18
Mədə xərçəngi diaqnostik meyarlar Sara Mahmudlu Müalicə- profilaktika 1 Qrup: 110 B

Mədə xərçəngi

Embed Size (px)

Citation preview

Page 1: Mədə xərçəngi

Mədə xərçəngidiaqnostik meyarlar

Sara MahmudluMüalicə-profilaktika 1

Qrup: 110 B

Page 2: Mədə xərçəngi

Mədə xərçənginə səbəb nədir?

• Cins- kişilər qadınlara görə 2 qat risk daşıyırlar• Genetika- genetik pozğunluqlar və irsi xərçəng

sindromları riski artıra bilər• Coğrafi ərazi- mədə xərçəngi Yaponiyada, keçmiş Sovet

birliyi ərazisində, mərkəzi və cənubi Amerikada daha geniş yayılmışdır

• Qan qrupu-A(II) qan qrupunda risk daha yüksəkdir• Ahıl yaşlarda- 70-74 yaşlar arasında qadın və kişilərdə

daha çox rast gəlinir • Radioaktiv maddələrlə şüalanma

Page 3: Mədə xərçəngi

Mədə xərçənginə səbəb nədir?

• Həyat tərzi faktorları- siqaret çəkmək, spirtli içki içmək və düzgün qidalanmamaq(meyvə və tərəvəzlərin azqəbulu, çox duzlu qidalar), nitroz birləşməli qidalar riski yüksəldir

• Duedenoqastral reflüksun, selikli qişanın atrofiyası və metaplaziyası ilə müşayiət edilən xroniki idiopatik panqastritin, poliplərin, mədə xorasının və s. patalogiyaların da rolu vardır

• Onkogen virusların da rolunun olması da ehtimal olunur

• Helicobakter pylori infeksiyası

Page 4: Mədə xərçəngi

Lokalizasiyasından asılı olaraq mədə xərçənginin növləri

• Pilorik xərçəng-50-60%• Kiçik əyriliyin xərçəngi- 40%• Böyük əyriliin xərçəngi-12%• Mədə cisminin xərçəngi-5-10%• Girəcək hissənin xərçəngi və ya kardial

xərçəng- 25%• Mədə dibinin xərçəngi(fundal xərçəng)-5-10%• Subtotal və ya qarışıq xərçəng• Total xərçəng

Page 5: Mədə xərçəngi

Patogenezi

• Ehtimal olunur ki, mədə xərçəngi atrofiya və bağırsaq metaplaziyası ilə müşayiət olunan idiopatik panqastrit, mədədə hipoasid vəziyyət, mədənin selikli qişasının atrofiyası fonunda inkişaf edən iri xoralar, geniş əsas üzərində (diametri 1,5 sm-dən artıq) yerləşən mədə polipləri, mədənin çox saylı polipləri və s. Patologiyalar əsasında inkişaf edir

Page 6: Mədə xərçəngi

Patogenezi

Mədənin normal epiteli

Proliferasiyaedici epitel

Atipik hüceyrələr

Bəd xassəli şiş toxuması

Page 7: Mədə xərçəngi

Mədə xərçəngi mərhələləri

I mərhələ II mərhələ III mərhələ IV mərhələ2 sm-ə qədər olur, selikli qişanı əhatə edir,endoskopik müalicə mümkündür

4-5sm-ə çatır, selikaltı qata hətta mədə əzələlərinə qədər yayılır, regionar limfa düyünlərinə metastazlar verir

Seroz qişaya qədər yayılır, qonşu orqan və toxumalara sirayət edir, dağılma ehtimalı çoxdur, müxtlif ağırlaşmalar baş verir

Mədənin bütün nahiyələri şiş toxuması ilə zədələnir, mədədən uzaqda yerləşən limfa düyünlərinə, sümüklərə, yumurtalıqlara, qaraciyərə, ağciyərə və digər orqanlara metastazlar verir

Page 8: Mədə xərçəngi

Mədə xərçənginin kliniki gedişi

Yerli (mədə) təzahürlərin

üstünlüyü ilə keçən mədə xərçəngi

Ümumi xarakterli pozğunluqların

üstünlüyü ( anemiya, kaxeksiya,

zəiflik,yorğunluq, iş qabiliyyətinin azalması)

