünüşü. Heykəltəraş Əbdülhəsən Sadiqi

Kitabın müəllifi Cahangir Hüseyn Əfşar Nadirşahın qəbri önündə. Məşhəd şəhəri. 2013

Page 192: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

hamısı Nadir şahın əməlifəa liyyətində özünü büruzəvermişdir.

XVIII əsrdə azərbay-cançılığın nəzəri-ideolojiəsas ları hələ hazırlanma -mış dı. XIX əsrin sonların-dan yaşadığımız dövrə qə -dər bu barədə çoxsaylı nə -zə ri mülahizə və postulat-ların yer aldığı çoxsaylıəsər lər yazılmışdır. Yadım -da qalanları saysam belə birsiyahı alınar:

M.Ə.Rəsulzadənin «Panturanizm haqqında» və «Bolşevik lərin Şərqsiyasəti», Anarın «Azərbaycançılıq haqqında düşüncələr», Ramiz Meh di -yevin «Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi», «XXI əsrdə millidövlətçilik», «Azərbay canda geosiyasət dünən, bu gün, sabah», YaşarQarayevin «Milli «mən» şüuru və etnik yaddaş – azərbay can çılıq», AzadNəbiyevin «Azərbaycançılıq – estetik dəyərləri milli ideologiyaya», NizamiCəfərovun «Azərbaycançılığa giriş», Yadigar Türkelin «Azərbaycan vəazərbaycançılıq», Əlikram Tağıyevin «Milli ideya və milli ideologiya»,Asif Atanın «Azərbaycançılıq – türkçülük birliyi», Akif Hüseynovun«Ədəbiyyat və ideologiya», Rəhim Əliyevin «Azərbaycançılıq – dünən, bugün, sabah», İsa Həbibbəylinin «Azərbaycan məfkurəsi yollarında»,«Möhtəşəm azərbaycançılıq dərsliyi», Nazif Ələkbərlinin «Türkçülük,yoxsa azərbaycançılıq», Səlahəddin Xəlilovun «Heydər Əliyev və azərbay-cançılıq məfkurəsi», Sona Vəliyevanın «Azərbaycançılıq: milli ideologiyavə ədəbi-estetik təlim kimi» və «Milli dövlətçilik hərəkatının yüksəlişi vəXalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası», Canpolad Musa -ye vin «Azərbaycan dövlətçiliyi ideologiyası», Nizaməddin Şəmsizadənin«Azərbaycançılıq» və s. Göründüyü kimi, artıq bir mükəmməl azərbay-cançılıq elmi formalaşıb.

Azərbaycançılığın dövlətçiliyə tətbiqi Ümummilli lider HeydərƏliyevin adı ilə bağlıdır. İlk dəfə o, 2001-ci ildə Dünya Azərbaycanlılarının

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

191

Cahangir Hüseyn Əfşar Nadir şahın mavzoleyində. Məşhəd şəhəri

Page 193: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

I qurultayında azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimitəsdiq etdi. «Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər birazərbaycanlı, öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və bizazərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyər-lərini, adət-ənənələrini yaşatmalıyıq».

Bu gün bütün dünyada azərbaycançılığın qüdrət mənbəyi və qarantıAzərbaycan Respublikası və onun prezidenti İlham Əliyevdir.

Bu gün azərbaycançılıq dövlət siyasətinin bütün təzahürlərində, əxlaqnormalarımızda, ailə kultunda fəal bir şəkildə davam və inkişaf etdirilir,hər bir azərbaycanlının fərdi və ictimai fəaliyyətinin rakusuna çevrilir.

Mütaliə etdiyim ədəbiyyatlardan əxz etdiklərim və öz müstəqimdüşüncəmlə belə bir məntiqi nəticəyə gəldim ki, Azərbaycan dövlətininyaşaması və möhkəmlənməsi azərbaycançılıq məfkurəsi zəminindəmümkündür. Azərbaycan çılıq – dövlətimizin mövcudluq formasıdır. Azər-baycançılıq, həmçinin ögey olanın doğma üzərində hökmranlığına müqavi -mət göstərən «milli fikir tərzidir».1

Milli yaddaşın, gen və qan yaddaşının sapdırılmasında ən amansızmərhələ XIX əsrin I qərinəsinə aid olunsa da (Gülüstan (1813) və Türk-mənçay (1828) müqavilələri ilə), bu faciəyə gətirən yol daha əvvəldənbaşlamışdı. Dünya Cahangirləri arasında yeri olan Əmir Teymur «Türkdühasını boğan türk» (Ə.Hüseynzadə) idisə, Şah İsmayıl Səfəvi türkün is-lami birliyini parçalayan türk idi.

Əmir Teymurla İldırım Bəyazidin, Şah İsmayılla Sultan Səlimin bir-birinə silah qaldırması qan yaddaşının, din yaddaşının, tariximizin fa -ciələri idi.

Türkün ruhi əzəməti, fiziki gücü o qədər möhtəşəm olmuşdur ki, onuyalnız özünün sərəncamında olan potensialları qarşı-qarşıya qoymaqla zəifsalmaq olardı. Aparılan belə siyasətin kökləri nisbətən qədimlərə gedib çıx -sa da, onun antitürk konsepsiyası kimi formalaşması I Pyotrun «Vəsiy yət -naməsi» ilə qəddar və təhlükəli xarakter almağa başladı. Rusiya I Pyotrunəli ilə 1721-ci ildə imperiya elan edildi və bundan sonra o, əha tə sindəki

Úàùàíýèð Ùöñåéí ßôøàð

192

1N.Şəmsizadə. Azərbaycançılıq. Bakı, «Nurlar», 2006, s. 5.

Page 194: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

xalqlara qarşı işğalçı imperiya siyasəti yeritməyə başladı. İstisna ondanibarət idi ki, xristian inamlı gürcülər və ermənilər deyil, xüsusilə türkmənşəli, müsəlman inamlı türklər bu siyasətdə başlıca hədəfə çevrildilər.I Pyotrun məxfi «Vəsiyyətnamə»sinin I bəndində deyilirdi: «Rus dövlətihəmişə müharibə müvazinətini hazırlamalı və çalışmalıdır ki, bu hazırlıqRusiyanın tərəqqisinə səbəb olsun».1

«Vəsiyyətnamə»nin digər bir bəndində utanmaz bir israrla deyirdiki, İstanbula sahib olan hökmdar dünya hökmdarı olacaqdır.2 Bu sətirlərNadiri zirvəyə aparan yolun başlanğıcında – 1725-ci ildə – I Pyotrun ölümüərəfəsində yazılsa da, 1738-ci ildə elan olunub. Amma o, 275 ilin yox, həmdə bu günün siyasətini müəyyənləşdirməkdədir.

I Pyotr başa düşmüşdü ki, Avropanın və Şərqin dövlət quruluşlarındaproblem vardır. Rus səltənətini inkişaf etdirmək üçün müharibədən başqamaarif də lazımdır. Ona görə də XVIII əsrdən başlayaraq Avropa elmi vəqaydaları ilə bərabər, şərqin həyatı, elmi düşüncəsi, dövlət idarəçiliyi, xü-susilə zəngin fəlsəfəsini öyrənmək üçün Rusiyada şərqşünaslıq elminə xü-susi diqqət yetirilirdi, bu isə bilavasitə imperiyanın istilaçılıq məqsədlərinəxidmət edirdi.3

Rus şərqşünası N.A.Smirnovun aşağıdakı fikri bu mənada ibrə-tamizdir: «Öz düşmənlərini öyrənmək cəhdi rus hökumətində türklər vəKrım tatarları haqqında məlumatları xüsusi olaraq toplamaq fikri doğur-muşdu. Bu məqsədlə rus dövləti həmin xalqlara öz səfirlərini türklərin vətatarların tarixinə, dövlət quruluşuna dair Avropa ölkələrində mövcudədəbiyyatlarla tanışlıq üçün mütəxəssislər göndərmişdi».4 Göründüyü kimi,söhbət təkcə torpaqların deyil, mənəviyyatın, zəkanın fəthindən gedirdi.Bu söylədiklərimdən belə qənaətə gəlmək olar ki, azərbaycançılığın birinciözülü, təməli türkçülükdür.

Türkçülük öz mahiyyətini bizim bəhs etdiyimiz regionda Azərbaycantürkçülüyü vasitəsilə təsbit etmişdir. Azərbaycan yalnız Asiya ilə Avropanınqovşağında yerləşən, özündə mövcud iqlimdən 9-nu əhatə edən, coğrafiərazinin adı deyil. Azərbaycan ikiyə bölünmüş, dünyanın çox yerinə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

193

1«Aydınlıq» qəzeti, 31 dekabr 1991.2Yenə orada.3 Bax: N.Şəmsizadə. Azərbaycançılıq, s. 120.4 Н.А.Смирнов. Очерки истори изучения Ислама в СССР. Москва, 1954, с. 17.

Page 195: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

səpələnmiş təxmini hesablamalara görə 50 milyon civarında olan Azərbay-can əhalisini birləşdirən vətənin adıdır. Bu ibrətamiz bir həqiqətdir ki,vətəni bölmək, onu işğal etmək, torpağının bir hissəsini zəbt etmək olar,amma onun vətən haqqını danmaq və tarixdən silmək olmaz. Ona görə dəazərbaycançılıq yalnız Azərbaycana məhəbbət deyil, onun dünyadakı milli,tarixi-siyasi, iqtisadi, dini-əxlaqi mövqe və mahiyyətini əks etdirən ictimaişüur formasıdır.

Azərbaycançılıq, öz növbəsində türkçülüyə – turançılığa bağlı olandagüclü ola bilir, türk-turançılığa bağlı olanda Azərbaycan məfhumu təkcəcoğrafi mənada deyil, fikir və əməl şəklində təcəssüm edir.

Ümumiyyətlə, türklər üçün Vətənin simvolu hər zaman torpaq olmuş-dur. Yeri gəlmişkən bu Nadirdə xüsusi bir vüsətlə özünü göstərirdi.

Hun-türk imperiyasının yaradıcısı Mete deyirdi ki, torpaq dövlətintəməlidir, onu heç kəsə vermək olmaz.

Türkün torpaq müqəddəsliyi ilə bağlı düşüncəsi İslam məfkurəsi iləyeni bir pafos kəsb etməyə başladı. İslamın qəbulundan sonra bütünmöhtəşəm türk yürüşləri və hərəkatları İslam bayrağı altında keçmişdi.Türklərin siyasi məğlubiyyəti, əslində, müsəlman dünyasının, şərqinməğlubiyyəti demək idi.

Türk təfəkkürünün qüdrəti bir də onun cövhərini ümumbəşəriliyintəşkil etməsindən ibarət olması idi. Türklər həm də tolerant idilər. K.Marks«XVIII əsrin gizli diplomatiyası» əsərində yazırdı ki, türk hökmdarları vəbaşçıları bütün məzhəb və dinlərə eyni gözlə baxırdılar. Bu türk ruhununazadlığından irəli gəlməklə onların yalnız Şərqdə deyil, Avropaya da nüfuzedə bilmələrini şərtləndirirdi.

Türk mühitinin böyüklüyü bir də onun xalqın iradəsinə əsaslan-masında, dövlətin və qalibiyyətin mayasını xalqda görməsində idi.

Türkün şücaəti, bir qayda olaraq, işğalçılıq niyyətlərindən törənirdi.Oğuz türkləri həmişə öz azadlıqlarına qarşı çevrilmiş qəsdlərə müqavimətgöstəriblər. Böyük türklərdən biri Mahmud Kaşğari «Divani lüğətit türk»dəgöstərir ki, türk böyük qəhrəmanlıqlar və fədakarlıqlar etdiyi zaman böyükbir iş gördüyünü nəzərə çatdırmırdı. Yəni türk üçün qəhrəmanlıq fövqəladədeyil, adi bir iş, peşə və məşğuliyyət idi. Türkün rəşadəti isə onun əxlaqınasöykənirdi. Əxlaq, xüsusilə Vətən əxlaqı bütün türkləri ətrafında toplayanbaşlıca qayə idi. «Türkçülüyü» ideoloji sistem halına gətirmiş Z.Göyalp

Úàùàíýèð Ùöñåéí ßôøàð

194

Page 196: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

«Türkçülüyün əsasları» əsərində yazır: «Böyük millətlərdən hər birimədəniyyətin xüsusi bir sahəsində birinciliyə çatmışlar. Əski yunanlar es-tetikada, romalılar hüquqda, israillilər və ərəblər dində, fransızlar ədəbiy -yatda, anqlosakslar iqtisadda, almanlar musiqi ilə metafizikada (fəlsəfədə),türklər isə əxlaqda birinciliyi qazanmışlar.

Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir. Türklərinməğlub, yenilmiş millətlərə, onların milli və dini varlıqlarına dini və icti-mai muxtariyyət verməsi hər cür təqdirdən yüksəkdə durur».1

Türk təfəkkürü üçün xarakterik olan bir ziddiyyətli, həm də məntiqiməqamı da vurğulamaq istəyirəm. Türk fikri tam olaraq gələcəyə yönəl -miş di, ona görə də keçmişə biganə idi Unutmaq qorxusundan əndişəli deyil -dilər. Elə buradaca qeyd edim ki, Nadir bu mənada istisna təşkil edirdi vəözü üçün iki nəfəri – Mirzə Məhəmməd Mehdi Astrabadini və MəhəmmədKazım Mərvlini özünə şəxsi tarixçi götürmüşdü. Bu bir tərəfdən onun qüd -rətinin əlaməti idisə, digər tərəfdən onun faciəsi və sonrakı məğlu-biyyətlərinin səbəbi idi. XVIII əsr fransız maarifçi-filosofu Monteskyeyazırdı ki, «dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə türklərləyarışa bilməz…. Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, on-ların ağlagəlməz qələbələrinin şöhrətini yaysınlar, nə qədər ölməz əməlləriəbədilik dəfn olunub. Türklər tarixlərini bilmədiyimiz nə qədər dövlətinəsasını qoyublar».2

Tarixi keçmişi qələmə almaq və yaxud yazdırmaq mənasında türkünhərəkətsizliyinin yuxarıda göstərdiyimiz bir məntiqi də mövcud olmuşdu.Yəni türklər yaratdıqları tarixin nə vaxtsa yox olacağının qorxusunu yaşa-mamışlar, ona görə də onu yazıb tarixiləşdirmək zorunda olmamışlar. Fran-sızların ibrətamiz deyimində göstərildiyi kimi «xoşbəxt xalqların tarixiolmur».

Təfərrüatına vardığımız məsələləri ümumiləşdirsək azərbaycançılığınüç təməlini belə ifadə etmək olar: «Türk millətindənəm, İslam hümmə -tindənəm, Azərbaycan məmlə kətin də nəm». Hazırkı mərhələdən baxandabu şüar mahiyyət etibarilə elmi-nəzəri, milli-psixoloji əhəmiyyət kəsb edirvə azərbaycançılığın düsturu kimi gəldiyimiz nəticəni təsbitləşdirir.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

195

1Z.Göyalp. Türkçülüyün əsasları. Bakı, 1991, s. 48.2İqtibas N.Şəmsizadənin «Azərbaycançılıq» kitabından edilmişdir, s. 135.

Page 197: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Təbii ki, Nadir şah və onun tarixçiləri nəzəriyyəçi deyildi. Ammacəsarətlə söyləmək olar ki, Nadir şah öz əməli fəaliyyəti ilə azərbaycançılıqkonsepsiyasının sövq-təbii olaraq praktiki idi. Onun elə bir əhəmiyyəti iləseçilən işi yoxdur ki, azərbaycançılığa xidmət etməsin.

Məlumdur ki, Nadir öz hərbi-siyasi karyerasını qazanmağa başlayanda,ilk növbədə, konkret olaraq dövlətlərarası münasibətləri nəzərə alırdı. Bumünasibətlərin kontekstində Rusiya və Türkiyə xüsusi əhəmiyyət kəsbedirdi. Nadir başa düşürdü ki, Rusiya və Türkiyə Səfəvilərin fərsiz hökm-darları Şah Hüseyn və II Təhmasibin vaxtında dövlətin xeyli ərazisini işğaletmişdilər. Rusiya uzununa 600 km., eninə 100 km olmaqla DərbənddənGilana qədər böyük bir yeri tutmuşdu.1 Türkiyə Qərbi Azərbaycanı,Qarabağı ələ keçirmişdi. Nadir kimi böyük sərkərdənin tarix səhnəsinə çıx-ması Rusiyanı yeni diplomatik güzəştlərə məcbur etdi. Rusiya 1729-cu ildəI Rəşt, 1732-ci ildə isə II Rəşt müqaviləsi ilə, demək olar ki, Nadirin bütüntələblərini, ərazilərin geri qaytarılması istəklərini yerinə yetirdi. Rusiyanınmövqeyində əsas cəhd müqavilənin bütün ruhunu Türkiyənin əleyhinəyönəltməkdən ibarət idi. Nadir Türkiyə ilə yağı olacağı ilə bağlı Rusiyanınistəkləri ilə felən razılaşırdı. Bu razılaşma 10 mart 1735-ci ildə Nadir iləRusiya arasında bağlanmış Gəncə müqaviləsi ilə bir az da möhkəmləndi.Müqaviləyə görə, Şimali Xəzəryanı torpaqlar – Salyan, Bakı, Dərbəndşəhərləri ilə Nadirə qaytarıldı. Yeni müqavilə də bütünlüklə Türkiyəyə qarşıyönəlmiş idi. Onun mətnində yazılmışdı: «İran dövləti Rusiya imperator-luğu ilə əbədi ittifaqda bulunmağa, Rusiyanın dostunu dost, yağısını yağısanacağına bərk söz verir və əgər kimsə bu iki yüksək saraylardan birinəqarşı savaş başlasa: hər iki yüksək saraylar o yağıya qarşı birgə savaşaparmalı və bütün belə hallarda bir-birinə yardım etməlidirlər».2 Bununlabelə, İran üzərinə birtərəfli öhdəlik qoyulurdu. İran dövləti hər cür səygöstərərək düşmənə (Türkiyəyə) qarşı başladığı savaşı gərgin çalışma vədönməzliklə davam etdirib haqlı öc almalıdır».3

Rusiya diplomatiyası İranla «ədəbi ittifaqı» bu dövlət ilə Türkiyəarasında «əbədi düşmənçilik» vasitəsinə çevirməyə çalışırdı. Gəncə bağlaş-

Úàùàíýèð Ùöñåéí ßôøàð

196

1Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı, «Azərnəşr», 1996, s. 489.2Azərbaycan tarixi, 1996, s. 493.3Yenə orada.

Page 198: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ması üzrə İran Rusiyanın razılığı olmadan Türkiyə ilə təkbaşına barışıqbağlaya bilməzdi. İranın Türkiyə ilə danışıqlarında Rusiya iştirak etməliidi. Ancaq türk oğlu kimi Nadir bircə il sonra bununla da hesablaşmadı.O, İngiltərəni vasitəçi olmağa çağırıb, onun köməyi ilə Türkiyə ilə danı -şıq lara başladı və tezliklə barışıq imzaladı. Türkiyə dövləti Azərbaycanıbütünlüklə və Gürcüstanla indiki Ermənistanın şərq bölgələrinin İrana veril -məsi ilə razılaşmalı oldu. Hərbi və diplomatik mürəkkəbliklər şəraitindəbu, Nadirin zahiri gedişlərinə rəğmən, onun daxilən türkçülüyünün və türktəəssübkeşliyinin təzahürlərindən biri idi.

Yuxarıda qeyd etdiyim kimi, qış aylarında Dağıstanda baş verənüsyanın yatırılması ilə məşğul olan Nadir atının ağzını Muğan düzünə çe-virdi. Qubanın «Həsənqalasına» yetdikdən sonra ordudan qabağa düşübaltı mənzillik yolu bir gecə-gündüzə keçdi. Ağsu (Yeni Şamaxı) qalasındanyanvarın 13-də Muğandakı ordugahına yetişdi. Bu məsələ mənim təqdimetdiyim «Azərbaycan Nadir Əfşar dövləti» əsərində kifayət qədər müfəssəlişıqlandırılmışdı. İndi xatırlatmaqda məqsədim odur ki, Nadir bu zamanda ardıcıl əqidəli bir türk-azərbaycanlı kimi hərəkət edir. O, şahlıq tacınıməhz Azərbaycanda öz başına qoymaq istəyirdi. Çünki o, Azərbaycanıyaratdığı böyük imperiyanın dayağı, nüvəsi, azərbaycanlıları isə başlıcazərbə qüvvəsi hesab edirdi. Əks təqdirdə Nadirin öz hərbi dühası ilə əldəetdiyi nəhəng ərazisinin hər bir yerində, xüsusilə ənənəvi olaraq tacqoy-maların keçirildiyi böyük şəhərlərdə bu işi görə bilərdi.

Burada mənim düşüncələrim belədir ki, Nadir onun mənəvi məslək-daşları və siyasi kölgə sahibləri sayəsində dərk edirdi ki, milli başlanğıcıqorumadan uzunömürlü bir dövlət qurmaq olmaz. Nadir həmişə düşünürdüki, onun nəslindən gələn bir missiya ilə o, tarixə xidmət etməlidir – yənimənsub olduğu etnosun mənəvi ucalığını görməlidir və bu ucalığıninkişafına kömək etməlidir. Nadir istedadı və fenomenal qabiliyyəti iləfəhm edirdi ki, nəsildən gəlmə yol onun sayəsində Böyük Azərbaycanınyaranmasına aparıb çıxaracaqdır.

Bir məqamı da xüsusi qeyd etməliyəm. Özünə hörməti olan şəxs tari -xini yaxşı bilməklə yanaşı, soykökü ilə fəxr etməlidir. Nadir də əgər türk-əfşar kökü ilə fəxr etməsəydi, onun əzəməti və iradi gücü bu gün türkmənşəli xalqlar arasında lazımi, qiymətini ala bilməzdi. Ən önəmlisi bu idiki, Nadir Azərbaycanı – azərbaycanlıları ümumtürk etnosları çərçivəsində

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

197

Page 199: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əlahiddə güc mənbəyi bilirdi. Qurub yaratmış olduğu dövlətin strukturəsaslarının yaradılmasında da bu güc mənbəyindən faydalanırdı. Onu rus-ların, fars şovinizminin və hətta osmanlıların təhdid etdiyi bir zamandaAzərbaycan türklərinin dövlətini qurur, bayrağını göylərə ucaldırdı. Bu hərbir azərbaycanlının fəxr edə bildiyi böyük tarixi həqiqətdir. Ona görə dəmən Nadir şahı Azərbaycan dövlətçiliyinin əsaslarını yaradanlardan birikimi tədqiq edib öyrənməyi, ictimailəşdirməyi tarixçi alimlərimizin öhdə -sinə buraxıram.

Bu qənaətimlə bağlı bir haşiyə çıxmaq istəyirəm. Belə düşünürəm ki,azərbaycançılıq – həmişə tarixi burulğanların içərisində olan Azərbaycanınmənafe və maraqlarını ön plana çəkməkdən ibarət olmalı, heç bir şey nami -nə tarixi gerçəklik təhrif olunmamalıdır. Məlumdur ki, ən qanlı müha ri bə -lər, güclü dövlətlərin toqquşması Qafqaz, Ön Asiya, Orta Asiya əra -zilərində baş verən çarpışmalar üçün Azərbaycan ərazisi əsərlər boyu mey-dan olmuşdur. Ərəb xilafəti də daxil olmaqla bir çox dövlətlər öz maddiistəklərini Azərbaycan hesabına reallaşdırmaq istəmiş, ordularının təchiza-tını bizim torpaqların sərvətləri bahasını təmin etmişlər. Azərbaycan xalqıbelə qarətçi, təcavüzkar yürüşlərlə heç vaxt barışmamış, özünə gələn kimibütün gücü ilə döyüşə girişmişdir. İstər monqol-tatar yürüşləri, istərsə dəcənubdan və Kiçik Asiyadan gələn qüvvələr məmləkətimizə əmin-amanlıqgətirmirdi. Akademik Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali məramlıtarixi şəxsiyyət kimi» çox dəyərli tədqiqat əsərində yazdığı kimi, dinimüharibələrin özünün də siyasi məqsəd güddüyü, guya, islami təəssübkeş-lik ucbatından ört-basdır edilirdi. Osmanlı imperiyasının da Azərbaycanaqəsbkarlıq yürüşləri çox olmuşdur. Orta Asiyadan, Altaydan gələn qüv və -lərin qəddarlığı barədə xalq ədəbiyyatında əbədiləşən kifayət qədər izlərqalsa da, bir çox hallarda Çingiz xan və Əmir Teymur ordularının talançıtəcavüzləri real xarakterinə uyğun olaraq, təhlil edilməmişdir. Bəzən Çingizxanı, Əmir Teymuru milli qəhrəman səviyyəsində tədqiq etməyə cəhdlərgöstəril mişdir. Nəinki Xarəzmşah Cəlaləddinin Azərbaycanda törətdiyifəlakətlər obyektiv tarixi qiymətini almamış, hətta görkəmli alim yazıçımızrəhmətlik Əzizə Cəfərzadə onu vəsf edən «Cəlaliyyə» adlı roman da nəşretdirmişdi. Gərək tədqiqatçı ilk baxışdan cazibədar görünən din bayrağı al-tında, yaxud müxtəlif parıltılı bəhanələrlə Vətənə hücum etmiş qüvvələrinəsl məqsədini yaxşı bilsin. Akademik Ramiz Mehdiyevin adını çəkdiyim

Úàùàíýèð Ùöñåéí ßôøàð

198

Page 200: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

əsəri Azərbaycan xalqının milli qüruruna toxunan, xalqın milli hissələrinisiyasi alver predmetinə çevirənlərə ağır zərbədir. Akademik yazır: «Ortaəsrlər tarixinə dair bəzi əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlarprizmasından baxılır, yəni bütün ictimai-siyasi proseslərə siyasi-dini mə-nada yanaşılır. Halbuki dini müharibələr və münaqişələr deyilən hadisələrintarixi göstərir ki, onların ortasında siyasi maraqlar və məqsədlər gizlənir.Yəni bu müharibələr mahiyyət etibarilə siyasi məqsədlərin nəticəsidir. Tari -xi proseslərin şərhinə dini mövqedən yanaşma tədqiqatçılara bu proseslərinhəqiqi xarakterini açıb göstərməyə imkan vermir. Görünür, gündəlik hadi -sə lərin arxasında strateji məqsədi görməyi heç də hər kəs bacarmır. Tarixişəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə vəmetodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkibhissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər».Mənə belə gəlir ki, bu istiqamətverici metodoloji göstəriş tariximizə yanaş-manın leytmotivini təşkil etməlidir.

Azərbaycan Nadir Əfşar dövlətində Əfşar oğulları ilə türklərin hakimyer tutması qırılmadan davam etdi. İran ölkəsinin üst qurumlarını yaradan-lar yenə türklər oldu. Ancaq sosial və siyasi-hərbi baxımdan bütünlüklətürk toplusunun əlində olan bu dövlət qalan türk-islam dünyası ilə də mü-nasibətləri qaydasına qoymalı idi.

Nadirin Muğan qurultayında tutduğu işlərdən biri türk dünyası üçünçox dəyərli idi. O, türk xalqları arasında ədavəti aradan qaldırmağaçalışırdı. İran və Azərbaycan üləmalarının «İttifaqı ilə» xalq qarşısındaşərif (din) işlərinin qaydaya salınması, şiə və sünni məzhəbləri arasındakıqarşıdurmaya son verilməsi barədə qərar çıxardı.

I Pyotrun göstərişi üzrə «Rusiya nüfuzunu Asiyada qaldırmaq üçünsünni-şiə ixtilafının yaxşı bir vasitə» sayılması bu islahatın nə qədər aktualolduğunu aydın göstərdi. Mən Nadirin dinə münasibətini şərh etdiyimhissədə bu məsələyə müfəssəl toxunduğundan kitabın bu yerindəməramıma xidmət edən bəzi mülahizə və faktlarla kifayətlənəcəm.

Muğan qurultayından İstanbula ayrıca bir elçilik göndərildi. Şiəlikdəndönüb İmam Cəfər məzhəbinə keçmək barədə qərarın mətni Osmanlıdövlətinə verildi. Nadir, İmam Cəfər Sadiq məzhəbinin bütün əhli sünnətüçün beşinci məzhəb (rüknü) kimi tanınmasını istəyirdi. Osmanlı hökumətitəklifi üləmalar yığıncağına versə də, qəbul olunmadı.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

199

Page 201: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

1743-cü ildə Nadir şah şiələrin müqəddəs şəhəri Nəcəfdə daha bir qu-rultay topladı. Bir sıra ölkələrin (Əfqan, Bəlx, Buxara, Turun, Hillə, Bağ-dad) üləmaları buraya çağırıldı. Nadir Əfşar dövlətinin Haqq məz həb- lərindən olan Cəfəri məzhəbinə keçməsi, Osmanlı üləma yığıncağında onun5-ci məzhəb kimi tanınması barəsində qərar çıxarıldı. Qərarı təsdiq et-dirmək üçün yeni elçilik göndərildi. O da uğur qazanmadı. Osmanlı ülə-ması beşinci məzhəbin tanınmasını şəriət qanunlarına uyğun saymırdı.Bun dan sonra Nadir ordu ilə Qars üzərinə yürüş edib Yegən Məhəmmədpaşanı əzdi. 1746-cı ildə Nadir ilə Sultan Mahmud arasında yeni andlaşmaimzalandı (1639-cu il Qəsri-Şirin müqaviləsi üzərində – C.H.Ə.). AmmaNadir Əfşar dövləti ilə Osmanlı dövləti arasındakı soyuqluq bununla dayox edilmədi. Tarixə mal, millətə yük olub yüz ildən yüz ilə keçdi. Nadirindin islahatı təkcə Azərbaycanın deyil, Nadirin qurduğu bütün İranıngələcəyi üçün böyük rol oynaya bilərdi. Ancaq tarixin verdiyi şans itirilmişoldu.

Apardığımız elmi-praktik müşahidələrdən göründüyü kimi, Nadir tari -xi əzəmətini qorumaq istədiyi bir türkçü, milli ləyaqəti ilə öyündüyü birazərbaycançı, imanı fələklərdə qorunan ardıcıl bir islamçı idi. Təəssüf ki,bu işləri məntiqi sonluğuna yetirmək üçün Nadirin kifayət qədər zamanıolmadı. İslamın, Turançılığın və millətimizin düşmənləri olan xainlər onualçaqcasına qətlə yetirdilər.

Úàùàíýèð Ùöñåéí ßôøàð

200

Page 202: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

II. TÜRK DÖVLƏT QURUMLARININ TARİXİNƏ EKSKURS (QISA BİR BAXIŞ)

XXI əsr türk dövlətlərinin əsridir!(Ankarada 2013-cü ildə etdiyi çıxışından)

İlham Əliyev

Ì ən heç də Nadir şah haqqında yeni söz demək iddiasında deyi -ləm, Nadir şah öz dövrünün ən böyük tarixi şəxsiyyəti, fatehi

olmuş, Səfəvi – İran imperiyasını dağılmaqdan xilas etmişdir. İlk dəfəolaraq 1736-cı ildə Muğanda tacqoyma mərasimində bu imperiyanı Azər-baycan – İran Əfşar imperiyası adlandırmış, onun hüdudlarını 2 dəfədənartıq böyüdərək Şimali Qafqaz, Gürcüstan, indiki Ermənistan, Osmanlıdövlətinin şərq hissəsi – Qars, Ərzurum, Kirmanşah, Kürdüstan, Bağdad,İraqın şimal hissəsini, Suriyanın bir qismini, Fars və Oman körfəzlərininətraflarını, Əfqanıstanı, Pakistanı, Hindistanın qərb hissəsini, Türküstanı,Buxaranı, Amudəryaya qədər təxminən 5,5 mln. kv.km.lik bir ərazidəböyük bir Azərbaycan – İran Əfşar imperiyası yaratmışdır. Sonda akademikRamiz Mehdiyevin bir daha Şah İsmayıl Xətai haqqında – Nadir şaha daanaloji olaraq aid olan düşüncələrini metodoloji istinad nöqtəsi kimigöstərirəm. Akademik yazır: «Şah İsmayılın hakimiyyətində mənfi cəhətləraxtarmaq ona yalnız» və yalnız qara yaxmaqla məşğul olanların dəyir-manına su tökməyə oxşayır. Çünki istər Şah İsmayıl, istərsə də Nadir şahdövründə Azərbaycan təkcə müstəqil dövlət deyildi. Həm də həmin zaman-lardakı dünyanın sosio mədəni və dövlət kimi müstəqil subyekti idi»1.

Nadir şah bütün sələflərindən fərqli olaraq, din amilindən stratejiməqsədlərə nail olmaq üçün birləşdirici vasitə kimi istifadə etmişdi. Buamil Nadir şahın milli birlik doktrinasının mühüm bir komponenti olaraqəhəmiyyətli idi. Nadir şah Azərbaycan dövlətçiliyinin və birliyinin tərcü-manı kimi fəxarət mənbəyidir.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

201

1R.Mehdiyevin məqaləsi.

Page 203: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir Əfşar və onun qurduğu Əfşar dövlətinin tarixi ilə bağlı mən xeylisayda tarixi materiallar ilə tanış oldum və bir daha belə qənaətə gəldim ki,möhtəşəm türk xalqının dövlətçilik ənənələri eramızdan əvvəlki minillik-lərə qədər gedib çıxır. Alimlərimiz belə qənaətə gəlmişlər ki, türklərin ilkinyurdlarından da biri məhz Azərbaycan olmuşdur.

Türk sözünün güclü, «doğub-törəyən», «çoxalan» kimi mənalarıvardır. Qədim türklərin ilk məskunlaşdıqları yerlərdən biri Mərkəzi AsiyadaSayan-Altay dağları vadisindən şimal-qərbdəki torpaqlar və Yenisey ça -yının sahilləri olmuş və böyük Türküstan adlanmışdı.

Eramızdan əvvəl bu günə qədər türklərin 149 dövləti, o cümlədən 22imperiyası olmuşdur. Bu dövlətlər və imperiyaların bəziləri yüzillikləri,bəziləri isə onillikləri əhatə etmişdir.

Mərkəzi Asiyada türklər tərəfindən yaradılan ilk ən qüdrətli dövlətBöyük Hun imperatorluğu olmuşdur. Dövlətin ərazisi Sibirdən Himalaydağlarına, Sakit okeandan Xəzər dənizi və Ural dağlarına qədər uzanırdı.Qədim çinlilər Hun dövlətinin hücumundan qorunmaq üçün e.ə. 214-cüildə Böyük Çin səddini inşa etməyə başlamışlar (müasir Çin səddinin uzun-luğu 2000 km.dən artıq, eni isə 4 m.ə bərabərdir).

Ön Asiyada Azərbaycanda ilk türk tayfa birlikləri e.ə. III-II minillikdəUrmiya gölünün cənub və cənub qərbində (kuti, lullubi, su, turukki və b.tayfalar), Naxçıvan və Mil, Qarabağ ərazisində məskunlaşmışdılar.

Lullubi, kuti dövlət qurumu daha sonra Manna dövlətinin yaranmasıilə başa çatdı. Daha sonra bu ərazilərdə Midiya dövləti, Ön Asiyada isəİskit (skif) – İşquz dövləti meydana gəldi.

E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra onun im-periyası ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda At-ropatena, şimalında isə ondan iki əsr öncə Alban dövləti mövcud idi. Yazılıməlumatlara əsasən türklərin Atropatena və Albaniya dövlətinin tərkibindəbaşqa dillərdə danışan çox sayda tayfalar da yaşayırdılar.

Orta Asiyada Böyük Hun imperatorluğu dağıldıqdan sonra IV əsrinsonlarında Ağ Hun imperatorluğunun (evtalitlər) əsası qoyuldu. Bu dövlətinərazisi indiki Əfqanıstan və şimal-qərbi Hindistanın bir hissəsini də əhatəedirdi. Ağ Hun imperatorluğu İranda yerləşən Sasanilər dövlətini də məğlubedərək özündən asılı vəziyyətə saldı. Ağ hunlar Azərbaycan ərazisinin xeylihissəsində – Dərbənd, Qarabağ, Borçalı ərazisində məskunlaşmışdılar.

Úàùàíýèð Ùöñåéí ßôøàð

202

Page 204: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Böyük Hun imperatorluğu IV əsrdə dağıldıqdan sonra hun türk tayfalarıqərbə doğru hərəkətə başladı. Bu hadisə tarixdə «xalqların ikinci böyükköçü» adlanır. Bu xalqlar Mərkəzi və Qərbi Avropaya qədər köç etdilər. Buköç VI əsrə kimi davam etdi. Hunlar böyük Çin səddindən Fransaya qədərgedib çıxdılar. Attilanın dövründə qərbi Hun imperatorluğunun yüksəlişiilə eramızın V əsrində – 434-cü ildə Bizansı özlərinə xərac verməyə məc -bur etdilər. Attilanın dövründə (434-453) imperatorluğun ərazisinə müasirRumıniya, Macarıstan, Avstriya, Rusiya, Ukrayna, Çexiya, Almaniya və s.ərazilər daxil idi. Hun imperatorluğuna daxil olan tayfaların ümumi sayı45-ə çatırdı. Ağ Hun imperatorluğu dağıldıqdan sonra 552-ci ildə Asiyanınböyük bir ərazisində Göytürk dövlətinin əsası qoyuldu. Göytürk adı ilə hun-lar özlərini rəsmən türk adlandırdılar. VI əsrin axırlarında Göytürklər Şi-mali Qafqazdan Mancuriyaya qədər böyük bir ərazini əhatə edirdi. 658-ciildə çinlilər qərbi Göytürk üzərində qələbə çaldılar. 682-ci ilə qədərGöytürklər çinlilərin əsarəti altında qaldılar. 682-744-cü illərdə isə II Göy -türk imperatorluğu yarandı. Eyni zamanda 634-965-ci illərdə indikiUkrayna və Rusiyanın cənubunda, Şimali Qafqazda Xəzər xanlığı yarandı.VIII-IX əsrlərdə Xəzər dövləti Şərqi Avropanın ən böyük və zəngin dövlətiidi. Şərqi Asiyada isə 744-842-ci illərdə Uyğur Türk dövləti mövcud ol-muşdur. Şərqi Göytürk xanlığı dağıldıqdan sonra türk boyları oğuz adı ilətanınırdı. Oğuzlar Xəzər dənizinin şərqində yaşayırdılar. Orta Asiyadaoğuz lardan şərqdə 927-1212-ci illərdə Qaraxanlı türk dövləti mövcud ol-muşdur. Qəznəvi türk dövləti isə 962-1187-ci illərdə Orta Asiyanıncənubunda təşəkkül tapmışdır. Şərqi Avropada Hun dövləti dağıldıqdansonra 630-cu ildə Böyük Bulqar xanlığı yarandı. Hindistan ərazisində isəIV-V əsrlərdən Qupta imperatorluğu, daha sonra isə böyük Moğol impera -torluğu türk tayfaları tərəfindən idarə olunmuşdur. 630-cu ildə Ərəbistanyarımadasında Məhəmməd peyğəmbərin yaratdığı Ərəb xilafəti Afrikanınşimalını, İspaniya, Ərəbistan yarımadası, Qafqaz, İran, Orta Asiyanı əhatəetmişdi. Məhəmməd peyğəmbər türklərin döyüşkənliyini, mübarizliyini vəböyük dövlətçilik ənənələrini bilərək özündən sonra gələn ərəb xəlifələrinədə türklər ilə yaxın münasibətdə olub, xəlifəliyin gələcəkdə türklərtərəfindən idarə olunacağına işarə etmişdi.

Daha sonra səlcuqlular 1038-1157-ci illərdə Orta Asiya, İran, Azər-baycan, Kiçik Asiyanı da əhatə etməklə böyük bir imperatorluq yaratdılar.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

203

Page 205: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Bu imperatorluq müasir Türkiyənin də ərazisini əhatə edirdi. Toğrul bəy,Alp Arslan, I Məlik şah dövrlərində bu imperiyanın gücü və qüdrəti xeyliartdı. XIII əsrdə isə Çingiz xanın (1206-1227) Böyük Monqol imperator-luğunun əsası qoyuldu. Çingiz xanın ölümündən sonra onun sələfləri İran,Qafqaz, Şərqi Avropa, Rusiya və Çinin şimalını əhatə etməklə böyük TürkMonqol dövlətini yaratdılar. Bu dövlət daha sonra Qızıl Orda dövləti adıilə Rusiyanı, Şərqi Avropanı və Orta Asiyanı əhatə edirdi.

Böyük Səlcuq imperatorluğunun dağılmasından sonra Kiçik Asiyadayeni bir qüdrətli türk dövləti Osmanlı imperatorluğunun əsası qoyuldu(1299). Osmanlı imperiyası Osman bəy (1289-1326) tərəfindən yarandı.1326-cı ildə Bursa şəhəri osmanlıların paytaxtı oldu. Osmanlı imperator-luğu VI əsrdən artıq yaşamış böyük bir dövlət idi. Tezliklə imperatorluqŞimali Afrikanı (Əlcəzair, Tunis, Livan, Misir), Ərəbistan yarımadası(Suriya, İraq, İordaniya, müasir İsrail, İran, Azərbaycan, Gürcüstan, ŞimaliQafqaz, Krım xanlığı, Macarıstan, Rumıniya, Serbiya, Xorvatiya, Albaniya,Bosniya və Hersoqavina, Yunanıstan və s.) ərazilərini əhatə etməklə dünyatarixində ən möhtəşəm imperatorluğa çevrildi. Əmir Teymurun yaratdığıdövlət (1370-1405) 1402-ci ildə osmanlı sultanı İldırım Bəyazidi məğlubetdi. Təəssüf ki, bu qardaş qarşıdurması hər iki dövləti zəif saldı və Kons -tantinopolun fəthi təxminən 50 il təxirə düşdü. Ümumiyyətlə, türk birliyini,ilk növbədə, daxili çəkişmələr zəiflətdi və belə bir fonda qüvvətlənənRusiya pərakəndə düşmüş əzəli türk torpaqlarını işğal etdi. 1453-cü ildəSultan Mehmet Fateh tərəfindən Bizans imperatorluğunun paytaxtı Kons -tantinopol alınaraq İstanbul adı ilə Osmanlı imperatorluğunun paytaxtınaçevrildi. Avropanın bir sıra böyük dövlətləri – Avstriya, Fransa, Roma kimiimperatorluq da Osmanlı dövlətinə xərac vermək məcburiyyətində qal -mışdı. Osmanlıların Avropadakı bu gücündən qorxuya düşən katolik kilsəsihələ Səlcuqlular vaxtından baş vurduqları daha bir neçə dəfə səlib yürüşləritəşkil etsələr də, Osmanlı dövlətinin qüdrətini zəiflədə bilmədilər. BirinciSultan Səlimin dövründə (1512-1520) bütün ərəb müsəlman aləmi Osmanlıimperatorluğunun tərkibinə qatıldı. Misirin fəthi ilə 1518-ci ildən SultanSəlim həm də bütün müsəlmanların xəlifəsi elan edildi. Osmanlı imperiyasıdəfələrlə Qərbi Avropa, Rusiya dövləti tərəfindən hücumlara məruz qalsada, hətta həmin dövlətlərin təhriki ilə XVI əsrdən Şərqdə Səfəvilər hökm-darı Şah İsmayıl islam aləmində məzhəb ayrılığı salmaqla böyük tu-

Úàùàíýèð Ùöñåéí ßôøàð

204

Page 206: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

rançılığa zərbə vurdu. Əsərdə, göstərdiyim kimi, Şah İsmayıl tərəfindənəsası qoyulmuş islam dininin şiə məzhəbi Osmanlı və Orta Asiya sünniməzhəbi ilə bir ayrılıq əmələ gətirdi. Bundan məharətlə istifadə edənRusiya, Qərbi Avropa dövlətləri bu iki türk imperiyası arasında əsrlər boyudüşmənçilik salmaqla, Osmanlı imperiyasını tədricən zəiflətməklə XVIIəsrdən sonra Osmanlı imperiyasının Qərbi və Şərqi Avropadakı torpaqların-dan çıxartmağa və həmçinin Səfəvilər imperiyasının süquta uğramasınasəbəb oldular. Nadir şah tərəfindən Səfəvi imperiyasının süqutunun qarşısıalınsa da, Nadir şahın qətlindən sonra Rusiya imperiyası tezliklə ŞimaliQafqazı, Cənubi Qafqazı işğal edib, uzun əsrlər boyu nəhəng türk İran –Azərbaycan dövlətini parçalaya bildi. Sonda 1925-ci ildən etibarən İrandafarsların hakimiyyətə gəlmələrinə kömək etdilər. Böyük imperiyalar Os-manlı imperiyasını da dağıdıb, türkləri, hətta Kiçik Asiyadan da çıxartmaqniyyətində idilər. Mustafa Kamal paşanın səyi və qüvvəsi nəticəsində türkqüvvələri işğal olunmuş Kiçik Asiyanı Antanta dövlətlərindən xilas edib,1923-cü ildə Türkiyə Cümhuriyyətinin əsasını qoydu. Bu gün Türkiyədövləti həm Avropada, həm də Asiyada yerləşməklə öz iqtisadiyyatı,siyasəti ilə dünya ölkələri arasında aparıcı bir yer tutur və böyük türkdünyasına rəhbərlik edir.