“maskalanmış” mədə xərçəngi- digər

orqanların xəstəliklərinin

əlamətləri ilə təzahür olunur

Latent mədə xərçəngi

Page 9: Mədə xərçəngi

Erkən mərhələ

• Səbəbsiz zəiflik, ruh düşkünlüyü, laqeydlik, tezyorulma, iştahanın azalması, ət yeməklərinə qarşı ikrah hissi, ağızda xoşagəlməz dadın olması, tez-tez baş verən və çox zaman lax yumurta iyi verən gəyirmə, epiqastral nahiyədə ağırlıq hissi və mədədə diskomfortun olması

Page 10: Mədə xərçəngi

Aydın klinik təzahürlər mərhələsi

• Epiqastral nahiyədə sızıldayıcı və ya göynədici xarakterli, daimi, yaxud qida qəbulu ilə əlaqəsi olmayan ağrılar. Son dərəcə şiddətli, əzabverici ağrılar mədə xərçənginin digər orqanlara metastazı zamanı meydana çıxa bilər. Xəstələr arıqlama, disfagiya, gəyirmə, ürəkbulanma, qanlı qusma, tez doymadan şikayətlənirlər.

Page 11: Mədə xərçəngi

Diaqnostika

• Baxma• Sorğu• Qanın ümumi müayin siə• Rentgenoskopiya v rentgenoqrafiyaə• Qastrofibroskopiya• N cisin gizli qanaxmaya gör t dqiqiə ə ə• Kompüter tomoqrafiya• Radioizotop v ultras sə ə• Laparoskopiya

Page 12: Mədə xərçəngi

Baxma

Avazıma, yaxud d ri örtükl rinin spesifik torpaq r ngli ə ə əolması n z r çarpır. Şiş tör m si m d nin çıxacaq ə ə ə ə ə ə əhiss sind yerl şdikd epiqastral nahiy d qarının ön ə ə ə ə ə ədivarınınqabarmasını v soldan sağa doğru m d nin l ng ə ə ə əh r k t ed n peristaltik yığılma dalğasını müşahid ə ə ə ə əetm k mümkün olur. B zi hallarda epiqastral nahiy d ə ə ə əgird s rt tör m formasında şiş toxuması palpasiya ə ə ə əetm k mümkün olur. ə X st liyin terminal ə əm rh l sind kaxeksiya v assit inkişaf edir.ə ə ə ə ə

Page 13: Mədə xərçəngi

• Qanın laborator müayinəsində EÇS-in yüksəlməsi, normo- və ya hipoxrom anemiyanın olması

• Axlorhidriya və axiliya əksər hallarda mədə cisminin xərçəngində aşkar edilir. Mədənin piloantral şöbəsinin xərçəngi normal, hətta mədə şirəsinin turşuluğunun artması fonunda da inkişaf edə bilər. Bu zaman mədənin birləşmiş turşuluğunun nisbətən yüksək olmasına diqqət etmək lazımdır

• Gizli qanaxmanı müəyyən etmək üçün nəcisin müayinəsi əksər hallarda müsbət nəticələr verir

Page 14: Mədə xərçəngi

Rentgenoloji müayinə mədə konturlarının müxtəlif deformasiyalarını, onun kiçik əyriliyinin qısalmasını, mədənin antral şöbəsinin daralmasını, şiş törəməsi ilə zədələnmiş sahədə peristaltikanın olmamasını, “dolma defekti”nin olmasını və s. aşkar etməyə imkan verir.

Page 15: Mədə xərçəngi

Qastrofibroskopiya mədə xərçənginə şübhə olan hallarda şişin xüsusiyyətlərini,ölçülərinin təyin edilməsi və biopsiyanın aparılması üçün mütləq icra olunmalıdır.diaqnostika məqsədi ilə sitoloji müayinədən geniş istifadə edilir.

Page 16: Mədə xərçəngi

• KT vasitəsilə şiş törəməsinin ölçülərini, şişin inkişaf formasını, onun ətraf orqanlarla əlaqəsini müəyyən etmək olur. Lakin ilkin diaqnostika zamanı istifadəsi məhdudlaşır. Ultrasəs müayinəsi ilə yanaşı bu üsul şiş prosesinin yayılmasını dəqiqləşdirmək məqsədilə istifadə olunur. Məs: qaraciyərin metastazla zədələnməsi zamanı.

Page 17: Mədə xərçəngi

• Laparoskopiya mədə xərçənginin gecikmiş mərhələlərinin diaqnostikasında, əsasən, xəstəyə cərrahi müdaxilənin səmərəliliyini müəyyənləşdirmə məqsədilə tətbiq edilir.

Page 18: Mədə xərçəngi

Son