Tarixdə geriyə qayıdaraq, Teymur imperatorluğunu da (1370-1507)əhatə etməklə türk dövlətlərinin və imperatorluqlarının tarixini ardıcıllıqlaqısa da olsa yad edək.

Əmir Teymur (1370-1405) Çağatay ulusunun Bərlas türk tayfasındanidi. Orta Asiyada təməli qoyulan Teymur imperatorluğu 1370-ci ildə paytaxtıSəmərqənd şəhəri olan yeni bir dövlətin əsasını qoydu. Tezliklə o, MərkəziAsiyanın sahibi olub, 1404-cü ilədək İran, Azərbaycan, Qafqaz, İraq, Suriya,Kiçik Asiya və başqa əraziləri də əhatə etdi. 1398-ci ildə Hindistanı tutdu.Hindistan səfərindən sonra Əmir Teymur Kiçik Asiyada Osmanlı sultanıİldırım Bəyazidi məğlubiyyətə uğratdı. Teymurun da bu hücumları osman-lıların qərbə doğru irəliləməsinin qarşısını aldı. Əmir Teymurun vəfatındansonra Teymur imperatorluğu da bir sıra əyalətlərə parçalandı və1507-ci ildəŞeybanilər tərəfindən Teymur imperatorluğuna son qoyuldu.

Şərqi Avropada yerləşən Qızıl Orda dövlətinin parçalanması nəticə -sində isə Qazan, Həştərxan, Krım, Sibir, Moğal ordusu və s. müstəqil türkdövləti yaranmışdı.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

205

Page 207: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Qazan xanlığı (1437-1552) Volqa-Xəzər ticarət yolu üzərində yer-ləşirdi. Dövlətin başında xan dururdu. Ulu Məhəmməd xanın dövründə1444-cü ildə Suzdal döyüşündə Qazan xanlığı Moskva knyazlığını məğlubedərək, onu özündən asılı vəziyyətə saldı. Aramsız müharibələr nəticəsindəsonda rus çarı İvan Qroznunun dövründə 1552-ci ildə Qazan xanlığı Rusiyatərəfindən işğal edildi.

Həştərxan xanlığının (1460-1556) əsası Qasım xan tərəfindən qoyul-muşdur. Ərazisi aşağı Volqa sahillərindən başlanmış, Şimali Qafqazadəkgeniş ərazini əhatə edirdi. Bu xanlıq da 1556-cı ildə İvan Qroznu tərəfindənişğal edildi.

Krım xanlığı (1438-1783). XII əsrin birinci yarısında Krım yarıma da -sında Xəzər, Qıpçaq və Oğuz türkləri Krım türkləri adı altında biləşdilər.Hacı Gəray xan 1438-ci ildə Krım xanlığının müstəqilliyini elan etdi. Xan-lığın paytaxtı Baxçasaray şəhəri oldu. Krım xanlığı da Osmanlı dövlətindənvassal asılılığında idi. Orta əsrlərdə Qara dəniz türk dənizinə çevrilmişdir.

1479-cu ildə Məngil Gəray xanın dövründə Litva və Polşa Qızıl Ordadövlətinin təzyiqi altında idi. 1482-ci ildə isə Məngil Gəray xan Litvanınbir hissəsini və qədim Kiyev şəhərini tutdu. Krım xanlığı 3 əsrə yaxınRusiyanın təzyiqləri qarşısında tab gətirsə də, sonda 1783-cü ildə ruslarKrımı da işğal etdilər.

Sibir xanlığının (1464-1598) əsası isə Noday türk tayfalarının köməyiilə İbak xan tərəfindən qoyulmuşdur. Paytaxtı indiki Tümen şəhəri idi. Dahasonra paytaxt Kaşlıq (Sibir) şəhərinə köçdü və Sibir xanlığı adlandırıldı.1555-ci ildə Sibir xanı Yadigar xan Moskvadan vassal asılılığına düşdü.XVI əsrin ortalarından Sibir xanlığında olan xalqlar İslam dinini rəsmi dinkimi qəbul etdilər və sonda isə Rusiya tərəfindən 1598-ci ildə ilhaq olundu.

Beləliklə, Orta Asiyada və Mərkəzi Asiyada olan qədim türk dövlətləriçar Rusiyası tərəfindən işğal edildi.

Azərbaycan ərazisində olan dövlətlərin qısa xronikasıAzərbaycan ərazisində olan Albaniya dövləti 262-ci ildə Sasanilərdən

asılı vəziyyətə düşdü. Sasani imperatoru I Xosrov Ənuşirəvanın dövründə(531-579) Albaniya, Atropatena və İberiya Sasani imperatorluğunun tərki -binə qatıldı. III-V əsrlərdə Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma im-peratorluğu arasında ardı-arası kəsilməyən müharibələr gedirdi. Həmin

Úàùàíýèð Ùöñåéí ßôøàð

206

Page 208: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

dövrlərdə Məzdəkilər hərəkatı (481-509) və VIII əsrdən başlayan Xür-rəmilər hərəkatı Sasani dövlətinə qarşı olan yerli xalqların mübarizəsi idi.VII əsrin əvvəllərində Albaniyanın ərazisində Mehranilər sülaləsininhakimiyyəti başladı. Bu sülalənin banisi Mehran II Xosrovun qohumu olsada, Sibir türklərinin nəslindən idi. Daha sonra bu Girdiman (Arran) dövlətiindiki Qərbi Azərbaycanın ərazisini əhatə edirdi.

Azərbaycan Ərəb xilafətinin tərkibində Cənubi Qafqaza sahib olmaq uğrunda Bizans imperiyası ilə Sasanilər

dövləti arasında IV əsrin sonlarından başlayaraq VII əsrin ortalarına qədərmüharibələr davam etmişdir. 633-cü ildə ərəb qoşunları Sasani dövlətinəhücum etdi. Azərbaycanda Cavanşirin rəhbərliyi ilə 634-cü ildə ərəblərəqarşı Sasani ordusunda mübarizə aparıldı, lakin ərəb qoşunlarına məğluboldular. Girdiman hökmdarı Cavanşir Bizans imperatorluğu ilə ittifaqagirib, ərəblərə qarşı mübarizə apardı. VII əsrin 60-cı illərində Xəzərlər Al-baniyanın üzərinə şimaldan hücum etdilər və Albaniya Xəzərlərin təsiri al-tına düşdü. 642-ci ildə isə Sasanilər ərəb qoşunlarına məğlub olduqdansonra Azərbaycanın da cənub torpaqları Ərəb xilafətinin təsiri altına düşdüvə tezliklə ərəb qoşunları Xəzər sahili ilə Dərbəndə doğru və həmçinin Şi-mali Azərbaycanın ərazisini işğal etdilər. Albaniya dövlətinin varlığına sonqoyuldu. VII əsrdə Azərbaycan uğrunda başlayan Ərəb-Xəzər müharibələri100 ilə qədər davam etdi. Tezliklə Azərbaycan ərazisində islam dini qəbuledildi. Azərbaycanda İslam dininin yayılması xalqımızın mənəvi inkişafınavə mədəni yüksəlişinə təkan verdi. Həmçinin xilafət əleyhinə qarşı Azər-baycanda 748-752-ci illərdə böyük hərəkat başlandı. Bu mübarizənin ənyüksək zirvəsi Xürrəmilər hərəkatı idi (xürrəm əbədi od, əbədi günəş de -mək dir). Xürrəmilər hərəkatı daha sonra Babək (798-838) tərəfindənaparıldı. Babək 819-cu ildə Bərdəni, Beyləqanı, Qarabağı ərəblərdən azadetdi. Bəzz qalasında özünə böyük ordu topladı. Həmədan şəhəri də Babəkinəlinə keçdi. Ardı-arası kəsilməyən müharibələrin sonunda Babək əsir alındıvə 838-ci ildə ərəblər tərəfindən edam edildi.

XI əsrdən etibarən Azərbaycanda ərəb xəlifəliyi zəifləməyə başladı vəŞirvanşahlar dövləti (891-1538) yarandı. Bu dövlət Azərbaycanın şimal-şərqində Dərbənddən Kür çayınadək əraziləri əhatə edirdi. Şirvanşahlardövlətinin yaranması ərəb xəlifəliyindən sonra Azərbaycan ərazisində ilk

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

207

Page 209: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

türk müsəlman dövləti idi.Daha sonra Azərbaycan ərazisi XI əsrdə böyük Səlcuq imperatorluğu-

nun tərkibinə qatıldı. Səlcuq imperatorluğu parçalandıqdan sonra isə Azər-baycan ərazisində Atabəylər dövləti (1136-1225) yaradıldı. Atabəylərdövlətinin əsasını Şəmsəddin Eldəgiz qoydu. Bu dövlətin də ərazisi Azər-baycanın şərq hissəsini əhatə edirdi.

Daha sonra XIII əsrdə Azərbaycana monqol yürüşləri vaxtı Eldəgizlərvə Şirvanşahlar dövləti onların əsarətinə düşdü. 1225-ci ildə Azərbaycanayürüş edən türkləşmiş Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbay-canı zəbt etdi. Həmin bu orta əsrlərdə monqollar Azərbaycana 3 dəfə yürüşetdilər. Daha sonra Azərbaycan ərazisi Teymurun imperatorluğunun tərki -binə qatıldı.

Mənşəcə oğuz türklərindən olan Qaraqoyunlu dövləti XIV əsrdə(1380-1467) Şərqi Anadoluda yarandı. Qaraqoyunluların hakimiyyətininəsası Qara Məhəmməd (1380-1389) tərəfindən qoyulmuşdur. Mərkəzi Vanşəhəri idi. Daha sonra 1467-ci ildə Ağqoyunlu Uzun Həsən tərəfindənməğlub edilərək Qaraqoyunlu dövləti süquta uğradı.

Ağqoyunlu dövlətinin də (1453-1503) əsasını oğuz tayfaları qoy-muşlar. Bu dövlətin də əraziləri Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fəratçayları olmaqla böyük bir məkanı əhatə edirdi. Ağqoyunlu dövlətininəsasını 1453-cü ildə Uzun Həsən qoymuşdur. Mərkəzi Təbriz şəhəri idi.Ağqoyunlu dövləti də 1500-cü ildə Səfəvilər tərəfindən süquta uğradı.

Ağqoyunlu dövləti dağıldıqdan sonra Azərbaycanda Səfəvilər dövlə-tinin əsası qoyuldu. 1501-ci ildə Şərur düzündə Ağqoyunluları məğlubiy -yə tə uğradan Şah İsmayıl, həmin ildə də Təbrizdə özünü şah elan edib,Səfəvilər dövlətinin (1501-1736) əsasını qoydu. Səfəvilər dövləti Şah İs-mayılın dövründə (1501-1524) böyük əraziləri fəth edərək Azərbaycanərazisini vahid dövlətdə birləşdirdi. İlk dəfə olaraq Azərbaycanın bütünərazisi vahid bir dövlət halında müstəqil Səfəvi imperiyası daxilində bir-ləşdi. Bu, Azərbaycan tarixində mühüm bir hadisə idi. Bundan sonra Şahİsmayıl İranı və Ərəb İraqını da tutdu. Səfəvilər dövləti şərqdə Şeybani(Özbək dövləti), qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu.Səfəvilər dövründə bütün İran ərazisi və İraqın xeyli hissəsi Azərbaycanaqatılaraq vahid Azərbaycan Səfəvi türk dövləti yarandı. Şah İsmayılındövründə İranda yaşayan xalqlar şiə məzhəbini qəbul etməklə İran ərazi -

Úàùàíýèð Ùöñåéí ßôøàð

208

Page 210: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

sində olan xalqların zahirən birliyini yaratmağa cəhd etsə də, böyük turan -çı lığa zərbə oldu və bununla da Osmanlı-Səfəvi münasibətləri kəs kin lə -şərək Qərbi Avropa və çar Rusiyasına imkan yaratdı ki, onlar iki türkdövləti arasında məzhəb ayrılığı yaratmaqla onların arasına nifaq salıb,Qərbi Avropada, Şərqi Avropada, Qara dəniz hövzəsində, Krım, ŞimaliQafqaz, Orta Asiyada öz siyasətlərini yeridib, əzəli türk torpaqlarını vədövlətlərini zəiflətməklə işğal etdilər. Osmanlı – Səfəvi münasibətlərigərginləşərək 1514-cü ildə I Sultan Səlim ilə Şah İsmayıl arasında Çaldıranmüharibəsi ilə nəticələndi. Bu müharibədə osmanlılar qalib gəlsə də, hər ikitərəfdən minlərlə türk əsgərləri şəhid oldu və Səfəvi dövlətinə də ciddi zərbəvuruldu. Şah İsmayılın ölümündən sonra I Təhmasib taxta çıxdı (1524-1576). Bu illər ərzində də Osmanlı – Səfəvi münasibəti daha da kəskinləşdi.I Süleyman Qanuninin dövründə türklər üç dəfə Azərbaycana hücum etdilər.Osmanlılar Səfəvi dövlətini zəiflətməklə, özləri də bu döyüşlərdə xeyli itkiverməklə Qərbi Avropada apardıqları yürüşlərin təsirini də azaltdılar. Bumüharibələrdə Azərbaycan ərazisi dəfələrlə osmanlıların tərkibinə qatılırdı.I Şah Təhmasibin dövründə də Azərbaycanda dövlətçilik ənənələri, Osmanlımüharibələrinə baxmayaraq, qüvvətlənirdi. Şah Təhmasibdən sonra haki -miy yətə oğlu İsmayıl Mirzə gəldi və onun qısa müddətli şahlığından sonraMəhəmməd Xudabəndə taxt-taca sahib oldu. Xudabəndə vəfat etdikdənsonra hakimiyyətə I Şah Abbas gəldi. Şah Abbasın da (1587-1629) dövründəAzərbaycanda dövlətçilik ənənələri xeyli gücləndi, lakin dini şiə məzhəbayrılığı daha da geniş vüsət aldı. 1598-ci ildə I Şah Abbas paytaxtı İsfahanaköçürtdü. 1593-cü ildə Ərdəbil mərkəz olmaqla Azərbaycan bəylərbəyiliyiyaradıldı. XVII əsrdə də Səfəvi – Osmanlı münasibətləri dini məzhəbayrılığına görə daha da kəskinləşdi. Ancaq bu zamanlarda Azərbaycandamədəniyyət, ədəbiyyat xeyli inkişaf etdi. Dövlət işləri də türk dilindəaparılırdı. Ölkədə böyük maarifçilik ənənələri genişləndirildi.

XVIII əsrin əvvəllərində Şah Hüseyn sultanın və II Şah TəhmasibinSəfəvi dövlətinin Rusiya, əfqanlar və Osmanlı dövləti tərəfindən, deməkolar ki, ərazisinin hər yeri işğal olundu. İsfahan şəhəri əfqanlar tərəfindəntutuldu. Səfəvilər imperiyasının şərq hissəsi əfqanlar, Xəzəryanı Dərbənd,Bakı, Gilan Rusiya, qərb hissəsi isə osmanlılar tərəfindən zəbt edildi. Beləbir vaxtda Əfşar oğlu Nadir Səfəvilər imperiyasını dağılmaqdan xilas edib,1736-cı ildə özünün Əfşar imperiyasını yaradaraq bir daha Azərbaycan

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

209

Page 211: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ərazisində azərbaycançılığı, dövlətçiliyi məhv olmaqdan xilas etdi.Azərbaycan ərazisində mövcud olan dövlət qurumları müxtəlif vaxt-

larda sasani və ərəblərə tabe olsa da, IX əsrdən etibarən Şirvanşahlar dövləti,Azərbaycan Sacilər və Salarilər dövlətləri möhkəmləndi. Yeri gəlmişkənson iki dövlət Azərbaycanın cənubunu və şimalını birləşdirə bilmişdi.

Nisbətən sonrakı dövrlərdə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarvə Qacar dövlətləri Azərbaycan dövlətçilik tarixinin növbəti mərhələlərinitəşkil etmişdir. Lakin xarici dövlətlərin və qeyri türk millətlərin səyi vətəhriki ilə Nadir şah qətlə yetirildikdən sonra Azərbaycan xanlıqlara parça-landı və XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycanın şimal hissəsiniişğal etdi. Bununla da İranda İran türklərinin mövqeyi zəiflədildi vəfarsların XX əsrin əvvəllərində Pəhləvi rejiminin hakimiyyətə gəlməsi iləİran dövləti öz türk mənşəyini, demək olar ki, itirdi. Lakin türk ruhu ölmə -mişdi. 1905-1911-ci illərdə İranda Səttarxanın başçılığı ilə milli azadlıqhərakatı başlandı. Təəs süf ki, çar Rusiyası tərəfindən bu hərəkat yatırıldıvə daşnaq erməni Ref ye min başçılığı ilə Səttarxan və onun yaxın silah-daşları Tehranda qətlə yetirildilər.

Təəssüflər olsun ki, XX əsrin əvvəllərində İranda fars şovinizmi,1920-ci ildən isə Şimali Azərbaycanda sovet üsul-idarəsi əsrlər boyu for-malaşmış tayfa, nəsil, şəcərə adət-ənənələrini məhv etdi. Bunu dağıtmaqlaİranda fars üsul-idarəsini, Şimali Azərbaycanda isə Sovet üsul-idarəsinibərqərar etdi. Bununla da milli-adət ənənəsinə qarşı (genosit) başlandı.Beləliklə, Azərbaycan millətinin faciəsinin – Cənubi Azərbaycanda fars vəŞimali Azərbaycanda rus müstəmləkəçilik siyasətinin başlanğıcı və əsasıqoyuldu. 28 may 1918-ci ildə Azərbaycanda Şərqdə ilk müstəqil respublikaquruldu. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə qurulmuş ilk Azərbaycan Res -publikası, Nadir şahın Şimali Azərbaycan ərazisindəki Azərbaycan bəylər-bəyiliyinin 113,9 min kv. km. ərazisini əhatə edirdi. Təəssüflər olsun ki,çar Rusiyası üsul-idarəsi XIX əsrin əvvəllərində quberniyalar adı ilə indikiErmənistan, Gürcüstan, Dağıstan kimi əraziləri Azərbaycan tərkibindənayıra bilmişdi. 28 aprel 1920-ci ildə yenidən Qırmızı Ordunun Azərbaycanıişğalı qansız-qadasız ötüşmədi.

Azərbaycan SSR-in yaranması bir daha Azərbaycanın əzəli torpaqlarıolan Zəngəzur, Borçalı, Göyçə, Dərbənd ərazilərinin Azərbaycandan alın-ması ilə nəticələndi və Dağlıq Qarabağ Muxtar Vilayət yaratmaqla (1923)

Úàùàíýèð Ùöñåéí ßôøàð

210

Page 212: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

bu muxtar vilayətdə separatizmin çiçəklənməsinə rəvac verdilər.II Dünya müharibəsində də Cənubi Azərbaycanda yenidən Seyid Cəfər

Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatı başlandı. 1945-ci ildə Azərayının 21-də milli hökumət yarandı. Lakin yenidən Sovet imperiyası qərbdövlətlərinin təhriki ilə şərqdə böyük türk dövlətinin yaranmasına imkanvermədilər. 1946-cı il 12 dekabrda bu hərəkat da dağıdıldı. Dekabrın 12-dəİran qoşunları Təbrizə daxil oldu. Minlərlə fədai güllələnib, dar ağacındanasıldı. Beləliklə, Cənubi Azərbaycanda 1941-1946-cı illər azadlıq hərəkatıməğlubiyyətə uğradı. SSRİ-yə gətirilən S.C.Pişəvəri 1947-ci ildə müəm-malı şəkildə avtomobil qəzasında həlak oldu. Lakin Cənubi Azərbaycanda60-70-ci illərdə də milli azadlıq hərəkatları davam etdirdi və 1979-cu ilfevral ayının 11-də İran İslam Respublikası elan edilərək milli-demokratikinkişafın qarşısı alındı. İran İslam Respublikasının konstitusiyasına görətürk dilinin işlənməsinə icazə verilsə də, Azərbaycan türklərinin öz anadilində məktəblərdə oxumasına imkan verilmədi. Təəssüf ki, İranda vahidİran milləti adı altında antitürk siyasət aparılır, azərbaycanlıların milli mən-subiyyəti inkar edilir. Lakin mən inanıram ki, dünyada gedən demokratikproseslər İranda da öz əksini tapacaq və İranda yaşayan 30 milyona yaxınAzərbaycan türkü öz müstəqilliklərinə nail olacaqlar.

Müasir dövrdə türk dövlətlərinin xronikasına baxışXX əsrin axırlarında – 1974-cü ildə Türkiyənin baş naziri Ecevi tərə -

fin dən Kipr adasında gedən yunanların yerli türk xalqlarına qarşı olansoyqırımının qarşısı alınıb, Şimali Kipr Türk Cümhuriyyəti yarandı. XX əs -rin sonlarında Sovet imperiyasının dağılması ilə 1991-ci il oktyabr ayının18-də Azərbaycan öz müstəqilliyini bərpa etdi. Daha sonra Qazaxıstan,Özbəkistan, Qırğızıstan, Türkmənistan respublikaları öz müstəqilliklərinibəyan etdilər. 6 müstəqil türk dövləti yarandı. XXI əsrin türk əsri olmasıhörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən 2013-cü ilin no -yabrında Ankaradakı görüşündə bir daha dünyaya bəyan edildi və mənəminəm ki, artıq Şərqi Avropada və Rusiya Federasiyası ərazisində də türkmuxtariyyətləri də gələcəkdə türk dövlətləri birliyinin bir subyekti olacaqdır.

Mən bu xüsusi hissədə e.ə. bu günə qədər, təxminən 4 min ilə yaxıntürkün əzəmətli tarixinə qısa nəzər yetirdim. Bu tarixi yazmaqla türkünböyüklüyünü, qurduğu 22 imperiyanın, 149 dövlətin tarixinə qısa da olsa,bir baxış etdim. Bu türk millətinin əzəmətidir. Bununla hər bir azərbaycanlı

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

211

Page 213: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

fəxr etməlidir. Həmçinin Azərbaycan ərazisində e.ə. II-III yüzillikdən bugünə qədər yaşayan türk xalqlarının tarixinə bir səyahət etdim və bir dahafəxr etdim ki, mən Azərbaycanlıyam!

Lakin yuxarıda vurğuladığım kimi, bizim minillik dövlətçilik tarixi-mizi çox təəssüflər olsun ki, rus sovet, erməni və fars tarixçiləri saxtalaşdır-mağa çalışmış, bütün tarixi ədəbiyyatlardan Azərbaycan tarixini silməkistəmişlər, Azərbaycan müstəqil, suveren dövlət kimi öz keçmiş tarixinitez liklə bütün dünyaya tanıtmağa borcludur. Bu bizim əzəmətimiz və böyüktarixi keçmişimizdir və bununla da hər bir azərbaycanlı qürur hissi keçirt-məli, əlindən gələni etməlidir ki, gələcək nəsilləri də bu ruhda tər-biyələndirsinlər. Azərbaycan dövlətində yaşayan hər bir vətəndaş üçünAzərbaycan tarixini bilməsi vacib şərt olmalıdır.

Tarixi şəxsiyyətlərimizin – Tomirisin, Cavanşirin, Babəkin, Uzun Hə -sə nin, Şah İsmayılın, I Şah Təhmasibin, Şah Abbasın, Nadir şahın, Şah Qa -carın, ilk Azərbaycan Cümhuriyyətinin qurucularının – Məhəmməd ƏminRəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Azər-baycanda milli azadlıq hərəkatının XX əsrin ikinci yarısındakı azadlıq mü -ca hidlərinin və Ulu Öndər, müasir Azərbaycan dövlətinin banisi HeydərƏli yevin adları əbədiləşdirilməli, öz millətimizə layiqincə tanıdılmalıdır.Bununla biz dünyaya öz tarixi əzəmətimizi göstərməklə böyük qürur hissikeçirərik. Bu da xalqımıza, dövlətimizə – Azərbaycanımıza, Bakı şəhərininbugünkü əzəmətinə daha da çalar verərdi.

Úàùàíýèð Ùöñåéí ßôøàð

212

Page 214: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

NƏTİCƏ

Àpardığım araşdırmalar belə bir ibrətamiz həqiqəti ortaya qoydu ki,əsl azərbaycanlı, Əfşar oğlu olmasına baxmayaraq, Nadir şəx siy -

yəti Azərbaycanda öz layiqli tarixi təsdiqini tapmamışdır. Onun barəsindəAvropada, Amerikada, Asiyada çoxsaylı məqalə və monoqrafiyaların yazıl-masına baxmayaraq, onun tarixi əzəmətinin adekvat ifadəsinə çevriləbilməmişdir. Odur ki, gəldiyim ilkin qənaət belədir ki, Nadir məhz bir türk-azərbaycanlı kimi müasir modern rakursdan baxılaraq öyrənilməlidir. Qətiolaraq söyləmək olar ki, Nadir şah Əfşar insani faktor və etnik qərarlaşmaməkanı etibarı ilə bir Azərbaycan dövləti qurmuşdu. «İran» adlı müəyyənbir coğrafi arealı ifadə etdiyindən Nadir Əfşar dövlətinə bir fars dövlətidamğasını yapışdırmaq tamamilə yolverilməzdir. Nadir şah qanuni vəyanaşma konstruksiyalarına görə təmiz türk-azərbaycanlı ənənələrinincəsur davamçısı idi.

Bu gün İran İslam Respublikasında Nadir şah Əfşara sonsuz minnət-darlığı ifadə edən xüsusi bir münasibət var. Səbəb aydındır. Öz mövcudluğuüçün İran adlanan dövlət əvvəlki türk hökmdarları kimi, Nadir şaha daborc ludur. Bu prinsipial məsələ də müəyyən cəhətdən öz əksini tapmışdır.

Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübutedir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir.O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkər də lə -rinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyükfatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti eləindinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi vəmüraciət etdiyi qiymətli bir mirasdır.

Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmungətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilməklə hərbipeşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüzolan bir hərbi tapşırıq yox idi. Hətta insan zəkasının təsəvvür edə bilmə yə -cəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq vəəzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olan

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

213

Page 215: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

məqsədlərə çox asanlıqla çatırdı. Məhz bunun nəticəsi idi ki, Nadir şahSəfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı,Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınınınqarşısını saxladı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesab -laşmağa məcbur etdi, Hindistanı, Əfqanıstanı və Türküstanı fəth etdi vəözünün yeni imperiyasını yaratdı.

Nadir şah böyük bir imperiyanın şahı olsa da, dünya tarixində dahaçox əzəmətli fateh və məğlubedilməz sərkərdə kimi tanınır. Səfəvi dövlə-tinin ucqar vilayətində, öz yurdundan sürgün edilmiş sadə bir əfşar ailəsindədoğulmuş Nadir şahın nizamlı bir hərbi təlim görmədən dünyanın tanınmışsərkərdələrindən birinə çevrilməsi heyrət və təəccüb doğurmaqda davamedir. Çoxları bunun səbəbini anlamağa çalışırlar və tarixi ədəbiyyatda dabu məsələ ilə bağlı müxtəlif mülahizələr özünə yer tapmaqdadır.

Hər şeydən əvvəl, Nadir şahda hələ uşaqlıq yaşlarından fitri hərbi iste -dad var idi. Yaşadığı mürəkkəb mühit, qohum-əqrəbasının, yurddaşlarınındaim məruz qaldığı talançı basqınlarının qisasını almaq istəyi bu istedadınəməli fəaliyyətə çevrilməsinə bir təkan verdi. Nadir şah gəncliyində beləyaxşı anlayırdı ki, qərar tutduğu mühitdə, hətta sağ qalmaq üçün və yaxın-larının təhlükəsizliyini təmin etmək üçün qılınca sarılmalı və bu zamanonun uğuruna yol aça biləcək daha səmərəli təşəbbüskarlığın məhru-miyyətlərinə də qatlaşmalıdır. Bu istiqamətdə nümayiş etdirdiyi əzmkarlığı,təşəbbüskarlığı və bir də malik olduğu fiziki keyfiyyətlər gənc Nadirinqarşısına qoyduğu məqsədlərin reallaşmasına bir zəmin yaratdı.

Nadir şah, doğrudan da, çox güclü fiziki keyfiyyətlərə malik idi. Boyu,qolunun gücü və yorulmazlığı onun döyüşçü kimi formalaşmasının ilkinşərtləri idi. Nadir şah aylarla, illərlə düşərgə həyatını keçirməyə qadir idi.Qoşunun gücü isə qarşısına çıxan düşmənə dəhşətli anlar qismət edirdi.Malik olduğu fərdi keyfiyyətləri ona ən ağır döyüşlərin mərkəzində qərartutmağa və qoşunlara nümunə olmağa imkan verirdi.

Nadir şah, hətta fiziki keyfiyyətlərini strateji səviyyəyə qaldıra bil miş -di. Səfəvi dövlətinin işğal olunmuş ərazilərinin azad olunmasında, böyükimperiyanın yaradılmasında Nadir şahın şəxsi şücaəti, əlbəttə ki, aparıcıamillərdən biri idi. Hamıya məlumdur ki, Əfşarlar dövləti məhz Nadir şahınqılıncının üzərində bərqərar olmuşdu və onun qətli ilə də bu dövlət tənəz-zülə uğradı.

Úàùàíýèð Ùöñåéí ßôøàð

214

Page 216: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Ölkənin şahı olmaq etibarilə Nadir şah dövlətinin hərbi-siyasi strate-giyasının müəyyənləşdirilməsində həm azad idi, həm də dövlətin bütünpotensialını bu strategiyanın həyata keçirilməsinə səfərbər edə bilmişdi.Yəni bu prosesin özündə bir çeviklik var idi və dövlətin bütün imkanlarınınonun əlində cəmləşməsi hərbi-strateji vəzifələrin həll edilməsindəkibürokratiyanı aradan qaldırırdı.

Bununla belə, Nadir şahın sərkərdəliyini parladan başlıca olaraq onuntaktikasının zənginliyi idi. Bu baxımdan Nadir şah hərb tarixinə yeni birməzmun gətirdi, taktiki məharəti sənətkarlıq səviyyəsinə qaldırdı vəbununla da qarşısına qoyduğu məqsədlərə nail olunmasında mütləqnəticələr əldə etdi.

Nadir şahın taktikasını ümumiləşdirərkən onun bir sıra xarakterikcəhətlərini qeyd etmək mümkündür. Bu cəhətlərdən biri Nadir şahın tak-tikasında zaman amilidir. Sürət, çeviklik, gözlənilməzlik və s. Nadir şahınqələbələrinə zəmin yaradan dəyərli məqamlardır. Özü də bu məqamlar istərqərar qəbul edilməsində, istər döyüşün aparılmasında, istərsə də döyüşünhazırlanmasında özünü göstərirdi. Məsələn, Nadir şah döyüş qərarlarınınqəbul edilməsində böyük operativlik göstərirdi və qısa zaman ərzində dəqüvvələrini həmin döyüşə səfərbər edirdi. Qərar qəbul edilməsində və yaəməli fəaliyyətə başlanmasında tərəddüdlük göstərilməsini Nadir şahbağışlanmaz hesab edirdi. Onun fikrincə, döyüşqabağı və ya döyüşdə tərəd-düd keçirmək məğlubiyyətin başlanğıcı idi.

Nadir şahın sürətində bir peşəkarlıq və məharət var idi. Döyüşlərinsürəti onun düşmənlərinə göz açmağa imkan verməzdi. Məhz bu yolladüşmənin nizamı pozulur, onun müvafiq qərar qəbul etməsinə imkan ver-mədən ən həssas nöqtələrinə güclü zərbə vurulur və bununla da döyüşüntaleyi həll edilirdi. Hətta geri qaçan düşmən qüvvələrinin təqibində də sürətamili Nadir şaha dəfələrlə qələbə gətirmişdi.

Hərbi marşların icrası zamanı da xüsusi və məqsədyönlü sürət və göz -lənilməzlik nümayiş etdirilirdi. Bu baxımdan Nadir şahın Hindistan səfərixüsusilə xarakterikdir. Arzu edilən sürətə nail olmaq üçün keçilməz yük-səkliklərə üz tutur, şam işığında dağları aşırdı. Bu da Nadir şaha ən az itki -lərlə düşmənini qəfil haqlamağa və onu üstələməyə imkan verirdi.

Nadir şah qısa zaman kəsiyində bu və ya digər istiqamətdə qüvvəüstünlüyünü yaratmaqla zərbəsinin kəsərliliyini də artırırdı. Hər zaman

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

215

Page 217: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

qoşun daxilində olması və düşərgə həyatı keçirməsi də əmrlərinin qısazaman ərzində qoşunlara çatdırılmasında əhəmiyyət kəsb edirdi.

Nadir şah taktikasının başqa bir xarakterik cəhəti məkan amili ilə bağ -lı dır. Bu məqam hər döyüşdən qabaq dəqiqliyi ilə götür-qoy edilir və məkanamilinin qələbənin əldə edilməsinə göstərəcəyi təsirlər dəqiqliyi ilə nəzərəalınırdı. Burada həm döyüş meydanının seçilməsi, həm də qüv və lə rin yer-ləşdirilməsi, düşmənə zərbə istiqamətlərinin seçilməsi və s. ele ment lərnəzərə alınırdı. Hücumun gözlənil məzliyinin əldə edilməsi və düş mənəendirilən zərbənin təsir gücünün artırılması üçün ən sərt və inanılmaz coğrafimaneələrin dəf edilməsindən çəkinməzdi. Nadir şah çox vaxt düşmənin göz -ləmədiyi istiqamətdən hücuma keçməklə, əslində, döyüşün taleyini həlletmiş olurdu. Özü də bu zaman Nadir şah sayı 100 minə çatan qoşunu, buqoşunun ağır təchizatını da həmin maneələrdən adlada bilirdi. Bu baxımdanNadir şah dünya hərb tarixinin nadir şəxsiyyət lərindən sayıla bilər.

Nadir şah döyüş meydanını seçərkən qüvvələrinin geniş manevrləretmək imkanını, ehtiyat qüvvələrin eşalonlaşdırıl masını, pusquların yer-ləşdirilməsini, cinahların mühafizəsini və s. məsələləri nəzərə alırdı. Düşər -gə lərin qurulması zamanı da, adətən, müəyyən bir təcrübəyə əsaslanırdı.Hətta döyüş meydanının ərzaq və su mənbələrinə yaxın olması da Nadirşahın diqqətindən qaçmırdı. Bütün hərbi qüvvələr döyüş meydanında Nadirşahın niyyətinə əsasən yerləşdirilir və onlara verilən tapşırıqlarda ərazinincoğrafi xüsusiyyətləri də nəzərə alınırdı. Nadir şah özü elə bir nöqtədədayanırdı ki, orada döyüşün gedişini aydın şəkildə müşahidə etsin, lazımgələndə lazımi istiqamətlərə yeni qüvvələr daxil etsin.

Nadir şah açıq sahələrdəki döyüşlərə üstünlük verir, qala döyüşlərin -dən çəkinməyə və qalada gizlənən qarşı tərəfi də açıq döyüşə sövq etməyəçalışırdı.

Nadir şah taktikasının önəmli xarakterik xüsusiyyətlərindən biri dəinsan amilinin layiqincə nəzərə alınması idi. Qoşunlara qatılmış olan dö -yüşçülərin mənəvi-psixoloji durumu, fiziki qabiliyyəti və əzmkarlığı Nadirşah tərəfindən yüksək qiymətləndirilən cəhətlər idi. Nadir şah ənənəvi şahhəyat tərzi ilə döyüşçü həyat tərzi arasındakı məsafəni xeyli yaxınlaşdır-mışdı. Nadir şah aylarla, illərlə döyüşçüləri kimi düşərgə həyatı yaşayırdı,onların qatlaşdığı məhrumiyyətlərə qatlaşırdı, özünə qarşı onlarda bir inamyaradırdı. Nadir şah da döyüşçülərinə inanırdı, əzmkarlıq göstərən

Úàùàíýèð Ùöñåéí ßôøàð

216

Page 218: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

döyüşçülərini, hətta döyüşü uduzsa belə, son dərəcə yüksək qiymət lən di -rirdi, onlarda daxili inamı və mübarizliyi oyada bilirdi. Sədaqət, əzmkarlıqvə intizam nümayiş etdirən döyüşçü Nadir şah üçün əziz insan idi. Ammabu tələblərə laqeydliklə yanaşan döyüşçü Nadir şahın son dərəcə ciddicəzalarına tuş gəlirdi.

Nadir şah öz sərkərdələrində hərb işinə dərin bir həvəs yarada bilmişdi,onların təşəbbüskar fəaliyyətinə geniş meydan açmaqla bir sərkərdə kimiformalaşmasında həmişə maraqlı idi. Nadir şahın təşkilatçılıq istedadı daməhz sərkərdələri vasitəsilə həyata vəsiqə alırdı.

Nadir şahın qoşunları daim yeniləşirdi və təzələnirdi. Xüsusi hərbi tə -lim görməmiş 10 minlərlə döyüşçünü Nadir şah məharətlə idarə edir vəonla rın potensialını çox böyük ustalıqla amansız döyüş zərbəsinə çevirəbilirdi.

Bütünlükdə, döyüş zamanı qoşunların idarə edilməsini Nadir şah sə -nətkarlıq səviyyəsinə qaldıra bilmişdi. İti zəkası ilə Nadir şah ani bir za-manda döyüş meydanında nə baş verdiyini və nə baş verə biləcəyinidəqiqliyi ilə müəyyənləşdirir və dərhal da müvafiq addımlar atırdı.

Amma onu da nəzərə almaq lazımdır ki, Nadir şah dövrünün və mühi-tinin yetirməsi idi. O, ətrafında cərəyan edən hadisələrdən, baş verən çəkiş -mələrdən və fitnə-fəsadlardan lazımınca baş çıxara bilmədi ki, bu da onunhəyatının faciəli sonluqla başa çatmasına səbəb oldu. Bununla belə, Nadirşah dünya hərb tarixinin əzəmətli fatehi olaraq qalmaqdadır.

Nəhayət, çox mühüm nəticələrdən biri də Nadirin bir azərbaycançı sta-tusunu kəsb etməsi və sonradan milli məfkurə səviyyəsinə qalxmış böyükişlərin ilk sistemli əməli başlanğıcını qoymasıdır. Bu mənada bir hərbi dühasahibi kimi Nadir nə qədər cazibədardırsa, bir azərbaycançı kimi bir o qədərqürur vericidir.

P.S. Qədim və orta əsrlər dünya tarixində yunanlar İsgəndərlə, mon-qollar Çingiz xanla, özbəklər Əmir Teymurla, ruslar I Pyotrla, türklər FatehSultan Mehmet və Qanuni Sultan Süleymanla, almanlar Bismarkla, ingilis-lər Kromvel, ispanlar Kolumbla, fransızlar Napoleonla necə fəxr edirsə,azərbaycanlılar da Şah İsmayıl Xətai və Nadir şah Əfşarla elə öyünüb vəqürur hissi keçirməlidirlər.

Bir faktı da qeyd etmək istəyirəm ki, insanlar millət kimi anadandoğulmurlar. Hər bir canlı varlıq Ulu Tanrının və təbiətin yaratdığı bir

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

217

Page 219: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

möcüzədir. İnsanlar anadan doğulduqdan sonra düşdüyü mühitə uyğun tər-biyə, təhsil alır, dini baxışlarını formalaşdırırlar. Daha sonra millət kimiformalaşırlar. Millət anlayışı isə onun vətənpərvərliyindən, öz dilini vədinini sevməsindən, torpağına, vətəninə olan məhəbbətindən və adət-ənənələrinə riayət etməsindən irəli gəlir. Millətlərin və xalqların yaşadığıdövlətlər də onun ərazisində yaşayan hər bir vətəndaşın dilinə, dininə, adət-ənənəsinə hörmət etməli və bütün vətəndaş hüquqlarının qorunmasınıntəminatçısı olmalıdır. Bu XXI əsrin tələbidir. Bunlara əməl etmək, beynəl -xalq hüquq normaları çərçivəsində dövlətin və beynəlxalq təşkilatların vəz-ifəsidir. XX əsrdə yaranmış beynəlxalq hüquq norma və prinsiplərinəəsasən bütün dövlətlərin əraziləri toxunulmazdır. Hər bir millətin özmüqəddəratını həmin dövlətlərin sərhədləri çərçivəsində təyin etməkhüququ da vardır, lakin erməni ekspansionistlər əzəli Azərbaycan tor-paqlarında qurduqları Ermənistan Respublikası ilə kifayətlənməyib, DağlıqQarabağ və hətta onun ətrafında 7 rayonumuzu da işğal etməklə dünyadaöz təcavüzkar niyyət lə rindən geri qalmırlar. Mən inanıram ki, tezliklə Azər-baycan dövləti öz torpaqlarını erməni seperatçılarından təmizləyəcəkdir.

Bir vacib məsələni də oxucularımla bölüşmək istəyirəm. Vətənpərvər-lik hissi, dövlətini, vətənini sevmək, öz millətinlə qürur hissi keçirtmək,vətəninin tarixini bilmək hər bir azərbaycanlının vəzifəsi və borcudur.Lakin bu hisləri yaratmaq, yaşatmaq, yeniyetmə gənclərimizə öyrətməkhəm ailənin, həm məktəbin, həm dövlət qurumlarının, eyni zamanda qeyri-hökumət qurumlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitə -lərinin (KİV) və s. əsas vəzifəsi olmalıdır.

22 ildən artıqdır ki, müstəqillik yolunda inamla irəliləyirik. Az birmüddətdə Azərbaycan adı dünyanın hər yerində tanınır və üçrəngli bay ra -ğımız həmin ölkələrdə və beynəlxalq təşkilatlarda vüqarla dalğalanır,idman çı la rımız, incəsənət xadimlərimiz, şairlərimiz və yazıçılarımız dün -yada tanınır. Ən böyük uğurlarımızdan biri də Ulu Öndər Heydər Əliyevindünya öl kə lə rində XX əsrin ən böyük dövlət xadimi kimi tanınmasıdır. Hərbir azərbaycanlı bununla qürur hissi keçirir və bu işlərin görülməsində Pre -zidentimiz İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millətvəkili, YUNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım MehribanƏliyevaya öz dərin təşəkkürümü və minnətdarlığımı bu əsərim vasitəsiləbir daha bildirirəm.

Úàùàíýèð Ùöñåéí ßôøàð

218

Page 220: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Mən burada fikirlərimi bitmiş hesab edirəm.Son olaraq bir daha onu demək istəyirəm ki,dünyada olan fatehlər haqqında çox deyilib vəyazılıb. Nadir şah barəsində də dünyada yüzlərləəsərlər yazılıb və yazılacaqdır. O, tarixi bir şəxsdir.Onun əməlləri mifik qəhrəmanların fantastikhərəkət lə rindən daha güclü və qüvvətlidir. Bu birtarixi həqiqətdir.

Bu il Nadir şahın anadan olmasının 325 ili,2015-2016-cı illərdə isə qurduğu AzərbaycanNadir Əfşar imperiyasının 280 ili tamam olur.

Azərbaycan Respublikası orta əsrlərin böyükvə əzəmətli imperiyalarının və dövlətlərinin kiçik bir yadigarı, sələfidir.

Gəlin Azərbaycanımızı qoruyaq!!!

Bakı – İstanbul – Bursa – Tehran – Məşhəd – Təbriz 2012-2014

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

219

Page 221: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

RƏYLƏR

Cahangir Hüseyn Əfşarın «Azərbaycan Nadir Əfşar dövləti» adlı monoqrafiyası haqqında

Rəy

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən keçən 23 ilərzində Azərbaycan tarixinin ayrı-ayrı problemlərinin tədqiq edilməsisahəsində xeyli iş görülmüşdür. Fəqət Şərqin sonuncu fatehi, AzərbaycanƏfşar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın həyatına, hərbi və dövlətxadimi kimi fəaliyyətinə həsr olunmuş xüsusi tədqiqat yazılmamışdır. Bukonteksdən çıxış edərkən istedadlı hüquqşünas-alim Cahangir Hüseyn Əf -şa rın belə mövzuda monoqrafiya yazması olduqca təqdirəlayiq və gərək-lidir.

Müəllif nəzərə çatdırır ki, 2014-cü ildə Nadir şahın anadan olmasının325 (1689-2014), gələn il isə Əfşar dövlətinin yaranmasının 280 (1735/36– 2015) illiyi tamam olur. Onun fəaliyyəti və qurduğu Azərbaycan Əfşardövləti barədə bilgilər əldə edilməsi xalqımızın vətənsevərlik və təəssüb -keşlik ruhunda tərbiyəsində önəmli rol oynaya bilər.

Ulu Öndər Heydər Əliyev Naxçıvan Respublikasının 75 illik yubileyiclasındakı çıxışında, digər məruzə və nitqlərində alimlər qarşısında böyükvəzifələr qoymuşdur: Yeni konsepsiya yaratmalı və bütün dünyaya sübutetməlidirlər ki, indiki Ermənistan Respublikası bizim tarixi torpaqlarımızdayer alıb. Bu torpaqlar lap qədimdən Azərbaycan xalqına məxsus olub, er-mənilər buraya köçürülmüşlər.

Bu cəhətdən Cahangir Hüseyn Əfşarın kitabı Heydər Əliyev çağırışınaləyaqətli töhfədir. Kitabda belə bir ideya qırmızı xətlə nəzərə çatdırılır ki,xalqımızın tarixində qürur mənbəyi olan tarixi şəxsiyyətlərimiz çoxdur.

Müəllif vurğulayır ki, Azərbaycanın müstəqilliyi, bütövlüyü və azad -lığı uğrunda mübarizə tarixində Tomiris, Cavanşir, Babək, Şah İsmayılXətai, Sah Abbas, Nadir sah Əfşar və XX yüzillikdə isə Ümummilli liderHeydər Əliyevin xidmətləri misilsizdir.

Úàùàíýèð Ùöñåéí ßôøàð

220

Page 222: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şah Əfşar öz dövründə Azərbaycan torpaqlarını işgalçı əfqan-lardan, rus müstəmləkəçilərindən, Osmanlılardan, fars şovinistlərindənazad edib onun müstəqilliyini təmin etməklə böyük rol oynamışdır.

İngilis tarixçisi Edmund Bosvortun 1971-ci ildə rus dilində çap edilən«Müsəlman sülalələri» kitabında Əfşarlar monqollar tayfası kimi qələməverilir. Cahangir Hüseyn Əfşarın çoxsaylı qaynaqlar əsasında Əfşarlarsülaləsinin, o sıradan Nadir şahın gəlmə olmayıb, regionun yerli türk əhalisiolduğunu, Nadir şahın türk mühitində formalaşması və Azərbaycan türkcəsionun doğma dili olduğunu təsdiqləyir.

Müəllif yazır ki, Nadir şahın tarixi fəthlər, qələbələr tarixidir. Mono-qrafiyanın xronoloji ardıcıllıqla deyil, problemlər üzrə işıqlandırılması,fikrimizcə, onun uğurlu cəhəti hesab olunmalıdır. O göstərir ki, Nadir şahəsl ədalət mücəssəməsi olub, islamçılığın, türkçülüyün birliyi uğrundaçarpışan əsl azərbaycanlı idi. Şah İsmayıl Xətaidən sonra Azərbaycanxalqının siyasi-etnik birliyinin yaradılması sahəsində Nadir Əfşarıngenişmiqyaslı işlər gördüyünü vurğulayır.

Öz fikirlərini təsdiq etmək üçün akademik Ramiz Mehdiyevin belə birkonsepsiyasını nəzərə çatdırır. Akademik yazır: «...istər Şah İsmayıl, istərsədə Nadir şah dövründə Azərbaycan təkcə müstəqil dövlət deyildi. Həm dəhəmin zamanlardan dünyanın sosial-mədəni və dövlət kimi müstəqil sub-yekti idi».

Kitabda çoxsaylı qaynaqlar və zəngin mənbələr əsasında Nadir şahƏfşarın soykökü, şəxsi keyfiyyətləri, uğurlu hərbi yürüşləri və döyüşləri,Muğan qurultayı, dini islahatları, diplomatik əlaqələri, ordusu, azərbay-cançılıq qayəsi, şəcərəsi işıqlandırılır, ən başlıcası isə 5,5 min kv. km-əyaxın ərazidə yaratdığı Azərbaycan Nadir Əfşar dövlətinin tarixi oxucuyaərməğan edilir.

Cahangir Hüseyn Əfşar ixtisasca hüquqşünas olmasına baxmayaraq,milli tariximizin bütöv bir dövrünü tədqiq edərək Səfəvilər dövləti baş çı -larının varisi olan Nadir şahın azərbaycançılıq ideyasının daşıyıcısı olması,türk dünyasının birliyi uğrunda mübarizə aparması barədə maraqlı fikirlərsöyləyir. O göstərir: «Türkçülük, turançılıq və azərbaycançılıq Nadirinəməlində öz parlaq təcəssümünü tapmışdı. Nadir əvəzolunmaz bir azərbay-canlı idi».

Müəllif həm də Nadir şahın islam dininin böyük himayədarı olması,

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

221

Page 223: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

islam inanclarına xüsusi diqqət yetirməsi, eyni zamanda bu dinə zədə vuranməzhəb ayrılığına, sünni-şiə ixtilafına qarşı ardıcıl mübarizə aparmasıbarədə ətraflı, çoxsaylı faktlar və misallar gətirir.

Problemin müasir dövrlə əlaqələndirilməsi Cahangir Hüseyn Əfşarınən böyük uğuru hesab olunmalıdır. Belə ki, müəllif eyni zamanda azərbay-cançılıq məfkurəsinin son illərdə Azərbaycanın görkəmli alimləri tərə fin -dən inkişaf etdirilməsini nəzərə çatdırır. Belə bir nəticə çıxarır ki,azərbaycançılığın dövlətçiliyə tətbiqi Ümumilli lider Heydər Əliyevin adıilə bağlıdır. O, ilk dəfə 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurul-tayında azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimiəsaslandırdı.

Cahangir Hüseyn Əfşar vurğulayır: Bu gün bütün dünyada azərbay-cançılığın qüdrət mənbəyi Azərbaycan Respublikası və onun prezidentiİlham Əliyevdir. Müəllifin gəldiyi nəticə: Bu gün azərbaycançılıq dövlətsiyasətinin bütün istiqamətlərində əxlaq normalarımızda, cəmiyyət və ailəmünasibətlərində fəal bir şəkildə davam və inkişaf etdirilir.

Cahangir Hüseyn Əfşar Nadir şahın vətənsevər və müdrik sərkərdə,dövlət başçısı olması və döyüşçüləri də öz şəxsi nümunəsi ilə bu ruhda tər-biyə etməsi barədə yetərli misallar gətirir. İtirilmiş torpaqların geri qayta -rıl ması uğrundakı vuruşlarına diqqəti cəlb edir. Əsgərlərin döyüş qa bi- liyyətini artırmaq üçün şəxsi nümunə olmaqla ölümü təslim olmaqdanüstün tuturdu. Nadir şah döyüşçülərin qəlbində döyüş ruhu və fırtınasıyaratmaq qabiliyyətinə malik şəxsiyyət idi.

Kitabda ən mühüm fikirlərdən biri, hər bir azərbaycanlının öz tarixinidərindən bilməsi, öz keçmişi və soykökü ilə fəxr etməsi konsepsiyasıdır.Bununla əlaqədar görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanovdan gətiri -lən sitatlar olduqca qiymətlidir.

Cahangir Hüseyn Əfşar hüquq üzrə fəlsəfə doktoru, professor, istefadaolan polkovnik, Qarabağ müharibəsinin veteranı olmaqla uzun müddətdaxi li işlər orqanlarında səmərəli fəaliyyət göstərmışdir. Ağdaş, Biləsuvar,Abşeron, Sabirabad rayonlarında polis rəisi işləyərkən xalqın hüquqlarınınmüdafiə olunması, qanunçuluğun təmin edilməsi sahəsindəki işləri genişictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Respublika Ali Sovetinin deputatı olarkən 1991-ci ilin avqustundaAzadlıq Bəyanatının və 18 oktyabrda dövlət müstəqilliyinin bərpa edilməsi

Úàùàíýèð Ùöñåéí ßôøàð

222

Page 224: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ilə əlaqədar Konstitusiya aktının qəbulu zamanı xüsusi fəallıq göstərmişdir.Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqə-

dar Ali Sovetin sessiyalarında çıxışlar etmiş, onu hərtərəfli dəstəkləmişdir.Cahangir Hüseyn Əfşar Azərbaycanın müstəqilliyi naminə bütün məsələ -lərdə əsl mübariz kimi çıxış edərək millətinin ən ağrılı məsələlərinə diqqətyetirərdi. Vətənə, xalqına bağlılıq onun həyat mücəssəməsidir.

Cahangir müəllim – qeyrətli Əfşar nəslinin nümayəndəsi, Gədəbəyinulu dağlarının oğlu kimi onun erməni ekstremistlərindən müdafiə olun-masında da fəal iştirak etmişdir.

Son illərdə AMEA-nın İnsan hüquqları İnstitutunda elmi işlər üzrə di-rektor müavini işləyərkən çoxsaylı məqalələr müəllifi kimi şöhrət qazan-mışdır.

Rəy verdiyimiz monoqrafiya onun müəllifinin dərin tarixi biliyə, en-siklopedik dünyagörüşünə malik olduğuna əyani misaldır. Azərbaycantarixinin bir sıra konseptual məsələlərinin işlənib hazırlanmasında əvəzsizrol oynayacaq. Əsər gənclərimizin, geniş oxucu kütlələrinin vətənsevərlik,təəssübkeşlik hislərinin güclənməsi işində əhəmiyyət kəsb etməklə, hər birazərbaycanlını ayıq-sayıq olmağa, vətənini, torpağını sevməyə, yağıdüşməndən qorumağa ruhlandıracaqdır.

Xəlil Süleyman oğlu Köçərli, tarix elmləri doktoru, professor,

Respublikanın əməkdar müəllimimart, 2014

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

223

Page 225: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Cahangir Hüseyn Əfşarın «Azərbaycan Nadir Əfşar dövləti» adlı əsəri haqqında

R Ə Y

Nadir Əfşar tarixi fəaliyyəti barəsində çoxsaylı əsərlər çap edilmişdir.Amma bu əsərlərin heç birində Nadirin milli mündəricəsinə xüsusi olaraqaydınlıq gətirilməmişdir. Onu sadəcə olaraq siyasi və hərbi iqtidarını itirmişSəfəvi dövlətinin bərpasını təmin etmiş bir sərkərdə və həmin dövlətin tari -xi-coğrafi hüdudlarını genişləndirməklə burada «İran» dövlətinin yara dı -cısı kimi nəzərdən keçirmişlər. Onun bir türk oğlu olmağının üstündənsü kutla keçilmişdir. Belə stereotiplərin aradan qaldırılmasında C.H.Əfşa -rın «Azərbaycan Nadir Əfşar dövləti» əsəri diqqətəlayiqdir. Adından dagöründüyü kimi, müəllif əsərdə milli zəminə söykənən bir dövlətin və onunqüdrətli yaradıcısından lakonik olaraq bəhs etməyə müvəffəq olmuşdur.Hüquqşünas alim olmağına baxmayaraq, o, istifadə etdiyi mənbə və məxəz -lərə bir tarixçi səriştəsi ilə yanaşmağa müvəffəq olmuşdur.

Nadir şahın hərbi yürüşləri, daxili-siyasi tədbirləri, dini islahat cəhdlərivə bu islahatlardan gözləntiləri, eləcə də onun soykökü və fərdi xü-susiyyətləri oxunaqlı bir təhkiyə ilə təqdim edilmişdir.

Xüsusi olaraq C.H.Əfşarın M.K.Mərvinin əsərinin Nadirin nəsil şəcə -rə sinə aid olan hissəsini təhlilə cəlb etməklə buradakı bir xəttin inandırıcıbir surətdə özünə qədər gəlib çıxdığını izləməsini qeyd etmək istəyirəm.

Mən inanıram ki, kitab Nadirsevənlər üçün qiymətli bir hədiyyə ola-caqdır. Odur ki, C.H.Əfşarın «Azərbaycan Nadir Əfşar dövləti» əsərininçapa təqdim olunmasını məmnuniyyətlə tövsiyə edirəm.

Şahin Fərzəliyev, AMEA-nın A.A.Bakıxanov adına

Tarix İnstitutunun «Dərbənd tarixi»elmi qrupunun rəhbəri, tarix

elmləri doktoru, professor6 mart 2014

Úàùàíýèð Ùöñåéí ßôøàð

224

Page 226: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Cahangir Hüseyn Əfşarın «Azərbaycan Nadir Əfşar dövləti» adlı əsəri haqqında

R Ə Y

Nadir Əfşar milli tarixşünaslığımızda nisbətən az öyrənilən nəhəngşəxsiyyətlərdən biridir. Öz cəsarəti, fenomenal hərbi dühası, tükənməzener jisi ilə diqqəti cəlb edən Nadir Əfşar barəsində, adətən, ümumi fondadanışılmış, onun milli kimliyinin üstündən çox zaman sükutla keçilmişdir.Bu səpkidə olan məsələlərə aydınlıq gətirilməsində Cahangir HüseynƏfşarın haqqında söhbət açdığım əsəri məndə ayrıca maraq doğurdu.

Əsər çox böyük həvəs, vicdani zərurət, milli təəssübkeşlik və elmitəmənnasızlıqla yazılmaqla Nadir şahın şəxsiyyətindən zorla asılmış qərəzliyarlıqların qırılıb atılması istiqamətində xüsusi bir əhəmiyyətə malikdir.

Beş fəsildən və xüsusi hissədən ibarət olan əsəri oxuduqca onun birhüquqşünas tərəfindən deyil, peşəkar tarixçinin qələmindən çıxdığınınfərqində olursan. Fikir və mülahizələrin yeniliyi və orijinallığı özünü bütünəsər boyu büruzə verir. Nadir Əfşara azərbaycançılıq prizmasından bax-mağa cəhd etmək isə təqdirəlayiqdir.

Mən Cahangir Hüseyn Əfşarı xeyli vaxtdır ki, tanıyıram. Amma onunNadir şahın soyuna bağlılığını böyük məmnuniyyətlə indi öyrəndim.Əminəm ki, əsər geniş oxucu kütləsinin marağına səbəb olacaq və odur ki,onun çapa təqdim olunmasını məqsədəmüvafiq hesab edirəm.

Qasım Hacıyev, AMEA-nın A.A.Bakıxanov adına

Tarix İnstitutunun «Qarabağ tarixi» şöbəsinin müdiri, tarix elmləri doktoru.

11 mart 2014

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

225

Page 227: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Cahangir Hüseyn Əfşarın «Azərbaycan Nadir Əfşar dövləti» adlı əsəri haqqında

RƏY

Cahangir Hüseyn Əfşarın təqdim etdiyi «Azərbaycan Nadir Əfşardövləti» əsəri Azərbaycan xalqının böyük oğlu Nadir şaha həsr olunmuşolduqca dəyərli araşdırmalardan biridir. Tarixçi olmadığını özü də dəfələrləvurğulamasına baxmayaraq, müəllif qarşısına qoyduğu məqsədə çatmaqüçün gerçək bir elm adamı kimi çalışmış, çoxsaylı mənbələrdən və tədqiqatəsərlərindən bacarıqla faydalanmışdır.

Müəllif Nadir şahı dövlət xadimi, sərkərdə və fateh kimi tədqiq et-məklə kifayətlənməmiş, həm də onun fərdi keyfiyyətlərini araşdırmışdır.Cahangir müəllim elmi-publisistik ədəbiyyatda ilk dəfə olaraq Nadir şahşəxsiyyətinə hərtərəfli yanaşmağa səy göstərmiş, azərbaycançılıq ideya sı -nın soy-kökünə, xalqın mədəni-mənəvi irsinə bağlı olan Nadir şahın ömüryolu və siyasi fəaliyyəti ilə üzvi surətdə çulğalaşdığını əsaslandıra bilmişdir.

Cahangir müəllim çox doğru olaraq Nadir şahı təkcə Azərbaycan vətürk dünyasının deyil, bütövlükdə bəşər tarixinin dahi simaları ilə yanaşıqoyur. Həqiqətən də, dünya tarixində Nadirlə müqayisə olunacaq şəxsiy -yət lər çox azdır. Təbii ki, müxtəlif dövrlərdə, fərqli tarixi-geosiyasi şəraitdəfəaliyyət göstərmiş şəxsiyyətləri müqayisə etməklə elmi nəticələr əldəetmək mümkün deyildir, lakin zənnimizcə, belə müqayisəli təhlillər bu vəya digər tarixi şəxsiyyətlərin ölkə və dünya tarixindəki rolunu və yerinidərk etmək baxımından faydalı ola bilər. Nadiri Makedoniyalı İsgəndərlə,Babəklə, Çingiz xanla, Əmir Teymurla, Fateh Sultan II Mehmet, SultanSüleyman Qanuni ilə, Şah I Abbasla, Napoleon Bonopartla müqayisə et-dikdə onun dühasının böyüklüyü daha bariz şəkildə görünür.

Nadir şah Babək kimi Azərbaycanın azadlığı uğrunda mübarizə aparanxalq qəhrəmanıdır. Lakin ondan fərqli olaraq, azadlıq hərəkatına təsadüfnəticəsində qoşulmamış, hələ yeniyetmə çağlarından etibarən yadellilərəqar şı mübarizə aparmış, hökmdar olmasında isə heç bir xanımın rolu ol-mamışdır.

Nadir şah Makedoniyalı İsgəndər, Fateh Sultan II Mehmet, Sultan Sü-leyman Qanuni, Şah I Abbas kimi dövlətin qüdrətini artıran bacarıqlı sər -

Úàùàíýèð Ùöñåéí ßôøàð

226

Page 228: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

kər də və diplomatdır, cəmiyyətin həyatını dəyişməyə çalışan islahatçıdır.Lakin onlardan fərqli olaraq, hakimiyyətə irsən sahib olmamışdı, o, yenidövlətin və yeni sülalənin banisi idi.

Nadir şah Çingiz xan, Əmir Teymur, Napoleon Bonopart kimi fatehdir,yeni dövlətin və yeni sülalənin banisidir. Lakin onlardan fərqli olaraq, həmazadlıq hərəkatının başçısıdır, həm məzhəb ayrılıqlarına qarşı çıxan, xalqınmənəvi birliyinə nail olmaq istəyən vətənpərvərdir.

Nadiri başqalarından fərqləndirən başlıca cəhət isə onun siyasi vədövlət xadimi, sərkərdə və hökmdar, ideoloq və islahatçı kimi öz dövrünüxeyli qabaqlamasıdır. Nadirin ideyaları XVIII əsrin düşüncə tərzindən çox-çox irəli gedirdi. Eyni zamanda Nadir bir ölkənin sərhədləri daxilində məh-dudlaşası bir kimsə deyildi. Onun təfəkkürü, mütərəqqi fikirləri sərhədtanımırdı. Bütün bunlar Nadirin yürütdüyü hərbi-siyasi, sosial-iqtisadi vədini siyasətdə tətbiq etdiyi yeniliklərdə özünü büruzə verirdi.

Nadir şahın siyasi sistemə gətirdiyi yenilik müasir dövrdə aktual olandemokratiya prinsiplərinin tətbiq edilməsindədir. Soy-kök etibarilə türkolan Nadir qədim türk xalaqlarının hərbi-demokratiya dönəmlərindənmövcud olan hökmdar seçkisi ənənəsini yaşadığı dövrə uyğunlaşdırmağamüvəffəq oldu. O, xanları və bəyləri, sərkərdələri və din xadimlərini döv -lə tin taleyi ilə bağlı olan bütün məsələləri geniş və ətraflı şəkildə müzakirəetməyə təşviq etdi. Bundan ötrü hər cür şərait yaratdı. Öz namizədliyiniirəli sürmədi, müzakirələrin davam etməsini istədi. Təbii ki, Nadir hər şeyiqabaqcadan ölçüb-biçmişdi, amma istənilən halda, qurultay iştirakçılarınamüəyyən qədər sərbəstlik də verilmişdi.

Nadir şah Hindistan yürüşündən qayıdan kimi xalqın içinə getdi, ha -mı nı dinləməyə, dərd-sərini öyrənməyə çalışdı. Şəkidə olarkən şika yət çi -lərin çoxluğunu nəzərə alaraq onlara vəkil seçməyi təklif etdi. XVIII əsrdəheç bir inkişaf etmiş dövlətdə buna bənzər hal müşahidə olunmurdu. Birsıra Avropa dövlətlərində yalnız yuxarı zümrələrin nümayəndələri tərəfin -dən parlamentarilər müəyyənləşirdi, sadə insanlar bu proseslərdən tama -milə kənar idilər. Nadir şah isə Şəki camaatının seçiminə hörmətlə yanaşdı,hətta özü təyin etdiyi yerli hakim Məlik Nəcəfin şikayətlərindən sonra HacıÇələbini cəzalandırmaq əvəzinə, vəkil kimi onun səlahiyyətlərini daha daartırdı. Əminliklə söyləmək olar ki, əgər onun kimi düşünənlər çox olsaydı,Azərbaycanda parlamentarizmin bünövrəsi də elə o zaman qoyula bilərdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

227

Page 229: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Nadir şahın həyata keçirdiyi ən mühüm yeniliklərdən biri türk-islamdünyasını parçalayan məzhəb ayrılığına son qoymaq istiqamətindəki təd-birləri idi. Bu təbirlərlə Nadir ilk növbədə, ölkə daxilində birliyin bərqərarolmasına çalışırdısa, digər tərəfdən bütün müsəlman dünyasında birliyə nailolmaq istəyirdi. Təəssüf ki, nə daxildə, nə də xaricdə bu mütərəqqi ideyanılazımınca dəyərləndirmədilər.

Hərb sahəsində də Nadir şah islahatçı kimi yadda qalıb. Nadir orduqu ru culuğunda türk hərb sistemini yeni dövrün tələbləri səviyyəsinə qal -dırdı, artilleriyadan daha səmərəli şəkildə, yəni əvvəllər olduğu kimi, əsasən,müdafiədə deyil, həm də hücumda istifadə edilməsinə nail oldu, Azərbay-can və İran hökmdarları içərisində ilk dəfə olaraq hərbi dəniz donanmasıyaratmağa başladı, hərb sənətinə bir sıra taktiki-strateji yeniliklər gətirdi.

Nadir şah torpaq və vergi islahatları həyata keçirdi. Dövlət torpaq fon-dunu xeyli dərəcədə artırdı, iri mülk sahiblərinin övladlarının əlində qalsındeyə vəsiyyət edilmiş vəqf torpaqlarını müsadirə etdirdi, əkilib-becəril mə -yən torpaqların səmərəli istifadə edilməsinə müvəffəq oldu. Vergilərin xə -zinəyə daxil olmasını təmin etdi. Nadirin həyata keçirdiyi məqsədyönlüköçürmə siyasəti dövlətin sərhədlərinin möhkəmləndirilməsinə, əhalininməşğulluq səviyyəsinin artırılmasına, ordunun gücləndirilməsinə, həm dədemoqrafik vəziyyətin dəyişdirilməsinə xidmət edirdi.

Nadir şahın həyata keçirdiyi ən mühüm tədbirlərdən biri inzibatibaxımdan parçalanmış halda olan Azərbaycan torpaqlarını vahid inzibatistrukturda – mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyiliyində birləş dir -məsi oldu. Bununla, demək olar ki, müstəqil və bütöv Azərbaycanın bü -növrəsi qoyulmuş oldu. Qədim AZ (as) ƏR- lərin yurdu olan vətənimiz ilkdəfə bu ad altında bir dövlət qurumuna çevrildi. Xilafət çağında yalnızcənub torpaqlarımız Azərbaycan adlandırıldı, Hülakülər dönəmində bu adşimala da şamil edilmiş, lakin vahid inzibati qurum yaradılmamışdı. XV-XVII əsrlərdə isə torpaqlarımızda dörd bəylərbəyilik mövcud idi. Əfsuslarolsun ki, Nadirin xəyanətkarcasına öldürülməsi və bundan sonra baş verənhərc-mərclik nəticəsində Azərbaycan bəylərbəyiliyi yenidən parçalandı.Daxildə dağıdıcı qüvvələr üstün oldular, xarici dövlətlər isə qüdrətli Azər-baycan dövlətinin varlığını həzm etmək istəmədilər.

Nadir şah dünya tarixinin adı kimi nadir şəxsiyyətlərindəndir ki, onunirsinin öyrənilməsinə və bu irsdən faydalanmağa bu gün də, gələcəkdə də

Úàùàíýèð Ùöñåéí ßôøàð

228

Page 230: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

ehtiyac duyulacaqdır. Əfsuslar olsun ki, bu dahi şəxsiyyətin həyat və fəa -liy yəti çox az öyrənilmişdir. Bu baxımdan, Cahangir müəllimin «Nadir şahıöz yetirməsi sayan bir xalq üçün yalnız bir neçə əsəri ortaya qoymaqla ki-fayətlənməyi qaneedici hesab etmək olmaz» fikri ilə razılaşmamaq müm -kün deyildir. Demək olar ki, bəşər tarixinin əvəzedilməz simalarından biriolan Nadir şah sağlığında olduğu kimi, ölümündən sonrakı dönəmlərdə dəhaqsızlıqlara məruz qalmaqdadır.

İctimai-siyasi xadim, tədqiqatçı, vətənsevər ziyalı Cahangir HüseynƏfşarın bu əsəri Nadir şahın tarixi irsinin öyrənilməsinə dəyərli bir töhvə,həm də ona qarşı haqsızlıqlara bir etirazdır. Bu, həm də Azərbaycan icti-maiyyətinə, ilk növbədə isə tarixçilərə ünvanlanmış bir çağırışdır. Bubaxımdan, əminliklə söyləmək olar ki, Cahangir müəllim əfşarlar nəslininnümayəndəsi kimi, qarşısına qoyduğu şərəfli missiyanın öhdəsindən layi -qincə gəlmişdir.

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, Cahangir Hüseyn Əfşarın«Azərbaycan Nadir Əfşar dövləti» əsərinin çap edilməsini tövsiyə edirəm,müəllifə gələcək elmi-publisistik fəaliyyətində yeni yaradıcılıq uğurlarıdiləyirəm.

Rəsul Hüseynli,tarix üzrə fəlsəfə doktoru,

BDU-nun dosenti15 fevral 2014

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

229

Page 231: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Əlavə 1

P.S. Nadir şah haqqında çoxlu rəvayətlər mövcuddur. Bu rəvayət -lərin bəziləri onun haqqında olan kitablarda və xalq deyimlərində bugünə qədər gəlib çıxmışdır. Mən həmin rəva yət ləri də bu kitaba əlavə et-məklə, bir daha bu tarixi şəx siyyətin müdrikliyini, hazırcavablığınıvurğulamaq istədim.Qoy bu rəvayətlər də tarixdə qalıb yaşasın.

Müəllif

NADİR ŞAH HAQQINDA RƏVAYƏTLƏR1

1. Məhəmməd şahın sui-qəsdi.Hindistan şahı Məhəmməd şah Dehlidə

Nadir şaha sui-qəsd hazırlayır, onu qonaqdəvət edir. Bir dəstə silahlı adama tapşırır ki,məclisdə elə ki, mən əl çaldım, içəri giribNadiri öldürün. Silahlı dəstə müəyyən olun-muş yerdə məclis qurtaranadək gözləyir.Məhəmməd şahdan səs çıxmır. Məclis qur-tardıqdan sonra ondan soruşurlar ki, bəs niyəəl çalmadın? Məhəmməd şah: «Nadirin mər-danə xarici görünüşü, onun əzəməti və nüfuzuməni elə təsir altına aldı ki, heç nə edə bil -mədim. Mənə elə gəldi ki, siz içəri girən ki -mi Nadir məni öldürəcək», – deyə cavab verir.

2. Dinmə, götür.Nadir şah Dağıstanda vuruşanda pulu olmadığı üçün uzun müddət əs-

gərlərə maaş verə bilmədi. Onda dəvə dərisindən pul düzəltdirib, üstünəyazdırdı:

«Pust şotor (dəvə dərisi) hökm Nadir, dinmə, götür».

Úàùàíýèð Ùöñåéí ßôøàð

230

Nadir şah Əfşar

1Bu rəvayətlər M.H.Qüddusinin «Nadir şah» əsərinin 220-234-cü səhifələrindən götürül müş dür.

Page 232: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

3. Nadirin qüdrəti.Dehlidə kütləvi qırğından sonra hindli bir qadın bir qutu cəvahir gətirib

xahiş edir ki, onu əsgərlərə versinlər. Nadir bunun səbəbini soruşduqda,qadın cavab verir: «Əsgərlər talan ilə məşğul olduğu vaxt, iki əsgər onunevində talan vaxtı cəvahir olan qutunu tapıb, qapağını açıb, içərisində olancəvahiratı öz aralarında bölmək istədikdə, sənin carçın uca səslə qışqırıbdedi: «Şahın fərmanı ilə qətl və qarət dayandırılmışdır». O iki nəfər tezqalxıb, talandan əl çəkib, qutunu cəvahiri ilə birgə orada qoyub, evdən get-dilər. Sənin qüdrətinə və əsgərlərinin intizamlı olmasına mükafat olaraq buqutunu sizə təqdim edirəm».

4. Nadirin tac bağışlaması.Nadir şah Hindistanı tutandan sonra Dehlidə qonaqlıq edib, Hindistan

şahı Məhəmməd şahı da dəvət etdi. Ziyafətdə Məhəmməd şahın qiymətlicəvahirli papağını götürüb öz başına, öz dəmir nişanlı papağını isə onunbaşına qoydu. Məhəmməd şah hakimiyyəti ona qaytardığı üçün Hindistanın250 illik xəzinəsini Nadir şaha bağışladı.

5. Cavab birdir.Nadir şah Təbrizdə elan etdi: «Hər kəs mənim 3 sualıma cavab versə,

ənam verəcəm». Heç kəs qorxusundan irəli gəlmədi. Nəhayət, pul yığdılar,bir qoca kişi pulu alıb gəldi. Öz-özünə dedi ki, onsuz da sabah, ya da obirisi gün öləcəm, hələ pulları uşaqlarıma verim, Allah kərimdir. GəldiNadirin hüzuruna, Nadir dedi: «Sənə 3 sualım var, cavab versən, ənam ala-caqsan, verməsən öləcəksən».

Birinci sualım: – Mən böyük adamam, yoxsa Rüstəm?Kişi dedi: – Sən, çünki Rüstəm Kəyan şahlarının əmrini icra edirdi,

sən isə özün əmr verənsən.Nadir birinci sualın cavabından razı qaldı, ikinci sualını verdi:– Mən böyük adamam, yoxsa Şah Abbas?– Sən, – deyə kişi cavab verdi, – Şah Abbasın atası şah idi, o öləndən

sonra Abbas şah olmalı idi, amma sənin atan bir kürk tikən kişi idi, heçnəyi yox idi. Sən öz qılıncının gücünə şah olmusan.

Nadir bu cavabdan da razı qalıb, 3-cü sualını verdi:– Mən şücaətliyəm, ya Əli ibn Əbutalib?Kişi əsəbiləşib:– Elə bir qələt elədin ki, dədən də edə bilməzdi, – dedi. Nadir gülüb

ona ənam verdi.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

231

Page 233: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

6. Nadirin komandirliyi.Şah Təhmasib öz adamlarından biri ilə Nadirə bir əmr göndərdi ki, icra

etsin. Nadir o adama dedi: «Şah Təhmasibə de ki, mən anadan əmr verəndoğulmuşam, nəinki icra edən».

7. Əqri və Məqri.Azançı damda azan verirdi. Nadir soruşdu: – Bu kişi niyə bağırır?

Dedilər məqridir (yəni ki, qiraət edir). Nadir elə bildi ki, deyirlər əyridi,dedi: – Onu təpəsi üstə aşağı atın, bilsin ki, məqri nədir. Sonra da dedi ki,əgər onun səsinin camaata və qoyun-quzuya zərəri yoxsa, qoyun nə qədərbağırır bağırsın.

8. Yelkənli gəmi.Nadir Dağıstana hücum edərkən gəmi ilə getmək istədi. Soruşdu ki,

gəmi nə ilə hərəkət edir? Dedilər yel ilə. O: – Mən özümün və əsgərləriminixtiyarını küləyə verə bilmərəm, – deyib quru ilə hərəkət etdi.

9. Darı kisəsi və xoruz.Türk səfirlərindən biri Nadirin görüşünə gələrkən bir kisə darı gətirib

yerə səpdi, guya, bildirmək istəyirdi ki, Osmanlı ordusu darı kimi saysızdır.Nadir göstəriş verdi, bir neçə xoruz gətirdilər. Az müddətdə xoruzlar darınıdənlədilər.

10. Nadirin hökmü. Bir qoşun çəkmədə əsgərlər çox piyada gedib bərk yorulmuşdular.

Nadirdən bir az dincəlməyi xahiş etdilər. Bu yorğunluqla hücumun baş tut-mayacağını bildirdilər. Nadir göstəriş verdi ki, hər kəs 5 batman (təxminən23 kq) daş götürsün. Nadirin hökmü qəti idi. Əsgərlər daşı da götürüb ləh-ləyə-ləhləyə gedirdilər. Düşmənə yaxınlaşanda əmr etdi ki, daşları atsınlar.Daşları atıb bir qədər yüngülləşdilər. Çətinliklə də olsa, düşmənə hücumedib qələbə qazandılar.

11. Nadirin iy bilməsi.Dərgəzdən dərungərlilərdən biri (Dərungərdən Dərgəzə 30 km-dir)

hakimin zülmündən İsfahana Nadirin yanına şikayətə getdi. Onu Nadirləgörüşməyə qoymadılar. O, Dərungərdən bir batman düyü aparmışdı. Dü -yünü Nadirin aşpazına verdi. Aşpaz axşam o düyüdən Nadir üçün bişirdi.Plovu gətirəndə Nadir düyünün iyində fərqi duyub dərhal soruşdu: –Dərungərdən gələn var? – Aşpaz dedi: «Bəli, bir nəfər gəlib, düyünü də o

Úàùàíýèð Ùöñåéí ßôøàð

232

Page 234: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

gətiribdir». Nadir düyü gətirəni çağırtdırıb, şikayətinə baxdı və Dərgəzhakimini işdən çıxartdı.

12. Qadın kişi işinə qarışmamalıdır.Bir gün Nadirin çox istədiyi bir arvadı ondan xahiş etdi ki, bir işi görmə -

sin. Nadir ona çox kəskin dedi: «Qadınlar mənim işimə qarışmamalıdırlar».13. Qan iyi.Ağır bir döyüşdən sonra Nadir Araz qırağında daş üstündə oturub qanlı

qılınc qucağında soğanı əzib yeyirdi. Elə oradaca rus səfirini çağırtdırıb,ona dedi: «İranda olan rus komandalarına de, tezliklə İran şəhərlərini tərketsinlər. Etməsələr bu qılıncla onlara hücum edib, başlarını vurub, bütünölülərini dənizə tullayıb, başlarını da rus imperatoruna göndərəcəyəm».Səfir Nadirin dediklərini rus çarına yazdı. Bildirdi ki, «Nadiri gördüm,üstündən qan iyi gəlir, məsləhətdir ki, ordumuz İranı tərk etsin».

Rus imperatoru rus ordusunun İrandan çıxmasına əmr verdi.14. Şaha xidmət.Dehlidə sarayda Məhəmməd şah Nadiri qonaq çağırmışdı. Xidmətçi

məclisə qəhvə gətirmişdi. Adəti üzrə qəhvəni Məhəmməd şahın qabağınaqoydu. Məhəmməd şah da qəhvəni özü Nadir şahın qabağına qoydu vədedi: «Xidmətçi istədi ki, Nadir şaha şah özü xidmət etsin».

15. Ölkəni nə saxlayar?Hind şahı Məhəmməd şah Nadirdən soruşdu ki, əmir, ölkəni nə saxla-

yar? Nadir dedi: «Sabah deyərəm». Sabah qoşun içinə çıxdılar. NadirMəhəmməd şaha dedi: «Tumanını sal aşağı». Məhəmməd şah təəccüb elədiki, bu kişi nə deyir? Nadir bir də təkrar etdi: «Tumanını sal aşağı». Məhəm-məd şah məəttəl qaldı ki, nə etsin. Nadir üçüncü dəfə deyəndə Məhəmmədşah istər-istəməz tumanını aşağı saldı. Nadir də tumanını aşağı saldı.Məhəmməd şaha dedi: «Əlini mənim yançağıma və özünkünə də vur».Məhəmməd şah əlini sürtdü. Tumanlarını yuxarı çəkdilər. Nadir soruşdu:«Şah, nə gördün?». O dedi: «Əmir, sənin yançağın padoş, mənimki isəpambıq kimidir».

Nadir dedi: «Şah! Ölkəni belə möhkəm yançaq saxlayar».16. Qorxunun aradan götürülməsi.Bir dəfə qoşunla gedəndə gördülər ki, yola bir dəmir boru basdırıblar.

Üstünə isə yazıblar «Hər kəs bundan irəli getsə, həlak olar». Bunu Nadirə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

233

Page 235: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

xəbər verdilər, dedi borunu çıxarın qoşunun qabağında aparın. Beləliklə,qorxu keçib, getdi.

17. Kiçik qardaş böyük qardaşı incidib.Nadir şahın ən cəsur sərkərdələrindən biri olan Təhmasib xan Cəlayir

bəstə boylu, amma kifayət qədər kök bir adam imiş. Bir dəfə bir çöl qabanıonun üstünə hücum çəkibmiş. Köklüyünə və yaşına görə çeviklik göstərəbilməyən Təhmasib xan çöl qabanının həmləsindən canını çətinliklə qurtarabilibmiş. Bu xəbəri eşidən Nadir xeyli gülmüş və demişdir ki, kiçik qardaşböyük qardaşla oynayırmış, amma kiçik qardaş böyük qardaşı incidib.

18. Qoy minbaşı olsun.Hindistana yürüş zamanı Nadir şah hind əyanlarından Etimadüddövlə

Qəmərəddin xanın 850 xanımdan ibarət hərəmxanaya malik olmasını eşidir.Hərəmxana ənənəsindən əl çəkmiş Nadir şaha bu çox gülünc görünür vəəmr edir ki, Qəmərəddin xan üçün daha 150 qadın tapılsın. Səbəbini isəbelə izah edir ki, qoy onu biryolluq minbaşı çağırsınlar.

19. Cənnət söhbəti.Nadir möminlərlə cənnət barədə söhbət edirdi. Mömin şəxs cənnətin

möcüzələri və zövqləri barədə danışandan sonra şah soruşdu ki, «cənnətdəmüharibə və düşmən üzərində qələbə kimi şeylər varmı?» Möminin mənficavabında Nadir dilləndi: «Bəs onda hansı zövq-səfadan söhbət gedə bilər».

Úàùàíýèð Ùöñåéí ßôøàð

234

Page 236: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

235

Nadir şah Əfşarın xəzinəsinin qiymətli əşyalarının bir qismi

Bu İngiltərəkraliçasınıntacında yer-ləşdirilmiş

Kuhi-nur al-mazı Nadirşaha məx-

susdur

Page 237: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Əlavə 2

P.S. Əziz oxucum Sizi yorsam da, bu kiçik əlavəni kitaba daxil et-məyi özümə borc bildim.

Ömrümün 2 ilini sərf etdiyim «Azər-baycan Nadir Əfşar» kitabını atamdanmənə miras qalmış bağ evində bitirdim.O bağda ki, burada mənim uşaqlığım,həyatımın çox hissəsi keçib. Kitabı yazıbbitirdikdən sonra mənə elə gəldi ki, çoxuzaq bir səfərdən qayıtmışam. Fikirləş -dim, kaş atam sağ olaydı və mənim bukitabımı oxuyub qiymətləndirəydi. Axı,bu istək onun böyük arzusu idi. 2012-ci

ildən nəşrə hazırladığım «Mənim xidməti və siyasi fəaliyyətim» kitabımıçap etdirəndə də atamın «Qalxın! Məhkəmə gəlir» xatirələr kitabını özkitabımla birlikdə «Ömürdən anlar» adı altında nəşr etdirmişdim. Birməsələni də vurğulamaq istəyirəm, Nadir şahın müasirlərinin şəhadəti iləöyrəndiyim fərdi və fiziki xüsusiyyətlərinin çox əlamətləri (boyu, görkəmi,qalın qaşları, geniş alnı, qarayanız sifəti, gur səsi, hazırcavablığı) və başqaxüsusiyyətləri də nəslimizin bəzi nümayəndələrinə, həmçinin atama da xasidi (bəlkə də, bunlar ya təsadüfdən, ya da genetik xüsusiyyətlərdən irəligələ bilərdi).

Çox düşündükdən sonra xalq arasında bu gün də yaşanan atam HüseynHüseynovun maraqlı söz-söhbətlərinin bir qismini bu kitaba əlavə etdim.

HÜSEYN HÜSEYNOVUN HAQQINDA OLAN DEYİMLƏR

1. Hüseyn Hüseynov universitetdə təhsil alan zaman anası Mileyləonun yanına gəlir. Onlar Bakı kəndlərindən keçərkən neft buruqlarını görən

Úàùàíýèð Ùöñåéí ßôøàð

236

Page 238: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Mileylə xanım çox təəccüblənir və oğlundan bunların nə olduğunu soruşur.Hüseyn zarafatından qalmayaraq anasına izah edir ki, bu qurğular səningəlişinə ehtiram olaraq salam verirlər. Təbii, Mileylə xanım bu zarafatdanxoşhal olur və gələcəkdə bunun neft buruqları olduğunu öyrənir.

2. O, kənddə yaşayarkən qardaşı Kamal yeməkxana müdiri işləyirdi.Kənd cavanları bu yeməkxanada şərab içib, şərabın təsirinin olmadığınıKamala irad tuturdular. Hüseyn bunları görüb cavanlara deyir ki, bu şərabınsəsi sonra çıxacaq. Cavanlar şərabı içib qurtardıqdan sonra ikinci mərtəbədəyerləşən yeməkxanadan düşərkən pilləkəndə ayaqları büdrəyib yerə düş -müşdülər. Hüseyn gülərək onlara: «Mən sizə demişdim axı, bunun səsisonra çıxacaq».

3. Hüseyn BDU-da diplom işini müdafiə edərkən, fakültənin aspirantıİsa Məmmədov Hüseynə «Cinayətdə iştirakçılıq» barəsində sual verir.Hüseyn özünü itirmədən Vışinskinin (o vaxtı SSRİ baş prokuroru idi) adın-dan bir neçə tutarlı cavab verib, hətta Vışinskinin kitabının 74-cü səhifəsin -dən sitatlar gətirir. Onu alqışlayırlar və «əla» qiymət verirlər. Müdafiədənsonra İsa Məmmədov Hüseynə yaxınlaşıb həmin kitabın 44 səhifə oldu -ğunu bildirir. Hüseyn isə özünü itirmədən, mən oxuyanda kitab 74 səhifəidi, deyərək canını qurtarır.

Hakimlik illəri.4. Göyçay rayonunda hakim işləyərkən rayon MTS-nin müdiri Ağaisa

Nəbiyev (O, sonralar uzun illər ərzində «Azər sel xoz texnika»nın da rəisiişləmişdi) onunla yaxın dost idi. Bir gün A.Nəbiyevin bir qohumu hər han-sısa bir cinayət işlədir və cinayət işi məhkəmə baxışına təhvil verilir.Zərərçəkən tərəf vəsatət qaldırır ki, müqəssirin qohumu A.Nəbiyevdir vəo, H.Hüseynov ilə yaxın dostdur və bu səbəbdən bu işə baxmasın. Belə birvəsatət verilərkən, H.Hüseynov katibinə üzünü tutub, məhkəmənin kitab -xanasından sovet əxlaq kodeksini gətizdirir və kodeksin uyğun bir mad-dəsini oxumağı tapşırır. Məhkəmə katibi kodeksi açaraq maddəni oxuyur.«İnsan insana dost, qardaş və sirdaşdır». H.Hüseynov bu kəlamı məhkəməproto ko luna saldırır və müttəhim tərəfə izah edir ki, hər bir göyçaylı kimiA. Nəbiyev də mənim dostum, qardaşım, sirdaşımdır. Və beləliklə, vəsatətiləğv edir və prosesi davam edir.

5. H.Hüseynov dövlət əmlakını mənimsəməklə bağlı məhkəmə prosesiaparır. Müqəssirin anket məlumatlarını oxuyarkən, üzünü ona tutub soruşur.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

237

Page 239: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Sən partiyada üzvüsən? Müqəssir sevincək xeyir cavabını verir (Belə hesabedir ki, bu hal onun işini yüngülləşdirəcək). H.Hüseynov ikinci sualı verir.Bəs Komsomolda olmusanmı? Müqəssir xeyir deyir və daha da sevinir(belə hesab edir ki, yenə də işi çox yüngülləşir). H.Hüseynov isə ona deyirki, bəs onda sən bu oğurluğu harda öyrənmisən? Bu iş o zaman, həttaMərkəzi Komitəyə qədər çatdırılır. Və H.Hüseynovu Ali Məhkəməyəçağırıb izahat istəyirlər. H.Hüseynov isə Ali Məhkəmədə ustalıqla deyir ki,partiyada yoxsan, komsomolda yoxsan, amma necə olub ki, səni bu və -zifəyə qoyublar? Və bununla da rəhmətlik öz canını, sözün yaxşı mə-nasında, partiya cəzasından qurtarır (bunu öz kitabında da vurğulayıb).

6. Zorlama işi ilə bağlı Göyçay rayonunda məhkəmə prosesi gedir.Məlum olur ki, əxlaqsız bir qadın müqəssirin üzərinə şər atıb onu zorlamasıbarəsində şikayət etmişdir. Məhkəmə prosesində zorlama faktı sübuta yet-mir. Həmin qadın müqəssirdən pul tələb etmiş, müqəssirin isə pu lu ol-madığına görə, pulu verə bilməmiş, bu işdən narazı qalan qadın ra yonprokurorluğuna ondan şikayət etmişdir. Məhkəmədə bu məsələlər ortayaçıxır. Hüseynov isə bu yalançı zərərçəkmişə belə bir sual verir. Sən nə qədərpul istədin? Qadın özünü itirib müqəssirin ondan pul almadığına görəşikayətçi olduğunu söyləyir. Təbii ki, burada zorlanma faktı sübut olunmur.H.Hüseynov isə onun yalanını sübut etdiyinə görə «eyib etməz, sən ehsanvermisən», deyib müqəssirə məhkəmə zalında bəraət verir.

7. Göyçay rayonunda 1970-ci illərdə xuliqanlıq hadisələri çox olardı.Həmin dövrdə Sovet İKP Mərkəzi Komitəsinin xuliqanlıq işlərinin baxıl-ması ilə bağlı xüsusi bir qərarı var idi. Belə ağır proseslərdən biri məhkəməzalında baxılarkən (həmçinin vurğulayıram ki, həmin iş məhkəmə tərə -findən təkmili istintaqa qaytarılmış və axırda rayon prokurorluğu cinayətişini tam əhatə edən müqəssirlərlə birgə rayon məhkəməsinə baxmaq üçünverilmişdi) rayon prokuroru Cabbar Babaşov məhkəmə prosesində işəçıxıb, hansı səbəbdənsə müqəssirlərin yüngül cəzalandırılmasına nail olmaqistəyirdi. Proses gedərkən Gəncə şəhərinə müşavirəyə gedən Ali Məh kə -m ənin sədri Abdulla İbrahimov, Azərbaycan Mərkəzi Komitəsinin inzibatişöbəsinin müdiri Cəfər Vəliyev və Rayon Partiya Komitəsinin birinci ka -tibi Ənvər Ələkbərov Hüseyn Hüseynovun apardığı proses zalına daxilolurlar. Həmişə olduğu kimi, məhkəmə zalı izdihamlı olur. H.Hüseynovheç bir fasilə vermədən prosesini davam etdirir. Prokuror C.Babaşov yerin -

Úàùàíýèð Ùöñåéí ßôøàð

238

Page 240: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

dən durub, qonaqlara tərəf addımlayır. Onları salamlayıb, söhbət etməkistəyir. H.Hüseynov isə prokurora xəbərdarlıq edir ki, Yoldaş Prokuror!Məhkəmə mədəniyyətini pozma! Prokuror hakimin bu xəbərdarlığınıeşidib, pərt olur, yerinə qayıdır. H.Hüseynov məhkəmə prosesini tamam-layır. Fasilə elan edib, qonaqlarla görüşür. Səhəri günü Gəncədə keçirilənhüquq-mühafizə orqanlarının müşavirəsində Cəfər Vəliyev H.Hüseynovtərəfindən aparılan məhkəmə prosesindən danışıb, onu alqışlayır. Hətta birsaat ayaq üstə qaldıqlarını və prokurora olunan xəbərdarlığı da müşavirəiştirakçılarına çatdırır. Xuliqanlıq işlərinin belə ciddi aparılmasını onlaranümunə kimi göstərir.

8. Boşanma işi ilə bağlı Göyçayda məhkəmə prosesi gedir. Sovet döv -ründə boşanma hallarına rəsmi dövlət ailə siyasəti çox pis idi. Kişi israrlamüraciət edir ki, mən həyat yoldaşımdan boşanı ram. Amma H.Hüseynovkişiyə vaxt vermək istəyir ki, boşanmasın. Kişi isə fikrindən dönməkistəmir. H.Hüseynov deyir ki, səbəb de görək. Nə üçün boşanırsan?! Kişiburda söz tapmayıb deyir, bu arvad tərləyir (su verir). H.Hüseynov onuniddiasını rədd edir, camaatınkı tozanaq vermir ki, – deyir.

9. Ağdamda Qədir Rüstəmov cavanlıq illərində bir gün sərxoş haldaRayon Partiya Komitəsi qarşısında avtoxuliqanlıq edir. Onu AzərbaycanCM-in xuliqanlıq maddəsi ilə məhkəməyə verirlər. Maddənin sank siyasıiki ildən beş ilədək nəzərdə tutulub. Qədir Rüstəmovun toylarını edəcəktoy sahibləri H.Hüseynovdan xahiş edirlər ki, buna cəza vermə, qarşıdatoyumuz var, tutulmasın, qoy bizim toyumuzu aparsın (hətta Rayon PartiyaKomitəsində bir işçinin də oğlunun toyunu o aparmalıydı). Ağdamınziyalıları da xahiş edirlər ki, Qədirə həbs verilməsin, ancaq sovet qanun-larında xuliqanlıq maddəsi üzrə həbs məcburi idi. H.Hüseynov çıxılmazvəziyyətdə qalmamaqdan ötəri hökm oxuyarkən deyir ki, ay ağdamlılar,bu Şahbulaqda (Ağdamın ərazisində), cəzaçəkmə müəssisəsində cəzaçəkənlər Qədirin səsini eşitmək istəyirlər. Qoy gedib bir iki il də oradaoxusun, oradakı muğamsevərlər də Qədirin səsindən feyziyab olsunlar.Beləliklə, bu iş də öz yolunu tapır.

10. Bir gün H.Hüseynovun oğlu barəsində Ədliyyə Nazirliyinə anonimməktub yazırlar. H.Hüseynovun oğlu Cahangir, guya ki, Bakıda yaşadığıbinada gündə kabab bişirib tüstüdən qonşuları narahat edir. Ədliyyə Nazir-liyinin kollegiyasında nazir Eyvaz Məmmədov bu anonim məktubu oxuyur.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

239

Page 241: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

H.Hüseynov özünü itirmir, yerindən qalxıb nazirə bildirir ki, yoldaş nazir,yağ ölkədə talonladır, ət tapılmır, tərəvəz məhsulları yoxdur, mənim oğlumnə etməlidir? Tək yaşayır. Əlinə düşən bir tikə azuqəsini manqalda bişiribqidalanır. Bundan qonşular niyə narahat olmalıdırlar ki? Bu məsələyə dəkollegiya üzvləri irad tuta bilmirlər. Beləliklə, H.Hüseynov bu anonim mək-tubdan da yaxasını qurtarır.

11. 60-cı illərdə Respublikanın xalq artisti Rübabə Muradova Göyçayrayonuna konsert verməyə gəlir. Rayonda yeni tikilmiş mədəniyyət evininaçılışı ilə keçirilən bu konsertdə rayon fəalları həyat yoldaşları ilə konsertdəiştirak edirlər. Rübabə xanım oxumağa başlayanda zalda olan Uzun İnqilabləqəbli (onun da əsli Cənubi Azərbaycandan idi) uca səslə, «canını yeyim,ay Rübabə», deyə bir neçə dəfə bu «istəyini» təkrarlayır. Zalda bir pərt ləş -mə əmələ gəlir. H.Hüseynov sahə müfəttişini yanına dəvət edir. Tapşırıqverir ki, elə ilk tənəffüsdə aparıcıya məlumat versin ki, rayon hakimininbir qərarı elan olunacaq. Fasilə zamanı Uzun İnqilabın sərxoş olması damüəyyən olunur. H.Hüseynov fasilədə səhnəyə qalxıb Uzun İnqilabı xırdaxuliqanlıqda ittiham edərək 15 sutka cəza kəsir və konsert salonundanmüvəqqəti saxlanma təcridxanasına göndərir. H.Hüseynovun bu qərarızalda oturanların hamısının alqışına səbəb olur. Hətta H.Hüseynov özkitabında göstərir ki, səhəri günü Rübabə xanım onun yanına gəlib, xahişedir ki, Uzun İnqilabı buraxsınlar, lakin H.Hüseynov izah edir ki, İnqilabınbu hərəkəti ictimai yerdə ədəbsizlik və xuliqanlıqdır. Onun bu əməli bütünkonsert iştirakçıları tərəfindən alqışlanmışdır. Ona izah edir ki, əks haldazalda oturanlar sərxoş İnqilabın bu hərəkətindən zalı tərk etsəydilər, Rübabəxanımın konserti baş tutmaya bilərdi. Rübabə xanım da bundan razı qalır.Və onlar uzun illər səmimi dostluq edirlər.

12. V.Leninin 1970-ci ildə 100 illiyi ilə bağlı «Lenin yubiley medalı»təsis edilmişdi. Həmin vaxt Mərkəzi Komitə tərəfindən tapşırıq verilmişdiki, yerlərdə bütün rayon aktivi, fəal zəhmətkeşlər bu medal ilə təltif olun-sunlar. Göyçay Rayon İcraiyyə Komitəsi həmin şəxsləri təltif edirdi. Ra -yonunun XDS sədri İbad Beydullayev öz şəxsiqərəzçiliyindən Rayon xalqhakimi H.Hüseynovu və milis rəisi Şəmsəddin Hüseynovu bu medallarlatəltif etmir. Təbii, bu hal Beydullayevin özündən razılığından irəli gəlirdi.H.Hüseynov Rayon milis şöbəsinin rəisi ilə «Lenin yubiley medalı» ilətəltif olunanların siyahısını götürürlər. Məlum olur ki, bunlardan 8 nəfəri

Úàùàíýèð Ùöñåéí ßôøàð

240

Page 242: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

məhkum edilmiş şəxslərdir. Hətta rayon DTK-nın nümayəndəsi OktayMansurov rayon milisinə məlumat verir ki, həmin adamlardan 2-si yemək -xanada sərxoş olaraq medalı döşlərindən çıxardıb, camaatın içində Lenininəksinin üzünə tüpürmüş və hətta «bunun yerinə bizə bir araq verərsinizmi?»– deyə medalı yeməkxana işçilərinin üstünə atmışlar. Bu barədə də rayonmilisində protokol tərtib edilir. H.Hüseynov tərəfindən isə həmin medalalan şəxslər xırda xuliqanlıq işi əsasında 15 sutka cəzalandırılır. Bu barədəH.Hüseynov Rayon Partiya Komitəsinə yazılı məlumat verir. O zaman üçünbu çox xoşagəlməz hadisə idi. Rayon Partiya Komitəsinin birinci katibi ƏliQuliyev RİK-nin sədrini cəzalandırır, hakimə və rəisə medal verilməsinitəmin edir.

13. H.Hüseynov İsmayıllı rayonunda yenicə işə başlayan dövrlərdəra yonda ad çıxartmış, bütün rayon aktivini təngə gətirmiş, hətta şantajedərək hamıdan pul tələb edən bir nəfər onun da kabinetinə gəlir. Bildirirki, səndən əvvəlki hakim mənə hər ay 50 manat pul verirdi. Sən də həminpulu mənə verməlisən. H.Hüseynov ondan soruşur ki, bu nə puldur?Həmin şəxs cavab verir ki, bəs mən də dolanmalıyam axı... H.Hüseynovona cavab verir ki, səhər əməkhaqqı alacağam, gəl, apar. Həmin adamrazı halda çıxıb gedir. H.Hüseynov onun kimliyi haqqında məhkəmə kati -bindən ətraflı məlumat alır. Onun sərxoşluqla, əyyaşlıqla məşğul oldu ğu -nu, heç bir yerdə işləməyib, bütün rayon aktivindən yerli-yersiz pul tələbetməsi haqqında məlumat əldə edir. Səhəri gün rayon sahə müfəttişini dəyanına dəvət edir. Saat 10-da həmin şəxs kabinetinə daxil olduqda sahəmüfəttişini də içəri dəvət edir. İsgəndərin sərxoş halda ondan pul tələb et-diyini bildirir. Sahə müfəttişi onun haqqında protokol tərtib edir və İs-gəndərə 15 sutka pullu KPZ-yə saldırmaqla, o dövr üçün 15 manat dacərimə kəsilir. Bundan sonra bir daha həmin şəxsin kimdənsə yerli-yersizpul tələb etməsi təkrar olunmur.

14. İsmayıllıda işləyərkən, sonralar respublikanın baş prokuroru olmuşİsmət Qayıbov da orada prokuror vəzifəsində çalışıb. Onlar çox səmimiolu lar. Bir gün H.Hüseynov yağışlı havada maşınla işə gedərkən, yoldaİsmət Qayıbovun oğlu İsmayılın dərsə getdiyini görüb, maşını saxlatdırıb,İsmayıla deyib ki, gəl otur səni də məktəbə qədər aparaq. İsmayılın dahəmin vaxt 10 yaşı olubmuş. H.Hüseynov yolda İsmayıldan soruşub ki,sən böyüyəndə nə olacaqsan? İsmayıl da rus məktəbində oxuduğuna görə

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

241

Page 243: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

cavab verib ki, «tolka prokuror». H.Hüseynov gülərək deyib ki, səninəminlə bir müddət Göyçay rayonunda işləmişəm (Sabir Qayıbovla). Atanlabu gün İsmayıllıda işləyirik. Prokuror ol, səninlə də, Allah qoysa, bir müd-dət işləyəcəm.

15. Şamaxı rayonunda hakim işləyərkən H.Hüseynov bazar günü səhərtezdən hava almaq üçün Pirqulu istiqamətində gedərkən Rayon PartiyaKomitəsinin iki nəfər işçisinin qaçdıqlarını görüb, avtomobilini saxlatdırıb,onların hara qaçması ilə maraqlanır. Həmin Vidadi adlı işçi uzun ömürlüolmaq üçün qaçdıqlarını H.Hüseynova izah edir. H.Hüseynov isə gülə rək:«Dovşandan çox qaçan yoxdur, onun isə ömrü çox az olur» deyərək onlarıavtomobilə əyləşdirib, Pirquluya özü ilə xaş yeməyə aparır.

16. 2007-ci ilin yanvar ayında H.Hüseynov xəstələnərək (böyrək çatış-mazlığı) yatağa düşür. Onun dostları (təqaüddə olan prokurorlar – KazımSüleymanov, Yusif Quliyev, istefada olan hərbi komissarlar – Aydın Hə -sənov, Faiq Bağırov və başqaları) ona baş çəkmək üçün xəstəxanaya yanınagəlirlər. Hüseynov onlara üzünü tutub, öz zarafatından qalmayaraq deyir:«Mən artıq gedirəm, ancaq gedən kimi cənab Əzraildən vəzifə alacağam.Siz tələsməyin. Siz gələnə kimi hamınızı orada vəzifə ilə təmin edəcəyəm».Bu onun ömrünün son günlərində dostları ilə etdiyi zarafatı idi.

17. Bir gün SSRİ Ali Məhkəməsinin sədri Qorkin Azərbay canda SSRİMəhkəməsinin yaranmasının 40-cı ildönümü ilə bağlı respublikaya gəlir.Azərbaycan Ali Məhkəməsinin sədri Abdulla İbrahimov bu təntənəninkeçirilməsinin mənzərəli İsmayıllı rayonunda da qeyd olunmasını H.Hüsey -nova tapşırır. Qonaqlar – Ermənistan, Gürcüstan Ali məhkəmələrinin sədr -ləri, Mərkəzi Komitə aparatının inzibati orqanlar şöbəsinin müdiri İsmayıllıməhkəməsində səyyar işlərlə tanış olurlar. Nahar fasiləsi zamanı H.Hüsey -nov Talıstan meşəsində qonaqlara geniş bir ziyafət masası hazırlatdırır.Masada təbii ki, bütün yeməklərlə yanaşı, Gədəbəy kartofunun da sovut-masını və kababını bişirtdirir. Qonaqlara bal ilə kartofun yeyilməsini təklifedir. O, gədəbəyli olmasını və kartofun bu formada yeyilməsini bil dirir.Qonaqlar bütün naz-neməti bir yana qoyub, Gədəbəy kartofunun bal iləyeyilməsini birinci dəfə gördüklərini və çox ləzzət etdiyini bildirirlər.

18. Ali Məhkəmənin sədri Abdulla İbrahimov Ağdaş rayo nunda milisişçisinin qətli ilə bağlı olan prosesi özü apara ca ğını bildirir. Bütün respub-

Úàùàíýèð Ùöñåéí ßôøàð

242

Page 244: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

likanın rayon hakimlərini Ağdaş mədəniyyət evində gedən prosesə dəvətedir. Proses vaxtı hakimlərə kimin irad və nə təklifi varsa, bu barədə qeydedib, prosesin yekununda ümumi iclasda bildirməyini onlardan tələb edir.Proses yekunlaşır. Həmin müqəssirə məhkəmə prosesində güllələnməcəzası təyin olunur. Prosesdən sonra A.İbrahimov hakimlərə verdiyitapşırığı onlardan ümumi iclasda soruşur. Bütün hakimlər təbii ki, sədrinapardığı prosesi tərifləyib, heç bir nöqsanın olmadığını göstərirlər.H.Hüseynov isə apardığı qeydləri və özünün makinada çap etdirdiyiməhkəmə protokolunu Abdulla İbrahimova təqdim edir və prosesingedişində olan qüsurları bildirir. Həmçinin göstərir ki, Abdulla müəllim,siz hökmü oxuyarkən, əlləriniz vərəqlə bir yerdə titrəyirdi. Bu hal müqəs-sirdə və onun vəkillərində belə bir hiss yarada bilər ki, hökm hakimlərtərəfindən ədalətli verilməmişdir. Bunların gələcəkdə şikayət verməsinəəsas yarada bilər. Abdulla İbrahimov H.Hüseynovun dediklərini qəbul edir,məhkəmə protokolunu dəyişdirib, H.Hüseynovun yazdığı kimi əvəzlən-məsini göstəriş verir və bir daha müşavirədə göstərir ki, «Hüseyn, sən əslhakimsən! Və mən də məhz buna görə səni hər yerdə tərifləyirəm». Əl-lərinin əsməsi haqqında isə üzünü H.Hüseynova tutub deyir, səni doğanana məni doğan ana deyil. Mənim əllərimin əsməsi isə təbii ki, genetik xü-susiyyətimdən gələ bilər. O, bir daha H.Hüseynovun bu təklifini də hakim-lərin diqqətinə çatdırır.

19. Hüseyn Hüseynov oğlu Cahangir II çağırış Milli Məclisin üzvüseçildikdə Heydər Əliyevin may ayının 10-da anadan olduğu günü və oğluCahangirin aprel ayının 10-dakı ad günlərini təmtəraqla öz «Zeytun» ticarətmərkəzində və Maştağadakı bağ evində keçirərdi. Həmin məclislərə MilliMəclisin üzvləri – Sirus Təbrizli, Eldar İbrahimov, Şahlar Əsgərov, HadıRəcəbli, Həsən Mirzəyev, Fəzail Ağamalı, Zəlimxan Yaqub, NovruzQuliyev, Eldar Qəhrəmanov, Miri Qənbərov və başqaları, həmçinin 1945-1950 və 1952-1957-ci illərdə universitetdə birgə oxuduğu tələbəyoldaşlarını, tanınmış ziyalıları – akademik Ziyad Səmədzadəni, İzzətRüstəmovu, professor Cəmil Əhmədovu, Prezidentin fəxri təqaüdçüsüKamran Hüseynovu və bir sıra başqa nüfuzlu şəxsləri məclisinə toplamaqlahələ Heydər Əliyevin sağlığında İlham Əliyevin gələcək siyasi fəaliyyətinidəstəkləyib, deputatlara və həmin ziyalılara İlham Əliyevə dəstək olmağı,

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

243

Page 245: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

onun prezidentliyə gəlməsi üçün mübarizə aparmağı tövsiyə edirdi. Həttabəziləri ona irad tutduqda ki, Heydər Əliyevin bu işlərdən xəbəri olsa,bəlkə, narahatçılıq keçirər, dedikdə, o, üzünü məclisdəkilərə tutub, birmə-nalı deyirdi ki, hər bir insan həyatda öz yerini layiqli namizədə verməyibacarmalıdır. Heydər Əliyevin oğlu İlham Əliyev onun layiqli sələfi vədavamçısıdır.

20. 2 sentyabr 2013-cü ildə «Ədalət» qəzetinin müxbiri Məzahir Əh-mədoğlu «Səndən nə əcəb?» başlığı məqaləsində Göyçay rayonunda hakimişləyən H.Hüseynovun bir məhkəmə baxışından söhbət açaraq yazır. «Tarixvə ictimaiyyət fənlərindən dərs deyən Səfa Məmmədov özünün Sovet idarəüsuluna qarşı tənqidləri ilə tanınırdı. Təhsildən, millətin dolanışığından,ticarətdəki özbaşına lıqdan, təsərrüfat sahələrindəki qanunsuzluqlardan vəbaşqa neqativ hallardan ictimai yerlərdə çıxışlar edir və ətrafındakıları dacəsarətli olmağa səsləyirdi. Hətta rayon rəhbərliyinə də tez-tez iradlar tu-tardı. O dövrə xas olan bir ustalıqla rayon rəhbərliyi onu rayondakı kalxoz -ların birinə sədr göndərir. Səfa müəllim kalxozda işləyərkən rayon icraiyyəkomitəsinin sədri ona iradlar tutub, hətta iclasda təhqir də edir, Səfa müəl-lim də öz növbəsində icraiyyə komitəsinin sədrinin üstünə stul çəkərəkonun «cavabını verir». Onun bu hərəkəti qərəzli xuliqanlıq maddəsi ilətövsüf olunub məhkəməyə göndərilir. Bu məhkəmə zamanında da HüseynHüseynov məharətlə Səfa müəllimin işinə baxaraq ona 3 il 6 ay həbs cəzasıverir. Səfa müəllim isə heç kimin gözləmədiyi halda əl çalaraq H.Hüsey -no vun qərarını alqışlayır və bir daha belə hərəkətlərə yol verməyəcəyinəsöz verir.

21. Hüseyn Hüseynov öz kitabının son sözündə «Mən cənnəti də,cəhənnəmi də bu dünyada görmüşəm. Cənnətin və cəhənnəmin xeyrini vəşərini də yaşamışam. Allahdan arzum budur ki, sülh içində yeni bir dünyayaransın. Müharibələr, silahlar, hidrogen, atom bombaları, dövlətlərin bir-birinin daxili işlərinə qarışması, kütləvi qırğın, diktatura qurub, hökmranlıqetmək kimi hallara son qoyulsun. Elə bir dünya arzulayıram ki, orada dinlər,insanlar, dövlətlər bərabər olsun. Yoxsulluğa son qoyulsun. Müharibələrdayandırılsın» yazaraq bunun yolunu demokratik vətəndaş cəmiyyətininqurulmasında görürdü və hamını da bu yola çağırırdı!

Úàùàíýèð Ùöñåéí ßôøàð

244

Page 246: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

* * *

Hüseyn Hüseynov 2003-cü ildə öz sağ qalan tələbə yoldaşları ilə Hey-dər Əliyevin 80 illiyi ilə bağlı onun tədbirinin keçirilməsini çox səbirsiz-liklə gözləyirdilər (1998-ci ildə 75 illiyində Ulu Öndər Heydər Əliyev 80illik yubiley tədbirinin onlarla birlikdə keçirilməsini öz tələbə yoldaşlarınavəd etmişdi). Lakin onun səhhətində yaranan problemlər bu ad günününkeçirilməsinin vacibliyini təxirə salırdı. 2003-cü il noyabr ayının 7-dəHüseyn Hüseynovun da 80 illiyi yaxınlaşırdı. H.Hüseynov bu tədbirinABŞ-ın Klivlent xəstəxanasında yatan Heydər Əliyevin anılması şərəfinəkeçirilməsini istədi. Bununla bağlı 8-ci km.-də «Sarı gəlin» şadlıq evindətəmtəraqlı böyük bir məclis keçirdi. Məclisə respublikanın 200-yə yaxınağsaqqalı, siyahisi xadimləri dəvət olunmuşdu. Məclisə Milli Məclisin de -pu tatları, Heydər Əliyevin tələbə və məktəb yoldaşları, Respublikamızınsiyasi-ictimai həyatında fəal iştirak edənlər, müharibə veteranları və bir sırabaşqa elm xadimləri dəvət olunmuşdu. Həmin təntənəli anda da H.Hüsey -nov müraciət edib, Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün Prezi-dent İlham Əliyevə, Milli Məclisin üzvlərinə müraciət qəbul olunmasınıxahiş etdi. Bu müraciət həmin toplantıda qəbul olunub Klivlendə – HeydərƏliyevə və eləcə də cənab Prezident İlham Əliyevə, Milli Məclisə gön -dərildi. Bu müraciət «Ömürdən anlar» kitabında qeyd olunduğuna görətəbii ki, onu bura əlavə etməyi artıq hesab edirəm.

H.Hüseynovun qələmə aldığı «Qalxın! Məhkəmə gəlir» əsərində buhadisələr yer almışdır.

Bakı, aprel, 2014

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

245

Page 247: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Úàùàíýèð Ùöñåéí ßôøàð

246

Hüseynovlar (Qaççılar) nəslinin şəcərəsinin qısa xronikası

Page 248: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

247

Müəllif Cahangir Hüseyn Əfşarın övladları və nəvələri. 2014

Page 249: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Azərbaycan tarixi. I c. Bakı, 1961, səh. 339-340.2. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). Bakı, 1994;

Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı, 1996; Azər-baycan tarixi; 7 cilddə, III c., Bakı, 1999.

3. ASE. c. VII. Bakı, «Azərnəşr»4. Ağasıoğlu. Etrusk-Türk Bağı. Bakı, 2001.5. N.Pavlenko. I Pyotr. Bakı, 1991.6. Türk xanları və sultanları. İstanbul, 2001.7. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası. Tarix. Bakı, 2013.8. Tahirzadə Ə. Nadir şah Əfşar. Bakı, 2002.9. Belyayev. Müsəlman təriqətləri. Bakı, 1966.10. Ənvər Çingizoğlu. Sərab xanlığı. Bakı, 2013.11. Ramiz Məsimoğlu. Allahyar bəy Zülqədərov. Bakı, 2008.12. Yəsai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər).

Ruscadan çevirəni H.Dayıyev və V.Musayev. Ön sözün müəllifi Z.M.Bünya -dov. Bakı, 1992, səh. 20-21.

13. Yunus Oğuz. Nadir şah. Bakı, 2008.14. Yunus Oğuz, Bəxtiyar Tuncay. Türkün gizli tarixi. Bakı, 2009.15. Lokkart L. Nadir şah. Bakı, 2013.16. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007.17. Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı, 2006.18. Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, 2006.19. Şəmsizadə N. Azərbaycançılıq. Bakı, 2006.20. Con Men. Çingiz xan. Bakı, 2010.21. Cəsur Qurbanov. Səfəvi hökmdarı I Şah Abbas. Bakı, 2011.22. İslam ensiklopediyası. İstanbul, 1988.23. Mustəvi T.M. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967.

Úàùàíýèð Ùöñåéí ßôøàð

248

Page 250: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

24. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 2006.25. Mehman Süleymanov. Nadir Şah. Tehran, 2010.26. Mustafazadə T.T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Os-

manlı Azərbaycan münasibətləri. Bakı, 2002.27. Molla Məhəmməd-əl Cari. Car salnamələri. Ərəbcədən tərcümə, giriş,

şərhlər və qeydlər S.Süleymanovanındır. Bakı, 1997.28. Mxitar Qoş. Alban səlnaməsi. Bakı, 2006.29. Quliyev Ə.N. Azərbaycan-Rusiya münasibətləri tarixindən XV-XVIII

əsrlər. Bakı, 1958.30. Qüddusi M.H. Nadir şah. Tərcümə və ön sözün müəllifi M.Ə.Müsəd-

diq. Bakı, 1999.31. Ziya Bünyadov. Azərbaycan Atabəylər dövləti. Bakı, 2007.32. Kurt David. Çingiz xan. Bakı, 2008.33. Göyalp Z. Turkçülüyün əsasları. Bakı, 1991.34. Hüseynov Ə.İ. Azərbaycan Nadir şah Əfşarın hakimiyyəti dövründə.

Tarix elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün təqdim olunan disser-tasiya. Bakı, 2009.

35. Hüseynbala Mirələmov. Sonuncu fateh. Bakı, 2012.36. Fuad Əliyev, Mirabdulla Əliyev. Naxçıvan xanlığı. Bakı, 2007.37. Firudin Ağaşoğlu. «Daş Baba», «Türkün daş yaddaşı». Bakı, 2013.38. Jan Gevr. Xacə şah. Bakı, 1992.

Rus dilində

39. Бакиханов А.К. Глюстан-и Ирам. Баку, 1991.40. Арунова М.Р. Ашрафян К.З. Государства Надир шаха Афшара.

Москва, 1958.41. Абдурахманов А.А. Азербайджан во взаимоотношениях России,

Турции и Ирана в первой половине XVIII в. Баку, 1964.42. Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его

с Россией. Баку, 1965.43. Алиев Ф.М. Антииранские вступления и борьба против Турецкой

оккупации в Азербайджане в первой половине XVIII в. Баку, 1975.44. Абраам Ереванци. История войн 1721-1736 гг. Ереван, 1939; Ар-

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

249

Page 251: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

мянская анонимная хроника 1722-1736 гг. перевод и примечания З.М.Бу-нятова. Баку, 1988.

45. Авраам Кретаци. Повествование. Перевод. Н.К. Корганяна. Ере-ван, 1973.

46. Амирбекова Н.Вопросы военной истории Азербайджана в переодханства. Баку, 2004.

47. Новосельцев А.П. Из истории классовой борьбы в Азербайджанеи восточной Армении в ХVII-ХVIII // АН Исторические записки, 1960,№67, Освободительная борьба Закавказья в XVIII веке // Вопросы Исто-рии АН СССР, 1972, № 5.

48. Новая История Ирана. Хрестоматия. Москва; Наука, 1988. стр. 30.49. Петрушевский И.П. Очерки по истории феодальных отношений

в Азербайджане и Армении в ХVI – начале XIX вв. Ленинград, 1949.50. Тер-Аветисян С. Походы Тамас-кули-хана (Надир шаха) и избра-

ние его шахом в описании Акопа Шамахеци. Тифлис, 1932.51. Тер-Мкртичян Л.Х. Армения под властью Надир шаха. Москва, 1963.52. Тибилиская Коллексия. I c., səh. 169-170.53. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке.

Баку, 1948.54. Локкарт Л. Надир шах. Критическое исследование на основе пер-

воисточников (Лондон, 1938). Перевод с английского Н.Р. Гезаловой.Баку, 2004.

55. Лерх Иоганн Якоб. Извлечение из дневника. Путешествия док-тора И.Я.Лерха (I путешествие) АМЕА ТИЕА, инв. 487.

56. Смирнов Н.А.Политика России на Кавказе в ХVIХ веках.Москва, 1958;

57. Мамедова Г.Н. Русские консулы об Азербайджане (20-60-е годыXVIII века). Баку, 1989.

58. Миклухо-Маклай Н.Д. Записки С.Аврамова об Иране как исто-рический источник // Ученые запуски ЛГУ, 1952, № 128.

59. Маркова О.П. Россия, Закавказье и международные отношенияв XVIII веке. Москва, 1966.

60. Мамедов С.А. Азербайджан по источникам ХV – первой поло-вины XVIII вв. Баку, 1993.

Úàùàíýèð Ùöñåéí ßôøàð

250

Page 252: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

61. Гусейнов Ш.С. Последствия налоговой политики шаха СултанГусейна и Надир шаха для эко номики Азербайджана // Azərbaycan SSREA-nın xəbərləri. İctimai elmlər seriyası, 1961, №4.

62. Беляев Е.А. Иран в средние века. Москва, 1941, стр.21.63. Басфорт. Мусульманская династия. Москва, 1971.64. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803

год. Т.I, СПб., 1869, Т. III, СПб, 1869.65. Бутурлин Д. Военная история походов россиян в XVIII столетии

(заключаюшая в себе описание Персидской войне с 1722 по 1734-й год).Перевод с французского А.Корниловича. Т.IX, част II, СПб, 1823.

66. Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения впревой трети, XVIII в. Баку, 1993.

67. Петросди Саргис Гиланенц. Дневник осады Испаганни афган-цами веденный Петросом ди Саргис Гиланенц в 1722 и 1723 годах. Пе-ревод и обяснения К.Патканова. СПБ, 1870 введения стр. 6.

68. История о Персидском шахе Тахмась-кули-хане. Перевод с фран-цузского С.Решетова. СПБ, 1762.

69. История о Песидском шахе. Cтp. 139-141.70. Юнусова Л.Н. Торговая экспанся Англии в бассейне Каспия в

первой половине XVIII века. Баку, 1988.71. Кишмишев С.Р. Походы Надир шаха в Герат, Кандагар, Индию и

события в Персии после его смерти. Тифлис, 1889.72. Ханвей Дж. Исторический очерк британской торговли на Кас-

пийском море. Част II, 1762. перевод Л.М.Кирякова. АМЕА ТIЕА, inv. 3678.73. Сведения о втором путешествии в Персию совершенном в 1745-

1747гг. перевод Абезгауз. АМЕА ТИЕА, инв. 490.74. Смирнов Н.А. Очерк истории изучения ислама СССР. Москва, 1954.

Fars dilində

75. Astrabadi Mirzə Mehdi xan. Tarix-e Cahanqoşa-ye Nader-i. Tehran, 1368.76. Bəyani X. Tarix-e nezom-ye İran. Dövre-ye Səfəviyye. Tehran, 1353.77. Homayun A.T., Təhəvvolat-e qanun dər tarix-e moaser-e İran,

Tehran, 1376.

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

251

Page 253: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

78. Səbani P. Tarix-e ectimai İran dər əsr-e Əfsariyyə. Tehran, 1371.79. Sennani Panah. Nadir şah. Tehran, 1368.80. Semnani Təbabi. Nadir şah. Tehran, 1375.81. Sayks P. Tarix-e İran, c. II. Tehran, 1381.82. Moqtəder Q. Nəbərdha-ye bozorg-e Nader şah. Tehran, 1383.83. Mərvi Məhəmməd Kazım. «Aləm Ara-ye Naderi» I cild. Giriş, səh.20.

«Tarixi-aləm ara-ye Naderi». III cilddə. Tehran, 1371 (h).84. Ruzanlı C. Tarixe-Nəzami-ye İran. Tehran, 1315.85. Riyahi M.Ə. «Aləm Ara-ye Naderi»yə əsərinə müqəddimə. Tehran, 1358.86. Flober Uilyam. Hokumət-e Nader şah. Tehran, 1368.87. Sərdadvər Ə. Tarix-e nezami və siyasi-ye douran-e Nader şah Əfşar.

I cild. Tehran, 1378.88. Tehrani M.Ş. Tarix-e Nader şahi Nadirname. Tehran, 1348.

Úàùàíýèð Ùöñåéí ßôøàð

252

Page 254: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Mündəricat

Ulu tarixə söykənən ömür (İlham Həsənov) ..........................................5Giriş ........................................................................................................10

I Fəsil

Tarixçilər Nadir şah haqqında

1.1.Nadir şahın tarixinə bir baxış ..............................................................16

II Fəsil

Nadirin soy-kökü, fiziki-fərdi xüsusiyyətləri və şahlığa qədər olan

dövrü

2.1. Nadirin soy-kökü ..............................................................................322.2. Nadir şah Əfşarın fiziki, fərdi xüsusiyyətləri ....................................392.3. Nadirin şahlığa qədər olan dövrü ......................................................55

III Fəsil

Muğan qurultayı Nadirin şah elan olunması.

Dini islahat cəhdləri və xarici dövlətlərlə əlaqəsi

3.1. Muğan qurultayı və Nadirin şah elan edilməsi ................................643.2. Nadir şahın dini islahat cəhdləri. Nəcəfdə Məzhəbi məclis ..............693.3. Nadir Əfşar dövlətinin xarici ölkələrlə əlaqəsi ................................80

lV Fəsil

Nadir şahın hərbi yürüşləri, ordu və donanma quruculuğu

4.1. Nadir şahın hərbi yürüşləri ................................................................92 4.2. Nadir şahın ordu quruculuğu ............................................................112 4.3.Nadir şah Əfşar hərbi-dəniz qüvvələri ..............................................141

V Fəsil

Nadir şahın həyatına sui-qəsdlər və qətlə yetirilməsi, Əfşar dövlətinin

süqutu, Nadir şahın xanədanı və şəcərəsinin davamçıları

5.1. Nadir şahın həyatına sui-qəsdlər və qətlə yetirilməsi ......................1545.2. Nadir Əfşar dövlətinin süqutu ..........................................................1645.3. Nadir şahın xanəndanı və şəcərəsinin davamçıları ..........................174

Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè

253

Page 255: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Xüsusi hissə. I. Nadir şah və azərbaycançılıq ..........................................187 II. Türk dövlət qurumlarının tarixinə ekskurs (qısa bir baxış) ..................201 Nəticə ........................................................................................................213Rəylər ........................................................................................................220Əlavə 1

Nadir şah haqqında rəvayətlər ..................................................................230Əlavə 2

Hüseyn Hüseynovun haqqında olan deyimlər ..........................................236İstifadə olunmuş ədəbiyyat ......................................................................248

Úàùàíýèð Ùöñåéí ßôøàð

254

Page 256: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Cahangir Hüseyn Əfşar (Hüseynov Cahangir Hüseyn oğlu)

Azərbaycan Nadir Əfşar Dövləti

Bakı-2014

Page 257: Turuz...Ali Sovetin sabiq deputatı (1991-1995), II çağırış Milli Məclisin üzvü (2000-2005), istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru, profes-sor,

Bədii tərtibatçı: TəhmasibKorrektor: Natavan Nəbatiqızı

Kompyutor tərtibatçısı: Mətanət Əliqızı

Çapa imzalanmışdır 22.04.2014. Formatı 70x100 1/16

Ofset çapı. Fziki çap vərəqi 16 ç.v.Sifariş №Tiraj 500

Qiyməti müqavilə ilə